You are on page 1of 15

GENDER STEREOTİPLƏRİNİN YARANMASINDA KİV-İN

ROLU
Qadının mövqeyi və onun taleyinə dair stereotip təssəvvürlər
Stereotiplər olmadan jurnalistika mövcud ola bilməz. İlk qəzetin meydana
çıxmasından qlobal KİV sistemlərinin qurulmasına kimi xeyir və şər, igidlik və
əclaflıq, bəşəriyyətin xilaskarı və «xalq düşməni» və s. haqqında davamlı
təsəvvürlər yalnız hər bir geniş auditoriyaya ünvanlanmış məlumatına zəruri
atributu olmayıb, həm də istənilən nəşrin, radioproqramın və televiziya
verilişinin bilavasitə yaradıcı materialıdır. Stereotip – hər zamana görə
dəyişmək, dövlətin, milli və xalqlararası qrup və partiyaların siyasi maraq və
ideologiyasını, həmçinin dövrə xas olan adi şüurun təsəvvürlərini əks etdirmək
xüsusiyyətinə malikdir. Onlar həm də informasiyanın daşıyıcısı – jurnalistin
özünün əhval-ruhiyyəsini, baxış və mövhumatını əks etdirir. Bu mənada heç bir
məlumat tam neytral olmur (buna ən müxtəlif ölkələrin jurnalistikasının
tədqiqatları enib) – o, zəruri olaraq yalnız ictimai şüur və ideologiyanın
vəziyyətini əks etdirmir, həm də hər gün, hər saniyə ictimai rəyi formalaşdırır;
rol modeli, düşüncə və gerçəkliyə yanaşma obrazı, qadın obrazını təqdim
edirlər. SSRi-nin dağılması dövründə «informasiyanın neytrallığı», xəbərlərinin
başlıca məqsədinin «dəqiq faktlar ötürməli» olması haqqında çox populyar olan
söhbətlər bu gün postsovet ziyalı təvəkkürünün romantik xəyalı kimi qəbul
olunur – bu keçmiş sovet məkanında yaranmış müasir ölkələrin mətbuatı üçün
sübutdur. Eyni zamanda KİV köhnə təsəvvürlərin davamlılığını yoxlayan və
yeni stereotipləri işləyib hazırlayan özünəməxsus laboratoriyadır. 1
Azərbaycanın və axırıncı on ildə keçmiş SSRİ ərazisində yaranmış ölkələrinin
KİV-dəki qender stereotiplərindən danışarkən hər şeydən əvvəl qeyd etmək
lazımdır ki, jurnalistikada qender stereotipləri jurnalistikanın özü ilə birlikdə
yaranıb – onlar o vaxt mövcud olan cəmiyyətin qender fərqini əks etdirir,
ənənəvi qender rollarını mühafizə edirdilər. Maraqlıdır ki, erkən sovet illərində
bu ideal sosializmin qurucularının yeni – mədəniyyət və jurnalistika üçün

1
radikal yeni – obrazı ilə əvəzlənərək kifayət qədər sürətlə dövri mətbuatdan
itməyə başladı. 1917-ci ildən başlayan böyük sosial eksperiment, yeni
mifologiya işləyib hazırlayan, inkişaf etdirən və möhkəmləndirən yeni
ideologiyanın, yeni mədəniyyət sahəssinin yaradılmasından və təsdiq
edilməsindən ayrılmaz idi. Belə nəticə çıxarmaq olar ki, ər-arvadın qarşılıqlı
münasibətinə dair ənənəvi təsəvvürlər əvəzinə sovet mifi yeni model təqdim
edirdi. Burada «qız-ata» əsasən cütlük yaranırdı ki, ata rolunu da bilavasitə
«xalqın atası» Stalin özü, sovet ordusu və ya bütün sovet xalqı oynaya bildi.
(Q.Aleksandrovanın «Sirk» filminin final epizodunda olduğu kimi: burada bütün
tamaşaçının Merinin zənci uşaqına Meriyə sanki birlikdə onu qızlığa götürərək
lay-lay oxuyurlar). İdeya çoxlu kişinin müharibədə və ya düşərgələr salınaraq
tələb olduğu vaxt üçün son dərəcə yaxşı idi. Sevgili ilə daimi olmayan və çətin
qarşılıqlı əlaqə əvəzinə mif, ümidverici ata məhəbbətini, proqressiv ideyanın özü
ilə həmrəylik, yerdə cənnətin qurulmasında iştirak etmək təklif edirdi, o
qadınlara onun uşaqlarından qəhrəman tərbiyə etməyi vəd edir, ideya adından
öləndən sonra onların şöhrət qazanacağına təminat verirdi. 1990-cı illərə kimi
sovet jurnalistikasının bütün qəhrəmanlarının xüsusi olaraq qeyd olunan
aseksuallığı, ola bilər ki, bununla izah olunur. Bir-birinə belə oxşayan şəxsiyyət
və xarakterləri, biz sovet dövrünün qəzet və jurnallarında görürük və qadın
obrazlarının çətin sınaq və represiya illərində redaktorlar tərəfindən xüsusi
populyarlıq qazanmasına diqqət yetirək. Təəccüblü deyil ki, sovet sisteminin
ideoloji binası ilkin çat verdiyi vaxt – yenidən – qurmanın başlanması ilə qender
stereotipləri əsaslı surətdə dəyişikliyə uğradi və Zoluşka stereotipi sevimli
demokratik ziyalılar tərəfindən abədiiləşdi. Qadının ictimai fəallığı və
müstəqilliyi ideyasını tarixin zibilliyinə ataraq diskussiya iştirakçıları qadının
ideyasının aktiv təbliğatına başladılar. KİV-in yaratdığı yeni stereotiplərə ictimai
şüur demək olar ki, total şəkildə yiyələndi və geniş siyasi meydana çıxdı. Bazar
islahatlarının əvvəlini (1991-1993) KİV-də yeni qender mifologiyasının qələbəsi
hesab etmək olar. Qender stereotipləri ideoloji stereotiplərini əvəz edirdi, bu

2
tarixi məqama tanış idi. Qadınları demək olar ki, heç vaxt ekspert kimi qəzetlərə
cəlb etməyiblər, xaricdə qadın hərəkatı, xarici reportaclarda işıqlandırılmırdı,
feministlər isə asta-asta «xalq düşməni» steretoripləri sistemində boş yeri
doldurmağa başlayırdı – onlar kişilərin diqqətini cəlb etməyi bacarmayan
murdar və həyatdan narazı xalalar kimi təqdim edilirdi. Bütün yuxarıda adları
çəkilən qender stereotipləşdirmə tendensiyaları jurnalistikada qadın və kişi
obrazlarına həlledici təsir göstərməkdə davam edirdilər. Qadın və kişi
jurnallarının sayı artıb ki, burada cəmiyyətin tələbatı və onun üçün ənənəvi olan
stereotiplər: qadınlar öz vücud və paltarlarına diqqətli rəfiqə və yoldan çıxardan
qadın kimi, kişilər isə istilaçı və sahibkar kimi göstərilir. 1995-1996-cı illərdə
jurnalistika tərəfdən qender rollarını anlamağın yeni dövrü və yeni etalonların
axtarışı dövrü başlandı. Bu hadisənin əsasında ən müxtəlif proseslər dururdu.
KİV qender stereotipləri milli (bunun ardınca – həm də dini-siyasi) baxımdan
artıq 90-cı illərin əvvəllərindəki kimi vahid deyil. Analiz göstərir ki, 1996-cı il
üçün bəzi KİV aktiv həyat mövqeyi, öz fikri olan və cəmiyyəti dəyişdirmək
istəyən qəhrəman-qadına, siyasət və biznes liderinə üstünlük verirdilərsə,
digərləri marginal obrazdan – cinayətkar və estrada və idman ulduzlarının
obrazından istifadəni davam etdirirdilər, Gənclər üçün olan mətbuat əvvəlki
kimi qadını seks-obyekti kimi təqdim edərək, onun xarici görünüşündən istifadə
edirdi. Bu zaman bütün qəzet sahəsinin yalnız 1%-i kimliyindən asılı olmayan
qadınlar haqqında materiala həsr olunurdu. Sonrakı illər göstərdi ki, tendensiya
göz qabağındadır – qadınlar haqqında milli mətbuatın bütün qəzet sahəsinin
1,5%-də yazılıb və onların obrazı dəyişməyə davam edirdi. Qadınlara dair
materialların kəmiyyət artımı tendensiyası görünür, amma qender balansına hələ
çox var. İndiki dövrdə hərtərəfli tədqiqat olunan əsas problemlərdən biri də
qender münasibətlərinin müasir jurnalist praktikasına təsirinin, informasiya
cəmiyyətinin yeni reallıqlarının əks olunmasının, jurnalistin qender
mənsubiyyəti ilə informasiyanı ötürmə metodu arasındakı qarşılıqlı əlaqənin
analizidir. Jurnalistikada qadınlar barəsində tədqiqatlar dalğasının meydana

3
gəlməsi XX əsrin 80-ci illərinin əvvəllərinə aiddir, amma diqqət əsasən sosiali-
iqtisadi problemlərə qadınların peşə ayrı-seçkiliyinə, eyni əmək müqabilində
kişilərlə müqaysədə öz əmək haqqı almasına ailə həyatının çətinliklərinə
ayrılmışdır. Daha sonralar xaricdə jurnalistikada qender münasibətlərinin
öyrənilməsinə, seksizmin müxtəlif formalarının təzahürünə, həmçinin
yaradıcılıqda və informasiyanın təqdim edilməsində qadın-jurnalistin roluna dair
ictimai şüurda transformasiyaya həsr olunmuş bir sıra ciddi tədqiqatlar yarandı.
Qeyd edək ki, göstərilən problemin ilk dərin tədqiqatı amerikan materialında
həyata keçirilib, amma qadın-aparıcıların ekranda çıxmaları baxımından
birincilik Britaniya KİV-ə məxsusdur. Xüsusi olaraq qadınlara ünvanlanmış
«yeni jurnalistikanın və informasiyanın yaranması tendensiyası (əvvəllər
Britaniya «kişi» qəzetlərinə əlavələrdə, sonrakı xüsusi qadın jurnal və
qəzetlərində) hələ XIX əsrin sonlarında müşahidə olunurdu. Qadın-oxucuların
cəlb olunmasına uğurlu qəzet biznesinin vacib şərti kimi baxırdılar və bu
məqsədi reallaşdırmaq üçün qadınları da qəzetdə işləməyə dəvət etməyə
başladılar ki, redaktorların fikrincə, onlar nəinki potensial qadın oxucuların
maraq dairəsini düzgün müəyyənləşdirə, həm də vergilər informasiyanın daha
emosionad edə və hər bir şəxsə yönəldə bilərdilər. Tədricən mətbuatın
«feminizasiyası» onun «seksualizasyası» ilə əvəz olundu ki, bu məsələnin bir
çox tədqiqatçılarının qeyd etdikləri kimi bunun da çıxış nöqtəsin «San»
Britaniya qəzetinin «Page Three Gire»adlandırılan III səhifəsində yarıçılpaq
gözəl qızların peyda olmasıdır. Bu nümunəyə bir çox digər qəzetlərdə əməl
etdilər ki, bu da cəmiyyətdə böyük sosial nəticələri olan ciddi mübahisələr
doğurdu. Jurnalistika «mətbəxi» – qender tarazlığı Sosial hüquq bərabərliyinin
və qadınların təhsih səviyyəsinin artması ilə qəzetlərdə işləyən, o cümlədən
rəhbər vəzifədə işləyən qadınların sayı artıb amma əvvəllər müəyyən kateqoriya
oxucularla, sonralar isə radio və tele-jurnalistikanın yaranması ilə müəyyən
kateqoriya xəbərlər, dinləyici və iş zamanı «məhdud şəkildə iştirak etmək» təklif
edirdi. Qeyd etmək lazımdır ki, jurnalistikada öz rolunu bu peşəni qadın-

4
nümayəndələrinin özləri də anlamağa çalışıblar. Burada, bizim fikrimizcə,
L.Steyner tərəfindən onun sənədləri (avtobioqrafiya, memuar, məktublar)
adlandırılan analiz böyük maraq doğurur.2 Britaniyalı və amerikalı
qadınjurnalistlərin yazdıqları 50-dən çox avtobioqrafiyaların öyrənilməsi onların
müəyyən etiraf etdikləriözünüeyniləşdirmə və onların özlərini qadın kimi hiss
etmək arasında ciddi konfliktlərin olduğunu üzə çıxartdı. Bu memuarların icmalı
müəllifinin hesab etdiyi kimi, bu nəticəyə öz bioqrafiyasını nəşr etdirən ilk
qadın-jurnalist E.Benksin (E.Banks) kitablarının analizi zamanı da demək olar.
Ümumiyyətlə, avtobioqrafiya şüurlu surətdə öz qadın mahiyyətinə və ictimai
stereotiplərə qarşı durmaq cəhdləri haqqında danışır. Məsələn, bir neçə nüfuzlu
ümummilli nəşriyyatda işləyən və Beatrice Fairbax adı ilə sütunlarının aparıcısı
kimi populyarlıq qazanan məşhur amerikan jurnalist, Meri Menniqin 571
səhifəlik avtobioqrafiyasında onun uğurlu nigahı, siyasətçi-əri, uşaqları
haqqında heç bir informasiya yoxdur. Səciyyəvi haldır ki, özünün professional
olmaq hüququ – həm studiyada, həm də ondan kənarda – uğrunda çoxillik
mübarizəsi haqqında qadınlara danışmaq üçün məşhur qadın-jurnalistlər
tərəfindən məhz avtobiqrafiya canrı seçilib. Əslində, onlar üçün davranış seçimi
məhdud olur: əgər onlar işdə qadınlığı nəzərə çaprdırmaqdan imtina edirlərsə,
onda onların davranışına müdirlər – kişilər tərəfindən deviant baxılırdı; əgər
onlar onlara qadın kimi müraciət etməyə icazə verir, müvafiq şəkildə onların
professional səlahiyyəti azalırdı. Aydındır ki, cəmiyyətdə sosial dəyişikliklər,
xəbərlərin komersiyalızasiyası və radiodinləyici və teletamaşaçılarının
auditoriyasını daima genişləndirmək cəhdi jurnalistikanın uzun müddət ərzində
əməl etdiyi bəzi qanunlarından uzaqlaşmasına səbəb olub. Belə ki, 50-ci illərin
ortalarında Britaniyada yaranan kommersiya tele-görüntü geniş məişət
sferasında tətbiq edilmək üçün evdar qadınlara istinad etdi. Yeni informasion-
əyləncəli proqramlar (sonralar, 1980-85-ci illərdə infortaiment-information
+entertaiment əyləncəli informasiya adını alan), çoxsaylı reklam rolikləri və tez
populyarlıq qazanmış «sabun operası» məhz onlara ünvanlanmışdı. Ümumilli

5
Britaniya radio və televiziya şirkətinin (BBS və BBS-i) yaranmasının tarixinə
dair sənədlər, arxiv materiallar o vaxt Britaniya TV-də qadınların
teleproqramlarda «Balanslaşdırılmış iştirakını» nəzərdə tutan dəqiq siyasətin
işlənillib hazırlandığını təsdiq edir: telediktorlar qrupu adətən üç kişi
(radioefirdən dəvət olunurdular) və bir qadın (professional aktrisa) jurnalistdən
ibarət olurdu ki, bu da qadın kimi professional olmaq – həm studiyada, həm də
ondan kənarda – hüququ uğrunda çoxillik mübarizəsi haqqında qadınlara
söyləmək üçün idi. Bununla belə əvvəlcə qadın-diktorlar hava və xəbərlərin
məlumatı ilə, sonralar isə müxbir və veriliş aparıcıları kimi ekranda daha tez-tez
görünməyə başladı. Britaniya televiziyasının ilk qadın aparıcısı Coan Beykuell
(Joan Bakewell) olub ki, o, daimi komandanın üzvü kimi, 1964-cü ildə BBS-2-
də incəsənət və son hadisələrə dair xəbərlər oxuyurdu. Qadın-aparıcıların məhz
bu dövrdə yaranması təsadüfi deyil. XX əsri 60-cı illərinin əvvəli və ortalarında
Qərbi Avropa və Amerikada feminist hərəkatın yüksəlişi qadınların islənilən
sferasında özünü reallşdırılası üçün bərabər hüquqları olması ideyasının
yayılması müşahidə olunub. Bu dövrdə qadınlar həm də müxtəlif verilişlərin:
tok-şou, viktorina, konkursların və s. iştirakçısı kimi televizor ekranlarına
çıxmağa başladılar. Qadın auditoriyası üçün verilişlər hazırlamaq üçün BBS-də
Marqaret Adamsın (radio ilə bağlı həqiqi peşəkar) rəhbərliyi ilə xüsusi şöbə
yaradılmışdı ki, o da qadınlar üçün xəbərlərin çatdırılması siyasətini, kişilərə
nisbətən auditoriyaya daha həssas olmağı müəyyən edir. Tədricən, XX əsrin 80-
ci illərinin əvvəllərinə doğru, P.Hollandın qeyd etdiyi kimi, xəbərlərin
oxunmasına Britaniyada qadın işi kimi baxmağa başladılar. Bununla qadın-
diktora özünəməxsus dekorativ rol («decorative performer») ayrıldı. Fars
körfəzindəki hadisələri və «səhrəda fırtına» əməliyyatını ABŞ-da işıqlandırmaq
üçün demək olar ki, eynilə qadın obrazından istifadə edildi. 90-cı illərdə
teletamaşaçılar arasında keçirilmiş çoxsaylı sorğular əsasında müəyyən edirdi ki,
hətta ən qorxulu xəbərlər qadınların dilindən daha az tragik, bəzən isə hətta
«rahat və ailəvi» səslənir. İndiki zamanda Britaniya və ABŞ elektron KİV

6
rəhbərlərində studiyalarda qadınlara qarşı irəli sürülən tələblər sistemi
formalaşıb. Onlar çox gözəl xarici görünüşə malik olmamalıdır, amma onlar
üçün sevimlilik və məlahət zəruridir. Efirdə nitqin linqvistik xarakteristikası hələ
ətraflı təsvir edilməyib, onun son 50 ildə mühüm dəyişikliklərə məruz qalması
aydındır. Xarici kütləvi informasiya vasitələri, onların ardınca, həm də bizim
KİV böyük təkamül yolu: ciddi reqlamentasiya və canr unifikasiyasından yeni
«sərbəst» canra və tele və radioverilişlərin rəsmi hissəsinin ixtisar edilməsinə
keçib. Diktor və şərhçilər evə gələn və xəbər çatdıran ləzzətli həmsöhbətə, yaxşı
dostlara çevrilirlər. Bu həm də mötəbər danışıq tipli verilişlərin sayını artıraraq,
aparıcıların nitq xarakteristikasında, efirdə disputlarin təşkilində əks olunmaya
bilməz. Efirdə işləyən qadınların şərhetmə manerasına həmişə ciddi tələblər irəli
sürülüb: R.Hollandın öz memuarlarında yazdığı kimi, son dərəcə təmkinlə şərh
etmək, «universal səsin mifik neytrallığı» – metodikanın kəskin düşüb-qalxma
fərqlər, emosional intonasiya və s. olmadan – vacib idi. Bir çox tədqiqatçıların
fikrincə, bütün bunlara baxmayaraq, qadınlar xəbərləri sərh etməyin və onları
ünvanlamağın özünəməxsus xüsusi stilini işləyib hazırlaya bildilər. Qadınların
apardığı müxtəlif verilişlərin və onlar tərəfindən çəkilən sənədli filmlərin
(adətən, qadın qəhrəmanlarla bağlı) analizi göstərir ki, onlar efirdə qarşılıqlı
münasibətə və əməkdaşlığa yönələn interaktiv tip kommunikasiyaya üstünlük
verirlər. Onlar xəbərləri bütün mahiyyəti ilə çatdırılmasına daha diqqətlə
yanaşırlar, baş verən hadisələrin nəticələrini izah etməyi sevirlər. Buna əksər
studiyalarda xəbərlərin ənənəvi «bərk» və «yumşaq» xəbərlərə («bard and soft
news») bölgüsü və nəticədə, müxtəlif cinsə mənsub olan diktorlar arasında
«əməyin bölgüsü» imkanı yaradır. İqtisad və siyasi həyatdan olan və kriminal
(«ağır») xəbərləri adətən kişi-diktorlar oxuyur, mədəniyyət və sosial həyat
haqqında («yumşaq») olan xəbərləri isə qadındiktorlar çatdırırlar. Steynerin
fikrincə, bütövlükdə informasion-ünvalanma indiki dövrdə qenderneytraldır,
amma əyləncəli – femininləşdirilməsidir, buna baxmayaraq xəbərlərin
feminizasiyası tendensiyasını da görməmək mümkün deyil ki, bunun da

7
ifadəsinin bir nümunəsi şahzadə Diananın ölümü, dəfni və matəminin
işıqlandırılmasıdır. Azərbaycan teleməkanında da əsasən qadın-diktorlar və
analitik proqramların qadınlapa KİV ictimai rəyin ifadəçisi kimi, Müasir
jurnalistika inkişafının keçid mərhələsində olan cəmiyyətin ictimai rəyinin
ifadəçisi kimi çox müxtəlif, nisbətdə «köhnənin» və «yeninin» əlamətlərini
daşıyır. KİV bu mürəkkəb proseslərdə ideoloji və təşkilati olaraq «müşahidəçi
matros» ola bilər. Demokratik cəmiyyətin sosial institutu kimi jurnalistikanı 3
qrupa ayırmaq olar. Birinci qrup – yeni sivilizasiyaya gedən yolda islahatların
aparıcı qüvvəsi olan vətəndaş cəmiyyətinin KİV. Vətəndaş cəmiyyəti – insanın
vətəndaş kimi (təbəə kimi deyil) «özünü durduğu», «öz vətəndaş hüquqlarını
aktiv şəkildə əldə etdiyi və həyata keçirdiyi sahədir. Vətəndaş cəmiyyəti üçün
vətəndaşların ən müxtəlif sahələrdə – siyasi, iqtisadi, sosial, mədəni, yaradıcı və
s. – öz maraqlarını ifadə və müdafiə edən müxtəlif təşkilatlarda azad birləşməsi
imkanı və bundan başqa zəruriliyi xarakterikdir. Bunlar siyasi patiyalar,
həmkarlar ittifaqları, yaradıcı assosiasiyalar, müxtəlif cəmiyyətlər (imtahanların,
əlillərin, gənclərin, qadınların, uşaqların və s.), kooperativlər (istehsal, mənzil,
satış və s.), istehsal-kommersiya srukturları, ictimai özünüidarəetmə
(munisipalitet) və nəzarət orqanları idman, mədəniyyət, xeyriyyə,
qanunmühafizəedici və b. təşkilatlar, istehlakçılar, heyvanları qoruyan
cəmiyyətlər, həvəskar birlikləri və başqalarıdır. Dövlətdən asılı olmayan (amma
qanuna əsasən fəaliyyət göstərən) bütün bu müstəqil təşkilatlar vətəndaş
cəmiyyətinin strukturunu təşkil edir və o, inkişaf etdikcə, onun rolunun da
əhəmiyyəti artır. Vətəndaş cəmiyyətinin strukturunda müvafiq birliklər və ya
ayrıca vətəndaşlar tərəfindən yaradılan vətəndaş cəmiyyətinin jurnalistikası da
özünəməxsus yer tutur. Çap nəşrinin, tele və radioverilişlərin çıxması böyük
sayda işçi ordusu ilə birgə xidmət (poliqrafiya, radioteleviziya texnikası, yerüstü
kosmik əlaqə xətləri) sisteminin inkişafı ilə təmin edilir. Jurnalistikaya dair
elmlərin əsas kateqoriyası – «kütləvi informasiya» – haqqında konseptual
biliklərin şərhi prosesində artıq kütləvi informasiyanın funksiyalarına qısa

8
şəkildə müraciət etmək, onun məqsədi, vəzifələri, cəmiyyət həyatında rolu
haqqında ümumi şəkildə danışmaq lazım gəlib. Sosial oriyentasiyası, kütləvi
informasiyanın ünvanlandığı şüur və davranışların idarə edilməsi, gerçəkliyin
adekvat mənzərəsinin formalaşdırılması həmçinin, «arzu edilən gələcək» və ona
nail olmaq yolları haqqında təsəvvürlər, vətəndaşların həyat mövqeyinin
müəyyən edilməsi, həyatın müxtəlif hadisələrinə müəyyən münasibətin
yaradılması və s. – bütün bunlar müasir mərhələdə jurnalistikanın funksional
vəzifələridir. Və jurnalistikanın informasiya təbiətindən birbaşa məhz
jurnalistikanın funksiyası haqqında məsələyə keçmək təbiidir. Belə ki,
funksional istiqamət vasitəsilə istənilən predmet, hadisə və ya növünün həyatda
yeri və rolu xarakterizə olunur. hətta masa kimi sadə predmetin mahiyyətini
təsvir etmək mümkün deyilsə, əgər aydın deyilsə, onda təhsil kimi hadisə və ya
jurnalistika kimi fəaliyyət növü onların niyə mövcud olması, nəyə xidmət etməsi
haqqında danışmağa dəyməz. Predmetlər müxtəlif rol oynaya bilərlər. Masa,
məsələn, «yazı», «ad», «mətbəx», «tualet» və s. kimi təyin oluna biləcək, rolları
oynayır, bəzi situasiyalarda o, sadəcə olaraq otaq üçün bəzək, barrikada üçün
material, yanacaq və s. ola bilər. Jurnalistika üçün də çoxfunksiyalılıq xasdır.
Ətraf mühitin dərkində, bəşəri dəyər orientasiyalarının yaranmasında,
şəxsiyyətin sosiallaşmasında, maarif və tərbiyədə, mədəniyyətin yayılmasında
jurnalistikanın rolundan danışarkən, ictimai proseslərin idarə edilməsində,
insanların sosial müdafiəsi və utilitar məlumatlarla təchiz edilməsində onun
tənzimedici və nəzarətedici iştirakını qeyd edir, jurnalistikanın, gedonik
mənasını, onun psixi idarə olunması, əvəz etməsində, həyat tonusunu qaldıran
fəaliyyətdə (əyləncə, boşalma, gərginliyin götürülməsi) iştirakını göstərir və s.
Bu fünksiyalar jurnalistikanın yetinə yetirdiyi vəzifələrdə real olaraq əks olunur.
Amma bununla belə bu sadalamalarda bəzi sistemsizlik açıq görünür. Bu kütləvi
informasiya «kontragenlərinə» – kütləvi auditoriyaya və sosial institutlara
kütləvi informasiyanın «istehlakçıları» kimi nəyin lazım olması sualının kifayət
qədər öyrənilməməsi ilə bağlıdır. Jurnalistika sferasında informasiya qarşılıqlı

9
təsirinin ilkin və zəruri şərti «kontragentlə» əlaqənin qurulması, daha doğrusu,
kütləvi auditoriya və sosial institutlarla əlaqənin yaranmasıdır. Ümumən qəbul
edildiyi kimi, jurnalistikanın çıxış funksiyası kommunikativ funksiyadır (lat.
commuicatio- «xəbər vermək yolu, əlaqə forması») ünsiyyət, əlaqə yaratmaq
fnukisyasıdır. Təsadüfi deyil ki, cunalistikanı çox vaxt «kütləvi informasiya
vasitəsi» və ya mass media adlandırırlar. Kütləvi auditoriya jurnalistika orqanına
etibar edəndə, onu «özününkü» qəbul edəndə, auditoriyanın dəstəyi və qanunun
fəaliyyəti ilə təmin olunan nüfuzunu hiss edəndə, təsir gücünü müəyyən edəndə,
jurnalistika ilə möhkəm əlaqə yaranır. Bundan başqa, jurnalistika vasitəsilə
KİV-də görünən gerçəklik aləmi ilə bağlı informasiyanın «istehlakçıları» ilə
əlaqə yaranır, tanışlıq baş verir. Jurnalistikanın köməyilə «istehlakçı» ilə tələb
olunan və zəruri əlaqəyə girə bilmək imkanı sayəsində həm də möhkəm
jurnalistika və sosial institutlar əlaqəsinin qarşııqlı vacib və qarşılıqlı məna ifadə
edən xarakteri formalaşır. Və jurnalistika öz «kontragentlərinin» vəziyyət,
ehtiyac və tələbatlarına dəqiq reaksiya verərək, ətraf aləmlə bağlı bu əlaqələrin
xarakterinə düzəlişlər etməlidir – onları gücləndirməli və genişləndirməli və ya
əksinə, məhdudlaşdırmalı və zəifləşmməlidir. Bu səbəbdən yaxşı düzəldilmiş
jurnalistika sistemində hər bir nəşr və proqramın 2 siması olur – öz
«kontragentlərinin» informasiyaya olan tələbatlarını təmin edəcək öz «dünya
modeli» xarakterinə görə fərqlənirlər. KİV-in funksiyalarının və obyektiv olaraq
daha vacib – «təbəqəsi», «kontragentlərin» həyati əhəmiyyətli tələbatlarının
ödənilməsində jurnalistikanın rolu ilə müəyyən edilir. KİV-lə qarşılıqlı
münasibətdə olmaq üçün – bu və onun vəzifəli şəxslərinin cəmiyyət qarşısında
öz vəzifələrini yerinə yetirməsinin səviyyəsi və xarakteri barəsində
jurnalistikanın müəyyən orqanının işləyib hazırladığı mülahizə və dəyərlərin
irəli sürülməsidir. Burada KİV sosial institutlara münasibətdə nəzarəedici və
onunla bağlı olan tənzimedici fəaliyyəti üzə çıxır. Burada jurnalistikanın
cəmiyyətdə «dördüncü hakimiyyət» kimi rolu daha aydın gönünür. Onun
hakimiyyət səlahiyyətlərinin qanunvericilik tərəfindən nəticə, məsləhət, və

10
təkliflərini nəzərə almaq zərurəti) sosial institutlarda baxılmaq üçün öhdəlik
kimi hələ kifayət qədər təmin edilməməsinə baxmayaraq, konkret nəşrin və ya
proqramın ictimai nüfuzundan asılı olaraq müvafiq materiallar gerçəkliyə bu və
ya digər istiqamətin təsiri və gücünü göstərir. Böyük nüfuzlu KİV nəşrləri KİV-
də güclü təsir göstərmək, onların fəaliyyətində əsaslı dəyişikliklərə və vəzifəli
şəxslərin ciddi yerdəyişmələrinə (istefa verməyə kimi) nail olmaq iqtidarındadır.
Ümumiyyətlə, jurnalistikanın bu qrup funksiyalarını bilavasitə – təşkilati
adlandırmaq olar. Kütləvi auditoriya ilə qarşılıqlı münasibət üçün kütləvi şüurun
və hər şeydən əvvəl ictimar rəyin informasiya xidməti birinci dərəcəli əhəmiyyət
daşıyır. Qarşılıqlı münasibətin diapazonu isə faktların sadəcə çatdırılmasından
auditoriyanın dünyagörüşünün əsaslarına və dəyərlərinə, insanların şüuruna,
onların ideal və arzularına, o cümlədən davranış aktlarının səbəblərinə, bir sözlə
xarakterə və ictimai problemlər üzrə informasiya dərəcəsinə dərin təsir
göstərmək cəhdinə qədər genişlənir. Bu qrup funksiyalar sosial-yönəldici və ya
ideoloji adlandırıla bilər. KİV-in ideoloji funksiyaları ilə bir sırada və birbaşa
əlaqədə onun mədəni-maarifləndirici funksiyası «yerləşir». Bununla belə əgər
siyasi mədəniyyətin, iqtisadi maarifin, etik və estetik tərbiyənin və s.
formalaşdırılması kimi vəzifələr KİV-in ideoloji fəaliyyəti ilə bilavasitə
bağlıdırsa və çox çətin ki, onun tərkib hissəsi deyilsə, onda davranış
mədəniyyətinin (o cümlədən etiketin də) formalaşdırılması, tibbi biliklərin, fikri
idmanın, asuda vaxt mədəniyyətinin təbliği və s. ideoloji fəaliyyətlə çox zəif
bağlıdır. Funksiyalar sistemi çevrəsində reklam-soraq, auditoriyanın, müxtəlif
təbəqəsinin əyləncələr aləmi (bağ, bostan, turizm, kolleksiya yığma, şahmat və
s.) ehtiyacların təmin edilməsi kimi fəaliyyət sahələri də var. Nəhayət,
jurnalistikanın rekreativ kimi (əyləncə, gərginliyi götürmək, həzz almaq) «hər
şeyə nüfuz edən» funksiyasının adını çəkmək lazımdır. Bu funksiya «hər şeyə
nüfuz edir». Belə ki, yalnız onları reallaşan materiallarının «məmnuniyyətlə»
oxunduğu, baxıldığı dinlənildiyi, yeni maraqlı şey öyrənməyin sevinc,
intellektual həzz və s. gətirdiyi halda bütün digər funksiyaların effektiv həyata

11
keçməsinə nail olmaq mümkündür. Amma KİV-də xüsusi olaraq bu funksiyanı
yerinə yetirən materiallar da var. Adətən onları «əyləncəli» adlandırırlar (amma
bəzi krossvord və estrada nömrələrində, həm də mühüm ideoloji xarakter
yükünün olması ehtimalı da istisna deyil). Nəşr və proqramın informasiya
siyasətinin həyata keçirilməsi ardıcıllığı bütün funksiyaların qarşılıqlı əlaqəsinin
reallaşdırılması üsullarında təbii vəhdət, vahid mövqe əsasında onların qarşılıqlı
təsirini (nəşr və ya proqram çərçivəsində, hər bir jurnalistin fəaliyyətində) tələb
edir. Jurnalistikanın obyektiv, KİV mövqeyindən və jurnalistlərin baxışlarından
asılı olmayaraq sosial taleyi, cəmiyyətdə KİV-in rolu sosial institutlar və kütləvi
auditoriyanın maksimum tam informasiyaya olan tələbatlarına əsaslanır. Bu
səbəbdən ideya plüralizminin qəbul edildiyi və həyata keçirildiyi, müxtəlif
baxışları müdafiə etmək və müxtəlif fikirləri ifadə etmək imkanının mövcud
olduğu cəmiyyətdəfaktiki olaraq jurnalisti funksiyalarının məzmununun
müxtəlif şərhləri var. Bu şərhlər kütləviinformasiya prosesinin hər bir
iştirakçının tarixi inkişafın yolları və müvafiq olaraq, auditoriyanın (KA və Sİ),
informasiya tələbatları barəsindəki müxtəlif təsəvvürləri ilə bağlıdır. Beləliklə,
bütün jurnalistlərə və bütün KİV-ə bir funksiya olaraq irəlicədən təyin olunmuş
vəzifəsini həyata keçirmək öhdəliyi xasdır, amma, real olaraq, onlar
jurnalistlərin və onların KİV-in, sosial mövqeyindən asılı olaraq məzmunca
özünəməxsus bir şəkildə həyata keçirilir. İnformasiyanın (dezinformasiyanın)
dərəcəsi və xarakteri, hər şeydən əvvəl, cunalistərin KİV-in ideoloji funksiyasını
necə başa düşməsindən və reallaşdırmasından asılıdır. Bundan isə mahiyyətcə
jurnalistikanın bütün digər funksiyalarının həyata keçməsi asılıdır. Qender
balansının təbliğatı bütövlükdə jurnalistikanın ən mühüm universal
funksiyasından biridir.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR ▪ Mətbuatda qadın və kişi surətləri. ▪
Reallığın əks olunması və ya ənənəvi patriarxal baxışların aşılanması İş üsulları
– diskussiya, paylanma materialların müzakirəsi PAYLANMA
MATERİALLARI Bu hər bir kəs ilə baş verə bilər («Zerkalo» qəzeti, 29 iyun,

12
2001) Əfsus ki, bu nəşrdə sevindirici heç bir şey yoxdur, bu bizim ölkə üçün
daha çox darıxdırıcı faktdır. Hələ bir neçə il bundan əvvəl «trafkinq» sözünü çox
az adam bilirdi- (trafikinq- İnsan alverinin tərifi üç əsas elementdən ibarətdir:
İnsan alveri aktı, yəni insanların cəlb edilməsi, daşınması, köçürülməsi,
saxlanması və ya qəbulu. Güc tətbiq etmə hədəsi və ya istifadəsi, aldatma,
məcbur etmə, səlahiyyətdən və ya zəiflik mövqeyindən sui-istifadəni əhatə edən
insan alveri vasitələri) Bu gün bizim hər birimiz bu bədbəxtlik ilə üz-üzə qala
bilər. İnsan alveri özündə köləliyin müasir formasını əks etdirir ki, bu da insan
hüquqlarının ən həyasız və qəddar şəkildə pozulması ilə müşayiət olunur.
insanları məcburi şəkildə sərhəddən keçirir, zorla işləməyə vadar edərək, borc
asılılığına salır, yer dəyişmək azadlığından məhrum edirlər. Bununla da fiziki,
seksual və psixoloji zorakılıq baş verir. Trafikinq ilə bağlı situasiyalarla ilk dəfə
ABŞ-da maraqlandılar. 1994-cü ildən etibarən dövlət departamenti bu problemlə
bağlı illik məruzə hazırlayır. Nəşr olunmuş məlumatlara görə, bu gün müvafiq
kriminal ticarətə həm iqtisadi cəhətdən inkişaf etmiş, həm də inkişaf etməkdə
olan ölkələr cəlb olunublar. Beləliklə, dövlət departametinin axırıncı hesabatına
görə, əgər alaq otu kimi artan trafikinq artımının vaxtında kökünü kəsilməsə,
yaxın gələcəkdə bu problemin təhlükəli hal alacağı ölkələr siyahısında
Azərbaycan da var. BMT qənaətinə görə dünyada təşkil olunmuş cinayətkar
qruplar təkcə insan alverindən ildə bir neçə millyard dollar qazanırlar.
Azərbaycanda trafikinq? Bu nə qədər təhlükəli səslənsə də, Azərbaycanda da
insan alverçiləri mövcuddur. Məsələ bundadır ki, SSRİ-nin dağılmasından sonra
ölkənin çox ağır iqtisadi vəziyyəti xeyli sayda qadınların sosial müdafiədən
məhrum olmasına və mal-mülk əldə etmək və yığmaq imkanının olmamasına
gətirib çıxartdı ki, bu da öz növbəsində onları iri və nüfuzlu kriminal qrupların
asanlıqla əldə etdiyi qənimətə çevirdi. Hər şey necə başladı? 2002-ci ilin
martında İsmayılova Nərgiz böhran mərkəzinə müraciət edir. Qadın kömək
istəyir. Onun 27 yaşlı qızı Lalə üçün taleyi «qara tərəfə» çevrildiyi məlum olur.
Ananın sözlərinə görə, qızı ciddi tərbiyə edilib. Tibb institutunu bitirib, heç bir

13
yerdə işləməyib. Amma ixtisasına görə iş tapmaq istəyirdi. Amma həyata köhnə
baxışları səbəbindən Lalənin atası qızının istəklərinin əleyhinə çıxırdı. Atasının
bütün qadağalarına baxmayaraq, Lalə özü iş tapmağa çalışırdı. Bu işdə ona kurs
yoldaşı kömək edir, amma sonradan məlum olduğu kimi, əslində «qaş qayıran
yerdə gözünü çıxarır». Onun şəxsiyyət vərəqəsini götürərək xarici pasport
düzəldir və onu təcrübə keçən həkim kimi Yaxın Şərq ölkələrindən birinə
göndərməyi vəd edir. Və, adətən həmişə olduğu kimi, onun müstəqil və gözəl
həyatla təminatına söz verilirdi. Bir qədər vaxtdan sonra Lalə itkin düşür.
Ananın dediyinə görə, bir ildən sonra edilən gecə telefon zəngində ana Lalənin
titrək səsini eşidir. Qızı kömək istəyirdi: «Ana, mən xaricdəyəm, məni xilas et».
Onsuz da kədərli olan ana ərinin (Lalənin atasının) Lalənin evə qayıtmaq yolunu
birdəfəlik bağlamaq üçün mənzilin satışı ilə məşğul olduğunu biləndə daha da
məyus oldu. «Mənim daha qızım yoxdur, onun qayıtmağındansa ölməyi
yaxşıdır» – bunlar atanın sözləri idi. O vaxtdan «sərsəri» qızın valideynləri
şəhərin başqa hissəsində yaşayırlar və onun taleyi haqqında heç bir şey bilmirlər.
Yəqin ki, bu əhvalat Lalənin yerində ola bilən, bəlkə də artıq olmuş bütün ana və
ataların ürəyinə toxunacaq. Bizim ölkədə trafikinq probleminin həll
olunmamasının səbəbini sosial-iqtisadi faktorlardan daha çox, bizim
formalaşmış mentaletimizdə axtarmaq lazımdır. Əgər ailənin şərəfini
ləkələməmək üçün bu faktlar gizlədilirsə, trafikinq də sakitcə özü üçün inkişaf
edəcək. İstənilən halda qul alverçiləri tərəfindən bu işə cəlb olunmuş qadınları
qınamaq tamamilə düzgün olmazdı. Bu və buna uyğun digər misallar trafikinqlə
mübarizədə daha qəti tədbirlərin qəbul edilməsi üçün ciddi əsaslar verir.

ƏDƏBİYYAT:
!.Введение в гендерные исследования. Учебное пособие Под.ред.
И.В.Костиковой. – М., 2000
2. Грошев И.В. Гендерные образы рекламы // Вопросы психологии.
2000, №6
3.Прохоров Е.П. Введение в теорию журналистики. – М., 2001
4.Свитич Л.Г. Профессия журналист. М., 1999

14
5. Стейнер Л., Фох Р. The imperial animah. – N.Y., Holt, Rinehart and
Winston, 1971
6. Колесов Д.В. Биология и психология пола. – М., 2001
7.Rhoda U. Toward are-definition of sex and gender – «American
Psychologist», 1979

15

You might also like