You are on page 1of 34

XARİCİ OTİT

Hüseynova Günay
218A-11b
Kəskin xarici otit (KXO) – xarici qulağın
generalizə olunmuş iltihabı olub, prosesə
bəzən təbil pərdəsinin qoşulması ilə özünü
büruzə verir.
EPİDEMİOLOGİYASI

İl ərzində xəstələnmə coğrafi yaşayış yerindən v ə yaşından asılı


olaraq ümumi əhali sayının 0,4-1%-ini t əşkil edir. Müxt əlif
ölkələrdə xarici otitlərin insanlar arasında yayılması qulaq
xəstəliklərinin 17-23%-ini təşkil edir. Əgər xarici v ə orta qulağın
iltihabı proseslərinin müştərək zədələnmələrini də nəzər ə alsaq,
bu faiz daha da yüksəlmiş olur. Xarici qulağın iltihabının əm əl ə
gəlmə tezliyi artmağa doğru meyllidir. Bu, h ər şeyd ən əvv əl,
peşə faktorlarının, ətraf mühitin çirklənməsinin mənfi t əsiri il ə,
orqanizmdə immunoloji dəyişikliklərə səbəb olan dərman
maddələrinin geniş tətbiqi və stress halları ilə əlaqədardır.
ETİOLOGİYASI
 Bakterial infeksiya
− Staphylococcus aureus
− Streptococcus pyogenes
− Pseudomonas aeruginosa
 Göbələk infeksiyası
− Candida
− Aspergillus
 Virus infeksiyası
Axır illərdə göbələk mənşəli xarici otitlərin artması müşahidə olunur. Bu,
hər şeydən əvvəl müasir müalicə metodlarının xüsusiyyətləri ilə
əlaqədardır. Belə ki, antibiotiklərin, kortikosteroidlərin, sitostatikl ərin
uzunmüddətli tətbiqi ilə göbələk xəstəliklərinin inkişafına səbəb olan şərait
kompleksi əmələ gəlir.
RİSK FAKTORLARI
Regionar xroniki proseslər;
► İmmun çatışmazlığı halları (birincili və ikincili);
► Hormonal və maddələr mübadiləsi dəyişiklikləri, o cümlədən
şəkərli diabet;
► Allergiya;
► İş və istirahət şəraiti (yüksək tozlu, çox rütubətli şərait, barokomplekslərd ə
işlər);
► Xarici qulaq keçəcəyi epidermisinin travmatizasiyası (istər birbaşa travma,
istərsə də müxtəlif qulaq xəstəlikləri – ekzematoz proseslər, psoriaz, ekzema,
xroniki orta otit, dermatitlər və s.);
► Xarici qulaq keçəcəyinin anatomik quruluşu və qulaq kirinin xüsusiyy ətl əri;
► Üzgüçülük, çimmə;
► İsti və nəm iqlim;
► Eşitmə cihazından istifadə etmə.
XBT ÜZRƏ TƏSNİFAT

H 60 Xarici otit
H 60.0 Xarici qulağın absesi
H 60.2 Bədxassəli xarici otit
H 60.3 Digər infeksion xarici otitlər
H 60.9 Dəqiqləşdirilməmiş xarici otit
KLİNİK TƏSNİFAT

Xarici otitin aşağıdakı klinik növləri ayırd edilir:


► Məhdudlaşmış (abses, çiban)
► Diffuz
► Nekrotik(Bədxassəli)
Kəskin məhdudlaşmış XO xarici qulaq keçəcəyinin zarlı-
qığırdaq hissəsinin tük follikullarının və piy vəzilərinin
infeksiyalaşması nəticəsində inkişaf edir. Ən çox karbohidrat
mübadiləsi pozulmuş, hipovitaminozu (A, C, B qrupu) olan
şəxslərdə əmələ gəlir.
Kəskin diffuz XO xarici qulaq keçəcəyi dərisinin və dərialtı
qatının infeksiyalaşması nəticəsində (ən çox xroniki irinli orta
otitlər zamanı) yayılmış forma kimi üzə çıxır.
Kəskin diffuz otitin klinkası.
 Xəstəliyin başlanğıcında sadəcə qulaq qaşıntısı və dolğunluq şikay ətləri olur.
 Bundan sonra ağrı başlayır. Qulağı yuxarı çəkəndə və ya basanda ağrı meydana
çıxır. Qulağıüstə yatmaq, toxunmaq və yemək yemə zamanı xəstə qulağındakı
şiddətli ağrılardan şikayətlənir.
 Ümumi infeksiya əlamətləri rast gəlinmir.
 Başlanğıcda xarici qulaq seyvanında ele bir dəyişiklik olmur. Ancaq limfatik
stazın başlandığı anda seyvanın dərisi portağal qabığı rəngini alır. Buna "pseud
orange" deyilir.
 klassik mənada bir qulaq axıntısı yoxdur. Ancaq müayin əd ə xarici qulaq
keçəcəyinin nəm olduğu və sızıntı elədiyi müəyyən olunur. Xəstəliyin irəlil əy ən
mərhələsində qulaqda qalın, qatı, yapışqan maddə rast gəlinir.
 Otoskopik müayinə zamanı əlamətlər xəstəliyin mərhələsinə görə d əyişir.
Başlanğıcda ödem və hiperemiya müşahidə olunur. Amma xəstəliyin ir əlil əy ən
mərhələsində xarici qulaq keçəcəyi təmiz ödemlənir və daralır. Təbil p ərd əsini
görmək həm ödem, həm də ağrı səbəbindən çətinləşir.
 Bəzən xarici qulağın ətrafında limfadenopatiya müşahidə olunur
Xroniki xarici otit
 Xroniki xarici otitin etiologiyası dəqiq bilinmir, xarici qulaq keçəcəyinin çox rast
gəlinən və az şiddətli xronik bir infeksiyasıdır. Əsasən xarici qulaq keçəcəyinin
dərisi atrofik olur, incədir və qulaq kiri vəzisi atrofiyaya məruz qaldığı üçün kir
əmələ gəlmir. Xarici qulaq keçəcəyinin infeksiyalara qarşı davamlılığı azalır.
 Xəstə ən çox qaşıntıdan şikayətlənir. Bəzən infeksiyanın şiddətlənməsi bütün
xarici qulaq keçəcəyinin geniş olaraq ödemlənməsi və daralması ilə nəticələnir.
 Xroniki xarici otitlərdə bir infeksiya vardır. Amma bunun ortaya çıxmasında
dəridəki atrofik dəyişikliklər və qulaq kiri vəzilərinin funksiyasını itirməsi,
allergik və uzun müddətli xarici qulaq keçəcəyinin təmizlənməsi rol oynayır.
Dərinin quru olduğu üçün kultura materialı almaq çətindir. Müalicəsi davamlı
olaraq steroid və antibiotik tərkibli məlhəmlərdən ibarətdir
Nekrotik xarici otit
 Nekrotik və ya nekrozlaşmış xarici otit xarici qulaq
keçəcəyindən başlayıb kəllə çuxuru və gicgah
sümüyünə qədər yayılan, ifliclər meydana gətirən və
ölüm riskini daşıyan bir xəstəlikdir. Xəstəliyin ağırlığı
bilinmədiyi və antibiotiklərin olmadığı bir dövrdə
ölümlərə səbəb olduğu üçün malign eksternal otitis
adlandırılırdı. Amma malign daha çox bədxassəli
xəstəliklər üçün istifadə olunduğundan son zamanlarda
bu terminin yerinə nekrotizan sözü istifadə olunur.
 Xəstəlik yaşlı diabetiklərdə daha çox rast gəlinir.
 İmmun sistemi zəif, xroniki xəstəliyi olan insanlarda da müşahidə
olunur. Xəstəlik kəskin xarici otit kimi başlayır və müalicəyə tabe
olmur. Zaman keçdikdə xəstəlik Santorini axacaqları boyunca yumuşaq
toxumalara, gicgah sümüyünə və kəllə çuxuruna yayılır.
 Yaşlı diabetiklərdən başqa transplantasiya əməliyyatı keçirmiş,
immunosupressiv müalicə və kimya terapiyası alan şəxslər də bu
xəstəliyə tutulurlar. HIV testi pozitiv olanların da nekrotik xarici otita
tutulma riski yüksəkdir.
 Xarici qulaq keçəcəyinin sümük hissəsindəki dəri əsasən qırmızı və ödemli
olur.
 Sümük və qığırdaq hissələrinin kəsişmə yerində qranulyasiya toxumaları
meydana çıxır. Xarici otitlərdə bu toxumaya rast gəlmək olmur.
 Xarici qulaq keçəcəyində irinli sekret müşahidə olunur. Nekrotik xarici
otitdə əgər görmək mümkünsə, təbil pardasi sağlamdır.
 Xəstəliyin əsas əlaməti gecələr şiddətlənən qulaq ağrısıdır.
 Xəstəlik sümüklərdə nekroz yaradır. İlk nekroz olan sümük gicgah
sümüyünün lateral ve alt hissəsidir. Bu yol mastoide və stilomastoid
dəliyinə doğru yayılır. Ovvəlcə fassiyal sinir iflici meydana g əlir Sonrakı
mərhələdə foramen jugulare tutulur
Xəstəliyin tanınmasında əsas əlamətlər bunlardır:

 1. Xəstələr əsasən yaşlı diabetiklər, ya da immun sistemi pozulmuş olan


insanlardır,
 2. Davamlı kəsməyən və gecələri şiddətlənən qulaq ağrıları,
 3. Xarici qulaq keçəcəyinin sümük və qırğırdaq hissələrinin kəsişmə
nöqtəsində başlayan və xarici qulaq keçəcəyinin dərin hissəsinə qədər
uzanan qranulyasiya toxuması;
 4. Bakteriyaların xəstəliyə qoşulması nəticəsində qulağdan olan
axıntılar,
 5. Üz sinirində ifliclər.
İNSTRUMENTAL MÜAYİNƏLƏR

 Otoskopiya başlıca müayinə üsuludur. Bu metodu adi qulaq


qıfı ilə yanaşı otoskop, mikroskop və endoskopun köməkliyi
ilə da aparmaq olar.
► Eşitmənin müayinəsi danışıq və kamertonlarla (akumetriya)
və audiometrlərin köməkliyi ilə aparılır. Bu zaman alınan
nəticələr eşitmənin səsi nəql etmə aparatının pozulması
tipində zəifləməsini göstərir.
► Bədxassəli XO zamanı rentgenoloji (KT) müayinə
FİZİKAL MÜAYİNƏLƏR
 Qulaq seyvanının palpasiyası və traqusun basılması zamanı ağrılar kəskin artır;
 ► Otoskopiya zamanı xarici qulaq dərisinin infiltrasiyası, hiperemiyası hesabına
keçəcəyin daralması: həmin infiltrasiya qulaq seyvanı ətrafı yumşaq toxumalara,
məməyəbənzər çıxıntıya yayıla bilər.
 ► Xarici qulaq keçəcəyində deskvamasiya olunmuş epidermis və irin hesabına
kəskin qoxulu ifrazat kütləsi müşahidə edilir (diffuz xarici otitlərə daha çox
xarakterikdir);
 ► Qulaqətrafı limfa düyünləri palpasiya zamanı bərkimiş vəolurlar olurlar;
 ► Eşitmə, səsi nəql etmə aparatının pozulması tipində zəifləmiş olur;
► Məhdud xarici otit zamanı xarici qulaq keçəcəyinin divarlarının birind ə zarlı-
qığırdaq hissədə bir və ya bir neçə iltihabi düyün üzə çıxır ki, onlarda da x əst əliyin
mərhələsindən asılı olaraq nekrotik özək ola, yaxud olmaya bilər. Bu zaman xarici
qulaq keçəcəyində başqa heç bir patologiya müəyyən edilmir.
► Regionar limfa düyünlərinin böyüməsi
LABORATOR MÜAYİNƏLƏR

 Qanın ümumi
müayinəsi;
► qanda və sidikdə
qlükozanın təyini;
► qulaq ifrazatının
bakterioloji müayinəsi
və mikrobların
dərmanlara
həssaslığının təyini;
► qanın sterilliyinin
təyini.
DİFFERENSİAL
Ağıl dişlərinin çıxması. Bu zaman müşahidə olunan ağrılar xarici
qulağa irradiasiya edə bilər. Ancaq otoskopik dəyişkənliklərin,
eşitmə zəifləməsinin olmaması, qulaq seyvanının palpasiyasının
ağrısız olması diaqnostikaya köməklik edir. Stomatoloqla
məsləhətləşmək lazımdır.
Gicgah-çənə oynağının artrozoartriti. Bu xəstəliklərdə də ağrılar
xarici qulaq nahiyəsində üzə çıxa bilər. Xəstənin ağzının
açılması, çeynəməsi pozularaq ağrılı olur. Diaqnoz otoskopiya
zamanı dəyişikliklərin olmaması, oynağın palpasiyasında ağrının
güclənməsi, ağzın açılması zamanı çənənin xəstə oynaq tərəfə
meyl etməsi, oynağın rentgen müayinəsi ilə təsdiqlənir.
Stomatoloqun məsləhəti lazımdır.
RESİDİVLƏŞMƏ
Xəstəlik, adətən, qısa müddətə bitir. Ancaq bir çox hallarda
residivləşmə qeyd olunur. Bu zaman vaksinterapiya, anatoksinlərin
vurulması, autohemoterapiya, vitaminlər (A, B qrupu, C) tətbiq edilir.
Ağır klinik gediş və bədxassəli xarici otit zamanı təcili hospitalizasiya
lazımdır.
CƏRRAHİ MÜALİCƏ
Ancaq bədxassəli gedişə malik XO zamanı göstərişdir: nekroza uğramış toxumalar
xaric edilir.

PROQNOZ
Əksər hallarda xoşdur. Bədxassəli gedişə malik XO istisna təşkil edir. Bu zaman
ağırlaşmış anamnezi olan yaşlı insanlarda h ətta letallıq da ola bil ər.
MÜALİCƏ
Müalicənin məqsədləri:
 Xəstəliyin əlamətlərinin qısa müddətdə ləğv edilməsi;
 Ağırlaşmaların inkişafının qarşısının alınması;
 Residivlərin profilaktikası;
 Həyat keyfiyyətinin yüksəlməsi.
Müalicə zamanı su proseduralarından 7-10 gün ərzində imtina
etmək lazımdır (xüsusən üzgüçülükdə)
Ağrılar yox olanadək eşitmə cihazının istifadəsi
məhdudlaşdırılmalıdır .
Müalicə, adətən, ambulator aparılır.
Kəskin diffuz otitdə müalicə

 Xarici qulaq keçəcəyinin infeksiyası şiddətinə və yayılmasına görə lokal və


ümumi müalicə tədbiq olunur. Yüngül hallarda qulaq damcıları ilə lokal
müalicə aparılır.
 Əsasən steroidli və antibiotikli damcılar (neomisin, gentamisin), xarici
qulaq keçəcəyini asidik edən damcılar (propilen glikol, borasid v ə asetik
asit) istifadə olunur. Steroid xarici qulaq keçəcəyindəki ödemi azaldır.
Neomisin və gentamisin bakteriyalara qarşı effektlidir. Sirk ə xarici qulaq
keçəcəyinin ph-nı turşuya çevirməklə infeksion mühiti pozur. Eyni m əqs ədlə
3%-li aluminium asetat məhlulu da istifadə oluna bilər.
 Lokal istifadə olunan preparatların bəzi mənfi cəhətləri vardır. Uzun
müddət antibiotikli damcıların istifadəsi dərinin həssaslığını artırır v ə eyni
zamanda antibiotiklərə qarşı rezistenlik yaradır. Propilen
glikol dərmanların dərinin üstünə yapışmasını artırır və bu səbəbdən xarici
qulaq keçəcəyi daha da daralır. Steroidlər isə ödemi azaltmaqla yanaşı
bakteriyalar üçün qidalı mühit yaradırlar.
 Sistemli yolla antibiotik verilməsi ancaq şiddətli infeksiyalar
zamanı olur. Siprofloksasindən istifadə oluna bilər (10 gün, 2 x
500 mg). Ancaq bu antibiotik 17 yaşdan aşağı uşaqlarda əks
göstərişdir. Çünki qığırdaq toxumasının inkişafını ləngidir.
Ciddi ağrısı olanlarda sistemik olaraq QİƏDV və analgetiklər
istifadə olunur.
 Xarici qulaq keçəcəyinin infeksiyalarında ən yaxşı lokal müalic ə
preparatlari bor va oksigen qarışığından ibarət olan
damcılardır. Bu qarışıq həm antiseptik, həm də pH turşulu
xüsusiyyətlərinə görə daha effektlidir. Qulağda keratin
təmizlənməsini rahatlaşdırır. Adətən 3-5 gün müddətində
istifadə olunur. Daha sonra xarici qulaq keçəcəyi təmizlənilir.
Bu təmizlənmə mikroskop altında edilməlidir. Ödem
çəkildikdən sonra 10 gün yenidən damcılar danızdırılmalıdır v ə
ən az 6 ay sudan qorunmaq məsləhətdir.
Nekrotik xarici otitdə müalicə

 Ən effektli müalicə - antibiotik qruplarının istifadəsidir. Prosesa


bakteriyalar qoşulduqda (məsələn Pseudomonas), bu zaman digər
antibiotiklərlə kompleks terapiya aparılır. Həmçinin gentamisinli
damcılar və borik asid də istifadə oluna bilinər.
 Medikamentoz müalicə effekt verməzsə, cərrahi müalicə aparılır. Bu
zaman nekroz və qranulyasion toxuma təmizlənir, mastoid hüceyrələri
açılır, venoz sinuslar müayinə edilir, fassiyal sinirlər dekompressiya
edilir. Hatta nekroz kəllə çuxuruna qədər irəliləyibsə, subtotal
petrozektomiya aparılır.
PROFİLAKTİKA
XO profilaktikasında önəmli yeri qulaqların t əsadüfi əşyalarla
və ya pambıqlı zondlarla təmizlənməsinin qadağan olunması
tutur. Tozlu, rütubətli işlərdə, yüksək təzyiqli qaz mühitind ə
çalışan şəxslər xüsusi nəzarət altında olmalıdırlar. Bel ə ki, bu
şəxslərdə xarici qulaq dərisinin toz hissəcikl əri il ə günd əlik
mikrotravmaları, yüksək rütubət və təzyiqin t əsiri il ə d ərinin
maserasiyası iltihabi prosesin əm əl ə g əlm əsin ə v ə davam
etməsinə gətirib çıxarır. Xarici otitli xəst əl ərd ə müalic əd ən
sonra xarici qulaq keçəcəyindən kontrol yaxma götürülür; 3-
4 ay qulağa su düşməkdən qorunmaq tövsiy ə edilir;
dispanser müşahidə 1 il ərzində aparılır.

You might also like