You are on page 1of 660

Allan və Barbara Piz

BƏDƏN DİLİ HAQQINDA MÜKƏMMƏL KİTAB

Allan & Barbara Pease


THE DEFİNİTİVE BOOK OF BODY LANGUAGE

*eKitabxana app - play marketdə axtarın

TELEQRAM 《》 pdf.kitab
Allan və Barbara Pizin “Bədən dili haqqında
mükəm­məl kitab“ı “ətrafdakıların fikirlərinin onların
jestlərinə görə oxunması” ilə bağlı hər kəsin şəxsi
həyatının tamamilə bütün aspektlərinə və peşəkar
fəaliyyətlərinə toxunur.

“İstənilən insanı kitab kimi oxumaq”, düzgün davranış


qaydası seçmək, hər hansı bir vəziyyətdə özünü inamlı və
rahat hiss etmək, ən doğru qərarlar qəbul etmək – bütün
bunlar indi real və hər kəsə əlçatandır. Bu kitab sizə
həmçinin öz şəxsi qeyri-verbal siqnallarınızı dərk etməyə
kömək edəcək və onlardan effektiv ünsiyyət üçün istifadə
etməyi öyrədəcək.

Bədən hərəkətlərinin dilinin yeni, müasir versiyasını


öyrənin – belədə hökmən hər şeyə nail olacaqsınız!

TANIŞ OLAQ
....................................................................

Adamın hansı peşə sahibi olduğunu onun dırnaqlarına,

paltosunun, ya da köynəyinin qollarına, ayaqqabılarına,

şalvarının dizlərinə, barmaqlarındakı döyənəklərə,


üzünün ifadəsinə baxan kimi bilmək olar. Əgər təcrübəli
tədqiqatçı

bütün bunlara diqqət yetirərsə, şübhəsiz,

düzgün nəticə çıxarar.

ŞERLOK HOLMS, 1887

....................................................................

Hələ gəncliyimdə bilirdim ki, adamların dedikləri onların


demək istədikləri, ya da hiss etdikləri ilə heç də həmişə üst-
üstə düşmür. Onu da anlamışdım ki, qarşımdakının
hisslərini oxuya bilsəm, ondan istədiyimi alaram.

Satıcılıq təcrübəmə 11 yaşımda başladım: cibxərcliyim


olsun deyə dərsdən sonra qapı-qapı gəzib rezin süngər
satırdım. Müştərinin məndən mal alıb-almayacağını ayırd
eləməyi o vaxtdan öyrəndim. Qapısını döyəndə biri mənə
“çıx get” desə də, əllərini açıq saxlayırdısa (ovcunun içi
görünürdüsə), bilirdim ki, qalmağın ziyanı yoxdur. Çünki
belələri laqeyd görünür, amma aqressiv olmurlar. Ancaq
mənə “çıx get” sözlərini yumşaq səslə deyən adam əlini
açmırdısa, üstəlik, şəhadət barmağını uzadıb yol
göstərirdisə, qalmağın mənası olmadığını anlayırdım.

Satmaq xoşuma gəlirdi, məndə əla alınırdı. Yeniyetmə


olanda gecələr gəzib qazan dəstləri satmağa başladım.
Adamların ürəyini oxumaq bacarığım mənə xeyli qazanc
gətirdi. O qədər qazandım ki, ilk əmlak payımı aldım.

Satıcılıq mənə hər kəsi yaxından görmək və öyrənmək


imkanı verirdi və mən onların qazanı alıb-almayacağını
üzlərinə baxan kimi bilirdim, duruşlarından anlayırdım. Bu
qabiliyyətim diskotekalarda qızlarla ünsiyyətdə də dadıma
çatırdı. Qızın mənimlə rəqsə razı olub-olmayacağını
əvvəldən müəyyən edirdim.

İyirmi yaşımda sığorta işinə qoşuldum və elə birinci il


işlədiyim şirkətin satış rekordlarını qıraraq milyon dollardan
çox satış edən ən gənc işçi oldum. Bu nailiyyətim məni
Amerikanın nüfuzlu “Million Dollar Round Table”
assosiasiyasına (dünyanın ən yaxşı sığortaçılarının
birləşdiyi qurum) gətirib çıxardı. Bir gənc kimi bəxtim
gətirmişdi, uşaq vaxtı qazan sata-sata öyrəndiyim bədən
dilini yeni sahəyə tətbiq etmək mümkün idi və bu bacarığım
bütün hallarda uğur qazanmağıma səbəb olurdu.

Heç nə göründüyü kimi deyil

İnsanı sözün əsl mənasında anlamaq sadə işdir, asan


deyil, amma sadədir. Sadəcə, hadisənin baş verdiyi
mü­hitdə gördüklərinizi eşitdiklərinizlə müqayisə edirsiz və
nəticəyə gəlirsiz. Amma çox adam gördüyünü güman etdiyi
şeyləri görür. Mürəkkəb oldu? Fikrimi izah etmək üçün bir
əhvalat danışım:

Meşədə gəzən iki kişi böyük və dərin bir oyuğa rast


gəlir.
“Yaman dərin görünür, – kişilərdən biri deyir, – gəl bir-
iki daş ataq, görək dərinliyi nə qədərdir?”

Onlar oyuğa bir neçə daş atıb gözləyirlər, səs gəlmir.

“Bax ha! Doğrudan da dərindir, gəl bu iri qaya


parçalarından ataq, onların səsi çıxar!”

Futbol topu boyda iki daşı qaldırıb oyuğa tullayırlar,


gözləyirlər, yenə səs eşidilmir.

“Burda, alaq otlarının arasında dəmir yolu relslərinin


altına düzülən tirlərdən var, – biri deyir, – onu salsaq,
mütləq səs olacaq!”

Onlar ağır tiri oyuğun üstünə çəkib, içinə atırlar, səs


gəlmir ki, gəlmir.

Birdən yaxınlıqdakı ağacların arasından bir keçi çıxır və


yel kimi kişilərə tərəf atılır, var gücü ilə qaçıb düz bu iki
kişinin arasından keçərək havaya sıçrayır, oyuğa girərək
yox olur. Kişilər yerlərindəcə donub qalır, heyrət içində
baxırlar.
Bu vaxt ağaclıqda bir kəndli görünür: “Ey, mənim keçimi
görmədiniz?”

“Əlbəttə, gördük! Ömrümüzdə belə qəribə şey


görməmişdik. Keçi külək kimi vıyıldadı və düz bu oyuğun
içinə tullandı!”

“Yox, – kəndli deyir. – O mənim keçim olmaz. Mən


keçimi dəmir yolu tirinə bağlamışdım!”

Ovcunuzun içini o qədər yaxşı tanıyırsız?

Bəzən biz nəyisə “ovcumuzun içi kimi bildiyimizi”,


kimisə “ovcumuzun içi kimi tanıdığımızı” deyirik. Amma
təcrübə göstərir ki, şəkillərə baxanlardan cəmi 5%-i öz
ovcunu tanıyır. Bədən dilinin işarələrini də çox adam bilmir.

Biz bir televiziya proqramı üçün sadə eksperiment


apardıq. Uzun bir otel dəhlizinin başına iri güzgü
yerləşdirdik. Otelə daxil olan adamda elə təəssürat
yaranırdı ki, elə bil otelin bu başından o başına uzun dəhliz
var və dəhlizin o biri tərəfi də açıqdır. Otelə gələn, əlbəttə,
eyni vaxtda qarşı tərəfdən də kiminsə daxil olduğunu
görürdü, amma tavandan asdığımız bitkilər gələnin özünü
tanımasına mane olurdu, çünki üzün əks olunduğu hissəni
tuturdu, yalnız bədənin hərəkəti aydın görünürdü. Hər
kəsin “qarşı tərəfi” müşahidə etmək üçün 5-6 saniyə vaxtı
olurdu (qəbul üçün sola dönənə qədər). Və o biri başdan
daxil olanı tanıyıb-tanımadığını soruşanda kişilərin 85%-
nin cavabı “xeyr” oldu. Üstəlik, bəziləri “O gonbul
eybəcərimi deyirsiz” kimi suallar verdi. Təəccüblü deyil ki,
qadınların 58%-i güzgünü gördüyünü dedi, 30%-i o biri
qonağın tanış gəldiyini bildirdi.

....................................................................

Kişilərin çoxu, qadınların az qala yarısı

boğazdan aşağı necə göründüyünü bilmir.

....................................................................

Təzadları necə müəyyən edə bilərik?


Hamı bilir ki, siyasətçilər çox vaxt özlərini olduqlarından
fərqli aparır, nəyəsə inanmadıqları halda inanırmış kimi
davranırlar. Onlar vaxtlarının çoxunu sözdən yayınmağa,
söhbətin istiqamətini dəyişməyə, cavabdan qaçmağa,
uydurmağa, maska və güzgülərdən istifadə edərək
emosiya və hisslərini gizlətməyə, kütlə arasındakı xəyali
dostlara əl yelləməyə sərf edirlər. Şübhəsiz, belələri bir gün
büdrəyir – bədən dilinin işarələri onları ələ verir.
Siyasətçiləri ifşa etmək üçün onlara yaxından baxmaq
maraqlıdır.

....................................................................

Siyasətçinin yalan danışdığını hansı işarədən bilmək


olar?

Dodaqlar tərpənir.

....................................................................
Yerli turizm bürosunun köməyilə başqa bir televiziya
şousu üçün eksperiment apardıq. Turistlər büroya daxil
olub gəzib-görməli yerlər və başqa turist atraksionları
haqda məlumat istəyirdilər. Onları ağ köynək və qalstuk
geymiş sarışın, bığlı bir işçinin dayandığı piştaxtaya
yönəldirdik. Turistlə 1-2 dəqiqəlik müzakirədən sonra bu
sarışın adam broşür götürmək üçün piştaxtanın altına
əyilirdi. Hər dəfə piştaxtanın altından onun əvəzinə
başqası – üzü təmiz qırxılmış, qara saçlı, mavi köynək
geymiş işçi çıxır, broşürləri turistə uzadır və söhbətə
sarışının dayandığı yerdən davam edirdi. Qəribədir ki,
turistlərin təxminən yarısı dəyişikliyi sezmədi. Nəinki bədən
dilinin, heç işçinin görünüşünün də dəyişdiyini hiss
etməyən kişilərin sayı qadınlardan iki dəfə artıq idi.

Bədən dilini “oxumaq” qabiliyyətiniz yoxdursa, ya bu


bacarığa yiyələnməmisinizsə, sizin də gözünüzdən çox
şey qaça bilər. Bu kitab sizə qaçıra biləcəyiniz şeyləri
göstərəcək.

Bu kitabı necə yazdıq


“Bədən dili haqda mükəmməl kitab”ı Barbara və mən
mənim orijinal “Bədən dili” kitabım əsasında yazmışıq.
Amma bu, ilk kitabın genişləndirilmiş variantı deyil, biz həm
də elmin yeni istiqamətlərində (təkamül biologiyası və
təkamül psixologiyası) araşdırmalar, eləcə də beyində
nələrin baş verdiyini göstərən MRT (Maqnetik Rezonans
Tomoqrafiya) kimi texnologiyalar haqda danışırıq. Kitab
elə tərtib olunub ki, onu hansı səhifədən gəldi, oxuya
bilərsiz. Əsas mövzu bədən hərəkətləri, mimikalar və
jestlərdir. Çünki üz-üzə gəldiyiniz adamı anlamaq üçün
məhz bunları bilməlisiz. “Bədən dili haqda mükəmməl
kitab”ın köməyi ilə siz özünüzü də daha yaxşı tanıyacaqsız
– öz şəxsi işarələrinizi biləcək və təsirli ünsiyyət yaratmaq,
istədiyinizi almaq üçün onlardan düzgün istifadə etməyi
öyrənəcəksiz.

Bu kitabda hər bir jest – bədən hərəkəti ayrılıqda və


sadə dildə izah olunur. Bəzi jestlər haqda xüsusi
danışmışıq, eyni zamanda həddən artıq sadələşdirməkdən
çəkinməyə çalışmışıq.
Bəziləri hiddətlənə, hətta əl-qol ataraq etiraz edə bilər,
bədən dilinin başqalarının fikirlərini və sirlərini öyrənmək
üçün vasitəyə çevriləcəyini deyər. Amma biz hesab edirik
ki, bu kitabın məqsədi sizə ünsiyyət zamanı daha gözüaçıq
olmağı, başqalarını və nəticədə özünüzü daha yaxşı,
dərindən anlamağı öyrətməkdir. Nəyin niyə baş verdiyini
dərk etmək yaşamağı asanlaşdırır. Məlumatsızlıq,
anlayışın azlığı isə qorxu və mövhumata səbəb olur,
nəticədə biz daha çox ətrafdakıları tənqidlə məşğul oluruq.
Ornitoloqlar quşları ovlamaq üçün tədqiq eləmir. Eləcə də
sizin bədən dilini öyrənməyiniz başqalarıyla görüş­lərinizi
maraqlı təcrübəyə çevirər.

Sadəlik üçün biz hər yerdə “o”, “ona”, “onu” sözlə­rindən


istifadə etmişik, bu sözlərin altında hər iki cinsin
nümayəndələrini nəzərdə tutmuşuq.

Sizin bədən dili lüğətiniz


İlk kitabımız satışla məşğul olanlar, menecerlər,
dəllal­lar, məsul işçilər üçün nəzərdə tutulmuş dərslik kimi
idi. Amma bu kitabı hər yerdə – görüşdə, işdə və evdə
istifadə edə bilərsiz. “Bədən dili haqda mükəmməl kitab”
bizim 30 illik müştərək təcrübəmizin məhsuludur və burda
biz sizə qarşınızdakının vəziyyətini və emosiyalarını
oxumaq üçün lazım olan əsas “lüğəti” veririk. Kitab sizi
insanların davranışıyla bağlı çıxılmaz vəziyyətə salan
suallarınıza cavab verəcək, eyni zamanda sizin öz
davranışınızı həmişəlik dəyişəcək. Təsəvvür edin ki, siz
həmişə qaranlıq otaqda olmusunuz, burda mebelin,
avadanlığın, qapının varlığını, divardan nələrinsə asıldığını
hiss etmisiz, amma bütün bunların necə göründüyünü
bilməmisiz. Bu kitab otağa işıq salacaq və siz hər şeyi
olduğu kimi görəcəksiz. Nəyin harda yerləşdiyini və
onlardan necə istifadə edəcəyinizi biləcəksiz.

Allan Piz
1-ci fəsil

ƏSAS PRİNSİPLƏR

Bu, qərbdə “yaxşı” deməkdir, italyanlar üçün “bir”,

yaponlar üçün “beş”, yunanlar üçün söyüşdür

(yumşaq desək “cəhənnəm ol!”)

Yəqin hər birimizin belə bir tanışı var: adamla dolu


otağa girir və bir neçə dəqiqənin içində kimin kiminlə nə
münasibətdə olduğunu (dost, ya qohum), nə hiss etdiyini
dəqiq deyir. Adamın fikrini və münasibətini davranışından
anlamaq bacarığı insanların danışıq dilindən əvvəl istifadə
etdiyi ünsiyyət yolu idi.

Radio kəşf olunana qədər ünsiyyət vasitəsi yazı –


kitablar, məktublar, qəzetlər oldu. Bu o demək idi ki,
Avraam Linkoln kimi kifir siyasətçilər və zəif natiqlər yaxşı
yazmaqla və bir az da mətanət göstərməklə uğur qazana
bilirdilər. Radio Uinston Çörçil kimi yaxşı danışıq
qabiliyyətinə malik olanlara meydan verdi. Amma belələri
bu gün yəqin ki, daha çox mübarizə aparmalı olardılar,
çünki vizual eranın yaratdığı çətinliklərlə üzləşərdilər.

Bugünkü siyasətçilər anlayırlar ki, siyasət imic və


görü­nüşlə çox bağlıdır və indi yüksək rütbəli siyasətçilərin
çoxunun xüsusi “bədən dili məsləhətçisi” var. Belə
məsləhətçilər onlara səmimi, qayğıkeş, vicdanlı adam təsiri
bağışlamağı öyrədir (onlar belə deyillərsə, məsləhətçiyə
xüsusi ehtiyacları olur).

İnanmaya bilərsiz, amma insanın inkişaf etdiyi bu min


illər ərzində bədən dilinə əhəmiyyət verilməyib. Bu dil fəal
şəkildə yalnız 1960-cı illərdə öyrənilməyə başlayıb və
böyük ictimaiyyət bundan 1978-ci ildə, bizim “Bədən dili”
kitabımız nəşr olunandan sonra xəbər tutub. Ancaq çoxları
hələ də inanır ki, bizim əsas ünsiyyət vasitəmiz danışıqdır.
Halbuki nitq təkamül dövrünün sonlarında ünsiyyət
repertuarının bir hissəsi olub, əsasən faktları və rəqəmləri
ötürmək üçün istifadə olunur. Danışıq yəqin ki, 2 milyon il
əvvəldən başlayaraq 500 min il əvvələ qədər formalaşıb.
Bu zaman ərzində biz insanların beyninin ölçüsü 3 dəfə
artıb. Ona qədər insanlar hiss və duyğularını bədən
hərəkətləriylə, boğazdan çıxan səslərlə ifadə ediblər və bu
gün də belə etməkdədirlər. Sadəcə, sözlərə
fokuslandığımız üçün bədən dilindən çoxumuzun xəbəri
yoxdur və onun əhəmiyyətini nəzərə almırıq.

Maraqlıdır ki, şifahi nitq bədən dilinin ünsiyyət üçün nə


dərəcədə əhəmiyyətli olduğunu göstərir. Çox istifadə
olunan ifadələri xatırlayaq:

....................................................................

“Ürəyini boşalt”, “ Gözümün içinə bax”,

“Başını dik tut”, “Qoy əlindən gələni eləsin”,

“Ailənin yükü onun çiyinlərindədir”,

“Dilini dinc saxla”, “ Burnun girməyən yerə başını


salma”.

....................................................................
Elə sözlər var ki, onları yazmaq, eşidəndə isə udmaq
olmur, amma etiraf edək ki, bu cür ifadələr bizim gözümüzü
açır. Dediklərimizi qulaqardına vura, ideyaya ağız büzə
bilərsiz. Ancaq bu ifadələrin sizə toxunacağına və bizimlə
razılaşacağınıza inanırıq.

Əvvəlcə...

Çarli Çaplin kimi səssiz film aktyorları bədən dilində


danışmağı bacaran pionerlər idi, axı o zamankı ekranda
mümkün olan yeganə ünsiyyət vasitəsi bu idi. Aktyorun
qabiliyyəti onun istifadə edə bildiyi bədən dili işarələri və
jestlərin sayı ilə ölçülürdü. Film səsli olandan sonra
aktyorluğa baxış dəyişdi və səssiz film qəhrəmanlarının
çoxu yaddan çıxdı, yalnız yaxşı nitqi olanlar qaldılar.

Bədən diliylə bağlı elmi araşdırmalar davam edir və XX


əsrə qədərki araşdırmalardan ən nüfuzlusu yəqin ki, Çarlz
Darvinin “İnsan və heyvanda emosiyaların ifadəsi” əsəridir.
Bu kitab 1872-ci ildə nəşr olunub, əsasən elm adamları
üçün nəzərdə tutulub. Ancaq mimikalar və bədən diliylə –
jestlərlə bağlı müasir araşdırmaların əsası məhz bu əsərlə
qoyuldu. Darvinin müşahidələrinin nəticələrini və
ideyalarını indiki tədqiqatçılar da təsdiqləyir. O vaxtdan
indiyə tədqiqatçılar az qala bir milyon işarəni qeydə alıblar.
Bədən dilini öyrənməyə başlayanlardan Albert Mehrabian
hələ 1950-ci illərdə yazırdı ki, məlumatın təsirinin 7%-i
sözün, 38%-i səsin (danışıq tonu, intonasiya və başqa
səslərin), 55%-i sözsüz informasiyanın payına düşür.

....................................................................

Məsələ sizin dediyiniz sözdə deyil,

sözü deyərkən necə görünməyinizdədir.

....................................................................

Sözsüz ünsiyyət haqda ilk dəfə danışanlardan biri


antropoloq Rey Bördvistel idi. O, araşdırdığı sahəni belə
adlandırmışdı: kinesika (bədən hərəkətlərinin dili).
Bördvistel insanlar arasında sözsüz ünsiyyətin kəmiyyətini
müəyyən etmişdi. Onun hesablamalarına görə bir adam
gündə orta hesabla 10-11 dəqiqə danışır və bir cümlə cəmi
2,5 saniyə vaxt aparır. Biz insanlar 250 min mimikanı
canlandıra və anlaya bilərik. Bördvistel də aşkar etmişdi ki,
üzbəüz ünsiyyətin söz payı 35%-dən aşağıdır, 65%-i
sözsüzdür.

Biz satışla bağlı 1970-ci və 1980-ci illərdə apardığımız


müsahibə və danışıqları lentə almışdıq. Onların analizi
göstərdi ki, işgüzar görüşlərdə danışıq masası ətrafında
əyləşənlərə təsirin 60-80%-i bədən dilinin “üzərinə” düşür.
Yeni şəxs barədə ilkin təəssüratın 60-80%-i 4 dəqiqədən
də az müddətə formalaşır. Araşdırmalardan görürük ki,
telefon danışıqları zamanı kimin arqumenti daha
güclüdürsə o udur. Üzbəüz söhbətdə isə şərtlər tamamilə
dəyişir, çünki çoxumuz eşitdiklərimiz yox, gördüklərimiz
əsasında qərar veririk.

Niyə məsələ dediyiniz sözdə deyil?


Kim nə deyir desin, biz insanlar ilk görüşdə
qarşımızdakının mehribanlığı, üstünlüyü, seksual partnyor
potensialı barədə tələsik qərar veririk və ilk baxdığımız yer
gözlər deyil.

Tədqiqatçıların çoxu razılaşır ki, sözlər hər şeydən


əv­vəl informasiyanı ötürmək üçün istifadə olunur, bədən
dili isə birbaşa insanlararası münasibətlərin dilidir və bəzən
şifahi nitqi əvəz edir. Məsələn, qadın kişiyə bircə “oğrun”
baxışıyla elə mesaj göndərə bilər ki, sözə ehtiyac qalmaz.

Mədəniyyətlərdən asılı olmayaraq, bütün dillərdə sözlə


hərəkət eyni vaxtda gəlir. Bördvistel deyirdi ki, yaxşı məşq
etmiş adam kiminsə səsinə qulaq asmaqla onun hansı
hərəkəti etdiyini göstərə bilər. Bundan başqa, Bördvistel
yalnız jestlərə baxmaqla qarşısındakının hansı dildə
danışdığını müəyyən edə bilirdi.

Çoxları insanların bioloji baxımdan hələ də heyvan


ol­duqları fikrini qəbul etməkdə çətinlik çəkir. Biz primat
Homo sapiensin bir növüyük – iki ayağı üstündə gəzməyi
öyrənən, ağıllı və düşüncəli beyni olan tüksüz
meymunlarıq. Amma hərəkətlərimizi, reaksiyalarımızı,
bədən dili və jest­lərimizi nəzarətdə saxlayan bioloji
qanunlara tabeyik və çox maraqlıdır ki, bu insan adlanan
heyvanın çox vaxt xəbəri olmur ki, onun duruşu, hərəkətləri
və jestləri dediklərindən – səsləndirdiyindən fərqli “hekayə”
danışa bilər.

Jestlər ifşa edir

Bədən dili adamın emosional vəziyyətinin xarici


təza­hü­rü­dür. Hər bir hərəkət, yaxud jest adamın
hisslərini gizlətdiyi otağın açarı ola bilər. Məsələn, artıq
çəkisindən utanan kişi çənəsinin altındakı dərini dartmağa
çalışır; budlarının çox yoğun olduğunu bilən qadın donunu
aşağı çəkir; qorxu hissi olan, ehtiyatlanan adam ya
qollarını sinəsində çarpazlayır, ya da ayağını ayağının
üstünə aşırır, yaxud hər ikisini edir; sinəsi açıq qadınla
söhbət edən kişi gözlərini yayındırmağa, qadının döşlərinə
zillənməməyə çalışa bilər, amma eyni zamanda, özündən
asılı olmayaraq əlləriylə nəyisə axtarırmış, nəyəsə
toxunmaq istəyirmiş kimi hərəkətlər edər.
Şahzadə Çarlz həmdəm sinə tapıb

Bədən dilini anlamaq üçün adamların dediklərinə qu­laq


asmaqla yanaşı, onların hansı şəraitdə danışdıqla­rını
nəzərə almaq, adamın emosional vəziyyətini
qiymətlən­dirmək lazımdır. Bu sizə fakt və uydurmanı,
reallıq və fantaziyanı ayırmağa imkan verər. Son zamanlar
biz insanlar danışmağa, söhbətə yaman meyil edirik.
Bununla belə, bədən dilindən, jestlərin əhəmiyyətindən
çoxumuzun xəbəri yoxdur. Halbuki üz-üzə söhbət zamanı
məlumatın çoxunun bədən işarələriylə ötürüldüyünü artıq
bilirik.

Prezident Jak Şirak haqqında danışdığı problemin


həcmini göstərir, yoxsa məhəbbət hekayəsiylə lovğalanır?
Məsələn, Fransanın keçmiş prezidenti Jak Şirak,
Amerikanın keçmiş prezidenti Ronald Reyqan və
Avstraliyanın keçmiş baş naziri Bob Houk fikirlərindəki
məsələlərin ölçüsünü bildirmək üçün əllərindən istifadə
edirdilər. Bir dəfə Bob Houk siyasətçilərin gəlirlərinin
artırılmasına haqq qazandırmağa çalışaraq onların
maaşını rəhbər işçilərin maaşı ilə müqayisə edirdi. O
bildirdi ki, vəzifəli şəxslərin məvacibi elə çoxdur ki,
siyasətçilərin maaşı ilə bağlı təkliflər bir o qədər
əhəmiyyətli deyil. Bununla belə, çıxışı zamanı Houk
siyasətçilərin gəliri barədə danışanda əllərini bir-birindən
az qala 1m aralı saxlayırdı. Rəhbər işçilərin maaşı haqda
danışanda onun əlləri arasındakı məsafə 30 sm-dən çox
olmurdu. Houkun əlləri göstərdi ki, əslində siyasətçilərin
payı onun dediyindən çoxdur.

Niyə qadınlar daha perspektivlidirlər?


Biz kiminsə daha intuitiv, yaxud perspektivli olduğunu
deyəndə özümüz də bilmədən həmin adamın başqalarının
bədən dilini anlamaq və işarələrlə deyilənləri müqayisə
etmək qabiliyyətini nəzərdə tuturuq. Başqa sözlə desək,
biz nə vaxtsa “ürəyimə nə isə damıb”, ya da “mənə yalan
dediklərini hiss edirəm” kimi ifadələr işlədiriksə, deməli,
qarşımızdakının dedikləriylə bədən hərəkətləri arasında
bağlılıq görmürük. Yaxud çıxış edən adam auditoriyanın
onun dinləmədiyini hiss edə bilər. Məsələn, dinləyici
“burnunu sallayaraq” stulun arxasına söykənib və qollarını
sinəsində çarpazlayıbsa, “perspektivli” natiq auditoriyanın
onu anlamadığını duyar və dinləyicilərini hərəkətə
gətirmək üçün fərqli yanaşmaya ehtiyac olduğunu başa
düşər. “Perspektivsiz” natiq nə olur olsun, problemlə
üzləşəcək.

....................................................................

“Perspektivli” olmaq birinin sözləriylə bədən dili

arasındakı ziddiyyəti hiss etməyi bacarmaq deməkdir.


....................................................................

Ümumiyyətlə, qadınlar kişilərdən daha


perspektivli­dirlər və biz bunu çox vaxt “qadın intuisiyası”
deyə ifadə edirik. Qadınlar sözsüz işarələri tutmaq və
şifrələməkdə fitri istedada malikdirlər, eləcə də kiçik
detalları görməkdə sərrastdırlar. Elə buna görə də
xanımına yalan danışa bilən və canını yalanla qurtaran
kişilərin sayı çox azdır, qadın isə əksinə, kişinin başına
corab toxuyar, onun xəbəri olmaz.

Harvard Universitetinin psixoloqlarının tədqiqatları da


göstərir ki, qadınlar bədən dilinin işarələrinə daha çox
diqqət edirlər, nəinki kişilər. Onlar qadın və kişinin söhbət
etdiyi bir neçə kiçik filmi səssiz nümayiş etdirib, sonra
baxanlardan film qəhrəmanlarının nə haqda danışdıqlarını
soruşublar. Qadınların 87%-i filmdəki situasiyanı dəqiqliklə
ifadə edib, kişilərin göstəricisi 42% olub. Kişilər arasında
bəzi peşə sahiblərinin, məsələn, rəssamların, akt­yor­ların,
xəstələrə qulluq etməklə məşğul olanların və bir də
homoseksualların göstəricisi yuxarı olub. Uşaq böyü­dən
qadınlarda intuisiya xüsusilə güclüdür. Axı ana uşağının bir
yaşına qədər onunla yalnız sözsüz ünsiyyətdə olur. Bədən
dilinin işarələrini daha tez öyrəndikləri üçün qadınlar
kişilərdən daha perspektivlidirlər.

Stsintiqrafiyanın göstərdikləri

Qadınların çoxunun beyni elədir ki, söhbətdə planetin


istənilən kişisini üstələyərlər. Maqnetik Rezonans
Tomoqrafiya (MRT) aydın göstərir ki, qadınların ünsiyyətə
girmək və insanları qiymətləndirmək bacarığı
kişilərdəkindən xeyli artıqdır. Qadın beynində başqalarının
davranışını qiymətləndirməyə xidmət edən 14-16 zona var,
kişi bey­nində bu zonaların sayı 4-6-dır. Qadınların bircə
ziya­fətə getməklə masadakı cütlüklərin münasibətləri
haqda mülahizə yürütməsinin səbəbi bununla izah olunur.
Yəqin buna görədir ki, qadınların fikrincə, kişilər çox
danışmağı sevmir, kişilərin fikrincə, qadınlar heç
susmurlar.
“Niyə kişilər dinləmir, qadınlar isə xəritədən baş
çıxarmırlar?” (“Orion” nəşriyyatı) kitabımızda göstərdiyimiz
kimi qadının beyni elə formalaşıb ki, eyni anda müxtəlif
istiqamətlərə xidmət edir. Orta yaşlı qadın eyni vaxtda iki,
hətta dörd fərqli işi görə bilir: televizora baxır, telefonla
danışır, qəhvə içir, üstəlik, ətrafdakıların söhbətinə qulaq
asır. Qadın bir dəfə söhbət edəndə bir neçə mövzuya
toxuna bilər və hər dəfə mövzudan mövzuya keçmək,
yaxud məsələnin məğzini vurğulamaq üçün hətta beş səs
tonundan istifadə edər. Təəssüf ki, kişilər bu tonlardan
cəmi üçünü ayırd edir. Nəticədə qadın ünsiyyətə çalışdığı
halda kişi söhbətin “açarını” itirir.

Araşdırmalar göstərir ki, üz-üzə danışıb vizual dəlillərə


əsaslanan adamlar həmsöhbəti haqda daha doğru fikir
yürüdürlər, nəinki daxili səsinə qulaq asanlar. Çünki dəlil
insanın bədənindədir və bu bədənin dilini qadınlar şüuaraltı
dərk edir, dərk etməyənlər isə öyrənə bilərlər. Bizim
kitabımız bu haqdadır.

Falçılar hardan bilirlər ki?..


Həyatınızda heç olmasa bir dəfə falçıya getmisizsə,
yəqin ki, təəccüblənmisiz: sizin haqqınızda söylədiklərini –
axı bunları ona heç kəs deyə bilməz – hardan öyrənib?
Bəlkə o ekstrasensdir?

Tədqiqatlar göstərir ki, falçılar, oyun kartlarıyla fala


baxanlar, adamın ovcunun içini “oxuyanlar”, ekstrasenslər
müştəridən informasiya almaq üçün bir neçə xüsusi
üsuldan istifadə edirlər və heç vaxt görmədikləri adam
haqda həqiqətə çox yaxın (bəzən 80%-i doğru olur) fikir
söyləyə bilirlər. Falçının dediklərini sadəlövh adam
möcüzəyə bənzədər. Halbuki onun uğuru, sadəcə, bədən
dili işarə­lə­rini müşahidə etmək qabiliyyətinin, üstəlik
insanın təbiətinə, eləcə də “ehtimal statikasına” bələd
olmasının nəticəsidir. Bəziləri özünün bu sözsüz işarələri
oxumaq qabiliyyətindən xəbərsizdir, nəticədə fövqəladə
gücə sahib olduğuna özü də inanır. Digər tərəfdən bu
adamların yanına gələnlərin çoxu pozitiv nəticə gözləyir.
Beləliklə, özünə əmin falçının hazırladığı “tamaşalar” –
düzülmüş kartlar, ya da kristal kürə, gələnin bədən dilini
oxumaq üçün tərtib edilmiş səhnə hətta bütün bunlara
şübhə ilə yanaşan adamı yoldan çıxara, möcüzəyə
inandıra bilər. Falçı adamın görünüşünə baxır, dediklərinə,
verdiyi suallara reaksiyasını müşahidə edir və bütün bunlar
onun qarşısındakının fikirlərini oxumasına xidmət edir.
Maraqlıdır ki, falçıların çoxu qadınlardır, çünki əvvəl də
dediyimiz kimi qadınlar bədən dili işarələrini görməkdə,
başqalarının emosional durumunu qiymətləndirməkdə
xüsusi istedada malikdirlər.

....................................................................

Falçı gözünü kristal kürəyə zillədi, sonra dəli bir


qəhqəhə çəkdi.

Con onun burnuna bir yumruq ilişdirdi.

İlk dəfə idi ki, Con bu cür yerdə belə hərəkət edirdi.

....................................................................

Fikrimizi izah etmək üçün gəlin bir falçının sizin falınıza


baxdığını təsəvvür edək. Güman edin ki, qaranlıq, tüstü
dolu bir yerdəsiz, qara çalmalı, barmaqları daş-qaşla dolu
ekstrasens üzərinə ay işığı düşən və üstündə kristal kürə
olan alçaq bir masanın arxasında oturub danışır:

“Bu sessiyaya gəlişiniz məni sevindirdi və mən görürəm


ki, sizə əzab verən şeylər var, çünki sizdən ciddi siqnallar
alıram. Mən hiss edirəm ki, bu şeylər bəzən sizə real
görünmür və siz onlara nail olub-olmayacağınız haqda çox
fikirləşirsiz. Mən bir şeyi də hiss edirəm; siz bəzən
mehribansız, qaynayıb-qarışansız, dostcanlısız, bəzənsə
kənara çəkilirsiz, özünüzə qapanırsız, ehtiyat edirsiz... Öz
müstəqil düşüncə tərzinizlə fəxr edirsiz, xüsusi dəlil-sübut
yoxdursa, başqalarının dediklərini eşitmək istəmirsiz.
Dəyişikliyi və müxtəlifliyi sevirsiz, şablon və
məhdudiyyətlər sizi narahat edir. Dərindəki hisslərinizi sizə
yaxın olan adamlarla bölüşmək istəyir­siz, ancaq çox açıq
danışmağı axmaqlıq hesab edirsiz. Həyatınızda adının baş
hərfi “S” olan adam var və onun sizə təsir gücü
artmaqdadır. Gələn ay noyabrda doğulmuş bir qadınla
tanış olacaqsız, o sizə maraqlı təklif edəcək. Kənardan siz
nizam-intizamlı, hisslərini cilovlayan adam təsiri
bağışlayırsız, daxilən qayğılı və narahatsız. Bəzən
seçiminizin, qərarınızın düzgün olub-olmaması barədə
düşünürsüz...”

Necədir? Sizin haqqınızda dediklərimiz doğrudurmu?


Araşdırmalar göstərir ki, bu informasiya onu oxuyan hər bir
adama uyğun gəlir (80%). Baxın, adamı duruşundan,
üzündəki ifadədən, hərəkətindən anlamaq qabiliyyəti,
üstəgəl zəif işıq, qəribə musiqi və bir də azacıq qatran ətri
– bütün bunlarla iti də heyrətləndirmək olar! Sizdə falçılığa
həvəs yaratmaq fikrində deyilik, amma bir azdan siz də
başqaları haqda falçı kimi danışa biləcəksiz.

Anadangəlmə, irsi, yoxsa öyrənilmiş?

Əllərinizi qoynunuza qoyanda sağ əlinizi solun üstü­nə,


yoxsa sol əlinizi sağın üstünə qoyursuz? Bunu necə
elədiyini çox adam bilmir, suala cavab vermək üçün əvvəl
hərəkəti təkrarlamalı olurlar. İndi siz də əllərinizi
qoynunuza qoyun, sonra cəld tərsinə hərəkət edin. Hansı
vəziyyətdə daha rahatsız? Tədqiqatlar göstərir ki, bu jest
genetikdir və dəyişmir.

....................................................................

On adamdan yeddisi sol qolunu sağ qolunun üstünə


qoyur.

....................................................................

Duruş və jestlər anadangəlmədir, irsidir, yoxsa


başqasından keçir? Bu sual ətrafında çoxlu müzakirələr
olub, tədqiqatlar aparılıb. Başqalarının hərəkətini görmək
imkanından məhrum olan korları müşahidə ediblər.
Müxtəlif mədəniyyətləri təmsil edən adamların, həm də
insana yaxın olan heyvan-meymunun davranışlarına
baxıblar.

Araşdırmaların nəticələri göstərir ki, jestlər


kateqoriyalara ayrılır. Məsələn, uşaqlar doğulan kimi
əmməyə başlayırlar. Bu o deməkdir ki, əmmək ya
anadangəlmə, ya da irsi qabiliyyətdir. Alman alim Eybl
Eybesfeldt aşkar edib ki, hətta kor, yaxud kar doğulan uşaq
gülümsəməyi bacarır, deməli, bu da anadangəlmədir.
Ekman, Freyzen və Sorenson müxtəlif ölkələrdə
araşdırmalar aparıb, insanın mimikalarını 5 yaşından
müşahidə ediblər. Müşahidələr göstərib ki, hər bir xalq
hansısa emosiyanı eyni jestlə ifadə edir, yəni bu jestlər
anadangəlmə ola bilər (Ekman, Freyzen və Sorenson
Darvinin anadangəlmə jestlər barədə fikirlərinin
müdafiəçisidirlər).

....................................................................

Xalqlar arasında fərqlər var, amma bədən

dilinin əsas işarələri hər yerdə eynidir.

....................................................................

Bəzi jestlərin irsiliyi, ya da başqalarından öyrənilərək


vərdişə çevrildiyi haqda müzakirələr indi də davam edir.
Məsələn, qadınların çoxu paltosunu sol qolundan, kişilər
isə sağ qolundan başlayaraq geyinir. Deməli, kişilər palto
geyinəndə beynin sol yarımkürəsini, qadınlar isə sağ
yarımkürəni işlədirlər. Bir kişi yolda bir qadının yanından
ötüb keçirsə, bədənini qadına tərəf çevirib keçir. Qadın isə
özündən asılı olmayaraq, kənara çəkilir, sinəsini qoruyur.
Bu qadının anadangəlmə reaksiyasıdır, yoxsa o bunu
başqa qadınlardan öyrənib?

Jestlərin mənşəyi

Elə jestlər var ki, onlar dünyanın hər yerində eynidir.


Məsələn, adam sevinirsə, gülümsəyir, kədərlidirsə, yaxud
hirslənibsə qaşqabaq tökür, mısmırığını sallayır. Dünyanın
az qala hər yerində, hətta kor doğulan adamlar belə
fikirlərini başlarını aşağı əyməklə təsdiqləyirlər. Bu, jestin
anadangəlmə olduğunu göstərir. Fikri inkar etmək, “yox”
demək üçün başı yelləmək də universaldır, çox güman ki,
insan bunu uşaqlığının ilk çağlarında öyrənir. Uşaq süddən
doyanda, döş istəməyəndə başını sağa-sola çevirir.
Körpəni yedizdirəndə doyubsa, başını gah bu, gah da o
tərəfə çəkərək qaşığı rədd edir. Beləliklə, razılaşmadığını,
neqativ münasibətini baş yelləməklə bildirməyi öyrənir.

....................................................................

Baş yelləmək “yox” deməkdir və bu jest

körpə əmdiyi gündən formalaşır.

....................................................................

Bəzi jestlər bizim ibtidai, heyvani keçmişimizlə bağlıdır.


Məsələn, yırtıcı heyvanlarda gülümsəmək təhlükə jestidir.
Ancaq primatlarda gülümsəmək başqa təhlükəsiz jestlərlə
birgə istifadə olunur, itaətkarlığı ifadə edir.

Dişləri ağartmaq, burun deşiklərini açmaq primatların


hücuma hazırlaşarkən etdiyi hərəkətlərdir. Burun pərləri
genişlənəndə döyüşə, yaxud uçuşa hazırlaşan bədənə
daha çox oksigen daxil olur. Heyvanların aləmində bu jest
qar­şıdakının təhlükəli olduğunu bildirir.
Heyvan və insanın istehzalı təbəssümü

Yəqin bunların heç biriylə görüşə çıxmaq istəməzsiz

Bəzi heyvanlarda istehzalı gülüş müşahidə olunur,


onlar bununla ətrafdakılara xəbərdarlıq edir; lazım gəlsə
hücuma keçəcək, müdafiə üçün dişlərini işə salacaq. İnsan
dişləri ilə hücum eləməsə də, istehzayla gülə bilir,
təh­lükəni, yaxud nəyinsə düzgün olmadığını hiss edən
adam acıqlandığını, qəzəbini bu jestlə ifadə edir.

Universal jestlər

Çiyinləri çəkmək universal jestlərdən biridir. Dünyanın


harasında olursa olsun, qarşınızdakı adam çiynini çə­kirsə,
deməli, sizi anlamır, nə dediyinizi bilmir. Bu jest üç
hərəkətdən ibarətdir: əllər açılır (gizli heç nə olmadığını
göstərir), çiyinlər bükülür (boğazı hücumdan qoruyur),
qaşlar dartılır (bu universal jest “müti salam” deməkdir).
Çiyinləri çəkmək itaətin, tabe olmağın göstəricisidir

Xalqların danışıq dili kimi bədən dili də fərqli ola bi­lər.


Elə jest var ki, onu bir ölkədə hamı işlədir və əlbət­tə,
mənasını hamı bilir, ancaq bir başqa yerdə bu jestin ya
mə­nası yoxdur, ya da tamam fərqli məna daşıyır.
Mədə­niyyətlər arasındakı fərqlər barədə daha ətraflı 5-ci
fəsildə danışacağıq.

Düzgün “oxumağın” üç qaydası

Gördükləriniz və eşitdikləriniz həqiqətlə üst-üstə


düş­məyə bilər. Həqiqəti bilmək üçün üç əsas qaydaya
əməl etməlisiz.
1-ci qayda. Ayrı-ayrı jestlərə yox,

jest “dəstəsinə” baxın

Bədən dilini yenicə öyrənməyə başlayanların edə


bilə­cəyi ən böyük səhv jestlərdən yalnız birini
aydınlaşdırma­ğa çalışmaqdır (şəraiti və digər jestləri
nəzərə almadan). Məsələn, baş qaşımağın müxtəlif
səbəbləri ola bilər; adam başını tərləyəndə, kəpək çox
olanda, başına bit düşəndə, həm də nəyisə unudanda,
nəyəsə arxayın olmayanda, qə­rar­sızlıqdan əziyyət
çəkəndə, ya da yalan danışanda qa­şıyır. Bu qaşınmanın
əsl səbəbini o biri jestlərə də diqqət etsəniz, tapa bilərsiz.
Bütün dillər kimi bədən dilinin də sözləri, söz birləşmələri
və cümlələri var. Hər jest bir sözdür və bu sözün çoxlu fərqli
mənaları ola bilər. Məsələn, “dressing” sözü ingilis dilində
əz azı on məna daşıyır. Bu həm geyinmə, həm qidaya
ədviyyat əlavə etmə, həm quşun içini doldurma, həm
yaranı sarıma, həm atlara qulluq etmə prosesidir, həm də
gübrə mənasını verir.
Sözü cümlədə işlədəndə anladığımız kimi, jestləri də
birlikdə analiz etsək, həmsöhbətimizin fikrini və məsələyə
müna­sibətini öyrənmiş olarıq. Danışıq dilindəki cümlələr
kimi bədən dilindəki jest “dəstəsinin” də azı üç hissəsi
olmalıdır ki, siz onun əsl mənasını anlayasız. “Perspektivli”
adam həmsöhbətinin bədən dili cümlələrini oxuyan və
onları eşitdiyi cümlələrlə müqayisə etməyi bacaran
adamdır.

....................................................................

Baş qaşımaq qərarsızlığın göstəricisidir,

amma kəpəyin də əlaməti ola bilər.

....................................................................

Beləliklə, düzgün nəticə çıxarmaq üçün jest “dəstəsinə”


baxın. Bizim hər birimizin tez-tez təkrar etdiyi jestlər var.
Bu jestlər, sadəcə, darıxdığımızı, yaxud əməlli-başlı
sıxıldığımızı göstərə bilər. İnsanın əlini saçına tez-tez
atması, ya da bütün gün saçını burması da belədir. Kimsə
buna vərdiş eləyib, ancaq ayrılıqda bu hərəkət narahatlığın
əlamətidir. Ana uşağına onun başını tumarlayaraq təsəlli
verirsə, bu uşaq böyüyəndə də, narahat olan kimi əlini
saçına-başına çəkir.

Jestlər “dəstəsi” barədə fikrimizi izah etmək üçün daha


bir nümunəyə – tənqidi yanaşmanı göstərən hərəkətlərə
baxaq (bu hərəkətləri qarşısındakının fikrini bəyənməyən
adamlar edir).

Bu adam sizinlə razı deyil

Tənqidi yanaşmanın əsas göstəricisi əl-üz jestidir:


şə­hadət barmaq yanağı göstərir, baş barmaq çənəyə
dayaq durur, o biri barmaqlar ağzı “bağlayır”. Bu insanın
eşitdiklərilə razılaşmadığını dəqiqləşdirmək istəyirsizsə,
aşağı baxın. Ayaqlar bir-birinin üstə aşırılıbsa, o biri qol
bədəni örtürsə (müdafiə), baş aşağıdırsa
(neqativ/düşmən) cümlə təxminən belədir: “Sizinlə razı
deyiləm”, ya da “Sualınız heç xoşuma gəlmədi”, yaxud
“Mən öz neqativ hisslərimi gizlətməyə çalışıram”.

Hillari Klinton qarşısındakına inanmayanda


bu jestlərdən istifadə edir

2-ci qayda. Uyğunluq axtarın

Tədqiqatlar göstərir ki, sözsüz işarələrin təsiri sözlü


məlumatın təsirindən 5 dəfə artıqdır və əgər bunlar bir-
birlərinə uyğun gəlmirlərsə, həmsöhbətiniz – xüsusilə
qadındırsa – dediklərinizə məhəl qoymayacaq, yalnız
bədənin işarələrini nəzərə alacaq.

Əgər siz yuxarıda təsvir etdiyimiz (əl-üz jestinin sahibi)


adama müraciət etsəniz, onun sizin çıxışınız barədə fikrini
soruşsanız və bu adam sizinlə razılaşmadığını bildirsə,
onun cümlələri bədən işarələrinə uyğun olacaq. Yox, əgər
həmin adam razılaşdığını deyirsə, onun yalan danışdığını
hiss edəcəksiz, çünki jestlər başqa şey deyir.

....................................................................

Danışanın jestlərilə sözləri arasında uyğunluq


yoxdursa, qadın onun dediklərinə məhəl qoymur.

....................................................................

Təsəvvür edin ki, bir siyasətçi tribuna arxasında


dayanıb, özünə inamlı halda danışır, gənclərə səmimi, açıq
münasibətindən bəhs edir. Amma bu adamın əlləri
qoynunda gizlənib (müdafiə), başı isə aşağı əyilib
(neqativ/düş­mən), siz ona inanırsızmı? Bəs o sizi öz
səmimiliyinə, qayğıkeşliyinə inandırmaq üçün tribunaya
sərt bir karate zərbəsi endirsə necə?

Ziqmund Freyd deyirdi ki, bir dəfə yanına gənc bir qız
gəlir, nikaha girdiyi üçün çox xoşbəxt olduğunu deyir,
amma danışanda nişan üzüyünü oynadaraq gah çıxa­rır,
gah da barmağına salırmış. Freyd qızın bu şüuraltı
hərəkətinin mənasını bilirmiş və həmin qızın sonrakı
problemləri onu heç təəccübləndirmir.
Jestləri müşahidə etmək və bu jestlərlə nitq arasında
uyğunluq axtarmaq qarşınızdakının ürəyinin açarını
axtarmaq kimi bir şeydir.

3-cü qayda. Jestlərə kontekst

daxilində baxın

Bütün jestlərə kontekstə uyğun baxılmalıdır. Məsələn,


əgər biri qollarını sinəsində çarpazlayıb, ayaqlarını bir-
birinin üstünə aşırıb, başını da aşağı sallayıbsa və siz bu
adamı soyuq bir gündə, avtobus dayanacağında
görürsünüzsə, onun kimdənsə deyil, soyuqdan müdafiə
olunduğunu anlayacaqsız. Yox, əgər bu adam sizin
qarşınızda əyləşibsə və siz ona məhsul, ya da xidmət təklif
edirsizsə, özünüzü yormayın, bu adam sizin təklifinizi rədd
etmək niyyətindədir.
Kimsədən deyil, soyuqdan müdafiə olunur

Bu kitabda bütün jestlərə kontekst daxilində baxılacaq


və mümkün olduqca onları tədqiq edəcəyik.

Səhv etmək asandır. Niyə?

Salamlaşanda hərə əli bir cür sıxır və əgər biri yumşaq


hərəkət edir, zəif sıxırsa (xüsusilə kişilər) xarakterinin
zəifliyini göstərmiş olur (Əl sıxmağın texnikaları və hər
texnikanın səbəbi haqda gələn fəsillərdə ayrıca
danışacağıq). Amma artriti (oynaq xəstəliyi) olan adam da
əl sıxanda ehtiyatlı olmağa, qarşısındakının sərt
hərəkətindən qorunmağa çalışır. Eləcə də rəssamlar,
musiqiçilər, cərrahlar və incə iş görən, daha doğrusu, əlilə
işləyənlərin çoxu əl sıxaraq salamlaşmağı xoşlamır.
Dar, yaxud əyninə olmayan paltarı geyinəndə də adam
bəzi jestlərdən istifadə edə bilmir və bu bədən dilinə
təsi­rini göstərir. Kök adam bir ayağını o birinin üstünə
qoya bilmir. Çox gödək don geyinəndə qadınlar qorunmaq
üçün ayaqlarını bir-birinin üstünə aşırırlar. Gecə klubunda
belə qadın görəndə adam ona yaxınlaşmaq istəmir, axı
rəqs etməyə hazır olan qadın bu cür oturmur. Fiziki
məhdudiyyətlərin insanın hərəkətlərinə təsirini nəzərə
almaq vacibdir.

Uşaqları “oxumaq” niyə bu qədər asandır?

Böyük adamın üzündəki ifadəni oxumaq daha çətindir,


nəinki kiçiyin. Bir-birini əvəzləyən jestlərin sürəti və
aydınlığı danışanın yaşından asılıdır. Məsələn, 5 yaşlı
uşaq yalan danışan kimi əlini, yaxud əllərini ağzına aparır.
Bu hərəkət valideynə yalan barədə mesaj göndərir.

Yalan danışan uşaq


Bu jesti adam həyatı boyu təkrarlayır, ancaq illər
keç­dikcə jestin sürəti dəyişir. Yeniyetmə də yalan
danışanda əlini ağzına aparır, amma beş yaşlı uşaq kimi
ağzını bağ­lamır, onun yalnız barmaqları ağzın kənarına
dəyir, yüngülcə toxunur.

Yalan danışan yeniyetmə

Böyük adamlarda bu jestin sürəti daha artıqdır. Yetkin


adam yalan danışanda beyin yenə əlləri ağıza aparmaq və
bununla yalanın çıxmasına mane olmaq üçün təlimat verir.
Amma böyük adam bu təlimatın yerinə yetirilməsinə son
anda mane olur, üzdən “qovulan” əl buruna dəyib dayanır.
Beləliklə, buruna toxunan əl, ağıza gedən əlin (beş yaşlı
jestin) böyük variantıdır.

Bill Klinton məhkəmə qarşısında, Monika Levinskiylə


bağlı suallara cavab verərkən

Deməli, yaş artdıqca insanın jestləri də dəyişir, əvvəlki


kimi aydın olmur, gözə çarpmır. Ona görə də 50 yaşlı
adamın bədən dilini anlamaq, 5 yaşlı uşağı anlamaqdan
qat-qat çətindir.

Saxtalaşdıra bilərsiz?

Bizdən tez-tez soruşurlar: saxta jestlər edə bilərsizmi?


Bu suala, ümumiyyətlə, “yox” cavabı veririk, çünki hər şey
– əsas jestlər də, bədənin mikro siqnalları da, sözlər də bir-
birinə uyğun olmalıdır. Məsələn, adamın əlini açıq
saxlaması onun düzlüyünün göstəricisidir. Amma
dələduzun biri yalan danışdığı halda əlini açıq saxlayır və
üzünüzə gülürsə, siz bunu hiss edəcəksiz. Çünki mikro
siqnallar onu ələ verəcək; bu adamın göz bəbəkləri darala
bilər, qaşının biri yuxarı qalxar, ağzı-gözü səyriyər və bütün
bunlar açıq ələ, təbəssümə uyğun gəlməz. Bunun
nəticəsidir ki, dinləyici, xüsusilə də qadın eşitdiklərinə
inanmır.

....................................................................

Kişilərlə söhbət zamanı saxta jestlərdən

istifadə etmək nisbətən asandır,

çünki qadınlardan fərqli olaraq kişilər

bədən dilini “oxuya” bilmirlər.

....................................................................

Olmuş hadisə: iş üçün müraciət edən

adam yalan danışır

İşə götürmək istədiyimiz bir kişi əvvəlki işindən


uzaq­laşmasının səbəbini izah edirdi. Deyirdi ki, yaxşı
münasi­bətləri olan kollektivi tərk etmək onunçün çətin
olub, amma ordakı imkanlar onu qane etmədiyi üçün yeni
iş yeri axtarmaq qərarına gəlib. Bir qadın həmkarım həmin
kişiyə inanmadığını bildirdi. Bu adam keçmiş müdirini
təriflədiyi halda, həmkarım onun məhz müdiri ilə problemi
olduğunu hiss etmişdi. Biz söhbətin videoyazısına sürəti
azaldaraq baxdıq və maraqlı bir faktı aşkar elədik: kişi hər
dəfə keçmiş müdirindən danışanda üzünün sol tərəfində
bir anlıq istehza müşahidə olunurdu. Belə mikro siqnallar
həmişə bir anlığa görünür və təcrübəsi olmayanların
gözündən yayınır. Biz həmin adamın keçmiş müdirinə
zəng vurduq, məlum oldu ki, onu işdən həmkarlarına
narkotik satmağa çalışdığı üçün qovublar. Beləliklə, bu
adam saxta jestlərdən məharətlə istifadə etsə də, mikro
siqnalları onu ələ verdi.

Deməli, saxta jestləri həqiqi jestlərdən ayırsaq, dürüst


adamla fırıldaqçını fərqləndirə bilərik. Açıq əllərin
dürüstlüyün əlaməti olduğunu çoxları bilir və yaxşı təsir
bağışlamaq üçün bu jestdən hamı istifadə edə bilər. Ancaq
tərləmək və qızarmaq kimi siqnalları saxtalaşdırmaq
mümkün deyil.
....................................................................

Fırıldaqçıların oyunu çox çəkmir.

....................................................................

Amma bəzən saxta jestlərdən düşünülmüş şəkildə,


üstünlük qazanmaq üçün istifadə edirlər. Məsələn, gözəllik
müsabiqələri iştirakçıları mehriban və səmimi görünmək
üçün bəzi bədən hərəkətlərini cidd-cəhdlə öyrənirlər.
İştirakçının uğuru onun jestlərdən istifadə etmək
məharətindən çox asılıdır. Ancaq təcrübəli iştirakçıların
saxta jestlərinin təsiri çox çəkmir, çünki bədən əvvəl-axır
öz siqnallarını ötürür. Bəzi siyasətçilər saxta jestlərdən
məharətlə istifadə edir, seçiciləri inandırmağa çalışırlar.
Bizsə bu cür siyasətçilərin (Con F.Kennedi və ya Adolf
Hitler) “xüsusi xarizmaya malik olduğunu” deyirik.

Bir sözlə, saxta jestlərdən uzun müddət istifadə etmək


olmur. Amma ünsiyyət zamanı pozitiv jestlərdən istifadə
etməyi öyrənmək, eyni zamanda səhv təəssürat yarada
biləcək neqativ jestləri tərgitmək vacibdir. Bu, ətrafdakılarla
ünsiyyəti qat-qat asanlaşdırır.

Böyük “oxucuya” çevrilməyin sirri

Ətrafınızdakıların bədən dilini öyrənmək, eləcə də öz


jestlərinizi tanımaq istəyirsizsə, gündə heç olmasa, on beş
dəqiqə vaxt ayırın. “Oxu dərsləri” üçün adamların
toplaşdığı hər yeri seçmək olar. Jestlərin bütün növlərini
müşahidə etmək istəyirsizsə, hava limanı ideal yerdir,
burda bütün hisslər – qəzəb və hövsələsizlik, sevinc və
kədər – hər şey bədən hərəkətləri ilə ifadə olunur. İctimai
toplantılar, işgüzar görüşlər, qonaqlıq da əla mənbədir.
Bədən dilini “oxumaq” bacarığına yiyələnəndən sonra siz
ən darıxdırıcı məclislərdə də bir küncə çəkilib jestləri
müşahidə etməkdən ləzzət ala bilərsiz.

....................................................................
Bədən dilini “oxumaq” sarıdan müasir insan

əcdadlarından geri qalır, çünki sözlər onu yayındırır.

....................................................................

Bədən dilini öyrənmək üçün televizor da çox yaxşı


vasitədir. Səsi alın və söhbətin nədən getdiyini görüntülərə
əsasən müəyyən etməyə çalışın. Arada səsi artırın və
jestləri düzgün başa düşüb-düşmədiyinizi yoxlayın. Bir
müddətdən sonra siz bütün proqrama səssiz baxa və nə
baş verdiyini sözsüz anlaya bilərsiz (kar adamlar kimi).

Bədən dilinin işarələrinə bələd olandan sonra siz


adamların dominantlıq və manipulyasiya cəhdlərini, eləcə
də sizə qarşı cəhdləri aydın görəcək, həm də
ətrafınızdakılara daha həssas yanaşmağı öyrənəcəksiz.

Beləcə yeni sosial mütəxəssis – Bədən Dili Mütəxəssisi


yaranacaq. Ornitoloq (quşlar üzrə mütəxəssis) quşları
müşahidə etməyi sevirsə, Bədən Dili Mütəxəssisi insanın
hərəkətlərinə, sözsüz eyhamlarına baxmağı xoşlayır. O,
toplantılarda və çimərliklərdə, işdə və evdə, televizorda –
hər yerdə insanı müşahidə edir, davranışları tədqiq edir,
ətrafındakıları və nəticədə özünü kəşf etməyə çalışır,
münasibətlərini inkişaf etdirməyin yolunu öyrənmək istəyir.

....................................................................

Müşahidə edən və güdən – fərq?

Qovluq və qələm.

....................................................................

2-ci fəsil

HAKİMİYYƏT SİZİN ƏLİNİZDƏDİR

Əllə, əl sıxmaqla idarə etmək olar!

Keçmişdə açıq əllər silahın olmadığını göstərirdi


Adamın yeni PR şirkətində ilk iş günü idi və o, hamıda
yaxşı təəssürat yaratmağa çalışırdı. Onu işçilərlə tanış
edəndə hər birinin əlini həyəcanla sıxır, hər kəsə
gülümsəyirdi. Adam ucaboy (1.90), yaraşıqlı idi, yaxşı
geyinmişdi və əlbəttə, uğurlu PR işçisi təsiri bağışlayırdı.
Ancaq cavanlıqdan atasının onu öyrətdiyi kimi görüşəndə
adamların əlini bərk sıxırdı. Elə bərk sıxırdı ki, qadın
həm­karlarından ikisinin üzüyü barmağını qanatdı, bir neçə
işçinin əli ağrıdı. Kişilər onun əlini daha bərk sıxmağa
çalışdılar – kişilər həmişə yarışmağı sevir. Amma qadınlar
sakitcə inildəyib, sonra pıçıldaşmağa başladılar: “Öküzdür
elə bil! Uzaq durun bundan!” Kişilərdən fərqli olaraq
qadınlar bu adamdan çəkinir, uzaq gəzirdilər (şirkətin
idarəçilərinin yarısı qadın idi).

Əl haqda fikirlər: əliniz yüngüldür, ya ağırdır fərqi


yoxdur, əlinizlə işləyin. İşləyin ki, sonra əliniz yanınızda
qalmasın. Axı bir gün ehtiyacınız olar, əlinizi yuxarılara
uzatmaq istəyərsiz. Əlinizi qana bulamayın, təmiz
saxlayın. Çünki bir gün sizə çörək verən əli dişləyərsiz və
hər şey əldən çıxar.
İnsanın təkamülü boyu əl ən vacib alət olub və beyinlə
əllər arasında bağlar digər orqanlar arasındakı bağlardan
çoxdur. Öz əl hərəkətlərinə fikir verənlərin sayı çox azdır.
Bax elə siz, görüşdüyünüz adamın əlini necə sıxırsız?
Hakimiyyət, nüfuz, itaət – hamısı burdan başlayır. Açıq
əllər tarix boyu düzlüyün, dürüstlüyün, sədaqət və itaətin
əlaməti olub. İndi də adam əlini ürəyinin üstünə qoyub and
içir. Qərbdə məhkəmədə danışan adam sol əlini Bibliyanın
üzərinə qoyur, sağ əlini yuxarı qaldırıb məhkəmə üzvləri
üçün açıq saxlayır. Qarşınızdakının səmimi olub-
olmadığını bilməyin ən yaxşı yolu onun əl hərəkətlərini
izləməkdir. İtlər tabe olduqlarını bildirmək üçün boyunlarını
uzadır, qalibə boyun əyirlər. İnsan silahsız və təhlükəsiz
olduğunu bildirmək üçün əllərini açır.

....................................................................

Sakit, itaətkar it boynunu sizə tərəf uzadır.

İnsan əllərini açır, ovcunu göstərir.

....................................................................
Qarşımızdakının səmimiliyini nədən bilirik?

Düz danışan adam o dəqiqə əlini, ya da əllərini qaldırır.


Elə bil qarşısındakına ovcunun içini (tam, yaxud bir
hissəsini) göstərərək, “Mən eləməmişəm!”, “Qanınızı
qaraltdımsa, bağışlayın!”, ya da “Mən düz deyirəm” tipli
cümlələr işlədir. Bütün bədən siqnalları kimi bu jest də
qeyri-iradidir və nəticədə siz həmsöhbətinizin dürüst
olduğunu hiss edirsiz.

Mənə etibar edə bilərsiz, mən həkiməm

“Açıq əl” jesti hər yerdə istifadə olunur, siyasətçilər

bununla açıq və səmimi olduqlarını göstərmək istəyirlər

Yalan danışan, ya da nəyisə gizlədən uşaq əllərini çox


vaxt arxasında saxlayır. Gecəni harda keçirdiyini demək
istəməyən kişidən də izahat istəyəndə əllərini cibində
saxlaya, ya da qoynunda gizlədə bilər. Amma duruşu onu
ələ verəcək, qadın bu vəziyyətdə danışan kişiyə inanmır.
Nəsə gizlətməyə çalışan qadın isə mövzunu dəyişir,
məsələyə dəxli olmayan “əlli” şey haqda danışır, eyni
zamanda müxtəlif işlərlə məşğul olur.

....................................................................

Yalan danışan kişinin jestləri onu ələ verir.

Yalan danışan qadın məşğul görünməyə çalışır.

....................................................................

Satış işinə baxanlar bilirlər ki, müştərinin əl


hərəkətlərinə diqqət etmək lazımdır. Məhsulu almaq
istəməyən adam etirazının səbəbini izah edəndə
səmimidirsə, əllərilə danışır, ovcunun içi də görünür. Ey­ni
fikri səsləndirən, tutarlı səbəb­lərdən bəhs edən, amma
əllərini gizlədən müştərinin yalan danışdığı bilinir.

Söhbətə qoşulmaq istəmə­yən kişilərin ən çox istifadə


etdiyi jest əlləri cibdə saxlamaqdır. Əllər həmişə bədən
dilinin əsas bağları olub, onlar bütün başqa bədən
hissələrindən çox “danışır”. Ona görə də əllərin
gizlədilməsi ağzın bağlanması kimi bir şeydir.

Əllərdən qəsdən, aldatmaq üçün də

istifadə edirlər

Soruşa bilərsiz: “Mən yalan danışsam da, əlimi


gizlət­mirəmsə, mənə inanarlar?” Cavab: hə... və yox.
Yalan danı­­şanda əlinizi açıq saxlasanız da, səmimi
görünməyə bilərsiz. Çünki başqa mikro siqnalların – dürüst
adama məxsus başqa jestlərin əvəzinə yalan danışanın
jestlə­rindən istifadə edəcəksiz və bunlar sizin açıq əlinizə
uyğun gəlməyəcək. Fırıldaqçılar, peşəkar yalançılar öz
üzəri­lərində işləyir, danışdıqları yalanı jestlərlə tamamlaya
bilirlər. Məhz jestlərdən məharətlə istifadə etdikləri üçün
onları “peşəkar” adlandırırlar.
....................................................................

Qız: “Qocalanda, saçlarım ağaranda da sevəcəksən


məni?”

(əllər açıqdır) Oğlan: “Sevmək nədir, mən sənə

məktub da yazacam”.

....................................................................

Səbəb və nəticə

Əl hərəkətləri üzərində işləyib, bilərəkdən istifadə


edərək də səmimi və etibarlı adam təsiri bağışlamaq olar.
Maraqlıdır ki, “açıq əl” jestləri vərdişə çevriləndən sonra
yalan danışmağa həvəs azalır. Çox adam açıq əllə yalan
danışmağın çətin olduğunu deyir, çünki jest və emosiyalar
bir-birilə birbaşa əlaqəlidir. Məsələn, müdafiə olunmaq
istəyən adam əllərini qoynunda gizlətmək istəyir. Amma siz
əllərinizi qoynunuza elə-belə qoysanız da, özünüzü
müdafiə olunmuş kimi hiss edəcəksiz.
Danışanda əllərinizi açıq saxlayırsızsa, bu,
qarşınızdakı insana daha çox təsir edir, o da sizinlə səmimi
olmağa çalışır.

Ovcunuzun gücü

Nəzərə çarpmasa da, ən güclü bədən siqnallarından


biri adamın ovcunun içindən gəlir – əmr və göstəriş
verəndə, əl sıxanda... İstifadə edə bilən üçün səssiz
hakimiyyətin gücü əlin içindədir.

Əllə üç əsas əmr jesti var: əlin içi yuxarı; əlin içi aşağı;
işarə edən barmaq. Bu jestlərin fərqini anlamaq üçün
nümunəyə baxaq: tutaq ki, birindən nəyisə götürüb, başqa
yerə qoymağı xahiş edirsiz. Təsəvvür edək ki, siz bu
xahişinizi 3 dəfə, eyni sözlər, eyni səs tonu və üzünüzdə
eyni ifadə ilə təkrarlayırsız, yalnız əlinizin vəziyyəti dəyişir.

“Əlin içi yuxarı” itaəti, təhlükəsizliyi ifadə edən jestdir


(küçə dilənçisinin məhkəmədə çıxışını xatırladır), açıq əllər
qədim zamanlarda silahın olmadığını göstərib. Xahişi
edəndə əliniz bu vəziyyətdədirsə, qarşınızdakı rahat
olacaq, hədə, ya təzyiq hissi olmayacaq. Siz kiminsə
danışmağını istəyirsizsə, bu jestdən istifadə edə bilərsiz.
Bununla qarşınızdakını dinləməyə hazır olduğunuzu
göstərmiş olarsız. Əsrlər keçdikcə bu jest şəklini dəyişib,
yeni versiyaları – yuxarı qaldırılmış tək əl, ürəyin üstə
qoyulmuş əl jestləri formalaşıb.

əlin içi yuxarı – təhlükəsiz əlin içi aşağı – hökm

Əlin içi aşağıdırsa, siz bilavasitə hakimiyyəti göstərirsiz.


Əşyanın yerini dəyişməsini istədiyiniz adam sizin ona əmr
etdiyinizi düşünə bilər və sizə qarşı kin bəsləyər (əlbəttə,
aranızdakı münasibətdən, bir yerdə çalışırsızsa,
tutduğunuz vəzifələrdən çox şey asılıdır).

....................................................................
Əlinizi çevirməklə ətrafdakıların sizə münasibətini
tamamilə dəyişə bilərsiz.

....................................................................

Məsələn, qarşınızdakı sizinlə eyni statusa malikdirsə,


birinci halda (“əlin içi yuxarı”) sizin dediyinizi edər, amma
ikinci halda (“əlin içi aşağı”) istəyinizi yerinə yetirməkdən
imtina eləyə bilər. Yox, əgər sizin tabeliyinizdə olan
adamdırsa, ikinci jest (“əlin içi aşağı”) məqbul sayıla bilər,
çünki sizin buna səlahiyyətiniz var.

Nasistlərin salamını xatırlayın; yuxarı qaldırılsa da, içi


aşağı baxan əl. Bu jest Üçüncü Reyx dövründə güc və
tiraniyanın rəmzi idi. Adolf Hitler əlini içi yuxarı halda
qaldırsaydı, onu ciddi qəbul etməzdilər, ona gülərdilər.

Adolf Hitler tarixin ən məşhur jestlərindən

birini edərkən
Bir cütlük əl-ələ gedirsə, dominant tərəf – çox vaxt kişi
– azca irəlidə yeriyir və onun əli “üstün vəziyyətdədir” –
əlinin içi arxaya, qızın əlinin içi isə irəli baxır. Bu sadə
vəziyyəti müşahidə etməklə ailədə kimin söz sahibi
olduğunu müəyyənləşdirmək olar.

İşarə edən barmaq. Burda şəhadət barmağı, obrazlı


desək, dəyənəyin – özünüzə tabe eləmək istədiyiniz
adama vurduğunuz dəyənəyin rəmzidir. Bu jest istər-
istəməz neqativ hisslər yaradır, çünki primatların hücum
zamanı istifadə etdiyi ibtidai hərəkətləri xatırladır.

İşarə edən barmaq – əmrimi yerinə yetir, əks halda!..

İşarə edən barmaq ən xoşagəlməz jestlərdən biridir,


xü­susilə danışanın sözlərini müşayiət edəndə adamın lap
zəhləsi gedir. Bəzi ölkələrdə, məsələn, Malayziyada,
Filip­pində hər hansı bir insanı barmaqla göstərmək onu
təhqir etməkdir, çünki yalnız heyvanı belə göstərmək olar.
Malayziyalılar insanı, eləcə də istiqaməti baş barmaqla
göstərirlər.
Auditoriya ilə eksperiment

Biz eksperiment aparmaq üçün səkkiz mühazirəçi ilə


danışdıq. Onlar bir neçə auditoriya qarşısında on dəqiqəlik
çıxış etməli və hər dəfə müxtəlif əl jestləri göstərməli idilər.
Leksiya iştirakçılarının münasibətlərini lentə aldıq. Məlum
oldu ki, birinci jestdən (“əlin içi yuxarı”) daha çox istifadə
edəndə mühazirəçilər 84% müsbət rəy alıblar. Başqa bir
auditoriya qarşısında eyni mühazirəni səsləndirsələr də,
ikinci jestdən (“əlin içi aşağı”) istifadə ediblərsə, müsbət rəy
göstəricisi 52% olub. Üçüncü jestdən (işarə edən barmaq)
istifadə olunan auditoriyalardan 28% müsbət rəy aldıq,
bəzi iştirakçılar otağı mühazirə bitməmiş tərk etmişdilər.
Tab gətirənlər isə mühazirəçinin danışdıqlarının çoxunu
xatırlamırdılar.

İşarə edən barmaq dinləyicilərin çoxunda neqativ


hisslər yaradır

Siz də şəhadət barmağınızdan çox istifadə edirsizsə,


bu vərdişinizi tərgitməyə, “əlin içi yuxarı” və “əlin içi aşağı”
jestlərindən istifadə etməyə çalışın. Mühitin
yüngülləş­diyini, ətrafınızdakılara daha xoş təsir
bağışladığınızı hiss edəcəksiz. Alternativ olaraq, şəhadət
barmağınızı baş barmağınıza sıxıb danışarsızsa, aqressiv
olmasa da, avtoritar adam təəssüratı yarada bilərsiz. Bu
jesti biz mühazirəçilərə, iri sahibkarlara və siyasətçilərə
öyrətmişik və auditoriyanın reaksiyalarına baxmışıq.
Dinləyicilər barmaqlarını (baş və şəhadət) sıxıb danışan
adamları “fikrini bir yerə cəmləmiş”, “məqsədli” və “dərin
düşüncəli” adam hesab edirlər.

Baş və şəhadət barmağını sıxıb danışanlar

auditoriyanı qorxutmurlar

İşarə edən barmaq jestindən istifadə edənlər


“aqressiv”, “davakar” və “kobud” adam təsiri bağışlayırlar,
həm də onların çıxışları yadda qalmır. Mühazirəçi
barmağını auditoriyaya tərəf uzadanda dinləyici daha çox
onun şəxsi keyfiyyətləri haqda düşünməyə başlayır və
məzmun yaddan çıxır.
Salamlaşma (əl sıxma) tərzləri

Əli sıxaraq salamlaşma qədimdən gəlir. Qəbilə


başçıları görüşəndə əllərini açıb irəli uzadırmışlar ki,
silahsız olduqlarını göstərsinlər. Qədim Romada xəncəri
paltarın qolunda gizlədirmişlər, ona görə də romalılar
salamlaşanda ehtiyat üçün bir-birinin biləyini sıxırmış.

Roma tərzi salamlaşma – biləyi sıxaraq silahın

olub-olmadığını yoxlayırdılar

Bu qədim salamlaşmanın indiki forması hamımıza


tanışdır: bir-birimizin ovcunu bağlayıb, sıxırıq. Bu jest XIX
əsrdə bərabər statusa malik adamlar arasında, ticari
sövdələşmələri təsdiqləmək üçün istifadə olunurdu.
Sonralar, xüsusilə kişilər arasında geniş yayıldı. İndi isə
qərbdə və Avropa ölkələrinin çoxunda bütün işgüzar
görüşlərdə, toplantılarda, qonaqlıqlarda həm qadınlar,
həm də kişilər bu jestdən həm salamlaşanda, həm də
sağollaşanda istifadə edirlər.

....................................................................

Əl sıxmaq kişilər arasında ittifaqı

möhkəmləndirmək demək idi.

....................................................................

Hətta Yaponiyada (ənənəyə görə təzim edərək


salamlaşırlar) və Tailandda da (salamlaşanda əlləri dua
edirmiş kimi iç-içə tutub çənəyə yaxınlaşdırır, azca təzim
edirlər) indi əl sıxmaq geniş yayılıb. Çox yerdə əli sıxandan
sonra beş dəfədən yeddi dəfəyə qədər silkələyirlər. Amma
bəzi ölkələrdə, məsələn, Almaniyada əli sıxır, iki-üç dəfə
silkələyir, azacıq da belə dayanırlar. Dünyada ən çox əl
sıxanlar fransızlardır, həm salamlaşanda, həm də
sağollaşanda əl sıxır, bu jestə xeyli vaxt sərf edirlər.
Əli birinci kim uzatmalıdır?

Əl sıxmaq hamının qəbul etdiyi ənənədir, amma


şə­raitdən asılı olaraq, bəzən görüşdüyümüz adamın əlini
sıxmaq istəmirik. Bu jest salamlama və etimadın əlaməti
olduğu üçün qarşımızdakının əlini sıxmazdan əvvəl bə­zi
suallara cavab verməliyik: Məni gözləyirdilərmi? Bu adam
mənimlə görüşə istəyərək gəlib, yoxsa?.. Satışla məşğul
olanlar bilirlər ki (öyrədiliblər), müştəriyə hər dəqiqə əl
uzatmaq olmaz. Məsələn, vaxt təyin etmədən, ya da
dəvətsiz-filansız peyda olmusuzsa, müştəri sizi
salamlamaq istəməyə bilər. Bu halda əl uzatmaqla siz onu
salamlaşmağa məcbur edir, neqativ hisslər yaradırsız.
Satış üzrə mütəxəssislər belə vəziyyətlərdə qarşı tərəfin
əlini gözləyir, uzatmasa baş hərəkətilə salamlaşırlar. Bəzi
ölkələrdə qadının əlini sıxmaq məqbul sayılmır. Məsələn,
elə müsəlman ölkələri var ki, orda qadına əl uzatmaq
kobudluqdur, onu başın yüngül hərəkətilə salamlayırlar.
Ümumiyyətlə, əl sıxaraq salamlaşan qadın dünyagörüşlü
adam kimi müsbət təsir bağışlayır.
Nüfuz və kontrol

Əllə bağlı jestlərin (“əlin içi yuxarı”, “əlin içi aşağı”) təsiri
haqda dediklərimizi yada salaq və bu jestlərin
salamlaşmada roluna baxaq.

Qədim Romada başçılar görüşəndə ayaq üstə


güləşir­miş kimi dayanaraq salamlaşırdılar. Salamlaşma
bitəndə – əlləri sürüşdürəndə güclü başçının əli o birinin
əlinin üstündə olurdu. Buna, “üst əl” vəziyyəti deyilir.

Təsəvvür edin ki, ilk dəfə gördüyünüz adamın əlini


sıxırsız. Hərə qarşısındakına bir cür yanaşır və bu şüuraltı
yanaşmalar təxminən belə ola bilər:

“O mənə nüfuz etməyə çalışır, ayıq olmalıyam” – Nüfuz

“Mən bu adamı sındıra bilərəm, nə istəsəm, onu da


edəcək” – Tabelik

“Mən bu adamla rahatam” – Bərabərlik


Əl sıxarkən yanaşmamız görüşün nəticələrinə birbaşa
təsir edir. 1970-ci illərdə biznes vərdişləri dərslərində biz əl
sıxma texnikalarının təsirini araşdırır, bu texnikaları biznes
strategiyasının bir hissəsi kimi öyrədirdik, hansı ki, bir az
təcrübəniz olsa – insanların sizə olan münasibətini
kökündən dəyişdirə biləcəksiniz.

Güclü tərəf salamlaşanda əlini (təsəvvür edin ki,


şəkil­dəki qolu zolaqlı əl sizindir) elə atır ki, ovcu aşağı
baxır (“əlin içi aşağı”). Düz aşağı baxmasa da, üst əl
qarşıdakını kontrolda saxlamaq cəhdinin göstəricisidir.

Kontrol

350 şirkət başçısını (89%-i kişi) müşahidə etdik.


Mə­lum oldu ki, az qala bütün menecerlər əl sıxmaqdan
nəinki çəkinmir, həm də güclü tərəf olmağa çalışırlar: kişi
menecerlərin 88%-i, qadınların isə 31%-i salamlaşanda
“üst əl” vəziyyətini seçir. Buna səbəb, güman ki, qadınların
hakimiyyətə bir o qədər can atmamasıdır. Bəzi qadınlar
kişilərin əlini yüngülcə sıxır, bununla qadınlığı vurğulayır,
itaətkarlığı ifadə edir, dominantlığa yol verdiyini bildirir.
Amma biznes mühitində bu jest qadın üçün təhlükəlidir,
qadınlığını vurğulayan qadın ciddi görünməyə bilər. Bu o
demək deyil ki, qadın özünü kişi kimi aparmalıdır. Sadəcə,
ona da hamı kimi etimad göstərilməsini istəyən qadın
gödək paltardan, hündür dabanlı ayaqqabıdan, eləcə də əli
yavaş sıxmaqdan çəkinməlidir.

....................................................................

İşgüzar görüşlərdə qadınlığını qabarıq şəkildə

vurğulayan qadınlar onlara olan etimadı itirirlər.

....................................................................

Alabama Universitetindən olan Uilyam Çaplin 2001-ci


ildə araşdırma apardı, aşkar etdi ki, açıq xasiyyətli adamlar
həvəslə əl sıxır, utancaq, əsəbi adamlar əl sıxmağı
sevmirlər. Həmçinin açıq xasiyyətli qadınlar əli bərk sıxır,
kişilər isə açıq olsalar da, olmasalar da möhkəm
salamlaşırlar. Bu o deməkdir ki, işgüzar qadınlar əl
sıxanda, xüsusilə kişilərlə salamlaşanda güclü görünməyə
çalışmalıdırlar.

İtaətkar salamlaşma

Əlinizi uzadanda ovcunuz yuxarı baxırsa (təsəvvür edin


ki, şəkildəki qolu zolaqlı əl sizindir), üst əl vəziyyətini –
kontrolu qarşınızdakına vermiş, itaət göstərmiş olursuz.

İtaətkar salamlaşma

Əgər siz kontrolu bilərəkdən başqasına verirsizsə, ya


da, məsələn, qarşınızdakından üzr istəyirsizsə, bu cür əl
sıxmağın effekti ola bilər.

Bəzi başqa məqamları da nəzərə almaq lazımdır. Bu


haqda əvvəl də danışmışdıq, artriti (oynaq xəstəliyi) olan
adam salamlaşanda əlini ehtiyatla uzadır, qarşısındakının
sərt hərəkətindən qorunmağa çalışır və belələrinin əlini
çevirmək, yəni “üst əl” vəziyyətini almaq çox asandır. Əllə
işləyənlərin hamısı – rəssamlar, musiqiçilər, cərrahlar
ehtiyatla salamlaşırlar. Əlbəttə, bu onların zəif xarakterinin
göstəricisi deyil. Bu adamlar haqda salamlaşandan sonra
görəcəyiniz jestlər əsasında fikir yürüdə bilərsiz: tabe olan
adamın jestləri itaəti ifadə edir, hökmlü adamın jestləri
özünə inamı.

Bərabərlik

İki nüfuzlu adam salamlaşanda onların arasında bir


balaca “hakimiyyət davası” gedir: hər iki tərəf
qarşısındakının əlini çevirməyə çalışır. Heç biri o birinə
güzəştə getmək istəmir, nəticədə əllər bir-birinə şaquli
vəziyyətdə sıxılır və bu salamlaşma bərabərlik və qarşılıqlı
hörmət hissi yaradır.

Bərabərliyin ifadəsi
Harmoniya

Salamlaşmada harmoniyaya nail olmağın iki yolu var.


Birincisi, hər ikinizin əli şaquli vəziyyətdə uzanmalıdır,
dominant və tabe tərəf olmamalıdır. İkincisi,
qarşınız­dakının əlini o sizin əlinizi sıxdığı qədər sıxın.
Tutaq ki, gücü 10 balla dəyərləndiririk. Sizin gücünüz 7
ballıq, həmsöhbətinizinki 5 ballıqdırsa, gücünüzü 20%
azaldın, 9 ballıqdırsa, 20% artırın. Eyni vaxtda on adamın
əlini sıxmalısızsa, diqqətli olun, hər kəslə ayaqlaşmağa
çalışın. Nəzərə almaq lazımdır ki, kişi əli qadın əlindən orta
hesabla iki dəfə ağırdır, 45 kq-lıq əşyanı qopara, qaldıra,
daşıya və ata bilər.

Unutmayın ki, əl sıxmaq salamlaşmaq və sağollaşmaq,


razılaşmaları təsdiqləmək üçün istifadə olunan jestdir. Ona
görə də isti və səmimi, dostyana, bir sözlə, pozitiv
olmalıdır.
Gücünü göstərmək istəyənə yerini göstərmək olar

Əvvəldə qeyd etdiyimiz ki, güc gəlmək, üstün olmaq


istəyən adam salamlaşanda, yaxud sağollaşanda əlini elə
uzadır ki, ovcu aşağı baxır. Bu hərəkət nasistlərin salamını
xatırladır və ən aqressiv əl sıxma tərzidir, qarşıdakına
bərabər münasibət qurmaq fürsəti vermir, onu sanki itaətə
vadar edir.

Əl elə uzanıb ki, ovuc aşağı baxır

Kiminsə əlini sizə qəsdən belə uzatdığını hiss etsəniz,


ona bir neçə şəkildə cavab verə bilərsiz:

Sağa addım texnikası

Əlinizi sıxan adam öz əlini üst tərəfdə saxlayırsa (bunu


çox vaxt kişilər edir), onun əlini çevirmək çətin olur, həm də
bu hərəkət nəzərə çarpar.
Adamların 90%-i əl sıxmaq üçün əvvəl sağ ayağını irəli
atır. Dominantlığa can atan adama cavab vermək
niy­yətiniz varsa, siz sol ayaqdan başlayın.

Sonra sağ ayağınız üstə hərəkət etməklə əlini sıxmaq


istədiyiniz adamın düz qarşısına – onun “şəxsi məkanına”
keçin. Manevrinizi tamamlamaq üçün sol ayağınızı sağ
ayağınızın yanına gətirin və qarşınızdakının əlini sıxın.

Sağ ayağınızla həmsöhbətinizin qarşısına keçin və


onun əlini elə çevirin ki, ovcu yuxarı baxsın

Beləliklə, siz əlləri şaquli vəziyyətə (bərabərlik) sala,


istəsəniz, hətta həmsöhbətinizin əlini çevirə bilərsiz. Bu,
güləşdə qalib gəlmək kimi bir şeydir. Qarşınızdakının şəxsi
məkanına müdaxilə etməklə kontrolu öz əlinizə alırsız.
Öz hərəkətinizi xatırlayın; siz necə, əlinizi uzadanda
əvvəl sağ, yoxsa sol ayağınızı atırsız? Çox adam sağ
ayaqdan başladığı üçün kontrolu qarşıdakına vermiş olur.
Unutmayın ki, əl sıxmaq çox qısa prosesdir, manevr imkanı
azdır. Kontrolu əldə saxlamaq istəyirsizsə, sol ayaqla
məşq etmək vacibdir.

Əlin üstünü tutmaq texnikaları

Əlinizi sıxan adam öz əlini üst tərəfdə saxlasa, siz


əli­nizin vəziyyətini dəyişməyin, sadəcə, o biri əlinizi də işə
salın; həmsöhbətinizin əlinin üstünə qoyun. İkiəlli hə­rəkət
edərək siz qarşınızdakının əlini şaquli vəziyyətə
(bərabərlik) sala bilərsiz.

İkiəlli salamlaşma

Bu halda güclü tərəf siz olursuz. Bu manevr daha


asandır və qadınların işinə yarayır.
Qarşı tərəfin sizi hədələməyə çalışdığını hiss edirsizsə
(həm də davamlı şəkildə), onun əlini ən yuxarı hissəsindən
(az qala biləyindən) tutaraq sıxın. Bu hərəkətinizlə
həm­söhbətinizi sarsıtmış olarsız. Odur ki, tədbirli olun, bu
manevrdən son vasitə kimi istifadə edin.

Son vasitə

Soyuq və nəm

Bəzən salamlaşanda adam elə bil əl yox, dörd soyuq


sosiska sıxır. Çox xoşagəlməz hissdir, elə deyilmi? Biz
insanlar, məsələn, görüşdən əvvəl gərginlik keçiririksə, əl
dərisinin yuxarı qatındakı qan damarlarında spastik
daralma olduğu üçün temperatur aşağı düşür və əl tərləyir.
Soyuq, həm də nəm əl yaş balıq təsiri bağışlayır. Ona görə
də cibinizdə dəsmal, ya da salfet saxlayın, görüşdən əvvəl
əllərinizi silin ki, zəif adam təəssüratı yaratmayasız. Ya da
təsəvvür edin ki, əllərinizi ocağa tutub qızdırırsız. Bu cür
təsəvvürün əlin temperaturunu 3-4 dərəcə qaldırdığı
sınaqlarla sübut olunub.

Sol tərəfdə dayanmağın faydası

Mətbuat qarşısına çıxan liderlər həm fiziki cəhətdən,


həm də geyimlərilə bir-birinə tən olmağa çalışırlar. Amma
onların şəklinə baxanda soldakı lider dominant görünür.
Belə dayananda əl sıxarkən “üst əl”in sahibi olmaq
asandır. Con Kennedi ilə Riçard Niksonun 1960-cı ildə
teledebatdan əvvəl çəkdirdikləri şəklə baxaq. O dövrdə
adamların bədən dili haqda məlumatı yox idi. Ancaq analiz
edəndə görürük ki, Con Kennedi jestlərdən məharətlə
istifadə edirmiş. O, bir qayda olaraq fotoqrafların solunda
dayanırdı, “üst əl” onun sevimli jestlərindən idi.
Con Kennedi ilə Riçard Niksonun məşhur teledebatı
bədən dilinin gücünü nümayiş etdirdi. Sorğular göstərirdi
ki, debata radioda qulaq asanların çoxu seçkilərdə
Niksonun qalib gələcəyinə inanırmış. Ancaq debata
televizorda baxan amerikalılar Kennedinin qələbə
çalacağına əmin imişlər. Bu, Kennedinin jestlərdən istifadə
etmək məharətinin göstəricisi idi və bu qabiliyyəti onu
doğrudan da prezident kürsüsünə apardı.

Kişilərlə qadınlar əl sıxanda

Dünyanın çox yerində, həm də artıq uzun illərdir ki,


qadınlar kişilərlə bir yerdə çalışır. Ancaq bir-birinin əlini
sıxanda həm qadınlar, həm də kişilər hələ də çətinlik çəkir,
utanırlar. Kişilərin çoxu əl sıxmağı uşaqlıqdan, atalarından
öyrənirlər. Amma qadınların adətən belə təcrübəsi olmur.

Bəzən əməlli-başlı naqolay vəziyyət yaranır: əlini birinci


uzadan çox vaxt kişi olur, qadın bunu görməyə bilər, çünki
qadınlar həmişə daha çox üzə baxırlar. Əli havada qalan
kişi narahat olur və əlini geri çəkir. Bunu kiminsə
görmədiyinə ümid etdiyi halda qadının əlini ona tərəf
uzatdığını görür. Bu dəfə boşda qalan qadının əlidir. Kişi
əlini yenidən uzatmalı olur. Nəticədə aləm qarışır;
barmaqlar bir-birinə dolaşır, qucaqlaşmış molyusklara
bənzəyirlər.

....................................................................

Qadınla kişinin ilk görüşü zəif əl sıxma

hərəkətilə alt-üst ola bilər.

....................................................................

Başınıza belə bir iş gəlsə, çəkinməyin, sol əlinizi


uzadın, qarşınızdakının sağ əlini götürüb, öz sağ əlinizin
içinə qoyun və gülümsəyərək, “Gəlin bir də cəhd edək!”
deyin. Bu hərəkətiniz çox böyük etimad yaradar, görüşün
sizin üçün əhəmiyyətini vurğulamış olarsız. İşgüzar
qadınsızsa, əl sıxmaq istəyinizi sezdirin və əlinizi vaxtında
uzadın ki, sıxıntı-filan olmasın.
İkiəlli salamlaşma

Bu jestdən dünyanın hər yerində sevərək istifadə


edir­lər. Belə salamlaşanlar adətən həmsöhbətinin
gözünün içinə baxır, həm də inandırıcı, səmimi təbəssümlə
baxır, əlini sıxdığı adamın adını ucadan və inamla
səsləndirir, onun halını-əhvalını soruşur.

İkiəlli salamlaşma

İkiəlli salamlaşma siyasətçilərin çox istifadə etdiyi


jestdir. Əlinizi ikiəlli tutan adam fiziki təması artırır, eyni
zamanda sizin sağ əlinizin hərəkətini məhdudlaşdırmaqla
kontrolu öz əlində saxlayır. Bu jestdən istifadə edənlər çox
vaxt səmimi və etibarlı adam təsiri bağışlamağa çalışırlar.
Amma ilk dəfə görüşdüyünüz adamın əlini ikiəlli sıxsaz,
neqativ hisslərə səbəb olarsız, şübhəli görünərsiz. İkiəlli
salamlaşma sanki qucaqlaşmanın kiçik formasıdır. Ona
görə də yalnız qucaqlaya bildiyiniz adamı ikiəlli salamlaya
bilərsiz.

Kim olursunuzsa olun, siz elə sevimli, elə əziz,

elə unudulmaz insansız ki...

İnsanların 90%-i özünümüdafiə üçün sağ əlini irəli atır.


Bu, anadangəlmə belədir. İkiəlli salamlaşma adamın
özü­nümüdafiə imkanını məhdudlaşdırır. Ona görə də
şəxsi münasibətdə olmadığınız adamın əlini ikiəlli
sıxmayın. Yalnız xüsusi münasibətiniz olan adamla,
məsələn, köhnə dostla görüşəndə bu cür salamlaşmaq
təbiidir, çünki belə yerdə özünümüdafiəyə ehtiyac yoxdur.

Yasir Ərafat Toni Bleyrin əlini ikiəlli sıxır; Bleyrin


üzündəki ifadə (kip dodaqlar) onun təsirlənmədiyini
göstərir
İkiəlli salamlaşma tərzləri

İkiəlli salamlaşma bütün hallarda səmimiliyi, etimadı,


hisslərin dərinliyini göstərmək cəhdidir. İki mühüm
elementə diqqət etmək lazımdır: Birincisi, ikiəlli salamlaşan
adamın hisslərini onun sol əli ifadə edir və bu sol əllə
qarşıdakının sağ qolu arasındakı məsafənin xüsusi
əhəmiyyəti var. Bu, sanki qucaqlamaq cəhdidir və sol əl
məhrəmliyin, yaxınlığın ölçüsünü göstərir. Yəni sol əl nə
qədər yuxarı qalxırsa (qucaqlamağa nə qədər bənzəyirsə),
salamlaşan adam bir o qədər yaxınlıq göstərmiş olur, eyni
zamanda vəziyyəti idarə edir, kontrolu əldə saxlayır.

Məsələn, dirsəkdən tutmaq daha yaxın münasibəti,


həmçinin daha güclü kontrolu ifadə edir, nəinki biləkdən
tutmaq. Yaxud həmsöhbətinizin çiynindən tutmaq daha isti
münasibətin göstəricisidir, nəinki qolundan tutmaq.
İkincisi, ikiəlli salamlaşan adamın sol əli bütün hallarda
həmsöhbətinin şəxsi məkanına müdaxilə edir. Biləkdən
tutan, ya da dirsəkdən yapışan adam qarşıdakının şəxsi
məkanının “sərhədinə” çatmış olur. Əli həmsöhbətin
qolunda saxlamaq, ya da çiyninə qoymaq – sərhədi
keçməkdir və çox yaxın münasibətin göstəricisidir, tərəflər
belə söhbətin sonunda hətta qucaqlaşa bilərlər (Şəxsi
məkan haqda 11-ci fəsildə ətraflı danışacağıq).

Yaxınlıq qarşılıqlı deyilsə, yaxud ciddi səbəb yoxdursa,


ikiəlli salamlaşma mütləq şübhə doğurur. Bir sözlə, yaxın
olmadığınız adamın əlini ikiəlli sıxmayın. Eləcə də sizinlə
yaxınlığı olmayan adam əlinizi ikiəlli sıxırsa, ehtiyatlı olun,
bu jestin arxasında gizli niyyət ola bilər.

....................................................................

Xüsusi münasibətiniz olmayan adamla tək əllə


salamlaşın.

....................................................................
Çox vaxt iş adamları müştərinin, siyasətçilər isə
seçi­cilərinin əlini ikiəlli sıxır, bilmirlər ki, bu yersiz jest onlar
üçün siyasi “intihar” deməkdir – adamları uzaqlaşdırır.

Bleyrlə Buşun hakimiyyət “oyunu”

2003-cü ildə, İraqda müharibə dövründə Corc Buşla


Toni Bleyr mətbuatda güclü müttəfiq imici yaradırdılar. Bu
müttəfiqlər “bərabər və həmfikir” idilər. Amma fotoşəkillərin
analizi Corc Buşun dominant olduğunu gös­tərirdi.

Corc Buşun əli Toni Bleyrin əlinin üstündədir

Şəkildə gördüyünüz kimi Buş solda dayanıb və “üst


əl”in sahibidir. Buş silahlı qüvvələrin başçısı kimi geyinib,
Bleyr isə bu paltarda məktəb müdiriylə görüşə gələn
şagirdə bənzəyir. Buş həmişə şəkillərdə sol tərəfdə
dayanır, bununla dominant, kontrolu əldə saxlayan adam
təsiri bağışlayırdı.
Çıxış yolu

Hakimiyyəti əldən vermək istəmirsizsə, diqqətli olun.


Çəkiliş zamanı elə dayanın ki, baxanda həmsöhbətinizdən
solda görünəsiz. Diqqət etməmisizsə və şəklin sağ tərəfinə
düşəcəyinizi görürsüzsə, əlinizi çatan kimi uzadın. Bununla
həmsöhbətinizin manevr imkanını məhdudlaşdıra bilərsiz.
Ən pis halda ikiəlli salamlaşma jestindən istifadə edib,
əlləri şaquli vəziyyətdə (bərabərlik) saxlamaq olar.

Ən pis salamlaşma tərzləri

Səkkiz xoşagəlməz salamlaşma tərzi müəyyən olunub:

Yaş balıq

Etimad dərəcəsi 1/10


Soyuq və nəm əllər heç kimin xoşuna gəlmir, təsəvvür
edin ki, yaş balıq sıxırsız – yumşaq və hərəkətsiz... Üstəlik,
belə əli çevirmək çox asandır. Ona görə də yumşaq və zəif
əl zəif xarakterin göstəricisi hesab olunur. Ancaq
mədə­niyyətlər arasında fərqləri nəzərə almaq lazımdır.
Məsələn, Asiya və Afrikanın bəzi ölkələrində əli ehtiyatla
sıxmaq normaldır, bərk sıxmaq hətta təhqir kimi qəbul edilə
bilər. Bundan başqa, hər iyirmi adamdan biri
hiperhidrozisdən (həddən artıq tərləmədən) əziyyət çəkir.
Hiperhidrozis irsidir və vaxtaşırı tərləməyə, xüsusilə də
əllərin tərləməsinə səbəb olur. Axı bədənin başqa heç bir
yerində əlin içindəki qədər tər vəzisi yoxdur.

Yaş balıq

Maraqlıdır ki, əli yaş balıq təsiri bağışlayanların özünün


bundan xəbəri olmur. Yaxşı olar ki, dostlarınızdan
soruşasız, sizin də əliniz yaş balıq kimidirsə, tədbir görəsiz.
Ən yaxşısı cibdə dəsmal, ya da salfet gəzdirməkdir.
Görüş­lərdən əvvəl əllərinizi qurulaya bilərsiz.
Məngənə

Etimad dərəcəsi 4/10

Əl elə uzadılır ki, ovuc aşağı baxır (kontrol) və qarşı əli


kəskin hərəkətlə silkələyib, möhkəm sıxır. Adama elə gəlir
ki, qanın ələ axını dayana bilər. Bu, xüsusilə iş adamlarının
(kişilərin) sevimli jestidir. Üstün gəlmək, kontrolu
bəribaşdan ələ almaq, ya da qarşıdakını səssiz-səmirsiz
“yerinə oturtmaq” üçün istifadə olunur.

Məngənə

Bəzən özünü zəif bilən adamlar da əli belə sıxırlar ki,


başqalarının dominantlığına yol verməsinlər.

Sümüksındıran

Etimad dərəcəsi 0/10

Ən qorxulu əl sıxma tərzidir, adamın həm


barmaqlarında, həm də yaddaşında iz qoyur. Bu jest
həddən artıq aqressiv adamlara xasdır. Heç bir xəbərdarlıq
etmədən üstünlüyü ələ keçirməyə, rəqibinin oynaqlarını
əzməklə onu sarsıtmağa, darmadağın etməyə çalışırlar.
Qadınsızsa, işgüzar görüşlərə gedəndə sağ əlinizə üzük
taxmasanız yaxşıdır. “Sümüksındıran” əlinizi qanada bilər
və siz şok vəziyyətinə düşüb, onun istədiklərinə əməl
etməli olarsız.

Sümüksındıran

Təəssüf ki, belələrinə qarşı xüsusi manevr yoxdur.


Kiminsə bunu qəsdən elədiyinə əminsizsə, vəziyyəti
hamının diqqətinə çatdıra bilərsiz: “Oy! Əlimi əməlli-başlı
zədələdiniz. Çox bərk sıxırsız”. Beləliklə, “sümüksındırana”
xəbərdarlıq etmiş olarsız ki, hərəkəti təkrarlamasın.

Barmağın ucu ilə salamlaşmaq

Etimad dərəcəsi 2/10

Daha çox kişilərlə qadınlar bir-birinin əlini bu cür sıxır.


Əli kifayət qədər uzatmadıqda belə alınır və bu jest əl
uzadanın özünə əmin olmadığını, həmsöhbətini məsafədə
saxlamağa çalışdığını göstərir. Şəxsi məkanın ölçüsünün
fərqliliyi də barmağın ucu ilə salamlaşmaya səbəb ola bilər.
Tutaq ki, biri üçün şəxsi məkan 60 sm, digəri üçün 90 sm-
dir. Şəxsi məkanı geniş olan adam geri durduğu üçün əllər
bir-birinə çatmır.

Barmağın ucuyla salamlaşma

Belə bir şey olanda çəkinməyin, sol əlinizi uzadın,


qarşınızdakının sağ əlini götürüb, öz sağ əlinizin içinə
qoyun və gülümsəyərək, “Gəlin bir də cəhd edək!” deyin.
Bu hə­rəkətiniz çox böyük etimad yaradar, görüşün sizin
üçün əhəmiyyətini vurğulamış olarsız.

Quru salam

Etimad dərəcəsi 3/10

Bu jestdən də aqressiv adamlar istifadə edir. Qolunu


quruyubmuş kimi bərk tutan adam həmsöhbətini məsafədə
saxlamağa, şəxsi məkanından uzaq tutmağa çalışır. Lazım
gələrsə azca irəli əyilir, ya da bir ayağı üstdə tərpənib geri
durur, təki məsafə qorunsun.

Qolu uzadaraq salamlaşırlar

Kənd yerində böyüyən adamlar da belə salamlaşa


bi­lərlər – geniş əraziyə vərdiş etdikləri üçün belələrinin
şəxsi məkanı geniş olur.

Dartıb qoparan

Etimad dərəcəsi 3/10

Gücünü göstərmək, hökm etmək istəyən adam belə


salamlaşır; qarşısındakının əlini güclə sıxıb kəskin
hərəkətlə dartır, elə bil öz şəxsi məkanına çəkir. Əlini
uzadanın gözü yaşara, hətta oynaqları birləşdirən bağlar
qırıla bilər. Belə salamlaşma münasibətlərə pis təsir edir,
balansı pozur.

Dartıb qoparan

Həmsöhbəti şəxsi məkana güclə çəkməyin 3 səbəbi ola


bilər: birincisi, əli sıxan şübhəli adamdır, özünü yalnız öz
məkanında yaxşı hiss edir; ikincisi, bu adam elə bir
mədəniyyətdəndir ki, orda hamının şəxsi məkanı kiçik olur;
üçüncüsü, sizi özünüzdən çıxarmaqla kontrolu ələ almaq
niyyətindədir. Yəni bütün hallarda görüşün onun şərtləri
əsasında keçməsini istəyir.

Silkələnən əldir, yoxsa qulp?

Etimad dərəcəsi 4/10

Əl sıxan adam əli sanki nəyinsə qulpundan tutubmuş


kimi tutur və sürətlə, xüsusi enerji və ritmlə aşağı-yuxarı
silkələyir. Əli yeddi dəfəyə qədər silkələmək olar, amma
elələri var ki, dayanmadan hərəkət edir, elə bil quyudan su
çəkirlər.
Silkələnən əldir, yoxsa qulp?

Bəzən əli silkələyən adam dayanır, amma əli buraxmır


və çox maraqlıdır ki, belə hallarda qarşıdakı da əlini
çəkməyə can atmır. Elə bil silkələnməkdən yorulur və əlini
çəkməyə taqəti, ya da cəsarəti qalmır.

Holland salamı

Etimad dərəcəsi 2/10

Hollandlarda belə bir məsəl var: “Geeft’n hand als bosje


worteljes” – “Elə salam verir ki, elə bil bir dəstə yerkökü
uzadır”. Bu, “yaş balıq” jestinə yaxındır, amma “yaş deyil”.

Holland salamı

Gənc nəsil bu jesti “yaş dəsmal” adlandırır.

Ərafatla Rabinin görüşü


Maraqlı fotolardan birinə baxaq: 1993-cü ildə Ağ Evdə
çəkilmiş şəkildə Keçmiş Fələstin lideri Yasir Ərafatla
İsrailin keçmiş baş naziri İshaq Rabin bir-birinin əlini sıxır.
Amma görünən tək bu deyil. Mərkəzdə dayanan prezident
Klinton şəkildə əsas fiqurdur, bu ucaboy adam qollarını
geniş açmaqla xalqının arxasında dayanan Allahı
xatırladır. Klintonun “aypara” təbəssümü, dodaqlarını
soraraq gülümsəməsi onun təmkinli olduğunu (ya da belə
görünməyə çalışdığını) göstərir.

İshaq Rabin (solda) “quru salam” jestindən (5-ci tərz)

istifadə edir, elə bil şəxsi məkanından çıxmaq istəmir,

Yasir Ərafat isə sanki onun qolunu dartmağa,

onu öz məkanına çəkməyə çalışır (6-cı tərz)

Bu məşhur şəkildə hər iki liderin ayaqlarını yerə


möh­kəm dayadığı və qarşısındakını şəxsi məkanından
çıxarmağa çalışdığı görünür. Sol tərəfdə dayanmaqla
nüfuzlu mövqeni İshaq Rabin tutub və azca irəli əyilərək
Ərafatı öz məkanına buraxmır. Yasir Ərafat isə dümdüz
dayanıb və Rabinə onun qolunu özünə sarı dartmaqla
cavab verir.

Nəticə

İlk görüşdə kimə necə təsir bağışlayacağımızı deyə


bil­­mərik. Amma hamımız bilirik ki, ilk görüşdən, ilk
təəssü­ratdan, ilk dəqiqələrdən çox şey asılıdır. Ona görə
də dostlarınızla, yaxınlarınızla məşq edin, əl sıxarkən
pozitiv olmağın yolunu tez öyrənərsiz. Əlləri şaquli
vəziyyətdə saxlayın (bərabərlik) və qarşınızdakının əlini o
sizin əlinizi sıxdığı qədər sıxın (harmoniya). Belə
salamlaşmanın etimad göstəricisi 10/10-dur.

3-cü fəsil

GÜLÜŞ VƏ TƏBƏSSÜMÜN

MÖCÜZƏSİ
Bu təsviri niyə hamı sevir?

Bob otaqdakılara göz gəzdirdi və baxışları


qarabuğdayı, cazibədar bir qıza dikildi. Qız ona
gülümsəyirdi, deyəsən baxışlarını havada tutmuşdu. Bob
cəld yaxınlaşdı və onunla söhbət etməyə başladı. Qız çox
danışmırdı, amma hey gülümsəyirdi. Bob donub qalmışdı.
Rəfiqələrindən biri onun yanından keçəndə pıçıldadı: “Əl
çək, Bob, o səni axmaq hesab edir”. Bob çaşdı. Axı qız
hələ də gülümsəyirdi! Bəli, Bob, eləcə də əksər kişilər
qadın təbəssümünün məna­sını bilmir.

Belə məsləhəti adətən nənələr verir: “Bir adamla


görü­şəndə gülümsə, bir üzün gülsün, dişlərini azca ağart”.
Nənələr bilir ki, bu yolla xoş təəssürat yaratmaq olar.

Gülümsəməklə bağlı ilk elmi araşdırmalar XIX əsrin


əvvəllərində aparılıb. Fransız alim Qiyom Dyuşen de Bulon
elektrodiaqnostika və elektrostimulyasiyadan istifadə
edərək həqiqi təbəssümlə başqa təbəssümlər arasındakı
fərqi tapmağa çalışıb. O, üz əzələlərinin işini öyrənmək
üçün edam olunmuş – boynu vurulmuş adamların başını
tədqiq edirdi. Üz əzələlərini müxtəlif istiqamətlərə dartır,
beləliklə, hansı əzələnin hansı təbəssümə səbəb olduğunu
müəyyənləşdirirdi. De Bulon aşkar etmişdi ki, gülümsəmə
iki əzələ dəstəsinin fəaliyyətinin nəticəsidir: üzün yan
tərəfindən aşağı gəlib dodağın kənarına birləşən böyük
almacıq əzələləri (zygomatic major) və gözün dairəvi
əzələləri (orbicularis oculi). Böyük almacıq əzələləri
dodaqları dartaraq dişlərin üstünü açır və yanaqları
qaldırır. Gözün dairəvi əzələsi isə gözü sıxıb kiçildir və
gözətrafı qırışlar yaradır. Bu əzələlər haqda məlumat
almaq vacibdir, çünki məhz böyük almacıq əzələləri idarə
olunur. Yəni özünü dost kimi qələmə vermək, ya da
başqasını özündən asılı vəziyyətdə saxlamaq məqsədiylə
gülümsəyəndə bu əzələlərdən istifadə edirlər. Ancaq
gözün dairəvi əzələsi azaddır, yəni idarə olunmur və əsl
təbəssümü ifadə edir. Odur ki, qarşınızdakı adamın
gülüşünün saxta olub-olmadığını bilmək istəyəndə
gözlərinin ətrafına baxın, qırışları axtarın.
....................................................................

Əsl təbəssüm gözlərin ətrafında qırışlar yaradır.

Riyakar adam yalnız dodaqlarıyla gülümsəyir.

....................................................................

Saxta gülüş hansıdır?

Saxta təbəssüm yalnız dodaqları dartır, səmimi


təbəs­süm həm dodaqları dartır, həm də gözlərin ətrafını
qırışdırır

Alimlər saxta təbəssümlə səmimi təbəssümü kodların


köməyi ilə ayırd edirlər. Üz Hərəkətlərini Kodlaşdırma
Sistemini (Facial Action Coding System – FACS)
Kaliforniya Universitetindən professor Pol Ekman və
Kentukki Universitetindən Dr. Uolles Frizon hazırlayıb.
Səmimi təbəssüm qeyri-iradi hərəkətdir, şüuraltı
bey­nin fəaliyyətinin nəticəsidir, avtomatik baş verir. Siz
nə­dən­sə məmnun olanda beynin emosiyaları emal edən
hissə­sinə siqnal ötürülür. Nəticədə ağzın ətrafındakı
əzə­lələr hərəkət edir, yanaqlar qalxır, gözün ətrafındakı
əzələ bürüşür və qaşlar bir az aşağı enir.

....................................................................

Şəkil çəkdirəndə ingilislər “cheese” (çiiz – pendir)


deməyi sevir, çünki bu söz böyük almacıq əzələlərini
hərəkətə gətirir. Nəticədə saxta təbəssüm, ya da belə
deyək, qeyri-səmimi şəkil alınır.

....................................................................

Çox saxta gülüş də gözün ətrafında qırışlar yarada


bilər. Yanaqlar qalxdığı üçün gözlər yığılır, adamın səmimi
olduğunu güman edirsiz. Amma bu gülüşü də səmimi
gülüşdən fərqləndirən əlamətlər var. Gülüş səmimi olanda
göz qapağı ilə qaşlar arasındakı ətli hissə aşağı enir və
qaşların kənarları azacıq əyilir.
Gülümsəmək itaətin əlamətidir

Hamı bilir ki, təbəssüm və gülüş xoş əhval-ruhiyyənin


göstəricisidir. Biz insanlar doğulanda ağlayır, beş
həftə­liyimizdə gülümsəməyə başlayır, on dörd, ya da on
beş aylı­ğımızda əməlli-başlı gülürük. Uşaq güləndə adam
ondan ayrıla bilmir, ağlayanda yanına qaçırıq və uşaq öz
hərəkətlərinin təsirini yaxşı görür, yadda saxlayır.

İnsana yaxın olan heyvanların – şimpanzelərin


üzə­rində aparılan tədqiqatlar təbəssümün tarixinin çox
qədim olduğunu təsdiqləyir. Meymunlar aqressiv olanda
aşağıdakı köpək dişlərini göstərirlər, bununla xəbərdarlıq
edirlər: “dişləyərəm aa!” Adam hirslənəndə alt dodağını
irəli verir, bununla aşağıdakı dişlərini gizlədir.

Şimpanzelər iki cür gülümsəyirlər:

1) Üzündə qorxu olsa da, şimpanze aşağı əngini açır,


dişlərini göstərir, dodaqlar aşağı dartılır. Bir şimpanze o
birinə (dominant olana) tabe olduğunu, itaətini göstərmək
üçün belə gülümsəyir, sanki onu sakitləşdirməyə çalışır.
Şimpanzelərin bu təbəssümü insan təbəssümünə
bənzəyir.

2) Şimpanzenin əyləndiyi üzündən görünür: dişlər


ağarır, ağzı qulağının dibinə gedib, gözlərinin kənarları
yuxarı dartılıb və insan gülüşünə bənzər səslər çıxarır.
Amma yenə də meymun tabe olduğunu göstərmək üçün
belə edir. Birinci halda o, sanki “Mən təhlükəli deyiləm,
görürsən ki, səndən qorxuram”, ikinci halda isə “Mən
təhlükəli deyiləm, görürsən ki, uşaq kimi oynayıram” deyir.

Şimpanze başqa şimpanzenin hücumundan qorxanda


almacıq əzələləri dodaqları ya yanlara, ya da aşağı dartır,
amma göz əzələləri işləmir. Bu, maşın yoluna çıxmış və
avtobusun altına düşməkdən təsadüfən qurtaran adamın
təbəssümünə bənzəyir, çünki qorxudan doğan
təbəssümdür: “İlahi, mən az qala öləcəkdim!”

Yəni başqa primatlar kimi insanın da təbəssümünə


səbəb qorxudur, ehtiyatdır, tabe olduğunu bildirmək
arzusudur. Gülümsəməklə biz təhlükəsiz olduğumuzu,
başqaları tərəfindən qəbul edilmək istəyimizi çatdırırıq.
Yəqin buna görədir ki, Vladimir Putin, Marqaret Tetçer,
Ceyms Kaqni, Klint İstvud, Çarlz Bronson kimi nüfuzlu
şəxslər daha az gülümsəyib, çox vaxt acıqlı, aqressiv
görünüblər.

Məhkəmə zallarında aparılan müşahidələr göstərir ki,


günahını təbəssümlə etiraf edənlər daha az cəza alırlar,
nəinki etirafını quru şəkildə bildirənlər. Deməli, nənələr
haqlıdır...

Təbəssüm yoluxucudur? Necə yəni?

Maraqlıdır ki, adam kiminsə üzünə güləndə ona da


gülümsəyirlər (hər iki tərəfin təbəssümü saxta olsa da).

İsveçdəki Upsala Universitetinin professoru Ulf


Dimberqin eksperimentləri göstərir ki, üz əzələlərini
şüuraltı beyin idarə edir. Dimberq əzələ liflərindən gələn
elektrik siqnalları tutan avadanlıqdan istifadə edərək üz
əzələsinin nə qədər fəal olduğunu müəyyən edib. Bu
eksperimentə 120 könüllü cəlb olunub. Könüllülərdən
xahiş ediblər ki, gördüklərinə mimikalarla – gülümsəməklə,
qaşqabaqla, ya da neytral reaksiya versinlər. Müxtəlif
hissləri ifadə edən şəkillər çəkilib, məlum olub ki, adam üz
əzələlərini idarə edə bilmir, məsələn, birinə “qaşqabağını
tök” deyəndə adam qaşqabaq sallayıb, eyni zamanda
gülməyi tutub. Ya da əksinə, güldüyü yerdə qaşqabaq
tökənlər olub. Həm də acıqlı adamın şəklinə baxanda
qaşları çatmaq daha asandır, gülən adamın fotosuna
baxanda bu çətin olur. Könüllülər nə qədər cəhd etsələr də,
üz əzələləri deyilənləri yox, şəkildə gördükləri mimikaları
əks etdirib.

London Kollec Universitetindən olan professor Ruz


Kampbel hesab edir ki, insan beynində “güzgü neyronları”
var və beynin üzlər və üz ifadələrini tanımağa xidmət edən
hissəsini bu neyronlar işə salır. İnsanın gördüyü mimikanı
avtomatik olaraq əks elətdirməsinə də səbəb “güzgü
neyronu”dur.

Beləliklə, təbəssüm gündəlik jest və mimika


repertuarınızın vacib hissəsi olmalıdır (özünüzü yaxşı hiss
etməsəniz də), çünki ətrafınızdakıların sizə münasibətinə
birbaşa təsir edir.

....................................................................

Elm də sübut edir: nə qədər çox gülümsəsəz,

bir o qədər pozitiv münasibət görərsiz.

....................................................................

30 ildir ki, satış prosesi və danışıqları müşahidə edirik.


Belə nəticəyə gəlmişik ki, yeri gələndə (məsələn,
danışıqlardan əvvəl – tərəflərin bir-birini qiymətləndirdiyi
dəqiqələrdə) gülümsəmək hər iki tərəfə müsbət təsir edir,
razılığa, satış həcminin artmasına səbəb olur.

Təbəssüm tovlayır
Təbəssümün saxta olub-olmadığını müəyyən etmək
bəzən ölüm-dirim məsələsidir. Qədim insan yaxınlaşan
adamın hücum edəcəyini, yoxsa dostcasına gülümsədiyini
ayırd etməli idi, əks halda məhv ola bilərdi.

Bu aktyoru tanıdınızmı?

Şəklin yuxarı hissəsinə baxsanız, yəqin ki, bunun


aktyor Hyu Qrant olduğunu deyəcəksiz. Onun
emosiyalarını təsvir etmək lazımdırsa, sakit və məmnun
olduğunu bildirəcəksiz, çünki gülümsədiyini görürsüz.
Amma şəkli çevirib düzəltsək, tam fərqli emosiyanı
müşahidə edərsiz.

Biz şəklin ağız və göz hissəsini kəsib tərsinə


yapışdırdıq, aktyorun sifəti qorxunc oldu. Amma görürsüz,
şəkil başıaşağı dursa da, beyniniz Hyu Qrantın
təbəssümünü tanıdı. Çünki beyin təbəssümü üzün başqa
hissələrindən ayıra bilir. Bu, təbəssümün təsir gücünün
göstəricisidir.

Saxta təbəssüm

Əvvəl də dediyimiz kimi, çox adam saxta təbəssümlə


səmimi təbəssümü ayıra bilmir və səmimi, ya saxta, fərqi
yoxdur, ətrafımızdakıların üzü gülürsə, bizə də xoşdur.
Təbəssüm adamın əl-qolunu bağlayan jestdir, ona görə də
yalançıların sevimli silahı kimi tanınır. Ancaq Pol Ekmanın
araşdırmaları göstərir ki, yalan danışan adam (adətən
kişilər) daha az gülümsəyir, çünki çoxlarının təbəssümü
yalanla bağladığını yalançılar da bilirlər.

Səmimi təbəssüm yavaş-yavaş peyda olur, amma


yalan danışan adam tez və uzun müddət gülümsəyir
(maska geyinibmiş kimi).

Saxta təbəssüm üzün bir tərəfində daha çox müşahidə


olunur, nəinki o biri tərəfində, axı hər tərəfi ayrı beyin
yarımkürəsi idarə edir. Üz hərəkətlərini yerinə yetirən beyin
qabığının yarısı sağ yarımkürədədir və siqnalları bədənin
sol tərəfinə göndərir. Nəticədə saxta təbəssüm daha çox
üzün sol tərəfində müşahidə olunur. Təbəssüm səmimi
olanda beyin yarımkürələri üzün hər iki hissəsini bərabər
şəkildə təlimatlandırır.

Yalan danışanlar gülümsəyəndə təbəssüm üzün

sol tərəfində daha güclü olur

Qaçaqmalçılar gülmürlər

1986-cı ildə biz Avstriya Gömrük İdarəsindən sifariş


aldıq, qaçaqmalçıların tutulması, narkotik alverinin
qarşısının alınması işini asanlaşdırmaq üçün proqram
hazırlamalıydıq. Gömrük işçiləri hesab edirdilər ki, yalançı
adam, xüsusilə təzyiq altında olanda gülümsəməyə
başlayır. Bir neçə nəfərə “yalan danışın” deyib lentə aldıq.
Filmi gömrük işçilərinə göstərdik. Məlum oldu ki, yalan
danışan adam daha az gülümsəyir, ya da ümumiyyətlə,
gülümsəmir. Əksinə, günahsız olanların, düz danışanların
üzündə daha çox təbəssüm olur. Axı təbəssümün kökündə
itaət dayanır. Günahsız tərəf günahlandıran tərəfi
təbəssümü ilə sakitləşdirməyə çalışır. Ancaq peşəkar
yalançılar jestlərinə fikir verir, ciddi görünməyə çalışırlar.
Təsəvvür edin ki, qanunu pozmadan hərəkət edirsiz, bu
vaxt polis maşını qarşınıza keçir və sizi saxlayır. Siz polisi
görən kimi özünüzü günahkar hiss edirsiz və çox vaxt
gülümsəməyə başlayırsız. Bu o deməkdir ki, saxta
təbəssümü vəziyyətə görə qiymətləndirmək lazımdır.

Beş ümumi təbəssüm

Gəlin, gün ərzində qarşılaşdığımız təbəssümləri analiz


edək.

Kip dodaqların təbəssümü

Dodaqlar kip saxlanaraq, düz xətt formasında dartılır,


dişlər görünmür. Deməli, təbəssüm sahibinin sirri var, ya
da fikrini bölüşmək istəmir. Bu, qadınların sevimli jestidir –
kimdənsə xoşları gəlməyəndə və bunu bildirmək
istəməyəndə belə gülümsəyirlər. Kişilər bu jestə əhəmiyyət
vermir, amma qadınlar qarşıdakının danışmaq istəmədiyini
o dəqiqə anlayırlar.

Kip dodaqlar göstərir ki, bu qadının sirri var və o,

sözünü sizə danışası deyil

Məsələn, bir qadın başqası haqda “O, çox bacarıqlı


qadındır, nə istədiyini bilir” deyib, dodaqlarını kip tutaraq
gülümsəyirsə, başqa fikirdədir. Ürəyindən keçən “həyasız
qancıq!” sözləridir.

Uğurlu iş adamlarının jurnallardakı şəkillərində kip


dodaqların təbəssümü tez-tez görünür. Çünki kişilər uğur
qazanmağın yolları haqda müsahibə verəndə əslində
detalları açıqlamırlar. Ancaq Britaniyanın ən varlı
adamlarından biri, sahibkar Riçard Bransnonun bütün
şəkillərində dişləri ağarır və o öz uğurunun səbəbini
xırdalıqlarına qədər izah etməyi sevir. Bilir ki, onun
elədiyini kimsə elə­mə­yəcək (Branson ekstravaqant
hərəkətləri və müxtəlif dünya rekordlarını təzələmək
cəhdlərilə tanınır).
Qarışıq (istehzalı) təbəssüm

Belə gülümsəyən adamın üzünün hər tərəfində bir


emo­siya ifadə olunur. Birinci şəklə (A) baxın. Sağ beyin
sol qaşı yuxarı dartıb, sol almacıq əzələləri və sol yanaq
təbəssümü əmələ gətirib. Amma sol beynin göndərdiyi
siqnallar sağ tərəfdə acıqlı baxışa səbəb olub. Şəklin tən
ortasına güzgü qoysanız (90 dərəcə bucaq altında), iki
fərqli sima görəcəksiz. Güzgünün sağ tərəfində üzün sol
tərəfindəki ifadə əks olunacaq və ikinci şəkil (B) alınacaq –
adam qımışır. Güzgünün sol tərəfində isə üzün sağındakı
ifadə əks olunacaq (üçüncü şəkil – C). Bu adam tamamilə
fərqlidir – qaşqabağı yerlə gedir.

Qarışıq təbəssüm qərblilərə xasdır, təbii deyil və


kina­yəni ifadə edir.

Ağzıaçıq təbəssüm

İnsan əyləndiyini, şən və şux olduğunu bildirmək


istəyəndə ağzını açır. Bu jest Bill Klintonun, Hyu Qrantın,
“Batman” filmindəki Cokerin sevimli hərəkətidir.
Auditoriyada xoş əhval-ruhiyyə yaratmaq və daha çox səs
toplamaq üçün bu jestdən istifadə edirlər.

Ağzını açaraq gülən Coker gözlərində də saxta

təbəssüm yaratmağa çalışıb

Ağız azca açılıb – saxta məmnunluğun ifadəsi

“Altdan yuxarı baxan” təbəssüm

Başını aşağı dikib kənara çəksə də, altdan yuxarı


baxan adam şən, şux, eyni zamanda sirli və utancaq gənc
təsiri bağışlayır. Bu, dünyanın hər yerində kişilərin ən çox
sevdiyi jestdir. Qadın belə baxanda kişiyə xas hisslər
oyanır, kişi qadını müdafiə etmək, onun qayğısına qalmaq
istəyir. Şahzadə Diananın ürəkləri fəth etməsinin
səbəblərindən biri bu təbəssümü idi.

Diananın təbəssümü həm kişilərin, həm də

qadınların ürəyini fəth edirdi.


Diananın təbəssümü kişilərdə onu qorumaq istəyi,
qadınlarda isə onun kimi olmaq arzusu yaradırdı.
Təəccüblü deyil ki, qadınlar bu jestdən kişiləri cəlb etmək,
tovlamaq üçün istifadə edirlər. Kişilərin diliylə desək, bu
baxış adama “gəl-gəl” deyir.

Britaniya şahzadəsi Uilyams anası kimi gülümsəyir və


bu təbəssümü Uilyamsı da sevdirir, həm də
pərəstişkar­larına Diananı xatırladır.

Corc (V) Buşun irişməsi

Amerikanın keçmiş prezidenti Corc (V) Buşun yalançı


gülüşü üzündən heç əskik olmur, o, bütün şəkillərində irişir.
Rey Bördvistel aşkar edib ki, Atlanta, Luisvill, Memfis və
Nəşvil sakinləri hamıdan gülərüzdürlər. Texaslılar isə
bütün digər amerikalılardan çox gülümsəyir (Buş da
texaslıdır). Yəqin buna görədir ki, Texasda gülümsəməyən
adama “siz nəyə acıqlanmısız?” – deyə sual verə bilərlər.
Nyu-Yorkda isə gülümsəyən adama “burda gülməli nə var
ki?” – deyə irad tutarlar. Amerikanın keçmiş prezidenti
Cimmi Karter də cənubdan idi və o da daim gülümsəyirdi.
Şimallılar belədə narahat olur: “Bu adam mənim
bilmədiyim nəyi isə bilir”.

....................................................................

Həmişə gülümsəyin və ətrafdakılar sizin nəyisə


gizlətdiyinizi,

nə isə eləmək niyyətində olduğunuzu düşünəcəklər.

....................................................................

Ən yaxşı dərman gülüş və qəhqəhədir

Gülərüz, qəhqəhəsi yeri-göyü titrədən adamın dostu


çox, canı sağlam, ömrü uzun olur. Gülüş bütün orqanlara
yaxşı təsir edir. Güləndə biz daha sürətlə nəfəs alırıq,
nəticədə diafraqma, boyun, üz və çiyinlər, mədə daha aktiv
çalışır, kalori itiririk. Gülüş iştahanı açır, qanda oksigenin
miqdarını artırır, bu isə sağalmağa kömək edir, qan
dövranını gücləndirir, həm də dərinin səthinə yaxın olan
qan damarları genişlənir, nəticədə gülən adam qızarır.

Nevropotoloq Henri Rubenşteyn aşkar edib ki, 1 dəqiqə


çəkən möhkəm gülüş 45 dəqiqəlik relaksasiyaya səbəb
olur. Stenford Universitetinin professoru Uilyam Fray
bildirir ki, 100 dəfə gülmək bədən üçün avarlı trenajorda 10
dəqiqə məşq etməyə bərabərdir.

....................................................................

Yaş artdıqca insan ciddiləşir.

Bir adam gündə orta hesabla 15 dəfə gülür.

Məktəbəqədər uşaqlar gündə 400 dəfə gülə bilərlər.

....................................................................

Gülüşə ciddi yanaşmaq lazımdır

Elmi araşdırmalar göstərir ki, kefi olmasa da


gülüm­səyən, deyib-gülən adamlar “xoşbəxt zona”nı
(beynin sol yarımkürəsində yerləşən hissəsini) hərəkətə
gətirirlər. Medisondakı Viskonsin Universitetinin
psixologiya və psixiatriya üzrə professoru Riçard Davidson
gülüşlə bağlı xeyli tədqiqat aparıb. O, beyin dalğalarının
aktivliyini ölçən EEQ (elektroensefaloqrafiya) cihazı ilə
müayinə etdiyi adamlara gülməli filmlər göstərib. Məlum
olub ki, təbəssüm beyindəki xoşbəxt zonanı o dəqiqə
tərpədir. Davidson sübut edib ki, bilərəkdən gülmək və
gülümsəmək beynin fəaliyyətini xoşbəxtliyə doğru yönəldir.

Şimali Karolina Universitetinin psixologiya üzrə


professoru Arni Kan aşkarlayıb ki, yumor stressə qarşı
güclü təsirə malikdir. Kan depressiyanın ilkin əlamətlərini
müşahidə etdiyi adamların üzərində eksperiment aparıb.
Bu adamlar iki dəstəyə ayrılıb və üç həftə ərzində müxtəlif
filmlərə baxıblar. Komediyalara baxan dəstədə
sağalmanın əlamətləri o biri dəstəyə nisbətən çox olub.
Kan həm də xəstəliyi, yarası olan adamların daha çox
qaşqabaq salladığını müəyyən edib. Siz də qaşlarınızı tez-
tez çatırsınızsa, danışanda əlinizi alnınıza aparmağı,
qaşlarınızı yuxarıya doğru sığallamağı vərdişə çevirin.
Biz deyib-gülə bilirik, şimpanzelər

niyə bacarmır?

Baltimurda yerləşən Merilənd Universitetinin


psixologiya üzrə professoru Robert Provayn insan gülüşü
ilə şimpanze gülüşünün fərqini izah edib. Şimpanze
güləndə elə bil tövşüyür, nəfəsini alıb-verdikcə səs çıxarır,
amma cəmi bir səs! Nəfəs alıb-verməklə səs çıxarma
arasında əlaqə özünü burda göstərir. İnsan yalnız ayaqları
üstündə yeriməyə başlayandan sonra bədənin yuxarı
hissəsi ağırlıqdan qurtardı. Nəticədə insan tənəffüs
sistemini daha yaxşı idarə etməyə başladı, nəfəs vermə
prosesini tənzimləyərək səs çıxarmağı, danışmağı
öyrəndi. Şimpanzelərin də dillə bağlı anlayışı olur, amma
hansısa dilə məxsus səsləri verməyi bacarmırlar. Biz
insanlar dik gəzdiyimiz üçün müxtəlif sözləri azad tələffüz
edir, danışıb-gülə bilirik.

Yumor sağaldır
Gülüş bədəndəki təbii ağrıkəsicilərin və “sevinc
hormonu” (ya da “həzz hormonu”) adlandırılan
endorfinlərin ifrazına səbəb olur. Endorfin sinirləri keyidir,
stress azalır, bədən sağalır. Həkimlər Norman Kazinsə
xəstə olduğunu, gücünün getdikcə azalacağını, ölməzdən
əvvəl dəhşətli ağrılara dözməli olacağını deyəndə o bir
otelə gedib otaq tutur və əlinə keçən bütün gülməli filmləri
özüylə aparır. 6 ay ərzində yalnız gülməli şeylərə baxıb,
bacardıqca çox və bacardıqca ucadan gülür. Özünün təyin
etdiyi müalicədən – gülüş terapiyasından sonra həkimlər
ondakı dəyişikliyə məəttəl qalırlar: Norman Kazins sağalır,
xəstəlik yoxa çıxır! Məhz bu hadisədən sonra Kazins
məşhur “Xəstəliyin anatomiyası” kitabını yazır və
endorfinlərin funksiyasını öyrənmək üçün böyük
araşdırmalara başlayır.

Endorfinlər gülən adamın beynindən çıxan


maddələr­dir. Bu maddələrin tərkibi morfi və heroinin
tərkibiylə eynidir və bədəni sakitləşdirir, immun sistemini
gücləndirir. Yəqin buna görədir ki, gülərüz və xoşbəxt
adamlar az xəstələnir, narazı, hər şeydən və hər kəsdən
şikayətlənən adamlar həmişə xəstə görünürlər.

Ağladacaq qədər gülməlidir

Ağlamaqla gülmək arasında həm fizioloji, həm də


psixoloji baxımdan yaxın əlaqə var. Axırıncı dəfə bərk
güldüyünüzü xatırlayın: gülməkdən sıxılırdız, hətta
özünüzü güclə idarə edirdiz... Bəs sonra? Sonra özünüzü
necə hiss etdiz?

Biz güləndə beynimiz endorfin buraxmağa başlayır, bu


maddə bütün bədənə işləyir və eyforiyaya səbəb olur, bizə
elə gəlir ki, uçuruq. Narkotik aludəçiləri də zəhərin
qəbulundan sonra özlərini bu cür hiss edirlər. Həyatda
gülmək üçün səbəbi olmayan, gülə bilməyən adamların
narkotiklərə, ya da içkiyə qurşanmasını belə izah etmək
olar. Alkoqol beyindəki əngəlləri boşaldır və adam gülə
bilir, nəticədə beyin “həzz hormonu” – endorfin buraxmağa
başlayır. Ağır və təmkinli adamların çoxu içkidən sonra
gülür, özünü bədbəxt hesab eləyən adamlar bir az da
ruhdan düşür, hətta qəzəbli və aqressiv olurlar.

....................................................................

Narkotiklərə və içkiyə qurşananlar özlərini

xoşbəxt hiss etmək istəyənlərdir.

....................................................................

Pol Ekman müəyyən edib ki, gülüş və təbəssüm insanı


çəkir, çünki sinir sisteminə güclü təsir edir.
Ətrafımız­dakıların üzündə təbəssüm varsa, biz də
gülümsəyirik və beynimiz endorfinləri buraxmağa başlayır.
Miskin, qəmli-qüssəli adamların əhatəsindəyiksə, bizim də
qaşqabağımız açılmaz, ruhdan düşərik.

....................................................................

Hüznlü, kədərli mühitdə işləmək sağlamlığa zərərdir.


....................................................................

Zarafatın təsiri

Demək olar ki, bütün zarafatların məğzi kimisə


aldatmaq, incitmək, qorxutmaqdır. Gözlənilməz hərəkət
beynimizi “qorxudur”. Sonra biz gülməyə başlayırıq və
çıxartdığımız səslər şimpanzelərin təhlükə barədə
xəbərdarlığına bənzəyir. Zarafatın real olmadığını, zarafat
olduğunu şüurlu şəkildə anlayırıq, amma gülüşümüzlə
endorfinlərin ifrazına, “özünü anesteziyaya” nail oluruq və
bununla sanki real ağrıdan, qorxudan qorunuruq. Baş
verənlər zarafat olmasa, yəni real olsa, biz ağlamağa
başlayarıq və beyin yenə endorfin buraxar. Ağlamaq çox
vaxt gülməyin genişlənməsidir. Ona görə də güclü
emosional böhran – sarsıntı olanda, məsələn, yaxınının
öldüyünü eşidəndə, bunu qəbul edə bilməyən adam əvvəl
gülə bilər. Reallığı dərk edəndə gülmək ağlamaqla əvəz
olunur.
İnsan gülüşü primatların xəbərdarlıq siqnalına bənzəyir

Gülüş otağı

1980-ci illərdə bəzi Amerika xəstəxanalarında “gülüş


otağı” yaradıldı. Norman Kazinsin və gülüşlə bağlı
tədqiqatlar aparan başqa bir mütəxəssis – Dr. Paç
Adamsın təcrübəsinə əsaslanaraq bu otaqlara lətifələrdən
ibarət kitablar, komediya filmləri lentləri və gülməli səs
yazıları yığdılar, ara-sıra komediya ustalarını, klounları
dəvət etdilər. Xəstələr gülüş otağında gündə 30 dəqiqədən
60 dəqiqəyə qədər vaxt keçirməliydi. Nəticələr inanılmaz
idi: pasiyentlər sürətlə sağalır, xəstəxanada çox az
qalırdılar. Bundan başqa, ağrıkəsicilərə ehtiyac azalmışdı,
xəstələr ağrıya dözə bilirdilər. Beləliklə, tibdə gülüşə ciddi
yanaşmağa başladılar.

....................................................................
Çox gülən çox qalır.

....................................................................

Yaxınlaşmaq üçün gülürük

Robert Provayn aşkar edib ki, insan ən çox


başqalarının əhatəsində gülür, nəinki tək olanda və
gülüşün səbəbi təkcə zarafat, yaxud gülməli əhvalatın özü
deyil, bunların gülüş payı cəmi 15%-dir. Əsas insanlar
arasındakı münasibətdir. Daha doğrusu, insan nəyəsə
güləndə əslində yanındakıyla münasibəti olduğu üçün, ya
da münasibət yaratmaq üçün gülür. Provaynın
araşdırmaları göstərib ki, adam tək olanda gülməkdən çox
özü ilə danışır. Gülməli videolara baxan pasiyentlərin
hərəkətlərini 3 halda lentə alıblar: videoya tək baxanda, bir
başqası (həmcinsi) ilə baxanda və dostu (həmcinsi) ilə
baxanda. Film nə qədər gülməli olursa olsun, ona tək
baxanlar dostu və ya bir başqasıyla baxanlardan az gülüb.
Bundan başqa, filmə bir yerdə baxanların qəhqəhəsi daha
uzun çəkib.

....................................................................

Gülüşə səbəb zarafatın özündən

çox yaxınlıq etmək istəyidir.

Zarafatın gülüş payı cəmi 15%-dir.

....................................................................

Belə çıxır ki, gülüş əsasən qarşılıqlı əlaqənin,


mehribanlığın göstəricisidir. Mühit nə qədər xoş olarsa,
adam bir o qədər gülər.

Yumor və satış
Sinsinatti Universitetinin Biznes Administrasiyası
Kol­le­cin­də marketinq üzrə professor Karen Maçleyt
müəy­yən edib ki, reklamlara yumor qatanda satışın həcmi
artır, çünki müştəri məzəli reklamları sevir. Maçleyt deyir
ki, gülməli reklam istehsalçıya etimad yaradır, istehlakçı
reklamçının təklifini asanlıqla qəbul edir. Məşhur adamın
qatıldığı gülməli reklamlar xüsusilə uğurlu olur.

Dodaqlar aşağı əyilirsə...

Şən adam dodaqlarının kənarlarını yuxarı dartaraq


gülümsəyir. Amma qüssəli, məyus, ruhdan düşmüş, acıqlı
və əsəbi adamın dodaqlarının kənarları aşağıya doğru
əyilir. Həyatı boyu bu emosiyalarla yaşayan adamların
dodaqları elə bu vəziyyətdə qalır və qocalanda belə
adamlar, təəssüf ki, buldoqa bənzəyirlər. Araşdırmalar
göstərir ki, bu adamlar heç kimin xoşuna gəlmir, uşaqları
qorxudur, böyüklər isə belələrinə baxmamağa, görəndə
uzaq durmağa çalışırlar. Güzgüyə baxın, siz də ağzınızı
belə əyirsizsə, tez-tez gülümsəməyə başlayın. Qocalanda
itə oxşamaq təhlükəsindən qorunmuş olarsız, həm də
özünüzü daha yaxşı hiss edərsiz.

Dodaqların kənarları aşağı əyilib. Bu ifadə üzün daimi

cizgisinə çevrilə bilər. İntuisiyamız bizi belələrindən


uzaq durmağa çağırır.

Qadınlara məsləhət

Boston Universitetindən Marvin Hext və Marianna


Lafransın araşdırmaları göstərir ki, itaətkar adamlar
dominant və özündən razı adamların yanında daha çox,
həm də bütün hallarda (dostyana mühit olmasa belə)
gülümsəyirlər. Ancaq dominant adamlar yalnız itaətkar
adamların, həm də itaətkar dostların əhatəsində olanda
gülür.

Elə bu araşdırmaların nəticələrinə görə qadınlar həm


evdə, həm də işdə kişilərdən çox gülümsəyir və
gü­lümsə­yən qadın ciddi kişilərlə görüşdə itaətkar və zəif
görünə bilər. Bəziləri hesab edir ki, bu “artıq” təbəssümə
səbəb, tarix boyu kişilərin qadını itaətə vadar etməsidir.
Amma müşahidə edib görüblər ki, səkkiz həftəlik qız uşağı
səkkiz həftəlik oğlan uşağından çox gülür. Daha inandırıcı
ehtimal var: təbəssüm qadının tarixi rolundan irəli gəlir. Axı
insanı bəsləyən – saxlayan, yedirdib-içirdən, öyrədən,
sakitləşdirən, böyüdən həmişə qadın olub. Bu o demək
deyil ki, qadın avtoritar ola bilməz. Ancaq təbəssüm
avtoritar qadını da yumşaq göstərir.

....................................................................

Təbəssüm elə bil qadının beyninə yeriyib.

....................................................................

Sosial psixoloq Dr. Nənsi Henli təbəssümü qadının


“sakitləşdirmə nişanı” adlandırır. Qadın çox vaxt güclü
kişini sakitləşdirmək, ya da onun könlünü almaq üçün
gülümsəyir. Henlinin araşdırmalarına görə gündəlik
toplantılarda qadınlar vaxtın 87%-ini gülümsəməyə həsr
edir, kişilər 67%-ni və qadınların 26%-i qarşı cinsin
təbəssümünə təbəssümlə cavab verir. Daha bir
eksperiment: Şən, kədərli və neytral qadınların əks
olunduğu 15 fotonu 257 nəfərə göstərib, hansı qadının
daha cazibədar olduğunu soruşublar. Ən aşağı qiyməti
kədərli qadınlar alıb. Respondentlərin fikrincə
gülümsəməyən qadın şəkilləri bədbəxtliyi ifadə edir,
gülümsəməyən kişi şəkilləri isə dominantlığı.

Qadınlar bu deyilənlərdən dərs ala bilər: işgüzar


görüş­lərdə dominant kişilərin üzünə gülməyin, ya da onlar
sizə gülümsədiyi qədər gülümsəyin. Əgər kişi qadını
inandırmağa çalışırsa, bütün hallarda çox gülümsəməlidir.

Məhəbbətdə gülüş

Robert Provayn aşkar edib ki, kişi qadına maraq


göstər­məyə başlayanda, onun dalınca gəzdiyi vaxtlarda
da qadın kişidən çox gülür, ya da gülümsəyir.

Gülüş cütlüyün uğurlu münasibətlərinin göstəricisidir.


Baxın, kişi qadını nə qədər güldürürsə, bir o qədər cəlb
edir. Axı başqalarını güldürmək bacarığı dominantlara
xasdır və qadınlar dominantlara üstünlük verir, kişilər isə
itaətkar qadınlara. Provayn onu da deyir ki, itaətkar adam
dominant adama onu sakitləşdirmək, itaətini bildirmək
üçün gülür. Dominant adam isə itaətkarı güldürür, amma
özü gülmür, bununla sanki üstünlüyünü vurğulayır.

....................................................................

Qadınlar onları cəlb edən kişilərin üzünə gülür,

kişiləri isə onlara gülən qadın cəlb edir.

....................................................................

Yəqin buna görədir ki, yumor hissi qadınların kişilərdə


axtardığı əsas cəhətlərdən biridir. Qadın, “O, elə gülməli
adamdır ki, axşam o qədər gülmüşük ki...” deyirsə, bilin ki,
“mən bu axşam çox gülmüşəm, çünki o məni çox güldürüb”
demək istəyir.

....................................................................

Bir kişi bir qadının yaxşı yumor hissi olduğunu deyirsə,

o, qadının zarafat etmək qabiliyyətindən yox,


qadının kişinin zarafatlarına gülmək qabiliyyətindən
danışır.

....................................................................

Kişilərin çoxu zarafatcıl olmağın dəyərini (qadınları cəlb


edir) bilir. Yəqin buna görədir ki, dostlarla da görü­şəndə
“lətifə yarışına” çıxır, ən gülməli lətifələri danışır,
ətrafdakıları güldürmək qabiliyyətlərini artırmağa çalışırlar.
Bir kişinin daha yaxşı lətifə danışması o biri kişinin xoşuna
gəlmir, ələlxüsus, onların yanında qadın varsa və bu
lətifələrə gülürsə... Bir kişi bütün qadınları güldürə bilirsə,
o biri kişilər onu ədəbsiz, həyasız hesab edir, hətta
əlahiddə gülməli olmadığını düşünürlər. Amma kişilər
anlamalıdırlar ki, qadınların çoxu zarafatcıl kişilərə
üstünlük verir. Siz də zarafatcıl ola bilərsiz.

Qadın kişini necə görür? Güldürə bilməyən kişi

qadına sol şəkildəki kimi görünür. Qadını güldürməyi

bacaran kişi sağ şəkildəkidir.


Nəticə

Gülərüzsünüzsə, ətrafınızdakılar da sizə gülümsəyəcək


və bu, həm sizdə, həm də ərafdakılarda xoş əhval-
ruhiy­yəyə səbəb olacaq. Gülümsəməyi vərdişə çevirəndə
işgüzar toplantılar da rahat keçir, nəticələr daha yaxşı olur,
görüşlər uzun çəkir, münasibətlər inkişaf edir.

Gülüş və təbəssüm immun sistemini gücləndirir,


bə­dəni xəstəliklərdən qoruyur, müalicə edir, ideyaları
satmağa, daha yaxşı dərs deməyə, daha çox dost
qazanmağa kömək edir, ömrü uzadır. Yumor sağaldır.

4-cü fəsil

QOLLAR NƏ DEYİR?

Kişilər qorxanda əllərini cinsiyyət orqanının üstündə


birləşdirir və özlərini daha rahat, təhlükəsizlikdə hiss
edirlər

Qollar sədd çəkir

Qorunmaq üçün nəyinsə arxasında gizlənmək


normaldır, biz uşaqlıqdan belə eləyirik. Balaca olanda
qorxan kimi stolun altına, şkafın içinə girir, ya da anamızın,
nənəmizin paltarının arasında gizlənirdik. Böyüdükcə
təcrübəmiz artdı. 6 yaşımızda gizlənməyin yaxşı hərəkət
olmadığını bilirdik, ona görə də qorxanda harasa girmir,
qollarımızı çarpazlayaraq sinəmizə sıxıb dururduq.
Yeniyetmə dövründə hisslərimizi gizlətməyə çalışaraq
qollarımızı boş saxlayır, amma həm də ayaqlarımızı bir-
birinin üstünə aşırırdıq. Yaş artdıqca jestlər də dəyişdi, indi
biz qollarımızı sinəmizə aparanda başqalarına
sezdirmədən hərəkət etməyə çalışırıq, nəticədə müxtəlif
vəziyyətlər alınır.
Qorxanda bir, ya hər iki qolumuzu sinəmizdə saxlayır,
bununla qorxduğumuz şeyə, təhlükəyə qarşı şüuraltı
baryer yaratmağa çalışırıq. Qollar ürəyin və ağciyərlərin
üstünə, bu orqanları qorumaq üçün sıxılır və bu o deməkdir
ki, qolların sinədə kəsişməsi jesti anadangəlmədir.
Meymunlar, o cümlədən şimpanzelər də hücumdan
qorunmaq üçün qollarını çarpazlayıb, sinələrinə sıxırlar.
İnsan isə əsəbi olanda, nəyisə rədd edəndə,
razılaşmayanda, şübhələnəndə və müdafiə olunmaq
istəyəndə belə edir, bununla narahatlığını büruzə verir.

Qolları çarpazlamağın nə ziyanı var?

Çarpazlanmış qollarla bağlı Birləşmiş Ştatlarda


aparılan tədqiqatın nəticələri ürəkaçan deyil. Eksperiment
üçün könüllüləri iki dəstəyə ayırıblar. Birinci dəstənin
üzvlə­rindən xahiş ediblər ki, leksiyalara qatılsınlar və
istədikləri yerdə rahat otursunlar, amma oturanda nə
qollarını, nə də ayaqlarını üst-üstə qoysunlar. İkinci
dəstənin üzvlərinə tapşırıq verilib ki, leksiyanı qollarını
sinələrində çarpazlayaraq dinləsinlər. Leksiyaların
sonunda tələbələrin biliyi qiymətləndirilib və lektora
münasibəti öyrənilib. İkinci dəstə həm leksiya, həm də
lektor haqda daha çox neqativ fikir bildirib, nəinki birinci
dəstə. Həm də ikinci dəstənin leksiyada dinlədiklərini
yadda saxlama göstəricisi birinci dəstədən 38% az olub.

....................................................................

Qollarınızı çarpazlamaqla sizə olan etimadı kəskin

şəkildə azaldırsız.

....................................................................

1989-cu ildə biz də belə bir eksperiment aparmışdıq, 6


müxtəlif leksiyada iştirak edən 1500 adamın rəyini
almışdıq. Nəticələr eyni idi. Bu göstərir ki, qollarını
sinəsində çarpazlayan adam qarşısındakı haqda neqativ
düşünməyə başlayır, həm də onun dediklərinə bir elə
diqqət eləmir. Ona görə də təlim mərkəzlərində stulların
qolu olmalıdır ki, iştirakçılar qollarını sinələrinə
aparmasınlar.

Razıyam... Amma axı mənə belə rahatdır

Bəzi adamlar etiraz edirlər, qollarını sinələrində vərdiş


elədikləri üçün, onlara belə rahat olduğu üçün
çarpazladıqlarını deyirlər. Amma jestin rahatlığına səbəb
onun vəziyyətə uyğun olmasıdır. Yəni siz əsəbi və
narahatsızsa, qarşınızdakıyla razılaşmırsızsa, ya da
qorxursuzsa və müdafiə olunmaq istəyirsizsə, qollarınızı
sinənizdə çarpazlamaqla nisbətən rahat olacaqsız. Amma
əgər dostlarınızın əhatəsindəsizsə və əylənirsizsə,
qollarınız sinənizdə qalsa, sizi narahat edəcək.

Unutmayın ki, istənilən jest yoluxucu xəstəlik kimidir,


qarşıdakına da keçir, daha doğrusu, xəstəliyin virusu –
jestin mənası bir adamdan o birinə ötürülür. Siz başınızı
dik tutub arxaya oturaraq, qolunuzu qoynunuza qoya və
belə daha rahat olduğunuzu deyə bilərsiz. Amma
ətrafdakılar bu jestə neqativ reaksiya verəcəklər (bunu
tədqiqatlar sübut edir). Ona görə də bütün hallarda
qollarınızı sinə­nizdə çarpazlamaqdan çəkinin, əlbəttə,
əgər bunu qəs­dən – həmsöhbətinizlə razılaşmadığınızı
bildirmək üçün etmirsizsə.

....................................................................

Qollarınızı sinənizdə çarpazlayanda özünüzü

rahat hiss edə bilərsiz, amma ətrafdakılar elə biləcəklər


ki, sizə yaxınlaşmaq olmaz.

....................................................................

Gender fərqləri

Kişi qollarını düz tutanda içəri, qadın isə bayıra


dön­dərir. Məhz buna görə kişilər daha yaxşı nişan alır,
hədəfə vururlar. Qadın isə qollarını dirsəkdən geniş aça
bildiyi üçün uşağı daha rahat saxlayır.
Kişi qolunu içəri döndərdiyi

üçün dəqiq nişan alır;

qadının qolu bayıra açılır,

aldığını rahat tutur

Maraqlıdır ki, qadınlar onları cəlb edən kişilərin


əhatə­sində olanda qollarını daha çox açıq saxlayırlar,
xoşları gəlməyən, aqressiv kişilərin yanında qollarını
sinələrində çarpazlayırlar.
Qollar sinədə çarpazlanırsa...

Qolları sinədə çarpazlamaq xoşlamadığınız əşya, ya da


adamla öz aranızda sədd çəkmək cəhdidir. Qollar sinədə
müxtəlif formada kəsişir. Gəlin ən çox istifadə olunan
formaları müzakirə edək.

Qollar sinədə çarpazlanıb: o sizə heç nə demək istəmir,

siz də yaxınlaşmaq niyyətində deyilsiz

“Çarpaz qollar” universal jestdir, dünyanın hər yerində


istifadə olunur və hər yerdə narazılığın, ya da müdafiənin
göstəricisidir. Toplantıda, növbədə, kafeteridə, liftdə və
adamların narahat olduğu, ehtiyat etdiyi başqa ictimai
yerlərdə, yad, qərib adamlarda müşahidə olunur.

Bir dəfə yerli şuranın toplantısında iştirak edirdik,


inşaatçıların ağacları kəsməsi məsələsi müzakirə
olunurdu. Tikinti şirkəti təmsilçiləri otağın bir tərəfində,
onların rəqibi – “yaşıllar” isə digər tərəfdə oturmuşdular.
Toplantı başlayanda əyləşənlərin, demək olar ki, yarısı
qollarını sinəsində çarpazlamışdı. İnşaatçılar çıxış edəndə
“yaşılların” 90%-i belə oturmuşdu. Yaşıllar danışanda
inşaatçıların az qala hamısı qollarını sinəsinə apardı.
Deməli, adamlar bu jestdən eşitdiklərilə razılaşmayanda
istifadə edir. Bəzi məruzəçilər dinləyicilərinin sinədə
kəsişən qollarına fikir vermir, nəticədə dediklərini
auditoriyaya çatdıra bilmirlər. Təcrübəli lektor bu jesti
görəndə yaxşı bir “buzqıran”a (auditoriyanı hərəkətə
gətirən oyun) ehtiyac olduğunu anlayır və dinləyicilərinin
həm oturuşunu, həm də fikrini dəyişməyə nail olur.

Söhbət etdiyiniz adamın qollarını sinəsində


çarpazladığını görsəniz, bu adamın sizinlə razılaşmadığını
anlayacaqsız. Və nə qədər arqument gətirirsiniz gətirin,
həm­söhbətiniz duruşunu dəyişməyibsə, dediklərinizin
mənası yoxdur. Bu adam sizinlə razı olduğunu söyləyə
bilər, amma jest başqa şey deyəcək.

....................................................................
İnsan qollarını sinəsində nə qədər çox saxlayarsa,

bir o qədər neqativ düşünər.

....................................................................

Bu halda həmsöhbətinizin hərəkətinin səbəbini


anlamağa və onun duruşunu dəyişməyə çalışsanız
yaxşıdır. Duruşu formalaşdıran adamın fikridir, duruş
dəyişməyincə fikir də dəyişmir.

Çıxış yolu

Qollarını sinəsində çarpazlayan adamın jestini


“sındırmağın” ən asan və ən effektiv yolu bu adama iş
tapşırmaq, ya da əlinə bir şey verməkdir. Kitab, broşür,
jurnal və sair versəniz, adam qollarını açmalı və oxumaq
üçün azca əyilməli olacaq. Bu isə daha açıq duruşdur və
daha açıq münasibətə səbəb olur.
Həmsöhbətinizdən xahiş edə bilərsiz ki, azca qabağa
əyilib göstərdiyiniz əşyaya, şəklə, ya videoya baxsın. O,
sinəsində saxladığı qollarını istər-istəməz aşağı salacaq.
Bu zaman siz də əllərinizi açıq vəziyyətdə (“əlin içi yuxarı”)
uzada və soruşa bilərsiz: “Bəs siz nə fikirdəsiz?”, ya da
“Deyəsən sualınız var, buyurun!” İndi yayxanıb otura
bilərsiz, bununla danışmaq növbəsini həmsöhbətinizə
verdiyinizi vurğulayarsız. Əllərinizi açıq vəziyyətdə
uzatmaqla siz dürüst olduğunuzu və qarşınızdakının da
dürüst və açıq olmasını istədiyinizi bildirirsiz (bu barədə bir
söz demədən).

....................................................................

“Axı mən bu qədər qələmi, karandaşı, kitabçanı əlimdə

niyə saxlayıram?” – deyə bayram yolkasına


bənzəməyə

başlayan müştəri soruşur. “Bu məsələyə bir azdan

qayıdacağam”– deyən satış meneceri söhbətinə davam


edir.
....................................................................

Danışıq aparan adamlar, eləcə də satış menecerləri


bilirlər ki (öyrədilirlər), müştərinin əlləri sinəsində
çarpazlanıbsa, söhbəti uzatmağa dəyməz. Çox vaxt
müştəri etirazını gizli şəkildə bildirir, amma danışan adam
onun duruşuna fikir vermir, belə söhbətin nəticəsi yaxşı
olmaya bilər .

Sıxılıb çarpazlanmış qollar

Bəzən adam həm yumruqlarını sıxır, həm də əllərini


qoynunda bərk-bərk saxlayır. “Sıxılmış yumruq,
çarpazlanmış qol” müdafiə və ədavətin əlamətidir. Eyni
zamanda dodaqların sıxılıb dartıldığını, yaxud dişlərin
qıcandığını və üzün qıpqırmızı qızardığını görsəniz,
ehtiyatlı olun, qarşınızdakı sizə hücum (hətta fiziki) edə
bilər. Bu münasibətin səbəbini bilmirsizsə, öyrənməyə
çalışın, əl­bəttə, sakit danışmaqla! Axı həmsöhbətiniz
aqressivdir.

“Sıxılmış yumruq,

çarpazlanmış qol”

ədavətin göstəricisidir

Sıxılmış qollar
Elə insan var ki, çox narahat olanda sanki özünü
qucaqlayaraq sakitləşməyə çalışır, hər iki qolunu bərk sıxıb
dayanır. Bu jest narazılığı və təmkini ifadə edir. Bədənin ön
hissəsini gizlətmək, ya da toxtamaq üçün istifadə olunur.
“Sıxılmış qollar”ı həkimin, stomatoloqun gözləmə
otağında, ya da təyyarədə görmək olar (ilk dəfə uçanlar
təyyarə havaya qalxanda özlərini bu jestlə toxtatmağa
çalışırlar). Bəzən adam qollarını elə bərk sıxır ki, qan
işləmir, əllər, oynaqlar ağarır.
“Sıxılmış qollar” sizə etibar

etmir, satdığınızı

almaq istəmir...

Məhkəmə zalında “sıxılmış yumruq, çarpazlanmış


qollar” iddiaçıda, “sıxılmış qollar”ı müttəhimdə görə
bilərsiz.

Müdir və işçiləri

Status qol hərəkətlərinə təsir edir. Məsələn, müdir öz


üstünlüyünü vurğulamaq üçün qollarını çarpazlamaya bilər
və bununla sanki “Mən qorxmuram, müdafiəyə ehtiyacım
yoxdur, ona görə də qollarımı açıq saxlayıram” deyər.
Tutaq ki, şirkətdə təntənəli yığıncaq keçirilir və müdiri bir
neçə yeni işçiylə tanış edirlər. Müdir onların əlini sıxıb (həm
də “əlin içi aşağı” vəziyyətdə), bir metr arxaya çəkilir və
qollarını yanına sallayır, ya da şahzadə Filip kimi arxasında
tutub“ovuc-ovuca” birləşdirir (üstündür) və yaxud bir, ya da
hər iki əlini ciblərinə qoyur (qoşulmur). O, qollarını nadir
hallarda sinəsinə aparır, çünki daxili vəziyyətini əsla
büruzə vermək istəmir.

İşçilər isə, əksinə, müdirin əlini sıxandan sonra qollarını


çarpazlaya bilərlər, çünki ondan çəkinirlər. Həm yeni
işçilər, həm də müdir rahatdır, axı hərə öz statusuna uyğun
dayanıb, uyğun jestlərdən istifadə edir.

Bəs əgər müdirin qarşısında dayanan gənc, perspektivli


və özündən razı tipdirsə, həm də özünü müdir qədər vacib
bilirsə, üstəlik bunu göstərməyə çalışırsa? Belə ola bilər:
Bu gənc müdirin əlini sıxandan (əllər şaquli vəziyyətdə –
bərabərlik) sonra əllərini qoynuna qoya, ancaq baş
barmaqlarını dik tuta bilər. Bu jest onun özünü “əla” hiss
etdiyini və kontrolu əldə saxladığını göstərir. Həm də
danışdıqca bəzi məqamları baş barmaqlarıyla vurğulayır.
Baş barmaqlar dik durub:

ehtiyat edir, qorunur,

eyni zamanda,

“mən əla oğlanam” deyir

Baş barmağı dik tutmaq özünə inamın, qolları


çarpazlamaq isə müdafiənin, qorunmanın göstəricisidir.

İtaətkar adam ehtiyat edəndə simmetrik vəziyyətdə


oturur, yəni bədəninin hər iki tərəfi eyni hərəkəti edir, sanki
bir tərəf o biri tərəfin güzgüsüdür. Belələrinin əzələləri
gərilmiş olur, hücum gözləyən adama bənzəyirlər. Ehtiyat
edən dominant isə asimmetrik, yəni necə gəldi dayanır,
bədənin bir tərəfi o biri tərəfi əks etdirmir.

Baş barmaqlar dik durursa...


Özünüz haqda məlumat verəndən sonra, görüşün
axı­rı­na yaxın qarşınızdakının əllərini qoynuna qoyub baş
barmaqlarını dik tutduğunu, eləcə də başqa pozitiv jestlər
elədiyini görürsünüzsə, vaxtdır, iş məsələsinə keçə, iş
istəyə bilərsiz. Yox, əgər görüşün sonuna yaxın “sıxılmış
yumruq, çarpazlanmış qol”, eyni zamanda daş kimi
ifadəsiz üzlə qarşılaşmısınızsa, “hə” almağa çalışmayın,
başınız ağrıyar. Yaxşısı budur, qarşınızdakının etirazının
səbəbini öyrənmək üçün suallar verin. Təklifinizə rədd
cavabı veriblərsə, aqressiv görünməmək və qarşı tərəfin
fikrini dəyişmək çətin olur. Bədən dili qabiliyyətiniz sizə
rədd cavabını cavab səslənməmişdən əvvəl “görməyə”
imkan verir və siz başqa istiqamətdə hərəkətə keçmək
üçün vaxt qazanırsız.

....................................................................

“Yox”u eşitməmişdən əvvəl “görsəniz”,

məsələyə başqa tərəfdən yanaşmaq fürsətiniz olar.


....................................................................

Silah gəzdirən, ya da zireh geyinən adamlar qollarını


nadir hallarda çarpazlayırlar, çünki silah və zirehli paltar
onları kifayət qədər qoruyur. Silahlı polis işçisi adətən keşik
çəkəndə qollarını sinəsində çarpazlayır, həm də
yumruqlarını sıxır və bununla sanki dayandığı yerdə keçidə
icazə verilmədiyini vurğulamaq istəyir.

Özümüz özümüzü qucaqlayırıq

Uşaq vaxtı çətinliklə üzləşəndə, gərgin anlarımızda


valideynimizin qucağına sığınır, təsəlli tapırdıq. İndi də
dara düşəndə o hissləri yaşamaq, qucaqlanmaq, özümüz-
özümüzü qollarımız arasına almaq istəyirik. Amma
qollarımızı həmişə çarpazlaya bilmirik, bu jest adamı “ələ
verər”, ətrafdakılar qorxduğumuzu anlayar. Ona görə də
qadınlar “çarpaz qollar” jestini, nəzərə çarpmayan
“yarımbaryer” jestiylə əvəz edir; sədd çəkmək istəyəndə bir
qolla o biri qoldan yapışır, sanki özlərini qucaqlayırlar. Bu
jest daha çox toplantılarda yad, yaxud özünə inamı az olan
adamlarda müşahidə edilir. Belə dayanan qadından
duruşunun səbəbini soruşsanız gərgin olsa da, “belə
rahatdır”, deyəcək.

Özünü, uşaqlığında

anası onu tutduğu kimi tutub


“Yarımbaryer” jestindən kişilər də istifadə edir, ancaq
onlar qollarını yox, əllərini tuturlar. Kişilər adətən kütlə
qarşısında çıxışa, ya da mükafat almağa hazırlaşanda belə
dayanırlar. Buna “qırıq bağ” vəziyyəti deyilir (şalvarının
bağı qırılan və açıq qalan kişi də belə durur). Bu vəziyyətdə
kişi özünü daha təhlükəsiz hiss edir, çünki “var-dövlətini”,
ya da belə deyək, “tax-tacını” zərbədən qoruyur.
“Qırıq bağ” vəziyyəti

Pulsuz yeməkxanada növbədə dayanan, sosial


müa­vinət gözləyən kişilər də bu vəziyyəti alır, zəif və
kədərli olduqlarını büruzə verirlər. Bu, həm də kiminsə
onların əlindən tutması hissini xatırladır. Adolf Hitler kütlə
içində həmişə belə dayanırdı, sanki cinsi çatmazlıq hissini
gizlətməyə çalışırdı (Hitlerin cəmi bir xayası vardı).

İnsanlar həmişə ən zəif cəhətlərini gizlətməyə

çalışırlar
Ola bilər ki, kişilərin qolları bu vəziyyəti almaq üçün
qısalıb, çünki insana ən yaxın olan primatlar – şimpanzelər
belə dayananda əlləri dizlərinə çatır.

Varlı və məşhur adamlar

narahat olanda

Kral ailəsi üzvləri, siyasətçilər, kinoaktyorlar, efirdən


tanıdığımız məşhurlar – bir sözlə, kütlə qarşısına tez-tez
çıxan adamlar da hamı kimi narahat olur, həyəcanlanır,
onların da bəzən özlərinə inamı azalır. Ancaq belələri
ətrafdakıların onların narahatlığından agah olmasını heç
istəmir, həmişə sakit və təmkinli obraz yaratmağa üstünlük
verirlər. Qollarını çarpazlamasalar da, “çarpaz qollar”
jestinin müxtəlif formalarından istifadə edib, hisslərini ört-
basdır eləməyə çalışırlar. Necə?

“Çarpaz qollar” jestinin bütün formalarında olduğu kimi


qol bədənin ön hissəsini örtərək o biri qola doğru
qolaylanır, amma qoldan tutmaq əvəzinə qola yaxın, ya da
qolda olan əşyadan – saat, bilərzik, əl çantasının tutacağı,
köynəyin manjetindən yapışır, yaxud ona sadəcə toxunur.
Nəticədə yenə sədd çəkilir və adam arxayınlaşır.

Məşhur adamlar da kütlə qarşısında

hamı kimi həyəcanlanır

Zaponka taxan kişilər çox vaxt səhnəyə çıxanda, yaxud


hamının qarşısından keçəndə onu düzəldirmiş kimi
hərə­kət edirlər. Bu, şahzadə Çarlzın ən çox istifadə etdiyi
jest­lərdəndir, o da hamının gözü qarşısında yeriyəndə
əlini zaponkasına atır.

Şahzadə Çarlzın əlini


biləyində saxlaması onun

narahat olduğunu göstərir.

Yəqin hesab edirsiz ki, şahzadə Çarlz kimi yarım


əsr­dən artıqdır kütlə qarşısına çıxan, xalq arasında tez-
tez görünən adam buna vərdiş eləmiş olar və
həyəcanlanmaz. Ancaq jestləri belə vəziyyətə düşən hər
bir adam kimi şahzadənin də narahat olduğunu göstərir.

Narahat və utancaq kişilər tez-tez saatın bağını


düzəl­dir, portmanatın içinə baxır, əllərini bir-birinə sürtür,
ya sıxır, köynəyinin qoluyla “oynayır”. Yəni bütün hallarda
qol bədənin qarşısına sədd çəkir. Bu cür jestlər əsasən
kütlənin qarşısından keçən, məsələn, mükafat almaq üçün
səhnəyə çıxan adamlarda, ya rəqs meydançasında
yeriyən, qadını rəqsə dəvət etməyə gedən kişilərdə
müşahidə olunur. İş adamı narahat olanda toplantıya
sinəsində tutduğu portfel və ya qovluqla gedir. Təcrübəli
müşahidəçi bütün bu jestlərin həyəcanı ört-basdır eləmək
cəhdi olduğunu bilir və jest sahibi ifşa olunur.
Qadınların narahatlığını ört-basdır edən jestlər daha az
nəzərə çarpır. Çünki onlar utananda, yaxud özlərinə əmin
olmayanda pul kisəsi, ya da əl çantası kimi əşyaları sıxa
bilərlər. Kraliça Yelizavettanın qızı şahzadə Anna xalq
arasına çıxanda çox vaxt əlində bir dəstə gül tutur. Kraliça
özü isə ya gül, ya da çanta götürür. Əlbəttə, bu çantada
pomada, kredit kartı, ya da teatra bilet ola bilməz. Kraliça
çantadan ona rahatlıq verən bir əşya kimi, ya da mesaj
göndərmək üçün istifadə edir. Kral ailəsini müşahidə
edənlər Kraliça Yelizavettanın mühafizəçilərinə göndərdiyi
12 işarəni qeydə alıblar. Kraliça dayanmaq, getmək, onu
təngə gətirən adamdan qurtarmaq, ya da uzaqlaşmaq
istəyini işarələrlə bildirir.

Çantadan baryer kimi istifadə olunub


Nəzərə çarpmayan baryerlərdən biri də iki əllə tutulmuş
eynək, ya da fincandır. Əlbəttə, fincanı da, eynəyi də bir
əldə saxlamaq mümkündür. Amma onlardan ikiəlli
yapışanda biz yenə qollarımızı işə salır, bədənimizin
qarşısına sədd çəkmiş oluruq. Belə jestlərdən, demək olar
ki, hamımız istifadə edirik, sadəcə xəbərimiz yoxdur.

Gül dəstəsini sıxmaq

utancaqlığın əlamətidir
“Bir fincan baryer”

Həmsöhbətinizin sizin fikrinizə münasibətini bilmək


istəyirsizsə, arada çay, ya da qəhvə təklif edin, bu əla
strategiyadır. Adam fincanı, çayını içib qurtaran kimi yerə
qoyursa, bilin ki, dediklərinizi qəbul etməyə hazırdır, ya da
siz artıq onu inandırmısız. Eşitdiklərilə razılaşmayan, ya da
tərəddüd, şübhə edən adam içəndən sonra fincanı
qabağına qoyur və buraxmır, beləliklə, təkəlli baryer
yaradır. Sizinlə razılaşan, ya sizə açıq münasibət göstərən
adam fincanı kənara qoyacaq.

Yayxanmaq – dirsəkləri oturacağın qoluna qoyub


arxaya, özü də dik oturmaq güc və hakimiyyətin
göstəricisidir, güclü, həm də dürüst adam obrazı yaradır.
Məğlub, əzik və itaətkar adamlar qollarını oturacağın
qolunun altına salırlar. Məğlub olduğunuzu qəsdən
göstərmək niyyətiniz yoxdursa, heç vaxt belə oturmayın.
Toxunuşun gücü

Görüşəndə əlini sıxdığınız adama eyni zamanda o biri


əlinizlə toxunsaz, çox böyük nəticələr əldə edərsiz.

Minnesota Universitetində sonralar “Telefon köşkündə


test” adı ilə tanınan maraqlı bir eksperiment aparılıb.
Köş­kün çıxışına xırda pul atıb, yaxınlıqdakı ağacların
arxa­sında gizləniblər. Kimsə köşkə girib pulu tapanda
gizlənənlərdən biri çıxıb ona yaxınlaşaraq: “Mən burda pul
itirmişəm, görməmisiz? Mənə lazımdır, yenə zəng
et­məliyəm” – deyirmiş. Pulu götürənlərdən cəmi 23%-i
tapdığını etiraf edib, pulu geri qaytarıb.

Sonra eyni şeyi təkrarlayıblar, amma bu dəfə


yaxınlaşanda pulu götürən adamın dirsəyinə yüngülcə
toxunaraq (2-3 saniyəlik) eyni sualı veriblər. Pulu
tapanlardan 68%-i etiraf edib, bəziləri hətta sıxılıb, “elə
mən bu pulun sahibini axtarırdım” kimi cümlələr işlədiblər.
....................................................................

Ehtiyatlı toxunuş istədiyini almaq üçün adama

3 qat artıq şans verir.

....................................................................

Bu texnikanın yararlı olmasının 3 səbəbi var: birincisi,


dirsək bədənin “ictimai” hissəsi sayılır, və məhrəm
hissələrdən uzaqdır; ikincisi, dünyanın çox yerində yad
adama toxunmaq normal deyil, ona görə də adama
toxunanda ona təsir etmiş oluruq; üçüncüsü, yüngül, 2-3
saniyəlik toxunuş adamlar arasında ani bağlılıq yaradır.
Eyni eksperimenti televiziya proqramı üçün apardıq.
Məlum oldu ki, mədəniyyətlərdən, daha doğrusu, toxunuşa
münasibətdən çox şey asılıdır və pulu qaytaranların sayını
bu fakt müəyyən edir. Məsələn, Avstraliyada aparılan
eksperiment zamanı dirsəyinə toxunulanlardan 72%-i
tapdığı pulu verdi, ingilislərin göstəricisi 70%, almanlarınkı
85%, fransızlarınkı 50%, italyanlarınkı 22% idi. Belə çıxdı
ki, yad adama toxunmağın normal olmadığı yerlərdə bu
fənd daha çox işə yarayır.

Səyahət etdiyimiz ölkələrdə açıq havadakı kafelərdə


adamları müşahidə elədik, onların bir-birinə toxunuşunu
saydıq. Romada saatda 220, Parisdə 142, Sidneydə 25,
Nyu-Yorkda 4, Londonda 0 toxunuş qeydə almışdıq.
Deməli, toxunuş daha çox Almaniyada və Britaniyada
təsirli ola bilər.

....................................................................

Britaniyalı, yaxud almansızsa,

sizə toxunmaqla təsir etmək olar.

....................................................................

Ümumiyyətlə, qadınlar qadınlara 4 dəfə artıq


toxunurlar, nəinki kişilər kişilərə. Çox yerdə dirsəkdən
aşağı və dirsəkdən yuxarı toxunuş, dirsəyə toxunuş qədər
müsbət nəticə vermir, neqativ reaksiyaya səbəb olur.
Dirsəyə toxunuş 3 saniyədən çox çəkəndə də nəticə yaxşı
olmur, adam qəfil çevrilib tərs-tərs toxunanın əlinə baxır ki,
neylədiyini görsün.

Əllərə də toxunun

Kitabxanaçıların iştirakıyla eksperiment aparılıb.


Təli­mata əsasən kitabxanaçı kitabı verəndə, onu götürən
adamın əlinə yüngülcə toxunurmuş. Kitabxanadan çıxanlar
arasında sorğu keçirilib, onlara göstərilən xidmət haqda
məlumat istəyiblər. Kitabxanaçının toxunduğu adamlar
bütün suallara müsbət cavab verib, hətta kitabxanaçının
adını xatırlayıb, ya da xatırlamağa çalışıblar. Britaniyada
supermarketlərdə oxşar eksperiment aparılıb, satıcı
müştərilərdən pul alanda yüngülcə onların əlinə toxunub,
nəticələr eyni – pozitiv olub. Birləşmiş Ştatlarda belə bir
eksperimentə ofisiantları cəlb ediblər. Hamı bilir ki,
müştərinin ödənişinin qalığı – xırda pul ofisiantındır.
Eksperimentdə iştirak edən qadın ofisiantlar xidmət
zamanı kişilərin dirsəyinə, ya da əlinə toxunmaqla 36% çox
gəlir əldə ediblər, nəinki müştəriyə toxunmayan ofisiantlar.
Kişi ofisiantlar isə həm qadın, həm də kişi müştərilərin
əlinə, ya dirsəyinə toxunaraq xidmət etməklə gəlirlərini
22% artırıblar.

Gələn dəfə tanımadığınız adamla görüşəndə əlini


sıxdığınız vaxt sol əlinizi də qaldırın, ehmalca onun
dirsəyinə, ya da sıxdığınız əlinə toxundurun. Adamın adını,
düzgün tələffüz edib-etmədiyinizi yoxlayırmış kimi
təkrarlayın və reaksiyasına baxın. Həmsöhbətiniz özünün
vacib biri olduğunu hiss edəcək, siz isə onun adını
təkrarladığınız üçün unutmayacaqsız.

Ələ və dirsəyə toxunuş – əlbəttə, yerində toxunuş –


diqqəti cəlb edir, fikrinizi vurğulayır, başqalarına təsirinizi
artırır, hər kəsdə müsbət təəssürat yaradır və siz yadda
qalırsız.

Nəticə

Nə deyirsiz deyin, “çarpaz qollar” neqativ jestdir və


qarşıdakına mütləq təsir edir. Qollarınızı kürəyiniz ağrıdığı
üçün çarpazlasanız da, həmsöhbətiniz şüuraltı sizin
onunçün qapalı olduğunuzu görəcək. Qollarınızı
çarpazlamamaq üçün məşq etmək barədə indi qərar verin,
gələn fəsillərdə sizə pozitiv görünməyin başqa yollarını da
öyrədəcəyik.

5-ci fəsil

MƏDƏNİYYƏTLƏR ARASINDA FƏRQLƏR

Britaniyalı, alman, ya amerikan,

bu jesti kim necə başa düşər?

Təsəvvür edin ki, almaq istədiyiniz bir evə baxırsız,


otaq-otaq gəzirsiz. Hamamın qapısını açanda görürsüz ki,
vannada çılpaq bir qadın uzanıb! Sizcə, bu qadın sizə necə
reaksiya verər?

Amerikalı, ya da britaniyalı qadın o dəqiqə əlinin birini


sinəsinə, birini isə aşağı – cinsiyyət orqanın üstünə aparar.
İsveçli qadın yalnız cinsiyyət orqanının üstünü örtər.
Müsəlman qadın üzünü tutar. Sumatralı dizlərini, samoalı
yalnız qarnını qucaqlayar.

Pizza yeyərkən

Kitabın bu hissəsini yazanda İtaliyada, Venesiya


şəhə­rində idik, bir konfransda mədəniyyətlər arasındakı
fərqlərdən danışırdıq. Birinci dəfə deyildi İtaliyaya səfər
edirdik, yoxsa gördüklərimiz bizi şok vəziyyətinə salardı...

Məsələ burasındadır ki, bütün ölkələrdə maşınlar yolun


hansı tərəfi ilə hərəkət edirsə, piyadalar da səkinin həmin
tərəfilə addımlayır. Yəni siz Britaniyadan, Avstraliyadan,
Cənubi Afrika və ya Yeni Zelandiyadansızsa, bütün
hallarda yolun solu ilə gedirsiz. Nəticədə İtaliyada səkidə
gəzəndə dəqiqəbaşı italyanla toqquşur, az qala baş-başa
dəyirsiz. Çünki qarşıdan gələni görəndə yol vermək üçün
siz sola addım atırsız, italyan isə sağa! Səkidə baş verən
“mədəniyyətlərarası toqquşmaların” birinci səbəbi gün
eynəyidir. Xarici ölkədə eynəklə gəzirsizsə,
qarşınızdakının hansı tərəfə baxdığını və addımını hansı
yana atacağını bilmirsiz. Eyib etməz, hesab eləyək ki, bu,
maraqlı insanlarla tanışlığın yeni yoludur.

Sizi İtaliyada çox şey çaşdıra bilər. Məsələn,


sağollaşanda birinin əlini sıxırsız, o sizin üzünüzdən öpür.

....................................................................

Yola düşəndə italyan mənim yanaqlarımdan öpdü.

Mən o an ayaqqabımın bağlarıyla əlləşirdim.

VUDİ ALEN

....................................................................

Yerli italiyalı biriylə söhbət edərkən düz onun


qarşısında, yəni həmin adamın şəxsi məkanında dayanır.
Üstəlik, hər dəqiqə adamdan yapışır, yaxud onun başının
üstündən başqasıyla danışır, daha doğrusu, qışqırır, acıqlı
cavablar verir... Amma bunların hamısı bir dostcanlı
italyanın gündəlik danışıq tərzidir. Bütün mədəniyyətlər
eyni ola bilməz ki...

Testlərə baxaq

Bədən dilinin mədəniyyətlərarası fərqlərindən


xəbə­riniz varmı? Gəlin belə eləyək: elə bu dəqiqə əlinizi
qaldırın və beş rəqəmini göstərməyə çalışın. İndi iki
rəqəmini göstərin. Anqlosaksonsunuzsa, yəqin ki, orta və
şəhadət barmaqlarınızı göstərirsiz (96%), avropalısızsa,
baş və şəhadət barmağınızı qaldırmısız (94%). Avropalılar
saymağa baş barmaqdan başlayırlar, yəni birinci baş
barmaq, ikinci şəhadət barmağı, üçüncü orta barmaq və s.
olur. Anqlosaksonlar isə şəhadət barmağından başlayaraq
sayıb, baş barmaqda bitirirlər, yəni birinci şəhadət
barmağı, ikinci orta barmaq, beşinci baş barmaq olur.

İndi də şəkildəki əl işarələrinə baxın, görək hər işarədə


neçə məna tapa bilərsiz. Hər düzgün cavaba görə bir xal
qeyd edin, hər səhv cavaba görə bir xal çıxın. Cavablar
şəkillərdən sonra sadalanır.

Hər düzgün cavaba görə özünüzə bir xal yazın

Avropa və Şimali Amerika: Əla! Yaxşı! Düzdür! Hər şey


qaydasındadır. Aralıq dənizi ətrafı, Rusiya, Braziliya və
Türkiyə: Dəlik işarəsi; cinsi təhqir: homoseksual. Tunis,
Fransa və Belçika: Sıfır; lazımsız, faydasız və dəyərsiz.

Yaponiya: Pul; qəpik

Qərb ölkələri: Bir. Bağışlayın! Allah şahiddir ki... Yox!


Olmaz! (uşaqlara)

Britaniya, Avstraliya, Yeni Zelandiya, Malta: Rədd ol!


Cəhənnəm ol!

ABŞ: İki

Almaniya: Qələbə

Fransa: Sülh
Qədim Roma: Yuli Sezar beş pivə sifariş edir

Avropa: Üç

Katolik ölkələri: Xeyir-dua

Avropa: İki

Britaniya, Avstraliya, Yeni Zelandiya: Bir

ABŞ: Ofisiant

Yaponiya: Təhqir

Qərb ölkələri: Dörd

Yaponiya: Təhqir

Qərb ölkələri: Beş

Hər yerdə: Dayan!


Yunanıstan və Türkiyə: Cəhənnəm ol! Rədd ol!

Aralıq dənizi ətrafı: Kiçik penis

Bali: Pis

Yaponiya: Qadın

Cənubi Amerika: Arıq, nazik

Fransa: Məni aldada bilməzsiz!

Aralıq dənizi ətrafı: Xanımınız sizə xəyanət edir!

Malta və İtaliya: Bəd nəzərdən qorunma

Cənubi Amerika: Uğursuzluqdan qorunma

USA: Texas Universitetinin loqosu; Texasın

Lonqhorn futbol komandası

Yunanıstan: Rədd ol! Cəhənnəm ol!

Qərb: İki
Qədim Roma: Bunu görərsən!

ABŞ: Üstündə oturarsan bunun! Cəhənnəm ol!

Avropa: Bir

Avstraliya: Üstündə oturarsan bunun!

(yuxarı qaldıranda)

Çox yerdə: Avtostop. Əla! Yaxşı! Düzdür!

Hər şey qaydasındadır!

Havay adaları: Vecinə də alma!

Hollandiya: İçmək istəyirsiz?

ABŞ: Mən səni/sizi sevirəm

Qərb: On. Təslim oluram


Yunanıstan: Cəhənnəm ol!

Çox yerdə: Düz deyirəm

Nə qədər xal topladınız?

30 xaldan çox: Siz çox gəzmisiz, yaxşı təhsil almısız,


geniş dünyagörüşünə, düşüncə tərzinə maliksiz.
Milliy­yətindən və kimliyindən asılı olmayaraq hamıyla dil
tapırsız. Sizi sevirlər.

15-30 xal: Fərqli davranışların olduğunu bilirsiz, bu


haqda müəyyən məlumatınız var. Öz üzərinizdə işləsəniz,
məlumatınızı artıra bilərsiz.

15 xal, ya daha az: Elə bilirsiniz ki, hamı sizin kimi


düşünür. Yəqin heç yana getməmisiz, bəlkə də heç evdən
çıxmamısız. Dünyadan xəbəriniz yoxdur. Siz yəqin ki,
amerikalısız.

Hamımız amerikalı olmuşuq. Niyə?


İndi Amerika filmləri, eləcə də televiziya verilişləri
dün­yanın hər yerində yayımlanır. Nəticədə müxtəlif
mə­də­niyyətlərdən olan gənclər amerikalıların jestlərini
mənimsəyirlər. Məsələn, 60 yaşlı avstraliyalı üçün
britaniyalının iki barmağını qaldırması təhqirdir. Amma
avstraliyalı gənc bunu iki rəqəmi kimi başa düşür, onun
üçün təhqir orta barmağın qaldırılmasıdır, çünki Amerikada
belədir. Dünyanın çox yerində dairə işarəsini (şəkil A) –
istifadə etməsələr də – “Yaxşı”, “Əla”, “Hər şey
qaydasındadır” kimi başa düşürlər. Televiziyanın olduğu
bütün ölkələrdə uşaqlar papaqlarını tərs qoyub, “Hasta la
vista, baby”, deyə qışqıra bilərlər (ispanca bilməsələr də).

....................................................................

Bədən dilinin mədəniyyətlərarası fərqlərinin

itməsinə əsas səbəb Amerika televiziyasıdır.

....................................................................
“Tualet” sözü İngilis dilinin lüğətindən çıxmaqdadır,
çünki şimali amerikalılar bu sözü eşidəndə dəhşətə gəlirlər.
Onlar tualet əvəzinə “bathroom” – “vanna otağı” deyirlər,
halbuki “vanna otağı” Avropanın çox yerində içində
vannası olan otağa deyilir. Ya da “rest-room” – “istirahət
otağı”nın yerini soruşa bilərlər. “İstirahət otağı” isə
Avropada dincəlmək üçün oturacaqları, divanları olan
otaqdır. İngiltərədə “qadın tualeti” (“powder room” – hərfi
mənası “ənlik-kirşan otağı”) güzgü və əlüzyuyandan
ibarətdir. Uşaq bağçalarında “little girls’ room” – “balaca qız
otağı”, Avropanın avtomobil yollarında “comfort stations”
(hərfi mənası “rahatlanma məntəqəsi”) adlanan tualetlər
var.

Şimali amerikalı Avropada əllərini yumaq istədiyini


desə, onu sevincək mətbəxə aparar, əlinə dəsmal verib,
“buyurun, bu qabları yuyun”, deyərlər. Çünki ingiliscə
“wash up” – yumaq hər iki mənada işlənir.

Əsas jest və mimikalar, demək olar ki,


hər yerdə eynidir

3-cü fəsildə danışdığımız kimi, mimikalar, eləcə də


təbəssüm hər yerdə eyni yozulur. Kaliforniya
Univer­sitetindən Pol Ekman 21 müxtəlif mədəniyyətdən
olan adamlara sevinci və kədəri, qorxunu və qəzəbi, nifrəti
və təəccübü ifadə edən fotoşəkillər göstərib və şəkillər,
demək olar ki, bütün hallarda başa düşülüb. Yəni
təəccüb­lənən adamın şəklinə baxanda 21 ölkədən 20-nin
təmsilçisi adamın təəccübləndiyini deyib. Qorxan adamı 21
ölkədən 19-da, qəzəbli adamı 21 ölkədən 18-də anlayıblar.
Xüsusi mədəniyyət fərqi yaponlarda müşahidə olunub,
onlar qorxmuş adamların şəkillərinə baxanda onların
təəccübləndiyini deyiblər.

Ekman dünyadan təcrid olunmuş mədəniyyətləri


təd­qiq etmək üçün Yeni Qvineyaya gedib, şəkilləri yerli
tayfa­lara – papuaslara, danilərə göstərib. Nəticələr eyni
olub, yalnız onlar da yaponlar kimi qorxuyla təəccübü
fərqləndirə bilməyiblər. Ekman bu daş dövründə qalmış
tayfa üzvlərini də eyni hissləri ifadə edərkən lentə alıb,
sonra lenti amerikalılara göstərib, ifadələri hamı anlayıb.
Bununla Pol Ekman mimikaların universal olduğunu sübut
edib.

Mimikaların anadangəlmə olduğunu Çikaqodakı DePol


Universitetindən Linda Kamras da təsdiqləyib. O, Üz
Hərəkətlərini Kodlaşdırma Sistemindən (Oster və
Rozenştyen, 1991) istifadə edərək Amerika və Yaponiyada
dünyaya gələn körpələrin üzlərindəki reaksiyaları öyrənib.
Mimikaları qeyd edib, ayırıb, siyahıya alıblar. Məlum olub
ki, körpələrin üz ifadələri tam eynidir.

Bu kitab əsasən hamıya aydın olan bədən dili haqdadır.


Amma fərqli işarələr də çoxdur. Ayrı-ayrı yerli işarələrdən
ən çox istifadə edənlər Ərəb ölkələri, Yaponiya və Asiyanın
bəzi hissələridir. Mədəniyyətlər arasındakı ən böyük
fərqlər şəxsi məkan, vizual əlaqə, toxunuş və təhqirlə
bağlıdır və bu fərqlər haqda bir fəsildə danışmaq mümkün
deyil. Ona görə də gəlin əsas jestlərdən, sizin rastınıza
çıxa biləcək hərəkətlərdən bəhs edək.
Səudiyyə Ərəbistanında

iki kişi əl-ələ tutub gedirsə,

demək, onların arasında

qarşılıqlı hörmət var. Amma Avstraliya, Texas, ya da

Liverpulda belə eləməyin

Hərə bir cür salamlaşır

Əli hər ölkədə bir cür sıxırlar. Elə məzəli görüşləriniz


olar ki, illər keçsə də, xatırlayanda sizi gülmək tutar, ya da
utanarsız.

Britaniya, Avstraliya, Yeni Zelandiya, Almaniya və


Amerikada bir yerdə işləyən adamlar həm görüşəndə, həm
də ayrılanda bir-birinin əlini sıxır. Avropalıların çoxu gündə
bir neçə dəfə belə salamlaşır, ya da sağollaşırlar.
Fransızlar bu prosesə gündə yarım saat vaxt sərf edirlər.
Hindistan, Asiya və Ərəb ölkələrində əlinizi sıxandan sonra
bir müddət buraxmaya bilərlər. Almanlar və fransızlar
adamın əlini sıxanda 1-2 dəfə möhkəm silkələyir, sonra bir
anlığa saxlayırlar. Britaniyalılar 3-5 dəfə, amerikanlar 5-7
dəfə silkələyə bilərlər. Beynəlxalq konfranslarda əl
sıxanları müşahidə eləmək çox əyləncəlidir; bir-birinin əlini
sıxan və bir-birini təəccübləndirən adamları görürsən... Əli
bircə dəfə silkələyən alman amerikalıya soyuq, quru adam
təsiri bağışlayır. Alman üçünsə amerikalı gülməlidir, elə bil
təkər doldurur.

Salamlaşarkən öpüşüb-görüşməyə gəlincə,


skandinaviyalılar adamı bircə dəfə öpürlər. Fransızlar iki
dəfə, hollandlar, belçikalılar və ərəblər üç dəfə öpür.
Avstraliya, Yeni Zelandiya və Amerikadan olanları öpəndə
həmişə sıxılır, çaşır, adamı yüngülcə öpür, bəzən burunları
ilə toxunurlar. Britaniyalılar da öpməyi və öpülməyi sevmir,
arxaya çəkilirlər, amma bəzən hər iki yanağınızdan öpərək
sizi təəccübləndirə bilərlər. Ser Edmund Hillari “Zirvədən
baxış” kitabında yazırdı ki, Everestin təpəsinə çatanda o,
Tenzing Norgeyin qarşısına keçib, onun əlini britaniyalılara
xas tərzdə sıxaraq təbrik etməyə hazırlaşırmış. Bu vaxt
Norgey irəli sıçrayır, onu qucaqlayır və öpür – bir tibetli kimi
təbrik edir.

Fərqli mədəniyyətlər üz-üzə gələndə...

İtalyanlar danışanda əllərini havada saxlayırlar, elə bil


böyük bir auditoriyanın qarşısında çıxış edirlər. Üstəlik,
danışa-danışa yavaşca qarşıdakının qoluna toxunur,
beləcə onun əlini qaldırmasına və “auditoriyanı ələ
keçirməsinə” mane olurlar. İtalyanın sözünü kəsməyin
yeganə yolu onun əlindən yapışıb aşağı salmaqdır.
Britaniyalılar və almanlar isə danışanda elə dayanırlar ki,
elə bil iflic olublar. Ona görə də italyan, ya da fransızla
söhbət edəndə dəhşətə gəlirlər və çox vaxt söz deməyə
fürsət tapa bilmirlər. Fransızlar danışanda qolun dirsəkdən
aşağı hissəsini, əllərini işə salır, italyanlar bütün qolları,
hətta bədənlərilə danışırlar, britaniyalılar və almanlar isə
mil kimi dik dayanır, sanki “farağat!” əmri alırlar.
Təsəvvür edin ki, müxtəlif mədəniyyətlərdən olan iş
adamları görüşə hazırlaşır: hamının geyim-kecimi
yerin­də, münasibətlər əla, irəli sürülən təkliflər son dərəcə
əhə­miyyətlidir. Amma bütün bunlar bir anda heç ola bilər
– xırda, “məsum” bir jest aləmi qarışdırar, hər şeyi alt-üst
edər. 42 ölkədə apardığımız araşdırma göstərir ki, bu
baxımdan ən diqqətsiz xalq amerikalılardır, ingilislər ikinci
yerdə dayanır. Nəzərə alsaq ki, Amerikada əhalinin 86%-
nin pasportu yoxdur, bu xalqın başqalarının bədən dilindən
xəbərsiz olması təbiidir. Hətta Corc Buş yalnız prezident
olandan sonra pasport aldı ki, başqa ölkələrə səfər edə
bilsin. İngilislər isə geninə-boluna gəzirlər, amma özlərini
yormurlar, hamının onların dilində danışmasına, onların
jestlərindən istifadə etməsinə üstünlük verirlər. Başqa
mədəniyyətlərdən olanların çoxu kimsədən onların dilini
öyrənməyi tələb etmir. Ancaq yerli dili, ya jestləri
öyrənməyə cəhd eləsəniz, bu onları təsirləndirər, yerli
mədəniyyətə hörmətinizi göstərmiş olarsız.

İngilislər üst dodaqlarını niyə büzürlər?


Bəzi insanlar hərdənbir dodaqlarını büzürlər ki, üz heç
nəyi ifadə etməsin, yəni hisslərini büruzə verməyə çalışan
üz əzələlərini dodaqları ilə dartıb saxlayırlar. İngilislərin
sevimli jestlərindən biri üst dodağı sıxıb, bərk saxlamaqdır.
1997-ci ildə şahzadə Diananın tabutunun arxasınca
yeriyəndə şahzadələr – Filip, Çarlz, Harri və Uilyams dördü
də üst dodağını sıxıb saxlamışdı, onlar emosiyalarını
gizlədirdilər, amma başqa mədəniyyətlərdən olanlara,
yəqin ki, laqeyd görünürdülər.

Şahzadə VIII Henri dodaqlarını büzməyilə yadda qalıb.


O, portretini çəkdirəndə üst dodağını elə yığırmış ki, onsuz
da balaca olan ağzı lap balaca görünürmüş. Şahzadənin
bu vərdişi XVI əsr İngiltərəsinə dəb salmışdı – xırda ağız
üstünlüyün, gözəlliyin əlaməti sayılırdı. İngilislər indi də
özlərindən əskik hesab etdikləri adamlardan qorxanda
dodaqlarını büzür, həm də dayanmadan kirpik çalmağa
başlayırlar.
VIII Henrinin sayəsində dodaq büzmək yüksək
təbəqəyə məxsus olmağın göstəricisi idi. Britaniyalılar və
amerikalılar

bu jestdən hələ də istifadə edirlər.

Yaponlar

Adamı öpməyin, qucaqlamağın, əlini sıxmağın hələ də


adiləşmədiyi bir yer var, o da Yaponiyadır. Bu ölkədə
adama toxunmaq nəzakətsizlikdir. Yaponlar ilk görüşdə
bir-birlərinə təzim edirlər və statusundan asılı olaraq hərə
bir cür əyilir. Yəni statusu yuxarı olanlar təzim etmək üçün
çox az əyilirlər. Adamın statusu nə dərəcədə aşağıdırsa,
bir o qədər çox əyilməlidir. Görüşən kimi bir-birlərinə vizit-
kart verirlərsə, hər kəs qarşıdakının hansı statusa malik
olduğunu öyrənir və buna uyğun təzim edir.

....................................................................
Yaponiyaya getsəniz, ayaqqabılarınızın təmizliyinə
riayət edin. Təzim etdikləri üçün yaponlar adamın
ayaqqabısına baxırlar.

....................................................................

Yapon adama qulaq asanda gülümsəyir, başını


tərpədir, nəzakətli səslər çıxarır (dediklərinizi
təsdiqləyirmiş kimi). Məqsəd, sizi söhbətə
həvəsləndirməkdir. Amma qərblilər, avropalılar bu jesti
təsdiq işarəsi kimi qavrayırlar. Əslində başı yuxarı-aşağı
silkələmək hər yerdə fikri təsdiqləməyin ifadəsidir. Yalnız
bolqarlar “yox” demək istəyəndə, yaponlar isə nəzakət
xətrinə belə edirlər. Siz yaponla hətta onun razılaşmadığı
məsələ haqda danışsaz, başı ilə “hə” (yaponca “hai”)
dediyini görəcəksiz. Çünki yaponun “hə”si, “Hə, mən
sizinlə razıyam” deyil, “Hə, mən sizi dinləyirəm” deməkdir.
Yaxud bir yapona: “Razı deyilsiz, eləmi?” – deyə sual
verəndə o, başıyla sizə “hə” deyəcək, yəni “Hə, düz
deyirsiz, razı deyiləm”.

Yaponlar həmişə öz adlarını qorumağa çalışıb, ədəb-


ərkan qaydalarına riayət ediblər. Ona görə də onlar “yox”u
birbaşa demir, eləcə də “yox” demək istəyən adama artıq
sual vermirlər. Bir yaponun “yox”a ən yaxın cümləsi belə
ola bilər: “Çox çətin məsələdir”, ya da “Biz bu məsələyə
baxacağıq”. Belə cümlələrin bir mənası var: “Bu məsələni
yaddan çıxarın, getsin”.

Çox iyrəncdir!

Avropalılar, qərblilər burunlarını dəsmala silirlər.


Asiyalılar, yaponlar isə “fınxırıb” atır, hayxırırlar. Asiyalının
hərəkəti avropalını, avropalınınkı asiyalını “iyrəncliyi” ilə
dəhşətə gətirir. Bu fərqin tarixi səbəbi var. Əvvəllər vərəm
tutan adam sağ qalmırdı, Avropada vərəm yayılmışdı və
QİÇS qədər təhlükəli xəstəlik hesab olunurdu. Əhali
arasında ciddi təbliğat aparırdılar ki, xəstəliyi yaymamaq
üçün burunlarını dəsmala silsinlər. Elə bu səbəbdən
qərblilər şərqlilərin hayxırmağına ikrahla baxır. Axı
tüpürcək doğrudan da vərəmi yaya bilər.
....................................................................

Burunu dəsmala silmək adəti vərəmin epidemik

dövrünün nəticəsidir.

....................................................................

Şərqdə də nə vaxtsa vərəm problemi olsaydı, yəqin ki,


şərqlilər də elə qərblilər kimi hərəkət edərdilər. Amma indi
bir yaponun yanında kimsə dəsmalını çıxara, burnunu silib
geriyə – cibinə qoya... Yaponu dəhşət bürüyər.
Ümumiyyətlə, kişilərin döş cibinə dəsmal qoyması
yaponların heç xoşuna gəlmir, onlara görə bu, tualet kağızı
rulonunu cibdən sallamaq kimi bir şeydir. Asiyalılar
əmindirlər ki, tüpürmək, hayxırmaq sağlamlıq baxımından
daha düzgün hərəkətdir. Bu isə qərbliləri iyrəndirir. Ona
görə də soyuq dəymiş qərbliylə, soyuq dəymiş şərqlinin
görüşü “alınmaya” bilər. Gərək asiyalının tüpürməyinə fikir
verməyəsiz, yaponun qarşısında dəsmal çıxarmayasız
(qərbdənsizsə).
Üç məşhur jest

Jestlər müxtəlif mədəniyyətlərdə müxtəlif şəkildə


yozulur. Gəlin ən çox istifadə olunan üç jestin mənalarına
baxaq.

Dairə işarəsi

İngilislər bu jesti “OK” – “okay”, yəni “Əla!”, “Yaxşı!”, ya


da “Hər şey qaydasındadır!” demək üçün göstərirlər. Jest
XIX əsrin əvvəllərində Birləşmiş Ştatlarda geniş istifadə
olunurdu. O vaxt qəzetlərdə ümumi frazaları qısaltmaq
üçün inisiallardan yararlanmağa başlamışdırlar. “OK”-in
mənşəyi barədə fikirlər müxtəlifdir. Bəzilərinin fikrincə bu,
“all correct” – “hər şey qaydasındadır” fikrinin qısaldılmış
formasıdır (“all correct” “ol korrekt” kimi tələffüz olunur).
Bəziləri isə bunun “knock out” – nokautun qısaldılmış
forması “KO”-nun əksi olduğunu deyir.
Qərbli üçün “OK”,

yaponlar üçün pul,

fransızlara görə sıfır,

türklərə və braziliyalılara

isə təhqirdir

Bir fikir də var: “OK” “Old Kinderhook”un (qədim


Kinderhuk) qısaldılmış formasıdır. Kinderhuk XIX əsrdəki
Amerika prezidentlərindən birinin vətəni imiş və həmin
prezident bu inisialdan təbliğat kampaniyasında istifadə
edirmiş. Amma bir şey aydındır ki, əlimizlə göstərdiyimiz
dairə işarəsi həm də “OK” inisialındakı O hərfidir.

İngiliscə danışan və ingilis dilinin tədris olunduğu, eləcə


də Amerika televiziya proqramları və filmlərinin
yayımlandığı bütün ölkələrdə “OK”-in mənasını bilirlər.
Amma bəzi yerlərdə bu işarənin mənşəyi, eləcə də mənası
fərqlidir. Məsələn, Fransa və Belçikada bu jest “sıfır”, “heç
nə” deməkdir. Bir dəfə Parisdə bir restoranda oturmaq
istədik. Ofisiant bizə masanı göstərib, “Yaxşıdır?” – deyə
sual verdi. Ona “OK” jesti ilə cavab verdik. “Aha,
bəyənmədiniz. Gəlin sizi başqa masaya aparım” – deyə
ətrafa baxdı. O bizim hərəkətimizi fərqli şəkildə yozmuşdu.

....................................................................

Bir fransıza bişirdiyi yeməyin “əla” olduğunu demək


istəyəndə

“OK” jestindən istifadə edin, sizi bayıra atsınlar.

....................................................................

Yaponiyada bu jest “pul” deməkdir. Bir yaponla iş


görürsüzsə, ona dairə işarəsini göstərməyin, rüşvət
istə­diyinizi güman eləyər. Aralıq dənizi ətrafı ölkələrdə bu
jest dairə yox, dəlik işarəsidir, çox vaxt kiminsə
homoseksual olduğunu bildirmək üçün istifadə edilir.
Yunana bu işarəni göstərsəniz, elə biləcək ki, onun, ya da
özünüzün homoseksual olduğunuzu deyirsiz. Türkü isə
“göt” adlandırmış olarsız. Ərəb ölkələrində bu jestdən tək-
tük hallarda, ədəbsizlik, ya da hədə-qorxu gəlmək üçün
istifadə edirlər.

1950-ci illərdə, prezident olmamışdan əvvəl Riçard


Nikson Latın Amerikasına xoşməramlı səfərə çıxır. O, yerli
xalqlarla görüşmək, gərgin münasibətləri qaydaya salmaq
istəyirmiş. Təyyarənin qapısında görünəndə Nikson onu
gözləyən kütləyə amerikalıların “OK” işarəsini göstərir və...
donub qalır. Kütlə onu fitə basır, etiraz uğultusu onu
karıxdırır. Yerlilərin bədən dilindən xəbərsiz olan Nikson
bilmirdi ki, təyyarədən çıxar-çıxmaz camaata “Hamınız
götsüz” demişdi!

Beynəlxalq səfərlərə çıxırsızsa, yerli jestləri öyrənin ki,


pis vəziyyətdə qalmayasız.

Baş barmaq dik durursa...

Britaniyanın təsirinin güclü olduğu ölkələrdə –


Avstraliya, ABŞ, Cənubi Afrika, Sinqapur və Yeni
Zelandiyada baş barmağın dik saxlanmasının 3 mənası ola
bilər: pulsuz səyahət edən adam maşın saxlamaq üçün
baş barmağını dik tutub, əlini irəli uzadır (avtostopla
səyahət); “OK” jesti ilə eyni mənanı daşıya bilər; baş
barmağı dik tutub əli qəfildən yuxarı atmaq təhqirdir:
“Üstündə oturarsan bunun!”, “Cəhənnəm ol!” deməkdir.
Bəzi ölkələrdə, məsələn, Yunanıstanda baş barmağı irəli
uzatmağın bir mənası var: “Cəhənnəm ol!”

....................................................................

Yunanıstanda avtostopla səyahət etməyin.

....................................................................

Əvvəl də qeyd etdiyimiz kimi, avropalılar saymağa baş


barmaqdan başlayırlar, ona görə də baş barmaq həm də
bir rəqəmini göstərir. Amma ingilisdilli ölkələrin çoxunda 5-
ə qədər sayanda şəhadət barmaqdan başlayır, baş
barmaqda qurtarırlar, odur ki, baş barmaq beş rəqəmini
ifadə edir.
Yaşadığınız ölkədən asılı

olaraq, bu jest “bir”, “beş”, “yaxşıdır”, “cəhənnəm ol!”

və sair kimi yozula bilər

Əlin ən güclü barmağı olan baş barmaq bəzən


pencəyin, paltonun, jiletin yaxasında, cibin ağzında
görünərək gücü təmsil edir. Ətrafdakıları təsir altına
salmaq istəyənlər başqa jestlərlə yanaşı, baş barmaqdan
da yararlanırlar.

V hərfi

Bu işarədən Avstraliya, Yeni Zelandiya və Böyük


Britaniyada “cəhənnəm ol” demək üçün istifadə edirlər.
İkinci Dünya müharibəsi dövründə Uinston Çörcillin V
işarəsi məşhur oldu. Amma o bu işarəni əlinin iç tərəfilə
göstərirdi və bu V-nin mənası qələbə idi (ingiliscə “victory”
qələbə deməkdir). Təhqir versiyasında əlin içi işarəni
göstərən adama baxır.

Amerikalı üçün bu işarə “iki”, alman üçün “qələbə”,

britaniyalı üçün

“cəhənnəm ol” deməkdir

Bu jest, güman ki, keçmiş ingilis oxatanlarından qalıb.


Onlar oxu şəhadət və orta barmağın köməyiylə atırdılar.
Əsir düşəndə oxatanın həmin iki barmağı kəsilirdi. Bu isə
usta oxatan üçün ölümdən betər idi. Sonralar ingilislər
döyüşlərdə V işarəsindən qarşı tərəfi qızışdırmaq
məqsədiylə istifadə edirdilər. “Ox atan barmaqlarım hələ
salamatdır” demək üçün şəhadət və orta barmaqlarını
göstərirdilər.
Bununla yanaşı, Avropanın bəzi yerlərində bu işarə
hələ də qələbə deməkdir. Odur ki, bir ingilis bir almana bu
jestlə “cəhənnəm ol” deyərsə, alman mükafat-filan
qazandığını düşünər. Avropanın bəzi yerlərində şəhadət
və orta barmaqla iki rəqəmini göstərirlər. Yəni təhqir olunan
adam, məsələn, barmendirsə, ingilisə (ya da amerikalıya,
avstraliyalıya) cavabı iki parç pivə ola bilər.

Toxunaq, toxunmayaq?

Toxunuşun təhqir kimi qəbul edilib-edilməməsi


mədə­niy­yətlərdən asılıdır. Məsələn, italyanlar və
fransızlar danışanda bir-birinə toxunmağı xoşlayırlar.
Amma ingilislər bir-birinə yalnız idman meydanında, böyük
auditoriyanın qarşısında toxunarlar. İngiltərə, Avstraliya və
Yeni Zelandiyadan olan idmançılar qucaqlaşmağı Cənubi
Amerikadan və Avropanın digər ölkələrindən olan
idmançılardan götürüblər. Onlar qələbə çalanda, qol
vuranda bir-birini qucaqlaya, öpə bilərlər və bu “mərasim”
geyim otağında da davam edər. Amma İngiltərə,
Avstraliya, ya da Yeni Zelandiyadan olan oyunçu meydanı
uduzaraq tərk edirsə, ona toxunmasaz daha yaxşıdır.

....................................................................

İngilislər bir-birinə yalnız idman meydançasında

qələbəni qeyd eləmək üçün toxunarlar, qucaqlaşıb-


öpüşərlər.

Amma ingilisi bir yeməkxanada qucaqlayın, görün nə


baş verər.

....................................................................

Dr. Ken Kuper də bir neçə ölkədə camaatı müşahidə


edib, kimsə kiməsə toxunanda qeydə alıb və 1 saat ərzində
baş verən toxunuşların sayını göstərib: Puerto Riko – 180,
Paris – 110, Florida – 2, London – 0.

Biz də öz şəxsi müşahidələrimizə və araşdırmalarımıza


əsaslanaraq siyahı hazırlamışıq:
Ehtiyatlı olun, başqalarını

təhqir edə bilərsiz

Başqa mədəniyyətlərə diqqətsizlikdə, başqalarını


təh­qir eləməkdə amerikalılar birincidirlər. Əvvəl də qeyd
etmişdik, amerikalıların çoxunun pasportu yoxdur, yəni bir
yana çıxmırlar və elə bilirlər ki, bütün dünya onlar kimi
düşünür, onlar kimi olmaq istəyir. Şəkildə görürsünüz, Corc
Uoker Buş Texasın Lonqhorn futbol komandasının
işarəsini göstərir. Onun şəhadət barmağıyla çeçələ
barmağı öküzün buynuzlarını ifadə edir. Bu jesti bütün
amerikalılar tanıyırlar.

Amerikada futbol komandasının işarəsi olan


bu jestə görə İtaliyada adamı həbsə atarlar

İtaliyada bu işarə “buynuzlu kişi” – “aldadılan kişi”


deməkdir. Kişiyə bu işarəni göstərirlərsə “xalq sənin
arvadınla yatır” – deyirlər. 1985-ci ildə Romada beş
amerikalını həbs etmişdilər, onlar Lonqhornların qələbəsini
eşidib Vatikan kilsəsinin yaxınlığında rəqs edərkən əlləriylə
öküz buynuzlarını göstərirmişlər.

Nəticə

Hər bir insan kimlə rahatdırsa, onunla işləyir və rahatlıq


səmimiliklə, ədəb-ərkanla bağlı olan şeydir. Başqa ölkələrə
gedəndə ehtiyatlı olun, əvvəl yerliləri müşahidə edin.
Mədəniyyətlərarası fərqləri öyrənməyin ən yaxşı yolu xarici
filmlərə baxmaqdır, amma səssiz və subtitrləri oxumadan
baxmaqdır. Nə baş verdiyini anlamağa çalışın, sonra
subtitrləri oxuyub, özünüzü yoxlayın.
....................................................................

Başqa ölkədəsizsə və ədəb-ərkan qaydalarını


bilmirsizsə,

yerlilərlə danışın, bilmədiklərinizi soruşun.

....................................................................

Jestlərin fərqli mənalara yozulması sizi çətin vəziyyətə


sala bilər, xəcalət çəkməli olarsız. Bir də ki, kiminsə
haqqında bədən dili və jestlərinə əsasən nəticə
çıxarmazdan əvvəl şəraiti nəzərə almaq vacibdir.

Beynəlxalq səfərlərə tez-tez çıxırsızsa, Rocer Akstelin


“Jestlər: Nə olar? Nə olmaz? Dünyanın bədən dili” (“John
Wiley& Sons” nəşriyyatı) kitabını məsləhət görürük.
Kitabda Akstel 70 000-dən çox jestin mənasını izah edir,
müxtəlif ölkələrdən olan iş adamlarıyla dil tapmağın
yollarını öyrədir.
6-cı fəsil

ƏL VƏ BAŞ BARMAQ

Napoleon kabinetində (1812-ci il, rəssam Jak-Lui


David)

Fransa liderinin məşhur duruşu... Görəsən, o,


həqiqətən mədə yarasından əziyyət çəkirdi, yoxsa belə
dayanmaqdan

sadəcə xoşu gəlirdi?

İnsan əlində 27 kiçik sümük var. Təkcə biləkdə çay


daşları kimi 8 xırda sümük bir-biriylə, həm də bapbalaca
əzələlərlə bağlanaraq oynağı əmələ gətirir. Alimlər deyirlər
ki, bədənin başqa heç bir hissəsi beyinlə əllər qədər bağlı
deyil. Ona görə də əl hərəkətlərimiz, jestlərimiz və
duruşumuz birbaşa daxili emosional vəziyyətimizə işarədir
və əllər həmişə göz önündə olduğundan bu işarələri
görmək asandır. Üstəlik, çox adamın özünəməxsus əl
hərəkətləri, öz duruşu var. Məsələn, Napoleonun adını
çəkən kimi onun dayananda əlini jiletinin yaxasına
saldığını, baş barmağının isə yuxarı baxdığını mütləq qeyd
edirlər. Üstəlik, bu duruşun səbəbi barədə müxtəlif fikirlər
səsləndirilir, kimi onun mədə yarasından, kimi xərçəngdən,
kimi də dəri xəstəliyindən əziyyət çəkdiyini deyir. Bəziləri
Napoleonun əlini eybəcər olduğu üçün gizlətdiyini, bəziləri
isə o zaman əli cibdə saxlamağın nəzakətsizlik olduğunu
bildirir. Çoxlu başqa fikirlər də var: Napoleon belə duranda
saatını qururmuş; ətrini köynəyinin altında saxlayırmış ki,
hərdən qoxulasın; özü-özünü sakitləşdirirmiş; rəssamlar əli
təsvir eləməyi sevmirlərmiş və s. Məsələ burasındadır ki,
hələ 1738-ci ildə, Napoleon doğulmamışdan əvvəl
Fransua Nivelonun “Nəzakətli davranış haqda kitab”ı nəşr
olunmuşdu və bu kitabda yazılmışdı ki, “...əli paltarın
yaxasında saxlayaraq dayanmaq özünü aparmağı
bacaran ədəbli kişilərə xasdır, təvazökarlıq qarışıq kişi
cəsarətinin, özünə inamın təcəssümüdür”. Deyilənə görə
portretinə baxanda Napoleon rəssama: “Məni başa
düşmüsünüz, əziz David” – deyib. Belə çıxır ki,
Napoleonun duruşu onun statusunun ifadəsi idi.

Tarixi kitablardan məlum olur ki, Napoleon həmişə belə


dayanmayıb. Əslində o, heç bu məşhur portreti üçün poza
verməyib. Rəssam Napoleonu yaddaşına əsaslanaraq
çəkib, jesti özü əlavə edib. Amma jestin bu qədər şöhrət
qazanması göstərir ki, Jak-Lui David əl və baş barmağın
gücünə bələd imiş.

....................................................................

Napoleonun boyu 1 metr, 64 sm olub. Amma şəklə


baxanlar

onu təxminən 1 metr, 85 sm hündürlüyündə təsəvvür


edirlər.

....................................................................

Əllər danışır
Danışan adamın statusu onun auditoriyanı əldə
saxlamasına birbaşa təsir edir. Min illər boyu belə olub,
cəmiyyətdə tutduğumuz yerdən çox şey asılıdır. Nüfuzlu
adama qulaq asanların sayı daha çox olur, insanın nüfuzu
artdıqca onu dinləyənlərin də sayı artır. Qədim Romada
aşağı statuslu adamı Yuli Sezarın sözünü kəsdiyinə görə
edam edərdilər. İndi söz azadlığının mövcud olduğu
cəmiyyətlər var və öz fikrini deməyə hər kəsin haqqı çatır.
Britaniya, ABŞ və Avstraliyada fikrini bildirmək üçün hətta
prezidentin, yaxud baş nazirin sözünü kəsmək olar. 2003-
cü ildə baş nazir Toni Bleyr televiziya proqramında
İraqdakı böhranı müzakirə edərkən onun nitqini yüngül
alqışla kəsmişdilər.

Bəzi ölkələrdə danışanın əlləri durğu işarələri rolunu


oynayır. Ümumiyyətlə, danışanda əlləri havada saxlamaq
fransız və italyanlara xasdır, ən çox əllə danışanlar
onlardır. Amma İngiltərədə əl jestləri nadir hallarda
müşahidə olunur, orada danışanda əl-qol atmaq
xoşagəlməz hərəkətdir.

İtaliyada söhbətin qaydası belədir: danışan adam


əllərini işə salır, bütün bədəni ilə “çıxış edir”, qulaq asan
tərəf əllərini ya yanına salmalı, ya da arxasında
saxlamalıdır. Burda məqsəd var. Əllər “gözləyir”, söz
istəmək vaxtı gələndə “qalxırlar”. Söz almaq üçün həm də
əvvəlcə yana baxmaq, sonra əli qaldırmaq, yaxud
qarşıdakının qoluna toxunmaq olar. Sanki qol o biri qolu
dayandırır, “qoy indi mən danışım” deyir. Çox adam elə bilir
ki, italyanlar mehriban olduqları üçün söhbət edəndə tez-
tez bir-birinə toxunurlar. Halbuki söhbət edəndə italyanı
dayandırmağın yeganə yolu onun qoluna toxunmaq,
qolunu saxlamaqdır.

....................................................................

İtalyanın əllərini arxasında bağlayın, dilsiz-ağızsız


qalacaq.

....................................................................

Bu fəsildə ən çox istifadə olunan əl və baş barmaq


jest­lərindən danışacağıq.
Bir tərəfdən...

Müzakirənin sonunda danışanın əllərinə baxmaqla


onun obyektiv olub-olmadığını müəyyən eləmək
mümkündür. Məsələn, hər iki tərəfin baxışlarını vurğulayan
adam əllərindən istifadə edir. Əvvəl bir əlini açaraq danışır,
bir tərəfin arqumentlərini sadalayır, sonra ikinci əlini işə
salıb, qarşı tərəfin arqumentlərini göstərir. Üstünlük verdiyi
tərəfi adam sağ əliylə ifadə edir (solaxaylar sol əllə).

...Digər tərəfdən jestlər yaddaşı qurdalayır

Jestlər qarşıdakının diqqətini cəlb edir, informasiyanın


təsir gücünü artırır və dinləyənin daha çox informasiya
almasına, deyiləni “havada tutmasına” səbəb olur. Cefri
Bitti və Nina Maklaflin İngiltərədə, Mançestr
Universitetində eksperiment aparıb. Könüllülər dovşan
Rocer, Tviti və Silvester kimi cizgi filmləri qəhrəmanları
haqda hekayələrə qulaq asıblar. Nağılı danışan adam bir
qrup üçün hərdən jestlərdən istifadə edib. Məsələn, nağıl
qəhrəmanının qaçdığını deyəndə qollarını yuxarı-aşağı
hərəkət elətdirib, fendən danışanda hava vururmuş kimi
əllərini yelləyib, opera ifaçısının gonbul olduğunu qollarını
geniş açaraq göstərib. On dəqiqədən sonra dinləyiciləri
yoxlayıblar. Hekayəni jestlərlə dinləyən qrup üzvlərinin
xatırladığı detalların həcmi o biri qrupla müqayisədə üç
dəfə artıq olub. Eksperiment jestlərin insan yaddaşına
güclü təsirini ortaya qoyur.

Bu fəsildə gündə gördüyümüz 15 müxtəlif əl jesti haqda


danışacağıq.

Əlləri bir-birinə sürtərək...

Bu yaxında dostlarımızdan biri bizə gəlmişdi, xizək


sürməyə gedəcəkdik, danışıb, tarixi müəyyən eləməli idik.
Söhbətin ortasında dostum yayxanıb oturdu, gülümsədi və
əllərini bir-birinə sürtərək ucadan: “Ürəyim partlayır!” –
dedi. Əlinin hərəkətilə o bu səfərdən çox şey gözlədiyini
bildirmişdi.

Pozitiv gözlənti,

ümid

Əllərini bir-birinə sürtən adam pozitiv nəticə


gözlə­diyini, ümid etdiyini bildirir. Beşdaş oynayan daşı
əlinin içində sürtəndə qalib gələcəyinə ümid edərək atır.
Aparıcı, tamada üzünü auditoriyaya tutub, əllərini bir-birinə
sürtərək: “İndi çağıracağım qonağı çoxdan gözləyirdik” –
deyir. Satışla məşğul olan adam sevinəndə menecerinin
otağına dik gəlir: “İndicə çox böyük bir sifariş aldıq!” – deyib
əllərini sürtür. İşin sonunda müdirinə baş çəkən işçi əllərini
bir-birinə sürtərək: “Bir şey lazım deyil?” – deyə sual
verirsə, deməli, onun özünə nə isə lazımdır, bəlkə də,
sadəcə, “çaypulu” gözləyir.

Adamın əllərini bir-birinə sürtməsinin sürəti isə


göz­ləntinin kimin xeyrinə olacağını bildirir. Məsələn, ev
almaq istəyirsiz və daşınmaz əmlak agentliyinə müraciət
edirsiz. Agentlərdən birinə arzuladığınız mülkü təsvir
eləyəndən sonra o: “Lap ürəyinizcə olacaq bir ev var!” –
deyərək əllərini sürətlə bir-birinə sürtürsə, məsələnin sizin
xeyrinizə həll olunacağını düşünür. Amma agent eyni
sözləri deyərkən əllərini yavaş-yavaş sürtərsə, özünüzü
necə hiss edərsiz? Yəqin ki, onun nə isə gizlətdiyini, bir
kələyi olduğunu, öz mənfəətini güddüyünü anlayacaqsız.

....................................................................

Adamın əllərini bir-birinə sürtmə sürəti

gözləntinin kimin xeyrinə olacağını göstərir.

....................................................................
Satışla məşğul olanlar bilirlər ki, məhsulu müştəriyə
təklif edəndə əlləri bir-birinə sürtmək, həm də sürətlə
sürtmək lazımdır. Əgər müştəri də eyni hərəkəti edirsə,
“Göstərin, görək nəyiniz var!” – deyirsə, deməli, marağı var
və sizdən nə isə ala bilər.

“Sizin üçün yaxşı

bir təklifim var!”

Unutmayın ki, jestləri şəraitə görə dəyərləndirmək


lazımdır. Soyuq bir gündə, avtobus dayanacağında
dayanan adam əllərini sürətlə bir-birinə sürtürsə, o,
avtobusu gözlədiyi üçün yox, əlləri üşüdüyü üçün belə
eləyir.
Baş barmaq o biri barmaqları sürtürsə...

Baş barmağı şəhadət barmağına, ya da bir neçə


barmağın ucuna sürtmək pul istəyən, pul gözləyən adamın
jestidir. Adam qəpiyi də baş barmaqla o biri barmaqların
arasında tutur. “Alın, pulunuzun 40%-nə qənaət edərsiz” –
deyən küçə satıcıları, ya da yanındakından, “20 qəpiyin
var?” – deyə soruşan adamlar bu jesti edir.

“Biz bundan yaxşı

pul çıxara bilərik!”

Müştəriylə işləyən peşəkar adamlar bu jestdən istifadə


etməməlidir, çünki pulla bağlı neqativ təəssürat yaradır.
Pərçimlənmiş əllər

İlk baxışda bu jest özünə inamın ifadəsi kimi görünə


bilər, çünki əllərini pərçimləyən adamlar çox vaxt həm də
gülümsəyirlər. Amma bir dəfə biz bu jesti yenicə əldən
verdiyi razılaşmanın əhəmiyyətindən danışan adamda
müşahidə etdik. Həmin adam işin təfərrüatlarına vardıqca
onun barmaqları bir az da sıxılır, getdikcə ağarırdı, elə bil
bir-birlərinə keçirdilər.

Pərçimlənmiş əllər ehtiyatı, narahatlığı, neqativ


müna­sibəti göstərir. Bu, Kraliça Yelizavettanın sevimli
jestidir. Kral ailəsinin görüşlərində, xalq arasına çıxanda
kraliça əllərini pərçimləyərək dizlərinin üstündə saxlayır.

Əlləri pərçimləyib qaldıran adam ümidlərinin

boşa çıxdığını, məyus olduğunu, çıxılmaz vəziyyətdə

qaldığını bildirir (gülümsəsə də)


Danışıqlar üzrə mütəxəssislər – Niyerenberq və
Kaleronun araşdırmaları göstərir ki, pərçimlənmiş əllər
danışıqlar zamanı məyusluğu, ümidlərin boşa çıxdığını,
planların pozulduğunu bildirir. Əllərini pərçimləyən adamın
neqativ münasibətini, narahatlığını gizlətməyə çalışdığı
hiss olunur. Qarşıdakını inandıra bilmədiyini, ya da
danışıqların nəticəsiz olacağını hiss edən adamlar belə
dayanırlar.

Mərkəzdə

pərçimlənmiş əllər
Aşağıda

pərçimlənmiş əllər

Pərçimlənmiş əllər üç əsas pozisiyada dayana bilər:


üzün qarşısında; masada və ya dizin üstündə; aşağıda
(ayaq üstdə duranda).

Pərçimlənmiş əllərin yeriylə jest sahibinin narahatlığının


dərəcəsi arasında əlaqə var. İnsan əllərini nə qədər
yuxarıda pərçimləyirsə, onunla danışmaq, keçinmək bir o
qədər çətin olur. Bütün neqativ jestlər kimi bu jesti də
“sındırmaq” lazımdır ki, həmin adamın münasibəti, fikri
dəyişsin. Əllərini pərçimləmiş adama içki təklif etməklə, ya
da əlinə nə isə verməklə “qıfılı aça” bilərsiz.

Qüllə
Jestləri ayrılıqda deyil, bir neçə jestlə birlikdə, şəraitə
uyğun dəyərləndirməli olduğumuzu vurğulamışdıq. Am­ma
“qüllə” jesti istisnadır, çox vaxt tək olur. Adamın bir əlinin
barmaqları o biri əlin uyğun barmaqlarına toxunaraq kilsə
qülləsinə bənzər formada dayanır. Bəzən barmaqlar irəli-
geri yırğalanaraq güzgüyə təkan verən hörümçəyi
xatırladır.

“Qüllə” jesti özünə inamın, arxayınlığın ifadəsidir.


Adətən rəhbər işçidə, tabeliyində olan adamla danışdığı,
ona tapşırıq, yaxud məsləhət verdiyi zaman müşahidə
olu­nur. Jestdən daha çox baş mühasiblər, vəkillər və
mene­cerlər istifadə edirlər.

Düzgün cavabı

bildiyinə əmindir
Bəzi adamlar barmaqlarını tam birləşdirərək “qüllə”
jestini dua jestinə çevirir, Tanrı kimi görünməyə cəhd
edirlər.

Prezident Jak Şirak və Cerri Adams hərdən

Tanrı kimi görünürdü

Kimisə inandırmaq, kiminsə etibarını qazanmaq


istə­yir­sizsə, “qüllə” jestini unudun. Özündənrazı, lovğa
adam təəssüratı yaradarsız.

Özünüzə əmin, arxayın olduğunuzu, bütün düzgün


cavabları bildiyinizə inandığınızı göstərmək istəyirsizsə,
bunu sizin əvəzinizə “qüllə” jesti edəcək.

Şahmat oynayanda “qüllədən”

istifadə edin, qələbə sizinlədir!


Təsəvvür edin ki, şahmat oynayırsız və növbə sizindir,
hərəkət etməlisiz. Əlinizi şahmat taxtasının üzərində
gəzdirib, fiqurlardan birinə toxunursuz, guya tərpətmək
istəyirsiz. Rəqibinizə baxanda onun arxaya oturduğunu,
əllərini qüllə formasında saxladığını görürsüz. Rəqibinizin
jesti sizin hərəkətinizin onu arxayın saldığını deyir. Deməli,
həmin fiqura hələ toxunmasaz yaxşıdır. Başqa bir fiqura əl
atırsız və rəqibinizin əllərini pərçimlədiyini, ya da qollarını
sinəsində çarpazladığını görürsüz. Rəqib narahat
olduğunu göstərir, davam eləmək olar.

“Qüllə” jestinin iki versiyası var: “Qaldırılmış qüllə” öz


fikrini bildirən, çıxış edən adamlarda müşahidə olunur.
“Endirilmiş qüllə” daha çox dinləyən adamın jestidir.

Endirilmiş qüllə
Qadınlar daha çox “endirilmiş qüllə” jestindən istifadə
edirlər. Qadın “qaldırılmış qüllə” jestini edir, həm də başını
arxaya atırsa, “təşəxxüs və təkəbbür havasını” dinləməyə
hazırlaşın.

Ümumiyyətlə, “qüllə” pozitiv jestdir, amma həm pozitiv,


həm də neqativ şəraitdə işlədilə və səhv başa düşülə bilər.
Məsələn, tutaq ki, siz kimisə ideyanızla tanış edirsiz və
danışdığınız zaman qarşıdakının bir neçə pozitiv jestini
görürsüz: əlləri açıqdır, irəli əyilir, başını dik tutub,
dediklərinizi başı ilə təsdiqləyir və s. Söhbətin sonuna
yaxın bu adamın əlləri “qüllə” vəziyyətini alır. Hesab edin
ki, istədiyiniz sifarişi almısız.

Ancaq danışanda qarşıdakının neqativ jestlər elədiyini


– qollarını çarpazladığını, ayağını ayağının üstünə
aşırdığını, o yan-bu yana baxdığını, əllərini üzünə sarı
aparıb qüllə formasında saxladığını görsəniz, bilin ki, bu
adam sizə “hə” deməyəcəyinə, ya da sizdən canını
qurtaracağına əmindir. Yəni “qüllə” hər iki halda əminliyi
ifadə edir, amma birinci halda nəticə sizin xeyrinizədir,
ikincidə isə deyil. Nəticəni əvvəldən təxmin eləmək üçün
“qüllədən” qabaqkı jestlərə baxın.

Nəticə

Əlləriniz həmişə önünüzdədir və sizi ifşa edir –


emosiyalarınızı, münasibətinizi göstərir. Jestlərin çoxunu
öyrənmək çətindir, ancaq əl hərəkətlərini təkrarlamaqla,
məşq etməklə lazım gələndə əllərinizi kontrolda saxlamağı
öyrənərsiz. “Danışan əlləri” “oxuya” bilsəniz, özünüzə daha
çox inanarsız, özünüzü qalib kimi hiss edər, çox şahmatları
siz udarsız.

“Boşqab”
Bu jestdən adətən qadınlar (ya da homoseksuallar)
istifadə edir. Diqqəti çəkmək, özünü kişiyə göstərmək
istəyən qadın əlini əlinin üstünə qoyub, çənəsini əllərinə
dirəyir. Üzünü dik qoyulan boşqabdakı şəkil kimi nümayiş
etdirir.

Boşqab qızın üzünü göstərir, kişini məftun etmək istəyir

Bu jest neqativ deyil. Kişiylə qadının tanışlığının ilk


günlərində müşahidə olunan pozitiv hərəkətdir.

Yaltaqlanmaq, kimisə yoldan çıxarmaq istəyənlər üçün


bu jest yaşıl işıqdır.

Əlləri arxada saxlayırıqsa...


Əllərini arxada birləşdirərək, başını dik, çənəsini isə irəli
tutub gəzmək Edinburq hersoqunun və Britaniya kral
ailəsinin bir neçə başqa kişi üzvlərinin vərdişidir. Bu jest
liderlərdə, keşik çəkən polislərdə, məktəb həyətini gəzən
məktəb direktorlarında, yüksək çinli hərbçilərdə – yəni
səlahiyyət sahiblərində müşahidə olunur.

Üstünlük və arxayınlıq jesti

Arxadan və öndən

Əlləri arxada birləşdirmək üstünlük, arxayınlıq və


hakimiyyət deməkdir. Adam zərbəyə açıq orqanlarını –
ürəyini, boğazını, mədəsini və cinsiyyət üzvünü qorumur,
qorxusuz hərəkət edir (şüuraltı), qollarını arxada tutur.
Təcrübə göstərir ki, dara düşəndə, məsələn, jurnalistlər sizi
sorğu-suala tutanda, ya da cərrahiyyə otağının qarşısında
gözləyəndə əllərinizi arxanızda birləşdirsəniz, özünüzü
rahat, hətta güclü hiss edərsiz (səbəb və nəticə qanunu).
Hüquq-mühafizə orqanlarıyla işləyəndə maraqlı faktın
şahidi olmuşuq: silah gəzdirməyən məmurlar bu jestdən
tez-tez istifadə edirlər (çox vaxt irəli-geri yellənib pəncə
üstə qalxaraq bir az da hündür görünməyə çalışırlar).
Amma silah gəzdirənlərdə bu jest nadir hallarda müşahidə
olunur, onlar əllərini yanlarında – silaha yaxın saxlayır, ya
da baş barmaqlarını kəmərə keçirməyi üstün tuturlar. Silah
məmura o qədər güc və hakimiyyət verir ki, əlləri arxada
birləşdirməyə – hakimiyyəti jestlə sərgiləməyə ehtiyac
qalmır.

Əlləri arxada iki cür saxlamaq olar: əlləri birləşdirərək;


bir əllə o biri qoldan tutaraq. Bu jestlər fərqli emosiyaları
ifadə edir. Əllərin birləşməsi üstünlük və arxayınlığın
göstəricisidirsə, bir əllə o biri qoldan yapışmaq dilxorluğun,
qəzəbin və özünə nəzarət cəhdinin ifadəsidir. Əl o biri qolu
ya biləkdən, ya da bir qədər yuxarıdan sıxır, bununla sanki
qolu qaçmağa, artıq hərəkət etməyə qoymur.

Əl biləkdən
yapışıb

İnsan nə qədər qəzəbli olarsa, qolunu bir o qədər


yuxarıdan sıxar, yəni özünü kontrolda saxlamaq üçün daha
çox cəhd edər. “Özünü ələ al” ifadəsi bəlkə də bu jestə görə
yaranıb.

Əl qolun

yuxarısından yapışıb
Biləkdən, ya qoldan tutan əli məhkəmə zalının
qarşısında, düşmən tərəflər üz-üzə gələndə, həkimi
gözləyən pasiyentlərdə, müştərinin qəbul otağında
dayanmış satış menecerlərində görmək olar. Bu, qəzəbi,
qorxunu və narahatlığı ört-basdır eləmək cəhdidir. Belə
dayandığınızı görsəniz, duruşunuzu dəyişin, əllərinizi
arxada iç-içə saxlayın, özünüzü daha rahat, arxayın hiss
edərsiniz.

Baş barmaq

Əl falında da baş barmaq güclü xarakterin, eqoizmin


göstəricisidir. Eləcə də baş barmaqla bağlı jestlər adamın
özü haqda yüksək fikirdə olduğunu, dominantlığı,
üstünlüyü və hakimiyyəti, bəzən inad və tərsliyi, hətta
aqressiv münasibəti ifadə edir. Baş barmaq jestləri ikinci
dərəcəli jestlərdir, adətən jestlər “dəstəsinin” bir hissəsi
kimi, özünü göstərən kişilərdə müşahidə olunur. Məsələn,
ondan xoşu gələn qadınların arasında olan, ya da xüsusi
geyimdə, formada gəzən kişilər baş barmaqlarını açıqda
saxlayırlar.

Baş barmağını göstərən adamlar çox vaxt həm də irəli-


geri yellənib pəncə üstə qalxaraq daha uca görünməyə
çalışırlar. Aşağı statuslu adam, səfil, ya dilənçi belə
dayanmaz.

Baş barmaq cibə girmir

Bu jest özünü başqalarından artıq hesab edən,


üstünlüyünü hiss edən adama məxsusdur. Şahzadə
Çarlzın sevimli jestlərindəndir, onun özünə arxayınlığını
göstərir.

İdarə müdirləri də idarəni gəzəndə əllərini ciblərinə


qoyub, baş barmaqlarını bayırda saxlayırlar. Müdir
olmayanda onu əvəz­ləyən şəxs də belə eləyir. Amma
müdirin qarşısında bu cür dayanmağa işçinin cəsarəti
çatmaz.
Olduğu kimi görünməyən, fik­­rindəkinin əksini deyən
adamlar baş barmağı daha aydın gös­tərirlər. Məsələn,
vəkil hakim­lərə tərəf dönüb, zəif və yumşaq səslə sözə
başlayır: “Xanımlar və cənablar, təvazökarlıq edərək
bildirim ki...” “Təvazökar” vəkil eyni zamanda yuxarıdan
aşağı baxmaq üçün başını dik tutur, baş barmağını da düz
saxlayırsa, məhkəmə zalındakılar onun heç də səmimi
olmadığını hiss edəcəklər.

Vəkil doğrudan da təvazə və itaət göstərmək istəsəydi,


hakimlərə əlləri və mantiyasının yaxası açıq vəziyyətdə
yaxınlaşar, təzim edərdi.

....................................................................

“Ağıllı və səmimi adama bənzəyirsiz” – vəkil təkəbbürlə


dedi.

“Mən də sizin haqqınızda eyni şeyləri demək istərdim,


şahid cavab verdi, amma məhkəmə qarşısında and


içmişəm!”
....................................................................

Baş barmaqlar bəzən şalvarın arxa ciblərindən çıxır,


(şəklə baxın) sanki danışan dominantlığını gizlətməyə
çalışır. Altmışıncı illərə kimi, şalvar geyinənə və
cəmiyyətdə daha yuxarı mövqe tutana qədər qadınlar baş
barmaq jestlərindən nadir hallarda istifadə edərdilər.

Baş barmaqlar hakimiyyəti və özünə arxayınlığı

büruzə verir

Ən çox istifadə olunan “jest dəstələrindən” biri də


çarpaz qollar, dik barmaqlardır. İki şeyi – ehtiyatı və
neqativ münasibəti (çarpaz qollar), eyni zamanda
üstünlüyü (dik dayanan baş barmaqlar) ifadə edir. Əllərini
qoynuna qoyub, baş barmaqlarını dik saxlayaraq danışan
adamlar fikirlərini həmin barmaqla vurğulayır, ayaq
pəncələri üstə qalxır, irəli-geri yellənirlər.
Özünü üstün bilir,

eyni zamanda

“bağlı saxlayır”

Birini lağa qoyanda baş barmaqla göstərir, hörmətsizik


edirlər. Məsələn, dostuna tərəf əyilən kişi baş barmağıyla
xanımını göstərib: “Bütün günü deyinir” – deyirsə, onu ələ
salır, mübahisəyə təhrik edir.

“Bütün günü söylənir”


Bu jest qadınları çox acıqlandırır (xüsusilə kişilərin
hərəkəti). Qadınlar yalnız xoşlamadıqları adamı, həm də
nadir hallarda baş barmaqla göstərirlər.

Nəticə

Min illərdir ki, baş barmaq güc və hakimiyyətin rəmzi


kimi istifadə olunur. Roma imperiyası dövründə qladiatorun
ölümünə fərman verəndə baş barmağı aşağı salır, sağ
qalması üçün yuxarı tuturdular. Baş barmaqla bağlı jestlər
haqda xüsusi məlumatı olmayan adamlar da jestin
mənasını intuitiv olaraq başa düşürlər. Siz isə indi bu
jestləri həm anlayır, həm də istifadə qaydalarını da bilirsiz.

7-ci fəsil
MÜNASİBƏTİN VƏ YALANIN ƏLAMƏTLƏRİ

Əl-üz jestləri

Bill Klinton məhkəmə qarşısında.

Sizcə o, nə fikirləşir?

Təsəvvür eləyin ki, ünsiyyətdə olduğunuz hər kəsə


yalnız və yalnız həqiqəti deyirsiz, sizcə, nə olar?
Ağlınızdan keçəni dilinizə gətirsəniz, nə baş verər?
Məsələn:

Səhər rəisi görürsüz: “Sabahınız xeyir, kütbeyin rəis!”

Kişi qadın müştərisinə deyir: “Əməkdaşlığa görə


təşəkkür edirəm, onu da deyim ki, sizin çox gözəl döşləriniz
var!”

Qadın qonşu kişiyə: “Köməyə görə sağ olun. Sizin


“aşağı yarımkürələriniz” nə qəşəngdir. Əcəb bərkdir.
Amma bu saçlarınızı hansı lənətə gəlmiş kəsib?”
Qayınananıza: “Sizi görməyimə şadam, qoca yarasa!”

Qadın: “Bu don məni çox kök göstərir?” – deyə


soruşanda nə cavab verirsiz? Kişisizsə, sizə xeyir eləyəni
– onun yaxşı göründüyünü deyərsiz. Amma fikrinizdən
keçən yəqin ki, başqa şeydir: “Səni kök göstərən don deyil,
içəri ötürdüyün tort və dondurmalardır”.

Ancaq yalnız ürəyinizdən keçənləri desəniz, tək qalmaq


bir yana, ömrünüzü ya xəstəxanada, ya da həbsdə başa
vurarsız. Yalan bizim qarşılıqlı əlaqələrimizə “yağ sürtür”,
sosial münasibətlərimizi qoruyub saxlamağa kömək edir.
Əlbəttə, söhbət ətrafımızdakıları narahat eləməmək üçün
dediyimiz “kiçik yalan”dan gedir. Yəqin razılaşarsız ki, çox
adam acı həqiqətdənsə “kiçik yalan” eşitmək istəyər. Kiçik
yalançılar həmişə düz danışanlardan hörmətlidirlər, yalan
dediklərini bilsək də. Kimisə qəsdən, öz mənafeyini
güdərək aldatmaq üçün deyilən yalansa “böyük yalan”dır.

Yalan
Yalan da bütün başqa fikirlər kimi söz və jestlə ifadə
olunur. Amma sözlərin yalan olduğunu müəyyən etmək
asan deyil, çünki adam dediyi sözləri seçə bilir, uzağı bir
neçə dəfə məşq edib lazımi sözləri lazımi tonda səsləndirir.
Yalanın üstünü açmaq istəyirsizsə, sözlərə yox, jestlərə
inanın. Jestlərə nəzarət etmək çətindir, ya da heç mümkün
olmur, onlar avtomatik hərəkətlərdir. Həm də yalan
danışan adam, emosional vəziyyətindən irəli gələrək, daha
çox jest edir.

Amhersdəki Massaçusets Universitetindən Robert


Feldman araşdırmasına 121 cütlüyü cəlb edib. Cütlükləri
üç qrupa ayırıblar və hər cütlük bir nəfərlə danışıb. Birinci
qrupa tapşırıq verilib ki, söhbət zamanı qarşıdakına xoş
gəlməyə çalışsınlar. İkinci qrup sanballı, üçüncü necə var
elə görünməyə çalışıb. Sonra bütün iştirakçılar söhbətlərin
videosuna baxıb, dedikləri yalanları qeyd ediblər. Bəzi
yalanlar “kiçik” olub, məsələn, kimsə xoşlamadığı adamı
xoşladığını deyib. “Böyük” yalan danışanlardan biri məşhur
rok qrupunun üzvü olduğunu bildirib. Feldmanın qeydləri
göstərib ki, onun araşdırmaya cəlb etdiyi adamların 62%-i
hər on dəqiqədə iki-üç yalan danışıb. “Amerikanın həqiqəti
dediyi gün” kitabının müəllifi Ceyms Paterson 2000
amerikalıdan müsahibə alıb, suallara cavab verənlərin
91%-i həm evdə, həm də işdə ara-sıra yalan danışdığını
deyib.

....................................................................

Ən yaxşısı, sözün düzünü deməkdir, əlbəttə,

əgər siz “fövqəladə” istedada malik yalançı deyilsizsə.

C.K.Cerom

....................................................................

Kiminsə yalan danışdığını, ya “söhbəti fırlamaqla” vaxt


öldürdüyünü, ya da birinə qiymət verməklə məşğul
olduğunu hardan bilmək olar? Jest və mimikalardan!
Onlarla tanış olsanız, əla müşahidə qabiliyyətinə
yiyələnərsiz. Bu fəsil məhz adamı ələ verən jestlər
haqdadır. Gəlin əvvəl yalanın əlamətlərindən danışaq.
Üç müdrik meymun

Bu üç meymun pisi görmək, pisi eşitmək və pisdən


danışmaq istəməyənlərin rəmzidir. İnsanın bütün əl-üz
jestləri bu sadə jestlərin əsasında formalaşıb. Başqa sözlə
desək, biz yalan danışanda, yalanı eşidəndə və ya
görəndə ağzımızı, qulaqlarımızı tutmaq, gözlərimizi
bağlamaq istəyirik, nəticədə müxtəlif jestlər edirik.

Eşitmirəm, görmürəm, danışmıram

Adam bəd xəbəri eşidəndə, ya da dəhşətli hadisənin


şahidi olanda əllərilə bütün üzünü, qulaqlarını tutmağa
çalışır, elə bil dəhşəti görməyinə, eşitməyinə mane olmaq
istəyir. 2001-ci il, sentyabrın 11-də təyyarələrin
Amerikadakı ticarət mərkəzlərinə çırpılması xəbərini
eşidənlərdə ən çox bu jestlər müşahidə olunurdu.

Əvvəldə bu haqda danışmışdıq, uşaqlar daha aydın əl-


üz jestlərindən istifadə edirlər. Yalan danışan uşaq əlini
ağzına aparıb dodaqlarının üstünə qoyur, sanki yalan
sözün ağzından çıxmasına mane olur. Valideynin
danlağını, qışqırığını eşitmək istəməyəndə qulaqlarını
tutur. Nədənsə qorxanda, görmək istəmədiyi şeyi görəndə
üzünü əlləri, ya da qolları ilə qapayır. Adam yaşlandıqca
əl-üz jestlərinin sürəti artır, jestlər nəzərə çarpmır, amma
olur! İnsan yalan danışanda da, nəyisə gizlədəndə də,
yalana şahid olanda da jest edir, üzünün ifadəsi dəyişir.

Nəyisə şişirdəndə, şübhə və tərəddüd edəndə də əl-üz


jestləri görünür. Desmond Morris tibb bacılarıyla
eksperiment aparıb. Təlimata əsasən bir neçə tibb bacısı
xəstələrə səhhəti haqda doğru, bir neçəsi isə yalan
məlumat verib (pasiyentlərə eksperiment barədə
xəbərdarlıq edilib). Yalan danışan tibb bacılarının jestləri
daha çox olub. Yalan danışan adam həm də tez-tez
udqunur. Bu hərəkət kişilərdə daha yaxşı müşahidə olunur,
çünki onların hülqumu var (Adəm alması genişdir).
....................................................................

“O qadınla cinsi münasibətim olmayıb” –

deyə dövlət xadimi əlini burnuna çəkib udqundu.

....................................................................

Kitabın əvvəlində dediyimiz kimi, hər bir jesti ayrılıqda


öyrənirik. Amma bu o demək deyil ki, jestlər həmişə eyni
mənanı daşıyır. Sözlərin əsl mənası cümlədə məlum
olduğu kimi, jestlər də jest “dəstəsinə” görə yozulur. Əl-üz
jestindən istifadə edən hər adamı yalançı adlandırmaq
olmaz. Qarşınızdakının nəyisə ört-basdır eləməyə
çalışdığını düşünürsüzsə, bütün jestləri izləyin ki,
gümanınızda yanılıb-yanılmadığınızı biləsiz. Bir sözlə, əl-
üz jestini ayrılıqda dəyərləndirmək düzgün deyil.

Heç bir əl-üz jestindən istifadə olunmursa, amma


qarşınızdakının üzündəki ifadə, mimika onun yalan
danışdığını deyirsə, öyrənəcəyiniz başqa jest “dəstələri”
sizə yalanın üstünü açmağa kömək edəcək.

Həqiqət adamın üzündədir...

Adamın yalan danışdığı daha çox üzündə görünür.


Nəyisə gizlətməyə çalışanda gülümsəyirik, başımızı
yellə­yir, gözlərimizi qırpırıq. Amma bədən dili – jestlər
həqiqəti deyir və bu jestlər üzümüzdəki mimikaya uyğun
gəlmir. Seçdiyimiz mimikadan asılı olmayaraq, üzümüz
emosiyalarımızı, əsl münasibətimizi göstərir. Yalanı
gizlətmək istəyən kimi, ya da ağlımıza bir fikir gələndə
üzümüzdə ani ifadə olur, sadəcə, biz bundan xəbərsizik.

....................................................................

Fərqli mimikalar bir-birini sürətlə əvəzləyərək

emosiyaların toqquşduğunu göstərir.

....................................................................
Kimsə əlini burnuna çəkəndə burnunun qaşındığını,
əlini çənəsinin altına qoyanda bizimlə maraqlandığını
güman edirik. Halbuki boğaza yığdığımız adam da bu
hərəkətləri eləyə bilər. Bir dəfə analığı ilə yaxşı dolandığını
deyən, bu haqda danışan kişini lentə aldıq. Hər dəfə
analığının adını çəkəndə bu adamın üzünün sol tərəfində
bircə anlıq istehza görünürdü. Bu bir anlıq təbəssüm bizə
onun əsl hissləri haqda çox şey deyirdi.

Qadınlar kişilərdən bacarıqlıdırlar.

Bu həqiqətdir

“Kişi niyə yalan danışır, qadın niyə ağlayır?” (“Orion”


nəşriyyatı) kitabımızda bu haqda danışmışdıq. Qadınlar
emosiyaları “oxuya” bildikləri üçün yalan danışmaqla
ətrafdakıları idarə edə bilirlər. Bu xüsusiyyət hətta körpə
qızlarda müşahidə olunub. Onlar başqa çağalara
qoşulmaq xətrinə ağlamağa başlaya, sonra bütün uşaqları
göz yaşına qərq eləyənə qədər ağlayarlar. “Telepatiya”
kitabının müəllifi Sancida O’Konnel beş ay tədqiqat aparıb,
insanın yalanı necə danışdığını müşahidə edib və görüb ki,
qadınlar yalan danışmaqda kişilərdən bacarıqlıdırlar. Həm
də qadınların yalanı dolaşıq və qəliz olur, kişilərinki sadə.
Məsələn, kişi qadına zəng etməməyinin səbəbini
açıqlayanda, sadəcə, “telefonumun batareyası
sönmüşdü”, gecikəndə isə “avtobusa çatmadım” – deyir.

O’Konnel belə qənaətə gəlib ki, insanlar cazibədar


adama daha çox inanırlar. Yəqin buna görə Con F.
Kennedi və Bill Klinton kimiləri uzağa gedə bilmişdilər.

Yalan danışmaq niyə çətindir?

3-cü fəsildə qeyd etdiyimiz kimi, çoxları elə bilir ki, yalan
danışan adam mütləq gülümsəyir, amma təcrübə bunun
əksini göstərir. Yalan danışanda insanın şüuraltı beyni
avtomatik işə düşür, deyilən sözlərdən asılı olmayaraq
fəaliyyət göstərir, bədən hərəkət etməyə başlayır və bizi
ələ verir. Ona görə də nə deyir desin, yalana alışmayan
adamın yalanını tez tuturlar. Belə adam yalanı səsləndirən
kimi özünü fərqli aparır, dediklərinə və özünə yad
hərəkətlər edir, nəticədə həqiqəti demədiyi hiss olunur.
Peşəkar yalançılar – siyasətçilər, vəkillər, aktyorlar,
aparıcılar və başqaları öz bədən hərəkətlərinin, jestlərinin
üzərində o qədər işləyirlər ki, onların yalanını tutmaq
olmur, camaatı tora sala bilirlər.

Buna iki yolla nail olurlar. Birincisi, deyəcəkləri yalana


uyğun jestləri məşq edirlər. Amma bu, uzun müddət və
xeyli yalan danışmış adamlarda alınır. İkincisi, heç bir jest
etmirlər (nə neqativ, nə də pozitiv). Yəni yalan danışan
adam bədən hərəkətlərini – jestlərini minimuma endirir. Bu
da çətindir.

....................................................................

Aktyor kimi məşq edərsə, istənilən yalançı

qarşısındakını inandıra bilər.

....................................................................
Siz də özünüzü sınaya bilərsiz. Məsələn, kiminsə
üzünə yalan deyin, eyni zamanda bədən hərəkətlərinizi
məhdudlaşdırmağa çalışın. Əsas jestlərin qarşısını almaq
mümkündür, amma saysız-hesabsız mikro siqnallar
ötürülür: üz əzələləri dartılır, göz bəbəkləri genişlənir, ya
yığılır, yanaqlar qızarır, adamı tər basır və s. Adi vaxtda
adam gözünü dəqiqədə 10 dəfə qırpır, yalan danışanda
dəqiqədə 50 dəfəyə qədər kirpik çala bilər. Videolara sürəti
azaldaraq baxanda görürük ki, bu mikro siqnallar hamının
üzündə bir anlığa peyda olur, onları yalnız peşəkar
jurnalistlər, satış menecerləri və jestləri “oxumağı” bacaran
başqa perspektivli adamlar görürlər.

Bu o deməkdir ki, yalana inandırmağın ən yaxşı yolu


gözə görünməməkdir.

Məsələn, bağlı qapı arxasından danışanda, telefonla,


ya da sosial şəbəkədən yalana inandırmaq mümkündür.
Stolun arxasında oturaraq, ya da hasardan boylanaraq
yalan danışmaq bir o qədər çətin deyil, çünki bədənin
yarısı görünmür. Yəqin ona görə dindirilən adamı boş
otaqda oturdur, üstünə işıq salırlar. Bu vəziyyətdə sorğu-
suala tutulanın bütün bədən hərəkətlərini müşahidə etmək,
yalan deyib-demədiyini anlamaq asandır.

Yalan danışanda ən çox istifadə

etdiyimiz səkkiz jest

Ağzımızı bağlayırıq.

Şüuraltı beyin yalan sözün ağızdan çıxmasına mane


olmaq istəyir və əlimizlə ağzımızı qapayırıq. Bunun üçün
bir neçə barmağımızı, ya da bütün əlimizi ağzımıza
aparırıq.

Ağzımızı bağlayırıq
Bəzən yalan danışan adam öskürürmüş kimi hərəkət
edərək, əliylə ağzını tutur, bununla jestinin səbəbini ört-
basdır eləmək istəyir. Cinayətkar və qanqster rolunu
oynayanda aktyorlar bu jestdən tez-tez istifadə edirlər,
başqa qanqsterlə danışanda, polis onları dindirəndə
əllərini ağızlarına aparırlar ki, tamaşaçı onların dürüst
olmadığını hiss etsin.

Danışan adam ağzını tutursa, onun yalan dediyini


anlayırsız. Həmsöhbətiniz ağzını siz danışanda
bağlayırsa, deməli, o sizin yalan dediyinizi, nəyisə
gizlətdiyinizi düşünür. Perspektivli natiqi narahat edən
şeylərdən biri danışdığı zaman kiminsə öz ağzını
bağlamasıdır. Belə olanda auditoriyanı tərpətmək lazımdır:
“Sualı olan varmı?”, ya da “Görürəm, kimsə fikrimlə razı
deyil, suallarınızı verin!” demək olar. Bu dinləyicilərə öz
şübhələrini açıq şəkildə söyləməyə və natiqə isə öz
çıxışının müəyyən məqamlarını dəqiqləşdirməyə və
sualları cavablandırmağa imkan verəcək.
Bəzən adam ağzını bircə barmağıyla tutur (barmaq
dodağa perpendikulyar vəziyyətdə).

Məsələ burasındadır ki, uşaq olanda bizi sakitləşdirən


böyüklər bu jestdən istifadə ediblər, “şşşş”, “sakit!”,
deyiblər. İndi biz hisslərimizi gizlədəndə belə edirik, sanki
özümüz özümüzü susdururuq.

Balaca olanda valideynlərinizdə, ya tərbiyəçilərinizdə

gördüyünüz bu jest indi sizin repertuarınıza daxil ola


bilər

Bu jest nəyinsə gizlədildiyinə işarədir.

Burnumuza toxunuruq.

Hərdən adam danışanda əlini bir neçə dəfə burnunun


altına sürtür, bəzənsə bircə dəfə, cəld hərəkətlə, nəzərə
çarpmadan burnunun ucuna toxunur. Qadın daha yumşaq
hərəkət edir, yəqin ki, makiyajını pozmamaq üçün burnuna
sanki ani sığal çəkir.

Burnumuza toxunuruq

Bu jesti ayrılıqda qiymətləndirmək olmaz, başqa jestləri


də, şəraiti də nəzərə almaq lazımdır. Soyuq dəymiş,
nəyəsə allergiyası olan, tez-tez asqıran adamlar da belə
edirlər.

Çikaqoda Qoxu və Dadbilmə orqanlarının Müalicəsi və


Araşdırılması Mərkəzindəki alimlər aşkar ediblər ki, insan
yalan danışan zaman burnunda katexolamin adlanan
maddə ifraz olunmağa başlayır və bu maddə burunun
içindəki toxumaların şişməsinə səbəb olur. Qanın axınını
göstərən xüsusi kameralardan istifadə etməklə alimlər
yalan danışan adamın qan təzyiqinin artdığını
müəyyənləşdiriblər. Qan təzyiqinin artması da burunu
genişləndirir. Deməli, yalan danışan adamın burnu
həqiqətən böyüyür, buna “Pinokio effekti” deyilir.

Mənim o qadınla cinsi münasibətim olmayıb

Qan təzyiqi burnu şişirtdiyi üçün burun gicişir və adam


əlini burnuna çəkir, qaşınan nöqtələrə toxunur. Baxanda
burnun şişdiyini görmək çətindir, amma yalan danışanda
əlimizi burnumuza çəkməyimizin səbəbi budur. Adam
dilxor, ya narahat olanda, tikan üstdə qalanda, hirslənəndə
də belə eləyir.

Amerikalı nevropatoloq Alan Hirş və psixiatr Çarlz Uolf


Bill Klintonun məhkəmədə Monika Levinskiylə bağlı
çıxışını ətraflı analiz ediblər. Onlar deyir ki, Klinton sözün
düzünü deyəndə burnuna nadir hallarda toxunurmuş.
Yalan danışanda isə əvvəl bir anlığa qaşlarını çatır, sonra
hər dörd dəqiqədən bir əlini burnuna atırmış. Ümumi çıxışı
zamanı Klinton burnuna 26 dəfə toxunub.

Bədəni kameralarla müşahidə edərkən görüblər ki,


yalan danışan kişinin cinsiyyət orqanı da böyüyür, çünki
qan təzyiqi artır. Məhkəmədə Klintonun şalvarını çıxarmaq
mümkün olsaydı...

İttihamçı: “Cənab Klinton, cücə yolu niyə keçib?”

Klinton: “Nə demək istəyirsiz? Cücə deyəndə nəyi


nəzərdə tutursuz, açıqlayın, zəhmət olmasa. Özü də mən
o cücəylə yol keçməmişəm”.
Burnumuzu qaşıyırıq

Burun gicişəndə adam əlini burnuna sadəcə


toxundurmur, onu əməlli-başlı qaşıyır, ya da sürtür.

Təkcə yalan danışanda yox, qarşımızdakının nəyisə


gizlətdiyini hiss edəndə də əlimizi burnumuza aparırıq. Bu
jesti başqa jestlərə uyğunlaşdırmağa ehtiyac yoxdur,
dediyini elə təklikdə deyir və adətən sözlərə zidd məna
daşıyır.

Gözümüzü ovxalayırıq

Müdrik meymunlardan biri “görmürəm” deyirdi. Uşaq bir


şeydən qorxanda, nəyisə görmək istəməyəndə əlləri, ya da
bir əliyə gözlərini bağlayır. Böyüklər də nəyəsə baxmaq
istəməyəndə gözlərini ovxalamağa, qaşımağa başlayırlar.
Bununla beyin gözləri bağlamağa cəhd edir, yalanı, pisliyi,
onu aldadanı, etibar etmədiyi adamı görmək istəmədiyini
bildirir.
“Mən bunu görmək istəmirəm”

Qadınlar bu jestdən nadir hallarda istifadə edir, çox vaxt


yüngülcə gözün altına toxunurlar. Çünki əvvəla, qızlar,
qadınlar kobud jest etmir, ikincisi, makiyajlarını pozmaq
istəmirlər. Qadın qarşısındakını görmək istəməyəndə
adətən baxışlarını yayındırır, başqa səmtə baxır.

Aktyorlar qeyr-səmimiliyi ifadə etmək məqsədiylə bu


jesti edirlər. Bəzi mədəniyyətlərdə düşündüyün kimi
danışmaq “eyib” sayıldığı üçün (məsələn, həmişə
“nəzakətli” olmağa çalışan ingilislərdə) əl-göz jestindən
çox istifadə olunur.

Qulağımızdan yapışırıq
Təsəvvür edin ki, kiməsə qiymət oxuyursuz: “Cəmi 300
manata verirəm”. Həmin adam qulağından yapışır, ora-
bura baxır və “İndi bu alış-veriş kimin xeyrinədir?” – deyə
sual verir.

“Mən bunu eşitmək istəmirəm”

Qulaqdan yapışmaq eşitmək istəməmək cəhdidir.


Adə­tən valideynlərinin danlağından təngə gələn uşaq
əllərilə qulaqlarını yumur. Eşitdiyi sözlərə qulaq yummaq
istəyən böyük isə əlini qaldırıb qulağının ətrafında,
üzərin­də gəzdirir, sırğalığından yapışır.

Əl-qulaq jestinin müxtəlif versiyaları var. Adam var ki,


danışanda qulağının dibini qaşıyır, adam var, barmağını
qulağına salıb-çıxarır, ya sırğalığını dartır. Adam da var ki,
bütün qulaq seyvanını bükür, elə bil qulaq deşiyini qulağın
ətrafıyla bağlamaq istəyir.

Qulaqdan yapışmaq həm də adamın dinləməkdən


yorulduğunu, yaxud danışmaq istədiyini göstərə bilər.
Bəzənsə burnumuz kimi, qulağımıza da sadəcə narahat
olduğumuz üçün toxunuruq. Şahzadə Çarlz həmişə
adamla dolu otağa girəndə və ya kütlənin qarşısından
keçəndə əlini ya burnuna, ya da qulağına atır. Amma
şahzadənin maşınında oturub burnuna-qulağına
toxunduğunu əks elətdirən foto, yaxud video görməmişik.

İtaliyada kimsə zərifliyini, ya da homoseksual olduğunu


bildirmək üçün qulağından yapışır.

Boynumuzu qaşıyırıq

Hərdən danışanda şəhadət barmağımızla (çox vaxt


yazı yazan əlimizlə) boynumuzun sırğalıqdan aşağı
hissəsini qaşıyırıq. Bu jest şübhə və tərəddüdün ifadəsidir,
məsələn, “Əmin deyiləm”, “İnanmıram” deyən adama
xasdır.
Tərəddüdü bildirir

Deyilən sözlərə uyğun gəlməyəndə bu jest diqqəti daha


çox çəkir. Tutaq ki, kimsə kiməsə: “Sizi başa düşürəm,
təsəvvür edirəm nələr keçirirsiz” – deyir, eyni zamanda
boynunu qaşıyır. Aydındır ki, həmin adam bunları sözgəlişi
deyir, əslində həmsöhbətini anlamır.

Müşahidələrimiz göstərir ki, hər bir adam danışanda


orta hesabla beş dəfə boynunu qaşıyır. Maraqlıdır ki,
beşdən aşağı, ya yuxarı rəqəm nadir hallarda müşahidə
olunur.

Yaxalığı dartırıq
Desmond Morris aşkar edib ki, yalan danışanda
adamın üz və boyun toxumalarında yüngül ağrı, sancmalar
olur. Özümüzdən asılı olmadan sancan yeri qaşımağa,
sürtməyə başlayırıq (boynumuzu da buna görə qaşıyırıq).
Üstəlik, qarşısındakını aldadan, ya da yalanının
tutulduğunu hiss edən adamı tər basır. Qaşınma və
tərləmə adamı paltarının yaxasını dartışdırmağa məcbur
edir.

Yaxalıq adamı sıxır

Kiminsə belə elədiyini görəndə: “Bu dediyinizi təkrar


edə bilərsinizmi?”, yaxud “Zəhmət olmasa fikrinizi bir az
aydın izah edə bilərsinizmi?” – deyə sual verin. Sualınız
sizi aldatmağa çalışan adamın özünü yığışdırmasına
səbəb ola bilər.

Dilxor olmuş, acıqlanmış adam da paltarının sinəsini


açır, sərinləmək, hava almaq istəyir.

Barmağımızı ağzımıza salırıq

Bu şüuraltı hərəkətdir, təzyiq hiss edən adamın


uşaqlığına qayıtmaq – süd əmdiyi dövrdəki kimi
təhlükəsizlikdə olmaq cəhdidir. Uşaq anasının döşü
əvəzinə baş barmağını, yorğanının ucunu sora bilər. Böyük
isə barmağını, siqareti, qələmini, ya da eynəyinin uclarını
ağzına aparır, yaxud saqqız çeynəyir.

Sakitləşmək, arxayın olmaq lazımdır

Əl-üz jestlərinin çoxu yalanla bağlıdır. Amma barmağı


ağıza salmaq daxili tələbatın, sakitləşmək, arxayınlaşmaq
istəyinin zahiri ifadəsidir. Belə adamı inandırmaq, ona dəlil-
sübut göstərmək, təminat vermək lazımdır.

Jestlər münasibətimizi bildirir

Yaxşı natiq auditoriyanı duyur, qarşısındakıların onun


dedikləriylə maraqlanıb-maraqlanmadığını, yorulub-
yorulmadığını vaxtında hiss edir. Yaxşı satış meneceri isə
müştərinin damarını tutmağı bacarır.

Təsəvvür edin ki, auditoriyaya nə isə göstərirsiz,


nə­yinsə haqqında danışırsız. Hamı sakitcə oturub tamaşa
edir, kimsə uzağı bir-iki kəlmə deyib “maraqlandığını”
bildirir. Bir qəribə boşluq yaranar, elə deyilmi?

Yaxşı ki, jestlər var! Bir neçə “əl-yanaq” və “əl-çənə”


jesti haqda məlumatınız olsa, qarşınızdakıların sizə
münasi­bətini sözsüz də bilərsiz. Bu jestlər termometr
kimidir, sizə münasibətin nə dərəcədə soyuq, ya da isti
olduğunu göstərir.
Yorulduq və bezdiksə...

Sizə qulaq asan adam əlini çənəsinin altına qoyursa,


bilin ki, yorulub, sizi dinləməkdən bezib, danışdıqlarınız
onun üçün maraqlı deyil. Adam əliylə başını dik saxlamağa
çalışır, yoxsa başı “düşər” və yatar.

Əl yıxılıb yatmaq

istəyən başı saxlayır

Jestə baxaraq adamın nə dərəcədə yorulduğunu


müəy­yən etmək asandır. Bu jest adətən baş barmağı
çənəyə dirəməklə başlayır. Maraq azaldıqca ikinci barmaq
– şəhadət barmağı da işə qarışır. Maraq son dərəcəyə
çatanda adam şəkildəki kimi bütün əlini çənəsinin altına
verir. Maraq tam öləndə hər iki əl çənəni altında dayanır.
Hətta xorultu səsi eşidə bilərsiz.

Çoxları elə bilir ki, barmaqları masaya taqqıldatmaq,


ayaqları dayanmadan yerə döymək də yorğunluğun
əla­mə­tidir. Ancaq bu hərəkətlər, sadəcə, adamın
hövsələ­sizliyinin göstəricisidir. Çıxış etdiyiniz auditoriyada
belə “hövsələsiz” varsa, strateji addım atın – onu söhbətə
çəkin ki, ətrafdakıları narahat etməsin. Həm hövsələsizliyi,
həm də yorğunluğu ifadə edən auditoriya sizə “çıxışınızı
bitirin” – deyir.

....................................................................

“Siz yuxuda da danışırsız?” – deyə biri natiqdən


soruşur.

“Yox” – natiq cavab verir.

“Onda, zəhmət olmasa, mənim də yuxumda


danışmayın”.

....................................................................
Barmaqları və ayaqlarını döyəcləyənin hərəkət sürəti
onun hövsələsinin həcmindən asılıdır. Adam nə dərəcədə
səbirsizdirsə, hərəkət sürəti bir o qədər çox olur.

Marağı ifadə edən jestlər

Qarşısındakını analiz edən, ona qiymət verməyə


çalışan insan yumruğunu çənəsinə, ya da yanağına
söykəyir, çox vaxt şəhadət barmağını dik tutur. Maraq
itirsə, amma həmin adam nəzakət xətrinə hələ
“maraqlandığını” bildirmək istəyirsə, əlinin yerini dəyişir:
çənəsini ovcunun içinə dayayır, beləliklə, başını saxlayır –
yorulduğunu hiss etdirir.
Maraq var – baş özü-özünü saxlayır, əl çənəyə
söykənib

Çox vaxt orta səviyyəli menecerlər müdirə qulaq


asanda belə edirlər, yorucu nitqdən bezsələr də, müdiri
guya maraqla dinlədiklərini göstərirlər. Amma maraq
azaldıqca və əl yerini dəyişdikcə müdir vəziyyəti başa
düşür, işçilərin səmimi olmadığını, yaltaqlandığını hiss
edir.

Marağı ifadə edən əl başa dayaq durmur, başa


söykənir. Şəhadət barmağı dik dayansa da, baş barmaq
çənəni saxlayırsa, münasibət neqativdir. Yəni belə
dayanıb dinləyən adam danışanla razılaşmır. Hərdən
adam şəhadət barmağıyla gözünün ətrafına dəyir, dərisini
dartır – neqativ münasibət davam edir.
Neqativ fikirdəyik

Çox vaxt bu jestin də marağı ifadə etdiyini düşünürlər.


Amma çənəyə dayaq duran baş barmaq həqiqəti göstərir.

Əvvəl də qeyd etdiyimiz kimi jestlər adamın fikrinə təsir


edir. Yəni adam əlini çənəsinin altında nə qədər çox
saxlayarsa, tənqidi münasibəti bir o qədər çox çəkər. Bu
jestləri görən natiq hərəkətə keçməli – dinləyicisini söhbətə
cəlb eləməli, ya da görüşü başa çatdırmalıdır. Dinləyicinin
əlinə nə isə verməklə onun duruşunu, nəticədə həm də
fikrini dəyişmək olar.

Yalançı

Şirkətimizdə işləmək istəyən bir əcnəbiylə söhbət


edirdik. Müsahibə aldığımız müddətdə bu adam ayaqlarını
üst-üstə aşırıb, əllərini qoynunda saxladı. Tənqidi
münasibəti bildirən jestlər edir, əllərini açmır, tez-tez ətrafa
baxırdı. Çox narahat görünürdü, amma bu narahatlığını
izah edəcək informasiya vermirdi. Ona öz ölkəsi, oradakı
işi və müdiri haqda suallar verdik. Cavabla bərabər
gözlərini döydü, o yan-bu yana baxıb, əlini tez-tez burnuna
ataraq danışdı. Eşitdiklərimizi deyil, gördüklərimizi nəzərə
alıb bu adamı işə götürmədik. Amma jestləri bizi çox
maraqlandırdığı üçün onun keçmişini öyrənmək qərarına
gəldik. Ölkəsindəki tanışlarla əlaqə saxladıq və
müsahibimizin bizi aldatdığını öyrəndik. Çox güman ki,
özümüzü yormayacağımızı – başqa bir ölkədə araşdırma
aparmayacağımızı düşünmüşdü. Bədən dilini – jest və
mimikaları bilməsəydik, yəqin ki, onu işə götürər, böyük
səhvə yol vermiş olardıq.

Çənəmizi sığallayırıq

Gələn dəfə auditoriya qarşısında danışanda diqqətli


olun. İdeyanızı, fikrinizi bildirəndə adamlara baxın,
çoxunun əlini üzünə apardığını görəcəksiz.
Prezentasiyanız başa çatanda qarşınızdakıların sizin
fikirlərinizə qiymət verməsini istəyin. Jestlər dəyişəcək,
əllər çənələri sığallamağa başlayacaq. Bu jest qərarvermə
prosesinin getdiyini göstərir.

Qərar veririk Jestin “qadın versiyası”

Qərar vermək istəyən çənəsini sığallamağa başlayır.


Elə ki qərarını qəbul edir, əlinin yerini dəyişir. Qərarın
nədən ibarət olduğunu bilmək istəyirsizsə, çənənin
sığallanmasından sonrakı hərəkətlərə baxın. Adam
qollarını çarpazlayıb, ayağını ayağının üstünə aşıraraq
arxaya oturursa, sizə “yox” dediyinə əmin ola bilərsiz. Bu
“yox”u səslənməmişdən qabaq görmək sizə üstünlük verər
– aranızdakı razılaşmaya əngəl olacaq maneəni vaxtında
aradan qaldıra bilərsiz.

Adam çənəsini sığallayandan sonra qabağa əyilir,


qollarını açıq saxlayırsa, hətta əlini sizin təklifinizin yazılı
nümunəsinə uzadırsa, hesab edin ki, “hə” almısız,
razılaşma artıq əlinizdədir.

“İlişən” jestlər

Eynək geyən adam qərar verərkən, adətən, eynəyini


çıxarır və çənəsini sığallamaq əvəzinə eynəyin bir ucunu
ağzına salaraq düşünməyə başlayır. Siqaret çəkən adam
bir qullab vurur, əlində qələmi olan qələmini, olmayan
barmağını ağzına salır. Əvvəldə dediyimiz kimi, bu jest
adamın tərəddüd etdiyini, arxayın olmadığını və arxayın
olmaq istədiyini göstərir. Qarşınızdakına “qərar ver”
deyəndən sonra onun siqaretinə, ya da eynəyinin ucuna
“ilişdiyini” görürsüzsə, əlavə dəlillər gətirin, adama təminat
verməyə çalışın ki, onu inandırasız.

Bəzən adam bir hərəkətilə həm yorğunluğunu, həm


münasibətini, həm də qərar verməkdə olduğunu göstərir.
Məsələn, şəkildəki adamın münasibətini ifadə edən əli
çənəsinə dayaq durub, eyni zamanda çənəsini sığallaya
bilər.

Münasibəti və

qərarvermə prosesini

ifadə edən jest “dəstəsi”


Bu adam yəqin ki, ona verilən təklifi qiymətləndirməyə,
nəticə çıxarmağa və qərar verməyə çalışır.

Dinləyici yorulanda əlini başına dirəyir. Şəkildəki adam


da marağı azaldığı üçün baş barmağını çənəsinin altına
verib, eyni zamanda çənəsini sığallaya bilər.

Münasibəti, yorğunluğu və qərarvermə prosesini əks


etdirən jest “dəstəsi”

Arnold Şvartsnegger fikir yürüdür, teleaparıcı isə


düşünməkdədir

Başımızı sığallayırıq, yoxsa

özümüzü şapalaqlayırıq?
Kiminsə “başağrısı” olduğunu, sizi qıcıqlandırdığını
deyəndə özünüz də bilmədən boyun əzələlərinizin
reaksiyasını nəzərdə tutursuz. Heyvanlar təhlükəni hiss
edəndə boyun nahiyəsindəki tüklərini qabardırlar ki,
ətrafdakıları qorxutsunlar. Tükləri dik saxlayan əzələ
ağrıyır. Adam da qorxanda, ya da qəzəblənən kimi
boynunda-başında ağrı əmələ gəlir, ya da sancmalar olur
və adam istər-istəməz əlini boynuna çəkir.

Boyunda ağrı var


Təsəvvür edin ki, kimdənsə nəsə xahiş etmisiz, amma
xahişinizi yerinə yetirmək yaddan çıxıb. Siz nəticəni
istəyəndə xahişi etdiyiniz adam ya alnına, ya da boynunun
ardına şapalaq vura bilər (özü-özünü döyürmüş kimi). Hər
iki jest unutqanlıqla bağlıdır. Amma əli alına vurmaqla
boyuna çəkmək arasında fərq var. Əgər həmin adam
alnına vurursa, deməli, sizdən qorxmur, bilir ki,
huşsuzluğuna görə siz onu cəzalandırası deyilsiz. Adam
boynunun arxasını şapalaqlayırsa, boyun əzələlərindəki
ağrının – təhlükəyə qarşı reaksiyanın qarşısını alır və bu
ağrını yaradan sizsiz. Daha dəqiq desək, siz bu adam üçün
“başağrısısınız”.

Nyu-Yorkdakı Danışıqlar İnstitutundan Jerar


Nierenberq aşkar edib ki, əlini boynunun arxasına tez-tez
çəkən, buna vərdiş edən adamlar neqativliyə, tənqidə
meyilli olur. Əlini alnına vuranlar daha açıq təbiətli, üzüyola
adamlardır.
Özünü vurmaqla

cəzalandırır

Əl-üz jestlərini düzgün qiymətləndirmək və anlamaq


bacarığına yiyələnmək üçün xeyli vaxt və müşahidə
qabiliyyəti lazımdır. Bu fəsildə öyrəndiyimiz jestlərdən birini
görsəniz, qarşınızdakının ağlına neqativ fikir gəldiyini
düşünə bilərsiz və haqlısız da. Amma sual yaranır:
həmsöhbətinizin beynindəki neqativ fikir nədən ibarətdir?
O sizi aldadır, yalan danışır, nəyisə gizlədir, yoxsa sadəcə,
məsələni şişirdir, ya sizdən, yaxud kimdənsə ehtiyat edir,
inanmır, arxayın deyil? Bacarmaq bu sualların cavabını
tapmaqdır. Bunun ən yaxşı yolu əl-üz jestlərindən əvvəlki
jestlərə də baxmaq və bütün jestləri vəziyyətə görə analiz
etməkdir.
Şahmatı sevən Bob niyə

uduzmağa başladı?

Bizim Bob adlı bir iş yoldaşımız var. Şahmatı çox sevir.


Bir dəfə ona oynamağı təklif edib, gizlicə videosunu çəkdik
ki, sonra bədən dilini – jestlərini analiz edək. Videoya
baxanda gördük ki, Bob oynayanda əlini tez-tez gah
qulağına, gah da burnuna çəkir. Amma o, hərəkətinə əmin
olmayanda belə edirdi. Əlimizi fiqura atanda isə Bob bizim
hərəkətimiz barədə fikrini jestləri ilə bildirirdi. Məsələn,
vuracağına əmin olanda, vurmağa hazırlaşanda əllərini
qüllə şəklində birləşdirirdi. Arxayın olmayanda, kefi
pozulanda əlini ağzına aparır, qulağını dartır, boynunu
qaşıyırdı.

Gördüklərimizi şahmat qrupumuzun o biri üzvlərinə də


danışdıq. Ondan sonra yazıq Bobu hamı udurdu. Onun
hərəkətləri elə aydın, elə ardıcıl idi ki, nə fikirdə olduğunu,
neyləyəcəyini əvvəldən bilmək mümkün idi.

Qoca Boba bu kitabdan verməmişik.


İkimənalı jestlər

Səhnələşdirdiyimiz müsahibəni lentə alırdıq. Bir sualı


verəndə müsahibimiz əlini ağzına apardı, dodaqlarının
üstünü örtdü, burnuna toxundu. Bir neçə saniyə belə qaldı.
Sonra əvvəlki vəziyyətinə qayıtdı, roluna uyğun olaraq
yenə açıq görünməyə başladı, qolları, əlləri, hətta
paltarının yaxası açıq idi. Başını dediyimizi təsdiqləyirmiş
kimi yelləyir, cavab verəndə irəli əyilirdi.

Sonra videoya baxanda ondan əlini ağzına


aparmasının səbəbini soruşduq. Müsahibimiz dedi ki, sual
səslənəndə həm pozitiv, həm də neqativ cavab haqda
düşünüb. Qarşısındakıların neqativ cavaba verəcəyi
reaksiyanı təsəvvür edəndə ağzını bağlayıb. Pozitiv cavab
haqda fikirləşəndə əllərini istər-istəməz aşağı salıb.

Yəni bu adam bizim münasibətimizə arxayın olmadığı


üçün ağzını bağlayıbmış. Belə çıxır ki, əl-üz jestlərini izah
edərkən səhvə yol vermək, səhv nəticə çıxarmaq çox
asandır.

8-ci fəsil

GÖZLƏR

Bəzi adamlar bağlı binoklla da “görür”

Gözlər həmişə güclü təsirə malik olub. Gözlər, baxışlar


insanın fikirlərini, davranışını və danışığını idarə edə bilir,
bəzən dominantlığı ifadə eləyir (“Filankəs adama
yuxarıdan aşağı baxır”), bəzən adamı yalan danışmağa
qoymur (“Gözümün içinə bax”). Üz-üzə gələndə vaxtımızın
çoxunu bir-birimizin gözlərinə baxaraq keçiririk. Çünki
məhz gözlər adamın fikirlərini olduğu kimi əks etdirir.
Birinci dəfə görüşən adamlar bir-birlərilə ilk baxışda
gördüklərinə əsasən rəftar edirlər.

Münasibəti əks elətdirən və gözlərlə bağlı olan xeyli


ifadə var: “Gözüm kəlləmə çıxdı”, “Gözümdən od çıxdı”,
“Filankəs adamı baxışıyla öldürür”, “Baxışıyla adama gəl-
gəl deyir”, “Bir baxışıyla adamın ağlını başından çıxarır”,
“Məni tərs-tərs süzdü”, “Gözlərindən cin yağır”, “Uşağı
gözdən qoymaq olmaz” və sair. Kiminsə haqqında
danışanda çox vaxt gözlərini təsvir edirik: “Yuxu gözündən
tökülür”, “Gözlərində kədər var”, “Baxışları soyuq idi”,
“Sevincindən gözləri parıldayır”, “Gözüylə adamı yeyir”,
“Gözləri (yaxud baxışı) yadımdan çıxmır”, “iri gözlər”, “qara
gözlər”, “göy gözlər” və sair. Biz bu ifadələri işlədərkən
özümüz də bilmədən həmin adamın göz bəbəyinə, bəbəyin
ölçüsünə və hərəkətinə – baxışlara əsaslanaraq danışırıq.
Məsələ burasındadır ki, bəbək şüura tabe olmadan hərəkət
edir, nəticədə insanın daxili ən çox gözlərində ifadə olunur.
Ona görə də gözlər ən dəqiq ünsiyyət vasitəsidir.

Göz bəbəyimizin ölçüsü

əhvalımızdan asılıdır
Münasibətimizdən, əhval-ruhiyyəmizdən asılı olaraq,
göz bəbəklərimiz gün ərzində müxtəlif ölçülərdə olur.
Məsələn, həyəcandan adamın bəbəyi həmişəkindən dörd
dəfə böyük ola bilər (“Həyəcandan gözləri böyüdü”).
Neqativ və qəzəbli adamın bəbəyi, əksinə, yığılır. Belə
adamı təsvir edəndə “gözləri ilan gözünə bənzəyir” deyə
bilərsiz. Bəzilərinin fikrincə, açıq rəngli gözlər daha
cazibədardır, çünki onlarda bəbəyin genişləndiyi aydın
görünür.

Muncuq gözlər İnsanı başdan çıxaran iri gözlər

Çikaqo Universitetinin Psixologiya Departamentinin


keçmiş rəhbəri Ekxard Hess pupillometriya (göz bəbəyinin
işıqda və qaranlıqda ölçülməsi) ilə məşğul olan ilk
mütəxəs­sislərdən idi. O tapmışdı ki, bəbəyin ölçüsü həm
də cinsi ehtirasa bağlıdır. Heteroseksual kişilər, eləcə də
qadınlar qarşı cinsdən cazibədar adam görəndə bəbəkləri
böyüyür, eyni cinsdən olan cazibədar adamı görəndə
bəbəkləri kiçilir.
Başqa eksperimentlər də aparılıb, iştirakçılar həm
yax­­şı, həm də pis şəkillərə baxıblar (yemək, siyasi xadim,
şikəst uşaq və müharibəni əks elətdirən şəkillər), musi­qi
dinləyiblər və nəticələr eyni olub – bəbəklərin ölçüsü
reaksiyalardan asılı olaraq dəyişib. Hess bir şeyi də
müəyyən edib, bəbək həm də beynin problemlərin həlli
istiqamətində fəaliyyətiylə bağlıdır. Adam problemin həlli
yolunu tapanda bəbəyin həcmi maksimuma çatır.

Bu qadın hansı şəkildə daha cazibədardır?

Eksperimentlərin nəticələrini biznesə tətbiq etdik.


Mə­lum oldu ki, bəbəklərin iri göründüyü şəkillər bəyənilir.
Yəni iştirakçılara eyni manekenin müxtəlif şəkillərini
göstərəndə göz bəbəklərinin geniş olduğu şəkilləri seçirlər,
manekenin belə daha qəşəng göründüyünü deyirlər.
Kosmetik məhsulların və geyimlərin reklamında
manekenlərin təsvirindən istifadə olunduğu üçün nəticələr
gəlirlərə təsir etdi. Revlonun kataloqlarındakı şəkillərdə
manekenlərin göz bəbəyini böyütməklə pomadaların
satışını 45% artırdıq.
Qadınla kişinin tanışlığının ilk günlərində gözlər xüsusi
rol oynayır. Makiyaj zamanı qadınlar gözə böyük
əhəmiyyət verir, gözlərini vurğulamağa çalışırlar. Bir kişi
qadını cəlb edirsə, qadın gözlərini, daha doğrusu,
ge­niş­lənmiş bəbəklərini ona zilləyir və kişi bu baxışların
mənasını sözsüz anlayır. Romantik görüşlər işığın zəif
olduğu məkanlarda daha maraqlı keçir. Qaranlıq olduğu
üçün göz bəbəkləri böyüyür, hər iki tərəf qarşısındakının
xoşuna gəldiyini düşünür.

Sevgililər mütləq bir-birinin gözlərinin içinə baxırlar.


Əslində onlar özləri də bilmədən göz bəbəklərinin ötürdüyü
siqnalları axtarır və genişlənmiş bəbəklər aşiqləri göylərə
qaldırır.

....................................................................

Kişi bir qadını çox bəyənir, o qədər bəyənir ki,

həyəcandan bədəninin bir hissəsi böyüyüb


həmişəkindən

az qala üç dəfə iri olur. Bu hansı hissədir?


....................................................................

Eksperimentlər zamanı məlum olub ki, pornoqrafik


filmlərə baxanda kişilərin göz bəbəkləri elə genişlənir ki,
həmişəkindən üç dəfə iri olur. Qadınların bəbəklərinin
ölçüsü ana və uşaq şəkillərinə baxanda maksimuma çatır.
Körpələrin və uşaqların göz bəbəkləri həmişə
böyük­lərinkindən iridir. Üstəlik, körpənin bəbəyi daim
genişlənir, xüsusilə valideynlərini görəndə böyüyərək sanki
onları çağırır, onların diqqətini cəlb etməyə çalışır. Yəqin
buna görə yaxşı satılan oyuncaqların gözləri çox vaxt
normadan böyük olur.

Müşahidələr göstərir ki, iri göz bəbəkləri qarşılıqlı təsirə


malikdir. Yəni bəbəkləri genişlənmiş qadının fotosuna
baxanda kişinin də göz bəbəkləri böyüyür, kiçik bəbəkli
fotoya baxanda böyümə olmur.

Bəbək testi
Göz bəbəyinin genişləndiyini görmək qabiliyyəti insana
xasdır, adam bu dəyişikliyi avtomatik hiss edir. Test eləyə
bilərsiz. Şəkildəki B diaqramını əlinizlə tutun və kimdənsə
xahiş edin, A diaqramına zillənsin. Sonra A diaqramını
tutun ki, B diaqramına baxsın. Siz bu adamın göz
bəbəklərinin şəkillərə uyğunlaşdığını görəcəksiz. Çünki
insanın beyni cazibədar gözləri tanıyır və onları görən kimi
öz bəbəklərini də genişləndirir.

A diaqramı B diaqramı

Qadınların göz bəbəyi kişilərinkindən tez böyüyür,


çünki qadın beyni qarşıdakının gözlərini daha tez görür.

Hess bəbəyin reaksiyasını öyrənmək üçün


respondet­lərə beş şəkil – uşaq, ana və uşaq, lüt qadın, lüt
kişi, bir də mənzərə şəkli göstərib. Gözlənildiyi kimi,
kişilərin göz bəbəyi daha çox lüt qadın şəklini görəndə,
homoseksuallarınkı lüt kişi şəklinə baxanda böyüyüb.
Qadınların bəbəyini böyüdən birinci ana-bala şəkilləri,
ikinci lüt kişilərin fotoları olub.
Oxşar eksperimentə təcrübəli qumarbazları cəlb
edib­lər. Məlum olub ki, nə qədər bacarıqlı olsalar da,
rəqibləri qara eynək taxanda qumarbazlar oyunda çətinlik
çəkir, bəzən uduzurlar. Axı oyunçunun əlindəki kart onun
göz bəbəklərinin ölçüsünə təsir edir və səriştəli qumarbaz
bunu görə bilər. Qara eynək bu siqnalın qarşısını alır,
nəticədə hətta təcrübəli oyunçular qalib ola bilmirlər.

Devid Bouinin gözləri fərqlidir, bir gözü mavidir, digəri


qonur. Buna “heteroxromiya” deyirlər, insanların 1%-də
müşahidə olunur. Bouidə heteroxromiya 12 yaşında, qız
üstündə davadan sonra əmələ gəlib, həm də qonur
gözünün bəbəyi geniş qalıb

Qədim Çində daş-qaş alverçiləri pupillometriyadan


xəbərsiz olsalar da, qiyməti danışanda müştərinin bə­bək
ölçülərinə fikir verirdilər. Hələ bir neçə əsr əvvəl fahi­şələr
daha gözəl görünmək üçün gözlərinə xanımotu şirəsi
tökürdülər. Bu şirənin tərkibində göz bəbəklərinin
geniş­lən­məsinə səbəb olan narkotik maddə – atropin
olur.

Həqiqəti bilmək istəyənlər “Gözümün içinə bax!”


deyirlər və özləri də gözə zillənirlər. Çünki həqiqət
göz­lərdə, daha doğrusu, bəbəklərdə gizlənir.

Həmişəki kimi, qadınlar

daha bacarıqlıdırlar

Kembric Universitetindən professor Saymon Baron-


Koen təcrübə aparıb; iştirakçılara adamların şəkillərinin
yalnız gözlər olan hissəsini kəsib göstərib və müxtəlif
emosiyaları, münasibətləri ifadə edən, “rahat” və “narahat”,
“dost­yana”, ya “düşməncəsinə” baxan gözləri ayırmağı
tap­şırıb.
Nəticələr göstərib ki, həm qadınlar, həm də kişilər
gözdən gələn siqnalları daha yaxşı qəbul edir, nəinki
bədən­dən gələnləri. Yəni hər iki cins bu baxımdan
qabiliyyətlidir, amma qadınların göstəriciləri yenə
kişilərinkindən çox olub. Kişilər 25 şəkildən 19-nu, qadınlar
22-ni düzgün qiymətləndirib. Gözün informasiyanı hansı
yolla ötürdüyü, ya da qəbul elədiyi elmə hələ məlum deyil.
Məlum olan bir şey var: insan gözləri buna qadirdir!

Eksperimentdə autizmli adamlar da (əsasən kişilər,


çünki qadınlarda autizm nadir hallarda olur) iştirak edib və
ən aşağı balı onlar toplayıblar. Autizm sindromlu insanların
beyni bədən dilini – jestləri “oxumaq” qabiliyyətindən
məhrumdur. Buna görə onlar ətrafdakılarla münasibət
qurmaqda çətinlik çəkir, yüksək intellektə sahib olsalar da,
adama yovuşmurlar.

Gözümüzün ağı-qarası
İnsan, gözündə ağı olan (göz almasının bu xarici
qişasına “sklera” deyilir) yeganə primatdır, meymunların
gözləri tünd olur. Gözün ağı ünsiyyətə yardım vasitəsi
rolunu oynayır. Meymunlarınkı kimi bir rəngdə olsaydı,
insan gözünün hara baxdığını görmək çətin olardı. Gözün
baxdığı istiqamət adamın emosional vəziyyətiylə bağlıdır.
Beləliklə, məhz gözün ağı bizə bir-birimizin əhval-
ruhiyyəsini, münasibətini öyrənməyə kömək edir. Qadın
beyni emosiyaları kişi beynindən yaxşı “oxuyur”. Yəqin
həm də bunun nəticəsidir ki, qadınların gözlərinin ağı
kişilərinkindən böyükdür. Meymunun gözündə ağ olmadığı
üçün onun ovu onun hara baxdığını, qənimətinin yerini
müəyyən eləyib-eləmədiyini görə bilmir. Bu da meymunun
işini asanlaşdırır.

....................................................................

İnsan, gözündə ağı olan yeganə primatdır.

....................................................................

Qaşlarımızı niyə qaldırırıq?


Uzaqdan salamlaşan adam qaşlarını qaldırır, bu
dünyanın hər yerində, qədimdən belədir. Eyni jest
meymunlarda da müşahidə olunur, onlar da bir-birini
görəndə belə edirlər və bu, jestin anadangəlmə olduğunu
sübut edir.

Adamlar bir-birinə işarə edəndə, diqqəti çəkmək


istə­yəndə də qaşlarını bir anlığa qaldırırlar. Yalnız
yaponlar belə eləmir. Yaponlara görə kiməsə qaş-göz
eləmək ədəbsiz hərəkətdir, hətta tərbiyəsizlikdir, çünki
jestin həm də seksual mənası var.

Qaşlar dartılıb
Hərdən, məsələn, adam kimisə görəndə qaşlarını
özündən asılı olmadan dartır. Bu jest qorxu qarışıq
təəccüblə bağlıdır. Sanki adam, “Səni görəndə həm
təəccübləndim, həm də qorxdum”, deyir. Amma biz
tanıdığımız, çox vaxt sevdiyimiz adamı görəndə belə
edirik. Yadlara qaş qaldırmarıq. Aqressiv adamlar da,
adətən, qaşlarını dartmırlar.

Qaşların gücünü görmək istəyirsizsə, test edə bilərsiz.


Bir otelin lobbisində oturun və gəlib-gedənə baxıb,
qaşlarınızı qaldırın. Kimisi sizə güləcək, bəziləri eyni jestlə
cavab verəcək, bir başqası isə yaxınlaşıb sizinlə “söhbət
etmək” istəyəcək. Unutmayın ki, qaşlar adətən sevdiyimiz,
ya da özümüzü sevdirmək istədiyimiz adamları görəndə
qalxır.

Geniş açılmış gözlər

Üstünlüyünü, yaxud aqressiyasını göstərən adamlar


qaşlarını aşağı endirirlər. Yuxarı qaldırılmış qaşlar
sakitliyin, itaətin, dincliyin əlamətidir. “Keating & Keating”in
mütəxəssisləri aşkar ediblər ki, meymunların çoxu bu
jestlərdən istifadə edir (həm də eyni məqsədlə). Üstəlik,
qaşlarını qaldıranlar insanlara da, meymunlara da dinc
adam təsiri bağışlayır, qaşqabağını sallayanlar isə həm
meymunlarda, həm də insanlarda aqressiv adam
təəssüratı yaradırlar.

Merilin Monronun dartılmış qaşları dinc və həlim qadın


obrazı yaradıb. Ceyms Keqninin qaşlarını endirməsi
aqressiv baxışa səbəb olub. Con Kennedi isə qaşlarını
çataraq nüfuzlu, eyni zamanda narahat adam təsiri
bağışlayır

“Kişi niyə yalan danışır, qadın niyə ağlayır?” (“Orion”


nəşriyyatı) kitabımızda bu haqda danışmışdıq, qadınlar
körpə uşaq kimi görünmək istəyəndə gözlərini geniş açır,
qaşlarını və göz qapaqlarını qaldırırlar. Bu görünüş kişilərə
çox güclü təsir edir. Kişi hormonları beyinə nüfuz edərək,
qadını qorumaq arzusunun baş qaldırmasına səbəb olur.
Qadınların çoxu qaşlarını yolur, ya da elə rəngləyir ki,
qaşlar gözdən xeyli yuxarıda görünür, nəticədə maraqlı,
çox vaxt dinc, mülayim qadın obrazı yaranır. Məqsəd,
kişilərin xoşuna gəlməkdir. Qaşlarına əl gəzdirən kişilər də
var. Amma qadınlar qaşlarını altdan yuxarı sığalladıqları
halda, kişilər yuxarıdan aşağı sığal çəkirlər ki, qaşı gözə
yaxınlaşdırıb daha nüfuzlu adam təsiri bağışlasınlar.

Con Kennedi qaşlarını azacıq çatardı, nəticədə həmişə


narahat görünər, beləliklə, seçicilərin xoşuna gələrdi. Onun
da qaşları Ceyms Keqnininki kimi aşağı baxsaydı,
elektorata təsiri yəqin ki, güclü olmazdı.

“Altdan yuxarı” baxış

Şahzadə Diana 8 yaşında.

Bütün kiçik qızlar kimi

o da başını aşağı dikib,

“altdan-altdan” baxır.
Bəlkə də bu baxışın gücünə

artıq bələddir

Başı aşağı dikərək “altdan yuxarı” baxmaq qadınlara


xasdır və qadınlar bilirlər ki, bu kişilərin çox xoşuna gəlir.
Çünki belə baxanda qadının gözləri geniş açılır, o, körpə
uşağa bənzəyir. Axı uşağın boyu balaca olduğu üçün
həmişə aşağıdan baxır. Bu baxış adamda – həm kişidə,
həm də qadında valideynə xas hisslərin yaranmasına
səbəb olur.

Ailə həyatında problemləri olanda şahzadə Diana


“altdan

yuxarı” baxaraq bütün dünyanın rəğbətini qazanmağa


çalışırdı

Bir ara şahzadə Diananın kral ailəsinin hücumuna


məruz qaldığını deyirdilər. O zaman xalq şahzadəni ana
balasını sevdiyi kimi sevirdi. Buna səbəb güman ki,
şah­zadə Diananın duruşu idi. O, körpə uşaq kimi çənəsini
aşağı tutur, boynunu azacıq əyərək açıq saxlayırdı. “Altdan
yuxarı” baxışlarıyla şahzadə milyonlarla adamın qəlbini
fəth eləmişdi.

Kişinin içindəki ocaq belə alovlanır

Merilin Monro orqazma

yaxınlaşmaqda olan qadın obrazını yaratmaqda usta


idi; həm bədən hərəkətləri, həm də üzündəki ifadələrilə
kişiləri dizi üstə çökdürməyi bacarırdı
Şəkildə göründüyü kimi Merilin Monro göz qapaqlarını
endirib, qaşlarını qaldırıb, dodaqlarını azca aralayaraq
yuxarı baxır. Bu jestlər “dəstəsindən” qadınlar əsrlərdir
istifadə edir, cinsi istəklərini bildirirlər. Bunlar təkcə Merilin
Monronun deyil, həm də Debora Harry, Şeron Stoun kimi
seksual ulduzların sevimli jestləridir.

Göz qapaqları ilə qaşlar arasındakı məsafə elə-belə


uzanmır. Bu məsafə sirli, müəmmalı baxışa səbəb olur.
Müşahidələr nəticəsində məlum olub ki, qadınlar orqazma
çataçatda məhz belə baxırlar.

Baxışlar

Hara baxırsız?

Əsl ünsiyyət yalnız adamlar bir-birinin gözünün içinə


baxanda yaranır. Elə adamlar var ki, onlarla danışanda
özünü daha yaxşı hiss edirsən, rahatlanırsan. Elələri var
ki, yanında özünə yer tapa bilmirsən, narahat olursan.
Bəzilərinə etibar eləmək olmur. Əslində bütün bunlar
baxışlarla bağlıdır. Daha doğrusu, yanında olduğumuz
adamın bizə baxdığı müddətdən, ya da bizim baxışlarımızı
çəkdiyi zaman kəsiyinin ölçüsündən asılıdır.

Britaniyada sosial psixologiya və sözsüz


kommunikasiya ilə bağlı ilk araşdırmaların müəllifi Maykl
Arqayl aşkar edib ki, qərblilər, eləcə də avropalılar söhbət
edəndə baxış müddəti orta hesabla 61%-dir. Söhbət
edənlərin təxminən 41%-i danışanda, 75%-i dinləyəndə
baxır. Bir-birinə baxanların göstəricisi 31%-dir. Arqaylın
hesablamalarına görə orta baxış müddəti 2.95 saniyə,
qarşılıqlı baxışın müddəti orta hesabla 1.18 saniyədir.
Bizim müşahidələrimiz göstərir ki, söhbət edənlərin
milliyyətindən və kimliyindən asılı olaraq gözlə ünsiyyətin
payı 25%-dən 100%-ə qədərdir. Orta rəqəm 40-60%-dir,
dinləyərkən baxanların orta göstəricisi 80%-dir. İstisna
olanlar Yaponiya, bəzi Asiya və Cənubi Amerika ölkələridir.
Bu yerlərdə adamın gözünün içinə baxmaq, zillənmək
hörmətsizlikdir, bəzən aqressiyanı ifadə edir. Yaponlar
danışanda ətrafa, ya da adamın boğazına baxırlar. Bu
mədəniyyətdən xəbəri olmayan qərbli yaponla söhbət
edərkən karıxa bilər.
Maykl Arqayl deyir ki, məsələn, A adlı adamın B adlı
adamdan xoşu gəlirsə, ona çox baxır. Nəticədə B A-nın
onu xoşladığını düşünür, beləliklə, B-nin də A-ya marağı
yaranır. Yəni demək olar ki, bütün mədəniyyətlərdə yaxşı
münasibət yaratmaq üçün baxışların toqquşması şərtdir və
baxışmaq ünsiyyətin 60-70%-ni təşkil etməlidir.
Baxdığınız, yəni diqqət etdiyiniz adam qarşılığında sizə
maraq göstərməyə başlayır. Baxışlarımıza cavab
verməyən, bizimlə baxışmağa cəsarəti çatmayan əsəbi
adamlara isə etibar etmirik. Ona görə də danışıqlar
prosesində tünd eynəklərdən istifadə etmək olmaz.
Qarşınızdakı adam sizin ona zilləndiyinizi, ya da heç ona
tərəf baxmadığınızı güman edə bilər.

....................................................................

O, həmin qadının baxışlarını sevib evlənmişdi.

Əlbəttə, toydan sonrakı baxışlarını yox, əvvəlkiləri...

....................................................................
Bütün başqa jestlər kimi baxışanda da, baxışlarla bağlı
nəticə çıxaranda da yerli mədəniyyəti nəzərə almaq
vacibdir. Yaponiya kimi unikal ölkələrə səyahət edəndə
yerlilərə diqqət edin, ən yaxşısı, onlara onlar sizə baxdığı
qədər baxın.

İlk dəfə görüşən adamlar göz-gözə gələndə baxışlarını


əvvəlcə tabelikdə olan adam yayındırır. Baxışı
yayındırmamaq cəsarət tələb edir. Adətən qarşıdakının
fikriylə razılaşmayanlar, narazılığını bildirmək, meydan
oxumaq istəyən adamlar qarşıdakına zillənirlər.
Həmsöhbətinizin statusu sizinkindən artıqdırsa, məsələn,
müdirinizdirsə və siz ona etirazınızı bildirmək üçün
baxırsızsa, baxışlarınızı çox uzatmayın, həmişəkindən bir
neçə saniyə artıq baxın. Ancaq bu jesti də gündə-gündə
təkrarlamaq olmaz, işinizi itirə bilərsiz.

Nudist koloniyasında göz-gözə baxmaq olar?

Bir neçə nəfəri nudistlərin koloniyasına göndərdik və


ilkin tanışlıq zamanı onların baxışlarını lentə aldıq.
Göndərdiyimiz kişilər “aşağı” baxmamaq üçün özlərini
güclə saxladıqlarını dedilər. Video görüntülər onların
“aşağı” baxdığını göstərirdi. Amma qadınlar heç problem
olmadığını bildirdilər və videoda çox az qadının bilərəkdən
“aşağılara” baxdığını gördük. Bunun səbəbi var. Kişilərin
baxış bucağı dardır. Buna görə də onlar düz qarşılarındakı
obyekti, uzaqda olsa belə, qadınlardan yaxşı görürlər.
Amma soyuducuda, şkafda, siyirtmələrdə axtardıqlarını
tapa bilmirlər. Çünki yaxın ətrafı görmək qabiliyyəti
qadınlarda güclüdür. Qadınların baxış bucağı ən azı 45
dərə­cədir (sağa, sola, yuxarı, aşağı – bütün tərəflərə).
Yəni qadın danışanda adamın üzünə baxa, eyni zamanda
malını-mülkünü gözdən keçirə bilər.

Qadının baxış bucağı elə genişdir ki, siz onun bir


istiqamətə

baxdığını güman edirsiz, o isə başqa tərəfi də görür

Kişinin diqqətini çəkməyin yolu


Qadın kişinin diqqətini çəkmək istəyəndə onun
baxışlarını tutur, iki-üç saniyə saxlayır, sonra ətrafa baxıb
gözlərini yerə dikir. Gözüaçıq kişiyə mesaj göndərmək
üçün bu cür baxış kifayətdir. Amma Vebster
Universitetindən Monika Murun apardığı eksperiment
göstərir ki, kişilərin çoxu qadının ilk baxışlarını oxuya bilmir
və mesajın kişiyə çatması üçün qadın hərəkətini üç dəfə
təkrarlamalıdır. Söhbət, əlbəttə, “orta” kişilərdən gedir.
Astagəli başa salmaqdan ötrü jesti dörd dəfə, qabırğası
qalın kişilər üçün azı beş dəfə təkrarlamaq lazımdır.
Nəhayət, kişinin diqqətini çəkirsə, qadın əvvəl qaşlarını
azca qaldırır, sonra gözlərini geniş açır və kişi siqnalların
ona ünvanlandığını anlayır.

Küt adamı başa salmağın ən yaxşı yolu qabağını kəsib:


“Salam, mənim sizdən xoşum gəlir!” deməkdir.

Yalançılar adamın gözünün

içinə baxır!
Əvvəldə qeyd etdiyimiz kimi çox adam kiminsə yana
baxmağını yalanla bağlayır. Amma bizim təcrübəmiz
yanıldığımızı göstərir. Eksperiment üçün bir neçə nəfərdən
yalan danışmasını istəyib lentə almışdıq. Bu
materiallardan sonra kommunikasiya haqda seminarlarda
istifadə etdik. Seminar iştirakçıları videolara baxıb yalan
danışanları müəyyən edirdilər. Maraqlıdır ki, yalançıların
cəmi 30%-i danışanda baxışlarını yayındırmışdı və
videoları izləyənlərin 80%-i onların yalan dediyini anladı
(qadınlar həmişəki kimi yalanı daha tez tutdular). Yalan
danışanların 70%-i söhbət elədiyi adamın gözünün içinə
baxmışdı. Çünki bu adamlar baxışları yayındırmağın
yalanın əlaməti olduğunu bilib, əksinə hərəkət etmişdilər.
İstədiklərinə nail olmuşdular. Onların yalanını baxanların
cəmi 25%-i tutdu. Kişilərin göstəricisi 15%, qadınlarınkı
35% idi. Qadın beyni səs tonunda və bəbəyin ölçüsündəki
dəyişikliyi daha yaxşı sezir, yalançıya məxsus hərəkətləri
kişidən yaxşı görür. Bu o deməkdir ki, yalanı tutmaq üçün
baxışları izləmək azdır, başqa jestlərə də fikir vermək
lazımdır.
Bir adam sizə çox baxırsa, yəni baxışlarınız tez-tez
toqquşursa, iki səbəb ola bilər. Ya bu adamın sizə marağı
var, siz onu cəlb edirsiniz, ya da əksinə, sizdən zəhləsi
gedir və sizə meydan oxumağa hazırlaşır. Birinci halda
onun göz bəbəkləri genişlənir, ikinci halda daralmalıdır.
Yenə də qeyd edək ki, qadınlar gözdən gələn siqnalları
daha yaxşı tuturlar, kişilər isə bu sarıdan zəifdirlər.
Məsələn, kişidən soruşsanız ki, yanındakı qadın onu
öpməyə hazırlaşır, yoxsa şillə vurasıdır, cavab verə
bilməyəcək.

Hücum və təhqirdən

necə qoruna bilərik?

Primatlar itaət edəndə baxışlarını başqa səmtə


dön­dərirlər. Aqressiv olanda, məsələn, hücuma
hazırlaşanda meymun gözünü ovundan çəkmir.
Hücumdan qorunmaq istəyən meymun baxışlarını
yayındırır, ya da büzüşüb bacardığı qədər kiçik görünməyə
çalışır. Elmi araşdırmalar göstərir ki, bu davranış
primatların beyninə oturub. Biz insanlar da hücum olarsa,
çiyinlərimizi yığıb, qollarımızı yanımıza qısırıq, dizlərimizi
bitişdirir, topuqlarımızı bir-birinə sıxır, boğazımızı qorumaq
üçün çənəmizi aşağı dartırıq, nəticədə olduğumuzdan çox
balaca görünürük. Biz də qorunanda baxışlarımızı kənara
çəkirik. Bu jestlər hücumçunu sakitləşdirir, onun
beynindəki “hücum aparatını” söndürür.

....................................................................

Hücumdan qorunan adam büzüşəndə,

hücumçunun beynindəki aqressiyanı “söndürür”.

....................................................................

Kimsə sizi danlayırsa və siz bu danlağa layiqsizsə,


büzüşməyin bəlkə də xeyri var. Amma küçə davalarında
belə dayanmaq olmaz. Davakarların yanından keçəndə
büzüşsəniz qorxduğunuzu hiss edər, üstünüzə atılarlar.
Başınızı dik tutub, əlinizi-qolunuzu yelləyə-yelləyə
yerisəniz, özünüzü müdafiə etməyə qadir olduğunuzu
göstərərsiz və hər küçədən keçən sizə yaxınlaşmağa cürət
eləməz.

Baxışlarımızı yana çəkiriksə...

Yana baxmaq marağın, tərəddüdün, həm də ədavətin


əlaməti ola bilər. Yana baxan eyni zamanda qaşlarını
qaldırır, ya da gülümsəyirsə, sizə marağını ifadə edir. Bu
jestlər qadınlara xasdır, kişiylə tanışlığın ilk günlərində
müşahidə olunur.

Baxışlarını yana çəkən adam həm də qaşlarını çatır,


alnını qırışdırır, ağzının kənarlarını aşağı dartırsa, sizə
etibar etmir, yaxud sizi görməyə gözü yoxdur.

Kirpik çalmaq
Normalda adam gözünü dəqiqədə altı dəfədən səkkiz
dəfəyə qədər qırpa bilər və gözün bağlı qaldığı müddət hər
dəfə saniyənin onda birinə bərabərdir. Təzyiq altında olan,
məsələn, yalan danışan adam gözünü daha çox qırpır. Bu,
şüuraltı hərəkətdir. Kirpik çalmaqla beyin baxışları
gizlətməyə çalışır. Çünki yalan danışan adam, adətən,
qarşısındakını görmək istəmir, ona marağını itirir, yaxud öz
üstünlüyünü hiss edir və bu hisslər gözlərdə əks olunduğu
üçün beyin onları bağlamağa cəhd edir. Bəzən kirpik çalan
adam gözünü iki, hətta üç saniyəliyə bağlayır, sanki
qarşıdakının surətini nəzərindən silməyə, bir anlığa da olsa
beynindən çıxarmağa çalışır.

Görmək istəmədiyimiz
adamı beynimizdən

çıxarmağa çalışırıq

Özlərini başqalarından artıq hesab edən adamlar


başlarını dik tutub, adama bir müddət yuxarıdan aşağı
baxırlar. Özlərini vacib bildikləri halda ətrafdakıların onlara
əhəmiyyət vermədiyini sezəndə də belə eləyirlər. Bu jest
qərblilərə, daha çox ingilislərə xasdır, adətən ingilis özünü
ali təbəqənin nümayəndəsi hesab edir. Həmsöhbətinizin
belə elədiyini görsəniz, taktikanızı dəyişin. Qarşınızdakı
başqalarına xor baxan, özündən başqa kimsəni
bəyən­məyən lovğadırsa gözləyin. Gözünü üçüncü,
dördüncü dəfə bağlayanda sağa, ya da solunuza bir addım
atın. Adam gözünü açanda sizin “yoxa çıxdığınızı”, başqa
səmt­­də peyda olduğunuzu görəcək və bu onu əməlli-
başlı çaşdıracaq.

Həmsöhbətiniz həm də əsnəyirsə, söhbətə xitam


ver­məyin vaxtıdır.
Göz gəzdirmək

Adam narahat olanda, şübhə və qorxu hissi keçirəndə


otaqdakı əşyaların yerini öyrənirmiş kimi o yan-bu yana
baxmağa, ətrafa göz gəzdirməyə başlayır (meymunlar da
belə edir). Əslində beyin insanın düşdüyü vəziyyətdən
çıxış yolu axtarır.

Yanımızdakı adam bizi yoranda da özümüzdən asılı


olmayaraq ətrafa baxırıq, marağımızın itdiyini, canımızı
qurtarmaq arzusunda olduğumuzu göstəririk. Ancaq bu
jestin mənasını hamı bilir. Ona görə də bəzən özümüzü
həmsöhbətimizin üzünə baxmağa məcbur edirik, ona
həmişəkindən çox baxır, dodaqlarımızı kip tutaraq
gülümsəyir, “maraqlandığımızı” bildiririk. Yalan danışan
adam da qarşısındakını inandırmaq üçün belə eləyir.

Üzün coğrafiyası
Adamın üzünün və bədəninin görünən hissəsi – bizim
baxdığımız hissə üzbəüz görüşün nəticələrinə birbaşa təsir
edir.

Bu bölməni oxuyub qurtaran kimi haqqında


danışdığımız jestləri sınaqdan keçirməyə çalışın. Siz
onların gücünü görəcəksiniz. Gözlə bağlı jestləri
öyrənmək, məşq etmək və vərdişə çevirmək təxminən bir
həftə vaxt aparır.

Baxışın üç əsas növü var: İctimai baxış, Süzən baxış və


Hökmlü baxış.

İctimai baxış

Təcrübə göstərir ki, adam adamın üzündə üçbucaqlı


sahəyə baxır və bu üçbu­cağın ölçüsü münasibətlərdən
asılı olaraq dəyişir. İctimai görüşlərdə, təhlükənin olmadığı
mühitdə baxışın 90%-i gözlərlə ağızın təşkil elədiyi
üçbucaqda cəmlənir. Bu baxışın sahibi aqressiv olmur.
Süzən baxış

Adam kiməsə yaxınlaşanda əvvəl onun üzüylə


bədə­ninin aşağı hissəsinin əmələ gətirdiyi üçbucağa
baxır, yəni qarşısındakını başdan-ayağa süzür. Bu böyük
üçbucağa iki ötəri nəzər salaraq, birinci baxışda adamın
cinsiyyətini, ikincidə bu adama marağımızın səviyyə­sini
müəyyən edirik. Görüşənlər bir-birlərinə yaxın
məsafədədirlərsə, üçbucağın sahəsi gözlərlə çənə
arasında məhdudlaşır.

Aralı dayanan adamların baxdığı üçbucaq gözlərlə


qasıq (və ya daha aşağı) arasındakı məsafəni əhatə edir.
Kişilər, eləcə də qadınlar qarşı tərəfə marağı ifadə etmək
üçün belə baxırlar. Qarşı tərəfin də marağı varsa, eyni
baxışla cavab verir. Əslində hər birimiz ilk dəfə
gördüyümüz adamı başdan-ayağa süzür, sonra üzünə
baxırıq. Kim nə deyir desin, gizli kameralar hamımızın,
hətta rahibələrin də belə elədiyini göstərir. Sadəcə, sürətli
olduğu üçün çox adam bu baxışları sezmir.

Qadının yaxın ətrafı görmək qabiliyyəti güclü


olduğundan

onun baxışlarını tutmaq olmur; kişinin dar baxış bucağı

onu ələ verir

Bir az əvvəl qeyd etdiyimiz kimi, kişilərlə qadınların


baxış dairəsi fərqlidir. Qadının baxış bucağı genişdir deyə
o, kişini təpədən dırnağa süzər, amma kimsənin diqqətini
çəkməz. Kişi isə qadını süzmək üçün aşağı-yuxarı bir neçə
dəfə baxmalı olur və onun baxışlarını hamı görür. Qadınları
“əxlaqsız” baxışlarıyla süzdüklərinə görə kişiləri həmişə
qınayırlar, qadınlara qarşı belə ittiham, demək olar ki,
səslənmir. Halbuki müşahidələr kişilərdən çox qadınların
qarşı cinsə baxdığını göstərir.

Söhbət edərkən başı aşağı dikməyin ayrı mənası var və


bu jestin məqsədi cinsə görə fərqlidir. Kişi danışanda yerə
baxmaqla qadına sərbəstlik verir və qadın bu fürsətdən
istifadə edib onu gözdən keçirir. Qadın özü isə yerə və
yana baxmaqla itaətkarlığını ifadə edir.

....................................................................

Göz-gözə kontakt kişilərdə alınmır. Niyə?

Çünki döşlərin gözü yoxdur.

....................................................................

Hökmlü baxış

Təsəvvür edin ki, qarşınızdakı adamın alnında da gözü


var və bu üç göz arasındakı üçbucağa baxın. Bu baxışın
gücünü görmək üçün onu sınaqdan keçirməlisiniz! Belə
baxış atmosferi dərhal dəyişir, adamı yerində dondurur.
Adətən qorxutmaq, ya da susdurmaq istədiyimiz adama
belə baxırıq.

Təzyiq göstərmək niyyətindəsizsə, baxışlarınızı


gözlər­dən aşağı salmayın.
Romantik görüşlərdə və dostlarınızla rastlaşanda bu
jestdən istifadə etməsəniz yaxşıdır.

Hökmlə baxaq

Gözlərinizin yumşaq, zəif, xaraktersiz olduğunu


dü­şünürsüzsə, amma güclü görünmək istəyirsizsə,
hökmlə baxın. Kimsə sizə hücum etmək istəyəndə baxışın
və gözünüzü qırpmayın. Əvvəl gözünüzü hərləyin, sonra
başınızı qaldırın (çiyinlərinizi tərpətmədən), gözlərinizi
qıyıb düz hücumçunun üzünə baxın. Vəhşi heyvanlar ovun
üstünə atılmamışdan əvvəl belə edirlər.

Baxışlarınızı bir adamdan o birinə çəkəndə gözünüzü


qırpmırsızsa, bu sizə baxan adamın gücünü, qətiyyətini
əlindən alır.
Arnold Şvartsnegger Terminator rolunu oynayanda bu
jestdən istifadə edib, onu qorxutmaq istəyənlərin canına
vəlvələ salırdı.

Ən yaxşısı, xoşunuza gələn, ürəyinizə yatan insanlarla


oturub-durmaqdır, hökmlü baxışlara ehtiyac qalmaz.

Siyasətçinin hekayəsi

Danışan adam üzümüzə baxmırsa, ona etimadımızı


itiririk (bunu utandığı üçün eləsə də). Bizim bir müştərimiz
vardı, siyasətçi idi. Amma müsahibə verməkdə xam idi,
televiziyada danışanda gah müxbirlərə, gah kameralara
baxıb gözlərini döyürdü. Ona görə də ekrandan qorxaq,
alçaq, rəzil adam təsiri bağışlayırdı. Hər dəfə efirə
çıxandan sonra gözdən düşür, reytinqini aşağı salırdı. Biz
onunla məşq etdik. Kameralara-filana deyil, yalnız müxbirə
baxmağı öyrənəndən sonra bu siyasətçinin şöhrəti artdı.

Bir başqa siyasətçiyə teledebat zamanı düz kameranın


obyektivinə baxaraq danışmağı öyrətdik. Düzdür, bununla
o, studiyada əyləşmiş 150 nəfərlik auditoriyanı özündən
uzaqlaşdırdı, amma onu efirdə izləyən milyonlarla
tamaşaçıya çox güclü təsir etdi. Çünki belədə tamaşaçı
siyasətçinin onunla danışdığını hiss edir.

“Gözlərimə bax, əzizim”

Tanışlıq agentliyi ilə birləşib, bir teleşou üçün


eksperiment aparırdıq. Seçdiyimiz kişilərə onlara uyğun
qadın tapıldığını, teleşounun əyləncəli, həm də onlar üçün
uğurlu olacağını dedik. Bundan başqa, hər kişiylə ayrılıqda
söhbət edib, onun üçün gələn qadının bir eybi olduğunu –
gözünün birinin uşaqlıqda zədələndiyini, ona görə də göz
almasının düzgün hərəkət etmədiyini bildirdik. Dedik ki,
qadın bu probleminə çox həssas yanaşır, ona görə də
məhz hansı gözünün zədəli olduğunu soruşmamışıq,
amma diqqətlə baxanda fərq sezilir...

Qadınlarla da ayrı-ayrılıqda görüşüb, eyni hekayəni


danışdıq, kişiyə diqqətlə baxsa, zədəli gözü seçəcəyini
dedik.
Cütlüklər bütün şou boyu bir-birinin gözünün içinə baxır,
əlbəttə, “zədəli gözü” axtardıqları üçün gözlərini gözlərdən
çəkmirdilər. Nəticələr heyranedici oldu: bütün cütlüklərin
yaxınlıq göstəricisi yüksək idi. Cütlüklərin ikinci kərə
görüşmək ehtimalı agentliyin əvvəlki orta rəqəmlərindən
200% çox idi.

....................................................................

Uzun-uzadı baxışlar səmimi hisslər yaradır,

insanların yaxınlaşmasına, məhrəmliyə səbəb olur.

....................................................................

Başqa bir eksperimentlə cütlükləri ayırmaq olardı.


Təsəvvür edin ki, onların hər birinə görüşəcəyi adamın
eşitməsində problem olduğunu deyirsiz və yüksək tonla,
daha doğrusu, həmsöhbətinin tonundan yuxarı tonla
danışmağı məsləhət görürsüz. Şou davam etdikcə səs
qalxar, axırda cütlüklər bir-birinin qulağını batırana qədər
qışqırardılar.

Söhbətin ilk 20 saniyəsi

Çox adam elə bilir ki, satış zamanı, ya da iş üçün


müsahibəyə gedəndə salamlaşan kimi gözlərə baxmalı və
“göz-gözə kontaktı” oturana qədər saxlamalıdır. Amma bu
hərəkət həm müsahibə verəni, həm də müsahibə alanı
narahat edir, çünki insan təbiətinə ziddir. Bir az əvvəl qeyd
etdiyimiz kimi, insan kimisə görəndə əvvəl mütləq başdan-
ayağa süzür. Məsələn, kişi qadının saçlarına, ayaqlarına,
boy-buxununa və əndamına, ötəri də olsa, nəzər salmaq
istəyir. Kişinin gözlərinə baxan qadın buna imkan
verməməklə prosesin gedişinə mane olur. Müsahibə boyu
kişi, özündən asılı olmadan, ilk saniyələrdə baxmalı olduğu
sahələrə baxmağa cəhd edir, nəticədə fikri yayınır.
Kişilərin oğrun baxışları qadınların xoşuna gəlmir, iş
rejimində bunun yolverilməz olduğunu deyirlər. Amma bu,
insanın təbiətidir, istəsək də belədir, istəməsək də...

....................................................................

İstənilən adam otaqdan çıxan qadının arxasına baxır.

Ön tərəfi bəyənməsə belə, arxaya baxır.

....................................................................

Videokameralar göstərir ki, müsahibə verənin


cinsin­dən asılı olmayaraq, müsahibəni alan qadın da eyni
hərəkəti edir – həm kişiləri, həm də qadınları eyni qaydayla
süzür. Sadəcə, qadının yaxın ətrafı görmək qabiliyyəti
güclü olduğundan onun baxışlarını tutmurlar. Bir də ki,
qadınlar iş üçün gələn qadınların xarici görünüşünə daha
çox fikir verirlər. Kişi namizədin saçının uzunluğuna,
paltarının formasına və rənglərinin uyğunluğuna,
şalvarının büküşlərinə və ayaqqabısının parıltısına diqqət
edirlər. Kişilərin çoxu bilmir ki, otaqdan çıxanda qadın onun
ayaqqabılarının arxasına baxır ki, parıldayıb-
parıldamadığını görsün.

Çıxış yolu

Müsahibəyə gedəndə əl sıxandan sonra qarşınızdakı


adama sizi gözdən keçirmək üçün 2-3 saniyəlik vaxt verin.
Bu məqsədlə qovluğunuzu və ya portfelinizi açmaq üçün
əyilə bilərsiz, yaxud lazım olan kağızları yerbəyer edərsiz.
Stulu istədiyiniz səmtə çəkmək, ya da paltonuzu asmaq
üçün çevrilməklə də ətrafdakılara vaxt qazandırarsız. Satış
prosesini əks etdirən videolara baxanda görürük ki, bu
şəkildə hərəkət edən satış meneceri özünü daha yaxşı hiss
edir. Bu isə satış prosesinə müsbət təsir edir və gəlirlərin
artmasına səbəb olur.

Hansı kanala üstünlük verirsiz?


İnsanın göz hərəkətləri onun xatırladığı hissləri ifadə
edir. Daha dəqiq desək, beyninin nəyə fokuslandığını –
eşitdiyi, gördüyü, qoxuladığı, dadına baxdığı, ya da
toxunduğu şeyi xatırladığını bildirir. Yəni adam nə vaxtsa
gördüyü şeyi yadına salmağa çalışırsa, gözləri yuxarı
baxır. Eşitdiyini xatırlamaq istəyən adam qulaq asırmış
kimi başını azca əyərək kənara baxır. Hansısa hisslərini –
emosiyalarını yenidən yaşamağa çalışanda insan gözlərini
aşağıya, sağa, öz-özüylə danışanda aşağıya, sola dikir.
İnsanın fikirlərinin bu cür oxunması texnikasının müəllifləri
Amerika psixoloqları, Neyrolinqvistik Proqramlamanın
(NLP) əsasını qoymuş Con Qrinder və Riçard Bendlerdir.

Ancaq göz beynin xatırladığı hissləri bircə anlığa


göstə­rir, ona görə də bu jesti tutmaq çətindir. Həm də
həmin an adam bir neçə jest edə bilər. Amma videolara
baxanda bütün jestləri, eləcə də sözlərlə hərəkətlər
arasındakı fərqləri görmək mümkündür.
Adamların 35%-i vizual informasiya kanalına – vizual
ünsiyyətə üstünlük verir. Danışanda istifadə etdiyimiz
ifadələrə baxın: “Görürəm, razılaşmaq istəmirsiz”, “Bura
bax, bəlkə başdan başlayaq?”, “Danışıqların uğurla başa
çatacağı aydın görünür”, “O kağızları mənə göstərə
bilərsinizmi?” və sair. İstənilən söhbət nəyisə (foto, xəritə,
diaqram, cədvəl və s.) göstərəndə maraqlı olur, siz diqqəti
cəlb edirsiz. Bəzən də sonda “Yəqin ki, nə demək
istədiyimi anladız, təsəvvürünüz yarandı” – deyirsiz.

Danışanların 25%-i səs kanalına – eşitməyə üstünlük


verir və söhbət edəndə, “Sizi eşidirəm”, “Yaxşı səslənir”,
“Məni eşidin, gəlin bu fikirləri kənara qoyaq”, kimi ifadələr
işlədərək, sizinlə dil tapmağa çalışırlar. Digər hisslərə
üstünlük verənlərin payı 40%-dir. Belələri, “Gəlin bu
məsələnin üstündə dayanaq”, “Bu departamentdə çiyin-
çiyinə işləyirik”, “Sözü göydə tutmaq bizim üçün vacibdir”
kimi ifadələri tez-tez səsləndirirlər.

NLP çox böyük tapıntı, çox güclü ünsiyyət vasitəsidir,


bu barədə ayrıca danışmaq lazımdır. NLP haqda ətraflı
məlumat almaq istəyirsizsə, kitabın sonuna baxın, istifadə
olunan ədəbiyyatların arasında Qrinder və Bandlerin də
əsərlərinin adları çəkilib.

Auditoriya ilə göz kontaktı

Biz bir peşəkar kimi auditoriyanın diqqətini cəlb etmək,


konfranslarda auditoriyanın da iştirakını təmin etmək
texnikasını inkişaf etdirmişik. Təcrübə göstərir ki, 50
nəfərlik auditoriyada hər bir iştirakçının gözlərinə baxmaq
– göz kontaktı yaratmaq mümkündür. Ancaq geniş
auditoriyalarda belə kontakt alınmır və fərqli yanaşmaya
ehtiyac yaranır. Məsələn, təsəvvür edin ki, 70-100 nəfərlik
auditoriyada leksiya deyirsiz. İştirakçıların hamısını
görmək üçün yəqin ki, geri duracaqsız. Bu halda otağın hər
küncündə və mərkəzində bir obyekt seçmək (yaxud
təsəvvür etmək) və danışdıqca bu obyektlərə baxmaq olar.
Birinci sıradan 10 metr aralı dayanmısızsa və künclərdəki,
eləcə də mərkəzdəki “obyektə” baxırsıza, iştirakçılardan
20-si, hətta olar ki, 50-si sizin məhz ona baxdığınızı
düşünəcək. Nəticədə arada müəyyən bağlılıq yaranacaq.
Vizual informasiyanın çatdırılması yolları

Vizual informasiya verəndə, məsələn, kitab, planşet,


şəkil, cədvəl, xəritə və s. göstərərək danışanda sizi
dinləyən adamın (ya da adamların) baxışlarını nəzarətdə
saxlamaq vacibdir.

Tədqiqatlar göstərir ki, vizual informasiya verərkən


məlumatın 83%-i beyinə gözlə, 11%-i qulaqla, qalan 6%-i
o biri duyğu orqanları vasitəsilə çatır.

Vizual informasiyanın beyinə nüfuzu yolları

Birləşmiş Ştatlardakı Varton məktəbinin araşdırmaları


nəticəsində məlum olub ki, beyin yalnız sözlərdən ibarət
olan informasiyanın cəmi 10%-ni tutur. Bu o deməkdir ki,
danışan adam vacib məqamları dəfələrlə vurğulamalıdır.
Ancaq sözlərlə yanaşı vizual informasiya mənbələrindən
istifadə olunursa, beyin ötürülən məlumatın 50%-ni alır.
Yəni vizual informasiya vasitələrindən yararlanaraq 5 dəfə
artıq nəticə əldə edə bilərsiz. Bundan başqa, vizual alətlər
vaxta qənaət edir. İşgüzar danışıqlar orta hesabla 25.7
dəqiqə vaxt aparır. Vizual vasitələrdən istifadə edəndə bu
rəqəm 18.6-ya düşür – vaxta 28% qənaət edirik.

Baxışları bir qələmlə

idarə etmək olar

Baxışları idarə etmək üçün əlinizə qələm alın.


Danı­şarkən qələmi göstərdiyiniz informasiya mənbəyinə
uzatmaqla diqqəti həmin vasitəyə çəkə bilərsiz. Sonra
qələmi yuxarı qaldırın, sizin və həmsöhbətinizin gözləri
arasında saxlayın. Bu jestin güclü maqnetik təsiri var.
Qələm, sizi dinləyən adamın başını qaldırmasına səbəb
olur, onu sizə baxmağa və sizi eşitməyə vadar edir.
Mesajınızı çatdırmış olursuz. Danışanda o biri əlinizi açıq
saxlamağı unutmayın.

Baxışları qələmlə idarə edə bilərik


Müşahidələrimiz göstərir ki, qadınlar kimisə
dinlə­yən­də göz-gözə kontaktı daha çox saxlayırlar, nəinki
kişilər. Ancaq danışanda qadınların gözü daha çox hərəkət
edir.

Kişilər isə əsasən qadına zillənirlər, dinləyəndə


qadınlarla daha çox göz kontaktı saxlayırlar, nəinki
kişilərlə.

Nəticə

Üz-üzə gələndə baxışlarınızın istiqamətindən çox şey


asılıdır. Təsəvvür edin ki, müdirsiz və bir yaramaz işçiyə
töhmət verməyə hazırlaşırsız, ya da valideynsiz, uşağınızı
danlamaq istəyirsiz. Ona hansı baxışla baxarsız? İctimai
baxış sözün kəsərini azaldır. Nə qədər yüksək tonla
danışırsız, danışın, nə deyirsiz deyin, ictimai baxış
qarşıdakını bir o qədər incitmir. Süzən baxış adamı sıxır,
utandırır, bəzən qorxudur. Hökmlü baxış hökm edir, güclü
təsir göstərir və sizin ciddi olduğunuzu bildirir.
....................................................................

Düzgün baxış etimad yaradır.

....................................................................

Kişilərin, “adama gəl-gəl deyir”, deyə ifadə etdiyi baxış


var. Qadın dörd yanını par-par parıldayan, yəni bəbəkləri
genişlənmiş gözləri ilə süzəndə kişilər belə deyirlər.
“Əlçatmaz” görünmək istəyən qadın süzən baxışdan yox,
ictimai baxışdan istifadə etməlidir. Çünki kimisə süzəndə
biz hisslərimizi büruzə veririk, hərçənd qadınlar süzən
baxışlarını ustalıqla gizlədir, onları süzənin baxışlarını
məharətlə qəbul edirlər. Kişilər belə baxanda çox həyasız
görünürlər, amma qadınlar onları süzəndə xəbərləri olmur.
İstər qadın, istərsə də kişi, tanışlığın ilk günlərində hökmlü
baxışdan istifadə etməsə yaxşıdır. Hökmlə baxan tərəf
qarşı cinsə soyuq və qapalı adam təsiri bağışlayar.
9-cu fəsil

ŞƏXSİ MƏKAN

ŞƏXSİ MƏKANA MÜDAXİLƏ

“Bağışlayın, siz mənim yerimdə oturmusuz!”

Heyvanların, hətta balıqların və quşların özlərinə yer


eləməsi və seçdiyi məkanı başqalarından qoruması haqda
çoxlu məqalələr, kitablar yazılıb, filmlər çəkilib. Ancaq cəmi
bir neçə il bundan qabaq məlum olub ki, insanın da şəxsi
məkanı var. Şəxsi məkanın nə demək olduğunu bilsəniz,
öz davranışlarınızın mənasını və səbəbini anlayar,
başqalarının sizə reaksiyasını əvvəldən müəyyən edərsiz.

İnsanın şəxsi məkanı, bu məkana ehtiyacıyla bağlı ilk


araşdırmaların müəlliflərindən biri amerikalı antropoloq
Edvard Holldur. “Proksemika” (“proximo” latınca
“yaxınlaşıram” deməkdir) sözünü elmə məhz Edvard Holl
ilk dəfə 1960-cı illərdə gətirib. Onun tədqiqatları bizim bir-
birimizlə münasibətlərimiz haqda yeni düşüncələrə yol
açıb.

Bütün ölkələrin sərhədləri var və bu sərhədləri çox vaxt


silahlı qüvvələr qoruyur. Hər bir ölkə özünün müəyyən
ərazisi olan şəhər və rayonlara, ştat və ya vilayətlərə
bölünür. Bu şəhərlərin özləri rayonlardan, rayonlar qəsəbə
və kəndlərdən ibarətdir. Bəzən hər kəndin, məhəllənin,
hətta küçənin öz sakinlərinə məxsus qaydaları, adət-
ənənələri olur, yadlar dərhal seçilir. Kinoya, teatra gedəndə
yerimizdə oturanı nəzakətlə durğuzuruq. Söhbət
torpaqdan gedəndə çox vaxt qəddarcasına hərəkət edir,
sərhədi keçəni öldürürük. Bununla insan öz torpağına –
şəxsi məkanına bağlılığını, əzəli sədaqətini vurğulayır.

Şəxsi məkan deyəndə nə başa düşürük? Adamın malik


olduğu mülk, hasarladığı həyət, yaşadığı evin, ya
maşınının içi, yataq otağı, şəxsi stulu... Dr. Holl bura
insanın bədənini əhatə edən hava təbəqəsini də əlavə
edib. Onun nəzərdə tutduğu şəxsi məkan insanın
bədəninin davamı kimidir. Bu bölmədə bu məkan haqda
danışacaq, insanların bu məkana müdaxiləyə
reaksiyasından, məkanın sərhədlərinin qorunmasının
vacibliyindən bəhs edəcəyik.

Şəxsi məkan

Heyvanların çoxu bədənini əhatə edən hava təbəqəsini


başqalarından şəxsi məkanı kimi qoruyur. Bu məkanın
ölçüsü heyvanın böyüdüyü mühitdən, ərazidə
məskunlaşmış heyvanların sayından – sıxlığından asılıdır.
Yəni şəxsi məkan yerli şəraitlə bağlı olaraq dar, yaxud
geniş ola bilər. Afrikanın ucqarlarında yaşayan şirin şəxsi
ərazisi 50 km, o bölgədəki şirlərin sayı azdırsa, hətta daha
çox ola bilər (Şir öz ərazisini sərhədlərinə işəməklə, ya da
“batırmaqla” nişanlayır). Qəfəsdə böyümüş şirin şəxsi
məkanı bir neçə metrdən o tərəfə deyil.

Hər bir insanın da özünə məxsus olan, özüylə gəzdirdiyi


“portativ” ərazisi – şəxsi məkanı var. Bu ərazinin də ölçüsü
insanın böyüdüyü mühitdən, şəraitdən asılıdır. Yəni şəxsi
məkanın sahəsi mədəniyyətlərdən asılı olaraq dəyişir.
Məsələn, Yaponiyanın hər yerində əhali izdihamlı küçələrə
vərdiş eləyib, amma başqa ölkələrdə adamlar geniş
məkana üstünlük verir, bir-birindən aralı gəzirlər. Hər bir
mədəniyyətin təmsilçisi həmin mədəniyyətə məxsus şəxsi
məkan ölçüsünü 12 yaşına qədər mənimsəyir.

Araşdırmalar göstərir ki, həbsdə qalan adam öz şəxsi


məkanını daha həssaslıqla qoruyur, ona yaxınlaşanda
baş­qa­larından kəskin reaksiya verir. Bunu məhbusun
uzun müddət dar mühitdə qalması, geniş əraziyə
ehtiyacıyla izah edirlər. Həbsxanada deyirlər ki,
təkadamlıq kameralar sakitləşdirici effektə malikdir. Axı
belə kamerada məhbusun məkanına müdaxilə olmur.

1990-cı illərdə aviaşirkətlər biletlərə endirim


eləmiş­dilər. Nəticədə gəlirlər aşağı düşdü. Kompensasiya
üçün təyyarələrdə oturacaqlarının sayını artırdılar və
sərnişinləri bir-birinə yaxın oturtdular. Həmin illərdə
sərnişinlər arasında tez-tez dava-dalaş olurdu, zorakılıq
halları artmışdı.
Şəxsi zonaların ölçüsü – insanlar

arasındakı məsafə

Gəlin Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya,


Şimali Amerika, Şimali Avropa, Skandinaviya, Kanada, ya
da qərb mədəniyyəti olan Sinqapur, Quam və İslandiya
kimi ölkələrdə şəhər kənarında yaşayan, orta təbəqəyə aid
olan insanların şəxsi məkanının radiusuna baxaq.
Yaşadığınız ölkədə şəxsi məkanın ərazisi bunlardan daha
geniş, yaxud dar ola bilər, ancaq bir o qədər fərqlənməz.
Şəxsi məkanın radiusu münasibətlərdən asılı olaraq
dəyişir və dörd fərqli zona yaranır.

İntim zona

İntim zona adamın 15-45 santimetrliyinə qədərdir. Bu,


insan üçün ən vacib zonadır və insan bu ərazini ən az şəxsi
əmlakı qədər qoruyur. Yalnız bizə yaxın adamları –
valideynlərimizi, sevgilimizi, yaxud həyat yoldaşımızı,
uşaqlarımızı, yaxın qohumları və dostları, bir də ev
heyvanlarını bu zonaya buraxırıq. “Yaxın intim zona”
adamın 15 santimetrliyinə qədərki zonadır və bu zonaya
yalnız cinsi yaxınlıq zamanı keçmək olar.

Şəxsi zona

Şəxsi zonanın radiusu 46 sm-dən 1 m 22 sm-ə


qədərdir. Məclislərdə, işdə təşkil olunan ziyafətlərdə,
təntənəli gecələrdə və dostlarla görüşəndə aramızdakı
məsafə bu qədər olur.

Sosial zona

Sosial zonanın radiusu 1 m 22 sm-dən 3 m 6 sm-ə


qədərdir. Biz yad adamlardan – küçədə-bacada işləyən
ustalardan, poçtalyondan, satıcıdan, işə yeni gələn
adamdan, bir sözlə, tanımadıqlarımızdan aralı durmağa
çalışırıq.
İctimai zona

3 m 6 sm-dən o tərəfdəki zona ictimai zona sayılır.


Geniş kütlə qarşısında çıxış edən adam hamını görmək və
görünmək üçün uzaqda dayanmalı olur.

Şəxsi zonaların ölçüsü – məsafələr

Bu məsafələr iki qadın arasında nisbətən azalır, kişilər


arasında daha çox olur.

Yerimizi bilməliyik

İnsanın intim zonasına (15-45 santimetrliyinə) üç


məq­sədlə müdaxilə oluna bilər: birincisi, yaxın adam –
qohum, ya dost sizi qucaqlamaq, təbrik etmək, görüşmək
üçün yaxınlaşa bilər; ikincisi, kiminsə sizinlə cinsi əlaqədə
olmasına icazə verərsiniz; üçüncüsü, düşməniniz sizə
xətər yetirmək üçün şəxsi məkanınıza soxula bilər.
Tanımadığımız birinin şəxsi və sosial zonada hərəkət
etməsinə dözürük. Amma yad adamın intim zonaya
müdaxiləsi bədəndə fizioloji dəyişikliyə səbəb olur. Ürəyin
döyüntüsü artır, qan adamın beyninə vurur, adrenalinlə
zəngin qan əzələlərə yayılır və biz döyüşə hazır vəziyyət
alırıq.

Bu o deməkdir ki, əlinizi yenicə gördüyünüz adamın


çiyninə qoyanda siz onu narahat etmiş olursuz. Sizin bu
“dostcasına” hərəkətiniz həmin adamda sizə qarşı neqativ
hisslər yaradır. O, yalnız sizi incitməmək xətrinə
gülümsəyə bilər.

....................................................................

Kişilərdən fərqli olaraq, qadınlar bir-birinə daha yaxın


dayanır, daha çox toxunur və bir-birinin üzünə daha çox
baxırlar.

....................................................................
Sözün qısası, ətrafınızdakıları narahat etmək
istəmir­sizsə, qızıl qaydaya riayət edin, məsafəni qoruyun
və yerinizi bilin. İnsanların arasındakı məsafə,
münasibətlər isindikcə azalır. Məsələn, yeni işçiylə hamı
soyuq davranır – onu sosial zonada saxlayırlar, çünki
tanımırlar. Tanıyandan, xasiyyətinə az-çox bələd olandan
sonra onu da şəxsi zonaya keçirirlər, kimsə hətta intim
zonasına buraxa bilər.

Kimə və necə yaxınlaşırıq?

Qucaqlaşan adamların ombaları arasındakı məsafə


onların münasibətlərinin göstəricisi ola bilər. Sevgililər
qucaqlaşanda bir-birinə sıxılır, yaxın intim zonaya keçirlər.
Amma qarşı cinsdən olan dostumuzla, ya da dostumuzun
həyat yoldaşıyla görüşəndə, bayram günlərində bir-birimizi
hətta öpərək təbrik edəndə çanaqlarımızı aralı – ən azı 15
santimetrlik məsafədə saxlayırıq.
Hərdən istisnalar olur, cəmiyyətdəki statusundan,
qa­zandığı etibardan asılı olaraq kimisə şəxsi, hətta intim
zonaya buraxırıq. Məsələn, bir işçi şirkətin prezidentinin ov
yoldaşı ola bilər. Bu adamlar ova, balığa gedəndə bir-birinə
yaxınlaşar, bir-birinin şəxsi, hətta intim zonalarına keçərlər.
Amma işdə prezident işçisini, eləcə də işçi şirkət rəhbərini
məsafədə – sosial zonada saxlayır, subordinasiya
qaydalarına əməl edirlər.

Liftlə qalxmaqdan sizin də

zəhləniz gedir?

Konsert və ya kino zalının girəcəyindəki izdihamı, qatar


və avtobuslardakı basabası xatırlayın: intim zonaya
müdaxilə qaçılmazdır! Bu şəraitdə dayanmış adamların
üzündəki ifadələrə fikir vermisinizmi? Lift bizi istədiyimiz
mərtəbəyə sürətlə çatdırır deyə, bu alətə rəğbətimiz ola
bilər, amma lift adamla dolu olanda...
Basabasın yazılmamış qanunları var və
mədəniyyətlərin çoxu bu qanunlara ciddi riayət edir. Əsas
qanunlar bunlardır:

Basabasda hətta tanıdığımız adamla söhbət etmirik.

Göz-gözə kontaktdan yayınırıq.

Üzümüz heç bir emosiyanı ifadə etmir.

Əlimizdə kitab, yaxud qəzet varsa, fikrimizi ona


cəmləmiş kimi görünməyə çalışırıq.

Adam lap çoxdursa, tərpənmək olmaz.

Liftdə mərtəbələri göstərən rəqəmlərə diqqət edirik.

Bir sözlə, basabasda neytral insan maskası taxmalı


oluruq. İctimai nəqliyyatda işə tələsən adamları təsvir
edərkən “miskin”, “kədərli”, “ruhdan düşmüş” sözlərini tez-
tez işlədə bilərik. Amma bizim gördüyümüz, intim zonaya
müdaxiləyə, qaçılmaz müdaxiləyə məruz qalmış adamların
reaksiyasıdır. O, ifadəsiz və mənasız baxışlar izdihamda
geydiyimiz neytral insan maskasından başqa bir şey deyil.
Metroda, avtobusda, yaxud liftdə gördüyümüz adamlar
bizim üçün heç kimdir. Narahat etməsələr, biz onların
mövcudluğuna əhəmiyyət vermirik. Ona görə də bu
adamların şəxsi məkanımıza müdaxiləsinə reaksiyamız
fərqlidir.

....................................................................

Metroda gördüyünüz adamlar bədbəxtlər deyil,

hisslərini gizlətmiş sərnişinlərdir.

....................................................................

Bu dəfə izdihamın arasında hərəkət edəndə öz


davranışlarınıza fikir verin. Tanımadığınız adamların
əhatəsində oturan kimi, proqramlaşdırılmış robotsayağı
hərəkət edəcək, siz də yazılmamış qanunlara əməl edərək
neytral insan maskasını taxacaqsınız.
Kinoda tanımadığınız birini yerinizdən durğuzanda,
kinoya tək gələn adamın çox vaxt işıqlar sönəndən və film
başlayandan sonra oturmasının səbəbini anlayacaqsız.

Kütləni qəzəbləndirən nədir?

Qəzəbli kütlənin, yaxud ümumi məqsəd uğrunda


mü­barizə aparan aksiya iştirakçılarının şəxsi məkanına
müdaxilə edəndə fərqli reaksiya verirlər. Yəni kütlənin
reaksiyası fərdin reaksiyasından fərqlənir. Nə baş verir?
Məsələ burasındadır ki, izdihamdakı adamların sayı
artdıqca, onların yeri, nəticədə şəxsi məkanı daralır, ya da
belə deyək, şəxsi zonasına müdaxilə başlayır. Bu da
adamların aqressivləşməsinə səbəb olur. Ona görə də
izdiham böyüdükcə daha qəzəbli və daha təhlükəli olur.
Polislər aksiyaçıları sakitləşdirmək üçün kütləni
parçalamağa çalışırlar.

Dövlət idarələri və şəhərsalma üzrə mütəxəssislər dar


evlərin və çoxmənzilli binaların insana mənfi təsir
göstərdiyini son vaxtlar anlamağa başlayıblar. Birləşmiş
Ştatların şərqində, Çesapik körfəzindəki Ceyms adasında
yaşayan maralların kütləvi ölümü mütəxəssislərin gözünü
açdı. Maralların qırılmasının səbəbini əvvəl anlaya
bilmirdilər. O vaxt adada bu heyvanların qidalanması üçün
kifayət qədər ehtiyat vardı, epidemiya əlaməti yox idi,
yırtıcılar kütləvi ölümə səbəb ola bilməzdi. Araşdırmalar
nəticəsində məlum oldu ki, ada marallar üçün kiçik
olduğundan, çox sıx yaşadıqlarından heyvanlar tələf
olmağa başlayıblar. Sonralar siçanlar və dovşanlar
üzərində aparılan tədqiqatlar bu ehtimalı təsdiqlədi.
Mütəxəssislərin qənaəti belə idi: Marallar çoxaldıqca bir-
birinin şəxsi ərazisinə keçməyə başlayıblar. Bu da
heyvanlarda stressə, stress isə böyrəküstü vəzilərin
fəallığının artmasına səbəb olub. Böyrəküstü vəzilər
heyvanların böyüməsi, art­ması və immunitet sistemində
böyük rol oynayır. Belə­liklə, marallar yırtıcılara, ya
infeksiyaya görə deyil, sıx məskunlaşmaya fizioloji
reaksiya verərək ölmüşdü. Yəqin buna görə əhalinin sıx
məskunlaşdığı yerlərdə cinayət və zorakılıq halları daha
çox olur.
....................................................................

İnsanın ən çox ehtiyacı olan və ən çox arzuladığı


şeylərdən

biri şəxsi məkana sahib olmaqdır. Şəxsi ərazi bizə azad


hərəkət etmək imkanı verir. Bu isə insan üçün çox vacibdir.

....................................................................

Cinayətkarı dindirənlər onun müqavimətini qırmaq üçün


şəxsi məkanına soxulurlar. Onu boş otaqda, yerə
mıxlanmış qolsuz stulda oturdur, üzbəüz dayanır (intim,
hətta yaxın intim zonanı keçərək), cavab almayana qədər
çəkilmirlər. Belə edəndə cinayətkarın müqavimətini qırmaq
çox vaxt aparmır.

Orta yer

Adam yadların arasında oturanda mütləq ortadakı, həm


də ən geniş yeri seçir. Yəni, məsələn, kinoteatra gedəndə
boş yer çoxdursa, istədiyimiz yerdə otura biləriksə, sıralara
baxırıq. Sıranın başındakı oturacaqla artıq əyləşmiş
tamaşaçının arasındakı orta yerə keçirik. İdmanla məşğul
olanlar geyim otağında boş asılqan axtaranda eyni
hərəkəti edir, dolu asılqanla cərgənin başındakı asılqanın
arasındakı orta yeri, ətrafı mümkün qədər boş olan asılqanı
seçirlər. Çünki adam kiməsə çox yaxın dayananda onu
narahat edə, çox uzaq olanda xətrinə dəyə bilər.

....................................................................

Ehtiyac olanda həkimin, bir də bərbərin

bizim intim zonamıza keçməsinə icazə veririk.

Ev heyvanlarına həmişə icazə var, çünki onlar təhlükəli


deyillər.

....................................................................

Məsələn, kinoteatrda sıranın başındakı oturacaqla


tamaşaçının arasında ortadakı yeri deyil, başa yaxın yeri
seçsək, həmin tamaşaçının qəlbinə dəymiş olarıq.
Tamaşaçıya çox yaxın oturacaqlardan birinə əyləşsək onu
narahat edə, hətta qorxuda bilərik. Beləliklə, ortada
oturmağın məqsədi harmoniyaya nail olmaqdır. Bu jest
anadangəlmə deyil, başqalarından öyrənilmiş hərəkətə
bənzəyir.

Amma tualetdə adamlar başqa cür hərəkət edirlər.


Müşahidələr göstərir ki, tualetə gedənlərin 90%-i sonuncu
kabinəyə girir. Sonuncu kabinə doludursa, burda da “orta
yer” prinsipiylə hərəkət edirlər. Kişilərin ictimai tualetdə yad
adamlarla yan-yana dayanmaqdan xoşları gəlmir.

Nahar zamanı test

Restoranda kiminləsə yemək yeyəndə kiçik bir test edə


bilərsiz. Yazılmamış qaydalara görə yemək masası iki
bərabər hissəyə bölünür və restoran işçiləri bu qaydalara
əməl edərək duz, istiot, qənd və çiçəkləri masanın ortasına
qoyurlar. Yemək yeyəndə yavaşca hərəkət edərək əvvəl
duz qabını, dalınca istiotu, qəndi və sairi həmsöhbətinizə
tərəf itələyin. Onun sizin “işğalçı” hərəkətinizə reaksiyasını
tezliklə görəcəksiz. Qarşınızdakı adam ya arxaya oturacaq
– şəxsi məkanını bərpa edəcək, ya da hər şeyi yerinə
itələməyə başlayacaq.

Zonaların ölçüsü

mədəniyyətlərdən asılıdır

İtaliyadan olan gənc cütlük Avstraliyaya köçür və


Sid­neydə onları bir yerli icmaya dəvət edirlər. Bir neçə
həftədən sonra icmanın üç qadın üzvü italiyalı oğlandan
şikayət edir, oğlanın onlara sataşdığını, onları narahat
etdiyini deyirlər. İcmanın kişi üzvləri isə italiyalı qadının
özünü birtəhər apardığını, cinsi əlaqəyə meyilli adam kimi
davrandığını bildirir.

Aləmi qarışdıran əslində mədəniyyətlər arasındakı


fərqlər, daha dəqiq desək, şəxsi məkan ölçülərinin
müx­təlifliyi idi. Məsələ burasındadır ki, Cənubi Avropadan
olanların intim zonasının radiusu cəmi 20-30 sm, bəzi
yerlərdə bundan da az olur. Ona görə də avstraliyalının 25
santimetrliyində dayanan italiyalı 45 santimetrlik zonaya
müdaxilə etdiyini bilmir. Bundan başqa, italyanlar göz-gözə
kontaktdan çox istifadə edir, danışanda adama toxunurlar
və bütün bunlar onların səhv başa düşülməsinə səbəb olur.
İcma üzvlərinin onlardan şikayət etdiyini biləndə italiyalı
cütlük əməlli-başlı pərt olmuşdu. Bu ha­di­sədən sonra
onlar avstraliyalılarla danışanda yerli mədəniyyəti nəzərə
alaraq kənarda dururdular.

Kişi, yaxud qadın qarşı cinsdən olan adama marağını


ifadə etmək üçün onun intim zonasına keçir, ona yaxın
olmaq istəyini – təklifini bildirir. Bu təklifi rədd edən adam
geri durur və intim zonasının ölçüsünü bərpa edir. Təklifi
qəbul edən adam yerindən tərpənmir və qarşı tərəfin onun
intim zonasında qalmasına icazə verir. Qadın kişinin
marağının qədərini bilmək istəyəndə onun intim zonasına
bir addım atır, sonra geri çəkilir. Kişinin marağı varsa,
eyhamı anlayır, o da qadına yaxınlaşır.
Qərbi və Şimali Avropa,

eləcə də Skandinaviyada

şəhər sakinləri söhbət edərkən bu məsafəyə üstünlük


verirlər

Şəxsi məkanı kiçik

olan kişi qadını öz məkanını

qorumaq üçün arxaya

çəkilməyə vadar edir


İtalyanların normal bildiyi yanaşmanı avstraliyalılar cinsi
yaxınlıq təklifi kimi qəbul etmişdilər. Məsafəni qorumaq
üçün geri çəkilən, uzaq durmağa çalışan avstraliyalılar isə
italyanlara soyuq, qapalı adam təsiri bağışlamışdı.

....................................................................

Yaxın olduqlarını hiss edən adamlar

bir-birinə yaxın dururlar.

....................................................................

Şəkildə şəxsi məkanına müdaxiləyə neqativ reaksiya


verən qadını görürsüz. Qadın aradakı məsafəni qorumaq
üçün geri çəkilməli olur. Kişi isə, şəxsi məkanı kiçik
olduğundan bir az da irəli əyilir ki, özünə rahat olan
məsafədə dayansın. Kişi başqa mədəniyyətdən olduğu
üçün belə hərəkət edə bilər. Qərbli qadın bunu cinsi
yaxınlıq təklifi kimi dəyərləndirir.
Yaponlarla vals

Beynəlxalq konfranslarda amerikalılar bir-birindən 46-


122 sm aralı dayanırlar və danışanda bir yerdə dururlar.
Amma yaponla amerikalının danışığına fikir versəniz,
onların yavaş-yavaş otağın bu başından o başına getdiyini
görəcəksiz. Həm də amerikalı arxaya, yapon irəliyə
hərəkət edərək gəzəcək. Bu gəzintiyə səbəb şəxsi
məkanın ölçülərini saxlamaq cəhdidir. İntim zonasının
radiusu 25 sm olan yapon hər dəfə irəli hərəkət edərək
özünə rahat məsafədə dayanmağa, həmsöhbətinə yaxın
durmağa çalışır, nəticədə onun intim zonasını “işğal edir”.
Amerikalı geri çəkilərək vərdiş etdiyi məsafəni bərpa
etməyə cəhd göstərir. Bu söhbətin videosuna sürəti
artıraraq baxanda adama elə gəlir ki, yaponiyalıyla
amerikalı vals oynayır və bu rəqsdə lider yapondur.

Asiyalılarla avropalılar, eləcə də amerikanlar işgüzar


görüşlərdə bir-birinə hərdən təəccüblə baxırlar. Qərblilər
asiyalıları tez-tez “ədəbsiz”, “sırtıq” adlandırır. Asiyalılar isə
avropalıların, eləcə də amerikalıların soyuq və lovğa
olduqlarını, özlərindən başqa kimsəni bəyənmədiklərini
deyirlər. Müxtəlif mədəniyyətlərdən olan adamların intim
zona və zonaların ölçüləri haqda məlumatsızlığı onların
bir-birini başa düşməməsinə, anlaşılmazlığa səbəb olur.

Zonaların ölçüsü şəhər və

kəndə görə fərqlənir

Əvvəl də qeyd etdiyimiz kimi insanın şəxsi məkanının


ölçüsü onun boya-başa çatdığı mühitdən,
məskunlaşmadan asılıdır. Əhalinin sıx yaşadığı yerlərdə
böyümüş adamın şəxsi məkanı, seyrəklikdə böyümüş
adamın məkanından dar olur. Əl sıxaraq salamlaşanda
adamlara fikir verin. Adamın kənddə, ya böyük şəhərdə
böyüdüyünü əlini uzatmağından bilmək olar. Şəhər
sakinlərinin “qoruyucu təbəqəsinin” radiusu orta hesabla
46 sm-dir. Ona görə də şəhərlilər adama əl uzadanda
biləkləriylə çanaqları arasındakı az qala yarım metr məsafə
qalır. Əllər neytral zonada görüşür.

Şəhərlilər salamlaşır;

əllər yarım metr

irəli uzanıb

Əhalinin az olduğu kiçik şəhərlərdə, rayon


mərkəzlə­rində yaşayan adamların şəxsi məkanının
ölçüsü 1 m, hətta çox ola bilər. Ona görə də bu adamlar
salamlaşanda əllərini 1 m qabağa uzadırlar.
Kiçik şəhərlərin sakinləri əllərini 1m irəli

uzadaraq salamlaşırlar

Şəhər adamı salamlaşanda irəli addım atır, amma


kənd­li yerində möhkəm dayanır, salamlaşmaq üçün
qabağa əyilir.

Ucqarlarda yaşayanların şəxsi məkanı daha geniş,


hətta 6 m ola bilər. Bu adamlar salamlaşanda əl sıxmır,
yerlərində dayanıb əllərini yelləməyə üstünlük verirlər.
Əhalinin seyrək

olduğu yerlərdə

məsafəni qoruyurlar

Kənd təsərrüfatı mallarının satışı ilə məşğul olanlar bu


informasiyanın işlərinə yaradığını, şəxsi məkan ölçülərini
nəzərə alanda fermerlərlə dil tapdıqlarını deyirlər.
Məlu­matlı satış meneceri kəndlilərlə salamlaşanda əlini
xeyli irəli uzadır, ucqarlardan olan fermerlərə sadəcə əlini
yelləyir. Fermerin şəxsi məkanının 1-2 m-dən az
olmadığını nəzərə alanda əl sıxmaq onun şəxsi məkanına
soxulmaq deməkdir. Bu da fermerlərdə neqativ
münasibətin yaranmasına səbəb ola bilər.

Ərazi və mülk
İnsanın sahib olduğu əmlak, daim istifadə etdiyi məkan
onun şəxsi ərazisi, şəxsi mülkiyyəti hesab olunur və insan
bu mülkiyyətini qorumaq üçün lazım gəlsə, döyüşməyə
hazırdır. Ev, ofis, maşın – bunlar hamısı şəxsi əmlakdır və
bunların şəxsi olduğunu göstərən divarlar, hasarlar,
darvaza və qapılar var. Şəxsi ərazinin daxilində də xırda
şəxsi ərazilər ola bilər. Məsələn, atanın iş otağı, ananın
mətbəxi onun şəxsi ərazisi hesab olunur və kimsə bu
əraziyə girəndə onlara xoş gəlmir. Atanın sevimli
kreslosunu da evdəkilər onun şəxsi ərazisi kimi qəbul edə
bilərlər. Adam var ki, konfrans zalında, ya da kafedə
həmişə eyni yerdə oturur. Bu yerin onun olduğunu, daha
doğrusu, onun sevimli yeri olduğunu bildirmək üçün hətta
ora özünə məxsus bir əşya – qələm, kitab, qovluq, ya da
paltarını atıb gedir. Bəziləri bir az da uzağa gedərək,
məsələn, kafedə həmişə oturduqları stula naxış qoyur, ya
da adlarının baş hərfini yazırlar.

Desmond Morrisin müşahidələri göstərir ki, məsələn,


kitabxanalarda yer tutmaq üçün stula kitab qoyub
gedirlərsə, kitab o yeri orta hesabla 77 dəqiqə saxlayır.
Stulun başına keçirilən paltar yeri 2 saat saxlaya bilir.
Evdəkilər sevimli kreslonu onun üstünə, ya da yanına
atdıqları əşyayla – çanta, kitab, yaxud jurnalla işarələyirlər.

Ev sahibi qonağına “Oturun” – deyə müraciət edəndə


qonaq bilmədən onun yerində oturursa, ev sahibi narahat
olmağa başlayır. Kiminsə şəxsi məkanına müdaxilə etmək
istəmirsizsə, oturmaq istəyəndə “Siz harda oturacaqsız?”
– deyə sual verə bilərsiz.

Avtomobil və şəxsi məkan

Maşın sürən adamın yolda baş verənlərə reaksiyasını


görəndə onu tanımaya bilərsiz. Adamlar sükan arxasında
fərqli davranırlar, çünki avtomobil onların şəxsi məkanının
ölçüsünə təsir edir. Sükan arxasında oturan adam üçün
şəxsi məkanın dairəsi həmişəkindən 10 dəfə geniş ola
bilər. İntim zonasının radiusu böyük olan sürücüyə elə gəlir
ki, maşının 8, hətta 10 metrliyinə qədərki ərazi onundur.
Belə sürücü qarşıya başqa avtomobil keçəndə, təhlükə
yaranmasa belə, əsəbiləşir, hətta maşından düşüb dava-
dalaş salır. Eyni adam liftdə fərqli hərəkət edir. Kimsə onun
şəxsi məkanına keçərək düz qarşısında dayansa belə
normal davranır, hətta qapılar açılanda nəzakətlə
qarşısındakına yol verir.

Elə adam var ki, maşını barama bilir, onun içində


gizləndiyini və qorunduğunu düşünür.

....................................................................

Çox adam elə bilir ki, maşında olanda onu kimsə


görmür

və hamının gözü qarşısında ora-burasına əl atıb,

üst-başını qaydaya salır.

....................................................................

Maşını çox yavaş, həm də düz səkinin kənarıyla


sürənlər yolda şəxsi məkanını böyüdən sürücü qədər
təhlükə yaradırlar. Böyük məkana ehtiyacı olmayan
italyanlar çox vaxt sürücüləri narahat edir. İtaliyalı
sürücülərdən şikayət edənlər onları “quyruq”, ya da
“qırsaqqız” adlandırırlar.

Test edək

Şəklə baxın və şəxsi məkan məsələsinə əsaslanaraq


bu adamların arasında nə baş verdiyini anlamağa çalışın.
Özünüzə bir-iki sadə sual versəniz, düzgün nəticəyə
gələcəksiniz.

Kim hardandır?
Bu adamlar haqda aşağıdakı fikirləri söyləyə bilərik:

İkisi də şəhərlidir və kişi qadınla yaxınlıq eləməyə


çalışır.

Bu kişinin intim zonası kiçik olduğu üçün, yəni özü də


bilmədən qadının ərazisinə müdaxilə edir.

Qadın şəxsi məkanın kiçik olduğu ölkədəndir.

Bunlar bir-birilərinə yaxındırlar.

Nəticə

Sizə münasibət sizin şəxsi məkana göstərdiyiniz


hör­mət­dən asılıdır. Kimə gəldi toxunan, danışanda əlini
adamdan çəkməyən “şən adamı” əslində çoxları sevmir.
İn­sanlar bir-birilə müəyyən faktorlara əsaslanaraq məsafə
saxlayırlar. Ona görə də qarşınızdakı adamın yerini bilib-
bilməməsi haqda qərar verəndə bütün meyarları nəzərə
almağınız vacibdir.

10-cu fəsil

AYAQLARIMIZ BİZİ İFŞA EDİR

Mayk ayaqlarını aralayıb oturmuşdu. Bir əliylə

qalstukunu sığallayır, o biri əliylə duz qabını sıxırdı.

Qızın 20 dəqiqədir ayaqlarını üst-üstə aşırdığını və ən


yaxın çıxışa tərəf oturduğunu görmürdü.

Bədənimizin hərəkət edən hissəsi beynimizdən nə


qədər uzaqdadırsa, biz onun fəaliyyətinə bir o qədər az
əhəmiyyət veririk. Məsələn, hər birimiz üzümüzdəki
ifadədən, elədiyimiz jestlərdən çox vaxt xəbərdar oluruq.
Hərdən bilərəkdən hərəkət edib üzümüzə müəyyən
ifadələr veririk; qaşlarımızı çatıb özümüzü ciddi, ya güclü
göstərməyə çalışırıq, dişlərimizi qıcayaraq ağrıya
dözdüyümüzü bildiririk, kimisə narazı baxışlarla süzür, ya
da hər ad günümüzə bir eybəcər alt paltarı hədiyyə edən
nənəmizi incitməmək üçün xoşbəxt görünməyə çalışırıq.
Deməli, biz üz əzələlərinin hərəkətindən daha çox
xəbərdarıq, nəinki qollardan və əllərdən. Qollardan sonra
döş qəfəsi, qarın, sonra ayaqlar gəlir. Pəncələrimizin
hərəkətinə demək olar ki, heç fikir vermirik.

Belə çıxır ki, hər bir adamın fikrini bilmək üçün birinci
ayaqlarına baxmaq lazımdır. Ayaqlar ən yaxşı informasiya
mənbəyi hesab oluna bilər, çünki çox adam ayaq
hərəkətlərinə fikir vermir. Saxtakarlıq etmək istəyənlər
daha çox üzüylə məşğul olur, ayaqları idarə etmək heç
kimin ağlına gəlmir. Üzdən sakit görünən adam ayaqlarını
yelləməklə əslində narahat olduğunu, canını qurtarmaq
üçün fürsət axtardığını bildirir.

....................................................................

Silkələnən ayaqlar beynin qaçmaq cəhdini,


istəmədiyi yerdən, istəmədiyi şeydən və istəmədiyi
adamdan

uzaq olmaq arzusunu ifadə edir.

....................................................................

Necə yeriyirsiz?

Yeriyən adamın qolunun hərəkəti onun şəxsiyyəti


haqda məlumat verir. Ya da adam qolunu bilərəkdən fərqli
şəkildə yelləyir ki, özünü fərqli göstərsin.

Gənc, sağlam və şux adam yeriyəndə sürətlə


addımlayır, nəticədə onun qolları yuxarı qalxır, elə yellənir
ki, elə bil adam yürüşə gedir. Qolların yuxarı qalxmasına
səbəb həm sürətin artması, həm də əzələlərin elastikliyidir.
Əsgərlər yürüş edəndə geniş sıralarda irəliləyir, əl-qol
ataraq gənc və güclü olduqlarını nümayiş etdirirlər. Siyasi
xadimlər, bəzi ictimai fiqurlar da iri addımlarla yeriyirlər ki,
hələ güclü olduqlarını göstərsinlər. Qadınların qolları
arxaya yellənəndə kişilərinkindən yuxarı qalxır, çünki
qadının qolları uşağı tutmaq üçün formalaşıb, dirsəkdən
geniş açılır.

Ayaqlar düz danışır

Bir neçə rəhbər işçini eksperimentə cəlb edib, onlardan


müsahibə aldıq. Xahiş etdik ki, müsahibə zamanı yalan
danışsınlar və ətrafdakıları öz yalanlarına inandırmağa
çalışsınlar. Müşahidələrimiz göstərdi ki, həm qadın, həm
də kişi müdirlər yalan danışarkən ayaq hərəkətlərinin
sayını artırırlar. İştirakçıların çoxu üzündəki ifadəni dəyişir,
əllərini nəzarətdə saxlamağa çalışırdı. Amma onların,
demək olar ki, heç birinin öz ayaqlarından xəbəri yox idi.
Psixoloq Pol Ekman aşkar edib ki, yalan danışan adam,
ümumiyyətlə, bədəninin aşağı hissəsini daha çox hərəkət
etdirir və adamın bütün gövdəsi görünürsə, onun yalanını
tutmaq mümkündür. Yəqin buna görə vəzifəli şəxslər yazı
stolunun arxasında oturanda özlərini daha yaxşı hiss
edirlər.
....................................................................

Sizi aldadıb-aldatmadıqlarını bilmək istəyirsizsə,

stolun altına baxın.

....................................................................

Şüşə masalar çox adamı narahat edir, çünki bədənin


aşağı hissəsini gizlətmir və biz arxayın hərəkət edə
bilmirik.

Ayaqların məqsədi

Ayaqların iki əzəli funksiyası var: yeməyi götürmək


üçün irəli yerimək, təhlükədən uzaqlaşmaq üçün qaçmaq.
Çünki insan beyni iki şeyə – istədiyimizə və
istəmədi­yimizə görə proqramlanıb. İstədiyimizə doğru
hərəkət edirik, istəmədiyimizdən uzaqlaşırıq. Başqa sözlə
desək, insanın ayaqları insanın istəyini göstərir.
Danışanda həm­söhbətinizin ayaqlarına baxın, onun
qalmaq, yoxsa getmək niyyətində olduğunu biləcəksiz.
Üst-üstə aşırılmamış, aralı duran ayaqlar açıq münasibəti,
ya da dominantlığı ifadə edir. Çarpaz ayaqlar adamın
qapalı və narahat olduğunu göstərir.

Kişiyə marağı olmayan qadın onun yanında qollarını


çarpazlayır, ayaqlarını üst-üstə qoyub, yan oturur. Marağı
olan qadın qollarını açıq saxlayır.

Dörd əsas duruş

Farağat

Bu duruş neytral münasibəti ifadə edir. Ayaqlar düz –


cüt dayanır, qalmaq, ya getmək barədə heç nə “demirlər”.
Kişiylə qadın üz-üzə gələndə daha çox qadınlar ayaqlarını
belə tuturlar, bununla bir növ öz münasibətlərini gizlədirlər.
Müəllimə cavab verən məktəbli, zabitlə danışan gizir,
yaxud çavuş, müdiriylə söhbət edən işçi, kral ailəsinin
üzvləriylə görüşən adamlar da bu jestdən istifadə edirlər.
Ayaqlar farağat

vəziyyətini alıb

Aralı ayaqlar

Ayaqları aralayıb dayanmaq əsasən kişilərə məxsus


jestdir. Belə dayananda kişi ayaqlarını yerə bərk dirəyir,
yerindən tərpənmək, getmək niyyəti olmadığını bildirir.
Adətən öz üstünlüyünü, nüfuzunu göstərmək istəyən,
kişilənən adamlar bu jestdən istifadə edirlər. Çünki bu
duruş kişinin cinsiyyət orqanını nümayiş etdirib, kişiliyini
vurğulayır.
Ayaqlarını aralayaraq

dayanan adam

kişiliyini göstərir

Yarışlarda yan-yana düzülən oyunçuların ayaqlarını


aralayaraq dayandığını, şalvarlarının ağına tez-tez əl
atdıqlarını görə bilərsiz. Əlbəttə, onların hamısı qaşına
bilməz. İdmançılar bu jestlə bir növ kişilənirlər və bir
komanda olaraq, həmrəyliklərini göstərmək üçün hamısı
eyni hərəkəti edir.

Ayaqları aralayaq dayanmaq kişilənən

“qaqaşların” sevimli jestidir

Bir addım irəli


Bədənimizin ağırlığını bir ombanın üstünə salanda o biri
tərəfdəki ayağımızı irəli atırıq. Orta əsrlərdə çəkilmiş rəsm
əsərlərində yüksək statuslu kişiləri bu vəziyyətdə təsvir
edirdilər. Çünki adam forslananda, ayaqqabılarının,
şalvarının gözəlliyini göstərəndə belə dayanır.

İrəli atılmış addım həm də adamın niyyətinə işarədir.


Biz ayağımızı həmişə getmək istədiyimiz istiqamətdə
saxlayırıq. Ona görə də bu formada dayanan adamın
uzaqlaşmaq fikrində olduğunu hiss edirik.

İrəli atılmış ayaq adamın getmək istədiyi istiqaməti


göstərir
Bir neçə nəfər bir yerdə olanda adam ayağını ona
maraqlı olan, onu cəlb edən şəxsə tərəf tutur. Getmək
istə­yəndə ayağımız ən yaxın çıxışa doğru dayanır.

Çarpazlanmış ayaqlar

Gələn dəfə bir yığıncağa gedəndə adamlara fikir verin.


Kiminsə həm qollarını, həm də ayaqlarını çarpazladığını və
diqqət etsəniz, başqalarından uzaq dayandığını
görəcəksiz. Bu adamın əynində jaket, yaxud palto varsa,
yəqin ki, düymələri də bağlı olacaq.
Çarpazlanmış

ayaqlar

Belə dayanan şəxsə, yaxud dəstəyə yaxınlaşıb bir az


söhbət etsəniz, onların yad olduğunu öyrənəcəksiz. Çünki
biz adətən tanımadığımız adamların arasında belə
dayanırıq.

Çarpazlanmamış ayaqlar açıq münasibəti, ya da


dominantlığı, çarpaz ayaqlar isə qapalılığı, yaxud
narahatlığı ifadə edir, adamın müdafiə mövqeyini seçdiyini
göstərir (ayaqlarımızı çarpazlayarkən həm də cinsiyyət
orqanımızın üstünü örtürük).
Qayçı “şərh vermir”,

amma getmir də

Ayaqlarını qayçı kimi tutan, ya da bir ayağını düz


saxlayıb, o birini onun üstünə atan qadının iki mesajı ola
bilər: birincisi, o getmək istəmir, qalmaq niyyətindədir;
ikincisi, yaxınına heç kimi buraxmır. Kişilər də belə
dayananda getmək istəmədiklərini, amma həm də ehtiyat
etdiklərini (“ağrıdan yerimə vurmazlar ki?”) bildirirlər. Yəni
aralı ayaqlar kişiliyi göstərir, çarpaz ayaqlar kişiliyi qoruyur.
Kişinin, tabeliyində olan adamların yanında ayaqlarını
aralayaraq dayanmasının yeri var. Amma özündən üstün
olan kişilərin yanında ayaqlarını aralı saxlayan kişi
müdafiəsizliyini hiss edən, ancaq mübarizəyə və rəqabətə
hazır olan adam təsiri bağışlayır.
Müşahidələrimiz göstərir ki, özünə güvənməyənlər də
ayaqlarını tez-tez çarpazlayırlar.

....................................................................

Aralı ayaqlar kişinin özünə inamını,

çarpaz ayaqlar dinməzliyini göstərir.

....................................................................

İndi isə gözünüzün qabağına qolları və əlləri, eləcə də


pencəklərinin düyməsi açıq, ayaqları aralı dayanmış bir
dəstə adam gətirin. Təsəvvür edin ki, bu adamların hamısı
rahat dayanıb, bəziləri arxaya söykənib, ya da bir ayağını
irəli, kiməsə tərəf tutub söhbət eləyir, həm də danışanda
bir-birinə çox yaxınlaşır, şəxsi məkana girib-çıxırlar. Bu,
dostların, bir-birini şəxsən tanıyan adamların dəstəsidir.
Mətnin əvvəlində təsvir etdiyimiz dəstənin üzvləri
danışanda üzdən rahat və sakit görünə bilərlər, amma
çarpaz qolları və ayaqları onların o qədər də rahat
olmadığını büruzə verir.

Özünüzü də müşahidə edə bilərsiz. Tanımadığınız


adamlardan ibarət dəstəyə yaxınlaşın. Qollarınızı və
ayaqlarınızı çarpazlayıb, üzünüzə ciddi ifadə verin. Bir
azdan dəstə üzvlərinin də qollarını və ayaqlarını bir-birinin
üstünə gətirdiyini görəcəksiz və siz – yad adam aralanana
qədər onlar beləcə dayanacaqlar. Uzağa getməyin, ətrafda
gəzinin, dəstə üzvlərinin yavaş-yavaş əvvəlki vəziyyətə
qayıtdıqlarını sezəcəksiz.

Çarpaz ayaqlar neqativ hissləri ifşa etməklə


kifayətlən­mir, həm də şübhəli, bəzən hətta təhlükəli adam
təəssüratı yaradır və ətrafdakıların bu təəssürata uyğun
reaksiyasına səbəb olur.

Qorxuruq, yoxsa üşüyürük?

Bəlkə sadəcə belə “rahatdır”?


Kimsə qollarını və ayaqlarını narahat olduğu üçün yox,
üşüdüyü üçün çarpazladığını deyə bilər. Amma üşüyən
adam əllərini dirsəklərində deyil, qoltuğunun altında
qızdırır, ya da özünü qucaqlayırmış kimi qollarını sıxır.
Ayaqlarını isə bir-birinə möhkəm sıxaraq, tarım tutaraq
çarpazlayır. Ancaq müdafiə mövqeyini seçən, narahat olan
adam ayaqlarını çarpazlasa da, boş buraxır.

Bu qadın ya üşüyür,

ya da tualet axtarır
Qollarını və ayaqlarını çarpazlamağa adət etmiş adam
qorxduğunu, əsəbi və narahat olduğunu etiraf
etməkdənsə, üşüdüyünü deyir. Kimsə sadəcə “rahatdır”
deyə belə dayandığını bildirir. Bəlkə doğrudan da belə
rahatdır? Axı qorxan, ehtiyat edən, narahat olan,
qorunmağa çalışan adam qollarını və ayaqlarını
çarpazlayanda rahat olur.

Qapalı vəziyyətdən açıq

vəziyyətə keçid

Adamlar bir-birini tanıdıqca, rahatladıqca duruşlarını


dəyişirlər. Bir neçə hərəkət edərək açıq vəziyyət alırlar.
Həmin hərəkətlərin ardıcıllığı demək olar ki, hər yerdə
eynidir.

1. Bir-birinə güvənmirlər. 2. Bir-birinə açıqdırlar


Əvvəlcə bir-birimizi tanımadığımızı, güvənmədiyimizi
göstərərək qollarımızı da, ayaqlarımızı da çarpazlaya
bilərik (şəkil 1). Ünsiyyətdə olandan sonra rahatlayırıqsa,
əvvəl ayaqlarımızı açıb farağat dayanırıq. Sonra bir
qolumuzu aşağı salırıq və “çarpaz qollar” jestini
“yarımbaryer” jesti əvəz edir, yəni bir əlimizlə o biri
qolumuzdan yapışırıq. Danışdıqca bu yapışan əlimizi də
hərdən aça bilərik, yəni jest edəndə ovcumuzun içi
görünər. Bir az sonra bu qolumuzu da aşağı salırıq.
Bundan sonra bir əl jestlərlə məşğul olur, budun üstündə,
yaxud cibdə dayanır. Və nəhayət, söhbət edənlərdən biri
ayağını irəli atıb, qarşısındakını qəbul etdiyini göstərir
(şəkil 2).

Avropasayağı oturuş

Avropa və Asiyada, eləcə də Britaniya mədəniyyətinin


hökm sürdüyü bəzi ölkələrdə adamlar hərdən ayağı ayağın
üstünə aşıraraq otururlar. Belə oturanların 70%-i sol
ayağını sağ ayağının üstünə qoyur.
Ayaqlar

avropasayağı

çarpazlanıb

Adam həm ayaqlarını, həm də qollarını çarpazlayıb


oturursa, özünü yanındakılardan ayırır. Beləsini
inandırmaq, yola gətirmək çətin olur.
“Yaxın gəlməyin. Heç kəslə danışmaq istəmirəm”

İşdə toplantıda belə oturan adam adətən az danışır,


təkliflərin çoxunu qəbul etmir və toplantıdan sonra
müza­kirə olunan məsələnin detalları barədə sual verəndə
onun çox şeyi xatırlamadığını görürük. Əl-ayağı açıq
vəziyyətdə oturanlar müzakirə mövzusu haqda daha
detallı məlumat verirlər.

Amerikalıların

“dördəbənzər” oturuşu
Bu oturuş əsasən kişilərə məxsusdur: bir ayağı qaldırıb
o biri budun üstünə qoyurlar, kənardan baxanda ayaqların
4 rəqəmini formalaşdırdığını görürük. Belə oturanda
ayaqların arası açıqda qalır və bu jest ayaqları aralı
saxlayaraq dayanmağa bənzəyir, yəni onun oturaq
versiyasıdır. Daha çox amerikalılar, ya da özünü
amerikalılara oxşatmağa çalışan gənclər belə otururlar.
Cavan oğlanlar Amerika filmlərində gördüklərini təkrar
elədiklərindən indi Rusiya, Yaponiya, Filippin, Sinqapur,
Malta kimi ölkələrdə, Sardiniyada “dördəbənzər” oturuş
dəb halını alıb. Amma Avropada, eləcə də Britaniyada
yaşlı nəsil bu jestdən istifadə etmir. Avstraliya və Yeni
Zelandiyada isə həm “dördəbənzər” formada, həm də
avropasayağı oturanlar çoxdur.

II Dünya müharibəsi zamanı “dördəbənzər” oturuş


nasistlərin gözündən yayınmırdı, çünki bu jest adamın
alman olmadığını, yaxud nə vaxtsa ABŞ-da yaşadığını
bildirirdi.

“Dördəbənzər” oturuş sahibinin rəqabətə, müzakirə və


mübahisəyə hazır olduğunu göstərir. Meymunlar da
aqressiv olanda ayaqlarının arasını nümayiş etdirirlər. Belə
dayanmaqla onlar döyüş zamanı ala biləcəkləri zərbədən
yayınmağa çalışırlar. Bütün primatlarda bu duruşuyla
güclü təsir bağışlayan erkək qalib hesab olunur.

Amerikalıların “dördəbənzər” oturuşu – müzakirə və


mübahisəyə hazır adam

“Dördəbənzər” oturuş dominantlığı göstərməkdən


savayı gəncliyi və arxayınlığı ifadə edir. Bəzi Asiya və
Yaxın Şərq ölkələrində isə belə oturmaq ətrafdakıları təhqir
etməyə bərabərdir. Çünki budun üstünə qaldırılan ayaqda
ayaqqabının altı – çirkli yerlərə dəyən hissəsi görünür.
Şalvar, cins geyən qadınlar da hərdən belə otururlar.
Amma qadınlar bu jestdən adətən, kişilərin yox, qadınların
yanında istifadə edirlər, çünki kişi kimi görünmək, ya da
cinsi yaxınlığa meyilli adam təsiri bağışlamaq istəmirlər.

Müşahidələr göstərir ki, son qərarını verəndə çox adam


ayaqlarının ikisini də aşağı salır. Deməli, “dördəbənzər”
formada oturan adamdan qəti qərar gözləmək düzgün
deyil.

Bədən beynin elədiyini eləyir

Bir maraqlı konfransa qatılmışdıq. İştirakçıların yarısı


qadın, yarısı kişi idi. 100-ə yaxın rəhbər işçi, 500-ə qədər
satış meneceri vardı. Mübahisəli məsələni –
korporasiyaların satış menecerlərilə rəftarını müzakirə
edirdilər. Satış Menecerlərinin Assosiasiyasının başçısı
çıxış edəndə kişi direktorların az qala hamısı, qadın
direktorların 25%-i müdafiə vəziyyətini aldı – həm
ayaqlarını, həm də qollarını çarpazladılar. Bu, onların
səslənəcək fikirlərdən qorxduğunu göstərirdi. Direktorların
narahatlığı əsaslı idi. Assosiasiya lideri sərt danışdı,
idarəçiliyin zəiflədiyini və bunun satış işçilərinin axınına
səbəb olduğunu bildirdi. O, çıxış edəndə satış
menecerlərinin çoxu ya irəli əyilir, ya da maraqlarını ifadə
edən başqa jestlər edirdilər. Amma direktorlar eyni
vəziyyətdə oturmuşdular.

....................................................................

Bədən beynin elədiyini eləyir.

....................................................................

Satışla məşğul olan bir nəfər də çıxış etdi,


yuxarıdakıların rolundan, onların görməli olduğu işlərdən
danışdı. Bu dəfə kişi direktorların az qala hamısı dirijordan
əmr almış orkestr üzvləri kimi ayaqlarını qaldırıb
“dördəbənzər” formada oturdular. Bu, onların çıxış edə­nin
fikirlərini götür-qoy elədiklərini göstərirdi (sonra özləri də
bunu təsdiqlədilər). Bəzi direktorlar oturuşlarını
dəyişməmişdilər. Əslində onlar da danışanın fikirləriylə razı
deyildilər, sadəcə, fiziki problemləri olduğundan – kimsə
köklükdən, kimsə ayaqları ağrıdığından, kimsə də artritə
görə ayağını qaldıra bilməmişdi.

Dilə tutmaq, inandırmaq istədiyiniz adamların bu


jestlərdən istifadə edərək oturduğunu görəndə, söhbətə
davam etməzdən əvvəl vəziyyəti dəyişməyə çalışın. Nəsə
göstərəcəksizsə, onları yanınıza çağırın, ya da tapşırıq
verin ki, məşğul olsunlar. Məsələn, kitabçaları, kağız-
kuğuzu saxlamaq, qeydlər aparmaq üçün adam qollarını,
bəzən həm də ayaqlarını açmalı olur. Çay, yaxud qəhvə
təklif edə bilərsiz. Əldə isti içki olanda qolları da, ayaqları
da çarpazlamaq çətinləşir, axı içki üstümüzə tökülər və bizi
yandırar.

“Dördəbənzər” oturuş və sıxac


“Dördəbənzər” formada oturan adam hərdən bir, ya da
hər iki əliylə qaldırdığı ayağını sıxır və bu sıxac onun sanki
axıra qədər elə beləcə oturacağını vurğulayır.

“Dördəbənzər” oturuş və sıxac aqressiv rəqabətə

meyilliliyi vurğulayır

Bu oturuş mübarizə və müzakirəyə hazır olmaqdan


başqa, tərsliyin və inadcıllığın göstəricisidir. Belə oturan
adamlar özlərindən başqa kimsənin fikrini qəbul etmirlər.
Topuqlar bir-birinə “bağlanır”

Kişilər topuqlarını bağlayıb oturanda çox vaxt eyni


zamanda yumruqlarını sıxıb dizlərinin üstünə qoyur, ya da
oturacağın qollarından yapışır və ayaqlarını aralayırlar
(şəklə baxın). Qadınların versiyası bir az fərqlidir. Qadınlar
topuqlarını bağlayanda adətən dizlərini bitişdirir ayaqlarını
bir tərəfə tuturlar. Əllər isə ya yan-yana, ya da üst-üstə
azca yuxarı qalxan budun üzərində durur.

Topuqlar bir-birinə bağlanıb; qadının ayaqları

mümkün qədər az, kişininkilər isə mümkün qədər

çox yer tutur

Otuz ildən çoxdur ki, bu işlə – müsahibə almaqla və


satışla məşğuluq. Təcrübədən bilirik ki, topuqları
bağlamaq dodaqları dişləmək kimi bir şeydir. Yəni hər iki
jest adamın öz hisslərini ört-basdır elədiyini bildirir. Neqativ
hisslərini, tərəddüd və qorxusunu göstərmək istəməyən
adam topuqlarını bağlayır. Topuqlar stulun altında
gizlənərək bağlanırsa, danışanın öz mövqeyini,
münasibətini gizlətdiyini hiss edirik. Adamı söhbətə cəlb
edəndə ayaqlar stulun altından çıxır.

Vəkillərlə iş təcrübəmiz göstərir ki, məhkəmə zalından


kənarda dinləmələri gözləyən müttəhim, eləcə də iddiaçılar
ayaqlarını stulun altına çəkib topuqlarını bir-birinə bərk
sıxaraq bağlayırlar. Həm də bu jest iddiaçılardan çox (üç
dəfə çox) müttəhimlərdə müşahidə olunur. Diş həkiminə
müraciət edən 319 pasiyentə baxmışıq, onlardan 88%-i
stomatoloji kresloya çıxan kimi topuqlarını bağlayıb. Yalnız
müayinəyə gələnlər kresloda keçirdikləri vaxtın 68%-ni,
iynə vurduranlar 98%-ni topuqları bağlı halda uzanıblar.

....................................................................

Stomatoloqdan çox vergi yığanla görüşənlər

topuqlarını bağlayırlar.

....................................................................
Dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının
işçiləri ilə, məsələn, polis, vergi və gömrük idarəsinin
əməkdaşlarıyla iş təcrübəmizdən bilirik ki, onların dindirdiyi
adamlar söhbətin əvvəlində topuqlarını bağlayırlar və bu
jestə səbəb əksər hallarda danışanın günahkar olması
deyil, qorxmasıdır.

İnsan resurslarının idarəsi ilə məşğul olan


departament­lərdə də (HR menecment) tədqiqat
aparmışıq. Məlum olub ki, müsahibəyə gələnlərin demək
olar ki, hamısı topuqlarını eyni məqamda bağlayır və
bununla münasibətlərini, hisslərini büruzə vermək
istəmədiklərini bildirirlər. Niyerenberq və Kalero aşkar edib
ki, danışıqlar prosesində çox mühüm informasiyanı
gizlədən tərəf topuqlarını bağlayır. Danışıq aparmaq
qabiliyyəti güclü olan, xüsusi texnikalardan istifadə etməyi
bacaran adam beləsini yola gətirə bilir, topuqlarını
aralamağa və həqiqəti deməyə vadar edir.

....................................................................
İnsana hissləri haqda pozitiv suallar verməklə

onun topuqlarını açmasına nail olmaq mümkündür.

....................................................................

Araşdırmalarımız nəticəsində görmüşük ki, topuqlarını


bağlayan adama onun hissləri haqda sual verəndə
yüngülləşir və topuqlarını açır (42%). Bundan başqa,
müsahibə alan adam yerindən qalxıb müsahibinin yanına
keçəndə onun arxayınlamasına və topuqlarını açmasına,
beləliklə də söhbətin gedişinin dəyişməsinə səbəb olur.

Bir ara müştərilərə rabitə xidməti göstərən şirkətin


konsultantı idik. Heç həsəd aparılmayacaq bir peşənin
sahibiylə – abonentlərin borclarını toplamaqla məşğul olan
adamla görüşdük. Müştərilərə saysız-hesabsız zənglər
edəndə ona baxırdıq. Rahat danışsa da, kreslosunun
altında saxladığı topuqlarını heç açmırdı. Amma bizimlə
danışanda belə eləmədi. “Bu işdən zövq ala bilirsiz?” –
deyə soruşanda, “Əlbəttə, çox əyləncəli işdir” – deyə cavab
verdi. İnandırıcı səslənirdi. Amma sözlərlə jestlər uyğun
gəlmirdi. “Əminsiz?” – deyə sual verdik. Həmin adam əvvəl
duruxdu, sonra topuqlarını açdı və əllərini irəli uzadıb:
“Yaxşı, etiraf edim ki, bu iş məni dəli eləyib!” – dedi. Sonra
bizə işi haqda bir az ətraflı danışdı, dedi ki, hər gün
cürbəcür adamlarla danışır, kobud və aqressiv müştərilərlə
söhbət etməli olur. Amma hisslərini gizlətməyi
bacarmalıdır, çünki müştəriylə ünsiyyətdə bu, vacibdir.

Telefon vasitəsilə satışla məşğul olan və işindən zövq


almayan adamlar da topuqlarını çox vaxt bağlı saxlayırlar.

“Gödək ətək” sindromu

Çox gödək paltar geyən qadınlar ayaqlarını üst-üstə


aşırır, topuqlarını bağlayırlar, çünki belə eləməyə
məc­burdurlar. Bu oturuş bəzi qadınlarda vərdişə çevrilir
və yaşlananda da eyni jestdən istifadə edirlər. Kənardan
baxana bu jest neqativ təsir bağışlayır, qadına ehtiyatla
yanaşmağa vadar edir.
....................................................................

Gödək paltar geyinən qadın elə oturur ki,

adam ona yaxınlaşmağa cəsarət etmir.

....................................................................

Bəziləri yenə də neqativ hissləri inkar edir, sadəcə


“rahat” olduğundan belə oturduqlarını deyirlər. Unutmayın
ki, istənilən ayaq, eləcə də qol jesti adamı, hisslərini ifadə
etdiyi üçün rahatladır.

Neqativ jestlər neqativ münasibətin güclənməsinə və


uzanmasına səbəb olur və siz ətrafdakılara fikirli, narahat,
qorxaq, ehtiyat edən və adama yovuşmayan insan təsiri
bağışlayırsız. Pozitiv və açıq jestlərdən istifadə etməyə
çalışın. Bu, sizin özünüzə inamınızı artırar, ətrafdakılarla
münasibətlərinizin yaxşılaşmasına səbəb olar.

Dolaşıq ayaqlar
Bu jest qadınlara məxsusdur. Daha çox utancaq və
qorxaq, bir də elastik bədənə malik qadınlarda müşahidə
olunur. Qadın qınına girən tısbağa kimi bir ayağının üstünü
o biri baldırının arxasında gizlədir və ayaqlar dolaşıq
görünür. Bədəninin yuxarı hissəsi qadının rahat və
qayğısız olduğunu göstərsə də, dolaşıq ayaqlar başqa şey
“deyir”.

Utancaq, cəsarətsiz və qorxaq qadınların jesti

Bu dolaşığı açmaq üçün yumşaq və isti dost


münasibə­tinə ehtiyac var.

Yanaşı aşırılmış ayaqlar

Yalnız qadının ayaq və omba sümüklərinin


konfiqurasiyası ona belə oturmağa imkan verir. Kişilərin
çoxu ayaqlarını üst-üstə aşıranda yanaşı tuta bilmirlər.
Ona görə də bu oturuş qadınlığın göstəricisi hesab olunur.
Sorğular zamanı kişilərin 86%-i “yanaşı aşırılımış
ayaqlar”ın qadının ən cazibədar oturuşu olduğunu
bildiriblər.

Kişilərin fikrincə, ən cazibədar qadın oturuşu

“yanaşı aşırılmış ayaqlar”dır

Ayaqları aşırıb yanaşı tutanda bir ayaq o biri ayağı


sıxaraq gənc və şux göstərir. Belə ayaqlar kişiləri daha çox
cəlb edir. Davranış və model kurslarında qadına bu cür
oturmağı öyrədirlər. Bu jest diqqəti ayaqlara çəkmək
üçündür və bəyəndiyi kişinin yanında oturub ayaqlarını gah
çarpazlayan, gah da açan qadının hərəkətləriylə
eyniləşdirilməməlidir.

Sağ ayağımızı irəli ataq, yoxsa geri çəkək?


Danışdığımız adam, ya da onunla söhbət bizim üçün
maraqlı olanda bir ayağımızı irəli atırıq ki, aramızdakı
məsafə azalsın. Dinməz, ya da söhbətə marağı olmayan
adam bir ayağını geri çəkir, oturursa, stulun altında
saxlayır.

Bu kişinin duruşu qadına xüsusi marağını ifadə edir;

qadının isə ürəyi getmir, ya da qərarsızdır


Şəkildə qadına xüsusi marağı olan tipik kişi obrazı
yaradılıb: ayaqlar aralıdır, arası görünür, bir ayaq azca irəli
atılıb, mümkün qədər çox yer tutmaq, iri cüssəli kişi təsiri
bağışlamaq üçün qollar yana geniş açılıb.

Qadın isə nə yardan doyur, nə əldən qoyur. Ayaqlarını


düz saxlayıb (“bir şey demir, amma getmir”), bədənini yana
tutub, qollarını çarpazlayıb mümkün qədər az yer tutur. Bu
qadın yəqin ki, kişinin vaxtını boş yerə alır.

Nəticə

Ayaqlarımız bizim can atdığımız istiqaməti, kimisə


xoşlayıb-xoşlamadığımızı başqalarına göstərir.
Qadınsızsa və paltarınız çox gödək deyilsə, ən azı
dizinizdəndirsə, iş adamlarıyla görüşdə oturanda
ayaqlarınızı çarpazlamayın. Qadın budları istənilən kişinin
fikrini yayındırır, danışıqlar yaddan çıxır. Sonra kişilər
qadının dediklərini deyil, özünü xatırlayırlar.
İndi qadınların çoxu işə gödək paltarda gedir. Buna
səbəb mediadır. Aparıcı qadınların 90%-i efirə gödək
paltarda, çılpaq ayaqlarla çıxır. Çünki sorğuların
nəticələrinə görə bu halda kişilər kanalı dəyişmir, proqrama
daha çox baxırlar. Amma araşdırmalar göstərir ki,
aparıcının ayaqları nə qədər çox görünürsə, dedikləri bir o
qədər az yadda qalır. Bir sözlə, çılpaq ayaqları dostlarla
görüşdə aşırmaq olar, ancaq işdə belə oturmayın. Elə
kişilər də işdə oturanda ayaqlarını düz saxlasalar yaxşıdır.

11-ci fəsil

HƏR GÜN GÖRDÜYÜMÜZ

13 SADƏ JEST
Qadınların bu jest “dəstəsindən” zəhləsi gedir

İnsan öz hərəkətləri – sadə jestlərinin təsiri barədə çox


az düşünür. Məsələn, qucaqlaşan adamların bir-birinin
kürəyini şappıldatması və bir-birinin yanaqlarının
yaxınlığında havanı öpməsi – öpüş səsləri ilk baxışdan
onların arasındakı bağlılığa işarə ola bilər. Amma bəzən
qucaqlaşanlar, sadəcə, güləşçilər kimi hərəkət edirlər.
Belə ki, peşəkar güləşçilər bir-birini tutanda pərçimi açmaq
üçün rəqibin kürəyini şappıldadır, bununla sanki “daha
bəsdir” deyirlər. Qucaqlaşmağa meyili olmayan, amma
nəyinsə xətrinə qucaqlaşan adam da bu hərəkətə son
qoymaq üçün əlini qarşısındakının kürəyinə vurur. Havanı
da adamı öpmək istəmədiyimiz üçün öpürük.

Çox adam qucaqlaşmaq istəmədiyi üçün kürəyi

şappıldadır. Səmimi qucaqlaşanlar bir-birinə möhkəm


sıxılırlar. Qadın kişini bərk

qucaqlayıb, o isə qadının kürəyini döyəcləyir

Bu fəsildə gündə gördüyünüz və ən çox istifadə olunan


baş və bədən jestləri, jest “dəstələri” haqda danışacağıq.

Başımızı niyə yelləyirik?

Dünyanın çox yerində başı, “hə” demək, fikri


təsdiqlə­mək üçün yelləyirlər. Baş yelləmək baş əyməyin
qısaldılmış formasıdır. Yəni adam qarşısındakının fikriylə
razılaşdığı üçün, deyilənə tabe olduğu üçün azca təzim
edir, başını yüngülcə əyir. Tədqiqatlar göstərir ki, lal, kar,
kor doğulan adam da fikrini başını yelləməklə təsdiqləyir.
Deməli, bu jest anadangəlmədir.
Hindistanda “hə” demək üçün başı sağa-sola
yırğalayırlar. Bu jest qərbliləri, avropalıları çaşdırır, çünki
onlar adətən, “ola da bilər, olmaya da bilər”, deyəndə bu
cür hərəkət edirlər. Əvvəldə qeyd etdiyimiz kimi,
Yaponiyada baş yelləmək “Bəli, sizinlə razıyam” yox, “Bəli,
sizi dinləyirəm” deməkdir.

....................................................................

Baş yelləmək baş əyməkdən gəlir,

adamın deyilənə tabe olduğunu göstərir.

....................................................................

Bolqarlar başlarını, “yox” demək istəyəndə yelləyirlər.


“Hə” demək üçün onlar hamının “yox” deyərkən istifadə
etdiyi jesti edir – başlarını sağa-sola hərləyirlər. Ərəb isə
“yox” deyəndə başını bir dəfə yuxarı dartır.
Başımızı yelləyəndə...

Çoxları bu jestin gücünə bələd deyil. Halbuki


qarşıdakını inandırmaq üçün baş yelləmək çox vacibdir.
Müşahidələr təsdiqləyir ki, başımızı yellədiyimiz adam
bizimlə həmişəkindən üç, hətta dörd dəfə artıq danışır. Baş
yelləmək sürəti dinləyənin həm səbrini, həm də əksinə,
səbirsizliyini göstərir. Məsələn, adam qarşısındakını
dinləyəndə başını ağır-ağır tərpədib, mühüm məqamı qeyd
edəndə bir üç dəfə yelləyirsə söhbətə marağını ifadə edir.
Amma danışana qulaq asmaqdan yorulan, söhbətin
bitməsini, ya da ona da söz verilməsini istəyən adam
başını sürətlə yelləyir.

Razılığa gəlməyin yolu

Bədən dili – jestlər insanın daxili aləminin, hisslərinin


təzahürüdür. Ona görə də biz özümüzü yaxşı hiss edəndə,
pozitiv olanda başımızı yelləyirik. Bu, şüuraltı hərəkətdir.
Amma başımızı şüuraltı deyil, bilərəkdən yelləyəndə də
özümüzü yaxşı hiss etməyə başlayırıq. Yəni pozitiv hisslər
başımızı yelləməyə, başımızı yelləmək pozitiv hisslərə
səbəb olur. Bu, yenə də səbəb və nəticə qanunudur.

Bəzi başqa jestlər kimi baş yelləmək də yoluxucudur.


Qarşınızdakı adam danışdıqca başını yelləyirsə, siz hətta
onunla tam razılaşmasanız belə, başınızı yelləməyə
başlayacaqsız. Baş yelləmək anlaşmaq, razılığa gəlmək
və əməkdaşlığa nail olmaq üçün əla vasitədir. Hər
cümlənin sonunda “Elə deyilmi?”, “Doğru deyilmi?”,
“Ədalətlidirmi?”, “Siz də belə eləyərdiz, elə deyilmi?” kimi
suallar verərək danışan adam həm özü başını yelləyir, həm
də onu dinləyənlərin başını yelləməsinə, beləliklə də
pozitiv hisslərin əmələ gəlməsinə səbəb olur. Bu isə
razılaşma ehtimalını artırır.

....................................................................

Baş yelləməklə razılaşmaya və əməkdaşlığa nail olmaq


olar.
....................................................................

Sizə qulaq asan adama sual vermisinizsə, onun


cavabını dinləyəndə başınızı yelləyin. Jesti adam danışıb
qurtarandan sonra da davam etdirin, başınızı təxminən beş
dəfə ağır-ağır tərpədin. Haradasa dördüncü dəfədə
həmsöhbətiniz yenə danışmağa başlayacaq və sizə əlavə
informasiya verəcək. Başınızı sakit-sakit yelləməklə
yanaşı, əlinizi çənənizdə saxlayın, çənənizə yüngülcə
tumar çəkin. Bu jestlər “dəstəsiylə” siz həmsöhbətinizin
dediklərinə marağınızı göstərər, onun istədiyiniz qədər
danışmasına nail ola bilərsiz.

Başımızı bulayanda...
Dünyanın demək olar ki, hər yerində “yox” demək üçün
başı sağa-sola döndərirlər, başqa sözlə desək, başı
bulayırlar. Araşdırmalara görə bu jest də anadangəlmədir.
Təkamül prosesini öyrənən bioloqlar hesab edirlər ki, baş
bulamaq insanın öyrəndiyi ilk jestdir. Çünki yenicə doğulan
uşaq anasının südündən doyanda başını sağa-sola
hərəkət etdirərək daha döş istəmədiyini bildirir. Körpə uşaq
da yemək istəmədiyini ona uzadılan qaşığı rədd etməklə –
başını bulamaqla göstərir.

....................................................................

İnsan döş əmdiyi gündən başını bulayır.

....................................................................

Sizi inandırmağa çalışan adamın başını bulayıb-


bulamadığına diqqət edin. “Mən sizin nə demək istədiyinizi
başa düşürəm”, “Yaxşı fikirdir”, “Şübhəniz olmasın, bu iş
baş tutacaq” kimi cümlələr işlədən adam eyni zamanda
başını bulayırsa, ona inanmayın. Çünki dedikləri yaxşı
səslənsə də, jesti adamın münasibətinin neqativ olduğunu
göstərir.

“Səni sevirəm” deyəndə başını bulayan kişiyə heç bir


qadın inanmır. Bill Klinton Monika Levinskiylə əlaqəsi
haqda ifadə verəndə “Mən o qadınla cinsi əlaqədə
olmamışam” cümləsini səsləndirərkən başını
bulamamışdı.

Başın əsas duruşları

Başımızı dik tuturuq

Biz insanlar başımızı üç əsas vəziyyətdə saxlayırıq.


Birincisi, münasibəti neytral olan adamın duruşudur.
Neytral adam başını dik tutur və nadir hallarda, hansısa
məqamı vurğulamaq üçün azca yelləyir.

Başını dik tutan adam çox vaxt həm də əlini yanağına


aparır.
Hərdən adam çənəsini qabağa verib, başını bir az da
yuxarı qaldırır. Bu jest üstünlüyün, qorxusuzluğun, ya da
təkəbbürün gös­təricisidir. Lovğalanan adam boğazını
uzadaraq başını yuxarı qaldırmaqla sanki boyunu artırır və
ətrafındakılara “yuxarıdan aşağı baxmağa” başlayır. Enli
çənə testosteron hormonunun (“kişilik hormonu” da deyilir)
çoxluğunun nəticəsidir. Ona görə də çənəni irəli vermək
güc və aqressiyayla bağlı jest hesab edilir.

Başımızı yana əyirik

Başı yana əymək itaətlə bağlı jestdir. Çünki başını əyən


adamın boynu-boğazı açıq qalır və o, daha balaca, daha
təhlükəsiz görünür. Jestin kökü yəqin ki, uşaqlıqdadır;
adam uşaq olanda başını əyərək valideyninin çiyninə, ya
da sinəsinə qoyur. Elə buna görə də çoxları, xüsusilə də
qadınlar bu hərəkəti itaətin və təhlükəsizliyin ifadəsi kimi
qəbul edirlər.
Başını yana əyən adamın

zəif yeri – boynu-boğazı açıq qalır

və adam daha balaca, daha itaətkar görünür

Heyvanlar, xüsusilə itlər nəyəsə maraq göstərəndə


başlarını yana əyirlər. Çarlz Darvin ilk alimlərdən idi ki,
insanın da başını yana məhz bu məqsədlə əydiyini qeyd
eləmişdi.

Qadınlar bu jestdən sevdikləri kişiyə olan maraqlarını


göstərmək üçün istifadə edirlər. Çünki kişilərinin çoxunun
təhlükəsiz və itaətkar qadınlardan xoşu gəlir. Son iki min il
ərzində çəkilmiş rəsm əsərlərinin tədqiqi göstərir ki, başını
yana əymiş halda təsvir olunan qadınların sayı kişilərdən 3
dəfə çoxdur. Reklam bannerləri üçün çəkilmiş şəkillərdə də
belədir. Deməli, başı yana əyməyin itaəti ifadə etdiyini
çoxları intuitiv olaraq başa düşür. Amma kişilərlə işgüzar
görüş keçirən qadın başını dik tutsa yaxşıdır.
Başını yana əyən adam

boynunu açıq qoyur;

bu jestin mənasını deyəsən,

hamı anlayır

Çıxış edəndə, prezentasiya zamanı auditoriyanıza


ba­xın, başını yana əymiş adamları axtarın. Kiminsə belə
elə­­di­yini, üstəlik, əlini üzünə aparıb azca irəli əyildiyini
görür­süzsə, deməli, məqsədinizə nail olmusuz. Siz də
baş­qalarını dinləyəndə başınızı yana əyin, yelləyin.
Bununla qarşınızdakı adamda etimad yarada bilərsiniz.

Başımızı aşağı salırıq


Başın aşağı dikilməsi neqativ, aqressiv münasibətin,
məzəmmət və töhmətin ifadəsidir. Başını aşağı salmış
adam eyni zamanda əlini üzünə aparıb tənqidi jestlər edə
bilər və nə qədər ki başını qaldırmayıb, ya da yana
əymə­yib, bu adamdan sizə xeyir gəlməz.

Peşəkar treynerlər başını aşağı salmış və qollarını


çarpazlamış auditoriya ilə çox üzləşirlər. Belə olanda onlar
danışmağa başlamamışdan əvvəl auditoriyanı hərəkətə
gətirməyə, mövzuya cəlb etməyə çalışır, müəyyən
taktikalardan istifadə edərək başları qaldırırlar. Taktikalar
uğurludursa, başlar bir azdan ikinci vəziyyəti alır – yana
əyilir.

İngilislərin özünəməxsus salamlaşma tərzi var, başı


aşağı, eyni zamanda yana əyirlər – boyunlarını buraraq
salam verirlər. Bu jest orta əsrlərdən qalıb. O vaxtlar kişilər
salamlaşanda şlyapalarını çıxarırdılar. Zaman-zaman bu
jest formasını dəyişdi; kişilər başlarını azca əyib,
şlyapalarına toxunmaqla salam verməyə başladılar. İndi
isə görüşəndə, sadəcə, boyunlarını buraraq təzim edir, ya
da əllərini alınlarına vururlar. Salyut da şlyapanı
çıxarmaqdan qalıb.
Boynumuzu niyə qısırıq?

Adam boynunu-boğazını zədədən qorumaq istəyəndə


çiyinlərini qaldırır, boynunu qısıb başını çiyinlərinin
ara­sında gizlədir. Adətən güclü səs eşidəndə, nəyinsə
üstümüzə aşacağını görəndə, bir də heyrətlənəndə belə
edirik. İşdə, biriylə görüşdə bu jest müti üzrxahlığı ifadə
edir və özünə əmin, arxayın görünmək istəyən adama
yaraşmır.

Qadın

boynunu qısıb
Heç kimi incitməmək üçün bacardığı qədər kiçik
gö­rün­məyə çalışır.

Bəzən kimsə danışanların yanından keçəndə söhbəti


dinləmək üçün boynunu qısıb, çiyinlərini qaldırır. Sanki
bacardığı qədər kiçilməyə, nəzərə çarpmamağa çalışır.
Bəzi işçilər müdirə yaxınlaşanda bu jestdən istifadə edir,
bununla öz statuslarını, aradakı münasibəti göstərirlər.

Paltarımızın saplarını yığırıq, yoxsa?

Adam qarşısındakının fikriylə razılaşmayanda, amma


razılaşmadığını bildirmək istəməyəndə jestlərin yeri
də­yi­şir. Nəticədə məsum bədən dili – jestlər yenə insanın
gizlətdiklərini açıb göstərir. Məsələn, hərdən sizi dinlə­yən
adamın paltarıyla oynadığını, üstündəki sapları
tə­mizləyirmiş kimi hərəkət etdiyini görə bilərsiz. Söhbətə
heç dəxli olmayan bu jestin sahibi çox vaxt yerə və kənara
baxır və sözdə razılaşdığını desə də, əslində etiraz etdiyini
göstərir.

Paltarının “saplarını yığan” adam fikrini bildirmək


istəmir

Əllərinizi açın və “Siz nə fikirdəsiz?”, yaxud “Görürəm


fikrə getdiniz. Nə fikirləşdiyinizi deyə bilərsizmi?” – deyə
sual verin. Sonra arxaya oturub qollarınızı aralı,
ovuclarınızı açıq saxlayaraq cavabı gözləyin.
Həmsöhbətiniz yenə də paltarının “saplarını yığa-yığa”
sizinlə razılaşdığını bildirsə, başqa taktikadan istifadə
etməli olacaqsız. Bəlkə kəsə danışmaq lazımdır?

Hərəkətə keçməyə hazırıq!


Bunu necə göstəririk?

Döyüşdə, ya da qarşı cinslə görüşdə iri görünmək üçün


quşlar tüklərini pırpızladır, balıqlar əlavə su udub
bədənlərini şişirdir, it və pişiklər tüklərini qabardırlar.
Heyvanlar qədər tükü olmayan insanın isə qəzəbli və
qorxulu görünmək üçün ölçüsünü artırmaq imkanı yoxdur.
Amma biz də heyrətimizi, kiməsə çox əsəbiləşdiyimizi, ya
da baxdığımız filmin çox qorxulu olduğunu bildirmək
istəyəndə, “Tüklərim biz-biz olmuşdu”, deyirik. Çünki bütün
bu hallarda insan da bədənini böyütməyə cəhd edir və
tüklərin dibindəki əzələlər sıxıldığı üçün onlar dik durur.

Dirsəklər yuxarı qalxıb, yanlara baxaraq

adamın dominantlığa hazır olduğunu göstərir;

arxaya baxan dirsəklər və yana əyilmiş baş itaəti ifadə


edir
Müasir insan daha iri görünməyin yolunu tapıb; əllərini
belinə qoyaraq daha çox yer tutur, beləliklə, olduğundan
böyük adam təsiri bağışlayır. Bu universal jestdən
valideyni ilə mübahisə edən uşaqlar, çıxışa hazırlaşan
atletlər, rinqi gözləyən boksçular və ərazisinə müdaxilə
edənlərə meydan oxumaq istəyən kişilər istifadə edir,
hərəkətə keçməyə hazır olduqlarını bildirirlər. Əllərini
belinə qoyan adam əlavə yer tutmaqdan başqa, yana
baxan dirsəklərindən silah kimi istifadə edir, kiminsə
yaxınlaşmasına, yanından keçməsinə imkan vermir. Bir az
qaldırılmış qollar da adamın hücuma hazır olduğunu
göstərir. Atışmağa hazırlaşan kauboylar belə dayanırlar.

Belə qoyulmuş bir əl qarşıdakına ismarış göndərir. Bu


jestdən dünyanın hər yerində istifadə olunur. Filippində və
Malayziyada belə qoyulmuş əllər daha sərt məna daşıyır –
qəzəb və təhqiri ifadə edir. Əslində bu hərəkətin kökündə
bütün hallarda nəzərə çarpmayan aqressiv münasibət var.
Məhz həmin münasibətin nəticəsidir ki, adam əlini belinə
qoyaraq qəti addım atmağa hazırlaşır.
Məqsədinin arxasınca gedən, işi öhdəsinə alan,
problemi həll etməyə, ölçü götürməyə hazır olan adamlar
da belə dayanırlar. Kişilər çox vaxt qadınların yanında
əllərini bellərinə, ya da ombalarına qoyaraq özünəarxayın,
yeri gələndə sərt, bəzən də qərarlı adam təsiri
bağışlamağa çalışırlar.

....................................................................

Əlini belinə qoyan adam daha iri görünür və gözə


çarpır,

çünki daha çox yer tutur.

....................................................................

Qarşımızdakı insanın münasibətini anlamaq, düzgün


nəticə çıxarmaq üçün yenə də şəraitə, bu jestdən sonrakı
jestlərə diqqət etməyimiz vacibdir. Məsələn, əllərini belinə
qoymuş adamın paltosuna, yaxud pencəyinə baxaq;
yaxası bağlıdır, yoxsa açıq? Pencəyin ətəkləri arxaya
atılıb? Yaxası bağlı adam əlini belinə qoyanda
dilxorluğunu, məyusluğunu ifadə edir. Yaxası açıq adamın
əlini belinə qoyması aqressivliyin göstəricisidir, çünki adam
sanki qorxusuzluğunu nümayiş etdirmək üçün yaxasını da
açır. Beləsi çox vaxt həm də ayaqlarını aralayıb yerə
möhkəm dayayır, bəzən hətta yumruqlarını sıxır.

Paltarlarını nümayiş etdirən modellər də

diqqəti cəlb etmək üçün əllərini bellərinə qoyurlar


Peşəkar modellər də paltarları nümayiş etdirəndə
əllərini bellərinə qoyur, bununla sanki əyinlərindəkilərin
müasir, qəti və uzaqgörən qadınlar üçün nəzərdə
tutulduğunu çatdırmaq istəyirlər. Hərdən qadın bir əlini
belinə qoyur, o biri əliylə başqa jest edir, eyni zamanda
çanaq hissəsini azca əyməklə bel və ombalarının
gözəlliyini (həm də reproduktiv funksiyasını yerinə
yetirməyə hazır olduğunu) göstərərək diqqət çəkməyə
çalışır. Yəni həm qadınlar, həm də kişilər qarşı cinsi cəlb
etmək istəyəndə əllərini bellərinə qoyurlar.

Kauboy duruşu

Baş barmaqlar kəmərə, ya da şalvarın cibinə keçərək


sanki genital hissəni nümayiş etdirir. Əsasən kişilər cinsi
maraqlarını göstərməyə çalışanda belə dayanırlar. Qərb
kinematoqrafiyası silahlı qəhrəmanların cəsurluğunu ifadə
etmək üçün bu jestdən çox istifadə edir.
Kauboy duruşu; oğlan

barmaqlarını göstərmək

istədiyi yerə tuşlayıb

Hərdən kişilər qollarını yana açıb əllərini ciblərinə, ya


kəmərə elə keçirirlər ki, barmaqlar indikator rolunu
oynayaraq şalvarın bağına tərəf yönəlir. Bu jesti zarafatla
“uzun barmaqlı oğlan” – deyə ifadə edirlər. Kişilər başqa
kişilərdən qorxmadıqlarını və ya sərhədlərini göstərmək
istəyəndə belə dayanırlar (Meymunlar da eyni halda eyni
jestdən istifadə edir, sadəcə, şalvar geyinmədikləri üçün
əllərini nə ciblərinə qoya bilir, nə də kəmərə keçirirlər). Bu
jest ətrafdakılara, “Mən qoçağam və dominantlıq edə
bilərəm” deyir, ona görə həm də cinsi partnyor axtarışında
olan kişilərə xasdır. Qadınla danışanda belə dayanan,
ayağının birini irəli – qadına tərəf qoyan, eyni zamanda
gözləri parıldayan (göz bəbəkləri genişlənmiş) kişinin
beynindən keçənləri istənilən qadın “oxuya” bilər. Çünki bu
jestlər kişini asanlıqla ələ verir.

Seksuallığına

inanan qadın
Kauboy duruşu kişilərə xasdır, ancaq şalvar, cins
geyinən qadınlar da hərdən belə dayanırlar. Öz
seksuallığına əmin olan qadınlar don da geyəndə baş
barmaqlarını ya ciblərinə, ya da kəmərə keçirirlər.

Rəqiblər bir-birini süzəndə

Şəkildəkilərin bir-birini süzdüyü aydın görünür. Hər ikisi


qarşısındakına qiymət verən, eyni zamanda onunla
rəqabət aparan adama xas jestlərdən istifadə edib: biri
əllərini belinə qoyub, o biri baş barmaqlarını kəmərinə
keçirib. Onların bir-birinə yanakı baxdığını və bədənlərinin
aşağı hissəsinin rahat göründüyünü nəzərə alsaq,
toqquşma ehtimalının az olduğunu deyə bilərik. Bu
adamlar, sadəcə, şüuraltı hərəkət edərək, bir-birinin
gücünü təxmin etməyə çalışırlar.
Rəqiblər

bir-birini süzür

Bu adamlar bir-biriylə dilucu, bəlkə də dostcasına


söhbət edə bilərlər. Amma əllər hələ beldədirsə, açıq
jest­lər­dən istifadə olunmursa, başlar yana əyilmirsə,
yüngül atmosferdən söhbət gedə bilməz.

Eyni jestlərdən istifadə edən adamlar bir-birinə qarşı


dursa və ayaqlarını aralayıb yerə möhkəm dayasa, döyüş
ehtimalı yaranar.
Jestlər münasibətlərin

aqressiv olduğunu

göstərir

Nüfuzlu və hökmlü lider təsiri bağışlamağa çalışan


Adolf Hitler fotoqrafların qarşısında dayananda əlini belinə
qoysa da, sol əlini bədəninin üstündə saxlayır, sanki eybini
örtməyə çalışırdı (Hitlerin bircə xayası vardı).
Bir-birinə zidd jestlər:

Hitlerin sağ əli belindədir,

hücuma hazır olduğunu göstərir;

sol əl bədənin ön hissəsini qoruyur

Ayaqları aralayıb oturmaq kişilərə xasdır

Bu jest kişilərə məxsusdur və gücü, qüdrəti ifadə edir.


Meymunlar da başqa meymunlara hökm etmək istəyəndə
ayaqlarını aralayırlar, döyüşüb yaralanmaqdansa,
ayaqlarını dartıb böyüklüklərini nümayiş etdirirlər və
ayağını ən çox aralayan meymun ən güclü meymun hesab
olunur.
Kişilər oturanda ayaqlarını çox vaxt özləri bilmədən
ayırırlar və qarşıdakı adam da statusunu qorumaq üçün bu
hərəkəti təkrar edir, həmsöhbətinə eyni jestlə cavab verir.
Amma qadınların qarşısında, xüsusilə işgüzar görüşlərdə
bu hərəkəti eləmək olmaz. Hər şeydən əvvəl ona görə ki,
qadınlar eyni jestlə cavab verə bilmirlər.

....................................................................

İş yerində ayaqlarını aralayıb oturan kişi qadını ürküdə


bilər.

....................................................................

Lentə aldığımız görüşləri izləyəndə görürük ki, kişi


ayaqlarını aralayıb oturanda qarşısındakı qadın ona
ayaqlarını və qollarını çarpazlayaraq, yəni müdafiə
mövqeyini seçərək cavab verir. Deməli, işgüzar görüşlərdə
kişilər ayaqlarını cüt saxlasalar yaxşıdır. Qadınlar isə
ayaqlarını aralayan kişilərə reaksiya verməməlidirlər.
Müdafiə mövqeyini seçmək qadının ziyanınadır. Yeri
gələndə elə şalvarın bağına işarə edərək, “Yaxşı təklifdir,
Bob”, ya da, “Nəyi nəzərdə tutduğunuzu görürəm”, deyə
zarafat edə, həmkarınıza dərs verməklə yanaşı
ətrafdakıları güldürə bilərsiz.

Ayaqlar oturacağın qolunda

Ayaqlarını qaldırıb kreslonun qoluna qoyanlar da


əsa­sən kişilərdir, çünki bu şəkildə oturmaq üçün ayaqları
aralamaq lazımdır. Bu jest adamın kresloya sahib
olduğunu, eyni zamanda rəsmi qaydalara riayət
etmədiyini, həm də aqressiv münasibətini göstərir.

Laqeydlik və etinasızlıq;
rəsmi qaydalara riayət olunmur

İki dostun bu şəkildə oturub zarafatlaşması normal


hesab edilə bilər, amma fərqli yerdə, fərqli şəraitdə...
Təsəvvür edin ki, problemi olan işçi məsləhət üçün müdirin
yanına gəlib. İrəli oturub əllərini dizlərinin üstünə qoyaraq
öz problemindən danışır. Başını aşağı salıb, üzü qəmgin,
səsi zəifdir. Müdir sakitcə onu dinləyir, sonra yayxanaraq
bir ayağını qaldırıb kreslosunun qolunun üstünə aşırır.
Bununla müdir işçisinə, onun probleminə laqeydliyini,
işçiylə maraqlanmadığını göstərir. Bəlkə də “köhnə
nağıllara” görə vaxt itirdiyini düşünür. Ola bilər ki, müdir
problemi öz-özlüyündə götür-qoy edib, sadəcə,
əhəmiyyətsiz hesab etdiyindən məsələyə xüsusi maraq
göstərmir, elə işçisinə də narahat olmamağı məsləhət
görür. Amma nə qədər ki ayağını aşağı salmayıb, müdir
laqeyd görünəcək və elə ona görə də laqeyd münasibət
göstərəcək. Təsəvvür edin ki, yalnız işçi otaqdan çıxandan
sonra müdir dərindən nəfəs alıb, “Şükür, getdi” deyir və
ayaqlarını aşağı salır.

Danışıqlar zamanı bu oturuş ətrafdakıları qıcıqlandıra


bilər. Oturuşu dəyişmək çox vacibdir, çünki ayaqları
kreslonun qolunda olan adam deyilənlərə laqeyd, ya da
aqressiv münasibət göstərəcək. Ən yaxşısı bu adama nə
isə göstərmək, beləliklə, onu qabağa əyilməyə məcbur
etməkdir. Zarafatınız varsa, həmin adama şalvarının
ayağının cırıldığını deyin.

Stulda tərsinə oturmaq

nə deməkdir?

Keçmişdə döyüşçülər özlərini düşmənin nizəsindən,


dəyənəyindən qorumaq üçün qalxandan istifadə edirdilər.
İndi də fiziki, bəzən də şifahi hücuma məruz qalanda adam
əlinə keçəni üstünə tutur, sanki özünə qalxan eləmək
istəyir. Hasarın, darvazanın, evin, yaxud maşının qapısının
arxasından, ya da stulda tərsinə oturaraq danışmaq da
qalxan yaratmaq cəhdidir.

Dominantlıq etmək, ətrafdakıları nəzarətdə saxlamaq


istəyən adam həm də özünü

qorumaqdadır

Stulun arxası bədənimizi qoruyan qalxan rolunu


oynayır, eyni zamanda bizi aqressiv və dominant adama
çevirir. Əslində elə dominant adamlar belə oturur,
söhbətdən, mübahisədən yorulanda kontrolu ələ almağa,
başqalarını idarə eləməyə cəhd göstərərək stulu tərsinə
çevirirlər. Oturacağın arxası onları ətrafdakıların
“hücumundan” qoruyur. Bu cür oturanlar həm də ehtiyatlı
olurlar, onların stulu nə vaxt çevirdiyini ətrafdakılar bəzən
heç sezmirlər. Kişilər stulu tərsinə çevirəndə adətən,
ayaqlarını aralayaraq ata minmiş adam kimi oturur,
nəticədə ayaqlarının arasını sərgiləmiş olurlar.

Stulda tərsinə oturan adamı “tərk-silah” etməyin ən


yaxşı yolu ya keçib onun arxasında oturmaq, ya da ayağa
qalxmaqdır. Gözləmədiyi yerdən “hücuma məruz
qalacağını” düşünən adam oturuşunu dəyişməli olacaq.

Bəs əgər stul fırlanırsa? Ayaqlarını aralayıb, yerində


fırlanan adamı dilə tutmağın mənası yoxdur. Yaxşısı
budur, ayaq üstdə durun və ona yuxarıdan aşağı baxaraq
danışın, lazımdırsa şəxsi məkanına keçin. Bu hərəkətiniz
adamı çaşdırar, o, hətta geri çəkilməyə cəhd edərək yıxıla
bilər. Və gələn dəfə bu adam sizə gələndə ona adi, varsa
qollu stul təklif edin ki, sevimli oturuşundan məhrum olsun.
Stulu minə bilməyəndə belələri çox vaxt mancanaq kimi
oturur.
Mancanaq

Bu jesti əli belə qoymağa bənzədirlər, onun oturaq


variantı adlandırırlar. Amma əllər beldə deyil, boynun
arxasında birləşir, dirsəklər ətrafdakıları hədələyirmiş kimi
kənara baxır, adam mancanağa oxşayır. Mancanaq da
kişilərə məxsus oturuşdur, qarşıdakının gözünü
qorxutmaq, onu ürkütmək, çəkindirmək, alçaltmaq üçün
istifadə olunur. Hücuma hazırlaşan adam əvvəl belə
oturaraq özünü rahat və yüngül hiss etdiyini göstərib
qarşısındakını aldadır, onu arxayın salır.

Mancanaq: özünə arxayındır, özünü hamıdan ağıllı bilir

və hesab edir ki, onun bananları hamınınkından çoxdur

Bu jestdən daha çox istifadə edənlər peşəkar


mühasiblər, vəkillər, satış menecerləri və özünə arxayın
olan, özünü başqalarından üstün hesab edən, hər şeyi
bildiyini düşünən, çox ağıllı və bilikli olduğunu göstərmək
istəyən adamlardır. Mancanaq kimi oturan adamın
ürəyindən keçənləri oxuya bilsəydik, yəqin: “Bütün
sualların cavabları məndədir”, “Hər şey nəzarət altındadır”,
hətta “Bəlkə bir gün siz də mənim qədər ağıllı olacaqsız”
kimi fikirlərin şahidi olardıq. Bu, direktorların sevimli jestidir.
Hətta əvvəlki iş yerində mancanaq vəziyyətində nadir
hallarda oturan adam direktor vəzifəsinə təyin olunan kimi
bu jestdən istifadə edir. Öz ərazisini göstərmək, seçdiyi
yerin onun məkanı olduğunu bildirmək istəyən adamlar da
belə otururlar.

Əllərini boynunun ardında birləşdirərək özünü


mancanağa bənzədən adam çox vaxt həm də dördəbənzər
formada, ya da ayaqlarını aralayaraq şalvarının bağını
göstərirmiş kimi oturur. Bu jestlər “dəstəsi” özünü
başqalarından üstün bilməkdən savayı adamın həm də
müzakirə və mübahisəyə hazır olduğunu, ya da
dominantlıq etməyə çalışdığını göstərir. Belə oturan
adamlarla şəraitdən asılı olaraq müxtəlif şəkillərdə
davranmaq olar. Bir az irəli əyilib əllərinizi açaraq,
“Görürəm, bu haqda məlumatınız var. Fikriniz nədir, nə
deyə bilərsiz?” – deyə soruşun, sonra arxaya oturub
cavabı gözləyin.

....................................................................

Qadınların işdə mancanaq kimi

oturan kişilərdən acığı gəlir.

....................................................................

Ya da göstərmək istədiyiniz əşyanı həmin adamın əli


çatmayan yerə qoyun və “Bunu görmüsünüzmü?” – deyə
sual verin. Mancanaq kimi oturan adam irəli əyilməyə
məcbur olacaq. Kişilər “mancanağı” yamsılamaqla ona
cavab vermiş olarlar, çünki jestin təqlidi bərabərliyə – hər
iki tərəfin eyni səviyyədə görünməsinə səbəb olur. Amma
qadınlar bunu edə bilmirlər, çünki əllərini boynuna aparan
qadının döşləri adamın gözünə “girər”, bu isə onun üçün
yaxşı olmaz. Sinəsi yastı olan qadın da mancanaq kimi
oturanda həm qadınlara, həm də kişilərə aqressiv adam
təsiri bağışlayır.

....................................................................

“Mancanaq” qadına yaramır,

sinəsi düz olsa belə, yaramır.

....................................................................

Qadınsızsa və qarşınızdakı kişi bu jestdən istifadə


edirsə, siz ayağa qalxıb danışın. “Mancanaq” sizi dinləmək
üçün oturuşunu dəyişməli olacaq. Bu halda siz yerinizə
qayıda bilərsiz. Həmsöhbətiniz yenə mancanaq kimi
otursa, yenə qalxın. Bu, sizi üstələməyə, sizin gözünüzü
qorxutmağa çalışan adamı yerində oturtmağın ən yaxşı, ən
sakit yoludur. “Mancanaq” sizin müdirinizdirsə və sizi
töhmətləndirirsə, oturuşunu yamsılamaqla siz onu
qorxutmuş olarsız. Məsələn, eyni statusa malik adamlar
belə oturanda aralarındakı bərabərliyi və razılığı nümayiş
etdirirlər. Ancaq məktəb direktorunun qarşısında əyləşən
şagird əllərini boynunun ardında birləşdirərsə, yalnız
hiddətə səbəb olar.

Biz bir sığorta şirkətində tədqiqat aparırdıq. Məlum oldu


ki, 30 menecerdən (hamısı kişi) 27-si öz işçilərinin yanında
mancanaq kimi oturur. Amma direktorlarının yanında
həmin menecerlər bu jestdən nadir hallarda istifadə
edirdilər. Direktoru görəndə onlar daha itaətkar vəziyyət
alır, tabelikdə olan adama məxsus jestlər edirdilər.

Adamın hərəkətə hazır olduğunu

göstərən jestlər

Danışıq aparmaq qabiliyyətinə yiyələnmək istəyən


adamların öyrənməli olduğu jestlərdən biri də oturan,
amma hərəkətə hazır olan adamın jestidir. Təsəvvür edin
ki, qarşınızdakı adama təklif verirsiz. Təklifin müzakirəsi
yaxşı gedirsə və söhbətin sonunda sizi dinləyən adamın
hərəkətə hazır olduğunu görürsünüzsə, nəzərdə
tutduğunuz müqaviləni, yaxud sazişi istəyə bilərsiz. Çox
güman ki, müsbət cavab alacaqsız.

İnsanın hərəkətə

hazır olduğunu

göstərən klassik

vəziyyət

Potensial müştəriylə söhbət edən satış menecerlərinin


videolarına baxanda görürük ki, çənəsini sığallayandan
(qərarvermə prosesi) sonra bu vəziyyətdə oturan
müştərilərin yarıdan çoxu ona edilən təklifə “hə” deyir.
Əksinə, əllərini çənəsində gəzdirəndən sonra qollarının
altına aparan, yəni qollarını çarpazlayan adamlar çox vaxt
“yox” cavabı verirlər.

Amma bəzən acıqlı adam da hərəkətə hazır vəziyyətdə


oturur, çünki o da nə isə eləmək, məsələn, qarşısındakını
bayıra tullamaq istəyir. Əvvəlki jestlərə də diqqət
etmisinizsə, qarşınızdakının hazır vəziyyətə hansı niyyətlə
gəldiyini anlaya bilərsiniz.

Söhbəti bağlamaq istəyən adam

Toplantını, görüşü başa çatdırmaq istəyən adam ya irəli


əyilərək əllərini dizlərinin üstünə qoyur, ya da stulunun
oturacağından yapışaraq irəli əyilir. Qarşınızdakı adam bu
jestlərdən birini edərsə, təşəbbüsü öz üzərinizə götürün və
söhbətin istiqamətini dəyişin, ya da danışıqları başa vurun.
“Diqqət, indi qaçacağıq – toplantını bitirməyə hazırıq”

Nəticə

Bu fəsildə göstərdiyimiz jestləri müşahidə etmək çox


asandır, çünki onlar gözə tez çarpır. Və belə jestlərin
mə­nasını, əhəmiyyətini bilmək nəinki lazımdır, hətta
vacibdir. Çünki söhbətin, danışıqların uğurla keçməsi üçün
siz də neqativ jestləri öz repertuarınızdan çıxarmalısız.
Sizə müsbət nəticələr verəcək jestlərdən istifadə etməyə
çalışın.

12-ci fəsil

QARŞILIQLI ANLAŞMAYA

NAİL OLMAĞIN YOLLARI TƏQLİD


Onların hamısı eyni paltardadır, eyni hərəkəti,

eyni jestləri edir, eyni görünürlər, üzlərindəki ifadə də


eynidir,

amma sual versəniz, hər biri “mən öz işimi görürəm”


deyəcək

Kimisə ilk dəfə görəndə tezcə qiymət verməyə çalışırıq;


həmin adamın bizə qarşı neqativ, yoxsa pozitiv olduğunu
bilmək istəyirik. Heyvanlar da yaşamaq xatirinə belə
edirlər. Biz insanlar gördüyümüz adamı süzürük, bizim kimi
hərəkət edib-etmədiyini, bizim jestləri təkrarlayıb-
təkrarlamadığını, bir sözlə, bizi yamsılayıb-
yamsılamadığını bilmək istəyirik. Çünki biz aramızda
bağlar yaratmaq, bir-birimizi qəbul etmək, dil tapmaq üçün
özümüz də bilmədən bir-birimizi təqlid edirik. Keçmişdə
təqlid kübar cəmiyyətin ədəb-ərkan qaydalarına daxil idi,
əcdadlarımız müəyyən qruplara, birliklərə qoşulmaq,
uyğunlaşmaq üçün bu üsuldan istifadə edirdilər. Təqlid
həm də öyrənməyin primitiv üsullarından biridir – qədim
insan hər şeyi bir-birini yamsılayaraq öyrənib.

Adamların bir-birini yamsıladığını ən çox əsnəyəndə


görürük; bir adam əsnəyən kimi ətrafdakılar da əsnəməyə
başlayırlar – əsnək əsnək gətirir. Robert Provayn aşkar
edib ki, əsnəmək elə yoluxucu hərəkətdir ki, bunun üçün
başqasının məhz əsnədiyini görməyə ehtiyac yoxdur.
Adam kiminsə ağzını geniş açdığını görəndə də əsnəməyə
başlaya bilər. Əvvəllər güman edirdilər ki, adam yalnız
orqanizminin oksigen balansını artırmaq üçün əsnəyir.
Amma indi məlumdur ki, insan qarşısındakıyla dil tapmaq,
harmoniyaya nail olmaq üçün onun hərəkətlərini təkrarlayır
və əsnəmək də təqlidin formalarından biridir. Bu xüsusiyyət
meymunlara da xasdır.

....................................................................

İki qadının eyni paltarı geyinməsi təhlükəli təqliddir.

Amma qonaqlığa eyni paltarda gələn kişilər

ömürlərinin axırına kimi dost ola bilərlər.


....................................................................

Bir-birini yamsılayan adamlar bir-birinə: “Mənə baxın,


mən də sizinlə eyniyəm, sizinlə eyni fikirdəyəm” – deyir.
Yəqin buna görə rok qruplarının konsertlərində hamı bir
yerdə qalxır, bir yerdə əl çalır, ya da əllərini yuxarı
qaldırırlar. Kütlənin sinxronluğu iştirakçıların özlərini
təhlükəsizlikdə hiss etməsinə yardım eləyir. Qəzəbli
izdiham isə bir-birinin aqressiv hərəkətlərini təkrar edən
adamlardan ibarət olur. Belə situasiyalarda insanlar
özlərini itirir. Kütlənin özündən çıxmaması üçün onu
adətən, sakitləşdirməyə çalışırlar.

Növbə də təqlidin nəticəsində formalaşır. Bir-birini


tanı­mayan və gələcəkdə də görüşməyəcək adamlar birgə
hərəkət edir, yazılmamış davranış qaydalarına əməl
elə­yərək eyni qaydada dayanıb avtobusu, ya da bankda,
yaxud incəsənət qalereyasında növbələrini gözləyirlər.
Əsgərlər müharibədə çiyin-çiyinə vuruşarkən bir-birinin
hərəkətlərini təkrarlayırlar. Miçiqan Universitetindən
professor Cozef Henrix aşkar edib ki, başqalarını
yamsılamaq xüsusiyyəti insanın beyninə sanki yeridilib və
bu cəhəti insanın daha çox qida əldə etməsinə, daha
sağlam olmasına, cəmiyyətin iqtisadi rifahına yardım edir.
İngilislər, almanlar və qədim romalılar kimi xalqların uzun
illər dünyaya hökm etməsini onların təqlidlə bağlı xüsusi
intizama malik olmalarıyla izah edənlər də var.

Təqlid qarşılıqlı anlaşmaya nail olmaq üçün əla


va­sitədir və ətrafdakıların özünü çox rahat hiss etməsinə
səbəb olur. Videolara sürəti azaldaraq baxanda görürük ki,
insan qarşısındakını yamsılayaraq özündən asılı olmadan
eyni vaxtda gözlərini qırpa, burun pərlərini genişləndirə,
qaşlarını qaldıra, hətta göz bəbəklərini böyüdə bilər. Bu,
əlbəttə, çox qəribədir, çünki normalda adam istəsə də, bu
mikro jestləri təkrarlaya bilməz.

Biz hamıdan qabaq


valideynlərimizi yamsılamağa

başlayırıq; Şahzadə Filip və gənc şahzadə Çarlz


Mükəmməl addım

Müsbət aura yaradaq

Sinxron hərəkətlərin tədqiqi göstərir ki, eyni hissləri


keçirən, eyni “dalğalarda olan” və aralarında harmoniya
hiss edən adamlar bir-birinin jestlərini və mimikalarını
təkrarlamağa başlayırlar. İki şəxs arasında harmoniya
insan hələ anasının bətnində olanda başlayır. Uşağın ürəyi
ananınkıyla həmahəng döyünür, uşaq və ananın bədəni öz
funksiyalarını ümumi ahənglə yerinə yetirir. Yəni təqlid
insanın təbiətindən gəlir.

Qadınla kişi tanışlığının ilkin dövründə çox vaxt eyni


hərəkətləri edir. Bu, birgə rəqsə bənzəyir. Məsələn, qadın
ağzına bir tikə aparanda kişi öz ağzının kənarını silir. Ya
da kişinin başladığı cümləni qadın bitirir. Qadının
menstruasiya dövrü yaxınlaşanda kişinin ürəyi şokolad
istəyir. Qadın köpdüyünü hiss edəndə kişi qaz buraxır...
Adam kiminsə yanında özünü yaxşı hiss etdiyini
deyəndə, müsbət auradan danışanda özü də bilmədən
təqlidi, hərəkətlərin sinxronluğunu nəzərdə tutur. Məsələn,
restoranda masa arxasında oturanlar yeyib-içmirsə, ac
olan adam da nə yemək, nə də içmək istəyir, çünki
harmoniyanın pozulacağını, narahat olacağını bilir. Yemək
sifariş edəndə çox adam “Sən nə istəyirsən?” – deyə
yanındakının fikrini soruşur və bəyənsə, eyni yeməyi
istəyir. Bəlkə də buna görə cütlüklər musiqili yerdə
görüşməyə üstünlük verirlər. Axı musiqi insanların eyni
ritmlə hərəkət etməsinə səbəb olur.

Görünüş və jestlərin təqlidi eyni cəbhədən olmağın


əlamətidir,

həm də birinin o birini üstələməsinə imkan vermir


Hüceyrələr səviyyəsində təqlid

Amerikalı kardioloq-cərrah Dr. Mehmet Öz ürəyin


transplantasiyasından sonra pasiyentlərində maraqlı
xüsusiyyətlər aşkar edib. Həkimin dediyinə görə bəzi
başqa orqanlar kimi ürək hüceyrələrinin də yaddaşı
varmış. Ona görə də translantasiyadan sonra pasiyentlər
donorun yaşadığı emosiyaları yaşamağa başlayırlar. Bəzi
pasiyentlər hətta donorun duruşunu, jestlərini təkrar
edirlər, halbuki donoru heç görməyiblər. Belə çıxır ki,
ürəyin hüceyrələri beyinə təsir edir, məhz bunun
nəticəsində transplantasiyadan sonra pasiyent donor kimi
hərəkət etməyə başlayır.

Autizm kimi problemi olan adamlar başqalarını


yamsılaya, ya da kiməsə uyğun hərəkət edə bilmirlər. Bu
da onların ətrafdakılarla ünsiyyətini çətinləşdirir. Eyni şey
sərxoşlara da aiddir. Sərxoş adamın sözləriylə jestləri bir-
birinə uyğun gəlmir, yəni kimisə yamsılamaqdan söhbət
gedə bilməz.
Səbəb və nəticə qanunu burda da özünü göstərir.
Hansı jestləri mənimsəsəniz, hansı jestlərdən istifadə
etsəniz, həmin jestlərə uyğun emosiyaları yaşayacaqsız.
Məsələn, özünə arxayın adam “qüllə” jestindən qeyri-
ixtiyari istifadə edir və bununla arxayınlığını göstərir. Bu
jesti bilərəkdən etsəniz, sizdə dəyişiklik olacaq, arxayınlığı
hiss etməyə başlayacaqsız. Eləcə də ətrafdakılar sizin
arxayın olduğunuzu anlayacaqlar. Bütün bunlar göstərir ki,
qarşınızdakı adamın duruşunu və jestini təkrarlamaq, yəni
yamsılamaq qarşılıqlı anlaşmaya səbəb olacaq güclü
vasitədir.

Kim daha yaxşı yamsılayır,

qadınlar, yoxsa kişilər?

Mançester Universitetindən Ceff Bitti aşkar edib ki,


qadınlar qadınları dörd dəfə çox təqlid edirlər, nəinki kişilər
kişiləri. Bundan başqa, qadınlar kişiləri də yamsılayırlar,
amma kişilər qadınları yamsılayan deyil, yalnız hansısa
qadına xüsusi meyili olan kişi onu təqlid edə bilər.

Qadın kiminsə qrupun fikrilə razı olmadığını gördüyünü


deyirsə, deməli o, narazılığı doğrudan da görür. Daha
doğrusu, kiminsə qrupdakıları yamsılamadığını,
qrupdakılardan fərqli jest etdiyini və bununla öz narazılığını
büruzə verdiyini görür. Qadınların bunu, eləcə də qəzəbi,
yalanı, incikliyi görmək qabiliyyəti kişiləri həmişə
heyrətləndirib. Çünki kişi beyni kiminsə jestlərini kiçik
detallarına qədər “oxumaq” iqtidarında deyil və təqlid
fərqini hiss etmir.

“Niyə kişilər dinləmir, qadınlar isə xəritədən baş


çıxarmırlar?” (“Orion” nəşriyyatı) kitabımızda qeyd
etdiyimiz kimi, hisslərin mimika və jestlərlə ifadəsi
baxımından qadınla kişinin beyni fərqli şəkildə
proqramlanıb. Təsadüfi deyil ki, qadın qarşısındakı adamın
emosiyalarını əks elətdirmək üçün onu dinlədiyi on saniyə
ərzində orta hesabla altı mimika canlandıra bilər və biz
danışanın ifadə etdiyi hissləri dinləyən qadının üzündə
görə bilərik. Sanki müzakirə olunan hadisə onun da başına
gəlib.
Qadın deyilənin mənasını adamın səs tonundan da
anlayır, insanın emosiyalarını onun jestlərindən “oxuyur”.
Qadının diqqətini çəkmək, onu maraqlandırmaq istəyən
kişi də bunu bacarmalıdır. Bəzi kişilərə “təqlid elə”
deyəndə, dəhşətə gəlirlər, amma mimikaları təkrarlayaraq
dinləməyi bacaran kişi çox şeyə nail ola bilər. Kişilər qadını
yamsılasalar, qadın kimi görünəcəklərindən və qadının
gözündən düşəcəklərindən qorxurlar. Amma araşdırmalar
göstərir ki, qadını dinləyən kişi onun mimikalarını
təkrarlayanda ona qayğıkeş, ağıllı, maraqlı və cazibədar
adam təsiri bağışlayır.

Digər tərəfdən kişi qadının göstərdiyi mimikaların üçdə


birini ancaq təkrarlaya bilər. Həm də axı kişilər, xüsusilə
cəmiyyət içində, mimikasız gəzməyə, öz hisslərini büruzə
verməməyə çalışırlar. Bununla onlar mümkün
hücumlardan qorunur, ya da hisslərinə hakim adam təsiri
bağışlamaq istəyirlər. Yəqin buna görədir ki, bəzi kişilər
adamı dinləyəndə heykəl kimi dayanırlar. Ancaq kişinin
“maskası”, yəni ifadəsiz üzü onun hissiyyatsızlığına dəlalət
eləmir. “Maska taxan” kişi situasiyaya nəzarətini hiss edir.
Beynin tədqiqi göstərir ki, kişilər də qadınlar qədər həyəcan
keçirə bilərlər, amma bunu ətrafdakılara göstərməzlər.

Bəs əgər qadınsızsa?

Qadınsızsa və kişini yamsılamaq istəyirsizsə,


unutmayın, kişilər münasibətlərini ifadə etmək üçün üzdən
deyil, bədəndən istifadə edirlər. Qadınların çoxu hesab edir
ki, buz kimi soyuq üzü olan kişini yamsılamaq çətindir
(kişilər isə üzü ümumiyyətlə, təqlid etmirlər). Qadınsızsa,
kişiləri dinləyən zaman mimikalarınızın sayını azaldın,
çünki kişini üstələməyə çalışan adam təsiri bağışlayar, onu
qorxudarsınız. Kişinin hisslərini, yəqin ki, ehtimal etdiyiniz
hissləri ifadə etməyə cəhd eləməyin. Yanılmış olarsız,
nəticədə sizi düşüncəsiz və yelbeyin hesab edərlər. İşdə
kimisə dinləyərkən ciddi dayanan qadınlar kişilərə ağıllı,
dərrakəli və zəkalı adam təsiri bağışlayırlar.
Ərlə arvadın torpağı bir yerdən

götürülüb, yoxsa?

Uzun müddət bir yerdə yaşayan və yaxşı münasibətdə


olan adamlar bir-birinə bənzəməyə başlayırlar. Məsələ
burasındadır ki, bu adamlar daim bir-birini təqlid edir, bir-
birinin mimikalarını o qədər təkrarlayırlar ki, bir müddət
sonra onların üz əzələləri eyni şəkildə formalaşmağa
başlayır. Hətta bir-birinə bənzəməyən cütlük şəkil
çəkdirəndə eyni təbəssümlə baxa, beləliklə oxşar görünə
bilər.

Sietldəki Vaşinqton Universitetindən psixoloq Con


Qotman və onun həmkarları 2000-ci ildə aşkar ediblər ki,
cütlüklərdən biri o birinin üzündəki xoşbəxtliyi təqlid
etmirsə, üstəlik, nifrət və həqarəti ifadə edirsə, nikah çox
vaxt uğursuzluqla nəticələnir. Nə baş verdiyini anlamasa
belə, həyat yoldaşının əks hərəkəti gülümsəyən adama yer
eləyir.

İt yiyəsinə oxşayar

Bəzən insanla heyvan arasında da oxşarlıq olur və


insanlar çox vaxt özləri də bilmədən özlərinə bənzəyən,
onların münasibətini ifadə edən heyvanlara meyil
göstərirlər. Şəkillərə baxsanız, nə demək istədiyimizi
anlayarsız.

Bizə bənzəyən heyvanları seçirik?


Meymundur, nə görür, onu eləyir

Gələn dəfə hansısa ictimai tədbirə, ya da adamların


görüşüb söhbət etdiyi başqa bir yerə gedəndə eyni şəkildə
dayanan, eyni jestləri edərək danışan adamlara fikir verin.
Bir-birini yamsılayan adamlar bir-birinin fikrinə şərik
olduqlarını bildirirlər, sanki “Görürsən, mən də sənin kimi
düşünürəm”, deyirlər. İlk jestləri adətən statusu yuxarı olan
adam edir, ətrafdakılar onu təkrarlayırlar (çox vaxt
yuxarıdan aşağıya doğru).

Eyni fikirdə olanlar


Məsələn, hansısa barın qarşısında şəkildəki kimi
qabaq-qabağa dayanan, duruşu və jestləri eyni olan
adamları götürək. Bu vəziyyət göstərir ki, danışanlar
ikisinin də eyni münasibət göstərdiyi məsələni müzakirə
edirlər. Ona görə də biri, məsələn, əlini çənəsinə dayasa,
ya da ayağının birini irəli qoysa, o biri onu yamsılayacaq.
Və nə qədər ki bu adamlar eyni fikirdədirlər, təqlid davam
edəcək.

Adətən dostlar, yaxud eyni statusdan olan adamlar bir-


birini yamsılayırlar. Ailə qurmuş cütlüyün eyni sürətlə
yeriməsi, eyni şəkildə oturub-durması və eyni jestlərdən
istifadə etməsi adi haldır. Albert Şeflen aşkar edib ki, yalnız
yad adamlar bir-birini təqliddən cidd-cəhdlə qaçırlar.
Prezident Buşla prezident Şirak sözdə

razılaşmasalar belə, bir-birini təqlid edirdilər;

bu onların bir-birinə hörmətini göstərirdi

Səslərin uyğunlaşması

Münasibətlərin inkişafı və qarşılıqlı anlaşmanın sonrakı


dövründə təqlid nəticəsində intonasiyalar, səsin
modulyasiyası, danışıq sürəti, hətta vurğular eyniləşməyə
başlayır. Bu, iki adamın bir mahnını eyni ritmlə, eyni
ahənglə oxuması kimidir. Ola bilər ki, danışanlardan biri
ritmi əlləri ilə göstərər, o biri başını eyni ritmlə yelləyər.
Zaman keçdikcə, insanlar bir-birinə yaxın olduqca jestlərin
təqlidi arxa plana keçir, çünki tərəflər bir-birinin mövqeyinə
artıq bələd olurlar. Adamlar ortaq nöqtəyə səslərini
uyğunlaşdıraraq gəlirlər.

Danışıq sürətinizin həmsöhbətinizin danışıq sürətini


üstələməsinə imkan verməyin. Araşdırmalar göstərir ki,
insan nisbətən sürətlə danışanda qarşısındakına təzyiq
etmə­yə çalışırmış kimi görünür. Danışıq sürəti insanın
beyninin informasiyanı ağılla analiz etmək tempini göstərir.
Qarşınızdakı adamla eyni, ya da daha aşağı sürətlə
danışın, onun səs tonunu və intonasiyasını təkrarlamağa
çalışın.

Telefonla vaxt təyin edirsizsə, səsinizi həmsöhbətinizin


səsinə uyğunlaşdırmağa cəhd eləməyin, çünki bu halda
səsiniz sizin yeganə ünsiyyət vasitənizdir.

Qarşılıqlı anlaşmaya nail olaq

Təqlidin əhəmiyyətini bilmək çox vacibdir, bu, jestlə


bağlı ən əhəmiyyətli dərslərdən biridir. Çünki kimsə
bi­zimlə razılaşdığını, bizdən xoşu gəldiyini bizi
yamsılayaraq bildirir. Eləcə də biz kimisə bəyəndiyimizi
həmin kimsəni təqlid eləməklə bildiririk.

Bir işçi çox həyəcanlıdırsa və müdir onu sakitləşdirmək,


yüngülləşdirmək istəyirsə, onun jestlərini, duruşunu
yam­sı­laya bilər. Bəzi çoxbilmiş işçilər müdirin fikrilə
razı­laş­dıqlarını göstərmək üçün onun jestlərindən istifadə
edirlər. Yəni təqlid haqda məlumatı olan adam pozitiv
jestləri, yaxud duruşu təkrarlamaqla başqalarına təsir edə
bilər. Bu hərəkət qarşıdakı adamın yüngülləşməsinə, sizi
qə­bul etməsinə səbəb olur, çünki adam sizin onu
anladığınızı hiss edr.

Başqasının sizi qəbul etməsini istəyirsizsə,

onun jestlərini təkrarlayırsız

Amma kimisə yamsılayanda əvvəl aradakı


münasi­bətləri nəzərə almaq vacibdir. Tutaq ki, işçilərdən
biri maaşının qaldırılmasını istəyir və bunu eşidən müdir
onu yanına çağırır. İşçi gələn kimi müdir ona “Oturun”
deyir, özü isə əllərini boynunun ardına aparır, ayağının
birini qaldırıb o birinin üstünə aşırır, yəni “dördəbənzər”
formada oturan “mancanaq” vəziyyətini alır. Beləliklə,
müdir işçisinə öz üstünlüyünü, dominantlığını göstərmiş
olur. Bəs işçi müdirin oturuşunu təqlid etsə, nə baş verər
(üstəlik, söhbət maaşın artırılmasından gedirsə)?

Müdir işçisinin bu təqlidini dikbaşlıq

kimi qiymətləndirər
İşçi tabelikdə olan adam kimi danışsa belə, onun
hərə­kətləri müdirə təhqir kimi görünə bilər və karyerası
yəqin ki, tükdən asılı qalar.

Təqlid həm də lovğa və təkəbbürlü adamları yerinə


oturtmaq üçün əla vasitədir. Adətən baş mühasiblər,
vəkil­lər, menecerlər onlara tabe olan işçilərin yanında öz
üstün­lüklərini göstərən bədən jestlərindən istifadə edirlər.
Yeri gələndə yamsılamaqla siz beləsini utandıra,
hərəkətinə görə peşman edə və oturuşunu dəyişməyə
məcbur eləyə bilərsiniz. Amma öz müdirinizə qarşı bu
taktikadan qəti istifadə etməyin.

Onların duruşu da, jestləri də eynidir.

Yəqin ki, dostdurlar və eyni məqsəd arxasınca,

eyni yolla gedirlər


Kim kimi yamsılayır?

Müşahidələr göstərir ki, qrup lideri hansısa xüsusi


jestdən istifadə edəndə, duruşunu dəyişəndə ona tabe
olanlar onu yamsılayırlar və təqlid “yuxarıdan aşağıya”
prinsipiylə edilir. Həm də liderlər adətən birinciliyə can atır,
mərkəzdə deyil, divanın, masanın baş tərəfində oturmağı
xoşlayırlar. Məsələn, bir neçə vəzifəli şəxs otağa girəndə,
ən yuxarı vəzifəli adam birinci gəlir. İdarə heyətinin
iclasında müəssisənin sahibi stolun başına, həm də çox
vaxt qapıdan mümkün qədər uzaq yerə keçir. Və müdir
mancanaq kimi oturursa, qrupdakı rolundan asılı olaraq
digərləri də bu vəziyyətdə otura bilərlər. Toplantıda kimin
kimin tərəfində olduğunu bilmək üçün kimin kimi
yamsıladığını müəyyən etmək kifayətdir. Sizinlə yanaşı,
eləcə də sizə qarşı olanları aydın görə bilərsiniz.

Komanda üçün təqlid çox yaxşı strateji vasitə ola bilər.


Əvvəlcədən qərarlaşıb qrup liderini yamsılamaq xüsusi
effekt verir. Məsələn, komandanın təmsilçisi danışanda
necə dayanırsa, bütün komanda üzvləri də eləcə dayana,
onun jestlərini təkrarlaya bilərlər. Bu komandadaxili birliyi,
komandanın gücünü göstərməklə yanaşı, rəqib
komandanı qorxudur. “Komanda daxilində nə isə baş verir,
amma nə?” – deyə düşünənlərin şübhələrini alt-üst edir.

Bir cütlüyə ideya verəndə, yaxud məhsulu, xidməti təklif


edəndə kimin kimi yamsıladığına diqqət edin, söz sahibini
görəcəksiniz. İlk jesti qadın edirsə, məsələn, ayaq­larını
aşırırsa, barmaqlarıyla oynayırsa, yaxud əlini üzünə
aparırsa və kişi onu təkrarlayırsa, kişidən qəti cavab
gözləməyin, çünki onun buna səlahiyyəti yoxdur.

Bill Klinton bəlkə də dünyanın ən qüdrətli kişisi idi,

amma Hillari jest edəndə Bill onu təkrarlayırdı və

onlar əl-ələ verib irəliləyəndə

qabaqda gedən çox vaxt Hillari Klinton olurdu


Yan-yana gedirlər, amma Çarlz azca irəlidədir, Kamilla
onu izləyir; 2003-cü ildən, İraqda münaqişədən sonra Toni
Bleyr Corc Buşu təqlid etməyə başladı (Şəkildə “baş
barmaqlar kəmərdə” jestini təkrarladığı aydın görünür)

Nəticə

Biz birini yamsılayanda onu qəbul etdiyimizi göstəririk,


arada bağlar yaradırıq. Amma adətən dostlar, ya da eyni
statuslu adamlar bir-birini təqlid edirlər. Xoşlamadığımız və
tanımadığımız adamları, məsələn, liftdə bizimlə bir yerdə
qalxan, ya da kinoya bilet almaq üçün bizimlə növbədə
dayanan adamı yamsılamırıq.

Birinin jestlərini, danışıq tərzini təkrarlamaq qarşılıqlı


anlaşmaya tez nail olmağın ən yaxşı yoludur. Görüşə
gedəndə qarşınızdakı adamın oturuşunu, duruşunu,
mimika və jestlərini, səs tonunu yamsılamağa çalışın.
Tezliklə bu adam sizinlə ünsiyyətin onun üçün xoş
olduğunu, sizdə nə isə xoşagələn bir xüsusiyyəti hiss
etdiyini bildirəcək. Əslində səbəb, bu adamın sizdə özünü
görməsidir. Amma elə ilk görüşdən, ilk dəqiqələrdən
təqlidə başlamayın. Bizim orijinal “Bədən dili” kitabımızın
nəşrindən və bu haqda televiziya proqramlarından sonra
çox adamın təqlid barədə məlumatı var (proqramları 100
milyondan çox tamaşaçı izləyib). Qarşınızdakı adam
hansısa vəziyyətdə dayanır, yaxud oturursa, sizin üç
seçiminiz var: buna əhəmiyyət verməyin, başqa şeylə
məşğul olun, ya da təqlid edin. Təqlidin üstünlükləri çoxdur.
Ancaq neqativ jestləri təkrar etməyin.

13-cü fəsil

SİQARETİN, EYNƏK VƏ MAKİYAJIN

ÖTÜRDÜYÜ SİQNALLAR

“Birinci hansımızıq? Sualın cavabı deyəsən,


aydınlaşır...”
Siqaret daxili münaqişənin, daxili qarışıqlığın
təzahü­rüdür. Çoxları siqareti aludə olduğuna görə deyil,
təsəlliyə ehtiyac duyduğuna görə çəkir. Siqaret işdə və
cəmiyyətdə yaranan gərginlikdən azad olmaq üçün əl
atdığımız vasitələrdən biridir. Məsələn, dişini
çıxartdırmağa gələn adam stomatoloqu gözləyəndə
mütləq gərginlik keçirir. Çəkən adam siqaretlə sakitləşə
bilər, çəkməyənlər başqa müxtəlif işlərlə məşğul olurlar:
biri güzgülənir, biri saqqız çeynəyir, ya dırnağını yeyir, biri
başını qaşıyır, köynəyinin düymələrilə, yaxud telefonla
oynayır, kimi barmaqlarını masaya, kimi ayaqlarını yerə
döyəcləyir, ya da hansısa başqa jest edib təsəlliyə ehtiyacı
olduğunu göstərir. Qır-qızıl da bu məqsəd üçün istifadə
olunur. Bəzək əşyalarının sahibinə sanki sığal çəkmək
xüsusiyyəti var, adam öz qorxusunu, şübhələrini,
səbirsizliyini və özünə inamsızlığını bu əşyalara ötürür.

Müasir araşdırmalar nəticəsində məlum olub ki, ana


südü ilə bəslənmə və siqaretə aludəlik arasında bağlılıq
var. Körpəlikdə döş əmən adamın yetkinlik dövründə
siqaret çəkməsi ehtimalı azdır. Həm də döş nə qədər çox
verilirsə, siqaretə aludəlik ehtimalı bir o qədər az olur.
Siqaret çəkən­lərin, həm də çox çəkənlərin böyük
əksəriyyəti çağa ikən butulka vasitəsilə
qidalandırılanlardır. Görünür, döş əmən körpələrin hiss
etdiyi bağlılıq və rahatlıq butulkayla hiss olunmur. Nəticədə
şüşədən yeyən uşaqlar böyüdükcə başqa əşyaları da
ağzına aparır, elə bil döşdən gələn rahatlığı axtarırlar. Bəzi
uşaqlar baş barmağını, bəziləri yorğanının ucunu sorur,
böyüyəndə isə siqaret çəkirlər.

....................................................................

Butulkadan qidalanan uşaqların gələcəkdə

siqaret çəkməsi ehtimalı

döş əmən uşaqlara nisbətən üç dəfə çoxdur.

....................................................................

Siqaret çəkənlər arasında uşaqlıqda baş barmağını


soranların sayı, siqaret çəkməyənlərlə müqayisədə üç
dəfə artıqdır. Bundan başqa, siqaret çəkənlər
çəkməyənlərə nisbətən uşaqlıqda daha əsəbi olub, bəziləri
dırnaqlarını yeyib, ya dodaqlarını çeynəyib, eynəyinin
ucunu, qələ­minin başını ağzından çıxarmayıb,
karandaşının başını didib... Deməli, insan ana südü
əməndə bir çox tələblərini, o cümlədən sormaq və
arxayınlığı hiss etmək tələbini ödəyir.

Siqaret çəkənlər iki cür olur

Siqaret çəkənlər iki cür olur: siqaretə aludələr və


siqareti görünüş xətrinə çəkənlər.

Araşdırmalar göstərir ki, qısa və cəld qullab beynin


fəa­liyyətini stimullaşdırır, adam sanki ayılır. Uzun və asta-
asta vurulan qullab ağrıkəsici, sakitləşdirici təsirə malik­dir,
beyni keyidir. Siqaretə aludə olanlar nikotinin məhz
sakitləşdirici funksiyasına aludədirlər, bununla sanki
stressdən qurtarmağa çalışır, bacardıqca uzun və dərin
qullab vurur, çox vaxt təklikdə çəkirlər. Görünüş xətrinə
çəkənlər isə siqareti adətən kimlərinsə əhatəsində olanda,
yaxud bir az içəndə yandırırlar. Yəni burda məqsəd özünü
göstərmək, ətrafdakılarda müəyyən təəssürat
yaratmaqdır. Belələri siqareti yandırandan söndürənə
qədərki vaxtın cəmi 20%-ni siqareti çəkməyə (qısa və cəld
qullablar vuraraq), qalan 80%-ni xüsusi jestlərə və
rituallara sərf edir.

....................................................................

Siqaret çəkmək çox vaxt ictimai ritualların bir hissəsidir.

....................................................................

Şərqi London Universitetindən Endi Perrot siqaretin


stresslə əlaqəsi haqda araşdırma aparıb. Araşdırmaya
görə çəkənlərin 80%-i siqaretini tüstülədəndə özünü daha
yaxşı hiss etdiyini, gərginlikdən uzaq olduğunu bildirir.
Halbuki siqaret çəkənlərin gərginlik səviyyəsi
çəkməyənlərinkindən yüksəkdir. Üstəlik, siqaret çəkmək
vərdiş halına çevrildikcə gərginlik səviyyəsi artır. Çünki
insanda nikotinə asılılıq yaranır və qanda nikotinin azlığı,
çatışmazlığı əlavə stressə səbəb olur. Beləliklə, elm sübut
edir ki, siqaret əhval-ruhiyyəni yaxşılaşdırmağa xidmət edə
bilməz. Nikotinin keyidici təsiri nəticəsində siqaret
gərginliyə, sadəcə, ara verir. Bir sözlə, adam siqaret
çəkəndə əhval-ruhiyyəsi yaxşılaşa bilər, amma çəkəndən
sonra yenə stress başlayır. Belə çıxır ki, stressdən uzaq
olmaq, özünü yaxşı hiss etmək istəyən adam siqaret
damağında yaşamalıdır?! Perrot aşkar edib ki, siqareti
atmaq stressin azalmasına aparıb çıxarır.

Müşahidələr zamanı məlum olur ki, siqareti atandan


sonra əhval-ruhiyyə yalnız ilk bir neçə həftə ərzində
pisləşir. Qan nikotindən təmizlənəndən sonra güclü inkişaf
başlayır, çünki bu maddəyə ehtiyac və həmin ehtiyacdan
doğan stress azalır, sonda gərginlik səviyyəsi aşağı düşür.

....................................................................

Siqaret çəkmək insanın çəkici dayanmadan

öz başına vurmasına bənzəyir.

Çünki yalnız dayananda adam özünü yaxşı hiss edir.


....................................................................

İndi çox yerlərdə siqaret çəkmək qadağan olunur. Buna


baxmayaraq siqaret çəkənlərə məxsus jestləri
öyrən­məkdə, bu jestlərin mənasını bilməkdə fayda var.
Bütün başqa hərəkətlər kimi siqaretlə bağlı jestlər də
adamın emosional vəziyyətini, münasibətini, məqsədini
bildirir. Siqaretlə bağlı rituallar çox vaxt eyni olur və
papirosu çəkənin daxilində baş verənləri bu rituallara
əsasən müəy­yənləşdirmək mümkündür. Siqaretlə bağlı
rituallar deyəndə, siqareti döyəcləmək (külünü tökmək
üçün), vurmaq, eşmək, burmaq, yelləmək və s. kimi mini
jestlər nəzərdə tutulur və adamın gərginlik keçirib-
keçirmədiyini məhz bu jestlər göstərir.

Qadınla kişinin fərqi

Qadın siqaret çəkəndə papirosu çox vaxt yuxarıda,


boynuna yaxın vəziyyətdə tutur. Üstəlik, boynunu yana
əyib, bədənin ön hissəsini açıq saxlayır (qol bədəni
bağlamır). Kişi isə siqaret çəkəndə qadın kimi zərif
görünməsin deyə başını dik tutur və hər dəfə qullab
alandan sonra siqareti saxlayan əlini aşağı salır, döş
qəfəsindən də aşağıda tutaraq sanki bədəninin ön
hissəsini qoruyur.

Siqaret çəkən kişilərin sayı siqaret çəkən qadınların


sayından iki dəfə çoxdur. Qullabın sayında fərq yoxdur,
amma kişilər qullab vuranda tüstünü ciyərlərində daha çox
saxlayırlar. Nəticədə kişilərdə ağciyərin xərçəngi riski
qadınlara nisbətən artıq olur.

Qadın siqareti görünüş xətrinə çəkir, boynunu-boğazını


açır;

kişi siqaret çəkəndə qoluyla bədənini sanki bağlayır

və bir az da sirli görünməyə üstünlük verir


Hərdən kişilər siqareti baş və şəhadət barmağın
arasında saxlayır, ovcun içində tutmaqla bir az sirli
görünməyə çalışırlar. Bu jestdən güclü kişi obrazı yaradan,
ya da hiyləgər və şübhəli, qorxaq və alçaq rolunu oynayan
aktyorlar çox istifadə edirlər.

Siqareti seksual görünmək üçün

çəkənlər var

Filmlərdə, eləcə də reklamlarda siqaret çəkmək həmişə


seksual hərəkət kimi təsvir olunur. Siqaret həm də cinsi
fərqi vurğulayır. Bir az əvvəl qeyd etdiyimiz kimi, qadınlar
siqaret çəkəndə boyunlarını yana əyir (bu jest haqda 15-ci
fəsildə danışacağıq), bədənin ön hissəsini açıq saxlayaraq
özlərini kişilərə göstərə bilirlər. Siqaret çəkən qadının
cazibədarlığı elə onun duruşundadır. Boynunu yana əyən
qadın həmişə itaətkar adam təsiri bağışlayır, kişi, “Bu
qadını yola gətirmək, hətta özünün marağına uyğun
olmayan şeyləri elətdirmək olar” – deyə düşünə bilər.
Bəzən qadın siqareti dodaqlarının arasında çox incə
hərəkətlə sümürərək kişini yoldan çıxarır, elə təəssürat
yaradır ki, kişi bu siqaretin yerində öz cinsiyyət orqanını
təsəvvür edir.

Yaxın keçmişdə qadınların bəyəndiyi kişinin qarşısında


siqaret çəkməsi normal idi. Kişi qadının siqaretini
yandırmaq istəyəndə qadın onun əlinə toxunur və təşəkkür
edərkən ona baxmaq, baxışlarını onun üzündə saxlamaq
fürsəti qazanırdı. Amma bu gün bu ritualdan, demək olar
ki, istifadə olunmur və siqaret çəkmək çox yerdə populyar
deyil.

Siqaretin tüstüsünü kiminsə üzünə üfürmək heç bir


yerdə qəbul edilmir. Suriyada kişi tüstünü qadının üzünə
vuranda onunla cinsi əlaqədə olmaq istəyini bildirir.

Qərarın neqativ, yaxud pozitiv olacağını əvvəlcədən


hiss etmək mümkündür
İnsanın öz şəraitindən razı olub-olmadığını onun
siqaretini hansı səmtə tüstülətməsindən bilmək olar. Öz
üstünlüyünü hiss edən, gördüklərindən və eşitdiklərindən
razı olan pozitiv adamlar siqaret çəkəndə tüstünü çox vaxt
yuxarı buraxırlar. Neqativ, qapalı, sirri və günahı olan,
başqalarından ehtiyat edən, şübhəli adamlar siqaretin
tüstüsünü aşağı verirlər. Tüstünü ağzın kənarından aşağı
vurmaq daha neqativ münasibətin göstəricisidir. Əlbəttə,
ətrafdakılara zərər vermək istəməyən adamlar da tüstünü
yuxarı buraxmır, başqa istiqamətə yönəldirlər.

Yuxarı gedən tüstü arxayınlığın, üstünlüyün, pozitivliyin


göstəricisidir; Aşağı gedən tüstü neqativliyin, qapalılığın

və ehtiyatın əlamətidir

Filmlərdə cinayətkar qrupun, yaxud motosiklet sürən


dəstənin başçısı çox vaxt tünd və aqressiv adam olur və
bu adam siqaret çəkəndə başını arxaya əyərək tüstünü
düz tavana doğru buraxır, bununla dəstə üzvlərinə öz
üstünlüyünü göstərir. Qanqster, ya da xuliqan rollarının
ustası aktyor Hamfri Boqart isə filmlərində həmişə siqaret
əlində görünür, tüstünü aşağı, həm də ağzının bir
küncündən aşağı buraxırdı. Belə jestlər edəndə bu obraz
ya həbsdən qaçmağa hazırlaşır, ya da başqa hiyləgər planı
üzərində baş sındırırdı.

Çəkən adamın hisslərinin nə dərəcədə pozitiv, ya da nə


dərəcədə neqativ olduğunu onun siqareti tüstülətmə
sürətinə əsasən müəyyən etmək olar. Öz üstünlüyünü hiss
edən arxayın adam tüstünü tez-tez, həm də yuxarı buraxır.
Çox neqativ hisslər keçirən adam tüstünü tez-tez və aşağı
vurur.

Kart oynayan adam siqaret çəkirsə, əli yaxşı gətirəndə


tüstünü yuxarı verir, kefi pozulan kimi tüstünü aşağı
“göndərir”. Kart oynayanlar adətən daş kimi dayanır,
uduzmamaq üçün hisslərini büruzə vermirlər. Bəzi
oyunçular isə adamı çaşdıran jestlər edir, rəqiblərini
arxayın salmağa çalışırlar. Məsələn, əli yaxşı gətirən
oyunçu rəqiblərini aldatmaq məqsədiylə kartlarını nifrətlə
masanın üstünə ata (əlbəttə, üzüaşağı halda), lənətləyə və
qollarını çarpazlayaraq “narazılığını” ifadə edə bilər. Amma
əgər bu adam az sonra arxaya oturur, siqaretini çıxarıb
yandırırsa və tavana doğru tüstülədirsə, sonra da əllərini
qüllə formasında saxlayırsa...Vay rəqiblərin halına!

Bazarlıq zamanı aparılan müşahidələr göstərir ki,


çəkən adama mal təklif edəndə, almaq niyyəti yoxdursa,
siqaretinin tüstüsünü aşağı buraxır. Malı almaq qərarına
gələn adam tüstünü yuxarı vurur.

Hələ 1978-ci ildə apardığımız tədqiqatlar zamanı aşkar


etmişdik ki, siqaret çəkən adamın bir qərara gəlməsi daha
çox vaxt aparır. Həm də siqaret daha çox danışıqların
gərgin vaxtında yandırılır. Belə çıxır ki, çəkən adam
diqqətini siqaretə yönəltməklə qərarvermə prosesini
uzadır. Odur ki, gözlədiyiniz qərarın tez verilməsini
istəyirsizsə, danışıqları siqaretin qadağan olunduğu yerdə
aparın.

Siqar çəkənlər
Siqar həmişə üstünlüyü göstərmək üçün istifadə
olunub. Buna səbəb siqarın ölçüsü və qiymətidir. Uğurlu
biznesmenlər, banda başçıları, yüksək statuslu adamlar
çox vaxt siqar çəkərkən təsvir olunurlar. Hərdən qələbəni,
nailiyyəti, məsələn, evliliyi, işdə əldə edilən anlaşmanı,
lotereyada uduşu qeyd eləmək üçün siqar çəkilir. Ona görə
də siqar çəkənlərin çoxunun tüstünü yuxarı buraxması
təəccüblü deyil. Siqar paylanan bir ziyafətdə 400 siqardan
320-nin tüstüsünün yuxarı getdiyini görmüşük.

Siqaret çəkənlər söhbəti necə bağlayırlar?

Siqaret çəkən adam papirosu ağzına qoyanda onun


ucu çox vaxt aşağı baxır və sönənə qədər o, müəyyən
uzunluqda olur. Qadınlar siqareti adətən yavaş-yavaş
söndürürlər. Kişilər isə siqaretin kötüyünü bəzən baş
barmaqları ilə əzirlər. Papirosunu yenicə yandıran adam
onu kötüyünə çatmamış söndürürsə, söhbətin başa
çatdığını, danışıqları dayandırmaq qərarına gəldiyini
göstərir. Bu jesti görəndə kontrolu ələ ala, yaxud özünüz
istəyirmiş kimi söhbəti bağlaya bilərsiniz.

Eynəklər

Süni yardımçı vasitələrin, demək olar ki, hamısı adama


xeyli jest etmək imkanı verir. Eynək də belə vasitələrdən
biridir. Ən çox müşahidə olunan jestlərdən biri eynəyin
ucunun ağızda saxlanmasıdır.

Eynəkdən vaxtı uzatmaq üçün istifadə etmək olar

Desmond Morris bildirir ki, hər hansı əşyanı ağıza


aparmaq, ya da dodaqlara toxundurmaq uşaqlıqda, ananın
döşünü əmərkən hiss etdiyimiz rahatlığı yenidən yaşamaq
cəhdidir. Yəni eynəyin ağıza aparılması jesti insanı faktiki
olaraq, sakitləşdirir.

Eynəkdən istifadə edən adama hərdən elə gəlir ki,


həyata tualet kağızının sarındığı iki silindrdən baxır.
Halbuki eynək taxanlar ətrafdakılarda elmlə məşğul olan
ziyalı təəssüratı yaradırlar (xüsusilə, görüşün ilk
dəqiqələrində). Araşdırmalardan birində respondentlərə
eyni adamların müxtəlif şəkillərini – eynəkli və eynəksiz
şəkillərini göstərdik, məlum oldu ki, eynəklilər daha
dərrakəli adam təsiri bağışlayırlar. Amma bu effekt beş
dəqiqədən az çəkir. Təəssürat yaratmaq üçün eynəkdən
istifadə etmək niyyətindəsinizsə, onu yalnız qısa görüşlərə
gedəndə geyinin.

Ancaq şüşəsi böyük olan gözlüklər, Elton Conun


istifadə etdiyi rəngli çərçivəli dizayner eynəkləri adamı
ziyalıya bənzətmir. Üzün ölçüsünə uyğun olmayan geniş
eynəklərdən istifadə edənlər isə daha yaşlı, daha çalışqan
və daha hökmlü görünürlər.

Sanballı çərçivəsi olan eynəklər adama daha səmimi və


ağıllı görkəm verir; məzəli eynəklər fərqli təəssürat yaradır
Fotolara baxan respondentlərin cavablarını dinləyəndə
məlum olur ki, eyni adamın şəklinə eynək əlavə edəndə o,
daha çalışqan, ağıllı, mühafizəkar, təhsilli və açıq ürəkli
görünür. Maraqlıdır ki, eynəklərin çərçivəsi qalın olduqca,
belə fikirlər daha çox səslənir (şəkildəkinin cinsindən asılı
olmayaraq). Buna səbəb bəlkə də tanınan biznesmenlərin
qalın çərçivəli eynəklərdən istifadə etməsidir. Belə çıxır ki,
işdə eynək güc və hakimiyyətin göstəricisi ola bilər. Ancaq
çərçivəsiz, kiçik, uzun və nazik gözlüklər nisbətən zəif imic
yaradır və gözlük sahibinin işdən çox dəblə maraqlandığını
göstərir. İşdən kənarda bu eynəklər daha
məqsədəuyğundur, siz özünüzü dost və yoldaş kimi
tanıdırsınız. Beləliklə, hakimiyyətdə olanlara məsləhətimiz
budur: ciddi iş görəndə, məsələn, büdcəni oxuyanda qalın
çərçivəli eynəklərdən istifadə edin. “Yaxşı oğlan”
təəssüratı yaratmaq, hamı kimi görünmək istəyirsinizsə,
çərçivəsiz gözlük geyinin.

Söhbəti uzatmağın yolları


Eynəyi ağızda saxlamaq bəzən siqaret çəkmək kimidir,
qərarın verilməsi prosesini uzadır. Çox vaxt danışıqların
sonunda qərar verməli olan adam eynəyinin bir ucunu
ağzına aparır. Eynəyini tez-tez çıxaran və şüşələrini silən
adam da vaxt qazanmaq üçün belə edə bilər. Adamdan nə
qərara gəldiyini soruşanda eynəyini çıxarıb silirsə,
gözləyin. Sükut belə yerdə ən yaxşı yoldur.

Eynəyin ucu ağıza gedəndən sonrakı jestlər


qarşınızdakının nə qərara gəldiyini göstərə bilər və ayıq
olsanız, uyğun cavabı verərsiniz. Məsələn, həmsöhbətiniz
eynəyini ağzından çıxarıb yenə gözünə taxırsa, deməli, o,
faktlara bir də baxmaq istəyir. Eynəyini qatlayıb kənara
qoyan adam danışıqları bitirmək niyyətini göstərir. Eynəyin
masanın üzərinə atılması yaxşı əlamət deyil, eynək sahibi
sizin təklifinizi rədd edə bilər.

Eynəyin üstündən baxsaq?


1920-1930-cu illərdə çəkilən filmlərdə aktyorlar tənqid
və tələb eləməyi sevən obrazlar yaratmaq üçün bu jestdən
çox istifadə edirdilər. Məsələn, İngiltərənin ictimai
məktəblərindən birinin müəllimi rolunu oynayan aktyor
oxumaq üçün nəzərdə tutulmuş eynək geyinir, kiməsə söz
deyəndə eynəyi çıxarmaq əvəzinə onun üstündən baxır.
Bu baxışların yönəldiyi adam kim olursa olsun, xeyirli
məqsədlə süzülmədiyini, qınanıldığını güman edə bilər.
Ətrafdakılara eynəyin üzərindən baxmaq yaxşı vərdiş
deyil, qarşıdakının neqativ reaksiyasına – qollarını
çarpazlamasına, ayaqlarını bir-birinin üstünə aşırmasına
səbəb ola bilər. Belə eynəklərdən istifadə edirsinizsə,
danışanda eynəyinizi çıxarın, dinləyəndə geyinin. Bu
hərəkətiniz nəinki həmsöhbətinizin özünü daha rahat hiss
etməsinə səbəb olar, həm də kontrolun sizin əlinizə
keçməsinə imkan verər. Yəni eynəklə söhbətin gedişini
idarə etmək olar: onu çıxaranda sizin danışmaq istədiyinizi,
geyinəndə sizi dinləyənin növbəsi olduğunu bildirərsiniz.

Eynəyin üstündən baxış istənilən adamı alçaldır


Linzalar adamın gözünü nəmləndirir, göz bəbəyini
geniş göstərir və hərdən işığı əks etdirir. Nəticədə
mülayim, yumşaq xasiyyətli və həssas adam təsiri
bağışlaya bilərsiniz. Bu, haradasa yaxşıdır, amma işgüzar
görüşlərdə, xüsusilə qadınlar üçün bu cür görünüş müsbət
nəticə verməyə bilər. Təsəvvür edin ki, qadın öz ideyasını,
ya da hansısa məhsulu satmaq məqsədiylə bir iş adamıyla
görüşür və onu inandırmaq üçün əlindən gələni elədiyi
halda diqqətin yayındığını, qarşısındakının onu
dinləmədiyini hiss edir. Axı linza geyinmiş qadının həssas
görünüşü onun həmsöhbətinin fikrini dağıda bilər.

Rəngli gözlüklər və gün eynəkləri iş üçün deyil. İctimai


yerlərdə belə eynəklər şübhələrə səbəb olur. Hər şeyi açıq-
aydın gördüyünüzü bildirmək istəyirsinizsə, şəffaf şüşəli,
çərçivəli eynəklərdən istifadə edin. Rəngli gözlükləri və gün
eynəklərini kənara saxlayın.

Eynək başa keçəndə


Görüşə tünd rəngli eynəklə gələn adam ətrafdakılara
sirli, şübhəli və təhlükəli görünə bilər. Amma eynək başa
keçəndə təəssürat dəyişir. Eynəyi başında olan adam
rahat, gənc və şux görünür, elə bil istirahətdən indicə gəlir.
Başa keçən eynək genişlənmiş göz bəbəkləri təsiri
bağışlayır. Bu təsir gözlərini geniş açaraq bizə baxan
uşağın, ya da göz bəbəkləri böyük olan gəlinciyin yaratdığı
təəssürata bənzəyir.

Dörd göz və genişlənmiş bəbək effekti yaradırıq

Eynək və makiyajın gücü

Makiyaj qadına, xüsusilə işləyən qadına etimad hissini


artırır. Bu faktı sübut etmək məqsədilə bir sadə
eksperiment apardıq. Seminarda təlim məhsullarımızın
satılmasına yardım etmək üçün dörd işçi tutduq. İşçilərin
hamısı bir-birinə bənzəyən qadınlar idi. Qadınlara eyni
paltarlar verdik. Onlardan biri həm makiyaj etdi, həm də
eynək geyindi. İkinci qadın makiyaj etdi, amma eynək
geyinmədi. Üçüncü işçi eynək geyinsə də, makiyajdan
istifadə etmədi. Dördüncü qadının nə makiyajı, nə də
eynəyi vardı. Onların hər birinə üstünə təlim məhsulları
yığılmış masa verildi. Müştərilər bu masalara yaxınlaşıb
işçiylə proqram barədə danışır, söhbət orta hesabla 4-6
dəqiqə çəkirdi. Masadan uzaqlaşan müştəriyə söhbət
etdiyi qadının görünüşü və şəxsiyyəti barədə suallar
verirdik və xahiş edirdik ki, işçini mümkün qədər dəqiq
təsvir etsin. Həm makiyaj, həm də eynəkdən istifadə edən
qadının özünə arxayın, ağıllı, təcrübəli və mehriban işçi
olduğunu bildirdilər. Bəzi qadın müştərilər bu işçinin özünə
əmin, amma soyuq, lovğa və heç kimi bəyənməyən biri
olduğunu dedilər, eyni zamanda bu qadını bəlkə də
özlərinə rəqib kimi gördüklərini qeyd etdilər. Kişilərin,
əlbəttə, belə fikri ola bilməzdi, çünki qadınlara rəqib
gözüylə baxmırdılar. İkinci – makiyaj edən, amma eynək
taxmayan işçinin görünüşünü və davranış tərzini müsbət
qiymətləndirdilər, ancaq dinləmək və ünsiyyət yaratmaq
baxımından bir o qədər səriştəli olmadığını dedilər.

....................................................................

Makiyaj qadının özünə inamını artırır və

bu açıq-aydın görünür.

....................................................................

Makiyajı olmayan işçilərin ikisi də aşağı “qiymət” aldı.


Müştərilər onların kifayət qədər səriştəli olmadığını
bil­dirdilər. Makiyajsız işçinin eynəyi müştərilərin fikrini və
münasibətini bir o qədər dəyişmədi.

Qadın müştərilər işçinin makiyajsız olduğunu qeyd


edirdilər, amma kişilərin çoxu bu faktı xatırlamadı.
Maraqlısı budur ki, işçilərin paltarının uzunluğu barədə sual
verəndə həm qadın, həm də kişi müştərilər makiyajlı işçinin
ətəyinin gödək olduğunu dedilər. Makiyajsız işçini nisbətən
uzun paltarda xatırlayırdılar. Bu o deməkdir ki, makiyaj
qadına həm də daha seksual görkəm verir. Bu təcrübədən
belə nəticə çıxarmaq olar: Makiyaj qadını daha arxayın,
daha ağıllı və daha seksual göstərir və işdə müsbət
təəssürat yaratmağın ən yaxşı yolu makiyajla eynəyi
uyğunlaşdırmaqdır. Beləliklə, eynək işdə əla strateji vasitə
ola bilər.

Xanımlar, bir az da pomada haqda!

Bir televiziya proqramı üçün eksperiment aparırdıq.


Eksperimentə doqquz qadın qoşuldu. Onlar həm kişilərə,
həm də qadınlara müsahibə verməli idilər. Müsahibələrin
yarısına qadınlar pomada vurub gəlmişdilər, qalan
yarısında pomadasız danışdılar və müsahibədən dərhal
sonra onlarla söhbət edən adamların fikrini soruşduq.
Dodaqlarını qırmızı rəngə boyayan və tez-tez nümayiş
etdirən iştirakçılar özü ilə maraqlanan və kişilərin diqqətini
cəlb etməyə çalışan qadın təəssüratı yaratmışdılar. Solğun
və soyuq rənglərdən istifadə edən, dodaqlarını bir o qədər
nümayiş etdirməyən iştirakçılar daha çox karyerası haqda
düşünən, işgüzar qadın təsiri bağışlamışdılar. Heç
pomada vurmayan qadınlar haqda danışanlar onların işə
yəqin ki, kişilərdən çox can yandırdığını, amma təcrübəsiz
göründüklərini bildirdilər.

Müsahibə alan qadınların hamısı müsahiblərinin


pomadadan istifadə edib-etmədiyini qeyd eləmişdi, amma
kişilərin yarısı bu fakta əhəmiyyət verməmişdi. Deməli,
qadınlar kiminləsə görüşə gedəndə parlaq və qırmızı
pomadalardan istifadə edə bilərlər. Amma işə diqqəti cəlb
etməyən solğun rəngli pomadalar yarayır. Qadının imici ilə
bağlı sahələrdə çalışan, məsələn, paltar, baş geyimi,
kosmetik məhsulların istehsalı və satışı ilə məşğul olan
qadınlar işdə də parlaq rənglərdən istifadə etməlidirlər,
çünki onların işi budur.

Portfellər də danışır

Portfelin ölçüsü onun sahibinin statusu haqda məlumat


verir. İri və geniş portfel sahiblərinin çox işlədiyini güman
etmək olar. Bəlkə də işi evə daşıyırlar, çünki vaxtlarını
düzgün bölə bilmirlər. Nazik çanta, sahibinin yalnız son
nəticəylə maraqlandığını, yəni daha yuxarı statusa malik
olduğunu göstərir.

Portfeli həmişə bir tərəfdə, mümkünsə, sol əlinizdə


tutun ki, kiminsə əlini sıxanda sərbəst olasınız.
Qadınsızsa, eyni zamanda həm portfel, həm də çanta
götürməyin. Siz işgüzar qadından çox hər şeyi bərbad
edəcək adam təsiri bağışlayarsız. Və heç vaxt portfeli
ünsiyyətdə olduğunuz şəxslə aranızda baryer kimi istifadə
etməyin.

Nəticə

Əlimizə aldığımız əşyanın növündən asılı olmayaraq,


onunla biz özümüz də bilmədən müəyyən siqnallar
ötürürük. Bu əşyalardan nə qədər çox istifadə ediriksə,
məqsədimiz və hisslərimiz haqda bir o qədər çox məlumat
veririk. İstifadə etdiyimiz əşyalarla bağlı jestlərin mənasını
bilsək, müşahidə qabiliyyətimizi artırmış olarıq.

14-cü fəsil

BAŞIMIZ HARA, AYAĞIMIZ DA ORA

Amma çox vaxt ayağımız bir yerə,

başımız başqa yerə gedir

Nə vaxtsa sizinlə söhbət edən adamın özünü əla hiss


edirmiş kimi davrandığını, amma “başqa yerdə olduğunu”
duymusunuzmu? Təsəvvür edin ki, həmin an çəkilən
fotoya baxırsınız. İki şey yəqin ki, aydın görünər: birincisi,
adam başını sizə tərəf döndərib, üzündəki mimika sizi
dinlədiyini göstərir, məsələn, gülümsəyir, ya da başını
yelləyir; ikincisi, adamın bədəni, ayaqları sizə deyil, kənara
yönəlib, o ya başqasına, ya da çıxışa tərəf getməyə
hazırlaşırmış kimi dayanıb. İnsanın bədəninin, ayaqlarının
“baxdığı” istiqamət onun beyninin seçdiyi səmti, getmək
istədiyi yeri göstərir.

Sağdakı adam çıxmaq istədiyini bildirir

Şəkildə iki nəfərin qapının ağzında dayanaraq söhbət


etdiyi görünür. Sol tərəfdəki adam o birinin diqqətini
çəkməyə çalışır. Sağdakı isə başını danışan adama
döndər­məklə onu dinlədiyini bildirsə də, bədəninin
yönəldiyi səmtdə hərəkət etmək istəyir. Amma bu adam
bədənini də danışana tərəf çevirsəydi, onların hər ikisini
maraqlandıran məsələni müzakirə etdiyini, söhbətin hər iki
tərəf üçün maraqlı olduğunu deyə bilərdik.

İstənilən görüşdə söhbəti bağlamaq, yaxud çıxıb


get­mək istəyən adam bədənini, ya da ayaqlarını ən yaxın
çıxışa tərəf yönəldir. Qarşınızdakı adamın belə elədiyini
görəndə onu maraqlandırmağa, cəlb etməyə çalışın ki,
kontrolu əlinizdə saxlayasınız, istədiyinizə nail olmadan
söhbəti başa vurmayasınız.

Bədənimizin baxış bucağı nə deyə bilər?

Açıq vəziyyət

Əvvəlki fəsillərdə qeyd etmişdik, adamların arasındakı


məsafə onların münasibətindən və bir-birinə marağından
asılıdır. İnsanların bədəninin baxış bucağı da onların
arasındakı əlaqələrin, münasibətlərin göstəricisidir.
Heyvanlar bir-biriylə döyüşmək istəyəndə əvvəl
başlarını yaxınlaşdırırlar, hər iki tərəf vuruşmaq istəyirsə,
kəllə-kəlləyə gəlirlər. Amma heyvanın hücum etmək niyyəti
yoxdursa, rəqibini sadəcə yoxlayırsa, ona yan tərəfdən
yaxınlaşır, əvvəl yanaşı hərəkət edir. Bütün bu jestlər
insanlarda da müşahidə olunur. Aqressiv adam danışanda
düz onu dinləyən adamın qarşısında, adamla üz-üzə
dayanır. Eyni fikri səsləndirən, amma onu dinləyən adama
yanakı dayananlar bir o qədər aqressiv deyillər, öz
məqsədi arxasınca gedən, özünə arxayın olan adam təsiri
bağışlayırlar.

Yoldaşlarımızla görüşəndə aqressiv görünməmək üçün


bədənlərimizi bir-birimizə doğru 45 dərəcəli bucaq altında
çeviririk. Nəticədə qarşımızda 90 dərəcəli bucaq əmələ
gəlir. Yəni hər iki adam qarşıda dayanan üçüncü şəxsə –
üçbucağın üçüncü tərəfinə baxırmış kimi durur.
Aqressiv görünmək istəməyənlər

bir-birinə doğru 45 dərəcəli bucaq altında dayanırlar

Bu formada dayanan adamlar bir-birinə qarşı aqressiv


olmadıqlarını, həm də bir-birini təqlid edərək eyni
statusdan olduqlarını göstərirlər. Üçbucağın iki bucağını
formalaşdırdıqları üçün onların söhbətinə üçüncü adam da
qoşula bilər. Bu qrupa dördüncü adam da qoşulanda onlar
kvadratı formalaşdırırlar. Beşinci və altıncı adam gələndə
ya dairə, ya da iki üçbucaq yaranır. Basabasda, lift,
avtobus, metro qatarı kimi dar yerlərdə bədənimizi
yadlardan döndərə bilmədiyimiz üçün başımızı 45 dərəcəli
bucaq altında tuturuq.
Bağlı vəziyyət

Adamlar bir-birinə yaxın olmaq istəyəndə onların


bədənlərinin baxış bucağı dəyişir – 45 dərəcədən 0
dərəcəyə düşür, yəni onlar bir-biriylə qarşı-qarşıya
dayanırlar. Qarşısındakının diqqətini özündə saxlamaq
istəyən kişilər, eləcə də qadınlar bu jestdən də istifadə
edirlər. Kişilər isə nəinki qadına tərəf çevrilir, həm də ona
yaxınlaşaraq aradakı məsafəni azaldır, bəzən intim
zonaya keçirlər. Qadın bu yanaşmanı qəbul edirsə, öz
bədəninin baxış bucağını dəyişib 0-a endirir – özü də kişiyə
tərəf dönür və onu öz şəxsi zonasına buraxır. Tərəflər bir-
biriylə eyni dərəcədə maraqlanırlarsa, bir-birini təqlid
etməyə, göz-gözə baxmağa başlayırlar.

“Bağlı vəziyyətdə” dayanan adamlar arasındakı məsafə


“açıq vəziyyətdə” dayanan adamlar arasındakı məsafədən
az olur.
“Bağlı vəziyyətdə” dayanıb düz qarşısındakına baxan
adam onu cəlb etməyə çalışır

Bir-birinə düşmən olanlar da bir-birinə meydan oxumaq


üçün “bağlı vəziyyətdə” dayana bilərlər.

Araşdırmalar göstərir ki, kişilər qarşıdan gələn


hücumdan qorxurlar, ona görə də onlara qarşı tərəfdən
yaxınlaşan adamdan ehtiyat edirlər. Qadınlar isə arxadan
gələn zərbədən qorxduqları üçün arxa tərəfdən yaxınlaşan
adamdan çəkinirlər. Ona görə də ilk dəfə görüşdüyünüz
kişinin lap qarşısında dayanmayın. Kişilər belə edəndə
aqressiv görünür, qadınlar isə cinsi marağını bildirməyə
can atan adam təsiri bağışlayırlar. Kişilər qadınlara qarşı
tərəfdən yaxınlaşsalar yaxşıdır, sonra 45 dərəcəli bucaq
altında dayanmaq olar.

Üçüncü şəxsi yaxına

buraxmaq istəməyəndə
Şəkildə gördüyünüz adamlardan ikisi 45 dərəcəli bucaq
altında – “açıq vəziyyətdə” dayanıb, bununla həm də
üçüncü şəxsin söhbətə qoşulmasına hazır olduqlarını
göstərirlər.

Açıq üçbucaq üçüncü

şəxsin söhbətə

qoşulmasına imkan verir


Kimsə “bağlı vəziyyətdə” dayanmış iki şəxsin söhbətinə
qoşulmaq istəyirsə, onların duruşuna fikir verməlidir.
Üçüncü şəxsin yaxınlaşdığını görən adamlar bədənlərinin
baxış bucağını dəyişərək üçbucaq yaratmağa cəhd
göstərsələr, onu öz aralarına dəvət etmiş olurlar. Üçüncü
şəxsin söhbətdə iştirakını istəməyən adamlar elə “bağlı
vəziyyətdə” qalır, onlara yaxınlaşan şəxsə tərəf yalnız
başlarını döndərir, bəzən dodaqlarını dartaraq
gülümsəyirlər.

Getmək vaxtıdır, onlar yeni gələni qəbul etmədilər

Bəzən söhbət “açıq vəziyyətdə” dayanmış üç adamın


arasında başlayır, amma bir azdan danışanlardan ikisi
bə­dənlərini döndərərək “qapalı vəziyyətə” keçir, sanki
üçüncü şəxsdən ayrılmağa çalışırlar. Pərt olmaq
istə­mirsinizsə, onlardan bacardıqca tez uzaqlaşın.

Niyyətimizi oturuşumuzla

bildiririk

Oturan adam ayaqlarını aşıranda da marağı olan


adama tərəf aşırır. Qarşı tərəfin də marağı varsa, eyni
hərəkəti edir. Maraq və cazibə artdıqca bu adamlar bir-
birini təqlid etməyə, bir-birinin jestlərini təkrarlamağa
başlayırlar.

Cütlük “bağlı vəziyyətdə” oturmaqla

sağdakı adamı kənarlaşdırıb


Şəklin sol tərəfindəki qadınla kişi “qapalı vəziyyətdə”
oturmaqla sağdakı şəxsi yaxına buraxmadığını bildirir.
Söhbətə qoşulmaq üçün bu adam ya bir stul çəkib bu
cütlüklə üçbucaq yaratmağa cəhd göstərməli, ya da onların
“bağlı vəziyyətini” dəyişmək üçün nə isə eləməlidir. Amma
cütlük yəqin ki, bu şəxsin mümkün qədər uzağa getməsini
arzulayır.

Ayaqlarımız

bizi ifşa edir

Ayaqlar sahibinin yalnız getmək istədiyi yeri deyil, həm


də bəyəndiyi, maraqlandığı adamı göstərir. Təsəvvür edin
ki, təntənəli yığıncaqdasınız, bir qadın və üç kişidən ibarət
dəstənin söhbət etdiyini görürsünüz. Hiss olunur ki, söhbəti
kişilər idarə edir, qadın sadəcə dinləyicidir. Bir azdan
kişilərin hamısının bir ayağını həmin qadına tərəf qoyması
diqqətinizi çəkir.
Ayaqlarımız

bizi ifşa edir

Bu sadə jest həmin kişilərin qadına marağını ifadə edir.


Qadın isə jestləri şüuraltı səviyyədə görür və deyəsən
özünə olan marağı hiss etdikcə beləcə dayanmaq
fikrindədir. Qadının özü ayaqlarını cüt saxlayır (neytrallığı
ifadə edir), bəlkə də axırda bir ayağını bəyəndiyi kişiyə
tərəf atacaq.
Nəticə

Bədənimizin və ayaqlarımızın istiqamətinin başqalarına


təsiri barədə düşünənlər azdır. Ətrafınızdakıların rahat
olmağını istəyirsinizsə, danışanda “açıq vəziyyətdə” – 45
dərəcəli bucaq altında dayanın. Məqsədiniz varsa, “bağlı
vəziyyətə” keçin. “Açıq vəziyyət” ətrafdakıların təzyiq hiss
etmədən, müstəqil şəkildə düşünməsinə və hərəkət
etməsinə imkan verir. Kişilərə qarşıdan, qadınlara arxadan
yanaşmayın.

Bu jestlərə yiyələnmək çox vaxt aparmır, bir az məşq


edəndən sonra bu hərəkətlər vərdişə çevrilir. Öyrəndiyiniz
pozitiv jestlərdən (əlləri və qolları açıq saxlamaq, irəli
əyilmək, başı yana əymək, gülümsəmək və sair) istifadə
etdikcə, bəzən bilərəkdən dönüb, ayağınızı irəli atdıqca
ətrafınızdakılar sizinlə ünsiyyətdən həzz alacaq, üstəlik,
yeri gələndə məhz sizin fikrinizi nəzərə almağa
başlayacaqlar.
15-ci fəsil

QARŞI CİNSİN DİQQƏTİNİ CƏLB ETMƏYƏ


ÇALIŞARKƏN

“Bədən dili və ictimai tələb” kitabının müəllifi Dr. Albert


Şeflen aşkar edib ki, qarşı cinsdən ibarət qrupa daxil
olanda adamın bədənində müəyyən fiziki dəyişikliklər baş
verir. Əzələlərin tonusu artır, gözün altındakı torbalar
dartılıb kiçilir, üzdəki qırışların sayı azalır, adam özünü
yığışdırıb belini şax tutur, qarnını içəri çəkir, sinəsini
qabağa verir, nəticədə dəfələrlə gənc görkəm alır. Şeflen
qeyd edir ki, öz sağlamlığını və gücünü göstərərək dik
yeriyən kişi, eləcə də qadın həm də cazibədar tərəf
müqabili olduğunu bildirir. Kişi şax dayanaraq bir az da
hündür görünür, çənəsini yuxarı tutub sinəsini
genişləndirərək dominantlığını nümayiş etdirir. Qadın isə
döşlərini irəli verir, başını yana əyib saçlarına toxunur,
boynunu bükərək itaətkar görünməyə çalışır.

Bu jestləri müşahidə etmək üçün ideal yer çimərlikdir.


Uzaqdan bir-birinə tərəf gələn kişiylə qadının
yaxınlaşdıqca dəyişdiyini aydın görmək olur. Bu
dəyişikliklər onlar bir-birini görəcək qədər yaxınlaşanda
başlayır, bir-birinin yanından ötüb keçənə qədər davam
edir. Keçəndən sonra bu adamlar əvvəlki vəziyyətlərinə
qayıdırlar.

Qadınla kişinin yaxınlıq etməyə başladığı dövrdə jestlər


çox böyük əhəmiyyət daşıyır. Bizim nə qədər cazibədar,
seksual, həvəsli, həyəcanlı, yaxud təhlükəli olduğumuzu,
ya da göylə getdiyimizi məhz jestlərimiz göstərir. Bəzi
jestlər haqqında məlumatlı olanlar onları qəsdən edə
bilərlər. Amma bir az əvvəl qeyd etdiklərimiz şüuraltı
hərəkətlərdir. Bu jestləri necə mənimsədiyimizi bilmirik,
araşdırmalar göstərir ki, bunların çoxu anadangəlmədir.

Maraqlı kişilər peyda olur


Məməlilərin çoxunda erkəklər daha koloritlidirlər və bu,
onların bir o qədər koloriti olmayan dişiləri cəlb etməsinə
yardım edir. İnsanlarda isə tərsinədir. Əsrlərdir ki, qadınlar
özlərini rəngarəng paltarlarla, qır-qızılla bəzəyir, üz-
gözlərini rəngləyirlər. Yalnız XVI-XVII əsrlərdə Avropada
kişilər müxtəlif pariklərdən istifadə edir, al-əlvan paltarlar
geyinir, “orta” qadından çox bəzənirdilər. Unutmayın ki,
tarixən qadınlar kişilərin diqqətini cəlb etmək üçün, kişilər
isə ya öz statuslarını bildirmək, ya da düşməni qorxutmaq
məqsədilə bəzəniblər. Bu gün də özüylə maraqlanan və
tovuz quşu kimi bəzənən kişilər meydana çıxır. Bəzi
futbolçular manikür, hətta makiyaj edir, güləşçilər saçlarını
rəngləyirlər. ABŞ-da “metroseksual” adlanan kişilər peyda
olub. Metroseksuallar öz zərif, qadına xas tərəflərini inkar
etməyən, bəzən qadınlar kimi davranan
heteroseksuallardır. Metroseksual kişilər manikür, pedikür
edir, saçlarını rəngləyir, dəbdəbəli və bəzəkli paltarlar
geyinir, hidromasaja gedir, ətsiz, orqanik məhsullarla
qidalanır, kosmetik əməliyyatlardan keçir, botoks etdirir...
Adi kişilərə metroseksuallar qəribə gəlirlər.
Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki,
metroseksuallar üç cür olurlar: homoseksuallar, qadın kimi
zərif kişilər və qadınlar kimi davranarsa, istədiyi qədər
qadınla tanış ola biləcəyini anlayan kişilər.

Qreyamın hekayəsi

Kişilərin çoxu Qreyam kimi olmaq istərdi, çünki onda


hər kişiyə nəsib olmayan bacarıq vardı. Qreyam bir
məclisə girər-girməz bəyəndiyi qadınları gözaltı edər,
ürəyinə yatanını seçər, çox qısa müddətdən sonra onun
həmin qadınla çıxdığını görərdilər. Seçdiyi qadını Qreyam
öz maşınına oturdub, öz evinə apararmış. Üstəlik, o elə
həmin axşam həmin məclisə qayıdıb həmin hərəkəti bir
neçə dəfə təkrarlaya bilərmiş. Görənlər onun sanki
qadınların xüsusiyyətini təyin etməyə və qadını yola
gətirməyə qadir radarla gəzdiyini deyirdilər. Çünki
Qreyamın istədiyinə necə nail olduğunu heç kim bilmirdi.
Erkəklərlə dişilərin bir-biriylə davranışını müşahidə
edən zooloqlar və davranış üzrə mütəxəssislər müəyyən
ediblər ki, heyvanlar qarşı cinslə yaxınlıq etməyə
başlayanda olduqca müxtəlif jestlərdən istifadə edirlər. Bu
jestlərin bəziləri açıq-aydın müşahidə olunur, bəziləri çox
ustalıqla, nəzərə çarpmadan edilir, amma çoxu şüuraltı
hərəkətlərdir. Yaxınlıq etməyə başlayan bütün heyvanlar
sanki əvvəlcədən müəyyən olunmuş xüsusi qaydalara
əsasən hərəkət edirlər. Məsələn, əksər quş növlərində
xoruz fərənin ətrafında dövrə vurur, onun diqqətini çəkmək
üçün müəyyən səslər çıxarır, lələklərini pırpızladır,
cürbəcür mürəkkəb hərəkətlər edir. Fərə isə ona bir o
qədər reaksiya vermir, ya da heç qımıldanmır. İnsanlarda
da çox vaxt belə olur. İnsan da qarşı cinsə yaxınlaşmağa
başlayanda quşların və yəqin ki, vəhşi təbiətlə bağlı
filmlərdə gördüyünüz heyvanların hərəkətlərinə bənzər
jestlərdən istifadə eləyir. Başqa sözlə desək, qarşı cinsin
diqqətini çəkmək istəyən adam cinsi fərqi vurğulayan
hərəkətlər edir. Əks cinsdən olan adamdan uzaqlaşmaq,
onu özündən soyutmaq istəyənlər isə əksinə davranır,
aradakı fərqi gizlətməyə çalışırlar.
....................................................................

Məhz cinsi fərqi, cinsiyyətini vurğulayan

adamlar seksual görünürlər.

....................................................................

Qreyam kişiylə ünsiyyətə həvəsli və meyilli qadınları


görə bilirdi, istədiyi qadını seçən kimi öz texnikasından –
xüsusi jestlərdən istifadə etməyə başlayırdı. Marağı olan
qadınlar ona uyğun jestlərlə cavab verir, sonrakı addımı
atması üçün yaşıl işıq göstərirdilər.

Kişiylə münasibət yaratmaq bacarığı olan qadınlar


kişiyə xüsusi jestlər etmək və kişinin elədiyi jestlərin
mənasını anlamaq qabiliyyəti olan qadınlardır. Kişilərin isə
bu oyunda məharəti qadının göndərdiyi siqnalları tutmaq
və yalnız bundan sonra hərəkətə keçməkdən ibarətdir.
Kişilərin nə demək istədiyini qadınların əksəriyyəti anlayır,
ancaq kişilər çox şeyi başa düşmürlər, bəzən hətta kor kimi
davranırlar. Elə buna görədir ki, onlar həyat yoldaşını
tapmaqda çətinlik çəkirlər. Qadınlara da asan deyil. Amma
qadınların problemi siqnallardan baş açmamaq deyil, öz
şərtlərinə uyğun kişini tapmamaqdır.

Qreyam neyləməli olduğunu yaxşı bilirdi, qadınlar onu


seksual, məzəli, zarafatcıl adlandırır, onun yanında öz
qadınlıqlarını, onun isə kişiliyini hiss etdiklərini deyirdilər.
Bu onun qadınlara daimi diqqətinin və istifadə etdiyi
jestlərin nəticəsi idi. Ancaq kişilər Qreyamı aqressiv, qeyri-
səmimi, özündən savayı kimsəni bəyənməyən bir adam
kimi təsvir edir, onun heç də gülməli olmadığını bildirirdilər.
Bu, Qreyama rəqib gözüylə baxanların təbii reaksiyası idi.
Nəticədə Qreyamın kişi dostu çox az idi. Təəccüblü deyildi,
çünki heç bir kişi onun qadınının diqqətini cəlb edəcək
rəqibin yanında olmağını istəməz.

Bu fəsil Qreyamın özünün istifadə etdiyi və qadınlarda


gördüyü və anladığı jestlərə həsr olunub.

Kişilər qadınların çaldığına oynayır


Qadınla münasibət yaratmaq üçün birinci addımı kimin
atmalı olduğunu soruşsanız, istənilən kişi “Mən!” – deyə
cavab verəcək. Çünki bütün kişilər tanışlıq üçün ilk addımı
onların atdığını düşünürlər. Halbuki müşahidələr
tanışlıqların 90%-də təşəbbüsün qadına məxsus olduğunu
göstərir. Qadının jestləri nəzərə çarpmır, o, bəyəndiyi
kişiyə mesajını çox incə üz, göz, bədən hərəkətləriylə
göndərir. Kişinin bu siqnalları tutmasını və ona cavab
verməsini gözləyir.

....................................................................

Tanışlıqlarının ilkin dövründə kişilər qadınların

çaldığına oynayır.

....................................................................

Doğrudur, barda, klublarda qadına yaşıl işıq


gözləmə­dən yaxınlaşan kişilər var və onların bəzilər
istədiyinə nail olur. Amma statistika belələrinin ilk
addımının əksər hallarda uğursuzluqla nəticələndiyini
göstərir. Səbəb, qadın tərəfdən dəvətin olmamasıdır.
Qadına qəfil yaxınlaşanlar, sadəcə bəxtlərini sınayanlardır.

Kişi qadına yaxınlaşmasının mənasız hərəkət olduğunu


hiss edəndə başqa cür davranmağa başlayır, özünü elə
aparır ki, guya tamam fərqli məsələ barədə danışmaq
niyyəti varmış və “Siz Milli Bankda işləyirsiniz, elə
deyilmi?”, ya da “Siz filankəsin bacısı deyilsizmi?” kimi
suallar verir. Kiminləsə bu yolla tanış olmaq üçün kişi gərək
bir neçə qadına yaxınlaşa və əgər, məsələn, Bred Pit
qədər yaraşıqlı deyilsə, hansısa qadının ona müsbət cavab
verməsi çətin məsələdir.

Qadınla söhbətə nail olan kişi bunu qadın istədiyi üçün,


qadının ona ötürdüyü siqnalları tutduğu üçün eləyə bilir.
Amma ilk addımı özünün atdığını düşünür, çünki əvvəl-axır
o doğrudan da qadına tərəf addımlamalı olur. Beləliklə, eşq
macərasının əsasını qoyan görüşlərin 90%-nin səbəbkarı
qadınlardır. Sadəcə, onlar çox böyük ustalıqla hərəkət
etdiklərindən kişilər təşəbbüsün özlərinə məxsus olduğunu
düşünürlər.
Qadınla kişinin fərqi

Kişilər incə jestlərin mənasını anlamaqda çətinlik


çəkirlər və müşahidələr göstərir ki, onlar səhv etməyə
meyillidirlər, məsələn, dostcasına gülümsəyən qadınla
cinsi marağını göstərən qadını fərqləndirə bilmirlər. Bunun
bir səbəbi var: kişilər dünyaya başqa gözlə baxırlar, onların
gözündə dünya daha seksualdır. Çünki kişi orqanizmində
qadınınkıyla müqayisədə 10-20 dəfə çox testosteron
hormonu var.

....................................................................

Bəzi kişilərə görə qadın “yox” deyirsə, “ola bilər”

demək istəyir, “ola bilər” deyirsə, “hə” demək istəyir,

“hə” deyirsə, o qadın qadın deyil.

....................................................................
Potensial tərəf müqabilini görən qadın əvvəl incə və
aldadıcı jestlər etməyə başlayır: “Bu kişiyə baş qoşmağa
dəyərmi, dəyməzmi?” – deyə yoxlamalar aparır. Görüşün
ilk dəqiqələrində qadın kişini jestlərilə hətta bombalaya
bilər. Kişilər isə çox vaxt belə qadını anlamır, səhv başa
düşürlər. Bir-birinə uyğun gəlməyən, ikimənalı jestlərilə
qadın kişini öz kartını göstərməyə vadar eləməyə çalışır.
Qadınların çoxunun kişini cəlb edə bilməməsinin səbəbi
elə budur, kişilər onları çaşdıran qadına yaxınlaşmırlar.

Cəlb etmə prosesi

İnsanlar da heyvanlar kimidir, qarşı cinslə yaxınlaşmaq


istəyəndə beş mərhələdən ibarət ssenari üzrə hərəkət
edirlər.
Göz-gözə kontakt. Qadın otağa göz gəzdirib xo­şu­na
gələn kişini gözaltı edir. Bu kişinin ona baxacağı anı
gözləyir. Elə ki həmin an gəlir, kişinin baxışlarına cavab
verir, amma cəmi beş saniyəlik cavab! Sonra üzünü başqa
səmtə çevirir. Bundan sonra kişi tez-tez bu qadına
baxmağa başlayır, onun həmin hərəkəti təkrarlayıb-
təkrarlamayacağını bilmək istəyir. Kişinin nə baş verdiyini
anlaması üçün qadın onunla bir üç dəfə belə baxışmalı
olur. Yəni baxışma prosesi bir neçə dəfə təkrarlana bilər və
eşq macəralarının çoxu məhz bu prosesdən başlayır.

Təbəssüm. Qadın kişinin üzünə bir-iki dəfə gü­lümsəyir.


Amma bu təbəssüm çox ötəri olur və yalnız qadınlardan,
daha doğrusu, jestlərdən başı çıxan kişilər yaşıl işığın
yanıb-söndüyünü anlayırlar. Kişilərin çoxu bu jesti
sezmədiyindən qadınlar səhv nəticə çıxarır, kişini
maraqlandırmadıqlarını düşünürlər.

Bəzək-düzək. Qadın dik oturaraq döşlərini irəli verir,


topuqlarını bağlayaraq, ya da ayaqlarını çarpazlayaraq
onları mümkün qədər gözəl göstərməyə çalışır, ayaq üstdə
dayanırsa, ombalarını bir tərəfə tutur, başını yana əyib
boynunu göstərir, altı saniyəyə qədər saçıyla oynayır,
əliylə saçını arxaya, ya da qabağa atır, bəzən dodaqlarını
yalayır, paltarını, qır-qızılını düzəldir, bir sözlə, kişinin
diqqətini çəkmək üçün bəzəndiyini hiss etdirir. Bu jestlərə
cavab verən kişi də şax dayanır, qarnını içəri çəkib,
çiyinlərini dartaraq sinəsini genişləndirir, paltarını
nizamlayır, əlini saçlarına çəkir və baş barmaqlarını
kəmərinə keçirir. Həm kişi, həm də qadın ayaqlarını, ya da
bədənini diqqətini çəkmək istədiyi adama tərəf tutur.

Söhbət. Kişi qadına yaxınlaşır, “Deyəsən sizi haradasa


görmüşəm” kimi xarakterik cümlələr işlədərək “buzları
sındırmağa”, bir az söhbət etməyə çalışır.

Toxunuş. Qadın kişinin “təsadüfən” onun qoluna


toxunmasına şərait yaratmaq üçün fürsət axtarır. Bir az da
“uzağa getmək” istəyənlər əllərə toxunurlar və bu
hərəkətlər mütləq təkrar olunur. Toxunan adam
qarşısındakının bu toxunuşdan narazı qalıb-qalmadığını
yoxlamaq, birinci toxunuşun təsadüfi olmadığını bildirmək
istəyir. Qadın kişinin çiyninə toxunanda, ya da çiynini
yavaşca sığallayanda onda fərqli təəssürat yaranır, sanki
qadın onun sağlamlığının, görünüşünün qeydinə qalır.
Toxunuş pilləsinə adlamağın ən kəsə yolu əl sıxmaq, əl
verməkdir.

Bu beş pillə kiməsə təsadüfi, kiməsə əhəmiyyətsiz


gö­rünə bilər, ancaq münasibətlərin yaranması üçün
olduqca vacibdir. Çoxları, xüsusilə kişilər bu mərhələni
keçməkdə çətinlik çəkirlər. Gəlin ilk pillələrdə edilən
jestləri, gön­dərilən siqnalları nəzərdən keçirək.

Qadınlara məxsus 13 ümumi jest və bu jestlərin


ötürdüyü siqnallar

Bir-birini cəlb etməyə çalışan qadınlarla kişilər çox vaxt


eyni jestlərdən istifadə edirlər: əllərini saçlarına çəkir,
paltarlarını düzəldir, bir, ya da hər iki əllərini bellərinə
qoyur, ayaqlarını bəyəndikləri adama tərəf atır, ona gizli-
gizli baxır, ya da baxışırlar. Bəzi qadınlar baş barmaqlarını
kəmərə keçirir (daha çox kişilərə məxsus jest olsa da,
qadınlarda da müşahidə edilir). Ancaq qadınlar bu jesti
nəzərə çarpmadan edir, yalnız bir əlin baş barmağını ya
kəmərə, ya da çantaya salır, yaxud əli cibə qoyub baş
barmağı bayırda saxlayırlar.

Menstrual dövrün ortalarında (mayalanma ehtimalının


böyük olduğu dövrdə) qadınlar cinsi baxımdan daha fəal
olurlar. Məhz bu günlərində onlar daha gödək paltarlarını,
daha hündür dabanlı ayaqqabılarını geyinir, gəzməyə,
söhbət və rəqs eləməyə həvəs göstərir, meydan
oxuyurmuş kimi hərəkətlər, jestlər edirlər. Kişinin diqqətini
çəkməyə çalışan, ona meyili olduğunu bildirmək istəyən
qadınların ən çox istifadə etdikləri jestlər bunlardır:

Başı dik qaldırıb saçları arxaya atmaq

Kişinin xoşuna gəlmək istəyən və bu istəyini bildirən


qadının hərəkətidir. Bəyəndiyi kişinin yanında olan qadın
çox vaxt birinci bu jesti edir: başını arxaya ataraq saçlarını
üzündən kənarlaşdırır, ya da çiyninin üstündən arxaya
tökür. Hətta qısa saçlı qadınlar bu jestdən istifadə edirlər.
Saçlarını arxaya atan qadın həm də qolunun altını açır,
nəticədə feromon adlanan maddənin – “cinsi ətrin” (qadın,
ya da kişiyə məxsus ətir) yayılmasına səbəb olur.

Saçlarını düzəldən qadın qolunun altındakı

feromonları buraxır və onlar öz işlərini görməyə


başlayırlar.

Nəm, şişkin dodaqları azca aralamaq

Cinsi yetişkənlik dövründə oğlan uşağının üzündə ciddi


dəyişiklik gedir: testosteronun təsiri nəticəsində onun
çənəsi böyüyür, irəli çıxır, burnu yekəlir, alnı genişlənir.
Bütün bunlar əlbəyaxa döyüş zamanı kişinin özünü
qorumasına yardım edir. Qızın isə sümüklərində bir o
qədər dəyişiklik olmur, amma dərisi altındakı piy qatı artır
və onun gənc üzü, xüsusilə də dodaqları əvvəlkindən dolu
görünür. Qızın qalın, şişkin dodaqları ölçüsünə görə
oğlanlarınkından çox fərqlənir, beləliklə, qadınlıq
əlamətinə çevrilir. Bəzi qadınlar bu fərqi göstərmək və
beləliklə kişilərə xoş gəlmək üçün dodaqlarına kollagen
vurdururlar. Axı şişkin dodaqlar gözə daha tez çarpır.

Qadının cinsiyyət dodaqlarının ölçüsüylə üzündəki


dodaqların ölçüsü bir-birinə uyğunlaşaraq dəyişir.
Desmond Morris bu uyğunluğu “özünütəqlid” adlandırır,
onun dediyinə görə qadının dodaqları cinsiyyət
dodaqlarının vəziyyətini göstərir. Cinsi oyanma zamanı
qadının şişib qızarmış dodaqlarını azca araladığını
müşahidə etmək olar. Bu vaxt onun cinsiyyət orqanları,
eləcə də cinsiyyət dodaqları, döşləri də qızarır və şişir,
çünki qanla dolur.

Elə pomada da qadının bu vəziyyətini əks etdirmək


üçün ixtira olunub. Pomadadan ilk dəfə dörd min il əvvəl
Misirdə istifadə etməyə başlayıblar. Qədim Misir qadınları
cinsiyyət orqanlarında baş verən dəyişikliyi – qızartını
üzlərində göstərməyə çalışaraq dodaqlarını qırmızı rəngə
boyayarlarmış. İndi qadınlar kosmetik vasitələrdən
yararlanaraq, ya da sadəcə yalayaraq dodaqlarını həm də
nəmləndirirlər. Yəqin buna görədir ki, qadınların fotolarına
baxan kişilər dodaqlarını qırmızı rəngə boyayan qadınların
daha cazibədar və daha ehtiraslı göründüyünü deyirlər.

Özünə toxunmaq

Əvvəl də qeyd etdiyimiz kimi, bədənimiz bizim gizli


arzularımızı üzə çıxarır. Qadınlar da bəzən özlərinə
toxunaraq arzularını ifadə edirlər.

Qadının dərisində toxunuşu hiss edən sinir ucları –


reseptorlar kişilərlə müqayisədə dəfələrlə çoxdur. Ona
görə də qadınlar toxunuşa daha həssasdırlar. Ombasına,
boynuna-boğazına əl atan, onları kişinin gözləri önündə
sığallayan qadın bir şeyi demək istəyir: “Əlindəki
kart­lardan düzgün istifadə et­sən, bu yerlərə sən də
toxuna bilərsən”. Özünü sığallayan qadın həm də kişinin
ona toxunacağı halda keçirə biləcəyi hissləri təsəvvürünə
gətirməyə çalışır.

Ehtiraslı pozalar
verərkən qadınlar

çox vaxt özlərinə

toxunurlar

Əli biləkdən sallamaq

Əli biləkdən sallamaq yalnız qadınlara, bir də


homoseksuallara məxsus jestdir, itaəti ifadə edir. Quşlar
da onları ovlamaq istəyən yırtıcı quşları yuvadan
uzaqlaşdırmaq üçün qanadlarını sallayır, guya yaralı
olduqlarını göstərirlər. Qadın oturaq vəziyyətdə, ya da
ayaq üstdə dayanaraq əlini biləkdən aşağı sallayanda
kişiyə sanki öz zəifliyini nümayiş etdirmiş olur və kişidə
dominantlıq etmək arzusu yaradır. İşdə bu jest
yolverilməzdir, etimadı azaldır. Belə jestlər edən qadını
işdə ciddi qəbul etməyə bilərlər, amma işdən sonra görüşə
dəvət edənlər olar.

Silindr formasında olan əşyanı sığallamaq


Siqareti, barmaqları, çaxır bakalının nazik hissəsini,
uzun sırğaları və fallik görünüşü olan digər əşyaları
oxşamaq şüuraltı hərəkətdir, qadının beynindən keçənləri
göstərir. Üzüyü barmağa salıb-çıxarmaq da bəzən qadının
cinsi əlaqəyə meyilini ifadə edir. Bu cür jestlər edən qadın
kişidə ona sahib olmaq arzusu yaradır və kişi qadına
məxsus əşyaları, məsələn, qadının alışqanını, açarlarını
götürüb oynatmağa başlayır.

Biləkləri göstərmək

Kişiyə marağı olan qadın biləyinin iç tərəfini – zərif,


yumşaq və hamar dərisini nümayiş etdirməyə başlayır və
maraq artdıqca, biləyin iç tərəfi daha çox görünür.
Ümumiyyətlə, hesab edirlər ki, qadının biləyi onun
bədəninin ən erotik zonalarından biridir, çünki bilək tərəfdə
dəri çox zərif olur.

Bu jestin anadangəlmə olub-olmadığı bilinmir, bəlkə də


qadın bu jesti kimdənsə götürür. İstənilən halda, biləyi
göstərmək şüuraltı hərəkətdir. Qadınlar bəyəndikləri
kişinin qarşısında dayananda həm biləklərini, həm də
əllərini açırlar. Siqaret çəkən qadın üçün bu asandır, o,
siqareti çiyni səviyyəsinə qaldıranda həm biləyi, həm də
ovcunun içi görünür. Homoseksuallar qadınların bu jestini
də təkrarlamaqla qadın kimi zərif görünməyə çalışırlar.

Qadınlar biləyin iç tərəfinə də ətir vururlar, çünki nəbz


dərini tərpədir və ətrin yayılmasına səbəb olur. Əslində
məqsəd diqqəti biləyə çəkməkdir. Qadın əlini kişiyə tərəf
uzadanda ətir kişiyə təsir edir və o, ətir gələn tərəfə
baxanda qadının biləyinin iç tərəfini görür.

Çiyni qaldırmaq və çiynin üstün­dən baxmaq

Çiyni qaldırmaq da özünütəqlid sayılır, çünki çılpaq


çiyinlər qalxanda yumrulanmış döşlərə bənzəyir. Yəni
qadın çiynini qaldıranda sanki döşlərinin vəziyyətini
göstərir. Təsəvvür edin ki, qadın göz qapaqlarını azca
endirib, çiyninin üstündən kişiyə baxır, ancaq kişinin
diqqətini cəlb edənə qədər baxır. Sonra baxışlarını
yayındırır. Amma bu oğrun baxışlar öz işini görür, kişi
qadının ona oğrun-oğrun baxdığını hiss edir.
Qaldırılmış, yupyumru çiyin qadınlığı vurğulayır

Ombaları yırğalamaq

Bətnində uşaq daşımağa və uşaq doğmağa qadir


olduğu üçün qadınların ombaları kişilərinkindən böyük,
ayaqlarının arası kişilərinkindən genişdir. Ona görə də
qadın yeriyəndə istər-istəməz yanlarını yırğalamalı olur.
Bu isə diqqəti onun çanaq hissəsinə çəkir. Kişilər belə
yeriyə bilmirlər. Ona görə də ombaları yırğalamaq cinsi
fərqi göstərən ən güclü jestlərdən biridir. Ombaların
quruluşu qadının həm də kişiyə nisbətən asta yeriməsinə,
sürətlə qaça bilməməsinə səbəb olur. Hətta idmançı
qadınlar da qaçışda kişi idmançılardan geri qalırlar.

Ombaları yırğalayaraq yerimək zərif jestdir, qadınlar bu


jestdən əsrlərdir istifadə edirlər. Hətta bəzi məhsulların və
xidmətlərin reklamında diqqət çəkmək istəyən modellər bu
jestdən yararlanırlar və reklamı görən, gördüyü modelə
bənzəmək arzusunda olan qadın məhsulu əldə etməyə
çalışır.
Yalnız qadınlar yeriyəndə yanlarını yırğalayırlar;

bu yeriş qadınla kişini fərqləndirən cəhətlərdən biridir

Çanağı yana əymək

Tibbə görə sağlam, hamiləliyə və doğuşa hazır olan


qadının belinin diametri çanaq hissəsinin diametrinin 70%-
nə bərabər olmalıdır, yəni ölçü nisbəti 70% olmalıdır. Bu
ölçülərə malik qadınları qum saatına bənzədirlər və tarix
boyu kişiləri belə qadınlar cəlb edib.

Kayli Minouq kişilərin sevdiyi şeyləri cəmləşdirib:


saçları uzun, boynu-boğazı açıqdır, beliylə çanağının ölçü
nisbəti 70%-dir, nəm və şişkin dodaqlarını azca aralayıb,
göz qapaqlarını aşağı endirib, döşlərini irəli verir, bir əlini
özünə toxunduraraq belinə qoyub, çanağını əyərək yumru
yanlarını nümayiş etdirir
Çanaqla belin ölçü nisbəti 80%-i keçəndə kişinin
marağı azalır, 100%-ə çatanda maraq, ümumiyyətlə,
olmur. Rəqəm 70%-dən aşağıdırsa, yenə maraq yarana
bilər. Amma ən ideal ölçü nisbəti 70%-dir. Çanaqla belin
ölçü fərqini göstərməyin ən yaxşı yolu isə dayananda
çanağı azacıq yana əyməkdir.

....................................................................

Ayaq üstdə dayanıb çanağını yana əyən qadın

hamiləliyin və doğuşun öhdəsindən gəlməyə

hazır olduğunu göstərir.

....................................................................

Texas Universitetindən psixologiya üzrə professor


Devendra Sinqx Amerika gözəllik müsabiqəsi
iştirakçılarının və “Playboy”un üz qabığında fotoları çıxan
qadınların fiziki quruluşunu müşahidə edib. 50 illik
tədqiqatdan sonra professor bu nəticəyə gəlib ki, ən çox
diqqət çəkənlər çanağıyla belinin ölçü nisbəti 67-80% olan
qadınlardır. Professor fotolardan istifadə edərək
eksperiment aparıb: çox arıq, çox kök və orta çəkili
qadınların şəkillərini kişilərə paylayıb, xahiş edib ki,
qadınları cazibədarlığına görə qiymətləndirsinlər. Orta
çəkili, beliylə çanağının ölçü nisbəti 70% olan qadınlar
digərlərindən çox səs toplayıblar. Arıq və kök qadınlar
arasında ən incə belliləri müsbət qiymətləndirilib. Beləliklə,
eksperiment nəticəsində mə­lum olub ki, çəkisindən asılı
olmayaraq, beliylə çanağının ölçü nisbəti 70% olan bütün
qadınlar kişiləri cəlb edir. Yəni qum saatı formasına
malikdirsə, hətta kök qadın belə kişi­nin başını ona tərəf
döndərməsinə səbəb ola bilər.

Çantanı yaxına qoymaq

Kişilərin çoxunun qadının çantasının içindən xəbəri


olmur. Müşahidələr göstərir ki, kişilər qadın çantasını
nəinki açmağa, hətta ona toxunmağa qorxurlar. Çünki
çanta qadının şəxsi əşyasıdır, həm də o qədər şəxsidir ki,
sanki qadının bir parçasıdır. Qadınların demək olar ki,
hamısı çantayla özlərinin bir parçası kimi davranır. Ona
görə də qadının öz çantasını kişinin əlinin altına, yaxud
sadəcə, gözünün qabağına qoyması güclü siqnaldır,
qadının kişiyə marağını, onunla yaxın olmaq istəyini ifadə
edir. Kişidən çox xoşu gələn qadın çantasını tumarlamağa
başlayır. Kişiylə yaxınlıq etmək istəyən qadın, “Çantamı
mənə verərsinizmi?”, hətta “Çantamın iç cibində qələm var,
onu çıxarıb mənə verərsinizmi?” kimi xahişlər edə bilər.
Çantasını kişidən uzaq tutan qadın özünün də uzaq
durmaq istəyini bildirir.

Çantasını kişinin

əlinin altına qoyan

qadın həmin kişiyə

meyilini ifadə edir


Dizi maraqlı adama tərəf yönəltmək

Hərdən qadın oturanda bir ayağını qatlayıb o birinin


altına qoyur. Bu zaman qatlanan ayağın dizi qadını cəlb
edən, ona maraqlı görünən adama baxır.

Qadının dizi

onu cəlb edən adamı göstərir.


Bu, rahat oturuşdur, formallığı kənara qoyur, həm də
qadına öz budlarını ötəri də olsa, nümayiş etdirmək fürsəti
verir.

Ayaqqabıyla oynamaq

Ayağın ucunda yellənən ayaqqabı qadının rahat və


arxayın olduğunu göstərir. Ayağı ayaqqabıya salıb
çıxartmaq isə fallik effektli jestdir, ayaqqabının ucundan
çıxan, gizlənən, sonra yenə çıxan barmaq çox seksual
görünür. Bu hərəkət kişiləri çaşdırır. Onlar özləri də nə baş
verdiyini anlamırlar, amma həyəcanlanırlar.

Tapmacanın

cavabı

ayaqqabılardadır
Ayaqları yanaşı aşırmaq

Qadınlar bu jestdən bilərəkdən, diqqəti ayaqlarına


yönəltmək üçün istifadə edirlər: oturanda ayaqlarını bir-
birinin üstünə aşırır və yanaşı saxlayırlar. Albert Şeflen
bildirir ki, bu vəziyyətdə qadının ayaqları bir-birinə sıxılır və
ayaq əzələləri gərilir. Əzələlərin gərilməsi isə,
ümumiyyətlə, qadının cinsi əlaqəyə hazır olduğunu
gös­tərir.

Kişilərin fikrincə bu,


ən cazibədar qadın

oturuşudur

Hərdən qadın kişinin qarşısında oturub ayaqlarını gah


düz saxlayır, gah da aşırır, eyni zamanda əliylə budlarını
sığallayır. Budlarına başqasının da toxunmasını arzulayan
qadınlar belə jestlər edirlər.

Oxuduqlarınıza qayıtmadan deyin,

burda neçə jest görürsünüz?

Kişilər hara baxırlar?

“Kişi niyə yalan danışır, qadın niyə ağlayır?” (“Orion”


nəşriyyatı) kitabımızda kişilərin, eləcə də qadınların qarşı
cinsin bədəninin hansı hissəsinə baxdığını demişdik.
Kişiləri reproduktiv göstəriciləri güclü olan və cinsi əlaqəyə
meyilli görünən qadınlar cəlb edir. Söhbət təkcə boy-
buxundan, əndamdan gedirsə, hər iki tərəf atletik quruluşa
malik olanları xoşlayır. Kişilərə görə atletik görünüş qadının
sağlamlığından xəbər verir, onun nəsil artırmağa hazır
olduğunu göstərir.

Kişiləri daha çox uşağa bənzəyən – gözləri geniş, burnu


balaca, dodaqları və yanaqları ətli qadınlar cəlb edir. Çünki
bu cizgilər kişidə valideynlik, himayədarlıq hissləri yaradır.
Ona görə də plastik əməliyyat aparan tibb mərkəzlərinin
reklamlarında məhz belə qadınların şəkillərindən istifadə
olunur. Qadınlar isə əksinə, yaşlı görünən və deməli, onları
qoruya biləcək kişilərə üstünlük verirlər. Ona görə də
qadınların burnu və çənəsi iri, qaşları cod olan kişilərdən
xoşu gəlir.

....................................................................

Üzdən uşağa bənzəyən qadınlar kişilərə çox güclü təsir


edir.

Kişi hormonları beyinə nüfuz edərək,


qadını qorumaq arzusunun baş qaldırmasına səbəb
olur.

....................................................................

Ancaq kişilərə xoş gəlmək üçün qadının çox gözəl


olmasına bir o qədər ehtiyac yoxdur. Düzdür, zahiri
gözəlliyi qadına üstünlük verir, amma kişini cəlb etmək
istəyən qadının yaxınlığa meyilli olduğunu bildirməsi daha
önəmlidir. Çünki kişilərə qadının fiziki görünüşündən çox,
yaxınlığa meyilliliyi təsir edir. Yəqin buna görə bəzi
qadınlar gözəl olmasalar da, aşiq sarıdan korluq çəkmirlər.
Deməli, kişiləri cəlb etmək istəyən hər bir qadın yaxınlığa
meyilli olduğunu bildirməyin yollarını öyrənə, daha
doğrusu, jestlərdən istifadə etmək qabiliyyətinə yiyələnə
bilər.

Bəzi qadınlar kişilərin qadının xarici görünüşünə,


xüsusilə də yaxınlığa meyilliliyinə üstünlük verdiyini
eşi­dəndə çox təəccüblənirlər, bu yanaşmanın müasir
qadını təhqir etdiyini bildirirlər. “Bəs qadının qayğıkeşliyi,
evdarlığı, ünsiyyət yaratmaq, ya da məsələn, pianino
çalmaq bacarığı?”

Demək olar ki, bütün müşahidələr, son 60 ildə aparılan


araşdırmalar və son 6 min ildə yazılan şeirlər və hekayələr,
rəsm əsərləri göstərir ki, kişini cəlb edən qadının ağlı,
resursları, ya da hansısa başqa keyfiyyətləri deyil, xarici
görünüşü, bədəni və bu bədəniylə davranışıdır. Hətta XXI
əsrin kişisi əcdadlarının istədiyini istəyir, dəyişən yalnız
kriterilərdir, çünki müasir kişi tərəf müqabilini uzun
müddətə seçir.

Bu reallıqdır, qadın əvvəlcə onun daxili aləmindən,


məziyyətlərindən hələ xəbəri olmayan kişini cəlb etməyə
çalışmalıdır. Balıq tutmağa gedən adam tilovun qarmağına
özünün deyil, əlbəttə, balığın xoşuna gələcək yemi qoyur.
Məsələn, siz nə vaxtsa qurd yemisinizmi? Sualın özü belə
iyrəncdir, elə deyilmi? Amma balığın ən çox sevdiyi
yemlərdən biri məhz qurddur.

Gözəl olmaq asan deyil


Çox adam elə bilir ki, potensial tərəf müqabilini cəlb
etmək üçün gözəl olmaq lazımdır. Amma bu, televiziyanın,
media və kinonun yaydığı ideyadır. Onlar gözəlləri standart
kimi göstərir, biz isə tora düşür, bu standarta
uyğunlaşmağa çalışırıq.

Reallıq başqadır. Çox az adam çox gözəl ola bilər və


müşahidələr göstərir ki, əksəriyyət belə gözəllərə şübhə ilə
yanaşır. Tərəf müqabilini seçən adam ağılları başdan alan
gözələ yox, təxminən özü qədər cazibədar olan adama
üstünlük verir. Çünki bu halda seçdiyimiz adamın
yanımızda daha çox qalacağı, daha yaxşı seçim dalınca
qaçmayacağı ehtimalı artır. Bu seçim, bu yanaşma,
deyəsən, anadangəlmədir, çünki körpələr də gözəllərdən
çox adi üzlərə baxırlar.

Kişini cəlb edən bədənin hansı hissəsidir: döşlər,


yanlar, yoxsa ayaqlar?
Söhbət bədənin hissələrindən gedirsə, kişiləri üç qrupa
ayırmaq olar: bəzi kişilər qadının yanlarına, bəziləri
döşlərə, bəziləri isə ayaqlara fikir verir.

Bu bölmədə qadın bədəni və bu bədənin müəyyən


hissələrinin kişilərə təsirindən danışacağıq. Qadının
bədəni daimi və portativ seksual siqnalizasiya sisteminə
bənzəyir. Bu sistem sanki kişinin diqqətini çəkmək, nəslini
artırmağa çağırmaq üçün nəzərdə tutulub və bu prosesdə
qadının döşləri, yanları və ayaqları xüsusi rol oynayır.
Dediklərimiz siyasi baxımdan düzgün olmaya bilər, amma
bioloji baxımdan dəqiqdir.

Yanlar

“Şaftalı kimi yumru və bərk” yanlar kişiləri həmişə cəlb


edir. Yan məsələsində insan başqa primatlardan fərqlənir.
Belə ki, dişi meymunların yanları yalnız cütləşməyə hazır
olanda genişlənir, dik durur. İnsanlarda belə deyil, qadının
yanları həmişə genişdir və qadın cinsi əlaqəyə, demək olar
ki, həmişə hazırdır. Çünki nəsil artırmaq üçün birləşən və
uzunmüddətli münasibətlər quran insanlar tez-tez cinsi
əlaqədə olurlar. Məhz bu münasibətlər nəticəsində insanın
– qadının yanları başqa primatlarınkından fərqli şəkildə
formalaşıb.

İnsan həm də yeganə primatdır ki, cinsi əlaqədə olanda


çox vaxt üz-üzə dayanır, yaxud uzanır... Erkək meymunlar
dişi meymunları arxadan qucaqlayırlar və siqnal gəldiyi
üçün – dişi meymunun qırmızı və şişmiş yanları onun cinsi
əlaqəyə hazır olduğunu göstərdiyi üçün yaxınlaşırlar.
Qadının yanlarının kişini cəlb etməsinin səbəbi elə burdan
gəlir. Qadının arxası kişidə həmişə eyni təəssüratı yaradır,
onun cinsi əlaqəyə hazır olduğunu göstərir.

Qadının yanları daha iki məqsədə xidmət edir: birincisi,


süd verən ana üçün vacib olan piy ehtiyatı yanlara yığılır,
ikincisi, qidalanmadığı günlərdə yağlı yanlar qadının
orqanizmi üçün anbar rolunu oynayır (dəvənin güvənləri
kimi).

Dar cins şalvarlar qadının yanlarını bərk və yumru


göstərdiyinə, vurğuladığına görə populyardır. Hündür
ayaqqabılar isə qadını sağrılarını sağa-sola çəkməyə və
yeriyəndə yırğalanmağa məcbur edir. Kişilər bu yerişə
biganə qala bilmirlər. Deyilənə görə, Merilin Monro sol
ayaqqabısının dabanını həmişə kəsdirirmiş və sol
ayaqqabısı sağdakından 2 sm aşağı olurmuş. Bu, onun
yeriyəndə seksual şəkildə yırğalanmasına imkan verirmiş.
Bəzi dişi böcəklər də erkəyin diqqətini çəkmək istəyəndə
yanlarını yırğalayırlar.

Döşlər

Son vaxtlar döşlərə daha çox fikir verməyə başlayıblar,


hamı elə bil küyə düşüb və döşlərin kiçildilməsi, ya da
böyüdülməsi məqsədilə aparılan kosmetik əməliyyatlar
tibb mərkəzlərinə milyonlarla gəlir gətirməkdədir. Döşlərin
arasındakı yarığı vurğulayan paltarlara da az pul
xərcləmirlər. Axı niyə? Axı bu döşlər böyük tər və süd
vəzilərindən başqa bir şey deyil.

Mən yemək bişirə bilmirəm. Amma nə olsun ki?


Qadının sinəsi əsasən piy toxumasından ibarətdir,
məhz bu toxuma döşlərə dairəvi forma verir, amma südün
ifrazı prosesində iştirak etmir.

Kişilərin gözüylə baxsaq, döşlərin bir məqsədi var, o da


seksual siqnalları ötürməkdir. Əslində döşlər qadının
yanlarını xatırladır, ya da belə deyək, yanları xatırlatmağa
xidmət edir. Məsələ burasındadır ki, keçmişdə, insan da
dörd ayağı üstdə yeriyəndə kişilər qadınların yalnız
arxasını görürdülər, döşlər bir o qədər əhəmiyyətli deyildi.
Meymunlarda indi də belədir, qarşısında dikələn
meymunun erkək, yoxsa dişi olduğunu kimsə deyə bilməz.
Amma insan dik yeriməyə çoxdan başlayıb və qadınlar
döşlərini irəli verməklə həmişə yanlarını təqlid etməyə
çalışıblar.

Maraqlı eksperiment aparılıb. Kişilərə qadın döşlərinin


və qadın yanlarının şəkillərini göstəriblər, baxanların çoxu
şəkillərdəkiləri ayırd edə bilməyib.

Sinəsi açıq paltarlar və döşləri qaldıran lifçiklər döşlərin


arasındakı xətti vurğulamaqla siqnalı bir az da gücləndirir.
Çünki məhz bu xətt kişilərin ağlını başından alır. Cinsi
maraqla bağlı sorğuların hamısı göstərir ki, döşlərin
arasındakı xətt kişilərin ən çox sevdiyi cizgilərdəndir.
Döşün ölçüsünün fərqi yoxdur, istər limon, istərsə də
qarpız boyda olsun, kişilər bütün döşləri sevirlər, təki xətt
görünsün. Kişinin xoşuna gəlməyə çalışan qadın çox vaxt
özündən asılı olmadan irəli əyilir, qollarını bədəninə
yaxınlaşdırıb döşlərinə təzyiq edərək xəttin görünməsinə
şərait yaradır.

Kişilərin ən çox sevdiyi döşlər isə cinsi yetkinliyin


zirvəsində olan gənc qadının (iyirmi yaşa qədər) döşləridir.
Bu cür döşləri striptiz klublarda rəqs edən qadınlarda,
kişilər üçün nəzərdə tutulmuş jurnalların üz qabığında və
reklamlarda tez-tez görmək olar.

ƏVVƏL SONRA

Mona Liza ABŞ-a gələndən iki həftə sonra


Amerikanın Purdyu Universitetinin tədqiqatçıları aşkar
ediblər ki, avtostopla səyahətə çıxan qadın pambıqdan-
filandan istifadə edib döşünü 5 sm böyütsə, ona yaxınlaşan
maşınların sayı iki dəfə artar.

Kimsə qaynayırsa...

İnsanın bədəninin temperaturu normalda 36,6


dərəcə­dir. Amma dərinin temperaturu adamın emosional
vəziy­yətindən asılı olaraq dəyişir. Məsələn, əvvəldə qeyd
etdiyimiz kimi, soyuq və qaraqabaq, təmkinli adamların
dərisi də soyuq olur. Gərginlik yarananda da bu adamlarda
qan qollara və ayaqlara axır, əzələlər döyüşə, ya da
qaçmağa hazır vəziyyətdə olur. Yəni bu cür adamları bütün
mənalarda “soyuq” adlandırmağa haqqımız var. Kimdənsə
xoşu gələn adamın bədənində fərqli dəyişiklik gedir, qan
dərinin səthinə qalxır, nəticədə temperatur artır. Ona görə
də aşiqlərin kiminsə “eşqiylə yanıb-yaxıldığını”,
“ehtirasdan alovlandığını”, “qaynadığını” deyir, ya da buna
bənzər başqa ifadələr işlədirik. Qadınların bədəninin
temperaturunun qalxdığını görmək mümkündür. İsti olan
kimi qadının yanaqları və sinəsi qızarır, ya da sinəsində
qırmızı ləkələr əmələ gəlir.

....................................................................

Kişisizsə, son bölməyə çatanda pulunuzu

boş yerə xərcləmədiyinizi anlayacaqsız.

....................................................................

Uzun ayaqlar

Kişilərin uzun ayaqlı qadınları xoşlamasının bioloji


səbəbi var. Yetkinlik dövründə qızların ayaqları sürətlə
uzanır, çünki onların orqanizmində böyük dəyişikliklər
gedir, hormonlar bədənə nüfuz edərək qızı qadına
çevir­məyə başlayırlar. Ona görə də uzun ayaqlar qızın
cinsi yetişkənliyinin, qadın və ana olmağa hazırlığının
göstəri­cisi sayılır və qarşı cins üçün güclü siqnaldır. Məhz
bu səbəbdən qadının uzun ayaqları kişidə seksual
təəssürat yaradır.

Qadınların hündür dabanlı ayaqqabı geyinməsi


kişi­lərin çoxuna xoş gəlir, çünki belə ayaqqabı ayaqları
daha uzun, pəncələri daha xırda göstərir, qadını çanağını
irəli verməyə, yanlarını sağa-sola dartaraq yırğalana-
yırğalana yeriməyə məcbur edir, nəticədə qadın daha
seksual görünür. Hündür və nazik dabanlı, incə qayışlı
ayaqqabılar bu səbəbdən populyardır.

Ayaqları çox uzun

olduğu üçün modellər və

ulduzlar qeyri-proporsional

bədən quruluşuna malikdirlər

....................................................................
Hündür dabanlı ayaqqabılar ayaqları daha uzun
göstərir,

qadını yanlarını yırğalamağa, döşlərini dik tutmağa


vadar edir.

....................................................................

Mil kimi nazik ayaqları kişilər xoşlamır, onlar xüsusi


forması olan ətli ayaqlara üstünlük verirlər. Çünki kök
ayaqlar cinsi fərqi, həm də qadının laktasiyaya hazır
olduğunu göstərir. Sağlam, atletik ayaqlar kişilərə xoş gəlir,
amma futbolçuya bənzəyən qadına kişilər heç baxmaq da
istəmirlər.
Ell Makferson və Reçel Hanter

kimi modellər qadın jestlərindən məharətlə istifadə


edirlər,

hətta bunu milyonlarla dəyəri olan biznesə çeviriblər

Kişilərə məxsus jestlər və

bu jestlərin ötürdüyü siqnallar

Qadınla yaxınlıq etmək istəyən kişi hər şeydən əvvəl


gücünü, var-dövlətini və statusunu göstərməyə çalışır və
bütün jestlərini buna görə edir. Qadınsızsa, kişi jestləri
haqda bölmə sizi məyus edə bilər. Çünki əvvəla, kişi
jestlərinin əksəriyyəti kişinin cinsiyyət orqanına fokuslanıb,
ikincisi, kişilərin xüsusi jestlərinin sayı çox deyil. Məsələ
burasındadır ki, kişinin xoşuna gəlməyə çalışan qadın
özünə bəzək-düzək verəndə, paltar seçəndə,
kosmetikadan və saysız-hesabsız jestlərdən istifadə
edəndə, kişi avtomobilinin mühərrikini işə salır, lovğa-lovğa
qazandığı pullardan danışır, başqa kişilərə meydan oxuyur
və s. Qadına yaxınlaşmaq üçün edilən jestlərə gəlincə...
kişilərin çoxu çayın qırağında dayanıb balığı iri ağac
parçasıyla vuraraq tutmağa çalışan adam kimidir. Halbuki
qadın həmin balığı sudan çıxarmaq üçün kişinin bilmədiyi
yüz üsuldan, yüz cür tordan istifadə edə bilər.

Əvvəl də qeyd etdiyimiz kimi, kişilərin qadına xüsusi


siqnal göndərmək, yaxud qadının göndərdiyi siqnalları o
dəqiqə qəbul etmək bacarığı yoxdur. Bu oyunun
qaydalarını müəyyən edən, oyunu idarə edən qadınlardır.
Kişilər, sadəcə, gördüklərinə reaksiya verirlər.

Bəzi jurnallar yazır ki, kişilərdə qadına yaxınlaşmaq


bacarığı artıq formalaşmaqdadır, kişilər özlərinə fikir
verməyə başlayıblar, plastik əməliyyatlara gedir, dişlərini
düzəltdirir, dırnaqlarını manikür, hətta pedikür elətdirir,
saçlarını boyayır, əl və üz kremlərindən, kirşandan istifadə
edirlər. “Gillette” şirkəti 2004-cü ildə Birləşmiş Krallıqda
apardığı araşdırma nəticəsində müəyyən etmişdi ki, özünə
ən çox vaxt ayıran kişilər şotlandlardır. Onlar günün
təxminən 16 dəqiqəsini güzgünün qabağında keçirir,
bəzək-düzəklə məşğul olurlar. Amma bu dəyişikliklərin heç
birinin kişilərin qadınların jestlərini anlamaq qabiliyyətinə
dəxli yoxdur, bunlar kişinin özünə vurğunluğunun
artmasının əlamətidir.

....................................................................

Amerikada aparılmış bir araşdırma nəticəsində məlum


olub ki,

qadının öz kişisindən eşitmək istədiyi üç söz

“Mən səni sevirəm” deyil, “Sən xeyli arıqlamısan”


sözləridir.

....................................................................
Erkək heyvanlar kimi kişilər də qadın görəndə özlərinə
əl gəzdirməyə başlayırlar: köynəyin boynunu, qalstuku
düzəldir, çiyinlərindəki xəyali tozları çırpır, saata, ya da
köynəyin qolundakı düymələrə əl atır, əyinlərindəki
pencəyi, yaxud paltonu sahmana salırlar.

Bu kişi də deyəsən

qadın görüb, ya da

görməyə hazırlaşır

Kişilər qadınla münasibətə söhbət


etməklə başlayırlar. Niyə?

Kişilərin çoxu bilir ki, qadınla uzun-uzadı və səmimi


söhbət etimad yaradır. Kişi, ya da qadın öz şəxsi həyatı
barədə detallı danışanda ürəyini açmış olur.
Münasibətlərin başlanğıc dövründə kişilər çox vaxt söhbət
“strategiyasından” istifadə edirlər. Amma elə ki, bal ayı
bitdi, kişi öz stereotipik “qınına” çəkilir, həmişəki kimi az
danışır. Kişilər yalnız fakt, informasiya, ya da problemin
həlli haqda danışmağı sevirlər.

Kişilərin penis maniyası

Kəmərə keçirilmiş barmaqlar qadınla cinsi əlaqədə


olmaq istəyən kişinin marağını birbaşa, həm də ən
aqressiv şəkildə ifadə edir, çünki bu jest diqqəti kişinin
cinsiyyət orqanına yönəldir. Qadın cəlbedicidirsə, kişi
bədənini ona tərəf çevirir, bir ayağı ona tərəf dayanır,
baxışlarıyla onu başdan-ayağa süzür, gözlərini gözlərinə
zilləyir. Divara söykənərək dayanan, ya da oturan kişi
ayaqlarını elə aralayır ki, elə bil penisini nümayiş etdirir.

Babuinlər və bəzi başqa primatlarda erkək öz


dominantlığını göstərmək üçün cinsiyyət orqanından
istifadə edir. Ayaqlarını bacardığı qədər aralayıb, başqa
erkəklərin onun penisinin ölçüsünü görməsinə şərait
yaradır, üstəlik, arabir əl atıb “silahını” nizama salaraq,
sanki “Buranın ağası mənəm” deyir. İnsan da belədir.
Nəzərə çox çarpmasa da, kişilər özlərini göstərmək
istəyəndə cinsiyyət orqanlarını nümayiş etdirən jestlərdən
istifadə edirlər. Həbs qorxusu olmasaydı, bəlkə onlar da
elə babuinlər kimi hərəkət edərdilər.

Yəqin ki, filmlərdə görmüsünüz, XV əsrdə Avropada


kişilər şalvar yox, indiki qadın kalqotkalarına bənzər dar
paltarlar geyinirdilər, nəticədə kişinin cinsiyyət orqanı açıq-
aydın görünürdü (balerinlərinki kimi). Sonralar cinsiyyət
üzvünü qorumaq, örtmək üçün şalvarın ön hissəsinə
bərkidilən xüsusi kisəciklərdən istifadə etməyə başladılar.
Zaman keçdikcə bu kisəciklər penisi qorumaqdan çox
onun ölçüsünü, eləcə də kişinin statusunu göstərməyə
xidmət edirdi. Kisəciyin içinə yumşaq materialdan
hazırlanmış təbəqə əlavə etməklə onu bir az da
böyüdürdülər. Yeni Qvineyadakı tayfaların kişiləri indi də
cinsiyyət üzvlərini açıq-aşkar nümayiş etdirirlər. Qərbdə isə
bunun üçün kişilər dar alt paltarları, nisbətən xırda üzgüçü
tumanları geyinirlər. Bəziləri diqqəti cinsiyyət orqanına
çəkmək üçün şalvarın kəmərindən bir topa açar asır, ya da
kəmərin ucunu aşağı sallayır. Belindən nə isə asan kişinin
“aşağıya” baxmaq üçün bəhanəsi olur və o, istədiyi vaxt
əyilib əlini şalvarının bağına ata bilir.

“Sloggi” geyinən kişi başqa heç nə geyinmir

Qadınlar adam içində olanda əllərini ayaqlarının


arasına aparmağı, qaşınmağı ağıllarına belə gətirmirlər.
Amma kişilər... Kişilərin bu hərəkəti etinasız, həm də
mütəmadi şəkildə təkrarlaması qadınları çox
təəccübləndirir. Eyni jest erkək primatlarda da müşahidə
olunur və insanınkından çox az fərqlənir.
Rəqs edən adamın əllərini kəmərinə keçirməsi,

ya da cinsiyyət orqanından yapışması açıq-aşkar

seksual hərəkətdir

Şalvarın ortasına əl atmaq nə deməkdir?

Bu, kişilərin ən çox istifadə etdiyi jestlərdən biridir,


harda olurlar olsunlar, yeri gəldi-gəlmədi, əllərini şalvarın
bağına atır, cinsiyyət orqanından tutub onun yerini
rahatlayırmış, onu qaydaya salırmış kimi hərəkət edirlər.
Dünyanın hər yerində qadınlar kişilərin bu “ədəbsiz” və
“səbəbsiz” hərəkətindən şikayətçidirlər. Amma bu jestin
səbəbi var: kişilərin cinsiyyət orqanı o qədər böyükdür və
o qədər sıxılır ki, qan dövranının kəsilməməsi üçün ona
daim nəzarət etməli olurlar.

....................................................................

Kişi olmağın ən böyük üstünlüklərindən biri budur:

özünü istədiyin yerdə düzəldə bilərsən, daldalanmağa


ehtiyac yoxdur.

....................................................................

Penisini xüsusi qaba yerləşdirmiş

bu cəngavərin nə demək istədiyini

yəqin ki, baxan kimi anlamaq olar

Bir yerə toplanan gənclərə, xü­susilə kişilənən


gənclərə, məsələn, idmançılara diqqət edin, onların əllərini
cinsiy­yət orqanlarına tez-tez atdığını görərsiniz. Kişilər bu
hərəkəti qeyri-ixtiyari edir, bununla sanki öz kişiliklərini
təsdiqləyirlər. Bir də görürsüz, kişi yenicə penisini
qurdaladığı əliylə bir bakal götürüb, qadına içki təklif edir,
sonra da elə həmin əliylə kiminləsə salamlaşır. Onların bu
hərəkəti qadınları dəli edir!

Bəs qalstuku bir tərəfə çəkməyin


nə mənası var?

Sizə hansı qadının daha çox maraq göstərdiyini bilmək


istəyirsinizsə, çox səliqəli geyinsəniz də, qalstukunuzu
azacıq əyin, elə əyin ki, bir tərəfə baxsın. Ya da
pencəyinizin çiyninə sap-filan ata bilərsiniz. Sizin çox
cazibədar olduğunuzu düşünən qadın özünü saxlaya
bilməyəcək, mütləq əlini atıb çiyninizi təmizləyəcək, hətta
qalstukunuzu düzəldəcək ki, səliqəli görünəsiniz.

Əyri taxılmış qalstuk

sizə marağı olan qadına

sizə toxunmaq fürsəti verir

Kişi bədəni
Qadının başını döndərən nə ola bilər?

Sorğular göstərir ki, qadınların asta və qalın səslə


danışan kişilərdən xoşu gəlir. Səs tonu ilə testosteronun
sə­viyyəsi arasında birbaşa bağlılıq var. Bu bağlılığı
yetkinlik yaşına çatmış oğlanlarda daha yaxşı müşahidə
etmək olur. Oğlanı kişiyə çevirən hormonların bədənə
nüfuz etməsi nəticəsində oğlan uşaqlarının səsi bir gecədə
dəyişə bilər.

Xoşladığı qadının yanında olanda kişilər astadan


danışır, bununla öz kişiliklərini vurğulamış olurlar. Qadın
isə əksinə, qadınlığını göstərməyə çalışaraq zil səslə
danışmağa üstünlük verir.

1960-cı illərdən, feminizm hərəkatı güclənəndən sonra


qadınlar kişilərə məxsus işləri görməyə başladılar. Halbuki
belə işlər üçün daha çox “kişilik hormonu”, ya da “uğur
hormonu” adlandırılan testosteron tələb olunur.
Müşahidələr göstərir ki, feminizmin çiçəkləndiyi, qadınların
dominant olduğu ölkələrdə, məsələn, ABŞ, Birləşmiş
Krallıq, Avstraliya və Yeni Zelandiyada qadınların səsi
qalınlaşmağa başlayıb. Sinələrin tüklənməyəcəyinə ümid
eləmək qalır...

Qadını cəlb edən bədənin hansı hissəsidir: sinə, yanlar,


yoxsa ayaqlar?

Qadınları da kişinin bədəninin hansısa hissəsi


ehtiraslandırır və söhbət bədənin hissələrindən gedirsə,
qadınları da üç qrupa ayırmaq olar: qadınların çoxu (40%)
kişinin yanlarına, bəziləri ayaqlara, bəziləri isə sinəyə və
qollara fikir verir. Bu bölmədə kişi bədəninin fiziki
xüsusiyyətləri haqda danışacaq, hansısa hissələrin qadına
təsirinin sə­bəbini aydınlaşdırmağa çalışacağıq.

Ümumiyyətlə, qadınlar da atletik quruluşlu – çiyinləri


enli, sinəsi və qolları əzələli, yanları möhkəm və bərk olan
kişilərə üstünlük verirlər. Hətta XXI əsrin sorğuları göstərir
ki, qadınlar heyvanla döyüşə biləcək, işğalçılarla
vuruşacaq görünüşə malik kişiləri xoşlayırlar.
....................................................................

Kişi bədəni ov ovlamaq, heyvanı tutmaq və

məhv eləmək, ağır yük daşımaq və bir də hörümçəyi

öldürmək üçün formalaşıb.

....................................................................

Kişilərin bədəninin yuxarı hissəsinin əzələləri


görünəndə qadına xoş gəlir. Amma bodibildinqlə məşğul
olan əzələli kişilərin görünüşü qadınları iyrəndirir. Həm də
belə kişilərin qadının yox,
özünün bədənilə daha çox

maraqlandığı hiss olunur.

Geniş sinə, enli çiyinlər və əzələli qollar

Qadınlardan fərqli olaraq (qadının çiyinləri kiçik, çanağı


böyükdür), kişi bədəninin yuxarı hissəsi enli, aşağı hissəsi
ensiz olur – bədən çiyinlərdən çanağa doğru kiçilir. Çünki
kişi orqanizmi ağır silahı daşımaq, ovu evə qədər sürümək
üçün formalaşıb. Ovunu izləyən, ovun dalınca qaçan
kişinin daha yaxşı nəfəs alması, bədənini oksigenlə daha
yaxşı təmin etməsi üçün daha böyük ciyərlərə ehtiyacı
vardı və bu ciyərləri saxlayan döş qəfəsi daha geniş olmalı
idi. Keçmişdə məhz sinəsi enli kişilər hörmət və hökm
sahibi olurdular. Bəzi vəhşi tayfalarda indi də belədir.

Kiçik və bərk yanlar

Kiçik və bərk yanlar bütün qadınları cəlb edir. Niyə? Bu


sualın cavabını çox vaxt qadınların özləri də bilmirlər.
Əslində girdə və möhkəm yanlar kişi üçün doğrudan da
vacibdir, çünki cinsi əlaqə zamanı onlar penisin hərəkətini
asanlaşdırır və spermaların uğurla boşaldılmasını təmin
edir. Arxadan gonbul kişilər eyni hərəkəti eləməkdə çətinlik
çəkir, istədiklərinə nail olmaq üçün bəzən bütün
bədənlərini işə salmalı olurlar. Nəticədə ağırlıq üstünə
düşdüyündən qadın hətta nəfəs ala bilmir. Ona görə də
girdə yanlar daha uğurlu seks vəd edir.

İnternetdə kişilərin

arxasını nümayiş etdirən

çoxlu saytlar var

Dar çanaq və əzələli ayaqlar

Qadınlara görə ayaqlar kişinin gücünü, dözümlülüyünü


göstərir və kişinin ayaqları qadınları yalnız buna görə cəlb
edir. Kişinin güclü, əzələli ayaqları bütün başqa
primatlarınkından uzundur. Dar çanağı isə ona uzaqlara,
həm də sürətlə qaçmaq imkanı verir (qədimdə ov dalınca
gedəndə bu, onların işinə yarayırdı). Əvvəl də qeyd
etdiyimiz kimi qadınlar kişilər kimi qaça bilmirlər, çünki
onların iri çanaqları buna mane olur. Həm də tarazlığı
qorumaq üçün qadın ayaqlarını bir qədər yana atmalı olur.

Amerikalı neyropsixoloq, professor Devendra Sinqx


aşkar edib ki, qadınları çanağıyla belinin ölçü nisbəti 90%
olan kişilər cəlb edir.

Nəticə

Bu gün bütün dünya tənhalıqdan əziyyət çəkir, tənhalıq


epidemiya halını alıb. Qərb ölkələrinin hamısında evlilik
səviyyəsi son 100 ildə ən aşağı həddə düşüb, 25 il əvvəllə
müqayisədə iki dəfə azalıb. Avstraliyada evlilik yaşında
olanların 28%-i ailə qurmur.

Kişilərin, eləcə də qadınların hər şeydən əvvəl xarici


görünüşə fikir verməsi faktı kimisə ruhdan sala, əlini-
ayağını soyuda bilər. Amma bu faktdan başqa nəticələr də
çıxarmaq olar. Özümüzə fikir vermək, daha cazibədar
olmaq və qarşı cinsi cəlb etmək mümkündür, şans həmişə
var. Olduğu kimi qalmaq istəyənlər üçünsə tanışlıq
agentləri, internet, telefon və sair mövcuddur və “Nyu-York
Times”ın hesablamalarına görə bu yolla tanışlıqların illik
dövriyyəsi 2003-cü ildə 3 milyard dollar olub (bütün
dünyada).

Bir fakt da var: tərəf müqabili tapmaqda kişilər daha çox


çətinlik çəkirlər, ona görə də tanışlıq kurslarına yazılanların
çoxu kişilərdir.

16-cı fəsil

HÜNDÜRLÜK, ƏRAZİ VƏ MÜLKİYYƏT

Nəyinsə, yaxud kiminsə bizə məxsus olduğunu


jestlərimizlə göstəririk

Hər bir adam ona məxsus olan əşyadan, eləcə də


insandan yapışmağı xoşlayır, ya da ona söykənir.
Məsələn, dostunuzun şəklini çəkəndə fikir verin, əgər siz
onu yeni maşını, qayığı, yaxud hər hansı başqa bir
əşyasıyla birlikdə çəkirsinizsə, o, həmin əşyaya söykənir,
ya da ayağını və ya əlini bu əşyanın üstünə qoyur. Çünki
toxunanda mülkiyyət sanki adamın bədəninin bir parçasına
çevrilir və adam ətrafındakılara həmin mülkiyyətin ona
məxsus olduğunu göstərmiş olur. Sevgililər adam içində
olanda əl-ələ tutur, ya da bir-birinin belini qucaqlayır,
yanlarındakı şəxsin onlara aid olduğunu rəqiblərinə də
çatdırmaq istəyirlər. Şirkət sahibləri bəzən ayaqlarını
qaldırıb yazı stolunun üstünə qoyur, ya da ofisin qapısına
söykənərək həmin ofisin və ofisdəki mebellərin onlara
məxsus olduğunu göstərirlər. Qadın ərinin çiyninə əl
gəzdirməklə, ordakı “sapları təmizləməklə” ətrafdakı
qadınlara sanki “Bu kişinin yiyəsi var” deməyə çalışır.

İnsan ona məxsus olanı bədəninə yaxın tutmağa çalışır


Əşya, ya da insan başqasına məxsusdursa, ondan
yapışmağın başqa effekti var. Kimisə qorxutmağa, ya da
dominantlıq etməyə çalışan adamlar başqasına aid olan
əşyanı ondan icazə almadan istifadə edir, bu əşyaya
söykənir, ya da əşyanın üstündə otururlar. Bu, adamı
qorxutmağın və çəkindirməyin ən asan yoludur. Kimsə
bunu açıq-açığına edir, məsələn, başqasının maşınını
sürüb aparır. Kimsə incə jestlər edir, hədə-qorxu gəlmək
istədiyi adamın kreslosunda oturur, ya da onun otağının
qapısına söykənir...

Viktoriya Bekham əlini

Deyvid Bekhamın sinəsinə qoyub,

yəqin ki, bu kişinin ona məxsus

olduğunu demək istəyir


Satış meneceri müştərinin evi­nə gələndə
oturmamışdan əvvəl mütləq, “Harda oturmaq olar?”, ya da
“Bura kimin yeridir?” – deyə sual verməlidir. Çünki ev
sahibinin yerində əyləşmiş adam onu əməlli-başlı narahat
etmiş olar, satış menecerinin isə bu halda bütün planları
alt-üst ola bilər.

Qapıya söykənmək bəzilərinin adətidir. Belələri adamı


elə ilk tanışlıqdan narahat edə bilərlər.

Qapıya söykənməyi

xoşlayan adam

Xoş təəssürat yaratmaq istə­yən bu vərdişindən əl


çəkməli, düz dayanmağı, həm də əllərini açıq saxlayaraq
dayanmağı öy­rən­məlidir. Axı biz görüşdüyümüz adam
haqda ilk dörd dəqiqə ərzində nəticə çıxarırıq, ona ikinci
şans vermirik.
Masanın ona məxsus

olduğunu göstərən adam

Kreslosunun qolu olmayanda (əslində belə kresloları


adətən qonaqlara təklif edirlər) müdir yayxanıb oturaraq
bir, ya da hər iki ayağını masanın üstünə qoya, bununla da
masanın ona məxsus olduğunu göstərə bilər. Amma
özündən yuxarı vəzifəli adam girəndə müdir yəqin ki,
ayaqlarını aşağı salar, daha çox tabelikdə olan işçiyə
məxsus jestlər edər və masanın ona məxsus olduğunu
bildirmək üçün ayağını ya aşağıdakı siyirtmənin üstünə, ya
da sadəcə, masanın ayağına söykəyər.

Maykl Ceksonun uşağını

eyvandan sallaması vaxtilə

böyük qalmaqala səbəb olmuşdu. Sonralar bu


hərəkətinə görə üzr istəməli olan pop ulduzu demişdi ki,
körpəni azarkeşlərə başqa məqsədlə uzadıb, o istəyirmiş
ki, “heyranları uşağın bir anlığa onlara məxsus olduğunu
hiss etsinlər”. Sadəcə, uşaqla

yer arasındakı məsafə

nəzərə alınmamışdı.

Status və təzim

Qarşımızdakının statusundan asılı olaraq bizlər ya


azacıq əyilərək boyumuzu qısaldır, ya da dik duraraq daha
uzun boylu görünməyə çalışırıq. Kral ailəsinin üzvləri
haqda danışanlar “əlahəzrət”, vəzifəlilərdən bəhs edənlər
“yuxarıdakılar” sözündən istifadə edir. Cinayət işlədən,
xoşagəlməz hərəkətlər edən adamları “alçaq” adlandırırıq.
Amma əlbəttə, heç kim “alçaq” olmaq istəməz, heç kim
istəməz ki, ona “yuxarıdan aşağı baxsınlar”. Çoxumuz
“göylə getmək” arzusundayıq və həmişə “yuxarı çıxmağa”,
ya da heç olmasa, “əli yuxarılara çatanlardan” olmağa
çalışırıq. Etiraz aksiyasında çıxış edən liderlər bir qutu da
olsa, tapıb onun üstündən danışırlar ki, hamıdan uca
görünsünlər. Hakim də məhkəmədə hamıdan yuxarıda
oturur. Olimpiya yarışlarında qızıl medal alanlar ən hündür
pillənin üstünə çıxırlar. Penthauslarda yaşayanlar daha
çox səlahiyyətə malikdirlər, nəinki aşağı mərtəbələrdə
qalanlar. Bəzi yerlərdə cəmiyyəti “aşağı təbəqə” və “yuxarı
təbəqə” adlanan siniflərə ayırırlar.

Heç bir əfsanə, ya nağılda hansısa allahın dərə-təpədə,


şoran düzənliklərdə, ya da bataqlıqda yaşadığı deyilmir.
Allahlar ya Olimp dağlarında, ya Valhallada, ya da sadəcə
göylərdə yaşayırlar. Hamı bilir ki, məclisdə söz demək
üçün əvvəlcə ayağa qalxmaq lazımdır, çünki yalnız bu
halda diqqəti çəkmək, nəzarəti ələ almaq olar.

....................................................................

Həddi aşan, lazım olduğundan çox, ya da yüksək səslə

danışan adamı saxlamaq istəyəndə adətən, “Zilə


çıxma”,

deyirik və bu söz bəzən elə bil qurbağa gölünə daş atır.


....................................................................

Qadınlar kral ailəsi üzvləriylə salamlaşanda azacıq


əyilirlər, kişilər isə başlarını əyir, ya da papaqlarını
çıxarırlar – bir sözlə, kral ailəsi üzvünün qarşısında kiçik
görünməyə çalışırlar. Müasir salyut keçmişdən, papağı
çıxararaq kiçik görünmək cəhdindən qalıb. Hərbçi, yaxud
polis salamlaşanda papağını çıxarmaq istəyirmiş kimi
hərəkət edərək əlini alnına aparır və buna “salyut” deyilir.
İndi papaqsız kişilər bəzən əllərini alınlarına toxunduraraq
salamlaşırlar, bu da onlara papağını çıxararaq salamlaşan
əcdadlarından qalıb.

Qarşımızdakına tabe olduğumuzu göstərmək


istəyəndə əyilir, kiçik görünməyə çalışırıq. Statusumuzun
artıq olduğunu hiss edəndə dik durur, mümkün qədər
hündür görünmək istəyirik

Adam qarşısındakını özündən nə qədər artıq bilirsə, bir


o qədər əyilir. Yaponiyada bəzi şirkətlər işçilərə təlim keçir,
müştərilərin qarşısında xüsusi bucaq altında təzim etməyi
öyrədirlər. Qaydalara görə işçi mala, sadəcə, baxıb keçən
müştərinin qabağında 15 dərəcə, malı alan müştərinin
qabağında 45 dərəcə əyilməlidir. Dünyanın demək olar ki,
hər yerində müdiriyyət qarşısında həmişə baş əyən işçiləri
yoldaşları yaltaq adlandırır, ona müxtəlif alçaldıcı ləqəblər
verirlər.

Ucaboy olmağın üstünlükləri

Araşdırmalar göstərir ki, ucaboy adamlar daha çox uğur


qazanır, daha sağlam olur və bəstəboylarla müqayisədə
daha çox yaşayırlar. Yeni Zelandiyadakı Kenterberi
Uni­ver­sitetinin Eksperimental Psixologiya fakültəsinin
rəhbəri Dr. Bryus Ellis aşkar edib ki, hündür kişilər həm də
reproduktiv baxımdan bəstəboylardan bəxtlidirlər. Bunun
səbəbi təkcə boyla testosteronun səviyyəsi arasındakı
bağlılıq deyil. Səbəb həm də qadınların həmişə özlərindən
hündür kişilərə üstünlük verməsidir. Qadına elə gəlir ki, uca
boylu kişi onu daha yaxşı qoruya bilər. Üstəlik, kişinin bu
xüsusiyyəti genlə uşaqlarına da keçir. Kişilər isə əksinə,
balacaboy qadınlara üstünlük verirlər, çünki onların
yanında mütləq hündür görünürlər.

Adam boydan nə qədər balacadırsa, onun sözünü bir o


qədər çox kəsirlər. Bir qadın müştərimiz vardı, kişilərin
çoxluq təşkil etdiyi bir şirkətdə rəhbər vəzifədə çalışırdı.
Boyu 1.55 m olan bu qadın idarə heyətinin iclaslarında
danışanda yoldaşlarının tez-tez onun sözünü kəsdiyini, öz
fikrini, cümləsini nadir hallarda axıra çatdırdığını deyirdi.
Biz onun üçün xüsusi strategiya tapdıq: qadın danışmaq
istəyəndə əvvəl qəhvə masasına yaxınlaşmalı, yerinə
qayıdanda oturmamalı, ayaq üstdə dayanaraq fikrini
deməliydi. Bu sadə fənddən istifadə edəndən sonra
gördüyü reaksiya qadını əməlli-başlı təəccübləndirmişdi.
Əlbəttə, o hər dəfə qəhvə dalınca gedə bilməzdi. Amma bu
qadın bir şeyi anlamışdı: ayağa durmaq, yəni bir qədər
yuxarıdan danışmaq onun nüfuzunu artırırdı.
....................................................................

Ucaboy kişinin bəstəboy qadınla yan-yana yeriməsi

adi haldır. Amma bəstəboy kişi ilə hündür qadın

nadir hallarda yanaşı görünür.

....................................................................

Seminarlarımızda da görürük, menecerlər, yüksək


və­zifələrdə çalışanlar adətən, başqalarından hündür
olurlar. İdarəçilik İnstitutunun köməyilə 2566 menecerin
siyahısını tutduq, onların boylarını və əməkhaqlarını
müqayisə etdik. Məlum oldu ki, qadın, yaxud kişi, fərqi
yoxdur, rəhbər işçinin boyunun şirkətin ümumi
normasından artıq olan hər düymü (2.3 sm) ona 400 funt
artıq gəlir gətirir. ABŞ-da aparılan tədqiqatlar da insanın
boyu ilə maddi vəziyyəti arasında bağlılıq olduğunu
göstərir. “Wall Street”də boyun hər əlavə düymü 340
funtluq gəlir deməkdir. Eyni tendensiya dövlət idarələrində
və universitetlərdə də müşahidə olunub. Halbuki belə
yerlərdə işçini boyuna görə deyil, bilik və bacarığına görə,
həm də bərabərlik prinsipinə əsaslanaraq
qiymətləndirməlidirlər. Amerikada aparılmış daha bir
araşdırma göstərir ki, şirkətlər ucaboylu işçilərə nəinki
üstünlük verir, həm də daha çox pul ödəyirlər. Məsələn,
boyu 1.90 olan işçi boyu 1.85-dən aşağı olan işçidən 12%
çox maaş alır.

Bəzi adamlar ekranda daha hündür görünürlər. Niyə?

Ekranda hündür görünən adamlar siyasətdə daha çox


uğur qazanırlar. Diqqət etsəniz, görərsiniz ki, televizorun
ekranında insanın boyu orta hesabla cəmi 15 sm-dir
(əlbəttə, televizorun ölçüsündən asılı olaraq). Ona görə də
ekranda gördüyümüz adamın boyunun əsl ölçüsünü
müəyyən etmək bizə qalır. Adamın boyu, eləcə də nüfuzu
barədə rəyimiz isə bu adamın yaratdığı təəssüratdan çox
asılıdır. Bəzi aktyorlar, ya da siyasətçilər bəstəboy
olduqları halda ekrandan hündür adam təsiri bağışlaya
bilirlər. Ancaq məsələn, Avstraliyanın keçmiş baş naziri
Con Hovarda vətənində “balaca Conni” ləqəbini
vermişdilər, çünki ekranda o çox yumşaq və sakit
görünürdü. Sorğular nəticəsində məlum olmuşdu ki,
seçicilərin çoxu onun boyunun təxmin 1.67 olduğunu
güman edirmiş (avstraliyalı kişi üçün bu, aşağı rəqəmdir),
halbuki reallıqda Con Hovardın boyu 1.75 idi. Onun
rəqiblərindən olan Bob Houkun boyu 1.70 olduğu halda
elektorat onun 1.85 olduğunu güman edirdi. Çünki Bob
Houk həmişə güclü, təsirli çıxışlarıyla yadda qalırdı.

....................................................................

Güclü çıxış, xüsusi davranış tərzi adamı ekranda

daha hündür göstərir.

....................................................................

Uilsonun 1968-ci ildə apardığı eksperiment nəticəsində


məlum olmuşdu ki, bir adam özünü tələbə kimi tanıdaraq
danışanda tələbələr onu 1.75 hündürlüyündə görür. Amma
professor olduğunu deyib danışanda həmin adam
auditoriyanın gözünə 1.90 ucalığında görünə bilər. Bu o
deməkdir ki, adamın boyu haqda təəssürat həm adamın
davranışından, həm də vəzifə və titulundan asılıdır.

Döşəmədə test

Ucalığın “dadını” bilmək istəyirsinizsə, dostunuzla


birlikdə belə bir test edin. Hündürlük fərqini maksimuma
çatdırmaq üçün yerə uzanın, dostunuz isə başınızın
üstündə dayansın. Ondan xahiş edin ki, sizi bacardığı
qədər yüksək səslə, bacardığı qədər bərk danlasın. Sonra
yerinizi dəyişin – dostunuz uzansın, siz qalxıb dayanın.
Yenə eyni xahişi edin. Ancaq bu dəfə bunun az qala
mümkün olmadığını ikiniz də görəcəksiniz. Dostunuzun
səsi də zəif çıxacaq, özü də zəif görünəcək və bu danlaq
əvvəlki təsiri bağışlamayacaq.
Hündürlüyün mənfi tərəfləri

Təəssüf ki, ucaboy olmaq bəzən heç də yaxşı deyil.


Doğrudur, hündür adama daha çox hörmət qoyurlar, nəinki
bəstəboya, amma bəzən, məsələn, üz-üzə, göz-gözə
danışmaq istəyəndə uca boyu adama əngəl olur.

Britaniyada boyu 2 m olan Filip Heynisi adlı bir nəfər


“Hündür adamların klubu”nu yaradıb. Klubun işi boyu çox
uca olanların gündəlik, sosial və tibbi problemlərinin həllinə
yardım etməkdən ibarətdir. Satış meneceri olan Heynisi
deyir ki, müştərilərinin onun boyundan qorxduqlarını hiss
edirmiş. Hansısa məhsul barədə məlumat verəndə
adamların vahimələndiyini, bu səbəbdən onun dediklərinə
fikir verə bilmədiyini görürmüş. Sonralar Heynisi müştəriylə
oturaraq danışmaq qərarına gəlir və onun bu jesti nəinki
ünsiyyətin asanlaşmasına, həm də satışın 62% artmasına
səbəb olur.

Oturmaq da bəzən statusu qaldıra bilər


Bəzi hallarda, ayağa qalxmaq deyil, əksinə oturmaq
statusu qaldırır, dominantlığa işarə edir. Məsələn, təsəvvür
edin ki, evinizə gələn yad bir adam keçib sizin kreslonuzda
oturur və siz ayaq üstdə dayandığınız halda bu adam
rahat-rahat kresloya yayxanır. Bu hərəkət dominantlığın,
ya da aqressiv münasibətin göstəricisidir. Hər bir adam öz
ərazisinin, xüsusilə də öz evinin ağasıdır, hər bir insan
məhz evində rahat olur, özünü təhlükəsizlikdə hiss edir.
Ona görə də evinə getdiyiniz adamda xoş təəssürat
yaratmaq üçün onunla yumşaq davranmaq, yumşaq
jestlərdən istifadə etmək lazımdır.

Seçicilərin səsini qazanmağın yolları

30 ildir ki, tanınan, xalqın etibarını və etimadını


qazanmaq istəyən adamlarla işləyir, onlara yararlı
məsləhətlər verməyə çalışırıq. Rok ulduzlarından tutmuş
siyasətçilərə, hava xəbərlərinin aparıcılarından tutmuş baş
nazirə qədər müxtəlif statusa malik müştərilərimiz olub. Bir
dəfə iki rəqib siyasətçini eyni teledebata dəvət etmişdilər,
onlar ölkəni idarə etməklə bağlı planları haqda danışmalı
idilər. Namizədlərdən birinin, gəlin onu şərti olaraq A
adlandıraq, boyu 1.75 idi, amma seçicilərin gözünə o, bir
qədər balaca görünürdü, çünki mülayim və sakit
yanaşması vardı. Rəqibinin isə, onu B adlandıraq, boyu
1.90 idi. Seçicilər onu daha hündür təsəvvür edirdilər, çünki
nüfuzlu və hökmlü adam idi. Birinci teledebatdan sonra A
adlandırdığımız namizədin B-yə uduzduğu hiss olunurdu.
A məsləhət üçün bizə müraciət etdi və biz ona bir neçə yol
göstərdik. Məsələn, debat zamanı arxasında dayanacağı
tribunanı kəsdirib, təxminən 10 sm aşağı endirdik ki, onun
çənəsiylə tribunanın qurtaracağı arasındakı məsafə B-nin
çənəsiylə tribunası arasındakı məsafəylə az qala eyni oldu.
Bundan başqa, A-nı çəkəcək operatordan xahiş etdik ki,
kamerasını bir qədər aşağı endirsin, çünki aşağıdan
çəkilən adam daha hündür görünür. A-nın özünə isə
danışarkən, əsas fikirlərini səsləndirərkən düz kameraya
baxmağı məsləhət gördük. Bu jest bütün tamaşaçılarda
eyni təəssüratı yaradır, televizora baxan hər bir seçiciyə
elə gəlir ki, namizəd məhz onunla danışır. Bunlar işə
yaradı. İkinci teledebatdan sonra vəziyyət dəyişdi, A-nın
qalib olduğu hiss edilirdi. Mətbuat A-nın “nüfuzlu və liderə
xas xüsusiyyətlərə malik olduğunu” yazırdı. Seçkilərdə
səslərin çoxunu A topladı və ölkənin liderinə çevrildi. Biz
burdan dərs aldıq, öyrəndik ki, seçiciləri siyasətçinin
dedikləri bir o qədər maraqlandırmır və deyilənlərin çoxu
yaddan çıxıb gedir. Yadda qalan, seçicilərin son qərarına
təsir edən, namizədin yaratdığı təəssüratdır və onlar lider
postuna yaraşdırdıqları adama səs verirlər.

Qəzəbli adamın, məsələn, polisin

könlünü necə almaq olar?

Kimisə qorxutmamaq, ürkütməmək, yaxud acıqlanmış


adamın könlünü almaq üçün bilərəkdən kiçik görünmək
olar. Təsəvvür edin ki, yol hərəkəti qaydalarından birini
pozmusunuz, məsələn, piyadaya yol verməmisiniz, ya da
sürət həddini aşmısınız, yaxud qırmızı işıqda keçmisiniz və
polis sizi saxlayıb. Bu zaman polis əməkdaşı sizə, əlbəttə,
düşmənə yaxınlaşırmış kimi yaxınlaşar. Sürücülərin çoxu
bu halda maşından çıxmır, sadəcə, pəncərəsini endirərək
ya üzrxahlıq edir, ya da günahı boyunlarından atmağa
çalışırlar. Amma bu reaksiyanın mənfi tərəfləri var:

Siz maşından düşmədiyiniz üçün polis əməkdaşı öz


şəxsi məkanını – avtomobilini tərk etməli olur və sizin
məkanınıza – sizin avtomobilinizə yaxınlaşır.

Günahkar olduğunuzu inandığı üçün gətirdiyiniz


bəhanələr polisi qıcıqlandıra, ona hücum təsiri bağışlaya
bilər.

Maşında qalmaqla siz özünüzlə polis əməkdaşı


arasında baryer yaratmış olursunuz.

Polisin mövqeyinin sizinkindən üstün olduğunu


nə­zə­rə alsaq, bu cür davranış vəziyyəti yalnız pisləşdirər
və cərimədən qaça bilməzsiniz. Bəlkə başqa taktikadan
istifadə edəsiz?

Maşını saxlayan kimi düşün (məkanınızı tərk edin) və


polis maşınına (polisin məkanına) tərəf gedin. Belə
etsəniz, siz polis əməkdaşını öz ərazisindən çıxmağa
məcbur etməzsiniz, yəni o, narahat olmaz (Amma bəzi
ölkələrdə, məsələn, ABŞ-da qətiyyən belə eləməyin, bu
hərəkətiniz polisə hücum kimi qiymətləndirilə bilər).

Dik durmayın, polis əməkdaşından hündür görün­məyə


çalışmayın.

Məsuliyyətsiz hərəkət etdiyinizi boynunuza alın və sizin


səhvinizi tutduğuna görə polis əməkdaşına
təşək­kürünüzü bildirin. Polisin işinin çətinliyini, gündə
onlarla sizi kimi sürücüylə danışmağın asan olmadığını
dərk elədiyinizi deyə bilərsiz. Beləliklə, siz öz statusunuzu
aşağı salmış, polisinkini isə bir az da qaldırmış olarsız.

Danışanda əllərinizi açıq vəziyyətdə saxlayın, sakit


səslə müraciət edərək cərimələnmək istəmədiyinizi deyin.
Qadınsızsa və polis əməkdaşı kişi xeylağıdırsa,
bacardığınız qədər gülümsəməyə, kirpik çalmağa, yüksək
və incə səslə danışmağa çalışın. Kişisizsə, ən yaxşısı
cəriməni ödəməkdir.
Cərimələməyin,

lütfən!

Bu cür davranış polis əməkdaşını sakitləşdirir, çünki


sizin təhlükəli olmadığınızı göstərir və onda uşağını
danlayan valideynə məxsus hisslər yaradır. Bu “valideyn”
sizə sadəcə ciddi xəbərdarlıq edərək: “Yolunuza davam
edə bilərsiz”, deməklə kifayətlənə bilər! Oxşar halların
təx­minən yarısında bu üsulla vəziyyətdən çıxmaq
mümkündür.

Qəzəbli müştərini də eyni yolla sakitləşdirmək olar.


Məsələn, aldığı məhsulu qüsurlu olduğu üçün qaytarmağa
çalışan, ya da nəyəsə görə etirazını bildirmək istəyən
müştəriylə sakit davranmaq vacibdir. Hər şeydən əvvəl,
piştaxtanın arxasında dayanan satıcı ordan çıxsa yaxşıdır,
çünki piştaxta müştəriylə onun arasında baryer rolunu
oynayır və müştərini yaxına buraxmamaqla bir az da
qəzəbləndirir. Satıcı çıxıb, bir az da boynubükük
vəziyyətdə (müştəridən hündür olmamaq üçün), əllərini
açıq saxlayaraq danışarsa, çox acıqlı müştərini də
sakitləşdirə bilər.

Bəs məhəbbət?

Polşalı antropoloq Boquslav Pavlovski aşkar edib ki,


qarşılıqlı etimad, hörmət, pul, bunların heç biri ideal
münasibətlər üçün boy fərqi qədər vacib deyil. 2004-cü ildə
apardığı araşdırmalar nəticəsində antropoloq müəyyən
edib ki, kişinin boyu qadınınkından 1.09 dəfə artıq olmalıdır
ki, cütlük özünü xoşbəxt hiss eləsin. Onun fikrincə, bu
düstura uyğun gəlməyən cütlüklərin boşanması ehtimalı
daha çoxdur. Məsələn, Tom Kruzun boyu 1.70, onun
keçmiş xanımı Nikol Kidmanın boyu 1.80-dir. Pavlovskinin
düsturuna uyğun gələn tanınmış cütlüklər:
Şeri Bleyr və Toni Bleyr = 1.10

Viktoriya Bekham və Deyvid Bekham = 1.09

Düstura uyğun gəlməyənlər:

Kamila Parker Bouz və Şahzadə Çarlz = 1.01

Penni Lankaster və Rod Styuart = 1.97

Bəstəboysunuzsa... çıxış yolu var!

Bəstəboysunuzsa, sizi qorxutmağa çalışan hündür


adamları neytrallaşdırmağın yollarını öyrənə bilərsiniz.
Qadınsıza, bəzi şeyləri bilmək sizin üçün xüsusilə vacibdir,
çünki qadınlar kişilərdən orta hesabla 5 sm balaca olurlar.
Görüş üçün sizə uyğun olan, vəziyyəti idarə edə biləcəyiniz
mühiti seçin. Məsələn, stullardan birinin oturacağı o birinə
nisbətən alçaq olsa, həmin stulu ucaboylu həmsöhbətinizə
təklif edə bilərsiniz. Ümumiyyətlə, belə hallarda oturub
danışmaq yaxşıdır, çünki oturanda boy fərqi nəzərə
çarpmır. Yumşaq divanlar isə hətta ən uca boylu adamın
üstünlüyünü əlindən alır. Masanın qarşı tərəfində oturmaq
da bərabərliyə nail olmağın yollarından biridir. Bundan
başqa, ətrafdakılar otursa da, bəstəboy adam, məsələn,
qapıya söykənərək danışa bilər. Kütlə içində danışan,
barda, maşında, yaxud təyyarədə söhbət edən hündür
adamlar boylarının onlara verdiyi üstünlüklərdən yararlana
bilmirlər. Kimsə başınızın üstündə dayanır və çəkilmək
istəmirsə, ayağa qalxın, pəncərəyə tərəf gedin və məsələni
müzakirə etdiyiniz müddətdə ara-sıra pəncərədən bayıra
baxmağa çalışın. Ətrafdakılarda fərqli təəssürat
yaradacaqsız, sizin məsələ barədə dərindən
düşündüyünüzü ehtimal edəcəklər, bundan başqa, uca
boylu adama baxmadığınız üçün o öz üstünlüyünü hiss
edə bilməyəcək. Və nəhayət, unutmayın ki, özünə inanan
və inamlı hərəkət edən adamlar balaca görünmürlər. Bu
strategiyalardan istifadə etsəniz, “başınız uca olar” və sizi
üstələmək istəyənlərə meydan oxuyarsınız.
Nəticə

Boyun münasibətlərə təsiri böyükdür, amma boy da,


nüfuz da çox vaxt təəssüratla bağlı olur. Bəstəboy adam
elə jestlər edə bilər, elə geyinər ki, bütün gözlər yalnız ona
baxar, yaddaşlarda qalan yalnız o olar. Məsələn, bəstəboy
kişi tünd rəngli, zolaqlı kostyum geyinə, iri şüşəli saat taxa
bilər (saat nə qədər iri olarsa, sahibi bir o qədər nüfuzlu
görünər). Qadınlara da tünd və zolaqlı şalvar geyinməyi,
kosmetikadan istifadə edərkən sakit tonlu rənglərə
üstünlük verməyi məsləhət görürük. Düz durmaq, dik
yerimək, dik oturmaq lazımdır. Bütün bunlar adamın özünə
inamını göstərir. Səbəb və nəticə qanununa əsasən bu
jestlərdən istifadə edən adam doğrudan da özünə
inanmağa başlayır.

17-ci fəsil

YERİMİZİ BİLƏK

HARDA OTURSAQ YAXŞIDIR? NİYƏ?


“Özünüzü evinizdəki kimi hiss edin və

hər şeyi olduğu kimi danışın!”

Ətrafdakılarla əməkdaşlığa, qarşılıqlı anlaşmaya nail


olmaq istəyirsinizsə, oturduğunuz yeri seçəndə diqqətli
olun, yerin əhəmiyyəti böyükdür. Qarşınızdakıların
oturduğu yer də onların sizə münasibətini göstərə bilər.

1970, 1980 və 1990-cı illərdə seminar iştirakçıları


arasında apardığımız sorğular nəticəsində maraqlı
məlumatlar əldə etmişik. Respondentlər ünsiyyət üçün
hansı yerin daha yararlı olduğunu, özlərini masanın hansı
tərəfində necə hiss etdiklərini bildirməklə yanaşı,
həmsöhbətlərinin yeri barədə təəssüratlarını bölüşüblər.
Oturmaq üçün seçdiyimiz yerlə bağlı ilk böyük araşdırmanı
Kaliforniya Universitetinin psixoloqu Robert Sommer
aparıb. Sommer uşaqların və tələbələrin ictimai yerlərdə,
məsələn, bar və restoranlarda oturduğu yerləri analiz edib
və biz onun analizlərindən iş mühitində, danışıqlarda
istifadə edərək müəyyən nəticələrə gəlməyə çalışmışıq.
Mədəniyyətlər arasındakı fərqlərə və insanlar arasındakı
münasibətlərə baxmayaraq, bəzi qanunauyğunluqları
müəyyən etmişik və əldə etdiyimiz nəticələrin sizin işinizə
yarayacağına inanırıq.

Vermon Universitetindən Mark Knapp “Qarşılıqlı


münasibətlər, sözsüz ünsiyyət” kitabında yazır ki, masa
arxasında seçdiyimiz yerin əhəmiyyətiylə bağlı ümumi
düstur olsa da, mühiti nəzərə almaq vacibdir, çünki mühit
adamın oturduğu yeri seçməsinə çox təsir edir. Orta
təbəqədən olan adamları müşahidə edərkən məlum olub
ki, onların ictimai barlarda oturduğu – seçdiyi yer, yüksək
səviyyəli restoranlarda seçdiyi yerdən fərqli ola bilər.
Stulların istiqaməti və masalar arasındakı məsafə də
seçimə təsir edir. Məsələn, bir-birinə çox yaxın olan cütlük
harda olur olsun, yanaşı oturmağa çalışır. Amma müştərisi
çox və masaları bir-birinə yaxın olan yeməkxanalarda
cütlüklər üzbəüz otururlar.

Bu fəsildə işdə, yaxud ictimai yerlərdə müxtəlif


şərait­lərdə seçdiyimiz, daha çox üstünlük verdiyimiz yerlər
– mövqelər haqda danışacağıq.
Eksperiment aparaq

Təsəvvür edin ki, düzbucaqlı masanın arxasında


oturmalısınız. Sizi B, sizinlə oturacaq adamı isə şərti olaraq
A adlandıraq. Şəraitdən asılı olaraq, masanın hansı
tərəfində oturacağınızı müəyyən etməyə çalışın. Təsəvvür
edin ki:

İşə götürmək istədiyiniz adamla danışmalı, bir qə­dər


səmimi, dostyana söhbət etməlisiniz.

Krossvordu həll etməyə çalışan adama kömək


elə­məyə hazırlaşırsınız.

Kiminləsə şahmat oynamaq istəyirsiniz.

İctimai kitabxanadasınız və istəmirsiz ki, kimsə sizə


mane olsun.
Şəklə baxın və yerinizi seçin.

Oturmaq üçün

əsas yerlər

Cavablar təxminən belə ola bilər:

Yəqin ki, B1-in yerində oturmağa üstünlük verər­siz,


yəni küncü seçərsiz. Çünki bu halda işə götürmək
istədiyiniz A-nın üzünü daha yaxşı görər, onu rahat sorğu-
sual edə bilərsiz. B3-ün yerində olmaq istəməzsiz, çünki
ordan danışanda A-ya rəqib gözüylə baxan, aqressiv adam
təsiri bağışlayarsız. B2-nin də yeri yaxşı deyil, bu yerdə
yalnız A-ya çox yaxın olan adam oturar.
B2-nin yeri sizin üçün daha əlverişli ola bilər.
Krossvordu birlikdə həll eləmək, bir-birinə yardım etmək,
qarşılıqlı anlaşmaya nail olmaq istəyənlər adətən belə
yanaşı otururlar. Bu, yoldaşların mövqeyidir.

Seçdiyiniz yəqin ki, B3-ün yeridir. Şahmat oynamaq


istəyənlər, rəqiblər və müdafiə olunmağa çalışanlar qarşı-
qarşıya otururlar ki, bir-birinin üzünü və hərəkətlərini aydın
görə bilsinlər.

B4-ün yeri, yəni diaqonalın o biri tərəfi sizin üçün


idealdır, kimsəyə qarışmadığınızı bildirərək müstəqil
mövqe tutmuş olarsız.

Künc (B1)

Küncü adətən qeyri-rəsmi, dostyana söhbət edənlər


seçirlər. Göz-gözə kontakt üçün bu yer çox əlverişlidir,
danışana müxtəlif jestlərdən istifadə etmək, eyni zamanda
qarşısındakının jestlərini müşahidə etmək imkanı verir.
Stolun küncü yarımbaryer rolunu oynayır və tərəflərdən biri
narahat olursa, bu yarımbaryer işə yarayır. Bundan əlavə,
küncdə oturanların sanki stolu bölmək iddiası olmur. A
auditoriya rolunu oynayarsa, küncün o biri tərəfində oturan
B öz ideyalarını, fikirlərini ona uğurla çatdır bilər. Başqa
yerdə otursanız belə, stulunuzu B1-in yerinə çəkməklə siz
gərginliyi aradan qaldıra, söhbəti yüngülləşdirə, daha yaxşı
nəticələrə nail ola bilərsiniz.

Künc

Yoldaşların mövqeyi (B2)


Eyni fikirdə olan və ya eyni tapşırıq üzərində çalışan
adamlar – yoldaşlar adətən masanın bir tərəfində və
yanaşı otururlar. Müşahidələrimiz zamanı görürük ki, birgə
iş üzərində işləyənlərin 55%-i ya intuitiv olaraq, ya da
bilərəkdən bu mövqeyi seçir.

Yoldaşların mövqeyi

Həmsöhbətinizi layihənizlə tanış etməyə və layihənizi


bəyəndirməyə çalışırsınızsa, bu yer idealdır, çünki göz-
gözə kontakt və danışanların bir-birini təqlid etməsi üçün
əlverişlidir. Həm də B belə yerdə oturanda A-ya yaxın olsa
da, onu narahat etmir, A-ya onun şəxsi məkanına müdaxilə
edən adam təsiri bağışlamır. Bu yer B-yə həm də söhbətə
üçüncü tərəfi qoşmaq imkanı verir. Məsələn, tutaq ki, satış
meneceri (B) müştəriylə (A) söhbətə texniki məsələlər üzrə
eksperti də (C) qoşmaq istəyir. Müştərini ekspertlə tanış
etmək istəyən menecerin əlverişli mövqeyi söhbətin
gedişinə müsbət təsir edə bilər. B1, ya da B2-nin yerində
oturmuş satış meneceri bütün hallarda müştəriyə yaxın
olur və ekspertə sual verərkən müştərinin tərəfində
dayanan, onun mənafeyini güdən adam təəssüratı yaradır.

Üçüncü tərəfi

söhbətə qoşarkən

Rəqiblər və müdafiə olunmağa

çalışanlar (B3)
Bir-birinə qarşı olan, həm də bir-birindən müdafiə
olunmağa çalışan rəqiblər masanın qarşı tərəflərində, üz-
üzə otururlar. Belə oturuş hətta nisbətən yumşaq atmosferi
dəyişir, möhkəm baryer rolunu oynayan masanın arada
dayanması tərəflərə elə təsir edir ki, onlar çox vaxt öz
fikirlərindən dönmək istəmirlər.

Rəqiblərin/müdafiə olunmağa çalışanların mövqeyi

İşdə respondentlərin 56%-i bu mövqeyin rəqiblərə


məxsus olduğunu deyib, restoran kimi ictimai yerlərdə isə
respondentlərin 35%-i yoldaşların, cütlüklərin bu cür
oturduğunu bildirib. Restoranda görüşənlər həmişə üz-üzə
otururlar, elə ofisiantlar da görüşə gələnləri üz-üzə
yerləşdirirlər. Bu oturuş göz-gözə kontakt üçün əlverişlidir,
həm də cinsi fərqi xüsusi incəliklə vurğulayır.
İşdə isə rəqiblər, ya da işçi ilə müdir (xüsusilə müdir
işçisini danlayarkən, töhmətləndirərkən) qarşı-qarşıya
oturur. Öz məkanında (otağında) olanda müdir işçisiylə
subardinasiyanı qorumaq üçün ona çox vaxt qarşısındakı
yeri təklif edir.

İşçilər bəzi müdirləri heç sevmirlər. Niyə?

İşdə qarşı-qarşıya oturanlar çox vaxt kəsə danışır,


sonra sual verəndə söhbətin təfərrüatlarını xatırlamırlar.
Üstəlik, belə oturanlar mübahisəyə meyilli olurlar.

A.G.Uayt xəstəxanada, həkimlərin otaqlarında


eksperiment aparıb. Nəticələr göstərib ki, həkimin
qarşısındakı masa xəstələrin vəziyyətinə təsir edir.
Həkimin masa arxasında oturduğu otaqlardan çıxan
pasiyentlərin cəmi 10%-i rahat olduğunu bildirib. Otağında
masası olmayan həkimin yanından gələnlərin 55%-i sakit
olduğunu deyib. 1990-cı ildə keçirdiyimiz sorğularda biz
244 yüksək vəzifəli, 127 orta və kiçik vəzifəli menecerdən
arzuladığı otağın eskizini çəkməsini istədik. Eskizlərdə
menecerlər yeni binaya köçəcəkləri halda öz otaqlarına
yerləşdirəcəkləri mebellərin yerini göstərməli idilər. Yuxarı
vəzifəli menecerlərin 76%-i (184 nəfər) cızma-qaralarında
işçiylə özünün arasında masa təsvir etmişdi. Aşağı vəzifəli
menecerlərin isə 50%-i (64 nəfər) belə layihə hazırlamışdı.
İşçilərlə özünün arasına masa yerləşdirən kişi
menecerlərin sayı qadınlardan iki dəfə çox idi.

Maraqlıdır ki, sorğularda iştirak edən işçilər masadan


baryer kimi istifadə etməyən menecerləri tərifləyirdilər,
onların tabeliyində olanları dinləməyə, həm də tənqid
eləmədən dinləməyə hazır olduqlarını, işçilərlə ədalətli
davrandıqlarını, hansısa işçiyə üstünlük vermədiklərini
deyirdilər.

....................................................................

Qarşı-qarşıya oturuş işdə gərginlik yaradır.

....................................................................
B A-nı inandırmağa çalışırsa, qarşı-qarşıya oturmağın
ona yalnız zərəri ola bilər (əgər bu, B-nin planının,
əvvəldən düşünüb-daşındığı strategiyanın bir hissəsi
deyilsə). Məsələn, əgər A B-nin müdiridirsə və onu
danlamağa hazırlaşırsa, belə oturuş B-nin vəziyyətini bir az
da ağırlaşdırar. Amma əgər B, A-nın özünü üstün
bilməsini, özünü ondan artıq hiss etməsini istəyirsə,
bilərəkdən qarşı-qarşıya otura bilər.

Harda çalışırsız çalışın, əgər işiniz işçilərlədirsə, onların


fikrini bilməli və anlamalısınızsa və deməli, onların sizinlə
ünsiyyətdə, həm də rahat ünsiyyətdə olmasını təmin
etməlisinizsə, qarşı-qarşıya oturmaqdan çəkinin.
Rəqiblərin/müdafiə olunmağa çalışanların deyil,
yoldaşların mövqeyini, ya da küncü seçsəniz, daha səmimi
ünsiyyətə, əməkdaşlığa nail olarsınız. Qarşı-qarşıya
oturanların söhbəti qısa və konkret olur.

Müstəqil mövqe (B4)


Kimsəylə danışmaq, ünsiyyətə girmək istəməyən
adamlar müstəqil mövqe tuturlar. Adətən kitabxanalarda,
parklardakı skamyalarda və ya restoranlarda bir-birinə yad
olan adamlar belə yerlərdə oturur, bununla bir-birindən
uzaq durmaq istədiklərini, kiminsə fikrini dinləmək
niyyətində olmadıqlarını bildirirlər. Sorğu zamanı
respondentlərin 42%-i deyib ki, diaqonalın o biri başında
oturan adam ətrafa marağı olmadığını, laqeydliyini,
bəzilərinin sözlərinə görə düşmən münasibətini ifadə edir.
Açıq danışmaq, hansısa məsələni açıq şəkildə müzakirə
etmək istəyirsinizsə, belə yerdə oturmayın.

Müstəqil mövqe sizin söhbətə qarışmaq niyyətində

olmadığınızı bildirir
Məsələ dediyiniz sözdə deyil,

oturduğunuz yerdədir

Bir az əvvəl qeyd etdiyimiz kimi, düzbucaqlı masalar


tərəflər arasında rəqiblərə xas münasibət yaradır, çünki
qarşı-qarşıya oturanlar üçün masa sanki iki bərabər
hissəyə bölünür və hər tərəfin özünəməxsus sahəsi olur.
Bu da oturanlara məsələylə bağlı müəyyən mövqe tutmaq,
göz-gözə ünsiyyət yaratmaq imkanı verir. Kvadrat masalar
qısa və konkret söhbətlər, eləcə də işçiylə müdir
arasındakı məsafənin qorunması, ya da belə bir məsafənin
yaradılması üçün idealdır.

Kvadrat masanın

arxasında oturanların

hər biri həm künc,


həm də rəqiblərə/müdafiə olunanlara xas mövqe
tutumuş olur

Əməkdaşlıq etməyə çalışanlar adətən yanımızda


otururlar və adamın sağ tərəfində oturanlar yardım etməyə
daha meyilli olurlar, nəinki sol tərəfdəkilər. Sağ tərəfdəki
adam həm də daha təhlükəsiz tərəf sayılır, çünki belə
deyək, solundakına zərbə vurmaq onun üçün çətindir, axı
çox adam sol əliylə kəskin hərəkət edə bilmir. Ona görə də
tarixən insanlar sağda oturanlara daha çox etibar ediblər.
Kiminsə etimadını qazanan adamı “onun sağ əli”
adlandırıblar və bu “sağ əl”in nüfuzu həmişə sol tərəfdə
oturanlarınkından çox olub.

Kral Arturun konsepsiyası

Kral Artur cəngavərlərinin status və səlahiyyətlərini


bərabərləşdirmək məqsədiylə dəyirmi masadan istifadə
edirdi. Çünki dəyirmi masa ətrafında oturanların hər birinin
sahəsi o birininkiylə eyni olur və bu eynilik oturanları
bərabərləşdirir, istənilən məsələnin müzakirəsi üçün ideal
atmosfer yaradır. Dairə bütün dünyada güc və birliyin
rəmzinə çevrilib və dairə ətrafında əyləşənlərdə bu rəmzə
uyğun hisslər yaranır. Amma kral Arturun da bilmədiyi bir
məsələ var: dəyirmi masa ətrafındakılardan birinin statusu
o birilərinkindən artıq olanda güc bərabər paylanmır. Kral
təbii ki, ətrafındakıların hamısından çox nüfuz və
hakimiyyətə malik idi və deməli, kralın yanında oturanlar,
xüsusilə sağında əyləşən adam ikinci böyük nüfuz
sahibiydi. Beləliklə, hər bir cəngavərin nüfuzunu onunla
kral arasındakı məsafəyə görə müəyyən etmək olardı.

Dəyirmi masa

arxasında oturan

yüksək status sahibi

bərabərlik prinsipinin üstündən xətt çəkir


Kral və onun qarşısında oturan cəngavər istər-istəməz
rəqiblərə/müdafiə olunmağa çalışanlara xas mövqe tutmuş
olurdu və qarşıdakı cəngavər kral üçün problemə çevrilə
bilərdi. Respondentlərin 68%-i dəyirmi masa arxasında da
onların qarşısında oturan adamın mübahisəyə meyilli,
rəqib təsiri bağışladığını deyiblər. Respondentlərin 56%-i
bildirib ki, ictimai yerlərdə, məsələn, kitabxanada məsələyə
marağı olmadığını, laqeydliyini bildirən adam qarşı tərəfdə
otura bilər. Adamın düz yanında oturanlar, respondentlərin
71%-nin fikrincə, ya dostcasına söhbət etmək istəyənlər,
ya da əməkdaşlıq niyyətində olanlardır.

Bugünkü idarəçilərin, menecerlərin otaqlarındakı


masalar çox vaxt düzbucaqlı, kvadrat, ya da dəyirmi olur.
İş üçün nəzərdə tutulmuş düzbucaqlı masalardan əsasən
biznes fəaliyyəti, qısa söhbətlər, işçilərlə töhmət xarakterli
danışıqlar və sair üçün istifadə olunur. Ətrafında çox vaxt
alçaq və yumşaq oturacaqları olan dəyirmi masaları
adətən qəhvə içmək, yüngül söhbətlər eləmək üçün
istifadə edirlər. Belə masa ətrafında kimisə dilə tutmaq,
yola gətirmək, nəyəsə inandırmaq olar. Demokrat olmağa
çalışan, dominantlıq eləməyə can atmayan valideynlərin
evində də dəyirmi masalar görmək olar. Kvadrat
masalardan yeməkxanalarda daha çox istifadə edirlər.

Eyni vaxtda iki adamla danışırıqsa...

Təsəvvür edin ki, siz – C iki nəfərlə – A və B ilə


danışmağa hazırlaşırsınız və hamınız dəyirmi masa
ətrafında bir üçbucaq formalaşdıraraq oturmusuz. A
danışqandır və çox sual verir, B isə sakitdir. Siz hər dəfə
A-ya cavab verməyinizlə bərabər, B-ni də söhbətdən
uzaqlaşdırmaq, onun özünü kənarda hiss etməsinə şərait
yaratmaq istəmirsiniz. Bunun üçün neyləmək olar? Çox
sadə, amma təsirli texnikadan istifadə edə bilərsiniz. A-nın
sualına cavab verməyə başlayanda başınızı əvvəl A-ya,
sonra B-yə, daha sonra yenə A-ya və təkrar yenə B-yə
tərəf döndərib danışın. Son cümlənizi səsləndirəndə,
fikrinizi bitirəndə isə A-ya baxın, çünki onun sualına cavab
verirsiniz.
Suala cavab verərkən

hər iki tərəfə baxmaq,

hər iki tərəfi söhbətə

qoşmaq vacibdir

Bu üsul B-yə müsbət təsir göstərir, o, söhbətdən


kənar­da qalmadığını hiss edir. B-nin sizin tərəfinizdə
olmağını istəyirsinizsə, bu, xüsusilə vacibdir.

Düzbucaqlı iclas stolları

Deyəsən bütün mədəniyyətlərdə belədir: düzbucaqlı


masanın ətrafında oturanların hamısı eyni statusa malik
olsalar belə, A-nın yerində oturan adam daha böyük nüfuz
sahibinə çevrilir. Toplantılarda da A-nın yerində oturan
adam, əlbəttə, arxası qapıya deyilsə, başçı təsiri
bağışlayır.

Düzbucaqlı masa ətrafındakı nüfuz sahibləri

A-nın arxası qapıyadırsa, bu masanın başında oturan


və deməli, ən böyük nüfuza sahib olan B-dir (B eyni
zamanda A-nın rəqibi ola bilər). Strodbek və Hukun masa
arxasında əyləşənlərlə apardığı təcrübələr göstərir ki,
daha çox başda oturan adamı, xüsusilə yuxarı təbəqədən
olanları lider seçirlər. Masanın başı A-nındırsa, ikinci böyük
nüfuz sahibi B, üçüncü D, dördüncü C-dir. A və B əsasən
tapşırıqla, məsələnin həlli ilə məşğul olanların yeridir. D isə
çox vaxt emosional liderin, məsələn, qrup üzvlərinin
münasibətlərinə görə narahat olan və müzakirədə hər
kəsin iştirakını təmin etməyə çalışan adamın, çox vaxt
qadının yeri olur.

Bu informasiya sizə, məsələn, toplantılarda hakimiyyət


uğrunda gedən oyunlara nəzarət etmək imkanı verər.
İştirakçıların yerini əvvəldən müəyyən etmək fürsətiniz
varsa, yerləri bu nəzəriyyəyə uyğun olaraq nişanlaya, yəni
istədiyiniz adamın adını istədiyiniz yerə qoya, bununla da
görüşü, iclası və sairi qismən idarə edə bilərsiz.

Sevimli şagird müəllimin

solunda oturur

Oreqon Universitetinin tədqiqatçıları müəyyən ediblər


ki, adam sağ gözünün gördüyü sahədən üç dəfə çox
məlumat alır, nəinki sol gözünün gördüyü sahədən. Bu o
deməkdir ki, ətrafdakılarla danışanda, informasiyanı
ətrafdakılara çatdırmaq istəyəndə biz özümüzə rahat olan
sahəni seçirik və bu sahə daha yaxşı gördüyümüz tərəfdə
– sol tərəfdə olur.
....................................................................

Tədqiqatlar göstərir ki, prezentasiya üçün

uyğun tərəf, sol tərəfdir.

....................................................................

Ontariodakı Təhsillə bağlı Araşdırmalar İnstitutundan


olan Dr. Con Kerşner müəllimləri müşahidə edərək, onların
15 dəqiqə ərzində hər 30 saniyədən bir baxdığı istiqaməti
tapmağa çalışıb. Kerşnerin dediyinə görə, müəllimlər
sağdakı şagirdlərə az qala məhəl qoymurlar, vaxtın 44%-
ni irəli, 39%-ni sola, cəmi 17%-ni sağa baxmaqla keçirirlər.
Kerşen aşkar edib ki, sağda oturan şagirdlərlə müqayisədə
solda oturanlar yazı və tələffüzlə bağlı testlərdə daha yaxşı
nəticələr göstərir, həm də müəllimlər solda oturanlara daha
az irad tuturlar, nəinki sağdakılara. Bizim tədqiqatlarımız
göstərir ki, satış menecerləri müştərinin qarşısında, eyni
zamanda solda oturarkən daha çox məhsul satırlar. Odur
ki, uşaqlarınızı məktəbə göndərəndə onlara müəllimin
solunda, böyüyəndə, toplantılara gedəndə isə müdirin sağ
tərəfində (daha çox səlahiyyət sahibi olan adamın yerində)
oturmağı tövsiyə edin.

Evdəki masalar

Yemək otağındakı masanın forması ailə barədə, ailə


üzvlərinin evdəki nüfuzu haqda məlumat mənbəyi ola bilər.
Çünki yemək otağı üçün masa adətən bir qədər götür-qoy
ediləndən sonra alınır. “Açıq” ailələr dəyirmi masaya
üstünlük verirlər. “Qapalı” ailələr kvadrat, “avtoritar” ailələr
düzbucaqlı masadan istifadə edirlər.

Gələn dəfə qonaqlıq verəndə təcrübə aparın: ən


utancaq, daxilən həmişə gərgin olan qonağınızı stolun
başına – qapıdan maksimum uzaq, arxası divara olan yerə
keçirin. Bu yerin adama, eləcə də ətrafdakıların bu adama
münasibətinə necə təsir etdiyini özünüz görəcəksiniz.
Bayaqdan utancaq görünən qonağınız indi daha çox, həm
də özünə inamlı şəkildə danışmağa başlayacaq, digər
qonaqlarınız isə ona daha artıq diqqət edəcəklər.

Auditoriyanı ağlatmağın yolu

İnsan davranışları haqda informasiyalardan ibarət illik


cədvəl – “Siyahılar kitabı” göstərir ki, ən çox qorxduğumuz
şey kütlə qarşısında çıxış eləməkdir. Hətta ölüm qorxusu
siyahıda xeyli aşağıda, 7-ci yerdə durur. Belə çıxır ki, dəfn
mərasimindəki adam mədhiyyə oxumaqdansa tabutun
içində olmaq istəyər?

Nə vaxtsa çıxış etməli olsanız, auditoriyanın sizin


dediklərinizi necə qəbul edəcəyini, necə qavrayacağını
təxmini də olsa, bilməlisiniz. Eləcə də bəzi şeyləri yadda
saxlamaq lazımdır. Birincisi, narahat olduğunuzu, yaxud
qorxduğunuzu heç vaxt dilinizə almayın. Yoxsa auditoriya
sizdə qorxaq adama xas jestləri görməyə çalışacaq və
görəcək də. Amma narahat olduğunuzu deməsəniz,
gizlədə bilərsiniz, hətta rahatlığınıza kimsənin şübhəsi
olmaz. İkincisi, qorxudan dəhşətə gəlsəniz belə, özünə
əmin adama məxsus jestlər edin. Məsələn, “qüllə”
jestindən istifadə edin, əllərinizi açıq saxlayın, hərdən baş
barmağınızı dik tutun (əlinizi cibinizə qoysanız, baş
barmağınız cibinizin ağzında görünə bilər), qollarınızı,
ayaqlarınızı çarpazlamayın, barmağınızı auditoriyaya tərəf
tuşlamayın, əlinizi üzünüzə çox aparmayın, tribunanın
yanından yapışmayın.

Araşdırmalar göstərir ki, qabaq cərgələrdə oturanlar


arxadakılarla müqayisədə daha çox şey götürür, çox şey
öyrənirlər. Çünki qabağa adətən öyrənmək həvəsi böyük
olanlar yığılır və onlar danışan adama xüsusi diqqət
göstərirlər. Axı diqqətsizlik etsələr, tez nəzərə çarparlar.

....................................................................

Qabaq cərgələrdə oturanlar daha çox şey öyrənir,

daha həvəsli olur, təlim və seminarlarda

daha yaxşı iştirak edirlər.


....................................................................

İkinci ən diqqətlilər və ən çox sual verənlər ortalarda


oturanlardır. Bunun səbəblərindən biri onların başqalarının
əhatəsində, beləliklə, daha təhlükəsiz hissədə
əyləşməsidir. Yan və arxa cərgədəkilər ən diqqətsiz və ən
zəif iştirakçılardır.

Danışarkən sağda, yəni auditoriyanın solunda


dayansanız, verdiyiniz informasiyanı sizi dinləyənlərin
beyninin sağ yarımkürəsinə (çox adamda emosional
hissədir) daha yaxşı çatdırmış olarsınız. Solda, yəni
auditoriyanın sağında dayananda sol yarımkürəyə güclü
təsir edə bilərsiniz. Ona görə də solda dayanıb çıxış
edənlər yumordan istifadə edəndə auditoriyanı daha yaxşı
və daha çox güldürə bilirlər. Emosional şeylərdən
danışanlar sağda dayananda auditoriya onlara daha yaxşı
reaksiya verir. Komediya ustaları bu qanunu yaxşı bilirlər:
soldan güldür, sağdan ağlat.
Diqqət zonası

Robert Sommer, Adams və Bidlin parametrlərindən


istifadə edərək biz də auditoriyada oturanların seçdikləri
yerlərlə danışana reaksiyaları arasında bağlılığı
öyrənməyə çalışdıq. Nəticələr Sommerin aldığı nəticələrlə
demək olar ki, eyni oldu. Halbuki Sommer tələbələri, biz isə
bir qədər yaşlı adamları müşahidə etmişdik. Doğrudur,
mədəniyyətlər arasında cüzi fərqləri də aşkar etdik.
Avstraliya, Sinqapur, Cənubi Afrika, Almaniya, Britaniya,
Fransa və Finlandiyadan olanlar auditoriyada danışana
diqqət etmək baxımından fərqli davranırlar. Bəzi yerlərdə,
xüsusilə Yaponiyada birinci cərgədə yuxarı statuslu
şəxslər oturur, amma müzakirələrdə, təlim və seminarlarda
ən zəif iştirak edənlər də elə onlar olur. Ona görə də biz
eyni statusdan olan iştirakçılardan ibarət auditoriyaları
tədqiq etdik və hər yerdə oxşar vəziyyəti – “qıf effekti”ni
gördük.
Auditoriyada oturanların danışana reaksiyası – diqqət
etmək,

informasiyanı qavramaq və yadda saxlamaq qabiliyyəti

seçdikləri yerdən asılı olaraq fərqlənir

Şəkildə gördüyünüz kimi, çıxış edəni diqqətlə


dinlə­yən­lərin sırası mərkəzdən irəliyə doğru genişlənərək
qıfa bənzəyən formada yayılır. Sorğular göstərir ki, “qıfın
içində olanlar” danışana hamıdan yaxşı qulaq asmaqla
yanaşı, müzakirələrdə fəal iştirak edir və dərs, yaxud təlim
bitəndən sonra söhbətin nədən getdiyini soruşan­da çox
şeyi xatırlayırlar. Arxada və kənarlarda oturanlar
müzakirələrdə zəif iştirak edir, danışana neqativ
müna­sibət göstərir, deyilənlərin çoxunu yaddan çıxarırlar.
Arxa yerlər iştirakçıya özü üçün cızma-qara eləmək,
mür­güləmək, hətta aradan çıxmaq imkanı verir.
Eksperiment

Biz bilirik ki, öyrənməyə meyili olan adamlar qabaq


cərgələri, yaxud qabağa yaxın yerləri seçir, marağı
olmayanlar ya arxada, ya da yanlarda oturmağa çalışırlar.
Amma sual yaranır, görəsən, “qıf effekti” mövzuya marağı
olanların istədikləri yeri seçməsinin nəticəsidir, yoxsa
seçdiyi yer adamın müzakirələrdə iştirakına təsir edir?
Bunu öyrənmək üçün eksperiment apardıq.
Auditoriyalardan bir neçəsində oturacaqlara iştirakçıların
adlarını yazdığımız kağızları düzdük ki, onlar həmişəki
yerlərinə keçməsinlər. Fəalları yan və arxa oturacaqlarda,
“tərki-dünyaları” isə qabaqda yerləşdirdik. Bu strategiya
tənbəlləri, hətta yanaşması neqativ olan iştirakçıları əməlli-
başlı fəallaşdırdı, amma fəalların reaksiyasının
azalmasına səbəb oldu. Belə çıxır ki, mesajınızı çatdırmaq
istədiyiniz adamları qabaq cərgələrdə oturtmağa
çalışmalısınız.

Bəzi treynerlər, müəllimlər kiçik qruplarla işləyəndə


“sinif otağı” üslubundan qaçır, iştirakçıları ya bir tərəfi açıq
kvadrat, ya da nal formasında oturdurlar. Təcrübə göstərir
ki, bu üsullar iştirakçıların danışana daha diqqətlə qulaq
asmasına, daha fəal olmasına və deyilənləri daha yaxşı
qavramasına səbəb olur, çünki belə oturanda göz-gözə
kontakt fürsəti artır.

Nahar zamanı qərar verərkən

Təsəvvür edin ki, sizin üçün vacib olan bir məsələni


müzakirə etmək məqsədilə restorana, yeməyə getmisiniz.
Şəxsi məkan və masalar (düzbucaqlı, kvadrat və dəyirmi)
barədə deyilənləri, əlbəttə, nəzərə almalısınız, ancaq bu
azdır. Məqsədiniz yeməkdən çox, hansısa məsələylə bağlı
müsbət cavab almaq, sizin xeyrinizə olan qərarın
veril­məsinə nail olmaqdırsa, bir neçə şeyi bilməlisiniz.
Əvvəla, söhbətin əsas hissəsini yeməyə başlayana qədər
bitirməyə çalışın. Çünki xörək gələndə söhbət dayanır,
yemək, alkoqollu içki beyinləri dumanlandırır. Həzm
prosesi başladığından qanın çox hissəsi mədəyə gedir və
düşünmək, qərar vermək çətinləşir. Qadınla görüşdə bu
vəziyyət kişi üçün əlverişli ola bilər, amma işgüzar
görüşlərdə məsələni ayıq başla həll etməyə çalışın.

....................................................................

Ağzı dolu olan adam qərar verə bilməz.

....................................................................

Yüz min il əvvəli təsəvvür edin: ovdan qayıdan insan


əlində gətirdiyini mağarada, bir yerdə yaşadığı icmanın
üzvləriylə birlikdə yeyir. İçəridə qalanan ocaq girişi
işıqlandıraraq həm yırtıcıları qovur, həm də mağaranı
qızdırır. Başı yeməyə qarışarkən arxadan hücuma məruz
qalacağından qorxan mağara sakinləri kürəklərini divara
söykəyərək oturublar. Eşidilən yalnız ocağın çırtıltısı, bir də
yeməyi gəmirən dişlərin şaqqıltısıdır. Bu qədim mərasim,
yeməyin ala-toranlıqda, ocağın ətrafında beləcə
bölüşdürülməsi bugünkü qonaqlıqlardan, dəbdəbəli
ziyafətlərdən nə qədər fərqlənir ki? Məşhur restoranların
çoxunda girişə yaxın yerdə buxarı olur. Elə bu buxarı da
qədimdə mağaralarda yandırılan ocağı xatırlatmırmı?
Meşədə, ocaqda bişirilən kababın yaratdığı təəssüratı
yadınıza salın. Yəni nə dərəcədə dəbdəbəli qonaqlıq, nə
qədər böyük mərasim olursa olsun, müasir insan əslində
əcdadlarının yüz min il əvvəl elədiyini təkrarlayır.

İndi qayıdaq öz masamıza – bayaq bəhs etdiyimiz


görüşə. Qərarın sizin xeyrinizə verilməsini istəyirsinizsə,
həmsöhbətinizin yüngülləşməsini, baryerlərin aradan
qalxmasını gözləyin. Əcdadlarımız haqda dediklərimizi də
nəzərə alsanız, lazımi nəticəyə gəlmək üçün riayət etməli
olduğunuz qaydaların sayı çox azdır.

Birincisi, naharı harda edirsiniz, edin, istər evdə, istər


restoranda, həmsöhbətiniz arxası divara otursa yaxşıdır.
Tədqiqatlar göstərir ki, arxasını camaata, xüsusilə
hərə­kətdə olan insanlara çevirən adamın ürək döyüntüsü,
qan təzyiqi, sinir impulsu artır. Adam arxası qapıya, ya da
pəncərəyə (xüsusilə birinci mərtəbədəki evin pəncərəsinə)
tərəf oturanda bir az da gərgin olur. Bir sözlə,
həmsöhbətinizi ram etmək, yola gətirmək, ya da əksinə,
özündən çıxarmaq istəyirsinizsə, müəyyən etdiyiniz yerdə
oturtmaqla istədiyinizə nail ola bilərsiniz. İkincisi, işığın zəif
olduğu otaqda, həzin musiqi sədaları altında nahar etsəniz,
xeyli yüngülləşər, sakitləşərsiniz. Qonağınızın bütün
diqqətini özünüzə çəkmək istəyirsinizsə, onu dəyirmi masa
arxasında, mümkünsə bir qədər dalda, məsələn, dirəyin,
ya da iri bir otaq bitkisinin yanında oturdun.

Bahalı restoranlar müştərini rahatlamaq üçün müxtəlif


üsullardan istifadə etdiklərinə görə sadə, həm də az
yeməyin müqabilində xeyli pul alır və gəlirlərini birə beş
artırırlar. Axı kişilər də sevdikləri qadınla romantik şam
yeməyini məhz belə yerlərdə yeməyə çalışır. Çünki bu cür
yerlərdə sizin xeyrinizə olan qərarların qəbul edilməsi
ehtimalı daha çoxdur. Gur işıqlı, hər tərəfinə stol-stul
düzülmüş, qab-qacağın, çəngəl-bıçağın səsindən qulaq
tutulan restoranlarda kimisə yola gətirmək çox çətindir.

Nəticə

Harda gəldi oturmayın. Mümkünsə, elə başqalarının da


təsadüfi yerlərdə əyləşməsinin qarşısını alın. Məsələn,
qonaqları, ya da toplantı iştirakçılarını istədiyiniz yerdə
oturda bilsəniz, toplantının, yaxud danışıqların nəticələrinə
təsir etmiş olarsınız.

Gələn dəfə görüşə gedəndə özünüzə bir neçə sual


verin: daha çox kimə təsir etmək niyyətindəsiniz? Həmin
adamı hansı tərəfdə oturtsanız, istəyinizə nail ola
bilərsiniz? Kim sizə etiraz edər, kim qarşı çıxa bilər? Lider
yoxdursa, lider olmaq – nüfuzlu yerdə əyləşmək istəyən
adam kim ola bilər? Vəziyyətə nəzarət etmək fikriniz varsa,
harda oturmalısınız? Bu sualların cavabı sizə qılınc asar,
sizə üstün gəlməyə, dominantlıq eləməyə çalışanların
qarşısını ala bilərsiniz.

18-ci fəsil

İŞ ÜÇÜN MÜSAHİBƏ VERƏRKƏN

ÜSTÜNLÜK UĞRUNDA MÜBARİZƏ


OFİSDAXİLİ SİYASƏT

Adam müsahibədən çıxanda çox narahat idi,

yaxşı danışmadığını düşünürdü. Görəsən, harda səhv


eləmişdi? Bəlkə şokolad kimi tünd qəhvəyi kostyumu, ya
da keçi saqqalı, sırğası, bəlkə də ağzınacan dolu portfeli
xoşlarına gəlməmişdi? Bəlkə stulu səhv salmışdı,

lazım olan yerdə oturmamışdı?

İş üçün müsahibə verən adam müsahibə alanın xoşuna


gəlmirsə, əlbəttə ki, işə götürülmür və belə müsahibələrin
çoxunun uğursuz olmasının səbəbi elə budur. Tərcümeyi-
halında nə yazılır yazılsın (halbuki məhz tərcümeyi-hal
adamın yaxşı işçi olmasından xəbər verə bilər), yadda
qalan, adamın davranışı, yaratdığı təəssüratdır.
Tərcümeyi-haldakı informasiya yaddan çıxa bilər.

....................................................................
İşə götürənlərin də adama ilk baxışdan “vurulması”
vacibdir.

....................................................................

Toledo Universitetinin professoru Frank Berneri yaşı və


tərcümeyi-halı müxtəlif olan adamları müsahibə verən
zaman müşahidə edib. Müşahidələr 20 dəqiqə çəkib və
müsahibə götürən adamlara da bu 20 dəqiqə ərzində
işçinin işə həvəsini, rəqabət qabiliyyətini, zəkasını
qiymətləndirmək haqda tapşırıq verilib. Sonra başqa
müşahidəçilərə bütün müsahibələrin yalnız ilk 15
saniyə­sini göstəriblər. Məlum olub ki, müşahidəçilərdə 15
saniyə ərzində yaranan təəssürat müsahibə götürənlərdə
20 dəqiqə ərzində formalaşan fikrə çox yaxındır. Bu o
deməkdir ki, hər şeyi həll edən ilk təəssüratdır, ikinci şans
yoxdur! Yəni adama yaxınlaşan kimi, hələ əlini sıxanda xoş
təsir bağışlamağa çalışmalı, istədiyimiz nəticəyə nail
olmaq üçün bütün jestlərimizə diqqət etməliyik.
Necə olur ki, Ceyms Bond bu qədər

soyuqqanlı, sakit və təmkinli görünür?

Dilçiliklə bağlı araşdırmalar göstərir ki, adamın söz


ehtiyatının həcmi onun statusundan, nüfuzundan,
təh­silindən asılıdır. Nüfuzlu, yuxarı statuslu, ali təhsilli
adamlar söz və ifadələrdən daha yaxşı istifadə edə bilirlər.
Bədən dili – jestlərlə bağlı araşdırmalar isə adamın söz
ehtiyatı ilə jestlərdən istifadə vərdişləri arasında bağlılığı
aşkar edib. Məlum olub ki, yuxarı statuslu adamın söz
ehtiyatı zəngin olduğundan fikrini çatdırmaq üçün
jestlərdən çox sözlərdən istifadə edir. Savadsız adamlar
isə yeri gələndə deməyə söz tapmır, söz əvəzinə
jestlərdən yararlanmalı olurlar. Bir sözlə, adamın statusu
nə qədər yuxarıdırsa, jestlərdən, əl-qol hərəkətlərindən
istifadə vərdişləri bir o qədər azdır.

Xüsusi agent Ceyms Bond bu prinsipə tam əməl edir,


jestlərdən çox az yararlanırdı (xüsusilə təzyiq altında
olanda). Kimsə ona hədə-qorxu gələndə, təhqirə məruz
qalanda, hətta ona atəş açılanda hərəkətsiz dayanır, qısa
və monoton cümlələrdən istifadə edirdi.

....................................................................

Ceyms Bond o qədər soyuqqanlı idi ki, hətta

on cinayətkarı güllələyəndən dərhal sonra sekslə

məşğul ola bilərdi.

....................................................................

Yuxarı statuslu adamlar həmişə soyuqqanlı


görünməyə, hisslərini gizlətməyə çalışırlar. Cim Kerri kimi
aktyorlar isə tam fərqlidirlər, yalnız jestlərlə hərəkət edir və
bir o qədər nüfuzu olmayan, bəzən həm də gücsüz və
qorxaq obrazlar yaradırlar.

Böyük təəssürat yaratmağın yolları


Doqquz qızıl qayda

Gəlin təsəvvür edək ki, müsahibə verməyə gedirsiniz.


Siz müsahibə alanlara, əlbəttə, xoş təsir bağışlamağa
çalışar, ilk təəssüratın çox yaxşı olmağını istəyərsiniz.
Unutmayın ki, hamı kimi sizin də haqqınızda fikirlərin 90%-
i ilk dörd dəqiqə ərzində formalaşır və bağışladığınız təsirin
60-80%-i jestlərinizin payına düşür.

Doqquz qızıl qaydanı bilsəniz, elə ilk görüşdə


istədi­yinizə nail ola bilərsiniz.

Qəbul otağında

Üst paltarınızı çıxarın, mümkünsə, qəbul otağında


dayanan adama verin, assın. Müsahibə otağına girəndə
əliniz-qolunuz boş olsa yaxşıdır, yoxsa narahat olar, yersiz
hərəkət edər, səfeh adam təsiri bağışlayarsınız.

Qəbul otağında gözləyəndə ayaq üstdə dayanın,


qətiy­yən oturmayın. Ordakı işçi sizə oturacaq təklif
edəcək, çünki sizin oturmağınız, “gözdən itməyiniz” onun
üçün vacibdir, işçilər belədə rahat olurlar. Ancaq siz
dayanın və əllərinizi arxanızda, bir-birinin içində saxlayın
(özünə inam, arxayınlıq), pəncələrinizin üstündə irəli-geri
yellənin (arxayınlıq), ya da “qüllə” jestindən (özünə inam)
istifadə edin. Bu bədən hərəkətləriylə siz otaqdakılara orda
olduğunuzu, gözlədiyinizi xatırladacaqsınız (Amma
vergilər idarəsində belə eləmək olmaz).

Giriş

Girişinizlə siz otaqdakılara sizinlə necə davranmalı


olduqlarını, hansı davranış tərzini gözlədiyinizi
göstə­rirsiniz. Qəbul otağındakı adam “yaşıl işığı yandıran”
kimi tərəddüd etmədən müsahibə otağına keçin. Direktoru
gözləyən nadinc uşaqlar kimi qapıda dayanmayın.
Qapıdan keçib otağa daxil olarkən eyni templə addımlayın.
Özünə inamı olmayan adamlar içəri girəndə sürəti azaldır,
ayaqlarını bir qədər sürüməyə başlayırlar.
Yanaşma

Otağa girəndə sizdən müsahibə götürəcək adamın


telefonla danışdığını, siyirtməsini eşələdiyini, ya da
ayaqqabısının bağlarını düyünlədiyini görə bilərsiniz.
İstənilən halda arxayın və sakit addımlarla irəliləyərək
onun masasına yanaşın. Portfeli, qovluğu – əlinizdə nə
varsa onu kənara qoyun, adamın əlini sıxın və dərhal
oturun. Bununla siz belə görüşlərə alışdığınızı, eyni
zamanda gözləmək niyyətində olmadığınızı göstərərsiniz.
Zəif hərəkət edən, masaya yavaş-yavaş yaxınlaşan adam
vaxtının çox olduğunu, başqa işi, məşğuliyyəti olmadığını
bildirir. Bu jest təqaüdə çıxmış milyonerlərə, ya da Florida
və Kvinslend sakinlərinə yaraşır, amma bacarıqlı, sağlam
və güclü olduğunu göstərmək istəyənlər belə yerimirlər.
Nüfuzlu adamlar addımlayanda ayaqlarını sürümür, diribaş
olur, orta templə hərəkət edirlər. Diqqəti çəkmək, xoş
təəssürat yaratmaq istəyirsinizsə, siz də belə yeriyin.

Görüşdüyünüz adamın əlini sıxarkən


Əlinizi irəli uzadanda dik tutun və görüşdüyünüz
adamın əlini, o sizinkini sıxdığı qədər sıxın. Əl sıxma
prosesini dayandırmağı qarşınızdakının öhdəsinə buraxın.
Masa düzbucaqlıdırsa, yaxınlaşan kimi azacıq solda
dayanın ki, əlinizi sıxacaq adam ovcunun içini aşağı tuta
(qarşısındakını üstələmək istəyənlərin jesti) bilməsin.
Salamlaşmaq istəyəndə əlinizi heç vaxt stolun üstündən
uzatmayın. Hər dəfə 30 saniyədən artıq danışmayın. İlk 15
saniyədə iki dəfə görüşdüyünüz adamın adını çəkin.

Oturarkən

Sizin üçün qoyulan stul alçaqdırsa və oturanda sizinlə


söhbət edəcək adamla qarşı-qarşıya qalacaqsınızsa,
stulunuzu bir 45 dərəcə yana çevirin, yoxsa “danlanan”,
“məzəmmət edilən” adam kimi oturmalı olacaqsınız. Stulu
çevirə bilmirsinizsə, özünüz yanakı oturun.

Oturduğunuz yer
Sizinlə otağın qeyri-rəsmi hissəsində, məsələn, qəhvə
stolunun arxasında söhbət edirlərsə, bu yaxşı əlamətdir.
Çünki rədd cavablarının 95%-i iş masalarının arxasından
gəlir. Yumşaq divanlardan qaçın, adam divanda “batır” və
kənardan baxanda yalnız ayaqları, bir də başı görünür.
Məcbursunuzsa, divanın oturacaq hissənin kənarında
oturun ki, “batmayasınız”, bədəninizə və jestlərinizə
nəzarət edə biləsiniz. Söhbət etdiyiniz adamla 45 dərəcəli
bucaq altında oturmağa çalışın.

Jestləriniz

Özünə nəzarət etməyi bacaran, sakit, soyuqqanlı və


təmkinli adamlar sadə jestlərdən, həm də məqsədli şəkildə
istifadə edirlər. Aşağı statuslu adamlarla müqayisədə
yuxarı statuslular daha az jest edir. Bu, qədim fənddir,
nüfuz sahibləri çox hərəkət etmirlər. Unutmayın ki, Şərqi
Avropadan olanlar daha çox dirsəkdən aşağı jestlər edirlər,
nəinki qərblilər. Cənubi Avropadan olanlar isə bütün
qolları, hətta çiyinlərilə danışırlar. Yeri gələndə
qarşınızdakının jestlərini təkrarlaya bilərsiniz.
Məsafə

Qarşınızdakı adamın şəxsi məkanına hörmət edin. Bu


məkan söhbətin ilk dəqiqələrində daha geniş olur. Çox
yaxına əyilsəniz, həmsöhbətinizin geri çəkildiyini, arxaya
oturduğunu, ya da təkrar jestlər elədiyini, məsələn,
barmaqlarını stola döyəclədiyini görəcəksiniz. Normalda
adam ona yaxın olan adama doğru əyilə bilər, yad
adamdan çəkinər. İşdə kişilər qadınlara yaxınlaşmağa,
qadınlar isə, əksinə kişilərdən uzaq durmağa meyillidirlər.
Yaşdaşlarınıza yaxınlaşa bilərsiniz, amma yaşlı və cavan
iş yoldaşlarınızla aranızda məsafə olsa yaxşıdır.

Çıxış

Əşyalarınızı götürəndə sakit və ağır olun, əsəbinizi


gizlə­din. Mümkünsə, söhbət etdiyiniz adamın əlini bir də
sıxın və çevrilib gedin. Qapı örtülüdürsə, çıxandan sonra
onu yenə örtün.
Müsahibə alanlar müsahibə verən adamın arxasınca
həmişə baxırlar. Ona görə də kişisinizsə, görüşə
getməzdən əvvəl ayaqqabılarınızın arxasını da təmizləyin.
Kişilərin çoxu ayaqqabısının arxasına məhəl qoymur,
amma qadınlar buna diqqət edirlər. Qadın isə çıxmaq
istəyəndə bir ayağını qapıya tərəf yönəldir, sonra paltarının
arxasını düzəldir, saçlarına əl atır ki, otaqdan çıxanda
arxadan da yaxşı görünsün. Əvvəl də qeyd etdiyimiz kimi,
gizli kameralar göstərir ki, müsahibə verən qadındırsa,
çıxanda otaqdakılar mütləq onun arxasına baxırlar. İstəsək
də, istəməsək də, bu belədir. Qadınsızsa, qapıya çatanda
dönüb, otaqdakılara gülümsəyə bilərsiniz. Sizdən sonra
arxanızı deyil, təbəssümünüzü xatırlasalar daha yaxşı olar,
elə deyilmi?

Sizi çox gözlətsələr...


Adamı 20 dəqiqədən artıq gözlətməyin iki səbəbi ola
bilər: bu ya gözlədənlərin işlərini düzgün planlamadığını,
ya da gözlətdikləri adama təsir eləməyə çalışdıqlarını
göstərir. Çünki kimisə çox gözləyəndə adam istər-istəməz
öz statusunu aşağı salmış, gözlədən adam isə statusunu
qaldırmış olur. Filmə gedəndə, ya da restoranda növbədə
dayanar, bəzən ehtimal etdiyimizdən artıq gözləyə bilərik.
Amma belə yerlərdə biz, gözləməyimizə dəydiyi üçün
dayanırıq, əks halda yəqin ki, bir saniyə də durmarıq, çıxıb
gedərik.

Müsahibəyə gedəndə özünüzlə kitab, noutbuk, ya da


işlə bağlı kağız-kuğuzunuzu götürsəniz, məşğul olar,
bu­nunla da vaxt itirmək istəmədiyinizi, kimsə vaxtını
düzgün bölə bilmədiyi üçün əziyyət çəkmək niyyətində
olmadığınızı bildirərsiniz. Sizi gözlədən adam sizə
yaxınlaşarsa, imkan verin, birinci o danışsın. Bu adamı
salamlayanda başınızı işin üstündən yavaş-yavaş qaldırın.
Əşyalarınızı sakit-sakit, arxayın hərəkət edərək yığın. Sizi
çox gözlədəndə vaxtdan istifadə edib kiməsə zəng eləyə,
ya da hesablamaqla məşğul ola, çağıranda, “İndi gəlirəm,
icazə verin yekunlaşdırım” – deyə siz də azacıq gözlədə
bilərsiniz.

Kiminsə sizi qəsdən gözlətdiyini, oyun oynadığını hiss


edirsinizsə, siz də oynaya bilərsiniz. Yoldaşlarınızdan
biriylə danışın, xahiş edin ki, bir qədər sonra – müsahibə
verdiyiniz vaxt sizə zəng etsin. Zəng gələndə, üzrxahlıq
edərək vacib olduğunu bildirib, telefonu götürün. Yüksək
məbləğdən danışın, bir-iki tanınan adamın adını çəkin.
Zəng edən şəxsə gözləməyi xoşlamadığınızı deyin və
xahiş edin ki, mümkün olan kimi “işin gedişi haqda” sizə
məlumat versinlər. Telefonu yerinə qoyun, yenə üzr istəyin
və heç bir şey olmamış kimi söhbəti davam etdirməyə hazır
olduğunuzu bildirin. Ceyms Bon da belə edirdi. Siz niyə
eləməyəsiniz ki? Belə bir oyun yəqin sizin də işinizə
yarayar.

Müsahibə zamanı sizdən müsahibə alan adamın


telefonla uzun-uzadı danışmalı olduğunu, ya da kiminsə
otağa gələrək bu adamı söhbətə tutduğunu görsəniz,
çantanızdan kitab, ya da nə isə başqa bir şey çıxarıb
oxumağa başlayın. Bu hərəkətinizlə siz söhbət edənləri tək
qoymuş olar, eyni zamanda vaxt itirmək istəmədiyinizi
göstərərsiniz. Qarşınızdakının qəsdən belə davrandığını
hiss etsəniz, siz də telefonunuzu çıxarıb, bayaqkı
məsələylə bağlı bir neçə zəng edə bilərsiniz.

Bacarana qədər saxtalaşdırmaq olar

Əl-üz jestlərindən qaçmaqla, açıq jestlər etməklə kimisə


inandırmaq olarmı? Həmişə yox. Çünki yalan danışan
adam açıq jestlərdən istifadə etsə də, ifşa olunacaq. Axı
bilərəkdən yalan deyən adamın əllərinin içi tərləyə, göz
bəbəkləri yığıla, üz əzələləri dartıla bilər. Ən mahir
yalançılar rola girmək, öz yalanlarına inanaraq hərəkət
etmək qabiliyyəti olanlardır. Bunu hamıdan yaxşı
bacaranlar peşəkar aktyorlardır və çox yaxşı bacaranlara
məhz bu məharətinə görə Oskar verilir. Əlbəttə, kiminsə
yalan danışacağını iddia etmirik, amma bir şeyi dəqiq
bilirik: bu kitabda haqqında danışdığımız pozitiv jestlərdən
istifadə etsəniz, onlar sizin təbiətinizin bir parçasına
çevriləcək və həyatınızı dəyişəcəklər.
Bəzi jestlərdən istifadə etməyi bacarana qədər, jesti
vərdişə çevirənə qədər saxtalaşdırmaq olar, yəni jestləri
öyrənməyə cəhd etmək mümkündür. Alimlər bunu, quşlar
üzərində təcrübə apararaq sübut ediblər. Müşahidələr
göstərib ki, elə quş növləri var ki, onlarda lələklərin rəngi
xasiyyətlərindən asılı olaraq fərqlənir, dominant quşların
lələkləri tünd olur. Məhz lələkləri tünd olanlar hər şeydə
birincidirlər, həm qidanı tez götürür, həm də qarşı cinsə
daha tez yaxınlaşırlar. Tədqiqatçılar, zəif və lələkləri açıq
rəngli quşların lələklərini tünd rəngə boyayaraq onları
“yalana” – özlərini dominant kimi göstərməyə “vadar”
ediblər. Nəticədə bu quşlar əsl dominantların hücumuna
məruz qalıb, çünki rəngləri tünd olsa da özlərini əvvəlki
kimi aparıb – zəiflərə xas jestlərdən istifadə ediblər. Başqa
bir eksperiment zamanı quşları rəngləməkdən əlavə onlara
(həm xoruzlara, həm də fərələrə) testosteron hormonu
vurublar. Tədqiqatçılar bu hormonun köməyilə quşların
dominant kimi davranacağını ehtimal ediblər və...
yanılmayıblar. Təcrübəyə cəlb olunan quşlar təşəxxüslə
gəzməyə, özlərinə arxayın tərzdə davranmağa, dominant
quşlara xas hərəkətlər etməyə başlayıb, əsl dominantları
aldada biliblər. Bu o deməkdir ki, müsahibəyə getməzdən
əvvəl yaxşı-yaxşı məşq etsəniz, müsahibə verən adam
rolunu məharətlə və inandırıcı şəkildə ifa edə bilsəniz,
ətrafdakıları da inandırar və onlara xoş təsir bağışlayarsız.

Özünə hörmət qoydurmağın 7 yolu

Qısa görüşləri ayaq üstdə keçirin

Qısamüddətli görüşləri ayaq üstdə keçirin. Tədqiqatlar


göstərir ki, ayaqüstü söhbətlər oturaq görüşlərdən az vaxt
aparır. Hətta vacib məsələləri ayaqüstü həll edənlər yuxarı
statuslu adam təsiri bağışlayır, ətrafdakıların gözündə
ucalırlar. İş otağınıza gələn olanda ayağa qalxaraq
danışmaqla vaxtınıza xeyli qənaət etmiş olarsınız. Ayaq
üstdə dayananda qərarlar da tez verilir, boş söhbətlərə
vaxt qalmır və “Evdə nə var-nə yox?” kimi suallarla
vaxtınızı alan olmur.

Rəqibinizi arxası qapıya oturdun


Əvvəl də qeyd etdiyimiz kimi, oturan adamın arxası
camaata, açıq məkanadırsa, adam gərgin olur, onun qan
təzyiqi, ürək döyüntüsü artır, nəfəsi təngiyir, çünki
orqanizm arxadan gələ biləcək zərbəyə cavab verməyə
hazırlaşır. Rəqibinizi bu vəziyyətə salmaq istəyirsinizsə,
onu sizin seçdiyiniz yerdə – arxası qapıya oturdun.

Barmaqlarınızı yanaşı tutun

Danışanda barmaqlarını yanaşı, əllərini isə çənədən


aşağıda saxlayan adamlar diqqəti daha çox cəlb edirlər.
Əllərini çənəsindən yuxarıda, barmaqlarını bir-birindən
aralı tutub danışan adamlar nisbətən zəif görünürlər.

Qollarınızı açıq saxlayın

Stula oturanda qollarınızı açıq saxlamağa çalışın, ya da


stulun qollarına qoyun. Müti və cəsarətsiz adamlar özlərini
qorumağa çalışdıqları üçün qollarını dirsəkdən bükür və bir
az da qorxaq görünürlər.
Təsirli sözlərdən istifadə edin

Koliforniya Universitetinin tədqiqatçıları ən inandırıcı


sözləri müəyyən ediblər: kəşf, zəmanət, sevgi,
təsdiqlənmiş, nəticə, qənaət, asan, sağlamlıq, pul, yeni,
təhlükəsiz, siz. Bu sözlərdən daha çox istifadə etməyə
çalışın. Siz həyatınıza yeni rəng qatmağın nə qədər asan
olduğunu kəşf edəcək, sevgi, sağlamlıq və təhlükəsizlik
uğrunda mübarizədə vaxtınıza və pulunuza qənaət etmiş
olacaq, nəticələri görəndən sonra sözlərin gücünü özünüz
də təsdiqləyəcəksiniz. Buna zəmanət veririk.

Nazik portfellərdən istifadə edin

Yalnız çox vacib məsələlər barədə düşünən nüfuzlu


adamlar adətən nazik portfellərdən istifadə edirlər. İri və
geniş portfelli işçilərə baxanda adama elə gəlir ki, bütün
işləri onlar görür, ya da vaxtı düzgün bölə bilmədikləri üçün
hər şeyi çantada daşımalı olurlar.
Pencəklərin düymələrinə baxın

Mübahisələrin videolarına baxarkən aşkar etmişik ki,


razılaşmaların çoxu, tərəflərdən biri, ya da hər ikisi
pencəyinin yaxasını açandan sonra əldə edilib. Məhz
düy­mələri bağlı olan adamlar çox vaxt qollarını
çarpazlayır, neqativ münasibət göstərirlər. Toplantıda
kiminsə pencəyinin düymələrini açdığını görsəniz, bilin ki,
onun özü də söhbətə açılıb.

Nəticə

Hansısa vacib toplantıya, müsahibəyə getməzdən


əvvəl ən azı beş dəqiqə oturub, düşünün. Təsəvvür edin
ki, bayaqdan haqqında danışdığımız şeylərin hamısını
bacarırsınız, həm də çox yaxşı bacarırsınız. Bunların
hamısını aydın təsəvvür etsəniz, doğrudan da edə
biləcəksiniz və ətrafdakıların sizə münasibəti mütləq
dəyişəcək.

Ofisdaxili siyasət
Üstünlük uğrunda mübarizə

Nə vaxtsa müsahibə verməyə gedəndə stulda oturan


kimi özünüzü köməksiz və gücsüz hiss etməmisiniz ki?
Adama elə gəlir ki, qarşısındakı – müsahibə alan şəxs nə
isə çox böyük və güclüdür, ya da oturanda belə görünür,
adam özü isə qarışqa qədər kiçik və əhəmiyyətsizdir....
Məsələ sizdə deyil. Yəqin ki, ofis sahibi qəsdən elə
mebellərdən istifadə edib ki, özü güclü, qarşısındakı isə
zəif görünsün. Çünki stol və stulları müəyyən strategiyaya
uyğun şəkildə yerləşdirməklə ofisdə belə bir atmosfer
yaratmaq olar.

Məsələn, stullar nüfuz və statusu qaldırmağa xeyli


kömək edir, hər şey onları yerləşdirməkdən asılıdır.
Stullarla bağlı üç faktor vəziyyətə təsir edir: birincisi, stul və
onun aksesuarlarının ölçüsü, ikincisi, stulun hündürlüyü,
üçüncüsü, stulun yeri.

Stul və onun aksesuarlarının ölçüsü


Stulun arxasının ölçüsü adama təsir edir. Arxası hündür
olan stul adamı daha güclü və nüfuzlu göstərir. Kral və
kraliçalar, Roma papası və başqa yüksək statuslu
adamların taxtı, ya da şəxsi stulunun arxa hissəsi çox vaxt
hündür olur, söykənəcəyinin hündürlüyü hətta 2 m 50 sm
olan stullar var. Belə oturacaqlar onlardan istifadə edən
şəxslərin yüksək statusa malik olduğunu göstərir. Yüksək
rütbəli adamlar da çox vaxt hündür, dəri kreslolarda əyləşir,
yanlarına gələnləri isə nisbətən kiçik stullarda oturdurlar.
Kraliça, ya da Roma papasını alçaq pianino stulunda
təsəvvür edə bilərsinizmi? Onlar belə stullarda həmişəki
kimi güclü görünərlər, yoxsa?..

Hərəkətli – fırlanan stullar hərəkətsiz stullara nisbətən


daha güclü təəssürat yaradır, çünki ondan istifadə edən
adama hərəkət etmək sərbəstliyi verir. Hərəkətsiz stullarda
əlavə hərəkət etmək imkanı ya azdır, ya da heç yoxdur və
bu məhdudiyyət onda oturan adamın daha çox jestdən
istifadə etməsinə, beləliklə də öz hisslərini büruzə
verməsinə səbəb olur. Təkərləri, hərəkətli arxası və qolları
olan stullar da nüfuzu artırır.
Stulun hündürlüyü

Hündürlüyün adama verdiyi güc barədə 16-cı fəsildə


danışmışıq. Amma bir daha qeyd etməyə dəyər: stulunuz
başqalarının stullarından hündür olarsa, siz daha güclü
təsir bağışlayarsınız. Reklam agentliklərinin direktorları
çox vaxt həm ayaqları, həm də arxası uca olan kreslolarda
oturur, qonaqlarına isə divanı, ya da oturacağı xeyli aşağı
olan stulları təklif edirlər. Nəticədə direktorla danışanda
qonağın gözləri onun masasına ancaq çatır.

Stulun yeri

Əvvəlki fəsildə dediyimiz kimi, oturduğumuz yerin


əhəmiyyəti böyükdür. Kabinet sahibiylə üzbəüz –
rəqib­lərin/müdafiə olunanların yerində oturan qonaq daha
böyük təsir və təzyiqə məruz qalır. Kabinet sahibinin
masasından uzaqda, sosial, ya da ictimai zonada
oturdulan qonağın nüfuzu bir az da aşağı düşür.

Masadakı bölgünü dəyişmək olarmı?


Masanın arxasında qarşı-qarşıya oturan iki nəfər onu
istər-istəməz iki bərabər hissəyə bölür. Oturanların hər biri
stolun yarısını şüuraltı olaraq öz ərazisi hesab edir və
qarşısındakı onun sahəsinə əl uzadanda qıcıqlanır.

“Sərhədə”

qoyulmuş kağız

Təsəvvür edin ki, düzbucaqlı masa arxasında, kabinetin


sahibiylə üz-üzə oturmusunuz. Əlinizdəki kağızları, kitabı,
yaxud nümunələri ona göstərmək istəyirsiniz, amma
yerinizin əlverişli olmadığını hiss edirsiniz. Yəqin ki,
masanın yan tərəfinə (künc) keçmək istərdiniz, amma
“yaxşı deyil” – deyə yerinizdə qalmağa qərar verirsiniz. Bu
halda əvvəlcə əlinizdəkiləri masanın üstünə qoyun.
Həmsöhbətiniz onlara baxmaq üçün ya əyiləcək, ya onları
“öz ərazisinə” çəkəcək, ya da geriyə – “sizin ərazinizə”
qaytaracaq.

Kağızları özünə

tərəf çəkən adam

heç bir söz deməsə də,

həmsöhbətiylə razılığa yaxın olduğunu bildirir

Masa sahibi şəxsi məkanına daxil

olmağa icazə verir

Əgər qarşınızdakı adam kağızlara baxmaq üçün əyilir,


amma onlara əl vurmursa, deməli, sizi yaxına buraxmaq
istəmir və siz söhbətə oturduğunuz yerdən davam etməli
olursunuz. Bu halda, fikrinizi çatdırmaq üçün bir qədər əyri
– 45 dərəcəli bucaq altında oturun. Amma adam kağızı
özünə tərəf çəkirsə, icazə istəyib yerinizi dəyişə, ya stolun
yan tərəfinə (künc), ya da o biri tərəfə – adamın böyrünə
(yoldaşlıq) keçə bilərsiniz.

Həmsöhbətiniz göstərmək istədiyiniz kağızları geriyə –


sizə tərəf itələyirsə, yerinizdə qalın. Şəxsi məkanına
keçməyə icazə verməyən adamın ərazisinə soxulmayın,
yoxsa onu özünüzə qarşı çevirərsiniz.

Oturub söhbət edərkən

Gəlin indi də sizi direktorun kreslosunda təsəvvür edək.


Deyək ki, işinin öhdəsindən gələ bilməyən işçinizlə üzbəüz
oturmusunuz və söhbət edirsiz. Hiss edirsiniz ki, kəsə
cavablar almaq üçün kəsə suallar verməlisiniz. Amma bu
suallar işçinizi sıxa bilər. Siz isə ona hərdən mülayim
olduğunuzu, bəzən onun fikirləriylə razılaşdığınızı
göstərmək istəyirsiniz.
Müsahibə və sorğu-sual texnikalarını bir kənara qoyun,
üç əsas məsələyə diqqət edin: birincisi, işinin öhdəsindən
gələ bilməyən işçiylə söhbət etməlisinizsə, onunla öz
kabinetinizdə görüşün. İkincisi, işçini hərəkətsiz
(fırlanmayan) və qolsuz stulda oturdun ki, istədiyi kimi
əyləşsin və jestlərdən bacardığı qədər çox istifadə edə
bilsin. Çünki belə halda siz onun mövqeyini bədənindən
“oxuyarsınız”. Üçüncüsü, özünüz hərəkətli (fırlanan) və
qollu kresloda əyləşin ki, istədiyiniz kimi hərəkət edə,
jestlərinizin sayını minimuma endirə biləsiniz.

Üç əsas mövqedə oturmaq olar. Ayaq üstdə olduğu


kimi, 45 dərəcəli bucaq altında oturmaq da söhbəti
yün­gülləşdirir, rahat atmosfer yaradır. Bu mövqe işçisinə
məsləhət vermək istəyən müdir üçün çox əlverişlidir.

45 dərəcəli bucaq altında oturmaqla söhbəti

yüngülləşdirmək olar

İşçinizlə eyni fikirdə olduğunuzu göstərmək üçün ara-


sıra onu təqlid edə, hərəkətlərini və jestlərini təkrar edə
bilərsiniz. Ayaq üstdə olduğu kimi, bu vəziyyətdə oturanlar
da üçbucağın iki bucağını əmələ gətirmiş olur, onların
bədəni sanki üçüncü bucağa baxır. Bu isə danışanların
razılığa gəldiyini göstərir.

Kreslonuzu çevirib, həmsöhbətinizlə qarşı-qarşıya


otur­­sanız, suallarınıza dəqiq cavablar almaq istədiyinizi
bil­di­rərsiniz.

Qarşı-qarşıya oturuş vəziyyəti ciddiləşdirir

45 dərəcəli bucaq altına keçəndə siz həmsöhbətinizin


üzərindəki təzyiqi götürürsünüz. Məsələn, elə suallar var
ki, onlara cavab vermək işçi üçün çətin olur, o sıxılır, utanır.
Ona görə də belə sual verəndə kreslonuzu azca yana
çevirin (45 dərəcə). Belə olanda işçi yüngülləşir, sizin ona
təzyiq göstərmədiyinizi hiss edir və suallara rahat cavab
verə bilir.

Kreslonuzu 45 dərəcə yana çevirəndə

Kabinetimizi qaydaya salaq


Kitabı oxuya-oxuya yəqin ki, öz kabinetinizin tərtibatı
barədə düşünmüsünüz. İndi mebelləri yerləşdirərkən, ya
da mebellərin yerini dəyişməklə siz kabinetdə daha nüfuzlu
və güclü görünməyinizi təmin eləyə, ya da onu qeyri-rəsmi
formada tərtib edərək, dostcasına söhbətlər edə
biləcəyiniz rahat otağa çevirə bilərsiniz. Bu işdə bir nəfərə
göstərdiyimiz yardım haqda danışmaq istərdim.
Kabi­netində dəyişiklik aparmaqla biz həmin adamın
işçi­lərlə ünsiyyətini asanlaşdırmağa çalışmışdıq.

Con böyük bir maliyyə şirkətində işləyirdi. Onu müdir


vəzifəsinə təyin edəndə ayrıca otaq da vermişdilər.
Vəzifəyə keçəndən bir neçə aydan sonra Con işçilərin
onunla danışmaq istəmədiyini, münasibətlərinin
pisləşdiyini hiss edir. İş yoldaşlarıyla gərginlik onun
kabinetində daha çox nəzərə çarpır. Bir azdan Con işçilərin
ona tabe ol­maq istəmədiyini görür, arxasınca
danışdıqlarını eşidir. Conun vəziyyətini öyrənməyə
çalışanda aşkar etdik ki, işçilər xüsusilə onun otağına
girəndə gərgin olur, nəticədə ünsiyyət çətinləşirdi.
Conun rəhbərlik etmək bacarığı, yaxud şəxsi
keyfiyyət­lərini kənara qoyaq, biz problemin sözsüz
tərəfinə baxırdıq və... Conun kabinetində bəzi şeylərin
yerində olmadığını gördük:

Kabinetin qonaqları üçün nəzərdə tutulmuş stullar düz


Conun qarşısına qoyulmuşdu (rəqiblər/müdafiə olunanlar),
yəni bu stullarda oturan istər-istəməz onun rəqibinə
çevrilirdi.

Conun oturduğu ofisin divarları pəncərəsiz idi, bayıra


baxmaq üçün cəmi bir pəncərə vardı. Con özü isə
işçilərdən şüşədən olan şəffaf arakəsməylə ayrılmışdı.
Yəni o, bütün ofisi, işçilər isə onu görə bilirdi. Conun
işçilərin gözü qabağında işləməsi onun statusunu,
nüfuzunu azaldırdı. Bundan başqa, istənilən işçi Conla
qarşı-qarşıya oturanda arxası yoldaşlarına tərəf olur və bu
halda Con deyil, məhz onunla üzbəüz əyləmiş işçi ona
arxadan baxanlara yuxarı statuslu adam təsiri bağışlayırdı.

Conun masası iri idi və onun bədəninin aşağı his­­səsini


gizlədirdi. Ona görə də işçilər müdirin bütün jestlərini
görmür, onun əhval-ruhiyyəsini müəyyən edə bilmirdilər.
Qonaqlar üçün nəzərdə tutulmuş stullar elə
qoyulmuşdu ki, oturanda həmin adamın arxası qapıya
olurdu.

İşçilərdən biri kabinetinə gələn kimi Con ya bir ayağını


kreslosunun qolunun üstünə aşırır, ya mancanaq kimi
oturur, ya da eyni vaxtda hər iki jestdən istifadə edirdi.

Conun stulu fırlanırdı, arxası hündür idi, qolları və


təkərləri vardı. Qonaqlar üçün nəzərdə tutulmuş stullar isə
qolsuz və hərəkətsiz idi. Stulların arxası çox aşağıydı.

Conun kabinetinin əvvəlki quruluşu

Səmimi insana bu otaq çox dəhşətli təsir bağışlayardı.


Bura daxil olan istənilən adam içəridəkinin dost olmadığını
hiss edərdi. Cona yardım etmək üçün onun otağında bir
neçə dəyişiklik etdik:

Conun masasını şüşə arakəsməyə yaxınlaşdırdıq.


Beləliklə, onun ofisi əvvəlkindən böyük göründü. Həm də
indi yanına gələnlər Conu içəri girən kimi görürdü. Yəni bu
dəfə gələni onun masası deyil, özü qarşılayırdı.
Qonaq üçün nəzərdə tutulmuş stulu Conun masasının
yan tərəfinə qoyduq. Bu, müdir və onun işçisi arasındakı
söhbətlərin səmimi atmosferdə keçməsinə şərait
yaratmaqdan ötrü idi. Üstəlik, künc narahat adam üçün
baryer rolunu oynaya bilərdi.

Şüşə arakəsməyə güzgü effekti verən xüsusi təbəqə


əlavə etdik. Beləliklə, iş vaxtı Con öz işçilərini görsə də,
işçilər onu aydın görə bilmirdilər. Bu dəyişiklik Conun
ərazisinin təhlükəsizliyini təmin etməklə, otağın içində
səmimi atmosfer yaratmaqla yanaşı onun nüfuzunu,
statusunu qaldırdı.

Otağın yuxarı başında küncə bir dəyirmi masa və üç


hərəkətli stul yerləşdirdik. Stulların üçü də eyni idi. Bu künc
kiçik və qeyri-rəsmi toplantılar üçün nəzərdə tutulmuşdu.

Əvvəlki vəziyyətdə işçiylə qarşı-qarşıya oturduğu üçün


masanın sahəsinin yarısı Cona aid olurdu. Yenidən tərtib
olunmuş otaqda isə bütün masa Cona məxsus idi.

Con oturuşunu dəyişməyə çalışırdı, getdikcə daha açıq


jestlərdən, bəzən “qüllə”dən istifadə edirdi. İşçilərlə söhbət
edəndə əllərini bilərəkdən açıq saxlayırdı.
Kabinetin yeni görünüşü

Nəticə? Müdirlə işçilərin münasibətlərində ciddi


dəyi­şikliklər oldu. Bəziləri Conu hətta “yumşaq adam”
adlandırır, onunla işləməyin rahat olduğunu deyirdilər.

Belə çıxır ki, statusu qaldırmaq, nüfuzu artırmaq,


başqalarıyla münasibətləri qaydaya salmaq üçün
kabinetdə, ya da evdə dəyişiklik etmək vacibdir. Təəssüf
ki, müdirlərin çoxunun otağı Conun əvvəlki otağına
bənzəyir. Çünki otaqları tərtib edənlər insanlar arasındakı
münasibətlər üzrə peşəkarlar deyil, dizaynerlərdir. Neqativ
siqnallara əhəmiyyət verənlər çox azdır, halbuki bu
siqnalları hamımız, sadəcə şüuraltı şəkildə hiss edirik.

İş otağınıza nəzər salın. Bəlkə sizin də dəyişikliyə


ehtiyacınız var? Aldığınız informasiya işinizə yarayar.

Nəticə
Üstünlük uğrunda mübarizə, ofisdaxili siyasət elə bir
şeydir ki, siz hər şeyi əvvəlcədən görə, hətta öz planınızı
hazırlaya bilərsiniz. Bölmənin əvvəlində tanış olduğunuz
Adam bunu bilmirdi. O bilmirdi ki, qərbdə qadınların
şokolad rəngli kostyum geyinmiş kişilərdən xoşu gəlmir,
keçi saqqalı dəbə uyğun olsa belə, yaşlı adamların fikrini
mütləq dağıdır, çünki şeytanı xatırladır. Sırğa və dolu
portfel isə... Sözün qısası, yalnız “bədənin dilindən” xəbəri
olmayan adam müsahibəyə bu vəziyyətdə gedə bilər.

19-cu fəsil

VƏ NƏHAYƏT, ÖYRƏNDİKLƏRİMİZİN

HAMISINI NƏZƏRƏ ALARAQ...


Yəqin ki, şəklə baxan kimi gördüyünüzün fil olduğu­nu
deyəcəksiniz. Amma şəklin düzgün çəkilmədiyini yal­nız
diqqət edəndən sonra aşkar eləmək olar. Çox adam
qarşı­sındakına baxanda onu görür, ancaq əslində çox
aydın görünən bəzi detalların fərqinə varmır, onları yalnız
göstərəndə görə bilir. Bədən dilini anlamaq bu detal­ları
görmək deməkdir. Milyon illər ərzində insanlar bədən
dilində danışıblar, ancaq bu dil yalnız XX əsrin sonla­rında
dəqiqliklə öyrənilməyə başlayıb. Bədən dilinin
əhəmiy­yətini kəşf edənlər çoxdur, indi dünyanın çox
yerində bu dil təhsil proqramının, biznes təlimlərinin bir
hissəsi kimi tədris edilir.

Bu son fəsildə işdə və gündəlik həyatımızda


rastlaşdığımız ssenariləri göstərərək, sizə biliyinizi
yoxlamaq, bədən dilini “oxumaq” qabiliyyətinizi
qiymətləndirmək imkanı verəcəyik. Qeydləri oxumamışdan
əvvəl şəkillərə diqqətlə baxın, bu kitabdan öyrəndiyiniz
jestləri görməyə çalışın və gördüyünüz jestlərin sayını
qeyd edin. Tapa bildiyiniz hər böyük jestə görə özünüzə bir
bal yazın. Sonda ümumi balınızı hesablamaqla nə qədər
şey öyrəndiyinizi biləcək, özünüzdəki inkişafa bəlkə də
heyrətlənəcəksiniz. Amma unutmayın ki, burda
baxdıqlarımız sadəcə şəkil­lərdir. Reallıqda jestlər şəraitə,
mədəniyyətlərə uyğun olaraq, həm də bütün digər jestlər
də nəzərə alınmaqla qiymətləndirilməlidir.

Jestləri oxumaq

bacarığımızı yoxlayaq

Bu şəkildəki üç əsas siqnalı tapın.

Cavabı...........................................................................
........

Bu, açıq jestlər “dəstəsidir”. Əllər geniş açılıb, itaəti


göstərir. Aralı barmaqlar siqnalı bir az da güc­ləndirərək
adamın heç aqressiv olmadığını bildirir. Qollar yana
açıldığından bədənin qarşısında baryer yaratmayıb, adam
sanki “gizlədiləsi heç nəyim yoxdur” deyir, açıq və
təhlükəsiz olduğunu göstərir.
Şəkildə beş əsas siqnal görünür, onlar hansılardır?

Cavabı...........................................................................
.........

Bunlar, yalançıya məxsus olan klassik variantlardır:


gözün kənarını ovxalayaraq kənara baxmaq, qaşları
ortadan qaldırmaq... Bu adama bel bağlamaq olmaz. O,
başını yana döndərib, azca aşağı əyərək həm də neqativ
münasibətini ifadə edir. Gülüşü də səmimi deyil, dartılmış
dodaqlar bunu göstərir.

Üç əsas siqnalı tapın.

Cavabınız.......................................................................
........

Jestlərin bir-birinə uyğun gəlmə­diyini görmək çətin


deyil. Adam yeriyib keçərkən gülümsəyərək arxayın
olduğunu göstərməyə çalışır, amma onun bir əli
saatındadır – bədəninin qarşısında yarımbaryer yaradıb.
Təbəssümündə qorxu var, deməli, bu adam ya özünə əmin
deyil, ya da ətrafı onu narahat edir.

Şəkildə beş əsas siqnal göstərilib, onları sadalaya


bilərsinizmi?

Cavabınız.......................................................................
........

Bu qadının baxdığı adamdan xoşu gəlmir. Ona görə də


həmin adama doğru nə bədənini, nə də başını çevirir,
sadəcə yandan baxır. Üstəlik, başını azca aşağı əyib
(bəyən­məmək, düşmən münasibəti), qaşlarını çatıb
(qəzəb), qollarını çarpazlayıb (müdafiə). Ağzının kənarları
aşağıdır (narazılıq).

Bu şəkildə dörd siqnal var. Hansıları görürsünüz?


Cavabınız.......................................................................
........

Dominantlıq, üstünlük, lovğalıq... Bunlar o dəqiqə


nə­zərə çarpır. Man­canaq kimi oturmuş adamın özünü
hamıdan ağıllı hesab elədiyi aydın görünür. Ayaqlarını yazı
masasının üzərinə qoymaqla sanki “Bu masa mə­nimdir”
deyir. Təkərləri, qolları və başqa aksesuarları olan
kreslosuyla öz statusunun yuxarı olduğunu göstərir. Həm
də düzbucaqlı masa arxasında, rəqiblərə/müdafiə
olunanlara xas mövqedə oturub.

Üç əsas jesti deyin.

Cavabınız.......................................................................
........

Uşaqlar əllərini bellərinə qoymaqla daha böyük


görünməyə, onları incidən adama hədə-qorxu gəlməyə
çalışırlar. Şəkildəki uşaq həm də çənəsini qabağa verərək
itaət etmək istəmədiyini deyir. Üstəlik, o, ağzını geniş açıb,
diş­lərini göstərir. Heyvanlar hücuma hazırlaşanda belə
edirlər.

Şəkildə beş siqnal var, neçəsini görə bilirsiniz?

Cavabınız.......................................................................
........

Bu jestlər “dəstəsini” bir sözlə təsvir etmək olar: neqativ.


Adamın qovluqdan baryer kimi istifadə etdiyi o dəqiqə
görünür. Həm ayaqlarını, həm də qollarını çarpazlayıb.
Pencəyinin yaxası bağlıdır, eynəyi isə gözlərini gizlədib,
nəticədə gözdən gələn siqnallardan danışmaq mümkün
deyil. Təəssüratın 90%-nin ilk dörd dəqiqə ərzində
formalaşdığını nəzərə alsaq, bu adamın nəyəsə nail
olacağına inanmaq çətindir.
Burda isə altı siqnalı müəyyən edə bilərsiniz. Neçəsini
görürsünüz?

Cavabınız.......................................................................
........

Şəkildəkilərin ikisi də aqressiv jestlər edir, ikisinin də


hərəkətə keçməyə hazır olduğu görünür. Soldakı adam
əllərini belinə qoyub, sağdakı isə baş barmaqlarını
kəmə­rinə keçirib. Soldakı adamın sağdakı qədər aqressiv
olmadığını hiss edə bilərsiniz, çünki o, azacıq arxaya
durub, həm də qarşısındakına tərəf deyil, bir qədər yana
çevrilib. Sağdakı isə düz rəqibinə tərəf dayanıb, mil kimi dik
durub, sanki qarşısındakına hədə-qorxu gəlməyə çalışır.
Onun mimikası da jestlərinə uyğundur, ağzının kənarları
aşağı əyilib.

Bu şəkildə on üç siqnal göstərmək olar. Neçəsini


sadalaya bilərsiniz?

Cavabınız.......................................................................
........
Soldakı adam stulda tərsinə oturub – onu atda
oturubmuş kimi minib. Məqsədi yəqin ki, söhbəti idarə
etmək, ya da sağdakını üstələməkdir. Onun bədəni düz
sağdakı adama baxır, əllərini bir-birinə pərçimləyib,
ayaqlarını stulun altından çıxarmır. Bütün bunlar onun
planlarının alt-üst olduğunu göstərir, bəlkə də fikrini çatdıra
bilmir. Ortada oturan adamın “mancanağı” onun özünü
yanındakılardan artıq hesab elədiyini bildirir. O, həm də
dördəbənzər formada əyləşməklə mübahisə etməyə hazır
olduğunu deyir. Onun təkərli və qollu, hərəkətli stulu
statusunun yuxarı olmasından xəbər verir. Amma sağdakı
adam “aşağı statuslu stulda” oturub, onun stulunun nə
qolları var, nə də təkərləri, heç fırlanmır da. Sağdakı
adamın qollarını və ayaqlarını çarpazladığını (müdafiə),
həm də bərk sıxaraq çarpazladığını görmək mümkündür.
Başını azca aşağı əyib (düşmən), bədəni kənara baxır
(maraqlanmır). Bunlar onun eşitdiklərindən məmnun
olmadığını göstərir.

Şəkildə on dörd siqnal var. Tapdıqlarınızı qeyd edin.


Cavabınız.......................................................................
........

Qadın kişilərə xoş gəlmək istəyən qadınlara xas,


klassik jestlər edir. Bir ayağını sol tərəfdə dayanan kişiyə
tərəf atıb (maraq), bir əli belindədir, baş barmağı isə
kəmərində (özünə inanır, münasibət qurmağa hazırdır), sol
biləyinin iç tərəfini göstərir (şəhvət), siqaretinin tüstüsü
yuxarı gedir (özünə əmindir, pozitivdir). Bu qadının bir gözü
soldakı kişidədir, kişi də ona laqeyd deyil, onun qalstukunu
qaydaya salması (bəzənir), bir ayağını qadına tərəf atması
(bəyənmək) bunu sübut edir. Üstəlik, başını qaldırıb
(maraq). Ortadakı adamın soldakı kişidən xoşu gəlmir.
Həm ona kəc baxır, həm də bədənini ona tərəf çevirmir.
Əlinin birini cibində gizlədib, siqaretinin tüstüsünü aşağı
üfürür (neqativ). Bundan başqa qapıya söykənib, kiminsə
sahəsinə müdaxilə edir.

Bu şəkildə on iki siqnal var, neçəsini görürüsünüz?


Cavabınız.......................................................................
........

Soldakı adamın özünü üstün hesab elədiyini


jestlə­rindən görmək olar. O, sağdakı adamın qarşısında
lovğalanır, ona yuxarıdan aşağı baxmaq məqsədiylə
başını bir az da qaldırıb, üstəlik, gözlərini yumaraq, gözlə
ünsiyyətin qarşısını almağa çalışır. Bu adam eyni zamanda
özünümüdafiə ilə məşğuldur, dizlərini bitişdirib, çaxır
şüşəsindən ikiəlli yapışıb, beləliklə, baryer yaradıb.
Ortadakı şəxs söhbətdən kənarlaşdırılıb, çünki digər iki
adam qarşı-qarşıya oturaraq üçbucağın formalaşmasına,
yəni ortadakı adamın üç bucaqdan biri olmasına imkan
vermir. Amma bu onun üçün deyəsən, heç vecinə deyil.
Hər halda bu adamın oturuşundan belə nəticə çıxarmaq
olar. Çünki kreslonun arxasına yayxanaraq əllərini
ciblərinə qoyub, baş barmaqları görünür (üstünlük), üstəlik,
ayaqlarını aralayıb, sanki cinsiyyət orqanını – kişiliyini
nümayiş etdirir. Sağdakı adamın qarşısındakını
dinləməkdən yorulduğu, durub getməyə hazır olduğu
görünür. Onun bədəni də, ayaqları da çıxışa doğru yönəlib.
Bundan başqa, qaşlarını çatıb, ağzının kənarları aşağı
əyilib, başını da azacıq əyib və bütün bunlar onun narazı
olduğunu göstərir.

On bir əsas siqnalı göstərin.

Cavabınız.......................................................................
........

Sağdakı adamın duruşu soldakının duruşuna çox


bən­zəyir. Ortadakının duruşunda bir üstünlük, eyni
zamanda bir qədər istehza var. O, bir əliylə yaxalığından
yapışıb, həm də baş barmağını dik tutub (üstünlük). Sol
əlinin baş barmağıyla solundakı – şəklin sağındakı adamı
göstərir (yəqin ki, ələ salır). Sağdakı adam buna cavab
olaraq bir ayağını o birinin üstünə aşırıb (müdafiə),
aqressiv münasibətini gizlətmək üçün qollarını arxasında
saxlayır və bir əlilə o biri qolunun dirsəyindən yapışıb
(özünüidarə), həm də çəp-çəp baxır. Soldakı adamın da
ortadakının hərəkətindən razı qalmadığı görünür. Çünki o
da bir ayağını o birinin üstünə aşırıb (müdafiə), bir əlini
cibinə qoyub (söhbətə qarışmaq istəmir), o biri əlini isə
boynunun dalında saxlayaraq döşəməyə baxır.
Şəkildə on iki əsas siqnal var. Gördüklərinizi sadalayın

Cavabınız.......................................................................
........

Bu şəkildə də atmosferin gərgin olduğu görünür.


Kişilərin üçü də kreslosunda elə oturub ki, onların bir-
birindən mümkün qədər uzaq olmağa çalışdıqları hiss
edilir. Sağdakı adamın neqativ jestləri problemin ondan
gəldiyini göstərir. Bu adam əlini burnuna toxunduraraq
danışır (yalan), sağ əlini qarnının üstünə qoymaqla
yarımbaryer yaradıb (müdafiə). Amma ətrafındakıların fikri
onu bir o qədər maraqlandırmır, onun ayağını kreslonun
qoluna aşırması, ayaqlarını cinsiyyət orqanını nümayiş
etdirirmiş kimi aralaması, üstəlik, çəpəki oturaraq bədənini
kənara istiqamətləndirməsi bunu sübut edir. Soldakı
adamın paltarının üstündəki “sapları” təmizləməsi,
ayaqlarını üst-üstə aşırması onun sağdakının dedikləriylə
razılaşmadığını göstərir. Bu adam da bədənini kənara
tutub (maraqlanmır). Ortadakı adamın da deməyə sözü
var, amma fikrini bildirmək istəmir. Onun kreslonun
qollarından bərk-bərk yapışması, topuqlarını “bağlaması”
buna sübutdur. Bu adam bədənini sağdakına doğru
yönəltməklə ona qarşı çıxdığını bildirir.

Şəkildəki səkkiz əsas siqnalı tapın

Cavabınız.......................................................................
........

Qadın və soldakı kişi bir-birini təqlid edir, hər ikisi eyni


vəziyyətdə oturub. Onların bir-birinə marağı var, bu aydın
görünür. İkisi də ayağını bir-birinə tərəf aşırıb. Əllərini
çənələrinin altına elə qoyublar ki, biləkləri görünür.
Ortadakı kişi dodaqlarını dartıb, gülümsəyir, yəqin ki,
yanındakının dediklərinin ona maraqlı olduğunu
göstərməyə çalışır. Amma digər jestləri bu adamı ifşa edir.
O, başını azca aşağı salıb (narazıdır), ağzının kənarları
aşağı əyilib, qaşları da çatılıb (hiddət), çəpəki baxışlarını
yanındakı adama zilləyib, həm ayaqlarını, həm də qollarını
çarpazlayıb (müdafiə). Bütün bunlar onun neqativ
münasibətini əks elətdirir.

Bu şəkildə on altı siqnal görünür, neçəsini tapdınız?


Cavabınız.......................................................................
........

Soldakı adamın bütün jestləri onun səmimi olduğunu


göstərir. Bu adam hərəkətlərilə qarşısındakına açıq
söhbətə hazır olduğunu deyir. Onun əlləri də, pencəyinin
yaxası da açıqdır, bir ayağını irəli atıb, başını azca qaldırıb,
həm qolları, həm də ayaqlarını aralı vəziyyətdə saxlayır,
üstəlik, bir qədər irəli əyilib və gülümsəyir. Amma onun
dedikləri qarşısındakı qadını deyəsən heç maraqlandırmır.
Bunu qadına baxan kimi anlamaq olar. O, arxaya söykənib,
ayaqlarını bir-birinin üstünə aşırıb (müdafiə), bir qolunu
qarnının üstünə qoyaraq yarımbaryer yaradıb (müdafiə),
sol qolunun altında gizlətdiyi yumruğunu sıxıb (gərginlik),
başını azca aşağı əyib (neqativ), əlini üzünə aparıb (qiymət
verir). Ortadakı kişi “qüllə” jestindən istifadə edərək
arxayın, ya da özündən razı olduğunu göstərir. Eyni
zamanda dördəbənzər formada oturmaqla bu adam
mübahisəyə və rəqabətə hazır olduğunu bildirir.
Ümumiyyətlə, adamın neqativ olduğunu deyə bilərik, çünki
həm kənara çəkilib, həm da başını aşağı dikib.
a Şəkildə doqquz siqnal var, nə görürsünüz?

Növbəti üç şəkildə müdafiə və aqressivliyi ifadə edən,


həm də bir-birini cəlb etməyə çalışan kişi və qadına xas
olan jestlər göstərilir.

Cavabınız.......................................................................
........

Söhbətin əvvəlində

Söhbətə başlamazdan əvvəl iştirakçıların üçü də qolları


çarpazlanmış vəziyyətdə dayanır. İki nəfər ayaqlarını da
çarpazlayıb (müdafiə). Onların tanış olmadığını
duruşlarından anlamaq olar. Sağdakı kişinin qadına
marağı hiss olunur, çünki bir ayağını ona tərəf atıb, həm də
bir gözü ondadır, qaşlarını da qaldırıb (maraq), üstəlik
gülümsəyir. Bədəninin yuxarı hissəsi azca qadına tərəf
əyilib. Qadın bu şəkildə kişilərdən heç birinə maraq
göstərmir.

16. b Bu şəkildə on bir siqnal var, gördüklərinizi qeyd


edin.
Cavabınız.......................................................................
........

Beş dəqiqədən sonra

Qadın ayaqlarını açıb, indi onun yanındakılara diqqətlə


qulaq asdığını görürük. Soldakı kişi isə həm ayaqlarını,
həm də əllərini açıb. Ayağının birini qadına tərəf atıb
(maraq), bədəninin yuxarı hissəsi də bir az ona tərəf əyilib.
Bu adamın baş barmaqlarını kəmərinə keçirməsini iki cür
izah etmək olar. Bu jestin məqsədi ya sağdakı kişiyə
meydan oxumaq, beləliklə, aqressiv münasibəti ifadə
etmək, ya da qadına tərəf yönəlib cinsi marağı
göstərməkdir. Bundan başqa, soldakı kişi dik durub, bir az
da hündür görünməyə çalışır. Sağdakı kişi isə indi daha
çox çəkingən adama bənzəyir, sanki soldakının hərəkəti
onu qorxudub. O, qollarını yenə çarpazlayıb, amma daha
gülümsəmir, qaşlarını çatıb (narazılıq), çəpəki baxışlarla
rəqibini süzür.
16. c Bu şəkildə on beş siqnal tapmaq olar. Siz neçəsini
görürsünüz?

Cavabınız.......................................................................
........

On beş dəqiqədən sonra

Şəkildə gördüyünüz adamların jestləri onların


münasi­bətlərini indi daha aydın göstərir. Soldakı kişinin
əlləri hələ də kəmərindədir, amma bu dəfə onun kəmərini
bərk sıxdığı hiss olunur, nəticədə jest daha tez nəzərə
çarpır. Bu adam yenə şax duraraq hündür görünməyə
çalışır, indi onun təkcə ayağı deyil, həm də bədəni qadına
tərəfdir. Bütün bunlar onun qadının diqqətini cəlb etməyə
çalışdığını göstərir və qadın ona cavab verir. İndi qadın
nəinki qollarını açıb, bir əli saçlarındadır, o biri əlində
siqaret var və o, siqaretini yuxarı qaldıraraq biləyini
nümayiş etdirir. Qadın həm də kişiyə tərəf çevrilib, bir ayağı
da ona baxır, sinəsini elə dikəldib ki, döşlərinin arası
görünür. Qadın gülümsəyir və siqaretinin tüstüsünü yuxarı
üfürür (özünə inam). Sağdakı kişi kənarda qalıb və bu onu,
əlbəttə, narahat edir. O, əllərini belinə qoyub (aqressivdir,
hərəkət etməyə hazırdır), ayaqlarını aralayaraq narazı
olduğunu bildirir. Bir sözlə, bu söhbətdən qalib çıxan –
qadının diqqətini çəkən soldakı adamdır.

Nə qədər bal topladınız?

130-150 bal

Güclü intuisiyanız var! Lap Betmanınki kimi! Siz çox


yaxşı həmsöhbətsiniz, qarşınızdakına anlayışla yanaşır,
hisslərinə hörmət edirsiniz. Sükanı belə saxlayın!

100-130 bal

Siz adamlarla ünsiyyət yaratmağı bacarırsınız, ətrafda


nə baş verdiyini çox vaxt hiss edirsiniz. Üzərinizdə bir az
da çalışsanız, sizdən çox yaxşı mütəxəssis (danışıqların
aparılması, informasiyanın lazımi təşkilatlara lazımi şəkildə
ötürülməsi və sair üzrə) çıxar.
70-100 bal

Hərdən siz ətrafdakıların bir-birinə münasibətini, hansı


hissləri keçirdiyini o dəqiqə anlayırsınız. Amma bəzən
həqiqət sizə bir neçə gündən sonra çatır. Öz üzərinizdə
işləməlisiniz.

70, ya da daha aşağı bal

Bu kitabı oxumusunuz, amma heç 70 bal da toplaya


bilməmisiniz... Sizə məsləhətimiz: hesablama, kompüter
texnologiyaları, ya da məsələn, xəstəxanada qeydiyyatla
məşğul olun. Belə yerlərdə ünsiyyətə xüsusi ehtiyac
yoxdur. Amma bu kitabı bir də oxuyun və bitirməyincə
evdən çıxmayın, heç telefona da cavab verməyin.

Nəticə

Tədqiqatlar sübut edir ki, bədən dilini öyrənsəniz,


həyata baxışınız tamamilə dəyişər, çox şeyə fərqli şəkildə
yanaşarsınız. Evdən çıxmazdan əhvalınızı dəyişə, işdə
özünüzü daha arxayın hiss edə bilərsiniz. Nəticədə sizi
sevənlərin və sizə inananların, etibar edənlərin sayı artar.
Bədən dilindən düzgün istifadə etməklə siz ətrafdakılarla
fərqli şəkildə davranmağa başlayacaq, ətrafdakıların da
sizə fərqli münasibət göstərdiyini hiss edəcəksiniz.

Əvvəlcə, bədən dilindən xəbəri olan adam kimi


davranmağa başlayanda narahat ola, özünüzə
güvənməyə bilərsiniz. Çünki indi siz mimikalarınızın,
jestlərinizin mənasını, həm də sayını biləcəksiniz. Onların
çoxluğu sizi yəqin ki, təəccübləndirəcək, üstəlik, sizə elə
gələcək ki, ətrafdakılar da buna fikir verir. Amma inanın,
bədən dilindən çoxlarının xəbəri yoxdur və ətrafınızdakılar
da sizdə təəssürat yaratmağa çalışdıqları üçün
məşğuldurlar, ona görə də hərəkətlərinizə siz
düşündüyünüz qədər böyük əhəmiyyət vermirlər. Əllərini
cibində saxlayan, danışanda ətrafa baxmağa alışan adam
üçün əlləri bilərəkdən açıq saxlamaq, həmsöhbətinin
gözlərinin içinə baxaraq danışmaq ilk günlər çətin ola bilər.

Sual verə bilərsiniz: “Həm həmsöhbətimin jestlərinə fikir


verməliyəm, həm də öz hərəkətlərimi idarə etməliyəm, eyni
zamanda fikrimi söhbətin mövzusuna cəmləməliyəm?
Məgər bu mümkündür?” Bəli, mümkündür. Sizin beyniniz
artıq bu istiqamətdə proqramlanıb. Beyin bədən dilinin
ötürdüyü siqnalları tutacaq, sizin işiniz bu siqnalları, sizə
göndərilən mesajları oxumaqdır. Bu, velosipedi birinci dəfə
sürməyə bənzəyir. Əvvəlcə qorxursunuz, hərdən
yıxılırsınız, amma bir azdan sonra peşəkar sürücüyə
çevrilirsiniz.

Bəziləri hesab edir ki, bədən dilinə yiyələnən, bu dildən


istifadə edən adam səmimi ola bilməz, ətrafındakıları
manipulyasiya etməyə çalışar. Amma kiminsə fikrini
üzündən, hərəkətlərindən oxumaq qabiliyyətinə
yiyələnmək və bu bacarıqdan istifadə etmək müxtəlif
paltarlar geyinmək, müxtəlif dillərdə danışmaq kimi bir
şeydir. Axı biz başqa dilləri nəyəsə nail olmaq üçün öyrənir,
yeri gələndə çox gözəl görünməyə, gözəl geyinməyə
çalışırıq. Bədən dilini öyrənənlər də bilərəkdən hərəkət
edir, ətrafdakılara xoş təsir bağışlamaq istəyirlər.
Kişisinizsə, bilməlisiniz ki, qadınlar sizin bədən dilinizi –
jestlərinizi “oxuya” bilirlər, istəsəniz də, istəməsəniz də,
hiss etsəniz də, etməsəniz də bu belədir. Ona görə də bu
dilə yiyələnməklə siz, heç olmasa, onlarla eyni səviyyədə
hərəkət edə bilərsiniz. Bədən dilindən düzgün istifadə edə
bilməyən adamın yaratdığı təəssüratı təsvir etmək üçün
texniki qüsuru olan filmi xatırlatmaq olar. Təsəvvür edin ki,
filmə, yaxud proqrama baxırsınız və danışan adamın
dodaq hərəkətləri eşitdiyiniz sözlərə uyğun gəlmir. Belə
olanda tamaşaçı adətən kanalı dəyişir.

Nəhayət, pozitiv təəssürat yaratmaq üçün bədən dili ilə


bağlı əsas məqamları yadda saxlamaq vacibdir.

Bədən dilinin altı sirri

Üz: Canlı olun və tez-tez gülümsəməyə, həm də


dişlə­rinizi göstərərək gülümsəməyə çalışın.

Jestlər: Mənalı, təsirli hərəkətlər edin, amma həddi


aşmayın. Qollarınızı və ayaqlarınızı çarpazlamayın.
Danışanda əllərinizi çənənizdən aşağıda saxlayın,
barmaqlarınızı aralamayın.
Baş hərəkətləri: Başınızı dik tutun. Danışanda sözləri
başınızla təsdiqləyin, dinləyəndə başınızı azca yana əyin.

Göz-gözə ünsiyyət: Danışanda adamın gözünün içinə


baxın, amma qədərində! Bu hərəkətiniz həmsöhbətinizi
narahat etməməlidir. Mədəniyyətlərarası fərqləri nəzərə
almaq vacibdir. Eybi yoxdursa, düz gözün içinə baxanlar
kənara baxaraq danışanlarla müqayisədə daha çox etimad
qazanırlar.

Duruş: Qarşınızdakını dinləyəndə azca irəli əyilin,


danışanda düz durun.

Ərazi: Adamlarla sizə rahat olan məsafədə dayanın.


Həmsöhbətinizin geri çəkildiyini görsəniz, tərpənməyin,
yəqin ki, ona belə daha rahatdır.

Təqlid: Həmsöhbətinizin jestlərini təkrarlayın, amma


bunu məharətlə, kimsəyə sezdirmədən edin.

You might also like