You are on page 1of 7

See discussions, stats, and author profiles for this publication at: https://www.researchgate.

net/publication/337146271

“Əbcəd Hesabı və Cəfr Elmi”

Research · November 2019


DOI: 10.13140/RG.2.2.28449.76646

CITATIONS READS

0 155

1 author:

Aladdin Malikov
Azerbaijan National Academy of Sciences
110 PUBLICATIONS   0 CITATIONS   

SEE PROFILE

Some of the authors of this publication are also working on these related projects:

Heydər Əliyev və milli-mənəvi dəyərlərimizin qorunması View project

Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili//Analysis of the relation between reason and faith in epistemology View project

All content following this page was uploaded by Aladdin Malikov on 09 November 2019.

The user has requested enhancement of the downloaded file.


УДК: 297.
KBT: 86.41.

“ƏBCƏD HESABI və CƏFR ELMİ”


f.e.d, dos. Ələddin MƏLİKOV,
AMEA, Elm Tarixi İnstitutunun elmşünaslıq və elmin sosial
problemləri şöbəsinin müdiri;
Azərbaycan İlahiyyat İnstitutunun dosenti.
https://orcid.org/0000-0001-5830-6764
aladdin.malikov@mail.ru
aladdinmalikov@ait.edu.az
Assoc. Prof. Aladdin Malikov
ANAS, Institute of History of Science;
Azerbaijan Institute of Theology
aladdin.malikov@mail.ru
aladdinmalikov@ait.edu.az
---.---.---.---
д.ф.н, доцент. Аладдин Меликов
НАНА, Институт Истории науки;
Азербайджанский Институт Теологии
aladdin.malikov@mail.ru
aladdinmalikov@ait.edu.az

Annotasiya
Əbcəd kəbir (böyük əbcəd) daha dəqiqdir. Onun ədədləri 1-dən 1000-ədəkdir.
Qeyd edilən rəqəmlər 28 ərəb əlifbasına bölünür. Bu barədə müsəlmanlar arasında heç
bir şübhə yoxdur. Digər dillərdə də bu hesab sistemi mövcuddur. Məxrəci eyni olan
hərfləri birləşdirir və 28 hərf vəziyyətinə gətitirlər. Nümunə üçün: “ç” hərfini “c” ilə, “j”
hərfini “z” hərfi ilə, “g” hərfini “k” ilə, “p” hərfini “b” ilə uyğunlaşdırırlar.
Burada Böyük Əbcədin cədvəlini rəqəmlərlə birgə verəcəyik. Qeyd etmək yerinə
düşər ki, ərəb dilində “həmzə” hərfi “əlif” hərfi ilə eyni sayılır. Təşdid ki, iki hərfin
təkrarıdır bir hərf sayılır.
Əllamə Təbatəbayi qeyd edir ki, mübarək “Bismillahir-rəhmanir-rəhim” ayəsini
əbcəd hərfləri cədvəlinə bölərək yazmaq cinləri dəf etmək üçün, əcinnəyə mübtəla
şəxslərdən cinləri uzaqlaşdırmaq üçün və həmçinin cinvurmaqlıqdan amanda qalmaq
üçün faydalıdır.

Açar sözlər: Əbcəd, Əbcəd hesabı, Cüməl, Cifr, Ədəd simvolizmi, Rəml elmi, Cəfr
elmi, Cəfr kitabı, Ağ cəfr, Qırmızı cəfr.
ƏBCƏD HESABI

Əbcəd ərəb əlifbasındakı 28 hərfin hər birinin ədəd ekvivalentini müəyyən edən
və beləliklə də istənilən ədədi hərf və söz vasitəsilə ifadə etməyə imkan verən sistemdir.
Türk, ərəb və fars ədəbiyyatlarında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən
və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Əbcəd hesabında ərəb əlifbasının hər hərfi
konkret say bildirir. Hələ İslamdan çox-çox əvvəl ərəblər əbcəd hesabından geniş
istifadə edirdilər. Lakin əbcəd hesabı öz inkişafının zirvə nöqtəsini məhz müsəlman
mədəniyyətində tapmışdır.
Klassik Şərq ədəbiyyatına aid nümunələrdə əbcəd hesabına tez-tez rast gəlirik.
Hər hansı mühüm olayın (məsələn, hökmdarın hakimiyyətə gəlişinin, böyük hərbi
fəthlərin, möhtəşəm tikintilərin) tarixini çox zaman ədədlərlə deyil, sözlərlə ifadə
edirdilər. Hətta şairlər də əksər hallarda öz əsərlərinin yazılma tarixini əbcəd hesabı ilə
göstərirdilər. Məsələn, Azərbaycan ədəbiyyatının şah əsərlərindən sayılan «Leyli və
Məcnun» poemasının yazılma tarixini M.Füzuli belə ifadə edib:
Tarixinə düşdülər müvafiq,
Bir olmaq ilə ol iki aşiq.
Burada «aşiq» sözünün əbcəd hesabı 70+1+300+100=471-dir. Yuxarıdakı misrada «iki
aşiq» ifadəsinə əsasən, bu ədədi ikiyə vurmalı, daha sonra isə «bir olmaq» ifadəsinə
əsasən, üzərinə vahid əlavə etməliyik. Nəticədə 943 ədədi alınır ki, bu da «Leyli və
Məcnun» poemasının hicri-qəməri təqvimilə yazılma tarixidir.
Əbcəd hərfləri ədədlərlə

50 40 30 20 10 9 8 7 6 5 4 3 2 1
‫ن‬ ‫م‬ ‫ل‬ ‫ک‬ ‫ی‬ ‫ط‬ ‫ح‬ ‫ز‬ ‫و‬ ‫ه‬ ‫د‬ ‫ج‬ ‫ب‬ ‫أ‬
1000 900 800 700 600 500 400 300 200 100 90 80 70 60
‫غ‬ ‫ظ‬ ‫ض‬ ‫ذ‬ ‫خ‬ ‫ث‬ ‫ت‬ ‫ش‬ ‫ر‬ ‫ق‬ ‫ص‬ ‫ف‬ ‫ع‬ ‫س‬

Əbcəd hərflərinin ardıcıllığı belədir.


.»‫«أبجد هوز حطي كلمن سعفص قرشت ثخذ ضظغ‬

Qeyd: Dörd əsas ünsürün ədədlə göstərilməsi:


Torpaq Su Hava Od
4 3 2 1
8 7 6 5
12 11 10 9
16 15 14 13
Ərəb dilində “Bismillahir-rəhmanir-rəhim” (‫ )بسمهللاالرحمنالرحیم‬cümləsində dörd nöqtə var.
Bu elmlərin ustadlarından bəziləri nöqtələrin qeyd edilən dörd ünsürə işarə etdiyini
vurğulamışlar.
Cəfr elmini izah edin?
Cəfr elmi barəsində məsumlardan nəql olunan rəvayətlərin toplusundan aydın olur ki,
cəfr – Peyğəmbər (s)-in vasitəsi ilə Əli (ə)-ın və ondan da sonrakı imamların ixtiyarına
verilən bir sıra ilahi maarif məcmuəsidir. Bu elmləri hər kəs öz qabiliyyətinə görə
öyrənə və oxuya bilər. Ancaq bu elmləri Quran adı altında qəbul etmək və ya etdirmək
doğru deyildir. Mənim Qurana istinadım qəti doğrudur deyərək deyil də, mən belə
anlayıram, şəklində söyləmək lazımdır. Zira, bir gün bu öyrəndiyin məlumatlar səhv
olsa, haşa Quran səhv olmuş kimi qəbul edilər. Bu səbəbdən bunun kimi məsələlərə elm
kimi baxmaq lazımdır. Əbcəd hesabı da bu elmlərdən biridir.
Onun bir hissəsi qiyamət gününə qədər baş verəcək hadisələr barədə elmdən ibarətdir,
onlara “mənaya və bəlaya” elmi də deyilir.
“Cəfr” termini rəvayətlərdə üç mənada işlədilmişdir:
a) Birincisi “cəfr” kitabıdır.
b) İkincisi dəridən hazırlanan böyük bir qabda (sandıqçada) yerləşdirilən kitab və
əsərlərin məcmuəsidir (ağ cəfr).
c) Üçüncüsü isə Peyğəmbərin silahı saxlanan qırmızı cəfrdir.
Məşhur nəzəriyyəyə əsasən, cəfr elmi ədədlərdən, hərflərdən və onların nisbətlərindən
istifadə etməklə hər bir məchul məsələyə münasib cavab verilən “hüruf” elmidir. Bu
sahədə verilən sual hərflərə və daha sonra ədədlərə çevrilir, xüsusi mərhələni keçdikdən
sonra nəticə etibarı ilə hasil olan ədədlər və sonra da müəyyən hərflər verilən sualın
cavabını bəyan edir. Bu elm bir çox dinlərdə müxtəlif adlarla mövcud olmuş və tarix
boyu bəzi cərəyanlar o elmə sahib olduğunu iddia etmişlər.
Amma oniki imamçı şiə rəvayətlərinə əsasən, imamlar cəfr barəsində başqa məlumatlar
da vermişlər. Belə ki, bunun məşhur cəfr elmi barəsində deyilənlərlə açıq-aydın fərqləri
vardır. Burada o rəvayətlərin bəzilərini qeyd edirik:
“Cəfr” – qoyun, yaxud keçi, yaxud dana dərisi deməkdir. Bu elmin və maarifin cəfr
adlandırılması ilə əlaqədar nəql olunan rəvayətlərin məcmusundan məlum olur ki, bu
elmlər ya dərinin üzərinə yazılan, ya da dəridən hazırlanmış böyük bir şeyin
(sandıqçanın) içərisində yığılan əsərlər məcmuəsidir.
Şiə rəvayətlərinə uyğun olaraq qeyd etsək, cəfr külli şəkildə ilahi maarif məcmuəsindən
ibarətdir. Bu maarif məcmuəsi Peyğəmbər (s)-dən Əli (ə)-a ötürülmüş və Əli (ə) da
özündən sonrakı imamların ixtiyarına vermişdir.
“Mənaya və bəlaya elmi” qiyamətə qədər baş verəcək hadisələrə şamil olan məlumatlara
deyilir. Bəzi rəvayətlərdə Peyğəmbər (s)-in və Əli (ə)-ın sirr səhabəsi olan Salmanın da
bu elmə agah olması qeyd edilir.
Qeyd etmək lazımdır ki, rəvayətlərdə deyilən cəfr üç növ imiş: birincisi, cəfr kitabıdır,
ikincisi, böyük dəridən hazırlanmış bir şeydə saxlanılan kitablar və əsərlər (buna ağ cəfr

3
deyilir), üçüncüsü isə Peyğəmbərin silahıdır və qırmızı (əhmər) cəfr adlandırılmışdır.
Çünki Allahın qəhr və qəzəbinin nişanəsi olan qılınc sahibi onu müharibə məqsədi ilə
açır.
Bunların hər biri ilə əlaqədar çoxlu rəvayətlər nəql olunmuşdur. Bəzi rəvayətlərdə də
onların hamısı bir yerdə zikr olunmuşdur ki, onların bəzilərini qeyd edirik:
1. Cəfr kitabı
a) İmam Sadiq (ə) buyurur: “Allaha and olsun! (Keçi və ya qoyun) dərisindən olan bir
şey mənim ixtiyarımdadır. Onun içindəkilər Peyğəmbər (s)-in imlası ilə deyilmiş və Əli
(ə) da onları öz əli ilə yazmışdır!”.i
b) “Cəfr elmi yalnız bizim ixtiyarımızdadır. O, yazılarla dolu olan ükazi dərisindən
ibarətdir. Onda indiyə qədər baş vermiş və qiyamət gününə qədər baş verəcək
hadisələrin hamısı qələmə alınmışdır.”ii
v) İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Bu gün sübh cəfr kitabına
baxırdım. Allah ölümlərin, bəlaların, müsibətlərin elmini, keçmişdə olanların və
gələcəkdə – qiyamət gününə qədər baş verəcək hadisələrin hamısını bu kitabda yazmış,
onu Hz Muhəmməd (s)-ə və ondan sonrakı imamlara məxsus etmişdir. Mən bu kitabda
diqqət etdim, bizim Qaimimizin təvəllüdünü, onun qeybdə olacağını, qeybət dövrünün
çox uzun çəkəcəyini, qeybət dövründə möminlərin düçar olacaqları çətinlikləri, bu
dövrün çox uzun olduğuna görə çoxlarının qəlbində şəkk-şübhə yaranacağını, (nəticədə)
onların əksəriyyətinin mürtəd olaraq dindən və islamdan çıxacağını müşahidə etdim.”iii
2. Ağ Cəfr
İmam Sadiq (ə) buyurdu: “Ağ cəfr mənim ixtiyarımdadır.” “O nədir?” deyə soruşduqda,
həzrət buyurdu: “Davudun Zəburu, Musanın Tövratı, İsanın İncili, İbrahimin səhifələri,
(bütün) halal və haramlar; Fatimənin Müshəfi... (hamısı ondadır). Mənim fikrimcə, onda
Qurandan heç bir şey yoxdur. Onda bütün insanların ehtiyac duyduğu şeylərin hamısı
vardır və bizim heç bir şəxsə ehtiyacımız yoxdur”.iv
3. Qırmızı Cəfr
a) İmam Sadiq (ə) buyurur: “Qırmızı cəfr mənim ixtiyarımdadır...” Ravi soruşdu:
“Qırmızı cəfrdə nə vardır?” Həzrət buyurdu: “Silah. Buna görə qırmızı cəfr
adlandırılmışdır ki, qılınc sahibi onu müharibə üçün açacaqdır”.v
b) Ravi deyir ki, imam Sadiq (ə)-dan soruşdum: “Yəbnə Rəsulillah! Həzrət Qaim eynilə
Əli ibni Əbi Talib kimi rəftar edəcəkdirmi?” Həzrət buyurdu: “Xeyr. Həqiqətən Əli ibni
Əbi Talib ağ cəfr əsasında əməl edirdi, Qaim isə qırmızı cəfrdə olanlara əsasən əməl
edəcəkdir”.vi
v) İmam Sadiq (ə) buyurur: “Qırmızı cəfr Peyğəmbər (s)-in silahını özündə saxlayan bir
qabdır, o heç vaxt çölə çıxarılmaz; yalnız bizim Qaimimiz qiyam edən zaman
çıxarılar”.vii
Nəticə
İmamların cəfri bir kitabda (cəfr kitabında) yığcam və sirli şəkildə gələn ilahi
elmlərin – istər şəriət elminin, istər batini elmlərin, istər hikmətin, istərsə də qüdrət və
sair elmlərin həqiqətinə şamil olan ümumi mənalı bir şeydir. Yaxud müxtəlif kitablardan
ibarət olan çox dəyərli bir məcmuədir ki, onda hər bir şey təfsilatı ilə qeyd edilmişdir.
Ya da ilahi qüdrət və qəhrin təcəssüm etdirən şeyə – Peyğəmbərin silahına deyilir
(qırmızı cəfr).
Təbiidir ki, imamlar öz batinlərində bu əsərlərə və elmlərə malikdirlər və onun zehində
saxlanması mənasına olan kitabətə – yazılmağa ehtiyacları yoxdur. Əsas məsələ bu
kitabın batini həqiqətidir, lakin bu elmilərin zahirdə də yazılması ilə heç bir ziddiyyəti
yoxdur. Necə ki, Peyğəmbər (s) imla edir, Əli (ə) da onu yazırdı. Burada çoxlu sirli və
məchul məsələlər vardır ki, biz onları bilmirik. Deməli, imamların cəfri camaat arasında
məşhur olanların əksinə olaraq, sadəcə irfani hərf və ədədlər elmindən ibarət deyildir ki,
onu rəml, üstürlab və sair kimi şeylərlə yerinə yetirmək olsun. Baxmayaraq ki, cəfr
kitabı (cəfr üçün deyilən üç ünvandan birində) bir yazı ilə aləmin bütün sirlərinə,
xəbərlərinə və həqiqətlərinə vaqif olmaq olar. Yəqin olaraq demək lazımdır ki, bu adi bir
yazı deyildir; o, ədəd və ya hərflərin vasitəsi ilə qələmə alınan sirli yazılara bənzəyir,
onların bütün təfsilatı imamın vasitəsi ilə əldə edilir. Lakin bəzi hərf və ədəd
iddiaçılarının əlində olan və İslamdan əvvəllər də mövcud şeyləri imamların malik
olduğu cəfr elmi hesab etmək olmaz. Bu elm (hürufilik elmi) də bir növ ilahi maarifdən
natamam şəkildə istifadə və çıxarışlardan ibarətdir və rəml və ya nücum elminə oxşar bir
fənnə (taleyə baxmaq və kahinlik kimi) çevrilmişdir. Onların əsas məqsədi gələcəkdən
xəbər vermək və qeybi xəbərlərin çıxarılmasıdır.
Deyilənlərdən aydın olur ki, cəfr əhli-beyt maariflərinin və irfanın sirlərindən ibarətdir.
Rəvayətlərə uyğun olaraq misilsiz ilahi maarifə malikdir və yəqin şəkildə, bəzi
iddiaçıların əlində mövcud olan və “qəribə elmilər” ünvanı ilə deyilən fənlərdən və
üslublardan daha yüksəkdədir.
Nübüvvət və imamətin tarixində daim irafani elmlərdən və maariflərdən sui-istifadə
edilmiş, maddi məqsədlər üçün bir vasitəyə; yaxud kahinlərin, fövqəltəbii qüdrətlərə
meyl edənlərin əlində bir vasitəyə çevrilmişdir. Əlbəttə, irfandakı ədəd elminin həqiqəti
(bu məqama malik olan ariflər onlardan lədunni şəkildə bəhrələnirlər) dua yazmaq, sehr,
rəml və sair kimi işlərdən müqayisə olunmaz dərəcədə yüksəkdir və bu iksinin arasında
dərin fərqlər vardır. İlahi sirlər gözbağlayıcılıqların vərəqləri ilə müqayisə oluna bilməz,
baxmayaraq ki, bəzi hallarda zahirdə bir-birinə oxşayırlar.

5
‫ضأ ٍن إ ْم ََل ُء َرسُو ِل هللاِ صلي هللا علیه و آله َو خَطههُ َعلِ ٌّي علیه السَّلم بِیَ ِد ِه ‪.‬‬ ‫إن ِع ْن ِدي لَ ِج ْلدَيْ َما ِع ٍز َو َ‬ ‫هللاِ (ع) ‪َ ...‬وهللاِ ه‬ ‫عن أَبِي َع ْب ِد ه‬ ‫‪ْ -i‬‬
‫َار ُعهُ‪ ،‬فِی ِه َما َكانَ َو َما هُ َو كَائنٌ إلَي يَوْ ِم ْالقِیَ َم ِة‪.‬‬ ‫َت أك ِ‬ ‫ب فِی ِه َحتهي ُملِئ ْ‬ ‫‪ِ - ii‬ع ْن َدنَا ْال َج ْف ُر َو هُ َو أ ِدي ٌم ُعكَا ِظ ٌّي قَ ْد ُكتِ َ‬
‫ص ِبی َحةَ هَ َذا ْالیَوْ ِم َوهُ َو ْال ِكتَابُ ْال ُم ْشتَ ِم ُل َعلَى ِع ْل ِم ْال َمنَايَا َو ْالبَ ََليَا َوال هرزَايَا َو ِع ْل ِم َما َكانَ َوما َ يَ ُكونُ إِلَى يَوْ ِم ْالقِیَا َم ِة اله ِذي خَصه هللا ُ‬ ‫ب ْال َج ْف ِر َ‬ ‫ت فِي ِكتَا ِ‬ ‫‪ - iii‬إِنِّي نَظَرْ ُ‬
‫ك ال هز َما ِن َوتَ َولُّ َد‬‫ت فِی ِه َموْ لِ َد قَائِ ِمنَا َو َغ ْیبَتَهُ َو ِإ ْبطَا َءهُ َوطُو َل ُع ُم ِر ِه َوبَ ْل َوى ْال ُم ْؤ ِمنِینَ ِب ِه ِم ْن بَ ْع ِد ِه فِي َذلِ َ‬ ‫س ا ْس ُمهُ بِ ِه ُم َح همدًا َو ْاالَئِ همةَ ِم ْن بَ ْع ِد ِه َعلَ ْی ِه َو َعلَ ْی ِه ُم ال هسَلَ ُم‪َ ،‬وتَأ َ هم ْل ُ‬ ‫تَقَ هد َ‬
‫االس ََْل ِم ِم ْن أَ ْعنَاقِ ِه ْم‪.‬‬‫ك فِي قُلُوبِ ِه ْم ِم ْن طُو ِل َغ ْیبَتِ ِه َوارْ تِدَا ِد أَ ْكثَ ِر ِه ْم ع َْن ِدينِ ِه ْم َوخَ ْل ِع ِه ْم ر ْبقَةَ ْ ِ‬ ‫ال ُّش ُكو ِ‬
‫صحُفُ‬ ‫َي ٍء فِی ِه؟! قَا َل‪ :‬فَقَا َل لِي‪َ :‬زبُو ُر دَا ُو َد َو تَوْ َراةُ ُمو َسي َو إ ْن ِجی ُل ِعی َسي َو ُ‬ ‫ض‪ .‬قَا َل‪ :‬قُ ْلنَا‪َ :‬و أيُّ ش ْ‬ ‫ي ْال َج ْف َر اال ْبیَ َ‬ ‫ان ِع ْن ِد َ‬ ‫هللاِ (ع) يَقُول ه‬ ‫ْت أَبَا َع ْب ِد ه‬ ‫‪ - iv‬قَا َل َس ِمع ُ‬
‫أن فِی ِه قُرْ آناً‪َ ،‬و فِی ِه َمايَحْ تَا ُج النهاسُ إلَ ْینَا َو َال نَحْ تَا ُج إلَي أ َح ٍد‪.‬‬ ‫أز ُع ُم ه‬ ‫إ ْب َرا ِهی َم َو ْال َح ََل ُل َو ْال َحرا ُم؛ َو ُمصْ َحفُ فَا ِط َمةَ‪َ ،‬ما ْ‬
‫ْف لِ ْلقَ ْتل‬
‫صا ِحبُ ال هسی ِ‬ ‫َي ٍء فِي ْال َج ْف ِر ْاْلَحْ َم ِر قَا َل الس ََِّل ُح َو َذلِكَ إِنه َما يُ ْفتَ ُح لِل هد ِم يَ ْفتَ ُحهُ َ‬ ‫ت َو أَيُّ ش ْ‬ ‫‪ِ - v‬ع ْن ِدي ْال َج ْف َر ْاْلَحْ َم َر قَا َل قُ ْل ُ‬
‫ب َسا َر فِي أَ ْه ِل‬ ‫ي بْنَ أَبِي طَالِ ٍ‬ ‫ب فِي أَ ْه ِل ال هس َوا ِد فَقَا َل َال يَا ُرفَ ْی ُد إِ هن َعلِ ه‬ ‫هللاِ يَ ِسی ُر ْالقَائِ ُم بِ ِسی َر ِة َعلِ ِّي ْب ِن أَبِي طَالِ ٍ‬ ‫ك يَا ابْنَ َرسُو ِل ه‬ ‫ت فِدَا َ‬ ‫هللاِ ع ُج ِع ْل ُ‬ ‫ت ِْلَبِي َع ْب ِد ه‬ ‫‪ - vi‬قُ ْل ُ‬
‫َ‬ ‫ْ‬
‫ب بِ َما فِي ال َج ْف ِر ْاْلحْ َم ِر‪.‬‬ ‫ْ‬ ‫ْ‬
‫ض َو إِ هن القَائِ َم يَ ِسی ُر فِي ال َع َر ِ‬ ‫َ‬ ‫ْ‬
‫ال هس َوا ِد بِ َما فِي ال َج ْف ِر ْاْل ْبیَ ِ‬
‫هللاِ ص َو لَ ْن يَ ْخ ُر َج َحتهى يَقُو َم قَائِ ُمنَا أَ ْه َل ْالبَیْت‪.‬‬ ‫‪َ - vii‬و أَ هما ْال َج ْف ُر ْاْلَحْ َم ُر فَ ِوعَا ٌء فِی ِه ِس ََل ُح َرسُو ِل ه‬

‫‪View publication stats‬‬

You might also like