You are on page 1of 1

Mühazirə 3

Avtomobil mühərriklərinin quruluşu

Mühərrik güclü enerji maşınıdır və hər hansı enerjini mexaniki işə çevirir.
Avtomobilin hərəkət etməsi üçün mühərrik,yəni enerji mənbəyi lazımdır. Müasir
avtomobillərin əksəriyyətində daxiliyanma mühərriki adlanan pistonlu porşenli
mühərriklər qoyulmuşdur. Silindirlərdə yanacağın yanmasından ayrılan istilik
mexaniki işə çevrilir. Porşenli daxiliyanma mühərrikləri aşağıdakı qruplara ayrılır:

1. Təyinatına görə
 Stasionar
 Hərəkətdə olan
2. İş tsiklinə görə
 İki taktlı
 Dörd taktlı
3. Yanacağın yanmasına görə
 Elektrik qığılcımı vasitəsilə (karbüratorlar)
 Sıxılma qüvvəsindən alınan (dizel – öz-özünə alışma)
4. Yanacağın qarışmasına görə
 Xarici qarışma (karbürator və ya dizel)
 Daxili qarışma (dizel)
5. İstifadə edilən yanacağa görə
 Karbüratorlar (benzin)
 Dizel (ağır dizel yanacağı ilə)
 Qazla (sıxılmış və ya maye)
6. Silindirlərin sayına görə
 Birsilindirli (motosiklet)
 Çoxsilindirli (2,3,4,6,8,12 və s.)
7. Silindirin vəziyyətinə görə
 Birsıralı şaquli yerləşməli
 İkisıralı “V” şəkilli
 Üfüqi yerləşməli oppozit mühərriklər (horizontal)
8. Soyutma sisteminə görə
 Maye və ya hava ilə (radiator)

You might also like