You are on page 1of 36

Təhsildə IKT

İnformasiya Kommunikasiya Texnologiyaları


məlumatların yığılması, sistemləşdirilməsi, düzəldilməsi
və ötürülməsi üçün olan texnologiyalara verilən ümumi
termindir.
İnformasiya Kommunikasiya Texnologiyaları deyəndə
təkcə kompyuterləri deyil, daha çox vasitələri nəzərdə
tuturuq: firma və kompaniyalarda istifadə olunan texniki
avadanlıqlar, kalkulyatorlar, müxtəlif kabellər, elektron
lampalar, səsgücləndirici aparatlar, joystiklər, İP telefonlar,
audio və video aparatları və bu kimi digər texniki vasitələr
Təhsildə istifadə olunan texniki vasitələrə
baxsaq, onların inkişaf mərhələlərinin
aşağıdakı kimi olduğunu görərik:
a) Qara lövhə - təbaşir
b) Kitab – dəftər, qələm
c) Film, rəsm, slayd
d) Radio, televiziya, video
e) Kompyuterlər
f) Avtomatik sistemlər
g) Telekommunikasiya
İnformasiya texnologiyaları Kommunikasiya
(İT) elektron avadanlıqların, texnologiyaları (KT)
xüsusilə kompyuterlərdə məlumatların göndərilməsi,
məlumatların yığılması, alınması və mübadiləsi
seçilməsi və göndərilməsinin prosesində istifadə olunur.
öyrənilməsi və istifadəsi üçün
olan texniki vasitələrdir.
Öyrənmə mənbələri
Ənənəvi İKT ilə
a) Mühazirələr a) Kompyuterlər
b) Kitablar b) Multimedia
c) İnternet
d) Mühazirələr
e) Kitablar
İKT bilikləri
 1980-ci illərdən başlayaraq İKT
təhsildə davamlı olaraq istifadə
olunmaya başlandı.
 İKT bilikləri əsasən rəqəmsal
texnologiya, kommunikasiya
vasitələri və ya onlara bağlanmaq,
idarə etmək, əlaqəyə girmək və
məlumatlar yaradaraq bilik
cəmiyyətini formalaşadırmaq
funksiyasını yerinə yetirir.
Təhsildə İKT-in vacibliyi
 Bilik mənbəyi kimi istifadə olunur. Yəni bəzən (müasir dövrdə
daha çox) axtardığımız bilikləri, mənbələri, məlumatları
taparaq istifadə edirik.
 Biliklərin ötürülmə vasitəsi kimi – axtarıb tapdığımız və yaxud
da öyrətdiyimiz/öyrəndiyimiz bilikləri digərlərinə ötürmək
üçündür.
 Cəmiyyət, məktəb, müəllimlər və şagirdlər arasındakı
əməkdaşlığı İKT-dən istifadə etməklə inkişaf etdirməkdir
 Təhsilin keyfiyyətini artırmaq üçün təhsil proqramı təminatı,
elektron istinadlar, təhsil üçün oyunlardan istifadə etməkdir
 İKT vasitələrini təhsilin bütün səviyyələrinə inteqrasiya
etməkdir
Kompyuter texnologiyalarının atributları

Multi-sensor çatdırılma: mətnlər, qrafika, animasiya, səs


və video
Aktiv öyrənmə: öyrənmə marağının artırılması
Kooperativ öyrənmə: pozitiv qrup/sosial qarşılıqlı əlaqə
Ünsiyyət bacarıqları: bir-bir, birdən-çoxa, çoxdan-çoxa
Çoxmədəniyyətli təhsil: şagirdləri həm ölkədəki və həm
də dünyadakı yaşıdları ilə birləşdirmək
Motivasiya: şagirdləri daha çox aktivliyə cəlb etmək
İKT-in üstünlükləri

 Rəqəmsal resursların digərləri ilə


bölüşdürülməsi (Google Drive kimi)
 Çoxlu və geniş xidmətlərdən istifadə etmək
(elektron kitabxanalar, internet jurnallar, e-
kitablar və s.)
 Elastiklik (məs.tapşırıqların anında deyil 2
saat sonra, 1 gün sonra verilməsi)
 İnam (müəllimin şagirdlərə inamı, yəni
şagird istifadə etdiyi materialda plagiatın
olmaması)
 Daha sürətli əlaqə
 Daha ucuz olması
Təhsilin səviyyəsini
yüksəldən hər bir
texnologiya müəllimə az
öyrətmək, şagirdə isə çox
öyrənmək imkanı verir.
Təhsildə İKT-in şagirdlər üçün üstünlükləri
İnteraktiv təhsil təcrübəsi qazanmağa kömək edir
Şagirdlərə/tələbələrə öyrənmək üçün stimul və
motivasiya verir
Rahat təhsil almaq imkanı yaradır
Mürəkkəb anlayışları və prosesləri anlamağa
kömək edir
Müxtəlif öyrənmə üsullarından istifadə edir
Şagirdlərə/tələbələrə mükəmməl kompyuter
bacarıqları qazanmağa kömək edir
Qrup işlərinə və əmakdaşlığa kömək edir
Təhsildə İKT-in müəllimlər üçün üstünlükləri
İKT - müəllimlər üçün eyni
məfhumların/tapşırıqların müxtəlif yolla
izah olunması vasitəsidir
İKT – hər bir şagirdin/uşağın öyrənmək
üslubuna diqqət verməyə kömək edir
İKT – dərsi daha yaxşı planlaşdırmaq və
idarə etmək üçün çox gözəl vasitədir
İKT – tapşırıqlara daha əhatəli yanaşmağa
imkan verir
İKT – müəllimlərin bürokratik yükünü
azaldır
Mümkün maneələr

Müəllimlərin pedaqoji biliklərinin azlığı və təlim


metodlarını bilməməsi
Öyrətmə resurslarını bilməməsi
İKT resurslarına çıxış və onların etibarlılığını bilməməsi
Müəllimlərin İKT-in potensialı haqqındakı biliklərinin
azlığı
Müəllimlərin potensial İKT biliklərinin aşağı səviyyədə
olması və ya ümumiyyətlə İKT bacarıqlarının olmaması
İKT-dən istifadənin
təkrarlanması və İKT vasitəsilə
modelləşdirilməsi:məs.yaz öyrənmədə şagirdlər
maq, dizayn etmək, öyrənmə prosesinəözləri Yaradıcı inkişaf və
hesablamaq və s. nəzarət edirlər media bilikləri;
məs.videolar,
fotoqrafiya,
animasiya, musiqi
Düşünmək bacarılqarı və
problem həll etmək
strategiyaları Bilik,anlama və
bacarıqların
Öyrənmə və qazanılması
öyrətmədə İKT (təkcə müəllimdən
Konseptlərin, deyil)
proseslərin və
vizualizasiyanın
dərindən analizi

İKT-dən istifadə
Məktəbdən başqa etməklə məlumatların
Birgə tapşırıqlarda yerlərdə, müxtəlif və biliklərin
sosial əməkdaşlıq, şəraitlərdə öyrənmə tapılması,toplanması,
üz-üzə və onlayn sintezi, analızı,
əməkdaşlıq dəyişdirilməsi və s.
Dərsdə İKT-dən istifadə vasitələri

 Kompyuterlər
 PPT (PowerPointPresentations) – t’qdimatlar
 Multimedia – məlumatların yazılması, oxunması,
səsləndirilməsi və s.
 Hiper media vasitələri – məlumat bazalarının
axtarılması və lazımi məlumatların toplanması
 İnteraktiv videolar – şəkillər və müxtəlif qısa videolar
və s.
 Video konfranslar
 Bloqlar
Kompyuterdən düzgün istifadə
AR Prezidentinin təhsildə İKT ilə bağlı sərəncamları

 “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-


kommunikasiya texnologiyaları üzrə milli strategiya” (2003-2010-
cu illər), 17 fevral 2003 (H.Əliyev)
 “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər)”, 21 avqust 2004-cü il;
 “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, 10 iyun 2008
 “Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət
Proqramı” (Elektron Azərbaycan)”, 11 avqust 2010
Təhsil sisteminin informasiyalaşdırılması sahəsinin başlıca
fəaliyyət istiqamətləri
 Təhsil haqqında”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq aşağıdakı
işlər görülür:
1) Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi
2) Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi
3) Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması
4) Kadr potensialının gücləndirilməsi
Adıçəkilən fəaliyyət istiqamətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə ayrı-ayrı təşkilatlar, şirkətlər,
qeyri-hökumət və beynəlxalq qurumlarla əməkdaşlıq edilir.
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi
1) Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması:

Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin edilməsi məqsədi ilə


Respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin
tabeçiliyində olan şəhər və rayon təhsil şöbələri üçün 6000 ədəd
Monoblok Lenovo stolüstü kompyuter, 3000 ədəd noutbuk, 700 ədəd
proyektor və 1377 ədəd interaktiv elektron lövhələr alınmış;
Respublika üzrə təhsil müəssisələrində mövcud kompyuterlərin sıradan
çıxmış detalları yeniləri ilə (klaviatura, siçan, ana plata, prosessor, sərt
disk, qida bloku, batareya və s.) əvəz olunmağa başlanmışdır.
3) İntranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışın təmin olunması:

Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) əlavə olaraq


200 təhsil müəssisəsinin qoşulmasına başlanmış;
Bakı və digər şəhər və rayonlarda yerləşən 1765 təhsil
müəssisəsi Fiber-Optik, ADSL və Simsiz rabitə kanalları ilə
Təhsil Sisteminin korporativ İntranet və İnternet şəbəkələrinə
çıxışla təmin edilmiş;
Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilini təşkil
etmək üçün ayrılmış 50 ədəd komyuterin ADSL rabitə kanalları
ilə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmasına başlanmışdır.
Elektron təhsil texnologiyalarının tətbiqinin
genişləndirilməsi
 Müxtəlif fənlərə aid (biologiya, riyaziyyat, fizika və kimya) 26 ədəd dərsin hazırlanmasına başlanılmış;
 Milli tədris fənləri üzrə 30 ədəd elektron tədris resursu hazırlanmış və www.e-resurs.edu.az portalında
yerləşdirilmiş;
 Şagirdlər üçün elektron formatda interaktiv müsabiqələrin təşkili məqsədilə şagird-müsabiqə sistemi
təkmilləşdirilmiş və genişləndirilmiş;
 Təhsil sahəsində elmi tədqiqatlar üzrə qeydiyyat sisteminin yaradılması istiqamətində işlər görülmüş;
 106 ədəd multimedia məzmunlu video dərslərin hazırlanmasına başlanmış;
 300 ədəd təhsil üzrə simulyasiyaların hazırlanmasına başlanmış;
 Ümumtəhsil məktəblərinin şagirdləri üçün 28000-dək elektron test olan bazanın hazırlanmasına
başlanılmışdır.
Kadr potensialının gücləndirilməsi
1) Təhsil sisteminin 900 nəfər inzibati idaretmə heyəti üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş
treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir:
 İlkin İKT savadlılığına yiyələnmə;
 məktəblərdə mövcud olan əsas və İKT avadanlıqdan istifadə etməyi öyrənmə;
 Microsoft ofis proqram təminatını istifadə edərək, təqdimatlar, dərs bölgüsü planları və inzibati sənədlər
hazırlama;
 İnternet resurslarının tədrisdə tətbiqini təcrübi olaraq anlama;
 Şəbəkə avadanlığı ilə tanış olma;
 İKT-nin təhsilə tətbiqi siyasətini anlama və məktəbdə tətbiq etməyi öyrənmə.
2) “1 şagird : 1 kompyuter” təhsil modelinin orta ümumtəhsil məktəblərində reallaşdırılması üzrə 650
nəfər müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir:

 Netbuklar və planşetlərdən düzgün istifadə qaydaları ilə tanış olma, şagirdlərə bu bacarıqları aşılama;
 Şagirdlərə individual yanaşmaqla elektron-öyrənmə proqramından istifadə etmə;
 Müasir texnologiyalardan istifadə bacarıqlarını nümayiş etdirmə;
 Veb 2.0 alətlərində hazırlanacaq resursların təhlili və sintezini aparma;
 Şagirdlərə elektron-öyrənmə sistemi üzrə 21-ci əsr bacarıq və vərdişlərinə yiyələnməyin yollarını
öyrətmə.
3) Təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə 700 nəfər
müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə
keçirilir:

 Yalnız informatika dərsində deyil, başqa fənlərin tədrisində də kompyuter


texnologiyalarından effektiv istifadə etmə;
 Praktik təcrübə toplayaraq, layihə planlaşdırmağı, multimedia təqdimatları, nəşrlər, veb-
səhifələr yaratmağı öyrənmə və eləcə də şagirdlərdə yüksək düşüncə formalaşdırmağın
metodikası ilə tanış olma.
4) Müəllim və inzibati idarəetmə heyətinin İKT-nin tədrisə tətbiqini dəstəkləmək məqsədi ilə
450 nəfər müəllimə mentorluq üzrə treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı
mövzular üzrə keçirilir:

 Mentorluq dəstəyi göstəriləcək müəllimləri və inzibati heyəti müəyyən etmə;


 Pedaqoji heyətin peşəkarlığın inkişafına və təkmilləşdirilməsinə dəstək göstərmək
istiqamətində məqsədlər müəyyən etmə;
 Əyani və distant dəstək göstərməklə pedaqoji heyətin təkmilləşmə prosesini təşkil və
müsahibə etmə.
5) İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan
və elektron məzmundan istifadə üzrə 1200 nəfər müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır.
Təlimlər aşağıdakı mövzular üzrə keçirilir:

 İlkin İKT savadlılığına yiyələnmə;


 Məktəblərdə mövcud olan əsas və İKT avadanlıqlarından istifadə etmə bacarıqlarına yiyələnmə;
 Microsoft ofis proqram təminatını istifadə edərək, təqdimatlar, hesabatlar və digər sənədləri
hazırlama bacarığına yiyələnmə;
 İnternet resurslarının tədrisdə tətbiqini təcrübi olaraq öyrənmə.
6) Milli Təhsil Məlumat Bazasının istifadəsi üzrə 375 nəfər müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır.
Təlimlər aşağıdakı mövzular üzrə keçirilir:

 Ümumi interfeysin izah olunması;


 Məktəbin özünün məlumat toplama mərkəzi kimi çıxış edərək müxtəlif növ məlumatların bazada toplanması və
heyəti onlardan istifadə yolları haqqında məlumatlandırma;
 Heyətə aid bir sıra məlumatların sistemə daxil edilməsi və emal olunması. Bu məlumatlara ünvan, vəzifə, əmək
haqqının dərəcəsi, şəxsiyyət vəsiqəsi, şəkil, təhsil, mükafat və bildiyi xarici dillər haqqında məlumatlar aiddir;
 Şagirdlərin ünvanları, şəkili, təhsil sənədi, məktəbə qəbulu, şəxsiyyəti təsdiq edən sənədi, inzibati tənbehi və
mükafatları kimi məlumatların mərkəzdə toplanması;
 Təhsil müəssisələrinin ünvanı, atributları, şəkili, müəllim heyəti, köməkçi, idarəedici və eyni zamanda qeyri-
pedaqoji heyəti, tədris sinifləri haqqında bütün məlumatların təfərrüatı ilə sistemə daxil olunması və onların geniş
istifadəsi;
 Məktəb xəritəsinin tərtibatı, binaların, kabinet və laboratoriyaların, emalatxanalar barədə məlumatların, fənlərin
statistikasının, tədris sinfi növlərinin və tədris strukturu üzrə ayrı-ayrı göstəricilərin sistemə əlavə olunması.
7) Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədi ilə
İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair 50 nəfər müəllim, 160 nəfər
şagird və 160 nəfər valideyn heyətinə təlimlərin keçirilməsi istiqamətində işlərin icrasına
başlanmışdır.

You might also like