You are on page 1of 45

Azərbaycan dilində işgüzar komunikasiya fənnindən imtahan suallari(yeni)

1. Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərə aiddir?

a) Geneoloji baxımdan

b) Ahəng qanunun möhkəmliyinə görə

c) Alınma sözlərə görə

d) Türk dilləri ilə qohumluğuna görə

e) Morfoloji quruluşuna görə

2. Bu tip dillərdə sözün kökü içəridən dəyişir və şəkilçi sözün müxtəlif yerlərində gəlir:

a) Həm kök, həm iltisaqi

b) Kök dillər

c) Həm flektiv, həm iltisaqi

d) Flektiv

e) İltisaqi

3. “Divani-lüğət-it-türk” əsərinin müəllifi:

a) Mirzə Kazım bəy

b) Mahmud Kaşğarlı

c) İbn Mühənna

d) Qətran Təbrizi

e) Hinduşah Naxçıvani

4. “Azərbaycan dilinin orfoqrafiya qaydaları” nə vaxt qəbul olunmuşdur?

a) 30 sentyabr 2002-ci il

b) 24 avqust 2001-ci il

c) l5 avqust 2004-cu il

d) 22 dekabr 1992-ci il
e) 18 iyun 2001-ci il

5. İltisaqi dillərdə bir qayda olaraq müşahidə edilmir?

a) Sözün kökünə bir neçə şəkilçinin qoşulması

b) Sözlərin hallanması

c) Mənsubiyyətə görə dəyişmə

d) Söz kökünün dəyişməsi

e) Ahəng qanunu

6. Azərbaycan dili haqqında verilən fikirlərdən biri səhvdir:

a) Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu, qrammatik quruluşu I minillikdə təşəkkül
tapmışdır

b) Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir

c) Morfoloji quruluşu baxımından başqa dil tipinə aid olan dillərdən Azərbaycan dilinə söz keçə
bilməz

d) Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu, qrammatik quruluşu I minillikdə təşəkkül
tapmışdır

e) Morfoloji quruluşuna görə Azərbaycan dili iltisaqi dil tipinə daxildir

7. Azərbaycan ədəbi dili hansı konye əsasında formalaşmışdır?

a) Bakı və Şirvan(Şamaxı)

b) Bakı və Gəncə

c) Ərdəbil və Təbriz

d) Təbriz və Bakı

e) Təbriz və Şirvan(Şamaxı)

8. Azərbaycan milli ədəbi dilinin banisi hesab olunur:

a) Ş.İ.Xətayi

b) M.Füzuli

c) M.Kazımbəy
d) M.Kaşğarlı

e) M.P.Vaqif

9. Azərbaycan dilində neçə əsas dialekt qrupu ayrılır?

a) 3 b) 5 c) 4 d) 7 e) 6

10. Azərbaycan dilinin Şərq qrupu dialektini təşkil edir:

a) Naxçıvan, Ordubad, İrəvan dialektləri

b) Qazax, Qarabağ, Quba dialektləri

c) Şəki və Zaqatala-Qax dialektləri

d) Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri

e) Quba, Şamaxı, Şəki dialektləri

11. Azərbaycan dilinin Qərb qrupu dialektinə aid olanları seçin:

1. Qazax 2. Şəki 3. Gəncə 4. Qarabağ 5. İrəvan

a) 1, 2, 5 b) 1, 4, 5 c) 2, 3, 5 d) 1, 3, 4 e) 2, 4, 5

12. Naxçıvan, Ordubad, İrəvan dialektləri hansı qrup dialekti təşkil edir?

a) Qərb b) Şərq c) Cənub-şərq d) Cənub e) Şimal

13. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan

Respublikasının Qanunu ilə bağlı verilənlərdən biri yanlışdır:

a) Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır

b) Azərbaycan Respublikası dövlət dilinin işlənilməsini, qorunmasını və inkişafını təmin edir

c) Dövlət dilinin tətbiqinin normaları müvafiq məhkəmələr tərəfindən müəyyən edilir

d) Azərbaycan Respublikası ərazisində bütün radio və televiziya yayımları dövlət dilində aparılır

e) Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan
əlifbasında buraxılmalıdır

14.Azərbaycan dilindən sayca daha çox insanın istifadə etdiyi yer haradır?

a) Türkiyə

b) Cənubi Azərbaycan

c) Azərbaycan Respublikası
d) Zaqafqaziya

e) Rusiya Federasiyası

15.Azərbaycan dili haqqında verilən fikirlərdən biri səhvdir:

a) Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsinə məhdudiyyət


qoyur

b) Azərbaycan dili Azərbaycanda millətlərarası ünsiyyət vasitəsidir

c) Morfoloji quruluşuna görə Azərbaycan dili aqqlütinativ ( iltisaqi ) dil tipinə aiddir

d) Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur

e) Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu, qrammatik quruluşu ilkin orta əsrlərdə
təşəkkül tapmışdır

16. Sözün düzgün tələffüzü və düzgün yazılışı ədəbi dilin hansı normasına aiddir?

a) Leksik

b) Həm fonetik, həm leksik

c) Orfoqrafik

d) Fonetik

e) Qrammatik

17. Şifahi ədəbi dil, ədəbi dilin hansı normasına tabe olur?

a) Qrammatik

b) Orfoepiya

c) Leksik

d) Orfoqrafiya

e) Həm orfoepik, həm orfoqrafik

18. Yazılı ədəbi dil, ədəbi dilin hansı normasına tabe olur?

a) Orfoepiya

b) Qrammatik

c) Leksik

d) Heç biri
e) Orfoqrafiya

19. Leksik normanın pozulduğu cümləni tapın:

a) Bu müdhiş mənzərə onu daha da narahat edirdi

b) Hər şey unudulmuşdur

c) Məsələnin təfsilatını heç kəs bilmirdi

d) Meyvələr ağacdan yerə dağıldı

e) Qüdrətin böyükdür, çünki insansan

20. Ədəbi dilin hansı norması hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində
işlətməyi tələb edir?

a) Orfoepik

b) Qrammatik

c) Fonetik

d) Leksik

e) Həm fonetik, həm leksik

21. Ədəbi dilin hansı norması sözlər və cümlələr arasındakı əlaqənin nitqdə düzgün qurulmasını
tələb edir?

a) Leksik

b) Heç biri

c) Fonetik

d) Qrammatik

e) Həm fonetik, həm leksik

22. Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu zaman ədəbi dilin
hansı norması pozulur?

a) Fonetik

b) Həm leksik, həm qrammatik

c) Qrammatik

d) Leksik
e) Həm fonetik, həm leksik

23. Natiqin nitqinin effekti asılıdır:

a) Dinləyicidən

b) Çıxışın məkanından

c) Onun məntiqiliyindən

d) Mövzudan

e) Mətnin həcmindən

24. Ritorikanın yaranması tarixi hesab edilir:

a) XVI əsrdə

b) Eramızdan əvvəl I əsr

c) Eramızdan əvvəl VII əsr

d) XIX əsrin əvvəllərində

e) Eramızdan əvvəl V-IV əsrlər

25. İlk dəfə ritorikanın elmi əsaslarını sistemləşdirən, onu nəzəri cəhətdən sabitləşdirən kim
olmuşdur?

a) Siseron

b) Siciliyalı Georqi

c) Aristotel

d) Demosfen

e) Sokrat

27. Nitqin mövzusu və ya məzmununu tapmaq necə adlanır?

a) Elokusiya

b) Memoriya

c) Dispozisiya

d) İnvensiya

e) Aksiya
30. Pafos:

a) Həqiqəti üzə çıxarma, tərəflərin münasibətlərini aydınlaşdırmadır

b) Nitqin ifadəsi

c) Məntiqi ifadə Elokusiya

d) Bədii təsvir vasitəsidir

e) Riyazi termindir

31. Loqos:

a) Terminlər toplusudur

b) Yaddaş deməkdir

c) Sözlərin düzgün yerləşdirilməsidir

d) Sözlərin düzgün tələffüz olunmasıdır

e) Hər şeyi dillə dəqiq şəkildə ifadə etmək

32. Ritorikanın bütöv fundamental elmi sistemini yaratmışdır:

a) Demosfen

b) Siseron

c) Kvintilian

d) Aristotel

e) Sokrat

33. Yunan natiqləri sırasında verilə bilməz:

a) Perik

b) Kvintilian

c) Aristotel

d) Demosfen

e) Sokrat

34. Düzgün tələffüz və lazımsız əl-qol hərəkətlərini aradan qaldırmaq üçün üsullar kim tərəfindən
kəşf olunmuşdur?
a) Sokrat

b) Aristotel

c) Demosfen

d) Kvintilian

e) Perik

35. Roma natiqləri sırasında verilə bilməz:

a) Siseron

b) Demosfen

c) Brut

d) Sezar

e) Kvintilian

36. Şərqdə (Çin, Hindistan, Ərəbistan) natiqlik:

a) Universitetlərdə oxunan mühazirə nəticəsində yaranmışdır

b) Saray ədəbiyyatı mühitində yaranmışdır

c) XIX əsrdə yaranmışdır

d) Dini kitabların şərhi əsasında yaranmışdır e) Siyasi və akademik natiqlik idi

37. Ərəb poeziyası üçün ritmik-melodik modellər kəşf etmişdir:

a) Əbu Sufyan

b) Mahmud Kaşğarlı

c) Əbu Ləhəb

d) Əl Fəraidi

e) Sədi Şirazi

38.Verilənlər ritorikanın hansı sahəsinə aiddir?

1. Prezidentin inaqurasiya nitqi

2. Parlament mübahisələri
3. Qanunvericilik layihələri

a) Akademik

b) Diplomatik

c) İctimai-siyasi

d) Məişət

e) Hərbi

39. Natiqlik sənətinin sahələrindən deyil:

a) Məişət

b) Diplomatik

c) Akademik

d) Rəsmi

e) Hərbi

40. Natiqliyin sahələri haqqında verilən fikirlərdən biri yanlışdır?

a) Elmi rəy akademik natiqlikdir

b) Hər hansı bir ölkədə başqa prezidentin çıxışı diplomatik natiqliyə aiddir

c) Şahidlərin dindirilməsi məhkəmə natiqliyinə aiddir

d) Mitinqlərdəki çıxışlar diplomatik natiqlik deyil

e) Diplomatik mübahisə diplomatik natiqlikdir

41. Dini natiqliyə aid deyil:

a) Moizə

b) Xütbə

c) Ağılar

d) Mərsiyə

e) Surə oxumaq

42. Kamil nitqə verilən tələblərdən deyil:

a) Məntiqilik
b) Düzgünlük

c) Aydınlıq

d) Artistlik

e) Səlislik

43. Jest haqqında deyilənlərdən biri səhvdir:

a) Natiqlik sənətinin əsas şətlərindəndir

b) Nitqin təsir gücünü, emosionallığını artırır

c) Hər bir jest ölçülüb – biçilməli və ondan yerində istifadə edilməlidir

d) Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu olur

e) jest üz əzələlərinin mənalı hərəkətinə deyilir

44. Əl çalmaq hansı jestlərə aiddir?

a) Qarışıq

b) Sadə

c) Mürəkkəb

d) Həm mürəkkəb, həm qarışıq

e) Bu jest hesab olunmur

45. Jest hesab olumnur:

a) Ayağını yerə vurmaq

b) Hərbi salam

c) Barmaqlarını bir-birinə sürtmək

d) Barmağının dodağına yapışdırmaq

e) Təbəssüm

46. Natiqlik sənətinin əsas tələblərindən biri səhvdir:

a) Düzgün, dəqiq və gözəl danışmaq .

b) Auditoriyanın səviyyəsini nəzərə almaq

c) Mümkün qədər geniş danışmaq


d) Nitqin intonasiyasına, ritminə fikir vermək, ritmin tələblərinə uyğun bədən, baş və əl – qol
hərəkətləri etmək

e) Nitqə əvvəlcədən hazırlaşmaq

47. Aşağıdakılardan hansı nitqə müəyyən emosionallıq verir:

a) Assonans, inversiya

b) Ritorika, mimika

c) Mimika, jest

d) Jest, poetizm

e) Etiket, poetizm

48. Natiq haqqında verilən fikirlərdən biri yanlışdır?

a) Ritorun nitqi elmi və tarixi cəhətdən düzgün olmalıdır

b) Ritorun mövzusu dəqiq olmalıdır

c) Natiq zəngin söz ehtiyatına malik olmalıdır

d) Nitq zamanı natiq əlavəyə kifayət qədər yol verə bilər

e) Ritor sübutlardan, faktlardan düzgün və yerində istfadə etməlidir

49. Nitqi səlislikdən çıxaran elementlər sırasında verilə bilməz:

a) Sitat

b) Dialektizm

c) “Tüfeyli” sözlər

d) Lüzumsuz alınma sözlər

e) Lüzumsuz termin

50. Nitqin növləri hansı cərgədə düzgün göstərilmişdir?

a) Elektron, şifahi, işarəli

b) Canlı, əyani, qiyabi

c) Şifahi, yazılı, daxili

d) Rəsmi, səmimi, məişət

e) Bədii, məişət, rəsmi


51. Sözə sıra ilə qrammatik şəkilçilər artılır?

1. Hal şəkilçiləri

2. Mənsubiyyət şəkilçiləri

3. Şəxs(xəbərlik) şəkilçiləri

4. Cəm şəkilçiləri

a) 1, 2, 3, 4 b) 2, 4, 1, 3 c) 4, 2, 1,3 d) 4, 1, 2, 3 e) 2, 1, 4, 3

52. Nitq mədəniyyətinin ən mühüm şərti nədir?

a) yığcamlıq, sadəlik tələblərinə əməl etmək

b) nitqin ədəbi tələffüz baxımında dəqiqliyinə əməl etmək

c) terminlərdən istifadə etmək

d) ədəbi dilin normalarına riayət etmək

e) yığcamlıq, sadəlik tələblərinə əməl etmək obrazlılıq və məcazilikdən istfadə etmək

53. Dinləmənin növləri hansı cərgədə düzgün göstərilmişdir?

a) Tam, natamam, qarışıq

b) Refleksli, reflekssiz, empatik

c) Verbal və qeyri-verbal

d) Diqqətcil və müdaxiləçi

e) İnformativ, kommunikativ, emotiv

54.Dinləmə haqqında verilən fikirlərdən biri yanlışdır:

a) Diplomatik danışıqlar, protokol görüşləri üçün refleksli dinləmə daha əlverişlidir

b) Dinləyici maraqlı, gözlənilməz, qeyri-adi informasiyaya məruz qaldıqda ixtiyari diqqət yaranır

c) Aktiv dinləyicinin nitq axarındakı fasilələri düzgün dəyərləndirməsi sual verilməsi zamanı özünü
doğrultmalıdır

d) Danışan fikrini çatdırmağa tələsdikdəə reflekssiz dinləmə daha zəruridir

e) Refleksli dinləmə həm də aktiv dinləmə adlanır

55.Çətin dinləyicilər sırasında verilə bilməz:

a) Yalançı
b) Məntiqsiz

c) Asılı

d) Sözkəsən

e) Xəyalpərəst

56.Sualın növləri hansı cərgədə düzgün göstərilmişdir?

a) Tam, yarımçıq, kütləvi

b) Konkret, abstrakt, loqik

c) Geniş, müxtəsər, mücərrəd

d) Ümumi, xüsusi, qlobal

e) Açıq, qapalı, ritorik

57.Qeyri-verbal ünsiyyət vasitələrindən deyil:

a) Kinesik

b) Ekstralinqvistik

c) Paralinqvistik

d) Danışmaq

e) Proksemik

58.Rəsmi müraciət etiketi hansıdır?

a) Qızım

b) Oğlum

c) Cənab

d) Xanım

e) Əzizim

59.Hansı bənddə Azərbaycan dilinin orfoqrafiya qaydaları pozulmuşdur?

a) 3-ə

b) 20-dən

c) 2-ə
d) 16-sı

e) 6-nın

60. “mı, -mi, -mu, -mü” sual ədatları ayrı yazılır:

a) Əvəzlikdən sonra

b) Şəxs sonluqlarından

c) Cəm şəkilçisindən

d) Zaman şəkilçilərindən

e) da, -də ədatından

61.Üslub haqqında fikirlərdən biri səhvdir:

a) Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir

b) Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirir

c) Dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur

d) Ədəbi dilin normaları bütün funksional üslublar üçün məcburi deyil

e) Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat adlanır

62. Bədii üslub haqqında fikirlərdən biri səhvdir:

a) Bir sıra hallarda ədəbi-bədii dil adlandırılır

b) Bədii üslubun qrammatik səviyyədə göstəriciləri–epitet, təşbeh, mübaliğə, kinayə, frazeoloji


birləşmələr

c) Bədii üslub–milli bədii təfəkkürün ifadəsidir

d) Bədii üslub ədəbi dilimizin tarixində həmişə aparıcı olmuşdur

e) Obrazlı emosional nitq formasıdır

63. Bədii üslubun fonetik səviyyədə göstəriciləri:

a) Frazeoloji birləşmələr, intonasiya, istiarə

b) Metafora, sinekdoxa, inversiya, assonans

c) Söz sırasının qəsdən pozulması, təkrar, kinayə

d) Alliterasiya, assonans, təkrar, intonasiya


e) Alliterasiya, assonans, epitet, təşbeh

64. Elmi üslubun xüsusiyyətləri hansılardır?

a) Obrazlılıq, dəqiqlik, emosionallıq

b) Dəqiqlik, emosionallıq, konkretlik

c) Məntiqilik, obrazlılıq, ardıcıllıq, konkretlik

d) Məntiqilik, dəqiqlik, ardıcıllıq, konkretlik

e) Termin sıxlığı, ardıcıllıq, emosioallıq

65. Elmi üsluba aid deyil:

a) Ədəbi dilin ən geniş yayılmış üslubudur

b) Elmi üslub – milli, elmi təfəkkürün ifadəsidir

c) Elmi üslubda mürəkkəb cümlələr, modal sözlər işlənir

d) Dərsliklərn dili elmi üsluba aiddir

e) İxtisas sözlərinin – terminlərin işlənməsi

66. Fərdi üslub haqqında aşağıdakılardan biri səhvdir:

a) Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir

b) Fərdi üslub funksional üslubların çoxunda özünü göstərir

c) Publisistik üslubda fərdilik var

d) Rəsmi – işgüzar üslubda fərdilik var

e) Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə bağlıdır

67. İşgüzar sənədləri rəsmi sənədlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir:

a) Rəsmi sənədlərdən fərqli olaraq işgüzar sənədlərin xüsusi dövlət əhəmiyyəti daşımaması

b) İşgüzar sənədlərin həcmcə rəsmi sənədlərə nisbətən böyük olması

c) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha geniş məlumat verilməsi

d) İşgüzar sənədlər dövlət tərəfindən hazırlanırsa, rəsmi sənədlərin müəyyən hissəsini hər bir şəxs
özü hazırlamalıdır

e) İşgüzar sənədlərin bir qayda olaraq mütəxəssislər tərəfindən tərtib edilməsi

68. İşgüzar sənədlərə verilən tələblər hansılardır?


1. sənəddə artıq sözlərin, ifadələrin işlədilməməsi

2. İşgüzar sənədlərin xüsusi dövlət əhəmiyyəti daşıması

3. imla xətalarına yol verilməməs

4. mütəxəssislər tərəfindən tərtib edilməsi

5. qüsurlu cümlələrə yol verilməməsi

a) 1, 3, 4 b) 1, 3, 5 c) 2, 4, 5 d) 2, 3, 5 e) 1, 2, 5

69.Publisistik üsluba aid deyil:

a) Publisistik üslub kütləvi nitq formasıdır

b) Publisistik üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın olmasıdır

c) Həm şifahi, həm də yazılı forması olur

d) Gündəlik həyatda insanların bir – biriləri ilə ünsiyyət saxladığı dildir

e) Bu üslub mətbuatın, radio – televiziyanın dilidir

70. Rəsmi sənədin əsas şərti nədir?

a) Dəqiqlik

b) Dil yığcamlığı

c) Ardıcıllıq

d) Konkretlik

e) Məntiqilik

71. Rəsmi sənədləri seçin:

1. Fərman 2. Əmr 3.Ərizə 4.Tərcümeyi – hal 5.Protokol 6.Sərəncam

a) 2, 4, 5 b) 1, 3, 4 c) 1, 2, 6 d) 2, 3, 5 e) 1, 2, 5

72.Yalnız Prezident tərəfindən verilir:

a) Sərəncam

b) Əmr

c) Qanun
d) Fərman

e) Qərar

73. Rəsmi sənədlərin dili haqqında aşağıdakılardan biri səhvdir:

a) Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur

b) Rəsmi sənədlər dedikdə dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada
təsdiq olunan sənədlər nəzərdə tutulur

c) Hər bir dövlətin ən mühüm rəsmi sənədləri onun Konstitusiyası, dövlət qərarları və s.-dən
ibarətdir

d) Rəsmi sənədlərdə dilin maksimum mükəmməlliyi gözlənilir

e) Rəsmi sənədlər tarixi əhəmiyyət daşımır

74. Rəsmi sənədlərə aid deyil:

a) Fərman

b) Protokol

c) Əmr

d) Qanun

e) Sərəncam

75. Dövlət başçısının bəyanatı hansı üsluba aiddir?

a) Bədii

b) Fərdi

c) Rəsmi-işgüzar

d) Publisistik

e) Məişət

76. Dilin dövlət dili olması hansı üslubda müəyyən edilir?

a) Publisistik

b) Fərdi

c) Bədii

d) Rəsmi-işgüzar
e) Məişət

77. İşgüzar sənədləri seçin:

1. Akt 2. Fərman 3. Əmr 4. Sərəncam 5. Bildiriş 6. Ərizə

a) 1, 2, 4 b) 1, 3, 6 c) 2, 4, 5 d) 2, 3, 5 e) 1, 5, 6

78. Hər hansı elmi, bədii əsər, tamaşa haqqında əvvəlcədən müəllifin və ya başqa birisinin

məlumatı necə adlanır?

a) Bildiriş

b) Alliterasiya

c) Assonans

d) Annotasiya

e) Elan

79. Stenoqrafiya harada meydana gəlmişdir?

a) Fransada

b) Yunanıstanda

c) Romada

d) Misirdə

e) İngiltərədə

80. Azərbaycan ədəbiyyatında ən çox nəsihətnamə yazmışdır:

a) A.Bakıxanov

b) S.Ə.Şirvani

c) M.Füzuli

d) Q.Zakir

e) F.Nəimi

81.Hansı üslubun əsas xüsusiyyəti sərbəstlik və yığcamlıqdır?

a) Bədii

b) Fərdi
c) Məişət

d) Publisistik

e) Rəsmi-işgüzar

82.Verilən natiqlərdən hansına aid 61 nitq, 56 çıxış və 6 məktub qalmışdır?

a) Siseron

b) Sokrat

c) Aristotel

d) Kvantilian

e) Demosfen

83.Sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması necə adlanır?

a) Leksiya

b) Aksiya

c) Diksiya

d) Versiya

e) Orfoqrafiya

84.“Gözəl danışıq üçün qısa rəhbərli” əsərinin müəllifi:

a) Dostoyevski

b) Aristotel

c) Lermontov

d) Lomonosov

e) Siseron

85.Şərq ritorikasına görə bəlağət elminə aid olmayanı seçin:

a) Bəyan

b) Məani

c) İnşa

d) Bədii
e) Xitabət

86.Şərq ritorikasına görə bəlağət elminin sözün, ifadənin və cümlənin öz məqamında

işlənməsini tələb edən şöbəsi necə adlanır?

a) İnşa

b) Xitabət

c) Bəyan

d) Bədii

e) Məani

87.Simulyant dinləyicilər :

a) Yalançı dinləyicilərdir

b) Məntiqli dinləyicilərdir

c) Asılı dinləyicilərdir

d) Sözkəsən dinləyicilərdir

e) Xəyalpərəst dinləyicilərdir

88.Verbal ünsiyyətə aid deyi:

a) Oxumaq

b) Danışmaq

c) Dinləmək

d) Yazmaq

e) Ağlamaq

89.Jestlərin dilini öyrənən dilçilik sahəsi necə adlanır?

a) Proksimika

b) Ekstralinqvistika

c) Paralinqvistika

d) Pasimologiya

e) Kommunikasiya
90.Paralinqvistik ünsiyyət vasitələrini seçin :

1. Jest 2. İntonasiya 3. Ritm 4.Mimika 5. Melodika

a) 1, 4, 5 b) 1, 2, 4 c)2, 4, 6 d) 2, 3, 5 e) 3, 4, 5

91.Rəsmi və işügüzar sənədlər haqqında verilən fikirlərdən yalnız biri doğrudur:

a) Qanun-prezident tərəfindən verilir

b) Fərman-Milli Məclis tərəfindən verilir

c) Arayış-ərəb mənşəlidir

d) Əmr-rəhbərlər tərəfindən verilir

e) Sərəncam-ərəb mənşəlidir

92.Rəsmi və işgüzar sənədlər haqqında verilən fikirlərdən biri yanlışdır:

a) Nota-diplomatik akt növüdür

b) Avizo-bildiriş vərəqəsidir

c) Anons-kütləvi bildirişdir

d) Viza-iki mənada işlənə bilər

e)Bildiriş və təqdimat eyni hüquqi sənədlərdir

94.Biri ictimai-siyasi natiqliyə aid deyil:

a) Siyasi məruzələr

b) İnaqurasiya nitqi

c) Xarici işlər nazirlərinin çıxışı

d) Mitinqlərdəki çıxışlar

e) Parlament mübahisələri

95.Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifi, rus şərqşünaslığının banisi:

a) N.İ.Aşmarin

b) M.Kazım bəy
c) M.Kaşğarlı

d) V.V.Radlov

e) B.Çobanzadə

96. Hansı sözlərdə Azərbaycan dilinin iltisaqiliyi prinsipi pozulmuşdur?

1. güclüdür 2. baməzə 3. xəlqi 4. sizinkilər 5. dözümlülər

6. qəzetlərdə 7. mənəvi 8. fikirlərimiz 9. sinfimiz

a) 2, 4, 5, 6, 8

b) 3, 4, 7, 8, 9

c) 1, 2, 5, 8, 9

d) 2, 3, 4, 7, 9

e) 4, 6, 7, 8, 9

97.Oğuz dilindən (budağından) meydana gələn dillər cərgəsini göstərin:

a) Salar dili, Azərbaycan dili, başqırd dili, tatar dili

b) Azərbaycan dili, türk dili, özbək dili, qazax dili

c) Tatar dili, qumuq dili, Azərbaycan dili, uyğur dili

d) Türkmən dili, qaqauz dili, Azərbaycan dili, türk dili

e) Özbək dili, Azərbaycan dili, başqırd dili, türkmən dili

98.“Tələbələrinizdəndir” nümunəsində şəkilçilər hansı ardlcıllıqla qoşulmuşdur?

a) Kəmiyyət, xəbər, hal, mənsubiyyət şəkilçisi

b) Hal, kəmiyyət, mənsubiyyət, xəbərlik (şəxs) şəkilçisi

c) Xəbər, kəmiyyət, hal, mənsubiyyət şəkilçisi

d) Mənsubiyyət, hal, kəmiyyət, xəbərlik (şəxs) şəkilçisi

e) Kəmiyyət, mənsubiyyət, hal, xəbərlik (şəxs) şəkilçisi

99.Filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən praktik sahəsi:

a) Leksikologiya

b) Nitq mədəniyyəti
c) Qrammatika

d) Fonetika

e) Üslubiyyat

100. Natiqlik sənətinin ikinci adı:

a) Jest

b) Etiket

c) Mimika

d)Ritorika

e) Etika

101. Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti:

a) Nitqin dəqiqliyi

b) Nitqin düzgünlüyü

c) Nitqin elmiliyi

d) Nitqin ifadəliliyi

e) Nitqin sərbəstliyi

102. Nitqə aid edilənlərdən biri yanlışdır:

a) Fərdidir

b) Dəyişkəndir

c) Törəmədir

d) Dil əsasında meydana çıxır

e) Ünsiyyət vasitəsidir

103. Dioloqlardan hansı üslubda istifadə olunmur?

a) Elmi və məişət

b) Elmi və rəsmi

c) Publisistik və elmi

d) Bədii və məişət
e) Bədii və elmi

104. Kütləviliyi və işlənmə dərəcəsinə görə ən üstün üslub :

a) Məişət

b) Bədii

c) Elmi

d) Rəsmi-işgüzar

e) Publisistik

105. Üslub nədir?


a) Dilin, fonetik, leksik, qrammatik qayda-qanunlarının nitq prosesində gözlənilməsi

b) Dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarının öyrənilməsi

c) Fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsinin seçilməsi

d) Dilini ifadə imkanlarının genişliyi

e) Dil vasitələrindən məqsədəuyğun istifadə üsulu

106. Jest və mimikanın ortaq cəhətləri kimi verilənlərdən biri səhvdir.

a) Hər ikisi vahid psixofizioloji akt kimi çıxış edə bilər

b) Hər ikisi şifahi ədəbi dili daha da gözəlləşdirən amillərdəndir

c) Hər ikisi mükəmməl nitqdə bir-birini tamamlayır

d)Hər ikisi nitqdən kənar edilən (bədən üzvləri və üz əzələləri) hərəkətdir

e) Hər ikisi nitqin təsir gücünü, emosionallığını artırır

107. Natiqlik sənətinin əsas tələbləri sırasında verilənlərdən bir səhvdir:

a) Mövzu haqqında geniş danışmaq

b) Nitq mədəniyyətinin əsas şərtlərinə əməl etmək

c) Nitqə əvvəldən hazırlaşmaq

d) Dinləyicilər üçün anlaşıqlı şəkildə danışmaq

e) Nitq intonasiyasına uyğun əl-qol, baş və bədən kərəkətləri etmək

108. Nitq etiketlərindən ibarət məntiqi ardıcıllığı tamamlayın:

1.Allah amanında! 2.Xudahafiz! 3.Görüşənədək! 4. .................

a) Allahşəfa versin!

b) Sağlığınıza qismət olsun!

c) Mübarəkdir!

d) Yaxşı yol!

e) Həmişə ayaq üstə!

109. Hansı cərgə bütünlüklə alınma sözlərdən ibarətdir?


a) Əlli, yurd, meşə
b) Soyuq, qatıq, şəfəq

c) Alışqan, sürət, duyğu

d) Rövnəq, cəsarət, məktəb

e) Mən, dalğa , oğul

110. Üslublara aid faktlardan uyğunsuzluğu seçin:

a) Elmi üslub – dəqiqlik, ardıcıllıq, konkretlik

b)Publisistik üslub – fikrin hamı tərəfindən anlaşılması, aydın və təsirli şəkildə ifadə olunması

c) Məişət üslubu – məntiqilik, mücərrəd fikirlərdən istifadə

d) Rəsmi-işgüzar üslub – dilin maksimum mükəmməlliyi, f ikrin tam aydınlığı, birmənalılığı

e) Bədii üslub – obrazlılıq,emosionallıq

111. Cənubi Azərbaycan natiqi kimi göstərilə bilməz:

a) S.C.Pişəvari

b) C.Xəndan

c) Ş.M.Xiyabani

d) S.Səlmasi

e) Şeyx Səlim

112. Şərq ritorikasına görə inşa elmi neçə şöbədən ibarətdir?

a) 6b) 3 c) 5 d) 4 e) 2

113. Şərq ritorikasında natiqlik sənətindən bəhs edən şöbədir:

a) Kitabət

b) İnşa

c) Xitabət

d) Bəlağət

e) Bəyan

114. Azərbaycanda ilk orfoqrafiya lüğəti nə vaxt nəşr olunmuşdur?


a) 1918
b) 1992

c) 1929

d) 2004

e) 1945

115. Azərbaycan nitq mədəniyyəti elmnin yaradıcısı və bu sahədə ilk elmi əsərin müəllifi kimdir?

a) Ə.Əfəndizadə

b) F.Köçərli

c) K.Əliyev

d)A.Abdullayev

e) Ş.Səlim

116. “Natiqlik haqqında”, “Natiq”, “Ən yaxşı natiqlik haqqında”, “Brut, yaxud qədim
Roma natiqləri haqqında” əsərlərinin müəllifidir:

a) Demosfen

b) Aristotel

c) Sezar

d) Siseron

e) Kvantilian

117. 1857-ci ildə yeni Azərbaycan əlifbası layihəsini tərtib edən mütəfəkkir kimdir?

a) F.Köçərli

b) M.Ə.Sabir

c) S.Ə.Şirvani

d) Q.Zakir

e)M.F.Axundov

118. Həqiqətin ortaya qoyulması naminə aparılan müzakirə necə adlanır?

a) Deduksiya

b) İnduksiya
c) Diskusiya
d) Mübahisə

e) Dialoq

119. Azərbaycan Sovet Sosialist Respunlikasının dövlət dilinin Azərbaycan dili olması ilk
dəfə neçənci ildə qanuni qüvvəyə minmişdir?

a) 1936

b) 1922

c) 1956

d) 1978

e) 1924

120. “Nitq mədəniyyəti” fənni nədir?

a) İncəsənətə aid bir fəndir.

b)Ədəbiyyatın bir qoludur.

c)Mədəniyyətin bir sahəsidir.

d) Tarixə aid elm sahəsidir.

e) Dilçiliyin bir şöbəsidir, nitqşünaslıqdır.

121. “Nitq mədəniyyəti” fənni nəyi öyrənir?

a) Xalqlar arasında mədəni əlaqələri.

b)İncəsənət tarixini.

c)Bədii əsərlərdə obrazlılığı.

d)Tarixi faktları.

e) Ədəbi dilin normalar sistemini.

122. 1966-cı ildə nəşr olunmuş “Müəllimin nitq mədəniyyəti haqqında” əsərinin

müəllifi kimdir?

a)Yusif Seyidov
b) Afat Qurbanov
c) Mübariz Yusifov

d) Kamil Əliyev

e) Ağamməd Abdullayev

123. Aşağıdakı fikir hansı görkəmli şəxsiyyətə aiddir?

“ ...Şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq

birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin,

cazibədar dilimiz var...”

a) S.Vurğun

b) A.Səhhət

c) B. Vahabzadə

d) M.F.Axundzadə

e) H.Əliyev

124. Azərbaycanda nitq mədəniyyətinin ilk yaradıcısı kimdir?

a) Fikrət Xalıqov

b) Afat Qurbanov

c) Yusif Seyidov

d) Ağamməd Abdullayev

e) Həsrət Həsənov

125. “Nitq mədəniyyəti”nin predmetini müəyyənləşdirmək üçün verilən tələblərdən

hansı səhvdir?

a) Nitqin həyat hadisələrini düzgün əks etdirməsinə fikir vermək lazımdır.

b) Dil vahidləri fikrin məzmununa uyğun seçilməlidir.


c)Fikrin daxili məntiqi əlaqəsinə, abzaslar və cümlələr arasındakı ardıcıllığa fikir vermək lazımdır.
d) Natiq auditoriyanın səviyyəsini nəzərə almamalı, sırf elmi dildə fikrini çatdırmalıdır.

e) Faktların təhrif olunmasına, rəqəmlərin şişirdilməsinə yol verilməməlidir.

126. “Nitq mədəniyyəti” tədris fənni kimi ali məktəblərdə nə vaxtdan tədris olunur?

a) 1970

b)2000

c) 1980

d)1985

e) 2003

127. Cavablardan hansı “Nitq mədəniyyəti” fənninin öyrəndiyi sahələrə aid deyil:

a) ədəbi dilin normalar sistemi

b) şifahi nitq forması

c) danışiq etikası

d) yazılı nitq forması

e) mədəniyyət və incəsənət tarixi

128. Mədəni nitqin qurulmasına qoyulan tələblərdən hansı səhvdir?

a)Rus və Avropa mənşəli sözlərdən yersiz istifadə etməmək.

b) Ədəbi dilin normalarından istifadə etmək.

c) Dialekt və şivə sözlərdən mümkün qədər çox istifadə etmək.

d) Sözlərin mənasını mətn və nitqdə düzgün əlaqələndirmək.

e) Yersiz hərəkətlərdən, təkrarlardan uzaq olmaq.

129. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyasının

yaradılması haqqında fərmanı Azərbaycan Respublikası Prezidenti neçənci ildə

vermişdir?
a) 21 iyun 2001-ci il
b) 18 iyun 2003-cü il

c) 17 iyun 2001-ci il

d) 17 iyun 2002-ci il

e) 18 iyun 2001-ci il

130. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının Tərkibinin təsdiq edilməsi


haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nə vaxt verilmişdir?

a) 20 avqust 2001-ci il

b) 4 iyul 2003-cü il

c) 18 iyun 2001-ci il

d) 18 iyun 2003-cü il

e) 4 iyul 2001-ci il

131. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının sədri kim idi?

a)Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri

b) Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

c) Mahmud Kərimov – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

d) Vasif Talıbov – Naxçıvan MR-sı Ali Məclisinin sədri

e) Heydər Əliyev – Azərbaycan Respublikasının Prezidenti

132. Azərbaycan əlifbası və Azərbaycan dili günü nə vaxt təsis olundu?

a) 9 avqust 2002-ci il-də

b) 9 avqust 2003-cü il-də

c) 1 avqust 2001-ci il-də

d) 2 avqust 2001-ci il-də

e) 9 avqust 2001-ci il-də

133. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsində Azərbaycan


dili dövlət dili kimi təsbit edildi?

a) 2001-ci il 21-ci maddə


b) 1995-ci il 31-ci maddə
c) 2000-ci il 21-ci maddə

d) 2001-ci il 31-ci maddə

e) 1995-ci il 21-ci maddə

134. Azərbaycan Respublikası Dövlət Dili haqqında Azərbaycan Respublikasının Qanunu


nə vaxtdan qüvvəyə minib?

a) 30 sentyabr 2002-ci il

b) 30 sentyabr 2001-ci il

c) 9 avqust 2001-ci il

d) 18 iyun 2001-ci il

e) 4 iyul 2001-ci il

135. “ Azərbaycan Respublikası dövlət dili haqqında” Azərbaycan Respublikası qanununun


tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı nə vaxt verilmişdir?

a) 2002-ci il 30 sentyabr

b) 2003-cü il 5 yanvar

c) 2003-cü il 2 yanvar

d) 2001-ci il 18 iyun

e) 2001-ci il 4 iyul

136. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası


Prezidentinin fərmanı ilə Təhsil Nazirliyinin qarşısına hansı vəzifələr qoyulmuşdur?
Cavablardan hansı səhvdir?

a) Ali və orta məktəblərdə Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması işində


əsaslı dönüş yaradılsın.

b)Təhsili rus dilində olan orta və ali məktəblərdə Azərbaycan dili ikinci dil kimi tədris olunsun.

c) Rusdilli əhali tərəfindən Azərbaycan dilinin öyrənilməsi işi təşkil olunsun.

d) Bütün orta və ali məktəblərdə Azərbaycan dili ikinci dil kimi tədris olunsun.

e) Dövlət dilinin öyrədilməsi üçün müəyyən kurslar təşkil edilsin.

137. Dövlət dilimiz necə adlanır?

a) Türk dili
b)Azərbaycan türkcəsi

c) Azəri dili

d) Azərbaycan dili

e) Azəri türkcəsi

138. Dünyanın müxtəlif yerlərində yaşayan nə qədər azərbaycanlı dövlət dilimizdə danışır?

a) 10 milyon

b) 20 milyon

c) 9 milyon

d) 15 milyondan çox

e) 35 milyondan çox

139. “Dövlətçiliyin əlamətlərindən biri – dövlət dilidir” ifadəsi nə deməkdir? Səhv fikri göstərin.

a) Azərbaycan Respublikasının bütün dövlət orqanlarında işlər Azərbaycan dilində aparılmalıdır

b) Dövlət işində çalışan azsaylı xalqların nümayəndələri işlərini Azərbaycan dilində aparmalıdırlar.

c) Bütün kargüzarlıq sənədləri dövlət dilində tərtib olunur.

d) Dövlətin siyasi, iqtisadi, mədəni fəaliyyəti cəmiyyətə dövlət dilində çatdırılır.

e) Respublikada yaşayan və dövlət işində işləyən başqa xalqların nümayəndələri işlərini öz


ana dillərində aparmalıdırlar.

140. Azsaylı xalqların və etnik qrupların nümayəndələri hansı hallarda öz ana dillərindən
istifadə edə bilməzlər?

a) Təhsil alanda

b) Öz aralarında

c) Məişətdə

d) Dövlət işində işləyəndə

e) Şəxsi həyatlarının müxtəlif sahələrində

141. Bu fikir kimə aiddir? “Qrammatikasız oratoriya kütdür, poeziya pəltəkdir, fəlsəfə
əsassızdır, tarix xoşagəlməzdir, hüquqşünaslıq şübhəlidir.”

a) V.Q.Korolenko
b) Bualo

c) A.Səhhət

d) H.Əliyev

e) M.V. Lomonosov

142. Bu fikir kimə aiddir? “Biz dünyanı dilimiz vasitəsi ilə öyrəndik, dilimiz vasitəsilə
tərbiyə tapdıq.”

a) H.Əliyev

b) A.Səhhət

c) V.Q.Korolenko

d) M.V.Lomonosov

e) Bualo

143. Dil haqqında deyilmiş bu kəlam kimə məxsusdur? “İnsan öz dilinin altında
gizlənmişdir, danışmağa başlayandan sonra ağıllı və ya ağılsız olduğu bilinir.”

a) A.Səhhət

b) Sokrat

c) Bualo

d) Həzrət Əli Əleyhissalam

e) Siseron

144. Aşağıda verilmiş cavablardan hansı dilin vəzifəsinə aid deyil?

a) Dil cəmiyyətdə ünsiyyət vasitəsidir.

b) Dil ictimai hadisədir.

c) Dil insanı əhatə edən əşyaların adlarını bildirir.

d) Dil fikri ifadə edir.

e) Dil insanı əhatə edən hadisələrin adlarını bildirir.

145. Şifahi və yazılı nitqin vahidliyi prinsipi üçün zəruri şərtlərdən biri hansıdır?

a)Ahəng qanunu
b) Tərcümə
c) Sətirdən-sətirə düzgün keçirmə

d) Fonetik norma

e) İsimlərin hallanması

146. “Nitq mədəniyyəti” fənninin bu elm sahəsi ilə əlaqəsi yoxdur:

a) Tarix

b) Pedaqogika

c) Məntiq

d) Fiziologiya

e) Kimya

147. Bu sahələrin hər ikisi sözlərin leksik-semantik qruplarını, onların yaranma və


formalaşmasını və s. öyrənir. Söhbət nitq mədəniyyətinin hansı elmlə əlaqəsindən gedir?

a) Etika

b) Ədəbiyyat

c) Məntiq

d) Psixologiya

e) Dilçilik

148. Nitq mədəniyyətinin dilçiliklə əlaqəsi daha çox hansı sahədə özünü göstərir?

a) Atalar sözlərində

b) Tərcümə sahəsində

c) Frazeologiya sahəsində

d) Üslubiyyatda

e) Ahəng qanununda

149. Hər iki predmetin – nitq mədəniyyətinin və ədəbiyyatın “material”ı nədir?

a) Dil qanunları

b) Hərflər və səslər

c) Söz
d) Frazeoloji birləşmələr
e) Durğu işarələri

150. Etika nə haqqında elmdir?

a) İnsan psixologiyasını öyrənən elmdir.

b) Gözəllik haqqında elmdir.

c) Əxlaq haqqında elmdir.

d) Tarixi faktları araşdıran elm sahəsidir.

e) İnsan orqanizmini öyrənən elmdir.

You might also like