You are on page 1of 2

ÜSLUBİYYAT

Hər hansı bir dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik


sahəsinə üslubiyyat deyilir. Üslubiyyatın əsas vahidi üslubdur.
Cəmiyyətin müxtəlif sahələrində dil vahidlərindən eyni səviyyədə
istifadə edilmir. Üslub dedikdə dil vahidlərindən məqsədyönlü istifadə üsulu,
forması nəzərdə tutulur.
Dil vasitələrindən məqsədyönlü istifadə iki formada özünü göstərir:

Funksional Fərdi üslub


üslublar ÜSLUB

Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir.


Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirir,
dil vahidləri də həmin sahələrin tələbi ilə seçilib, sistemləşir. Məsələn, bədii
təfəkkürün tələbi ilə bədii üslub, elmi təfəkkürün tələbi ilə elmi üslub, publisistik
üslubun tələbi ilə publisistik üslub və s. müəyyənləşir. Bu üslubların hər birinin
cəmiyyətdə özünəməxsus funksiyaları var, həmin funksiyalarına görə də bir-
birindən fərqlənirlər. Ancaq bədii, elmi, publisistik və s. təfəkkür sahələri, yaxud
formaları arasında əlaqə olduğu kimi, bədii, elmi, publisistik və s. üslublar da biri
digəri ilə bağlıdır.
Həmin üslublar aşağıdakılardır:
1)Bədii üslub bədii əsərlərin (poeziya, nəsr, dramaturgiya) dilidir. Əsas
əlamətləri obrazlılıq və emosionallıqdır. Azərbaycan dili yüzilliklər boyu poeziya
dili kimi inkişaf etmişdir. Ədəbi dilin bədii üslubu tarixi boyu aparıcı olmuşdur.
2)Publisistik üslub qəzet, jurnal, radio, televiziya, mitinq dili, müxtəlif
yığıncaqlarda istifadə olunan dildir. Əsas əlaməti kütləvi anlaşıqlılıq, aydın
olmasıdır. Publisistik üslubun yaranması “Əkinçi” ilə (milli mətbuatın əsasının
qoyulması ilə) başlamış və inkişaf etmişdir.
3)Elmi üslub elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dilidir. Əsas
əlaməti məntiqilik, ardıcıllıq, terminlərin olmasıdır. Azərbaycan alimləri istər orta
əsrlərdə, istərsə də sonralar öz əsərlərini daha çox beynəlxalq dillərdə yazdıqlarına
görə elmi üslub bədii və publisistik üslub qədər geniş imkanlar qazanmamışdır.
4)Rəsmi-işgüzar üslub rəsmi və işgüzar sənədlərin dilidir. Əsas əlaməti
standart formalardan istifadədir. Rəsmi-işgüzar üslubun inkişafı digər funksional
üslublardan geri qalmışdı. Bu da həmin üslubun dövlətçilik ənənələrindən asılı
olması ilə bağlıdır. Məsələn, Azərbaycan dövlətçiliyinin meydana gəlməsi ilə bağlı
XVI əsrdə - Ş. İ. Xətai dövründə sənəd nümunələri yaranmışdır. Sovet dönəmində
isə sənədləşmə daha çox rus dilində aparıldığı üçün rəsmi-işgüzar üslub inkişafdan
qalmışdı. Müstəqil Azərbaycan dövlətinin yaranması bu üslubun sürətli inkişafına
və möhkəmlənməsinə şərait yaratdı.
5)Məişət üslubu gündəlik ünsiyyət dilidir. Əsas əlaməti nitqin sərbəstliyi və
təbiiliyidir. Ədəbi dildə məişət dili, məişət üslubu – danışıq dili mövcuddur. Bu
gün məişət dili kimi qavradığımız nitq o zamanlar xalqın ünsiyyət saxladığı dilin
özü idi.
Funksional üslublar ( bədii, elmi, publisistik, rəsmi-işgüzar, məişət )
birlikdə ədəbi dili təşkil edir. Ədəbi dilin ümumi fonetik, leksik, qrammatik
normaları onun funksional üslublarının hər biri üçün məcburidir. Yəni həmin
normalara hamı eyni dərəcədə əməl etməlidir.

You might also like