You are on page 1of 11

Fənn: Tədqiqat üsullu

Mövzu: Kоmprеssоr quyularının optimal iş rejiminin


müəyən еdilməsi

Tələbə: Xəlilov Əsəd
Müəllim: Dadaşzadə Mirzə
Qrup: A2229
Quyuların tədqiqаtı
Laydan çıxarılan neft və qazın lay parametrlərindən və

quyuların istismar şəraitindən asılılığını müəyyən
etmək üçün quyuların tədqiqаtı əsas şərtlərdən
biridir.Tədqiqat nəticələri, müəyyən işlənmələrdən
sonra quyular üçün ən əlverişli, rentabelli və səmərəli iş
rejiminin seçilməsinə imkan verir. Ən əlverişli rejimin
seçilməsi imkanı tədqiqat materiallarının həcmi (sayı)
və dəqiq aparılması ilə müəyyən edilir. Quyuların
yuksək hasilatlı rejimlə istismar edilməsi, qumun
gəlməsi, layın sulaşması, layda qazın çox miqdarda
ayrılması və s. çətinliklərin yaranmasına səbəb ola bilər
Fontan quyusunun hasilatı

Ştutserin diametri, kompressor quyularının


hasilatı sıxılmış işçi agentin miqdarı, ştanqlı
dərinlik nasosunun məhsuldarlığı plunjerin
gediş yolu, nasosun diametri və mancanaq
dəzgahının yirğalanma sayından asılı olaraq
öyrənilir.
Hasilatın tədqiq olunan göstəricilərdən asılılığını
xarakterizə edən bu amillərə digər parametrlərin
təsiri nəzərə alınmadığına görə, quyularda optimal

iş rejimlərinin təyin edilməsi çətinlik törədir.

PARAMETRLƏR
fontan və kompressor quyularının hаsilаtı ştutserin diametri
işçi agentinin sərfi
qaldırıcının ölçüləri
boruların mayeyə еndirilmə dərinliyi
işçi təzyiqlərindən
Quyuların optimal iş rejimlərinin axtarılmasını və təyin edilm əsini sad əl əşdir ən hidrodinamik
tədqiqat üsulları aşağıdakı əsas prinsipləri təmin etm əlidir:

1.Tədqiqat intervalları sayının



azaldılmasını (məsələn,
ştutserlərin sayı, işçi agentinin
sərfi, mancanaq dəzgahının
yırğalanma sayı və s.);
 2.Tədqiqatın aparılma qaydaları
aparılacaq axtarışlar üçün əsaslı
qərarlar qəbul edilməsinə imkan
verən riyazi aparatlardan istifadə
olunmasını təmin etməlidir.
Quyuların optimal vəziyyətə
gətirilməsi tədqiqat
materiallarına əsasən aşağıdakı
asılılıqların təhlili nəticəsində
həyata keçirilir:
Q=Q(V) və R0=R0(V) 

Burada Q-quyunun mayeyə görə


hasilatı; V-sıxılmış işçi agentinin
sərfi; R0-sıxılmış işçi agentinin
xüsusi sərfidir.
Şəkildə Q=Q(V) və R0=R0(V)
asılılıqları verilmişdir
Qazlift quyularının işlənmə göstəriciləri kiçik zaman
intervalında dəyişə bilər. Bu, quyudibi zonasında
qazın yığılması səbəbindən, həmçinin sulaşma


prosesinin mürəkkəb və qeyri-dayanıqlılığı səbəbi ilə
izah oluna bilər. İstismar quyuları arasında
interferensiyanın baş verməsi ilə əlaqədar olaraq
qaldırıcının iş rejimində mümkün pozuntular da
yaranır ki, bu səbəbdən də quyu üçün təyin olunan
rejim yalnız qısa zaman müddətində optimal ola
bilər.Sərf olunan işçi agentin xüsusi sərfinin minimum
qiymətində rasional iş rejimlərinin seçilməsi həllini
gözləyən vacib və aktual məsələdir. Qazlift istismar
üsulu ilə neft hasilatı prosesində, xüsusilə də dəniz
neft yataqlarında işçi agentin faydalı iş əmsalının
artırılması üçün, quyuların optimal iş rejimlərinin
təyin edilməsi, bu işə xüsusi yanaşma tələb edir.
Qazlift quyularının Qn, Qs və Qm kimi texnoloji göstəricilərinin zamandan asılı
olaraq öyrənilməsi göstərir ki, təyin olunan hər bir rejim rəqsi xarakter daşıyır. Bu
isə qazlift quyularının həqiqi iş rejiminin təyin olunmasında müəyyən çətinliklər
yaradır.

Müxtəlif zaman kəsiklərində maye hasilatının dəyişməsi, lay sisteminin vəziyyəti
haqqında məlumat verir. Quyuların texnoloji göstəricilərinin rəqsi xarakterinə
əsaslanaraq, xüsusi hidrodinamik tədqiqatlar aparmadan, əvvəlcədən “lay-quyu”
sisteminin vəziyyətinin diaqnoz edilməsi və bilavəsitə işlənmə prosesinin
dayanıqlı olub-olmamasının müəyyənləşdirilməsi, quyuların iş rejimlərinin
tənzimlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Neft hasilatında rəqsi proseslərin yaranması bir çox amillərdən asılıdır. Bu
amillər qismində, mayenin quyu dibinə qeyri-bərabər axınını, layın geoloj
xassələrini, quyu məhsulunun sulaşma faizini, neftin fiziki-kimyəvi
xüsusiyyətlərini və s. göstərmək olar.
Bu məqsədlə, qazlift quyularında optimal iş rejiminin seçilm əsi üçü
mədən məlumatlarının, Teyl kriteriyasının tətbiqilə interpretasiya
olunması üsulundan istifadə edilməsi təklif edilir.
 Teyl kriteriyası keçid proseslərinin xarakterik nöqtələrini üzə çıxarmağa imkan
verir. Bu da qazlift quyularının iş rejiminin seçilm əsi üçün vacib ş ərtl ərd əndir. Bel ə
yanaşma, mayenin qaldırılması rejimində dayanıqlı və dayanıqsız dövrl ərinin t əyin
olunmasında mühüm rol oynayır. Teyl əmsalı aşağıdakı düsturla t əyin olunur:


 Burada, Qf(t) – maye (neft, su) hasilatının faktiki qiym əti; Q o(t) – maye (neft, su)
hasilatının orta qiyməti.
 Qazlift istismar üsulu ilə neftçıxarma prosesində işçi
agentin sərfinin minimum həddində texnoloji
göstəricilərin rəqsi dəyişməsinin təhlilinə əsasən
rasional iş rejiminin seçilməsi ən aktual

məsələlərdən biridir. Belə ki, sıxılmış qaz sərfinin
minimuma endirilməsi, kompressor təsərrüfatı və
quyu fondunun iş rejimlərinin optimallaşdırılması
ilə bərabər, quyuların istismarında işçi agentin
faydalı iş əmsalını da artırır.
 Qazlift quyuların iş rejimlərinin tənzimlənməsində
çatışmayan cəhət mədən məlumatlarının qıtlığıdır.
Məsələnin alternativ həlli isə bütün quyuların ayrı-
ayrılıqda yox, geoloji-texniki xarakteristikaları
uyğun olan quyuların qruplaşdırılması və bir
quyuda aparılmış tədqiqatın nəticələrinin qrup
quyularında tətbiqindən ibarətdir.

You might also like