You are on page 1of 13

Bakterial

vaginoz

HÜSEYNOVA GÜNAY
218A-11b
 Bakterial vaginoz (BV) uşaqlıq yolu mikroflorasının
kəskin disbalansı nəticəsində yaranan xəstəlikdir. Bu
xəstəlik uşaqlıq yolunun normal mikroflorasının
anaerob mikroorqanizmlərlə (Gardnerella vaginalis,
Mikoplazma hominis, fuzobakteriyalar, peptokokklar
və s.) kolonizasiya olunması ilə xarakterizə olunur.
 Klinik qabarıq BV qadınların 50-76%-də rast gəlinir.
Xəstəlik hallarının 24-50%-də laborator üsullarilə
simptomsuz BV-yə diaqnoz qoyulur.
Xəstəliyin etiopatogenezi.
 BV-nin əmələ gəlməsində orqanizmdə baş verən
immunoloji, hormonal pozulmaların və qeyri- rasional
antibiotikoterapiyanın mühüm rolu vardır. normal uşaqlıq
yolu qrammüsbət, qrammənfi aerob, fakultativ-aerob və
obliqat anaerob mikrofloraya malikdir. Reproduktiv yaşda
olan sağlam qadınların vaginal mikrobiosenozun 95-98%-ni
laktobakteriyalar təşkil edir
 Laktobakteriyalar H,O, sintez edərək uşaqlıq yolunda turş
mühit yaradır (normada uşaqlıq yolu pH-3,8-4,5).
Laktobakteriyalar uşaqlıq yolunun selikli qişasının epitel
hüceyrələrinə yapışaraq digər mikroorqanizmlərlə
konkurensiyaya girir. Süd turşusu bakteriyalarının fəaliyyəti
nəticəsində uşaqlıq yolunda məskunlaşan digər
bakteriyaların fəaliyyəti zəifləyir.
 Bakterial vaginozda laktobakteriyaların azalması,
hətta tamamilə olmaması nəticəsində Gardnerella
vaginalisin replikasiyasına əlverişli şərait yaranır.
Bundan başqa digər anaeroblar da vaginal florada
üstünlük təşkil etməyə başlayırlar.
 Gardnerella vaginalis uşaqlıq yolu sekretindəki
aminturşularını karboksizləşdirir. Məhz aminlər
(kadaverin, putressin və s.) uşaqlıq yolu ifrazatının
xoşagəlməz iyə ("iylənmiş balıq iyi") malik
olmasına səbəb olur. Nəticədə uşaqlıq yolu pH-1
yüksəlir (pH>4,5).
Klinika
 Xəstəlik aşağıdakı klinik əlamətlərə malikdir:
 cinsiyyət yolundan çoxlu miqdarda ağ-boz rəngli ifrazatın
gəlməsi;
 cinsiyyət yolundan ifrazatın xoşagəlməz balıq iyinə malik
olması;
qaşınma və
 uşaqlıq yolu dəhlizində, uşaqlıq yolunda qaşınma, yanğı hissi; qızartı
 cinsi əlaqədən sonra xoşagəlməz hissin və pis qoxunun olması
(50% hallarda). bozumtul - ağ və ya
sarı axıntı

Balıq qoxusu

cinsi əlaqədən sonra


vaginal qanaxma

sidik ifrazı zamanı


yanma hiss
Diaqnostika
 Bakterial vaginozun diaqnostik kriteriləri R.Amsel və b. (1983)
təklif etdiyi aşağıdakı əlamətlərə əsaslanır:
 1) homogen xamayabənzər "balıq iyli" uşaqlıq yolu ifrazatı ;
 2) uşaqlıq yolu pH-nin >4,5 olması (5-7,5);
 3) "açar" hüceyrələrin olması (xəstələrin 95%-də nativ
preparatda uşaqlıq yolunun selikli qişasının yastı epitel
hüceyrələrinin səthində yapışmış qrammənfi çöplər aşkar
olunur);
 4) amin testinin müsbət olması (uşaqlıq yolu ifrazatına 5-10%-li
KOH məhlulu əlavə edildikdə spesifik "balıq iyi"nin əmələ
gəlməsi.
 Bunlardan əlavə uşaqlıq yolu yaxmalarında laktobakteriyaların
az miqdarda olması, yaxud tamamilə olmaması, leykositlərin
sayının az olması əlavə diaqnostik əlamətlərə aiddir.
Bakterial
vaginoz zamanı
açar hüceyrələr
 BV-nin laborator diaqnostikasında uşaqlıq yolu sekretinin Qram üsulu ilə
rənglənməsi dəqiq və həssas üsul hesab edilir. Yaxma 400 dəfə böyüdülmüş
mikroskopiyada tədqiq olunur. Yaxmadakı mikroorqanizmlərin morfoloji
tipləri 4 kateqoriyada təs- nif edilir (C.A.Spiegel et al., 1983):
 1) 1+ (görmə sahəsində 1)
 2) 2+ (görmə sahəsində 1-5)
 3) 3+ (görmə sahəsində 6-30)4)
 4+ (görmə sahəsində > 30) .
 Bakterial vaginozda yaxmada laktobasillərin morfotiplərinin sayı (iri
qrammüsbət basillər) azalır (1+ yaxud 2+), digər morfotiplər isə
(Gardnerella spp. və anaeroblar) artır.
Müalicə.
 BV-nin müalicəsi uşaqlıq yolunun normal biosenozunun bərpası,
desensibilizǝedici və immunokorreksiyaedicimüalicədən ibarətdir.
 Müalicənin birinci mərhələsi uşaqlıq yolunun 2-3%-li 100 ml süd
turşusu və ya bor turşusu məhlulları ilə 7 gün ərzində instillyasiyasından
ibarətdir. Seçici preparatlar qismində metronidazol 500 mq gündə 2 dəfə
7 gün (yaxud klindamisin 300 mq gündə 2 dəfə) daxilə təyin edilir.
0,75-1%-li metronidazol məlhəmi, ya-xud şamları intravaginal şəkildə
tətbiq edilə bilər. 2%-li klindamisin məlhəmi və yaxud şamları effektiv
təsirə malikdir. BV-nin müalicəsində alternativ preparatlardan
kotrimoksazol məlhəmi (gündə 2 dəfə 7 gün) işlədilir.
 Bakterisid aktivliyə malik olan məhlullar (məsələn, tantum roza və s.)
vaginozun müalicəsində effektlidir. Hazırda BV-nin çox hallarda
kandidozla yanaşı rast gəlindiyini nəzərə alaraq xəstəliyin müalicəsində
kombinəedilmiş preparatlardan geniş istifadə olunur. Bu preparatlar
sırasına terjinan, Klion-D və s. daxildir. Terjinanın tərkibində olan
ternidazol uşaqlıq yolu mikroflorasının anaerob komponentinə,
antimikotik-nistatin isə maya göbələklərinə, neomisin sulfat-qram-
müsbət və qrammənfi bakteriyalara öldürücü təsir göstərir. Tərkibindəki
prednizolon iltihab əlamətlərini (hiperemiya, ağrı, qaşınma) aradan
qaldırır. Preparat gündə 1 dəfə 10 gün müddətində təyin edilir.
 Klion-D intravaginal kombinəedilmiş preparatın tərkibinə 100
mq metronidazol və 100 mq mikonazol nitrat daxildir.
Metronidazol obliqat anaeroblara, trichomonas vaginalisə,
entamoeba histoliticaya münasibətdə aktivdir. Mikonazol nitrat
C.albicans-a bakterisid təsir edir. Bakterial vaginozun müalicəsi
üçün bu preparat gündə 1 dəfə uşaqlıq yoluna 10 gün təyin edilir.
 BV-nin müalicəsinin ikinci mərhələsi normal uşaqlıq yolunun
biosenozunun təmin edilməsidir. Bu məqsədlə asilakt, bifidobakterin,
laktobakterin, biovestin və s. tətbiq edilir. Uşaqlıq yolu disbiozunun
korreksiyası ilə yanaşı, bağırsağın mikroflorasının vəziyyəti
qiymətləndirilməli və vaxtında müalicə aparılmalıdır.
 Xəstəliyin residivləşən gedişində solkotrixovak vaksinindən istifadə
olunur. BV-nin profilaktikası digər sidik-cinsiyyət sisteminin
infeksiyalarında olan prinsiplərə əsaslanır.

You might also like