You are on page 1of 56

I QUYULARIN QUYUDİBİ ZONASINA TƏSİR ÜSULLARI.

1.1. Quyudibi zonaya təsir üsullarının seçilməsi

Neft yataqlarındakı sıxlığı böyük olan zəif keçiriciliyə malik kollektorlardan, istismar
quyusunun quyudibinə neft və qaz axını çox az olur, hətta verilən böyük depressiyaya
baxmayaraq. Belə kollektorlarda yerləşdirilmiş vurucu quyularla laya vurulan suyun təzyiqinin
artmasına baxmayaraq, su lay tərəfindən az udulur. Belə quyularda quyudibinə axının və ya suyun
lay tərəfindən udulmasını yaxşılaşdırmaq üçün, quyudibi zonadakı süxurların keçiriciliyinin
artırmaq məqsədi ilə süni təsir üsullarından istifadə etmək lazımdır. Quyuların quyudibi
zonalarının keçiriciliyini artırmaq məqsədi ilə tətbiq edilən süni təsir üsulları bunlardır drenaj
kanallarının sayının və ölçüsünün artırılması quyudibi zonadakı lay süxurlarının çatlığının
yüksəldilməsi quyudibi zonadakı süxurların məsamələrinin divarlarına çökmüş parafin və
qatranın təmizlənərək oradan çıxarılması üsulları.
Quyuların quyudibi zonalarının keçiriciliyini praktiki olaraq aşağıdakı üsullarla artırmaq
mümkündür
1) Məhsuldar layda süni kanalların yaradılması üçün lay süxurlarındakı karbonatların və
gilli süxurların tərkibindəki alüminium oksidin həll olunması məqsədi ilə quyudibi zonanın xlorid
turşusu, termoturşu və gil turşuları ilə işlənməsi, eyni zamanda süxurların məsamə boşluqlarının
lillərdən və qatran materiallardan təmizlənməsi
2) Quyunun quyudibi zonasında süni kanalların yaradılması və ya təbii çatların
genişləndirilməsi məqsədi ilə, quyudibi zonada torpedləmə işlərinin və ya hidravliki yarılmanın
aparılması lazımdır.
İstismar quyularının quyudibi zonasındakı süxurların məsamə kanallarının divarlarında
çökmüş parafin və qatran təmizlənməsi, eyni zamanda lay neftinin özlülüyünü aşağı salmaq üçün
quyudibi zonaya termokimyəvi işlənilmə və istiliklə təsir üsullarını tətbiq etmək lazımdır.
İstismar quyularına neft-qaz axınını yaxşılaşdırmaq üçün yuxarıda qeyd edilən üsulların
kombinə edilmiş variantlarında da istifadə etmək olar, məsələn: torpedləmənin xlorid turşusu ilə
aparılması və termoturşu ilə işlənilmə layın xlorid turşusu ilə yarılması və sairə.
Quyuların quyudibi zonalarına fiziki-kimyəvi təsir üsullarından istifadə etmək olar
məhsuldar laya səthi aktiv maddələrin (SAM), yüksək fəallığa malik neftin, havanın və aerasiya
edilmiş mayelərin vurulması.
Quyuların quyudibi zonalarının SAM ilə işlənilməsi neftə görə süxurun keçiriciliyini
artırır, eyni zamanda SAM-ın süxur səthini hidrofoblaşdırılması nəticəsində lay sularının
quyudibinə axınını çətinləşdirir.
Neft quyularının çirklənmiş quyudibi zonalarının təmizlənməsi üçün tətbiq edilən xüsusi
naqil - torpedləmə üsulu (torpeda-“TДШ-50”) ilə yaxşı nəticələr əldə edilmişdir. Torpedanın
partlaması zamanı yaranan zərbə dalğaları, süzgəcin deşiklərini çöküntülərlə tutan hissəciklərini
parçalayaraq dağıdır (gil hissəcikləri, parafin, korroziya məhsullarını və sairə).
İstismar quyusunun quyudibi zonasına təsir üsulunun seçilməsi, laydan quyudibinə axının
azalmasına yol açan səbəblərdən və lay şəraitlərindən asılı olaraq müəyyən edilir. Zəif keçiricilikli
karbonatlı süxurların xlorid turşusu ilə işlənilməsi yaxşı nəticələr verir. Bu üsulu yaxşı
sementlənmiş qumdaşı süxurlarında da müvəffəqiyyətlə tətbiq edirlər. Qumdaşılardan təşkil
edilmiş quyudibi zonaların işlədilməsində ən yaxşı nəticələr xlorid turşusunu ftor turşuları (HF)
ilə qarışdırılaraq işlənilmə zamanı əldə edilir.
İstismar quyularının torpedlənməsi və hidravliki yarılması üsullarını, adətən, zəif
keçiricilikli və böyük lay təzyiqinə malik olan, sıxlığı böyük olan süxurlardan ibarət olan quyudibi
zonalarda tətbiq edirlər.
1.2. Quyuların xlorid turşusu ilə işlənilməsi.

Quyuların xlorid turşusu ilə işlənilməsi, xlorid turşusunun karbonatlı süxurları həll etmə
qabiliyyətinə əsaslanır, bu aşağıdakı tənliklər üzrə verilmişdir
a) əhəngdaşılar üçün

 HCl + CaCO = CaCl + H O + CO

b) dolomitlər üçün

 HCl + CaMg (CO )  = CaCl + MgCl  + H  O + CO

Reaksiyalardan alınmış məhsullar suda yaxşı həll olunurlar və onları laydan quyudibinə,
oradan isə quyuağzınadək çıxarmaq asan olur.
Quyudibi zonanın (layın) xlorid turşusu ilə işlənilməsi zamanı yaxşı effekt ona görə alınır
ki, turşu məsamələrə daxil olaraq məsamə kanallarını genişləndirir və onları lilli və karbonatlı
materiallardan özündə həll edərək təmizləyir. Aparılmış təcrübələr əsasında müəyyən edilmişdir
ki, laya vurulmuş turşunun təsiri nəticəsində, süxurlarda kavernaya bənzər nazik və uzun kanallar
yaranır, bu kanalların yaranması, quyuların drenaj sahəsini kifayət qədər artırır ki, buda quyuların
debitlərinin artmasına səbəb olur. Ona görə də xlorid turşusu ilə işlənilmədə əsas məqsəd ondan
ibarət olmalıdır ki, mümkün olduğu qədər daha böyük miqdarda turşu məhsuldar laya daxil olsun
və quyu dibindən layın daha dərin sahələrinə işləmiş olsun, bu zaman layın məsamə kanalları
genişlənir, onların bir-biri ilə əlaqəsi artır, eyni zamanda bu imkan verir ki məsamə kanalları lilli
məhsullardan təmizlənsin.
Məhsuldar laya turşunun daxil olma dərinliyi, turşu ilə süxurun reaksiyasının sürətindən
asılı olur. Müəyyən edilmişdir ki, reaksiyanın sürəti isə süxurların kimyəvi tərkibindən, lay
temperaturundan və lay təzyiqindən asılıdır.
Temperaturun artması ilə turşunun fəallığı da artır. Mədən məlumatları əsasında müəyyən
edilmişdir ki, süxurun tərkibindən asılı olaraq reaksiyanın sürəti temperaturun 20°C-dən 60°C-dək
artırılması zamanı 1,58 dəfə artır. Süxur ilə turşunun qarşılıqlı əlaqəsinin sürəti, həm soyuq, həm
də 60°C-dək qızdırılmış turşuların başlanğıc konsentrasiyasından asılı olmur (turşunun
konsentrasiyası adətən 5-15% HCl həddində olur).
Mədən təcrübəsində, lay şəraitindən asılı olaraq, məhsuldar layların xlorid turşusu ilə
işlədilməsində, adətən, 8-15%-li HCl tətbiq edilir. Turşuların bu konsentrasiyalarla
məhdudlaşdırılması aşağıdakı səbəblərlə izah olunur.
Aşağı konsentrasiyalı turşunun tətbiqi zamanı məhsuldar laya onun daha böyük həcmdə
vurulması tələb olunur, bunun nəticəsi olaraq reaksiya məhsullarının çıxarılması mürəkkəbləşə
bilər. Eyni zamanda yüksək konsentrasiyalı turşularında tətbiqi arzuolunmazdır, ona görə ki bu
zaman məsaməli mühitdə yüksək özlülüyə malik xlorid kalsium və xlorid maqnium məhlulları
yaranır ki, bunların da laydan çıxarılması olduqca çətindir. Bundan başqa, yüksək konsentrasiyalı
turşuların tətbiq edilməsi zamanı, quyu daxilindəki boruların və avadanlıqların mühafizəsi
məqsədi ilə korroziyaya qarşı mübarizə üsullarının tətbiqi də çətinləşir. Konsentrasiyası 15%-dən
yuxarı olan turşular nəinki əhəngdaşıları və dolomitləri özündə həll edir, onlar həm də gipsləri həll
edə bilir ki, buda çöküntü formasında məsamələrə çökərək məhsuldar layın məsamələrinin
çirklənməsinə səbəb olur.
Aparılmış tədqiqatlarla müəyyən edilmişdir ki, xlorid turşusu ilə işlənilmə aparılarkən,
quyudibi zonanın alçaq temperaturlu agentlərlə (məsələn: maye azot ilə) eyni zamanda
soyudulması prosesində, tətbiq edilən turşunun konsentrasiyasını əhəmiyyətli dərəcədə artırmaq
olar. Soyuq turşunun reaksiya qabiliyyəti, isti turşuya nisbətən (eyni konsentrasiyalı) kifayət qədər
az olur, ona görə də soyuq turşunu layın daha dərin sahələrinə vurmaq mümkündür.
Təzyiqin artması zamanı, turşu ilə süxurun qarşılıqlı əlaqəsinin sürəti azalır. Aparılmış
mədən təcrübələrinin məlumatına əsasən, lay şəraitində müxtəlif təzyiqlərdə, turşu ilə süxurun
qarşılıqlı əlaqəsinin azalmasının təxmini göstəriciləri, aşağıdakı kimi müəyyən edilmişdir
1. Təzyiq 7 kq/sm2 olduqda, 75%-li turşunun neytrallaşdırma vaxtı, eyni tərkibli turşunun
atmosfer təzyiqində neytrallaşdırma vaxtı ilə müqayisədə, təxminən 6-10 dəfə çox olacaqdır.
2. Təzyiq 710 kq/sm2 olduqda, qarşılıqlı təsirin sürətinin azalması daha kəskin baş verir
və bu da çox sıçrayışa oxşar sürətlə müşahidə olunur (neytrallaşdırma vaxtı 30-35 dəfə artır).
3. Təzyiq 2050 kq/sm2 olduqda, turşunun neytrallaşma sürətinin vaxtı təxminən 70 dəfə
azalır.
Hər bir quyunun turşu ilə işlənilməsi texnologiyasının seçilməsində, lay şəraiti mütləq
nəzərə alınmalıdır. Çətin həll olunan süxurlarda reaksiyanın sürətinin artırılması lazım gəlir
(məsələn: turşunun qızdırılması yolu ilə), ancaq yaxşı həll olunan karbonatlı süxurlarda,
baxmayaraq ki lay təzyiqi əhəmiyyətli dərəcədə reaksiyanı yavaşladan faktordur, bəzən bundan da
çox reaksiyanın sürətinin azaldılması tələb olunur ki, turşu aktiv vəziyyətdə layın mümkün olan
daha dərin sahələrinə keçə bilsin. Reaksiyanın gedişini yavaşlatmaq üçün xüsusi reagentlərdən –
yavaşladıcılardan istifadə edirlər. Bu zaman turşunun vurulma sürətini mümkün olduğu qədər
artırmaq lazımdır.
Mədənlərdə turşu ilə işlənmənin geniş tətbiq edilən növləri aşağıdakılardır:
1) turşu vannaları;
2) sadə və ya adi turşu işlənməsi;
3) təzyiq altında turşu ilə işlənməsi; ;
4) termokimyəvi və termoturşu işlənmələri.
Turşu vannalarının təyini – quyudibi səthinin onu çirkləndirən materiallardan
təmizlənməsi: sement və gil qırıntılarından, korroziya məhsullarının çöküntülərindən təmizləmə.
Turşu vannası digər variantlardan onunla fərqlənir ki, bu zaman vurulan turşunun həcmi, quyu
dibinin həcmi qədər olmalıdır, bu zaman turşunun lay tərəfindən udulmasına qətiyyən yol vermək
olmaz.
Turşu ilə işlənmənin nisbətən geniş yayılan növü – sadə və ya adi turşu işləmələridir.
Bu turşu işlənmələrinin təyini - quyudibi zonadakı süxurlara təsirdən ibarətdir, bu zaman proses
işçi turşu məhlulu laya keçənədək (daxil olana qədər) davam etdirilir. Turşu ilə sadə işlənmələri
bir nasos aqreqatı ilə yerinə yetirirlər. Turşu ilə sadə işlənmələrdə quyuya vurulan turşu
məhlulunun həcmi, adətən 20-35 m3 arasında müəyyən edilir. Məlumdur ki, turşu ilə işlənilmə
prosesi aparılarkən, turşu məhlulunun məhsuldar laya keçməsi və ya daxil olması üçün bu proses
müəyyən təzyiq altında aparılır. Təbiidir ki zamandan asılı olaraq, yataqlardakı lay təzyiqi tədricən
aşağı düşdüyü üçün, quyularda aparılan turşu işləmələri üçündə tələb olunan quyuağzı təzyiqdə
ondan asılı olaraq azalır. Əgər neft yataqlarının işlənilməsinin birinci dövründə orta dərinlikli quyu
üçün, turşu ilə işlənilmə aparılarkən quyuağzında təzyiq 60-80 kq/sm2 tələb olunurdusa, yatağın
bir neçə il işlənilməsindən sonra quyular turşu ilə təkrar işlənilərkən, bəzən ancaq elə hidrostatik
təzyiqin özü kifayət edir ki, quyuların işlənilməsi zamanı turşu məhlulu məhsuldar lay tərəfindən
udulsun. Belə şəraitdə turşu məhlulunun hərəkət sürəti, lay daxilində fasiləsiz olaraq azalır. Bu
isə ona səbəb olur ki, məhsuldar laya daxil olmuş turşunun fəallığının əsas hissəsi, bilavasitə quyu
lüləsinin bir başa ətrafında sərf edilir. Bu isə onunla nəticələnir ki, vurulan turşunun layın
dərinliyinə işləməsi və yeni kanalların yaranması üçün turşunun faydalı işi böyük ölçüdə azalır və
beləliklə, turşu ilə işlənmənin effektivliyi də aşağı düşür. Turşunun fəal vəziyyətdə layın
dərinliyinə keçməsini təmin etmək üçün, yüksək təzyiqin yaradılması tələb olunur.
Təzyiq altında aparılan turşu ilə işlənmələr - turşu ilə işlənmənin adi üsullardan onunla
fərqlənir ki, bu üsulla işlənilmələr aparılarkən yüksək təzyiqin yaradılması təmin edilir: 200, 250
və 300 kQ/sm2 .
Qeyd etmək lazım ki, mədənlərdə istismar quyularının quyudibi zonalarının xlorid turşusu
ilə işlənilməsi prosesində, turşunun 8-15%-lik məhlulundan, effektiv süzgəc intervalının
işlənilməsi üçün 0,4-1,5 m3 həcmində məhluldan istifadə edirlər. Xlorid turşusunun ən az həcmini
(0,4-0,6 m3) aşağı keçiricilikli kollektorlar turşu ilə işlənilərkən tətbiq edirlər. Daha yüksək
keçiriciliyə malik kollektorlar üçün daha böyük (0,8-1,0 m3) turşu həcmindən istifadə edirlər.
Başlanğıc debitləri çox böyük olan quyular üçün və kollektorunun keçiriciliyi yüksək olan
quyudibi zonalarının 1,0 m effektiv süzgəclərin intervalının turşu ilə işlənilməsi üçün isə 1,0-1,5
m3 turşu tətbiq edilir. Quyularda turşu ilə işlənilmənin təkrar aparıldığı zaman, istifadə edilən
turşunun həcmini, əvvəlki işlənməyə nisbətən 20-40% artırmaq lazımdır. Qumdaşılardan ibarət
olan kollektorların işlənilməsi zamanı, 1 m süzgəc intervalı üçün tətbiq edilən turşunun həcmi 0,4
m3-dən çox olmamalıdır. Böyük sıxlıqlı karbonatlarla və çox böyük çatlılığa malik laylara qazılmış
quyuların 1 m qalınlığında süzgəcinin turşu ilə işlənilməsi üçün tətbiq edilən turşunun həcmi isə
0,5-0,8 m3 olması məqsədə müvafiqdir.
Kiçik lay təzyiqli quyuların turşu ilə işlənilməsi zamanı, turşu məhlulunun konsentrasiyası
10-12% HCl olmalıdır. Böyük lay təzyiqli quyuların işlənilməsində isə 10-12%-li HCl
məhlulundan istifadə etmək tövsiyə olunur. Karbonat sementli qumdaşılardan ibarət layların turşu
ilə işlənilməsi üçün, xlorid turşusunun 8%-lik məhlulunu tətbiq etmək lazımdır.
Quyuların turşu ilə işlənilməsində tətbiq edilən xlorid turşusunun məhlulu, quyuların
daxilindəki nasos-kompressor borularını və digər quyu daxili avadanlıqları güclü korroziyaya
uğradır. Bu avadanlıqların və boruların sürətlə yeyilib (turşu məhlulu tərəfindən) sıradan
çıxmasının qarşısının alınması üçün turşu məhluluna inhibitorlar əlavə edilir və bu inhibitorlar
metalın turşu tərəfindən korroziyaya uğramasının sürətini azaldır.
Turşulara əlavə edilən bu inhibitorlara xüsusi tələblər qoyulur. Belə şərtlərdən biri ondan
ibarətdir ki, turşu əlavə edilən inhibitor, turşuda tam həll olunan olmalıdır; qatranlı və ya yağlı
maddələr kimi çöküntülər verməməlidir. Vurulmuş inhibitorlar reaksiya məhsulları ilə çöküntülər
yaratmamalıdırlar ( CaCl , MgCl  ilə). Mümkün olduğu qədər elə inhibitor növü seçmək lazımdır
ki, o həm də səthi-aktiv maddə kimi təsir göstərsin. İnhibitor kimi – formalin geniş tətbiq edilir.
Xlorid turşusunun məhluluna – 1 ton məhlula 6 kq əmtəəlik formalinin qatışdırılması kifayət edir
ki, o məhlulun korroziya aktivliyini 7-8 dəfə aşağı salsın.
Ən geniş yayılmış inhibitorlardan biridə, unikol –“ПБ-5” inhibitorudur. Xlorid turşusuna
0,25-dən 0,5%-ə qədər bu inhibitor əlavə edildikdə, o xlorid turşusunun korroziya aktivliyini 31-
42 dəfə aşağı salır. Unikol inhibitoru xlorid turşusunda tam həll olunur, lakin suda həll olunmur.
Ona görə də reaksiyadan sonra, yəni turşu məhlulu CaCl və MgCl  -yə çevrildikdən sonra, ondan
ayrılaraq çöküntü yaradaraq məsamələrdə çökür və bu onun ən böyük çatışmazlığı sayılır. Unikol
inhibitorunun yaratdığı çöküntülərin azaldılması məqsədi ilə onu turşu məhluluna 0,1%-dən yuxarı
əlavə etmirlər, baxmayaraq ki, bu dozada da xlorid turşusunun korroziya aktivliyi 15 dəfəyədək
azalır.
Böyük dərinliklərdə yerləşən və yüksək lay temperaturlarına malik məhsuldar layların
turşu ilə işlənilməsində onun tərkibinə “И-І-А” tipli inhibitoru urotropinlə qarışdıraraq əlavə
edirlər. 0,4% -“И-І-А”+0,8% urotropin həcmində qarışığın tətbiq edilməsi (turşuya əlavə
edilməsi), 87°C temperaturda və 380 kq/sm2 təzyiqdə imkan verir ki turşunun korroziya aktivliyi,
inhibitor vurulmamış turşu ilə müqayisədə, 90 dəfə aşağı salınsın.
Quyuların turşu ilə işlənilməsindən sonra, turşu ilə lay süxurlarının qarşılıqlı təsirindən
reaksiya məhsulları yaranır ki, onları da quyuların mənimsənilməsi prosesində laydan çıxarmaq
lazım gəlir. Bunun üçün turşu emala hazırlanarkən onun tərkibinə səthi-aktiv maddələrdə əlavə
edərək məhlula qarışdırırlar – bu maddələrə intensifikatorlar deyilir. Bu səthi-aktiv maddələr
reaksiya məhsullarının səthi gərilməsini azaldırlar. İntensifikatorlar məsamə kanallarının
divarlarında adsorbsiya edilərək, intensifikatorlar süxurdan suların ayrılmasını yüngülləşdirir və
süxurun neftlə islanma şəraitini yaxşılaşdırır, bununla da reaksiya məhsullarının mənimsənilmə
prosesində laydan çıxarılma şəraitini yaxşılaşdırır.
Fəal turşu-neft sərhədində, əgər turşu məhluluna SAM-lar əlavə edilmirsə, onda səthi
gərilmə çox aşağı səviyyədə olur, yox əgər SAM-lar əlavə edilirsə, onda turşu ilə işlənmədən sonra
tam neytrallaşma baş verir və səthi-gərilmə 5-6 dəfə artır.
Müəyyən edilmişdir ki, “ОП-10”, “УФЭ8”, karbozilin-0, katapin və katamin tipli SAM-
ların tətbiqi ilə karbonatlı süxurlarla vurulmuş turşunun reaksiyasının sürəti 3 dəfə və daha çox
azalır, lakin neftdə görə faza keçiriciliyi kifayət qədər güclü şəkildə artır.
Tərkibi 30-40% karbonatlardan təşkil olunan qumlu kollektorlarda da turşu ilə işlənməni
onun tərkibinə SAM-lar əlavə etməklə tətbiq etmək məqsədəuyğundur.
Xlorid turşusu istehsalçı zavodlar tərəfindən çox güclü konsentrasiyalı istehsal edilirlər. Bu
isə onun quyuların turşu ilə işlənilməsi prosesində qatışdırılmamış halda tətbiq edilməsini
çətinləşdirir. Ona görə də xlorid turşusunu istifadə etməmişdən qabaq, tələb olunan
konsentrasiyaya qədər su ilə qatışdıraraq, onun sulu məhlulunu hazırlayırlar.
Xlorid turşusu 4 növdə istehsal olunur
1. Sintetik-texniki xlorid turşusu;
2. Texniki xlorid turşusu;
3. İnhibitorlaşdırılmış (zavodda) xlorid turşusu;
4. Orqanik istehsalın “abqaz”-larından alınan xlorid turşusu.
Cədvəl 1.1
Turşunun adı Tərkibi, %
HCl Fe SO
Texniki, sintetik 31-dən az olmayacaq 0,02-dən çox 0,005-dən çox
olmayaraq olmayaraq
Texniki І növ 27,5-dən az 0,03-dən çox 0,04-dən çox
olmayaraq olmayaraq olmayaraq
Orqanik istehsalın 27,5-dən az 0,53-dən çox müəyyən
“abqaz”larından olmayaraq olmayaraq edilməmişdir
alınan

Cədvəl 1.1-dən göründüyü kimi, xlorid turşusunun tərkibində müəyyən miqdarda dəmir və
sulfat turşusu vardır. Turşunun tərkibində olan sulfat turşusu əhəngdaşılarla reaksiyaya girərək
gips əmələ gətirir, o isə çöküntüyə çevrilərək məsamələrdə çökür. Bunun qarşısını almaq üçün
turşu laya vurulmamışdan qabaq onun tərkibinə BaCl  qatırlar, hansı ki sulfat turşusu ilə
reaksiyaya girərək BaSO yaradırlar ki, bu çöküntüyə çevrilir

H  SO + BaCl  = BaSO + HCl

Xlorid turşusunun tərkibində müəyyən miqdarda dəmir oksidləri də olur ki, onlar turşu ilə
emal zamanı məhluldan ayrılaraq layın məsamə boşluqlarına çökür və onu çirkləndirirlər. Xlorid
turşusu gillərlə qarşılıqlı əlaqəyə girərək alüminium duzu yaradırlar ki, onlar da çöküntüyə
çevrilirlər. Bu arzuolunmaz hallarla mübarizə aparmaq üçün turşu məhlullarının tərkibinə
maddələr qatılır və bu maddələrə stabilizatorlar deyilir.
Stabilizatorlar kimi sirkə və ftor turşularını tətbiq edirlər. Turşu məhluluna sirkə turşusunun
əlavə edilməsi imkan verir ki, dəmir və alüminium duzlarını məhlulda asılı vəziyyətdə saxlamaq
mümkün olsun. Bundan başqa turşu məhluluna sirkə turşusunun əlavə edilməsi, turşu məhlulu ilə
süxur arasındakı qarşılıqlı əlaqə prosesini yavaşladır. Sirkə turşusu eyni zamanda karbonatlı
süxurları da həll edir. Turşu məhluluna əlavə edilən sirkə turşusunun həcmi 0,8-1,0% təşkil edir.
Turşu məhluluna 1-2% ftor turşusunun əlavə edilməsi sement qırıntılarının və qumdaşıların
məhlulda həll edilməsini yaxşılaşdırır H  SiO turşusunun gelinin əmələ gəlməsinin qarşısını
alır.
Quyuların turşu ilə işlənilməsi üçün xlorid turşusunun məhlulu ya mərkəzi turşu bazasında,
ya da bir başa quyunun ağzında xüsusi tutumlarda hazırlanır. Bunun üçün dərəcələnmiş çənə,
verilmiş hal üçün təlimat (instruksiya) cədvəlinə uyğun olaraq su doldururlar, bundan sonra
məhlula əlavə edildikdən sonra sirkə turşusu, ehtiyac olduqda isə ftor turşusu qatılır.
Bütün bunlardan sonra, təlimata uyğun olaraq hesablanmış həcmdə, dərəcələnmiş çənə
müvafiq konsentrasiyalı xlorid turşusu qatılır, sonra alınmış məhlul yaxşı-yaxşı qarışdırılır. Turşu
məhlulunun konsentrasiyasını sıxlığına görə müəyyən edirlər, lazım gələrsə məhlula ya su, ya da
konsentrasiya edilmiş xlorid turşusu əlavə etmək mümkündür. Bundan sonra məhlula xlorlu
barium əlavə edilir, götürülmüş nümunə analizi ilə nəzarət edərək, xlorlu barium məhlulda
qarışaraq tam itənədək məhlulu qarışdırırlar. Turşu məhlulu qarışdırılıb qurtardıqdan 5 dəqiqə
sonra, məhlula intensifikator əlavə edilir və məhlul yenidən qarışdırılır, sonra isə onu 2-3 saat
ərzində sakitləşmək üçün saxlayırlar və bundan sonra məhlul quyulara vurmaq üçün hazır olur.

1.3. Neft və qaz quyularının xlorid turşusu ilə işlənilməsinin aparılma texnologiyası.

Məhsuldar laylara xlorid turşusu ilə təsirin effektivliyini qiymətləndirmək üçün, turşu ilə
işlənilmədən əvvəl və sonra istismar quyularında hidrodinamiki tədqiqatlar aparılmalıdır.
İstismar quyusunda, turşu ilə işlənilmədən öncə hidrodinamik tədqiqatlar aparılır. İstismar
quyusunu turşu ilə işlənilmədən əvvəl, müxtəlif çirkləndiricilərdən qumdan, parafindən,
korroziya məhsullarından yaxşıca yuyaraq təmizləmək lazımdır. İstismar quyusunun divarlarını
(istismar kəmərinin daxili səthini) sement və gil qırıntılardan, eyni zamanda korroziya
məhsullarından təmizləmək üçün, quyuda turşu vannaların tətbiq edilməsi məqsədəuyğun hesab
edilir. Bu zaman turşu məhlulu quyudibinə qədər vurularaq bir müddət quyu gövdəsində
saxlanılır, lakin bu zaman elə etmək lazımdır ki turşu məhlulu məhsuldar laya daxil olmasın.
Turşu vannaları elə aparılmalıdır ki, çirkləndirici materiallar məhsuldar layın məsamələrinə daxil
olmasın. Buna görə də quyu lüləsinin çirkləndiricilərdən təmizlənməsi üçün turşu vannalarının
tətbiq edilməsi, quyunun mənimsənilməsi prosesində quyudibi zonaya turşu ilə təsirdən qabaq
aparılması, turşu ilə işlənilmədə vacib və tələb olunan etaplardan biridir. Əgər müəyyən edilmişdir
ki, məhsuldar layın aşağı hissəsində daban suları vardır, onda quyunun süzgəcinin aşağı hissəsini
turşu məhlulunun təsirindən təcrid etmək lazımdır. Bu məqsədlə quyudakı qaldırıcı borular vasitəsi
ilə quyunun dibinə sıxlığı 1200-1300 kq/m3 olan kalsium xlor məhlulu və ya duzlu su məhlulu,
hansının ki sıxlığı – 100-150 kq/m3 olur, vurulur. Bu duzlu suyun sıxlığı, laya vurulacaq turşu
məhlulunun sıxlığından çox olmalıdır.
Adətən, istismar quyularını turşu məhlulu ilə emal edərkən, quyuya nasos-kompressor
boruları endirərək, ondan şəkil 6.1-dəki verilmiş sxem əsasında istifadə edirlər.

Şəkil 1.1. Quyunun turşu ilə işlənməsinin sxemi.

Əvvəlcə quyunu neftlə dolduraraq quyuda neft dövranı yaradırlar (şək.6.1, І variant).
Bundan sonra qaldırıcı boruların daxili ilə hazırlanmış xlorid turşusunun məhlulunu quyuya
vururlar. Quyunun həlqəvi (boru arxası) fəzası ilə quyudan sıxışdırılaraq çıxarılan neftin həcmini,
onu dərəcələnmiş çənə çıxararaq ölçürlər. Quyuya vurulan turşu məhlulunun birinci hissəsinin
həcmini doldursun (şəkil 1.1, ІІ variant). Bundan sonra quyuağzında boru arxasının siyirtməsi
bağlanılır və hazırlanmış turşu məhlulunun qalan hissəsi təzyiq altında quyuya vurulur, bu zaman
quyuya vurulan turşu məhlulu quyudibi zonaya, yəni məhsuldar laya daxil olur (şəkil 6.1, ІІІ
variant). Nasos-kompressor borularının daxilində və boru arxası fəzanın aşağı hissəsində qalan
turşu məhlulu da neft və ya su ilə sıxışdırılaraq laya vurulur (şəkil 1.1, ІV variant).
Alçaq lay təzyiqli quyularda neftlə yuma prosesi zamanı maye dövranı həmişə yaratmaq
mümkün olmur, çünki quyuya vurulan neftin bir hissəsi məhsuldar lay tərəfindən udulur. Belə
hallarda, quyuya vurulan nefti mümkün olan maksimal sürətlə 10-20 m3 həcmində nefti fasiləsiz
olaraq vurmaq lazımdır və bu zaman quyunun boru arxası fazasındakı mayenin səviyyəsini exolot
cihazının köməkliyi ilə nəzarət etmək lazımdır (boru arxasındakı səviyyə qaz sayğacları ilə də
nəzarət etmək olar). Müəyyən edildikdən sonra boru arxası fəzada maye səviyyəsi daha qalxmır,
bundan sonra neftvurma prosesini dayandırmadan, quyuya neftin arxasınca fasiləsiz olaraq, neftin
vurulma sürəti ilə, yuxarıda (quyuağzında) hesablanaraq hazırlanmış bütün turşu məhlulunu həmin
sürətlə quyuya vurular, bundan sonra quyu lüləsində qalan turşu məhlulunu da neft ilə sıxışdıraraq
məhsuldar laya vururlar.
Quyuların quyu daxili zonalarına (laya) vurulan turşu məhlulunu mümkün olan maksimum
sürətlə vurmaq lazımdır ki, quyuya vurulan turşu məhlulu, quyu lüləsindən layın daha böyük
dərinliklərinə keçməsinə şərait yaransın.
Turşu məhlulunu laya daxil etdikdən sonra, quyunun ağzındakı siyirtmələr bağlanılaraq,
quyunu bir neçə saat müşahidə altında sakit saxlayırlar, bu müddət ona görə lazımdır ki lay süxuru
ilə laya vurulmuş turşu məhlulunun qarşılıqlı təsiri, yəni onlar arasındakı reaksiya başa çatsın. Bu
müddət turşu məhlulunun quyuya vurulma təzyiqindən asılı olaraq müəyyən edilir: Təzyiq 7
kq/sm2 olduqda saxlanılma müddəti -36 saat; təzyiq 710 kq/sm2 olduqda saxlanılma müddəti -
1224 saat və təzyiq 2060 kq/sm2 olduqda isə saxlanılma müddəti - 30 saat müəyyən edilir.
Əgər turşu məhlulu ilə işlənilmə zamanı yuyucu maye kimi neft tətbiq edilmişdirsə, onda
quyudibi təmizləndikdən sonra onu dərhal istismara daxil edirlər.
Quyularda turşu ilə işlənilmənin aparılması üçün, xüsusi konstruksiya əsasında hazırlanmış
“Azinmaş-30” aqreqatından istifadə edilir. Bu aqreqatın üzərində, daxili səthi xüsusi örtüklə emal
edilmiş (turşuda həll olmayan materialla), 8 m3-lik çən montaj edilmişdir, bundan başqa aqreqatın
qoşqusunda əlavə 6 m3-lik çən olur, eyni zamanda aqreqatın üzərində üç plunjerli “2HK-500” tipli
nasosda quraşdırılır, bu nasosun yaratdığı maksimum təzyiq, maye -1 dm3/san. olmaqla, 500
kq/sm2- olur.
Bundan başqa, mədənlərdə quyuların turşu ilə işlənilməsini aparmaq üçün, “ЦА-300”, “ЦА-320”
və “2АH-500” tipli sementləyici aqreqatlardan da istifadə edilir.
Turşu ilə işlənilmədə istifadə edilən bütün avadanlıqlar (çənlər, dərəcələnmiş çənlər,
birləşdirici borular) ya xüsusi örtüklə mühafizə olunan avadanlıqlar olmalıdır, ya da bu
avadanlıqlar elə materiallardan hazırlanmalıdır ki, onlar turşu ilə qarşılıqlı əlaqəyə girməsin.
Quyuların turşu ilə işlənilməsinin adi və ya sadə prosesinin mahiyyəti məhsuldar laya
xlorid turşusunun məhlulunun vurulmasından ibarətdir.
Şəkil 1.2-də quyunun turşu məhlulu ilə işlənilməsi prosesində xüsusi texnika və
avadanlıqların yerləşdirilməsinin sxemi verilmişdir. Turşu ilə işlənilməsi prosesini üç etapa
ayırmaq olar
- hazırlıq məqsədi ilə emal ediləcək quyuya neftin vurulması
- quyuya vurulan neftdən sonra, onun ardınca turşu məhlulunun quyuya vurulması
- quyuya vurulmuş turşu məhlulunun məhsuldar laya sıxışdırılması prosesləri.
Şəkil 1.2. Xlorid turşusu ilə sadə emal zamanı avadanlıqların yerləşdirilməsi sxemi.
1- Azinmaş tipli nasos aqreqatı 2- aqreqatın üzərindəki turşu çəni 3- qoşqudakı turşu çəni 4-
turşu üçün çən 5- quyuya vurulacaq maye (yuyucu maye, neft) üçün çən  6- emal işləri
aparılacaq quyunun ağzı.

Quyuların adi (sadə) turşu məhlulu ilə işlənilməsi prosesində, turşu məhlulu quyunun
quyudibi zonasına çoxda böyük olmayan təzyiq ilə vurulur, ona görə də əsasən keçiriciliyi yüksək
olan laycıqlar (araqatlar) turşu məhlulunun təsirinə məruz qalır. Əgər məhsuldar lay kiçik
keçiricilikdirsə, onda elə etmək lazımdır ki, kiçik keçiricilikli süxurlarda turşu məhlulunun təsiri
ilə əhatə olunsun. Turşu məhlulu ilə işlənilmədə yüksək təzyiq düşkülərinin tətbiq edilməsi imkan
verir ki quyuya vurulan turşu məhlulu, aktiv vəziyyətdə məhsuldar layın daha dərin sahələrinə
keçsin (daxil olsun), nəinki öz aktivliyini quyudibi zonada sərf etmiş olsun.
Kiçik lay təzyiqli neft yataqlarında xlorid turşusunun məhlulu ilə işlənilmə prosesini
yüksək təzyiq ilə aparmaq üçün, eyni zamanda məhsuldar layın yüksək keçiricilikli laycıqların da
işlənilmə prosesinin aparılması üçün xüsusi tədbirlərin həyata keçirilməsi tələb olunur. Belə
tədbirlərdən biri, turşu ilə işlənilmə aparılacaq quyuya yüksək özlülüklü neft-turşu emulsiyasının
(“turşu-neftdə” tipli emulsiya) vurulmasıdır. Belə emulsiyanın quyudibi zonaya vurulması,
məhsuldar layın yüksək keçiricilikli araqatlarının maye qəbul etmə (maye udma) qabiliyyətini
kəskin aşağı salır ki, bu da turşu vurulmasının növbəti hissəsində, vurulan turşunun kiçik
keçiricilikli laycıqlara da daxil olmasına imkan və şərait yaradır. Bu tip emulsiyalarla işlənmədə
ən yaxşı nəticələrə, emulsiyanın tərkibini 70-80% xlorid turşusu təşkil etdikdə nail olmaq mümkün
olur.
Şəkil 1.3-də təzyiq altında turşu ilə işlənilmə aparıldıqda, quyuağzında xüsusi texnikanın
və avadanlıqların birləşdirilməsinin sxemi verilmişdir. Lazım olan emulsiyanın hazırlanması üçün
əsas aqreqat -1 və köməkçi sementləyici aqreqat - 2 şəkildə göstərilmişdir. Tələb olunan
emulsiyanın hazırlanma qaydası aşağıdakı kimidir. Bunkerin -3 bir yarım hissəsinə , aqreqatla -2
neft çənindən -4 neft vururlar. Bundan sonra nasos -5 vasitəsi ilə nefti bunkerdən -3, digər bunkerə
-6 vururlar. Bunkerlərdə maye dövranı yaranan kimi, bunkerə -3 kiçik hissələrlə turşu üçün
çənlərdə -7,8 saxlanılan turşu məhlulu vurulur. Bu proses zamanı turşu məhlulu neftə nisbətən
daha ağır çəkiyə malik olduğu üçün o qarışığın aşağı hissəsi ilə hərəkət edərək neftlə birlikdə
nasosun qəbul xəttinə düşərək nasos tərəfindən sorulurlar. Turşu məhlulu ilə neftin qarışdırılması
prosesinin intensivləşdirilməsi nəticəsində “turşu-neft” tipli emulsiya yaranır. Bu emulsiyanın
yarandığı müşahidə edilən kimi aqreqatın nasosu - 9 işə salınır və yaranmış emulsiyanı bunkerə -
3 vururlar. Eyni zamanda bu bunkerə -3 xlorid turşusu da vurulur. Bu tsikl tələb olunan özlülüyə
malik emulsiya alınanadək davam etdirilir, bundan sonra yaranmış emulsiya digər aqreqatın
nasosunun -10 vasitəsi ilə, turşu məhlulu ilə işləniləcək quyuya -11 vurulur. Yaranmış emulsiyanın
özlülüyünü viskozimetrlə müəyyən etmək olar. Quyuların udma qabiliyyətindən asılı olaraq şəkil
6.3-də sxemdə göstərildiyi kimi aqreqatların sayı bir yox, bir neçəyədək artırıla bilər və eyni
zamanda çənlərin sayı da tələbata uyğun olaraq artırıla bilər.

Şəkil 1.3. Quyular təzyiq altında turşu ilə işlənilərkən quyuağzı avadanlıqların və xüsusi
texnikanın yığılmasının sxemi.
1 - əsas aqreqat 2- köməkçi sementləmə aqreqatı 3- bunker 4- neft çəni 5 nasos 6- bunker
7 və 8 – turşu çənləri 9- aqreqatın nasosu 10- sementləyici aqreqatın nasosu 11- quyu.

Quyuların təzyiq altında turşu məhlulu ilə işlənilməsini aşağıdakı qaydada aparmaq
lazımdır.
Quyuya nasos-kompressor boruları ilə endirilmiş, lakin hələlik yerinə oturdurulmamış
pakerin və quyunun boru arxası fəzanın pakerdən aşağı hissəsinin həcmini hesablayaraq, vurmaq
lazımdır. Bundan sonra quyuya endirilmiş paker açılaraq yerinə oturdurulur və hidravlik
müqavimətin az olması üçün kiçik sürətlə neft-turşu emulsiyanın quyuya vurulması davam
etdirilir. Nəzərdə tutulan həcmdə emulsiya quyuya vurulub qurtardıqdan sonra, prosesi
dayandırmadan, fasiləsiz olaraq, hazırlanmış turşu məhlulu da quyuya vurulur. Quyuya nasos-
kompressor borularının həcmi qədər turşu məhlulu vurulduqdan sonra, turşu məhlulunun quyuya
vurulma təzyiqi mümkün olan maksimum həddə qədər birdən birə kəskin artırırlar. Vurma
təzyiqini azaltmadan, turşu məhlulunu quyuya vurduqdan dərhal sonra, ardınca quyuya yuyucu
məhlul vurulur. Yuyucu məhlul quyuya vurulub qurtardıqdan sonra quyuağzındakı siyirtmələr
bağlanılır və quyudakı təzyiq qərarlaşanadək və ya təzyiq tam düşənədək quyu sakit saxlanılır.
Əgər məhsuldar layın kəsilişində böyük qalınlığa malik tək bir ədəd neft-qazlı horizont
vardırsa, onda onu emal etmək üçün ya pilləli və ya da intervallar üzrə üsullardan istifadə edirlər.
Bunun üçün layın qalınlığını, hər birini ayrı-ayrı emal etmək üçün, 10-20 m-lik intervallara
bölürlər. Layın emal edilən (turşu məhlulu ilə işlənilən) hissələrini bir-birindən ayırıb izolə etmək
üçün ya pakerdən, ya da kimyəvi izolə edici özlü-plastik maye qarışığı tətbiq edirlər. Bəzi hallarda
isə belə laylarda termoturşu ilə işlənilmə tətbiq edilir. Keçiriciliyi zəif olan süxurlar turşu məhlulu
ilə işlənilərkən, adətən onlara böyük həcmdə turşu məhlulu vurmaq olmur. Belə hallarda əvvəlcə
məhsuldar laya böyük təzyiq altında turşu məhlulunun birinci hissəsi (porsiyası) vurulur və quyu
bir neçə saat ərzində bağlı saxlanılır. Quyudakı təzyiq aşağı düşdükdən sonra, quyuya ikinci hissə
turşu məhlulu vurulur və bu zaman vurma təzyiqi birinci hissənin vurma təzyiqindən daha aşağı
olur.

1.4. Quyuların quyudibi zonalarının termokimyəvi və termoturşu üsulları ilə işlənilməsi.

Quyuların quyudibi zonasının termokimyəvi üsulla işlənilməsi dedikdə, onların qaynar turşu
ilə işlənilməsi başa düşülməlidir. Quyuya vurulacaq turşu məhlulu, ekzotermik reaksiyanın istilik
effektinin hesabına qızdırılır, hansı ki quyunun dibində xlorid turşusu ilə ikinci reagentin
materialları arasında baş verir (məsələn, maqnezium və s.)
Quyuların quyudibi zonasından onun dibinə neft axınının artırılması məqsədi ilə, quyudibi
zonanın məsamələrinə çökmüş qatran və parafindən bu sahənin təmizlənməsi üçün, quyudibi zona
termokimyəvi üsulla işlənilir.
Quyunun dibində yüksək temperatur yaradılması üçün, quyuya kaustik soda, maqnezium və
başqa metallar endirilir. Bu metallar quyudibində xlorid turşusu ilə reaksiyaya girirlər və bu
reaksiyadan böyük miqdarda istilik ayrılır. Bu maddələrdən ən aktivi (fəalı) maqnezium metalıdır,
hansında ki reaksiya zamanı böyük miqdarda istilik ayrılır və bu metalı turşu ilə işlənilmə zamanı
təmiz halda və ya digər metal xəlitələri ilə birlikdə (məsələn, alüminium ilə) tətbiq edirlər. Belə
metal xəlitələr elektronlar adlandırılır. Lakin elektronların tətbiqi, təmiz maqneziuma nisbətən
daha pis nəticələr verir. Elektronlar və maqnezium metalını qırıntılar(ovuntular) formasında və ya
metal çubuq kimi, hansının ki diametri 2-4 mm və uzunluğu 60 sm-ə qədər olur, tətbiq edirlər.
Turşu ilə maqnezium arasında aşağıdakı kimyəvi reaksiya gedir

Mg + HCl + H O = MgCl + H O + H  + ,kkal,

yəni turşuda 1 mol maqnezium həll olunduqda, hansı ki çəki ilə 24 qr, istilik effekti kimi 110,2
kkal istilik ayrılır, və yaxud xlorid turşusunda 1 kq maqnezium həll olunduqda ayrılan istilik -4520
kkal olur. Qeyd etmək lazımdır ki, 1 kq maqnezium tam həll olunması üçün, 18,62 litr xlorid
turşusunun məhlulu tələb olunur və bu zaman turşu tam neytrallaşır, reaksiyadan alınan bütün
məhlullar suda yaxşı həll olunur.
Təcrübə yolu ilə müəyyən edilmişdir ki, 15%-li xlorid turşusunun məhlulunda 1 kq
maqnezium tam həll edildikdə, aşağıdakı göstəricilər alınır
1. Xlorid turşusu 70 litr olduqda, reaksiyanın sonrakı temperaturu -85°C
2. Xlorid turşusu 80 litr olduqda, reaksiyanın sonrakı temperaturu -75°C
3. Xlorid turşusu 100 litr olduqda, reaksiyanın sonrakı temperaturu -60°C
4. Xlorid turşusu 120 litr olduqda, reaksiyanın sonrakı temperaturu -50°C
Quyular turşu ilə işlənildikdə əsasən 30 və ya 40 kq-lıq maqnezium hissələrindən istifadə
edirlər, bu zaman 1 kq maqneziuma, 80100 litr 15%-lik turşu məhlulunun nisbəti nəzərə
alınmalıdır.
Quyularda termokimyəvi işlənmənin aparılması üçün xüsusi reaksiya ucluqları tətbiq
edilir (şəkil 1.5).
Şəkil 1.5. Quyuların termokimyəvi üsulla işlənilməsi üçün xüsusi reaksiya ucluğu.
Maqnezium çubuğunu reaksiya ucluğunun borusunun -3 yuxarı hissəsinə endirirlər, sonra
onu keçirici -2 ilə və nasos-kompressor borusunun muftasına -1 bağlayırlar. Bu boruda -3
maqnezium turşu ilə qarşılıqlı əlaqəyə girir. Bu zaman turşu məhlulunun quyuda dövranı yaradılır
və o dövr etdirilir. Aşağı hissədəki boru -7, hansına ki yuxarıdakı borudan -3, üzərində xüsusi
deşiklər açılmış metal lövhə - setkadan -5 keçərək turşu məhlulu daxil olur. Bu turşu məhlulu
maqnezium turşusunun reaksiyası nəticəsində qızır və bu qaynar məhlul yuyucu boruların
uzunluğu boyu onun üzərində şahmat qaydası ilə cüt-cüt yerləşdirilmiş nippellərdən -8 keçərək,
quyunun istismar kəmərlərinin daxili divarlarına püskürdülür.
Bu zaman ayrılan hidrogen üçün, mufta birləşməsində -4, hansı ki yuxarıdakı və aşağıdakı
boruları birləşdirir, qaz zərbə qaytaran – qıf -6 yerləşdirilir. Reaksiya nəticəsində ayrılmış
hidrogenin çıxarılması üçün, aşağıdakı borunun yuxarı hissəsində dörd və ya altı 3 mm
diametrində deşik açılır. Aşağıdakı borunun ucunu tıxacla -10 tam hermetik bağlayırlar. Aşağıdakı
borunun aşağı hissəsinə, aparılan proses dövründə, temperaturu fasiləsiz olaraq yazıb qeyd etmək
üçün, özüyazan termometr- 9 yerləşdirilir. Qaynar turşunun təsirindən termometri qoruyaraq
mühafizə etmək üçün, onu dəmir köynəyin içində yerləşdirirlər. Reaksiya ucluğuna bir dəfəyə 40
kq maqnezium yükləmək mümkündür.
Termoturşu ilə işlənilmə - bu kombinə edilmiş prosesdir. Quyunu bir-birinin ardınca
fasiləsiz aparılan iki pillə ilə emal edirlər. Birinci pillə - termokimyəvi emaldır, ikinci pillə isə adi
turşu ilə emal prosesidir. Quyunun işlənilməsində termokimyəvi fazanı elə aparırlar ki, ucluğun
daxilində maqnezium ilə reaksiyaya girmiş turşu, ucluqdan çıxarkən onun temperaturu 70°C-dən
çox olmasın və bununla bərabər layın süxuru ilə fəal reaksiyaya girmək üçün bu temperatur kifayət
etsin.
Qaynar turşunun metal ucluğa və boruya aqressiv təsirini azaltmaq üçün turşunun 15%-
li məhluluna, məhlulun ümumi həcminin 0,5% qədər formalin əlavə edərək onu
inhibitorlaşdırırlar. Bu proses zamanı unikol – inhibitorundan istifadə etmək olmaz, çünki onun
turşu məhlulu ilə qarışması, maqnezium turşu məhlulunda həll olma reaksiyasını kəskin azaldır.
Tam əksinə olaraq, prosesin ikinci fazası üçün (turşu ilə emal) bu inhibitorun unikolun
tormozlayıcı xassəsindən istifadə etmək tələb olunur.
Buna görə də, turşu məhlulunun inhibitorlaşdırılmasını formalin inhibitoru ilə yox, yalnız
unikol inhibitoru ilə aparılmalıdır. Baxmayaraq ki formalin inhibitoru əlavə edilir, dəmirin bir
hissəsi qaynar turşu məhluluna keçir. Buna görə də, yəni layın məsamələrində dəmirin çökməməsi
üçün, turşu məhluluna 1-1,5%-lik sirkə turşusu əlavə etmək tələb olunur.
1.5. Layların hidravliki yarılması.

Layların hidravliki yarılması - istismar quyularının məhsuldarlığının və vurucu (injeksiya)


quyuların qəbul etmə qabiliyyətinin artırılması üçün tətbiq edilən üsullardan ən effektiv və
səmərəlisidir, bu üsulun tətbiqi , xüsusən də kiçik keçiricilikli süxurlar üçün əhəmiyyətlidir.
Bu üsulun mahiyyəti ondan ibarətdir ki, istismar quyularının quyudibi zonalarındakı,
süxurlarda yeni çatların süni yaradılması və mövcud çatların genişləndirilməsi üçün, quyuya
vurulan maye ilə yüksək təzyiq yaradılır. Bu təzyiq ilə layda yeni yaradılmış çatların və
genişləndirilmiş çatların yenidən bağlanmamağı üçün (təzyiq aşağı salınarkən), yuyucu maye ilə
birlikdə məhsuldar laya (quyudibi zonaya) kvars qumu da vurulur. Hidravliki yarılma nəticəsində
yaranan çatlar məhsuldar layın dərinliyinə doğru on metrlərlə davam edir, bu zaman bu çatlar
quyudibi zonadan başlayaraq layın daha dərinliklərindəki çatlarla birləşir.
Bəzi hallarda istismar quyularının debitləri hidravliki yarılmadan sonra on dəfələrlə
çoxalaraq artır. Bu ona dəlalət edir ki, hidravliki yarılma prosesində layda yeni yaradılmış çatlar,
məhsuldar layda yarılmadan əvvəl mövcud olan çatları özü ilə birləşdirərək, məhsuldar layın daha
uzaq (quyudan) sahələrindəki yüksək məhsuldarlığa malik sahələrdən quyu istiqamətində axının
yaranması baş verir.
Quyuların hidravliki yarılması, aşağıdakı göstərilən proseslərin ardıcıl aparılmasından
ibarətdir
1) Məhsuldar laylarda yeni çatların yaranması üçün, laya yarma mayesinin yüksək təzyiq
ilə vurulması
2) Məhsuldar layda yaradılmış çatlara kvars qumunun daşıyıcı maye ilə vurulması
3) Yuyucu maye ilə laydakı çatlara kvars qumunun sıxışdırılaraq doldurulması.
Hidravliki yarılma prosesində layda yeni çatların yaranma mexanizmi aşağıdakı kimi baş
verir. Məhsuldar layları təşkil edən bütün süxurlarda təbii mikro çatlar mövcud olur. Belə çatların
keçiriciliyi çox aşağı olur. Hidravliki yarılma prosesində, nasoslarla yaradılan yüksək təzyiq
altında quyuya vurulan maye ilk öncə məhsuldar layın yüksək keçiricilikli zonalarına süzülür, o
cümlədən də layda olan mövcud çatlarla. Bu zaman layın araqatlarında vertikal üzrə təzyiqlər
fərqi yaranır, ona görə ki, yüksək keçiriciliyə malik araqatlarda və çatlarda, az keçiricilikli və ya
keçiriciliyi olmayan laycıqlara nisbətən daha yüksək olur. Bunun nəticəsində, yüksək keçiricilikli
layın dabanına və tavanına təsir edən qüvvələr yaranır yuxarıdakı süxurlar deformasiyaya məruz
qalırlar və araqatların sərhədində ya yeni çatlar yaranır və ya köhnə çatlar daha da genişlənirlər.
Keçiriciliyi az olan və ya heç olmayan süxurların, yəni süzülməsi olmayan layların yarılma
mexanizmi qalın divarlı qablarda (boruların, tutumların və sairə) çatların yaranmasına bənzəyir.
Bu zaman yaranan çatlar, adətən vertikal və ya maili vəziyyətdə olurlar. Laya süzülən maye ilə
hidravliki yarılma prosesi aparılarkən, layın yarılma təzyiqi, adətən, süzülməsi olmayan layların
yarılma təzyiqindən az olur.
Əvvəl hesab edilirdi ki, məhsuldar layların hidravliki yarılma təzyiqi, ən azı dağ təzyiqinə
bərabər və ya ondan bir az çox olmalıdır ki, lay süxurunun müqavimətini dəf edərək onu yara
bilsin.
Layların hidravliki yarılma təzyiqi ilə, dağ təzyiqindən aşağı təzyiqdə yarılmasını,
akademik S.A.Xristianoviç onunla izah etmişdir ki, qazma prosesi zamanı (quyunun) gillərin və
gilli süxurların praktiki deformasiyası baş verir, hansılar ki məhsuldar layın özündə və onun tavan
hissəsində laylanaraq yatmış olurlar. Hesab edilir ki, quyunun qazılması prosesində, gilli lay
qazılaraq aşağı keçildikdən sonra, gilli layın üzərindəki layların (süxurların) ağırlığı nəticəsində
gilli lay quyuya doğru sıxışdırılaraq axır (çıxır). Bu isə ona gətirib çıxarır ki, məhsuldar layın
sahəsində, yəni layın tavan hissəsində həmin layın (gilli) bir növ təzyiqinin boşalması halı baş
verir ki, bu da həmin sahənin praktiki deformasiyaya məruz qalmış gillər ilə əhatə olunmasına
gətirib çıxarır və bunun nəticəsi olaraq, quyunun yaxınlığında dağ təzyiqi azalmış olur.
Praktikada müəyyən edilmişdir ki, hidravliki yarılma zamanı, quyunun dibində yarılma
təzyiqi (n/m2) - Py , ,Hgρ  ,Hgρ arasında dəyişir (burada, H - quyunun dərinliyidir, m ilə
ρ - süxurun sıxlığıdır, kq/m3 ilə).
Hidravliki yarılma prosesində müxtəlif işçi mayelər tətbiq edilir, hansılar ki fiziki-kimyəvi
xassələrinə görə iki qrupa ayırmaq mümkündür
a) karbohidrogen əsaslı mayelər
b) su əsaslı mayelər.
Karbohidrogen əsaslı mayeləri neft quyularında hidravliki yarılma prosesləri zamanı tətbiq
edirlər, bu növ mayelərə aiddir yüksək özlülüklü neft, mazut, dizel yanacağı və ya kerosin. Su
əsaslı mayeləri isə vurucu quyularda tətbiq edirlər və bu mayelərə aiddir şirin və ya duzlu su
(müxtəlif əlavələr edilərək qatılaşdırılmış və ya qatılaşdırılmamış ) məhlulları, xlorid və ftor (HF)
turşulu məhlullar, hansılar ki müxtəlif reagentlər (özlülüyü artıran) ilə qatışdırırlar. Hidravliki
yarılma prosesində həm də hidrofob və hidrofil tipli müxtəlif emulsiyalarda geniş tətbiq edilir. Bu
emulsiyanın birincisinə karbohidrogen mayelər, ikincisinə isə sular aiddir. Emulsiyaların
hazırlanması üçün (karbohidrogen əsaslı) kerosin, dizel yanacağı, müxtəlif neftlər götürülür, digər
ikinci tip emulsiyaların hazırlanması üçün su və ya xlorid turşusu götürülür.
Hidravliki yarılma proseslərində tətbiq edilən bütün mayelər, aşağıdakı tələbləri
ödəməlidir
1. Tətbiq edilən işçi mayelər məhsuldar layların nə mütləq keçiriciliyi, nədəki faza
keçiriciliyini azaltmamalıdır.
Karbohidrogen əsaslı mayelər su ilə doymuş süxurlardan süzülərkən, bu mayelərin süxurda
suya görə faza keçiriciliyi əhəmiyyətli dərəcədə aşağı düşür. Eyni ilə neftlə doymuş süxurlardan,
su əsaslı maye süzüldükdən sonra, həmin süxurların faza keçiriciliyi karbohidrogen əsaslı mayelər
üçün aşağı düşür, buna görə də neft quyularının hidravliki yarılma prosesində karbohidrogen əsaslı
mayelər, vurucu (injeksiya) quyularda isə su əsaslı mayelər tətbiq edilir.
Hidravliki yarılmada tətbiq edilən mayelərin tərkibində mexaniki qarışıqlar olmamalıdır
və bu mayelər süxur və lay mayeləri ilə təmasda olduqda, həll olunmayan çöküntülər
yaratmamalıdırlar
2. İşçi mayelər elə xassələrə malik olmalıdırlar ki, onlar lay süxurunun keçiriciliyini,
süxurda yeni yaradılmış çatlardan və süxur məsamələrindən işçi məhlulun tam çıxarılması ilə,
təmin etməlidir. Bu zaman ən yaxşısı odur ki, işçi mayelər, lay mayelərində tam həll oluna bilən
olsunlar
3. Hidravliki yarılma prosesi zamanı tətbiq edilən yüksək özlülüklü işçi maye, yarılma
aparılan lay şəraitində sabit (özlülüyü) qalmalıdır, ən azı hidravliki yarılma aparıldığı müddət
ərzində
4. Hidravliki yarılma prosesi qış mövsümündə aparıldıqda, işçi mayelər aşağı donma
temperaturuna malik olmalıdırlar
5. İşçi mayelər asan əldə edilən və bahalı olmalıdırlar.
Yuxarıda qeyd edilənlərdən başqa, işçi maye müəyyən özlülüyə malik olmalıdır. Məsələn,
olduqca az özlülüyə malik işçi maye ilə hidravliki yarılma prosesində, layın yarılma təzyiqini
yaratmaq üçün, laya böyük həcmdə işçi mayenin vurulması tələb olunur ki, bunun üçündə eyni
zamanda işləyən nasos aqreqatlarının sayı artırılmalıdır. Böyük özlülüklü işçi mayelər tətbiq
edildikdə isə, layın hidravliki yarılması üçün və yeni çatların yaranması üçün çox böyük təzyiq
tələb olunur.
Quyuya vurulan istənilən işçi məhlulun basqı itkilərini azaltmaq üçün, böyük diametrli (75
və ya 100 mm) yuyucu borulardan istifadə etmək lazımdır.
Quyuların dərinliyi az olduqda, yəni hidravliki yarılma təzyiqi az olduqda, quyulara yuyucu
boruların endirilməsinə ehtiyac qalmır, layın yarılma prosesini bir başa istismar kəmərinin vasitəsi
ilə aparmaq mümkün olur. Adətən, hidravliki yarılma prosesləri üçün, işçi mayelərin özlülüklərini
0,050,5 nsan/m2, yəni 50500 spz intervallarından seçərək qəbul edirlər.
Məhsuldar laylarda təbii çatların mövcud olmadığı hallarda, hidravliki yarılmanın işçi mayesi elə
seçilməlidir ki, o süxurun məsamələrindən yaxşı süzülə bilən olsun. Məhsuldar layları təbii çatlarla
yaxşı əhatə olunmuş hallar üçün isə, işçi maye elə seçilməlidir ki o az süzülə bilən olsun və ya
süzülmə zamanı sürəti kəskin aşağı düşən olsun.
Məhsuldar layları yarmaq üçün tətbiq edilən qum daşıyıcı işçi mayelərə, ümumi tələblərdən
başqa, həm də aşağıdakı tələblər qoyulur bu mayelər minimum süzülmə qabiliyyətinə malik
olmalıdırlar və onların özlülüyü imkan verməlidir ki, quyuya işçi maye ilə vurulan qumun mayedə
asılı vəziyyətdə qalmasını təmin etsin. Qum daşıyan mayenin qumu özündə yüksək səviyyədə
asılı vəziyyətdə saxlama qabiliyyəti, quyudibinə qədər qumun çökməsinə imkan verməməlidir və
eyni zamanda yeni yaranan çatlarda da qumun vaxtından əvvəl çökməsinə yol verilməməlidir.
Bunun üçün işçi mayenin özlülüyünün artırılması və süzülmə qabiliyyətinin azaldılması
üçün, onların tərkibinə müxtəlif qatqılar əlavə etməklə nail olmaq olar. Belə qatqı əlavələri,
karbohidrogen əsaslı işçi mayelər üçün üzvi turşuların duzlarını qəbul etmək olar, eyni zamanda
yüksək molekulyarlı və neftin kolloid birləşmələrində (məsələn, neft qudronunu və neftin
emalından sonra qalan tullantılar) tətbiq etmək olar.
İşçi mayenin laya vurulması üçün seçilən yuyucu maye, bütün hallarda quyuların
yuyulması prosesində, basqı itkilərinin azaldılması məqsədi ilə minimum özlülüyə malik
olmalıdır.
Hidravliki yarılma prosesindən sonra, yaranmış çatların kvars qumu ilə doldurulması üçün,
qumlara aşağıdakı tələblər qoyulur
1. Yaranmış çatlara dolduran bu qumlar, kifayət qədər mexaniki möhkəmliyə malik
olmalıdırlar ki, məhsuldar layın üstündəki layların ağırlığı nəticəsində dağılmasınlar.
2. Çatlara doldurulmuş bu qumlar, yüksək keçiriciliyə malik olmalıdırlar.
Bu şərtlərə cavab verən qumlar, yaxşı çeşidlənmiş bir cinsli kvars qumlarıdır. Seçilən qum
dənələrinin ölçüləri 0,31,0 mm həddində dəyişir. Praktiki olaraq mədənlərdə tətbiq edilən əsas
qum fraksiyalarının ölçüləri 0,5 0,8 mm qəbul edilir. Çatlara doldurulmuş qumların orada
bərkiməsi üçün, qum çatlara doldurularkən, onun sonuncu porsiyalarında küncvarı formalı qumun
vurulması tövsiyə olunur, ona görə ki hidravliki yarılmadan sonra quyunun istismar prosesində,
bu qumlar çatlardan yuyularaq axın vasitəsi ilə oradan çıxmır. Hidravliki yarılma prosesində laya
vurulan sonuncu porsiya 50-100 kq qumun nazik təbəqəli radioaktiv maddə ilə örtülməsi
məqsədəuyğun hesab olunur, məsələn, radioaktiv dəmirdən istifadə etmək olar, bu ona görə
lazımdır ki, quyularda radioaktiv karotaj aparılarkən onun yerini aşkar etmək mümkün olsun.
Praktiki olaraq hidravliki yarılma proseslərində quyuya 4-20 ton arasında kvars qumu vurulur.
Layların hidravliki yarılması zamanı quyulara vurulan qum daşıyıcı mayelərdə qumun
konsentrasiyası, süzülmədən və işçi mayenin qumu asılı vəziyyətdə saxlamaq qabiliyyətindən asılı
olaraq, 1m3 işçi maye üçün 100-600 kq arasında dəyişir.
1.6. Layların hidravliki yarılma prosesinin texnologiyası.

Hidravliki yarılma prosesinin aparılması üçün ilk növbədə az məhsuldarlıqlı istismar


quyuları seçilir. Quyunun qəbuletmə (udma) qabiliyyətini yoxlamaq və hidravliki yarılmanın
gözlənilən təzyiqini müəyyən etmək üçün, ilk növbədə quyunun udma qabiliyyətini müxtəlif
təzyiqlərə sınayaraq tapmaq lazımdır və praktiki yollarla layın yarılma təzyiqini və yarılmaya sərf
edilən mayeni müəyyən etmək lazımdır. Belə sınanmanı, yəni quyuların qəbul etmə qabiliyyətini
müəyyən etmək üçün, quyulara özlülüyü az olan maye artan həcmlə vurulur.
Bunun üçün başlanğıcda bir nasos aqreqatı ilə quyuya, quyuağzında müəyyən izafi təzyiq
alanadək neft vurulur, hansındakı quyu mayeni qəbul etməyə başlayır. Bu zaman 10-20 dəqiqə
ərzində, sabit vurucu təzyiqdə maye sərfini ölçürlər. Bundan sonra ikinci nasos aqreqatını vurma
prosesinə qoşaraq vurulan maye sərfini və vurma təzyiqini 20-30 kq/sm2 arası artırırlar. Təzyiq
qərarlaşıb stabilləşdikdən sonra, yenidən maye sərfini ölçürlər. Maye sərfini və təzyiqini bir neçə
dəfə artırırlar. Aparılan işlərin sonunda bir neçə nasos aqreqatını vurma prosesinə qoşaraq
mümkün olan maksimal təzyiq yaradılır, hansıdakı maye sərfi yenidən ölçülür. Alınmış
məlumatlar əsasında, quyunun udma qabiliyyəti ilə onun təzyiqi arasında asılılıq əyrisi quraraq,
layın yarılma təzyiqini müəyyən etmək mümkündür (şəkil 1.7). Belə tədqiqat işlərini, verilmiş
neft yatağında, ayrı-ayrı tipik quyular üçün aparılır.
Yarılma təzyiqi kimi sərfi olaraq o təzyiqi qəbul edirlər ki, bu zaman quyunun qəbuletmə
əmsalı başlanğıc qəbul etməyə nisbətən 3-4 dəfə artır. Verilmiş belə halda, şəkildə verilmiş
qrafikdən də göründüyü kimi, belə artırılma quyudibi təzyiq ~350 kq/sm2 və yarılmanın maye sərfi
isə 1300 m3/gün (15 lt/san) olduqda baş verəcəkdir.
Pqd, kQ/sm2

Şəkil 1.7. Quyunun yarılma təzyiqini və qəbul etməsini müəyyən etmək üçün qrafik
m m kq n
(  , ;    ,  )
kq n m m
 
sm m

Hidravliki yarılma prosesinə başlamamışdan qabaq, quyunun dibini yaxşıca yuyub


təmizləmək lazımdır. Bəzi hallarda, layın süzülmə qabiliyyətini artırmaq üçün, quyularda əlavə
perforasiya işlərinin aparılması və ya quyudibi zonanın xlorid turşusu ilə işlənməsi tövsiyə olunur.
Bu tədbirlər hidravliki yarılma təzyiqini azaldır və yarılmanın effektivliyini artırır. Ən yaxşı effekt
quyunun süzgəcini hidroqumşırnaqlı perforasiya üsulu ilə açdıqda alınır, hansı süzgəc
intervalındakı hidravliki yarılma aparılacaqdır.
Quyu tam təmizləndikdən sonra, quyuya 73 və ya 114 mm-lik nasos-kompressor boruları
endirilir, belə böyük diametrli boruların quyuya endirilməsində məqsəd işəsalma təzyiqinin
itkilərini azaltmaq məqsədi daşıyır. Quyunun istismar kəmərini, hidravliki yarılma zamanı yaranan
yüksək təzyiqdən mühafizə (qorumaq) üçün, nasos-kompressor boruları ilə quyuya paker endirilir
və o yarılan layın tavanından bir az yuxarıda oturdurularaq yerləşdirilir. Böyük təzyiqlərdə
aparılan hidravliki yarılma proseslərində, pakerin rezin manjetlərinə pakerin altından böyük
yarılma təzyiqi təsir edir. Buna görə də pakerin rezin manjetlərinin yenidən oynayaraq
hermetikliyinin pozulmamağı üçün, quyuya nasos-kompressor boruları ilə pakerin üstündə
yerləşdirmək üçün hidravliki yakor endirilir və oturdurularaq yerləşdirilir.
Quyuya nasos-kompressor boruları ilə paker və yakor endirildikdən və yerlərində
oturdurulduqdan sonra, quyunun quyuağzına xüsusi başlıq yığılaraq hermetikləşdirilir və bu
başlığa hidravlik yarılma prosesində iştirak edən bütün nasos aqreqatları birləşdirilərək qoşulur.
Hidravliki yarılmanın başlanğıcında yarma mayesi quyuya nasos aqreqatları ilə vurulur.
Mayenin vurulma sürətindən asılı olaraq, təzyiq tədricən artır. Quyu dibində təzyiqin müəyyən
həddə çatdığı anda, layda yarılma baş verir və lay üzrə çatlar yaranır. Layın yarıldığı anı,
quyuağzında təzyiqin kəskin aşağı düşməsindən, texniki manometrin göstəricisi ilə müəyyən
edirlər. Bu manometr vurma xəttinin üzərində qoyulur. Lay yarıldıqdan sonra quyuağzında təzyiq
aşağı düşür və bu zaman vurulan mayenin sərfi kəskin artır, yəni layda yeni yaranmış çatlar
“işləməyə” - mayeni qəbul etməyə başlayır, ona görə də bu zaman vurulan mayenin sərfi
başlanğıcdakı maye sərfinə (yarılmadan qabaqkı maye sərfi) görə kəskin artır.
Hidravliki yarılma prosesində məhsuldar lay yarıldıqdan sonra, quyuya qum daşıyıcı maye
ilə qumun vurulması prosesinə başlayırlar. Bu proses zamanı ən yaxşı effekt, qum daşıyan
mayenin böyük sürətlərlə və yüksək vurma təzyiqi ilə əldə edilir.
Bundan sonra mayeni qumla birlikdə məhsuldar laya vurmaq üçün, yəni vurucu nasos-
kompressor borularının daxilindəki və quyu dibindəki qumlu maye nəzərdə tutulur, işəsalma
yuyucu (“prodavoçnaya jidkost”) mayeni quyuya yüksək təzyiq (maksimum təzyiq) və maksimum
sürətlə vurmaq lazımdır, ona görə ki bu sürət yeni yaradılmış çatların sürətlə kvars qumu ilə
doldurulmasını təmin etsin. Bunun üçün vurucu sistemə eyni anda bir neçə nasos aqreqatını
(adətən bu 4 aqreqat olur) qoşurlar. Quyuya vurulan işəsalma yuyucu mayenin həcmi, quyudakı
nasos-kompressor borularının daxili həcmi qədər olmalıdır. Əgər quyuya vurulan yuyucu maye,
yuxarıda qeyd edilən həcmdən artıq olarsa, onda bu yuyucu maye, layda yaranmış yeni çatlara
dolmuş kvars qumunu məhsuldar laylın daha dərin sahələrinə keçməsi ilə nəticələnir ki, quyunun
quyudibi zonasının quyuya yaxın sahəsindəki qum yuyucu maye ilə laya sıxışdırılıb yerinə ancaq
maye keçdiyi üçün, quyuağzındakı vurma təzyiqi aşağı düşən kimi, layın yarılmış bu hissəsi
qumsuz qaldığı üçün yenidən bağlana bilər, onda aparılmış hidravliki yarılmanın effektivliyi sıfıra
qədər enə bilər.
Adətən işəsalma yuyucu maye kimi, əgər hidravliki yarılma aparılan quyu istismar
quyusudursa, neftdən istifadə edilir, yox əgər vurucu quyudursa onda sudan istifadə edirlər.
Quyunun işəsalma işləri tamamlandıqdan sonra, quyunun ağzındakı təzyiq sıfıra qədər düşənə
qədər, quyuağzındakı bütün siyirtmələri bağlayırlar və quyunu sakit halda bir müddət saxlayırlar.
Bundan sonra quyunu təmiz suya qədər yuyub, onun təmizlənməsinə başlayırlar.
Böyük qalınlığa malik olan (effektiv süzgəc nəzərdə tutulur) quyularda və ya bir neçə
məhsuldar araqatlara malik quyularda, selektiv və ya çox saylı, yəni effektiv süzgəcin ayrı-ayrı
intervalları üzrə hidravliki yarılmalar aparılır.
Selektiv hidravliki yarılmanın mahiyyəti ondan ibarətdir ki, əgər hidravliki yarılma
aparılan quyu böyük intervallı süzgəcə malikdirsə, onda hidravliki yarılmanı həmin süzgəcin az
keçiriciliyə malik intervalları üzrə aparırlar. Yaxşı keçiriciliyə malik intervalları isə müvəqqəti
bağlayırlar. Selektiv hidravliki yarılmanın quyu daxili avadanlıqlarının sxemi şəkil 6.8-də
verilmişdir.
Quyu daxilində pakerin -4 altında, yüksək keçiricilikli məhsuldar laycıqdan aşağı hissədə
nasos-kompressor borularının üzərində kiçik həcmli silindrik çən -5 quraşdırılır, quyuya
endirilməmişdən əvvəl, yəni quyuağzında bu çəni kürəciklərlə doldurulur, kürəciklər elastik
kütlədən (kapron və ya neftə davamlı rezin) hazırlanır. Kürəciklər – 6 istismar kəmərindəki
perforasiya deşiklərinin bağlanılması üçün istifadə edilir. Kürəciklərin ölçüləri quyuda aparılmış
perforasiya növünə əsasən müəyyən edilir. Gülləli və kumulyativ perforatorlar üçün 14, 18 və 20
mm-lik kürəciklər tətbiq edilir, torpedalı perforasiya aparılmış quyularda isə 28-mm –lik
kürəciklər istifadə edilir. Quyuya vurulan hidravliki yarılma mayesi ilk növbədə layın keçiriciliyi
yüksək olan sahəsinə doğru istiqamətlənir (şək.1.8-də yuxarıdakı laycıq) və bu zaman özü ilə
bərabər kürəcikləri də aparır, kürəciklər laya daxil olan maye axını ilə perforasiya deşiklərinə
çatacaq, o deşiklərə sıx yapışaraq onu bağlayırlar.

Şəkil 1.8. Selektiv hidravliki yarılmada tətbiq edilən quyu daxili avadanlıqlar.
1-istismar kəməri 2 -nasos-kompressor boruları 3 - yakor 4 - paker5- kürəciklər üçün
silindr 6- kürəciklər 7- məhsuldar laylar.

Quyuya qum daşıyıcı maye vurularkən, kürəciklər kiçik həcmli silindrin - daxilində olurlar,
hansı ki quyuya endirilmiş nasos-kompressor borularının həcminin 0,5-0,6 hissəsi vurulduqdan
sonra, silindr aşağı hissədən açılır. Bundan sonra perforasiya deşikləri bağlanır və quyuya vurulan
hidravliki yarma mayesi aşağı laycığa, yəni keçiriciliyi az olan hissəyə doğru istiqamətlənir, orada
layın hidravliki yarılması baş verir. Layda hidravliki yarılma işləri başa çatdıqdan sonra təzyiq
aşağı düşür və kürəciklərdə silindrik çənə -5 düşərək ora toplanır.
Şəkil 1.9-da kürəciklər tətbiq etməklə məhsuldar layın intervallar üzrə hidravliki
yarılmasının sxemi göstərilmişdir.
Praktiki olaraq, adətən, mədənlərdə layların intervallar üzrə hidravliki yarılmasının ən sadə
sxemini, yəni iki laycıqlı məhsuldar horizontlarda tətbiq edirlər. Əvvəlcə aşağıda yerləşən laycıqda
hidravliki yarılma prosesi aparılır. Aşağı laycığı yuxarıda yerləşən laycıqdan ayırmaq üçün,
pakerdən aşağıda laycıqların arasında xüsusi ayırıcı yerləşdirilir, hansı ki rezin manjetli qısa,
borudan ibarət olur. Quyuya maye vurularkən rezin manjetlər istismar kəmərinin divarına sıx
yapışaraq yuxarıdakı araqatı izolə edirlər, bu zaman quyuya vurulan hidravliki yarılma mayesinin
yaratdığı təzyiq ancaq aşağıdakı laycığa təsir edərək, onu yaracaqdır. Məhsuldar layın yuxarı
hissəsində yerləşən laycıqda hidravliki yarılma prosesi aparılıb, qarşısını quyuya qum tökməklə
bağladıqdan sonra yuxarı laycıqda hidravliki yarılma prosesi aparılır.

Şəkil 1.9 Kürəciklər tətbiq etməklə layların intervallar üzrə çoxsaylı hidravliki yarılmasının
sxemi.
a-birinci mərhələ b- ikinçi mərhələ c- üçüncü mərhələ.

Tatarıstan ETİ-nin hazırladığı intervallar üzrə hidravliki yarılma üsulu, imkan verir ki,
quyu daxili avadanlığı quyuya bir dəfə endirməklə, istənilən ardıcıllıqla məhsuldar laylarda bir
neçə hidravliki yarılmalar aparmaq mümkündür. Bu üsulun (şək.6.10) mahiyyəti ondan ibarətdir
ki, hər hansı bir laycıqda hidravliki yarılma prosesi aparılarkən, yuxarı araqatlardakı perforasiya
deşikləri suda batan, ondan aşağıdakı araqatların perforasiya deşikləri isə yarılma mayesində üzən
elastiki kürəciklərlə bağlanılır.
Quyudibi avadanlıq (şəkil 1.10-a bax) eyni ox üzrə nasos-kompressor borularına
geydirilmiş (keçirilmiş) iki boş silindrdən ibarətdir. Nasos-kompressor borularının sonundakı
(aşağı hissədə yerləşdirilmiş) silindrin alt hissəsində (dib hissə) deşiklər vardır və onun üst hissəsi
isə açıq olur, yuxarıdakı silindrin isə üst hissəsindəki (qapaq) deşiklər olur, alt hissəsi açıq olur.
Silindrlər geydirilmiş və qaynaqlanaraq birləşdirilmiş nasos-kompressor borusunun sonu tıxac
qoyularaq tam bağlanır və aşağıdakı silindrin üst hissəsində xüsusi deşiklər açılır.
Şəkil 1.10. layların intervallar üzrə hidravliki yarılmasının sxemi.
І-a-layı ІІ-b-layı. 1- lövbər 2- paker 3-ayırıcı disk 4- mayedə batan kürəciklər 5- yuxarı
silindr 6- aşağı silindr 7- mayedə üzən kürəciklər.

Laylarda interval üzrə hidravliki yarılma prosesi aşağıdakı qaydada aparılır. Quyuya nasos-
kompressor borularının üzərində silindrlər, paker və lövbər (“yakor”) endirilir. Aşağıdakı silindrin
daxilinə diametri 18-20 mm olan elastiki kürəciklər doldururlar, bu kürəciklər yüngül çəkili
olduğundan, mayedə onlar aşağıdakı silindrin üst qapağına sıxılırlar. Silindrin diametri elə
seçilməlidir ki, silindr ilə istismar kəmərinin daxili səthi arasında qalan kiçik fəzadan kürəciklər
keçə bilməsin. Kürəciklərin diametrini perforasiya deşiklərinin diametrindən bir az böyük
olmalıdır, eyni zamanda silindrlərə doldurulan kürəciklərin sayı da perforasiya deşiklərinin
sayından çox olmalıdır. Yuxarıda yerləşən silindrə mayedə batan (“tonuşiyese”) kürəciklər
doldururlar, onlarında sayını perforasiya deşiklərinin sayından çox götürülər.
Quyudibi avadanlıq aşağı endirilərkən və istismar kəmərinin germetiksizliyi səbəbindən,
kürəciklərin pakerin altına keçməsinin qarşısını almaq üçün hidravliki yarılma aparılacaq ən
yuxarı laycıqın üstündə nasos-kompressor borularının üzərində xüsusi rezin manjetli disk-ayırıcı
yerləşdirilir. Pakeri elə yerləşdirirlər ki, hidravliki yarılma üçün nəzərdə tutulmuş interval,
kürəciklərlə dolu silindrlərin arasında qalsın. Bundan sonra hidravliki yarılma prosesini aparırlar.
Əgər hidravliki yarılma prosesi zamanı yuxarı və ya aşağı araqatlardan hər hansı biri maye qəbul
etməyə başlasa, onda onun perforasiya deşiklərini, maye axını ilə silindrlərdən çıxaraq, axın ilə
birlikdə hərəkət edən kürəciklər tutacaqdır.
Beləliklə, hidravliki yarılma nəzərdə tutulan intervalda baş verəcəkdir.
Hidravliki yarılma aparılan quyuya maye vurulması dayandırıldıqdan sonra, kürəciklər öz
xüsusi çəkilərinə müvafiq olaraq öz silindrlərinə toplaşacaqdır (üzən kürəciklərin xüsusi çəkiləri
sudan az, batan kürəciklərin xüsusi çəkiləri çoxdur).
Quyu daxili avadanlıqları nasos-kompressor boruları ilə yuxarı və ya aşağı qaldırıb-
endirməklə və kürəciklərlə dolu silindrlərin yerini dəyişdirərək lazım olan intervalların arasında
yerləşdirməklə, istənilən layda hidravliki yarılma aparmaq mümkündür.
Hidravliki yarılma prosesi adi üsulla aparıldıqda, vurulan mayenin təzyiqinin artırılması
nəticəsində, məhsuldar lay ən zəif yerindən yarılır. Bəzən bu yarılan yerlər layın qeyri-məhsuldar
hissəsinə düşür. Belə müvəffəqiyyətsiz hidravliki yarılmanın qarşısını almaq üçün müvafiq üsul
vardır - bu üsul layların hidra-dalğa ilə yarılması üsulu adlanır. Quyuya hidravliki yarılma
aparılacaq yerin qarşısına, balon formasında möhkəm materialdan hazırlanmış qab endirilir. Bu
qab quyuya endirilməmişdən qabaq onun daxilindəki havanı vakuum-kompressorla sorub
çıxarırlar və onu ətraf mühitdən izolə edərək tam hermetikləşdirirlər. Balon formalı bu qab maye
hündürlüyünün hidrostatik təzyiqinə və bir azda artıq izafi təzyiqə hesablanır ki, bu izafi təzyiq
artırıldıqda qab dağılır. Qabın dağılması zamanı saniyənin bir neçə yüzdə bir hissəsi qədər,
quyunun daxilində, hardaki bu qab asılı idi, vakuum yaranır. Həmin bu anda lay təzyiqi və yerli
dağ təzyiqi qab olan yerə cəmləşir (yığılır) bu zaman yaranan dalğa zərbəsi, tərsinə (əks
istiqamətə) çevrilərək süxura təsir edir, onu dağıdaraq çatlar yaradır. Dalğa zərbəsi radial müstəvi
üzrə toplaşır, ona görə də süxur bir müstəvi üzrə, radial istiqamətdə, qabın orta sahəsində, dağılır.
Beləliklə, hidra-dalğa zərbəsi bütün zərbə gücünü ancaq radial istiqamətdə, quyunun en kəsiyinə
paralel olaraq, cəmləyərək istiqamətlənir ki, bu zaman yaranan çatlar qabın orta hissəsinə düşür,
ondan nə yuxarıda, nədəki aşağıda olur.
Hidra-dalğalı yarılma üsulu imkan verir ki, sıxlığı çox olan möhkəm süxurları da yarmaq
mümkün olsun, hansıları ki adi hidravliki yarılma üsulları ilə yarmaq mümkün olmur.

1.7. Layların hidravliki yarılması üçün tətbiq edilən avadanlıqlar.

Layların hidravliki yarılması zamanı kompleks avadanlıqlar tətbiq edilir və bunlar


aşağıdakılardır: nasos aqreqatları, qum qarışdırıcı maşınlar, yarma mayesinin nəql edilməsi üçün
avtosisternlər, quyunun ağzının yığılması üçün armatur, nasos-kompressor boruları, pakerlər,
lövbərlər və bir çox köməkçi avadanlıqlar. Əsas avadanlıq isə nasos aqreqatlarıdır. Şəkil 1.11-də
“2AH-500” markalı nasos aqreqatı göstərilmişdir.

Şəkil 1.11. “2AH-500” markalı nasos aqreqatı.


1- avtomobil 2- güc qurğusu 3 ötürücü qutu 4- reduktor 5- nasosun transmissiya valı 6-
özüyazan manometr 7- idarəetmə məntəqəsi 8- yanacaq və yağ üçün çənlər.
Bu aqreqatın bütün birləşmələri “YАZ-219” markalı üç oxlu yük avtomobilində montaj
edilmişdir, onun yükgötürmə qabiliyyəti 10-12 tondur. Avtomobilin kabinəsinin -1 arxasında güc
qurğusu -2 yerləşdirilmişdir. Bu qurğu daxili yanma mühərrikindən ibarətdir və onun nominal
gücü 500 at. qüvvəsinə bərabərdir. Bu mühərrik ötürmə qutusu -3, aparıcı val ilə, hansının ki sürəti
aşağı salan birpilləli dişli reduktor -4 ilə birləşdirilir. Bu reduktorun aparıcı təkəri, “2H-500”
markalı nasosun -5, transmissiya valına birləşdirilmişdir, hansı ki avtomobilin oxunun eninə
quraşdırılmışdır. Avtomobilin üzərində sağ tərəfdə idarəetmə məntəqəsi – 7 və özüyazan
manometr -6 yerləşdirilmişdir, sol tərəfdə isə - yanacaq və yağlar üçün çənlər – 8 yerləşdirilmişdir.
“2H-500” markalı nasos - üç plunjerli horizontaldır. Plunjerin diametri -100 mm, onun gedişinin
uzunluğu isə 200 mm-dir. Hidravliki yarılmada tətbiq edilən daha güclü nasos aqreqatı – “4AH-
700” markalıdır, hansı ki 700 kq/sm2 təzyiqlə hesablanmışdır.
Maye və qum qarışığını hazırlamaq üçün qum qarışdırıcı aqreqatlar tətbiq edilir. Bu
aqreqatlar “3ПА” markalı aqreqatlardır. Bu aqreqatlarda avtomobilin şassisi üzərində montaj
edilmişdir. Bu avtomobilin şassisinin arxa hissəsində, həcmi 10 ton qum tutan bunker
yerləşdirilmişdir. Bu bunker eninə araqatı ilə iki yerə, iki fraksiyalı qum yükləmək üçün,
ayrılmışdır. Bunkerin dib hissəsində horizontal şneklər (vintlər) quraşdırılmışdır, hansılarla ki qum
maili şneklərə ötürülür və oradan isə qapaq vasitəsi ilə qarışdırıcıya, hansına ki borular
birləşdirilmişdir, bu borulara avtosisternlərdən qum daşıyıcı – maye verilir.
Qeyd: Şnek – tərpənməz boru daxilində fırlanan vintvarı nəqledicidir.
Qarışdırıcı həcmi 0,5 m3 olan silindrik gövdədən (korpusdan) ibarət olur, bu silindrin
daxilində val fırlanır ki, onunda üzərində üç ədəd dördkürəkli qarışdırıcı yerləşdirilmişdir və val
ilə birlikdə onlarda fırlanır. Qarışdırıcıda hazırlanmış maye+qum qarışığı “4HП” maralı nasosla,
nasos aqreqatlarına ötürülür. Qum nasosu “4HП” yerləşdiyi avtomobilin mühərrikindən xüsusi
qaydada hərəkətə gətirilir, hansı ki iş meydançasında yerləşdirilmişdir və onun mühərrikinin gücü-
70 at qüvvəsinə bərabərdir. Qum nasosunun - “4HП” orta məhsuldarlığı qumun tərkibindən asılı
olaraq dəyişir, belə ki tərkibi -5% qumdan ibarət olduqda məhsuldarlıq -11,3 m3/saat, tərkibi –
65% qumdan ibarət olan məhlulda isə məhsuldarlıq – 68 m3/saat qədər dəyişir. Qarışdırıcının qum
üzrə məhsuldarlığı: maksimum 40 ton/saat və minimum isə 2 ton/saat olur.
Aqreqatın idarə olunması (“4HП”- nasosu yerləşən “ГАЗ-51” avtomobildən başqa) sürücü
kabinəsindən yerinə yetirilir. “ГАЗ-51” – markalı maşının mühərrikinin idarə olunması isə xüsusi
olaraq ayrıca yerinə yetirilir. Hidravliki yarılma mayesini daşımaq üçün xüsusi avtosisternlərdən
istifadə edilir. Bunun üçün həcmi 9 m3 olan, “4ЦР” tipli avtosisternlərdən istifadə edilir və onların
üzərində mayeni vurmaq üçün nasos quraşdırılmışdır. Bütün bu avadanlıqlar avtomobilin şassisi
üzərində montaj edilir.
Sisternin gövdəsinin (korpusu) eninə kəsilişi elliptik formada olur. Sisternin uzunluğu boyu
iki dəstə kiçik diametrli buxar boruları yerləşdirilir və bu borularla mayenin qızdırılması işləri
yerinə yetirilir.
“1B”- tipli nasos, hansı ki üç plunjerli vertikal və tək gedişli hərəkət malik olur, onun
məhsuldarlığı -16,7 lt/san təşkil edir, maksimal yaratdığı təzyiq – 20 kq/sm2-ə qədər olur.
Bundan başqa daha böyük həcmli avtosisternlərdən də istifadə edilir, bu sisternlərin
avtoqoşqunun üzərində yerləşdirilir. Bu sisternlərdə qızdırıcı qurğudan və “1B”- tipli vertikal
nasosdan başqa, “BK-18”- tipli mərkəzi nasosda quraşdırılır, nasosun məhsuldarlığı -100 litr/san,
maksimal təzyiqi isə -2 kq/sm2 və gücü isə 20 at qüvvəsinə bərabər olur.
Layların hidravliki yarılması prosesində, quyunun ağzı avtoqoşquda yığılmış
(quraşdırılmış) xüsusi quyuağzı armaturdan istifadə edilir. Hidravliki yarılma prosesinin
aparılması üçün bu armaturu quyunun ağzına yığılır (şəkil 1.12). Bu armatur quyuağzı başlıqdan -
4, hansı ki istismar kəmərinə keçirici -1 vasitəsi ilə yivli birləşmə ilə bərkidilir.
Başlığın gövdəsində rezin kipləşdiricilər və sıxışdırıcı metal həlqələr yerləşdirilmişdir,
onları qayka - 5 ilə sıxaraq kipləşdirirlər. Bu kipləşdirici sistem, quyunun boru arxası fəzasının
hermetikləşdirilməsi üçün tətbiq edilir. Başlığın gövdəsinin iki yan çıxışı vardır, onlardan birinə
kürəli qoruyucu klapan -3 və digərinə isə tıxacvari kran -2 bağlanılır.
Armaturun yuxarı hissəsini ötürücünün (keçiricinin) -6 köməyi ilə quyuya endirilmiş
nasos-kompressor borularının yuxarı muftası ilə birləşdirirlər. Vurucu başlıq -8 üç horizontal
çıxışa malik olur. Bu çıxışlardan ikisi 50 mm-lik çevik metal borular vasitəsi ilə kollektorla
birləşdirilir, onların üzərində kürəli əks klapanlar -7 qoyulur, qaldırıcı boruların daxili fəzası ilə
atmosferi əlaqələndirmək üçün üçüncü xəttin çıxışına tıxaclı kran -9 qoyulur. Bu kranın yuxarı
hissəsindəki qısa borunun daxili kipkəclə yığılır və onun mərkəzi hissəsində qalan deşik ehtiyac
yarandıqda quyuya dərinlik manometri endirildikdə onun məftilinin bu deşikdən keçməsi üçündür.

Şəkil 1.12. Quyuağzının yığılması üçün armatur.


1 - ötürücü (keçirici)  2- tıxacvari kran 3- kürəli qoruyucu klapan 4- quyuağzı başlıq 5-
sıxışdırıcı (bağlayıcı) qayka 6- keçirici (hansı ki quyuya endirilmiş boruların ucu ilə
armaturun aşağı hissəsini birləşdirir)  7- kürəli əks klapan 8- vurucu başlıq 9-kipkəc.

Kollektor - 1 (şəkil 1.13), həm daşınma zamanı və həmdə iş prosesində avtoqoşqunun


üzərində yerləşir. Kollektorun gövdəsi dörd girişdən -4 və iki çıxışdan -5 ibarət olur. Bütün giriş
xətlərinin üzərinə kürəcikli əks klapanlar quraşdırılır, onlara isə çevik metal borular ilə dörd nasos
aqreqatı birləşdirilir.
Şəkil 1.13. Hidravliki yarılma prosesində quyunun quyuağzı avadanlığının yığılması sxemi.
1- kollektor 2 və 6- çevik metal boruların elementləri 3- başlıqlar 4- giriş xətləri 5- çıxış
xətləri.

Əks klapanlar imkan verir ki, nasos aqreqatlarından hər hansı biri dayanarkən, iş prosesini
dayandırmadan istənilən sayda dayanmış xəttə nasos aqreqatları qoşmaq mümkün olur, çünki
istənilən nasos aqreqatı dayanarkən həmin xətdəki sistemdən ayırır. Kollektor quyunun ağzındakı
armaturla iki çıxış xətti və borularla birləşdirilir. Çevik metal boruların elementləri 2 və 6, və
başlıqda -3 şəkil 1.13-də göstərilmişdir. Hidravliki yarılma prosesinə nəzarət etmək üçün,
kollektorun mərkəzi hissəsində iki ədəd “PГР-2” tipli sərfölçən cihazların datçikləri (vericiləri)
montaj edilmişdir.
Bu cihazların işi ona əsaslanmışdır ki, mayenin hərəkət yolunda, mərkəzi oxa ekssentrik
olaraq disk bərkidilmişdir, hansı ki mayenin sürətli basqısı altında, maye sərfinə proporsional
olaraq, oxla birlikdə fırlanır. Maye axınında diskin vəziyyətindən asılı olaraq, cihazın əqrəbi
siferblatda uyğun maye sərfini göstərir.
Kollektorun, korpusun (gövdəsinin) orta hissəsində özüyazan manometrin (vericisi)
datçiki yerləşdirilmişdir, hansı ki boru kəmərlərindəki təzyiqi qeyd etmək üçün nəzərdə
tutulmuşdur.
Quyuağzı avadanlıqlar komplektinə həmdə aşağıdakılar daxildir: təzyiq ayırıcısı,
drossellənmə ventili, özüyazan manometr, işçi maye üçün çən və sistemi doldurmaq üçün nasos.
Hidravliki yarılma üçün quyunun quyuağzı armaturları iki növ üzrə istehsal edilir, hər ikisi
“AУ-5” tipli olur, bunların təzyiqləri müvafiq olaraq 500 kq/sm2 və 700 kq/sm2 olur. Bundan başqa
“1ВМ-700” tipli armaturda vardır, hansının ki təzyiqi -700 kq/sm2 təşkil edir.
Hidravliki yarılma prosesində quyunun istismar kəməri yüksək daxili təzyiqə məruz qalır,
hansı ki proses zamanı elə həddə çata bilər ki, bu zaman kəmərin hermetikliyi pozula bilər. Belə
hallarda istismar kəmərini, yüksək təzyiq ilə quyuya vurulan mayedən izolyasiya etmək zəruridir,
bunun üçün quyuya yuyucu borular vasitəsi ilə paker endirilib, boru arxası fəzanı layın tavanından
yuxarı hissədə pakeri oturduraraq izolə etmək lazımdır.
Quyuya istənilən konstruksiyalı paker endirmək olar. Ən sadə konstruksiyalı paker, dayaqlı
(istismar kəmərinin daxili səthinə dayanan dişli pazlar) pakerlərdir. Quyuya mayeni yüksək
təzyiqlə vurduqda, pakerin altında yerləşən sahədə, böyük təzyiq düşküsündən həm pakerin
altında, həm də üstündə absis (mərkəzi ox üzrə yuxarı istiqamətlənmiş təzyiq) təzyiq yaranaraq
yuxarı istiqamətlənir və pakerə təsir göstərir.
Bu qüvvələri (təzyiqi) neytrallaşdırmaq üçün pakerlə birlikdə quyu daxilinə həm də lövbər
(yakor) endirirlər. Lövbərlər plaşkalı istehsal edilirlər. Məsələn, “1ЯП” tipli lövbər. Bu tip lövbər,
təzyiqlər düşküsü nəticəsində ona təsir edən absis təzyiqi ~300 kq/sm2 qəbul edə bilir, bu güc 65
ton təşkil edir.
Layların hidravliki yarılması prosesi aparılarkən, quyunun yanında səyyar laboratoriya
olmalıdır, bu ona imkan yaradır ki, aparılan texnoloji prosesə və yarma məhlulunun parametrlərinə
fasiləsiz nəzarət edilsin. Şəkil 1.14-də göstərildiyi kimi, layların hidravliki yarılması prosesi
aparılarkən quyuağzında avadanlıqların yerləşdirilməsi sxeminə əsasən, quyunun yanında dörd
ədəd “2AH-500” tipli nasos aqreqatı -1 yerləşdirilmişdir, iki ədəd “3ПА”- tipli qum daşıyıcı
aqreqat -2, dörd ədəd “4ЦР”- tipli avtosistern -3, qoşqu üzərində “AУ-5”- tipli quyuağzı
avadanlığı və hidravliki yarılma prosesini idarəetmə stansiyası – 5 yerləşdirilmişdir.

Şəkil 1.14. Layın hidravliki yarılması prosesində quyuağzında avadanlıqların yerləşdirilməsi


sxemi.
1- nasos aqreqatı 2- qum qarışdırıcı aqreqat 3- avtosistern 4- quyuağzı avadanlıq üçün
qoşqu 5- idarəetmə stansiyası.

1.8. Quyuların torpedlənməsi.

İstismar quyularına neft axınını yaxşılaşdırmaq üçün bəzən torpedləmə üsulunu da tətbiq
edirlər. Aşağıdakı kateqoriyalı quyularda torpedləmə işləri tətbiq edilir:
1). Anormal kiçik debitli quyular, bərk süxurlardan təşkil olunan laylara qazılmış quyular;
2) “Quru” (neft verməyən) quyular;
3) Debiti, quyudibi zonanın çirklənməsi (sement, duz, parafin və sairə ilə) nəticəsində aşağı
düşən quyular.
Bəzi hallarda isə torpedləmə üsulunu başqa məqsədlər üçün də tətbiq edirlər, məsələn:
quyularda qumla pərçimlənərək qalmış qaldırıcı boruların azad edilərək qaldırılması üçün,
möhkəm sıxlığa malik qum tıxaclarının dağıdılması üçün; quyunun quyu dibində qalmış metal
əşyaların dağıdılması üçün, əgər onları çıxarmaq digər üsullarla mümkün deyildirsə və sairə.
Quyuların torpedlənməsi üçün doğrayan və parçalayan tipli partlayıcı maddələrdən istifadə
edirlər, belə maddələrə aiddir: - aromatik cərgəli nitro-birləşmələr- trotil, tetril, heksogen, nitratlar
və ya azot turşusunun efirləri –“ТЭН” nitroqliserin və sairə; qarışıqlar və tərkiblərdən –
ammonitlər və dinamitlər.
Quyularda partlama işlərini torpedaların bir neçə tipləri ilə aparırlar. Ən geniş yayılmış
torpedalar: fuqaslı, kabel (naqil) tipli sirkələyici (titrədici, mərkəz təsirli kumulyativ və kumulyativ
boru kəsən. Fuqaslı torpedalar hermetik və qeyri-hermetik olurlar. Hermetik torpedaların (fuqaslı)
əsasən iki növü ”Ф-2” və “ФТ-2” tətbiq edilir. Şəkil 1.15-də ”Ф-2” tipli torpeda göstərilmişdir və
onun xarici diametri -60 mm. Uzunluğu isə -1160 mm-dir. Partlacısı trotil və heksogen
xəlitəsindən (ərintisindən) ibarətdir. Bu tip torpedanı xarici təzyiqi – 500 kq/sm2 və temperaturu -
120°C şəraitdə tətbiq edirlər. Karotaj kabeli vasitəsi ilə verilən elektriklə partlayış yerinə yetirilir.
Bəzi neft quyularında hermetik torpedalarından (şək.1.16), hansıların ki səthi, azbes sement
boruları ilə nazik təbəqə (qabıq) ilə örtülür.
.

Şəkil 1.15.Torpeda “Ф-2”borusu. Şəkil 1.16. Səthi nazik asbest-sement


1-mərmi;2- gövdə (korpus) ilə bağlanmış torpeda.
3- detanatorun şaşkası; 4-partladıcı 1- gövdə 2- yük üçün qulaqcığı 3-
başlıq 4- fitil üçün deşik 5- ştuser 6 -
sırğa.
Bu torpedaların üstün cəhəti ondan ibarətdir ki, onlar partladıqdan sonra, digər torpedalar kimi
quyu dibini çirkləndirən metal qırıntıları qalmır.
Quyularda torpedləmə işləri üçün, həmdə qeyri-hermetik torpedalarda geniş tətbiq edilir,
bu torpedaların partlayıcı maddədən ibarət olan mərmisi lay mayesi ilə təmasda (kontaktda) olur.
Ona görə də bu torpedaların üz qabığı olmur, olursa da onlar möhkəmliyi az olan materiallardan
hazırlanır, üz qabığı olmayanlara –“ТШБ” tipli (şəkil 6.17), az olanlara isə - –“ТШ” tipli
torpedalar deyilir.
Şəkil 1.17. Şaşkalı torpeda “ТШ”.
1- gövdə (korpus)  2- dib tıxacı 3- mərkəzləşdirici 4- yuxarı tıxac
5- partladıcı 6- sırğa 7- ağırlaşdırıcı yük 8 - silindrik şaşka.

“ТШ” tipli torpedanın gövdəsi yüngül düraliminiumdan ibarət olur – 1, dib tıxacından -2,
mərkəzləşdiricidən -3, yuxarı tıxacdan -4, partlayıcıdan -5, sırğa -6 və ağırlaşdırıcı yükdən -7,
hansı ki mərkəzləşdirici ilə təmin edilmişdir. Torpedanın gövdəsinin daxilinə silindrik şaşkalardan
– 8 ibarət partladıcı maddələr yerləşdirilir.
Möhkəm süxurları torpedləmək üçün –“ТШБ” tipli torpedalar tətbiq edilir. Bu torpedaların
mərmilərinin uzunluğu 50-80 m olduqda, onların çəkisi bir neçə ton təşkil edir, hansı ki eyni anda
partlayan partlayıcı maddələrdən ibarət olur.
“ТШБ” –tipli torpedalar- qeyri-hermetik fuqaslı olmaqla, şaşka formalı mərmilər partlayıcı
maddədən ibarət olurlar. Mərmi iki növ şaşkadan ibarət olur. Əsas şaşka plastmas qabığa (qaba)
yerləşdirilir və alüminium borucuqlu mərkəzi deşikdən ibarət olur, hansı ki mərmilərin
yığılmasına imkan verir. İkinci növ şaşkada isə ekssentrik yerləşmiş deşiklər olur, hansına ki
partladıcını yerləşdirirlər. Partladıcı maddə kimi trotillə heksogenin ərintisini (xəlitəsini) tətbiq
edirlər.
Partlayışı həyəcanlandırmaq üçün gecikdirilən təsirə malik olan (“vzrıvatel zamedlennoqo
deystviya”) partladıcıdan istifadə edirlər. Partladıcının gövdəsi iki hissədən ibarət olur. Yuxarı
hissədə heksogendən hazırlanmış detonaedici kapsullar və kapsul-detanator, aşağı hissədə isə saat
mexanizm yerləşdirilir. Saat mexanizmi partlayışın 10 günədək gecikdirilməsini təmin edir.
Torpedanı bilavasitə quyunun ağzında yığırlar. Trosa (yararsız kabeldə ola bilər) şaşkaları
keçirərək yığırlar. Yığılma zamanı yuxarıdan 1,5-2 m aşağı və trosun aşağı hissəsindən ikinci növ
şaşkaları partladıcının altında, əlavə açılmış deşiklərdə, hansılarda ki iki ədəd partladıcı (saat
mexanizmli) əmin olmaq üçün yerləşdirilir ki, partladıcının biri partlamasa, digərini istifadə
etsinlər. Yığılmış torpedanı elektromaqnitli ayırıcı qurğuya birləşdirərək kabellə quyuya endirirlər.
Torpedanı quyudibində yerləşdikdən sonra, elektrik enerjisini qoşaraq torpedanı ayıraraq quyu
dibində saxlayırlar, elektromaqnit qurğusunu isə kabellə birlikdə yuxarı, quyuağzına qaldırırlar.
Müxtəlif bərkliyə malik süxurların torpedlənməsini həyata keçirmək üçün, torpeda
mərmisinin partlayıcı maddəsinin düzgün seçilməsi üçün cədvəl 1.2-dən istifadə etmək lazımdır.
Bundan sonra verilmiş rayonda torpedlənmənin nəticəsinə əsasən, mərminin ölçülərini
dəqiqləşdirirlər.
Torpedlənmənin əsas xüsusiyyətlərindən biridə, quyunu dolduran mayedə güclü dalğa
zərbələrinin yaranmasıdır. Əgər quyunun istismar kəmərinin sementləmə işləri keyfiyyətli yerinə
yetirilmişdirsə, yayılan zərbə dalğası istismar kəmərini zədələməyəcəkdir, ona görə ki yüksək
təzyiqin təsiri qısa müddətli olur və boru arxası sement və süxur ilə möhkəmləndirilmiş istismar
kəmərinin boruları bu zərbəyə tab gətirəcəkdir.
Cədvəl 1.2
Süxurların möhkəmliyi Tövsiyə edilən, (50/50) ərintisindən hazırlanmış mərmi 1 m
layın qalınlığı üçün partlayıcı maddə kiloqramlarla
orta 15-25
yüksək 20-50
çox yüksək 65 kq-dək

Neftin daxilində zərbə dalğası pis yayılır, ona görə ki dalğa enerjisinin əsas hissəsi neftin
sıxılmasına və qaz qabarcıqlarının qızdırılmasına sərf edilir. Neftlə doldurulmuş quyuların
torpedlənməsi zamanı, mərminin ölçülərini artırmaq mümkündür.
Quyuların torpedlənməsi prosesində, torpedanın üstündə bütün istiqamətlərdə zərbə
dalğasının təsir etməsi üçün, quyunun dibini neftlə, su ilə və ya gil məhlulu ilə doldururlar.
Bunlardan ən yaxşısı neftdir. Quyuların böyük mərmilərlə torpedlənməsi zamanı, bəzən quyunun
dibini quru qumla, gillə və ya sementlə doldurular. Əgər quyu quyuağzınadək maye ilə
doldurulmuşdursa, onda demək ola ki partlayışdan dərhal sonra daxilindən mayenin atmosferə
atılması (tullanışı) müşahidə ediləcəkdir. Əgər tətbiq edilən partlayıcı mərmi azdırsa (5 kq), onda
quyudakı tullanış bir neçə metrdən yüksək olmayacaqdır. Böyük uzunluqlu (çəkili) mərmilər
partladılarkən, quyudan atılan mayenin hündürlüyü bir neçə on metrlərlə ola bilər və bu zaman
ikinci tullanışda müşahidə edilə bilər, buna səbəb partlayış nəticəsində yaranmış, qazaoxşar
partlayış məhsullarının yer səthinə çıxması olur.
Quyuların süzgəclərinin deşikləri bəzən çöküntülərlə tutulur: bunlar sementləmə
prosesindən sonra sement qırıntıları, neftin öz çöküntüləri və lay sularının çöküntüləri ola bilər.
Bildiyimiz kimi bəzi lay sularının tərkibində çoxlu miqdarda mineral duzlar olur. Laydan
quyudibinə lay məhsulunun daxil olması zamanı, lay məhsulunun təzyiqi və temperaturu
dəyişikliyə məruz qalır və bu zaman həll olmuş duzların bir hissəsi quyudibi zonada və quyunun
süzgəcinin deşiklərində çökərək onu bağlayırlar, bəzən də korroziya məhsulları çökür. Belə
hallarda süzgəcin təmizlənməsi üçün bəzən “ТДШ”- tipli torpedalardan istifadə edirlər (“ТДШ”-
detonə edici kabeldən hazırlanmış torpedadır).
“ТДШ”-tipli torpeda başlıqdan, detonəedici kabeldən, trosdan və ağırlaşdırıcı yükdən
ibarət olur. Torpedanın mərmisi bir və ya bir neçə detonəedici kabelin parçasından (hissəsindən)
ibarət olur, hansı ki trosa bərkidilir. Detonəedici kabel –pambıq lifləri və plastmasdan hazırlanmış
borucuqdur, borucuğun daxilinə isə “ТЭН”- tipli partladıcı maddə yerləşdirilir. Bu kabellərin
qabığı polixlorvinildən ibarət olduğu üçün, onu maye ilə doldurulmuş quyularda tətbiq edirlər.
Bu üsulla süzgəcin deşiklərinin təmizlənməsi ona əsaslanır ki, mayedə baş verən partlayış
zamanı yaranan zərbə dalğasının yayılması zamanı, zərbə dalğası hər hansı bir maneə ilə
görüşərkən, əsasən çöküntülərlə, hansılar ki süzgəcin deşiklərini tutmuşdur, onları dağıdır. Bundan
sonra partlayışın məhsulu olan qaz qabarcıqları dağıdılmış çöküntülərin süzgəcin deşiklərindən
çıxarılmasına səbəb olur.
Bu kabelin uzunluğu 100-150 m qədər ola bilər. Kabelin qiyməti çoxda böyük olmur, ona
görə də torpedləmə işləri aparılarkən, məhsuldar layın bütün qalınlığını bir dəfəyə kabeli quyuya
endirərək torpedləmə işlərini aparmaq mümkündür, hətta bu laylarda keçiriciliyi olmayan araqatlar
vardırsa da. Kabelli torpedləmə quyuların istismar kəmərləri üçündə təhlükəsizdir. Əgər kiçik
qabaritli torpeda başlığı vardırsa (d-24 mm), onda süzgəc zonasını təmizləmək üçün torpedləməni,
quyudakı nasos-kompressor borularını qaldırmadan da tətbiq etmək mümkündür.
Qəzalı istismar quyularının dibində qalmış metal əşyaların dağıdılması üçün, boru kəsən
kumulyativ torpedalar tətbiq etmək lazımdır.
Şəkil 6.18-də kumulyativ mərmilərin bir neçə növü göstərilmişdir. Kumulyativ mərmilər
imkan verir ki, partlayışın enerjisini bir yerə toplayaraq, lazım olan istiqamətə yönəltmək mümkün
olsun.

Şəkil 1.18. Kumulyativ mərmilər.


1- mərmi 2- detonator üçün yuva 3- fokuslayıcı metallik qabıq 4- kumulyativli
dərinləşdirilmiş hissə.

Bu mərmilər mərkəzi ox üzrə təsirli, horizontal –müstəvi üzrə yan təsirli və ya uzununa -
müstəvi üzrə təsirli olurlar. Şəkil 1.18-də mərkəzi ox üzrə- a kumulyativ mərminin sxemi
verilmişdir. Kumulyativ mərminin dərinləşdirilmiş hissəsi -4 aşağıya yönəlmiş partlayış
enerjisinin böyük hissəsini konsentrə edərək aşağı istiqamətləndirir. Belə mərmilər quyudibindəki
müxtəlif metal əşyaları parçalayıb dağıtmaq üçün tətbiq edilir.
Yan istiqamətli lay süxurlarını və boruların kəsilməsi üçün horizontal-müstəvi üzrə yan
təsirli kumulyativ mərmilər (şəkil 1.18, b) tətbiq edilir. Uzununa-müstəvi təsirli mərmi (şəkil 1.18,
v), mərminin bütün uzunluğu boyu onun kumulyativ dərinləşdirilmiş hissəsi - 4 qədər, uzadılmış
silindrdən ibarətdir. Belə kumulyativ mərmilər, borularda yan deşiklər açmaq üçün tətbiq edilir.
Quyuların dibinə düşmüş metal əşyalar, mərkəzi ox təsirli “ТКО”- tipli torpedaların
köməkliyi ilə dağıdılır, partlayış nəticəsində kumulyativ şırnaq yaranır və bu şırnaq quyunun oxu
istiqamətində aşağı istiqamətlənərək quyudibindəki metal əşyanı dağıdır. “ТКО”- tipli torpeda
dörd hissədən təşkil edilir: torpedanın özündən, partladıcıdan, ötürücüdən və ağırlaşdırıcıdan.
Torpedanın gövdəsinin daxilidə trotil-heksogen tərkibli (50/50) partlayıcı maddə yerləşdirilir.
Mərminin metal qabıqlı (örtüklü) fokuslaşdırıcını misdən hazırlayırlar, hansı ki mərminin deşmə
qabiliyyətini artırır.
Quyularda boruların kəsilməsi üçün borukəsən torpedalar tətbiq edilir və bunlar iki növ
olur: “ТК”- tipli quru torpedalar, quyuları maye ilə doldurmadıqda tətbiq edirlər və “ТКГ”- tipli
torpedalar, hansını ki quyu gilli məhlulla, su ilə və ya neftlə doldurulduqda tətbiq edirlər.
Boru kəsən “ТК”- tipli qeyri- hermetik kumulyativ torpedalar beş növ olurlar. Boru kəsən
kumulyativ torpedalar, eninə-müstəvili təsirə malik həlqəvi kumulyativ mərmilərdir. O
diskəbənzər şaşkalı partlayıcı maddədən ibarətdir, hansının ki yan səthində kumulyativ
dərinləşdirilmiş sahə vardır. Bu kumulyativ mərmini trotil-heksogenin – 50/50 nisbətində
ərintisindən (xəlitəsindən) hazırlayırlar. Partlayış baş verən zaman kumulyativ şırnaq yaranır ki,
bu da borunu kəsir.
Borukəsən “ТКГ”- tipli torpedalar, quyulardakı nasos-kompressor və qazma borularının
kəsilməsi üçün nəzərdə tutulur. Boruların diametrindən asılı olaraq, bu torpedalar yeddi növ üzrə
istehsal edilirlər. Borukəsən torpeda, hansı ki zirehli kabel və quyuya endirilir, o trotil-heksogenin,
50/50 nisbətində ərintisindən hazırlanmış, həlqəvi kumulyativ mərmiyə malik olur.
Bəzən quyularda aparılan turşu ilə işlənmənin effektivliyini artırmaq məqsədi ilə də, böyük
olmayan partlayış gücünə malik olan torpedləmədə tətbiq etmək olar. Bu zaman torpedləmə
zamanı yeni çatlar yaranır və köhnə çatların bəziləri bağlanır. Bəzən isə istismar quyularında
torpedləmə ilə hidravliki yarılmanın kombinə olunmuş variantında tətbiq edilməsi məqsədəuyğun
olur.

1.9. İstismar quyularının quyudibi zonalarına istiliklə təsir üsulları.

Bir çox neft yataqlarından istismar edilən, istismar quyularının quyudibi zonalarında,
istismar prosesində parafin və qatran çökərək bu sahələrin keçiriciliyini kəskin şəkildə
pisləşdirirlər, bu isə quyuların debitlərinin azalmasına gətirib çıxarır. Bunun qarşısının alınması
üçün, yəni quyudibi zonanın çirkləndiricilərdən təmizlənməsi üçün, zaman-zaman kimyəvi
üsullarla yanaşı istilik üsulları da tətbiq edilir. İstilik üsulunun mahiyyəti ondan ibarətdir ki,
istismar quyularının quyudibi zonaları, orada çökmüş parafinin, qatranın və digər maddənin
əridilərək, oradan çıxarılması məqsədi ilə, bu zonanın qızdırılması prosesindən ibarətdir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, ağır parafinli neft yataqlarının istismarı prosesində, lay
temperaturu parafinin kristallaşmasının başlanğıc temperaturuna yaxın olduqda və ya ondan aşağı
olduqda, istismar quyusunun quyudibi zonasının keçiriciliyi 1,5-3 m radiusunda pisləşir. Bu
onunla izah olunur ki, məsamə kanallarının səthində parafin çöküntüləri və eyni zamanda aktiv
neft komponentlərindən (qatran, asfaltenlər, üzvü turşular) yarım molekulyar kolloidləşdirilmiş
adsorbsiya – solvent təbəqələrinin yaranması ilə əlaqədar olur. Quyunun quyudibi zonasında,
qazıma prosesindən və quyunun mənimsənilməsindən sonra qalan şlamlar və su baryerlərində
onun keçiriciliyinin pisləşməsinə səbəb olur.
İstismar quyularının quyudibi zonalarının süzülmə müqavimətlərinin azaldılması üçün,
istiliklə təsir üsullarını müvəffəqiyyətlə tətbiq edirlər. İstilik quyudibi zonada iki üsulla yaradılır:
1) lay süxurlarının skeleti və boşluqları dolduran maye ilə istilik mənbəyindən, hansı ki
quyu dibində yerləşdirilmişdir, istiliyin ötürülməsi üsulu (konduktiv qızdırılma üsulu);
2) istilik kütlə daşıyıcısının kollektor üzrə məcburi daşınması üçün, laya vurulan istilik
daşıyıcılarının hesabına daşınması (doymuş və ya ifrat qızdırılmış buxar, qaynar su).
Layların quyudibi zonalarına bu üsulların təsir mexanizmi müəyyən qədər bir-birlərindən
fərqlənə bilər. Təsir üsulunun seçilməsi, tətbiq sahəsinin konkret geoloji-mədən şəraitinin
müəyyən edilməsinə əsaslanır. İstismar quyularının quyudibi zonalarının konduktiv qızdırılması
üsulunu periodik olaraq quyunu dayandırmaqla (quyudibinin qızdırılmasının periodik üsulu) və ya
istismar prosesi əsasında (quyudibinin qızdırılmasının stasionar üsulu) yerinə yetirərək tətbiq
etmək mümkündür. Bu üsulun tətbiq edilməsinin əsas üstünlüyü onun sadə texnologiyalı olması
və çəkilən xərcləri az olmasıdır.
Quyudibi zonanın istiliklə işlənilməsinin digər üsullarından fərqi ondan ibarətdir ki, bu
üsulla quyudibi zonaya başqa maddələr vurulmur, hansılar ki sonradan bu zonaya mənfi təsir
göstərə bilərlər. Bu üsulların mənfi cəhəti ondan ibarətdir ki, qısa zaman ərzində quyudibi zonaya
böyük miqdarda istiliyin verilməsinin qeyri-mümkün olmasıdır. Bu dağ süxurlarının istilik
keçirmə effektivliyinin aşağı olması ilə əlaqədar olaraq baş verir. Bununla əlaqədar olaraq,
konduktiv qızdırılan quyudibi zonanın radiusu 1m-dən artıq olmur.
Quyuların quyudibi zonalarının periodik üsulla qızdırılmasının təsir mexanizmi onunla
nəticələnir ki, bu zaman parafin, asfalten və qətran çöküntüləri əriyir və sonrakı istismar prosesində
laydan çıxarılır. Bu zaman, istismar prosesinin bərpa edilməsi nəticəsində, quyunun quyudibi
zonasının intensiv soyuması baş verir və layın keçiriciliyinin bərpa edilməsi üçün (soyuma
prosesində çirkləndiricilərin bir hissəsinin layda qaldığı üçün) təkrar quyudibi zonanın
işlənilməsinə tələbat yaranır.
Quyuların quyudibi zonasının stasionar qızdırılma üsulu ilə işlənilməsində, onun təsir
mexanizmi nəticəsində quyunun istismar prosesində, onun ətrafında radiusu 1 m olan qızdırılmış
həlqəvi sahə yaranır və bu sahədə stasionar üsulla kifayət qədər yüksək temperatur saxlanılır. Bu
zonada kollektorun keçiriciliyi istismar prosesində aşağı düşmür, neftin özlülüyü isə kifayət qədər
aşağı düşür.
Məhsuldar laya istilik daşıyıcısının vurulması ilə quyudibi zonanın qızdırılması prosesini
elə aparmaq mümkündür ki, bu zaman qızdırılan sahə layın 20 m-dək dərinliyini əhatə etmiş olsun.
Lakin qeyd edilən üsul, adətən, məhsulun əsasən sulaşmasına gətirib çıxarır. Bundan başqa, bu
üsul quyunun quyudibi zonasında arzuolunmaz nəticələrə gətirib çıxara bilər, məsələn quyudibi
zonada dayanaqlı emulsiyaların yaranmasına, su konuslarının yaranmasına, kollektorun kövrək
süxurlarının dağılmasına və sairə.
Quyudibi zonaya istilik daşıyıcılarının vurulmasının təsiri mexanizmində, eyni zamanda
neftin özlülüyünün azalmasına və kollektorun keçiriciliyinin artmasına səbəb olur. Lakin bu halda
neftin özlülüyünün azalmasına ancaq temperaturun artması səbəb olmur, həmdə neftin qaynar
kondensatla qarışması onun özlülüyünün azalmasının effektivliyini artırır. Bundan başqa, bu
üsulla quyudibi zonanın işlənilməsi parafin-qətran çöküntülərinin həll olunmasını fəallaşdırır,
şlamın dağılması prosesini sürətləndirir və su baryerlərini ləğv edir. Bütün bu proseslərin nəticəsi
olaraq, nəinki kollektorun neft keçiriciliyi bərpa olunur, hətta quyunun istismarının
başlanğıcındakı keçiriciliyindən də yüksək olur.

1.10. Quyunun quyudibi zonasına istiliklə təsir etmənin texnologiyası.

İstismar quyularının quyudibi zonalarına, istiliklə təsirin konduktiv üsulunu tətbiq etmək
üçün, istilik mənbəyi kimi, dərinlik elektrik qızdırıcılarından geniş şəkildə istifadə edirlər. Bununla
əlaqədar olaraq, çox geniş şəkildə periodik elektrik-qızdırma və stasionar elektrik-qızdırma ilə
işlənilmə sistemlərindən istifadə edirlər.
Quyudibi zonaya təsir etmək məqsədi ilə quyuya vurulan istilik daşıyıcısı kimi, doymuş
buxardan geniş istifadə edilir. Yuxarıda qeyd edilmiş üsulların tətbiqinin qısa texnologiyasının
xarakteristikası aşağıda verilir.
Periodik elektrik-istilik işlənilməsi- bu üsulla quyuların quyudibi zonalarının
işlənilməsinin mahiyyəti ondan ibarətdir ki, quyudibi zonanın konduktiv qızdırılması üçün quyuya
məhsuldar layın qarşısına dərinlik elektrik qızdırıcısı yerləşdirilir. Bu zaman quyunun istismarı
dayandırılır və quyu daxili avadanlıq quyudan çıxarılır. Bundan sonra isə quyuya kabel-tros
vasitəsi ilə, süzgəcin içinə, məhsuldar layın tam qarşısına, dərinlik elektrik qızdırıcısı endirilir və
məhsuldar lay 37 gün ərzində qızdırılır, bundan sonra elektrik qızdırıcısı quyudan qaldırılaraq
çıxarılır və quyu daxili avadanlığı quyuya endirərək onu mənimsəyirlər. Bilindiyi kimi, bu zaman
quyudibi zona sürətlə intensiv olaraq soyuyur (soyuma tempi - 38 dər./saat), ona görə də elektrik
qızdırıcısının quyudan çıxarılması və quyunun istismara buraxılması üçün sərf edilən vaxt
minimum olmalıdır. Əks halda ərimiş parafin, asfalten və qətran çöküntüləri, temperaturun aşağı
düşməsi səbəbi ilə təkrarən kristallaşarlar ki, bu da işlənmənin effektivsizliyi ilə nəticələnəcəkdir.
Periodik elektrik-qızdırma üsulu ilə işlənilmə, əsasən quyudibi zonanın, periodik olaraq
keçiriciliyinin artırılması məqsədi ilə aparıldığı üçün, bununla əlaqədar olaraq seçilmiş neft
yataqlarının nefti öz özlülüklü (10 mPasan- qədər), parafinli (parafinin miqdarı 3-4%-dən çox) və
asfalten-qətran komponentlərinin miqdarı (5-6%-dən) yüksək olmalıdır.
İstismar quyusuna endirilmiş qızdırıcı qurğunu dayandıran kimi, quyudibi zonada soyuma
prosesi dərhal başladığı üçün, qızdırıcının quyudan çıxarılmasına və quyunun istismara
buraxılması üçün sərf edilən vaxt 57 saatdan çox olmamalıdır. Ona görə də bu üsulun tətbiq
edildiyi məhsuldar layların dərinliyi 12001400 m-dən çox olmamalıdır.
Quyularda aparılan bu üsulla işlənmənin effektivliyini artırmaq və parafin-qətran
çöküntülərini quyudibi zonada vaxtından əvvəl kristallaşmasının qarşısını almaq üçün, işlənmədən
öncə quyudibi zonaya bəzən 1520 m3 həcmində həlledicilər (pirokondensat) vurulur. Bundan
sonra quyudibi zona qızdırılır, parafin-qətran çöküntüləri yüksək temperaturun təsiri ilə əriyir və
həll ediciyə qarışaraq onda həll olur və bunun nəticəsində temperatur lap aşağı düşdükdə belə,
kollektorun məsamələrində çökmür, yəni yenidən kristallaşmır.
Stasionar elektrik-qızdırma üsulu ilə işlənilmə. Bu üsulun mahiyyəti ondan ibarətdir ki,
istismar quyusunun süzgəc hissəsinə, yəni məhsuldar layın qarşısına, quyu daxili avadanlıqla
birlikdə, stasionar elektrik qızdırıcısı endirilərək yerləşdirilir, hansının ki köməyi ilə quyuların
istismar prosesində fasiləsiz olaraq layın quyudibi sahəsi qızdırılır və ya bu qızdırılma prosesi
müəyyən edilmiş rejim üzrə aparılır. Yuxarıda da qeyd edildiyi kimi, belə halda quyudibi zonada
layın keçiriciliyi yüksək səviyyədə olur və lay neftinin özlülüyü isə aşağı səviyyədə olur, ona görə
də stasionar elektrik-qızdırma üsulunun tətbiq edildiyi neft yatağının neftinin parafinliyi (3-4%-
dən) çox olmalıdır, onun özlülüyü isə 10 mPasan- çox olmalıdır. Bu üsulda təsirdə əhəmiyyət
kəsb edən parametr, quyuya endirilmiş elektrik qızdırıcısının və kabelin işləmə müddətinin
etibarlılığıdır.
Buxar-qızdırma üsulu- bu üsulun mahiyyəti ondan ibarətdir ki, periodik olaraq quyuların
quyudibi zonalarının qızdırılması üçün, məhsuldar laya doymuş buxar vurulur. Bu zaman istismar
quyusu dayandırılır, quyudakı quyu daxili avadanlıq quyudan çıxarılır və məhsuldar laya doymuş
buxar o hesabla vurulur ki, bu zaman quyudibi zonada 1020 m radiusunda buxar zonası
yaradılmış olsun. Bundan sonra quyunu tam hermetikləşdirərək, onu 23 gün ərzində bağlı
saxlayırlar. Hesab edilir ki, bu müddət ərzində təzyiq və temperaturun paylanması baş verir və
həmdə kollektorun istiliklə təsirə məruz qalmayan hissəsində, kollektorun kapillyarlarına qaynar
kondensatın hopması baş verir.
Buxar-qızdırıcısı ilə işlənilmə üsulu, dərinliyi 100 m-ə qədər olan neft yataqları üçün
əlverişlidir, hardaki neftin özlülüyü lay şəraitində 50 mPasan-dən çox olur. Bu zaman lay
şəraitində neftin özlülüklərinin nisbəti və doymuş buxarın temperaturu, hansı ki cari lay təzyiqinə
müvafiqdir, 2-3 dəfədən az olmamalıdır. Əgər neft yatağının neftinin özlülüyü aşağıdırsa, onda o
parafinli (4%-dən çox) neft olmalıdır və lay temperaturu parafinin başlanğıc kristallaşma
temperaturundan az olmalıdır. Özü də bu zaman quyudibi zonada çökmüş parafin-qətran
çöküntülərinin radiusu 1 m-dən çox olmalıdır. Əgər parafin-qətran çöküntülərinin radiusu 1 m-dən
aşağıdırsa, onda iqtisadi cəhətdən elektrik-qızdırıcısı üsullarının tətbiqi daha məqsədəuyğun hesab
edilir.

1.11. İstilik ilə işlənilmə prosesində tətbiq edilən avadanlıqlar.

İstismar quyularının quyudibi zonalarının periodik elektrik-qızdırıcısı üsulu ilə


işlənilməsində, “СУЭПС-1200” özüyeriyən qurğu (şəkil 1.19) tətbiq edilir.

Şəkil 1.19. «СУЭПС-1200» tipli özüyeriyən qurğu.


1 - idarəetmə stansiyası 2- avtotransformator 3- elektrik qızdırıcısı 4- kabel-tros5- qaldırıcı
karotaj bucurqadı.
Bu qurğu üç ədəd elektrik qızdırıcısından -3, kabel-trosdan -4, yenidən yığılmış özüyeriyən
karotaj qaldırıcısı -5 bucurqaddan və qoşqu üzərində yığılmış elektrik avadanlıqlardan
(avtotransformator - 2 və idarəetmə stansiyası -1) ibarətdir.
Bundan başqa, bu qurğunun komplektinə köməkçi avadanlıqlarda daxildir quyuağzı əl
qaldırıcısı, balans-blok, üç ədəd sıxac (“zajim”) və 2 ədəd nəql edilən baraban.
Dərinlik elektrik qızdırıcısı, hansının ki köməkliyi ilə quyudakı maye qızdırılır, borucuqlu
elektrik qızdırıcı (“ТЭН”- tipli) elektrik sobasından ibarətdir. Bu elektrik qızdırıcısı, istismar
kəmərinin diametri 141 mm və daha böyük olan quyular üçün nəzərdə tutulmuşdur. Bu elektrik
qızdırıcısının xarici diametri -112 mm, uzunluğu -3700 mm və ağırlığı isə 60 kq bərabər olur (şəkil
1.20).

Şəkil 1.20. Dərinlik elektrik qızdırıcısı. 1 - kabel-trosun birləşdirilməsi 2- naqil bandajı 3-


kabel-tros, «КТГН-10» tipli 4- elektrik qızdırıcısının başlığı 5- asbest şnuru 6 –qurğuşun
tökməsi 7- sıxıcı qayka 8- klemma boşluğu 9- qızdırıcı element.

Elektrik qızdırıcısının başlığında kabelin zirehinin bərkidilməsi üçün qurğu


yerləşdirilmişdir- elektrik qızdırıcısının kabel-trosla birləşdirilməsi mexanizmi, hansı ki zavod
şəraitində birləşdirilir.
Elektrik qızdırıcısının başlığı boltların köməkliyi ilə hidroflənsə birləşdirilir, hansı ki
aralıq detal hesab edilir (onun daxilində kipkəclər yerləşdirilmişdir, hansı ki kabelin naqillərini
kipləşdirir). Hidroflənsin altındakı klemma boşluğunda, hansındakı kabelin cərəyan daşıyıcı
naqilləri, “ТЭН”- tipli elektrik qızdırıcısının kontakt çubuqları ilə birləşdirilmişdir. Klemma
boşluğunun aşağı hissəsi, köynəklə (“kojux”) həlqəvi araqatı (“prokladka”) ilə birləşdirilir. Hər
qızdırıcı element (onlar cəmi -3 ədəd olur) 11 mm-lik polad borucuqdan ibarət olur və onların
daxilində kvars qumunun içində və ya ərimiş maqnezium oksidinin daxilində preslənmiş halda
nikel-xrom məftildən hazırlanmış spiral olur. Elektrik qızdırıcılarının elementlərini xarici
mexaniki təsirlərdən qorumaq üçün, onu xüsusi köynəyin daxilində yerləşdirirlər.
“КТГН” –tipli kabel (şəkil 1.21) üç güc naqilindən və üç siqnalverici mis naqillərdən
ibarətdir, hansılar ki bir-biri ilə 1,5 mm qalınlıqlı dielektrik rezinlə və 0,3 mm qalınlıqlı neftə
davamlı rezinlə izolə edilmişdir.
Şəkil 1.21. Kabel-trosun konstruksiyası.
1 –cərəyan ötürücü güc naqili 2- dielektrik rezinlə izoləedici 3- hermetikləşdirici rezin qabıq
(örtük) 4- siqnal naqili 5- dielektrik rezinlə izolə edilmiş qat 6- hermetikləşdirici qabıq
(örtük) 7- rezinə oxşar parça lenti ilə sarınma (“obmotka”) 8- sinkləşdirilmiş polad məftillə
çəkilmiş zireh.

Bu naqillər bir-birinə burularaq sarınmışdır, onları pambıq parçaya bükərək, onların üzərini
sinklətdirilmiş polad məftilli iki qatlı zireh ilə örtmüşlər.

“КТГН” –tipli kabel-trosun texniki xarakteristikası.


-dagıdıcı gücü -100kN
- naqillərin sayı -10
-güc naqillərinin sayı və en kəsiyi 3x4 mm2
- siqnal naqillərinin sayı və en kəsiyi 3x0,56 mm2
-kabelin xarici diametri -17,8 mm
-xətti sıxlığı 1000 kq/km

İstismar quyularının quyudibi zonalarının stasionar elektrik-qızdırıcısı ilə işlənilməsi üçün


şəkil 1.22-də göstərilmiş qurğudan istifadə edirlər, hansı ki nasos altı elektrik qızdırıcısından,
kabel və onun bərkidilmə sistemindən, idarəetmə stansiyasından və köməkçi avadanlıqlardan
ibarətdir. Bu qurğunun konstruksiyası, səyyar qurğunun konstruksiyasından xeyli sadədir. Lakin
hər iki qurğunun bəzi hissələri eynidir və bu imkan verir ki ehtiyac yarandığı zaman bəzi hissələr
qarşılıqlı istifadə edilsin.
Nasos altı elektrik qızdırıcısı – U formalıdır, borucuqlu elementlərdən təşkil olunubdur,
onun maksimal xarici diametri -112 mm-dir. Qurğu iki əsas hissədən ibarətdir başlıq və köynəkli
elektrik qızdırıcısından. Qurğunun başlıq hissəsində iki kipkəc vardır onlardan biri kabeli
hermetikləşdirir, digəri isə kabelin ayrı-ayrı naqillərini (tellərini). Konik yivin köməkliyi ilə
elektrik qızdırıcısı dərinlik nasosunun qəbuluna bağlanılır. Elektrik qızdırıcısının köynəyində üç
cərgəli uzununa yerləşdirilmiş yarığa bənzər deşiklər açılmışdır və bu deşiklər açılmışdır, və bu
deşiklər vasitəsi ilə quyudakı mayenin dövretməsi təmin edilir.
Şəkil 1.22. KTQH- tipli qurğunun elektrik avadanlıqları.
1- elekrtik qızdırıcısı 2- kabel-tros 3- kabel sıxacı 4- avtotransformator
5- idarəetmə stansiyası 6- sənaye elektrik şəbəkəsi.

Elektrik qızdırıcısının köynəyinin aşağı hissəsinə silindrik cib qaynaq edilmişdir və bu cibə
maksimal termometr yerləşdirilir.
Kabel və onun bərkidilməsi. Stasionar qurğudakı elektrik qızdırıcısına elektrik
cərəyanının verilməsi üçün xüsusi neftə davamlı “КРБК”- tipli kabeldən istifadə edilmişdir və bu
kabel çevik metal zirehə malikdir. Nasos-kompressor boruları və elektrik qızdırıcısı quyuya
endirilərkən, bu kabel xüsusi kəmərlərlə boruların gövdəsinə bağlanılır. Onun bərkidilmə texnikası
imkan verir ki, elektrik qızdırıcısının quyuya endirilmə prosesini gecikdirmədən, kabelin borulara
möhkəm və tez bağlanılması təmin edilsin. Kabelin quyuya endirilməsi zamanı onun mexaniki
zədə almaması üçün, xüsusi qoruyucu xomutlardan istifadə edilir.
Qızdırıcı qurğunun idarə edilməsi üçün və nasos altı elektrik qızdırıcısının mühafizəsi
üçün, idarə etmə stansiyası tətbiq edilir. Qurğuya elektrik cərəyanın verilməsində hər hansı bir
səbəbdən fasilə yaranarsa, onun işinin verilmiş proqram əsasında idarə olunması üçün, artıq
yüklənmədən mühafizə edilməsi üçün və qısa qapanmalardan qorumaq üçün, elektrik
qızdırıcısının işinin avtomatik bərpası üçün sxemdə, avtomatik idarə etmə sistemi nəzərdə
tutulmuşdur.
Köməkçi avadanlıqlardan quyuda montaj işləri aparılan zaman və qızdırıcısının istismarı
prosesində istifadə edirlər.
Köməkçi avadanlıqlar aşağıdakılardan ibarətdir: kabel barabanı, istiqamətləndirici rolik
(diyircək), dayaq altı və şayba. Kabel barabanı kabelin quyuya endirilməsi və qaldırılmasına
xidmət edir, eyni zamanda kabelin nəqli üçündür. İstiqamətləndirici rolik, quyuya kabelin rahat və
təhlükəsiz endirilib-qaldırılmasında istifadə edilir.
Kabelin quyuya endirilib-qaldırılma əməliyyatları zədələnməsinin qarşısının alınması, işin
rahatlığı və tez yerinə yetirilməsi üçün dayaq altından (“podstavka”) istifadə edirlər, hansınıki
quyunun istismar kəmərinin flənsinə bağlayırlar. Dayaq altının flənsi üzərinə elevator yerləşdirilir
və kabelin endirilib-qaldırılması üçün istiqamətləndirici rolikdə bura bağlanılaraq bərkidilir.
İstismar quyularının quyudibi zonalarında, istiliklə təsir işlərini aparmaq üçün tətbiq edilən
üsullardan biridə buxar-istilik üsuludur. Bu üsulun tətbiqi üçün aşağıdakı kompleks
avadanlıqlarından istifadə edirlər və o iki əsas elementdən ibarətdir buxar mənbəyi və quyu daxili
qurğu.
Emal üçün tələb olunan buxarı stasionar qurğulardan və səyyar buxar-generator
qurğularından əldə edə bilərik. Quyu avadanlığı bunlardır:
a) quyuağzının yığılması üçün armatur, hansı ki quyuda yüksək temperaturlarda, buxarla
emal işlərinin aparılmasını təmin edir
b) xüsusi yerüstü kompensatorlar, hansı ki quyunun istismar kəmərinin yüksək
temperaturdan genişlənərək uzanmasının mümkünlüyünü təmin edir;
v) nasos-kompressor boruları ilə məhsuldar laya vurulan buxarın boru arxası fəzaya
keçməməyi üçün, onu layın tavanının üstündən ayıraraq izolə edən temperatura davamlı paker.

1.12. Quyudibi zonaya istiliklə təsirin hesabatı.

İstismar quyularının quyudibi zonalarında istiliklə təsir üsullarının aparılması üçün, onun
parametrlərinin müəyyən olunaraq tapılması üçün, əvvəlcədən hesablamalar aparılmalıdır.
Aşağıda, istiliklə təsir üsullarının hər birinin hesablamalarının aparılması üçün, metodika
verilmişdir.
Periodik elektrik-istilik üsulu ilə işlənilmə. Quyudibi zonanın bu üsulla işlənilməsi üçün,
tələb olunan əsas parametrləri şəkil 1.23 və 1.24-də verilmiş nomoqramlardan istifadə edərək
müəyyən edirlər. İstismarın geoloji-mədən şəraitini və elektrik qızdırıcısının gücünü bilərək,
nomoqramdan temperaturu və qızdırılma radiusunu müəyyən edə bilərik. İşlənilmədən sonra,
quyunun orta debitini - q or aşağıdakı düsturla müəyyən edə bilərik:

 k l ra 
 ln + ln rl  − (ro − rq )qo
k ra 
qor =  a rq (1.1)
 kl   
 − (ro ln ro − ro − rq ln rq ) + (ro − rq ) ln l + l ln ra 
r k
 r r 
 ka   a q ka 

burada, k l və k a - müvafiq olaraq əhatə edən layın neftə görə keçiriciliyidir və keçiriciliyi
aşağı düşmüş zonanın keçiriciliyidir, D; rl , ro , ra və rq - müvafiq olaraq layın drenaj zonasının,
qızdırılmış zonanın aşağı neft keçiricilikli zonanın və quyunun radiuslarıdır, m-lə q o - istiliklə

işlənməyə qədər quyunun debitidir, m saat ilə.
Stasionar elektrik-istilik üsulu ilə işlənilmə. Quyunun Stasionar elektrik-istilik üsulu ilə
işlənilməsində, müəyyən edilməsi tələb olunan əsas parametr, quyuya buraxılacaq elektrik
qızdırıcısının gücünün müəyyən edilərək tapılmasıdır, hansı ki aşağıdakı asılılıqla müəyyən edilir:
qort Cm aye

ΔT  q ortaC maye  η   πhλlay


N=   (1.2)
 r 
 q
burada, N - elektrik qızdırıcısının gücü, kvt ilə; ΔT - layın verilmiş nöqtəsində tələb olunan izafi
(layın üstündə) stasionar temperatur, °C ilə; h -l ayın qalınlığı, m ilə; λlay - layın effektiv istilik
keçirməsi, Bt ilə; C maye - mayenin həcmi istilik tutumu, kCoul ilə; r - verilmiş
(m  C ) m   C
temperatura qədər qızdırılmış sahənin radiusu, m ilə.
Buxar-istilik üsulu ilə işlənilmə. Buxar-istilik üsulu ilə işlənilmənin layihələndirilməsi
üçün tələb olunan əsas parametrlər bunlardır: buxarın vurulma tempi; buxarın vurulmasının
müddəti; debitin artırılma dərəcəsi və quyunun artırılmış hasilatla işlənilməsinin müddəti.

karbonat
qumdaşi
Quyu mayesinin izafi temperaturu, S

Məhsulun sulaşması, %
 funksiyası

Şəkil 1.23. Quyunun periodik elektrik-istilik üsulu ilə işlənilməsində, parametrlərin müəyyən
edilməsi üçün nomoqrama

İşlənilmədən sonra quyunun orta debitini aşağıdakı düsturla müəyyən etmək olar:
 k lay r rlay 
 ln a + ln   qo
k r r 
qor =  a lay a 
(1.3)
μo r k lay ra rlay
ln o + ln + ln
μlay rlay k a ro ra

burada, μ lay və μ o - müvafiq olaraq lay şəraitində neftin dinamik özlülüyü və qızdırılmış zonada
orta temperaturdakı özlülükdür, mPa san ilə.
Emalın vaxtı, saat

Şəkil 1.24. Quyunun periodik elektrik-istilik üsulu ilə müəyyən edilən parametrlər üçün
nomoqrama.

Quyuya buxarın vurulma müddəti və qızdırılan zonanın radiusu, şəkil 1.25-də verilmiş
nomoqramın əsasında müəyyən edirlər, əgər məhsuldar layın qalınlığının hər bir metrəsi üçün
quru buxarın sərfi və layın xüsusi entalpiyasını - φ xarakterizə edən əmsal məlumdursa, verilmiş
nomoqramdan istifadə qaydası, bu şəkildəki sxemin özündə izah edilmişdir.
Verilir (cavab)
Cavab (verilir)

Verilir

Verilir
(cavab)
Cavab (verilir)

Verilir

Verilir

Şəkil 1.25. Məhsuldar laya vurulan buxarın vurulma müddətini müəyyən etmək üçün Verilir
nomoqrama.

q q.b
burada, q qh.b = - quru buxarın xətti sərfidir, kq ( ; q q .b - quru buxarın sərfidir, kq
h saat  m ) saat
; h - layın qalınlığıdır, m;
 t bux − t lay t bux − t lay 
φ = π m( − S su )ρbux  xbux + ( − m)C sux ρsux. + m  S su C k ρk 
 ibux ibux 

ρbux = (1.4)
xbux  − xbux
+
ρ q.bux ρk
burada, S su - vahidin hissələri ilə layın su ilə doyumluluğu; ρbux - quyu dibində nəm buxarın və
doymuş buxarın sıxlığı, kq  ; m - vahidin hissələri layın məsaməliyi; xbux - vahidin hissələri ilə
m
quyu dibində buxarın qurululuğu; C sux , ρ sux - müvafiq olaraq lay süxurunun istilik tutumu və
sıxlığıdır, kCoul və kq  ; ibux - buxar yaranmasının gizli istiliyi, kCoul ; C k , ρ k -
kq  C m kq
müvafiq olaraq quyudibindəki kondensatın xüsusi istilik tutumu və sıxlığıdır, kCoul və
kq  C
kq ; t - quyu dibində buxarın temperaturudur, °C; t - layın temperaturudur, °C.
m  bux lay

Buxar-istilik üsulu ilə işlənilmədən sonra quyunun artırılmış debit ilə işlənilmə müddətini
aşağıdakı düsturla müəyyən edə bilərik:

π  rqiz  hC lay
t bux
τ eff =  ln (1.5)
q orta  C maye 
burada, rqiz - qızdırılmış zonanın radiusudur, m; C lay və C maye - müvafiq olaraq layın və mayenin
həcmi istilik tutumlarıdır, kCoul .
m   C
Quyunun orta debitini - qorta , şəkil 6.26-da verilmiş qrafik əsasında müəyyən edirlər.

Şəkil 1.26. Buxar-istilik üsulu ilə işlənilmə nəticəsində quyunun orta debitinin müəyyən
edilməsi üçün qrafik)

1.13. İstismar quyusunun quyudibi zonasının istilik üsulları ilə təsirinin hesablanması üçün
nümunələr.

Periodik elektrik-istilik üsulu ilə təsirin hesablanması. Quyuya endirilmiş elektrik


qızdırıcısının gücü - N = kVt olduqda, aşağıdakı şərait üçün periodik elektrik-istilik üsulu ilə
işlənmənin parametrlərinin müəyyən edilməsi: məhsuldar lay-qumdaşılardan təşkil olunub, onun
istilik keçirməsi - λlay = ,Vt , lay neftinin özlülüyü - μlay = mPa  s , lay məhsulunun
(m  C )
tərkibində 5% lay suyu vardır, quyunun diametri - rq = , m , drenaj radiusu - rlay = m , layın
aşağı keçiricilikli zonasının radiusu - ra = ,m . Tələb olunan qızdırılma zonasının radiusu
ro = ,m . Məhsuldar layın qalan hissəsinin keçiriciliyinin verilmiş zonadakı keçiriciliyinə olan
k lay 
nisbəti - =  . İstiliklə işlənməyə qədər quyunun orta debiti - q o = , m .
ka gün
Quyudibi zonanın işlənilməsindən sonra, quyunun orta debitini aşağıdakı kimi, (6.1) tənliyi
ilə müəyyən edək:

 ,  
  ln + ln (, − , )  
 , ,  
q= = , m
( − )(, ln , − , − , ln , + ,(, − , ) ln  +  ln , 
gün
 ,  , 
Şəkil 6.23-də verilmiş nomoqrama əsasında, qərarlaşmış quyudibi temperaturunu və
işlənilmə müddətini müəyyən edək.
Lay neftinin sulaşmasına və özlülüyünə müvafiq olaraq, cədvəl 6.2-dən k - əmsalını
tapırıq, hansı ki çıxarılan məhsulun xassəsini xarakterizə edir.
Bundan sonra, k -nın müvafiq qiymətinə ( k =0,735) uyğun nöqtədən, aşağı horizontal
oxdan (şəkil 1.23) vertikal xətt çəkirik və onu bütöv əyrilərin biri ilə kəsişənədək davam etdiririk,
hansı ki elektrik qızdırıcısının verilmiş gücünə - N = kVt və quyunun diametrinə - 168 mm
müvafiq olur.
Alınmış kəsişmə nöqtəsini, nomoqramının sol vertikal oxuna keçirərək, quyudibi
temperaturun - ΔTlay natural loqarifminin qiymətini müəyyən edirik, verilmiş hal üçün
ln ΔTlay = , və ΔTlay = ,C olur.
90
80
70
60
40
30
25
20
15
10
5
0
Məhsulun

100
sulaşması,%

50
2

1,580 1,559 1,531 1,497 1,475 1,429 1,345 1,299 1,251 1,123 1,138 1,071 0,978 0,885
3

1,580 1,554 1,520 1,485 1,450 1,396 1,300 1,247 1,187 1,120 1,052 0,964 0,874 0,722
4

1,580 1,551 1,518 1,475 1,443 1,383 1,281 1,212 1,160 1,082 1,005 0,908 0,777 0,625
5

1,580 1,548 1,517 1,474 1,437 1,369 1.271 1,198 1,137 1,060 0,972 0,871 0,735 0,560
6

1,580 1,546 1,516 1,468 1,431 1,363 1.265 1,189 1,118 1,045 0,955 0,848 0,703 0,510
7

1,580 1,545 1,515 1,467 1,425 1,361 1,261 1.178 1,113 1,029 0,941 0,828 0,701 0,472

1,580 1,545 1,514 1,466 1.422 1,356 1,257 1,170 1,102 1,021 0,932 0,815 0,659 0,441

1,580 1,545 1,513 1,464 1,418 1.352 1,250 1.167 1,096 1,014 0,924 0,806 0,644 0,466
1,580 1,545 ,512 1,463 1,417 1,361 1,248 1,163 1,092 1,009 0,911 0,793 0,640 0,394

1,580 1,545 1,512 1,463 1,416 1.348 1.246 1,161 1,088 1,004 0,908 0,786 0,619 0,377
Neftin dinamik özlülüyü, mPasan
8 9 10 11 12

1,580 1,545 1,512 1,463 1,415 1,347 1.244 1,159 1,083 0,999 0,903 0,780 0,619 0,361
13

1,580 1,545 1,512 1,463 1,413 1,345 1.240 1.158 1.081 0,966 0,899 0,775 0,611 0,347
14

1,580 1,545 1,512 1,463 1,412 1,344 1.239 1.151 1,080 0,944 0,896 0,771 0,604 0,334
15

1,580 ,545 1,512 1,463 1,411 1,334 1.237 1,48 1,076 0,989 0,891 0,768 0,585 0,323
Cədvəl 1.3
İstiliklə təsirin müddətini, şəkil 1.24-dəki nomoqrama ilə, qəbul edilmiş qızdırılma
zonasının radiusu ilə layın qızdırılma tempini xarakterizə edən- φlay funksiyasının qiymətini şəkil
6.23-dəki nomoqrama ilə aşağıdakı kimi müəyyən edək. Məhsulun sulaşmasının verilmiş
qiymətinə uyğun olan nöqtədən (sağ vertikal ox), horizontal düz xətt çəkirik və bu xətti
nomoqramın sol hissəsindəki ştrixpunktir əyrilərinin biri ilə kəsişənədək davam etdiririk, hansı ki
quyunun temperaturunun loqarifmasının qiymətindən çəkilmişdir (sol vertikal ox). Alınmış
nöqtədən 45°- bucaq altında düz xətt çəkirik, bu kəsişmə nöqtəsi - φlay - funksiyasının qiymətini
müəyyən edir.
Verilmiş bu hal üçün φlay =4,52-dir. İstiliklə işlənmənin müddətini müəyyən etmək üçün,
şəkil 6.24-dəki nomoqramda, yuxarı horizontal ox üzərində φlay - funksiyasının qiymətinə uyğun
nöqtəni müəyyən edirik. Bundan sonra bu nöqtədən vertikal düz xətt çəkirik və onu
nomoqramdakı iki əyridən biri ilə kəsişənədək davam etdiririk, hansı ki verilmiş kollektorun tipinə
müvafiq olur.
Kəsişmə nöqtəsini vertikal oxa keçirərək - (ln τ ) , bu nöqtədən 45° bucaq altında düz xətt
çəkirik. Alınmış bu xətt işlənmə müddətinin (vertikal ox), qızdırılan sahənin radiusundan (aşağı
horizontal ox) qrafik asılılığını göstərir. Alınmış bu qrafik asılılığa əsasən, tələb olunan qızdırılma
zonasının radiusunu bilməklə, işlənmə müddətini müəyyən etmək mümkündür və ya tərsinə
rasional işlənmə müddətini bilməklə, qızdırılma sahəsinin radiusunu müəyyən etmək olur.
Məsələn, əgər verilmiş hal üçün, layın qızdırılma dərinliyi 0,6 m tələb olunursa (ln
0,6=0,5), onda bu zonanın qızdırılma müddəti τ = saat + (ln τ = ,) tələb olunur.
Stasionar elektrik-istilik üsulu ilə işlənmə. Bu üsul ilə işlənilmədə, elektrik qızdırıcısının
gücünün müəyyən edilməsi tələb olunur və quyunun gözlənilə bilən debitinin artırılması, diametri

168 mm (0,074 m), debiti (işlənilməyə qədər) isə qo = , m olan, quyunun stasionar
gün
qızdırılması nəticəsində baş verir. İstiliklə işlənilmə elə aparılmalıdır ki, quyunun oxundan
ro = ,m məsafədə, daimi sabit olaraq izafi temperatur ΔT = C saxlanılsın. Məhsuldar layın
qalınlığı - h = m , drenaj radiusu - rlay = m , istilik keçirmə - λlay = ,Vt dır,
(m  C ) -
kCoul
çıxarılan susuz neftin həcmi istilik tutumu - C maye =  , keçiriciliklərin nisbəti -
m   C
k lay μ lay
=  , özlülüklərin nisbəti =  -dur.
ka μo
Əvvəlcə 6.3 düsturu ilə quyunun işlənilmədən sonrakı orta debitini tapaq,

 ,  
  ln + ln   ,
 , ,   m
q orta = = , m = ,
, ,  gün saat
, ln +  ln + ln
, , ,

6.2- düsturunda bu alınmış parametrləri yerinə yazsaq, onda dərinlik elektrik qızdırıcısının
gücünü müəyyən edə bilərik,
.
  ,    ,  π , , 
N=   = ,kVt
  , 

Buxar-istilik təsir üsulunun hesabatı.



İstilik üsulu ilə işləməyə qədər debiti - q o =  m təşkil edən quyunun və aşağıdakı
gün
xarakteristikaya malik olan məhsuldar layda qalınlığı, h = m  məsaməliyi - m = ,  süzülmə
müqaviməti artırılmış zonanın radiusu - ra = m  qızdırılmış zonanın radiusu - rt = m , buxar-
istilik üsulu ilə quyudibi zonanın işlənilməsi aparaq. Lay süxurunun həcmi istilik tutumu - C sux
=1970 kCoul  , doymuş layın C lay =  kCoul  və mayenin istilik tutumu
(m  C ) (m  C )
C maye =  kCoul  .
(m  C )
Buxar-istilik üsulu ilə işlənilmədə “ППГУ-4/120"”- tipli səyyar buxar generator
qurğularından istifadə edirlər, onların məhsuldarlığı - qq.bux =  kq - quru buxardır, bu
saat
zaman buxarın təzyiqi 4,0 mPa olur, temperaturu isə t bux = ,C təşkil edir. Quyu dibində
buxarın nəmliliyi -0,374 lay temperaturu t lay = C , kondensatın həcmi istilik tutumu

kCoul
C k ρ k = 
m   C

Layın su ilə doyumluluğu S su = , 

kCoul
ibux =  .
kq

6.4- düsturu ilə ρbux , φ və q qh.bux qiymətlərini müəyyən edək,


ρbux = = , kq 
,  − , m
+
, 

 , −  , −  
φ = π ,( − ,)  ,  , + ( − ,)   + ,  ,   = 
   

 kq
q qh.bux = = 
 saat  m

q qh.bux , φ -nin tapdığımız qiymətləri ilə və qızdırılmış zonanın verilmiş radiusunu - rt = m , nəzərə
almaqla şəkil 6.25-dəki nomoqrama ilə quyuya buxarın vurulma müddətini tapırıq, τ bux =  gün.
Şəkil 6.26-dakı asılılığa əsasən, buxar-istilik işlənilməsindən sonra, quyunun orta maye
 
debitini müəyyən edirik, qorta = , m = , m alırıq.
gün saat
Buxar-istilik üsulu ilə işlənilmə nəticəsində, quyunun artırılmış debit ilə işləmə müddətini
6.5- düsturuna əsasən müəyyən edirik

π        ,
τ eff = ln =  gün .
,   

1.14. Quyudibinin titrəmə üsulu ilə işlənilməsi.


Neft yataqlarındakı neft quyularının məhsuldarlığının artırılması və vurucu (injeksiya)
quyularının udma qabiliyyətlərinin artırılması üçün tətbiq edilən üsullardan biridə, bu quyuların
quyudibinə xüsusi hidravlik maşınların köməkliyi ilə titrəmə üsulunun tətbiqidir. Belə maşınlara
titrədici maşınlar deyilir, hansılar ki quyudibində təzyiq rəqsləri yaradır, onlar müxtəlif tezlikli və
amplitudalı olurlar. Titrədicinin quyu dibində işlədiyi zaman, quyudibi zonada böyük təzyiqlər
düşküsü yaranır və bu məhsuldar laya təsir edərək, dağ süxurlarının dağılması ilə layda yeni
mikroçatların yaranması ilə nəticələnir. Yaranan titrədici zərbə rəqsləri eyni zamanda həm
kollektorun fiziki-mexaniki xassələrinə, həmdə lay sistemindəki mayelərin reoloji, kapillyar və
səth xarakteristikalarına ciddi ölçüdə təsir edir. Məhsuldar laylara titrədici təsirin effektivliyi, lay
mayelərinin özlülüyünün və səthi gərilməsinin azalmasından, eyni zamanda titrədici zərbə
dalğalarının lay süxurlarında yaratdığı yeni çatlardan və köhnə çatların genişlənməsindən və
həmdə məhsuldar layın quyudibi zonasının təmizlənməsindən asılı olur.
Titrəmə təsir üsulunun tətbiqi o quyularda tövsiyə olunur ki, onların quyudibi zonalarının
kollektorluq xassələri pisləşmiş olsun. Belə hallar, əsasən, layların açılma prosesi zamanı baş verir
(yəni bu quyuların quyu dibləri gilli məhlulla yuyulur, ya da quyularda aparılan müxtəlif təmir
işləri zamanı, quyunun su ilə yuyulması zamanı tətbiq edilən səthi-aktiv maddələrin təsirindən və
eyni zamanda quyu tikinti ilə başa çatdırılarkən laya keçmiş gil və sement məhlullarının təsiri ilə).
İstismar quyularının titrəmə üsulu ilə işlənilməsini, o məhsuldar laylarda da tətbiq etmək
məqsədəuyğundur ki, onlar keçiriciliyi aşağı olan dağ süxurlarından formalaşmışdır və onların
tərkibində gil mineralları da vardır. Quyu dibinə titrəmə üsulu tətbiq edildikdən sonra, ən yüksək
effektivliyi o laylardan gözləmək lazımdır ki, onun lay təzyiqi yüksəkdir və keçiriciliyi isə
aşağıdır. Bu zaman titrəmə üsulunun aparıldığı təzyiq, layda sərbəst qazın ayrılma təzyiqindən
böyük olmalıdır. Bununla belə bilmək lazımdır ki, layda sərbəst qaz fazasının olması, bu üsulun
tətbiq edilməsinə heç bir əngəlik yaratmır. Əgər məhsuldar layın litoloji tərkibi sahələr üzrə eyni
cinsli deyildirsə, onda titrəmə ilə təsir üsulunu layın o sahəsində aparmaq məqsədəuyğundur ki,
burada layın keçiriciliyi lay üzrə orta keçiricilikdən aşağı olsun.
Məhsuldar laylara titrəmə ilə təsir üsulunu həmdə o quyularda aparmaq məqsədəuyğundur
ki, o quyularda turşu ilə işlənilmə, layın hidravliki yarılması və səthi-aktiv maddələrlə quyudibi
zonanın işlənilməsi nəzərdə tutulur və tədbirin aparılması bu prosesləri sürətləndirir.
Titrəmə ilə təsir üsulunu o quyularda aparmaq tövsiyə olunmur ki, bu quyuların istismar
kəmərlərində müxtəlif xarakterli texniki qüsurlar vardır (istismar kəmərində bükülmələr,
qırılmalar, süzgəc hissədə deformasiyalar). Eyni zamanda bu üsulun tətbiqi, əgər quyu su-neft
kontaktının yaxınlığında yerləşmişdirsə, quyu güclü udma qabiliyyətinə malikdirsə və çox aşağı
lay təzyiqi vardırsa, məqsədəuyğun hesab edilmir.

1.15. Titrəmə ilə təsir üçün quyunun hazırlanması və tədqiqat işlərinin aparılması.

Titrəmə ilə təsirə və onun aparılma texnologiyasına başlamamışdan qabaq, onu geoloji-
mədən, kern materialları və geofiziki tədqiqatların məlumatlarının analizinin nəticələrinə görə
əsaslandırmaq lazımdır. Ən effektiv təsir üsulunun seçilməsi üçün, quyunun məhsuldarlığının
aşağı düşmə səbəblərinin araşdırılaraq öyrənilməsi zəruridir. Burada mineralların suya
həssaslığına xüsusi fikir verilməlidir. Bu minerallar su ilə təmasdan dağıla və ya şişə bilərlər.
Məhsuldar layların quyudibi zonalarının süzülmə xassələrinin pisləşməsi, eyni zamanda
məhsuldar layı təşkil edən süxurların məsamələrində çökən duzlar, parafin-qətran çöküntüləri
səbəbindən də baş verə bilər. Quyuların quyudibi zonasında baş verən bu proseslərin öyrənilərək
aydınlaşdırılması üçün, quyuda hidrodinamik tədqiqat işlərinin aparılması vacibdir. Aparılmış
tədqiqat işlərinin nəticəsindən asılı olaraq, quyuda aparılacaq titrəmə-təsir üsulu üçün işçi mayeni
seçirlər. Ona görə də, titrəmə ilə təsir üsulu üçün seçilən bütün quyularda, əvvəlcə tədqiqat işləri
aparılaraq quyunun debitinin, lay və quyudibi təzyiqlərinin, qaz faktorun, məhsulda lay suyunun
miqdarının, laydan çıxarılan qumun fraksiya tərkibinin, quyunun məhsuldarlıq və qəbuletmə
əmsallarının, quyuların bağlı vəziyyətində təzyiqin bərpa əyrisinin çıxarılmasını və quyudibi
zonada yaranan skin-effekt hadisəsinin öyrənilməsi lazımdır. Quyuda titrəmə ilə təsirə qədər və
sonra aparılmış tədqiqat işlərinin məlumatlarının müqayisəsi əsasında, aparılmış təsirin effektiv
olub-olmamağını müəyyən edirlər.
Titrəmə ilə təsir aparılacaq hər bir quyu üçün iş planı tərtib edilməlidir. Tərtib və təsdiq
edilmiş iş planında, quyunun geoloji-istismar məlumatları və aparılacaq işlərin texnoloji sxemi
göstərilməlidir
1) quyuya endiriləcək titrədicinin və nasos-kompressor borularının endirilmə dərinliyi
2) tələb olunan işçi mayenin həcmi və miqdarı
3) yuyucu mayenin miqdarı (su və ya neft) 
4) proses aparılan zaman, təzyiqin gözlənilən qiyməti
5) prosesin aparılması üçün tələb olunan aqreqatların sayı və gücü
6) proses zamanı quyuya vurulacaq işçi və yuyucu mayelərin, vurulma ardıcıllığı və tempi.
Praktikada aparılmış məlumatların analizi onu göstərir ki, bütün quyularda, hansılardakı
titrəmə-təsir üsulu tətbiq edilmişdir, onları üç kateqoriyaya ayırmaq mümkündür
1) Alçaq lay təzyiqli quyular, hansılardakı statik səviyyə quyuağzından xeyli aşağıdadır.
Adətən bu kateqoriyadan olan quyularda süzgəcin açılması zamanı, yuyucu mayenin bir hissəsi
lay tərəfindən udulur, quyuya işçi maye titrədicinin daxilindən vurularkən, onun təzyiqi 5,07,0
MPa arasında dəyişir ki, bu da əsasən hidravliki müqavimətin hesabına yaradılır. Vurucu
aqreqatlar dayandırılan kimi, quyuağzında təzyiq sıfıra qədər düşür. Bu kateqoriya quyular üçün,
titrəmə ilə təsir üsulunun tətbiqi nəticəsiz qalır
2) Lay təzyiqi, hidrostatik təzyiqə bərabər və ya ona yaxın olan quyular. Bu kateqoriyadan
olan quyuların süzgəcləri açıldıqda, onun yuyulması su dövranı yaradılaraq aparılır və işçi maye
boruya vurularkən, borudakı vurucu təzyiq 1022 MPa arasında dəyişir və bu zaman quyunun
boru arxası fəzasındakı təzyiq isə 8,015 MPa arasında dəyişir. Bu quyular üzrə aparılmış titrəmə
ilə təsir üsulunun tətbiqindən müsbət nəticələr əldə edilmişdir, ona görə ki, bu quyuların quyudibi
zonalardakı lay təzyiqi kifayət etmişdir ki, yaradılan dalğaların zərbəsini qaytarsın, güclü təkanlar
(impulslar) yaransın və rezonans hadisəsi baş versin
3) Yüksək lay təzyiqli və aşağı keçiricilikli quyular. Bu kateqoriyadan olan quyularda
titrəmə ilə təsir prosesi aparılarkən, quyudakı borulara işçi maye vurulduqda, borulardakı təzyiq
3040 MPa arasında dəyişir və quyunun boru arxasındakı təzyiq isə 25 MPa qədər qalxır, lakin
layın mayeni qəbul etməsi az olur və o 58 litr/san arasında dəyişir, hansı ki titrədicinin optimal
iş rejimini kifayət edəcək qədər təmin etmir, əgər hesab etsək ki işçi mayenin hamısı lay tərəfindən
udulmalıdır. Bu kateqoriyadan olan quyularda (titrəmə ilə təsir prosesində işçi maye laya
vurulduqda), yüksək təzyiqli hidravlik impulsların (təkanların) yaradılması mümkün olmur, ona
görə də titrəmə ilə təsirin effektivliyi aşağı ola bilər. Əgər quyuya təsirin dəyişkən formalı
texnologiyasını tətbiq etsək, onda nəticələrin yaxşı olması mümkündür. Bu texnologiyanın
mahiyyəti ondan ibarətdir ki, işlənilmə prosesi aparılarkən, quyunun boru arxası fəzasını növbə ilə
gah açmaq, gah da bağlamaq lazımdır. Bu zaman boru arxası fəzadakı təzyiq 3040 MPa arasında
dəyişir və bu halda quyunu bir saat ərzində saxlayırlar. Bundan sonra təxminən yarım saat ərzində
(bu vaxt layın hidrodinamik parametrlərindən asılı olur) proses quyunun boru arxası fəzasının açıq
vəziyyətində davam etdirilir.
Titrəmə ilə təsir üsulu seçilərkən, quyunun debiti ən əsas parametr hesab edilir. Əgər
quyunun istismar tarixinə baxıldıqda, müəyyən edilsə ki quyunun debiti kəskin aşağı düşmüşdür
və bu quyunun vaxtından əvvəl sulaşması və ya lay təzyiqinin qısa müddətdə aşağı düşməsi ilə
əlaqədar deyilir, onda quyuda aparılan titrəmə ilə təsirdən sonra quyu öz əvvəlki debitini bərpa
edə bilər. Bu zaman quyunun hasilatının düşmə tempi də, təsirdən əvvəlki tempdən kifayət qədər
aşağı olacaqdır. Quyudibi zonaları qeyri-bircinsli tərkibə malik və aşağı keçiricilikli laylarda
aparılan titrəmə ilə təsirdən sonra, bu quyuların debitini də qonşu quyuların debitlərinin
səviyyəsinə qədər artırmaq olar, hansılar ki layın daha yüksək keçiricilikli zonalarında
yerləşmişdir. Bu ona görə baş verir ki, titrəmə ilə təsir prosesində, quyunun quyudibi zonasında
yeni mikroçatlar şəbəkəsi yaranır, quyudibi zona duzlardan və lillərdən təmizlənir.

1.16. Titrəmə ilə təsir üsulunun effektivliyinə təsir edən faktorlar.

Mayelərin sərfi. Maye mühitdə təzyiq dəyişməsindən yaranan həyacanlama, quyunun boru
arxasındakı fəzasında, dalğayabənzər hərəkətin qanunu üzrə yayılır. Quyuya endirilmiş hidravliki
quyudibi titrədici hidravliki impuls (təkan) formasında həyacanlamanın yaranması baş verir. Ayrı-
ayrı hallarda bu həyacanlama (“vozmusheniye”) təzyiqdən ola bilər, hansı ki zolotnik (əks klapan)
qurğusunun yarığa bənzər kəsiklərinin sürətlə açılması nəticəsində yarana bilər və bu əks klapan
nasos-kompressor borularının daxili ilə boru arxası fəzanı birşəldirərək əlaqələndirir. Verilmiş
titrədici (vibrator) tipi üçün hidravlik impulsların (təkanların) tezliyi və təzyiqin yaratdığı rəqslərin
amplitudası da mayenin sərfindən asılı olur. Maye sərfinin 7-dən 50 litr/san- qədər artırılması
zamanı “ГВЗ”-135- tipli titrədici də təzyiqin amplitudası 1,1-dən 18 MPa-a qədər artır. Buna
müvafiq olaraq (sərfdən asılı olaraq) döyüntünün (rəqslərin) tezliyi də 60-dan 500 Hz-dək dəyişir.
Göründüyü kimi, verilmiş maye sərfinin təmin edilməsi, impuls zərbələrinin yaradılmasında həll
edici əhəmiyyət kəsb edir, ona görə ki, titrəmə ilə təsirdə yaradılan impuls zərbələrinin əsas
təyinatı, bu təzyiq düşkülərinin məhsuldar laya ötürülməsi ilə əlaqədardır.
Vurma təzyiqi. Dalğavarı proses həm təzyiqin dəyişməsi nəticəsində, onun təsiri ilə
yaranır, həm də mayenin sürətinin həyacanlanaraq dəyişməsi nəticəsində də yaranır, çünki hər iki
halda hərəkətin qərarlaşmış rejimi pozulur və ya hidravlik sistemdə mayenin sükunət halı pozulur.
Şəkil 1.27-də quyuağzında tələb olunan təzyiqlə və borularda hidravliki zərbə zamanı yaranan
mütləq maksimal təzyiqlə, quyunun dərinliyi arasındakı asılılıq verilmişdir.
Şəkildən göründüyü kimi, quyu daxilində 1000 m dərinlikdə, hidravliki zərbə zamanı 17,0
MPa mütləq maksimal təzyiq alınması üçün, quyuağzında təzyiqin 4,0 MPa olması tələb olunur;
hidravliki zərbə zamanı, mütləq təzyiqin 22,0 MPa alınması üçün, quyuağzı təzyiqin 10,0 MPa
saxlanılması tələb olunur; 32 MPa hidravliki zərbədə, quyuağzında təzyiqin 20 MPa olması tələb
olunur.
Təzyiq P, MPa

Şəkil 1.27. Vurucu borularda hidravliki zərbə zamanı tələb olunan quyuağzı təzyiq (1) və
maksimal mütləq təzyiqlə (2), quyunun
dərinliyi arasındakı asılılıqlar.
I-titrədicinin (vibratorun) işlənməsi üçün tələb olunan minimal təzyiq- 35 MPa; II-
quyuağzında təzyiq -10 MPa olduqda; III –quyuağzında

Daha sonra, qrafikdən göründüyü kimi, dərinliyin artması ilə, eyni quyuağzı təzyiqlərində
hidravliki zərbənin mütləq qiyməti kəskin artır.
İşçi maye. Quyuların quyudibi zonalarına titrəmə ilə təsir üsulunda işçi maye kimi,
aşağıdakı mayelər tətbiq edilir: neft, HCl , doymuş ağ neft (kerosin) və bu mayelərin qarışığı. Əgər
işçi mayenin ümumi həcmi 60-100 m3 olarsa, onda quyunun titrəmə ilə təsir üsuluna sərf edilən
vaxt 5-8 saat olur. Kerosinin və HCl -un sərfi, layın 1 m qalınlığı üçün 23 m3 hesabı ilə götürülür.

1.17. Titrəmə (vibrasiya) ilə təsir prosesinin aparılma texnologiyası.

Quyuya zolotnik (kiçik əks klapan) tipli quyudibi hidravliki mexanizm nasos-kompressor
boruları ilə endirilir və layın məhsuldar zonasının qarşısındakı hissədə yerləşdirilir, hardaki
titrəmə ilə təsir aparılacaqdır. Quyuağzından quyuağzı başlıq vasitəsi ilə quyuya endirilmiş nasos-
kompressor borularından keçməklə quyuda işçi mayenin dövranını yaradırlar. Bu proses zamanı,
işçi maye, quyudibi hidravliki titrədicidən keçərək ardıcıl hidravliki zərbələr yaradır. Quyunun
quyudibi zonasına hidrotitrədici ilə təsir etmək üçün avadanlığın yığılmasının sxemi şəkil 6.28-də
verilmişdir. Yüksək təzyiqlərdə (40,0-50,0 MPa) mayenin vurulması zamanı, quyunun istismar
kəmərini yüksək təzyiqin təsirindən mühafizə etmək üçün müxtəlif konstruksiyalı pakerlər tətbiq
edirlər. Hidravliki vibratorun işinin pozulmaması üçün işçi mayedə ola biləcək şlamların və
mexaniki qarışıqların tutulması üçün, quyunu hidro təsirə hazırlayan zaman nasos-kompressor
boruları ilə hidrotitrədicinin arasına süzgəc yerləşdirilir.

Şəkil 1.28. Quyuya titrəmə ilə təsir üsulu üçün avadanlığın yığılmasının sxemi:
1- titrədici 2- süzgəc 3-amortizator 4-yuma başlığı 5 və 7- çıxış xətləri 6- texniki manometr
8- kollektorların çıxış xətləri 9- qeyd edən sərf ölçən 10- özüyazan manometr 11- avtosistern
12- qoşqu (“AY-5”-tipli)  13- “AH-500” yuyucu aqreqat 14- “CA-400”- tipli aqreqat 15-çən.

Görülən işin xarakterinə müvafiq olaraq (kerosinin, SAM-in, turşuların və s.


vurulmasından, asılı olaraq) və eyni zamanda həmdə titrədicinin (vibratorun) tipindən asılı olaraq
(cədvəl 1.4), prosesin aparılması üçün tələb olunan aqreqatların tipini və sayını müəyyən edirlər.
Cədvəl 1.4
Titrədicilərin (vibratorların) xarakteristikası.
Titrədicinin tipi Titrədicinin ölçüləri, mm İş rejimi
Uzunluğu diametri Optimal sərf, Rəqslərin tezliyi,
litr/san Hz
“ГВЗ”-85 494 85 10-12 200
“ГВЗ”-108 420 108 15 -20 250
“ГВЗ”-135 500 135 30 -35 500

Hidravliki titrədici işçi maye vurularkən, onun sərfi elədə böyük olmadıqda, yəni 510
litr/san olduqda işə qoşulur. Hidravliki titrədici işə qoşulduqdan sonra, belə sərfi 5-8 dəqiqə
ərzində saxlayırlar. Bundan sonra işçi mayenin artımını, tədricən bərabər ölçülü olaraq artırırlar
və vurucu aqreqatın vurma sürətini (sürətlər qutusunda) dəyişdirərək vurulan işçi mayenin sərfini,
titrədicinin verilmiş bu tipi üçün, tələb olunan optimal iş rejimi səviyyəsinə çatdırırlar.
İstismar quyusunda turşulu titrədici ilə quyudibinin işlənilməsi prosesi zamanı, quyunun
boru arxası fəzasını açıq saxlamaq lazımdır. Quyuda işçi mayenin dövranı bərpa edildikdən sonra,
quyuya turşu vurulur, bu zaman nasos-kompressor borularının həcmi turşu məhlulu ilə dolduqdan
sonra, quyunun boru arxası fəzasını bağlayırlar. Bundan sonra quyuya tələb olunan həcmdə işçi
maye vurulur, onun ardından isə yuyucu maye vurulur. Quyuda aparılan bu proses zamanı vurma
təzyiqi 40 MPa-dan yuxarı qalxırsa, onda prosesi quyunun boru arxasının açıq saxlanılması ilə
davam etdirirlər, bu zaman quyudan çıxan işçi maye, sonradan təkrar istifadə üçün ehtiyat çənə
yığılır.
Quyuda aparılan bu işlənilmə prosesinin gedişatı tam olaraq özü qeyd edən (yazan)
manometrlərlə və sərfölçənlə yazılır.

1.18. Titrəmə ilə təsir üsulunda tətbiq edilən avadanlıqlar.

Zolotnikli (kiçik əks klapanlı) hidravliki titrədici, işçi mayenin axınının periodik
(fasilələrlə) olaraq bağlanılması nəticəsində, hansı ki zolotnikli qurğudan keçir, rəqslər (dalğalar)
yaradır. “ГПЗ”-tipli titrədicinin korpusunda (gövdəsində) (şəkil 1.29) möhkəm bərkidilmiş lülə
(“stvol”) vardır -1, hansı ki stəkan formasındadır və onun üzərində silindrə oxşar yarıqlar vardır.
Onun dib hissəsində isə silindrik zolotnik -2 sərbəst fırlanır, hansındakı eyni zamanda yarıqlar
mövcuddur. Lülədəki bu yarıqlar, gövdəyə nisbətən müəyyən bucaq altında hazırlanaraq
qoyulmuşdur, lakin onlar lülədəki yarıqların tam əksi istiqamətindədir. Beləliklə bir turbin qurğusu
yaranır ki, onun istiqamətləndirici aparatı lülədəki əyri yarıqlardır, işçi disk isə - bucaq altında
istiqamətləndirilmiş yarıqlı zolotnikdir.
Şəkil 1.29. Zolotnik tipli titrədicinin hidravliki rəqs generatoru.
1- sərt bərkidilmiş lülə 2- lülədə sərbəst fırlanan silindrik zolotnik 3- zolotnikin
yerləşdirilməsi üçün kürəli (şarikli) dayaqlar.

Lülədə yarıqlı kəsikdən başqa, işəsalma deşikləri də vardır, hansılar ki yarıqlar


bağlandıqda, zolotnikin işə salınması üçün şərait yaradır.
Zolotniki kürəcikli (şarikli) dayaqların -3 üzərində yerləşdirirlər. Yuxarıdan korpusa
(gövdəyə) qayka yivlə bağlanılır, hansı ki titrədici ilə nasos-kompressor borularını bir-birinə
bağlayan ötürücüdür (“perevodnik”). İşçi maye quyuya vurularkən zolotnikdən keçdikdə, mayenin
onun yarıqlarından keçməsi hesabına o fırlanmağa başlayır.
Fırlandıqda, zolotnik işçi maye axınının qarşısını kəsir və bunun hesabına hidravliki
zərbələr yaranır, bu zərbələrin tezliyi isə yarıqların sayından və zolotnikin fırlanma tezliyindən
asılı olur. ““ГПЗ”-tipli“ zolotnikli titrədicilər üçün bu zərbələrin sayını dəqiqədə 30000–dək
artırmaq olar. Hidravliki zərbə təzyiqin kəskin qalxması ilə müşahidə olunur, bu da öz növbəsində
lülənin dib hissəsindəki deşiklərdən keçən işçi mayenin fasilələrlə axını, ətraf mühitdə (mayedə)
tsiklik rəqslərin (dalğaların) yaranması ilə nəticələnir.
Hidravlik impulsun (təkanın) amplitudası (şəkil 6.30), işçi maye sərfinin miqdarından və
həmdə maye axınının qarşısının kəsildiyi müddətdən asılıdır.
Təzyiqlər amplitudası, P, MPa
Şəkil 1.30. “ГПЗ”-tipli titrədicinin borularda yaratdığı zərbə təzyiqlərinin, rotorun dönmə
bucağından asılılığı.
Mayenin sərfi- Qo litr/san ilə 1 -7 2 - 20 3- 50.

Qeyd etmək lazımdır ki, təzyiqin amplitudaları titrədici ilə borular arasındakı həlqəvi
fəzanın sahəsindən çox güclü şəkildə asılı olur. Diametrlər arasındakı fərq diametral olaraq 20
mm-dən 100 mm-dək dəyişdikdə, təzyiqin amplitudası 8,0-dan 1,15 MPa-dək dəyişir (şəkil 6.30).
Buna görə də zolotnikli titrədicilərin ölçülər üzrə aşağıdakı tipləri vardır: “ГВЗ”-85, “ГВЗ”-108
və “ГВЗ”-135, və bunlar müvafiq olaraq 121, 146 və 168 mm-lik istismar kəmərləri üçün nəzərdə
tutulmuşdur (şəkil 1.31, 1.32, 1.33 və 1.34).
Yuxarıda qeyd edildiyi kimi, zolotnik hər dəfə fırlandıqca, periodik olaraq korpusdakı
deşiklərin qarşısını kəsir və bunun da nəticəsində hidravliki zərbələr baş verir ki, bu da avtorəqsli
proses yaradır. Hesab edilir ki, zolotnikin hərəkəti iki fazadan ibarət olur. Birinci faza müddətində
zolotnik mayeni buraxır və axının təsiri hesabına onun hərəkəti daha da sürətlənir, ikinci faza
müddətində korpusun üzərindəki kanalların qarşısı kəsilir və zolotnik öz inersiyası hesabına
hərəkət edir, dayaqlara sürtünərək onun hərəkət sürəti getdikcə daha da azalır.
Təzyiqin amplitudası, MPa

Şəkil 1.31. Təzyiq amplitudasının, boru arxası fəzada hidravliki zərbədən yaranan impulsun,
mayenin sərfindən - Qo (əyri-1) və boru arxası fəzanın en kəsik sahəsindən - F (əyri-2)
Qo =  litr olduqda, asılılıqlar.
san

İmpulsların ardıcıllıq periodu və işçi mayenin orta təzyiqi, həm lülədə və həmdə həlqəvi
fəzada (və ya həlqəvi fəza ilə titrədicinin iş prosesində onun lüləsinin daxilindəki təzyiqlər
düşküsü), lülədə və həlqəvi fəzada işçi mayenin orta sərfindən asılıdır və onu nəzəri olaraq
hesablamaq mümkündür. Şəkil 6.35-də nümunə kimi təzyiq impulslarının ardıcıllığının tezliyinin,
onun periodu- T və maye sərfi- Qo arasındakı asılılıq, 148 mm-lik istismar kəmərlərində işləyən
“ГВЗ”-108 tipli titrədici üçün verilmişdir.

Şəkil 1.32. “ГВЗ”-85 tipli zolotnikli titrədici.


1- nasos boruların başmağı üçün nippel. 2- lülə 3- yastıq 4- zolotnik 5- aşağı nippel.
Şəkil 1.33. “ГВЗ”-108 tipli zolotnikli titrədici.

Şəkil 1.34. “ГВЗ”-135 tipli titrədici.


Şəkil 1.35. Təzyiq impulslarının ardıcıllığının tezliyi- ω ilə onun periodunun –T və mayenin
orta sərfi - Q arasındakı asılılıq.

1.19. İstismar quyularının quyudibi zonalarının səthi-aktiv maddələrlə (SAM) işlənilməsi.

Neftin çıxarılması texnologiyasının əsas istiqamətlərindən biridə, neft-qazçıxarma


proseslərində səthi-aktiv maddələrin - SAM geniş tətbiq edilməsidir. SAM-lər məhsuldar laylara
vurulduqda, onlar maye və bərk səthlərdəki gərginliyi azaltmaq qabiliyyətinə malikdirlər, bu isə
onların bu səthlərlə adsorbsiya olunması nəticəsində baş verir.
Tərkiblərinə və kimyəvi xassələrinə görə SAM-lar iki əsas sinfə bölünürlər ionogen və
qeyri-ionogen.
İonogen SAM-lar isə öz növbəsində aşağıdakı qruplara bölünürlər
a) anionaktiv SAM-lar, hansılar ki səthi-aktiv anionların ionlaşdırılması zamanı sulu
məhlullarda yaranır və onların tərkibinə karbohidrogen molekullarının bir hissəsi, eyni zamanda
qeyri-orqanik ionları təmsil edən kationlar, əsasən natriumlu, daxildir;
b) kationaktiv SAM-lar, su məhlullarının ionlaşdırılması zamanı səthi-aktiv kationların
yaranması, hansının ki tərkibi radikal karbohidrogenlərdən ibarətdir və bu tərkibdə anionlar da
olur, adətən onlar qeyri-orqanik, bəzi hallarda isə orqanik (üzvü) ola bilərlər.
Qeyri-ionogen SAM-lar- bu əsasən müxtəlif polietilen-qlikol və nadir hallarda isə
polipropilenqlikolun efirləridir. Bunlardan ən geniş yayılanı alkilfenlərin polietilin-qlikol
efirləridir. Neft sənayesində, əsasən, qeyri-ionogen SAM-lar əsas rol oynayırlar. Onların neft
mədənlərində tətbiqinin əsas üstünlüyü ondan ibarətdir ki, neftinin tərkibində xlorkalsium duzları
olan neft yataqlarında, onlar lay sularında tamamilə həll olunurlar və bu zaman heç bir çöküntü
vermirlər, onların bu xassələrini anionaktiv və kationaktiv maddələr haqqında demək olmaz.
Qeyri-ionogen SAM-ların məhz bu keyfiyyətinə görə, onları layların neft veriminin artırılması
üçün konturyani və konturdaxili sulaşdırma proseslərində, layın çirklənməsi baş vermədiyi üçün,
ehtiyat etmədən geniş tətbiq dirlər, onları həmdə məhsuldar layların açılması və injeksiya (vurucu)
quyuların mənimsənilməsi proseslərində də tətbiq edirlər.
Qeyri-ionogen SAM-ların ionogenlərdən bir üstünlüyü də ondan ibarətdir ki, onlar
qumdaşılı və karbonatlı süxurlarda daha az adsorbsiya olunurlar.
İonogen SAM-lardan nisbətən geniş yayılanları (tətbiq edilənləri) aşağıdakı anionaktiv
SAM-lardır: neytrallaşdırılmış qara kontakt, sulfatnatrium duzları, sulfanol, katopin və sairə. Bu
SAM-lardan biri- rafinə edilmiş alkilarilsulfonatdır (“DC-PAC”), hansıki qaza bənzər SO3
kerosininin birbaşa qoşularaq sulfidləşdirilməsindən alırlar və o, otaq temperaturunda suda yaxşı
həll olunur, onun sulu məhlulları yaxşı səthi aktivlik xassələrinə malik olurlar. Onlar cod və dəniz
sularının elementlərinə daha dayanıqlıdırlar.
Lakin nəzərə alınmalıdır ki, sulfanollar sinifdən olan SAM-lar, o vaxt effektiv olurlar ki,
bu vaxt quyulardakı və laylardakı lay suları xlorkalsiumlu deyildirlər. Anion tipli SAM-ların əsas
çatışmazlığı ondan ibarətdir ki, onlar СaCl2 və MgCl 2 qarşılıqlı təsir nəticəsində, ya tam, ya da
onların bir hissəsi məhluldan ayrılaraq, kalsium və maqnezium duzlarının həll olunmayan
çöküntülərini yaradırlar.
Neft sənayesində kationaktiv SAM-ları əsasən, əlavələr kimi neftin emalı prosesində
distillatlara və müxtəlif tip neft-mədən avadanlıqlarını korroziyadan mühafizə etmək üçün,
hidrogen-sulfid və turşu inhibitorlarının tərkibinə əlavə edirlər.
Neft quyularının məhsuldarlığını artırmaq üçün SAM-lar quyuların quyudibi zonalarına,
sulu məhlul və ya neftlə qatışdırılaraq vurulur.
Ayrı-ayrı yataqların işlənilməsi və istismarı prosesində neftlə bərabər lay suları da hasil
edilir, adətən bu sular o vaxt quyuya gəlməyə başlayır ki, bu zaman kollektorda neftin miqdarı
hələ də çox yüksək olur. Quyunun istismarı davam etdikdə, lay suları quyudibi zonada daha çox
sahə tutaraq, neftin süzülmə səthini azaldır. Bunun nəticəsində neft hasilatı azalır və əksinə su
hasilatı isə çoxalır. Kollektorlarda neftli sahələrin çox böyük olduğu hallarda belə, istismar
quyusuna lay sularının gəlməsi neftlə suyun özlülükləri arasında fərqin kəskin müxtəlifliyi ilə izah
olunur.
Bundan başqa, quyuların uzunmüddətli istismarı prosesi nəticəsində, quyuların quyudibi
zonalarında emulsiyalar yarada bilər, süxurların kolloid-dispers hissəcikləri çökə bilər və ayrı-ayrı
hallarda isə neftin tərkibindəki qətran birləşmələri də məsamə kanallarını çirkləndirə bilər.
Məhsuldar laya səthi-aktiv maddələr vurularkən, quyudibi zonanın və neft-su sərhədindəki
süxur məsamələrinin səthi tərəfindən adsorbsiya olunaraq, onların səthi gərilməsini azaldırlar.
Sulaşmış quyuların SAM-larla işlənilməsi, suyun süxur ilə fiziki-kimyəvi yaxınlaşmasının
azalmasına gətirib çıxarır. Bu isə öz növbəsində lay suyunun quyudibinə axmasına maneçilik
yaradaraq, neftin quyudibinə axmasını asanlaşdırır.
Mədənlərdə SAM-lar kimi aşağıdakılar tətbiq edilir:
a) ionogen SAM-lar: sulfatnatrium duzları, azolyat, sulfanol, katanin və sairə;
b) qeyri-ionogen SAM-lar: “O”-tipli oksietilləşdirilmiş maddələr (“O”-4, “O”-7,
“O”-10), detergent, kondensasiya prosesində kömür fenolların fraksiyaların oksidləşmiş etilenlə
(“УФЭ8”) yaratdığı məhsullar və sairə.
Quyuların quyudibi zonasını, daban suları olduqda, səthi-aktiv maddələrlə işləmək
lazımdır ki, quyudibi zonada süzgəc ətrafında su konusları yaranmasın. Bunun üçün SAM-in sulu
məhlulunu və nefti quyudibi zonaya vururlar. Bu zaman SAM-lar bərk hissəciklərin səthini
örtürlər və neftlə doymuş zonada lay sularının kapillyarlara hopmasının qarşısını alır. Bəzi
quyularda, hansıların ki yaxşı keçiriciliyi olan laycıqlarında (araqatlarında) su dilləri yaranmışdır,
onları da SAM-ların neftli məhlulları ilə emal etmək lazımdır. Bu zaman SAM-lar lay süxurunun
səthi tərəfindən adsorbsiya olunaraq, su ilə doymuş laycıqların suya görə keçiriciliyini çox böyük
ölçüdə aşağı salırlar, hansılarla ki lay suyu quyudibinə daxil olur. Quyuya vurulacaq SAM tərkibli
məhlulun həcmini təcrübə yolu ilə müəyyən edirlər. Ümumiyyətlə isə, quyularda
aparılacaq ilkin işlənilmə zamanı, adətən 0,53%-li SAM-in konsentrasiyası əsasında hazırlanmış,
1020 m3 məhlulun quyudibi zonaya vurulması tövsiyə olunur. SAM-li məhlul quyuya
vurulduqdan 23 gün sonra quyunun istismar edilməsini bərpa edirlər.
Neft-mədən təcrübəsində, vurucu quyuların mənimsənilməsi prosesində, xlorid turşusu lə
işlənilmədə və hidravliki yarılmadan sonra da, bu quyunun quyudibi zonasını SAM məhlulları ilə
də işləmək lazımdır.
Kontur arxasındakı quyuların quyudibi zonalarını ən yaxşı qeyri-ionogen SAM-larla
işlənilməsidir, xüsusən də o quyulardakı, onların kollektorları böyük gilliliyə malikdir və onların
keçiriciliyi isə çox aşağı səviyyədədir. Qeyri-ionogen SAM-lar kiçik konsentrasiyalarda da belə,
laydakı gil hissəciklərinin şişməsini əhəmiyyətli dərəcədə aşağı salır və onların mədən şəraitində
tətbiqi, vurucu quyuların qəbuletmə qabiliyyətini xeyli artırır. İonogen SAM-larında tətbiqi gil
hissəciklərinin şişməsini azaldır, lakin onların hidrofoblaşması onların tətbiqini azaldır
(işlənmənin effektivliyi azaldığı üçün).
Aparılmış təcrübələr göstərir ki, qeyri-ionogen SAM-in tətbiqi, əsasən karbonatlılığı çox
olan kollektorlarda daha yaxşı nəticələr verir. SAM-ın vurulma təcrübəsi göstərir ki, onlar kiçik
keçiricilikli laycıqlarda tətbiq edildikdə, onların udma qabiliyyəti daha da çox artır. Belə laycıqlar
(araqatlar) hansılar ki başlanğıcda suyu qəbul etmirdilər, amma SAM-la işlənmədən sonra suyu
qəbul etməyə başlayırlar, bu zaman vurma təzyiqi azalır və layın suyu qəbul etməsi isə kəskin
artır.
Kontur daxili quyularda, hansılar ki layın o hissəsinə qazılmışlar ki, burada daban suları
yoxdur, onlar üçün ən yaxşı qeyri-ionogen SAM-ın tətbiq edilməsidir. Təcrübə göstərir ki,
məhsuldar layda qalıq neftin az miqdarda qalması, beləliklə də, layın suya görə keçiriciliyinin
artırılması, qeyri-ionogen SAM-ın tətbiqi zamanı əldə edilir. Belə SAM-lar laylara vurulduqda,
islanmanın yan bucaqları və qalıq neftin səthi gərilməsi aşağı düşür, lakin dispersləşmə dərəcəsi
böyüyür, nəinki ionogen SAM-ları tətbiq etdikdə. Layın su ilə doymuş hissəsindəki qalıq neftin
miqdarından asılı olmayaraq, kontur daxili quyuların daban suları vardırsa, onda yenə də qeyri-
ionogen SAM-ların tətbiq edilməsi daha məqsədəuyğun hesab edilir. Kontur daxili vurucu
quyuların qəbuletməsi o hallarda artır ki, bu zaman neft yüksək fəallığı ilə xarakterizə olunur və
onun tərkibində asfalten-qətran birləşmələri daha çoxdur, laylar qeyri-bircinslidir, aşağı
keçiriciliklidir və yüksək karbonatlılığa malikdir.
Quyuların quyudibi zonalarının SAM-larla işlənilməsi aşağıdakı məqsədlər üçün aparılır
1) neft-qaz quyularının mənimsənilməsinin sürətləndirilməsi üçün
2) suyun və digər yuyucu məhlulların, quyuda təmir işləri aparılarkən, onun
məhsuldarlığına mənfi təsirin qarşısının alınması üçün
3) neft və qaz quyularının məhsuldarlığının artırılması üçün
4) vurucu quyuların qəbuletmə qabiliyyətinin artırılması üçün
5) quyularda aparılan xlorid turşusu ilə işlənmənin effektivliyinin artırılması üçün
6) lay sularının axınının selektiv izolyasiyası üçün
7) quyunun hidroqumşırnaqlı perforasiyası zamanı, perforasiya kanallarının daha çox
dərinliyə işləməsi üçün (SAM-lar süxurun möhkəmliyinin aşağı salınması məqsədi ilə tətbiq
edilir).

You might also like