You are on page 1of 4

Mövzu 2: Rəqəmsal marketinq terminləri və ölçüləri (metrics)

1. Website terminləri: Ziyarət, ziyarətçi, conversion, page view, bounce rate və s.


2. Rəqəmsal marketinq terminləri: Click, View, CTR, CPC, CPM, CPA, PPC və sair.

1. Website terminləri: Ziyarət, ziyarətçi, conversion, site view, bounce rate və s.

Rəqəmsal marketinq terminlərindən danışarkən ilk növbədə online mediada istifadə olunan terminləri
bilmək lazımdır. Çünki rəqəmsal mediadakı marketinq fəaliyyətinin effektivliyini ölçmərək bu terminlər
vasitəsilə ifadə edə bilirik.

Çox yerdə “vebsayt terminləri” adlandırılan bu terminlərin böyük əksəriyyəti sosial media başda olmaqla
digər rəqəmsal məcralarda da istifadə olunur. Bu terminlərin qısa izahına baxaq:

Kontent (Məzmun) - saytda mövcud olan bütün mətn və görsəl məlumatlar.

Ziyarət (Website visit) - bu, ölçülən zaman kəsimində (saat, gün, ay və s.) vebsayta baxılma sayıdır.

Ziyarətçi (Website visitor) - bu, ölçülən zaman kəsimində (saat, gün, ay və s.) vebsayta daxil olan
istifadəçilərin sayıdır. Burda ziyarətçi 2 cür olur: ümumi ziyarətçi sayı və unikal ziyarətçi sayı.
Ümumi ziyarətçi sayına eyni adamın dövr ərzində sayta bir neçə dəfə daxil olması aid olunur və
statistikaya əlavə olunur. Unikal ziyarətçi sayına isə eyni istifadəçinin saytı və ya onun fərqli səhifələrini
dövr ərzində dəfələrlə ziyarət etməsi cəmi 1 ziyarət kimi hesablanır. Şirkətlər saytlarını qurarkən həm
ümumi, həm də unikal ziyarətçi sayının çox olmasına çalışırlar. Xüsusilə də, e-commerce saytları üçün
bu, çox vacibdir.

Conversion (çevrilmə, geri dönüş) - bu, hər hansı bir onlayn reklam vasitəsilə və ya reklam olmadan
sayta daxil olan ziyarətçinin saytda gəzişməkdən fərqli etdiyi istənilən aktivlik: satınalma, abunəlik, reytinq
vermək, notfication-ləri aktiv etmək və s. hesab olunur.

Site View və ya Page View (Səhifə Görüntülənməsi) - rəqəmsal marketinqdə ən vacib metriklərdən
biridir. Bu, bəlli period ərzində istifadəçilərin saytın müxtəlif səhifələrinə etdikləri ziyarətlərin cəmidir. Bu
göstəricinin artması sayəsində istifadəçi saytda daha çox vaxt keçirmiş və daha çox səhifəyə baxmış olur
ki, bunun da sayəsində saytın Google-da reytinqi yüksəlir. Reytinqi yüksələn saytların isə həm SEO gücü
artır, həm də, reklam alma imkanları artır.

Bounce Rate (Dərhal Tərketmə) - bu göstərici bütün saytlar üçün mövcud olsa da, bu göstəricinin
azaldılması üzərində ən çox e-commerce saytları çalışır. Bounce Rate bəlli period ərzində sayta daxil
olanların nə qədərinin digər səhifələrə keçmədən yalnız ana səhifəyə baxaraq saytı tərk etməsinin
göstəricisidir. Bu göstəricini bəlli period üçün (deyək ki, 1 gün üçün) aşağıdakı formul əsasında
hesablayırlar: period ərzində saytı dərhal tərk edənlərin sayı / period ərzində saytı ziyarət edənlərin sayı
*100.

Fənn: Rəqəmsal Marketinq Müəllim: Namiq Bayramov


_________________________________________________________________________________________
Bu göstəricinin yüksək olması saytın effektivliyini aşağı salır. Göstəricinin yüksək olması səbəbləri isə
bunlar ola bilər:
- UI/UX həlli diqqətçəkən deyil. Yəni, sayt “user friendly” deyil
- Saytdakı məhsullar istifadəçi üçün maraqlı deyil
- Saytdakı kontent cəlbedici deyil
- Menyular və kateqoriya yerləşdirilməsi (xüsusən e-commerce saytlarda) uğurlu deyil
- Saytın açılma sürəti və səhifələrin yüklənməsi sürəti çox aşağıdır
- SEO ilə məzmun bir-biri ilə düz gəlmir və s.

Adaptive design (Uyğunlaşan dizayn) - bu, saytın elə bir formada dizayn olunmasıdır ki, ordakı
görsəllər və mətnlər müxtəlif cihazların (telefon, planşet, kompüter və s.) və onların fərqli modellərinin
ekranına uyğunlaşa bilsin və kəsilməsən görünsün.

2. Rəqəmsal marketinq terminləri: Click, View, CTR, CPC, CPM, CPA, PPC və sair.

Biz vebsaytlarda istifadə olunan əsas terminləri nəzərdən keçirdik. Lakin vebsaytlarda, eləcə də, sosial
mediada verilən reklamların effektivliyinin ölçülməsi üçün vacib olan bəzi metriklər də vardır ki, onlarsız
rəqəmsal marketinq adına hər hansı fəaliyyət mümkün deyildir.

Click Through (Tıqlanma) - Rəqəmsal reklamlarda əsas göstəricilərdən biridir. Reklama baxmaq
üçün nə qədər adamın keçid etdiyini göstərir. Reklama tıqlayan adam reklama yerləşdirilmiş link
üzərindən digər sayta yönləndirilir. Tıqlamaların hesabı Unikal Ziyarətçi (Unique Visitor) üzərindən
aparıldığı üçün 1 həqiqi ziyarətçi = 1 tıqlama hesablanır.

Click Fraud (Tıqlanma Fırıldaqçılığı) - Bu halda istifadəçilər tıqlanma başına pul ödəyən veb
reklamına aldadırlaraq baxmalı olurlar. Bunu daha çox pirat kino, musiqi saytları edir. İstifadəçi endirmə
butonuna (düyməsinə) bassa da yüklənmənin başlanması əvəzinə istifadəçi başqa sayta yönləndirilir.

View (Görüntülənmə) - Vebsayt görüntülənməsində olan prinsiplər burda da keçərlidir. Sadəcə olaraq
burda söhbət reklamların görüntülənmə sayından gedir.

CPM - Cost Per Mille (Hər 1000 göstərimin dəyəri) - Rəqəmsal marketinqdə ən çox istifadə
olunan ölçümlərdəndir. Impression (görüntülənmə) başına reklam büdcəsi tərtib olunarkən bu göstəricidən
çox istifadə olunur.
CPM = Reklama sərf olunan vəsait / Göstərilən reklam sayı x 1000
Başqa sözlə, biz 1 000 000 görüntülənmə üçün 3500 manat pul ödəmişiksə o zaman hər 1000
görüntülənmənin dəyəri (CPM) 3.5 manat olacaqdır (3500/1000000*1000=3.5)

CPA - Cost Per Action - (Aktivlik Başına Dəyər) - bu göstərici e-commerce sahəsində istehlakçı
davranışlarını analiz etmək üçün istifadə olunan göstəricidir. Belə ki, onun sayəsində istehlakçıların satış,
tıqlama, abunə olma, forma doldurma, nömrə vermə, demo istifadə və s. akivliklər üzrə davranışlarını və
bu davranışların satıcıya başa gəldiyi maliyyəti hesablamaq olur. Lead Generation ağırlıqlı reklamların
effektivliyini də CPA vasitəsilə ölçmək olur. Belə reklamlar zamanı təyin edilən aktivlik (satış, lead
qoyulması, forma doldurulması və s.) gerçəkləşmədikcə reklam üçün ödəniş olunmur.

Fənn: Rəqəmsal Marketinq Müəllim: Namiq Bayramov


_________________________________________________________________________________________
CPA sayəsində sayt ziyarətçilərinin davranışlarını öyrənmək, buna əsasən reklam büdcəsini müəyyən
etmək olar.

CPA = (Reklama sərf olunan toplam vəsait) / (əldə edilən müştəri sayı)
Nümunə: CPA = 3500 manat / 28 müştəri (satış) =125 manat. Yəni, 1 müştəriinn CPA dəyəri 125
manatdır.

CTR - Click Through Rate (Tıqlanma Əmsalı) - bu firmanın reklam kampaniyasından əldə etdiyi
tıqlanma əmsalıdır və kampaniyanın əsas uğur göstəricilərindən sayılır.

CTR = (Tıqlanma sayı) / (Göstərim sayı)*100


Nümunə: CTR = (135 tıqlanma / 200000 göstərim)*100 =6.75. Yəni, burda CTR 0.0675-dir. Yəni, 6.75%

CTR 1-ə nə qədər yaxın olsa kampaniya o qədər uğurlu hesab olunur. Ortalama 60%-lik (0.6 əmsal) CTR
göstəricisi kampaniyanın uğurlu olduğunu deməyə əsas verir.

CTR niyə bu qədər önəmlidir:


- Kampaniyanın gedişatı haqqında məlumat verir
- Hədəflənən kütləyə çatıb çatmadığınızı göstərir
- Reklamda verilən mesajın insanları nə qədər cəlb etdiyini göstərir

CTR əmsalına təsir edən faktorlar:


- Hədəflənən kütlə
- Firmanın məqsəd və hədəfləri
- Kampaniyanın xarakteri
- Açar sözlər
- Kontentin keyfiyyəti
- Dizayn
- Zamanlama
- URL strukturu
- Rəqiblərin aktivlikləri və s.

CPC - Cost Per Click (Hər Tıqlanmanın Dəyəri) - bu hər klik üçün reklamverəinin ödədiyi puldur.
CPC miqdarı reklamın xarakterinə, reklamın verildiyi məcraya, zamanda, hədəf kütləyə və s. görə dəyişir.
CPC = Ödənilən vəsait / Tıqlanma sayı
Nümunə: CPC = (200 manat / 97 tıqlama =2.06 manat
CPC göstəricisi nə qədər kiçik olarsa, reklam reklamverən üçün daha sərfəli qiymətə başa gəlmişdir.

PPC - Pay Per Click (Hər Tıqlamaya görə Ödəmə) - bu, tıqlanmış hər reklama görə ödəniş
modelidir. Yəni, reklam qoyulur və gərə ona tıqlanmırsa, ödəniş də olunmur. Hər tıqlanan reklama görə
isə reklam yayıcısına ödəniş olunur.

Reklamın dəyəri = Hər tıqlamaya görə ödəmə* Tıqlanma sayı


Nümunə: Reklamın dəyəri = 0.2 manat * 97 tıqlama = 19.4 manat

Fənn: Rəqəmsal Marketinq Müəllim: Namiq Bayramov


_________________________________________________________________________________________
Belə reklamların verilməsi zamanı PPC miqdarı ya yayıcı tərəfindən sabit rəqəm olaraq (məsələn, 20
qəpik) qoyulur, ya da auksion qaydasında (Facebook və Google etdiyi kimi) müəyyən olunur. Auksion
qaydasında olduqda PPC rəqəmləri tez-tez dəyişə bilir.

Fənn: Rəqəmsal Marketinq Müəllim: Namiq Bayramov


_________________________________________________________________________________________

You might also like