You are on page 1of 8

•Tələbə:Həsənov Nihad

Kurs: 1
Qrup:1331
Fakültə: Hüquq
Mövzu: İşgüzar ünsiyyət prosesində
bədən dili
• İnsan, həyatı boyunca hər gün hamı ilə, özü də fərqində olmadan, bədən dilini
istifadə edir. Bədənimiz, hadisələrə və vəziyyətlərə daha çox özbaşına reaksiyalar
verir. "Bədən dili”ndə ən vacib nöqtə, məlumat axınının davamlılığıdır. İki, ya da
daha çox insan bir yerə yığıldığı zaman "bədən dili” dövrəyə girər. Bu mesajlar
qarşılıqlı olaraq göndərilər və qəbul edilər. Göndərdiyimiz mesajlar fasiləsiz olaraq
qarşıdakı insana çatmaqda və haqqımızda qənaət meydana gəlməkdədir. Eyni
zamanda biz də qarşıdan davamlı mesaj alaraq qiymətləndiririk.

• Bədən dili haqqında çox danışmaq olar. Ünsiyyət prosesində insanın özü belə hiss
etmədən ən çox istifadə etdiyi bədən dili əslində düşüncələrimiz, xasiyyətimiz
haqqında bizə çox şey deyir. 
• Tədqiqatlar da göstərir ki, ünsiyyət zamanı cəmi 7 % informasiyanı biz sözlərlə, 38%-i
isə səs tonu ilə ötürürük. 55% informasiyanı isə bizim bədən dilimiz verir. Deməli,
bədən dilindən düzgün istifadə etməklə səmərəli ünsiyyətin qurulmasına nail olmaq
olar.
• Bədən dili haqqında  geniş danışan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının "Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi Anar
Həsənovun fikirlərinə görə, bəzilərimiz qarşı tərəfə hisslərimizi, düşüncələrimizi
sözlərlə anlatdığımızı, ancaq gözəl quruluşlu cümlələrlə fikirlərimizi ifadə etdiyimizi
düşünürük. Amma, əslində qarşımızdakı insana sözlərimizdən çox bədən dilimiz
məlumat verir. O deyir ki, hətta bəzən bədən dilimiz bizim gizlətdiyimiz, biruzə vermək
istəmədiyimiz düşüncəmizi də qarşı tərəfə bildirir:

• "Nə qədər çalışsaq da, bəzən sözlərimiz qarşı tərəfə inandırıcı gəlmir, təbəssümümüz
süni təsir bağışlayır, məmnun etmək istədiyimiz insan narazı qalır. Bütün bu kimi hallara
səbəb olan bizim qeyri-verbal sözlərimiz, yəni bədən dilimizdir.

• Əbəs yerə demirlər ki, ehtiyatlı olun, bədəniniz danışır!


• Bədən dilini bilməklə biz qarşımızdakı insanın əsl, gerçək düşüncəsini, hisslərini və niyyətlərini anlaya bilərik. Bu dili
bildikdə, həm də öz bədən dilimizi düzgün idarə etməklə anlaşılmazlıqlardan, qarşı tərəfin narazılığına səbəb olan
hərəkətlərdən qaça bilərik”.

• Mütəxəssis bədən dilinin gündəlik həyatımızda yerindən, hansı hərəkətlərin, mimikaların nədən xəbər verməsindən
danışıb. O bildirib ki, bədən dili – mimika, jest, toxunuş, fiziki hərəkətlər, bədənin duruşu, tərz və s. vasitələrlə
qurulan ünsiyyətdir. Əslində, hərəkətlər sözlərdən daha çox ifadə kəsb edir:

"Bir çox bədən dili elementlərinin açılışını qeyd etmək olar. Məsələn, qarşınızdakı insanın ünsiyyət zamanı hulqumunun
tərpənməsi onun həyəcanından, yaxud yalan danışmağından xəbər verir. Bir əl bədənin qarşısından digər əli tutursa, bu
özünə əminsizlik göstəricisidir. Əllərin açıq olması səmimilik, çarpaz şəkildə sinədə birləşdirilməsi isə özünü kimdənsə və
ya nədənsə mühafizə etmək, neqativ münasibət duyğusudur. Bədən dilinə görə, tez-tez göz qırpmaq həyəcandan xəbər
verdiyi kimi, gözü ovxalamaq utanmaq və ya yorğunluq əlaməti olaraq səciyyələnir. Çənəni sığallamaq şəxsin qərarı
düşünmək, qiymətləndirmək cəhdindən irəli gəlir. Danışarkən üzə, o cümlədən ağıza, göza, qulağa, boyuna toxunmaq
həqiqəti gizlətməyə cəhd etmək, əsəbi olmaq anlamına gəlir. Boyunu arxadan sığallamaq təhlükə hiss etməkdən xəbər
verir. Əlləri arxada birləşdirmək özünə əminlik və ya hakimiyyətlilikdən, əllərinin içini ovxalamaq isə uğura ümid
etməkdən xəbər verir. Dodaqları dişləmək həyəcan, danışmamaq niyyətidir, sıxılmış dişlər isə frustrasiya və əsəb
göstəriciləri olan bədən dili hərəkətləridir. Tez və ya qəfil nəfəs almaq gördüyü. Eşitdiyi bir şeyə heyran olmaq, hətta şok
vəziyyətinə düşməyin göstəricisidir. Nəhayət, tam boy üzrə qamətli duruş, hakimiyyət və rəhbərlik niyyətindən xəbər
verir”. "Bədən dili vasitəsi ilə insanların ötürdüyü siqnalları anlamaq – çox faydalı sosial səriştədir” –deyən A.
Həsənov qeyd edib ki, bəziləri bu siqnalları intuitiv oxuyur, digərləri isə ümumiyyətlə, oxumurlar. Amma bunları
təcrübə və diqqəti səfərbər etməklə öyrənmək olar:
"Belə ki, işgüzar və şəxsiyyətlərarası münasibətlərin bilavasitə real forması məhz ünsiyyətdir.
İstər işgüzar, istərsə də şəxsi həyatda ünsiyyət qurmaq bacarığı vacib elementdir. Məhz düzgün
ünsiyyət qurmaq bacarığı müxtəlif xarakterli və düşüncəli insanların özünüifadə etməsini,
özünütəqdim etməsini, biri-birini qəbul və dərk etməsini, habelə, birgə fəaliyyət qurmasını təmin
edə bilər.
Təbiidir ki, bədən dilini mükəmməl bilən insan bundan öz məqsədləri üçün istifadə edə bilər.
Məsələn, müştəri və vətəndaş xidmətləri göstərilən yerlərdə əməkdaşlar müştərilərlə səmərəli
ünsiyyət qurmaq üçün düzgün mimika və digər bədən dili elementlərindən istifadə etməlidirlər.
Hər birimizin müəyyən zaman kəsiyində problemlərimiz ola bilər ki, bunlar da gərgin psixoloji
durumla nəticələnə bilər. Amma bu o demək deyil ki, biz bu vəziyyətimizi ətrafdakı insanlara
göstərib onların da emossional durumunu çətinləşdirməliyik. Məhz bədən dilindən düzgün istifadə
etməklə ətrafımızdakı insanların gözündə daha yaxşı təəssürat yarada bilərik”.

Psixoloq Fərqanə Mehmanqızı isə bədən dilindən danışdıqda bir çox şeyləri diqqətə almaq lazım
olduğunu vurğulayıb. 

O, deyir ki, bədən dili psixologiyanın bir qolu olaraq özünü hər bir hadisədə göstərə bilir.
Psixologiya elminin sirlərinə malik olmayan birinin sadəcə əzbər olaraq bədən dilini öyrənməsi
səhv nəticələnə bilər:
"Jestler insanın o ankı psixoloji durumundan, emosiya, həyəcan, sevinc, kədər qorxusundan geniş məlumat verə bilər.
Lakin bunu da müəyyən qaydalara istinad edərək izləmək və nəticələrə gəlmək lazımdır. Ümumiyyətlə, insanın ruh halı,
psixoloji durumu fiziki duruşuna sirayət etdiyindən psixologiya ilə əlaqəsini görmək çətin deyil. Bədən dili
münasibətlərimizdə çox böyük rol oynayır. Bədən dilinin sayəsində qarşımızdakı şəxsin emosiyalarını, hisslərini asanliqla
anlayıb, buna uyğun davranırıq. O anki psixoloji durum hadisəyə və ya şəxsə aid münasibət özünü bədən dilində jeslərlə
aydın göstərə bilər. Bütün bunlara baxmayaraq, emosiyalarımızı, hiss həyacanlarımızı nəzarətdə saxlayıb, jestlərimizi
məqsədyönlü idarə edə bilərik. Bu böyük iradə, səbr və adət halına gətirilə bilən təcrübə ilə olur. Bunun üçün hisslər
ikinci plana keçməli məntiq düşüncədə əsas rol oynamalıdır”.

F. Mehmanqızının sözlərinə görə, insanların adət halında işlətdiyi jestlər onların xarakterinə hoparaq, artıq
şəxsiyyətindən xəbər verə bilir:

"Məsələn, emosional insanların həyəcan zamanı əllərinin əsməsi, melonxoliklərin sanki donub, qalmağı kimi halları
qeyd edə bilərik. Adətən pasientlər əvvəl utancaqlıqdan psixoloq qarşısında sıxılaraq əyləşir. Daha sonra isə relaks
oturaq vəziyyət və güvəndiyini hiss etdirən jestlərlə danışmağa başlayır. Təbii ki, biz bu jestləri bildiyimizdən, nəzərə
alıb, buna uyğun davranırıq. Hər şəxs özünü idarə etməyi öyrənməlidir. Bu xüsusi ilə ən emosional anlarda vacib hala
çevrilir. Çünki jestlər onlar haqqında yalnış məlumat verə bilər. Jestlər danışarkən bizim fikirlərimizin təsdiqi üçün
gərəklidir və qarşındakına təsir etmək imkanını artırır. Jestlər dünyada müxtəlif cür tərcümə oluna bilir. Bizim üçün "hər
şey yaxşıdır” anlamını verən jest müəyyən ölkələrdə təhqir kimi qəbul edilir. Ona görə də jestlərin istisnaları duruma və
şəxsə görə dəyişilir. Məsələn, insan yalan danışarkən tez-tez əlini burnuna aparır. Amma burada bir məsələ var. Bəzi
insanların bu adətidir, danısarkən əlini burnuna toxundurur. Deməli, biz yalnış məlumat ala bilərik. Bunun kimi bir çox
misallar gətirmək olar. Ona görə, hər kəs jestlərin psixoloji durumla uzlaşmasını bilmədən nəticəyə gələ bilməz”.
• Texnologiya çağında yaşayırıq. Gedərək daha çox e-rabitə qurarkən,
üz-üzə ünsiyyət və bədən dilini istifadə etmə mövzusunda
qabiliyyətlərimiz zəifləyir. Halbuki, bədən dili hələ də çox
vacibdir. Bədən dili bir vasitədir. İş həyatında bədən dilindən necə
istifadə edilməlidir?
• Bədən:
• 1. Dik durmaq və çiyinlərini rahat buraxmaq.
• 2. Kimlə danışırsınızsa, bədəninizi onun olduğu tərəfə çevirin.
"Maraqlanıram" demiş olarsınız.
• 3. Qulaq asdığınızın başa düşülməsi üçün yüngül önə doğru əyilmiş
durmaq lazımdır.
• Qollar və əllər:
• 1. Tanış olma mərhələsi zamanı qarşınızdakının əlini sıxın.
• 2. Qolları yan tərəfdə saxlayın, rahat və qapalı.
• 3. Söhbət edərkən əllərinizdən istifadə edin.
• Qeyd: Müxtəlif mədəniyyətlərdən gələn insanlarla görüşmədən əvvəl
onların mədəniyyətlərini öyrənməyi unutmayın!
• Baş:
• 1. Qarşındakını dinlərkən başınızı "dediklərinizi təsdiqləyirəm" mənasında
silkələyin və gülümsəyin.
• 2. Danışarkən qarşı tərəfin gözlərinə baxın. Aqressiv ya da sorğulayıcı şəkildə deyil,
"səni dinləyirəm" demək üçün.
• 3. Tez-tez göz qırpmayın. Bu "söhbətdən narahatam" mənasına gəlir.
• 4. Səsinizi aşağı tonda tutun. Dərin nəfəs alın və yavaş-yavaş danışın.
• İşgüzar görüşlər üçün əhəmiyyətli məsləhətlər:
• 1. Bir iclasda olarkən qeydlər aparın, amma göz təmasını itirməyin.
• 2. Qarşınızdakı şəxsi izləyin. Əgər iclası bitirmək istəyirsə, ona görə davranın.
• 3. İclası yenə möhkəm bir əl sıxışması və göz təması ilə bitirin.
• Hər birimiz ünsiyyət qurarkən bədən dilindən istifadə edirik. Araşdırmalar
ünsiyyətdə 50-70% bədən dilinə diqqət edildiyini göstərir.

You might also like