You are on page 1of 137

Allan və Barbara Piz

BƏDƏN DİLİ HAQQINDA MÜKƏMMƏL KİTAB


Allan & Barbara Pease
THE DEFİNİTİVE BOOK OF BODY LANGUAGE
*eKitabxana app - play marketdə axtarın
Allan və Barbara Pizin “Bədən dili haqqında mükəmməl kitab“ı “ətrafdakıların fikirlərinin
onların jestlərinə görə oxunması” ilə bağlı hər kəsin şəxsi həyatının tamamilə bütün
aspektlərinə və peşəkar fəaliyyətlərinə toxunur.
“İstənilən insanı kitab kimi oxumaq”, düzgün davranış qaydası seçmək, hər hansı bir
vəziyyətdə özünü inamlı və rahat hiss etmək, ən doğru qərarlar qəbul etmək – bütün bunlar
indi real və hər kəsə əlçatandır. Bu kitab sizə həmçinin öz şəxsi qeyri-verbal siqnallarınızı
dərk etməyə kömək edəcək və onlardan effektiv ünsiyyət üçün istifadə etməyi öyrədəcək.
Bədən hərəkətlərinin dilinin yeni, müasir versiyasını öyrənin – belədə hökmən hər şeyə nail
olacaqsınız!
TANIŞ OLAQ
....................................................................
Adamın hansı peşə sahibi olduğunu onun dırnaqlarına,
paltosunun, ya da köynəyinin qollarına, ayaqqabılarına,
şalvarının dizlərinə, barmaqlarındakı döyənəklərə, üzünün ifadəsinə baxan kimi bilmək olar.
Əgər təcrübəli tədqiqatçı
bütün bunlara diqqət yetirərsə, şübhəsiz,
düzgün nəticə çıxarar.
ŞERLOK HOLMS, 1887
....................................................................
Hələ gəncliyimdə bilirdim ki, adamların dedikləri onların demək istədikləri, ya da hiss
etdikləri ilə heç də həmişə üst-üstə düşmür. Onu da anlamışdım ki, qarşımdakının hisslərini
oxuya bilsəm, ondan istədiyimi alaram.
Satıcılıq təcrübəmə 11 yaşımda başladım: cibxərcliyim olsun deyə dərsdən sonra qapı-qapı
gəzib rezin süngər satırdım. Müştərinin məndən mal alıb-almayacağını ayırd eləməyi o
vaxtdan öyrəndim. Qapısını döyəndə biri mənə “çıx get” desə də, əllərini açıq saxlayırdısa
(ovcunun içi görünürdüsə), bilirdim ki, qalmağın ziyanı yoxdur. Çünki belələri laqeyd
görünür, amma aqressiv olmurlar. Ancaq mənə “çıx get” sözlərini yumşaq səslə deyən adam
əlini açmırdısa, üstəlik, şəhadət barmağını uzadıb yol göstərirdisə, qalmağın mənası
olmadığını anlayırdım.
Satmaq xoşuma gəlirdi, məndə əla alınırdı. Yeniyetmə olanda gecələr gəzib qazan dəstləri
satmağa başladım. Adamların ürəyini oxumaq bacarığım mənə xeyli qazanc gətirdi. O qədər
qazandım ki, ilk əmlak payımı aldım.
Satıcılıq mənə hər kəsi yaxından görmək və öyrənmək imkanı verirdi və mən onların qazanı
alıb-almayacağını üzlərinə baxan kimi bilirdim, duruşlarından anlayırdım. Bu qabiliyyətim
diskotekalarda qızlarla ünsiyyətdə də dadıma çatırdı. Qızın mənimlə rəqsə razı olub-
olmayacağını əvvəldən müəyyən edirdim.
İyirmi yaşımda sığorta işinə qoşuldum və elə birinci il işlədiyim şirkətin satış rekordlarını
qıraraq milyon dollardan çox satış edən ən gənc işçi oldum. Bu nailiyyətim məni Amerikanın
nüfuzlu “Million Dollar Round Table” assosiasiyasına (dünyanın ən yaxşı sığortaçılarının
birləşdiyi qurum) gətirib çıxardı. Bir gənc kimi bəxtim gətirmişdi, uşaq vaxtı qazan sata-sata
öyrəndiyim bədən dilini yeni sahəyə tətbiq etmək mümkün idi və bu bacarığım bütün hallarda
uğur qazanmağıma səbəb olurdu.
Heç nə göründüyü kimi deyil İnsanı sözün əsl mənasında anlamaq sadə işdir, asan deyil,
amma sadədir. Sadəcə, hadisənin baş verdiyi mühitdə gördüklərinizi eşitdiklərinizlə
müqayisə edirsiz və nəticəyə gəlirsiz. Amma çox adam gördüyünü güman etdiyi şeyləri
görür. Mürəkkəb oldu? Fikrimi izah etmək üçün bir əhvalat danışım:
Meşədə gəzən iki kişi böyük və dərin bir oyuğa rast gəlir.
“Yaman dərin görünür, – kişilərdən biri deyir, – gəl bir-iki daş ataq, görək dərinliyi nə
qədərdir?”
Onlar oyuğa bir neçə daş atıb gözləyirlər, səs gəlmir.
“Bax ha! Doğrudan da dərindir, gəl bu iri qaya parçalarından ataq, onların səsi çıxar!”
Futbol topu boyda iki daşı qaldırıb oyuğa tullayırlar, gözləyirlər, yenə səs eşidilmir.
“Burda, alaq otlarının arasında dəmir yolu relslərinin altına düzülən tirlərdən var, – biri deyir,
– onu salsaq, mütləq səs olacaq!”
Onlar ağır tiri oyuğun üstünə çəkib, içinə atırlar, səs gəlmir ki, gəlmir.
Birdən yaxınlıqdakı ağacların arasından bir keçi çıxır və yel kimi kişilərə tərəf atılır, var gücü
ilə qaçıb düz bu iki kişinin arasından keçərək havaya sıçrayır, oyuğa girərək yox olur. Kişilər
yerlərindəcə donub qalır, heyrət içində baxırlar. Bu vaxt ağaclıqda bir kəndli görünür: “Ey,
mənim keçimi görmədiniz?”
“Əlbəttə, gördük! Ömrümüzdə belə qəribə şey görməmişdik. Keçi külək kimi vıyıldadı və
düz bu oyuğun içinə tullandı!”
“Yox, – kəndli deyir. – O mənim keçim olmaz. Mən keçimi dəmir yolu tirinə bağlamışdım!”
Ovcunuzun içini o qədər yaxşı tanıyırsız?
Bəzən biz nəyisə “ovcumuzun içi kimi bildiyimizi”, kimisə “ovcumuzun içi kimi
tanıdığımızı” deyirik. Amma təcrübə göstərir ki, şəkillərə baxanlardan cəmi 5%-i öz ovcunu
tanıyır. Bədən dilinin işarələrini də çox adam bilmir.
Biz bir televiziya proqramı üçün sadə eksperiment apardıq. Uzun bir otel dəhlizinin başına iri
güzgü yerləşdirdik. Otelə daxil olan adamda elə təəssürat yaranırdı ki, elə bil otelin bu
başından o başına uzun dəhliz var və dəhlizin o biri tərəfi də açıqdır. Otelə gələn, əlbəttə,
eyni vaxtda qarşı tərəfdən də kiminsə daxil olduğunu görürdü, amma tavandan asdığımız
bitkilər gələnin özünü tanımasına mane olurdu, çünki üzün əks olunduğu hissəni tuturdu,
yalnız bədənin hərəkəti aydın görünürdü. Hər kəsin “qarşı tərəfi” müşahidə etmək üçün 5-6
saniyə vaxtı olurdu (qəbul üçün sola dönənə qədər). Və o biri başdan daxil olanı tanıyıb-
tanımadığını soruşanda kişilərin 85%-nin cavabı “xeyr” oldu. Üstəlik, bəziləri “O gonbul
eybəcərimi deyirsiz” kimi suallar verdi. Təəccüblü deyil ki, qadınların 58%-i güzgünü
gördüyünü dedi, 30%-i o biri qonağın tanış gəldiyini bildirdi.
....................................................................
Kişilərin çoxu, qadınların az qala yarısı
boğazdan aşağı necə göründüyünü bilmir.
....................................................................
Təzadları necə müəyyən edə bilərik? Hamı bilir ki, siyasətçilər çox vaxt özlərini
olduqlarından fərqli aparır, nəyəsə inanmadıqları halda inanırmış kimi davranırlar. Onlar
vaxtlarının çoxunu sözdən yayınmağa, söhbətin istiqamətini dəyişməyə, cavabdan qaçmağa,
uydurmağa, maska və güzgülərdən istifadə edərək emosiya və hisslərini gizlətməyə, kütlə
arasındakı xəyali dostlara əl yelləməyə sərf edirlər. Şübhəsiz, belələri bir gün büdrəyir –
bədən dilinin işarələri onları ələ verir. Siyasətçiləri ifşa etmək üçün onlara yaxından baxmaq
maraqlıdır.
....................................................................
Siyasətçinin yalan danışdığını hansı işarədən bilmək olar?
Dodaqlar tərpənir.
.................................................................... Yerli turizm bürosunun köməyilə başqa bir
televiziya şousu üçün eksperiment apardıq. Turistlər büroya daxil olub gəzib-görməli yerlər
və başqa turist atraksionları haqda məlumat istəyirdilər. Onları ağ köynək və qalstuk geymiş
sarışın, bığlı bir işçinin dayandığı piştaxtaya yönəldirdik. Turistlə 1-2 dəqiqəlik müzakirədən
sonra bu sarışın adam broşür götürmək üçün piştaxtanın altına əyilirdi. Hər dəfə piştaxtanın
altından onun əvəzinə başqası – üzü təmiz qırxılmış, qara saçlı, mavi köynək geymiş işçi
çıxır, broşürləri turistə uzadır və söhbətə sarışının dayandığı yerdən davam edirdi. Qəribədir
ki, turistlərin təxminən yarısı dəyişikliyi sezmədi. Nəinki bədən dilinin, heç işçinin
görünüşünün də dəyişdiyini hiss etməyən kişilərin sayı qadınlardan iki dəfə artıq idi.
Bədən dilini “oxumaq” qabiliyyətiniz yoxdursa, ya bu bacarığa yiyələnməmisinizsə, sizin də
gözünüzdən çox şey qaça bilər. Bu kitab sizə qaçıra biləcəyiniz şeyləri göstərəcək.
Bu kitabı necə yazdıq “Bədən dili haqda mükəmməl kitab”ı Barbara və mən mənim orijinal
“Bədən dili” kitabım əsasında yazmışıq. Amma bu, ilk kitabın genişləndirilmiş variantı deyil,
biz həm də elmin yeni istiqamətlərində (təkamül biologiyası və təkamül psixologiyası)
araşdırmalar, eləcə də beyində nələrin baş verdiyini göstərən MRT (Maqnetik Rezonans
Tomoqrafiya) kimi texnologiyalar haqda danışırıq. Kitab elə tərtib olunub ki, onu hansı
səhifədən gəldi, oxuya bilərsiz. Əsas mövzu bədən hərəkətləri, mimikalar və jestlərdir. Çünki
üz-üzə gəldiyiniz adamı anlamaq üçün məhz bunları bilməlisiz. “Bədən dili haqda mükəmməl
kitab”ın köməyi ilə siz özünüzü də daha yaxşı tanıyacaqsız – öz şəxsi işarələrinizi biləcək və
təsirli ünsiyyət yaratmaq, istədiyinizi almaq üçün onlardan düzgün istifadə etməyi
öyrənəcəksiz.
Bu kitabda hər bir jest – bədən hərəkəti ayrılıqda və sadə dildə izah olunur. Bəzi jestlər haqda
xüsusi danışmışıq, eyni zamanda həddən artıq sadələşdirməkdən çəkinməyə çalışmışıq.
Bəziləri hiddətlənə, hətta əl-qol ataraq etiraz edə bilər, bədən dilinin başqalarının fikirlərini
və sirlərini öyrənmək üçün vasitəyə çevriləcəyini deyər. Amma biz hesab edirik ki, bu kitabın
məqsədi sizə ünsiyyət zamanı daha gözüaçıq olmağı, başqalarını və nəticədə özünüzü daha
yaxşı, dərindən anlamağı öyrətməkdir. Nəyin niyə baş verdiyini dərk etmək yaşamağı
asanlaşdırır. Məlumatsızlıq, anlayışın azlığı isə qorxu və mövhumata səbəb olur, nəticədə biz
daha çox ətrafdakıları tənqidlə məşğul oluruq. Ornitoloqlar quşları ovlamaq üçün tədqiq
eləmir. Eləcə də sizin bədən dilini öyrənməyiniz başqalarıyla görüşlərinizi maraqlı təcrübəyə
çevirər.
Sadəlik üçün biz hər yerdə “o”, “ona”, “onu” sözlərindən istifadə etmişik, bu sözlərin altında
hər iki cinsin nümayəndələrini nəzərdə tutmuşuq.
Sizin bədən dili lüğətiniz İlk kitabımız satışla məşğul olanlar, menecerlər, dəllallar, məsul
işçilər üçün nəzərdə tutulmuş dərslik kimi idi. Amma bu kitabı hər yerdə – görüşdə, işdə və
evdə istifadə edə bilərsiz. “Bədən dili haqda mükəmməl kitab” bizim 30 illik müştərək
təcrübəmizin məhsuludur və burda biz sizə qarşınızdakının vəziyyətini və emosiyalarını
oxumaq üçün lazım olan əsas “lüğəti” veririk. Kitab sizi insanların davranışıyla bağlı
çıxılmaz vəziyyətə salan suallarınıza cavab verəcək, eyni zamanda sizin öz davranışınızı
həmişəlik dəyişəcək. Təsəvvür edin ki, siz həmişə qaranlıq otaqda olmusunuz, burda mebelin,
avadanlığın, qapının varlığını, divardan nələrinsə asıldığını hiss etmisiz, amma bütün
bunların necə göründüyünü bilməmisiz. Bu kitab otağa işıq salacaq və siz hər şeyi olduğu
kimi görəcəksiz. Nəyin harda yerləşdiyini və onlardan necə istifadə edəcəyinizi biləcəksiz.
Allan Piz
1-ci fəsil
ƏSAS PRİNSİPLƏR
Bu, qərbdə “yaxşı” deməkdir, italyanlar üçün “bir”,
yaponlar üçün “beş”, yunanlar üçün söyüşdür
(yumşaq desək “cəhənnəm ol!”)
Yəqin hər birimizin belə bir tanışı var: adamla dolu otağa girir və bir neçə dəqiqənin içində
kimin kiminlə nə münasibətdə olduğunu (dost, ya qohum), nə hiss etdiyini dəqiq deyir.
Adamın fikrini və münasibətini davranışından anlamaq bacarığı insanların danışıq dilindən
əvvəl istifadə etdiyi ünsiyyət yolu idi.
Radio kəşf olunana qədər ünsiyyət vasitəsi yazı – kitablar, məktublar, qəzetlər oldu. Bu o
demək idi ki, Avraam Linkoln kimi kifir siyasətçilər və zəif natiqlər yaxşı yazmaqla və bir az
da mətanət göstərməklə uğur qazana bilirdilər. Radio Uinston Çörçil kimi yaxşı danışıq
qabiliyyətinə malik olanlara meydan verdi. Amma belələri bu gün yəqin ki, daha çox
mübarizə aparmalı olardılar, çünki vizual eranın yaratdığı çətinliklərlə üzləşərdilər.
Bugünkü siyasətçilər anlayırlar ki, siyasət imic və görünüşlə çox bağlıdır və indi yüksək
rütbəli siyasət++çilərin çoxunun xüsusi “bədən dili məsləhətçisi” var. Belə məsləhətçilər
onlara səmimi, qayğıkeş, vicdanlı adam təsiri bağışlamağı öyrədir (onlar belə deyillərsə,
məsləhətçiyə xüsusi ehtiyacları olur).
İnanmaya bilərsiz, amma insanın inkişaf etdiyi bu min illər ərzində bədən dilinə əhəmiyyət
verilməyib. Bu dil fəal şəkildə yalnız 1960-cı illərdə öyrənilməyə başlayıb və böyük
ictimaiyyət bundan 1978-ci ildə, bizim “Bədən dili” kitabımız nəşr olunandan sonra xəbər
tutub. Ancaq çoxları hələ də inanır ki, bizim əsas ünsiyyət vasitəmiz danışıqdır. Halbuki nitq
təkamül dövrünün sonlarında ünsiyyət repertuarının bir hissəsi olub, əsasən faktları və
rəqəmləri ötürmək üçün istifadə olunur. Danışıq yəqin ki, 2 milyon il əvvəldən başlayaraq
500 min il əvvələ qədər formalaşıb. Bu zaman ərzində biz insanların beyninin ölçüsü 3 dəfə
artıb. Ona qədər insanlar hiss və duyğularını bədən hərəkətləriylə, boğazdan çıxan səslərlə
ifadə ediblər və bu gün də belə etməkdədirlər. Sadəcə, sözlərə fokuslandığımız üçün bədən
dilindən çoxumuzun xəbəri yoxdur və onun əhəmiyyətini nəzərə almırıq.
Maraqlıdır ki, şifahi nitq bədən dilinin ünsiyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu
göstərir. Çox istifadə olunan ifadələri xatırlayaq:
....................................................................
“Ürəyini boşalt”, “ Gözümün içinə bax”,
“Başını dik tut”, “Qoy əlindən gələni eləsin”,
“Ailənin yükü onun çiyinlərindədir”,
“Dilini dinc saxla”, “ Burnun girməyən yerə başını salma”.
....................................................................
Elə sözlər var ki, onları yazmaq, eşidəndə isə udmaq olmur, amma etiraf edək ki, bu cür
ifadələr bizim gözümüzü açır. Dediklərimizi qulaqardına vura, ideyaya ağız büzə bilərsiz.
Ancaq bu ifadələrin sizə toxunacağına və bizimlə razılaşacağınıza inanırıq.
Əvvəlcə...
Çarli Çaplin kimi səssiz film aktyorları bədən dilində danışmağı bacaran pionerlər idi, axı o
zamankı ekranda mümkün olan yeganə ünsiyyət vasitəsi bu idi. Aktyorun qabiliyyəti onun
istifadə edə bildiyi bədən dili işarələri və jestlərin sayı ilə ölçülürdü. Film səsli olandan sonra
aktyorluğa baxış dəyişdi və səssiz film qəhrəmanlarının çoxu yaddan çıxdı, yalnız yaxşı nitqi
olanlar qaldılar.
Bədən diliylə bağlı elmi araşdırmalar davam edir və XX əsrə qədərki araşdırmalardan ən
nüfuzlusu yəqin ki, Çarlz Darvinin “İnsan və heyvanda emosiyaların ifadəsi” əsəridir. Bu
kitab 1872-ci ildə nəşr olunub, əsasən elm adamları üçün nəzərdə tutulub. Ancaq mimikalar
və bədən diliylə – jestlərlə bağlı müasir araşdırmaların əsası məhz bu əsərlə qoyuldu.
Darvinin müşahidələrinin nəticələrini və ideyalarını indiki tədqiqatçılar da təsdiqləyir.
Ovaxtdan indiyə tədqiqatçılar az qala bir milyon işarəni qeydə alıblar. Bədən dilini
öyrənməyə başlayanlardan Albert Mehrabian hələ 1950-ci illərdə yazırdı ki, məlumatın
təsirinin 7%-i sözün, 38%-i səsin (danışıq tonu, intonasiya və başqa səslərin), 55%-i sözsüz
informasiyanın payına düşür.
....................................................................
Məsələ sizin dediyiniz sözdə deyil,
sözü deyərkən necə görünməyinizdədir.
....................................................................
Sözsüz ünsiyyət haqda ilk dəfə danışanlardan biri antropoloq Rey Bördvistel idi. O,
araşdırdığı sahəni belə adlandırmışdı: kinesika (bədən hərəkətlərinin dili). Bördvistel insanlar
arasında sözsüz ünsiyyətin kəmiyyətini müəyyən etmişdi. Onun hesablamalarına görə bir
adam gündə orta hesabla 10-11 dəqiqə danışır və bir cümlə cəmi 2,5 saniyə vaxt aparır. Biz
insanlar 250 min mimikanı canlandıra və anlaya bilərik. Bördvistel də aşkar etmişdi ki,
üzbəüz ünsiyyətin söz payı 35%-dən aşağıdır, 65%-i sözsüzdür.
Biz satışla bağlı 1970-ci və 1980-ci illərdə apardığımız müsahibə və danışıqları lentə
almışdıq. Onların analizi göstərdi ki, işgüzar görüşlərdə danışıq masası ətrafında əyləşənlərə
təsirin 60-80%-i bədən dilinin “üzərinə” düşür. Yeni şəxs barədə ilkin təəssüratın 60-80%-i 4
dəqiqədən də az müddətə formalaşır. Araşdırmalardan görürük ki, telefon danışıqları zamanı
kimin arqumenti daha güclüdürsə o udur. Üzbəüz söhbətdə isə şərtlər tamamilə dəyişir, çünki
çoxumuz eşitdiklərimiz yox, gördüklərimiz əsasında qərar veririk.
Niyə məsələ dediyiniz sözdə deyil?
Kim nə deyir desin, biz insanlar ilk görüşdə qarşımızdakının mehribanlığı, üstünlüyü, seksual
partnyor potensialı barədə tələsik qərar veririk və ilk baxdığımız yer gözlər deyil.
Tədqiqatçıların çoxu razılaşır ki, sözlər hər şeydən əvvəl informasiyanı ötürmək üçün istifadə
olunur, bədən dili isə birbaşa insanlararası münasibətlərin dilidir və bəzən şifahi nitqi əvəz
edir. Məsələn, qadın kişiyə bircə “oğrun” baxışıyla elə mesaj göndərə bilər ki, sözə ehtiyac
qalmaz.
Mədəniyyətlərdən asılı olmayaraq, bütün dillərdə sözlə hərəkət eyni vaxtda gəlir. Bördvistel
deyirdi ki, yaxşı məşq etmiş adam kiminsə səsinə qulaq asmaqla onun hansı hərəkəti etdiyini
göstərə bilər. Bundan başqa, Bördvistel yalnız jestlərə baxmaqla qarşısındakının hansı dildə
danışdığını müəyyən edə bilirdi.
Çoxları insanların bioloji baxımdan hələ də heyvan olduqları fikrini qəbul etməkdə çətinlik
çəkir. Biz primat Homo sapiensin bir növüyük – iki ayağı üstündə gəzməyi öyrənən, ağıllı və
düşüncəli beyni olan tüksüz meymunlarıq. Amma hərəkətlərimizi, reaksiyalarımızı, bədən
dili və jestlərimizi nəzarətdə saxlayan bioloji qanunlara tabeyik və çox maraqlıdır ki, bu insan
adlanan heyvanın çox vaxt xəbəri olmur ki, onun duruşu, hərəkətləri və jestləri dediklərindən
– səsləndirdiyindən fərqli “hekayə” danışa bilər.
Jestlər ifşa edir
Bədən dili adamın emosional vəziyyətinin xarici təzahürüdür. Hər bir hərəkət, yaxud jest
adamın hisslərini gizlətdiyi otağın açarı ola bilər. Məsələn, artıq çəkisindən utanan kişi
çənəsinin altındakı dərini dartmağa çalışır; budlarının çox yoğun olduğunu bilən qadın
donunu aşağı çəkir; qorxu hissi olan, ehtiyatlanan adam ya qollarını sinəsində çarpazlayır, ya
da ayağını ayağının üstünə aşırır, yaxud hər ikisini edir; sinəsi açıq qadınla söhbət edən kişi
gözlərini yayındırmağa, qadının döşlərinə zillənməməyə çalışa bilər, amma eyni zamanda,
özündən asılı olmayaraq əlləriylə nəyisə axtarırmış, nəyəsə toxunmaq istəyirmiş kimi
hərəkətlər edər.
Şahzadə Çarlz həmdəm sinə tapıb
Bədən dilini anlamaq üçün adamların dediklərinə qulaq asmaqla yanaşı, onların hansı şəraitdə
danışdıqlarını nəzərə almaq, adamın emosional vəziyyətini qiymətləndirmək lazımdır. Bu
sizə fakt və uydurmanı, reallıq və fantaziyanı ayırmağa imkan verər. Son zamanlar biz
insanlar danışmağa, söhbətə yaman meyil edirik. Bununla belə, bədən dilindən, jestlərin
əhəmiyyətindən çoxumuzun xəbəri yoxdur. Halbuki üz-üzə söhbət zamanı məlumatın
çoxunun bədən işarələriylə ötürüldüyünü artıq bilirik.
Prezident Jak Şirak haqqında danışdığı problemin həcmini göstərir, yoxsa məhəbbət
hekayəsiylə lovğalanır? Məsələn, Fransanın keçmiş prezidenti Jak Şirak, Amerikanın keçmiş
prezidenti Ronald Reyqan və Avstraliyanın keçmiş baş naziri Bob Houk fikirlərindəki
məsələlərin ölçüsünü bildirmək üçün əllərindən istifadə edirdilər. Bir dəfə Bob Houk
siyasətçilərin gəlirlərinin artırılmasına haqq qazandırmağa çalışaraq onların maaşını rəhbər
işçilərin maaşı ilə müqayisə edirdi. O bildirdi ki, vəzifəli şəxslərin məvacibi elə çoxdur ki,
siyasətçilərin maaşı ilə bağlı təkliflər bir o qədər əhəmiyyətli deyil. Bununla belə, çıxışı
zamanı Houk siyasətçilərin gəliri barədə danışanda əllərini bir-birindən az qala 1m aralı
saxlayırdı. Rəhbər işçilərin maaşı haqda danışanda onun əlləri arasındakı məsafə 30 sm-dən
çox olmurdu. Houkun əlləri göstərdi ki, əslində siyasətçilərin payı onun dediyindən çoxdur.
Niyə qadınlar daha perspektivlidirlər? Biz kiminsə daha intuitiv, yaxud perspektivli olduğunu
deyəndə özümüz də bilmədən həmin adamın başqalarının bədən dilini anlamaq və işarələrlə
deyilənləri müqayisə etmək qabiliyyətini nəzərdə tuturuq. Başqa sözlə desək, biz nə vaxtsa
“ürəyimə nə isə damıb”, ya da “mənə yalan dediklərini hiss edirəm” kimi ifadələr işlədiriksə,
deməli, qarşımızdakının dedikləriylə bədən hərəkətləri arasında bağlılıq görmürük. Yaxud
çıxış edən adam auditoriyanın onun dinləmədiyini hiss edə bilər. Məsələn, dinləyici “burnunu
sallayaraq” stulun arxasına söykənib və qollarını sinəsində çarpazlayıbsa, “perspektivli” natiq
auditoriyanın onu anlamadığını duyar və dinləyicilərini hərəkətə gətirmək üçün fərqli
yanaşmaya ehtiyac olduğunu başa düşər. “Perspektivsiz” natiq nə olur olsun, problemlə
üzləşəcək.
....................................................................
“Perspektivli” olmaq birinin sözləriylə bədən dili
arasındakı ziddiyyəti hiss etməyi bacarmaq deməkdir.
....................................................................
Ümumiyyətlə, qadınlar kişilərdən daha perspektivlidirlər və biz bunu çox vaxt “qadın
intuisiyası” deyə ifadə edirik. Qadınlar sözsüz işarələri tutmaq və şifrələməkdə fitri istedada
malikdirlər, eləcə də kiçik detalları görməkdə sərrastdırlar. Elə buna görə də xanımına yalan
danışa bilən və canını yalanla qurtaran kişilərin sayı çox azdır, qadın isə əksinə, kişinin
başına corab toxuyar, onun xəbəri olmaz.
Harvard Universitetinin psixoloqlarının tədqiqatları da göstərir ki, qadınlar bədən dilinin
işarələrinə daha çox diqqət edirlər, nəinki kişilər. Onlar qadın və kişinin söhbət etdiyi bir neçə
kiçik filmi səssiz nümayiş etdirib, sonra baxanlardan film qəhrəmanlarının nə haqda
danışdıqlarını soruşublar. Qadınların 87%-i filmdəki situasiyanı dəqiqliklə ifadə edib,
kişilərin göstəricisi 42% olub. Kişilər arasında bəzi peşə sahiblərinin, məsələn, rəssamların,
aktyorların, xəstələrə qulluq etməklə məşğul olanların və bir də homoseksualların göstəricisi
yuxarı olub. Uşaq böyüdən qadınlarda intuisiya xüsusilə güclüdür. Axı ana uşağının bir
yaşına qədər onunla yalnız sözsüz ünsiyyətdə olur. Bədən dilinin işarələrini daha tez
öyrəndikləri üçün qadınlar kişilərdən daha perspektivlidirlər.
Stsintiqrafiyanın göstərdikləri
Qadınların çoxunun beyni elədir ki, söhbətdə planetin istənilən kişisini üstələyərlər. Maqnetik
Rezonans Tomoqrafiya (MRT) aydın göstərir ki, qadınların ünsiyyətə girmək və insanları
qiymətləndirmək bacarığı kişilərdəkindən xeyli artıqdır. Qadın beynində başqalarının
davranışını qiymətləndirməyə xidmət edən 14-16 zona var, kişi beynində bu zonaların sayı 4-
6-dır. Qadınların bircə ziyafətə getməklə masadakı cütlüklərin münasibətləri haqda mülahizə
yürütməsinin səbəbi bununla izah olunur. Yəqin buna görədir ki, qadınların fikrincə, kişilər
çox danışmağı sevmir, kişilərin fikrincə, qadınlar heç susmurlar. “Niyə kişilər dinləmir,
qadınlar isə xəritədən baş çıxarmırlar?” (“Orion” nəşriyyatı) kitabımızda göstərdiyimiz kimi
qadının beyni elə formalaşıb ki, eyni anda müxtəlif istiqamətlərə xidmət edir. Orta yaşlı qadın
eyni vaxtda iki, hətta dörd fərqli işi görə bilir: televizora baxır, telefonla danışır, qəhvə içir,
üstəlik, ətrafdakıların söhbətinə qulaq asır. Qadın bir dəfə söhbət edəndə bir neçə mövzuya
toxuna bilər və hər dəfə mövzudan mövzuya keçmək, yaxud məsələnin məğzini vurğulamaq
üçün hətta beş səs tonundan istifadə edər. Təəssüf ki, kişilər bu tonlardan cəmi üçünü ayırd
edir. Nəticədə qadın ünsiyyətə çalışdığı halda kişi söhbətin “açarını” itirir.
Araşdırmalar göstərir ki, üz-üzə danışıb vizual dəlillərə əsaslanan adamlar həmsöhbəti haqda
daha doğru fikir yürüdürlər, nəinki daxili səsinə qulaq asanlar. Çünki dəlil insanın
bədənindədir və bu bədənin dilini qadınlar şüuaraltı dərk edir, dərk etməyənlər isə öyrənə
bilərlər. Bizim kitabımız bu haqdadır.
Falçılar hardan bilirlər ki?.. Həyatınızda heç olmasa bir dəfə falçıya getmisizsə, yəqin ki,
təəccüblənmisiz: sizin haqqınızda söylədiklərini – axı bunları ona heç kəs deyə bilməz –
hardan öyrənib? Bəlkə o ekstrasensdir?
Tədqiqatlar göstərir ki, falçılar, oyun kartlarıyla fala baxanlar, adamın ovcunun içini
“oxuyanlar”, ekstrasenslər müştəridən informasiya almaq üçün bir neçə xüsusi üsuldan
istifadə edirlər və heç vaxt görmədikləri adam haqda həqiqətə çox yaxın (bəzən 80%-i doğru
olur) fikir söyləyə bilirlər. Falçının dediklərini sadəlövh adam möcüzəyə bənzədər. Halbuki
onun uğuru, sadəcə, bədən dili işarələrini müşahidə etmək qabiliyyətinin, üstəlik insanın
təbiətinə, eləcə də “ehtimal statikasına” bələd olmasının nəticəsidir. Bəziləri özünün bu
sözsüz işarələri oxumaq qabiliyyətindən xəbərsizdir, nəticədə fövqəladə gücə sahib olduğuna
özü də inanır. Digər tərəfdən bu adamların yanına gələnlərin çoxu pozitiv nəticə gözləyir.
Beləliklə, özünə əmin falçının hazırladığı “tamaşalar” – düzülmüş kartlar, ya da kristal kürə,
gələnin bədən dilini oxumaq üçün tərtib edilmiş səhnə hətta bütün bunlara şübhə ilə yanaşan
adamı yoldan çıxara, möcüzəyə inandıra bilər. Falçı adamın görünüşünə baxır, dediklərinə,
verdiyi suallara reaksiyasını müşahidə edir və bütün bunlar onun qarşısındakının fikirlərini
oxumasına xidmət edir. Maraqlıdır ki, falçıların çoxu qadınlardır, çünki əvvəl də dediyimiz
kimi qadınlar bədən dili işarələrini görməkdə, başqalarının emosional durumunu
qiymətləndirməkdə xüsusi istedada malikdirlər.
....................................................................
Falçı gözünü kristal kürəyə zillədi, sonra dəli bir qəhqəhə çəkdi.
Con onun burnuna bir yumruq ilişdirdi.
İlk dəfə idi ki, Con bu cür yerdə belə hərəkət edirdi.
....................................................................
Fikrimizi izah etmək üçün gəlin bir falçının sizin falınıza baxdığını təsəvvür edək. Güman
edin ki, qaranlıq, tüstü dolu bir yerdəsiz, qara çalmalı, barmaqları daş-qaşla dolu ekstrasens
üzərinə ay işığı düşən və üstündə kristal kürə olan alçaq bir masanın arxasında oturub danışır:
“Bu sessiyaya gəlişiniz məni sevindirdi və mən görürəm ki, sizə əzab verən şeylər var, çünki
sizdən ciddi siqnallar alıram. Mən hiss edirəm ki, bu şeylər bəzən sizə real görünmür və siz
onlara nail olub-olmayacağınız haqda çox fikirləşirsiz. Mən bir şeyi də hiss edirəm; siz bəzən
mehribansız, qaynayıb-qarışansız, dostcanlısız, bəzənsə kənara çəkilirsiz, özünüzə qapanırsız,
ehtiyat edirsiz... Öz müstəqil düşüncə tərzinizlə fəxr edirsiz, xüsusi dəlil-sübut yoxdursa,
başqalarının dediklərini eşitmək istəmirsiz. Dəyişikliyi və müxtəlifliyi sevirsiz, şablon və
məhdudiyyətlər sizi narahat edir. Dərindəki hisslərinizi sizə yaxın olan adamlarla bölüşmək
istəyirsiz, ancaq çox açıq danışmağı axmaqlıq hesab edirsiz. Həyatınızda adının baş hərfi “S”
olan adam var və onun sizə təsir gücü artmaqdadır. Gələn ay noyabrda doğulmuş bir qadınla
tanış olacaqsız, o sizə maraqlı təklif edəcək. Kənardan siz nizam-intizamlı, hisslərini
cilovlayan adam təsiri bağışlayırsız, daxilən qayğılı və narahatsız. Bəzən seçiminizin,
qərarınızın düzgün olub-olmaması barədə düşünürsüz...”
Necədir? Sizin haqqınızda dediklərimiz doğrudurmu? Araşdırmalar göstərir ki, bu
informasiya onu oxuyan hər bir adama uyğun gəlir (80%). Baxın, adamı duruşundan,
üzündəki ifadədən, hərəkətindən anlamaq qabiliyyəti, üstəgəl zəif işıq, qəribə musiqi və bir
də azacıq qatran ətri – bütün bunlarla iti də heyrətləndirmək olar! Sizdə falçılığa həvəs
yaratmaq fikrində deyilik, amma bir azdan siz də başqaları haqda falçı kimi danışa biləcəksiz.
Anadangəlmə, irsi, yoxsa öyrənilmiş?
Əllərinizi qoynunuza qoyanda sağ əlinizi solun üstünə, yoxsa sol əlinizi sağın üstünə
qoyursuz? Bunu necə elədiyini çox adam bilmir, suala cavab vermək üçün əvvəl hərəkəti
təkrarlamalı olurlar. İndi siz də əllərinizi qoynunuza qoyun, sonra cəld tərsinə hərəkət edin.
Hansı vəziyyətdə daha rahatsız? Tədqiqatlar göstərir ki, bu jest genetikdir və dəyişmir.
....................................................................
On adamdan yeddisi sol qolunu sağ qolunun üstünə qoyur.
....................................................................
Duruş və jestlər anadangəlmədir, irsidir, yoxsa başqasından keçir? Bu sual ətrafında çoxlu
müzakirələr olub, tədqiqatlar aparılıb. Başqalarının hərəkətini görmək imkanından məhrum
olan korları müşahidə ediblər. Müxtəlif mədəniyyətləri təmsil edən adamların, həm də insana
yaxın olan heyvan-meymunun davranışlarına baxıblar.
Araşdırmaların nəticələri göstərir ki, jestlər kateqoriyalara ayrılır. Məsələn, uşaqlar doğulan
kimi əmməyə başlayırlar. Bu o deməkdir ki, əmmək ya anadangəlmə, ya da irsi qabiliyyətdir.
Alman alim Eybl Eybesfeldt aşkar edib ki, hətta kor, yaxud kar doğulan uşaq gülümsəməyi
bacarır, deməli, bu da anadangəlmədir. Ekman, Freyzen və Sorenson müxtəlif ölkələrdə
araşdırmalar aparıb, insanın mimikalarını 5 yaşından müşahidə ediblər. Müşahidələr göstərib
ki, hər bir xalq hansısa emosiyanı eyni jestlə ifadə edir, yəni bu jestlər anadangəlmə ola bilər
(Ekman, Freyzen və Sorenson Darvinin anadangəlmə jestlər barədə fikirlərinin
müdafiəçisidirlər).
....................................................................
Xalqlar arasında fərqlər var, amma bədən
dilinin əsas işarələri hər yerdə eynidir.
....................................................................
Bəzi jestlərin irsiliyi, ya da başqalarından öyrənilərək vərdişə çevrildiyi haqda müzakirələr
indi də davam edir. Məsələn, qadınların çoxu paltosunu sol qolundan, kişilər isə sağ qolundan
başlayaraq geyinir. Deməli, kişilər palto geyinəndə beynin sol yarımkürəsini, qadınlar isə sağ
yarımkürəni işlədirlər. Bir kişi yolda bir qadının yanından ötüb keçirsə, bədənini qadına tərəf
çevirib keçir. Qadın isə özündən asılı olmayaraq, kənara çəkilir, sinəsini qoruyur. Bu qadının
anadangəlmə reaksiyasıdır, yoxsa o bunu başqa qadınlardan öyrənib?
Jestlərin mənşəyi
Elə jestlər var ki, onlar dünyanın hər yerində eynidir. Məsələn, adam sevinirsə, gülümsəyir,
kədərlidirsə, yaxud hirslənibsə qaşqabaq tökür, mısmırığını sallayır. Dünyanın az qala hər
yerində, hətta kor doğulan adamlar belə fikirlərini başlarını aşağı əyməklə təsdiqləyirlər. Bu,
jestin anadangəlmə olduğunu göstərir. Fikri inkar etmək, “yox” demək üçün başı yelləmək də
universaldır, çox güman ki, insan bunu uşaqlığının ilk çağlarında öyrənir. Uşaq süddən
doyanda, döş istəməyəndə başını sağa-sola çevirir. Körpəni yedizdirəndə doyubsa, başını gah
bu, gah da o tərəfə çəkərək qaşığı rədd edir. Beləliklə, razılaşmadığını, neqativ münasibətini
baş yelləməklə bildirməyi öyrənir.
....................................................................
Baş yelləmək “yox” deməkdir və bu jest
körpə əmdiyi gündən formalaşır.
....................................................................
Bəzi jestlər bizim ibtidai, heyvani keçmişimizlə bağlıdır. Məsələn, yırtıcı heyvanlarda
gülümsəmək təhlükə jestidir. Ancaq primatlarda gülümsəmək başqa təhlükəsiz jestlərlə birgə
istifadə olunur, itaətkarlığı ifadə edir.
Dişləri ağartmaq, burun deşiklərini açmaq primatların hücuma hazırlaşarkən etdiyi
hərəkətlərdir. Burun pərləri genişlənəndə döyüşə, yaxud uçuşa hazırlaşan bədənə daha çox
oksigen daxil olur. Heyvanların aləmində bu jest qarşıdakının təhlükəli olduğunu bildirir.
Heyvan və insanın istehzalı təbəssümü
Yəqin bunların heç biriylə görüşə çıxmaq istəməzsiz
Bəzi heyvanlarda istehzalı gülüş müşahidə olunur, onlar bununla ətrafdakılara xəbərdarlıq
edir; lazım gəlsə hücuma keçəcək, müdafiə üçün dişlərini işə salacaq. İnsan dişləri ilə hücum
eləməsə də, istehzayla gülə bilir, təhlükəni, yaxud nəyinsə düzgün olmadığını hiss edən adam
acıqlandığını, qəzəbini bu jestlə ifadə edir.
Universal jestlər
Çiyinləri çəkmək universal jestlərdən biridir. Dünyanın harasında olursa olsun, qarşınızdakı
adam çiynini çəkirsə, deməli, sizi anlamır, nə dediyinizi bilmir. Bu jest üç hərəkətdən
ibarətdir: əllər açılır (gizli heç nə olmadığını göstərir), çiyinlər bükülür (boğazı hücumdan
qoruyur), qaşlar dartılır (bu universal jest “müti salam” deməkdir). Çiyinləri çəkmək itaətin,
tabe olmağın göstəricisidir
Xalqların danışıq dili kimi bədən dili də fərqli ola bilər. Elə jest var ki, onu bir ölkədə hamı
işlədir və əlbəttə, mənasını hamı bilir, ancaq bir başqa yerdə bu jestin ya mənası yoxdur, ya
da tamam fərqli məna daşıyır. Mədəniyyətlər arasındakı fərqlər barədə daha ətraflı 5-ci
fəsildə danışacağıq.
Düzgün “oxumağın” üç qaydası
Gördükləriniz və eşitdikləriniz həqiqətlə üst-üstə düşməyə bilər. Həqiqəti bilmək üçün üç
əsas qaydaya əməl etməlisiz.
1-ci qayda. Ayrı-ayrı jestlərə yox,
jest “dəstəsinə” baxın
Bədən dilini yenicə öyrənməyə başlayanların edə biləcəyi ən böyük səhv jestlərdən yalnız
birini aydınlaşdırmağa çalışmaqdır (şəraiti və digər jestləri nəzərə almadan). Məsələn, baş
qaşımağın müxtəlif səbəbləri ola bilər; adam başını tərləyəndə, kəpək çox olanda, başına bit
düşəndə, həm də nəyisə unudanda, nəyəsə arxayın olmayanda, qərarsızlıqdan əziyyət
çəkəndə, ya da yalan danışanda qaşıyır. Bu qaşınmanın əsl səbəbini o biri jestlərə də diqqət
etsəniz, tapa bilərsiz. Bütün dillər kimi bədən dilinin də sözləri, söz birləşmələri və cümlələri
var. Hər jest bir sözdür və bu sözün çoxlu fərqli mənaları ola bilər. Məsələn, “dressing” sözü
ingilis dilində əz azı on məna daşıyır. Bu həm geyinmə, həm qidaya ədviyyat əlavə etmə,
həm quşun içini doldurma, həm yaranı sarıma, həm atlara qulluq etmə prosesidir, həm də
gübrə mənasını verir. Sözü cümlədə işlədəndə anladığımız kimi, jestləri də birlikdə analiz
etsək, həmsöhbətimizin fikrini və məsələyə münasibətini öyrənmiş olarıq. Danışıq dilindəki
cümlələr kimi bədən dilindəki jest “dəstəsinin” də azı üç hissəsi olmalıdır ki, siz onun əsl
mənasını anlayasız. “Perspektivli” adam həmsöhbətinin bədən dili cümlələrini oxuyan və
onları eşitdiyi cümlələrlə müqayisə etməyi bacaran adamdır.
....................................................................
Baş qaşımaq qərarsızlığın göstəricisidir,
amma kəpəyin də əlaməti ola bilər.
....................................................................
Beləliklə, düzgün nəticə çıxarmaq üçün jest “dəstəsinə” baxın. Bizim hər birimizin tez-tez
təkrar etdiyi jestlər var. Bu jestlər, sadəcə, darıxdığımızı, yaxud əməlli-başlı sıxıldığımızı
göstərə bilər. İnsanın əlini saçına tez-tez atması, ya da bütün gün saçını burması da belədir.
Kimsə buna vərdiş eləyib, ancaq ayrılıqda bu hərəkət narahatlığın əlamətidir. Ana uşağına
onun başını tumarlayaraq təsəlli verirsə, bu uşaq böyüyəndə də, narahat olan kimi əlini
saçına-başına çəkir.
Jestlər “dəstəsi” barədə fikrimizi izah etmək üçün daha bir nümunəyə – tənqidi yanaşmanı
göstərən hərəkətlərə baxaq (bu hərəkətləri qarşısındakının fikrini bəyənməyən adamlar edir).
Bu adam sizinlə razı deyil
Tənqidi yanaşmanın əsas göstəricisi əl-üz jestidir: şəhadət barmaq yanağı göstərir, baş
barmaq çənəyə dayaq durur, o biri barmaqlar ağzı “bağlayır”. Bu insanın eşitdiklərilə
razılaşmadığını dəqiqləşdirmək istəyirsizsə, aşağı baxın. Ayaqlar bir-birinin üstə aşırılıbsa, o
biri qol bədəni örtürsə (müdafiə), baş aşağıdırsa (neqativ/düşmən) cümlə təxminən belədir:
“Sizinlə razı deyiləm”, ya da “Sualınız heç xoşuma gəlmədi”, yaxud “Mən öz neqativ
hisslərimi gizlətməyə çalışıram”.
Hillari Klinton qarşısındakına inanmayanda bu jestlərdən istifadə edir
2-ci qayda. Uyğunluq axtarın
Tədqiqatlar göstərir ki, sözsüz işarələrin təsiri sözlü məlumatın təsirindən 5 dəfə artıqdır və
əgər bunlar bir-birlərinə uyğun gəlmirlərsə, həmsöhbətiniz – xüsusilə qadındırsa –
dediklərinizə məhəl qoymayacaq, yalnız bədənin işarələrini nəzərə alacaq.
Əgər siz yuxarıda təsvir etdiyimiz (əl-üz jestinin sahibi) adama müraciət etsəniz, onun sizin
çıxışınız barədə fikrini soruşsanız və bu adam sizinlə razılaşmadığını bildirsə, onun cümlələri
bədən işarələrinə uyğun olacaq. Yox, əgər həmin adam razılaşdığını deyirsə, onun yalan
danışdığını hiss edəcəksiz, çünki jestlər başqa şey deyir.
....................................................................
Danışanın jestlərilə sözləri arasında uyğunluq yoxdursa, qadın onun dediklərinə məhəl
qoymur.
....................................................................
Təsəvvür edin ki, bir siyasətçi tribuna arxasında dayanıb, özünə inamlı halda danışır, gənclərə
səmimi, açıq münasibətindən bəhs edir. Amma bu adamın əlləri qoynunda gizlənib
(müdafiə), başı isə aşağı əyilib (neqativ/düşmən), siz ona inanırsızmı? Bəs o sizi öz
səmimiliyinə, qayğıkeşliyinə inandırmaq üçün tribunaya sərt bir karate zərbəsi endirsə necə?
Ziqmund Freyd deyirdi ki, bir dəfə yanına gənc bir qız gəlir, nikaha girdiyi üçün çox xoşbəxt
olduğunu deyir, amma danışanda nişan üzüyünü oynadaraq gah çıxarır, gah da barmağına
salırmış. Freyd qızın bu şüuraltı hərəkətinin mənasını bilirmiş və həmin qızın sonrakı
problemləri onu heç təəccübləndirmir. Jestləri müşahidə etmək və bu jestlərlə nitq arasında
uyğunluq axtarmaq qarşınızdakının ürəyinin açarını axtarmaq kimi bir şeydir.
3-cü qayda. Jestlərə kontekst
daxilində baxın
Bütün jestlərə kontekstə uyğun baxılmalıdır. Məsələn, əgər biri qollarını sinəsində
çarpazlayıb, ayaqlarını bir-birinin üstünə aşırıb, başını da aşağı sallayıbsa və siz bu adamı
soyuq bir gündə, avtobus dayanacağında görürsünüzsə, onun kimdənsə deyil, soyuqdan
müdafiə olunduğunu anlayacaqsız. Yox, əgər bu adam sizin qarşınızda əyləşibsə və siz ona
məhsul, ya da xidmət təklif edirsizsə, özünüzü yormayın, bu adam sizin təklifinizi rədd etmək
niyyətindədir. Kimsədən deyil, soyuqdan müdafiə olunur
Bu kitabda bütün jestlərə kontekst daxilində baxılacaq və mümkün olduqca onları tədqiq
edəcəyik.
Səhv etmək asandır. Niyə?
Salamlaşanda hərə əli bir cür sıxır və əgər biri yumşaq hərəkət edir, zəif sıxırsa (xüsusilə
kişilər) xarakterinin zəifliyini göstərmiş olur (Əl sıxmağın texnikaları və hər texnikanın
səbəbi haqda gələn fəsillərdə ayrıca danışacağıq). Amma artriti (oynaq xəstəliyi) olan adam
da əl sıxanda ehtiyatlı olmağa, qarşısındakının sərt hərəkətindən qorunmağa çalışır. Eləcə də
rəssamlar, musiqiçilər, cərrahlar və incə iş görən, daha doğrusu, əlilə işləyənlərin çoxu əl
sıxaraq salamlaşmağı xoşlamır.
Dar, yaxud əyninə olmayan paltarı geyinəndə də adam bəzi jestlərdən istifadə edə bilmir və
bu bədən dilinə təsirini göstərir. Kök adam bir ayağını o birinin üstünə qoya bilmir. Çox
gödək don geyinəndə qadınlar qorunmaq üçün ayaqlarını bir-birinin üstünə aşırırlar. Gecə
klubunda belə qadın görəndə adam ona yaxınlaşmaq istəmir, axı rəqs etməyə hazır olan qadın
bu cür oturmur. Fiziki məhdudiyyətlərin insanın hərəkətlərinə təsirini nəzərə almaq vacibdir.
Uşaqları “oxumaq” niyə bu qədər asandır?
Böyük adamın üzündəki ifadəni oxumaq daha çətindir, nəinki kiçiyin. Bir-birini əvəzləyən
jestlərin sürəti və aydınlığı danışanın yaşından asılıdır. Məsələn, 5 yaşlı uşaq yalan danışan
kimi əlini, yaxud əllərini ağzına aparır. Bu hərəkət valideynə yalan barədə mesaj göndərir.
Yalan danışan uşaq
Bu jesti adam həyatı boyu təkrarlayır, ancaq illər keçdikcə jestin sürəti dəyişir. Yeniyetmə də
yalan danışanda əlini ağzına aparır, amma beş yaşlı uşaq kimi ağzını bağlamır, onun yalnız
barmaqları ağzın kənarına dəyir, yüngülcə toxunur.
Yalan danışan yeniyetmə
Böyük adamlarda bu jestin sürəti daha artıqdır. Yetkin adam yalan danışanda beyin yenə
əlləri ağıza aparmaq və bununla yalanın çıxmasına mane olmaq üçün təlimat verir. Amma
böyük adam bu təlimatın yerinə yetirilməsinə son anda mane olur, üzdən “qovulan” əl buruna
dəyib dayanır. Beləliklə, buruna toxunan əl, ağıza gedən əlin (beş yaşlı jestin) böyük
variantıdır.
Bill Klinton məhkəmə qarşısında, Monika Levinskiylə
bağlı suallara cavab verərkən
Deməli, yaş artdıqca insanın jestləri də dəyişir, əvvəlki kimi aydın olmur, gözə çarpmır. Ona
görə də 50 yaşlı adamın bədən dilini anlamaq, 5 yaşlı uşağı anlamaqdan qat-qat çətindir.
Saxtalaşdıra bilərsiz?
Bizdən tez-tez soruşurlar: saxta jestlər edə bilərsizmi? Bu suala, ümumiyyətlə, “yox” cavabı
veririk, çünki hər şey – əsas jestlər də, bədənin mikro siqnalları da, sözlər də bir-birinə uyğun
olmalıdır. Məsələn, adamın əlini açıq saxlaması onun düzlüyünün göstəricisidir. Amma
dələduzun biri yalan danışdığı halda əlini açıq saxlayır və üzünüzə gülürsə, siz bunu hiss
edəcəksiz. Çünki mikro siqnallar onu ələ verəcək; bu adamın göz bəbəkləri darala bilər,
qaşının biri yuxarı qalxar, ağzı-gözü səyriyər və bütün bunlar açıq ələ, təbəssümə uyğun
gəlməz. Bunun nəticəsidir ki, dinləyici, xüsusilə də qadın eşitdiklərinə inanmır.
....................................................................
Kişilərlə söhbət zamanı saxta jestlərdən
istifadə etmək nisbətən asandır,
çünki qadınlardan fərqli olaraq kişilər
bədən dilini “oxuya” bilmirlər.
....................................................................
Olmuş hadisə: iş üçün müraciət edən
adam yalan danışır
İşə götürmək istədiyimiz bir kişi əvvəlki işindən uzaqlaşmasının səbəbini izah edirdi. Deyirdi
ki, yaxşı münasibətləri olan kollektivi tərk etmək onunçün çətin olub, amma ordakı imkanlar
onu qane etmədiyi üçün yeni iş yeri axtarmaq qərarına gəlib. Bir qadın həmkarım həmin
kişiyə inanmadığını bildirdi. Bu adam keçmiş müdirini təriflədiyi halda, həmkarım onun
məhz müdiri ilə problemi olduğunu hiss etmişdi. Biz söhbətin videoyazısına sürəti azaldaraq
baxdıq və maraqlı bir faktı aşkar elədik: kişi hər dəfə keçmiş müdirindən danışanda üzünün
sol tərəfində bir anlıq istehza müşahidə olunurdu. Belə mikro siqnallar həmişə bir anlığa
görünür və təcrübəsi olmayanların gözündən yayınır. Biz həmin adamın keçmiş müdirinə
zəng vurduq, məlum oldu ki, onu işdən həmkarlarına narkotik satmağa çalışdığı üçün
qovublar. Beləliklə, bu adam saxta jestlərdən məharətlə istifadə etsə də, mikro siqnalları onu
ələ verdi.
Deməli, saxta jestləri həqiqi jestlərdən ayırsaq, dürüst adamla fırıldaqçını fərqləndirə bilərik.
Açıq əllərin dürüstlüyün əlaməti olduğunu çoxları bilir və yaxşı təsir bağışlamaq üçün bu
jestdən hamı istifadə edə bilər. Ancaq tərləmək və qızarmaq kimi siqnalları saxtalaşdırmaq
mümkün deyil.
....................................................................
Fırıldaqçıların oyunu çox çəkmir.
....................................................................
Amma bəzən saxta jestlərdən düşünülmüş şəkildə, üstünlük qazanmaq üçün istifadə edirlər.
Məsələn, gözəllik müsabiqələri iştirakçıları mehriban və səmimi görünmək üçün bəzi bədən
hərəkətlərini cidd-cəhdlə öyrənirlər. İştirakçının uğuru onun jestlərdən istifadə etmək
məharətindən çox asılıdır. Ancaq təcrübəli iştirakçıların saxta jestlərinin təsiri çox çəkmir,
çünki bədən əvvəl-axır öz siqnallarını ötürür. Bəzi siyasətçilər saxta jestlərdən məharətlə
istifadə edir, seçiciləri inandırmağa çalışırlar. Bizsə bu cür siyasətçilərin (Con F.Kennedi və
ya Adolf Hitler) “xüsusi xarizmaya malik olduğunu” deyirik.
Bir sözlə, saxta jestlərdən uzun müddət istifadə etmək olmur. Amma ünsiyyət zamanı pozitiv
jestlərdən istifadə etməyi öyrənmək, eyni zamanda səhv təəssürat yarada biləcək neqativ
jestləri tərgitmək vacibdir. Bu, ətrafdakılarla ünsiyyəti qat-qat asanlaşdırır.
Böyük “oxucuya” çevrilməyin sirri
Ətrafınızdakıların bədən dilini öyrənmək, eləcə də öz jestlərinizi tanımaq istəyirsizsə, gündə
heç olmasa, on beş dəqiqə vaxt ayırın. “Oxu dərsləri” üçün adamların toplaşdığı hər yeri
seçmək olar. Jestlərin bütün növlərini müşahidə etmək istəyirsizsə, hava limanı ideal yerdir,
burda bütün hisslər – qəzəb və hövsələsizlik, sevinc və kədər – hər şey bədən hərəkətləri ilə
ifadə olunur. İctimai toplantılar, işgüzar görüşlər, qonaqlıq da əla mənbədir. Bədən dilini
“oxumaq” bacarığına yiyələnəndən sonra siz ən darıxdırıcı məclislərdə də bir küncə çəkilib
jestləri müşahidə etməkdən ləzzət ala bilərsiz.
....................................................................
Bədən dilini “oxumaq” sarıdan müasir insan
əcdadlarından geri qalır, çünki sözlər onu yayındırır.
....................................................................
Bədən dilini öyrənmək üçün televizor da çox yaxşı vasitədir. Səsi alın və söhbətin nədən
getdiyini görüntülərə əsasən müəyyən etməyə çalışın. Arada səsi artırın və jestləri düzgün
başa düşüb-düşmədiyinizi yoxlayın. Bir müddətdən sonra siz bütün proqrama səssiz baxa və
nə baş verdiyini sözsüz anlaya bilərsiz (kar adamlar kimi).
Bədən dilinin işarələrinə bələd olandan sonra siz adamların dominantlıq və manipulyasiya
cəhdlərini, eləcə də sizə qarşı cəhdləri aydın görəcək, həm də ətrafınızdakılara daha həssas
yanaşmağı öyrənəcəksiz.
Beləcə yeni sosial mütəxəssis – Bədən Dili Mütəxəssisi yaranacaq. Ornitoloq (quşlar üzrə
mütəxəssis) quşları müşahidə etməyi sevirsə, Bədən Dili Mütəxəssisi insanın hərəkətlərinə,
sözsüz eyhamlarına baxmağı xoşlayır. O, toplantılarda və çimərliklərdə, işdə və evdə,
televizorda –hər yerdə insanı müşahidə edir, davranışları tədqiq edir, ətrafındakıları və
nəticədə özünü kəşf etməyə çalışır, münasibətlərini inkişaf etdirməyin yolunu öyrənmək
istəyir.
....................................................................
Müşahidə edən və güdən – fərq?
Qovluq və qələm.
....................................................................
2-ci fəsil
HAKİMİYYƏT SİZİN ƏLİNİZDƏDİR
Əllə, əl sıxmaqla idarə etmək olar!
Keçmişdə açıq əllər silahın olmadığını göstərirdi
Adamın yeni PR şirkətində ilk iş günü idi və o, hamıda yaxşı təəssürat yaratmağa çalışırdı.
Onu işçilərlə tanış edəndə hər birinin əlini həyəcanla sıxır, hər kəsə gülümsəyirdi. Adam
ucaboy (1.90), yaraşıqlı idi, yaxşı geyinmişdi və əlbəttə, uğurlu PR işçisi təsiri bağışlayırdı.
Ancaq cavanlıqdan atasının onu öyrətdiyi kimi görüşəndə adamların əlini bərk sıxırdı. Elə
bərk sıxırdı ki, qadın həmkarlarından ikisinin üzüyü barmağını qanatdı, bir neçə işçinin əli
ağrıdı. Kişilər onun əlini daha bərk sıxmağa çalışdılar – kişilər həmişə yarışmağı sevir.
Amma qadınlar sakitcə inildəyib, sonra pıçıldaşmağa başladılar: “Öküzdür elə bil! Uzaq
durun bundan!” Kişilərdən fərqli olaraq qadınlar bu adamdan çəkinir, uzaq gəzirdilər (şirkətin
idarəçilərinin yarısı qadın idi).
Əl haqda fikirlər: əliniz yüngüldür, ya ağırdır fərqi yoxdur, əlinizlə işləyin. İşləyin ki, sonra
əliniz yanınızda qalmasın. Axı bir gün ehtiyacınız olar, əlinizi yuxarılara uzatmaq istəyərsiz.
Əlinizi qana bulamayın, təmiz saxlayın. Çünki bir gün sizə çörək verən əli dişləyərsiz və hər
şey əldən çıxar. İnsanın təkamülü boyu əl ən vacib alət olub və beyinlə əllər arasında bağlar
digər orqanlar arasındakı bağlardan çoxdur. Öz əl hərəkətlərinə fikir verənlərin sayı çox
azdır. Bax elə siz, görüşdüyünüz adamın əlini necə sıxırsız? Hakimiyyət, nüfuz, itaət – hamısı
burdan başlayır. Açıq əllər tarix boyu düzlüyün, dürüstlüyün, sədaqət və itaətin əlaməti olub.
İndi də adam əlini ürəyinin üstünə qoyub and içir. Qərbdə məhkəmədə danışan adam sol əlini
Bibliyanın üzərinə qoyur, sağ əlini yuxarı qaldırıb məhkəmə üzvləri üçün açıq saxlayır.
Qarşınızdakının səmimi olub-olmadığını bilməyin ən yaxşı yolu onun əl hərəkətlərini
izləməkdir. İtlər tabe olduqlarını bildirmək üçün boyunlarını uzadır, qalibə boyun əyirlər.
İnsan silahsız və təhlükəsiz olduğunu bildirmək üçün əllərini açır.
....................................................................
Sakit, itaətkar it boynunu sizə tərəf uzadır.
İnsan əllərini açır, ovcunu göstərir.
....................................................................
Qarşımızdakının səmimiliyini nədən bilirik?
Düz danışan adam o dəqiqə əlini, ya da əllərini qaldırır. Elə bil qarşısındakına ovcunun içini
(tam, yaxud bir hissəsini) göstərərək, “Mən eləməmişəm!”, “Qanınızı qaraltdımsa,
bağışlayın!”, ya da “Mən düz deyirəm” tipli cümlələr işlədir. Bütün bədən siqnalları kimi bu
jest də qeyri-iradidir və nəticədə siz həmsöhbətinizin dürüst olduğunu hiss edirsiz.
Mənə etibar edə bilərsiz, mən həkiməm
“Açıq əl” jesti hər yerdə istifadə olunur, siyasətçilər
bununla açıq və səmimi olduqlarını göstərmək istəyirlər
Yalan danışan, ya da nəyisə gizlədən uşaq əllərini çox vaxt arxasında saxlayır. Gecəni harda
keçirdiyini demək istəməyən kişidən də izahat istəyəndə əllərini cibində saxlaya, ya da
qoynunda gizlədə bilər. Amma duruşu onu ələ verəcək, qadın bu vəziyyətdə danışan kişiyə
inanmır. Nəsə gizlətməyə çalışan qadın isə mövzunu dəyişir, məsələyə dəxli olmayan “əlli”
şey haqda danışır, eyni zamanda müxtəlif işlərlə məşğul olur.
....................................................................
Yalan danışan kişinin jestləri onu ələ verir.
Yalan danışan qadın məşğul görünməyə çalışır.
....................................................................
Satış işinə baxanlar bilirlər ki, müştərinin əl hərəkətlərinə diqqət etmək lazımdır. Məhsulu
almaq istəməyən adam etirazının səbəbini izah edəndə səmimidirsə, əllərilə danışır, ovcunun
içi də görünür. Eyni fikri səsləndirən, tutarlı səbəblərdən bəhs edən, amma əllərini gizlədən
müştərinin yalan danışdığı bilinir.
Söhbətə qoşulmaq istəməyən kişilərin ən çox istifadə etdiyi jest əlləri cibdə saxlamaqdır.
Əllər həmişə bədən dilinin əsas bağları olub, onlar bütün başqa bədən hissələrindən çox
“danışır”. Ona görə də əllərin gizlədilməsi ağzın bağlanması kimi bir şeydir.
Əllərdən qəsdən, aldatmaq üçün də
istifadə edirlər
Soruşa bilərsiz: “Mən yalan danışsam da, əlimi gizlətmirəmsə, mənə inanarlar?” Cavab: hə...
və yox. Yalan danışanda əlinizi açıq saxlasanız da, səmimi görünməyə bilərsiz. Çünki başqa
mikro siqnalların – dürüst adama məxsus başqa jestlərin əvəzinə yalan danışanın jestlərindən
istifadə edəcəksiz və bunlar sizin açıq əlinizə uyğun gəlməyəcək. Fırıldaqçılar, peşəkar
yalançılar öz üzərilərində işləyir, danışdıqları yalanı jestlərlə tamamlaya bilirlər. Məhz
jestlərdən məharətlə istifadə etdikləri üçün onları “peşəkar” adlandırırlar.
....................................................................
Qız: “Qocalanda, saçlarım ağaranda da sevəcəksən məni?”
(əllər açıqdır) Oğlan: “Sevmək nədir, mən sənə
məktub da yazacam”.
....................................................................
Səbəb və nəticə
Əl hərəkətləri üzərində işləyib, bilərəkdən istifadə edərək də səmimi və etibarlı adam təsiri
bağışlamaq olar. Maraqlıdır ki, “açıq əl” jestləri vərdişə çevriləndən sonra yalan danışmağa
həvəs azalır. Çox adam açıq əllə yalan danışmağın çətin olduğunu deyir, çünki jest və
emosiyalar bir-birilə birbaşa əlaqəlidir. Məsələn, müdafiə olunmaq istəyən adam əllərini
qoynunda gizlətmək istəyir. Amma siz əllərinizi qoynunuza elə-belə qoysanız da, özünüzü
müdafiə olunmuş kimi hiss edəcəksiz. Danışanda əllərinizi açıq saxlayırsızsa, bu,
qarşınızdakı insana daha çox təsir edir, o da sizinlə səmimi olmağa çalışır.
Ovcunuzun gücü
Nəzərə çarpmasa da, ən güclü bədən siqnallarından biri adamın ovcunun içindən gəlir – əmr
və göstəriş verəndə, əl sıxanda... İstifadə edə bilən üçün səssiz hakimiyyətin gücü əlin
içindədir.
Əllə üç əsas əmr jesti var: əlin içi yuxarı; əlin içi aşağı; işarə edən barmaq. Bu jestlərin fərqini
anlamaq üçün nümunəyə baxaq: tutaq ki, birindən nəyisə götürüb, başqa yerə qoymağı xahiş
edirsiz. Təsəvvür edək ki, siz bu xahişinizi 3 dəfə, eyni sözlər, eyni səs tonu və üzünüzdə eyni
ifadə ilə təkrarlayırsız, yalnız əlinizin vəziyyəti dəyişir.
“Əlin içi yuxarı” itaəti, təhlükəsizliyi ifadə edən jestdir (küçə dilənçisinin məhkəmədə
çıxışını xatırladır), açıq əllər qədim zamanlarda silahın olmadığını göstərib. Xahişi edəndə
əliniz bu vəziyyətdədirsə, qarşınızdakı rahat olacaq, hədə, ya təzyiq hissi olmayacaq. Siz
kiminsə danışmağını istəyirsizsə, bu jestdən istifadə edə bilərsiz. Bununla qarşınızdakını
dinləməyə hazır olduğunuzu göstərmiş olarsız. Əsrlər keçdikcə bu jest şəklini dəyişib, yeni
versiyaları – yuxarı qaldırılmış tək əl, ürəyin üstə qoyulmuş əl jestləri formalaşıb.
əlin içi yuxarı – təhlükəsiz əlin içi aşağı – hökm
Əlin içi aşağıdırsa, siz bilavasitə hakimiyyəti göstərirsiz. Əşyanın yerini dəyişməsini
istədiyiniz adam sizin ona əmr etdiyinizi düşünə bilər və sizə qarşı kin bəsləyər (əlbəttə,
aranızdakı münasibətdən, bir yerdə çalışırsızsa, tutduğunuz vəzifələrdən çox şey asılıdır).
....................................................................
Əlinizi çevirməklə ətrafdakıların sizə münasibətini tamamilə dəyişə bilərsiz.
....................................................................
Məsələn, qarşınızdakı sizinlə eyni statusa malikdirsə, birinci halda (“əlin içi yuxarı”) sizin
dediyinizi edər, amma ikinci halda (“əlin içi aşağı”) istəyinizi yerinə yetirməkdən imtina
eləyə bilər. Yox, əgər sizin tabeliyinizdə olan adamdırsa, ikinci jest (“əlin içi aşağı”) məqbul
sayıla bilər, çünki sizin buna səlahiyyətiniz var.
Nasistlərin salamını xatırlayın; yuxarı qaldırılsa da, içi aşağı baxan əl. Bu jest Üçüncü Reyx
dövründə güc və tiraniyanın rəmzi idi. Adolf Hitler əlini içi yuxarı halda qaldırsaydı, onu
ciddi qəbul etməzdilər, ona gülərdilər.
Adolf Hitler tarixin ən məşhur jestlərindən
birini edərkən Bir cütlük əl-ələ gedirsə, dominant tərəf – çox vaxt kişi – azca irəlidə yeriyir
və onun əli “üstün vəziyyətdədir” – əlinin içi arxaya, qızın əlinin içi isə irəli baxır. Bu sadə
vəziyyəti müşahidə etməklə ailədə kimin söz sahibi olduğunu müəyyənləşdirmək olar.
İşarə edən barmaq. Burda şəhadət barmağı, obrazlı desək, dəyənəyin – özünüzə tabe eləmək
istədiyiniz adama vurduğunuz dəyənəyin rəmzidir. Bu jest istər-istəməz neqativ hisslər
yaradır, çünki primatların hücum zamanı istifadə etdiyi ibtidai hərəkətləri xatırladır.
İşarə edən barmaq – əmrimi yerinə yetir, əks halda!..
İşarə edən barmaq ən xoşagəlməz jestlərdən biridir, xüsusilə danışanın sözlərini müşayiət
edəndə adamın lap zəhləsi gedir. Bəzi ölkələrdə, məsələn, Malayziyada, Filippində hər hansı
bir insanı barmaqla göstərmək onu təhqir etməkdir, çünki yalnız heyvanı belə göstərmək olar.
Malayziyalılar insanı, eləcə də istiqaməti baş barmaqla göstərirlər. Auditoriya ilə eksperiment
Biz eksperiment aparmaq üçün səkkiz mühazirəçi ilə danışdıq. Onlar bir neçə auditoriya
qarşısında on dəqiqəlik çıxış etməli və hər dəfə müxtəlif əl jestləri göstərməli idilər. Leksiya
iştirakçılarının münasibətlərini lentə aldıq. Məlum oldu ki, birinci jestdən (“əlin içi yuxarı”)
daha çox istifadə edəndə mühazirəçilər 84% müsbət rəy alıblar. Başqa bir auditoriya
qarşısında eyni mühazirəni səsləndirsələr də, ikinci jestdən (“əlin içi aşağı”) istifadə
ediblərsə, müsbət rəy göstəricisi 52% olub. Üçüncü jestdən (işarə edən barmaq) istifadə
olunan auditoriyalardan 28% müsbət rəy aldıq, bəzi iştirakçılar otağı mühazirə bitməmiş tərk
etmişdilər. Tab gətirənlər isə mühazirəçinin danışdıqlarının çoxunu xatırlamırdılar.
İşarə edən barmaq dinləyicilərin çoxunda neqativ hisslər yaradır
Siz də şəhadət barmağınızdan çox istifadə edirsizsə, bu vərdişinizi tərgitməyə, “əlin içi
yuxarı” və “əlin içi aşağı” jestlərindən istifadə etməyə çalışın. Mühitin yüngülləşdiyini,
ətrafınızdakılara daha xoş təsir bağışladığınızı hiss edəcəksiz. Alternativ olaraq, şəhadət
barmağınızı baş barmağınıza sıxıb danışarsızsa, aqressiv olmasa da, avtoritar adam təəssüratı
yarada bilərsiz. Bu jesti biz mühazirəçilərə, iri sahibkarlara və siyasətçilərə öyrətmişik və
auditoriyanın reaksiyalarına baxmışıq. Dinləyicilər barmaqlarını (baş və şəhadət) sıxıb
danışan adamları “fikrini bir yerə cəmləmiş”, “məqsədli” və “dərin düşüncəli” adam hesab
edirlər.
Baş və şəhadət barmağını sıxıb danışanlar
auditoriyanı qorxutmurlar
İşarə edən barmaq jestindən istifadə edənlər “aqressiv”, “davakar” və “kobud” adam təsiri
bağışlayırlar, həm də onların çıxışları yadda qalmır. Mühazirəçi barmağını auditoriyaya tərəf
uzadanda dinləyici daha çox onun şəxsi keyfiyyətləri haqda düşünməyə başlayır və məzmun
yaddan çıxır.
Salamlaşma (əl sıxma) tərzləri
Əli sıxaraq salamlaşma qədimdən gəlir. Qəbilə başçıları görüşəndə əllərini açıb irəli
uzadırmışlar ki, silahsız olduqlarını göstərsinlər. Qədim Romada xəncəri paltarın qolunda
gizlədirmişlər, ona görə də romalılar salamlaşanda ehtiyat üçün bir-birinin biləyini sıxırmış.
Roma tərzi salamlaşma – biləyi sıxaraq silahın
olub-olmadığını yoxlayırdılar
Bu qədim salamlaşmanın indiki forması hamımıza tanışdır: bir-birimizin ovcunu bağlayıb,
sıxırıq. Bu jest XIX əsrdə bərabər statusa malik adamlar arasında, ticari sövdələşmələri
təsdiqləmək üçün istifadə olunurdu. Sonralar, xüsusilə kişilər arasında geniş yayıldı. İndi isə
qərbdə və Avropa ölkələrinin çoxunda bütün işgüzar görüşlərdə, toplantılarda, qonaqlıqlarda
həm qadınlar, həm də kişilər bu jestdən həm salamlaşanda, həm də sağollaşanda istifadə
edirlər.
....................................................................
Əl sıxmaq kişilər arasında ittifaqı
möhkəmləndirmək demək idi.
....................................................................
Hətta Yaponiyada (ənənəyə görə təzim edərək salamlaşırlar) və Tailandda da (salamlaşanda
əlləri dua edirmiş kimi iç-içə tutub çənəyə yaxınlaşdırır, azca təzim edirlər) indi əl sıxmaq
geniş yayılıb. Çox yerdə əli sıxandan sonra beş dəfədən yeddi dəfəyə qədər silkələyirlər.
Amma bəzi ölkələrdə, məsələn, Almaniyada əli sıxır, iki-üç dəfə silkələyir, azacıq da belə
dayanırlar. Dünyada ən çox əl sıxanlar fransızlardır, həm salamlaşanda, həm də sağollaşanda
əl sıxır, bu jestə xeyli vaxt sərf edirlər.
Əli birinci kim uzatmalıdır?
Əl sıxmaq hamının qəbul etdiyi ənənədir, amma şəraitdən asılı olaraq, bəzən görüşdüyümüz
adamın əlini sıxmaq istəmirik. Bu jest salamlama və etimadın əlaməti olduğu üçün
qarşımızdakının əlini sıxmazdan əvvəl bəzi suallara cavab verməliyik: Məni gözləyirdilərmi?
Bu adam mənimlə görüşə istəyərək gəlib, yoxsa?.. Satışla məşğul olanlar bilirlər ki
(öyrədiliblər), müştəriyə hər dəqiqə əl uzatmaq olmaz. Məsələn, vaxt təyin etmədən, ya da
dəvətsiz-filansız peyda olmusuzsa, müştəri sizi salamlamaq istəməyə bilər. Bu halda əl
uzatmaqla siz onu salamlaşmağa məcbur edir, neqativ hisslər yaradırsız. Satış üzrə
mütəxəssislər belə vəziyyətlərdə qarşı tərəfin əlini gözləyir, uzatmasa baş hərəkətilə
salamlaşırlar. Bəzi ölkələrdə qadının əlini sıxmaq məqbul sayılmır. Məsələn, elə müsəlman
ölkələri var ki, orda qadına əl uzatmaq kobudluqdur, onu başın yüngül hərəkətilə
salamlayırlar. Ümumiyyətlə, əl sıxaraq salamlaşan qadın dünyagörüşlü adam kimi müsbət
təsir bağışlayır.
Nüfuz və kontrol
Əllə bağlı jestlərin (“əlin içi yuxarı”, “əlin içi aşağı”) təsiri haqda dediklərimizi yada salaq və
bu jestlərin salamlaşmada roluna baxaq.
Qədim Romada başçılar görüşəndə ayaq üstə güləşirmiş kimi dayanaraq salamlaşırdılar.
Salamlaşma bitəndə – əlləri sürüşdürəndə güclü başçının əli o birinin əlinin üstündə olurdu.
Buna, “üst əl” vəziyyəti deyilir.
Təsəvvür edin ki, ilk dəfə gördüyünüz adamın əlini sıxırsız. Hərə qarşısındakına bir cür
yanaşır və bu şüuraltı yanaşmalar təxminən belə ola bilər:
“O mənə nüfuz etməyə çalışır, ayıq olmalıyam” – Nüfuz
“Mən bu adamı sındıra bilərəm, nə istəsəm, onu da edəcək” – Tabelik
“Mən bu adamla rahatam” – Bərabərlik Əl sıxarkən yanaşmamız görüşün nəticələrinə birbaşa
təsir edir. 1970-ci illərdə biznes vərdişləri dərslərində biz əl sıxma texnikalarının təsirini
araşdırır, bu texnikaları biznes strategiyasının bir hissəsi kimi öyrədirdik, hansı ki, bir az
təcrübəniz olsa – insanların sizə olan münasibətini kökündən dəyişdirə biləcəksiniz.
Güclü tərəf salamlaşanda əlini (təsəvvür edin ki, şəkildəki qolu zolaqlı əl sizindir) elə atır ki,
ovcu aşağı baxır (“əlin içi aşağı”). Düz aşağı baxmasa da, üst əl qarşıdakını kontrolda
saxlamaq cəhdinin göstəricisidir.
Kontrol
350 şirkət başçısını (89%-i kişi) müşahidə etdik. Məlum oldu ki, az qala bütün menecerlər əl
sıxmaqdan nəinki çəkinmir, həm də güclü tərəf olmağa çalışırlar: kişi menecerlərin 88%-i,
qadınların isə 31%-i salamlaşanda “üst əl” vəziyyətini seçir. Buna səbəb, güman ki,
qadınların hakimiyyətə bir o qədər can atmamasıdır. Bəzi qadınlar kişilərin əlini yüngülcə
sıxır, bununla qadınlığı vurğulayır, itaətkarlığı ifadə edir, dominantlığa yol verdiyini bildirir.
Amma biznes mühitində bu jest qadın üçün təhlükəlidir, qadınlığını vurğulayan qadın ciddi
görünməyə bilər. Bu o demək deyil ki, qadın özünü kişi kimi aparmalıdır. Sadəcə, ona da
hamı kimi etimad göstərilməsini istəyən qadın gödək paltardan, hündür dabanlı ayaqqabıdan,
eləcə də əli yavaş sıxmaqdan çəkinməlidir.
....................................................................
İşgüzar görüşlərdə qadınlığını qabarıq şəkildə
vurğulayan qadınlar onlara olan etimadı itirirlər.
....................................................................
Alabama Universitetindən olan Uilyam Çaplin 2001-ci ildə araşdırma apardı, aşkar etdi ki,
açıq xasiyyətli adamlar həvəslə əl sıxır, utancaq, əsəbi adamlar əl sıxmağı sevmirlər.
Həmçinin açıq xasiyyətli qadınlar əli bərk sıxır, kişilər isə açıq olsalar da, olmasalar da
möhkəm salamlaşırlar. Bu o deməkdir ki, işgüzar qadınlar əl sıxanda, xüsusilə kişilərlə
salamlaşanda güclü görünməyə çalışmalıdırlar.
İtaətkar salamlaşma
Əlinizi uzadanda ovcunuz yuxarı baxırsa (təsəvvür edin ki, şəkildəki qolu zolaqlı əl sizindir),
üst əl vəziyyətini – kontrolu qarşınızdakına vermiş, itaət göstərmiş olursuz.
İtaətkar salamlaşma
Əgər siz kontrolu bilərəkdən başqasına verirsizsə, ya da, məsələn, qarşınızdakından üzr
istəyirsizsə, bu cür əl sıxmağın effekti ola bilər. Bəzi başqa məqamları da nəzərə almaq
lazımdır. Bu haqda əvvəl də danışmışdıq, artriti (oynaq xəstəliyi) olan adam salamlaşanda
əlini ehtiyatla uzadır, qarşısındakının sərt hərəkətindən qorunmağa çalışır və belələrinin əlini
çevirmək, yəni “üst əl” vəziyyətini almaq çox asandır. Əllə işləyənlərin hamısı – rəssamlar,
musiqiçilər, cərrahlar ehtiyatla salamlaşırlar. Əlbəttə, bu onların zəif xarakterinin göstəricisi
deyil. Bu adamlar haqda salamlaşandan sonra görəcəyiniz jestlər əsasında fikir yürüdə
bilərsiz: tabe olan adamın jestləri itaəti ifadə edir, hökmlü adamın jestləri özünə inamı.
Bərabərlik
İki nüfuzlu adam salamlaşanda onların arasında bir balaca “hakimiyyət davası” gedir: hər iki
tərəf qarşısındakının əlini çevirməyə çalışır. Heç biri o birinə güzəştə getmək istəmir,
nəticədə əllər bir-birinə şaquli vəziyyətdə sıxılır və bu salamlaşma bərabərlik və qarşılıqlı
hörmət hissi yaradır.
Bərabərliyin ifadəsi Harmoniya
Salamlaşmada harmoniyaya nail olmağın iki yolu var. Birincisi, hər ikinizin əli şaquli
vəziyyətdə uzanmalıdır, dominant və tabe tərəf olmamalıdır. İkincisi, qarşınızdakının əlini o
sizin əlinizi sıxdığı qədər sıxın. Tutaq ki, gücü 10 balla dəyərləndiririk. Sizin gücünüz 7
ballıq, həmsöhbətinizinki 5 ballıqdırsa, gücünüzü 20% azaldın, 9 ballıqdırsa, 20% artırın.
Eyni vaxtda on adamın əlini sıxmalısızsa, diqqətli olun, hər kəslə ayaqlaşmağa çalışın.
Nəzərə almaq lazımdır ki, kişi əli qadın əlindən orta hesabla iki dəfə ağırdır, 45 kq-lıq əşyanı
qopara, qaldıra, daşıya və ata bilər.
Unutmayın ki, əl sıxmaq salamlaşmaq və sağollaşmaq, razılaşmaları təsdiqləmək üçün
istifadə olunan jestdir. Ona görə də isti və səmimi, dostyana, bir sözlə, pozitiv olmalıdır.
Gücünü göstərmək istəyənə yerini göstərmək olar
Əvvəldə qeyd etdiyimiz ki, güc gəlmək, üstün olmaq istəyən adam salamlaşanda, yaxud
sağollaşanda əlini elə uzadır ki, ovcu aşağı baxır. Bu hərəkət nasistlərin salamını xatırladır və
ən aqressiv əl sıxma tərzidir, qarşıdakına bərabər münasibət qurmaq fürsəti vermir, onu sanki
itaətə vadar edir.
Əl elə uzanıb ki, ovuc aşağı baxır
Kiminsə əlini sizə qəsdən belə uzatdığını hiss etsəniz, ona bir neçə şəkildə cavab verə
bilərsiz:
Sağa addım texnikası
Əlinizi sıxan adam öz əlini üst tərəfdə saxlayırsa (bunu çox vaxt kişilər edir), onun əlini
çevirmək çətin olur, həm də bu hərəkət nəzərə çarpar. Adamların 90%-i əl sıxmaq üçün əvvəl
sağ ayağını irəli atır. Dominantlığa can atan adama cavab vermək niyyətiniz varsa, siz sol
ayaqdan başlayın.
Sonra sağ ayağınız üstə hərəkət etməklə əlini sıxmaq istədiyiniz adamın düz qarşısına – onun
“şəxsi məkanına” keçin. Manevrinizi tamamlamaq üçün sol ayağınızı sağ ayağınızın yanına
gətirin və qarşınızdakının əlini sıxın.
Sağ ayağınızla həmsöhbətinizin qarşısına keçin və onun əlini elə çevirin ki, ovcu yuxarı
baxsın
Beləliklə, siz əlləri şaquli vəziyyətə (bərabərlik) sala, istəsəniz, hətta həmsöhbətinizin əlini
çevirə bilərsiz. Bu, güləşdə qalib gəlmək kimi bir şeydir. Qarşınızdakının şəxsi məkanına
müdaxilə etməklə kontrolu öz əlinizə alırsız. Öz hərəkətinizi xatırlayın; siz necə, əlinizi
uzadanda əvvəl sağ, yoxsa sol ayağınızı atırsız? Çox adam sağ ayaqdan başladığı üçün
kontrolu qarşıdakına vermiş olur. Unutmayın ki, əl sıxmaq çox qısa prosesdir, manevr imkanı
azdır. Kontrolu əldə saxlamaq istəyirsizsə, sol ayaqla məşq etmək vacibdir.
Əlin üstünü tutmaq texnikaları
Əlinizi sıxan adam öz əlini üst tərəfdə saxlasa, siz əlinizin vəziyyətini dəyişməyin, sadəcə, o
biri əlinizi də işə salın; həmsöhbətinizin əlinin üstünə qoyun. İkiəlli hərəkət edərək siz
qarşınızdakının əlini şaquli vəziyyətə (bərabərlik) sala bilərsiz.
İkiəlli salamlaşma
Bu halda güclü tərəf siz olursuz. Bu manevr daha asandır və qadınların işinə yarayır. Qarşı
tərəfin sizi hədələməyə çalışdığını hiss edirsizsə (həm də davamlı şəkildə), onun əlini ən
yuxarı hissəsindən (az qala biləyindən) tutaraq sıxın. Bu hərəkətinizlə həmsöhbətinizi
sarsıtmış olarsız. Odur ki, tədbirli olun, bu manevrdən son vasitə kimi istifadə edin.
Son vasitə
Soyuq və nəm
Bəzən salamlaşanda adam elə bil əl yox, dörd soyuq sosiska sıxır. Çox xoşagəlməz hissdir,
elə deyilmi? Biz insanlar, məsələn, görüşdən əvvəl gərginlik keçiririksə, əl dərisinin yuxarı
qatındakı qan damarlarında spastik daralma olduğu üçün temperatur aşağı düşür və əl tərləyir.
Soyuq, həm də nəm əl yaş balıq təsiri bağışlayır. Ona görə də cibinizdə dəsmal, ya da salfet
saxlayın, görüşdən əvvəl əllərinizi silin ki, zəif adam təəssüratı yaratmayasız. Ya da təsəvvür
edin ki, əllərinizi ocağa tutub qızdırırsız. Bu cür təsəvvürün əlin temperaturunu 3-4 dərəcə
qaldırdığı sınaqlarla sübut olunub.
Sol tərəfdə dayanmağın faydası
Mətbuat qarşısına çıxan liderlər həm fiziki cəhətdən, həm də geyimlərilə bir-birinə tən
olmağa çalışırlar. Amma onların şəklinə baxanda soldakı lider dominant görünür. Belə
dayananda əl sıxarkən “üst əl”in sahibi olmaq asandır. Con Kennedi ilə Riçard Niksonun
1960-cı ildə teledebatdan əvvəl çəkdirdikləri şəklə baxaq. O dövrdə adamların bədən dili
haqda məlumatı yox idi. Ancaq analiz edəndə görürük ki, Con Kennedi jestlərdən məharətlə
istifadə edirmiş. O, bir qayda olaraq fotoqrafların solunda dayanırdı, “üst əl” onun sevimli
jestlərindən idi. Con Kennedi ilə Riçard Niksonun məşhur teledebatı bədən dilinin gücünü
nümayiş etdirdi. Sorğular göstərirdi ki, debata radioda qulaq asanların çoxu seçkilərdə
Niksonun qalib gələcəyinə inanırmış. Ancaq debata televizorda baxan amerikalılar
Kennedinin qələbə çalacağına əmin imişlər. Bu, Kennedinin jestlərdən istifadə etmək
məharətinin göstəricisi idi və bu qabiliyyəti onu doğrudan da prezident kürsüsünə apardı.
Kişilərlə qadınlar əl sıxanda
Dünyanın çox yerində, həm də artıq uzun illərdir ki, qadınlar kişilərlə bir yerdə çalışır. Ancaq
bir-birinin əlini sıxanda həm qadınlar, həm də kişilər hələ də çətinlik çəkir, utanırlar. Kişilərin
çoxu əl sıxmağı uşaqlıqdan, atalarından öyrənirlər. Amma qadınların adətən belə təcrübəsi
olmur.
Bəzən əməlli-başlı naqolay vəziyyət yaranır: əlini birinci uzadan çox vaxt kişi olur, qadın
bunu görməyə bilər, çünki qadınlar həmişə daha çox üzə baxırlar. Əli havada qalan kişi
narahat olur və əlini geri çəkir. Bunu kiminsə görmədiyinə ümid etdiyi halda qadının əlini
ona tərəf uzatdığını görür. Bu dəfə boşda qalan qadının əlidir. Kişi əlini yenidən uzatmalı
olur. Nəticədə aləm qarışır; barmaqlar bir-birinə dolaşır, qucaqlaşmış molyusklara
bənzəyirlər.
....................................................................
Qadınla kişinin ilk görüşü zəif əl sıxma
hərəkətilə alt-üst ola bilər.
....................................................................
Başınıza belə bir iş gəlsə, çəkinməyin, sol əlinizi uzadın, qarşınızdakının sağ əlini götürüb, öz
sağ əlinizin içinə qoyun və gülümsəyərək, “Gəlin bir də cəhd edək!” deyin. Bu hərəkətiniz
çox böyük etimad yaradar, görüşün sizin üçün əhəmiyyətini vurğulamış olarsız. İşgüzar
qadınsızsa, əl sıxmaq istəyinizi sezdirin və əlinizi vaxtında uzadın ki, sıxıntı-filan olmasın.
İkiəlli salamlaşma
Bu jestdən dünyanın hər yerində sevərək istifadə edirlər. Belə salamlaşanlar adətən
həmsöhbətinin gözünün içinə baxır, həm də inandırıcı, səmimi təbəssümlə baxır, əlini sıxdığı
adamın adını ucadan və inamla səsləndirir, onun halını-əhvalını soruşur.
İkiəlli salamlaşma
İkiəlli salamlaşma siyasətçilərin çox istifadə etdiyi jestdir. Əlinizi ikiəlli tutan adam fiziki
təması artırır, eyni zamanda sizin sağ əlinizin hərəkətini məhdudlaşdırmaqla kontrolu öz
əlində saxlayır. Bu jestdən istifadə edənlər çox vaxt səmimi və etibarlı adam təsiri
bağışlamağa çalışırlar. Amma ilk dəfə görüşdüyünüz adamın əlini ikiəlli sıxsaz, neqativ
hisslərə səbəb olarsız, şübhəli görünərsiz. İkiəlli salamlaşma sanki qucaqlaşmanın kiçik
formasıdır. Ona görə də yalnız qucaqlaya bildiyiniz adamı ikiəlli salamlaya bilərsiz.
Kim olursunuzsa olun, siz elə sevimli, elə əziz,
elə unudulmaz insansız ki...
İnsanların 90%-i özünümüdafiə üçün sağ əlini irəli atır. Bu, anadangəlmə belədir. İkiəlli
salamlaşma adamın özünümüdafiə imkanını məhdudlaşdırır. Ona görə də şəxsi münasibətdə
olmadığınız adamın əlini ikiəlli sıxmayın. Yalnız xüsusi münasibətiniz olan adamla, məsələn,
köhnə dostla görüşəndə bu cür salamlaşmaq təbiidir, çünki belə yerdə özünümüdafiəyə
ehtiyac yoxdur.
Yasir Ərafat Toni Bleyrin əlini ikiəlli sıxır; Bleyrin üzündəki ifadə (kip dodaqlar) onun
təsirlənmədiyini göstərir
İkiəlli salamlaşma tərzləri
İkiəlli salamlaşma bütün hallarda səmimiliyi, etimadı, hisslərin dərinliyini göstərmək
cəhdidir. İki mühüm elementə diqqət etmək lazımdır: Birincisi, ikiəlli salamlaşan adamın
hisslərini onun sol əli ifadə edir və bu sol əllə qarşıdakının sağ qolu arasındakı məsafənin
xüsusi əhəmiyyəti var. Bu, sanki qucaqlamaq cəhdidir və sol əl məhrəmliyin, yaxınlığın
ölçüsünü göstərir. Yəni sol əl nə qədər yuxarı qalxırsa (qucaqlamağa nə qədər bənzəyirsə),
salamlaşan adam bir o qədər yaxınlıq göstərmiş olur, eyni zamanda vəziyyəti idarə edir,
kontrolu əldə saxlayır.
Məsələn, dirsəkdən tutmaq daha yaxın münasibəti, həmçinin daha güclü kontrolu ifadə edir,
nəinki biləkdən tutmaq. Yaxud həmsöhbətinizin çiynindən tutmaq daha isti münasibətin
göstəricisidir, nəinki qolundan tutmaq. İkincisi, ikiəlli salamlaşan adamın sol əli bütün
hallarda həmsöhbətinin şəxsi məkanına müdaxilə edir. Biləkdən tutan, ya da dirsəkdən
yapışan adam qarşıdakının şəxsi məkanının “sərhədinə” çatmış olur. Əli həmsöhbətin
qolunda saxlamaq, ya da çiyninə qoymaq – sərhədi keçməkdir və çox yaxın münasibətin
göstəricisidir, tərəflər belə söhbətin sonunda hətta qucaqlaşa bilərlər (Şəxsi məkan haqda 11-
ci fəsildə ətraflı danışacağıq).
Yaxınlıq qarşılıqlı deyilsə, yaxud ciddi səbəb yoxdursa, ikiəlli salamlaşma mütləq şübhə
doğurur. Bir sözlə, yaxın olmadığınız adamın əlini ikiəlli sıxmayın. Eləcə də sizinlə yaxınlığı
olmayan adam əlinizi ikiəlli sıxırsa, ehtiyatlı olun, bu jestin arxasında gizli niyyət ola bilər.
....................................................................
Xüsusi münasibətiniz olmayan adamla tək əllə salamlaşın.
....................................................................
Çox vaxt iş adamları müştərinin, siyasətçilər isə seçicilərinin əlini ikiəlli sıxır, bilmirlər ki, bu
yersiz jest onlar üçün siyasi “intihar” deməkdir – adamları uzaqlaşdırır.
Bleyrlə Buşun hakimiyyət “oyunu”
2003-cü ildə, İraqda müharibə dövründə Corc Buşla Toni Bleyr mətbuatda güclü müttəfiq
imici yaradırdılar. Bu müttəfiqlər “bərabər və həmfikir” idilər. Amma fotoşəkillərin analizi
Corc Buşun dominant olduğunu göstərirdi.
Corc Buşun əli Toni Bleyrin əlinin üstündədir
Şəkildə gördüyünüz kimi Buş solda dayanıb və “üst əl”in sahibidir. Buş silahlı qüvvələrin
başçısı kimi geyinib, Bleyr isə bu paltarda məktəb müdiriylə görüşə gələn şagirdə bənzəyir.
Buş həmişə şəkillərdə sol tərəfdə dayanır, bununla dominant, kontrolu əldə saxlayan adam
təsiri bağışlayırdı. Çıxış yolu
Hakimiyyəti əldən vermək istəmirsizsə, diqqətli olun. Çəkiliş zamanı elə dayanın ki, baxanda
həmsöhbətinizdən solda görünəsiz. Diqqət etməmisizsə və şəklin sağ tərəfinə düşəcəyinizi
görürsüzsə, əlinizi çatan kimi uzadın. Bununla həmsöhbətinizin manevr imkanını
məhdudlaşdıra bilərsiz. Ən pis halda ikiəlli salamlaşma jestindən istifadə edib, əlləri şaquli
vəziyyətdə (bərabərlik) saxlamaq olar.
Ən pis salamlaşma tərzləri
Səkkiz xoşagəlməz salamlaşma tərzi müəyyən olunub:
Yaş balıq
Etimad dərəcəsi 1/10 Soyuq və nəm əllər heç kimin xoşuna gəlmir, təsəvvür edin ki, yaş balıq
sıxırsız – yumşaq və hərəkətsiz... Üstəlik, belə əli çevirmək çox asandır. Ona görə də yumşaq
və zəif əl zəif xarakterin göstəricisi hesab olunur. Ancaq mədəniyyətlər arasında fərqləri
nəzərə almaq lazımdır. Məsələn, Asiya və Afrikanın bəzi ölkələrində əli ehtiyatla sıxmaq
normaldır, bərk sıxmaq hətta təhqir kimi qəbul edilə bilər. Bundan başqa, hər iyirmi adamdan
biri hiperhidrozisdən (həddən artıq tərləmədən) əziyyət çəkir. Hiperhidrozis irsidir və
vaxtaşırı tərləməyə, xüsusilə də əllərin tərləməsinə səbəb olur. Axı bədənin başqa heç bir
yerində əlin içindəki qədər tər vəzisi yoxdur.
Yaş balıq
Maraqlıdır ki, əli yaş balıq təsiri bağışlayanların özünün bundan xəbəri olmur. Yaxşı olar ki,
dostlarınızdan soruşasız, sizin də əliniz yaş balıq kimidirsə, tədbir görəsiz. Ən yaxşısı cibdə
dəsmal, ya da salfet gəzdirməkdir. Görüşlərdən əvvəl əllərinizi qurulaya bilərsiz. Məngənə
Etimad dərəcəsi 4/10
Əl elə uzadılır ki, ovuc aşağı baxır (kontrol) və qarşı əli kəskin hərəkətlə silkələyib, möhkəm
sıxır. Adama elə gəlir ki, qanın ələ axını dayana bilər. Bu, xüsusilə iş adamlarının (kişilərin)
sevimli jestidir. Üstün gəlmək, kontrolu bəribaşdan ələ almaq, ya da qarşıdakını səssiz-
səmirsiz “yerinə oturtmaq” üçün istifadə olunur.
Məngənə
Bəzən özünü zəif bilən adamlar da əli belə sıxırlar ki, başqalarının dominantlığına yol
verməsinlər.
Sümüksındıran
Etimad dərəcəsi 0/10
Ən qorxulu əl sıxma tərzidir, adamın həm barmaqlarında, həm də yaddaşında iz qoyur. Bu
jest həddən artıq aqressiv adamlara xasdır. Heç bir xəbərdarlıq etmədən üstünlüyü ələ
keçirməyə, rəqibinin oynaqlarını əzməklə onu sarsıtmağa, darmadağın etməyə çalışırlar.
Qadınsızsa, işgüzar görüşlərə gedəndə sağ əlinizə üzük taxmasanız yaxşıdır.
“Sümüksındıran” əlinizi qanada bilər və siz şok vəziyyətinə düşüb, onun istədiklərinə əməl
etməli olarsız.
Sümüksındıran
Təəssüf ki, belələrinə qarşı xüsusi manevr yoxdur. Kiminsə bunu qəsdən elədiyinə əminsizsə,
vəziyyəti hamının diqqətinə çatdıra bilərsiz: “Oy! Əlimi əməlli-başlı zədələdiniz. Çox bərk
sıxırsız”. Beləliklə, “sümüksındırana” xəbərdarlıq etmiş olarsız ki, hərəkəti təkrarlamasın.
Barmağın ucu ilə salamlaşmaq
Etimad dərəcəsi 2/10
Daha çox kişilərlə qadınlar bir-birinin əlini bu cür sıxır. Əli kifayət qədər uzatmadıqda belə
alınır və bu jest əl uzadanın özünə əmin olmadığını, həmsöhbətini məsafədə saxlamağa
çalışdığını göstərir. Şəxsi məkanın ölçüsünün fərqliliyi də barmağın ucu ilə salamlaşmaya
səbəb ola bilər. Tutaq ki, biri üçün şəxsi məkan 60 sm, digəri üçün 90 sm-dir. Şəxsi məkanı
geniş olan adam geri durduğu üçün əllər bir-birinə çatmır.
Barmağın ucuyla salamlaşma
Belə bir şey olanda çəkinməyin, sol əlinizi uzadın, qarşınızdakının sağ əlini götürüb, öz sağ
əlinizin içinə qoyun və gülümsəyərək, “Gəlin bir də cəhd edək!” deyin. Bu hərəkətiniz çox
böyük etimad yaradar, görüşün sizin üçün əhəmiyyətini vurğulamış olarsız.
Quru salam
Etimad dərəcəsi 3/10
Bu jestdən də aqressiv adamlar istifadə edir. Qolunu quruyubmuş kimi bərk tutan adam
həmsöhbətini məsafədə saxlamağa, şəxsi məkanından uzaq tutmağa çalışır. Lazım gələrsə
azca irəli əyilir, ya da bir ayağı üstdə tərpənib geri durur, təki məsafə qorunsun.
Qolu uzadaraq salamlaşırlar
Kənd yerində böyüyən adamlar da belə salamlaşa bilərlər – geniş əraziyə vərdiş etdikləri
üçün belələrinin şəxsi məkanı geniş olur.
Dartıb qoparan
Etimad dərəcəsi 3/10
Gücünü göstərmək, hökm etmək istəyən adam belə salamlaşır; qarşısındakının əlini güclə
sıxıb kəskin hərəkətlə dartır, elə bil öz şəxsi məkanına çəkir. Əlini uzadanın gözü yaşara,
hətta oynaqları birləşdirən bağlar qırıla bilər. Belə salamlaşma münasibətlərə pis təsir edir,
balansı pozur.
Dartıb qoparan
Həmsöhbəti şəxsi məkana güclə çəkməyin 3 səbəbi ola bilər: birincisi, əli sıxan şübhəli
adamdır, özünü yalnız öz məkanında yaxşı hiss edir; ikincisi, bu adam elə bir
mədəniyyətdəndir ki, orda hamının şəxsi məkanı kiçik olur; üçüncüsü, sizi özünüzdən
çıxarmaqla kontrolu ələ almaq niyyətindədir. Yəni bütün hallarda görüşün onun şərtləri
əsasında keçməsini istəyir.
Silkələnən əldir, yoxsa qulp?
Etimad dərəcəsi 4/10
Əl sıxan adam əli sanki nəyinsə qulpundan tutubmuş kimi tutur və sürətlə, xüsusi enerji və
ritmlə aşağı-yuxarı silkələyir. Əli yeddi dəfəyə qədər silkələmək olar, amma elələri var ki,
dayanmadan hərəkət edir, elə bil quyudan su çəkirlər. Silkələnən əldir, yoxsa qulp?
Bəzən əli silkələyən adam dayanır, amma əli buraxmır və çox maraqlıdır ki, belə hallarda
qarşıdakı da əlini çəkməyə can atmır. Elə bil silkələnməkdən yorulur və əlini çəkməyə taqəti,
ya da cəsarəti qalmır.
Holland salamı
Etimad dərəcəsi 2/10
Hollandlarda belə bir məsəl var: “Geeft’n hand als bosje worteljes” – “Elə salam verir ki, elə
bil bir dəstə yerkökü uzadır”. Bu, “yaş balıq” jestinə yaxındır, amma “yaş deyil”.
Holland salamı
Gənc nəsil bu jesti “yaş dəsmal” adlandırır.
Ərafatla Rabinin görüşü Maraqlı fotolardan birinə baxaq: 1993-cü ildə Ağ Evdə çəkilmiş
şəkildə Keçmiş Fələstin lideri Yasir Ərafatla İsrailin keçmiş baş naziri İshaq Rabin bir-birinin
əlini sıxır. Amma görünən tək bu deyil. Mərkəzdə dayanan prezident Klinton şəkildə əsas
fiqurdur, bu ucaboy adam qollarını geniş açmaqla xalqının arxasında dayanan Allahı
xatırladır. Klintonun “aypara” təbəssümü, dodaqlarını soraraq gülümsəməsi onun təmkinli
olduğunu (ya da belə görünməyə çalışdığını) göstərir.
İshaq Rabin (solda) “quru salam” jestindən (5-ci tərz)
istifadə edir, elə bil şəxsi məkanından çıxmaq istəmir,
Yasir Ərafat isə sanki onun qolunu dartmağa,
onu öz məkanına çəkməyə çalışır (6-cı tərz)
Bu məşhur şəkildə hər iki liderin ayaqlarını yerə möhkəm dayadığı və qarşısındakını şəxsi
məkanından çıxarmağa çalışdığı görünür. Sol tərəfdə dayanmaqla nüfuzlu mövqeni İshaq
Rabin tutub və azca irəli əyilərək Ərafatı öz məkanına buraxmır. Yasir Ərafat isə dümdüz
dayanıb və Rabinə onun qolunu özünə sarı dartmaqla cavab verir.
Nəticə
İlk görüşdə kimə necə təsir bağışlayacağımızı deyə bilmərik. Amma hamımız bilirik ki, ilk
görüşdən, ilk təəssüratdan, ilk dəqiqələrdən çox şey asılıdır. Ona görə də dostlarınızla,
yaxınlarınızla məşq edin, əl sıxarkən pozitiv olmağın yolunu tez öyrənərsiz. Əlləri şaquli
vəziyyətdə saxlayın (bərabərlik) və qarşınızdakının əlini o sizin əlinizi sıxdığı qədər sıxın
(harmoniya). Belə salamlaşmanın etimad göstəricisi 10/10-dur.
3-cü fəsil
GÜLÜŞ VƏ TƏBƏSSÜMÜN
MÖCÜZƏSİ Bu təsviri niyə hamı sevir?
Bob otaqdakılara göz gəzdirdi və baxışları qarabuğdayı, cazibədar bir qıza dikildi. Qız ona
gülümsəyirdi, deyəsən baxışlarını havada tutmuşdu. Bob cəld yaxınlaşdı və onunla söhbət
etməyə başladı. Qız çox danışmırdı, amma hey gülümsəyirdi. Bob donub qalmışdı.
Rəfiqələrindən biri onun yanından keçəndə pıçıldadı: “Əl çək, Bob, o səni axmaq hesab edir”.
Bob çaşdı. Axı qız hələ də gülümsəyirdi! Bəli, Bob, eləcə də əksər kişilər qadın
təbəssümünün mənasını bilmir.
Belə məsləhəti adətən nənələr verir: “Bir adamla görüşəndə gülümsə, bir üzün gülsün,
dişlərini azca ağart”. Nənələr bilir ki, bu yolla xoş təəssürat yaratmaq olar.
Gülümsəməklə bağlı ilk elmi araşdırmalar XIX əsrin əvvəllərində aparılıb. Fransız alim
Qiyom Dyuşen de Bulon elektrodiaqnostika və elektrostimulyasiyadan istifadə edərək həqiqi
təbəssümlə başqa təbəssümlər arasındakı fərqi tapmağa çalışıb. O, üz əzələlərinin işini
öyrənmək üçün edam olunmuş – boynu vurulmuş adamların başını tədqiq edirdi. Üz
əzələlərini müxtəlif istiqamətlərə dartır, beləliklə, hansı əzələnin hansı təbəssümə səbəb
olduğunu müəyyənləşdirirdi. De Bulon aşkar etmişdi ki, gülümsəmə iki əzələ dəstəsinin
fəaliyyətinin nəticəsidir: üzün yan tərəfindən aşağı gəlib dodağın kənarına birləşən böyük
almacıq əzələləri (zygomatic major) və gözün dairəvi əzələləri (orbicularis oculi). Böyük
almacıq əzələləri dodaqları dartaraq dişlərin üstünü açır və yanaqları qaldırır. Gözün dairəvi
əzələsi isə gözü sıxıb kiçildir və gözətrafı qırışlar yaradır. Bu əzələlər haqda məlumat almaq
vacibdir, çünki məhz böyük almacıq əzələləri idarə olunur. Yəni özünü dost kimi qələmə
vermək, ya da başqasını özündən asılı vəziyyətdə saxlamaq məqsədiylə gülümsəyəndə bu
əzələlərdən istifadə edirlər. Ancaq gözün dairəvi əzələsi azaddır, yəni idarə olunmur və əsl
təbəssümü ifadə edir. Odur ki, qarşınızdakı adamın gülüşünün saxta olub-olmadığını bilmək
istəyəndə gözlərinin ətrafına baxın, qırışları axtarın.
....................................................................
Əsl təbəssüm gözlərin ətrafında qırışlar yaradır.
Riyakar adam yalnız dodaqlarıyla gülümsəyir.
....................................................................
Saxta gülüş hansıdır?
Saxta təbəssüm yalnız dodaqları dartır, səmimi təbəssüm həm dodaqları dartır, həm də
gözlərin ətrafını qırışdırır
Alimlər saxta təbəssümlə səmimi təbəssümü kodların köməyi ilə ayırd edirlər. Üz
Hərəkətlərini Kodlaşdırma Sistemini (Facial Action Coding System – FACS) Kaliforniya
Universitetindən professor Pol Ekman və Kentukki Universitetindən Dr. Uolles Frizon
hazırlayıb. Səmimi təbəssüm qeyri-iradi hərəkətdir, şüuraltı beynin fəaliyyətinin nəticəsidir,
avtomatik baş verir. Siz nədənsə məmnun olanda beynin emosiyaları emal edən hissəsinə
siqnal ötürülür. Nəticədə ağzın ətrafındakı əzələlər hərəkət edir, yanaqlar qalxır, gözün
ətrafındakı əzələ bürüşür və qaşlar bir az aşağı enir.
....................................................................
Şəkil çəkdirəndə ingilislər “cheese” (çiiz – pendir) deməyi sevir, çünki bu söz böyük almacıq
əzələlərini hərəkətə gətirir. Nəticədə saxta təbəssüm, ya da belə deyək, qeyri-səmimi şəkil
alınır.
....................................................................
Çox saxta gülüş də gözün ətrafında qırışlar yarada bilər. Yanaqlar qalxdığı üçün gözlər
yığılır, adamın səmimi olduğunu güman edirsiz. Amma bu gülüşü də səmimi gülüşdən
fərqləndirən əlamətlər var. Gülüş səmimi olanda göz qapağı ilə qaşlar arasındakı ətli hissə
aşağı enir və qaşların kənarları azacıq əyilir. Gülümsəmək itaətin əlamətidir
Hamı bilir ki, təbəssüm və gülüş xoş əhval-ruhiyyənin göstəricisidir. Biz insanlar doğulanda
ağlayır, beş həftəliyimizdə gülümsəməyə başlayır, on dörd, ya da on beş aylığımızda əməlli-
başlı gülürük. Uşaq güləndə adam ondan ayrıla bilmir, ağlayanda yanına qaçırıq və uşaq öz
hərəkətlərinin təsirini yaxşı görür, yadda saxlayır.
İnsana yaxın olan heyvanların – şimpanzelərin üzərində aparılan tədqiqatlar təbəssümün
tarixinin çox qədim olduğunu təsdiqləyir. Meymunlar aqressiv olanda aşağıdakı köpək
dişlərini göstərirlər, bununla xəbərdarlıq edirlər: “dişləyərəm aa!” Adam hirslənəndə alt
dodağını irəli verir, bununla aşağıdakı dişlərini gizlədir.
Şimpanzelər iki cür gülümsəyirlər:
1) Üzündə qorxu olsa da, şimpanze aşağı əngini açır, dişlərini göstərir, dodaqlar aşağı dartılır.
Bir şimpanze o birinə (dominant olana) tabe olduğunu, itaətini göstərmək üçün belə
gülümsəyir, sanki onu sakitləşdirməyə çalışır. Şimpanzelərin bu təbəssümü insan
təbəssümünə bənzəyir.
2) Şimpanzenin əyləndiyi üzündən görünür: dişlər ağarır, ağzı qulağının dibinə gedib,
gözlərinin kənarları yuxarı dartılıb və insan gülüşünə bənzər səslər çıxarır. Amma yenə də
meymun tabe olduğunu göstərmək üçün belə edir. Birinci halda o, sanki “Mən təhlükəli
deyiləm, görürsən ki, səndən qorxuram”, ikinci halda isə “Mən təhlükəli deyiləm, görürsən
ki, uşaq kimi oynayıram” deyir.
Şimpanze başqa şimpanzenin hücumundan qorxanda almacıq əzələləri dodaqları ya yanlara,
ya da aşağı dartır, amma göz əzələləri işləmir. Bu, maşın yoluna çıxmış və avtobusun altına
düşməkdən təsadüfən qurtaran adamın təbəssümünə bənzəyir, çünki qorxudan doğan
təbəssümdür: “İlahi, mən az qala öləcəkdim!”
Yəni başqa primatlar kimi insanın da təbəssümünə səbəb qorxudur, ehtiyatdır, tabe olduğunu
bildirmək arzusudur. Gülümsəməklə biz təhlükəsiz olduğumuzu, başqaları tərəfindən qəbul
edilmək istəyimizi çatdırırıq. Yəqin buna görədir ki, Vladimir Putin, Marqaret Tetçer, Ceyms
Kaqni, Klint İstvud, Çarlz Bronson kimi nüfuzlu şəxslər daha az gülümsəyib, çox vaxt acıqlı,
aqressiv görünüblər.
Məhkəmə zallarında aparılan müşahidələr göstərir ki, günahını təbəssümlə etiraf edənlər daha
az cəza alırlar, nəinki etirafını quru şəkildə bildirənlər. Deməli, nənələr haqlıdır...
Təbəssüm yoluxucudur? Necə yəni?
Maraqlıdır ki, adam kiminsə üzünə güləndə ona da gülümsəyirlər (hər iki tərəfin təbəssümü
saxta olsa da).
İsveçdəki Upsala Universitetinin professoru Ulf Dimberqin eksperimentləri göstərir ki, üz
əzələlərini şüuraltı beyin idarə edir. Dimberq əzələ liflərindən gələn elektrik siqnalları tutan
avadanlıqdan istifadə edərək üz əzələsinin nə qədər fəal olduğunu müəyyən edib. Bu
eksperimentə 120 könüllü cəlb olunub. Könüllülərdən xahiş ediblər ki, gördüklərinə
mimikalarla – gülümsəməklə, qaşqabaqla, ya da neytral reaksiya versinlər. Müxtəlif hissləri
ifadə edən şəkillər çəkilib, məlum olub ki, adam üz əzələlərini idarə edə bilmir, məsələn,
birinə “qaşqabağını tök” deyəndə adam qaşqabaq sallayıb, eyni zamanda gülməyi tutub. Ya
da əksinə, güldüyü yerdə qaşqabaq tökənlər olub. Həm də acıqlı adamın şəklinə baxanda
qaşları çatmaq daha asandır, gülən adamın fotosuna baxanda bu çətin olur. Könüllülər nə
qədər cəhd etsələr də, üz əzələləri deyilənləri yox, şəkildə gördükləri mimikaları əks etdirib.
London Kollec Universitetindən olan professor Ruz Kampbel hesab edir ki, insan beynində
“güzgü neyronları” var və beynin üzlər və üz ifadələrini tanımağa xidmət edən hissəsini bu
neyronlar işə salır. İnsanın gördüyü mimikanı avtomatik olaraq əks elətdirməsinə də səbəb
“güzgü neyronu”dur.
Beləliklə, təbəssüm gündəlik jest və mimika repertuarınızın vacib hissəsi olmalıdır (özünüzü
yaxşı hiss etməsəniz də), çünki ətrafınızdakıların sizə münasibətinə birbaşa təsir edir.
....................................................................
Elm də sübut edir: nə qədər çox gülümsəsəz,
bir o qədər pozitiv münasibət görərsiz.
....................................................................
30 ildir ki, satış prosesi və danışıqları müşahidə edirik. Belə nəticəyə gəlmişik ki, yeri
gələndə (məsələn, danışıqlardan əvvəl – tərəflərin bir-birini qiymətləndirdiyi dəqiqələrdə)
gülümsəmək hər iki tərəfə müsbət təsir edir, razılığa, satış həcminin artmasına səbəb olur.
Təbəssüm tovlayır Təbəssümün saxta olub-olmadığını müəyyən etmək bəzən ölüm-dirim
məsələsidir. Qədim insan yaxınlaşan adamın hücum edəcəyini, yoxsa dostcasına
gülümsədiyini ayırd etməli idi, əks halda məhv ola bilərdi.
Bu aktyoru tanıdınızmı?
Şəklin yuxarı hissəsinə baxsanız, yəqin ki, bunun aktyor Hyu Qrant olduğunu deyəcəksiz.
Onun emosiyalarını təsvir etmək lazımdırsa, sakit və məmnun olduğunu bildirəcəksiz, çünki
gülümsədiyini görürsüz. Amma şəkli çevirib düzəltsək, tam fərqli emosiyanı müşahidə
edərsiz.
Biz şəklin ağız və göz hissəsini kəsib tərsinə yapışdırdıq, aktyorun sifəti qorxunc oldu.
Amma görürsüz, şəkil başıaşağı dursa da, beyniniz Hyu Qrantın təbəssümünü tanıdı. Çünki
beyin təbəssümü üzün başqa hissələrindən ayıra bilir. Bu, təbəssümün təsir gücünün
göstəricisidir.
Saxta təbəssüm
Əvvəl də dediyimiz kimi, çox adam saxta təbəssümlə səmimi təbəssümü ayıra bilmir və
səmimi, ya saxta, fərqi yoxdur, ətrafımızdakıların üzü gülürsə, bizə də xoşdur. Təbəssüm
adamın əl-qolunu bağlayan jestdir, ona görə də yalançıların sevimli silahı kimi tanınır. Ancaq
Pol Ekmanın araşdırmaları göstərir ki, yalan danışan adam (adətən kişilər) daha az
gülümsəyir, çünki çoxlarının təbəssümü yalanla bağladığını yalançılar da bilirlər.
Səmimi təbəssüm yavaş-yavaş peyda olur, amma yalan danışan adam tez və uzun müddət
gülümsəyir (maska geyinibmiş kimi).
Saxta təbəssüm üzün bir tərəfində daha çox müşahidə olunur, nəinki o biri tərəfində, axı hər
tərəfi ayrı beyin yarımkürəsi idarə edir. Üz hərəkətlərini yerinə yetirən beyin qabığının yarısı
sağ yarımkürədədir və siqnalları bədənin sol tərəfinə göndərir. Nəticədə saxta təbəssüm daha
çox üzün sol tərəfində müşahidə olunur. Təbəssüm səmimi olanda beyin yarımkürələri üzün
hər iki hissəsini bərabər şəkildə təlimatlandırır.
Yalan danışanlar gülümsəyəndə təbəssüm üzün
sol tərəfində daha güclü olur
Qaçaqmalçılar gülmürlər
1986-cı ildə biz Avstriya Gömrük İdarəsindən sifariş aldıq, qaçaqmalçıların tutulması,
narkotik alverinin qarşısının alınması işini asanlaşdırmaq üçün proqram hazırlamalıydıq.
Gömrük işçiləri hesab edirdilər ki, yalançı adam, xüsusilə təzyiq altında olanda gülümsəməyə
başlayır. Bir neçə nəfərə “yalan danışın” deyib lentə aldıq. Filmi gömrük işçilərinə göstərdik.
Məlum oldu ki, yalan danışan adam daha az gülümsəyir, ya da ümumiyyətlə, gülümsəmir.
Əksinə, günahsız olanların, düz danışanların üzündə daha çox təbəssüm olur. Axı təbəssümün
kökündə itaət dayanır. Günahsız tərəf günahlandıran tərəfi təbəssümü ilə sakitləşdirməyə
çalışır. Ancaq peşəkar yalançılar jestlərinə fikir verir, ciddi görünməyə çalışırlar. Təsəvvür
edin ki, qanunu pozmadan hərəkət edirsiz, bu vaxt polis maşını qarşınıza keçir və sizi
saxlayır. Siz polisi görən kimi özünüzü günahkar hiss edirsiz və çox vaxt gülümsəməyə
başlayırsız. Bu o deməkdir ki, saxta təbəssümü vəziyyətə görə qiymətləndirmək lazımdır.
Beş ümumi təbəssüm
Gəlin, gün ərzində qarşılaşdığımız təbəssümləri analiz edək.
Kip dodaqların təbəssümü Dodaqlar kip saxlanaraq, düz xətt formasında dartılır, dişlər
görünmür. Deməli, təbəssüm sahibinin sirri var, ya da fikrini bölüşmək istəmir. Bu,
qadınların sevimli jestidir – kimdənsə xoşları gəlməyəndə və bunu bildirmək istəməyəndə
belə gülümsəyirlər. Kişilər bu jestə əhəmiyyət vermir, amma qadınlar qarşıdakının danışmaq
istəmədiyini o dəqiqə anlayırlar.
Kip dodaqlar göstərir ki, bu qadının sirri var və o,
sözünü sizə danışası deyil
Məsələn, bir qadın başqası haqda “O, çox bacarıqlı qadındır, nə istədiyini bilir” deyib,
dodaqlarını kip tutaraq gülümsəyirsə, başqa fikirdədir. Ürəyindən keçən “həyasız qancıq!”
sözləridir.
Uğurlu iş adamlarının jurnallardakı şəkillərində kip dodaqların təbəssümü tez-tez görünür.
Çünki kişilər uğur qazanmağın yolları haqda müsahibə verəndə əslində detalları açıqlamırlar.
Ancaq Britaniyanın ən varlı adamlarından biri, sahibkar Riçard Bransnonun bütün
şəkillərində dişləri ağarır və o öz uğurunun səbəbini xırdalıqlarına qədər izah etməyi sevir.
Bilir ki, onun elədiyini kimsə eləməyəcək (Branson ekstravaqant hərəkətləri və müxtəlif
dünya rekordlarını təzələmək cəhdlərilə tanınır). Qarışıq (istehzalı) təbəssüm
Belə gülümsəyən adamın üzünün hər tərəfində bir emosiya ifadə olunur. Birinci şəklə (A)
baxın. Sağ beyin sol qaşı yuxarı dartıb, sol almacıq əzələləri və sol yanaq təbəssümü əmələ
gətirib. Amma sol beynin göndərdiyi siqnallar sağ tərəfdə acıqlı baxışa səbəb olub. Şəklin tən
ortasına güzgü qoysanız (90 dərəcə bucaq altında), iki fərqli sima görəcəksiz. Güzgünün sağ
tərəfində üzün sol tərəfindəki ifadə əks olunacaq və ikinci şəkil (B) alınacaq – adam qımışır.
Güzgünün sol tərəfində isə üzün sağındakı ifadə əks olunacaq (üçüncü şəkil – C). Bu adam
tamamilə fərqlidir – qaşqabağı yerlə gedir.
Qarışıq təbəssüm qərblilərə xasdır, təbii deyil və kinayəni ifadə edir.
Ağzıaçıq təbəssüm
İnsan əyləndiyini, şən və şux olduğunu bildirmək istəyəndə ağzını açır. Bu jest Bill
Klintonun, Hyu Qrantın, “Batman” filmindəki Cokerin sevimli hərəkətidir. Auditoriyada xoş
əhval-ruhiyyə yaratmaq və daha çox səs toplamaq üçün bu jestdən istifadə edirlər.
Ağzını açaraq gülən Coker gözlərində də saxta
təbəssüm yaratmağa çalışıb
Ağız azca açılıb – saxta məmnunluğun ifadəsi
“Altdan yuxarı baxan” təbəssüm
Başını aşağı dikib kənara çəksə də, altdan yuxarı baxan adam şən, şux, eyni zamanda sirli və
utancaq gənc təsiri bağışlayır. Bu, dünyanın hər yerində kişilərin ən çox sevdiyi jestdir. Qadın
belə baxanda kişiyə xas hisslər oyanır, kişi qadını müdafiə etmək, onun qayğısına qalmaq
istəyir. Şahzadə Diananın ürəkləri fəth etməsinin səbəblərindən biri bu təbəssümü idi.
Diananın təbəssümü həm kişilərin, həm də
qadınların ürəyini fəth edirdi. Diananın təbəssümü kişilərdə onu qorumaq istəyi, qadınlarda
isə onun kimi olmaq arzusu yaradırdı. Təəccüblü deyil ki, qadınlar bu jestdən kişiləri cəlb
etmək, tovlamaq üçün istifadə edirlər. Kişilərin diliylə desək, bu baxış adama “gəl-gəl” deyir.
Britaniya şahzadəsi Uilyams anası kimi gülümsəyir və bu təbəssümü Uilyamsı da sevdirir,
həm də pərəstişkarlarına Diananı xatırladır.
Corc (V) Buşun irişməsi
Amerikanın keçmiş prezidenti Corc (V) Buşun yalançı gülüşü üzündən heç əskik olmur, o,
bütün şəkillərində irişir. Rey Bördvistel aşkar edib ki, Atlanta, Luisvill, Memfis və Nəşvil
sakinləri hamıdan gülərüzdürlər. Texaslılar isə bütün digər amerikalılardan çox gülümsəyir
(Buş da texaslıdır). Yəqin buna görədir ki, Texasda gülümsəməyən adama “siz nəyə
acıqlanmısız?” – deyə sual verə bilərlər. Nyu-Yorkda isə gülümsəyən adama “burda gülməli
nə var ki?” – deyə irad tutarlar. Amerikanın keçmiş prezidenti Cimmi Karter də cənubdan idi
və o da daim gülümsəyirdi. Şimallılar belədə narahat olur: “Bu adam mənim bilmədiyim nəyi
isə bilir”.
....................................................................
Həmişə gülümsəyin və ətrafdakılar sizin nəyisə gizlətdiyinizi,
nə isə eləmək niyyətində olduğunuzu düşünəcəklər.
....................................................................
Ən yaxşı dərman gülüş və qəhqəhədir
Gülərüz, qəhqəhəsi yeri-göyü titrədən adamın dostu çox, canı sağlam, ömrü uzun olur. Gülüş
bütün orqanlara yaxşı təsir edir. Güləndə biz daha sürətlə nəfəs alırıq, nəticədə diafraqma,
boyun, üz və çiyinlər, mədə daha aktiv çalışır, kalori itiririk. Gülüş iştahanı açır, qanda
oksigenin miqdarını artırır, bu isə sağalmağa kömək edir, qan dövranını gücləndirir, həm də
dərinin səthinə yaxın olan qan damarları genişlənir, nəticədə gülən adam qızarır.
Nevropotoloq Henri Rubenşteyn aşkar edib ki, 1 dəqiqə çəkən möhkəm gülüş 45 dəqiqəlik
relaksasiyaya səbəb olur. Stenford Universitetinin professoru Uilyam Fray bildirir ki, 100
dəfə gülmək bədən üçün avarlı trenajorda 10 dəqiqə məşq etməyə bərabərdir.
....................................................................
Yaş artdıqca insan ciddiləşir.
Bir adam gündə orta hesabla 15 dəfə gülür.
Məktəbəqədər uşaqlar gündə 400 dəfə gülə bilərlər.
....................................................................
Gülüşə ciddi yanaşmaq lazımdır
Elmi araşdırmalar göstərir ki, kefi olmasa da gülümsəyən, deyib-gülən adamlar “xoşbəxt
zona”nı (beynin sol yarımkürəsində yerləşən hissəsini) hərəkətə gətirirlər. Medisondakı
Viskonsin Universitetinin psixologiya və psixiatriya üzrə professoru Riçard Davidson gülüşlə
bağlı xeyli tədqiqat aparıb. O, beyin dalğalarının aktivliyini ölçən EEQ
(elektroensefaloqrafiya) cihazı ilə müayinə etdiyi adamlara gülməli filmlər göstərib. Məlum
olub ki, təbəssüm beyindəki xoşbəxt zonanı o dəqiqə tərpədir. Davidson sübut edib ki,
bilərəkdən gülmək və gülümsəmək beynin fəaliyyətini xoşbəxtliyə doğru yönəldir.
Şimali Karolina Universitetinin psixologiya üzrə professoru Arni Kan aşkarlayıb ki, yumor
stressə qarşı güclü təsirə malikdir. Kan depressiyanın ilkin əlamətlərini müşahidə etdiyi
adamların üzərində eksperiment aparıb. Bu adamlar iki dəstəyə ayrılıb və üç həftə ərzində
müxtəlif filmlərə baxıblar. Komediyalara baxan dəstədə sağalmanın əlamətləri o biri dəstəyə
nisbətən çox olub. Kan həm də xəstəliyi, yarası olan adamların daha çox qaşqabaq salladığını
müəyyən edib. Siz də qaşlarınızı tez-tez çatırsınızsa, danışanda əlinizi alnınıza aparmağı,
qaşlarınızı yuxarıya doğru sığallamağı vərdişə çevirin. Biz deyib-gülə bilirik, şimpanzelər
niyə bacarmır?
Baltimurda yerləşən Merilənd Universitetinin psixologiya üzrə professoru Robert Provayn
insan gülüşü ilə şimpanze gülüşünün fərqini izah edib. Şimpanze güləndə elə bil tövşüyür,
nəfəsini alıb-verdikcə səs çıxarır, amma cəmi bir səs! Nəfəs alıb-verməklə səs çıxarma
arasında əlaqə özünü burda göstərir. İnsan yalnız ayaqları üstündə yeriməyə başlayandan
sonra bədənin yuxarı hissəsi ağırlıqdan qurtardı. Nəticədə insan tənəffüs sistemini daha yaxşı
idarə etməyə başladı, nəfəs vermə prosesini tənzimləyərək səs çıxarmağı, danışmağı öyrəndi.
Şimpanzelərin də dillə bağlı anlayışı olur, amma hansısa dilə məxsus səsləri verməyi
bacarmırlar. Biz insanlar dik gəzdiyimiz üçün müxtəlif sözləri azad tələffüz edir, danışıb-gülə
bilirik.
Yumor sağaldır Gülüş bədəndəki təbii ağrıkəsicilərin və “sevinc hormonu” (ya da “həzz
hormonu”) adlandırılan endorfinlərin ifrazına səbəb olur. Endorfin sinirləri keyidir, stress
azalır, bədən sağalır. Həkimlər Norman Kazinsə xəstə olduğunu, gücünün getdikcə
azalacağını, ölməzdən əvvəl dəhşətli ağrılara dözməli olacağını deyəndə o bir otelə gedib
otaq tutur və əlinə keçən bütün gülməli filmləri özüylə aparır. 6 ay ərzində yalnız gülməli
şeylərə baxıb, bacardıqca çox və bacardıqca ucadan gülür. Özünün təyin etdiyi müalicədən –
gülüş terapiyasından sonra həkimlər ondakı dəyişikliyə məəttəl qalırlar: Norman Kazins
sağalır, xəstəlik yoxa çıxır! Məhz bu hadisədən sonra Kazins məşhur “Xəstəliyin
anatomiyası” kitabını yazır və endorfinlərin funksiyasını öyrənmək üçün böyük araşdırmalara
başlayır.
Endorfinlər gülən adamın beynindən çıxan maddələrdir. Bu maddələrin tərkibi morfi və
heroinin tərkibiylə eynidir və bədəni sakitləşdirir, immun sistemini gücləndirir. Yəqin buna
görədir ki, gülərüz və xoşbəxt adamlar az xəstələnir, narazı, hər şeydən və hər kəsdən
şikayətlənən adamlar həmişə xəstə görünürlər.
Ağladacaq qədər gülməlidir
Ağlamaqla gülmək arasında həm fizioloji, həm də psixoloji baxımdan yaxın əlaqə var.
Axırıncı dəfə bərk güldüyünüzü xatırlayın: gülməkdən sıxılırdız, hətta özünüzü güclə idarə
edirdiz... Bəs sonra? Sonra özünüzü necə hiss etdiz?
Biz güləndə beynimiz endorfin buraxmağa başlayır, bu maddə bütün bədənə işləyir və
eyforiyaya səbəb olur, bizə elə gəlir ki, uçuruq. Narkotik aludəçiləri də zəhərin qəbulundan
sonra özlərini bu cür hiss edirlər. Həyatda gülmək üçün səbəbi olmayan, gülə bilməyən
adamların narkotiklərə, ya da içkiyə qurşanmasını belə izah etmək olar. Alkoqol beyindəki
əngəlləri boşaldır və adam gülə bilir, nəticədə beyin “həzz hormonu” – endorfin buraxmağa
başlayır. Ağır və təmkinli adamların çoxu içkidən sonra gülür, özünü bədbəxt hesab eləyən
adamlar bir az da ruhdan düşür, hətta qəzəbli və aqressiv olurlar.
....................................................................
Narkotiklərə və içkiyə qurşananlar özlərini
xoşbəxt hiss etmək istəyənlərdir.
....................................................................
Pol Ekman müəyyən edib ki, gülüş və təbəssüm insanı çəkir, çünki sinir sisteminə güclü təsir
edir. Ətrafımızdakıların üzündə təbəssüm varsa, biz də gülümsəyirik və beynimiz endorfinləri
buraxmağa başlayır. Miskin, qəmli-qüssəli adamların əhatəsindəyiksə, bizim də
qaşqabağımız açılmaz, ruhdan düşərik.
....................................................................
Hüznlü, kədərli mühitdə işləmək sağlamlığa
zərərdir. ....................................................................
Zarafatın təsiri
Demək olar ki, bütün zarafatların məğzi kimisə aldatmaq, incitmək, qorxutmaqdır.
Gözlənilməz hərəkət beynimizi “qorxudur”. Sonra biz gülməyə başlayırıq və çıxartdığımız
səslər şimpanzelərin təhlükə barədə xəbərdarlığına bənzəyir. Zarafatın real olmadığını,
zarafat olduğunu şüurlu şəkildə anlayırıq, amma gülüşümüzlə endorfinlərin ifrazına, “özünü
anesteziyaya” nail oluruq və bununla sanki real ağrıdan, qorxudan qorunuruq. Baş verənlər
zarafat olmasa, yəni real olsa, biz ağlamağa başlayarıq və beyin yenə endorfin buraxar.
Ağlamaq çox vaxt gülməyin genişlənməsidir. Ona görə də güclü emosional böhran – sarsıntı
olanda, məsələn, yaxınının öldüyünü eşidəndə, bunu qəbul edə bilməyən adam əvvəl gülə
bilər. Reallığı dərk edəndə gülmək ağlamaqla əvəz olunur. İnsan gülüşü primatların
xəbərdarlıq siqnalına bənzəyir
Gülüş otağı
1980-ci illərdə bəzi Amerika xəstəxanalarında “gülüş otağı” yaradıldı. Norman Kazinsin və
gülüşlə bağlı tədqiqatlar aparan başqa bir mütəxəssis – Dr. Paç Adamsın təcrübəsinə
əsaslanaraq bu otaqlara lətifələrdən ibarət kitablar, komediya filmləri lentləri və gülməli səs
yazıları yığdılar, ara-sıra komediya ustalarını, klounları dəvət etdilər. Xəstələr gülüş otağında
gündə 30 dəqiqədən 60 dəqiqəyə qədər vaxt keçirməliydi. Nəticələr inanılmaz idi: pasiyentlər
sürətlə sağalır, xəstəxanada çox az qalırdılar. Bundan başqa, ağrıkəsicilərə ehtiyac azalmışdı,
xəstələr ağrıya dözə bilirdilər. Beləliklə, tibdə gülüşə ciddi yanaşmağa başladılar.
Çox gülən çox qalır. Yaxınlaşmaq üçün gülürük Robert Provayn aşkar edib ki, insan ən çox
başqalarının əhatəsində gülür, nəinki tək olanda və gülüşün səbəbi təkcə zarafat, yaxud
gülməli əhvalatın özü deyil, bunların gülüş payı cəmi 15%-dir. Əsas insanlar arasındakı
münasibətdir. Daha doğrusu, insan nəyəsə güləndə əslində yanındakıyla münasibəti olduğu
üçün, ya da münasibət yaratmaq üçün gülür. Provaynın araşdırmaları göstərib ki, adam tək
olanda gülməkdən çox özü ilə danışır. Gülməli videolara baxan pasiyentlərin hərəkətlərini 3
halda lentə alıblar: videoya tək baxanda, bir başqası (həmcinsi) ilə baxanda və dostu
(həmcinsi) ilə baxanda. Film nə qədər gülməli olursa olsun, ona tək baxanlar dostu və ya bir
başqasıyla baxanlardan az gülüb. Bundan başqa, filmə bir yerdə baxanların qəhqəhəsi daha
uzun çəkib.
....................................................................
Gülüşə səbəb zarafatın özündən
çox yaxınlıq etmək istəyidir.
Zarafatın gülüş payı cəmi 15%-dir.
....................................................................
Belə çıxır ki, gülüş əsasən qarşılıqlı əlaqənin, mehribanlığın göstəricisidir. Mühit nə qədər
xoş olarsa, adam bir o qədər gülər.
Yumor və satış Sinsinatti Universitetinin Biznes Administrasiyası Kollecində marketinq üzrə
professor Karen Maçleyt müəyyən edib ki, reklamlara yumor qatanda satışın həcmi artır,
çünki müştəri məzəli reklamları sevir. Maçleyt deyir ki, gülməli reklam istehsalçıya etimad
yaradır, istehlakçı reklamçının təklifini asanlıqla qəbul edir. Məşhur adamın qatıldığı gülməli
reklamlar xüsusilə uğurlu olur.
Dodaqlar aşağı əyilirsə...
Şən adam dodaqlarının kənarlarını yuxarı dartaraq gülümsəyir. Amma qüssəli, məyus, ruhdan
düşmüş, acıqlı və əsəbi adamın dodaqlarının kənarları aşağıya doğru əyilir. Həyatı boyu bu
emosiyalarla yaşayan adamların dodaqları elə bu vəziyyətdə qalır və qocalanda belə adamlar,
təəssüf ki, buldoqa bənzəyirlər. Araşdırmalar göstərir ki, bu adamlar heç kimin xoşuna
gəlmir, uşaqları qorxudur, böyüklər isə belələrinə baxmamağa, görəndə uzaq durmağa
çalışırlar. Güzgüyə baxın, siz də ağzınızı belə əyirsizsə, tez-tez gülümsəməyə başlayın.
Qocalanda itə oxşamaq təhlükəsindən qorunmuş olarsız, həm də özünüzü daha yaxşı hiss
edərsiz.
Dodaqların kənarları aşağı əyilib. Bu ifadə üzün daimi
cizgisinə çevrilə bilər. İntuisiyamız bizi belələrindən uzaq durmağa çağırır.
Qadınlara məsləhət
Boston Universitetindən Marvin Hext və Marianna Lafransın araşdırmaları göstərir ki,
itaətkar adamlar dominant və özündən razı adamların yanında daha çox, həm də bütün
hallarda (dostyana mühit olmasa belə) gülümsəyirlər. Ancaq dominant adamlar yalnız
itaətkar adamların, həm də itaətkar dostların əhatəsində olanda gülür.
Elə bu araşdırmaların nəticələrinə görə qadınlar həm evdə, həm də işdə kişilərdən çox
gülümsəyir və gülümsəyən qadın ciddi kişilərlə görüşdə itaətkar və zəif görünə bilər. Bəziləri
hesab edir ki, bu “artıq” təbəssümə səbəb, tarix boyu kişilərin qadını itaətə vadar etməsidir.
Amma müşahidə edib görüblər ki, səkkiz həftəlik qız uşağı səkkiz həftəlik oğlan uşağından
çox gülür. Daha inandırıcı ehtimal var: təbəssüm qadının tarixi rolundan irəli gəlir. Axı insanı
bəsləyən – saxlayan, yedirdib-içirdən, öyrədən, sakitləşdirən, böyüdən həmişə qadın olub. Bu
o demək deyil ki, qadın avtoritar ola bilməz. Ancaq təbəssüm avtoritar qadını da yumşaq
göstərir.
....................................................................
Təbəssüm elə bil qadının beyninə yeriyib.
....................................................................
Sosial psixoloq Dr. Nənsi Henli təbəssümü qadının “sakitləşdirmə nişanı” adlandırır. Qadın
çox vaxt güclü kişini sakitləşdirmək, ya da onun könlünü almaq üçün gülümsəyir. Henlinin
araşdırmalarına görə gündəlik toplantılarda qadınlar vaxtın 87%-ini gülümsəməyə həsr edir,
kişilər 67%-ni və qadınların 26%-i qarşı cinsin təbəssümünə təbəssümlə cavab verir. Daha bir
eksperiment: Şən, kədərli və neytral qadınların əks olunduğu 15 fotonu 257 nəfərə göstərib,
hansı qadının daha cazibədar olduğunu soruşublar. Ən aşağı qiyməti kədərli qadınlar alıb.
Respondentlərin fikrincə gülümsəməyən qadın şəkilləri bədbəxtliyi ifadə edir, gülümsəməyən
kişi şəkilləri isə dominantlığı.
Qadınlar bu deyilənlərdən dərs ala bilər: işgüzar görüşlərdə dominant kişilərin üzünə
gülməyin, ya da onlar sizə gülümsədiyi qədər gülümsəyin. Əgər kişi qadını inandırmağa
çalışırsa, bütün hallarda çox gülümsəməlidir.
Məhəbbətdə gülüş
Robert Provayn aşkar edib ki, kişi qadına maraq göstərməyə başlayanda, onun dalınca
gəzdiyi vaxtlarda da qadın kişidən çox gülür, ya da gülümsəyir.
Gülüş cütlüyün uğurlu münasibətlərinin göstəricisidir. Baxın, kişi qadını nə qədər güldürürsə,
bir o qədər cəlb edir. Axı başqalarını güldürmək bacarığı dominantlara xasdır və qadınlar
dominantlara üstünlük verir, kişilər isə itaətkar qadınlara. Provayn onu da deyir ki, itaətkar
adam dominant adama onu sakitləşdirmək, itaətini bildirmək üçün gülür. Dominant adam isə
itaətkarı güldürür, amma özü gülmür, bununla sanki üstünlüyünü vurğulayır.
....................................................................
Qadınlar onları cəlb edən kişilərin üzünə gülür,
kişiləri isə onlara gülən qadın cəlb edir.
....................................................................
Yəqin buna görədir ki, yumor hissi qadınların kişilərdə axtardığı əsas cəhətlərdən biridir.
Qadın, “O, elə gülməli adamdır ki, axşam o qədər gülmüşük ki...” deyirsə, bilin ki, “mən bu
axşam çox gülmüşəm, çünki o məni çox güldürüb” demək istəyir.
....................................................................
Bir kişi bir qadının yaxşı yumor hissi olduğunu deyirsə,
o, qadının zarafat etmək qabiliyyətindən yox, qadının kişinin zarafatlarına gülmək
qabiliyyətindən danışır.
....................................................................
Kişilərin çoxu zarafatcıl olmağın dəyərini (qadınları cəlb edir) bilir. Yəqin buna görədir ki,
dostlarla da görüşəndə “lətifə yarışına” çıxır, ən gülməli lətifələri danışır, ətrafdakıları
güldürmək qabiliyyətlərini artırmağa çalışırlar. Bir kişinin daha yaxşı lətifə danışması o biri
kişinin xoşuna gəlmir, ələlxüsus, onların yanında qadın varsa və bu lətifələrə gülürsə... Bir
kişi bütün qadınları güldürə bilirsə, o biri kişilər onu ədəbsiz, həyasız hesab edir, hətta
əlahiddə gülməli olmadığını düşünürlər. Amma kişilər anlamalıdırlar ki, qadınların çoxu
zarafatcıl kişilərə üstünlük verir. Siz də zarafatcıl ola bilərsiz.
Qadın kişini necə görür? Güldürə bilməyən kişi
qadına sol şəkildəki kimi görünür. Qadını güldürməyi
bacaran kişi sağ şəkildəkidir.
Nəticə
Gülərüzsünüzsə, ətrafınızdakılar da sizə gülümsəyəcək və bu, həm sizdə, həm də
ərafdakılarda xoş əhval-ruhiyyəyə səbəb olacaq. Gülümsəməyi vərdişə çevirəndə işgüzar
toplantılar da rahat keçir, nəticələr daha yaxşı olur, görüşlər uzun çəkir, münasibətlər inkişaf
edir.
Gülüş və təbəssüm immun sistemini gücləndirir, bədəni xəstəliklərdən qoruyur, müalicə edir,
ideyaları satmağa, daha yaxşı dərs deməyə, daha çox dost qazanmağa kömək edir, ömrü
uzadır. Yumor sağaldır.
4-cü fəsil
QOLLAR NƏ DEYİR?
Kişilər qorxanda əllərini cinsiyyət orqanının üstündə birləşdirir və özlərini daha rahat,
təhlükəsizlikdə hiss edirlər Qollar sədd çəkir Qorunmaq üçün nəyinsə arxasında gizlənmək
normaldır, biz uşaqlıqdan belə eləyirik. Balaca olanda qorxan kimi stolun altına, şkafın içinə
girir, ya da anamızın, nənəmizin paltarının arasında gizlənirdik. Böyüdükcə təcrübəmiz artdı.
6 yaşımızda gizlənməyin yaxşı hərəkət olmadığını bilirdik, ona görə də qorxanda harasa
girmir, qollarımızı çarpazlayaraq sinəmizə sıxıb dururduq. Yeniyetmə dövründə hisslərimizi
gizlətməyə çalışaraq qollarımızı boş saxlayır, amma həm də ayaqlarımızı bir-birinin üstünə
aşırırdıq. Yaş artdıqca jestlər də dəyişdi, indi biz qollarımızı sinəmizə aparanda başqalarına
sezdirmədən hərəkət etməyə çalışırıq, nəticədə müxtəlif vəziyyətlər alınır. Qorxanda bir, ya
hər iki qolumuzu sinəmizdə saxlayır, bununla qorxduğumuz şeyə, təhlükəyə qarşı şüuraltı
baryer yaratmağa çalışırıq. Qollar ürəyin və ağciyərlərin üstünə, bu orqanları qorumaq üçün
sıxılır və bu o deməkdir ki, qolların sinədə kəsişməsi jesti anadangəlmədir. Meymunlar, o
cümlədən şimpanzelər də hücumdan qorunmaq üçün qollarını çarpazlayıb, sinələrinə sıxırlar.
İnsan isə əsəbi olanda, nəyisə rədd edəndə, razılaşmayanda, şübhələnəndə və müdafiə
olunmaq istəyəndə belə edir, bununla narahatlığını büruzə verir.
Qolları çarpazlamağın nə ziyanı var?
Çarpazlanmış qollarla bağlı Birləşmiş Ştatlarda aparılan tədqiqatın nəticələri ürəkaçan deyil.
Eksperiment üçün könüllüləri iki dəstəyə ayırıblar. Birinci dəstənin üzvlərindən xahiş ediblər
ki, leksiyalara qatılsınlar və istədikləri yerdə rahat otursunlar, amma oturanda nə qollarını, nə
də ayaqlarını üst-üstə qoysunlar. İkinci dəstənin üzvlərinə tapşırıq verilib ki, leksiyanı
qollarını sinələrində çarpazlayaraq dinləsinlər. Leksiyaların sonunda tələbələrin biliyi
qiymətləndirilib və lektora münasibəti öyrənilib. İkinci dəstə həm leksiya, həm də lektor
haqda daha çox neqativ fikir bildirib, nəinki birinci dəstə. Həm də ikinci dəstənin leksiyada
dinlədiklərini yadda saxlama göstəricisi birinci dəstədən 38% az olub.
....................................................................
Qollarınızı çarpazlamaqla sizə olan etimadı kəskin
şəkildə azaldırsız.
....................................................................
1989-cu ildə biz də belə bir eksperiment aparmışdıq, 6 müxtəlif leksiyada iştirak edən 1500
adamın rəyini almışdıq. Nəticələr eyni idi. Bu göstərir ki, qollarını sinəsində çarpazlayan
adam qarşısındakı haqda neqativ düşünməyə başlayır, həm də onun dediklərinə bir elə diqqət
eləmir. Ona görə də təlim mərkəzlərində stulların qolu olmalıdır ki, iştirakçılar qollarını
sinələrinə aparmasınlar.
Razıyam... Amma axı mənə belə rahatdır
Bəzi adamlar etiraz edirlər, qollarını sinələrində vərdiş elədikləri üçün, onlara belə rahat
olduğu üçün çarpazladıqlarını deyirlər. Amma jestin rahatlığına səbəb onun vəziyyətə uyğun
olmasıdır. Yəni siz əsəbi və narahatsızsa, qarşınızdakıyla razılaşmırsızsa, ya da qorxursuzsa
və müdafiə olunmaq istəyirsizsə, qollarınızı sinənizdə çarpazlamaqla nisbətən rahat
olacaqsız. Amma əgər dostlarınızın əhatəsindəsizsə və əylənirsizsə, qollarınız sinənizdə
qalsa, sizi narahat edəcək.
Unutmayın ki, istənilən jest yoluxucu xəstəlik kimidir, qarşıdakına da keçir, daha doğrusu,
xəstəliyin virusu – jestin mənası bir adamdan o birinə ötürülür. Siz başınızı dik tutub arxaya
oturaraq, qolunuzu qoynunuza qoya və belə daha rahat olduğunuzu deyə bilərsiz. Amma
ətrafdakılar bu jestə neqativ reaksiya verəcəklər (bunu tədqiqatlar sübut edir). Ona görə də
bütün hallarda qollarınızı sinənizdə çarpazlamaqdan çəkinin, əlbəttə, əgər bunu qəsdən –
həmsöhbətinizlə razılaşmadığınızı bildirmək üçün etmirsizsə.
....................................................................
Qollarınızı sinənizdə çarpazlayanda özünüzü
rahat hiss edə bilərsiz, amma ətrafdakılar elə biləcəklər ki, sizə yaxınlaşmaq olmaz.
....................................................................
Gender fərqləri Kişi qollarını düz tutanda içəri, qadın isə bayıra döndərir. Məhz buna görə
kişilər daha yaxşı nişan alır, hədəfə vururlar. Qadın isə qollarını dirsəkdən geniş aça bildiyi
üçün uşağı daha rahat saxlayır. Kişi qolunu içəri döndərdiyi üçün dəqiq nişan alır;
qadının qolu bayıra açılır,
aldığını rahat tutur
Maraqlıdır ki, qadınlar onları cəlb edən kişilərin əhatəsində olanda qollarını daha çox açıq
saxlayırlar, xoşları gəlməyən, aqressiv kişilərin yanında qollarını sinələrində çarpazlayırlar.
Qollar sinədə çarpazlanırsa...
Qolları sinədə çarpazlamaq xoşlamadığınız əşya, ya da adamla öz aranızda sədd çəkmək
cəhdidir. Qollar sinədə müxtəlif formada kəsişir. Gəlin ən çox istifadə olunan formaları
müzakirə edək.
Qollar sinədə çarpazlanıb: o sizə heç nə demək istəmir,
siz də yaxınlaşmaq niyyətində deyilsiz
“Çarpaz qollar” universal jestdir, dünyanın hər yerində istifadə olunur və hər yerdə
narazılığın, ya da müdafiənin göstəricisidir. Toplantıda, növbədə, kafeteridə, liftdə və
adamların narahat olduğu, ehtiyat etdiyi başqa ictimai yerlərdə, yad, qərib adamlarda
müşahidə olunur.
Bir dəfə yerli şuranın toplantısında iştirak edirdik, inşaatçıların ağacları kəsməsi məsələsi
müzakirə olunurdu. Tikinti şirkəti təmsilçiləri otağın bir tərəfində, onların rəqibi – “yaşıllar”
isə digər tərəfdə oturmuşdular. Toplantı başlayanda əyləşənlərin, demək olar ki, yarısı
qollarını sinəsində çarpazlamışdı. İnşaatçılar çıxış edəndə “yaşılların” 90%-i belə oturmuşdu.
Yaşıllar danışanda inşaatçıların az qala hamısı qollarını sinəsinə apardı. Deməli, adamlar bu
jestdən eşitdiklərilə razılaşmayanda istifadə edir. Bəzi məruzəçilər dinləyicilərinin sinədə
kəsişən qollarına fikir vermir, nəticədə dediklərini auditoriyaya çatdıra bilmirlər. Təcrübəli
lektor bu jesti görəndə yaxşı bir “buzqıran”a (auditoriyanı hərəkətə gətirən oyun) ehtiyac
olduğunu anlayır və dinləyicilərinin həm oturuşunu, həm də fikrini dəyişməyə nail olur.
Söhbət etdiyiniz adamın qollarını sinəsində çarpazladığını görsəniz, bu adamın sizinlə
razılaşmadığını anlayacaqsız. Və nə qədər arqument gətirirsiniz gətirin, həmsöhbətiniz
duruşunu dəyişməyibsə, dediklərinizin mənası yoxdur. Bu adam sizinlə razı olduğunu
söyləyə bilər, amma jest başqa şey deyəcək.
....................................................................
İnsan qollarını sinəsində nə qədər çox saxlayarsa,
bir o qədər neqativ düşünər.
....................................................................
Bu halda həmsöhbətinizin hərəkətinin səbəbini anlamağa və onun duruşunu dəyişməyə
çalışsanız yaxşıdır. Duruşu formalaşdıran adamın fikridir, duruş dəyişməyincə fikir də
dəyişmir.
Çıxış yolu
Qollarını sinəsində çarpazlayan adamın jestini “sındırmağın” ən asan və ən effektiv yolu bu
adama iş tapşırmaq, ya da əlinə bir şey verməkdir. Kitab, broşür, jurnal və sair versəniz, adam
qollarını açmalı və oxumaq üçün azca əyilməli olacaq. Bu isə daha açıq duruşdur və daha
açıq münasibətə səbəb olur. Həmsöhbətinizdən xahiş edə bilərsiz ki, azca qabağa əyilib
göstərdiyiniz əşyaya, şəklə, ya videoya baxsın. O, sinəsində saxladığı qollarını istər-istəməz
aşağı salacaq. Bu zaman siz də əllərinizi açıq vəziyyətdə (“əlin içi yuxarı”) uzada və soruşa
bilərsiz: “Bəs siz nə fikirdəsiz?”, ya da “Deyəsən sualınız var, buyurun!” İndi yayxanıb otura
bilərsiz, bununla danışmaq növbəsini həmsöhbətinizə verdiyinizi vurğulayarsız. Əllərinizi
açıq vəziyyətdə uzatmaqla siz dürüst olduğunuzu və qarşınızdakının da dürüst və açıq
olmasını istədiyinizi bildirirsiz (bu barədə bir söz demədən).
....................................................................
“Axı mən bu qədər qələmi, karandaşı, kitabçanı əlimdə
niyə saxlayıram?” – deyə bayram yolkasına bənzəməyə
başlayan müştəri soruşur. “Bu məsələyə bir azdan qayıdacağam”– deyən satış meneceri
söhbətinə davam edir.
....................................................................
Danışıq aparan adamlar, eləcə də satış menecerləri bilirlər ki (öyrədilirlər), müştərinin əlləri
sinəsində çarpazlanıbsa, söhbəti uzatmağa dəyməz. Çox vaxt müştəri etirazını gizli şəkildə
bildirir, amma danışan adam onun duruşuna fikir vermir, belə söhbətin nəticəsi yaxşı olmaya
bilər .
Sıxılıb çarpazlanmış qollar
Bəzən adam həm yumruqlarını sıxır, həm də əllərini qoynunda bərk-bərk saxlayır. “Sıxılmış
yumruq, çarpazlanmış qol” müdafiə və ədavətin əlamətidir. Eyni zamanda dodaqların sıxılıb
dartıldığını, yaxud dişlərin qıcandığını və üzün qıpqırmızı qızardığını görsəniz, ehtiyatlı olun,
qarşınızdakı sizə hücum (hətta fiziki) edə bilər. Bu münasibətin səbəbini bilmirsizsə,
öyrənməyə çalışın, əlbəttə, sakit danışmaqla! Axı həmsöhbətiniz aqressivdir.
“Sıxılmış yumruq,
çarpazlanmış qol”
ədavətin göstəricisidir
Sıxılmış qollar Elə insan var ki, çox narahat olanda sanki özünü qucaqlayaraq sakitləşməyə
çalışır, hər iki qolunu bərk sıxıb dayanır. Bu jest narazılığı və təmkini ifadə edir. Bədənin ön
hissəsini gizlətmək, ya da toxtamaq üçün istifadə olunur. “Sıxılmış qollar”ı həkimin,
stomatoloqun gözləmə otağında, ya da təyyarədə görmək olar (ilk dəfə uçanlar təyyarə
havaya qalxanda özlərini bu jestlə toxtatmağa çalışırlar). Bəzən adam qollarını elə bərk sıxır
ki, qan işləmir, əllər, oynaqlar ağarır.
“Sıxılmış qollar” sizə etibar
etmir, satdığınızı
almaq istəmir...
Məhkəmə zalında “sıxılmış yumruq, çarpazlanmış qollar” iddiaçıda, “sıxılmış qollar”ı
müttəhimdə görə bilərsiz.
Müdir və işçiləri
Status qol hərəkətlərinə təsir edir. Məsələn, müdir öz üstünlüyünü vurğulamaq üçün qollarını
çarpazlamaya bilər və bununla sanki “Mən qorxmuram, müdafiəyə ehtiyacım yoxdur, ona
görə də qollarımı açıq saxlayıram” deyər. Tutaq ki, şirkətdə təntənəli yığıncaq keçirilir və
müdiri bir neçə yeni işçiylə tanış edirlər. Müdir onların əlini sıxıb (həm də “əlin içi aşağı”
vəziyyətdə), bir metr arxaya çəkilir və qollarını yanına sallayır, ya da şahzadə Filip kimi
arxasında tutub“ovuc-ovuca” birləşdirir (üstündür) və yaxud bir, ya da hər iki əlini ciblərinə
qoyur (qoşulmur). O, qollarını nadir hallarda sinəsinə aparır, çünki daxili vəziyyətini əsla
büruzə vermək istəmir.
İşçilər isə, əksinə, müdirin əlini sıxandan sonra qollarını çarpazlaya bilərlər, çünki ondan
çəkinirlər. Həm yeni işçilər, həm də müdir rahatdır, axı hərə öz statusuna uyğun dayanıb,
uyğun jestlərdən istifadə edir.
Bəs əgər müdirin qarşısında dayanan gənc, perspektivli və özündən razı tipdirsə, həm də
özünü müdir qədər vacib bilirsə, üstəlik bunu göstərməyə çalışırsa? Belə ola bilər: Bu gənc
müdirin əlini sıxandan (əllər şaquli vəziyyətdə – bərabərlik) sonra əllərini qoynuna qoya,
ancaq baş barmaqlarını dik tuta bilər. Bu jest onun özünü “əla” hiss etdiyini və kontrolu əldə
saxladığını göstərir. Həm də danışdıqca bəzi məqamları baş barmaqlarıyla vurğulayır. Baş
barmaqlar dik durub: ehtiyat edir, qorunur, eyni zamanda, “mən əla oğlanam” deyir
Baş barmağı dik tutmaq özünə inamın, qolları çarpazlamaq isə müdafiənin, qorunmanın
göstəricisidir.
İtaətkar adam ehtiyat edəndə simmetrik vəziyyətdə oturur, yəni bədəninin hər iki tərəfi eyni
hərəkəti edir, sanki bir tərəf o biri tərəfin güzgüsüdür. Belələrinin əzələləri gərilmiş olur,
hücum gözləyən adama bənzəyirlər. Ehtiyat edən dominant isə asimmetrik, yəni necə gəldi
dayanır, bədənin bir tərəfi o biri tərəfi əks etdirmir.
Baş barmaqlar dik durursa... Özünüz haqda məlumat verəndən sonra, görüşün axırına yaxın
qarşınızdakının əllərini qoynuna qoyub baş barmaqlarını dik tutduğunu, eləcə də başqa
pozitiv jestlər elədiyini görürsünüzsə, vaxtdır, iş məsələsinə keçə, iş istəyə bilərsiz. Yox, əgər
görüşün sonuna yaxın “sıxılmış yumruq, çarpazlanmış qol”, eyni zamanda daş kimi ifadəsiz
üzlə qarşılaşmısınızsa, “hə” almağa çalışmayın, başınız ağrıyar. Yaxşısı budur,
qarşınızdakının etirazının səbəbini öyrənmək üçün suallar verin. Təklifinizə rədd cavabı
veriblərsə, aqressiv görünməmək və qarşı tərəfin fikrini dəyişmək çətin olur. Bədən dili
qabiliyyətiniz sizə rədd cavabını cavab səslənməmişdən əvvəl “görməyə” imkan verir və siz
başqa istiqamətdə hərəkətə keçmək üçün vaxt qazanırsız.
....................................................................
“Yox”u eşitməmişdən əvvəl “görsəniz”,
məsələyə başqa tərəfdən yanaşmaq fürsətiniz olar.
....................................................................
Silah gəzdirən, ya da zireh geyinən adamlar qollarını nadir hallarda çarpazlayırlar, çünki silah
və zirehli paltar onları kifayət qədər qoruyur. Silahlı polis işçisi adətən keşik çəkəndə
qollarını sinəsində çarpazlayır, həm də yumruqlarını sıxır və bununla sanki dayandığı yerdə
keçidə icazə verilmədiyini vurğulamaq istəyir.
Özümüz özümüzü qucaqlayırıq
Uşaq vaxtı çətinliklə üzləşəndə, gərgin anlarımızda valideynimizin qucağına sığınır, təsəlli
tapırdıq. İndi də dara düşəndə o hissləri yaşamaq, qucaqlanmaq, özümüz-özümüzü qollarımız
arasına almaq istəyirik. Amma qollarımızı həmişə çarpazlaya bilmirik, bu jest adamı “ələ
verər”, ətrafdakılar qorxduğumuzu anlayar. Ona görə də qadınlar “çarpaz qollar” jestini,
nəzərə çarpmayan “yarımbaryer” jestiylə əvəz edir; sədd çəkmək istəyəndə bir qolla o biri
qoldan yapışır, sanki özlərini qucaqlayırlar. Bu jest daha çox toplantılarda yad, yaxud özünə
inamı az olan adamlarda müşahidə edilir. Belə dayanan qadından duruşunun səbəbini
soruşsanız gərgin olsa da, “belə rahatdır”, deyəcək.
Özünü, uşaqlığında
anası onu tutduğu kimi tutub “Yarımbaryer” jestindən kişilər də istifadə edir, ancaq onlar
qollarını yox, əllərini tuturlar. Kişilər adətən kütlə qarşısında çıxışa, ya da mükafat almağa
hazırlaşanda belə dayanırlar. Buna “qırıq bağ” vəziyyəti deyilir (şalvarının bağı qırılan və
açıq qalan kişi də belə durur). Bu vəziyyətdə kişi özünü daha təhlükəsiz hiss edir, çünki “var-
dövlətini”, ya da belə deyək, “tax-tacını” zərbədən qoruyur. “Qırıq bağ” vəziyyəti
Pulsuz yeməkxanada növbədə dayanan, sosial müavinət gözləyən kişilər də bu vəziyyəti alır,
zəif və kədərli olduqlarını büruzə verirlər. Bu, həm də kiminsə onların əlindən tutması hissini
xatırladır. Adolf Hitler kütlə içində həmişə belə dayanırdı, sanki cinsi çatmazlıq hissini
gizlətməyə çalışırdı (Hitlerin cəmi bir xayası vardı).
İnsanlar həmişə ən zəif cəhətlərini gizlətməyə
çalışırlar Ola bilər ki, kişilərin qolları bu vəziyyəti almaq üçün qısalıb, çünki insana ən yaxın
olan primatlar – şimpanzelər belə dayananda əlləri dizlərinə çatır.
Varlı və məşhur adamlar
narahat olanda
Kral ailəsi üzvləri, siyasətçilər, kinoaktyorlar, efirdən tanıdığımız məşhurlar – bir sözlə, kütlə
qarşısına tez-tez çıxan adamlar da hamı kimi narahat olur, həyəcanlanır, onların da bəzən
özlərinə inamı azalır. Ancaq belələri ətrafdakıların onların narahatlığından agah olmasını heç
istəmir, həmişə sakit və təmkinli obraz yaratmağa üstünlük verirlər. Qollarını çarpazlamasalar
da, “çarpaz qollar” jestinin müxtəlif formalarından istifadə edib, hisslərini ört-basdır eləməyə
çalışırlar. Necə?
“Çarpaz qollar” jestinin bütün formalarında olduğu kimi qol bədənin ön hissəsini örtərək o
biri qola doğru qolaylanır, amma qoldan tutmaq əvəzinə qola yaxın, ya da qolda olan əşyadan
– saat, bilərzik, əl çantasının tutacağı, köynəyin manjetindən yapışır, yaxud ona sadəcə
toxunur. Nəticədə yenə sədd çəkilir və adam arxayınlaşır.
Məşhur adamlar da kütlə qarşısında
hamı kimi həyəcanlanır
Zaponka taxan kişilər çox vaxt səhnəyə çıxanda, yaxud hamının qarşısından keçəndə onu
düzəldirmiş kimi hərəkət edirlər. Bu, şahzadə Çarlzın ən çox istifadə etdiyi jestlərdəndir, o da
hamının gözü qarşısında yeriyəndə əlini zaponkasına atır.
Şahzadə Çarlzın əlini biləyində saxlaması onun
narahat olduğunu göstərir.
Yəqin hesab edirsiz ki, şahzadə Çarlz kimi yarım əsrdən artıqdır kütlə qarşısına çıxan, xalq
arasında tez-tez görünən adam buna vərdiş eləmiş olar və həyəcanlanmaz. Ancaq jestləri belə
vəziyyətə düşən hər bir adam kimi şahzadənin də narahat olduğunu göstərir.
Narahat və utancaq kişilər tez-tez saatın bağını düzəldir, portmanatın içinə baxır, əllərini bir-
birinə sürtür, ya sıxır, köynəyinin qoluyla “oynayır”. Yəni bütün hallarda qol bədənin
qarşısına sədd çəkir. Bu cür jestlər əsasən kütlənin qarşısından keçən, məsələn, mükafat
almaq üçün səhnəyə çıxan adamlarda, ya rəqs meydançasında yeriyən, qadını rəqsə dəvət
etməyə gedən kişilərdə müşahidə olunur. İş adamı narahat olanda toplantıya sinəsində
tutduğu portfel və ya qovluqla gedir. Təcrübəli müşahidəçi bütün bu jestlərin həyəcanı ört-
basdır eləmək cəhdi olduğunu bilir və jest sahibi ifşa olunur. Qadınların narahatlığını ört-
basdır edən jestlər daha az nəzərə çarpır. Çünki onlar utananda, yaxud özlərinə əmin
olmayanda pul kisəsi, ya da əl çantası kimi əşyaları sıxa bilərlər. Kraliça Yelizavettanın qızı
şahzadə Anna xalq arasına çıxanda çox vaxt əlində bir dəstə gül tutur. Kraliça özü isə ya gül,
ya da çanta götürür. Əlbəttə, bu çantada pomada, kredit kartı, ya da teatra bilet ola bilməz.
Kraliça çantadan ona rahatlıq verən bir əşya kimi, ya da mesaj göndərmək üçün istifadə edir.
Kral ailəsini müşahidə edənlər Kraliça Yelizavettanın mühafizəçilərinə göndərdiyi 12 işarəni
qeydə alıblar. Kraliça dayanmaq, getmək, onu təngə gətirən adamdan qurtarmaq, ya da
uzaqlaşmaq istəyini işarələrlə bildirir.
Çantadan baryer kimi istifadə olunub Nəzərə çarpmayan baryerlərdən biri də iki əllə tutulmuş
eynək, ya da fincandır. Əlbəttə, fincanı da, eynəyi də bir əldə saxlamaq mümkündür. Amma
onlardan ikiəlli yapışanda biz yenə qollarımızı işə salır, bədənimizin qarşısına sədd çəkmiş
oluruq. Belə jestlərdən, demək olar ki, hamımız istifadə edirik, sadəcə xəbərimiz yoxdur.
Gül dəstəsini sıxmaq
utancaqlığın əlamətidir “Bir fincan baryer”
Həmsöhbətinizin sizin fikrinizə münasibətini bilmək istəyirsizsə, arada çay, ya da qəhvə
təklif edin, bu əla strategiyadır. Adam fincanı, çayını içib qurtaran kimi yerə qoyursa, bilin ki,
dediklərinizi qəbul etməyə hazırdır, ya da siz artıq onu inandırmısız. Eşitdiklərilə
razılaşmayan, ya da tərəddüd, şübhə edən adam içəndən sonra fincanı qabağına qoyur və
buraxmır, beləliklə, təkəlli baryer yaradır. Sizinlə razılaşan, ya sizə açıq münasibət göstərən
adam fincanı kənara qoyacaq.
Yayxanmaq – dirsəkləri oturacağın qoluna qoyub arxaya, özü də dik oturmaq güc və
hakimiyyətin göstəricisidir, güclü, həm də dürüst adam obrazı yaradır. Məğlub, əzik və
itaətkar adamlar qollarını oturacağın qolunun altına salırlar. Məğlub olduğunuzu qəsdən
göstərmək niyyətiniz yoxdursa, heç vaxt belə oturmayın.
Toxunuşun gücü
Görüşəndə əlini sıxdığınız adama eyni zamanda o biri əlinizlə toxunsaz, çox böyük nəticələr
əldə edərsiz.
Minnesota Universitetində sonralar “Telefon köşkündə test” adı ilə tanınan maraqlı bir
eksperiment aparılıb. Köşkün çıxışına xırda pul atıb, yaxınlıqdakı ağacların arxasında
gizləniblər. Kimsə köşkə girib pulu tapanda gizlənənlərdən biri çıxıb ona yaxınlaşaraq: “Mən
burda pul itirmişəm, görməmisiz? Mənə lazımdır, yenə zəng etməliyəm” – deyirmiş. Pulu
götürənlərdən cəmi 23%-i tapdığını etiraf edib, pulu geri qaytarıb.
Sonra eyni şeyi təkrarlayıblar, amma bu dəfə yaxınlaşanda pulu götürən adamın dirsəyinə
yüngülcə toxunaraq (2-3 saniyəlik) eyni sualı veriblər. Pulu tapanlardan 68%-i etiraf edib,
bəziləri hətta sıxılıb, “elə mən bu pulun sahibini axtarırdım” kimi cümlələr işlədiblər.
....................................................................
Ehtiyatlı toxunuş istədiyini almaq üçün adama
3 qat artıq şans verir.
....................................................................
Bu texnikanın yararlı olmasının 3 səbəbi var: birincisi, dirsək bədənin “ictimai” hissəsi
sayılır, və məhrəm hissələrdən uzaqdır; ikincisi, dünyanın çox yerində yad adama toxunmaq
normal deyil, ona görə də adama toxunanda ona təsir etmiş oluruq; üçüncüsü, yüngül, 2-3
saniyəlik toxunuş adamlar arasında ani bağlılıq yaradır. Eyni eksperimenti televiziya
proqramı üçün apardıq. Məlum oldu ki, mədəniyyətlərdən, daha doğrusu, toxunuşa
münasibətdən çox şey asılıdır və pulu qaytaranların sayını bu fakt müəyyən edir. Məsələn,
Avstraliyada aparılan eksperiment zamanı dirsəyinə toxunulanlardan 72%-i tapdığı pulu
verdi, ingilislərin göstəricisi 70%, almanlarınkı 85%, fransızlarınkı 50%, italyanlarınkı 22%
idi. Belə çıxdı ki, yad adama toxunmağın normal olmadığı yerlərdə bu fənd daha çox işə
yarayır.
Səyahət etdiyimiz ölkələrdə açıq havadakı kafelərdə adamları müşahidə elədik, onların bir-
birinə toxunuşunu saydıq. Romada saatda 220, Parisdə 142, Sidneydə 25, Nyu-Yorkda 4,
Londonda 0 toxunuş qeydə almışdıq. Deməli, toxunuş daha çox Almaniyada və Britaniyada
təsirli ola bilər.
....................................................................
Britaniyalı, yaxud almansızsa,
sizə toxunmaqla təsir etmək olar.
....................................................................
Ümumiyyətlə, qadınlar qadınlara 4 dəfə artıq toxunurlar, nəinki kişilər kişilərə. Çox yerdə
dirsəkdən aşağı və dirsəkdən yuxarı toxunuş, dirsəyə toxunuş qədər müsbət nəticə vermir,
neqativ reaksiyaya səbəb olur. Dirsəyə toxunuş 3 saniyədən çox çəkəndə də nəticə yaxşı
olmur, adam qəfil çevrilib tərs-tərs toxunanın əlinə baxır ki, neylədiyini görsün.
Əllərə də toxunun
Kitabxanaçıların iştirakıyla eksperiment aparılıb. Təlimata əsasən kitabxanaçı kitabı verəndə,
onu götürən adamın əlinə yüngülcə toxunurmuş. Kitabxanadan çıxanlar arasında sorğu
keçirilib, onlara göstərilən xidmət haqda məlumat istəyiblər. Kitabxanaçının toxunduğu
adamlar bütün suallara müsbət cavab verib, hətta kitabxanaçının adını xatırlayıb, ya da
xatırlamağa çalışıblar. Britaniyada supermarketlərdə oxşar eksperiment aparılıb, satıcı
müştərilərdən pul alanda yüngülcə onların əlinə toxunub, nəticələr eyni – pozitiv olub.
Birləşmiş Ştatlarda belə bir eksperimentə ofisiantları cəlb ediblər. Hamı bilir ki, müştərinin
ödənişinin qalığı – xırda pul ofisiantındır. Eksperimentdə iştirak edən qadın ofisiantlar xidmət
zamanı kişilərin dirsəyinə, ya da əlinə toxunmaqla 36% çox gəlir əldə ediblər, nəinki
müştəriyə toxunmayan ofisiantlar. Kişi ofisiantlar isə həm qadın, həm də kişi müştərilərin
əlinə, ya dirsəyinə toxunaraq xidmət etməklə gəlirlərini 22% artırıblar.
Gələn dəfə tanımadığınız adamla görüşəndə əlini sıxdığınız vaxt sol əlinizi də qaldırın,
ehmalca onun dirsəyinə, ya da sıxdığınız əlinə toxundurun. Adamın adını, düzgün tələffüz
edib-etmədiyinizi yoxlayırmış kimi təkrarlayın və reaksiyasına baxın. Həmsöhbətiniz özünün
vacib biri olduğunu hiss edəcək, siz isə onun adını təkrarladığınız üçün unutmayacaqsız.
Ələ və dirsəyə toxunuş – əlbəttə, yerində toxunuş – diqqəti cəlb edir, fikrinizi vurğulayır,
başqalarına təsirinizi artırır, hər kəsdə müsbət təəssürat yaradır və siz yadda qalırsız.
Nəticə Nə deyirsiz deyin, “çarpaz qollar” neqativ jestdir və qarşıdakına mütləq təsir edir.
Qollarınızı kürəyiniz ağrıdığı üçün çarpazlasanız da, həmsöhbətiniz şüuraltı sizin onunçün
qapalı olduğunuzu görəcək. Qollarınızı çarpazlamamaq üçün məşq etmək barədə indi qərar
verin, gələn fəsillərdə sizə pozitiv görünməyin başqa yollarını da öyrədəcəyik.
5-ci fəsil
MƏDƏNİYYƏTLƏR ARASINDA FƏRQLƏR
Britaniyalı, alman, ya amerikan,
bu jesti kim necə başa düşər?
Təsəvvür edin ki, almaq istədiyiniz bir evə baxırsız, otaq-otaq gəzirsiz. Hamamın qapısını
açanda görürsüz ki, vannada çılpaq bir qadın uzanıb! Sizcə, bu qadın sizə necə reaksiya
verər?
Amerikalı, ya da britaniyalı qadın o dəqiqə əlinin birini sinəsinə, birini isə aşağı – cinsiyyət
orqanın üstünə aparar. İsveçli qadın yalnız cinsiyyət orqanının üstünü örtər. Müsəlman qadın
üzünü tutar. Sumatralı dizlərini, samoalı yalnız qarnını qucaqlayar.
Pizza yeyərkən
Kitabın bu hissəsini yazanda İtaliyada, Venesiya şəhərində idik, bir konfransda mədəniyyətlər
arasındakı fərqlərdən danışırdıq. Birinci dəfə deyildi İtaliyaya səfər edirdik, yoxsa
gördüklərimiz bizi şok vəziyyətinə salardı...
Məsələ burasındadır ki, bütün ölkələrdə maşınlar yolun hansı tərəfi ilə hərəkət edirsə,
piyadalar da səkinin həmin tərəfilə addımlayır. Yəni siz Britaniyadan, Avstraliyadan, Cənubi
Afrika və ya Yeni Zelandiyadansızsa, bütün hallarda yolun solu ilə gedirsiz. Nəticədə
İtaliyada səkidə gəzəndə dəqiqəbaşı italyanla toqquşur, az qala baş-başa dəyirsiz. Çünki
qarşıdan gələni görəndə yol vermək üçün siz sola addım atırsız, italyan isə sağa! Səkidə baş
verən “mədəniyyətlərarası toqquşmaların” birinci səbəbi gün eynəyidir. Xarici ölkədə
eynəklə gəzirsizsə, qarşınızdakının hansı tərəfə baxdığını və addımını hansı yana atacağını
bilmirsiz. Eyib etməz, hesab eləyək ki, bu, maraqlı insanlarla tanışlığın yeni yoludur.
Sizi İtaliyada çox şey çaşdıra bilər. Məsələn, sağollaşanda birinin əlini sıxırsız, o sizin
üzünüzdən öpür.
....................................................................
Yola düşəndə italyan mənim yanaqlarımdan öpdü.
Mən o an ayaqqabımın bağlarıyla əlləşirdim.
VUDİ ALEN
....................................................................
Yerli italiyalı biriylə söhbət edərkən düz onun qarşısında, yəni həmin adamın şəxsi
məkanında dayanır. Üstəlik, hər dəqiqə adamdan yapışır, yaxud onun başının üstündən
başqasıyla danışır, daha doğrusu, qışqırır, acıqlı cavablar verir... Amma bunların hamısı bir
dostcanlı italyanın gündəlik danışıq tərzidir. Bütün mədəniyyətlər eyni ola bilməz ki...
Testlərə baxaq
Bədən dilinin mədəniyyətlərarası fərqlərindən xəbəriniz varmı? Gəlin belə eləyək: elə bu
dəqiqə əlinizi qaldırın və beş rəqəmini göstərməyə çalışın. İndi iki rəqəmini göstərin.
Anqlosaksonsunuzsa, yəqin ki, orta və şəhadət barmaqlarınızı göstərirsiz (96%),
avropalısızsa, baş və şəhadət barmağınızı qaldırmısız (94%). Avropalılar saymağa baş
barmaqdan başlayırlar, yəni birinci baş barmaq, ikinci şəhadət barmağı, üçüncü orta barmaq
və s. olur. Anqlosaksonlar isə şəhadət barmağından başlayaraq sayıb, baş barmaqda bitirirlər,
yəni birinci şəhadət barmağı, ikinci orta barmaq, beşinci baş barmaq olur.
İndi də şəkildəki əl işarələrinə baxın, görək hər işarədə neçə məna tapa bilərsiz. Hər düzgün
cavaba görə bir xal qeyd edin, hər səhv cavaba görə bir xal çıxın. Cavablar şəkillərdən sonra
sadalanır.
Hər düzgün cavaba görə özünüzə bir xal yazın Avropa və Şimali Amerika: Əla! Yaxşı!
Düzdür! Hər şey qaydasındadır. Aralıq dənizi ətrafı, Rusiya, Braziliya və Türkiyə:
Dəlikişarəsi; cinsi təhqir: homoseksual. Tunis, Fransa və Belçika: Sıfır; lazımsız, faydasız və
dəyərsiz.
Yaponiya: Pul; qəpik
Qərb ölkələri: Bir. Bağışlayın! Allah şahiddir ki... Yox! Olmaz! (uşaqlara)
Britaniya, Avstraliya, Yeni Zelandiya, Malta: Rədd ol! Cəhənnəm ol!
ABŞ: İki
Almaniya: Qələbə
Fransa: Sülh Qədim Roma: Yuli Sezar beş pivə sifariş edir
Avropa: Üç
Katolik ölkələri: Xeyir-dua
Avropa: İki
Britaniya, Avstraliya, Yeni Zelandiya: Bir
ABŞ: Ofisiant
Yaponiya: Təhqir
Qərb ölkələri: Dörd
Yaponiya: Təhqir
Qərb ölkələri: Beş
Hər yerdə: Dayan! Yunanıstan və Türkiyə: Cəhənnəm ol! Rədd ol!
Aralıq dənizi ətrafı: Kiçik penis
Bali: Pis
Yaponiya: Qadın
Cənubi Amerika: Arıq, nazik
Fransa: Məni aldada bilməzsiz!
Aralıq dənizi ətrafı: Xanımınız sizə xəyanət edir!
Malta və İtaliya: Bəd nəzərdən qorunma
Cənubi Amerika: Uğursuzluqdan qorunma
USA: Texas Universitetinin loqosu; Texasın
Lonqhorn futbol komandası
Yunanıstan: Rədd ol! Cəhənnəm ol!
Qərb: İki Qədim Roma: Bunu görərsən!
ABŞ: Üstündə oturarsan bunun! Cəhənnəm ol!
Avropa: Bir
Avstraliya: Üstündə oturarsan bunun!
(yuxarı qaldıranda)
Çox yerdə: Avtostop. Əla! Yaxşı! Düzdür!
Hər şey qaydasındadır!
Havay adaları: Vecinə də alma!
Hollandiya: İçmək istəyirsiz?
ABŞ: Mən səni/sizi sevirəm
Qərb: On. Təslim oluram
Yunanıstan: Cəhənnəm ol!
Çox yerdə: Düz deyirəm
Nə qədər xal topladınız?
30 xaldan çox: Siz çox gəzmisiz, yaxşı təhsil almısız, geniş dünyagörüşünə, düşüncə tərzinə
maliksiz. Milliyyətindən və kimliyindən asılı olmayaraq hamıyla dil tapırsız. Sizi sevirlər.
15-30 xal: Fərqli davranışların olduğunu bilirsiz, bu haqda müəyyən məlumatınız var. Öz
üzərinizdə işləsəniz, məlumatınızı artıra bilərsiz.
15 xal, ya daha az: Elə bilirsiniz ki, hamı sizin kimi düşünür. Yəqin heç yana getməmisiz,
bəlkə də heç evdən çıxmamısız. Dünyadan xəbəriniz yoxdur. Siz yəqin ki, amerikalısız.
Hamımız amerikalı olmuşuq. Niyə? İndi Amerika filmləri, eləcə də televiziya verilişləri
dünyanın hər yerində yayımlanır. Nəticədə müxtəlif mədəniyyətlərdən olan gənclər
amerikalıların jestlərini mənimsəyirlər. Məsələn, 60 yaşlı avstraliyalı üçün britaniyalının iki
barmağını qaldırması təhqirdir. Amma avstraliyalı gənc bunu iki rəqəmi kimi başa düşür,
onun üçün təhqir orta barmağın qaldırılmasıdır, çünki Amerikada belədir. Dünyanın çox
yerində dairə işarəsini (şəkil A) – istifadə etməsələr də – “Yaxşı”, “Əla”, “Hər şey
qaydasındadır” kimi başa düşürlər. Televiziyanın olduğu bütün ölkələrdə uşaqlar papaqlarını
tərs qoyub, “Hasta la vista, baby”, deyə qışqıra bilərlər (ispanca bilməsələr də).
....................................................................
Bədən dilinin mədəniyyətlərarası fərqlərinin
itməsinə əsas səbəb Amerika televiziyasıdır.
....................................................................
“Tualet” sözü İngilis dilinin lüğətindən çıxmaqdadır, çünki şimali amerikalılar bu sözü
eşidəndə dəhşətə gəlirlər. Onlar tualet əvəzinə “bathroom” – “vanna otağı” deyirlər, halbuki
“vanna otağı” Avropanın çox yerində içində vannası olan otağa deyilir. Ya da “rest-room” –
“istirahət otağı”nın yerini soruşa bilərlər. “İstirahət otağı” isə Avropada dincəlmək üçün
oturacaqları, divanları olan otaqdır. İngiltərədə “qadın tualeti” (“powder room” – hərfi
mənası “ənlik-kirşan otağı”) güzgü və əlüzyuyandan ibarətdir. Uşaq bağçalarında “little girls’
room” – “balaca qız otağı”, Avropanın avtomobil yollarında “comfort stations” (hərfi mənası
“rahatlanma məntəqəsi”) adlanan tualetlər var.
Şimali amerikalı Avropada əllərini yumaq istədiyini desə, onu sevincək mətbəxə aparar, əlinə
dəsmal verib, “buyurun, bu qabları yuyun”, deyərlər. Çünki ingiliscə “wash up” – yumaq hər
iki mənada işlənir.
Əsas jest və mimikalar, demək olar ki, hər yerdə eynidir
3-cü fəsildə danışdığımız kimi, mimikalar, eləcə də təbəssüm hər yerdə eyni yozulur.
Kaliforniya Universitetindən Pol Ekman 21 müxtəlif mədəniyyətdən olan adamlara sevinci və
kədəri, qorxunu və qəzəbi, nifrəti və təəccübü ifadə edən fotoşəkillər göstərib və şəkillər,
demək olar ki, bütün hallarda başa düşülüb. Yəni təəccüblənən adamın şəklinə baxanda 21
ölkədən 20-nin təmsilçisi adamın təəccübləndiyini deyib. Qorxan adamı 21 ölkədən 19-da,
qəzəbli adamı 21 ölkədən 18-də anlayıblar. Xüsusi mədəniyyət fərqi yaponlarda müşahidə
olunub, onlar qorxmuş adamların şəkillərinə baxanda onların təəccübləndiyini deyiblər.
Ekman dünyadan təcrid olunmuş mədəniyyətləri tədqiq etmək üçün Yeni Qvineyaya gedib,
şəkilləri yerli tayfalara – papuaslara, danilərə göstərib. Nəticələr eyni olub, yalnız onlar da
yaponlar kimi qorxuyla təəccübü fərqləndirə bilməyiblər. Ekman bu daş dövründə qalmış
tayfa üzvlərini də eyni hissləri ifadə edərkən lentə alıb, sonra lenti amerikalılara göstərib,
ifadələri hamı anlayıb. Bununla Pol Ekman mimikaların universal olduğunu sübut edib.
Mimikaların anadangəlmə olduğunu Çikaqodakı DePol Universitetindən Linda Kamras da
təsdiqləyib. O, Üz Hərəkətlərini Kodlaşdırma Sistemindən (Oster və Rozenştyen, 1991)
istifadə edərək Amerika və Yaponiyada dünyaya gələn körpələrin üzlərindəki reaksiyaları
öyrənib. Mimikaları qeyd edib, ayırıb, siyahıya alıblar. Məlum olub ki, körpələrin üz ifadələri
tam eynidir.
Bu kitab əsasən hamıya aydın olan bədən dili haqdadır. Amma fərqli işarələr də çoxdur. Ayrı-
ayrı yerli işarələrdən ən çox istifadə edənlər Ərəb ölkələri, Yaponiya və Asiyanın bəzi
hissələridir. Mədəniyyətlər arasındakı ən böyük fərqlər şəxsi məkan, vizual əlaqə, toxunuş və
təhqirlə bağlıdır və bu fərqlər haqda bir fəsildə danışmaq mümkün deyil. Ona görə də gəlin
əsas jestlərdən, sizin rastınıza çıxa biləcək hərəkətlərdən bəhs edək. Səudiyyə Ərəbistanında
iki kişi əl-ələ tutub gedirsə, demək, onların arasında qarşılıqlı hörmət var. Amma Avstraliya,
Texas, ya da Liverpulda belə eləməyin Hərə bir cür salamlaşır Əli hər ölkədə bir cür sıxırlar.
Elə məzəli görüşləriniz olar ki, illər keçsə də, xatırlayanda sizi gülmək tutar, ya da utanarsız.
Britaniya, Avstraliya, Yeni Zelandiya, Almaniya və Amerikada bir yerdə işləyən adamlar
həm görüşəndə, həm də ayrılanda bir-birinin əlini sıxır. Avropalıların çoxu gündə bir neçə
dəfə belə salamlaşır, ya da sağollaşırlar. Fransızlar bu prosesə gündə yarım saat vaxt sərf
edirlər. Hindistan, Asiya və Ərəb ölkələrində əlinizi sıxandan sonra bir müddət buraxmaya
bilərlər. Almanlar və fransızlar adamın əlini sıxanda 1-2 dəfə möhkəm silkələyir, sonra bir
anlığa saxlayırlar. Britaniyalılar 3-5 dəfə, amerikanlar 5-7 dəfə silkələyə bilərlər. Beynəlxalq
konfranslarda əl sıxanları müşahidə eləmək çox əyləncəlidir; bir-birinin əlini sıxan və bir-
birini təəccübləndirən adamları görürsən... Əli bircə dəfə silkələyən alman amerikalıya soyuq,
quru adam təsiri bağışlayır. Alman üçünsə amerikalı gülməlidir, elə bil təkər doldurur.
Salamlaşarkən öpüşüb-görüşməyə gəlincə, skandinaviyalılar adamı bircə dəfə öpürlər.
Fransızlar iki dəfə, hollandlar, belçikalılar və ərəblər üç dəfə öpür. Avstraliya, Yeni
Zelandiya və Amerikadan olanları öpəndə həmişə sıxılır, çaşır, adamı yüngülcə öpür, bəzən
burunları ilə toxunurlar. Britaniyalılar da öpməyi və öpülməyi sevmir, arxaya çəkilirlər,
amma bəzən hər iki yanağınızdan öpərək sizi təəccübləndirə bilərlər. Ser Edmund Hillari
“Zirvədən baxış” kitabında yazırdı ki, Everestin təpəsinə çatanda o, Tenzing Norgeyin
qarşısına keçib, onun əlini britaniyalılara xas tərzdə sıxaraq təbrik etməyə hazırlaşırmış. Bu
vaxt Norgey irəli sıçrayır, onu qucaqlayır və öpür – bir tibetli kimi təbrik edir.
Fərqli mədəniyyətlər üz-üzə gələndə...
İtalyanlar danışanda əllərini havada saxlayırlar, elə bil böyük bir auditoriyanın qarşısında
çıxış edirlər. Üstəlik, danışa-danışa yavaşca qarşıdakının qoluna toxunur, beləcə onun əlini
qaldırmasına və “auditoriyanı ələ keçirməsinə” mane olurlar. İtalyanın sözünü kəsməyin
yeganə yolu onun əlindən yapışıb aşağı salmaqdır. Britaniyalılar və almanlar isə danışanda
elə dayanırlar ki, elə bil iflic olublar. Ona görə də italyan, ya da fransızla söhbət edəndə
dəhşətə gəlirlər və çox vaxt söz deməyə fürsət tapa bilmirlər. Fransızlar danışanda qolun
dirsəkdən aşağı hissəsini, əllərini işə salır, italyanlar bütün qolları, hətta bədənlərilə
danışırlar, britaniyalılar və almanlar isə mil kimi dik dayanır, sanki “farağat!” əmri alırlar.
Təsəvvür edin ki, müxtəlif mədəniyyətlərdən olan iş adamları görüşə hazırlaşır: hamının
geyim-kecimi yerində, münasibətlər əla, irəli sürülən təkliflər son dərəcə əhəmiyyətlidir.
Amma bütün bunlar bir anda heç ola bilər – xırda, “məsum” bir jest aləmi qarışdırar, hər şeyi
alt-üst edər. 42 ölkədə apardığımız araşdırma göstərir ki, bu baxımdan ən diqqətsiz xalq
amerikalılardır, ingilislər ikinci yerdə dayanır. Nəzərə alsaq ki, Amerikada əhalinin 86%-nin
pasportu yoxdur, bu xalqın başqalarının bədən dilindən xəbərsiz olması təbiidir. Hətta Corc
Buş yalnız prezident olandan sonra pasport aldı ki, başqa ölkələrə səfər edə bilsin. İngilislər
isə geninə-boluna gəzirlər, amma özlərini yormurlar, hamının onların dilində danışmasına,
onların jestlərindən istifadə etməsinə üstünlük verirlər. Başqa mədəniyyətlərdən olanların
çoxu kimsədən onların dilini öyrənməyi tələb etmir. Ancaq yerli dili, ya jestləri öyrənməyə
cəhd eləsəniz, bu onları təsirləndirər, yerli mədəniyyətə hörmətinizi göstərmiş olarsız.
İngilislər üst dodaqlarını niyə büzürlər? Bəzi insanlar hərdənbir dodaqlarını büzürlər ki, üz
heç nəyi ifadə etməsin, yəni hisslərini büruzə verməyə çalışan üz əzələlərini dodaqları ilə
dartıb saxlayırlar. İngilislərin sevimli jestlərindən biri üst dodağı sıxıb, bərk saxlamaqdır.
1997-ci ildə şahzadə Diananın tabutunun arxasınca yeriyəndə şahzadələr – Filip, Çarlz, Harri
və Uilyams dördü də üst dodağını sıxıb saxlamışdı, onlar emosiyalarını gizlədirdilər, amma
başqa mədəniyyətlərdən olanlara, yəqin ki, laqeyd görünürdülər.
Şahzadə VIII Henri dodaqlarını büzməyilə yadda qalıb. O, portretini çəkdirəndə üst dodağını
elə yığırmış ki, onsuz da balaca olan ağzı lap balaca görünürmüş. Şahzadənin bu vərdişi XVI
əsr İngiltərəsinə dəb salmışdı – xırda ağız üstünlüyün, gözəlliyin əlaməti sayılırdı. İngilislər
indi də özlərindən əskik hesab etdikləri adamlardan qorxanda dodaqlarını büzür, həm də
dayanmadan kirpik çalmağa başlayırlar. VIII Henrinin sayəsində dodaq büzmək yüksək
təbəqəyə məxsus olmağın göstəricisi idi. Britaniyalılar və amerikalılar
bu jestdən hələ də istifadə edirlər.
Yaponlar Adamı öpməyin, qucaqlamağın, əlini sıxmağın hələ də adiləşmədiyi bir yer var, o
da Yaponiyadır. Bu ölkədə adama toxunmaq nəzakətsizlikdir. Yaponlar ilk görüşdə bir
birlərinə təzim edirlər və statusundan asılı olaraq hərə bir cür əyilir. Yəni statusu yuxarı
olanlar təzim etmək üçün çox az əyilirlər. Adamın statusu nə dərəcədə aşağıdırsa, bir o qədər
çox əyilməlidir. Görüşən kimi bir-birlərinə vizit-kart verirlərsə, hər kəs qarşıdakının hansı
statusa malik olduğunu öyrənir və buna uyğun təzim edir.
....................................................................
Yaponiyaya getsəniz, ayaqqabılarınızın təmizliyinə riayət edin. Təzim etdikləri üçün
yaponlar adamın ayaqqabısına baxırlar.
....................................................................
Yapon adama qulaq asanda gülümsəyir, başını tərpədir, nəzakətli səslər çıxarır (dediklərinizi
təsdiqləyirmiş kimi). Məqsəd, sizi söhbətə həvəsləndirməkdir. Amma qərblilər, avropalılar bu
jesti təsdiq işarəsi kimi qavrayırlar. Əslində başı yuxarı-aşağı silkələmək hər yerdə fikri
təsdiqləməyin ifadəsidir. Yalnız bolqarlar “yox” demək istəyəndə, yaponlar isə nəzakət
xətrinə belə edirlər. Siz yaponla hətta onun razılaşmadığı məsələ haqda danışsaz, başı ilə “hə”
(yaponca “hai”) dediyini görəcəksiz. Çünki yaponun “hə”si, “Hə, mən sizinlə razıyam” deyil,
“Hə, mən sizi dinləyirəm” deməkdir. Yaxud bir yapona: “Razı deyilsiz, eləmi?” – deyə sual
verəndə o, başıyla sizə “hə” deyəcək, yəni “Hə, düz deyirsiz, razı deyiləm”.
Yaponlar həmişə öz adlarını qorumağa çalışıb, ədəb-ərkan qaydalarına riayət ediblər. Ona
görə də onlar “yox”u birbaşa demir, eləcə də “yox” demək istəyən adama artıq sual vermirlər.
Bir yaponun “yox”a ən yaxın cümləsi belə ola bilər: “Çox çətin məsələdir”, ya da “Biz bu
məsələyə baxacağıq”. Belə cümlələrin bir mənası var: “Bu məsələni yaddan çıxarın, getsin”.
Çox iyrəncdir!
Avropalılar, qərblilər burunlarını dəsmala silirlər. Asiyalılar, yaponlar isə “fınxırıb” atır,
hayxırırlar. Asiyalının hərəkəti avropalını, avropalınınkı asiyalını “iyrəncliyi” ilə dəhşətə
gətirir. Bu fərqin tarixi səbəbi var. Əvvəllər vərəm tutan adam sağ qalmırdı, Avropada vərəm
yayılmışdı və QİÇS qədər təhlükəli xəstəlik hesab olunurdu. Əhali arasında ciddi təbliğat
aparırdılar ki, xəstəliyi yaymamaq üçün burunlarını dəsmala silsinlər. Elə bu səbəbdən
qərblilər şərqlilərin hayxırmağına ikrahla baxır. Axı tüpürcək doğrudan da vərəmi yaya bilər.
....................................................................
Burunu dəsmala silmək adəti vərəmin epidemik
dövrünün nəticəsidir.
....................................................................
Şərqdə də nə vaxtsa vərəm problemi olsaydı, yəqin ki, şərqlilər də elə qərblilər kimi hərəkət
edərdilər. Amma indi bir yaponun yanında kimsə dəsmalını çıxara, burnunu silib geriyə –
cibinə qoya... Yaponu dəhşət bürüyər. Ümumiyyətlə, kişilərin döş cibinə dəsmal qoyması
yaponların heç xoşuna gəlmir, onlara görə bu, tualet kağızı rulonunu cibdən sallamaq kimi bir
şeydir. Asiyalılar əmindirlər ki, tüpürmək, hayxırmaq sağlamlıq baxımından daha düzgün
hərəkətdir. Bu isə qərbliləri iyrəndirir. Ona görə də soyuq dəymiş qərbliylə, soyuq dəymiş
şərqlinin görüşü “alınmaya” bilər. Gərək asiyalının tüpürməyinə fikir verməyəsiz, yaponun
qarşısında dəsmal çıxarmayasız (qərbdənsizsə). Üç məşhur jest
Jestlər müxtəlif mədəniyyətlərdə müxtəlif şəkildə yozulur. Gəlin ən çox istifadə olunan üç
jestin mənalarına baxaq.
Dairə işarəsi
İngilislər bu jesti “OK” – “okay”, yəni “Əla!”, “Yaxşı!”, ya da “Hər şey qaydasındadır!”
demək üçün göstərirlər. Jest XIX əsrin əvvəllərində Birləşmiş Ştatlarda geniş istifadə
olunurdu. O vaxt qəzetlərdə ümumi frazaları qısaltmaq üçün inisiallardan yararlanmağa
başlamışdırlar. “OK”-in mənşəyi barədə fikirlər müxtəlifdir. Bəzilərinin fikrincə bu, “all
correct” – “hər şey qaydasındadır” fikrinin qısaldılmış formasıdır (“all correct” “ol korrekt”
kimi tələffüz olunur). Bəziləri isə bunun “knock out” – nokautun qısaldılmış forması “KO”-
nun əksi olduğunu deyir. Qərbli üçün “OK”,
yaponlar üçün pul, fransızlara görə sıfır, türklərə və braziliyalılara isə təhqirdir Bir fikir də
var: “OK” “Old Kinderhook”un (qədim Kinderhuk) qısaldılmış formasıdır. Kinderhuk XIX
əsrdəki Amerika prezidentlərindən birinin vətəni imiş və həmin prezident bu inisialdan
təbliğat kampaniyasında istifadə edirmiş. Amma bir şey aydındır ki, əlimizlə göstərdiyimiz
dairə işarəsi həm də “OK” inisialındakı O hərfidir.
İngiliscə danışan və ingilis dilinin tədris olunduğu, eləcə də Amerika televiziya proqramları
və filmlərinin yayımlandığı bütün ölkələrdə “OK”-in mənasını bilirlər. Amma bəzi yerlərdə
bu işarənin mənşəyi, eləcə də mənası fərqlidir. Məsələn, Fransa və Belçikada bu jest “sıfır”,
“heç nə” deməkdir. Bir dəfə Parisdə bir restoranda oturmaq istədik. Ofisiant bizə masanı
göstərib, “Yaxşıdır?” – deyə sual verdi. Ona “OK” jesti ilə cavab verdik. “Aha,
bəyənmədiniz. Gəlin sizi başqa masaya aparım” – deyə ətrafa baxdı. O bizim hərəkətimizi
fərqli şəkildə yozmuşdu.
....................................................................
Bir fransıza bişirdiyi yeməyin “əla” olduğunu demək istəyəndə
“OK” jestindən istifadə edin, sizi bayıra atsınlar.
....................................................................
Yaponiyada bu jest “pul” deməkdir. Bir yaponla iş görürsüzsə, ona dairə işarəsini
göstərməyin, rüşvət istədiyinizi güman eləyər. Aralıq dənizi ətrafı ölkələrdə bu jest dairə yox,
dəlik işarəsidir, çox vaxt kiminsə homoseksual olduğunu bildirmək üçün istifadə edilir.
Yunana bu işarəni göstərsəniz, elə biləcək ki, onun, ya da özünüzün homoseksual olduğunuzu
deyirsiz. Türkü isə “göt” adlandırmış olarsız. Ərəb ölkələrində bu jestdən tək-tük hallarda,
ədəbsizlik, ya da hədə-qorxu gəlmək üçün istifadə edirlər.
1950-ci illərdə, prezident olmamışdan əvvəl Riçard Nikson Latın Amerikasına xoşməramlı
səfərə çıxır. O, yerli xalqlarla görüşmək, gərgin münasibətləri qaydaya salmaq istəyirmiş.
Təyyarənin qapısında görünəndə Nikson onu gözləyən kütləyə amerikalıların “OK” işarəsini
göstərir və... donub qalır. Kütlə onu fitə basır, etiraz uğultusu onu karıxdırır. Yerlilərin bədən
dilindən xəbərsiz olan Nikson bilmirdi ki, təyyarədən çıxar-çıxmaz camaata “Hamınız
götsüz” demişdi!
Beynəlxalq səfərlərə çıxırsızsa, yerli jestləri öyrənin ki, pis vəziyyətdə qalmayasız.
Baş barmaq dik durursa...
Britaniyanın təsirinin güclü olduğu ölkələrdə – Avstraliya, ABŞ, Cənubi Afrika, Sinqapur və
Yeni Zelandiyada baş barmağın dik saxlanmasının 3 mənası ola bilər: pulsuz səyahət edən
adam maşın saxlamaq üçün baş barmağını dik tutub, əlini irəli uzadır (avtostopla səyahət);
“OK” jesti ilə eyni mənanı daşıya bilər; baş barmağı dik tutub əli qəfildən yuxarı atmaq
təhqirdir: “Üstündə oturarsan bunun!”, “Cəhənnəm ol!” deməkdir. Bəzi ölkələrdə, məsələn,
Yunanıstanda baş barmağı irəli uzatmağın bir mənası var: “Cəhənnəm ol!”
....................................................................
Yunanıstanda avtostopla səyahət etməyin.
....................................................................
Əvvəl də qeyd etdiyimiz kimi, avropalılar saymağa baş barmaqdan başlayırlar, ona görə də
baş barmaq həm də bir rəqəmini göstərir. Amma ingilisdilli ölkələrin çoxunda 5-ə qədər
sayanda şəhadət barmaqdan başlayır, baş barmaqda qurtarırlar, odur ki, baş barmaq beş
rəqəmini ifadə edir. Yaşadığınız ölkədən asılı
olaraq, bu jest “bir”, “beş”, “yaxşıdır”, “cəhənnəm ol!”
və sair kimi yozula bilər
Əlin ən güclü barmağı olan baş barmaq bəzən pencəyin, paltonun, jiletin yaxasında, cibin
ağzında görünərək gücü təmsil edir. Ətrafdakıları təsir altına salmaq istəyənlər başqa jestlərlə
yanaşı, baş barmaqdan da yararlanırlar.
V hərfi Bu işarədən Avstraliya, Yeni Zelandiya və Böyük Britaniyada “cəhənnəm ol” demək
üçün istifadə edirlər. İkinci Dünya müharibəsi dövründə Uinston Çörcillin V işarəsi məşhur
oldu. Amma o bu işarəni əlinin iç tərəfilə göstərirdi və bu V-nin mənası qələbə idi (ingiliscə
“victory” qələbə deməkdir). Təhqir versiyasında əlin içi işarəni göstərən adama baxır.
Amerikalı üçün bu işarə “iki”, alman üçün “qələbə”,
britaniyalı üçün
“cəhənnəm ol” deməkdir
Bu jest, güman ki, keçmiş ingilis oxatanlarından qalıb. Onlar oxu şəhadət və orta barmağın
köməyiylə atırdılar. Əsir düşəndə oxatanın həmin iki barmağı kəsilirdi. Bu isə usta oxatan
üçün ölümdən betər idi. Sonralar ingilislər döyüşlərdə V işarəsindən qarşı tərəfi qızışdırmaq
məqsədiylə istifadə edirdilər. “Ox atan barmaqlarım hələ salamatdır” demək üçün şəhadət və
orta barmaqlarını göstərirdilər. Bununla yanaşı, Avropanın bəzi yerlərində bu işarə hələ də
qələbə deməkdir. Odur ki, bir ingilis bir almana bu jestlə “cəhənnəm ol” deyərsə, alman
mükafat-filan qazandığını düşünər. Avropanın bəzi yerlərində şəhadət və orta barmaqla iki
rəqəmini göstərirlər. Yəni təhqir olunan adam, məsələn, barmendirsə, ingilisə (ya da
amerikalıya, avstraliyalıya) cavabı iki parç pivə ola bilər.
Toxunaq, toxunmayaq?
Toxunuşun təhqir kimi qəbul edilib-edilməməsi mədəniyyətlərdən asılıdır. Məsələn,
italyanlar və fransızlar danışanda bir-birinə toxunmağı xoşlayırlar. Amma ingilislər bir-birinə
yalnız idman meydanında, böyük auditoriyanın qarşısında toxunarlar. İngiltərə, Avstraliya və
Yeni Zelandiyadan olan idmançılar qucaqlaşmağı Cənubi Amerikadan və Avropanın digər
ölkələrindən olan idmançılardan götürüblər. Onlar qələbə çalanda, qol vuranda bir-birini
qucaqlaya, öpə bilərlər və bu “mərasim” geyim otağında da davam edər. Amma İngiltərə,
Avstraliya, ya da Yeni Zelandiyadan olan oyunçu meydanı uduzaraq tərk edirsə, ona
toxunmasaz daha yaxşıdır.
....................................................................
İngilislər bir-birinə yalnız idman meydançasında
qələbəni qeyd eləmək üçün toxunarlar, qucaqlaşıb-öpüşərlər.
Amma ingilisi bir yeməkxanada qucaqlayın, görün nə baş verər.
....................................................................
Dr. Ken Kuper də bir neçə ölkədə camaatı müşahidə edib, kimsə kiməsə toxunanda qeydə
alıb və 1 saat ərzində baş verən toxunuşların sayını göstərib: Puerto Riko – 180, Paris – 110,
Florida – 2, London – 0.
Biz də öz şəxsi müşahidələrimizə və araşdırmalarımıza əsaslanaraq siyahı hazırlamışıq:
Ehtiyatlı olun, başqalarını
təhqir edə bilərsiz
Başqa mədəniyyətlərə diqqətsizlikdə, başqalarını təhqir eləməkdə amerikalılar birincidirlər.
Əvvəl də qeyd etmişdik, amerikalıların çoxunun pasportu yoxdur, yəni bir yana çıxmırlar və
elə bilirlər ki, bütün dünya onlar kimi düşünür, onlar kimi olmaq istəyir. Şəkildə görürsünüz,
Corc Uoker Buş Texasın Lonqhorn futbol komandasının işarəsini göstərir. Onun şəhadət
barmağıyla çeçələ barmağı öküzün buynuzlarını ifadə edir. Bu jesti bütün amerikalılar
tanıyırlar.
Amerikada futbol komandasının işarəsi olan bu jestə görə İtaliyada adamı həbsə atarlar
İtaliyada bu işarə “buynuzlu kişi” – “aldadılan kişi” deməkdir. Kişiyə bu işarəni göstərirlərsə
“xalq sənin arvadınla yatır” – deyirlər. 1985-ci ildə Romada beş amerikalını həbs etmişdilər,
onlar Lonqhornların qələbəsini eşidib Vatikan kilsəsinin yaxınlığında rəqs edərkən əlləriylə
öküz buynuzlarını göstərirmişlər.
Nəticə
Hər bir insan kimlə rahatdırsa, onunla işləyir və rahatlıq səmimiliklə, ədəb-ərkanla bağlı olan
şeydir. Başqa ölkələrə gedəndə ehtiyatlı olun, əvvəl yerliləri müşahidə edin.
Mədəniyyətlərarası fərqləri öyrənməyin ən yaxşı yolu xarici filmlərə baxmaqdır, amma səssiz
və subtitrləri oxumadan baxmaqdır. Nə baş verdiyini anlamağa çalışın, sonra subtitrləri
oxuyub, özünüzü yoxlayın.
....................................................................
Başqa ölkədəsizsə və ədəb-ərkan qaydalarını bilmirsizsə,
yerlilərlə danışın, bilmədiklərinizi soruşun.
....................................................................
Jestlərin fərqli mənalara yozulması sizi çətin vəziyyətə sala bilər, xəcalət çəkməli olarsız. Bir
də ki, kiminsə haqqında bədən dili və jestlərinə əsasən nəticə çıxarmazdan əvvəl şəraiti
nəzərə almaq vacibdir.
Beynəlxalq səfərlərə tez-tez çıxırsızsa, Rocer Akstelin “Jestlər: Nə olar? Nə olmaz?
Dünyanın bədən dili” (“John Wiley& Sons” nəşriyyatı) kitabını məsləhət görürük. Kitabda
Akstel 70 000-dən çox jestin mənasını izah edir, müxtəlif ölkələrdən olan iş adamlarıyla dil
tapmağın yollarını öyrədir.
6-cı fəsil
ƏL VƏ BAŞ BARMAQ
Napoleon kabinetində (1812-ci il, rəssam Jak-Lui David)
Fransa liderinin məşhur duruşu... Görəsən, o, həqiqətən mədə yarasından əziyyət çəkirdi,
yoxsa belə dayanmaqdan
sadəcə xoşu gəlirdi?
İnsan əlində 27 kiçik sümük var. Təkcə biləkdə çay daşları kimi 8 xırda sümük bir-biriylə,
həm də bapbalaca əzələlərlə bağlanaraq oynağı əmələ gətirir. Alimlər deyirlər ki, bədənin
başqa heç bir hissəsi beyinlə əllər qədər bağlı deyil. Ona görə də əl hərəkətlərimiz, jestlərimiz
və duruşumuz birbaşa daxili emosional vəziyyətimizə işarədir və əllər həmişə göz önündə
olduğundan bu işarələri görmək asandır. Üstəlik, çox adamın özünəməxsus əl hərəkətləri, öz
duruşu var. Məsələn, Napoleonun adını çəkən kimi onun dayananda əlini jiletinin yaxasına
saldığını, baş barmağının isə yuxarı baxdığını mütləq qeyd edirlər. Üstəlik, bu duruşun səbəbi
barədə müxtəlif fikirlər səsləndirilir, kimi onun mədə yarasından, kimi xərçəngdən, kimi də
dəri xəstəliyindən əziyyət çəkdiyini deyir. Bəziləri Napoleonun əlini eybəcər olduğu üçün
gizlətdiyini, bəziləri isə o zaman əli cibdə saxlamağın nəzakətsizlik olduğunu bildirir. Çoxlu
başqa fikirlər də var: Napoleon belə duranda saatını qururmuş; ətrini köynəyinin altında
saxlayırmış ki, hərdən qoxulasın; özü-özünü sakitləşdirirmiş; rəssamlar əli təsvir eləməyi
sevmirlərmiş və s. Məsələ burasındadır ki, hələ 1738-ci ildə, Napoleon doğulmamışdan əvvəl
Fransua Nivelonun “Nəzakətli davranış haqda kitab”ı nəşr olunmuşdu və bu kitabda
yazılmışdı ki, “...əli paltarın yaxasında saxlayaraq dayanmaq özünü aparmağı bacaran ədəbli
kişilərə xasdır, təvazökarlıq qarışıq kişi cəsarətinin, özünə inamın təcəssümüdür”. Deyilənə
görə portretinə baxanda Napoleon rəssama: “Məni başa düşmüsünüz, əziz David” – deyib.
Belə çıxır ki, Napoleonun duruşu onun statusunun ifadəsi idi.
Tarixi kitablardan məlum olur ki, Napoleon həmişə belə dayanmayıb. Əslində o, heç bu
məşhur portreti üçün poza verməyib. Rəssam Napoleonu yaddaşına əsaslanaraq çəkib, jesti
özü əlavə edib. Amma jestin bu qədər şöhrət qazanması göstərir ki, Jak-Lui David əl və baş
barmağın gücünə bələd imiş.
....................................................................
Napoleonun boyu 1 metr, 64 sm olub. Amma şəklə baxanlar
onu təxminən 1 metr, 85 sm hündürlüyündə təsəvvür edirlər.
....................................................................
Əllər danışır Danışan adamın statusu onun auditoriyanı əldə saxlamasına birbaşa təsir edir.
Min illər boyu belə olub, cəmiyyətdə tutduğumuz yerdən çox şey asılıdır. Nüfuzlu adama
qulaq asanların sayı daha çox olur, insanın nüfuzu artdıqca onu dinləyənlərin də sayı artır.
Qədim Romada aşağı statuslu adamı Yuli Sezarın sözünü kəsdiyinə görə edam edərdilər. İndi
söz azadlığının mövcud olduğu cəmiyyətlər var və öz fikrini deməyə hər kəsin haqqı çatır.
Britaniya, ABŞ və Avstraliyada fikrini bildirmək üçün hətta prezidentin, yaxud baş nazirin
sözünü kəsmək olar. 2003-cü ildə baş nazir Toni Bleyr televiziya proqramında İraqdakı
böhranı müzakirə edərkən onun nitqini yüngül alqışla kəsmişdilər.
Bəzi ölkələrdə danışanın əlləri durğu işarələri rolunu oynayır. Ümumiyyətlə, danışanda əlləri
havada saxlamaq fransız və italyanlara xasdır, ən çox əllə danışanlar onlardır. Amma
İngiltərədə əl jestləri nadir hallarda müşahidə olunur, orada danışanda əl-qol atmaq
xoşagəlməz hərəkətdir.
İtaliyada söhbətin qaydası belədir: danışan adam əllərini işə salır, bütün bədəni ilə “çıxış
edir”, qulaq asan tərəf əllərini ya yanına salmalı, ya da arxasında saxlamalıdır. Burda məqsəd
var. Əllər “gözləyir”, söz istəmək vaxtı gələndə “qalxırlar”. Söz almaq üçün həm də əvvəlcə
yana baxmaq, sonra əli qaldırmaq, yaxud qarşıdakının qoluna toxunmaq olar. Sanki qol o biri
qolu dayandırır, “qoy indi mən danışım” deyir. Çox adam elə bilir ki, italyanlar mehriban
olduqları üçün söhbət edəndə tez-tez bir-birinə toxunurlar. Halbuki söhbət edəndə italyanı
dayandırmağın yeganə yolu onun qoluna toxunmaq, qolunu saxlamaqdır.
....................................................................
İtalyanın əllərini arxasında bağlayın, dilsiz-ağızsız qalacaq.
....................................................................
Bu fəsildə ən çox istifadə olunan əl və baş barmaq jestlərindən danışacağıq.
Bir tərəfdən...
Müzakirənin sonunda danışanın əllərinə baxmaqla onun obyektiv olub-olmadığını müəyyən
eləmək mümkündür. Məsələn, hər iki tərəfin baxışlarını vurğulayan adam əllərindən istifadə
edir. Əvvəl bir əlini açaraq danışır, bir tərəfin arqumentlərini sadalayır, sonra ikinci əlini işə
salıb, qarşı tərəfin arqumentlərini göstərir. Üstünlük verdiyi tərəfi adam sağ əliylə ifadə edir
(solaxaylar sol əllə).
...Digər tərəfdən jestlər yaddaşı qurdalayır
Jestlər qarşıdakının diqqətini cəlb edir, informasiyanın təsir gücünü artırır və dinləyənin daha
çox informasiya almasına, deyiləni “havada tutmasına” səbəb olur. Cefri Bitti və Nina
Maklaflin İngiltərədə, Mançestr Universitetində eksperiment aparıb. Könüllülər dovşan
Rocer, Tviti və Silvester kimi cizgi filmləri qəhrəmanları haqda hekayələrə qulaq asıblar.
Nağılı danışan adam bir qrup üçün hərdən jestlərdən istifadə edib. Məsələn, nağıl
qəhrəmanının qaçdığını deyəndə qollarını yuxarı-aşağı hərəkət elətdirib, fendən danışanda
hava vururmuş kimi əllərini yelləyib, opera ifaçısının gonbul olduğunu qollarını geniş açaraq
göstərib. On dəqiqədən sonra dinləyiciləri yoxlayıblar. Hekayəni jestlərlə dinləyən qrup
üzvlərinin xatırladığı detalların həcmi o biri qrupla müqayisədə üç dəfə artıq olub.
Eksperiment jestlərin insan yaddaşına güclü təsirini ortaya qoyur.
Bu fəsildə gündə gördüyümüz 15 müxtəlif əl jesti haqda danışacağıq.
Əlləri bir-birinə sürtərək...
Bu yaxında dostlarımızdan biri bizə gəlmişdi, xizək sürməyə gedəcəkdik, danışıb, tarixi
müəyyən eləməli idik. Söhbətin ortasında dostum yayxanıb oturdu, gülümsədi və əllərini bir-
birinə sürtərək ucadan: “Ürəyim partlayır!” – dedi. Əlinin hərəkətilə o bu səfərdən çox şey
gözlədiyini bildirmişdi.
Pozitiv gözlənti, ümid Əllərini bir-birinə sürtən adam pozitiv nəticə gözlədiyini, ümid
etdiyini bildirir. Beşdaş oynayan daşı əlinin içində sürtəndə qalib gələcəyinə ümid edərək atır.
Aparıcı, tamada üzünü auditoriyaya tutub, əllərini bir-birinə sürtərək: “İndi çağıracağım
qonağı çoxdan gözləyirdik” – deyir. Satışla məşğul olan adam sevinəndə menecerinin otağına
dik gəlir: “İndicə çox böyük bir sifariş aldıq!” – deyib əllərini sürtür. İşin sonunda müdirinə
baş çəkən işçi əllərini bir-birinə sürtərək: “Bir şey lazım deyil?” – deyə sual verirsə, deməli,
onun özünə nə isə lazımdır, bəlkə də, sadəcə, “çaypulu” gözləyir.
Adamın əllərini bir-birinə sürtməsinin sürəti isə gözləntinin kimin xeyrinə olacağını bildirir.
Məsələn, ev almaq istəyirsiz və daşınmaz əmlak agentliyinə müraciət edirsiz. Agentlərdən
birinə arzuladığınız mülkü təsvir eləyəndən sonra o: “Lap ürəyinizcə olacaq bir ev var!” –
deyərək əllərini sürətlə bir-birinə sürtürsə, məsələnin sizin xeyrinizə həll olunacağını
düşünür. Amma agent eyni sözləri deyərkən əllərini yavaş-yavaş sürtərsə, özünüzü necə hiss
edərsiz? Yəqin ki, onun nə isə gizlətdiyini, bir kələyi olduğunu, öz mənfəətini güddüyünü
anlayacaqsız.
....................................................................
Adamın əllərini bir-birinə sürtmə sürəti
gözləntinin kimin xeyrinə olacağını göstərir.
....................................................................
Satışla məşğul olanlar bilirlər ki, məhsulu müştəriyə təklif edəndə əlləri bir-birinə sürtmək,
həm də sürətlə sürtmək lazımdır. Əgər müştəri də eyni hərəkəti edirsə, “Göstərin, görək
nəyiniz var!” – deyirsə, deməli, marağı var və sizdən nə isə ala bilər.
“Sizin üçün yaxşı
bir təklifim var!”
Unutmayın ki, jestləri şəraitə görə dəyərləndirmək lazımdır. Soyuq bir gündə, avtobus
dayanacağında dayanan adam əllərini sürətlə bir-birinə sürtürsə, o, avtobusu gözlədiyi üçün
yox, əlləri üşüdüyü üçün belə eləyir.
Baş barmaq o biri barmaqları sürtürsə...
Baş barmağı şəhadət barmağına, ya da bir neçə barmağın ucuna sürtmək pul istəyən, pul
gözləyən adamın jestidir. Adam qəpiyi də baş barmaqla o biri barmaqların arasında tutur.
“Alın, pulunuzun 40%-nə qənaət edərsiz” – deyən küçə satıcıları, ya da yanındakından, “20
qəpiyin var?” – deyə soruşan adamlar bu jesti edir.
“Biz bundan yaxşı
pul çıxara bilərik!”
Müştəriylə işləyən peşəkar adamlar bu jestdən istifadə etməməlidir, çünki pulla bağlı neqativ
təəssürat yaradır. Pərçimlənmiş əllər
İlk baxışda bu jest özünə inamın ifadəsi kimi görünə bilər, çünki əllərini pərçimləyən adamlar
çox vaxt həm də gülümsəyirlər. Amma bir dəfə biz bu jesti yenicə əldən verdiyi razılaşmanın
əhəmiyyətindən danışan adamda müşahidə etdik. Həmin adam işin təfərrüatlarına vardıqca
onun barmaqları bir az da sıxılır, getdikcə ağarırdı, elə bil bir-birlərinə keçirdilər.
Pərçimlənmiş əllər ehtiyatı, narahatlığı, neqativ münasibəti göstərir. Bu, Kraliça
Yelizavettanın sevimli jestidir. Kral ailəsinin görüşlərində, xalq arasına çıxanda kraliça
əllərini pərçimləyərək dizlərinin üstündə saxlayır.
Əlləri pərçimləyib qaldıran adam ümidlərinin
boşa çıxdığını, məyus olduğunu, çıxılmaz vəziyyətdə
qaldığını bildirir (gülümsəsə də) Danışıqlar üzrə mütəxəssislər – Niyerenberq və Kaleronun
araşdırmaları göstərir ki, pərçimlənmiş əllər danışıqlar zamanı məyusluğu, ümidlərin boşa
çıxdığını, planların pozulduğunu bildirir. Əllərini pərçimləyən adamın neqativ münasibətini,
narahatlığını gizlətməyə çalışdığı hiss olunur. Qarşıdakını inandıra bilmədiyini, ya da
danışıqların nəticəsiz olacağını hiss edən adamlar belə dayanırlar.
Mərkəzdə pərçimlənmiş əllər Aşağıda pərçimlənmiş əllər Pərçimlənmiş əllər üç əsas
pozisiyada dayana bilər: üzün qarşısında; masada və ya dizin üstündə; aşağıda (ayaq üstdə
duranda). Pərçimlənmiş əllərin yeriylə jest sahibinin narahatlığının dərəcəsi arasında əlaqə
var. İnsan əllərini nə qədər yuxarıda pərçimləyirsə, onunla danışmaq, keçinmək bir o qədər
çətin olur. Bütün neqativ jestlər kimi bu jesti də “sındırmaq” lazımdır ki, həmin adamın
münasibəti, fikri dəyişsin. Əllərini pərçimləmiş adama içki təklif etməklə, ya da əlinə nə isə
verməklə “qıfılı aça” bilərsiz.
Qüllə Jestləri ayrılıqda deyil, bir neçə jestlə birlikdə, şəraitə uyğun dəyərləndirməli
olduğumuzu vurğulamışdıq. Amma “qüllə” jesti istisnadır, çox vaxt tək olur. Adamın bir
əlinin barmaqları o biri əlin uyğun barmaqlarına toxunaraq kilsə qülləsinə bənzər formada
dayanır. Bəzən barmaqlar irəli-geri yırğalanaraq güzgüyə təkan verən hörümçəyi xatırladır.
“Qüllə” jesti özünə inamın, arxayınlığın ifadəsidir. Adətən rəhbər işçidə, tabeliyində olan
adamla danışdığı, ona tapşırıq, yaxud məsləhət verdiyi zaman müşahidə olunur. Jestdən daha
çox baş mühasiblər, vəkillər və menecerlər istifadə edirlər.
Düzgün cavabı bildiyinə əmindir Bəzi adamlar barmaqlarını tam birləşdirərək “qüllə” jestini
dua jestinə çevirir, Tanrı kimi görünməyə cəhd edirlər.
Prezident Jak Şirak və Cerri Adams hərdən
Tanrı kimi görünürdü
Kimisə inandırmaq, kiminsə etibarını qazanmaq istəyirsizsə, “qüllə” jestini unudun.
Özündənrazı, lovğa adam təəssüratı yaradarsız.
Özünüzə əmin, arxayın olduğunuzu, bütün düzgün cavabları bildiyinizə inandığınızı
göstərmək istəyirsizsə, bunu sizin əvəzinizə “qüllə” jesti edəcək.
Şahmat oynayanda “qüllədən”
istifadə edin, qələbə sizinlədir! Təsəvvür edin ki, şahmat oynayırsız və növbə sizindir,
hərəkət etməlisiz. Əlinizi şahmat taxtasının üzərində gəzdirib, fiqurlardan birinə toxunursuz,
guya tərpətmək istəyirsiz. Rəqibinizə baxanda onun arxaya oturduğunu, əllərini qüllə
formasında saxladığını görürsüz. Rəqibinizin jesti sizin hərəkətinizin onu arxayın saldığını
deyir. Deməli, həmin fiqura hələ toxunmasaz yaxşıdır. Başqa bir fiqura əl atırsız və
rəqibinizin əllərini pərçimlədiyini, ya da qollarını sinəsində çarpazladığını görürsüz. Rəqib
narahat olduğunu göstərir, davam eləmək olar.
“Qüllə” jestinin iki versiyası var: “Qaldırılmış qüllə” öz fikrini bildirən, çıxış edən adamlarda
müşahidə olunur. “Endirilmiş qüllə” daha çox dinləyən adamın jestidir.
Endirilmiş qüllə Qadınlar daha çox “endirilmiş qüllə” jestindən istifadə edirlər. Qadın
“qaldırılmış qüllə” jestini edir, həm də başını arxaya atırsa, “təşəxxüs və təkəbbür havasını”
dinləməyə hazırlaşın.
Ümumiyyətlə, “qüllə” pozitiv jestdir, amma həm pozitiv, həm də neqativ şəraitdə işlədilə və
səhv başa düşülə bilər. Məsələn, tutaq ki, siz kimisə ideyanızla tanış edirsiz və danışdığınız
zaman qarşıdakının bir neçə pozitiv jestini görürsüz: əlləri açıqdır, irəli əyilir, başını dik
tutub, dediklərinizi başı ilə təsdiqləyir və s. Söhbətin sonuna yaxın bu adamın əlləri “qüllə”
vəziyyətini alır. Hesab edin ki, istədiyiniz sifarişi almısız.
Ancaq danışanda qarşıdakının neqativ jestlər elədiyini – qollarını çarpazladığını, ayağını
ayağının üstünə aşırdığını, o yan-bu yana baxdığını, əllərini üzünə sarı aparıb qüllə
formasında saxladığını görsəniz, bilin ki, bu adam sizə “hə” deməyəcəyinə, ya da sizdən
canını qurtaracağına əmindir. Yəni “qüllə” hər iki halda əminliyi ifadə edir, amma birinci
halda nəticə sizin xeyrinizədir, ikincidə isə deyil. Nəticəni əvvəldən təxmin eləmək üçün
“qüllədən” qabaqkı jestlərə baxın.
Nəticə Əlləriniz həmişə önünüzdədir və sizi ifşa edir – emosiyalarınızı, münasibətinizi
göstərir. Jestlərin çoxunu öyrənmək çətindir, ancaq əl hərəkətlərini təkrarlamaqla, məşq
etməklə lazım gələndə əllərinizi kontrolda saxlamağı öyrənərsiz. “Danışan əlləri” “oxuya”
bilsəniz, özünüzə daha çox inanarsız, özünüzü qalib kimi hiss edər, çox şahmatları siz
udarsız.
“Boşqab” Bu jestdən adətən qadınlar (ya da homoseksuallar) istifadə edir. Diqqəti çəkmək,
özünü kişiyə göstərmək istəyən qadın əlini əlinin üstünə qoyub, çənəsini əllərinə dirəyir.
Üzünü dik qoyulan boşqabdakı şəkil kimi nümayiş etdirir.
Boşqab qızın üzünü göstərir, kişini məftun etmək istəyir
Bu jest neqativ deyil. Kişiylə qadının tanışlığının ilk günlərində müşahidə olunan pozitiv
hərəkətdir.
Yaltaqlanmaq, kimisə yoldan çıxarmaq istəyənlər üçün bu jest yaşıl işıqdır. Əlləri arxada
saxlayırıqsa... Əllərini arxada birləşdirərək, başını dik, çənəsini isə irəli tutub gəzmək
Edinburq hersoqunun və Britaniya kral ailəsinin bir neçə başqa kişi üzvlərinin vərdişidir. Bu
jest liderlərdə, keşik çəkən polislərdə, məktəb həyətini gəzən məktəb direktorlarında, yüksək
çinli hərbçilərdə – yəni səlahiyyət sahiblərində müşahidə olunur.
Üstünlük və arxayınlıq jesti
Arxadan və öndən
Əlləri arxada birləşdirmək üstünlük, arxayınlıq və hakimiyyət deməkdir. Adam zərbəyə açıq
orqanlarını – ürəyini, boğazını, mədəsini və cinsiyyət üzvünü qorumur, qorxusuz hərəkət edir
(şüuraltı), qollarını arxada tutur. Təcrübə göstərir ki, dara düşəndə, məsələn, jurnalistlər sizi
sorğu-suala tutanda, ya da cərrahiyyə otağının qarşısında gözləyəndə əllərinizi arxanızda
birləşdirsəniz, özünüzü rahat, hətta güclü hiss edərsiz (səbəb və nəticə qanunu). Hüquq-
mühafizə orqanlarıyla işləyəndə maraqlı faktın şahidi olmuşuq: silah gəzdirməyən məmurlar
bu jestdən tez-tez istifadə edirlər (çox vaxt irəli-geri yellənib pəncə üstə qalxaraq bir az da
hündür görünməyə çalışırlar). Amma silah gəzdirənlərdə bu jest nadir hallarda müşahidə
olunur, onlar əllərini yanlarında – silaha yaxın saxlayır, ya da baş barmaqlarını kəmərə
keçirməyi üstün tuturlar. Silah məmura o qədər güc və hakimiyyət verir ki, əlləri arxada
birləşdirməyə – hakimiyyəti jestlə sərgiləməyə ehtiyac qalmır.
Əlləri arxada iki cür saxlamaq olar: əlləri birləşdirərək; bir əllə o biri qoldan tutaraq. Bu
jestlər fərqli emosiyaları ifadə edir. Əllərin birləşməsi üstünlük və arxayınlığın
göstəricisidirsə, bir əllə o biri qoldan yapışmaq dilxorluğun, qəzəbin və özünə nəzarət
cəhdinin ifadəsidir. Əl o biri qolu ya biləkdən, ya da bir qədər yuxarıdan sıxır, bununla sanki
qolu qaçmağa, artıq hərəkət etməyə qoymur.
Əl biləkdən yapışıb
İnsan nə qədər qəzəbli olarsa, qolunu bir o qədər yuxarıdan sıxar, yəni özünü kontrolda
saxlamaq üçün daha çox cəhd edər. “Özünü ələ al” ifadəsi bəlkə də bu jestə görə yaranıb.
Əl qolun yuxarısından yapışıb Biləkdən, ya qoldan tutan əli məhkəmə zalının qarşısında,
düşmən tərəflər üz-üzə gələndə, həkimi gözləyən pasiyentlərdə, müştərinin qəbul otağında
dayanmış satış menecerlərində görmək olar. Bu, qəzəbi, qorxunu və narahatlığı ört-basdır
eləmək cəhdidir. Belə dayandığınızı görsəniz, duruşunuzu dəyişin, əllərinizi arxada iç-içə
saxlayın, özünüzü daha rahat, arxayın hiss edərsiniz.
Baş barmaq Əl falında da baş barmaq güclü xarakterin, eqoizmin göstəricisidir. Eləcə də baş
barmaqla bağlı jestlər adamın özü haqda yüksək fikirdə olduğunu, dominantlığı, üstünlüyü və
hakimiyyəti, bəzən inad və tərsliyi, hətta aqressiv münasibəti ifadə edir. Baş barmaq jestləri
ikinci dərəcəli jestlərdir, adətən jestlər “dəstəsinin” bir hissəsi kimi, özünü göstərən kişilərdə
müşahidə olunur. Məsələn, ondan xoşu gələn qadınların arasında olan, ya da xüsusi geyimdə,
formada gəzən kişilər baş barmaqlarını açıqda saxlayırlar.
Baş barmağını göstərən adamlar çox vaxt həm də irəli-geri yellənib pəncə üstə qalxaraq daha
uca görünməyə çalışırlar. Aşağı statuslu adam, səfil, ya dilənçi belə dayanmaz.
Baş barmaq cibə girmir Bu jest özünü başqalarından artıq hesab edən, üstünlüyünü hiss edən
adama məxsusdur. Şahzadə Çarlzın sevimli jestlərindəndir, onun özünə arxayınlığını göstərir.
İdarə müdirləri də idarəni gəzəndə əllərini ciblərinə qoyub, baş barmaqlarını bayırda
saxlayırlar. Müdir olmayanda onu əvəzləyən şəxs də belə eləyir. Amma müdirin qarşısında
bu cür dayanmağa işçinin cəsarəti çatmaz. Olduğu kimi görünməyən, fikrindəkinin əksini
deyən adamlar baş barmağı daha aydın göstərirlər. Məsələn, vəkil hakimlərə tərəf dönüb, zəif
və yumşaq səslə sözə başlayır: “Xanımlar və cənablar, təvazökarlıq edərək bildirim ki...”
“Təvazökar” vəkil eyni zamanda yuxarıdan aşağı baxmaq üçün başını dik tutur, baş
barmağını da düz saxlayırsa, məhkəmə zalındakılar onun heç də səmimi olmadığını hiss
edəcəklər.
Vəkil doğrudan da təvazə və itaət göstərmək istəsəydi, hakimlərə əlləri və mantiyasının
yaxası açıq vəziyyətdə yaxınlaşar, təzim edərdi.
.................................................................... “Ağıllı və səmimi adama bənzəyirsiz” – vəkil
təkəbbürlə dedi.
“Mən də sizin haqqınızda eyni şeyləri demək istərdim, –
şahid cavab verdi, amma məhkəmə qarşısında and
içmişəm!” ....................................................................
Baş barmaqlar bəzən şalvarın arxa ciblərindən çıxır, (şəklə baxın) sanki danışan
dominantlığını gizlətməyə çalışır. Altmışıncı illərə kimi, şalvar geyinənə və cəmiyyətdə daha
yuxarı mövqe tutana qədər qadınlar baş barmaq jestlərindən nadir hallarda istifadə edərdilər.
Baş barmaqlar hakimiyyəti və özünə arxayınlığı
büruzə verir
Ən çox istifadə olunan “jest dəstələrindən” biri də çarpaz qollar, dik barmaqlardır. İki şeyi –
ehtiyatı və neqativ münasibəti (çarpaz qollar), eyni zamanda üstünlüyü (dik dayanan baş
barmaqlar) ifadə edir. Əllərini qoynuna qoyub, baş barmaqlarını dik saxlayaraq danışan
adamlar fikirlərini həmin barmaqla vurğulayır, ayaq pəncələri üstə qalxır, irəli-geri
yellənirlər. Özünü üstün bilir,
eyni zamanda
“bağlı saxlayır”
Birini lağa qoyanda baş barmaqla göstərir, hörmətsizik edirlər. Məsələn, dostuna tərəf əyilən
kişi baş barmağıyla xanımını göstərib: “Bütün günü deyinir” – deyirsə, onu ələ salır,
mübahisəyə təhrik edir.
“Bütün günü söylənir” Bu jest qadınları çox acıqlandırır (xüsusilə kişilərin hərəkəti).
Qadınlar yalnız xoşlamadıqları adamı, həm də nadir hallarda baş barmaqla göstərirlər.
Nəticə
Min illərdir ki, baş barmaq güc və hakimiyyətin rəmzi kimi istifadə olunur. Roma imperiyası
dövründə qladiatorun ölümünə fərman verəndə baş barmağı aşağı salır, sağ qalması üçün
yuxarı tuturdular. Baş barmaqla bağlı jestlər haqda xüsusi məlumatı olmayan adamlar da
jestin mənasını intuitiv olaraq başa düşürlər. Siz isə indi bu jestləri həm anlayır, həm də
istifadə qaydalarını da bilirsiz.
7-ci fəsil MÜNASİBƏTİN VƏ YALANIN ƏLAMƏTLƏRİ
Əl-üz jestləri
Bill Klinton məhkəmə qarşısında.
Sizcə o, nə fikirləşir?
Təsəvvür eləyin ki, ünsiyyətdə olduğunuz hər kəsə yalnız və yalnız həqiqəti deyirsiz, sizcə,
nə olar? Ağlınızdan keçəni dilinizə gətirsəniz, nə baş verər? Məsələn:
Səhər rəisi görürsüz: “Sabahınız xeyir, kütbeyin rəis!”
Kişi qadın müştərisinə deyir: “Əməkdaşlığa görə təşəkkür edirəm, onu da deyim ki, sizin çox
gözəl döşləriniz var!”
Qadın qonşu kişiyə: “Köməyə görə sağ olun. Sizin “aşağı yarımkürələriniz” nə qəşəngdir.
Əcəb bərkdir. Amma bu saçlarınızı hansı lənətə gəlmiş kəsib?” Qayınananıza: “Sizi
görməyimə şadam, qoca yarasa!”
Qadın: “Bu don məni çox kök göstərir?” – deyə soruşanda nə cavab verirsiz? Kişisizsə, sizə
xeyir eləyəni – onun yaxşı göründüyünü deyərsiz. Amma fikrinizdən keçən yəqin ki, başqa
şeydir: “Səni kök göstərən don deyil, içəri ötürdüyün tort və dondurmalardır”.
Ancaq yalnız ürəyinizdən keçənləri desəniz, tək qalmaq bir yana, ömrünüzü ya xəstəxanada,
ya da həbsdə başa vurarsız. Yalan bizim qarşılıqlı əlaqələrimizə “yağ sürtür”, sosial
münasibətlərimizi qoruyub saxlamağa kömək edir. Əlbəttə, söhbət ətrafımızdakıları narahat
eləməmək üçün dediyimiz “kiçik yalan”dan gedir. Yəqin razılaşarsız ki, çox adam acı
həqiqətdənsə “kiçik yalan” eşitmək istəyər. Kiçik yalançılar həmişə düz danışanlardan
hörmətlidirlər, yalan dediklərini bilsək də. Kimisə qəsdən, öz mənafeyini güdərək aldatmaq
üçün deyilən yalansa “böyük yalan”dır.
Yalan
Yalan da bütün başqa fikirlər kimi söz və jestlə ifadə olunur. Amma sözlərin yalan olduğunu
müəyyən etmək asan deyil, çünki adam dediyi sözləri seçə bilir, uzağı bir neçə dəfə məşq
edib lazımi sözləri lazımi tonda səsləndirir. Yalanın üstünü açmaq istəyirsizsə, sözlərə yox,
jestlərə inanın. Jestlərə nəzarət etmək çətindir, ya da heç mümkün olmur, onlar avtomatik
hərəkətlərdir. Həm də yalan danışan adam, emosional vəziyyətindən irəli gələrək, daha çox
jest edir.
Amhersdəki Massaçusets Universitetindən Robert Feldman araşdırmasına 121 cütlüyü cəlb
edib. Cütlükləri üç qrupa ayırıblar və hər cütlük bir nəfərlə danışıb. Birinci qrupa tapşırıq
verilib ki, söhbət zamanı qarşıdakına xoş gəlməyə çalışsınlar. İkinci qrup sanballı, üçüncü
necə var elə görünməyə çalışıb. Sonra bütün iştirakçılar söhbətlərin videosuna baxıb,
dedikləri yalanları qeyd ediblər. Bəzi yalanlar “kiçik” olub, məsələn, kimsə xoşlamadığı
adamı xoşladığını deyib. “Böyük” yalan danışanlardan biri məşhur rok qrupunun üzvü
olduğunu bildirib. Feldmanın qeydləri göstərib ki, onun araşdırmaya cəlb etdiyi adamların
62%-i hər on dəqiqədə iki-üç yalan danışıb. “Amerikanın həqiqəti dediyi gün” kitabının
müəllifi Ceyms Paterson 2000 amerikalıdan müsahibə alıb, suallara cavab verənlərin 91%-i
həm evdə, həm də işdə ara-sıra yalan danışdığını deyib.
....................................................................
Ən yaxşısı, sözün düzünü deməkdir, əlbəttə,
əgər siz “fövqəladə” istedada malik yalançı deyilsizsə.
C.K.Cerom
....................................................................
Kiminsə yalan danışdığını, ya “söhbəti fırlamaqla” vaxt öldürdüyünü, ya da birinə qiymət
verməklə məşğul olduğunu hardan bilmək olar? Jest və mimikalardan! Onlarla tanış olsanız,
əla müşahidə qabiliyyətinə yiyələnərsiz. Bu fəsil məhz adamı ələ verən jestlər haqdadır. Gəlin
əvvəl yalanın əlamətlərindən danışaq.
Üç müdrik meymun
Bu üç meymun pisi görmək, pisi eşitmək və pisdən danışmaq istəməyənlərin rəmzidir.
İnsanın bütün əl-üz jestləri bu sadə jestlərin əsasında formalaşıb. Başqa sözlə desək, biz yalan
danışanda, yalanı eşidəndə və ya görəndə ağzımızı, qulaqlarımızı tutmaq, gözlərimizi
bağlamaq istəyirik, nəticədə müxtəlif jestlər edirik.
Eşitmirəm, görmürəm, danışmıram
Adam bəd xəbəri eşidəndə, ya da dəhşətli hadisənin şahidi olanda əllərilə bütün üzünü,
qulaqlarını tutmağa çalışır, elə bil dəhşəti görməyinə, eşitməyinə mane olmaq istəyir. 2001-ci
il, sentyabrın 11-də təyyarələrin Amerikadakı ticarət mərkəzlərinə çırpılması xəbərini
eşidənlərdə ən çox bu jestlər müşahidə olunurdu.
Əvvəldə bu haqda danışmışdıq, uşaqlar daha aydın əl-üz jestlərindən istifadə edirlər. Yalan
danışan uşaq əlini ağzına aparıb dodaqlarının üstünə qoyur, sanki yalan sözün ağzından
çıxmasına mane olur. Valideynin danlağını, qışqırığını eşitmək istəməyəndə qulaqlarını tutur.
Nədənsə qorxanda, görmək istəmədiyi şeyi görəndə üzünü əlləri, ya da qolları ilə qapayır.
Adam yaşlandıqca əl-üz jestlərinin sürəti artır, jestlər nəzərə çarpmır, amma olur! İnsan yalan
danışanda da, nəyisə gizlədəndə də, yalana şahid olanda da jest edir, üzünün ifadəsi dəyişir.
Nəyisə şişirdəndə, şübhə və tərəddüd edəndə də əl-üz jestləri görünür. Desmond Morris tibb
bacılarıyla eksperiment aparıb. Təlimata əsasən bir neçə tibb bacısı xəstələrə səhhəti haqda
doğru, bir neçəsi isə yalan məlumat verib (pasiyentlərə eksperiment barədə xəbərdarlıq
edilib). Yalan danışan tibb bacılarının jestləri daha çox olub. Yalan danışan adam həm də tez-
tez udqunur. Bu hərəkət kişilərdə daha yaxşı müşahidə olunur, çünki onların hülqumu var
(Adəm alması genişdir).
....................................................................
“O qadınla cinsi münasibətim olmayıb” –
deyə dövlət xadimi əlini burnuna çəkib udqundu.
....................................................................
Kitabın əvvəlində dediyimiz kimi, hər bir jesti ayrılıqda öyrənirik. Amma bu o demək deyil
ki, jestlər həmişə eyni mənanı daşıyır. Sözlərin əsl mənası cümlədə məlum olduğu kimi,
jestlər də jest “dəstəsinə” görə yozulur. Əl-üz jestindən istifadə edən hər adamı yalançı
adlandırmaq olmaz. Qarşınızdakının nəyisə ört-basdır eləməyə çalışdığını düşünürsüzsə,
bütün jestləri izləyin ki, gümanınızda yanılıb-yanılmadığınızı biləsiz. Bir sözlə, əl-üz jestini
ayrılıqda dəyərləndirmək düzgün deyil.
Heç bir əl-üz jestindən istifadə olunmursa, amma qarşınızdakının üzündəki ifadə, mimika
onun yalan danışdığını deyirsə, öyrənəcəyiniz başqa jest “dəstələri” sizə yalanın üstünü
açmağa kömək edəcək.
Həqiqət adamın üzündədir...
Adamın yalan danışdığı daha çox üzündə görünür. Nəyisə gizlətməyə çalışanda gülümsəyirik,
başımızı yelləyir, gözlərimizi qırpırıq. Amma bədən dili – jestlər həqiqəti deyir və bu jestlər
üzümüzdəki mimikaya uyğun gəlmir. Seçdiyimiz mimikadan asılı olmayaraq, üzümüz
emosiyalarımızı, əsl münasibətimizi göstərir. Yalanı gizlətmək istəyən kimi, ya da ağlımıza
bir fikir gələndə üzümüzdə ani ifadə olur, sadəcə, biz bundan xəbərsizik.
....................................................................
Fərqli mimikalar bir-birini sürətlə əvəzləyərək
emosiyaların toqquşduğunu göstərir.
....................................................................
Kimsə əlini burnuna çəkəndə burnunun qaşındığını, əlini çənəsinin altına qoyanda bizimlə
maraqlandığını güman edirik. Halbuki boğaza yığdığımız adam da bu hərəkətləri eləyə bilər.
Bir dəfə analığı ilə yaxşı dolandığını deyən, bu haqda danışan kişini lentə aldıq. Hər dəfə
analığının adını çəkəndə bu adamın üzünün sol tərəfində bircə anlıq istehza görünürdü. Bu bir
anlıq təbəssüm bizə onun əsl hissləri haqda çox şey deyirdi.
Qadınlar kişilərdən bacarıqlıdırlar.
Bu həqiqətdir “Kişi niyə yalan danışır, qadın niyə ağlayır?” (“Orion” nəşriyyatı) kitabımızda
bu haqda danışmışdıq. Qadınlar emosiyaları “oxuya” bildikləri üçün yalan danışmaqla
ətrafdakıları idarə edə bilirlər. Bu xüsusiyyət hətta körpə qızlarda müşahidə olunub. Onlar
başqa çağalara qoşulmaq xətrinə ağlamağa başlaya, sonra bütün uşaqları göz yaşına qərq
eləyənə qədər ağlayarlar. “Telepatiya” kitabının müəllifi Sancida O’Konnel beş ay tədqiqat
aparıb, insanın yalanı necə danışdığını müşahidə edib və görüb ki, qadınlar yalan danışmaqda
kişilərdən bacarıqlıdırlar. Həm də qadınların yalanı dolaşıq və qəliz olur, kişilərinki sadə.
Məsələn, kişi qadına zəng etməməyinin səbəbini açıqlayanda, sadəcə, “telefonumun
batareyası sönmüşdü”, gecikəndə isə “avtobusa çatmadım” – deyir.
O’Konnel belə qənaətə gəlib ki, insanlar cazibədar adama daha çox inanırlar. Yəqin buna
görə Con F. Kennedi və Bill Klinton kimiləri uzağa gedə bilmişdilər.
Yalan danışmaq niyə çətindir?
3-cü fəsildə qeyd etdiyimiz kimi, çoxları elə bilir ki, yalan danışan adam mütləq gülümsəyir,
amma təcrübə bunun əksini göstərir. Yalan danışanda insanın şüuraltı beyni avtomatik işə
düşür, deyilən sözlərdən asılı olmayaraq fəaliyyət göstərir, bədən hərəkət etməyə başlayır və
bizi ələ verir. Ona görə də nə deyir desin, yalana alışmayan adamın yalanını tez tuturlar. Belə
adam yalanı səsləndirən kimi özünü fərqli aparır, dediklərinə və özünə yad hərəkətlər edir,
nəticədə həqiqəti demədiyi hiss olunur. Peşəkar yalançılar – siyasətçilər, vəkillər, aktyorlar,
aparıcılar və başqaları öz bədən hərəkətlərinin, jestlərinin üzərində o qədər işləyirlər ki,
onların yalanını tutmaq olmur, camaatı tora sala bilirlər.
Buna iki yolla nail olurlar. Birincisi, deyəcəkləri yalana uyğun jestləri məşq edirlər. Amma
bu, uzun müddət və xeyli yalan danışmış adamlarda alınır. İkincisi, heç bir jest etmirlər (nə
neqativ, nə də pozitiv). Yəni yalan danışan adam bədən hərəkətlərini – jestlərini minimuma
endirir. Bu da çətindir.
....................................................................
Aktyor kimi məşq edərsə, istənilən yalançı
qarşısındakını inandıra bilər.
....................................................................
Siz də özünüzü sınaya bilərsiz. Məsələn, kiminsə üzünə yalan deyin, eyni zamanda bədən
hərəkətlərinizi məhdudlaşdırmağa çalışın. Əsas jestlərin qarşısını almaq mümkündür, amma
saysız-hesabsız mikro siqnallar ötürülür: üz əzələləri dartılır, göz bəbəkləri genişlənir, ya
yığılır, yanaqlar qızarır, adamı tər basır və s. Adi vaxtda adam gözünü dəqiqədə 10 dəfə
qırpır, yalan danışanda dəqiqədə 50 dəfəyə qədər kirpik çala bilər. Videolara sürəti azaldaraq
baxanda görürük ki, bu mikro siqnallar hamının üzündə bir anlığa peyda olur, onları yalnız
peşəkar jurnalistlər, satış menecerləri və jestləri “oxumağı” bacaran başqa perspektivli
adamlar görürlər.
Bu o deməkdir ki, yalana inandırmağın ən yaxşı yolu gözə görünməməkdir.
Məsələn, bağlı qapı arxasından danışanda, telefonla, ya da sosial şəbəkədən yalana
inandırmaq mümkündür. Stolun arxasında oturaraq, ya da hasardan boylanaraq yalan
danışmaq bir o qədər çətin deyil, çünki bədənin yarısı görünmür. Yəqin ona görə dindirilən
adamı boş otaqda oturdur, üstünə işıq salırlar. Bu vəziyyətdə sorğu-suala tutulanın bütün
bədən hərəkətlərini müşahidə etmək, yalan deyib-demədiyini anlamaq asandır.
Yalan danışanda ən çox istifadə
etdiyimiz səkkiz jest
Ağzımızı bağlayırıq.
Şüuraltı beyin yalan sözün ağızdan çıxmasına mane olmaq istəyir və əlimizlə ağzımızı
qapayırıq. Bunun üçün bir neçə barmağımızı, ya da bütün əlimizi ağzımıza aparırıq.
Ağzımızı bağlayırıq
Bəzən yalan danışan adam öskürürmüş kimi hərəkət edərək, əliylə ağzını tutur, bununla
jestinin səbəbini ört-basdır eləmək istəyir. Cinayətkar və qanqster rolunu oynayanda aktyorlar
bu jestdən tez-tez istifadə edirlər, başqa qanqsterlə danışanda, polis onları dindirəndə əllərini
ağızlarına aparırlar ki, tamaşaçı onların dürüst olmadığını hiss etsin.
Danışan adam ağzını tutursa, onun yalan dediyini anlayırsız. Həmsöhbətiniz ağzını siz
danışanda bağlayırsa, deməli, o sizin yalan dediyinizi, nəyisə gizlətdiyinizi düşünür.
Perspektivli natiqi narahat edən şeylərdən biri danışdığı zaman kiminsə öz ağzını
bağlamasıdır. Belə olanda auditoriyanı tərpətmək lazımdır: “Sualı olan varmı?”, ya da
“Görürəm, kimsə fikrimlə razı deyil, suallarınızı verin!” demək olar. Bu dinləyicilərə öz
şübhələrini açıq şəkildə söyləməyə və natiqə isə öz çıxışının müəyyən məqamlarını
dəqiqləşdirməyə və sualları cavablandırmağa imkan verəcək. Bəzən adam ağzını bircə
barmağıyla tutur (barmaq dodağa perpendikulyar vəziyyətdə).
Məsələ burasındadır ki, uşaq olanda bizi sakitləşdirən böyüklər bu jestdən istifadə ediblər,
“şşşş”, “sakit!”, deyiblər. İndi biz hisslərimizi gizlədəndə belə edirik, sanki özümüz özümüzü
susdururuq.
Balaca olanda valideynlərinizdə, ya tərbiyəçilərinizdə
gördüyünüz bu jest indi sizin repertuarınıza daxil ola bilər
Bu jest nəyinsə gizlədildiyinə işarədir.
Burnumuza toxunuruq.
Hərdən adam danışanda əlini bir neçə dəfə burnunun altına sürtür, bəzənsə bircə dəfə, cəld
hərəkətlə, nəzərə çarpmadan burnunun ucuna toxunur. Qadın daha yumşaq hərəkət edir,
yəqin ki, makiyajını pozmamaq üçün burnuna sanki ani sığal çəkir.
Burnumuza toxunuruq
Bu jesti ayrılıqda qiymətləndirmək olmaz, başqa jestləri də, şəraiti də nəzərə almaq lazımdır.
Soyuq dəymiş, nəyəsə allergiyası olan, tez-tez asqıran adamlar da belə edirlər.
Çikaqoda Qoxu və Dadbilmə orqanlarının Müalicəsi və Araşdırılması Mərkəzindəki alimlər
aşkar ediblər ki, insan yalan danışan zaman burnunda katexolamin adlanan maddə ifraz
olunmağa başlayır və bu maddə burunun içindəki toxumaların şişməsinə səbəb olur. Qanın
axınını göstərən xüsusi kameralardan istifadə etməklə alimlər yalan danışan adamın qan
təzyiqinin artdığını müəyyənləşdiriblər. Qan təzyiqinin artması da burunu genişləndirir.
Deməli, yalan danışan adamın burnu həqiqətən böyüyür, buna “Pinokio effekti” deyilir.
Mənim o qadınla cinsi münasibətim olmayıb
Qan təzyiqi burnu şişirtdiyi üçün burun gicişir və adam əlini burnuna çəkir, qaşınan nöqtələrə
toxunur. Baxanda burnun şişdiyini görmək çətindir, amma yalan danışanda əlimizi
burnumuza çəkməyimizin səbəbi budur. Adam dilxor, ya narahat olanda, tikan üstdə qalanda,
hirslənəndə də belə eləyir.
Amerikalı nevropatoloq Alan Hirş və psixiatr Çarlz Uolf Bill Klintonun məhkəmədə Monika
Levinskiylə bağlı çıxışını ətraflı analiz ediblər. Onlar deyir ki, Klinton sözün düzünü deyəndə
burnuna nadir hallarda toxunurmuş. Yalan danışanda isə əvvəl bir anlığa qaşlarını çatır, sonra
hər dörd dəqiqədən bir əlini burnuna atırmış. Ümumi çıxışı zamanı Klinton burnuna 26 dəfə
toxunub.
Bədəni kameralarla müşahidə edərkən görüblər ki, yalan danışan kişinin cinsiyyət orqanı da
böyüyür, çünki qan təzyiqi artır. Məhkəmədə Klintonun şalvarını çıxarmaq mümkün
olsaydı...
İttihamçı: “Cənab Klinton, cücə yolu niyə keçib?”
Klinton: “Nə demək istəyirsiz? Cücə deyəndə nəyi nəzərdə tutursuz, açıqlayın, zəhmət
olmasa. Özü də mən o cücəylə yol keçməmişəm”.
Burnumuzu qaşıyırıq
Burun gicişəndə adam əlini burnuna sadəcə toxundurmur, onu əməlli-başlı qaşıyır, ya da
sürtür.
Təkcə yalan danışanda yox, qarşımızdakının nəyisə gizlətdiyini hiss edəndə də əlimizi
burnumuza aparırıq. Bu jesti başqa jestlərə uyğunlaşdırmağa ehtiyac yoxdur, dediyini elə
təklikdə deyir və adətən sözlərə zidd məna daşıyır.
Gözümüzü ovxalayırıq
Müdrik meymunlardan biri “görmürəm” deyirdi. Uşaq bir şeydən qorxanda, nəyisə görmək
istəməyəndə əlləri, ya da bir əliyə gözlərini bağlayır. Böyüklər də nəyəsə baxmaq
istəməyəndə gözlərini ovxalamağa, qaşımağa başlayırlar. Bununla beyin gözləri bağlamağa
cəhd edir, yalanı, pisliyi, onu aldadanı, etibar etmədiyi adamı görmək istəmədiyini bildirir.
“Mən bunu görmək istəmirəm”
Qadınlar bu jestdən nadir hallarda istifadə edir, çox vaxt yüngülcə gözün altına toxunurlar.
Çünki əvvəla, qızlar, qadınlar kobud jest etmir, ikincisi, makiyajlarını pozmaq istəmirlər.
Qadın qarşısındakını görmək istəməyəndə adətən baxışlarını yayındırır, başqa səmtə baxır.
Aktyorlar qeyr-səmimiliyi ifadə etmək məqsədiylə bu jesti edirlər. Bəzi mədəniyyətlərdə
düşündüyün kimi danışmaq “eyib” sayıldığı üçün (məsələn, həmişə “nəzakətli” olmağa
çalışan ingilislərdə) əl-göz jestindən çox istifadə olunur.
Qulağımızdan yapışırıq Təsəvvür edin ki, kiməsə qiymət oxuyursuz: “Cəmi 300 manata
verirəm”. Həmin adam qulağından yapışır, ora-bura baxır və “İndi bu alış-veriş kimin
xeyrinədir?” – deyə sual verir.
“Mən bunu eşitmək istəmirəm”
Qulaqdan yapışmaq eşitmək istəməmək cəhdidir. Adətən valideynlərinin danlağından təngə
gələn uşaq əllərilə qulaqlarını yumur. Eşitdiyi sözlərə qulaq yummaq istəyən böyük isə əlini
qaldırıb qulağının ətrafında, üzərində gəzdirir, sırğalığından yapışır.
Əl-qulaq jestinin müxtəlif versiyaları var. Adam var ki, danışanda qulağının dibini qaşıyır,
adam var, barmağını qulağına salıb-çıxarır, ya sırğalığını dartır. Adam da var ki, bütün qulaq
seyvanını bükür, elə bil qulaq deşiyini qulağın ətrafıyla bağlamaq istəyir.
Qulaqdan yapışmaq həm də adamın dinləməkdən yorulduğunu, yaxud danışmaq istədiyini
göstərə bilər. Bəzənsə burnumuz kimi, qulağımıza da sadəcə narahat olduğumuz üçün
toxunuruq. Şahzadə Çarlz həmişə adamla dolu otağa girəndə və ya kütlənin qarşısından
keçəndə əlini ya burnuna, ya da qulağına atır. Amma şahzadənin maşınında oturub burnuna-
qulağına toxunduğunu əks elətdirən foto, yaxud video görməmişik.
İtaliyada kimsə zərifliyini, ya da homoseksual olduğunu bildirmək üçün qulağından yapışır.
Boynumuzu qaşıyırıq
Hərdən danışanda şəhadət barmağımızla (çox vaxt yazı yazan əlimizlə) boynumuzun
sırğalıqdan aşağı hissəsini qaşıyırıq. Bu jest şübhə və tərəddüdün ifadəsidir, məsələn, “Əmin
deyiləm”, “İnanmıram” deyən adama xasdır. Tərəddüdü bildirir
Deyilən sözlərə uyğun gəlməyəndə bu jest diqqəti daha çox çəkir. Tutaq ki, kimsə kiməsə:
“Sizi başa düşürəm, təsəvvür edirəm nələr keçirirsiz” – deyir, eyni zamanda boynunu qaşıyır.
Aydındır ki, həmin adam bunları sözgəlişi deyir, əslində həmsöhbətini anlamır.
Müşahidələrimiz göstərir ki, hər bir adam danışanda orta hesabla beş dəfə boynunu qaşıyır.
Maraqlıdır ki, beşdən aşağı, ya yuxarı rəqəm nadir hallarda müşahidə olunur.
Yaxalığı dartırıq Desmond Morris aşkar edib ki, yalan danışanda adamın üz və boyun
toxumalarında yüngül ağrı, sancmalar olur. Özümüzdən asılı olmadan sancan yeri qaşımağa,
sürtməyə başlayırıq (boynumuzu da buna görə qaşıyırıq). Üstəlik, qarşısındakını aldadan, ya
da yalanının tutulduğunu hiss edən adamı tər basır. Qaşınma və tərləmə adamı paltarının
yaxasını dartışdırmağa məcbur edir.
Yaxalıq adamı sıxır
Kiminsə belə elədiyini görəndə: “Bu dediyinizi təkrar edə bilərsinizmi?”, yaxud “Zəhmət
olmasa fikrinizi bir az aydın izah edə bilərsinizmi?” – deyə sual verin. Sualınız sizi aldatmağa
çalışan adamın özünü yığışdırmasına səbəb ola bilər.
Dilxor olmuş, acıqlanmış adam da paltarının sinəsini açır, sərinləmək, hava almaq istəyir.
Barmağımızı ağzımıza salırıq
Bu şüuraltı hərəkətdir, təzyiq hiss edən adamın uşaqlığına qayıtmaq – süd əmdiyi dövrdəki
kimi təhlükəsizlikdə olmaq cəhdidir. Uşaq anasının döşü əvəzinə baş barmağını, yorğanının
ucunu sora bilər. Böyük isə barmağını, siqareti, qələmini, ya da eynəyinin uclarını ağzına
aparır, yaxud saqqız çeynəyir.
Sakitləşmək, arxayın olmaq lazımdır
Əl-üz jestlərinin çoxu yalanla bağlıdır. Amma barmağı ağıza salmaq daxili tələbatın,
sakitləşmək, arxayınlaşmaq istəyinin zahiri ifadəsidir. Belə adamı inandırmaq, ona dəlil-sübut
göstərmək, təminat vermək lazımdır.
Jestlər münasibətimizi bildirir
Yaxşı natiq auditoriyanı duyur, qarşısındakıların onun dedikləriylə maraqlanıb-
maraqlanmadığını, yorulub-yorulmadığını vaxtında hiss edir. Yaxşı satış meneceri isə
müştərinin damarını tutmağı bacarır.
Təsəvvür edin ki, auditoriyaya nə isə göstərirsiz, nəyinsə haqqında danışırsız. Hamı sakitcə
oturub tamaşa edir, kimsə uzağı bir-iki kəlmə deyib “maraqlandığını” bildirir. Bir qəribə
boşluq yaranar, elə deyilmi?
Yaxşı ki, jestlər var! Bir neçə “əl-yanaq” və “əl-çənə” jesti haqda məlumatınız olsa,
qarşınızdakıların sizə münasibətini sözsüz də bilərsiz. Bu jestlər termometr kimidir, sizə
münasibətin nə dərəcədə soyuq, ya da isti olduğunu göstərir. Yorulduq və bezdiksə...
Sizə qulaq asan adam əlini çənəsinin altına qoyursa, bilin ki, yorulub, sizi dinləməkdən bezib,
danışdıqlarınız onun üçün maraqlı deyil. Adam əliylə başını dik saxlamağa çalışır, yoxsa başı
“düşər” və yatar.
Əl yıxılıb yatmaq
istəyən başı saxlayır
Jestə baxaraq adamın nə dərəcədə yorulduğunu müəyyən etmək asandır. Bu jest adətən baş
barmağı çənəyə dirəməklə başlayır. Maraq azaldıqca ikinci barmaq – şəhadət barmağı da işə
qarışır. Maraq son dərəcəyə çatanda adam şəkildəki kimi bütün əlini çənəsinin altına verir.
Maraq tam öləndə hər iki əl çənəni altında dayanır. Hətta xorultu səsi eşidə bilərsiz.
Çoxları elə bilir ki, barmaqları masaya taqqıldatmaq, ayaqları dayanmadan yerə döymək də
yorğunluğun əlamətidir. Ancaq bu hərəkətlər, sadəcə, adamın hövsələsizliyinin göstəricisidir.
Çıxış etdiyiniz auditoriyada belə “hövsələsiz” varsa, strateji addım atın – onu söhbətə çəkin
ki, ətrafdakıları narahat etməsin. Həm hövsələsizliyi, həm də yorğunluğu ifadə edən
auditoriya sizə “çıxışınızı bitirin” – deyir.
....................................................................
“Siz yuxuda da danışırsız?” – deyə biri natiqdən soruşur.
“Yox” – natiq cavab verir.
“Onda, zəhmət olmasa, mənim də yuxumda danışmayın”.
....................................................................
Barmaqları və ayaqlarını döyəcləyənin hərəkət sürəti onun hövsələsinin həcmindən asılıdır.
Adam nə dərəcədə səbirsizdirsə, hərəkət sürəti bir o qədər çox olur.
Marağı ifadə edən jestlər
Qarşısındakını analiz edən, ona qiymət verməyə çalışan insan yumruğunu çənəsinə, ya da
yanağına söykəyir, çox vaxt şəhadət barmağını dik tutur. Maraq itirsə, amma həmin adam
nəzakət xətrinə hələ “maraqlandığını” bildirmək istəyirsə, əlinin yerini dəyişir: çənəsini
ovcunun içinə dayayır, beləliklə, başını saxlayır – yorulduğunu hiss etdirir. Maraq var – baş
özü-özünü saxlayır, əl çənəyə söykənib
Çox vaxt orta səviyyəli menecerlər müdirə qulaq asanda belə edirlər, yorucu nitqdən bezsələr
də, müdiri guya maraqla dinlədiklərini göstərirlər. Amma maraq azaldıqca və əl yerini
dəyişdikcə müdir vəziyyəti başa düşür, işçilərin səmimi olmadığını, yaltaqlandığını hiss edir.
Marağı ifadə edən əl başa dayaq durmur, başa söykənir. Şəhadət barmağı dik dayansa da, baş
barmaq çənəni saxlayırsa, münasibət neqativdir. Yəni belə dayanıb dinləyən adam danışanla
razılaşmır. Hərdən adam şəhadət barmağıyla gözünün ətrafına dəyir, dərisini dartır – neqativ
münasibət davam edir. Neqativ fikirdəyik
Çox vaxt bu jestin də marağı ifadə etdiyini düşünürlər. Amma çənəyə dayaq duran baş
barmaq həqiqəti göstərir.
Əvvəl də qeyd etdiyimiz kimi jestlər adamın fikrinə təsir edir. Yəni adam əlini çənəsinin
altında nə qədər çox saxlayarsa, tənqidi münasibəti bir o qədər çox çəkər. Bu jestləri görən
natiq hərəkətə keçməli – dinləyicisini söhbətə cəlb eləməli, ya da görüşü başa çatdırmalıdır.
Dinləyicinin əlinə nə isə verməklə onun duruşunu, nəticədə həm də fikrini dəyişmək olar.
Yalançı
Şirkətimizdə işləmək istəyən bir əcnəbiylə söhbət edirdik. Müsahibə aldığımız müddətdə bu
adam ayaqlarını üst-üstə aşırıb, əllərini qoynunda saxladı. Tənqidi münasibəti bildirən jestlər
edir, əllərini açmır, tez-tez ətrafa baxırdı. Çox narahat görünürdü, amma bu narahatlığını izah
edəcək informasiya vermirdi. Ona öz ölkəsi, oradakı işi və müdiri haqda suallar verdik.
Cavabla bərabər gözlərini döydü, o yan-bu yana baxıb, əlini tez-tez burnuna ataraq danışdı.
Eşitdiklərimizi deyil, gördüklərimizi nəzərə alıb bu adamı işə götürmədik. Amma jestləri bizi
çox maraqlandırdığı üçün onun keçmişini öyrənmək qərarına gəldik. Ölkəsindəki tanışlarla
əlaqə saxladıq və müsahibimizin bizi aldatdığını öyrəndik. Çox güman ki, özümüzü
yormayacağımızı – başqa bir ölkədə araşdırma aparmayacağımızı düşünmüşdü. Bədən dilini
– jest və mimikaları bilməsəydik, yəqin ki, onu işə götürər, böyük səhvə yol vermiş olardıq.
Çənəmizi sığallayırıq
Gələn dəfə auditoriya qarşısında danışanda diqqətli olun. İdeyanızı, fikrinizi bildirəndə
adamlara baxın, çoxunun əlini üzünə apardığını görəcəksiz. Prezentasiyanız başa çatanda
qarşınızdakıların sizin fikirlərinizə qiymət verməsini istəyin. Jestlər dəyişəcək, əllər çənələri
sığallamağa başlayacaq. Bu jest qərarvermə prosesinin getdiyini göstərir.
Qərar veririk Jestin “qadın versiyası”
Qərar vermək istəyən çənəsini sığallamağa başlayır. Elə ki qərarını qəbul edir, əlinin yerini
dəyişir. Qərarın nədən ibarət olduğunu bilmək istəyirsizsə, çənənin sığallanmasından sonrakı
hərəkətlərə baxın. Adam qollarını çarpazlayıb, ayağını ayağının üstünə aşıraraq arxaya
oturursa, sizə “yox” dediyinə əmin ola bilərsiz. Bu “yox”u səslənməmişdən qabaq görmək
sizə üstünlük verər – aranızdakı razılaşmaya əngəl olacaq maneəni vaxtında aradan qaldıra
bilərsiz.
Adam çənəsini sığallayandan sonra qabağa əyilir, qollarını açıq saxlayırsa, hətta əlini sizin
təklifinizin yazılı nümunəsinə uzadırsa, hesab edin ki, “hə” almısız, razılaşma artıq
əlinizdədir.
“İlişən” jestlər
Eynək geyən adam qərar verərkən, adətən, eynəyini çıxarır və çənəsini sığallamaq əvəzinə
eynəyin bir ucunu ağzına salaraq düşünməyə başlayır. Siqaret çəkən adam bir qullab vurur,
əlində qələmi olan qələmini, olmayan barmağını ağzına salır. Əvvəldə dediyimiz kimi, bu jest
adamın tərəddüd etdiyini, arxayın olmadığını və arxayın olmaq istədiyini göstərir.
Qarşınızdakına “qərar ver” deyəndən sonra onun siqaretinə, ya da eynəyinin ucuna
“ilişdiyini” görürsüzsə, əlavə dəlillər gətirin, adama təminat verməyə çalışın ki, onu
inandırasız.
Bəzən adam bir hərəkətilə həm yorğunluğunu, həm münasibətini, həm də qərar verməkdə
olduğunu göstərir. Məsələn, şəkildəki adamın münasibətini ifadə edən əli çənəsinə dayaq
durub, eyni zamanda çənəsini sığallaya bilər.
Münasibəti və qərarvermə prosesini ifadə edən jest “dəstəsi” Bu adam yəqin ki, ona verilən
təklifi qiymətləndirməyə, nəticə çıxarmağa və qərar verməyə çalışır. Dinləyici yorulanda əlini
başına dirəyir. Şəkildəki adam da marağı azaldığı üçün baş barmağını çənəsinin altına verib,
eyni zamanda çənəsini sığallaya bilər.
Münasibəti, yorğunluğu və qərarvermə prosesini əks etdirən jest “dəstəsi” Arnold
Şvartsnegger fikir yürüdür, teleaparıcı isə düşünməkdədir
Başımızı sığallayırıq, yoxsa özümüzü şapalaqlayırıq? Kiminsə “başağrısı” olduğunu, sizi
qıcıqlandırdığını deyəndə özünüz də bilmədən boyun əzələlərinizin reaksiyasını nəzərdə
tutursuz. Heyvanlar təhlükəni hiss edəndə boyun nahiyəsindəki tüklərini qabardırlar ki,
ətrafdakıları qorxutsunlar. Tükləri dik saxlayan əzələ ağrıyır. Adam da qorxanda, ya da
qəzəblənən kimi boynunda-başında ağrı əmələ gəlir, ya da sancmalar olur və adam istər-
istəməz əlini boynuna çəkir.
Boyunda ağrı var Təsəvvür edin ki, kimdənsə nəsə xahiş etmisiz, amma xahişinizi yerinə
yetirmək yaddan çıxıb. Siz nəticəni istəyəndə xahişi etdiyiniz adam ya alnına, ya da
boynunun ardına şapalaq vura bilər (özü-özünü döyürmüş kimi). Hər iki jest unutqanlıqla
bağlıdır. Amma əli alına vurmaqla boyuna çəkmək arasında fərq var. Əgər həmin adam
alnına vurursa, deməli, sizdən qorxmur, bilir ki, huşsuzluğuna görə siz onu cəzalandırası
deyilsiz. Adam boynunun arxasını şapalaqlayırsa, boyun əzələlərindəki ağrının – təhlükəyə
qarşı reaksiyanın qarşısını alır və bu ağrını yaradan sizsiz. Daha dəqiq desək, siz bu adam
üçün “başağrısısınız”.
Nyu-Yorkdakı Danışıqlar İnstitutundan Jerar Nierenberq aşkar edib ki, əlini boynunun
arxasına tez-tez çəkən, buna vərdiş edən adamlar neqativliyə, tənqidə meyilli olur. Əlini
alnına vuranlar daha açıq təbiətli, üzüyola adamlardır. Özünü vurmaqla
cəzalandırır
Əl-üz jestlərini düzgün qiymətləndirmək və anlamaq bacarığına yiyələnmək üçün xeyli vaxt
və müşahidə qabiliyyəti lazımdır. Bu fəsildə öyrəndiyimiz jestlərdən birini görsəniz,
qarşınızdakının ağlına neqativ fikir gəldiyini düşünə bilərsiz və haqlısız da. Amma sual
yaranır: həmsöhbətinizin beynindəki neqativ fikir nədən ibarətdir? O sizi aldadır, yalan
danışır, nəyisə gizlədir, yoxsa sadəcə, məsələni şişirdir, ya sizdən, yaxud kimdənsə ehtiyat
edir, inanmır, arxayın deyil? Bacarmaq bu sualların cavabını tapmaqdır. Bunun ən yaxşı yolu
əl-üz jestlərindən əvvəlki jestlərə də baxmaq və bütün jestləri vəziyyətə görə analiz etməkdir.
Şahmatı sevən Bob niyə uduzmağa başladı?
Bizim Bob adlı bir iş yoldaşımız var. Şahmatı çox sevir. Bir dəfə ona oynamağı təklif edib,
gizlicə videosunu çəkdik ki, sonra bədən dilini – jestlərini analiz edək. Videoya baxanda
gördük ki, Bob oynayanda əlini tez-tez gah qulağına, gah da burnuna çəkir. Amma o,
hərəkətinə əmin olmayanda belə edirdi. Əlimizi fiqura atanda isə Bob bizim hərəkətimiz
barədə fikrini jestləri ilə bildirirdi. Məsələn, vuracağına əmin olanda, vurmağa hazırlaşanda
əllərini qüllə şəklində birləşdirirdi. Arxayın olmayanda, kefi pozulanda əlini ağzına aparır,
qulağını dartır, boynunu qaşıyırdı.
Gördüklərimizi şahmat qrupumuzun o biri üzvlərinə də danışdıq. Ondan sonra yazıq Bobu
hamı udurdu. Onun hərəkətləri elə aydın, elə ardıcıl idi ki, nə fikirdə olduğunu, neyləyəcəyini
əvvəldən bilmək mümkün idi.
Qoca Boba bu kitabdan verməmişik.
İkimənalı jestlər
Səhnələşdirdiyimiz müsahibəni lentə alırdıq. Bir sualı verəndə müsahibimiz əlini ağzına
apardı, dodaqlarının üstünü örtdü, burnuna toxundu. Bir neçə saniyə belə qaldı. Sonra əvvəlki
vəziyyətinə qayıtdı, roluna uyğun olaraq yenə açıq görünməyə başladı, qolları, əlləri, hətta
paltarının yaxası açıq idi. Başını dediyimizi təsdiqləyirmiş kimi yelləyir, cavab verəndə irəli
əyilirdi.
Sonra videoya baxanda ondan əlini ağzına aparmasının səbəbini soruşduq. Müsahibimiz dedi
ki, sual səslənəndə həm pozitiv, həm də neqativ cavab haqda düşünüb. Qarşısındakıların
neqativ cavaba verəcəyi reaksiyanı təsəvvür edəndə ağzını bağlayıb. Pozitiv cavab haqda
fikirləşəndə əllərini istər-istəməz aşağı salıb.
Yəni bu adam bizim münasibətimizə arxayın olmadığı üçün ağzını bağlayıbmış. Belə çıxır ki,
əl-üz jestlərini izah edərkən səhvə yol vermək, səhv nəticə çıxarmaq çox asandır.
8-ci fəsil
GÖZLƏR
Bəzi adamlar bağlı binoklla da “görür”
Gözlər həmişə güclü təsirə malik olub. Gözlər, baxışlar insanın fikirlərini, davranışını və
danışığını idarə edə bilir, bəzən dominantlığı ifadə eləyir (“Filankəs adama yuxarıdan aşağı
baxır”), bəzən adamı yalan danışmağa qoymur (“Gözümün içinə bax”). Üz-üzə gələndə
vaxtımızın çoxunu bir-birimizin gözlərinə baxaraq keçiririk. Çünki məhz gözlər adamın
fikirlərini olduğu kimi əks etdirir. Birinci dəfə görüşən adamlar bir-birlərilə ilk baxışda
gördüklərinə əsasən rəftar edirlər.
Münasibəti əks elətdirən və gözlərlə bağlı olan xeyli ifadə var: “Gözüm kəlləmə çıxdı”,
“Gözümdən od çıxdı”, “Filankəs adamı baxışıyla öldürür”, “Baxışıyla adama gəl-gəl deyir”,
“Bir baxışıyla adamın ağlını başından çıxarır”, “Məni tərs-tərs süzdü”, “Gözlərindən cin
yağır”, “Uşağı gözdən qoymaq olmaz” və sair. Kiminsə haqqında danışanda çox vaxt
gözlərini təsvir edirik: “Yuxu gözündən tökülür”, “Gözlərində kədər var”, “Baxışları soyuq
idi”, “Sevincindən gözləri parıldayır”, “Gözüylə adamı yeyir”, “Gözləri (yaxud baxışı)
yadımdan çıxmır”, “iri gözlər”, “qara gözlər”, “göy gözlər” və sair. Biz bu ifadələri
işlədərkən özümüz də bilmədən həmin adamın göz bəbəyinə, bəbəyin ölçüsünə və hərəkətinə
– baxışlara əsaslanaraq danışırıq. Məsələ burasındadır ki, bəbək şüura tabe olmadan hərəkət
edir, nəticədə insanın daxili ən çox gözlərində ifadə olunur. Ona görə də gözlər ən dəqiq
ünsiyyət vasitəsidir.
Göz bəbəyimizin ölçüsü əhvalımızdan asılıdır Münasibətimizdən, əhval-ruhiyyəmizdən asılı
olaraq, göz bəbəklərimiz gün ərzində müxtəlif ölçülərdə olur. Məsələn, həyəcandan adamın
bəbəyi həmişəkindən dörd dəfə böyük ola bilər (“Həyəcandan gözləri böyüdü”). Neqativ və
qəzəbli adamın bəbəyi, əksinə, yığılır. Belə adamı təsvir edəndə “gözləri ilan gözünə
bənzəyir” deyə bilərsiz. Bəzilərinin fikrincə, açıq rəngli gözlər daha cazibədardır, çünki
onlarda bəbəyin genişləndiyi aydın görünür.
Muncuq gözlər İnsanı başdan çıxaran iri gözlər Çikaqo Universitetinin Psixologiya
Departamentinin keçmiş rəhbəri Ekxard Hess pupillometriya (göz bəbəyinin işıqda və
qaranlıqda ölçülməsi) ilə məşğul olan ilk mütəxəssislərdən idi. O tapmışdı ki, bəbəyin ölçüsü
həm də cinsi ehtirasa bağlıdır. Heteroseksual kişilər, eləcə də qadınlar qarşı cinsdən cazibədar
adam görəndə bəbəkləri böyüyür, eyni cinsdən olan cazibədar adamı görəndə bəbəkləri
kiçilir.
Başqa eksperimentlər də aparılıb, iştirakçılar həm yaxşı, həm də pis şəkillərə baxıblar
(yemək, siyasi xadim, şikəst uşaq və müharibəni əks elətdirən şəkillər), musiqi dinləyiblər və
nəticələr eyni olub – bəbəklərin ölçüsü reaksiyalardan asılı olaraq dəyişib. Hess bir şeyi də
müəyyən edib, bəbək həm də beynin problemlərin həlli istiqamətində fəaliyyətiylə bağlıdır.
Adam problemin həlli yolunu tapanda bəbəyin həcmi maksimuma çatır.
Bu qadın hansı şəkildə daha cazibədardır?
Eksperimentlərin nəticələrini biznesə tətbiq etdik. Məlum oldu ki, bəbəklərin iri göründüyü
şəkillər bəyənilir. Yəni iştirakçılara eyni manekenin müxtəlif şəkillərini göstərəndə göz
bəbəklərinin geniş olduğu şəkilləri seçirlər, manekenin belə daha qəşəng göründüyünü
deyirlər. Kosmetik məhsulların və geyimlərin reklamında manekenlərin təsvirindən istifadə
olunduğu üçün nəticələr gəlirlərə təsir etdi. Revlonun kataloqlarındakı şəkillərdə
manekenlərin göz bəbəyini böyütməklə pomadaların satışını 45% artırdıq. Qadınla kişinin
tanışlığının ilk günlərində gözlər xüsusi rol oynayır. Makiyaj zamanı qadınlar gözə böyük
əhəmiyyət verir, gözlərini vurğulamağa çalışırlar. Bir kişi qadını cəlb edirsə, qadın gözlərini,
daha doğrusu, genişlənmiş bəbəklərini ona zilləyir və kişi bu baxışların mənasını sözsüz
anlayır. Romantik görüşlər işığın zəif olduğu məkanlarda daha maraqlı keçir. Qaranlıq
olduğu üçün göz bəbəkləri böyüyür, hər iki tərəf qarşısındakının xoşuna gəldiyini düşünür.
Sevgililər mütləq bir-birinin gözlərinin içinə baxırlar. Əslində onlar özləri də bilmədən göz
bəbəklərinin ötürdüyü siqnalları axtarır və genişlənmiş bəbəklər aşiqləri göylərə qaldırır.
....................................................................
Kişi bir qadını çox bəyənir, o qədər bəyənir ki,
həyəcandan bədəninin bir hissəsi böyüyüb həmişəkindən
az qala üç dəfə iri olur. Bu hansı hissədir?
....................................................................
Eksperimentlər zamanı məlum olub ki, pornoqrafik filmlərə baxanda kişilərin göz bəbəkləri
elə genişlənir ki, həmişəkindən üç dəfə iri olur. Qadınların bəbəklərinin ölçüsü ana və uşaq
şəkillərinə baxanda maksimuma çatır. Körpələrin və uşaqların göz bəbəkləri həmişə
böyüklərinkindən iridir. Üstəlik, körpənin bəbəyi daim genişlənir, xüsusilə valideynlərini
görəndə böyüyərək sanki onları çağırır, onların diqqətini cəlb etməyə çalışır. Yəqin buna görə
yaxşı satılan oyuncaqların gözləri çox vaxt normadan böyük olur.
Müşahidələr göstərir ki, iri göz bəbəkləri qarşılıqlı təsirə malikdir. Yəni bəbəkləri
genişlənmiş qadının fotosuna baxanda kişinin də göz bəbəkləri böyüyür, kiçik bəbəkli fotoya
baxanda böyümə olmur.
Bəbək testi Göz bəbəyinin genişləndiyini görmək qabiliyyəti insana xasdır, adam bu
dəyişikliyi avtomatik hiss edir. Test eləyə bilərsiz. Şəkildəki B diaqramını əlinizlə tutun və
kimdənsə xahiş edin, A diaqramına zillənsin. Sonra A diaqramını tutun ki, B diaqramına
baxsın. Siz bu adamın göz bəbəklərinin şəkillərə uyğunlaşdığını görəcəksiz. Çünki insanın
beyni cazibədar gözləri tanıyır və onları görən kimi öz bəbəklərini də genişləndirir.
A diaqramı B diaqramı
Qadınların göz bəbəyi kişilərinkindən tez böyüyür, çünki qadın beyni qarşıdakının gözlərini
daha tez görür.
Hess bəbəyin reaksiyasını öyrənmək üçün respondetlərə beş şəkil – uşaq, ana və uşaq, lüt
qadın, lüt kişi, bir də mənzərə şəkli göstərib. Gözlənildiyi kimi, kişilərin göz bəbəyi daha çox
lüt qadın şəklini görəndə, homoseksuallarınkı lüt kişi şəklinə baxanda böyüyüb. Qadınların
bəbəyini böyüdən birinci ana-bala şəkilləri, ikinci lüt kişilərin fotoları olub. Oxşar
eksperimentə təcrübəli qumarbazları cəlb ediblər. Məlum olub ki, nə qədər bacarıqlı olsalar
da, rəqibləri qara eynək taxanda qumarbazlar oyunda çətinlik çəkir, bəzən uduzurlar. Axı
oyunçunun əlindəki kart onun göz bəbəklərinin ölçüsünə təsir edir və səriştəli qumarbaz bunu
görə bilər. Qara eynək bu siqnalın qarşısını alır, nəticədə hətta təcrübəli oyunçular qalib ola
bilmirlər. Devid Bouinin gözləri fərqlidir, bir gözü mavidir, digəri qonur. Buna
“heteroxromiya” deyirlər, insanların 1%-də müşahidə olunur. Bouidə heteroxromiya 12
yaşında, qız üstündə davadan sonra əmələ gəlib, həm də qonur gözünün bəbəyi geniş qalıb
Qədim Çində daş-qaş alverçiləri pupillometriyadan xəbərsiz olsalar da, qiyməti danışanda
müştərinin bəbək ölçülərinə fikir verirdilər. Hələ bir neçə əsr əvvəl fahişələr daha gözəl
görünmək üçün gözlərinə xanımotu şirəsi tökürdülər. Bu şirənin tərkibində göz bəbəklərinin
genişlənməsinə səbəb olan narkotik maddə – atropin olur.
Həqiqəti bilmək istəyənlər “Gözümün içinə bax!” deyirlər və özləri də gözə zillənirlər. Çünki
həqiqət gözlərdə, daha doğrusu, bəbəklərdə gizlənir.
Həmişəki kimi, qadınlar daha bacarıqlıdırlar Kembric Universitetindən professor Saymon
Baron-Koen təcrübə aparıb; iştirakçılara adamların şəkillərinin yalnız gözlər olan hissəsini
kəsib göstərib və müxtəlif emosiyaları, münasibətləri ifadə edən, “rahat” və “narahat”,
“dostyana”, ya “düşməncəsinə” baxan gözləri ayırmağı tapşırıb. Nəticələr göstərib ki, həm
qadınlar, həm də kişilər gözdən gələn siqnalları daha yaxşı qəbul edir, nəinki bədəndən
gələnləri. Yəni hər iki cins bu baxımdan qabiliyyətlidir, amma qadınların göstəriciləri yenə
kişilərinkindən çox olub. Kişilər 25 şəkildən 19-nu, qadınlar 22-ni düzgün qiymətləndirib.
Gözün informasiyanı hansı yolla ötürdüyü, ya da qəbul elədiyi elmə hələ məlum deyil.
Məlum olan bir şey var: insan gözləri buna qadirdir!
Eksperimentdə autizmli adamlar da (əsasən kişilər, çünki qadınlarda autizm nadir hallarda
olur) iştirak edib və ən aşağı balı onlar toplayıblar. Autizm sindromlu insanların beyni bədən
dilini – jestləri “oxumaq” qabiliyyətindən məhrumdur. Buna görə onlar ətrafdakılarla
münasibət qurmaqda çətinlik çəkir, yüksək intellektə sahib olsalar da, adama yovuşmurlar.
Gözümüzün ağı-qarası İnsan, gözündə ağı olan (göz almasının bu xarici qişasına “sklera”
deyilir) yeganə primatdır, meymunların gözləri tünd olur. Gözün ağı ünsiyyətə yardım
vasitəsi rolunu oynayır. Meymunlarınkı kimi bir rəngdə olsaydı, insan gözünün hara
baxdığını görmək çətin olardı. Gözün baxdığı istiqamət adamın emosional vəziyyətiylə
bağlıdır. Beləliklə, məhz gözün ağı bizə bir-birimizin əhval-ruhiyyəsini, münasibətini
öyrənməyə kömək edir. Qadın beyni emosiyaları kişi beynindən yaxşı “oxuyur”. Yəqin həm
də bunun nəticəsidir ki, qadınların gözlərinin ağı kişilərinkindən böyükdür. Meymunun
gözündə ağ olmadığı üçün onun ovu onun hara baxdığını, qənimətinin yerini müəyyən
eləyib-eləmədiyini görə bilmir. Bu da meymunun işini asanlaşdırır.
....................................................................
İnsan, gözündə ağı olan yeganə primatdır.
....................................................................
Qaşlarımızı niyə qaldırırıq? Uzaqdan salamlaşan adam qaşlarını qaldırır, bu dünyanın hər
yerində, qədimdən belədir. Eyni jest meymunlarda da müşahidə olunur, onlar da bir-birini
görəndə belə edirlər və bu, jestin anadangəlmə olduğunu sübut edir.
Adamlar bir-birinə işarə edəndə, diqqəti çəkmək istəyəndə də qaşlarını bir anlığa qaldırırlar.
Yalnız yaponlar belə eləmir. Yaponlara görə kiməsə qaş-göz eləmək ədəbsiz hərəkətdir, hətta
tərbiyəsizlikdir, çünki jestin həm də seksual mənası var.
Qaşlar dartılıb Hərdən, məsələn, adam kimisə görəndə qaşlarını özündən asılı olmadan dartır.
Bu jest qorxu qarışıq təəccüblə bağlıdır. Sanki adam, “Səni görəndə həm təəccübləndim, həm
də qorxdum”, deyir. Amma biz tanıdığımız, çox vaxt sevdiyimiz adamı görəndə belə edirik.
Yadlara qaş qaldırmarıq. Aqressiv adamlar da, adətən, qaşlarını dartmırlar.
Qaşların gücünü görmək istəyirsizsə, test edə bilərsiz. Bir otelin lobbisində oturun və gəlib-
gedənə baxıb, qaşlarınızı qaldırın. Kimisi sizə güləcək, bəziləri eyni jestlə cavab verəcək, bir
başqası isə yaxınlaşıb sizinlə “söhbət etmək” istəyəcək. Unutmayın ki, qaşlar adətən
sevdiyimiz, ya da özümüzü sevdirmək istədiyimiz adamları görəndə qalxır.
Geniş açılmış gözlər
Üstünlüyünü, yaxud aqressiyasını göstərən adamlar qaşlarını aşağı endirirlər. Yuxarı
qaldırılmış qaşlar sakitliyin, itaətin, dincliyin əlamətidir. “Keating & Keating”in
mütəxəssisləri aşkar ediblər ki, meymunların çoxu bu jestlərdən istifadə edir (həm də eyni
məqsədlə). Üstəlik, qaşlarını qaldıranlar insanlara da, meymunlara da dinc adam təsiri
bağışlayır, qaşqabağını sallayanlar isə həm meymunlarda, həm də insanlarda aqressiv adam
təəssüratı yaradırlar.
Merilin Monronun dartılmış qaşları dinc və həlim qadın obrazı yaradıb. Ceyms Keqninin
qaşlarını endirməsi aqressiv baxışa səbəb olub. Con Kennedi isə qaşlarını çataraq nüfuzlu,
eyni zamanda narahat adam təsiri bağışlayır
“Kişi niyə yalan danışır, qadın niyə ağlayır?” (“Orion” nəşriyyatı) kitabımızda bu haqda
danışmışdıq, qadınlar körpə uşaq kimi görünmək istəyəndə gözlərini geniş açır, qaşlarını və
göz qapaqlarını qaldırırlar. Bu görünüş kişilərə çox güclü təsir edir. Kişi hormonları beyinə
nüfuz edərək, qadını qorumaq arzusunun baş qaldırmasına səbəb olur. Qadınların çoxu
qaşlarını yolur, ya da elə rəngləyir ki, qaşlar gözdən xeyli yuxarıda görünür, nəticədə maraqlı,
çox vaxt dinc, mülayim qadın obrazı yaranır. Məqsəd, kişilərin xoşuna gəlməkdir. Qaşlarına
əl gəzdirən kişilər də var. Amma qadınlar qaşlarını altdan yuxarı sığalladıqları halda, kişilər
yuxarıdan aşağı sığal çəkirlər ki, qaşı gözə yaxınlaşdırıb daha nüfuzlu adam təsiri
bağışlasınlar.
Con Kennedi qaşlarını azacıq çatardı, nəticədə həmişə narahat görünər, beləliklə, seçicilərin
xoşuna gələrdi. Onun da qaşları Ceyms Keqnininki kimi aşağı baxsaydı, elektorata təsiri
yəqin ki, güclü olmazdı.
“Altdan yuxarı” baxış Şahzadə Diana 8 yaşında. Bütün kiçik qızlar kimi o da başını aşağı
dikib, “altdan-altdan” baxır. Bəlkə də bu baxışın gücünə artıq bələddir Başı aşağı dikərək
“altdan yuxarı” baxmaq qadınlara xasdır və qadınlar bilirlər ki, bu kişilərin çox xoşuna gəlir.
Çünki belə baxanda qadının gözləri geniş açılır, o, körpə uşağa bənzəyir. Axı uşağın boyu
balaca olduğu üçün həmişə aşağıdan baxır. Bu baxış adamda – həm kişidə, həm də qadında
valideynə xas hisslərin yaranmasına səbəb olur.
Ailə həyatında problemləri olanda şahzadə Diana “altdan yuxarı” baxaraq bütün dünyanın
rəğbətini qazanmağa çalışırdı Bir ara şahzadə Diananın kral ailəsinin hücumuna məruz
qaldığını deyirdilər. O zaman xalq şahzadəni ana balasını sevdiyi kimi sevirdi. Buna səbəb
güman ki, şahzadə Diananın duruşu idi. O, körpə uşaq kimi çənəsini aşağı tutur, boynunu
azacıq əyərək açıq saxlayırdı. “Altdan yuxarı” baxışlarıyla şahzadə milyonlarla adamın
qəlbini fəth eləmişdi.
Kişinin içindəki ocaq belə alovlanır
Merilin Monro orqazma yaxınlaşmaqda olan qadın obrazını yaratmaqda usta idi; həm bədən
hərəkətləri, həm də üzündəki ifadələrilə kişiləri dizi üstə çökdürməyi bacarırdı Şəkildə
göründüyü kimi Merilin Monro göz qapaqlarını endirib, qaşlarını qaldırıb, dodaqlarını azca
aralayaraq yuxarı baxır. Bu jestlər “dəstəsindən” qadınlar əsrlərdir istifadə edir, cinsi
istəklərini bildirirlər. Bunlar təkcə Merilin Monronun deyil, həm də Debora Harry, Şeron
Stoun kimi seksual ulduzların sevimli jestləridir.
Göz qapaqları ilə qaşlar arasındakı məsafə elə-belə uzanmır. Bu məsafə sirli, müəmmalı
baxışa səbəb olur. Müşahidələr nəticəsində məlum olub ki, qadınlar orqazma çataçatda məhz
belə baxırlar.
Baxışlar
Hara baxırsız?
Əsl ünsiyyət yalnız adamlar bir-birinin gözünün içinə baxanda yaranır. Elə adamlar var ki,
onlarla danışanda özünü daha yaxşı hiss edirsən, rahatlanırsan. Elələri var ki, yanında özünə
yer tapa bilmirsən, narahat olursan. Bəzilərinə etibar eləmək olmur. Əslində bütün bunlar
baxışlarla bağlıdır. Daha doğrusu, yanında olduğumuz adamın bizə baxdığı müddətdən, ya da
bizim baxışlarımızı çəkdiyi zaman kəsiyinin ölçüsündən asılıdır.
Britaniyada sosial psixologiya və sözsüz kommunikasiya ilə bağlı ilk araşdırmaların müəllifi
Maykl Arqayl aşkar edib ki, qərblilər, eləcə də avropalılar söhbət edəndə baxış müddəti orta
hesabla 61%-dir. Söhbət edənlərin təxminən 41%-i danışanda, 75%-i dinləyəndə baxır. Bir-
birinə baxanların göstəricisi 31%-dir. Arqaylın hesablamalarına görə orta baxış müddəti 2.95
saniyə, qarşılıqlı baxışın müddəti orta hesabla 1.18 saniyədir. Bizim müşahidələrimiz göstərir
ki, söhbət edənlərin milliyyətindən və kimliyindən asılı olaraq gözlə ünsiyyətin payı 25%-dən
100%-ə qədərdir. Orta rəqəm 40-60%-dir, dinləyərkən baxanların orta göstəricisi 80%-dir.
İstisna olanlar Yaponiya, bəzi Asiya və Cənubi Amerika ölkələridir. Bu yerlərdə adamın
gözünün içinə baxmaq, zillənmək hörmətsizlikdir, bəzən aqressiyanı ifadə edir. Yaponlar
danışanda ətrafa, ya da adamın boğazına baxırlar. Bu mədəniyyətdən xəbəri olmayan qərbli
yaponla söhbət edərkən karıxa bilər. Maykl Arqayl deyir ki, məsələn, A adlı adamın B adlı
adamdan xoşu gəlirsə, ona çox baxır. Nəticədə B A-nın onu xoşladığını düşünür, beləliklə, B-
nin də A-ya marağı yaranır. Yəni demək olar ki, bütün mədəniyyətlərdə yaxşı münasibət
yaratmaq üçün baxışların toqquşması şərtdir və baxışmaq ünsiyyətin 60-70%-ni təşkil
etməlidir. Baxdığınız, yəni diqqət etdiyiniz adam qarşılığında sizə maraq göstərməyə
başlayır. Baxışlarımıza cavab verməyən, bizimlə baxışmağa cəsarəti çatmayan əsəbi
adamlara isə etibar etmirik. Ona görə də danışıqlar prosesində tünd eynəklərdən istifadə
etmək olmaz. Qarşınızdakı adam sizin ona zilləndiyinizi, ya da heç ona tərəf baxmadığınızı
güman edə bilər.
....................................................................
O, həmin qadının baxışlarını sevib evlənmişdi.
Əlbəttə, toydan sonrakı baxışlarını yox, əvvəlkiləri...
....................................................................
Bütün başqa jestlər kimi baxışanda da, baxışlarla bağlı nəticə çıxaranda da yerli mədəniyyəti
nəzərə almaq vacibdir. Yaponiya kimi unikal ölkələrə səyahət edəndə yerlilərə diqqət edin, ən
yaxşısı, onlara onlar sizə baxdığı qədər baxın.
İlk dəfə görüşən adamlar göz-gözə gələndə baxışlarını əvvəlcə tabelikdə olan adam
yayındırır. Baxışı yayındırmamaq cəsarət tələb edir. Adətən qarşıdakının fikriylə
razılaşmayanlar, narazılığını bildirmək, meydan oxumaq istəyən adamlar qarşıdakına
zillənirlər. Həmsöhbətinizin statusu sizinkindən artıqdırsa, məsələn, müdirinizdirsə və siz ona
etirazınızı bildirmək üçün baxırsızsa, baxışlarınızı çox uzatmayın, həmişəkindən bir neçə
saniyə artıq baxın. Ancaq bu jesti də gündə-gündə təkrarlamaq olmaz, işinizi itirə bilərsiz.
Nudist koloniyasında göz-gözə baxmaq olar?
Bir neçə nəfəri nudistlərin koloniyasına göndərdik və ilkin tanışlıq zamanı onların baxışlarını
lentə aldıq. Göndərdiyimiz kişilər “aşağı” baxmamaq üçün özlərini
güclə saxladıqlarını dedilər. Video görüntülər onların “aşağı” baxdığını göstərirdi. Amma
qadınlar heç problem olmadığını bildirdilər və videoda çox az qadının bilərəkdən “aşağılara”
baxdığını gördük. Bunun səbəbi var. Kişilərin baxış bucağı dardır. Buna görə də onlar düz
qarşılarındakı obyekti, uzaqda olsa belə, qadınlardan yaxşı görürlər. Amma soyuducuda,
şkafda, siyirtmələrdə axtardıqlarını tapa bilmirlər. Çünki yaxın ətrafı görmək qabiliyyəti
qadınlarda güclüdür. Qadınların baxış bucağı ən azı 45 dərəcədir (sağa, sola, yuxarı, aşağı –
bütün tərəflərə). Yəni qadın danışanda adamın üzünə baxa, eyni zamanda malını-mülkünü
gözdən keçirə bilər.
Qadının baxış bucağı elə genişdir ki, siz onun bir istiqamətə baxdığını güman edirsiz, o isə
başqa tərəfi də görür Kişinin diqqətini çəkməyin yolu Qadın kişinin diqqətini çəkmək
istəyəndə onun baxışlarını tutur, iki-üç saniyə saxlayır, sonra ətrafa baxıb gözlərini yerə dikir.
Gözüaçıq kişiyə mesaj göndərmək üçün bu cür baxış kifayətdir. Amma Vebster
Universitetindən Monika Murun apardığı eksperiment göstərir ki, kişilərin çoxu qadının ilk
baxışlarını oxuya bilmir və mesajın kişiyə çatması üçün qadın hərəkətini üç dəfə
təkrarlamalıdır. Söhbət, əlbəttə, “orta” kişilərdən gedir. Astagəli başa salmaqdan ötrü jesti
dörd dəfə, qabırğası qalın kişilər üçün azı beş dəfə təkrarlamaq lazımdır. Nəhayət, kişinin
diqqətini çəkirsə, qadın əvvəl qaşlarını azca qaldırır, sonra gözlərini geniş açır və kişi
siqnalların ona ünvanlandığını anlayır. Küt adamı başa salmağın ən yaxşı yolu qabağını
kəsib: “Salam, mənim sizdən xoşum gəlir!” deməkdir.
Yalançılar adamın gözünün içinə baxır! Əvvəldə qeyd etdiyimiz kimi çox adam kiminsə yana
baxmağını yalanla bağlayır. Amma bizim təcrübəmiz yanıldığımızı göstərir. Eksperiment
üçün bir neçə nəfərdən yalan danışmasını istəyib lentə almışdıq. Bu materiallardan sonra
kommunikasiya haqda seminarlarda istifadə etdik. Seminar iştirakçıları videolara baxıb yalan
danışanları müəyyən edirdilər. Maraqlıdır ki, yalançıların cəmi 30%-i danışanda baxışlarını
yayındırmışdı və videoları izləyənlərin 80%-i onların yalan dediyini anladı (qadınlar
həmişəki kimi yalanı daha tez tutdular). Yalan danışanların 70%-i söhbət elədiyi adamın
gözünün içinə baxmışdı. Çünki bu adamlar baxışları yayındırmağın yalanın əlaməti olduğunu
bilib, əksinə hərəkət etmişdilər. İstədiklərinə nail olmuşdular. Onların yalanını baxanların
cəmi 25%-i tutdu. Kişilərin göstəricisi 15%, qadınlarınkı 35% idi. Qadın beyni səs tonunda
və bəbəyin ölçüsündəki dəyişikliyi daha yaxşı sezir, yalançıya məxsus hərəkətləri kişidən
yaxşı görür. Bu o deməkdir ki, yalanı tutmaq üçün baxışları izləmək azdır, başqa jestlərə də
fikir vermək lazımdır. Bir adam sizə çox baxırsa, yəni baxışlarınız tez-tez toqquşursa, iki
səbəb ola bilər. Ya bu adamın sizə marağı var, siz onu cəlb edirsiniz, ya da əksinə, sizdən
zəhləsi gedir və sizə meydan oxumağa hazırlaşır. Birinci halda onun göz bəbəkləri genişlənir,
ikinci halda daralmalıdır. Yenə də qeyd edək ki, qadınlar gözdən gələn siqnalları daha yaxşı
tuturlar, kişilər isə bu sarıdan zəifdirlər. Məsələn, kişidən soruşsanız ki, yanındakı qadın onu
öpməyə hazırlaşır, yoxsa şillə vurasıdır, cavab verə bilməyəcək.
Hücum və təhqirdən
necə qoruna bilərik?
Primatlar itaət edəndə baxışlarını başqa səmtə döndərirlər. Aqressiv olanda, məsələn, hücuma
hazırlaşanda meymun gözünü ovundan çəkmir. Hücumdan qorunmaq istəyən meymun
baxışlarını yayındırır, ya da büzüşüb bacardığı qədər kiçik görünməyə çalışır. Elmi
araşdırmalar göstərir ki, bu davranış primatların beyninə oturub. Biz insanlar da hücum
olarsa, çiyinlərimizi yığıb, qollarımızı yanımıza qısırıq, dizlərimizi bitişdirir, topuqlarımızı
bir-birinə sıxır, boğazımızı qorumaq üçün çənəmizi aşağı dartırıq, nəticədə olduğumuzdan
çox balaca görünürük. Biz də qorunanda baxışlarımızı kənara çəkirik. Bu jestlər hücumçunu
sakitləşdirir, onun beynindəki “hücum aparatını” söndürür.
....................................................................
Hücumdan qorunan adam büzüşəndə,
hücumçunun beynindəki aqressiyanı “söndürür”.
....................................................................
Kimsə sizi danlayırsa və siz bu danlağa layiqsizsə, büzüşməyin bəlkə də xeyri var. Amma
küçə davalarında belə dayanmaq olmaz. Davakarların yanından keçəndə büzüşsəniz
qorxduğunuzu hiss edər, üstünüzə atılarlar. Başınızı dik tutub, əlinizi-qolunuzu yelləyə-
yelləyə yerisəniz, özünüzü müdafiə etməyə qadir olduğunuzu göstərərsiz və hər küçədən
keçən sizə yaxınlaşmağa cürət eləməz.
Baxışlarımızı yana çəkiriksə...
Yana baxmaq marağın, tərəddüdün, həm də ədavətin əlaməti ola bilər. Yana baxan eyni
zamanda qaşlarını qaldırır, ya da gülümsəyirsə, sizə marağını ifadə edir. Bu jestlər qadınlara
xasdır, kişiylə tanışlığın ilk günlərində müşahidə olunur.
Baxışlarını yana çəkən adam həm də qaşlarını çatır, alnını qırışdırır, ağzının kənarlarını aşağı
dartırsa, sizə etibar etmir, yaxud sizi görməyə gözü yoxdur.
Kirpik çalmaq Normalda adam gözünü dəqiqədə altı dəfədən səkkiz dəfəyə qədər qırpa bilər
və gözün bağlı qaldığı müddət hər dəfə saniyənin onda birinə bərabərdir. Təzyiq altında olan,
məsələn, yalan danışan adam gözünü daha çox qırpır. Bu, şüuraltı hərəkətdir. Kirpik çalmaqla
beyin baxışları gizlətməyə çalışır. Çünki yalan danışan adam, adətən, qarşısındakını görmək
istəmir, ona marağını itirir, yaxud öz üstünlüyünü hiss edir və bu hisslər gözlərdə əks
olunduğu üçün beyin onları bağlamağa cəhd edir. Bəzən kirpik çalan adam gözünü iki, hətta
üç saniyəliyə bağlayır, sanki qarşıdakının surətini nəzərindən silməyə, bir anlığa da olsa
beynindən çıxarmağa çalışır.
Görmək istəmədiyimiz adamı beynimizdən çıxarmağa çalışırıq
Özlərini başqalarından artıq hesab edən adamlar başlarını dik tutub, adama bir müddət
yuxarıdan aşağı baxırlar. Özlərini vacib bildikləri halda ətrafdakıların onlara əhəmiyyət
vermədiyini sezəndə də belə eləyirlər. Bu jest qərblilərə, daha çox ingilislərə xasdır, adətən
ingilis özünü ali təbəqənin nümayəndəsi hesab edir. Həmsöhbətinizin belə elədiyini görsəniz,
taktikanızı dəyişin. Qarşınızdakı başqalarına xor baxan, özündən başqa kimsəni bəyənməyən
lovğadırsa gözləyin. Gözünü üçüncü, dördüncü dəfə bağlayanda sağa, ya da solunuza bir
addım atın. Adam gözünü açanda sizin “yoxa çıxdığınızı”, başqa səmtdə peyda olduğunuzu
görəcək və bu onu əməlli-başlı çaşdıracaq.
Həmsöhbətiniz həm də əsnəyirsə, söhbətə xitam verməyin vaxtıdır. Göz gəzdirmək
Adam narahat olanda, şübhə və qorxu hissi keçirəndə otaqdakı əşyaların yerini öyrənirmiş
kimi o yan-bu yana baxmağa, ətrafa göz gəzdirməyə başlayır (meymunlar da belə edir).
Əslində beyin insanın düşdüyü vəziyyətdən çıxış yolu axtarır.
Yanımızdakı adam bizi yoranda da özümüzdən asılı olmayaraq ətrafa baxırıq, marağımızın
itdiyini, canımızı qurtarmaq arzusunda olduğumuzu göstəririk. Ancaq bu jestin mənasını
hamı bilir. Ona görə də bəzən özümüzü həmsöhbətimizin üzünə baxmağa məcbur edirik, ona
həmişəkindən çox baxır, dodaqlarımızı kip tutaraq gülümsəyir, “maraqlandığımızı” bildiririk.
Yalan danışan adam da qarşısındakını inandırmaq üçün belə eləyir.
Üzün coğrafiyası Adamın üzünün və bədəninin görünən hissəsi – bizim baxdığımız hissə
üzbəüz görüşün nəticələrinə birbaşa təsir edir.
Bu bölməni oxuyub qurtaran kimi haqqında danışdığımız jestləri sınaqdan keçirməyə çalışın.
Siz onların gücünü görəcəksiniz. Gözlə bağlı jestləri öyrənmək, məşq etmək və vərdişə
çevirmək təxminən bir həftə vaxt aparır.
Baxışın üç əsas növü var: İctimai baxış, Süzən baxış və Hökmlü baxış.
İctimai baxış
Təcrübə göstərir ki, adam adamın üzündə üçbucaqlı sahəyə baxır və bu üçbucağın ölçüsü
münasibətlərdən asılı olaraq dəyişir. İctimai görüşlərdə, təhlükənin olmadığı mühitdə baxışın
90%-i gözlərlə ağızın təşkil elədiyi üçbucaqda cəmlənir. Bu baxışın sahibi aqressiv olmur.
Süzən baxış Adam kiməsə yaxınlaşanda əvvəl onun üzüylə bədəninin aşağı hissəsinin əmələ
gətirdiyi üçbucağa baxır, yəni qarşısındakını başdan-ayağa süzür. Bu böyük üçbucağa iki
ötəri nəzər salaraq, birinci baxışda adamın cinsiyyətini, ikincidə bu adama marağımızın
səviyyəsini müəyyən edirik. Görüşənlər bir-birlərinə yaxın məsafədədirlərsə, üçbucağın
sahəsi gözlərlə çənə arasında məhdudlaşır.
Aralı dayanan adamların baxdığı üçbucaq gözlərlə qasıq (və ya daha aşağı) arasındakı
məsafəni əhatə edir. Kişilər, eləcə də qadınlar qarşı tərəfə marağı ifadə etmək üçün belə
baxırlar. Qarşı tərəfin də marağı varsa, eyni baxışla cavab verir. Əslində hər birimiz ilk dəfə
gördüyümüz adamı başdan-ayağa süzür, sonra üzünə baxırıq. Kim nə deyir desin, gizli
kameralar hamımızın, hətta rahibələrin də belə elədiyini göstərir. Sadəcə, sürətli olduğu üçün
çox adam bu baxışları sezmir.
Qadının yaxın ətrafı görmək qabiliyyəti güclü olduğundan
onun baxışlarını tutmaq olmur; kişinin dar baxış bucağı
onu ələ verir Bir az əvvəl qeyd etdiyimiz kimi, kişilərlə qadınların baxış dairəsi fərqlidir.
Qadının baxış bucağı genişdir deyə o, kişini təpədən dırnağa süzər, amma kimsənin diqqətini
çəkməz. Kişi isə qadını süzmək üçün aşağı-yuxarı bir neçə dəfə baxmalı olur və onun
baxışlarını hamı görür. Qadınları “əxlaqsız” baxışlarıyla süzdüklərinə görə kişiləri həmişə
qınayırlar, qadınlara qarşı belə ittiham, demək olar ki, səslənmir. Halbuki müşahidələr
kişilərdən çox qadınların qarşı cinsə baxdığını göstərir.
Söhbət edərkən başı aşağı dikməyin ayrı mənası var və bu jestin məqsədi cinsə görə fərqlidir.
Kişi danışanda yerə baxmaqla qadına sərbəstlik verir və qadın bu fürsətdən istifadə edib onu
gözdən keçirir. Qadın özü isə yerə və yana baxmaqla itaətkarlığını ifadə edir.
....................................................................
Göz-gözə kontakt kişilərdə alınmır. Niyə?
Çünki döşlərin gözü yoxdur.
....................................................................
Hökmlü baxış
Təsəvvür edin ki, qarşınızdakı adamın alnında da gözü var və bu üç göz arasındakı üçbucağa
baxın. Bu baxışın gücünü görmək üçün onu sınaqdan keçirməlisiniz! Belə baxış atmosferi
dərhal dəyişir, adamı yerində dondurur. Adətən qorxutmaq, ya da susdurmaq istədiyimiz
adama belə baxırıq.
Təzyiq göstərmək niyyətindəsizsə, baxışlarınızı gözlərdən aşağı salmayın. Romantik
görüşlərdə və dostlarınızla rastlaşanda bu jestdən istifadə etməsəniz yaxşıdır.
Hökmlə baxaq
Gözlərinizin yumşaq, zəif, xaraktersiz olduğunu düşünürsüzsə, amma güclü görünmək
istəyirsizsə, hökmlə baxın. Kimsə sizə hücum etmək istəyəndə baxışın və gözünüzü
qırpmayın. Əvvəl gözünüzü hərləyin, sonra başınızı qaldırın (çiyinlərinizi tərpətmədən),
gözlərinizi qıyıb düz hücumçunun üzünə baxın. Vəhşi heyvanlar ovun üstünə atılmamışdan
əvvəl belə edirlər.
Baxışlarınızı bir adamdan o birinə çəkəndə gözünüzü qırpmırsızsa, bu sizə baxan adamın
gücünü, qətiyyətini əlindən alır. Arnold Şvartsnegger Terminator rolunu oynayanda bu
jestdən istifadə edib, onu qorxutmaq istəyənlərin canına vəlvələ salırdı.
Ən yaxşısı, xoşunuza gələn, ürəyinizə yatan insanlarla oturub-durmaqdır, hökmlü baxışlara
ehtiyac qalmaz.
Siyasətçinin hekayəsi
Danışan adam üzümüzə baxmırsa, ona etimadımızı itiririk (bunu utandığı üçün eləsə də).
Bizim bir müştərimiz vardı, siyasətçi idi. Amma müsahibə verməkdə xam idi, televiziyada
danışanda gah müxbirlərə, gah kameralara baxıb gözlərini döyürdü. Ona görə də ekrandan
qorxaq, alçaq, rəzil adam təsiri bağışlayırdı. Hər dəfə efirə çıxandan sonra gözdən düşür,
reytinqini aşağı salırdı. Biz onunla məşq etdik. Kameralara-filana deyil, yalnız müxbirə
baxmağı öyrənəndən sonra bu siyasətçinin şöhrəti artdı. Bir başqa siyasətçiyə teledebat
zamanı düz kameranın obyektivinə baxaraq danışmağı öyrətdik. Düzdür, bununla o,
studiyada əyləşmiş 150 nəfərlik auditoriyanı özündən uzaqlaşdırdı, amma onu efirdə izləyən
milyonlarla tamaşaçıya çox güclü təsir etdi. Çünki belədə tamaşaçı siyasətçinin onunla
danışdığını hiss edir.
“Gözlərimə bax, əzizim”
Tanışlıq agentliyi ilə birləşib, bir teleşou üçün eksperiment aparırdıq. Seçdiyimiz kişilərə
onlara uyğun qadın tapıldığını, teleşounun əyləncəli, həm də onlar üçün uğurlu olacağını
dedik. Bundan başqa, hər kişiylə ayrılıqda söhbət edib, onun üçün gələn qadının bir eybi
olduğunu – gözünün birinin uşaqlıqda zədələndiyini, ona görə də göz almasının düzgün
hərəkət etmədiyini bildirdik. Dedik ki, qadın bu probleminə çox həssas yanaşır, ona görə də
məhz hansı gözünün zədəli olduğunu soruşmamışıq, amma diqqətlə baxanda fərq sezilir...
Qadınlarla da ayrı-ayrılıqda görüşüb, eyni hekayəni danışdıq, kişiyə diqqətlə baxsa, zədəli
gözü seçəcəyini dedik. Cütlüklər bütün şou boyu bir-birinin gözünün içinə baxır, əlbəttə,
“zədəli gözü” axtardıqları üçün gözlərini gözlərdən çəkmirdilər. Nəticələr heyranedici oldu:
bütün cütlüklərin yaxınlıq göstəricisi yüksək idi. Cütlüklərin ikinci kərə görüşmək ehtimalı
agentliyin əvvəlki orta rəqəmlərindən 200% çox idi.
....................................................................
Uzun-uzadı baxışlar səmimi hisslər yaradır,
insanların yaxınlaşmasına, məhrəmliyə səbəb olur.
....................................................................
Başqa bir eksperimentlə cütlükləri ayırmaq olardı. Təsəvvür edin ki, onların hər birinə
görüşəcəyi adamın eşitməsində problem olduğunu deyirsiz və yüksək tonla, daha doğrusu,
həmsöhbətinin tonundan yuxarı tonla danışmağı məsləhət görürsüz. Şou davam etdikcə səs
qalxar, axırda cütlüklər bir-birinin qulağını batırana qədər qışqırardılar.
Söhbətin ilk 20 saniyəsi
Çox adam elə bilir ki, satış zamanı, ya da iş üçün müsahibəyə gedəndə salamlaşan kimi
gözlərə baxmalı və “göz-gözə kontaktı” oturana qədər saxlamalıdır. Amma bu hərəkət həm
müsahibə verəni, həm də müsahibə alanı narahat edir, çünki insan təbiətinə ziddir. Bir az
əvvəl qeyd etdiyimiz kimi, insan kimisə görəndə əvvəl mütləq başdan-ayağa süzür. Məsələn,
kişi qadının saçlarına, ayaqlarına, boy-buxununa və əndamına, ötəri də olsa, nəzər salmaq
istəyir. Kişinin gözlərinə baxan qadın buna imkan verməməklə prosesin gedişinə mane olur.
Müsahibə boyu kişi, özündən asılı olmadan, ilk saniyələrdə baxmalı olduğu sahələrə
baxmağa cəhd edir, nəticədə fikri yayınır. Kişilərin oğrun baxışları qadınların xoşuna gəlmir,
iş rejimində bunun yolverilməz olduğunu deyirlər. Amma bu, insanın təbiətidir, istəsək də
belədir, istəməsək də...
....................................................................
İstənilən adam otaqdan çıxan qadının arxasına baxır.
Ön tərəfi bəyənməsə belə, arxaya baxır.
....................................................................
Videokameralar göstərir ki, müsahibə verənin cinsindən asılı olmayaraq, müsahibəni alan
qadın da eyni hərəkəti edir – həm kişiləri, həm də qadınları eyni qaydayla süzür. Sadəcə,
qadının yaxın ətrafı görmək qabiliyyəti güclü olduğundan onun baxışlarını tutmurlar. Bir də
ki, qadınlar iş üçün gələn qadınların xarici görünüşünə daha çox fikir verirlər. Kişi namizədin
saçının uzunluğuna, paltarının formasına və rənglərinin uyğunluğuna, şalvarının büküşlərinə
və ayaqqabısının parıltısına diqqət edirlər. Kişilərin çoxu bilmir ki, otaqdan çıxanda qadın
onun ayaqqabılarının arxasına baxır ki, parıldayıb-parıldamadığını görsün.
Çıxış yolu
Müsahibəyə gedəndə əl sıxandan sonra qarşınızdakı adama sizi gözdən keçirmək üçün 2-3
saniyəlik vaxt verin. Bu məqsədlə qovluğunuzu və ya portfelinizi açmaq üçün əyilə bilərsiz,
yaxud lazım olan kağızları yerbəyer edərsiz. Stulu istədiyiniz səmtə çəkmək, ya da paltonuzu
asmaq üçün çevrilməklə də ətrafdakılara vaxt qazandırarsız. Satış prosesini əks etdirən
videolara baxanda görürük ki, bu şəkildə hərəkət edən satış meneceri özünü daha yaxşı hiss
edir. Bu isə satış prosesinə müsbət təsir edir və gəlirlərin artmasına səbəb olur.
Hansı kanala üstünlük verirsiz? İnsanın göz hərəkətləri onun xatırladığı hissləri ifadə edir.
Daha dəqiq desək, beyninin nəyə fokuslandığını – eşitdiyi, gördüyü, qoxuladığı, dadına
baxdığı, ya da toxunduğu şeyi xatırladığını bildirir. Yəni adam nə vaxtsa gördüyü şeyi yadına
salmağa çalışırsa, gözləri yuxarı baxır. Eşitdiyini xatırlamaq istəyən adam qulaq asırmış kimi
başını azca əyərək kənara baxır. Hansısa hisslərini – emosiyalarını yenidən yaşamağa
çalışanda insan gözlərini aşağıya, sağa, öz-özüylə danışanda aşağıya, sola dikir. İnsanın
fikirlərinin bu cür oxunması texnikasının müəllifləri Amerika psixoloqları, Neyrolinqvistik
Proqramlamanın (NLP) əsasını qoymuş Con Qrinder və Riçard Bendlerdir.
Ancaq göz beynin xatırladığı hissləri bircə anlığa göstərir, ona görə də bu jesti tutmaq
çətindir. Həm də həmin an adam bir neçə jest edə bilər. Amma videolara baxanda bütün
jestləri, eləcə də sözlərlə hərəkətlər arasındakı fərqləri görmək mümkündür. Adamların 35%-i
vizual informasiya kanalına – vizual ünsiyyətə üstünlük verir. Danışanda istifadə etdiyimiz
ifadələrə baxın: “Görürəm, razılaşmaq istəmirsiz”, “Bura bax, bəlkə başdan başlayaq?”,
“Danışıqların uğurla başa çatacağı aydın görünür”, “O kağızları mənə göstərə bilərsinizmi?”
və sair. İstənilən söhbət nəyisə (foto, xəritə, diaqram, cədvəl və s.) göstərəndə maraqlı olur,
siz diqqəti cəlb edirsiz. Bəzən də sonda “Yəqin ki, nə demək istədiyimi anladız, təsəvvürünüz
yarandı” – deyirsiz.
Danışanların 25%-i səs kanalına – eşitməyə üstünlük verir və söhbət edəndə, “Sizi eşidirəm”,
“Yaxşı səslənir”, “Məni eşidin, gəlin bu fikirləri kənara qoyaq”, kimi ifadələr işlədərək,
sizinlə dil tapmağa çalışırlar. Digər hisslərə üstünlük verənlərin payı 40%-dir. Belələri,
“Gəlin bu məsələnin üstündə dayanaq”, “Bu departamentdə çiyin-çiyinə işləyirik”, “Sözü
göydə tutmaq bizim üçün vacibdir” kimi ifadələri tez-tez səsləndirirlər.
NLP çox böyük tapıntı, çox güclü ünsiyyət vasitəsidir, bu barədə ayrıca danışmaq lazımdır.
NLP haqda ətraflı məlumat almaq istəyirsizsə, kitabın sonuna baxın, istifadə olunan
ədəbiyyatların arasında Qrinder və Bandlerin də əsərlərinin adları çəkilib.
Auditoriya ilə göz kontaktı
Biz bir peşəkar kimi auditoriyanın diqqətini cəlb etmək, konfranslarda auditoriyanın da
iştirakını təmin etmək texnikasını inkişaf etdirmişik. Təcrübə göstərir ki, 50 nəfərlik
auditoriyada hər bir iştirakçının gözlərinə baxmaq – göz kontaktı yaratmaq mümkündür.
Ancaq geniş auditoriyalarda belə kontakt alınmır və fərqli yanaşmaya ehtiyac yaranır.
Məsələn, təsəvvür edin ki, 70-100 nəfərlik auditoriyada leksiya deyirsiz. İştirakçıların
hamısını görmək üçün yəqin ki, geri duracaqsız. Bu halda otağın hər küncündə və
mərkəzində bir obyekt seçmək (yaxud təsəvvür etmək) və danışdıqca bu obyektlərə baxmaq
olar. Birinci sıradan 10 metr aralı dayanmısızsa və künclərdəki, eləcə də mərkəzdəki
“obyektə” baxırsıza, iştirakçılardan 20-si, hətta olar ki, 50-si sizin məhz ona baxdığınızı
düşünəcək. Nəticədə arada müəyyən bağlılıq yaranacaq. Vizual informasiyanın çatdırılması
yolları
Vizual informasiya verəndə, məsələn, kitab, planşet, şəkil, cədvəl, xəritə və s. göstərərək
danışanda sizi dinləyən adamın (ya da adamların) baxışlarını nəzarətdə saxlamaq vacibdir.
Tədqiqatlar göstərir ki, vizual informasiya verərkən məlumatın 83%-i beyinə gözlə, 11%-i
qulaqla, qalan 6%-i o biri duyğu orqanları vasitəsilə çatır.
Vizual informasiyanın beyinə nüfuzu yolları
Birləşmiş Ştatlardakı Varton məktəbinin araşdırmaları nəticəsində məlum olub ki, beyin
yalnız sözlərdən ibarət olan informasiyanın cəmi 10%-ni tutur. Bu o deməkdir ki, danışan
adam vacib məqamları dəfələrlə vurğulamalıdır. Ancaq sözlərlə yanaşı vizual informasiya
mənbələrindən istifadə olunursa, beyin ötürülən məlumatın 50%-ni alır. Yəni vizual
informasiya vasitələrindən yararlanaraq 5 dəfə artıq nəticə əldə edə bilərsiz. Bundan başqa,
vizual alətlər vaxta qənaət edir. İşgüzar danışıqlar orta hesabla 25.7 dəqiqə vaxt aparır. Vizual
vasitələrdən istifadə edəndə bu rəqəm 18.6-ya düşür – vaxta 28% qənaət edirik.
Baxışları bir qələmlə
idarə etmək olar
Baxışları idarə etmək üçün əlinizə qələm alın. Danışarkən qələmi göstərdiyiniz informasiya
mənbəyinə uzatmaqla diqqəti həmin vasitəyə çəkə bilərsiz. Sonra qələmi yuxarı qaldırın,
sizin və həmsöhbətinizin gözləri arasında saxlayın. Bu jestin güclü maqnetik təsiri var.
Qələm, sizi dinləyən adamın başını qaldırmasına səbəb olur, onu sizə baxmağa və sizi
eşitməyə vadar edir. Mesajınızı çatdırmış olursuz. Danışanda o biri əlinizi açıq saxlamağı
unutmayın.
Baxışları qələmlə idarə edə bilərik Müşahidələrimiz göstərir ki, qadınlar kimisə dinləyəndə
göz-gözə kontaktı daha çox saxlayırlar, nəinki kişilər. Ancaq danışanda qadınların gözü daha
çox hərəkət edir.
Kişilər isə əsasən qadına zillənirlər, dinləyəndə qadınlarla daha çox göz kontaktı saxlayırlar,
nəinki kişilərlə.
Nəticə
Üz-üzə gələndə baxışlarınızın istiqamətindən çox şey asılıdır. Təsəvvür edin ki, müdirsiz və
bir yaramaz işçiyə töhmət verməyə hazırlaşırsız, ya da valideynsiz, uşağınızı danlamaq
istəyirsiz. Ona hansı baxışla baxarsız? İctimai baxış sözün kəsərini azaldır. Nə qədər yüksək
tonla danışırsız, danışın, nə deyirsiz deyin, ictimai baxış qarşıdakını bir o qədər incitmir.
Süzən baxış adamı sıxır, utandırır, bəzən qorxudur. Hökmlü baxış hökm edir, güclü təsir
göstərir və sizin ciddi olduğunuzu bildirir.
....................................................................
Düzgün baxış etimad yaradır.
....................................................................
Kişilərin, “adama gəl-gəl deyir”, deyə ifadə etdiyi baxış var. Qadın dörd yanını par-par
parıldayan, yəni bəbəkləri genişlənmiş gözləri ilə süzəndə kişilər belə deyirlər. “Əlçatmaz”
görünmək istəyən qadın süzən baxışdan yox, ictimai baxışdan istifadə etməlidir. Çünki
kimisə süzəndə biz hisslərimizi büruzə veririk, hərçənd qadınlar süzən baxışlarını ustalıqla
gizlədir, onları süzənin baxışlarını məharətlə qəbul edirlər. Kişilər belə baxanda çox həyasız
görünürlər, amma qadınlar onları süzəndə xəbərləri olmur. İstər qadın, istərsə də kişi,
tanışlığın ilk günlərində hökmlü baxışdan istifadə etməsə yaxşıdır. Hökmlə baxan tərəf qarşı
cinsə soyuq və qapalı adam təsiri bağışlayar.
9-cu fəsil
ŞƏXSİ MƏKAN
ŞƏXSİ MƏKANA MÜDAXİLƏ
“Bağışlayın, siz mənim yerimdə oturmusuz!”
Heyvanların, hətta balıqların və quşların özlərinə yer eləməsi və seçdiyi məkanı
başqalarından qoruması haqda çoxlu məqalələr, kitablar yazılıb, filmlər çəkilib. Ancaq cəmi
bir neçə il bundan qabaq məlum olub ki, insanın da şəxsi məkanı var. Şəxsi məkanın nə
demək olduğunu bilsəniz, öz davranışlarınızın mənasını və səbəbini anlayar, başqalarının sizə
reaksiyasını əvvəldən müəyyən edərsiz.
İnsanın şəxsi məkanı, bu məkana ehtiyacıyla bağlı ilk araşdırmaların müəlliflərindən biri
amerikalı antropoloq Edvard Holldur. “Proksemika” (“proximo” latınca “yaxınlaşıram”
deməkdir) sözünü elmə məhz Edvard Holl ilk dəfə 1960-cı illərdə gətirib. Onun tədqiqatları
bizim bir-birimizlə münasibətlərimiz haqda yeni düşüncələrə yol açıb.
Bütün ölkələrin sərhədləri var və bu sərhədləri çox vaxt silahlı qüvvələr qoruyur. Hər bir ölkə
özünün müəyyən ərazisi olan şəhər və rayonlara, ştat və ya vilayətlərə bölünür. Bu şəhərlərin
özləri rayonlardan, rayonlar qəsəbə və kəndlərdən ibarətdir. Bəzən hər kəndin, məhəllənin,
hətta küçənin öz sakinlərinə məxsus qaydaları, adət-ənənələri olur, yadlar dərhal seçilir.
Kinoya, teatra gedəndə yerimizdə oturanı nəzakətlə durğuzuruq. Söhbət torpaqdan gedəndə
çox vaxt qəddarcasına hərəkət edir, sərhədi keçəni öldürürük. Bununla insan öz torpağına –
şəxsi məkanına bağlılığını, əzəli sədaqətini vurğulayır.
Şəxsi məkan deyəndə nə başa düşürük? Adamın malik olduğu mülk, hasarladığı həyət,
yaşadığı evin, ya maşınının içi, yataq otağı, şəxsi stulu... Dr. Holl bura insanın bədənini əhatə
edən hava təbəqəsini də əlavə edib. Onun nəzərdə tutduğu şəxsi məkan insanın bədəninin
davamı kimidir. Bu bölmədə bu məkan haqda danışacaq, insanların bu məkana müdaxiləyə
reaksiyasından, məkanın sərhədlərinin qorunmasının vacibliyindən bəhs edəcəyik.
Şəxsi məkan
Heyvanların çoxu bədənini əhatə edən hava təbəqəsini başqalarından şəxsi məkanı kimi
qoruyur. Bu məkanın ölçüsü heyvanın böyüdüyü mühitdən, ərazidə məskunlaşmış
heyvanların sayından – sıxlığından asılıdır. Yəni şəxsi məkan yerli şəraitlə bağlı olaraq dar,
yaxud geniş ola bilər. Afrikanın ucqarlarında yaşayan şirin şəxsi ərazisi 50 km, o bölgədəki
şirlərin sayı azdırsa, hətta daha çox ola bilər (Şir öz ərazisini sərhədlərinə işəməklə, ya da
“batırmaqla” nişanlayır). Qəfəsdə böyümüş şirin şəxsi məkanı bir neçə metrdən o tərəfə deyil.
Hər bir insanın da özünə məxsus olan, özüylə gəzdirdiyi “portativ” ərazisi – şəxsi məkanı var.
Bu ərazinin də ölçüsü insanın böyüdüyü mühitdən, şəraitdən asılıdır. Yəni şəxsi məkanın
sahəsi mədəniyyətlərdən asılı olaraq dəyişir. Məsələn, Yaponiyanın hər yerində əhali
izdihamlı küçələrə vərdiş eləyib, amma başqa ölkələrdə adamlar geniş məkana üstünlük verir,
bir-birindən aralı gəzirlər. Hər bir mədəniyyətin təmsilçisi həmin mədəniyyətə məxsus şəxsi
məkan ölçüsünü 12 yaşına qədər mənimsəyir.
Araşdırmalar göstərir ki, həbsdə qalan adam öz şəxsi məkanını daha həssaslıqla qoruyur, ona
yaxınlaşanda başqalarından kəskin reaksiya verir. Bunu məhbusun uzun müddət dar mühitdə
qalması, geniş əraziyə ehtiyacıyla izah edirlər. Həbsxanada deyirlər ki, təkadamlıq kameralar
sakitləşdirici effektə malikdir. Axı belə kamerada məhbusun məkanına müdaxilə olmur.
1990-cı illərdə aviaşirkətlər biletlərə endirim eləmişdilər. Nəticədə gəlirlər aşağı düşdü.
Kompensasiya üçün təyyarələrdə oturacaqlarının sayını artırdılar və sərnişinləri bir-birinə
yaxın oturtdular. Həmin illərdə sərnişinlər arasında tez-tez dava-dalaş olurdu, zorakılıq halları
artmışdı. Şəxsi zonaların ölçüsü – insanlar
arasındakı məsafə Gəlin Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya, Şimali Amerika,
Şimali Avropa, Skandinaviya, Kanada, ya da qərb mədəniyyəti olan Sinqapur, Quam və
İslandiya kimi ölkələrdə şəhər kənarında yaşayan, orta təbəqəyə aid olan insanların şəxsi
məkanının radiusuna baxaq. Yaşadığınız ölkədə şəxsi məkanın ərazisi bunlardan daha geniş,
yaxud dar ola bilər, ancaq bir o qədər fərqlənməz. Şəxsi məkanın radiusu münasibətlərdən
asılı olaraq dəyişir və dörd fərqli zona yaranır.
İntim zona
İntim zona adamın 15-45 santimetrliyinə qədərdir. Bu, insan üçün ən vacib zonadır və insan
bu ərazini ən az şəxsi əmlakı qədər qoruyur. Yalnız bizə yaxın adamları – valideynlərimizi,
sevgilimizi, yaxud həyat yoldaşımızı, uşaqlarımızı, yaxın qohumları və dostları, bir də ev
heyvanlarını bu zonaya buraxırıq. “Yaxın intim zona” adamın 15 santimetrliyinə qədərki
zonadır və bu zonaya yalnız cinsi yaxınlıq zamanı keçmək olar.
Şəxsi zona
Şəxsi zonanın radiusu 46 sm-dən 1 m 22 sm-ə qədərdir. Məclislərdə, işdə təşkil olunan
ziyafətlərdə, təntənəli gecələrdə və dostlarla görüşəndə aramızdakı məsafə bu qədər olur.
Sosial zona
Sosial zonanın radiusu 1 m 22 sm-dən 3 m 6 sm-ə qədərdir. Biz yad adamlardan – küçədə-
bacada işləyən ustalardan, poçtalyondan, satıcıdan, işə yeni gələn adamdan, bir sözlə,
tanımadıqlarımızdan aralı durmağa çalışırıq. İctimai zona
3 m 6 sm-dən o tərəfdəki zona ictimai zona sayılır. Geniş kütlə qarşısında çıxış edən adam
hamını görmək və görünmək üçün uzaqda dayanmalı olur. Şəxsi zonaların ölçüsü – məsafələr
Bu məsafələr iki qadın arasında nisbətən azalır, kişilər arasında daha çox olur.
Yerimizi bilməliyik
İnsanın intim zonasına (15-45 santimetrliyinə) üç məqsədlə müdaxilə oluna bilər: birincisi,
yaxın adam – qohum, ya dost sizi qucaqlamaq, təbrik etmək, görüşmək üçün yaxınlaşa bilər;
ikincisi, kiminsə sizinlə cinsi əlaqədə olmasına icazə verərsiniz; üçüncüsü, düşməniniz sizə
xətər yetirmək üçün şəxsi məkanınıza soxula bilər. Tanımadığımız birinin şəxsi və sosial
zonada hərəkət etməsinə dözürük. Amma yad adamın intim zonaya müdaxiləsi bədəndə
fizioloji dəyişikliyə səbəb olur. Ürəyin döyüntüsü artır, qan adamın beyninə vurur,
adrenalinlə zəngin qan əzələlərə yayılır və biz döyüşə hazır vəziyyət alırıq.
Bu o deməkdir ki, əlinizi yenicə gördüyünüz adamın çiyninə qoyanda siz onu narahat etmiş
olursuz. Sizin bu “dostcasına” hərəkətiniz həmin adamda sizə qarşı neqativ hisslər yaradır. O,
yalnız sizi incitməmək xətrinə gülümsəyə bilər.
....................................................................
Kişilərdən fərqli olaraq, qadınlar bir-birinə daha yaxın dayanır, daha çox toxunur və bir-
birinin üzünə daha çox baxırlar.
....................................................................
Sözün qısası, ətrafınızdakıları narahat etmək istəmirsizsə, qızıl qaydaya riayət edin, məsafəni
qoruyun və yerinizi bilin. İnsanların arasındakı məsafə, münasibətlər isindikcə azalır.
Məsələn, yeni işçiylə hamı soyuq davranır – onu sosial zonada saxlayırlar, çünki tanımırlar.
Tanıyandan, xasiyyətinə az-çox bələd olandan sonra onu da şəxsi zonaya keçirirlər, kimsə
hətta intim zonasına buraxa bilər.
Kimə və necə yaxınlaşırıq?
Qucaqlaşan adamların ombaları arasındakı məsafə onların münasibətlərinin göstəricisi ola
bilər. Sevgililər qucaqlaşanda bir-birinə sıxılır, yaxın intim zonaya keçirlər. Amma qarşı
cinsdən olan dostumuzla, ya da dostumuzun həyat yoldaşıyla görüşəndə, bayram günlərində
bir-birimizi hətta öpərək təbrik edəndə çanaqlarımızı aralı – ən azı 15 santimetrlik məsafədə
saxlayırıq. Hərdən istisnalar olur, cəmiyyətdəki statusundan, qazandığı etibardan asılı olaraq
kimisə şəxsi, hətta intim zonaya buraxırıq. Məsələn, bir işçi şirkətin prezidentinin ov yoldaşı
ola bilər. Bu adamlar ova, balığa gedəndə bir-birinə yaxınlaşar, bir-birinin şəxsi, hətta intim
zonalarına keçərlər. Amma işdə prezident işçisini, eləcə də işçi şirkət rəhbərini məsafədə –
sosial zonada saxlayır, subordinasiya qaydalarına əməl edirlər.
Liftlə qalxmaqdan sizin də
zəhləniz gedir?
Konsert və ya kino zalının girəcəyindəki izdihamı, qatar və avtobuslardakı basabası
xatırlayın: intim zonaya müdaxilə qaçılmazdır! Bu şəraitdə dayanmış adamların üzündəki
ifadələrə fikir vermisinizmi? Lift bizi istədiyimiz mərtəbəyə sürətlə çatdırır deyə, bu alətə
rəğbətimiz ola bilər, amma lift adamla dolu olanda... Basabasın yazılmamış qanunları var və
mədəniyyətlərin çoxu bu qanunlara ciddi riayət edir. Əsas qanunlar bunlardır:
Basabasda hətta tanıdığımız adamla söhbət etmirik.
Göz-gözə kontaktdan yayınırıq.
Üzümüz heç bir emosiyanı ifadə etmir.
Əlimizdə kitab, yaxud qəzet varsa, fikrimizi ona cəmləmiş kimi görünməyə çalışırıq.
Adam lap çoxdursa, tərpənmək olmaz.
Liftdə mərtəbələri göstərən rəqəmlərə diqqət edirik.
Bir sözlə, basabasda neytral insan maskası taxmalı oluruq. İctimai nəqliyyatda işə tələsən
adamları təsvir edərkən “miskin”, “kədərli”, “ruhdan düşmüş” sözlərini tez-tez işlədə bilərik.
Amma bizim gördüyümüz, intim zonaya müdaxiləyə, qaçılmaz müdaxiləyə məruz qalmış
adamların reaksiyasıdır. O, ifadəsiz və mənasız baxışlar izdihamda geydiyimiz neytral insan
maskasından başqa bir şey deyil. Metroda, avtobusda, yaxud liftdə gördüyümüz adamlar
bizim üçün heç kimdir. Narahat etməsələr, biz onların mövcudluğuna əhəmiyyət vermirik.
Ona görə də bu adamların şəxsi məkanımıza müdaxiləsinə reaksiyamız fərqlidir.
....................................................................
Metroda gördüyünüz adamlar bədbəxtlər deyil,
hisslərini gizlətmiş sərnişinlərdir.
....................................................................
Bu dəfə izdihamın arasında hərəkət edəndə öz davranışlarınıza fikir verin. Tanımadığınız
adamların əhatəsində oturan kimi, proqramlaşdırılmış robotsayağı hərəkət edəcək, siz də
yazılmamış qanunlara əməl edərək neytral insan maskasını taxacaqsınız. Kinoda
tanımadığınız birini yerinizdən durğuzanda, kinoya tək gələn adamın çox vaxt işıqlar
sönəndən və film başlayandan sonra oturmasının səbəbini anlayacaqsız.
Kütləni qəzəbləndirən nədir?
Qəzəbli kütlənin, yaxud ümumi məqsəd uğrunda mübarizə aparan aksiya iştirakçılarının şəxsi
məkanına müdaxilə edəndə fərqli reaksiya verirlər. Yəni kütlənin reaksiyası fərdin
reaksiyasından fərqlənir. Nə baş verir? Məsələ burasındadır ki, izdihamdakı adamların sayı
artdıqca, onların yeri, nəticədə şəxsi məkanı daralır, ya da belə deyək, şəxsi zonasına
müdaxilə başlayır. Bu da adamların aqressivləşməsinə səbəb olur. Ona görə də izdiham
böyüdükcə daha qəzəbli və daha təhlükəli olur. Polislər aksiyaçıları sakitləşdirmək üçün
kütləni parçalamağa çalışırlar.
Dövlət idarələri və şəhərsalma üzrə mütəxəssislər dar evlərin və çoxmənzilli binaların insana
mənfi təsir göstərdiyini son vaxtlar anlamağa başlayıblar. Birləşmiş Ştatların şərqində,
Çesapik körfəzindəki Ceyms adasında yaşayan maralların kütləvi ölümü mütəxəssislərin
gözünü açdı. Maralların qırılmasının səbəbini əvvəl anlaya bilmirdilər. O vaxt adada bu
heyvanların qidalanması üçün kifayət qədər ehtiyat vardı, epidemiya əlaməti yox idi,
yırtıcılar kütləvi ölümə səbəb ola bilməzdi. Araşdırmalar nəticəsində məlum oldu ki, ada
marallar üçün kiçik olduğundan, çox sıx yaşadıqlarından heyvanlar tələf olmağa başlayıblar.
Sonralar siçanlar və dovşanlar üzərində aparılan tədqiqatlar bu ehtimalı təsdiqlədi.
Mütəxəssislərin qənaəti belə idi: Marallar çoxaldıqca bir-birinin şəxsi ərazisinə keçməyə
başlayıblar. Bu da heyvanlarda stressə, stress isə böyrəküstü vəzilərin fəallığının artmasına
səbəb olub. Böyrəküstü vəzilər heyvanların böyüməsi, artması və immunitet sistemində
böyük rol oynayır. Beləliklə, marallar yırtıcılara, ya infeksiyaya görə deyil, sıx
məskunlaşmaya fizioloji reaksiya verərək ölmüşdü. Yəqin buna görə əhalinin sıx
məskunlaşdığı yerlərdə cinayət və zorakılıq halları daha çox olur.
....................................................................
İnsanın ən çox ehtiyacı olan və ən çox arzuladığı şeylərdən
biri şəxsi məkana sahib olmaqdır. Şəxsi ərazi bizə azad hərəkət etmək imkanı verir. Bu isə
insan üçün çox vacibdir.
....................................................................
Cinayətkarı dindirənlər onun müqavimətini qırmaq üçün şəxsi məkanına soxulurlar. Onu boş
otaqda, yerə mıxlanmış qolsuz stulda oturdur, üzbəüz dayanır (intim, hətta yaxın intim zonanı
keçərək), cavab almayana qədər çəkilmirlər. Belə edəndə cinayətkarın müqavimətini qırmaq
çox vaxt aparmır.
Orta yer
Adam yadların arasında oturanda mütləq ortadakı, həm də ən geniş yeri seçir. Yəni, məsələn,
kinoteatra gedəndə boş yer çoxdursa, istədiyimiz yerdə otura biləriksə, sıralara baxırıq.
Sıranın başındakı oturacaqla artıq əyləşmiş tamaşaçının arasındakı orta yerə keçirik. İdmanla
məşğul olanlar geyim otağında boş asılqan axtaranda eyni hərəkəti edir, dolu asılqanla
cərgənin başındakı asılqanın arasındakı orta yeri, ətrafı mümkün qədər boş olan asılqanı
seçirlər. Çünki adam kiməsə çox yaxın dayananda onu narahat edə, çox uzaq olanda xətrinə
dəyə bilər.
....................................................................
Ehtiyac olanda həkimin, bir də bərbərin
bizim intim zonamıza keçməsinə icazə veririk.
Ev heyvanlarına həmişə icazə var, çünki onlar təhlükəli deyillər.
....................................................................
Məsələn, kinoteatrda sıranın başındakı oturacaqla tamaşaçının arasında ortadakı yeri deyil,
başa yaxın yeri seçsək, həmin tamaşaçının qəlbinə dəymiş olarıq. Tamaşaçıya çox yaxın
oturacaqlardan birinə əyləşsək onu narahat edə, hətta qorxuda bilərik. Beləliklə, ortada
oturmağın məqsədi harmoniyaya nail olmaqdır. Bu jest anadangəlmə deyil, başqalarından
öyrənilmiş hərəkətə bənzəyir.
Amma tualetdə adamlar başqa cür hərəkət edirlər. Müşahidələr göstərir ki, tualetə gedənlərin
90%-i sonuncu kabinəyə girir. Sonuncu kabinə doludursa, burda da “orta yer” prinsipiylə
hərəkət edirlər. Kişilərin ictimai tualetdə yad adamlarla yan-yana dayanmaqdan xoşları
gəlmir.
Nahar zamanı test
Restoranda kiminləsə yemək yeyəndə kiçik bir test edə bilərsiz. Yazılmamış qaydalara görə
yemək masası iki bərabər hissəyə bölünür və restoran işçiləri bu qaydalara əməl edərək duz,
istiot, qənd və çiçəkləri masanın ortasına qoyurlar. Yemək yeyəndə yavaşca hərəkət edərək
əvvəl duz qabını, dalınca istiotu, qəndi və sairi həmsöhbətinizə tərəf itələyin. Onun sizin
“işğalçı” hərəkətinizə reaksiyasını tezliklə görəcəksiz. Qarşınızdakı adam ya arxaya oturacaq
– şəxsi məkanını bərpa edəcək, ya da hər şeyi yerinə itələməyə başlayacaq.
Zonaların ölçüsü
mədəniyyətlərdən asılıdır
İtaliyadan olan gənc cütlük Avstraliyaya köçür və Sidneydə onları bir yerli icmaya dəvət
edirlər. Bir neçə həftədən sonra icmanın üç qadın üzvü italiyalı oğlandan şikayət edir, oğlanın
onlara sataşdığını, onları narahat etdiyini deyirlər. İcmanın kişi üzvləri isə italiyalı qadının
özünü birtəhər apardığını, cinsi əlaqəyə meyilli adam kimi davrandığını bildirir.
Aləmi qarışdıran əslində mədəniyyətlər arasındakı fərqlər, daha dəqiq desək, şəxsi məkan
ölçülərinin müxtəlifliyi idi. Məsələ burasındadır ki, Cənubi Avropadan olanların intim
zonasının radiusu cəmi 20-30 sm, bəzi yerlərdə bundan da az olur. Ona görə də
avstraliyalının 25 santimetrliyində dayanan italiyalı 45 santimetrlik zonaya müdaxilə etdiyini
bilmir. Bundan başqa, italyanlar göz-gözə kontaktdan çox istifadə edir, danışanda adama
toxunurlar və bütün bunlar onların səhv başa düşülməsinə səbəb olur. İcma üzvlərinin
onlardan şikayət etdiyini biləndə italiyalı cütlük əməlli-başlı pərt olmuşdu. Bu hadisədən
sonra onlar avstraliyalılarla danışanda yerli mədəniyyəti nəzərə alaraq kənarda dururdular.
Kişi, yaxud qadın qarşı cinsdən olan adama marağını ifadə etmək üçün onun intim zonasına
keçir, ona yaxın olmaq istəyini – təklifini bildirir. Bu təklifi rədd edən adam geri durur və
intim zonasının ölçüsünü bərpa edir. Təklifi qəbul edən adam yerindən tərpənmir və qarşı
tərəfin onun intim zonasında qalmasına icazə verir. Qadın kişinin marağının qədərini bilmək
istəyəndə onun intim zonasına bir addım atır, sonra geri çəkilir. Kişinin marağı varsa, eyhamı
anlayır, o da qadına yaxınlaşır.
Qərbi və Şimali Avropa, eləcə də Skandinaviyada şəhər sakinləri söhbət edərkən bu məsafəyə
üstünlük verirlər Şəxsi məkanı kiçik olan kişi qadını öz məkanını qorumaq üçün arxaya
çəkilməyə vadar edir İtalyanların normal bildiyi yanaşmanı avstraliyalılar cinsi yaxınlıq
təklifi kimi qəbul etmişdilər. Məsafəni qorumaq üçün geri çəkilən, uzaq durmağa çalışan
avstraliyalılar isə italyanlara soyuq, qapalı adam təsiri bağışlamışdı.
....................................................................
Yaxın olduqlarını hiss edən adamlar
bir-birinə yaxın dururlar.
....................................................................
Şəkildə şəxsi məkanına müdaxiləyə neqativ reaksiya verən qadını görürsüz. Qadın aradakı
məsafəni qorumaq üçün geri çəkilməli olur. Kişi isə, şəxsi məkanı kiçik olduğundan bir az da
irəli əyilir ki, özünə rahat olan məsafədə dayansın. Kişi başqa mədəniyyətdən olduğu üçün
belə hərəkət edə bilər. Qərbli qadın bunu cinsi yaxınlıq təklifi kimi dəyərləndirir. Yaponlarla
vals Beynəlxalq konfranslarda amerikalılar bir-birindən 46-122 sm aralı dayanırlar və
danışanda bir yerdə dururlar. Amma yaponla amerikalının danışığına fikir versəniz, onların
yavaş-yavaş otağın bu başından o başına getdiyini görəcəksiz. Həm də amerikalı arxaya,
yapon irəliyə hərəkət edərək gəzəcək. Bu gəzintiyə səbəb şəxsi məkanın ölçülərini saxlamaq
cəhdidir. İntim zonasının radiusu 25 sm olan yapon hər dəfə irəli hərəkət edərək özünə rahat
məsafədə dayanmağa, həmsöhbətinə yaxın durmağa çalışır, nəticədə onun intim zonasını
“işğal edir”. Amerikalı geri çəkilərək vərdiş etdiyi məsafəni bərpa etməyə cəhd göstərir. Bu
söhbətin videosuna sürəti artıraraq baxanda adama elə gəlir ki, yaponiyalıyla amerikalı vals
oynayır və bu rəqsdə lider yapondur.
Asiyalılarla avropalılar, eləcə də amerikanlar işgüzar görüşlərdə bir-birinə hərdən təəccüblə
baxırlar. Qərblilər asiyalıları tez-tez “ədəbsiz”, “sırtıq” adlandırır. Asiyalılar isə avropalıların,
eləcə də amerikalıların soyuq və lovğa olduqlarını, özlərindən başqa kimsəni
bəyənmədiklərini deyirlər. Müxtəlif mədəniyyətlərdən olan adamların intim zona və
zonaların ölçüləri haqda məlumatsızlığı onların bir-birini başa düşməməsinə, anlaşılmazlığa
səbəb olur.
Zonaların ölçüsü şəhər və
kəndə görə fərqlənir
Əvvəl də qeyd etdiyimiz kimi insanın şəxsi məkanının ölçüsü onun boya-başa çatdığı
mühitdən, məskunlaşmadan asılıdır. Əhalinin sıx yaşadığı yerlərdə böyümüş adamın şəxsi
məkanı, seyrəklikdə böyümüş adamın məkanından dar olur. Əl sıxaraq salamlaşanda
adamlara fikir verin. Adamın kənddə, ya böyük şəhərdə böyüdüyünü əlini uzatmağından
bilmək olar. Şəhər sakinlərinin “qoruyucu təbəqəsinin” radiusu orta hesabla 46 sm-dir. Ona
görə də şəhərlilər adama əl uzadanda biləkləriylə çanaqları arasındakı az qala yarım metr
məsafə qalır. Əllər neytral zonada görüşür.
Şəhərlilər salamlaşır;
əllər yarım metr
irəli uzanıb
Əhalinin az olduğu kiçik şəhərlərdə, rayon mərkəzlərində yaşayan adamların şəxsi məkanının
ölçüsü 1 m, hətta çox ola bilər. Ona görə də bu adamlar salamlaşanda əllərini 1 m qabağa
uzadırlar. Kiçik şəhərlərin sakinləri əllərini 1m irəli
uzadaraq salamlaşırlar
Şəhər adamı salamlaşanda irəli addım atır, amma kəndli yerində möhkəm dayanır,
salamlaşmaq üçün qabağa əyilir.
Ucqarlarda yaşayanların şəxsi məkanı daha geniş, hətta 6 m ola bilər. Bu adamlar
salamlaşanda əl sıxmır, yerlərində dayanıb əllərini yelləməyə üstünlük verirlər. Əhalinin
seyrək olduğu yerlərdə məsafəni qoruyurlar Kənd təsərrüfatı mallarının satışı ilə məşğul
olanlar bu informasiyanın işlərinə yaradığını, şəxsi məkan ölçülərini nəzərə alanda
fermerlərlə dil tapdıqlarını deyirlər. Məlumatlı satış meneceri kəndlilərlə salamlaşanda əlini
xeyli irəli uzadır, ucqarlardan olan fermerlərə sadəcə əlini yelləyir. Fermerin şəxsi məkanının
1-2 m-dən az olmadığını nəzərə alanda əl sıxmaq onun şəxsi məkanına soxulmaq deməkdir.
Bu da fermerlərdə neqativ münasibətin yaranmasına səbəb ola bilər.
Ərazi və mülk İnsanın sahib olduğu əmlak, daim istifadə etdiyi məkan onun şəxsi ərazisi,
şəxsi mülkiyyəti hesab olunur və insan bu mülkiyyətini qorumaq üçün lazım gəlsə,
döyüşməyə hazırdır. Ev, ofis, maşın – bunlar hamısı şəxsi əmlakdır və bunların şəxsi
olduğunu göstərən divarlar, hasarlar, darvaza və qapılar var. Şəxsi ərazinin daxilində də xırda
şəxsi ərazilər ola bilər. Məsələn, atanın iş otağı, ananın mətbəxi onun şəxsi ərazisi hesab
olunur və kimsə bu əraziyə girəndə onlara xoş gəlmir. Atanın sevimli kreslosunu da evdəkilər
onun şəxsi ərazisi kimi qəbul edə bilərlər. Adam var ki, konfrans zalında, ya da kafedə
həmişə eyni yerdə oturur. Bu yerin onun olduğunu, daha doğrusu, onun sevimli yeri olduğunu
bildirmək üçün hətta ora özünə məxsus bir əşya – qələm, kitab, qovluq, ya da paltarını atıb
gedir. Bəziləri bir az da uzağa gedərək, məsələn, kafedə həmişə oturduqları stula naxış qoyur,
ya da adlarının baş hərfini yazırlar.
Desmond Morrisin müşahidələri göstərir ki, məsələn, kitabxanalarda yer tutmaq üçün stula
kitab qoyub gedirlərsə, kitab o yeri orta hesabla 77 dəqiqə saxlayır. Stulun başına keçirilən
paltar yeri 2 saat saxlaya bilir. Evdəkilər sevimli kreslonu onun üstünə, ya da yanına atdıqları
əşyayla – çanta, kitab, yaxud jurnalla işarələyirlər.
Ev sahibi qonağına “Oturun” – deyə müraciət edəndə qonaq bilmədən onun yerində oturursa,
ev sahibi narahat olmağa başlayır. Kiminsə şəxsi məkanına müdaxilə etmək istəmirsizsə,
oturmaq istəyəndə “Siz harda oturacaqsız?” – deyə sual verə bilərsiz.
Avtomobil və şəxsi məkan
Maşın sürən adamın yolda baş verənlərə reaksiyasını görəndə onu tanımaya bilərsiz. Adamlar
sükan arxasında fərqli davranırlar, çünki avtomobil onların şəxsi məkanının ölçüsünə təsir
edir. Sükan arxasında oturan adam üçün şəxsi məkanın dairəsi həmişəkindən 10 dəfə geniş
ola bilər. İntim zonasının radiusu böyük olan sürücüyə elə gəlir ki, maşının 8, hətta 10
metrliyinə qədərki ərazi onundur. Belə sürücü qarşıya başqa avtomobil keçəndə, təhlükə
yaranmasa belə, əsəbiləşir, hətta maşından düşüb dava-dalaş salır. Eyni adam liftdə fərqli
hərəkət edir. Kimsə onun şəxsi məkanına keçərək düz qarşısında dayansa belə normal
davranır, hətta qapılar açılanda nəzakətlə qarşısındakına yol verir.
Elə adam var ki, maşını barama bilir, onun içində gizləndiyini və qorunduğunu düşünür.
....................................................................
Çox adam elə bilir ki, maşında olanda onu kimsə görmür
və hamının gözü qarşısında ora-burasına əl atıb,
üst-başını qaydaya salır.
....................................................................
Maşını çox yavaş, həm də düz səkinin kənarıyla sürənlər yolda şəxsi məkanını böyüdən
sürücü qədər təhlükə yaradırlar. Böyük məkana ehtiyacı olmayan italyanlar çox vaxt
sürücüləri narahat edir. İtaliyalı sürücülərdən şikayət edənlər onları “quyruq”, ya da
“qırsaqqız” adlandırırlar.
Test edək
Şəklə baxın və şəxsi məkan məsələsinə əsaslanaraq bu adamların arasında nə baş verdiyini
anlamağa çalışın. Özünüzə bir-iki sadə sual versəniz, düzgün nəticəyə gələcəksiniz.
Kim hardandır? Bu adamlar haqda aşağıdakı fikirləri söyləyə bilərik:
İkisi də şəhərlidir və kişi qadınla yaxınlıq eləməyə çalışır.
Bu kişinin intim zonası kiçik olduğu üçün, yəni özü də bilmədən qadının ərazisinə müdaxilə
edir.
Qadın şəxsi məkanın kiçik olduğu ölkədəndir.
Bunlar bir-birilərinə yaxındırlar. Nəticə Sizə münasibət sizin şəxsi məkana göstərdiyiniz
hörmətdən asılıdır. Kimə gəldi toxunan, danışanda əlini adamdan çəkməyən “şən adamı”
əslində çoxları sevmir. İnsanlar bir-birilə müəyyən faktorlara əsaslanaraq məsafə saxlayırlar.
Ona görə də qarşınızdakı adamın yerini bilib-bilməməsi haqda qərar verəndə bütün meyarları
nəzərə almağınız vacibdir.
10-cu fəsil
AYAQLARIMIZ BİZİ İFŞA EDİR
Mayk ayaqlarını aralayıb oturmuşdu. Bir əliylə
qalstukunu sığallayır, o biri əliylə duz qabını sıxırdı.
Qızın 20 dəqiqədir ayaqlarını üst-üstə aşırdığını və ən yaxın çıxışa tərəf oturduğunu
görmürdü.
Bədənimizin hərəkət edən hissəsi beynimizdən nə qədər uzaqdadırsa, biz onun fəaliyyətinə
bir o qədər az əhəmiyyət veririk. Məsələn, hər birimiz üzümüzdəki ifadədən, elədiyimiz
jestlərdən çox vaxt xəbərdar oluruq. Hərdən bilərəkdən hərəkət edib üzümüzə müəyyən
ifadələr veririk; qaşlarımızı çatıb özümüzü ciddi, ya güclü göstərməyə çalışırıq, dişlərimizi
qıcayaraq ağrıya dözdüyümüzü bildiririk, kimisə narazı baxışlarla süzür, ya da hər ad
günümüzə bir eybəcər alt paltarı hədiyyə edən nənəmizi incitməmək üçün xoşbəxt
görünməyə çalışırıq. Deməli, biz üz əzələlərinin hərəkətindən daha çox xəbərdarıq, nəinki
qollardan və əllərdən. Qollardan sonra döş qəfəsi, qarın, sonra ayaqlar gəlir. Pəncələrimizin
hərəkətinə demək olar ki, heç fikir vermirik.
Belə çıxır ki, hər bir adamın fikrini bilmək üçün birinci ayaqlarına baxmaq lazımdır. Ayaqlar
ən yaxşı informasiya mənbəyi hesab oluna bilər, çünki çox adam ayaq hərəkətlərinə fikir
vermir. Saxtakarlıq etmək istəyənlər daha çox üzüylə məşğul olur, ayaqları idarə etmək heç
kimin ağlına gəlmir. Üzdən sakit görünən adam ayaqlarını yelləməklə əslində narahat
olduğunu, canını qurtarmaq üçün fürsət axtardığını bildirir.
....................................................................
Silkələnən ayaqlar beynin qaçmaq cəhdini, istəmədiyi yerdən, istəmədiyi şeydən və
istəmədiyi adamdan
uzaq olmaq arzusunu ifadə edir.
....................................................................
Necə yeriyirsiz?
Yeriyən adamın qolunun hərəkəti onun şəxsiyyəti haqda məlumat verir. Ya da adam qolunu
bilərəkdən fərqli şəkildə yelləyir ki, özünü fərqli göstərsin.
Gənc, sağlam və şux adam yeriyəndə sürətlə addımlayır, nəticədə onun qolları yuxarı qalxır,
elə yellənir ki, elə bil adam yürüşə gedir. Qolların yuxarı qalxmasına səbəb həm sürətin
artması, həm də əzələlərin elastikliyidir. Əsgərlər yürüş edəndə geniş sıralarda irəliləyir, əl-
qol ataraq gənc və güclü olduqlarını nümayiş etdirirlər. Siyasi xadimlər, bəzi ictimai fiqurlar
da iri addımlarla yeriyirlər ki, hələ güclü olduqlarını göstərsinlər. Qadınların qolları arxaya
yellənəndə kişilərinkindən yuxarı qalxır, çünki qadının qolları uşağı tutmaq üçün formalaşıb,
dirsəkdən geniş açılır.
Ayaqlar düz danışır
Bir neçə rəhbər işçini eksperimentə cəlb edib, onlardan müsahibə aldıq. Xahiş etdik ki,
müsahibə zamanı yalan danışsınlar və ətrafdakıları öz yalanlarına inandırmağa çalışsınlar.
Müşahidələrimiz göstərdi ki, həm qadın, həm də kişi müdirlər yalan danışarkən ayaq
hərəkətlərinin sayını artırırlar. İştirakçıların çoxu üzündəki ifadəni dəyişir, əllərini nəzarətdə
saxlamağa çalışırdı. Amma onların, demək olar ki, heç birinin öz ayaqlarından xəbəri yox idi.
Psixoloq Pol Ekman aşkar edib ki, yalan danışan adam, ümumiyyətlə, bədəninin aşağı
hissəsini daha çox hərəkət etdirir və adamın bütün gövdəsi görünürsə, onun yalanını tutmaq
mümkündür. Yəqin buna görə vəzifəli şəxslər yazı stolunun arxasında oturanda özlərini daha
yaxşı hiss edirlər.
....................................................................
Sizi aldadıb-aldatmadıqlarını bilmək istəyirsizsə,
stolun altına baxın.
....................................................................
Şüşə masalar çox adamı narahat edir, çünki bədənin aşağı hissəsini gizlətmir və biz arxayın
hərəkət edə bilmirik.
Ayaqların məqsədi
Ayaqların iki əzəli funksiyası var: yeməyi götürmək üçün irəli yerimək, təhlükədən
uzaqlaşmaq üçün qaçmaq. Çünki insan beyni iki şeyə – istədiyimizə və istəmədiyimizə görə
proqramlanıb. İstədiyimizə doğru hərəkət edirik, istəmədiyimizdən uzaqlaşırıq. Başqa sözlə
desək, insanın ayaqları insanın istəyini göstərir. Danışanda həmsöhbətinizin ayaqlarına baxın,
onun qalmaq, yoxsa getmək niyyətində olduğunu biləcəksiz. Üst-üstə aşırılmamış, aralı duran
ayaqlar açıq münasibəti, ya da dominantlığı ifadə edir. Çarpaz ayaqlar adamın qapalı və
narahat olduğunu göstərir.
Kişiyə marağı olmayan qadın onun yanında qollarını çarpazlayır, ayaqlarını üst-üstə qoyub,
yan oturur. Marağı olan qadın qollarını açıq saxlayır.
Dörd əsas duruş
Farağat
Bu duruş neytral münasibəti ifadə edir. Ayaqlar düz – cüt dayanır, qalmaq, ya getmək barədə
heç nə “demirlər”. Kişiylə qadın üz-üzə gələndə daha çox qadınlar ayaqlarını belə tuturlar,
bununla bir növ öz münasibətlərini gizlədirlər. Müəllimə cavab verən məktəbli, zabitlə
danışan gizir, yaxud çavuş, müdiriylə söhbət edən işçi, kral ailəsinin üzvləriylə görüşən
adamlar da bu jestdən istifadə edirlər. Ayaqlar farağat vəziyyətini alıb Aralı ayaqlar
Ayaqları aralayıb dayanmaq əsasən kişilərə məxsus jestdir. Belə dayananda kişi ayaqlarını
yerə bərk dirəyir, yerindən tərpənmək, getmək niyyəti olmadığını bildirir. Adətən öz
üstünlüyünü, nüfuzunu göstərmək istəyən, kişilənən adamlar bu jestdən istifadə edirlər.
Çünki bu duruş kişinin cinsiyyət orqanını nümayiş etdirib, kişiliyini vurğulayır. Ayaqlarını
aralayaraq dayanan adam kişiliyini göstərir Yarışlarda yan-yana düzülən oyunçuların
ayaqlarını aralayaraq dayandığını, şalvarlarının ağına tez-tez əl atdıqlarını görə bilərsiz.
Əlbəttə, onların hamısı qaşına bilməz. İdmançılar bu jestlə bir növ kişilənirlər və bir komanda
olaraq, həmrəyliklərini göstərmək üçün hamısı eyni hərəkəti edir.
Ayaqları aralayaq dayanmaq kişilənən “qaqaşların” sevimli jestidir
Bir addım irəli Bədənimizin ağırlığını bir ombanın üstünə salanda o biri tərəfdəki ayağımızı
irəli atırıq. Orta əsrlərdə çəkilmiş rəsm əsərlərində yüksək statuslu kişiləri bu vəziyyətdə
təsvir edirdilər. Çünki adam forslananda, ayaqqabılarının, şalvarının gözəlliyini göstərəndə
belə dayanır.
İrəli atılmış addım həm də adamın niyyətinə işarədir. Biz ayağımızı həmişə getmək
istədiyimiz istiqamətdə saxlayırıq. Ona görə də bu formada dayanan adamın uzaqlaşmaq
fikrində olduğunu hiss edirik.
İrəli atılmış ayaq adamın getmək istədiyi istiqaməti göstərir Bir neçə nəfər bir yerdə olanda
adam ayağını ona maraqlı olan, onu cəlb edən şəxsə tərəf tutur. Getmək istəyəndə ayağımız
ən yaxın çıxışa doğru dayanır.
Çarpazlanmış ayaqlar
Gələn dəfə bir yığıncağa gedəndə adamlara fikir verin. Kiminsə həm qollarını, həm də
ayaqlarını çarpazladığını və diqqət etsəniz, başqalarından uzaq dayandığını görəcəksiz. Bu
adamın əynində jaket, yaxud palto varsa, yəqin ki, düymələri də bağlı olacaq.
Çarpazlanmış ayaqlar
Belə dayanan şəxsə, yaxud dəstəyə yaxınlaşıb bir az söhbət etsəniz, onların yad olduğunu
öyrənəcəksiz. Çünki biz adətən tanımadığımız adamların arasında belə dayanırıq.
Çarpazlanmamış ayaqlar açıq münasibəti, ya da dominantlığı, çarpaz ayaqlar isə qapalılığı,
yaxud narahatlığı ifadə edir, adamın müdafiə mövqeyini seçdiyini göstərir (ayaqlarımızı
çarpazlayarkən həm də cinsiyyət orqanımızın üstünü örtürük).
Qayçı “şərh vermir”, amma getmir də Ayaqlarını qayçı kimi tutan, ya da bir ayağını düz
saxlayıb, o birini onun üstünə atan qadının iki mesajı ola bilər: birincisi, o getmək istəmir,
qalmaq niyyətindədir; ikincisi, yaxınına heç kimi buraxmır. Kişilər də belə dayananda
getmək istəmədiklərini, amma həm də ehtiyat etdiklərini (“ağrıdan yerimə vurmazlar ki?”)
bildirirlər. Yəni aralı ayaqlar kişiliyi göstərir, çarpaz ayaqlar kişiliyi qoruyur. Kişinin,
tabeliyində olan adamların yanında ayaqlarını aralayaraq dayanmasının yeri var. Amma
özündən üstün olan kişilərin yanında ayaqlarını aralı saxlayan kişi müdafiəsizliyini hiss edən,
ancaq mübarizəyə və rəqabətə hazır olan adam təsiri bağışlayır. Müşahidələrimiz göstərir ki,
özünə güvənməyənlər də ayaqlarını tez-tez çarpazlayırlar.
....................................................................
Aralı ayaqlar kişinin özünə inamını,
çarpaz ayaqlar dinməzliyini göstərir.
....................................................................
İndi isə gözünüzün qabağına qolları və əlləri, eləcə də pencəklərinin düyməsi açıq, ayaqları
aralı dayanmış bir dəstə adam gətirin. Təsəvvür edin ki, bu adamların hamısı rahat dayanıb,
bəziləri arxaya söykənib, ya da bir ayağını irəli, kiməsə tərəf tutub söhbət eləyir, həm də
danışanda bir-birinə çox yaxınlaşır, şəxsi məkana girib-çıxırlar. Bu, dostların, bir-birini
şəxsən tanıyan adamların dəstəsidir. Mətnin əvvəlində təsvir etdiyimiz dəstənin üzvləri
danışanda üzdən rahat və sakit görünə bilərlər, amma çarpaz qolları və ayaqları onların o
qədər də rahat olmadığını büruzə verir.
Özünüzü də müşahidə edə bilərsiz. Tanımadığınız adamlardan ibarət dəstəyə yaxınlaşın.
Qollarınızı və ayaqlarınızı çarpazlayıb, üzünüzə ciddi ifadə verin. Bir azdan dəstə üzvlərinin
də qollarını və ayaqlarını bir-birinin üstünə gətirdiyini görəcəksiz və siz – yad adam
aralanana qədər onlar beləcə dayanacaqlar. Uzağa getməyin, ətrafda gəzinin, dəstə üzvlərinin
yavaş-yavaş əvvəlki vəziyyətə qayıtdıqlarını sezəcəksiz.
Çarpaz ayaqlar neqativ hissləri ifşa etməklə kifayətlənmir, həm də şübhəli, bəzən hətta
təhlükəli adam təəssüratı yaradır və ətrafdakıların bu təəssürata uyğun reaksiyasına səbəb
olur.
Qorxuruq, yoxsa üşüyürük?
Bəlkə sadəcə belə “rahatdır”? Kimsə qollarını və ayaqlarını narahat olduğu üçün yox,
üşüdüyü üçün çarpazladığını deyə bilər. Amma üşüyən adam əllərini dirsəklərində deyil,
qoltuğunun altında qızdırır, ya da özünü qucaqlayırmış kimi qollarını sıxır. Ayaqlarını isə bir-
birinə möhkəm sıxaraq, tarım tutaraq çarpazlayır. Ancaq müdafiə mövqeyini seçən, narahat
olan adam ayaqlarını çarpazlasa da, boş buraxır.
Bu qadın ya üşüyür, ya da tualet axtarır Qollarını və ayaqlarını çarpazlamağa adət etmiş adam
qorxduğunu, əsəbi və narahat olduğunu etiraf etməkdənsə, üşüdüyünü deyir. Kimsə sadəcə
“rahatdır” deyə belə dayandığını bildirir. Bəlkə doğrudan da belə rahatdır? Axı qorxan,
ehtiyat edən, narahat olan, qorunmağa çalışan adam qollarını və ayaqlarını çarpazlayanda
rahat olur.
Qapalı vəziyyətdən açıq vəziyyətə keçid
Adamlar bir-birini tanıdıqca, rahatladıqca duruşlarını dəyişirlər. Bir neçə hərəkət edərək açıq
vəziyyət alırlar. Həmin hərəkətlərin ardıcıllığı demək olar ki, hər yerdə eynidir.
1. Bir-birinə güvənmirlər. 2. Bir-birinə açıqdırlar
Əvvəlcə bir-birimizi tanımadığımızı, güvənmədiyimizi göstərərək qollarımızı da,
ayaqlarımızı da çarpazlaya bilərik (şəkil 1). Ünsiyyətdə olandan sonra rahatlayırıqsa, əvvəl
ayaqlarımızı açıb farağat dayanırıq. Sonra bir qolumuzu aşağı salırıq və “çarpaz qollar”
jestini “yarımbaryer” jesti əvəz edir, yəni bir əlimizlə o biri qolumuzdan yapışırıq.
Danışdıqca bu yapışan əlimizi də hərdən aça bilərik, yəni jest edəndə ovcumuzun içi görünər.
Bir az sonra bu qolumuzu da aşağı salırıq. Bundan sonra bir əl jestlərlə məşğul olur, budun
üstündə, yaxud cibdə dayanır. Və nəhayət, söhbət edənlərdən biri ayağını irəli atıb,
qarşısındakını qəbul etdiyini göstərir (şəkil 2).
Avropasayağı oturuş
Avropa və Asiyada, eləcə də Britaniya mədəniyyətinin hökm sürdüyü bəzi ölkələrdə adamlar
hərdən ayağı ayağın üstünə aşıraraq otururlar. Belə oturanların 70%-i sol ayağını sağ
ayağının üstünə qoyur.
Ayaqlar avropasayağı çarpazlanıb
Adam həm ayaqlarını, həm də qollarını çarpazlayıb oturursa, özünü yanındakılardan ayırır.
Beləsini inandırmaq, yola gətirmək çətin olur. “Yaxın gəlməyin. Heç kəslə danışmaq
istəmirəm”
İşdə toplantıda belə oturan adam adətən az danışır, təkliflərin çoxunu qəbul etmir və
toplantıdan sonra müzakirə olunan məsələnin detalları barədə sual verəndə onun çox şeyi
xatırlamadığını görürük. Əl-ayağı açıq vəziyyətdə oturanlar müzakirə mövzusu haqda daha
detallı məlumat verirlər.
Amerikalıların
“dördəbənzər” oturuşu Bu oturuş əsasən kişilərə məxsusdur: bir ayağı qaldırıb o biri budun
üstünə qoyurlar, kənardan baxanda ayaqların 4 rəqəmini formalaşdırdığını görürük. Belə
oturanda ayaqların arası açıqda qalır və bu jest ayaqları aralı saxlayaraq dayanmağa bənzəyir,
yəni onun oturaq versiyasıdır. Daha çox amerikalılar, ya da özünü amerikalılara oxşatmağa
çalışan gənclər belə otururlar. Cavan oğlanlar Amerika filmlərində gördüklərini təkrar
elədiklərindən indi Rusiya, Yaponiya, Filippin, Sinqapur, Malta kimi ölkələrdə, Sardiniyada
“dördəbənzər” oturuş dəb halını alıb. Amma Avropada, eləcə də Britaniyada yaşlı nəsil bu
jestdən istifadə etmir. Avstraliya və Yeni Zelandiyada isə həm “dördəbənzər” formada, həm
də avropasayağı oturanlar çoxdur.
II Dünya müharibəsi zamanı “dördəbənzər” oturuş nasistlərin gözündən yayınmırdı, çünki bu
jest adamın alman olmadığını, yaxud nə vaxtsa ABŞ-da yaşadığını bildirirdi.
“Dördəbənzər” oturuş sahibinin rəqabətə, müzakirə və mübahisəyə hazır olduğunu göstərir.
Meymunlar da aqressiv olanda ayaqlarının arasını nümayiş etdirirlər. Belə dayanmaqla onlar
döyüş zamanı ala biləcəkləri zərbədən yayınmağa çalışırlar. Bütün primatlarda bu duruşuyla
güclü təsir bağışlayan erkək qalib hesab olunur.
Amerikalıların “dördəbənzər” oturuşu – müzakirə və mübahisəyə hazır adam
“Dördəbənzər” oturuş dominantlığı göstərməkdən savayı gəncliyi və arxayınlığı ifadə edir.
Bəzi Asiya və Yaxın Şərq ölkələrində isə belə oturmaq ətrafdakıları təhqir etməyə bərabərdir.
Çünki budun üstünə qaldırılan ayaqda ayaqqabının altı – çirkli yerlərə dəyən hissəsi görünür.
Şalvar, cins geyən qadınlar da hərdən belə otururlar. Amma qadınlar bu jestdən adətən,
kişilərin yox, qadınların yanında istifadə edirlər, çünki kişi kimi görünmək, ya da cinsi
yaxınlığa meyilli adam təsiri bağışlamaq istəmirlər.
Müşahidələr göstərir ki, son qərarını verəndə çox adam ayaqlarının ikisini də aşağı salır.
Deməli, “dördəbənzər” formada oturan adamdan qəti qərar gözləmək düzgün deyil.
Bədən beynin elədiyini eləyir
Bir maraqlı konfransa qatılmışdıq. İştirakçıların yarısı qadın, yarısı kişi idi. 100-ə yaxın
rəhbər işçi, 500-ə qədər satış meneceri vardı. Mübahisəli məsələni – korporasiyaların satış
menecerlərilə rəftarını müzakirə edirdilər. Satış Menecerlərinin Assosiasiyasının başçısı çıxış
edəndə kişi direktorların az qala hamısı, qadın direktorların 25%-i müdafiə vəziyyətini aldı –
həm ayaqlarını, həm də qollarını çarpazladılar. Bu, onların səslənəcək fikirlərdən qorxduğunu
göstərirdi. Direktorların narahatlığı əsaslı idi. Assosiasiya lideri sərt danışdı, idarəçiliyin
zəiflədiyini və bunun satış işçilərinin axınına səbəb olduğunu bildirdi. O, çıxış edəndə satış
menecerlərinin çoxu ya irəli əyilir, ya da maraqlarını ifadə edən başqa jestlər edirdilər. Amma
direktorlar eyni vəziyyətdə oturmuşdular.
....................................................................
Bədən beynin elədiyini eləyir.
....................................................................
Satışla məşğul olan bir nəfər də çıxış etdi, yuxarıdakıların rolundan, onların görməli olduğu
işlərdən danışdı. Bu dəfə kişi direktorların az qala hamısı dirijordan əmr almış orkestr üzvləri
kimi ayaqlarını qaldırıb “dördəbənzər” formada oturdular. Bu, onların çıxış edənin fikirlərini
götür-qoy elədiklərini göstərirdi (sonra özləri də bunu təsdiqlədilər). Bəzi direktorlar
oturuşlarını dəyişməmişdilər. Əslində onlar da danışanın fikirləriylə razı deyildilər, sadəcə,
fiziki problemləri olduğundan – kimsə köklükdən, kimsə ayaqları ağrıdığından, kimsə də
artritə görə ayağını qaldıra bilməmişdi.
Dilə tutmaq, inandırmaq istədiyiniz adamların bu jestlərdən istifadə edərək oturduğunu
görəndə, söhbətə davam etməzdən əvvəl vəziyyəti dəyişməyə çalışın. Nəsə göstərəcəksizsə,
onları yanınıza çağırın, ya da tapşırıq verin ki, məşğul olsunlar. Məsələn, kitabçaları, kağız-
kuğuzu saxlamaq, qeydlər aparmaq üçün adam qollarını, bəzən həm də ayaqlarını açmalı
olur. Çay, yaxud qəhvə təklif edə bilərsiz. Əldə isti içki olanda qolları da, ayaqları da
çarpazlamaq çətinləşir, axı içki üstümüzə tökülər və bizi yandırar.
“Dördəbənzər” oturuş və sıxac “Dördəbənzər” formada oturan adam hərdən bir, ya da hər iki
əliylə qaldırdığı ayağını sıxır və bu sıxac onun sanki axıra qədər elə beləcə oturacağını
vurğulayır.
“Dördəbənzər” oturuş və sıxac aqressiv rəqabətə
meyilliliyi vurğulayır
Bu oturuş mübarizə və müzakirəyə hazır olmaqdan başqa, tərsliyin və inadcıllığın
göstəricisidir. Belə oturan adamlar özlərindən başqa kimsənin fikrini qəbul etmirlər. Topuqlar
bir-birinə “bağlanır”
Kişilər topuqlarını bağlayıb oturanda çox vaxt eyni zamanda yumruqlarını sıxıb dizlərinin
üstünə qoyur, ya da oturacağın qollarından yapışır və ayaqlarını aralayırlar (şəklə baxın).
Qadınların versiyası bir az fərqlidir. Qadınlar topuqlarını bağlayanda adətən dizlərini
bitişdirir ayaqlarını bir tərəfə tuturlar. Əllər isə ya yan-yana, ya da üst-üstə azca yuxarı qalxan
budun üzərində durur.
Topuqlar bir-birinə bağlanıb; qadının ayaqları
mümkün qədər az, kişininkilər isə mümkün qədər
çox yer tutur
Otuz ildən çoxdur ki, bu işlə – müsahibə almaqla və satışla məşğuluq. Təcrübədən bilirik ki,
topuqları bağlamaq dodaqları dişləmək kimi bir şeydir. Yəni hər iki jest adamın öz hisslərini
ört-basdır elədiyini bildirir. Neqativ hisslərini, tərəddüd və qorxusunu göstərmək istəməyən
adam topuqlarını bağlayır. Topuqlar stulun altında gizlənərək bağlanırsa, danışanın öz
mövqeyini, münasibətini gizlətdiyini hiss edirik. Adamı söhbətə cəlb edəndə ayaqlar stulun
altından çıxır.
Vəkillərlə iş təcrübəmiz göstərir ki, məhkəmə zalından kənarda dinləmələri gözləyən
müttəhim, eləcə də iddiaçılar ayaqlarını stulun altına çəkib topuqlarını bir-birinə bərk sıxaraq
bağlayırlar. Həm də bu jest iddiaçılardan çox (üç dəfə çox) müttəhimlərdə müşahidə olunur.
Diş həkiminə müraciət edən 319 pasiyentə baxmışıq, onlardan 88%-i stomatoloji kresloya
çıxan kimi topuqlarını bağlayıb. Yalnız müayinəyə gələnlər kresloda keçirdikləri vaxtın 68%-
ni, iynə vurduranlar 98%-ni topuqları bağlı halda uzanıblar.
....................................................................
Stomatoloqdan çox vergi yığanla görüşənlər
topuqlarını bağlayırlar.
....................................................................
Dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının işçiləri ilə, məsələn, polis, vergi və
gömrük idarəsinin əməkdaşlarıyla iş təcrübəmizdən bilirik ki, onların dindirdiyi adamlar
söhbətin əvvəlində topuqlarını bağlayırlar və bu jestə səbəb əksər hallarda danışanın
günahkar olması deyil, qorxmasıdır.
İnsan resurslarının idarəsi ilə məşğul olan departamentlərdə də (HR menecment) tədqiqat
aparmışıq. Məlum olub ki, müsahibəyə gələnlərin demək olar ki, hamısı topuqlarını eyni
məqamda bağlayır və bununla münasibətlərini, hisslərini büruzə vermək istəmədiklərini
bildirirlər. Niyerenberq və Kalero aşkar edib ki, danışıqlar prosesində çox mühüm
informasiyanı gizlədən tərəf topuqlarını bağlayır. Danışıq aparmaq qabiliyyəti güclü olan,
xüsusi texnikalardan istifadə etməyi bacaran adam beləsini yola gətirə bilir, topuqlarını
aralamağa və həqiqəti deməyə vadar edir.
....................................................................
İnsana hissləri haqda pozitiv suallar verməklə
onun topuqlarını açmasına nail olmaq mümkündür.
....................................................................
Araşdırmalarımız nəticəsində görmüşük ki, topuqlarını bağlayan adama onun hissləri haqda
sual verəndə yüngülləşir və topuqlarını açır (42%). Bundan başqa, müsahibə alan adam
yerindən qalxıb müsahibinin yanına keçəndə onun arxayınlamasına və topuqlarını açmasına,
beləliklə də söhbətin gedişinin dəyişməsinə səbəb olur.
Bir ara müştərilərə rabitə xidməti göstərən şirkətin konsultantı idik. Heç həsəd aparılmayacaq
bir peşənin sahibiylə – abonentlərin borclarını toplamaqla məşğul olan adamla görüşdük.
Müştərilərə saysız-hesabsız zənglər edəndə ona baxırdıq. Rahat danışsa da, kreslosunun
altında saxladığı topuqlarını heç açmırdı. Amma bizimlə danışanda belə eləmədi. “Bu işdən
zövq ala bilirsiz?” – deyə soruşanda, “Əlbəttə, çox əyləncəli işdir” – deyə cavab verdi.
İnandırıcı səslənirdi. Amma sözlərlə jestlər uyğun gəlmirdi. “Əminsiz?” – deyə sual verdik.
Həmin adam əvvəl duruxdu, sonra topuqlarını açdı və əllərini irəli uzadıb: “Yaxşı, etiraf edim
ki, bu iş məni dəli eləyib!” – dedi. Sonra bizə işi haqda bir az ətraflı danışdı, dedi ki, hər gün
cürbəcür adamlarla danışır, kobud və aqressiv müştərilərlə söhbət etməli olur. Amma
hisslərini gizlətməyi bacarmalıdır, çünki müştəriylə ünsiyyətdə bu, vacibdir.
Telefon vasitəsilə satışla məşğul olan və işindən zövq almayan adamlar da topuqlarını çox
vaxt bağlı saxlayırlar.
“Gödək ətək” sindromu
Çox gödək paltar geyən qadınlar ayaqlarını üst-üstə aşırır, topuqlarını bağlayırlar, çünki belə
eləməyə məcburdurlar. Bu oturuş bəzi qadınlarda vərdişə çevrilir və yaşlananda da eyni
jestdən istifadə edirlər. Kənardan baxana bu jest neqativ təsir bağışlayır, qadına ehtiyatla
yanaşmağa vadar edir.
....................................................................
Gödək paltar geyinən qadın elə oturur ki,
adam ona yaxınlaşmağa cəsarət etmir.
....................................................................
Bəziləri yenə də neqativ hissləri inkar edir, sadəcə “rahat” olduğundan belə oturduqlarını
deyirlər. Unutmayın ki, istənilən ayaq, eləcə də qol jesti adamı, hisslərini ifadə etdiyi üçün
rahatladır.
Neqativ jestlər neqativ münasibətin güclənməsinə və uzanmasına səbəb olur və siz
ətrafdakılara fikirli, narahat, qorxaq, ehtiyat edən və adama yovuşmayan insan təsiri
bağışlayırsız. Pozitiv və açıq jestlərdən istifadə etməyə çalışın. Bu, sizin özünüzə inamınızı
artırar, ətrafdakılarla münasibətlərinizin yaxşılaşmasına səbəb olar.
Dolaşıq ayaqlar Bu jest qadınlara məxsusdur. Daha çox utancaq və qorxaq, bir də elastik
bədənə malik qadınlarda müşahidə olunur. Qadın qınına girən tısbağa kimi bir ayağının
üstünü o biri baldırının arxasında gizlədir və ayaqlar dolaşıq görünür. Bədəninin yuxarı
hissəsi qadının rahat və qayğısız olduğunu göstərsə də, dolaşıq ayaqlar başqa şey “deyir”.
Utancaq, cəsarətsiz və qorxaq qadınların jesti Bu dolaşığı açmaq üçün yumşaq və isti dost
münasibətinə ehtiyac var.
Yanaşı aşırılmış ayaqlar
Yalnız qadının ayaq və omba sümüklərinin konfiqurasiyası ona belə oturmağa imkan verir.
Kişilərin çoxu ayaqlarını üst-üstə aşıranda yanaşı tuta bilmirlər. Ona görə də bu oturuş
qadınlığın göstəricisi hesab olunur. Sorğular zamanı kişilərin 86%-i “yanaşı aşırılımış
ayaqlar”ın qadının ən cazibədar oturuşu olduğunu bildiriblər.
Kişilərin fikrincə, ən cazibədar qadın oturuşu
“yanaşı aşırılmış ayaqlar”dır
Ayaqları aşırıb yanaşı tutanda bir ayaq o biri ayağı sıxaraq gənc və şux göstərir. Belə ayaqlar
kişiləri daha çox cəlb edir. Davranış və model kurslarında qadına bu cür oturmağı öyrədirlər.
Bu jest diqqəti ayaqlara çəkmək üçündür və bəyəndiyi kişinin yanında oturub ayaqlarını gah
çarpazlayan, gah da açan qadının hərəkətləriylə eyniləşdirilməməlidir.
Sağ ayağımızı irəli ataq, yoxsa geri çəkək? Danışdığımız adam, ya da onunla söhbət bizim
üçün maraqlı olanda bir ayağımızı irəli atırıq ki, aramızdakı məsafə azalsın. Dinməz, ya da
söhbətə marağı olmayan adam bir ayağını geri çəkir, oturursa, stulun altında saxlayır.
Bu kişinin duruşu qadına xüsusi marağını ifadə edir;
qadının isə ürəyi getmir, ya da qərarsızdır Şəkildə qadına xüsusi marağı olan tipik kişi obrazı
yaradılıb: ayaqlar aralıdır, arası görünür, bir ayaq azca irəli atılıb, mümkün qədər çox yer
tutmaq, iri cüssəli kişi təsiri bağışlamaq üçün qollar yana geniş açılıb.
Qadın isə nə yardan doyur, nə əldən qoyur. Ayaqlarını düz saxlayıb (“bir şey demir, amma
getmir”), bədənini yana tutub, qollarını çarpazlayıb mümkün qədər az yer tutur. Bu qadın
yəqin ki, kişinin vaxtını boş yerə alır.
Nəticə
Ayaqlarımız bizim can atdığımız istiqaməti, kimisə xoşlayıb-xoşlamadığımızı başqalarına
göstərir. Qadınsızsa və paltarınız çox gödək deyilsə, ən azı dizinizdəndirsə, iş adamlarıyla
görüşdə oturanda ayaqlarınızı çarpazlamayın. Qadın budları istənilən kişinin fikrini
yayındırır, danışıqlar yaddan çıxır. Sonra kişilər qadının dediklərini deyil, özünü xatırlayırlar.
İndi qadınların çoxu işə gödək paltarda gedir. Buna səbəb mediadır. Aparıcı qadınların 90%-i
efirə gödək paltarda, çılpaq ayaqlarla çıxır. Çünki sorğuların nəticələrinə görə bu halda kişilər
kanalı dəyişmir, proqrama daha çox baxırlar. Amma araşdırmalar göstərir ki, aparıcının
ayaqları nə qədər çox görünürsə, dedikləri bir o qədər az yadda qalır. Bir sözlə, çılpaq
ayaqları dostlarla görüşdə aşırmaq olar, ancaq işdə belə oturmayın. Elə kişilər də işdə
oturanda ayaqlarını düz saxlasalar yaxşıdır.
11-ci fəsil
HƏR GÜN GÖRDÜYÜMÜZ
13 SADƏ JEST
Qadınların bu jest “dəstəsindən” zəhləsi gedir
İnsan öz hərəkətləri – sadə jestlərinin təsiri barədə çox az düşünür. Məsələn, qucaqlaşan
adamların bir-birinin kürəyini şappıldatması və bir-birinin yanaqlarının yaxınlığında havanı
öpməsi – öpüş səsləri ilk baxışdan onların arasındakı bağlılığa işarə ola bilər. Amma bəzən
qucaqlaşanlar, sadəcə, güləşçilər kimi hərəkət edirlər. Belə ki, peşəkar güləşçilər bir-birini
tutanda pərçimi açmaq üçün rəqibin kürəyini şappıldadır, bununla sanki “daha bəsdir”
deyirlər. Qucaqlaşmağa meyili olmayan, amma nəyinsə xətrinə qucaqlaşan adam da bu
hərəkətə son qoymaq üçün əlini qarşısındakının kürəyinə vurur. Havanı da adamı öpmək
istəmədiyimiz üçün öpürük.
Çox adam qucaqlaşmaq istəmədiyi üçün kürəyi şappıldadır. Səmimi qucaqlaşanlar bir-birinə
möhkəm sıxılırlar. Qadın kişini bərk qucaqlayıb, o isə qadının kürəyini döyəcləyir
Bu fəsildə gündə gördüyünüz və ən çox istifadə olunan baş və bədən jestləri, jest “dəstələri”
haqda danışacağıq. Başımızı niyə yelləyirik? Dünyanın çox yerində başı, “hə” demək, fikri
təsdiqləmək üçün yelləyirlər. Baş yelləmək baş əyməyin qısaldılmış formasıdır. Yəni adam
qarşısındakının fikriylə razılaşdığı üçün, deyilənə tabe olduğu üçün azca təzim edir, başını
yüngülcə əyir. Tədqiqatlar göstərir ki, lal, kar, kor doğulan adam da fikrini başını yelləməklə
təsdiqləyir. Deməli, bu jest anadangəlmədir. Hindistanda “hə” demək üçün başı sağa-sola
yırğalayırlar. Bu jest qərbliləri, avropalıları çaşdırır, çünki onlar adətən, “ola da bilər, olmaya
da bilər”, deyəndə bu cür hərəkət edirlər. Əvvəldə qeyd etdiyimiz kimi, Yaponiyada baş
yelləmək “Bəli, sizinlə razıyam” yox, “Bəli, sizi dinləyirəm” deməkdir.
....................................................................
Baş yelləmək baş əyməkdən gəlir,
adamın deyilənə tabe olduğunu göstərir.
....................................................................
Bolqarlar başlarını, “yox” demək istəyəndə yelləyirlər. “Hə” demək üçün onlar hamının
“yox” deyərkən istifadə etdiyi jesti edir – başlarını sağa-sola hərləyirlər. Ərəb isə “yox”
deyəndə başını bir dəfə yuxarı dartır. Başımızı yelləyəndə...
Çoxları bu jestin gücünə bələd deyil. Halbuki qarşıdakını inandırmaq üçün baş yelləmək çox
vacibdir. Müşahidələr təsdiqləyir ki, başımızı yellədiyimiz adam bizimlə həmişəkindən üç,
hətta dörd dəfə artıq danışır. Baş yelləmək sürəti dinləyənin həm səbrini, həm də əksinə,
səbirsizliyini göstərir. Məsələn, adam qarşısındakını dinləyəndə başını ağır-ağır tərpədib,
mühüm məqamı qeyd edəndə bir üç dəfə yelləyirsə söhbətə marağını ifadə edir. Amma
danışana qulaq asmaqdan yorulan, söhbətin bitməsini, ya da ona da söz verilməsini istəyən
adam başını sürətlə yelləyir.
Razılığa gəlməyin yolu
Bədən dili – jestlər insanın daxili aləminin, hisslərinin təzahürüdür. Ona görə də biz özümüzü
yaxşı hiss edəndə, pozitiv olanda başımızı yelləyirik. Bu, şüuraltı hərəkətdir. Amma başımızı
şüuraltı deyil, bilərəkdən yelləyəndə də özümüzü yaxşı hiss etməyə başlayırıq. Yəni pozitiv
hisslər başımızı yelləməyə, başımızı yelləmək pozitiv hisslərə səbəb olur. Bu, yenə də səbəb
və nəticə qanunudur.
Bəzi başqa jestlər kimi baş yelləmək də yoluxucudur. Qarşınızdakı adam danışdıqca başını
yelləyirsə, siz hətta onunla tam razılaşmasanız belə, başınızı yelləməyə başlayacaqsız. Baş
yelləmək anlaşmaq, razılığa gəlmək və əməkdaşlığa nail olmaq üçün əla vasitədir. Hər
cümlənin sonunda “Elə deyilmi?”, “Doğru deyilmi?”, “Ədalətlidirmi?”, “Siz də belə
eləyərdiz, elə deyilmi?” kimi suallar verərək danışan adam həm özü başını yelləyir, həm də
onu dinləyənlərin başını yelləməsinə, beləliklə də pozitiv hisslərin əmələ gəlməsinə səbəb
olur. Bu isə razılaşma ehtimalını artırır.
....................................................................
Baş yelləməklə razılaşmaya və əməkdaşlığa nail olmaq olar.
....................................................................
Sizə qulaq asan adama sual vermisinizsə, onun cavabını dinləyəndə başınızı yelləyin. Jesti
adam danışıb qurtarandan sonra da davam etdirin, başınızı təxminən beş dəfə ağır-ağır
tərpədin. Haradasa dördüncü dəfədə həmsöhbətiniz yenə danışmağa başlayacaq və sizə əlavə
informasiya verəcək. Başınızı sakit-sakit yelləməklə yanaşı, əlinizi çənənizdə saxlayın,
çənənizə yüngülcə tumar çəkin. Bu jestlər “dəstəsiylə” siz həmsöhbətinizin dediklərinə
marağınızı göstərər, onun istədiyiniz qədər danışmasına nail ola bilərsiz.
Başımızı bulayanda... Dünyanın demək olar ki, hər yerində “yox” demək üçün başı sağa-sola
döndərirlər, başqa sözlə desək, başı bulayırlar. Araşdırmalara görə bu jest də anadangəlmədir.
Təkamül prosesini öyrənən bioloqlar hesab edirlər ki, baş bulamaq insanın öyrəndiyi ilk
jestdir. Çünki yenicə doğulan uşaq anasının südündən doyanda başını sağa-sola hərəkət
etdirərək daha döş istəmədiyini bildirir. Körpə uşaq da yemək istəmədiyini ona uzadılan
qaşığı rədd etməklə – başını bulamaqla göstərir.
....................................................................
İnsan döş əmdiyi gündən başını bulayır.
....................................................................
Sizi inandırmağa çalışan adamın başını bulayıb-bulamadığına diqqət edin. “Mən sizin nə
demək istədiyinizi başa düşürəm”, “Yaxşı fikirdir”, “Şübhəniz olmasın, bu iş baş tutacaq”
kimi cümlələr işlədən adam eyni zamanda başını bulayırsa, ona inanmayın. Çünki dedikləri
yaxşı səslənsə də, jesti adamın münasibətinin neqativ olduğunu göstərir.
“Səni sevirəm” deyəndə başını bulayan kişiyə heç bir qadın inanmır. Bill Klinton Monika
Levinskiylə əlaqəsi haqda ifadə verəndə “Mən o qadınla cinsi əlaqədə olmamışam” cümləsini
səsləndirərkən başını bulamamışdı.
Başın əsas duruşları
Başımızı dik tuturuq
Biz insanlar başımızı üç əsas vəziyyətdə saxlayırıq. Birincisi, münasibəti neytral olan adamın
duruşudur. Neytral adam başını dik tutur və nadir hallarda, hansısa məqamı vurğulamaq üçün
azca yelləyir.
Başını dik tutan adam çox vaxt həm də əlini yanağına aparır. Hərdən adam çənəsini qabağa
verib, başını bir az da yuxarı qaldırır. Bu jest üstünlüyün, qorxusuzluğun, ya da təkəbbürün
göstəricisidir. Lovğalanan adam boğazını uzadaraq başını yuxarı qaldırmaqla sanki boyunu
artırır və ətrafındakılara “yuxarıdan aşağı baxmağa” başlayır. Enli çənə testosteron
hormonunun (“kişilik hormonu” da deyilir) çoxluğunun nəticəsidir. Ona görə də çənəni irəli
vermək güc və aqressiyayla bağlı jest hesab edilir.
Başımızı yana əyirik
Başı yana əymək itaətlə bağlı jestdir. Çünki başını əyən adamın boynu-boğazı açıq qalır və o,
daha balaca, daha təhlükəsiz görünür. Jestin kökü yəqin ki, uşaqlıqdadır; adam uşaq olanda
başını əyərək valideyninin çiyninə, ya da sinəsinə qoyur. Elə buna görə də çoxları, xüsusilə
də qadınlar bu hərəkəti itaətin və təhlükəsizliyin ifadəsi kimi qəbul edirlər.
Başını yana əyən adamın
zəif yeri – boynu-boğazı açıq qalır
və adam daha balaca, daha itaətkar görünür
Heyvanlar, xüsusilə itlər nəyəsə maraq göstərəndə başlarını yana əyirlər. Çarlz Darvin ilk
alimlərdən idi ki, insanın da başını yana məhz bu məqsədlə əydiyini qeyd eləmişdi.
Qadınlar bu jestdən sevdikləri kişiyə olan maraqlarını göstərmək üçün istifadə edirlər. Çünki
kişilərinin çoxunun təhlükəsiz və itaətkar qadınlardan xoşu gəlir. Son iki min il ərzində
çəkilmiş rəsm əsərlərinin tədqiqi göstərir ki, başını yana əymiş halda təsvir olunan qadınların
sayı kişilərdən 3 dəfə çoxdur. Reklam bannerləri üçün çəkilmiş şəkillərdə də belədir. Deməli,
başı yana əyməyin itaəti ifadə etdiyini çoxları intuitiv olaraq başa düşür. Amma kişilərlə
işgüzar görüş keçirən qadın başını dik tutsa yaxşıdır.
Başını yana əyən adam boynunu açıq qoyur; bu jestin mənasını deyəsən, hamı anlayır
Çıxış edəndə, prezentasiya zamanı auditoriyanıza baxın, başını yana əymiş adamları axtarın.
Kiminsə belə elədiyini, üstəlik, əlini üzünə aparıb azca irəli əyildiyini görürsüzsə, deməli,
məqsədinizə nail olmusuz. Siz də başqalarını dinləyəndə başınızı yana əyin, yelləyin.
Bununla qarşınızdakı adamda etimad yarada bilərsiniz.
Başımızı aşağı salırıq Başın aşağı dikilməsi neqativ, aqressiv münasibətin, məzəmmət və
töhmətin ifadəsidir. Başını aşağı salmış adam eyni zamanda əlini üzünə aparıb tənqidi jestlər
edə bilər və nə qədər ki başını qaldırmayıb, ya da yana əyməyib, bu adamdan sizə xeyir
gəlməz.
Peşəkar treynerlər başını aşağı salmış və qollarını çarpazlamış auditoriya ilə çox üzləşirlər.
Belə olanda onlar danışmağa başlamamışdan əvvəl auditoriyanı hərəkətə gətirməyə, mövzuya
cəlb etməyə çalışır, müəyyən taktikalardan istifadə edərək başları qaldırırlar. Taktikalar
uğurludursa, başlar bir azdan ikinci vəziyyəti alır – yana əyilir. İngilislərin özünəməxsus
salamlaşma tərzi var, başı aşağı, eyni zamanda yana əyirlər – boyunlarını buraraq salam
verirlər. Bu jest orta əsrlərdən qalıb. O vaxtlar kişilər salamlaşanda şlyapalarını çıxarırdılar.
Zaman-zaman bu jest formasını dəyişdi; kişilər başlarını azca əyib, şlyapalarına toxunmaqla
salam verməyə başladılar. İndi isə görüşəndə, sadəcə, boyunlarını buraraq təzim edir, ya da
əllərini alınlarına vururlar. Salyut da şlyapanı çıxarmaqdan qalıb. Boynumuzu niyə qısırıq?
Adam boynunu-boğazını zədədən qorumaq istəyəndə çiyinlərini qaldırır, boynunu qısıb
başını çiyinlərinin arasında gizlədir. Adətən güclü səs eşidəndə, nəyinsə üstümüzə aşacağını
görəndə, bir də heyrətlənəndə belə edirik. İşdə, biriylə görüşdə bu jest müti üzrxahlığı ifadə
edir və özünə əmin, arxayın görünmək istəyən adama yaraşmır.
Qadın boynunu qısıb Heç kimi incitməmək üçün bacardığı qədər kiçik görünməyə çalışır.
Bəzən kimsə danışanların yanından keçəndə söhbəti dinləmək üçün boynunu qısıb, çiyinlərini
qaldırır. Sanki bacardığı qədər kiçilməyə, nəzərə çarpmamağa çalışır. Bəzi işçilər müdirə
yaxınlaşanda bu jestdən istifadə edir, bununla öz statuslarını, aradakı münasibəti göstərirlər.
Paltarımızın saplarını yığırıq, yoxsa?
Adam qarşısındakının fikriylə razılaşmayanda, amma razılaşmadığını bildirmək istəməyəndə
jestlərin yeri dəyişir. Nəticədə məsum bədən dili – jestlər yenə insanın gizlətdiklərini açıb
göstərir. Məsələn, hərdən sizi dinləyən adamın paltarıyla oynadığını, üstündəki sapları
təmizləyirmiş kimi hərəkət etdiyini görə bilərsiz. Söhbətə heç dəxli olmayan bu jestin sahibi
çox vaxt yerə və kənara baxır və sözdə razılaşdığını desə də, əslində etiraz etdiyini göstərir.
Paltarının “saplarını yığan” adam fikrini bildirmək istəmir
Əllərinizi açın və “Siz nə fikirdəsiz?”, yaxud “Görürəm fikrə getdiniz. Nə fikirləşdiyinizi
deyə bilərsizmi?” – deyə sual verin. Sonra arxaya oturub qollarınızı aralı, ovuclarınızı açıq
saxlayaraq cavabı gözləyin. Həmsöhbətiniz yenə də paltarının “saplarını yığa-yığa” sizinlə
razılaşdığını bildirsə, başqa taktikadan istifadə etməli olacaqsız. Bəlkə kəsə danışmaq
lazımdır?
Hərəkətə keçməyə hazırıq! Bunu necə göstəririk?
Döyüşdə, ya da qarşı cinslə görüşdə iri görünmək üçün quşlar tüklərini pırpızladır, balıqlar
əlavə su udub bədənlərini şişirdir, it və pişiklər tüklərini qabardırlar. Heyvanlar qədər tükü
olmayan insanın isə qəzəbli və qorxulu görünmək üçün ölçüsünü artırmaq imkanı yoxdur.
Amma biz də heyrətimizi, kiməsə çox əsəbiləşdiyimizi, ya da baxdığımız filmin çox qorxulu
olduğunu bildirmək istəyəndə, “Tüklərim biz-biz olmuşdu”, deyirik. Çünki bütün bu hallarda
insan da bədənini böyütməyə cəhd edir və tüklərin dibindəki əzələlər sıxıldığı üçün onlar dik
durur.
Dirsəklər yuxarı qalxıb, yanlara baxaraq adamın dominantlığa hazır olduğunu göstərir;
arxaya baxan dirsəklər və yana əyilmiş baş itaəti ifadə edir Müasir insan daha iri görünməyin
yolunu tapıb; əllərini belinə qoyaraq daha çox yer tutur, beləliklə, olduğundan böyük adam
təsiri bağışlayır. Bu universal jestdən valideyni ilə mübahisə edən uşaqlar, çıxışa hazırlaşan
atletlər, rinqi gözləyən boksçular və ərazisinə müdaxilə edənlərə meydan oxumaq istəyən
kişilər istifadə edir, hərəkətə keçməyə hazır olduqlarını bildirirlər. Əllərini belinə qoyan adam
əlavə yer tutmaqdan başqa, yana baxan dirsəklərindən silah kimi istifadə edir, kiminsə
yaxınlaşmasına, yanından keçməsinə imkan vermir. Bir az qaldırılmış qollar da adamın
hücuma hazır olduğunu göstərir. Atışmağa hazırlaşan kauboylar belə dayanırlar.
Belə qoyulmuş bir əl qarşıdakına ismarış göndərir. Bu jestdən dünyanın hər yerində istifadə
olunur. Filippində və Malayziyada belə qoyulmuş əllər daha sərt məna daşıyır – qəzəb və
təhqiri ifadə edir. Əslində bu hərəkətin kökündə bütün hallarda nəzərə çarpmayan aqressiv
münasibət var. Məhz həmin münasibətin nəticəsidir ki, adam əlini belinə qoyaraq qəti addım
atmağa hazırlaşır. Məqsədinin arxasınca gedən, işi öhdəsinə alan, problemi həll etməyə, ölçü
götürməyə hazır olan adamlar da belə dayanırlar. Kişilər çox vaxt qadınların yanında əllərini
bellərinə, ya da ombalarına qoyaraq özünəarxayın, yeri gələndə sərt, bəzən də qərarlı adam
təsiri bağışlamağa çalışırlar.
....................................................................
Əlini belinə qoyan adam daha iri görünür və gözə çarpır,
çünki daha çox yer tutur.
....................................................................
Qarşımızdakı insanın münasibətini anlamaq, düzgün nəticə çıxarmaq üçün yenə də şəraitə, bu
jestdən sonrakı jestlərə diqqət etməyimiz vacibdir. Məsələn, əllərini belinə qoymuş adamın
paltosuna, yaxud pencəyinə baxaq; yaxası bağlıdır, yoxsa açıq? Pencəyin ətəkləri arxaya
atılıb? Yaxası bağlı adam əlini belinə qoyanda dilxorluğunu, məyusluğunu ifadə edir. Yaxası
açıq adamın əlini belinə qoyması aqressivliyin göstəricisidir, çünki adam sanki
qorxusuzluğunu nümayiş etdirmək üçün yaxasını da açır. Beləsi çox vaxt həm də ayaqlarını
aralayıb yerə möhkəm dayayır, bəzən hətta yumruqlarını sıxır.
Paltarlarını nümayiş etdirən modellər də
diqqəti cəlb etmək üçün əllərini bellərinə qoyurlar Peşəkar modellər də paltarları nümayiş
etdirəndə əllərini bellərinə qoyur, bununla sanki əyinlərindəkilərin müasir, qəti və uzaqgörən
qadınlar üçün nəzərdə tutulduğunu çatdırmaq istəyirlər. Hərdən qadın bir əlini belinə qoyur, o
biri əliylə başqa jest edir, eyni zamanda çanaq hissəsini azca əyməklə bel və ombalarının
gözəlliyini (həm də reproduktiv funksiyasını yerinə yetirməyə hazır olduğunu) göstərərək
diqqət çəkməyə çalışır. Yəni həm qadınlar, həm də kişilər qarşı cinsi cəlb etmək istəyəndə
əllərini bellərinə qoyurlar.
Kauboy duruşu
Baş barmaqlar kəmərə, ya da şalvarın cibinə keçərək sanki genital hissəni nümayiş etdirir.
Əsasən kişilər cinsi maraqlarını göstərməyə çalışanda belə dayanırlar. Qərb
kinematoqrafiyası silahlı qəhrəmanların cəsurluğunu ifadə etmək üçün bu jestdən çox istifadə
edir. Kauboy duruşu; oğlan barmaqlarını göstərmək istədiyi yerə tuşlayıb
Hərdən kişilər qollarını yana açıb əllərini ciblərinə, ya kəmərə elə keçirirlər ki, barmaqlar
indikator rolunu oynayaraq şalvarın bağına tərəf yönəlir. Bu jesti zarafatla “uzun barmaqlı
oğlan” – deyə ifadə edirlər. Kişilər başqa kişilərdən qorxmadıqlarını və ya sərhədlərini
göstərmək istəyəndə belə dayanırlar (Meymunlar da eyni halda eyni jestdən istifadə edir,
sadəcə, şalvar geyinmədikləri üçün əllərini nə ciblərinə qoya bilir, nə də kəmərə keçirirlər).
Bu jest ətrafdakılara, “Mən qoçağam və dominantlıq edə bilərəm” deyir, ona görə həm də
cinsi partnyor axtarışında olan kişilərə xasdır. Qadınla danışanda belə dayanan, ayağının
birini irəli – qadına tərəf qoyan, eyni zamanda gözləri parıldayan (göz bəbəkləri genişlənmiş)
kişinin beynindən keçənləri istənilən qadın “oxuya” bilər. Çünki bu jestlər kişini asanlıqla ələ
verir.
Seksuallığına inanan qadın Kauboy duruşu kişilərə xasdır, ancaq şalvar, cins geyinən qadınlar
da hərdən belə dayanırlar. Öz seksuallığına əmin olan qadınlar don da geyəndə baş
barmaqlarını ya ciblərinə, ya da kəmərə keçirirlər.
Rəqiblər bir-birini süzəndə
Şəkildəkilərin bir-birini süzdüyü aydın görünür. Hər ikisi qarşısındakına qiymət verən, eyni
zamanda onunla rəqabət aparan adama xas jestlərdən istifadə edib: biri əllərini belinə qoyub,
o biri baş barmaqlarını kəmərinə keçirib. Onların bir-birinə yanakı baxdığını və bədənlərinin
aşağı hissəsinin rahat göründüyünü nəzərə alsaq, toqquşma ehtimalının az olduğunu deyə
bilərik. Bu adamlar, sadəcə, şüuraltı hərəkət edərək, bir-birinin gücünü təxmin etməyə
çalışırlar.
Rəqiblər bir-birini süzür
Bu adamlar bir-biriylə dilucu, bəlkə də dostcasına söhbət edə bilərlər. Amma əllər hələ
beldədirsə, açıq jestlərdən istifadə olunmursa, başlar yana əyilmirsə, yüngül atmosferdən
söhbət gedə bilməz.
Eyni jestlərdən istifadə edən adamlar bir-birinə qarşı dursa və ayaqlarını aralayıb yerə
möhkəm dayasa, döyüş ehtimalı yaranar. Jestlər münasibətlərin aqressiv olduğunu göstərir
Nüfuzlu və hökmlü lider təsiri bağışlamağa çalışan Adolf Hitler fotoqrafların qarşısında
dayananda əlini belinə qoysa da, sol əlini bədəninin üstündə saxlayır, sanki eybini örtməyə
çalışırdı (Hitlerin bircə xayası vardı).
Bir-birinə zidd jestlər:
Hitlerin sağ əli belindədir, hücuma hazır olduğunu göstərir; sol əl bədənin ön hissəsini
qoruyur Ayaqları aralayıb oturmaq kişilərə xasdır Bu jest kişilərə məxsusdur və gücü, qüdrəti
ifadə edir. Meymunlar da başqa meymunlara hökm etmək istəyəndə ayaqlarını aralayırlar,
döyüşüb yaralanmaqdansa, ayaqlarını dartıb böyüklüklərini nümayiş etdirirlər və ayağını ən
çox aralayan meymun ən güclü meymun hesab olunur. Kişilər oturanda ayaqlarını çox vaxt
özləri bilmədən ayırırlar və qarşıdakı adam da statusunu qorumaq üçün bu hərəkəti təkrar
edir, həmsöhbətinə eyni jestlə cavab verir. Amma qadınların qarşısında, xüsusilə işgüzar
görüşlərdə bu hərəkəti eləmək olmaz. Hər şeydən əvvəl ona görə ki, qadınlar eyni jestlə
cavab verə bilmirlər.
....................................................................
İş yerində ayaqlarını aralayıb oturan kişi qadını ürküdə bilər.
....................................................................
Lentə aldığımız görüşləri izləyəndə görürük ki, kişi ayaqlarını aralayıb oturanda qarşısındakı
qadın ona ayaqlarını və qollarını çarpazlayaraq, yəni müdafiə mövqeyini seçərək cavab verir.
Deməli, işgüzar görüşlərdə kişilər ayaqlarını cüt saxlasalar yaxşıdır. Qadınlar isə ayaqlarını
aralayan kişilərə reaksiya verməməlidirlər. Müdafiə mövqeyini seçmək qadının ziyanınadır.
Yeri gələndə elə şalvarın bağına işarə edərək, “Yaxşı təklifdir, Bob”, ya da, “Nəyi nəzərdə
tutduğunuzu görürəm”, deyə zarafat edə, həmkarınıza dərs verməklə yanaşı ətrafdakıları
güldürə bilərsiz.
Ayaqlar oturacağın qolunda
Ayaqlarını qaldırıb kreslonun qoluna qoyanlar da əsasən kişilərdir, çünki bu şəkildə oturmaq
üçün ayaqları aralamaq lazımdır. Bu jest adamın kresloya sahib olduğunu, eyni zamanda
rəsmi qaydalara riayət etmədiyini, həm də aqressiv münasibətini göstərir.
Laqeydlik və etinasızlıq; rəsmi qaydalara riayət olunmur
İki dostun bu şəkildə oturub zarafatlaşması normal hesab edilə bilər, amma fərqli yerdə, fərqli
şəraitdə... Təsəvvür edin ki, problemi olan işçi məsləhət üçün müdirin yanına gəlib. İrəli
oturub əllərini dizlərinin üstünə qoyaraq öz problemindən danışır. Başını aşağı salıb, üzü
qəmgin, səsi zəifdir. Müdir sakitcə onu dinləyir, sonra yayxanaraq bir ayağını qaldırıb
kreslosunun qolunun üstünə aşırır. Bununla müdir işçisinə, onun probleminə laqeydliyini,
işçiylə maraqlanmadığını göstərir. Bəlkə də “köhnə nağıllara” görə vaxt itirdiyini düşünür.
Ola bilər ki, müdir problemi öz-özlüyündə götür-qoy edib, sadəcə, əhəmiyyətsiz hesab
etdiyindən məsələyə xüsusi maraq göstərmir, elə işçisinə də narahat olmamağı məsləhət
görür. Amma nə qədər ki ayağını aşağı salmayıb, müdir laqeyd görünəcək və elə ona görə də
laqeyd münasibət göstərəcək. Təsəvvür edin ki, yalnız işçi otaqdan çıxandan sonra müdir
dərindən nəfəs alıb, “Şükür, getdi” deyir və ayaqlarını aşağı salır.
Danışıqlar zamanı bu oturuş ətrafdakıları qıcıqlandıra bilər. Oturuşu dəyişmək çox vacibdir,
çünki ayaqları kreslonun qolunda olan adam deyilənlərə laqeyd, ya da aqressiv münasibət
göstərəcək. Ən yaxşısı bu adama nə isə göstərmək, beləliklə, onu qabağa əyilməyə məcbur
etməkdir. Zarafatınız varsa, həmin adama şalvarının ayağının cırıldığını deyin.
Stulda tərsinə oturmaq nə deməkdir?
Keçmişdə döyüşçülər özlərini düşmənin nizəsindən, dəyənəyindən qorumaq üçün qalxandan
istifadə edirdilər. İndi də fiziki, bəzən də şifahi hücuma məruz qalanda adam əlinə keçəni
üstünə tutur, sanki özünə qalxan eləmək istəyir. Hasarın, darvazanın, evin, yaxud maşının
qapısının arxasından, ya da stulda tərsinə oturaraq danışmaq da qalxan yaratmaq cəhdidir.
Dominantlıq etmək, ətrafdakıları nəzarətdə saxlamaq istəyən adam həm də özünü
qorumaqdadır Stulun arxası bədənimizi qoruyan qalxan rolunu oynayır, eyni zamanda bizi
aqressiv və dominant adama çevirir. Əslində elə dominant adamlar belə oturur, söhbətdən,
mübahisədən yorulanda kontrolu ələ almağa, başqalarını idarə eləməyə cəhd göstərərək stulu
tərsinə çevirirlər. Oturacağın arxası onları ətrafdakıların “hücumundan” qoruyur. Bu cür
oturanlar həm də ehtiyatlı olurlar, onların stulu nə vaxt çevirdiyini ətrafdakılar bəzən heç
sezmirlər. Kişilər stulu tərsinə çevirəndə adətən, ayaqlarını aralayaraq ata minmiş adam kimi
oturur, nəticədə ayaqlarının arasını sərgiləmiş olurlar.
Stulda tərsinə oturan adamı “tərk-silah” etməyin ən yaxşı yolu ya keçib onun arxasında
oturmaq, ya da ayağa qalxmaqdır. Gözləmədiyi yerdən “hücuma məruz qalacağını” düşünən
adam oturuşunu dəyişməli olacaq.
Bəs əgər stul fırlanırsa? Ayaqlarını aralayıb, yerində fırlanan adamı dilə tutmağın mənası
yoxdur. Yaxşısı budur, ayaq üstdə durun və ona yuxarıdan aşağı baxaraq danışın, lazımdırsa
şəxsi məkanına keçin. Bu hərəkətiniz adamı çaşdırar, o, hətta geri çəkilməyə cəhd edərək
yıxıla bilər. Və gələn dəfə bu adam sizə gələndə ona adi, varsa qollu stul təklif edin ki,
sevimli oturuşundan məhrum olsun. Stulu minə bilməyəndə belələri çox vaxt mancanaq kimi
oturur.
Mancanaq Bu jesti əli belə qoymağa bənzədirlər, onun oturaq variantı adlandırırlar. Amma
əllər beldə deyil, boynun arxasında birləşir, dirsəklər ətrafdakıları hədələyirmiş kimi kənara
baxır, adam mancanağa oxşayır. Mancanaq da kişilərə məxsus oturuşdur, qarşıdakının
gözünü qorxutmaq, onu ürkütmək, çəkindirmək, alçaltmaq üçün istifadə olunur. Hücuma
hazırlaşan adam əvvəl belə oturaraq özünü rahat və yüngül hiss etdiyini göstərib
qarşısındakını aldadır, onu arxayın salır.
Mancanaq: özünə arxayındır, özünü hamıdan ağıllı bilir və hesab edir ki, onun bananları
hamınınkından çoxdur
Bu jestdən daha çox istifadə edənlər peşəkar mühasiblər, vəkillər, satış menecerləri və özünə
arxayın olan, özünü başqalarından üstün hesab edən, hər şeyi bildiyini düşünən, çox ağıllı və
bilikli olduğunu göstərmək istəyən adamlardır. Mancanaq kimi oturan adamın ürəyindən
keçənləri oxuya bilsəydik, yəqin: “Bütün sualların cavabları məndədir”, “Hər şey nəzarət
altındadır”, hətta “Bəlkə bir gün siz də mənim qədər ağıllı olacaqsız” kimi fikirlərin şahidi
olardıq. Bu, direktorların sevimli jestidir. Hətta əvvəlki iş yerində mancanaq vəziyyətində
nadir hallarda oturan adam direktor vəzifəsinə təyin olunan kimi bu jestdən istifadə edir. Öz
ərazisini göstərmək, seçdiyi yerin onun məkanı olduğunu bildirmək istəyən adamlar da belə
otururlar.
Əllərini boynunun ardında birləşdirərək özünü mancanağa bənzədən adam çox vaxt həm də
dördəbənzər formada, ya da ayaqlarını aralayaraq şalvarının bağını göstərirmiş kimi oturur.
Bu jestlər “dəstəsi” özünü başqalarından üstün bilməkdən savayı adamın həm də müzakirə və
mübahisəyə hazır olduğunu, ya da dominantlıq etməyə çalışdığını göstərir. Belə oturan
adamlarla şəraitdən asılı olaraq müxtəlif şəkillərdə davranmaq olar. Bir az irəli əyilib
əllərinizi açaraq, “Görürəm, bu haqda məlumatınız var. Fikriniz nədir, nə deyə bilərsiz?” –
deyə soruşun, sonra arxaya oturub cavabı gözləyin.
....................................................................
Qadınların işdə mancanaq kimi
oturan kişilərdən acığı gəlir.
....................................................................
Ya da göstərmək istədiyiniz əşyanı həmin adamın əli çatmayan yerə qoyun və “Bunu
görmüsünüzmü?” – deyə sual verin. Mancanaq kimi oturan adam irəli əyilməyə məcbur
olacaq. Kişilər “mancanağı” yamsılamaqla ona cavab vermiş olarlar, çünki jestin təqlidi
bərabərliyə – hər iki tərəfin eyni səviyyədə görünməsinə səbəb olur. Amma qadınlar bunu edə
bilmirlər, çünki əllərini boynuna aparan qadının döşləri adamın gözünə “girər”, bu isə onun
üçün yaxşı olmaz. Sinəsi yastı olan qadın da mancanaq kimi oturanda həm qadınlara, həm də
kişilərə aqressiv adam təsiri bağışlayır.
....................................................................
“Mancanaq” qadına yaramır, sinəsi düz olsa belə, yaramır.
....................................................................
Qadınsızsa və qarşınızdakı kişi bu jestdən istifadə edirsə, siz ayağa qalxıb danışın.
“Mancanaq” sizi dinləmək üçün oturuşunu dəyişməli olacaq. Bu halda siz yerinizə qayıda
bilərsiz. Həmsöhbətiniz yenə mancanaq kimi otursa, yenə qalxın. Bu, sizi üstələməyə, sizin
gözünüzü qorxutmağa çalışan adamı yerində oturtmağın ən yaxşı, ən sakit yoludur.
“Mancanaq” sizin müdirinizdirsə və sizi töhmətləndirirsə, oturuşunu yamsılamaqla siz onu
qorxutmuş olarsız. Məsələn, eyni statusa malik adamlar belə oturanda aralarındakı bərabərliyi
və razılığı nümayiş etdirirlər. Ancaq məktəb direktorunun qarşısında əyləşən şagird əllərini
boynunun ardında birləşdirərsə, yalnız hiddətə səbəb olar.
Biz bir sığorta şirkətində tədqiqat aparırdıq. Məlum oldu ki, 30 menecerdən (hamısı kişi) 27-
si öz işçilərinin yanında mancanaq kimi oturur. Amma direktorlarının yanında həmin
menecerlər bu jestdən nadir hallarda istifadə edirdilər. Direktoru görəndə onlar daha itaətkar
vəziyyət alır, tabelikdə olan adama məxsus jestlər edirdilər.
Adamın hərəkətə hazır olduğunu
göstərən jestlər
Danışıq aparmaq qabiliyyətinə yiyələnmək istəyən adamların öyrənməli olduğu jestlərdən
biri də oturan, amma hərəkətə hazır olan adamın jestidir. Təsəvvür edin ki, qarşınızdakı
adama təklif verirsiz. Təklifin müzakirəsi yaxşı gedirsə və söhbətin sonunda sizi dinləyən
adamın hərəkətə hazır olduğunu görürsünüzsə, nəzərdə tutduğunuz müqaviləni, yaxud sazişi
istəyə bilərsiz. Çox güman ki, müsbət cavab alacaqsız.
İnsanın hərəkətə hazır olduğunu göstərən klassik vəziyyət
Potensial müştəriylə söhbət edən satış menecerlərinin videolarına baxanda görürük ki,
çənəsini sığallayandan (qərarvermə prosesi) sonra bu vəziyyətdə oturan müştərilərin yarıdan
çoxu ona edilən təklifə “hə” deyir. Əksinə, əllərini çənəsində gəzdirəndən sonra qollarının
altına aparan, yəni qollarını çarpazlayan adamlar çox vaxt “yox” cavabı verirlər.
Amma bəzən acıqlı adam da hərəkətə hazır vəziyyətdə oturur, çünki o da nə isə eləmək,
məsələn, qarşısındakını bayıra tullamaq istəyir. Əvvəlki jestlərə də diqqət etmisinizsə,
qarşınızdakının hazır vəziyyətə hansı niyyətlə gəldiyini anlaya bilərsiniz.
Söhbəti bağlamaq istəyən adam
Toplantını, görüşü başa çatdırmaq istəyən adam ya irəli əyilərək əllərini dizlərinin üstünə
qoyur, ya da stulunun oturacağından yapışaraq irəli əyilir. Qarşınızdakı adam bu jestlərdən
birini edərsə, təşəbbüsü öz üzərinizə götürün və söhbətin istiqamətini dəyişin, ya da
danışıqları başa vurun. “Diqqət, indi qaçacağıq – toplantını bitirməyə hazırıq”
Nəticə
Bu fəsildə göstərdiyimiz jestləri müşahidə etmək çox asandır, çünki onlar gözə tez çarpır. Və
belə jestlərin mənasını, əhəmiyyətini bilmək nəinki lazımdır, hətta vacibdir. Çünki söhbətin,
danışıqların uğurla keçməsi üçün siz də neqativ jestləri öz repertuarınızdan çıxarmalısız. Sizə
müsbət nəticələr verəcək jestlərdən istifadə etməyə çalışın.
12-ci fəsil
QARŞILIQLI ANLAŞMAYA
NAİL OLMAĞIN YOLLARI TƏQLİD Onların hamısı eyni paltardadır, eyni hərəkəti,
eyni jestləri edir, eyni görünürlər, üzlərindəki ifadə də eynidir,
amma sual versəniz, hər biri “mən öz işimi görürəm” deyəcək
Kimisə ilk dəfə görəndə tezcə qiymət verməyə çalışırıq; həmin adamın bizə qarşı neqativ,
yoxsa pozitiv olduğunu bilmək istəyirik. Heyvanlar da yaşamaq xatirinə belə edirlər. Biz
insanlar gördüyümüz adamı süzürük, bizim kimi hərəkət edib-etmədiyini, bizim jestləri
təkrarlayıb-təkrarlamadığını, bir sözlə, bizi yamsılayıb-yamsılamadığını bilmək istəyirik.
Çünki biz aramızda bağlar yaratmaq, bir-birimizi qəbul etmək, dil tapmaq üçün özümüz də
bilmədən bir-birimizi təqlid edirik. Keçmişdə təqlid kübar cəmiyyətin ədəb-ərkan
qaydalarınadaxil idi, əcdadlarımız müəyyən qruplara, birliklərə qoşulmaq, uyğunlaşmaq üçün
bu üsuldan istifadə edirdilər. Təqlid həm də öyrənməyin primitiv üsullarından biridir – qədim
insan hər şeyi bir-birini yamsılayaraq öyrənib.
Adamların bir-birini yamsıladığını ən çox əsnəyəndə görürük; bir adam əsnəyən kimi
ətrafdakılar da əsnəməyə başlayırlar – əsnək əsnək gətirir. Robert Provayn aşkar edib ki,
əsnəmək elə yoluxucu hərəkətdir ki, bunun üçün başqasının məhz əsnədiyini görməyə ehtiyac
yoxdur. Adam kiminsə ağzını geniş açdığını görəndə də əsnəməyə başlaya bilər. Əvvəllər
güman edirdilər ki, adam yalnız orqanizminin oksigen balansını artırmaq üçün əsnəyir.
Amma indi məlumdur ki, insan qarşısındakıyla dil tapmaq, harmoniyaya nail olmaq üçün
onun hərəkətlərini təkrarlayır və əsnəmək də təqlidin formalarından biridir. Bu xüsusiyyət
meymunlara da xasdır.
....................................................................
İki qadının eyni paltarı geyinməsi təhlükəli təqliddir.
Amma qonaqlığa eyni paltarda gələn kişilər
ömürlərinin axırına kimi dost ola bilərlər.
....................................................................
Bir-birini yamsılayan adamlar bir-birinə: “Mənə baxın, mən də sizinlə eyniyəm, sizinlə eyni
fikirdəyəm” – deyir. Yəqin buna görə rok qruplarının konsertlərində hamı bir yerdə qalxır, bir
yerdə əl çalır, ya da əllərini yuxarı qaldırırlar. Kütlənin sinxronluğu iştirakçıların özlərini
təhlükəsizlikdə hiss etməsinə yardım eləyir. Qəzəbli izdiham isə bir-birinin aqressiv
hərəkətlərini təkrar edən adamlardan ibarət olur. Belə situasiyalarda insanlar özlərini itirir.
Kütlənin özündən çıxmaması üçün onu adətən, sakitləşdirməyə çalışırlar.
Növbə də təqlidin nəticəsində formalaşır. Bir-birini tanımayan və gələcəkdə də
görüşməyəcək adamlar birgə hərəkət edir, yazılmamış davranış qaydalarına əməl eləyərək
eyni qaydada dayanıb avtobusu, ya da bankda, yaxud incəsənət qalereyasında növbələrini
gözləyirlər. Əsgərlər müharibədə çiyin-çiyinə vuruşarkən bir-birinin hərəkətlərini
təkrarlayırlar. Miçiqan Universitetindən professor Cozef Henrix aşkar edib ki, başqalarını
yamsılamaq xüsusiyyəti insanın beyninə sanki yeridilib və bu cəhəti insanın daha çox qida
əldə etməsinə, daha sağlam olmasına, cəmiyyətin iqtisadi rifahına yardım edir. İngilislər,
almanlar və qədim romalılar kimi xalqların uzun illər dünyaya hökm etməsini onların təqlidlə
bağlı xüsusi intizama malik olmalarıyla izah edənlər də var.
Təqlid qarşılıqlı anlaşmaya nail olmaq üçün əla vasitədir və ətrafdakıların özünü çox rahat
hiss etməsinə səbəb olur. Videolara sürəti azaldaraq baxanda görürük ki, insan qarşısındakını
yamsılayaraq özündən asılı olmadan eyni vaxtda gözlərini qırpa, burun pərlərini genişləndirə,
qaşlarını qaldıra, hətta göz bəbəklərini böyüdə bilər. Bu, əlbəttə, çox qəribədir, çünki
normalda adam istəsə də, bu mikro jestləri təkrarlaya bilməz.
Biz hamıdan qabaq valideynlərimizi yamsılamağa başlayırıq; Şahzadə Filip və gənc şahzadə
Çarlz Mükəmməl addım
Müsbət aura yaradaq
Sinxron hərəkətlərin tədqiqi göstərir ki, eyni hissləri keçirən, eyni “dalğalarda olan” və
aralarında harmoniya hiss edən adamlar bir-birinin jestlərini və mimikalarını təkrarlamağa
başlayırlar. İki şəxs arasında harmoniya insan hələ anasının bətnində olanda başlayır. Uşağın
ürəyi ananınkıyla həmahəng döyünür, uşaq və ananın bədəni öz funksiyalarını ümumi
ahənglə yerinə yetirir. Yəni təqlid insanın təbiətindən gəlir.
Qadınla kişi tanışlığının ilkin dövründə çox vaxt eyni hərəkətləri edir. Bu, birgə rəqsə
bənzəyir. Məsələn, qadın ağzına bir tikə aparanda kişi öz ağzının kənarını silir. Ya da kişinin
başladığı cümləni qadın bitirir. Qadının menstruasiya dövrü yaxınlaşanda kişinin ürəyi
şokolad istəyir. Qadın köpdüyünü hiss edəndə kişi qaz buraxır... Adam kiminsə yanında
özünü yaxşı hiss etdiyini deyəndə, müsbət auradan danışanda özü də bilmədən təqlidi,
hərəkətlərin sinxronluğunu nəzərdə tutur. Məsələn, restoranda masa arxasında oturanlar
yeyib-içmirsə, ac olan adam da nə yemək, nə də içmək istəyir, çünki harmoniyanın
pozulacağını, narahat olacağını bilir. Yemək sifariş edəndə çox adam “Sən nə istəyirsən?” –
deyə yanındakının fikrini soruşur və bəyənsə, eyni yeməyi istəyir. Bəlkə də buna görə
cütlüklər musiqili yerdə görüşməyə üstünlük verirlər. Axı musiqi insanların eyni ritmlə
hərəkət etməsinə səbəb olur.
Görünüş və jestlərin təqlidi eyni cəbhədən olmağın əlamətidir,
həm də birinin o birini üstələməsinə imkan vermir Hüceyrələr səviyyəsində təqlid
Amerikalı kardioloq-cərrah Dr. Mehmet Öz ürəyin transplantasiyasından sonra
pasiyentlərində maraqlı xüsusiyyətlər aşkar edib. Həkimin dediyinə görə bəzi başqa orqanlar
kimi ürək hüceyrələrinin də yaddaşı varmış. Ona görə də translantasiyadan sonra pasiyentlər
donorun yaşadığı emosiyaları yaşamağa başlayırlar. Bəzi pasiyentlər hətta donorun duruşunu,
jestlərini təkrar edirlər, halbuki donoru heç görməyiblər. Belə çıxır ki, ürəyin hüceyrələri
beyinə təsir edir, məhz bunun nəticəsində transplantasiyadan sonra pasiyent donor kimi
hərəkət etməyə başlayır.
Autizm kimi problemi olan adamlar başqalarını yamsılaya, ya da kiməsə uyğun hərəkət edə
bilmirlər. Bu da onların ətrafdakılarla ünsiyyətini çətinləşdirir. Eyni şey sərxoşlara da aiddir.
Sərxoş adamın sözləriylə jestləri bir-birinə uyğun gəlmir, yəni kimisə yamsılamaqdan söhbət
gedə bilməz. Səbəb və nəticə qanunu burda da özünü göstərir. Hansı jestləri mənimsəsəniz,
hansı jestlərdən istifadə etsəniz, həmin jestlərə uyğun emosiyaları yaşayacaqsız. Məsələn,
özünə arxayın adam “qüllə” jestindən qeyri-ixtiyari istifadə edir və bununla arxayınlığını
göstərir. Bu jesti bilərəkdən etsəniz, sizdə dəyişiklik olacaq, arxayınlığı hiss etməyə
başlayacaqsız. Eləcə də ətrafdakılar sizin arxayın olduğunuzu anlayacaqlar. Bütün bunlar
göstərir ki, qarşınızdakı adamın duruşunu və jestini təkrarlamaq, yəni yamsılamaq qarşılıqlı
anlaşmaya səbəb olacaq güclü vasitədir.
Kim daha yaxşı yamsılayır,
qadınlar, yoxsa kişilər?
Mançester Universitetindən Ceff Bitti aşkar edib ki, qadınlar qadınları dörd dəfə çox təqlid
edirlər, nəinki kişilər kişiləri. Bundan başqa, qadınlar kişiləri də yamsılayırlar, amma kişilər
qadınları yamsılayan deyil, yalnız hansısa qadına xüsusi meyili olan kişi onu təqlid edə bilər.
Qadın kiminsə qrupun fikrilə razı olmadığını gördüyünü deyirsə, deməli o, narazılığı
doğrudan da görür. Daha doğrusu, kiminsə qrupdakıları yamsılamadığını, qrupdakılardan
fərqli jest etdiyini və bununla öz narazılığını büruzə verdiyini görür. Qadınların bunu, eləcə
də qəzəbi, yalanı, incikliyi görmək qabiliyyəti kişiləri həmişə heyrətləndirib. Çünki kişi beyni
kiminsə jestlərini kiçik detallarına qədər “oxumaq” iqtidarında deyil və təqlid fərqini hiss
etmir.
“Niyə kişilər dinləmir, qadınlar isə xəritədən baş çıxarmırlar?” (“Orion” nəşriyyatı)
kitabımızda qeyd etdiyimiz kimi, hisslərin mimika və jestlərlə ifadəsi baxımından qadınla
kişinin beyni fərqli şəkildə proqramlanıb. Təsadüfi deyil ki, qadın qarşısındakı adamın
emosiyalarını əks elətdirmək üçün onu dinlədiyi on saniyə ərzində orta hesabla altı mimika
canlandıra bilər və biz danışanın ifadə etdiyi hissləri dinləyən qadının üzündə görə bilərik.
Sanki müzakirə olunan hadisə onun da başına gəlib. Qadın deyilənin mənasını adamın səs
tonundan da anlayır, insanın emosiyalarını onun jestlərindən “oxuyur”. Qadının diqqətini
çəkmək, onu maraqlandırmaq istəyən kişi də bunu bacarmalıdır. Bəzi kişilərə “təqlid elə”
deyəndə, dəhşətə gəlirlər, amma mimikaları təkrarlayaraq dinləməyi bacaran kişi çox şeyə
nail ola bilər. Kişilər qadını yamsılasalar, qadın kimi görünəcəklərindən və qadının gözündən
düşəcəklərindən qorxurlar. Amma araşdırmalar göstərir ki, qadını dinləyən kişi onun
mimikalarını təkrarlayanda ona qayğıkeş, ağıllı, maraqlı və cazibədar adam təsiri bağışlayır.
Digər tərəfdən kişi qadının göstərdiyi mimikaların üçdə birini ancaq təkrarlaya bilər. Həm də
axı kişilər, xüsusilə cəmiyyət içində, mimikasız gəzməyə, öz hisslərini büruzə verməməyə
çalışırlar. Bununla onlar mümkün hücumlardan qorunur, ya da hisslərinə hakim adam təsiri
bağışlamaq istəyirlər. Yəqin buna görədir ki, bəzi kişilər adamı dinləyəndə heykəl kimi
dayanırlar. Ancaq kişinin “maskası”, yəni ifadəsiz üzü onun hissiyyatsızlığına dəlalət eləmir.
“Maska taxan” kişi situasiyaya nəzarətini hiss edir. Beynin tədqiqi göstərir ki, kişilər də
qadınlar qədər həyəcan keçirə bilərlər, amma bunu ətrafdakılara göstərməzlər.
Bəs əgər qadınsızsa?
Qadınsızsa və kişini yamsılamaq istəyirsizsə, unutmayın, kişilər münasibətlərini ifadə etmək
üçün üzdən deyil, bədəndən istifadə edirlər. Qadınların çoxu hesab edir ki, buz kimi soyuq
üzü olan kişini yamsılamaq çətindir (kişilər isə üzü ümumiyyətlə, təqlid etmirlər). Qadınsızsa,
kişiləri dinləyən zaman mimikalarınızın sayını azaldın, çünki kişini üstələməyə çalışan adam
təsiri bağışlayar, onu qorxudarsınız. Kişinin hisslərini, yəqin ki, ehtimal etdiyiniz hissləri
ifadə etməyə cəhd eləməyin. Yanılmış olarsız, nəticədə sizi düşüncəsiz və yelbeyin hesab
edərlər. İşdə kimisə dinləyərkən ciddi dayanan qadınlar kişilərə ağıllı, dərrakəli və zəkalı
adam təsiri bağışlayırlar. Ərlə arvadın torpağı bir yerdən götürülüb, yoxsa?
Uzun müddət bir yerdə yaşayan və yaxşı münasibətdə olan adamlar bir-birinə bənzəməyə
başlayırlar. Məsələ burasındadır ki, bu adamlar daim bir-birini təqlid edir, bir-birinin
mimikalarını o qədər təkrarlayırlar ki, bir müddət sonra onların üz əzələləri eyni şəkildə
formalaşmağa başlayır. Hətta bir-birinə bənzəməyən cütlük şəkil çəkdirəndə eyni təbəssümlə
baxa, beləliklə oxşar görünə bilər.
Sietldəki Vaşinqton Universitetindən psixoloq Con Qotman və onun həmkarları 2000-ci ildə
aşkar ediblər ki, cütlüklərdən biri o birinin üzündəki xoşbəxtliyi təqlid etmirsə, üstəlik, nifrət
və həqarəti ifadə edirsə, nikah çox vaxt uğursuzluqla nəticələnir. Nə baş verdiyini anlamasa
belə, həyat yoldaşının əks hərəkəti gülümsəyən adama yer eləyir.
İt yiyəsinə oxşayar
Bəzən insanla heyvan arasında da oxşarlıq olur və insanlar çox vaxt özləri də bilmədən
özlərinə bənzəyən, onların münasibətini ifadə edən heyvanlara meyil göstərirlər. Şəkillərə
baxsanız, nə demək istədiyimizi anlayarsız.
Bizə bənzəyən heyvanları seçirik? Meymundur, nə görür, onu eləyir
Gələn dəfə hansısa ictimai tədbirə, ya da adamların görüşüb söhbət etdiyi başqa bir yerə
gedəndə eyni şəkildə dayanan, eyni jestləri edərək danışan adamlara fikir verin. Bir-birini
yamsılayan adamlar bir-birinin fikrinə şərik olduqlarını bildirirlər, sanki “Görürsən, mən də
sənin kimi düşünürəm”, deyirlər. İlk jestləri adətən statusu yuxarı olan adam edir, ətrafdakılar
onu təkrarlayırlar (çox vaxt yuxarıdan aşağıya doğru).
Eyni fikirdə olanlar Məsələn, hansısa barın qarşısında şəkildəki kimi qabaq-qabağa dayanan,
duruşu və jestləri eyni olan adamları götürək. Bu vəziyyət göstərir ki, danışanlar ikisinin də
eyni münasibət göstərdiyi məsələni müzakirə edirlər. Ona görə də biri, məsələn, əlini
çənəsinə dayasa, ya da ayağının birini irəli qoysa, o biri onu yamsılayacaq. Və nə qədər ki bu
adamlar eyni fikirdədirlər, təqlid davam edəcək.
Adətən dostlar, yaxud eyni statusdan olan adamlar bir-birini yamsılayırlar. Ailə qurmuş
cütlüyün eyni sürətlə yeriməsi, eyni şəkildə oturub-durması və eyni jestlərdən istifadə etməsi
adi haldır. Albert Şeflen aşkar edib ki, yalnız yad adamlar bir-birini təqliddən cidd-cəhdlə
qaçırlar. Prezident Buşla prezident Şirak sözdə razılaşmasalar belə, bir-birini təqlid edirdilər;
bu onların bir-birinə hörmətini göstərirdi
Səslərin uyğunlaşması Münasibətlərin inkişafı və qarşılıqlı anlaşmanın sonrakı dövründə
təqlid nəticəsində intonasiyalar, səsin modulyasiyası, danışıq sürəti, hətta vurğular
eyniləşməyə başlayır. Bu, iki adamın bir mahnını eyni ritmlə, eyni ahənglə oxuması kimidir.
Ola bilər ki, danışanlardan biri ritmi əlləri ilə göstərər, o biri başını eyni ritmlə yelləyər.
Zaman keçdikcə, insanlar bir-birinə yaxın olduqca jestlərin təqlidi arxa plana keçir, çünki
tərəflər bir-birinin mövqeyinə artıq bələd olurlar. Adamlar ortaq nöqtəyə səslərini
uyğunlaşdıraraq gəlirlər. Danışıq sürətinizin həmsöhbətinizin danışıq sürətini üstələməsinə
imkan verməyin. Araşdırmalar göstərir ki, insan nisbətən sürətlə danışanda qarşısındakına
təzyiq etməyə çalışırmış kimi görünür. Danışıq sürəti insanın beyninin informasiyanı ağılla
analiz etmək tempini göstərir. Qarşınızdakı adamla eyni, ya da daha aşağı sürətlə danışın,
onun səs tonunu və intonasiyasını təkrarlamağa çalışın.
Telefonla vaxt təyin edirsizsə, səsinizi həmsöhbətinizin səsinə uyğunlaşdırmağa cəhd
eləməyin, çünki bu halda səsiniz sizin yeganə ünsiyyət vasitənizdir.
Qarşılıqlı anlaşmaya nail olaq
Təqlidin əhəmiyyətini bilmək çox vacibdir, bu, jestlə bağlı ən əhəmiyyətli dərslərdən biridir.
Çünki kimsə bizimlə razılaşdığını, bizdən xoşu gəldiyini bizi yamsılayaraq bildirir. Eləcə də
biz kimisə bəyəndiyimizi həmin kimsəni təqlid eləməklə bildiririk.
Bir işçi çox həyəcanlıdırsa və müdir onu sakitləşdirmək, yüngülləşdirmək istəyirsə, onun
jestlərini, duruşunu yamsılaya bilər. Bəzi çoxbilmiş işçilər müdirin fikrilə razılaşdıqlarını
göstərmək üçün onun jestlərindən istifadə edirlər. Yəni təqlid haqda məlumatı olan adam
pozitiv jestləri, yaxud duruşu təkrarlamaqla başqalarına təsir edə bilər. Bu hərəkət qarşıdakı
adamın yüngülləşməsinə, sizi qəbul etməsinə səbəb olur, çünki adam sizin onu anladığınızı
hiss edr.
Başqasının sizi qəbul etməsini istəyirsizsə, onun jestlərini təkrarlayırsız
Amma kimisə yamsılayanda əvvəl aradakı münasibətləri nəzərə almaq vacibdir. Tutaq ki,
işçilərdən biri maaşının qaldırılmasını istəyir və bunu eşidən müdir onu yanına çağırır. İşçi
gələn kimi müdir ona “Oturun” deyir, özü isə əllərini boynunun ardına aparır, ayağının birini
qaldırıb o birinin üstünə aşırır, yəni “dördəbənzər” formada oturan “mancanaq” vəziyyətini
alır. Beləliklə, müdir işçisinə öz üstünlüyünü, dominantlığını göstərmiş olur. Bəs işçi müdirin
oturuşunu təqlid etsə, nə baş verər (üstəlik, söhbət maaşın artırılmasından gedirsə)?
Müdir işçisinin bu təqlidini dikbaşlıq kimi qiymətləndirər İşçi tabelikdə olan adam kimi
danışsa belə, onun hərəkətləri müdirə təhqir kimi görünə bilər və karyerası yəqin ki, tükdən
asılı qalar.
Təqlid həm də lovğa və təkəbbürlü adamları yerinə oturtmaq üçün əla vasitədir. Adətən baş
mühasiblər, vəkillər, menecerlər onlara tabe olan işçilərin yanında öz üstünlüklərini göstərən
bədən jestlərindən istifadə edirlər. Yeri gələndə yamsılamaqla siz beləsini utandıra,
hərəkətinə görə peşman edə və oturuşunu dəyişməyə məcbur eləyə bilərsiniz. Amma öz
müdirinizə qarşı bu taktikadan qəti istifadə etməyin.
Onların duruşu da, jestləri də eynidir.
Yəqin ki, dostdurlar və eyni məqsəd arxasınca, eyni yolla gedirlər Kim kimi yamsılayır?
Müşahidələr göstərir ki, qrup lideri hansısa xüsusi jestdən istifadə edəndə, duruşunu
dəyişəndə ona tabe olanlar onu yamsılayırlar və təqlid “yuxarıdan aşağıya” prinsipiylə edilir.
Həm də liderlər adətən birinciliyə can atır, mərkəzdə deyil, divanın, masanın baş tərəfində
oturmağı xoşlayırlar. Məsələn, bir neçə vəzifəli şəxs otağa girəndə, ən yuxarı vəzifəli adam
birinci gəlir. İdarə heyətinin iclasında müəssisənin sahibi stolun başına, həm də çox vaxt
qapıdan mümkün qədər uzaq yerə keçir. Və müdir mancanaq kimi oturursa, qrupdakı
rolundan asılı olaraq digərləri də bu vəziyyətdə otura bilərlər. Toplantıda kimin kimin
tərəfində olduğunu bilmək üçün kimin kimi yamsıladığını müəyyən etmək kifayətdir. Sizinlə
yanaşı, eləcə də sizə qarşı olanları aydın görə bilərsiniz.
Komanda üçün təqlid çox yaxşı strateji vasitə ola bilər. Əvvəlcədən qərarlaşıb qrup liderini
yamsılamaq xüsusi effekt verir. Məsələn, komandanın təmsilçisi danışanda necə dayanırsa,
bütün komanda üzvləri də eləcə dayana, onun jestlərini təkrarlaya bilərlər. Bu komandadaxili
birliyi, komandanın gücünü göstərməklə yanaşı, rəqib komandanı qorxudur. “Komanda
daxilində nə isə baş verir, amma nə?” – deyə düşünənlərin şübhələrini alt-üst edir.
Bir cütlüyə ideya verəndə, yaxud məhsulu, xidməti təklif edəndə kimin kimi yamsıladığına
diqqət edin, söz sahibini görəcəksiniz. İlk jesti qadın edirsə, məsələn, ayaqlarını aşırırsa,
barmaqlarıyla oynayırsa, yaxud əlini üzünə aparırsa və kişi onu təkrarlayırsa, kişidən qəti
cavab gözləməyin, çünki onun buna səlahiyyəti yoxdur. Bill Klinton bəlkə də dünyanın ən
qüdrətli kişisi idi, amma Hillari jest edəndə Bill onu təkrarlayırdı və onlar əl-ələ verib
irəliləyəndə qabaqda gedən çox vaxt Hillari Klinton olurdu Yan-yana gedirlər, amma Çarlz
azca irəlidədir, Kamilla onu izləyir; 2003-cü ildən, İraqda münaqişədən sonra Toni Bleyr
Corc Buşu təqlid etməyə başladı (Şəkildə “baş barmaqlar kəmərdə” jestini təkrarladığı aydın
görünür)
Nəticə
Biz birini yamsılayanda onu qəbul etdiyimizi göstəririk, arada bağlar yaradırıq. Amma adətən
dostlar, ya da eyni statuslu adamlar bir-birini təqlid edirlər. Xoşlamadığımız və
tanımadığımız adamları, məsələn, liftdə bizimlə bir yerdə qalxan, ya da kinoya bilet almaq
üçün bizimlə növbədə dayanan adamı yamsılamırıq.
Birinin jestlərini, danışıq tərzini təkrarlamaq qarşılıqlı anlaşmaya tez nail olmağın ən yaxşı
yoludur. Görüşə gedəndə qarşınızdakı adamın oturuşunu, duruşunu, mimika və jestlərini, səs
tonunu yamsılamağa çalışın. Tezliklə bu adam sizinlə ünsiyyətin onun üçün xoş olduğunu,
sizdə nə isə xoşagələn bir xüsusiyyəti hiss etdiyini bildirəcək. Əslində səbəb, bu adamın sizdə
özünü görməsidir. Amma elə ilk görüşdən, ilk dəqiqələrdən təqlidə başlamayın. Bizim
orijinal “Bədən dili” kitabımızın nəşrindən və bu haqda televiziya proqramlarından sonra çox
adamın təqlid barədə məlumatı var (proqramları 100 milyondan çox tamaşaçı izləyib).
Qarşınızdakı adam hansısa vəziyyətdə dayanır, yaxud oturursa, sizin üç seçiminiz var: buna
əhəmiyyət verməyin, başqa şeylə məşğul olun, ya da təqlid edin. Təqlidin üstünlükləri
çoxdur. Ancaq neqativ jestləri təkrar etməyin.
13-cü fəsil
SİQARETİN, EYNƏK VƏ MAKİYAJIN
ÖTÜRDÜYÜ SİQNALLAR
“Birinci hansımızıq? Sualın cavabı deyəsən, aydınlaşır...” Siqaret daxili münaqişənin, daxili
qarışıqlığın təzahürüdür. Çoxları siqareti aludə olduğuna görə deyil, təsəlliyə ehtiyac
duyduğuna görə çəkir. Siqaret işdə və cəmiyyətdə yaranan gərginlikdən azad olmaq üçün əl
atdığımız vasitələrdən biridir. Məsələn, dişini çıxartdırmağa gələn adam stomatoloqu
gözləyəndə mütləq gərginlik keçirir. Çəkən adam siqaretlə sakitləşə bilər, çəkməyənlər başqa
müxtəlif işlərlə məşğul olurlar: biri güzgülənir, biri saqqız çeynəyir, ya dırnağını yeyir, biri
başını qaşıyır, köynəyinin düymələrilə, yaxud telefonla oynayır, kimi barmaqlarını masaya,
kimi ayaqlarını yerə döyəcləyir, ya da hansısa başqa jest edib təsəlliyə ehtiyacı olduğunu
göstərir. Qır-qızıl da bu məqsəd üçün istifadə olunur. Bəzək əşyalarının sahibinə sanki sığal
çəkmək xüsusiyyəti var, adam öz qorxusunu, şübhələrini, səbirsizliyini və özünə
inamsızlığını bu əşyalara ötürür.
Müasir araşdırmalar nəticəsində məlum olub ki, ana südü ilə bəslənmə və siqaretə aludəlik
arasında bağlılıq var. Körpəlikdə döş əmən adamın yetkinlik dövründə siqaret çəkməsi
ehtimalı azdır. Həm də döş nə qədər çox verilirsə, siqaretə aludəlik ehtimalı bir o qədər az
olur. Siqaret çəkənlərin, həm də çox çəkənlərin böyük əksəriyyəti çağa ikən butulka vasitəsilə
qidalandırılanlardır. Görünür, döş əmən körpələrin hiss etdiyi bağlılıq və rahatlıq butulkayla
hiss olunmur. Nəticədə şüşədən yeyən uşaqlar böyüdükcə başqa əşyaları da ağzına aparır, elə
bil döşdən gələn rahatlığı axtarırlar. Bəzi uşaqlar baş barmağını, bəziləri yorğanının ucunu
sorur, böyüyəndə isə siqaret çəkirlər.
....................................................................
Butulkadan qidalanan uşaqların gələcəkdə
siqaret çəkməsi ehtimalı
döş əmən uşaqlara nisbətən üç dəfə çoxdur.
....................................................................
Siqaret çəkənlər arasında uşaqlıqda baş barmağını soranların sayı, siqaret çəkməyənlərlə
müqayisədə üç
dəfə artıqdır. Bundan başqa, siqaret çəkənlər çəkməyənlərə nisbətən uşaqlıqda daha əsəbi
olub, bəziləri dırnaqlarını yeyib, ya dodaqlarını çeynəyib, eynəyinin ucunu, qələminin başını
ağzından çıxarmayıb, karandaşının başını didib... Deməli, insan ana südü əməndə bir çox
tələblərini, o cümlədən sormaq və arxayınlığı hiss etmək tələbini ödəyir.
Siqaret çəkənlər iki cür olur
Siqaret çəkənlər iki cür olur: siqaretə aludələr və siqareti görünüş xətrinə çəkənlər.
Araşdırmalar göstərir ki, qısa və cəld qullab beynin fəaliyyətini stimullaşdırır, adam sanki
ayılır. Uzun və asta-asta vurulan qullab ağrıkəsici, sakitləşdirici təsirə malikdir, beyni keyidir.
Siqaretə aludə olanlar nikotinin məhz sakitləşdirici funksiyasına aludədirlər, bununla sanki
stressdən qurtarmağa çalışır, bacardıqca uzun və dərin qullab vurur, çox vaxt təklikdə
çəkirlər. Görünüş xətrinə çəkənlər isə siqareti adətən kimlərinsə əhatəsində olanda, yaxud bir
az içəndə yandırırlar. Yəni burda məqsəd özünü göstərmək, ətrafdakılarda müəyyən təəssürat
yaratmaqdır. Belələri siqareti yandırandan söndürənə qədərki vaxtın cəmi 20%-ni siqareti
çəkməyə (qısa və cəld qullablar vuraraq), qalan 80%-ni xüsusi jestlərə və rituallara sərf edir.
....................................................................
Siqaret çəkmək çox vaxt ictimai ritualların bir hissəsidir.
....................................................................
Şərqi London Universitetindən Endi Perrot siqaretin stresslə əlaqəsi haqda araşdırma aparıb.
Araşdırmaya görə çəkənlərin 80%-i siqaretini tüstülədəndə özünü daha yaxşı hiss etdiyini,
gərginlikdən uzaq olduğunu bildirir. Halbuki siqaret çəkənlərin gərginlik səviyyəsi
çəkməyənlərinkindən yüksəkdir. Üstəlik, siqaret çəkmək vərdiş halına çevrildikcə gərginlik
səviyyəsi artır. Çünki insanda nikotinə asılılıq yaranır və qanda nikotinin azlığı, çatışmazlığı
əlavə stressə səbəb olur. Beləliklə, elm sübut edir ki, siqaret əhval-ruhiyyəni yaxşılaşdırmağa
xidmət edə bilməz. Nikotinin keyidici təsiri nəticəsində siqaret gərginliyə, sadəcə, ara verir.
Bir sözlə, adam siqaret çəkəndə əhval-ruhiyyəsi yaxşılaşa bilər, amma çəkəndən sonra yenə
stress başlayır. Belə çıxır ki, stressdən uzaq olmaq, özünü yaxşı hiss etmək istəyən adam
siqaret damağında yaşamalıdır?! Perrot aşkar edib ki, siqareti atmaq stressin azalmasına
aparıb çıxarır.
Müşahidələr zamanı məlum olur ki, siqareti atandan sonra əhval-ruhiyyə yalnız ilk bir neçə
həftə ərzində pisləşir. Qan nikotindən təmizlənəndən sonra güclü inkişaf başlayır, çünki bu
maddəyə ehtiyac və həmin ehtiyacdan doğan stress azalır, sonda gərginlik səviyyəsi aşağı
düşür.
....................................................................
Siqaret çəkmək insanın çəkici dayanmadan
öz başına vurmasına bənzəyir.
Çünki yalnız dayananda adam özünü yaxşı hiss edir.
....................................................................
İndi çox yerlərdə siqaret çəkmək qadağan olunur. Buna baxmayaraq siqaret çəkənlərə məxsus
jestləri öyrənməkdə, bu jestlərin mənasını bilməkdə fayda var. Bütün başqa hərəkətlər kimi
siqaretlə bağlı jestlər də adamın emosional vəziyyətini, münasibətini, məqsədini bildirir.
Siqaretlə bağlı rituallar çox vaxt eyni olur və papirosu çəkənin daxilində baş verənləri bu
rituallara əsasən müəyyənləşdirmək mümkündür. Siqaretlə bağlı rituallar deyəndə, siqareti
döyəcləmək (külünü tökmək üçün), vurmaq, eşmək, burmaq, yelləmək və s. kimi mini jestlər
nəzərdə tutulur və adamın gərginlik keçirib-keçirmədiyini məhz bu jestlər göstərir.
Qadınla kişinin fərqi
Qadın siqaret çəkəndə papirosu çox vaxt yuxarıda, boynuna yaxın vəziyyətdə tutur. Üstəlik,
boynunu yana əyib, bədənin ön hissəsini açıq saxlayır (qol bədəni bağlamır). Kişi isə siqaret
çəkəndə qadın kimi zərif görünməsin deyə başını dik tutur və hər dəfə qullab alandan sonra
siqareti saxlayan əlini aşağı salır, döş qəfəsindən də aşağıda tutaraq sanki bədəninin ön
hissəsini qoruyur. Siqaret çəkən kişilərin sayı siqaret çəkən qadınların sayından iki dəfə
çoxdur. Qullabın sayında fərq yoxdur, amma kişilər qullab vuranda tüstünü ciyərlərində daha
çox saxlayırlar. Nəticədə kişilərdə ağciyərin xərçəngi riski qadınlara nisbətən artıq olur.
Qadın siqareti görünüş xətrinə çəkir, boynunu-boğazını açır;
kişi siqaret çəkəndə qoluyla bədənini sanki bağlayır
və bir az da sirli görünməyə üstünlük verir Hərdən kişilər siqareti baş və şəhadət barmağın
arasında saxlayır, ovcun içində tutmaqla bir az sirli görünməyə çalışırlar. Bu jestdən güclü
kişi obrazı yaradan, ya da hiyləgər və şübhəli, qorxaq və alçaq rolunu oynayan aktyorlar çox
istifadə edirlər.
Siqareti seksual görünmək üçün çəkənlər var
Filmlərdə, eləcə də reklamlarda siqaret çəkmək həmişə seksual hərəkət kimi təsvir olunur.
Siqaret həm də cinsi fərqi vurğulayır. Bir az əvvəl qeyd etdiyimiz kimi, qadınlar siqaret
çəkəndə boyunlarını yana əyir (bu jest haqda 15-ci fəsildə danışacağıq), bədənin ön hissəsini
açıq saxlayaraq özlərini kişilərə göstərə bilirlər. Siqaret çəkən qadının cazibədarlığı elə onun
duruşundadır. Boynunu yana əyən qadın həmişə itaətkar adam təsiri bağışlayır, kişi, “Bu
qadını yola gətirmək, hətta özünün marağına uyğun olmayan şeyləri elətdirmək olar” – deyə
düşünə bilər. Bəzən qadın siqareti dodaqlarının arasında çox incə hərəkətlə sümürərək kişini
yoldan çıxarır, elə təəssürat yaradır ki, kişi bu siqaretin yerində öz cinsiyyət orqanını təsəvvür
edir.
Yaxın keçmişdə qadınların bəyəndiyi kişinin qarşısında siqaret çəkməsi normal idi. Kişi
qadının siqaretini yandırmaq istəyəndə qadın onun əlinə toxunur və təşəkkür edərkən ona
baxmaq, baxışlarını onun üzündə saxlamaq fürsəti qazanırdı. Amma bu gün bu ritualdan,
demək olar ki, istifadə olunmur və siqaret çəkmək çox yerdə populyar deyil.
Siqaretin tüstüsünü kiminsə üzünə üfürmək heç bir yerdə qəbul edilmir. Suriyada kişi tüstünü
qadının üzünə vuranda onunla cinsi əlaqədə olmaq istəyini bildirir.
Qərarın neqativ, yaxud pozitiv olacağını əvvəlcədən hiss etmək mümkündür İnsanın öz
şəraitindən razı olub-olmadığını onun siqaretini hansı səmtə tüstülətməsindən bilmək olar. Öz
üstünlüyünü hiss edən, gördüklərindən və eşitdiklərindən razı olan pozitiv adamlar siqaret
çəkəndə tüstünü çox vaxt yuxarı buraxırlar. Neqativ, qapalı, sirri və günahı olan,
başqalarından ehtiyat edən, şübhəli adamlar siqaretin tüstüsünü aşağı verirlər. Tüstünü ağzın
kənarından aşağı vurmaq daha neqativ münasibətin göstəricisidir. Əlbəttə, ətrafdakılara zərər
vermək istəməyən adamlar da tüstünü yuxarı buraxmır, başqa istiqamətə yönəldirlər.
Yuxarı gedən tüstü arxayınlığın, üstünlüyün, pozitivliyin göstəricisidir; Aşağı gedən tüstü
neqativliyin, qapalılığın
və ehtiyatın əlamətidir
Filmlərdə cinayətkar qrupun, yaxud motosiklet sürən dəstənin başçısı çox vaxt tünd və
aqressiv adam olur və bu adam siqaret çəkəndə başını arxaya əyərək tüstünü düz tavana
doğru buraxır, bununla dəstə üzvlərinə öz üstünlüyünü göstərir. Qanqster, ya da xuliqan
rollarının ustası aktyor Hamfri Boqart isə filmlərində həmişə siqaret əlində görünür, tüstünü
aşağı, həm də ağzının bir küncündən aşağı buraxırdı. Belə jestlər edəndə bu obraz ya həbsdən
qaçmağa hazırlaşır, ya da başqa hiyləgər planı üzərində baş sındırırdı.
Çəkən adamın hisslərinin nə dərəcədə pozitiv, ya da nə dərəcədə neqativ olduğunu onun
siqareti tüstülətmə sürətinə əsasən müəyyən etmək olar. Öz üstünlüyünü hiss edən arxayın
adam tüstünü tez-tez, həm də yuxarı buraxır. Çox neqativ hisslər keçirən adam tüstünü tez-tez
və aşağı vurur.
Kart oynayan adam siqaret çəkirsə, əli yaxşı gətirəndə tüstünü yuxarı verir, kefi pozulan kimi
tüstünü aşağı “göndərir”. Kart oynayanlar adətən daş kimi dayanır, uduzmamaq üçün
hisslərini büruzə vermirlər. Bəzi oyunçular isə adamı çaşdıran jestlər edir, rəqiblərini arxayın
salmağa çalışırlar. Məsələn, əli yaxşı gətirən oyunçu rəqiblərini aldatmaq məqsədiylə
kartlarını nifrətlə masanın üstünə ata (əlbəttə, üzüaşağı halda), lənətləyə və qollarını
çarpazlayaraq “narazılığını” ifadə edə bilər. Amma əgər bu adam az sonra arxaya oturur,
siqaretini çıxarıb yandırırsa və tavana doğru tüstülədirsə, sonra da əllərini qüllə formasında
saxlayırsa...Vay rəqiblərin halına!
Bazarlıq zamanı aparılan müşahidələr göstərir ki, çəkən adama mal təklif edəndə, almaq
niyyəti yoxdursa, siqaretinin tüstüsünü aşağı buraxır. Malı almaq qərarına gələn adam tüstünü
yuxarı vurur.
Hələ 1978-ci ildə apardığımız tədqiqatlar zamanı aşkar etmişdik ki, siqaret çəkən adamın bir
qərara gəlməsi daha çox vaxt aparır. Həm də siqaret daha çox danışıqların gərgin vaxtında
yandırılır. Belə çıxır ki, çəkən adam diqqətini siqaretə yönəltməklə qərarvermə prosesini
uzadır. Odur ki, gözlədiyiniz qərarın tez verilməsini istəyirsizsə, danışıqları siqaretin qadağan
olunduğu yerdə aparın.
Siqar çəkənlər Siqar həmişə üstünlüyü göstərmək üçün istifadə olunub. Buna səbəb siqarın
ölçüsü və qiymətidir. Uğurlu biznesmenlər, banda başçıları, yüksək statuslu adamlar çox vaxt
siqar çəkərkən təsvir olunurlar. Hərdən qələbəni, nailiyyəti, məsələn, evliliyi, işdə əldə edilən
anlaşmanı, lotereyada uduşu qeyd eləmək üçün siqar çəkilir. Ona görə də siqar çəkənlərin
çoxunun tüstünü yuxarı buraxması təəccüblü deyil. Siqar paylanan bir ziyafətdə 400 siqardan
320-nin tüstüsünün yuxarı getdiyini görmüşük.
Siqaret çəkənlər söhbəti necə bağlayırlar?
Siqaret çəkən adam papirosu ağzına qoyanda onun ucu çox vaxt aşağı baxır və sönənə qədər
o, müəyyən uzunluqda olur. Qadınlar siqareti adətən yavaş-yavaş söndürürlər. Kişilər isə
siqaretin kötüyünü bəzən baş barmaqları ilə əzirlər. Papirosunu yenicə yandıran adam onu
kötüyünə çatmamış söndürürsə, söhbətin başa çatdığını, danışıqları dayandırmaq qərarına
gəldiyini göstərir. Bu jesti görəndə kontrolu ələ ala, yaxud özünüz istəyirmiş kimi söhbəti
bağlaya bilərsiniz.
Eynəklər
Süni yardımçı vasitələrin, demək olar ki, hamısı adama xeyli jest etmək imkanı verir. Eynək
də belə vasitələrdən biridir. Ən çox müşahidə olunan jestlərdən biri eynəyin ucunun ağızda
saxlanmasıdır.
Eynəkdən vaxtı uzatmaq üçün istifadə etmək olar
Desmond Morris bildirir ki, hər hansı əşyanı ağıza aparmaq, ya da dodaqlara toxundurmaq
uşaqlıqda, ananın döşünü əmərkən hiss etdiyimiz rahatlığı yenidən yaşamaq cəhdidir. Yəni
eynəyin ağıza aparılması jesti insanı faktiki olaraq, sakitləşdirir.
Eynəkdən istifadə edən adama hərdən elə gəlir ki, həyata tualet kağızının sarındığı iki
silindrdən baxır. Halbuki eynək taxanlar ətrafdakılarda elmlə məşğul olan ziyalı təəssüratı
yaradırlar (xüsusilə, görüşün ilk dəqiqələrində). Araşdırmalardan birində respondentlərə eyni
adamların müxtəlif şəkillərini – eynəkli və eynəksiz şəkillərini göstərdik, məlum oldu ki,
eynəklilər daha dərrakəli adam təsiri bağışlayırlar. Amma bu effekt beş dəqiqədən az çəkir.
Təəssürat yaratmaq üçün eynəkdən istifadə etmək niyyətindəsinizsə, onu yalnız qısa
görüşlərə gedəndə geyinin.
Ancaq şüşəsi böyük olan gözlüklər, Elton Conun istifadə etdiyi rəngli çərçivəli dizayner
eynəkləri adamı ziyalıya bənzətmir. Üzün ölçüsünə uyğun olmayan geniş eynəklərdən
istifadə edənlər isə daha yaşlı, daha çalışqan və daha hökmlü görünürlər.
Sanballı çərçivəsi olan eynəklər adama daha səmimi və ağıllı görkəm verir; məzəli eynəklər
fərqli təəssürat yaradır Fotolara baxan respondentlərin cavablarını dinləyəndə məlum olur ki,
eyni adamın şəklinə eynək əlavə edəndə o, daha çalışqan, ağıllı, mühafizəkar, təhsilli və açıq
ürəkli görünür. Maraqlıdır ki, eynəklərin çərçivəsi qalın olduqca, belə fikirlər daha çox
səslənir (şəkildəkinin cinsindən asılı olmayaraq). Buna səbəb bəlkə də tanınan
biznesmenlərin qalın çərçivəli eynəklərdən istifadə etməsidir. Belə çıxır ki, işdə eynək güc və
hakimiyyətin göstəricisi ola bilər. Ancaq çərçivəsiz, kiçik, uzun və nazik gözlüklər nisbətən
zəif imic yaradır və gözlük sahibinin işdən çox dəblə maraqlandığını göstərir. İşdən kənarda
bu eynəklər daha məqsədəuyğundur, siz özünüzü dost və yoldaş kimi tanıdırsınız. Beləliklə,
hakimiyyətdə olanlara məsləhətimiz budur: ciddi iş görəndə, məsələn, büdcəni oxuyanda
qalın çərçivəli eynəklərdən istifadə edin. “Yaxşı oğlan” təəssüratı yaratmaq, hamı kimi
görünmək istəyirsinizsə, çərçivəsiz gözlük geyinin.
Söhbəti uzatmağın yolları Eynəyi ağızda saxlamaq bəzən siqaret çəkmək kimidir, qərarın
verilməsi prosesini uzadır. Çox vaxt danışıqların sonunda qərar verməli olan adam eynəyinin
bir ucunu ağzına aparır. Eynəyini tez-tez çıxaran və şüşələrini silən adam da vaxt qazanmaq
üçün belə edə bilər. Adamdan nə qərara gəldiyini soruşanda eynəyini çıxarıb silirsə, gözləyin.
Sükut belə yerdə ən yaxşı yoldur.
Eynəyin ucu ağıza gedəndən sonrakı jestlər qarşınızdakının nə qərara gəldiyini göstərə bilər
və ayıq olsanız, uyğun cavabı verərsiniz. Məsələn, həmsöhbətiniz eynəyini ağzından çıxarıb
yenə gözünə taxırsa, deməli, o, faktlara bir də baxmaq istəyir. Eynəyini qatlayıb kənara
qoyan adam danışıqları bitirmək niyyətini göstərir. Eynəyin masanın üzərinə atılması yaxşı
əlamət deyil, eynək sahibi sizin təklifinizi rədd edə bilər.
Eynəyin üstündən baxsaq? 1920-1930-cu illərdə çəkilən filmlərdə aktyorlar tənqid və tələb
eləməyi sevən obrazlar yaratmaq üçün bu jestdən çox istifadə edirdilər. Məsələn, İngiltərənin
ictimai məktəblərindən birinin müəllimi rolunu oynayan aktyor oxumaq üçün nəzərdə
tutulmuş eynək geyinir, kiməsə söz deyəndə eynəyi çıxarmaq əvəzinə onun üstündən baxır.
Bu baxışların yönəldiyi adam kim olursa olsun, xeyirli məqsədlə süzülmədiyini, qınanıldığını
güman edə bilər. Ətrafdakılara eynəyin üzərindən baxmaq yaxşı vərdiş deyil, qarşıdakının
neqativ reaksiyasına – qollarını çarpazlamasına, ayaqlarını bir-birinin üstünə aşırmasına
səbəb ola bilər. Belə eynəklərdən istifadə edirsinizsə, danışanda eynəyinizi çıxarın,
dinləyəndə geyinin. Bu hərəkətiniz nəinki həmsöhbətinizin özünü daha rahat hiss etməsinə
səbəb olar, həm də kontrolun sizin əlinizə keçməsinə imkan verər. Yəni eynəklə söhbətin
gedişini idarə etmək olar: onu çıxaranda sizin danışmaq istədiyinizi, geyinəndə sizi
dinləyənin növbəsi olduğunu bildirərsiniz.
Eynəyin üstündən baxış istənilən adamı alçaldır Linzalar adamın gözünü nəmləndirir, göz
bəbəyini geniş göstərir və hərdən işığı əks etdirir. Nəticədə mülayim, yumşaq xasiyyətli və
həssas adam təsiri bağışlaya bilərsiniz. Bu, haradasa yaxşıdır, amma işgüzar görüşlərdə,
xüsusilə qadınlar üçün bu cür görünüş müsbət nəticə verməyə bilər. Təsəvvür edin ki, qadın
öz ideyasını, ya da hansısa məhsulu satmaq məqsədiylə bir iş adamıyla görüşür və onu
inandırmaq üçün əlindən gələni elədiyi halda diqqətin yayındığını, qarşısındakının onu
dinləmədiyini hiss edir. Axı linza geyinmiş qadının həssas görünüşü onun həmsöhbətinin
fikrini dağıda bilər.
Rəngli gözlüklər və gün eynəkləri iş üçün deyil. İctimai yerlərdə belə eynəklər şübhələrə
səbəb olur. Hər şeyi açıq-aydın gördüyünüzü bildirmək istəyirsinizsə, şəffaf şüşəli, çərçivəli
eynəklərdən istifadə edin. Rəngli gözlükləri və gün eynəklərini kənara saxlayın.
Eynək başa keçəndə Görüşə tünd rəngli eynəklə gələn adam ətrafdakılara sirli, şübhəli və
təhlükəli görünə bilər. Amma eynək başa keçəndə təəssürat dəyişir. Eynəyi başında olan
adam rahat, gənc və şux görünür, elə bil istirahətdən indicə gəlir. Başa keçən eynək
genişlənmiş göz bəbəkləri təsiri bağışlayır. Bu təsir gözlərini geniş açaraq bizə baxan uşağın,
ya da göz bəbəkləri böyük olan gəlinciyin yaratdığı təəssürata bənzəyir.
Dörd göz və genişlənmiş bəbək effekti yaradırıq
Eynək və makiyajın gücü
Makiyaj qadına, xüsusilə işləyən qadına etimad hissini artırır. Bu faktı sübut etmək məqsədilə
bir sadə eksperiment apardıq. Seminarda təlim məhsullarımızın satılmasına yardım etmək
üçün dörd işçi tutduq. İşçilərin hamısı bir-birinə bənzəyən qadınlar idi. Qadınlara eyni
paltarlar verdik. Onlardan biri həm makiyaj etdi, həm də eynək geyindi. İkinci qadın makiyaj
etdi, amma eynək geyinmədi. Üçüncü işçi eynək geyinsə də, makiyajdan istifadə etmədi.
Dördüncü qadının nə makiyajı, nə də eynəyi vardı. Onların hər birinə üstünə təlim məhsulları
yığılmış masa verildi. Müştərilər bu masalara yaxınlaşıb işçiylə proqram barədə danışır,
söhbət orta hesabla 4-6 dəqiqə çəkirdi. Masadan uzaqlaşan müştəriyə söhbət etdiyi qadının
görünüşü və şəxsiyyəti barədə suallar verirdik və xahiş edirdik ki, işçini mümkün qədər dəqiq
təsvir etsin. Həm makiyaj, həm də eynəkdən istifadə edən qadının özünə arxayın, ağıllı,
təcrübəli və mehriban işçi olduğunu bildirdilər. Bəzi qadın müştərilər bu işçinin özünə əmin,
amma soyuq, lovğa və heç kimi bəyənməyən biri olduğunu dedilər, eyni zamanda bu qadını
bəlkə də özlərinə rəqib kimi gördüklərini qeyd etdilər. Kişilərin, əlbəttə, belə fikri ola
bilməzdi, çünki qadınlara rəqib gözüylə baxmırdılar. İkinci – makiyaj edən, amma eynək
taxmayan işçinin görünüşünü və davranış tərzini müsbət qiymətləndirdilər, ancaq dinləmək
və ünsiyyət yaratmaq baxımından bir o qədər səriştəli olmadığını dedilər.
....................................................................
Makiyaj qadının özünə inamını artırır və
bu açıq-aydın görünür.
....................................................................
Makiyajı olmayan işçilərin ikisi də aşağı “qiymət” aldı. Müştərilər onların kifayət qədər
səriştəli olmadığını bildirdilər. Makiyajsız işçinin eynəyi müştərilərin fikrini və münasibətini
bir o qədər dəyişmədi.
Qadın müştərilər işçinin makiyajsız olduğunu qeyd edirdilər, amma kişilərin çoxu bu faktı
xatırlamadı. Maraqlısı budur ki, işçilərin paltarının uzunluğu barədə sual verəndə həm qadın,
həm də kişi müştərilər makiyajlı işçinin ətəyinin gödək olduğunu dedilər. Makiyajsız işçini
nisbətən uzun paltarda xatırlayırdılar. Bu o deməkdir ki, makiyaj qadına həm də daha seksual
görkəm verir. Bu təcrübədən belə nəticə çıxarmaq olar: Makiyaj qadını daha arxayın, daha
ağıllı və daha seksual göstərir və işdə müsbət təəssürat yaratmağın ən yaxşı yolu makiyajla
eynəyi uyğunlaşdırmaqdır. Beləliklə, eynək işdə əla strateji vasitə ola bilər.
Xanımlar, bir az da pomada haqda!
Bir televiziya proqramı üçün eksperiment aparırdıq. Eksperimentə doqquz qadın qoşuldu.
Onlar həm kişilərə, həm də qadınlara müsahibə verməli idilər. Müsahibələrin yarısına
qadınlar pomada vurub gəlmişdilər, qalan yarısında pomadasız danışdılar və müsahibədən
dərhal sonra onlarla söhbət edən adamların fikrini soruşduq. Dodaqlarını qırmızı rəngə
boyayan və tez-tez nümayiş etdirən iştirakçılar özü ilə maraqlanan və kişilərin diqqətini cəlb
etməyə çalışan qadın təəssüratı yaratmışdılar. Solğun və soyuq rənglərdən istifadə edən,
dodaqlarını bir o qədər nümayiş etdirməyən iştirakçılar daha çox karyerası haqda düşünən,
işgüzar qadın təsiri bağışlamışdılar. Heç pomada vurmayan qadınlar haqda danışanlar onların
işə yəqin ki, kişilərdən çox can yandırdığını, amma təcrübəsiz göründüklərini bildirdilər.
Müsahibə alan qadınların hamısı müsahiblərinin pomadadan istifadə edib-etmədiyini qeyd
eləmişdi, amma kişilərin yarısı bu fakta əhəmiyyət verməmişdi. Deməli, qadınlar kiminləsə
görüşə gedəndə parlaq və qırmızı pomadalardan istifadə edə bilərlər. Amma işə diqqəti cəlb
etməyən solğun rəngli pomadalar yarayır. Qadının imici ilə bağlı sahələrdə çalışan, məsələn,
paltar, baş geyimi, kosmetik məhsulların istehsalı və satışı ilə məşğul olan qadınlar işdə də
parlaq rənglərdən istifadə etməlidirlər, çünki onların işi budur.
Portfellər də danışır
Portfelin ölçüsü onun sahibinin statusu haqda məlumat verir. İri və geniş portfel sahiblərinin
çox işlədiyini güman etmək olar. Bəlkə də işi evə daşıyırlar, çünki vaxtlarını düzgün bölə
bilmirlər. Nazik çanta, sahibinin yalnız son nəticəylə maraqlandığını, yəni daha yuxarı statusa
malik olduğunu göstərir.
Portfeli həmişə bir tərəfdə, mümkünsə, sol əlinizdə tutun ki, kiminsə əlini sıxanda sərbəst
olasınız. Qadınsızsa, eyni zamanda həm portfel, həm də çanta götürməyin. Siz işgüzar
qadından çox hər şeyi bərbad edəcək adam təsiri bağışlayarsız. Və heç vaxt portfeli
ünsiyyətdə olduğunuz şəxslə aranızda baryer kimi istifadə etməyin.
Nəticə Əlimizə aldığımız əşyanın növündən asılı olmayaraq, onunla biz özümüz də bilmədən
müəyyən siqnallar ötürürük. Bu əşyalardan nə qədər çox istifadə ediriksə, məqsədimiz və
hisslərimiz haqda bir o qədər çox məlumat veririk. İstifadə etdiyimiz əşyalarla bağlı jestlərin
mənasını bilsək, müşahidə qabiliyyətimizi artırmış olarıq.
14-cü fəsil
BAŞIMIZ HARA, AYAĞIMIZ DA ORA
Amma çox vaxt ayağımız bir yerə,
başımız başqa yerə gedir
Nə vaxtsa sizinlə söhbət edən adamın özünü əla hiss edirmiş kimi davrandığını, amma “başqa
yerdə olduğunu” duymusunuzmu? Təsəvvür edin ki, həmin an çəkilən fotoya baxırsınız. İki
şey yəqin ki, aydın görünər: birincisi, adam başını sizə tərəf döndərib, üzündəki mimika sizi
dinlədiyini göstərir, məsələn, gülümsəyir, ya da başını yelləyir; ikincisi, adamın bədəni,
ayaqları sizə deyil, kənara yönəlib, o ya başqasına, ya da çıxışa tərəf getməyə hazırlaşırmış
kimi dayanıb. İnsanın bədəninin, ayaqlarının “baxdığı” istiqamət onun beyninin seçdiyi
səmti, getmək istədiyi yeri göstərir.
Sağdakı adam çıxmaq istədiyini bildirir
Şəkildə iki nəfərin qapının ağzında dayanaraq söhbət etdiyi görünür. Sol tərəfdəki adam o
birinin diqqətini çəkməyə çalışır. Sağdakı isə başını danışan adama döndərməklə onu
dinlədiyini bildirsə də, bədəninin yönəldiyi səmtdə hərəkət etmək istəyir. Amma bu adam
bədənini də danışana tərəf çevirsəydi, onların hər ikisini maraqlandıran məsələni müzakirə
etdiyini, söhbətin hər iki tərəf üçün maraqlı olduğunu deyə bilərdik.
İstənilən görüşdə söhbəti bağlamaq, yaxud çıxıb getmək istəyən adam bədənini, ya da
ayaqlarını ən yaxın çıxışa tərəf yönəldir. Qarşınızdakı adamın belə elədiyini görəndə onu
maraqlandırmağa, cəlb etməyə çalışın ki, kontrolu əlinizdə saxlayasınız, istədiyinizə nail
olmadan söhbəti başa vurmayasınız.
Bədənimizin baxış bucağı nə deyə bilər?
Açıq vəziyyət
Əvvəlki fəsillərdə qeyd etmişdik, adamların arasındakı məsafə onların münasibətindən və bir-
birinə marağından asılıdır. İnsanların bədəninin baxış bucağı da onların arasındakı əlaqələrin,
münasibətlərin göstəricisidir. Heyvanlar bir-biriylə döyüşmək istəyəndə əvvəl başlarını
yaxınlaşdırırlar, hər iki tərəf vuruşmaq istəyirsə, kəllə-kəlləyə gəlirlər. Amma heyvanın
hücum etmək niyyəti yoxdursa, rəqibini sadəcə yoxlayırsa, ona yan tərəfdən yaxınlaşır, əvvəl
yanaşı hərəkət edir. Bütün bu jestlər insanlarda da müşahidə olunur. Aqressiv adam
danışanda düz onu dinləyən adamın qarşısında, adamla üz-üzə dayanır. Eyni fikri səsləndirən,
amma onu dinləyən adama yanakı dayananlar bir o qədər aqressiv deyillər, öz məqsədi
arxasınca gedən, özünə arxayın olan adam təsiri bağışlayırlar.
Yoldaşlarımızla görüşəndə aqressiv görünməmək üçün bədənlərimizi bir-birimizə doğru 45
dərəcəli bucaq altında çeviririk. Nəticədə qarşımızda 90 dərəcəli bucaq əmələ gəlir. Yəni hər
iki adam qarşıda dayanan üçüncü şəxsə – üçbucağın üçüncü tərəfinə baxırmış kimi durur.
Aqressiv görünmək istəməyənlər
bir-birinə doğru 45 dərəcəli bucaq altında dayanırlar
Bu formada dayanan adamlar bir-birinə qarşı aqressiv olmadıqlarını, həm də bir-birini təqlid
edərək eyni statusdan olduqlarını göstərirlər. Üçbucağın iki bucağını formalaşdırdıqları üçün
onların söhbətinə üçüncü adam da qoşula bilər. Bu qrupa dördüncü adam da qoşulanda onlar
kvadratı formalaşdırırlar. Beşinci və altıncı adam gələndə ya dairə, ya da iki üçbucaq yaranır.
Basabasda, lift, avtobus, metro qatarı kimi dar yerlərdə bədənimizi yadlardan döndərə
bilmədiyimiz üçün başımızı 45 dərəcəli bucaq altında tuturuq. Bağlı vəziyyət
Adamlar bir-birinə yaxın olmaq istəyəndə onların bədənlərinin baxış bucağı dəyişir – 45
dərəcədən 0 dərəcəyə düşür, yəni onlar bir-biriylə qarşı-qarşıya dayanırlar. Qarşısındakının
diqqətini özündə saxlamaq istəyən kişilər, eləcə də qadınlar bu jestdən də istifadə edirlər.
Kişilər isə nəinki qadına tərəf çevrilir, həm də ona yaxınlaşaraq aradakı məsafəni azaldır,
bəzən intim zonaya keçirlər. Qadın bu yanaşmanı qəbul edirsə, öz bədəninin baxış bucağını
dəyişib 0-a endirir – özü də kişiyə tərəf dönür və onu öz şəxsi zonasına buraxır. Tərəflər bir-
biriylə eyni dərəcədə maraqlanırlarsa, bir-birini təqlid etməyə, göz-gözə baxmağa başlayırlar.
“Bağlı vəziyyətdə” dayanan adamlar arasındakı məsafə “açıq vəziyyətdə” dayanan adamlar
arasındakı məsafədən az olur. “Bağlı vəziyyətdə” dayanıb düz qarşısındakına baxan adam
onu cəlb etməyə çalışır
Bir-birinə düşmən olanlar da bir-birinə meydan oxumaq üçün “bağlı vəziyyətdə” dayana
bilərlər.
Araşdırmalar göstərir ki, kişilər qarşıdan gələn hücumdan qorxurlar, ona görə də onlara qarşı
tərəfdən yaxınlaşan adamdan ehtiyat edirlər. Qadınlar isə arxadan gələn zərbədən qorxduqları
üçün arxa tərəfdən yaxınlaşan adamdan çəkinirlər. Ona görə də ilk dəfə görüşdüyünüz kişinin
lap qarşısında dayanmayın. Kişilər belə edəndə aqressiv görünür, qadınlar isə cinsi marağını
bildirməyə can atan adam təsiri bağışlayırlar. Kişilər qadınlara qarşı tərəfdən yaxınlaşsalar
yaxşıdır, sonra 45 dərəcəli bucaq altında dayanmaq olar.
Üçüncü şəxsi yaxına
buraxmaq istəməyəndə Şəkildə gördüyünüz adamlardan ikisi 45 dərəcəli bucaq altında –
“açıq vəziyyətdə” dayanıb, bununla həm də üçüncü şəxsin söhbətə qoşulmasına hazır
olduqlarını göstərirlər.
Açıq üçbucaq üçüncü şəxsin söhbətə qoşulmasına imkan verir Kimsə “bağlı vəziyyətdə”
dayanmış iki şəxsin söhbətinə qoşulmaq istəyirsə, onların duruşuna fikir verməlidir. Üçüncü
şəxsin yaxınlaşdığını görən adamlar bədənlərinin baxış bucağını dəyişərək üçbucaq
yaratmağa cəhd göstərsələr, onu öz aralarına dəvət etmiş olurlar. Üçüncü şəxsin söhbətdə
iştirakını istəməyən adamlar elə “bağlı vəziyyətdə” qalır, onlara yaxınlaşan şəxsə tərəf yalnız
başlarını döndərir, bəzən dodaqlarını dartaraq gülümsəyirlər.
Getmək vaxtıdır, onlar yeni gələni qəbul etmədilər
Bəzən söhbət “açıq vəziyyətdə” dayanmış üç adamın arasında başlayır, amma bir azdan
danışanlardan ikisi bədənlərini döndərərək “qapalı vəziyyətə” keçir, sanki üçüncü şəxsdən
ayrılmağa çalışırlar. Pərt olmaq istəmirsinizsə, onlardan bacardıqca tez uzaqlaşın.
Niyyətimizi oturuşumuzla bildiririk
Oturan adam ayaqlarını aşıranda da marağı olan adama tərəf aşırır. Qarşı tərəfin də marağı
varsa, eyni hərəkəti edir. Maraq və cazibə artdıqca bu adamlar bir-birini təqlid etməyə, bir-
birinin jestlərini təkrarlamağa başlayırlar.
Cütlük “bağlı vəziyyətdə” oturmaqla sağdakı adamı kənarlaşdırıb
Şəklin sol tərəfindəki qadınla kişi “qapalı vəziyyətdə” oturmaqla sağdakı şəxsi yaxına
buraxmadığını bildirir. Söhbətə qoşulmaq üçün bu adam ya bir stul çəkib bu cütlüklə üçbucaq
yaratmağa cəhd göstərməli, ya da onların “bağlı vəziyyətini” dəyişmək üçün nə isə
eləməlidir. Amma cütlük yəqin ki, bu şəxsin mümkün qədər uzağa getməsini arzulayır.
Ayaqlarımız bizi ifşa edir
Ayaqlar sahibinin yalnız getmək istədiyi yeri deyil, həm də bəyəndiyi, maraqlandığı adamı
göstərir. Təsəvvür edin ki, təntənəli yığıncaqdasınız, bir qadın və üç kişidən ibarət dəstənin
söhbət etdiyini görürsünüz. Hiss olunur ki, söhbəti kişilər idarə edir, qadın sadəcə
dinləyicidir. Bir azdan kişilərin hamısının bir ayağını həmin qadına tərəf qoyması diqqətinizi
çəkir. Ayaqlarımız bizi ifşa edir
Bu sadə jest həmin kişilərin qadına marağını ifadə edir. Qadın isə jestləri şüuraltı səviyyədə
görür və deyəsən özünə olan marağı hiss etdikcə beləcə dayanmaq fikrindədir. Qadının özü
ayaqlarını cüt saxlayır (neytrallığı ifadə edir), bəlkə də axırda bir ayağını bəyəndiyi kişiyə
tərəf atacaq. Nəticə
Bədənimizin və ayaqlarımızın istiqamətinin başqalarına təsiri barədə düşünənlər azdır.
Ətrafınızdakıların rahat olmağını istəyirsinizsə, danışanda “açıq vəziyyətdə” – 45 dərəcəli
bucaq altında dayanın. Məqsədiniz varsa, “bağlı vəziyyətə” keçin. “Açıq vəziyyət”
ətrafdakıların təzyiq hiss etmədən, müstəqil şəkildə düşünməsinə və hərəkət etməsinə imkan
verir. Kişilərə qarşıdan, qadınlara arxadan yanaşmayın.
Bu jestlərə yiyələnmək çox vaxt aparmır, bir az məşq edəndən sonra bu hərəkətlər vərdişə
çevrilir. Öyrəndiyiniz pozitiv jestlərdən (əlləri və qolları açıq saxlamaq, irəli əyilmək, başı
yana əymək, gülümsəmək və sair) istifadə etdikcə, bəzən bilərəkdən dönüb, ayağınızı irəli
atdıqca ətrafınızdakılar sizinlə ünsiyyətdən həzz alacaq, üstəlik, yeri gələndə məhz sizin
fikrinizi nəzərə almağa başlayacaqlar.
15-ci fəsil
QARŞI CİNSİN DİQQƏTİNİ CƏLB ETMƏYƏ ÇALIŞARKƏN
“Bədən dili və ictimai tələb” kitabının müəllifi Dr. Albert Şeflen aşkar edib ki, qarşı cinsdən
ibarət qrupa daxil olanda adamın bədənində müəyyən fiziki dəyişikliklər baş verir. Əzələlərin
tonusu artır, gözün altındakı torbalar dartılıb kiçilir, üzdəki qırışların sayı azalır, adam özünü
yığışdırıb belini şax tutur, qarnını içəri çəkir, sinəsini qabağa verir, nəticədə dəfələrlə gənc
görkəm alır. Şeflen qeyd edir ki, öz sağlamlığını və gücünü göstərərək dik yeriyən kişi, eləcə
də qadın həm də cazibədar tərəf müqabili olduğunu bildirir. Kişi şax dayanaraq bir az da
hündür görünür, çənəsini yuxarı tutub sinəsini genişləndirərək dominantlığını nümayiş etdirir.
Qadın isə döşlərini irəli verir, başını yana əyib saçlarına toxunur, boynunu bükərək itaətkar
görünməyə çalışır.
Bu jestləri müşahidə etmək üçün ideal yer çimərlikdir. Uzaqdan bir-birinə tərəf gələn kişiylə
qadının yaxınlaşdıqca dəyişdiyini aydın görmək olur. Bu dəyişikliklər onlar bir-birini görəcək
qədər yaxınlaşanda başlayır, bir-birinin yanından ötüb keçənə qədər davam edir. Keçəndən
sonra bu adamlar əvvəlki vəziyyətlərinə qayıdırlar.
Qadınla kişinin yaxınlıq etməyə başladığı dövrdə jestlər çox böyük əhəmiyyət daşıyır. Bizim
nə qədər cazibədar, seksual, həvəsli, həyəcanlı, yaxud təhlükəli olduğumuzu, ya da göylə
getdiyimizi məhz jestlərimiz göstərir. Bəzi jestlər haqqında məlumatlı olanlar onları qəsdən
edə bilərlər. Amma bir az əvvəl qeyd etdiklərimiz şüuraltı hərəkətlərdir. Bu jestləri necə
mənimsədiyimizi bilmirik, araşdırmalar göstərir ki, bunların çoxu anadangəlmədir.
Maraqlı kişilər peyda olur Məməlilərin çoxunda erkəklər daha koloritlidirlər və bu, onların
bir o qədər koloriti olmayan dişiləri cəlb etməsinə yardım edir. İnsanlarda isə tərsinədir.
Əsrlərdir ki, qadınlar özlərini rəngarəng paltarlarla, qır-qızılla bəzəyir, üz-gözlərini
rəngləyirlər. Yalnız XVI-XVII əsrlərdə Avropada kişilər müxtəlif pariklərdən istifadə edir,
al-əlvan paltarlar geyinir, “orta” qadından çox bəzənirdilər. Unutmayın ki, tarixən qadınlar
kişilərin diqqətini cəlb etmək üçün, kişilər isə ya öz statuslarını bildirmək, ya da düşməni
qorxutmaq məqsədilə bəzəniblər. Bu gün də özüylə maraqlanan və tovuz quşu kimi bəzənən
kişilər meydana çıxır. Bəzi futbolçular manikür, hətta makiyaj edir, güləşçilər saçlarını
rəngləyirlər. ABŞ-da “metroseksual” adlanan kişilər peyda olub. Metroseksuallar öz zərif,
qadına xas tərəflərini inkar etməyən, bəzən qadınlar kimi davranan heteroseksuallardır.
Metroseksual kişilər manikür, pedikür edir, saçlarını rəngləyir, dəbdəbəli və bəzəkli paltarlar
geyinir, hidromasaja gedir, ətsiz, orqanik məhsullarla qidalanır, kosmetik əməliyyatlardan
keçir, botoks etdirir... Adi kişilərə metroseksuallar qəribə gəlirlər. Müşahidələrimizə
əsaslanaraq deyə bilərik ki, metroseksuallar üç cür olurlar: homoseksuallar, qadın kimi zərif
kişilər və qadınlar kimi davranarsa, istədiyi qədər qadınla tanış ola biləcəyini anlayan kişilər.
Qreyamın hekayəsi
Kişilərin çoxu Qreyam kimi olmaq istərdi, çünki onda hər kişiyə nəsib olmayan bacarıq
vardı. Qreyam bir məclisə girər-girməz bəyəndiyi qadınları gözaltı edər, ürəyinə yatanını
seçər, çox qısa müddətdən sonra onun həmin qadınla çıxdığını görərdilər. Seçdiyi qadını
Qreyam öz maşınına oturdub, öz evinə apararmış. Üstəlik, o elə həmin axşam həmin məclisə
qayıdıb həmin hərəkəti bir neçə dəfə təkrarlaya bilərmiş. Görənlər onun sanki qadınların
xüsusiyyətini təyin etməyə və qadını yola gətirməyə qadir radarla gəzdiyini deyirdilər. Çünki
Qreyamın istədiyinə necə nail olduğunu heç kim bilmirdi. Erkəklərlə dişilərin bir-biriylə
davranışını müşahidə edən zooloqlar və davranış üzrə mütəxəssislər müəyyən ediblər ki,
heyvanlar qarşı cinslə yaxınlıq etməyə başlayanda olduqca müxtəlif jestlərdən istifadə edirlər.
Bu jestlərin bəziləri açıq-aydın müşahidə olunur, bəziləri çox ustalıqla, nəzərə çarpmadan
edilir, amma çoxu şüuraltı hərəkətlərdir. Yaxınlıq etməyə başlayan bütün heyvanlar sanki
əvvəlcədən müəyyən olunmuş xüsusi qaydalara əsasən hərəkət edirlər. Məsələn, əksər quş
növlərində xoruz fərənin ətrafında dövrə vurur, onun diqqətini çəkmək üçün müəyyən səslər
çıxarır, lələklərini pırpızladır, cürbəcür mürəkkəb hərəkətlər edir. Fərə isə ona bir o qədər
reaksiya vermir, ya da heç qımıldanmır. İnsanlarda da çox vaxt belə olur. İnsan da qarşı cinsə
yaxınlaşmağa başlayanda quşların və yəqin ki, vəhşi təbiətlə bağlı filmlərdə gördüyünüz
heyvanların hərəkətlərinə bənzər jestlərdən istifadə eləyir. Başqa sözlə desək, qarşı cinsin
diqqətini çəkmək istəyən adam cinsi fərqi vurğulayan hərəkətlər edir. Əks cinsdən olan
adamdan uzaqlaşmaq, onu özündən soyutmaq istəyənlər isə əksinə davranır, aradakı fərqi
gizlətməyə çalışırlar.
....................................................................
Məhz cinsi fərqi, cinsiyyətini vurğulayan
adamlar seksual görünürlər.
....................................................................
Qreyam kişiylə ünsiyyətə həvəsli və meyilli qadınları görə bilirdi, istədiyi qadını seçən kimi
öz texnikasından – xüsusi jestlərdən istifadə etməyə başlayırdı. Marağı olan qadınlar ona
uyğun jestlərlə cavab verir, sonrakı addımı atması üçün yaşıl işıq göstərirdilər.
Kişiylə münasibət yaratmaq bacarığı olan qadınlar kişiyə xüsusi jestlər etmək və kişinin
elədiyi jestlərin mənasını anlamaq qabiliyyəti olan qadınlardır. Kişilərin isə bu oyunda
məharəti qadının göndərdiyi siqnalları tutmaq və yalnız bundan sonra hərəkətə keçməkdən
ibarətdir. Kişilərin nə demək istədiyini qadınların əksəriyyəti anlayır, ancaq kişilər çox şeyi
başa düşmürlər, bəzən hətta kor kimi davranırlar. Elə buna görədir ki, onlar həyat yoldaşını
tapmaqda çətinlik çəkirlər. Qadınlara da asan deyil. Amma qadınların problemi siqnallardan
baş açmamaq deyil, öz şərtlərinə uyğun kişini tapmamaqdır.
Qreyam neyləməli olduğunu yaxşı bilirdi, qadınlar onu seksual, məzəli, zarafatcıl adlandırır,
onun yanında öz qadınlıqlarını, onun isə kişiliyini hiss etdiklərini deyirdilər. Bu onun
qadınlara daimi diqqətinin və istifadə etdiyi jestlərin nəticəsi idi. Ancaq kişilər Qreyamı
aqressiv, qeyri-səmimi, özündən savayı kimsəni bəyənməyən bir adam kimi təsvir edir, onun
heç də gülməli olmadığını bildirirdilər. Bu, Qreyama rəqib gözüylə baxanların təbii
reaksiyası idi. Nəticədə Qreyamın kişi dostu çox az idi. Təəccüblü deyildi, çünki heç bir kişi
onun qadınının diqqətini cəlb edəcək rəqibin yanında olmağını istəməz.
Bu fəsil Qreyamın özünün istifadə etdiyi və qadınlarda gördüyü və anladığı jestlərə həsr
olunub.
Kişilər qadınların çaldığına oynayır Qadınla münasibət yaratmaq üçün birinci addımı kimin
atmalı olduğunu soruşsanız, istənilən kişi “Mən!” – deyə cavab verəcək. Çünki bütün kişilər
tanışlıq üçün ilk addımı onların atdığını düşünürlər. Halbuki müşahidələr tanışlıqların 90%-
də təşəbbüsün qadına məxsus olduğunu göstərir. Qadının jestləri nəzərə çarpmır, o, bəyəndiyi
kişiyə mesajını çox incə üz, göz, bədən hərəkətləriylə göndərir. Kişinin bu siqnalları
tutmasını və ona cavab verməsini gözləyir.
....................................................................
Tanışlıqlarının ilkin dövründə kişilər qadınların çaldığına oynayır.
....................................................................
Doğrudur, barda, klublarda qadına yaşıl işıq gözləmədən yaxınlaşan kişilər var və onların
bəzilər istədiyinə nail olur. Amma statistika belələrinin ilk addımının əksər hallarda
uğursuzluqla nəticələndiyini göstərir. Səbəb, qadın tərəfdən dəvətin olmamasıdır. Qadına
qəfil yaxınlaşanlar, sadəcə bəxtlərini sınayanlardır.
Kişi qadına yaxınlaşmasının mənasız hərəkət olduğunu hiss edəndə başqa cür davranmağa
başlayır, özünü elə aparır ki, guya tamam fərqli məsələ barədə danışmaq niyyəti varmış və
“Siz Milli Bankda işləyirsiniz, elə deyilmi?”, ya da “Siz filankəsin bacısı deyilsizmi?” kimi
suallar verir. Kiminləsə bu yolla tanış olmaq üçün kişi gərək bir neçə qadına yaxınlaşa və
əgər, məsələn, Bred Pit qədər yaraşıqlı deyilsə, hansısa qadının ona müsbət cavab verməsi
çətin məsələdir.
Qadınla söhbətə nail olan kişi bunu qadın istədiyi üçün, qadının ona ötürdüyü siqnalları
tutduğu üçün eləyə bilir. Amma ilk addımı özünün atdığını düşünür, çünki əvvəl-axır o
doğrudan da qadına tərəf addımlamalı olur. Beləliklə, eşq macərasının əsasını qoyan
görüşlərin 90%-nin səbəbkarı qadınlardır. Sadəcə, onlar çox böyük ustalıqla hərəkət
etdiklərindən kişilər təşəbbüsün özlərinə məxsus olduğunu düşünürlər. Qadınla kişinin fərqi
Kişilər incə jestlərin mənasını anlamaqda çətinlik çəkirlər və müşahidələr göstərir ki, onlar
səhv etməyə meyillidirlər, məsələn, dostcasına gülümsəyən qadınla cinsi marağını göstərən
qadını fərqləndirə bilmirlər. Bunun bir səbəbi var: kişilər dünyaya başqa gözlə baxırlar,
onların gözündə dünya daha seksualdır. Çünki kişi orqanizmində qadınınkıyla müqayisədə
10-20 dəfə çox testosteron hormonu var.
....................................................................
Bəzi kişilərə görə qadın “yox” deyirsə, “ola bilər” demək istəyir, “ola bilər” deyirsə, “hə”
demək istəyir, “hə” deyirsə, o qadın qadın deyil.
....................................................................
Potensial tərəf müqabilini görən qadın əvvəl incə və aldadıcı jestlər etməyə başlayır: “Bu
kişiyə baş qoşmağa dəyərmi, dəyməzmi?” – deyə yoxlamalar aparır. Görüşün ilk
dəqiqələrində qadın kişini jestlərilə hətta bombalaya bilər. Kişilər isə çox vaxt belə qadını
anlamır, səhv başa düşürlər. Bir-birinə uyğun gəlməyən, ikimənalı jestlərilə qadın kişini öz
kartını göstərməyə vadar eləməyə çalışır. Qadınların çoxunun kişini cəlb edə bilməməsinin
səbəbi elə budur, kişilər onları çaşdıran qadına yaxınlaşmırlar.
Cəlb etmə prosesi
İnsanlar da heyvanlar kimidir, qarşı cinslə yaxınlaşmaq istəyəndə beş mərhələdən ibarət
ssenari üzrə hərəkət edirlər. Göz-gözə kontakt. Qadın otağa göz gəzdirib xoşuna gələn kişini
gözaltı edir. Bu kişinin ona baxacağı anı gözləyir. Elə ki həmin an gəlir, kişinin baxışlarına
cavab verir, amma cəmi beş saniyəlik cavab! Sonra üzünü başqa səmtə çevirir. Bundan sonra
kişi tez-tez bu qadına baxmağa başlayır, onun həmin hərəkəti təkrarlayıb-təkrarlamayacağını
bilmək istəyir. Kişinin nə baş verdiyini anlaması üçün qadın onunla bir üç dəfə belə
baxışmalı olur. Yəni baxışma prosesi bir neçə dəfə təkrarlana bilər və eşq macəralarının çoxu
məhz bu prosesdən başlayır.
Təbəssüm. Qadın kişinin üzünə bir-iki dəfə gülümsəyir. Amma bu təbəssüm çox ötəri olur və
yalnız qadınlardan, daha doğrusu, jestlərdən başı çıxan kişilər yaşıl işığın yanıb-söndüyünü
anlayırlar. Kişilərin çoxu bu jesti sezmədiyindən qadınlar səhv nəticə çıxarır, kişini
maraqlandırmadıqlarını düşünürlər.
Bəzək-düzək. Qadın dik oturaraq döşlərini irəli verir, topuqlarını bağlayaraq, ya da ayaqlarını
çarpazlayaraq onları mümkün qədər gözəl göstərməyə çalışır, ayaq üstdə dayanırsa,
ombalarını bir tərəfə tutur, başını yana əyib boynunu göstərir, altı saniyəyə qədər saçıyla
oynayır, əliylə saçını arxaya, ya da qabağa atır, bəzən dodaqlarını yalayır, paltarını, qır-
qızılını düzəldir, bir sözlə, kişinin diqqətini çəkmək üçün bəzəndiyini hiss etdirir. Bu jestlərə
cavab verən kişi də şax dayanır, qarnını içəri çəkib, çiyinlərini dartaraq sinəsini genişləndirir,
paltarını nizamlayır, əlini saçlarına çəkir və baş barmaqlarını kəmərinə keçirir. Həm kişi, həm
də qadın ayaqlarını, ya da bədənini diqqətini çəkmək istədiyi adama tərəf tutur.
Söhbət. Kişi qadına yaxınlaşır, “Deyəsən sizi haradasa görmüşəm” kimi xarakterik cümlələr
işlədərək “buzları sındırmağa”, bir az söhbət etməyə çalışır.
Toxunuş. Qadın kişinin “təsadüfən” onun qoluna toxunmasına şərait yaratmaq üçün fürsət
axtarır. Bir az da “uzağa getmək” istəyənlər əllərə toxunurlar və bu hərəkətlər mütləq təkrar
olunur. Toxunan adam qarşısındakının bu toxunuşdan narazı qalıb-qalmadığını yoxlamaq,
birinci toxunuşun təsadüfi olmadığını bildirmək istəyir. Qadın kişinin çiyninə toxunanda, ya
da çiynini yavaşca sığallayanda onda fərqli təəssürat yaranır, sanki qadın onun sağlamlığının,
görünüşünün qeydinə qalır. Toxunuş pilləsinə adlamağın ən kəsə yolu əl sıxmaq, əl
verməkdir.
Bu beş pillə kiməsə təsadüfi, kiməsə əhəmiyyətsiz görünə bilər, ancaq münasibətlərin
yaranması üçün olduqca vacibdir. Çoxları, xüsusilə kişilər bu mərhələni keçməkdə çətinlik
çəkirlər. Gəlin ilk pillələrdə edilən jestləri, göndərilən siqnalları nəzərdən keçirək.
Qadınlara məxsus 13 ümumi jest və bu jestlərin ötürdüyü siqnallar
Bir-birini cəlb etməyə çalışan qadınlarla kişilər çox vaxt eyni jestlərdən istifadə edirlər:
əllərini saçlarına çəkir, paltarlarını düzəldir, bir, ya da hər iki əllərini bellərinə qoyur,
ayaqlarını bəyəndikləri adama tərəf atır, ona gizli-gizli baxır, ya da baxışırlar. Bəzi qadınlar
baş barmaqlarını kəmərə keçirir (daha çox kişilərə məxsus jest olsa da, qadınlarda da
müşahidə edilir). Ancaq qadınlar bu jesti nəzərə çarpmadan edir, yalnız bir əlin baş barmağını
ya kəmərə, ya da çantaya salır, yaxud əli cibə qoyub baş barmağı bayırda saxlayırlar.
Menstrual dövrün ortalarında (mayalanma ehtimalının böyük olduğu dövrdə) qadınlar cinsi
baxımdan daha fəal olurlar. Məhz bu günlərində onlar daha gödək paltarlarını, daha hündür
dabanlı ayaqqabılarını geyinir, gəzməyə, söhbət və rəqs eləməyə həvəs göstərir, meydan
oxuyurmuş kimi hərəkətlər, jestlər edirlər. Kişinin diqqətini çəkməyə çalışan, ona meyili
olduğunu bildirmək istəyən qadınların ən çox istifadə etdikləri jestlər bunlardır:
Başı dik qaldırıb saçları arxaya atmaq
Kişinin xoşuna gəlmək istəyən və bu istəyini bildirən qadının hərəkətidir. Bəyəndiyi kişinin
yanında olan qadın çox vaxt birinci bu jesti edir: başını arxaya ataraq saçlarını üzündən
kənarlaşdırır, ya da çiyninin üstündən arxaya tökür. Hətta qısa saçlı qadınlar bu jestdən
istifadə edirlər. Saçlarını arxaya atan qadın həm də qolunun altını açır, nəticədə feromon
adlanan maddənin – “cinsi ətrin” (qadın, ya da kişiyə məxsus ətir) yayılmasına səbəb olur.
Saçlarını düzəldən qadın qolunun altındakı
feromonları buraxır və onlar öz işlərini görməyə başlayırlar.
Nəm, şişkin dodaqları azca aralamaq
Cinsi yetişkənlik dövründə oğlan uşağının üzündə ciddi dəyişiklik gedir: testosteronun təsiri
nəticəsində onun çənəsi böyüyür, irəli çıxır, burnu yekəlir, alnı genişlənir. Bütün bunlar
əlbəyaxa döyüş zamanı kişinin özünü qorumasına yardım edir. Qızın isə sümüklərində bir o
qədər dəyişiklik olmur, amma dərisi altındakı piy qatı artır və onun gənc üzü, xüsusilə də
dodaqları əvvəlkindən dolu görünür. Qızın qalın, şişkin dodaqları ölçüsünə görə
oğlanlarınkından çox fərqlənir, beləliklə, qadınlıq əlamətinə çevrilir. Bəzi qadınlar bu fərqi
göstərmək və beləliklə kişilərə xoş gəlmək üçün dodaqlarına kollagen vurdururlar. Axı şişkin
dodaqlar gözə daha tez çarpır.
Qadının cinsiyyət dodaqlarının ölçüsüylə üzündəki dodaqların ölçüsü bir-birinə uyğunlaşaraq
dəyişir. Desmond Morris bu uyğunluğu “özünütəqlid” adlandırır, onun dediyinə görə qadının
dodaqları cinsiyyət dodaqlarının vəziyyətini göstərir. Cinsi oyanma zamanı qadının şişib
qızarmış dodaqlarını azca araladığını müşahidə etmək olar. Bu vaxt onun cinsiyyət orqanları,
eləcə də cinsiyyət dodaqları, döşləri də qızarır və şişir, çünki qanla dolur.
Elə pomada da qadının bu vəziyyətini əks etdirmək üçün ixtira olunub. Pomadadan ilk dəfə
dörd min il əvvəl Misirdə istifadə etməyə başlayıblar. Qədim Misir qadınları cinsiyyət
orqanlarında baş verən dəyişikliyi – qızartını üzlərində göstərməyə çalışaraq dodaqlarını
qırmızı rəngə boyayarlarmış. İndi qadınlar kosmetik vasitələrdən yararlanaraq, ya da sadəcə
yalayaraq dodaqlarını həm də nəmləndirirlər. Yəqin buna görədir ki, qadınların fotolarına
baxan kişilər dodaqlarını qırmızı rəngə boyayan qadınların daha cazibədar və daha ehtiraslı
göründüyünü deyirlər.
Özünə toxunmaq
Əvvəl də qeyd etdiyimiz kimi, bədənimiz bizim gizli arzularımızı üzə çıxarır. Qadınlar da
bəzən özlərinə toxunaraq arzularını ifadə edirlər.
Qadının dərisində toxunuşu hiss edən sinir ucları – reseptorlar kişilərlə müqayisədə dəfələrlə
çoxdur. Ona görə də qadınlar toxunuşa daha həssasdırlar. Ombasına, boynuna-boğazına əl
atan, onları kişinin gözləri önündə sığallayan qadın bir şeyi demək istəyir: “Əlindəki
kartlardan düzgün istifadə etsən, bu yerlərə sən də toxuna bilərsən”. Özünü sığallayan qadın
həm də kişinin ona toxunacağı halda keçirə biləcəyi hissləri təsəvvürünə gətirməyə çalışır.
Ehtiraslı pozalar verərkən qadınlar çox vaxt özlərinə toxunurlar
Əli biləkdən sallamaq
Əli biləkdən sallamaq yalnız qadınlara, bir də homoseksuallara məxsus jestdir, itaəti ifadə
edir. Quşlar da onları ovlamaq istəyən yırtıcı quşları yuvadan uzaqlaşdırmaq üçün qanadlarını
sallayır, guya yaralı olduqlarını göstərirlər. Qadın oturaq vəziyyətdə, ya da ayaq üstdə
dayanaraq əlini biləkdən aşağı sallayanda kişiyə sanki öz zəifliyini nümayiş etdirmiş olur və
kişidə dominantlıq etmək arzusu yaradır. İşdə bu jest yolverilməzdir, etimadı azaldır. Belə
jestlər edən qadını işdə ciddi qəbul etməyə bilərlər, amma işdən sonra görüşə dəvət edənlər
olar.
Silindr formasında olan əşyanı sığallamaq Siqareti, barmaqları, çaxır bakalının nazik
hissəsini, uzun sırğaları və fallik görünüşü olan digər əşyaları oxşamaq şüuraltı hərəkətdir,
qadının beynindən keçənləri göstərir. Üzüyü barmağa salıb-çıxarmaq da bəzən qadının cinsi
əlaqəyə meyilini ifadə edir. Bu cür jestlər edən qadın kişidə ona sahib olmaq arzusu yaradır
və kişi qadına məxsus əşyaları, məsələn, qadının alışqanını, açarlarını götürüb oynatmağa
başlayır.
Biləkləri göstərmək
Kişiyə marağı olan qadın biləyinin iç tərəfini – zərif, yumşaq və hamar dərisini nümayiş
etdirməyə başlayır və maraq artdıqca, biləyin iç tərəfi daha çox görünür. Ümumiyyətlə, hesab
edirlər ki, qadının biləyi onun bədəninin ən erotik zonalarından biridir, çünki bilək tərəfdə
dəri çox zərif olur.
Bu jestin anadangəlmə olub-olmadığı bilinmir, bəlkə də qadın bu jesti kimdənsə götürür.
İstənilən halda, biləyi göstərmək şüuraltı hərəkətdir. Qadınlar bəyəndikləri kişinin qarşısında
dayananda həm biləklərini, həm də əllərini açırlar. Siqaret çəkən qadın üçün bu asandır, o,
siqareti çiyni səviyyəsinə qaldıranda həm biləyi, həm də ovcunun içi görünür.
Homoseksuallar qadınların bu jestini də təkrarlamaqla qadın kimi zərif görünməyə çalışırlar.
Qadınlar biləyin iç tərəfinə də ətir vururlar, çünki nəbz dərini tərpədir və ətrin yayılmasına
səbəb olur. Əslində məqsəd diqqəti biləyə çəkməkdir. Qadın əlini kişiyə tərəf uzadanda ətir
kişiyə təsir edir və o, ətir gələn tərəfə baxanda qadının biləyinin iç tərəfini görür.
Çiyni qaldırmaq və çiynin üstündən baxmaq
Çiyni qaldırmaq da özünütəqlid sayılır, çünki çılpaq çiyinlər qalxanda yumrulanmış döşlərə
bənzəyir. Yəni qadın çiynini qaldıranda sanki döşlərinin vəziyyətini göstərir. Təsəvvür edin
ki, qadın göz qapaqlarını azca endirib, çiyninin üstündən kişiyə baxır, ancaq kişinin diqqətini
cəlb edənə qədər baxır. Sonra baxışlarını yayındırır. Amma bu oğrun baxışlar öz işini görür,
kişi qadının ona oğrun-oğrun baxdığını hiss edir. Qaldırılmış, yupyumru çiyin qadınlığı
vurğulayır
Ombaları yırğalamaq
Bətnində uşaq daşımağa və uşaq doğmağa qadir olduğu üçün qadınların ombaları
kişilərinkindən böyük, ayaqlarının arası kişilərinkindən genişdir. Ona görə də qadın
yeriyəndə istər-istəməz yanlarını yırğalamalı olur. Bu isə diqqəti onun çanaq hissəsinə çəkir.
Kişilər belə yeriyə bilmirlər. Ona görə də ombaları yırğalamaq cinsi fərqi göstərən ən güclü
jestlərdən biridir. Ombaların quruluşu qadının həm də kişiyə nisbətən asta yeriməsinə, sürətlə
qaça bilməməsinə səbəb olur. Hətta idmançı qadınlar da qaçışda kişi idmançılardan geri
qalırlar.
Ombaları yırğalayaraq yerimək zərif jestdir, qadınlar bu jestdən əsrlərdir istifadə edirlər.
Hətta bəzi məhsulların və xidmətlərin reklamında diqqət çəkmək istəyən modellər bu jestdən
yararlanırlar və reklamı görən, gördüyü modelə bənzəmək arzusunda olan qadın məhsulu əldə
etməyə çalışır. Yalnız qadınlar yeriyəndə yanlarını yırğalayırlar;
bu yeriş qadınla kişini fərqləndirən cəhətlərdən biridir
Çanağı yana əymək
Tibbə görə sağlam, hamiləliyə və doğuşa hazır olan qadının belinin diametri çanaq hissəsinin
diametrinin 70%-nə bərabər olmalıdır, yəni ölçü nisbəti 70% olmalıdır. Bu ölçülərə malik
qadınları qum saatına bənzədirlər və tarix boyu kişiləri belə qadınlar cəlb edib.
Kayli Minouq kişilərin sevdiyi şeyləri cəmləşdirib: saçları uzun, boynu-boğazı açıqdır,
beliylə çanağının ölçü nisbəti 70%-dir, nəm və şişkin dodaqlarını azca aralayıb, göz
qapaqlarını aşağı endirib, döşlərini irəli verir, bir əlini özünə toxunduraraq belinə qoyub,
çanağını əyərək yumru yanlarını nümayiş etdirir Çanaqla belin ölçü nisbəti 80%-i keçəndə
kişinin marağı azalır, 100%-ə çatanda maraq, ümumiyyətlə, olmur. Rəqəm 70%-dən
aşağıdırsa, yenə maraq yarana bilər. Amma ən ideal ölçü nisbəti 70%-dir. Çanaqla belin ölçü
fərqini göstərməyin ən yaxşı yolu isə dayananda çanağı azacıq yana əyməkdir.
....................................................................
Ayaq üstdə dayanıb çanağını yana əyən qadın
hamiləliyin və doğuşun öhdəsindən gəlməyə
hazır olduğunu göstərir.
....................................................................
Texas Universitetindən psixologiya üzrə professor Devendra Sinqx Amerika gözəllik
müsabiqəsi iştirakçılarının və “Playboy”un üz qabığında fotoları çıxan qadınların fiziki
quruluşunu müşahidə edib. 50 illik tədqiqatdan sonra professor bu nəticəyə gəlib ki, ən çox
diqqət çəkənlər çanağıyla belinin ölçü nisbəti 67-80% olan qadınlardır. Professor fotolardan
istifadə edərək eksperiment aparıb: çox arıq, çox kök və orta çəkili qadınların şəkillərini
kişilərə paylayıb, xahiş edib ki, qadınları cazibədarlığına görə qiymətləndirsinlər. Orta çəkili,
beliylə çanağının ölçü nisbəti 70% olan qadınlar digərlərindən çox səs toplayıblar. Arıq və
kök qadınlar arasında ən incə belliləri müsbət qiymətləndirilib. Beləliklə, eksperiment
nəticəsində məlum olub ki, çəkisindən asılı olmayaraq, beliylə çanağının ölçü nisbəti 70%
olan bütün qadınlar kişiləri cəlb edir. Yəni qum saatı formasına malikdirsə, hətta kök qadın
belə kişinin başını ona tərəf döndərməsinə səbəb ola bilər. Çantanı yaxına qoymaq
Kişilərin çoxunun qadının çantasının içindən xəbəri olmur. Müşahidələr göstərir ki, kişilər
qadın çantasını nəinki açmağa, hətta ona toxunmağa qorxurlar. Çünki çanta qadının şəxsi
əşyasıdır, həm də o qədər şəxsidir ki, sanki qadının bir parçasıdır. Qadınların demək olar ki,
hamısı çantayla özlərinin bir parçası kimi davranır. Ona görə də qadının öz çantasını kişinin
əlinin altına, yaxud sadəcə, gözünün qabağına qoyması güclü siqnaldır, qadının kişiyə
marağını, onunla yaxın olmaq istəyini ifadə edir. Kişidən çox xoşu gələn qadın çantasını
tumarlamağa başlayır. Kişiylə yaxınlıq etmək istəyən qadın, “Çantamı mənə verərsinizmi?”,
hətta “Çantamın iç cibində qələm var, onu çıxarıb mənə verərsinizmi?” kimi xahişlər edə
bilər. Çantasını kişidən uzaq tutan qadın özünün də uzaq durmaq istəyini bildirir.
Çantasını kişinin əlinin altına qoyan qadın həmin kişiyə meyilini ifadə edir Dizi maraqlı
adama tərəf yönəltmək Hərdən qadın oturanda bir ayağını qatlayıb o birinin altına qoyur. Bu
zaman qatlanan ayağın dizi qadını cəlb edən, ona maraqlı görünən adama baxır.
Qadının dizi onu cəlb edən adamı göstərir. Bu, rahat oturuşdur, formallığı kənara qoyur, həm
də qadına öz budlarını ötəri də olsa, nümayiş etdirmək fürsəti verir.
Ayaqqabıyla oynamaq
Ayağın ucunda yellənən ayaqqabı qadının rahat və arxayın olduğunu göstərir. Ayağı
ayaqqabıya salıb çıxartmaq isə fallik effektli jestdir, ayaqqabının ucundan çıxan, gizlənən,
sonra yenə çıxan barmaq çox seksual görünür. Bu hərəkət kişiləri çaşdırır. Onlar özləri də nə
baş verdiyini anlamırlar, amma həyəcanlanırlar.
Tapmacanın cavabı ayaqqabılardadır
Ayaqları yanaşı aşırmaq
Qadınlar bu jestdən bilərəkdən, diqqəti ayaqlarına yönəltmək üçün istifadə edirlər: oturanda
ayaqlarını bir-birinin üstünə aşırır və yanaşı saxlayırlar. Albert Şeflen bildirir ki, bu
vəziyyətdə qadının ayaqları bir-birinə sıxılır və ayaq əzələləri gərilir. Əzələlərin gərilməsi isə,
ümumiyyətlə, qadının cinsi əlaqəyə hazır olduğunu göstərir.
Kişilərin fikrincə bu, ən cazibədar qadın oturuşudur
Hərdən qadın kişinin qarşısında oturub ayaqlarını gah düz saxlayır, gah da aşırır, eyni
zamanda əliylə budlarını sığallayır. Budlarına başqasının da toxunmasını arzulayan qadınlar
belə jestlər edirlər.
Oxuduqlarınıza qayıtmadan deyin, burda neçə jest görürsünüz?
Kişilər hara baxırlar?
“Kişi niyə yalan danışır, qadın niyə ağlayır?” (“Orion” nəşriyyatı) kitabımızda kişilərin, eləcə
də qadınların qarşı cinsin bədəninin hansı hissəsinə baxdığını demişdik. Kişiləri reproduktiv
göstəriciləri güclü olan və cinsi əlaqəyə meyilli görünən qadınlar cəlb edir. Söhbət təkcə boy-
buxundan, əndamdan gedirsə, hər iki tərəf atletik quruluşa malik olanları xoşlayır. Kişilərə
görə atletik görünüş qadının sağlamlığından xəbər verir, onun nəsil artırmağa hazır olduğunu
göstərir.
Kişiləri daha çox uşağa bənzəyən – gözləri geniş, burnu balaca, dodaqları və yanaqları ətli
qadınlar cəlb edir. Çünki bu cizgilər kişidə valideynlik, himayədarlıq hissləri yaradır. Ona
görə də plastik əməliyyat aparan tibb mərkəzlərinin reklamlarında məhz belə qadınların
şəkillərindən istifadə olunur. Qadınlar isə əksinə, yaşlı görünən və deməli, onları qoruya
biləcək kişilərə üstünlük verirlər. Ona görə də qadınların burnu və çənəsi iri, qaşları cod olan
kişilərdən xoşu gəlir.
....................................................................
Üzdən uşağa bənzəyən qadınlar kişilərə çox güclü təsir edir.
Kişi hormonları beyinə nüfuz edərək, qadını qorumaq arzusunun baş qaldırmasına səbəb olur.
....................................................................
Ancaq kişilərə xoş gəlmək üçün qadının çox gözəl olmasına bir o qədər ehtiyac yoxdur.
Düzdür, zahiri gözəlliyi qadına üstünlük verir, amma kişini cəlb etmək istəyən qadının
yaxınlığa meyilli olduğunu bildirməsi daha önəmlidir. Çünki kişilərə qadının fiziki
görünüşündən çox, yaxınlığa meyilliliyi təsir edir. Yəqin buna görə bəzi qadınlar gözəl
olmasalar da, aşiq sarıdan korluq çəkmirlər. Deməli, kişiləri cəlb etmək istəyən hər bir qadın
yaxınlığa meyilli olduğunu bildirməyin yollarını öyrənə, daha doğrusu, jestlərdən istifadə
etmək qabiliyyətinə yiyələnə bilər.
Bəzi qadınlar kişilərin qadının xarici görünüşünə, xüsusilə də yaxınlığa meyilliliyinə üstünlük
verdiyini eşidəndə çox təəccüblənirlər, bu yanaşmanın müasir qadını təhqir etdiyini
bildirirlər. “Bəs qadının qayğıkeşliyi, evdarlığı, ünsiyyət yaratmaq, ya da məsələn, pianino
çalmaq bacarığı?”
Demək olar ki, bütün müşahidələr, son 60 ildə aparılan araşdırmalar və son 6 min ildə yazılan
şeirlər və hekayələr, rəsm əsərləri göstərir ki, kişini cəlb edən qadının ağlı, resursları, ya da
hansısa başqa keyfiyyətləri deyil, xarici görünüşü, bədəni və bu bədəniylə davranışıdır. Hətta
XXI əsrin kişisi əcdadlarının istədiyini istəyir, dəyişən yalnız kriterilərdir, çünki müasir kişi
tərəf müqabilini uzun müddətə seçir.
Bu reallıqdır, qadın əvvəlcə onun daxili aləmindən, məziyyətlərindən hələ xəbəri olmayan
kişini cəlb etməyə çalışmalıdır. Balıq tutmağa gedən adam tilovun qarmağına özünün deyil,
əlbəttə, balığın xoşuna gələcək yemi qoyur. Məsələn, siz nə vaxtsa qurd yemisinizmi? Sualın
özü belə iyrəncdir, elə deyilmi? Amma balığın ən çox sevdiyi yemlərdən biri məhz qurddur.
Gözəl olmaq asan deyil Çox adam elə bilir ki, potensial tərəf müqabilini cəlb etmək üçün
gözəl olmaq lazımdır. Amma bu, televiziyanın, media və kinonun yaydığı ideyadır. Onlar
gözəlləri standart kimi göstərir, biz isə tora düşür, bu standarta uyğunlaşmağa çalışırıq.
Reallıq başqadır. Çox az adam çox gözəl ola bilər və müşahidələr göstərir ki, əksəriyyət belə
gözəllərə şübhə ilə yanaşır. Tərəf müqabilini seçən adam ağılları başdan alan gözələ yox,
təxminən özü qədər cazibədar olan adama üstünlük verir. Çünki bu halda seçdiyimiz adamın
yanımızda daha çox qalacağı, daha yaxşı seçim dalınca qaçmayacağı ehtimalı artır. Bu seçim,
bu yanaşma, deyəsən, anadangəlmədir, çünki körpələr də gözəllərdən çox adi üzlərə baxırlar.
Kişini cəlb edən bədənin hansı hissəsidir: döşlər, yanlar, yoxsa ayaqlar? Söhbət bədənin
hissələrindən gedirsə, kişiləri üç qrupa ayırmaq olar: bəzi kişilər qadının yanlarına, bəziləri
döşlərə, bəziləri isə ayaqlara fikir verir.
Bu bölmədə qadın bədəni və bu bədənin müəyyən hissələrinin kişilərə təsirindən danışacağıq.
Qadının bədəni daimi və portativ seksual siqnalizasiya sisteminə bənzəyir. Bu sistem sanki
kişinin diqqətini çəkmək, nəslini artırmağa çağırmaq üçün nəzərdə tutulub və bu prosesdə
qadının döşləri, yanları və ayaqları xüsusi rol oynayır. Dediklərimiz siyasi baxımdan düzgün
olmaya bilər, amma bioloji baxımdan dəqiqdir.
Yanlar
“Şaftalı kimi yumru və bərk” yanlar kişiləri həmişə cəlb edir. Yan məsələsində insan başqa
primatlardan fərqlənir. Belə ki, dişi meymunların yanları yalnız cütləşməyə hazır olanda
genişlənir, dik durur. İnsanlarda belə deyil, qadının yanları həmişə genişdir və qadın cinsi
əlaqəyə, demək olar ki, həmişə hazırdır. Çünki nəsil artırmaq üçün birləşən və uzunmüddətli
münasibətlər quran insanlar tez-tez cinsi əlaqədə olurlar. Məhz bu münasibətlər nəticəsində
insanın – qadının yanları başqa primatlarınkından fərqli şəkildə formalaşıb.
İnsan həm də yeganə primatdır ki, cinsi əlaqədə olanda çox vaxt üz-üzə dayanır, yaxud
uzanır... Erkək meymunlar dişi meymunları arxadan qucaqlayırlar və siqnal gəldiyi üçün –
dişi meymunun qırmızı və şişmiş yanları onun cinsi əlaqəyə hazır olduğunu göstərdiyi üçün
yaxınlaşırlar. Qadının yanlarının kişini cəlb etməsinin səbəbi elə burdan gəlir. Qadının arxası
kişidə həmişə eyni təəssüratı yaradır, onun cinsi əlaqəyə hazır olduğunu göstərir.
Qadının yanları daha iki məqsədə xidmət edir: birincisi, süd verən ana üçün vacib olan piy
ehtiyatı yanlara yığılır, ikincisi, qidalanmadığı günlərdə yağlı yanlar qadının orqanizmi üçün
anbar rolunu oynayır (dəvənin güvənləri kimi). Dar cins şalvarlar qadının yanlarını bərk və
yumru göstərdiyinə, vurğuladığına görə populyardır. Hündür ayaqqabılar isə qadını
sağrılarını sağa-sola çəkməyə və yeriyəndə yırğalanmağa məcbur edir. Kişilər bu yerişə
biganə qala bilmirlər. Deyilənə görə, Merilin Monro sol ayaqqabısının dabanını həmişə
kəsdirirmiş və sol ayaqqabısı sağdakından 2 sm aşağı olurmuş. Bu, onun yeriyəndə seksual
şəkildə yırğalanmasına imkan verirmiş. Bəzi dişi böcəklər də erkəyin diqqətini çəkmək
istəyəndə yanlarını yırğalayırlar.
Döşlər
Son vaxtlar döşlərə daha çox fikir verməyə başlayıblar, hamı elə bil küyə düşüb və döşlərin
kiçildilməsi, ya da böyüdülməsi məqsədilə aparılan kosmetik əməliyyatlar tibb mərkəzlərinə
milyonlarla gəlir gətirməkdədir. Döşlərin arasındakı yarığı vurğulayan paltarlara da az pul
xərcləmirlər. Axı niyə? Axı bu döşlər böyük tər və süd vəzilərindən başqa bir şey deyil.
Mən yemək bişirə bilmirəm. Amma nə olsun ki? Qadının sinəsi əsasən piy toxumasından
ibarətdir, məhz bu toxuma döşlərə dairəvi forma verir, amma südün ifrazı prosesində iştirak
etmir.
Kişilərin gözüylə baxsaq, döşlərin bir məqsədi var, o da seksual siqnalları ötürməkdir.
Əslində döşlər qadının yanlarını xatırladır, ya da belə deyək, yanları xatırlatmağa xidmət edir.
Məsələ burasındadır ki, keçmişdə, insan da dörd ayağı üstdə yeriyəndə kişilər qadınların
yalnız arxasını görürdülər, döşlər bir o qədər əhəmiyyətli deyildi. Meymunlarda indi də
belədir, qarşısında dikələn meymunun erkək, yoxsa dişi olduğunu kimsə deyə bilməz. Amma
insan dik yeriməyə çoxdan başlayıb və qadınlar döşlərini irəli verməklə həmişə yanlarını
təqlid etməyə çalışıblar.
Maraqlı eksperiment aparılıb. Kişilərə qadın döşlərinin və qadın yanlarının şəkillərini
göstəriblər, baxanların çoxu şəkillərdəkiləri ayırd edə bilməyib.
Sinəsi açıq paltarlar və döşləri qaldıran lifçiklər döşlərin arasındakı xətti vurğulamaqla siqnalı
bir az da gücləndirir. Çünki məhz bu xətt kişilərin ağlını başından alır. Cinsi maraqla bağlı
sorğuların hamısı göstərir ki, döşlərin arasındakı xətt kişilərin ən çox sevdiyi cizgilərdəndir.
Döşün ölçüsünün fərqi yoxdur, istər limon, istərsə də qarpız boyda olsun, kişilər bütün döşləri
sevirlər, təki xətt görünsün. Kişinin xoşuna gəlməyə çalışan qadın çox vaxt özündən asılı
olmadan irəli əyilir, qollarını bədəninə yaxınlaşdırıb döşlərinə təzyiq edərək xəttin
görünməsinə şərait yaradır.
Kişilərin ən çox sevdiyi döşlər isə cinsi yetkinliyin zirvəsində olan gənc qadının (iyirmi yaşa
qədər) döşləridir. Bu cür döşləri striptiz klublarda rəqs edən qadınlarda, kişilər üçün nəzərdə
tutulmuş jurnalların üz qabığında və reklamlarda tez-tez görmək olar.
ƏVVƏL SONRA
Mona Liza ABŞ-a gələndən iki həftə sonra Amerikanın Purdyu Universitetinin tədqiqatçıları
aşkar ediblər ki, avtostopla səyahətə çıxan qadın pambıqdan-filandan istifadə edib döşünü 5
sm böyütsə, ona yaxınlaşan maşınların sayı iki dəfə artar.
Kimsə qaynayırsa...
İnsanın bədəninin temperaturu normalda 36,6 dərəcədir. Amma dərinin temperaturu adamın
emosional vəziyyətindən asılı olaraq dəyişir. Məsələn, əvvəldə qeyd etdiyimiz kimi, soyuq və
qaraqabaq, təmkinli adamların dərisi də soyuq olur. Gərginlik yarananda da bu adamlarda qan
qollara və ayaqlara axır, əzələlər döyüşə, ya da qaçmağa hazır vəziyyətdə olur. Yəni bu cür
adamları bütün mənalarda “soyuq” adlandırmağa haqqımız var. Kimdənsə xoşu gələn adamın
bədənində fərqli dəyişiklik gedir, qan dərinin səthinə qalxır, nəticədə temperatur artır. Ona
görə də aşiqlərin kiminsə “eşqiylə yanıb-yaxıldığını”, “ehtirasdan alovlandığını”,
“qaynadığını” deyir, ya da buna bənzər başqa ifadələr işlədirik. Qadınların bədəninin
temperaturunun qalxdığını görmək mümkündür. İsti olan kimi qadının yanaqları və sinəsi
qızarır, ya da sinəsində qırmızı ləkələr əmələ gəlir.
....................................................................
Kişisizsə, son bölməyə çatanda pulunuzu
boş yerə xərcləmədiyinizi anlayacaqsız.
....................................................................
Uzun ayaqlar
Kişilərin uzun ayaqlı qadınları xoşlamasının bioloji səbəbi var. Yetkinlik dövründə qızların
ayaqları sürətlə uzanır, çünki onların orqanizmində böyük dəyişikliklər gedir, hormonlar
bədənə nüfuz edərək qızı qadına çevirməyə başlayırlar. Ona görə də uzun ayaqlar qızın cinsi
yetişkənliyinin, qadın və ana olmağa hazırlığının göstəricisi sayılır və qarşı cins üçün güclü
siqnaldır. Məhz bu səbəbdən qadının uzun ayaqları kişidə seksual təəssürat yaradır.
Qadınların hündür dabanlı ayaqqabı geyinməsi kişilərin çoxuna xoş gəlir, çünki belə
ayaqqabı ayaqları daha uzun, pəncələri daha xırda göstərir, qadını çanağını irəli verməyə,
yanlarını sağa-sola dartaraq yırğalana-yırğalana yeriməyə məcbur edir, nəticədə qadın daha
seksual görünür. Hündür və nazik dabanlı, incə qayışlı ayaqqabılar bu səbəbdən populyardır.
Ayaqları çox uzun
olduğu üçün modellər və
ulduzlar qeyri-proporsional
bədən quruluşuna malikdirlər
....................................................................
Hündür dabanlı ayaqqabılar ayaqları daha uzun göstərir,
qadını yanlarını yırğalamağa, döşlərini dik tutmağa vadar edir.
....................................................................
Mil kimi nazik ayaqları kişilər xoşlamır, onlar xüsusi forması olan ətli ayaqlara üstünlük
verirlər. Çünki kök ayaqlar cinsi fərqi, həm də qadının laktasiyaya hazır olduğunu göstərir.
Sağlam, atletik ayaqlar kişilərə xoş gəlir, amma futbolçuya bənzəyən qadına kişilər heç
baxmaq da istəmirlər. Ell Makferson və Reçel Hanter
kimi modellər qadın jestlərindən məharətlə istifadə edirlər,
hətta bunu milyonlarla dəyəri olan biznesə çeviriblər
Kişilərə məxsus jestlər və
bu jestlərin ötürdüyü siqnallar
Qadınla yaxınlıq etmək istəyən kişi hər şeydən əvvəl gücünü, var-dövlətini və statusunu
göstərməyə çalışır və bütün jestlərini buna görə edir. Qadınsızsa, kişi jestləri haqda bölmə
sizi məyus edə bilər. Çünki əvvəla, kişi jestlərinin əksəriyyəti kişinin cinsiyyət orqanına
fokuslanıb, ikincisi, kişilərin xüsusi jestlərinin sayı çox deyil. Məsələ burasındadır ki, kişinin
xoşuna gəlməyə çalışan qadın özünə bəzək-düzək verəndə, paltar seçəndə, kosmetikadan və
saysız-hesabsız jestlərdən istifadə edəndə, kişi avtomobilinin mühərrikini işə salır, lovğa-
lovğa qazandığı pullardan danışır, başqa kişilərə meydan oxuyur və s. Qadına yaxınlaşmaq
üçün edilən jestlərə gəlincə... kişilərin çoxu çayın qırağında dayanıb balığı iri ağac parçasıyla
vuraraq tutmağa çalışan adam kimidir. Halbuki qadın həmin balığı sudan çıxarmaq üçün
kişinin bilmədiyi yüz üsuldan, yüz cür tordan istifadə edə bilər.
Əvvəl də qeyd etdiyimiz kimi, kişilərin qadına xüsusi siqnal göndərmək, yaxud qadının
göndərdiyi siqnalları o dəqiqə qəbul etmək bacarığı yoxdur. Bu oyunun qaydalarını müəyyən
edən, oyunu idarə edən qadınlardır. Kişilər, sadəcə, gördüklərinə reaksiya verirlər.
Bəzi jurnallar yazır ki, kişilərdə qadına yaxınlaşmaq bacarığı artıq formalaşmaqdadır, kişilər
özlərinə fikir verməyə başlayıblar, plastik əməliyyatlara gedir, dişlərini düzəltdirir,
dırnaqlarını manikür, hətta pedikür elətdirir, saçlarını boyayır, əl və üz kremlərindən,
kirşandan istifadə edirlər. “Gillette” şirkəti 2004-cü ildə Birləşmiş Krallıqda apardığı
araşdırma nəticəsində müəyyən etmişdi ki, özünə ən çox vaxt ayıran kişilər şotlandlardır.
Onlar günün təxminən 16 dəqiqəsini güzgünün qabağında keçirir, bəzək-düzəklə məşğul
olurlar. Amma bu dəyişikliklərin heç birinin kişilərin qadınların jestlərini anlamaq
qabiliyyətinə dəxli yoxdur, bunlar kişinin özünə vurğunluğunun artmasının əlamətidir.
....................................................................
Amerikada aparılmış bir araşdırma nəticəsində məlum olub ki, qadının öz kişisindən eşitmək
istədiyi üç söz “Mən səni sevirəm” deyil, “Sən xeyli arıqlamısan” sözləridir.
....................................................................
Erkək heyvanlar kimi kişilər də qadın görəndə özlərinə əl gəzdirməyə başlayırlar: köynəyin
boynunu, qalstuku düzəldir, çiyinlərindəki xəyali tozları çırpır, saata, ya da köynəyin
qolundakı düymələrə əl atır, əyinlərindəki pencəyi, yaxud paltonu sahmana salırlar.
Bu kişi də deyəsən qadın görüb, ya da görməyə hazırlaşır
Kişilər qadınla münasibətə söhbət etməklə başlayırlar. Niyə?
Kişilərin çoxu bilir ki, qadınla uzun-uzadı və səmimi söhbət etimad yaradır. Kişi, ya da qadın
öz şəxsi həyatı barədə detallı danışanda ürəyini açmış olur. Münasibətlərin başlanğıc
dövründə kişilər çox vaxt söhbət “strategiyasından” istifadə edirlər. Amma elə ki, bal ayı
bitdi, kişi öz stereotipik “qınına” çəkilir, həmişəki kimi az danışır. Kişilər yalnız fakt,
informasiya, ya da problemin həlli haqda danışmağı sevirlər.
Kişilərin penis maniyası
Kəmərə keçirilmiş barmaqlar qadınla cinsi əlaqədə olmaq istəyən kişinin marağını birbaşa,
həm də ən aqressiv şəkildə ifadə edir, çünki bu jest diqqəti kişinin cinsiyyət orqanına
yönəldir. Qadın cəlbedicidirsə, kişi bədənini ona tərəf çevirir, bir ayağı ona tərəf dayanır,
baxışlarıyla onu başdan-ayağa süzür, gözlərini gözlərinə zilləyir. Divara söykənərək dayanan,
ya da oturan kişi ayaqlarını elə aralayır ki, elə bil penisini nümayiş etdirir.
Babuinlər və bəzi başqa primatlarda erkək öz dominantlığını göstərmək üçün cinsiyyət
orqanından istifadə edir. Ayaqlarını bacardığı qədər aralayıb, başqa erkəklərin onun penisinin
ölçüsünü görməsinə şərait yaradır, üstəlik, arabir əl atıb “silahını” nizama salaraq, sanki
“Buranın ağası mənəm” deyir. İnsan da belədir. Nəzərə çox çarpmasa da, kişilər özlərini
göstərmək istəyəndə cinsiyyət orqanlarını nümayiş etdirən jestlərdən istifadə edirlər. Həbs
qorxusu olmasaydı, bəlkə onlar da elə babuinlər kimi hərəkət edərdilər.
Yəqin ki, filmlərdə görmüsünüz, XV əsrdə Avropada kişilər şalvar yox, indiki qadın
kalqotkalarına bənzər dar paltarlar geyinirdilər, nəticədə kişinin cinsiyyət orqanı açıq-aydın
görünürdü (balerinlərinki kimi). Sonralar cinsiyyət üzvünü qorumaq, örtmək üçün şalvarın ön
hissəsinə bərkidilən xüsusi kisəciklərdən istifadə etməyə başladılar. Zaman keçdikcə bu
kisəciklər penisi qorumaqdan çox onun ölçüsünü, eləcə də kişinin statusunu göstərməyə
xidmət edirdi. Kisəciyin içinə yumşaq materialdan hazırlanmış təbəqə əlavə etməklə onu bir
az da böyüdürdülər. Yeni Qvineyadakı tayfaların kişiləri indi də cinsiyyət üzvlərini açıq-
aşkar nümayiş etdirirlər. Qərbdə isə bunun üçün kişilər dar alt paltarları, nisbətən xırda
üzgüçü tumanları geyinirlər. Bəziləri diqqəti cinsiyyət orqanına çəkmək üçün şalvarın
kəmərindən bir topa açar asır, ya da kəmərin ucunu aşağı sallayır. Belindən nə isə asan
kişinin “aşağıya” baxmaq üçün bəhanəsi olur və o, istədiyi vaxt əyilib əlini şalvarının bağına
ata bilir.
“Sloggi” geyinən kişi başqa heç nə geyinmir
Qadınlar adam içində olanda əllərini ayaqlarının arasına aparmağı, qaşınmağı ağıllarına belə
gətirmirlər. Amma kişilər... Kişilərin bu hərəkəti etinasız, həm də mütəmadi şəkildə
təkrarlaması qadınları çox təəccübləndirir. Eyni jest erkək primatlarda da müşahidə olunur və
insanınkından çox az fərqlənir. Rəqs edən adamın əllərini kəmərinə keçirməsi,
ya da cinsiyyət orqanından yapışması açıq-aşkar
seksual hərəkətdir Şalvarın ortasına əl atmaq nə deməkdir?
Bu, kişilərin ən çox istifadə etdiyi jestlərdən biridir, harda olurlar olsunlar, yeri gəldi-
gəlmədi, əllərini şalvarın bağına atır, cinsiyyət orqanından tutub onun yerini rahatlayırmış,
onu qaydaya salırmış kimi hərəkət edirlər. Dünyanın hər yerində qadınlar kişilərin bu
“ədəbsiz” və “səbəbsiz” hərəkətindən şikayətçidirlər. Amma bu jestin səbəbi var: kişilərin
cinsiyyət orqanı o qədər böyükdür və o qədər sıxılır ki, qan dövranının kəsilməməsi üçün ona
daim nəzarət etməli olurlar.
....................................................................
Kişi olmağın ən böyük üstünlüklərindən biri budur:
özünü istədiyin yerdə düzəldə bilərsən, daldalanmağa ehtiyac yoxdur.
....................................................................
Penisini xüsusi qaba yerləşdirmiş bu cəngavərin nə demək istədiyini
yəqin ki, baxan kimi anlamaq olar Bir yerə toplanan gənclərə, xüsusilə kişilənən gənclərə,
məsələn, idmançılara diqqət edin, onların əllərini cinsiyyət orqanlarına tez-tez atdığını
görərsiniz. Kişilər bu hərəkəti qeyri-ixtiyari edir, bununla sanki öz kişiliklərini təsdiqləyirlər.
Bir də görürsüz, kişi yenicə penisini qurdaladığı əliylə bir bakal götürüb, qadına içki təklif
edir, sonra da elə həmin əliylə kiminləsə salamlaşır. Onların bu hərəkəti qadınları dəli edir!
Bəs qalstuku bir tərəfə çəkməyin nə mənası var?
Sizə hansı qadının daha çox maraq göstərdiyini bilmək istəyirsinizsə, çox səliqəli geyinsəniz
də, qalstukunuzu azacıq əyin, elə əyin ki, bir tərəfə baxsın. Ya da pencəyinizin çiyninə sap-
filan ata bilərsiniz. Sizin çox cazibədar olduğunuzu düşünən qadın özünü saxlaya
bilməyəcək, mütləq əlini atıb çiyninizi təmizləyəcək, hətta qalstukunuzu düzəldəcək ki,
səliqəli görünəsiniz.
Əyri taxılmış qalstuk
sizə marağı olan qadına
sizə toxunmaq fürsəti verir
Kişi bədəni Qadının başını döndərən nə ola bilər?
Sorğular göstərir ki, qadınların asta və qalın səslə danışan kişilərdən xoşu gəlir. Səs tonu ilə
testosteronun səviyyəsi arasında birbaşa bağlılıq var. Bu bağlılığı yetkinlik yaşına çatmış
oğlanlarda daha yaxşı müşahidə etmək olur. Oğlanı kişiyə çevirən hormonların bədənə nüfuz
etməsi nəticəsində oğlan uşaqlarının səsi bir gecədə dəyişə bilər.
Xoşladığı qadının yanında olanda kişilər astadan danışır, bununla öz kişiliklərini vurğulamış
olurlar. Qadın isə əksinə, qadınlığını göstərməyə çalışaraq zil səslə danışmağa üstünlük verir.
1960-cı illərdən, feminizm hərəkatı güclənəndən sonra qadınlar kişilərə məxsus işləri
görməyə başladılar. Halbuki belə işlər üçün daha çox “kişilik hormonu”, ya da “uğur
hormonu” adlandırılan testosteron tələb olunur. Müşahidələr göstərir ki, feminizmin
çiçəkləndiyi, qadınların dominant olduğu ölkələrdə, məsələn, ABŞ, Birləşmiş Krallıq,
Avstraliya və Yeni Zelandiyada qadınların səsi qalınlaşmağa başlayıb. Sinələrin
tüklənməyəcəyinə ümid eləmək qalır...
Qadını cəlb edən bədənin hansı hissəsidir: sinə, yanlar, yoxsa ayaqlar?
Qadınları da kişinin bədəninin hansısa hissəsi ehtiraslandırır və söhbət bədənin hissələrindən
gedirsə, qadınları da üç qrupa ayırmaq olar: qadınların çoxu (40%) kişinin yanlarına, bəziləri
ayaqlara, bəziləri isə sinəyə və qollara fikir verir. Bu bölmədə kişi bədəninin fiziki
xüsusiyyətləri haqda danışacaq, hansısa hissələrin qadına təsirinin səbəbini aydınlaşdırmağa
çalışacağıq.
Ümumiyyətlə, qadınlar da atletik quruluşlu – çiyinləri enli, sinəsi və qolları əzələli, yanları
möhkəm və bərk olan kişilərə üstünlük verirlər. Hətta XXI əsrin sorğuları göstərir ki, qadınlar
heyvanla döyüşə biləcək, işğalçılarla vuruşacaq görünüşə malik kişiləri xoşlayırlar.
....................................................................
Kişi bədəni ov ovlamaq, heyvanı tutmaq və
məhv eləmək, ağır yük daşımaq və bir də hörümçəyi
öldürmək üçün formalaşıb.
....................................................................
Kişilərin bədəninin yuxarı hissəsinin əzələləri görünəndə qadına xoş gəlir. Amma
bodibildinqlə məşğul olan əzələli kişilərin görünüşü qadınları iyrəndirir. Həm də belə
kişilərin qadının yox, özünün bədənilə daha çox maraqlandığı hiss olunur.
Geniş sinə, enli çiyinlər və əzələli qollar Qadınlardan fərqli olaraq (qadının çiyinləri kiçik,
çanağı böyükdür), kişi bədəninin yuxarı hissəsi enli, aşağı hissəsi ensiz olur – bədən
çiyinlərdən çanağa doğru kiçilir. Çünki kişi orqanizmi ağır silahı daşımaq, ovu evə qədər
sürümək üçün formalaşıb. Ovunu izləyən, ovun dalınca qaçan kişinin daha yaxşı nəfəs
alması, bədənini oksigenlə daha yaxşı təmin etməsi üçün daha böyük ciyərlərə ehtiyacı vardı
və bu ciyərləri saxlayan döş qəfəsi daha geniş olmalı idi. Keçmişdə məhz sinəsi enli kişilər
hörmət və hökm sahibi olurdular. Bəzi vəhşi tayfalarda indi də belədir.
Kiçik və bərk yanlar
Kiçik və bərk yanlar bütün qadınları cəlb edir. Niyə? Bu sualın cavabını çox vaxt qadınların
özləri də bilmirlər. Əslində girdə və möhkəm yanlar kişi üçün doğrudan da vacibdir, çünki
cinsi əlaqə zamanı onlar penisin hərəkətini asanlaşdırır və spermaların uğurla boşaldılmasını
təmin edir. Arxadan gonbul kişilər eyni hərəkəti eləməkdə çətinlik çəkir, istədiklərinə nail
olmaq üçün bəzən bütün bədənlərini işə salmalı olurlar. Nəticədə ağırlıq üstünə düşdüyündən
qadın hətta nəfəs ala bilmir. Ona görə də girdə yanlar daha uğurlu seks vəd edir. İnternetdə
kişilərin arxasını nümayiş etdirən çoxlu saytlar var Dar çanaq və əzələli ayaqlar
Qadınlara görə ayaqlar kişinin gücünü, dözümlülüyünü göstərir və kişinin ayaqları qadınları
yalnız buna görə cəlb edir. Kişinin güclü, əzələli ayaqları bütün başqa primatlarınkından
uzundur. Dar çanağı isə ona uzaqlara, həm də sürətlə qaçmaq imkanı verir (qədimdə ov
dalınca gedəndə bu, onların işinə yarayırdı). Əvvəl də qeyd etdiyimiz kimi qadınlar kişilər
kimi qaça bilmirlər, çünki onların iri çanaqları buna mane olur. Həm də tarazlığı qorumaq
üçün qadın ayaqlarını bir qədər yana atmalı olur.
Amerikalı neyropsixoloq, professor Devendra Sinqx aşkar edib ki, qadınları çanağıyla belinin
ölçü nisbəti 90% olan kişilər cəlb edir.
Nəticə Bu gün bütün dünya tənhalıqdan əziyyət çəkir, tənhalıq epidemiya halını alıb. Qərb
ölkələrinin hamısında evlilik səviyyəsi son 100 ildə ən aşağı həddə düşüb, 25 il əvvəllə
müqayisədə iki dəfə azalıb. Avstraliyada evlilik yaşında olanların 28%-i ailə qurmur.
Kişilərin, eləcə də qadınların hər şeydən əvvəl xarici görünüşə fikir verməsi faktı kimisə
ruhdan sala, əlini-ayağını soyuda bilər. Amma bu faktdan başqa nəticələr də çıxarmaq olar.
Özümüzə fikir vermək, daha cazibədar olmaq və qarşı cinsi cəlb etmək mümkündür, şans
həmişə var. Olduğu kimi qalmaq istəyənlər üçünsə tanışlıq agentləri, internet, telefon və sair
mövcuddur və “Nyu-York Times”ın hesablamalarına görə bu yolla tanışlıqların illik
dövriyyəsi 2003-cü ildə 3 milyard dollar olub (bütün dünyada).
Bir fakt da var: tərəf müqabili tapmaqda kişilər daha çox çətinlik çəkirlər, ona görə də tanışlıq
kurslarına yazılanların çoxu kişilərdir.
16-cı fəsil
HÜNDÜRLÜK, ƏRAZİ VƏ MÜLKİYYƏT
Nəyinsə, yaxud kiminsə bizə məxsus olduğunu jestlərimizlə göstəririk
Hər bir adam ona məxsus olan əşyadan, eləcə də insandan yapışmağı xoşlayır, ya da ona
söykənir. Məsələn, dostunuzun şəklini çəkəndə fikir verin, əgər siz onu yeni maşını, qayığı,
yaxud hər hansı başqa bir əşyasıyla birlikdə çəkirsinizsə, o, həmin əşyaya söykənir, ya da
ayağını və ya əlini bu əşyanın üstünə qoyur. Çünki toxunanda mülkiyyət sanki adamın
bədəninin bir parçasına çevrilir və adam ətrafındakılara həmin mülkiyyətin ona məxsus
olduğunu göstərmiş olur. Sevgililər adam içində olanda əl-ələ tutur, ya da bir-birinin belini
qucaqlayır, yanlarındakı şəxsin onlara aid olduğunu rəqiblərinə də çatdırmaq istəyirlər. Şirkət
sahibləri bəzən ayaqlarını qaldırıb yazı stolunun üstünə qoyur, ya da ofisin qapısına
söykənərək həmin ofisin və ofisdəki mebellərin onlara məxsus olduğunu göstərirlər. Qadın
ərinin çiyninə əl gəzdirməklə, ordakı “sapları təmizləməklə” ətrafdakı qadınlara sanki “Bu
kişinin yiyəsi var” deməyə çalışır.
İnsan ona məxsus olanı bədəninə yaxın tutmağa çalışır Əşya, ya da insan başqasına
məxsusdursa, ondan yapışmağın başqa effekti var. Kimisə qorxutmağa, ya da dominantlıq
etməyə çalışan adamlar başqasına aid olan əşyanı ondan icazə almadan istifadə edir, bu
əşyaya söykənir, ya da əşyanın üstündə otururlar. Bu, adamı qorxutmağın və çəkindirməyin
ən asan yoludur. Kimsə bunu açıq-açığına edir, məsələn, başqasının maşınını sürüb aparır.
Kimsə incə jestlər edir, hədə-qorxu gəlmək istədiyi adamın kreslosunda oturur, ya da onun
otağının qapısına söykənir...
Viktoriya Bekham əlini
Deyvid Bekhamın sinəsinə qoyub,
yəqin ki, bu kişinin ona məxsus
olduğunu demək istəyir Satış meneceri müştərinin evinə gələndə oturmamışdan əvvəl mütləq,
“Harda oturmaq olar?”, ya da “Bura kimin yeridir?” – deyə sual verməlidir. Çünki ev
sahibinin yerində əyləşmiş adam onu əməlli-başlı narahat etmiş olar, satış menecerinin isə bu
halda bütün planları alt-üst ola bilər.
Qapıya söykənmək bəzilərinin adətidir. Belələri adamı elə ilk tanışlıqdan narahat edə bilərlər.
Qapıya söykənməyi
xoşlayan adam
Xoş təəssürat yaratmaq istəyən bu vərdişindən əl çəkməli, düz dayanmağı, həm də əllərini
açıq saxlayaraq dayanmağı öyrənməlidir. Axı biz görüşdüyümüz adam haqda ilk dörd dəqiqə
ərzində nəticə çıxarırıq, ona ikinci şans vermirik. Masanın ona məxsus olduğunu göstərən
adam Kreslosunun qolu olmayanda (əslində belə kresloları adətən qonaqlara təklif edirlər)
müdir yayxanıb oturaraq bir, ya da hər iki ayağını masanın üstünə qoya, bununla da masanın
ona məxsus olduğunu göstərə bilər. Amma özündən yuxarı vəzifəli adam girəndə müdir
yəqin ki, ayaqlarını aşağı salar, daha çox tabelikdə olan işçiyə məxsus jestlər edər və masanın
ona məxsus olduğunu bildirmək üçün ayağını ya aşağıdakı siyirtmənin üstünə, ya da sadəcə,
masanın ayağına söykəyər.
Maykl Ceksonun uşağını eyvandan sallaması vaxtilə böyük qalmaqala səbəb olmuşdu.
Sonralar bu hərəkətinə görə üzr istəməli olan pop ulduzu demişdi ki, körpəni azarkeşlərə
başqa məqsədlə uzadıb, o istəyirmiş ki, “heyranları uşağın bir anlığa onlara məxsus olduğunu
hiss etsinlər”. Sadəcə, uşaqla yer arasındakı məsafə nəzərə alınmamışdı.
Status və təzim
Qarşımızdakının statusundan asılı olaraq bizlər ya azacıq əyilərək boyumuzu qısaldır, ya da
dik duraraq daha uzun boylu görünməyə çalışırıq. Kral ailəsinin üzvləri haqda danışanlar
“əlahəzrət”, vəzifəlilərdən bəhs edənlər “yuxarıdakılar” sözündən istifadə edir. Cinayət
işlədən, xoşagəlməz hərəkətlər edən adamları “alçaq” adlandırırıq. Amma əlbəttə, heç kim
“alçaq” olmaq istəməz, heç kim istəməz ki, ona “yuxarıdan aşağı baxsınlar”. Çoxumuz
“göylə getmək” arzusundayıq və həmişə “yuxarı çıxmağa”, ya da heç olmasa, “əli yuxarılara
çatanlardan” olmağa çalışırıq. Etiraz aksiyasında çıxış edən liderlər bir qutu da olsa, tapıb
onun üstündən danışırlar ki, hamıdan uca görünsünlər. Hakim də məhkəmədə hamıdan
yuxarıda oturur. Olimpiya yarışlarında qızıl medal alanlar ən hündür pillənin üstünə çıxırlar.
Penthauslarda yaşayanlar daha çox səlahiyyətə malikdirlər, nəinki aşağı mərtəbələrdə
qalanlar. Bəzi yerlərdə cəmiyyəti “aşağı təbəqə” və “yuxarı təbəqə” adlanan siniflərə
ayırırlar.
Heç bir əfsanə, ya nağılda hansısa allahın dərə-təpədə, şoran düzənliklərdə, ya da bataqlıqda
yaşadığı deyilmir. Allahlar ya Olimp dağlarında, ya Valhallada, ya da sadəcə göylərdə
yaşayırlar. Hamı bilir ki, məclisdə söz demək üçün əvvəlcə ayağa qalxmaq lazımdır, çünki
yalnız bu halda diqqəti çəkmək, nəzarəti ələ almaq olar.
....................................................................
Həddi aşan, lazım olduğundan çox, ya da yüksək səslə
danışan adamı saxlamaq istəyəndə adətən, “Zilə çıxma”,
deyirik və bu söz bəzən elə bil qurbağa gölünə daş atır.
....................................................................
Qadınlar kral ailəsi üzvləriylə salamlaşanda azacıq əyilirlər, kişilər isə başlarını əyir, ya da
papaqlarını çıxarırlar – bir sözlə, kral ailəsi üzvünün qarşısında kiçik görünməyə çalışırlar.
Müasir salyut keçmişdən, papağı çıxararaq kiçik görünmək cəhdindən qalıb. Hərbçi, yaxud
polis salamlaşanda papağını çıxarmaq istəyirmiş kimi hərəkət edərək əlini alnına aparır və
buna “salyut” deyilir. İndi papaqsız kişilər bəzən əllərini alınlarına toxunduraraq
salamlaşırlar, bu da onlara papağını çıxararaq salamlaşan əcdadlarından qalıb.
Qarşımızdakına tabe olduğumuzu göstərmək istəyəndə əyilir, kiçik görünməyə çalışırıq.
Statusumuzun artıq olduğunu hiss edəndə dik durur, mümkün qədər hündür görünmək
istəyirik
Adam qarşısındakını özündən nə qədər artıq bilirsə, bir o qədər əyilir. Yaponiyada bəzi
şirkətlər işçilərə təlim keçir, müştərilərin qarşısında xüsusi bucaq altında təzim etməyi
öyrədirlər. Qaydalara görə işçi mala, sadəcə, baxıb keçən müştərinin qabağında 15 dərəcə,
malı alan müştərinin qabağında 45 dərəcə əyilməlidir. Dünyanın demək olar ki, hər yerində
müdiriyyət qarşısında həmişə baş əyən işçiləri yoldaşları yaltaq adlandırır, ona müxtəlif
alçaldıcı ləqəblər verirlər.
Ucaboy olmağın üstünlükləri
Araşdırmalar göstərir ki, ucaboy adamlar daha çox uğur qazanır, daha sağlam olur və
bəstəboylarla müqayisədə daha çox yaşayırlar. Yeni Zelandiyadakı Kenterberi Universitetinin
Eksperimental Psixologiya fakültəsinin rəhbəri Dr. Bryus Ellis aşkar edib ki, hündür kişilər
həm də reproduktiv baxımdan bəstəboylardan bəxtlidirlər. Bunun səbəbi təkcə boyla
testosteronun səviyyəsi arasındakı bağlılıq deyil. Səbəb həm də qadınların həmişə özlərindən
hündür kişilərə üstünlük verməsidir. Qadına elə gəlir ki, uca boylu kişi onu daha yaxşı qoruya
bilər. Üstəlik, kişinin bu xüsusiyyəti genlə uşaqlarına da keçir. Kişilər isə əksinə, balacaboy
qadınlara üstünlük verirlər, çünki onların yanında mütləq hündür görünürlər.
Adam boydan nə qədər balacadırsa, onun sözünü bir o qədər çox kəsirlər. Bir qadın
müştərimiz vardı, kişilərin çoxluq təşkil etdiyi bir şirkətdə rəhbər vəzifədə çalışırdı. Boyu
1.55 m olan bu qadın idarə heyətinin iclaslarında danışanda yoldaşlarının tez-tez onun sözünü
kəsdiyini, öz fikrini, cümləsini nadir hallarda axıra çatdırdığını deyirdi. Biz onun üçün xüsusi
strategiya tapdıq: qadın danışmaq istəyəndə əvvəl qəhvə masasına yaxınlaşmalı, yerinə
qayıdanda oturmamalı, ayaq üstdə dayanaraq fikrini deməliydi. Bu sadə fənddən istifadə
edəndən sonra gördüyü reaksiya qadını əməlli-başlı təəccübləndirmişdi. Əlbəttə, o hər dəfə
qəhvə dalınca gedə bilməzdi. Amma bu qadın bir şeyi anlamışdı: ayağa durmaq, yəni bir
qədər yuxarıdan danışmaq onun nüfuzunu artırırdı.
....................................................................
Ucaboy kişinin bəstəboy qadınla yan-yana yeriməsi
adi haldır. Amma bəstəboy kişi ilə hündür qadın
nadir hallarda yanaşı görünür.
....................................................................
Seminarlarımızda da görürük, menecerlər, yüksək vəzifələrdə çalışanlar adətən,
başqalarından hündür olurlar. İdarəçilik İnstitutunun köməyilə 2566 menecerin siyahısını
tutduq, onların boylarını və əməkhaqlarını müqayisə etdik. Məlum oldu ki, qadın, yaxud kişi,
fərqi yoxdur, rəhbər işçinin boyunun şirkətin ümumi normasından artıq olan hər düymü (2.3
sm) ona 400 funt artıq gəlir gətirir. ABŞ-da aparılan tədqiqatlar da insanın boyu ilə maddi
vəziyyəti arasında bağlılıq olduğunu göstərir. “Wall Street”də boyun hər əlavə düymü 340
funtluq gəlir deməkdir. Eyni tendensiya dövlət idarələrində və universitetlərdə də müşahidə
olunub. Halbuki belə yerlərdə işçini boyuna görə deyil, bilik və bacarığına görə, həm də
bərabərlik prinsipinə əsaslanaraq qiymətləndirməlidirlər. Amerikada aparılmış daha bir
araşdırma göstərir ki, şirkətlər ucaboylu işçilərə nəinki üstünlük verir, həm də daha çox pul
ödəyirlər. Məsələn, boyu 1.90 olan işçi boyu 1.85-dən aşağı olan işçidən 12% çox maaş alır.
Bəzi adamlar ekranda daha hündür görünürlər. Niyə?
Ekranda hündür görünən adamlar siyasətdə daha çox uğur qazanırlar. Diqqət etsəniz,
görərsiniz ki, televizorun ekranında insanın boyu orta hesabla cəmi 15 sm-dir (əlbəttə,
televizorun ölçüsündən asılı olaraq). Ona görə də ekranda gördüyümüz adamın boyunun əsl
ölçüsünü müəyyən etmək bizə qalır. Adamın boyu, eləcə də nüfuzu barədə rəyimiz isə bu
adamın yaratdığı təəssüratdan çox asılıdır. Bəzi aktyorlar, ya da siyasətçilər bəstəboy
olduqları halda ekrandan hündür adam təsiri bağışlaya bilirlər. Ancaq məsələn, Avstraliyanın
keçmiş baş naziri Con Hovarda vətənində “balaca Conni” ləqəbini vermişdilər, çünki ekranda
o çox yumşaq və sakit görünürdü. Sorğular nəticəsində məlum olmuşdu ki, seçicilərin çoxu
onun boyunun təxmin 1.67 olduğunu güman edirmiş (avstraliyalı kişi üçün bu, aşağı
rəqəmdir), halbuki reallıqda Con Hovardın boyu 1.75 idi. Onun rəqiblərindən olan Bob
Houkun boyu 1.70 olduğu halda elektorat onun 1.85 olduğunu güman edirdi. Çünki Bob
Houk həmişə güclü, təsirli çıxışlarıyla yadda qalırdı.
....................................................................
Güclü çıxış, xüsusi davranış tərzi adamı ekranda
daha hündür göstərir.
....................................................................
Uilsonun 1968-ci ildə apardığı eksperiment nəticəsində məlum olmuşdu ki, bir adam özünü
tələbə kimi tanıdaraq danışanda tələbələr onu 1.75 hündürlüyündə görür. Amma professor
olduğunu deyib danışanda həmin adam auditoriyanın gözünə 1.90 ucalığında görünə bilər. Bu
o deməkdir ki, adamın boyu haqda təəssürat həm adamın davranışından, həm də vəzifə və
titulundan asılıdır.
Döşəmədə test
Ucalığın “dadını” bilmək istəyirsinizsə, dostunuzla birlikdə belə bir test edin. Hündürlük
fərqini maksimuma çatdırmaq üçün yerə uzanın, dostunuz isə başınızın üstündə dayansın.
Ondan xahiş edin ki, sizi bacardığı qədər yüksək səslə, bacardığı qədər bərk danlasın. Sonra
yerinizi dəyişin – dostunuz uzansın, siz qalxıb dayanın. Yenə eyni xahişi edin. Ancaq bu dəfə
bunun az qala mümkün olmadığını ikiniz də görəcəksiniz. Dostunuzun səsi də zəif çıxacaq,
özü də zəif görünəcək və bu danlaq əvvəlki təsiri bağışlamayacaq. Hündürlüyün mənfi
tərəfləri
Təəssüf ki, ucaboy olmaq bəzən heç də yaxşı deyil. Doğrudur, hündür adama daha çox
hörmət qoyurlar, nəinki bəstəboya, amma bəzən, məsələn, üz-üzə, göz-gözə danışmaq
istəyəndə uca boyu adama əngəl olur.
Britaniyada boyu 2 m olan Filip Heynisi adlı bir nəfər “Hündür adamların klubu”nu yaradıb.
Klubun işi boyu çox uca olanların gündəlik, sosial və tibbi problemlərinin həllinə yardım
etməkdən ibarətdir. Satış meneceri olan Heynisi deyir ki, müştərilərinin onun boyundan
qorxduqlarını hiss edirmiş. Hansısa məhsul barədə məlumat verəndə adamların
vahimələndiyini, bu səbəbdən onun dediklərinə fikir verə bilmədiyini görürmüş. Sonralar
Heynisi müştəriylə oturaraq danışmaq qərarına gəlir və onun bu jesti nəinki ünsiyyətin
asanlaşmasına, həm də satışın 62% artmasına səbəb olur.
Oturmaq da bəzən statusu qaldıra bilər Bəzi hallarda, ayağa qalxmaq deyil, əksinə oturmaq
statusu qaldırır, dominantlığa işarə edir. Məsələn, təsəvvür edin ki, evinizə gələn yad bir
adam keçib sizin kreslonuzda oturur və siz ayaq üstdə dayandığınız halda bu adam rahat-
rahat kresloya yayxanır. Bu hərəkət dominantlığın, ya da aqressiv münasibətin göstəricisidir.
Hər bir adam öz ərazisinin, xüsusilə də öz evinin ağasıdır, hər bir insan məhz evində rahat
olur, özünü təhlükəsizlikdə hiss edir. Ona görə də evinə getdiyiniz adamda xoş təəssürat
yaratmaq üçün onunla yumşaq davranmaq, yumşaq jestlərdən istifadə etmək lazımdır.
Seçicilərin səsini qazanmağın yolları 30 ildir ki, tanınan, xalqın etibarını və etimadını
qazanmaq istəyən adamlarla işləyir, onlara yararlı məsləhətlər verməyə çalışırıq. Rok
ulduzlarından tutmuş siyasətçilərə, hava xəbərlərinin aparıcılarından tutmuş baş nazirə qədər
müxtəlif statusa malik müştərilərimiz olub. Bir dəfə iki rəqib siyasətçini eyni teledebata dəvət
etmişdilər, onlar ölkəni idarə etməklə bağlı planları haqda danışmalı idilər. Namizədlərdən
birinin, gəlin onu şərti olaraq A adlandıraq, boyu 1.75 idi, amma seçicilərin gözünə o, bir
qədər balaca görünürdü, çünki mülayim və sakit yanaşması vardı. Rəqibinin isə, onu B
adlandıraq, boyu 1.90 idi. Seçicilər onu daha hündür təsəvvür edirdilər, çünki nüfuzlu və
hökmlü adam idi. Birinci teledebatdan sonra A adlandırdığımız namizədin B-yə uduzduğu
hiss olunurdu. A məsləhət üçün bizə müraciət etdi və biz ona bir neçə yol göstərdik. Məsələn,
debat zamanı arxasında dayanacağı tribunanı kəsdirib, təxminən 10 sm aşağı endirdik ki,
onun çənəsiylə tribunanın qurtaracağı arasındakı məsafə B-nin çənəsiylə tribunası arasındakı
məsafəylə az qala eyni oldu. Bundan başqa, A-nı çəkəcək operatordan xahiş etdik ki,
kamerasını bir qədər aşağı endirsin, çünki aşağıdan çəkilən adam daha hündür görünür. A-nın
özünə isə danışarkən, əsas fikirlərini səsləndirərkən düz kameraya baxmağı məsləhət gördük.
Bu jest bütün tamaşaçılarda eyni təəssüratı yaradır, televizora baxan hər bir seçiciyə elə gəlir
ki, namizəd məhz onunla danışır. Bunlar işə yaradı. İkinci teledebatdan sonra vəziyyət
dəyişdi, A-nın qalib olduğu hiss edilirdi. Mətbuat A-nın “nüfuzlu və liderə xas xüsusiyyətlərə
malik olduğunu” yazırdı. Seçkilərdə səslərin çoxunu A topladı və ölkənin liderinə çevrildi.
Biz burdan dərs aldıq, öyrəndik ki, seçiciləri siyasətçinin dedikləri bir o qədər maraqlandırmır
və deyilənlərin çoxu yaddan çıxıb gedir. Yadda qalan, seçicilərin son qərarına təsir edən,
namizədin yaratdığı təəssüratdır və onlar lider postuna yaraşdırdıqları adama səs verirlər.
Qəzəbli adamın, məsələn, polisin
könlünü necə almaq olar?
Kimisə qorxutmamaq, ürkütməmək, yaxud acıqlanmış adamın könlünü almaq üçün
bilərəkdən kiçik görünmək olar. Təsəvvür edin ki, yol hərəkəti qaydalarından birini
pozmusunuz, məsələn, piyadaya yol verməmisiniz, ya da sürət həddini aşmısınız, yaxud
qırmızı işıqda keçmisiniz və polis sizi saxlayıb. Bu zaman polis əməkdaşı sizə, əlbəttə,
düşmənə yaxınlaşırmış kimi yaxınlaşar. Sürücülərin çoxu bu halda maşından çıxmır, sadəcə,
pəncərəsini endirərək ya üzrxahlıq edir, ya da günahı boyunlarından atmağa çalışırlar. Amma
bu reaksiyanın mənfi tərəfləri var:
Siz maşından düşmədiyiniz üçün polis əməkdaşı öz şəxsi məkanını – avtomobilini tərk etməli
olur və sizin məkanınıza – sizin avtomobilinizə yaxınlaşır.
Günahkar olduğunuzu inandığı üçün gətirdiyiniz bəhanələr polisi qıcıqlandıra, ona hücum
təsiri bağışlaya bilər.
Maşında qalmaqla siz özünüzlə polis əməkdaşı arasında baryer yaratmış olursunuz.
Polisin mövqeyinin sizinkindən üstün olduğunu nəzərə alsaq, bu cür davranış vəziyyəti yalnız
pisləşdirər və cərimədən qaça bilməzsiniz. Bəlkə başqa taktikadan istifadə edəsiz?
Maşını saxlayan kimi düşün (məkanınızı tərk edin) və polis maşınına (polisin məkanına) tərəf
gedin. Belə etsəniz, siz polis əməkdaşını öz ərazisindən çıxmağa məcbur etməzsiniz, yəni o,
narahat olmaz (Amma bəzi ölkələrdə, məsələn, ABŞ-da qətiyyən belə eləməyin, bu
hərəkətiniz polisə hücum kimi qiymətləndirilə bilər).
Dik durmayın, polis əməkdaşından hündür görünməyə çalışmayın.
Məsuliyyətsiz hərəkət etdiyinizi boynunuza alın və sizin səhvinizi tutduğuna görə polis
əməkdaşına təşəkkürünüzü bildirin. Polisin işinin çətinliyini, gündə onlarla sizi kimi
sürücüylə danışmağın asan olmadığını dərk elədiyinizi deyə bilərsiz. Beləliklə, siz öz
statusunuzu aşağı salmış, polisinkini isə bir az da qaldırmış olarsız.
Danışanda əllərinizi açıq vəziyyətdə saxlayın, sakit səslə müraciət edərək cərimələnmək
istəmədiyinizi deyin. Qadınsızsa və polis əməkdaşı kişi xeylağıdırsa, bacardığınız qədər
gülümsəməyə, kirpik çalmağa, yüksək və incə səslə danışmağa çalışın. Kişisizsə, ən yaxşısı
cəriməni ödəməkdir. Cərimələməyin, lütfən!
Bu cür davranış polis əməkdaşını sakitləşdirir, çünki sizin təhlükəli olmadığınızı göstərir və
onda uşağını danlayan valideynə məxsus hisslər yaradır. Bu “valideyn” sizə sadəcə ciddi
xəbərdarlıq edərək: “Yolunuza davam edə bilərsiz”, deməklə kifayətlənə bilər! Oxşar halların
təxminən yarısında bu üsulla vəziyyətdən çıxmaq mümkündür.
Qəzəbli müştərini də eyni yolla sakitləşdirmək olar. Məsələn, aldığı məhsulu qüsurlu olduğu
üçün qaytarmağa çalışan, ya da nəyəsə görə etirazını bildirmək istəyən müştəriylə sakit
davranmaq vacibdir. Hər şeydən əvvəl, piştaxtanın arxasında dayanan satıcı ordan çıxsa
yaxşıdır, çünki piştaxta müştəriylə onun arasında baryer rolunu oynayır və müştərini yaxına
buraxmamaqla bir az da qəzəbləndirir. Satıcı çıxıb, bir az da boynubükük vəziyyətdə
(müştəridən hündür olmamaq üçün), əllərini açıq saxlayaraq danışarsa, çox acıqlı müştərini
də sakitləşdirə bilər.
Bəs məhəbbət?
Polşalı antropoloq Boquslav Pavlovski aşkar edib ki, qarşılıqlı etimad, hörmət, pul, bunların
heç biri ideal münasibətlər üçün boy fərqi qədər vacib deyil. 2004-cü ildə apardığı
araşdırmalar nəticəsində antropoloq müəyyən edib ki, kişinin boyu qadınınkından 1.09 dəfə
artıq olmalıdır ki, cütlük özünü xoşbəxt hiss eləsin. Onun fikrincə, bu düstura uyğun
gəlməyən cütlüklərin boşanması ehtimalı daha çoxdur. Məsələn, Tom Kruzun boyu 1.70,
onun keçmiş xanımı Nikol Kidmanın boyu 1.80-dir. Pavlovskinin düsturuna uyğun gələn
tanınmış cütlüklər: Şeri Bleyr və Toni Bleyr = 1.10
Viktoriya Bekham və Deyvid Bekham = 1.09
Düstura uyğun gəlməyənlər:
Kamila Parker Bouz və Şahzadə Çarlz = 1.01
Penni Lankaster və Rod Styuart = 1.97
Bəstəboysunuzsa... çıxış yolu var!
Bəstəboysunuzsa, sizi qorxutmağa çalışan hündür adamları neytrallaşdırmağın yollarını
öyrənə bilərsiniz. Qadınsıza, bəzi şeyləri bilmək sizin üçün xüsusilə vacibdir, çünki qadınlar
kişilərdən orta hesabla 5 sm balaca olurlar. Görüş üçün sizə uyğun olan, vəziyyəti idarə edə
biləcəyiniz mühiti seçin. Məsələn, stullardan birinin oturacağı o birinə nisbətən alçaq olsa,
həmin stulu ucaboylu həmsöhbətinizə təklif edə bilərsiniz. Ümumiyyətlə, belə hallarda oturub
danışmaq yaxşıdır, çünki oturanda boy fərqi nəzərə çarpmır. Yumşaq divanlar isə hətta ən
uca boylu adamın üstünlüyünü əlindən alır. Masanın qarşı tərəfində oturmaq da bərabərliyə
nail olmağın yollarından biridir. Bundan başqa, ətrafdakılar otursa da, bəstəboy adam,
məsələn, qapıya söykənərək danışa bilər. Kütlə içində danışan, barda, maşında, yaxud
təyyarədə söhbət edən hündür adamlar boylarının onlara verdiyi üstünlüklərdən yararlana
bilmirlər. Kimsə başınızın üstündə dayanır və çəkilmək istəmirsə, ayağa qalxın, pəncərəyə
tərəf gedin və məsələni müzakirə etdiyiniz müddətdə ara-sıra pəncərədən bayıra baxmağa
çalışın. Ətrafdakılarda fərqli təəssürat yaradacaqsız, sizin məsələ barədə dərindən
düşündüyünüzü ehtimal edəcəklər, bundan başqa, uca boylu adama baxmadığınız üçün o öz
üstünlüyünü hiss edə bilməyəcək. Və nəhayət, unutmayın ki, özünə inanan və inamlı hərəkət
edən adamlar balaca görünmürlər. Bu strategiyalardan istifadə etsəniz, “başınız uca olar” və
sizi üstələmək istəyənlərə meydan oxuyarsınız. Nəticə
Boyun münasibətlərə təsiri böyükdür, amma boy da, nüfuz da çox vaxt təəssüratla bağlı olur.
Bəstəboy adam elə jestlər edə bilər, elə geyinər ki, bütün gözlər yalnız ona baxar, yaddaşlarda
qalan yalnız o olar. Məsələn, bəstəboy kişi tünd rəngli, zolaqlı kostyum geyinə, iri şüşəli saat
taxa bilər (saat nə qədər iri olarsa, sahibi bir o qədər nüfuzlu görünər). Qadınlara da tünd və
zolaqlı şalvar geyinməyi, kosmetikadan istifadə edərkən sakit tonlu rənglərə üstünlük
verməyi məsləhət görürük. Düz durmaq, dik yerimək, dik oturmaq lazımdır. Bütün bunlar
adamın özünə inamını göstərir. Səbəb və nəticə qanununa əsasən bu jestlərdən istifadə edən
adam doğrudan da özünə inanmağa başlayır.
17-ci fəsil
YERİMİZİ BİLƏK
HARDA OTURSAQ YAXŞIDIR? NİYƏ? “Özünüzü evinizdəki kimi hiss edin və
hər şeyi olduğu kimi danışın!”
Ətrafdakılarla əməkdaşlığa, qarşılıqlı anlaşmaya nail olmaq istəyirsinizsə, oturduğunuz yeri
seçəndə diqqətli olun, yerin əhəmiyyəti böyükdür. Qarşınızdakıların oturduğu yer də onların
sizə münasibətini göstərə bilər.
1970, 1980 və 1990-cı illərdə seminar iştirakçıları arasında apardığımız sorğular nəticəsində
maraqlı məlumatlar əldə etmişik. Respondentlər ünsiyyət üçün hansı yerin daha yararlı
olduğunu, özlərini masanın hansı tərəfində necə hiss etdiklərini bildirməklə yanaşı,
həmsöhbətlərinin yeri barədə təəssüratlarını bölüşüblər. Oturmaq üçün seçdiyimiz yerlə bağlı
ilk böyük araşdırmanı Kaliforniya Universitetinin psixoloqu Robert Sommer aparıb. Sommer
uşaqların və tələbələrin ictimai yerlərdə, məsələn, bar və restoranlarda oturduğu yerləri analiz
edib və biz onun analizlərindən iş mühitində, danışıqlarda istifadə edərək müəyyən nəticələrə
gəlməyə çalışmışıq. Mədəniyyətlər arasındakı fərqlərə və insanlar arasındakı münasibətlərə
baxmayaraq, bəzi qanunauyğunluqları müəyyən etmişik və əldə etdiyimiz nəticələrin sizin
işinizə yarayacağına inanırıq.
Vermon Universitetindən Mark Knapp “Qarşılıqlı münasibətlər, sözsüz ünsiyyət” kitabında
yazır ki, masa arxasında seçdiyimiz yerin əhəmiyyətiylə bağlı ümumi düstur olsa da, mühiti
nəzərə almaq vacibdir, çünki mühit adamın oturduğu yeri seçməsinə çox təsir edir. Orta
təbəqədən olan adamları müşahidə edərkən məlum olub ki, onların ictimai barlarda oturduğu
– seçdiyi yer, yüksək səviyyəli restoranlarda seçdiyi yerdən fərqli ola bilər. Stulların
istiqaməti və masalar arasındakı məsafə də seçimə təsir edir. Məsələn, bir-birinə çox yaxın
olan cütlük harda olur olsun, yanaşı oturmağa çalışır. Amma müştərisi çox və masaları bir-
birinə yaxın olan yeməkxanalarda cütlüklər üzbəüz otururlar.
Bu fəsildə işdə, yaxud ictimai yerlərdə müxtəlif şəraitlərdə seçdiyimiz, daha çox üstünlük
verdiyimiz yerlər – mövqelər haqda danışacağıq. Eksperiment aparaq
Təsəvvür edin ki, düzbucaqlı masanın arxasında oturmalısınız. Sizi B, sizinlə oturacaq adamı
isə şərti olaraq A adlandıraq. Şəraitdən asılı olaraq, masanın hansı tərəfində oturacağınızı
müəyyən etməyə çalışın. Təsəvvür edin ki:
İşə götürmək istədiyiniz adamla danışmalı, bir qədər səmimi, dostyana söhbət etməlisiniz.
Krossvordu həll etməyə çalışan adama kömək eləməyə hazırlaşırsınız.
Kiminləsə şahmat oynamaq istəyirsiniz.
İctimai kitabxanadasınız və istəmirsiz ki, kimsə sizə mane olsun. Şəklə baxın və yerinizi
seçin.
Oturmaq üçün əsas yerlər
Cavablar təxminən belə ola bilər:
Yəqin ki, B1-in yerində oturmağa üstünlük verərsiz, yəni küncü seçərsiz. Çünki bu halda işə
götürmək istədiyiniz A-nın üzünü daha yaxşı görər, onu rahat sorğu-sual edə bilərsiz. B3-ün
yerində olmaq istəməzsiz, çünki ordan danışanda A-ya rəqib gözüylə baxan, aqressiv adam
təsiri bağışlayarsız. B2-nin də yeri yaxşı deyil, bu yerdə yalnız A-ya çox yaxın olan adam
oturar. B2-nin yeri sizin üçün daha əlverişli ola bilər. Krossvordu birlikdə həll eləmək, bir-
birinə yardım etmək, qarşılıqlı anlaşmaya nail olmaq istəyənlər adətən belə yanaşı otururlar.
Bu, yoldaşların mövqeyidir.
Seçdiyiniz yəqin ki, B3-ün yeridir. Şahmat oynamaq istəyənlər, rəqiblər və müdafiə
olunmağa çalışanlar qarşı-qarşıya otururlar ki, bir-birinin üzünü və hərəkətlərini aydın görə
bilsinlər.
B4-ün yeri, yəni diaqonalın o biri tərəfi sizin üçün idealdır, kimsəyə qarışmadığınızı
bildirərək müstəqil mövqe tutmuş olarsız.
Künc (B1)
Küncü adətən qeyri-rəsmi, dostyana söhbət edənlər seçirlər. Göz-gözə kontakt üçün bu yer
çox əlverişlidir, danışana müxtəlif jestlərdən istifadə etmək, eyni zamanda qarşısındakının
jestlərini müşahidə etmək imkanı verir. Stolun küncü yarımbaryer rolunu oynayır və
tərəflərdən biri narahat olursa, bu yarımbaryer işə yarayır. Bundan əlavə, küncdə oturanların
sanki stolu bölmək iddiası olmur. A auditoriya rolunu oynayarsa, küncün o biri tərəfində
oturan B öz ideyalarını, fikirlərini ona uğurla çatdır bilər. Başqa yerdə otursanız belə,
stulunuzu B1-in yerinə çəkməklə siz gərginliyi aradan qaldıra, söhbəti yüngülləşdirə, daha
yaxşı nəticələrə nail ola bilərsiniz. Künc Yoldaşların mövqeyi (B2) Eyni fikirdə olan və ya
eyni tapşırıq üzərində çalışan adamlar – yoldaşlar adətən masanın bir tərəfində və yanaşı
otururlar. Müşahidələrimiz zamanı görürük ki, birgə iş üzərində işləyənlərin 55%-i ya intuitiv
olaraq, ya da bilərəkdən bu mövqeyi seçir.
Yoldaşların mövqeyi
Həmsöhbətinizi layihənizlə tanış etməyə və layihənizi bəyəndirməyə çalışırsınızsa, bu yer
idealdır, çünki göz-gözə kontakt və danışanların bir-birini təqlid etməsi üçün əlverişlidir.
Həm də B belə yerdə oturanda A-ya yaxın olsa da, onu narahat etmir, A-ya onun şəxsi
məkanına müdaxilə edən adam təsiri bağışlamır. Bu yer B-yə həm də söhbətə üçüncü tərəfi
qoşmaq imkanı verir. Məsələn, tutaq ki, satış meneceri (B) müştəriylə (A) söhbətə texniki
məsələlər üzrə eksperti də (C) qoşmaq istəyir. Müştərini ekspertlə tanış etmək istəyən
menecerin əlverişli mövqeyi söhbətin gedişinə müsbət təsir edə bilər. B1, ya da B2-nin
yerində oturmuş satış meneceri bütün hallarda müştəriyə yaxın olur və ekspertə sual verərkən
müştərinin tərəfində dayanan, onun mənafeyini güdən adam təəssüratı yaradır.
Üçüncü tərəfi söhbətə qoşarkən
Rəqiblər və müdafiə olunmağa
çalışanlar (B3) Bir-birinə qarşı olan, həm də bir-birindən müdafiə olunmağa çalışan rəqiblər
masanın qarşı tərəflərində, üz-üzə otururlar. Belə oturuş hətta nisbətən yumşaq atmosferi
dəyişir, möhkəm baryer rolunu oynayan masanın arada dayanması tərəflərə elə təsir edir ki,
onlar çox vaxt öz fikirlərindən dönmək istəmirlər.
Rəqiblərin/müdafiə olunmağa çalışanların mövqeyi
İşdə respondentlərin 56%-i bu mövqeyin rəqiblərə məxsus olduğunu deyib, restoran kimi
ictimai yerlərdə isə respondentlərin 35%-i yoldaşların, cütlüklərin bu cür oturduğunu bildirib.
Restoranda görüşənlər həmişə üz-üzə otururlar, elə ofisiantlar da görüşə gələnləri üz-üzə
yerləşdirirlər. Bu oturuş göz-gözə kontakt üçün əlverişlidir, həm də cinsi fərqi xüsusi
incəliklə vurğulayır. İşdə isə rəqiblər, ya da işçi ilə müdir (xüsusilə müdir işçisini
danlayarkən, töhmətləndirərkən) qarşı-qarşıya oturur. Öz məkanında (otağında) olanda müdir
işçisiylə subardinasiyanı qorumaq üçün ona çox vaxt qarşısındakı yeri təklif edir.
İşçilər bəzi müdirləri heç sevmirlər. Niyə?
İşdə qarşı-qarşıya oturanlar çox vaxt kəsə danışır, sonra sual verəndə söhbətin təfərrüatlarını
xatırlamırlar. Üstəlik, belə oturanlar mübahisəyə meyilli olurlar.
A.G.Uayt xəstəxanada, həkimlərin otaqlarında eksperiment aparıb. Nəticələr göstərib ki,
həkimin qarşısındakı masa xəstələrin vəziyyətinə təsir edir. Həkimin masa arxasında
oturduğu otaqlardan çıxan pasiyentlərin cəmi 10%-i rahat olduğunu bildirib. Otağında masası
olmayan həkimin yanından gələnlərin 55%-i sakit olduğunu deyib. 1990-cı ildə keçirdiyimiz
sorğularda biz 244 yüksək vəzifəli, 127 orta və kiçik vəzifəli menecerdən arzuladığı otağın
eskizini çəkməsini istədik. Eskizlərdə menecerlər yeni binaya köçəcəkləri halda öz otaqlarına
yerləşdirəcəkləri mebellərin yerini göstərməli idilər. Yuxarı vəzifəli menecerlərin 76%-i (184
nəfər) cızma-qaralarında işçiylə özünün arasında masa təsvir etmişdi. Aşağı vəzifəli
menecerlərin isə 50%-i (64 nəfər) belə layihə hazırlamışdı. İşçilərlə özünün arasına masa
yerləşdirən kişi menecerlərin sayı qadınlardan iki dəfə çox idi.
Maraqlıdır ki, sorğularda iştirak edən işçilər masadan baryer kimi istifadə etməyən
menecerləri tərifləyirdilər, onların tabeliyində olanları dinləməyə, həm də tənqid eləmədən
dinləməyə hazır olduqlarını, işçilərlə ədalətli davrandıqlarını, hansısa işçiyə üstünlük
vermədiklərini deyirdilər.
....................................................................
Qarşı-qarşıya oturuş işdə gərginlik yaradır.
....................................................................
B A-nı inandırmağa çalışırsa, qarşı-qarşıya oturmağın ona yalnız zərəri ola bilər (əgər bu, B-
nin planının, əvvəldən düşünüb-daşındığı strategiyanın bir hissəsi deyilsə). Məsələn, əgər A
B-nin müdiridirsə və onu danlamağa hazırlaşırsa, belə oturuş B-nin vəziyyətini bir az da
ağırlaşdırar. Amma əgər B, A-nın özünü üstün bilməsini, özünü ondan artıq hiss etməsini
istəyirsə, bilərəkdən qarşı-qarşıya otura bilər.
Harda çalışırsız çalışın, əgər işiniz işçilərlədirsə, onların fikrini bilməli və anlamalısınızsa və
deməli, onların sizinlə ünsiyyətdə, həm də rahat ünsiyyətdə olmasını təmin etməlisinizsə,
qarşı-qarşıya oturmaqdan çəkinin. Rəqiblərin/müdafiə olunmağa çalışanların deyil,
yoldaşların mövqeyini, ya da küncü seçsəniz, daha səmimi ünsiyyətə, əməkdaşlığa nail
olarsınız. Qarşı-qarşıya oturanların söhbəti qısa və konkret olur.
Müstəqil mövqe (B4) Kimsəylə danışmaq, ünsiyyətə girmək istəməyən adamlar müstəqil
mövqe tuturlar. Adətən kitabxanalarda, parklardakı skamyalarda və ya restoranlarda bir-
birinə yad olan adamlar belə yerlərdə oturur, bununla bir-birindən uzaq durmaq istədiklərini,
kiminsə fikrini dinləmək niyyətində olmadıqlarını bildirirlər. Sorğu zamanı respondentlərin
42%-i deyib ki, diaqonalın o biri başında oturan adam ətrafa marağı olmadığını, laqeydliyini,
bəzilərinin sözlərinə görə düşmən münasibətini ifadə edir. Açıq danışmaq, hansısa məsələni
açıq şəkildə müzakirə etmək istəyirsinizsə, belə yerdə oturmayın.
Müstəqil mövqe sizin söhbətə qarışmaq niyyətində
olmadığınızı bildirir Məsələ dediyiniz sözdə deyil,
oturduğunuz yerdədir
Bir az əvvəl qeyd etdiyimiz kimi, düzbucaqlı masalar tərəflər arasında rəqiblərə xas
münasibət yaradır, çünki qarşı-qarşıya oturanlar üçün masa sanki iki bərabər hissəyə bölünür
və hər tərəfin özünəməxsus sahəsi olur. Bu da oturanlara məsələylə bağlı müəyyən mövqe
tutmaq, göz-gözə ünsiyyət yaratmaq imkanı verir. Kvadrat masalar qısa və konkret söhbətlər,
eləcə də işçiylə müdir arasındakı məsafənin qorunması, ya da belə bir məsafənin yaradılması
üçün idealdır.
Kvadrat masanın
arxasında oturanların
hər biri həm künc, həm də rəqiblərə/müdafiə olunanlara xas mövqe tutumuş olur
Əməkdaşlıq etməyə çalışanlar adətən yanımızda otururlar və adamın sağ tərəfində oturanlar
yardım etməyə daha meyilli olurlar, nəinki sol tərəfdəkilər. Sağ tərəfdəki adam həm də daha
təhlükəsiz tərəf sayılır, çünki belə deyək, solundakına zərbə vurmaq onun üçün çətindir, axı
çox adam sol əliylə kəskin hərəkət edə bilmir. Ona görə də tarixən insanlar sağda oturanlara
daha çox etibar ediblər. Kiminsə etimadını qazanan adamı “onun sağ əli” adlandırıblar və bu
“sağ əl”in nüfuzu həmişə sol tərəfdə oturanlarınkından çox olub.
Kral Arturun konsepsiyası
Kral Artur cəngavərlərinin status və səlahiyyətlərini bərabərləşdirmək məqsədiylə dəyirmi
masadan istifadə edirdi. Çünki dəyirmi masa ətrafında oturanların hər birinin sahəsi o
birininkiylə eyni olur və bu eynilik oturanları bərabərləşdirir, istənilən məsələnin müzakirəsi
üçün ideal atmosfer yaradır. Dairə bütün dünyada güc və birliyin rəmzinə çevrilib və dairə
ətrafında əyləşənlərdə bu rəmzə uyğun hisslər yaranır. Amma kral Arturun da bilmədiyi bir
məsələ var: dəyirmi masa ətrafındakılardan birinin statusu o birilərinkindən artıq olanda güc
bərabər paylanmır. Kral təbii ki, ətrafındakıların hamısından çox nüfuz və hakimiyyətə malik
idi və deməli, kralın yanında oturanlar, xüsusilə sağında əyləşən adam ikinci böyük nüfuz
sahibiydi. Beləliklə, hər bir cəngavərin nüfuzunu onunla kral arasındakı məsafəyə görə
müəyyən etmək olardı.
Dəyirmi masa arxasında oturan yüksək status sahibi bərabərlik prinsipinin üstündən xətt çəkir
Kral və onun qarşısında oturan cəngavər istər-istəməz rəqiblərə/müdafiə olunmağa
çalışanlara xas mövqe tutmuş olurdu və qarşıdakı cəngavər kral üçün problemə çevrilə
bilərdi. Respondentlərin 68%-i dəyirmi masa arxasında da onların qarşısında oturan adamın
mübahisəyə meyilli, rəqib təsiri bağışladığını deyiblər. Respondentlərin 56%-i bildirib ki,
ictimai yerlərdə, məsələn, kitabxanada məsələyə marağı olmadığını, laqeydliyini bildirən
adam qarşı tərəfdə otura bilər. Adamın düz yanında oturanlar, respondentlərin 71%-nin
fikrincə, ya dostcasına söhbət etmək istəyənlər, ya da əməkdaşlıq niyyətində olanlardır.
Bugünkü idarəçilərin, menecerlərin otaqlarındakı masalar çox vaxt düzbucaqlı, kvadrat, ya da
dəyirmi olur. İş üçün nəzərdə tutulmuş düzbucaqlı masalardan əsasən biznes fəaliyyəti, qısa
söhbətlər, işçilərlə töhmət xarakterli danışıqlar və sair üçün istifadə olunur. Ətrafında çox
vaxt alçaq və yumşaq oturacaqları olan dəyirmi masaları adətən qəhvə içmək, yüngül
söhbətlər eləmək üçün istifadə edirlər. Belə masa ətrafında kimisə dilə tutmaq, yola gətirmək,
nəyəsə inandırmaq olar. Demokrat olmağa çalışan, dominantlıq eləməyə can atmayan
valideynlərin evində də dəyirmi masalar görmək olar. Kvadrat masalardan yeməkxanalarda
daha çox istifadə edirlər.
Eyni vaxtda iki adamla danışırıqsa...
Təsəvvür edin ki, siz – C iki nəfərlə – A və B ilə danışmağa hazırlaşırsınız və hamınız
dəyirmi masa ətrafında bir üçbucaq formalaşdıraraq oturmusuz. A danışqandır və çox sual
verir, B isə sakitdir. Siz hər dəfə A-ya cavab verməyinizlə bərabər, B-ni də söhbətdən
uzaqlaşdırmaq, onun özünü kənarda hiss etməsinə şərait yaratmaq istəmirsiniz. Bunun üçün
neyləmək olar? Çox sadə, amma təsirli texnikadan istifadə edə bilərsiniz. A-nın sualına cavab
verməyə başlayanda başınızı əvvəl A-ya, sonra B-yə, daha sonra yenə A-ya və təkrar yenə B-
yə tərəf döndərib danışın. Son cümlənizi səsləndirəndə, fikrinizi bitirəndə isə A-ya baxın,
çünki onun sualına cavab verirsiniz. Suala cavab verərkən hər iki tərəfə baxmaq, hər iki tərəfi
söhbətə qoşmaq vacibdir
Bu üsul B-yə müsbət təsir göstərir, o, söhbətdən kənarda qalmadığını hiss edir. B-nin sizin
tərəfinizdə olmağını istəyirsinizsə, bu, xüsusilə vacibdir.
Düzbucaqlı iclas stolları
Deyəsən bütün mədəniyyətlərdə belədir: düzbucaqlı masanın ətrafında oturanların hamısı
eyni statusa malik olsalar belə, A-nın yerində oturan adam daha böyük nüfuz sahibinə
çevrilir. Toplantılarda da A-nın yerində oturan adam, əlbəttə, arxası qapıya deyilsə, başçı
təsiri bağışlayır.
Düzbucaqlı masa ətrafındakı nüfuz sahibləri
A-nın arxası qapıyadırsa, bu masanın başında oturan və deməli, ən böyük nüfuza sahib olan
B-dir (B eyni zamanda A-nın rəqibi ola bilər). Strodbek və Hukun masa arxasında
əyləşənlərlə apardığı təcrübələr göstərir ki, daha çox başda oturan adamı, xüsusilə yuxarı
təbəqədən olanları lider seçirlər. Masanın başı A-nındırsa, ikinci böyük nüfuz sahibi B,
üçüncü D, dördüncü C-dir. A və B əsasən tapşırıqla, məsələnin həlli ilə məşğul olanların
yeridir. D isə çox vaxt emosional liderin, məsələn, qrup üzvlərinin münasibətlərinə görə
narahat olan və müzakirədə hər kəsin iştirakını təmin etməyə çalışan adamın, çox vaxt
qadının yeri olur.
Bu informasiya sizə, məsələn, toplantılarda hakimiyyət uğrunda gedən oyunlara nəzarət
etmək imkanı verər. İştirakçıların yerini əvvəldən müəyyən etmək fürsətiniz varsa, yerləri bu
nəzəriyyəyə uyğun olaraq nişanlaya, yəni istədiyiniz adamın adını istədiyiniz yerə qoya,
bununla da görüşü, iclası və sairi qismən idarə edə bilərsiz.
Sevimli şagird müəllimin
solunda oturur
Oreqon Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, adam sağ gözünün gördüyü
sahədən üç dəfə çox məlumat alır, nəinki sol gözünün gördüyü sahədən. Bu o deməkdir ki,
ətrafdakılarla danışanda, informasiyanı ətrafdakılara çatdırmaq istəyəndə biz özümüzə rahat
olan sahəni seçirik və bu sahə daha yaxşı gördüyümüz tərəfdə – sol tərəfdə olur.
....................................................................
Tədqiqatlar göstərir ki, prezentasiya üçün
uyğun tərəf, sol tərəfdir.
....................................................................
Ontariodakı Təhsillə bağlı Araşdırmalar İnstitutundan olan Dr. Con Kerşner müəllimləri
müşahidə edərək, onların 15 dəqiqə ərzində hər 30 saniyədən bir baxdığı istiqaməti tapmağa
çalışıb. Kerşnerin dediyinə görə, müəllimlər sağdakı şagirdlərə az qala məhəl qoymurlar,
vaxtın 44%-ni irəli, 39%-ni sola, cəmi 17%-ni sağa baxmaqla keçirirlər. Kerşen aşkar edib ki,
sağda oturan şagirdlərlə müqayisədə solda oturanlar yazı və tələffüzlə bağlı testlərdə daha
yaxşı nəticələr göstərir, həm də müəllimlər solda oturanlara daha az irad tuturlar, nəinki
sağdakılara. Bizim tədqiqatlarımız göstərir ki, satış menecerləri müştərinin qarşısında, eyni
zamanda solda oturarkən daha çox məhsul satırlar. Odur ki, uşaqlarınızı məktəbə göndərəndə
onlara müəllimin solunda, böyüyəndə, toplantılara gedəndə isə müdirin sağ tərəfində (daha
çox səlahiyyət sahibi olan adamın yerində) oturmağı tövsiyə edin.
Evdəki masalar
Yemək otağındakı masanın forması ailə barədə, ailə üzvlərinin evdəki nüfuzu haqda məlumat
mənbəyi ola bilər. Çünki yemək otağı üçün masa adətən bir qədər götür-qoy ediləndən sonra
alınır. “Açıq” ailələr dəyirmi masaya üstünlük verirlər. “Qapalı” ailələr kvadrat, “avtoritar”
ailələr düzbucaqlı masadan istifadə edirlər.
Gələn dəfə qonaqlıq verəndə təcrübə aparın: ən utancaq, daxilən həmişə gərgin olan
qonağınızı stolun başına – qapıdan maksimum uzaq, arxası divara olan yerə keçirin. Bu yerin
adama, eləcə də ətrafdakıların bu adama münasibətinə necə təsir etdiyini özünüz
görəcəksiniz. Bayaqdan utancaq görünən qonağınız indi daha çox, həm də özünə inamlı
şəkildə danışmağa başlayacaq, digər qonaqlarınız isə ona daha artıq diqqət edəcəklər.
Auditoriyanı ağlatmağın yolu
İnsan davranışları haqda informasiyalardan ibarət illik cədvəl – “Siyahılar kitabı” göstərir ki,
ən çox qorxduğumuz şey kütlə qarşısında çıxış eləməkdir. Hətta ölüm qorxusu siyahıda xeyli
aşağıda, 7-ci yerdə durur. Belə çıxır ki, dəfn mərasimindəki adam mədhiyyə oxumaqdansa
tabutun içində olmaq istəyər?
Nə vaxtsa çıxış etməli olsanız, auditoriyanın sizin dediklərinizi necə qəbul edəcəyini, necə
qavrayacağını təxmini də olsa, bilməlisiniz. Eləcə də bəzi şeyləri yadda saxlamaq lazımdır.
Birincisi, narahat olduğunuzu, yaxud qorxduğunuzu heç vaxt dilinizə almayın. Yoxsa
auditoriya sizdə qorxaq adama xas jestləri görməyə çalışacaq və görəcək də. Amma narahat
olduğunuzu deməsəniz, gizlədə bilərsiniz, hətta rahatlığınıza kimsənin şübhəsi olmaz.
İkincisi, qorxudan dəhşətə gəlsəniz belə, özünə əmin adama məxsus jestlər edin. Məsələn,
“qüllə” jestindən istifadə edin, əllərinizi açıq saxlayın, hərdən baş barmağınızı dik tutun
(əlinizi cibinizə qoysanız, baş barmağınız cibinizin ağzında görünə bilər), qollarınızı,
ayaqlarınızı çarpazlamayın, barmağınızı auditoriyaya tərəf tuşlamayın, əlinizi üzünüzə çox
aparmayın, tribunanın yanından yapışmayın.
Araşdırmalar göstərir ki, qabaq cərgələrdə oturanlar arxadakılarla müqayisədə daha çox şey
götürür, çox şey öyrənirlər. Çünki qabağa adətən öyrənmək həvəsi böyük olanlar yığılır və
onlar danışan adama xüsusi diqqət göstərirlər. Axı diqqətsizlik etsələr, tez nəzərə çarparlar.
....................................................................
Qabaq cərgələrdə oturanlar daha çox şey öyrənir,
daha həvəsli olur, təlim və seminarlarda
daha yaxşı iştirak edirlər.
....................................................................
İkinci ən diqqətlilər və ən çox sual verənlər ortalarda oturanlardır. Bunun səbəblərindən biri
onların başqalarının əhatəsində, beləliklə, daha təhlükəsiz hissədə əyləşməsidir. Yan və arxa
cərgədəkilər ən diqqətsiz və ən zəif iştirakçılardır.
Danışarkən sağda, yəni auditoriyanın solunda dayansanız, verdiyiniz informasiyanı sizi
dinləyənlərin beyninin sağ yarımkürəsinə (çox adamda emosional hissədir) daha yaxşı
çatdırmış olarsınız. Solda, yəni auditoriyanın sağında dayananda sol yarımkürəyə güclü təsir
edə bilərsiniz. Ona görə də solda dayanıb çıxış edənlər yumordan istifadə edəndə auditoriyanı
daha yaxşı və daha çox güldürə bilirlər. Emosional şeylərdən danışanlar sağda dayananda
auditoriya onlara daha yaxşı reaksiya verir. Komediya ustaları bu qanunu yaxşı bilirlər:
soldan güldür, sağdan ağlat. Diqqət zonası Robert Sommer, Adams və Bidlin
parametrlərindən istifadə edərək biz də auditoriyada oturanların seçdikləri yerlərlə danışana
reaksiyaları arasında bağlılığı öyrənməyə çalışdıq. Nəticələr Sommerin aldığı nəticələrlə
demək olar ki, eyni oldu. Halbuki Sommer tələbələri, biz isə bir qədər yaşlı adamları
müşahidə etmişdik. Doğrudur, mədəniyyətlər arasında cüzi fərqləri də aşkar etdik. Avstraliya,
Sinqapur, Cənubi Afrika, Almaniya, Britaniya, Fransa və Finlandiyadan olanlar auditoriyada
danışana diqqət etmək baxımından fərqli davranırlar. Bəzi yerlərdə, xüsusilə Yaponiyada
birinci cərgədə yuxarı statuslu şəxslər oturur, amma müzakirələrdə, təlim və seminarlarda ən
zəif iştirak edənlər də elə onlar olur. Ona görə də biz eyni statusdan olan iştirakçılardan ibarət
auditoriyaları tədqiq etdik və hər yerdə oxşar vəziyyəti – “qıf effekti”ni gördük. Auditoriyada
oturanların danışana reaksiyası – diqqət etmək, informasiyanı qavramaq və yadda saxlamaq
qabiliyyəti seçdikləri yerdən asılı olaraq fərqlənir Şəkildə gördüyünüz kimi, çıxış edəni
diqqətlə dinləyənlərin sırası mərkəzdən irəliyə doğru genişlənərək qıfa bənzəyən formada
yayılır. Sorğular göstərir ki, “qıfın içində olanlar” danışana hamıdan yaxşı qulaq asmaqla
yanaşı, müzakirələrdə fəal iştirak edir və dərs, yaxud təlim bitəndən sonra söhbətin nədən
getdiyini soruşanda çox şeyi xatırlayırlar. Arxada və kənarlarda oturanlar müzakirələrdə zəif
iştirak edir, danışana neqativ münasibət göstərir, deyilənlərin çoxunu yaddan çıxarırlar. Arxa
yerlər iştirakçıya özü üçün cızma-qara eləmək, mürgüləmək, hətta aradan çıxmaq imkanı
verir. Eksperiment
Biz bilirik ki, öyrənməyə meyili olan adamlar qabaq cərgələri, yaxud qabağa yaxın yerləri
seçir, marağı olmayanlar ya arxada, ya da yanlarda oturmağa çalışırlar. Amma sual yaranır,
görəsən, “qıf effekti” mövzuya marağı olanların istədikləri yeri seçməsinin nəticəsidir, yoxsa
seçdiyi yer adamın müzakirələrdə iştirakına təsir edir? Bunu öyrənmək üçün eksperiment
apardıq. Auditoriyalardan bir neçəsində oturacaqlara iştirakçıların adlarını yazdığımız
kağızları düzdük ki, onlar həmişəki yerlərinə keçməsinlər. Fəalları yan və arxa oturacaqlarda,
“tərki-dünyaları” isə qabaqda yerləşdirdik. Bu strategiya tənbəlləri, hətta yanaşması neqativ
olan iştirakçıları əməlli-başlı fəallaşdırdı, amma fəalların reaksiyasının azalmasına səbəb
oldu. Belə çıxır ki, mesajınızı çatdırmaq istədiyiniz adamları qabaq cərgələrdə oturtmağa
çalışmalısınız.
Bəzi treynerlər, müəllimlər kiçik qruplarla işləyəndə “sinif otağı” üslubundan qaçır,
iştirakçıları ya bir tərəfi açıq kvadrat, ya da nal formasında oturdurlar. Təcrübə göstərir ki, bu
üsullar iştirakçıların danışana daha diqqətlə qulaq asmasına, daha fəal olmasına və deyilənləri
daha yaxşı qavramasına səbəb olur, çünki belə oturanda göz-gözə kontakt fürsəti artır.
Nahar zamanı qərar verərkən
Təsəvvür edin ki, sizin üçün vacib olan bir məsələni müzakirə etmək məqsədilə restorana,
yeməyə getmisiniz. Şəxsi məkan və masalar (düzbucaqlı, kvadrat və dəyirmi) barədə
deyilənləri, əlbəttə, nəzərə almalısınız, ancaq bu azdır. Məqsədiniz yeməkdən çox, hansısa
məsələylə bağlı müsbət cavab almaq, sizin xeyrinizə olan qərarın verilməsinə nail
olmaqdırsa, bir neçə şeyi bilməlisiniz. Əvvəla, söhbətin əsas hissəsini yeməyə başlayana
qədər bitirməyə çalışın. Çünki xörək gələndə söhbət dayanır, yemək, alkoqollu içki beyinləri
dumanlandırır. Həzm prosesi başladığından qanın çox hissəsi mədəyə gedir və düşünmək,
qərar vermək çətinləşir. Qadınla görüşdə bu vəziyyət kişi üçün əlverişli ola bilər, amma
işgüzar görüşlərdə məsələni ayıq başla həll etməyə çalışın.
....................................................................
Ağzı dolu olan adam qərar verə bilməz.
....................................................................
Yüz min il əvvəli təsəvvür edin: ovdan qayıdan insan əlində gətirdiyini mağarada, bir yerdə
yaşadığı icmanın üzvləriylə birlikdə yeyir. İçəridə qalanan ocaq girişi işıqlandıraraq həm
yırtıcıları qovur, həm də mağaranı qızdırır. Başı yeməyə qarışarkən arxadan hücuma məruz
qalacağından qorxan mağara sakinləri kürəklərini divara söykəyərək oturublar. Eşidilən
yalnız ocağın çırtıltısı, bir də yeməyi gəmirən dişlərin şaqqıltısıdır. Bu qədim mərasim,
yeməyin ala-toranlıqda, ocağın ətrafında beləcə bölüşdürülməsi bugünkü qonaqlıqlardan,
dəbdəbəli ziyafətlərdən nə qədər fərqlənir ki? Məşhur restoranların çoxunda girişə yaxın
yerdə buxarı olur. Elə bu buxarı da qədimdə mağaralarda yandırılan ocağı xatırlatmırmı?
Meşədə, ocaqda bişirilən kababın yaratdığı təəssüratı yadınıza salın. Yəni nə dərəcədə
dəbdəbəli qonaqlıq, nə qədər böyük mərasim olursa olsun, müasir insan əslində əcdadlarının
yüz min il əvvəl elədiyini təkrarlayır.
İndi qayıdaq öz masamıza – bayaq bəhs etdiyimiz görüşə. Qərarın sizin xeyrinizə verilməsini
istəyirsinizsə, həmsöhbətinizin yüngülləşməsini, baryerlərin aradan qalxmasını gözləyin.
Əcdadlarımız haqda dediklərimizi də nəzərə alsanız, lazımi nəticəyə gəlmək üçün riayət
etməli olduğunuz qaydaların sayı çox azdır.
Birincisi, naharı harda edirsiniz, edin, istər evdə, istər restoranda, həmsöhbətiniz arxası divara
otursa yaxşıdır. Tədqiqatlar göstərir ki, arxasını camaata, xüsusilə hərəkətdə olan insanlara
çevirən adamın ürək döyüntüsü, qan təzyiqi, sinir impulsu artır. Adam arxası qapıya, ya da
pəncərəyə (xüsusilə birinci mərtəbədəki evin pəncərəsinə) tərəf oturanda bir az da gərgin
olur. Bir sözlə, həmsöhbətinizi ram etmək, yola gətirmək, ya da əksinə, özündən çıxarmaq
istəyirsinizsə, müəyyən etdiyiniz yerdə oturtmaqla istədiyinizə nail ola bilərsiniz. İkincisi,
işığın zəif olduğu otaqda, həzin musiqi sədaları altında nahar etsəniz, xeyli yüngülləşər,
sakitləşərsiniz. Qonağınızın bütün diqqətini özünüzə çəkmək istəyirsinizsə, onu dəyirmi masa
arxasında, mümkünsə bir qədər dalda, məsələn, dirəyin, ya da iri bir otaq bitkisinin yanında
oturdun.
Bahalı restoranlar müştərini rahatlamaq üçün müxtəlif üsullardan istifadə etdiklərinə görə
sadə, həm də az yeməyin müqabilində xeyli pul alır və gəlirlərini birə beş artırırlar. Axı
kişilər də sevdikləri qadınla romantik şam yeməyini məhz belə yerlərdə yeməyə çalışır.
Çünki bu cür yerlərdə sizin xeyrinizə olan qərarların qəbul edilməsi ehtimalı daha çoxdur.
Gur işıqlı, hər tərəfinə stol-stul düzülmüş, qab-qacağın, çəngəl-bıçağın səsindən qulaq tutulan
restoranlarda kimisə yola gətirmək çox çətindir.
Nəticə
Harda gəldi oturmayın. Mümkünsə, elə başqalarının da təsadüfi yerlərdə əyləşməsinin
qarşısını alın. Məsələn, qonaqları, ya da toplantı iştirakçılarını istədiyiniz yerdə oturda
bilsəniz, toplantının, yaxud danışıqların nəticələrinə təsir etmiş olarsınız.
Gələn dəfə görüşə gedəndə özünüzə bir neçə sual verin: daha çox kimə təsir etmək
niyyətindəsiniz? Həmin adamı hansı tərəfdə oturtsanız, istəyinizə nail ola bilərsiniz? Kim sizə
etiraz edər, kim qarşı çıxa bilər? Lider yoxdursa, lider olmaq – nüfuzlu yerdə əyləşmək
istəyən adam kim ola bilər? Vəziyyətə nəzarət etmək fikriniz varsa, harda oturmalısınız? Bu
sualların cavabı sizə qılınc asar, sizə üstün gəlməyə, dominantlıq eləməyə çalışanların
qarşısını ala bilərsiniz.
18-ci fəsil
İŞ ÜÇÜN MÜSAHİBƏ VERƏRKƏN
ÜSTÜNLÜK UĞRUNDA MÜBARİZƏ OFİSDAXİLİ SİYASƏT
Adam müsahibədən çıxanda çox narahat idi,
yaxşı danışmadığını düşünürdü. Görəsən, harda səhv eləmişdi? Bəlkə şokolad kimi tünd
qəhvəyi kostyumu, ya da keçi saqqalı, sırğası, bəlkə də ağzınacan dolu portfeli xoşlarına
gəlməmişdi? Bəlkə stulu səhv salmışdı,
lazım olan yerdə oturmamışdı?
İş üçün müsahibə verən adam müsahibə alanın xoşuna gəlmirsə, əlbəttə ki, işə götürülmür və
belə müsahibələrin çoxunun uğursuz olmasının səbəbi elə budur. Tərcümeyi-halında nə
yazılır yazılsın (halbuki məhz tərcümeyi-hal adamın yaxşı işçi olmasından xəbər verə bilər),
yadda qalan, adamın davranışı, yaratdığı təəssüratdır. Tərcümeyi-haldakı informasiya yaddan
çıxa bilər.
....................................................................
İşə götürənlərin də adama ilk baxışdan “vurulması” vacibdir.
....................................................................
Toledo Universitetinin professoru Frank Berneri yaşı və tərcümeyi-halı müxtəlif olan
adamları müsahibə verən zaman müşahidə edib. Müşahidələr 20 dəqiqə çəkib və müsahibə
götürən adamlara da bu 20 dəqiqə ərzində işçinin işə həvəsini, rəqabət qabiliyyətini, zəkasını
qiymətləndirmək haqda tapşırıq verilib. Sonra başqa müşahidəçilərə bütün müsahibələrin
yalnız ilk 15 saniyəsini göstəriblər. Məlum olub ki, müşahidəçilərdə 15 saniyə ərzində
yaranan təəssürat müsahibə götürənlərdə 20 dəqiqə ərzində formalaşan fikrə çox yaxındır. Bu
o deməkdir ki, hər şeyi həll edən ilk təəssüratdır, ikinci şans yoxdur! Yəni adama yaxınlaşan
kimi, hələ əlini sıxanda xoş təsir bağışlamağa çalışmalı, istədiyimiz nəticəyə nail olmaq üçün
bütün jestlərimizə diqqət etməliyik. Necə olur ki, Ceyms Bond bu qədər
soyuqqanlı, sakit və təmkinli görünür?
Dilçiliklə bağlı araşdırmalar göstərir ki, adamın söz ehtiyatının həcmi onun statusundan,
nüfuzundan, təhsilindən asılıdır. Nüfuzlu, yuxarı statuslu, ali təhsilli adamlar söz və
ifadələrdən daha yaxşı istifadə edə bilirlər. Bədən dili – jestlərlə bağlı araşdırmalar isə
adamın söz ehtiyatı ilə jestlərdən istifadə vərdişləri arasında bağlılığı aşkar edib. Məlum olub
ki, yuxarı statuslu adamın söz ehtiyatı zəngin olduğundan fikrini çatdırmaq üçün jestlərdən
çox sözlərdən istifadə edir. Savadsız adamlar isə yeri gələndə deməyə söz tapmır, söz əvəzinə
jestlərdən yararlanmalı olurlar. Bir sözlə, adamın statusu nə qədər yuxarıdırsa, jestlərdən, əl-
qol hərəkətlərindən istifadə vərdişləri bir o qədər azdır.
Xüsusi agent Ceyms Bond bu prinsipə tam əməl edir, jestlərdən çox az yararlanırdı (xüsusilə
təzyiq altında olanda). Kimsə ona hədə-qorxu gələndə, təhqirə məruz qalanda, hətta ona atəş
açılanda hərəkətsiz dayanır, qısa və monoton cümlələrdən istifadə edirdi.
....................................................................
Ceyms Bond o qədər soyuqqanlı idi ki, hətta
on cinayətkarı güllələyəndən dərhal sonra sekslə
məşğul ola bilərdi.
....................................................................
Yuxarı statuslu adamlar həmişə soyuqqanlı görünməyə, hisslərini gizlətməyə çalışırlar. Cim
Kerri kimi aktyorlar isə tam fərqlidirlər, yalnız jestlərlə hərəkət edir və bir o qədər nüfuzu
olmayan, bəzən həm də gücsüz və qorxaq obrazlar yaradırlar.
Böyük təəssürat yaratmağın yolları
Doqquz qızıl qayda
Gəlin təsəvvür edək ki, müsahibə verməyə gedirsiniz. Siz müsahibə alanlara, əlbəttə, xoş təsir
bağışlamağa çalışar, ilk təəssüratın çox yaxşı olmağını istəyərsiniz. Unutmayın ki, hamı kimi
sizin də haqqınızda fikirlərin 90%-i ilk dörd dəqiqə ərzində formalaşır və bağışladığınız
təsirin 60-80%-i jestlərinizin payına düşür.
Doqquz qızıl qaydanı bilsəniz, elə ilk görüşdə istədiyinizə nail ola bilərsiniz.
Qəbul otağında
Üst paltarınızı çıxarın, mümkünsə, qəbul otağında dayanan adama verin, assın. Müsahibə
otağına girəndə əliniz-qolunuz boş olsa yaxşıdır, yoxsa narahat olar, yersiz hərəkət edər,
səfeh adam təsiri bağışlayarsınız.
Qəbul otağında gözləyəndə ayaq üstdə dayanın, qətiyyən oturmayın. Ordakı işçi sizə oturacaq
təklif edəcək, çünki sizin oturmağınız, “gözdən itməyiniz” onun üçün vacibdir, işçilər belədə
rahat olurlar. Ancaq siz dayanın və əllərinizi arxanızda, bir-birinin içində saxlayın (özünə
inam, arxayınlıq), pəncələrinizin üstündə irəli-geri yellənin (arxayınlıq), ya da “qüllə”
jestindən (özünə inam) istifadə edin. Bu bədən hərəkətləriylə siz otaqdakılara orda
olduğunuzu, gözlədiyinizi xatırladacaqsınız (Amma vergilər idarəsində belə eləmək olmaz).
Giriş
Girişinizlə siz otaqdakılara sizinlə necə davranmalı olduqlarını, hansı davranış tərzini
gözlədiyinizi göstərirsiniz. Qəbul otağındakı adam “yaşıl işığı yandıran” kimi tərəddüd
etmədən müsahibə otağına keçin. Direktoru gözləyən nadinc uşaqlar kimi qapıda
dayanmayın. Qapıdan keçib otağa daxil olarkən eyni templə addımlayın. Özünə inamı
olmayan adamlar içəri girəndə sürəti azaldır, ayaqlarını bir qədər sürüməyə başlayırlar.
Yanaşma
Otağa girəndə sizdən müsahibə götürəcək adamın telefonla danışdığını, siyirtməsini
eşələdiyini, ya da ayaqqabısının bağlarını düyünlədiyini görə bilərsiniz. İstənilən halda
arxayın və sakit addımlarla irəliləyərək onun masasına yanaşın. Portfeli, qovluğu – əlinizdə
nə varsa onu kənara qoyun, adamın əlini sıxın və dərhal oturun. Bununla siz belə görüşlərə
alışdığınızı, eyni zamanda gözləmək niyyətində olmadığınızı göstərərsiniz. Zəif hərəkət edən,
masaya yavaş-yavaş yaxınlaşan adam vaxtının çox olduğunu, başqa işi, məşğuliyyəti
olmadığını bildirir. Bu jest təqaüdə çıxmış milyonerlərə, ya da Florida və Kvinslend
sakinlərinə yaraşır, amma bacarıqlı, sağlam və güclü olduğunu göstərmək istəyənlər belə
yerimirlər. Nüfuzlu adamlar addımlayanda ayaqlarını sürümür, diribaş olur, orta templə
hərəkət edirlər. Diqqəti çəkmək, xoş təəssürat yaratmaq istəyirsinizsə, siz də belə yeriyin.
Görüşdüyünüz adamın əlini sıxarkən Əlinizi irəli uzadanda dik tutun və görüşdüyünüz
adamın əlini, o sizinkini sıxdığı qədər sıxın. Əl sıxma prosesini dayandırmağı qarşınızdakının
öhdəsinə buraxın. Masa düzbucaqlıdırsa, yaxınlaşan kimi azacıq solda dayanın ki, əlinizi
sıxacaq adam ovcunun içini aşağı tuta (qarşısındakını üstələmək istəyənlərin jesti) bilməsin.
Salamlaşmaq istəyəndə əlinizi heç vaxt stolun üstündən uzatmayın. Hər dəfə 30 saniyədən
artıq danışmayın. İlk 15 saniyədə iki dəfə görüşdüyünüz adamın adını çəkin.
Oturarkən
Sizin üçün qoyulan stul alçaqdırsa və oturanda sizinlə söhbət edəcək adamla qarşı-qarşıya
qalacaqsınızsa, stulunuzu bir 45 dərəcə yana çevirin, yoxsa “danlanan”, “məzəmmət edilən”
adam kimi oturmalı olacaqsınız. Stulu çevirə bilmirsinizsə, özünüz yanakı oturun.
Oturduğunuz yer Sizinlə otağın qeyri-rəsmi hissəsində, məsələn, qəhvə stolunun arxasında
söhbət edirlərsə, bu yaxşı əlamətdir. Çünki rədd cavablarının 95%-i iş masalarının arxasından
gəlir. Yumşaq divanlardan qaçın, adam divanda “batır” və kənardan baxanda yalnız ayaqları,
bir də başı görünür. Məcbursunuzsa, divanın oturacaq hissənin kənarında oturun ki,
“batmayasınız”, bədəninizə və jestlərinizə nəzarət edə biləsiniz. Söhbət etdiyiniz adamla 45
dərəcəli bucaq altında oturmağa çalışın.
Jestləriniz
Özünə nəzarət etməyi bacaran, sakit, soyuqqanlı və təmkinli adamlar sadə jestlərdən, həm də
məqsədli şəkildə istifadə edirlər. Aşağı statuslu adamlarla müqayisədə yuxarı statuslular daha
az jest edir. Bu, qədim fənddir, nüfuz sahibləri çox hərəkət etmirlər. Unutmayın ki, Şərqi
Avropadan olanlar daha çox dirsəkdən aşağı jestlər edirlər, nəinki qərblilər. Cənubi
Avropadan olanlar isə bütün qolları, hətta çiyinlərilə danışırlar. Yeri gələndə qarşınızdakının
jestlərini təkrarlaya bilərsiniz.
Məsafə
Qarşınızdakı adamın şəxsi məkanına hörmət edin. Bu məkan söhbətin ilk dəqiqələrində daha
geniş olur. Çox yaxına əyilsəniz, həmsöhbətinizin geri çəkildiyini, arxaya oturduğunu, ya da
təkrar jestlər elədiyini, məsələn, barmaqlarını stola döyəclədiyini görəcəksiniz. Normalda
adam ona yaxın olan adama doğru əyilə bilər, yad adamdan çəkinər. İşdə kişilər qadınlara
yaxınlaşmağa, qadınlar isə, əksinə kişilərdən uzaq durmağa meyillidirlər. Yaşdaşlarınıza
yaxınlaşa bilərsiniz, amma yaşlı və cavan iş yoldaşlarınızla aranızda məsafə olsa yaxşıdır.
Çıxış
Əşyalarınızı götürəndə sakit və ağır olun, əsəbinizi gizlədin. Mümkünsə, söhbət etdiyiniz
adamın əlini bir də sıxın və çevrilib gedin. Qapı örtülüdürsə, çıxandan sonra onu yenə örtün.
Müsahibə alanlar müsahibə verən adamın arxasınca həmişə baxırlar. Ona görə də kişisinizsə,
görüşə getməzdən əvvəl ayaqqabılarınızın arxasını da təmizləyin. Kişilərin çoxu
ayaqqabısının arxasına məhəl qoymur, amma qadınlar buna diqqət edirlər. Qadın isə çıxmaq
istəyəndə bir ayağını qapıya tərəf yönəldir, sonra paltarının arxasını düzəldir, saçlarına əl atır
ki, otaqdan çıxanda arxadan da yaxşı görünsün. Əvvəl də qeyd etdiyimiz kimi, gizli
kameralar göstərir ki, müsahibə verən qadındırsa, çıxanda otaqdakılar mütləq onun arxasına
baxırlar. İstəsək də, istəməsək də, bu belədir. Qadınsızsa, qapıya çatanda dönüb, otaqdakılara
gülümsəyə bilərsiniz. Sizdən sonra arxanızı deyil, təbəssümünüzü xatırlasalar daha yaxşı olar,
elə deyilmi?
Sizi çox gözlətsələr... Adamı 20 dəqiqədən artıq gözlətməyin iki səbəbi ola bilər: bu ya
gözlədənlərin işlərini düzgün planlamadığını, ya da gözlətdikləri adama təsir eləməyə
çalışdıqlarını göstərir. Çünki kimisə çox gözləyəndə adam istər-istəməz öz statusunu aşağı
salmış, gözlədən adam isə statusunu qaldırmış olur. Filmə gedəndə, ya da restoranda növbədə
dayanar, bəzən ehtimal etdiyimizdən artıq gözləyə bilərik. Amma belə yerlərdə biz,
gözləməyimizə dəydiyi üçün dayanırıq, əks halda yəqin ki, bir saniyə də durmarıq, çıxıb
gedərik. Müsahibəyə gedəndə özünüzlə kitab, noutbuk, ya da işlə bağlı kağız-kuğuzunuzu
götürsəniz, məşğul olar, bununla da vaxt itirmək istəmədiyinizi, kimsə vaxtını düzgün bölə
bilmədiyi üçün əziyyət çəkmək niyyətində olmadığınızı bildirərsiniz. Sizi gözlədən adam sizə
yaxınlaşarsa, imkan verin, birinci o danışsın. Bu adamı salamlayanda başınızı işin üstündən
yavaş-yavaş qaldırın. Əşyalarınızı sakit-sakit, arxayın hərəkət edərək yığın. Sizi çox
gözlədəndə vaxtdan istifadə edib kiməsə zəng eləyə, ya da hesablamaqla məşğul ola,
çağıranda, “İndi gəlirəm, icazə verin yekunlaşdırım” – deyə siz də azacıq gözlədə bilərsiniz.
Kiminsə sizi qəsdən gözlətdiyini, oyun oynadığını hiss edirsinizsə, siz də oynaya bilərsiniz.
Yoldaşlarınızdan biriylə danışın, xahiş edin ki, bir qədər sonra – müsahibə verdiyiniz vaxt
sizə zəng etsin. Zəng gələndə, üzrxahlıq edərək vacib olduğunu bildirib, telefonu götürün.
Yüksək məbləğdən danışın, bir-iki tanınan adamın adını çəkin. Zəng edən şəxsə gözləməyi
xoşlamadığınızı deyin və xahiş edin ki, mümkün olan kimi “işin gedişi haqda” sizə məlumat
versinlər. Telefonu yerinə qoyun, yenə üzr istəyin və heç bir şey olmamış kimi söhbəti davam
etdirməyə hazır olduğunuzu bildirin. Ceyms Bon da belə edirdi. Siz niyə eləməyəsiniz ki?
Belə bir oyun yəqin sizin də işinizə yarayar.
Müsahibə zamanı sizdən müsahibə alan adamın telefonla uzun-uzadı danışmalı olduğunu, ya
da kiminsə otağa gələrək bu adamı söhbətə tutduğunu görsəniz, çantanızdan kitab, ya da nə
isə başqa bir şey çıxarıb oxumağa başlayın. Bu hərəkətinizlə siz söhbət edənləri tək qoymuş
olar, eyni zamanda vaxt itirmək istəmədiyinizi göstərərsiniz. Qarşınızdakının qəsdən belə
davrandığını hiss etsəniz, siz də telefonunuzu çıxarıb, bayaqkı məsələylə bağlı bir neçə zəng
edə bilərsiniz.
Bacarana qədər saxtalaşdırmaq olar
Əl-üz jestlərindən qaçmaqla, açıq jestlər etməklə kimisə inandırmaq olarmı? Həmişə yox.
Çünki yalan danışan adam açıq jestlərdən istifadə etsə də, ifşa olunacaq. Axı bilərəkdən yalan
deyən adamın əllərinin içi tərləyə, göz bəbəkləri yığıla, üz əzələləri dartıla bilər. Ən mahir
yalançılar rola girmək, öz yalanlarına inanaraq hərəkət etmək qabiliyyəti olanlardır. Bunu
hamıdan yaxşı bacaranlar peşəkar aktyorlardır və çox yaxşı bacaranlara məhz bu məharətinə
görə Oskar verilir. Əlbəttə, kiminsə yalan danışacağını iddia etmirik, amma bir şeyi dəqiq
bilirik: bu kitabda haqqında danışdığımız pozitiv jestlərdən istifadə etsəniz, onlar sizin
təbiətinizin bir parçasına çevriləcək və həyatınızı dəyişəcəklər. Bəzi jestlərdən istifadə etməyi
bacarana qədər, jesti vərdişə çevirənə qədər saxtalaşdırmaq olar, yəni jestləri öyrənməyə cəhd
etmək mümkündür. Alimlər bunu, quşlar üzərində təcrübə apararaq sübut ediblər.
Müşahidələr göstərib ki, elə quş növləri var ki, onlarda lələklərin rəngi xasiyyətlərindən asılı
olaraq fərqlənir, dominant quşların lələkləri tünd olur. Məhz lələkləri tünd olanlar hər şeydə
birincidirlər, həm qidanı tez götürür, həm də qarşı cinsə daha tez yaxınlaşırlar. Tədqiqatçılar,
zəif və lələkləri açıq rəngli quşların lələklərini tünd rəngə boyayaraq onları “yalana” –
özlərini dominant kimi göstərməyə “vadar” ediblər. Nəticədə bu quşlar əsl dominantların
hücumuna məruz qalıb, çünki rəngləri tünd olsa da özlərini əvvəlki kimi aparıb – zəiflərə xas
jestlərdən istifadə ediblər. Başqa bir eksperiment zamanı quşları rəngləməkdən əlavə onlara
(həm xoruzlara, həm də fərələrə) testosteron hormonu vurublar. Tədqiqatçılar bu hormonun
köməyilə quşların dominant kimi davranacağını ehtimal ediblər və... yanılmayıblar.
Təcrübəyə cəlb olunan quşlar təşəxxüslə gəzməyə, özlərinə arxayın tərzdə davranmağa,
dominant quşlara xas hərəkətlər etməyə başlayıb, əsl dominantları aldada biliblər. Bu o
deməkdir ki, müsahibəyə getməzdən əvvəl yaxşı-yaxşı məşq etsəniz, müsahibə verən adam
rolunu məharətlə və inandırıcı şəkildə ifa edə bilsəniz, ətrafdakıları da inandırar və onlara xoş
təsir bağışlayarsız.
Özünə hörmət qoydurmağın 7 yolu
Qısa görüşləri ayaq üstdə keçirin
Qısamüddətli görüşləri ayaq üstdə keçirin. Tədqiqatlar göstərir ki, ayaqüstü söhbətlər oturaq
görüşlərdən az vaxt aparır. Hətta vacib məsələləri ayaqüstü həll edənlər yuxarı statuslu adam
təsiri bağışlayır, ətrafdakıların gözündə ucalırlar. İş otağınıza gələn olanda ayağa qalxaraq
danışmaqla vaxtınıza xeyli qənaət etmiş olarsınız. Ayaq üstdə dayananda qərarlar da tez
verilir, boş söhbətlərə vaxt qalmır və “Evdə nə var-nə yox?” kimi suallarla vaxtınızı alan
olmur.
Rəqibinizi arxası qapıya oturdun Əvvəl də qeyd etdiyimiz kimi, oturan adamın arxası
camaata, açıq məkanadırsa, adam gərgin olur, onun qan təzyiqi, ürək döyüntüsü artır, nəfəsi
təngiyir, çünki orqanizm arxadan gələ biləcək zərbəyə cavab verməyə hazırlaşır. Rəqibinizi
bu vəziyyətə salmaq istəyirsinizsə, onu sizin seçdiyiniz yerdə – arxası qapıya oturdun.
Barmaqlarınızı yanaşı tutun
Danışanda barmaqlarını yanaşı, əllərini isə çənədən aşağıda saxlayan adamlar diqqəti daha
çox cəlb edirlər. Əllərini çənəsindən yuxarıda, barmaqlarını bir-birindən aralı tutub danışan
adamlar nisbətən zəif görünürlər.
Qollarınızı açıq saxlayın
Stula oturanda qollarınızı açıq saxlamağa çalışın, ya da stulun qollarına qoyun. Müti və
cəsarətsiz adamlar özlərini qorumağa çalışdıqları üçün qollarını dirsəkdən bükür və bir az da
qorxaq görünürlər.
Təsirli sözlərdən istifadə edin
Koliforniya Universitetinin tədqiqatçıları ən inandırıcı sözləri müəyyən ediblər: kəşf,
zəmanət, sevgi, təsdiqlənmiş, nəticə, qənaət, asan, sağlamlıq, pul, yeni, təhlükəsiz, siz. Bu
sözlərdən daha çox istifadə etməyə çalışın. Siz həyatınıza yeni rəng qatmağın nə qədər asan
olduğunu kəşf edəcək, sevgi, sağlamlıq və təhlükəsizlik uğrunda mübarizədə vaxtınıza və
pulunuza qənaət etmiş olacaq, nəticələri görəndən sonra sözlərin gücünü özünüz də
təsdiqləyəcəksiniz. Buna zəmanət veririk.
Nazik portfellərdən istifadə edin
Yalnız çox vacib məsələlər barədə düşünən nüfuzlu adamlar adətən nazik portfellərdən
istifadə edirlər. İri və geniş portfelli işçilərə baxanda adama elə gəlir ki, bütün işləri onlar
görür, ya da vaxtı düzgün bölə bilmədikləri üçün hər şeyi çantada daşımalı olurlar.
Pencəklərin düymələrinə baxın
Mübahisələrin videolarına baxarkən aşkar etmişik ki, razılaşmaların çoxu, tərəflərdən biri, ya
da hər ikisi pencəyinin yaxasını açandan sonra əldə edilib. Məhz düymələri bağlı olan
adamlar çox vaxt qollarını çarpazlayır, neqativ münasibət göstərirlər. Toplantıda kiminsə
pencəyinin düymələrini açdığını görsəniz, bilin ki, onun özü də söhbətə açılıb.
Nəticə
Hansısa vacib toplantıya, müsahibəyə getməzdən əvvəl ən azı beş dəqiqə oturub, düşünün.
Təsəvvür edin ki, bayaqdan haqqında danışdığımız şeylərin hamısını bacarırsınız, həm də çox
yaxşı bacarırsınız. Bunların hamısını aydın təsəvvür etsəniz, doğrudan da edə biləcəksiniz və
ətrafdakıların sizə münasibəti mütləq dəyişəcək.
Ofisdaxili siyasət Üstünlük uğrunda mübarizə
Nə vaxtsa müsahibə verməyə gedəndə stulda oturan kimi özünüzü köməksiz və gücsüz hiss
etməmisiniz ki? Adama elə gəlir ki, qarşısındakı – müsahibə alan şəxs nə isə çox böyük və
güclüdür, ya da oturanda belə görünür, adam özü isə qarışqa qədər kiçik və
əhəmiyyətsizdir.... Məsələ sizdə deyil. Yəqin ki, ofis sahibi qəsdən elə mebellərdən istifadə
edib ki, özü güclü, qarşısındakı isə zəif görünsün. Çünki stol və stulları müəyyən strategiyaya
uyğun şəkildə yerləşdirməklə ofisdə belə bir atmosfer yaratmaq olar.
Məsələn, stullar nüfuz və statusu qaldırmağa xeyli kömək edir, hər şey onları
yerləşdirməkdən asılıdır. Stullarla bağlı üç faktor vəziyyətə təsir edir: birincisi, stul və onun
aksesuarlarının ölçüsü, ikincisi, stulun hündürlüyü, üçüncüsü, stulun yeri.
Stul və onun aksesuarlarının ölçüsü Stulun arxasının ölçüsü adama təsir edir. Arxası hündür
olan stul adamı daha güclü və nüfuzlu göstərir. Kral və kraliçalar, Roma papası və başqa
yüksək statuslu adamların taxtı, ya da şəxsi stulunun arxa hissəsi çox vaxt hündür olur,
söykənəcəyinin hündürlüyü hətta 2 m 50 sm olan stullar var. Belə oturacaqlar onlardan
istifadə edən şəxslərin yüksək statusa malik olduğunu göstərir. Yüksək rütbəli adamlar da çox
vaxt hündür, dəri kreslolarda əyləşir, yanlarına gələnləri isə nisbətən kiçik stullarda
oturdurlar. Kraliça, ya da Roma papasını alçaq pianino stulunda təsəvvür edə bilərsinizmi?
Onlar belə stullarda həmişəki kimi güclü görünərlər, yoxsa?..
Hərəkətli – fırlanan stullar hərəkətsiz stullara nisbətən daha güclü təəssürat yaradır, çünki
ondan istifadə edən adama hərəkət etmək sərbəstliyi verir. Hərəkətsiz stullarda əlavə hərəkət
etmək imkanı ya azdır, ya da heç yoxdur və bu məhdudiyyət onda oturan adamın daha çox
jestdən istifadə etməsinə, beləliklə də öz hisslərini büruzə verməsinə səbəb olur. Təkərləri,
hərəkətli arxası və qolları olan stullar da nüfuzu artırır. Stulun hündürlüyü
Hündürlüyün adama verdiyi güc barədə 16-cı fəsildə danışmışıq. Amma bir daha qeyd
etməyə dəyər: stulunuz başqalarının stullarından hündür olarsa, siz daha güclü təsir
bağışlayarsınız. Reklam agentliklərinin direktorları çox vaxt həm ayaqları, həm də arxası uca
olan kreslolarda oturur, qonaqlarına isə divanı, ya da oturacağı xeyli aşağı olan stulları təklif
edirlər. Nəticədə direktorla danışanda qonağın gözləri onun masasına ancaq çatır.
Stulun yeri
Əvvəlki fəsildə dediyimiz kimi, oturduğumuz yerin əhəmiyyəti böyükdür. Kabinet sahibiylə
üzbəüz – rəqiblərin/müdafiə olunanların yerində oturan qonaq daha böyük təsir və təzyiqə
məruz qalır. Kabinet sahibinin masasından uzaqda, sosial, ya da ictimai zonada oturdulan
qonağın nüfuzu bir az da aşağı düşür.
Masadakı bölgünü dəyişmək olarmı? Masanın arxasında qarşı-qarşıya oturan iki nəfər onu
istər-istəməz iki bərabər hissəyə bölür. Oturanların hər biri stolun yarısını şüuraltı olaraq öz
ərazisi hesab edir və qarşısındakı onun sahəsinə əl uzadanda qıcıqlanır.
“Sərhədə” qoyulmuş kağız
Təsəvvür edin ki, düzbucaqlı masa arxasında, kabinetin sahibiylə üz-üzə oturmusunuz.
Əlinizdəki kağızları, kitabı, yaxud nümunələri ona göstərmək istəyirsiniz, amma yerinizin
əlverişli olmadığını hiss edirsiniz. Yəqin ki, masanın yan tərəfinə (künc) keçmək istərdiniz,
amma “yaxşı deyil” – deyə yerinizdə qalmağa qərar verirsiniz. Bu halda əvvəlcə
əlinizdəkiləri masanın üstünə qoyun. Həmsöhbətiniz onlara baxmaq üçün ya əyiləcək, ya
onları “öz ərazisinə” çəkəcək, ya da geriyə – “sizin ərazinizə” qaytaracaq.
Kağızları özünə tərəf çəkən adam heç bir söz deməsə də, həmsöhbətiylə razılığa yaxın
olduğunu bildirir
Masa sahibi şəxsi məkanına daxil olmağa icazə verir
Əgər qarşınızdakı adam kağızlara baxmaq üçün əyilir, amma onlara əl vurmursa, deməli, sizi
yaxına buraxmaq istəmir və siz söhbətə oturduğunuz yerdən davam etməli olursunuz. Bu
halda, fikrinizi çatdırmaq üçün bir qədər əyri – 45 dərəcəli bucaq altında oturun. Amma adam
kağızı özünə tərəf çəkirsə, icazə istəyib yerinizi dəyişə, ya stolun yan tərəfinə (künc), ya da o
biri tərəfə – adamın böyrünə (yoldaşlıq) keçə bilərsiniz.
Həmsöhbətiniz göstərmək istədiyiniz kağızları geriyə – sizə tərəf itələyirsə, yerinizdə qalın.
Şəxsi məkanına keçməyə icazə verməyən adamın ərazisinə soxulmayın, yoxsa onu özünüzə
qarşı çevirərsiniz.
Oturub söhbət edərkən Gəlin indi də sizi direktorun kreslosunda təsəvvür edək. Deyək ki,
işinin öhdəsindən gələ bilməyən işçinizlə üzbəüz oturmusunuz və söhbət edirsiz. Hiss
edirsiniz ki, kəsə cavablar almaq üçün kəsə suallar verməlisiniz. Amma bu suallar işçinizi
sıxa bilər. Siz isə ona hərdən mülayim olduğunuzu, bəzən onun fikirləriylə razılaşdığınızı
göstərmək istəyirsiniz. Müsahibə və sorğu-sual texnikalarını bir kənara qoyun, üç əsas
məsələyə diqqət edin: birincisi, işinin öhdəsindən gələ bilməyən işçiylə söhbət etməlisinizsə,
onunla öz kabinetinizdə görüşün. İkincisi, işçini hərəkətsiz (fırlanmayan) və qolsuz stulda
oturdun ki, istədiyi kimi əyləşsin və jestlərdən bacardığı qədər çox istifadə edə bilsin. Çünki
belə halda siz onun mövqeyini bədənindən “oxuyarsınız”. Üçüncüsü, özünüz hərəkətli
(fırlanan) və qollu kresloda əyləşin ki, istədiyiniz kimi hərəkət edə, jestlərinizin sayını
minimuma endirə biləsiniz.
Üç əsas mövqedə oturmaq olar. Ayaq üstdə olduğu kimi, 45 dərəcəli bucaq altında oturmaq
da söhbəti yüngülləşdirir, rahat atmosfer yaradır. Bu mövqe işçisinə məsləhət vermək istəyən
müdir üçün çox əlverişlidir.
45 dərəcəli bucaq altında oturmaqla söhbəti
yüngülləşdirmək olar
İşçinizlə eyni fikirdə olduğunuzu göstərmək üçün ara-sıra onu təqlid edə, hərəkətlərini və
jestlərini təkrar edə bilərsiniz. Ayaq üstdə olduğu kimi, bu vəziyyətdə oturanlar da üçbucağın
iki bucağını əmələ gətirmiş olur, onların bədəni sanki üçüncü bucağa baxır. Bu isə
danışanların razılığa gəldiyini göstərir.
Kreslonuzu çevirib, həmsöhbətinizlə qarşı-qarşıya otursanız, suallarınıza dəqiq cavablar
almaq istədiyinizi bildirərsiniz.
Qarşı-qarşıya oturuş vəziyyəti ciddiləşdirir
45 dərəcəli bucaq altına keçəndə siz həmsöhbətinizin üzərindəki təzyiqi götürürsünüz.
Məsələn, elə suallar var ki, onlara cavab vermək işçi üçün çətin olur, o sıxılır, utanır. Ona
görə də belə sual verəndə kreslonuzu azca yana çevirin (45 dərəcə). Belə olanda işçi
yüngülləşir, sizin ona təzyiq göstərmədiyinizi hiss edir və suallara rahat cavab verə bilir.
Kreslonuzu 45 dərəcə yana çevirəndə
Kabinetimizi qaydaya salaq Kitabı oxuya-oxuya yəqin ki, öz kabinetinizin tərtibatı barədə
düşünmüsünüz. İndi mebelləri yerləşdirərkən, ya da mebellərin yerini dəyişməklə siz
kabinetdə daha nüfuzlu və güclü görünməyinizi təmin eləyə, ya da onu qeyri-rəsmi formada
tərtib edərək, dostcasına söhbətlər edə biləcəyiniz rahat otağa çevirə bilərsiniz. Bu işdə bir
nəfərə göstərdiyimiz yardım haqda danışmaq istərdim. Kabinetində dəyişiklik aparmaqla biz
həmin adamın işçilərlə ünsiyyətini asanlaşdırmağa çalışmışdıq.
Con böyük bir maliyyə şirkətində işləyirdi. Onu müdir vəzifəsinə təyin edəndə ayrıca otaq da
vermişdilər. Vəzifəyə keçəndən bir neçə aydan sonra Con işçilərin onunla danışmaq
istəmədiyini, münasibətlərinin pisləşdiyini hiss edir. İş yoldaşlarıyla gərginlik onun
kabinetində daha çox nəzərə çarpır. Bir azdan Con işçilərin ona tabe olmaq istəmədiyini
görür, arxasınca danışdıqlarını eşidir. Conun vəziyyətini öyrənməyə çalışanda aşkar etdik ki,
işçilər xüsusilə onun otağına girəndə gərgin olur, nəticədə ünsiyyət çətinləşirdi. Conun
rəhbərlik etmək bacarığı, yaxud şəxsi keyfiyyətlərini kənara qoyaq, biz problemin sözsüz
tərəfinə baxırdıq və... Conun kabinetində bəzi şeylərin yerində olmadığını gördük:
Kabinetin qonaqları üçün nəzərdə tutulmuş stullar düz Conun qarşısına qoyulmuşdu
(rəqiblər/müdafiə olunanlar), yəni bu stullarda oturan istər-istəməz onun rəqibinə çevrilirdi.
Conun oturduğu ofisin divarları pəncərəsiz idi, bayıra baxmaq üçün cəmi bir pəncərə vardı.
Con özü isə işçilərdən şüşədən olan şəffaf arakəsməylə ayrılmışdı. Yəni o, bütün ofisi, işçilər
isə onu görə bilirdi. Conun işçilərin gözü qabağında işləməsi onun statusunu, nüfuzunu
azaldırdı. Bundan başqa, istənilən işçi Conla qarşı-qarşıya oturanda arxası yoldaşlarına tərəf
olur və bu halda Con deyil, məhz onunla üzbəüz əyləmiş işçi ona arxadan baxanlara yuxarı
statuslu adam təsiri bağışlayırdı.
Conun masası iri idi və onun bədəninin aşağı hissəsini gizlədirdi. Ona görə də işçilər müdirin
bütün jestlərini görmür, onun əhval-ruhiyyəsini müəyyən edə bilmirdilər. Qonaqlar üçün
nəzərdə tutulmuş stullar elə qoyulmuşdu ki, oturanda həmin adamın arxası qapıya olurdu.
İşçilərdən biri kabinetinə gələn kimi Con ya bir ayağını kreslosunun qolunun üstünə aşırır, ya
mancanaq kimi oturur, ya da eyni vaxtda hər iki jestdən istifadə edirdi.
Conun stulu fırlanırdı, arxası hündür idi, qolları və təkərləri vardı. Qonaqlar üçün nəzərdə
tutulmuş stullar isə qolsuz və hərəkətsiz idi. Stulların arxası çox aşağıydı.
Conun kabinetinin əvvəlki quruluşu
Səmimi insana bu otaq çox dəhşətli təsir bağışlayardı. Bura daxil olan istənilən adam
içəridəkinin dost olmadığını hiss edərdi. Cona yardım etmək üçün onun otağında bir neçə
dəyişiklik etdik:
Conun masasını şüşə arakəsməyə yaxınlaşdırdıq. Beləliklə, onun ofisi əvvəlkindən böyük
göründü. Həm də indi yanına gələnlər Conu içəri girən kimi görürdü. Yəni bu dəfə gələni
onun masası deyil, özü qarşılayırdı. Qonaq üçün nəzərdə tutulmuş stulu Conun masasının yan
tərəfinə qoyduq. Bu, müdir və onun işçisi arasındakı söhbətlərin səmimi atmosferdə
keçməsinə şərait yaratmaqdan ötrü idi. Üstəlik, künc narahat adam üçün baryer rolunu
oynaya bilərdi.
Şüşə arakəsməyə güzgü effekti verən xüsusi təbəqə əlavə etdik. Beləliklə, iş vaxtı Con öz
işçilərini görsə də, işçilər onu aydın görə bilmirdilər. Bu dəyişiklik Conun ərazisinin
təhlükəsizliyini təmin etməklə, otağın içində səmimi atmosfer yaratmaqla yanaşı onun
nüfuzunu, statusunu qaldırdı.
Otağın yuxarı başında küncə bir dəyirmi masa və üç hərəkətli stul yerləşdirdik. Stulların üçü
də eyni idi. Bu künc kiçik və qeyri-rəsmi toplantılar üçün nəzərdə tutulmuşdu.
Əvvəlki vəziyyətdə işçiylə qarşı-qarşıya oturduğu üçün masanın sahəsinin yarısı Cona aid
olurdu. Yenidən tərtib olunmuş otaqda isə bütün masa Cona məxsus idi.
Con oturuşunu dəyişməyə çalışırdı, getdikcə daha açıq jestlərdən, bəzən “qüllə”dən istifadə
edirdi. İşçilərlə söhbət edəndə əllərini bilərəkdən açıq saxlayırdı. Kabinetin yeni görünüşü
Nəticə? Müdirlə işçilərin münasibətlərində ciddi dəyişikliklər oldu. Bəziləri Conu hətta
“yumşaq adam” adlandırır, onunla işləməyin rahat olduğunu deyirdilər.
Belə çıxır ki, statusu qaldırmaq, nüfuzu artırmaq, başqalarıyla münasibətləri qaydaya salmaq
üçün kabinetdə, ya da evdə dəyişiklik etmək vacibdir. Təəssüf ki, müdirlərin çoxunun otağı
Conun əvvəlki otağına bənzəyir. Çünki otaqları tərtib edənlər insanlar arasındakı
münasibətlər üzrə peşəkarlar deyil, dizaynerlərdir. Neqativ siqnallara əhəmiyyət verənlər çox
azdır, halbuki bu siqnalları hamımız, sadəcə şüuraltı şəkildə hiss edirik.
İş otağınıza nəzər salın. Bəlkə sizin də dəyişikliyə ehtiyacınız var? Aldığınız informasiya
işinizə yarayar.
Nəticə
Üstünlük uğrunda mübarizə, ofisdaxili siyasət elə bir şeydir ki, siz hər şeyi əvvəlcədən görə,
hətta öz planınızı hazırlaya bilərsiniz. Bölmənin əvvəlində tanış olduğunuz Adam bunu
bilmirdi. O bilmirdi ki, qərbdə qadınların şokolad rəngli kostyum geyinmiş kişilərdən xoşu
gəlmir, keçi saqqalı dəbə uyğun olsa belə, yaşlı adamların fikrini mütləq dağıdır, çünki
şeytanı xatırladır. Sırğa və dolu portfel isə... Sözün qısası, yalnız “bədənin dilindən” xəbəri
olmayan adam müsahibəyə bu vəziyyətdə gedə bilər.
19-cu fəsil
VƏ NƏHAYƏT, ÖYRƏNDİKLƏRİMİZİN
HAMISINI NƏZƏRƏ ALARAQ... Yəqin ki, şəklə baxan kimi gördüyünüzün fil olduğunu
deyəcəksiniz. Amma şəklin düzgün çəkilmədiyini yalnız diqqət edəndən sonra aşkar eləmək
olar. Çox adam qarşısındakına baxanda onu görür, ancaq əslində çox aydın görünən bəzi
detalların fərqinə varmır, onları yalnız göstərəndə görə bilir. Bədən dilini anlamaq bu
detalları görmək deməkdir. Milyon illər ərzində insanlar bədən dilində danışıblar, ancaq bu
dil yalnız XX əsrin sonlarında dəqiqliklə öyrənilməyə başlayıb. Bədən dilinin əhəmiyyətini
kəşf edənlər çoxdur, indi dünyanın çox yerində bu dil təhsil proqramının, biznes təlimlərinin
bir hissəsi kimi tədris edilir.
Bu son fəsildə işdə və gündəlik həyatımızda rastlaşdığımız ssenariləri göstərərək, sizə
biliyinizi yoxlamaq, bədən dilini “oxumaq” qabiliyyətinizi qiymətləndirmək imkanı
verəcəyik. Qeydləri oxumamışdan əvvəl şəkillərə diqqətlə baxın, bu kitabdan öyrəndiyiniz
jestləri görməyə çalışın və gördüyünüz jestlərin sayını qeyd edin. Tapa bildiyiniz hər böyük
jestə görə özünüzə bir bal yazın. Sonda ümumi balınızı hesablamaqla nə qədər şey
öyrəndiyinizi biləcək, özünüzdəki inkişafa bəlkə də heyrətlənəcəksiniz. Amma unutmayın ki,
burda baxdıqlarımız sadəcə şəkillərdir. Reallıqda jestlər şəraitə, mədəniyyətlərə uyğun olaraq,
həm də bütün digər jestlər də nəzərə alınmaqla qiymətləndirilməlidir.
Jestləri oxumaq
bacarığımızı yoxlayaq
Bu şəkildəki üç əsas siqnalı tapın.
Cavabı...................................................................................
Bu, açıq jestlər “dəstəsidir”. Əllər geniş açılıb, itaəti göstərir. Aralı barmaqlar siqnalı bir az
da gücləndirərək adamın heç aqressiv olmadığını bildirir. Qollar yana açıldığından bədənin
qarşısında baryer yaratmayıb, adam sanki “gizlədiləsi heç nəyim yoxdur” deyir, açıq və
təhlükəsiz olduğunu göstərir. Şəkildə beş əsas siqnal görünür, onlar hansılardır?
Cavabı....................................................................................
Bunlar, yalançıya məxsus olan klassik variantlardır: gözün kənarını ovxalayaraq kənara
baxmaq, qaşları ortadan qaldırmaq... Bu adama bel bağlamaq olmaz. O, başını yana döndərib,
azca aşağı əyərək həm də neqativ münasibətini ifadə edir. Gülüşü də səmimi deyil, dartılmış
dodaqlar bunu göstərir.
Üç əsas siqnalı tapın.
Cavabınız...............................................................................
Jestlərin bir-birinə uyğun gəlmədiyini görmək çətin deyil. Adam yeriyib keçərkən
gülümsəyərək arxayın olduğunu göstərməyə çalışır, amma onun bir əli saatındadır –
bədəninin qarşısında yarımbaryer yaradıb. Təbəssümündə qorxu var, deməli, bu adam ya
özünə əmin deyil, ya da ətrafı onu narahat edir.
Şəkildə beş əsas siqnal göstərilib, onları sadalaya bilərsinizmi?
Cavabınız...............................................................................
Bu qadının baxdığı adamdan xoşu gəlmir. Ona görə də həmin adama doğru nə bədənini, nə
də başını çevirir, sadəcə yandan baxır. Üstəlik, başını azca aşağı əyib (bəyənməmək, düşmən
münasibəti), qaşlarını çatıb (qəzəb), qollarını çarpazlayıb (müdafiə). Ağzının kənarları
aşağıdır (narazılıq).
Bu şəkildə dörd siqnal var. Hansıları görürsünüz?
Cavabınız...............................................................................
Dominantlıq, üstünlük, lovğalıq... Bunlar o dəqiqə nəzərə çarpır. Mancanaq kimi oturmuş
adamın özünü hamıdan ağıllı hesab elədiyi aydın görünür. Ayaqlarını yazı masasının üzərinə
qoymaqla sanki “Bu masa mənimdir” deyir. Təkərləri, qolları və başqa aksesuarları olan
kreslosuyla öz statusunun yuxarı olduğunu göstərir. Həm də düzbucaqlı masa arxasında,
rəqiblərə/müdafiə olunanlara xas mövqedə oturub.
Üç əsas jesti deyin.
Cavabınız...............................................................................
Uşaqlar əllərini bellərinə qoymaqla daha böyük görünməyə, onları incidən adama hədə-qorxu
gəlməyə çalışırlar. Şəkildəki uşaq həm də çənəsini qabağa verərək itaət etmək istəmədiyini
deyir. Üstəlik, o, ağzını geniş açıb, dişlərini göstərir. Heyvanlar hücuma hazırlaşanda belə
edirlər.
Şəkildə beş siqnal var, neçəsini görə bilirsiniz?
Cavabınız...............................................................................
Bu jestlər “dəstəsini” bir sözlə təsvir etmək olar: neqativ. Adamın qovluqdan baryer kimi
istifadə etdiyi o dəqiqə görünür. Həm ayaqlarını, həm də qollarını çarpazlayıb. Pencəyinin
yaxası bağlıdır, eynəyi isə gözlərini gizlədib, nəticədə gözdən gələn siqnallardan danışmaq
mümkün deyil. Təəssüratın 90%-nin ilk dörd dəqiqə ərzində formalaşdığını nəzərə alsaq, bu
adamın nəyəsə nail olacağına inanmaq çətindir. Burda isə altı siqnalı müəyyən edə bilərsiniz.
Neçəsini görürsünüz?
Cavabınız...............................................................................
Şəkildəkilərin ikisi də aqressiv jestlər edir, ikisinin də hərəkətə keçməyə hazır olduğu
görünür. Soldakı adam əllərini belinə qoyub, sağdakı isə baş barmaqlarını kəmərinə keçirib.
Soldakı adamın sağdakı qədər aqressiv olmadığını hiss edə bilərsiniz, çünki o, azacıq arxaya
durub, həm də qarşısındakına tərəf deyil, bir qədər yana çevrilib. Sağdakı isə düz rəqibinə
tərəf dayanıb, mil kimi dik durub, sanki qarşısındakına hədə-qorxu gəlməyə çalışır. Onun
mimikası da jestlərinə uyğundur, ağzının kənarları aşağı əyilib.
Bu şəkildə on üç siqnal göstərmək olar. Neçəsini sadalaya bilərsiniz?
Cavabınız............................................................................... Soldakı adam stulda tərsinə
oturub – onu atda oturubmuş kimi minib. Məqsədi yəqin ki, söhbəti idarə etmək, ya da
sağdakını üstələməkdir. Onun bədəni düz sağdakı adama baxır, əllərini bir-birinə
pərçimləyib, ayaqlarını stulun altından çıxarmır. Bütün bunlar onun planlarının alt-üst
olduğunu göstərir, bəlkə də fikrini çatdıra bilmir. Ortada oturan adamın “mancanağı” onun
özünü yanındakılardan artıq hesab elədiyini bildirir. O, həm də dördəbənzər formada
əyləşməklə mübahisə etməyə hazır olduğunu deyir. Onun təkərli və qollu, hərəkətli stulu
statusunun yuxarı olmasından xəbər verir. Amma sağdakı adam “aşağı statuslu stulda”
oturub, onun stulunun nə qolları var, nə də təkərləri, heç fırlanmır da. Sağdakı adamın
qollarını və ayaqlarını çarpazladığını (müdafiə), həm də bərk sıxaraq çarpazladığını görmək
mümkündür. Başını azca aşağı əyib (düşmən), bədəni kənara baxır (maraqlanmır). Bunlar
onun eşitdiklərindən məmnun olmadığını göstərir.
Şəkildə on dörd siqnal var. Tapdıqlarınızı qeyd edin.
Cavabınız...............................................................................
Qadın kişilərə xoş gəlmək istəyən qadınlara xas, klassik jestlər edir. Bir ayağını sol tərəfdə
dayanan kişiyə tərəf atıb (maraq), bir əli belindədir, baş barmağı isə kəmərində (özünə inanır,
münasibət qurmağa hazırdır), sol biləyinin iç tərəfini göstərir (şəhvət), siqaretinin tüstüsü
yuxarı gedir (özünə əmindir, pozitivdir). Bu qadının bir gözü soldakı kişidədir, kişi də ona
laqeyd deyil, onun qalstukunu qaydaya salması (bəzənir), bir ayağını qadına tərəf atması
(bəyənmək) bunu sübut edir. Üstəlik, başını qaldırıb (maraq). Ortadakı adamın soldakı
kişidən xoşu gəlmir. Həm ona kəc baxır, həm də bədənini ona tərəf çevirmir. Əlinin birini
cibində gizlədib, siqaretinin tüstüsünü aşağı üfürür (neqativ). Bundan başqa qapıya söykənib,
kiminsə sahəsinə müdaxilə edir.
Bu şəkildə on iki siqnal var, neçəsini görürüsünüz?
Cavabınız...............................................................................
Soldakı adamın özünü üstün hesab elədiyini jestlərindən görmək olar. O, sağdakı adamın
qarşısında lovğalanır, ona yuxarıdan aşağı baxmaq məqsədiylə başını bir az da qaldırıb,
üstəlik, gözlərini yumaraq, gözlə ünsiyyətin qarşısını almağa çalışır. Bu adam eyni zamanda
özünümüdafiə ilə məşğuldur, dizlərini bitişdirib, çaxır şüşəsindən ikiəlli yapışıb, beləliklə,
baryer yaradıb. Ortadakı şəxs söhbətdən kənarlaşdırılıb, çünki digər iki adam qarşı-qarşıya
oturaraq üçbucağın formalaşmasına, yəni ortadakı adamın üç bucaqdan biri olmasına imkan
vermir. Amma bu onun üçün deyəsən, heç vecinə deyil. Hər halda bu adamın oturuşundan
belə nəticə çıxarmaq olar. Çünki kreslonun arxasına yayxanaraq əllərini ciblərinə qoyub, baş
barmaqları görünür (üstünlük), üstəlik, ayaqlarını aralayıb, sanki cinsiyyət orqanını –
kişiliyini nümayiş etdirir. Sağdakı adamın qarşısındakını dinləməkdən yorulduğu, durub
getməyə hazır olduğu görünür. Onun bədəni də, ayaqları da çıxışa doğru yönəlib. Bundan
başqa, qaşlarını çatıb, ağzının kənarları aşağı əyilib, başını da azacıq əyib və bütün bunlar
onun narazı olduğunu göstərir.
On bir əsas siqnalı göstərin.
Cavabınız...............................................................................
Sağdakı adamın duruşu soldakının duruşuna çox bənzəyir. Ortadakının duruşunda bir
üstünlük, eyni zamanda bir qədər istehza var. O, bir əliylə yaxalığından yapışıb, həm də baş
barmağını dik tutub (üstünlük). Sol əlinin baş barmağıyla solundakı – şəklin sağındakı adamı
göstərir (yəqin ki, ələ salır). Sağdakı adam buna cavab olaraq bir ayağını o birinin üstünə
aşırıb (müdafiə), aqressiv münasibətini gizlətmək üçün qollarını arxasında saxlayır və bir
əlilə o biri qolunun dirsəyindən yapışıb (özünüidarə), həm də çəp-çəp baxır. Soldakı adamın
da ortadakının hərəkətindən razı qalmadığı görünür. Çünki o da bir ayağını o birinin üstünə
aşırıb (müdafiə), bir əlini cibinə qoyub (söhbətə qarışmaq istəmir), o biri əlini isə boynunun
dalında saxlayaraq döşəməyə baxır. Şəkildə on iki əsas siqnal var. Gördüklərinizi sadalayın
Cavabınız...............................................................................
Bu şəkildə də atmosferin gərgin olduğu görünür. Kişilərin üçü də kreslosunda elə oturub ki,
onların bir-birindən mümkün qədər uzaq olmağa çalışdıqları hiss edilir. Sağdakı adamın
neqativ jestləri problemin ondan gəldiyini göstərir. Bu adam əlini burnuna toxunduraraq
danışır (yalan), sağ əlini qarnının üstünə qoymaqla yarımbaryer yaradıb (müdafiə). Amma
ətrafındakıların fikri onu bir o qədər maraqlandırmır, onun ayağını kreslonun qoluna
aşırması, ayaqlarını cinsiyyət orqanını nümayiş etdirirmiş kimi aralaması, üstəlik, çəpəki
oturaraq bədənini kənara istiqamətləndirməsi bunu sübut edir. Soldakı adamın paltarının
üstündəki “sapları” təmizləməsi, ayaqlarını üst-üstə aşırması onun sağdakının dedikləriylə
razılaşmadığını göstərir. Bu adam da bədənini kənara tutub (maraqlanmır). Ortadakı adamın
da deməyə sözü var, amma fikrini bildirmək istəmir. Onun kreslonun qollarından bərk-bərk
yapışması, topuqlarını “bağlaması” buna sübutdur. Bu adam bədənini sağdakına doğru
yönəltməklə ona qarşı çıxdığını bildirir.
Şəkildəki səkkiz əsas siqnalı tapın
Cavabınız...............................................................................
Qadın və soldakı kişi bir-birini təqlid edir, hər ikisi eyni vəziyyətdə oturub. Onların bir-birinə
marağı var, bu aydın görünür. İkisi də ayağını bir-birinə tərəf aşırıb. Əllərini çənələrinin
altına elə qoyublar ki, biləkləri görünür. Ortadakı kişi dodaqlarını dartıb, gülümsəyir, yəqin
ki, yanındakının dediklərinin ona maraqlı olduğunu göstərməyə çalışır. Amma digər jestləri
bu adamı ifşa edir. O, başını azca aşağı salıb (narazıdır), ağzının kənarları aşağı əyilib, qaşları
da çatılıb (hiddət), çəpəki baxışlarını yanındakı adama zilləyib, həm ayaqlarını, həm də
qollarını çarpazlayıb (müdafiə). Bütün bunlar onun neqativ münasibətini əks elətdirir.
Bu şəkildə on altı siqnal görünür, neçəsini tapdınız?
Cavabınız...............................................................................
Soldakı adamın bütün jestləri onun səmimi olduğunu göstərir. Bu adam hərəkətlərilə
qarşısındakına açıq söhbətə hazır olduğunu deyir. Onun əlləri də, pencəyinin yaxası da
açıqdır, bir ayağını irəli atıb, başını azca qaldırıb, həm qolları, həm də ayaqlarını aralı
vəziyyətdə saxlayır, üstəlik, bir qədər irəli əyilib və gülümsəyir. Amma onun dedikləri
qarşısındakı qadını deyəsən heç maraqlandırmır. Bunu qadına baxan kimi anlamaq olar. O,
arxaya söykənib, ayaqlarını bir-birinin üstünə aşırıb (müdafiə), bir qolunu qarnının üstünə
qoyaraq yarımbaryer yaradıb (müdafiə), sol qolunun altında gizlətdiyi yumruğunu sıxıb
(gərginlik), başını azca aşağı əyib (neqativ), əlini üzünə aparıb (qiymət verir). Ortadakı kişi
“qüllə” jestindən istifadə edərək arxayın, ya da özündən razı olduğunu göstərir. Eyni
zamanda dördəbənzər formada oturmaqla bu adam mübahisəyə və rəqabətə hazır olduğunu
bildirir. Ümumiyyətlə, adamın neqativ olduğunu deyə bilərik, çünki həm kənara çəkilib, həm
da başını aşağı dikib. a Şəkildə doqquz siqnal var, nə görürsünüz?
Növbəti üç şəkildə müdafiə və aqressivliyi ifadə edən, həm də bir-birini cəlb etməyə çalışan
kişi və qadına xas olan jestlər göstərilir.
Cavabınız...............................................................................
Söhbətin əvvəlində
Söhbətə başlamazdan əvvəl iştirakçıların üçü də qolları çarpazlanmış vəziyyətdə dayanır. İki
nəfər ayaqlarını da çarpazlayıb (müdafiə). Onların tanış olmadığını duruşlarından anlamaq
olar. Sağdakı kişinin qadına marağı hiss olunur, çünki bir ayağını ona tərəf atıb, həm də bir
gözü ondadır, qaşlarını da qaldırıb (maraq), üstəlik gülümsəyir. Bədəninin yuxarı hissəsi azca
qadına tərəf əyilib. Qadın bu şəkildə kişilərdən heç birinə maraq göstərmir.
16. b Bu şəkildə on bir siqnal var, gördüklərinizi qeyd edin.
Cavabınız...............................................................................
Beş dəqiqədən sonra
Qadın ayaqlarını açıb, indi onun yanındakılara diqqətlə qulaq asdığını görürük. Soldakı kişi
isə həm ayaqlarını, həm də əllərini açıb. Ayağının birini qadına tərəf atıb (maraq), bədəninin
yuxarı hissəsi də bir az ona tərəf əyilib. Bu adamın baş barmaqlarını kəmərinə keçirməsini iki
cür izah etmək olar. Bu jestin məqsədi ya sağdakı kişiyə meydan oxumaq, beləliklə, aqressiv
münasibəti ifadə etmək, ya da qadına tərəf yönəlib cinsi marağı göstərməkdir. Bundan başqa,
soldakı kişi dik durub, bir az da hündür görünməyə çalışır. Sağdakı kişi isə indi daha çox
çəkingən adama bənzəyir, sanki soldakının hərəkəti onu qorxudub. O, qollarını yenə
çarpazlayıb, amma daha gülümsəmir, qaşlarını çatıb (narazılıq), çəpəki baxışlarla rəqibini
süzür.
16. c Bu şəkildə on beş siqnal tapmaq olar. Siz neçəsini görürsünüz?
Cavabınız...............................................................................
On beş dəqiqədən sonra
Şəkildə gördüyünüz adamların jestləri onların münasibətlərini indi daha aydın göstərir.
Soldakı kişinin əlləri hələ də kəmərindədir, amma bu dəfə onun kəmərini bərk sıxdığı hiss
olunur, nəticədə jest daha tez nəzərə çarpır. Bu adam yenə şax duraraq hündür görünməyə
çalışır, indi onun təkcə ayağı deyil, həm də bədəni qadına tərəfdir. Bütün bunlar onun qadının
diqqətini cəlb etməyə çalışdığını göstərir və qadın ona cavab verir. İndi qadın nəinki qollarını
açıb, bir əli saçlarındadır, o biri əlində siqaret var və o, siqaretini yuxarı qaldıraraq biləyini
nümayiş etdirir. Qadın həm də kişiyə tərəf çevrilib, bir ayağı da ona baxır, sinəsini elə
dikəldib ki, döşlərinin arası görünür. Qadın gülümsəyir və siqaretinin tüstüsünü yuxarı üfürür
(özünə inam). Sağdakı kişi kənarda qalıb və bu onu, əlbəttə, narahat edir. O, əllərini belinə
qoyub (aqressivdir, hərəkət etməyə hazırdır), ayaqlarını aralayaraq narazı olduğunu bildirir.
Bir sözlə, bu söhbətdən qalib çıxan – qadının diqqətini çəkən soldakı adamdır.
Nə qədər bal topladınız?
130-150 bal
Güclü intuisiyanız var! Lap Betmanınki kimi! Siz çox yaxşı həmsöhbətsiniz, qarşınızdakına
anlayışla yanaşır, hisslərinə hörmət edirsiniz. Sükanı belə saxlayın!
100-130 bal
Siz adamlarla ünsiyyət yaratmağı bacarırsınız, ətrafda nə baş verdiyini çox vaxt hiss edirsiniz.
Üzərinizdə bir az da çalışsanız, sizdən çox yaxşı mütəxəssis (danışıqların aparılması,
informasiyanın lazımi təşkilatlara lazımi şəkildə ötürülməsi və sair üzrə) çıxar.
70-100 bal
Hərdən siz ətrafdakıların bir-birinə münasibətini, hansı hissləri keçirdiyini o dəqiqə
anlayırsınız. Amma bəzən həqiqət sizə bir neçə gündən sonra çatır. Öz üzərinizdə
işləməlisiniz.
70, ya da daha aşağı bal
Bu kitabı oxumusunuz, amma heç 70 bal da toplaya bilməmisiniz... Sizə məsləhətimiz:
hesablama, kompüter texnologiyaları, ya da məsələn, xəstəxanada qeydiyyatla məşğul olun.
Belə yerlərdə ünsiyyətə xüsusi ehtiyac yoxdur. Amma bu kitabı bir də oxuyun və
bitirməyincə evdən çıxmayın, heç telefona da cavab verməyin.
Nəticə
Tədqiqatlar sübut edir ki, bədən dilini öyrənsəniz, həyata baxışınız tamamilə dəyişər, çox
şeyə fərqli şəkildə yanaşarsınız. Evdən çıxmazdan əhvalınızı dəyişə, işdə özünüzü daha
arxayın hiss edə bilərsiniz. Nəticədə sizi sevənlərin və sizə inananların, etibar edənlərin sayı
artar. Bədən dilindən düzgün istifadə etməklə siz ətrafdakılarla fərqli şəkildə davranmağa
başlayacaq, ətrafdakıların da sizə fərqli münasibət göstərdiyini hiss edəcəksiniz.
Əvvəlcə, bədən dilindən xəbəri olan adam kimi davranmağa başlayanda narahat ola, özünüzə
güvənməyə bilərsiniz. Çünki indi siz mimikalarınızın, jestlərinizin mənasını, həm də sayını
biləcəksiniz. Onların çoxluğu sizi yəqin ki, təəccübləndirəcək, üstəlik, sizə elə gələcək ki,
ətrafdakılar da buna fikir verir. Amma inanın, bədən dilindən çoxlarının xəbəri yoxdur və
ətrafınızdakılar da sizdə təəssürat yaratmağa çalışdıqları üçün məşğuldurlar, ona görə də
hərəkətlərinizə siz düşündüyünüz qədər böyük əhəmiyyət vermirlər. Əllərini cibində
saxlayan, danışanda ətrafa baxmağa alışan adam üçün əlləri bilərəkdən açıq saxlamaq,
həmsöhbətinin gözlərinin içinə baxaraq danışmaq ilk günlər çətin ola bilər.
Sual verə bilərsiniz: “Həm həmsöhbətimin jestlərinə fikir verməliyəm, həm də öz
hərəkətlərimi idarə etməliyəm, eyni zamanda fikrimi söhbətin mövzusuna cəmləməliyəm?
Məgər bu mümkündür?” Bəli, mümkündür. Sizin beyniniz artıq bu istiqamətdə proqramlanıb.
Beyin bədən dilinin ötürdüyü siqnalları tutacaq, sizin işiniz bu siqnalları, sizə göndərilən
mesajları oxumaqdır. Bu, velosipedi birinci dəfə sürməyə bənzəyir. Əvvəlcə qorxursunuz,
hərdən yıxılırsınız, amma bir azdan sonra peşəkar sürücüyə çevrilirsiniz.
Bəziləri hesab edir ki, bədən dilinə yiyələnən, bu dildən istifadə edən adam səmimi ola
bilməz, ətrafındakıları manipulyasiya etməyə çalışar. Amma kiminsə fikrini üzündən,
hərəkətlərindən oxumaq qabiliyyətinə yiyələnmək və bu bacarıqdan istifadə etmək müxtəlif
paltarlar geyinmək, müxtəlif dillərdə danışmaq kimi bir şeydir. Axı biz başqa dilləri nəyəsə
nail olmaq üçün öyrənir, yeri gələndə çox gözəl görünməyə, gözəl geyinməyə çalışırıq.
Bədən dilini öyrənənlər də bilərəkdən hərəkət edir, ətrafdakılara xoş təsir bağışlamaq
istəyirlər. Kişisinizsə, bilməlisiniz ki, qadınlar sizin bədən dilinizi – jestlərinizi “oxuya”
bilirlər, istəsəniz də, istəməsəniz də, hiss etsəniz də, etməsəniz də bu belədir. Ona görə də bu
dilə yiyələnməklə siz, heç olmasa, onlarla eyni səviyyədə hərəkət edə bilərsiniz. Bədən
dilindən düzgün istifadə edə bilməyən adamın yaratdığı təəssüratı təsvir etmək üçün texniki
qüsuru olan filmi xatırlatmaq olar. Təsəvvür edin ki, filmə, yaxud proqrama baxırsınız və
danışan adamın dodaq hərəkətləri eşitdiyiniz sözlərə uyğun gəlmir. Belə olanda tamaşaçı
adətən kanalı dəyişir.
Nəhayət, pozitiv təəssürat yaratmaq üçün bədən dili ilə bağlı əsas məqamları yadda saxlamaq
vacibdir.
Bədən dilinin altı sirri
Üz: Canlı olun və tez-tez gülümsəməyə, həm də dişlərinizi göstərərək gülümsəməyə çalışın.
Jestlər: Mənalı, təsirli hərəkətlər edin, amma həddi aşmayın. Qollarınızı və ayaqlarınızı
çarpazlamayın. Danışanda əllərinizi çənənizdən aşağıda saxlayın, barmaqlarınızı aralamayın.
Baş hərəkətləri: Başınızı dik tutun. Danışanda sözləri başınızla təsdiqləyin, dinləyəndə
başınızı azca yana əyin.
Göz-gözə ünsiyyət: Danışanda adamın gözünün içinə baxın, amma qədərində! Bu hərəkətiniz
həmsöhbətinizi narahat etməməlidir. Mədəniyyətlərarası fərqləri nəzərə almaq vacibdir. Eybi
yoxdursa, düz gözün içinə baxanlar kənara baxaraq danışanlarla müqayisədə daha çox etimad
qazanırlar.
Duruş: Qarşınızdakını dinləyəndə azca irəli əyilin, danışanda düz durun.
Ərazi: Adamlarla sizə rahat olan məsafədə dayanın. Həmsöhbətinizin geri çəkildiyini
görsəniz, tərpənməyin, yəqin ki, ona belə daha rahatdır.
Təqlid: Həmsöhbətinizin jestlərini təkrarlayın, amma bunu məharətlə, kimsəyə sezdirmədən
edin.

You might also like