You are on page 1of 209

1

downloaded from KitabYurdu.org


Aqata Kristi ÖLÜMLƏ GÖRÜŞ
Romanda Herkül Puaronun Yaxın Şərqdəki
macəralarından söz açılır. Qüdsdə istirahət edərkən
məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir
cinayətin üstünü açmağa kömək edir.Tiran, sadist, qəddar
ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün
ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro
əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini
tapmağa kifayət edir.
Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk
dəfə Böyük Britaniyada Collins Crime Club nəşriyyatı
tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə
kitabı Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə
çap edib.
Agatha Christie APPOINTMENT WITH DEATH
Aq a ta Kristi ÖLÜMLƏ GÖRÜŞ Bakı, Ganun Nəşriyyatı,
2014
İngiliscədən tərcümə: Gülər Gasımova
Korrektor: İradə Musalı
Oanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55)212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Oanunpublishing

2
downloaded from KitabYurdu.org
ISBN 978-9952-26-847-8
© Qanun Nəşriyyatı, 2014
Appointment with Death © 1938 Agatha Christie
Limited. All rights reserved. AGATHA CHRİSTİE and
POIROT are registered trade marks of Agatha Christie
Limited in the UK and/or elsewhere. All rights reserved.
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım
hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ
və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının
Qanunu»na ziddir.
BİRİNCİ HİSSƏ 1
- Başa düşürsən, hə? O öldürülməlidir!
Sual sakit qaranlıq gecəyə axdı, orada bir müddət asılı
qaldıqdan sonra yenidən Ölü Dəniz tərəfə, qaranlığa
gömüldü.
Erkül Puaro əlini pəncərə tutacağına qoyub, bir dəqiqə
susdu. Sonra qaşqabağını tökərək pəncərəni bağladı ki,
zərərli gecə havası içəri daxil olmasın. Erkül Puaro
uşaqlıqdan əmin idi ki, çöl havası elə çöldə qalmalıdır və
xüsusilə də gecə havası sağlamlıq üçün çox ziyanlıdır.
Pəncərələrin pərdəsini çəkdikdən sonra Puaro
gülümsəyərək yatağına tərəf getdi. “Başa düşürsən, hə? O
öldürülməlidir!” sözlərini yenidən düşünərək sakitcə
gülümsədi. Bu, detektivin Qüdsdə ilk gecədə eşitdiyi
sözlər idi.
“Doğrudan da hara gedirəmsə mütləq cinayət baş
verməlidir!” - o mızıldandı. Yazıçı Antoni Trollop

3
downloaded from KitabYurdu.org
haqqında
eşitdiyi lətifəni yadına saldıqda yenidən gülümsədi.
Trollop Atlantik okeanında gəmidə üzərkən iki
sərnişinin onun son romanı barədə danışdığını eşidir.
Onlardan biri deyir:
- Çox əladır. Amma gərək o, darıxdırıcı qoca qadını -
öldürəydi.
Romançı onlara yaxınlaşaraq gülümsəyir və deyir:
- Centlmenlər, çox minnətdaram. Elə bu dəqiqə gedib
onu öldürəcəyəm!
Erkül Puaro indicə eşitdiyi sözlərə nəyin səbəb
olduğunu düşündü. Bəlkə kimsə pyes və ya kitab yazır.
Sonra təbəssümünü pozmadan fikirləşdi: “Bu sözlər bir
gün pis mənada xatırlana bilər”.
O sözləri deyən səsi fikirləşdi. Səs kişiyə və ya gənc
oğlana aid idi və olduqca gərgin, əsəbi idi.
Erkül Puaro yatağının yanındakı gecə lampasını
söndürərkən düşündü: “O səsi yenidən eşitsəm, yəqin ki, -
tanıyaram...”.
Onlar dirsəklərini pəncərə altlığına dirəyib, başlarını
bir- birinə söykəmişdilər. Reymond və Kerol Boynton
gecənin mavi
dərinliyinə dalmışdılar. Reymond əsəbi şəkildə bayaqkı
sözləri təkrarlayırdı:
- “Başa düşürsən, hə? O öldürülməlidir!”
Kerol titrədi. Xırıltılı səslə dedi:
- Bu dəhşətdir...
- Bundan daha dəhşətli ola bilməz!

4
downloaded from KitabYurdu.org
- Ümid edirəm olmaz...
Reymond kobudcasına dedi:
- Bu belə davam edə bilməz, edə bilməz... Biz nəsə
etməliyik... Bundan başqa heç nə edə bilmərik...
Kerol dedi:
- Bəlkə nəsə edib uzaqlaşmaq olar? - amma səsində
inamsızlıq olduğunu özü də hiss etdi.
- Uzaqlaşa bilmərik. - Reymond dedi. Səsi boş və
ümidsiz idi. - Kerol, bilirsən ki, gedə bilmirik.
Qız titrədi.
- Bilirəm, Rey, bilirəm.
Reymond qəfildən qısa və acı gülüşlə güldü.
- İnsanlar elə biləcəklər ki, biz dəliyik. Heç yerə gedə
bilmirik.
Kerol sakitcə dedi:
- Biz elə doğrudan da dəliyik!
- Hə, doğrudan dəliyik. Olmasaq da tezliklə ağlımızı
itirəcəyik. Bəlkə də bəziləri deyirlər artıq dəli olmuşuq.
Budur, biz sakitcə oturub, soyuqqanlılıqla anamızı
öldürməyi planlaşdırırıq.
Kerol kəskin ifadə ilə dedi:
- O bizim öz anamız deyil.
- Hə, düz deyirsən.
Bir müddət sükutdan sonra Reymond sözarası soruşdu:
- Razısan, Kerol?
Kerol qərarlı və möhkəm səslə dedi:
- Hə, məncə də o ölməlidir, - sonra sakitcə əlavə etdi:
- O dəlidir. Əminəm ki, dəlidir. O, normal olsa bizə bu

5
downloaded from KitabYurdu.org
qədər işgəncə verməzdi. İllərdir deyirik: “Belə davam edə
bilməz!” Amma davam edir. Dedik ki, “Nə vaxtsa öləcək”,
amma ölmədi. Düşünmürəm ki, o...
- Biz onu öldürsək öləcək, - Reymond tamamladı.
- Hə.
O əlləri ilə pəncərə altlığını sıxdı.
Qardaşı Reymond çalışırdı ki, sakit danışsın. Lakin səsi
arabir əsərək ağır həyəcan içində olduğunu göstərirdi.
- Başa düşürsən də, bunu ikimiz etməliyik? Lennoksu
işə salsaq, Nadin də hər şeydən xəbərdar olacaq. Cinnini
isə, ümumiyyətlə, qatmaq lazım deyil.
Kerol yenidən titrədi:
- Yazıq Cinni... Elə qorxuram ki...
- Bilirəm. Bu onun üçün çox pisdir, elə deyil? Ona
görə də onun halı pisləşməmiş işi bitirməliyik.
Kerol qəfil ayağa qalxdı, alnına düşmüş şabalıdı
saçlarını kənara çəkərək qardaşına dedi:
- Rey, səncə, bu, pis deyil, hə?
O bayaqdan saxlamağa çalışdığı sakit tonla dedi:
- Yox. Məncə, bu, dünyaya pislik edən dəli iti
öldürmək və dayandırmaq kimi bir şeydir. Yeganə yoldur.
Kerol qaşqabaqla dedi:
- Amma onlar... onlar bizi elektrik stuluna
göndərəcəklər. Demək istəyirəm ki, biz onlara onun necə
olduğunu başa sala bilməyəcəyik. Onlar heç vaxt bizə
inanmazlar. Axı bütün bunları yalnız biz yaşamışıq.
Reymond dedi:
- Heç kim heç vaxt bilməyəcək. Planım var. Hər şeyi

6
downloaded from KitabYurdu.org
düşünmüşəm. Biz sağ və təhlükəsiz olacağıq.
Kerol qəfil onun başına fırlanmağa başladı.
- Rey, sən dəyişmisən. Nəsə olub. Nə fikirləşirsən?
- Niyə elə bilirsən ki, başıma nəsə gəlib? - o, başını
döndərərək gecəyə baxmağa başladı.
- Çünki... Rey, bu qatardakı qızla bağlıdır?
- Yox, əlbəttə. Niyə soruşursan? Kerol, boş-boş
danışma. Gəl yenidən qayıdaq...
- Planına? Əminsən ki, bu, yaxşı plandır?
- Məncə, hə. Düzgün zamanı gözləməliyik, əlbəttə.
Əgər hər şey yaxşı olsa azad olacağıq.
- Azad?
Kerol ah çəkdi. Ulduzlara baxdı. Sonra qəfildən
başdan- ayağa qədər titrəyərək ağladı.
- Kerol, nə oldu?
O hündürdən hönkürdü.
- Gecə nə qədər gözəldir, mavilik və ulduzlar. Bunun
bir parçası ola bilsəydik... Belə xəstə, əzablı olmaq əvəzinə
başqa insanlar kimi ola bilsəydik...
- O ölsə yaxşı olacağıq.
- Əminsən? Çox gec deyil? Biz həmişə belə fərqli və
dəli olmayacağıq?
- Yox, yox, yox.
- İnanmıram.
- Kerol, əgər əmin deyilsənsə...
O, qardaşının onu qucaqlayan qolunu itələdi.
- Yox, mən səninləyəm. Hər zaman səninlə olacam.
Başqaları, xüsusilə də Cinni üçün. Cinnini xilas etməliyik.

7
downloaded from KitabYurdu.org
Reymond susdu. Sonra:
- Onda bunu etməliyik? - dedi.
- Hə!
- Yaxşı. Sənə planımı danışıram.
O, başını bacısının başına tərəfəydi.
2
Miss Sara, tibb bakalavrı, Qüdsdə Solomon otelində
yazı otağındakı stolun yanında dayanıb, tənbəl-tənbəl
qəzet və jurnalları vərəqləyirdi. Narahat görünürdü və
qaşlarını düyünləmişdi.
Hündür, orta yaşlı fransız zaldan otağa daxil oldu, bir
neçə dəqiqə ona baxdı, sonra masanın onunla üzbəüz
tərəfində əyləşdi. Sara onu tanıdığını göstərərək
gülümsədi. Yadına düşdü ki, bu kişini Qahirədə görüb.
Ətrafda boş yükdaşıyan olmadığından o, Saranın
çamadanlarından birini daşımışdı.
- Qüdsü xoşlayırsınız, elə deyil? - doktor Jerard
salamlaşdıqdan sonra soruşdu.
- Əslində bir az dəhşətlidir. - Sara dedi və əlavə etdi.
- Çox dindardırlar.
Fransız söhbətlə maraqlandığını göstərərək, mükəmməl
ingilis dilində davam etdi:
- Nəyi nəzərdə tutduğunuzu anlayıram. Sektalar
arasında az qala müharibə gedir.
- Həmçinin onların dəhşətli adətləri var.
- Hə, düzdür.
Sara ah çəkdi.
- Bu gün onlar məni qolsuz paltar geyindiyim üçün bir

8
downloaded from KitabYurdu.org
yerdən qovdular, - kədərlə əlavə etdi. - Deyəsən, Uca Tanrı
qollarımı yaratmasına baxmayaraq, onları görməyi
xoşlamır.
Doktor Jerard güldü. Sonra dedi:
- Kofe sifariş edəcəkdim. Mənə qoşulursuz, miss...?
- Kinq, adım Sara Kinqdir.
- Bu da mənim adımdır, icazənizlə.
Kartını çıxardı. Kartı götürdükdə Saranın gözləri dərin
hörmətlə böyüdü:
- Doktor Teodor Jerard? Oh! Sizi gördüyümə çox
məmnunam. Əlbəttə ki, bütün əsərlərinizi oxumuşam.
Şizofreniyaya münasibətiniz olduqca maraqlıdır.
- Əlbəttə. - Jerardın qaşları təəccüblə qalxdı.
Sara izah etməyə tələsdi:
- Gördüyünüz kimi, həkim olmağa çalışıram. Bu
yaxınlarda bakalavr dərəcəsi almışam.
- Aydındır.
Doktor Jerard kofe sifariş etdi və onlar qonaq otağının
küncündə əyləşdilər. Fransız Saranın tibbi
nailiyyətlərindən çox, alnından arxaya daranmış qara
saçları və gözəl, qırmızı dodaqları ilə maraqlanırdı. O,
Saranın ona olan hörmətindən məmnun idi.
- Burada çox qalacaqsınız? - soruşdu.
- Bir neçə gün. Sonra Petraya getməyi düşünürəm.
- Hə? Mən də ora getməyi düşünürdüm. Amma vaxt
azdır. Gərək ayın 14-ünə qədər Parisə qayıdım.
- Məncə, bu, bir həftə vaxt alır. İki gün yol, iki gün
qalmaq və iki günə qayıtmaq.

9
downloaded from KitabYurdu.org
- Gərək səhər səyahət bürosuna gedim, görüm nə
planlaşdıra bilərlər.
Bir qrup adam qonaq otağına daxil olaraq əyləşdilər.
Sara onlara maraqla baxdı. Sonra səsini alçaldıb dedi:
- İndi içəri girən adamları, yəqin ki, keçən gecə qatarda
görmüsünüz? Onlar da bizim kimi Qahirədən yola çıxıblar.
Doktor Jerard eynəyini düzəldərək otağın digər tərəfinə
zilləndi:
- Amerikalılar?
Sara təsdiqlədi:
- Hə, amerikan ailəsidirlər. Amma məncə, çox
qəribədirlər.
- Qəribə? Nə mənada?
- Onlara baxın. Xüsusilə də yaşlı qadına.
Doktor Jerard onlara baxdı. Professional psixiatr
baxışları ilə bir-bir ailəni izlədi. Əvvəlcə otuz yaşlarında,
hündür, ərincək kişini gördü. Üzü xoş idi. Amma olduqca
zəif və ölgün təsir bağışlayırdı. Stolda daha iki yaxşı
görünüşlü gənc oturmuşdu. Oğlanlardan biri yunanlara
oxşayırdı. “Bu gəncdə də nəsə var”. - Doktor Jerard
düşündü. - “Hə, əsəbilik”. Qız, deyəsən, gəncin bacısı idi.
Onlar arasında güclü oxşarlıq vardı və qız da həyəcanlı idi.
Daha bir qızın qızılı-qırmızılı saçları halə kimi başını
bürümüşdü. Əlləri narahat idi. Qızcığaz dizinin üstündəki
salfeti cırıb, tökürdü. Onun yanında daha bir gənc
qadın oturmuşdu. Saçları qara idi, Luini Madonna kimi
dinc və sakit üzü vardı. Onda əsəbilik görünmürdü.
Qrupun ortasında isə... “İlahi! - Doktor Jerard fransız ədası

10
downloaded from KitabYurdu.org
ilə düşündü. - Nə dəhşətli qadındır!”. Yaşlı, şişkin qadın
onların arasında əyri, yaşlı hörümçək torun mərkəzində
oturan kimi hərəkətsiz əyləşmişdi. Saraya dedi:
- La maman! Necə çirkindir, - və çiyinlərini çəkdi.
Sara soruşdu:
- Onda nəsə nəhs bir şey var, elə deyil?
Doktor Jerard yenidən yaşlı qadını süzdü. Bu dəfə onun
gözləri daha professional analiz edirdi.
- Su yığılması, ürək çatışmazlığı, - o, tibbi ifadə
işlətdi.
- Hə, ola bilər! - Sara tibbi düşünmədən əlavə etdi.
- Lakin onların qadına qarşı münasibətində də nəsə var, elə
deyil?
- Onlar kimdir, tanıyırsan?
- Onların soyadları Boyntondur. Ana, evli oğul, onun
xanımı, subay oğul və iki gənc bacı.
Doktor Jerard asta səslə dedi:
- Boynton ailəsi dünyaya səyahətə çıxıb.
- Hə, amma onlarda qəribəlik var. Onlar heç vaxt başqa
heç kimlə danışmırlar. Yaşlı qadın icazə verməsə, heç biri
heç nə edə bilməz.
- Matriarxatdır demək, - Jerard fikirli halda dedi.
- Tiraniyadır, məncə, - Sara əlavə etdi.
Doktor Jerard çiyinlərini çəkdi və fikirləşdi ki,
ümumiyyətlə, amerikalı qadınlar dünyanı idarə etməyə can
atırlar.
- Hə, amma başqa şeylər də var, - Sara davam etdi,
- qoca qarı onları elə qorxudub ki, hamısını ayağının

11
downloaded from KitabYurdu.org
altında saxlayır. Bu, yolverilməzdir!
- Böyük güc sahibi olmaq qadına ziyanlıdır, - Jerard
razılaşdı. Sonra başını yellədib əlavə etdi: - Qadın həmişə
gücdən sui-istifadə edir.
Sonra o, Saranın baxışlarını gördü. O, Boynton ailəsinə,
daha doğrusu, ailənin bir üzvünə baxırdı. Doktor Jerard hər
şeyi başa düşərək gülümsədi: “Həə, deməli, məsələ bu
imiş?!”
O, Saranı sınayaraq soruşdu:
- Onlarla danışmısınız, hə?
- Hə, onlardan biri ilə.
- Ən gənc oğlanla?
- Hə. Kantaradan bura qatarla gələrkən. O, dəhlizdə
dayanmışdı. Söhbətləşdik.
Saranın danışığında utanc hiss edilmirdi. Ümumiyyətlə,
onun həyata mövqeyində utanca yer yox idi. O, insanlarla
maraqlanırdı və narahat xasiyyəti vardı.
- Niyə onunla danışdınız? - Jerard soruşdu.
Sara çiyinlərini çəkdi:
- Niyə də yox? Səyahət edəndə insanlarla
söhbətləşməyi xoşlayıram. Onlarla maraqlanıram: nə
edirlər, nə düşünürlər, nə hiss edirlər.
- Onları mikroskop altına qoyub, təcrübə keçirirsiniz,
belə desək.
- Hə, buna belə də demək olar, - o, qəbul etdi.
- Onlar haqqında hansı nəticəyə gəlmisiniz?
- Hmm, - Sara tərəddüd etdi, - bu, bir az çətin
məsələdir. Oğlanla başlasaq, məni görən kimi saçının

12
downloaded from KitabYurdu.org
dibinə qədər
qızardı.
- Burada qəribə nəsə var ki? - Jerard quru halda dedi.
Sara güldü:
- Elə bilirsiniz ki, o fikirləşib, qadın kimi qəfil
yaxınlaşdığım üçün utanmazam? Yox, məncə, o belə
düşünmürdü. Kişilər həmişə düşündüklərini deyirlər, elə
deyil?
O, həkimə baxaraq səmimi sual verdi. Doktor Jerard
başını yellədərək təsdiqlədi.
- Mənə təsir etdi ki, - Sara sakitcə, qaşqabaqla dedi, - o
həm həyəcanlıdır, həm də nədənsə qorxur. Bu qəribədir,
elə deyil? Həmişə mənə elə gəlib ki, amerikalılar daha çox
özlərinə güvənirlər. İyirmi yaşlı Amerikalı gənc
İngiltərədən olan yaşıdından daha çox dünya, həyat barədə
anlayışa sahibdir.
Bu oğlanın isə elə iyirmi yaşı olar.
-Təxminən iyirmi üç, iyirmi dörd, deyərdim.
- Yəni o qədər?
- Məncə, hə.
- Hə, çox güman, haqlısınız. Amma o necə də cavan -
görünür.
- Sosial yeniyetməlik. Uşaq faktoru gənc saxlayır.
- Onda mən haqlıyam? Yəni onda nəsə normal deyil?
Doktor Jerard çiyinlərini çəkdi, qızın ciddiliyinə
gülümsədi.
- Əziz gənc iedi, hansımız normalıq ki? Amma səni
əmin edirəm ki, bu ailədə əsəbilik var.

13
downloaded from KitabYurdu.org
- Əminəm ki, o dəhşətli qadına görədir.
- Deyəsən, onu heç xoşlamamısınız, - Jerard maraqla
qıza baxaraq soruşdu.
-Yox, qətiyyən. Onun baxışlarında bədxahlıq var!
Jerard sakitcə dedi:
- Əksər analar oğullarına gözəl qadın yaxınlaşanda elə
baxırlar.
Sara səbirsizliklə çiyinlərini çəkdi. Fransız da çoxları
kimi seksdən əziyyət çəkirdi, deyəsən. Vicdanlı psixoloq
kimi, əlbəttə, o qəbul edirdi ki, əksər fenomenlərin ardında
seks faktoru dayanır. Sara oxuduğu psixoloji kitablardan
nümunələr axtarmağa başladı. Amma fikri dağıldı.
Reymond Boynton mərkəzi stola yaxınlaşıb, jurnal seçdi.
Saranın stulunun yanından keçəndə qız ona baxıb soruşdu:
- Bu gün gəzinti ilə başınız qarışıb?
Sözləri diqqətlə seçmişdi. Maraqlanırdı ki, gənc
sözlərinə necə reaksiya verəcək. Reymond dayandı, əsəbi
at kimi kənara sıçradı, qorxu ilə ailəsinin oturduğu masaya
baxdı. Sonra dodağının altında mırıldadı:
- Hə, hə, başım qarışıq idi.
Sonra isə əlində jurnalla arxasına biz batırılmış kimi
sürətlə ailəsinin yanına qayıtdı.
Yaşlı qadın kök əlini uzadaraq jurnalı götürdü. Doktor
Jerard gördü ki, o bu zaman gəncin üzünə zillənib.
Dodağının altında minnətdarlıq etdi. Sonra başının
formasını dəyişdi. Doktor gördü ki, indi də qoca qarı
Saraya zillənib. Üzündə heç bir ifadə yox idi. Bu qadının
fikrindən keçənləri bilmək qeyri- mümkün idi. Sara saatına

14
downloaded from KitabYurdu.org
baxdı və ucadan dedi:
- Gör nə qədər oturmuşuq.
Sonra ayağa qalxdı, doktor Jerarda tərəf dönüb dedi:
- Çox təşəkkür edirəm, doktor Jerard, kofeyə dəvətiniz
üçün. Bəzi məktublar yazmalıyam.
Jerard ayağa qalxıb onun əlini sıxdı.
- Ümid edirəm yenə görüşərik, - o dedi.
- Əlbəttə. Yəqin ki, Petraya gedərsiniz, hə?
- Çalışacağam gedim.
Sara ona gülümsədi və getdi. Otağına gedən yol
Boynton ailəsinin yanından keçirdi.
Onu izləyən doktor Jerard gördü ki, miss Boynton
oğlunun üzünə bic-bic baxır. Sara keçəndə Reymond
Boynton üzünü Saradan kənara çevirdi. Doktor hiss etdi ki,
miss Boynton baxışları ilə oğlunu buna məcbur edib. Sara
Kinq gəncin bu hərəkətini hiss etdi. O bunu vecinə
almamaq üçün çox gənc və humanist idi. Axı onlar birlikdə
yataq vaqonunun dəhlizində dostyana söhbət etmişdilər.
Misir barədə təəssüratlarını bölüşüb, eşşək sürən
oğlanların və küçə alverçilərinin danışığına gülmüşdülər.
Sara dəvəçini təsvir edərkən demişdi ki, dəvəçi ondan
soruşub:
- Siz Amerikalısınız, yoxsa İngiltərəli?
Sara isə cavab vermişdi:
- Çinliyəm.
Dəvəçi ona təəccüblə baxarkən gülməkdən
uğunubmuş. Reymond Saraya görə olduqca yaraşıqlı və
qızğın məktəblilərə bənzəyirdi. Baxmayaraq ki, onda

15
downloaded from KitabYurdu.org
təsirli nəsə vardı. İndi isə heç bir səbəb olmadan kobud və
tərbiyəsiz idi.
“Bundan sonra onunla işim yoxdur”, - Sara qəzəblə
düşündü. Lovğalıqdan uzaq Sara özü haqqında yaxşı
düşünürdü. Bilirdi ki, qarşı cins üçün cazibədardır. Ona
görə də belə münasibətə hazır deyildi. O, əlbəttə, bu gəncə
qarşı həddindən artıq dostyana olmuşdu, amma hansısa
naməlum səbəblərdən gəncə yazığı gəlirdi. Amma indi
görünürdü ki, o sadəcə kobud, tərbiyəsiz amerikalıdır.
Məktub yazmaq əvəzinə Sara Kinq güzgünün qarşısında
oturdu. Saçlarını alnından geri atıb, güzgüdəki bir cüt
qonur gözə baxdı və son günləri beynində analiz etməyə
başladı. O bu yaxınlarda ağır və həssas günlər keçirmişdi.
Bir ay qabaq dörd ildir sevgili olduğu gənc həkimlə
nişanını pozmuşdu. Onlar bir-birini çox cəlb edirdilər,
sevirdilər, amma məlum oldu ki, həddindən artıq oxşar
xasiyyətləri var. Narazılıq və mübahisələr artıq
adiləşmişdi. Sara nişanlısının təsiri altına düşmək üçün çox
müstəqil idi.
Güclü qadınların əksəriyyəti kimi, Sara inanırdı ki,
gücə pərəstiş edir. Həmişə özünü inandırmışdı ki, idarə
olunmaq istəyir. Lakin belə bir adama rast gələndə anladı
ki, o belə yaşaya bilməz. Nişanı pozmaq qəlbini möhkəm
yaralasa da, həyat boyu xoşbəxtlik üçün qarşılıqlı
cazibənin kifayət etmədiyini anlayacaq qədər ağıllı idi.
Maraqlı tətil planı hazırladı ki, ürəkağrısını unutsun və
sağalsın ki, geri qayıdıb sağalda bilsin.
Saranın düşüncələri keçmişdən indiyə yol aldı.

16
downloaded from KitabYurdu.org
“Görəsən, - o düşündü, - doktor Jerard işi barədə
mənimlə danışmaq istəyər? Elə böyük iş görüb ki. Məni
ciddi qəbul edəydi kaş... Əlbəttə, əgər Petraya getsə”.
Sonra o yenidən qəribə və kobud amerikalı barədə
düşündü. Şübhəsi yox idi ki, onun kobudluğuna səbəb
məhz ailəsi idi. Lakin yenə də ona qarşı qəzəbli idi. Ailənin
təsiri altında bu qədər olmaq çox axmaq şeydir, xüsusilə
də bir kişi üçün. Amma...
Özünü qəribə hiss etdi. Əmin idi ki, bütün bu
hadisələrdə nəsə qəribə bir şey var. Qəfildən uca səslə
dedi:
- Gənc azad olmaq istəyir. Ona kömək edəcəyəm.
3
Sara qonaq otağını tərk etdikdən sonra doktor Jerard bir
neçə dəqiqə də oturdu. Sonra stola yaxınlaşıb, “Le Matin”
jurnalının sonuncu nömrəsini götürdü. Boynton ailəsinin
oturduğu stolun yaxınlığında əyləşdi. Ailə onda maraq
oyatmışdı. Əvvəlcə ingilis qızın amerikalı ailə ilə
maraqlanması ona qəribə gəlsə də, sonra anlamışdı ki, Sara
ailə üzvlərindən yalnız biri ilə maraqlanır. Lakin indi bu
ailədəki qəribəlik onda dərin alim marağı oyatmışdı. Hiss
edirdi ki, bu ailədə psixoloji maraqlarına uyğun nəsə var.
Ehtiyatla jurnalın üz qabığının altından ailə üzvlərini bir-
bir izləməyə başladı. Əvvəlcə ingilis qızın marağına səbəb
olan gənci izlədi. “Hə, doğrudan da qızın diqqətinə uyğun
gəncdir”, - Jerard düşündü. Sara Kinqin üstünlüyü vardı -
onun əsəbləri yerində idi, soyuqqanlı dərrakəsi və
qətiyyətli iradəsi vardı. Doktor Jerarda görə bu gənc isə

17
downloaded from KitabYurdu.org
çox həssas, utancaq, özünəinamdan məhrum idi.
Həkim gözü ilə hiss etdi ki, gənc əsəbi gərginliyin ən üst
həddindədir. Doktor Jerard niyəsini düşündü. Çaşıb
qalmışdı. Görəsən, niyə fiziki cəhətdən sağlam, xaricdə
səyahətdən həzz almalı olan gənc belə əsəbi idi? Həkim
baxışlarını digər üzvlərə zillədi. Şabalıdı saçlı qız
Reymondun bacısına bənzəyirdi. Hər ikisinin eyni tipi
vardı: incə, yaraşıqlı və aristokrat baxışlı. Hər ikisinin zəif
və düzgün əlləri, eyni xətli çənələri və oxşar baş formaları
vardı. Qız da olduqca gərgin görünürdü. Yüngül və əsəbi
hərəkətlər edirdi. Gözlərinin altı kölgəli idi. Danışarkən
nitqi sürətli və nəfəssiz idi. O qədər gərgin idi ki, dincələ
bilmirdi.
“O da qorxur, - doktor Jerard qərar verdi. - Hə, dəqiq
qorxur”.
Ailənin söhbətinin bəzi hissələrini eşidirdi.
- Süleyman çarın tövləsinə də gedə bilərik.
- Bu, ananı çox yormaz ki?
- Səhər Ağlama divarına gedək?
- Ömərin məbədi. Ona Ömər məscidi deyirlər.
Görəsən, niyə?
- Çünki onu müsəlman məscidində inşa ediblər,
Lennoks.
“Adi turist söhbətləri”, - Jerard düşündü. Amma hiss
edirdi ki, bu adi söhbətin altında əslində olduqca ağır bir
şey durur. Bu, olduqca dərin və sözlərlə ifadə edilməyən
bir şey idi. Yenidən “Le Matin” jurnalının arxasından
ailəyə baxdı. Lennoks? Böyük oğul. Oxşarlıq olsa da o,

18
downloaded from KitabYurdu.org
qardaş, bacısından fərqlənirdi. Elə də gərgin və əsəbi
deyildi. Görünüşü həkimə maraqlı gəlmədi. Sakit
oturmuşdu. Xəstəxanada xəstələri arasında belə oturanını
xatırlamağa çalışarkən Jerard düşündü: “O yorulub, hə,
dəqiq, əzab çəkməkdən yorulub. Gözlərinə baxanda yaralı
it və ya xəstə at baxışları var. Bu da maraqlıdır. Fiziki
olaraq hər şey normaldır... Şübhə yoxdur ki, o, mənəvi
iztirab çəkib. Daha əzab çəkmir və sadəcə hansısa zərbəni
gözləyir. Zərbə? Bəlkə bunları uydururam? Yox, dəqiq, bu
adam nəyisə, hansısa sonluğu gözləyir. Xərçəng xəstələri
belə uzanıb, ağrını kəsən dərmanlara minnətdarlıqla
gözləyirlər”.
Lennoks Boynton ayağa qalxdı və yaşlı qadının əlindən
düşən yun topunu qaldırdı.
- Buyur, ana.
- Çox sağ ol.
Görəsən, bu heykəl kimi hissiyyatsız qadın nə toxuyur?
Qalın və kobud nədirsə. Jerard düşündü: “Məhbuslar üçün
geyim!”. Özü də fantaziyasına güldü.
Sonra diqqətini ailənin ən gənc üzvü, qırmızı saçlı qıza
cəmlədi. Qızın on yeddi yaşı olardı. Dərisi o qədər təmiz
idi ki, qırmızı saçları ilə uyğunlaşırdı. Olduqca arıq qız çox
gözəl idi. O, boşluğa baxaraq gülümsəyirdi. Çox qəribə
təbəssüm idi. Fikirləri Solomon Oteldən, Qüdsdən çox
kənarda idi. Kənardan müqəddəs ilahələrə bənzəyirdi. Bu,
Jerarda nəyisə xatırlatdı.
Bu qəribə təbəssümü o, Afinada Akropoldakı qız
heykəllərində görmüşdü. Qızın gözəl təbəssümü və

19
downloaded from KitabYurdu.org
sakitliyi ona çox təsir etdi. Sonra Jerard dəhşətlə onun
əllərini gördü. Ailə üzvləri əllərini stolun arxasında
gizlətmişdilər. Amma həkim kənardan onları izləyə bilirdi.
Qızın əlləri dizinin üstündəki dəsmalı parçalayıb, didirdi.
Bu, həkimi dəhşətə gətirdi. Uzaqlara dalmış, gülümsəyən
zərif qız və dayanmadan dağıdan əllər...
4
Qoca qarı əvvəlcə fısıltı ilə öskürdü, sonra hakim səslə
dedi:
- Cinevra, yorğunsan. Gedib yatsan yaxşı olar.
Qız diksindi. Barmaqları mexaniki hərəkəti dayandırdı.
- Yorğun deyiləm, ana.
Jerard qızın musiqili səsini eşitdi. Hətta mənasız sözlər
belə onun tələffüzündə nəğmə kimi səslənirdi.
- Yorğunsan, bilirəm. Məncə, bu gün heç yeri gəzə -
bilməzsən.
- Yox, gəzəcəm. Mən özümü yaxşı hiss edirəm.
Qarı xırıltılı səslə dedi:
-Yox, gəzməyəcəksən. Xəstələnə bilərsən.
- Yox, yox,- qız əsəbi, titrək səslə dedi.
Sakit və yumşaq səs dedi:
- Mən də səninlə gedirəm, Cinni.
Böyük, düşüncəli qonur gözləri, səliqə ilə burulmuş
tünd rəngli saçları olan sakit, gənc qadın ayağa qalxaraq
ona yaxınlaşdı.
Qoca Boynton dedi:
- Yox, o, tək olacaq.
Qız ağladı.

20
downloaded from KitabYurdu.org
- İstəyirəm Nadin də gəlsin.
- Əlbəttə ki, səninlə gedəcəm, - gənc qadın qıza tərəf
addımladı.
Qoca qarı təhdidedici səslə dedi:
- Uşaq tək getmək istəyir, elə deyil, Cinni?
Bir müddət sükut çökdü. Sonra Cinevra Boynton quru
və batıq səslə dedi:
- Hə, tək getsəm yaxşıdır. Çox sağ ol, Nadin.
Gənc qız qapıya tərəf getdi. Qızın hündür bədəninin
incə hərəkəti həkimi təəccübləndirdi. Doktor Jerard jurnalı
aşağı salıb, açıq-aşkar qoca Boyntona zilləndi. O, qızının
ardınca baxırdı və şişkin üzündə qəribə təbəssüm vardı. Bu
təbəssüm qızın bir az əvvəlki məsum təbəssümünün tam
əksi idi. Sonra
qoca qarı Nadinə zilləndi. Sonuncu elə indicə əyləşmişdi.
O, gözlərini qaldıraraq qayınanasına baxdı. Soyuqqanlı
baxırdı. Qarının üzündə kin vardı.
“Necə də mənasız, qoca tirandır”, - doktor Jerard -
düşündü.
Sonra qəfildən qoca qarının gözləri ona istiqamətləndi.
Həkimin sanki nəfəsi kəsildi. Qara, balaca, ifadəsiz
gözlərdə güc, şeytani bədlik oxunurdu. Doktor Jerard
şəxsiyyətin gücü barədə bilirdi. Anladı ki, qarşısında kiçik
şıltaqlıqları ilə yaxınlarını bezdirən qoca qadın oturmayıb.
Yaşlı qadın zorakılığın özü idi. Həkim qadının
baxışlarında kobra təsiri hiss edirdi. Miss Boynton qoca,
taqətsiz, xəstə ola bilərdi, amma gücsüz deyildi. Bu qadın
güc sözünün mənasını bilirdi, həyatı boyu onu tətbiq

21
downloaded from KitabYurdu.org
etmişdi və heç vaxt gücünə şübhə etməmişdi. Doktor
Jerard bir dəfə pələnglərlə təhlükəli və möhtəşəm
performans göstərən qadın görmüşdü. Nəhəng vəhşi
heyvanlar qadına tabe olaraq onun alçaldıcı əmrlərini
yerinə yetirirdilər. Onların gözlərində və əhliləşdirilmiş
nəriltilərində qadına qarşı dəhşətli nifrət vardı. Amma
onlar yenə də
yaltaqlıqla tabe olurdular. O, gənc, təkəbbürlü və gözəl
qadın idi. Amma baxışlar eyni idi.
“Təlimçi!” - Doktor Jerard düşündü. Anladı ki, bayaqkı
zərərsiz ailə söhbətinin altında əslində nə yatırmış. Bu,
nifrət idi... nifrətin qara fırtınası.
Düşündü: “Əksər insanlar haqqımda xəyalpərəst və
absurd adam kimi düşünəcəklər. Bu, sadəcə Fələstinə
səyahət etmiş adi amerikalı ailədir, mən isə onların
ətrafında qara cadulu hekayə qururam”.
Sonra o, maraqla Nadin adlanan sakit, gənc qadına
baxdı. Onun sağ əlinin nişan barmağında üzük vardı.
Həkim ona baxanda qadının Lennoksa baxdığını gördü.
Onlar ər-arvad idilər. Amma qadının baxışında daha çox
analıq qayğısı hiss edilirdi. O, narahat baxışları ilə sanki
ərini qoruyurdu. Həkim anladı. Bu qrupda yalnız Nadin
Boynton qayınanasının təsiri altında deyildi. Yaşlı qadını
sevmirdi və ondan da qorxmurdu. Güc ona toxunmamışdı.
O, ərindən narahat və olduqca bədbəxt idi. Amma azad idi.
Doktor Jerard düşündü: “Həə, bütün bunlar olduqca
maraqlıdır”.
5

22
downloaded from KitabYurdu.org
Qaranlıq fikirlər sonradan qəribə və maraqlı olmağa
başladı. Qonaq otağına daxil olan bir adam Boyntonların
baxışlarını tutaraq onlara tərəf getdi. O, xoş, ortayaşlı,
ənənəvi amerikalı idi. Səliqəli geyinmişdi, uzun, təmiz
qırxılmış üzü və asta, xoş, monoton səsi vardı. Ailəyə
yaxınlaşıb:
- Sizi hər yerdə axtarırdım, - dedi.
O, bir-bir ailə üzvlərinin əllərini sıxdı.
- Özünüzü necə hiss edirsiniz, miss Boynton?
Gəzməkdən çox yorulmamısınız?
Yaşlı qarı naz-qəmzə ilə fısıldadı:
- Yox, çox sağ ol. Bilirsən də, həmişə xəstə oluram.
- Çox pis. Çox pis.
- Amma doğrudan da elə pis deyiləm, - miss Boynton
ilan gülüşü ilə gülümsədi. - Nadin buradadır, qayğıma
qalır. Elə deyil, Nadin?
- Əlimdən gələni edirəm, - Nədinin səsi ifadəsiz idi.
- İnanıram ki, edirsiniz, - yad adam ürəkdən dedi. -
Yaxşı, Lennoks, David çarın şəhərini bəyəndinmi?
- Bilmirəm, - Lennoks maraqsız, etinasız səslə dedi. -
Yəqin gözlədiyin çıxmadı, hə? Etiraf edirəm, ilk dəfə
məndə də belə olmuşdu. Amma deyəsən, çox da -
gəzməmisiniz?
Kerol Boynton dedi:
- Anamıza görə çox gəzə bilmirik.
Miss Boynton izah etdi:
- Gündə bir neçə saat gəzintiyə ancaq dözə bilirəm.
Yad adam ürəklə dedi:

23
downloaded from KitabYurdu.org
- Bu qədər şey etməniz özü olduqca nəcibdir.
Miss Boynton fısıltı ilə rişxənd etdi, səsi az qala
daxildən çıxırdı:
- Bədənim məni məğlub edə bilməz. Əsas olan ağıldır.
Hə, ağıl...
Onun səsi uzaqlaşdı. Jerard gördü ki, Reymond
Boynton əsəbi hərəkət etdi.
- Ağlama divarına getmisiniz, Mister Koup? - soruşdu.
- Hə, əlbəttə. Ora ilk getdiyim yer idi. Daha bir neçə
günə Qüdsü tam gəzməyə ümid edirəm. Sonra isə Kooksun
bələdçisini götürüb Betlehem, Nazaret, Tiberiya, Qaiiley
dənizini, ümumilikdə bütün Müqəddəs Torpağı gəzəcəm.
Maraqlı olacaq. Sonra Yeraş var. Deyirlər orada dağıntılar
var, təsəvvür edirsiniz, Roma dağıntıları. Həmçinin çox
istərdim Qırmızı Qızılgüllər şəhəri Petraya gedim. Bu,
təbiət fenomenidir. Ora getmək də çətin deyil, amma
gedib-gəlmək bir həftəni alır.
Kerol dedi:
- Ora getmək istəyərdim. Heyrətamiz səslənir.
- Oranı görməyə dəyər, həqiqətən dəyər.
Mister Koup susdu. Miss Boyntona şübhəli nəzər
saldıqdan sonra fransızın güclə eşitdiyi səslə davam etdi.
- Bəlkə ailənizin bəzi üzvləri mənə qoşulsunlar? Başa
düşürəm ki, ora getmək, miss Boynton, sizin üçün çox
çətin olacaq. Ailə üzvlərinizdən bəziləri sizinlə də qala
bilər. Bəlkə adamları bölək?
O susdu. Jerard hətta miss Boyntonun toxuma
millərinin səsini eşitdi. Sonra qarı dedi:

24
downloaded from KitabYurdu.org
- Məncə, biz bölünməyəcəyik. Biz bir qrupuq, - sonra
uşaqlara baxıb əlavə etdi: - Hə, uşaqlar, nə deyə bilərsiniz?
Səsində hədə tonları vardı. Ailənin digər üzvləri bir
ağızdan cavab verdilər:
- Yox, ana.
- Əlbəttə, yox.
- Yox, bu mümkün deyil.
Miss Boynton gülümsəyərək dedi:
- Görürsünüz? Onlar məni tək qoymazlar. Nadin, sən
necə? Heç nə demədin.
- Yox, ana, təşəkkür edirəm. Amma buna Lennoks
qərar verir.
Miss Boynton başını astaca oğluna tərəf çevirdi.
- Hə, Lennoks, bəlkə Nadinlə birlikdə gedəsiniz? O,
deyəsən, getmək istəyir.
Lennoks diksindi. Baxışlarını qaldırıb dedi:
- Məncə, yaxşı olar ki, hamımız birlikdə qalaq.
Mister Koup dedi:
- Yaxşı, siz çox mehriban ailəsiniz.
Amma onun sözlərində qeyri-səmimilik hiss edilirdi.
Sanki məcbur danışırdı.
- Biz birliyimizi saxlayırıq, - miss Boynton dedi.
O, yun topunu sarımağa başladı.
- Yeri gəlmişkən, Reymond, indicə səninlə danışan o
gənc qadın kimdir?
Reymond əsəbi halda diksindi. Əvvəlcə qızardı, sonra
rəngi qaçdı.
-Adını bilmirəm. Keçən gecə bizimlə eyni qatarda idi.

25
downloaded from KitabYurdu.org
Miss Boynton yavaş-yavaş stuldan qalxmağa çalışdı.
- Məncə, ondan uzaq olmalısan.
Nadin ayağa qalxıb, qarıya stuldan durmaqda kömək
etdi. O bunu elə professionallıqla etdi ki, Jerardın diqqətini
cəlb etdi.
- Yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın, mister Koup,
- qarı dedi.
- Gecəniz xeyrə qalsın, miss Boynton. Gecəniz xeyrə
qalsın, miss Lennoks.
Boyntonlar ailəlikcə çıxışa tərəf getdilər. Gənclərdən
heç biri geridə qalmağı ağlına belə gətirmirdi. Mister Koup
onların arxasınca baxırdı. Üzündə qəribə ifadə vardı.
Doktor Jerard təcrübəsindən bilirdi ki, amerikalılar
dostcanlı millətdirlər. Onlar Britaniyalılar kimi səyahətdə
tək və şübhəli olmurlar. Doktor kimi adam üçün mister
Koup ilə tanış olmaq heç də çətin deyildi. Amerikalı tək idi
və dost axtarırdı. Doktor Jerardın kartı yenidən işə düşdü.
Kartın üstündəki adı oxuyan mister Cefferson Koup
heyrətləndi.
- Hə, əlbəttə. Doktor Jerard, bir müddət əvvəl ABŞ-a
gəlmişdiniz?
- Keçən payız. Harvardda mühazirə dedim.
- Əlbəttə, doktor Jerard. Sizin adınız sahənizdə ən ön
sıralardadır. Yəqin Parisdə də bu sahə üzrə birinci -
adamlardansız.
- Əzizim, çox iltifatlısınız. Etiraz edirəm.
- Yox, yox, inanın, sizi tanımaq mənim üçün şərəfdir.
Hazırda Qüdsdə bəzi seçilmiş adamlar var. Sizsiniz, lord

26
downloaded from KitabYurdu.org
Velldondur, maliyyəçi ser Qabriel Staynbaum. Həmçinin
ingilis
arxeologiyasının veteranı ser Manders Ston da buradadır.
İngilis siyasətinin görkəmli siması ledi Vestholmu da
gördüm. Hətta məşhur belçikalı detektiv Erkül Puaro da
buradadır.
- Puaro? O da buradadır?
- Yerli qəzetlərdən birində oxudum ki, dünən gecə
çatıb. Deyəsən, bütün dünya Solomon Oteldədir. Çox
yaxşı oteldir. Zövqlə bəzədilib.
Mister Cefferson Koup məmnun görünürdü. Doktor
Jerard bir insanı seçərsə, onu məmnun etməyi bacarırdı.
Sonra bu iki yeni tanış bara keçdilər. Bir neçə bakal sodalı
viskidən sonra Jerard dedi:
- Deyin görək, bu danışdığınız ailə adi amerikalı
ailədir? Cefferson Koup fikirli halda viskisini içdi. Sonra
dedi:
- Yox, onlara tipik deməzdim. Əksinə.
- Yox? Çox mehriban ailə kimi görünürlər.
Koup sakitcə dedi:
- Hamısının yaşlı qadının ətrafında cəmlənməsini
nəzərdə tutursunuz? Bu düzdür. Olduqca qəribə qadındır.
- Doğrudan?
Mister Koup üçün bu bəs idi. İncə dəvət artıq edilmişdi.
- Sizə düzünü deyəcəyəm, doktor Jerard, son günlər bu
ailə haqqında çox düşünürəm. Bu barədə sizinlə də
danışmaq istəyərəm. Təbii, əgər bezdirməzsəm?
Doktor Jerard bezmədiyini dedi. Mister Cefferson

27
downloaded from KitabYurdu.org
Koup davam etdi. Onun xoş, təmiz qırxılmış üzündə çaşqın
ifadə vardı:
-Açığını desəm, mən bir az narahatam. Miss Boynton
mənim köhnə dostlarımdandır. Yox, qoca Boynton yox.
Gənc qadın, miss Lennoks Boynton.
- Hə, yadıma düşdü. Cazibədar, qara saçlı gənc ledi.
- Hə, Nadin. Nadin Boynton. Doktor Jerard, o,
mükəmməl qadındır. Onu evlənməmişdən öncə
tanıyırdım. Xəstəxanada tibb bacısı olmaq üçün təlim
keçirdi. Sonra Boyntonlar ailəsi ilə birlikdə istirahətdə
oldu və Lennoksla evləndi.
- Aydındır.
Mister Cefferson Koup yenidən içkisini içdi və davam
etdi:
- Əgər istəsəniz, sizə Boyntonların ailə tarixçəsini -
danışaram.
- Əlbəttə. Bu, çox maraqlıdır.
- Deməli, belə, Elmer Boynton məşhur adam və
olduqca yaraşıqlı kişi olub. İki dəfə evlənib. Kerol və
Reymond hələ balaca olarkən birinci xanımı vəfat edib.
Miss Boynton həmin vaxtlar çox gənc olmasa da, olduqca
gözəl qadın olub. Onlar evləniblər. Düzdür, ona indi
baxanda nə vaxtsa gözəl olduğunu düşünmək olduqca
çətindir, amma etibarlı mənbəyə əsaslanaraq belə deyirəm.
Əri onu çox sevib və hər şeydə güzəştə gedib. Ölümündən
bir neçə il qabaq Elmer əlil oldu və bütün işlər miss
Boyntonun əlinə keçdi. O, çox bacarıqlı qadındır,
biznesdən yaxşı başı çıxır. Həmçinin işdə vicdanlıdır.

28
downloaded from KitabYurdu.org
Elmer öləndən sonra bütün həyatını onun yetim qalmış
uşaqlarına həsr etdi. Uşaqlardan yalnız biri onundur -
gözəl, qırmızı saçlı qız Cinevra. Düzdür, bir az zəifdir. Hə,
harada qalmışdım, deməli, miss Boynton həyatını ailəsinə
həsr etdi. Özünü, demək olar, dünyadan təcrid etdi.
Bilmirəm, siz necə düşünürsünüz, doktor Jerard, amma
mənə belə həyat tərzi heç də normal görünmür.
- Sizinlə razıyam. Özü də hələ inkişaf edən insanlar
üçün bu, olduqca ziyanlıdır.
- Elə bunu demək istəyirdim. Miss Boynton uşaqları
ətraf dünyadan məhrum edib. Onlara kənardan kiminləsə
münasibət qurmağı qadağan edib. Buna görə də onlar əsəbi
böyüyürlər. Elə əsəbi olduqlarına görə də heç kimlə dost
ola bilmirlər. Bu, çox pisdir.
- Hə, çox pis.
- İnanmıram ki, belə etməkdə miss Boyntonun pis
məqsədi olsun. Amma o həddindən artıq ailəyə bağlıdır.
- Hamısı bir evdə yaşayırlar? - doktor soruşdu.
- Hə.
- Oğlanlardan heç biri işləmir?
- Yox, əlbəttə. Elmer Boynton zəngin idi. Bütün pulları
ömrünün sonuna qədər miss Boyntona buraxdı. Düşünüb
ki, bu pulla miss Boynton ailəni idarə edəcək.
- Deməli, onlar qocadan pula görə də asılıdırlar?
- Hə, elədir. O, uşaqları məcbur edib ki, evdə
yaşasınlar.
İş axtarmasınlar. Bəlkə bu, normal görünə bilərdi, onsuz
da pul

29
downloaded from KitabYurdu.org
çoxdur. Onların işə ehtiyacı yoxdur. Amma hesab edirəm
ki, xüsusilə də kişilər üçün iş vacibdir. Bundan başqa,
onların heç birinin heç bir məşğuliyyəti yoxdur. Qolf
oynamırlar, heç bir kluba daxil deyillər. Digər gənclərlə
birlikdə rəqsə və ya əyləncələrə getmirlər. Onlar eləcə bir
evin içində yaşayırlar. Deyirəm də, doktor Jerard, bu, nəsə
normal deyil.
- Sizinlə razıyam, - doktor Jerard dedi.
- Heç birinin ən kiçik belə ictimai hissi yoxdur. Ola
bilər, gözəl və nümunəvi ailədirlər, amma hamısı özünə
qapalıdır.
- Bəs onlardan heç biri heç vaxt müstəqil olmaq
istəməyib?
- Yox, bu barədə eşitməmişəm. Həmişə birlikdədirlər.
- Siz bunda miss Boyntonu günahlandırırsınız?
Cefferson Koup bir qədər çaşdı, amma dedi:
- Əslində hiss edirəm ki, səbəbkar odur. Onları düzgün
tərbiyə etməyib. Amma axı istənilən gənc yetkinlik yaşına
çatanda azad yaşamalıdır. Heç bir oğlan anasının yubkası
altında gizlənməli deyil. Onlar müstəqilliklərini özləri -
seçməlidirlər.
Doktor Jerard fikirli halda dedi:
- Bəlkə də bu mümkün deyil.
- Niyə?
- Mister Koup, ağacları yetişməkdən saxlamaq üçün
müxtəlif metodlar olur.
Koup heyrətlə dedi:
- Onların sağlamlığı çox yaxşıdır, doktor Jerard.

30
downloaded from KitabYurdu.org
-Ağıl da beyin kimi zədələnə və inkişafdan qala bilər.
-Amma onların ağılları da yerindədir.
Jerard ah çəkdi. Cefferson Koup davam etdi:
- Yox, doktor Jerard, mənə inanın, hər kəsin taleyi öz
əlindədir. Özünə hörmət edən kəs mütləq həyatını özü
qurur. Ancaq bir yerdə oturub, barmaqlarını fırlatmalı
deyil. Heç bir qadın belə kişiyə hörmət etməz.
Jerard maraqla bir neçə dəqiqə onun üzünə baxıb dedi:
- Məncə, siz mister Lennoks Boyntonu nəzərdə
tutursunuz, eiə deyil?
- Hə, elə onun barəsində düşünürdüm. Reymond hələ
çox gəncdir. Amma Lennoksun otuz yaşı var. O bu vaxta
qədər
çoxdan nəsə etməli idi.
- Yəqin ki, xanımı da bundan əziyyət çəkir, elə deyil?
- Əlbəttə, onun üçün çətindir. Nadin çox yaxşı qızdır.
Ona pərəstiş edirəm. Amma xoşbəxt deyil, doktor.
Olduqca bədbəxtdir.
Jerard başı ilə təsdiqlədi.
- Hə, elə də görünür.
- Bilmirəm, bu barədə nə düşünürsünüz, doktor Jerard,
amma məncə, bir qadının daşıdığı yükün də həddi var.
Nadin olsaydım, Lennoksun qarşısına məsələ qoyardım.
Ya kim olduğunu sübut etsin, ya da...
- Ya da onu tərk etsin?
- Doktor Jerard, onun da öz həyatı var. Lennoks onu
olduğu kimi qiymətləndirmirsə, bunu edəcək başqa
kişilərdə var.

31
downloaded from KitabYurdu.org
- Məsələn, elə siz.
Amerikalı qızardı. Sonra doktorun gözlərinə baxdı.
- Hə, elə mən. Mən o qadına duyduğum hisslərə görə
utanmıram. Ona hörmət edirəm, çox bağlıyam. Onun
xoşbəxtliyini istəyirəm. Lennoksla xoşbəxt olduğunu
görsəm, özüm kənarda dayanardım.
- Amma belə olan halda?
- Belə olan halda yanlarındayam. Əgər məni istəsə, -
hazıram.
- Siz əsl cəngavərsiniz, - Jerard sakitcə dedi.
- Pardon?
- Əzizim, cəngavərlik bu dövrdə yalnız amerikalılarda
qalıb. Siz bir xanıma mükafat olmadan ömrünüzün sonuna
qədər xidmət etməyə hazırsınız. Bu, çox gözəl şeydir.
Onun üçün məhz nə edə bilərsiniz?
- Mən yalnız burada, mənə ehtiyacı olduğunda onun
yanındayam.
- Bağışlayın, amma bir sual verim: Miss Boyntonun
sizə münasibəti necədir?
Cefferson Koup sakitcə dedi:
- Bu qoca qarıdan heç vaxt əmin deyiləm. Bayaq
dediyim kimi, kənardan insanlarla münasibət qurmağı
xoşlamır. Amma mənə qarşı çox yaxşıdır. Ailənin bir üzvü
kimi davranır.
- Belə desək, o sizin miss Lennoksla olan dostluğunuzu
dəstəkləyir?
- Hə, elədir.
Doktor Jerard çiyinlərini çəkdi:

32
downloaded from KitabYurdu.org
- Bu, bir az qəribədir.
Cefferson Koup boğuq səslə dedi:
- Doktor Jerard, sizi əmin edim ki, bizim
dostluğumuzda pis heç nə yoxdur. Bu, tam platonik
hisslərdir.
- Əzizim, bunu bilirəm. Sadəcə demək istəyirəm ki,
miss Boyntonun bu dostluğu dəstəkləməsi onun tərəfindən
əsl hiyləgərlikdir. Bilirsiniz, mister Koup, miss Boynton
məni çox, hədsiz maraqlandırır.
- Hə, qəribə qadındır. Onun çox güclü xarakteri və
şəxsiyyəti var. Elə ona görə də, Elmer Boynton ona
inanırdı.
- O qədər çox ki, hətta uşaqlarını maliyyə cəhətdən
ondan asılı salıb. Mənim ölkəmdə, mister Koup, qanunla
belə şey qadağandır.
Mister Koup ayağa qalxdı:
- Amerikada biz tam azadlığa inanırıq.
Doktor Jerard da ayağa qalxdı. Koupun son sözləri ona
heç təsir eləmədi. Bu sözləri müxtəlif millətlərdən çox
eşitmişdi. Hər millət əmin idi ki, azadlıq illüziyası yalnız
onlardadır. Doktor Jerard ağıllı idi. Bilirdi ki, heç bir
millət, ölkə, heç bir fərd tam azad ola bilməz. Amma həm
də köləliyin müxtəlif dərəcələrini bilirdi. O, fikirli halda
yatmağa getdi.
6
Sara Kinq məbədin həyətində dayanmışdı. Məbəd
Haram- Əş-Şərif adlanırdı. Arxası isə imarətin günbəzinə
tərəf idi. Fontanın səsini dinləyirdi. Turistlər kiçik

33
downloaded from KitabYurdu.org
qruplarla şərq atmosferini pozmadan, sakitcə keçib
gedirdilər. “Qəribədir, - Sara düşündü, - əvvəllər qədim
yəhudilər bu qayalığı dağıdaraq, taxıl zəmisi ediblər. Sonra
David altı yüz qızıl şekel (qədim dövrdə qızıl və gümüş
ölçü vahidi, - tərc.) ödəyərək oranı alıb və Müqəddəs
Torpaq edib. İndi isə dünyanın hər bir yerindən, hər dildə
danışan müxtəlif insanların səsi buradan gəlir...”. Arxaya
dönərək qədim məbədin üzərində tikilmiş məscidə baxdı
və düşündü ki, görəsən, Süleymanın məbədi heç olmasa
bunun yarısı qədər gözəl olubmu. Ayaq səsləri gəldi və bir
qrup insan məsciddən çölə çıxdı. Bunlar çoxdanışan
bələdçi ilə Boyntonlar ailəsi idi. Miss Boynton Reymond
və Lennoksun arasında gedirdi. Nadin və mister
Koup arxada gedirdilər. Kerol sonuncu idi. Bu vaxt Kerol
Saranı gördü. O əvvəlcə tərəddüd etdi, sonra isə ətrafa
baxıb, sürətlə həyətdən keçib Saranın yanına gəldi.
- Bağışlayın, - sürətli getdiyi üçün hələ də təngnəfəs
olan qız dedi, - sizinlə danışmalıyam.
- Buyurun? - Sara dedi.
Kerol əsirdi. Üzünün rəngi ağarmışdı.
- Qardaşım barədə danışmaq istəyirəm. Dünən gecə
onunla danışanda yəqin elə bildiniz ki, çox kobud insandır.
Amma o... O sadəcə danışa bilmirdi. Xahiş edirəm, mənə
inanın.
Sara hiss etdi ki, bütün bunlar gülünc görünür. Bu,
təhqiramiz idi. Axı niyə bu qəribə qız kobud qardaşına
görə üzr istəməlidir? Sara az qala sərt cavab verəcəkdi.
Amma son anda fikrini dəyişdi. Burada qeyri-adi nəsə var

34
downloaded from KitabYurdu.org
idi. Qız çox səmimi görünürdü. Sara həkim işləyəndən bəri
insanları hiss etməyə başlamışdı. İnstinkti ona deyirdi ki,
nəsə düz deyil və qız səmimidir. O soruşdu:
- De görüm, nə olub?
- O sizinlə qatarda söhbətləşmişdi, elə deyil? - Kerol
dedi.
Sara başı ilə təsdiqlədi.
- Hə, daha doğrusu, mən onunla danışdım.
- Hə, əlbəttə. Elə də bilirdim. Amma keçən gecə Rey
qorxurdu.
O susdu.
- Qorxurdu?
Kerolun ağ üzü qızardı.
- Başa düşürəm, bu, axmaq səslənir. Amma bilirsiniz,
anamız, o... O, yaxşı deyil. Kənardan insanlarla dost
olmamızı istəmir. Amma bilirəm ki, Rey sizinlə dost
olmağı çox istəyir.
Bu, Saraya maraqlı gəldi. Danışmaq istəyəndə Kerol
davam etdi:
- Bilirəm, dediklərim axmaq səslənir. Amma biz bir az
qəribə ailəyik, - sonra ətrafa qorxu dolu baxışlarla baxıb
dedi.
- Mən daha qala bilmirəm. Onlar məni gözləyirlər.
Sara fikirləşib dedi:
- Əgər qalmaq istəyirsinizsə niyə gedirsiniz? Qalın,
birlikdə gəzək.
- Yox, - Kerol diksindi. - Bunu edə bilmərəm.
- Niyə? - Sara soruşdu.

35
downloaded from KitabYurdu.org
- Edə bilmərəm. Anam... Anam...
Sara sakit və aydın səslə dedi:
- Bilirəm, bəzən valideynlərə uşaqlarının böyüdüyünü
anlamaq çox çətindir. Onlar həyatlarını onların üstünə
yıxmağa çalışırlar. Bu, çox pisdir, amma gərək azadlıq
üçün mübarizə aparasan.
Kerol dodağının altında dedi:
- Sən başa düşmürsən, başa düşə bilməzsən, - əllərini
bir-birinə əsəblə kilidlədi.
- Yox, bəzən insanlar ondan vaz keçirlər, çünki
qalmaqaldan qorxurlar. Qalmaqallar yaxşı deyil, amma
məncə, azadlıq üçün hər zaman mübarizə aparmağa dəyər.
- Azadlıq? - Kerol ona baxdı. - Biz heç birimiz azad
deyilik. Heç vaxt da olmayacağıq.
- Bu nə cəfəngiyat! - Sara dedi.
Kerol qabağa əyilib, onun qoluna toxundu:
- Qulaq as, mən səni başa salmalıyam. Atamla
evlənməzdən qabaq anam - yəni ögey anam - həbsxanada
nəzarətçi olub. Atam qubernator idi və onunla evləndi. O
vaxtdan belədir. O bizə də həbsxanadakı kimi nəzarət edir.
Ona görə də həyatımız həbsxana kimidir.
Kerol yenə də ətrafına baxdı:
- Onlar məni axtaracaqlar. Getməliyəm.
Getmək istəyərkən Sara qolundan tutdu.
- Bir dəqiqə. Biz yenə də görüşüb, danışmalıyıq.
- Yox, bunu edə bilmərəm. Məndən asılı deyil.
- Bacararsan. Gecə yatmamışdan qabaq otağıma gəl.
Otaq nömrəm 319-dur. Yadında saxla, 319.

36
downloaded from KitabYurdu.org
Sara qızın qolunu buraxan kimi o, ailəsinin yanına
qaçdı. O, qızın arxasınca baxıb düşünərkən birdən doktor
Jerardı yanında gördü.
- Sabahınız xeyir, miss Kinq. Miss Kerol Boyntonla -
danışırdınız?
- Hə. Çox qəribə söhbət oldu. Qoy sizə də danışım.
O, qızla söhbətini həkimə danışdı. Jerardın diqqətini bir
məsələ çəkdi:
- Həbsxanada nəzarətçi? Qoca begemot nəzarətçi
olub? Bu artıq çox maraqlıdır.
Sara dedi:
- Sizcə, tiranlığının səbəbi də budur? Keçmiş
peşəsindən qalma vərdiş?
Jerard başını yellədi.
- Yox, bu, məsələyə səhv nöqtədən yanaşmaq
deməkdir. Burada başqa dərin məsələlər var. O, ona görə
tiran olmayıb ki, həbsxana nəzarətçisi olub. Belə deyək, o,
ona görə həbsxana nəzarətçisi olub ki, tiranlığı sevir.
Mənim nəzəriyyəmə görə, insanlar üzərində güc sahibi
olmaq onu bu peşəni seçməyə vadar edib.
Onun üzü kədərli idi.
- Bizim alt şüurumuzda elə şeylər var ki: güc hərisliyi,
qəddarlığa meyillilik, dağıtmaq ehtirası. Bunlar
babalarımızdan bizə qalır. Bu, sizdə də var, miss Kinq,
bütün bu qəddarlıq, vəhşilik... Biz qapılarımızı onların
üzünə bağlayırıq və normal
həyat üçün onlardan imtina edirik. Amma bəzən onlar çox
güclüdürlər və biz onlara qalib gələ bilmirik.

37
downloaded from KitabYurdu.org
Sara titrədi:
- Hə, bilirəm.
Jerard davam etdi:
- Bu gün biz belə şeyləri ətrafımızda tez-tez görürük.
Siyasət, millətlərin daxilində baş verənlər... İnsanları
vecinə alan yoxdur. Bəzən deyirlər ki, hər şey yaxşıdır,
yaxşı rejim, dövlət qayğısı... Amma bunlar hamısı güc,
qorxu və dəhşət üzərində qurulur. Onlar - bu zorakılıq
elçiləri öz xeyirləri üçün qapıları açırlar, qədim vəhşilik,
qəddarlıq üzə çıxır. Bunlar mürəkkəb məsələlərdir. İnsan
əhliləşdirilmiş heyvandır. İnsanın yalnız bir ibtidai
məqsədi var - yaşamaq. Sürətli inkişaf gec inkişafdan daha
ziyanlıdır. O yaşamalıdır. Bəlkə də buna görə insanlar
qəddarlığı saxlayırlar, onu məhv etmirlər, amma mümkün
qədər gizlətməyə çalışırlar.
Sükut çökdü. Sonra Sara dedi:
- Sizcə, qoca miss Boynton sadistdir?
- Buna, demək olar ki, əminəm. Mənə elə gəlir ki, o,
insanlara əzab verməyi xoşlayır, amma fiziki yox,
psixoloji əzab. Belə şeylər çox nadir baş verir, lakin onlarla
mübarizə aparmaq da daha çətindir.
- Bu, vəhşilikdir, - Sara dedi.
Jerard ona Koupla olan söhbətini danışdı. Sara fikirli
halda dedi:
- Mister Koup, deyəsən, nə baş verdiyini elə də yaxşı
bilmir, hə?
- Əlbəttə ki, yox. O ki psixoloq deyil.
- Hə, düzdür. Onda bizim seçici məntiqimiz yoxdur.

38
downloaded from KitabYurdu.org
- Bəli. Onun çox gözəl, sentimental, normal amerikalı
düşüncəsi var. O, pisdənsə yaxşıya inanmağa üstünlük
verir. O görür ki, Boyntonlar ailəsində nəsə düz deyil.
Sadəcə, elə bilir ki, miss Boynton uşaqlarına həddindən
artıq bağlıdır.
- Yəqin qoca qarı ona gülür.
- Hə, mən də belə təsəvvür edirəm.
Sara səbirsizliklə soruşdu:
- Bəs uşaqlar niyə azad olmurlar? Onlar bunu edə
bilərlər.
Jerard başını buladı.
- Burada səhv edirsən. Edə bilməzlər. Xoruz üzərində
keçirilmiş köhnə təcrübədən xəbərin var? Yerdə təbaşirlə
xətt çəkib, xoruzun dimdiyini xəttə yaxınlaşdırırlar. Xoruz
elə bilir ki, onu bağlayıblar. Başını qaldıra bilmir. Bu
bədbəxtlərdə də eyni şeydir. O, uşaqların üzərində
körpəlikdən çalışıb. Onların düşüncəsinə hakim olub.
İnandırıb ki, ona itaət etməmək mümkün deyil. Çox adam
deyə bilər ki, bunlar cəfəngiyatdır, amma biz bunu yaxşı
bilirik. O, uşaqları inandırıb ki, ondan asılılıq labüddür.
Onlar o qədər həbsdə qalıblar ki, həbsxananın qapılarını
açsanız belə hiss etməyəcəklər. Hətta onlardan ən azı biri
heç azad olmaq da istəməyəcək. Onlar azadlıqdan
qorxacaqlar.
- Bəs o öləndə nə olacaq? - Sara soruşdu.
Jerard çiyinlərini çəkdi.
- Bu onun nə vaxt ölməsindən asılıdır. Əgər bu, tezliklə
baş versə, inanıram ki, bu, tez olacaq, oğlan və qız hələ

39
downloaded from KitabYurdu.org
gəncdirlər. Onlar normal ola bilərlər. Amma Lennoks çox
dözməyəcək. Mənə elə gəlir ki, o bütün ümidini itirib və
heyvan kimi yaşayır.
Sara səbirsizliklə dedi:
- Onun arvadı nəsə etməlidir. Ərinə kömək etməlidir.
- O da yorğun və ümidsiz olmalıdır.
- Sizcə, o da təsir altındadır?
Jerard başını yellədi.
- Yox. İnanmıram ki, qocanın onun üzərində nəsə
təsiri var. Ona görə də ona nifrət edir. İnanmırsansa
gözlərinə bax.
Jerard qaşqabağını tökdü.
- Axı o da gəncdir. Nə baş verdiyini anlamır ki?
- Məncə, o hər şeyi çox gözəl bilir.
- Hmm, - Sara dedi. - Qoca qarı öldürülməlidir. Onun
səhər çayına məmnuniyyətlə zəhər tökərdim.
Sonra qəfil əlavə etdi:
- Bəs ən gənc qız, qırmızı saçlı, gözəl təbəssümü olanı
deyirəm.
Jerard qaşqabağını tökdü.
- Bilmirəm. Bu mənə də maraqlıdır. Cinevra Boynton
yaşlı qadının öz qızıdır.
- Hə. Məncə, qarı ona qarşı fərqli davranır, hə?
Jerard sakitcə dedi:
- İnanmıram ki, zorakılıq və qəddarlıq insanlara tətbiq
edilirsə, bu hətta yaxınlardan belə yan keçsin.
Bir neçə dəqiqə sükutdan sonra dedi:
- Siz xristiansınız, madmazel?

40
downloaded from KitabYurdu.org
Sara sakitcə dedi:
- Bilmirəm. İnanclı olduğumu düşünürdüm. Amma
indi əmin deyiləm. Hiss edirəm ki, hər şeyi silmək
istəyirəm, - o, əli ilə qəti hərəkət etdi, - bütün binaları,
sektaları, kilsələri. Daha İsanı eşşəyin üstündə Qüdsə girən
təsəvvür edib, inanmaq istəmirəm.
Doktor Jerard təmkinlə dedi:
- Xristianlığın prinsiplərindən biri də aza qane
olmaqdır. Mən həkiməm. Bilirəm ki, uğur qazanmaq
arzusu, güclü olmaq istəyi, ambisiyalar insan ruhunu
xəstələndirə bilər. Bu arzu reallaşanda təkəbbür, lovğalıq
və toxluq hissi yaradır. Amma
arzu yerinə yetməyəndə bu, insanı dəli edə bilər. Bu gün
dəlixanalar özünü adi, lazımsız hesab edən insanlarla
doludur. Onlar reallıqdan imtina edərək özlərini həmişəlik
uydurma həyata məhkum ediblər.
Sara dedi:
- Çox pis ki, qoca Boynton dəlixanada deyil.
Jerard başını yellədi:
- Yox, onun yeri uğursuzların yanında deyil. Bu ondan
da pisdir. O, uğur qazanıb. Arzusunu yerinə yetirib.
Sara əsəblə qışqırdı:
- Bunlar olmamalıydı.
7
Sara fikirləşirdi, görəsən, Kerol Boynton gecə görüşə
gələcəkmi. Ümumilikdə o buna şübhə edirdi. O qorxurdu
ki, səhərki söhbətdən sonra Kerol görüşə gəlməz. Amma
yenə də hazırlaşdı. Mavi, ipək paltarını geyindi, qaz

41
downloaded from KitabYurdu.org
lampasını yandırıb, su qaynatdı. Bir müddət sonra Kerolun
gəlişindən əlini üzüb (gecə saat bir idi), yatmağa gedəndə
qapı döyüldü. O, qapını açdı və arxaya çəkildi ki, Kerol
içəri girsin. Kerol təngnəfəs halda dedi:
- Qorxurdum ki, yatmış olasınız.
Sara yüngül tonda dedi:
-Yox, nə danışırsınız. Sizi gözləyirdim. Çay
hazırlamışam. İçirsiniz? Bu, həqiqi Lapsanq Şusonq
çayıdır.
O, çay gətirdi. Kerol əsəbi idi və narahat görünürdü.
Biskvitlə çay içdikdən sonra bir az sakitləşdi.
- Bu, əyləncəlidir, hə? - Sara gülümsəyərək soruşdu.
- Hə, deyəsən, - Kerol qorxu ilə cavab verdi.
- Məktəb vaxtı, adətən, dərsdən belə qaçırdıq. Siz
məktəbi buraxmamısınız yəqin.
Kerol başını yellədi:
- Biz heç vaxt evdən çıxmamışıq. Müəlliməmiz olub.
Çoxlu fərqli müəllimələr. Onlar bizdə çox qalmırdılar.
- Həqiqətən heç vaxt evdən çıxmamısınız?
- Həmişə eyni evdə yaşamışıq. Bu ilk dəfədir ki, xarici
ölkədə, evdən kənardayıq.
- Bu sizin üçün əsl macəra olar ki.
- Hə. Yuxu kimi idi.
- Bəs ögey ananız nə əcəb xaricə səyahət etmək istədi?
Hətta miss Boyntonun adını çəkən kimi Kerol diksindi.
Sara cəld dedi:
- Bilirsiniz, mən həkiməm. Bu yaxınlarda tibb
bakalavrı olmuşam. Ananız və ya ögey ananız mənim üçün

42
downloaded from KitabYurdu.org
çox maraqlıdır. Deyərdim ki, onunku patoloji haldır.
Kerol heyrətləndi. Bu onun üçün gözlənilməz oldu.
Sara bunu bilə-bilə dedi. O görürdü ki, ailə üçün miss
Boynton
dəhşətli, qorxunc varlıqdır. O sadəcə bu qorxunu
dağıtmağa çalışırdı.
- Hə, ciddi deyirəm. Belə bir xəstəlik var. İnsanlar
başqalarını hakimiyyətləri altında saxlamağa çalışırlar.
Hər şeyin onlar dediyi kimi olmasını tələb edirlər və
onlarla normal münasibət qurmaq çox çətindir.
Kerol stəkanını aşağı saldı.
- Oh! - deyə ağlamağa başladı. - Sizinlə danışdığım
üçün çox şadam. Bilirsiniz, mən və Rey son zamanlar
özümüzü çox pis hiss edirik. Hər şeydən əsəbiləşirik.
- Başqaları ilə danışmaq həmişə yaxşıdır. Ailədə
həmişə kimsə çox gərgin olur. - Sara soruşdu: - Sən
bədbəxtsən? Bəs nə vaxtsa evdən çıxmağı düşünmüsən?
Kerol qorxdu.
- Yox. Necə? Yəni axı ana heç vaxt buna icazə verməz.
-Axı o səni dayandıra bilməz. Sən artıq yetkinlik yaşına
çatmısan.
- İyirmi üç yaşım var.
- Görürsən?!
- Amma axı yenə də necə gedim, hara gedim, necə
yaşayacam? Axı bizim heç pulumuz da yoxdur.
- Gedəcək heç bir dostun yoxdur?
- Dostlar? - Kerol başını yellədi. - Yox, heç bir
tanışımız yoxdur.

43
downloaded from KitabYurdu.org
- Heç biriniz evdən çıxmağı düşünməmisiniz?
- Yox, heç vaxt. Biz çıxa bilmirik.
Sara mövzunu dəyişdi. O, qızın vəziyyətinin
pisləşdiyini hiss edirdi. Dedi:
- Ögey ananızı sevirsiniz?
Kerol başını yellədi. Pıçıltılı və qorxmuş səslə dedi:
- Ona nifrət edirəm. Rey də nifrət edir. Çox arzulayırıq
ki, o ölsün.
Sara yenidən mövzunu dəyişdi:
- Böyük qardaşın barədə danış mənə.
- Lennoks? Bilmirəm Lennoks niyə belədir. Hətta indi
heç çox danışmır da. Az qala bütün gün yuxulu olur. Nadin
ona görə çox narahatdır.
- Nadini xoşlayırsan?
- Hə, Nadin çox fərqlidir. O, çox mehribandır, amma
bədbəxtdir.
- Qardaşına görə?
- Hə.
- Onlar çoxdan evlidirlər?
- Dörd ildir.
- Bəs həmişə o evdə yaşayıblar?
- Hə.
- Bəs o, eyni evdə yaşamaqdan rahatdır?
- Yox. - Kerol bir müddət fasilədən sonra dedi. - Dörd
il qabaq evimizdə böyük dava oldu. Dediyim kimi, heç
birimiz evdən çölə çıxmırıq. Yəni biz ancaq bağa çıxırıq,
başqa heç yerə. Amma Lennoks gedirdi. O, gecələr evdən
çıxırdı. Fountain Springsə getmişdi. Orada rəqslər

44
downloaded from KitabYurdu.org
edirdilər. Anam bunu biləndə çox əsəbiləşdi. Bu, dəhşət
idi. Sonra o, Nadinə dedi ki, gəlib evdə qala bilər. Nadin
atamın uzaq qohumudur.
O, çox kasıb idi, tibb bacısı olmaq üçün təlim keçirdi. Bizə
gəlib bir ay qaldı. İzah edə bilmirəm ki, o bizdə qalanda
necə
sevinirdik. Onunla Lennoks bir-birini sevdilər. Anam dedi
ki, evlənib bizdə qalsınlar.
- Nadin də bunu istəyirdi?
Kerol tərəddüd etdi. Sonra dedi:
- İnanmıram ki, o bunu istəyirdi. Amma etiraz etmədi.
Sonralar Lennoksla birlikdə evdən uzaqlaşmaq istədi.
- Amma getmədilər?
- Yox. Anam heç eşitmək də istəmədi. - Kerol bir
müddət susduqdan sonra əlavə etdi. - Məncə, o daha
Nadini xoşlamır. Nadin əyləncəlidir. Onun nə
fikirləşdiyini heç vaxt bilmək olmur. Çalışır ki, Cinniyə
kömək etsin, amma bu, anamın xoşuna gəlmir.
- Cinni balaca bacındır?
- Hə. Cinevra əsl adıdır.
- O da bədbəxtdir?
Kerol şübhə ilə başını yellədi.
- Necə deyim, Cinni son zamanlar qəribə olub. Onu
anlaya bilmirəm. O həmişə zəif olub. Ana onun üstündə
əsir.
Amma bu onu daha da xəstə edir. Sonra isə Cinni dəyişdi.
O bəzən məni qorxudur. Nə etdiyini bilmir.
- Həkimə gedib?

45
downloaded from KitabYurdu.org
- Nadin aparmaq istəyirdi, amma ana qoymadı. Cinni
də çox əsəbiləşdi, qışqırdı ki, həkimi görmək istəmir.
Ondan narahatam.
Qəfil Kerol ayağa qalxdı.
- Sizi çox saxlamayım. Sağ olun ki, məni qəbul edib
dinlədiniz. Yəqin düşünürsünüz ki, çox qəribə ailəyik.
- İndi hamı qəribədir. Yenə gəl, yaxşı? Gələndə
qardaşını da gətir.
- Doğrudan? Olar?
- Əlbəttə. Bir az sirlərimizi paylaşarıq. Yaxın dostumla
da tanış edərəm. Doktor Jerard. Çox yaraşıqlı fransızdır.
Kerolun yanaqları qızardı.
- Bu necə də maraqlıdır. Kaş anam bunu bilməsə.
Sara həyəcanını gizlədib, sakitcə dedi:
- Hardan biləcək? Gecən xeyrə qalsın. Sabah da eyni
vaxtda görüşərik?
- Hə. Sabahdan sonrakı gün bəlkə getdik.
- Onda dəqiq sabah görüşürük. Gecən xeyrə qalsın.
- Sənin də. Çox sağ ol.
Kerol otağı tərk edib, sakitcə dəhlizdən keçdi. Onun
otağı bir mərtəbə aşağıda idi. Otağına çatıb qapını açanda
astanada donub qaldı. Miss Boynton ocağın yanındakı
kresloda oturub yun paltar hörürdü. Kerolun
dodaqlarından hündür “Ah!” səsi çıxdı. Bir cüt qara göz
onun üzünə zillənmişdi.
- Harada idin, Kerol?
- Məəənnnn...
- Harada idin?

46
downloaded from KitabYurdu.org
Sakit, xırıltılı səsdə təhdid tonu var idi və Kerolun ürəyi
dəhşətlə sıxılırdı.
- Miss Sara Kinqlə görüşmüşdüm.
- Keçən axşam Reymondla danışan qızla?
- Hə, ana.
- Onunla yenə görüşəcəksən?
Kerolun dodaqları səssiz hərəkət etdi. Qorxunun
nəhəng dalğaları kimi başını yelləyərək təsdiqlədi.
- Nə vaxt?
- Sabah gecə.
- Getməyəcəksən. Bildin?
- Hə, ana.
- Söz verirsən?
- Hə.
Miss Boynton ayağa durmağa çalışdı. Kerol mexaniki
olaraq ona tərəf qaçıb, kömək etdi. Miss Boynton qıza
söykənərək otaqdan keçdi. Otağın qapısına çatanda arxaya
baxıb, büzüşmüş qıza dedi:
- Daha miss Kinqlə bir kəlmə də danışmayacaqsan.
Aydındır?
- Hə, ana.
- Təkrar et!
- Daha onunla bir kəlmə də danışmayacam.
- Yaxşı.
Miss Boynton otaqdan çıxıb, qapını örtdü. Kerol gərgin
halda yatağına yıxıldı. Özünü pis hiss edirdi. Ona elə
gəlirdi ki, bədəni ağacdandır. Birdən hönkürtü ilə
ağlamağa başladı. Bir

47
downloaded from KitabYurdu.org
az qabaq onun qarşısında günəş işığı düşmüş yol, ağaclar
və güllər var idi. İndi isə ətrafını yenə də qara divarlar
bürümüşdü.
8
- Bir dəqiqənizi ala bilərəm?
Nadin Boynton təəccüblə dönüb, üzü gündən qaralmış,
gənc qadın gördü.
- Buyurun, əlbəttə.
Amma danışan kimi, özündən asılı olmadan çiyni
üzərindən narahat şəkildə ətrafa baxdı.
- Adım Sara Kinqdir.
- Aha, buyurun.
- Miss Boynton, sizə qəribə bir şey deyəcəm. Keçən
gecə baldızınızla uzun müddət söhbət etdik.
Nadin Boyntonun sakit üzündən kölgə keçdi.
- Siz Cinevra ilə danışmısınız?
- Yox, Cinevra ilə yox, Kerolla.
Kölgə yoxa çıxdı.
- Hə, anladım, Kerolla.
Nadin Boynton sevincək, amma təəccüblü görünürdü.
- Bunu necə edə bildiniz?
- Gecə otağıma gəldi.
Nadinin qara qaşları bəyaz alnına qalxdı. Sonra əlavə etdi:
- Əminəm ki, bu sizin üçün çox qəribə görünür.
- Yox, - Nadin Boynton dedi. - Çox şadam. Həqiqətən.
Yaxşıdır ki, Kerolun söhbət edə biləcəyi dostu var.
- Söhbətimiz yaxşı tutdu.
Sara çalışırdı ki, sözləri diqqətlə seçsin.

48
downloaded from KitabYurdu.org
- Biz növbəti gecə görüşməyə qərar verdik.
- Hə?
- Amma Kerol gəlmədi.
- Gəlmədi?
Nadinin səsi çox soyuq idi. Sakit və zərif üzündən isə
Sara heç nə oxuya bilmədi.
- Yox. Dünən isə zaldan keçirdi. Onunla danışmaq
istədim, amma danışmadı. Üzümə bircə dəfə baxıb,
tələsərək otaqdan çıxdı.
- Başa düşürəm.
Sükut çökdü. Sara söz tapa bilmədi. Nadin Boynton dedi:
- Üzrlü hesab edin. Kerol çox əsəbi qızdır.
Yenidən sakitlik çökdü. Sara vəziyyəti ələ aldı.
- Bilirsiniz, miss Boynton, mən həkim olacam. Məncə,
baldızınız özünü insanlardan bu qədər təcrid etməməlidir.
Nadin Boynton fikirli halda Saraya baxdı.
- Başa düşürəm. Həkim olmanız vəziyyəti dəyişir.
- Nə dediyimi anladınız? - Sara inadla soruşdu.
Nadin başını əydi. Yenə də fikirli idi.
- Əlbəttə, haqlısınız, - bir neçə dəqiqə sonra dedi. -
Amma problemlər var. Qayınanamın halı pisdir. Belə
desəm, o, kənar adamların ailəyə girməsinə çox qarşıdır.
- Axı Kerol böyük qızdır.
Nadin başını yellədi.
- Yox, elə deyil. Bədəncə, hə, ola bilər. Amma ağlı
hələ uşaq qalıb. Onunla söhbət etdinizsə, bunu yəqin hiss
etmisiniz. Bəzi hallarda o, qorxmuş uşaq kimi davrana
bilir.

49
downloaded from KitabYurdu.org
- Yəni hesab edirsiniz, bu, baş verib? O qorxub?
- Əminəm ki, miss Kinq, qayınanam Kerola sizinlə
daha danışmamağı tapşırıb.
- Və Kerol razılaşıb?
Nadin Boynton sakitcə dedi:
- Hesab edirsiniz ki, o, başqa nəsə edə bilərdi?
İki qadının gözləri toqquşdu. Sara hiss etdi ki, kənar
söhbətin maskası altında əslində onlar bir-birini gözəl
anlayıblar. Nadin də vəziyyəti başa düşüb. Amma o hələ
bunu müzakirə etməyə hazır deyil. Sara özünü itirdi. Axı
elə dünən gecə ona elə gəlmişdi ki, müharibəni, demək
olar, qazanıblar. Gizli görüşlərdə o, Kerol və Reymonda
inqilab ruhu aşılayacaqdı. (Açıq danışaq, bəlkə də elə
əvvəldən fikrində Reymond vardı). Amma indi, döyüşün
elə ilk raundunda şeytani, nəhs gözləri olan şişkin,
formasız qadın ona qalib gəldi. Kerol mübarizəsiz təslim
oldu.
- Bu, düzgün deyil, - Sara hündürdən dedi.
Nadin cavab vermədi. Onun sükutunda nəsə vardı.
Saraya elə gəldi ki, bu sükut qəlbinə çökən soyuq əl kimi
bir şeydir.
Düşündü: “Bu qadın vəziyyətin ümidsizliyini məndən də
yaxşı bilir. O hadisələri özü yaşayıb”.
Liftin qapısı açıldı. Qoca qarı əlindəki əsaya dirənərək,
Reymonda söykənib, liftin qarşısında dayanmışdı. Sara
yüngülcə diksindi. Gördü ki, qoca qarı əvvəlcə Nadinə,
sonra isə ona baxır. O bu gözlərdəki narazılığa, hətta
nifrətə hazır idi. Amma bu gözlərdəki təntənəli və istehzalı

50
downloaded from KitabYurdu.org
həzzə heç hazırlaşmamışdı. Sara çıxıb getdi. Nadin irəli
gedib onlara qoşuldu.
- Bu da sən, Nadin, - qoca qarı dedi. - Çölə çıxmamış
bir az oturub dincəlsəm, yaxşı olar.
Onlar qarını hündür söykənəcəyi olan stulda oturtdular.
Nadin onun yanında oturdu.
- Kiminlə danışırdın, Nadin?
- Miss Kinqlə.
- Hə, xatırladım. Reymondla keçən gecə danışan qız.
Rey, niyə gedib onunla söhbət etmirsən? O, yazı masasının
yanında oturub.
Qoca istehzalı gülüşlə Reymonda baxdı. O qızardı.
Üzünü çevirib nəsə donquldandı.
- Nə dedin, oğlum?
- Onunla danışmaq istəmirəm.
- Belə də bilirdim. Onunla danışmayacaqsan. Hətta
istəsən belə danışmayacaqsan.
Qəfil fısıltı ilə öskürdü.
- Artıq bu səyahət xoşuma gəlir, Nadin. Bu zövqü heç
nəyə dəyişmərəm.
- Doğrudan? - Nadin ifadəsiz səslə soruşdu.
- Rey.
- Hə, ana.
- Oradakı küncdən mənə bir parça kağız gətir.
Reymond itaətkarlıqla uzaqlaşdı. Nadin başını qaldırdı. O,
oğlana deyil, qarıya baxırdı. Miss Boynton irəli əyilmişdi.
Burun pərələri zövqlə titrəyirdi. Rey Saranın yanından
keçdi. Qız ümidlə ona tərəf baxdı. Amma Rey ondan kənar

51
downloaded from KitabYurdu.org
keçib, qeyd dəftərçəsini götürüb, geri qayıdanda qızın
ümidi söndü. Rey anasının yanına qayıdanda alnında tər
damcıları vardı, üzü
ağarmışdı. Miss Boynton yumşaq səslə “Ah!” - dedi. Sonra
hiss etdi ki, Nadin onu izləyir. Onun gözləri qarını
əsəbiləşdirdi.
- Mister Koup bu səhər haradadır?
Nadin gözlərini endirdi. O yenidən zərif və ifadəsiz
səslə cavab verdi:
- Bilmirəm. Görməmişəm.
- Onu xoşlayıram. Onu çox xoşlayıram. Biz tez-tez
görüşməliyik. Sən də onu xoşlayırsan, hə, Nadin?
- Hə, mən də onu çox xoşlayıram.
- Lennoksa nə olub son vaxtlar? O, sakit və yorğun
görünür. Aranızda bir şey olmayıb ki?
- Yox. Niyə olsun ki?
- Qəribədir. Mənə elə gəlirdi, evli insanlar tez-tez
dalaşırlar. Əlbəttə, öz evinizdə yaşasanız, daha xoşbəxt
olardınız.
Nadin cavab vermədi.
- Bizdən ayrı yaşamaq istəyərdin?
- İnanmıram ki, siz bunu istəyərdiniz, ana.
Miss Boyntonun gözləri parıldadı. Sonra isə qəfil və
zəhərləyici səslə dedi:
- Sən həmişə mənə qarşı olmusan, Nadin.
- Bunu düşündüyünüz üçün təəssüf edirəm.
Qarı əlləri ilə çəliyinin tutacağını sıxdı. Üzü qızarmağa
başladı. Tonunu dəyişərək dedi:

52
downloaded from KitabYurdu.org
- Dərmanımı götürməyi unutmuşam. Onları gətir,
Nadin.
- Yaxşı.
Nadin ayağa qalxıb, liftə tərəf getdi. Miss Boynton
onun ardınca baxdı. Reymond stulda oturub, aciz-aciz
baxırdı. Nadin pillələri qalxıb, dəhlizdən keçdi. Otel
nömrələrinin qonaq otağına daxil oldu. Lennoks
pəncərənin kənarında əyləşmişdi. Əlində kitab vardı,
amma oxumurdu. Nadin içəri girəndə ayağa qalxdı.
- Salam, Nadin.
-Ananın dərmanlarını götürməyə gəldim. Yadından çıxıb.
O, miss Boyntonun yataq otağına keçdi. Əlüzyuyanın
üzərindəki kiçik şkafdan dərmanı götürüb, stəkana atdı və
üzərinə su tökdü. Qonaq otağından keçərkən dayandı.
- Lennoks.
Lennoks ona bir neçə dəqiqə sonra cavab verdi. Bu o
demək idi ki, Lennoks dərin düşüncələrə dalıbmış. Sonra
dedi
- Üzr istəyirəm. Nəsə deyirdin?
Nadin Boynton dərmanlı stəkanı ehtiyatla stolun
üzərinə qoydu. Sonra yaxınlaşıb ərinin yanında oturdu.
- Lennoks, bax, pəncərədən o tərəfdə günəş parlayır.
Həyata bax. Həyat gözəldir. Amma biz buradan,
pəncərədən baxmaq əvəzinə orada olmalıyıq.
Yenə səssizlik çökdü. Lennoks dedi:
- Bağışla. Çölə çıxmaq istəyirsən?
Nadin cəld cavab verdi:
- Hə. Mən səninlə çölə, günəşə çıxmaq istəyirəm.

53
downloaded from KitabYurdu.org
Yaşamaq, ancaq ikimiz üçün yaşamaq istəyirəm.
O, stuluna çökdü. Gözləri narahat və yaralı idi.
- Nadin, əzizim. Yenə bunları təkrarlayacaqsan?
- Hə. Biz bu barədə danışmalıyıq. Buradan uzaqlaşıb,
həyatımızı başqa yerdə davam etdirməliyik.
- Axı necə? Pulumuz yoxdur.
- Pul qazana bilərik.
- Necə qazanacağıq? Nə edəcəyik? Mən savadsızam.
Minlərlə savadlı adam indi iş axtarır. Onlar tapmır, mən
necə tapacam? Bizə çətin olacaq.
- Mən hər ikimizin əvəzinə pul qazanaram.
- Əziz balam, sən heç təlimini mənə görə başa
vurmamısan. Bu ümidsiz və mümkünsüzdür.
- Yox. İndiki həyatımız ümidsiz və mümkünsüzdür.
- Nə danışdığını bilmirsən. Ana bizə qarşı yaxşıdır. O
bizə lüks həyat yaşadır.
- Azadlıq ki, yoxdur. Lennoks, bir az cəhd göstər. Bu
gün mənimlə çıxaq gedək.
- Nadin, məncə, dəli olmusan.
- Yox, ağlım yerindədir. Tamamilə yerindədir. Mən öz
həyatımı, səninlə birgə həyatı, günəş altında həyat
istəyirəm. Tiran və bizi bədbəxt etməkdən xoşbəxt olan
qoca qarının kölgəsi altında yaşamaq istəmirəm.
- Anam bir az dözülməz ola bilər...
- Sənin anan dəlidir. O, ağlını itirib.
O, yumşaqca arvadının sözünü kəsdi:
- Bu, düz deyil. Onun biznesdən gözəl başı çıxır.
- Əlbəttə, çıxacaq.

54
downloaded from KitabYurdu.org
- Başa düş, Nadin. O həmişə yaşamayacaq. Artıq
altmışdan çox yaşı var. Özü də xəstədir. Öldükdən sonra
atamın pulları aramızda bərabər bölünəcək. Yadındadır, o
bizə vəsiyyətnaməni oxumuşdu?
- O öləndə hər şey üçün gec olacaq.
- Oec?
- Xoşbəxtlik üçün çox gec.
Lennoks mızıldandı:
- Xoşbəxtlik üçün çox gec.
O qəfil titrədi. Nadin ona yaxınlaşıb, əllərini çiyninə
qoydu.
- Lennoks, səni sevirəm. Bu sənin ananla mənim
aramda döyüşdür. Onun, yoxsa mənim yanımda
olacaqsan?
- Yalnız sənin.
- Onda dediyimi et.
- Bu mümkün deyil.
-Yox, bu mümkündür. Düşün, Lennoks, bizim
uşaqlarımız ola bilər.
- Ana da istəyir ki, uşaqlarımız olsun. O həmişə belə
deyir.
- Bilirəm. Amma mən sənin böyüdüyün mühitə uşaq
dünyaya gətirmək istəmirəm. Ananın sənin üzərində təsiri
var, amma onun gücü mənə keçmir.
Lennoks yenə mızıldandı:
- Bəzən onu qəzəbləndirirsən, Nadin, bu heç yaxşı
deyil.
- O yalnız ona əsəbiləşir ki, üzərimdə, şüurum

55
downloaded from KitabYurdu.org
üzərində təsiri yoxdur və mənə öz qanunlarını diktə edə
bilmir.
- Bilirəm ki, ona qarşı həmişə nəzakətli və zərifsən.
Sən möhtəşəmsən. Mənim üçün çox yaxşısan. Həmişə belə
olmusan. Mənə evlənmə təklifi edəndə sanki yuxuda idim.
Nadin sakitcə dedi:
- Səninlə evlənməkdə səhv etmişəm.
Lennoks ümidsizcəsinə dedi:
- Hə, məncə də.
- Sən nə demək istədiyimi anlamırsan. Demək
istədiyim odur ki, o vaxt getsəm və səndən məni izləməni
istəsəm,
bilirəm ki, edəcəkdin. İnanıram ki, edəcəkdin. O vaxtlar
ananı və onun nə istədiyini biləcək qədər ağıllı deyildim.
Nadin susdu. Sonra əlavə etdi:
- Mənimlə getməkdən imtina edirsən? Səni məcbur
edə bilmərəm. Amma mən getməkdə azadam. Gedəcəyəm.
O, inamsızlıqla arvadına baxdı. İlk dəfə cəld cavab
verdi. İlk dəfə ərincək fikirləri işləməyə başlamışdı. O
kəkələdi:
- Yox, gedə bilməzsən. Anam çox əsəbiləşəcək.
- O məni dayandıra bilməz.
- Pulun yoxdur.
- Pul qazana bilərəm. Borc ala, dilənə, hətta oğurlaya
da bilərəm. Başa düş, Lennoks, ananın mənim üzərimdə
daha heç bir təsiri yoxdur. Getmək və ya qalmaq mənim öz
iradəmdir. Artıq düşünürəm ki, bu həyata lazım olandan
artıq dözmüşəm.

56
downloaded from KitabYurdu.org
- Nadin, məni tərk etmə.
O düşüncəli, anlaşılmaz və sakit ifadə ilə ərinə baxdı.
- Məni buraxma, Nadin.
Lennoks uşaq kimi yalvarırdı. Nadin döndü. Lennoks
onun gözlərindəki ağrılı və qəfil gözyaşlarını görmədi.
Sonra ərinə tərəf dönüb, qarşısında diz çökdü.
- Onda gəl mənimlə. Gəl. Bacararsan. İstəsən
bacararsan.
O, kənara çəkildi.
- Yox, bacarmıram. Bacarmıram. Allahım, mənə
yardım et. Cəsarətim çatmır...
9
Turist bürosuna gedən doktor Jerard Sara Kinqi
mühasibatlıqda gördü. O, Jerardı görən kimi dedi:
- Sabahınız xeyir. Petraya səyahətimi qeydə aldırıram.
İndicə öyrəndim ki, siz də gedirsiniz.
- Hə, düşündüm ki, getsəm yaxşı olar.
-Əla.
- Böyük dəstə olacağıq, görəsən?
- Dedilər ki, iki qadın, siz və mən olacağıq. Bir maşına
sığarıq.
- Maraqlıdır.
Sonra Jerard da turu qeydə almağa başladı. Sara ofisdən
çıxarkən əlində məktubla ona qoşuldu. Hava sərin, lakin
günəşli idi.
Doktor Jerard soruşdu:
- Dostlarımız Boyntonlardan nə xəbər var? Üçgünlük
tura görə Betlehem və Nazaretdə oldum.

57
downloaded from KitabYurdu.org
Sara asta və könülsüz səslə əlaqə yaratmaq
cəhdlərindən danışdı.
- Qısası, alınmadı. Onlar bu gün çıxıb gedirlər.
- Hara gedirlər?
- Heç bir fikrim yoxdur.
Sara pərt halda davam etdi:
- Görürəm ki, axmaq vəziyyətdə qaldığımı bilirsiniz.
- Nə mənada?
- Başqa adamların ailə işlərinə qarışdım.
Jerard çiyinlərini çəkdi.
- Bilmirəm, gərək bu barədə fikirləşəm.
- Yəni kiminsə işinə qarışıb-qarışmamaq barədə?
- Hə.
- Siz qarışardınız?
Fransız gülümsədi.
- Bilmək istəyirsiniz, başqa adamların işinə görə
narahat oluram, ya yox? Tam səmimi deyirəm ki, yox.
- Onda, sizcə, mən düzgün etmədim?
- Yox, məni səhv anladınız.
Jerard tez-tez və enerjili danışdı:
- Məncə, bu, mübahisəli məsələdir. Əgər kimsə
nəyinsə düz olmadığını görürsə, onu düzəltmək üçün
çalışmalıdırmı? Kiminsə müdaxiləsi xeyirliyə ola bilər.
Amma bu həm də ziyan verə bilər. Məsələnin həlli olduqca
çətindir. Bəzi adamlar müdaxiləni gözəl bacarırlar və sonra
xeyirli çıxırlar. Bəziləri isə düzgün müdaxilə etmirlər.
Buna görə də vaxtında əl çəkmək lazımdır. Həmçinin yaş
məsələsi də var. Gənclər ideallarında və inamlarında

58
downloaded from KitabYurdu.org
inadkardırlar. Onlar təcrübə yox, nəzəriyyə ilə çalışırlar.
Onlar təcrübəli deyillər. Fakt nəzəriyyəyə qarşı olur. Əgər
özünüzə və düz olduğunuza inanırsınızsa vəziyyəti
düzəldə bilərsiniz. (Amma bəzən ziyan da vura bilərsiniz).
Bir tərəfdən də, ortayaşlı adamın təcrübəsi olur. Onlar
bilirlər ki, müdaxilə çox vaxt ziyanlı olur, ona görə də
qarışmamağa çalışırlar. Amma sonda nəticələr eynidir.
Gənc həm xeyir, həm də ziyanlı iş görür. Ortayaşlılar isə
heç nə etmirlər.
- Danışdıqlarınızın mənə heç də köməyi olmadı, - Sara
etiraz etdi.
- Bir adam başqasına kömək edə bilərmi? Bu sizin
probleminizdir, mənim yox.
- Yəni siz Boyntonlar mövzusunda heç nə etmək
fikrində deyilsiniz?
- Yox. Məncə, bu işin sonu xeyirli olmayacaq.
- Mənim də qarışmağım düzgün deyil?
- Siz nəsə edə bilərsiniz.
- Niyə?
- Çünki üstün keyfiyyətləriniz var. Gəncliyiniz və
qadın olmanız.
- Cinsiyyət? Başa düşmürəm.
- İstəsək də, istəməsək də cinsiyyət məsələsinə
toxunmalı oluruq. Siz gənc Boynton xanımla görüş
cəhdinizdə uğursuzluğa düçar oldunuz. Amma bu o demək
deyil ki, onun qardaşı ilə də uğursuzluq olacaq. İndi mənə
danışdıqlarınız, yəni Kerolun sizə danışdıqları açıq-aydın
göstərir ki, miss Boynton tirandır. Böyük oğul Lennoks bir

59
downloaded from KitabYurdu.org
dəfə anasına qarşı
çıxıb. Anasını aldadaraq rəqsə gedib. Gənc kişinin sevgi
arzuları qarının qorxusundan güclü olub. Amma qoca qarı
da cinsiyyətin gücünü bilir, peşəsində belə şeyləri çox
görüb. Ona görə də bu məsələni ağılla həll edib. Kasıb,
amma gözəl bir qızı evə gətirərək, Lennoksu evlənməyə
cəsarətləndirib. Beləcə, daha bir kölə əldə edib.
Sara etiraz etdi:
- Düşünmürəm ki, miss Boynton kölədir.
Jerard razılaşdı:
- Əlbəttə ki, yox. Məncə, o olduqca ağıllı gənc qız
olub. Miss Boynton onun gücünü və xarakterini düzgün
qiymətləndirməyib. Nadin həmin vaxt həqiqi vəziyyəti -
qiymətləndirmək üçün çox gənc və təcrübəsiz olub. İndi
hər şeyi bilir, amma çox gecdir.
- Sizcə, o artıq ümidsizdir?
Doktor Jerard şübhə ilə başını buladı.
- Planları varsa belə, heç kim bu barədə bilmir. Koup
boş yerə onunla maraqlanmır. Kişi əslində qısqanc
heyvandır.
Qısqanclıq güclü qüvvədir. Lennoks Boynton batdığı
ətalətdən oyana bilər.
- Yəni, - Saranın tonunda işgüzarlıq və professionallıq
oyandı, - Reymondda da nəyisə dəyişmək şansım var?
- Məncə, hə.
Sara ah çəkdi.
- Yoxlaya bilərdim. Amma indi çox gecdir. Bu fikir
onsuz da o qədər ürəyimcə deyildi.

60
downloaded from KitabYurdu.org
Jerard şən görünürdü.
- Çünki ingilissiniz. İngilislərin cinsiyyət kompleksləri
var. Onlar belə şeylər haqqında pis düşünürlər.
Saranın qəzəbli baxışları ona təsir etmədi. Nitqinə davam
etdi:
- Hə, bilirəm, siz çox müasirsiniz. İctimaiyyət içində
lüğətdən tapa bildiyiniz bütün xoş olmayan sözləri rahat
işlədə bilirsiniz. Professionalsınız, daxili azadlığınız var.
Amma ananız və nənənizin ingilis xasiyyətləri sizdə də
var. Baxmayaraq ki, qızarmırsınız, siz yenə də utancaq
ingilis
xanımısınız.
- Heç vaxt belə cəfəngiyat eşitməmişəm.
Gözləri parıldayan doktor Jerard kifayət qədər
həyəcanla dedi:
- Bu sizi çox cazibədar edir.
Sara deməyə söz tapmadı. Doktor Jerard tələsik
şlyapasını çıxardı.
- Düşündüklərinizi demədən gedim.
Həkim otelə qayıtdı.
Otelin qapısının ağzında qarışıqlıq idi. Yüklə dolu bir
neçə maşın yola düşməyə hazırlaşırdı. Lennoks, Nadin
Boynton və mister Koup maşınların yanında dayanıb,
yükləmə prosesini izləyirdilər. Kök, qoca bələdçi Kerolla
danışırdı. Amma qeyri- səlis nitqindən heç nə anlamaq
olmurdu.
Sara onların yanından keçib, otelə daxil oldu. Miss
Boynton qalın paltoya bürünüb, stulda oturmuşdu. Onu

61
downloaded from KitabYurdu.org
gördükdə Saradakı nifrət duyğusu yoxa çıxdı. Sara
əvvəllər onda nəhs, şeytani məxluq görürdü. Amma indi
qarşısında şişman və yaşlı qadın gördü. Belə böyük güclə
doğulub, idarəçilik həvəsində olub, yalnız evin içində tiran
olmaq
bədbəxtlik idi. Kaş uşaqları da onu Sara görən kimi
görəydi - yazıq, axmaq, ərincək qoca qarı kimi. Sara ona
yaxınlaşdı:
- Sağ olun, miss Boynton. Ümid edirəm, sağ-salamat
çatarsınız.
Qoca qarı ona baxdı. Gözlərində kinlə nifrət bir-birinə
qarışmışdı.
Sara dedi:
- Mənə qarşı pis olmaq istəyirdiniz. - (Dəli olmuşdu,
nə idi? Onu belə danışmağa nə vadar etmişdi?) - Qızınız
və oğlunuzu mənimlə dost olmaqdan çəkindirdiniz. Sizcə,
bütün bunlar uşaqcasına və axmaq hərəkətlər deyildi?
Özünüzü nəhəng göstərməyə çalışırsınız, amma açığı,
sadəcə, aciz və boş adamsınız. Yerinizdə olsam, bütün bu
axmaq hərəkətləri yığışdırardım. Bilirəm, bəlkə də bu
sözlərə görə mənə nifrət edəcəksiniz, amma sizə
xeyirxahlıq arzulayıram. Hələ də əylənə və şən həyat
yaşaya bilərsiniz. Dostcanlı və mehriban olmaq daha
yaxşıdır. Bunun üçün çalışa bilərsiniz.
Sükut çökdü. Miss Boynton hərəkətsiz şəkildə
donmuşdu. Sonra o, dili ilə qurumuş dodaqlarını yaladı və
ağzını açdı...
Yenə heç nə deyə bilmədi.

62
downloaded from KitabYurdu.org
- Deyin. Deyin görüm. Mənə nə desəniz vecimə deyil.
Amma sizə dediklərimi düşünün.
Nəhayət, o, xırıltılı, yumşaq, amma nüfuzedici səslə
danışdı. Qocanın gözləri Saraya deyil, onun çiyinlərindən
kənara baxırdı. Sanki Sara ilə deyil, hansısa ruhla
danışırdı.
- Mən heç vaxt heç nəyi unutmuram. Yadında saxla.
Heç vaxt heç nəyi unutmamışam. Nə sözləri, nə
hərəkətləri, nə də üzləri...
Əslində sözlərdə elə də məna yox idi. Amma onlarda
elə güclü zəhər var idi ki, Sara özündən asılı olmadan
geriyə addımladı. Sonra miss Boynton güldü. Bu, çox
dəhşətli qəhqəhə idi. Sara çiyinlərini çəkərək dedi:
- Yazıq qoca qarı.
Üzünü döndərib getdi. Liftin yanında Reymond
Boyntonla rastlaşdı. Cəld dedi:
- Sağ ol. Ümid edirəm, hər şey yaxşı olar. Bir gün
mütləq görüşəcəyik.
Ona dostcasına gülümsəyib, liftə girdi. Reymond sanki
daşa dönmüşdü. O qədər fikirli idi ki, yekə bığlı, balacaboy
adam liftdən çıxmaq üçün bir neçə dəfə “Pardon” deməli
oldu.
Nəhayət, Reymond özünə gəldi və liftin önündən çəkildi.
- Bağışlayın, fikirli idim.
Kerol ona yaxınlaşdı.
- Rey, Cinninin dalınca get, yaxşı? O, otağına qayıtdı.
Biz artıq yola düşürük.
- Yaxşı. İndi gedib çağıraram.

63
downloaded from KitabYurdu.org
Reymond liftə mindi.
Erkül Puaro bir neçə dəqiqə Reymondun arxasınca
baxdı. Təəccüblə qaşlarını qaldırmışdı, başını bir az kənara
əyib dinləyirdi. Sonra isə düşüncəli şəkildə başını yellədi.
Qonaq otağından keçərkən anasının yanına gedən Kerola
baxdı. Sonra isə yanından keçən baş ofisiantı saxlayıb
dedi:
- Pardon, orada dayanan ailənin soyadını deyə
bilərsiniz?
- Boynton, müsyö. Onlar amerikalıdırlar.
- Təşəkkür edirəm.
Üçüncü mərtəbədə doktor Jerard otağına gedərkən, lift
gözləyən Reymond Boyntonun və Cinevranın yanından
keçdi. Liftə minərkən Cinevra dedi:
- Bir dəqiqə, Rey. Məni liftdə gözlə.
O geriyə qaçıb, döngəni döndü və həkimə yaxınlaşdı.
- Sizinlə danışmalıyam.
Doktor Jerard təəccüblə ona baxdı. Qız ona yaxınlaşıb,
qolundan tutdu.
- Onlar məni buradan aparırlar. Bəlkə də öldürməyə...
Onlara aid deyiləm. Bilirsiniz, adım həqiqətən Boynton
deyil.
O, tələsik danışırdı və sözlər bir-birinə qarışırdı.
- Sizə sirrimi açacam. Mən krallıq ailəsindənəm. Taxt-
tac varisiyəm. Ona görə də ətrafım düşmənlə doludur.
Onlar məni zəhərləməyə çalışırlar. Kömək edin, qaçım
burdan.
O susdu. Ayaq səsləri gəldi. Gözəl qız incə şəkildə

64
downloaded from KitabYurdu.org
barmağını dodaqlarına qoydu. Jerarda yalvarışlı baxışlarla
baxıb, geri qayıtdı.
- Gəlirəm, Rey.
Doktor Jerard qaşlarını düyünləmişdi. Yavaş-yavaş
başını bulayıb, qaşqabağını tökdü.
10
Petraya səyahət səhərə təyin edilmişdi. Sara aşağı
düşəndə at burunlu, iri bir qadın gördü. O qadınla əvvəllər
də oteldə rastlaşmışdı. Qadın girişdə dayanıb, onlara
təqdim edilən maşından şikayətlənirdi.
- Çox balaca maşındır. Dörd sərnişin, üstəlik də
bələdçi. Bizə böyük salon verilməli idi. Bu maşını aparın,
bizə uyğun maşın verin.
Messrs. Kastl turist agentliyinin nümayəndəsi izah
etməyə çalışsa da ki, adətən, səyahət turları belə maşınlarla
keçirilir, qadın onu dinləmək belə istəmədi. Amma maşın
həqiqətən çox rahat idi. Böyük maşın isə səhra səyahəti
üçün uyğun deyildi. Qadın isə onun üstünə düşmüşdü.
Sonra fikrini Saraya yönəltdi.
- Miss Kinq? Mən ledi Vestholmam. Yəqin mənimlə
razısınız ki, bu avtomobilin ölçüləri bizim üçün uyğun
deyil.
- Hmm, - Sara sözləri ehtiyatla seçməyə çalışdı. -
Razıyam ki, daha böyük maşın rahat olardı.
Turist agentliyinin nümayəndəsi qaşqabaqla dedi ki,
böyük maşının xərci onların boynuna olacaq.
Ledi Vestholm qəti şəkildə dedi:
- Qiymət biletə daxildir. Hər hansı əlavə pul

65
downloaded from KitabYurdu.org
ödəməkdən imtina edirəm. Sizin biletdə yazılıb: “rahat
salonlu avtomobil”. Siz razılaşmaya əməl etməlisiniz.
Gənc nümayəndə məğlubiyyətini qəbul edərək
mızıldandı ki, uyğun həll yolu üçün çalışacaq. Sonra isə
çıxıb getdi. Ledi Vestholm Saraya tərəf üzündə qələbə
təbəssümü ilə döndü. Geniş at burnunun pərələri sevinclə
titrədi.
Ledi Vestholm İngiltərənin siyasi dünyasında tanınmış
simadır. Ortayaşlı, sadə per (yüksək zadəgan titulu),
yeganə marağı ov, balıqçılıq və atıcılıq olan Lord
Vestholm növbəti səyahətdən ABŞ-a qayıdarkən yolda
miss Vansittartla tanış olur. Qısa zaman ərzində miss
Vansittart ledi Vestholm olur. Onların ailə həyatını tez-tez
okeanda səyahət təhlükəsi ilə eyniləşdirirdilər. Yeni ledi
Vestholm tvid (parça - tərc.) paltarlar
geyinir, sözləri sərt tələffüz edir, it saxlayır, kəndlilərlə
dalaşır və sakit ərini ictimai olmağa məcbur edirdi. Artıq
başa düşdükdə ki, əri siyasətlə maraqlanmır, o hər şeyi
əlinə aldı. Lord Vestholm sakitcə idmanla məşğul olarkən,
xanımı parlamentə namizədlik verdi. Böyük səs çoxluğu
ilə seçildikdən sonra iedi Vestholm özünü syasi həyata
həsr edərək, siyasətlə aktiv məşğul olmağa başladı.
Tezliklə onun karikaturaları yayıldı (bu həmişə uğur
nişanəsi olub). İctimai fiqur kimi o, ailə həyatındakı köhnə
adətlərə qarşı idi. Qadınların güzəranının yaxşılaşdırılması
üçün çalışırdı və Millətlər Liqasını dəstəkləyirdi. Kənd
təsərrüfatı, evdarlıq və uçuq-sökük evlər barədə öz fikirləri
var idi. Ona hədsiz hörmət edirdilər, amma eyni zamanda

66
downloaded from KitabYurdu.org
da sevmirdilər. Partiyası hakimiyyətə gələndə, çox güman,
onu nazir köməkçisi seçəcəklər. Həmin vaxtlar liberallarla
konservatorlar arasında mübahisələrin ardı kəsilmirdi.
Ledi Vestholm avtomobilin arxasınca baxaraq dedi:
- Kişilərə həmişə elə gəlir ki, onlar qadınlar üzərində
gücə malikdirlər.
Sara düşündü ki, ledi Vestholm kimi qadının üzərində
hakimlik etmək üçün bir kişi həddindən artıq cəsarətli
olmalıdır. O, oteldən yenicə çıxan doktor Jerardı ledi ilə
tanış etdi.
- Adınız mənə çox tanışdır, - ledi Vestholm həkimin
əlini sıxarkən dedi. - Bir neçə gün qabaq Parisdə professor
Klemensou ilə görüşmüşdüm. Axır vaxtlar imkansız ruhi
xəstələrin müalicəsi ilə ciddi məşğul oluram. Bəlkə daha
yaxşı maşın gələnə qədər içəridə gözləyək?
Yaxınlıqda dayanan ortayaşlı, balaca boylu, bir çəngə
ağ saçı olan xanım, qrupun dördüncü üzvü miss Annabei
Pirs idi. O da ledi Vestholmun “qoruyucu qanadları”
altında otelə daxil oldu.
- Siz işləyirsiniz, miss Kinq?
- Bu yaxınlarda tibbi bakalavr dərəcəsi almışam.
- Əla, - ledi Vestholm başı ilə işarə edərək bunu
bəyəndiyini dedi. - Sözlərimi yaxşı yadında saxla, əgər
dünyada kimsə nəsə edəcəksə bunu qadınlar edəcəklər.
İlk dəfə cinsiyyətindən utanan Sara ledi Vestholmun
arxasınca içəri daxil oldu. Oturan kimi ledi Vestholm
bildirdi ki,
o, konsulun Qüdsdəki evində qalma təklifini rədd edib.

67
downloaded from KitabYurdu.org
- Rəsmiliklə özümü yormaq istəmədim. Hər şeyi özüm
görmək istəyirdim.
- Nəyi? - Sara maraqla soruşdu.
Ledi Vestholm izah etdi ki, Solomon Oteldə qalmaqla
o daha rahat hərəkət edə bilir. Bundan başqa, o dedi ki,
otelin menecerinə işlərin daha yaxşı getməsi üçün dəyərli
məsləhətlərini verib.
- İşdə keyfiyyət! Bax bu mənim devizimdir, - ledi dedi.
Deyəsən, doğrudan elə idi. On beş dəqiqə keçməmiş
geniş və çox rahat avtomobil onlar üçün otelin qarşısına
gəldi.
Əvvəlcə Ölü Dənizə getdilər. Sonra Yerixoda
qəlyanaltı etdilər. Sonra ledi Vestholm sorğu kitabçasını
əlinə götürərək, miss Pirslə uzaqlaşdı. Həkimlə kök
bələdçi birlikdə qədim Yerixoda gəzməyə çıxdılar. Sara isə
otelin bağında qaldı. Başı ağrıyırdı və tək qalmaq istəyirdi.
Üzərinə ağır depressiya çökmüşdü, amma bunun nə
olduğunu anlamaqda çətinlik çəkirdi. “Kaş heç Petra
turuna çıxmayaydım”, - deyə düşündü.
Tur bahalı idi və deyəsən, sona qədər rahat dincəlmək üçün
pulu çatmayacaqdı. Ledi Vestholmun gur səsi, miss Pirsin
sonsuz ciyiltisi, bələdçinin anti-yəhudi fikirləri əsəblərini
korlamışdı. Doktor Jerardın onun vəziyyətini anladığını
bildiyi üçün daha da əsəbiləşirdi.
Düşünürdü ki, görəsən, Boyntonlar haradadır? Bəlkə də
Suriyaya, ya da Balbek və ya Dəməşqə gediblər.
Reymond... Görəsən, Reymond nə edirdi. O, Reymondun
üzünü, əlacsızlığını, utancaqlığını və əsəbi hərəkətlərini

68
downloaded from KitabYurdu.org
necə aydın xatırlayırdı...
“Cəhənnəm olsun. Axı niyə heç vaxt görməyəcəyim
insanlar barədə bu qədər düşünürəm?”. Görəsən, onu səhər
qoca qarıya yaxınlaşıb, ona bu qədər gülünc sözlər deməyə
nə vadar etmişdi?! Danışığında çox şey absurd idi. “Of,
Allah, özümü necə də axmaq yerinə qoydum”. Amma bu
onun deyil, qoca qarının günahı idi. Onda nəsə vardı və bu
onu özünü itirməyə məcbur etmişdi. Doktor Jerard içəri
girib, alnından təri silərək özünü stula atdı.
- Fuu! O qadını zəhərləmək lazımdır.
Sara diksindi.
- Kimi? Miss Boyntonu?
- Yox. Ledi Vestholmu nəzərdə tuturam. Möcüzəlidir
ki, bu qədər ildir evlidir, amma əri onu hələ zəhərləməyib.
Görəsən, əri dəmirdəndir?
Sara güldü.
-Adi adamdır. Ovlayır, balıq tutur...
- Psixoloji nöqteyi nəzərdən bu normaldır. O,
uğursuzluğunu heyvanları öldürməklə ört-basdır edir.
- Məncə, o, arvadı ilə fəxr edir.
Fransız dedi:
- Yəqin ki, iş çoxluğundan evdə olmur, ona görə. Başa
düşürəm. İndicə nə dedin? Miss Boynton? Şübhəsiz, onu
zəhərləmək də yaxşı ideyadır. Ailə probleminin asan həlli!
Ümumiyyətlə, bir çox qadınları zəhərləmək lazımdır. Qoca
və çirkin olan bütün qadınları.
Jerard təsirli ifadə aldı. Sara gülməkdən uğunmuşdu.
- Ah, sizi fransız! Yenə də gənc və gözəl qadınları

69
downloaded from KitabYurdu.org
istisna edirsiniz.
Jerard çiynini çəkdi:
- Biz bu məsələdə çox ədalətliyik. Yeri gəlmişkən,
ingilislər metro və ya qatarda eybəcər qadına yer vermirlər.
- Həyat necə də ağırdır, - Sara ah çəkdi.
- Ah çəkmənizə ehtiyac yoxdur, madmazel.
- Bu gün çox kefsizəm.
- Təbiidir.
- Nə mənada? - Sara soruşdu.
- Düşüncələrinizi yaxşıca araşdırsanız, bunun səbəbini
tapa bilərsiniz.
- Məncə, bizim səyahət yoldaşlarımız məni
depressiyaya salırlar. Bilirəm, çox pisdir, amma qadınlara
nifrət edirəm. Xüsusilə də miss Pirs kimi axmaq və aciz
olanlara. Onlar məni qıcıqlandırırlar. Hətta ledi Vestholm
kimi aktiv olanda daha çox əsəbiləşirəm.
- Bu iki şəxsin sizi əsəbiləşdirməməsi mümkün deyil.
Ledi Vestholm yaşadığı həyat üçün yaranıb və olduqca
xoşbəxt, uğurludur. Miss Pirs illərdir ki, dayə-müəllimə
olaraq çalışıb. Sonra gözlənilmədən mirasa sahib olub və
həyatı boyu
arzuladığı səyahətə başlayıb. Bundan da xoşbəxtdir. Siz isə
son günlər yaşadığınız uğursuzluqdan sonra sizdən daha
uğurlu insanlara dözə bilmirsiniz.
- Bəlkə də haqlısınız, - Sara tutqun halda dedi. - Siz
necə də fikirləri oxuyursunuz. Özümü aldadıb, təsəlli
tapmağa çalışıram, amma siz mənə imkan vermirsiniz.
Elə bu vaxt digərləri də içəri girdilər. Bələdçi

70
downloaded from KitabYurdu.org
digərlərinə baxanda daha yorğun idi. O, yorğunluqdan
Ammana qədər güclə bir neçə məlumat verə bildi.
Yəhudilər barədə isə kəlmə də demədi. Bu elə digərlərinin
də işinə yarayırdı. Çünki artıq Qüds yolunda sərnişinləri
yəhudiləri söyməklə təngə gətirmişdi. Bələdçi az qala
dünyadakı bütün problemlərin səbəbkarı kimi yəhudiləri
görürdü. Yol İordaniyaya gedirdi. Əyri-üyrü yolun
ətrafında oleandr və çəhrayı güllər bitmişdi. Axşama yaxın
Ammana çatdılar. Yunan-Roma teatrına nəzər salıb,
yatmağa getdilər. Səhər tezdən durmalı idilər, çünki onları
Maan yolunda bütün gün səhradan keçmək gözləyirdi.
Səhər saat 8-də turistlər yola düşdülər. Qrupdan heç
kim danışmaq istəmirdi. İsti və bürkülü hava var idi.
Gündüz süfrə
salıb yemək yeyəndə isə isti daha dözülməz oldu. İsti və
bürküdə, bir avtomobildə digərləri ilə birlikdə olmaq
hamını qıcıqlandırırdı. Ledi Vestholm və doktor Jerard
arasında Millətlər Liqası barədə qızğın mübahisə gedirdi.
Ledi Vestholm Liqanın coşqun tərəfkeşi idi. Doktor isə
iddia edirdi ki, Liqa əslində çox baha başa gəlir. Sonra
mübahisə Liqanın Anissiniya və İspaniyaya mövqeyinə və
Litva sərhədinə keçdi. Sara, ümumiyyətlə, bu barədə
eşitməmişdi. Doktor Jerard və ledi Vestholm Liqanın
narko-cinayətkarlara qarşı mübarizəsində isə az qala
dalaşacaqdılar.
Ledi Vestholm dedi:
- Qəbul etməlisiniz ki, onlar bu mövzuda böyük işlər
görüblər.

71
downloaded from KitabYurdu.org
Doktor Jerard isə çiyinlərini çəkərək dedi:
- Əlbəttə. Elə onu deyirəm ki, nə qədər pul
xərcləyirlər.
- Axı məsələ çox ciddidir. Söhbət təhlükəli narkotik
mübarizəsindən gedir.
Miss Pirs ciyiltili səslə Saraya dedi:
- Ledi Vestholmla səyahət etmək həqiqətən çox -
maraqlıdır.
Sara üzünü turşudaraq dedi:
- Doğrudan?
Miss Pirs isə onun səsindəki istehzanı hiss etmədən
xoşbəxt ciyiltisinə davam edirdi:
- Tez-tez adına qəzetlərdə rast gəlirəm. Necə ağıllı
qadındır. Siyasi və özəl həyatını idarə edə bilir. Bir qadını
belə uğurlu görəndə çox məmnun oluram.
- Niyə? - Sara üzündə soyuq ifadə ilə soruşdu.
Miss Pirs ağzını açaraq kəkələdi:
- Çünki... yəni demək istəyirəm ki... yəni bir qadının
belə işlər görə bilməsi yaxşı şeydir.
- Razı deyiləm, - Sara dedi. - Bir insanın insanlığa
xeyir verməsi yaxşı şeydir. Bunun kişi və ya qadın
olmasının fərqi yoxdur. Düz demirəm?
- Hə, əlbəttə. Düz deyirsiniz. Baxır hansı tərəfdən
məsələyə yanaşırsınız.
Miss Pirsin üzündə qüssə göründü. Sara bir qədər
sakitləşib dedi:
- Bağışlayın, amma cinsi ayrı-seçkiliyə nifrət edirəm.
“Müasir gənc qızlar həyata mövqeyində uğurludur”. Bu

72
downloaded from KitabYurdu.org
necə də boş ifadədir. Düz deyil. Bəzi qadınlar
işgüzardırlar, bəziləri yox. Bəzi kişilər sentimental və
ərincək, digərləri məntiqli və işgüzar olurlar. Beyin
fərqləri var. Cinsiyyət ancaq sözün əsl mənasında seksdə
özünü göstərir.
Miss Pirs seks sözünü eşitdikdə qızardı və söhbəti
dəyişməyə çalışdı:
- Kaş bir az kölgəlik olardı. Amma bu boşluq da pis
deyil, elə deyil?
Sara təsdiqlədi. Hə, həqiqətən düşünürdü ki, boşluq
gözəl şeydir. Sağaldır... sakitləşdirir. Ətrafda səni yoran
heç bir insan yoxdur. Heç bir problem yoxdur. Nəhayət,
indi hiss etdi ki, Boyntonlardan xilas olur. Öz həyatlarını
dəyişə bilməyən insanların həyatına qarışmaqdan azad
oldu. Özünü sakit və yüngül hiss edirdi. Burada tənhalıq,
boşluq və genişlik vardı. Amma kaş bundan tək həzz ala
biləydi. Ledi Vestholm və
doktor Jerard narkotiklərlə qurtarıb, indi də yoxa çıxıb,
hansısa Argentina barlarından birində görünən yüngül
beyinli qızlardan danışırdılar. Doktor Jerard söhbətə
zarafatyana yanaşmağa çalışırdı, amma əsl siyasətçi kimi
heç bir yumor hissi olmayan ledi Vestholm hər şeydə
özündən çıxırdı.
- Hə, harada qalmışdıq? - deyən bələdçi yenidən bütün
gücü ilə yəhudiləri söyməyə başladı.
Gün batdıqdan bir saat sonra dəstə, nəhayət, Maana
çatdı. Qəribə, vəhşi üzlü kişilər avtomobili əhatəyə aldılar.
Bir qədər dincəldikdən sonra onlar yola davam etdilər.

73
downloaded from KitabYurdu.org
Asta damlı evləri olan, səhra şəhərinə baxan Sara, Petranın
daşlarını axtarırdı. Yəqin onlar divarları görə biləcəkdilər.
Ətrafda heç bir təpə, dağ görünmürdü. Bəs nə vaxt onlar
səyahətlərini başa vuracaqlar? Onlar Am Musa kəndinə
çatdılar. Burada avtomobili qoyub, yola atla davam
edəcəkdilər. Arıq, yorğun atlar onları gözləyirdi. Miss
Pirsin təzə yuyulmuş, zərif paltarı onu narahat edirdi. Ledi
Vestholmunsa əynində qısa şalvar var idi. Baxmayaraq ki,
bu ona yaraşmırdı, işinə yarayırdı.
Atlar sürüşkən cığırla kənddən çıxdılar. Daşlar atların
ayağının altından sıçrayırdı. Gün batırdı. Sara maşında
uzun və isti səyahətdən yorulmuşdu. Hissləri karıxmışdı.
At sürərkən hər şey ona yuxu kimi gəlirdi. Sonra
xatırlamışdı ki, sanki ayaqları altında cəhənnəm vardı. Yol
torpağın altına gedirdi. Ətraflarında qayalar görünürdü.
Atlar isə qırmızı qayalıqla sanki dərinə və yenə dərinə
enirdilər. Onlar indi o biri sahildə görünürdülər. Sara dar
dərədə boğulurdu. O dayanmadan öz- özünə düşünürdü:
“Ölüm dərəsinə eniş. Ölüm dərəsinə eniş”.
Hava qaralırdı. Divarlardakı qırmızı rəng itirdi. Onlar
isə hələ də Yerin daxilindəki labirintlərdə dolaşırdılar. O
düşündü: “Bu fantastikdir. İnanılmazdır. Ölü şəhər”.
Və yenə də sözlər öz-özünə axdı: “Ölü şəhər...”.
Lampalar yandırıldı. Atlar dar yolda yanaşı yeriyirdilər.
Onlar qayalığı keçib, geniş əraziyə çıxdılar. Uzaqda işıq
görünürdü.
- Düşərgədir, - bələdçi dedi.
Atlar addımlarını bir az sürətləndirdilər. Onlar çox

74
downloaded from KitabYurdu.org
yorğun idilər, ona görə də işığı görəndə o qədər də həvəs
göstərmədilər. İndi isə yol çınqıllı idi. İşıqlar yaxınlaşırdı.
Onlar qayalıqlara qarşı hazırlanmış çadır sırası gördülər.
Mağaralar qara ləkə kimi görünürdülər. Çatırdılar. Bədəvi
qulluqçular yaxınlaşdılar.
Sara mağaralardan birinə baxdı. Orada kimsə
oturmuşdu. Bu nə idi? Şeytan? Çöməlmiş nəhəng? Yox,
sadəcə sayrışan işıqlar oturmuş insanı olduğundan böyük
göstərirdi. Lakin bu, yerində oturub, tərpənməyən nəhs
insana bənzəyirdi. Sonra qəfildən Saranın ürəyi döyündü.
Səhranın verdiyi sakitlikdə azad olmuşkən, yenidən həbsə
geri döndü. Budda kimi oturan insan miss Boynton idi...
11
Miss Boynton burada, Petrada idi. Sara ona verilən
suallara mexaniki cavab verirdi. Əvvəlcə yemək yemək
istəyər, yoxsa yuyunmaq? Çadırda, yoxsa mağarada
yatmaq istəyər? Sonuncu suala cavab tez gəldi: çadırda.
Mağara haqqında düşündükdə belə tükləri ürpərirdi.
Mağaradakı o nəhəng fiqur yenidən gözlərinin qarşısında
dururdu. (Görəsən, niyə bu qadın haqqında bir insan kimi
düşünə bilmirdi?). Nəhayət, Sara yerli qulluqçulardan
birinin ardınca getdi. Onun əynində yamaqlı şalvar vardı,
ayağına çirkli sarğı dolamışdı. Əyninə geyindiyi palto isə
elə cırılmışdı ki, onu geyinə bilməsi belə təəccübləndirirdi.
Çefiya adlandırılan yerli baş örtüsünün kənarları isə
boynuna düşürdü və parça “üzük”lə başına bərkidilmişdi.
Onun yeriyərkən yırğalanması və başını qürurla dik
tutması Saranın çox xoşuna gəldi. Qulluqçunun geyiminin

75
downloaded from KitabYurdu.org
Avropa hissəsi isə zövqsüz və pis idi. Sara düşündü:
“Sivilizasiya korlanıb. Amma yenə də miss Boyntonun
onda yeri yoxdur. Qədim vəhşi qəbilələrdə onu öldürüb,
yeyərdilər”.
Birdən başa düşdü ki, əsəbləri hədsiz gərilib və çox
yorğundur. İsti suyla yuyunub, toz-torpaqdan
təmizləndikdən sonra özünü yenidən sağlam hiss etdi və
bayaqkı qorxusundan utandı. O, zəif və dalğalı lampa
işığında əyri güzgüyə baxaraq qara, qalın saçlarını daradı.
Sonra çadırın ətəyini qaldırıb, yemək verilən tərəfə
getməyə hazırlaşırdı ki, təəccüblü və pıçıltılı səs eşitdi:
- Sən buradasan?
Döndükdə qarşısında Reymond Boyntonu gördü.
Təəccübləndi. İçində bir qorxu hiss etdi və susdu.
Reymondun gözlərində inanılmaz sevinc vardı. Bu elə
gözəl sevinc, elə böyük həzz idi ki, Sara həyatı boyu bu
gözləri unuda bilməyəcəkdi. O yenidən dedi:
- Sən...
Bu səs Saranı xoşbəxt edirdi. Qəlbi sinəsində sevinclə
çırpınırdı. Utanırdı, qorxurdu, sevinirdi. Sakit səslə dedi:
- Hə.
Reymond hələ də gözlərinə inanmadan yaxınlaşdı.
Saranın əlini tutdu.
- Bu sənsən. Həqiqətən sənsən. Əvvəlcə elə bildim
xəyalsan. Sənin haqqında o qədər çox düşünürəm ki... - bir
az susduqdan sonra davam etdi: - Səni sevirəm. Qatarda
gördüyüm ilk andan. Bunu indi anladım. İstəyirəm bunu
biləsən. Biləsən ki, səninlə kobud davranan həqiqi mən

76
downloaded from KitabYurdu.org
deyiləm. Başa düşürsən, indi heç özümə cavabdeh
deyiləm. Hər şey edə bilərəm. Səndən qaça bilərəm, kobud
davrana bilərəm. Amma istəyirəm biləsən ki, bu, həqiqətən
mən deyiləm. Bu hərəkətlərə görə mən məsuliyyət
daşımıram. Əsəblərim pozulub. O mənə nəsə deyəndə
məcbur olub yerinə yetirməli oluram. Başa düşürsən, hə?
İstəsən mənə nifrət də edə bilərsən...
Sara onun sözünü kəsdi. Səsi alçaqdan və zərif idi.
- Sənə heç vaxt nifrət edə bilmərəm.
- İndi nifrət ediləsi adamam. Kişi kimi
davranmalıyam.
Bu, Jerardın məsləhətinə oxşayırdı. Sara bilik və
ümidinə
arxalanıb zərif, amma eyni zamanda da iddialı səslə dedi:
- Kişi kimi davranacaqsan.
- Doğrudan? Güman ki...
- Cəsarətli ol. Buna əminəm.
Reymond başını geri atdı.
- Cəsarət? Hə. Elə lazım olan budur. Cəsarət.
Qəfil o, başını aşağı əyib, Saranın əlindən öpdü və getdi.
12
Sara yemək üçün böyük çadıra girdi. Digər üç səyahət
yoldaşı da orada idi. Onlar artıq yeməyə başlamışdılar.
Bələdçi onlara digər qonaqlardan danışırdı.
- İki gün qabaq gəliblər. Sabah yox, biri gün gedəcəklər.
Amerikalılardır. Ana olduqca kökdür, bura da çətinliklə
çatıb. Onu stulun üstündə daşıyıblar. Daşıyıcılar tərin
içində çatmışdılar.

77
downloaded from KitabYurdu.org
Sara qəfil hündürdən gülməyə başladı. Bələdçinin
danışdıqları hədsiz gülməli gəlirdi. Kök bələdçi ona
minnətdarlıqla baxdı. Məclisi idarə etməkdə onsuz da
çətinlik çəkirdi. Ledi Vestholm Beydekerdən çıxandan üç
dəfə onunla mübahisə etmişdi. İndi də yatağından narazı
idi və bunda da bələdçini günahkar bilirdi. O bu qeyri-adi
qrupun yeganə şən üzvünə minnətdarlıq hiss edirdi.
Ledi Vestholm dedi:
- Hə, məncə, bu adamlar Solomonda olublar. Yaşlı
ananı tanıdım. Deyəsən, sizi də onunla danışan
görmüşdüm, miss Kinq.
Sara qızardı. Ümid edirdi ki, ledi Vestholm onunla yaşlı
qadının söhbətini eşitməyib.
“Doğrudan, onda niyə elə danışdım axı?” - deyə
düşündü. Ledi Vestholm isə artıq ailə haqqında fikrini
deyirdi:
- Elə də maraqlı adamlar deyillər. Çox əyalət
düşüncəlidirlər.
Miss Pirs razılığını bildirdi və ledi Vestholm son
vaxtlar görüşdüyü daha maraqlı və tanınmış amerikalılar
barədə danışmağa başladı. Hava ilin bu vaxtı üçün
həddindən artıq isti idi. Ona görə də gəzintini səhər erkən
saatlara təyin etdilər.
Qrup üzvləri səhər saat altıda görüşdülər. Boynton
ailəsindən heç kim görünmürdü. Ledi Vestholm səhər
yeməyində meyvə olmamağına etiraz etdikdən sonra qrup
çay, süd və qalın qızardılmış ətin yanında yumurta yeyərək
yola düşdülər.

78
downloaded from KitabYurdu.org
Ledi Vestholm və doktor Jerard vitaminlərin tərkibi və
işçi sinifdə vitamin çatışmazlığı mövzusunda müzakirəyə
başladılar. Sonra hər kəs qrupa qoşulan mister Cefferson
Koupu hərarətlə salamladı. Sonuncu elə tələsirdi ki, -
qızarmışdı.
- Etiraz etməsəniz, bu səhər sizin qrupa qoşulmaq
istəyərdim. Sabahınız xeyir, miss Kinq. Sizi və doktor
Jerardı burada gördüyümə şadam. Bu barədə nə
düşünürsünüz? - O, ətrafa yayılmış qırmızı qayaları
göstərərək soruşdu.
- Məncə, bu həm çox gözəldir, həm də bir az
qorxuludur, - Sara dedi. - Həmişə fikirləşirdim ki, qırmızı
qızılgül şəhəri olduqca romantik və gözəldir. Amma bu
daha realdır, qırmızı ətə bənzəyir.
- Hə, çox rənglidirlər, - mister Koup razılaşdı.
- Ağlasığmazdır, - Sara dedi.
Qrup qayalara dırmanmağa başladı. İki bədəvi onları
müşayiət edirdi. Onlar hündürboy idilər və sürüşkən
qayalıqlar üçün nəzərdə tutulmuş dağ çəkmələrində
asanlıqla dırmanırdılar. Amma tezliklə dırmanmaq çətin
oldu. Sara və
doktor Jerard hündürlükdən qorxmurdular. Amma mister
Koup və ledi Vestholm o qədər də yaxşı görünmürdülər.
Miss Pirs isə hər dəfə uçurumun kənarından keçəndə
gözlərini bağlayırdı, rəngi yaşıla çalırdı, dayanmadan
qışqırırdı:
- Uşaqlıqdan hündürlükdən qorxuram.
Bir dəfə geri qayıtmaq istəsə də enişə baxdıqda üzü

79
downloaded from KitabYurdu.org
daha çox yaşıla çaldı və qərar verdi ki, ən yaxşısı, irəli
getməkdir.
Doktor Jerard ona acıyırdı və sakitləşdirməyə çalışırdı.
O, miss Pirsin arxası ilə gedirdi və çəliyini yerdən paralel
saxlayırdı ki, onu uçurumdan qorusun. Miss Pirs etiraf etdi
ki, doktorun bu hərəkəti ilə başı daha az gicəllənir. Sara
təngnəfəs olmuşdu. O, bələdçi Mahmuda baxdı və gördü
ki, çox asanlıqla dırmanır.
- İnsanları bura qaldırmaq elə də asan deyil, hə?
Xüsusilə də yaşlıları.
- Həmişə problem yaşayırıq, - Mahmud təsdiqlədi.
- Onları həmişə qaldırırsınız?
Mahmud enli çiyinlərini çəkdi.
- Onlar özləri gəlmək istəyirlər. Belə şeylər üçün pul
ödəyirlər. Bədəvilər çox ağıllıdırlar və bunun öhdəsindən
gələ bilirlər.
Nəhayət, zirvəyə çatdılar. Sara dərin nəfəs aldı. Hər yer
qırmızı qayalıqlar idi, şəhər möcüzəli görünürdü. Təmiz
səhər havası vardı və onlar allahlar kimi dayanıb zorakılıq
və qəddarlıqla aşıb-daşan dünyanı izləyirdilər.
Bələdçi dedi ki, bu yer “Müqəddəs ziyarətgah və
qurbangahdır”. Onlara ayaqlarının altında, qayanın hamar
hissəsində düzəldilmiş novçanı göstərdi. Sara çoxdanışan
bələdçidən kənarlaşdı. Qayanın üstündə oturub, əllərini
qalın qara saçlarına qoydu və ayaqlarına baxdı. Qəfil
yanında kiminsə dayandığını hiss etdi.
Doktor Jerard dedi:
- İndi başa düşürsünüz Şeytan İsanı dağların hansı

80
downloaded from KitabYurdu.org
yerinə aparıb, dünyanı göstərib? “Mənə təzim edib, itaət
etsən, bütün bunları sənə verərəm”. Təsəvvür edə
bilməzsiniz dünyanın sahibi olmaq nə böyük güc və nə
möhtəşəm şeydir.
Sara razılaşdı. Amma fikirləri o qədər uzaqda idi ki,
Jerard onun üzündə təəccüb gördü.
- Nə barədəsə dərin fikirləşirdiniz.
- Hə. - Sara çaşqın üzünü ona çevirib dedi. - Burada
qurbangah düzəltmək möhtəşəm ideyadır. Bəzən
fikirləşirəm ki, qurban vermək lazımlı şeydir... Yəni
insanlar həyata çox böyük qiymət verirlər. Əslində ölüm
biz düşündüyümüz qədər də əhəmiyyətli bir şey deyil.
- Belə düşünürsünüzsə, miss Kinq, onda gərək bu
peşəni seçməyəydiniz. Ölüm bizim üçün həmişə düşmən
olub və olacaq da.
Sara titrədi.
- Hə, bilirəm ki, haqlısınız. Amma bəzən ölüm
problemləri həll edə bilir. Hətta həyata məna da verə bilir.
Jerard haradansa oxuduğu ifadəni dedi:
- Bir nəfərin bütün insanların xeyri üçün ölməsi daha
məqsədəuyğundur.
Sara heyrətlə ona baxdı.
- Mən onu demək istəmirdim...
Amma sözünü yarım qoymalı oldu. Cefferson Koup
onlara yaxınlaşırdı.
- Həqiqətən əla yerdir. Çox əla yerdir. Nə yaxşı ki,
gəldim. Amma miss Boyntonla səyahət etmək çox çətindir.
O, çox möhtəşəm qadındır, bura gəlmək cəhdlərinə hörmət

81
downloaded from KitabYurdu.org
edirəm. Amma həqiqətən onunla çətindir. Səhhəti pisdir,
ona görə də istəkləri başqa adamlarınkı ilə üst-üstə
düşmür. Amma bu o demək deyil ki, ailəsi onsuz
ekskursiyaya gedə bilər. Ailəsini elə ətrafına yığıb ki,
məncə, o heç düşünmür... - Mister Koup sözünü kəsdi.
Üzündə narahatlıq göründü. - Bilirsiniz, əlimə miss
Boyntonla bağlı elə məlumat düşdü ki, bu məni narahat
etdi.
Sara yenidən öz fikirlərinə dalmışdı. Mister Koupun
səsi uzaq çay şırıltısı kimi qulaqlarına axırdı. Amma
doktor Jerard maraqlandı:
- Doğrudan? Nə məlumat?
- Məlumatı verən xanımla Tiberia otelində
görüşmüşəm. Dedi ki, miss Boyntonun yanında çalışan
qulluqçu qızı tanıyır. Həmin qız... - mister Koup fasilə
verdi, Saraya baxıb səsini
alçaltdı, - hamilə olub. Boynton bunu bilə-bilə qıza qarşı
mehriban davranıb. Amma sonra uşaq doğulmağa bir-iki
həftə qalmış qızı qovub.
Doktor Jerard təəccüblə qaşlarını qaldırdı. Mister Koup
davam etdi:
- Məlumatı verən qadına inanıram. Amma bilmirəm,
mənimlə razısınız, ya yox, miss Boyntonun hərəkəti mənə
olduqca qəddar göründü. Başa düşə bilmirəm ki...
Doktor Jerard sözünü kəsdi:
- Çalışın başa düşün. Şübhəm yoxdur ki, bu hadisə
miss Boyntona böyük həzz verib.
Mister Koup şoka düşmüş üzünü ona çevirdi:

82
downloaded from KitabYurdu.org
- Yox, ser. Buna inana bilmirəm. Ağlasığmazdır.
Doktor Jerard yenidən İncildən cümlələr dedi:
-Və mən qayıtdım, günəşin altında əzabları gördüm.
İncidilənlərin gözlərinin yaşını silən yox idi. İncidənlərin
əlində güc vardı, incidilənlərin isə təsəllisi yox idi. Sonra
dirilərdən daha diri olan ölüləri mədh etdim. Onlar Yer
üzündəki şeytani işləri və pislikləri görə bilmirlər. Buna
görə də xoşbəxtdirlər...
Nəfəs dərdikdən sonra Jerard davam etdi:
- Əzizim, mən həyatımı insan beynində baş verən
qəribə hadisələrə həsr etmişəm. Bu vəziyyətdə həyatın
ancaq xoş tərəfinə baxmaq düzgün deyil. Adi həyatda
əxlaq və ənənələrdən kənarda da qəribə hadisələr baş verir.
Məsələn, belə bir şey var, qəddarlıq üçün qəddarlıqdan
həzz almaq. Amma bunun özündə də dərin qatlar var.
Qiymətləndirilmək üçün zavallı mübarizə, arzu. İnsanın bu
arzusu yerinə yetmədikdə, ehtiyacı olanı almadıqda başqa
metodlar işə başlayır. Belə adamlar özlərini təsdiqlətməyə
çalışırlar: “Onlar görəcəklər mən kiməm. Onlar görəcəklər
kimə pislik ediblər”. Beləcə, qəddarlıq ən pis üzünü
göstərir. O belə insanlar üçün normaya, adi şeyə çevrilir.
Mister Koup öskürdü.
- Məncə, doktor Jerard, siz bir az şişirdirsiniz.
Həqiqətən burada hava çox gözəldir...
O kənarlaşdı. Jerard gülümsəyib Saraya baxdı. Onun
üzü ciddi idi. “O, hökm oxuyan gənc hakimə bənzəyir...”.
Jerard düşündü. Miss Pirs qorxa-qorxa ona tərəf
addımladı.

83
downloaded from KitabYurdu.org
-Aşağı düşəcəyik. Bilirəm, buna dözməyəcəm. Amma
oradakı bələdçi dedi ki, aşağı düşmək daha asandır. Ümid
edirəm, belə olar. Uşaqlıqdan mən yüksəklikdən
qorxuram.
Eniş şəlalənin kənarı ilə idi. Baxmayaraq ki, iti uclu
qayalar əsl təhlükə mənbəyi idi, aşağı düşmək daha asan
idi. Səyahətçilərin gözlərinin qarşısında hündür zirvə
görünmürdü.
Qrup yorğun, amma yaxşı əhval-ruhiyyədə düşərgəyə
qayıtdı. Artıq saat iki idi və hər kəs böyük iştahla yeməyə
girişdi. Boynton ailəsi böyük stolun ətrafında oturmuşdu.
Onlar artıq yeməklərini bitirirdilər. Ledi Vestholm
gülümsəyərək onlara tərəf baxıb dedi:
- Çox maraqlı səhər oldu. Petra çox gözəl yerdir.
Ledi Vestholm sözləri deyərkən Kerola baxdığından o,
anaya baxıb mızıldandı:
- Hə, əlbəttə, elədir.
Ledi Vestholm borcunu yerinə yetirdiyinə əmin
olduqdan sonra rahatlıqla yeməyə girişdi. Yemək yeyərkən
qrup günortaya olan planlardan danışdı.
- Mənsə gündüz dincələcəm. Lazımdır. Yoxsa heç nə
edə bilmərəm, - miss Pirs dedi.
Sara dedi:
- Gəzintiyə və kəşfiyyata çıxacam. Bəs siz, doktor
Jerard?
- Səninlə gedəcəm.
Miss Boynton qaşığı boşqaba tulladı. Hər kəs
cingiltidən diksindi.

84
downloaded from KitabYurdu.org
Ledi Vestholm dedi:
- Mən isə sizin kimi edəcəm, miss Pirs. Yarım saat
kitab oxuyacam, sonra dincələcəm. Sonra da qısa gəzinti...
Lennoksun köməyi ilə miss Boynton yavaş-yavaş
qalxdı. Bir dəqiqə dayandı və gözlənilmədən
gülümsəyərək dedi:
- Bu gün gəzməyə gedin.
Ailə üzvlərinin qorxmuş üzlərini görmək qəribə ab-
hava yaratdı.
- Bəs, ana, sən necə?
- Sizə ehtiyacım yoxdur. Sakit oturub kitab oxuyacam.
Cinni getməsə yaxşıdır. Uzanıb yatar.
-Ana, mən yorğun deyiləm. Onlarla getmək istəyirəm.
- Yorğunsan. Sonra başın ağrıyar. Öz qayğına
qalmalısan. Get və yat. Sənin üçün ən yaxşısını mən
bilirəm.
Cinni başını aşağı saldı. Qəzəblə baxdı. Sonra gözləri
doldu.
-Axmaq uşaq. Çadırına get.
Cinni çadırına getdi. Digərləri də onun ardınca çıxdı.
Miss Pirs dedi:
-Aman Allahım. Nə qəribə insanlardır. Ananın rənginə
baxın. Qızarıb. Yəqin ürəyində problem var. İstilər necə
ağırdır ona.
Sara düşündü: “Onlara gəzməyə icazə verdi. Bilir ki,
Reymond mənimlə görüşmək istəyəcək. Bu nədir? Tələ?”
Yeməkdən sonra Sara çadırına getdi ki, paltarlarını
dəyişsin. Bayaqkı fikirlərdən qurtula bilmirdi. Dünən

85
downloaded from KitabYurdu.org
gecədən bəri Reymonda qarşı hissləri dəyişmişdi. İndi ona
qarşı ehtiraslı qoruma hiss edirdi. Nə bahasına olursa-olsun
sevdiyini qorumağa çalışırdı. Hə, Reymondu sevirdi.
Müqəddəs Georgi kimi onu əjdahanın zəncirlərindən xilas
etməli idi. O, xilasedici idi, Reymond isə zəncirlənmiş
qurban.
Miss Boynton isə əjdaha idi. Bu günkü xoş davranışı
isə Saraya görə hiylədən başqa bir şey deyildi. Üçə on beş
dəqiqə qalmış Sara yemək otağına girdi. Ledi Vestholm
stulda oturmuşdu. İstiyə baxmayaraq, o yenə də qalın tvit
şalvarda idi. Əlində Krallıq Komissiyasının hesabatı vardı.
Doktor Jerard əlində kitab tutmuş miss Pirslə dayanmışdı.
Kitabın adı “Sevgi axtarışında” idi və üzərində yazılmışdı
ki, bu, ehtiras və anlaşılmazlıq haqqında hekayədir.
Miss Pirs deyirdi:
- Məncə, yeməkdən sonra uzanmaq yaxşı fikir deyil.
Həzm prosesinə ziyandır. Burada daha sərindir. Sizcə,
yaşlı qadının orada istidə oturmağı normaldır?
Hamı qarşı tərəfə baxdı. Miss Boynton keçən gecəki
kimi mağaranın qapısının ağzında Budda kimi oturmuşdu.
Ətrafda heç kim yox idi. Bütün düşərgə yatmışdı. Bir az
kənarda bir qrup insan birlikdə gəzirdi.
Doktor Jerard dedi:
- Yaxşı, ana onlara icazə verdi ki, onsuz istirahət
etsinlər. Məncə, yenə nəsə planlaşdırıb.
- Bilirsiniz, indi elə bu barədə düşünürdüm, - Sara
dedi.
- Necə də şübhəliyik hər şeyə qarşı. Gəl bu uşaqlara -

86
downloaded from KitabYurdu.org
qoşulaq.
Miss Pirs kitab oxumağa davam etdi. Jerardla Sara
gəzərkən Boyntonları gördülər. Onlar xoşbəxt və rahat
görünürdülər. Lennoks, Nadin, Kerol, Reymond,
gülümsəyən mister Koup, Jerard və Sara gülərək
gəzirdilər. Hər kəs çox şən idi. Onlara elə gəlirdi ki,
haradansa gizlincə qaçıb, əylənirlər. Sara və Reymond hər
kəsdən ayrılmadılar. Əksinə, Sara Kerol və Lennoksla
gəzməyə üstünlük verdi. Doktor Jerard Reymondla
gəzirdi. Nadin və Cefferson Koup isə kənarda gedirdilər.
Qəfildən fransız geri qayıtmaq istədi. O əsəbi və narahat
idi.
- Bağışlayın. Amma qorxuram və qayıtmalıyam.
Sara ona baxdı:
- Nəsə olub?
- Hə. Qızdırma. Yeməkdən bəri özümü pis hiss
edirəm.
Sara onun üzünə baxdı.
- Malyariya?
- Hə. Gedib dərman atmalıyam. Ümid edirəm, pis
olmaz. Konqoda səfərdə yaxalanmışam.
- Sizinlə getməyimə ehtiyac var? - Sara soruşdu.
-Yox, yox. Dərmanlarım yanımdadır. Alınmadı gəzinti.
Siz
gəzin.
O sürətlə düşərgəyə tərəf qayıtdı. Sara onun ardınca
tərəddüdlə baxsa da sonra Reymondu gördü, gülümsədi və
doktoru unutdu. Bir müddət altı nəfər, Kerol, Lennoks,

87
downloaded from KitabYurdu.org
Koup, Nadin, Reymond və Sara birlikdə gəzdilər. Sonra
Reymondla Sara aralandılar. Onlar qayalara dırmanır,
gəzirdilər. Sonra isə kölgə tapıb dincəlməyə qərar verdilər.
Sükut idi. Reymond dedi:
- Adın nədir? Kinq bilirəm. Amma digər adın.
- Sara.
- Sara. Səni belə çağıra bilərəm?
- Əlbəttə.
- Sara. Mənə özündən danış.
Sara qayaya söykənib, ona evindən, həyatından,
Yorkşirdən, itlərindən, xalasından danışdı. Sonra
Reymond da
öz növbəsində qırıq-qırıq və qısaca həyatından danışdı.
Sonra uzun müddət sakitlik oldu. Əl-ələ tutdular. Uşaqlar
kimi əl-ələ tutaraq oturdular. Artıq günəş batırdı. Reymond
dedi:
- Qayıtmalıyam. Səninlə deyil. Tək qayıtmalıyam.
Etməli olduğum bir şey var. Bunu edib, inək olmadığımı
sübut etdikdən sonra yanına gəlib, utanmadan mənə kömək
etməni istəyəcəm. Köməyə ehtiyacım olacaq. Səndən pul
borc almalı olacam.
Sara gülümsədi.
- Realist olduğuna sevindim. Mənə güvənə bilərsən.
- Amma əvvəlcə bunu tək etməliyəm.
- Nəyi?
Gəncin uşaq üzü qəfil ciddiləşdi. Reymond dedi:
- Cəsarətimi sübut etməliyəm. Ya indi, ya heç vaxt.
Sonra isə ayağa qalxıb getdi. Sara qayaya söykənib, onu

88
downloaded from KitabYurdu.org
izlədi. Reymondun sözləri onu həyəcanlandırmışdı. O elə
həyəcanlı və ciddi idi. Kaş onunla gedəydi.... Amma özünü
bu arzusuna görə danladı. Reymond tək qalmaq istəyirdi
ki,
cəsarətini yoxlasın. Bu onun haqqıdır. Amma bütün qəlbi
ilə dua etdi ki, onun bu cəsarəti uğursuzluğa düçar olmasın.
Sara düşərgəyə qayıdanda gün batmışdı. Solğun işıqda
o, miss Boyntonun hələ də mağaranın qarşısında oturan
fiquruna baxdı. Sara onun bu hərəkətsiz formasından
üşəndi və işıqlı yemək otağına girdi.
Ledi Vestholm mavi cemper toxuyurdu. Yumağın ipini
boğazına dolamışdı. Miss Pirs Boşanma Qanununu
dinləyərək əlindəki stolüstü örtüyə naxışlar vururdu.
Qulluqçular yeməkxanaya girib-çıxaraq axşam yeməyi
hazırlayırdılar. Boyntonlar otağın kənarında oturub
oxuyurdular. Kök və nəhəng Mahmud narazı halda içəri
girdi. Çox gözəl çay mərasimi təşkil edilmişdi, amma
düşərgədə heç kim olmayıb. Proqram alınmır. Nabateana
səfər də alınmadı.
Sara tələsik dedi ki, onlar çox gözəl vaxt keçiriblər.
Sonra çadırına getdi ki, yemək üçün yuyunsun. Geri
dönərkən doktor Jerardın çadırının önündə asta səslə onu
səslədi:
- Doktor Jerard?
Cavab yox idi. O, çadırın ətəyini qaldırıb, içəri baxdı.
Doktor hərəkətsiz uzanmışdı. Sara onun yatdığını
düşünüb, geri qayıtdı. Yemək hazır idi. Hər kəs stolun
ətrafına toplanmışdı. Bircə doktor Jerard və miss Boynton

89
downloaded from KitabYurdu.org
yox idi. Qulluqçular getdilər ki, yaşlı qadına yeməyin hazır
olduğunu xəbər versinlər. Qəfil çöldə qarışıqlıq yarandı.
İki qulluqçu üzlərində qorxu ilə içəri girib, ərəb dilində
bələdçi ilə danışdılar. Mahmud dəhşətlə onları dinləyib,
çölə çıxdı. Sara tələsik onlara qoşuldu.
- Nəsə olub?
Mahmud dedi:
- Qoca ledi. Əbdül deyir xəstədir, tərpənmir.
- Sizinlə gedirəm.
Sara sürətlə onlara qoşuldu. Mahmudun ardınca onlar
qayalara dırmandılar, mağaranın ağzındakı stula
yaxınlaşdılar, kök ələ toxunub, ürək döyüntüsünü
yoxladılar. Sara qoca Boyntonun üzərinə əyildi. Sonra
rəngi solğun halda yenidən yemək otağına qayıtdı. Qapıda
bir müddət dayanıb, otağın
digər küncündəki ailə üzvlərinə baxdı. Danışarkən səsi
olduqca süni və boğuq idi. Özünü məcbur edərək
Lennoksa baxıb dedi: - Bağışlayın. Ananız vəfat etdi,
mister Boynton.
Kənardan ailə üzvlərinin hər birinə baxan Sara onların
üzündə azadlıq sevinci gördü.
İKİNCİ HİSSƏ 1
Polkovnik Karberi qonağına gülümsəyib, qədəhini
qaldırdı.
- Cinayətlərin sağlığına.
Erkül Puaronun gözlərindəki parıltıdan bilmək olardı
ki, o, sağlığı dəyərləndirir. O, Ammana polkovnik Reysin
məsləhət məktubu ilə gəlmişdi. Karberi dünyada çox

90
downloaded from KitabYurdu.org
məşhur olan bu təhqiqatçını maraqla izləyirdi. Polkovnik
Reys məktubunda Puaro haqqında yazırdı: “ Bilikli
psixoloq, öz sahəsində ən yüksək professional”. Məktubda
Reys həmçinin Erkül Puaro tərəfindən Şaytanadakı qətlin
üstünün açılmasını da qeyd etmişdi.
- Sizə buraları göstərmək bizim borcumuzdur, -
polkovnik Karberi dedi.
Polkovnik orta boylu adam idi. Kəlləsində keçəli
parıldayırdı, mavi gözləri vardı. Asta hərəkətli olması
əsgər
olması ilə heç cür uyğun gəlmirdi. Transiordaniyada böyük
nüfuza malik idi.
- Məsələn, elə Yeraş. Maraqlanırsınız belə şeylərlə?
- Mən hər şeylə maraqlanıram.
- Hə, - Karberi dedi. - Həyatda hər şeylə maraqlanmaq
lazımdır. Deyin görüm, heç olub ki, işiniz hər yerdə sizi
izləsin?
- Pardon?
- Məsələn, harasa dincəlməyə gedirsiniz.
Düşünürsünüz ki, nəhayət, cinayətlərdən qurtuldunuz.
Amma artıq getdiyiniz yerdə sizi cəsəd gözləyir?
- Hə, belə çox olub.
- Hmm, - polkovnik Karberi fikirli halda dedi. Sonra
ayağa qalxdı. - Elə burada da eyni şeylə üzləşdiniz. Mənim
üçün bunu demək xoş olmasa da belədir.
- Doğrudan?
- Hə. Burada Ammanda. Yaşlı amerikalı qadın.
Petraya ailəsi ilə birlikdə səfər edibmiş. Ürəyində problem

91
downloaded from KitabYurdu.org
olduğundan dözülməz istilərdən əziyyət çəkib. Ürəyinə
artıq yük düşüb.
- Burada Ammandadır?
- Yox, Petrada ölüb. Cəsədini bu gün gətiriblər.
-Ah.
- Əslində təbii ölmüş kimi görünür. Yəni hər şey
normaldır. Amma ki...
- Amma?
Polkovnik Karberi daz başını yellədi.
- Mənə elə gəlir ki, onu ailəsi öldürüb.
- Bəs niyə belə düşünürsən?
Polkovnik suala birbaşa cavab vermədi.
- Qoca qarı heç də xoş adam deyildi. Ailəsində kədər
əlaməti yoxdur. Hamısı sevinir. Heç nəyi sübut etmək
mümkün deyil. Ailə hər zaman birlikdədir və lazım gəlsə,
çox gözəl yalan deyə bilərlər. Bizə də problem lazım deyil.
Ən yaxşısı, hər şeyi elə belə də qəbul etməkdir. Bir həkim
dostum vardı. Tez-tez deyirdi ki, xəstələrin o biri dünyaya
tez köçməsindən şübhələnir. Amma ən yaxşısı, ağzını
bağlı saxlamaqdır. Durub danışsan, pis vəziyyətdə olan da
sən olacaqsan, həkim kimi yaxşı reputasiyanı itirən də. Bu
da elədir, - polkovnik başını yellədib qəfil əlavə etdi, - mən
səliqəli adamam.
Polkovnikin qalstuku sol qulağının altına girmişdi.
Corabları büzüşmüşdü. Paltosu cırıq və ləkəli idi. Amma
onun bu sözləri Erkül Puaronu güldürmədi. O, polkovnikin
sözlərindəki alt mənanı tutmuşdu.
- Hə, mən səliqəli adamam. - O, tənbəlcəsinə əlini

92
downloaded from KitabYurdu.org
yellədi. - Ətrafımda qarışıqlığı xoşlamıram. Qarışıqlıq
görəndə təmizləməyə çalışıram. Başa düşürsən?
Erkül Puaro başını yelləyərək təsdiqlədi. Sonra soruşdu:
- Həmin vaxt orada həkim olub?
- Hə, iki həkim olub. Onlardan biri malyariyaya
tutulub.
Qız isə təzəlikcə həkimlik dərəcəsi alıb. Amma işini bilir.
Qarının ölümündə şübhəli heç nə yoxdur. Yaşlı qadının
ürəyi xəstə olub. Bir müddətdir ki, ürək dərmanı atırmış.
Ona görə də qəfil ölümündə şübhəli heç nə görmürəm.
- Yaxşı, dostum. Bəs onda səni narahat edən nədir?
Polkovnik Karberi narahat mavi gözlərini ona tərəf
çevirdi.
- Jerard, Teodor Jerard adlı fransız haqqında
eşitmisiniz?
- Əlbəttə. Öz sahəsində seçilmiş adamlardandır.
- Hə, elədir, - polkovnik təsdiqlədi. - Dörd yaşında
günəmuzd işləmək arzusu, 38 yaşında Kenterberi
arxiyepiskopu olmağa gətirib çıxarır. Bilmirəm necə və
niyə, heç vaxt da bilməyəcəm, amma bu psixoloqlar hər
şeyin izahını asanlıqla tapırlar.
- Doktor Jerard həqiqətən də əsəb üzrə professionaldır,
- gülümsəyərək Puaro dedi. - Yəni demək istəyirsən
Petrada olanlarla bağlı onun da bir fikri var?
Polkovnik başını yellədi.
- Yox, yox. Bu barədə onun fikirləri heç mənə maraqlı
da deyil. Məsələn, mənim işçilərimdən biri, bədəvi,
səhranın ortasında maşından düşüb əlini torpağa qoyan

93
downloaded from KitabYurdu.org
kimi deyə bilir ki, səhranın hansı yerindəsən. Belə şeyləri
anlamıram mən. Möcüzə? Yox. Mən onlara inanmıram.
Doktor Jerardın dedikləri təmiz faktlardır. Fikirləşdim,
bəlkə onlar sizi maraqlandırar. Maraqlıdır sənə?
- Hə, əlbəttə.
- Lap yaxşı. Jerard yaxındadır. Qoy onun yanına adam
yollayım, elə hər şeyi onun dilindən dinlə.
Polkovnik Jerardı çağırmaq üçün adam göndərdikdən
sonra Puaro dedi:
-Ailə üzvləri kimlərdir?
- Boynton adlanırlar. İki oğuldur. Biri evlidir. Arvadı
olduqca zərif və xoş qadındır. İki qızdır. Hər ikisi çox
gözəldir. Ən gənc olanı bir az əsəbidir, bəlkə də hadisədən
şoka düşüb.
- Boynton. Bu, çox dolaşıq iş oldu.
Karberi təəccüblə ona baxdı. Lakin Puarodan başqa
açıqlama gəlmədiyi üçün davam etdi.
- Belə görünür ki, qoca qarı əsl bəla olub. Bütün ailə
onun əmrlərinə tabe olub. Üstəlik maliyyəni də əlində
saxlayıb. Ailənin digər üzvlərindən heç birinin bir qəpiyi
yoxdur.
- Hmm. Çox maraqlı. Bəs pulu kimə saxlayıb, bilinir?
- Bu barədə araşdırma apardım. Pul onların arasında
bərabər bölünür.
Puaro başını yellədi. Sonra soruşdu:
- Fikirləşirsən ki, qocanın ölümünə onlar baisdirlər?
- Bilmirəm. Yalan danışa bilmərəm. Bunu hamısı
birlikdə planlaşdırıblar, yoxsa birinin fikri olub. Bilmirəm.

94
downloaded from KitabYurdu.org
Bəlkə də
fikirlərimdə yanılıram. Eiə buna görə də sənin bu barədə
professional fikirlərinə ehtiyacım var. Ah, budur, Jerard
gəlir.
2
Fransız asta addımlarla yaxınlaşırdı. Polkovnik Karberi ilə
görüşdükdən sonra Puaronun maraqla baxan gözləri
diqqətindən yayınmadı.
Karberi dedi:
- Bu, mister Erkül Puarodur. Mənimlə qalır. Petradakı
məsələdən danışırdıq.
- Hə? - Jerard sürətlə Puaronu nəzərdən keçirdi. - Bu
hadisə sizə də maraqlıdır?
Puaro əllərini qaldırdı.
- Hər kəsə öz işi maraqlı olur.
- Hə, düzdür, - Jerard dedi.
- İçmək istəyirsiniz?- Karberi soruşdu.
O, viski və soda süzüb Jerardın dirsəyinin yanına
qoydu. Sual dolu baxışlarla qrafini qaldıranda Puaro başını
yellədi. Polkovnik oturub, stulunu yaxına çəkdi.
- Həə, harada qalmışdıq?
- Belə başa düşdüm ki, polkovnik Karberi qadının
ölümündə şübhəlidir, - Puaro Jerarda dedi.
Jerard cəld dedi:
- Bunda mən günahkaram. Bəlkə də səhv edirəm. Bunu
yadınızda saxlayın, polkovnk, mən səhv edə bilərəm.
Polkovnik mızıldandı.
- Faktları Puaroya deyin, Jerard.

95
downloaded from KitabYurdu.org
Doktor Jerard qısaca Petra səyahətindən danışdı.
Boynton ailəsinin üzvlərinin qısa xarakteristikasını verdi
və onların düşdükləri vəziyyətdən bəhs etdi. Puaro maraqla
qulaq asırdı. Sonra Jerard Petrada ilk gün baş verən
hadisələri danışdı və düşərgəyə geri döndüyünü qeyd etdi.
-Az qala malyariyanın ağır formasına yaxalanacaqdım.
Ona görə də düşərgəyə qayıdıb, özümə xinin (iynə - tərc.)
vurmaq istədim. Adətən, malyariya olanda belə edirlər.
Puaro anladığını göstərərək başını yellədi. Jerard
davam
etdi:
- Qızdırmam çox ağır idi. Güclə düşərgəyə çatdım.
Əvvəlcə dərman qutumu tapa bilmədim. Kimsə onu
həmişə
qoyduğum yerdən götürmüşdü. Sonra tapanda dərialtı iynə
vurmaq üçün şprisimin orada olmadığını gördüm. Bir az
axtarıb tapmadım və xinini ağzıma töküb, özümü yatağa
atdım. Miss Boyntonun ölməyini gün batana qədər heç kim
bilməyib. Həmişə hərəkətsiz oturduğundan heç kim heç nə
hiss etməyib. Yalnız axşam yeməyi vaxtı, yəni saat
yeddinin yarısı qulluqçular onu çağırmağa gedərkən
öldüyünü görüblər.
Jerard mağaranın quruluşunu və yemək otağından
məsafəsini təsvir edərək davam etdi:
- Professional həkim miss Kinq cəsədi müayinə edib.
Qızdırmalı olduğumu bildiyi üçün məni narahat etməyib.
Əlbəttə, onsuz da artıq ediləsi heç nə yox idi. Miss
Boynton artıq ölmüşdü.

96
downloaded from KitabYurdu.org
Puaro dodağının altında soruşdu:
- Öldüyündən nə qədər sonra tapılıb?
- Düşünmürəm ki, miss Kinq bu məsələyə diqqət edib.
Məncə, bunun elə əhəmiyyətli olmadığını düşünüb.
- Bəs kim deyə bilər ki, sonuncu dəfə onu nə vaxt sağ
görüb? - Puaro soruşdu.
Polkovnik boğazını arıtlayıb, rəsmi sənəddə yazılanları
dedi:
- Miss Boynton ledi Vestholm və miss Pirslə saat
dörddən sonra söhbət edib. Lennoks Boynton anası ilə
beşin yarısı danışıb. Miss Lennoks isə qadınla beş dəqiqə
sonra uzun söhbət edib. Kerol Boynton anası ilə iki kəlmə
danışıb, amma dəqiq vaxtı göstərə bilmir. Amma belə
anlaşılır ki, o, altıya beş dəqiqə işləmiş anası ilə danışıb.
Cefferson Koup, ailənin amerikalı dostu, ledi Vestholm və
miss Pirslə düşərgəyə qayıdanda onu yatmış görüb və
danışmayıb. Həmin vaxt artıq altıya iyirmi dəqiqə
işləyirmiş. Reymond Boynton, ailənin kiçik oğlu onu canlı
görən sonuncu şəxsdir. Gəzintidən qayıtdıqdan sonra
altıya on dəqiqə qalmış anası ilə danışıb. Yeddinin yarısı
isə qulluqçu qadını ölü tapıb.
- Bəs mister Reymond Boyntonun onunla danışdığı
vaxtla yeddinin yarısı arasında kimsə qadına yaxın gedib?
- Puaro soruşdu.
- Məncə, yox.
- Amma axı kimsə yaxınlaşa bilərdi? - Puaro inadla -
soruşdu.
- Düşünmürəm. Altı ilə yeddinin yarısı arasında

97
downloaded from KitabYurdu.org
qulluqçular düşərgədə fırlanıblar. Adamlar çadırlarına
girib- çıxıblar. Heç kim qoca qarıya kiminsə yaxınlaşdığını
görməyib.
- Onda elə çıxır ki, Reymond Boynton onu canlı görən
sonuncu şəxsdir? - Puaro dəqiqləşdirdi.
Doktor Jerard və polkovnik Karberi bir-birinə baxdılar.
Polkovnik barmaqlarını stola vurdu.
- Elə burada da biz dolaşdıq. Jerard davam et. Bu sizin
sahənizdir.
Doktor Jerard dedi:
- Bayaq qeyd etdiyim kimi, Sara Kinq miss Boyntonu
müayinə edərkən ölüm vaxtını dəqiqləşdirməyi lazım
bilməyib. Bildirib ki, miss Boynton bir az var ki, ölüb.
Amma səhəri gün onunla yenidən bu barədə danışanda
dedim ki, miss Boyntonu son dəfə oğlu Reymond saat
altıda görüb. Miss Kinq məni təəccübləndirərək dedi ki, bu
mümkün deyil, çünki həmin vaxt artıq miss Boynton ölü
olmalı idi.
Puaro qaşlarını qaldırdı.
- Çox qəribədir. Hətta olduqca qəribədir. Bəs
Reymond Boynton bu barədə nə deyir?
Polkovnik qırıq-qırıq dedi:
- O, and içir ki, anası sağ olub. Anasının yanına gedib
deyib: “Qayıtdım. Ümid edirəm günortanız yaxşı keçib”.
Nəsə belə bir şey... And içir ki, anası ona “hər şey yaxşıdır”
dedikdən sonra çadırına dönüb.
Puaro fikirli halda qaşqabağını tökdü.
- Qarışıq məsələdir. Bəs deyin görüm, həmin vaxt artıq

98
downloaded from KitabYurdu.org
alatoran idi?
- Gün təzə batmışdı.
- Hmm, qarışıq məsələdir. Bəs siz, doktor Jerard,
cəsədi nə vaxt görmüsünüz?
- Ancaq səhəri gün saat onda.
- Bəs siz təxminən ölüm vaxtını
müəyyənləşdirmisiniz?
Fransız çiyinlərini çəkdi.
- O qədər vaxt keçdikdən sonra bu, çox çətindir. Heç
olmasa bir neçə saat fərq olmalı idi. Mən ancaq onu deyə
bilərəm ki, onu görəndə təxminən oniki-onsəkkiz saat idi
ki, ölmüşdü. Gördüyünüz kimi, bu o qədər də kömək etmir.
- Davam edin, Jerard, - polkovnik dedi. - Hər şeyi -
danışın.
- Səhər oyananda gördüm ki, dərialtı şpris yuyunma
stolunun üstündəki şüşələrin yanındadır. Deyə bilərsiniz
ki, bəlkə də onu axtaranda görməmişəm. Ağır qızdırmalı
idim, bütün bədənim əsirdi. Həm də biz çox vaxt əlimizin
altında olan şeyi belə axtarıb tapmırıq. Amma mən
əminəm ki, şpris gecə orada yox idi.
Karberi davam etdi:
- Bundan başqa, daha iki fakt var ki, olduqca
mühümdür. Qadının cəsədində qara ləkə vardı. Bu, yalnız
dərialtı iynə yeridiləndə düşür. Qızı belə izah edir ki,
anasının əlinə toxuma sancağı bata bilər.
Puaro həyəcanla soruşdu:
- Hansı qızı?
- Kerol.

99
downloaded from KitabYurdu.org
-Aha, davam edin, xahiş edirəm.
- Və son fakt, - Jerard dedi. - Dərmanlarımı
eşələyərkən gördüm ki, digitoksin dərmanının üstündən
azalıb.
- Digitoksin. Ürək dərmanı?
- Hə. Onu ən adi üskükotundan hazırlayırlar. Əsasən,
dörd səviyyəsi olur: digitalin, digitonin, digitalein və
digitoksin. Digitoksin onların arasında ən ağır ürək
xəstəlikləri üçündür. Kouppun təcrübələrinə görə, o
digitalin və digitaleindən altı və ya on dəfə ağırdır.
Fransada onu rahat satırlar, amma Britaniyada reseptsiz
verilmir.
- Bəs yüksək dozada olanda?
- Yüksək dozada digitoksini damara yeridəndə ürək
partlaya bilər. Müəyyən edilib ki, dərmanın dörd
milliqramı insanı öldürə bilər.
- Miss Boyntonun da ürək problemi vardı?
- Hə. Elə buna görə də o, digitalistdən ibarət dərman
qəbul edirdi.
- Hə, bu, həqiqətən çox maraqlıdır.
- Nə mənada? - polkovnik Puarodan soruşdu. - Yəni
demək istəyirsiniz, onun ölümü öz dərmanının yüksək
dozasından ola bilər?
- Bəli. Amma tək bunu nəzərdə tutmurdum. - Doktor
Jerard dedi. - Digitalist xüsusi dərmandır. Onun aktiv
elementləri insanı öldürə və heç bir nişan qoymaya bilər.
Puaro asta-asta başını yellədi.
- Çox ağıllı düşünülüb. Məhkəmədə, demək olar, heç

100
downloaded from KitabYurdu.org
nəyi sübut etmək mümkün deyil. Belə deyək, centlmenlər,
əgər bu, cinayətdirsə, çox ağıllı törədilib. Dərman
dərialtına yeridilib, üstəlik də qadının öz dərmanı. Deyə
bilərlər ki, qurban sadəcə dozada səhv edib. Hə, yaxşı
düşünüblər. Dahiyanədir.
Puaro bir müddət sakit oturduqdan sonra başını
qaldırdı:
- Amma bir məsələdə dolaşıram.
- Nədə?
- Dərialtı şprisin oğurluğunda.
- Onu götürüblər, oğurlamayıblar. - Doktor Jerard cəld
dedi.
- Götürüb, sonra qaytarıblar?
-Bəli.
- Hə. Qəribədir. Nəsə düz gəlmir...
Polkovnik sual dolu gözlərlə ona baxdı.
- Hə, nə deyirsən? Ekspert kimi düşüncələrin? Bu, -
cinayətdir?
Puaro əlini qaldırdı.
- Bir dəqiqə. Biz hələ bitirməmişik. Hələ bir fakt da
var.
- Nə faktı? Biz hər şeyi danışdıq.
- Bu faktı sizə mən, Erkül Puaro təqdim edəcəm.
O, üzünə zillənən təəccüblü baxışlara baxıb gülümsədi.
- Məzəlidir, hə? Hadisəni danışdığınız adam sizin belə
bilmədiyiniz bir faktı təqdim edir. Bu hadisə Solomon
Oteldə, gecə mən pəncərəni bağlayarkən baş verib.
- Bağlayarkən ya açarkən? - polkovnik soruşdu.

101
downloaded from KitabYurdu.org
- Bağlayarkən. Açıq idi, getdim ki, bağlayım. Amma
əlim hələ tutacaqda ikən əsəbi, həyəcanlı, asta səslər
eşitdim. Öz- özümə dedim ki, bu səsi harada eşitsəm
tanıyaram. Nə deyirdilər? Belə deyirdilər: “Başa düşürsən,
hə? O öldürülməlidir!” - Puaro susdu. Sonra davam etdi:
- Həmin vaxt bu sözləri qan və ya cinayətə aid
etmədim. Düşündüm ki, bu, müəllifdir və çox güman, yeni
pyesdən
danışır. Amma indi buna əmin deyiləm. Hətta əminəm ki,
onlar həqiqətən cinayətdən danışırdılar. Cənablar, inanın
mənə, bu sözləri deyən gənc adamı sonradan otelin qəbul
otağında gördüm. Səsindən tanıdım və soruşduqda mənə
dedilər ki, o, Reymond Boyntondur.
3
- Reymond Boynton belə dedi? - fransız təəccüblə
qışqırdı.
- Düşünürsünüz ki, psixoloji olaraq o bunları deyə
biləcək adam deyil? - Puaro sakitcə soruşdu.
Jerard başını yellədi.
- Yox, bunu deyə bilmərəm. Hə, təəccübləndim.
Sadəcə, Reymond Boynton bütün parametrlərinə görə
qatilə ən uyğun adamdır.
Polkovnik ah çəkdi.
-Ah, bu psixoloqlar. Yaxşı, indi nə edək?
Jerard çiyinlərini çəkdi:
- Bilmirəm. Faktları əsaslandırmaq olmur. Hətta bilsək
ki, bu cinayətdir, onu sübut etmək olduqca çətindir.
- Başa düşürəm, - polkovnik dedi. - Şübhələnirik ki,

102
downloaded from KitabYurdu.org
cinayət var. Amma burada oturub, barmaqlarımızı
fırladırıq.
Bunu xoşlamıram. Mən səliqəli adamam.
- Bilirəm, bilirəm. - Puaro dedi. - Bunu təmizləmək
istəyirsiniz. Hadisənin necə və nə vaxt olduğunu bilmək
istəyirsiniz. Bəs siz, Jerard? Deyirsiniz ki, faktlar
əsassızdırsa heç nə etmək olmaz? Bu da düzdür. Amma
əminsiniz ki, hər şey elə belə də qalmalıdır?
Jerard sakitcə dedi:
- O, pis adam idi. Bir həftəyə də, bir aya da, bir ilə də
ölə bilərdi.
- Onda siz vəziyyətdən razısınız?
- Şübhəsiz ki, onun ölümü cəmiyyətə xeyirlidir. Ailəsi
azad oldu. İndi özlərini inkişaf etdirəcəklər. Hamısı yaxşı
və savadlı insanlardırlar. Cəmiyyətin xeyirli üzvləri
olacaqlar. Miss Boyntonun ölümü ancaq yaxşı şeylər
gətirdi.
Puaro üçüncü dəfə soruşdu:
- Siz vəziyyətdən razısınız?
- Yox! - Doktor Jerard yumruğunu stola vurdu. - Razı
deyiləm. Mən həyatın qorunmasının tərəfdarıyam, ölümün
deyil. Baxmayaraq ki, vicdanım deyir qadının ölümü
xeyirlidir,
beynim buna qarşı çıxır. Bu, yaxşı iş deyil, centlmenlər,
heç bir insan vaxtı gəlmədən ölməməlidir.
Puaro gülümsədi. Səbirlə gözlədiyi cavabı aldıqdan
sonra kürəyini stulun söykənəcəyinə dayadı. Polkovnik
Karberi dedi:

103
downloaded from KitabYurdu.org
- O, cinayətləri sevmir. Heç mən də sevmirəm.
Ayağa qalxıb, özünə viski və soda tökdü. Qonaqlarının
qədəhləri hələ dolu qalmışdı.
- Yaxşı, indi də əsas məsələyə keçək. Nə etmək olar?
Bunu xoşlamırıq. Amma bu məsələyə işıq sala bilərik.
Nəsə etmək lazımdır.
Jerard qabağa əyildi.
- Bu barədə professional olaraq nə düşünürsünüz,
mister Puaro? Ekspert olan sizsiniz.
Puaro bir qədər düşündü. Mexaniki olaraq külqabındakı
yandırılmış kibritləri qalaqlamağa başladı. Sonra dedi:
- Polkovnik Karberi, siz miss Boyntonu kimin
öldürdüyünü bilmək istəyirsiniz? (Yəni əgər,
ümumiyyətlə, təbii ölümlə ölməyibsə, kimsə onu
öldürübsə). Yəni baş verənləri bilmək istəyirsiniz?
- Hə, bilmək istəyərəm, - polkovnik dedi.
- Məncə də bilmək istəyərsiniz və biləcəksiniz.
Doktor Jerard inamsızlıqla baxırdı. Polkovnik isə
maraqlanmış kimi görünürdü.
- Hə, bu maraqlıdır. Bəs suallara necə cavab
tapacaqsınız?
- Faktları bir yerə yığıb, səbəb-nəticə bağlantısı
quraraq.
- Mənim üçün problem yoxdur, - polkovnik Karberi
dedi.
- Həmçinin psixologiyadan istifadə etməklə.
- Məncə, bu da doktor Jerarda uyğundur. Faktları bir
yerə yığıb, səbəb-nəticə bağlantısı qurub, psixologiyadan

104
downloaded from KitabYurdu.org
istifadə etməklə hər şeyi üzə çıxaracağınıza əminsiniz?
- Əlbəttə, əminəm.
Polkovnik eynəyinin üstündən Puaroya baxdı. Sərt
gözlərində hörmət işartıları vardı. Sonra yenidən eynəyini
gözünün üstünə qoyub dedi:
- Bəs siz nə düşünürsünüz, doktor Jerard?
- Mən bir az bu məsələdə şübhəliyəm... baxmayaraq
ki, mister Puaronun bu məsələdə gücünə bələdəm.
Polkovnik üzünü çevirib öskürdü. Puaro dedi:
- Əvvəlcə bilmək lazımdır ki, bu cinayəti bütün ailə
birlikdə planlaşdırıb, yoxsa onlardan birinin işidir. Əgər
sonuncudursa, onda ailə üzvlərindən kim bunu edib?
Doktor Jerard dedi:
- Sizin göstərdiyiniz faktı nəzərə alanda, yəqin ki,
Reymond Boynton.
- Razıyam, - Puaro dedi. - Eşitdiyim sözlər və digər
faktlar, o cümlədən gənc həkim qadının dedikləri onu
şübhə altına salır. O, miss Boyntonu sağ görən sonuncu
şəxsdir. Xahiş edirəm, doktor Jerard mənə düzünü deyin,
hmm, necə deyim bilmirəm, bu gənc həkim qadınla
Reymondun arasında nəsə münasibət var?
Fransız təsdiqlədi:
- Deyəsən, hə.
- Budur! Bu gənc qadının alnından arxaya daranmış
qara saçları, iri qonur gözləri var?
Doktor Jerard təəccübləndi və təsdiqlədi. Puaro davam
etdi:
- Məncə, onu Solomon Oteldə görmüşəm. O,

105
downloaded from KitabYurdu.org
Reymond Boyntonla danışdı. Sonra sonuncu elə donub
qaldı ki, liftdən çıxmaq üçün üç dəfə “Pardon” deməli
oldum.
Puaro yenidən fikrə daldı. Sonra davam etdi:
- Deməli, belə. Miss Sara Kinqin tibbi göstərişini
ehtiyatda saxlayırıq. Çünki o, maraqlı tərəf olur. Doktor
Jerard, sizcə, Reymond Boynton cinayət törədə biləcək
adamdır?
Jerard asta səslə soruşdu:
- Planlaşdırılmış qətli nəzərdə tutursunuz? Elədirsə,
hə. Məncə, əsəb gərginliyi altında bu mümkündür.
- Əsəb problemlərini təzəlikcə görmüsünüz?
- Hə. Xaricə səyahət onların əsəblərini daha da gərib
və yaşadıqları gərginliyi artırıb. Həyatları ilə başqalarının
həyatları arasındakı fərqi daha aydın görüblər. Reymond
Boyntona gəldikdə isə...
-Aha?
- Sara Kinqə qarşı hissləri də əlavə etsək...
- Bu ona əlavə motivasiya verib? Yəni qətl üçün
stimul?
- Güman edirəm ki, hə.
Polkovnik Karberi öskürdü.
- Bir şeyi unudursunuz. Eşitdiyiniz sözlər - “Başa
düşürsən, hə? O öldürülməlidir!” sözləri iki nəfər arasında
danışılıb. Yəni Reymond bunları kiməsə deyib.
- Yaxşı xatırlatdınız, - Puaro dedi, - az qala bunu
unutmuşdum. Bəs Reymond bu sözləri, görəsən, kimə
deyirmiş? Şübhəsiz ki, ailə üzvlərindən birinə. Bəs

106
downloaded from KitabYurdu.org
hansına? Doktor, bizə ailənin digər üzvlərinin psixoloji
vəziyyəti barədə məlumat verə bilərsiniz?
- Kerol Boynton da Reymond kimi əsəb gərginliyi
altındadır. Amma ondan fərqli olaraq seksual problemi
yoxdur. Lennoks Boynton üsyan mərhələsini çoxdan
keçib. O, batmış adamdır. O belə bir işə girişməz. Ətrafda
baş verənlərə münasibəti olduqca ölgündür.
- Bəs onun arvadı?
- Xanımı bədbəxt və yorğun görünsə də əsəb
problemləri görmədim. O hazırda bir qərar vermək
ərəfəsindədir və tərəddüd edir.
- Nə qərarı?
- Ərini atıb-atmamaq.
Sonra Jerard Cefferson Koupla olan söhbətini Puaroya
danışdı. Puaro soruşdu:
- Bəs ən gənc qız Cinevra?
Fransızın üzü ciddiləşdi.
- Məncə, psixoloji olaraq ağır mərhələdədir. Artıq
şizofreniya əlamətləri görünür. Həyatın ağırlığına dözə
bilmədiyi üçün fantaziyalarına qaçır. Elə bilir ki, krallıq
ailəsinə məxsusdur, ətrafında çoxlu düşmənlər var.
- Bu çox təhlükəlidir?
- Çox. Bu, maniakal qətlə apara bilər. Əzab çəkən şəxs
kefindən deyil, özünü qorumaq üçün öldürməyə meyil
edir. Onlar özləri ölməmək üçün öldürürlər. Onların
fikrincə, bu, ən düzgünüdür.
- Düşünürsünüz ki, Cinevra Boynton da anasını öldürə
bilərdi?

107
downloaded from KitabYurdu.org
- Hə. Amma inanmıram ki, belə planlaşdırma üçün
onun məntiqi və ağlı düzgün işləsin. Bu xəstəliyin
nümayəndələri çox asan və açıq-aşkar öldürürlər. Az qala
əminəm ki, anasını
öldürmək istəsə, tamam başqa cür öldürərdi. Məsələn,
hamının gözü qarşısında və nümayişkaranə şəkildə.
- Amma yenə də o, şübhəli ola bilər?
- Hə.
- Bəs, sizcə, qətl törədiləndən sonra ailənin digər
üzvləri bunu kimin etdiyini bilib?
- Bilirlər, - polkovnik gözlənilmədən dedi. -
Yanlarından keçəndə dəqiq əmin olursan ki, hamısı nəsə
gizlədirlər.
- Onları məcbur edəcəyik hər şeyi desinlər.
- İşgəncə ilə? - polkovnik təəccüblə dedi.
- Yox. Adi söhbət edəcəyik. İnsanlar, adətən, həqiqəti
deməyə çalışırlar, çünki belə daha asandır. Bir, iki və ya üç
yalan deyə bilərsiniz, amma bütün vaxt yalan danışmaq
olmur. Həqiqət çıxış yolu olur.
- Başa düşürəm, - polkovnik dedi. - Bəs onlarla siz
danışacaqsınız? Yəni bunu edə bilərsiniz?
Puaro başını əydi.
- Gəlin bunu bir az aydınlaşdıraq. Sizin tələb etdiyiniz
və mənim istədiyim həqiqətdir. Amma qeyd etməliyəm ki,
hətta
əgər həqiqəti bilsək belə, bu, sübut olmaya bilər. Buna görə
də məhkəmə bu işi qəbul etməyə bilər. Etirazınız var?
- Yoxdur, - Karberi dedi. - Baş verənlər barədə mənə

108
downloaded from KitabYurdu.org
məlumat ver. Sonra qərar verərik nə edəcəyimizə. Mən
qarışıqlıq xoşlamıram. Heç xoşlamıram.
Puaro gülümsədi. Karberi davam etdi:
- Bir şey də deyim. Sənə çox vaxt verə bilmirəm. Bu
adamları burada saxlaya bilmərəm.
- Onları sadəcə iyirmi dörd saat saxla. Sabah gecə
həqiqəti biləcəksən.
Polkovnik ona şübhə ilə baxdı.
- Bu qədər əminsən?
- Özümə əminəm, - Puaro cavab verdi.
Bu əminlikdən o qədər də razı qalmayan polkovnik
gözlərini bir nöqtəyə zilləyib, səliqəsiz bığlarını qarışdırdı.
- Yaxşı. Necə bilirsən, elə də et.
Doktor Jerard heyrətlə Puaroya baxaraq dedi:
- Əziz dostum, əgər buna müvəffəq olsanız, sizə
möcüzə kimi baxacam.
4
Sara Kinq uzun müddət Erkül Puaronu izlədi. Onun
yumurta formalı başını, nəhəng bığlarını, səliqəli
görünüşünü və heç də təbii görünməyən qara saçlarını
nəzərdən keçirdi. Gözlərində şübhə parıldadı.
- Hə, madmazel. Bitirdiniz?
Sara Puaronun gözlərindəki istehzanı görüb qızardı.
- Çox üzr istəyirəm.
-Yeni öyrəndiyim ingilis ifadəsində deyildiyi kimi,
məni öyrənə bildiniz?
Sara gülümsədi.
- Hə. Siz də eyni şeyi edə bilərsiniz.

109
downloaded from KitabYurdu.org
- Əlbəttə. Mən elə belə də etdim.
Sara detektivə sərt baxış atdı. Danışığında nəsə onu
narahat edirdi. Amma Puaro laqeydliklə bığlarını bururdu.
Sara
düşündü ki, bu adam fırıldaqçıdır. Özünə güvəni artdı.
Qamətini düzəldib dedi:
- Mən bu müsahibənin nədən ibarət olduğunu anlaya
bilmirəm.
- Bəs doktor Jerard sizə heç nə deməyib?
Sara qızardı.
- Doktor Jerardı anlamıram. Deyəsən, o, hesab edir
ki...
- “Holland krallığı süqut edir”. Görürsünüz, mən sizin
Şekspiri əzbər bilirəm.
Amma bu cavab Saranı maraqlandırmadı.
- Bütün bu qarışıqlıq nə ilə bağlıdır?
- Aman Allahım. Axı həqiqət üzə çıxmalıdır.
- Siz miss Boyntonun ölümü barədə danışırsınız?
- Hə.
- Burada sual altında olan heç nə yoxdur. Amma,
əlbəttə, siz mütəxəssis olaraq bununla maraqlanırsınız.
Təbii ki...
Puaro onun cümləsini tamamladı:
- Təbii ki, hər yerdə cinayət axtarıram, elə?
- Hə. Çox güman.
- Bəs siz özünüz Boyntonun ölümündə heç nədən -
şübhələnmirsiniz?
Sara çiyinlərini çəkdi.

110
downloaded from KitabYurdu.org
- Mister Puaro, həqiqətən əgər Petrada olsanız,
görərdiniz ki, ürək problemləri olan yaşlı qadın üçün bu
səyahət necə əzablıdır.
- Bundan başqa ölüm səbəbi görmürsünüz?
- Yox. Doktor Jerardın mövqeyini anlamıram. O heç
bu barədə bilmirdi. Qızdırma içində yatırdı. Təbii ki, onun
tibbi biliyini yüksək qiymətləndirirəm. Amma bu
məsələdə o heç nə bilə bilməzdi. Amma mənim fikrimlə
razılaşmırsınızsa, Qüdsdə cəsədi müayinə etdirə bilərsiniz.
Puaro bir müddət susduqdan sonra dedi:
- Miss Kinq, elə bir şey var ki, bu barədə bilmirsiniz.
Doktor Jerard sizə heç nə deməyib.
- Nə barədə?
- Doktor Jerardın tibbi səyahət çantasından itən
digitoksin dərmanı barədə.
- Ah, - Sara o dəqiqə anladı ki, bu nə deməkdir və
davam etdi. - Bəs doktor Jerard bundan əmindir?
Puaro çiyinlərini çəkdi.
- Həkim olaraq siz daha yaxşı bilməlisiniz ki, həkimlər
belə şeylərdə dəqiq olurlar.
- Əlbəttə. Bunu bilirəm. Amma doktor Jerard həmin
vaxt malyariyaya tutulmuşdu.
- Hə, bunu bilirəm.
- Bəs dərmanın nə vaxt götürüldüyünü bilir?
- Petraya çatdığı gecə başı ağrıdığından çantadan
dərman götürüb. Səhəri günü dərmanı yerinə qoyanda
əmin idi ki, bütün dərmanlar yerindədir.
- Dəqiq əmindir?

111
downloaded from KitabYurdu.org
- Hə. Şübhəsiz. Belə şeylərdə diqqətli olan adama
inanmamaq mümkün deyil.
- Bilirəm. Amma bəzən hətta dəqiq əmin olduğun
adama belə inana bilmirsən. Amma, mister Puaro,
düşünürəm ki...
Puaro cümləni tamamladı.
- Düşünürsünüz ki, mənim bu məsələyə qarışmağım
düzgün deyil.
Sara Puaronun üzünə zilləndi.
- Səmimi desəm, hə. Hətta mənə elə gəlir ki, siz Roma
tətilləri (1953-cü ildə çəkilmiş film - tərc.) təşkil etmək -
istəyirsiniz.
Puaro gülümsədi.
- Bir ailənin özəl həyatı Erkül Puaronu o qədər
maraqlandırıb ki, özünü gülünc vəziyyətdə qoysa da oyun
- oynayır?
- Xətrinizə dəymək istəmədim. Amma bu ona
bənzəyir.
- Onda siz Boynton ailəsinin tərəfini saxlayırsınız?
- Hə, saxlayıram. Onlar çox əziyyət çəkiblər və onları
bundan artıq incitmək düzgün deyil.
-Analarının, bədniyyət, tiran, həmişə narazı analarının
ölməsi yaşamasından daha yaxşıdır? Belə demək
istəyirsiniz?
- Bunu ki, siz dediniz... - Sara fasilə verdi. Sonra
qızararaq davam etdi: - Belə vəziyyətdə analarının necə
olması əhəmiyyətli deyil.
-Amma bu, kimin üçünsə mühümdür. Məsələn, sizin

112
downloaded from KitabYurdu.org
üçün, madmazel. Mənim üçün elə də vacib deyil. Qurban
Allahın müqəddəs qulu da ola bilər, əksinə də ola bilər.
Fərqi yoxdur. Fakt faktlığında qalır. Kimsə onu öldürüb.
Mən cinayətə qarşıyam.
- Cinayət? Bunun cinayət olmasını sübut edəcək nəsə
var? Bu ki, cəfəngiyatdır. Doktor Jerard nə dediyini bilmir.
Puaro sakitcə dedi:
- Sübut var, xanım.
- Nə sübutu?
- Qadının biləyində dərialtı şpris yeri. Bundan başqa,
Qüdsdə gecə pəncərəni bağlayarkən eşitdiyim bəzi sözlər.
Deyim hansı sözlər? Mister Reymond Boynton belə
deyirdi: “Başa düşürsən, hə? O öldürülməlidir!”
Puaro gördü ki, Saranın rəngi ağarır.
- Siz bunu eşitmisiniz?
- Hə.
Sara baxışlarını yuxarı qaldırdı. Bir müddət susduqdan
sonra dedi:
- Gərək elə bunu siz eşidəydiniz?
- Hə. Mən eşitdim. Belə şeylər olur. İndi başa
düşürsünüz, niyə təhqiqat aparılmasını istəyirəm?
Sara sakitcə dedi:
-Anlayıram. Haqlısınız.
- Mənə yardım edəcəksiniz?
- Əlbəttə.
Saranın səsi ifadəsiz idi. Gözlərində soyuqluq vardı.
Puaro ona təzim etdi:
- Təşəkkür edirəm, madmazel. İndi sizdən xahiş

113
downloaded from KitabYurdu.org
edirəm, həmin gün nə yaşamısınızsa, mənə danışın.
Sara bir müddət fikrini toparladıqdan sonra danışmağa
başladı.
- Həmin gün səhər gəzintiyə çıxdıq. Boynton
ailəsindən heç kim yox idi. Geri qayıtdıqda onları
qəlyanaltıda gördük. Miss Boyntonun kefi çox yaxşı idi.
- Deyəsən, çox vaxt hirsli olub.
- Hə, elə idi.
Sonra Sara miss Boyntonun ailəni gəzməyə
buraxmasından danışdı.
- Bu, gözlənilməz idi?
- Hə. Adətən, o, ailəni ətrafında saxlayır.
- Bəlkə həmin vaxt etdiklərinə görə peşman olubmuş?
- Düşünmürəm.
- Bəs nə düşündünüz?
- Çaşmışdım. Şübhələndim ki, nəsə hiyləsi var. Siçan-
pişik kimi.
- Bir az açıq danışın, madmazel.
- Pişik siçanı yaxalayır, sonra buraxıb yenidən
yaxalayı və bundan həzz alır. Miss Boynton da belə adam
idi. Fikirləşdim, yenə nəsə hiyləsi var.
- Sonra nə baş verdi?
- Boyntonlar qalxıb bizimlə çıxdılar.
- Hamısı?
- Yox. Ən gəncləri Cinevra qaldı. Qoca ona gəzməyə
getməyə icazə vermədi.
- Bəs o özü istəyirdi?
- Çox istəyirdi, amma anası icazə vermədi. O da

114
downloaded from KitabYurdu.org
anasının dediyi kimi etdi. Sonra mən, doktor Jerard və ailə
birlikdə çıxdıq.
- Saat təxminən neçədə?
- Təxminən dördün yarısı.
- Həmin vaxt miss Boynton harada idi?
- Nadin - Lennoks Boyntonun xanımı onu mağaranın
ağzındakı stulda otuzdurdu.
- Davam edin.
- Hamımız birlikdə gəzdik. Bir az sonra doktor Jerard
geri qayıtdı. Başqa vaxt olsa gəzintini sevir. Gördüm ki,
doğrudan qızdırması var. Onunla birlikdə getmək istədim,
amma o, etiraz etdi.
- Həmin vaxt saat neçə idi?
- Deyəsən, dörd idi.
- Bəs qalanları nə etdilər?
- Gəzintiyə davam etdilər.
- Hamınız birlikdə idiniz?
- Əvvəlcə hə. Sonra ayrıldıq. Nadin Boynton və mister
Koup ayrıldı. Kerol, Lennoks, Reymond və mən birlikdə
gəzdik.
- Belə də davam etdiniz?
- Yox. Reymond Boynton və mən də ayrıldıq. Qayanın
üstündə oturub, mənzərəni izlədik. Sonra o getdi və mən
bir müddət də orada qaldım. Təxminən altının yarısı
saatıma baxıb, geri qayıtdım. Düşərgəyə saat altıda çatdım.
Günəş batırdı.
- Geri qayıdarkən miss Boyntonu gördünüz?
- Hə. Gördüm ki, stulunda oturub.

115
downloaded from KitabYurdu.org
- Hərəkətsiz oturması sizi şübhələndirmədi?
- Yox. Çünki əvvəlki gecə Petraya çatanda da onu elə
görmüşdüm.
-Anladım. Davam edin.
- Yemək otağına getdim. Hamı orada idi, doktor
Jerarddan başqa. Əl-üzümü yuyub geri qayıtdım. Şam
hazır idi və qulluqçulardan biri getdi ki, miss Boyntona
xəbər versin. Sonra qaçaraq qayıtdı və dedi ki, xəstədir.
Onun yanına getdim. Mən
çatanda stulunda əyləşmişdi. Toxunanda gördüm ki, artıq
keçinib.
- Ölümünün təbii olmasına şübhəniz yox idi?
- Yox idi. Bilirdim ki, ürək problemi var. Ona görə də
heç nə məndə şübhə yaratmadı.
- Düşündünüz ki, stulunda oturduğu yerdə keçinib?
- Hə.
- Yardım çağırmadan ölüb?
- Hə. Belə şeylər olur. O, yuxusunda da ölə bilərdi.
Artıq doza qəbul edib. Bundan başqa, gündüz düşərgədə
olanların əksəriyyəti yatmışdı. Ucadan kömək səsləməsə
heç kim eşitməzdi.
- Nə vaxt öldüyü barədə fikriniz var?
- Yox. Heç bu barədə düşünmədim. Belə başa düşdüm
ki, bir müddətdir keçinib.
- Bir müddət deyəndə nəyi nəzərdə tutursunuz?
- Bir saata yaxın. Bəlkə də daha çox keçmişdi. Qayanın
istisindən bədəni soyumamışdı.
- Bir saat? Əminsiniz. Madmazel Kinq, mister

116
downloaded from KitabYurdu.org
Reymond Boynton deyib ki, anası ilə yarım saat əvvəl
danışıb və həmin vaxt o sağ imiş.
Sara gözlərini qaçıraraq başını yellədi.
- Yəqin ki, səhv edib. Anasını ölməmişdən qabaq
görüb.
- Yox, madmazel. Səhv etməyib.
Sara ona tərəf sərt baxdı.
- Belə deyək. Mən gəncəm. Cəsədlərlə bağlı təcrübəm
yoxdur. Yalnız bir şeyə dəqiq əminəm ki, miss Boyntonun
cəsədini yoxlayanda o, bir saatdan çox idi ki, ölmüşdü.
- Siz dediklərinizdə əminsiniz?
- Bu həqiqətdir.
- Onda, xahiş edirəm, izah edin görüm, mister Boynton
niyə anası ölü ikən onun sağ olduğunu deyib?
- Bilmirəm. Yəqin ki, onlar vaxtı qarışdırırlar. Çox
əsəbi ailədirlər.
- Madmazel, onlarla neçə dəfə görüşmüsünüz?
Sara qızardı və bir müddət cavab vermədi. Sonra
danışmağa başladı.
- Sizə hər şeyi danışacam. Reymond Boyntonla Qüdsə
gələndə qatarın dəhlizində söhbət etmişik. Kerol
Boyntonla iki dəfə - Ömər məscidində və yataq otağımda
danışmışıq. Miss Lennoks Boyntonla səhəri gün
danışmışam. Miss Boyntonun öldüyü gün günortaya qədər
ancaq bunlar olub.
- Bəs miss Boyntonun özü ilə danışmısınız?
Sara həyəcanlandı.
- Hə. Qüdsdən çıxdığı gün danışmışam. Özümü axmaq

117
downloaded from KitabYurdu.org
vəziyyətdə qoymuşdum.
- Necə?
Sara istəməsə də söhbəti danışdı.
Puaro maraqla qadını nəzərdən keçirdi.
- Miss Boyntonun psixologiyası bu məsələdə çox
mühümdür. Siz isə kənar, bitərəf adamsınız. Ona görə də
dedikləriniz çox mühümdür.
Sara cavab vermədi. Özünü narahat hiss edirdi və onu
istilik basmışdı.
- Təşəkkür edirəm, madmazel, - Puaro dedi. - Digər
şahidlərlə də danışacam.
Sara ayağa qalxdı.
- Üzr istəyirəm, mister Puaro. Amma olar, bir şey
deyim?
- Əlbəttə, buyurun.
- Niyə bu məsələləri sonraya, cəsəd müayinə
edildikdən sonraya saxlamırsınız? Onda şübhələrinizin
doğru olub- olmadığına əmin ola bilərdiniz.
Puaro təmtəraqla əlini qaldırdı:
- Bu, Erkül Puaronun metodudur.
Sara dodaqlarını sıxıb, otağı tərk etdi.
5
Ledi Vestholm otağa gəmi kimi girdi. Miss Annabel
Pirs isə gizlənə-gizlənə gəminin kölgəsində gizlənən qayıq
kimi otağa girib, stulda oturdu.
- Narahat olmayın, mister Puaro, - ledi Vestholm uca
səslə başladı. - Sizə əlimdən gələn köməyi edəcəyəm. Belə
işlərdə ictimai borcumuzu gərək unutmayaq.

118
downloaded from KitabYurdu.org
Ledi Vestholm ictimai borcun nədən ibarət olduğu
barədə geniş izahat verməyə başladı. Puaro söhbəti yarım
kəsib, birbaşa suala keçdi. Ledi Vestholm dedi:
- Həmin gün barədə hər şeyi xatırlayıram. Miss Pirslə
sizə hər köməyi edəcəyik.
- Hə, əlbəttə. - Miss Pirs ciyiltili səsi ilə dedi. - Nə
böyük faciə. Bir anın içində öldü.
Puaro səbirsizliklə sualı təkrarladı.
- Deyin görüm, həmin gün nələr olub?
- Qəlyanaltıdan sonra qərar verdim ki, bir az dincəlim.
Səhər ekskursiyası yormuşdu. Düzdür, mən əslində
yorğunluq nədir bilmirəm. Gərək ictimai işlərlə məşğul
olasan ki, nə dediyimi anlayasan.
Puaro yenidən söhbəti dəyişib, əsas məsələyə
gətirməyə çalışdı. Ledi Vestholm davam etdi:
- Miss Pirs də təsdiq edər ki, istirahət edirdim.
- Hə, - miss Pirs ah çəkdi. - Hə, mən də həmin səhər
çox yorulmuşdum. Təhlükəli qayalara dırmanmaq maraqlı
olsa da qorxulu idi. Ledi Vestholm qədər güclü deyiləm.
- Yorğunluq, - Vestholm davam etdi, - bunu heç nə ilə
müqayisə etmək olmaz. Qərar verdim, bir daha özümə
əziyyət verməyəcəm.
Miss Pirs hörmətlə Vestholma baxdı. Puaro dedi:
- Qəlyanaltıdan sonra siz, iki ledi çadırınıza getdiniz?
- Hə.
- Miss Boynton həmin vaxt mağaranın ağzında -
oturmuşdu?
- Gəlini onu aparıb oturtdu, sonra da getdi.

119
downloaded from KitabYurdu.org
- Hər ikiniz gördünüz bunu?
- Hə, - miss Pirs dedi. - O bizim qarşımızda idi.
Ledi Vestholm bu sözlərə aydınlıq gətirməyə çalışdı.
- Bilirsiniz necədir, mağaralar düzənliyə açılır.
Aşağıda da çadırlar var. Sonra bir az aşağıda çay dərəsi
yerləşir. Çay dərəsində də böyük yemək otağı - çadır
qurulub. O, yemək otağının sağ tərəfində, mənim çadırım
isə sol tərəfdədir. Çadırımdan onu görə bilirdim, amma bir
az uzaqda.
- Təxminən iki yüz yard. Anladım.
- Ola bilər.
- Əlimdə bələdçi Mahmudun verdiyi xəritə var.
Ledi Vestholm fürsətdən istifadə edib, bələdçinin
arxasınca deyindi.
- Bu bələdçi o qədər dəqiq adam deyil. Beydekerdən
bəri neçə dəfə yoxlamışam, səhv məlumatlar verir.
- Mənim planıma görə, miss Boyntonun çadırının
yanında oğlu Lennoks və onun xanımının çadırı yerləşir.
Sonra isə Reymond, Kerol və Cinevra Boynton yerləşirlər.
Cinevranın çadırının sağında doktor Jerardın çadırı, onun
yanında isə
miss Kinqin çadırı yerləşib. Çadırın digər tərəfində isə
sizin, mister Koupun çadırları yerləşib. Miss Pirsin çadırı
isə üzbəüzdür. Düzdür?
Ledi Vestholm təsdiqlədi.
- Təşəkkür edirəm. Xahiş edirəm, ledi Vestholm,
davam edin.
Ledi Vestholm incəliklə ona gülümsəyib, davam etdi:

120
downloaded from KitabYurdu.org
- Dördə on beş dəqiqə qalmış miss Pirsin çadırına baş
vurdum. Dedim oyaqdırsa bir az gəzək. Qapısının ağzında
oturub kitab oxuyurdu. Qərar verdik ki, yarım saat gəzək.
Çadırıma gedib, iyirmi beş dəqiqə kitab oxudum. Sonra
miss Pirslə görüşdük. O hazır idi və biz gəzməyə çıxdıq.
Düşərgədə hər kəs yatmışdı. Heç kim yox idi. Miss
Boyntonu tək görüb, miss Pirsə dedim ki, ondan nəyəsə
ehtiyacı olub-olmadığını soruşaq.
- Çox yaxşı iş gördünüz. Düşüncəlisiniz. - Miss Pirs -
mızıldandı.
- Fikirləşdim ki, bu mənim borcumdur.
- Amma o nə qədər kobudluq etdi. - Miss Pirs dedi.
Puaro maraqla qabağa əyildi. Ledi Vestholm davam
etdi:
- Yolumuz onun mağarasının önündən keçirdi. Miss
Boyntonu çağıraraq dedim ki, gəzməyə gedirik,
getməmişdən qabaq nəsə lazımdırım Təsəvvür edin, mister
Puaro, o yalnız baxdı. Bizə elə baxdı, sanki hansısa çirkli
əşyaya baxır.
- Çox hörmətsiz hərəkət idi, - miss Pirs qızararaq dedi.
- Etiraf edim ki, - ledi Vestholm da qızardı, - onunla
bağlı kobud fikir dedim.
- Məncə, siz çox haqlı idiniz, - miss Pirs dedi.
- Nə dediniz? - Puaro soruşdu.
- Miss Pirsə dedim, bəlkə də o içkilidir. Çünki
hərəkətləri həqiqətən anormal idi. Dedim bəlkə də içib.
İçkinin ziyanlarını məndən yaxşı bilən yoxdur. Çünki...
Puaro cəld söhbəti içkinin ziyanlarından yan keçirdi.

121
downloaded from KitabYurdu.org
- Həmin gün onun hərəkətlərində qəribəlik
görmüşdünüz? Məsələn, elə qəlyanaltı vaxtı.
- Yox. Deyərdim ki, hərəkətləri bir amerikalı üçün çox
normal idi.
- Qulluqçu ilə kobud davrandı. - Miss Pirs qeyd etdi.
- Hansına?
- Biz çıxmamışdan qabaq.
- Hə, hə. Yadıma düşdü. O, qulluqçunun xətrinə çox
pis dəydi. - Vestholm davam etdi. - İngiliscə kəlmə
bilməyən qulluqçu ilə danışmaq çox çətindir. Amma hər
zaman deyirəm ki, səyahət edirsənsə, bunu nəzərə
almalısan.
- Hansı qulluqçudan gedir söhbət?
- Düşərgədə xidmət edən bədəvilərdən biri idi.
Deyəsən, miss Boynton ona tapşırmışdı nəsə gətirsin. O isə
başqa şey gətirmişdi. Nə olduğunu bilmirəm, amma çox
qəzəbləndi. Yazıq kişi, bacardığı qədər sürətlə oradan
qaçdı. Miss Boynton əsasını onun ardınca yellədi.
- Ona nə deyirdi?
- Biz çox uzaqda idik. Eşidə bilmədim. Siz eşitdiniz,
miss Pirs?
-Yox. Deyəsən, tapşırmışdı ki, balaca qızının
çadırından nəsə gətirsin. Amma bədəvi qızın otağına
girdiyi üçün qəzəblənmişdi. Bilmirəm dəqiq.
- Bədəvini təsvir edə bilərsiniz?
Miss Pirs başını yelləyərək dedi:
- İnanın deyə bilmərəm. O uzaqda idi. Həm də mənim
üçün bütün ərəblər bir-birinin oxşarıdır.

122
downloaded from KitabYurdu.org
Ledi Vestholm isə izahata girişdi.
- Orta boylu idi. Ənənəvi papaq qoymuşdu. Əynindəki
şalvar cırıq-cırıq idi. Çox pis görünürdü. Sarğısı isə indiyə
qədər gördüyüm ən çirkli paltar idi. Dəqiq onun qayğıya
ehtiyacı var.
- Düşərgədəki qulluqçuların arasında onu göstərə -
bilərsiniz?
- Bilmirəm. Üzünü görə bilmədim, uzaqda idi. Həm də
miss Pirs dediyi kimi, bütün ərəblər bir-birinə bənzəyir.
- Qəribədir- Puaro fikirli halda dedi. - Görəsən, nə edib
ki, miss Boynton bu qədər qəzəblənib.
- Onlar onsuz da axır vaxtlar hamını əsəbiləşdirirlər.
- Ledi Vestholm dedi. - Məsələn, elə mənim
ayaqqabılarımı götürmüşdülər. Halbuki onlara dəfələrlə
demişəm ki, ayaqqabılarımı özüm təmizləyirəm.
- Mən də belə edirəm, - Puaro söhbətdən kənara çıxdı.
- Ayaqqabılarımı və ayaqqabı təmizləyəni hər yerə özümlə
aparıram.
- Mən də. - Vestholmun səsi yumşaldı.
- Ərəblərin təmizlikdən başı çıxmır.
- Düzdür. Hər kəs gündə üç, dörd dəfə təmizlənsin
gərək.
- Hə, burada xüsusilə.
- Əlbəttə. Çirkli gəzə bilmərəm. Hələ onların
bazarlarındakı milçəklər...
- Yaxşı. Tezliklə həmin qulluqçudan öyrənərik, görək
miss Boyntonu nə qəzəbləndirib. Siz davam edin.
- Sonra biz yavaş-yavaş gəzirdik, - ledi Vestholm dedi.

123
downloaded from KitabYurdu.org
- Doktor Jerardı gördük. Çox xəstə görünürdü. Qızdırması
vardı.
- Əsirdi. Möhkəm əsirdi, - miss Pirs əlavə etdi.
- Gördüm ki, malyariya olacaq. Təklif etdim onunla
birlikdə gedim və ona xinin içizdirim. Amma dedi ki,
özündə həblər var.
- Yazıq. - Miss Pirs dedi. - Həkim xəstə olanda özümü
həmişə qəribə hiss edirəm.
- Sonra yenə gəzdik və qayanın üstündə oturduq.
Miss Pirs mızıldandı:
- Səhər gəzintisi bizi çox yormuşdu.
- Özümü heç vaxt yorğun hiss etmirəm. - Ledi
Vestholm davam etdi. - Amma çox gəzməyə də ehtiyac
yox idi. Oturduğumuz yerdən gözəl mənzərə açılırdı.
- Düşərgəni görmürdünüz?
- Görürdük. Düz qarşısında oturmuşduq.
- Necə romantik idi. - Miss Pirs başını yelləyərək ah
çəkdi. - Vəhşi qırmızı qayaların arasında düşərgə.
- Düşərgədə qayda-qanun yaratmaq lazımdır, - ledi
Vestholm iri burun pərələrini genişləndirdi. - Məsələn,
əmin deyiləm ki, içməli suyu filtrdən keçirib, qaynadırlar.
Halbuki belə olmalıdır.
Puaro öskürdü və söhbəti içməli su problemindən yan
keçirdi.
- Gəzintiyə çıxanları görürdünüz?
- Hə. Böyük mister Boynton xanımı ilə düşərgəyə -
qayıdırdı.
- Birlikdə idilər?

124
downloaded from KitabYurdu.org
- Yox. Mister Boynton qabaqda gedirdi. Əvvəl elə
bildik onu gün vurub. Ləngər vururdu.
- Boyunun ardı, - miss Pirs dedi. - Gərək boyunun
ardını qoruyasan. Ona görə də yanımda həmişə qalın, ipək
dəsmal olur.
- Mister Lennoks Boynton düşərgəyə qayıtdıqdan
sonra nə etdi? - Puaro soruşdu.
Miss Pirs çalışdı ki, heç olmasa bu suala Vestholmdan
qabaq cavab versin.
- Düz anasının yanına getdi, amma çox qalmadı.
- Nə qədər qaldı?
- Bir-iki dəqiqə.
- Bir dəqiqə qaldı. Sonra mağarasına getdi. Bir müddət
sonra isə yemək otağına getdi. - Ledi Vestholm əlavə etdi.
- Bəs xanımı?
- Haradasa on beş dəqiqə sonra tək gəldi. Bir dəqiqə
dayandı və bizimlə söhbət etdi.
- O çox gözəldir. Həqiqətən gözəldir, - miss Pirs dedi.
- Ailənin digər üzvləri kimi deyil, - ledi Vestholm
əlavə
etdi.
- Düşərgəyə qayıdanda onu izlədiniz?
- Hə. Qayınanası ilə danışdı. Sonra mağaraya girdi.
Stul gətirib, qoca qarının yanına qoydu və təxminən on
dəqiqə danışdılar.
- Sonra?
- Sonra stulu geri qaytardı və ərinin yanına - yemək
otağına getdi.

125
downloaded from KitabYurdu.org
- Sonra nə oldu?
- Sonra amerikalı qayıtdı. - Vestholm cavab verdi.
- Deyəsən, adı Koupdur. Dedi yaxınlıqda vadinin
yamacında gözəl arxitektura nümunəsi var, görməsək çox
şey itirərik. Qərar verdik gedək. Yolda mister Koup Petra
və Nabateanlar haqqında maraqlı məqalədən hissələr
danışdı.
- Çox maraqlı idi, - miss Pirs dedi.
Ledi Vestholm davam etdi:
- Sonra düşərgəyə qayıtdıq. Saat təxminən altıya
iyirmi dəqiqə qalırdı. Hava sərin idi.
- Miss Boynton hələ də mağaranın ağzında
oturmuşdu?
- Hə.
- Onunla danışdınız?
- Yox. Heç açığı, ona fikir də vermədim.
- Sonra nə etdiniz?
- Çadırıma qayıdıb, ayaqqabılarımı dəyişdim. Çin
çayımı götürdüm və yemək otağına getdim. Bələdçi orada
idi. Tapşırdım ki, miss Pirs və mənim üçün çay hazırlasın.
Başının üstündə dayandım ki, suyu qaynatdığına əmin
olum. Bizə yeməyin saat yarıma hazır olacağını dedi.
Mənsə bildirdim ki, mənim üçün fərqi yoxdur.
- Bir stəkan çay həmişə əladır, - miss Pirs mızıldandı.
- Yemək otağında kimsə vardı?
- Hə. Mister və miss Lennoks Boyntonlar oturub kitab
oxuyurdular. Kerol Boynton da orada idi.
- Bəs mister Koup?

126
downloaded from KitabYurdu.org
- O da bizlə çaya qoşuldu, - miss Pirs dedi. - Amma
dedi ki, çay içmək amerikalıların adəti deyil.
Ledi Vestholm yüngülcə öskürdü:
- Qorxdum ki, mister Koup çox danışar. Ümumiyyətlə,
səyahətdə tanışlarla məsafə saxlamaq lazımdır. Bəzən
onlar özlərini çox yaxın aparırlar. Amerikalılar bu
mövzuda xüsusilə bacarıqlıdırlar.
Puaro mədəni şəkildə onun sözünü kəsdi:
- Ledi Vestholm, bu cür hallarda vəziyyəti idarə altında
saxlaya bildiyinizdən əminəm. Səyahətdəki tanışlıqlardan
bir xeyir gəlmir. Yəqin ki, siz hər şeydən çıxış yolu
tapırsınız.
- Hə, əlbəttə. Mən hər vəziyyətdən çıxa bilirəm, - ledi
Vestholm əminliklə dedi.
Puaro ona maraqla baxdı.
- Həmin gün barədə təəssüratlarınızı
yekunlaşdırsanız?
- Əlbəttə. Xatırlayıram ki, Reymond Boyntonla
qırmızı saç Boynton ən axırda gəldilər. Sonradan miss
Kinq də gəldi. Yemək hazır idi. Qulluqçulardan biri getdi
ki, qoca qarını çağırsın. Sonra narahat halda qaçaraq
qayıtdı və bələdçi ilə ərəbcə danışdı. Kimsə dedi ki, miss
Boynton xəstədir. Miss Kinq həkim olduğunu bildirdi və
bələdçi ilə getdi. Geri qayıdanda isə bəd xəbəri Boyntonlar
ailəsinə verdi.
- Yaman kobud verdi xəbəri, - miss Pirs əlavə etdi.
- Mən olsam onları bir az hazırlayardım.
- Bəs Boyntonlar ailəsi xəbəri necə qarşıladı? - Puaro

127
downloaded from KitabYurdu.org
soruşdu.
Bir anlıq miss Pirs və ledi Vestholm çaşqınlıqla bir-
birinə baxdılar. Nəhayət, ledi Vestholm dedi:
- Necə deyim, bilmirəm... Onlar sakit qarşıladılar.
- Donub qaldılar, - miss Pirs dedi.
- Sonra hamısı miss Kinqlə çıxdılar. Miss Pirslə mən
isə donub qalmışdıq.
Miss Pirsin gözlərində kədər göründü.
- Kobudcasına maraq xatirinə belə şeylərə qaçmağa
nifrət edirəm. - Ledi Vestholm dedi.
Miss Pirs, deyəsən, marağa nifrət etmirdi, amma ledi
Vestholma görə təsdiqləməli oldu.
- Sonra, - ledi davam etdi, - bələdçi ilə miss Kinq geri
qayıtdılar. Təklif etdim ki, yemək bizim dördümüzə
verilsin. Boynton ailəsi, yəqin ki, sonra təklikdə yemək
yemək istəyərdilər. Təklifim qəbul oldu. Yeməkdən sonra
isə çadırıma
getdim. Miss Kinqlə miss Pirs də eyni şeyi etdilər. Mister
Koup, deyəsən, yemək otağında qaldı. Ailə dostudur,
yəqin ki, dəstək olmaq istədi. Bu da bütün bildiklərim,
mister Puaro.
- Bəs miss Kinq xəbəri verdikdən sonra bütün Boynton
ailəsi onunla birlikdə çıxdı?
- Hə. Amma dayan... indi xatırladım. Deyəsən, qırmızı
saç qız geri qaldı, elədir, miss Pirs?
- Hə. Buna əminəm.
- O nə etdi?
- Nə etdi? Məncə, heç nə etmədi, mister Puaro.

128
downloaded from KitabYurdu.org
- Yəni demək istəyirəm, tikiş tikirdi və ya kitab
oxuyurdu, narahat görünürdü, nəsə dedimi?
- Yox, sakit oturmuşdu.
- Barmaqlarını şaqqıldadırdı, - miss Pirs qəfil dedi. -
Bunu dəqiq gördüm. Fikirləşdim, əsəb keçirir, ona görə
belə edir. Üzündə heç bir ifadə yox idi, sadəcə
barmaqlarını şaqqıldadırdı. Bir dəfə mən də elə olmuşdum.
Xalamın xəstələndiyini eşitmişdim və dayanmadan çek
kağızını cırırdım. Düşünürdüm, onun yanına gedim, yoxsa
yox. Qərar verə
bilmirdim. Sonra isə teleqrama baxmaq əvəzinə kağızı
cırmağa başlamışdım.
Miss Pirs kədərli halda susdu. Onun sözlərinə
əhəmiyyət verməyən ledi Vestholm soyuq halda soruşdu:
- Yenə nəsə sualınız var, mister Puaro?
Puaro sanki qaranlıq fikirlərdən ayrılaraq dedi:
- Yox, yox. Siz hər şeyi dəqiqliklə danışdınız.
- Yaddaşım çox gözəldir.
- Kiçik bir xahişim var, ledi Vestholm. İndi
oturduğunuz yerdən tərpənmədən və kənara baxmadan
miss Pirsin geyimini mənə təsvir edə bilərsiniz? Təbii ki,
əgər miss Pirs etiraz etmirsə.
- Yox, mister Puaro, xahiş edirəm, - miss Pirs
utancaqlıqla ciyildədi.
- Mən anlamadım, mister Puaro? - ledi Vestholm
şübhə ilə soruşdu.
- Çox xahiş edirəm, madam. Dediyimi edin.
Ledi Vestholm çiyinlərini çəkdi və sərt şəkildə dedi:

129
downloaded from KitabYurdu.org
- Miss Pirsin əynində qəhvəyi zolaqlı ağ pambıq paltar
var. Sudandan aldığı qırmızı, mavi və krem rəngli kəmər
taxıb. Qəhvəyi corab və qəhvəyi ayaqqabı geyinib. Sol
corabının ipi qaçıb. Boynunda mirvari boyunbağı var.
Çəhrayı kəpənəkli broş taxıb. Sağ əlinin üçüncü
barmağında üzük var. Başındakı papaq çəhrayı və qəhvəyi
rənglərdədir. Başqa? - ledi soyuq soruşdu.
Puaro heyrətlə əlini yellədi.
- Sizə heyranam, madam. Möhtəşəm müşahidə
qabiliyyətiniz var.
- Detallar həmişə lazım olur, - ledi Vestholm ayağa
qalxdı. Başı ilə təzim edib, otaqdan çıxdı.
Miss Pirs utana-utana corabına baxaraq otaqdan
çıxmaq istəyərkən mister Puaro onu saxladı:
- Bir dəqiqə, xahiş edirəm, madmazel.
- Bəli?
- Stolun üzərində bir dəstə yabanı gül görürsünüz?
- Bəli, - miss Pirs çaşqınlıqla dedi.
- İçəri girəndə iki dəfə asqırdığımı eşitdiniz?
-Bəli.
- Bəs gülləri iyləməyimi necə, gördünüz?
- Yox, onu xatırlamıram.
- Amma asqırdığım yadınızdadır.
- Hə, yadımdadır.
-Anladım. Sadəcə fikirləşirəm, görəsən, güllərdən
qızdırma tutmaram ki?
- Qızdırma? Yadımdadır, xalam qızı bunun əziyyətini
çəkir. Deyir ki, gündəlik buruna bor turşusu töksən...

130
downloaded from KitabYurdu.org
Puaro çətinliklə də olsa miss Pirsin müalicə
məsləhətlərindən canını qurtarıb, qapını bağladı. Otağına
qayıtdıqda təəccüblə qaşlarını qaldırmışdı.
- Axı mən heç asqırmamışdım. Çox qəribədir.
Asqırmamışdım.
6
Lennoks Boynton tələsik və əmin addımlarla otağa
girdi. Doktor Jerard otaqda olsa onda olan dəyişikliyə mat
qalardı. Qorxu və ərincəklik itmişdi. Enerjili olsa da
əsəbilik hələ də qalırdı. Gözləri ilə tələsik otağı nəzərdən
keçirdi.
Puaro ayağa qalxaraq təzim etdi:
- Sabahınız xeyir, mister Boynton. Söhbət etməyi
qəbul etdiyiniz üçün minnətdaram.
Lennoks çaşqınlıqla minnətdarlıq etdi.
- Polkovnik Karberi məsləhət gördü. Dedi bunlar
formal şeylərdir.
- Buyurun əyləşin, mister Boynton.
Lennoks bir az qabaq ledi Vestholmun ayağa qalxdığı
stulda əyləşdi. Puaro davam etdi:
- Yəqin ki, sizin üçün çox ağırdır.
- Əlbəttə. Amma düzünü deyim, o qədər də şoka
düşmədik. Bilirdik ki, anamızın ürəyi zəifdir.
- Belə bir vaxtda belə şəraiti olan səyahətə çıxmaq
düzgün idi?
Lennoks Boynton başını qaldırdı. Üzündə bir qram da
kədər yox idi.
- Mənim anam, mister Puaro, özü qərar verirdi. Əgər

131
downloaded from KitabYurdu.org
nəsə etməyə qərar verdisə, ona qarşı çıxmaq olmurdu.
Son sözləri deyəndə nəfəsi təngidi. Üzü ağardı.
- Bilirəm, - mister Puaro dedi. - Adətən, yaşlı
qadınlarda belə olur.
Lennoks narahatlıqla soruşdu:
- Bu söhbət nəyə lazımdır? Yəni bilmək istəyirəm, bu
formaliıqların mənası nədir?
- Yəqin ki, bilmirdiniz, mister Boynton. Belə qəfil və
gözlənilməz ölümlərdə sorğu vacibdir.
- Gözlənilməz deyəndə nəyi nəzərdə tutursunuz?
Puaro çiyinlərini çəkdi.
- Yəni sual yaranır ki, görəsən, bu, təbii ölümdür,
yoxsa qətldir? Hətta intihar da ola bilər.
- İntihar? - Lennoks Boynton təəccüblə baxdı.
Puaro dedi:
- Belə şeyləri daha yaxşı bilirsiniz. Polkovnik Karberi
şübhə içindədir. Bilmək istəyir ki, meyit yarılsın, ya yox.
Belə işlərdə daha təcrübəli olduğum üçün məsləhət
gördüm ki, əvvəl araşdırma edək. Əlbəttə ki, o sizi narahat
etmək istəmirdi.
Lennoks Boynton əsəbiləşdi.
- Qüdsdəki konsulluğumuza müraciət edəcəm.
- Buyurun, bu sizin ixtiyarınızdadır.
Fasilə yarandı. Sonra Puaro dedi:
- Suallarıma cavab verməkdən imtina edirsinizsə...
- Yox. Sadəcə bunlar lazımsız şeylərdir.
- İnanın ki, başa düşürəm. Amma bu, çox sadədir. Adi
bir şeydir. İndi, xahiş edirəm, cavab verəsiniz, mister

132
downloaded from KitabYurdu.org
Boynton. Ananız öldüyü gün siz Petradakı düşərgəni tərk
edərək gəzintiyə getmişdiniz?
- Hə. Hamımız getdik. Anamdan və balaca bacımdan
başqa.
-Ananız həmin vaxt mağaranın ağzında əyləşmişdi?
- Bəli. Çölündə. Hər gün orada otururdu.
- Aydındır. Nə vaxt düşərgəni tərk etdiniz?
- Üçdən sonra.
- Bəs geri nə vaxt qayıtdınız?
- Həqiqətən bilmirəm. Saat dörd-beş olardı yəqin.
- Çıxdıqdan bir-iki saat sonra?
- Bəli. Deyəsən.
- Geri qayıdarkən kimisə gördünüz?
- Anlamadım.
- Yəni qayıdarkən qayanın üstündə oturmuş iki ledi
gördünüz?
- Bilmirəm. Hə, deyəsən, gördüm.
- Yəqin ki, çox fikirli idiniz.
- Hə.
- Düşərgəyə çatanda ananızla danışdınız?
-Bəli.
- Nədənsə şikayət etmədi? Məsələn, xəstəlikdən?
- Yox. Çox yaxşı görünürdü.
- Nə söhbət etdiyinizi soruşa bilərəm?
Lennoks bir müddət susdu. Sonra davam etdi:
- Dedi ki, tez qayıtdım. Dedim, hə. Sonra dedim,
istidir. Məndən vaxtı soruşdu, dedi, saatı dayanıb. Saatı
götürüb qurdum və yenidən qoluna taxdım.

133
downloaded from KitabYurdu.org
Puaro Lennoksun sözünü kəsdi:
- Saatı quranda neçə idi?
- Necə?
- Soruşuram, saatı quranda ,yəqin ki, neçə olduğunu
gördünüz.
- Hə, başa düşdüm. Beşə iyirmi beş dəqiqə qalırdı.
- Onda düşərgəyə qayıtdığınız vaxtı bilirsiniz.
-Ah, necə axmağam. Əlbəttə. Üzr istəyirəm.
Həyəcanlıyam deyə nə dediyimi bilmirəm.
- Başa düşürəm, narahat olmayın. Sonra nə baş verdi?
- Anamdan soruşdum ki, nəsə istəyirmi: çay kofe və s.
Dedi, yox. Mən də yemək otağına getdim. Ətrafda bir dənə

qulluqçu yox idi. Sodalı su tapıb içdim. Susamışdım.
Oturub “Saturday Evening Post” qəzetinin köhnə sayını
oxudum. Sonra da mürgülədim.
- Həyat yoldaşınız da gəldi?
- Hə, bir az sonra o da gəldi.
- Sonra ananızı bir də sağ görmədiniz?
- Yox.
- Söhbət edəndə nədənsə əsəbi olduğunu, narahat
olduğunu hiss etdiniz?
- Yox, həmişəki kimi idi.
- Kiminləsə problemindən, məsələn, hansısa
qulluqçuya əsəbiləşməsindən danışdı?
- Yox, elə şey demədi.
- Mənə başqa nəsə demək istəyirsiniz?
- Məncə, elə bu qədərdir.

134
downloaded from KitabYurdu.org
- Təşəkkür edirəm, mister Boynton.
Puaro başı ilə işarə edərək, sorğunun bitdiyini göstərdi.
Lennoks, deyəsən, çıxmaq istəmirdi. Qapıda tərəddüdlə
dayanıb soruşdu:
- Başqa sualınız var?
- Yox. Çox xahiş edirəm, xanımınızı dəvət edəsiniz.
Lennoks sakitcə çıxdı. Puaro qarşısındakı bloknota qeyd
etdi: “L.B. 16:35".
7
Puaro otağa girən hündür qadına maraqla baxdı. Ayağa
qalxaraq təzim etdi.
- Miss Lennoks Boynton? Erkül Puaro
qulluğunuzdadır. Nadin Boynton əyləşdi. Fikirli halda
Puaronun üzünə
zilləndi.
- Madam, ümid edirəm, sizdən belə ağır zamanda
sorğu götürdüyüm üçün incimirsiniz?
Nadinin baxışları dəyişmədi. Suala o dəqiqə cavab
vermədi. Kədərlə baxıb, ah çəkdi və dedi:
- Sizinlə səmimi danışacam, mister Puaro.
- Lap yaxşı, madam.
- Siz məndən ağır günlərdə sual-cavab üçün üzr
istədiniz. Amma düzünü deyim, ağır gün yoxdur. Rol
oynaya bilmərəm. Qayınanamı sevmirdim və deyə
bilmərəm ki, mənə onun ölümü ağırdır.
- Açıq danışdığınız üçün minnətdaram, madam.
Nadin davam etdi:
-Amma kədərlənməsəm də peşmançılıq hiss edirəm.

135
downloaded from KitabYurdu.org
- Peşmançılıq? - Puaro təəccüblə qaşlarını qaldırdı.
- Hə. Çünki onun ölümündə özümü günahkar hesab
edirəm.
- Siz nə danışırsınız, madam?
- Deyirəm ki, qayınanamın ölümünə mən bais oldum.
Elə bildim dürüst hərəkət edirəm, amma deyəsən,
yanılmışam. Onu mən öldürdüm.
Puaro stula söykəndi.
- Madam, xahiş edirəm, bir az da açıq danışa
bilərsiniz?
Nadin başını əydi.
- Hə. Əvvəlcə hər şeyi gizli saxlamaq istədim, amma
indi görürəm ki, vaxt gəlib çatıb. Dürüst olmalıyam. Şübhə
etmirəm ki, mister Puaro, belə etirafları çox eşitmisiniz.
- Bəli, elədir.
- Onda sizinlə açıq danışacam. Mister Puaro, mənim
evlilik həyatım heç də xoşbəxt deyildi. Ərim bunda
anasının
təsirini bəhanə gətirirdi. Çox gözəl və yaxın dostum var.
Mənə təklif etdi ki, bu həyatı atım və onunla gedim. Həmin
gün günorta onun təklifini qəbul etdim.
- Qərar verdiniz ki, ərinizi tərk edəsiniz?
-Bəli.
- Davam edin, madam.
Nadin pıçıltıya keçdi.
- Qərar verdikdən sonra canımı tezliklə qurtarmağa
çalışdım. Düşərgəyə qayıtdım. Qayınanam tək oturmuşdu.
Xəbəri ona elə oradaca vermək istədim. Stul götürüb,

136
downloaded from KitabYurdu.org
yanında oturdum və qərarımı dedim.
- Təəccübləndi?
- Məncə, şoka düşdü. O həm təəccüblü, həm də qəzəbli
idi. Buna öz səbəblərini göstərəndə dözə bilmədim. Ayağa
qalxıb getdim. Sonra bir daha onu canlı görmədim.
Puaro başını yavaş-yavaş yellədi. Sonra dedi:
- Başa düşürəm. Elə düşünürsünüz ki, ölümü bu
şokdan olub?
- Məncə, hə. Gördüyünüz kimi, bura gəlmək onun
sağlamlığına onsuz da ağır zərbə oldu. Üstəlik də mənim
xəbərim və əsəb... Özümü günahkar hiss edirəm ki, xəstə
qadını əsəbiləşdirdim.
Puaro bir neçə dəqiqə susduqdan sonra dedi:
- Onun yanından gedəndən sonra nə etdiniz?
- Stulu götürüb, mağaraya yerinə qoydum. Sonra
yemək otağına getdim. Həyat yoldaşım orada idi.
Puaro saatına baxıb soruşdu:
- Qərarınızı ona dediniz? Ya artıq demişdiniz?
Bir müddət sükutdan sonra Nadin dedi:
- Sonradan dedim.
- Necə qəbul etdi?
- Özünü pis hiss etdi. Bədbəxt görünürdü.
- Sizə qərarınızı dəyişmək üçün nəsə dedi?
- O qədər çox danışmadıq. İkimiz də bilirdik ki,
tezliklə belə bir şey ola bilər.
Puaro soruşdu:
- Üzr istəyirəm, amma sizə o təklifi edən adam mister
Cefferson Koup idi?

137
downloaded from KitabYurdu.org
Nadin başını aşağı salıb təsdiqlədi.
Uzun müddət sükutdan sonra Puaro səs tonunu
dəyişmədən soruşdu:
- Sizin dərialtı şprisiniz var, madam?
- Həm hə, həm yox.
- Necə?
- Tibbi səyahət çantasında köhnəsi var idi. Amma
yüklərin arasında Qüdsdə qaldı.
- Başa düşdüm.
- Niyə soruşdunuz, mister Puaro?
Puaro suala cavab vermədi. Əvəzində yeni sual verdi:
- Bildiyimə görə, miss Boynton digital qəbul edirmiş.
-Bəli.
- Ürəyinə görə?
-Bəli.
- Deyilənə görə, digitalı uzun müddət qəbul edəndə
bədəndə yığılır.
- Bəlkə də. Bu barədə çox şey bilmirəm.
- Miss Boynton böyük miqdarda digital qəbul edib.
Nadin Puaronun sözünü kəsdi və qəti səs tonu ilə dedi:
- Bu mümkün deyil. O bu məsələlərdə çox ehtiyatlıdır.
Həmçinin də mən ona dozanı qədərində hazırlayırdım.
- Dərman şüşəsində əczaçının səhv dozası ola bilərdi?
- Bu, həqiqətə oxşamır.
- Analitiklər onsuz da tezliklə deyəcəklər.
- Təəssüf ki, şüşə qırılıb.
Puaronun gözlərində maraq parıldadı.
- Doğrudan? Kim sındırıb?

138
downloaded from KitabYurdu.org
- Əmin deyiləm. Qulluqçulardan biridir, deyəsən.
Qayınanamın cəsədini mağaranın içinə daşıyanda hava
qaranlıq idi. İşıq da zəif idi. Stol aşdı. Üstündəki dərman
şüşəsi yerə düşərək qırıldı.
Puaro bir müddət diqqətlə bir nöqtəyə baxdı.
- Həə, bu, çox maraqlıdır.
- Düşünürsünüz ki, qayınanam şokdan deyil, artıq
dozada digitaldan vəfat edib? Bu ki, ağlasığmazdır.
Puaro qabağa əyildi.
- Üstəlik də sizə desəm ki, düşərgədə qalan doktor
Jerard, fransız həkim müəyyən edib ki, tibb çantasından
digitoksin oğurlanıb?
Nadinin rəngi ağardı. Əllərini bir-birinə sıxdı. Başını
aşağı saldı. Bir müddət sakit oturdu. Bu vəziyyətdə
qayadan yonulmuş Madonna heykəlinə bənzəyirdi. Puaro
sakitliyi pozdu.
- Madam, nə deyə bilərsiniz?
Saniyələr keçirdi, amma o danışmırdı. İki dəqiqə sonra
başını qaldırdı.
- Mister Puaro, mən qayınanamı öldürməmişəm. Onun
yanından çıxanda yaşayırdı. Bir çox adam təsdiq edə bilər.
Bu cinayətdə məsum olduğum üçün sizə sual verə bilərəm.
Niyə bu işlə məşğulsunuz? Şərəfimə and içirəm ki,
nəhayət, ədalət bərpa edilib. Biz çox ağır həyat yaşamışıq.
İndi xoşbəxtlik üzümüzə gülərkən, niyə bunu məhv
edirsiniz?
Puaro ayağa qalxdı. Gözləri parıldadı:
- Madam, aydın danışın. Məndən nə etməmi

139
downloaded from KitabYurdu.org
istəyirsiniz?
- Deyirəm ki, qayınanam təbii ölümlə ölüb. Xahiş
edirəm, bunu qəbul edib, sorğunu dayandırasınız.
- Belə deyək, bilirsiniz ki, qayınananızı öldürüblər.
Məndən də xahiş edirsiniz, qətli qəbul edim?
- Xahiş edirəm, yazığınız gəlsin.
- Kimə? Başqasına acımayan adama?
- Başa düşmürsünüz.
- Madam, siz cinayəti qəbul edirsiniz?
Nadin başını yellədi. Üzündə günahkar ifadəsindən
əsər- əlamət qalmamışdı.
- Yox. Mən çıxanda yaşayırdı.
- Sonra nə baş verdi? Qatilin kim olduğunu bilirsiniz,
ya şübhələnirsiniz?
Nadin qızğın səs tonu ilə dedi:
- Mister Puaro, axı siz bir dəfə, Şərq Ekspressində baş
verən cinayət hadisəsində rəsmi qərarla razılaşmısınız?
- Bunu sizə kim danışıb?
- Düzdür, ya yox?
- Orada tamam başqa vəziyyət idi.
- Yox. Fərqli deyildi. Öldürülən adam çox pis adam idi.
Həmçinin mənim qayınanam da...
Puaro dedi:
- Qurbanın xarakterinin bura aidiyyəti yoxdur. Şəxsi
ədalətinə arxayın olaraq başqa insanı cəzalandırıb, həyatını
alan adamın bu cəmiyyətdə yeri yoxdur. Bunu sizə mən
deyirəm, mən - Erkül Puaro.
- Necə də çətin adamsınız.

140
downloaded from KitabYurdu.org
- Madam, bəzi hallarda mən sərt adamam. Bir qatilə
haqq verə bilmərəm. Bu, Erkül Puaronun son sözləridir.
Nadin ayağa qalxdı. Gözlərində sanki alov yanırdı.
- Onda davam edin. Məsum insanların həyatını
darmadağın edin. Daha deyiləsi sözüm yoxdur.
-Amma, məncə, madam, sizin deyiləsi sözünüz çoxdur.
- Yox. Daha heç nə deməyəcəm.
- Madam, qayınananızın yanından gedəndən sonra
mağarada nə baş verdi? Ərinizlə birlikdə yemək otağında
olarkən?
Nadin çiyinlərini çəkdi:
- Mən haradan bilim.
- Siz nəsə bilirsiniz.
- Mən heç nə bilmirəm, mister Puaro.
Nadin Boynton arxasını dönərək, otağı tərk etdi.
8
Bloknotunda “N.B. 16:40” qeyd etdikdən sonra Puaro
qapını açdı və polkovnik Karberinin ona təqdim etdiyi
gənc və gözəl ingiliscə danışan oğlandan miss Kerol
Boyntonu çağırmağı xahiş etdi. Puaro içəri girən qıza
əvvəlcə maraqla baxdı: şabalıdı saçlar, uzun boynunun
üstündəki gözəl başı, əsəbi hərəkətli gözəl və zərif əllər. O
dedi:
- Əyləşin, madmazel.
Kerol oturdu. Üzü rəngsiz və ifadəsiz idi.
Puaro əvvəlcə qıza hadisə ilə bağlı başsağlığı verdi.
Lakin qarşılığında qızın üzündə heç bir dəyişiklik
görmədən suala keçdi:

141
downloaded from KitabYurdu.org
- Madmazel, həmin gün günortanı necə keçirdiyiniz
barədə danışa bilərsiniz?
O sanki cavabı əvvəlcədən hazırlayıbmış kimi
danışmağa başladı.
- Qəlyanaltıdan sonra gəzintiyə getdik. Sonra
düşərgəyə qayıtdıq...
Puaro sözünü kəsdi.
- Bir dəqiqə, düşərgəyə qayıdana qədər hamınız
birlikdə idiniz?
- Yox. Mən, əsasən, qardaşım Reymond və miss
Kinqlə gəzirdim. Sonra tək gəzməyə başladım.
- Təşəkkür edirəm. Dediniz ki, düşərgəyə qayıtdınız.
Vaxtı deyə bilərsiniz?
- Təxminən altıya on dəqiqə işləmişdi.
Puaro bloknotuna “K.B. 17:10” yazdı.
- Sonra nə baş verdi?
- Anam biz çıxarkən oturduğu yerdə idi. Qalxıb onunla
danışdım, sonra isə çadırıma getdim.
- Onunla nə danışdığınızı xatırlayırsınız?
- Dedim ki, çox istidir, yatmağa gedirəm. Anam dedi
ki, oturduğu yerdə qalmaqda davam edəcək. Bu qədər.
- Onda nəsə fərqlilik gördünüz?
- Yox. Amma... - O uzun müddət Puaroya baxaraq -
fikirləşdi.
- Mənim üzümdə heç nə yazılmayıb, xanım.
Kerol qızardı və kənara baxdı.
- O vaxt fikir verməmişdim. Amma indi
xatırlayanda...

142
downloaded from KitabYurdu.org
- Nə?
- Bilirəm ki, bu, gülməli görünə bilər, amma onun üzü
həmişəkindən daha qırmızı idi.
- Bəlkə də şok keçirmişdi.
-Şok?
- Hə. Bəlkə də ərəb qulluqçulardan kiminləsə
dalaşıbmış.
- Hə, bəlkə də.
- O bu barədə heç nə demədi?
- Yox.
Puaro davam etdi:
- Sonra nə etdiniz, madmazel?
- Çadırıma getdim və yarım saat yatdım. Sonra isə
yemək otağına getdim. Qardaşımla yoldaşı orada jurnal
oxuyurdular.
- Siz nə etdiniz?
- Mən də tikişlə məşğul oldum. Sonra jurnala baxmağa
başladım.
- Yemək otağına gedərkən yenidən ananızla
danışdınız?
- Yox. Düz otağa getdim. Heç onun tərəfə baxmadım
da.
- Sonra?
- Miss Kinq bizə onun öldüyünü deyənə qədər otaqda
idim.
- Bu qədər, madmazel?
-Bəli.
Puaro qabağa əyilib, yüngül və xoş səs tonunu

143
downloaded from KitabYurdu.org
dəyişmədən soruşdu:
- Nə hiss etdiniz?
- Nə hiss etdim?
- Hə. Ananızın, yəni ögey ananızın öldüyünü eşidəndə
nə hiss etdiniz?
Kerol çaşqınlıqla baxdı.
- Nə dediyinizi anlamıram.
- Məncə, çox gözəl anlayırsınız.
O, baxışlarını yerə dikdi.
- Böyük şok keçirtdim.
- Həqiqətən?
Kerol qızardı və yazıqcasına Puaronun üzünə baxdı.
İndi Puaro onun gözlərində qorxu gördü.
- Madmazel, doğrudan şok keçirdiniz? Qüdsdə bir
gecə qardaşınız Reymondla etdiyiniz söhbəti
xatırlayırsınız?
Kerolun rənginin dəyişməsindən haqlı olduğunu anladı.
Kerol pıçıldadı:
- Siz bunu bilirsiniz?
- Hə, bilirəm.
- Bəs necə?
- Söhbətinizin bir hissəsini eşitmişəm.
Kerol əlləri ilə üzünü bağladı. Hönkürməyə başladı.
Erkül Puaro bir dəqiqə susduqdan sonra dedi:
- Ögey ananızı öldürməyi planlaşdırırdınız.
Kerol daha möhkəm hönkürdü.
- Həmin gecə çox pis idik. Çox pis əsəbiləşmişdik.
- Əlbəttə.

144
downloaded from KitabYurdu.org
- Bizim nə vəziyyətdə olduğumuzu anlamanız qeyri-
mümkündür.
Sonra ayağa qalxıb, üzündən saçlarını çəkdi.
- Amerikada evdə hər şey o qədər pis deyildi. Amma
səyahət edəndə daha ağır oldu.
- Yəni? - Puaronun səsi daha qayğıkeş oldu.
- Başqa insanlar gördük. Gördük ki, onlardan fərqliyik.
Həm də Cinni...
- Cinni?
- Bacımız. Onu hələ görməmisiniz. O qəribə olub.
Anamız onun halını daha da pisləşdirir. Heç nəyi anlamır.
Reylə qorxuruq ki, Cinni dəli olur. Nadin də bundan
qorxurdu. Axı o çoxlu xəstələr görüb. Cinni kimilərə də
rast gəlib. Həmin gecə də Reylə düşünürdük ki, pis
adamları öldürmək haqlı işdir.
- Hə, başa düşürəm. Belə fikirləşən adamlar çox olub.
Tarixdə də belələri çoxdur.
- Ona görə də həmin gecə Reylə mən... Amma biz bunu
etməmişik. İnanın ki, etməmişik. Hava işıqlananda hər şey
bizə
boş və mənasız gəldi. Mister Puaro, anamız təbii ölümlə
ölüb. Rey və mən bunda günahkar deyilik.
Puaro sakitcə dedi:
- Madmazel, mənə and içə bilərsiniz ki, miss Boynton
sizin ucbatınızdan ölməyib?
Kerol başını qaldırdı. Qətiyyətlə dedi:
- And içirəm ki, ona heç nə etməmişəm.
- Yaxşı. Hesab edək ki, belədir.

145
downloaded from KitabYurdu.org
Puaro fikirli halda bığlarını burmağa başladı. Bir
müddət sonra dedi:
- Sizin planınız necə idi?
-Plan?
- Hə. Qardaşınızla birlikdə qurduğunuz plan.
Sonra beynində cavab gələnə qədər saniyələri saymağa
başladı. Bir... İki... Üç...
- Bizim planımız yox idi. - Kerol dedi. - Yəni elə ancaq
onu danışdıq.
Erkül Puaro ayağa qalxdı.
- Bu qədər, madmazel. Qardaşınızı yanıma göndərə
bilərsiniz?
Kerol ayağa qalxdı. Bir müddət susduqdan sonra
tərəddüdlə soruşdu:
- Mister Puaro, mənə inanırsınız?
- Sizə inanmadığımı dedim?
- Yox. Amma...
- Qardaşınızı çağıra bilərsiniz?
-Bəli.
Kerol sakitcə qapıya yaxınlaşdı. Çatanda arxaya dönüb
tələsik dedi:
- Sizə bütün həqiqəti dedim.
Erkül Puaro cavab vermədi. Kerol Boynton sakitcə
otağı tərk etdi. Bir müddət sonra otağa Reymond Boynton
daxil oldu. Onun üzü sərt idi. Amma əsəbi və ya qorxmuş
görünmürdü. Özünü stula atıb, Puaroya zilləndi.
- Buyurun?
- Bacınız sizinlə danışdı?

146
downloaded from KitabYurdu.org
Reymond təsdiqlədi.
- Hə. Bura çağırdanda hər şeyi dedi. Əlbəttə,
şübhələrinizi anlayıram. Həmin gecə söhbətimizi
eşidəndən sonra anamın ölməsi şübhə yaradır. Sizi
inandırıram ki, həmin gecəki söhbətimiz ani dəlilik idi.
Əsəblərimiz çox gərilmişdi. Anamızı belə gözəl planla
öldürməyi düşünə bilməzdim.
- Ola bilər.
- Səhər hər şey onsuz da bizə axmaq fikir kimi
göründü. And içirəm, mister Puaro, bu barədə heç vaxt
düşünməmişəm.
Puaro cavab vermədi. Reymond cəld dedi:
- Danışmaq asandır. Sizdən sözlərimə inanmanızı
gözləyə bilmərəm. Amma sizə fakt təqdim edə bilərəm.
Anamla saat altıdan bir az qabaq danışmışdım. Həmin vaxt
o sağ idi. Sonra çadırıma getdim, yuyundum və yemək
otağında digərlərinə qoşuldum. Sonra nə Kerol, nə mən
otaqdan çıxmamışıq. Hamının gözü qabağında idik. Başa
düşün, mister Puaro, anamızın ölümü təbii olub. Ürəyi
partlayıb. Başqa heç nə ola bilməz. Qulluqçular orada idi.
Otağa girib, çıxırdılar. Başqa heç nə ola bilməzdi.
Puaro sakitcə dedi:
- Bilirsiniz, mister Boynton, miss Kinq dedi ki, cəsədi
müayinə edəndə saat yeddinin yarısı olub. Ölüm isə ən azı
bir saat ərzində baş verib. Ya da iki saat qabaq.
Reymond ona baxdı. Sonra çaşqınlıqla dedi:
- Bunu Sara dedi?
- Bəli. İndi nə deyə bilərsiniz?

147
downloaded from KitabYurdu.org
- Bu ki, mümkün deyil.
- Miss Kinq belə düşünür. İndi gəlib mənə deyirsiniz
ki, ananız miss Kinq cəsədi müayinə etməzdən qırx dəqiqə
qabaq sağ olub.
- Axı sağ idi.
- Diqqətli olun, mister Boynton.
- Sara səhv edib. Bəlkə də elə bir şey olub ki, nəzərdən
qaçırıb. Qayanın isti olması və s. Amma sizi əmin edirəm,
mister Puaro, anam saat altıda sağ idi və onunla
danışmışdım.
Puaronun üzü ifadəsiz idi. Reymond səmimi şəkildə
qabağa əyildi:
- Mister Puaro, bilmirəm, bütün bunlar sizə necə
görünür, amma ədalətli düşünün. Siz hər şeydən
şübhələnən
adamsınız. Belə şeylərlə çox rastlaşmısınız. Az qala hər
ölüm sizə qətl kimi görünə bilər. İnsanlar hər gün ölürlər.
Ürəkləri zəif olanlar olur. Belə detallara girmək düzgün
deyil.
- Mənə işimi öyrədirsiniz?
- Yox, əlbəttə. Amma məncə, siz bizim uğursuz
söhbətimizi düzgün qiymətləndirmirsiniz. Kerolla mənim
aramda olan əsəbi söhbətin anamın ölümünə heç bir
aidiyyatı yoxdur.
Puaro başını yellədi.
- Səhv edirsiniz. Bir şey də var. Doktor Jerardın tibb
çantasından zəhər oğurlanıb.
- Zəhər? Zəhər. Siz bundan şübhələnirdiniz?

148
downloaded from KitabYurdu.org
Reymond stula çökdü. Üzündə axmaq ifadə vardı. Puaro
bir-iki dəqiqə gözləyib, sakit səslə davam etdi.
- Sizin planınız fərqli idi?
- Necə? Hə... Mən indi aydın düşünə bilmirəm.
- Planınız nə idi?
- Planımız? - Reymond susdu. Gözlərində həyəcan
yarandı. - Bundan artıq heç nə deyə bilməyəcəm.
Ayağa qalxdı. Puaro ifadəsiz üzlə dedi:
- Necə istəyirsiniz.
O, gəncin arxasınca baxdı. Sonra bloknotunda qeyd
etdi: “R.B. 17:55”. Sonra təmiz kağız parçası götürüb,
qeydlərini etdi. Nəticələrə baxmağa başladı:
Boyntonlar və Cefferson Koup düşərgəni tərk ediblər:
15:05 (təxminən).
Doktor Jerard və Sara Kinq düşərgəni tərk ediblər:
15:15 (təxminən).
Ledi Vestholm və miss Pirs düşərgədən çıxıblar: 16:15.
Lennoks Boynton düşərgəyə qayıdıb: 16:35.
Nadin Boynton düşərgəyə qayıdaraq, miss Boyntonla
danışıb: 16:40.
Kerol Boynton düşərgəyə qayıdıb: 17:10.
Ledi Vestholm, miss Pirs və mister Cefferson
düşərgəyə qayıdıb: 17:40.
Reymond Boynton düşərgəyə qayıdıb: 17:50.
Sara Kinq düşərgəyə qayıdıb: 18:00.
Cəsəd aşkarlanıb: 18:30.
10
“Çox qəribədir”, - Erkül Puaro dedi. Siyahını qatlayıb,

149
downloaded from KitabYurdu.org
qapıya getdi və Mahmudun yanına çağırılmasını istədi.
Nəhəng bələdçi çoxdanışan idi. Sözlər ağzından sel kimi
axırdı.
- Həmişə, həmişə məni günahkar bilirlər. Nəsə baş
verəndə mənim səhvim olur. Həmişə mən günahkaram.
Ledi Ellen Hant Qurbanlıqdan qayıdanda, topuğu
burxulanda mən günahkar idim. Baxmayaraq ki, ayağında
hündürdaban ayaqqabı vardı və ən azı yetmiş yaşı vardı.
Bütün həyatım səhvdir. Ah! İsa niyə məni cəzalandırır...
Puaro, nəhayət, bu söz yığınından qurtulub, sualını
verdi. Bələdçi cavab verdi:
-Altının yarısı dediniz? Yox, düşünmürəm ki, orada
hansısa qulluqçu olub. Gördüyünüz kimi, qəlyanaltı gec
başlamışdı - saat ikidə. Sonra yığışdırdılar. Qəlyanaltıdan
sonra hamı yatdı. Amerikalılar çay içmirlər. Hamımız
dördün yarısı yatdıq. Saat beşdə mən, hər şeydə dəqiqlik
axtaran, xanımların və cənabların rahatlığını düşünən mən,
ingilis xanımlardan çay istəyib-istəmədiklərini soruşdum.
Amma düşərgədə heç kim yox idi. Hamısı gəzməyə
getmişdilər. Mənimçün daha yaxşı. Yenidən qayıdıb
yatdım. Altıya on beş dəqiqə qalmış problemlər başladı. İri
ingilis ledisi qayıtdı və çay istədi. Baxmayaraq ki,
qulluqçular yemək süfrəsini hazırlayırdılar. Tələb elədi ki,
suyu gözünün qabağında qaynadaq. Nə ağır həyatım var,
nə ağır. Həmişə mən günahkar oluram. Həmişə...
Puaro onun sözünü kəsdi.
- Bir məsələ də var. Qoca qadın qulluqçulardan biri ilə
dalaşıb. Kiminlə? Bu barədə nəsə bilirsiniz?

150
downloaded from KitabYurdu.org
Mahmud əllərini göyə qaldırdı.
-Axı mən haradan bilim? Bilmirəm. Qoca qadın mənə
heç kimdən şikayət etməyib.
- Bəs həmin adamı tapa bilərsiniz?
- Yox, cənab. Bu mümkün deyil. Oğlanlardan heç biri
bunu boynuna almaz. Dediniz ki, qoca qadın əsəbiləşib?
Heç kim boynuna almaz. Əbdül deyəcək ki,
Məhəmməddir. Məhəmməd Əzizi, Əziz Ayişəni
günahlandıracaq. Hamısı axmaq bədəvilərdir, heç nə başa
düşmürlər. - Bələdçi nəfəsini dərib davam etdi. - Mən
savadlı adamam. Missiyada iştirak etmişəm. İstəsəniz sizə
Kits-Şellidən nəsə oxuya bilərəm.
Puaro ikrahla üzünü çevirdi. Baxmayaraq ki, ingilis dili
onun da doğma dili deyildi, Mahmudun çərənləməsi ona
əzab verirdi.
- Əla. Əladır. Sizi bütün dostlarıma məsləhət görəcəm.
Sonra tələsik bələdçi ilə sağollaşıb, canını qurtardı.
Siyahını ofisində oturan polkovnik Karberiyə apardı.
Polkovnik qalstukunu əli ilə əyib dedi:
- Nəsə tapa bildiniz?
- Öz fikrimi deyim?
- İstəsəniz, buyurun, - ah çəkdi. İş həyatı boyunca çox
adamların fikrini dinləməli olmuşdu.
- Mənim fikrimcə, kriminologiya dünyanın ən asan
elm sahəsidir. Biri ilə çox söhbət edəndə əvvəl-axır hər
şeyi danışır.
- Yadıma gəlir, bir dəfə də bunu demişdiniz. Kim sizə
hər şeyi danışdı?

151
downloaded from KitabYurdu.org
- Hamı.
Puaro qısaca səhər etdiyi söhbətləri danışdı.
- Hmm, - Karberi dinlədikdən sonra dedi. - Bir neçə
istiqamət tapmısınız. Hamısı fərqli yerləri göstərir. Bəs
sizin versiyanız var?
- Yoxdur.
- Bundan da qorxurdum.
-Amma gecədən əvvəl həqiqəti biləcəksiniz.
- Mənə söz vermişdiniz. Amma şübhə edirəm.
Əminsiniz?
- Əminəm.
- Belə düşünməniz əladır.
Amma Puaro polkovnikin gözlərində istehza gördü.
Sonra ona siyahını təqdim etdi. Polkovnik siyahıya baxıb
dedi:
- Təmiz işdir.
Siyahının üzərinə əyilib, öyrəndikdən sonra dedi:
- Bilirsiniz nə düşünürəm?
- Desəniz sevinərəm.
- Məncə, gənc Reymond Boyntonun günahı yoxdur.
- Belə düşünürsünüz?
- Hə. Qətl barədə fikirləri aydındır. Amma məncə,
bunu etməyib. Detektiv romanlardakı kimi, qətli törətməyə
ən uyğun adamdır. Amma əgər bu barədə açıq-aşkar
danışıbsa, çox güman, bunu etməyib.
- Detektiv oxuyursunuz?
- Hə, minlərlə. Amma yəqin siz hadisələri kitabdakı
detektivlərdən fərqli çözürsünüz, - polkovnik utancaq,

152
downloaded from KitabYurdu.org
məktəbli oğlanlar kimi dedi. - Onlar bütün faktları yazırlar.
Ən kiçikləri belə. Sonradan məlum olur ki, əslində kiçik
faktlar ən vacibləri imiş.
- Ah, - Puaro mehribancasına dedi. - Siz belə
detektivləri sevirsiniz? Amma istəsəniz, sizin üçün də belə
edə bilərəm.
Sonra kiçik kağız parçası götürüb, yazmağa başladı:
Əsas məqamlar.
1. Miss Boynton digitaldan ibarət dərman qəbul edir.
2. Doktor Jerardın çantasından dərialtı şpris itib.
3. Miss Boynton ailəsini başqa adamlardan təcrid
etməkdən həzz alıb.
4. Miss Boynton günorta qəribə şəkildə ailəsindən onu
tək buraxıb, gəzməyə getmələrini istəyib.
5. Miss Boynton sadist olub.
6. Miss Boyntonun oturduğu yerlə yemək otağının arası
iki yüz yarddır (183 metr - tərc.)
7. Mister Lennoks Boynton əvvəlcə dedi ki, düşərgəyə
nə vaxt qayıtdığı yadına gəlmir. Amma sonra anasının
saatını qurduğunu xatırladı.
8. Doktor Jerard və miss Cinevra Boyntonun çadırları
yanaşıdır.
9. Yeddinin yarısı, yemək hazır olanda qulluqçu miss
Boyntona xəbər verməyə gedib.
Polkovnik siyahını böyük həzzlə oxudu.
- Əla, - dedi. - İlk baxışdan hər şey aydın və əlaqəsiz
görünür. Amma hiss edilir ki, məsələnin dərininə
getmisiniz. Yeri gəlmişkən, mənə elə gəldi ki, siz bir-iki

153
downloaded from KitabYurdu.org
mühüm detalı
buraxmısınız. Bunu hiss etməmək qeyri-mümkündür.
Amma məncə, siz bunu bilə-bilə etmisiniz, elə deyil?
Puaronun gözləri parıldadı, amma cavab vermədi.
Polkovnik Karberi davam etdi:
- Məsələn, ikinci bənd. Doktor Jerardın çantasından
dərialtı şpris itib. Bu düzdür, bəli. Amma onun çantasından
həm də digital idi, nə idisə, o da itmişdi.
- Bu o qədər mühüm deyil. Mühüm olan dərialtı şprisin
itməsi idi.
- Əla. Amma tam anlamadım. Mənim fikrimcə,
digitalın itməsi şprisin itməsindən daha mühümdür.
Bundan başqa, qulluqçularla necə, danışmamısınız?
Məsələn, elə qoca qadına yeməyin hazır olduğunu xəbər
vermək üçün gedən qulluqçu. Bundan başqa, gündüz
dalaşaraq çubuğunu fırlatdığı qulluqçu. Yəqin mənə qətli
bu axmaq səhra işçilərinin törətdiyini deməyəcəksiniz,
elə? Yoxsa bu, mənimlə məzələnmək olar.
Puaro gülümsədi, lakin cavab vermədi. Ofisi tərk
etdikdə isə dodağı altında mızıldandı:
- İnanılmazdır. İngilislər heç vaxt böyümürlər.
11
Sara Kinq hündür təpənin üstündə oturub, yabanı
gülləri yolurdu. Doktor Jerard onun yanındakı kobud
daşların üstündə oturmuşdu. Qəfildən Sara sərt ifadə ilə
dedi:
- Niyə bunu başlatdınız? Bunun ki, sizə aidiyyatı yox
idi.

154
downloaded from KitabYurdu.org
Doktor Jerard sakitcə dedi:
- Sizcə, susmalı idim?
- Hə.
- Bütün bunları bilə-bilə?
- Heç nə bilmirdiniz.
Fransız ah çəkdi.
- Bilirdim. Amma əlbəttə ki, heç kim heç vaxt tam
əmin ola bilməz.
- Yox, əmin ola bilər.
Fransız çiyinlərini çəkdi:
- Yəqin ki, əmin olan adam deyəndə özünü nəzərdə -
tutursan.
- Qızdırmanız vardı, yüksək temperatur. Başınız
dumanlı idi. Çox güman, şpris elə həmişə orada olub,
yerində. Digitoksin barədə də səhv edirsiniz. Ya da
qulluqçulardan kimsə çantanı qarışdırıb.
Jerard istehza ilə dedi:
- Siz narahat olmayın. Faktlar onsuz da qəti deyil.
Dostlarınız olan Boyntonlar bu məsələdə də sudan quru
çıxa biləcəklər.
Sara dedi:
- Mən bunu da istəmirəm.
- Məntiqsizsiniz.
- Qüdsdə mənə deyirdiniz ki, başqalarının işinə
müdaxilə etmək olmaz. İndi baxın.
- Mən heç kimin işinə müdaxilə etməmişəm. Sadəcə
bildiyimi demişəm.
- Mən də deyirəm ki, heç nə bilmirsiniz. Ah, mübahisə

155
downloaded from KitabYurdu.org
eyni yerə qayıdır.
Jerard sakitcə dedi:
- Üzr istəyirəm, miss Kinq.
- Görürsünüz, hər şeydən sonra onlardan yenə də azad
ola bilməmişəm. O hələ də buradadır. Hətta qəbirdən də
onları sıxışdırır. O, çox dəhşətli idi. İndi ölüdür, amma
yenə dəhşətlidir. Mənə elə gəlir ki... o sanki həzz alır.
Sara əllərini sıxdı. Sonra gündəlik danışdığı yüngül
tonla dedi:
- Baxın, balaca adam təpəni qalxır.
Doktor Jerard çiyni üstündən boylandı.
- Hə. Deyəsən, bizi axtarır.
- O göründüyü kimi axmaqdır?
- Əksinə. O qədər də axmaq deyil.
- Elə bundan da qorxurdum, - Sara Kinq deyib, tutqun
baxışlarla təpəni qalxan Erkül Puaronu izlədi.
Erkül Puaro, nəhayət, onlara çatıb, alnının tərini sildi.
Sonra kədərlə dəri ayaqqabılarına baxdı.
- Daş şəhər. Yazıq ayaqqabılarım.
- Ledi Vestholmdan ayaqqabı təmizləmə aparatını
götürə bilərsiniz.
- Toz yığanı da. Ev alətləri ilə birlikdə gəzir.
- Bu cızıqları götürməyəcək, madmazel. - Puaro
kədərlə başını yellədi.
- Yəqin ki, götürməyəcək. Niyə belə bir yerdə şəhərdə
geyindiyiniz ayaqqabıları geyinirsiniz?
Puaro başını yana çəkdi.
- Şəhərli kimi görünmək xoşuma gəlir.

156
downloaded from KitabYurdu.org
- Səhrada bu mümkün deyil, - Sara dedi.
- Qadınlar səhrada heç də yaxşı görünmürlər, - doktor
Jerard fikirli halda şərh etdi. - Miss Kinq buradadır, hə, o,
gözəl görünür və vəziyyətdən çıxır. Amma ledi Vestholm
o iri qalın paltosunda, cırıq şalvarında, iri çəkmələrində
dəhşətlidir. Yazıq miss Pirsin paltarları isə kələm qabığı
kimi nazikdir, hələ muncuqlarını demirəm. Hətta şux
görünən gənc miss Boynton belə maraqsızdır.
Sara onun sözünü kəsdi:
- Məncə, mister Puaro bura paltarlar haqqında
danışmağa gəlməyib.
- Düzdür. Doktor Jerardla məsləhətləşməyə gəlmişəm.
Sizin də fikriniz mənə maraqlıdır, miss Kinq. Gəncsiniz və
gənclik psixologiyası mənim üçün mühümdür. Mənə bir az
miss Boyntondan danışın.
- Onun haqqında indiyə qədər hər şeyi əzbər bilməli
idiniz.
- Yox. Belə hiss edirəm ki, miss Boyntonun psixoloji
keyfiyyətləri bu məsələdə çox mühümdür. Yəqin ki,
doktor Jerard onun kimi insanları çox görüb.
- Mənə görə, o, çox maraqlı, araşdırılası insandır, -
doktor dedi.
- Danışın, xahiş edirəm.
Doktor Jerard onsuz da danışmağa meyilli idi. O ailəyə
olan marağını, Cefferson Koupla söhbətini və sonuncunun
vəziyyətlə bağlı dediklərindən danışdı.
- Sentimental adamdır, - Puaro dedi.
- Hə, dəqiq. Bu fikirləri isə əsasən, tənbəllikdən irəli

157
downloaded from KitabYurdu.org
gəlir. İnsan təbiətini ən yaxşı, dünyanı isə ən gözəl yer kimi
görmək yaşamağı asanlaşdırır. Cefferson Koup insanlarla
bağlı heç nə bilmir.
- Bu bəzən çox təhlükəlidir.
- Ona elə gəlir ki, miss Boyntonun hərəkətləri özünü
fəda etməkdən irəli gəlir. Nifrət, üsyan, quldarlıq, bədlik
kimi xasiyyətləri isə qəbul etmir.
- Onda axmaqdır ki...
- Elədir. Hətta ən sentimental optimistlər belə bu qədər
kor ola bilməzlər. Məncə, Petraya səyahət zamanı mister
Cefferson Koupun gözləri açıldı.
Sonra doktor Koupla miss Boyntonun öldüyü gün
etdiyi söhbəti danışdı.
- Bu, çox maraqlı hekayədir. Qulluqçu qız hekayəsi.
Bu, qoca qadının metodlarına işıq salır, - Puaro dedi.
- Həmin gün çox qəribə səhər idi. Mister Puaro,
Petrada olmamısınız, elə? Getsəniz, Qurbanlıq yerinə
mütləq baş
çəkin. Orada qəribə ab-hava var. Madmazel Kinq orada
hakim kimi oturub, danışırdı. Xatırlayırsınız, miss Kinq?
Sara titrədi.
- Xahiş edirəm, həmin gün barədə danışmayaq.
- Yox, yox. - Puaro dedi. - Gəlin ondan qabaqkı
hadisələrdən danışaq. Doktor Jerard, miss Boyntonun
xarakterini versəniz, çox maraqlı olardı. Mən bir şeyi
anlamıram. Ailəsini tam itaətdə saxlayarkən, üstəlik də
kənar insanlarla əlaqələr təhlükəliykən niyə miss Boynton
ailəsi ilə səyahətə çıxıb? Axı onun evdəki iradəsi zəifləyə

158
downloaded from KitabYurdu.org
bilərdi.
Doktor Jerard həyəcanlandı.
- Amma bu ki, sadədir. Yaşlı qadınlar dünyanın hər
yerində eynidirlər. Onlar bezirlər və darıxırlar. Tutaq ki,
hansısa pasyans oynayır. Onlar bu oyundan da bezirlər və
yeni pasyans öyrənməyə can atırlar. Bu, insanlara əzab
verən və onların üzərində hakimiyyət quran bu qadın üçün
də normaldır. Miss Boynton pələnglərinə yaxşı təlim verib.
Gəncliyində onlar, əlbəttə ki, sərhədləri aşmağa çalışıblar.
Lennoksun Nadinlə evlənməsi macəra olub. Sonra
qəfildən hamısı yorulublar.
Lennoks melanxoliyaya o qədər dalıb ki, onu yormaq və
ya yaralamaq artıq qeyri-mümkündür. Reymond və
Kerolda üsyan əlamətləri yoxdur. Cinevra, ah, yazıq
Cinevra. Anasına görə o hamıdan zəifdir. Amma Cinevra
da xilas yolunu tapıb. O, fantaziyaları ilə reallıqdan xilas
olur. Anası ona təzyiq etdikcə, o daha çox qaçmağa çalışır.
Miss Boynton bütün bunlardan bezdi. O, böyük İsgəndər
kimi zəbt ediləsi yeni yerlər axtarırdı. Ona görə də xaricə
səfər planlaşdırdı. Xaricdə yeni üsyan təhlükələri, insanları
yaralamaq üçün yeni imkanlar ola bilərdi. Bu, boş səslənə
bilər, amma doğrudan belədir. O, yeni həyəcan istəyirdi.
Puaro dərindən nəfəs aldı.
- Nə demək istədiyinizi anladım. Hər şey uyğun gəlir.
O, təhlükəni seçdi və Ana Boynton məğlubiyyətə uğradı.
Sara dirçəldi. Solğun üzü ciddiləşdi.
- Demək istəyirsiniz, qurbanlarını o qədər incitdi ki,
sonra hamısı ona qarşı qalxdılar? Və ya onlardan biri?

159
downloaded from KitabYurdu.org
Puaro başını əydi. Sara təngnəfəs soruşdu:
- Onlardan hansı?
Puaro Saranın yabanı gülləri sıxan əlinə, solğun üzünə
baxdı. Cavab vermədi. Jerard onun çiyninə toxunub dedi:
- Bir baxın.
Bir qız təpənin kənarında dayanmışdı. O qədər qəribə
və ahəngdar yerişi vardı ki, real görünmürdü. Qırmızı
saçları günəşdə parlayırdı, üzündə qəribə gülüş vardı.
Puaro dərin nəfəs aldı.
- Necə də gözəldir. Necə qəribə gözəldir. Şekspirin
Ofeliyası da belə oynayardı.
- Haqlısınız. Bu, yuxu, arzu simasıdır, elə deyil? Onu
yuxuda görmüşəm. Qızdırmalı olanda gözlərimi açıb, bu
qeyri- adi, şirin üzü görmüşdüm... Gözəl yuxu idi.
Ayılmaq istəmirdim. O, Cinevra Boyntondur, - doktor
Jerard dedi.
12
Bir neçə dəqiqə sonra Cinevra onlara çatdı. Doktor
Jerard Puaronu onunla tanış etdi.
- Miss Boynton, tanış olun, mister Erkül Puaro.
Cinevra çaşqınlıqla baxdı. Barmaqlarını birləşdirib,
şüursuzca oynadırdı. O indi adi, çaşqın, bir az əsəbi qız idi.
Puaro dedi:
- Nə yaxşı ki, sizi burada gördüm, madmazel. Sizi
oteldə axtarırdım.
- Doğrudan? - Cinevra gülümsədi. İndi də barmaqları
ilə paltarının kəmərini əlləşdirirdi.
- Mənimlə bir az gəzərsiniz?

160
downloaded from KitabYurdu.org
Qızcığaz itaətkarlıqla Puaronun yanına yaxınlaşdı.
Sonra tələsik və narahat səslə dedi:
- Siz detektivsiniz, elə deyil?
- Bəli, madmazel.
- Məşhur detektiv?
- Dünyada ən məşhur.
- Bura gəlmisiniz ki, məni qoruyasınız?
Puaro fikirli halda bığlarını burdu:
- Siz təhlükədəsiniz?
- Hə. Qüdsdə olarkən doktor Jerarda demişdim. O, çox
ağıllıdır. Həmin vaxt heç nə deməmişdi. Amma qırmızı
qayalara qədər məni kənardan qorudu. Onlar məni
öldürmək istəyirlər. Gərək özümü qoruyam.
Puaro başını yellədi. Cinevra Boynton dedi:
- O, çox mehribandır və məni sevir.
- Doğrudan?
- Hə. Yuxuda mənim adımı deyir. Onu yatarkən
görmüşdüm. Sakit dayanıb baxırdım, o isə adımı
təkrarlayırd Yəqin ki, sizi də o göndərib. Çoxlu
düşmənlərim var. Hamısı ətrafımdadırlar. Amma tez-tez
görünüşlərini dəyişirlər.
- Başa düşürəm. Amma siz burada ailənizlə -
təhlükəsizsiniz.
Cinevra qürurla başını qaldırdı:
- Onlar mənim ailəm deyillər. Kim olduğumu deyə
bilmərəm, bu, böyük sirdir. Bilsəniz, çox
təəccüblənərsiniz.
-Ananızın ölümü sizin üçün böyük şok olub,

161
downloaded from KitabYurdu.org
madmazel?
Cinevra ayağını yerə vurdu:
- Mən axı deyirəm ki, o mənim anam deyildi.
Düşmənlərim ona pul ödəyiblər ki, anamı oynasın. Mən isə
xilas ola bilmirəm.
- Ölüm günü, günorta harada idiniz?
- Çadırımda idim. Çox isti idi. Amma çölə çıxmağa
qorxurdum. Məni tuta bilərdilər. Onlardan biri çadırıma
baxdı. Cildini dəyişmişdi, amma mən onu tanıdım. Özümü
yatmış kimi göstərdim. Onu şeyx göndərmişdi. Şeyx məni
oğurlamaq istəyir.
Puaro bir neçə dəqiqə sakit gəzdikdən sonra dedi:
- Qurduğunuz hekayələr çox maraqlıdır.
Cinevra dayanıb, ona zilləndi.
- Mən düzünü deyirəm. Ancaq düzünü.
- Hə. Çox ağıllı düşünmüsünüz.
Cinevra qışqırdı:
- Onlar həqiqətdir. Həqiqət. - Sonra isə qəzəblə dönüb,
geri qaçdı.
Puaro onun arxasınca baxdı. Bir neçə dəqiqə sonra isə
arxasından səs eşitdi.
- Onun haqqında nə deyə bilərsiniz?
Puaro təngnəfəs olmuş doktor Jerarda tərəf döndü. Sara
sərbəst addımlarla onlara tərəf gəlirdi. Puaro doktorun
sualına cavab verdi:
- Ona dedim ki, gözəl hekayələr uydurur.
Doktor başını tərpədərək dedi:
-Və o da hirsləndi. Yaxşı əlamətdir. Deməli, o hələ

162
downloaded from KitabYurdu.org
qapının o tərəfinə keçməyib. Hələ başa düşür ki, dedikləri
həqiqət deyil. Onu müalicə etməliyəm.
- Onunla məşğul olmaq istəyirsiniz?
- Hə. Bunu miss Boynton və yoldaşı ilə müzakirə
etmişik. Cinevra Parisə, mənim klinikama gələcək. Sonra
isə onu böyük səhnəyə hazırlayacam.
- Səhnəyə?
- Hə. O, səhnədə böyük uğur qazana bilər. Özünün də
buna ehtiyacı var. Bir çox hallarda anası ilə eyni xarakterə
malikdir.
- Yox. - Sara etiraz etdi.
- Bu sizin üçün mümkünsüz görünə bilər. Amma əsas
xarakter çox bənzəyir. Hər ikisi vacib adam olmağa can
atırlar. Tələb edirlər ki, şəxsiyyətlərinə böyük hörmət
edilsin. Yazıq uşaq hər addımda təzyiq edilib, əzab çəkib.
Ona ilk ambisiyalarına, ilk sevgisinə, romantik
şəxsiyyətini ortaya qoymağa icazə verilməyib. - Doktor
Jerard təzim edib dedi. - İndi mənə icazə verin. - Sonra
qızın ardınca getdi. Sara dedi:
- Doktor Jerard işinin öhdəsindən gəlir.
- Onun ağlını çox qiymətləndirirəm.
-Amma eyni zamanda da bu qızcığazı o dəhşətli qadınla
müqayisə etməsinə dözə bilmirəm. Baxmayaraq ki, özüm
də bir dəfə qoca qarıya acımışdım.
- Nə vaxt?
- Qüdsdə. Sizə dediyim vaxt. Qəfil hiss etdim ki, hər
şeyi yanlış etmişəm. Bilirsiniz, bəzən elə olur ki, qəfil
hisslər

163
downloaded from KitabYurdu.org
keçirirsən və ətrafdakı hadisələrə başqa cür baxırsan. Mən
də ona yaxınlaşıb, danışaraq özümü axmaq vəziyyətə
qoymuşdum.
- Yox, elə deməyin.
Sara həmişə olduğu kimi, miss Boyntonla söhbəti
xatırlayan kimi qızardı.
- Özümü üzərimə missiya qoyulmuş kimi hiss edirdim.
Sonra ledi Vestholm balıq gözlərini mənə zilləyib dedi ki,
miss Boyntonla söhbətimi eşidib. Özümü tamamilə axmaq
hiss etdim.
- Miss Boynton həmin vaxt sizə nə demişdi? Sözlərini
dəqiq deyə bilərsiniz mənə?
- Hə. O sözlər mənə çox təsir etmişdi. Mənə dedi ki,
heç vaxt heç nəyi unutmur. Belə də dedi: “Yadında saxla.
Mən heç nəyi unutmuram. Heç bir hərəkəti, heç bir adı, heç
bir üzü”. - Sara titrədi. - Bu sözləri elə qəribə dedi ki. Mənə
baxmırdı belə. İndi elə hiss edirəm, sanki... sanki indi də o
sözləri eşidirəm.
- Sizə çox təsir etdi?
- Hə. Mən elə də qorxaq deyiləm. Amma bəzən yuxuda
onu görürəm. Şeytan kimi bu sözləri deyir mənə.
Sara yenidən möhkəm titrəyib, qəfil soruşdu:
- Mister Puaro, mən bu sualı yəqin ki, verməməliyəm.
Amma araşdırmanın nəticəsi sizə bəllidir? Yəni nəsə -
tapmısınız?
- Hə.
- Nə tapmısınız?
- Müəyyən etdim ki, Qüdsdə gecə eşitdiyim sözləri

164
downloaded from KitabYurdu.org
Reymond Boynton bacısı Kerola deyirmiş.
- Əlbəttə, Kerola deyib. Ondan soruşdunuz ki... ona
dediniz ki...
Sara dayandı. Puaro ona kədərlə baxdı və sakitcə dedi:
- Bu sizin üçün çox mühümdür?
- Bu mənim üçün hər şey deməkdir. Mən hər şeyi -
bilməliyəm.
- O dedi ki, onların söhbəti sadəcə isterika olub. Bacısı
ilə sonradan fikirlərindən daşınıblar. Səhər açılanda hər
ikisinə qətl ideyası boş görünüb.
- Başa düşürəm.
- Miss Sara, mənə qorxularınızı deyə bilərsiniz?
- Həmin gün birlikdə idik. Reymond yanımdan
gedəndə dedi ki, cəsarətini nümayiş etdirəcək bir şey
edəcək. Elə bildim anasına nəsə deyəcək. Amma nə
mənada dediyi ağlıma gəlməzdi...
Saranın səsi batdı. Özünü dirçəldib, ağlamamağa çalışdı.
13
Nadin Boynton oteldən çıxdı. Kənarda dayanıb,
tərəddüd etdiyini görən mister Cefferson Koup özünü ona
yetirdi.
- Bəlkə bir az gəzək? Hava çox xoşdur.
Nadin qəbul etdi. Onlar gəzərkən Mister Koup
dayanmadan danışırdı. Sözləri monoton olsa da axıcı idi.
Deyəsən, heç Nadinin dinləyib-dinləmədiyini nəzərə
almırdı. Təpəliyi örtən daşlığa çatanda Nadin sözünü
kəsdi.
- Cefferson, bağışla. Səninlə danışmalıyam.

165
downloaded from KitabYurdu.org
Nadinin rəngi ağarmışdı. Cefferson tələsik dedi:
- Buyur, əzizim. Nədən istəsən danışa bilərsən, sadəcə
özünü incitmə.
- Düşündüyümdən daha ağıllısan. Yəqin ki, nə
deyəcəyimi bilirsən.
- Şübhəsiz. Həqiqətən də şərait vəziyyəti dəyişir. Hiss
edirəm ki, hazırkı şəraitdə qərarlar dəyişəcək. - Cefferson
ah
çəkib davam etdi. - Nadin, haqlısan. Hiss etdiyin kimi
davran.
- Sən çox yaxşı insansan, Cefferson. Səbirlisən. Sənə
qarşı pislik etmiş kimi hiss edirəm özümü. İnan ki, səmimi
deyirəm.
- Mənə bax, Nadin. Gəl açıq danışaq. Həmişə öz
sərhədimi tanımışam. Səni ilk dəfə görəndən çox sevirəm.
Həmçinin dərin hörmət edirəm. Yalnız sənin xoşbəxtliyini
istəyirəm. Səni bədbəxt görmək məni narahat edirdi.
Lennoksu günahlandırırdım. Hiss edirdim ki, o səninlə
olmağa layiq deyil. Xoşbəxtliyin üçün heç nə etməyib.
Lakin Petraya səyahətdən sonra anladım ki, Lennoks heç
də düşündüyüm qədər günahkar deyil. O heç də sənə qarşı
eqoist davranmayıb, sadəcə anasından çox asılı olub.
Anasının ölümünə qarşı heç nə demək istəmirəm. Amma
həqiqətən qayınanan çox çətin adam olub.
- Haqlısan.
- Fərqi yoxdur. Dünən yanıma gəlib dedin ki,
Lennoksdan ayrılmaq qərarına gəlmisən. Cərarını
alqışladım. Yaşadığın həyat yanlış idi. Mənimlə çox dürüst

166
downloaded from KitabYurdu.org
davranmısan. Heç vaxt rol
oynamamısan. Bunu çox qiymətləndirirəm. Yeganə
istəyim sənin qayğına qalmaq və layiq olduğun kimi
davranmaq idi. Həmin gün həyatımın ən xoşbəxt günü idi.
- Bağışla. Xahiş edirəm, bağışla.
- Yox, əzizim. Çünki bilirdim ki, yaşadığım hisslər real
deyil. Hiss edirdim ki, şərait dəyişsə, sabah fikrini dəyişə
bilərsən. İndi hər şey fərqlidir. Lennoksla öz həyatınızı
yaşaya bilərsiniz.
- Hə. Bağışla. Lennoksu tərk edə bilmirəm.
- Bağışlanılası heç nə yoxdur. Biz yenə köhnə
dostlarıq. Həmin günkü söhbəti isə unuduruq.
Nadin əlini onun çiyninə qoydu.
- Əziz Cefferson, çox sağ ol. İndi Lennoksu axtarım.
Sonra Ceffersonu tərk edib getdi. Koup tək qaldı.
Nadin Lennoksu Graeco-Roma teatrında tapdı. O qədər
qaranlıq fikirlərə dalmışdı ki, Nadinin gəlişini belə hiss
etmədi. Gördükdə ona tərəf döndü. Nadin dedi:
- Dünəndən danışa bilməmişik. Amma yəqin bilirsən,
hə, səni tərk etməyəcəm?
- Həqiqətən getməyi düşünürdün?
- Hə. Bu, edə biləcəyim yeganə şey idi. Ümid edirdim
ki, mənimlə gələcəksən. Yazıq Cefferson, onunla necə də
pis davrandım.
Lennoks qəfildən güldü.
- Yox, heç də pis davranmamısan. Koup kimi özünü
qurban verməyə hazır şəxslərə arabir belə şeylər etmək
lazımdır. Sən haqlısan, Nadin. Deyəndə ki, onunla

167
downloaded from KitabYurdu.org
gedirsən, həyatımın ən böyük şokunu yaşadım. Düzünü
desəm, son zamanlarda özümü qəribə hiss edirdim. Axı
niyə mənimlə getmək istəyəndə anamın üstündən xətt
çəkib, səninlə getmədim?
- Bacarmazdın, əzizim.
-Anamın dəhşətli xarakteri vardı. Bəzən inanıram ki,
bizim hamımızı hipnoz altında saxlayıb.
- Elədir.
Lennoks bir neçə dəqiqə susduqdan sonra dedi.
- Məni tərk etdiyini deyəndə elə bil ki, başıma odun
parçası ilə vurdular. Yarıyuxulu kimi gəzirdim, amma
birdən
anladım ki, necə axmaq olmuşam. Anladım ki, həyatda
yeganə dəhşətli şey səni itirməkdir.
Lennoks Nadinin donub qaldığını gördü.
- Getdim və...
- Demə ki, onu sən...
- Gedib onunla dalaşdım. Ona dedim ki, onunla sənin
aranda seçim etməliyəm və mən səni seçirəm.
Sükut çökdü. Sonra Lennoks dedi:
- Hə, ona elə belə də dedim.
14
Puaro evə gedərkən iki nəfərlə rastlaşdı. Birincisi
mister Cefferson Koup idi.
- Mister Erkül Puaro? Mənim adım Cefferson
Koupdur.
Əl-ələ görüşdükdən sonra mister Koup Puaroya dedi:
- Eşitdim ki, köhnə dostum miss Boyntonun ölümü

168
downloaded from KitabYurdu.org
haqqında təhqiqat aparırsınız. Çox ağır işdir. Əlbəttə, qoca
qadın belə yorucu səyahətə çıxmamalı idi. Amma çox çətin
adam idi, mister Puaro. Ailəsi ona heç nə deyə bilmirdi.
Bir növ evdar tiran idi - ancaq özü qərar verirdi. Yəqin ona
görə də səyahətə çıxmağına heç kim etiraz edə bilməyib.
Bir dəqiqəlik sükutdan sonra Koup davam etdi:
- Bilirsiniz, mister Puaro, mən Boynton ailəsinin köhnə
dostuyam. Onların haqqında hər şeyi bilirəm. Bir az
əsəbidirlər. Ona görə də dəfn mərasimi, cəsədin Qüdsdən
çıxarılması və s.
kimi işlərdə onlara əlimdən gələn köməkliyi edəcəm. Siz
də nəyə ehtiyac olsa, mənə deyin.
- Əminəm ki, ailə köməyinizi qiymətləndirəcək. Siz,
məncə, Nadin Boyntonun xüsusi dostusunuz.
Mister Cefferson Koup qızardı.
- Bu barədə çox danışmaq istəmirəm, mister Puaro.
Eşitdim ki, səhər miss Boyntonla söhbət etmisiniz və bizim
haqqımızda bəzi şeylər deyib. Amma aramızda hər şey
bitib. Miss Boynton çox yaxşı qadındır və bu ağır zamanda
ərinin yanında olmağa üstünlük verir.
- Polkovnik Karberi sizə miss Boyntonun öldüyü gün
barədə şübhələrindən danışıbsa, mənə həmin gün barədə
məlumat verə bilərsiniz?
- Əlbəttə. Qəlyanaltıdan sonra dincəldik. Sonra tura
çıxdıq. Yorucu bələdçidən, nəhayət, canımızı qurtara
bilmişdik. Bu adam yəhudilərə nifrət edir. Bütün gün
onlardan danışır. Qısası, ondan qurtulduq. Həmin vaxt da
Nadinlə söhbət etdik. Sonra əri ilə qərarını müzakirə etmək

169
downloaded from KitabYurdu.org
üçün geri qayıtdı. Mən tək gəzməyə başladım. Düşərgəyə
qayıdanda iki ingilis ledini
gördüm. Onlarla səhər gəzintisində tanış olmuşdum.
Deyəsən, onlardan biri ingilis perin xanımıdır. Çox xoş,
ağıllı və intellektual qadın idi. Digəri bir az zəifdir və
yorğun görünürdü. Səhər gəzintisi çox yormuşdu, üstəlik
də hündürlükdən qorxurmuş. Onlara Nabateanlar barədə
məlumat verdim. Bir az gəzdikdən sonra saat altıya yaxın
düşərgəyə qayıtdıq. Ledi Vestholm məni çay içməyə dəvət
etdi. Birlikdə çay içdik. Çay zəif idi, amma qəribə dadı var
idi. Sonra qulluqçular stolu şam yeməyi üçün hazırladılar
və qoca qadını çağırmağa getdilər. Amma onu stulda ölü
tapdılar.
- Düşərgəyə qayıdarkən onu görmüşdünüz?
- Yalnız gördüm ki, həmişəki yerində oturub. Amma
elə də diqqət yetirmədim. Ledi Vestholmla böhranı
müzakirə edirdik. Miss Pirsin də qayğısına qalırdım. Elə
yorğun idi ki, güclə yeriyirdi.
- Təşəkkür edirəm, mister Koup. Sizə bir sual da
vermək istəyirəm. Miss Boynton uşaqlarına vərəsəlik
saxlayıb?
- Həm də çox böyük miras. Belə desək, pul onsuz da
onun deyildi. Yaşayarkən istifadə etdi, öldükdən sonra pul
Elmer Boyntonun uşaqları arasında bölündü. Onlar indi
çox rahat yaşayacaqlar.
- Pul hər şeyi dəyişir. Bir çox cinayətlər elə buna görə
törədilir.
- Hə, yəqin ki, elədir.

170
downloaded from KitabYurdu.org
- Qətl üçün çox motivlər var, elə deyil?! Mister Koup,
əməkdaşlıq etdiyiniz üçün təşəkkür edirəm.
- Sizə təşəkkür edirəm. Deyəsən, orada oturan miss
Kinqdir. Gedib onunla söhbət edim.
Puaro yoluna davam edərkən miss Pirslə rastlaşdı.
Sonuncu təngnəfəs salamlaşdı.
- Oh, mister Puaro. Sizi gördüyümə şadam. İstəyirdim
deyəm ki, Boynton ailəsinin kiçik qızı qəribə şeylər
danışır. Deyir, guya düşmənləri var, şeyx düşərgəyə
gəlibmiş ki, onu oğurlasın və ətrafında çoxlu casuslar var.
Bu, çox romantik səslənir. Ledi Vestholm deyir ki, boş
şeylərdir. Bir dəfə onun da qırmızı saçlı mətbəx işçisi olub
və belə şeylər danışıb. Amma məncə, ledi Vestholm bəzən
çox kobuddur. Bütün bunlar düz ola bilər, hə, mister
Puaro? Bir neçə il qabaq oxumuşdum ki,
çarın qızları Rusiyada öldürülməyiblər. Onlar gizlincə
Amerikaya qaçıblar. Böyük knyaginya Tatyana. Bəlkə bu
elə onun qızıdır? Krallıq ailəsindən olduğunu deyir. Elə
kral ailəsinin üzvlərinə bənzəyir. Siz necə düşünürsünüz?
Nə qəribədir.
Miss Pirs həyəcanlı idi. Puaro dedi:
- Həyatda çox qəribə şeylər olur.
- Səhər kim olduğunuzu anlamamışdım. Siz həmin
məşhur detektivsiniz. İşləriniz barədə hər şeyi oxumuşam.
Həmin vaxt Donçasterlərin yanında mürəbbiyə idim. Ona
görə özümü pis hiss edirəm ki, səhər bəzi şeyləri demədim.
Gərək həmişə hər şeyi deyəsən, ən kiçik detalları belə.
Çünki çox güman, düşünürsünüz ki, miss Boynton qətlə

171
downloaded from KitabYurdu.org
yetirilib. İndi hər şeyi başa düşürəm. Bəlkə bu Mahmud -
bələdçi bolşevik agentidir? Ya da miss Kinq? Bilirəm ki,
yaxşı ailələrdə böyümüş gənc qızların çoxu sonradan bu
qorxulu kommunistlərə qoşulurlar. Ona görə də sizə bəzi
şeyləri deməliyəm.
- Hər şeyi danışın. Heç nə buraxmayın.
- Elə də çox şey yoxdur. Sadəcə, miss Boynton öldüyü
gün səhər tezdən qalxmışdım. Çadırımdan çölə, günün
çıxmağına baxırdım. Amma bu, əslində heç günəşin
çıxmağı deyildi. Günəş artıq bir saat var idi ki, çıxmışdı.
Səhər tezdən...
- Hə, başa düşdüm. Nə gördünüz?
- Çox qəribə idi. Gördüm ki, gənc Boynton qız
çadırından çıxdı və dumanın içinə girdi. Əlində parıldayan
nəsə var idi.
- Bu hansı Boynton idi?
- Deyəsən, Kerol idi. Qardaşına çox oxşayan qız. Bəlkə
də əkizdirlər. Ya da Kerol ondan daha gəncdir. Gün
gözümə düşdüyündən tam görə bilmədim. Amma saçları
qırmızı deyildi, qəhvəyi idi, dəqiq gördüm. Belə saçları
çox xoşlayıram. Qırmızı saçlardan zəhləm gedir, - miss
Pirs ciyildədi.
- Və o parıldayan əşyanı çaya atdı?
- Hə. Həmin vaxt bu barədə çox fikirləşmədim. Amma
sonra dumanın içi ilə gəzəndə miss Kinqi gördüm. O, çayı
keçməyə çalışırdı. Suyun içinə baxanda çoxlu şeylər
gördüm. Bir neçə dəmir qutu vardı. Amma birini dəqiq
xatırlayıram. Uzunsov metal qutu idi.

172
downloaded from KitabYurdu.org
- Uzunluğu nə qədər olardı?
- Nə qədər ağıllısınız. Amma fikir vermədim. Hə,
düşündüm ki, yəqin bu gözəl, balaca qutunu atıblar.
Maraqla onu götürüb açdım. Onun içində şpris vardı.
Balaca olanda qarın yatalağına tutulmuşdum. Qoluma belə
şprislə iynə vurmuşdular. Bax ona bənzəyirdi. Fikirləşdim,
görəsən, onu niyə atıblar. Elə bu vaxt miss Kinqin səsini
eşitdim. Dedi ki, şpris onundur və axtarırmış. Qutunu ona
verdim və o da çadırına qayıtdı. Bilirəm, bu elə də vacib
deyil. Sadəcə çox qəribə idi ki, Kerol Boynton miss Kinqin
şprisini çaya atıb. Yəqin ki, bunun izahatı var.
Puaronun üzü ciddiləşdi.
- Təşəkkür edirəm, madmazel. Mənə dediyiniz elə də
vacib olmaya bilər. Amma bu mənim araşdırdığım işlə
birbaşa bağlıdır. İndi hər şey aydın oldu.
- Doğrudan? - miss Pirs qızarıb, uşaq kimi sevindi.
Puaro onu otelə qədər müşayiət etdi. Sonra otağına
qayıdıb, qeydlərinə əlavə etdi:
10. “Heç nəyi unutmuram. Yadında saxla ki, mən heç
vaxt heç nəyi unutmuram”.
Başını yırğalayıb dedi: “Aman Allahım. İndi hər şey -
aydındır”.
15
Erkül Puaro dedi:
- Hazırlıqlar bitdi.
Ah çəkərək boş otel otaqlarından birini seçdi. Divarın
yanına qoyulmuş yataqla üzbəüz əyləşən Karberi
çubuğunu tüstülədərək gülümsədi.

173
downloaded from KitabYurdu.org
- Çox maraqlı adamsınız, Puaro. Gərək hər şeyi -
səhnələşdirəsiniz.
- Hə, belədir. Amma bu təkcə istək deyil. Əgər kimsə
komediya oynayırsa, gərək əvvəlcə səhnəni qursun.
- Bu komediyadır?
- Hətta faciə də olsa səhnə qurulmalıdır.
Polkovnik maraqla ona baxdı.
- Anladım. Bilmirəm nə fikirləşmisiniz, amma hiss
edirəm ki, artıq qərar vermisiniz.
- Sizə söz verdiyim şeyi - həqiqəti təqdim etməkdən
şərəf duyuram.
- Cinayət işi qaldıracağıq?
- Buna söz verə bilmərəm.
- Hə, hər şey nəticədən asılıdır.
- Mənim arqumentlərim daha çox psixolojidir.
- Bilirdim elə belə olacaq.
-Amma siz inanacaqsınız. Mənə görə həqiqət həmişə
maraqlı və gözəldir.
- Amma məncə, bəzən elə də xoş deyil.
- Yox. Bu sizin şəxsi baxışınızdır. Bir az mücərrəd
yanaşın. Onda hadisələrin necə məntiqi ardıcıllıqla
getdiyini görəcəksiniz.
- Çalışacam.
Puaro saatına baxdı. Saat çox qədimi və qəribə formalı idi.
- Ailə mirasıdır? - polkovnik saata işarə edib soruşdu.
- Hə. Babamın olub.
- Başa düşürəm.
- Hə, artıq vaxtdır, - Puaro dedi. - Siz, polkovnik,

174
downloaded from KitabYurdu.org
burada, stolun arxasında, rəsmi yerdə əyləşin.
- Yaxşı. Amma hərbi forma geyinməmi istəmirsiniz,
elə deyil?
- Qətiyyən. Amma icazə versəniz, qalstukunuzu -
düzəldərdim.
Polkovnik Karberi gülərək stulda oturdu. Bir dəqiqə
sonra Puaronun düzəltdiyi qalstuku yenidən sol qulağı
tərəfə dartdı.
- Burada, - Puaro stulları düzəltdi, - Boynton ailəsi
əyləşəcək. Orada işlə əlaqəsi olan üç kənar şəxsi
otuzduracağıq - məsələ ilə bağlı faktlara malik olan doktor
Jerardı, məsələdə iki müxtəlif marağı olan miss Sara Kinqi
və Boynton ailəsi ilə yaxın olan mister Cefferson Koupu.
Aha, budur, gəldilər.
Puaro qapını açdı. Lennoks Boyntonla xanımı birinci
girdilər. Reymond və Kerol onların ardınca gedirdi.
Cinevra qəribə təbəssümlə tək idi. Doktor Jerard və Sara
Kinq yanaşı daxil oldular. Bir neçə dəqiqə sonra mister
Cefferson Koup içəri
daxil oldu və gecikdiyi üçün üzr istədi. O da oturandan
sonra Puaro dedi:
- Xanımlar və cənablar. Bu, qeyri-rəsmi görüşdür. Elə
oldu ki, səyahət zamanı Ammana gəldim və polkovnik
Karberi mənimlə məsləhətləşdi.
Lennoks Puaronun sözünü kəsdi, qəfil və əsəbi şəkildə
dedi:
- Niyə? Niyə bu iş sizə tapşırıldı?
Puaro əlini yelləyərək dedi:

175
downloaded from KitabYurdu.org
- Mən tez-tez qəfil ölümlərlə bağlı işlərə baxıram.
Lennoks Boynton istehza ilə dedi:
- Kiminsə ürəyi partlayanda həkimləri yanınıza -
göndərirlər?
- Ürək partlaması rəsmi və elmi mövzu deyil.
Polkovnik Karberi boğazını arıtladı. Sonra rəsmi tonla
dedi:
- Gəlin bunu aydınlaşdıraq. Ölümün baş verdiyi şərait
barədə məlumat aldım. Təbii görünürdü. Hava çox isti idi
və xəstə, yaşlı qadın üçün ağır səyahətdir. Bu məsələ
aydındır.
Lakin doktor Jerard yanıma gəldi və könüllü olaraq bəzi
faktları dedi. - Polkovnik Puaroya baxdı. Sonuncunun
təsdiqindən sonra davam etdi: - Doktor Jerard dünya
şöhrətli alimdir. Onun göstərdiyi istənilən fakt diqqətə
layiqdir. Doktor bildirdi ki, miss Boyntonun öldüyü gün
onun tibbi səyahət çantasından çox güclü ürək dərmanı
yoxa çıxıb. Bundan başqa, dərialtı şprisin də itdiyini
bildirdi. Sonradan şpris yerinə qaytarılıb. Ona görə qərar
verdik ki, yaşlı qadın bu iynə vasitəsilə də öldürülə bilər.
Bu şəraitdə qərar verdim ki, təhqiqat aparılsa yaxşı olar.
Mister Erkül Puaro qonağım idi və bu məsələdə kömək
edəcəyini dedi. İndi isə burada yığılmışıq ki, təhqiqatın
nəticələrini bilək.
Sükut çökdü. Bu, insanı iynə kimi deşən sükut idi.
Kimsə qonşu otaqda ayaqqabılarını tappıldatdı. Donmuş
ab-havada bu səs bomba kimi səsləndi.
Puaro sağ tərəfində oturmuş üç nəfərlik qrupa cəld

176
downloaded from KitabYurdu.org
nəzər saldı. Sonra isə yanaşı oturmuş beş nəfərin qorxu
dolu gözlərinə baxdı. Sakitcə dedi:
- Polkovnik Karberi məni məsələdən xəbərdar edəndə
ekspert kimi fikrimi dedim. Dedim ki, bu, cinayətdirsə onu
məhkəmədə sübut etmək olduqca çətin olacaq. Amma -
insanlarla söhbət etməklə həqiqəti üzə çıxara bilərəm.
İcazə verin deyim ki, dostlar bir cinayəti təhqiq edərkən
mühüm olan insanlarla danışmaqdır. Onlar hər zaman
sonra istədiyin məlumatı verirlər. Ona görə də baxmayaraq
ki, mənə yalan danışmısınız, amma son nəticədə həqiqəti
də demisiniz.
O, sağ tərəfində stullardan birində kiminsə ah çəkdiyini
eşitdi, lakin Boyntonlara baxaraq davam etdi:
- Əvvəlcə miss Boyntonun təbii ölüb-ölməməsini
aydınlaşdırmaq istədim, lakin qərar verdim ki, o öldürülüb.
Dərmanın, dərialtı şprisin yoxa çıxması, mərhumun
ailəsinin ona münasibəti fikrimi dəyişdirdi. Miss Boynton
soyuqqanlılıqla öldürülüb və ailənin hər bir üzvü də bunu
bilir. Onlar hamısı birlikdə cinayətdə iştirak ediblər.
Amma günahın da dərəcələri var. Faktları diqqətlə
öyrəndim ki, görüm bu qətl - biz ki, bunun qətl olduğuna
əminik - planlaşdırılmış şəkildə törədilib, yoxsa yox.
Motiv də vardı. Bütün ailə və ya tək-tək üzvlər qadının
ölümündən sonra var-dövlət sahibi olacaqdılar, maliyyə
baxımdan müstəqillik əldə edəcəkdilər və tiraniyadan azad
şəkildə yaşayacaqdılar. Amma o dəqiqə anladım ki, burada
planlaşdırılmış qətldən söhbət gedə bilməz. Boynton
ailəsinin üzvlərinin danışdıqları bir-biri ilə tutmurdu və

177
downloaded from KitabYurdu.org
onlar heç alibi də düşünməmişdilər. Faktlar belə deyirdi ki,
ailə üzvlərinin biri və ya ikisi birlikdə qətl törədiblər,
digərlərinin isə bundan sadəcə xəbəri olub. Uyğun
namizədləri yalnız mənə bəlli olan fakta görə ayırdım.
Burada Puaro Qüdsdə eşitdiyi söhbəti danışdı.
- Təbii ki, ilk əvvəl hər şey mister Reymond Boyntonu
göstərirdi. Ailəni öyrənərkən qərar verdim ki, həmin gecə
söhbətin digər üzvü bacısı Kerol olub. Onlar həm
görünüşcə, həm də xaraktercə bir-birinə bənzəyirlər.
Üstəlik də əsəb gərginliyindən belə bir qətl törədə
bilərdilər. Motivləri də çox ağıllıdır: Ailəni və xüsusilə də
kiçik bacılarını xilas etmək və sonuncu hərəkətlə şübhələri
üzərlərindən dağıtmaq.
Puaro bir dəqiqə susdu. Reymond Boynton ağzını açdı,
lakin yenidən bağladı. Sərt gözlərində böyük əzab
oxunurdu. Puaro davam etdi:
- Reymond Boyntona keçməzdən qabaq polkovnik
Karberi üçün gündüz hazırladığım siyahını oxumaq
istərdim:
Əsas məqamlar.
1. Miss Boynton digitaldan ibarət dərman qəbul edir.
2. Doktor Jerardın çantasından dərialtı şpris itib.
3. Miss Boynton ailəsini başqa adamlardan təcrid
etməkdən həzz alıb.
4. Miss Boynton günorta qəribə şəkildə ailəsindən onu
tək buraxıb, gəzməyə getmələrini istəyib.
5. Miss Boynton sadist olub.
6. Miss Boyntonun oturduğu yerlə yemək otağının arası

178
downloaded from KitabYurdu.org
iki yüz yarddır (183 metr - tərc.).
7. Mister Lennoks Boynton əvvəlcə dedi ki, düşərgəyə
nə vaxt qayıtdığı yadına gəlmir. Amma sonra anasının
saatını qurduğunu xatırladı.
8. Doktor Jerard və miss Cinevra Boyntonun çadırları
yanaşıdır.
9. Yeddinin yarısı, yemək hazır olanda qulluqçu miss
Boyntona xəbər verməyə gedib.
10.“Heç nəyi unutmuram. Yadında saxla ki, mən heç
vaxt heç nəyi unutmuram”.
Baxmayaraq ki, hadisələri nömrələmişəm, onların
bəzilərini birləşdirmək olar, məsələn, ilk ikisini. Miss
Boynton digital qəbul edir, doktor Jerardın dərialtı şprisi
itir. Bu iki məlumat bu məsələdə ilk olaraq diqqətimi
çəkdi. Deyə bilərəm ki, onlar çox qəribədirlər. Başa
düşmədiniz? Eybi yoxdur. Bu məsələyə sonra geri
qayıdacam. Amma əvvəlcə Reymond Boyntona son
qoyum. Faktlar aşağıdakılardır: O, miss Boyntonu qətlə
yetirmək istəyib və bu barədə danışıb. Əsəb gərginliyi
keçirib. O, - madmazel, bağışlayın - Saraya bağlanıb. Aşiq
olub. Hisslərinin güclülüyü onu bir neçə yola sürükləyə
bilərdi. O, dünyaya qarşı, o cümlədən, ögey anasına qarşı
yumşala bilərdi, anasının tabeçiliyindən çıxa bilərdi və ya
qətl nəzəriyyəsini həyata keçirə bilərdi. Bu psixologiyadır.
Gəlin digər faktlara baxaq. Reymond Boynton düşərgədən
digərləri ilə birlikdə - saat dördə on beş dəqiqə işləmiş
çıxıb. Miss Boynton həmin vaxt sağ-salamat olub. Yolda
Reymond və Sara söhbət ediblər. Sonra sonuncu Saranı

179
downloaded from KitabYurdu.org
tərk edib. Dediyinə
görə, düşərgəyə altıya on dəqiqə qalmış çatıb. Anasının
yanına gedib, onunla danışıb, sonra çadırına, sonra isə
yemək otağına gedib. Deyir ki, altıya on dəqiqə qalmış
miss Boynton sağ-salamat olub. Amma onun bu
məlumatını yalanlayan fakta nəzər salaq. Yeddinin yarısı
miss Boyntonun ölümünü qulluqçu müəyyən edib. Tibbi
dərəcəsi olan miss Kinq cəsədi müayinə edib və and içir
ki, ölüm vaxtına nəzər salmasa da, çox güman, miss
Boynton ən azı bir saat qabaq, yəni saat altıdan qabaq ölüb.
Burada artıq iki məlumat bir-birinə ziddir. Tutaq ki, miss
Kinq səhv edir...
Sara Kinq onun sözünü kəsdi.
- Mən səhv etmirəm. Bu məlumatı dəqiq bilib
demişəm.
Puaro nəzakətlə təzim etdi.
- Onda iki yol qalır. Ya miss Kinq, ya da mister
Boynton yalan danışır. Gəlin Reymond Boyntonun
səbəblərinə baxaq. Gəlin ehtimal edək ki, miss Kinq nə
səhv edir, nə də yalan danışır. Onda hadisələr necə baş
verib? Reymond Boynton düşərgəyə qayıdır, anasını
mağaranın ağzında oturmuş görür. Yuxarı qalxıb baxır ki,
artıq ölüb. Amma o nə edir? Kömək
çağırır? Ya düşərgəyə enib, hadisə barədə xəbər verir?
Yox.
Bir neçə dəqiqə gözləyib, çadırına gedir və sonradan
yemək otağında ailənin digər üzvlərinə qoşularaq heç nə
demir.

180
downloaded from KitabYurdu.org
Amma bu, çox qəribə səslənir elə deyil?
Reymond əsəbi səslə xırıldadı:
-Axmaqcasına hərəkətdir, əlbəttə. Bu sizi əmin
etməlidir ki, anam, dediyim kimi, sağ olub. Miss Kinq isə
çaşqınlıqdan səhv edib.
Puaro yumşaq səslə davam etdi:
- Qəribə görünə bilər, bu hərəkətin səbəbi nədir?
Reymond Boyntonun qatil olmadığı aydındır. Çünki bütün
gün ərzində bircə dəfə ögey anasının yanına gedib, onda da
qadın artıq ölmüşdü. Əgər Reymond Boynton
məsumdursa, onda niyə belə edib? Səbəbini deyə bilərəm.
Qüdsdə eşitdiyim sözləri xatırladım: “Başa düşürsən, hə?
O öldürülməlidir!”. Amma gəzintidən qayıdarkən ögey
anasını ölmüş görüb. Onun planı həyata keçib, amma onun
tərəfindən deyil. Reymond bu hadisəni bacısı Kerolun
törətdiyini düşünür.
- Yalandır, - Reymond titrək səslə dedi.
Puaro davam etdi.
- İndi isə gəlin Kerol Boyntonun qatil olma
ehtimalından danışaq. Bəs ona qarşı olan faktlar
hansılardır? Onda da qardaşı kimi qəhrəmanlığa meyillilik
və əsəbilik var. Həmin gecə Reymond o sözləri Kerola
demişdi. Kerol altıya on dəqiqə işləmiş düşərgəyə qayıdıb.
Dediklərinə görə, yuxarı qalxaraq anası ilə söhbət edib.
Amma heç kim onu görməyib. Düşərgə boş olub,
qulluqçular yatıblar. Ledi Vestholm, miss Pirs və mister
Koup düşərgədən kənarda gəziblər. Kerol Boyntonun bu
hərəkətini heç kim görməyib. Onda elə çıxır ki, hər şey

181
downloaded from KitabYurdu.org
Kerol Boyntona qarşıdır.
O, fasilə verdi. Kerol başını qaldırdı. Gözlərində təəssüf
vardı.
- Başqa bir fakt. Səhəri gün, tezdən Kerol Boynton
çaya nəsə atıb. Bu, dərialtı şpris olub.
- Doğrudan? - doktor Jerard təəccübləndi. - Axı mənim
şprisimi qaytarıblar.
- Bəli, bəli. Bu, başqa şprisdir. Və çox qəribədir, elə
deyil? Belə başa düşdüm ki, bu şpris miss Kinqə
məxsusdur. Belədir?
Sara susdu. Kerol cəld dedi:
- Bu, miss Kinqin deyil, mənim şprisim idi.
- Onda onu niyə çaya atırdınız, madmazel?
Kerol bir müddət tərəddüddən sonra dedi:
- Hə, atmışam. Burada nə var ki?
- Kerol... - Nadin qabağa əyildi. Gözləri bərəlmişdi.
- Kerol... Başa düşmürəm...
Kerol dönüb ona baxdı. Gözlərində düşmənçilik vardı.
- Başa düşməyəcək heç nə yoxdur. Köhnə şprisi
atmışam. Heç vaxt zəhərə toxunmamışam.
Sara danışdı:
- Mister Puaro, miss Pirsin sizə danışdığı düzdür. Şpris
mənim olub.
Puaro gülümsədi.
- Şprisdən bu qorxu qəribədir, amma izah etmək olar.
Biz Reymond Boyntonun məsum olmasını və Kerolun
günahkar olma ehtimalını nəzərdən keçirdik. Amma mən
tərəfsiz olduğumdan, gəlin görək, Kerol Boynton

182
downloaded from KitabYurdu.org
məsumdursa, nə baş verib.
Deməli, o, düşərgəyə qayıdıb və ögey anasının yanına
qalxıb. Lakin onun öldüyünü görüb. O dəqiqə düşünür ki,
bunu qardaşı Reymond edib. Amma nə etməli olduğunu
bilmir. Ona görə də heç nə demir. Bir saat sonra Reymond
Boynton qayıdır. Hamının gözü qarşısında guya ölmüş
anası ilə danışır. Amma o da heç nə demir. Elə
düşünürsünüz ki, Kerolun şübhəsi təsdiqlənir? O,
Reymondun çadırına qayıdır və oradan dərialtı şprisi tapır.
Sonra əmin olur. Tez onu gizlədir və səhər tezdən canını
şprisdən qurtarmağa çalışır. Bu da göstərir ki, Kerol
Boynton məsumdur. Söhbətləşərkən dedi ki, qardaşı ilə
plan qurarkən ciddi olublar. Ona dedim, and içsin ki, bu
cinayətlə əlaqələri yoxdur. O da həmin an and içdi ki,
cinayətdə günahkar deyil. Bunu necə etdiyini görürsünüz?
And içir ki, günahkar deyil. Cəm halda danışmır. Özü üçün
and içir, qardaşı üçün yox. Elə bildi buna fikir
verməyəcəm. Bax bu göstərir ki, Kerol Boynton
məsumdur. Gəlin indi geri qayıdıb, düşünək ki, Reymond
Boynton günahkardır. Deyək ki, Kerol haqlıdır. Miss
Boynton altıya on dəqiqə işləmiş yaşayıb. Onda Reymond
necə günahkar ola bilər? Belə ehtimal edək ki,
Reymond anasını altıya on dəqiqə qalmış öldürüb. Sonra
isə guya onunla danışıb. Düşərgədə qulluqçular vardı,
amma hava artıq qaralmışdı. O, qətli həmin vaxt törədə
bilərdi. Onda elə çıxır ki, miss Kinq yalan danışıb.
Yadınıza salım ki, o, Reymonddan beş dəqiqə sonra
düşərgəyə qayıdıb. Uzaqdan Reymondu anası ilə danışan

183
downloaded from KitabYurdu.org
görə bilərdi. Ona görə də miss Boyntonu tapanda miss
Kinq elə bilir ki, onu Reymond öldürüb. Onu xilas etmək
üçün yalan danışır. Çünki bilir ki, doktor Jerard
qızdırmalıdır və onun yalanını üzə çıxara bilməyəcək.
- Mən yalan danışmıram, - Sara dedi.
- Daha bir variant da var. Dediyim kimi, miss Kinq
düşərgəyə Reymonddan sonra gəlib. Reymond Boynton
anasını sağ görübsə, belə bir ehtimal var ki, qadını elə miss
Kinq öldürüb. O bilirdi ki, miss Boynton dəhşətli insandır.
Ona görə də özünü xilasedici kimi görə bilərdi. Elə buna
görə də ölümün vaxtı barədə yalan danışıb.
Saranın rəngi saraldı. Asta səslə danışdı:
- Mən həqiqətən demişəm ki, çox adamı xilas etmək
üçün bir nəfəri öldürmək normaldır. Bu ideyanı Qurbanlıq
yerində
demişəm. Amma and içirəm ki, o iyrənc qadına heç nə
etməmişəm, heç bu barədə düşünməmişəm də.
- Onda elə çıxır ki, ikinizdən biri yalan danışır.
Reymond Boynton stulunda tərpəndi və uca səslə dedi:
- Qazandınız, mister Puaro! Yalançı mənəm. Anamın
yanına gedəndə o artıq ölmüşdü. Şoka düşdüm. Onun
yanına getmişdim ki, hər şeyi danışım, azad olduğumu
deyim. Bütün gücümü yığmışdım, başa düşürsünüz?!
Amma o ölmüşdü. Əlləri soyuq idi. Mən də siz dediyiniz
kimi düşündüm. Fikirləşdim, bəlkə də onu Kerol öldürüb.
Çünki qolunda qara iynə yeri vardı.
Puaro cəld soruşdu:
- Bir məsələ də mənə maraqlıdır. Siz qadını öldürmək

184
downloaded from KitabYurdu.org
üçün hansı planı qurmuşdunuz? Deyəsən, sizin də planınız
şprislə bağlı idi. Mənə inanırsınızsa, bunu da deyin.
- İngilis detektiv kitabından oxumuşdum ki, kiminsə
qoluna boş şpris salanda öldürür. Fikirləşdim, bəlkə onu bu
yolla öldürə bilərəm.
- Bunun üçün də şpris aldınız?
-Yox. Nədinin şprisini götürdük.
Puaro cəld Nədinə baxdı:
- Bu, Qüdsdə yük yerində unutduğunuz şprisdir?
Nədin qızardı.
- Sadəcə hara yoxa çıxdığını bilmirdim.
Puaro asta səslə dedi:
- Çox hazırcavabsınız, xanım.
16
Fasilə yarandı. Sonra boğazını arıtlayaraq, səssizliyi
pozan Puaro davam etdi:
- İndi biz ikinci şprisin sirrini çözdük. Şpris Nadin
Boyntona məxsusdur və Reymond Boynton onu Qüdsdən
çıxarkən götürüb. Kerol isə miss Boyntonun cəsədi
tapılandan sonra şprisi götürərək atıb. Lakin bu vaxt miss
Pirs bunu görüb. Miss Kinq isə şprisin özünün olduğunu
deyib. Deməli, indi şpris miss Kinqdədir.
- Məndədir.
- İndi belə deməklə bayaq dediyiniz sözü inkar etdiniz.
Bayaq demişdiniz ki, yalan danışmırsınız.
- Bu başqa yalandır. Bu, professional yalan deyil.
- Sizi çox gözəl anlayıram, madmazel.
- Təşəkkür edirəm.

185
downloaded from KitabYurdu.org
Puaro yenidən boğazını arıtladı.
- Gəlin yenidən siyahıya baxaq.
1. Boyntonlar və Cefferson Koup düşərgəni tərk
ediblər: 15:05 (təxminən).
2. Doktor Jerard və Sara Kinq düşərgəni tərk ediblər:
15:15 (təxminən).
3. Ledi Vestholm və miss Pirs düşərgədən çıxıblar:
16:15.
4. Lennoks Boynton düşərgəyə qayıdıb: 16:35.
5. Nadin Boynton düşərgəyə qayıdaraq, miss
Boyntonla danışıb: 16:40.
6. Kerol Boynton düşərgəyə qayıdıb: 17:10.
7. Ledi Vestholm, miss Pirs və mister Cefferson
düşərgəyə qayıdıb: 17:40.
8. Reymond Boynton düşərgəyə qayıdıb: 17:50.
9. Sara Kinq düşərgəyə qayıdıb: 18:00.
10. Cəsəd aşkarlanıb: 18:30.
Burada siz yəqin ki, beşə on dəqiqə qalmışa qədərki
iyirmi dəqiqəlik boşluğu gördünüz. Nadin Boynton
qayınanasını tərk etdikdən sonra, Kerol altıya on dəqiqə
işləmiş qayıdıb. Kerol düzünü dediyinə görə, belə çıxır ki,
miss Boynton həmin iyirmi
dəqiqədə öldürülüb. Bəs onu kim öldürüb? Həmin vaxt
miss Kinq və Reymond Boynton birlikdə olublar. Mister
Koupun ( düşünürəm ki, qətl törətməkdə onun heç motivi
olmayıb) alibisi var. O ledi Vestholm və miss Pirslə
birlikdə gəzir. Lennoks Boynton xanımı ilə birlikdə yemək
otağında olub. Doktor Jerard çadırında qızdırma içində

186
downloaded from KitabYurdu.org
imiş. Qulluqçular yatıblar. Qətl üçün ən uyğun vaxt! Kim
qətl törədə bilərdi?
Puaro baxışlarını Cinevra Boyntona zillədi.
- Bir nəfər qalır. Cinevra Boynton bütün gündüzü
çadırında olub. O bizə belə deyib. Amma çadırda
olmadığını göstərən bir fakt var. Cinevra Boynton səhv
etdi. Mənə dedi ki, doktor Jerard qızdırmalı olanda onun
adını sayıqlayıb. Doktor Jerard da demişdi ki, qızdırmalı
olanda yuxusunda Cinevra Boyntonu görüb. Amma bu,
yuxu olmayıb. Cinevra Boynton həqiqətən onun başının
üstündə dayanıbmış. Doktor elə bilib ki, qızdırmalı
olduğundan qarabasma görür. Cinevra doktor Jerardın
çadırında olub. Bəlkə o, dərialtı şprisi işlətdikdən sonra
yerinə qoymağa gedibmiş?
Cinevra Boynton qırmızı saçlı başını qaldırdı. Gözəl
gözləri ilə Puaroya baxdı. Amma üzündə ifadə yox idi.
Müqəddəslərə bənzəyirdi.
- Aman Allahım, - doktor Jerard dedi.
- Psixoloji olaraq bu mümkündürmü? - Puaro soruşdu.
Fransız gözlərini aşağı saldı. Nadin Boynton isə dedi:
- Bu mümkün deyil.
Puaro Nadinə baxdı:
- Mümkün deyil?
-Yox. Baldızıma qarşı belə ittihamla razılaşa bilmərəm.
Hamımız bilirik ki, bu mümkün deyil.
Cinevra stulunda tərpəndi. Dodaqları məsum, gənc
gülüşə büründü. Nadin yenə dedi:
- Mümkün deyil.

187
downloaded from KitabYurdu.org
Nadinin üzü qətiləşdi. Puaro onun gözlərində qəzəb
gördü. Puaro ona təzim edərək dedi:
- Madam olduqca ağıllıdır.
- Bununla nə demək istəyirsiniz, mister Puaro?
- Demək istəyirəm ki, sizin mükəmməl ağlınıza hər
dəfə yenidən əmin oluram.
- İltifat edirsiniz.
- Yox. Siz situasiyanı sakit və təmkinlə
dəyərləndirirsiniz. Fikirləşmişdiniz ki, ən yaxşısı,
qayınananızla sakit və xoş münasibət saxlamaqdır. Amma
qəlbinizdə onu ittiham edirdiniz. Bir müddət qabaq isə
anladınız ki, ərinizlə həmin evdə xoşbəxt olmanız qeyri-
mümkündür. Bütün riskləri gözdən keçirib, ərinizə təsir
göstərməyə çalışdınız, amma alınmadı, madam. Lennoks
Boynton azad deyildi. O çoxdan ruhən sınıb, batmışdı.
Madam, mən şübhə etmirəm ki, ərinizi sevirsiniz.
Onu tərk etmək arzunuz heç də başqasını sevmənizdən irəli
gəlmirdi. Bu, sadəcə, son ümid yeri idi. Sizin
vəziyyətinizdə olan qadın üç şey edə bilər. Ərini özü ilə
aparmağa çalışar, amma bu sizdə alınmadı. Ərini tərk
etməklə qorxudar. Amma bu belə, Lennoks Boyntonu
tərpətmədi. Bu onu daha dərin yaralaya bilərdi, amma azad
edə bilməzdi. Sonda bir yol qalırdı. Başqa adamla getmək.
Qısqanclıq kişilərdə çox güclü - hissdir. Bu dərin hissə
toxunmağa çalışdınız. Əgər Lennoks
Boynton bu hərəkətdən sonra da heç nə etməsə idi, deməli
ki, insan olmaqdan çıxıb və siz yeni həyat quracaqdınız.
Amma gəlin ehtimal edək ki, bu yol da ərinizə təsir etmədi.

188
downloaded from KitabYurdu.org
Siz bu qərarı verməklə onda qısqanclıq instinktini oyada
bilmədiniz. Ərinizi düşdüyü bu vəziyyətdən xilas etmək
üçün daha hansı yol var? Yalnız bir yol. Əgər qayınananız
ölsə, hər şeyi yenidən bərpa etmək olar. Əriniz həyatına
azad insan kimi başlaya bilər və müstəqil ola bilər. Əgər
qayınananız ölsə...
Nadin hələ də ona baxırdı. Sonra sakit səslə dedi:
- Demək istəyirsiniz ki, qayınanamı mən öldürə
bilərəm? Yox, bunu edə bilməyəcəksiniz, mister Puaro.
Miss Boyntona ərimlə ayrılmaq qərarını dedikdən sonra
yemək otağına gedib, Lennoksla oturdum. Qayınanamın
ölüm xəbərini alana qədər də oradan çıxmamışam. Mən
onun ölümündə ancaq o halda günahkar ola bilərəm ki, onu
şok edən xəbər vermişəm. Bu xəbərdən ürəyi partlaya
bilərdi. Amma dediyiniz kimidirsə (baxmayaraq ki, sizin
əlinizdə onun qətli ilə bağlı heç bir sübut yoxdur və hələ
ekspertiza keçirilməyib), mənim onu öldürməyim qeyri-
mümkündür.
Puaro dedi:
- Qayınananız ölü tapılana qədər yemək otağından
çıxmamısınız? Belə dediniz? Amma, miss Boynton, bu
məsələdə şübhəliyəm.
- Başa düşmədim, nə demək istəyirsiniz?
- Siyahıma baxın. Doqquzuncu bölmə. Yeddinin
yarısı, yemək hazır olanda qulluqçu miss Boyntonun
yanına gedir ki, ona xəbər versin.
Reymond dedi:
- Heç nə başa düşmürəm.

189
downloaded from KitabYurdu.org
Kerol da heç nə anlamadığını dedi. Puaro bir-bir onlara
baxdı. Sonra dedi:
- Başa düşmürsünüz? Qulluqçu göndərilib. Niyə
qulluqçu? Axı siz hamınız bir qayda olaraq qoca ledinin
yanında olurdunuz. Onu yeməyə siz aparırdınız. O, halsız
olub. Kömək olmadan stuldan qalxa bilməyib. Həmişə
sizlərdən biri dirsəyindən tutaraq ona kömək edib. Yemək
elan ediləndə sizlərdən biri gedib onu gətirməli idi. Amma
heç biriniz etmədiniz. Hamınız iflic kimi orada oturub, bir-
birinizə baxdınız.
Nadin dedi:
- Cəfəngiyatdır, mister Puaro. Həmin axşam hamımız
yorğun idik. Hə, qəbul edirəm, qayınanamı biz çağırmalı
idik, amma həmin gün getmədik.
- Hə, məhz həmin axşam. Çox qəribədir, amma həmin
axşam. Madam, siz ailədəki şəxslərdən daha çox miss
Boyntonun qayğısına qalırdınız. Adətən, onu çağıran da
siz olurdunuz. Amma həmin axşam siz getmək
istəmədiniz. Niyə? Bax bu sualı dəfələrlə özümə verirəm,
niyə? Cavabı deyə bilərəm. Çox gözəl bilirdiniz ki, o artıq
ölüb. Yox, yox, dayanın, madam, sözümü kəsməyin. İndi
mənə - Erkül Puaroya qulaq asacaqsınız. Qayınananızla
danışdığınızı görən adamlar var, amma onlar nə
danışdığınızı eşitməmişdilər. Ledi Vestholm və miss Pirs
uzaqda idilər. Onlar söhbət etdiyinizi görüblər, amma bunu
fakt kimi götürmək olmaz. Sizə kiçik versiyamı təqdim
edim. Madam, ağıllısınız. Əgər qayınananızı öldürməyi
düşünmüşdünüzsə də, bunu ağıllı və soyuqqanlılıqla

190
downloaded from KitabYurdu.org
planlaşdırmısınız. Ən kiçik detalları belə. Doktor Jerard
səhər gəzintisində olarkən onun çadırına daxil oldunuz.
Əmin idiniz
ki, lazım olan dərmanı tapa biləcəksiniz. Tibb bacısı
işləməniz işinizə yaradı. Qoca qadının qəbul etdiyi
digitoksini götürdünüz. Həmçinin dərialtı şprisi
götürdünüz. Çünki sizin öz şprisiniz itmişdi. Sonradan
həkimin xəbəri olmadan onu yerinə qoymağa ümid
edirdiniz. Qətli həyata keçirməzdən qabaq ərinizi
tərpətmək üçün son cəhdi etdiniz. Ona mister Cefferson
Koupla evlənəcəyinizi dediniz. Baxmayaraq ki, əriniz çox
pis oldu, lakin siz istədiyiniz kimi hər şeyin üstündən xətt
çəkib, hərəkət etmədi. Ona görə də qətli həyata keçirməyə
qərar verdiniz. Düşərgəyə qayıdıb, yanından keçdiyiniz
ledi Vestholm və miss Pirslə danışdınız. Sonra isə
qayınananızın oturduğu mağara ağzına qalxdınız. Əlinizdə
içi doldurulmuş şpris hazır vəziyyətdə idi. Tibb bacısı
olduğunuzdan onu lazım olan yerə, qadının qoluna
batırmaq çox asan idi. Əvvəllər də iynəni siz vurduğunuz
üçün qayınananız heç nədən şübhələnmədi. Uzaqdan
ancaq sizin onun üzərinə əyildiyiniz görünürdü.
Sonra isə içəridən stul götürüb, qadının yanında oturdunuz
və söhbət etdiniz. Qadın artıq ölmüşdü. Siz ölü qadınla
söhbət edirdiniz, amma bunu kim bilə bilərdi ki? Sonra
stulu içəri
qoyub, yemək otağına getdiniz və ərinizin kitab
oxuduğunu gördünüz. Şübhə çəkməmək üçün də bir daha
otaqdan çıxmadınız. Əmin idiniz ki, miss Boyntonun

191
downloaded from KitabYurdu.org
ölümünü ürək problemi ilə bağlayacaqlar. Lakin bir şeydə
səhv etdiniz. Şprisi doktor Jerardın çadırına qaytara
bilmədiniz. Çünki sonuncu malyariyaya tutulduğundan
çadırında qızdırma içində yatırdı. Beləcə, madam,
mükəmməl qətlə imza atdınız. Bir dəqiqəlik sükut çökdü.
Lennoks Boynton yerindən sıçradı.
- Yox, bu ola bilməz, - deyə qışqırdı. - Bu yalandır.
Nadin heç nə etməyib. O heç nə edə bilməzdi, çünki anam
artıq ölmüşdü.
- Aaah, - Puaro ona baxdı. - Deməli, onu elə siz
öldürmüsünüz, Lennoks Boynton?
Bir dəqiqəlik sükutdan sonra Lennoks stula çökdü.
Əsən əllərini üzünə qaldırdı.
- Hə, onu mən öldürmüşəm.
- Digitoksini Jerardın çadırından siz götürmüsünüz?
- Hə.
- Nə vaxt?
- Dediyiniz kimi, səhər tezdən.
- Şprisi də?
- Nə? Şpris? Hə.
- Niyə onu öldürdünüz?
- Bu sualı necə verə bilərsiniz?
- Amma yenə də verirəm.
- Amma bilirsiniz ki, arvadım Koupla birlikdə gedib,
məni tərk edəcəkdi.
- Siz bunu günorta öyrənmişdiniz.
- Hə, gəzərkən.
- Amma siz səhər şprislə zəhəri götürmüşdünüz.

192
downloaded from KitabYurdu.org
- Niyə sualları üstümə yağdırırsınız? - Lennoks
dayanmadan əsən əlləri ilə alnını sildi. - Bütün bunların nə
mənası var?
- Böyük mənası var, mister Lennoks Boynton. Mənə
həqiqəti deyin.
- Həqiqəti?- Lennoks ona zilləndi.
Nadin qəfildən stulunu çevirib, ərinin üzünə baxdı.
- Mənim dediyim, məsələn, həqiqət idi.
Lennoks qəfil danışmağa başladı:
- Yaxşı, hər şeyi deyəcəm. Amma bilmirəm, mənə
inanacaqsınız, ya yox. - O, dərindən nəfəs aldı. - Həmin
gün Nadinin yanından ayrılandan sonra özümü çox pis hiss
edirdim. Heç vaxt ağlıma gəlməzdi ki, o məndən başqası
ilə birlikdə ola bilər. Dəli olmuşdum. Özümü elə hiss
edirdim ki, sanki uzun müddət sürən bir xəstəlikdən yenicə
sağalmışam.
Puaro təsdiqlədi:
- Ledi Vestholmun gəzinti barədə danışdıqlarından
öyrəndim ki, siz gəzintidə onlardan ayrılmısınız. Ona görə
bilirdim ki, arvadınız düşərgəyə birlikdə qayıtdığınızı
deyəndə yalan danışır. Davam edin, mister Boynton.
- Nə etdiyimi bilmirdim... Amma sonra hər şey birdən
aydıniandı. Anladım ki, bu işdə yalnız özümü
günahlandırmalıyam. Özümü yazıq gününə qoymuşdum.
İllər əvvəl ögey anamla danışıb, vəziyyəti aydınlaşdırmalı
idim. Sonra düşündüm ki, bunun üçün gec deyil. Sonra onu
gördüm. Ooca şeytan qırmızı qayaların arasında
oturmuşdu. Yuxarı qalxdım ki, onunla açıq danışım. Yəni

193
downloaded from KitabYurdu.org
düşündüklərimi deyib,
azad olduğumu elan edim. Ağlıma dəli fikir gəlmişdi ki,
həmin axşam hər şeyi həll edib, Nadinlə birlikdə gecə çox
uzaqlara gedim.
-Ah, Lennoks, əzizim, - Nadin ah çəkdi.
Lennoks davam etdi:
- Amma sonra sanki başıma qaynar su töküldü. O
ölmüşdü. Orada ölü oturmuşdu. Nə edəcəyimi bilmədim.
Donub qalmışdım. Ona deyəcəyim və demək istədiyim hər
şey içimdə alt-üst olmuşdu. Daşa dönmüşdüm. Mexaniki
bir şey etdim. Saatını qaldırdım (saat pəncəsinin altında
idi) və boş, şişkin və ölü qoluna bağladım...
Lennoks titrədi.
- Aman Allahım. Dəhşət idi. Sonra yemək otağına
getdim. Hər kəsi çağırıb, deməli idim, amma deyə
bilmədim. Orada oturub, səhifələri vərəqlədim. Bilirəm,
inanmayacaqsınız. Niyə heç kimi çağırmadım? Hə, Nadin?
Bilmirəm.
Doktor Jerard boğazını arıtladı:
- Çıxışınız həqiqətə çox uyğundur, mister Boynton. Pis
vəziyyətdə idiniz. İki şok xəbər sizi belə bir vəziyyətə
çatdırmağa bəs edirdi. Buna Veysenhalter reaksiyası
deyirlər. Təxminən bir quş başını şüşəyə vuranda necə
olursa elə hissdir. O quş hətta müalicə edilsə belə heç bir
hərəkət etmir. Bir müddət lazım olur ki, əsəbləri qaydasına
düşsün. İngiliscə fikirlərimi yaxşı ifadə edə bilmirəm,
amma bunu demək istəyirəm: siz başqa cür davrana
bilməzdiniz. İstənilən hərəkət sizin üçün mümkünsüz

194
downloaded from KitabYurdu.org
dərəcədə çətin olub. Psixi iflic yaşamısınız.
Doktor Jerard Puaroya tərəf döndü:
- Sizi inandırım, dostum, bu belədir.
- Buna şübhəm yoxdur, - Puaro dedi. - Amma bir kiçik
faktı da özüm üçün qeyd etdim. Mister Boyntonun
anasının saatını onun qoluna taxması. Bunun iki izahı ola
bilər: qətli ört- basdır etmək üçün, ya da xanımı miss
Boyntonun bunu görməsi üçün. O, ərindən beş dəqiqə
sonra düşərgəyə qayıdıb. Qayıdarkən də görüb ki, əri
qayınanasının əlini tutub. Yuxarı qalxıb, qayınanasının
öldüyünü və qolunda dərialtı şprisin izini görəndə düşünüb
ki, əri onu öldürüb. Nadinin tərk etmək təhdidinə
Lennoksun bu cür münasibət göstərdiyini
düşünüb. Qısası, Nadin Boynton elə hesab edirdi ki, ərini
qətlə təhrik edib.
Puaro Nadinə baxdı:
- Elədir, madam?
Nadin başını aşağı əydi. Sonra dedi:
- Siz həqiqətən məndən şübhələnirsiniz, mister Puaro?
- Sadəcə, sizin qatil olma ehtimalınızı göstərdim.
Nadin maraqla başını qaldırdı:
- Bəs indi? Həqiqətdə nə baş verib, mister Puaro?
17
- Həqiqətən, nə baş verib?- Puaro təkrarladı.
Puaro stul çəkib oturdu və dostyana tonla söhbətə davam
etdi.
- Maraqlı sualdır, elə deyil? Digitoksin götürülüb, şpris
itib. Miss Boyntonun biləyində şpris izi var. Hə, bir neçə

195
downloaded from KitabYurdu.org
günə, meyit yarılandan sonra dəqiq biləcəyik, miss
Boynton peredozdan ölüb, yoxsa yox. Amma onda çox gec
ola bilər. Ən yaxşısı, bu gecə qatili ortaya çıxarmaqdır.
Nadin qəzəblə başını qaldırdı:
- Demək istəyirsiniz ki, hələ də burada, otaqda
olanlardan birinin qatil olduğunu düşünürsünüz?
Puaro təsdiqlədi.
- Mən polkovnik Karberiyə söz verdiyim həqiqətdən
danışıram. İndi isə bəzi şeyləri üzə çıxardıqdan sonra gəlin
geriyə qayıdaq. Otağımda oturub, yazdığım faktları
gözdən keçirərkən iki gözqamaşdırıcı ziddiyyətlə
rastlaşdım.
Polkovnik Karberi uzun müddətdən sonra ilk dəfə danışdı:
- Yəqin bizə bu faktları deyəcəksiniz?
Puaro dedi:
- Elə deməyə hazırlaşıram. Əvvəlcə siyahıdan həmin
iki faktı çıxaracağıq. Miss Boynton digital qəbul edirdi və
doktor Jerardın dərialtı şprisi itib. Gəlin bu iki faktı
götürüb, başqa faktla üz-üzə qoyaq. Belə ki, Boynton
ailəsinin, demək olar ki, bütün üzvləri özlərini az-çox
günahkar hesab edirlər. Bundan belə nəticə çıxarmaq olar
ki, Boynton ailəsinin üzvlərindən biri qətli törədib. Amma
göstərdiyim o iki fakt bütün versiyalara zidd çıxır.
Gördüyünüz kimi, digital götürüb, istifadə etmək ağıllı
fikirdir. Çünki bildiyiniz kimi, miss Boynton artıq bu
dərmandan istifadə edirdi. Bəs onda ailə üzvü nə edir?
Aman Allahım. O yalnız bir şey edə bilərdi. Zəhəri
götürüb, qadının dərman qutusuna əlavə etmək. Ən axmaq,

196
downloaded from KitabYurdu.org
ən ağılsız adamın belə ilk ağlına gələn bu olardı. Əvvəl-
axır miss Boynton dozanı qəbul
edir və ölür. Dərman qutusundakı digitoksini isə əczaçının
səhvi kimi yazırlar. Onsuz da heç nəyi sübut etmək olmur.
Bəs onda niyə dərialtı şpris oğurlanmışdı?
Bunun da iki səbəbi ola bilər. Ya doktor Jerard
qızdırmalı olduğundan şprisin oğurlandığını düşünüb,
halbuki şpris hər zamankı yerində olub. Ya da qatil
dərmanı tapa bilməyib, çünki Boynton ailəsinin üzvü
olmayıb. Bu iki fakt göstərir ki, qatil heç də ailənin
daxilindən deyil, kənardan bir şəxsdir. Bunu əvvəldən hiss
etmişdim. Amma Boynton ailə üzvlərinin günahkar
görünmələri məni çaşdırırdı. Bəs mümkündürmü ki,
günahkar görünmələrinə baxmayaraq, Boyntonlar əslində
məsumdurlar? İndi isə bu insanların günahlarını deyil,
məsum olduqlarını sübut edəcəm. Elə bundan başlayım.
Qatil kənar adam olub, elə buna görə də nə miss Boyntonla
o qədər yaxın olmayıb ki, çadırına girsin, nə də dərman
qutusunu əldə edə bilməyib.
Puaro bir müddət susduqdan sonra davam etdi.
- Bu otaqda üç nəfər var ki, kənar adamdırlar, amma bu
məsələ ilə bağlılıqları var. Mister Koup, əvvəldən də
dediyimiz
kimi, Boynton ailəsi ilə uzun müddətdir ki, tanışdır. Onun
bu hadisəni törətməkdə motiv və məqsədini tapa bilərik?
Məncə, yox. Miss Boyntonun ölümü ona nəinki nədəsə
xeyir verib, əksinə, arzularının həyata keçməsinə mane
olub. Bəlkə nəzərə alaq ki, Mister Koup başqalarına xeyir

197
downloaded from KitabYurdu.org
vermək üçün özünü qurban verən fanatikdir? Məncə, çətin.
Onda gəlin səbəbləri bir az da dərində axtaraq.
Mister Koup Puaronun sözünü kəsərək qürurla dedi:
- Mister Puaro, sizi əmin edirəm ki, bu qətli törətməkdə
heç bir məqsədim ola bilməz. Üstəlik də mənim üçün insan
həyatı tamamilə toxunulmazdır.
- Sizin mövqeyinizi anlayıram. Detektiv romanlarda
sizin güclü alibiniz əslində sizi şübhəli vəziyyətə sala
bilərdi. İndi isə keçək miss Kinqə. Miss Kinqin motivi var,
qətl üçün lazım olan tibbi biliyə sahibdir və xarakterli,
dəqiq insandır. Amma düşərgəni digərləri ilə birlikdə
dördün yarısı tərk edib, saat altıdan tez qayıtmadığı üçün
onu bu məsələdə günahlandırmaq mümkün deyil.
Növbədə doktor Jerarddır. İndi qətlin törədildiyi dəqiq
vaxta baxaq. Mister Lennoks Boyntonun son dediyinə
görə, anası artıq 16:35-də ölmüşdü. Ledi Vestholm və miss
Pirs isə iddia edirlər ki, onlar gəzərkən, yəni saat 16:15-də
miss Boyntonu sağ görüblər. Ortalıqda 20 dəqiqə qalır. Bu
iki ledi düşərgəni tərk edərkən, yolda qayıdan doktor
Jerardı görürlər. Heç kim deyə bilməz ki, doktor Jerard
düşərgəyə qayıdarkən hara gedib, çünki iki ledi arxaları
ona tərəf olublar. Doktor Jerardın qətl törətməsi çox
mümkündür. Həkim olduğu üçün çox asanlıqla özünü
malyariyaya tutulmuş kimi göstərə bilərdi. Onun qətl üçün
motivi də var. Məsələn, doktor Jerard hesab edə bilərdi ki,
ətrafdakılara təhlükə törədən bir nəfərin qətli digərlərinin
həyatını xilas edəcəksə, onu öldürməyə dəyər.
- İdeyalarınız, - doktor Jerard dedi, - fantastikdir.

198
downloaded from KitabYurdu.org
Ona fikir verməyən Puaro davam etdi:
- Yaxşı, belədirsə, onda niyə doktor Jerard axmaqlıq
edib? Polkovnik Karberiyə heç nə deməsə, miss
Boyntonun ölümü təbii qəbul ediləcəkdi, heç bir problem
də olmayacaqdı.
İlk dəfə məhz doktor Jerard bunun qətl ola bilmə
ehtimalını irəli sürüb. Deməli, əziz dostlar, onu qatil
bilmək mənasızdır.
Daha bir ehtimal var. Miss Lennoks Boynton gənc
baldızının günahkar olması ehtimalını rədd etdi. Onun bu
etirazına səbəb vardı. Çünki qayınanasının ölüm vaxtını
dəqiq bilirdi. Amma bunu da xatırlayın: Cinevra Boynton
bütün günortanı düşərgədə olub. Bir an olub ki, ledi
Vestholm və miss Pirs düşərgədən uzaqlaşıb, doktor Jerard
qayıdarkən...
Cinevra titrədi. Puaroya tərəf əyilərək, onun üzünə
çaşqın, məsum və qəribə ifadə ilə baxdı:
- Mən öldürmüşəm? Elə bilirsiniz mən öldürmüşəm?
Sonra qəfil stulundan ayağa durub, incə hərəkətlə doktor
Jerardın qarşısında diz çökdü. Əllərini boynunun altında
birləşdirib dedi:
- Yox! Yox! Onlara bunu etməyə imkan verməyin.
Onlar yenə məni qalaya salacaqlar! Bu yalandır! Heç nə
etməmişəm! Mənim düşmənlərim ediblər, onlar məni
həbsxanaya salmaq istəyirlər! Mənə kömək edin! Mənə
kömək etməlisiniz!
- Yazıq uşaq, - doktor onun başını sığalladı. Sonra
Puaroya dedi:

199
downloaded from KitabYurdu.org
- Sizin danışdıqiarınız cəfəngiyatdır.
- Bəs təqib edilmə xəstəliyi?
- Hə. Amma o heç vaxt qatil ola bilməz. Bunu etsə
idi, xəncərlə, bıçaqla hamının gözü qarşısında edərdi. Belə
soyuqqanlı məntiqlə hərəkət etməzdi. Dostlar, sizə dəqiq
deyirəm. Bu cinayət dəqiq işlənmiş cinayətdir.
Puaro gülümsədi. Sonra təzim edərək dedi:
- Sizinlə tamamilə razıyam.
18
- Dinləməkdə davam edin, - Puaro dedi. - Hələ bəzi
şeylərə aydınlıq gətirməliyik. Doktor Jerard psixologiya
mövzusuna toxundu. Gəlin bu hadisənin psixoloji
tərəflərinə nəzər salaq. Bizim əlimizdə faktlar var,
hadisələrin xronoloji ardıcıllığını qurmuşuq. İndi isə
psixologiya qalır. Ən mühüm psixoloji fakt isə mərhum
qadına aiddir. Bu hadisədə miss Boyntonun psixologiyası
daha vacib amildir. Üçüncü və dördüncü faktlara baxsaq,
miss Boynton ailəsini itaətdə saxlamaqdan həzz alıb.
Başqa insanları incitməyi xoşlayıb. Bundan başqa, miss
Boynton həmin gün qəribə şəkildə ailəsinə sərbəst
gəzməyə icazə verib. Bu iki fakt bir-birinə ziddir. Niyə
məhz həmin gün miss Boynton həmişəki siyasətindən
kənara çıxıb? Bu birdən-birə onun xeyirxah olmasından
irəli gəlir? Yox, inanmıram. Bu hərəkətin bir səbəbi olmalı
idi. Bəs səbəb nə idi?
Gəlin miss Boyntonun xarakterinə nəzər salaq. Onun
haqqında müxtəlif fikirlər eşitdim: tirandır, insanları
barmağında oynadır, psixi sadistdir, şeytani xarakteri var,

200
downloaded from KitabYurdu.org
dəli olub. Bəs bunlardan hansı düzdür? Məncə, bunların
arasında həqiqətə ən yaxın olanı Sara Kinq olub. Sara
Qüdsdə onu yazıq qoca qarı, uğursuz qadın kimi
gördüyünü dedi. Özümüzü miss Boyntonun yerinə qoyaq.
Bu qadın həmişə ambisiyalı olub, başqalarını idarə etməyə
cəhd edib. Özünü başqa insanlarla təsdiqləyib. İçində
böyük güc yaradıb və ona sahib olmağa çalışıb. Amma
sonra nə baş verib? Heç nə əldə etməyib.
Böyük insan kütləsi nə ona nifrət edib, nə də qorxub. Heç
onu tanımayıblar da. O sadəcə təcrid edilmiş ailənin tiranı
ola bilib. Doktor Jerard dediyi kimi, başqa qoca qadınlarda
olduğu kimi, o da bir gün adi məişət həyatından bezib və
gəzməyə çıxıb, başqaları üzərində tiranlıq etmək qərarına
gəlib. Amma bu, hadisənin axarını dəyişir. Xaricə çıxdıqda
anlayıb ki, əslində ətraf üçün nə qədər əhəmiyyətsiz
insandır. İndi isə gəlin 10-cu fakta baxaq. Qocanın Qüdsdə
Sara Kinqə dediyi sözlərə. Gördüyünüz kimi, Sara Kinq
barmağını həqiqətin üstünə
qoyub. O, miss Boyntonu aciz, qoca qarı kimi görüb. İndi
isə hamınız diqqətlə qulaq asın və görün bu qoca qadın
miss Kinqə nə deyib. Miss Kinq qeyd etdi ki, bu sözləri
deyərkən qoca heç ona baxmayıb. Bu da həmin sözlər:
“Mən heç vaxt heç nəyi unutmuram. Heç bir hərəkəti, heç
bir adı və heç bir üzü”. Bu sözlər miss Kinqə çox təsir edib.
Sözlərin ağırlığı və yüksək xırıltılı səslə deyilməsi onu
qorxudub. Bu ona o qədər təsir edib ki, Sara Kinq sözlərin
mənasını belə düzgün anlamayıb. Bəs siz necə, anladınız?
Deyəsən, yox... Bəs sizə desəm ki, əslində o sözlər miss

201
downloaded from KitabYurdu.org
Kinqə cavab deyildi?! Bir şey anladınız? Məsələn, qadın
desə idi ki, “heç vaxt kobudluğu bağışlamıram”, onda bunu
anlamaq olardı. Amma o deyib ki, “Mən heç vaxt heç nəyi
unutmuram. Heç bir hərəkəti, heç bir adı və heç bir üzü”.
Axı bu az qala adamın gözünə girir. Sözlər miss Kinqə
deyilməmişdi. Qoca qarı heç miss Kinqi nəzərdə tutmayıb.
Bu sözlər miss Kinqin arxasında dayanan kiməsə deyilib.
Puaro bir müddət susduqdan sonra davam etdi.
- Bu az qala gözə girir. Bu, miss Boyntonun həyatından
olan psixoloji andır. Gənc və intellektual qadın onun üzünə
bütün həqiqəti deyir. O özünü gücsüz, zəif hiss edir və bu
an kimisə tanıyır. Keçmişdən gələn kimisə - beləcə, qurban
əllərinə düşür.
İndi isə geriyə, kənar adam söhbətinə qayıdaq. İndi
miss Boyntonun həmin günkü “xeyirxahlığı”nın səbəbi
aydın olur. O ailəsini özündən kənarlaşdırır, çünki kobud
desək, incitmək üçün yeni qurban tapıb. İndi yenidən
həmin günün hadisələrinə nəzər salaq. Boynton ailəsi
gəzməyə gedir. Miss Boynton mağaranın ağzında oturur.
Ledi Vestholm və miss Pirsə nəzər salaq. Sonuncu zəif
şahiddir, hər şeyə inanır, diqqətini də cəmləyə bilmir. Ledi
Vestholm isə faktlarda çox dəqiqdir və gözəl
müşahidəçidir. Hər iki ledi bir faktı deyirlər. Bir ərəb,
qulluqçulardan biri miss Boyntona yaxınlaşır, onu
əsəbiləşdirir və qaçır. Ledi Vestholm dedi ki, həmin
qulluqçu əvvəlcə Cinevra Boyntonun çadırında olub.
Amma xatırlayırsınızsa, doktor Jerardın çadırı Cinevranın
çadırı ilə yanaşıdır. Onda elə çıxır ki, ərəb Cinevranın

202
downloaded from KitabYurdu.org
deyil, doktorun çadırına girib.
Polkovnik Karberi Puaronun sözünü kəsdi:
- Demək istəyirsiniz ki, mənim bədəvi işçilərimdən biri
dərialtı şprislə qadını öldürüb? İnanılmazdır.
- Gözləyin, polkovnik Karberi. Hələ bitirməmişəm.
Gəlin düşünək ki, ərəb doktor Jerardın çadırına girib,
Cinevra Boyntonun çadırına deyil. Sonra nə edib? Hər iki
ledi deyir ki, onlar ərəbin üzünü dəqiq görməyiblər, ona
görə də tanıya bilməzlər. Və nə danışdığını, miss
Boyntonun qəzəblə nə qışqırdığını da eşitməyiblər. Bunu
başa düşmək olar. Yemək otağı ilə mağara arasındakı
məsafə çox olub. Ledi Vestholm ərəbin geyimini
dəqiqliklə təsvir etdi. Detallarla onun cırıq şalvarını,
çirkliliyini, sarğısını başa saldı. Amma bu, çox qəribədir,
əziz dostlar. Çünki əgər o, ərəbin üzünü görməyibsə, nə
danışdıqlarını eşitməyibsə, onda çirkli və cırıq şalvarı,
sarğını necə görüb? O qədər məsafədən bu mümkün deyil!
Bu, səhv idi. Mənə də qəribə gəldi. Niyə cırıq şalvar və
çirkli sarğıya bu qədər fikir verib. Bəlkə ona görə ki,
əslində şalvar cırıq deyildi və sarğı yox idi? Ledi Vestholm
və miss Pirs hər ikisi o adamı görüblər. Amma bir-birini
görməyiblər. Ledi
Vestholm iddia edirdi ki, miss Pirsin yanına gedəndə görüb
ki, çadırının qabağında oturub. Bu iki ledinin çadırı isə
arxa- arxayadır.
- Aman Allahım! - Polkovnik Karberi ayağa duraraq
dedi. - Demək istəyirsiniz ki...
- Demək istəyirəm ki, miss Pirsin nə etdiyini görəndən

203
downloaded from KitabYurdu.org
sonra ledi Vestholm çadırına qayıdıb. Şalvarını,
çəkmələrini və xaki rəngli paltosunu geyinib, toz
təmizləmək üçün götürdüyü cındır parçadan baş sarğısı
düzəldərək özünü ərəblərə oxşadıb. Sonra doktor Jerardın
çadırına gedərək, tibb çantasını açıb və lazım olan
dərmanla, dərialtı şprisi götürüb. Doldurduqdan sonra
qurbanın yanına qalxıb. Miss Boynton mürgüləyirmiş.
Ledi Vestholm cəld tərpənib. Biləyindən tutaraq, iynəni
vurub. Miss Boynton qışqıraraq ayağa qalxmaq istəyib,
amma stula yıxılıb. “Ərəb” isə sanki utanmış və qorxmuş
kimi qaçıb. Miss Boynton çəliyini yelləyərək yenidən
qalxmağa çalışıb, lakin yıxılıb. Beş dəqiqə sonra ledi
Vestholm miss Pirsə qoşulub və indi gördüyü hadisəni
danışaraq, öz versiyasını irəli sürüb. Sonra gəzməyə
gediblər. Qoca qadının mağarasının
altından keçəndə ledi Vestholm ona tərəf qışqırıb. Lakin
cavab gəlməyib, çünki miss Boynton artıq ölmüşdü. Ledi
isə miss Pirsə deyib ki, qadın kobudluq edərək ona cavab
verməyib. Miss Pirs buna inanıb. O, tez-tez mərhumun
suallara fınxıraraq cavab verdiyini eşitdiyi üçün yadında
belə qalıb. İndi də gəlsə and içər ki, həmin gün həqiqətən
qadın onlara tərəf fınxırıb, cavab verməyib. Ledi Vestholm
komitədə miss Pirs kimi qadınları çox görüb. Onlara təsir
göstərməyi də çox gözəl bacarır. Yeganə problemi isə
şprisi yerinə qaytarmaq olub. Doktor Jerard xəstə olduğu
üçün tez qayıdıb. Ledi ümid edib ki, doktor şprisin yox
olduğunu görməz. Ona görə də onu yerinə gecə qoyub.
Puaro dayandı. Sara dedi:

204
downloaded from KitabYurdu.org
- Bəs axı niyə? Niyə ledi Vestholm qoca miss
Boyntonu öldürmək istəyib?
- Yadınızdadır, mənə demişdiniz ki, Qüdsdə miss
Boyntona danışanda, ledi Vestholm yanınızda idi? Miss
Boyntonun “Mən heç nəyi unutmuram. Nə hərəkəti, nə adı,
nə də üzü” sözləri məhz elə ledi Vestholma ünvanlanmışdı.
Miss
Boyntonun həbsxanada nəzarətçi olması faktını yadına
salsan, həqiqəti bilmək çox asandır. Lord Vestholm xanımı
ilə Amerika səyahətindən qayıdanda tanış olub. Ledi
Vestholm evlilikdən qabaq cinayətkar olub və həbsxanada
yatıb.
İndi başa düşürsünüz, ledi nə ağır vəziyyətdə qalıb?
Karyerası, arzuları, sosial vəziyyəti laxlayıb. Həbsxanada
hansı cinayətə görə yatdığını bilmirik (amma tezliklə
biləcəyik).
Amma ictimaiyyətə çıxsa, siyasi karyerasına son
qoyacaqdı. Bunu da yadınızda saxlayın, miss Boynton adi
şantajçı deyildi. O, pul istəmirdi. Qurbanını bir müddət
incitməkdən zövq alırdı. Sonra isə bezəndə hamının
qarşısında bütün faktları açıb deyəcəkdi. Miss Boynton
yaşadıqca ledi Vestholma rahatlıq yox idi. O, miss
Boyntonun Petrada görüşmək tapşırığına əməl edir.
Əvvəllər mənə də qəribə gəlirdi ki, özünə bu qədər dəyər
verən ledi Vestholm adi turist kimi səyahət edir. Amma o
əslində qətl planı qurmuşdu və buna görə yola çıxmışdı.
Yalnız iki yerdə səhv etdi. Birinci, cırıq şalvar barədə çox
detallı izahat vermək. Bununla diqqətimi özünə çəkdi.

205
downloaded from KitabYurdu.org
Sonra isə doktor Jerardın çadırı ilə Cinevranın çadırını
dəyişik salıb, yarıyuxulu
Cinevranın çadırına girməklə məni dolaşdırdı. Ona görə də
Cinevranın guya şeyxin onu oğurlamaq üçün çadırına
girməsi hekayəti bir tərəfdən düzdür. Tezliklə hər şeyi
biləcəyik. Bu gün ledi Vestholmun xəbəri olmadan barmaq
işarəsini götürmüşəm. Miss Boyntonun bir zamanlar
nəzarətçi işlədiyi həbsxanaya göndərmişəm. Tezliklə
həqiqəti biləcəyik.
Puaro susdu. Bu vaxt qəfil güllə səsi eşidildi.
- Bu nədir? - doktor Jerard soruşdu.
- Deyəsən, kimsə atəş açdı. Qonşu otaqda. Orada kim
var? - Polkovnik Karberi ayağa qalxdı.
- Ora ledi Vestholmun otağıdır, - Puaro dedi.
Epiloq
“Ledi Vestholm xanımın bədbəxt təsadüf nəticəsində
həlakından çox üzgünük. Həmişə xarici ölkələrə səfər edən
ledi Vestholm yanında kiçik revolver daşıyırdı. Revolveri
təmizləyərkən təsadüfən açılan atəş onu öldürdü. Ölüm ani
baş verib. Ledi Vestholma duyduğumuz dərin hörmətlə
ailəsinə və yaxınlarına başsağlığı veririk”.
Beş il sonra, isti iyun axşamında Sara Boynton həyat
yoldaşı ilə London Teatrında oturmuşdu. Hamlet tamaşası
gedirdi. Sara Reymondun qoluna girmişdi. Zalda
Ofeliyanın sözləri səslənirdi:
Sənin həqiqi sevgini mən necə Lələkli papaq və cırıq
ayaqqabı Geyinib, əsa ilə gedən Birindən öyrənim?
Cırıq ayaqqabıları ilə

206
downloaded from KitabYurdu.org
O öldü, ledi.
Öldü və getdi.
Başının yerində yaşıl otlaq,
Dabanlarının yerində daşlar var artıq!
Oəhər Saranın boğazında ilişdi. İncə, möhtəşəm, ilahi
təbəssümlü qızcığaz artıq əzablardan və günahlardan
qurtulub. O indi yalnız təxəyyülünün yaşadığı yerdədir...
Sara öz-özünə dedi: “Çox gözəldir, çox”.
O zərif və incə səs indi nizamlanıb və gözəl musiqi aləti
kimi oxuyur. Səhnənin sonunda pərdə enəndə Sara
qətiyyətlə dedi: “Cinni çox möhtəşəm aktrisadır”.
Sonra onlar Savoyda dəyirmi şam stolunun ətrafında
oturdular.
Cinevra təbəssümlə yanındakı bığlı kişiyə döndü.
- Necə idim, Teodor? Yaxşı idim?
- Əlasan, əzizim.
Cinevranın dodaqlarında xoşbəxt təbəssüm göründü.
O dedi:
- Sən həmişə mənə inanmısan. Həmişə bilirdin ki,
böyük şeylər edə bilərəm.
Stolun yaxınlığında oturan, Hamleti oynayan aktyor
əsəblə deyirdi:
-Ah, onun manevraları! Hə, əlbəttə, insanlar əvvəlcə
bunu xoşlayacaqlar. Amma bu, Şekspir deyil. Çıxışımı
necə məhv etdiyini gördünüz?
Cinevra ilə üzbəüz oturan Nadin dedi:
- Londonda olmaq, Cinninin Ofeliyanı oynamasını
izləmək və məşhur olmasını bilmək necə gözəldir!

207
downloaded from KitabYurdu.org
Cinevra dedi:
- Siz sağ olun ki, gəldiniz.
- Ənənəvi ailə partisi, - Nadin ətrafına baxaraq
gülümsədi. Sonra Lennoksa dedi: - Gərək uşaqları da
gətirəydik. Xala Cinninin səhnədəki çıxışını görmək üçün
böyüyüblər artıq.
Xoşbəxt görünən Lennoks badəsini qaldırdı:
- Yeni evlənmiş mister və miss Koupların sağlığına.
Cefferson Koup badəsini qaldırdı.
- Külək kimidir bu Cefferson, - Kerol gülərək dedi.
- Ceff, məncə, ilk məhəbbətinin də sağlığına içməlisən.
Reymond gülərək dedi:
- Görün necə qızardı. Keçmiş qadınları xatırlamağı
xoşlamır.
Qəfil Reymondun üzünə sanki bulud çökdü. Sara onun
əlindən tutdu və buludlar dağıldı. Reymond Saraya baxdı:
- Elə bil ki, pis yuxu görmüşdük.
Stolun yanında bir nəfər dayandı. Gözəl, təmiz və
səliqəli görünən Erkül Puaro bığlarını buraraq təzim etdi:
- Madmazel, - Cinevraya dedi. - Möhtəşəm idiniz.
Sonra ailə ilə görüşdü və Saranın yanında oturdu. Ailəni
bir-bir izlədi, söhbətlərinə qulaq asdı və Saraya dedi:
- Hə, deyəsən, Boynton ailəsində hər şey
qaydasındadır.
- Çox sağ olun, - Sara dedi.
- Əriniz yavaş-yavaş tanınır. Bu gün sonuncu kitabı
haqqında əla rəy oxudum.
- Hə, doğrudan yaxşı kitab idi. Düzdür, xanımlar

208
downloaded from KitabYurdu.org
ərlərinin əsərləri barədə həmişə obyektiv olmurlar.
Bilirdiniz ki, Kerol və
Koup Cefferson evləniblər? Lennoks və Nədinin də çox
gözəl iki övladı var. Reymond onları “gözəllər” adlandırır.
Cinni isə mənə görə möhtəşəm aktrisadır.
Sara stolun kənarında oturmuş möhtəşəm qırmızı saçlı
qıza baxdı. Sonra sağlıq demək istədi. Əvvəlcə üzü
ciddiləşdi. Sonra heç nə demədən badəsini dodaqlarına
apardı.
- Sağlığa içdiniz, madam? - Puaro soruşdu.
Sara pıçıltı ilə dedi:
- Birdən onu xatırladım. Cinniyə baxanda ilk dəfə
anasına oxşadığını gördüm. Çox oxşayırlar. Yalnız bir şey
fərqlidir.
Cinni işıqdadır, o isə qaranlıqda idi.
Cinni isə gözlənilmədən dedi:
- Yazıq anam... Çox qəribə adam idi. İndi hamımız
xoşbəxt ikən ona yazığım gəlir. Həyatda istədiyinə nail ola
bilmədi. Yəqin buna görə həmişə əzab çəkdi.
Sonra fasilə vermədən “Simbelin”dən bir parça oxudu.
Hamı onun gözəl səsini dinlədi:
Daha nə küləkdən,
Nə də qardan qorxmursan.
Artıq əbədilik Hüzura qovuşmusan.

209
downloaded from KitabYurdu.org

You might also like