Professional Documents
Culture Documents
C FakepathC FakepathMьhazir 3
C FakepathC FakepathMьhazir 3
Mühərrik güclü enerji maşınıdır və hər hansı enerjini mexaniki işə çevirir.
Avtomobilin hərəkət etməsi üçün mühərrik,yəni enerji mənbəyi lazımdır. Müasir
avtomobillərin əksəriyyətində daxiliyanma mühərriki adlanan pistonlu porşenli
mühərriklər qoyulmuşdur. Silindirlərdə yanacağın yanmasından ayrılan istilik
mexaniki işə çevrilir. Porşenli daxiliyanma mühərrikləri aşağıdakı qruplara ayrılır:
1. Təyinatına görə
Stasionar
Hərəkətdə olan
2. İş tsiklinə görə
İki taktlı
Dörd taktlı
3. Yanacağın yanmasına görə
Elektrik qığılcımı vasitəsilə (karbüratorlar)
Sıxılma qüvvəsindən alınan (dizel – öz-özünə alışma)
4. Yanacağın qarışmasına görə
Xarici qarışma (karbürator və ya dizel)
Daxili qarışma (dizel)
5. İstifadə edilən yanacağa görə
Karbüratorlar (benzin)
Dizel (ağır dizel yanacağı ilə)
Qazla (sıxılmış və ya maye)
6. Silindirlərin sayına görə
Birsilindirli (motosiklet)
Çoxsilindirli (2,3,4,6,8,12 və s.)
7. Silindirin vəziyyətinə görə
Birsıralı şaquli yerləşməli
İkisıralı “V” şəkilli
Üfüqi yerləşməli oppozit mühərriklər (horizontal)
8. Soyutma sisteminə görə
Maye və ya hava ilə (radiator)