You are on page 1of 82

ŞİƏLƏRİN

HƏQİQƏTİ

Əsəd Vahid əl-Qasim

1
Mündəricat

1 Müəllif 3
2 Muqəddimə 4
birinci fəsil:
3 İmamət 8
4 İmamətin nəssləri. 1. Əhli-Beytin (ə) imamətini sübut edən dəlillər 4
5 Əhli - Beyt (ə) kimlərdir ? 11
6 Əhli-Beytin (ə) ismətini sübuta yetirən digər dəlillər 14
7 İmamların sayını sübut edən dəlillər 16
8 Əli ibn Əbu-Talibin (ə) xilafətə təyin olunmasını sübuta yetirən dəlillər 18
9 Müsəlman tayfalar İmamət nəsslərinə etiraz edir 22
10 Bəzi səhabələrin Peyğəmbər (s) vəsiyyət yazarkən mane olmaları 23
11 Bəzi səhabələrin Usamənin ordusuna olan müxalifəti və onun əmirliyinə edilən tənələr. 25
12 "Səqifə" hadisəsi və Əbu-Bəkrin beyəti 26
13 Peyğəmbər (s) Əbu-Bəkrin xilafətə təyin olunmasına işarə edibmi? 29
14 Fatimənin (ə) qəzəbi 30
15 Ömərin xəlifə olması 33
16 Osmanın xəlifə olması 34
17 İmam Əlinin (ə) beyəti 35
18 Abdulla ibn Səba əfsanəsi 37
19 Siffeyn döyüşü. Muaviyənin üsyanı və qoşun çəkməsi 38
20 İmam Əlinin (ə) şəhadəti 41
21 Sülh müqaviləsi və İmam Həsənin (ə) şəhadəti 42
22 Kərbəla qiyamı və İmam Hüseynin (ə) şəhadəti 43
ikinci fəsil
23 Səhabələrin ədaləti 46
üçüncü fəsil
24 Şiə və Qurani-Kərim 52
dördüncü fəsil
25 Şiələrin və Peyğəmbərin (s) pak sünnəti 56
26 Əbu-Hüreyrənin çox hədis rəvayət etməsi 62
27 Səhihi-Buxariyə bir baxış 66
beşinci fəsil
28 Müvəqqəti nigah 69
29 Həcc mütəsi 74
altincı fəsil
30 Mehdiyi-Müntəzər 76

2
1. Müəllif

Həqiqəti araşdırmaq, ona qovuşmaq uğrunda qızğın mübarizə apardı və Allah onu doğru yola hidayət etdi:

“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər
edənlərlədir.” { 29.Ənkəbut surəsi, 69 }

Qəsb olunmuş Fələstin torpağının qərb sahilində yerləşən Deyr-əl-Ğusun kəndində doğulmuşdur. Orta
məktəbi bitirdikdən sonra İordaniyaya səfər etdi və orada həndəsi peşə üzrə diplom əldə etdi.

Daha sonra Filippinə səfər edərək müasir həndəsə bakalavr və nəhayət inşaat-idarəetmə magistr dərəcəsini
əldə etdi (Construction Management).

Elmi axtarışlarını (Islamic Public Administration) başa vurduqdan sonra, hal-hazırda hökümət idarəsində
doktorluq şəhadəti əldə etmək əzmindədir.

3
2. Müqəddimə
Bu günki günümüzdə müsəlmanların vəziyyəti necə də ürək yandırıcıdır. Çünki, ac insanların süfrə başına
cəm olması kimi bütün xalqlar da onların əleyhinə cəm olmuşlar.

Vahid ümmət sayılan müsəlmanların arasında fitnə və parçalanmanın yaranması və ixtilafın gün-gündən
genişlənməsi missiyası özünü doğrultduqdan sonra onlar öz murdar məqsədlərini müsəlmanların bir-birini
vurması ilə həyata keçirdilər.

Müsəlmanların mübarək oyanışının çoxalmasını və öz ölkələrində Quran və sünnət hökmlərinin icrasına səy
etməyi görmək İslam düşmənləri üçün çətin oldu.

Məxsusən bu təşəbbüslərdən biri özünü doğrultduqdan sonra o, dünya istikbarçıları üçün qorxulu zərbəyə
çevrildi. Halbuki, onu aradan aparmaq üçün müxtəlif yollar və vasitələrdən istifadə etməyə çalışırdılar.
Nəhayət yüz illər boyu dəfn olunmuş tayfa və sünni-şiə məzəbi arasında olan ixtilafları üzə çıxardılar.

Müsəlman məntəqələrimizdə bu işi həyata keçirmək müstəmləkəçi muzdurlvara, ələlxüsus iki şərafətli
hərəmə xidmət pərdəsi altıda müqəddəs torpaqlara hakim olan Hicaz sultanlarına həvalə olundu. Onlar da
öz növbəsində Ərəbistan yarımadası və onun xaricində özlərinin muzdla tutulmuş vaizlərinə müxtəlif kitablar
yazaraq yayımına əmr etdilər. Bu kitabların məzmunu, şiə idealogiyasına vurulan küfr, atəşpərəstlik,
yəhudilik, nəsranilik və başqa boş-boş sözlərdən ibarət tənələr təşkil edirdi. Təəssüf ki, bir çox sadəlöhv və
təəssübkeş insanlar həmin zəhərli kitablarda deyilən mövzular ətrafında təhqiqat və axtarış aparmadan
təsdiqləyərək, bu yırtıcı hücumun qurbanlarına çevrildilər. Onu da deməliyəm ki, həmin kitablar milyonlarla
nüsxə halında bütün İslam ölkələrində paylaşılırdı.

Mən də başqa müsəlmanlar kimi bu hücuma məruz qaldım. Bu da bəzi hərəkatlar tərəfindən həyata
keçirilirdi. Onların məqsədi guya, sünniləri şiənin xətərindən qorumaq, eyni zamanda sözləri yəhudi və
atəşpərəstlikdən qaynaqlanan bu tayfanın idealogiyasından qorumaq idi. ədəb qaydalarından uzaq olmaq
və şiənin həqiqətini bu cür töhmətlərlə vəsf etdikləri üçün əvvəllər mənim də nəzərim mənfi idi. Eyni belə
mülahizələrim də var idi ki, onların haqqı əksər hallarda şişirdilərək tamamilə əks qələmə verilir.

Onu da deməliyəm ki, mən, Fələstində sünni ailəsində anadan olmuşam. Oranın əhalisinin çoxu "əhli-sünnət
və cəmaətdən" ibarət idi. Həmçinin elə etiqad edirdim ki, "əhli-sünnət və cəmaət" məzhəbi ən doğru
tayfadır. Lakin bununla belə şiədə küfrlə bağlı bir şey görmürdüm. Şiələr barədə bildiyim şeylər bundan
ibarət idi ki, onlar Əlinin (ə) mənzilətini qaldıraraq başqa səhabələrdən üstün tuturlar. Lakin mən, əksər
sünnilərin, Əlinin (ə) layiq olmadığı bir mənzilətə sahib olmasına etiqad etmələrinin səbəbini bilmirdim.
Onların etiqadı, Əlini (ə) "Rafiidin" xəlifölərinin dördüncüsü olması və Müaviyə, Əmr-ibn-As və başqa
səhabələrin mənziləti ilə bərabər tutmaqdan ibarət idi.

Lakin mənim nəzərimcə Əlinin (ə) mənziləti barəsində olan mübaliğə, şiələri İslam dairəsindən xaric etmir.
Həmçinin bizim bəzi alimlərimizin sözü tərəddüd doğururdu. Bunun da səbəbi, guya şiələr Əlini (ə)
Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməddən (s) üstün tutması, risaləti çatdırmaqda Cəbrailin səhv
etməsinə etiqad etmələri, hətta bəzi hallarda Əlini (ə) allahlaşdırmaları və Qurandan başqa bir quran
kitablarının olması idi. Lakin mən bunları heç vecimə də almırdım. Ələlxüsus orta məktəbdə oxuyarkən
"İslam tərbiyəsi" mövzusunda dərs deyən ustadımın sözü ölənədək mənim yadımdan çıxmayacaq. O
deyirdi: "Şiələr bir neçə tayfadan ibarətdilər, hətta onlardan bəzisi Əlini (ə) allahlaşdırırlar. Lakin "Cəfəriyyə"
məzhəbi ilə məşhur olan "On iki imamçı şiələr" sünni məzhəbinə daha yaxın olan məzhəbdir və onların
ardıcılları da müsəlmandır.

4
Bu sözlər doğruluq, təqva və geniş elmi nəzəriyyələrə malik olduğuna etimad etdiyim bir şəxs tərəfindən
deyilmişdi. Eyni zamanda mən ona, İslam və özünün məzhəbi sayılan sünni məzhəbinə müxalif olan
nəzəriyyələr söyləyən şəxslərə qarşı ədalətli və obyektiv olduğu üçün etimad edirdim. Bu sözlər günlər və
illər keçdikcə mənim qulaqlarımda cinkildəyirdi. Eyni zamanda qohümlarımdan birinin gördüyü işlər mənə
xoş təsir bağışlamışdı. Mən, onun "Allah dininə" dəvət və müsəlmanların vəhdəti uğrunda ciddi
çalışqanlığındakı, ixlasa heç vaxt şəkk etmirdim. Artıq bu anlayış mənim daxilimdə həkk olunaraq real
həqiqətə çevrilmişdi. Məxsusən o, əsrimizdə yaşamış sünni alimlərinin çoxunu şiələri muvəhhid (tək Allaha
ibadət edən) müsəlman görmələrini bildikdən sonra daha da təkmilləşdi. O alimlər bunlardır: Həsən-əl-
Bəina, Seyyid Qutb, Əlməvdudi, Şeyx Əbdül-Həmid Keşk, Şeyx Muhəmməd-əl-Qəzali, Şeyx Şəltut, Ustad
Bəhnəsavi, Təlməsani, Ənvər-əl-Cundi, Həsən Əyyub, Səid Həva, Fəthi Yəkən, Əbu Zöhrə, Yusif-əl-Əzm,
Qənuşi və bunlardan başqa çox-çox alimlərin kitablarını oxumaq şərəfinə nail oldum. Hansı ki, bu kitablar
kələcək nəslin İslami oyanış kitabxanalarının bəzəyidir. Eyni zamanda bütün bunların hamısı şiənin
müsəlman olması barədə məndə heç bir şəkk aşılamırdı. Hətta mən sünni məzhəbini, şiə məzhəbindən də
ayırmırdım. Çünki, haçansa onlardan birini müsəlman digərini kafir qərar verməmək üçün, bu iki məzhəb
arasında olan ayrılığa göz yummuşdum. Əslində mən bu işin təfsilatını bilmirdim və bu barədə fikirləşərək
axtarış aparmağa da hazır deyildim. Öz-özlüyümdə tarixi alt-üst etməyə səbəb olan axtarışlara və heç bir
nəticəyə aparıb çıxarmayan dolaşıq yollara girməyə ehtiyac duymurdum. Elə o vaxtlardan bu qənaətə
gəlmişdim ki, bu qəbilədən olan parçalanma və ixtilaflar ətrafında axtarış aparmaq bir növ fitnədir. Hətta bu
barədə danışmaqdan belə çəkinmək lazımdır. Çünki, onların hər ikisi müsəlmandır. Aralarında baş verən
hadisələrə baxmayara müsəlman olduları üçün Əli (ə) və Müaviyəyə də eyni nəzərlə baxırdım. Sünni və şiə
məzhəbi də mənim nəzərimdə bu cür idi.

Səksəninci illərin ortalarında Universitet təhsilimi tamamlamaq üçün qürbət ölkəyə səfər etməyim, bu fitnəni
alovlanması və şiə idealogiyasından şiddətlə çəkindirməklə üst-üstə düşdü. Əksər hallarda bu iş, İranda
İslam inqilabı və onun rəhbərinə tənələr etməklə olurdu. Lakin mən belə etiqad edirdim ki, o şəxs bütün bu
vəzifələrin həqiqi daşıyıcısıdır. Çox hallarda isə özümü, şiəni kafir bilmədiyim üçün müqəssir bilirdim. Lakin
nə qədər müdafiə mövqeyi tuturdumsa, gələn hücumlar əvvəlkindən daha şiddətli olurdu. Hətta bir gün
onlardan biri mənə dedi: "Sən bir yol seçərək öz məzhəbini aşkar surətdə təyin etməlisən." Ola bilməz ki,
eyni zamanda mən həm sünni, həm şiələrə qarşı şəfqətli, həm də İslam inqilabını dəstəkləyim. Çünki bu,
həmin şəxsin rəyinə görə ideoloji bir məsələ idi və bu işdə səhlənkarlıq da etmək olmazdı. Onu da
gizlətməməliyəm ki, şiə məzhəbi ilə müfəssəl tanışlığımın olmaması məni sıxıntı və çətinliklərlə üzləşdirirdi.
Hətta bəzi iddiaçıların dediyi: "Şiələri imamət, təqiyyə, ismət və səhabələri kafir bilmək ideyası, İslamdan
xaric edir" sözünə nə cavab verəcəyimi heç özüm də bilmirdim. Bu səbəbdən də daxilimdə şiənin həqiqəti
barədə şəkklər baş qaldırırdı. Beləliklə məndə bu ideologiyaya qarşı böyük maraq hissi yarandı. Artıq mən
özümü çoxlarının uzaq qaçdığı bir işə sürüklənən görürdüm. Bu da həqiqət barədə olan axtarış idi. Çaşqınlıq
və şəkkə müəyyən hədd qoymaq üçün uzun müddət idi ki, çalışırdım. Lakin bunu necə etməli idim? Şiələri
kafir bilən əhli-sünnət alimlərinin müəllifi olduğu kitabları oxumaqla kifayətlənməli idimmi? Bu qəbildən
olan kitabları əvvəllər çox oxuduğuma baxmayaraq heç bir qənaətə gəlməmişdim. Bunun səbəbi də adı
çəkilən müəlliflərin elmi bəhslərdə mövzu və dəlil gətirməyə səbəb olan ədəb və elmi ruhiyyədən uzaq
olmaları idi.

Qəzali, Bəhnəsavi, İzzəddin İbrahim və bu kimi sünni-şiə məsələsini qondarma ixtilaf hesab edən liberal
sünni alimlərinin rəyləri ilə kifayətlənimmi? Lakin bu rəylər problemləri həll etmirdi, əksinə olduğu kimi
saxlayırdı.

Qarşımda həqiqəti şiə kitablarında axtarmaqdan başqa bir yol qalmadı. Lakin əvvəllər bu seçimdən tamamilə
uzaq qaçırdım. Çünki, mən elə düşünürdüm ki, şiələr kitablarında özlərinə məxsus yollar və hədislərə
əsaslanaraq dəlil gətirirlər. Bu da bizim nəzərimizdə hüccət hesab olunmur. Lakin bu əsnada tanış olduğum
dostumdan "Əl-muraciat" adlı kitabı əldə etdim. Xoşbəxtlikdən o da mənim kimi, şiənin həqiqəti barədə
olan axtarışlarla maraqlanırdı. O, bu kitabı oxumağı ona nəsihət etmiş şiə dostlarının birindən almışdı. Bunun
da səbəbi dostumun şiə ideologiyası ilə yaxından tanış olması üçün ondan kitab istəməsi idi.
5
"Əl-muraciat" kitabının müəllifi şiə olmağına baxmayaraq öz etiqadlarının haqq olmasını sünnilərin hədis
kitabları ilə məxsusəndə "Səhiheyn" vasitəsilə sübuta yetirməsi məni dəhşətə saldı.

Mən, bu kitabda insanları çaşdıraraq parçalayan bir həqiqət ətrafında axtarış aparmağa sövq etmək gördüm.
Daim çalışırdım ki, bu kitabın məzmunu üzərində bəzi dostlarla aparılan bəhslər və diskussiyalarda iştirak
edim. Kitab, sünni alimi, "Əzhər"in Şeyxi Səlim-əl-Bişri ilə əsli Livanlı olan şiə alimi İmam Şərafuddin-əl-
Amilinin arasında cərəyan edən məktublaşmalardan ibarət idi. Məktublarda sünni və şiə məzhəbi arasında
olan ən ümdə ixtilaflı məsələlərdən söhbət açılırdı. Onu da deməliyəm ki, bu kitabda oxuduqlarım mənim
üçün çox gözlənilməz oldu. Şişirtmədən deməliyəm ki, bu mənim üçün ömür boyu unudulmayan bir qəlb
yarasına çevrildi. Mən heç vaxt gözləmirdim ki, sünni və şiə məzhəbi arasında olan ixtilaf bu kitabda deyilən
şəkildə olsun. Mənə aydın oldu ki, tarix və hədis mövzusunda məlumatı olan hər bir şəxs kimi mən də
cahiləm. Hansı ki, o şəxslərin arasında "Şəriət" elmi sahəsində doktorluq şəhadəti daşıyanlar var idi. Sən
bunu bəhsin təfsilatında da görəcəksən. O kitabda deyilən bəzi həqiqətlər bizim üçün ona görə ağır idi ki,
müəllif dəlillərin Quran və "Səhiheyn"də olmasını iddia edirdi. Bizlərdən bəzisi həqiqətəndə onun
doğruluğuna şəkk edirdi, hətta dostlardan biri dedi: "Əgər bu şiə müəllifin iddia etdiyi həqiqətlər
doğrudanda Səhihi-Buxaridə varsa, bu gündən sonra mən, Buxarinin bütün hədislərini inkar
edəcəyəm." Onun sözündə məqsəd yalnız bu idi ki, o şiə alimin doğrucul olması mümkün deyildir. Biz belə
hiss edirdik ki, bu kitabda deyilənlərin hamısının doğru olması, bizə sünni və şiə məzhəbi arasında olan
ixtilafların həqiqətini başa düşmək sahəsində çox kömək edəcək.

"Əl-muraciat" kitabında deyilən mövzular ətrafında təhqiqat işləri aparmaq üçün "Səhihi-Buxari"ni
özümüzün görməyi zəruri idi. Çox böyük çalışmaqlıqdan sonra "Səhihi-Buxari"nin bir nüsxəsini əldə etməyə
Allah bizə müvəffəq etdi. Şiə aliminin "Səhihi-Buxari"də olan mövzulara bu cür işarə etməsi mənim üçün
gözlənilməz oldu.

Ola bilsin ki, bəziləri soruşsun: "Səhihi-Buxari nə üçün bu qədər diqqət mərkəzindədir?" Məlumdur ki,
Allahın kitabından gətirilən dəlillərin əksər hallarda təvil olunmasına ehtiyac duyulur. Çünki, onun əsl
təfsirindən bir mənadan daha çox mənalara ehtimal olunur. Məsələn (ayə -). Bu ayədə qaşqabaqlı və kor
adamın adı çəkilmir. Rəvayət olunan hədis də öz növbəsində bunu izah edir. "Səhihi-Buxari" sünni
məzhəbinin nəzərində öz doğruluğu etibarı ilə Allah kitabından sonra birinci yeri tutur. Onlar bu kitaba əməl
etməyi özlərinə lazım bilirlər. Beləliklə də hədis Qurani-Kərim ayələrinin təfsirində olan ixtilaflara hədd
qoyur.

Bu mövzu ətrafında əlavə kitablar oxuduqca, həqiqətən mənim üçün daha da aydınlaşırdı. Hətta sonda o,
şəkk olunmaz və daha dolğun şəkildə mənim üçün aydın oldu. Lakin məni həmişə bir sual maraqlındırırdı.
Bu da ondan ibarət idi ki, nə üçün sünni məzhəbində mötəbər məsdərlərə əsaslanmasına baxmayaraq, tarixi
hadisələr və Peyğəmbərin (s) hədislərinin çoxunu bizdən gizlədirlər. Halbuki, onlar əsrlər boyu sünni və şiə
məzhəbində olan qaranlıq ixtilaflı məsələlərin çoxunu açıqlayırdı. Məgər bəzilərin iddia etdiyi kimi
həqiqətləri gizlətmək və qarışdıraraq üzərinə pərdə çəkmək, fitnəni qarşısını almaq üçün bir bəhanə ola
bilərmi? Məgər həqiqətləri gizlədərək saxtalaşdırmağın özü fitnə deyilmi?

Bu həssas məsələ üzərində axtarış aparmağa başlayarkən, şiələrin müsəlman olub-olmamasını təhqiq etmək
mənim ən ümdə məqsədim idi. O zamanlar "sünni və cəmaət" məzhəbinin doğru yolda olmasında mənim
heç bir şəkkim yox idi. Lakin bu mövzu ətrafında bir qədər axtarış, təfəkkür və mütaliə etdikdən sonra çox
dəhşətli ayrılığa aparıb çıxaran nəticəyə gəldim. Amma bir an belə tapdığım həqiqəti qəbul etməkdə
tərəddüd etmədim. Niyə görə də qəbul etməməliydim? Halbuki onlar, sünni məzhəbində dəlil sayılan hüccət
və bürhanlara söykənirdi. Eyni zamanda Allah-təalanın bütün məxluqat üzərində hüccət bildiyi əql ilə
uyğunlaşırdı. Artıq bu həqiqəti bizim bir dəstə tələbəmiz də qəbul etmişdi. Lakin bu iş, bəzi təəssübkeşləri
narahat edirdi və onlar da öz növbəsində bizim kafir olmağımıza və salamımızın cavabını almağın cayiz
olmamasına hökm verdilər. Bizim əleyhimizə şaələr yayırdılar. Bu şaələrin ən yüngülü o idi ki, biz şiə

6
məzhəbini qəbul etdiyimiz üçün İran səfirliyindən hər ay 300 (üç yüz) dollar maaş alırıq. "Səhihi-Buxari"dən
onlara dəlil gətirərkən deyirdilər ki, bu qondarmadır və həqiqi Səhihi-Buxari deyildir!!?

Bir tərəfdən cəhalət və təəssübkeşlik, başqa bir tərəfdən şiənin məzlumiyyəti qarşısında belə qərara gəldim
ki, bu axtarışın xülasəsini qələmə alaraq, hər bir həqiqət axtarışçısına ərməğan edim. Qoy bütün insanlar bu
kitabı mütalə etsin. Şiələrə yalançı və azğın iftirası atıldığı hətta bəzilərin bu işi cayiz bildiyi halda, haqqın
yazılaraq yayılmasına daha çox ləyaqəti var.

Bu kitab bəzi təəssübkeşlər üçün əziyyət və qəlb yarasına çevrilməsinə baxmayaraq mən onlardan
soruşuram: "Kimdir müqəssir?" Bu kitab, mühüm ixtilaflı məsələlər ətrafında hər iki tayfanın qətiyyətli cavab
və rəylərindən təşkil tapmışdır. Onda heç bir diqqətsizliyə yol verilməmiş, əksinə sünni məzhəbində Səhhi-
Buxari və Müslim kimi birinci dərəcəli mötəbər və inanılmış mənbələrdən qaynaqlanmış dəlil və bürhanlarla
dəstəklənmişdir. Bəs nə üçün onlar, bu həqiqəti tanımaqdan sapındıran cəhaləti müqəssir bilmirlər? Yaxud
da nə üçün Buxari, Müslim və başqa hədis alimlərinin bu qəlb yarasını öz kitablarında yazdıqları üçün
müqəssir bilmirlər? Necə ola bilir ki, sünnilər o iki "Səhih" kitabda deyilən bütün hədisləri özləri üçün lazım
bilirlər?

Biz bu bəhsdə "On iki imamçı şiə" məzhəbi barəsində söhbət açaçağıq və onların ardıcılları da Əli (ə) və
Əhli-Beytdən (ə) olan imamçıların, Peyğəmbərdən (s) sonra xilafətinə etiqad edənlərdir. Amma Əlini (ə)
allahlaşdırıb və ya peyğəmbərləşdirərək şiə adı altında fəaliyyət göstərən bəzi tayfalardan Şiə uzaqdır. Nə
üçün bəzi şəxslər bu tayfaları şiələrdən olmasına israr edirlər? Nə üçün bu cür boş-boş şaiələri yaymaqla
avam və savadsız müsəlmanları azğınlığa aparırlar? Müsəlmanların pak dinində və tarixində olan bu cür
çirkin qondarmalar nəyə lazımdır?

26 Şaban 1411-ci hicri ili


Əsəd Vahid əl-Qasim
Manila

7
BİRİNCİ FƏSİL

3. İmamət
İmamət və xilafətin mənası rəhbərlikdir. Bu söz Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar üçün
"rəhbərlik" termininə çevrildi. O, heç bir kəsin inkar edə bilməyəcəyi bir anlayışdır. Çünki "rəhbərlik" hər bir
cəmiyyətin fitri tələbatıdır. Müsəlmanlardan sayılan şiə və sünni məzhəbinin ixtilafı, imam və ya xəlifəni təyin
etmək və onun gördüyü işlər ətrafında cərəyan edir. Bu, ümumilikdə onların arasında olan ən böyük
ixtilaflardan biri hesab olunur. Təbii ki, qalan ixtilaflar da bu böyük ixtilafın nəticəsidir. Şiənin nəzərincə
"İmamət" Peyğəmbərdən (s) gələn nəssə əsasən Əhli-Beytdən (ə) olan on iki İmama məxsusdur.
Peyğəmbərin (s) vəfatından sonra İslam hökmləri, həmin İmamlara və yaxud onlardan rəvayət olunan
hədislərə müraciət etməklə tanınır. Onların sözü başqalarının sözü ilə zidd olarsa, Peyğəmbər (s) adətlərinin
əmanətdar qoruyucusu adı ilə vəsf olunduqları üçün, onların sözünü qəbul etmək vacibdir.

Sünnilər isə İmamət barəsində deyirlər ki, o Şura ilədir. Lakin onlar, sabiq xəlifənin gələn xəlifə üçün nəss
etməsini qadağan bilmirlər. Necə ki, Əbu-Bəkr öz xilafəti vaxtında Ömərin xilafəti üçün nəss etmişdi. Eyni
zamanda onlar, Əməvilər, Abbasilər və Osmanilərin xilafət dövründəki kimi, xilafətin zor və qılınc gücü ilə
alınmasını caiz bilirlər. Onlar, İslam hökmlərini, səhabələr arasında heç bir fərq qoymadan rəvayət olunan
doğru hədislərə müraciət etməklə tanıyırlar. Bu səhabələrin əksəriyyətinin Cəməl və Siffeyn müharibəsində
iştirak etməsinə baxmayaraq, sünnilər onların hamısını ədalətli və inanılmış hesab edirlər. Halbuki, onlar adı
çəkilən tarixi hadisələrdə bir-birlərini qətlə yetirmişlər. Bu hadisələr onların çoxunun ədalətini şəkk və sual
altında qoyur. İnşaallah gələcək fəsldə səhabələrin ədaləti barəsində geniş şərhi oxuyacaqsan.

Sünni və şiə məzhəbi arasında olan ixtilafın davam etdiyi bir halda daha yaxşı olar ki, bir məzhəbin batilliyinə
hökm verərək birini o birindən üstün tutmazdan əvvəl hər bir dəstənin dəlil və bürhanlarını aramla nəzərdən
keçirək. Məhz bəhsimizi də bu məqsədə məxsus etmişik. Şiələrin imamətlə bağlı olan məzhəblərini dəlillərlə
sübut edərək ondan yapışmalarını və sünnilərin bunun əleyhinə olan cavablarını aşağıdakı kimi xülasə
etmişik:

1. Əhli-Beytin (ə) imamətini subut edən dəlillər.

2. Əhli-Beytdən (ə) olan imamların sayını subut edən dəlillər.

3. Peyğəmbərin (s) Əli-ibn-Əbi-Talibi (ə) xilafətə təyin etməsini subut edən dəlillər.

8
İMAMƏTİN NƏSSLƏRİ

4. Əhli-Beytin (ə) imamətini sübut edən dəlillər


Peyğəmbərdən (s) Əhli-Beytin (ə) özündən sonra ümmət üzərində olan imaməti barədə rəvayət olunan
hədislər çoxdur. Lakin burada onların ən məşhurunu sizin üçün zikr edirik:

Səhihi-Müslim öz sənədilə Zeyd-ibn-Ərqəmdən rəvayət edərək deyir: Peyğəmbər (s) dedi: "Ey insanlar, mən
də sizin kimi bəşərəm və nə vaxtsa Rəbbimin elçisi (Əzrayıl) gələcək və mən də ona cavab verəcəyəm. Mən
sizin üçün iki ağır şeyi tərk edirəm. Onlardan biri Allahın kitabıdır ki, onda hidayət və nur vardır. Allahın
kitabı ilə o hidayət və nuru götürün. Allahın kitabı ilə götürərək ondan yapışın... və Əhli-Beytim. Allah-Allah
Əhli-Beytimi sizə xatırladıram, Allah-Allah Əhli-Beytimi sizə xatırladıram, Allah-Allah Əhli-Beytimi sizə
xatırladıram. { Səhihi-Müslim. "Fəzail" kitabı "Fəzaili Əli" babı, 5-ci cild, 272-ci səh. "Daruş-şəb bişərhin-
nəvəvi" mətbəəsi. }

Səhih-Tirmizi öz sənədilə Cabir-ibn-Abdullahdan rəvayət edərək deyir: Peyğəmbəri (s) Ərəfə günü həcc
edərkən "Qəsva" adlı dəvəsi üzərindən xitab edən gördüm. Eşitdim ki, O (s) deyir: “Mən sizin üçün Allahın
kitabını və Əhli-Beytimdən olan ailəmi tərk edirəm. Əgər onlardan yapışsanız heç vaxt zəlalətə
düşmərsiniz.” { Tirmizi, 2-ci cild, 308-ci səh. }

Bu hədisin tək özü, şiə məzhəbinin haqq olmasını sübut etmək üçün kifayət edər. Bu da Əhli-Beytə (ə) əlavə
olaraq Qurani-Kərimdən yapışmaqla həyata keçir. Bu hədisin məzmununda Peyğəmbərin (s), özündən sonra
Əhli-Beytindən (ə) yapışmağı əmr etməsini açıq-aşkar surətdə görürük. Qurani-Kərim əlavə olaraq bu cür
bağlılıq nicat tapmaq və zəlalətə düşməmək üçün əsas şərtdir.

Müslim kimi, sünnilərin bir çox hədis alimlərinin bu hədisi öz sənədlərilə "Səhih" kitablarında yazmasına
baxmayaraq, sünnilərin əksəriyyətinin bu hədisi bilməməsi, yaxud da eşidərkən sanki bu hədisin olmaması
kimi inkar etməsi məni dəhəştləndirirdi. Əbu-Hüreyrənin rəvayət etdiyi bu hədisi, səhih hədis kimi dəlil
gətirirlər. O hədis bu idi ki, Peyğəmbər (s) buyurub: "Mən sizin üçün Allahın kitabını və sünnətimi tərk
edirəm. Əgər onları götürsəniz və ya əməl etsəniz, məndən sonra heç zaman zəlalətə düşmərsiniz." { Hakim
öz "Müstədrək"ində bu hədisi rəvayət etmişdir. 1-ci cild, 98-ci səh. }

Bu hədisin mənbəyi barədə axtarış apararkən gördüm ki, heç bir səhih kitabda rəvayət olunmayıb. Buxari,
Nəsayi, Zəhəbi və başqa hədis alimləri bu hədisi zəif hesab etmişlər. { Doktor Əhməd-ibn-Məsud-ibn-
Həmdan "Şərh Usuli etiqadi Əhlis-sünnə vəl-cəmaə" kitabı. Tarixi təhqiq edərkən, həmin kitabın 80-ci
səhifəsində deyir: "Bu hədisi Saheh-ibn-Musa-əl-Təlhi rəvayət etdiyi üçün sənədi zəifdir." } Hakim o hədisi öz
"Müstədrək" kitabında rəvayət etmişdir. Halbuki sünni alimlərinin hamısı Hakimi, "Allahın kitabı və Əhli-
Beytimdən olan ailəm...(düzəliş et) hədisini rəvayət edən Səhihi-Müslimdən bir dərəcə aşağı bilirlər.

Belə fərz edək ki, bu iki hədisin arasında heç bir ziddiyyət yoxdur. Lakin bunu da qəbul etməliyik ki, Hakimin
rəvayət etdiyi hədisdəki, "sünnət" sözündən məqsəd, yalnız Peyğəmbərin (s) Əhli-Beytinin (ə) yolu ilə əxz
olunan bir sünnətdir. Necə ki, Müslimin rəvayət etdiyi hədisdə bu, açıq-aşkar izah olunur.

Amma Hakimin rəvayət etdiyi "Allahın kitabı və sünnətim..." hədisi götürərək Müslimin rəvayət etdiyi,
"Allahın kitabı və Əhli-Beytimdən olan ailəm..." hədisini tərk etməyə gəlincə isə bu yalnız sünni hədis
alimlərinin müttəfiq olduğu "Müslimin hədisləri Hakimin hədislərindən üstündür" fikrinə əks deyil, bəlkə
məntiq və əqlə də xilafdır. Çünki, bütün İslam tayfaları Peyğəmbərin (s) sünnətinə tabe olduqlarını iddia
edirlər. Bu tayfalar arasında böyük ixtilafların baş verməsinə səbəb, Peyğəmbərin (s) sünnətini müxtəlif
yollardan nəql olunmasıdır. Halbuki, bu hədislər Qurani-Kərimi açıqlayaraq tamamlayıcısı hesab olunur.
9
Bütün müsəlman tayfaları da onun düzgün nəql olunmasına etiqad edirlər. Qurani-Kərimin təfsirində
ixtilaflar törədən bu ixtilaflı hədislərin səbəbindən, Peyğəmbərin (s) sünnəti də müxtəlif sünnətlərə
çevrilmişdir. Təbii ki, bunun səbəbində müsəlmanlar da müxtəlif məzhəb və təriqətlərə bölünmüşlər. Hətta
belə rəvayət olunur ki, onların sayı 73 təriqətdir. Elə isə o sünnətlərdən hansı birinə tabe olma daha
doğrudur? Bu, o ixtilafları dəqiqləşdirən hər bir şəxsin fikrində dolaşan fitri bir sualdır. Peyğəmbərin (s)
vəfatından sonra müsəlmanların İslamda çaşqın qalmamaları üçün bu hədisə cavab verən daha üstün bir
hədis gəlmişdir. Peyğəmbərin (s) müqəddəs göstərişləri, onun pak sünnətini Əhli-Beytinin (ə) yolu ilə əxz
etməyə əmr edir. Həmçinin Qurani-Kərim də onların pak olması barədə söz açır. Onun sözləri, başqa məna
daşımasına ehtimal olunmayacağı şəkildə aydındır. Bu əxz etməklik fitnə və zəlalətdən amanda qalmağın
yeganə yoludur.

Burada iki sual meydana çıxır ki, yalnız ona cavab verməklə aydınlaşaraq tamamlanır:

1. Keçən hədisdə deyilən Əhli-Beytdən (ə) məqsəd kimlərdir?

2. Nə üçün hədisi sunnilərin dediyi kimi bütün səhabələrdən yox yalnız Əhli-Beytdən (ə) əxz etmək lazımdır?

10
5. Əhli-Beyt (ə) kimlərdir ?
Müslim "Səhih" kitabında öz sənədilə Səfiyyə-bint-Şeybədən rəvayət edərək deyir: "Aişə dedi: "Peyğəmbər
(s) qara tükdən olan əbasını geyinərək evdən xaric oldu, bu zaman Həsən-ibn-Əli (ə) gəldi və Peyğəmbər (s)
onu əbanın altına saldı. Sonra Hüseyn (ə) gələrək əbanın altına daxil oldu. Bu minvalla Fatimə (s) və Əli (ə)
da əbaya daxil oldular. Bu zaman Peyğəmbər (s) bu ayəni oxudu: “Allah siz Əhli-Beytdən çirkinliyi yox etmək
və sizi tərtəmiz, pak etmək istər!”(33.Əhzab surəsi, 33) { "Səhihi-Müslim", "Fəzail" kitabı, "Fəzailil-Həsən və
Hüseyn" babı, cild-5, səh-287: "Daruş-Şəb" mətbəəsi. }

Həmçinin "Səhih-Müslim"də ayənin nə səbəbdən nazil olduğu barədə deyilir: "Peyğəmbər (s) Əlini, Fatiməni,
Həsəni və Hüseyni çağıraraq dedi: "Ey mənim Allahım, bunlardır mənim Əhli-Beytim!"

Keçən iki hədisdən aydın olur ki, Peyğəmbərin (s) dövründə onun Əhli-Beyti - Əli, Fatimə və onların iki oğlu
idi. Bəs Peyğəmbərin (s) arvadlarının rolu nədən ibarətdir?

Müslim "Səhih" kitabında öz sənədilə Zeyd-ibn-Ərqəmdən, o da Peyğəmbərdən (s) rəvayət edərək deyir:
"....Mən sizin üçün iki ağır şeyi tərk edirəm. Onlardan biri Allahın kitabıdır. O, Allahın ipidir. Hər kim ona tabe
olarsa hidayət olunar və hər kim onu tərk edərsə azğınlığa düşər. Bu zaman biz dedik: "Onun əhli-beyti
kimdir? Arvadlarıdırmı?” Dedi: - “Xeyr, həqiqətən Allaha and olsun ki, əgər bir qadın öz əri ilə bir müddət
ömür sürdükdən sonra onu boşayarsa, həmin qadın öz atasının evinə qayıdar. Onun əhli-beyti onun kökü və
özündən sonra sədəqə verilməsi haram olan qohum əqrəbasıdır.” “ { Səhih Müslim "Fəzail" kitabı, "Fəqzaimi
Əli" babı. Cild 5. Səh 268. "Darüşşəb" mətbəəsi. }

Tirmizi "Səhih" kitabında öz sənədilə Peyğəmbərin (s) oğulluğu Ömər ibn Əbi Sələməddən rəvayət edərək
deyir: «Siz ey Əhli-Beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (33.Əhzab surəsi,
33) ayəsi nazil olan zaman Peyğəmbər (s) Fatiməni, Həsəni və Hüseyni çağırdı. Əlidə (ə) Peyğəmbər (s)
arxasında dayandı. Peyğəmbər (s) əbasının onların üzlərinə saldı və dedi: - “Ey mənim Allahım, bunlardır
mənim Əhli-beytim, bunlardır mənim, sən onlardan çirkinliyi apararaq pak et.” Bu zaman Ümmü Sələmə
dedi: - “Ey Allahın Peyğəmbəri, mən də onlarlayamı?” Dedi: "Sən öz yerindəsən və xeyrləsən". { Səhihi-
Tirmizi cild 2. Səh 209. }

Əhməd "Müsnəd" kitabında öz sənədilə Ümmu-Sələmdən rəvayət edərək deyir: Peyğəmbər (s) Fatiməyə (ə)
dedi: - Ərini və iki oğlunu çağırdı. Peyğəmbər (s) Fərək örtüyünü onların üzərinə örtərək əlini onların üzərinə
qoydu və dedi: - “Ey mənim Allahım bunlardır Muhəmmədin ailəsi. Öz salavat və bərəkətini Muhəmməd və
onun ailəsi üçün qərar ver. Çünki sən Həmid və Məcidsən.” (yəni çünki sən həmd olunan və Əzəmət
sahibisən). Ümmü Sələmə deyir: - “Onlarla daxil olmaq üçün əbanı qaldırdım.” Lakin Peyğəmbər (s) onu
mənim əlimdən dartaraq dedi: - “Sən xeyrləsən.”

Keçən dəlillərdə Əhli-Beytin (ə) aydın şəkildə təyin olunmasına baxmayaraq, bəzi insanlar etiraz əlaməti
olaraq "Əhzab" surəsindəki ayəni dəlil gətirir və deyirlər ki, Əhli-Beyt Peyğəmbərin (s) arvadlarına şamildir.
Ayə budur:

"Ya Peyğəmbər! Zövcələrinə belə de: Əkər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə
talaq haqqınızı verim və gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!...

Allah siz Əhli-Beytdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər! { 33.Əhzab surəsi, 28-33 }

11
Aydın olduğu kimi, Əhli-Beyti Peyğəmbərin (s) arvadlarına şamil edənlərin dəlili budur ki, "təthir" ayəsi
Peyğəmbərin (s) arvadlarının şəninə nazil olan ayənin bir hissəsidir. Lakin bu rəyə bir neçə yolla cavab
vermək mümkündür:

1) Peyğəmbərin (s) arvadlarını boşanmaqla hədələmək barədə nazil olan Quran ayələrindən sonra, ardıcıl
olaraq Allahın iradəsilə Əhli-Beyti pak etmə ayəsi gəlir. Bu o demək deyil ki, hər iki halda məqsəd, mütləq
Peyğəmbərin (s) arvadları olmalıdır. Çünki, Qurani-Kərimdə bu qəbildən olan ayələr çoxdur. Birdə görürsən
ki, ayə iki müxtəlif məsələdən təşkil tapıb. Ola bilsin ki, həmin ayədə onların bir yerdə vaqe olmasının səbəbi,
iki hadisəni üst-üstə düşməsi olsun. Aşağıda deyilən ayə bunlara misaldır:

Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, vurulmuş,
yıxılaraq ölmüş, vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz
heyvanlar müstəsnadır -, dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə
haram edildi. Bunlar günahdır. Bu gün gafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər.
Onlardan qorxmayın. Məndən qorxun!

Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün
İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etmək niyyətində olmayaraq aclıq üzündən (bu haram
şeylərdən) zəruri ehtiyacını ödəyəcək qədər yeyə bilər. Allah bağışlayan və rəhm edəndir! { 5.Maidə surəsi, 3
}

Burada görürük ki, ayənin əvvəlində dinin Kamilliyə və ortasında isə haram olmuş yeyintilər barədə söhbət
gedir.

2) Bu ayədən məqsəd Peyğəmbərin (s) arvadlarının olmasını sübuta yetirən dəlillərdən biri də odur ki,
Peyğəmbərin (s) arvadları barədə söhbət gedərkən ərəb dilinin qrammatikasına uyğun cəm qadın
şəkilçilərindən istifadə olunub. Məsələn: -idiniz, sizlərdən; -deyilsiniz; qorxsanız; - evlərində qərar tutun; -
bəyənirsiniz... Lakin pak etmə barədə söhbət gedərkən, II şəkil şəxs əvəzliyi dərhal ərəb dilinin
qrammatikasına uyğun olaraq cəm kişi şəkilçilərinə çevrilir. Məsələn: sizləri pak edir (kişi cinsi); və sizlərdən
deyil (qadın cinsi); -sizləri pak edir (qadın cinsi)

3) Müslim və Tirmizin "Səhih" kitablarında və eyni zamanda Əhmədin "Müsnəd" kitabında olan qəti dəlillər,
Peyğəmbərin (s) arvadlarının Əhli-Beytə (ə) aid olmamasını sübut edir. Necə ki, Ümmü-Sələmə
Peyğəmbərdən (s) "Ey Allahın Peyğəmbəri, mən də onlardanammı?" soruşduqda O Həzrət (s) "Sən öz
yerindəsən və xeyirləsən" cavabını verdi. Həmçinin Müslim rəvayəti də, buna sübutdur ki, deyir: "... Onun
Əhli-Beyti kimdir? Arvadlarıdırmı?" Dedi: "Yox."

4) Müslim, Əhməd və başqalarının rəvayət etdiyi "Səqəleyn" hədisi: "Ey insanlar, mən sizin üçün Allahın
kitabını və ailəmdən olan Əhli-Beytimi tərk edirəm. Əgər onlardan yapışsanız, zəlalətə düşmərsiniz." Burada
aydın olur ki, hədisdə qeyd olunanlardan yapışmaq vacibdir. Belə fərz edək ki, hədisdən məqsəd
Peyğəmbərin (s) arvadlarıdır və yaxud hədis onlara da şamildir. Elə isə Peyğəmbərin (s) vəfatından sonra
müsəlmanların onlarla bağlılığı nə şəkildə olmalı idi? Onlar öz evlərində qərar tutmaqlarını əmr olunduqları
üçün, buna riayət etmək vacib idi. Bu sualın cavabı "Onların hamısı bir vaxtda yaşamışdır" olmasına
baxmayaraq, əgər deyilsə ki, bağlılıq onlardan rəvayət olunan hədislər vasitəsilə olur, onda biz də deyərik ki,
o arvadların içərisində elələri var ki, onlardan heç bir hədisdə rəvayət olunmayıb.

5) Ayədə olan "çirkinlik"in lüğəti mənası günahlara dəlalət edən natəmizlikdir. "Paklıq"ın lüğəti mənası isə
təqva (pəhrizkalıq)-a dəlalət edən təmizlikdir. Allah-Təalanın onlardan çirkinliyi aparmasından məqsəd
onların, naqisliyə səbəb olan işlərdən uzaq və pak olmalarıdır. Günah kiçik olsa belə, bu onu edənin
naqisliyinə dəlalət edər. Bu o deməkdir ki, Allah-təala Əhli-Beyti (ə) kiçik və böyük günahların hamısından
pak etməsini istəmişdir, o da yalnız ismət və pak olmaqla həyata keçir. Əgər bir nəfər desə ki, ayədəki "pak
12
etmə"dən məqsəd yalnız İlahi nəhy (çəkindirmələr)-lərdən uzaqlaşaraq, onun əmrlərini yerinə yetirməklə
olan dini pəhrizkarlıqdır, onda biz deyə bilərik ki, bu qəbul olunmayan bir rəydir. Çünki bu qəbildən olan
"pak etmə"nin mənası Əhli-Beytə (ə) məxsus deyil. Bəlkə o, dini hökmləri yerinə yetirməyə mükəlləf olan hər
bir müsəlmana şamildir. Məsələn: Allah-təalanın buyurduğu bu ayə kimi:

Allah sizi çətinliyə salmaq istəməz, lakin o sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq
(artırmaq) istər ki bəlkə, şükr edasiniz! { 5.Maidə surəsi, 6 }

Beləliklə, bu ayənin haqqlarında nazil olduğu şəxslərin məsumluğunu qəbul edirik. Lakin Peyğəmbərin (s)
arvadaları məsum (günahsız) olmadıqları üçün onarın sırasında deyillər. Həmçinin buna əlavə olaraq
deməliyəm ki, hələ indiyədək heç kim bu barədə bir söz deməyib. Əksinə bu məsələ Peyğəmbərin (s) onları
boşamaqla hədələməsilə məşhurdur. Bunu da gələn fəsllərdə oxuyacaqsan.

13
6. Əhli-Beytin (ə) ismətini sübuta yetirən digər dəlillər
1) "Səqəleyn” hədisi: (Mən sizin üçün Allahın kitabı və Əhli-Beytimdən olan ailəmi tərk edirəm. Əgər
onlardan yapışsanız, zəlalətə uğramarsınız). Peyğəmbərin (s) tapşırdığından belə aydın olur ki, zəlalətə
düşməmək üçün əsas şərt, Kitab və ailəyə olan bağlılıqdır. Xəta və səhvləri olan bir şəxsin zəlalətdən amanda
olması ağıl qəbul etməyən bir məsələdir. Bu "Səqəleyn"in ismətinə (günahsızlığına) olan bir dəlildir; Allahın
kitabı (ən böyük ağır yük) ki, Allah-təala onun barəsində buyurur: (ayə) və Əhli- Beyt (böyük ağır yük).

2) Quran ayəsi: (Ya Muhəmməd) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o,
Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona: Səni insanlara imam təyin edəcəyəm -
dedi. İbrahim isə: Nəslimdən necə? -deyə soruşdu. Allah zalimlər mənim imamlığıma nail olmazlar -
buyurdu. { 2.Bəqərə surəsi, 124 }

Bu ayə İmamətin ulu və ali məqamına işarədir. Həmçinin bu ona dəlildir ki, Allahın əhdinə (yəni bəşəriyyət
üçün imam olmağa) zalım şəxs nail ola bilməz. Çünki, kiçik və böyük səhvlər, onu işlədəni zalım qərar verər.
Gərək İmam hər hansı xəta və ya günahdan məsum olsun.

3. "Mustədrəkus-Səhiheyn" kitabında Hakim öz sənədilə Hənəşil-Kinanidən rəvayət edərək deyir: "Dedi:


"Əbu-Zərin Kəbə qapısından tutaraq dediyi sözləri eşitdim: "Ey insanlar hər kim məni tanıyıbsa, tanıyıbdır və
hər kim məni tanımırsa, mən Əbu-Zərəm, eşitdim ki, Peyğəmbər (s) deyir: "Əhli-Beytimin sizə olan nisbəti
Nuhun gəmisi mislindədir. Hər kim ona minərsə nicat tapar və hər kim ondan üz çevirsə həlak
olar." {Mustədrəkus-səhiheyn, cild 2, səh.343. } Hakim deyir: "Bu hədisin sənədi doğrudur."

4. Həmçinin "Mustədrəkus-səhiheyn" kitabında İbn-Abbasdan rəvayət olunan sənədli hədisdə deyilir:


"Peyğəmbər (s) dedi: "Ulduzlar yer əhalisinin həlak olmasından bir amandır. Əhli-Beytim isə ümmətimin
ixtilafa düşməsindən bir amandır. Əgər ərəb qəbilələrindən biri onlarla müxalif olsalar, ixtilafa uğrayaraq
iblisin dəstəsindən olarlar." { Mustədrəkus-səhiheyn, cild 3, səh.149. }

5. Əhli-Beytin (ə) nail olduğu bu ali məqamın geniş izahına əlavə olaraq, Səhihi-Buxaridə rəvayət olunan bəzi
hədisləri zikr edirik. Bu hədislər onlardan başqa heç birinin, hətta bütün səhabələr və Peyğəmbərin (s)
arvadlarına nəsib olmayan "Əleyhuməs-səlam" (yəni salam olsun onlara) sözü ilə tərif olmalarına işarədir. Bu
qəbildən olan hədisləri Buxari öz "Səhih" kitabında rəvayət etmişdir: . "Əli (ə.s) demişdir: "Mənim hərbdən
əldə olunmuş qənimətdən bir dişi qoca dəvə payım var idi. Peyğəmbər (s.ə.v.) də mənə xümsdan bir dişi
qoca dəvə verdi. Peyğəmbərin (s.ə.v.) qızı Fatimə (ə.s) ilə evlənmək istəyərkən...

Həmçinin... Peyğəmbər (s.ə.v.) bir gecə Fatimə və Əlinin (ə.s) qapısını namaz üçün döydü. {Səhihil-Buxari.
Cild 3. Səh 171. "Əl-buyu" kitabı. "Mə qilə fis-sivaq" babı. "Məktəbətür-riyaz-əl-hədisə" mətbəəsi. } Başqa bir
rəvayətdə deyilir: - ... Dedi: -Peyğəmbəri (s.ə.v.) gördüm və Həsən-ibn-Əli (ə.s) ona oxşayırdı...) { Səhihul-
Buxari , cild 4. Səh 486. "Əl-mənaqib" kitabı. "Sifətun-nəbiyy səlləllahu əleyhi və alihi" babı. Eyni mətbəə.
} Həmçinin: (...Əli-ibn-Hüseyndən (ə.s) rəvayət edir ki, ona xəbər verdi...) { Səhihi-Buxari. Cild 9. Səh 418.
"Tovhid" kitabı "fil-məşiə vəl iradə" babı. Eyni mətbəə. }

Ola bilsin bir nəfər desin ki, bu onların üstün olmasına dəlalət etmir. Lakin bir sual ortaya çıxır. "Bəs nə üçün
bu söz yalnız onlara məxsusdur?"

6. Peyğəmbər (s) özü ilə birgə ailəsinə də səlavat göndərməyi əmr etmişdi. Buxari "Səhih" kitabında öz
sənədilə Əbdür-rəhman-ibn-Əbu Leyladan rəvayət edərək deyir: Kəb-ibn-Əcizə ilə rastlaşdım və dedi:
"Mənə hədiyyə verildi. Peyğəmbər (s) bizim qarşımıza çıxdı və biz ona dedik: "Ey Allahın rəsulu, sənə necə
salam verməyi öyrəndik. Bəs sənə necə salavat göndərək? Dedi: -deyin Əllahümmə səlli əla Muhəmmədin və
14
ali Muhəmməd. Kəma sələytə əla İbrahimə və əla ali İbrahim. İnnəkə həmidun məcid". { Səhihi-Buxari. Cild 8.
Səh 245, "Əd-dəvat kitabı. "Əs-səlatu ələn nəbiyyi" babı. "Məktəbətur-riyaz" mətbəəsi. } Bu hədisin
əlamətliyindən belə aydın olur ki, Həzrət İbrahim (ə) və onun ailəsi bir tərəfdə, Həzrət Muhəmməd (s) və
onun ailəsi isə başqa bir tərəfdədir. İbrahim (ə) - peyğəmbər olmuşdur. Həmçinin onun ailəsi də
peyğəmbərlər və özündən sonra insanların müraciət etdiyi insanlar olmuşlar. Eyni zamanda Muhəmmədin
(s) ailəsi onun risalətinin əmin xəzinədarı olmuşlar ki, müsəlmanlar, Peyğəmbərin (s) vəfatından sonra onlara
müraciət etməyə əmr olunmuşlar.

Lakin onlar İbrahimin (ə) ailəsi kimi peyğəmbər deyil, imam olmuşlar. Necə ki, Peyğəmbər (s) bir hədisdə
Əliyə (ə) deyir: -Məgər razı deyilsənmi sən mənə Harunun Musaya olan mənzilətində olasan. Lakin məndən
sonra Peyğəmbər yoxdur. { Səhihi-Buxari. Cild 5. Səh 492. "Əl-məcazi" kitabı. "Ğəzəti-Təbuk" babı.
“Məktəbətur-riyaz" mətbəəsi. } Gələn hədislərdə bu barədə söhbət açılacaq.

Keçənlərdən belə məlum oldu ki, Allah-təala Əhli-Beyti (ə) ismət və paklıqla xüsusiyyətləndirib. Onlar İslam
risalətini gələcək nəsillərə çatdırıb təhrifçilərin təhrifindən və şəkk edənlərin şəkkindən qoruyaraq
Peyğəmbərdən (s) sonra onun boş yerini doldurmağa vəsf olunblar. Peyğəmbərin (s) İlahi şəriətin təbliğini,
əgər etibarlı əllərdə deyilsə, qorumağın nə faydası var? Keçmiş şəriətlərin başına gətirilən oyunlar, bu sualın
dolğun cavabıdır. Necə ki, onların ardıcılları öz şəriətlərinin göstərişlərini peyğəmbərlərinin vəfatından sonra
kimdən gəldi götürdülər və bununla da Allahın xəbər verdiyi kimi təhrifə uğradılar: (ayə).

Sözün qısası budur ki, İlahi-Şəriəti qorumaq üçün yalnız Quran nəsillərini artırma və nöqsanlarından
qorumaq kifayət deyildir.

Buna görə də imamət, vəhydən başqa öz ümumi vəzifələrilə peyğəmbərliyin davamı hesab olunur. Vəhy isə
yalnız peyğəmbərliyə məxsusdur. İmamətin peyğəmbərliyinin davamı olmasından məqsəd, şəriəti elm və
əməllə hifz etməkdir. İlahi-Şəriətin düzgün və obyektiv surətdə gələcək nəsillərə çatdırılması üçün imamın
məsum olması zəruridir. Peyğəmbərin (s) Əhli-Beytindən (ə) olan on iki imam bu cür olmuşdur.

15
7. İmamların sayını sübut edən dəlillər
Həzrət Muhəmməd (s) özündən sonra Qureyşdən on iki imam və ya xəlifənin olmasını xəbər vermişdir.
Buxari "Səhih" kitabında öz sənədilə Cabir-ibn-Səmrədən rəvayət edərək deyir: - Eşitdim ki, Peyğəmbər (s)
deyir: "On iki əmir olacaq: Daha başqa bir söz də dedi ki, eşitmədim. Atam dedi ki, o, deyir: "Onların hamısı
Qureyşdəndir". { Səhihi-Buxari. Cild 9. Səh 250. "Əl-əhkam" kitabı. "Səyəkunu isney aşara əmirən" babı.
"Məktəbətur riyaz" mətbəəsi }

Müslim öz səhihində rəvayət edərək dedi: "Qiyamət günündən din qalacaq və ya sizin üçün on iki xəlifə
gələçək ki, onların hamısı qureyşdəndir.” { Səhihi-Müslim. "Əl-imarət" kitabı. "Ən-nasutəbiə li qureyş" babı.
Cild 4. Səh 482. "Darduş-şəb bişərhin-nəcəbi" mətbəəsi. }

Həmçinin Müslim "Səhih" kitabında başqa bir hədis rəvayət edərək deyir: "İnsanların işi, onlara on iki imam
rəhbərlik etməyənədək rəvan olmaz". { Səhih-Müslim "Əl-imarət" kitabı. "Ən-nasu təbiə liqureyş" babı. Cild
4. Səh 482. "Daruş-həb bişərhin-nəvəvi" mətbəəsi. }

Əhməd "Müsnəd" kitabında öz sənədilə Abdullah-ibn-Məsuddan rəvayət edərək deyir: -Peyğəmbərdən (s)
xəlifələr barədə soruşduqda dedi: - Onların sayı Bəni-İsrail rəhbərləri kimi on iki nəfərdir". { Müsnədi-Əhməd.
Cild 1, səh 389. }

Əhli-kitabın "Tövrat"ında da bu barədə söz açılır: - Allah-təala İbrahimi İsmaillə müjdələdi, və onun da
nəslini çoxaldaraq on iki əmir və əzəmətli ümmət qərar verdi. { Səfrit-təkbin. 20:17 }

Əzəmətli ümmətdən məqsəd, İsmailın (ə) nəslindən qaynaqlanan Həzrəti Muhəmmədin (s) ümməti və o
Həzrətdən (s) sonra xəlifə və ya imam olan on iki əmirdir. Onlarda Həzrət Muhəmmədin (s) nəslindən
qaynaqlanır. Əvvəldə deyilən səhih hədislərdən məqsəd də onlardır.

Ola bilsin ki, sünni alimlərinin heyrətdə qaldıqları məsələlərdən biridir. Hansı ki, adı çəkilən on iki xəlifənin
kimliyini eyni mənalı və qənaətbəxş şəkildə açıqlaya bilməmişlər. Halbu ki, onların barəsində çoxlu səhih
hədislərdə söhbət açılır. Hətta bu məsələ onlar üçün çaşdırıcı tapmacaya çevrilib. Onların bu məsələ
ətrafında olan açıqlamaları anlaşılmazlıqla doludur. Əksər hallarda bu anlaşılmazlıq on iki nəfərin sayını
istənilən xəlifələr toplumu ilə uyğunsuz olmaqla, aparıb qaranlıq yollara çatdırır. Bu xəlifələrin sayı əvvəl
dörd xəlifədən başlayıb, Əməvi, Abbasi, və Osmani xəlifələrində qurtarır. Məgər adı çəkilən on iki nəfər bu
xəlifələrdəndirmi?

Onların çaşqınlıqları, misal gətirəcəyimiz bu hədisdə üzə çıxır; Süyuti deyir: "Dörd xəlifə Həsən, Müaviyə, İbn-
Zübeyr və Ömər ibn-Əbdül-Əziz on iki nəfərdəndir. Bunların sayı səkkiz nəfər oldu. Ehtimal olunur ki,
Əməvilərdən olan Ömər-ibn Əbdül-Əziz kimi, Abbasilərdən olan Mehi-əl-Abbasi də onlardan olsun.
Həmçinin Tahir-əl-Abbasi də ədalətli şəxs olduğu üçün onlardan hesab olunur. Yerdə iki gözlənilən şəxs
qalır. Onlardan biri də Əhli-Beytdən olduğu üçün Mehdidir.” { Tarixi-Süyuti, səh 12 }

"On iki qeyri-məlum xəlifənin açıqlamasında heyran qalmışlar" deyərək biz, onların alimlərini nəzərdə
tuturuq. Lakin aşağı təbəqəyə gəldikdə isə, bu qəbilədən olan hədislər, əksər hallarda heç onların qulaqları
belə eşitməyib. Hansı ki, bu hədislər Peyğəmbərin (s) xəlifələrinin sayını sübuta yetirir və ya həmin hədislər
"Səqəleyn"lə olan bağlılığa əmr edir. Bundan başqa həmin hədislərdə Əhli-Beytin (ə) fəzilətlərinə də işarə
olunur. Bunların hamısı əhli-sünnət alimlərinin "Səhih" kitablarında mövcuddur.

Mən, Doktor Əhməd Nofəllə (İordaniya universitetində "Şəriət" fakultəsinin müəllimi) dialoqa girərkən çox
təəcübləndim. O "on iki xəlifə" hədisini mənim qondarmam olduğunu və bu hədisin sünnü hədis

16
kitablarında olmamasını söylədi. Sonra dərhal məclisi tərk edərək dialoqun tamamlanmasını rədd etdi. Bu
hadisə Manilada etdiyi mühazirə və şiə və şiəlik ətrafında olan bəzi suallara cavab verdikdən sonra baş verdi.
Etiqad etdiyim həqiqəti dəyişdirdiyi üçün, yol verdiyi səhvlərin əleyhinə etiraz etdim. Şiəliyin, onun iddia
etdiyi kimi "Səbailik" yox, Muhəmmədin (s) yolu ilə gedən bir məzhəb olduğunu sübut edən bəzi hədisləri
ona göstərdim. Bu hadisəni qeyd etməkdə məqsədimiz həmin fəzilətli ustadı (Allah onu bağışlasın) gözdən
salmaq deyil. Məqsəd yalnız üzə çıxması gərəkli olan həqiqətə bir işarədir. Həqiqətəndə təəsübkeşlik bəzi
insanları bundan artıq işlərə də sövq edir. Qəribədir, necə ola bilər ki, bir insan, həqiqətini bilmədiyi hər
hansı mövzu ətrafında olan suallara cavab verməyə can atır? Ələlxüsus bu mövzular dini işlərlə əlaqədar
olmuş ola? Görəsən elmsiz fətva verməyin hökmü nədir? Və lə həvla və lə quvvətə illa billah!

Beləliklə, sünnülərin "on iki qeyri müəyyən xəlifə"-nin həllində heyrətdə qaldıqları və onlara (həmin
xəlifələrə) dəlalət edən gün kimi aydın səhih hədisləri bir çoxunun dandığı bir vaxtda görürük ki, "on iki
imamçı" şiə məzhəbi Peyğəmbərin (s) ailəsinin yolu ilə gedirlər. Bununlada onlar bu məsələnin üzərinə işıq
salmışlar. Keçən hədislərdən məqsəd Peyğəmbərin (s) ailəsindən olan on iki imamın olmasını bəyan etdilər.
Həmin məsələnin həlli üçün öz hədis kitablarında mövcud olan və Peyğəmbərin (s) pak ailəsinin vasitəsilə
rəvayət olunan hədisləri dəlil gətirmişlər. Onları tanımaq üçün heç bir şəkkə yer qalmayacağı bir şəkildə
adları bəyan olmuşdur. Onların adları budur:

1. Əli ibn Əbu-Talib (əmirəl-möminin)


2. Həsən ibn Əli (Sibt)
3. Hüseyn ibn Əli (Seyyiduş-şühəda)
4. Əli ibn Hüseyn (Zeynül abidin)
5. Muhəmməd ibn Əli (Baqir)
6. Cəfər ibn Muhəmməd (Sadiq)
7. Musa ibn Cəfər (Kazım)
8. Əli ibn Musa (Rza)
9. Muhəmməd ibn Əli (Cavad)
10. Əli ibn Muhəmməd (Hadi)
11. Həsən ibn Əli (Əsgəri)
12. Muhəmməd ibn Həsən (Mehdi-əl-Muntəzər-əccələllahu fərəcəhuş-şərif).

17
8. Əli-ibn-Əbu-Talibin (ə) xilafətə təyin olunmasını sübuta yetirən dəlillər
Keçən bəhslərdə Əhli-Beytin (ə) imaməti və onların sayını sübuta yetirən dəlillər bəyan olundu. Onların
ümmət üzərində olan xilafəti Peyğəmbərdən (s) olan nəssə əsasəndir.

Aşağıda deyilənlər Peyğəmbərin (s) Əli-ibn-Əbu-Talibi özündən sonra xəlifə təyin etməsinə dair olan
dəlillərdir. Bu əvvəldə sübuta yetirilmiş qəti dəlillərə əlavədir. Məxsusəndə "Səqəleyn" hədisi. Əlinin (ə)
xilafətə təyin olunması barədə rəvayət olunan ən məşhur hədis, hicrətin on birinci ilin də vida həccindən
sonra edilən "Qədir" xütbəsidir. Tirmizi Zeyd-ibn-Ərqəmdən rəvayət olunan sənədli bir hədisdə deyir:
"Peyğəmbər (s) vida həccini bitirdikdən sonra bütün insanlara elan edərək dedi: - Hər kimin mövlası mənəm,
Əli də onun mövlasıdır." { Səhihi-Tirmizi. Cild 6. Səh 298 }

İbn Macə "Səhih" kitabında bu müfəssəl hədisin bir qismini öz sənədilə Bəra-ibn-Azibdən rəvayət edərək
deyir: Peyğəmbərlə (s) həccdə idik, yolun yarısında o, miniyindən yerə endi və camaat namazı qılmaqa əmr
etdi. Sonra Əlinin (ə) əlindən tutaraq dedi: "Məgər mən möminlərə canlarından daha üstün deyiləmmi?"
Dedilər: "Bəli". Dedi: - Hər kimin mövlası mənəm, bu da onun mövlasıdır. Ey mənim Allahım! Hər kim onunla
dost olsa, səndə onunla dost ol. Ey mənim Allahım! Hər kim onunla düşmən olsa, səndə onunla düşmən
ol". { İbn-Macə. "Sünən” kitabı. Cild 1. Səh 43. "Fəzlu Əli-ibn-Əbu-Talib babı. "Dar ihyaut-turasul-ərəbiy"
mətbəəsi" }

Həmçinin Əhməd-ibn-Hənbəl "Müsnəd" kitabında öz sənədilə Bərra-ibn-Azibdən rəvayət edərək deyir: -


Peyğəmbərlə (s) səfərdə idik. "Qədir-Xum" adlı məntəqədə miniklərdən yerə endik. Bizi camaat namazına
səslədilər. Peyğəmbər (s) üçün iki ağacın altında yer düzəldildi. Zöhr namazını qıldıqdan sonra Əlinin (ə)
əlindən tutaraq dedi: Məgər bildmirsiniz ki, mən möminlərə öz canlarından daha üstünəm?" Dedilər: "Bəli".
Dedi: "Məgər bilmirsiniz ki, mən hər bir möminə öz canımdan daha üstünəm!. "Dedilər: "Bəli". Dedi: Bu
zaman Əlinin (ə) əlindən tutaraq dedi: - Hər kimin mövlası mənəm Əli onun mövlasıdır. Ey mənim Allahım!
Hər kim onunla dost olsa, Sən də onunla dost ol. Ey mənim Allahım! Hər kim onunla düşmən olsa, Sən də
onunla düşmən ol." Dedi: "Bu zaman Ömər-ibn-Xəttab gələrək Əliyə dedi: "Mübarək olsun, ey Əbu-Talibin
oğlu. İndi sən hər bir mömin kişi və qadının ağası oldun.” { Müsnədi-Əhməd. Cild 4. Səh. 211 }

Bu hədis, hadisənin Məkkə yaxınlığında yerləşən "Qədir-Xum" adlanan yerdə baş verdiyi üçün "Qədir-hədisi"
ilə məşhurdur. Bu hədis, sünnü hədis kitablarının çoxunda rəvayət olunduğu üçün bir kəs onun rəvayət
olunmasında şəkk edə bilməz. Hətta bəzi alimlər, bu hədisi yalnız sünnülərdən 80 dəfədən artıq rəvayət
olunduğunu qeyd etmişlər.

Keçən hədislərdən belə aydın olur ki, Peyğəmbər (s) öz vilayətini müsəlmanlara şəhadət etdirərək onlardan
soruşmuşdur: "Məgər bilmirsiniz ki, mən möminlərə öz canlarından daha üstünəm?... Demək yalnız
(möminlərə öz canlarından üstün olan) şəxs möminlər üçün rəhbər ola bilər. Necə ki, Peyğəmbər (s) özü
rəhbər idi. Peyğəmbər (s) özü ilə Əlini (ə) bu sifətlə müqayisə edərək "hər kimin mövlası mənəm Əli də onun
mövlasıdır" dedikdə, artıq özündən sonra rəhbərliyi Əliyə (ə) vermişdir. Şiələr də hər il Zilhiccə ayının 18-i bu
münasibətlə bayram edirlər və bunu "Qədir" bayramı adlandırırlar.

Amma sünnülər bu hədisi başqa mənada təvil edirlər. Onların dediyinə görə "Mövla" sözü xilafətə dəlalət
etmir. Hətta onlar "mövla" sözünü "ümumi rəhbərlik" yox, "sevimli" və ya "dost" mənasında təfsir edirlər.
Onların rəyinə görə həmin hədisin mənası budur: - Hər kimin dostu mənəm Əli də onun dostudur!!

Həqiqətəndə "Mövla" sözünün ərəb dilində bir neçə mənası vardır. Deyilənlərə görə bu sözün on yeddi
mənası var. Eyni zamanda bu söz "azad olunmuş qul" və ya "xadim" mənasında da işlədilir. Əvvəldə deyilən

18
müqayisələrə əlavə olaraq deyə bilərik ki, hədisdə işlədilən "Mövla" sözü rəhbərlik mənasına dəlalət edir.
Həmin müqayisələrə misal olaraq deyə bilərik:

1. «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et. Əgər bunu etməsən, Allahın risalətini
yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq». { 5.Maidə surəsi, 67 }

Bir çox təfsir kitablarında deyildiyi kimi bu ayə "Qədir" xütbəsindən əvvəl nazil olmuşdur. Bu ayə öz mənası
ilə, Allah-təala tərəfindən olan bir əmrin təbliğ olunmasına dəlalət edir. Ayənin kəskin dialekt və axarından
belə məlum olur ki, bu əmr böyük əhəmiyyətə malikdir və yalnız "dostluq" və "tərəfdarlıq" mənasına dəlalət
etmir.

2. «Bu gün dininizi tamamlayıb, mükəmməl etdim, sizə olan nemətimi tamamladım və bir din kimi sizin üçün
islamı bəyənib seçdim». { 5.Maidə surəsi, 3 }

Bir çox təfsirçilər bu ayənin "Qədir" hadisəsindən sonra nazil olduğunu söyləmişlər. Bu ayə Muhəmmədin (s)
risalət təbliğinin tamamlanmasına dəlalət edir ki, o da Əli (ə) və ümumilikdə Əhli-Beytin (ə) vilayətini təbliğ
etmədən tamamlanmaz. Ağla sığılmaz bir sözdür ki, təbliğin tamamlanması, Peyğəmbərin (s) Əliyə (ə) olan
dostluq və məhəbbətini təbliğ etməklə həyata keçsin.

3. Peyğəmbər (s) "Qədir" xütbəsini edərkən yaranmış vəziyyət. O Həzrət (s) yandırıcı səhrada müsəlmanların
bir yerə cəm olmasına əmr etdi. Deyilənlərə görə onların sayı 90 mindən artıq idi. Peyğəmbər (s) Allah və
Peyğəmbərinin vilayətini müsəlmanlara iqrar etdirdikdən sonra Əlinin (ə) vilayətini qəbul etməyi onlara əmr
etdi. Deməli belə məlum olur ki, bu iş yalnız Əliyə (ə) olan məhəbbət və dostluqla əlaqədar deyildir.

4. Keçən hədislər, məxsusən "Səqəleyn" hədisi və həmçinin qarşıda gələn hədislərin hamısı şəkk-şübhəsiz
Əlinin (ə) xilafətinə dəlalət edir.

Əlinin (ə) xilafətə təyin olunmasına aid əlavə dəlillər:

Tirmizi "Səhih" kitabında öz sənədilə İmran-ibn-Həsindən rəvayət edərək deyir: -Peyğəmbər (s) bir ordunu
muharibəyə göndərərək Əli-in-Əbu-Talibi (ə) ona başçı təyin etdi. O bir dəstə qoşunla gedərkən bir kənizi
yaraladı. Bu zaman qoşunda olanlar ona etiraz etdilər. Onlardan 4 nəfər şikayət etmək üçün Peykəmbərin (s)
yanına gəldilər. Bu zaman Peyğəmbər (s) qəzəbli halda dedi: "Əlidən nə istəyirsiniz?" Həqiqətəndə Əli
məndən və məndə ondanam. Əli məndən sonra hər bir möminin vəlisidir. { Səhih-Tirmizi. Cild 2. Səh. 298 }

Allah-təala Qurani-Kərimdə buyurur: Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O
kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər. {5.Maidə surəsi, 55} Sünnü təfsirçilərin
əksəriyyəti bu ayənin Əli (ə) barəsində nazil olduğunu söyləmişlər. Bununda səbəbi Əlinin (ə) namaz qılarkən
ruku halında bir fəqirə öz üzüyünü sədəqə verməsidir.

Buxari "Səhih" kitabında Məsəb-ibn-Səb, o da öz atasından rəvayət edərək deyir: - Peyğəmbər (s) Təbuk
döyüşünə gedərkən Əlini öz yerində xəlifə təyin etdi. Əli dedi: "Məni uşaqlar və qadınlara tərk edirsən?
Peyğəmbər (s) dedi: "Məgər razı deyilsənmi mənə Harunun Musaya olan mənziləsində olasan. Lakin
məndən sonra peyğəmbər yoxdur". {Səhihi-Buxari. Cild 5. Səh 492. "Əhməğazi" kitabı. }

Bu hədis dəlalət edir ki, Əli (ə), - peyğəmbərlikdən başqa - Harunun (ə) Bəni-İsraildə tutduğu bütün
mövqelərə malikdir. Bunu Allah-təala Quranda bəyan etmişdir: (ayə). Bu ayələrdən məlum olur ki, Harun (ə)
Musanın (ə) vəziri, məxsusi müavini və ümmət üzərində olan rəhbərlikdə şərikdir. Əlinin (ə) ümmət üzərində
xəlifəlik kimi yüksək mənzilətə layiq olmasını sübut edən işlərdən biri də budur ki, o, bütün səhabələrdən
daha elmli idi. Buna dəlil Buxarinin Ömər-ibn-Abbasın Ömər-ibn-Xəttabdan rəvayət etdiyi sözdür ki, deyir:
"Ömər dedi: "Bizim ən gözəl Quran oxuyanımız Übey və elmli qazimiz Əlidir". { Səhih-Buxari. Cild 6. Səh.10
19
"Əttəfsir babu qovlihi-nənsuxu ayətən əv nəsaha" kitabı. } Elmli qazi sözünün mənası qanun və hökümlərdə
elmli olmaq deməkdir.

Əlinin (ə) bütün səhabələrdən elmli olmasını sübuta yetirmək üçün onun Peyğəmbərin (s) elm və hikmət
şəhərinin qapısı olması kifayət edər. "Mustədrəkus-səhiheyn" kitabında İbn-Abbasdan rəvayət olunan
sənədli hədisdə deyilir,Peyğəmbər (s) buyurub: "Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Hər kim elmi
istəsə, gərək qapıdan gəlsin". { Müstədrəkus-Səhiheyn. Cild 3. Səh 126}

Tirmizi "Səhih" kitabında Peyğəmbərdən (s) rəvayət edərək deyir: "Mən hikmət şəhəri, Əli də onun
qapısıdır". { Səhih-Tirmizi. Cild 2. Səh 299 }

"Müstədrəkus-səhiheyn" kitabında deyilir: "Peyğəmbər (s) Əliyə (ə) dedi: - Sən məndən sonra ümmətimin
ixtilaflarını aydınlaşdıracaqsan". { Müstədrəkus-Səhiheyn. Cild 3. Səh 122. }

Peyğəmbər (s), Əlini (ə) sevməməyi nifaqın əlamətlərindən olduğunu bildirmişdir. Necə ki, Müslim
"Səhih" kitabında öz sənədilə Əlidən (ə) rəvayət edərək deyir: "And olsun toxumu cücərdənə və havanı
təmizləyənə. Peyğəmbər (s) mənimlə əhd bağlayaraq dedi: "Səni yalnız mömin sevər və səninlə yalnız
münafiq ədavətli olar".

Hətta əgər Peyğəmbər (s) özündən sonra xəlifə təyin etməsəydi belə, ümmət özü üçün daha elmli və
rəhbərliyə layiq olan bir şəxsi seçə bilməz.

Keçən bəhslərdə bəyan etmişdik ki, Əli (ə) bütün səhabələrdən elmili idi. Hətta hər hansı dini problemlərlə
üzləşdikləri halda, ona müraciət edərmişlər. Buna misal olaraq Əbu-Davudun öz sənədilə İbn Abbasdan
rəvayət etdiyi hədisi qeyd edə bilərik. İbn Abbas deyir: - Ömər zina etmiş bir qadını gətizdirib bu barədə
müşavirə etdikdən sonra, onun daş-qalaq olunmasına əmr etdi. Bu zaman Əli-ibn-Əbu-Talib (ə) gələrək
soruşdu: "Bunun məsələsi nədir?". Dedilər: "Filankəsin qızı olan bu dəli qadın zina etmişdir. Ömər də onun
daş-qalaq olunmasına əmr edib". İbn-Abbas dedi: "Əli (ə) dedi: -Onu geri qaytarın": Sonra Əli (ə) Ömərin
yanına gələrək dedi: - Ey Ömər! Məgər bilmirsən ki, üç nəfərə hesab yoxdur? Sağalmamış dəli, yuxudan
oyanmamış yatmış şəxs və ağlı olmayan həddi buluğa yetməmiş uşaq".

- Ömər dedi: "Bəli". Əli (ə) dedi: "Bəs nə üçün daş-qalaq etdirirsən?"

- Ömər dedi: - Bir şey deyir." İbn Abbas dedi: "Əli (ə) onların ikisini də tərk etdi və Ömər "Allahu-əkbər"
dedi." { Əbu-Davudun "Sünən" kitabı. "Əlməğnun yəsruqu əv yusibu həddən" babı. }

Həmçinin Buxari də bu hadisənin bir qismini "Səhih" kitabında qeyd etmişdir. {Səhih-Buxari "Əlmüharibin"
kitabı. "Lə yurcəmul-məcnun vəl-məcnunə" babı. }

Buna əlavə olaraq deməliyik ki, Əli (ə) zahidlərin imamı kimi tanınaraq, özünün xariqularə qəhrəmanlıq və
şücaətilə şöhrət tapmışdır. O, İslamın ən ilk fədaisi idi. Onun, Peyğəmbərlə (s) İslam müharibələrində
həlledici rolu olmuşdur. Bədr döyüşündə O, öz "Zülfüqar” qılıncı ilə Qüreyşin 30 cənkavərini qətlə
yetirmişdir. Ühüd və Hüneyn müharibələrində əksər əzəmətli səhabələrin Peyğəmbəri (s) qoyub qaçdıqları
bir vaxtda O, fədakarcasına Peyğəmbəri (s) müdafiə etdi!! "Xəndək" müharibəsində müşriklərin ən nəhəng
cəngavəri Əmr-ibn-Əldəvəid-əl-Amirinin qarşısına çıxaraq onu məhv etdi. Halbuki, başqa səhabələrdən bir
kəs onun qarşısına çıxmaqa cürət etmirdi. Peyğəmbər (s) Əliyə (ə) meydana çıxmaq üçün izn verməzdən
əvvəl, səhabələri 3 dəfə bu işə dəvət etmişdir. Bunu da deməliyik o zaman Əlinin (ə) yaşı əksər səhabələrin
yaşından az idi. Həmçinin "Xeybər" müharibəsində qalanın qapısını Allah-təala onun əlilə açdı. Çünki o vaxt
onun açılması müsəlmanlar üçün çətinləşdi və səhabələrin əksəriyyəti bu işdən aciz qaldılar.

20
Eyni zamanda o, cahiliyyət dövründə bütpərəst olmaması ilə başqa səhabələrdən seçilirdi. Həzrət (ə) öz
tərbiyəsini bəşəriyyətin ilk müəllimi Muhəmməddən (s) almışdır. O Həzrət həyatı boyu bir an belə
Peyğəmbərdən (s) ayrılmadı. Hətta Peyğəmbər (s) dünya ilə vidalaşarkən Əli (ə) onun yanında idi. Ömrü
uzunu elm və hikməti Peyğəmbərdən (s) öyrəndi. Bu səbəbdən də onun, Peyğəmbərin (s) elm və hikmət
şəhərinin qapısı və qardaşı olmasına ləyaqəti vardır.

Buxari "Səhih" kitabında öz sənədilə İbn-Ömərdən rəvayət edərək deyir: "Peyğəmbər (s) səhabələrini bir-
birilə qardaş etdi. Bu zaman Əli (ə) gözləri dolmuş halda gələrək dedi: "Ey Allahın elçisi! Səhabələrini bir-
birilə qardaş etdin. Amma məni bir kəslə qardaş etmədin." Peyğəmbər (s) dedi: "Sən mənim həm dünyada,
həm də axirətdə olan qardaşımsan." { Səhihi-Tirmizi: c.2. səh.299. } Hətta Peyğəmbər (s) Əlini (ə) özündən
hesab etmişdir. Necə ki, Buxari öz "Səhih" kitabında rəvayət edərək deyir: "Peyğəmbər (s) Əliyə (ə) dedi: "Sən
məndən və mən də səndənəm." { Səhihi-Buxari. c.5. səh.43. "Fəzailus-səhabə" kitabı. }

Həmçinin O Həzrət (ə) daha çox fəzilətli sifətlərə malik olmağı ilə başqa səhabələrdən seçilirdi. Necə ki,
Hakim öz "Müstədrək" kitabında Əhməd-ibn-Hənbəldən nəql edərək deyir: "Peyğəmbərin (s) səhabələri
sırasında Əli-ibn Əbu-Talibdən (ə) fəzilətli səhabə yoxdur.” { Müstədrəkus-səhiheyn. c.3. səh.107. }

"Kənzül-Ümmal" kitabında zikr olunan bir hədisdə deyilir: Peyğəmbər (s.ə) dedi: "Allah mənə, Fatiməni Əli ilə
evləndirməyi əmr etdi." { Kənzül-Ümmal. c.13. hədis 37753. Zəxairul-üqba. }

Peyğəmbər (s) bəzi səhabələrin bu şərəfə nail olmaq üçün göndərdikləri elçiləri rədd etdikdən sonra, qızını
Əli (ə) ilə evləndirdi. O, Peyğəmbərin (s) ciyər parəsi, dünya və cənnət qadınlarının xanımı Fatimə (ə) idi ki,
Allah-təala onun qəzəbilə qəzəblənərdi. Həqiqətən də doğru deyiblər: "Əgər Əli xəlq olunmasaydı Fatiməyə
tay bir şəxs olmazdı." {Əlmənavinin "Künuzul-hənaiq" kitabı bunu deyləmi rəvayət etmişdir.}

Onu da deməliyik ki, əgər xəlifəni seçmək insanlara həvalə olunsaydı, Əli (ə) səhabələrdən daha çox fərqli
olduğu üçün xilafətə daha layiq olardı.

21
9. Müsəlman tayfalar İmamət nəsslərinə etiraz edir
Keçən bəhslərdə Əhli-Beytin (ə) ümumi vilayəti və Peyğəmbərin (s) vəfatından sonra İmam Əli (ə) başda
olmaqla on iki imamın xilafətə təyin olunmasını sübuta yetirən dəlillər bəyan olundu.

Lakin ortaya cavabı verilməsi gərəkli olan kəskin bir sual çıxır. Bu suala cavab vermək İslam tarixi boyu sünni
və şiə məzhəbi arasında olan bir çox ixtilaflı məsələləri üzə çıxarır. Sual bundan ibarətdir ki, əgər əvvəldə zikr
olunan nəsslər həqiqətəndə Əhli-Beytin (ə) imamətinə dəlalət edirsə, bəs necə və nə üçün xilafət başqalarına
nəsib oldu? Məgər səhabələr Peyğəmbərin (s) bütün əmrlərinə tabe deyildirlərmi??

Bu suala cavab verərkən biz İslam çərçivəsində bəzi mühüm tarixi hadisələri qeyd edirik. Halbuki, bu
hadisələr İslam tarixi yönəminin dəyişməsinə böyük təsir etmişdir. Bu barədə hökm çıxarmağı oxucuya
həvalə edirik. Adı gedən mühüm hadisələr bunlardır.

1. Bəzi səhabələrin Peyğəmbər (s) vəsiyyətnamə yazarkən mane olmaları.


2. Bəzi səhabələrin Usamənin ordusuna olan müxalifəti və rəhbərliyinə edilən tənələri.
3. Səqifə hadisələri və Əbu-Bəkrin beyəti.
4. Ömərin xilafətə təyin olunması.
5. Osmanın xilafətə təyin olunması.
6. "Cəməl" müharibəsi və "Ummul-möminin"in döyüş meydanına çıxması.
7. "Siffeyn" müharibəsi və Müaviyənin qiyamı.
8. İmam Əlinin (ə) şəhadətə yetirilməsi.
9. Sülh müqaviləsi və İmam həsənin (ə) şəhadətə yetirilməsi.

Bu hadisələr barədə aşağıda ətraflı söhbət açacağıq.

22
10. Bəzi səhabələrin Peyğəmbər (s) vəsiyyət yazarkən mane olmaları
Peyğəmbərin (s) vəfatından 4 gün əvvəl baş vermiş bu hadisəni Buxari "Səhih" kitabında 6 rəvayətlə qeyd
edir.

O, İbn-Abbasdan rəvayət edərək deyir: "Cümə axşamı idi. Elə bir cümə axşamı idi ki, Peyğəmbərin (s) ağrıları
şiddətlənmişdi. Bu zaman O (s) dedi: "Mənim üçün qələm-kağız gətirin. Sizin heç vaxt azğınlığa düşməməniz
üçün vəsiyyətnamə yazım." Lakin yanında olanlar mübahisə etməyə başladılar. Halbuki, heç bir peyğəmbərin
yanında mübahisə etmək olmaz. Onlar dedilər: "Buna nə olub ki, belə sayıqlayır? Onu başa salın. Onlar
Peyğəmbərin (s) sözünü qəbul etmədilər. Peyğəmbər (s) dedi: -Məni tərk edin. Mənim olduğum iş sizin
dəvət etdiyinizdən xeyirlidir. { Səhihi-Buxari. cild 5. Səh. 511 "Əl-Məğazi" kitabı. "Mərzun-nəbiyy səlləllahu
əleyhi və alihi və vəfatuhu" babı. }

Başqa bir rəvayətdə isə İbn-Abbas deyir: "Peyğəmbər (s) can üstə idi və evdə bir neçə nəfər kişi də var idi.
Peyğəmbər (s) dedi: - Gəlin ətrafıma cəm olun. Sizin azğınlığa düşməməyiniz üçün vəsiyyətnamə yazım.
Lakin onların bəzisi dedi: "Peyğəmbərin (s) ağrıları ona üstün gəlib. Axı sizin əlinizdə Quran var. Allahın kitabı
bizə kifayətdir. Bu zaman evdə olanların arasında ixtilaf düşərək bir-birlərilə mübahisə etməyə başladılar.
Onların bəzisi "Azğınlığa düşməməniz üçün qoyun sizin üçün vəsiyyətnamə yazsın" deyir, bəzisi isə başqa
söz deyirdi. İxtilaf və boş-boş söhbətlər qızışarkən Peyğəmbər (s) onlara dedi: - “Durun gedin” Übeydullah
deyir: "İbn Abbas dedi: - Rüsvayçılıq bunda idi ki, onların ixtilaf və yersiz hərəkətləri Peyğəmbərin (s)
vəsiyyətnamə yazmasına mane oldu". { Səhih-Buxari. Cild 5. Səh.512. "Əl-məğazi" kitabı. "Mərəzun-nəbiyy
səlləllahu əleyhi və alihi və vəfatutu" babı. }

Üçüncü dəfə rəvayətdə İbn-Abbas deyir: "Peyğəmbər (s) can üstə idi. Evdə bir neçə kişi var idi. Ömər-ibn
Xəttabda onlarla idi. Peyğəmbər (s) dedi: - Ətrafıma cəm olun. Azğınlığa düşməməniz üçün vəsiyyətnamə
yazacağam. Ömər dedi: "Peyğəmbərə (s) ağrıları üstün gəlib. Sizin ki, əlinizdə Quran var. Allahın kitabı bizə
kifayətdir. Bu zaman evdə olanların arasında ixtilaf düşərək bir-birlərilə mübahisə etməyə başladılar. Onların
bəzisi azğınlığa düşməməniz üçün qoyun sizin üçün vəsiyyətnamə yazsın deyir, bəzisi isə Ömərin dediyi
sözü deyirdi. İxtilaf və boş-boş söhbətlər qızışarkən Peyğəmbər (s) onlara dedi: "Durun gedin". Übeydullah
deyir: - İbn Abbas dedi: "Rüsvayçılıq bunda idi ki, onların ixtilaf və yersiz hərəkətləri Peyğəmbərə (s) vəsiyyət
yazmaqda mane oldu. { Səhih-Müslüm. "Əl-vəsiyyə" kitabı, "Tərkul-vəsiyyə limən ləysələhu şəyun yusa fihi"
babı. Cild 4. Səh 175. }

Müslüm də "Səhih" kitabında səhabələrin cavabının bu cür olduğunu qeyd etmişdir: (Onlar
dedilər: "Peyğəmbər (s) sayıqlayır". Başqa rəvayətdə isə deyilir: "...Ömər bir söz dedi. Onunda mənası bu idi
ki, ağrılar Peyğəmbərə (s) üstün gəlib. Ömər sonra dedi: -Bizim əlimizdə Quran var. Allahın kitabı bizə
kifayətdir". { Əbu Bəkr-əl-Cövhəri "Səqifə" kitabı. } Gördüyün kimi "sayıqlayır" sözü başqa rəvayətdə (daha
mədəni şəkildə olmaq üçün) "ağrı" sözü ilə əvəz olunub.

Yuxarıda deyilən rəvayətlərə diqqət yetirsək yəqinən belə qənaətə gələrik ki, Peyğəmbəri (s) sayıqlamaqla
vəsf edən ən birici şəxs Ömər-ibn-Xəttab olub. Halbu ki, məclisdə iştirak edən bəzi səhabələrdə onun (yəni
Ömərin) sözünü dəstəkləyibmiş. Bu da Peyğəmbərin (s) qəzəblənərək onları məclisdən qovmasına səbəb
oldu. Peyğəmbər (s) onlara dedi: "Durun məni tərk edin".

Həqiqətəndə bu hadisədən belə məlum olur ki, şəkksiz Peyğəmbərin (s) şəxsiyyətinə istehza olunub. Bu
hadisəni bildikdən sonra mənim üçün böyük qəlb yarasına çevrildi. Bu məsələ böyük əhəmiyyət kəsb
etməsinə baxmayaraq, sünnilərin əksəriyyəti bu hadisədən xəbərsizdirlər. Mən, bu ürək yandırıcı hadisəni
çoxlarına eşitdirərkən inanmırdılar. Hətta bəziləri çox müdhiş andlar edərək deyirdilər ki, əgər həqiqətəndə
bu hadisə Səhihi-Buxaridə varsa, bundan sonra onun rəvayət etdiyi heç bir hədisə inanmayacaq. Bəziləri isə
23
bu rəvayəti təsdiqləyirdilər. Lakin biləndə ki, Peyğəmbərə (s) ilk dəfə "sayıqlayan" sözünü Xəlifə Ömər
demişdir, dərhal qəzəblənərək onu təsdiqləməyi rədd edirdilər. Hətta belə qərara gəlmişdilər ki, saleh
səhabəyə ləkə gətirən bu cür hədisləri rəvayət edən Buxariyə və ya hər hansı hədis kitabına inanmasınlar!!

Bu hadisənin dəhşətinin sirri ondan ibarət idi ki, gərək məclisdə olan bütün səhabələr Peyğəmbərin (s)
əmrini gecikdirmədən həyata keçirəydilər. Hansı ki, O Həzrət (s) özünün vəsiyyətini yazacaqdı. Rəvayətdən
belə məlum olur ki, əgər müsəlmanlar o əmrə itaət edərək yerinə yetirsəydilər Peyğəmbərdən (s) sonra
azğınlığa düşməkdən amanda olardılar. Sünnilərdən kim gözləyərdə ki, Peyğəmbərin (s) səhabələrin
böyüklərilə son görüşü, ona (s) incikli söz dedikdən sonra öz məclisindən onları qovmaqla sona yetəcək.
Hansı ki, bu sözün yalnız bir mənası vardır. Nəvəbidə Müslümün "Səhih" kitabına yazdığı şərhində bunu
"sayıqlamaq" kimi qeyd etmişdir. (Allaha pənah aparıram) İmam Şərəfuddin deyir: (Əgər Peyğəmbərin (s)
söylədiyi: "Mənim üçün qələm-kağız gətir. Sizin heç vaxt azğınlığa düşməməniz üçün vəsiyyətnamə yazım"
sözü və "Səqəleyn" hədisində dediyi: - Mən sizin üçün Allahın kitabını və ailəmdən olan Əhli-Beytimi (ə) tərk
edirəm. Əgər onlardan yapışsanız zəlalətə düşmərsiniz" sözü barədə fikirləşsən, bilərsən ki, hər iki hədisin
yalnız bir məqsədi vardır. Necə ki, Peyğəmbər (s) xəstəliyinin o vaxtında "Səqəleyn" hədisində onlara vacib
bildiklərinin təfsilini yazmaq istəmişdir. Lakin Peyğəmbər (s) yazmaqdan əl götürdü. Bu ona görə idi ki, onlar
o sözü deyəndən sonra, əl götürməyə naçar oldu. Çünki, kimsənin "peyğəmbərliyə" tənə etməsi üçün qapı
açılmasın və o sözlərdən sonra yazmaq, özündən sonra fitnə və ixtilaflardan başqa bir əsər qoymayacaq idi.
Eyni zamanda çəkişmə başlayacaqdı ki, O Həzrət (s) bu yazıda (əl-əyazu-billah) sayıqlayıb ya yox? Keçən
hədislərdən belə məlum olur ki, onlar Peyğəmbərin (s) hüzurunda ixtilafa düşmüşlər. Onlar əllərində olan
Quranla kifayətlənərək Peyğəmbərin (s) xəstə halında onun sözündən vaz keçməyi özləri üçün caiz bilmişlər.
Sanki Allahın öz Peyğəmbəri (s) haqqında dediyi sözləri unutmuşdurlar:

O, kefi istəyəni danışmır... Onu çox qüvvətli olan (Cəbrail) öyrətdi. { 53.Nəcm surəsi, 3-5 }

Peyğəmbər sizə nəyi əmr edirsə, əməl edin; nəyi qadağan edirsə, ondan əl çəkin. { 59.Həşr sürəsi, 7 }

Bu Quran (Allah dərgahında) çox möhtərəm olan bir elçinin gətirdiyi kəlamdır. Elə bir elçi ki çox qüvvətlidir;
ərşin sahibi yanında çox hörmətli, izzətlidir. Elə bir elçi ki itaət ediləndir, həm də etibarlı müvəkkildir. (Ey
Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (heç də müşriklərin dediyi kimi) divanə deyildir! { 81.Təkvir surəsi, 19-
22 }

İbn-Abbas bu hadisəni vəsf edərkən çox gözəl demişdir: "Müsibət bunda idi ki, onların ixtilaf və yersiz
hərəkətləri Peyğəmbərin (s) vəsiyyət yazmasına mane oldu".

Bütün bunlara baxmayaraq, Buxari "Səhih" kitabında İbn-Abbasdan rəvayət edərək deyir ki, Peyğəmbər (s)
vəsiyyət etməmiş ölmədi: (...Peyğəmbər (s) dedi: - Məni tərk edin. Mənim olduğum iş, sizin dəvət
etdiyinizdən xeyrlidir". Peyğəmbər (s) onlara üç şeyi vəsiyyət edərək deyir: - Müşrükləri Ərəbistan
yarımadasından çıxarın, gələn nümayəndələrlə mən necə davrandımsa, sizdə o cür davranın və üçüncü
vəsiyyətdə isə susdu və yaxud dedi ki, onu unutmuşam." { Səhihi-Buxari. Cild 5. Səh. 511. "Əl-Məğazi" kitabı.
"Mərəzun-nəbiyy və vəfatuhu" babı. }

Məlumdur ki, Peyğəmbər (s) vəsiyyəti ailə üzvləri və bəzi qohumlarının hazır olduğu bir məclisdə etmişdir. O
qohumlardan biri də onun əmisi oğlu Abdullah-ibn-Abbas idi. Bu hadisə "cümə axşamı müsibəti"ndən
sonrakı günlərin birində baş vermişdir. Lakin qəribədir, Buxarinin dediyinə görə İbn-Abbas üçüncü vəsiyyəti
demək istəyibmiş. Hər halda, şiələr, Əhli-Beytdən (ə) rəvayət olunan hədislərə əsasən söyləyirlər ki, unudulan
və yaxud susulan vəsiyyət Əlinin (ə) xilafətə təyin olunmasıdır.

24
11. Bəzi səhabələrin Usamənin ordusuna olan müxalifəti və onun
əmirliyinə edilən tənələr

Bütün müsəlmanlara məlumdur ki, Peyğəmbər (s) Rum döyüşü üçün Üsamə-ibn-Zeydi ordu başçısı təyin
etdi. Peyğəmbər (s) Əbu-Bəkr, Ömər, Əbu-Ubeydə, Səd və bu kimi başqa ənsar və mühacirləri orduya
qoşdu. Bu həqiqəti bütün tarix və hədis kitabları təsdiqləmişdir. Peyğəmbər (s) Usaməyə yola çıxmağı əmr
etdi. Lakin bu onlara ağır gəldi. Hətta onların bəzisi Usamənin əmirliyinə tənə etdi. Hətta Peyğəmbər (s)
onların tənə etməklərinə görə şiddətlə qəzəbləndi. O Həzrət (s) başı bağlı halda evindən xaric oldu. Bu
hadisə onun ölümündən iki gün əvvəl xəstə halında olarkən baş vermişdir. Buxari öz sənədilə İbn-Ömərdən
rəvayət edərək deyir: "Peyğəmbər (s) mənbərə qalxaraq Usaməni o qövmə əmir təyin etdi. Amma onlar
Usamənin əmirliyinə tənə etdilər. Bu zaman Peyğəmbər (s) dedi: - Siz onun əmirliyinə tənə edirsiniz, halbu
ki, bundan əvvəl onun atasının əmirliyinə də tənə etmişdiniz. Allaha and olsun ki, o əmirlik üçün yararlıdır.
Onun atası mənə ən sevimli insan idisə, ondan sonra mənə ən sevimli şəxs budur (yəni Usamədir). { Ricalun
həblər-rəsul lixalid Məhəmməd Xalid, səh.548. çap N8. Tarixi-təbəri, ibni əsir, təbəqat ibn Səd babları.} Sonra
onlara tez bir zamanda yola çıxmağa təyin etdi. Lakin onlar bir daha yola çıxmağa ləngidilər. Peyğəmbər (s)
onlar yola çıxmazdan əvvəl vəfat etdi.

Bu hadisədən belə nəticəyə gəlmək olar:

1. Usamənin yaşının az olduğu üçün onun əmirliyinə etiraz etməklə, bəzi səhabələrin Peyğəmbərin (s) nəssi
mövzusunda olan ictihadı. Halbu ki, Peyğəmbər (s) bayrağı Usamənin əlinə bağlanmışdı. Əgər bunu dərk
etsək, Əlinin (ə) xilafət və isməti kimi böyük məsələlərdə səhabələrin ictihadını səbəb və keyfiyyətini dərk
etmək bizim üçün çətin olmaz. Necə ki, gələn bəhslərdə bu bəyan olunacaq.

2. Peyğəmbərin (s) on yeddi yaşlı Usaməni onların üzərinə əmir təyin etməsi. Bu, yaşın az olmasına
baxmayaraq əmirliyi qəbul etmək məsələsində səhabələr üçün əməli dərs idi. Necə ki, onlar Usamənin
əmirliyinə tənə edən zaman, Peyğəmbər (s) onlara şiddətlə qəzəblənmişdir.

3. Peyğəmbər (s) bayrağı Usamənin əlinə bağlayan zaman, bilirdi ki, ən Ulu Dosta doğru köç etməyin vaxtı
artıq yaxınlaşmışdır. Şübhəsiz ki, O Həzrət (s) özündən sonra xilafət ətrafında baş verəcək mübahisələr
barədə fikirləşirdi. Vəfatından bir neçə gün əvvəl ənsar və mühacirlərin böyüklərini həmin orduya qoşaraq
yola çıxmağı əmr etməsi, O Həzrətin (s) ən kamil hikmətlərindən idi ki, ta əmirlik barədə nəinki ictihad, hətta
mübahisə belə olmasın. Əli (ə) Peyğəmbərin (s) xəstə vaxtında onunla idi və vəfatından sonra ona qüsl
verməklə məşğul oldu. Bu hadisə, ənsar və mühacirlərin Usamənin ordusunda əsgər olduqları halda onunla
yola çıxmağı rədd etdikdən sonra Bəni Saidənin "Səqifə"sində qəm olaraq əmirlik barədə mübahisə etdikləri
bir vaxta baş vermişdir. Onların ictihadı, Peyğəmbərin (s) vəfatından sonra onların iştirakı olmadan baş verən
hadisələr barədə olan narahatlıqdan ibarət idi.

Habelə, hər kimə, bəzi səhabələrin Əli-ibn-Əbu-Talibin (ə) imamətini rədd etmək məsələsini qəbul və ya
dərk etmək çətindirsə, bəs həmin səhabələrin Usamənin əmirliyini rədd edərək tənə etmələrini necə təfsir
edəcək.

Halbu ki, o iş Peyğəmbərin (s) əmri idi?

"Cümə axşamı müsibəti" və "Usamənin əmirliyinə tənə olunması" hadisələri, böyük əhəmiyyət kəsb etməsinə
baxmayaraq Peyğəmbər (s) hələ həyatda olarkən baş vermişdir. Belə olan halda sənin nəzərincə
Peyğəmbərin (s) vəfatından sonra nə baş verəcəkdi?

25
12. "Səqifə" hadisəsi və Əbu-Bəkrin beyəti

Peyğəmbər (s) həyatla vidalaşdıqdan sonra Əli (ə) qohumları ilə birgə O Həzrətin (s) dəfnilə məşğul olan
vaxt, Ömər-ibn-Xəttab Peyğəmbərin (s) vəfatını inkar edərək, bu sözü deyən şəxsi öldürməklə hədələyirdi.
Hətta Ömər, Əbu-Bəkr "Mədinə" xaricində yerləşən "Sünh" məntəqəsindən qayıdanadək ona inanmırdı.
Buxari "Səhih" kitabında öz sənədilə Aişədən rəvayət edərək deyir: - Əbu-Bəkr, Sünh məntəqəsində olarkən
Peyğəmbər (s) vəfat etmişdi. (İsmail "Sünh"ə "Əl-Aliyə" deyirdi) Əbu-Bəkr "Sünh" məntəqəsində olarkən
Ömər Allaha and içib Rəsulullahın vəfat etmədiyini deyirdi. Aişə belə davam edir: Ömər and içib mən heç
vaxt Peyğəmbərin vəfat edəcəyi barəsində fikirləşməmişdim. - deyirdi. O, (Rəsulullah) hələ dönüb çox
şəxslərin əlini və ayaqlarını kəsəcəkdir.

Əbu-Bəkr "Sünh" məntəqəsindən geri qayıtdı və belə dedi: "Atam-anam sənə fəda olsun cəsədin üzünü açıb
öpərək sən ölü ya diri olsanda paksan. Canım əlində olan Allaha and olsun ki, Allah heç vaxt sənə ikinci dəfə
ölümü daddırmaz.

Lakin Ənsar əhli "Bəni Saidənin Səqifəsi"ndə cəm olaraq Səd-ibn-İbadənin, Peyğəmbərin (s) xəlifəsi olması
üçün namizədliyini irəli sürdülər. Mühacirlərin böyükləri (Əbu-Bəkr, Ömər və Əbu Übeydə) bu hadisədən
xəbər tutan kimi dərhal onların yanına gedərək əmirliyə özlərinin daha layiq olduqlarını elan etdilər. Ənsar
və Mühacirlərin arasında dialoq qızışaraq mübahisəyə çevrildi. Ənsarın böyük olan Səd-ibn-İbadə qalxaraq
dedi: "Biz Allahın köməkçiləri və İslamın ordusuyuq. Siz Mühacirlərsə bir camaatsınız. Sizin qovmunuz istəyir
ki, bizim əslimizi alçaldaraq, bizi bu işdən uzaqlaşdırsınlar." { Səhih-Buxari. Cild 8. Səh 541. "Əlmüharibin min
Əhlil-küvr" kitabı. "Rəciməl-hubla minəz-zina" babı }

Sonra Əbu-Bəkr bayıra çıxıb belə dedi: "Ey and içən! And içməyi saxla!". { Səhih-Buxari. Cild 5. Səh 13.
"Səhabənin fəziləti" bölümü. "İn lə nəbi fə in Əbə-Bəkr" babı.}

Əbu-Bəkr ayağa qalxaraq xütbə oxudu və bu xütbədə Mühacirlərin fəzilətini qeyd etdi. Eyni zamanda Qureyş
tayfasından olduqları üçün xilafətə daha layiq olmalarını dəlil gətirdi. Buxari “Səhih” kitabında bu hadisəni
qeyd edərək deyir:Əbu-Bəkr Siddiq, Ömər-ibn-Xəttab və Əbu Übeydə-ibn-Cərrah onların yanlarına getdilər.
Ömər danışarkən Əbu-Bəkr onu sakit etdi.. { Səhih-Buxari cild 5. Səh. 14. "Fəzailus səhabə" kitabı. "İnləm
təcid nəbiyy fəinnə Əba-Bəkr" babı. }Əbu-Bəkr dedi: "Yox, biz Əmirlərik, siz isə vəzirlərsiniz, onlar ərəblərin
arasında orta olanı və ərəblərin ən nəcabəliləridir. { Səhih-Buxari. Cild 5. Səh.14 } Mən sizin üçün bu iki
kişidən birini razı bildim, ya Ömər-ibn-Xəttaba ya da Əbu-Ubeydə-ibn-Cərraha beyət edin. {Səhih-Buxari.
Cild 5. Səh.14 "Fəzailus səhabə" kitabı. "İnləm təcid nəbiyy, fəinnə Əba-Bəkr" babı }

Ənsarın ağsaqallarından olan Hubbab-ibn-Munzir bunu rədd edərək dedi: -Yox, Allaha and olsun ki, bunu
etmərik, bizdən də əmir olmalıdır, sizdən də".{Səhih-Buxari. Cild 5. Səh. 14 "Fəzailus səhabə" kitabı. "İnləm
təcid nəbiyy, fəinnə Əba-Bəkr" babı.} Ənsarın rədd cavabı başqa rəvayətdə belədir: "Ənsara Hubab ibn
Munzir dedi: Mən elə şəxsəm ki, mənim rəyim və sözümə əməl edən şəxs, şəfa tapmış bir xəstə kimidir. Ey
Qureyş əhli, biz və sizdən də bir əmir olmalıdır. Arada ixtilaf düşdü səs-küy çoxaldı və camaat da dağıldı. {
Səhih-Buxari. Cild 8. Səh. 542 "Əhlu küfrün muharibəsi" bölümü "Zinadan hamilə olanların rəcm olması"
babı.}

Vəziyyət bu cür böhranlı hal aldıqdan sonra Ömər-ibn-Xəttab dedi: "Heyhat, iki nəfər bir yerə cəm olmaz.
Allaha and olsun ki, ərəblər razı olmazlar. Peyğəmbərləri sizdən olmadığı bir halda siz onlara əmirlik
edəsiniz. Bunu qəbul etməyən şəxs üçün bizim dəlilimiz var".

26
Həbbab-ibn-Munzir onlara rədd cavabı olaraq dedi: "Ey Ənsar tayfası! Siz öz bildiyinizi edin. Bunun və
səhabələrinin sözünə qulaq asmayın. Siz bu işə onlardan daha layiqsiniz".

Lakin bu zaman Ənsar əhlinin arasında parçalanma yarandı. "Xəzrəc" qəbiləsinin rəisi Səd-ibn-İbadə ilə
müxalif olan "Əvs" qəbiləsinin rəisi Üseyd-ibn-Həzir mühacirləri dəstəkləyəcəyini elan edərək onlara beyət
etmək vədəsini verdi.

Bu zaman Ömər Əbu-Bəkrə dedi: "Əlini uzat, sənə beyət edim". Beləliklə Ömər və ənsarla mühacirlərin bir
qismi ona beyət etdi. Buxari Aişədən rəvayət edərək deyir ki, Ömər camaatı hədələmək və qorxutmaqla
Əbu-Bəkr üçün beyət aldı: Aişə deyir: "Onların hər ikisinin xütbəsinə Allah mənfəət verdi. Ömər insanları
qorxutdu. Onların arasında nifaq olduğu üçün Allah onları rədd etdi". {Səhih-Buxari. Cild 5. Səh. 15.
"Fəzailus-səhabə" kitabı. "İnləm təcid nəbiyy fəinnə Əba Bəkr" babı.}

Həmin gün Ömər, beyəti rədd edən Səd-ibn-İbadə barədə dedi: "O, yaşı çox olan qoca bir kişi idi". Necə ki,
Buxari "Səhih" kitabında rəvayət edərək deyir: ...Səd-ibn-İbadəyə hücum etdik, onlardan biri dedi: "Səd-ibn-
İbadəni öldürdünüz. Ömər dedi: "Onu Allah öldürdü". { Səhih-Buxari. Cild 8. Səh 542. Cild 5. Səh.14. }

Burada "Səqifə" hadisəsi teatrının pərdələrini örtürük.

Bu hadisə Ənsar və Mühacirlərin xilafət üzərində mübarizə apardıqdan sonra Əbu-Bəkrə beyət etməklə
qurtadı. Bu mübahisə cahiliyyət dövründə baş vermiş mübahisə kimi qələmə verilmişdir. Neçə ki, bu iki dəstə
arasında cərəyan edən dialoq və bir-birlərinə dəlil gətirdikləri sübutlara diqqət yetirilsə tamamilə aydın olar.
Xəlifə Ömər ibn Xəttab ömrünün axırında etiraf edərək dedi: "Əbu Bəkrə beyət etmək səhv bir iş idi. Lakin
Allah onun şərrindən qorudu". (onun rəyinə görə) Buxari "Səhih" kitabında rəvayət edərək deyir: "Ömər dedi:
"...Bir kəs qürurlanıb deməsin ki, Əbu-Bəkrə beyət etmək səhv iş idi və bu da qurtardı. həqiqətən də belədir.
Lakin Allah onun şərrindən qorudu.” { Səhih-Buxari. Cild 8. Səh 540. "Əl-muharibin min əhlil-küfr" kitabı.
"rəciməl hubla minəz-zina" babı. }

Hamıya məlumdur ki, İmam Əli (ə), onun Bəni-Haşimdən olan qohumları və başqa səhabələri (Zübeyr, Təlhə,
Əmmar, Salman, Miqdad, Əbu-Zər, Xəzilə-ziş-şəhadəteyn, Xalid-ibn-Səid, Übey-ibn-Kəb, Əbi-Əyyub-Ənsar
və başqaları) o beyətdə iştirak etmədilər və həmin gün "Səqifə"-yə daxil olmadılar. Çünki, onlar böyük
müsibət olan Peyğəmbərin (s) vəfatı münasibətilə hazırlıq görürdülər. Artıq "Səqifə" əhli Əbu-Bəkrə beyət
etmişdilər. Əli (ə) və onunla olanların bu işə müxalifət edərək beyətdən imtina etməkdən başqa çıxış yolları
yox idi. Bu, Ömər ibn Xəttabdan nəql olunan rəvayətdən məlum olar: "Peyğəmbər (s) vəfat edərkən bizə
məlum idi ki, Ənsar əhli bizimlə müxalifdir. Onlar gizlicə Bəni-Saidənin "Səqifə"sində cəm oldular. Bizdən
(mühacirlərdən) olan Əli, Zübeyr, və onlarla olanlar bizə müxalif oldular". { Səhih-Buxari cild 8. Səh. 540. "Əl-
mühari-bin min əhlil-küfr" kitabı. "rəciməl-hubla minəz-zina" babı. }

Əli (ə) elə bir vəziyyətdə dəlil gətirməyin fitnədən v haqqının aradan getməsindən savayı heç bir təsiri
olmayacağını bilirdi.

Hər tərəfdən İslamı əhatə edən fitnələrin xətəri, Mədinə əhlindən olan münafiqlər və Peyğəmbərin (s)
vəfatından sonra fəallaşmış Mədinə ətrafında məskunlaşan münafiq ərəblərin İslamı təhdid etmə təhlükəsi
və buna əlavə olaraq yalançı Müsəyləmə, Təlhə ibn Xüveyləd əl-Əffak, Səccaç əd-Dəcalə, Rum, kəsra, Qeysər
və başqaları da müsəlmanların pusqusunda durmuşdular. Həmçinin İslam və onun vücudunu təhdid edən
xətərlər qarşısında, təbii ki, Əli (ə) öz haqqını qurban verəcəkdi. Lakin xilafət barədə öz dəlillərindən əl
çəkməyəcəkdi. O Həzrət (ə) xilafət barədə öz haqqını qorumaq və İslam düşmənlərinin istifadə edə
bilməyəcəyi bir şəkildə xilafət barədə ictihad edənlərə dəlil gətirmək istəyirdi. Buna görə də evində oturdu
və ətrafında olanlarla birgə altı ay müddətində beyət etmədi). { İmam Şərafuddinin "Əl-müraciət"
kitabından.}

27
Buxarinin nəql etdiyi rəvayət sübut edir ki, əgər Əli (ə) heç bir fitnə törənmədən öz haqqını almaq üçün
kifayət qədər qüvvəsi olsaydı bunu edərdi. "Aişə deyir: ... Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay
yaşadı. Vəfat edərkən əri Əli (ə) gecə ikən onu dəfn etdi. Əbu-Bəkrin buna icazəsi yox idi. Əli (ə) ona namaz
qıldı. Xanım Fatimə (ə) həyatda olarkən həzrət Əlinin (ə) hamı ilə əlaqəsi var idi. Xanım vəfat etdikdən sonra
Həzrət Əli (ə) heç kimi görmək istəmirdi. Lakin Əbu-Bəkrlə barışıb ona beyət etməyi arzulayırdı. Bütün bu
müddət zamanı beyət etmədiyinə görə Əbu-Bəkrə, onun yanına tək gəlməsi üçün xəbər göndərdi. Həzrətin
onu tək dəvət etməkdə məqsədi o idi ki, Əbu-Bəkr Ömərlə gəlməsin. Ömər isə and içib, - sən ora tək
getməyəçəksən - deyirdi. Əbu-Bəkr - məgər mənə nə edəcəklər? - deyə cavab verdi. - And olsun Allaha ki,
mən ora tək gedəçəyəm". { Səhih-Buxari Cild 5. Səh.382. "Əl-Məğazi" bölümu. "Xeybər Muharibəsi" babında.
} İmam Şərafuddin Əlinin (ə) bu hərəkətini belə açıqlayır: (Əgər Əli (ə) beyət edilən zaman beyətə tələsmiş
olsaydı, onda onun üçün hüccət tamam olmazdı və şiələri üçün də bürhan parlamazdı. Lakin O Həzrət (ə)
din hifz etməklə xilafətdə olan haqqını hifz etməyi cəm etdi. O zaman vəziyyət nə qılıncla müqavimət
etməyə, nə də hüçcət gətirməyə imkan vermirdi). { İmam Şərafuddinin "Əl müraciat" kitabından. } Əbu
Süfyan Əlini (ə), dəfələrlə xilafətdə olan öz haqqını tələb etməsinə şövq etdiyi zaman bu həqiqət daha da
aydınlaşır. O deyirdi: "Əgər istəsən onların üzərinə atlar və kişilər göndərərəm. Hər yerdən onların yolunu
kəsərəm." { Xalid Muhəmməd Xalid "Xüləfaur-rəsul" kitabı, səh. 418, 8-ci çap. } Lakin İmam Əli (ə) hər dəfə
bu cür köməyi rədd edirdi. Çünki, O Həzrət (ə) bilirdi ki, Əbu-Süfyanın məqsədi fitnə odunun alovlanması və
İslamın aradan getməsinə səbəb olan müharibənin qızışmasıdır.

28
13. Peyğəmbər (s) Əbu-Bəkrin xilafətə təyin olunmasına işarə edibmi?
Bəzi müsəlmanlar Əbu-Bəkrin xilafətə daha layiq olmasına və Peyğəmbərin (s) buna işarə etməsinə istinad
edirlər. Buna səbəb İbn-əl-Cəvzininin öz sənədilə Əlidən (ə) rəvayət etdiyi hədisdir, Əli (ə) deyir: "Peyğəmbər
(s) vəfat edərkən, Əbu-Bəkri, namaz qılmaq üçün təqdim etdi. Peyğəmbərin (s) dinimiz üçün razı bildiyini,
biz də dünyamız üçün razı bildik və Əbu-Bəkri təqdim etdik." { İbn-əl-Cəvzi. "Səfvətus-səfvə" kitabı. } Bu
rəvayət ağ yalandır. Əlidən (ə) bu hədisin rəvayət olunmasını iddia edənlər bilməlidirlər ki, O Həzərət və
ətrafında cəm olan məşhur səhabələr Əbu-Bəkrə müxalif olunmuş və yalnız altı aydan sonra ona beyət
etmişdir. Əgər bu rəvayət doğrudursa, onda gərək İmam Əli (ə) ən əvvəl beyət etməliydi.

Əlinin (ə) Əbu-Bəkrə müxalif olması bu rəvayətin saxta olmasına kifayət edir. Buna əlavə olaraq adı çəkilən
rəvayətin yalan olmasını başqa dəlillərdə sübuta yetirir:

1. Peyğəmbərin (s) şərafətli ömrünün axır anlarında bayrağı Üsamə ibn Zeydin əlinə bağlaması və səhabələrə
onunla yola çıxmasına əmr etməsi. Halbuki, həmin ordunun sıralarında Əbu-Bəkr, Ömər və Əbu-Übeydə
kimi mühacirlərin böyükləri də var idi. Əgər Peyğəmbər (s) Əbu-Bəkri özündən sonra xəlifə təyin etmək
istəsəydi, onu həmin orduya qoşmazdı.

2. Əgər yuxarıda deyilən rəvayət doğrudursa, onda Əbu-Bəkr "Səqifə" günü mübahisəni həll etmək üçün
dəlil gətirməyə ehtiyac duyduğu bir vaxtda öz müxalifətlərinə dəlil gətirərdi. Lakin gördüyümüz kimi bunun
əvəzinə o, dəlil gətirərək demişdir: "Qureyş qəbiləsi, ərəblərin ən nəcabətlisidir."

3. Bütün bunlara uyğun olaraq həqiqətəndə bu rəvayət, Əlinin (ə) xilafətə təyin olunmasını sübuta yetirən ən
qəti hədisləri saxtalaşdırır. Bu haqda dediklərimiz barədə keçmiş səhifələrdə olan nəsslərə müraciət et.

29
14. Fatimənin (ə) qəzəbi
Fatimə (ə) Əbu-Bəkr tərəfindən, Peyğəmbərdən (s) qalan mirasdan məhrum olduğu üçün qəzəbli halda vəfat
etdi. Buxari "Səhih" kitabında öz sənədilə Aişədən rəvayət edərək deyir: "Xanım Fatimə (ə) Əbu-Bəkrdən,
Rəsulallahdan (s) ona qalan mirasını tələb etməyə getdi. Hansıki Allah-təala Rəsulallaha (s) verdiyi şeylərin
birini, Fatiməyə (ə) vermişdi. Əbu-Bəkr Fatiməyə (ə) Peyğəmbərin (s), biz peyğəmbərlər irs qoymarıq - deyə -
dediyini bildirdi. Bu sözdən Fatimə Əbu-Bəkrə qarşı çox qəzəbləndi və hətta vəfat edənə qədər onunla
danışmadı. Xanım Fatimə də Peyğəmbərin (s) vəfatından sonra cəmi 6 ay yaşadı."

Aişə sözünə belə davam edir: "Fatimə, Rəsulallah (s) onun üçün tərk etdiyi Xeybər, Fədək və Mədinədəki
payını Əbu-Bəkrdən soruşanda, ona rədd cavabını verərək belə dedi: "Peyğəmbərin (s) gördüyü işi, mən də
görürəm." { Səhih-Buxari cild 4, səh.208. Xums bölümu. Fəraiz babı. }

Xanım Fatimənin (ə) Əbu-Bəkrə qarşı qəzəbi o həddə gəlib çatmış idi ki, meyyit namazı qılmaması üçün,
Həzrəti Əliyə (ə) vəsiyyət etmişdi. Bundan əlavə, cənazəsinin ardınca gəlməsinə belə razı deyildi. Buna görə
də Həzrəti Əli (ə) Xanımın pak cəsədini kecə vaxtı gizli şəkildə dəfn etdi. "Əbu-Bəkr Xanım Fatiməyə (ə)
istədiklərindən heç nə vermədi. Onun bu əməlinə görə, Xanım qəzəbli qaldı və vəfat edənə qədər onunla
danışmadı. Xanım Peyğəmbərdən (s) sonra cəmi 6 ay ömür sürdü. Onun əri Əli (ə) kecə vaxtı onu dəfn etdi.
Əbu-Bəkrə nə onu görməyə, nə də ki, cənazə namazına gəlməsinə icazə vermədilər." { Səhihi-Buxari cild 5,
səh. 382. Məğazi bölümü. Xeybər babı. } Bu rəvayətləri Buxari öz səhihində Aişəyə istinad edərək zikr
etmişdir.

Xanım Fatimənin (ə) tələb etdiyi Fədək, Hicazda yəhudi tayfəsının məskunlaşdığı bir kənd idi. Peyğəmbər (s)
Xeybər döyüşündə qalib gəldikdən sonra, Allah-təala bu kəndin əhlinin ürəyinə xof saldı və onlar da
döyüşsüz Peyğəmbərlə (s) sülh bağlayıb tabe oldular. Döyüşsüz və ordu yürüş etmədən Peyğəmbər (s)
Fədəki aldığına görə Rəsulallahın (s) öz şəxsi mülkü idi. Rəsulallah (s) da Fədəki şəxsi mülkü olduğuna görə
qızı Fatiməyə (ə) hədiyyə etdi. Bundan əlavə, Xeybərdən gələn gəlirin xumsu və Peyğəmbərin (s) sədəqədən
olan payı da Rəsulallah (s) tərəfindən Xanıma hədiyyə olundu. Bu paylarda Peyğəmbərdən (s) başqa heç
kimin haqqı yox idi.

Əbu-Bəkrin sözünə görə, Xanım Fatimənin (ə) heç bir haqqı olmadan payını tələb edir. Onun bu sözünün iki
mənası vardır. Bunun da yalız biri qəbul olunur. Birinci mənası budur ki, xanım Fatimə (ə) Peyğəmbərdən (s)
ona çatacaq olan mirasın hökmünü Əbu-Bəkr qədər bilməyirdi. İkinci mənası isə, Xanım yalançı idi və
tamahkarlıqdan haqqı olmayan şeyi tələb edirdi.

Bu sözlər Xanım Fatiməyə (ə) mütləq surətdə yaraşan deyildir. Hansı ki, o xanım qəzəblənəndə Allah-təala
da qəzəblənərdi. Möminələrin və cənnət əhlinin seyyidəsi idi. Allah-təala onu hər günahdan və napaklıqdan
pak etmişdi. Buxari öz səhihində belə zikr edir: "Peyğəmbər (s) buyurmuşdur: Ya Fatimə məgər sən
möminələrin və ya ümmətin qadınlarının seyyidəsi olmağa razı deyilsənmi;

"Fatimə mənim bir hissəmir. Onun qəzəbi mənim əzəbimdir." { Səhihi-Buxari cild 5, səh. 75. “Səhabənin
fəzilətləri” bölümü. }

"Fatimə cənnət qadınlarının seyyidəsidir." { Səhihi-Buxari cild 5, səh.74. “Səhabənin fəzilətləri” bölümü. }

Əgər Xanım Fatiməni (ə) digər adi qadınlar kimi hesab etsək, yəni deyilən bu rəvayətlərdəki fəzilətlər onda
olasa belə, ümumi bəşər müəlliminin ən elmli və qazilər-qazisi olan Həzrəti Əlinin (ə) həyat yoldaşı olması,
onun cahil olma ehtimalını batil edir. Tutaq ki, Xanım Fatimə (ə) haqqı olmayan bir şeyi tələb edirdi və Əbu-
Bəkrin sözünə görə Rəsulallah da özündən sonra irs qoymamışdı. Əgər bu həqiqət olsa idi o zaman ya atası,
30
ya da əri ona bu məsələnin şəri hökmünü öyrətməli idi. Məxsusən də Xanım Fatimənin (ə) Əbu-Bəkrə qarşı
olan qəzəbi, Peyğəmbərin (s) vəfatından sonra, tamam yaşadığı 6 ay zaman boyunca davam etdi.

Bundan əvvəlki sözlər (əuzu-billah) Xanım Fatiməyə (ə) yaraşan sözlər deyildir. Xanıma, Əbu-Bəkr onun,
Allah-təala atasına Mədinədən verdiyi payı və Xeybərdəki xums haqqını vermədiyi xəbəri çatanda, Mühacir
Ənsarlar Əbu-Bəkrin ətrafında toplaşdığı halda bir xütbə oxudu. Bu elə bir xütbə idi ki, orada olub eşidən
hər bir kəs hönkürə-hönkürə ağlayırdı. Bu xütbədən bir neçə kəlmə sizə çatdırırıq:

"... Siz iddia edirsiniz ki, bizə nə irs nə də misli düşür. Siz cahiliyyət dövrünün hökmünü istəyirsinizmi? Ey
müsəlmanlar! Məgər Allahın kitabında varmı ki sən, (xitab Əbu-Bəkrədir) atandan irs apara bilərsən, amma
mən yox? Sənin sözün batildir." Sonra bu ayəni oxudu: "Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl
də peyğəmbərlər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki, geri dönən
şəxsə Allah heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər." (3.Ali-İmran surəsi, 144). "...Ey
Qilə nəsi! Gözüm görə-görə atamdan mənə qalan mirası əlimdənmi alırsınız..." { Mənalil-talib fi-şərhi
təvamil-əl-ğəraib (İbn-Əsir), səh. 501 (Əl-mədəni mətbəəsi).} Beləcə də Xanım xütbəsinə davam etdi.

Peyğəmbərin (s) "Biz peyğəmbərlər irs qoymarıq" sözü, Əbu-Bəkrin ictihadına görə, miras məsələsinin
hökmləri peyğəmbərlərə şamil olmaz mənasında deyildir. Qurani-Kərimdə də Əbu-Bəkrin sözünün batil
olması haqqında ayələr vardır:

"Süleyman Davudun varisi oldu..." { 27.Nəml surəsi, 16 } . Buna əlavə olaraq, Zəkəriyyə peyğəmbər Allaha
dua edib, özündən sonra varis olsun deyə, bir oğul payı istədi. Allah-təala da onun duasını qəbul edib,
Yəhyanı ona ruzi olaraq verdi. Necə ki, Qurani-Kərimdə deyilmişdir: "O həm mənə, həm də Yəqub nəslinə
varis olsun. Pərvərdigara! Həm də elə et ki, o sənin rizanı qazanmış olsun! Ey Zəkəriyyə! Sənə bir oğulla
müjdə veririk ki, adı da Yəhyadır..." { 19.Məryəm surəsi, 6-7 }. Keçən ayədəki "varisim olsun" sözünün mənası,
"peyğəmbərliyim ona irs qalsın" mənasında deyildir. Peyğəmbərlik irslə olmaz. Rəsulallahın "Biz
peyğəmbərlər irs qoymarıq" sözünün mənası odur ki, həqiqətən peyğəmbərlər padşahlar kimi dünyada qızıl
və gümüş yığıb saylamazlar ki, özlərindən sonra miras qalsın.

Əbu-Bəkr Xanım Fatiməyə (ə) miras barəsindəki haqqını haram etdi. Buna görə də Həzrəti Əlinin (ə) Əbu-
Bəkrə beyət etməməsi səbəbini bəziləri, şərən Həzrəti Əlinin (ə) xəlifəyə sahib olma haqqı ilə deyil, Xanımla
Əbu-Bəkrin arasında olan ixtilafla əlaqələndirdilər. Fərz edək ki, həqiqətən Həzrəti Əli (ə) Əbu-Bəkrə,
Xanımla onun arasında olan ixtilafa görə beyət etmədi. Bəs nəyə görə səhabədən olan digər hörmətli
şəxsiyyətlər Əbu-Bəkrə beyət etməyərək Həzrəti Əliyə (ə) dəstək verdilər? Həmçiin Aişənin, “Əli Əbu-Bəkrə
onun yanına tək gəlməsi üçün xəbər göndərdi.” Həzrətin onu tək dəvət etməkdə məqsədi o idi ki, Ömər
Əbu-Bəkrlə birgə gəlməsin" - sözünün nə mənası vardır? Halbuki Ömərin, miras məsələsində olan ixtilafla
heç bir əlaqəsi yox idi. Amma Ömərin, Səqifə bəhsinin Əbu-Bəkrin xeyrinə görə bitməsində böyük rolu var
idi.

Bu deyilənlərə əsasən, Həzrəti Əlinin (ə) və Xanım Fatimənin (ə) Əbu-Bəkrə beyət etməmələri miras
məsələsində olan ixtilafa görədir - sözünün heç bir mənası və etibarı yoxdur.

Buxari İbn-Abbasa istinad edərək öz səhihində Rəsulallahın (s) belə buyurduğunu zikr etmişdir:

"Hər kimin əmirinə qarşı bir ikrahı olarsa səbr etməlidir. Çünki kim hakimin sözündən bir qarış belə çıxsa,
ölümü cayiliyyət dövründə ölənlərin mislindədir." { Səhihi-Buxari cild 9, səh. 145. "Əl-Fitən" bölümü
"Sətərunə bədi umurən tunkirunəhə" babı. }

Müslim də səhihində zikr etmişdir: Rəsulallah (s) buyurub: "Hər kim beyət etmədən ölərsə ölümü cahiliyyət
dövründə ölənlərin mislindədir. " { Səhihi-Müslim "İmarə" bölümü "Vucub muləzəmət cəmə əq əl muslimi"
babı cild 4, səh. 517. "Daru şəəb" mətbəəsi. }
31
Müsnədi Əhməd kitabında Rəsulallahın (s) belə buyurduğu zikr olunmuşdur: "Hər kim imamsız ölərsə,
ölümü cahiliyyət dövründə ölənlərin mislindədir." { Müsnədi Əhməd, cild 3, səh. 446 }.

Yuxarıda göstərilən bu üç hədislər qəti şəkildə onu sübut edii ki, hər kim imama və ya əmirə beyət etmədən
ölərsə cahiliyyət dövründə ölənlərin mislindədir. Şəkksiz və şübhəsiz olaraq bu hədislərdəki nəzərdə tutulan
imam başqa şəxsə deyil, Allahın şəriətinə görə ona beyət etməsi vacib olan imam olmalıdır.

Xanım Fatimə (ə) Əbu-Bəkrə beyət etmədən vəfat etdi. Həmçinin vəfat edəndə də Əbu-Bəkrə qarşı o qədər
qəzəbli halda vəfat etdi ki, meyyit namazını qılmağa hətta cənazəsinin ardıyca yeriməyə belə razı deyildi.
Necə ki, Buxari, Əbu-Bəkrin Xanım Fatiməyə (ə) Rəsulallahdan (s) ona qalan mirasını haram etməsi
barədə, Aişəyə istinad edərək rəvayət etmişdir: "... Rəsulallahın (s) qızı Fatimə Əbu-Bəkrə qarşı qəzəbləndi və
vəfat edənə qədər onunla danışmadı. Xanım Fatimə də (ə) Peyğəmbərin (s) vəfatından sonra cəmi 6 ay
yaşadı...; Onun əri Əli kecə vaxtı onu dəfn etdi. Əbu-Bəkrə nə onu görməyə, nə də cənazə namazına
gəlməsinə icazə vermədilər." { Səhihi-Buxari. Cild 5, səh. 382. "Məğazi" bölümü. "Xeybər müharibəsi" babı. }

Görəsən kim deyə bilər ki, Xanım Fatimə (ə) Rəsulallahın (s) dediyi sözə əməl etməmişdir?

Xanım Fatimə (ə) Əbu-Bəkrin əməllərinə qarşı ikrahını, təəmmül və beyət etməməsini izhar etdi. Həmçinin
meyyit namazına və hətta cənazənin ardıyca gəlməməsini vəsiyyət etdi. Bu da açıq-aşkar surətdə onu sübut
edir ki, xanım Əbu-Bəkrin sultanlığında nəinki bir qarış hətta min qarış qədəri uzaqlaşmışdır!

Görəsən kim deyə bilər ki, Xanım Fatimənin (s) ölümü cahiliyyət dövründə ölənlərin mislindədir??

Halbuki, bütün dünya müsəlmanları qəbul etmişdir ki, Xanım Fatimə (ə) bütün möminə qadınların və
cənnətdəki qadınarın ən üstünüdür. Necə ki, Buxari öz səhihində Rəsulallahın (s) belə buyurduğunu sübut
etmişdir: "Ey Fatimə, məgər sən möminələrin və ya bu ümmətin qadınlarının seyyidəsi olmağa razı
deyilsənmi." { Səhihi-Buxari. Cild 8, səh. 202. "İstizan" bölümü "Mən nacə beynə yədeyn-nas" babı. }

Həmçinin digər rəvayətdə də buyurmuşdur: "Fatimə cənnət qadınlarının seyyidəsidir." { Səhihi-Buxari. Cild 5,
səh. 74. "Fəzailus-səhabə" bölümü. "Fəzailil Fatimə" babı. } Bunlara əlavə olaraq qeyd olunmalıdır ki, Xanım
Fatimənin (ə) qəzəbi Peyğəmbərin (s) qəzəbidir. Bu da şübhəsizdir ki, Peyğəmbərin (s) qəzəbi də Allahın
qəzəbidir. Necə ki, Peyğəmbər (s) buyurmuşdur: "Fatimə mənim bir hissəmdir. Onun qəzəbi mənim
qəzəbimdir." { Səhihi-Buxari. Cild 5, səh. 75. "Səhabənin fəziləti" bölümü. "Fəzailil Fatimə" babı. }

İnsdən və cinsdən kim cürətlənib deyə bilər ki, Xanımın ölümü cahiliyyət dövründə ölənlərin mislindədir?

Bu deyilənlərə və zikr olunan səhih hədislərə əsasən, hökm olunur ki, beyəti vacib olan xəlifə, əmir və ya
imama beyət etmədən ölənlərin ölümü cahiliyyət dövründə ölənlərin mislindədir. Buradan iki ehtimal hasil
olunur ki, ya Xanım Fatimə (ə) beyəti vacib olan Əmir Əbu-Bəkrə beyət etmədən cahiliyyət dövründə
ölənlərin mislində öldü, ya da Xanım Fatimə (ə) cahiliyyət dövründə ölənlərin mislində vəfat etməmiş, Əbu-
Bəkr də beyəti vacib olan əmirlərdən deyildi.

Deməli beyəti vacib olan əmirlər, hansıki kim onlara beyət etmədən ölərsə, cahiliyyət dövründə ölənlərin
mislindədir, nə Əbu-Bəkr, nə Müaviyyə, nə Səffa, nə də bu kimi digər şəxslərdir.

32
15. Ömərin xəlifə olması
Əbu-Bəkr xəstə olanda Osman ibn-Əfanı yanına dəvət etdi və dedi: "Yaz! Bismilləhir-Rahmənir-Rahim. Əbu-
Bəkr ibn Əbi Quhəfənin müsəlmanlara olan vəsiyyəti budur; "O, bu kəlmələri deyəndən sonra ürəyi keçdi.
Osman isə Əbu-Bəkrin adıyla belə yazdı: "Ömər ibn Xəttab məndən sonra sizin xəlifənizdir".

Bundan bir qədər sonra Əbu-Bəkr yenidən ayılaraq Osmanın belə yazdığını görüb dedi: "Zənnimcə mənim
ürək keçmədən yenidən ayılmayacağımdan və müsəlmanların ixtilafa düşəcəklərindən qorxub belə
yazmısan? Osman belə cavab verdi: Bəli. Əbu-Bəkr də Osmana belə dua etdi: İslam və Müsəlmanların
xidmətində durduğuna görə Allah-taala sənə xeyir versin! Bununla da Əbu-Bəkr Osmanın yazdığını qəbul
etdi". { Tarixi-Təbəri; Tarixi-Diməşq. }

Digər bir rəvayətə görə, Ömər Əbu-Bəkrin yazdığı vəsiyyətnaməsini əlində gəzdirib camaata belə deyirdi: Ey
müsəlmanlar! Rəsulullahın xəlifəsinin sözünü eşidin və itaət edin: { Tarixi-Təbəri }

Ömər ibn-Xəttabın, Əbu-Bəkrin Səqifə günü xəlifə olması üçün böyük bir rolu olmuşdur: Hansı ki, Ömər
Ənsarların arasında düşən ixtilafdan və şərən xəlifə sahibinin, Rəsulullahın dəfnində məşğul olduğuna görə
olmadığından istifadə edərək, bundan əvvəl sübut olunduğu kimi xalqı zor gücünə Əbu-Bəkrə beyət
etdirmişdir. Ömər ibn Xəttab Əbu-Bəkrin xəlifə olması üçün böyük rol oynadığı kimi, Əbu-Bəkr adi
qələminin mürəkkəbini işlətməklə Ömərin Xəlifə olması üçün böyük rol oynamışdır.

Əbu-Bəkr xəstə olduğu müddətdə hansı ki, xəstəliyi ürək keçmə səviyyəsinə qalxmışdır, vəsiyyətnaməni
yazdığı zaman ona heç kim sayıqladığını söyləmədi. Lakin Rəsulullah (s) özündən sonra zəlalətə
düşməmələri üçün, vəsiyyətnamə yazmağa qələm və vərəq istədiyi vaxt, Ömər və ona dəstək verənlər
tərəddüd etmədən belə Rəsulullahın (s) sayıqladığını söylədilər.

Əbu-Bəkr müsəlmanların arasında ixtilaf düşməyindən qorxub özündən sonra Ömərin xəlifə olmasını iddia
etmişdir. Əbu-Bəkr şuranın çağırılmasına qarşı çıxmasına baxmayaraq Əhli-Sünnət onun üzrünü qəbul edir.
Halbu ki, onların iddiasına görə müsəlmanların xəlifəsi şuranın çağırılması yolu ilə seçilməlidir. Həmçinin
qarşıda oxuyacaqsınız ki, yenə də onlar şuranın yolu ilə seçilməyənlərin xilafətllyini qəbul etmişdirlər. Hətta
Müaviyyənin və oğlu Yəzidin xəlifəliyini də belə qəbul etmişdirlər. Hansı ki, onlar zor, qılınc, zülm yolu ilə
müsəlmanların əmiri olmaqdan əl çəkməyirdilər. Onların qılıncları müsəlmanlərın, xüsusəndə pak Əhli-Beytin
(ə) və onların nəvələrinin boyunlarını vurmaq üçün işləyirdi.

Burada belə bir sual meydana çıxır ki, nəyə görə Peyrəmbər (s) özündən sonra xəlifə təyin edərkən onun
sözünü qəbul etmədilər, amma Əbu-Bəkr özündən sonra xəlifə təyin edəndə onun sözünü qəbul etdilər?
Xüsusəndə Rəsulullahın (s) vəfatından sonra xəlifə barəsində ixtilaf, Əbu-Bəkrin vəfatından sonra yaranan
ixtilafın səbəblərindən çox idi. Həmçinin Qurani-Kərimdə, Peyğəmbərin (s) vəfatından sonra müsəlmanların
arasında düşən ixtilafa görə, Əlinin (ə) xəlifəliyinə və Əhli-Beytə (ə) rücu etməyi vaçib edən aydın nəsslər
vardır.

33
16. Osmanın xəlifə olması
Xəlifə Ömər vurulanda ondan, özündən sonra xəlifə təyin etdiyini soruşdular. O isə belə cavab verdi: "Əgər
Əbu Übeydə-Cərrah yaxud da, Əbu-Huzeyfənin qulu Salim sağ olsa idi onların birini xəlifə təyin edərim."
Sonra belə davam etdi: "Bəziləri Əbu-Bəkrin xəlifəliyinin böyük bir səhv olduğunu və Allah-təala da bu
səhvin şərrindən saxladığını və Ömərin xəlifə olmasında, şura yolu ilə olmadığını söyləyirlər. Amma bu iş
məndən sonra şura yolu ilə həll olunacaqdır." {Tarixi-Təbəri} Yenə də Ömər belə dedi: "Xəlifənin təyin
edilməsini ilk mühacirlərdən olan 6 nəfərdən ibarət şuranın öhdəsinə qoyuram." Sonra onların adlarını
sadalayaraq dedi: "Əli, Osman, Təlhə, Zubeyr, Əbdürrəhman ibn Auf və Səd ibn Əbi-Vəqqas. Əkər bunların
dördünün rəyi bir olarsa, o dörd nəfərin rəyinə qalan iki nəfər tabe olmalıdır. Lakin üç nəfərin rəyi ilə o biri
üçlüyün rəyi müxtəlif olarsa, Əbdürrəhman ibn-Auf olan üçlüyün rəyinə tabe olun. Dinləyin və itaət
edin..." {Tarixi-Təbəri}

Deyilən bu rəvayətlərdən belə zahir olunur ki, Ömər xəlifəni təyin etmək üçün Əbdürrəhman ibn Aufun
öhdəsinə qoydu. Bu da onların dediyləri şuranın 3-cü şəklidir (formasıdır). Ömər Əbdürrəhman ibn Auf əmr
etdi ki, seçiləcək xəlifəyə şeyxlərin (Əbu-Bəkr və Ömər) Allahın kitabı və Peyğəmbərin (s) sünnətinin yolu ilə
getməsini şərt qoysun.

Ehtimal olunduğu kimi, şurada iştirak edənlərdən üç nəfərin rəyi o biri üç nəfərin rəyi ilə müxtəlif
oldu. Birinci üçlükdə Əli (ə), Təlhə və Zubeyr, ikinci üçlükdə isə Səd, Osman və Əbdürrəhman ibn-Auf idi.
Birinci üçlükdə Əlinin (ə), ikinci üçlükdə isə Osmanın namizədliyi irəli sürüldü. Ömərin Əbdürrəhman ibn-
Aufa verdiyi əmrə əsasən, xəlifənin qarşısına qoyacağı şərti Həzrəti Əli (ə) qəbul etməyərək belə buyurdu:
"Mən yalnız Allahın kitabına, Peyğəmbərin (s) sünnətinə və öz ictihadıma əsasən əməl edərəm." {“Xuləfa ər-
Rəsul” Xalid Muhəmməd Xalid; səh. 272. VIII çap. }

Bundan sonra şərti qəbul etdi və xəlifə təyin olundu.

Buxari bu hadisə barəsində Həsur ibn-Məxrəmənin belə rəvayət etdiyini yazmışdır: "Gecədən xeyli keçmiş
idi. Əbdür-Rəhman ibn-Auf məni yuxudan oyadana qədər qapını döydü. Qapını açdıqdan sonra o, mənə
dedi: "Anda olsun Allaha ki, üç gecədir yatmıram, amma sən yatmışdın. Get, Zübeyr və Sədi çağır! Mən də
gedib onları çağırdım. Onlar da oturub müşavirə etdilər. Sonra məni çağıraraq Əlini (ə) çağırmamı istədilər.
Əlini (ə) çağıtdırıb, onunla gecənin axırına qədər söhbət etdilər. Həzrət Əli (ə) ondan nəsə gözləyirdi. Sonra
çıxıb getdi. Daha sonra mənə Osmanı çağırtdırdılar. Sübh azanına qədər oturub söhbət etdilər və camaat
namazı qıldıqdan sonra, şurada iştirak edən altı nəfər minbərin yanında cəm olub oturdular. Ömərin axırıncı
həcc ilində onunla birgə həccə gedən Mühacirlər, Ənsarlar və əsgərlərin əmirlərini çağırtdırdı.

Allahın vahidliyini şəhadət verəndən sonra belə dedi: "Ya Əli! Mən xalqın Ömərdən ikrah etdiklərini
müşahidə etdim. Sən özünü bu işdən kənar et!"

Bütün bunları eşidən Osman dedi: "Sənin sözünü qəbul edirəm. Bundan sonra Allahın və Rəsulunun
sünnətinə əməl edəcək və Rəsulullahdan (s) sonra olan xəlifələrin yolu ilə gedəcəyəm." Bununla da
Əbdürrəhman ibn-Auf və camaat ona beyət etdi." { Səhihi-Buxari. Cild 9, səh 239 }

34
17. İmam Əlinin (ə) beyəti
Xəlifə Osmanın ölümündən sonra xalq yığışıb Əlini (ə) beyət etmək üçün tələb etməyə başladılar. Ona belə
dedilər: «Bu adam artıq öldürüldü, xalq üçünisə bir imam lazımdır. Bu gün bu işə səndən başqa ən haqq
olanını tapa bilmərik". Və beləliklə də beyət tamamlandı.

İmam Əli (ə) xalq arasında ədaləti bərqərar edərək, zəiflərlə qüvvətlinin arasında fərq olmadan bərabərlik
yaratdı və Allahın kitabında nazil olunan hüdudları müəyyən etdi. Buna isə bəziləri etiraz edərək onun
ziddinə qalxıb, fitnə quraraq onun üzərinə açıq-aşkar üsyan və qiyam edib qoşun çəkdilər. Bu bir neçə
döyüşlə nəticələndi və onlardan ən əhəmiyyətli ikisi Cəməl və Siffeyn döyüşləri idi.

Cəməl döyüşü və Möminlərin anasının döyüşə çıxması:

Möminlərin anası (Ayişə) xəlifə Osmanın ölümünü və camaatın Əliyə (ə) beyət etməsini Kilab oğlu
Ubeydullahdan öyrəndikdə, ona dedi: "And olsun Allaha əgər iş sənin yoldaşının xeyrinə düzəlibsə, vay olsun
sənə. Danışığına fikir ver". Ubeyd ona dedi: "Mən sizə nə dedim, ey möminlərin anası!" O isə vəlvələyə
düşüb çığırdı. Übeyd ona belə dedi: “Sənin nə işinə qalıb, ey möminlərin anası?! And olsun Allaha mən
ondan başqa heç kəsi vilayətə daha layiqli görmürəm, niyə onun vilayətinə nifrət edirsən?" Bunu eşidən
möminlərin anası "məni qaytarın, məni qaytarın" dedi və bu sözləri deyə-deyə Mədinəyə yola düşdü.
"Vallahi, Osman məzlum öldürüldü. Onun qanını tələb edəcəyəm". Ubeyd ona dedi: "Nəyə görə? Bəs onu
devirmək istəyən sən deyildinmi? Sən deyirdin: "Öldürün qoca kaftarı artıq o, küfr etmişdir". Ayişə dedi:
"Onlar onu tövbə elətdirib sonra öldürdülər". Mən dedim onlar dedi. Axırıncı iki sözüm əvvəlinci ikisindən
xeyirlidir. Sonra isə möminlərin anası Məkkəyə yola düşdü və məscidin qapısında yerə endi. Bu zaman
camaat onun başına cəm oldu, o isə belə dedi: "Ey insanlar, Osman məzlum öldürülüb, and olsun Allaha
onun qanını tələb edəcəyəm".{ Ət-Təbəri. Cild 5 səh 172; «İbnul-Əsir» və «İbnu-Səd» kitablarında. }

Möminlərin anası Ayişənin qəzəbi Əlinin (ə) rədd etdiyi Bəhreyn və Yəmən valiliyini istəyən Təlhə və
Zübeyrin qəzəbi ilə üst-üstə düşdü və İmamla (ə) olan əhdlərini pozaraq Məkkəyə gəlib möminlərin anasını
Əli (ə) ilə vuruşa getməyə təhrik etdilər.

Möminlərin anasının başçılığı ilə böyük bir qoşun çıxaraq Bəsrəyə tərəf yönəldi. Beləliklə, Cəməl döyüşü
adıyla tanınan vuruş başladı.

Zəfər İmamın (ə) qoşunu ilə idi. Qarşı tərəfdən Təlhə və Zübeyr, müsəlmanlardan isə on üç min adam
öldürüldü. Və onlar hamısı möminlərin anasının Osmanın qətlindən qisasa almaq çağırışına qurban getdilər.

Nə qədər də olsa bütün bunları vəliyyi-Əmrə buraxmaq daha layiqli olmazdımı? Xüsusən Allah-təalanın ona
belə bir əmri də var idi: "... Evlərinizdə qərar tutun." { 33.Əhzab surəsi, 33 }

Onun bu intiqamla nə əlaqəsi var idi? Osman Uməyyə oğullarından, Ayişə isə Teymə qəbiləsindən idi. Onda
onun döyüşə çıxmasının başqa səbəbi var idi?!

Buna baxmayaraq bu hadisənin baş verməsi bu suallara açıq şəkildə cavab verir. O isə Peyğəmbərin (s) bu
fitnə və onun səbəbkarına işarə etməsi xəbərdarlığına əlavədir. Abdullahdan deyilir: "Peyğəmbər (s) qalxıb
xitabən Ayişənin yaşadığı yerə tərəf işarə edərək üç dəfə dedi: "Şeytanın buynuzunun çıxacağı fitnə
buradadır". { Səhih-Buxari. Cild 4 səh 217. «Kitabul-xums»; «Ma caə fi buyuti əzvacin-nəbi» babı. }

Yasər oğlu Əmmar Ayişənin bu işdə itaətini Uca və Cəlil Allahın itaətinin hesabında olduğunu güman edirdi.

35
Ziyad oğlu Əsədidən deyilir: "...Eşitdim ki, Əmmar deyir: Ayişə artıq Bəsrəyə yola düşüb. And olsun Allaha, o
sizin Peyğəmbərinizin dünya və axirətdə zövcəsidir. Lakin Allah-təala sizi bir bəlaya mübtəla edib ki, bilə siz
Allaha itaət edirsiniz yoxsa o Ayişəyə?". { Səhih-Buxari. Cild 9, səh 171. «Kitabul-fitnə»; «Əl-fitnə əlləti
təmucu kəmaucil-bəhr» babı. }

Bu hadisədən hələ çox əvvəl Ayişənin Əlidən şiddətli dərəcədə qısqanması məlum idi. Hətta onun adının
çəkilməsinə belə dözmürdü.

Uteybə oğlu Ubeydullahdan deyilir ki, Ayişə deyib: "Peyğəmbərin (s) ağrıları ağırlaşıb şiddətləndiyi zaman
zövcələri onun iki evdə qalmasına icazə istədilər. O da icazə verdi. Peyğəmbər (s) iki kişinin Abbas və başqa
bir kişinin arasında ayaqlarını yerlə çəkə-çəkə çıxdı. Ubeydullah dedi: Abbas oğlu Abdullaha bunları dedim:
O isə dedi: İkinci kişinin kim olduğunu bilirsən? Dedim: yox. Dedi: O, Əli idi”. { Səhih-Buxari. Cild 1, səh 133.
«Kitabul-vuzu»; «Səbbun-nəbiyyu vuzuə ələl-nuqnə eləyhi» babı. }

Bəlkə də Ayişənin qəzəb və qısqanclığının səbəbi. Əlinin (ə) Peyğəmbərə (s) "Əl-İfk" hadisəsində dediyi ona
aid sözləri idi.

Məsud oğlu Ubeydullahdan deylir: "...Əbu Talib oğlu Əliyə gəlincə o dedi: "Ey Allahın elçisi, Allah sənə heç
şeyi əsirgəməmişdir, ondan başqa qadınlar isə çoxdur". { Səhih-Buxari. Cild 6, səh 252. «Kitabut-təfsir»; «Lau
la id səmituhu» babı. }

36
18. Abdulla ibn Səba əfsanəsi
Abdulla ibn Səba əfsanəsi Bu əfsanənin qısası belədir: "Bu Səba oğlu Abdullah adlı şəxs Yəməndən olan
yəhudidir. Osmanın dövründə o müsəlmanları aldatmaq üçün islamı qəbul edərək, islamın mərkəzi
şəhərlərini Misiri, Şamı, Bəsrəni və Kufəni gəzərək Peyğəmbərin (s) qayıtması ilə Əlinin (ə) onun vəsisi olması
və Osmanın bu vəsinin haqqını qəsb etdiyini insanlara xəbər verirdi. Böyük səhabələrdən Yasər oğlu Əmmar,
Əbu Zər, Əbu Hüzeyfə oğlu Məhəmməd və başqa əshabələr ona meyl edib, ardıyca getdilər. O, xəlifə
Osmanı qətl etmək üçün qoşun topladı və onu öz evində öldürdü. Beləliklə, bu əfsanə hadisələrlə
silsilənərək Cəməl müharibəsində sona yetir. Belə ki, Abdullah ibn Səba müharibəni qızışdırmaq üçün
ardıcıllarına Əlinin və Ayişənin xəbəri olmadan onların qoşunlarına daxil olmağı əmr edir. Beləliklə də Cəməl
döyüşü baş verir". { Əllamə Əskəri. «Əhadis ummul-muminin» kitabı, səh. 272. }

Bu xurafi əfsanənin saxtalığını açıqlamaqda rolu olan Əllamə Seyid Mürtəza Əl-Əsgərinin { Bəzi təhqiqatçı
alimlər Səba oğlu Abdullah adlı şəxsin mövcud olmadığını sübut ediblər: O alimlərdən: Taha Hüseyn
("Fitnətul-Kubra" kitabı, cild 1); Doktor Kamil Mustafa Əl-Şeybi ("Əs-silə bəynət-təşəyyu vət-təsəvvuf" kitabı,
cild 1) adlarını çəkmək olar. } qeyd etdiyi kimi (Əfsanəni yaradan 170-ci hicri ilində vəfat etmiş Kufəli Bərcəmi
Əl-Təmimi Seyf ibn Əmirdir. Ondan isə bütün tarixçilər götürərək tarix kitablarında yaymışlar. O da məşhur
hekayəyə çevrilib əsrlər boyu bizim günümüzə qədər gəlib çatmışdır. Hətta o, məşhur hadisələrdən birinə
çevrilib, şəkk olunmağı mümkünsüz olmuşdur. Şərqşünas tarixçi və yazıçılardan çoxu onun üzərindən
ötmüşlər. Bu əfsanəni yazıb qoyanın heç bir şəriki olmayıb, o, tək olmuşdur. Onu rəvayət edən isə Seyf ibn
Əmirdir ki, o da qədim alimlərinin yanında hədyanlığı və küfrünə görə ittihamlandığı məşhur idi. Belə ki, Əbu
Davud deyir: "Yalandan başqa bir şey deyil". İbn Əbdül-Birr deyir ki: "Seyf tərk olunmuşdur, yalnız bilgi üçün
onun hədisini qeyd etmişik". Ən-Nisai isə belə deyir: "hədisin tərk olunanı zəifdir, ona heç bir inam və iman
yoxdur". Bu ravidən də Təbəri, ibn Əsakir, ibn Əbu Bəkr və Təbəridən və digər yazıçı və tarixçilər bu günə
qədər götürmüşlər). { Əllamə Murtəza Əsgəri: «Abdullah ibn-Səbə» kitabı. }

Məlumdur ki, müəllifi tək olan rəvayətlərin heç bir yəqinliyi olmayıb, yalnız elmi zənnə fayda verir. Onda
yalanı və hədyanı ilə məşhur olub, heç bir inam sahibi olmayan ravinin rəvayəti qəbul olunarmı?

Bəs söyləyənin yalançı olması sübut olunmuş tək müəllifli rəvayətlərə müsəlmanlardan böyük bir tayfanın
istinad etməsini hökm etmək necə qəbul olunur? Buna əks olan Peyğəmbərdən (s) nəql olunan mütəvatir
hədislərə necə etinasızlıq ola bilər? Həqiqətən o, ən böyük tarixi komediyalardan biridir. Şiəliyin
Mühəmmədilik olmasını sübut edən böyük sayda səhih mətnlərin olmasına baxmayaraq "Əli vəsidir" fikrini
onun yaydığını deyənlər şiəliyi əfsanə söyləyən adama - Səba oğlu Abdullaha nisbət verirlər. Ötən səhifələrə,
imamətə aid mətnlərə müraciət etsən "Abdulla ibn Səba"nın orada ifadəsini görərsən.

Abdullah ibn Səba deyirmi ki: "Həqiqətən mənim sizin üçün tərk etdiklərimdən tutsanız azmazsınız. Allahın
kitabı və Əhli-Beytim olan itrətimdən"? O, deyirmi ki: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır"?
On iki imamı xəlifəliyə namizədini o deyirmi?

Bu nə komediyadır ki, bir yəhudi Yəməndən gəlib islamı qəbul etməsini münafiqcəsinə elan edərək, bütün
bu işləri görərək, heç kəsin xəbəri olmadan müsəlmanları bir-birinin ziddinə qoşun çəkməsi həddinə
çatmışdır.

Peyğəmbərin (s) Əli (ə) haqqında dediyi: "Mən elmin şəhəri, Əli isə onun qapısıdır" sözü ilə İmam Əlinin (ə)
bu yəhudinin yalanına uymağı dərk ediləndirmi? Şübhəsiz ki, bu sözü deyən çox dərin zəlalətə düşmüş
adamdır.

37
19. Siffeyn döyüşü. Muaviyənin üsyanı və qoşun çəkməsi

Əli (ə) Cəməl döyüşü qələbəsindən sonra öz qoşunu ilə Şamda Əbu Süfyan oğlu Muaviyənin başçılığı ilə
müxalif qüvvələri sakitləşdirməyə yola düşdü. İki qoşun Fərat çayı yanında üzləşdi. İmam (ə) sülh yolları
vasitəsi ilə məsələni yoluna qoymağa çalışdı. Lakin Muaviyə imamın göndərdiyi nümayəndələrə belə cavab
verdi: "Buradan gedin, mənim qılıncdan başqa heç nəyim yoxdur". { Əl-Fusulul-muhimmə: "İbnus-Səbbağ əl-
Maliki" səh. 83. «Darul-Əzva» çapı. }Beləliklə iki qoşun bir-birinin üzərinə atıldı. İmamın qoşununun xeyrinə
qələbə müjdəsi gəldiyi zaman Muaviyə "Quranla aldatmaq" tədbirini gördü və öz əsgərlərinə Quran
səhifələrini nizə və qılıclarının ucuna taxaraq qaldırmaqı əmr etdi. Bununla belə İmam (ə) qoşunun xeyrinə
yaxınlaşmış qələbəyə mane olmaq istəyən bu sui-qəsdi açmaq mövqeyində dayandı. Lakin öz fikrini ifadə
etməyi bacarmayan Əbu Musa Əl-Əşarinin qoşun tərəfindən nümayəndə seçilməyə imamın şiddətli etirazına
baxmayaraq və onun qoşuna dəfələrlə etdiyi müraciətləri qəbul etməyərək döyüşü dayandırmağı tələb
edənlər onu danışıqlara getməyə məcbur etdilər. Belə ki, Əli (ə) onlara dedi: "Əbu Musanı hökümətə vəli
etmənizi məsləhət görmürəm. O, əmirdən və onu məkrlərindən çox zəifdir". { “Təzkirətul-Xəvass Sibt ibnil-
Cauzi”, səh. 79. } Əli (ə) artıq o zaman Əbu Musanı Kufə vilayətindən də azad etmişdi. İmamın qoşununa
soxularaq Quran səhifələrini qaldıraraq danışıqlara getməyi və bu danışıqlarda Əl-Əşarinin nümayəndə kimi
seçilməsini tələb olunmasını əvvəlcədən planlaşdıranlar hərəkətə başlayaraq Müaviyəyə vassallıq etdilər.

Beləliklə, imamın gözlədiyi kimi danışıqlar Müaviyənin xeyrinə nəticələndi. Belə ki, həmişə xəyal etdikləri
dünya nemətlərinə tamahkarlığın təhriki ilə olan bu böyük ziddiyyətdən və müsəlmanların xəlifəsinin
itaətindən ədalətsizcəsinə çıxdıqdan sonra vəziyyət getdikcə Müaviyənin xeyrinə sabitləşməyə başladı.

Keçmişdə mən bu döyüşdə iki tərəfdən 90 mindən artıq adamın ölməsinə çox təəccüb edirdim. Adət
olunmuş cavab isə belə idi: "Bu hadisə iki cəlil səhabə arasında baş vermiş sadəcə bir fitnə idi. Onlar ikisi də
ictihad etmişlər, kim ki haqlı idi, o, iki əcrin (mükafat) sahibidir, kim də səhv etmişdir o, bir əcrin sahibidir. Bu
məsələdə düşünməyə ehtiyac yoxdur. O ümmət artıq geridə qalmışdır, onların qazandıqları onlar üçün, sizin
qazandıqlarınız sizin üçündür".

Bundan başqa, özlərinin adlandırdığı kimi, bu fitnənin üzərinə işıq salan hər hansı qapını özləri bağlayırlar.
Beləliklə, bu məsələ Əhli sünnənin nəzərində asılı - elə bil ki, həlli olmayan qaranlıq bir sirr kimi qalmışdır. Bu
da şərqşünasların öz görüşləri ilə dinimizdə fikir söyləmələri üçün qapını taybatay açmışdır. Hətta onlardan
bəzisi Peyğəmbərin (c) hədisinə işarə edərək islamda ziddiyyətin olmasını iddia edirlər: "Əgər iki müsəlman
qılıncları ilə üzləşərsə, ölən və öldürən cəhənnəmdədirlər". Bu isə Əhli sünnənin "Siffeyn döyüşündə iki qrup
ikisi də müsəlman və onların başçıları da mübarək səhabələrdən idi" sözünə ziddir.

Nəyə görə həqiqəti batildən ayırmamaq üçün israr edilir? Nəyə görə həqiqət açılıb deyilmir? O görəsən
həqiqətən də anlaşılmazlıqdırmı?

Hər bir halda, kimə ki, Muaviyəni tanımaq qaranlıq idisə, dəlillərdən uyğununa diqqətlə yanaşsın. Bundan
sonra hər kəs öz hökmünü verə bilər.

Müslim öz səhih hədislərində Əlinin (ə) kəlamını göstərmişdir: "And olsun dən və insanı Yaradana, həqiqətən
Peyqəmbər (s) əhdidir ki, məni yalnız mömin sevər və mənə yalnız münafiq nifrət edər". { Səhih-Müslim.
«Kitabul-inan»; «Hubbu Əliyyin minəl-iman» babı, cild 1, səh. 262. “Daruş-şəb” çapı. }

Bu cür şəxsə qoşunu çəkib onunla vuruşa girmək düzgündürmü? Bəs Əhli sünnənini müsəlmanların imamını
vacibi itaətindən çıxan kimsəyə aid hökmü haradadır? Səhih Buxaridə Muaviyənin zülmünə olunan işarələr
mövcuddur? Əbu Səid Əl-Xidridən deyilir: "Məscidin kərpicini bir-bir daşıyırdıq, Əmmar isə iki-iki daşıyırdı və
38
Peyğəmbər (s) onun yanından keçərkən onun toz qonmuş başına məsh etdi və dedi: Əmmarı zalım firqə
qətlə yetirəcək, Əmmar onları Allaha, onlar isə onu oda (cəhənnəmə) dəvət edərlər". { Səhih-Buxari. Cild 4,
səh 52. «Kitabul-cihad»; «Məshul-ğubar ənir-rəs fi səbilillah» babı. }

Peyğəmbərin (s) bu xəbərdarlığı Əmmarın İmam Əlinin (ə) bayrağı altında Siffeyndə vuruşarkən şəhadətə
çatdığı zaman yerinə yetdi.

Xalid Ərəbidən "Mustədrəkus-Səhiheyn" kitabında deyir: "Mən və Əbu Səid Əl-Xidri Hüzeyfənin yanına
getdik və dedik: Ey Əba-Abdulla, Peyğəmbərdən (s) fitnə haqqında eşitdiyindən bizə danış. Hüzeyfə dedi:
Peyğəmbər (s) dedi: Nazil olduğu kimi Quranla hərəkət edin. Dedik: Əgər insanlar fikir ayrılığında olsalar biz
kiminlə olaq? Dedi: İbn Suməyyə olan firqəyə baxın. Onun ardınca gedin. Həqiqətən o Allahın kitabı ilə
hərəkət edir. Peyğəmbərin (s) Əmmar üçün dediyini eşitdim: Ey Əbəl-yəqzan, səni yoldan çıxmış zalım firqə
qətlə yetirməyincə ölməyəcəksən". { “Mustədrəkus-səhiheyn”. Cild 2, səh. 148. “Darul-kitabul-ərəbi” çapı. }

Muaviyənin ədalətsizliyi və üsyanı gözlənilən idi. Xəlifə Ömərin dövründə Şamın valiliyini təhvil aldıqdan
sonra tikdiyi qəsrləri, cah-cəlalı, naz-neməti və xəlifə Osmanın dövründə genişləndirdiklərini hamı kimi ona
da bütün bunları tərk etmək asan deyildi və yəqin bilirdi ki, İmam Əli (ə) onu valilikdən ayırmasa da, ən azı
müsəlmanların beytülmalı hesabına sahib olduğu hər şeydən onu soyunduracaq və müsəlmanlarla
bərabərləşdirəcək.

Muaviyə ilə Cəlil səhabə Əbu Zər Əl-Ğəffar arasında Osmanın xilafəti dövründə baş vermiş hadisə bir daha
onun dünyaya həris olduğunu və ümumi dövlətin malını israf etdiyini deməyimizə əsas verir. Əbu Zər
Muaviyəyə etiraz etdi və xəlifə Osman onu Mədinəyə dəvət etdikdən sonra Əl-Rəbəzəyə sürgün etdirdi.

Vəhab oğlu Zeyddən nəql olunur: "Rəbəzədən ötəndə Əbu Zəri görüb dedim: "Sənin nəyə görə bu yerə
göndəriblər? O dedi: Şamda idik və Qurandan "Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənlərin
şiddətli bir əzabla müjdələ!"{ 9.Tövbə surəsi, 34 } - ayəsini oxudum. Müaviyə: "Bu bizə aid deyil. Bu əhli
kitabın haqqında nazil olub" dedi. Mən dedim ki; "O həm bizim, həm də onların haqqında nazil olub". {
Səhih-Buxari. Cild 6, səh. 146. “Kitabut-təfsir”; «Tövbə surəsi 34-cü ayəsi»nin babı. } Əbu-Zərdən daha doğru
danışan dil sahibi kimdir?

Muaviyə bu hədisi bildiyi halda, O, Əbu-Zəri qəsdən Rəbəzəyə sürgün etdirdi. { Səhih-Tirmizi. Cild 13, səh.
210. «Mənaqib Əbi-Zərr»; «Musnəd-Əhməd» kitabı. } Bu hadisədən Müaviyənin heç bir haqqı olmadığı
ümmətin malını israf etməsini ört-basdır etməkdən ötrü Quran təfsiri ilə necə oynadığı aydın olur. Müsibət
odur ki, Buxari öz səhihində Müaviyənin fəqih kimi qələmə vermişdir. İbn Əbi Məleykədən nəql olunur:
"Müaviyə işa namazından sonra bir rükət uzun uzadı qıldı və yanında İbn-Abbasın qulu dayanmışdır. İbn-
Abbas gəlib dedi: Onu rahat burax. O, Allahın elçisi ilə yoldaşlıq (səhabəlik) edib. { Səhih-Buxari. Cild 5, səh.
73. «Kitab fəzail əs-səhabə zikru Muaviyyə» babı. } "Digər bir rəvayətdən deyir ki, o, "fəqihdir". { Səhih-
Buxari. Cild 5, səh. 74. «Kitab fəzail əs-səhabə zikru Muaviyyə» babı. } Əgər bilsən ki, Müaviyə müsəlmanların
xəlifəsi kimi iyirmi il, ondan qabaq isə Şam valisi olaraq hakimiyyətdə olmuşdur, onda təsəvvür edə bilərsən
ki, bu müddət ərzində Müaviyə hədislərin yazılışında və nəqlində Peyğəmbərə (s) nisbət verməklə öz
əməllərinə bəraət qazanmaq üçün necə təsir etmişdir. Üstünü örtməyə çalışdığı səylərə, bu xəlifəni
möminlərin əmiri hesab edənlər onu tanımaqda hər hansı don geydirmələrə baxmayaraq, onun əməlləri
hədis və tarix kitablarında aydın şəkildə qalmışdır.

Müaviyənin hakimiyyət və vilayətdə olması onun süfyan ailəsinin köklərindən olmasına dəlalət edir.

Belə ki, onun atası Osmanın beyətindən sonra ona deyir: "Ey Uməyyə oğulları xilafəti topu tutan kimi
əlinizdə tutun. And olsun Əbu-Sufyanın and etdiyinə ki, mən xilafəti öz oğullarınıza çatdırmağınızı
arzulayıram". { Tarixi Təbəri }

39
Başqa bir rəvayətdə əlavə edərək deyir: "...Nə cənnət var, nə də cəhənnəm". Bununla da ailənin Məkkənin
fəthindən sonra bütün ailəsi ilə islama daxil olmasını həqiqi məqsədinin nə olduğu görünür.

Aşağıdakı rəvayətə baxıb görərsən ki, bu hansı islamdır ki, onu ikrah edə-edə ona daxil olmuşlar.

Abbas oğlu Abdullahdan deyilir: "Əbu Süfyan deyib: Vallahi yəqin olan zəlil kimi qalmışam, o da zahir olacaq
mənim ikrah etməyimə baxmayaraq, Allah islamı mənim qəlbimə daxil edib". { Səhih-Buxari. Cild 4, səh. 122.
«Kitabul-cihad». }Əgər Əbu Süfyanın dili belə danışırdısa, onda gör qəlbi danışa bilsəydi, içindəkilərdən nələr
danışardı ?

Peyğəmbərin (s) Müaviyənin haqqında dediklərindən Müslim öz səhih kitabında çıxarmışdır. Bir gün
Peyğəmbər (s) İbn-Abbası Müaviyənin yanına göndərib yazmaq üçün onu çağırtdırdı. İbn Abbas onu yemək
yeyən gördü. Peyğəmbər (s) onu 3 dəfə istədi və üçündə də onun yemək yediyini ona dedikdə, Peyğəmbər
(s) dedi: "Allah onun qarnını doydurmasın". { Səhih-Muslim. Cild 5, səh 462. «Kitabul-birri və sədəqətu vəl-
adab»; «Mən nəvəbin» babı. } Səhih Müslimdə həmçinin deyilir: Peyğəmbər (s) deyib: "...Amma Müaviyə
kasıbdır, heç mal dövləti yoxdur". { Səhih-Muslim. Cild 3, səh 693. «Kitabut-təlaq»; «Əl-mutəlləqətul-bain la
nəfəqətə ləha» babı. “Daruş-şəb” çapı. }

"Musnəd-Əhməd" kitabında Peyğəmbər (s) Müaviyə və Əmr ibn Asın haqqında deyir: "Allahım, onların
ikisini də fitnə ilə devir, alt-üst et və onları cəhənnəmə at". { Musnəd-Əhməd. Cild 4, səh. 421. «Dar ihyaət-
turas ərəbi» çapı. }Bundan başqa özündən sonra müsəlmanlara xəlifə etmiş fasiq və piyan oğlu Yəzidə bu
dünyada öz əməllərini tapşırmaqla xitam verən möminlərin əmiri, ciyər yeyən oğlu Muaviyənin həqiqətini
açıqlayan çoxlu rəvayətlər vardır. Onun 20 ildən çox ömrünə fəqət İmam Həsənlə (ə) bağladığı sülh
müqaviləsinə xilaf çıxması deyil, hətta o, Allaha, Peyğəmbərin (s) sünnətinə, əhli sünnətin dedikləri bütün
digər sünnətlərə və iki Şeyxin həyatına xilaf çıxmış olar.

40
20. İmam Əlinin (ə) şəhadəti
İmam Əlinin (ə) axırıncı döyüşü Nəhrivan döyüşüdür. Belə ki, Siffeyndə İmamı (ə) danışıqlara getməyə
məcbur edib, bir neçə gündən sonra peşman olaraq əhdlərini pozub İmamın (ə) beyətindən çıxmış, sonralar
"xaricilər" və ya "imanlarını dəyişmiş" adı ilə tanınmış qrupa qarşı, O, döyüş keçirdi. Burada da İmam (ə)
onlara qələbə çaldı.

İki hakim arasındakı görüşdə uğursuzluğa uğradıqdan sonra Şamda müxaliflərə ikinci dəfə vuruşa
hazırlaşdığı zaman İmam (ə) hakimiyyətinin beşinci ili hicrətin 40-cı ilinin Ramazan ayının 19-cu günü səhər
Kufə məscidində, sübh namazında, səcdədə olan zaman qılıncla yaralamış "Əbdül-Rahmən Mülcəm oğlu"
adlı xaricilərdən birinin əlilə şəhadətə çatdı.

İmam (ə) üç gün öz yarasından əziyyət çəkərək qaldı. Bu üç gün ərzində imaməti oğlu Həsən əs-Sibtə (ə)
verdi ki, özündən sonra Ümməti idarə etməkdə məsuliyyətini bilsin. Əlinin (ə) oğlu idi deyə Həsənin (ə)
xilafətə gəlməyinə göz ucu baxmaq olmaz. Və ya onun nəzərində xilafətə ən yaxşı namizəd idi. Həqiqətdə
isə Allah-taalanın əmrilə Rəsuli-Əkrəmin (s) on iki xəlifələri əməli olaraq seçilmişdi.

Yuxarıda qeyd olunan kimi, İmam Həsən (ə) onların ikincisi idi.

41
21. Sülh müqaviləsi və İmam Həsənin (ə) şəhadəti
İmam Əlinin (ə) şəhadətindən sonra İmam Həsən (ə) mənbərə qalxıb, Kufə əhlini qaldırdı. Onlar da ümmət
üçün imam olaraq Peyğəmbərin (s) xəlifəsinə beyət etdilər. Lakin bu, altı aydan çox çəkmədi.

İmam Əlinin (ə) şəhadəti xəbəri Şama çatdığı zaman Müaviyə müsəlmanların başçılığını əlinə almaq üçün
böyük bir qoşunla Kufəyə tərəf hərəkət edib, İmam Həsəni (ə) təslim olmağa məcbur etdi.
İmam (ə) sülhdən başqa çıxış yolu tapmayıb Müaviyə ilə sülh müqaviləsi bağladı. Belə sülhün baqlanmasına
İmamı (ə) məcbur edən səbəblər ordunun parçalanması və digər tərəfdən də İraqın daxili həyəcanlı vəziyyəti
idi. Başqa bir tərəfdə İslama zərbə vurmağa fürsət gözləyən, müsəlmanlarla müharibə üçün böyük bir qoşun
hazırlanmış Roma imperatoru idi. Şübhəsiz ki, Müaviyə ilə İmam Həsən (ə) arasında müharibə bu şəraitdə
baş versəydi, nə İmam Həsən, nə də Müaviyə deyil - Rum imperatorluğu qələbə çalacaq idi. Beləliklə, İmam
Həsənin (ə) sülhü qəbul etməsi İslamı təhdid edən böyük bir təhlükəni aradan qaldırmış oldu.

Sülh müqaviləsinin bəndləri belə idi:

1. Həsən ibn Əli (ə) hakimiyyəti və bütün işlərin başçılığını Quran və Peyğəmbərin (s) prinsiplərinə uyğun
şəkildə idarə etmək şərti ilə Müaviyəyə təslim etsin.

2. Xilafət Müaviyənin ölümündən sonra xüsusi haqla İmam Həsənə (ə) verilsin. Əgər fövqəladə hadisə baş
verərsə xilafət onun qardaşı imam Hüseynə (ə) veriləcək.

3. Mənbələrdə və ya başqa yerlərdə İmam Əliyə (ə) qarşı söylənilən pisliklər və söyüşlər dayandırılsın.

4. Kufədə olan (beytül-mala aid olan) beş milyon dirhəmin xərclənməsi İmam Həsənin (ə) nəzarəti altında
olsun. Müaviyə tərəfindən hər il bir milyon dirhəm xərac kimi İmam Həsənə göndərsin ki, bu məbləği Siffeyn
və Cəməl muharibələrində şəhid olan Əli (ə) tərəfdarlarının ailələrinə paylasın.

5. Müaviyə irqindən və cinsindən asılı olmayaraq sığınacaqda olan insanları əziyyət və təqibələrə məruz
qomayacağını öz üzərinə götürsün. Bu sülhün bütün bəndlərini dəqiqliklə yerinə yetirib, bütün ümməti bu
müqaviləyə şahid etsin.

Bütün bunlara baxmayaraq İmam Həsən (ə) hicərətin 50-ci ilində həyat yoldaşı "Caudə bint Əl-Əşas ibn
Əlqeys" tərəfindən zəhərləndi. Caudə Ələvilərə zidd olan ailələrdən birinin nəslindən idi. Müaviyə bu qara
cinayətə Caudəni təhrik etmək üçün ona yüz min dirhəm pul vermiş və İmam Həsəni (ə) zəhərləyərsə, onu
öz oğlu Yəzidə alacağını vəd etmişdi. İmam Həsənin (ə) şəhid olması xəbərini Müaviyə eşitdikdə çox
sevinmişdi. Çünki varlığını itirməkdə olan Əməvilərin hakimiyyətinin möhkəmlənməsində onu ən böyük
maneə görürdü.

Beləliklə, İmam Həsən (ə) şəhid olduqdan sonra Müaviyə istədiyini həyata keçirdi. Ümmətə zülm edərək
pozğun kənc oğlu Yəzidi öz yerinə təyin etməyi bacardı.

Əhli sünnənin xilafətin şura yolu ilə seçilməsinə etiqadı bəs necədir? Onlar şura yolu ilə xilafətə seçilməni
dəlil gətirərək, Əhli-Beyt imamlarının (ə) xəlifə seçilməsinə dəlalət edən hədisləri inkar etmirlərmi? Bu ona
dəlalət etmirmi ki, onların rəyinə görə, xilafət şura yolu ilə seçilməzsə, qeyri-şəri sayılır? Bəs nə üçun Yəzidin
xəlifə seçilməsini qanuni sayıblar və onun möminlərin əmiri adlanmasını necə qəbul ediblər?

İslam tariximizin qara səhifələrindən və nəql olunmuş məlumatlardan Əbu Süfyan oğlu Müaviyə oğlu
Yəzidin və ya "Əmirəl-möminin" həyatından bir şey görmək üçün nəzər salaq!

42
22. Kərbəla qiyamı və İmam Hüseynin (ə) şəhadəti
İmam Həsənin (ə) vəfatından sonra hicrətin 50-ci ilində İraqda olan şiələr Müaviyənin müsəlmanlara
rəhbərlikdən uzaqlaşdırılmasını istəyərək İmam Hüseynə (ə) məktublar göndərdilər. Lakin Hüseyn (ə)
Müaviyə ilə öz arasında əhd və müqavilə olduğunu və həmin müqavilənin poza bilməyəcəyini onlara bildirdi.

Amma, Müaviyə özünün 20 illik hakimiyyəti ərzində xilafəti arsız oğlu Yəzid üçün möhkəmləndirmişdi ki, onu
möminlərin əmiri təyin etsin. Müaviyə isə özü-özlüyündə Allahın şahid olduğu bu müqaviləyə müxalif idi.
Müaviyə, əhli-sünnənin təqvalı və layiqli olma şərti ilə xəlifəni şura yolu ilə seçmə etiqadına qarşı çıxmış və
onu pozmuşdur. Müaviyənin islam və müsəlmanların haqqında cinayətlərin sonsuzluğunu görəsən, qalan
Əməvi, Abbasi və Osmanlı xəlifələri də onun yolu ilə getmiş əsrimizdəki fitnə-fəsad yaradan müsəlman
hakimlərindən böyük əksəriyyətini bü yoldan uzaqlaşmağı da çətin olmuşdur?

Müaviyənin ölümündən sonra hicrətin 60-cı ilində Yəzid hökmranlığa yetişdi. Bütün müsəlman icmalarının
etirafına görə Yəzidin sarayı günah və arsızlıq mərkəzi idi. Onun özü isə gecə məclisləri təşkil edib, açıq-
aşkar şərab içməklə məşğul idi. Onun nəql olunmuş əhəmiyyətsiz şerlərindən bir beyt qeyd edək.

Məni qulağımdakı soxulcan


səsləri məşqul etdi,
Bu səslərin təsirindən hurini qoca
qarı ilə dəyişdim

Bunda heç bir qəribəlik yoxdur ki, Yəzidi bir məsihi tərbiyəçi böyütmüşdür. Tarixçilərin yazdıqına görə o,
düşüncəsiz, pozğun, zalım, arsız, kütbeyin, məsuliyyətsiz, ərköyün bir kənc idi. Rəvayət olunub ki, Yəzid bir
dəfə müsəlmanlarla bərabər cümə namazını üçüncü gün qılmışdır, başqa bir vaxt isə içki içəndən sonra sübh
namazını imam olduğu halda dörd rükət qılmışdır. Yəzidin bu kimi işləri çox olmuşdur. Bizim məqsədimiz
onları aşkar etmək deyildir. Biz o qanun pozuntularını qeyd etməklə İmam Hüseynin (ə) hədəfə aldığı
Peyğəmbər (s) sünnətini və islamı yaşatmaq üçün üsyan və qiyam etmənin zəruriliyini görməsini
aydınlaşdırırıq.

Belə ki, İslam dini məsxərəyə qoyulub aradan getmək üzrə idi. İmam Hüseynin (ə) hədəfi inqilab etmək ilə
səltənət və xilafəti əldə etmək deyildi. Çünki o bilirdi ki, xüsusi ilə İraq əhlinin Əməvilərdən qorxub, geri
çəkilməsilə onların xilafətdə qalma şansları daha təminatlı idi.

İmam Hüseyn (ə) Kərbəla yaxınlığında etdiyi xütbələrin birində üsyan etməsinin səbəbini belə
açıqlamışdır: "Ey insanlar, hər kim Allahın haramlarını halal edən, müqavilədən sonra Allahın əhdini pozub
onun peyğəmbərlərinin sünnətinə müxalif çıxan, Allahın bəndələri arasında zülm və günahla edən zalım
imam (rəhbər) görərsə, onu görənlə bərabər cəhənnəmə üzü üstə atılar". Belə ki, deyir: "Ey insanlar onlar
Şeytana itaət edirlər, Allaha asi olurlar, yer üzərində fitnə-fəsad edirlər, peyğəmbər sünnətinin dayandırırlar
və müsəlmanların beytül malını əllərinə alırlar, Allahın haramlarını halal edib, halal etdiyini isə haram edirlər.
Mən insanlar arasında onlara qarşı çıxan ən layiqlisiyəm".

İmam Hüseyn (ə) Kufədə baş verən qorxunu bildikdən sonra öz ətrafında olan Əhli-Beyt və səhabəsini
toplayıb onlara belə buyurdu: "Şiələrimiz, bizi köməksiz qoydu, sizlərdən hər kim getmək istəyirsə gedə
bilər, gedən şəxs üçün bizim tərəfimizdən heç bir məzəmmət yoxdur".

İmamla (ə) bərabər Məkkə və Mədinədən gələn səhabələrindən başqa onun ətrafında bir kimsə qalmayıb,
hamısı dağılmışdı.

43
Lakin İmam Hüseyn (ə) Məkkədən çıxdığı vüqarla öz qərarında israrlı idi. Bu zaman onun ətrafında sayı 78
nəfəri ötməyən səhabələri, qardaşları, oğulları və əmisi oğulları var idi. Və onun halı şairlərdən birinin təsvir
etdiyi kimi: "Əgər Məhəmmədin dini mənim ölümümlə qalarsa - ey qılınclar, doğrayın məni!". İmam (ə)
Əməvi xəlifəsi Yəzidi Kufədə olan valisi Ubeydullah ibn Ziyad tərəfindən göndərilən Ömər ibn Sədin başçılığı
ilə, bəzi rəvayətlərin yazdığına görə 32 minlik qoşunu ilə üzləşdi.

Yezid ibn Müaviyənin qüvvətli ordusunun bu kiçik dəstəni qətlə yetirməsi təbii idi. Həmin Əhli-Beytə (ə)
zülm olunması və onların faciəsi açıq şəkildə ifadə olundu.

Sanki bu vuruşda Yəzid ibn Müaviyə Peyğəmbərin (s) istədiyi mükafatı ödəyirdi. Peyğəmbərin (s)
ümmətindən istədiyi mükafat isə bu idi: "De, sizdən əhli beytə qarşı məhəbbətdən başqa bir mükafat
istəmirəm".

Tarix Əhli-Beytin (ə) faciəli mənzərəsi haqqında həqiqət olan belə bir söhbət açır... Bu faciədən biri İmam
Hüseynin (ə) südəmər övladı Abdullahla bağlıdır.

Yəzidin əsgərləri İmam Hüseynin (ə) xeyməsi və Fərat çayının arasında maneə yaratdıqdan sonra, İmam (ə)
südəmər körpəni götürüb Əməvilərin düşərgəsinə, ona su istəmək üçün apardı. Bəlkə bununla onların
vicdanlarını və insani hissiyyatlarına təsir edib, hərəkətə gətirsin. Onların cavabı isə körpə uşağı oxlayıb onu
öldürərək geri qaytarmaq oldu. İmam Hüseynin (ə) səhabələri və Əhli-Beyti biri digərinin ardınca şəhid
oldular. Bu həlledici vuruşmada İmam Hüseyn (ə) axırıncı şəhid idi. Cənnət əhlinin kənclərinin ağasını qətlə
yetirməklə kifayətlənməyib, onun başını bədəndən ayırdılar.

Hüseyn (ə) və səhabələrinin başlarını qatillər öz aralarında bölüb hədiyyə olaraq Şamda bəzilərinin hələ də
müsəlmanların, möminlərin əmiri saydıkı Yəzid ibn Müaviyəyə apardılar. Allahdan başqa heç kimdə qüvvə və
qüdrət yoxdur!...

Bu hadisələri nəql etdikdən sonra İmam Hüseynin (ə) uca məqsədlər uğrunda inqilab etdiyi aydın olur. Bu
inqilabı böyük islam dəvətçisi Ömər Əbdürrəhman belə təsvir edir: "Həqiqətən Hüseynin (ə) şəhid olması
həyatda qalmasından min dəfə əzəmətlidir". Onları məzhəbi təəssübkeşliyinə qurban vermək üçün və tarixi
saxtalaşdırmağa cəhd edən azmış Əməvilərin məlumatlarına onları qurban vermək üçün bu əzəmətli inqilabı
ləkələyərək, "Şeyxülislam" İbn Teymiyə kimi biabırçı təhriflər etməyə məcbur olurlar: "İmam Hüseyn (ə) bu
qiyamı ilə müsəlmanların rəhbərinin itaətindən çıxması üçün islam xalqı arasında fitnə törətmişdir!!".
Şeyxülislamdan Müaviyənin də Əlinin (ə) itaətindən çıxmasını soruşanda, İbn Teymiyə deyir ki: "...Bu onların
arasında bir fitnə idi və bunda onların ikisinin də heç bir günahı yoxdur". Həmçinin Ayişənin İmam Əliyə (ə)
qarşı çıxması da bunun kimidir.

Bütün bunlar bizim islam tarixində aşkar saxtakarlıq cəhdlərindən başqa bir şey deyil. Əks təqdirdə əhli
sünnənin çoxsunun bu tarixi faciəyə cahilliklə yanaşmasını necə aydınlaşdıraq? Hansı ki, orada Peyğəmbər (s)
övladlarını qəddarcasına, əzabla qətlə yetirmişdir.

Bəni Uməyyə və Abbasi hökmdarların onlara qarşı yönələn hərakatı boğmaqda Müaviyə və onun oğlu
Yəzidin yolu ilə getmişlər. Xüsusən, Peyğəmbər (s) ailəsini daima repressiya edib, sürgün etməklə, qətl və
əzab verməklə təqib etmişlər.

Bu zülm təkcə Peyğəmbər (s) ailəsinə qarşı edilməsi ilə bitməyib, Əhli-beytdən başqa Əməvi zülmünün
qurbanlarından biri də Abdullah ibn Zübeyr idi:

Belə ki, o faciəvi mənzərəni Məkkənin hərəmində ibn Zübeyrin qətlə yetirilib, dərisini soyulmasında həmin
müqəddəs yerin belə ona şəfaət verə bilməsini tarix qeyd etmişdir. Hətta cahiliyyət dövründə bu yer
müqəddəs və əzəmətli sayılmış, orada nəinki insanın, hətta heyvanın qanının tökülməsi halal sayılmamışdır.
44
İbn Zübeyr Kəbənin pərdələrindən asıldıqda, Bəni Uməyyə hakimləri yanında Kəbə ona şəfaət verə
bilməmişdir. Həmçinin Əbdül Məlik ibn Mərvan dövründə insanları mancanaqla ataraq öz zülmü ilə haqsız
yerə insanların başını kəsib, qətlə yetirmək üçün Həccacın əlinə əsas vermişdir. Bu iki nəfər haqqında Həsən
Bəsri belə demişdir:"Əbdül Məlik Mərvanın Həccacdan başqa bir pisliyi olmasa belə, tək Həccaç ona kifayət
edər".

Ömər ibn Əbdül Əziz belə demişdir: "Hər bir xalq öz zülmkarı ilə gəlsə, biz də Həccac ilə gəlsək - biz o
xalqlara qələbə çalarıq". Bundan başqa Vəlid ibn Əbdül Məlikin Quranı cırmasını və bu kimi başqa şeyləri
buna əlavə etmək olar. Müsəlman olan şəxsə bu cür əməllər etməyə haqq qazandırmaq olarmı, xüsusən
əgər o, müsəlmanların xəlifəsi və möminlərin əmiri olarsa??

Şübhəsiz ki, biz bu gün İslam tariximizə yenidən baxmalı və müsəlmanların etiqadında olduğu islam
məzhəbləri dünyası ilə möhkəm bağlılığı olan bir çox hadisələri, bu tayfanın həqiqətini yaxından və ya
uzaqdan tanımağa kömək edən zülm və cinayətdə təqsirləndirmələrini diqqətlə nəzərdən keçirmək və
araşdırmaq ehtiyacındayıq. Bu hadisələr, müsəlmanların islam dini xəttindən parçalanmağına səbəb
olmuşdur. Bununla da müxtəlif tayfa və firqələrə bölünmüşlər ki, hər biri özünün xilas olan tayfa olmasını
zənn edir. Bizim zəmanədə elə bir nəfər yoxdur ki, bu tayfalardan birinin adını xəbər vermək üçün səmadan
bir vəhyin intizarında olsun. Uca olan Allah bizə əql əta etməklə pisi yaxşıdan seçmək qabiliyyəti vermiş və
onu bəndələri üzərində mayak etmişdir. Və bizi kor-koranə təqlid etməkdən çəkinmişdir. Necə ki, belə
buyurur:

«Onlara: "Allahın nazil etdiyinə və onun Peyğəmbərinə tərəf gəlin!" deyildiyi zaman: "Atalarımızın getdiyi yol
bizə yetər", deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildirsə necə?!» { 5.Əl-Maidə
surəsi, 104 }

«Ey iman gətirənlər! Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa
bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!» { 49.Əl-Hucurat surəsi, 6 }

«Lakin onların əksəriyyəti haqqı xoşlamır». { 23.Əl-Muminun surəsi, 70 }

Məlumat üçün bir kitabın üzündəki yazını sizə təqdim edirik:

Səudiyyə Ərəbistanı.
Mədəniyyət Nazirliyi.
Məktəblər üçün dərslik.

Əmirəlmöminin Yezid ibn


Muaviyyənin həqiqətləri

45
İKİNCİ FƏSİL

23. Səhabələrin ədaləti


Əhli sünnə və şiə arasında olan ən böyük ixtilafi məsələ və ən çox həssas nöqtə səhabələr və onların
ədalətlərinin dərəcələri məsələsidir. Əhli sünnənin görüşünə görə səhabalar hamısı ədalətli olub, onları tənə
edən heç bir dəxalət etmələr ola bilməz. Onları tənqid etmək və ya onları şəkk etməyi Peyğəmbər (s)
hədisinə görə caiz bilmirlər. Onlar bununla səhabənin rəvayət etdikləri hər şeyə əməl edirlər.

Əhli sünnəyə görə səhabə, Nəvəvinin səhih Müslimə yazdığı şərhinin müqəddiməsində qeyd etdiyi
kimi: "Müsəlmanlardan kim ki, bir anda olsa Peyğəmbəri (s) görərsə, o doğru deyir və bu ibn Hənbəlin
məzhəbində, Buxari öz səhihində və bütün hədis söyləyənlərdə təsdiq olunmuşdur". { «Səhih-Muslim bi
şirhin-Nəvəvi» kitabı. Cild 1, səh 28. "Daruş-şəb" çapı. }

Şiələrə gəlincə, onların fikrinə görə səhabələr birinci dərəcəli ədalət sahibləri deyillər. Onlar Qurani-
Kərimdən və pak Peyğəmbər (s) sünnətindən möhkəm dəlillərə istinadən tənqid və məzəmmətə
məruzdurlar. Ancaq bununla şiəyə bütün səhabələri inkar etməkdə iftira yaxıb, onları güya söyüb,
lənətləmələri açıq bir yalandır. Səhabəni tənqid etmək bəzi axmaqların yazdığı kimi, onları inkar etmək deyil.
Əkər bu tənqidlər qənaətbəxş sübutlara istinad edirsə, onda bütün bu qəzəb və səs-küy nə üçündür?

Allah-təala Qurani Kərimdə mömin səhabələrə belə səna etmişdir: "And olsun ki, (Hüdeybiyyədə) ağac
altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu"... { 48.Fəth surəsi, 18}

Necə ki, Əllamə Lətfullah Əssafi bu ayənin şənindən qeyd etdiyi kimi: "Həqiqətən Allah-Təalanın sənası
(təşəkkürü) ağac altında beyət edənlərdən yalnız mömin səhabələrə aid olub, Ubeyd oğlu Abdullah və Xolay
oğlu Ous kimi həmin beyətdə iştirak edən münafiqlərə şamil deyil. Heç də ayə beyət edənlərin hamısına
dəlalət etməyib, beyət edən möminlərin hamısı məsələni yaxşı sona yetirməyə dəlalət etmir.

Ayə Allah-təalanın onların bu beyətlərindən razı qalmağından artıq bir şeyə dəlalət etmir.

Yəni onlardan bu beyəti qəbul edib, onları mükafatlandırdı. Allah-Təalanın bu beyət əhlindən əbədi razı
qalması hökmən deyildir. Buna sübut Allah-Təalanın onların haqqında buyurduğudur: "(Ey Peyğəmbər!) sənə
beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əməllərinin üstündədir. Kim
(beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük
mükafat verər!" { 48.Fəth surəsi, 10 }

Əgər beyət edənlərdən öz beyətini pozanlar olmasaydı, Allah-təlanın onlardan razı qalması əbədi olardı. Öz
sözündə buyurduğu kimi: "Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun
özünə dəyər)". { Əllamə Lütfüllah Əs-Safi, «Kitab maəl-xətib fi xututihil-ərizə» } Buxarinin öz Səhih kitabında
Səhl ibn Səddən sənədlə çıxartdğı aşağıdakı hədislə Peyğəmbərin (s) vəfatından sonra səhabələrdən
yolundan dönməsi və beləliklə, onların Qiyamət günündə həlaka uğramaları xəbərində deyilir: "Eşitdim ki,
Peyğəmbər (s) deyir: Mən cənnət hovuzuna sizdən ən tez çatanınızam. Kim gəlib ondan sonra su içərsə,
əbədi susamaz. Tanıdığım və onlardan məni tanıyan tayfalar mənə dönərlər bu zaman mənimlə onlar
arasında maneə əmələ gələr. Səhl ibn Səd deyir: Eşitdim ki, Peyğəmbər (s) əlavə edərək dedi: Onlar
bizlərdəndir. Onda deyirlər: Sən bilmirsən ki, onlar səndən sonra nələr dəyişdirərlər. Mən deyərəm: Məndən
sonra dəyişiklik edən məhv olsun, məhv olsun!" { Səhih-Buxari, cild 9, səh 144. «Kitabul-fitən vəttəqu
fitnətən la tusibənnəlləzinə zələmu minkum xassətən» babı. }

46
Abdullahdan deyilir: "Peyğəmbər (s) səhabələrlə söhbətində buyurub: "Mən sizlərdən cənnət hovuzuna
çatan ən birinci olaçağam, sizlərdən bir neçə nəfər yanıma gələr, əyilib onlara su verdiyim zaman mən
deyərəm: Rəbbim onlar mənim səhabələrimdir: Allah-təala buyurar: "Səndən sonra nə edəcəklərini
bilmirsən". { Səhih-Buxari, cild 9, səh 144. «Kitabul-fitən vəttəqu fitnətən la tusibənnəlləzinə zələmu minkum
xassətən» babı. }

Hadisələr və dəyişikliklərə işarə edən yuxarıdakı iki hədisə istinad edərək Peyğəmbər (s) onları - kəlamı öz
obyektivliyindən təhrif edən Nəsrani və Yəhudi millətlərinə oxşatmışdır. Əbu Səid Xidridan Peyğəmbər (s)
buyurub: "Sizdən əvvəlki Peyğəmbərlərin sünnətlərini qarış-qarış, arşın-arşın izləyin. Hətta onlar kərtənkələ
yuvasına girsələr də onları izləyin. Dedik: Ey Allahın Rəsulu, Yəhudilər və Nəsraniləri? Dedi: Bəs kimi?". {
Səhih-Buxari, cild 9, səh 315. «Kitabul-itisam bil-kitabi vəs-sunnə»; «Lətəttəbiunə mən kənə qəbləkum» babı
}

Allah-təala səhabələr haqqında öz əziz kitabında buyurmuşdur: "Onlar (möminlər) bir alış-veriş, yaxud bir
əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular". { 62.Əl-Cümə surəsi, 11 }

Bu ayə Peyğəmbərin (s) cümə günündə xütbə edən zaman Şamdan gələn karvanın səsini eşidən kimi
xütbəni tərk edib gedən səhabələr haqqında nazil olmuşdur. Hansı ki, minlərlə səhabədən yalnız on iki nəfər
qaldı.

Cabir ibn Abdullahdan buyurulur: "Biz cümə günü Peyğəmbər (s) ilə birlikdə idik ki, karvan yaxınlaşdı və
bütün camaat getdilər on iki nəfərdən başqa. Onda Allah-təala bu ayəni nazil etdi: "Onlar bir alış-veriş,
yaxud bir əyləncə gördükdə ona tərəf cumdular..." { Səhih-Buxari, cild 6, səh 391. «Kitabut-təfsir» }

Başqa bir rəvayətdə deyir: "Biz Peyğəmbərlə (s) namaz qıldığımız vaxt ərzaqla yüklənmiş karvan yaxınlaşdı və
onlar ona tərəf dönüb çıxdılar ta ki, Peyğəmbərlə (s) yalnız on iki nəfər qaldı və bu ayə nazil oldu". { Səhih-
Buxari, cild 6, səh 28. «Kitabul-iman» }

Səhabələrdən həmin sayda Uhud müharibəsində Peyğəmbərin (s) yanında qaldıqdan sonra qalan
səhabələrin sayı on iki oldu. Peyğəmbərlə (s) həmin gün qalanlar bəraət qazanmışlar oldular. Azib oğlu
bəraət haqqında deyib: "Peyğəmbər s.a.s Uhud döyüşündə piyadalara Cübeyr oğlu Abdullahı sərkərdə təyin
etdi. Onlar isə məğlub oldular. Peyğəmbər (s) onları çağırdığı zaman, onunla yalnız on iki nəfər qalmışdı". {
Səhih-Buxari, cild 6, səh 67. «Kitabut-təfsir» }

Ənəsdən (Allah ondan razı olsun) nəql olunur: "Əmim Nəzr oğlu Ənəs Bədr döyüşündən qaldı və
Peyğəmbərə (s) dedi: Ey Allahın Rəsulu, sənin müşriklərlə etdiyin birinci vuruşdan qaldım, qoy Allah-təala
müşriklərlə vuruşanda mənim nə edəcəyimə şahid olsun. Uhud döyüşündə isə müsəlmanlar uğursuzluğa
düçar oldular. Onda Ənəs dedi: Allahım, yoldaşlarımın etdiklərindən məni üzürlü et!" { Səhih-Buxari. Cild 4,
səh 47. «Kitabul-cihad»; «minəl-mumininə ricalun sədəqu» babı }

Hüneyn günü, yəni Hüneyn döyüşündə səhabələrin qaçması baxmayaraq ki, minlərlə idilər çox ağınaçaqlı idi.
Allah-təala onların bu biabırçı işlərini məzəmmət edərək öz sözü ilə Qurani Kərimdə nazil etmişdir: "Hüneyn
(vuruşu) günü. O gün çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu, sonra
dönüb qaçdınız. Sonra da Allah öz Peyğəmbərinə və möminlərə arxayınçılıq nazil etdi..." { 9.Tövbə surəsi, 25-
26 }

Başqa bir ayə digər bir qrup səhabə qrupu haqqında Allah-təala nazil etmişdir: "Heç bir Peyğəmbərə yer
üzündə öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək)
yaramaz. (Ey möminlər) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti
qazanmağınızı istəyir. Allah yenilməz qüvvət və hikmət sahibidir! Əgər əvvəlcə (bu barədə) Allahdan bir

47
hökm olmasaydı, aldığınız (fidyə) müqabilində sizə şiddəti bir əzab üz verərdi (toxunardı)". { 8.Ənfal surəsi,
67-68 }

Bu ayə bir qrup səhabənin haqqında Əbu Süfyanın karvanındakı yükləri götürmək fikrinə görə və
Peyğəmbərin (s) Bədr döyüşündən qabaq onların döyüşə rəğbətini və hazırlığını öyrənmək üçün onlarla
məsləhətləşdiyi zaman döyüşdən çox karvanın yüklərinə üstünlük verdiklərinə görə nazil olmuşdur.

Cabir ibn Abdullahdan nəql olunan rəvayətə görə Peyğəmbər (s) səhabələrin cahillik münaqişələrinə və
qəbiləçiliyə çağrışlarına görə onları tənbeh etmişdir: "Bir dəfə vuruşda ikən Süfyan dedi: qoşunda
mühacirlərdən biri ənsarlardan birinə arxadan vurdu, Ənsar bu zaman: ey ənsarlar, deyə çağırdı. Mühacir isə
mühacirləri çağırdı. Peyğəmbər (s) bunu eşitdikdə dedi: "Cahiliyyətin çağırışına bir baxın". { Səhih-Buxari, cild
9, səh 397. «Kitabut-təfsir»; «Səvaun ələyhim istəğfartə ləhum» babı } Bu cahil çağırış ənsar qrupunu təşkil
edən Ous və Xəzrəc qəbiləsi arasında az qala müharibəyə səbəb olsun.

Ayişədən nəql olunub: "...Səd ibn Məaz dedi: Ey Allahın elçisi, mən səndən o adama görə üzr diləyirəm. Əgər
Ous qəbiləsindəndirsə boynunu vuraram, əgər qardaşlarımız Xəzrəc qəbiləsində olarsa sənin əmr etdiyin
kimi edərik. Bunu eşidən əvvələr saleh adam olmuş Xəzrəc qəbiləsinin ağası Səd ibn İbadə ayağa durdu və
dedi: «Allaha and olsun yalan danışırsan. Vallahi onu özüm öldürərəm. Sən münafiqsən və münafiqlərdən
ötrü mücadilə edirsən». Beləliklə iki Ous və Xəzrəc qəbilələri bir-birlərinin üstünə qalxmaq istədilər. Bu
zaman Peyğəmbər (s) mənbərdən enib onları sakitləşdirdi və özü də sakin oldu". { Səhih-Buxari, cild 3, səh
508, «Kitab əş-şəhadət» }

Səhabələrdən nifaq əlamətlərindən olan Əliyə qarşı ikrah edənlər də var idi. Əbi Bureydədən deyilir:
"Peyğəmbər (s) Əlini Xalidin yanına xüms yığmağa göndərdi. Bu zaman mən də Əliyə nifrət edirdim. (Xalidə
dedim) o, yuyunurdu, mən Xalidə dedim: "Bunu görürsənmi?" Peyğəmbərin (s) yanına gəldikdə ona bunu
danışdım. Peyğəmbər (s) dedi: Sən Əliyə nifrət edirsən? Dedim: bəli. Dedi: Ona nifrət etmə. Bundan çox
xüms ona düşür". { Səhih-Buxari, cild 5, səh 447. «Kitabul-məğazi»; «Bəsu Əliyyin və Xalid iləl-yəmən» babı. }

Səhabələrdən bəzisi Peyğəmbərin (s) qərarlarına tənə ediblər, necə ki, Üsamə bin Zeydin hakimiyyətinə
kimi İbn Ömərdən buyurulur: "Usamə bin Zeyd başçılığı ilə Peyğəmbər (s) qoşun göndərdi. Bəziləri onun
başçılığına tabe olmadılar. Peyğəmbər (s) buyurdu: Bundan əvvəl onun atasının başçılığına tabe olmadığınız
kimi, onun da başçılığına tabe olmadınız ". { Səhih-Buxari, cild 5, səh 57. «Kitab fəzailis-səhabə»; «Mənaqib
Zeyd» babı. }

Peyğəmbərin (s) axırıncı vəsiyyətini yazmağa əmr etdikdə ona etiraz edənləri hansı ki, onu hədyan kimi
qələmə verən səhabələri öz məclisindən qovmuşdur.

Səid ibn Cübeyr ibn Abbasdan demişdir: "Həftənin dördüncü günü deyib ağladı. O qədər ağladı ki, yerdəki
daşlar islandı. Soruşdum: Ey ibn Abbas hansı dördüncü gün? Dedi: Allahın elçisinin ağrıları şiddətləndi. Və
dedi: Mənə qələm-dəftər gətirin ki, sizin bundan sonra əbədi yolunuzu azmamağınız üçün kitab yazım.
Peyğəmbərin yanında mübahisə etməyə gərək olmadığı halda bir-biriləri ilə mübahisə etməyə başladılar.
Dedilər: «Peyğəmbərdən soruşun. Deyəsən O, sayıqlayır». Peyğəmbər (s) "Məndən əl çəkin, siz dediyinizdən
mən uzağam!" deyərək onları otaqdaq qovdu». { Səhih-Buxari, cild 4, səh 260. «Kitabul-xums»; «İxracul-
Yəhud min cəziratil-ərəb» babı }

Peyğəmbərin (s) vəfatından sonra səhabələr arasında hakimiyyət uğrunda mübahisələr hətta o yerə gəldi ki,
onlardan bəziləri eyni zamanda iki əmirin, biri mühacirlərin, digəri isə ənsarların əmiri təyin olunmasını tələb
edirdilər. Onların islamda olmalarına baxmayaraq cahiliyyət qəbilə münasibətlərindən əl çəkmələri saray
hadisələri fəslində təfsilatı ilə qeyd olunmuşdur.

Bu tədqiqatdan digər yerlərdə də Əbu Hüreyrəyə və Müaviyəyə həsr olunmuş xüsusi fəsillər vardır.
48
Bəlkə də əhli sünnənin səhabələrin məqamlarını qaldırmaqda müalicə etmələri onların Peyrəmbərlə (s)
yoldaşlıq etmələri şərəfinə qayıdır. Ancaq bu onun həyat yoldaşı olmaq tərəfindən çox fərqlənmir. Belə ki,
Allah-təala Peyğəmbərin (s) zövcələri haqqında buyurmuşdur:

Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşgar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat
olar. { 33.Əhzab surəsi, 30 }

Həmçinin Həfsə və Ayişə haqqında Peyğəmbərə (s) nazil olan ayədə deyilir: «(Ey Həfsə, ey Ayişə!) Əgər ikiniz
də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş
getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi.
Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz (bilin ki) Allah onun hamisi... -dir.{ 66.Təhrim surəsi, 4-10 }

Buna məqsədimiz Peyğəmbərlə (s) ünsiyyətdə olmağın çoxluğu, ünsiyyətdə olanın iman dərəcəsinin yüksək
olmasına dəlalət etmədiyini qeyd etməkdir. Əlavə olaraq Peyğəmbərin (s) səhabələri haqqında keçən
rəvayətləri qeyd etmək olar. Buna oxşar (bəlkə daha aqressiv, daha çirkin rəvayətlər) Peyğəmbərin (s)
zövcələri haqqında söylənilmişdir.

İbn Abbasdan deyilir: "Bir il mən Ömərdən Peyğəmbərə (s) qarşı nümayiş edən iki qadın haqqında
soruşmağa hazırlıq gördüm. Bir gün o "Ərak"a daxil olub çıxdığı zaman bunu ondan soruşdum: O dedi:
Ayişə və Həfsə idi. Sonra əlavə edərək: Cahiliyyət dövründə idik, qadınları heç bir şeyə hazırlamamışdıq.
İslam gəldiyi zaman isə Allah-təala onları zikr etdikdə gördük ki, bununla onların bizim boynumuzda haqqı
vardır. Lakin onları öz işlərimizdə müdaxilə etməyə imkan vermədik.

Mənimlə zövcəm arasında sözümüz kəskinləşdi və ona dedim: Xoş olsun sənin halına, O dedi: Sən bunu
mənə deyirsən ancaq qızın Allahın Rəsuluna əziyyət verir. Onda Həfsəni çağırtdırıb ona dedim: səni Allaha
və onun Rəsuluna asi olmaqdan uzaq olmağı xəbərdarlıq edirəm". { Səhih-Buxari, cild 7, səh 489. «Kitabul-
libas» }

Ayişədən nəql olunub: "Allahın Rəsulu Cəhş qızı Zeynəbin yanında qalaraq, orada bal içirdi. Mən və Həfsə ilə
sözləşdik ki, Peyğəmbər (s) hansımızın yanına daxil olsa ona deyək: "Məğafir" yemisən? Mən səndən
"məğafir" qoxusu duyuram. O Həzrət dedi: Yox, ancaq, Cəhş qızı Zeynəbin yanında bal içmişəm. Ona bir
daha qayıtmayacağam. Artıq and içmişəm, bunu heç kəsə xəbər etmə". { Səhih-Buxari. Cild 6, səh 404.
«Kitabut-təfsir»; «Əyyuhən-nəbiyyu limə tuhərrim» babı. } Ayişədən nəql olunur: "Peyğəmbərin (s) qadınları
iki hissəyə bölünmüşdülər. Birində Ayişə, Həfsə, Səfiyyə və Sudə idi, digərində isə Ummu Sələmə və
Peyğəmbərin (s) digər qadınları idi". { Səhih-Buxari. Cild 3, səh 454. «Kitabul-hiba»; «Mən əhdə ila sahibihi»
babı. }

Ayişədən nəql olunur: "Allahın Rəsuluna özünü həsr edən qadınları mən qısqanırdım. Və Peyğəmbərə
deyərdim: Qadın özünü sənə həsr etmişdirmi? Allah-təala bu ayəni nazil etdikdə: "Qadınlardan hansını
istəsən, növbəsini təxirə sal və hansını istəsən, öz yanında saxla. Və əgər yenə də saxladıqlarından birni
yanına çağırsan sənin üçün günah yoxdur". (33.Əhzab surəsi, 51) Ayişə davam edir: «Mən hiss edirəm ki,
Allah-təala sənə sənin istədiyini verir». { Səhih-Buxari. Cild 6, səh 295. «Kitabut-təfsir»; «Turci mə təşəu
minhum» babı. } Ayişədən nəql olunan digər bir hədisdə deyilir: «Bir gün xanım Xədicənin (r.ə) bacısı Halə
binti-Xuveylid Rəsulullahı (s) ziyarət etmək üçün izn istədi. Rəsulullah (s) da buna icazə verdi. Həzrət (s) onu
görəndə "Bu Halədirmi" -deyə təəccübləndi. Bu zaman Ayişə qısqanaraq dedi: «Xədicə Qureyşin qoca
qarılarından idi. Allah-təala sənə ondan qat-qat yaxşı qadın vermişdir. Onu nəyə görə unudmursan?». {
Səhih-Buxari. Cild 5, səh 195. «Kitabun-NəbiTəzvicun-Nəbi»; «Xədicətun və fəzləha» babı. }

Peyğəmbərin (s) bütün qadınlardan fərqlənən Xədicənin haqqında Ayişənin başqa söyləmələri də vardır.
Xədicə Peyğəmbərin (s) dəvətini insanların yalan saydığı vaxt təsdiqləməsi, insanların Peyğəmbəri (s) hər
şeydən məhrum etdiyi zaman Xədicə öz malını əsirgəməməsi, Peyğəmbərə (s) oğul bəxş etməsi, xüsusən
49
Peyğəmbərin (s) onun hətta ölümündən sonra belə fəzilətlərini daim zikr etməsi, Ayişənin onu şiddətli
qısqandığını sübut edən məsələdir. Bununla da ötən rəvayətdəki Allahın onu daha xeyirlə əvəz etməsi
Ayişənin bu sözü ilə zidiyyət təşkil edir.

Ayişədən nəql olunur: "Peyğəmbərin (s) qadınlardan Xədicəni qısqandığım kimi heç kimi qısqanmamışam".
Baxmayaraq ki, onu görməmişəm. Ancaq Peyğəmbər (s) onu çox zikr edərdi. Bəlkə də qoyun kəsib onu
bölərək Xədicə üçün sədəqə verirdi. Bir dəfə ona dedim: «Elə bil dünyada Xədicədən başqa qadın olmayıb.
O isə onun fəzilətlərin çox zikr edib dedi ki, o mənə oğul bəxş etmişdi». { Səhih-Buxari. Cild 5, səh 104.
“Kitab nənaqibul-ənsar təzvicun-nəbi”; «Xədicətun və fəzləha» babı. }

Bütün səhabələrin ədalətli olmasını güman edənlərin diqqətini Peyğəmbərin (s) aşağıdakı sözünə cəlb
edirlər: "Mənim səhabələrim ulduzlar kimidir, onların hansının ardınca getsəniz hidayət olunarsınız". Digər
bir rəvayətdə isə "hansının sözunü əsas tutsanız..."

Baxmayaraq ki, əhli sünnə səhabələrin hamısının məsum olmasını açıqlıqla demirlər, yalnız bu rəvayətin
doğru olduğunu deyənlərdən bu da labüddür. Onların hamısının məsum olmasına etiqad etsinlər. Ona görə
ki, ola bilməz ki, Peyğəmbər (s) hər hansı qeyd-şərtsiz mütləq iqtida etməyi əmr etsin - necə ki, bu
söylənilən rəvayəti açıqlayır - bir insanın məsiyət etməyə ehtimal olunduğu halda.

Beləliklə, diqqətlə nəzər yetirdikdə ötən rəvayətlərdə səhabələrin ədalətinin çoxluğu haqqındadır. Belə ki,
onların çoxu Peyğəmbərlə (s) uzun müddət yoldaşlıq edənlərin rəvayətləri haqqındadır. Onda Peyğəmbəri
(s) bir an belə sadəcə görməklə səhabə adlandıranların ədaləti?? Görəsən bu mübaliğə nə üçündür? Ədalət
və təqva Peyğəmbəri (s) bir anda da olsa görməklə əldə olunur, yoxsa onun buyurduqlarına itaət edib xalis
və yaxşı niyyət ardı ilə getməklə qazanılır??

İnsan fitrətinin və sağlam ağlın qəbul etmədiyi bu zidiyyət İbni Teymiyyə kimi əhli sünnədən olan
müsəlmanların bəzi alimləri Əbi Süfyan oğlu Müaviyəni Xəlifə Ömər ibn Əbdül Əzizdən üstün tutması açıq
şəkildə aydınlaşır. Bu isə heç bir şeylə deyil, yalnız Müaviyənin səhabə, Ömərin isə ardıcıl olması ilə izah
olunur. Buna baxmayaraq möminlərin əmiri Əliyə (ə) qarşı çıxmaqla və Süffeyndə müsəlmanlar arasında
fəsad törətməklə məşhurlaşmış Müaviyənin əksinə olaraq Ömər ibn Əbdül Əziz ədalətliliyi və təqvalılığı ilə
tanınmışdır. Bundan başqa Ömər ibn Əbdül Əziz bu xüsusiyyətlərlə tanındığına görə Əhli sünnə onu Raşidi
Xəlifələrindən beşincisi hesab edir. Bu isə özü-özlüyündə Müaviyənin haqsız olmasına dəlalət edir. Öz
növbəsində də bir kəsin Peyğəmbəri (s) sadəcə görməsi onun haqlı olması demək deyildir.

Bu məqamdə yaxşı olar ki, Peyğəmbərin (s) onlarla səmavi möcüzələrini öz gözlərilə gördükdən sonra ona
iman gətirənin hansı daha yüksək məqam sahibidir??

Həqiqətdə mən səhabələrin təqvasını bu dərəcədə mübaliğə etməkdə heç bir aydınlıq görmürəm. Onların
hamısının ədalətli olması fikrini yaymaqla qanuni sahiblərini xilafətdən uzaqlaşdıran bəzi səhabələri tənqid
edənlərin üzünə qapını bağlamaqdır. Və həmçinin əhli sünnədən çoxları Əhli-Beytin (ə) müsəlmanlara
rəhbərlik etmə ən layiqli olmalarının bütün danılmaz dəlillərini rədd edirlər. Heç bir şeysiz yalnız bütün
səhabələrin ədalətli olmaları etiqadına görə. Ona görə də onlar hansı əməllər görürlərsə doğru edirlər.

Bu səhv fikri yayanlar Əhli-Beyt imamlarının (ə) öz təhdid etmə təhlükəsini görürdülər və bu məsələdə Əhli-
Beytin (ə) haqq olmaları onlara bəlli idi. Onların yerinə zahir olan ayə və hədislərə hərc-mərclik və qaranlıq
salma kimi əlavələr etməyə can atmaları labüd idi. Eyni zamanda səhabələrin hamısının məqamını
qaldırmaqla Peyğəmbərin (s) vəfatından sonra islam ümmətinə imamlığı Allahın ixtiyarına verib və Allah-
təala da Əhli-Beyti (ə) bu imamlığa layiq bilmişdir.

Beləliklə söylənilən hədis və bütün səhabələrin ulduz olmalarını deyən hansı ki, Peyğəmbərin (s) hədisindən
onun mənası və sözlərin artıq məlumdur.
50
"Ulduzlar yer əhlini qərq olmaqdan amanda saxlayır, Əhli-Beytim isə Ümmətim üçün ixtilafdan amandır.
Əgər ərəblərdən bir qəbilə ona müxalif çıxarsa, iblisin dəstəsindən olar". {«Mustədrəkus-səhiheyn». }

Ən əhəmiyyətli mənfi işlərdən biri İsraillilər və Məsihilər kimi hədis kitablarında çoxlu sayda rəvayətlərin
olması səhabələrin hamısının ədalətli olması etiqadını əmələ gətirmişdir.

Ötən çoxlu rəvayətlərlə bəyan etdiyimiz kimi əməllərinə hər cür ehtimallar olunmasına baxmayaraq, sadəcə
olaraq səhabələrdən rəvayət olunduğu üçün öz qəbul və təsdiq olunmuş yerini tapan o rəvayətlər İslam
dininə tənə vuran xurafatlardandır.

51
ÜÇÜNCÜ FƏSİL

24. Şiə və Qurani-Kərim


Şiənin etiqadına görə Quran - Allah-təaladan hər şeyin aydınlığında öz möhtərəm Peyğəmbərinin (s) dilinə
nazil olmuş ilahi vəhydir. O uca biliklər və həqiqətləri özündə ehtiva edən fəsahət və bəlağətdə bəşər
övladını ecaza gətirən Allahın əbədi möcüzəsidir. Ona heç bir təhrif, dəyişiklik və əvəz etmələr yol verə
bilməz.

Qarşımızda olan oxuduğumuz bu Quran Peyğəmbərə (s) nazil olan həmin Qurandır. Bu məsələdə bundan
başqa bir şey iddia edən axmaq, səhv etmiş və müştəbehdir və onların hamısı səhv yoldadır.

O nə qarşısından nə də arxasından gələrək batil olmayan Allahın kəlamıdır.

Mühəddislərin şeyxi sadiq ləqəbi ilə adlandırılan Muhəmməd ibn Əli Qumi deyir: "Allah-təalanın
Peyğəmbərimiz Muhəmmədə (s) nazil etdiyi Qurana etiqadımız o insanların əlindəki olanlardır və ondan
artıq deyildir. Kim onu bizə nisbət verərsə onu deyirik ki, o yalançıdır". { Muhəmməd Rza Müzəffər «Əqaidul-
imamiyyə»; səh 41. 3 çap. }

"Müsəlman qardaşları" hərəkatının ideya sahiblərindən olan professor Bəhnəsavi buna aid deyir: "... On iki
imam Cəfəri Şiəsi İslam yarandığından bəri bütün ümmətin yekdilliklə razılaşdığı kimi, Quranı kim təhrif
edərsə küfr etmiş olur etiqadındadır... və hazırda Sünnə əhli arasında olan Quran Şiənin evində və
məscidində olan həmin Qurandır.” Bəhnəsavi, Zəhir və Xətibin fərmanı və xitabına cavab olaraq hazırkı əsrdə
şiə müctəhidlərdən biri olan Ağa Xoyinin rəyini qeyd edir. "Quranda təhrifin olmaması müsəlmanlar arasında
məlumdur və əlimizdə olan bu Quran əzəmətli Peyğəmbərə (s) nazil olan Quranın hamısıdır". { «Əs-sunnə
əl-mufdəra ələyha» səh 60 }

Şeyx Muhəmməd Qəzaliyə gəlincə, o öz kitabında əqidə və şəriəti müdafiə edərək, tənə edən şərqşünaslara
qarşı deyirdi: "Bir elm məclisindən onlardan eşitdim ki, deyirlər: Şiələrin bizim Qurandan fərqlənərək artan və
azalan digər bir Quranları vardır. Ona dedim: O Quran haradadır? Nəyə görə əsrlər boyu heç bir ins və cins
ondan bir nüsxə çıxartmamışlar? Onda bu iftira nə üçün deyilir? İnsanlara və vəhyə qarşı olan bu yalan nə
üçündür?... { «Difa ənil-əqidəti vəş-şəriə ziddə mətain əl-mustəşriqin». }

Şiələrin hədis kitablarında mövcud olan Qurana təhrif deyən bəzilərinin istinad etdikləri doğru olmayan
rəvayətlərə gəlincə, onlar qəbul edilməz və rədd olunandır və ona oxşar əhli sünnənin səhih hədis
kitablarında da vardır.

Buxari Ayişəyə istinad edərək qeyd edir: "Allahın Rəsulu (s) kecə vaxtı bir kişinin Quran oxuduğunu eşitdi və
dedi: Allah ona mərhəmət etsin filan, filan surədən unutduğum filan ayəni yadıma saldı". { Səhih-Buxari. Cild
6, səh 508. «Kitab fəzlul-Quran»; «Nisyanul-Quran» babı. }

Təbii ki, Peyğəmbərin (s) Quranı bütünlüklə və ya ondan bəzi ayələrin yaddan çıxarmasına işarə edən bu
hədisə heç kəs inanmaz. Buna uyğun olaraq Tövbə surəsinin bir hissəsini yalnız Quranı cəm edən zaman
Xuzeymə Ənsarinin tapdığına işarə edən hədis Buxarinin səhihində Zeyd ibn Sabitdən deyilir: "Quranın
nüsxəsini hazırladığımız vaxt Əhzab surəsindən bir ayəni itirdim. Peyğəmbərin (s) onu oxuduğunu
eşitmişdim onu heç kəslə tapmadım. Yalnız Xuzeymə Ənsaridən eşitdim. Hansı ki, Peyğəmbər (s) onun
şəhadətini iki mömin kişinin şəhadəti ilə eyni tuturdu. { Səhih-Buxari. Cild 6, səh 291. «Kitabut-təfsir»; «Fə
minhum mən qəza nəhbəhu» babı. }

52
Möminlər içərisində elələri də vardır gi, Allaha etdigləri əhdə sadiq olarlar. { 33.Əhzab surəsi, 23 }

Zeyd ibn Sabitdən nəql olunan başqa bir rəvayətdə deyilir "...Adamların bədənlərindən, onurğalarından və
sinələrindən cəm olunmuş Quranı araşdırmağa başladım və heç kəsdən tapmadığım Tövbə surəsindən iki
ayəni Xuzeymə Ənsari ilə tapdım". { Səhih-Buxari. Cild 6, səh 162. «Kitabut-təfsir»; «Ləqəd caəkum rəsulun
ənfusihum» babı. } Qurani-Kərimin səhih götürülməsini deyən həqiqətlə, bu rəvayətin uyğunluğu bəs
haradadır?

Buxarinin və Əhli Sünnənin digər hədis söyləyənlərin öz səhihlərində və sənədlərində qeyd olunan çoxlu
rəvayətlərlə bərabər Xəlifə Ömər ibn Xəttabdan Abdulla ibn Abbasdan sənədlə rəvayət olunan Qurani-
Kərimin təhrif olunması ilə bağlı açıqdan-aşkar deyilən rəvayət də var.

Abdullah ibn-Abbas deyir: Ömər minbərin üstündə əyləşdi. Müəzzinlər susduqdan sonra durdu və Allaha
şükr və sənadan sonra dedi: Mənə nəsib olan məqaləni sizə deyirəm. Bilmirəm, bəlkə də əcəlim yaxındadır.
Kim onu dərk edib, başa düşərsə və kim onu anlamamaqda qorxarsa məni yalanda günahlandıranların heç
birini halal etmirəm.

Həqiqətən Allah Muhəmmədi (s) haqq olaraq göndərmişdir. Ona kitab nazil etmişdir. Allah-təalanın nazil
etdiklərindən biri də rəcm ayəsi idi. Biz onu oxuyub, dərk edib, başa düşmüşük. Allahın Rəsulu (s) rəcm edib
və biz də ondan sonra rəcm etmişik. Qorxuram ki, bir zaman gələ və insanlar deyə: "Vallahi biz rəcm
haqqında ayəni Allahın kitabında görmürük və beləliklə də, Allahın nazil etdiyi fərz əməli tərk etməklə doğru
yoldan azalar. Rəcm isə Allahın kitabında haqq olduğu kimi evli olan kişi və ya qadın zina etdikdə əgər buna
dəlil, sübut olarsa və ya hamiləlik olarsa və ya hər hansı biri tərəfdən etiraf olarsa həyata keçirilir". { Səhih-
Buxari. Cild 8, səh 539. «Kitabul-muharibinə min əhli-kufr»; «Rəcm hubla minəz-zina» babı. }

Buxarinin çıxardığı aşağıdakı rəvayətdən həmçinin aydın olur ki, Ömər ibn Xəttab (özünün dediyi kimi) itən o
ayələri özündən əlavə etmək istəmişdir, lakin isanların danışacağından qorxmuşdur:

"Ömər dedi: Əgər insanlar Ömər Allahın kitabına əlavə edib, deməsəydilər Rəcm ayəsini öz əlimlə yazardım.
Maiz özü Peyğəmbərin (s) yanında 4 dəfə zina etdiyini iqrar etdi və Peyğəmbər (s) də onu daş-qalaq etməyi
əmr etdi". { Səhih-Buxari. Cild 9, səh 212. «Kitabul-əhkam»; «Əş-şəhadətu təkuiu indəl-hakim» babı. }

Söylənilən ayənin mətni isə belə dedi: "Qoca kişi və qoca qadın zina edərlərsə onların ikisini də daş-qalaq
edin hökmən". { «Sunən Əbi-Davud» } Necə ki, onu ibni Macə öz səhih kitabında rəvayət edir: Belə ki,
önümuzdə olan Quranın hər hansı əlavə və ya nöqsana məruz qalmamasına qəti inanırıq və bu da labüddür.
Xəlifə Ömər isə bu məsələni bir az qarışdırmışdır. Bu qarşıqlığın mənbəyi həqiqətən də daş-qalaq haqqında
ayənin mövcud olmasındadır. Ancaq Qurani Kərimdə deyil, kitab əhlinin Tövrat kitabında olmasıdır, necə
ki, Ömərin oğlunun rəvayətindən zahir olduğu kimi: "...Peyğəmbərin (s) yanına yəhudilərdən zina etmiş bir
kişi və bir qadını gətirdilər. Peyğəmbər (s) yəhudilərə müraciət edərək: Bunlara nə edəcəksiniz? Dedilər:
Üzlərini qaraldıb, ifşa edəcəyik. Onda Peyğəmbər (s) buyurdu: Əgər inanırsınızsa Tövratı gətirin və oxuyun.
Tövratı gətirib özlərinin razı olduqları çəpgöz kişiyə verdilər və dedilər: Oxu. Və başladı oxumağa ta ki,
Tövratdan bu mövzuya aid olanlar sona çatana qədər. Peyğəmbər (s) əlini Tövratda onun əl qoyduğu yerə
qoydu və dedi: Əlini qaldır. Və o əlini qaldırdı. Əgər orada rəcm ayəsi varsa aydın olacaq. Oxuyan dedi: "Ey
Məhəmməd, onlara daş-qalaq düşür, ancaq onu öz aramızda gizlədirik. Onda Peyğəmbər (s) onları daş-
qalaq etməyi əmr etdi". { Səhih-Buxari. Cild 9, səh 476. «Kitabut-tauhid»; «Ma yəğuzu min təfsir ət-taurat»
babı. }

Xəlifə Ömərin Allahın hikmətli kitabı və əhli kitabın Tövratı ilə qarışdırma ehtimalını bir daha gücləndirən Əl-
Cəzairlinin "Bu mənim hər bir şiəyə nəsihətimdir" kitabında qeyd etdikləridir: (Bu nəsx,təhrif olunmuş
kitabları oxumaq necə caiz olar ki, Peyğəmbər (s) Ömər ibn Xəttabın əlində Tövratdan bir vərəqin olduğunu

53
görərək onu məzəmmət edib dedi: Mən sizə ondan daha haqq və saf olanını gətirmədimmi? Əgər Allahın
Rəsulu Ömərə sadəcə Tövratdan bir vərəqə baxmağa razı deyildisə...)

Xəlifə Ömərdən yenə də bir rəvayət söylənilir: "Sonra biz Qurandan oxuyardıq - Öz ata-babalarınızı
danmayın o, sizi küfrə salar əgər onları dansanız". { Səhih-Buxari. Cild 8, səh 540. «Kitab min muharibin əl-
kufr»; «rəcmul-hubla minəz-zina» babı. }

Bu da heç kəsə gizli deyildir ki, bu ayə əvvəldə olduğu kimi Allahın kitabında yoxdur.

Abdullah ibn Məsud ondan rəvayət edərdi ki, o, aşağıdakı iki kəlmə ayədən artırmışdı: " kişi və qadın"
sözlərini.

Əlğəmədən deyilir: "... Abdulla bu cür oxuyardı: Vəlləyli iza yəğşa. Vən-nəhari iza təcəlla. Vəz-zəkəri vəl-
unsa.
Sonra dedi: Vallahi Rəsuli Əkrəm məni bundan ona qədər oxutdurub". { Səhih-Buxari. Cild 5, səh 63. «Kitab
fəzail əs-səhabə»; «Mənaqib Əmmar və Huzeyfə» babı. }

Beləliklə Buxari öz səhih kitabından çıxardığı bu kimi rəvayətlərlə ziddiyyət yaradıb. Belə ki, rəvayət
Peyğəmbər (s) Quranı Abdullah ibn Məsuddan oxumağı əmr edib.

İbn Ömərdən olunan rəvayətə görə Peyğəmbər (s) deyib: "Quranı dörd nəfərdən oxuyun: Abdullah ibn
Məsuddan; Səlim Moula Əbu Hüzeyfədən; Ubey ibn Kəbdən və Məaz ibn Cəbəldən". { Səhih-Buxari. Cild 5,
səh 71. «Kitab fəzail əs-səhabə»; «Əbdullah ibn-Məsud» babı. }

Bəs onda Peyğəmbər (s) bizə hafizəsi yaxşı olmayan adamdan Quranı oxumağı necə əmr edə bilər?

Bu sualın cavabını Buxariyə və onun yolu ilə gedib onun səhihində (kitabında) qeyd olunan bütün rəvayətləri
doğru hesab edənlərə buraxaq.

Ancaq səhih Müslimə kəlincə, onda da bu kimi rəvayətlər var. Ayişədən rəvayət olunur ki, o deyib:
"Qurandan nazil olan ayələrlə bərabər - məlum on dəfə əmizdirmə - ayəsi də nazil olmuşdu. Peyğəmbər (s)
vəfat etdikdən sonra da o ayələr Qurandan oxunurdu". { Səhih-Muslim. Cild 2, səh 1075. «İhya turasil-ərəbi»
çapı. «Kitab ər-Rza»; «Ət-təhrim bixəmsi rəzat» babı. }

Ayişənin bu sözü özü özlüyündə Qurandan nəinsə nəsx olunması haqqında bu kimi rəvayətləri söyləyənlərə
açıq cavabdır. Onda Peyğəmbərin (s) vəfatından sonra belə Ayişənin o ayələri davamlı oxunmasını
söyləməyin mənası nə idi ???

Əbu Əsvəd atasından rəvayət edərək deyir: Əbu Musa Əşəri 300 nəfərlə Bəsrə qiraətçilərinin yanına
göndərildi. Söhbət əsnasında onlara dedi: Ondan əzbərlədiyimdən başqa uzunluğunda və sərtliyində bəraət
surəsinə oxşatdığımız surə oxuyurduq. Əzbərlədiyim ayə yalnız bu idi: Adəm övladının iki vadi malı vardırsa,
üçüncünü tələb edər. Onun gözünü torpaqdan başqa heç bir şey doydurmaz. { Səhih-Muslim. «Kitabuz-
zəkat» Cild 2, səh 726. «İhya turasil-ərəbi» çapı. «Lau ənnə li ibni Adəm vadiyəyni ləbtəqa salisən» babı. }

Suyutinin "Quran elmlərində itqan" kitabında Quranda yalnız 112 surənin olduğunu və ya "Əl-Hidq" və "Əl-
Xəl" { «Əl-itqan fi ulumil-Quran»; Suyuti; səh 65. } surələrinin əlavə olunluğunu deyən bəzi rəvayətlər qeyd
olunub: Bu da o rəvayətlər kimidir və onlardan bu qədər qeyd etməklə kifayətlənirik.

Sonra isə Əhli-sünnənin Quranın naqis və ya əlavələrlə olmasını şiənin deməsi caiz olarmı? Baxmayaraq ki,
onların hədis kitablarında bu naqisliyi və ya əlavəliyi deyən rəvayətlər var.

54
Təbii ki, xeyr. Şiə onu deməz, ona görə ki, əhli sünnə igmasının özü Quranın təhrifsiz olduğunu deyir. Onların
səhih hədis kitablarında təhriflə bağlı söylənilən bu rəvayətlərin olması məsələsi, şübhəsiz ki, Buxari və
Müslimdə olanlardandır. Hansı ki, əhli-sünnə onların səhih kitablarında rəvayət olunanlar hamısı doğrudur
fikrindədirlər.

Bunu iki məsələ ilə izah etmək olar: ya o rəvayətlər doğrudur, lakin daş-qalaq ayəsində olan kimi onu
söyləyən qarışdırmışdır. Ya da o rəvayətlər düzgün deyildir, necə ki, qalan rəvayətləri bundan əvvəl qeyd
etmişdik.

Bununla da Buxarinin və Müslimin kitablarının "Səhihlər" adlandırılmasına yenidən baxılması labüddür.

Onda onların hədis kitablarında sadəcə özlərində də rədd olunan rəvayətlərin olması ilə Quranı təhrif
etməkdə şiələri ittiham edən Xatib və Zəhur kimi bəzi yazıçıların bu hücumlarını nə ilə izah edək. Və əhli
sünnədən digər hədis söyləyənlərin öz səhih kitablarında buna oxşar çoxlu başqa hədislər də vardır.

Beləliklə, evi şüşədən olan başqasının evinə daş atmaz!

55
DÖRDÜNCÜ FƏSİL

25. Şiələrin və Peyğəmbərin (s) pak sünnəti

İki firqənin baxımından Peyğəmbər (s) sünnəti:

Bəzi cahillər şiələri Peyğəmbər (s) sünnətini inkar etməkdə ittiham edirlər. Bu böyük bir xurafatdır. Biz şiənin
pak sünnətə olan əqidəsi barədə bəzi sünni alimlərinin rəylərini qeyd edirik:

"Əl-İmamus-Sadiq" kitabının müəllifi Şeyx Muhəmməd Əbu-Zuhrə deyir:

Şiələrin arasında "qəti-elm"ə əsaslanan mütəvatir sünnətin hüccət olması barədə bir ixtilaf yoxdur.
Həqiqətən, Peyğəmbərdən (s) mütəvatir olan sünnəti inkar etməg küfr və Peyqambərin (s) risalətini inkar
etməkdir. Bununla belə məsum imamların dediklərini qəbul etməmək də fasiqlikdir".

"Difa ənil-əqidə vəş-şəriə ziddi mətain əl-mustəşriqin" kitabının müəllifi Şeyx Muhəmməd Əl-Ğəzali deyir:

Bəzi iftiraçı qüvvələr, şiəlarin Əliyə, sünnilərin isə Muhəmmədə (s) tabe olduqlarını iddia edərək, risalətin
Əliyə layiq olduğunu, yaxud onun (risalətin) Əliyə nazil olduqda, səhvən başqasına endiyi əqidəsini şiələrə
nisbət verirlər. Təbii ki, bu sözlər iftira və saxtakarlıqdan başqa şey deyildir". Daha sonra deyir: "Həqiqətən
şiələr Peyğəmbərin (s) risalətinə iman gətirir və Əlinin (ə) şərafətli şəxsiyyət olmasını, Onun Muhəmmədin (s)
sünnətindən möhkəm tutması ilə əlaqələndirirlər. Şiələr də digər müsəlmanlar kimi, bəşəriyyətdə
Muhəmməddən (s) başqa inanılmış, əmin və əzəmətli şəxsiyyət tanımırlar... Görəsən, bu xurafatı şiələrə
nisbət vermək insafa sığışarmı?"

Şiə və Əhli-sünnətin arasında, Peyğəmbərin (s) pak sünnətinə əməl etməyin vacib olması barəsində heç bir
ixtilaf yoxdur. Lakin Peyğəmbərdən (s) sonra gələn nəsillərə bu pak sünnəti hansı yolla çatdırmaq və sünnəti
sübut etdirmək barəsində ixtilaflar meydana çıxmışdır. Əhli-sünnətin nəzərində hər hansı bir səhabədən nəql
olunan hədis səhihdir. Çünki, onlar bütün səhabələrin ədalətli olduqlarına inanırlar. Həmçinin, Səhih-Buxari
və Müslimin kitablarını Qurani-Kərim qədər səhih bilirlər. Aşaqıdakı rəvayətlər deyilənlərə misaldır:

Səhihi-Müslimin "Ən-nəvəvi" şərhinin müqəddiməsində Şeyx Əbu-Əmr ibn-Səlah deyir: "Səhih-Müslim"


kitabında nəql olunan hədisə Müslim "səhih" deyirsə, şübhəsiz o hədis səhihdir".

Bu sözlər Buxariyə də şamildir. Çünki, Əhli-sünnət bu kitablarda nəql olunan hədisləri səhih bilir.

Daha sonra əlavə edərək belə davam edir: "Məsumun günahı xəta deyil. Ümmətin ixtilafsız olması xətadan
pak olmaq deməkdir". { “Səhih-Müslim biş-şərh ən-Nəvəvi” kitabı. Cild 1, səh 14. "Darəş-şəb" çapı. }

Amma şiələr, Peyğəmbərdən (s) Əhli-Beyt haqqında nəql ediləcək hədisi və ayəni əsas tutaraq, hər hansı bir
hədisin Əhli-Beyt imamlarının birindən nəql olunmasını şərt edirlər.

"Mən sizin aranızda biri-birindən ağır olan iki şeyi tərk edib gedirəm. Bunlardan biri Qurani-Kərim, o biri isə
itrətimdən olan Əhli-Beytimdir. Əgər onlardan tutsanız, heç vaxt zəlalətə düşməzsiniz". { "Səhih-Tirmizi". Cild
13, səh 201. "Mənaqib əhli bəytin-nəbi" babı. "Darul-kitabil-ərəbi". }

56
"Ey Əhli-Beyt, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir!" { 33.Əhzab surəsi, 33 }

Bunlardan əlavə, hədisə səhih hökmünü verməyin bu kimi şərtləri vardır ki, əvvvəlcə Qurani-Kərimə, sonra
mətnlə sənədinə nəzər salırlar. Daha sonra qəti təvatürlə sübut olunmuş hədislərlə uyğunlaşdırıb, əqllə
mülahizə edirlər. Əgər hər hansı bir hədisə bu şərtlərdən biri şamil olmasa, o hədisə səhih hökmünü
verməzlər.

Şiələrin nəzərində dörd böyük və mühüm hədis kitabı mövcuddur: Əl-Kafi, Mən la yəhzurul-fəqih, Ət-Təhzib,
İstibsar.

Bu kitablarda rəvayət olunan hədisləri təhqiq edirlər. Çünki bu hədislərin arasında səhih və səhih olmayan
hədislər vardır. Həmçinin onların nəzərində Qurani-Kərim mislində səhih olan kitab yoxdur.

«Məsadirül Hədis ində şiə - imamiyyə» kitabında, Mühəqqiq əllamə Seyyid Mühəmməd Hüseyn əl-cəlali Əl-
Kafi kitabının hədislərini belə bölmüşdür: «Əl-Kafi kitabında 16121 hədis vardır. Onlardan 9485 zəif, 114
həsən, 118 etibarlı, 302 qüvvətli, 5702 hədis səhihdir». Bu da onu göstərir ki, şiə alimləri «Kafi» kitabında
olan minlərlə hədisi zəif bilirlər.

Zəhir və Əl-Xətib kimi iftiraçılar şiələrin «Kafi» kitabını Səhih-Buxari mislində gördüklərini iddia edirlər.
Onların iddialarının həqiqətdən uzaq və yalan olduğu bəllidir.

İki firqənin nəzərində Peyğəmbərin (s) məsumluğu

Əhli-sünnət, şiələrin öz imamlarını Peyğəmbərdən (s) üstün və fəzilətli bildiklərini iddia edir. Mən bu kitabı
yazarkən sübut etdim ki, şiələr Peyğəmbərə (s) əhli-sünnətdən fərqli müqəddəs məqam vermişdilər. Şiələr
iddia edirlər ki, həqiqətən Muhəmməd (s) bəşəriyyətin ən əfzəlidir. Ona görə də O Həzrətin (s) hər hansı
əmrini inkar etməyi küfr hesab edirlər.

Şiələr Əhli-Beytdən (ə) olan on iki imama tabe olmağı zəruri hesab edirlər. Çünki onlar Peyğəmbərin (s)
sünnətini ən düzgün yolla nəql edənlərdir. Peyğəmbərin (s) isməti barəsində söz açıldıqda, şiələr O Həzrətin
(s) dünyaya göz açandan bəri, dini və dünyəvi işlərdə məsum odduğunu etiraf edirlər.

Əhli-sünnətə gəldikdə, onlar da Peyğəmbərin (s) şəxsiyyətini əfzəl bilir, lakin şiələrin əksinə olaraq O Həzrəti
(s) dünyəvi işlərdə deyil, fəqət dini işlərdə məsum bilirlər. Başqa işlərdə isə O Həzrətin şəxsiyyətini adi bəşər
kimi qələmə verirlər.

Sünnilərin bu sözlərini rədd etməzdən əvvəl onların Peyğəmbərin (s) isməti barədə olan əqidələrini
nəzərinizə çatdırırıq. Onu da qeyd edirəm ki, onların əqidələri Qurani-Kərimdən sonra ən səhih saydıqları
kitablara əsaslanır.

Beləliklə, Aişə deyir: «Həra mağarasında ikən, gözlənilmədən Peyğəmbərə (s) bir mələk nazil olub ona dedi:
«Oxu!» Həzrət «oxuya bilmirəm» deyə cavab verəndə, həmin mələk üç dəfə bu sözü təkrar etdi. Sonra
Rəsuli-Əkrəm (s) mağaradan xaric odub, zövcəsi xanım Xədicənin (s.ə) yanına gəlib dedi: «Məni libasıma
bürüyün!» (Həzrət (s) bu kəlamı iki dəfə təkrar etdi.) Libasına büründükdə, Peyğəmbərin (s) qorxusu zail
oldu. Hadisənin səbəbini xanım Xədicədən soruşanda, xanım O Həzrəti (s) öz əmisi “Vərəqət ibn-Naufəl-ibn-
Əsəd ibn-Əbdul-Uzza ibn-Qusəy”in yanına apardı. (Bu şəxs cahiliyyət dövründə xristianlığı qəbul etmişdir.
Böyük yazıçı idi. Vaxtı ilə «İncil»i ərəb dilinə nəql edib yazmışdır. O zaman bu şəxsin gözləri kor olmuşdu.)
57
Xədicə (s.ə) Peyğəmbərə (s) işarə edərək əmisi oğluna dedi: “Ey əmioğlu, «qardaşın oğlu»nun başına
gələnləri eşit!”

Vərəqət, Peyğəmbərdən (s) nə gördüyünü soruşanda, Həzrət (s) əhvalatı ona söylədi. Bu zaman Vərəqət ona
dedi: «Sənin başına gələn əhvalat Musaya (ə) da nazil olmuşdur. Kaş ki, qövmün səni mühacir edəndə, mən
sağ olaydım». Rəsuli-Əkrəm (s) təəccüblənərək soruşdu: «Məgər məni mühacir edəcəklərmi?» { Səhih-
Buxari. Cild 9, səh 92. "Kitabut-təbir əvvəl ma bəda bihi Rəsulullah" babı. }

Peyğəmbərə (s) bu əhvalatın nəticəsini xristian «Vərəqət»in izah etməsini əql qəbul edərmi? Məgər
Peyğəmbər (s) bu əhvalatın nəticəsini (nübüvvət risalətinin ona nazil olmasını) özü dərk etmirdimi?

Bunlardan daha da qəribəsini Ayişə nəql edir:

“-Çox keçmədi ki, «Vərəqət» vəfat etdi və Peyğəmbərə (s) bir müddət vəhy nazil olmadı. Bundan inciyən
Peyğəmbər (s) dağların zirvəsinə qalxıb, özünə qəsd etmək istədikdə, Cəbrail (s) onun gözündə canlanıb
«Sən Allahın haqq elçisisən» deyərdi. Bundan sonra Peyğəmbərin (s) hüznü aradan gedər və qəlbi sakinlik
tapardı.
Rəsulullaha (s) hər dəfə vəhy nazil olmayanda, bu hal bir neçə dəfə təkrarlanardı.” { Səhih-Buxari. Cild 9, səh
93. "Kitabut-təbir əvvəl ma bəda bihi Rəsulullah" babı. }

Bundan əlavə, Səhih-Buxaridə Ayişədən nəql olunan rəvayətdə Peyğəmbərin (s) bütün Quranı əzbər
bilmədiyi izah olunur. Müsəlmanın belə şeyə inanması mümkündürmü?! Ayişə yenə də nəql edir ki,
Peyğəmbər (s) məsciddə bir kafirin Quran oxuduğunu eşidərək dedi: «Allah onu bağışlasın. Filan surələrdən
unatduğum ayəni yadıma saldı». { Səhihi-Buxari. Cild 8, səh 234. «Kitab əd-dəavat və səlli ələyhim» ayəsinin
babı. }

Peyğəmbərin (s) səhv etdiyi barəsində Cabir ibn Abdullahdan nəql olunan rəvayəti səhih hesab edirlər:
«Xəndək döyüşü günündə iftarda sonra Ömər ibn-Xəttab Rəsulullahın (s) yanına gəlib dedi: «And olsun
Allaha ki, namazımı gün batana bir az qalmış qıldım». Peyğəmbər (s) bunu eşidəndə dedi: «And olsun Allaha
ki, mən hələ də namazımı qılmamışam». Ömər belə davam edir: «Biz bir yerdə «Bəthan» adlanan yerə
gəldig. Rəsulullah (s) dəstəmaz alıb gün batandan sonra əsr namazını, sonra da şam və xiftən namazlarını
qıldı.» { Səhihi-Buxari. Cild 1, səh 349. «Kitabul Azan qauli rəculi lin-nəbi ma səleyna» babı. }

Əbu-Hüreyrədən nəql olunan rəvayətdə deyilir: «Camaat namazı üçün sıraları hazırlamışdıq, Peyğəmbərin (s)
də hazır olub, ona iqtida etməyini gözləyirdik. Peyğəmbər (s) öz mehrabına gəlib, camaat namazına hazır
olanda cünub olduğunu xatırlatdı. Bizə yerimizdən hərəkət etməməyi əmr edib, qüsl almağa getdi. Çox
keçmədi ki, Həzrət başı rütubətli namaza dayandı və biz də onunla birgə namazımızı qıldıq». { Səhihi-Buxari.
Cild 1, səh 168. «Kitabul-ğusl iza zəkərə fil-məscid ənnəhu cunub» babı. }

Yenə də Əbu-Hüreyrədən nəql olunan rəvayətdə deyilir: «Bir gün Peyğəmbər (s) zöhr namazının ikinci
rükətində salam verib, məscidin bir kənarında dayanıb, taxtaya söykəndi. Əbu-Bəkr və Ömər də bundan
heybətlənib, Həzrətə bir sözə deyə bilmədilər. Hərə bir yana çəkilib, namazın qəsr olduğunu hesab etdilər.
Camaat arasında Peyğəmbərin (s) «Zəl-Yədəyn» adı ilə səslədiyi şəxs ona dedi: «Ya Rəsuləllah, sən namazı
unutdun, ya namaz qəsr oldu?». Peyğəmbər (s) cavab verdi: «Nə unutdum, nə də qəsr olub». Camaat
Peyğəmbərin (s) unutduğunu təkid edəndə, Həzrət (s) buyurdu: «Zəl-Yədəyn» doğru demişdir». { Səhih-
Buxari. Cild 8, səh 48. «Kitabul-ədəb ma yəcuzu minzikrin-nas» babı. }

Hələ bundan əlavə rəvayət edirlər ki, Yəhudilərdən bir nəfər Rəsulullaha (s) cadu etmiş və Həzrət də
cadunun təsiri altında qalaraq bir işi edib-etmədiyindən xəbəri olmayırdı. Peyğəmbər (s) Aişədən, ona vəhy
nazil olub-olmadığını, hətta xanımlarıyla da olub-olmadığı barədə soruşurdu. Aişə deyir: «Rəsulullah (s) bir
müddət belə xəyal edirdi ki, xanımlarıyla birgə olur. Halbuki, həmin müddət Həzrət (s) xanımlarıyla birgə
58
olmurdu». Bir gün Peyğəmbər (s) Aişəyə dedi: «Mən Allah-təaladan bir şey soruşdum, Allah-təala mənə
cavab verdi. İki nəfər yanıma gəlib, biri başım tərəfdə o biri isə ayaq tərəfdə əyləşdilər. Ayaq tərəfdə əyləşən
yuxarı başda əyləşəndən soruşdu: Bu şəxsə nə olub? O da «Buna cadu təsir edib» deyə cavab verdi.
Aşağıda əyləşən yenə də o birindən «Cadunu kim edib?» -deyə soruşanda, yuxarı başda əyləşən cavab verdi:
Ləbid ibn-Əsam. { Səhih-Buxari. Cild 8, səh 87. «Kitabul-ədəb», «İnnəllahə yəmuru bi ədli vəl-ihsan» babı. }

Yenə də Aişə başqa rəvayətdə nəql edir: «Rəsuləllaha cadu olunmuşdu. O, görmədiyi işləri gördüyünü xəyal
edirdi. Bir gün mənim yanıma gəlib Allaha dua etdi və duası da müstəcab oldu. Sonra üzünü mənə tutub
dedi: «Etdiyim duaya görə cavabı hiss etdinmi?» {Səhih-Buxari. Cild 7, səh 444. «Kitabut-tibb əs-sehr» babı.}

Şeyx Muhəmməd Əbduh, Peyğəmbərə (s) sehrin təsir etdiyi rəvayətləri qəbul etmir. Çünki bu rəvayətlə
Allah-təalanın Qurani-Kərimdə dediklərinə ziddir:

Zalimlər dedilər: «Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz». { 25.Furqan surəsi, 8}

Peyğəmbərin (s) öz şəhvətinə tabe olması barədə Səhihi-Buxari Əbi-Hişamdan nəql edib deyir: «Rəsuli-
Əkrəm öz zövcələrinin otaqlarını gəzib, kiminlə olacağını təyin edirdi». Bu zaman Ayişə deyir: «Mənimlə
olacağı gün gəlib çatanda, Peyğəmbər (s) sakinləşdi». { Səhih-Buxari. Cild 5, səh 77. «Kitabu fəzail əs-
səhabə»; «Fəzlu Aişə» babı. }

Digər bir rəvayətdə Ayişə deyir: Rəsuli-Əkrəm (s) səfərə çıxan zaman zövcələri arasında püşk ataraq özü ilə
aparacağı zövcəni seçirdi. Rəsulullah (s) hər kecə kiminlə olacağını təyin edərdi. Lakin O Həzrətin (s)
zövcələrindən olan Sauda binti-Səmə öz razılığı ilə növbəsini Ayişəyə vermişdir. { Səhih-Buxari. Cild 3, səh
462. «Kitab-hiba hibatul-mərə liğeyri zauciha». }

Bu rəvayət heç də aşağıdakı rəvayətlə uyğun gəlmir:

Ənəs ibn-Malik deyir: «Rəsuləllah (s) on bir zövcəsini bir saat ərzində ziyarət edərdi».
Ənəsdən təəccüblənərək soruşdular: Bir saat ərzində on bir xanımla birgə olmaq mümkündürmü? Ənəs
cavab verdi: Bizim bildiyimizə görə Allah-təala Rəsuləllaha (s) otuz kişinin qüvvətini vermişdir. { Səhih-Buxari.
Cild 1, səh 165. «Kitab əl-ğusl iza caməə summə adə». Və mən darə mən-nisaihi fi ğuslin vahib» babı. }

Bunlardan başqa Əhli-sünnət iddia edir ki, «Əbəsə» surəsinin ilk dörd ayəsi Peyğəmbəri (s) danlamaq
məqsədilə nazil olmuşdur. Səbəbi də odur ki, Rəsulullah (s) Utbə ibn-Rabiə, Əbu-Cəhl ibn-Ğişam, Əl-Əbbas
ibn Əl-Muttəlib, Ubey və Uməyyə ibn-Xələflə əyləşərək onları İslama dəvət edirdi. Bu məclisdə iştirak edən
Abdullah ibn-ummu Məktum Rəsuləllahdan (s) Allah-təalanın ona öyrətdiyindən öyrətməsini bir neçə dəfə
təkrar edərək xahiş etdi. Rəsulullahın (s) sözünü kəsdiyinə görə Həzrət (s) onun üzünə baxmadı. Guya
Rəsulullah (s) qəlbində fikirləşdi ki, Qureyşin imkanlı ağsaqqallıları düşünəcəklər ki, Rəsulullah (s) fəqət
korlar, qullar və bu kimilərinə tabedir. Ona görə də üzünü ona yox, zənginlərə tərəf çevirdi.

Şiələrə gəldikdə isə, onlar bu ayələrin Rəsulullah (s) üçün deyil, Bəni-Üməyyədən olan Ummu-Məktum adlı
şəxsə aid olduğunu etiraf edirlər.

«Təfsirul-Mizan» kitabında Əllamə Muhəmməd Təbatəbai deyir: «Bu ayələrin Rəsulullaha (s) işarələndiyinə
heç bir dəlil yoxdur». Çünki bu ayələr fəqət baş vermiş hadisə barəsində xəbər verir. Ayənin məzmununa
diqqət etsək, onun Peyğəmbərə (s) işarələndiyi qeyri-məqbuldur. Çünki, din-iman dərsi almaq üçün
Peyğəmbərin (s) hüzuruna gələn şəxsə üz turşudub çevirmək Peyğəmbərə (s) layiq deyildir. O Həzrət (s) heç
düşməninə belə üz turşudub çevirməzdi. Həmçinin zənginlərə etibar edib, kasıb-yoxsullara əhəmiyyət
verməmək O Həzrətin (s) əxlaqına uyğun deyildir. Çünki, hələ «Əbəsə» surəsi nazil olmazdan əvvəl Allah-
təala «Nun» surəsinin 4-cü ayəsində buyurmuşdur: «Doğrudan da sən, əzəmətli əxlaq sahibisən». { 68 - 4}

59
Məgər qəbul etmək olarmı ki, Peyğəmbərə (s) peyğəmbərlik verilən ilk zamanlarda Allah-təala onun əxlaqını
tərifləsin, bir ildən sonra isə, zənginlərə etibar edib, yoxsullara isə üz turşutduğu üçün onu danlasın?». {
“Təfsir əl-Mizan”. Cild 20, səh 203. 1974-cü miladi ili. 2 çap. }

Əhli-sünnət əvvəldə deyilən rəvayətləri əsas tutaraq Rəsulullahın (s) dinin təbliğatı işlərində məsum
olduğuna etiqad edirlər.

Allah-təala Rəsuli-Əkrəmə (s) şərtsiz tabe olmağı aşağıdakı ayələrdə əmr edib:

O, kefi istəyəni danışmır. Danışdığı ancaq nazil olan bir vəhydir. { 53.Ən-Nəcm surəsi, 3 – 4 }

Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. { 59.Əl-Həşr surəsi, 7 }

Bu ayələr onu sübut etdirir ki, Peyğəmbər (s) müəyyən bir sahədə deyil, hər bir sahədə məsumdur. Əgər
Rəsulullahın (s) xətaya yol verdiyini qəbul etsək, o zaman Allah-təalanın (nəuzu billah) bizi xətaya
sürüklədiyini düşünərik.

İslam dininə tənə vurmaq niyyətilə bəzi yalançı şəxslər, Peyğəmbərin (s) məsumluğunu məhdudlaşdıran
hədislər yaradmışlar. Bu rəvayətlər də, Rəsulullahın (s) xəstə olduğu zamanlarda ümmətin zəlalətə
düşməməsi üçün vəsiyyətnamə yazmaq istədiyi anda, O Həzrətə «sayıqlayır» deyə mane olan səhabəyə
dəstək verir.

Ona görə də Rəsulullaha (s) «sayıqlayır» – deyilən hədislərə nəzər salanda, digər hədislər adi qarşılanır. Buna
misal göstərmək üçün bir neçə hədisi nəzərinizə çatdırırıq:

Ənəs rəvayət edir: «Ömər Rəsulullahın (s) yanına gəlib dedi: «Ya Rəsulullah! Evinə fasiq, facir və möminlər
gəlib-gedir. Möminlərin analarına hicab örtmələri üçün əmr et! (Digər rəvayətlərdə isə zövcələrinə hicab
örtməsi üçün əmr et -deyə nəql olunur.) Rəsulullah onun sözünə etina etmədi. Allah-təala da bu hadisədən
sonra hicab ayəsini nazil etdi. { Səhih-Buxari. Cild 6, səh 296. «Kitabut-təfsir» Cild 8, səh 170. «Kitabul-
istehzan». }

Digər rəvayətdə deyilir: Münafiq Abdullah ibn-Ubey vəfat edəndə Abdullah ibn Ömər belə nəql edir:
«Abdullah ibn-Ubeyin oğlu Rəsulullahın yanına gəlib dedi: Ya Rəsulullah, atamı kəfənləmək üçün köynəyini
ver. Sonra da namazını qıl və Allahdan bağışlanmasını dilə! Rəsulullah da köynəyini verərək kəfənləyib
qurtardıqdan sonra ona xəbər verməsini bildirdi.

Həzrət (s) onun namazını qılmağa hazırlaşan anda, Ömər Peyğəmbəri özünə tərəf çəkərək «Məkər Allah-
təala münafiqlərə namaz qılmağı sənə nəhy etməmişdimi?» dedi. Daha sonra bu ayəni tilavət etdi: «(Ya
Peyğəmbərim!) O münafiqlər üçün istər bağışlanma dilə, istər diləmə, onlar üçün 70 dəfə bağışlanma
diləsən də, yenə Allah onları bağışlamayaçaq». { 9. Tövbə surəsi, 80 }

Bu hadisədən sonra aşağıdakı ayə nazil oldu: «Münafiqlərdən ölən heç bir kəsin namazını heç vaxt qılma,
qəbrinin başında durma!» { 9. Tövbə surəsi, 84 }

Peyğəmbər (s) bundan sonra münafiqlərə namaz qılmağı tərk etdi». { Səhih-Buxari. Cild 7, səh 462. «Kitabul-
libas» babı. }

Bütün bunlardan sonra Ömər, Peyğəmbərə (s) qarşı bu cür cürətlənməsindən təəccübləndi. { Səhih-Buxari.
Cild 2, səh 252. «Kitab əl-cənaiz». }

60
Həqiqətən deyilən ayədən bəllidir ki, (Tövbə - 80) Peyğəmbər (s) münafiqlər üçün bağışlanma diləyib-
diləməməsində ixtiyar sahibi idi. Elə ona görə də, həmin münafiqin namazını qılmağı Peyğəmbər (s) özü
ixtiyar etmişdir. Çünki, o zaman Peyğəmbərin (s) bu nümunəvi əməli müsəlmanlar üçün əhəmiyyətli idi.
Bunula «Xəzrəc» qəbiləsindən min nəfərə yaxın insan müsəlmanlığı qəbul etdi. Onu da əlavə edək ki, hələ
84-cü ayə (nəhy ayəsi) nazil olmamışdan, Peyğəmbər (s) bu namazı qıldı. Beləliklə, Ömərin təsəvvür etdiyi
kimi Peyğəmbərin (s) bu hərəkətinə xəta deyilməz. Amma yuxarıda deyilən ayə (Tövbə - 84) nazil olandan
sonra Peyğəmbər (s) o münafiqə namaz qılsaydı, onda (nəuzu billah) buna xəta deyilərdi.

Buradan aydın olur ki, bu hadisədə xəta edən şəxs fəqət Ömərdir. Bunu özü də etiraf edərək deyir: «İslamda
böyük bir xəta etdim. O da, Peyğəmbər (s) Abdullah ibn-Ubəyyə namaz qılarkən, ona etiraz etməyim idi». {
Kənzul-Ummal, hədis 4404 }

Əhli-sünnət tərəfindən belə rəvayət edirlər ki, Bədr döyüşündə Ömər əsirləri qətlə yetirmək istəyərkən, guya
Peyğəmbər (s) onlardan fidyə almışdır. Ona görə də aşağıdakı ayələr Ömərin rəyini dəstəkləyib, Peyğəmbəri
(s) sərzəniş etmək üçün nazil olmuşdur:

Heç bir Peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər
əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey möminlər!) Siz
fidyə almaqla puç dünya malını istəyirsiniz, Allah isə axirətinizi qazanmağınızı istəyir. Allah yenilməz qüvvət
və hikmət sahibidir.

Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olmasaydı (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal
olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə müddətli bir əzab üz verərdi (toxunardı). {
8.Ənfal surəsi, 67-68 }

Zikr olunan ayələr barədə öz rəylərini təsdiq etmək üçün qondarma rəvayəti Peyğəmbərə (s) nisbət verirlər.

Həmçinin ayədə deyilən "Sizə şiddətli bir əzab toxunardı" - ayəsinin kimə işarələndiyini aşağıdakı rəvayətlə
izah edirlər:

Rəsulullah (s) Əbu-Bəkrlə birgə oturub ağlayaraq deyirdi: «İbn Xəttaba müxalif olduğumuz üçün Allah bizə
əzab verəcəkdi. Əzab da nazil olsaydı, İbn-Xəttabdan başqa heç kəs əzabdan qaça bilməzdi».

İlk öncə onu qeyd edək ki, bu ayələr Bədr döyüşündən əvvəl nazil olmuşdur.

Əbu-Sufyanın dəvələrini, mallarını almazdan əvvəl Rəsulullah (s) onunla döyüşərək alıb-almamasını məsləhət
etdi. Sonra Həzrət (s) səhabənin bu döyüş barəsində olan fikirləriylə maraqlandı. Onlar da müharibə
etmədən dəvələri və malları almağı üstün hesab etdilər. Zikr olunan ayələr müharibə etməmək fikrini üstün
hesab etdiklərinə görə nazil olmuşdur. Həmçinin ayədəki "nəhy", müharibə etmədən əsir aparmağı nəhy
etmişdir.

Ayədə zikr olunan təhdid Peyğəmbərə Şamil deyildir, müharibə etmədən, qan tökmədən əsir tutanlara
aiddir. Çünki, Rəsulullah (s) heç vaxt döyüşmədən əsir tutmazdı. Hələ Qureyşdən 70 böyük pəhləvanı qətl
etmişdir.

61
26. Əbu-Hüreyrənin çox hədis rəvayət etməsi
Əbu-Hüreyrənin çox hədis rəvayət etdiyinə görə ondan bir əhvalat nəql edirəm:

- Bütün hədis yazan alimlər ittifaq ediblər ki, Əbu-Hüreyrə Rəsulullahdan (s) ən çox hədis nəql edən şəxsdir.
Rəvayətə görə, Əbu-Hüreyrə Rəsulullahla (s) üç il, digər rəvayətə görə isə bir il doqquz ay səhabəlik etmişdir.
Əbu-Hüreyrədən Əhli-sünnətin səhih kitablarında 5374 hədis nəql olunub. Buxari ondan 446 hədis rəvayət
edib.

Əbu-Hüreyrə deyir: «Səhabələrin arasında məndən çox hədis nəql edən fəqət Abdullah ibn-Ömər oldu. O,
hədisləri yazar, mən isə yazmazdım». { Səhih-Buxari. Cild 1, səh 86. "Kitabul-ilm". }

Abdullah ibn-Ömər Rəsulullahdan (s) cəmi 722 hədis rəvayət etmişdir. Buxari onlardan yeddisini, Müslim isə
iyirmisini qeyd etmişdir.

Əbu-Hüreyrə Peyğəmbərlə (s) bir yerdə olmasının səbəbini belə izah edir:

Deyirlər ki, Əbu-Hüreyrə Rəsulullah (s) görüşmək üçün çox vədə alır. Həmçinin nəyə görə mühacir və ənsarın
Peyğəmbərdən Əbu-Hüreyrə kimi hədis nəql etdiklərini söyləyirlər? Mən isə onlara cavab verirəm ki,
mühacir və ənsarlar adətən öz işləri ilə (ticarətlə) məşğul olduqlarına görə Rəsulullahın (s) yanına gec-gec
gələrdilər. Amma mən isə yoxsul bir şəxsəm ki, özümü doyuzdurmaq üçün Rəsulullahın (s) yanında oluram.
Onlar Rəsulullahı (s) unudanda mən unutmazdım. { Səhih-Buxari. Cild 3, səh 313. «Kitab əl-muzarəə ma caə
fil-furs» babı. }

Digər rəvayətdə Əbu-Hüreyrə deyir: «Xalq mənim çox hədis danışdığımı söyləyir. Çünki, mən ipək köynək
geyinməmək, başqa-başqa insanlara qul olmamaq və xamır yeməmək üçün həmişə Peyğəmbərin (s) yanında
dolanar və qarnımı orada doyuzdurardım. Çox vaxt aclıqdan qarnıma çınqıl daşı bağlayardım. Bəzən qarnımı
doyuzdurmaq üçün, yanıma gələn şəxsə bir ayə tilavət etməyi öyrədərdim. O zaman miskinlərə ən çox
yardım edən şəxs Cəfər ibn Əbi-Talib idi. O, bizi evinə aparıb yedizdirərdi. Hətta evində yemək olmadığı bir
gündə bizə yağ tuluğunu verdi. Biz həmin boş tuluğu yarıb, yalıyardıq. {Səhih-Buxari. Cild 5, səh 47. «Kitab
Fəzailus-səhabə»; «Mənaqib Cəfər ibn Əbi-Talib» babı.}

Əbu-Hüreyrə, Cəfər ibn Əbi-Talibi ona həmişə yemək verdiyinə görə tərifləyərək deyir: O, bütün xəlq
olunanlar arasında, ayaqqabı geyinənlərdən, minik heyvanlarına minənlərdən və yer üzündə gəzən bütün
canlılardan, Rəsulullahı (s) çıxmaq şərtilə, fəzilətlidir. { Tirmizi. Cild 13, səh 189. «Dar əl-kitabəl-ərəbi». Beyrut
çapı; «Əl-Hakim» kitabında. }

Çox maraqlıdır ki, nəyə görə Əbu-Hüreyrə onu o biri səhabələrdən üstün bilib?

Müslim öz səhihində nəql etmişdir ki, Ömər ibn-Xəttab Əbu-Hüreyrəni, Rəsulullahdan (s) «hər kim «La ilahə
illəllah» kəlməsini desə, Cənnətə daxil olar» hədisini rəvayət etdiyinə görə döymüşdür. { Səhih-Müslim. Cild
1, səh 201. «Mən şəhidə la ilahə illəllah mustəyqinən dəxələ cənnə» babı. }

İbn-Əbdil-Birrdən olunan rəvayətdə Əbu-Hüreyrə deyir: «Sizin zəmanənizdə söylədiyim hədisləri Ömər ibn-
Xəttabın zamanında söyləsədim, məni dirrə (dəyənək) ilə döyərdi». { «Fiqhəs-Sirra» kitabı; müəllif: Şeyx
Muhəmməd Ğəzəli səh 41; 6 çap. }

Rəşid Rza adlı böyük fəqih deyir: «Əgər Ömər Əbu-Hüreyrənin yaşadığı qədər ömr etsəydi, bizə Əbu-
Hüreyrədən bu qədər hədis gəlib çatmazdı». { «Əl-Mənar» jurnalı. }

62
Mustafa Sadiq Ər-Rafei qeyd etmişdir ki, Əbu-Hüreyrə İslam aləmində hədis nəql edənlərin arasında ilk
töhmətlənmiş şəxsdir. { «Tarix adabul-ərab» kitabı. Cild 1, səh 278. }

Siffeyn döyüşündə Əbu-Hüreyrə Müaviyyəyə açıq-aşkar surətdə tabe olub dəstəklədi. Ona görə də
Müaviyyə onu qiymətli əşyalarla və Mərvan ibn-Həkəmin Mədinə şəhərinin vəlisi olacağı zaman onun naibi
təyin edərək mükafatlandırdı.

Əbu-Hüreynənin də maddi vəziyyəti xeyli dəyişdi.

Eyyub ibn Muhəmməd rəvayətdə belə deyir: «Əbu-Hüreyrənin kətandan toxunmuş iki köynəyi var idi. Biz
onun yanında ikən, O, həmin köynəklərdən birinə burnunu silib dedi; «Bəh-bəh, Əbu-Hüreyrə burnunu
kətana silir???». Sonra sözünə davam edib deyir: «Mən Peyğəmbərin minbəri ilə Ayişənin otağı arasında
ürəkkeçmə halım baş verər və elə oradaca yerə yıxılardım. Oradan keçənlər dəli olduğumu düşünüb, ayaqları
ilə boynumu təpikləyərdilər. Lakin bu hal məndə aclıq halı olanda baş verərdi». { Səhih-Buxari. Cild 9, səh
317. «Əl-itisam bil-kitab vəs-sunnə»; «ma zəkərən-nəbiyyuəla ittifaqi əhlil-ilm». }

Əbu-Hüreyrənin Bəni-Üməyyəni dəstəkləməyi onun, Peyğəmbərin (s) hədislərini gizlətməsinə bir dəlildir.
Bunu özü də etiraf edərək deyir: «Rəsulullahdan iki hissə hədis əzbərləşdim. Onlardan birini xalqa təbliğ
etdim, o birini isə gizlətdim. Əgər onu da etiraf etsəm, boynumu vurarlar». { Səhih-Buxari. Cild 1, səh 89.
«Kitabul-ilm», «Hifzul-ilm» babı. }

Deyilən bu hədislə uyğunlaşmayan digər bir hədisi də eşidək: «Xalq mənim çox hədis söylədiyimi deyir. Əgər
iki ayə Quranda olmasaydı, mən hədis rəvayət etməzdim: "Bizim aydın və hidayət edici dəlillərimizi insanlar
üçün bəyan etdiyimizdən sonra gizlədənlərə həm Allah lənət edər, həm də başqa lənət edənlər. Ancaq
tövbə edənlər, islah olanlar və gizlatdiklərini aşkar edənlərin tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul
edən və mərhəmətliyəm." { 2.Bəqərə surəsi, 159-160 } Bu hədisi Əbu-Hüreyrə nəql edir. { Səhih-Buxari. Cipd
1, səh 88. «Kitabul-ilm», «Hifzul-ilm» babı. }

Bu kimi güçlü dəlillərdən Əbu-Hüreyrənin həqiqəti və onun hədis nəql etməkdə əmin insan olub-olmaması
bəlli olur. O, hazırkı zamanda sultanlara moizə edən insanlara bənzəyir. Elə bu səbəbdən, şiələr onun
rəvayətini qəbul etmirlər.

Bu hədislərə tabe olanları və onu qəbul etməyənləri tənqid və töhmət edənləri rədd etməyə bu kifayətdir ki,
onlar Əbu-Hüreyrənin bu çür saxta hədislərinə etimad edirlər.

«İxtisar ulum əl-hədis» kitabında Əhməd bin-Hənbəl, Əbu-Bəkr Həmidi və Əbu-Bəkr Əs-Seyrəfi dedilər:
«Rəsulullahdan (s) yalandan hədis nəql edən şəxsə, hətta tövbə etsə belə etibar etmərik». { «İxtisar ulum əl-
Hədis» səh 111. }

Əs-Səmani söyləyir: «Yalandan bir hədis belə söyləyən şəxsin bütün söylədiyi hədisləri etibardan salmaq
vacibdir». { «Ən-Nəvəvi ət-təqrib» kitabı səh 14. }

Səhihi-Buxaridən Əbu-Hüreyrənin nəql etdiyi bir neçə hədisi nümunə olaraq qeyd edirik: «Allah-təala Əzraili
(ə) Musanın (ə) canını almaq üçün yerə nazil edəndə, Həzrət (ə) onun gözünə qüvvətli bir zərbə endirdi.
Əzrail (ə) geri dönərək Allaha şikayət etdi. Allah-təala da onun gözünü sağaldıb yenidən yerə nazil edib
dedi: «Musaya de ki, əlini inəyin üzərinə qoysun. Ona əli dəydiyi yerin tüklərinin sayı qədər ömür verdim». {
Səhih-Buxari. Cild 2, səh 236. «Kitab Əl-cənaiz». }

Digər rəvayətdə də Əbu-Hüreyrə deyir: -Qiyamət günündə Cəhənnəmə doldunmu? -deyə sual olunar.
Bundan sonra Allah-təala öz qədəmini Cəhənnəmə salacaq. Cəhənnəm də "qət-qət" deyə cavab verər. {
Səhih-Buxari. Cild 6, səh 353. «Kitabət-təfsir», «Həl min məzid» babı. }
63
Yenə də Əbu-Hüreyrə deyir: Rəsuləllah (s) buyurub: «Allah-təala adətən gecənin hissəsində dünya səmasına
enər və deyər: Kim bağışlanmaq istəyirsə, onu bağışlayaram. Kim məndən bir şey istəsə, ona verərəm. Kim
mənə dua etsə, duasını qəbul edərəm». { Səhih-Buxari. Cipd 2, səh 136. «Kitabut-təhəccud». }

Yuxarıdakı rəvayət, Əhli-sünnətin Allah-təalanın ərşdə qərar tutması əqidəsi ilə uyğun gəlmir. Əgər Əbu-
Hüreyrənin bu rəvayəti doğrudursa, o zaman Allah-təala Yerin səmasında sabit qalacaq və ərşə ucalması
mümkün olmayacaqdır. Çünki, Yerin kürəvi formada olması ilə əlaqədar, kecənin üçüncü hissəsi hər zaman
yer üzərində fırlanır. Görəsən, Əbu-Hüreyrə Yerin kürəvi formada olmasını dərk etsəydi, bu rəvayətləri
söyləməyə cəsarət edərdimi?

Digər rəvayətdə Əbu-Hüreyrə Peyğəmbərdən (s) nəql edərək deyir: «Bəni İsrail tayfası həmişə lüt halda
çimərdilər. Amma Musa onlardan kənar yerdə tək çimərdi. Onlar Musanın (ə) tək çimdiyini onun nöqsanlı
olduğuna işarə edirdilər. Bir gün Musa (ə) da çimmək istəyəndə, paltarını soyunub daşın üstünə qoydu. Bu
zaman daş uçub onun paltarını apardı. Lüt vəziyyətdə qalmış Musa (ə) paltarının ardınca gedəndə onun lüt
olduğunun şahidi oldular. Bundan sonra onlar Musanın (ə) nöqsanız olduğunu dedilər. Musa (ə) bu
əhvalatdan sonra paltarını götürüb, daşı vurmağa başladı... { Səhih-Buxari. Cild 1, səh 169. «Kitabul-ğusp»;
«Mən iqtəsələ uryanən vəhdəhu fi xəlvə» babı. }

Əbu-Hüreyrə Peyğəmbərdən (s) nəql edərək deyir: «Namaza nida olunan zaman, şeytan arxasını çevirib
müəzzinin səsi eşidilməyəcək dərəcədə yel buraxacaqdır. Namaz sona yetdikdən sonra yenidən gəlib,
namazın savabı ödənilənədək, arxasını çevirəcək. Namazın savabı veriləndən sonra insanı elə bir vəsvəsəyə
salar ki, namazı qılıb-qımadığını yaddan çıxarar. { Səhih-Buxari. Cild 1, səh 336. «Kitabul-azan»; «Fəzlu
muəzzən» babı. }

Əbu-Hüreyrə yenə də Rəsulullahdan (s) nəql edir: «Bir nəfər inəyə minib sürürdü. İnək başını döndərib o
şəxsə dedi: «Allah-təala məni minmək üçün deyil, yer şumlamaq üçün yaradmışdır. Mən, Əbu-Bəkr və Ömər
buna iman gətirdik.

«Bir gün qurd bir quzunu apardı. Çoban da onun dalınca düşdü. Bu zaman qurd üzünü çobana tutaraq dedi:
Çoban, məndən qeyrisi quzuları aslanlardan qoruya bilərmi?». Mən, Əbu-Bəkr və Ömər buna iman gətirdik. {
Səhih-Buxari. Cild 3, səh 297. «Kitab əl-muzarəə»; «İstemal əl-bəqər lil-hirasə» babı. }

Əbu-Hüreyrə bu hədisləri İzraillilərin əqidəsinə uyğun şəkildə nəql etmişdir. O, zahirdə özünü İslamı qəbul
etmiş şəxs kimi göstərən, lakin həqiqətdə yəhudi olan "Kəbul-Əhbar"la bir yerdə oturub-durduğuna görə
belə hədislər rəvayət edib.

Cənnətə daxil olmaq barəsində Əbu-Hüreyrə aşağıdakı rəvayəti etmişdir:

Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: Üzləri ay kimi parlayan yetmiş min müsəlman cənnətə daxil
olacaqlar. Bunu eşidən "Ukaşə ibn-Muhsai Əl-Əsədi" dedi: «Ya Rəsuləllah, mənim də onların arasında
olmağım üçün dua et! Rəsuləllah onu dua edəndə, Ənsardan bir nəfər ayağa qalxıb həmin hacəti
Peyğəmbərdən (s) dilədi. Bu zaman Peyğəmbər (s) ona dedi: «Ukaşə səni qabaqlamışdır!». { Səhih-Buxari.
Cild 7, səh 473. «Kitabul-libas»; «Əl-burud vəl-həbr vəş-şəmlə» babı. }

Digər bir rəvayətdə Əbu-Hüreyrə deyir: Bir gün Peyğəmbərin hüzurunda ikən O, dedi: «Mən yatmışdım.
Yuxuda gördüm ki, bir qəsrin kənarında bir qadın dəstəmaz alır. O qəsrin kimə məxsus olduğunu bilmək
istəyəndə, onun Ömər ibn Xəttabın mülkü olduğunu bildirdilər. O zaman Ömərin qeyrətli olduğunu
xatırlayanda, özümdən qorxub qaçdım...». { Səhih-Buxari. Cild 4, səh 306. «Kitab bədul-xəlq»; «Ma caə fi
sifətil-cənnə» babı. }

64
Beləliklə, Peyğəmbərə (s) nisbət verilən bəzi iftiraçı fətvalarla Əbu-Hüreyrənin rəvayətinə son qoyuruq. O
fətvalardan birini qeyd edirik:

Peyğəmbər (s) deyir: Əgər bir kəs icazəsiz olaraq sənin evinə baxarsa, onun gözünü daşla vurub çıxarsan, bir
günahın yoxdur. { Səhih-Buxari. Cild 9, səh 18; «Kitabud-diyat»; «Mən əxəzə həqqəhu au iqtəsəddunə
sultan» babı. }

Əbu-Hüreyrədən rəvayət olunan digər bir fətvada Peyğəmbər (s) deyir: «Heç vaxt ayaqqabınızı bir taylı
geyməyin. Ya ayaqyalın gəzin, ya da cüt geyin!».

65
27. "SƏHİH-BUXARİ"– yə bir baxış
Əhli-sünnətin Qurani-Kərimdən sonra hədis kitablarının arasında ən səhih saydıqları "Səhihi-Buxari" kitabına
nəzər salmağımız zəruridir. Çünki bu kitabda nəql olunan hədislərin hamısını səhih bilirlər. Hansı ki, o
hədislərin arasında Peyğəmbərin (s) məsumluğuna xələl yetirən bir sıra hədislər vardır.

Buxari 600 min hədisin içindən bu hədisləri cəm edərək kitab şəklinə salmışdır. O, bu kitabda fəqət səhih
hədisləri qeyd etmişdir. {«Muqəddimat şərhil-bari əla səhihil-Buxari» səh. 5. «Dar ihya turasil-ərəbiyyə» çapı.}

Bizim Buxariyə tutduğumuz irad ondan ibarətdir ki, O, hədislərin ravilərinin yalnız adil olması ilə kifayətlənir.
O, cəm etdiyi hədislərin mətninə nəzər salmır. Buna görə də qeyd etdiyi hədislərin mənası, biri digəri ilə eyni
gəlmir. Hədisin ravisini adil şəxs kimi fərz etsək də, yenə də onun hədisin bir hissəsini unutması mümkündür.
Bunlardan əlavə, nəql olunan hədislər kəlmə-kəlmə Rəsulullahın (s) dediyi kimi nəql olunmamışdır. Nəql
edən hədisin mənasını başa düşdüyü kimi nəql edib. Amma o hədisin mənasını düzgün başa düşüb-
düşmədiyi də məlum deyildir. Xüsusilə, hər hədisin sənədində silsilə yeddi və ya səkkiz nəfərin vasitəsilə
olmalıdır. Hələ bu şəxslərin adil olmasını da sübut etdirmək, xüsusən onların arasında münafiq olarsa, çox
çətin bir işdir. Çünki münafiqlərin qəlbində olanları Allah-təaladan başqa heç kəs bilməz. Beləliklə Buxarinin
cəm etdiyi hədislərinin səhihliyini sübut etdirmək üçün seçdiyi yolun nə qədər yanlış olduğu məlum olur.

Əhməd-Əmin adlı Misirli alim demişdir: «Buxarinin rəvayət etdiyi hədislərin sənədində bəzi ravilər inanılmış
şəxslər deyildir. Həmçinin məşhur mühəddislər onun rəvayət etdiyi hədislərin sənədində ravilərin 80 nəfərini
zəif bilmişlər». { «Zuhəl-islam» kitabı. (müəllif: Əhməd Əmin) Cild 2, səh 117 və 118. }

İndi isə Buxarinin səhih bildiyi və əhli-sünnətin əsrlər boyu boyun əydiyi bəzi hədisləri nəzərinizə çatdırırıq:

Qiyamət günü haqqında Əbi-Səid Xidri Rəsulullahdan (s) nəql edir: «Qiyamət günü xalq dağılandan sonra
Allaha ibadət edən adil və fasiqlər qalacaq. Onlara "xalq dağılıb getdi, siz nəyi gözləyirsiniz?" -deyə sual
olunacaq. Onlar da cavab verəcəklər ki, bizim onlara ehtiyacımız olan vaxtda bizdən ayrılıb getdilər. Bizə, hər
kəs öz ibadət etdiyinin dalıyca getsin - nidası gəldi. Biz də Allah-təalanı gözləyirik». Sonra Rəsulullah (s)
sözünə davam edir: «Onlar Allah-təalanın ilk dəfə gördükləri qiyasın tam əksinə olan bir qiyasda görəcəklər.
O gördükləri Allah da, mən sizin Allahınızam deyəcəkdir. Onlar da təəccüblənərək, məgər sən bizim
Allahımızsan? -deyə sual edəcəklər. Bu zaman Allah - Mənimlə yalnız Peyğəmbərlər danışa bilər -deyəcəkdir.
Onlar da «Allahın budundan tanıyarıq» deyə cavab verəcəklər. Allah-təala da öz budunu onlara göstərəcək.
Beləliklə, bütün möminlər Allaha səcdə edəcəklər». { Səhih-Buxari. Cild 9, səh 396. «Kitab ət-tauhid»;
«Vucuhun yauməizin nazirə» babı. }

Digər rəvayətdə Cərir ibn-Abdullah deyir: «Biz Rəsulullahla (s) birgə əyləşmişdik. O Həzrət (s) başını qaldırıb
(14 günlük) aya baxaraq, Qiyamət günü Allahı ayı gördüyünüz kimi görəçəksiniz... -deyə qeyd etdi». { Səhih-
Buxari. Cild 6, səh 355. «Kitabut-təfsir»; «Fəsəbbih bihəmdi rəbbikə» babı. }

Bu iki hədisi rədd etmək üçün kifayətləndiyimiz sübut odur ki, Buxaridə rəvayət olunan hədisdə Məsruq
deyir:

Aişəyəyə dedim: Ey anam! Muhəmməd (s) Allahı gördümü? Aişə onun sözündən o dərəcədə təəccübləndi ki,
tükləri biz-biz qalmışdı. Sonra ona dedi: Məgər sən bilmirsənmi ki, bu üç şeyi iddia edən şəxs yalançıdır?
Onlardan biri Muhəmmədin (s) Allahı gördüyünü iddia edənlərdir. ( Bu sözdən sonra aşağıdakı ayələri tilavət
etdi: )

«Gözlər onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır». { 6.Ənam surəsi, 103 }

66
«Allah bəşərlə vəhylə yaxud pərdə arxasından danışar». { 42.Şura surəsi, 51 } {Səhih-Buxari. Cild 6, səh 359.
«Kitabut-təfsir»; «Surət-ən-Nəcm» babı.}

Əllamə Əsgəri "Qiyamət" surəsinin (72-ci surə) 22-23-cü ayələrini belə təfsir etmişdir: «O gün neçə-neçə
üzlər sevinib güləcək». «Öz Rəbbinin əmrini gözləyəcəkdir!»

Həmçinin Yəqub peyğəmbərin oğluna nisbət verilən "Yusif" surəsinin (12-ci surə) 82-ci ayəsini də belə təfsir
etmişdir:

Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən doğru
danışanlarıq!

Buna bənzər ayələrin zahir mənası Allahın cism olduğunu bildirsə də, o ayələri təvil etmək vacibdir.

İzraillilərin əqidəsinə uyğun olan rəvayəti Əbdullah "Səhih-Buxari"də nəql edərək deyir: Yəhudi dinindən
olan ruhani, Peyğəmbərin (s) hüzuruna gəlib dedi: «Ya Muhəmməd, biz Allah-təalanın səmaları, ağacları,
suyu, torpağı və digər məxluqların hər birini bir barmaq üstə xəlq edib, sonra da "Mən Məlikəm" dediyinə
etiqad edirik.
Bunu eşidən Peyğəmbər (s) yüksəkdən gülüb yəhudinin sözünü təsdiq etdi və sonra aşağıdakı ayəni oxudu:
Onlar (yəhudilər): "Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir", -deməklə Allahı layiqincə
qiymətləndirmədilər". (6.Ənam surəsi, 91) { Səhih-Buxari. Cild 6, səh 317. «Kitabut-təfsir»; «Və ma
rədərullahə həqqə qədrihi» babı. }

İbn-Ömər rəvayət edərək deyir: Rəsulullah (s) dedi: «Gündoğuş və günbatış zamanı namaz qılmayın, çünki
günəş bu vaxtlarda şeytanın buynuzu arasında yerləşir. Ona görə səbr edin, gündoğuş və günbatışdan sonra
namaz qılın» { Səhih-Buxari. Cild 4, səh 319. «Kitab bədul-xəlq»; «Sifətu iblis və cunuduhu» babı. }

Görəsən, bu çür xurafatları təsdiq edib, onlara inanmaq mümkündürmü?

Bunlara əlavə olaraq, Əbu-Zərr Ğəffari rəvayət edərək deyir: «Günbatış zamanı Rəsulullah (s) Əbu-Zərrdən
soruşdu: «Günəşin haraya getdiyini bilirsənmi?» Əbu-Zərr cavab verdi: «Allah və rəsulu ələmdir». Həzrət
buyurdu: «Günəş ərşin altına daxil olaraq səcdə edir və izn istəyir, ona izn verilir. Hətta səcdə etməzdən
əvvəl də izn istəsə, izni qəbul olar, lakin sonradan səcdə etsə, səcdəsi qəbul olmaz. Yenə də izn istəsə, izni
qəbul olmaz və ona öz yerinə qayıtmağı əmr ediləndə, günəş yenidən məğribdən tülu edər. Bu da Allahın
dediyinə əsaslanır: «Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr
edər. Bu, yenilməz qüvvət sahibi olan və (hər şeyi) bilən Allahın əzəli hökmüdür (təqdiridir)». (36.Yasin surəsi,
38) { Səhih-Buxari. Cild 4, səh 283. «Kitabu bədi xəlq»; «Sifətuş-şəmsi vəl-qəmər bihusban» babı. }

Digər rəvayətdə Ömər ibn-Xəttab Peyğəmbərdən (s) nəql edərək deyir: «Meyyitə ağlamağın cəzasını həmin
meyyit çəkəcəkdir». { Səhih-Buxari. Cild 2, səh 212. «Kitabul-cənaiz» babı. } Halbuki, "İsra" surəsinin (17-ci
surə) 15-ci ayəsində Allah-təala belə buyurur: «Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da
ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz.»

Əbdullah rəvayət edərək deyir: «Bir gün Peyğəmbərə (s) bir nəfərin sübh namazına durmadığını dedilər.
Peyğəmbər (s) dedi: «O şəxsin qulağını şeytan nəcisləmişdir». { Səhih-Buxari. Cild 2, səh 135. «Kitabut-
təhəccud». }

Dediyimiz bu rəvayətlərlə kifayətlənirik. Bu kimi rəvayətləri nəql edən Buxari və onun "Səhih"i insanda bir
çox suallar doğurur. Eyni zamanda Buxarinin bir hədisi təsdiq etməsi o hədisin səhih olmasına dəlalət etmir.
Bununla Buxaridə olan hədislərin hamısının səhih olmadığı məlum olur. Buna əsasən, Allahı görmək, Onun
ayağını cəhənnəmə salması, Peyğəmbərin (s) məsumluğunun kamil olmaması, O Həzrətin (s) Quranı əzbər
67
bilməməsi, yaxud Musanın (ə) Əzrailin (ə) gözünü zədələməsi kimi insanın əqidəsinə zərər yetirən hədisləri
bir daha nəzərdən keçirmək vacibdir. Çünki bu xurafatlar və şübhələr düşmənlərin İslamı tənələməsinə
səbəb olar.

Nəticə etibarilə, biz müsəlmanlara vacibdir ki, bir çox hədis kitablarını, xüsusən "Buxari"-nin "Səhih"-ini, o
cümlədən səhabələrin Peyğəmbər (s) hüzurunda hansı mövqeyə malik olduqlarını araşdıraq. Çünki, bu kimi
məsələlər İslamın firqə-firqə olmasına və nəticədə zəifləməsinə səbəb olmuşdur.

68
BEŞİNCİ FƏSL

28. Müvəqqəti nigah


Nigahın bu növü mütə nigahı (siğə) adı ilə məşhurdur. Bu şəriətin doğru şərtlərini özündə cəm edən nigah
müqaviləsi ilə, məlum olan başlıq (mehriyyə) üzrə müəyyən vaxta qədər qadının bir kişi ilə evlənməsidir. Bu
nigahın rəsmiyyəti belədir ki, başlıq və vaxta görə razılıq və ittifaq yaranandan sonra, qadın kişiyə deyir:
"Qədəri məlum olmuş başlıq ilə müəyyən edilmiş vaxta kimi özümü sənə nigahlayıram". Burada qadın
müəyyən edilmiş vaxtı dəqiq şəkildə göstərməlidir. Kişi həmçinin həmin an cavab verməlidir: "Bu nigahı
qəbul edirəm". Başqa nigah müqavilələrində olduqu kimi, bu müqavilədə də vəkil təyin etməsi caiz (doğru)
sayılır. Müqavilə şərtləri tamam olandan sonra, həmin müqavilədə müəyyən edilmiş vaxt bitənə qədər qadın
kişinin arvadı, kişi də qadının əri sayılır. Əgər qadın və kişi istəsələr, müqavilədə təyin olunmuş vaxt
bitdikdən sonra, həmin vaxtı təzələyə və ya ömürlərinin axırına kimi uzada bilərlər. Qadına vacibdir ki, əgər
menstruasiya (aybaşı) olursa, müqavilədə təyin olunmuş vaxt bitdikdən sonra iki menstruasiya vaxtı ərzində
cinsi əlaqəyə girməkdən özünü saxlasın. Əgər həmin qadında menstruasiya (aybaşı) olmursa, 45 gün cinsi
əlaqədə olmamalıdır.

Mütədən (siğədən) əmələ gələn uşaq, istər qız olsun, istər oğlan, ata onlara görə məsuliyyət daşıyır. { Əl-
Rusulil-Nuhimmə; İmam Şərafuddin. }

Nigahın bu növü şiəlidikdə caiz sayıldığı üçün başqa məzhəblərin etiqadına görə ona nifrət edilir. Sual
doğuran cəhət budur: Şiəliyə nigahın bu növündən olan qanunlar haradan gəlibdir? Qanunun bu növünün
halal və ya haram olması üçün sərbəst qərar çıxardılırmı? Bütün bunların Quran və Peyğəmbər (s)
sünnətindən sübutu varmı?

Bu suallara cavab olaraq deyirik: Bütün müsəlmanlar öz məzhəbi ixtilaflarına baxmayaraq bu fikirdədirlər ki,
nigahın bu növü İslamın əvvəl çağlarından qanuna minmişdir.

Buxari, İbni-Abbasın bu sözünü rəvayət edir: "Biz peyğəmbər ilə din vuruşlarında iştirak edirdik və yanımızda
qadınlar olmazdı, buna görə dedik: Xədim olaqmı? (cinsi əlaqədən qalmış) Peyğəmbər bunu bizə qadağan
etdi və bundan sonra başlıq olaraq, qadına paltar verib, onunla evlənməyə bizə icazə verdi, sonra bu ayəni
oxudu: «Ey iman gətirənlər, Allahın sizin üçün halal etdiyi yaxşı şeyləri özünüzə haram etməyin». (5.Maidə
surəsi, 87.) { Səhih-Buxari. Cild 6, səh. 110, "Kitabut-təfsir". Bu ayənin təfsirinin babı. }

Quranın bu ayəsi nigahın bu növü üçün nazil olub: «İstifadə (yaxınlıq) etdiyiniz qadınların başlıqlarını
(mehrlərini) lazımi qaydada verin". { 4. Ən-Nisa surəsi, 24 }

Əhli-sünnə təfsirçilərinin əksəriyyəti qeyd ediblər ki, bu ayədə nəzərdə tutulmuş istimta (yəni yaxınlıq) mütə
nigahıdır.

İbni Abbas, Übeyy ibni Kəb və Səid ibni Cübeyr bu ayəni belə oxuyardılar: "İstifadə (yaxınlıq) etdiyiniz
qadınların mehrlərini təyin olunmuş vaxta kimi lazımi qaydada verin". { Təfsir ibn-Kəsir; Səhih-Müslim "Ən-
Nəvəvi" şərhi ilə cild 3, səh. 552. "Daruş-şəb" çapı. }

İbni Kəsir bunu öz təfsirində izah edərək belə qeyd etmişdir:

"Bu səhabələrin Quranın təhrifinə iman gətirmələri uzaqdır, bu işdə Quranın oxunuşuna deyil, təfsirinə
müraciət etmək labüddür..." { Təfsir ibn-Kəsir; }

69
Lakin, İslam tayfaları nigahın bu növünün davamlı olması haqqında ixtilafdadırlar və buradan meydana çıxan
sual budur: Mütə nigahı haram edilmişdir, yoxsa öz halallığında qalmışdır?

Aşağıdakı hədis sübut edir ki, Peyğəmbər (s) mütə nigahını qadağan etmədiyi halda vəfat etmişdir:

İmrandan rəvayətdir ki, buyurub: "Mütə (siğə) ayəsi Allahın kitabında nazil olmuşdu və biz onu Peyğəmbərlə
birlikdə həyata keçirərdik, Qurandan ona haram edən ayə nazil olmayıb və mütəni Peyğəmbər vəfat edənə
kimi qadağan etməmişdi, sadəcə bir kişi öz rəyinə əsasən istədiyini demişdir". { Səhih-Buxari. Cild 6, səh 34.
"Kitabut-təfsir"; "Fəmən təmətəə bil-umrəti iləl-həcc" babı. }

Belə rəvayətlər o yerə kimi işarə edir ki, bir nəfər bu nigahda öz rəyinə əsasən sərbəst qərar çıxarmışdır.
Səhihi-Buxari həmçinin Peyğəmbər (s) zamanında mütə fəslində ötən rəvayətə oxşar bir rəvayət söyləmişdir.
Lakin həmin rəvayət aşağıdakı kimi qısa şəkildə deyilmişdir:

İmrandan rəvayətdir: "Peyğəmbər zamanında mütə edərdik ki, Quranda nazil olmuşdu, lakin bir nəfər öz
rəyinə əsasən istədiyini demişdir". { Səhih-Buxari. Cild 2, səh 375. "Kitabul-həcc". }

Səhihi-Buxari üçün şərhi-bari kitabında qeyd edilib ki, burada nəzərdə tutulan kişi, xəlifə Ömər ibni Xəttab
olmuşdur. { "Şərhul-Bari əla səhihil-Buxari" Cild 4, səh 177; “Şərhun-Nəbəvi əla səhih-Muslim” Cild 3, səh.
364; "Daruş-Şəb" çapı. } Bunu təkidləndirmək üçün Əbu Nəzrəyə istinad edərək, Müslümün öz Səhihində
rəvayət etdiyini nəql edirik:

"Cabir ibni Əbdullahın yanında idim ki, bir nəfər onun yanına gəlib belə söylədi: İbni Abbas və ibniz-Zübeyr
iki mütə haqqında ixtilafdadırlar, Cabir belə buyurdu: O iki mütəni Peyğəmbər ilə birlikdə edərdik, sonra
onları həyata keçirməyi Ömər bizə qadağan etdi və biz bu işi tərk etdik". { Səhih-Muslim. Cild 3, səh. 556;
"Kitabun-Nigah"; "Əl-Mitə" babı. "Daruş-şəb çapı. "Ən-Nəvəvi şərhi ilə". }

Səhihi-Müslüm həmçinin Ətaya istinad edərək buyurub: "Cabir ibni Əbdullah ümrə həccindən gəlmişdi, biz
onun mənzilinə yığışmışdıq. Camaat ondan bəzi məsələləri soruşurdu, bu vaxt mütəni xatırladılar, buyurdu:
"Bəli, Peyğəmbər, Əbu Bəkr və Ömərin zamanında mütədən istifadə edərdik". { Səhih-Muslim. Cild 3, səh.
555; "Kitabun-Nigah"; "Əl-Mitə" babı “Daruş-şəb” çapı. "Ən-Nəvəvi şərhi ilə". }

Müslüm öz Səhihində Cabir ibni Abdullaha istinad edərək buyurmuşdur; "Peyğəmbər və Əbu Bəkr
zamanında bir ovuc xurma və undan başlıq verməklə mütədən istifadə edərdik, nəhayət Ömər, Əmr ibni
Hərisin törətdiyi işə görə mütəni qadağan etdi". { Səhih-Muslim. Cild Z, səh. 556; "Kitabun-Nigah"; "əl-Mitə"
babı. “Daruş-şəb” çapı. "Ən-Nəvəvi şərhi ilə". }

Əmr ibni Hərisin hekayəsi belədir:

Bir nəfər fəqir qadın onun qapısını döyür və həyatdə qalmasına bəs edəcək qədər ona təam verməsini
istəyib, yalvarır. həmin kişi qadının özünü ona təqdim edəcəyi halda ona bir şey verdiyini bildirir və belə
güman edir ki, onun bu hərəkəti mütə nigahıdır. Qadın məcbur olub, bu şərti istəmədiyi halda qəbul edir.
Xəlifə Ömər bu əhvalatdan xəbərdar olduqda, bərk qəzəblənir və onun bu qəzəbi həmin nigahı qadağan
etməyə gətirib çıxarır.

Bəlkə, bu nigahı həyata keçirən hər kəsi daş-qalaq etmək qərarına gəlir, Belə ki.

Müslümün öz Səhihində Əbu Nəzrəyə istinad edərək gətirdiyi rəvayət bunu aşkar edir:

"İbni Abbas mütə nigahına əmr edirdi, İbniz-Zübeyr isə onu qadağan edirdi və mən bunu Cabirin yanında
qeyd etdim. O, belə buyurdu: Peyğəmbər ilə bərabər mütə nigahı edərdik. Amma, Ömər öz xəlifəlik
70
dövründə belə buyurdu: Allah-təala öz Peyğəmbərinə istədiyi şeyi halal edir, buna görə həcc və ümrəni
tamamlayın və bu qadınların nigahı haqqında bir qərar çıxardın. Heç zaman bir qadınla nigah edən kişi, onu
başqasına həvalə etməməlidir. Əgər belə olarsa, mən onu daşlarla daş-qalaq edərəm". { Səhih-Muslim. Cild
3, səh 331. «Kitabul-Həcc»; «Məzahibul-uləma fi təhəllul əl-mutəmirəl-mutə mətti» babı. }

Səhihi-Tirmizi Abdullah ibni Ömərdən rəvayət edir ki, Şam əhlindən olan bir kişi ondan mütə nigahı
haqqında sual edir. O, belə buyurur: Mütə nigahı halaldır. Həmin kişi dedi: Axı atan onu qadağan etmişdir.
İbni Ömər belə buyurdu: Peyğəmbərin ona etdiyini, lakin mənim atamın qadağan etdiyini görə-görə? Sən
Peyğəmbər sünnətini tərk edib, atamın sözünə əməl edəcəksən?! { Səhih-Tirmizi }

Abdullah ibni Abbas mütə nigahının ayəsinin nəsx edilməməsi (ləğv edilməməsi) rəyinə görə ümmətin elmli
adamı kimi şöhrət qazanmışdı. Bunu Ziməxşəri özünün Kəşşaf adlı təfsirində gətirir və ibni-Abbasdan nəql
edərək buyurur ki, mütə ayəsi Quranın möhkəm ayələrindən biridir.

Səhihi-Buxaridə Əbu Cəmərə tərəfindən söylənilən rəvayət bunu daha da təkidli edir:

"İbni Abbasın mütə haqqında soruşulduğunu eşitdim, o buna icazə verdi. Onun yanında olan bir nəfər belə
dedi: həqiqətən bu, şiddətli hallarda olur. Qadınlarda isə oyanış və bu kimi hallarda olur. İbni Abbas belə
buyurdu: Bəli". { Səhih-Buxari. Cild 7, səh 36. «Kitabun-nigah» }

Təbərani və Sələbi öz təfsirlərində Əliyə (ə) istinad edərək nəql edirlər ki, o belə buyurub: "Əgər, Ömər mütə
nigahını qadağan etməsəydi, yalnız bədbəxtlər zina edən olardı".

Günün günorta çağı günəşin aşkar olduğu kimi, bütün bu dəlillərdə mütə nigahının halallığının davamlı
olmasını aşkar edir. Həmçinin, əhli-sünnə cumhurunun əksəriyyətinin buna qail olduğuna baxmayaraq, bu
günləri bunun əksinin şahidi oluruq. Belə zənn edirlər ki, bu nigaha aid olan ayə nəsx edilib. Amma, nəsx
edən (ləğv edən) qanun haqqında ixtilafda olublar. Bəziləri nəsx edənin Qurandan bir ayə olmasını, digərləri
isə sünnədən rəvayətlər olmasını qeyd edir. Biz hər iki rəyi qabağkı səhifələrdə ötüb keçən qəti sübutlu
hədislərə əsasən inkar edirik. Belə ki, bu hədislər peyğəmbərin mütə nigahını qadağan etmədən vəfat
etdiyinə dəlalət edir. Nəsx edənin Qurandan bir ayə olmasını qeyd edənlər bu ayəni dəlil gətirir:

"Onlar öz namuslarını qoruyurlar. Yalnız öz həyat yoldaşları və kənizlərindən başqa ki, onlarla yaxınlıq
etməklə danlanmazlar". { 23.Muminun surəsi, 5-6 }

Bu ayə Məkkədə nazil olub. Amma, mütə ayəsi Mədinədə nazil olub və ya mütə nigahının qanunveriçilik
hökmü Mədinəyə aiddir. Əvvəldə gələn hökm isə, sonradan gələn hökmü nəsx edə bilməz.

Nəsx edənin Peyğəmbərdən (s) rəvayət olunmuş sünnə olduğunu qeyd edənlər belə zənn edirlər ki, bunlar
hədislərdir. Halbuki, bu hədislər biri digəri ilə ziddiyyət təşkil edir. Bəzisi, mütə nigahının Xeybərdə, bəzisi
Autasda, digəri Məkkənin fəthi günündə, başqası Təbuk müharibəsində, bəzisi Qəza umrəsində, bəzisi də
Vida həccində nəsx edildiyini qeyd edir. Bütün bu rəvayətlərin aydın olmaması və biri-digəri ilə zidiyyət təşkil
etməsi, onların doğru olmaması üçün bir dəlildir. Bu rəvayətləri ayrı-ayrı şəxslərin xəbəri olmasını da bura
əlavə etsək, baxarıq ki, bu rəvayətlər Quranın mətninin hökmü müqabilində nəsxedici ola bilməz. Və bunun
qanunvericiliyi müsəlmanların icması tərəfindən sübut edilmişdir.

Çünki, icmaya görə nəsx etmə (ləğvetmə) ayrı-ayrı şəxslərin xəbəri ola bilməz. Allah-Təalanın sözünə istinad
edərək, bir Quran ayəsini digərindən başqası nəsx edə bilməz: "Heç bir ayəti ondan daha xeyirlisini və ya
ona bənzərini gətirməyincə, batil və ya tərk etmərik". { 2.Bəqərə surəsi, 106 }

Buna görə, bu küclü və mütə nigahının qanuni olmasını sübut edən mətnlərlə bərabər, Peyğəmbər də (s)
mütəni qadağan etməmişdi. Və Ömər öz xilafəti dövründə onu qadağan edənə qədər halallığında qalmışdı.
71
Biz bu düyünü aça bilmirik məgər ki, xəlifə Ömər öz zamanında müsəlmanlar üçün məsləhətli olması
cəhətdən rəyinə əsasən sərbəst qərar çıxartmışdı. Onun bu qərarı, zamana görə məsləhətli olub, dini deyil,
mədəniyyət cəhətcə qadağa idi ki, mütəni həyata keçirməyi qadağan etmişdi. Belə ki, xəlifə Ömər məqamca
daha böyük və itaət baxımından daha uca idi ki, Allahın halal buyurduğu bir işi haram edəydi və ya dində
olmayan bir şeyi dinə daxil edəydi. Çünki, Ömər bilirdi ki, Məhəmmədin (s) halal buyurduğu Qiyamətə qədər
halal, Məhəmmədin (s) haram buyurduğu Qiyamətə qədər haramdır. Buna görə, Ömərin bu istəyi dini deyil,
mədəniyyət və zamana görə qadağa olma labüdlüyüdür. Onun mütə nigahına qarşı sərt mövqeyi ilk mövqe
deyildi. Ömər öz ömrü ərzində kobudluq və sərtliyi ilə tanınmışdı. Və İslam, şəriət qanunlarını həyata
keçirmək üçün öz nəzərində ali məsləhət arzusunda olaraq, belə işlərdə sərbəst qərar çıxarardı.{ «Əsluş-şiə
və usuliha» kitabı. «Kaşiful-Ğita» }

Ömərin bəzi hökmlərdə sərt mövqedə olub, sərbəst qərar çıxartmasına aid olan misallardan biri də budur ki,
Peyğəmbər (s) və Əbu-Bəkr zamanında fərdi halda qılınan Ramazan nafiləsini (Təravih namazı adı ilə tanınır)
camaatla qılmağı müsəlmanlara əmr etmişdi. Buxari Əbu-Hüreyrəyə istinad edərək nəql edir ki, Peyğəmbər
(s) belə buyurub: "Hər kəs Ramazan ayını imanla və xalis niyyətlə oruc tuta, onun keçmiş günahları
bağışlanılar". İbni Şihab buyurub: Peyğəmbər vəfat etmişdi, müsəlmanlar hələ də bu əmrə tabe idi . Əbu-
Bəkrin xilafəti dövründə də bu iş belə davam edirdi. Ömərin xəlifəlik dövrlərinin əvvəlində də bu belə idi.
Sonra yenə buyurdu: Ramazan ayında bir kecə Ömər ibni Xəttab ilə məscidə getdim. Camaat qarışıq,
dağınıq halda idi. Biri dayanıb tək halda namaz qılırdı, digəri isə dəstə halında öz namazı ilə məşğul idi.
Ömər dedi: Mən belə görürəm ki, əgər, bunları bir qare başçılığı altında cəm etsəm bu, daha yaxşı olar.
Sonra qərara gəlib, camaatı Übeyy ibni Kəbin başçılığı altında cəm etdi. Başqa bir gecədə Ömərlə məscidə
gəlib gördüm ki, adamlar öz qareləri ilə namaz qılır. Ömər dedi: Bu yaxşı bidətdir. O kəslər ki, bu vaxtda
yatır, oyaq qalanlardan daha üstündür. Bununla gecənin axırını nəzərdə tuturdu. Lakin, adamlar gecənin
əvvəlində oyaq qalırdı". { Səhih-Buxari. Cild 3, səh 126. «Kitabu səlatut-təravih»; «Fəzlu mən qamə Ramazan»
babı. }

Həmçinin, həmin nafilə namazında (Təravihdə) bir daha özündən sərbəst qərar çıxartmışdı. Belə ki, həmin
namazın rükətlərinin sayını iyirmiyə çatdırmışdı. Ayişədən rəvayətdir, buyurur: "Allahın Rəsulu istər Ramazan
ayında, istər başqa vaxtda qılınan namazın rükətinin sayını on birdən çox artırmamışdı". { Səhih-Buxari. Cild
2, səh 137. «Kitabut-təhəccud». }

Lakin, xəlifə Ömərin bəzi müasirləri və ondan sonra gələn bəzi bəsit hədisçilər, xəlifənin mütə nigahını
qadağan etmə sirrini bilməkdən qəflətdə olublar və onun Allahın halal etdiyi bir işi haram etməsi ilə
öyünüblər. Onlar buna bəraət qazanıb, vəziyyətdən çıxmaq məcburiyyətində qalıblar. Amma, izn veriləndən
sonra Peyğəmbər (s) tərəfindən nəsx etmə çağırışından başqa bir şey tapmayıblar. Bu dolaşıqda dolaşıb
qalıblar. Onların gəlmələri bu qarışıqlıqda çaş-baş düşüb.

Söhbət açdığımız dolaşıqlıq və qarışıqlığın ən ucqar nöqtəsini görmək üçün aşağıdakı rəvayətə nəzər sal,
daha dəhşətlisi budur ki, bu rəvayəti nəql edən onu Əliyə (ə) nisbət vermişdir. Belə ki, Buxari öz Səhihində
nəql edir: "Əliyə (ə) dedilər ki, ibni Abbas qadınlara mütə nigahı etməyə pis baxmır. O, belə buyurdu: Allahın
Rəsulu Xeybər günü mütə nigahını və qırmızı gilin daxili hissəsini qadağan etmişdi. Adamların bəzisi deyib:
Əgər mütə nigahını etmək istəsələr, gərək hiyləyə əl atsınlar. Buna görə nigah fəsad törədəndir. Bəzisi deyib:
Nigah caizdir amma, şərt batildir". { Səhih-Buxari. Cild 9, səh 76. «Kitabul-ikrah»; «Əl-Hiylətu fin-nigah» babı.
}

Əgər onlar, xəlifənin mütə nigahını qadağan etmə səbəbini başa düşsəydilər, bütün bu dolaşıqlıq və qeyri-
təbiilikdən azad olardılar.

Mütə nigahına bundan əvvəl etdiyimiz baxış dini və tarixi tərəfdən idi. Amma əxlaqi və ictimai baxışa gəlincə,
mütə nigahının qanuni olması bəşər üçün rəhmət, çoxları üçün icazə olaraq gəlmişdir. Xüsusi ilə elm
axtarışında olan və ya ticarətlə məşğul olmaqdan ötəri səfərə çıxanlar və ya cihada gedənlər və ya sərhəd
72
bölgələrində keşikdə duranlar üçün bir izndir. Çox vaxt daimi nigahdan imtina etmə, onda olan çətinliklər və
ağır xərclərdən, həmçinin səfərə çıxanların halı ilə uyğunlaşmamaqdan irəli gəlir. Xüsusən, şəhvət odu
alovlandıqda və gəncliyin çiçəklənmə dövründə olanlar iki şeydən birini seçmək məcburiyyətində qalırlar:
Bunlardan biri, heç bir kəsə gizli olmayan ziyanlara və həlakedici nəfsin illətlərinə və uzunmüddətli
xəstəliklərə aparan məşəqqətə səbəb olan nəfsin cihadı və səbrdir. Digəri isə, ziyanlar və pis əməllərlə
dünyanı dolduran zinaya düşməkdir.

Bu səbəblər, Xəlici vaizlərindən-Şeyx Əhməd Əl-Quttan adlı birinin iddia edib, Fillipində olan ərəb tələbələri
üçün müvəqqəti nigahı həyata keçirtmək caizliyinə fətva verməsinə gətirib çıxartmışdır. Lakin, bu nigah
başqa adla "Nigah, təlaq tərkibidir" adı ilə səslənmişdir. Bu nigahın şərti belədir ki, kişi öz nəfsində təlaqı
(boşanmanı) gizli saxlayır və bu niyyəti heç kəsə bildirmir. Yəni bu, kişinin niyyətində müvəqqəti nigahdır və
qadının niyyəti və bilgisinə görə daimidir. Kişi özündə gizli saxladığı müddət bitdikdən sonra öz yoldaşını
boşayır.

Qadına yalan demə və aldatmanı özündə əhatə edən nigahın bu növünün ixtira edənləri etirafına və
Qurandan və ya Peyğəmbər (s) sünnəsindən buna bir dəlilin olmasına baxmayaraq, onlar öz qanunlarını; bu
nigahın zərəri hər bir halda zinanın zərərindən daha yüngüldür sözü ilə təmizə çıxardırlar!

İbni Abbasın mütə nigahı haqqında rəyi soruşulduqda, o, bu nigaha öz razılıq fətvasını verdikdən sonra,
yuxarıda adı xatırlanan şeyximiz həmin nigahın haram olması fətvasını vermiş və ibni Abbasın həmin fətvada
səhvə yol verdiyini vurğulamışdır. Və bunları şərh edərək əlavə etmişdir:

"Əgər alimlərin səhvi bizi izləsəydi, onda Allahsız olardıq" Quran və sünnədə halal buyurulan mütə nigahını
əvəz edərək, Əl-Quttanın rəyinə əsasən "Nigah təlaq tərkibidir" bidəti bu cür əmələ gəldi. "Əla bir şeyi başqa
bir şeylə dəyişdirmək istəyirsinizmi". Allahdan başqa heç kəsdə qüdrət və qüvət yoxdur.

73
29. Həcc mütəsi
Həcc mütəsinə gəlincə, onu Allahın Rəsulu (s) əmələ gətirərdi və Allah-Təalanın bu sözünü dəlil gətirərək bu
əməli etməyə əmr edərdi: "Hər kim ümrə-təməttüsündən sonra həcc-təməttüsünü yerinə yetirsə... bu hökm
Məscidül-həram (Məkkə) əhlindən olmayan üçündür". { 2.Bəqərə surəsi, 196}

Burada olan məqsəd həcc etməmişdən öncə həcc aylarında ümrə etməkdir. Və bu Məscidül-həram (Məkkə)
əhlindən olmayan hər bir kəsə vacibdir. Bəzən həcc-təməttüsü haqında, iki ehram: ümrə ehramı və həcc
ehramı arasında qalan müddətdə ehram qadağalarının icazəsi ilə ləzzətin yəni, mütənin (olduğu deyilib). {
İmam Şərafuddin «Fusulul-muhimmə» kitabı. }

Bu əməli də xəlifə Ömər pisləyib, onu qadağan etmişdir. Baxmayaraq ki, Peyğəmbər (s) bu əməli qadağan
etmədən vəfat etmişdi. Buxari Səid ibnil-Müseyyibə istinad edərək buyurur:

"Əli və Osman mütədə edilən ədalətsizliyə görə ixtilafda idilər. Əli buyurdu: Sən Peyğəmbərin etdiyi bir
əməli qadağan etmək istəyirsən. Əli bu iki mütədə olan əməli görmədikdə, onların hər ikisinə özü əməl
etməyə başladı". { Səhih-Buxari. Cild 2, səh 374. «Kitabul-Həcc». }

Buxarinin öz Səhihində gətirdiyi aşağıdakı hədisə nəzər sal. Bu hədis, Peyğəmbərin (s) qəti mətnlərində bir
nəfər şəxsin sərbəst qərar çıxartmasını aşkar edir: Həkəmdən rəvayətdir, buyurur: "Osman ilə Əlinin şahidi
oldum ki, Osman mütəni qadağan edir və iki mütəni birləşdirmək istəyirdi. Əli bunu gördükdə, hər iki
mütəyə əməl etməyə başladı: Ləbbeyk olsun ümrə və həcc mütəsinə və buyurdu: Bir nəfərin sözünə görə
Peyğəmbərin sünnəsini tərk etmərəm". { Səhih-Buxari. Cild 2, səh 371. «Kitabul-Həcc». }

Əli ələyhissəlamın burada işarə etdiyi "bir nəfər" Ömər ibni Xəttabdır, necə ki, biz bunu əvvəlki səhifələrdə
aydınlaşdırmışdıq.

Osmanın buradakı rəyinə gəldikdə isə, o bundan irəli gəlir ki, onun üçün bey ət edildikdə, Əbdürrəhman ibni
Auf xəlifə Ömər vəfat etməzdən qabaq onun əmri ilə Osmanın qarşısına Allah kitabına, Peyğəmbər (s)
sünnəsinə və iki şeyxin yoluna əməl etmə şərtini qoymuşdu. İki mütəni qadağan etmək iki şeyxin getdiyi yol
çərçivəsində idi ki, Osman bundan yan keçə bilməzdi. Çünki, Osman bu şərtə əməl etməsəydi, xilafətə yetişə
bilməzdi. Xəlifə Ömərin bu sözü mütəvatir (dəqiq) hədislərdəndir: "Peyğəmbər zamanında olan iki mütəni
mən qadağan edirəm". { «Təfsirur-Razi Əl-Kəbir» Cild 5, səh 153. «Dar ihya ət-turas əl-ərəbi» çapı; «Ət-
Təbərani». }

İki mütədən-qadın və həcc mütəsini nəzərdə tuturdu. Xəlifə Ömərin bu sözü, onun iki mütəni qadağan etmə
hökmünə əməl etməsini aşkar edir.

Bu əməl başqasından deyil məhz ondan baş vermişdir. Belə ki, Ömər özü Peyğəmbər (s) zamanında iki
mütənin olub, onun qadağan olmadığını söyləmişdir. Bəlkə, qadağanı özünə istinad edərək buyurmuşdur
"Mən bu iki mütəni qadağan edirəm".

Xəlifə Ömərin bu kəlamı müqabilində bu sözü söyləyənə Allah rəhmət etsin: "Xəlifə Ömərin şəhadətini qəbul
etdik, lakin onun qadağasını qəbul etmərik".

Bu bir həqiqətdir ki, hər kəs bizim İslam tarixini mövzu və təəsübkeşlikdən uzaq olaraq vərəqləsə, xəlifə
Ömərin sərbəst qərar çıxartdığı əməllərdən (iki mütə və Təravih namazını bura əməl etməklə) bir çox başqa

74
hökmlərin şahidi olar. Peyğəmbərin (s) möhkəm mətnlərinin bu hökmlərə zidd olmasına baxmayaraq, əhli-
sünnə nəsillərin ifadələrin əmələ gələn bu ictihadları (sərbəst qərar çıxartmaları) qəbul etmiş və
peyğəmbərin bunlara əməl etməsinə güman etmişlər!!

75
ALTINCI FƏSİL

30. Mehdiyi-Müntəzər
İslamın bütün firqələri, dünyanın sonunda bir şəxsin zühur edib, dünyanı ədalətlə dolduracağı fikrində
müttəfiqdirlər. O şəxs yer üzündə yeganə haqq dövlətini bərqərar edəcəkdir. Necə ki, Allah-təala Qurani-
Kərimdə buyurmuşdur: "Və biz Zəburda Tövratdan sonra yazmışıq ki, mənim saleh bəndələrim bu yeri irs
aparacaq". { 21.Ənbiya surəsi, 105 }

"Biz yer üzündə zəif düşüb əzilənlərə minnət qoyub onları başçı və varis etmək istədik" { 28.Qəsəs surəsi, 5 }

"Onlar Allahın nurunu (dəlillərini, İslam dinini, Quranı) batil sözləriylə (ağızlarıyla) söndürmək istəyirlər. Allah
isə, kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər".

"Müşriklərin xoşuna gəlməsə də, (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün, Peyğəmbərini doğru
yolla və haqq dinlə göndərən Odur!" {9.Tövbə surəsi, 32-33 }

Peyğəmbər (s) bəyan etdi ki, həmin şəxsiyyət onun Əhli-beytindəndir. Daha sonra buyurdu: "Adı adımla
eyni, Əhli-beytimdən olan bu şəxsiyyət dünya məhv olmamış, zamanın sahibi olar." { "Səhih-Tirmizi" Cild 9,
səh 74; "Əbu-Davud". Cild 2, səh 7; "Müsnədi-Əhməd". Cild 1, səh 376. }

Əbu-Səid Xudri Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: "Qiyamət olmamış, Əhli-beytimdən bir şəxs
zühur edib, zülm və fəsadla dolu olan dünyanı ədalət və insafla bərqərar edəcəkdir." { "Mustədrək-səhihəyn"
Cild 4, səh 557; "Musnədi-Əhməd" Cild 3, səh 36. }

Əbu-Hureyrə də Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: "Dünyanın sonuna bir gün belə qalmış olsa,
Allah-təala o bir günü o qədər uzadar ki, mənim Əhli-beytimdən bir nəfər zühur edib dünyaya malik
olsun." { "Sünən ibn-Macə", "Cihad" babı. }

Başqa bir yerdə Ummu-Sələmə Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir: “Mehdi (ə) Fatimənin
(ə) övladından olmalıdır.”

Həmçinin Peyğəmbər (s), İsanın (ə) dünyanın sonunda zühur edib, Mehdiyə (ə) iqtida edəcəyini də xəbər
vermişdir. Əbu-Hüreyrə rəvayət edir ki, Peyğəmbər (s) müsəlmanlara xitabən buyurur: "Məryəm oğlu İsanın
(ə) imama iqtida etməsini görəcəksiniz." { "Səhih-Müslim" Cild 1, səh 373; "Nuzulu İsa ibn-Məryəm" babı,
"Daruş-Şəb" çapı. }

"Şərhi-Səhihil-Buxari" kitabında "Əl-Hafiz" demişdir: "Mütəvatir hədislərə görə, Mehdi (ə.c) bu ümmətdəndir
və Məryəm oğlu İsa (ə) nazil olduqda (namazda) ona iqtida edəcəkdir." { "Fəthul-Bari" Cild 5, səh 362. }

"Rabitətul-aləmil-İslami" müəssisəsinə tabe olan "Məcməul-Fiqhi" 1976-cı ilin May ayının 31-də "Əl-Mehdil-
Muntəzər" haqqında aşağıdakı fətvanı yaymışdır:

- Mehdi (ə.c), Muhəmməd - ibn Əbdullah Əl-Həsəni Əl-Ələvi Əl-Fatimi Əl-Mehdi, “Maudul-Muntəzəri” (vədə
verilən), zühuru Qiyamət gününün əlamətlərindən olan, məğrib tərəfdən zühur edən, Məkkədə "Rükn"lə
"Məqam"ın arasında, "Həcərul-Əsvəd"lə “Kəbəyi-Müşərrəffə”nin qapısı arasında beyət olunan şəxsiyyətdir.
Dünya fəsad, zülm və küfrlə dolu olan zaman o şəxsiyyət zühur edib dünyanı ədalətlə dolduracaqdır.
Dünyaya hakim olan bu şəxsə istər elm, istərsə də hərb sahəsində hamı ona tabe olacaqdır.

76
Dünyaya yeddi il hakim olduqdan sonra, İsa (ə) nazil olub, Dəccal qətlə yetiriləcəkdir. Yaxud Mehdilə (ə)
birlikdə nazil olub, Fələstin torpağında "Lud" qapısında Dəccalı qətlə yetirərlər.

"Səhih" kitablarda Peyğəmbərdən (s) rəvayət olunan 12 "raşid" xəliflərin sonuncusu Mehdidir (ə). O Həzrətin
zühuruna etiqad etmək vacibdir və bu da əhli-sünnətin əqidəsidir. Bunu yalnız sünnətə cahillik edən və
əqidəsində bidət əhli olan şəxslər inkar edər".

Beləliklə, Peyğəmbərin (s) bəşarət verdiyi Mehdinin (ə.c) on ikinci xəlifə olması barədə əhli-sünnət və şiələr
müttəfiqdirlər. Lakin bir neçə məsələlərdə müxtəlif rəylər mövcuddur:

1.Əhli-sünnətin bir qismi İmam-Mehdinin (ə.c) zamanın axırında doğulaçağına etiqad edirlər. Amma şiələr
isə, bunun əksinə olaraq etiqad edirlər ki, O Həzrət 255-ci hicri ilində anadan olmuş və atası şiələrin on
birinci imamı, İmam Həsən-Əsgəridir. Şiələrin başqa bir inancı da budur ki, Allah-təala İmam Mehdini (ə.c)
bir hikmət səbəbindən gözlərdən qeyb etmiş və zamanın sonuna qədər O Həzrəti (ə.c.) yaşadacaqdır.

2."Adı, mənim adıma bənzəyən, atasının adı atamın adına bənzəyən" rəvayətinə istinadən, eləcə də bundan
əvvəl deyilən fətvaya əsasən, əhli-sünnət etiqad edir ki, İmam Mehdi (ə.c) İmam-Həsənin (ə) nəslindəndir və
atasının da adı Əbdullahdır.

Şiələrə gəldikdə, onlar Mehdinin (ə.c) İmam Hüseynin (ə) nəslindən olub, atasının İmam Həsən-Əsgəri adı ilə
tanındığını söyləyirlər. Bunu, Peyğəmbərin (s) "Adı mənim adımdan, atasının adı oğlumun adındandır" hədisi
ilə sübut edirlər.

İmam-Mehdinin (ə.c) beş yaşında ikən imamətə yetişdiyinə etiqad edən şiələrin fikrinə sünnət əhli tənə edir.
Bu tənə, onların əsəbiyyətlərindən irəli gəlir və əcdadlarından qalan əqidəyə uyğun olmayan başqa əqidəli
şəxslərin dəlilini nəzərə

almadan, onları batil bilirlər. Bu sözlərə cavab veririk:

* Əhli-sünnətin bir çox alimləri etiqad edirlər ki, Mehdi (ə.c) İmam Həsən-Əsgərinin (ə) övladıdır. O Həzrət
dünyanın sonunda zühur edəcəkdir. Bu əqidədə olan alimlərin bir neçəsinin adını aşağıda sadalayırıq:

1. Muhiyəddin ibn-Ərəbi "Əl-Futuhat əl-Məkkiyyə" kitabı.

2. Sibt ibn-Cauzi "Təzkirətil-Xəvas" kitabı.

3. Əbdul-Vəhhab əş-Şərani "Əqaid əl-əkabir" kitabı.

4. İbn-Xəşşab "Təvarix vəl-məvaid əimmə və fəvatir" kitabı.

5. Muhəmməd Əl-Buxari Əl-Hənəfi "Fəslul-Xitab" kitabı.

6. Əhməd ibn-İbrahim Əl-Bəlaziri "Əl-hədis əl-mutəsəlsil" kitabı.

7. İbnus-Səbbağ əl-Maliki "Əl-fusulul-Muhimmə" kitabı.

8. Əl-Arif Əbdur-Rəhman "Miratul-Əsrar" kitabı.

9. Kəmaluddin ibnu-Təlhə "Mətalib əs-suul fi mənaqib ər-rəsul".

77
10.Əl-Qunduzi Əl-Hənəfi "Yənabiul-Məvəddə" kitabı və s... { Bu qaynaqları Ticani Səmavinin "Li əkunə məəs-
sadiqin" (“Doğrularla birgə”) kitabından əxz etdim. }

* İmam Mehdi (ə.c) haqqında şiə əqidəsinin əksini sübut etdirən bir dəlil mövcud deyildir. Çünki, Mehdinin
(ə.c) qaib olmasına bənzər bir çox möcüzələr zikr edilmişdir. Buna misal, Nuhun (ə) 950 il ömür sürməsidir. {
Ənkəbut surəsi, 14} Eləcə də "Əhli-Kəhf"in 309 il yatmış vəziyyətdə qalması istisna olunmur. Allah-təalanın
İsaya (ə) qətldən nicat verməsi və onu qeybə çəkməsi və həmçinin Xızır Peyğəmbərin (ə) indiyə qədər sağ
qalması və gözlərdən qeyb olması da deyilənlərə misaldır. Uca Allahın bu möcüzələrindən əlavə, İmam
Mehdinin (ə.c) atasının vəfatından sonra beş yaşında ikən imamətə yetişməsini, eləcə də südəmər uşaq ikən
Məryəm oğlu İsanın (ə) beşikdə Peyğəmbərliyə yetişməsini xüsusilə qeyd etmək lazımdır. Bu barədə
"Qurani-Kərim"də deyilir: "Məryəm onun özü ilə danışın, deyə uşağı işarə etdi onlar: "Beşikdə olan uşaqla
necə danışaq?" -dedilər. Allahdan bir möcüzə olaraq körpə dilə gəlib dedi: "Mən, həqiqətən, Allahın
quluyam. O, mənə kitab verdi özümü də peyğəmbər etdi." { 19.Məryəm surəsi, 29-30 }

"Ey Yəhya! Kitabdan bərk yapış. Biz uşaq ikən ona hikmət verdik" { 19.Məryəm surəsi, 12 }

Əgər bütün bü möcüzələrin yalnız Peyğəmbərlərə məxsus olduğu iddia edilsə, cavab budur ki, Peyğəmbərin
(s) vəfatından sonra möçüzələrin aradan getməsi barədə bir dəlil mövcud deyildir.

"Əhli-Kəhf"in Peyğəmbər olmadıqları hamıya məlumdur. Həmçinin Allah-təalanın İblisin (l) ömrünü Qiyamət
gününədək uzatmasını da misal göstərmək olar.

İmam-Mehdinin (ə.c) qaib olması əqidəsində olanlara etiraz edənlər, O Həzrətin hansı məqama malik
olduğunu dərk etmirlər. Hansı ki, Onun İsanın (ə) (namazda) imamı olması deyilənlərdən bəllidir. O İsa (ə) ki,
Allah-təala onu beşikdə, südəmər ikən peyğəmbər qərar vermişdir.

Beləliklə, əgər Rəsuləllahdan (s) sonra xəlifə olmaq və O Həzrətin risalətini qorumaq üçün Allah-təalanın on
iki imamı seçdiyini əhli-sünnət yəqinləşdirsə, o zaman İmam-Mehdinin (ə.c) zühur edib, haqqa nicat verəcəyi
onlar tərəfindən qəribə hal kimi qarşılanmaz.

Görəsən nəyə görə sünnət-əhlinin əksəriyyəti öz məzhəblərinə uyğun rəvayətləri qəbul edib etiqad edirlər?
Hansı ki, bu rəvayətlər Quranda zikr edilməyən, Buxari və Müslim kimi şəxsiyyətlərin kitablarından çatan
qəribə rəvayətləridir. O rəvayətlərdə Allah-təalanın kecənin axırında səmaya nazil olduğu, Qiyamət günü
ayağını Cəhənnəm oduna salacağı iddia olunur. Onlar Peyğəmbərin (s) səhv etdiyini, O Həzrətə sehrin təsir
etdiyini, yaxud Quranı unutduğunu etiraf edirlər. Həmçinin rəvayət edirlər ki, Musa (ə) Əzrailin gözünü
çıxarmışdır.

Onlar Əbu-Bəkrin imanını bütün İslam ümmətinin imanından üstün hesab edirlər. Yaxud da "Sariə" adlı
məşhur hadisəyə əsaslanaraq, Ömərin bir baxışla minlərlə kilometr uzaqlığı görməyə malik olduğuna
inanırlar. Bundan başqa, Peyğəmbərin (s) -Məndən sonra peyğəmbər olsa idi, Ömər olardı - dediyini və ya -
Məlaikələr Osmanı görəndə utanardılar - dediyini etiraf edirlər.

Bu kimi bir çox xəstə rəvayətlər və hekayətlər əhli-sünnətin əqidəsidir. Amma başqa əqidəli müsəlmanların
dediklərini fikirləşmədən rədd edirlər. Əgər əhli-sünnət tərəfindən İmam-Zamanın (ə.c) qaib olması barədə
bir rəvayət mövcud olsaydı, təbii ki, onlar bu rəvayəti araşdırmadan, əqidəli bir şəkildə qəbul edər, bu
əqidədə olanları da tənqid etməzdilər.

Onlarla mübahisəyə qatıldıqda, təəccübləndirici fikirlərə təsadüf etdim. Onlardan biri mübahisə zamanı
şiənin etiqad etdiyi siğəni inkar edirdi. Sonradan sünni alimlərinin qul-kəniz ticarətinin halal bildiklərini ona
deyəndə, öz rəyini dəyişdirib dərhal qəbul etdi. Lakin siğə barəsində əhli-sünnətin rəyinin halal olduğunu

78
söylədikdə, qəbul etmədi. Hətta "Səhih-Buxari"dən ona bu barədə dəlil göstarəndə öz fikrindən dönməyib,
siğənin haram olduğunda israr etdi.

Daha təəccüblüsü budur ki, bir qədər əvvəl deyildiyi kimi, sünnilərin etiqad etdiyi əsassız rəvayətləri
(Peyğəmbərin (s) Quran ayələrini unutduğunu, yəhudi sehrinin O Həzrətə təsir etməsini, Musanın (ə) Əzrailin
gözünü çıxarmasını) şiələrin adı ilə onlara söyləyəndə, bu kimi fikirlər onlara gülünc gəlir və bütün
deyilənləri inkar edirdilər. Amma deyilən rəvayətlərin "Səhih-Buxari" kimi sünni mənbələrində mövcud
olduğunu onlara bildirəndə, dərhal qəbul edir və sanki əqidə üsullarından biri kimi bu rəvayətlərə inanırdılar.

Bütün bunlar kor-koranə təəssübkeşlikdir. Bunu edənlər həqiqətə göz yumurlar. Həqiqətə göz yummaq isə,
onun vücudunu məhv edə bilməz.

Yer üzündə Nəsrani, Yəhudi və müsəlmanların zamanın axırında bir imamın zühur edəcəyini etiraf etmələrinə
baxmayaraq, O Həzrət zühur etdikdə, onlar ixtilaflarla qarşılaşacaq və bu ixtilaflar nəticəsində böyük bir
sınaqdan keçəcəklər.

Bəzi rəvayətlərdə xəbər verilir ki, bu zaman müsəlmanlar "Kor-Dəccal"a tabe olub, Mehdiyə (ə.c) qarşı
müharibə edəcəklər.

Əhli-sünnətin etiqad etdiyinə əsasən, adı çəkilən Dəccalın alnına "kafir" kəlməsinin yazıldığı fikrini
həqiqətdən uzaq bilirəm. Çünki, alnında açıq-aşkar "kafir" kəlməsi yazılan şəxsiyyətə müsəlmanların tabe
olması inandırıcı deyildir. Həmçinin "kafir kəlməsini yalnız möminlər oxuya biləcəg" fikrini iddia edənlər də
yanılmışlar. Əgər bu söz doğrudursa, o zaman nəticəsi qabaqcadan bilinən imtahan faydasız olar. Buradan
aydın olur ki, Dəccalın kor olması və müsəlmanların ona tabe olması fikri əsassızdır.

Vaxtı ikən, bu təəcübləndirici rəvayətlər məni heyrətləndirirdi. Necə ola bilər ki, Allah-təalanın zəfərə nail
etdiyi İmam Mehdinin (ə.c) intizarında olan müsəlmanlar ona beyət etməyib, müharibə etsinlər?!

Sünni və şiə məzhəbi arasında İmam-Mehdi (ə.c) haqqında mövcud olan ixtilaflı məsələləri araşdırdıqda,
şiələrin o şəxsiyyətə böyük etiqad bəslədiklərini və onu on ikinçi imam kimi gördüklərini yəqinləşdirdim.
Bundan sonra təəccüb doğuran məsələlər mənə aydın oldu.

Bəli, şiələrin imamı zühur etdikdən sonra ona beyət olunacaq. Lakin əhli-sünnətin bəzi təəssübkeş insanları
bu imamı qəbul etməyib, intizarında olduqları imamın sünni olacağını irəli sürəcəklər.

Müasir zamanımızda əhli-sünnətin şiələrlə ixtilafda olduğu bəllidir. İranda İslam inqilabına və onu həyata
keçirən şəxsə tənə vurmaları buna misaldır. Bu qərəzliyin meydana gəlməsini onlar özləri də dərk etmirlər.
Bu mövqeyi İslam ümməti arasında bərqərar edənlər, İslamın açıq-aşkar düşmənləridir.

İnqilabın həyata keçməsi barədə "Səhih-Buxari"də Əbu-Hureyrədən nəql olunan rəvayətdə deyilir: "Cümə
surəsi Peyğəmbərə nazil olarkən, biz də onun yanında idik. ("Başqa bir topluya ki, hələ onlara
qoşulmayıblar" { 62.Cümə surəsi, 3 } ) Əbu-Hüreyrə belə davam edir: "Mən Rəsuləllahdan bunların kim
olduğunu üç dəfə təkidlə soruşanda, O Həzrət mənə cavab vermədi. Salman-Farsi də həmin məclisdə
əyləşmişdi. Rəsuləllah əlini onun çiyninə qoyaraq dedi: "Əgər iman dan ulduzunda olarsa, bunlardan (yəni
Salmandan) ona bir və ya bir neçə nəfər çata bilər.”

Həmçinin Allah-təala onlara işarə edərək buyurmuşdur: Budur siz Allah yolunda sərf etməyə çaqırılan
kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik
etmiş olar. Allah zəngin siz isə yoxsulsunuz. Əgər ondan üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa
bir qövm gətirər" { 47.Muhəmməd surəsi, 38 }

79
Rəsuləllah (s) bu ayəni nəql edəndə ayədəki "...Başqa bir qövm gətirər" kəlamının kimlərə işarələndiyini O
Həzrətdən (s) soruşanda, əlini Salmanın dizinin üzərinə qoyaraq belə cavab verdi: "Bunu və qövmünü".
Sonra sözünə belə davam etdi: "Əgər din dan ulduzunun üzərində olarsa, ona farslardan bir neçə nəfər çata
biləçəg". { Təfsir ibn-Kəsir, "Əl-Qurtubi". "Durul-Mansur" və "Ət-Təbəri". }

Buna əlavə olaraq Peyğəmbər (s) müasir zamanımızda belə müsalmanların arasında fitnə-fəsad yaradanları
hələ öz dövründə ikən tənqid etmişdir. İbn-Ömərdən gələn hədisdə belə deyilir: "Rəsuləllah (s) bir gün - Ey
Allahım! Şamımıza, {1} Yəmənimizə bərəkət ver - deyə dua edirdi. Başqa şəxslər Nəcdimizə {2} də bərəkət
ver deyə dua edirdilər. Amma Rəsuləllah (s) yalnız Şam və Yəməni dua edirdi. Onlar "Ya Rəsuləllah (s), bəs
Nəcdimizə?!" deyə təəccüblənərək soruşdular.

İbn-Ömər deyir ki, bu hal üç dəfə təkrar olunduqdan sonra belə zənn etdim ki, Rəsuləllah (s) üçüncü dəfə
belə dedi: "Oralarda zəlzələlər, fitnə-fəsadlar və şeytanın burnu peyda olunar." { Əl-Buxari. Cild 9, səh 166.
"Kitabul-Fitən", "Əl-Fitnə min qibəlil-məşriq" babı. } (Şam – qədim zamanlarda, indiki Suriyaya, Fəlastinə və
İordaniyaya deyilirdi. Nəcd – Saudiyyə Ərəbistanında bir məntəqə adıdır. )

Mən (müəllif) bu hədisin axırındakı işarələrin Vəhhabilərə aid olduğunu yəqinləşdirdim. Bu təriqəti yaradan
Nəcdin Əl-Uyeynə kəndində dünyaya gələn Muhəmməd ibn-Əbdül-Vəhhabdır. Bu təriqətdə olanlar Tövhidi
gözdən pərdə olaraq asıb, bu pərdənin altında olan xəbis məqsədləri isə bütün İslam məzhəblərini və
xüsusən də, Əhli-Beytə (ə) tabe olanları müşrik adlandırmaqdır.

Məsələn; onlar Peyğəmbərləri, övliyaları, salehləri vasitə qərar verməklə Allaha dua etməyi müşriklik kimi
qələmə verirlər. İş burasındadır ki, onların sözlərinin əksini "Səhih-Buxari"də Ənəsin nəql etdiyi rəvayət
aşkara çıxarır. O deyir: "Yağış kəsilən vaxt Ömər ibn-Xəttab istisqa edəndə, Peyğəmbərin (s) əmisi Abbas ibn
Əbdul-Mütəllibi özü ilə aparıb belə dua edərmiş: – Ey Allahım! Peyğəmbərlə sənə təvəssül edəndə, bizə
yağış əta edirdin. İndi isə Peyğəmbərin əmisi ilə sənə təvəssül edirik, bizə yağış göndər!" Ənəs nəql edir ki,
bu zaman Allah-təala onların duasını qəbul edərdi. { Səhih-Buxari. Cild 2, səh 66. "Əl-İstisqa" bölümü. }

Vəhhabilərin belə iddiaları ondan irəli gəlir ki, həqiqətən şiələr, Əhli-Beytin (ə) müqəddəs məqama
yetişdiklərinə və onların Allah dərgahında sevib-seçilən şəxslər olduğuna inanırlar. Bu da hər kəsə məlumdur
ki, əgər onlar olmasaydı, bəşər zəlalətdə idi.

Vəhhabiliyi rədd etməyə "Səhih-Buxari"nin Peyğəmbərdən (s) söylədiyi rəvayət kifayətdir: "Məşriq tərəfdən
insanlar zahir olar ki, onlar Quran oxumaqdan savayı heç bir şey bilməzlər. Onlar dindən sapmış şəxslərdir.
Öz dinlərinə qayıtmazlar". O Həzrətdən (s) soruşdular: "Onların əlamətləri nədir? Həzrət buyurdu: "Hər
zaman başlarını qırxarlar". { Buxari. Cild 3, səh 489. "Ət-Tövhid" bölümu. "Qiraətul-Facir vəl-munafiq" babı. }

Bu əlamətlərin Vəhhabilərə məxsus olduğunu onların öz tarixləri də sübut etmişdir, { "Fitnətul-Vəhabiyyə"


kitabı; səh 77; İstanbul çapı 1978-ci miladi ili. }

Mehdi (ə.c) yer üzündə zəif insanlara, təkəbbürlü və şərr insanlara qarşı nüsrət verəcəkdir. Görəsən, o şər
insanlardan, münafiqləri O Həzrətə qarşı yönəltməkdən, ya sultanların vaizlərini, zəlalətin başçılarını O
Həzrətə qarşı təhrik etməkdən başqa nə gözləmək olar?!

Hazırkı zamanda küfr və fisqi ilə məşhur olan İraq hakimlərinin milyonlarla müsəlmanları aldatmaları
deyilənlərə misaldır. Belə ki, bu şəxsiyyətlər zahirdə özlərini müsəlman kimi tanıtmaqla kafir və müşriklərə
qarşı cihad elan etdilər. Bununla zavallı müsəlmanlar o küfr insanlara inandılar. Belə misallar ona işarə edir ki,
əgər daha dəhşətli hadisələr baş verərsə, müsəlmanlar daha da pis vəziyyətdə qalacaqlar.

Rəsuləllah (s) hələ o dövrdə ikən, belə hadisələr baş verdiyi zaman nicat yolunu göstərmişdir. Bu nicat yolu
Quran və Əhli-Beytə (ə) söykənməkdir. (Bunun mənası 1-ci fəsildə izah olunmuşdur).
80
Huzeyfə ibn-Yəman belə bir rəvayət də nəql edir ki, xalq Rəsuləllahdan (s) xeyir barəsində soruşanda, mən
şərdən çox çəkindiyim üçün şərr işlər barəsində sual edirdim. Bir O Həzrətə dedim: Ya Rəsuləllah (s) biz
cahiliyyət dövründə ikən, Tanrı bizə xeyir qapılarını açdı. Görəsən bundan sonra yenə də şərr işlərlə
üzləşəcəyikmi?

Həzrət buyurdu: "Bəli". Hüzeyfə təkrar sual etdi ki, o şərdən sonra yenidən üzümüzə xeyir qapıları açılacaq?
Həzrət "Bəli" deyə cavab verdikdən sonra sözünə davam edərək buyurdu: Lakin kədərli zülmət də baş
verəçəgdir.

Hüzeyfə sual etdi: "O nə deməkdir?" Rəsuləllah (s) buyurdu: Onlar insanları mən hidayət etdiyim yoldan
başqa yola dəvət edənlərdir.

Hüzeyfə dedi: "O xeyirdən sonra yenə də şərr işlər baş verəcək?" Rəsuləllah (s) dedi: Bəli, onlar Cəhənnəmin
qapılarında dayanıb xalqı dəvət edir və bu dəvəti qəbul edənləri Cəhənnəmə atacaqlar.

Hüzeyfə "Ya Rəsuləllah onların nişanələri nədir?" -deyə sual etdi. Həzrət cavab verdi: Onların dilləri
dilimizdən, dəriləri dərilərimizdəndir.

Hüzeyfə dedi: "Əgər mən o günü görsəm, onda mənə əmrin nədir?" Həzrət buyurdu: Müsəlman camaatı və
imamlarına tabe ol!

Hüzeyfə soruşdu: "Ya Rəsuləllah, camaat və imam olmasa, nə etməliyəm?" Rəsuləllah dedi: O zaman heç bir
firqələrə tabe olma! Ölənə qədər bir ağacın dibində əyləşib, əziyyəti çox olsa da, onun kölgəsindən əl
çəkmə! { Buxari. Cild 9, səh 159; "Kitabul-Fitən kəyfəl-əmr iza ləm təkun cəməə" babı }

O hədisdən açıq-aşkar məlum olur ki, müsəlman camaatına və imamlarına tabe olmaq vacibdir. Rəsuləllah
(s) haqqı tapmaq üçün heç kimə qarışmayıb, kənara çəkilib sakit qalmağı məsləhət bilmişdir. Həmçinin
Həzrət (s) bu hədisdə, Cəhənnəmin qapısında dayananların da ərəb olduqlarını izah etmişdir. Bu hədis,
keçən hədislərdə deyilən tayfaların bidət əhli olanlara şamildir.

Həqiqətən, bu cur fitnələrdən özümüzü qorumağı və haqqı araşdırmaqda ehtiyatlı olmağı bizə Peyğəmbər
(s) əmr etmişdir. Ona görə hər bir müsəlman Peyğəmbərin (s) həqiqi sünnətinə nail olmaq üçün düzgün və
qərəzsiz yol seçməlidir. Xüsusən, təriqələrin hədislərdə deyildiyi kimi, 73 firqəyə ayrıldığı və onlardan hər
kəsin özünün haqq olduğunu iddia etdiyi bir halda. Lakin Peyğəmbər (s), bu tayfalardan yalnız birinin doğru
yol seçdiyini bildirmişdir. Həmçinin Allah-təala bu yeganə tayfaya zəfərlə nicat verəcəyinə vəd vermişdir. Bu
barədə Rəsuləllah (s) buyurmuşdur: "Ümmətimdən yalnız bir tayfa haqq yolunu seçmişdir. Allahın əmri qərar
tutana qədər müxaliflər onlara ziyan verməyəcəkdir.

Hal-hazırkı zamanda cərəyan edən hadisələrdən heyrətlənən hər bir müsəlmanın borcudur ki, İslamın tarixini
araşdırmaqla haqqa yiyələnsin. Peyğəmbərin (s) dediyi hədis də deyilənlərə misaldır: "İslamın ilkin dövrləri
insanlara qərib gəldiyi kimi, sonrakı zamanlarda da bu vəziyyətdə qalacaq."

Şübhəsiz ki, hər bir müsəlman tarixə nəzər saldıqda, Əhli-beytin (ə) nə qədər zülmlər çəkdiyini, neçə-neçə
imtahanlardan çıxdığını Görəcəkdir. Daha sonra əhli-sünnətin bu haqqları tapdaladığını da görəndə, İslamın
həqiqətən də qəribləşdiyini dərk edəcəkdir.

Əsrlər boyu Əhli-beytə (ə) tabe olanlara edilən zülmlər məşəqqətli olmuşdur. Necə ki, Peyğəmbər (s)
buyurmuşdur: "Allah-təala biz Əhli-beyt (ə) üçün axirəti dünyadan üstün bilmişdir. Məndən sonra Əhli-
beytim ağrılı günlər görəcək və qaçqın düşəcəklər." Bu zaman O Həzrət əlini məşriq tərəfə uzadaraq dedi:
"Bu tərəfdən qara bayraqlı qövm gəlməyincə, bu zülmlər aradan qalxmayacaqdır. Onlar haqqı tələb etsələr
də, haqq onlara verilməyəcək. Lakin qan tökməklə, istədikləri haqqı əldə edəcəklər. Bundan sonra əldə
81
etdikləri həmin haqqı, Əhli-Beytimdən yalnız bir nəfərə təslim edəcəklər. Bu şəxs dünyanı, zülm dolduğu
kimi, ədalətlə dolduracaqdır. Bunları görən şəxs min bir əzabla da olsa, onlara yetişib kömək etməlidir." {
Sünən ibn-Macə. Cild 2, hədis 4082, 4087: "Tarixi-Təbəri". }

İlahi, tez bir zamanda O Həzrətin (ə.c.) zühurunu bərqərar et və bizi onun bayraqdarı qərar ver!

HƏMD VƏ SƏNA ALLAHA MƏXSUSDUR!

82

You might also like