You are on page 1of 17

AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ

BAKI AVRASİYA UNİVERSİTETİ

“Tərcüməçinin oxu vərdişləri 2”


fənni üzrə

İŞÇİ-TƏDRİS PROQRAMI

(SİLLABUS)

İxtisas: B06Ene21/01 Tərcümə (ingilis dili)


Təhsilin səviyyəsi: Bakalavriat
Təlim forması: Əyani

BAKI-2022

1
Formanın kodu – KAF2000
Sənədin №KAF2001

“Tərcüməçinin oxu vərdişləri 2” fənni üzrə işçi-tədris proqramı (sillabus) AR TN-nin


06.12.2016 tarixli № 804 əmri ilə təsdiq olunmuş “Tərcüməçinin oxu vərdişləri 2” fənn
proqramı əsasında tərtib edilmiş, “ Tərcümə” kafedrasının ümumi iclasında müzakirə olunaraq
tədris-metodiki vəsait kimi qəbul edilmişdir (pr №. 05 24.01. 2022).

Kafedra müdiri : fil.ü.f.d Rzayeva S.R

24 Yanvar 2022-ci il

“Tərcüməçinin oxu vərdişləri 2” fənni üzrə işçi-tədris proqramı (sillabus) Filologiya


fakültəsinin Elmi Şurasında bəyənilmiş və təsdiqi məsləhət bilinmişdir (pr. №05- 2022)

Fakültə Elmi Şurasının sədri: dos.S.S.Süleymanov

26 yanvar 2022- ci il

Fənn müəllimi: Yusifova S.R

22 yanvar 2022 -ci il

2
1. Fənn haqqında məlumatlar:
Fənnin adı və kod : End 892/103 Tərcüməçinin oxu vərdişləri

Fənnin tədris olunduğu ixtisasların kodu və adı: B06 Ene 21 /01


Fənnin tədris olunduğu kafedranın kodu və adı: - T07 Tərcümə kafedrası
Təhsil forması: Əyani
Тəlim dili: ingilis dili

2. Fənni tədris edən müəllim haqqında məlumatlar:

Soyadı, adı, atasının adı Səfərova Esmira Rəhman


Elmi dərəcəsi və elmi adı müəllim
İş stajı 12
Tədris edəcəyi fənn üzrə stajı 11
Təhsil müəssisəsində olduğu yer Tərcümə kafedrası, auditoriya 305/319/309

Əlaqə məlumatları:

Təhsilverənin kafedrada olma qrafiki Həftə içi hər gün qrafiklə


Əlaqə telefonları (ev, iş, mobil) 050 657 33 81
(İş) (012) 564-63-67 (Daxili-115)
Elektron ünvanı esmira.safarova21@gmail.com

3. Fənnin tədrisinə ayrılmış kreditlər və saatlar

Tədris ili 2021/22


Semestr Yaz
Bölmə azərb.
Fənn qrupu ( və ya qrupları) End 892/103
End 892/R01
Kreditlərin (saatların) cəmi 6
Auditoriya saatlarının cəmi 75
O cümlədən:
Mühazirə (M) 86
Seminar (S)
Auditoriyadan kənar ( müəllimin rəhbərliyi ilə) sərbəst işlərin
yerinə yetirilməsi üçün ayrılmış saatlar 42
Təhsilalanın auditoriyadan kənar (müstəqil) yerinə yetirdiyi 63
sərbəst yaradıcılıq işləri üzrə saatlar

3
4. İzahat vərəqi
Tərcüməçinin Oxu Vərdişləri 2 Oxu məqsədyönlü, reseptiv fəaliyyət növüdür. Yazılı
mətndən informasiyanın əldə olunmasına yönəlmiş nitq fəaliyyətidir. O, nitq fəaliyyətləri arasında
özünəməxsus yer tutur. Təhsilalan hər bir oxu növündə baza baçarıqlarına malik olmalıdır :
1. Əsas məzmunun başa düşülməsi: hər hansı bir mətni düzgün, sürətli, intonasiya ilə (materialın
tələbinə uyğun) oxumaq, mətndə əsas məlumatı müəyyən etmək; ikinci dərəcəli məlumatları birinci
dərəcəlidən fərqləndirmək; hadisə və faktlar arasında (məntiqi, xronoloji) əlaqə yaratmaq;
hadisələrin mümkün inkişafını əvvəlcədən müəyyən etmək; mətndə verilmiş faktları
ümumiləşdirmək; oxuduğuna əsasən nəticə çıxarmaq və s;
2. Mətndən tam məlumatın əldə edilməsi: fakt və detalları tam və dəqiq anlamaq, məlumatı
təsdiqləyən, dəqiqləşdirən infor-masiyanı seçmək; hadisələr arasında əlaqə yaratmaq; onların
arasında səbəb- nəticə münasibətlərini açıqlamaq, əsas ideyanı müəyyənləşdirmək, məlumatları
tutuşdurmaq, mətnlərdəki hadisələri həyat hadisələri ilə müqayisə etmək və s.
3. Zəruri və əhəmiyyətli informasiyanı anlamaq: ümumən mətnin mövzusunu və janrını müəyyən
etmək, hər hansı bir məsələyə aid məlumatı aşkar etmək, informasiyanın dəyərliliyini
müəyyənləşdirmək, mətnlərdə əksini tapmış məsələlər barədə müxtəlif fikirləri ümumiləşdirərək
yazılı rəyini bildirmək, həmin fikirləri yazılı şəkildə inkişaf etdirmək, bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar etmək, oxunmuş mətni genişləndirmək, dəyişdirmək və ya
davam etdirmək məqsədi ilə yazılı plan hazırlamaq.
Məsləhət saatı hər həftənin 4 cü gün saat 10:30
4.1.Fənnə ayrılmış kreditlər (saatlar)
Fənnə ayrılmış kreditlər (saatlar) 6
Bakı Avrasiya Universitetində bu fənnin tədrisi prosesində auditoriya dərslərinə 75 saat,
auditoriyadankənar məşğlələrə isə 42 saat (təhsilalanların müəllimin rəhbərliyi ilə yerinə
yetirdikləri sərbəst yaradıcılıq işləri üçün 63 saat, müstəqil yerinə yetirdikləri işlər üçün isə 18
saat) nəzərdə tutulmuşdur. Kreditlərin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24
dekabr 2013-cü il tarixli 348 saylı qərarına, ixtisas üzrə təhsil proqramında, tədris planında, tədris
qrafikində və fənn proqramında təsdiq edilmiş normalara uyğun hazırlanmışdır.
4.2. Fənnin təsviri və qısa məzmunu:
Fənnin qısa məzmunu praktik dərslərin mövzularından ibarət təqvim – tematik planını,
təhsilalanların təhsilverənin rəhbərliyi ilə apardığı sərbəst yaradıcılıq işlərinin və auditoriyadan
kənarda yerinə yetirdikləri sərbəst yaradıcılıq işlərinin təqvim-tematik planını əhatə edir.
“Tərcüməçinin Oxu Vərdişləri 2” fənni üzrə işçi-tədris proqramı (sillabus) həmin fənnin tədrisinin
məqsəd və vəzifələrini, məzmununu və texnologiyasını müəyyənləşdirən rəsmi sənəddir. İşci-tədris
proqramı (sillabus) fənnin məzmununun qısa təsviri, keçiriləcək dərslərin mövzuları, onların
keçilmə ardıcıllığı, müəllimin rəhbərliyi ilə təhsilalanların sərbəst yaradıcılıq işləri, keçilmiş
mövzuların, müəllimin verdiyi biliklərin mənimsənilmə səviyyəsinin yoxlanma üsulları,
təhsilalanların tapşırıqları yerinə yetirmə və təhvil vermə qrafikləri öz əksini tapmışdır.
İşçi-tədris proqramında (sillabusda) kursun tədrisinin siyasəti və prosedurları, təhsilalanların
biliyinin qiymətləndirilmə meyarları, dərsə davamiyyəti, auditoriyada davranış qaydalarına aid olan
əsas tələblər də göstərilmişdir.

4
5. Fənnin öyrənilməsinin məqsəd və vəzifələri

5.1.Fənnin tədrisinin əsas məqsədi


Linqvistik məqsəd
- əsas məzmunun başa düşülməsi (tanımaq üçün oxu);
- məzmunun tam başa düşülməsi (öyrədiçi oxu);
- lazım olan informasiyanin əldə edilməsi(tədqiqi oxu)
Kommunikativ məqsəd
- təhsilalanların xarici dil bacarığını mədəniyyət və
cəmiyyətlərarası dialoqda ünsiyyət vasitəsi kimi inkişaf etdirmək
- nitq fəaliyyətinin növü kimi oxu bacarıqlarının formalaşması və
inkişafını təmin etmək;
- real həyatda olan ünsiyyətə yaxınlaşmaya kömək etmək.
- təhsilalanların dünyagörüşünün zənginləşməsini təmin etmək
5.2 Fənnin tədrisinin əsas vəzifəsi:
-Müstəqil işləmək bacarığını inkişaf etdirir.
- Tərbiyəvi məqdəslər həyata keçirir: əxlaqi və mənəvi dəyərlər
aşılayır
- Dünyagörüşünü genişləndirir.
5.3 Təhsilalanlar təhsilverənin göstərişi və məsləhəti ilə:
- Xarici dildə ünsiyyət bacarığının formalaşdırmalı
-Xarici dil bacarığını mədəniyyət və cəmiyyətlərarası dialoqda ünsiyyət vasitəsi kimi inkişaf
etdirməli
- Xarici dil səviyyəsini (işgüzar, rəsmi, qeyri-formal) inkişaf etdirmək
- Peşəkar səviyyələrinin artırılmasında dildən ünsiyyət vasitəsi kimi istifadə etməlidir.

Təhsilverənin qarşısında aşağıdakı vəzifələr durur:


- Fənnin tədrisinin əhəmiyyəti, onun obyekti, predmeti haqqında təhsilalanlara hərtərəfli bilik
vermək;
-Təhsilalanları zəruri olan halda fənninə aid zəruri termin və anlayışlarla tanış etmək;
- Keçilən mövzuların məzmununu açmaq, mətnlər əsasında təhlillər aparmaq, dərs zamanı
təhsilalanın mövzunu maksimum səviyyədə mənimsəməsinə çalışmaq;
- Hər bir mövzunun hansı səviyyədə mənimsənildiyini aydınlaşdırmaq üçün təhsilalanlarla fərdi
sorğu-sual və dialoq aparmaq;
- Təhsilalanları keçiriləcək mövzulara aid mətn və materiallar ilə təmin etmək;
- Təhsilalanların fənnə aid əsas və yardımçı qaynaqlardan istifadəsinə imkan yaratmaq, ədəbiyyat
siyahısı ilə, lazım gəldikdə ədəbiyyatın özü ilə təmin olunmasına çalışmaq;
- Sərbəst yaradıcılıq işlərinin, yoxlama işlərinin mövzularını təhsilalanlara vaxtında vermək, onların
səmərəli işləmələrinə şərait yaratmaq, nəticələri yoxlamaq və düzgün qiymətləndirmək;
- Tapşırıqları yerinə yetirə bilməyən və ya zəif yerinə yetirən təhsilalanları seçmək və onlarla işin
metodunu və metodologiyasını düzgün qurmaq;
- Təhsilalanların fənn üzrə alınan elmi nəzəri və praktiki nəticələri əsaslı şəkildə təhlil etmək
qabiliyyətinə yiyələnmələrinə nail olmaq.
Təhsilalanların fənn üzrə əsas elmi dəlil və faktları şüurlu və dərindən mənimsəmələri, müstəqil
işləmə üçün verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmələri məqsədi ilə təhsilverənlər
onların tədris ili boyu müntəzəm, sərbəst və ardıcıl işləmələrini təmin etməlidirlər.
Bütün bu qabiliyyətlərə malik olmaq üçün əsas məqsəd və vəzifə bu fənnə aid nəzəri bilikləri
praktiki məşğələ dərslərində, həmçinin auditoriyadankənar məşğələlərdə çoxlu sayda müxtəlif

5
çalışmalar, sərbəst yaradıcılıq işləri, yoxlama yazı işləri və ev tapşırıqları yerinə yetirməklə onların
akademik yazı üzrə bilik, bacarıq və vərdişlərini daha da möhkəmləndirməkdən ibarətdir.

6. Təhsilalanlarda fənnin mənimsədilməsi nəticəsində formalaşdırılan


kompetensiyalar və elmi - nəzəri biliklər sistemi

6.1 Fənnin tədrisi nəticəsində formalaşan kompetensiyalar:


“Tərcüməçinin Oxu Vəərdişləri 2” fənni “Tərcümə” ixtisası üzrə Təhsil
Proqramının (2020) ilə ixtisas peşə fənlər bölümünün digər fənləri və peşə hazırlığı ilə birgə
aşağıdakı cədvəldə göstərilən ümummədəni və peşə kompetensiyalarının formalaşması üçün əsas rol
oynayır:
Ümumi kompetensiyaların məzmunu

İxtisası üzrə daha bir xarici dildə kommunikasiya bacarıqlarına;

Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və
roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma
bacarıqlarına;
İş yerində informasiya texnologiyalarından istifadə etmək bacarığına;
Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə ;
Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını
təkmilləşdirilmək, və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə
Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuruna və etik yanaşmaya, üstünlük
vermək bacarığına;
Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və
özünütənqid bacarığına;
Fəaliyyətin mümkün nəticələrini görə bilmək , dərk etmək və qiymətləndirmək qabiliyyəti

Kodu Peşə kompetensiyalarının məzmunu

PK- 1 Azərbaycan dilini mükəmməl bilərək ixtisası üzrə öyrəndiyi xarici dilin leksik, qrammatik,
sintaktik qaydalannı oxu prosesində tətbiq etmək bacarığına;
PK-2 Oxu sahəsində əldə etdiyi nəzəri bilikləri gələcək elmi fəaliyyətdə tətbiq etmək bacarığına;

PK-5 İxtisası üzrə öyrəndiyi xarici dildə olan mətni oxuyur Azərbaycan dilinə şifahi tərcümə bacarığına;

PK-6 İxtisası üzrə öyrəndiyi xarici dildə olan mətni Azərbaycan dilinə və əksinə yazılı tərcümə bacarığına;

PK-9 İxtisası üzrə tərcümə etdiyi Dilini öyrəndiyi ölkənin siyasi quruluşu, mədəniyyəti, ədəbiyyatı, tarixi,
coğrafiyası, iqtisadiyyatı haqqında mətni oxuyub biliklərə yiyələnərək, tərcüməçilik fəaliyyətində
istifadə etmək bacarığına;

PK-12 Tərcüməçi kimi ictimai-siyasi, hüquqi-inzibati, tibbi, iqtisadi və s. sahələrdə yenilikləri daim
izləmək, informasiya təhlükəsizliyinin təmin olunması mexanizmlərini bilmək və istifadə etmək
bacarığına;

PK-13 İxtisas dilində rəsmi sənədlər, CV, ticarət və işgüzar yazışmaları, müraciət məktublarını oxumaq
vətərcümə prosesində tətbiq etmək bacarığına;

6
PK-17 mütəmadi olaraq özünütəhsil, əlavə təhsil proqramlarından yararlanmaq, bacarığına;.

PK-22 Media materialları ilə işləmək, müəyyən mövzular üzrə araşdırmalar aparmaq, faktiki materialları
toplamaq, ümumiləşdirmək, nəticə çıxarmağı bacarmaq

6.2 Fənnin tədrisi başa çatdıqda təhsilverənin göstərişi və məsləhəti ilə:


Təhsilalanlar “ Tərcüməçinin Oxu Vərdişləri 2” fənninin məzmununun mənimsənilməsi
nəticəsində aşağıdakı bilik, bacarıq və vərdişlərə yiyələnməlidirlər:
Bilməlidir • Zəngin söz ehtiyatı
• Düzgün tələffüz vərdişləri
• İxtisas dilində sərbəst cümlə qurub fikrin düzgün çatdırılması
• İxtisas dilində müəyyən məsələyə münasibət bildirmə bacarığı
• İxtisas dilində nitqi dinləyib başa düşmə
• İxtisas dilində ünsiyyət yaratmaq
• İfadəli oxu və düzgün tələffüz vərdişlərinə
• Oxu mətnləri , nitq mövzularını analamaq bacarığını
• İxtisas ölkəsinin yaşam tərzi , coğrafiyası, iqtisadi və siyasi həyatı, bu
dildə danışan başqa ölkələr haqqında məlumat

Bacarmalıdır • auditoriyada dinlədiyini qavramağı,


• qavradığını yadda saxlamağı,
• düzgün, dəqiq və ifadəli nitq söyləməyi,
• ünsiyyətin müxtəlif növlərinin qarşılıqlı təsiri, çıxışların hazırlanması
• Dialoji mətnin hekayə formasında yenidən nəqlinə hazır olmaalı
• Aparıcı şəxslərin səciyyəssinin açıqlanmasına hazırlıq( ev oxusu
materilaları əsasında)
• İşlənmiş mətn ,yaxud mövzu ətrafında dialoqlaın tərtibi
• istifadə etməklə özünün məxsusi baxışlarını düzgün izah etməyi və
dəlilləşdirməyi,
• verbal və qeyri-verbal kommunikativ ünsiyyəti.

Yiyələnməlidir • verilən tapşırıqları yerinə yetirməyi,


• hər bir mövzuya aid materialı, mətni oxuyub nəticə çıxarmağı,
• mədəni nitqin tələblərinə uyğun danışıq, eləcə də savadlı ifadə
bacarığını,
• qrammatik qayda-qanunları,
• üslub normalarına əməl etməyi,
• zəngin söz ehtiyatına malik olmağı,
• nitqin etik normalarını gözləməyi,
• mənimsədiyini gündəlik işgüzar fəaliyyətində tətbiq etməyi.

7
7. Fəndən öncə ( prerekvizit ), fənlə paralel (korekvizit)

və fəndən sonra (postrekvizit ) tədrisi nəzərdə tutulan fənlər

a) a) Fəndən öncə tədrisi nəzərdə tutulan (prerekvizit) fənlər: Orta məktəbdən tədris edilən
İngilis dili fənni
b) Fənlə paralel tədrisi nəzərdə tutulan (korekvizit) fənlər: Tərcüməçinin yazı vərdişləri”, “Tələffüz
və nitq vərdişləri”fənləri;
b) c) Fəndən sonra tədrisi nəzərdə tutulan (postrekvizit) fənlər- Fəndən sonra tədrisi nəzərdə
tutulan (postrekvizit) fənlər: “Peşəkar tərcümənin əsasları”, “Müqayisəli üslubiyyət”, “Akademik
yazı”, “Tərcümə və mədəniyyətlərarası ünsiyyət”, “İlkin tərcümə vərdişləri”, “Sənədləşmə və
terminalogiya”, ”Yazılı mətnin şifahi tərcüməsi” ,” Ardıcıl tərcümə və qeydgötürmə texnikası”
fənləri.

8. Dərslərə münasibət
1. Təhsilalanlar auditoriya dərslərində, həmçinin müəllimin rəhbərliyi ilə auditoriyadankənar
məşğələlərdə iştirak etməlidirlər;
2. Təhsilalanlar bütün nəzəri, praktiki və s. dərslərdə fəal olmalıdırlar;
3. Təhsilalanlar bütün dərslərə səylə hazırlaşmalı, ev tapşırıqlarını və sərbəst yaradıcılıq işlərini
vaxtında yerinə yetirməlidirlər;

Aşağıdakılar yolverilməzdir
1.Dərslərə gecikmək və onlardan tez getmək
2.Dərs vaxtı mobil telefondan və bu tipli digər vasitələrdən istifadə etmək;
3.Yalan və plaqiat
4.Tapşırıqların vaxtında təhvil verilməməsi və s.

9. Mövzuların tədris saatları üzrə bölgüsü

№ Tarix Mövzular Saat Ədəbiyyat

Praktik

1 16.02.22 Təhsil və onun növləri: Uşaq bağçaları. Tələbələr arasında 2 Thoughts &
diskussiyaların aparılması. Mətnlərin oxunub təhlil olunması, Notions, 504
17.02.22 mövzu ilə bağlı yeni söz və ifadələr. essential words,
English
Grammar in Use
2 17.02.22 Məktəb və universitet təhsili. Mövzu üzrə mətnin 2 Thoughts &
təhlili.. Yeni söz və ifadələr, idiomlar, atalar sözləri. Notions, 504
22.02.22 essential words,

8
English
Grammar in Use

3 22.02.22 Felin şəkilləri. Mövzuyla bağlı qrammatik tapşırıqlar. 2 Thoughts


& Notions,
23.02.22 504
essential
words,
English
Grammar
in Use

4 24.02.22 Hobbi və maraqlar. Asudə vaxt. Asudə vaxtın təşkili. 2 Thoughts &
Mətnlərin təhlili. Mövzuya dair söz və ifadələr. Notions, 504
24.02.22 Dialoqlar və diskussiyalar. essential words,
English
Grammar in Use

5 01.03.22 2 Thoughts &


Notions, 504
İncəsənət, növləri: Mövzu ilə bağlı mətnlərin təhlili,
01.03.22 essential words,
mətnlə bağlı müxtəlif tapşırıqlar.
English
Grammar in Use

6 02.03.22 Film. Musiqi. Mövzuyla bağlı mətnlərin təhlili. Yeni 2 Thoughts &
söz və ifadələr. Notions, 504
03.03.22 essential words,
English
Grammar in Use

7 03.03.22 Musiqinin növləri. Mövzu üzrə yeni söz və ifadələrin 2 Thoughts &
təqdimi. Audio-video materialla iş. Notions, 504
08.03.22 essential words,
English
Grammar in Use

8 08.03.22 2 Thoughts &


Notions, 504
Musiqi alətləri. Mövzu üzrə yeni söz və ifadələr.
09.03.22 essential words,
Audio-video materialla iş.
English
Grammar in Use

9 10.03.22 Qrammatik material: Məchul növ. Mövzu üzrə 2 Thoughts &


tapşırıqların yerinə yetirilməsi. Notions, 504
10.03.22 essential words,
English
Grammar in Use

10 15.03.22 Kütləvi informasiya vasitələri. Mövzu ilə bağlı 2 Thoughts &


mətnlərin oxunması və onlar üzərində iş. Yeni söz və Notions, 504
9
15.03.22 ifadələr/ idiomlar. essential words,
English
Grammar in Use

11 16.03.22 Keçilmiş mövzuların təkrarı. Yoxlama işi. 2 Thoughts &


Notions, 504
17.03.22 essential words,
English
Grammar in Use

12 17.03.22 Radio və televiziya proqramları. Mövzu üzrə yeni söz 2 Thoughts &
Notions, 504
və ifadələrin təqdimi. Audio-video materialla iş. Məlum
22.03.22 essential words,
növdən Məchul növə keçirmək. Mövzu üzrə
English
tapşırıqların yerinə yetirilməsi.
Grammar in Use

13 22.03.22 İxtisas ölkəsinin KİV-i haqqında ümumi 2 Thoughts &


məlumatlar. Mövzu ilə bağlı mətnlərin təhlili. Yeni söz Notions, 504
23.03.22 və ifadələr. essential words,
English
Grammar in Use

14 24.03.22 Qəzet və jurnallar. Mövzu ilə bağlı mətnlərin təhlili. 2 Thoughts &
Yeni söz və ifadələr. Tapşırıqların həlli. Notions, 504
24.03.22 essential words,
English
Grammar in Use

15 29.03.22 KİV mətnləri ilə tanışlıq. Mövzu ilə bağlı mətnin 2 Thoughts &
təhlili.Yeni söz və ifadələr. Notions, 504
29.03.22 essential words,
English
Grammar in Use

16 30.03.22 KİV mətnləri üzrə audio-video materiallar üzərində iş. 2 Thoughts &
Notions, 504
31.03.22 essential words,
English
Grammar in Use

17 31.03.22 2 Thoughts &


İxtisas ölkəsinin coğrafiyası. Mövzuyla bağlı söz və Notions, 504
05.04.22 ifadələrin aşılanması, onların işlənmə xüsusiyyətləri, təbiət, essential words,
ətraf mühit haqqında müzakirələr. Təqdimatların English
hazırlanması.
Grammar in Use

18 05.04.22 İxtisas ölkəsinin coğrafiyası mövzusu üzrə mətnlərin 2 Thoughts &


təhlili. Notions, 504
06.04.22 essential words,
English
10
Grammar in Use

19 07.04.22 İxtisas ölkəsinin iqlimi.Əsas sənaye şəhərləri. 2 Thoughts &


Mövzular üzrə mətnlərin təhlili. Yeni söz və ifadələr. Notions, 504
07.04.22 essential words,
English
Grammar in Use

20 12.04.22 Qrammatik mövzu: Mürəkkəb cümlələr. Mövzu ilə 2 Thoughts &


bağlı qrammatik tapşırıqlar. Notions, 504
12.04.22 essential words,
English
Grammar in Use

21 13.04.22 İxtisas ölkəsinin əhalisi. Əsas şəhərləri. Mövzularla 2 Thoughts &


bağlı yeni söz və ifadələr, idiomalar. Mövzu üzrə Notions, 504
14.04.22 diskusiyalar. essential words,
English
Grammar in Use

22 14.04.22 2 Thoughts &


Notions, 504
Tabesiz mürəkkəb cümlələr. Tabesizlik əlqali
19.04.22 essential words,
bağlayıcılar. Qrammatik tapşırıqlar.
English
Grammar in Use

23 19.04.22 İxtisas ölkəsinin mədəniyyəti mövzusunda söz və 2 Thoughts &


ifadələrin təhlili, söhbətlərin aparılması. Qrammatik Notions, 504
20.04.22 tapşırıqlar və mətn üzərində iş. essential words,
English
Grammar in Use

24 21.04.22 Keçilmiş movzuların təkrarı. Yoxlama işi. 2 Thoughts &


Notions, 504
21.04.22 essential words,
English
Grammar in Use

25 26.04.22 İxtisas ölkəsinin milli mətbəxi. Mövzu üzrə yeni söz və 2 Thoughts &
ifadələr. Tapşırıqların həlli. Notions, 504
26.04.22 essential words,
English
Grammar in Use

26 27.04.22 2 Thoughts &


Notions, 504
28.04.22 İxtisas ölkəsinin milli mətbəxi mövzusunda mətnlərin essential words,
təhlili. Tapşırıqların yerinə yetirilməsi. English
Grammar in Use

11
27 28.04.22 Tabesizlik əlaqlə bağlayıcılar mövzusu üzrə qrammatik 2 Thoughts &
tapşırıqların həlli. Notions, 504
03.05.22 essential words,
English
Grammar in Use

28 03.05.22 İxtisas ölkəsinin bayramları və tarixi günləri. 2 Thoughts &


Mövzuya dair yeni söz və ifadələr. Notions, 504
04.05.22 essential words,
English
Grammar in Use

29 05.05.22 Mətnlərin təhlili. Tapşırıqların yerinə yetirilməsi. 2 Thoughts &


Notions, 504
05.05.22 essential words,
English
Grammar in Use

30 10.05.22 Tabeli mürəkkəb cümlələr.Qrammatik tapşırıqların 2 Thoughts &


həlli. Notions, 504
10.05.22 essential words,
English
Grammar in Use

31 11.05.22 İxtisas ölkəsinin görkəmli şəxsiyyətləri., Mövzu ilə 2 Thoughts &


bağlı söz və ifadələr, mətnlər, diskussiyalar. Tələbələrin Notions, 504
11.05.22 təqdimatları. essential words,
English
Grammar in Use

32 12.05.22 Tabelilik əlaqəli bağlayıcılar. Qrammatik tapşırıqlar. 2 Thoughts &


Notions, 504
17.05.22 essential words,
English
Grammar in Use

33 17.05.22 İxtisas ölkəsinin klassik yazıçı və şairləri. Mövzu ilə 2 Thoughts &
bağlı söz və ifadələr, mətnlər, diskussiyalar. Tələbələrin Notions, 504
18.05.22 təqdimatları. essential words,
English
Grammar in Use

34 19.05.22 İxtisas ölkəsinin tarixi şəxsiyyətləri. Mövzu ilə bağlı 2 Thoughts &
söz və ifadələr, mətnlər, diskussiyalar. Tələbələrin Notions, 504
19.05.22 təqdimatları. essential words,
English
Grammar in Use

35 24.05.22 Leksik və qrammatik tapşırıqlar üzərində iş. 2 Thoughts &


Notions, 504
12
24.05.22 essential words,
English
Grammar in Use

36 25.05.22 İxtisas ölkəsində idman. Mövzu ilə bağlı söz və ifadələr, 2 Thoughts &
mətnlər, diskussiyalar. Tələbələrin təqdimatları. Notions, 504
24.05.22 essential words,
English
Grammar in Use

37 26.05.22 İdman sağlamlıqdır. Mövzu ilə bağlı söz və ifadələr, 2 Thoughts &
mətnlər, diskussiyalar. Tələbələrin təqdimatları. Notions, 504
26.05.22 essential words,
English
Grammar in Use

38 31.05.22 Keçilmiş mövzuların təkrarı. Yoxlama işi. 1

31.05.22

10. Sərbəst yaradıcılıq işləri


Təhsilalanlar tərəfindən sərbəst yaradıcılıq işləri seminar dərslərinə hazırlaşarkən, yaradıcı
tapşırıqları yerinə yetirilərkən, imtahana hazırlaşarkən, referat, esse, yoxlama yazı işləri, təqdimat və
s. yazılarkən, məruzə hazırlanarkən, kurs və diplom işi yerinə yetirilərkən həyata keçirilir.
Təhsilalanların sərbəst işləri tədris prosesinin mütləq hissələrindəndir. Bu, müxtəlif
mənbələrdən əldə edilən və dərin düşüncə qabiliyyəti tələb olunan bilik və bacarıqlara yiyələnmə
yolu ilə mənimsəmə fəaliyyətinin inkişafına səbəb olur.
10.1. Sərbəst yaradıcılıq işlərinin növləri
Müəllimin rəhbərliyi ilə auditoriyadankənar sərbəst yaradıcılıq işlərinin mövzuları fənnin
tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, yoxlama işlərinin, referat, təqdimat,
esse və s. kimi sərbəst yaradıcılıq işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından
ibarət ola bilər. Cari semestr ərzində fənn üzrə bir sərbəst yaradıcılıq tapşırığı verilir. Bütün
tapşırıqların yerinə yetirilməsi müvafiq qaydalara uyğun (ənənəvi və ya onlayn formada) müdafiə
olunaraq təhvil verilməklə qiymətləndirilir. Sərbəst yaradıcılıq işləri yazılı formada,  word
faylı  formasında, (şrift12) olmaqla, müvafiq əsasnamədə göstərilən həcm və formada tərtib olunur.
Sərbəst yaradıcılıq işləri əlyazma, çap olunmuş və ya elektron formada tərtib oluna bilər.

10.2.Sərbəst yaradıcılıq işləri üzrə mövzuların bölgüsü, tərtibatı və qəbulu:


Sərbəst yaradıcılıq işlərinin əsas mövzuları “Tərcüməçinin Oxu Vərdişləri” fənninin tədrisi üçün
nəzərdə tutulmuş təqvim tematik plana uyğun mövzular üzrə tərtib olunur. Bu mövzular təhsilalanlara
fərdi qaydada, ayrı – ayrı qruplar şəklində və ya tam qrup halında verilə bilər. Mövzular üzrə sərbəst
yaradıcılıq işi təhsilalan tərəfindən müdafiə olunmaqla təhvil verilir.
Son tarixdən sonra təqdim olunan sərbəst yaradıcılıq işləri səbəbindən asılı olmayaraq qəbul
olunmayacaq və onların nəticəsi qiymətləndirilməyəcəkdir

10.3. Sərbəst yaradıcılıq işlərinə (SYİ) qoyulan tələblər:


SYİ – tədqiqat və özünütəhlil xarakterli müxtəlif tapşırıqların yerinə yetirilməsi, peşə tapşırıqları
sisteminin mənimsədilməsi vasitəsi, idrak və peşə fəaliyyəti üsulu olmaqla təhsilalanlar-da yaradıcılıq

13
fəaliyyəti və peşə ustalığı, bacarıq və vərdişlərinin formalaşması, mətnlər üzrə tapşırıqların yerinə
yetirilməsi və nəzəri dərslərin mənimsədilməsini özündə ehtiva edən tədris formasıdır. Müxtəlif fənlər
üzrə təhsilalanların elmi-tədqiqat işlərinin və SYİ-nin həcmi fənnin aid olduğu kafedranın müdiri
tərəfindən müəyyənləşdirilir və kafedra iclasında təsdiq olunur.
Tələbələrin SYİ-nə aşağıdakılar daxildir: fənlər üzrə tədris materialların öyrənilməsi; ev tapşırıqlarının
yerinə yetirilməsi; sərbəst elmi-tədqiqat (yaradıcılıq) işləri: referat, elmi məqalə, esselərin yazılması,
kurs işləri və buraxılış işlərinin yazılması. İstənilən intellektual fəaliyyətin ümumi metodoloji əsasları
mövcuddur. SYİ yerinə yetirilərkən fənnin xarakterindən asılı olmayaraq sistemlilik, məntiqlilik, təhlil,
ümumiləşdirmə və strukturlaşdırma konkret tapşırıqların yerinə yetirilməsi üçün metodiki yanaşmanın
mahiyyətini təşkil edir. Konkret məsələnin qoyuluşu və həllindən asılı olaraq göstərilən metodiki
yanaşma tərzləri müxtəlif ola bilər.
Bilik, bacarıq və vərdişlər sadədən daha mürəkkəbə, xüsusidən ümumiyə yüksəlmə yolu ilə tədricən
formalaşır. Belə halda ilkin çıxış nöqtəsi olaraq təhsilalanların zəruri ədəbiyyatla və sənədlərlə işləmə
bacarığı əsas götürülür.

10.4. Sərbəst yaradıcılıq işləri üçün nəzərdə tutulmuş mövzular


1.Sevdiyim film
2. Ən sevdiyim aktyor
3.Sevimli asudə vaxt fəaliyyətim
4. Milli mətbəximiz
5. Beynəlxalq yarışlar
6. Sevdiyim yazışı
7. Dinlədiyim musiqi növü
8. Kitablar və onların bizdə yaratdığı təəssürat
9. Yaşamaq istədiyim ölkə
10. Səyahət
11.Sevdiyim yeməklər( mətbəx)
12. Media və onun bizim həyatımızdakl yeri
13. İnternet və onun təsiri
14. Təhsil və biz
15. Media keçmişdə və indi
11. Tədris materiallarının öyrənilməsi üçün tövsiyələr
Sərbəst mənimsəmə fəaliyyətinin yaranması təhsilalanların dərketmə prosesində mənimsəmə
ehtiyacları arasında meydana gəlmiş ziddiyyətlərin və bunların həllinin öz gücünə yerinə
yetirilməsinin formalaşması motivləri ilə əlaqəlidir. Fənlərin tədrisi prosesində sərbəst mənimsəmə
fəaliyyətinin motivasiyasının artırılması və insan resurslarının idarə edilməsi biliklərinə
yiyələnməyə marağın artırılması üçün tədrisin ənənəvi və müasir (aktiv və ya distant) forma və
üsullarından istifadə edilir.
Proqrama uyğun olaraq müəyyən mövzuda mühazirə oxunmayıbsa həmin mövzu seminar
dərslərində və fənn üzrə məsləhət saatlarında müzakirə edilə, təhsilalan əlavə tapşırıq ala və ya işin
digər formada yerinə yetirilməsi haqqında hesabat təqdim edə bilər.
Bundan əlavə, bir qayda olaraq, təhsilalanlara sərbəst şəkildə öyrənmək üçün problemli məsələlərə
aid olmayan və başa düşülməsi kifayət qədər asan olan mövzular təklif edilir
12.Fənnin tədrisinin (təlimin) təşkili formaları və öyrənmə metodları
“Tərcüməçinin Oxu Vərdişləri” fənni əsasən interaktiv məşğələlər formasında tədris olunur.
Tədris və öyrənmə metodları müasir innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə
nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Bu zaman təlim prosesində fərqli tədris metodlarından

14
yəni, tələbə yönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını müəyyən edən
üsullardan istifadə olunmalıdır. “Tərcüməçinin Oxu Vərdişləri” fənninin yeni Təhsil Proqramı və
tədris planına uyğun olaraq tədris prosesi aşağdakı tədris və öyrənmə üsulları, müvafiq forma və
prinsiplər üzrə həyata keçirilir:
- auditoriya (aktiv, fəal) məşğələləri üzrə təlim formaları (mühazirə, giriş və icmal mühazirə,
ümumiləşdirici mühazirə və s.);
- interaktiv təlim formaları (praktiki məşğələlər, seminar dərsləri, kompüter məşgələləri və s.) ;
- auditoriyadan kənar (passiv) məşğələlər üzrə təlim formaları (məsləhət saatları, təcrübələr,
sərbəst yaradıcılıq işləri, kurs işləri, yekun buraxılış işləri və s. );
- təqdimatlar və müzakirələr, debatlar;
- müstəqil iş, araşdırma;
- problemlərə əsaslanan tədris;
- qrup qiymətləndirməsi;
- eskpert metodu;
- video və audio mühazirələr;
- distant təhsil və s.
Bu zaman aşağıdakı mərhələlər nəzərdə tutulur:
- motivasiya
- tədqiqatın (təhlilin) aparılması
- informasiya mübadiləsi
- yaradıcı yanaşma
- özünüqiymətləndirmə
Kursun təhsilalanlarının bilik səviyyələrinə uyğun mühazirə mətnlərinin elektron və ya çap
variantları təhsilverən tərəfindən hazırlanır və təhsilalanlara çatdırılır.
Fənn üzrə tədris prosesində nəzəriyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir.
Nəzəri təlim müddəti bitdikdən sonra, yəni müvafiq semestrin sonunda fənn üzrə vahid
semestr imtahan sualları (biletləri) əsasında yazılı, şifahi və ya test (ənənəvi və ya onlayn-distant)
formada yekun semestr imtahanı keçirilir. Bu imtahanın, həmçinin yekun semestr imtahanına qədər
fənn üzrə bilik səviyyəsinə uyğun toplanmış balların ümumi nəticəsinə əsasən təhsilalan cari semetr
üzrə fənnə ayrılmış kreditləri qazanmış olur.
“Tərcüməçinin Oxu Vərdişləri 2” fənni üzrə tədris materialının müvəffəqiyyətlə
mənimsənilməsi üçün hər bir təhsilalan sistematik olaraq mühazirə materialları, tövsiyyə olunan
ədəbiyyat, fənn üzrə ev tapşırıqları, yoxlama yazı tapşırıqları, sərbəst yaradıcılıq işlərinə aid
mövzular və s. ilə təmin olunmalı, həmçinin seminar dərslərində aktiv iştirak etməlidir.
Təhsil prosesinin sonunda tələbə fənn üzrə qazandığı bilik və bacarıqlara uyğun səriştələrə
malik olmaqla xarici dil yönümlü fəaliyyət sahəsində müstəqil işləyə bilməli və təhsilini ömür boyu
davam etdirməyi bacarmalıdır.

13.Təhsilalanların biliklərinin qiymətləndirilməsi


və balların verilmə qaydaları

AKTS tələblərinə, həmçinin tədrisın əyani və ya distant formada (onlayn, məsafədən) təşkili
Qaydalarına əsasən cari tədris ilində hər bir təhsilalanın fənn üzrə toplaya biləcəyi maksimum balların
ümumi miqdarı 100-ə bərabərdir: İlk 50 bal semestr müddətində cari qiymətləndirmənin (CQN) (DM -
dərsə münasibəti, ictimai fəaliyyəti və əxlaqi davranışı, SN – seminar və ya praktiki dərslərin nəticələri;
Aİ – aralıq imtahanları (kollokviumlar); SYİ – sərbəst yaradıcılıq işləri üzrə); digər 50 bal üzrə isə
aralıq qiymətləndirmənin (AQN) (semestr imtahanı zamanı bilik və bacarıqların qiymətləndirilməsinin)
nəticələrinə görə müəyyən edilir.
13.1 Fənn üzrə qiymətləndirmə üsulları
“Tərcüməçinin Oxu Vərdişləri 2” fənninin tədrisi prosesində təhsilalanların qazandıqları bilik
və bacarıqlarının daha şəffaf, tələbə yönümlü yanaşma prinsipində qiymətləndirilməsi üçün
aşağıdakı üsullardan istifadə oluna bilər:
- yoxlama yazı tapşırıqları;
15
- şifahi təqdimatlar;
- açıq müzakirələr;
- sahə işləri hesabatları;
- layihə işlərinə dair hesabatlar;
- frontal sorğular;
- yazılı esse və təqdimatlar;
- bilik və bacarıqlara dair yazılı testlər;
- kompüter əsaslı testlər;
- qrup şəklində və özünü qiymətləndirmə;
- müstəqil çalışmalar həlli;
- ev tapşırıqları;
- diskussiya;
- şifahi sorğular və s.
Fənnin tədrisi prosesində təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar
konkret müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsilalanın fənn üzrə əldə etdiyi bilik,
bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir.
Təhsilalanların təlim nəticələrinin qiymətləndirilməsi prosesində müəllimlər aydın, şəffaflıq,
qərəzsizlik, qarşılıqlı hörmət və humanistik prinsiplərini rəhbər tutmaqla təhsilalanlara təhsillərinin
bütün aspektlərini və qiymətləndirmə prosesini aydın şəkildə müzakirə etmək imkanı verməlidirlər

13.2 Təhsilalanın imtahana qədərki biliyinin qiymətləndirilməsi


(cari qiymətləndirmə - CQN):
Fənn üzrə semestr imtahanına qədərki (cari qiymətləndirmə üzrə) ilk 50 bal aşağıdakı
kriteriyalar üzrə müəyyən olunur:
-təhsilalanın ictimai fəaliyyəti, əxlaqi davranışı və dərsdə iştirakı maksimum 10 balla qiymətləndirilir
(fənn üzrə ayrılmış saatların 20% -dən çoxunda iştirak etməyən tələbə həmin fəndən aralıq imtahanına
buraxılmır; dərslərdə iştirak etməyən tələbənin bu parametr üzrə maksimum balından fənnə ayrılmış
ümumı saatların hər 10%-nə görə 2 (iki) bal çıxılır );
- seminar dərsinin nəticəsinə görə təhsilalanın biliyi maksimum 20 balla qiymətləndirilir;
- semestr ərzində 3 dəfə - V, X, XV həftələrin sonunda hər birinin nəticəsi maksimum 10 balla
qiymətləndirilən kollokviumlar ( aralıq imtahanları- Aİ) keçirilir və bunların orta qiyməti maksimum
10 balla qiymətləndirilir;
- semestr ərzində bir sərbəst iş təqdim olunur (referat, esse, təqdimat, yoxlama yazi işi və s.
formada) və maksimum 10 balla qiymətləndirilir;

13.3 Təhsilalanın semestr imtahan nəticələrinin qiymətləndirilməsi


(aralıq qiymətləndirilmə - AQN):
Fənn üzrə toplanan ikinci 50 bal semestr imtahanın nəticəsinə əsasən aralıq qiymətləndirmə kimi
müəyyən olunur. Bu zaman təhsilalanların biliyi şifahi, yazılı və ya test formasında keçirilən imtahan
biletlərinin suallarına uyğun cavablar aşağıdakı qiymətləndirmə meyarları ilə tənzimlənir:
10 bal – Təhsilalan keçirilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir
9 bal - Təhsilalan keçirilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça
bilir.
8 bal - Təhsilalan cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.
7 bal- Təhsilalan keçirilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra
bilmir.
6 bal - Təhsilalanın cavabı əsasən düzgündür.
5 bal- Təhsilalanın cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
4 bal - Təhsilalanın cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.
3 bal - Təhsilalanın mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır.
1-2 bal - Təhsilalanın mövzudan qismən xəbəri var
0 bal - Suala cavab yoxdur.
16
Fənn üzrə semestr ərzində toplanmış balların yekun miqdarına görə təhsilalanların biliyi ( hərf və
rəqəmlə) aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı “qeyri - kafi” F


51-60 bal “qənaətbəxş” E
61-70 bal “kafi” D
71-80 bal “yaxşı” C
81-90 bal “çox yaxşı” B
91-100 “əla” A

14. “Tərcüməçinin Oxu Vərdişləri 2” fənninin aralıq qiymətləndirmə (AQN) üzrə


semestr imtahanının sualları

1.Verilmiş mətnə sual verin.


2. Verilmiş sözləri izahı ilə uyğunlaşdırın
3. Verilmiş tapşırığı həll edin
4. Verilmiş söz və ya ifadələrin qarşılığını tapın
5. Esse

15. Tövsiyə olunan ədəbiyyat siyahısı

15.1 Əsas ədəbiyyat


1Ruth Gairns and Stuart Redman- Oxford Word Skills Intermediate
2.L. Lee. Select reading. Pre-intermediate. Oxford University Press. China 2002
3.S. Cunningham. Cutting Edge. (elementary, pre-intermediate
4. M.V. Dalili. News & Views. Rahnama Press 2012
5. Betty Schrampfer Azar. Basic English Grammar. Pearson Education 1996
6.Betty Schrampfer Azar. Fundamentals of English Grammar. Pearson Education 2003
7.Betty Schrampfer Azar. Understanding and Using English Grammar. Pearson Education 1999
8.Clive Oxenden. Chiristina Latham-Koeing. Paul Seligson. New English File(Pre-
intermediate)Oxford 1997
9.Guy Brook-Hart. Vanessa Jakeman. Complete İelts Cambridge 2012.
10.Headway Pre- İntermediate
15.2.Əlavə ədəbiyyat
1.Clive Oxenden. Chiristina Latham-Koeing.New English File(Intermediate) Oxford 1997
2.Практический курс английского языка – V. D. Arakin 3 kurs
15.3 Müxtəlif İnternet qaynaqları

17

You might also like