You are on page 1of 18

●Təlim-tərbiyə-təhsil .Onların ortaq cəhətləri.

Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir
məqsədə – şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm TƏRBİYƏ, həm də
TƏLİM təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir
ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni,
təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim
prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir
sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol
oynayır.birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, Təlim-tərbiyə-təhsil
şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafını tənzimləyir. Çünki təhsil insanın bilik,
bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün
formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Geniş (sosial)
mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların,
ideya və baxışların gənc nəslə ötürülməsi kimi başa düşülürsə, dar (pedaqoji)
mənada tərbiyə tərbiyəçilərin, eləcə də təlim və təhsilin mütəşəkkil və
məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi anlaşılır.

TƏLİM VƏ TƏRBİYƏNİN ORTAQ PRİNSİPLƏRİ:Həyatla əlaqə,fərdi və yaş


xüsusiyyətlərinin nəzərə alınması,şüurluluq və fəallılıq,sistemlilik və ardıcıllıq
.Bundan əlavə olaraq təlim və tərbiyənin
üsullarında(mühazirə,məruzə,müsahibə,məşq,yarış,disput,özünənəzarət
,özünəqiymət,problemli situasiya ) ,təşkili formalarında da ( fərdi,qrupla,kütləvi)
ümumilik vardır.

təlim, tərbiyə və təhsildə məqsəd və məzmunun

vəhdəti ilə, hərəkətverici qüvvələrə və qanunauyğunluqlara malik olması ilə tamlıq


həyata keçir. Real həyatda insan şəxsiyyəti hissə-hissə formalaşmır, onun əqli
keyfiyyətləri əxlaqi keyfiyyətlərindən ayrılıqda inkişaf etmir. Şəxsiyyəti
səciyyələndirən mənəvi keyfiyyətlər qarşılıqlı surətdə bir-birinə təsir göstərir,
biridigərinin formalaşmasını şərtləndirir.

Tərbiyə də təlim kimi üç


funksiyanı – sırf tərbiyəvi, öyrədici və inkişaf etdirici funksiyanı yerinə yetirir.
Təlim prosesində elmi anlayışların, təsəvvürlərin, qanun və nəzəriyyələrin, bacarıq
və vərdişlərin formalaşması, tərbiyə prosesində isə əxlaqi, ideya, estetik və s.

keyfiyyətlərin, qaydaların, ideyaların, ictimai mənalı münasibətlərin, davranışların


formalaşması üstünlük təşkil edir. Təlim və tərbiyə uşaqların psixi inkişafını
şərtləndirdiyi kimi, inkişaf da öz növbəsində təlim və tərbiyənin müvəffəqiyyətinə
imkan verir. Tam pedaqoji prosesə daxil olan proseslərin spesifikliyi onun əsas
funksiyalarını müəyyənləşdirən zaman özünü göstərir. Təlim prosesinin əsas

funksiyası öyrətmək, təhsil prosesinin əsas funksiyası təhsil almaq, tərbiyə


prosesinin əsas funksiyası tərbiyə etmək, inkişaf prosesinin əsas funksiyası isə
inkişaf etdirməkdir. Adı çəkilən proseslərin hər biri tam pedaqoji prosesdə digər

funksiyaları da yerinə yetirir: təhsil təkcə təhsilalma funksiyasını yox, həm də


tərbiyəedici, həm də inkişafetdirici funksiyasını da yerinə yetirir. Təlim isə həm
təhsilləndirici, həm tərbiyəedici, həm inkişafetdirici, həm nəzarətedici funksiyanı

yerinə yetirir və s.

Təlim və tərbiyənin vəhdəti praktik üsullarda açıq görünür. Praktik üsullar,


xüsusən müstəqil işlərin müxtəlif formaları, növləri təlimdə də, tərbiyədə də tətbiq

olunur. İstər təlimdə, istərsə də tərbiyədə şagirdlərin müstəqil işlərinin təşkili


zamanı bəzən əməli işin müvəffəqiyyətli icrası üçün zəruri olan bacarıq və
vərdişlərə nisbətən adi iradi səyə, məqsəd yolunda göstərilməli olan cəhdə çox

ehtiyac duyulur. Təlim və tərbiyənin özlərinə məxsus spesifik xüsusiyyətləri və


vəzifələri olsa da, hər ikisi şagird şəxsiyyətinin vəhdətdə formalaşmasına xidmət
edir. Psixi

proseslərin formalaşmasında təlim və tərbiyə funksiyalarını yalnız ayırmaqla


kifayətlənmək olmaz. “Bəzi pedaqoqlar güman edirlər ki, təlim şagirdlərdə elmi
anlayışları – məfhumları formalaşdırır və buna görə də onlarda nəzəri təfəkkürü
inkişaf etdirir. Bu fikri əsas götürən fənn müəllimləri təlim zamanı şagirdlərin
psixoloji inkişafına ciddi ziyan vururlar.”Çünki onlar dərsi anlayışlar zəminində
qurmağa çalışır, məntiqi mühakimələrə uyur, təxəyyülün, emosionallığın, digər
psixoloji keyfiyyətlərin zəruriliyini isə
unudurlar. Halbuki, təlimin müvəffəqiyyəti üçün digər psixoloji inkişaf məntiqi
təfəkkürün inkişafı qədər zəruridir

●Təlimin texnologiyalarının prinsipləri hansılardır?

1terbiyeedici telim prinsipi,2inkshafetdirici telim prinsipi 3muveffeqiyet qazanmaq


prinsipi4Shagirdlerle eks elaqe prinsipi 5tekrar etmek prinsipi 6Optimal psixi
gerginlik prinsipi 7telim prosesinde shagirdlerin maksimum ishriraki prinsipi8
yaxin inkshaf zonasina oriyentasiya prinsipi9vahid meqsedler ucun birleshmek
prinsipi

●Tehsilin esas meqsedi nedir? Milli deyerlere hormet eden,oz adet anenelerini
qoruyan musteqil fikirler yuruden,yaradici olan genc yetisdirmek

●Muellimin peşe qabiliyyetleri hansilardir?

Tewkilatciliq

Didaktik

Kommunikativ

Suqqestik

Perseptiv

Elmi- idraki

Analitik

●Gerbde 8 guseli ulduzun menas; nedir? AY Ulduz göytürklərdən qalma


simvoldur. Əski(qədim) türk mixi əlifbasının hərfləri ilə ölkəmiz 8 hərfdən
ibarətdir. Qobustan qayaustu resmlerinde de oz eksini tapib. Bizim xalqa xas olan
bir simvoldur/

Müsahibə proqramına uyğun mövzu:

Mövzu:"Müəllimin kompetentliyi"
Kompetentlik müəllim şəxsiyyətinin inteqral keyfiyyətidir. Hər bir zamanın öz
tələbi vardı və bu tələbdən irəli gələn bacarıqlar müəyyən olunur. Yaşadığımız
qlobal rəqəmsal dünyada XXI əsrin Avropa müəlliminin kompetentliyi belədir:

– savadlıq;

– yaradıcı təfəkkür;

– ünsiyyət;

– nəticəlik;

Savadlıq:

– yeni pedaqoji texnologilardan və İKT istifadə bacarığı;

– şagirdlərə öyrənməyi öyrətmək bacarığı

– alınan biliyin həyatı biliklərə çevirmə bacarığı və s.

Yaradıcı təfəkkür:

bilikləri bir-biri ilə uzlaşdıraraq yeni bir bilik yaratma bacarığı;

Ünsiyyət:

komunikabelli olaraq sosial biliklərə əsaslanaraq müəlim –şagird, şagird-şagird,


şagird-müəllim-valideyn ünsiyyətinin qurma bacarığı.

Nəticəlik:

-hər bir görülən işin, aparılan dərsin nəticəsi olmalıdır.

Müəllimin professional kompetentliyinin inkişafının mexanizmləri:

-təlimlərdə, kurslarda iştirakı, özünətəhsil, yeni təlim metodlarından, İKT istifadə;

-yaradıcı dərslərin verilməsi, yaradıcı hesabat , müsabiqələrdə iştirakı və s.

Müəllimin kompetentliyi şagirdin kompetentli olmağının əsasıdır. Bu cür bilik və


bacarığın sahibi olan hər bir müəllim yaxşı savad verməklə kifayətlənmir.
Onlar şagirdlərdə İKT-ilə işləmək və aldığı informasiyanı biliyə çevirərək ondan
daim istifadə etmək , ünsiyyətli olmağı, öz biliklərinə əsaslanaraq öyrənməyi
öyrənmək bacarığını inkişaf etdirir. Yaradıcı müəllim yaradıcı təlim prosesi
quraraq bu prosesdə hər bir şagirdin təfəkkürünün inkişafına zəmin yaradır

Ayşən Müəllimə

Müsahibə proqramı:

Təhsil sahəsi üzrə məlumatlılıq, ümumi dünyagörüşü

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil sahəsində

dövlət siyasətinin əsas prinsipləri, təhsilin əsas məqsədi, təhsilin məzmununa və

təşkilinə dair ümumi tələblər, ümumi təhsillə bağlı məsələlər;

2.2. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda


ümumi

təhsil, o cümlədən müəllim peşəsi ilə bağlı strateji hədəflər və nəzərdə tutulan

tədbirlər;

2.3. Müəllimlərin etik davranış qaydaları.

2.4. Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı ən vacib biliklər;

2.5. Ölkədə və dünyada baş verən və tarixi əhəmiyyət daşıyan hadisələr, tədbirlər,

təhsil və iqtisadi sahədə inkişaf tendensiyaları barədə məlumatlılıq.

Ayşən Müəllimə

Sintez nədir?

Əvvəlcə açar sözlərə nəzər salaq:

■yaradır

■tərtib edir
■yazır

■nitq edir

Sintez-ümumiləşdirilmiş informasiyadan yeni bir informasiyanın


yaradılmasıdır.Deyək ki, şagirddə idrak taksonomiyasının bütün səviyyələri, yəni,
bilik-qavrama-tətbiq-təhlil formalaşıb, artıq şagirdlər bu səviyyələrdən istifadə
edərək, yeni bir informasiya yarada biləcək.

Nümunə:

Deyək ki, şagirdə kompüter və telefonu sökmək tapşırılıb. Şagird hər ikisin sökə
bilir, hissələrə ayıra bilirsə, deməli, onda təhlil etmə bacarığı var.

Amma əgər şagird sökülmüş kompüter və telefonun hissələrindən götürüb yeni bir
qurğu yarada bilirsə, deməli, onda sintez bacarığı formalaşıb. Çünki yeni bir şey
tərtib edə bilir(açar söz tərtib etmək), yarada bilir( açar söz yaradır).

Başqa bir nümunə:

Deyək ki, istedadlı bir şagird quşların necə uçmasının elmi nəzəriyyəsini bilir və
hər hansı bir materialı da gözünün önünə qoyub onları bir-birilə əlaqələndirərək
xəyalən nəzərindən keçirdiyi bir formanın şəklin çəkir. Öz ideyalarına söykənərək
çəkdiyi şəkildə "təyyarə" təsvir edilmişdir.

Ayşən Müəllimə

Həssas və küsəyən uşaqlara acı da olsa həqiqətləri görməyi və dözümlülük


öyrədilməlidir. Sərt xasiyyətli uşaqlara isə onları duyğulandıracaq, örnək verərək
həssas olmağına çalışılmalıdır.

Ayşən Müəllimə

Müsahibə proqramına uyğun mövzu:

Psixoloji hazırlıq (müəllimin)

3.1. Analitik təhlil aparmaq, məntiqi nəticə çıxarmaq qabiliyyəti;

3.2. Nitq qabiliyyəti (aydın, dəqiq və ifadəli danışıq) və dinləmə bacarığı;


3.3. Emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı;

3.4. Səmimilik, özünüqiymətləndirmə, özünütənqid keyfiyyətləri.

Ayşən Müəllimə

Müsahibə proqramına uyğun mövzu (mövzunu bir qədər dəyişə bilərsiniz,


məsələn: müəllim-şagird münasibətləri istiqamətində)

Aqressiv usaqlara nece davranmali?

AQRESSİV UŞAQLARA NECƏ DAVRANMALI?

1. Səs tonunuza diqqət edin.

Yüksək səslə danışmaq uşağı daha aqressiv edir. Şüuraltı olaraq mənfi təsir
göstərir.

2. Fiziki cəza olmaz!

Qəzəbinizi idarə etməyi bacarın. Uşağa qarşı səs yüksəltmək, vurmaq heç də doğru
üsul deyil. Əgər uşağınızın qışqırmasını istəmirsinizsə, ilk növbədə siz bu cür
davranmamalısınız.

3. Nümunə olun.

Siz düzgün davranın ki, uşağınız sizi nümunə götürsün. Unutmayın ki, uşaqlar
böyükləri təqlid edərək böyüyür.
4. Müsbət davranışlarını mükafatlandırın.

Əvvəlcədən şərt kəsin. Məsələn, bu gün sözə qulaq asan uşaq olsan, yeməyini
yesən, səsini yüksəltməsən, daha sakit olsan səni parka aparacağam. Amma
əvvəlcədən hansı şərtlə hansı mükafatı verəcəyinizi mütləq ona deyin. Mükafatı
sözünü tutduğu təqdirdə tez bir zamanda yerinə yetirin. Günün sonunda
mükafatlandırın, gecikməyin,sonrakı günü gözləməyin. Əgər uşaq sözünü
tutmayıbsa, mükafatlandırmağınız səhv hərəkət olar.

Mükafatlandırma hansısa bir hədiyyədən daha çox sözlə ifadə olunmaqla və ya


daha müsbət tərəfə yönəltməklə (məsələn, yuxarıda qeyd edildiyi kimi parka
aparmaq) həyata keçirilsə daha yaxşı olar.

Sözlərinizlə onu mükafatlandırın, qürurlandırın.Məsələn,

“Afərin sənə, sözünü tutdun”.

“Mən bilirdim ki, sən verdiyin sözləri tutursan.”

“Mən sənə onsuz da inanırdım. Afərin sənə!”

“Səninlə fəxr edirik!” və s.

5. Səbirli olun və izah edin.

Hər şeyə qadağa qoymaq düzgün deyil. Nəyi nə üçün qadağan etdiyinizi səbirlə
izah edin. Zərərlərini, itirə biləcəklərini açıqlayın.

6. Sosial normaları izah edin.

Cəmiyyətdə necə davranmalı olduğunu, böyüklərə, yaşlılara, qadınlara, uşaqlara,


valideynlərinə hörmətlə yanaşması gərəkdiyini, hansı davranışların müsbət,
hansıların mənfi olduğunu hər fürsətdə izah edin. Hər kəsə qışqıran, aqressiv
davranan insanın insanlar tərəfindən sevilmədiyini, dostlarını itirə biləcəyini
söyləyin.

7. Aqressiv və inadkar olduğu vaxt istəyini yerinə yetirməyin.


Doğru olmadığını səbirlə və sakit səslə izah edin. Qışqırmayın və tərsləşməyin!

8. Mübahisə etməyin.

Uşaq qəzəbli, gərgin, həyəcanlı olanda mübahisə etməyin. Sakitləşdikdən sonra


səhvlərini deyin.

9. Ünsiyyət qurmasına kömək edin.

Mümkün olduğu qədər uşaqlarla ünsiyyətdə olmasını təmin edin. Öz vəzifə və


məsuliyyətini dəsr etməsinə kömək edəcək. Lakin ünsiyyətdə olduğu uşaqlara
diqqət edin. Aqressiv, dalaşqan uşaqlardan mümkün qədər uzaq tutun.

10. Sakitləşməsi üçün imkan yaradın.

Uşaq qəzəbli olduğu vaxt sakitləşməsi üçün yastığı yumruqlaması, vərəqi


doğraması və s. kimi zərərsiz üsullardan istifadə etməsinə şərait yaradın ki, bütün
qəzəbini insanlara deyil zərərsiz olaraq cansız əşyalar töksün. Bu, onu
sakitləşdirəcək.

11. Uşağınızı tanıyın.

Onu hirsləndirə biləcək şeyləri müəyyənləşdirin və mümkün olduğu qədər məntiqli


şəkildə bunlardan uzaq durun.

12. Səhvlərini deyin.

Aqressiv olduqları vaxt sakitcə otağına göndərin. Əgər getmirsə onun yanından
uzaqlaşın. Lakin sonra nəyi səhv etdiyini və nə üçün ona “olmaz” dediyinizi izah
edin.
15.Ailə üzvlərinin sözü bir olsun.

Belə şəraitdə ailə üzvlərindən biri sərt digəri həddən artıq yumşaq davranarsa uşaq
daha da ərköyünləşər, inadkar və eqoist olar. Bir sözlə, ciddi ziddiyyətlər yaşayar.

16.Uşağınıza qarşı sən tərssən, aqressivsən və s. ifadələr işlətməyin.

Belə olduqda o, daha da aqressivləşər.

ƏN ƏSASI övladınızı bir ŞƏXSİYYƏT kimi qəbul edin və ona hörmət edin!

Bunlara riayət edin. Unutmayın ki, uşağınızın gələcəyi sizin bu gün onu tərbiyə
etməyinizdən asılıdır. Övladınız üçün bunu edin...

Ayşən Müəllimə

Müsahibə sualı

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil sahəsində


dövlət siyasətinin əsas prinsipləri

Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.0.1. humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının,


insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və
insanlara qayğı və hör-mətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul
оlunması;

3.0.2. demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi,


təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və
azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;
3.0.3. bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına
imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;

3.0.4. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və


оnların dia-lektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin
yaradılması və inkişaf etdirilməsi;

3.0.5. keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi


tələblərə, şəх-siyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;

3.0.6. səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn
nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;

3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris


prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı,
təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması
və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;

3.0.8. varislik – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq
növbəti nəslə (dövrə) ötürülməsi;

3.0.9. liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının


genişləndirilməsi;

3.0.10. inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada
qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.

Ayşən Müəllimə

Özünüqiymətləndirməyə və öz gücünə inamı yüksəltməyə imkan yaradan


məsləhətlər.

İnsanın özünə inamı problemini dərindən araşdırmış məşhur Lazarus, bu mühüm


hissə əsaslanan bir sıra keyfiyyətləri xüsusi qeyd etmişdir:

1.Öz istəkləri və tələbatları haqqında açıq-aydın danışmaq bacarığı.


2.“Yox” demək bacarığı.

3.Öz hissləri barədə açıq danışmaq bacarığı.

4.Ünsiyyət qurmaq, davam etdirmək və bitirmək bacarığı.

Təəssüflər olsun ki, xalqımızın bəzi ənənələri öz istəkləri barədə danışmağa əsrlər
boyu qadağa qoymuşdur. Bu xüsusilə qadınlara və uşaqlara aid edilir. Çox hallarda
bu, mədəniyyətsizlik, ədəbsizlik, həyasızlıq kimi qəbul edilirdi. Hələ indi də
“başqasının xətrinə dəymək olmaz”, “yaxşı deyil” deyərək öz rahatlığımızı,
komfortumuzu, vaxtımızı qurban vermək halları ilə tez-tez rastlaşmaq olar.
Başqasına, xüsusilə böyüklərə etiraz etmək eşidilməmiş kobudluğa və ya təhqirə
bərabər sayılır. Ətrafdakı haqsızlıqlar və cinayətlər susaraq razılaşmağımız
nəticəsində baş vermirmi? Əgər uşaqlıqdan hər kəsi öz şıltaqlıqlarına, zəifliklərinə,
pis adətlərinə, kobudluqlarına “yox” deməyi öyrətsəydilər, əminik ki, hər bir
insanın həyat vərdişləri daha mükəmməl olardı. Müasir insanlar “hisslər dilində”
danışmağı tamam yadırğamışlar. Biz: “Belə düşünürəm, mənə belə gəlir, mən
hesab edirəm, mənə məlumdur və s.” deyirik. Aşağıdakı sözlərdən, demək olar ki,
istifadə etmirik: “mən məyus oldum, mən fərəhlənirəm, mənə toxundu, mən çox
həyəcan keçirirəm, mən dilxoram, mən xoşbəxtəm”.

Müasir psixologiya özünüqiymətləndirməni və öz gücünə inamı yüksəltməyə


imkan yaradan aşağıdakı məsləhətləri təklif edir:

1.Çalış özünü başqaları ilə müqayisə etməyəsən (müqayisənin kimin xeyrinə


olması əhəmiyyət kəsb etmir). Ən yaxşı yol odur ki, “bugünkü” özünü “dünənki”
özünlə” müqayisə edib, “sabahkı” özünü görə biləsən. Təhlil edərək öz keçmişinlə
müqayisədə uğur və nailiyyətlərini gördükdə özünlə fəxr etməyi öyrənməyi
bacarmaq lazımdır.

2.Özünü olduğu kimi qəbul et. Çox vaxt insanlar başqalarının nailiyyətlərinə nəzər
salıb, onların başqalarına heyran olurlar, bununla yanaşı öz dəyərli keyfiyyətlərini
və üstünlüklərini görmürlər. Özümüzdə olan keyfiyyətlərə əsaslanmalıyıq və
onlardan daha çox əhəmiyyətlə özümüz üçün istifadə etməliyik.

3.Həyatın hər bir hadisəsinə qarşı özünün mümkün alternativ əməl və


düşüncələrini hasil etməyi öyrən. Əgər sənin bir yox, bir neçə arzu və ya məqsədin
olarsa, ciddi müvəffəqiyyətsizlik məqamında səndə özünə inamsızlıq hissləri
ortaya çıxmaz.

4.Heç zaman, heç bir kimsəyə özünü pisləmə, özünə “səfeh”, “bədbəxt”,
“bacarıqsız” və s. kimi adlar vermə. Əgər bacarsan, çalış hətta bu haqda
düşünməyəsən.

5.Çalış öz istək və tələblərini çox vaxt düz və açıq söyləyəsən. Söylənməmiş və ya


tam söylənməmiş istəklər münasibətlərə anlaşılmazlıq, qeyri-müəyyənlik gətirir ki,
bu da nəticə etibarı ilə özünə yalnız ziyan gətirir.

6.İnkar etməyi öyrən. “Yox” demək bacarığı şəxsiyyətin yetkinliyini göstərir. Hər
dəfə başqasının düşüncələri arxasınca getmək və ya onunla razılaşmazdan əvvəl
fikirləş, sən həqiqətən belə düşünürsənmi? Sənə bu lazımdırmı? Öz istəyin kimi
hərəkət etmədikdən sonra özünü necə hiss edəcəksən?

7.Öz düşüncələrin hisslər dilində ifadə etmək vərdişini qazan. Belə özünüifadə
tərzi psixoloji problemlərin yığılıb toplanmasına imkan vermir, problemin həllini
və yoldaşlarla qarşılıqlı anlaşmanı asanlaşdırır.

8.Öz üzərində işlə. Kommunikativ bacarığını (ünsiyyət saxlamaq bacarığı) inkişaf


etdir, etika qaydalarını öyrən, özünüinkişafla məşğul ol. Bilən və bacaran insan
üçün özünü dəyərləndirməmək həddən ziyadə çox mürəkkəbdir. Yeni işə
başlayarkən, təcrübəni artırmaqla və müvəffəqiyyətlər əldə etməklə sən tədricən
özünə inamsız və utancaq insandan, bacarıqlı, maraqlı və özünə inamlı insana
çevriləcəksən.

“Ekstremal şəraitlərdə psixoloji xidmət”

Ali məktəblər üçün dərslik , Bakı – 2006

Müəlliflər R.Ə. Cavadov, G.B. Tağıyeva

Musahibede lazim ola bileceyi movzular ve cavablar.Ugurlar!!!

1. Təhsil nə üçün lazımdır?

İnkişafı təmin etmək üçün lazımdır

2. Sizcə “öyrənən” kimdir?

Öyrənən təcrübə aparan orqanizmdir

3. Təhsil insanın ehtiyaclarını necə təmin etməlidir?

İnsanların ehtiyacları müxtəlif olduğundan təhsil şagirdlərin fərdi xüsusiyyətlərinin


inkişafına istiqamətlənməlidir

4. Təhsil mühiti necə olmalıdır?

Təhsilin mühiti həyatın özü olmalıdır. Burada şagirdlər həyata hazırlanmamalı,


həyatın içində öyrənməlidirlər.

5. Qabaqcıl təhsilin məqsədinə olmalıdır?

Yeni təcrübəyə əsaslanaraq daim inkişaf etmək təhsilin həm əsas xüsusiyyətinə,
həm də məqsədinə çevrilməlidir

6. Məktəbin əsas vəzifəsi nə olmalıdır?

Məktəb “hərtərəfli uşaq” üçün təhsili təmin etməlidir, bütün diqqətini uşağın
ehtiyaclarına və maraqlarına yönəltməlidir

7. Məktəbin təlim mühiti necə olmalıdır?


Məktəb şagirdlərin qruplarda düşünməsini təmin edir ki, bu da yarışmanı deyil,
əməkdaşlığı təmin edir

8. Mənimsəməni təmin edən təlim necə baş verməlidir?

Şagirdlər problem həllinə əsaslanan layihələrə cəlbedilməklə praktik məsələlərdən


nəzəri prinsiplərə doğru istiqamətləndirilir (konkretdən məcaziyə

9. Proqressivist müəllimin rolu nədən ibarət olmalıdır?

Müəllim şagirdləri istiqamətləndirir və onlara məsləhətlər verir. Şagirdin təlimi


rəhbərliyin və ya dərsliklərin müəyyən etdiyi fənn biliklərinə deyil, öyrənənlərin
maraqlarına

əsaslanır.

Psixologiya yunan dilindeki 'phsicologic' sozunden goturulmus, menasi " ruh


haqqinda elm " demekdir.PSIXOLOGIYA -psixika haqqinda elmdir.PSIXIKA{ve
ya psixi hadiseler}-ise psixi proses demekdir.PROSES-latin sozu olub,her hansi bir
hadisenin baslanmasi,gedisi ve inkisaf merhelelerini eks etdiri.

Psixika ve ya psixi hadiseler uc qrupa bolunur:

1-Psixi prosesler

2-psixi hallar (veziyyetler)

3-Psixi xasseler

Bunlarin her biri haqqinda qisaca melumat verim:

PSIXI PROSES-psixi faktin dinamikasi,prosesualligidir,yeni bir muddet davam


etmesidir.Meselen,elime tikan batir,agri qisa bir muddet davam edir,bu psixi
prosesdir.

PSIXI HAL( VEZIYYET)-ise psixi faktin nisbeten daha cox davam


etmesidir.meselen,yolda qeza bas verir ve bir insan helak olur,kenardan bunu
izleyen sexs ozunu pis hiss edir ve bu onda bir nece gun davam edir.

PSIXI XASSELER-ise psixi faktin sabitliyidir.Meselen emeksever insan hemise


emekseverdir,tenbel hemise tenbeldir, ve s.
Indi ise bunlarin her biri haqda qisa deyim:Psixi Prosesler uc yere bolunur:

1-Idrak prosesler

2-idraki prosesler

3-Emosional prosesler

IDRAK PROSESLERI-etraf-alemin insanin hiss uzvlerine ve beynine tesirinden


yaranan prosesidir.Bunun menasi odur ki etrafin tesirinden insanda idrak prosesi
yaranir.Bunu idrakin novlerine baxanda asanliqla bilmek olur:

IDRAKIN NOVLERI:

1-duygular

2-qavrayis

3-diqqet

4-hafize

5-tefekkur

6-nitq

7-texeyyul

DUYGULAR-hiss uzvlerimize tesir eden cisim ve hadiselerin ayri-ayri


xasselerinin beyinde inikasidir( eks olunmasidir)

QAVRAYIS-hiss uzvlerimize tesir eden cisim ve hadiselerin xasselerinin


beynimize butovlukde,daha derinden inikasidir.

Yeni ki biri var duymaq,biri de var qavramaq.qavramaq daha derin prosesdir.

DIQQET-suurun mueyyen obyekt uzerine yonelmesi ve merkezlesmesi prosesidir.

HAFIZE-melumati yaddasaxlama,hifzetme(qoruma),yadasalma ve tanima


proseslerinin birge mefumudur.Yeni biz hansisa melumati yadda
saxliyirqsa,hansisa hadiseni yada saliriqsa,kimise yolda gorende tanimaga
calisirqsa hafizemiz fealiyyetdedir demekdir
TEFEKKUR-cisim ve hadiselerin umumi elametlerinin beyinde inikasidir.tutaq ki
hansisa olkeye seyahet etmisik,iller sonra kimse o olke haqqinda bize danis
deyende tefekkurumuzu ise salib bu haqda danisiriq.

NITQ-insalnar arasinda heyata kecirilien unsiyyet prosesidir.(DIL-ise insanlar


arasinda unsiyyeti heyata keciren vasitedir,sehv salmaq olmaz!!!!)

TEXEYYUL-qavrayis materiallarinin islenmesi esasinda yeni suretlerin


yaradilmasidir.Bu ise tefekkurun eksine olaraq yeni seyler uydurmaqdir.Meselen
,tefekkurde insan heqiqeten var olmus sey haqda danisir,texeyyul zamani ise insan
ozunden uydurub danisir.

Bu yazdiqlarimin hamisi IDRAK prosesine aid idi,indi ise IRADI proseslere


baxaq.Buraya ehvallar,dalginliq,anam ,inamsizliq,subhe,qorxu ve s aiddir.meselen
,yuxarida qeyd etdiyim hadise:Insan yolla gedir,birden bas vermis qeza ve helak
olmus sexsler gorur ve ya televizorda terror zamani yaralanan insanlar gorur,bir
muddet pis halllar keciri.Ve yaxud insan kimdense subhe duyur,ozune inamsiz olur
ve s.

Indi ise EMOSIONAL proseslere baxaq:bunlar ise 3 yere bolunur

1-temperament

2-xarakter

3-qabiliyyet

Yuxarida qeyd etdimki emosional prosesler sabitdir ,insanda omurluk ve ya uzun


muddet qalandir meselen emekseverlik,tenbellik ve s.Gorunduyu kimi
temperament,xarakter ve qabiliyyetler de omurluk qalan xususiyyetlerdir.

TEMPERAMENT-4 tipe bolunur:SANQVINIK(zirek tip).XOLERIK(cosgun


tip),FLEQMATIK(sakit tip) MELANXOLIK (zeif tip).temperament insanda
anadangelme yaranir

XARAKTER -ise insanda esasen 6 yasda formalasmis olur ve onun muxtelif


novleri var

QABILIYYET-ise sexsiyyetinferdi-psixoloji xususiyyetleri olub mueyyen


fealiyyetin muveffeqiyyetli icrasini teskil edir.

You might also like