You are on page 1of 5

1

MÜHAZİRƏ 13.
Qəza-xilasetmə bölmələrinin şəxsi heyətinin müdafiə vasitələri
Fərdi mühafizə vasitələri – xüsusi cihazlar, əşyalar, ayaqqabı, geyim və dərman
preparatları olub, insanın şəxsi istifadəsi üçün hazırlanmış və müasir silahların
zədələyici təsirinin, həmçinin istehsal prosesərinin və ətraf mühitin zədələyici
faktorlarının təsirini aradan qaldırmaq və ya azaltmaq məqsədi daşıyır. Fərdi mühafizə
vasitələri zədələyici və ziyanverici faktorların növlərini (mexaniki, termiki, işıq,
kimyəvi, bioloji, radiasiya və s.), onların xarakterini, təsir mexanizmini və mümkün
müştərək (zərərli) təsirlərini nəzərə alaraq hazırlanır.
Əhalinin mühafizə qurğularında daldalanması, təhlükəli sahələrdən köçürülməsi ilə
yanaşı, adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də
çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən istifadə edilməsi lüzumu
onunla izah edilir ki, nüvə silahı, kimyəvi və ya bakteroloji silah işlədilərkən əhali, o
cümlədən mülki müdafiə dəstələrinin şəxsə heyyəti müəyyən müddət radioaktiv
maddələr,zəhərləyici maddələr yaxud bakteroloji vasitələrlə zəhərlənmiş sahələrdə
qalmalı, ya da burada xilas etmə işləri aparılmalıdır. Fərdi mühafizə vasitələri bunlardan
ibarətdir: tənəffüs üzvlərinin mühafizə vasitələri; dəri səthinin mühafizə vasitələri; tibbi
mühafizə vasitələri. Tənəffüz üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar,
respiratorlar,əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir. Müasir
əleyhqazlar insanın tənəffüz üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin
(buxar, duman, qaz, tüstü, ZM damcılarının), radioaktiv maddələrin təsirindən,
həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən
mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və istismar
göstəricilərinə malikdir. Əleyhqazların təsiredici və süzücü növləri olur. Süzücü
əleyhqazlar (ümumqoşun, mülki, uşaqəleyhqazları) daha geniş yayılmışdır. Onların işi
içərisində fəallaşdırılmış kömür (katalizatorlar) və aerozol əleyhinə süzgəclər olan
süzücü uducu qutunun daxili qatlarından keçərək zəhərli havanın süzülüb təmizlənməsi
prosessinə əsaslanır. Süzücü uducu qutunun qatları dəm qazını udub saxlaya bilmir ,
buna görə də tənəffüz üzvlərinin dəm qazından mühafizəsinin təmin edilməsi üçün
xüsusi ( hopkalit ) patrondan istifadə olunur. Hazırda respublikamızın MM sistemində
2

yaşlı əhalinin mühafizəsi üçün QP-5, QP-5M, QP-7 tipli əleyhqazlardan istifadə etmək
olar. Respirator da həmçinin nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan
cihazdır. Məsələn,havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də tarlalarda
bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar üzlərinə sənaye
respiratoru taxırlar. Respiratorlar suyadavamlı mastika vasitəsilə markalanmışdır:
respiratorun ölçüsü – yarımmaskanın daxili səthində, yaxud burun sıxacağının səthində,
məmulatın adı, onu hazırlayan müəssisənin şərti işarəsi və hazırlama ilinin sonuncu iki
rəqəmi – elastik qaytanın səthində göstərilmişdir. Respiratorun ölçüsü həmçinin onun
sənədində göstərilir. F.H zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibii yardım
göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyilə zəhərlənmənin köməyi
ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra
zədələyici amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial vasitələr) təsirinə
qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür. Bunlara radioprotektorlar,
antidotlar (zəhər əleyhinə dərman) və bakteriya əleyhinə maddələr, habelə qismən
sanitariya tənzimlənməsi vasitələri aid edilir. Dərinin mühafizə vasitələri bədənin açıq
sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu
xəstəlik törədiciləri,radioaktiv toz düşməsindən,həmçinin qismən də işıq şüalanmasının
təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə
(ümumqoşun mühafizə komplekti-ÜMK, yüngül mühafizə kostyumu-L1) və əlaltı
vasitələrə məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel
vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur.
Mühafizə tədbirlərinin diferensial surətdə yerinə yetirilməsi o deməkdir ki, bu
tədbirlərin xarakteri və həcmi şəhərlərin və təsərrüfat obyektlərinin siyasi, iqtisadi və
hərbi əhəmiyyətindən, həmçinin yerli şəraitdən asılı olaraq müəyyən edilməlidir.
Əhalinin fövqəladə hallarda mühafizəsi üçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə
malikdir: əhalini fərdi mühafizə vasitələri ilə təmin edilməsi; etibarlı xəbərdarlıq
sisteminin yaradılması; mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə
öyrədilməsi; ərzaq və suyun radioaktiv, kimyəvi və bakterial vasitələrdən mühafizəsinin
təmin edilməsi; rejimli tədbirlərin,sanitariya-gigiyena tədbirlərinin və radiasiya əleyhinə
tədbirlərin həyata keçirilməsi; kambinasiya üsulu ilə köçürmə tədbirlərinin
3

planlaşdırılması və vaxtında yerinə yetirilməsi,köçürülən əhalini qəbul etmək və


yerləşdirmək üçün şəhərdənkənar zonanın hazırlanması. Fövqəladə hadisələr zamanı
əhalinin mühafizəsinin əsas üsulları müdafiə qurğularında daldalanmaq, fərdi mühafizə
vasitələrindən istifadə etmək,iri və təhlükəli sahələrdən təhlükəsiz zonaya
köçürülməkdən ibarətdir.
Fərdi mühafizə vasitələri və dəri səthinin mühafizəsi
Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında
daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafizə və tibbi
mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə
malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki,
nüvə, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülki müdafiə
dəstələrinin şəxsi heyəti müəyyən muddət radioaktiv maddələr (RM), zəhərləyici
maddələr (ZM), yaxud bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə və ya
atmosferdə qalmalı, ya da burada xilasetmə işləri aparmalı olacaqlar. Fərdi muhafizə
vasitələri bunlardan ibarətdir: a)tənəffüs orqanlarının mühafizə vasitələri; b)dəri
səthinin mühafizə vasitələri; c) tibbi mühafizə vasitələri. Tənəffüs orqanlarını mühafizə
vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin ozü tərəfindən hazırlanan ən sadə
vasitələr aiddir.) Əleyhqazlar. Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və
gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının)
radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındaki yoluxdurucu patogen
mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu
xassələrə və istismar göstəricilərinə malikdir. Bu əleyhqazların təcridedici və süzücü
növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş
yayılmışdır; onların quruluşu – içərisində fə-allaşdırılmış (katalizator) kömür və aerozol
əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından
keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-uducu
qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qaznı) udub saxlaya bilmir, buna
görə də, tənəffüs orqanlarının karbon 2-oksiddən mühafizəsinin te'min edilməsi üçün
xüsusi (hopkalit) patrondan istifadə olunur ki, bu patron eleyhqazın birleşdirici borusu
(üzlük hissəsi) ilə süzücü-uducu qutusu arasında yerləşdirilir (qutuya burulub
4

birləşdirilir). Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5.


QP-5 m, QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafizəsi üçün DP-6
m (uşaq əleyhqazı, 6-cı tipi, kiçik ölçülü), DP-6, PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci
tipi), PDF-D (süzücu uşaq əleyhqazı, məktəbəqədər yaşlılar üçün) və PDF-Ş (süzücü
uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan istifadə oluna bilər.Bunlardan
əlavə, 1.5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 (uşaq mühafizə kamerası, 6-
cı tipi) uşağı mühafizə cihazı vardır.Tabeldənkənar əleyhqazlara sənaye əleyhqazları,
xüsusən kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyhqazların qutuları
xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli maddədən mühafizə üçün nəzərdə
tutulmuşdur, ona görə də qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola
bilər.Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın
komplektinə (dəstinə) həmçinin onun çantası VƏ tərləməyən plyonkalar olan qutucuq,
yaxud əleyhqazın üzlük hissə-sindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi qələm
də daxildir. Dəri səthini mühafizə vasitələri - bədənin açıq sahələrini, paltarları, sursatı
və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv
toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək
üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümumqo-şun mühafizə komplekti -
OZK, yüngül mühafizə kostyumu L-1 və əlaltı vasitələr məişət paltarlarının ünsürləri)
növlərinə ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü(havakeçirən) və
təcridedici(havakeçirməyən) növləri olur. Süzücü materialdan tikilən mühafizə paltarları
ya həmişə, ya da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusi
kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir, Özünün sanitariya-gigiyenik
xassələrinə görə belə paltarlar hər gün geyilmək üçün yararlıdır.Dərini mühafizə edən
süzücü vasitələr-ə ZFO-58 markalı süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir:
Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu
hopduruldulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək),
parça şlemaltlıqdan, iki cüt portyankadan (ayağa sarınan parça zolaqları) ibarətdir ki,
bunların bir cütünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu pasta
məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli), ya da bu
buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. All
5

paltarlar, şlemaltlıq və hopdurulmuş bir cüt portyanka adamın bədəninə kombinezonun


sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının
qarşısını almaq üçündür. Süzücü mühafizə paltarı komplektindəki kombinezonların
ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 160 sm-dən 170 sm-ə
qədər və üçüncü ölçü - boyu 170 sm-dən artıq olan üçündür. Dərini təcridedici mühafizə
vasitələri - havakeçirməyən materialdan hazırlanır, həm tam hermetik (adamın bütün
bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və
kombinezonlar),həm də qismən, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürünclər
önlüklər və s.) ola bilər. Qismən qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə
komplekti OZK, yüngül mühafizə komplekti L-1, mühafizə kombinezonu və ya
kostyumu), əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir. Ümumqoşun
mühafizə komplekti OZK - mühafizə plaşından mühafizə corablarından və mühafizə
əlcəklərindən ibarətdir, adətən hopdurulmuş üst və alt paltarların üstündən geyilir.
Yüngül mühafizə kostyumu L-l rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı
köynəkdən, corablı şalvardan, ikibarmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir.
Tədricedici mühafizə vasitələri sırf MM dəstələrinin şəxsi heyəti üçün nəzərdə
tutulmuşdur. Bunlardan ZM-in yüksək qatılığı şəraitində zəhərli sahələrdə iş
aparılarkən, habelə dezenfeksiya, dezaktivasiya işləri yerinə yetirilərkən istifadə olunur.
Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi paltarları uyğunlaşdıra bilər.
Bunları təmin etmək üçün onlara-sinəbənd, başlıq, şalvarın yanda düymələnən xişteklər
tikmək lazımdır. Yadda saxlanılmalıdırki, bu paltarlarda qalmaq müddəti məhduddur.

You might also like