You are on page 1of 8

AZƏRBAYCAN MƏKTƏBİ. 2018.

№2 TƏHSİL SİYASƏTİ

Azərbaycan Respublikasında
insan kapitalının inkişafı təhsil
strategiyasının əsas hədəfidir
İlham Əhmədov

Müəllif: Annotasiya. Bu gün Azərbaycan Respublikasının qarşısında


İlham Əhmədov — duran strateji vəzifələrdən biri də sosial-iqtisadi həyatın
Azərbaycan Dövlət modernləşdirilməsi, beynəlxalq təcrübə və elmi innovasiyaların
Pedaqoji Universitetinin uğurlu tətbiqidir. Qeyd olunan məsələlərin həlli, ilk növbədə,
dosenti, pedaqoji elmlər insan kapitalının inkişafını, insanların müasir bilik və bacarıqlara
üzrə fəlsəfə doktoru. yiyələnməsini tələb edir. Bu səbəbdən son 15 ildə ölkəmizdə
Azərbaycan, Bakı. insan kapitalının inkişafına xüsusi diqqət yetirilir. Çünki müasir
E-mail: dövrdə dövlətlərin inkişaf səviyyəsi insan kapitalından daha çox
ziya-innov@mail.ru asılıdır. Təsadüfi deyil ki, BMT-nin «Minilliyin İnkişaf Məqsədləri»
proqramında davamlı inkişafın təmin edilməsi üçün müəyyən
edilmiş 8 prioritet məqsədin əksəriyyəti insan kapitalının inkişafı
ilə bağlıdır. İnsan kapitalının inkişafı Azərbaycan üçün də
prioritet olub, ölkənin təhsil sisteminin ümdə vəzifəsidir. İnsan
kapitalının inkişafı «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf
Konsepsiyası (2013-cü il), «Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası», «Azərbaycan Respublikasının
milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi» (2016-ci
Açar sözlər: il) kimi strateji sənədlərin prioritetidir. Bu konseptual sənədlərin
insan kapitalı, təhsil, təhsil məqsədi ölkədə insan kapitalının inkişafı ilə iqtisadiyyatın
strategiyası, təhsil dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını
standartı, informasiya yüksəltmək, bütün istiqamətlərdə tərəqqini sürətləndirmək,
cəmiyyəti. inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaqdır.

DOI: 10.32906/AJES/683.2018.02.01

Məqaləyə istinad:
Əhmədov İ. (2018) Azərbaycan Respublikasında insan kapitalının inkişafı təhsil strategiyasının əsas hədəfidir.
«Azərbaycan məktəbi». № 2 (683), səh.11–18

Məqalə tarixçəsi
Göndərilib: 22.10.2018; Qəbul edilib: 25.10.2018

http://journal.edu.az 11
Azerbaijan Journal of Educational Studies. 2018. №2

Development of human capital


in Azerbaijan Republic is the
main objective of the educational
strategy
Ilham Ahmadov

Author: Abstract. One of the strategic tasks facing the Republic of


Ilham Ahmadov, Azerbaijan is the modernization of social and economic life,
Associate professor of application of scientific innovations and international experience
Azerbaijan State in the country's economy. Solving these problems requires the
Pedagogical University, development of human capital, the development of modern
PhD on the pedagogical knowledge and competencies of the country's population. For
sciences. Azerbaijan, this reason, the last 15 years have paid close attention to the
Baku. E-mail: development of human capital in our country. The level of
ziya-innov@mail.ru development of the country is determined by the level of
development of human capital. It is not by chance that in the
Millennium Development Goals program the UN notes that for
the sustainable development of the country it is necessary to
develop human capital.
Keywords: For these reasons, the development of human capital is paid close
human capital, education, attention in the Republic of Azerbaijan. The development of
educational strategy, human capital is the goal of the reform of the education system.
education standard, In many strategic development programs of the country this is
information society. clearly defined.

DOI: 10.32906/AJES/683.2018.02.01

To cite this article:


Ahmadov I. (2018) Development of human capital in Azerbaijan Republic is the main objective of the educational
strategy. Azerbaijan Journal of Educational Studies. Vol. 683, Issue II, pp. 11–18

Article history
Received: 22.10.2018; Accepted: 25.10.2018

12 http://journal.edu.az
İlham Əhmədov
Azərbaycan Respublikasında insan kapitalının inkişafı təhsil strategiyasının əsas hədəfidir

Giriş ölkələr təbii resurslar hesabına yox, intellektual


potensiala, yeni texnologiyaların icad olmasına,
İnsan kapitalı – cəmiyyətdə özünü tam tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu
realizə etmək və cəmiyyətin imkanlarından seçməliyik».
tam istifadə etmək üçün insanın biliyinin, İnsan kapitalının inkişafı ölkə iqtisadiy-
bacarığının, əlaqələrinin, peşəkarlığının cəmidir. yatının qlobal sistemə uğurlu inteqrasiya şərti
Bu, intellekt, sağlamlıq, bilik, keyfiyyətli əmək olub, ölkənin təhsil sisteminin əsas vəzifəsidir.
və keyfiyyətli həyat şəraitidir. İnsan kapitalı – İnsan kapitalının inkişafı «Azərbaycan 2020:
şəxsin gələcəkdə peşə fəaliyyəti zamanı gəlir gələcəyə baxış» İnkişaf Konsepsiyası (Bakı,
gətirə biləcək istedad və qabiliyyətlərinə 2013), «Azərbaycan Respublikasında təhsilin
hazırda qoyulan sərmayədir. inkişafı üzrə Dövlət Strategiyası»(Bakı, 2013),
Dünya İqtisadi Forumunun 2015-ci il üçün «Azərbaycan Respublikasının milli iqtisadiyyat
açıqladığı «İnsan Kapitalı İndeksi» hesabatında perspektivi üzrə Strateji Yol Xəritəsi» (Bakı,
Azərbaycan 124 ölkə arasında orta sıralarda 2016) kimi strateji sənədlərin əsas prioritetidir.
(63-cü) yer tutaraq Türkiyə, Çin, İndoneziya Bu konseptual sənədlərin məqsədi iqtisadiy-
və Küveyt kimi ölkələri qabaqlamışdır. Dünya yatın dayanıqlı inkişafını təmin etmək, əhalinin
İqtisadi Forumunun 2016–2017-ci illər üçün sosial rifahını yüksəltmək, bütün istiqamətlərdə
açıqladığı Qlobal Rəqabətlilik Hesabatında isə tərəqqini sürətləndirmək, inkişafın keyfiyyətcə
Azərbaycan 138 ölkə arasında 35-ci olmuşdur yeni modelini formalaşdırmaqdır. Müstəqillik
(Azərbaycan Qlobal rəqabətlilik hesabatında, illərində «qara qızılı insan kapitalına çevirək»
Bakı, 2013). Bu, Azərbaycanın formalaşmış devizi ilə təhsil sistemində bir sıra proqramlar
insan kapitalına, həm də rəqabət qabiliyyətini icra edilmişdir: «Azərbaycan Respublikasında
yüksəltmək imkanlarına malik olduğunu ümumtəhsil məktəblərinin informasiya və
göstərir. kommunikasiya texnologiyaları ilə təminatı
Hazırda respublikamızın qarşısında duran Proqramı (Bakı, 2005-2007)», «2008-2012-
strateji vəzifələrdən biri də sosial-iqtisadi ci illərdə Azərbaycan Respublikasında təhsil
həyatın modernləşdirilməsi, beynəlxalq təcrübə sisteminin informasiyalaşdırılması üzrə Dövlət
və elmi-texnoloji innovasiyaların uğurlu Proqramı», «2007-2015-ci illərdə Azərbaycan
tətbiqidir. Qeyd olunan məsələlərin həlli, ilk gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
növbədə, insan kapitalının inkişafını, insanların Proqramı» və s.
müasir bilik və bacarıqlara yiyələnməsini
tələb edir. Bu səbəbdən son 25 ildə ölkəmizin Təhsil üzrə milli strategiyanın
əsas hədəfi insan kapitalının inkişafıdır. Çünki perspektivləri
müasir dövrdə dövlətlərin inkişafı insan
kapitalının səviyyəsi ilə müəyyən edilir. Təhsil insanlara texnologiyaları çevik
Təsadüfi deyil ki, BMT-nin «Minilliyin İnkişaf mənimsəmək, əmək bazarında layiqli yer tut-
Məqsədləri» proqramında davamlı inkişafın maq, ömür boyu təhsil prosesinə qoşulmaq,
təmin edilməsi üçün müəyyən edilmiş 17 sağlam həyat tərzi, ətraf mühitə münasibətdə
məqsədin, 8 prioritet məqsədin əksəriyyəti düzgün mövqe seçmək kimi mühüm həyati
insan kapitalının inkişafı ilə bağlıdır (Minilliyin keyfiyyətlər verir. Sosial-iqtisadi həyatın
İnkişaf məqsədləri hesabatı, Bakı, 2013). müasirləşdirilməsində təhsilin rolu təkcə
Azərbaycan Respublikasının Prezidenti cənab təhsilalanın qazandığı bilik və bacarıqların
İlham Əliyev bu mövzuda qeyd edir: «…Uşaq- iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır.
larımız bilikli olmalı, dünyada gedən prosesləri Təhsil prosesində əldə olunan bilik və
izləməli, yeni texnologiyaya sahib çıxmalıdırlar. bacarıqlar, həmçinin etik norma və dəyərlər
…İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü
durumunu müəyyən edən amildir. Həmin olması üçün lazımi şərait yaradır, onu biliyi

http://journal.edu.az 13
TƏHSİL SİYASƏTİ

və etik davranışı sayəsində nümunəvi və təhsil məsələləri üzrə məsləhət xidmətləri


vətəndaşa çevirir. göstərən regional universal mərkəzlərin,
Təhsil üzrə milli strategiyanın perspektiv müasir təminatlı peşə-tədris mərkəzlərinin
məqsədi ölkədə səriştəli təhsilverənlərə, yeni və komplekslərinin qurulması kimi tədbirləri
texnologiyalara əsaslanan infrastruktura malik, ehtiva edir.
keyfiyyət nəticələri və əhatəliliyinə görə 5. Təhsilin dayanıqlı və müxtəlif mənbə-
qabaqcıl dünya ölkələri sırasında önəmli lərdən istifadə olunmaqla yeni maliyyələşdirmə
mövqe tutan təhsil sistemini yaratmaqdır. mexanizminin yaradılması.
Azərbaycanın təhsil sisteminin iqtisadi 2015-ci ildə təsdiq edilmiş «Azərbaycan
cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil Respublikasında təhsilin inkişafı üzrə Dövlət
sistemlərinin standartlarına uyğun olması Strategiyası»nın həyata keçirilməsi ilə bağlı
strategiyanın əsas hədəflərindəndir. Stra- Fəaliyyət Planı» 2015-2025-ci illərdə strate-
tegiyanın reallaşdırılması təhsilin məzmunu, giyanın icrasını əhatə edir. Hazırda strategiyanın
kadr hazırlığı, təhsili idarəetmə sistemi və icrasının birinci mərhələsi yekunlaşır.
təhsil infrastrukturunun qabaqcıl beynəlxalq Azərbaycan Respublikası Baş Nazirinin
təcrübəyə və Azərbaycanın inkişaf konsep- sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin
siyasına uyğun yenidən qurulmasına imkan oktyabrında keçirilən iclasında «Azərbaycan
verərək, ölkədə biliklərə əsaslanan iqtisadiy- Respublikasında təhsilin inkişafı üzrə Dövlət
yatın bərqərar olmasını, informasiya cəmiy- Strategiyası»nın həyata keçirilməsi ilə bağlı
yətinin təşəkkülünü və ölkənin davamlı inki- Fəaliyyət Planı»nın icra vəziyyəti müzakirə
şafını təmin edəcəkdir. olunub. İclasda qeyd edilib ki, «Azərbaycan
«Azərbaycan Respublikasında təhsilin Respublikasında təhsilin inkişafı üzrə Dövlət
inkişafı üzrə Dövlət Strategiyası» səriştəli Strategiyası»nın və «Azərbaycan Respub-
müəllim və təhsil menecerlərinə, qabaqcıl likasında peşə təhsili və təliminin inkişafına
texnologiyalara əsaslanan infrastruktura malik dair Strateji Yol Xəritəsi»nin əsas hədəfi ölkə
təhsil sistemi yaradılması üçün 5 strateji iqtisadiyyatının inkişafına uyğun olaraq çevik
istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə və bazaryönlü təhsil sisteminin yaradılması
tutur: və fəaliyyətinin təmin edilməsi, bu zəmində
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil insan kapitalının inkişafıdır.
məzmununun yaradılması. Hesab edirik ki, yaxın gələcəkdə təhsilin
2. Təhsilalanların fərdi xüsusiyyətlərini inkişafı üzrə Dövlət Strategiyasının həyata
nəzərə alan innovativ təlim metodları və keçirilməsi ilə bağlı Fəaliyyət Planının birinci
texnologiyaları vasitəsilə təhsilin məzmununun mərhələsinin, sonra isə digər mərhələlərin
səmərəli mənimsənilməsini təmin edən yüksək də icrasının monitorinqinin aparılmasına ciddi
nüfuzlu təhsilverənin formalaşdırılması. ehtiyac var. Belə monitorinqlər fəaliyyət
3. Təhsilin nəticələrə görə cavabdeh, şəffaf planının növbəti mərhələsinin icrası və
və səmərəli tənzimləmə mexanizmlərinə malik, strategiyanın zəruri hallarda korreksiyası üçün
dövlət–ictimai xarakterli və dövlət–biznes zəruridir.
partnyorluğuna əsaslanan idarəetmə sisteminin İnsan kapitalının ölkəmizdə inkişafı
formalaşdırılması. məqsədlərinə xidmət edən digər strateji sənəd
4. Müasir tələblərə cavab verən və ömür Azərbaycan Respublikası Prezidentinin 6
boyu təhsili təmin edən təhsil infrastruktu- dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq
runun yaradılması. Bu istiqamət təhsil müəs- edilmiş «Azərbaycan Respublikasının milli
sisələrində İKT əsaslı təlim metodologiyasına iqtisadiyyat perspektivi üzrə Strateji Yol
uyğun infrastrukturun yaradılması, təhsil Xəritəsi»dir. Bu sənəddə qeyd edilir ki, insan
müəssisələri şəbəkəsinin rasionallaşdırılması, kapitalının inkişafı təhsilin islahatlarından
distant təhsil, yaşlıların təhsili, peşə-ixtisas keçir. Buna nail olmaq üçün təhsilin bütün

14 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


İlham Əhmədov
Azərbaycan Respublikasında insan kapitalının inkişafı təhsil strategiyasının əsas hədəfidir

pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər 7.3.1. Prioritet 3.1. Təhsilin bütün


vasitəsi ilə işçilərin bilik və bacarıqlarının pillələrində keyfiyyətin yüksəldilməsi.
inkişaf etdirilməsində fasiləsizliyin təmin Görüləcək tədbirlər
edilməsi, ixtisaslı kadr hazırlığının əmək Tədbir 3.1.1: Məktəbəqədər təhsillə əhatə-
bazarının tələblərinə uyğunlaşdırılması, olunma səviyyəsinin yüksəldilməsi və təlim-
şirkətlərin araşdırma və təkmilləşdirmə tərbiyə texnologiyalarının təkmilləşdirilməsi.
sahəsinə investisiya qoyuluşunun stimul- Tədbir 3.1.2: Ümumi təhsilin keyfiyyətinin
laşdırılması, mövcud insan kapitalından yüksəldilməsi və təmayülləşmənin inkişaf
səmərəli istifadə edilməsi tələb olunur. Bunu etdirilməsi.
əsas tutaraq, Azərbaycanda iqtisadiyyatın Tədbir 3.1.3: İlk peşə və orta ixtisas təhsi-
transformasiyası istiqamətində həyata keçiri- linin əmək bazarının tələblərinə uyğunlaş-
ləcək islahatların ayrılmaz tərkib hissəsi kimi, dırılması.
insan kapitalının inkişafında fasiləsizliyin Tədbir 3.1.4: Ali təhsil müəssisələrində
təmin edilməsi, əmək məhsuldarlığının «təhsil-tədqiqat-innovasiya» formatında
yüksəldilməsi və biliyin iqtisadi inkişafda ro- inkişafın təşviqi.
lunun artırılması ilə bağlı tədbirlər hərtərəfli Ali təhsil insan kapitalının formalaşmasında
dəstəklənəcəkdir. Bu, iki səviyyədə təmin və inkişafında mühüm mərhələdir. Onun insan
ediləcəkdir: 1) insan kapitalının formalaşması kapitalının formalaşmasına və inkişafına təsiri
və inkişafı üçün təhsilin bütün pillələrində özünü iki şəkildə büruzə verir: 1) insan
keyfiyyətin yüksəldilməsi; 2) əmək məhsul- kapitalının formalaşmasında birbaşa iştirak
darlığının yüksəldilməsini təmin etmək üçün edən ixtisaslı mütəxəssislərin hazırlanması;
insan kapitalının fasiləsiz inkişafının, araşdırma 2) yeni biliklərin yaranmasında, tətbiqində
və təkmilləşdirmə sahəsinə investisiya qoyu- və ötürülməsində bilavasitə iştirak.
luşunun stimullaşdırılması. Tədbir 3.1.5: Elmi-tədqiqat fəaliyyətinin
Bu strategiyada qeyd edilir ki, mövcud inkişafı və biliklərə əsaslanan cəmiyyət
imkanlardan səmərəli istifadə etməklə, qısa quruculuğunun dəstəklənməsi.
və ortamüddətli perspektivdə insan kapitalını Tədbir 3.1.6: İnnovativ təlim metodları və
daha da inkişaf etdirmək,rəqabət qabiliyyətini texnologiyaları vasitəsilə təhsilin keyfiyyətinin
artırmaq üçün insan potensialının inkişaf yüksəldilməsi. Bütün təhsil pillələrində inno-
etdirilməsi, insan kapitalının keyfiyyətinin və vativ təlim metodologiyasının və müvafiq
əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı resursların yaradılması məqsədilə müsabiqə
məsələlərə xüsusi diqqət veriləcək, həm ins- mexanizminin hazırlanması və müsabiqələrin
titutsional, həm də biznes mühiti yaxşı- keçirilməsi insan kapitalının inkişafı üçün
laşdırılacaq, infrastruktur yaradılacaq, təhsil- vacibdir. Əlavə təhsil sahəsində keyfiyyətin
təlim prosesinin, ixtisaslı kadr hazırlığının, yüksəldilməsi və rəqabət mühitinin forma-
əmək bazarı və biznes sektoru arasında laşdırılması üçün mülkiyyət formasından asılı
koordinasiyanın effektivliyi artırılacaq, inno- olmayaraq, əlavə təhsil verən müəssisələrin
vasiyaya meyilli (elm və texnologiya tutumlu) potensialının gücləndirilməsi istiqamətində
istehsal (xidmət) sektorunun investisiya zəruri tədbirlərin həyata keçirilməsi dəstək-
cəlbediciliyi artırılacaq, klaster yaratma təşəb- lənəcəkdir.
büsləri dəstəklənəcək, əmək məhsuldarlığının Tədbir 3.1.7: İnsan kapitalının inkişafında
yüksəldilməsi üzrə əsas prioritetlər müəyyən- iştirak edən fiziki və texnoloji infrastrukturun
ləşdiriləcəkdir. təkmilləşdirilməsi. Təhsil və elm sahəsində
Strategiyada təhsilin inkişafı yolu ilə insan infrastrukturun təkmilləşdirilməsi bu sahələrin
kapitalının inkişaf etdirilməsi üçün aşağıdakı daha effektiv fəaliyyətinə təsir göstərə, insan
prioritet istiqamətlər və görüləcək tədbirlər kapitalının formalaşması və ondan istifadənin
sadalanır: səmərəliliyini yüksəldə, innovasiyalara

http://journal.edu.az 15
TƏHSİL SİYASƏTİ

əsaslanan inkişafı təmin edə bilər. edilməsi üçün əsas hərəkətverici qüvvədir.
Strategiyada qeyd edilir ki, İKT bilikləri Azərbaycanda innovasiyanın təşviqini
insan kapitalının formalaşmasında və isti- stimullaşdıracaq fəaliyyət planları və dövlət
fadəsində həlledici amillərdən biridir. Müasir proqramları hazırlanarkən bu fəaliyyətin
məktəblərin və universitetlərin yaranması, əhəmiyyəti nəzərə alınacaqdır. İnnovasiya
araşdırmaların, təkmilləşdirmələrin aparılması, fəaliyyətini stimullaşdırmaq üçün ölkə elmi
istehsal və xidmət müəssisələrinin fəaliyyəti araşdırma və təkmilləşdirmələrə yüksək
bu və ya digər dərəcədə İKT texnologiyaları texnologiyalı məhsulların istehsalına görə
ilə bağlıdır. Hazırda ölkədə internetə çıxışı ol- mükafatlar və kreditlər vermək yolu ilə geniş
mayan regionlar, məkanlar və məktəblər vardır. diapazonlu bilik şəbəkəsi yaratmaq sahəsində
Yaxın və ortamüddətli perspektivdə ibtidai bir çox imkanlara malikdir. Bu müddəaların
təhsildən başlayaraq, ümumi təhsilin bütün ardıcıl, mərhələli və davamlı şəkildə icrasının
səviyyələrində İKT biliklərinin şagirdlərə diqqət mərkəzində saxlanılması uyğun və op-
aşılanması, qlobal informasiya məkanından timal nəticələrin əldə olunması üçün vacibdir.
səmərəli istifadə etmələri üçün maarifləndirmə Qeyd etdiyimiz kimi, təhsil sahəsində digər
tədbirlərinin həyata keçirilməsi dəstək- strateji sənəd «Azərbaycan Respublikasında
lənəcəkdir. Ümumtəhsil məktəblərində elek- peşə təhsili və təliminin inkişafına dair Strateji
tron kitabxanaların, intellektual oyunların Yol Xəritəsi»dir. Bu sənəd peşə təhsili və təlimi
yaradılması təşviq ediləcəkdir. İnternet sahəsində dünyada mövcud meyillər nəzərə
resurslarından məqsədyönlü istifadə etmək alınmaqla, ölkədə əmək bazarının tələblərinə
üçün maarifləndirmə tədbirləri həyata uyğun təhsil proqramları əsasında ixtisaslı
keçiriləcəkdir. E-məktəb sisteminin tətbiqi, kadrlar hazırlayan peşə təhsili sisteminin
Təhsil İnformasiya Sisteminin hazırlanması inkişaf etdirilməsi məqsədilə çeviklik və in-
ilə bağlı işlər dəstəklənəcəkdir. Təhsilin bütün teqrasiya prinsipləri əsasında hazırlanmışdır.
səviyyələrindən məzun olan şəxslərin iqti- Sənəddə peşə təhsili və təlimi sektoru üzrə
sadiyyatın və cəmiyyətin inkişafı üçün zəruri 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək
rəqəmsal bacarıqları əldə etməsinə, eləcə də olan dövr üçün uzunmüddətli baxış və 2025-
İKT-nin təklif etdiyi imkanlardan tədris və ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən
təlim prosesində bacarıqla istifadə olunmasına edilmişdir. 2020-ci ilədək olan dövr üzrə
şərait yaradılacaqdır. Rəqəmsal tədrisin təşviqi strateji baxışa nail olmaq üçün strateji hədəflər
məqsədilə, təhsilin bütün səviyyələrində və prioritetlər, o cümlədən icra müddətləri
kurikulumun yüksək keyfiyyətli rəqəmsal göstərilməklə müvafiq tədbirlər, əsas və digər
tədris materiallarının (e-kitablar, e-seminarlar, icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri
açıq tədris materialları, veb-imtahanların təfsilatlı şəkildə hazırlanmışdır. Qısamüddətli
keçirilməsi və s.) və müvafiq metodların dövrdə prioritetlərin diqqətlə seçilərək icra
köməyi ilə təkmilləşdirilməsi vacibdir. edilməsi orta və uzunmüddətli dövr ərzində
görüləcək işlər üçün zəmin hazırlayacaqdır.
7.3.2. Prioritet 3.2. Əmək Bundan əlavə, Strateji Yol Xəritəsi yerli və
məhsuldarlığının yüksəldilməsini təmin beynəlxalq səviyyədə özəl sektor nümayən-
etmək üçün insan kapitalının inkişafının dələri üçün məlumat və əməkdaşlıq vasitəsi
stimullaşdırılması. olacaqdır.
Tədbir 3.2.3. İnnovasiya fəaliyyətinə in- Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
vestisiya qoyuluşunun təşviq edilməsi. İnno- sektorları üzrə strateji yol xəritələrinin başlıca
vasiya fəaliyyəti istehsal və idarəetmə istiqamətləri rəhbər tutulmaqla, 2020-ci ilədək
sahələrində əmək məhsuldarlığının və olan dövr ərzində Azərbaycan Respublikasının
rəqabətqabiliyyətliliyin yüksəldilməsi, insan peşə təhsili və təlimi sistemində aşağıdakı
kapitalının inkişafında fasiləsizliyin təmin strateji hədəflər müəyyən edilmişdir:

16 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


İlham Əhmədov
Azərbaycan Respublikasında insan kapitalının inkişafı təhsil strategiyasının əsas hədəfidir

İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə rilməsidir. Əmək bazarının tələblərinə uyğun
inteqrasiyası; nəticələrə əsaslanan güclü ma- kadr hazırlayan peşə təhsili sisteminin
liyyələşdirmə sisteminin yaradılması; məqsədli yaradılması inkişaf etməkdə olan ölkələrdə
peşə inkişafı proqramlarının yaradılması; sek- daha böyük əhəmiyyət kəsb edir.
torlar üzrə spesifik proqramların yaradılması; Azərbaycan Respublikası insan kapitalının
peşə təhsili və təlimi üzrə hədəflərin əldə inkişaf etdirilməsini təhsil siyasətinin əsas
olunmasına təkan verəcək vasitələrin tətbiqi. qayəsi hesab etməklə yanaşı, digər imkanlardan
Peşə təhsili və təlimi sektorunda müəyyən da faydalanmağa çalışır. Belə ki, ötən il «İnsan
edilmiş prioritetlərin real ÜDM-ə təsirinin kapitalının inkişaf etdirilməsi, daha yaxşı
təxminən 6 milyon manat olacağına baxma- gələcəyin qurulması» mövzusuna həsr olunmuş
yaraq, bu prioritetlər digər sektorların Ümumdünya Sərgisinin («Expo-2025»)
prioritetləri çərçivəsində 1 milyard manat respublikamızda keçirilməsi ilə bağlı təklifi
məbləğində dolayı təsirin meydana çıxmasına irəli sürməklə, növbəti vacib bir kampaniyaya
səbəb olacaqdır. Belə ki, peşə təhsili və təlimi imza atdı. Təklif olunan mövzunun əsas hədəfi
sektoru iqtisadiyyatın digər sektorları ilə «biz insanları – dünyada ən güclü resurs olan
qarşılıqlı əlaqədə olmaqla, həmin sektorların insan kapitalını universal müzakirəyə
potensialının tam reallaşdırılmasında mühüm çıxaracağıq» devizidir. Bu məsələ ilə əlaqədar
rol oynayır və bu sektora qoyulan investisiyalar Azərbaycan Respublikasının Birinci vitse-
nəticədə iqtisadiyyata multiplikativ təsir prezidenti Mehriban Əliyeva qeyd edir: «İnsan
göstərir. Strateji Yol Xəritəsi çərçivəsində kapitalının inkişaf etdirilməsi, daha yaxşı
müəyyən edilmiş 4 qlobal trend – qloballaşma, gələcəyin qurulması» mövzusu, həqiqətən,
qlobal iqtisadi mühit, məhsuldarlıq tələbləri, hamını narahat edən bir məsələdir. Bu mövzu
məşğulluq üçün təhsilə diqqətin artması – dövrümüzün əsas çağırışını – texnologiyanın
iqtisadi məhsuldarlığın amili kimi peşə təhsili və artan bağlılığın bəşəriyyətə təsirini əhatə
və təliminin əhəmiyyətini artırır. edir. «Bakı Expo-2025» sərgisində düşünürük
Qloballaşma ölkələr arasındakı əlaqələri ki, texnologiyadan daha uzağa baxmaq,
genişləndirir və bunun nəticəsi olaraq təhsil diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara
sistemlərinin fəaliyyət və effektivliyinin yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin
müqayisəsinə maraq artır. Bundan əlavə, re- və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar
gional və qlobal dəyər zəncirində ölkələr üzərində cəmləşdirmək mühüm əhəmiyyət
arasında rəqabətin artması yüksəkixtisaslı kəsb edəcək. Biz insanları – dünyada ən güclü
işçi qüvvəsinə tələbat yaradır. Qlobal innovasiya resurs olan insan kapitalını universal
iqtisadiyyatı şəraitində belə işçi qüvvəsi olan müzakirəyə çıxaracağıq» (http://azertag.az).
ölkələr üstünlüyə malik olur. Həmçinin, qlobal Azərbaycanın insan inkişafı siyasəti
iqtisadi mühit fundamental iqtisadi bacarıqlara vasitəsilə insan kapitalının formalaşması
diqqəti artırmışdır. Bir sıra ölkələrdə qlobal istiqamətində davamlı irəliləyişi onun «Expo-
iqtisadi qeyri-müəyyənliyin təsiri nəticəsində 2025» üçün «İnsan kapitalının inkişaf
biznesə etimad zəifləmiş, iş yerlərinin sayı etdirilməsi, daha yaxşı gələcəyin qurulması»
azalmışdır. İşsizlik səviyyəsinin yüksək mövzusunu tam uyğun edir. «Expo–2025»-in
olmasına baxmayaraq, istedadlı işçi qüvvəsinin Bakıda keçirilməsi insan kapitalı siyasətinin
çatışmazlığı təhsil sistemi ilə əmək bazarının atributuna çevrilə bilər. Bakı sərgisi müstəqillik
tələbləri arasındakı uyğunsuzluğun nəticəsi dövründə Azərbaycanın əldə etdiyi nailiy-
kimi qiymətləndirilir. Qeyd edilənlərlə yanaşı, yətlərin tanıdılması üçün daha bir imkan
müasir peşə təhsilində əsas trendlərdən biri olacaqdır. Bu həmçinin bütün gənc, müstəqil
də peşə təhsili məzunlarına sahibkarlıq ölkələr üçün çox güclü bir stimuldur. 2025-ci
bacarıqlarının aşılanması, bununla da onların ildə Ümumdünya Sərgisini təşkil etmək bizim
öz yeni iş yerlərini yaratmağa həvəsləndi- səmimi istəyimizdir. Ümumdünya sərgisinin

http://journal.edu.az 17
TƏHSİL SİYASƏTİ

Bakıda keçirilməsi Azərbaycana böyük nəzərdə tutulduğu istiqamətdə və tempdə


üstünlüklər gətirə bilər. Bu, ölkəmizin inkişafı həyata keçirilməlidir. Bu işin səmərəli olması
üçün yeni yollar açacaq və iqtisadiyyatımızın üçün zəruri səviyyədə maliyyələşməsi vacibdir.
bütün sahələrinə fayda gətirəcəkdir. Çünki insan kapitalının formalaşması kimi
ümummilli əhəmiyyət daşıyan sosial-iqtisadi
Nəticə məsələlər kifayət qədər maliyyə vəsaiti tələb
edir. Strateji planların icrası üçün bu prosesin
Göründüyü kimi, Azərbaycan Respub- monitorinqi əsasdır. İnsan kapitalının inkişafı
likasında insan kapitalının inkişafı üzrə strateji üzrə bir neçə Dövlət Proqramları və uzun-
sənədlərdə əsas prioritetlər kifayət qədər müddətli strateji yol xəritələri reallaşmalıdır.
konkret və müasir tələblər nəzərə alınmaqla Bu proseslərin mərhələlər üzrə məqsədə nə
hazırlanmış, bu sahədə beynəlxalq təcrübədən dərəcədə yaxınlaşdığını müəyyən etmək və
istifadə edilmişdir. Növbəti mərhələdə müvafiq ehtiyac olduqca prosesləri korreksiya etmək
yol xəritələrinin və strategiyaların icra planı zəruridir.

İstifadə edilmiş ədəbiyyat 9. https://azertag.az/xeber/Parisde_Bakinin_


Expo_2025_Sergisine_namized_seher_
1. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf olmasi_munasibetile_qebul_teskil_edilib_
Konsepsiyası (2013-cü il). Azerbaycanin_Birinci_vitse_prezidenti_
http://www.president.az/files/future_az.pdf. Mehriban_Aliyeva_tedbirde_istirak_edib__
2. «Azərbaycan Respublikasında təhsilin YENILANIB-1111831.
inkişafı üzrə Dövlət Strategiyası». 10. https://azertag.az/xeber/Azerbaycan_
http://www.president.az/articles/9779.
Qlobal_Reqabetlilik_Hesabatinda_35_ci_oldu-
3. «Azərbaycan Respublikasının milli
1097451.
iqtisadiyyat perspektivi üzrə Strateji Yol
Xəritəsi». http://www.president.az/articles/ 11. «Azərbaycan Respublikasında peşə təhsili və
21993, Əldə etmə tarixi: 27.03.2018 təliminin inkişafına dair Strateji Yol Xəritəsi».
4. «Azərbaycan Respublikasında təhsilin https://docviewer.yandex.ru/view/.
inkişafı üzrə Dövlət Strategiyası»nın həyata 12. Muradov Ş.M. (2004) İnsan potensialı: əsas
keçirilməsi ilə bağlı Fəaliyyət Planı. meyillər, reallıqlar, problemlər. Bakı, Elm,
http://www.edu.gov.az/upload/file/tehsilin_ 656 səh.
inkisafi_uzre_dovlet_strategiyasi_fealiyyet_ 13. Гузакова О.Л., (2011) Фурсик С.Н.,
plani.pdf. Андронович С.А., Жилина Е.А. Качество
5. Minilliyin İnkişaf Məqsədləri Hesabatı, 2013. человеческого капитала как фактора
http://www.az.undp.org/content/ экономического роста. Вологда: ВГПУ.
azerbaijan/az/home/library/mdg/2013_ 14. Корчагин Ю. А. (2009) Широкое понятие
MDG_Report.html. человеческого капитала. Воронеж: ЦИРЭ.
6. «Azərbaycan Respublikasında ümumtəhsil 15. Patrick F. (2018) Human Capital Theory and
məktəblərinin informasiya və Education. Encyclopedia of Educational
kommunikasiya texnologiyaları ilə təmin
Philosophy and Theory, University of
proqramı (2005-2007-ci illər)».
Waikato, New Zealand.
http://www.edu.gov.az/az/page/83/601.
7. «2008-2012-ci illərdə Azərbaycan 16. Lennard N. (2018) Kids These Days: Human
Respublikasında təhsil sisteminin Capital and the Making of Millennials. Dissent
informasiyalaşdırılması üzrə Dövlət Journal. Vol. 65. Issue 1, Independent Social
Proqramı». Ideas Press, New York, USA.
http://www.edu.gov.az/az/page/83/599. 17. Magnac, T., Pistolesi N., Roux S. Post-
8. «2007-2015-ci illərdə Azərbaycan Schooling Human Capital Investments and the
gənclərinin xarici ölkələrdə təhsili üzrə Life Cycle of Earnings. Journal of Political
Dövlət Proqramı». Economy. Vol. 126, Issue 3, Univ. Chicago
http://www.mfa.gov.az/files/file/16(2).pdf. press, Chicago, USA.

18 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2

You might also like