You are on page 1of 20

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE


UNİVERSİTETİ

Fakültə: Qaz-neft mədən fakültəsi


Kafedra: Neftin,qazın nəqli və saxlanması
İxtisas: Neft-qaz qurğuları mühəndisliyi-050607
Qrup: 221.18

Kurs işi
Fənn: Boru kəmərlərinin layihələndirilməsi və tikilməsi
Mövzu: Qazıma məhlulu, onun əsas göstəriciləri

Rəbər: dos.
Tələbə: Ağayev Səbuhi
Kafedra müdiri: prof.
Bakı-2021

Azərbaycan Dövlət Neft və Sənaye Univeriteti


Qrup: 221.18
İxtisas: 050607
Tələbə: Ağayev Səbuhi
Kurs layihəsi rəhbəri:
Tapşırığın alındığı tarix:
Təhvil verilmə tarixi:
Kurs layihəsi mövzusu: Qazıma məhlulu, onun əsas göstəriciləri
Kafedra müdirinin imzası:
Kurs işi rəhbərinin imzası:
Kurs işinin müdafiəsi tarixi: 2021 il
Kurs işinin qiymətləndirilməsi:
Komissiya sədri:
Komissiya heyəti:
XÜLASƏ
Göstərilən Kurs işi nümunəsində neft qaz sənayesindəki qazıma məlulları
haqqında ətraflı mlumat verilmişdir.
İlk növbədə “GİRİŞ” bölməsində neft qaz sənayesinin tarixi haqqında məlumat
əks olunmuşdur.
Fəsil I-də qazıma məhlullaır və onların növləri haqqında məlumatlar daxil
edilmişdir.
Fəsil II-də qazıma məhlullarının hazırlanmasının texnologiyası, təmizlənmsi
prossesləri və mürkkəbləşmələri qeyd edilmişdir.
SUMMARY
The project of the assigned course work includes the theoretical and
technological bases of the process of designing the crossings installed
in automobile and railway systems, the process of carrying out the
works and control over those processes, etc. research will be
conducted and the most effective method will be selected in each
aspect.
MÜNDƏRİCAT
Giriş
Fəsil I.
1.1 Qazıma məhlulları haqqında
1.2 Qazıma məhlulunun keyfiyyət parametrləri
1.3 Su əsaslı qazıma məhlulları
1.4 Emulsiyalı qazıma məhlulları
1.5 Susuz, gilsiz yaxud neft əsaslı qazıma məhlulları

Fəsil II.
2.1.Qazıma məhlulunun hazırlanması

2.2. Qazıma məhlulunun hazırlanması


2.3 Qazıma məhlulu ilə əlaqədar qazımada baş verən mürəkkəbləşmələr
Nəticə
Ədəbiyyat
GİRİŞ

Neft sənayesinin tarixində , xüsusən son illər qazıma sahəsində sürətlə inkişaf
edən elmi – texniki tərəqqi Azərbaycan neft və qaz çıxarma sahəsində müstəsna
rol oynayır .
Son 150 il ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir. Təməli
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla müstəqil
Azərbaycanın neft strategiyasının prioritet problemlərindən birincisini
Beynəlxalq Standartlara uyğun qazıma layihələrinin həyata keçirilməsi təşkil
edir.
Neft və qaz yataqlarının qazılmasında texniki tərəqqi qazıma avadanlıqlarının
və alətlərinin səmərəli işi ilə xarakterizə olunur. Qazıma avadanlıqlarının
etibarlılığı və onun ayrı-ayrı düyünlərinin resursu, təmir qabiliyyətliliyi
əhəmiyyətli dərəcədə qazıma briqadalarının təqvim vaxtından istifadə
olunmasına təsir göstərir.
Son onillikdə neft və qaz quyularının qazılmasında istifadə olunan müasir
qazıma avadanlıqları və mexanizmləri qazıma işlərinin məhsuldarlığını xeyli
artırmışdır. Qazımadakı nailiyyətlər bilavasitə bu avadanlıqların müasirliyi və
quyuların layihə olunması sahəsində əldə olunmuş yeniliklər, onların texniki sə-
viyyəsinin və etibarlılığının yüksəldilməsi ilə sıx əlaqədardır.
Yeni neft erasının təməlini qoyan Heydər Əliyev Azərbaycan neftinin birgə
işlənilməsində əsas siyasi və iqtisadi amilləri nəzərə alıb , bu neftin üçüncü
minillikdə Azərbaycan xalqına, onun gələcək nəsillərinə xidmət etməsinin
istiqamətlərini müəyyən etdi.
Xəzər dənizinin Azərbaycan bölməsində yerləşən və neft ehtiyatları 500 milyon
tondan çox olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının birgə istismarı
beynəlxalq konsorsiuma “AMOKO Kaspian Si Petroleum ltd”, “Britiş
Petroleum Eksplo-reyşn(Kaspian Si) ltd”, “Olyeselskap A.C”, “Lukoyl səhmdar
cəmiyyəti” “Mak- Dermott Azərbaycan, İNK”, “Pennzoyl Kaspian korporeyşn”,
“Remko Xəzər enerji ltd”, “Türkiyə Petrolleri AO.” və digər şirkətlər daxil
oldular. Müqaviləyə əsasən neft yataqlarının 30 il müddətində işlədilməsi
nəzərdə tutulur.
Bu nailiyyətləri daha da təkmilləşdirmək və inkişaf etdirmək üçün qazımada bir
çox işlərin avtomatlaşdırılması və eləcə də qazıma prosesinin
kompüterləşdirilməsi texnikası ilə idarə olunması, yüksək peşəkar qazımaçıların
biliklərinin artırılması, gü-nün vacib məsələlərindəndir . Burada ən son
məlumatlar da daxil olmaqla müasir tələblər səviyyəsində şərhlər verilmişdir.
Neft sənayesi çox sahəli bir sənayedir. Qazıma işi neft sənayesinin ən ağır və
vacib sahəsidir. Bildiyimiz kimi Azərbaycanın neft strategiyasının əsasını
“Əsrin Müqaviləsi” təşkil edir. Prespektivli strukturların neftliliyinin təyini
üçün imzalanmış bu Pay Bölgüsünün həyata keçirilməsi qazıma layihələrindən
çox asılıdır. Neft sənayesinin sürətlə inkişafı üçün Xəzər dənizində yeni
yataqların qazılması nəzərdə tutulmuş və respublikada dərin qazımanın həcmi
ümumi qazıma həcminin 40%- ni təşkil edəcəkdir. Beləliklə, qazımaçıların
qarşısında qoyulan bu məsul vəzifələrin respublika üçün böyük əhəmiyyəti
aydın olur.
Bütün bu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq neft və qaz
quyularının qazılması sahəsində çalışan mühəndislər və texniki işçilər, eləcə də
ali məktəb tələbələri üçün Azərbaycan dilində dağ süxurlarının qazılmasına dair
müasir kitabın olması zərurəti yaranır. Odur ki, həmin kitabda ali məktəblərdə
keçilən kurs proqramına müvafiq olaraq, əsasən neft və qaz quyularının
qazılması ixtisası alan tələbələrin təhsilinin xüsusiyyətləri də nəzərdə
tutulmuşdur.

FƏSİL I.
1.1 Qazıma məhlulları haqqında
Həll olunan maddə (maddələr) və həlledici mühitdən ibarət qarışıq məhlul
adlanır.Məsələn, qəndin, şəkər tozunun, yaxud duzun suda həll edilməsi
nəticəsində məhlul alınır. Qazımada həll olunan maddə dispers faza, həlledici
mühit isə dispers mühit adlanır. Qazımada əsasən dispers fazanı gil, dispers
mühiti isə su təmsil edir. Məlumdur ki, gil suda həll ola bilməz, o daha xırda
hissəciklərə ayrıla bilər. Odur ki, qazıma məhlulu dedikdə, gillə suyun qarışığı
başa düşülməlidir.
Qazıma şəraitinin dəyişgənliyi müxtəlif növ qazıma məhlullarından istifadə
olunmasını tələb edir. Müxtəlif qazıma şəraitləri üçün qazıma məhlulunun
seçilməsini asanlaşdırmaq məqsədilə onların təsnifatı tərtib edilir. Məsələn, PH-
ın qiymətinə nəzərən, dispers fazaların növləri və tərkibinə görə, kimyəvi
reagentlərdən istifadəyə görə və s. ölkəmizdə qazıma məhlullarının təsnifatını
tərtib etməyə ilk dəfə professorlar S.M.Quliyev və B.S.Filatov cəhd etmişlər:
1) su əsaslı qazıma məhlulları;
2) neft əsaslı qazıma məhlulları;
3) hava və ya qaz halında işçi agentlər.
Amerika neft institutunun bu sahəyə aid təsnifatı 10, V.F.Rocersin təsnifatı isə 9
növ qazıma məhlulundan ibarətdir. Bunlar içməli suda, dəniz suyunda, duzlu
suda hazırlanmış qazıma məhlulları, PH-ın miqdarı nəzərə alınmaqla hazırlanan
məhlullar, əhəng, fosfat, kaustik soda, kvebraxo, xromliqnosulfanat, kalsium,
silikat, natrium və s. ilə işlənmiş qazıma məhlullarıdır. Bu təsnifatları
ümumiləşdirməklə elmin müasir səviyyəsini təmin edən və müasir tələblərə
cavab verə bilən qazıma məhlullarının növləri aşağıda verilmişdir:
1) su əsaslı;
2) neft əsaslı;
3) gilsiz;
4) az gilli (10%-ə qədər);
5) gilli;
6) susuz;
7) zəif (3%), orta (10%) və yüksək dərəcədə minerallaşmış;
8) duzlu: NaCl-lu, CaCl2-lu, MgCl2-lu, maqneziumsulfatlı, xlorkalsiumlu,
gipsli, əhəngli, silikatlı və s.
9) aerizə edilmiş, emulsiyalı (neftdə su, yaxud suda neft) ağırlaşdırılmış,
karbonatlı, yüksək, orta və zəif PH-lı
10) kimyəvi işlənmiş, normal (kimyəvi işlənməmiş) və təbii (quyu kəsilişində
qazıma məhlulu hazırlamaq üçün yararlı gillərin olması) məhlullar.
1.2 Qazıma məhlulunun keyfiyyət parametrləri
Quyuların dərinliyinin artması, geoloji kəsilişdə olan süxurların müxtəlifliyi,
layın hidravliki yarılması, müxtəlif mürəkkəbləşmə və qəzaların baş vermə
ehtimalının olması, quyunun gələcək istismarı zamanı layın neft veriminə təsir
edə biləcək reagentlərin düzgün seçilməsi, ən əsası isə quyunun normal
qazılmasının təmin edilməsi üçün qazıma məhlulunun keyfiyyətini xarakterizə
edən parametrlər düzgün seçilməli və asan idarə olunmalıdır. Bu parametrlər
aşağıdakılardır.
Qazıma məhlulunun: 1) xüsusi çəkisi və ya sıxlığı;
2) özlülüyü;
3) suverməsi və gil qabığının qalınlığı;
4) statik sürüşmə gərginliyi;
5) dinamik sürüşmə gərginliyi;
6) stabilliyi;
7) tərkibində qumun miqdarı;
8) tərkibində qazın miqdarı;
9) tərkibində həll olunmuş maddələrin miqdarı; 10) tərkibində bərk faza
konsentrasiyasının miqdarı; 11) tərkibində hidrogen ionlarının miqdarı; 12)
qazıma məhlulunun elektrik cərəyanına müqaviməti; 13) qazıma məhluluna
temperaturun təsiri. Uzun illərdir ki, qazıma məhlulu kimi «gilli məhlullar»
terminindən istifadə edilirdi. Bu termin son vaxtlaradək yəni müxtəlif qazıma
şəraitləri üçün yeni qazıma məhlulları yaranana kimi öz əhəmiyyətini qoruyub
saxlayırdı. Hazırda və gələcəkdə isə biz daha ümumi məhfum olan «qazıma
məhlulu» terminindən istiffadə edəcəyik.Qazıma məhlulu ilə qazıma işləri
aparmazdan əvvəl yüksək qazıma sürətləri və keyfiyyəti əldə etmək üçün
hazırlanacaq qazıma məhlulunun komponentlərinin kimyəvi, fiziki və mexaniki
xassələri dərindən öyrənilməlidir. Bütün bunlarla yanaşı, qazıma məhlulunun
düzgün üsulla hazırlanması, saxlanması və təmizlənməsinə ciddi yanaşılmalıdır,
qazıma zamanı onun keyfiyyəti (parametrləri) daim nəzarət altında olmalıdır.
Qazıma briqadası qazıma məhlulunun parametrlərini geoloji-texniki tapşırıqda
göstərilmiş qiymətlər həddində saxlamağa borcludur. Əgər bu məsələdə
uyğunsuzluq aşkar edilərsə, qazıma işləri dayandırılmalıdır. Yalnız qazıma
məhlulunun layihə parametrlərini bərpa etdikdən sonra qazıma prosesinə
başlamağa icazə verilir.
Ən sadə və normal qazıma məhlulu su və gildən ibarət olur. Sudan qazıma
məhlulu kimi istifadə edilməsi haqqında sonrakı hissədə danışılacaq.
İndi isə gillər haqqındakı məlumatlarla tanış olaq. Yer qabığının 70%-ni gilli
süxurların təşkil etməsinə baxmayaraq, bütün gillər heç də qazıma məhlulu
hazırlamaq üçün yararlı deyildir.
Qazıma məhluluna xas olan bir xüsusiyyəti qeyd etmək lazımdır. Onu sakit
vəziyyətdə saxladıqda gil hissəcikləri bir-birinə yapışaraq struktur əmələ gətirir,
qatılaşır və «axmaz» halında olur. Qazıma məhlulunu mexaniki vasitələrlə
qarışdırdıqda isə gil hissəcikləri arasındakı əlaqələr dağılır və o, axıcılıq
qabiliyyətini bərpa edir. Qazıma məhlulunun sakit vəziyyətdə struktur əmələ
gətirməsinə və mexaniki yolla qarışdırma nəticəsində axıcılıq qabiliyyətini
bərpa etməsinə tiksotropluq deyilir. Tiksotropluq qabiliyyəti qazıma məhlulu
içərisində gilin miqdarının təqribən 1-3%-dən çox olduğu hallarda müşahidə
edilir.
Yüksək dispersliyə malik bentonit gillərindən istifadə edilərsə, gilin miqdarı
0,3-0,5% olduqda belə, tiksotropluq müşahidə edilə bilər.
1.3 Su əsaslı qazıma məhlulları
Sudan qazıma məhlulu kimi o hallarda istifadə etmək olar ki, onun
çatışmazlıqları qazımanın gedişinə mənfi təsir göstərməsin.
Bununla belə suyun qazıma məhlulu kimi üstün cəhətləri də vardır. Məsələn,
- su başqa qazıma məhlullarına nisbətən baltanı və qazıma alətinin fırlanan
hissələrini daha yaxşı soyudur;
- halqavari fəzada yüksək sürət yaradılarsa, qazılmış süxur hissəciklərini
baltanın işçi səthinin altından tamamilə kənar edər və quyu lüləsini təmiz
saxlaya bilər;
- su tərəfindən yaradılan hidrostatik təzyiq lay təzyiqindən yüksək olarsa,
laydan quyuya neftin, qazın və suyun daxil olmasının qarşısını ala bilər;
- su qazılmış süxur hissəciklərini özündə saxlaya bilmədiyi üçün onu süxur
hissəciklərindən təmizləmək çox asan olur və bu məqsədlə ən sadə təmizləmə
üsullarından istifadə etmək olar;
- su porşenlər, silindr oymaqları, nasosun klapanları və turbin qazıyıcısının
hissələrinin abraziv yeyilməsi intensivliyini azaldır;
- su qazıma məhlulu ilə müqayisədə kiçik xüsusi çəkiyə malik olduğundan,
onun dövranı üçün nasos nisbətən az yük altında işləyir;
- su ilə qazımada texniki-iqtisadi göstəricilər qazıma məhlulu ilə qazımanın
göstəricilərinə nisbətən yüksək olur;
- su ilə qazımada qazıma briqadası üzvlərinin iş şəraiti yaxşılaşır, belə ki,
qazıma məhlulu hazırlamağa ehtiyac olmur və fəhlələr əlavə fiziki işdən azad
olurlar;
- su ilə qazımada gilə və kimyəvi reagentlərə ehtiyac olmur, onların daşınması
və hazırlanmasına əlavə fiziki güc, maddi vəsait sərf edilmir;
- su ilə qazımada qazıma alətinin dartılmalarla hərəkti və tutulması ehtimalı
azalır.

Bununla belə, su universal qazıma məhlulu deyildir və onun bir çox çatışmayan
cəhətləri vardır ki, bunlar da su ilə qazıma işi aparmağa imkan vermir. Belə ki:
- bəzi dağ süxurları (gillər,argillitlər) ilə təmasda olduqda su onların mexaniki
xassələrini dəyişdirir, nəticədə süxurlar dayanıqlığını itirir, axma meylləri artır
və quyu daxilinə sıxışdırılır. Su nəinki bu hala mane ola bilmir, əksinə, həmin
mürəkkəbləşmənin növünün tez baş verməsinə kömək edir;
- su quyu divarında möhkəm və nazik gil qabığı əmələ gətirə bilmədiyi üçün
quyu divarını uçulmadan qoruya və laya süzülmənin qarşısını ala bilmir;
- suyun, yüksək axıcılıq xassəsi olduğu üçün, o, süxürün xırda məsamələrinə
asanlıqla hopur ki, bu da xoşa gəlməz haldır və layın neft verimini azaldır;
- su yüksək dərəcədə məsaməliyə və çatlara malik, xüsusilə də lay təzyiqi çox
kiçik olan süxurlarda böyük sürətlə udula bilər; bu isə, öz növbəsində, quyu
dibinin və quyu lüləsinin təmizlənməsinə mənfi təsir göstərir, istifadə edilən
suyun məsrəfini xeyli artırır;
- dövran sistemində suyun hərəkətini dayandıranda su qazılmış süxur
hissəciklərini asılı vəziyyətdə saxlaya bilmədiyi üçün quyu dibinə külli
miqdarda süxur hissəcikləri çökür ki, bu da mürəkkəbləşmələrin əmələ gəlməsi
üçün əlverişli şərait yaradır;
- su bir çox süxurları asanlıqla özündə həll edərək bu və ya digər dərəcədə duzlu
məhlula çevrilir. Bu səbəbə görə avadanlıqların və qazıma alətinin korroziyaya
uğramasına güclü kömək edir.
- su neftli layların açılmasına mənfi təsir göstərir, odur ki, sudan istifadə
qətiyyən məsləhət görülmür, belə ki, maye layın məsamələrinə asanlıqla daxil
olaraq neft üçün effektli
məsaməliyi kəskin surətdə azaldır. Nəticədə quyudan istifadə olunmasında
çətinliklər yaranır və neft verimi azalır.
- təcrübələr göstərir ki, su qazıma məhlulu kimi istifadə edilirsə, onun sərfi adi
qazıma məhlullarına nisbətən 6 -8 dəfə çox olur. Odur ki, buruqda çoxlu sayda
su çənləri qoyulmalı, su təhciz etmək üçün mənbə tapıb su xətti çəiklməlidir ki,
buruq fasiləsiz olaraq su ilə təmin edilsin.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, sudan qazıma məhlulu kimi yalnız
kəsilişi bərk süxurlarda su ilə təmasda onların öz xassələrini dəyişmədiyi və
dayanıqlığını itirmədiyi təqdirdə istifadə etmək olar.
1.4 Emulsiyalı qazıma məhlulları
Emulsiyalı qazıma məhlulları elə məhlullara deyilir ki, kimyəvi işlənmiş qazıma
məhlulu içərisində neft və ya neft məhsulları bərabər yayılmış olsun və onların
həcmi qazıma məhlulu həcminin 10-25%-ni təşkil etsin. Neftin və neft
məhsullarının qazıma məhlulu içərisində bərabər yayılması üçün
emulqatorlardan, detergentlərdən və yaxud qazıma məhlulunun kimyəvi
işlənməsində istifadə edilən stabilləşdiricilərdən istifadə olunur. Ən fəal və
yaxşı emulqator kömür qələvi reagentidir. Emulsiyalı qazıma məhlulu, qazıma
məhlulunun dövranı zamanı neftin və neft məhsullarının məhlula əlavə edilməsi
ilə əldə edilir. Bu məqsədlə qazıma məhluluna xam neft, sulu neft, dizel
yanacağı və s. əlavə edilir. Emulsiyalı məhlul əldə etmək üçün qazıma məhlulu
çox kiçik suverməyə malik olmalıdır.
1.5 Susuz, gilsiz yaxud neft əsaslı qazıma məhlulları
Neft əsaslı məhlullarda dizel yanacağı dispers sistemi, oksidləşdirilmiş bitum
isə dispers fazanı təşkil edir. Bu məhlulun struktur əmələgətirmə qabiliyyəti zəif
olduğu üçün ona struktur əmələ gətirən maddələr (yağlı qələvi sabunu və ya
kalsium oksidi) əlavə edirlər. Bu məhlullarda bitum dizel yanacağında
qızdırıldıqda həll olaraq həqiqi məhlul əmələ gətirir, soyuq halda bu proses çox
vaxt tələb edir.
Lazım gəldikdə, neft əsaslı məhlullara hidrofoblaşdırılmış gil, yaxud su da əlavə
etmək olar. Neft əsaslı məhlulun tərkibi: 1) dizel yanacağı (70-85%),
oksidləşdirilmiş bitum (15-20%), oksidləşdirilmiş parafin (1%) və kaustik
sodadan (1%) ibarətdir. 2) qazıma məhlulu dizel yanacağı mazut, solyarka,
yağlı turşunun natrium duzu və sönmüş əhəngdən ibarət olur.
FƏSİL II.
2.1. Qazıma məhlulunun hazırlanması
Əgər quyunun kəsilişi qazıma məhlulu hazırlamaq üçün yararlı gillərdən təşkil
olunubsa, qazıma məhlulunu bilavasitə quyunun içərisində əldə etmək olar.
Belə qazıma məhluluna təbii qazıma məhlulu deyilir. Əgər quyunun kəsilişində
qazıma məhlulu hazırlamaq üçün yararlı gil növləri olmazsa, yaxud az olarsa,
onda quyu ərazisində yerləşdirilmiş xüsusi avadanlığın köməyi ilə qazıma
məhlulu hazırlayırlar. Bunun üçün bir və iki valı olan mexaniki gil qatağından
(gil qarışdırıcısından) və hidravlik gil qarışdırıcısından istifadə olunur.
Mərkəzləşdirilmiş şəkildə isə qazıma məhlulunu gil zavodlarında hazırlayırlar.
Quyu ərazisində yerləşdirilən MQ2-4 mexaniki gil qarışdıranının həcmi 4 m3,
elektrik mühərrikinin gücü 14 kvt, valının dövrlər sayı dəqiqədə 95 dövr/dəq-
dir. Mexaniki gil qarışdıranın içərisinə su və gil parçaları töküb, 0,5  1,0 saata
qədər qarışdırırlar. Qarışdırma əməliyyatı gil qatağının valına geydirilmiş pərlər
fırlanmaqla yerinə yetirilir. Əgər, quyu ərazisinə gil toz şəklində gətirilibsə,
onda hidravlik gil qarışdırıcısından istifadə etmək məsləhətdir. Əgər qazıma
məhlulu zavod şəraitində hazırlanıbsa, onu böyük tutumlu avtosisternlərlə
yaxud boru kəməri vasitəsilə buruğa çatdırırlar. Deyilənlərdən əlavə, FŞD-3,
FŞD-7
(frezerli-şırnaq dəyirmanı), MHQ (məhlul hazırlama qurğusu), FVD (frezerli-
vurma dəyirmanı) hidromanitor qarışdırıcı da qazıma məhlulunun hazırlanması
üçün istifadə edilir
Şəkil 2.1 Qazıma məhlulunun hazırlanmasının texnoloji sxemi:
1-qəbul qıfı;2-məhlul ötürücüsü;3-təmizləmə bloku;4,12-müvafiq olaraq
hidravlik və mexaniki qarışdırma qurğusu;5-aralıq çəni;6,10-müvafiq olaraq
yüksək və alçaq təzyiq pərdələri;7-yan növlü çən;8-qazıma nasosları;9-qəbul
çəni;11-hidravlik xırdalayıcı;13-süzgəc;14-hazırlama bunker bloku;16-
boşaldıcı pnevmatik qurğu;17-meydança;18-hidravlik qarışdırıcı;19-qıf

2.2 Qazıma məhlulunun təmizlənməsi


Qazıma prosesində qazılan süxur hissələri ilə çirklənmiş məhlul təmizlənməli,
əvvəlki parametrləri bərpa edildikdən sonra yenidən quyuya vurulmalıdır.
Başqa sözlə desək, qazıma prosesində quyudan çıxan məhlul təmizləyici
qurğuların vasitəsilə qazılmış süxur hissəciklərindən təmizlənməlidir. Tarixən
əvvəllər quyudan çıxan qazıma məhlulu çökdürücü ambarlara axıdılırdı. Ambar
üsulu ilə təmizləmədən tezliklə imtina edildi. Onun əvəzində, quyudan çıxan
qazıma məhlulunu arakəsmələri olan nov sistemi ilə axıtmaqla təmizləməyə
başladılar. Bu üsulda nov sistemi ilə hərəkət edən qazıma məhlulu 25 sm/san
sürətilə hərəkət etməli (struktur axın rejimində), novun uzunluğu mümkün qədər
uzun və nov ikicərgəli olmalı idi. Bu ona görə lazım idi ki, qazıma zamanı
quyudan çıxan çirkli məhlulu ikinci cərgəyə yönəltməklə, qazıma prosesini
dayandırmadan birinci cərgədə novun dibinə çökmüş süxur hissəciklərini
təmizləmək mümkün olsun. Bu üsulun da ömürü uzun çəkmədi, çünki təbii
üsulla çirkli məhlulu qazılmış süxur hissəciklərindən yaxşı təmizləmək mümkün
olmurdu, odur ki, nov sisteminin yolu üzərində mexaniki qurğular yerləşdirmək
və qazıma prosesi zamanı quyudan çıxan məhlulu həmin qurğularda
təmizlədikdən sonra nov sistemi ilə nasosların qəbul çəninə göndərmək təklif
edildi (şəkil 6.3). Bu məqsədlə konveyer ələyi (KƏR - 650), özü fırlanan ayırıcı
(seperator), titrəyən ələk (TƏ-1) (şəkil 6.4), qoşalaşdırılmış titrəyən ələk (QTƏ-
2) və hidrosiklon qurğuları (şəkil 6.5) yaradıldı. Hazırda bunların köməyi ilə
qazıma məhluluna qarışmış ən kiçik ölçülü hissəcikləri də qazıma məhlulundan
ayırmaq mümkündür .

Şəkil 2.2 Qazıma məhlulunun üç pilləli təmizlənmə sxemi


1-quyu;2-titrəyən ələk;3,5-nasoslar;4-qumayrıcısı;6-lil ayırıcısı;
7-quyu nasosu;8-qəbul çəni;9,10-çənlər

Şəkil 2.3. Titrəyən ələk (VS-1) Hidrosiklon


1-vibrator;2-qəbuledici;3-əsas 1-hidrosiklonun gövdəsi;
4-atlıq;5-amortizator;6-titrəyən 2-giriş borusu; 3-çıxış borusu;
çərçivə;7-tor 4-süxur hissəciklərinin
çıxış borusu.
2.3 Qazıma məhlulu ilə əlaqədar qazımada baş verən mürəkkəbləşmələr
Qazılmaqda olan quyuda mürəkkəbləşmə və qəzaların baş verməməsi üçün
çalışmaq lazımdır ki, qazıma məhlulunun intervallar üzrə keyfiyyət
parametrləri, rəhbərlik üçün qəbul edilən və icrası məcburi olan geoloji texniki
tapşırıqda göstərilən parametrlərə uyğun olsun. Əks təqdirdə mürəkkəbləşmə və
qəzaların baş vermə ehtimalı çox realdır və bu işdə, ilk növbədə, qazıma ustası
və qazıma briqadası məsuliyyət daşıyır. İndi isə qazıma məhlulu ilə əlaqədar
quyuda baş verə biləcək əsas mürəkkəbləşmələri nəzərdən keçirək. Bunlar quyu
divarının uçulub tökülməsi, həmin divarı təşkil edən gilli süxurlarda gillərin
şişməsi və nəticədə quyu divarının daralması, quyu divarını təşkil edən
süxurların müəyyən müddətdən sonra deformasiyaya uğrayaraq sürüşməsi,
divarda novların əmələ gəlməsi, qazıma məhlulunun qismən, bəzən isə
təmamilə udulması, quyuya qaz, neft, su daxil olmasının əlamətləri, sonra isə
qaz, neft, su təzahürləri, qazıma kəməri qaldırılan zaman dartılmalarla,
endirilmə zamanı isə oturmalarla hərəkət etməsi və sairə.
Bu mürəkkəbləşmələrdən hər hansı birinin vaxtında qarşısının alınmaması ağır
qəzalarla nəticələnir ki, onların da ləğv edilməsi çoxlu vaxt, əmək və əlavə
vəsait tələb edir. Odur ki,
mürəkkəbləşmələrin ilk əlamətlərini aşkar edən kimi, baş verə biləcək
mürəkkəbləşmələrin və qəzaların qarşısını almaq üçün təcili tədbirlər
görülməlidir.

NƏTİCƏ
Verilmiş kurs işin alınan nəticələr göstərir ki, Qazıma prosesində quyuda
qazıma məhlulunun fasiləsiz dövranı, quyu dibinin yaxşı təmizlənməsini,
baltanın soyudulmasını təmin etməli, süxurun dağıdılmasına kömək etməlidir.

Qazıma baltasının təzə olması və quyu dibinin doğranmış süxur


hissəciklərindən tam təmizlənməsi halında qazımanın mexaniki sürəti qazıma
məhlulunun sərfindən asılı olaraq demək olar ki, düz xətt qanununa uyğun
olaraq artır
Praktiki olaraq qazıma məhlulunun sərfi lazım olan həddə çatdıqda (Q=Q1),
baltanın quyu dibində yaxşı soyumasına, baltanın və quyu dibinin yaxşı
təmizlənməsinə, qazıma məhlulunda süxur hissəciklərinin miqdarının və həlqəvi
fəzada məhlulun sıxlığının həmçinin quyu dibinə təsir edən hidrostatik təzyiqin
azalmasına baxmayaraq qazımanın mexaniki sürəti çox kiçik templə də olsa arta
bilər.

ƏDƏBİYYAT
1. B.M.Axundov-“Neft və qaz quyulaının qazıması” Bakı, Azərtədrisnəşr, 1və 2
hissələr,1973.
2. A.İ.Bulatov i dr.-«Spravoçnik injenera po bureniö», M.,Nedra,1985.
3. A.İ.Bulatov-«Spravoçnik po krepleniö skvajin», M. Nedra,1981.
4. A.İ.Bulatov,Ö.M.Proselkov,V.İ.Rəbçenko-«Texnoloqiə promıvki skvajin»,M,
Nedra,1981.
5. A.İ.Bulatov-«Texnoloqiə üementirovaniə skvajin», M., Nedra,1980.
6. Ö.V.Vadeükiy-«Burenie neftənıx i qazovıx skvajin», M, «Akadema» 2003.
7. R.İ.Quliyev, S.M.Cəlalov, N.Ə.İsmayılov, M.M.Şi-rinov, H.Ə.İsmayılova
“Qazımada baş verən qəza-ların səbəbləri və onların ləğv edilməsi üsulları ”
(me-todik vəsait), ADHA,2002.
8. R.İ.Quliyev, H.N.Məcidov, S.M.Cəlalov- “Qazıma məhlulları”, Bakı, Elm,
2003.
9. S.M.Quliyev-“Quyuların qazılma texnologiyası”, Bakı, Azərneftnəşr,1959.
10. T.M.Əliyev- “Quyuların möhkəmləndirilməsi və se-mentləndirilməsi”,
Bakı, AzNİ,1və2-ci hissələr,1981-1982.
11. A.Q.Kalinin, B.A.Nikitin, K.M.Solodkiy, B.Z.Sultanov - «Burenie
naklonnıx i qorizontalğnıx skvajin», M. Nedra, 1997.
12. A.Q.Kalinin, O.V.Oşkordin, V.M.Piterskiy, N.V.So-lovğev -«Razvedoçnoe
burenie», M. Nedra, 2000.

You might also like