You are on page 1of 14

AZƏRBAYCAN MƏKTƏBİ. 2018.

№2 TƏHSİL TARİXİMİZDƏN: AXC — 100 İL

Təhsil və mədəniyyət sahəsində


Azərbaycan-Osmanlı əməkdaşlığı
(1918-ci il)
Vasif Qafarov

Müəllif: Annotasiya. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı


Vasif Qafarov — ilk gündən etibarən ölkənin ərazi bütövlüyü və suverenliyini
AMEA-nın A.A.Bakıxanov təmin etmək üçün ciddi addımlar atmaqla yanaşı, ölkənin dirçəlişi
adına Tarix İnstitutunun naminə əsas amil hesab etdiyi maarif və mədəniyyətin inkişafına
aparıcı elmi işçisi, tarix da böyük əhəmiyyət vermiş, ölkədə sabitlik möhkəmləndikcə
üzrə fəlsəfə doktoru, bu sahəyə daha çox diqqət ayırmağa başlamışdır. Azərbaycan
dosent. E-mail: hökuməti hərbi-siyasi və iqtisadi sahələrdə olduğu kimi, maarif
vasifqafarov@rambler.ru sahəsində də dost və qardaş Türkiyə ilə əməkdaşlıq etmiş, onun
köməyindən və təcrübəsindən faydalanmışdır.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından
1918-ci ilin sonlarınadək olan dövrdə təhsil və mədəniyyət
sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı araşdırılmışdır. Bu
əməkdaşlıq nəticəsində Azərbaycan gənclərinin Türkiyə ali
məktəblərində təhsil alması, Azərbaycana türk müəllim kadrlarının
göndərilməsi, həmçinin yerli müəllim kadrlarının hazırlanması
Açar sözlər: işinin təşkili, ölkədəki məktəb və gimnaziyaların Türkiyədə nəşr
təhsil, məktəb, Türk edilmiş dərslik, dərs vəsaitləri və proqramları ilə təmin edilməsi
pedaqoqları, Türk Ocağı, sahələrində mühüm nəticələr əldə edildi. Eyni zamanda, uzun
Azərbaycan Türk Dram illər ərzində bir-birindən ayrı düşmüş Azərbaycan və Türkiyə
Operetta kompaniyası. xalqlarının mədəniyyət nümunələri qarşılıqlı olaraq təbliğ edildi.

DOI: 10.32906/AJES/683.2018.02.09

Məqaləyə istinad: Qafarov V. (2018) Təhsil və mədəniyyət sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı (1918-ci il).
«Azərbaycan məktəbi». № 2 (683), səh. 125–138

Məqalə tarixçəsi
Göndərilib: 23.05.2018; Qəbul edilib: 28.06.2018

http://journal.edu.az 125
Azerbaijan Journal of Educational Studies. 2018. №2

Azerbaijani-Ottoman cooperation
in the field of education and culture
(1918)
Vasif Gafarov

Author: Abstract. From the very first day of the establishment of the
Vasif Gafarov, government of the Democratic Republic of Azerbaijan, serious
Leading scientific steps have been taken to ensure the territorial integrity and sov-
researcher of the Institute ereignty of the country. This government also attaches great im-
of History named after portance to the development of education and culture, which it
A.Bakikhanov of considers a major factor in the revival of the country, and began
Azerbaijan National to pay more attention to this area, since the stability of the
Academy of Sciences, PhD country has increased. The Azerbaijani government has cooperated
on history, Associate with the friendly Republic of Turkey in the field of education, as
professor. E-mail: well as the military-political and economic spheres, as well as
vasifqafarov@rambler.ru helping her in her care and experience.
The article examines Azerbaijani-Ottoman cooperation in the
field of education and culture during the period from establishment
of the Republic of Azerbaijan to the end of 1918. As a result of
this cooperation, significant results were achieved in the field of
Azerbaijani youth receiving education in Turkish universities,
Keywords: sending Turkish teachers to Azerbaijan, as well as organizing
education, school, Turkish training of local teachers, providing schools and gymnasiums
pedagogues, Azerbaijan with textbooks and programs published in Turkey. At the same
Turkish Drama Operetta time, cultural values of the peoples of Azerbaijan and Turkey,
Company. habe been separated for many years, were mutually propagated.

DOI: 10.32906/AJES/683.2018.02.09

To cite this article: Gafarov V. (2018) Azerbaijani-Ottoman cooperation in the field of education and culture (1918).
Azerbaijan Journal of Educational Studies. Vol. 683, Issue II, pp. 125–138

Article history
Received: 23.05.2018; Accepted: 28.06.2018

126 http://journal.edu.az
Vasif Qafarov
Təhsil və mədəniyyət sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı (1918)

Azərbaycan Xalq Cümhuriyyəti yaradıl- qarşısına qoymuş, başını əllərinin arasına


dıqdan sonra ölkənin ərazi bütövlüyü, suve- alaraq dərin-dərin düşünərkən özündən
renliyi və dağılmış iqtisadiyyatının bərpa soruşmuşdu: «Heç şübhəsiz, Azərbaycanın
edilməsi kimi böyük problemlərlə qarşı-qarşıya maarif ehtiyacını düşünürsünüz, elə deyilmi?»
dayanan cümhuriyyət hökuməti təhsil və «Bəli, əzizim, bu məsələni düşünürəm və
mədəniyyət sahələrini də diqqətdən kənarda Azərbaycanın mədəni səviyyəsini İstanbul-
saxlamadı. Azərbaycanın baş naziri F.X.Xoyski dakına çatdırmağın çarəsini axtarıram. Fəqət...»
və ilk üç hökumətdə maarif naziri vəzifəsini Görəsən bu «fəqət» nə olurdu? Maarif naziri
tutmuş N.Yusifbəylinin milli mədəniyyətə bağlı ümidlərinin nəhayətini bu şəkildə birdən-birə
və maarifpərvər bir ziyalı olması da bu işdə soyuq bir «fəqət»lə bağlamışdı? Sonra anlaşıldı
mühüm rol oynadı. Azərbaycan hökuməti ki, o, «pul harda?» demək istəyirdi...».1 Məqalə
xalqın maariflənməsinə, təhsilin milliləşdiril- müəllifi, Azərbaycanda maarifin inkişafı üçün
məsinə və yeni məktəblərin açılmasına böyük maliyyə mənbəyinin Bakı nefti olduğunu
diqqət yetirirdi. Çünki bu sahədə hökm sürən göstərir. Lakin bəhs edilən dövrdə Bakı hələ
vəziyyət ürəkaçan deyildi. Azərbaycan hökumətinin nəzarətində deyildi
Birinci Dünya müharibəsi və Rusiyada baş və hökumət bütün diqqətini bu şəhərin azad
vermiş inqilabi hadisələrlə bağlı Cənubi Qafqaz- edilməsinə yönəltmişdi. Bəhs olunan dövrdə
da tüğyan edən anarxiya maarif sahəsinə də maliyyə imkanları məhdud olmasına baxma-
öz mənfi təsirini göstərmişdi. Əgər 1914-cü yaraq, Azərbaycan hökuməti ölkədə maarifin
ildə Azərbaycanda bütün tiplərdən olan 976 bərpa və inkişaf etdirilməsi üçün əlindən
məktəb var idisə və bunlarda 73.100 şagird gələni əsirgəmədi, eyni zamanda bu sahədə
təhsil alırdısa, 1919-1920-ci təhsil ilində cəmi yardım üçün Osmanlı hökumətinə də müraciət
643 ibtidai və 23 orta məktəb fəaliyyət etdi.
göstərirdi. İbtidai məktəblərdə 78.078, orta Azərbaycan hökuməti 1918-ci il iyunun
məktəblərdə isə 9611 şagird oxuyurdu 22-də Zaqafqaziya Müəllimlər Seminariyasının
[Azərbaycan tarixi, 2001, Bakı]. Məktəb sis- Azərbaycan bölməsinin Tiflisdən Qazaxa
teminin bu şəkildə dağılmasının qarşısını köçürülməsi üçün bu bölmənin sabiq müfəttişi
almaq və maarifi inkişaf etdirmək Azərbaycan Firidun bəy Köçərlinin sərəncamına 5 min
hökumətinin qarşısında duran mühüm rubl kredit ayrılması haqqında qərar verdi.2
vəzifələrdən biri idi. Bu işi uğurla həyata F.Köçərli bu vəsait hesabına Azərbaycan
keçirmək üçün Türkiyənin köməyindən və şöbəsinin əmlakının Qoridən Qazaxa daşınıb
təcrübəsindən istifadə etmək də nəzərdə gətirilməsini təmin etməli idi. Seminariyanın
tutulmuşdu. köçürülməsi başa çatdırıldıqdan az sonra,
Bəhs edilən dövrdə Azərbaycanda məktəb 1918-ci il noyabrın 8-9-da həyata keçirilən
və maarif sisteminin böhranlı vəziyyəti ilə imtahan nəticələrinə görə 35 nəfər semi-
bağlı İstanbul mətbuatında kinayəli yazılar nariyaya qəbul edildi. Azərbaycanda ibtidai
belə yazılırdı. Məsələn, «Ati» qəzetinin 6 avqust məktəblər üçün müəllim hazırlayan tədris
1918-ci il tarixli, 215-ci saylı nömrəsində nəşr ocağı kimi bu seminariya böyük əhəmiyyətə
olunmuş «Azərbaycan Cümhuriyyətində malik idi.
maarif» məqaləsində ölkədəki maarifin bərbad
vəziyyətdə olması və bu sahədə böyük zəhmət
və kifayət qədər maliyyə tələb edən ciddi ...............................................................................................
1
işlərin görülməli olduğu qeyd edilirdi. Məqalədə Azerbaycan Cumhuriyeti’nde Maarif / Ati, no. 215
(6 Ağustos 1334), s. 2.
obrazlı şəkildə yazılırdı: «Bu kiçik cümhu- 2
Азербайджанская Демократическая
riyyətin maarif naziri (N.Yusifbəyli nəzərdə
Республика (1918-1920). Законодательные
tutulur – V.Q.) başında olduqca böyük bir акты. (Сб. Документов). Баку, Азербайджан,
şapka daşıyır. Bir gün öz otağında şapkasını 1998.

http://journal.edu.az 127
TƏHSİL TARİXİMİZDƏN: AXC — 100 İL

Azərbaycan hökumətinin 27 iyun 1918-ci arasında əlaqələrin genişləndirilməsi və Qafqaz


il tarixli qərarı ilə Azərbaycan (türk) dili dövlət müsəlmanlarının İstanbulda təhsil almalarına
dili elan edildi.3 Bu qərarı həyata keçirmək yardım etmək kimi işlərlə məşğul olurdu.6
üçün hökumət orqanları ilə yanaşı, ölkədəki M.Ə.Rəsulzadə bu cəmiyyətdən xahiş etdi ki,
təhsil müəssisələrində də tədrisin rus dilindən əslən qafqazlı olub, müəyyən ixtisasa sahib
Azərbaycan dilinə keçirilməsi zəruri idi. olan və məmləkətlərinə getmək istəyən
Ümumiyyətlə, təhsili milli mənafeyə yönəltmək şəxslərin siyahısını tutsunlar və ünvanlarını
və milli dövlətçiliyin tələblərinə uyğun yenidən qeyd etsinlər.7 M.Ə.Rəsulzadə Azərbaycan
qurmaq üçün məktəblərin milliləşdirilməsi hökumətinə göndərdiyi 19 iyul 1918-ci il
vacib idi. Bunun üçün öncə Azərbaycan dilində tarixli məktubunda İstanbuldan dərslik və
dərs deyəcək müəllim və lazımi dərsliklərin digər kitabların alınıb göndərilməsi üçün heç
çatışmazlığı kimi problemlər həll edilməli idi. bir maneənin olmadığını və buna görə də
Eyni zamanda, ölkədəki rus və erməni azlıq- kitab işinin asan olduğunu vurğulayır, lakin
larının Azərbaycan dövlətçiliyini tanımamağa tələb edilən qədər müəllim tapıb göndərməyin
yönələn müqaviməti də təhsilin milliləşdiril- hazırkı zamanda müşkül olacağını bildirirdi.8
məsini əngəlləyirdi. Bütün bu çətinliklərə bax- O, Azərbaycan hökumətinə göndərdiyi 29
mayaraq, hökumət məktəblərin milliləş- iyul 1918-ci il tarixli növbəti məktubunda
dirilməsi ilə bağlı siyasətini həyata keçirməkdə tələb edilən kitablarla bağlı Nəsib bəyin təfsilatlı
qərarlı idi. Azərbaycanın məktəblərinin məlumat və müfəssəl siyahı göndərməsini
milliləşdirilməsini həyata keçirmək üçün xahiş edir və qeyd edirdi ki, Osmanlı maarif
Türkiyədən müəllimlərin dəvət edilməsini və naziri ilə görüşüb bu məsələni həll etməyə
dərsliklərin gətirilməsini zəruri hesab edən çalışacağam.9
hökumət bu məqsədlə 1918-ci il iyulun 22- M.Ə.Rəsulzadə 1918-ci ilin avqust ayında
də İstanbula səriştəli bir şəxsin ezam olunması Osmanlı maarif naziri Nazim bəylə görüşüb
haqqında qərar verdi.4 Bu qərar üzrə müəyyən
işlər görüldükdən sonra hökumət, 1918-ci il
.........................................................................................................
avqustun 28-də məktəblərin milliləşdirilməsi 3
Азербайджанская Демократическая
haqqında qərar qəbul etdi.5 Qərara əsasən
Республика (1918-1920). Законодательные
bütün ibtidai tədris müəssisələrində təhsil акты. (Сб. Документов). Баку, Азербайджан,
ana dilində aparılmalı, eyni zamanda dövlət 1998.
dili icbari qaydada tədris olunmalı idi. Bütün 4
Азербайджанская Демократическая
ali, ibtidai və orta təhsil müəssisələrində tədris Республика (1918-1920). Законодательные
dövlət dilində aparılmalı idi. акты. (Сб. Документов). Баку, Азербайджан,
1998., s. 215
1918-ci ilin iyul ayında maarif naziri
5
N.Yusifbəyli Türkiyədən Azərbaycana çox sayda Азербайджанская Демократическая
Республика (1918-1920). Законодательные
müəllim kadrlarının və dərs vəsaitlərinin акты. (Сб. Документов). Баку, Азербайджан,
göndərilməsi ilə bağlı İstanbuldakı Azərbaycan 1998., s. 225-226
nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadəyə 6
Kafkas Terakki Cemiyeti / Zaman, no. 93 (5
müraciət etdi. Bu müraciətlə bağlı olaraq Temmuz 1334), s. 3.
M.Ə.Rəsulzadə İstanbulda fəaliyyət göstərən 7
Azərbaycan Respublikası Prezzidentinin İşlər
Qafqaz Tərəqqi Cəmiyyətinin sədri Məsud İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 277,
Əfəndi ilə görüşdü. Üzvləri, əsasən, mühacir siy. 2, iş 7.v.48
8
azərbaycanlılardan ibarət olan və Osmanlı Azərbaycan Respublikası Prezzidentinin İşlər
İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 277,
hökuməti tərəfindən dəstəklənən Qafqaz siy. 2, iş 7.v.48
Tərəqqi Cəmiyyəti gələcəkdə Qafqaz müsəl- 9
Azərbaycan Respublikası Prezzidentinin İşlər
manlarının Osmanlı imperiyasına birləşməsinə İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 277,
zəmin hazırlamaq üçün bölgə ilə Türkiyə siy. 2, iş 7. 27 a

128 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Vasif Qafarov
Təhsil və mədəniyyət sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı (1918)

bu məsələni həll etməyə çalışdı. İlkin olaraq, dostum olan maarif naziri Rıza Tevfik bəylə
Azərbaycana bəzi dərs vəsaitləri ilə 17 bu işlər üçün görüşməyə gedəcəyəm. Bir siyahı
müəllimin göndərilməsi qərarlaşdırıldı.10 hazırlayırıq. Arzu edən müəllim və müəllimələri
Bir qədər sonra Azərbaycanın Türkiyəyə təyin edib Azərbaycana göndərilmələri işlərini
səfiri təyin edilən Ə.Ə.Topçubaşov da Osmanlı həll etməyə çalışacağıq». 11 Azərbaycan
hökumət nümayəndələri ilə apardığı danı- nümayəndəsinin bu bəyanatı geniş rezonans
şıqlarda Azərbaycana türk müəllim kadrlarının doğurdu.
və dərs vəsaitlərinin göndərilməsi məsələsini Bu təşəbbüslərin nəticəsi olaraq bir qədər
gündəlikdə saxladı. O, 1918-ci il oktyabrın sonra Azərbaycana kifayət qədər türk
28-də Osmanlı Maarif Nazirliyinin müstəşarı pedaqoqları göndərildi və onlar öz missiyalarını
ilə keçirdiyi görüşdə Türkiyədən Azərbaycana həyata keçirdilər. Artıq 1919-cu ilin noyabrında
müəllim və müəllimələr göndərməklə bağlı Azərbaycanda fəaliyyət göstərən türk
təmsil etdiyi hökumətin 4 ay əvvəl etdiyi pedaqoqlarının sayı 50-dən çox idi [Rəsulzadə
müraciəti xatırladıb, bu məsələnin müsbət M.Ə., Bakı, 1990]. Onların içərisində qadınlar
həll edilməsi üçün köməklik göstərilməsini da var idi. Bundan başqa, Azərbaycan hərbi
xahiş etdi. Müstəşar bu haqda nazirə məlumat məktəblərində qalıb dərs deyən Qafqaz İslam
verəcəyini və məsələnin tezliklə müsbət həll Ordusunun zabitləri ilə yanaşı, bu orduda
edilməsinə çalışacağını vəd etdi [Топчибашев vaxtilə xidmət edən pedaqoji təhsili olan türk
А.А., 1994, Баку, s.25-27]. əsgərlərindən Azərbaycanda qalıb müəllimlik
Onu da qeyd edək ki, türk pedaqoqları edənlər də oldu. Türkiyədən gəlmiş pedaqoqlar,
Azərbaycanda çalışmağa böyük maraq əsasən, orta məktəblərdə çalışmaqla yanaşı,
göstərirdilər. Müəllim kadrları ilə bağlı Gəncə, Qazax, Bakı, Nuxa və Lənkəran
Azərbaycan tərəfinin müraciəti haqqında şəhərlərindəki seminariya və gimnaziyalarda,
məlumat alan türk pedaqoqları könüllü şəkildə həmçinin pedaqoji kurslarda müəllim
həm Osmanlı Maarif Nazirliyinə, həm də kadrlarının hazırlanması işində də yaxından
İstanbuldakı Azərbaycan nümayəndəliyinə iştirak etdilər və Azərbaycanda təhsilin
müraciət edərək, Azərbaycana gedib orada milliləşdirilməsi işinə öz töhfələrini verdilər.
çalışmaq istədiklərini bildirirdilər. Buna görə Azərbaycan Maarif Nazirliyi Türkiyədən gələn
də Ə.Ə.Topçubaşov Osmanlı maarif müstəşarı müəllimlərə xüsusi qayğı ilə yanaşır, onlara
ilə keçirdiyi görüşdə Azərbaycana getmək pedaqoq kimi aldıqları məvacibdən başqa yol
üçün müraciət edən müəllimlərin hamısının haqqı və ev kirayəsi xərcləri kimi əlavə maliyyə
birlikdə İstanbuldan yola salınmasını və bu vəsaiti də ödəyirdi.
barədə Azərbaycan tərəfini məlumatlandırmağı Türk pedaqoqlarının Azərbaycana göndə-
xahiş etdi. Müstəşar Azərbaycanda işləmək rilməsi ilə bağlı aparılan işlər, əsasən, 1919-
arzusunda olanların hamısı haqqında tezliklə cu ildə öz nəticəsini verdi. Lakin 1918-ci ilin
lazımi məlumatlar toplamağı və onların ən yayında müəllim kadrlarına olan tələbatı türk
qısa müddətdə gəmi ilə Batuma yola salmağı pedaqoqları hesabına ödəmək mümkün olmadı.
öhdəsinə götürdü [Топчибашев А.А., 1994, Buna görə də, müəllim çatışmazlığını aradan
s. 26-27]. qaldırmaq üçün Azərbaycan Maarif Nazirliyi
Ə.Ə.Topçubaşov 1918-ci il noyabr ayının
30-da «Təsvir-i Efkar» qəzetində dərc edilən
geniş bəyanatında Azərbaycanda məktəb və .........................................................................................................
10
maarifin vəziyyəti və təhsilin milliləşdirilməsi Azərbaycan Respublikası Prezzidentinin İşlər
İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 277,
ilə bağlı görülən işlər haqqında məlumat siy. 2, iş 7. 27 a
verdikdən sonra Türkiyədən Azərbaycana 11
Azerbaycan Murahhası’nın Murahhasımıza
müəllim kadrlarının cəlb edilməsi məsələsi Beyanatı / Tasvir-i Efkar, no. 2576 (30 Teşrinisani
ilə bağlı qeyd edirdi ki, «Az sonra köhnə 1334), s. 1.

http://journal.edu.az 129
TƏHSİL TARİXİMİZDƏN: AXC — 100 İL

Gəncə, Şəki, Şuşa və Zaqatalada qısamüddətli hərbi məktəbin, daha sonra avqust ayında or-
– bir-iki aylıq pedaqoji kurslar açılmasını, duda kiçik zabit heyətinə olan tələbatı ödəmək
məktəblərdə ana dilində dərs demək istəyən məqsədilə təşkil edilən «Ehtiyat Zabit
digər savadlı şəxslərin də bu kurslara cəlb Namizədləri Təlimgahı» adlanan hərbi
edilməsini qərara aldı və Nazirlər Şurası məktəbin fəaliyyəti və təlim-tədris işləri türk
qarşısında məsələ qaldırdı ki, bu məqsəd üçün zabitlərinin adı ilə bağlı idi. 14 Bu hərbi
xəzinədən 126.759 rubl 50 qəpik vəsait ayrılsın. məktəblərin müdavimləri Azərbaycan ordusu-
Hökumət 1918-ci il avqustun 24-də xalq nun zabit kadrlarına olan ehtiyaclarının
məktəbləri müfəttişliyinin təsis edilməsi və ödənilməsində mühüm rol oynadılar. Hərbi
xalq məktəbləri müəllimləri kurslarının təşkili məktəblərin açılmasına olan ehtiyacı nəzərə
barədə qərar qəbul etdi və bu məqsədlə Maarif alan Azərbaycan hökuməti 1918-ci il oktyabrın
Nazirliyinin tələb etdiyi məbləğdə pul buraxdı.12 27-də ölkədə daha üç yeni hərbi məktəbin
Eyni tarixdə, hökumət Nuxada kişi gimna- açılmasına qərar verdi və bu məqsədlə 50
ziyasının açılması üçün adı çəkilən nazirliyə min rubl vəsait ayırdı.15
daha 21.046 rubl 62 qəpik vəsait ayırdı13 və Türkiyədən Azərbaycana dərslik və digər
bu tendensiya sonrakı dövrdə də davam etdi. kitabların gətirilməsi istiqamətində 1918-ci
Azərbaycan hökuməti yeni ibtidai və orta ilin yayında əməli nəticəsi olan müəyyən işlər
məktəblər açmaqla yanaşı, 1914-cü ildən görüldü. Bu, Birinci Dünya müharibəsinin
Gəncədə və 1916-cı ildən Bakıda fəaliyyət başa çatmasından sonrakı dövrdə də davam
göstərən müəllimlər seminariyasının işini etdirildi. Məktəblərin milliləşdirilməsi işini
yenidən qurmaq üçün də addımlar atdı. Qızlar uğurla həyata keçirməkdə olan Azərbaycan
üçün ilk müəllimlər seminariyası təşkil edildi. Maarif Nazirliyi bu işin davam etdirilməsi
1918-ci ilin sentyabr ayında qızlar üçün Bakı üçün 1919-cu ilin iyul ayında məktəblərin
müəllimlər seminariyasına qəbulla bağlı verilən türk dilində dərslik və dərs vəsaitləri ilə təmin
elana görə, bura imtahansız yuxarı ibtidai edilməsi məsələsini hökumət qarşısında
məktəbi və 4 sinifli qızlar gimnaziyasını bitirən yenidən qaldırdı. Maarif Nazirliyi nəzdində
şagirdlər qəbul edilməli idi. Göstərilən təhsil yaradılmış komissiya Türkiyədən gətirilməli
senzi olmayan qızlar isə imtahan verməli olan kitabların siyahısını tərtib etmişdi.
idilər. Seminariyada təhsil müddəti 4 il idi. Azərbaycan Parlamentinin 1919-cu il
Maddi cəhətdən ehtiyacı olan, təhsildə sentyabrın 18-də qəbul etdiyi qanuna görə,
müvəffəqiyyətlər qazanan şagirdlərə hər ay
25 rubl məbləğində təqaüd verilirdi [Nezerli
E. 2010, Bakı]. Hökumət sonrakı illərdə də
xalq məktəbləri, ibtidai və orta məktəblər, .........................................................................................................
seminariyalar, gimnaziyalar və Bakı Univer- 12
Азербайджанская Демократическая
sitetinin açılması istiqamətində əməli işlər Республика (1918-1920). Законодательные
акты. (Сб. Документов). Баку, Азербайджан,
gördü. 1998.
Bəhs edilən dövrdə Azərbaycanda hərbi 13
Азербайджанская Демократическая
məktəblərin açılması da prioritet məsələlərdən Республика (1918-1920). Законодательные
idi. Cümhuriyyətin yaranmasından Birinci акты. (Сб. Документов). Баку, Азербайджан,
Dünya müharibəsinin sonunadək olan dövrdə 1998.
Azərbaycanda hərbi məktəblərin yaradılması 14
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920).
və bu məktəblərdə təlim-tədris prosesinin Parlament (Stenoqrafik hesabatlar). 2 cilddə. C. II.
Bakı, Azərbaycan, 1998.
təşkili sahəsində Qafqaz İslam Ordusunun 15
Азербайджанская Демократическая
türk zabitləri xüsusi rol oynadılar. Qeyd et-
Республика (1918-1920). Законодательные
diyimiz kimi, 1918-ci ilin iyun ayında zabit акты. (Сб. Документов). Баку, Азербайджан,
kadrları hazırlamaq üçün Gəncədə yaradılan 1998.

130 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Vasif Qafarov
Təhsil və mədəniyyət sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı (1918)

xalq kitabxanaları üçün türk dilində kitablar bir çox türk zabitlərinin oradan qaçırılmasını
almaq məqsədilə Maarif Nazirliyinin sərən- təşkil etmişdir.19
camına 1 milyon rubl vəsait ayrıldı.16 Artıq Almaniyada təhsil alan rusiyalı türk-tatar
1920-ci ilin aprel ayında Azərbaycan gənclərinin təşəbbüsü ilə 1918-ci il aprelin
Cümhuriyyətində ümumi fondu 95 min nüsxə 10-da Berlində «Rusiyalı Müsəlman
kitab olan 11 kitabxana var idi [Azərbaycan Şagirdlərinə Yardım Cəmiyyəti» adlı bir
tarixi, 2001, s. 500]. Türkiyədən Azərbaycana cəmiyyət qurulmuşdu. Berlin hökuməti
dərslik və digər kitabların gətirilməsi sonrakı tərəfindən rəsmi qeydiyyata alınan bu cəmiyyət
illərdə, hətta sovet hakimiyyəti illərində də keçmiş Rusiya imperiyasının türk-müsəlman
davam etdi. bölgələrindən olan gənclərin Almaniyada təhsil
Azərbaycan gənclərinin Türkiyənin ali almalarına yardım etməyi qarşısına məqsəd
məktəblərində təhsil alması məsələsi də maarif qoymuşdu.20 Berlin və İstanbul hökumətləri
sahəsindəki Azərbaycan-Osmanlı əməkdaş- tərəfindən dəstəklənən bu cəmiyyətin rəsmi
lığında xüsusi yer tuturdu. Qeyd edək ki, bu açılış mərasimində Osmanlı imperiyasının
sahədə ilk addımlar hələ Azərbaycanın Almaniyadakı səfiri İbrahim Hakkı paşa,
müstəqilliyinin elan edilməsindən xeyli əvvəl səfirliyin müstəşarı Ədhəm bəy, hərbi attaşe
atılmışdı. XIX əsrin sonu-XX əsrin əvvəllərində Cəmil bəy və digər türk siyasiləri ilə yanaşı,
Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Abdulla Almaniya Hərbi Nazirliyindən mayor Vuds
Məmmədzadə, Məşədi Cəmil və digər (Woods) və digər zabitlər, Xarici İşlər
Azərbaycan gəncləri fərdi təşəbbüsləri ilə Nazirliyindən von Vizindonk (Wizindong),
İstanbuldakı ali məktəblərdə təhsil almışdılar. professor Mitoviç (Mitovich), professor Mart
Birinci Dünya müharibəsinin başlanması bu Man (Marth Mann) və digərləri öz xanımları
tendensiyanın davam etməsinə imkan verməsə ilə birlikdə, həmçinin Kazan türklərinin
də, rus imperiyasının süqutundan sonra fəallarından olan Əbdürrəşid İbrahim iştirak
Azərbaycan gəncləri yenidən təhsil almaq etmişdilər. Bu tədbirdə iştirak edən alman
üçün Türkiyə ali məktəblərinə üz tutdular. siyasilərindən doktor Kozak təhsil almaq
Azərbaycan Cümhuriyyətinin yaranması niyyəti ilə Almaniyaya gələn türk-tatar
ərəfəsində Cənubi Qafqazda yaranan anarxiya gənclərindən 10 nəfərə alman milləti
səbəbindən Bakı Hərbi Məktəbinin tələbəsi tərəfindən aylıq 150 mark olmaqla illik 1800
Zeynalabdin Hüseynzadənin yarımçıq qalmış mark təqaüd təyin olunduğunu bəyan edərək,
təhsilini Türkiyədə davam etməsi üçün hələ yeni qurulan cəmiyyəti bu şəkildə təbrik
1918-ci ilin mayında Osmanlı Hərbi Nazirliyinə etmişdi.21
müraciət edilmişdi. Ənvər paşa bu müraciətə
müsbət yanaşdı və 25 may 1918-ci il tarixində
adı çəkilən şəxsin İstanbul Qülləli Məktəbinə .........................................................................................................
qəbul edilməsi ilə bağlı hökumətə təqdimat 16
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920).
yazdı.17 Bu təqdimata dərhal müsbət cavab Parlament (Stenoqrafik hesabatlar). 2 cilddə. C. II.
verildi. Mayın 26-da Osmanlı sultanı Mehmed Bakı, Azərbaycan, 1998.s.59
17
Rəşad, sədrəzəm Tələt paşa və hərbi nazir Türkiye Cumhuriyeti Başbakanlık Osmanlı Arşivi
(BOA), İ.DUİT, no. 163/12.
Ənvər paşanın imzaladıqları «irade-i səniyyə»
18
ilə Zeynalabidin Hüseynzadə İstanbul Qülləli BOA.İ.DUİT, no. 163/12.1-2
19
Məktəbinə qəbul edildi.18 Kafkasya’da Esir Osmanlı Zabitleri / Ati, no. 173
(22 Haziran 1334), s. 2.
Qeyd edək ki, bu zaman İstanbul mət- 20
Rusyalı İslam Şâkirdlerine Yardım Cemiyeti /
buatında Bakılı Zeynalabidin Hüseynzadə ilə Tanin, no. 3414 (11 Haziran 1334), s. 4.
bağlı dərc olunan məqalələrdə bildirilirdi ki, 21
Rusyalı İslam Şâkirdlerine Yardım Cemiyeti /
o, Nargin adasındakı əsir düşərgəsində Türk Yurdu, yıl: 7 (15 Temmuz 1334), c. 14, no. 9
saxlanılan türk əsirlərinə yardımlar etmiş və (159), s. 329-330.

http://journal.edu.az 131
TƏHSİL TARİXİMİZDƏN: AXC — 100 İL

Bu cəmiyyətin sədaları Azərbaycana da ordu üçün əsgər toplama və səfərbərlik


gəlib çatmışdı. Azərbaycandan bir neçə gənc haqqında qəbul etdiyimiz qanun və qaydaların
bu cəmiyyət hesabına Almaniyada təhsil almaq bir surətini sizə göndərirəm. Bunlardan
üçün onun Batumdakı təmsilçilərinə müraciət görəcəksiniz ki, tələbələrə 27 yaşına qədər
etmiş və müsbət cavab almışdılar. Gənclər Al- möhlət verilir. Dolayısıyla, İstanbuldakı
maniyaya getmək üçün İstanbula gələn zaman tələbələrlə bağlı bu qərara uyğun hərəkət edə
burada Osmanlı xüsusi xidmət orqanı olan bilərsiniz».24
Təşkilatı Mahsusanın nümayəndələri onları Azərbaycan hökuməti 1918-ci il oktyabrın
Almaniyaya deyil, Türkiyədəki hərbi 29-da təhsil almaq üçün xaricə getmək istəyən
məktəblərə yönəltməyə çalışdılar. Bunu belə azərbaycanlı tələbələrə fərdi qaydada maarif
əsaslandırdılar ki, «Azərbaycan hökuməti nazirinin təqdimatı əsasında icazə verilməsi
bütün cavanları hərbi xidmətə dəvət etmiş və haqqında qərar qəbul etdi. Bu qərara görə,
buna görə də, sizə Almaniyaya deyil, ehtiyat ehtiyacı olan tələbələrə təqaüd təyin edilməsi
zabit məktəblərinə getmək lazımdır».22 Bu məsələsinə də baxılması tövsiyə edilirdi.
tələbdən çox pərişan olan gənclər kömək üçün Bununla bağlı məsələlərin obyektiv araş-
bu zaman İstanbulda olan Azərbaycan dırılması üçün tələbələrin orduya çağırılması
nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadəyə 1918-ci il noyabrın 10-na kimi təxirə salındı.25
müraciət etdilər. Gənclər hansı səfərbərlik qa- M.Ə.Rəsulzadə 1918-ci ilin avqust ayında
nunu ilə onların hərbi məktəblərə cəlb edildiyi- Osmanlı maarif naziri Nazim bəylə görüşü
ni öyrənməyə çalışmaqla yanaşı, Osmanlı zamanı Azərbaycan üçün müəllim kadrları
dairələrinin bu tələbini yerinə yetirməkdən hazırlanması işinə yardım etmək məqsədilə
də imtina edir, Türkiyədə deyil, Azərbaycanda İstanbuldakı pedaqoji məktəbə azərbaycanlı
xidmət etmək istədiklərini bildirir və bunun tələbələrin qəbul edilməsi məsələsini qaldırdı
üçün də məmləkətlərinə göndərilmələrini və buna razılıq aldı. O, Azərbaycan hökumətinə
xahiş edirdilər. Bütün bunlar barədə göndərdiyi 2 sentyabr 1918-ci il tarixli
Azərbaycanın xarici işlər naziri M.H.Hacınskiyə məktubunda Maarif Nazirliyindən Türkiyəyə
göndərdiyi 4 avqust 1918-ci il tarixli pedaqoji təhsil almaq üçün göndəriləcək tələbə
məktubunda məlumat verən M.Ə.Rəsulzadə sayını müəyyənləşdirməyi və lazımi tədarüklər
daha sonra yazırdı: «Yaxşı olardı ki, əgər görülməsi üçün ona bu say barədə məlumat
hökumətin belə bir qərarı varsa, bu qərarını verilməsini xahiş edirdi.26
elan eləsin. Buradakı gənclər və bundan sonra
onların halına düşənlər haqqında müəyyən
bir qərarı olsun. Azərbaycanlı gənclər buranın
.........................................................................................................
hərbi məktəblərinə verildikləri zaman yaxşı
22
olardı ki, Azərbaycan hökuməti hesabına olaraq Azərbaycan Respublikası Prezzidentinin İşlər
İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 277,
məktəbə girəydilər və çıxarkən Azərbaycan siy. 2, iş 7.
hökuməti idarəsində olaydılar. O zaman burada 23
Azərbaycan Respublikası Prezzidentinin İşlər
«çətinliyə» düşən gənclər özlərini «məzlum» İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 277,
hesab etməyə «bəhanə» tapmazlar və siy. 2, iş 7, 24 a-25
həqiqətən də ortada bir qanun, tərtib və üsula 24
Azərbaycan Respublikası Prezzidentinin İşlər
riayət edilmiş olardı. Hər halda bu xüsusda İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 277,
müəyyən bir qərar lazımdır. Yoxsa hər zaman siy. 2, iş 7, 23 a
25
bir məsələ çıxacaq ki, çox pis təsirlər Азербайджанская Демократическая
Республика (1918-1920). Законодательные акты.
edəcəkdir».23 (Сб. Документов). Баку, Азербайджан, 1998. s.247
Baş nazir F.X.Xoyski M.Ə.Rəsulzadəyə 26
Azərbaycan Respublikası Prezzidentinin İşlər
göndərdiyi 31 avqust 1918-ci il tarixli İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 277,
məktubunda bu məsələ ilə bağlı bildirdi ki, siy. 2, iş 7. 1 vş17a-18a

132 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Vasif Qafarov
Təhsil və mədəniyyət sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı (1918)

M.Ə.Rəsulzadədən sonra Azərbaycanın hökuməti tərəfindən göndərilmiş olduğu əsas


İstanbuldakı diplomatik missiyasına rəhbərlik gətirilərək bu müraciət rədd edilmir və o, adı
edən Ə.Ə.Topçubaşov da azərbaycanlı tələ- çəkilən məktəbə dinləyici kimi qəbul olunur.
bələrin Türkiyə ali məktəblərində təhsil alması Yeni dərs ilinin başlanğıcında isə Məhəmməd
məsələsini gündəlikdə saxladı. O, 1918-ci il Zəkinin verəcəyi imtahan nəticələrinə uyğun
oktyabrın 28-də Osmanlı Maarif Nazirliyinin olaraq onun məktəbin birinci sinfinə qəbul
müstəşarı ilə keçirdiyi görüşdə Azərbaycan olunacağı qərarlaşdırılır.29 Bu sənədlərdə
gənclərinin təhsil almaq və ya təhsillərini Məhəmməd Zəkinin bütün təhsil xərclərini
davam etdirmək üçün Türkiyəyə göndərilməsi Azərbaycan Maarif Nazirliyinin öz üzərinə
məsələsini də qaldırdı. Müstəşar, bu məsələ götürdüyü də qeyd olunur.
ilə bağlı Osmanlı maarif naziri ilə görüşüb Osmanlı arxiv sənədlərində 1920-ci ilin
danışıq aparmağı məsləhət bildi [Топчибашев aprel işğalından sonrakı dövrlərdə də
А.А., 1994, Баку]. Bu sahədə göstərilən Azərbaycan gənclərinin Türkiyə ali məktəb-
təşəbbüslərin nəticəsi olaraq Azərbaycan lərinə qəbul olunması və onlara güzəştlərin
gənclərinin Türkiyə ali məktəblərində təhsil edilməsi ilə bağlı sənədlər vardır. Məsələn,
alması üçün razılıq əldə edildi. Nəticədə, 1922-ci ilin martında sabiq Azərbaycan
azərbaycanlı gənclərin Türkiyə ali məktəb- Cümhuriyyəti hökumətinin maliyyə naziri
lərində təhsil alması təmin edildi. Əbdüləli bəy Əmircanov, oğlu Rüstəm Fuad
Türkiyə ali məktəblərində oxuyan azər- Əfəndinin Qalatasaray liseyinə ödənişsiz olaraq
baycanlı tələbələr arasında birlik yaratmaq qəbul olunması xahişi ilə Osmanlı Maarif
və onlara maddi və mənəvi yardımlar etmək Nazirliyinə müraciət edir. Bu zaman ödənişsiz
məqsədilə 1919-cu ilin oktyabrında İstanbulda plan yerləri artıq dolduğundan, Osmanlı maarif
Azərbaycan Türk Tələbə Cəmiyyəti adlı bir naziri Said bəy, bu xahişlə bağlı müvafiq qərar
cəmiyyət də quruldu.27 verilməsi üçün martın 28-də sədarətə müraciət
1919-cu il sentyabrın 1-də keçirilən edir.30 Osmanlı sədrəzəmi, 1922-ci il aprelin
Azərbaycan Parlamentinin 70-ci iclasında 100 1-də Ə.Əmircanovun vəziyyətini nəzərə alaraq,
nəfər azərbaycanlı tələbənin təhsil almaq üçün istisna hal kimi onun oğlunu adıçəkilən liseyə
dövlət hesabına xarici ölkələrin ali ödənişsiz qəbul olunmasına icazə verir.31
məktəblərinə göndərilməsi ilə bağlı qərar Azərbaycanla bağlı Osmanlı ictimaiyyətinə
qəbul edildi. 28 Bu tələbələrdən 9 nəfəri məlumatların verilməsi və Azərbaycan
Türkiyəyə göndərilməli idi. 1920-ci ilin mədəniyyətinin Türkiyədə təbliğ olunması
yanvarında Bakıdan təntənə ilə yola salınan istiqamətində 1918-ci ilin yayında İstanbul
bu gənclər müxtəlif ali məktəblərə qəbul ol- konfransına göndərilən Azərbaycan nüma-
undular. Tədris ilinin ortası olduğu üçün bəzi yəndə heyətinin burada gördüyü işlər də
gənclərin ali məktəblərə dinləyici kimi qəbul təqdirəlayiqdir. Heyət rəhbəri M.Ə.Rəsulzadə,
edilməsi, yeni tədris ilindən isə tələbə kimi 1918-ci il sentyabrın 6-da «Türk Ocağı»nda
dərslərə başlamalarına qərar verildi. Məsələn, Azərbaycanın tarixi, siyasi, iqtisadi, ictimai,
Azərbaycan hökuməti tərəfindən göndərilən ədəbi və sair xüsusiyyətləri ilə bağlı böyük
1892-ci ildə Zaqatala qəsəbəsində anadan
olan Məhəmməd Zəkinin Osmanlı Mülkiyyə .........................................................................................................
Məktəbinə qəbul olunması ilə bağlı Osmanlı 27
BOA, DH.HMŞ, no. 4-1/4-96.
hökumət orqanları arasında 1920-ci ilin fevral- 28
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920).
aprel aylarında gedən yazışmalardan görünür Parlament (Stenoqrafik hesabatlar). 2 cilddə. C. II.
ki, cari tədris ilinin sonuna az qaldığı üçün Bakı, Azərbaycan, 1998.s.74
adı çəkilən məktəbə tələbə qəbulunun 29
BOA, DH.İ.UM, no. 5-2/1-18.v.1-6
mümkünsüz olduğu məlum olur. Lakin 30
BOA, BEO, no. 4708/353091, v. 2.
Məhəmməd Zəkinin Azərbaycan Cümhuriyyəti 31
BOA, BEO, no. 4708/353091, v. 1.

http://journal.edu.az 133
TƏHSİL TARİXİMİZDƏN: AXC — 100 İL

bir konfrans verdi. Konfransda iştirak edən susi komissiya nəzarət edirdi. Proqramlar
türk ziyalıları və ictimaiyyəti nümayəndələrinə kifayət qədər maraqlı və orijinal idi, burada
Azərbaycanın tarixi, dili, ədəbiyyatı və sənəti digər türk xalqlarının da musiqisinə geniş yer
ilə bağlı geniş məlumat verildi, rus inqilabından verilirdi. «Türk gecələri» konsertlərində
sonra ölkədə gedən siyasi və hərbi proseslər Azərbaycan, Türkiyə və tatar şairləri, artistləri
təhlil edildi və qarşıda dayanan vəzifələr və rəssamları təmsil olunurdular. Dövlət
haqqında məlumat verildi.32 Bu konfransla truppasının aktyorları isə türk xalqlarının
bağlı hələ bir neçə gün əvvəldən İstanbul milli həyatından bəhs edən əsərlərin tamaşasını
qəzetlərində elanlar verilmişdi.33 Buna görə göstərirdilər. Bu əsərlərin «Azərbaycan
də konfransda iştirak edənlərin sayı kifayət müstəqilliyi», «Türk tipləri», «Türk qadınının
qədər çox idi. dünyası», «Milli birlik» və s. kimi adları onların
1918-ci il sentyabrın 14-də Türkiyə, məzmunu barədə aydın təsəvvür yaradır. Türk
Azərbaycan, Şimali Qafqaz və türk dünyasının xalqlarının etnoqrafiyası və məişətinə həsr
digər bölgələrindən gəlmiş nümayəndələrin olunmuş «Türk ocağı», «Türkmən çadrası»,
iştirakı ilə «Türk Ocağı»nda bir rəsmi qəbul «Atəşgah», «Şərq salonları» kimi sərgilər təşkil
keçirildi. Halidə Edip, Nakiyə Nigar, Bilkeys, olunurdu. Bu tədbirlərdə ictimaiyyət
Haticə Əli kimi türk xanımlarının da qatıldıqları nümayəndələri ilə yanaşı, dövlət və hökumət
bu rəsmi qəbulda azərbaycanlılardan Ə.Ağaoğlu nümayəndələri də iştirak edirdilər [Azərbaycan
və Ə.Hüseynzadə, Qafqazın tanınmış iqtisad- tarixi, 2001, Bakı, s.496-497].
çılarından Fərah Vəzirov, Krım səfiri Hayri Azərbaycan və Osmanlı imperiyası arasında
Ayvazov və digər ictimai-siyasi xadimlər iştirak mədəni əlaqələrin inkişaf etdirilməsi və
edirdilər. Türk xalqlarının opera, musiqi və Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğ
ədəbiyyat nümunələri nümayiş etdirilən və olunması istiqamətində teatr truppaları, bir
səsləndirilən bu rəsmi qəbulun keçirilməsində qədər sonra isə Azərbaycan Türk Dram Teatrı
əsas məqsəd bu xalqların ictimai-siyasi və da əvəzsiz xidmətlər göstərmişdir. Bəhs edilən
ədəbi dairələri arasında yaxın münasibətlərin dövrdə Azərbaycan teatr sahəsində Türkiyədən
qurulması idi [Топчибашев А.А., 1994, Баку]. irəlidə idi. Azərbaycan teatr truppalarının
Bir qədər sonra, 1918-ci ilin oktyabr tamaşalarında qadınların rol alması Türkiyədə
ayında Bakıda da «Türk Ocağı» adlı cəmiyyət böyük əks-səda doğurmuş və bununla bağlı
yaradıldı. Cəmiyyətin məqsədi Azərbaycan və 1918-ci ilin avqust-sentyabr aylarında İstanbul
Osmanlı türkləri, habelə keçmiş Rusiya mətbuatında heyrət dolu məqalələr,
imperiyası ərazisində yaşayan türk xalqları müsahibələr dərc edilmişdi.35 Bu məqalələr
arasında mədəni əlaqələri inkişaf etdirmək- İstanbulda Azərbaycan teatrına böyük maraq
dən və onları bir-biri ilə yaxınlaşdırmaqdan oyandırdı.
ibarət idi. Müsavat partiyasının Bakı Komitə- 1918-ci ilin oktyabr ayında Azərbaycan
sinin təşəbbüsü ilə 1919-cu ilin dekabr ayında Türk Dram Operetta kompaniyası Türkiyəyə
«Türk Ocağı»nın siyasi klubunun açılması
qərara alındı. Bu məqsədlə tərkibində
M.Ə.Rəsulzadə, R.R.Şərifzadə, Ş.Rüstəmbəyov, .........................................................................................................
32
R.Ağabəyov, Seyid Hüseyn və M.Şeyxzamanov Resulzade Mehmed Emin Bey’in Konferansı /
kimi məşhur siyasi xadimlər və mədəniyyət Yeni Gün, no. 6 (7 Eylül 1334), s. 2
nümayəndələrinin daxil olduqları komissiya
33
Türk Ocağı’nda Bir Konferans / İkdam, no. 7747
(4 Eylül 1334), s. 2; “Azerbaycan Hakkında
yaradıldı.34 Konferans”, Vakit, no. 313 (4 Eylül 1334), s. 2.
Müsavat partiyası üzvlərinin iştirakı ilə 34
Türk Ocağı’nda Resmikabul / Yeni Gün, no. 14
Bakıda «Türk gecələri» adlanan təntənəli (15 Eylül 1334), s. 2.
musiqi konsertləri təşkil olunurdu. Konsert 35
Azerbaycan Hariciye Nazırı ile Gayri Siyasî Bir
proqramlarının hazırlanması və tərkibinə xü- Mülakat / Temaşa, no. 8 (13 Eylül 1334), s. 12.

134 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Vasif Qafarov
Təhsil və mədəniyyət sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı (1918)

qastrol səfərinə yola düşdü. Azərbaycan tamaşaları səhnəyə qoydular. Bu çıxışlar zamanı
artistlərinin qastrol səfəri təkcə İstanbulda səsləndirilən «İlk bahar», «Marş», «Papuri»,
dörd aya qədər davam etdi. 1919-cu ilin yan- «Gecə həyatı», «Vals», «Çoban qutusu», «Bənd
var-may ayları ərzində İstanbulda səfərdə oldum» və digər Azərbaycan mahnıları böyük
olan Azərbaycan Türk Dram Operetta marağa səbəb olmuşdu.54 Azərbaycan teatr
kompaniyası buradakı teatr salonlarında bir truppasının bu çıxışları Azərbaycan mədə-
çox Azərbaycan tamaşalarını səhnələşdirdi. niyyətinin Türkiyədə təbliğində mühüm rol
Azərbaycan teatr truppası 1919-cu il fevralın oynamaqla iki ölkə arasında mədəni əlaqələrin
5-də İstanbulun Şahzadəbaşındakı Millət
Teatrında gündüz xanımlar üçün, axşam isə .........................................................................................................
ümumi olaraq iki dəfə «Arşın mal alan», 36
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
fevralın 6-da Kadıköydəki Kuşdili (Apollon) Sabah, no. 10498 (6 Şubat 1335), s. 2.
Teatrında «Məşədi İbad»36, fevralın 8-də Millət 37
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
Teatrında gündüz və axşam olmaqla iki dəfə İkdam, no. 7901 (8 Şubat 1335), s. 2.
«Dağılan tifaq, yaxud qumarın nəticəsi»37, 38
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
fevralın 10-da həmin teatrda «Əlli yaşında İkdam, no. 7905 (12 Şubat 1335), s. 2.
39
cavan» və «Ac həriflər»38, fevralın 12-də eyni Azerbaycan Türk Dram-Operet Kumpanyası /
Sabah, no. 10503 (11 Şubat 1335), s. 2.
teatrda «Hacı Qənbər»39, fevralın 13-də Kuşdili 40
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
Teatrında «Əlli yaşında cavan» və «Ac İkdam, no. 7905 (12 Şubat 1335), s. 2.
həriflər» 40 , fevralın 14-də Təpəbaşı Qış 41
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
Teatrında «Arşın mal alan»41, fevralın 19-da Sabah, no. 10505 (13 Şubat 1335), s. 2.
Millət Teatrında gündüz və axşam olmaqla 42
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
iki dəfə «Bəxtsiz cavan», ertəsi gün Kuşdili Tercüman-ı Hakikat, no. 13644 (18 Şubat 1335),
Teatrında «Zora təbib» və «Axşam səbri xeyir s. 4.
43
olur»42, fevralın 22-də Millət Teatrında «Qave- Azerbaycan Türk Dram-Operet Kumpanyası /
İkdam, no. 7915 (22 Şubat 1335), s. 2.
i Ahəngər» 43 , fevralın 26-da «Şeyx Şamil 44
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
həzrətləri»44, martın 10-da Kuşdili Teatrında Alemdar, no. 1378-68 (26 Şubat 1335), s. 2.
gündüz və axşam olmaqla iki dəfə «Əsli və 45
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
Kərəm», martın 11-də Bəyoğludakı Odeon Tercüman-ı Hakikat, no. 13700 (16 Nisan 1335).
Teatrında «Arşın mal alan»45, martın 12-də 46
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
Millət Teatrında «Əsli və Kərəm»46, martın İstiklal, no. 79 (11 Mart 1335), s. 2.
13-də Kuşdili Teatrında gündüz və axşam ol- 47
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
maqla iki dəfə «Qave-i Ahəngər»47, martın 19- İstiklal, no. 79 (11 Mart 1335), s. 2.
48
da Millət Teatrında gündüz və axşam olmaqla Azerbaycan Türk Dram-Operet Kumpanyası /
İstiklal, no. 79 (11 Mart 1335), s. 2.
iki dəfə «Ağa Məhəmməd Şah Qacar»48, martın 49
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
24-də Odeon Teatrında «Məşədi İbad»49, martın
Alemdar, no. 1403-93 (24 Mart 1335), s. 2.
26-da Millət Teatrında «Evli ikən bekar»50, 50
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
aprelin 16-da Millət Teatrında «Ər və arvad», Sabah, no. 10546 (26 Mart 1335), s. 2.
Bəyoğludakı İsketinq Teatrında «Arşın mal 51
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
alan»51, aprelin 18-də İsketinq Teatrında Tercüman-ı Hakikat, no. 13700 (16 Nisan 1335).
gündüz və axşam olmaqla iki dəfə «Məşədi 52
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
İbad» [Nezerli E., 2010, Bakı], ertəsi gün yenə Tercüman-ı Hakikat, no. 13701 (17 Nisan 1335),
s. 4.
eyni teatrda «Evli ikən bekar» [Rəsulzadə 53
Azerbaycan Türk Dram-Operet Kumpanyası’nın
M.Ə., Bakı, 1994], aprelin 23-də Millət Teatrında
Oyun Reklamı / Temaşa, no. 16 (1 Mayıs 1335).
gündüz və axşam olmaqla iki dəfə «Leyli və 54
Azerbaycan Türk Dram-Operet Kumpanyası /
Məcnun»52, mayın 17-də Millət Teatrında «Pəri Tercüman-ı Hakikat, no. 13705 (21 Nisan 1335),
cadu», «Bir kamerada iki yataq»53 və digər s. 4.

http://journal.edu.az 135
TƏHSİL TARİXİMİZDƏN: AXC — 100 İL

inkişafına da böyük təsir göstərdi. Azərbaycan üçün ciddi addımlar atmaqla yanaşı, ölkənin
teatr truppasının İstanbuldakı fəaliyyəti dirçəlişi naminə əsas amil hesab etdiyi maarif
Osmanlı mətbuatı tərəfindən geniş şəkildə və mədəniyyətin inkişafına da böyük əhəmiyyət
işıqlandırıldı. vermiş, ölkədə sabitlik möhkəmləndikcə bu
«Zaman» qəzetinin 8 fevral 1919-cu il sahəyə daha çox diqqət ayırmağa başlamışdır.
tarixli nömrəsində Azərbaycan teatrı haqqında Azərbaycan hökuməti hərbi-siyasi və iqtisadi
böyük bir məqalə nəşr edilmişdi. Məqalədə sahələrdə olduğu kimi, maarif sahəsində də
yanvar ayından bəri İstanbulda olan Azər- dost və qardaş Türkiyə ilə əməkdaşlıq etmiş,
baycan Türk Dram Operetta kompaniyasının onun köməyindən və təcrübəsindən fayda-
səhnəyə qoyduğu tamaşalar haqqında geniş lanmışdır. Azərbaycanda məktəblərin milli-
məlumat verilir və teatr sahəsində Azərbay- ləşdirilməsi prosesində türk pedaqoqlarının,
canın Türkiyədən çox-çox irəlidə olduğu fak- həmçinin Türkiyədən gətirilən dərslik və dərs
tlarla göstərilirdi. Məqalədə deyilirdi: «Bir vəsaitlərinin rolu böyük olmuşdur. Azərbay-
millətin mədəniyyətə olan qabiliyyət və canla Türkiyə arasında hərbi-siyasi və iqtisadi
istedadını hərbi müvəffəqiyyətlərdən çox sahələrdə qurulan münasibətlər Birinci Dünya
müxtəlif mədəni müəssisələri, mövcud əsərləri müharibəsinin başa çatması ilə iflasa uğrasa
ilə ölçmək daha doğrudur... Biz Azərbaycandan da, mədəni-maarif sahəsində iki ölkə arasında
şəhərimizə gələn teatr heyətindən çox şeylər əlaqələr əslində bu dövrdən sonra yüksələn
öyrəndik. Dünyanın bu qədər böyük böhranlar xətlə inkişaf etmişdir. 1919-cu ili Azərbaycanla
və məhrumiyyətlər içində olduğu bir zamanda, Türkiyə arasında mədəni-maarif sahəsində
xüsusilə də Azərbaycan kimi ağrılı-acılı həyat ən məhsuldar il hesab etmək olar.
mübarizələri içində çırpınan bir məmləkətin
İstanbula mükəmməl bir kompaniya gön-
dərməsini gözləyə bilməzdik. Bizim ən seçilmiş
sənətkarlarımızdan biri onlardan bəhs edərkən,
dedi ki, «kompaniyalarında elə bir ahəng və
intizam var ki, indiyə qədər bizim heç bir
teatrımıza bu nəsib olmadı, vəzifə bölgüləri
yaxşıdır, heç bir iş heç bir kəsin nisbətindən
dolayı axsamır».55 Məqalədə Azərbaycanda
yazılan teatr əsərləri barədə məlumatlı olmayan
İstanbul teatrsevənlərinə bu əsərlər haqqında
geniş məlumat verildiyi də xüsusi olaraq qeyd
edilirdi.56
Azərbaycan teatr truppasının aktyorları
oynadıqları rollarla böyük tamaşaçı sevgisi
qazanmışdılar. Onlardan Əşrəf bəy Yüzbaşızadə,
Muhsin bəy Cəfərov, Həsən bəy Abdullazadə,
Mustafa bəy Mərdanov, Paşa bəy Məhəmmədov,
İbrahim bəy İsfahanlı, Hüseyn Qasımov və
digərləri ilə bağlı İstanbul mətbuatında
məlumat tipli məqalələr və onların şəkilləri
dərc edilmişdi. .........................................................................................................
Beləliklə, bütün bunları ümumiləşdirərək 55
Azerbaycan Tiyatrosu / Zaman, no. 305 (8 Şubat
qeyd edə bilərik ki, Azərbaycan Cümhuriyyəti 1335), s. 2.
hökuməti yarandığı ilk gündən etibarən ölkənin 56
Azerbaycan Tiyatrosu / Zaman, no. 305 (8 Şubat
ərazi bütövlüyü və suverenliyini təmin etmək 1335), s. 2.

136 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2


Vasif Qafarov
Təhsil və mədəniyyət sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı (1918)

İstifadə edilmiş ədəbiyyat

1. «İlanat» (1335).Tercüman-ı Hakikat. 23. Azerbaycan Türk-Dram Operet Kumpanyası:


№13702. s.4. Aslı ve Kerem (1335). Alemdar. № 1390-80.
2. Azerbaycan Cumhuriyeti’nde Maarif (1334). 24. Azerbaycanlı Talebenin Nazarıdikkatine
Ati. № 215. s.2. (1335). Türk Dünyası. № 69.
3. Azerbaycan Hariciye Nazırı ile Gayri Siyasî 25. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920).
Bir Mülakat (1334).Temaşa. № 8. s.12. 1998. Parlament (Stenoqrafik hesabatlar). 2
4. Azerbaycan Murahhası’nın Murahhasımıza cilddə. C. II. Bakı: Azərbaycan.
Beyanatı ( 1334) Tasvir-i Efkar. № 2576. s.1. 26. Azərbaycan Respublikası Prezidentinin İşlər
5. Azerbaycan Tiyatrosu (1335). Zaman. №305. İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f.
s 2. 277, siy. 2, iş 7.
6. Azerbaycan Türk Dram-Operet Kumpanyası 27. Azərbaycan tarixi (2001). 7 cilddə. V c., Bakı:
(1335). Alemdar. № 1403-93. Elm.
7. Azerbaycan Türk Dram-Operet Kumpanyası 28. Azərbaycan Türk Dram-Operat Kumpanyası
(1335). Alemdar. №1376-68. (1335).Tercüman-ı Hakikat. №13705. s.4.
8. Azerbaycan Türk Dram-Operet Kumpanyası 29. Kafkas Terakki Cemiyeti (1334). Zaman.
(1335). İkdam. № 7905. №93.
9. Azerbaycan Türk Dram-Operet Kumpanyası 30. Kafkasya’da Esir Osmanlı Zabitleri (1334).
(1335). İkdam. № 7915. Ati. № 173. s.2.
10. Azerbaycan Türk Dram-Operet Kumpanyası 31. Nezerli E. (2010). Cumhuriyet Döneminde
(1335). İkdam. № 7934. Azerbaycan`da Milli Eğitim Uzmanlarının
11. Azerbaycan Türk Dram-Operet Kumpanyası Hazırlanması (1918-1920) / Büyük Devletler
(1335). İstiklal. № 79. Kıskacında Bağımsız Azerbaycan (1918-
12. Azerbaycan Türk Dram-Operet Kumpanyası 1920). s. 350-354.
(1335). Sabah. № 10546. 32. Resulzade Mehmed Emin Bey’in Konferansı
13. Azerbaycan Türk Dram-Operet Kumpanyası (1334). Yeni Gün, №6.
(1335). Sabah. №10505. 33. Rəsulzadə M.Ə. (1990) Azərbaycan
14. Azerbaycan Türk Dram-Operet Kumpanyası Cümhuriyyəti. Bakı, Elm.
(1335). Tasvir-i Efkar. № 16. 34. Rusyalı İslam Şâkirdlerine Yardım Cemiyeti
15. Azerbaycan Türk Dram-Operet Kumpanyası (1334) Tanin, № 3414.
(1335). Tercüman-ı Hakikat. №13701. 35. Rusyalı İslam Şâkirdlerine Yardım Cemiyeti
16. Azerbaycan Türk Dram-Operet Kumpanyası (1334) Türk Yurdu.
(1335).İkdam. № 7901. 36. Türk Ocağı’nda Bir Konferans (1334). İkdam,
17. Azerbaycan Türk Dram-Operet Kumpanyası № 7747. s.2; «Azerbaycan Hakkında
(1335). Tercüman-ı Hakikat. №13644. Konferans», (1334) Vakit, № 313.
18. Azerbaycan Türk Dram-Operet Kumpanyası 37. Türk Ocağı’nda Resmikabul (1334). Yeni Gün,
(1335). Tercüman-ı Hakikat. №13700. № 14.
19. Azerbaycan Türk Dram-Operet Kumpanyası 38. Türkiye Cumhuriyeti Başbakanlık Osmanlı
(1335). Sabah. № 10498. Arşivi (BOA), BEO, №. 4517/338752.
20. Azerbaycan Türk Dram-Operet Kumpanyası 39. Türkiye Cumhuriyeti BOA, BEO,
(1335). Sabah. № 10503. № 4708/353091, v. 2.
21. Azerbaycan Türk Dram-Operet Kumpanyası 40. Türkiye Cumhuriyeti BOA, DH.HMŞ,
(1335). Tasvir-i Efkar. № 2648. №4-1/4-96.
22. Azerbaycan Türk Dram-Operet 41. Türkiye Cumhuriyeti BOA, DH.İ.UM,
Kumpanyası’nın Oyun Reklamı (1335). № 5-2/1-18.
Temaşa. № 6. 42. Türkiye Cumhuriyeti BOA, İ.DUİT, № 163/12.

http://journal.edu.az 137
TƏHSİL TARİXİMİZDƏN: AXC — 100 İL

43. Türkiye Cumhuriyeti Genelkurmay Askeri


Tarih ve Stratejik Etüd Dairesi Başkanlığı
Arşivi (ATASE) .
44. Азербайджанская Демократическая
Республика (1918-1920). (1998)
Законодательные акты. (Сб. Документов).
Баку: Азербайджан.
45. Топчибашев А.А. (1994) Дипломатические
беседы в Стамбуле (записи
чрезвычайного посланника и
полномочного министра
Азербайджанской Республики. 1918-
1919), Баку, «Эргюн».

138 AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2

You might also like