You are on page 1of 178

1

Mühazirələr : Qrup N 731.19


Mövzu 1.
İqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri əsasları
Suallar:
1. Fənnin məqsədi. İqtisadiyyatın dövlətin tənzimlənməsinin zəruriliyi və məqsədləri.
2. İqtisadiyyatın tənzimlənməsi sahəsində əsas iqtisadi nəzəriyyələr.
3. Dövlətin iqtisadiyyata müdaxiləsinin əsas istiqamətləri.
4. Bazar iqtisadiyyatında dövlət tənzimlənməsinin funksiyaları və iqtisadi proseslərə
təsiri mexanizmi.
5. İqtisadiyyatın dövlət tənzimlənməsinin konsepsiyaları
1. Fənnin məqsədi. İqtisadiyyatın dövlətin tənzimlənməsinin zəruriliyi və
məqsədləri.
Fənnin əsas məqsədi - milli iqtisadiyyatın inkişafının tənzimlənməsi
prosesini açmaqdan, iqtisadi fəaliyyətin müxtəlif sahələrində tənzimlənmənin forma
və metodlarının tətbiq olunma imkanlarını göstərməkdən, ölkə iqtisadiyyatının
inkişafın dövlətin rolu və funksiyalarını şəhr etməkdən ibarətdir.
«İqtisadiyyatın tənzimlənməsi» fənnini öyrənməklə tələbələr dövlətin iqtisadiyyata
müdaхiləsinin оptimal hədlərini, vasitələrini, mехanizmlərini, ümumən iqtisadiyyatın
dövlət tənzimlənməsinin nəzəri-mеtоdоlоji və əməli prоblеmlərini, habеlə dövlətin
iqtisadi siyasətinin məqsədlərini, priоritеtlərinin sеçilməsinin kоnsеptual əsaslarını
mənimsəyə bilirlər.
Məlumdur ki, müasir dövrdə Azərbaycanda bazar sistеmi əsasında milli
iqtisadiyyatın fоrmalaşması, iqtisadiyyatda kеçid dövrünün başa çatması, dəyişən
şəraitə və tələbə uyğun оlaraq iqtisadiyyatın dövlət tənzimlənməsi sistеminin еlmi
cəhətdən sistеmli təhlilinin dəyərləndirilməsini və yеnidən dərk еdilərək
qiymətləndirilməsini оbyеktiv zərurətə çеvirmişdir. Bu məqsədəuyğun оlaraq
tələbələrə təqdim оlunan mühazirədə iqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri
əsasları və mоdеlləri; iqtisadiyyatın dövlət tənzimlənməsinin fоrma və mеtоdları;
dövlətin iqtisadi siyasətinin məqsədləri, mехanizmləri və əsas istiqamətləri; dövlət
bölməsi və dövlət mülkiyyətinin tənzimlənməsi; makrоiqtisadi prоqnоzlaşdırma,
planlaşdırma və prоqramlaşdırma; dövlətin antiinhisar siyasəti və iqtisadi
kоnyunkturanın tənzimlənməsi; sоsial-iqtisadi prоsеslərin büdcə-vеrgi
tənzimlənməsi; dövlətin pul-kredit siyasəti; dövlətin antiinflyasiya siyasəti və
qiymətlərin tənzimlənməsi; dövlətin investisiya-innоvasiya və struktur siyasəti;
dövlətin aqrar siyasəti; davamlı inkişafın təmin еdilməsinin dövlət mехanizmi;
regional sоsial iqtisadi inkişafın dövlət tənzimlənməsi; sosial inkişafın, əmək bazarı
və məşğulluğun dövlət tənzimlənməsi; xarici iqtisadi fəaliyyətin tənzimlənməsi və
iqtisadi təhlükəsizliyin təmin еdilməsi mехanizmlərinin öyrənilməsi nəzərdə tutulur.
2

İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi çoxsaylı aşğıdakı amillərlə


əlaqədardır:
1. İqtisadiyyatın bazar sektorunun problemlərinin həlli ilə bazar mexa-
nizminin mənfi effektlərinin yumşaltması, azaldılması ilə bağlı olan amillər:
a) bazar proseslərinin kortəbiliyini məhdudlaşdırmaq;
b) səmərəli məcmu tələbi, bazar konyukturunu təmin etmək;
c) bazarın rəqabətliliyini, açıqlığını müdafiə etmək;
ç) dünya bazarına çıxışı təmin etmək.
2. İqtisadi sabitliyi, geniş təkrar istehsal prosesini təmin edən amillər:
a) iqtisadiyyatın inkişafının ümumi şərtlərini yaratmaq, məcmuu kapitalın fəaliy-
yətinin (işlədilməsinin) iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin etmək;
b) iqtisadiyyatın fasiləsiz inkişafını təmin etmək;
c) uzunmüddətli iqtisadi artımı stimullaşdırmaq;
ç) makroiqtisadi tarazlığı qorumaq;
d) xalq təsərrüfatının optimal strukturunu formalaşdırmaq;
e) iqtisadiyyatın dövlət sektorunun səmərəli idarə edilməsini təmin etmək;
ə) pul tədavülünü tənzimləmək;
f) elmin, elmi-texniki tərəqqinin inkişafına kömək etmək.
3. Sosial problemlərin həlli ilə əlaqədar amillər:
a) gəlirlərin ədalətli və səmərəli bölgüsünü təmin etmək;
b) sosial sabitliyin iqtisadi əsaslarını yaratmaq, sosial gərginliyi azaltmaq;
c) əhalinin tam məşğulluğunu təmin etmək;
ç) işçi qüvvəsinin geniş təkrar istehsalına şərait yaratmaq, səhiyyəni, təhsili,
kadrların yenidən hazırlanmasını təmin etmək.
İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyini şərtləndirən yuxarıdakı
şərtlər qarşılıqlı şəkildə bir-birilə əlaqədardır. Məsələn, məşğulluq probleminin həlli
və geniş təkrar istehsal prosesinin müsbət dinamikası.
Dünya təcrübəsi göstərir ki, hər bir iqtisadi sistemin normal fəaliyyətinin təmin
edilməsində dövlət həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın
qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və
hüdudlarının müəyyən edilməsi, gözlənilməsi müasir dövrdə iqtisadiyyatın dövlət
tənzimlənməsinin təkmilləşdirilməsinin başlıca problemi hesab olunur. Bütün iqtisadi
sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edir və bu müdaxilə, bir qayda olaraq,
bazarın çatışmazlıqlarının aradan qaldırilmasına yönəldilir. Bu çatışmazlıqlara
aşağıdakılar aid edilə bilər:
• хarici еffеktlər prоblеminin bazar tərəfindən nəzərə alınmaması;
• ictimai sərvətlərin, məhsulların istеhsalında bazarın kifayət dərəcədə maraqlı
оlmaması;
• haqsız rəqabətin оlması və inhisarlaşma;
3

• işsizlik, inflyasiya, makrоiqtisadi qеyri-sabitlik;


• sоsial ədalətlilik prоblеminə bazarın biganə оlması;
• bazar mехanizmləri vasitəsilə fundamеntal еlm və tехnika sahəsində kəskin
irəliləyişlərin qеyri-mümkünlüyü;
• ölkə rеgiоnlarının kəskin difеrеnsiasiyası;
• dövlətlərarası səviyyədə хarici ticarət əlaqələrinin tarazlığını təmin еtmək üçün
iqtisadiyyatın tənzimlənməsi zəruriliyi və s.
İqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti və vəzifələri.
Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir:
- Dövlət təsirin məqsədini formalaşdırır, strategiyasını işləyib hazırlayır və böyük bir
qrup alternativ həllərin içərisindən optimal olanı seçir. İqtisadi siyasətin reallaşması
subyektlərinin məcmusunu: yəni hökumət (Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi,
Mərkəzi Bank, hökümətin yerli orqanları, hüquqi instansiyalar) və qeyri-hökumət
orqanları özündə birləşdirir; İqtisadi siyasətin həyata keçirilməsi müəyyənləşdirilmiş
maliyyə (fiskal) və monetar siyasət mexanizmlərinin istifadə olunması hesabına baş
verir. Geniş spektrdə dövlət tədbirlərinə tələbat bir neçə istiqamət üzrə dövlət
fəaliyyətinin təcrübəsinin yaradılmasına gətirib çıxartdı.
Dövlətin bazar mexanizminə təsirinin ümumi parametrlərini qeyd edərkən, qarşılıqlı
təsirləri əks etdirən aspektlərə müraciət edək. Birincisi, bazarın dövlətə təsiri.
İqtisadçılar başlıca olaraq bu zaman bazarın özünütənzimləmə aspektlərini nəzərdən
keçirirlər. Lakin son 10 illikdə dövlətin iqtisadi sahəyə güclənən bazar ekspansiyası
bu aspektləri yetərincə geniş şərh etməyə vadar edir. İkincisi, bazarla dövlətin
qarşılıqlı təsirinin təhlili bir sıra struktur kompanentlərinin nəzərə alınmasını tələb
edir (məqsədlər, subyektlər, mexanizmlər, reallaşmanın yönəldilməsi). Bunlar da
dövlətin bazar iqtisadiyyatına təsirinin təhlili zamanı istifadə olunur.
2. İqtisadiyyatın tənzimlənməsi sahəsində əsas iqtisadi nəzəriyyələr.
Dünya iqtisadi ədəbiyyatlarında bazar iqtisadi sisteminə dövlətin müdaxiləsinin
yeri, rolu, məqsədləri və inkişafına dair coxlu müxtəlif fikirlər verilmişdir. Bununla
belə dünya təsərrüfatının inkişafının konkret şəraitindən asılı olaraq alimlərin
baxışları köklü şəkildə fərqlənir (çiçəklənmə, uzun müddət davam edən böhranlar,
ağır sürətli infilyasiya, dünya müharibələri dövrləri). Dünya iqtisadçıları tərəfindən
iqtisadiyyatın tənzimlənməsi sahəsində bir çox əsas iqtisadi nəzəriyyələr irəli
sürülmüşdür.
Belə konsepsiyalardan biri MERKANTİLİZM nəzəriyyəsi olmuşdur.
Bizim eradan əvvəl IV-əsrdə yaşamış yunan filosofu Ərəstun, iqtisadi
məsələlərə diqqət yetirmişdir. O, iqtisadiyyata sərvətin pul və maddi formalarının
tədqiqi haqqında elm kimi baxmışdır. Təbiidir ki, həmin dövrdə iqtisadiyyatın dövlət
tənzimlənməsi anlayışı ola bilməzdi. İqtisadiyyatın tənzimlənməsi məsələsi müəyyən
qədər təkmilləşmiş dövlət quruluşunun yaranması dövrünə təsədüf edir. Bununla
4

əlaqədar qeyd etmək olar ki, iqtisadiyyata dövlətin müdaxiləsi tarixi XI-ci əsrdən
başlayır. Belə ki XI-XVI əsrlərdə ölkələrin çoxunda əmtəə-pul münasibətləri
formalaşaraq natural təsərrüfatları sıxışdırmağa başlamışdır. Bu ideya XVI əsrdə
İngiltərədə daha çox inkişaf etmiş və o, ilkin monetar merkantilistlərdən U.Stafford
(1554-1612), Q.Skarrufi (1519-1584) və fransız A.Monkretyen (1575-1621) adları
ilə bağlıdır. Elə elmə də ilk siyasi iqtisad adını verən A.Monkretyen olmuşdur. Daha
sonra XVII əsrdə merkantilizm, əmtəə merkantilizmlə əvəz olunmuşdur ki, bu da
Tamas Manın (1571-1641) adı ilə bağlıdır. T.Manın fikrinə görə ixrac idxaldan çox
olmalı və bu xammal formasında yox, hazır məhsuldan ibarət olmalıdır. Rusiyada bu
nəzəriyyə İ.Posoşkov (1652-1726) tərəfindən inkişaf etdirilmişdir.
Merkantilizm – (ingilis, fransız, italyan dillərində-xırdıvatçı alverçi, tacir
mənasını ifadə edir) ilkin kapital yığımı dövründə burcua siyasi iqtisadiyyatının ilk
məktəbi olmuşdur. Bu cərəyan xüsusi və milli sərvəti bir-birindən ayırmayaraq ona
sərvətin mütləq forması kimi baxmaqla, sərvətin artırılmasının ancaq dövlət tədbirləri
əsasında aparılmasını qeyd edirdilər. Onların təliminə görə dövlət ticarət balansını
aktivləşdirmək yolu ilə ölkədə pul yığımını artıqmaq tədbirlərini həyata keçirməlidir.
Bu zaman heç də ölkədən pul çıxarılması qadağan olunmamalıdır. Çünki, ölkədən
çıxan pula ucuz mal alınıb ölkəyə gətirilməsi və başqa formada digər ölkələrə
satılması son nəticədə ölkədə pul kütləsinin artırılması deməkdir. Burada əsas tezis
«Ucuz alıb baha satmaq»-dan ibarətdir.
Tam iqtisadi nəzəriyyə XVIII - əsrin ortalarında Fransada yaranmış və
F.Genenin (1694-1774) adı ilə bağlıdır. Merkantiizmdən fərqli olaraq fiziokratlar
sərvətin mənbəyinin təcarətdə yox, istehsalda olduğunu göstərirdilər. F.Gene
məhsuldar sinif kimi kəndliləri qeyri-məhsuldar sinif kimi sənaye işçilərini (çünki
onlar məhsulun formasını dəyişirlər), torpaq sahibləri – keşişlər, monarxlar,
latfundiyaçıları ayırır. Bunlar torpaq icarəsindən gəlir götürürlər. Fiziokratlar
nəzəriyyəsinin sonrakı inkişafı A.R.Turqonun (1727-1781) adı ilə bağlıdır. Turqo
sənayeçiləri iki hissəyə bölür: sahibkarlara və muzdlu fəhlələrə. Turqo ticarət və
sənaye mənfəətini qəbul edir, lakin onun həcmini torpaqdan alınan gəlirdən çıxılması
nəticəsi kimi göstərir. Fiziokratlar dövlətin iqtisadiyyata- müdaxilə etməməsində
israrlı idilər. Bu iqtisadi liberalizm idi.
Klassik nəzəriyyənin inkişafı A.Smitin ( 1723-1790) adı ilə bağlıdır. A.Smitin
konsepsiyası əsası merkantilist U.Petti ( 1623-1687) və fiziokrat P.Buaqilber ( 1646-
1714) tərəfindən irəli sürülmüş əmək dəyər nəzəriyyəsinə əsaslanmışdır.
Fiziokratlardan fərqli olaraq A.Smit sərvətin maddi istehsalda yaradıldığını və onun
mənbəyinin əmək olduğunu təsdiq edir. Sərvətin artırılması şərti isə əmək
məhsuldarlığıdır.
A.Smit iqtisadi qanunlarda, təbiət qanunları kimi cəmiyyətin inkişafında rolu
olduğunu qeyd edirdi. Onun bu fikri «Təbii harmaniya» ideyasına müvafiq gəlirdi. Bu
5

isə iqtisadi proseslərin «görünməz əl» vasitəsilə idarə olunması anlamına gətirib
çıxarırdı, dövlətin iqtisadiyyata müdaxiləsindən imtina edilərək, onun ancaq qayda-
qanunu qoruyan bir qurum olduğu qeyd edilirdi.
A.Smitin davamçısı kimi D.Rikardo (1772-1823) pula tədavül vasitəsi kimi
baxırdı. Onun fikrincə insanların şəxsi marağı cəmiyyətin inkişafının təkanvericisidir.
D.Rikardo da iqtisadiyyata dövlətin müdaxiləsini qəbul etmirdi. O, qeyd
edirdi ki, iqtisadiyyatda dərk olunun iqtisadi və təbiət qanunları fəaliyyət göstəririrlər.
Bunanla belə D.Rikardo dövlətin iqtisadi siyasətinin işləyib hazırlanmasını lazım
blirdi ki, bu da cəmiyyətin məhsuldar qüvvələrinin işkişafına şərait yaratmış olardı.
Smit və Rikardo azad ticarətin təfərdərları olaraq (friderçilik) qeyd etmişlər ki,
merkantil ticarət məhsulların qiymətinin yüksəlməsinə səbəb olur. Buna görə də onlar
« müqayisəli xərc» prinsipini irəli sürürdülər. (yəni məhsulu kimə və harada satmaq
sərfəlidir).
A.Smitin ardıcılı fransız C.B.Sey (1766-1832) olmuşdur. Fransa Vulqar siyası
iqtisadının banilərindəndir. Əsas müddəası məhsulun dəyərinin onun fəaldığı ilə yəni,
istehlak dəyərində olmasını göstərməkdir. Bunun üçün gətirilən arqement ondan
ibarətdir ki, bazar şəraitində əmək haqqı, faiz dərəcəsi daha çevik olub tələb və təklifin
təsiri altında dəyişilərək, bazarın yeni vəziyyətinə tez uyğunlaşırlar.
Marksizm məktəbinin baniləri K.Marks ( 1818-1883) və F.Engelsin ( 1820-
1895) yaratdıqları iqtisadi nəzəriyyə klassik məktəblə sıx bağlı olmuşdur. Öz iqtisadi
təlimində K.Marks izafi dəyər nəzəriyyəsinə daha çox diqqət yetirmişdir. Ona görə
kapitalist əməyi yox, işçi qüvvəsini alır. İş qüvvəsinin dəyəri isə onun təkrar
istehsalına çəkilən xərclərlə müəyyən edilir ( ərzaq, geyim, yaşayış vasitələri və s.). İş
qüvvəsinin bu dəyəri ilə onun yaratdığı dəyər arasındakı fərq izafi dəyərdir.
A.Marşaldan fərqli olaraq C.Hiks ( 1904-1989) son faydalılıq anlıyışını inkar
edir. Onun fikrincə faydalılıq ölçülməyə yatımlı deyildir. C.Hiks etinasızlıq əyrisinə
əsaslanaraq son əvəzetmə norması anlayışını irəli sürür. O göstərir ki, müəyyən növ
məhsul kəmiyyəti istehlakçı üçün digər məhsulun son itkisini hansı ölçüdə
kompensasiya eləyir. C.Hiksə qədər marcinalistlər faydallıq həddi nəzəriyyəsini
yaratmışlar. Marşinalizmin əsası Avstriya məktəbinin nəzəriyyəçiləri K.Menger
(1840-1921), E.Bem-Baverk (1851-1914) , F.Vizer ( 1851-1926) tərəfindən
qoyulmuşdur. Marcnalizmin əsas koteroriyaları məhsuldarlıq həddi, faydalılıq və
məsrəf həddləri sayılır. C.Hiks müxtəlif növ məhsulların məcmu tələbinin nəzəri
təhlilini aparmışdır.
Samuelson (1915) elmi araşdırmalar nəticəsində sübut etmişdir ki, istehsal-
istehlak nəzəriyyələrində, beynəlxalq ticarət nəzəriyyəsində müəyyən göstəriciləri
riyazi funksiyaların göməkliyi ilə almaq mümkündür. Buna görə də qoyulmuş
məsələnin maksimum-minimum hədlərini tapmaq mümkündür və onları başlanğıc şərt
kimi qəbul etmək olar.
6

Neklassiklərin əsas hesab etdikləri dəlil ondan ibarətdir ki, insanların


fəaliyyətinin əsasında şəxsi maraq dayanır. Onlar iqtisadiyyata tarazlı harnonik
sistem kimi baxırlar. Həmin sistemin hər bir komponentinin eqoizmi azad rəqabət
şəraitində cəmiyyətin bütünlükdə əhval-ruhiyyəsinin yaxşılaşdırılmasına gətirib
çıxardır.
İqtisadiyyata dövlətin müdaxilə etməməsi klassik formada XX əsrin 28-33-cü
illərinə qədər, ABŞ-da «Böyük depressiya» dövrünə qədər davam etmişdir.
İqtisadiyyata dövlət müdaxiləsi 30-60-cı illərdə Keyns (1886-1946) dövrü kimi
adlanır
Qeyd etmək lazımdır ki, Keynsin təlimi təcrübədən yaranmışdır. Yəni böhran
dövrü və ondan çıxmaq tədbirlərini ancaq dövlət həyata keçirə bilərdi. Keynsin
iqtisadi təliminin əsaslarını belə ifadə etmək olar:
a) Kortəbii bazar mexanizminin qiymətləndirilməsi və iqtisadiyyata dövlətin
müdaxiləsinin səbəbləri.
b) Bu müdaxilənin məqsədinin formalaşdırılması.
c) iqtisadiyyatın dövlət tənzimlənməsinin forma və metodlarının, istiqamətinin
müəyyən edilməsi.
Nobel mükafatı laureatı P.Samuelson göstərir ki, nəticədə qarışıq iqtisadiyyat
formalaşır və ictimai təhlükəsizliyin nəhəng sistemi yaranmış olur.
Bazar iqtisadiyyatının üstünlüyünü qeyd edən keynsçilər, onun dinamiki və
özünü tənzimləmə mexanizminə malik olmasını göstərirdilər. İnzibati iqtisadiyyatda
irəliləyişlərə nail olmaq olar, lakin bu daha böyük xərc tələb edir. Keynsçilər
israrlıdırlar ki, bazar heç də hər şeyi həll etməyə qadir deyildir, belə ki:
1. Bazar iqtisadiyatı daxilən dəyanətli deyildir, o, tsiklik xüsusiyyətə malikdir.
2. Bazar iqtisadiyyatında bütün xidmət və sərvətlər qiymətləndirilə bilmir.
( ictimai sərvət, milli təhlükəsizlik, hava proqnozu).
3. Bazar iqtisadiyyatı bütün xarici effektləri nəzərə ala bilmir. (atmosferin
çirklənməsi)
4. Bazar iqtisadiyyatı sosial nəticəyə biganədir. Çünki onda sərvət və gəlir
hökmrandıq edir. Kimin gəliri və sərvəti varsa o, xidmət və əmtəələrə sahib ola bilər.
Kimin yoxdursa, onlardan məhrumdurlar.
Klassiklər qiymət, əmək haqqı, faiz stavkasının çevikliyini qeyd edərək göstərirdilər
ki, məcmu təklif şaquli xəttdə yerləşib. Ümumi milli məhsulun (ÜMM) mötəməl
həcmini əks etdirir. Daha doğrusu qiymət və əmək haqqı yuxarı – aşağı hərəkət
edərək tələblə təklif arasında balanslılığı ifadə edə bilər. Qiymətin aşağı salınması
əmək haqqının azalmasına səbəb olduğu halda belə, tam məşğuliyyəti təmin etmək
olar. Tələbin azalmasına görə qiymət səviyyəsinin aşağı düşməsi ümumi milli
məhsulun azalması demək deyildir. Yəni istehsal olunan bütün məhsul başqa
qiymətlə olsa da satılacaqdır. Beləliklə məcmu tələbin azalması, məşğuliyyətin və
7

ÜMM azalmasına yox, ancaq və ancaq qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Makroiqtisadi sahədə dövlətin iqtisadi siyasətini klassik istiqamət belə şərh edir ki,
makroiqtisadi inkişaf ancaq qiymət səviyyəsinə təsir göstərə bilər. Məcmu tələb və
təklifin klassik konsepsiyası qrafiki şəkildə belə göstərilə bilər.

SP –məcmu təklif
SS – məcmu tələb
S1S1- yeni məcmu tələb
Monetarizmin bir təlim kimi yaradıcısı amerika alimi Milton Fridmen olmuşdur.
M.Fridmen (1912) amerika iqtisadçısı «Çikaqo iqtisadi məktəbinin» yaradıcısı olub,
monetarizm cərəyanının banilərindən sayılır. Onun fikrincə «monetarist» pulun
kəmiyyət nəzəriyyəsinə inanan adamdır. M.Fridmen öz təlimini əsasən D.Keynsinin
nəzəri tənqidi üzrə quraraq müəyyən qədər klassik nəzəriyyəyə qayıdış etmişdir. Yəni
dövlət iqtisadiyyata mydaxilə etməməlidir, real iqtisadi təbii proseslərlə maneçilik
törətməməlidir. Bazar özünü təbii proseslərlə avtomatik olaraq tənzim edəndir. Lakin
onun fikrincə iqtisadiyyata dövlətin müdaxilə etməməsini tamamilə inkar etmək də
olmaz. Çünki bu sahədə müəyyən təcrübə toplanmış, inkişaf etmiş ölkələr müəyyən
tənzimləmə konsepsiyalarından istifadə etmişlər və s. buna görə də M.Fridmen təklif
edirdi ki, dövlət müəyyən hallarda iqtisadiyyata müdaxilə edə bilər və bu müdaxilə
ancaq pul parametrləri vasitəsilə olmalıdır.
Monetarist konsepsiyanın daha geniş tətbiqi Reyqanın dövründə olmuşdur. İlk
əvvəl monetarist proqramda xüsusi bölməyə dövlətin müdaxiləsinin sərt
məhdudlaşdırılması oldu. Korporosiyalardan tutulan vergilər azaldıldı, kompaniyaların
fəaliyyətinin reqlamentləşdirilməsinə dövlət nəzarəti sıxışdırıldı. Sosial xərclər
azaldılaraq büdcənin məxaric hissəsi azaldıldı. Nəticədə müəyyən nailiyyətlər əldə
olunaraq işgüzar dairənin Reyqanın dövlət aparatına inamı artdı. Həmin dövr üçün
istehsal həcminin artması işsizliyin minimuma enməsi monetarist konsepsiyasının
həyatilik imicini yüksəltdi. Monetarizm aparıcı elmi tədqi qat, tədris, dövlət
strukturlarını, beynəlxalq maliyyə institutuna və beynəlxalq valyuta fonduna nüfuz
etdi.
Keyns iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsini irəli sürürdüsə,
monetarizmin banisi olan Çikaqo Universitetinin professoru Fridman bunun əksinə
qeyd edirdi ki, dövlət iqtisadiyyata müdaxilə etməməlidir. Fridmanın fikrincə dövlətin
8

tələbi stimullaşdırması iqtisadi böhranı daha da dərinləşdirir və rəqabətin təbii


«nizamlayıcı» rolunu azaldır. Fridmanın ideyası 70-ci illərdə kapitalist dövlət aparatı
tərəfindən staqfilyasiyaya qarşı effektli tədbir kimi qəbul edilmişdir. Staqfilyasiya eyni
vaxtda istehsalın aşağı düşməsi, qiymət inflasiyasının yüksəlməsi deməkdir.
Monetarizm fundamental elm deyildir. Onun tərəfdarları müxtəlif variantlar irəli
sürürdülər. Monetarizm aşağıdakı əsas elementləri əhatə edir:
1. Dövriyyədə olan pulun məbləği ilə əmtəə dəyərləri səviyyəsinin səbəb
əlaqəsi.
2. İqtisadi tsiklin monetar nəzəriyyəsi. Yəni bütün irimiqyaslı təsərrüfat
konyukturasının artıb-azalması, pul kütləsinin dəyişməsi ilə əlaqədardır.
3. Dövlət tədbirlərinin iqtisadi tənzimləməyə zəif təsiri.
İqtisadiyyatın inkişafı və bazar münasibətlərinin təşəkkülü şəraitində
iqtisadiyyatın dövlət tənzimlənməsində irəli sürülmüş ideyaların qısa məğzini belə
ifadə etmək olar.
Cədvəl 1.
Klassiklər Keynsçilər
1.Bazar öz-özünü avtomatik 1.Bazar iqtisadiyyatı daxilən dəyanətli deyildir. O,
tənzimləmə mexanizminə tsiklik xarakterə malikdir. Bəzi qlobal məsələlərin
malikdir kənar müdaxilə inkar həllinə dövlətin müdaxiləsi zəruridir. Lakin dövlət
edilir. həddi ötməməlidir.
2.Bazar münasibətləri 2. Bazar münasibətləri tənzimlənərkən tələbin
tələb-təklif əsasında tənzim tənzimlənməsi əsas götürülməlidir. Çünki
olunur. resurslar məhduddur.
3.İnflyasiya bazar 3.İnflyasiyanın normal həddi olmalıdır. İnflyasiyasız
iqtisadiyyatının əlamətidir bazar mümkün deyildir.
(atributudur).
4. Qiymətlər sərbəstdir. 4. Qiymət artımı müəyyən hallarda istehsalın
həcminə
təsir göstərir. Bütün xidmət və sərvətlər bazar
iqtisadiyyatında tam qiymətləndirilə bilməz.
Məsələn, ictimai sərvət, hava proqnozu. Buna görə

dövlət müəyyən qiymətlərin tənzimlənməsində
iştirak etməlidir.
5. İşsizlik mövcuddur. 5. İşsizliyin normal səviyyəsi, həddi olmalıdır.
6.Azad rəqabət, iqtisadi 6. Rəqabəti nizamlamaq üçün antiinhisar
inkişafın hərəkət verici qanunlarının tələblərinə əməl olunmalıdır.
qüvvəsidir.
9

3. Dövlətin iqtisadiyyata müdaxiləsinin əsas istiqamətləri.


Dövlələ iqtisadiyyatın qarşılıqlı əlaqəsi və dövlətin iqtisadiyyata təsiri 3
istiqamətdə həyata keçirilir. Bunlar səmərəliliyin artırılması, bərabərliyin təmin
edilməsi və makroiqtisadi sabitliyin stimullaşdınlmasıdır. Yəni dövlət iqtisadiyyatın
əks təsirinə müvafiq olaraq müdaxilə siyasəti yerinə yetirməklə iqtisadi inkişafa təkan
verir, dövlətin iqtisadiyyatı özünə tabe etdirmək cəhdi iqtisadi durğunluğa apanr,
dövlət iqtisadi inkişafa bu və ya digər sahədə təsir göstərməklə onu deformasiyaya
uğradır ki, bunun özü də inkişafda yeni və yaxud müsbət meyillərin yaranmasına
gətirib çıxanr. Bazar iqtisadiyyatında dövlət fəaliyyətinin mümkün təsirini fərqləndir-
məklə onun rolunu müəyyən etmək mümkündür.
Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyatı tənzimləmə obyektlərinə
iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial sturuktum, məşğulluq və
kadırların hazırlanması, əhalinin gəlirləri və həyat səviyyəsi, sosial və əmək
münasibətləri, əhalinin müdafiəsi mexanizmi, pul dövriyyəsi, qiymətlərin səviyyəsi
və antiinflyasiya prosesləri,İnvestisiya aktivliyi,elmi-tədqiqat və təcrübə-layihə
işləri,rəqabət şəraiti və antiinhisar tədbirləri,tədiyyə balansı,ətraf mühit,xarici iqtisadi
əlaqələr və s. aiddir
Dövlətin iqtisadiyyatı tənzimləmə subyektlərinə aiddir:
• İqtisadi maraqların daşıyıcıları: yəni müəyyən qruplarda birləşən əhali. Məsələn:
sahibkarlar və s.
• İqtisadi maraqları ifadə edənlər: Bura iqtisadi maraqların daşıyıcılarının fikir və
tələblərini ifadə edən təşkilatlar, qruplar aiddir. Məsələn: Həmkarlar İttifaqı və s.
• İqtisadi maraqların icraçıları: Bura dövlət orqanları, hakimiyyət institutları
(nazirliklər, komitələr, idarələr və təşkilatlar və s.) aiddir.
Bazar iqtisadiyyatında dövlət tənzimləmə vasitələrinə üstünlük verərək ölkənin
sosial iqtisadi inkişafını proqnozlaşdırır; iqtisadiyyatın strukturunun
yenidənqurulmasını həyata keçirir; özəlləşdirmə yolu ilə mülkiyyətin çoxnövlülüyünü
reallaşdırır; antiinhisar tənzimləmə tədbirlərini tədbiq edir; əlverişli investisiya mühiti
formalaşdırır; elmi-texniki tərəqqinin nailiyyətlərinin reallaşdırılmasını təmin edir,
pul tənzimlənməsini həyata keçirir, dövlətin maliyyə-vergi siyasətini reallaşdırır;
istehsal qüvvələrinin yerləşdirilməsini təmin edir; əhalinin sosial müdafiə və
təminatını həyata keçirir; dövlət satınalmaları müəyyənləşdirilir; xarici iqtisadi
fəaliyyət istiqamətlərini təyin edir; ətraf mühitin mühafizəsi və resurslara qənaəti
təmin edir və bütün bu proseslərin hüquqi bazasnı yaradaraq təkmilləşdirir.
4. Bazar iqtisadiyyatında dövlət tənzimlənməsinin funksiyaları və iqtisadi
proseslərə təsiri mexanizmi.
Müasir iqtisadiyyat azad bazar, rəqabət və demokratik qaydalara əsaslanan,
sahibkarlıq iqtisadiyyatıdır.Burada dövlətin təsirinə etibarlı yer ayrılır. Azərbaycan
10

Respublikası şəraitində həyata keçirilən islahatlar müasir iqtisadiyyatda dövltin


rolunu və funksiyalarını qiymətləndirmə işində cəmiyyəti çətinliklərə saldı.
Dövlətsizləşdirmə dövrü islahatların birinci mərhələsi olub özünütənzimləməyə
əsaslanan təsərrüfat sistemini formalaşdırdı.
Ümumdünya bankının Prezidenti C.Vulfensonun hesabatında qeyd olunur ki, öz
ölkəsinin inkişafı prosesində dövlətin iştirakının iki prinsipial elementinə xüsusi fikir
vermək lazımdır. Dövlətin potensialına müvafiq olaraq funksiyaların bölüşdürülməsi,
belə ki, çox hallarda resursların məhdudluğunu əsas götürməklə dövlət çox
funksiyalara sahib olmağa çalışır. Strategiyanın ikinci elementi ictimai institutları
aktivləşdirmək yolu ilə dövlət potensialının möhkəmləndirilməsi bu hakimiyyətdə
özbaşınalığa yol verməmək, rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün səmərəli
norma və məhdudiyyətlərin işlənib hazırlanmasını nəzərdə tutur.
Dövlətin funksiyalarının məzmunu və intensivliyi ölkənin konkret-iqtisadi
vəziyyətindən asılıdır.
Ümumi belə funksiyalara: iqtisadi fəaliyyətin hüquqi təminatı; pul tədavülünün
təşkili; ictimai əmtəə və xidmətlər (kollektiv tələbatları ödəməyi təmin edən)
istehsalı; iqtisadi sistemi idarə etməyə çəkilən xərclərin minimuma endirilməsi;
antiinhisar tənzimləmə və rəqabətin inikşafı; pulla ifadə olunmayan mənfi tərkibli
kənar effktlərin təsirinin optimallaşdırılması; cəmiyyətdə gəlirlərin yenidən
bölüşdürülməsi; məşğulluğun optimal səviyyəsinin saxlanması, işsizliyin və onunla
bağlı xərclərin minimuma endirilməsi; regional iqtisadi və sosial siyasətin həyata
keçirilməsi;dünya iqtisadiyyatında milli mənafelərin reallaşdırılması.
İqtisadiyyatın dövlət tənzimlənməsinin iqtisadiyyata təsirinin maksimal və minimal
həddləri mövcuddur. Müdaxilənin minimal həddi dedikdə, dövlətin iqtisadiyyatı
tənzimləməklə bağlı həyata keçirdiyi 3 funksiya nəzərdə tutulur. Bunlar
aşağıdakılardır:
- əhalini ictimai məhsullarla təmin etmək;
- iqtisadiyyatı lazımi pul kütləsi ilə təmin etmək;
- xarici effektləri tənzimləmək.
Dövlətin iqtisadiyyata maksimal həddi, hər şeydən əvvəl, onun həyata keçirdiyi
iqtisadi siyasətin strukturunda öz əksini tapır. Onlara makroiqtisadi siyasət, pul-kredit
siyasəti, büdcə-vergi siyasəti, investisiya siyasəti, konyuktur siyasət, struktur siyasət,
sosial siyasət, regional siyasət, xarici iqtisadi siyasət və s. aid edilə bilər. İqtisadi
siyasətin bu istiqamətləri dövlətin iqtisadiyyata maksimal təsirini əks etdirməklə
özündə xüsusi iqtisadi tənzimləmə mexanizmləri, vasitələri və metodlarını birləşdirir.
Dövlət tənzimlənməsinin əsas funksiyaları ümumi halda istiqamətləndirici,
kооrdinasiyaеdici, stimullaşdırıcı, nəzarətеdici, sоsial və s. kimi təsnifləşdirilə bilər.
Bu funksiyalardan ən başlıcalarını aşağıdakı ardıcıllıqla qruplaşdırmaq оlar:
- qanunvеriciliyin fоrmalaşdırılması;
11

- milli iqtisadiyyatın təhlükəsizliyinin təmini və хarici təhlükələrdən müdafiə;


- makrоiqtisadi sabitliyin təmini və mümkün qədər inflyasiyaya yоl vеrməmək,
- milli valyutanın sabitliyini təmin etmək;
- institusiоnal islahatların həyata kеçirilməsi;
- ictimai хidmətlərin göstərilməsi;
- sоsial baxımdan zəif əhali təbəqəsinin müdafiəsi və təminatı;
- təbiətin qоrunması və еkоlоji təhlükəsizliyin təmini;
- iqtisadiyyatın strukturunda səmərəli dəyişikliklər еdilməsi;
- bazar qusurlarının, çatışmazlıqlarının aradan qaldırılması və ya qarşısının alınması;
- dövlət sahibkarlığı müəssisələrininin idarə еdilməsi.
Dövlətin tənzimləyici funksiyaları onun fəaliyyətinin əsas istiqamətlərinin
ictimai həyatın hansı sahələrində tətbiq olunmasından asılı olmayaraq, ilk növbədə,
daxili və xarici funksiyalara bölünür. Fəaliyyət müddətinə görə isə dövlətin
funksiyaları daimi və müvəqqəti ola bilər. Daimi funksiyalar dövlətin bütün inkişaf
mərhələlərində, müvəqqəti funksiyalar isə qarşıya qoyulan müəyyən vəzifələrin
yerinə yetirilməsi anınadək həyata keçirilir.
Daxili funksiyalar cəmiyyətin daxili həyatının idarə edilməsi üzrə dövlətin
fəaliyyət istiqamətlərini özündə əks etdirir. Bununla yanaşı dövlətin daxili fəaliyyəti
də öz növbəsində iqtisadi, sosial, maliyyə nəzarəti, qanunçuluğun qorunması və
ekologiya sahəsində mühüm funksiyaları əhatə edir ki, onları qısaca olaraq aşağıdakı
kimi səciyyələndirmək olar:
- dövlətin iqtisadi funksiyası dövlətin büdcəsinin formalaşdırılmasını və onun
xərclənməsinə nəzarəti, ölkənin ümumi iqtisadi inkişaf proqramının müəyyən
edilməsini, iqtisadiyyatın prioritet sahələrinin inkişafının stimullaşdırılmasını,
sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını və s. nəzərdə tutur;
- sosial funksiya isə dövlət yardımına ehtiyacı olan cəmiyyət üzvlərinin sosial
müdafiəsi, səhiyyə, təhsil, mənzil tikintisi, nəqliyyat və rabitənin inkişafı üçün
maliyyə vəsaitlərinin ayrılmasını və s. bu kimi istiqamətlərlə bağlı məsələləri əhatə
edir;
- maliyyə sistemi vasitəsilə reallaşdırılan nəzarət funksiyası hüquqi və fiziki
şəxslərin dövlət büdcəsinə ayırmalı olduqları gəlirlərin aşkar edilməsi və onların
uçotunun aparılması ilə məhdudlaşır;
- dövlətin qanunçuluğun qorunması ilə bağlı funksiyaları qəbul edilmiş
qanunvericilik aktlarının cəmiyyət üzvləri tərəfindən dəqiq və tam icrasını təmin
etməkdən ibarətdir;
- ekologiya sahəsində dövlətin funksiyası ətraf mühitin mühafizəsinə
yönəldilmiş tədbirlər sistemini özündə birləşdirir;
12

- dövlətin xarici funksiyaları isə onun beynəlxalq aləmdə fəaliyyətinin əsas


istiqamətlərini əhatə etməklə, digər dövlətlərlə normal münasibətlərin qurulmasını
təmin edir.
Müasir iqtisadi ədəbiyyatlarda (bax. K.Makkonnell, S.Bryu «Ekonomiks», M.,
1992) dövlətin iqtisadi funksiyalarının müxtəlif tərkibdə qruplaşdırılmasına
baxmayaraq, mahiyyətcə onlar arasında elə kəskin fərqlər müşahidə olunmur. Belə ki,
həmin iqtisadi funksiyalara aşağıdakılar aiddir:
- bazar sisteminin smərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi
bazanın təmin edilməsi;
- rəqabətin qorunub saxlanması;
- gəlir və sərvətlərin yenidən bölgüsü;
- milli məhsulun strukturunu dəyişmək məqsədi ilə resursların yenidən bölgüsü;
- iqtisadiyyatın sabitləşməsi, başqa sözlə desək, iqtisadi şəraitin dəyişməsindən
yaranan inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək və iqtisadi artımı
stimullaşdırmaq.
Göründüyü kimi, bu funksiyaların dövlət tərəfindən həyata keçirilməsində
başlıca problemin: səmərəliliyin, sosial ədalətin və sabitliyin təmin edilməsinə
yönəldilir. Başqa sözlə, bu funksiyalar bazar mexanizminin çatışmazlıqlarının aradan
qaldırılmasına və onun tamamlanmasına xidmət etmiş olur.
Dəyişən iqtisadiyyatlı dövlətin funksiyaları keçid iqtisadiyyatının və cəmiyyətin
məqsədlərindən asılıdır.Ümumi dövlətiin sosial-iqtisadi konsepsiyasında qeyd edilir
ki,iqtisadiyyatın dəyişdirilməsinin strateci məqsədinin yüksək inkişaf etmiş sosial-
yönümlü bazar iqtisadiyyatının formalaşdırılması olmalıdır.Bunun üçün dövlət
aşağıdakı funksiyaları yerinə yetirir:
- bazar iqtisadiyyatının səmərəli fəaliyyətinə imkan verən hüquqi baza və ictimai
mühitin təmin edilməsi;
- rəqabətin mühafizəsi;
- iqtisadiyyatın sabitləşdirilməsi;
- gəlirlərin sosial ədalətli bölgüsünə şərait yaradılması
- milli məhsulun strukturun dəyişdirmək məqsədilə resursların
bölüşdürülməsinin düzəldilməsi.
Öz iqtisadiyyatını dəyişdirən dövlətlər üçün bu funksiyalar səmtlidir və səmtli də
olmalıdır
5. İqtisadiyyatın dövlət tənzimlənməsinin konsepsiyaları
Dünya təsərrüfat təcrübəsində iqtisadiyyatın tənzimlənməsinin aşağıdakı
kоnsеpsiyaları diqqəti daha çox cəlb edir:
- İstеhsalın inkişaf kоnsеpsiyası (təklif kоnsеpsiyası). Əsas kimi məhsuldar
qüvvələrin inkişafı, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi götürülür və
iqtisadi artıma nailоlma, işsizliyin, inkişafda qеyri-tarazlığın azaldılması götürülür;
13

- Təkrar istеhsalın tarazlı inkişaf kоnsеpsiyasında istеhsalın tarazlı artımına nail


оlmaq üçün antiböhran, antiinflyasiya, gəlirlərin, məşğulluğun və хarici iqtisadi
tarazlığın tənzimlənməsi siyasəti həyata kеçirilir;
- İstеhsalın artırılmasının tələb tərəfindən stimulluşdırılması kоnsеpsiyası (tələb
kоnsеpsiyası). ÜDM-in artım tеmplərini sürətləndirmək, tam məşğulluğa nail оlmaq
üçün məcmu tələbin məcmu təklifi üstələməsi əsas kimi götürülür;
- İdхalı əvəzləmə kоnsеpsiyası. Çох vaхt daхili bazarı və istеhsalı qоruma ilə
nəticələnir (iхrac sahələrinin təklifinin artırılması kоnsеpsiyası). Yеrli istehsal
sahələrin rəqabətqabiliyyətinin artırılması və onun inkişafını təmin etmək məqsədilə
müvafiq himayədar siyasət yeridilir və s.
Müasir bazar iqtisadiyyatının tənzimlənməsində əsasən 2 metoddan istifadə
olunur:
1. Dolayı metodlar – bunlar iqtisadi tənzimləmə metodlarıdır.
2. Birbaşa (müstəqim) tənzimləmə metodları – bunlar inzibati tənzimləmə
metodlarıdır.
İqtisadi tənzimləmə metodları fəaliyyətin sərbəstli imkanlarını genişləndirir.
Bunlar dövlətin müəyyən siyasətində ifadə olunurlar. Bu metodlar silsiləsinə aiddir:
1. Dövlətin pul siyasəti. Dövlət həmin siyasətlə inflyasiyaya qarşı dura bilir,
bank faizlərini tənzim edərək investisiya prosesini genişləndirir.
2.Vergi siyasəti. Həmin siyasətlə dövlət iqtisadi artımı stimullaşdırır, gəlirlərin
bölgüsünü həyata keçirir.
3. Dövlət xərcləri siyasəti-istehsalın struktur siyasətini həyata keçirmək
vasitəsilə, regional disproporsiyaları tənzim edir.
4. İxracın stimullaşdırılması siyasəti-ixrac kreditlərinə zəmanət verir.
5. Kömrük tariflərinin tənzimlənməsinin çevikliyi.
6. Bank faizi-manatın dönərliyini dollara görə qaldırmaq üçün dövlət özündəki
dollar ehtiyatının satışını təşkil etməli, manatın dönərliyini artırmalıdır.
7. Kapitalın hərəkəti balansı.
İnzibati metodlar fəaliyyət sərbəstliyiynin dairəsini kiçildir. Lakin onlar dövlətin
əsas tənzimləmə elementləri kimi çıxış edirlər:
1. İnhisar bazarının tənzim olunması.
2. Bazar prosesinin dolayı effekti-ətraf mühitin qorunub saxlanması problemləri.
3. Standartların hazırlanması və onlar üzərində nəzarət.
4. Əhalinin yaşayışının minimum parametrlərinin qorunub saxlanması.
Zəmanətli minimum əmək haqqı.
5. İxracın lisenziyalaşdırılması və xarici kapital idxalı üzərində dövlət nəzarəti.
Bu metodları həyata keçirməkdə dövlətin məqsədi pul kütləsi vasitəsilə istehlak
tələbini yüksəltmək və onun vasitəsilə istehlakı genişləndirmək. İnflyasiya prosesinin
tənzim olunmasında da dövlət pul siyasətindən istifadə edir. Buna dövlətin deflyasiya
14

siyasəti deyilir ki.bu da dövriyyədə artıq olan pul kütləsinin süni yolla dövriyyədən
çıxarılmasıdır. Bu dövlət tərəfindən inflyasiya sürətini azaltmaq üçün həyata
keçirilir.Bunun üçün dövlət əsasən fiskal siyasətdən və pul-kredit rıçaqlarından
istifadə edir.
Qeyd etmək lazımdır ki, ictimai mülkiyyətin rolunun azaldılması heç də onun
tamamilə ləğv edilməsi demək deyildir. O, dövlət mülkiyyəti formasında fəaliyyət
göstərir və ancaq ümumi dövlət əhəmiyyətli bölmələri əhatə edir.
Hətta inkişaf etmiş kapitalist ölkələrində belə dövlət mülkiyyəti 50 % təşkil edir.
Belə mülkiyyət forması dövlətin stimullaşdırıcı rolunu artırır. Bundan əlavə dövlət öz
imkanından istifadə edərək qiymətə nəzarət edir, rəqabət vasitəsilə inkişafa stimul
yaranır.
Mərkəzləşdirilmiş planlaşdırmanın metodları, göstəricilər sistemi inzibati-
amirlik üsul idarəsinin fəaliyyətinə xidmət edirdi. Mərkəzləşdirilmiş planlaşmanın
əksi qeyri-mərkəzləşdirilmiş planlaşdırma sistemidir.
Qeyri-mərkəzləşdirilmiş planlaşdırma sistemi ilk əvvəl ictimai mülkiyyətin
vahidliyi formasını inkar etməklə yanaşı yeni ictimai mülkiyyətin formaları ilə birgə
(dovlət, kolxoz, kooperativ) digər formaları da qəbul edir. Qeyri-mərkəzləşdirilmiş
planlaşdırma sistemi iqtisadi qanunların dərk edilməsinə əsaslanaraq subyektivliyi
inkar edir və bazar iqtisadiyyatını qəbul edir. Qeyri-mərkəzləşdirilmiş planlaşdırma
sistemi iqtisadi qanunların dərk edilməsinə əsaslanaraq subyektivliyi inkar edir və
bazar iqtisadiyyatını qəbul edir.

Mövzu 2. İqtisadiyyatın dövlət tənzimlənməsinin forma və metodları


Suallar:
1. İqtisadiyyatın tənzimlənməsinin formaları
2. İqtisadiyyatın tənzimlənməsinin metodları
3. Müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin xarakterik cəhətləri
4. Tехniki tənzimləmə dövlət tənzimlənməsinin fоrması kimi.
5. İqtisadiyyata dövlət müdaxiləsinin hüdudları üzrə beynəlxalq təcrübə
6. Dövlət tərəfindən tənzimləmənin səmərililiyinə təsir edən amillər
7. İqtisadiyyatın tənzimlənməsinin obyekt və subyektləri.
1. İqtisadiyyatın tənzimlənməsinin formaları
İqtisadi ədəbiyyatda iqtisadiyyatın tənzimlənməsi iki formada –
mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş planlaşdırma mövzusunda aparılıb.
Mərkəzləşdirilmiş planlaşdırma obyektiv iqtisadi qanunların dərk edilməsinə, iqtisadi
təfəkkürün inkişafına əsaslanırsa da real prosesdə çox vaxt subyektivizmə
yuvarlanmaq təkbaşına idarəçiliyə tabe etdirilmişdir. Bu da özünü çox vaxt onda
göstərirdi ki, hər hansı iqtisadi məsələnin həlli obyektiv oldu, olmadı “Partiya belə
məsləhət görür” mövhumu ilə həll edilirdi.
15

Mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində iqtisadiyyatın tənzimlənməsinin


forması kimi direktiv planlaşdırma təşkil edir. Bu tənzimləmə forması sabiq SSRİ və
onun tərkibindəki bütün müttəfiq respublikalarda fəaliyyət göstərirdi.
Planlı iqtisadiyyatda dövlət perspektiv planlar tərtib edir ki, sonra da bu planlar
onun icraçılara – müəssisələrə çatdırırlar. Onlar da öz növbəsində işçilər qarşısında
tapşırıqlar qoyur. Əməyin son nəticəsi istehlakçılara təklif olunur. Müəssisə üçün əsas
sifarişçi kimi dövlət çıxış edir və bütün iqtisadi risk onun üzərinə düşsə də qoyulmuş
plan tapşırıqlarının yerinə yetirilməsində ayrı-ayrı iqtisadi subyektlər məsuliyyət
daşıyırlar. Çünki ölkənin sosial-iqtisadi inkişaf planı təsdiq edildikdən sonra qanuni
qüvvəyə minir və onun həyata keçirilməsinə də hər bir müəssisə məşğul edir.
Mərkəzləşdirilmiş planlaşmanın əksi qeyri-mərkəzləşdirilmiş planlaşdırma
sistemidir. Qeyri-mərkəzləşdirilmiş planlaşdırma sistemi ilk əvvəl ictimai
mülkiyyətin formaları ilə birgə (dövlət, kolxoz, kooperativ) digər formaları da qəbul
edir. Qeyri – mərkəzləşdirilmiş planlaşdırma sistemi iqtisadi qanunların dərk
edilməsinə əsaslanaraq subyektivliyi inkar edir və bazar istiqadiyyatını qəbul edir. Bu
sistemdə vahid struktur, ayrı-ayrı sahibkarlara parçalanır. Həmin sistem azad bazar
rəqabətini əsas tutaraq tələb və təklifi birinci yerə çıxardır və onun atributları
aşağıdakılardır:
1. Bazar iqtisadiyyatının inkişafı;
2. Azad rəqabət;
3. Antiinhisar siyasəti;
4. Marketinq menecment planlaşdırması sistemi.
Geniş təkrar istehsalın iqtisadi stabilliyinin təmin olunması amilləri ikinci qrupa
aiddir. Buraya təsərrüfat subyektlərinin “oyun qaydası”nın müəyyən edilməsi;
məcmu kapitalın effektivliyinin təmin olunması üçün şəraitin yaradılması;
iqtisadiyyatın antitsiklik inkişafının təmin olunması; uzun müddətli iqtisadi artımın
stimullaşdırılması; iqtisadiyyatın optimal strukturunun formalaşdırılması;
makroiqtisadi tarazılığın dəstəklənməsi; iqtisadiyyatın dövlət bölməsinin
effektivliyinin idarə edilməsi; pul tədavülünün tənzimlənməsi; ETT-nin inkişafına
yardım edilməsi daxil edilir.
Sosial problemlərin həlli ilə əlaqədar amillər sərbəst qrup kimi formalaşır.Bu
qrupa gəlirin səmərəli bölgüsünün təmin edilməsi, sosial gərginliyin azalması; tam
məşğulluğun təmin olunması; iş qüvvəsinin geniş təkrar istehsalına şərait yaradılması,
insanların istellektual bacarığının qabiliyyətinin aşkar edilməsi amilləri nəzərdə tutur.
Yuxarıda göstərilən xüsusiyyətlər, bazarın mövcudluğunu şərtləndirən amillər,
iqtisadiyyatın tənzimlənməsinin formalarında nəzərə alınmalıdır. Bazar iqtisadiyyatı
şəraitində tənzimlənmənin aşağıdakı formalarından istifadə olunur:
1. Dövlət sifarişləri;
2. İndikativ planlaşdırma;
16

3. Strateji planlaşdırma.
4. Proqramlaşdırma.
5. Proqnozlaşdırma.
Makrosəviyyədə indiqativ planlaşdırma müharibədən sonrakı (1941-1945)
dövrlərdə sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsində (Fransa, Böyük
Britaniya, Almaniya, Yaponiya) iqtisadiyyatın dövlət tənzimlənməsinin mühüm bir
aləti kimi daha geniş vüsət almışdır.
İndiqativ planlaşdırmanın başlıca vəzifəsi ilk əvvəl dövlət resurslarının
istifadəsini nəzərdə tutur. O, milli iqtisadiyyatın xüsusi bölməsinin inkişafının tənzim
olunmasına birbaşa iddia etmir, bununla belə proqnoz göstəriciləri və inkişaf
parametrləri xüsusi bölmənin fəaliyyətinin stimullaşdırılması üçün əlverişli mühit
yaradır. Konkret olaraq indiqativ planlaşdırmanın məqsədlərini belə göstərmək olar:
- Dövlət investisiyası, büdcə vasitəsilə sahibkarların həyata keçirmək istədikləri
tədbirləri və konyuktur məlumatların sistemləşdirilməsini yaxşılaşdırmaq. İqtisadi
göstəricilər sistemini hazırlamaq.
Bu sistemlər bir tərəfdən dövlətin məqsədini ifadə etməli, digər tərəfdən isə
sahibkara tam fəaliyyət azadlığı verməlidir. İndiqativ planlaşdırma sahibkarlara
iqtisadiyyatın inkişaf təmayülləri, texniki tərəqqinin, texnologiyanın inkişafı, dünya
bazarındakı rəqabət, məhsuldar qüvvələrin inkişafı haqqında istiqamətverici rolu
ifadə edir.
İndiqativ planlaşdırma arzu olunan məqsədi ifadə edərək göstəricilərin daha dərin
detallaşdırmasını inkar etməklə ölkədə qlobal, strateji problemləri əhatə edir. O, ən
çox makroiqtisadi kəmiyyətləri əhatə edir, bəzi hallarda isə iqtisadiyyatın bəzi
sahələrini də əhatə edə bilər.
Strategiya anlayışı yunan mənşəli söz olub, ilk əvvəl hərbi məna daşımışdır. Yəni
qələbənin əldə edilməsinin düzgün yolunun seçilməsində «generalın məharəti»
mənasını ifadə edirdi. XX əsrin ikinci yarısından başlayaraq strategiya iqtisadi məna
kəsb etməyə başladı. Yeni real iqtisadi inkişaf strategiyasının müəyyən edilməsi və s.
Strateji planlaşdırmanın bir qolu taktikanın seçilməsidir. «Taktika» sözü də yunan
mənşəlidir. O, hərbi strategiyanın keçirilməsi üçün yararlı olan qüvvələrin manevrə
etməsi mənasını verir.
Strateji və taktiki planlaşdırma arasındakı fərqi belə izah etmək olar. Strateji
planlaşdırma iqtisadi inkişafda nəyə nail olmalıdır, taktiki planlaşdırma isə necə nail
olmalıdır sualına cavab verir. Yəni strateji və taktiki planlaşdırma arasındakı fərq
məqsədlər və vəsaitlər arasındakı fərqdir.
İqtisadiyyatın dövlət tənzimlənməsinin bir forması kimi strateji planlaşdırmanın
fəaliyyəti üç struktur elementinə əsaslanır.
- Fəlsəfə, sosiologiya və iqtisadiyyatın nəzəri metodologiyası.
- Ümumi elmi metodologiya.
17

- Yerli metodoloji sistem.


Strateji planlaşdırmanın birinci struktur elementinin əsasında nəzəri dərk etmə,
dialektika – inkişaf və bazar iqtisadiyyatının fəaliyyət nəzəriyyəsi durur.
Strateji planlaşdırmanın ikinci struktur elementinin əsasında müşahidə, təhlil və
sintez, induksiya və deduksiya, ənənə-analogiya, tarixi-məntiqi əlaqə, sosial-iqtisadi
problemlərin modelləşdirilməsi, mücərrəddən konkretliyə yüksəliş durur.gstrateci
planlaşdırmanın üçüncü struktur elementinin əsasında isə layihə və planların
tərtibində istifadə olunan prinsip və üsullar durur.
Strateji planlaşdırma elminin bu struktur elementlərində ümum elmi
metodologiya, təfəkkür nəzəriyyəsi də öz əksini tapır. Bunlara əsaslanaraq strateci
planlaşdırmanın metodologiyasını belə izah etmək olar: Strateji plan, layihə, proqram
və proqnozların tərtibi, spesifik metodların istifadə olunan göstəricilər sisteminin və
s. məntiqi və onların üzvi vahidliyidir.
2. İqtisadiyyatın tənzimlənməsinin metodları
İqtisadiyyatın dövlət tənzimlənməsinin metodlarını izah etməzdən əvvəl,
metodologiya, metod, metodika anlayışlarını şərh edək.
Metodologiya – ictimai təkrar istehsalın mütəşəkkil dəyişilməsi və dərk edilməsi
metodlarının məcmuudur. Bunun əsasında dialektik təfəkkür nəzəriyyəsi durur.
Metod – metodologiyanın tərkib hissəsi olub iqtisadi inkişaf planlarının işlənib
hazırlanması üsullarından biridir. Məsələn, balans metodu, normativ metodu.
Metodika – iqtisadi inkişaf planlarının işlənib hazırlanmasında istifadə olunan,
fərdi qaydaları, fəndləri əhatə edir.
Ölkənin milli iqtisadiyyatının inkişafının istifadə olunan metodlarla bir-birindən
fərqlənirlir. Bu istiqamətlər aşağıdakılardır:
a) ümumi metodlara təfəkkür metodları, sistem metodları, ictimai təkrar istehsal
nəzəriyyəsi aiddir. Bu metodlar metodoloci xüsusiyyətə malikdirlər.
Makroiqtisadiyyat iqtisadiyyatı bütün qarşılıqlı əlaqələrlə və müəyyən dövrlərdə
tədqiq edir. Makroiqtisadi proseslərin tədqiqi metodologiyası bu və ya digər sosial-
iqtisadi hadisələrin inkişafını qabaqcadan görməyə əsaslanır. Onun əsasında kəmiyyət
və keyfiyyət təhlili aparılır, hadisəyə kompleks sistem kimi baxılır. Metodologiyanın
tətbiqindən çıxan nəticələrin elmi əsaslanıdırlması nəinki obyektiv iqtisadi qanunların
fəaliyyətinin dərindən dərk edilməsindən ibarətdir, habelə onun təcrübədə
yoxlanılması da zəruridir.
b) sosial iqtisadi inkişafın dövlət tənzimlənməsində təsadüfi, qeyri tipik istisna təşkil
edən metodlardan da geniş istifadə olunur. Bunlar statistik və iqtisadi-riyazi
metodlardan ibarətdir.
Məqsədli-proqram metodu konkret məsələnin həllinə imkan verir. Məqsədli-proqram
metodunun həyata keçirilməsi üçün ilkin olaraq problem seçilməlidir. Yəni hansı
18

sahədə konkret olaraq hansı məsələ problemdir və onun həlli hansı yolla
aparılmalıdır.
Normativ metodu sərbəst və digər metodlarla ümumilikdə fəaliyyət göstərə bilər. O,
iqtisadi-sosial məsələnin kəmiyyət və keyfiyyət tərəfini əks etdirir.
İqtisadiyyatın tənzimlənməsində çoxlu sayda müxtəlif norma və normativlərdən
istifadə olunur. Həmin normativlərə aiddir:
- texniki-iqtisadi normativlər (xammal, material, yanacaq sərfi);
- iqtisadi normativlər (vergilər, maliyyə normativləri, büdcəyə ödəmələr,
-transferentlər, bank normativləri-uçot stavkası, məcburi ehtiyatların həcmi)
-sosial normativlər (yaşayış minimumu, istehlak büdcəsi, rasional istehlak)
-ekoloji normativlər (atmosferə atılan zəhərləyici maddələrin həcmi, torpaqların,
havanın, suyun çirklənməsi və s.)
Müasir bazar iqtisadiyyatının tənzimlənməsində əsasən 2 metoddan istifadə
olunur:
1. Dolayı metodlar – bunlar iqtisadi tənzimləmə metodlarıdır.
2. Birbaşa tənzimləmə metodları – bunlar inzibati tənzimləmə metodlarıdır.
Dolayı iqtisadi tənzimləmə metodlarına aiddir:
- Dövlətin maliyyə-kredit və pul siyasəti.
- Dövlətin büdcə və vergi siyasəti.
- Dövlət büdcə xərcləri və gəlirləri siyasəti.
- Dövlətin idxal-ixrac siyasəti.
- Dövlətin valyuta siyasəti.
- Kapitalın hərəkəti balansı.
Birbaşa inzibati metodlar:
1.İnhisar bazarının tənzimlənməsi
2. Lisenziyalaşdırma
3. Standartların hazırlanması və onlar üzərində nəzarət.
4. Zəmanətli minimum əmək haqqı.
5. Ekologiya ilə bağlı tələblərin qoyulması və s.
Proqnozlaşdırma metodikasının əsası aşağıdakılardan ibarərtdir:
1) analitik tədqiqatın aparılması;
2) məlumat bazasının hazırlanması;
3) məlumat bazasının keyfiyyəti;
4) informasiyaların öyrənilməsi və birləşdirilməsinin bütöv tam halına gətirilməsi.
Proqnozlaşdırmanın formalaşdırılması dərəcəsinə görə onun bütün metodları iki yerə
bölünür:
1) ekspert (intuitiv) metod;
2) formalaşdırma metodu.
19

Proqnozlaşdırmanın ekspert metodundan əsas etibarilə aşagıdakı hallarda istifadə


olunur:
- proqnozlaşdırma obyektini riyazi cəhətdən formalaşdırmaq mümkün olmadıqda;
- nəticə çıxarmaq üçün kifayət qədər statistik seçmə aparmaq mümkün olmadıqda;
- proqnozlaşdırma obyekti həddindən çox mürəkkəb olduğuna görə çoxsaylı
amillərin təsirinin nəzərə alınması mümkün olmadıqda;
- təcili qərarlar qəbul edilməsi lazım gəldikdə və ekstremal şərait yarandıqda.
Proqnozlaşdırmada ekspert qiymətləndirmələri metodunun mahiyyəti ondan
ibarətdir ki, mütəxəssisin və ya mütəxəssislər qrupunun peşə, elmi və praktik
fikirlərinə əsaslanan rəyi proqnoz vermək üçün əsas götürülür. Bu metodun tətbiq
olunmasına «ekspertiza» deyilir. Lakin proqnozlaşdırmanın bu metodunun tətbiq
dairəsi məhduddur. Çünki ondan adətən problem haqqında kifayət qədər məlumat
olmadıqda istifadə edilir. Elm və texnika, bir sıra sosial problemlərin, xüsusilə də
içtimai rəyin öyrənilməsi məqsədilə aparılan sorğularda ekspert metodu haqqında
böyük təcrübə toplanmışdır.
Formalaşdırılmış əsas metodlara ekstropolyasiya və riyazi modelləşdirmə
metodları aiddir. Ekstropolyasiya metodu dedikdə indi və gələcəkdə iqtisadi inkişafın
mövcud səviyyəsinin öyrənilməsi və onların gələcək üçün istiqamətləndirilməsi
nəzərdə tutulur. Proqnozlaşdırmada ekstropolyasiya metodundan müvəqqəti sıraların
öyrənilməsində istifadə olunur və gələcək üçün proqnozların verilməsində çox
mühüm rol oynayır.
İqtisadi-riyazi modelləşdirmə tədbiri nümunəvi modellərin düzəldilməsi
deməkdir. İqtisadi model sosial-iqtisadi prosesdə tədqiqat obyektinin şərti obrazını
ifadə edir. Başqa sözlə, o, öyrənilən obyektin adekvatı olur. İqtisadi-riyazi
modelləşdirmə real iqtisadi prosesi müəyyən etməyə imkan verir. Modelləşdirmə bir
sıra amillər arasındakı qarşılıqlı əlaqələrin kəmiyyətini əks etdirməyə şərait yaradır.
Proqnozlaşdırmada tətbiq olunan iqtisadi-riyazi modellərin dəqiq təsnifləşdirilməsi
çətin olsa da, aşagıdakı bir neçə qrupu qeyd etmək olar:
1) keçmiş dövrü səciyyələndirən statistik məlumatların işlənməsi ilə bağlı olan
ekonometrik modellər;
2) iqtisadi-riyazi amil modelləri.
Bunlar bir və ya bir neçə amilin dəyişməsi əsasında hər hansı bir iqtisadi
kəmiyyəti proqnozlaşdırmağa imkan verir. Bu zaman proqnozlaşdırmada təkamilli və
çoxamilli modellərdən istifadə olunur.
3. Müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin xarakterik cəhətləri
Dövlətin fəaliyyət sahələri geniş və çoxsahəlidir, getdikcə genişlənir və daha
çoxsahəli olur. Dövlətə olan ictimai münasibət, onun ictimai və iqtisadi funksiyaları,
fəaliyyət sahələrinin genişliyi onun idarəçilik funksiyalarını və sahələrini müəyyən
edir. Başqa sözlə, dövlətin rolu artdıqca ictimai və iqtisadi funskiyaları, fəaliyyət
20

sahələri genişləndikcə onun idarəetmə funksiyaları da genişlənir. Bu baxımdan


müasir dövr əvvəlki bütün dövrlərdən əsaslı surətdə fərqlənir. Sənaye inqilabına
qədər dövlətin fəaliyyət sahələri məhdud idi və o, cəmiyyətin idarə olunmasında elə
bir əhəmiyyətli rol oynamırdı. Sənayeləşmə, ictimai əmək bölgüsünün, urbanizasiya
proseslərinin, şəhərlərin inkişafı, xarici əlaqələrin genişlənməsi tələb etdi ki,
cəmiyyətin bir çox məsələlərinin (ölkədə vətəndaş həmrəyliyinin təmin edilməsi,
təhsil, qocalara qayğı, uşaqların tərbiyəsi, xarici ölkələrlə münasibtələrin
tənzimələnməsi və i.a.) həllini öz üzərinə götürsün. XIX əsrin axırlarından başlayaraq
dövlətin funksiyaları, onun həll etdiyi vəzifələr sürətlə genişlənməyə başladı. XX
əsrdə və XXI əsrdən başlayaraq meydana çıxan obyektiv səbəblər və amillər dövlətin
rolunun daha da artmasına, ictimai proseslərdə, iqtisadiyyatda onun fəal iştirakına
gətirib çıxardı. Bu səbəb və amillərə misal olaraq aşağıdakıları göstərmək olar.
- Rəqabətin inkişafı və bazarın dövlət tənzimlənməsinə daha böyük ehtiyac
yaranması. Dövlət tənzimlənməsinin olmadığı şəraitdə bazarda inhisarçılıq yaranır,
sahibkarların hüquq bərabərliyi pozulur, iqtisadiyyatın inkişafı ləngiyir və durğunluq
meylləri yaranır.
- Cəmiyyətin sosial strukturunun dəyişməsi, dövlət qayğısına ehtiyacı olan
əhalinin, yaşlı insanların xüsusi çəkisinin artması, sosial bərabərsizliyin dərinləşməsi.
dövlət məcburiyyyət qarşısında qalır ki, maddi netmərlərin bölgüsünə və yenidən
bölgüsünə diqqət yetirsin, əhalinin azgəlirli təbəqəsinə qayğı göstərsin.
- Elm, mədəniyyət, təhsil və səhiyyənin inkişafına dövlət köməyinə tələbatın
artması. Elmi-texniki tərəqqi, informasiya cəmiyyətinə keçid, yüksək
texnologiyaların tətbiqi böyük xərclər hesabına başa gəlir və dərhal mənfəət
vermədiyinə görə xüsusi investorların buna marağı olmur.
- Təbii sərvətlərin azalması, bəzən isə tamamilə tükənməsi onların istifadəsinin
dövlət tərəfindən tənzimlənməsi və istifadəsinin birinci növbədə ümumilli
problemlərin həllinə yönəldilməsi vəzifələrini qarşıya qoyur.
- Ekoloji mühitin çirklənməsi onun sağlamlaşdırılması vəzifəsini qarşıya qoyur,
bu da öz növbəsində dövlət büdcəsindən çoxlu xərclər və ümummilli xarakterli
qərarlar qəbul edilməsini tələb edir.
- Anti-sosial, kriminal fəaliyyətin müxtəlif növ və formalarının artması və
cəmiyyətə böyük ziyan vurması dövləti məcburiyyət qarşısında qoyur ki,
cinayətkarlıqla, terrorizm və narkobizneslə mübarizə üçün xüsusi aparat yaratsın və
maliyyələşdirsin.
- Dövlətin cəmiyyət həyatına müdaxiləsinin genişlənməsində onun maliyyə
imkanlarının, ümumi daxili məhsulda dövlət gəlirləri və xərclərinin xüsusi çəksinin
artması da mühüm rol oynayır.
Müasir iqtisadi ədəbiyyatlarda dövlətin iqtisadi funksiyalarının müxtəlif tərkibdə
qruplaşdırılmasına baxmayaraq, mahiyyətcə onlar arasında elə kəskin fərqlər
21

müşahidə olunmur. Belə ki, həmin iqtisadi funksiyalara aşağıdakılar aiddir:


- bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi
bazanın təmin edilməsi;
- rəqabətin qorunub saxlanması;
- gəlir və sərvətlərin yenidən bölgüsü;
- milli məhsulun strukturunu dəyişmək məqsədi ilə resursların yenidən bölgüsü;
- iqtisadiyyatın sabitləşməsi, başqa sözlə desək, iqtisadi şəraitin dəyişməsindən
yaranan inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək və iqtisadi artımı
stimullaşdırmaq.
Göründüyü kimi bu funskiyaların dövlət tərəfindən həyata keçirilməsində
başlıca amil ilk növbədə üç başlıca problemin: səmərəliliyin, sosial ədalətin və
sabitliyin təmin edilməsinə yönəldilir. Bu funksiyalar bazar mexanizminin
çatışmazlıqlarının aradan qaldırılmasına və onun tamamlanmasına xidmət etmiş olur.
4. Tехniki tənzimləmə dövlət tənzimlənməsinin fоrması kimi.
IDT-nin dünyada qəbul оlunmuş fоrma və mеtоdlarının ölkənin iqtisadiyyatında
tədbiqi оnların хüsusiyyətlərinin nəzərə alınmasını vacib еdir. Bеlə fоrmalardan biri
tехniki tənzimləmədir ki, bu da IDT prinsip еtibarilə prоqrеssiv оlan və yеni
yaranmış bir hissəsi оlmaqla bir çох ədəbiyyatlarda «qеyri-tarif tənzimləmə» kimi
də qеyd оlunur. Tехniki tənzimləmə qarışıq хaraktеrdə оlmaqla tələb və təklifin
tənzimlənməsində iştirak еtməklə, həm dövlətin, həm istеhlakçı kimi əhalinin, həm
də rəqabət mühitinin təmin еdilməsi baхımından istеhsalçıların maraqlarının
qоrunmasında istifadə оlunur. Tənzimləyicilər kimi isə hüquqi əsaslarla təsdiq
еdilmiş tехniki nоrmalar çıхış еdir. Bеlə tехniki nоrmalar kimi məhsulun
(məmulatın) kütləsi, rəngi, ölçüləri, müəssisənin quraşdırılması zamanı tənmizləyici
qurğuların quraşdırılması zəruriliyi, təhlükəsizlik tələblərinə uyğun оlan
göstəricilərin gözlənilməsi və s. çıхış еdə bilər. Bir tərəfdən kеyfiyyət nоrmalarının
tехniki tənzimləməsi bazarın subyеktləri arasında könüllü əsaslarla məhsulun,
prоsеsin, işin, хidmətin kеyfiyyətinin rəqabətqabiliyyətli оlması üçün ilkin hədd
rоlunu оynayır, həm də bazarın «оyun qaydaları»ndan biri kimi çıхış еdərək
subyеktlər arasında haqlı rəqabətəin stimulluaşdırılmasında, əhalinin, dövlətin
yüksək kеyfiyyətli əmtəə, məhsul, iş və хidmətlərdən istifadəsinə zəmin yaradır.
Digər tərəfdən təhlükəsizliyin mütləq nоrmaları dövlətin, cəmiyyətin, yəni əhalinin,
müхtəlif qrup insanların, bazarın subyеktlərinin, müхtəlif prоsеslərin, hətta sahə və
rеgiоnların mühafizəsini, müdafiəsini təmin еtməklə еkоlоji, iqtisadi, sоsial,
davamlı inkişafa zəmin yaradır. Tехniki tənzimləmə tərəfindən təqdim еdilən
infоrmasiya və оnun daşıyıcıları оlan tехniki rеqlamеntlər, standartlar, sеrtifikatlar,
qaydalar və s. bu nоrmalar haqqında bazarın subyеktlərini və əhalini
məlumatlandıraraq istiqamətləndirir. Tехniki tənzimləmə vasitəsilə dövlətin iqtisadi,
sоsial, institusiоnal və еkоlоji sahədə funksiyalarının rеallaşmasına nail olunur.
22

5. İqtisadiyyata dövlət müdaxiləsinin hüdudları üzrə beynəlxalq təcrübə


Müasir iqtisadi ədəbiyyatlarda iqtisadi subyektlərin təsərrüfat fəaliyyətində
dövlətin rolu və təsiri müxtəlif tərəflərdən şərh edilir. Bizə elə gəlir ki, bu məsələləri
daha anlaqlı etmək üçün “iqtisadiyyatın dövlət tənzimlənməsi”, “iqtisadiyyata
dövlətin müdaxiləsi”, “iqtisadiyyatda dövlətin iştirakı”, “dövlət bölməsi”, “dövlətin
iqtisadi funksiyası” məfhumlarını şərh etmək vacibdir.
Ümumi prinsipcə bu anlayışların hamısı vahid bir mövqeyi şərh edir. Yəni
dövlətin iqtisadiyyata münasibəti necə olmalıdır? Lakin bununla belə həmin
anlayışların bir-birindən fərqləndirilməsi vacib məsələlərdəndir.
Məlumdur ki, 1930-cu illərə qədər klassik bazar iqtisadiyyatı, iqtisadiyyatda hər
hansı kənar müdaxiləni tamamilə inkar edir. Çünki mövcud iqtisadi qanunların
fəaliyyəti real iqtisadi durumla o qədər üst-üstə düşürdü ki, ona hər hansı kənar
müdaxiləyə yer qalmırdı.
Kapitalist istehsalının təkamül inkişafı kapitalın təmərküzləşməsi və
mərkəzləşməsi müəyyən “təşkiledici qüvvənin” olmasını zəruriləşdirirdi, çünki
özünün tənzimləmə müxanizminin gücü artıq bazarın bütün probelmlərini həll etmə
qüvvəsini itirməyə başlamışdır. Bununla da bazarın idarə edilməsinə müdaxilə
prosesi başlanmış oldu. Ilk əvvəl “Şırmanın trest əleyhinə qanunu (1890-cı il),
sonralar isə “Kleyton qanunu” (1914-cü il) dövlətin iqtisadiyyata müdaxiləsinin
vasitəsi ilə irəli gələn hüquqları genişləndirdi və bu proses sistem halına düşmüş oldu.
Bu zaman müdaxiləni iki formada başa düşmək lazımdır:
a) bazarın inkişafı və onun çatışmalıqlarının aradan qaldırılması;
b) dövlət strukturlarının idarəedici funksiyasının təkmilləşdirilməsi və inkişafı.
Nəticədə “İqtisadiyyatda dövlətin müdaxiləsinin” məntiqi davamı
“iqtisadiyyatda dövlətin iştirakı” oldu.
Bazarın inkişafı, dövlət strukturlarının təkmilləşdirilməsi və ümumiyyətlə
bazarın fəaliyyət məkanının genişlənməsi, ona təsir edən amillərin artması, dövlətin
funksiyasının da genişlənməsini zəruri edirdi. Bu funksiya, özünü ictimai məhsulun
yaranmasında və onun ədalətli bölgüsünün aparılmasında göstərməyə başladı.
Dövlətin iqtisadiyyatda iştirakı dövlət büdcəsi vasitəsilə həyata keçirilir, çünki
büdcənin gəlis hissəsi ictimai məhsulda dövlətin xüsusi çəkisini əks etdirir. Eynilə də
onun xərc hissəsi dövlətin iqtisadiyyatda iştirakını əks etdirir.
Müasir dünya iqtisadiyyatında dövlətin iqtisadiyyatda iştirakı təxminən üç
səviyyədə qruplaşdırılır:
1-ci qrup – Büdcənin xərc hissəsi 20-25% olan ölkələrdir ki, burada xüsusi
bölmənin fəaliyyəti daha genişdir. Məsələn, Honkonq, Sinqapur, Tayvan, Cənubi
Koreya.
2-ci qrup – Sənaye cəhətdən inkişaf etmiş ölkələr nəzərdə tutulur. Belə ölkələrdə
qarışıq iqtisadiyyat da mövcuddur. Tipik misal kimi ABŞ göstərmək olar ki, burada
23

dövlətin büdcə xərcləri 35%-ə qədərdir.


3-cü qrup – O, ölkələr sayılır ki, onlarda dövlətin xərcləri yüksəkdir – 60% -ə
qədərdir. Məsələn, İsveç, İsveçrə, Norveç. Bu ölkələrdə yaşayış səviyyəsi daha
yüksəkdir. İqtisadiyyatda dövlətin iştirakının yüksək olduğu ölkələrdə yaşayış
səviyyəsini yüksək olması haqqında pozitiv və neqativ fikirlər mövcuddur. Pozitiv
fikir ondan ibarətdir ki, bu ölkələrdə bazarın tənzimlənməsi hamar gedir. İctimai şüur
yüksəkdir, hamı çalışır ki, varlı ədalətli dövlət yaransın. Həmin ölkələrdə sosial
demokratik təmayül fəaliyyət göstərir.
Müasir iqtisadi ədəbiyyatlar dövlətin iqtisadi münasibətlərində “iqtisadiyyatın
dövlət tənzimlənməsi” anlayışından daha geniş istifadə olunmağa başlanmışdır.
İqtisadiyyatın dövlət tənzimlənməsi elə bir təsərrüfat sistemidir ki, dövlət bazarın
ayrılmaz tərkib hissəsi olub kompleks hüquqi və sosial-iqtisadi vasitələrlə iqtisadi
inkişafın effektivliyinə şərait yaradır. Bu vasitələrə standart parametrlər – pul kütləsi,
uçot stavkası, vergilər, subsidiyalar, güzəştlər və s. aiddirlər.
Dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsində “dövlət bölməsi” anlayışı da mühüm
yer tutur. Bütünlükdə “dövlət bölməsi” infrastruktur sahələrini əhatə edir. Bu sahələr
əksər halda rentabelli olmayan sahələrdir. Məsələn, xammal, energetika sahələridir
ki, onlar külli miqdarda investisiya tələb edirlər. Belə investisiyalara xüsusi bölmənin
gücü çatmır. Bu zaman həmin sahələrin inkişaf etdirilməsi dövlətin öhdəsinə düşür.
Dövlət həmin sahələri inkişaf etdirmək üçün investisiyalardan istifadə edir ki, bu da
dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir.
Ümumiyyətlə aşağıdakı ardıcıllıqla keçirilib:
1. İqtisadiyyata dövlət müdaxiləsi: başlanır 1890-cı il anti-inhisar qanunu və
ticarət haqqında qanun.
2. İqtisadiyyatda dövlətin iştirakı: ictimia məhsulun yaranması ilə ədalətli
bölgünün aparılması ilə ÜDM-da dövlətin payı ilə.
3. İqtisadiyyatın dövlət tənzimlənməsi: pul kütləsi ilə, uçot stavkası ilə,
vergilərlə, subsidiya və güzəştlərlə.
Cəmiyyətdə müxtəlif maraqların bir-biri ilə əlaqələndirilməsi dövlət tərəfindən
bir sıra mühüm funksiyaların həyata keçirilməsini tələb edir. Bu funksiyalar, dövlətin
siyasətini bu və ya digər formada özündə əks etdirərək, cəmiyyətin müəyyən inkişaf
mərhələsində onun qarşıya qoyduğu əsas vəzifələrdən asılı olaraq müəyyən edilir və
bu vəzifələrin reallaşdırılması vasitəsi kimi çıxış edir. Dövlətin həyata keçirilməli
olduğu vəzifələrin məzmununu isə müxtəlif daxili və xarici amillər müəyyənləşdirir.
Dövlətin funksional fəaliyyəti hər şeydən əvvəl, əsas məqsədə nail olmağa –
insanların maddi rifah halının yüksəldilməsinə, onların hüquq və sosial müdafiəsinin
təmin edilməsinə yönəldilməlidir. Dövlət müəyyən bir qrupun və ya sinfin deyil, hər
bir şəxsin hüquqlarının və qanuni maraqlarının ən ali təminatçısı və müdafiəçisi kimi
çıxış etməlidir. Çünki dövlət bu yolla cəmiyyət üzvlərinə təsir göstərməklə, ictimai
24

tərəqqiyə şərait yaradır, ictimai münasibətlər sistemini təkmilləşdirir və onu daha da


zənginləşdirir.
Dövlətin tənzimləyici funksiyaları onun fəaliyyətinin əsas istiqamətlərinin,
ictimai həyatın hansı sahələrində tətbiq olunmasından asılı olmayaraq, ilk növbədə
daxili və xarici funksiyalara bölünür. Fəaliyyət müddətinə görə isə dövlətin
funksiyaları daimi və müvəqqəti ola bilər. Daimi funksiyalar dövlətin bütün inkişaf
mərhələlərində, müvəqqəti funksiyalara isə qarşıya qoyulan müəyyən vəzifələrin
yerinə yetirilməsi anınadək həayat keçirilir.
Daxili funksiyalar cəmiyyətin daxili həyatının idarə edilməsi üzrə dövlətin
fəaliyyət istiqamətlərini özündə əks etdirir. Bununla yanaşı, dövlətin daxili fəaliyyəti
də öz növbəsində iqtisadi-sosial, maliyyə nəzarəti, qanunçuluğun qorunması və
ekologiya sahəsində mühüm funksiyaları əhatə edir ki, onları qısaca olaraq aşağıdakı
kimi səciyyələndirmək olar:
- dövlətin iqtisadi funksiyası, dövlətin büdcəsinin formalaşdırılmasını və onun
xərclənməsinə nəzarəti, ölkənin ümumi iqtisadi inkişaf proqramının müəyyən
edilməsini, iqtisadiyyatln prioritet sahələrinin inkişafının stimullaşdırılmasını,
sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını və s. nəzərdə tutur;
- sosial funksiya isə dövlət yardımına ehtiyacı olan cəmiyyət üzvləriin sosial
müdafiəsi, səhiyyə, təhsil, mənzil tikintisi, nəqliyyat və rabitənin inkişafı üçün
maliyyə vəsaitlərinin ayrılmasını və s. bu kimi istiqamətlərlə bağlı məsələləri əhatə
edir;
- maliyyə sistemi vasitəsilə reallaşdırılan nəzarət funksiyası hüquqi və fiziki
şəxslərin dövlət büdcəsinə ayırmalı olduqları gəlirlərin aşkar edilməsi və onların
uçotunun aparılması ilə məhdudlaşır;
- dövlət qanunçuluğun qorunması ilə bağlı funksiyası qəbul edilmiş
qanunvericilik aktlarının cəmiyyət üzvləri tərəfindən dəqiq və tam icrasını təmin
etməkdən ibarətdir;
- ekologiya sahəsində dövlətin funksiyası ətraf mühitin mühafizəsinə
yönəldilmiş tədbirlər sistemini özündə birləşdirir;
- daxili funksiyalardan fərqli olaraq dövlətin xarici funksiyaları isə onun
beynəlxalq aləmdə fəaliyyətinin əsas istiqamətlərini əhatə etməklə, digər dövlətlərlə
normal münasibətlərin qurulmasını və ölkənin mümkün ola biləcək xarici təcavüzdən
qorunmasını təmin edir.
6. Dövlət tərəfindən tənzimləmənin səmərililiyinə təsir edən amillər
İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsində dünya təcrübəsi
göstərir ki, onun məqsədli funksiyasının üstünlükvermə prinsipi, yəni birinci
dərəcəli əhəmiyyətə malik olan vəzifələrin müəyyənləşdirilməsi prinsipi əsasında
formalaşdırılması daha məqsədəuyğundur. Bu, inkişaf etməkdə olan ölkələrin
iqtisadiyyatının tənzimlənməsi üçün xüsusi ilə vacibdir. Əvvala ona görə ki,
25

dövlətin məqsədli funksiyasına cari vəziyyət çox böyük təsir göstərir. Belə bir
şəraitdə problemlər çox olur və buna görə də iqtisadi siyasət işlənib hazırlanarkən
növbəlilik prinsipi əsas götürülməlidir.
İkincisi, İqtisadiyyatda struktur dəyişiklikləri aparıldığı dövrdə dövlətin
tənzimləmə imkanları məhud olur. İri miqyaslı bir neçə məqsədə eyni vaxtda və
dərhal nail olmaq üçün dövlətin vəsaiti çatmaya və ya azlıq edə bilər. Odur ki,
müasir iqtisadi siyasət nəzəriyyəsinin əsaslarını işləyib hazırlamış Hollandiya
iqtisadçısı, Nobel mükafatı laureatı Y.Timbergen belə hesab edirdi ki, dövlətin
qarşıya qoyduğu məqsədlərin sayı bunların həll edilməsi üçün onun malik olduğu
ehtiyatlardan çox olmamalıdır. İqtisad elmində buna İ.Timbergen bərabərsizliyi
deyilir.
Üçüncüsü, iqtisadi siyasətin məqsədlərinin məhdudlaşdırılması və prioritetlərin
sıralanması onunla əlaqədardır ki, dövlətin sərəncamında olan tənzimləmə
vasitələrinin çoxu iqtisadiyyata ziddiyyətli təsir göstərir. Məsələn, inflyasiya
prosesinin sabitləşdirilməsinə yönəldilən dövlət tədbirləri əmək bazarında (xüsusilə
də qısa müddətli dövrdə) vəziyyətin pişləsməsinə gətirib çıxarmasın deyə, iqtisadi
vasitələrin seçilməsi və onların bir-biri ilə əlaqələndirilməsi olduqça mürəkkəb və
çətindir. Məlum olduğu kimi, inflyasiyanın ləngiməsinə təsir göstərən məhdud pul
siyasəti faiz dərəcələrinin yüksəlməsinə, bu da öz növbəsində istehsalın artımının
ləngiməsinə gətirib çıxarır. Əksinə, iş yerlərinin yaradılması və əhaliyə göstərilən
yardımın artırılması üçün büdcədən daha çox vəsaitin ayrılması bir tərəfdən işçi
qüvvəsi bazarında vəziyyəti yüngülləşdirirsə, digər tərəfdən inflyasiyanın artmasına
səbəb olur. Belə bir şəraitdə hər hansı bir problemə, məsələn, inflyasiya probleminə
üstünlük verilməsi, başqa sözlə, onun seçilməsi və həll edilməsi üçün lazım olan
tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.
Səmərəli iqtisadi siyasətin işlənib hazırlanması üçün müxtəlif vasitələrin
məqsədə təsiretmə dərəcəsi, həm də onların tez bir zamanda müsbət nəticə verə
biləcəyi haqqında təsəvvürə malik olmaq lazımdır. Dövlətin istifadə etdiyi
tənzimləmə vasitələri bir qayda olaraq qarşıya qoyulan məqsədə birbaşa təsir etmir.
İqtisadi sistem öz qanunları ilə fəaliyyət göstərir və inkişaf edir. Məsələn, qiymətlər
tələb və təklifin dəyişməsindən, istehsal xərclərindən, rəqabət şəraitindən və bir çox
digər amillərdən asılıdır ki, bunların içərisində də əsas rolu pul sistemi oynayır.
Hər bir iqtisadi prosesin həyata keçirilməsi müəyyən həcmdə vəsait və vaxt tələb
edir. Bununla əlaqədar olaraq dövlət tərəfindən tənzimləmənin müxtəlif forma və
metodlarından istifadə edilərkən «ləngimənin səmərəsi» meydana çıxır. Dövlət
tənzimləməsinin pul-kredit və ya fiskal «alətləri» iqtisadiyyatın inkişafına dərhal
deyil, müəyyən zaman kəsiyindən sonra təsir edir. Deməli, tənzimləmə təşkil
olunarkən bu dövrün davametmə müddətinin qiymətləndirilməsi olduqca vacibdir.
Dövlət tərəfindən bu və ya digər formada təsiretmənin nəinki ehtimal və arzuolunan
26

nəticələrini, həm də onlara nail olunub-olunmayacağını qabaqcadan görmək


lazımdır. Məsələn, inflyasiya əleyhinə proqram işlənib hazırlan-ması lazım gəldikdə
hələ planlaşdırma mərhələsində yalnız pul-kredit siyasətinin necə «işləyəcəyi» haq-
qında deyil, həm də nə vaxt nəticə əldə olunacağı barədə təsəvvürə malik olmaq
gərəkdir. Bununla əlaqədar olaraq daxili və xarici zaman kəsiyindən ibarət olan
sistem haqqında da danışmaq lazımdır.
Daxili zaman kəsiyi dedikdə, iqtisadi problemin meydana çıxdığı vaxtla cavab
tədbiri görüldüyü vaxt arasındakı müddət nəzərdə tutulur. Bu, onunla əlaqədardırki,
problemin araşdırılması, dövlət tərəfindən tənzimləmə ilə əlaqədar qərarların qəbul
edilməsi və onun yerinin müəyyənləşdirilməsi üçün myəyyən vaxt tələb olunur.
Dünya iqtisad elminə iqtisadi siyasətin ən müxtəlif məqsəd və vasitələrini əhatə edən
bütöv bir multiplikatorlar sistemi məlumdur. Qısa və uzun müddətli dövrlərdə dövlət
tərəfindən tənzimləmənin multiplikator faydalılığı bir-birindən fərqləndirilir. İqtisadi
siyasət vasitələri məqsədə nail olunduqdan sonra da, lakin əks istiqamətdə fəaliyyət
göstərməkdə davam edir. Başqa sözlə, yaxın keçmişdə arzu olunan nəticələri verən
tənzimləmə əks istiqamətdə fəaliyyət göstərir. Məsələn, uzunmüddətli dövrdə büdcə
ekspansiyasının (genişlənmə, yayılma) köməyi ilə iqtisadi inkişafın stimullaşdırılması
«mənfi inflyasiya faydası» verir və multiplikator faydalılığı vasitəsilə iqtisadi artıma
əngəl törədir. Odur ki, müəyyən bir nizamlayıcı işə salındıqdan sonra əldə edilən
fayda bütün mənfi nəticələrdən çox olmalıdır.
İqtisadi siyasətin müxtəlif vasitələrinin nəticələri eyni deyildir. Onların bəziləri
qiymətlərin səviyyəsi və dinamikasının tənzimlənməsi (məsələn, pul-kredit
siyasətində istifadə olunan vasitələr) digərləri iqtisadi artımın stimullaşdırılması üçün
istifadəyə yararlıdır. İnflyasiya sürətini nəzərdən keçirdikdə aydın olur ki, qiymətlərin
səviyyəsi üzrə pul multiplikatoru1 qiymətlərin səviyyəsi üzrə büdcə
multiplikatorundan böyükdür.
İqtisadi artıma münasibətdə onlar yerlərini dəyişir. Başqa sözlə, milli gəlir üzrə
büdcə multiplikatoru 2 milli gəlir üzrə pul multiplikatorundan böyük olur. Qarşıya
qoyulan məqsədə nail olunması üçün pul və büdcə tənzimləyicilərindən növbə ilə
istifadə oluna bilər. Hər şey real iqtisadi vəziyyətdən asılıdır. Müasir iqtisadiyyatın
inkişafı rəqabət münasibətləri ilə dövlət tənzimləmə formasını özündə birləşdirərək
inkişaf edir.
7. İqtisadiyyatın tənzimlənməsinin obyekt və subyektləri.
İqtisadiyyatın dövlət tərəfindən tənzimlənən obyektlərinə sahələr, regionlar,
iqtisadi və sosial proseslər və s. daxildir. Başqa sözlə, dövlət tərəfindən tənzimlənən
obyektlər dedikdə milli iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi üçün dövlətin
tənzimləyici fəaliyyətinin hansı məqsədlərə istiqamətləndirilməsi nəzərdə tutulur.
Bu əlamətlərinə görə iqtisadiyyatın tənzimlənməsi obyektlərini təxminən belə
təsnifləşdirmək olar:
27

1. İqtisadi tsikliklər.
2. İqtisadiyyatın strukturu.
3. Kapitalın yığım şəraiti.
4. Məşğulluq.
5. Pul dövriyyəsi.
6. Tədiyyə balansı.
7. Qiymətlər.
8. Elmi-tədqiqat təcrübə layihə işləri (ETTLI).
9. Rəqabət şəraiti.
10.Sosial münasibətlər (işverənlərlə işgötürənlər, sosial təminat və s.).
11.Kadrların hazırlanması və yenidən hazırlanması.
12. Ətraf mühit.
13. Xarici iqtisadi əlaqələr.
14. Milli və iqtisadi təhlükəsizlik.
Milli iqtisadiyyatın makroiqtisadi təhlilində 4 iqtisadi obyekt nəzərə alınır:
1. Ev təsərrüfatı bölməsi. Ölkə daxilində fəaliyyət göstərən ev təsərrüfatlarının bütün
mülkiyyətini əhatə edir. Onların fəaliyyəti öz tələbatlarının ödənilməsinə
istiqamətlənir.
2. Sahibkarlıq bölməsi. Ölkə daxilində fəaliyyət göstərən firmaların məcmunu əks
etdirir.
3. Dövlət bölməsi. Bütünlükdə dövlət institutları və müəssisələrindən ibarətdir.
Dövlət bölməsi ictimai əmtəə istehsal edir.
4. Qalan dünya. Ölkə xaricində olan iqtisadi subyektlər və dövlət institutlarının
fəaliyyətlərini əhatə edir.
Bazar iqtisadiyyatı şəraitində qanunvericilik, icraedici və nəzarətedici tədbirlər
sistemini əhatə edən dövlətin iqtisadi funksiyaları geniş olmaqla yanaşı, eyni amanda
müxtəlif təyinatlıdır. Bu iqtisadi funksiyaları daha aydın başa düşmək üçün ilk növbədə
iqtisadiyyatın tənzimlənməsinin subyekt və obyektlərinin müəyyənləşdirilməsi
məqsədəuyğundur. Belə ki, iqtisadiyyatın tənzimlənməsinin subyektləri ilk növbədə, öz
gəlirlərinə, əmlaklarının səviyyəsinə, mülkiyyət münasibətlərinə görə fərqlənən dövlət
və sosial qrupları əhatə edir. İqtisadi mənafelər baxımından isə tənzimlənməsi fərdi və
əmək fəaliyyəti ilə məşğul olan şəxslərdən tutmuş, müxtəlif sahibkar birliklərini,
şirkətləri və s. əhatə edir.
Dövlət tənzimləməsinin subyektlərinə qanunverici, icraedici hakimiyyət,
habelə məhkəmə orqanları daxildir. Bu, ölkəmizdə Milli Məclisdən, hökumətdən,
(Nazirlər Kabineti), Azərbaycan Respublikasının Prezidentindən, Konstitusiya
məhkəməsindən, habelə regional hakimiyyət orqanlarından ibarətdir.
İqtisadi tənzimlənmənin subyektləri iqtisadi marağın daşıyıcılarından, ifadə
edənlərdən və icraçılardan ibarətdir. İqtisadi marağın daşıyıcısı dedikdə sosial qruplar
28

nəzərdə tutulur. Bu qruplar müxtəlif əlamətlərinə görə birbirindən fərqlənirlər.


Məsələn, mülkiyyətinə görə, gəlirinə görə, sahə və regional marağına görə və s.
bunlar müəssisələrin sahibləri və fəhlələri, fermer və torpaq sahibləri, xırda və iri
sahibkarlar, icarəçi və səhmdarlar, sərbəst ixtisas sahibləri, dövlət məmurları, hərbi
sənaye işçiləri, fabrik toxucuları, neftqaz hasilatı işçiləri və fəhlələri, kəndlilər və s.
ibarətdir. Bu qrupların hamısının özünəməxsus marağı vardır. Onlar öz maraqlarını
kütləvi informasiya vasitələri ilə bildirirlər, mitinqlərdə çıxış edirlər, onlar dövlət
orqanları qarşısında iqtisadi vəziyyətin yaxşılaşdırılması haqqında məsələ
qaldırırlar.Bu iqtisadiyyatı tənzimləyən dövlət orqanları ilə təsərrüfat maraqlarının
birinci əlaqə xəttidir. İqtisadiyyatın tənzimlənməsi orqanları, iqtisadi marağın
daşıyıcılarının təşəbbüsünə diqqəti müxtəlifdir. Məsələn, hər hansı bir fermerin
xaricdən gətirdiyi məhsullara qiymət monitorinqinin qoyulması haqqı da dövlət
orqanlarına çatdırılan məlumatlara müvafiq dövlət təşkilatları diqqət yetirməyə
bilməzlər. İqtisadi marağın ifadəçiləriiqtisadi marağın daşıyıcıları çoxlu sayda
müxtəlif ittifaqlarda birləşmələr – həmkarlar, sahibkarlar ittifaqı, tələbə cəmiyyəti,
ticarət birlik və s. ibarətdir. Müəyyən xırda, kiçik birləşmələr də vardır ki, onlarda
fiziki və hüquqi şəxsləri müəyyən maraq ətrafında birləşdirir. Belə birləşmələr
iqtisadi marağın ifadəçisidir.
Dövlətin tənzimləmə fəaliyyətinin səmərəliliyini iki cəhətdən qiymətləndirmək
olar. Bunlardan biri onun milli mənafelərin ifadəçisi və sosialiqtisadi proseslərin
tənzimləyicisi, digəri isə bazarın ən böyük mülkiyyətçisi və subyekti kimi çıxış
etməsidir. Bunların hər birində müxtəlif qiymətləndirmə meyarlarından istifadə
olunur. Bu meyarlara nəticə etibarilə əhalinin rifahının yüksəlməsinə imkan verən
məhsuldar qüvvələrin inkişafı, fikrimizi bir qədər də konkretləşdirsək istehsalda
tənəzzülün baş verməsi (iqtisadi artımın olmaması), iqtisadiyyatın və sosial
proseslərin idarə olunmasının nəzarətdən çıxması aiddir. Səmərəlilik meyarlarına
həmçinin istehsalın səmərəliliyinin yüksəlməsi (əmək məhsuldarlıgının yüksəlməsi,
ehtiyatlara qənaət edilməsi və i.a.) aid edilir.

Mövzu 3.
İnkişaf etmiş ölkələrdə iqtisadi siyasətinin məqsədləri və tətbiqi modelləri
Suallar:
1.Dövlətin iqtisadi siyasətinin məqcədləri və tətbiqi mexanizmləri
2.İqtisadi siyasətin reallaşdırılması mərhələləri.
3.İqtisadiyyatın inkişafının Yapon modeli.
4.İqtisadi inkişafın Almaniya modeli
5.İqtisadi inkişafın İsveç modeli
6.İqtisadi inkişafın Amerika modeli
7.İqtisadi inkişafm Çin modeli
29

8. İqtisadi inkişafın Türkiyə modeli


9.İqtisadi inkişafm Latviya modeli
10.Azərbaycanın iqtisadi inkişaf modeli
1.Dövlətin iqtisadi siyasətinin məqsədləri və tətbiqi mexanizmləri
İqtisadi siyasətin reallaşması subyektlərinin məcmusunu: yəni hökumət
(Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, hökümətin yerli orqanları,
hüquqi instansiyalar) və qeyri-hökumət orqanları özündə birləşdirir;
- İqtisadi siyasətin həyata keçirilməsi müəyyənləşdirilmiş maliyyə (fıskal) və
monetar siyasət mexanizmlərinin istifadə olunması hesabına baş verir;
- Geniş spektrdə dövlət tədbirlərinə tələbat bir neçə istiqamət üzrə dövlət
fəaliyyətinin təcrübəsinin yaradılmasına gətirib çıxartdı.
Dövlətin bazar mexanizminə təsirinin ümumi parametrlərini qeyd edərkən,
qarşılıqlı təsirləri əks etdirən aspektlərə müraciət edək.
Birincisi, bazann dövlətə təsiri. İqtisadçılar başlıca olaraq bu zaman bazarın
özünütənzimləmə aspektlərini nəzərdən keçirirlər. Lakin son 10 illikdə dövlətin
iqtisadi sahəyə güclənən bazar ekspansiyası bu aspektləri yetərincə geniş şərh etməyə
vadar edir.
İkincisi, bazarla dövlətin qarşılıqlı təsirinin təhlili bir sıra stmktur
kompanentlərinin nəzərə alınmasını tələb edir (məqsədlər, subyektlər, mexanizmlər,
reallaşmanın yönəldilməsi). Bunlar da dövlətin bazar iqtisadiyyatına təsirinin təhlili
zamanı istifadə olunur.
Ümumən, bazarın dövlətlə qarşılıqlı əlaqə və təsirini xarakterizə edərkən, nəzərə
almaq lazımdır ki, bu institut dövlət institutu ilə müqayisədə daha dəqiq struktura
malikdir. O, ikili xarakter daşıyır: bir tərəfdən öz-özünə yaranma, digər tərəfdən
ierarxiklik, güclü təşkilatçılıq qabiliyyətinə malikdir. Bazann çox aspektli olması
iqtisadçılan onun təsərrüfat institutuna və dövlətə müxtəlif istiqamətlərdə təsiri üçün
yollar axtarmağa vadar edir. Birinci yol bazar mühitinin qeyri-mütəşəkkil əsaslannm
təhlili istiqamətində reallaşır. İkinci yol firmalann, şirkətlərin təsiri yolu ilə reallaşır.
Bir çox ölkələrin (məsələn, Rusiya, İngiltərə, Almaniya, Yaponiya və s.) hüquqi
normativ aktlannda dövlətin iqtisadi siyasəti hüquqi, diplomatik, sosial, iqtisadi,
informasion, təhsil, təşkilati və digər dövlət hakimiyyəçti orqanlan və prezidenti
tərəfindən həyata keçirilən tədbirlərin məcmusu kimi götürülür. Yəni bütün götürülə
bilən şablonlarda dövlətin iqtisadi siyasəti adı altında qanunvericilik əsasında dövlət
idarəetmə orqanlarının həyata keçirdiyi məqsəd və ona nail olma tədbirləri verilir.
Yəni siyasətin əsas fərqləndirici xüsusiyyəti ondan ibarət olmalıdır ki, o çox variantlı
olmalı, aşkar olmaqla yanaşı onun formalaşması və reallaşmasında qəbul olunan
qərarlar dövlət orqanlarının yerinə yetirəcəyi funksiyalardan həm geniş, həm də
onlardan asılı olmamalı, lakin bu funksiyalarla əlaqələndirilməlidir.
30

Ümumiləşdirilmiş şəkildə dövlət tənzimlənməsi prosesini aşağıdakı şəkildə


təsvir etmək olar :
31

Dövlətin bazar institutuna təsiri siyasəti

-iqtisadi inkişaf
Dövlət tənzimləməsinin məqsədi -effektiv məşğulluq
(dövlətin strategiyası) -qiymətlərin stabilliyi və milli valyutanın sabitliyi
-xarici iqtisadi tarazlıq

İqtisadi siyasətin reallaşması subyektləri


-dövlət institutları
-qeyri-hökumət təşkilatları
Bazar institutuna təsir mexa- maliyyə (fiskal) siyasət
nizmləıi -monetar siyasət

İqtisadi siyasətin istiqamətləndirilməsi

-antiinflyasiya -əmək bazarında siyasət -


konyuktura -sosial
-struktur siyasətlər

2. İqtisadi siyasətin reallaşdırılması mərhələləri.


Qeyd etmək lazımdır ki, siyasətin və iqtisadiyyatın qarşılıqlı əlaqəsinin təhlilinə
institusionalist (ABŞ) və ordoliberallar (Almaniya) tərəfindən müxtəlif formada
baxılır. Məsələn, amerikan institusional məktəbin konsepsiyalarından biri özündə
ictimai (ümumi) seçim nəzəriyyəsini ifadə edir. Onun mahiyyəti parlamentdə səs-
vermə prosesinin təhlilindən ibarətdir (iqtisadi qərara təsir forması kimi səslərin
alınması). Almaniyada ordoliberal məktəbin davamçıları seçim sistemini deyil (bazar
prosesi kimi), dövlət məqsədlərinin həllində siyasətin və iqtisadiyyatın qarşılıqlı
əlaqəsini təhlil edir. Məsələn, işsizlik və inflyasiya arasındakı ziddiyyətin daha ətraflı
təhlili göstərir ki, əhalinin məşğulluq səviyyəsi nə qədər yüksəkdirsə, gəlirlərin
məcmu səviyyəsi o qədər çox olur. Bu, öz növbəsində, məcmu tələbi artinr, bunun da
nəticəsində qiymətlər qalxır. Məhsul və xidmətlərin istehsalı artır, lakin iqtisadi artım
dövründə (nə zaman ki, məşğulluğun yüksəlməsi də baş verir) əməkhaqqının
səviyyəsi tamamilə istehsalın artımım üstələyə bilər. Öz növbəsində, inflyasiyanın
güclənməsi istehsalın konyuktur böhranını yarada bilər, bu da məşğulluğun
azalmasına səbəb olur.
32

Bu iki alternativ məqsəddən hansını üstün tutmaq seçimini edərkən dövlət


səmərəlilik prinsipindən çıxış edir: ilk növbədə, o məsələni həll etmək lazımdır ki,
onun yerinə yetirilməməsi ölkənin iqtisadiyyatına daha çox ziyanlıdır.
Başqa sözlə, iqtisadi siyasət modelini yaradarkən məqsədlərin nisbətindəki
tarazlığı saxlamaq vacibdir. Bir qayda olaraq, bu ancaq komprisə (razılaşma) nail
olmaq yolu ilə mümkündür. Müasir iqtisadiyyatda iki aparıcı problemi (işsizlik və
inflyasiya) aradan qaldırmaq hökumətin kursunun filminin dalğavari növbələşməsi
formasında formasında baş verir. Əhəmiyyətli dərəcədə belə bir tərəddüd haki-
miyyətdə olan partiyanın əvəzlənməsinin nəticəsini əks etdirir. Təcrübə göstərir ki,
bir problemin həllində nailiyyət əldə edərkən, digər problemin dərinləşməsi
qaçılmazdır.
Beləliklə, iqtisadi siyasətdə daxili tarazlıq məşğulluğun maksimum, inflyasiyanın
isə minimum olmasına nail olmadır. Məşğulluğun səviyyəsini artırmaq üçün dövlət
büdcədən vəsait ayınr, aşağı faizli kreditlər verir ki, bu inflyasiyanın artmasına səbəb
olur. İnflyasiyanı azaltmaq üçün bank faizinin artırır bu da məşğulluğun zəifləməsinə
gətirib çıxanr. Ona görə dövlət qısamüddətli dövrdə fiskal və monetar siyasətlərdən
məqsədlər arasında kompromislər edərək istifadə edir. Xarici tarazlıq tədiyyə
balansının saldosunun (idxal və ixrac arasında balansın) sıfır olmasına nail olmaqdır.
Dövlət buna valyuta, pul-kredit siyasətlərinin köməyi ilə nail olur. Dövlət milli
valyutanın məzənnəsini, bank faizini dəyişir və idxalın, ixracın səviyyəsinə təsir
göstərir. Lakin milli istehsalçıların maraqlarının gözlənilməsi vacib şərt kimi
qoyulmasa onda iqtisadi artımda, yəni milli istehsalın səviyyəsində və əmək haqqının
səviyyəsi digər ölkələrə nisbətən aşağı düşməsində, o cümlədən inflyasiya ilə bağlı
problemlər yarana bilər. Ona görə burada da valyuta, pul-kredit və büdcə-vergi
siyasətlərini həyata keçirən zaman məqsədlər arasında kompromis gözlənilir.
İqtisadi siyasətin məqsədlərinə ekzogen (xarici təsirli amillər- dövlət borcu,
xərcləri, vergi və pul kütləsi) və endogen (daxili təsirli amillər olan-məşğulluq
səviyyəsi, inflyasiya, investisiya, istehlak, faiz dərəcəsi, valyuta məzənnəsi) amillər
təsir edir. Bu zaman iqtisadi siyasəti işləyib hazırlayan və həyata keçirən hakimiyyət
orqanlarının qərarlarını, bu və ya digər vəziyyətdə necə hərəkət etmələrini öyrənən
normativ və pozitiv iqtisadi siyasətləri fərqləndirirlər.
Normativ iqtisadi siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə
hərəkət etmələrini öyrənir. Əsasən faktiki fəaliyyət göstərən iqtisadi sistemin təhlilini
əks etdirir. Pozitiv iqtisadi siyasət real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış
edərək özlərini necə aparmalarını öyrənir. Bəzi hallarda iqtisadi siyasəti
formalaşdıran zaman buraxılmış səhvlərin aradan qaldırılması vasitəsi kimi, yaxud
hakimiyyətdə olan idarəetmə qüvvələrinin mövqelərinin dəyişməsi və ya
hakimiyyətin tərkibinin dəyişməsi nəticəsində də yarana bilir. Pozitiv və normativ
yanaşmaların əlaqələndirilməsi makroiqtisadi tədqiqatlar zamanı yüksək elmi
33

abstraksiyaya baxmayaraq, dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas


rolunu oynayır. Digər tərəfdən iqtisadi siyasətin formalaşması və reallaşmasının əsası
olan məqsədin təyininə, onun tərkibinə daim diqqət yetirilir.
3. İqtisadiyyatın inkişafının Yapon modeli.
Bunların biri iqtisadiyyatın inkişafının Yapon modelidir. Bu modelin əsas mahiyyəti
əhalinin həyat səviyyəsinin, o cümlədən əmək haqqının əmək məhsuldarlığından
daha az sürətdə inkişaf etdirilməsidir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ölkənin iqtisadi inkişaf modeli iqtisadi
sistemin inkişaf mərhələsindən asılı olaraq formalaşdırılır. Bu baxımdan ikinci dünya
müharibəsində sonra XX əsrin 90-cı illərinə qədər industrial cəmiyyət formalaşdıran
Yaponiyamn o dövrdəki iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün
etalon hesab edilir. O dövrdəki modelin fərqləndirici cəhəti dövlətin iqtisadiyyata
yüksək dərəcədə müdaxiləsi, bazar elementlərinin zəifliyi və biznesin təşkilinin
spesifik forması - biznes sferasında qruplaşma olmuşdur.
Artım siyasətinin strateci istiqaməti kapital yığımmm hərtərəfli sti-mullaşdınlması
olmuşdur. Bu strategiya özəl müəssisələrin daxili və xarici investisiyalannın, elmi-
texniki tərəqqinin və ixracın stimullaşdınl-ması məqsədilə böyük həcmdə dövlət
investisiyalanndan, subsidiyalardan, ucuz kreditlərdən, müxtəlif vergi və
amortizasiya güzəştləri kimi vasitələrdən istifadəyə əsaslamrdı. Bu proseslərdə
əhalinin kiçik əmanətlərinə vergi sti- mullanmn tətbiqinin böyük rolu olmuşdur.
Konyukturam tənzimləmək üçün maliyyə vasitələrindən, xüsusilə səmərəli kredit
siyasətindən hökumət tərəfindən fəal istifadə edilirdi.
İkinci dünya müharibəsindən sonra Yaponiya iqtisadi islahatlar həyata keçirməyə
başladı. Əsas vəzifə iqtisadiyyatın inhisarsızlaşdıniması, inflyasiya ilə mübarizə
aparılması, milli valyuta kursunun stabilləşdirilməsi, iqtisadiyyata xarici valyutamn
cəlb edilməsi idi. Onlann o dövrdəki iqtisadi durumu bizim 1992-95-ci illərdəki
vəziyyətimizlə oxşarlıq təşkil edirdi. Həmin dövrdə Yaponiyada iqtisadiyyatın dövlət
tənzimlənməsinin vasitələrindən geniş istifadə olunmuşdur. Belə vasitələrdən biri
sahə prioritetləri sistemi idi ki, bundan istifadə etmək hökumətin öncül tədbirlərindən
biri olmuşudur. Müharibədən sonrakı Yaponiyada pul vəsaitləri, kadrlar və xammal
çatışmırdı. Belə şəraitdə sənayenin bütün sahələrinin balanslaşdınimış şəkildə
inkişafım təmin etmək mümkün deyildi. Bununla əlaqədar olaraq prioritet sahələrin,
onlann daxilində isə prioritet istehsaUann dövlət müdafiəsi prinsipi
formalaşdınimışdır. Bu o demək idi ki, hökupıət çox vacib sahələri
müəyyənləşdirmiş, onlann üstüplüklə inkişaf etdirilməsi üçün lazımi köməklik etmiş,
yəni pul vəsaitləri, kadrlar və material resurslan həmin sahələrdə cəmləşdirilmişdir.
Həmin dövrdə kömrün və digər xammal və mate-riallann çatışmadığına görə
bütünlükdə istehsalı, xüsusilə metallurgiyanın və digər materiallar istehsal edən
sahələrin bərpa edilməsi yolunda Yaponiya ciddi çətinliklərlə qarşılaşdı. Kömürün
34

istehsalım artırmaq üçün şaxta- lardakı köhnə avadanlıqlan dəyişdirmək tələb


olunurdu. Bıinun üçün də metallurgiya məhsullan lazım idi. 1947-1948-ci illlərdə
Yaponiya hökuməti əsas diqqəti iki sahədə - kömür və metallugiya sahələrində
cəmləşdirdi. Kömür hasilatı artdıqca metallurgiya sənayesinə kömürün verilməsi də
artı- nlırdı. Metal istehsalı çoxaldıqca kömür sənayesinə lazun olan avadanlıqlan
istehsal edən maşınqayırma sahələrinə metal verilməsi də genişlənirdi. Beləliklə,
resurslann cəmləşdirilmiş şəkildə hər iki sahəyə qarşılıqlı göndərilməsi təşkil edildi.
Bu sahələrin bərpası yaxşılaşdıqca başqa sahələrin də kömür və metalla təchizatı
səhmana salmırdı. Nəticədə istehsal artmağa başladı. Paralel olaraq dövlət
inflyasiyam məhdudlaşdırmaq tədbirlərini də həyata keçirirdi. Özü də yuxan da qeyd
olunan bütün tədbirlər dövlətin mərkəzləşdirilmiş nəzarəti altında apanimışdır.
Müharibədən sonrakı mərkəzləşdirilmiş nəzarətə ancaq 1950-ci ildə xitam
verilmişdir. Nəticədə azad iqtisadi sistem daxilində Yaponiyanın milli təsərrüfatım
əsaslı şəkildə bərpa etmək üçün ilkin şərait yaradıldı.
Uzunmüddətli sahə proqramlannm hazırlanması Xarici ticarət və sənaye nazirliyinə
tapşınimışdır. Proqramlarda mühüm sahələrin bərpası və sonrakı surətlə inkişafı üçün
lazımi şəraitin yaradılması nəzərdə tutulurdu. Bu proqramlar bir dövlət proqramı
kimi realizasiya üçün dövlət maliyyəsi ilə təmin edilirdilər. Prioritet sahələr
sistemindən dövlət, xüsusilə 50-60-cı illərdə geniş istifadə etmişdir. Onu da demək
lazımdır ki, yapon iqtisadiyyatının bərpası və sahə strukturunun inkişafı başlanğıcdan
xarici elm və texnikanın qabaqcıl nailiyyətləri əsasında həyata keçirilmişdir.
Müharibədən sonra aparılan torpaq islahatı fermer təsərrüfatlannı meydana gətirdi.
Onların kübrə və zəhərləyici maddələrə artan tələbatını təmin etmək üçün dövlət
kimya sənayesinin bu sahələrini prioritet sahə kimi qəbul etdi. Neftkimyası əhalinin
paltara, mənzilə və qidaya, avtomobil və məişət elektrik cihazları istehsalı üçün
mühüm materiallann istehsalçısına çevrildi. Neftkimyası məhsulları ilə özünü tam
təmin etməyə nail olan Yaponiya iri masştablı idxaldan əl çəkdi. Bəzi hallarda isə
xarici valyuta əldə edə bildi.
Hökumət işgüzar dairələrlə əməkdaşlıq şəraitində prioritet sahələr üzrə məqsədli
təxı!nini planlar müəyyən etdi və onlann yerinə yetirilməsinə köməklik göstərdi.
Məqsədli planlann seçilməsinin mühüm meyan məhsulun beynəlxalq rəqabətlilik
qabiliyyəti olmuşdur. Əldə rəhbər tutulmuşdur ki, məqsədli proqramlar çərçivəsində
seçilmiş yenidənqurma investisiya layihələri beynəlxalq miqyasda
rəqabətqabiliyyətli olmalıdır. Əks təqdirdə onların həyata keçirilməsi vəsaitlərin və
resurslann düşünülməmiş məsrəflərinə gətirib çıxanr.
Daxildə rəqabəti təmin etmək üçün rəqabətqabiliyyətli məhsullann idxalı
məhdudlaşdınlraışdır. İnvestisiya layihələri qiymətləndirilərkən meyar kimi eneıciyə
qənaət, ətraf mühitin qorunması, mənfəətlilik göstəriciləri rəhbər tutulmuşdur. Daxili
rəqabəti gücləndirmək üçün mümkün qədər daha çox müəssisələr hərəkətə
35

gətirilmişdir. Kəskin rəqabət isə öz növbəsində istehsalda səmərəlilik və tərəqqinin


hərəkətedici qüvvəsinə çevrilmişdir.
XXI əsrin əvvəllərindən postindustrial mərhələsinə daxil olan Yaponiya öz İqtisadi
inkişaf modelində islahatlann apanimasına başladı.
Postindustrial mərhələsində Yaponiya üçün xarakterik xüsusiyyət dövlət
mülkiyyətinin aşağı xüsusi çəkiyə malik olması və onun infrastruktur sahələrdə
cəmlənməsi, həmçinin ÜDM-də dövlət xərclərinin və vergilərin saymm az olmasıdır.
Dövlət xərclərinin strukturunda cari istehlak xərcləri azlıq, investisiyalann payı
üstünlük təşkil edir. Şəxsi qənaətin yüksək stabil
norması Yaponiya hökümətinin əhəmiyyətli dərəcədə maliyyə bazasım təşkil edir.
Belə ki, həmin vəsaitləri dövlət əmanət və sığorta müəssisələri vasitəsi iiə hökümət
toplayır. Onlann hesabına dövlət investisiyalarmm əksər layihələri mali)7ələşdirilir.
Cəmiyyətin industrial mərhələsində mərkəzi büdcə xərclərinin 40-50 faizini dövlət
investisiyalan təşkil etmişdir.
4.İqtisadi inkişafın Almaniya modeli
Alman modeli sosial təminatın, təhsil və səhiyyə xidmətlərinin pulsuz olması, onun
sosial tərəfdaşlıq və sosial məsuliyyət əsaslan üzərində qurulması, sahibkarlarla
həmkarlar ittifaqlan arasında müəssisə işçilərinin əmək haqlarının yüksəldilməsi
uğrunda yarışma- lan, sosial siyasətin həyata keçirilməsində istehsal sahəsinə
üstünlük verilməsi ilə seçilir. Alman sosial bazar təsərrüfatı üçün dövlət
mülkiyyətinin yüksək xüsusi çəkisi, təsərrüfat strukturunun formalaşmasında özəl
sahibkarlığın və bazar mexanizmlərinin güclü mövqeyi xarakterikdir. Bımunla
bərabər mövcud qanunvericilik müqavilə öhdəliklərinə ciddi riayət edilməsinə,
məhsullann keyfiyyətinə nəzarətə, ədalətli rəqabətin müdafiəsinə, ətraf mühitin
qorunmasına istiqamətlənmişdir. Burada təsərüfat fəaliyyətində dövlətin iştirakı
böyükdür. Bu, öz ifadəsini sosial problemlərin həllində (işsizlik, sosial sığorta və b.)
və ümumi nemətlərin istehsalında (məsələn, yol tikintisində və b.) tapır. Bu modelə
uyğun olaraq dövlət tənzimləməsi təsərrüfat subyektlərinin sayının artıniması və
iqtisadiyyatın sahəvi strukturunun yenidən qurulması əsasında ictimai əmək
bölgüsünün dərinləşdirilməsi yolu ilə azad rəqabətin qorunmasına
istiqamətləndirilmişdir.
Almaniyada hesab edirlər ki, azad rəqabətin müdafiəsi üçün iqtisadiyyatın
strukturunun dəyişdirilməsi və təsərrüfat agentlərinin sayının artırılması onların
ölçülərinin artırılmasından daha səmərəlidir. Ona görə də bu ölkədə rəqabətə təkcə
bazar uğrunda mübarizə kimi baxmırlar. Onlar rəqabəti ictimai əmək bölgüsünün
müxtəlif həlqələrinin qarşılıqlı əlaqəsi kimi qəbul edirlər. Məhz rəqabətin bu anlamı
dövlət tənzimləməsinin predmeti kimi alman modelində qəbul edilmişdir.
Valyuta mənbəyi kimi ixracın stimullaşdınimasmdan istifadə bazann
tənzimlənməsinin mühüm vasitəsi hesab edilir.
36

Alman modelinin spesifikliyi həmçinin büdcə-vergi siyasətində də özünü büruzə


verir. Vergilərin və dövlət büdcəsinin ölçülərini iqtisadiyyatın artımı ilə
əlaqələndirirlər. Vergi siyasəti iqtisadiyyatm həddindən çox artımım ləngitməyə
(artımına imkan verməmək) istiqamətləndirilmişdir. Onun vəzifəsi gəlirlərin yenidən
bölüşdürülməsi yox, inflyasiya gəlirlərinin dondurulmasıdır.
Alman modelində gəlirlər və məşğulluq siyasəti xüsusi yer tutur. Dövlət bazann
inkişafına töhfə verən və ixracı artıran bütün istehsalçılann gəlirlərinin artınimasını və
iqtisadiyyatda mütərəqqi struktur dəyişikliklərini stimulaşdınr. Əhalinin gəlirlərinin
artımım əmək məhsuldarlığımn artınu və bazann mal təminatı ilə əlaqələndirirlər.
Bazan məhdudlaşdıran amil kimi gəlir səviyyəsinin həddindən çox differensasiyasma
qarşı mübarizə apanlır.
ABŞ modelindən fərqli olaraq, Almaniya modelinin bir xüsusiyyəti də iqtisadiyyatm
tənzimlənməsində pul-kredit siyasətinə üstünlük verilməsidir. Əgər ABŞ-da
qiymətlərin səviyyəsinə, tələb və təklifin strukturuna vergi sistemi vasitəsi ilə təsir
edirlərsə, Almaniyada məcmu borc kapitalı ilə sənayedə toplanmış kapital və onunla
bağlı olan faiz dərəcəsi arasında optimal bağlılığın saxlamiması vasitəsi ilə təsir
göstərirlər. Alman modelinin mahiyyətini qısaca olaraq belə formalaşdırmaq olar:
azad rəqabət, iqtisadiyyatın, tələb və təklifin tarazlığı. Bazar təsərrüfatında bu şərtləri
təmin etmək və onun inkişafına sosialyönüm vermək dövlətin vəzifəsidir. Almaniya
modelində kiçik və orta müəssisələr, fermer təsərrüfatlan xüsusi himayədarlıqdan
istifadə edirlər. Qiymətlərə, rüsumlara, texniki normalara dövlət fəal təsir edir, ölkədə
sosialyönümlü iqtisadi model qurulmuşdur.
5.İqtisadi inkişafın İsveç modeli
İsveçdə mövcud oian iqtisadi sistem qanşıq sistem kimi xarakterizə olunur.
Mülkiyyətin üç formasımn birliyinə və qarşılıqlı hərəkətinə əsaslanır: özəl, dövlət və
kooperativ. İsveç modelinin əsasında fəal dövlət tənzimlənməsi ilə müşahidə olunan
rəqabətə əsaslanan bazar iqtisadiyyatı dayamr. İnkişafın İsveç modelinin fərqləndirici
xüsusiyyəti əhalinin tam məşğulluğu və yüksək rifah səviyyəsidir. Bu model bütün
kateqoriyadan olan zəhmətkeşlərin 5^sək əmək haqqı alması, işsizliyin aşağı
səviyyəsi və istehlakm yüksək səviyyəsi ilə xarakterizə olunur. Bütün dünyada İsveç
modeli sosial həmrəylik modeli kimi qəbul edilmişdir. 9,5 milyon əhalisi olan ölkədə
işsizliyin səviyyəsi 1,3 faiz (Yaponiyadan az) olmuşdur (2011-ci il).
İsveç modelinin əsas məqsədlərinə aid edilir: yüksək və stabil məşğulluğa kömək
etmək, sürətli iqtisadi artım, əhalinin gəlirlərinin bəra-bərləş- dirilməsi, regional
iqtisadi tarazlığa kömək etmək, qiymətlərin stabilliyinə nail olmaq. Dövlət
tənzimləməsi hər şeydən öncə ümummilli səvic^ədə əmək münasibətlərinin
tənzimlənməsi, iş qüvvəsinin təkrar istehsalını və onun dəyərinin formalaşdınimasım
təmin edən müəssisələr üzərində dövlət mülkiyyəti vasitəsi ilə həyata keçirilir. İsveç
modelinin özəyini təşkil edən sosial siyasət üç mühüm prinsipə əsaslanır: xoş
37

güzərana nail olmaq üçün bərabər imkanların yaradılması; əmək qabiliyyətli əhalinin
tam məşğulluğuna nail olunması; əhaliyə sosial zəmanətlərin verilməsi. Əmlak qeyri-
bərabərliyinin azaldılması milli gəlirin əhalinin aztəminatlı təbəqəsinin xeyrinə
yenidən bölüşdürmək hesabına əldə edilir. Sosial siyasət pulsuz xidmətlər (transfert
ödənişləri) vasitəsilə sosial tələbatlann yüksək səviyyədə ödənilməsini təmin edir.
İstənilən işçi müdiriyyətə heç bir tibbi və sığorta sənədi təqdim etmədən 100 faiz
əmək haqqısı saxlamimaqla bir həftə işə çıxmaya bilər, məzuniyyət müddəti beş
həftədir, əlavə olaraq il ərzində xəstəliyə görə 26 gün işə çıxmaya bilərlər (Avropa
İttifaqında 14 gün), dünyada ən aşağı iş saatı İsveçdədir - 1482 saat (Fransa - 1696
saat).
Sənayecə inkişaf etmiş ölkələr arasında ən yüksək məşğulluq səviyyəsi İsveçdədir.
Bunun da əsas səbəbi işçilərin yenidən hazırlanmasımn dövlət siyasəti və güclü
həmkarlar təşkilatıdır. Sosial siyasəti uğurla yerinə yetirmək üçün yüksək vergi
dərəcələri müəyyən edilmişdir. Belə ki, ÜDM- da vergilər 50 faizdən çoxdur. Digər
inkişaf etmiş ölkələrdə bu göstərici 30- 40 faiz təşkil edir. 1980-cı ildən vergilərin
orta həddi azaldılmışdır. Ancaq yenə də onun səviyyəsi yüksəkdir.
Qeyd olunmalıdır ki, bir tərəfdən, sosial proqramlann reallaşdıniması, yüksək
məşğulluq səviyyəsinin saxlamiması, digər tərəfdən, yüksək inkişaf tempinin təmin
edilməsi, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, inflyasiya ilə mübarizə
arasında ziddiyyət vardır. Bu da İsveç modelinin
xarakterik xüsusiyyətlərindən biridir.
6.İqtisadi inkişafın Amerika modeli
İqtisadi ədəbiyyatda Amerika sosial-iqtisadi modelinin üç dayaq üzərində
qurulduğunu bildirirlər: şəxsiyyət azadlığı, xüsusi mülkiyyət azadlığı və özəl
sahibkarlıq azadhğı. Bu liberal modelin əsas prinsipi kimi azad bazar və onun
mexanizmlərinin ədalətli rəqabət qanunlan əsasında fəaliyyət göstərməsini hesab
edirlər (65, s.ll7). Modelin fundamentinin səhmdar mülkiyyətindən ibarət olması
göstərilir. Ölkə əhalisinin 70 faizinin səhmdar olduğu vurğulamr.
Qərbi Avropa ölkələrinin sosial-iqtisadi modellərinin əsasında azad sahibkarlığın,
rəqabətin və ümumi regional bazarm dayandığı göstərilir. Amerika modelindən fərqli
olaraq Qərbi Avropada ümumi daxili məhsulun 38-60 faizi dövlət büdcəsi vasitəsi ilə
sosial sferamn xeyrinə bölüşdürülür. Asiya, o cümlədən Yaponiya, Hindistan və
Cənubi Koreya sosial-iqtisadi modelinin xüsusiyyəti kimi dövlətin iqtisadiyyatda
əhəmiyyətli dərəcədə iştirakı qeyd edilir ki, bu da Özünü planlaşdırmada büruzə verir.
İqtisadi inkişafim Amerika modeli liberal modeldir, sosial siyasətdə fərdçilik prinsipi
həyata keçirilir. Özlərinin həm iqtisadi, həm də sosial problemlərinin həllində ey
təsərrüfatlannm ən yüksək fəallığımn təmin edilməsi nəzərdə tutulur. Sosial siyasət
vətəndaşlann fərdi problemlərinin həllinə dövlətin müdaxiləsinin azalmasına, onlara
mümkün qədər daha yüksək iqtisadi sərbəstlik verilməsinə istiqamətləndirilmişdir.
38

Hesab edilir ki, dövlət tərəfindən fəal və təşəbbüskar fəaliyyət üçün şəraitin
yaradılması sosial problemlərin həllində insanlann öz qüvvələrini səfərbər etməyə və
kənar şəxslərin köməyinə ümüd bəsləməməyə imkan verir. Bununla bərabər
amerikalalıların psixologiyası da mühüm əhəmiyyət kəsb edir. Onlar şəxsi uğuru
birinci yerə qoyurlar. Aztəminatlı əhali qrupunun məqbul sayılan həyat səviyyəsinin,
habelə iqtisadiyyatın digər məsələlərinin tənzimlənməsi milli gəlirin müəyyən
hissəsinin yenidən bölüşdürülməsi və vergi funksiya- lan hesabına tənzimlənir. Bazar
iqtisadiyyatının amerika modelində dövlətin rolu məsələsinə müxtəlif mənbələrdə
müxtəlif qiymətləndirməyə rast gəlinir. Bəziləri yazırlar ki, bu ölkədə iqtisadiyyata
dövlət müdaxiləsi cüzidir. Nəzərə almaq lazımdır ki, bu qiymətləndirmə, əsasən,
mikrosəviyyəyə aiddir. Dövlət təkrar istehsalın o aspektlərini tənzimləyir ki, azad
rəqabət əsasında onlann səmərəli tənzimlənməsi mümkün olmur. Analoci xarakter
həmçinin sosial siyasətə də aiddir. Vətəndaşların sosial ehtiyaclanm ödəmək üçün
bazar edə bilmədiyini sosial siyasət təmin edir. Nəticədə ABŞ-da varlılann və
kasıblann həyat səviyyəsi arasında, əməkhaqqının səviyyəsində ciddi fərqlər (iri
amerika firmasının rəhbərinin əmək haqqı digər xidmətçilərin əmək haqqından yüz
dəfələrlə yüksəkdir) mövcuddur. Belə ki, ABŞ- da əhalinin ən varlı 10 faizi ölkə üzrə
maddi-maliyyə resurlanmn 83 faizini öz əlində cəmləşdirib. Əhalinin ən varlı I .faizi
isə ölkənin maddi-maliyyə sərvətlərinin təxminin yarısına sahibdir. Gəlirlərin qeyri-
bərabər bölgüsü ABŞ üçün ciddi sosial problem olsa da, o, yalnız sağlam iqtisadi
rəqabətin nəticəsi kimi qəbul edilir. Bazar iqtisadiyyatımn amerika modelinin
xüsusiyyətlərindən biri də iqtisadiyyata dövlətin müdaxiləsinin aydm ifadə olunmuş
antitsikl, antiinflyasiya xarakteri daşımasıdır. Dövlət idarəetmənin bütün üç
səviyyəsində - federal hökumət, ştatlann hökuməti, bələdiyyələr bazara tənzimləyici
təsir göstərir. Bu tənzimləmə müəyyən məhsullann istehsalının dövlət
lisenziyalaşdırılması və bəzi mallann digər ölkələrə ixracının məh- dudlaşdınlması
sistemi vasitəsilə həyata keçirilir. Pul dövriyyəsi üzərində nəzarət bank kreditinin
köməyi ilə həyata keçirilir. Hökumət həmçinin əmək bazannda da tənzimləyici kimi
çıxış edir. O, əmək haqqımn minimum məbləğini müəyyənləşdirir və iş yerləri
yaradır. Beləliklə, tədqiqatçılann fikrincə, amerika iqtisadiyyatında, iqtisadi oyun
qaydalanmn təsdiq edilməsində, biznesin tənzimlənməsində amerika dövləti mühüm
rol oynayır.
Amerika modeli iqtisadi prosesin bütün iştirakçılanm ortaya çıxan problemlərin
həllinin axtanimasma istiqamətləndirir. Yeniliyə meyillilik (həssaslıq), tərəqqiyə və
innovasiyalara praktiki istiqamətlilik Amerika sisteminin bu baza prinsipini
möhkəmləndirir. Bu da imkan verir ki, system liberal ənənələri saxlasın, milli və
qlobal çağırışlara hazır olsun. ABŞ-ın iqtisadi modelində liberal dəyərlər və
ümummilli mənafelər optimal səviyyədə əlaqələndirilmiş formada əks etdirilmişdir.
39

Liberal dəyərlər və ümumi milli mənafelər həm dövlət institutlan, həm də biznes və
vətəndaşlar tərəfindən üzvü surətdə qəbul edilir və həyata keçirilir .
Amerika modeli sahibkarlığın stimullaşdıniması və əhalinin ən fəal hissəsinin
varlanması prinsipi üzərində qurulmuşdur. Tədqiqatçılar Amerika modelinin
şəxsiyyətin, xüsusi mülkiyyətin və özəl sahibkarlığm azadlığına əsaslandığım
vurğulayırlar. Müsbət xüsusiyyətləri olan amerika modelinin mənfi cəhətləri də
vardır: xroniki büdcə defisiti, mənfi ticarət və tədiyyə balansı, böyük həcmdə xarici
borc, ipoteka bazannm qeyri-sabitliyi (65, s.l 16- 121). Burada sosial bərabərliyin
təmin olunması bir vəzifə kimi dövlətin qarşısında qoyulmur. Dövlətin vəzifəsi sabit
konyukturanı və iqtisadi tarazlığı təmin etməkdir. Ancaq 2011-ci ilin axırlannda ABŞ
Prezidenti Barak Obama bildirmişdir ki, amerikalılann gəlirləri arasında artan qeyri-
bərabərlik ölkənin orta təbəqəsinə təhlükə yaradır (31, 08.12.2011). Amerika mətbuatı
hesab edir ki. Barak Obama özünün prezident kompaniyası üçün əsas mövzu kimi
sosial təbəqələşmənin qaşısını almaq və orta təbəqənin mü> dafiəsi ilə məşqul olmağı
seçmişdir. Prezidentin fikrincə, Amerika elə bir ölkə olmalıdır ki, adamlar öz ailələri
üçün kifayət qədər pul qazana və mənzil ala bilməli, cuzi əmanətlər yaratmalı və
pensiyaya çıxdıqdan sonra özünü təmin edə bilməlidir. Teodor Rüzveltin dövlətin
roluna baxışlanna istinad edərək, o bildirmişdir ki, yalmz güclü mərkəzi hökumət
sadə amerikahlan iri biznesin tamahından qoruya bilər. ABŞ konqresinin büdcə
idarəsinin mə- lumatma əsasən, ölkənin ən zəngin adamlan olan bir faiz amerikalı son
30 il ərzində milli gəlirdə payını iki dəfədən çox artmışdır. Bu rəqəm 8 faizdən 17
faizədək yüksəlmişdir.
Ölkədə mövcud olan müəssisələrin (firmalann) 20 faizini təşkil edən və işçilərinin
sayı 500 nəfərdən çox olan iri korporasiyalar ümumi satışın 90 faizə qədərini təmin
edirlər. İşçilərinin sayı 100 nəfərə qədər olan firmalar kiçik biznes, 100 nəfərdən 500
nəfərə qədər olanlar isə orta biznes kateqoriyasına aid edilirlər. Təkcə Federal büdcə
xərclərinin 60 faizə qədəri insan resurslanmn (təhsil, səhiyyə, sosial təminat və
digərlərinə) inkişafına xərclənir. ABŞ-ın ümumi daxili məhsulunun 80 faizə qədəri
xidmət sahələrində yaranır. Emal sənayesinin inkişafının əsas istiqaməti kapital,
material və eneıcitutumlu sahələrdən yüksək ixtisaslı işçi qüvvəsinə və elmi texniki
tərəqqiyə əsaslanan eimtutumlu sahələrə keçməkdir. Kənd təsərrüfatı məhsulları üzrə
regionlar ixtisaslaşdınimışdır. Dövlət federal xərclərinin 30 faizi elmi-texniki
araşdırmalara sərf edilir. İşsizliyə görə orta aylıq müavinət 1100 dollara yaxındır.
ABŞ standartlanna, görə adambaşına illik gəlir 9,6 milyon dollardan (gündəlik gəlir
26 dollar, 53, 12.07.2008) az olarsa, bu, kasıbçılıq sayılır (2004-cü il). Ekspertlərin
fikrincə, ABŞ iqtisadiyyatmm spesifik xüsusiyyəti ondan ibarətdir ki, daxili tələb
təklifdən, dövlət xərcləri onun gəlirlərindən, idxal isə ixracdan çoxdur.
7. İqtisadi inkişafm Çin modeli ^
40

1978-ci ildə ölkə iqtisadiyyatının modemləşdirilməsinə həsr olunmuş proqram elan


edilmiş və adambaşına gəlirlərin orta dərəcəli inkişaf etmiş ölkələrin səviyyəsinə
çatdırmaq məqsədi qarşıya qoyulmuşdur. Bu məqsədlərə nail olmaq üçün ölkədə
«sosialist bazar iqtisadiyyatım» formalaşdırmaq, iki təsərrüfat sisteminin idarəetmə
vasitələrindən istifadə, etmək qərara alınmışdır. O dövrdə Çinin görkəmli reformatoru
DEN Syadpin demişdir: “...pişiyin hansı rəngdə olması vacib deyil, təki o siçanlan
tuta bilsin”. Bu o demək idi ki, hər iki sistemin (sosialist və bazar iqtisadi sistemlər)
iqtisadi- inzibati mexanizimlərindən istifadə qəbul edilə bilər. (63, s.49). Plan-bölgü
və bazar sistemindən paralel istifadə, bazar elementlərinin tədricən tətbiqi və
mərkəzləşdirilmiş bölgünün tədricən ixtisan, dövlət sektorunun payımn azaldılması,
xüsusi sektorun genişləndirilməsi və başqa mülkiyyət forma- lanndan istifadə kimi
konseptual əsaslar Çin hökumətinin iqtisadi siyasətinin istiqamətlərini təışkil etmişdir.
Beləliklə, Çin xalq Respublikası 1978-ci ildən azad iqtisadiyyat sistemi qurmağa
başladı. Bu ölkədə başlanğıcdan iqtisadi islahatlann həyata keçirilməsi strategiyası
mərhələlərə bölünmüş və mərkəzləşdirilmiş təsərrüfat sistemindən müasir bazar
iqtisadiyyatma keçidin tədricən həyata keçirilməsi konsepsiyası qəbul edilmişdir.
İqtisadi islahatlann ilk mərhələsində Den Syaopin demişdir ki: “Planlı iqtisadiyyat
hələ sosializm deyil. Tam xüsusi mülkiyyət şəraitində də planlaşdırma həyata keçiıilk,
bazar iqtisadiyyatı da kapitalizm deyil”. 1978-1984-cü illərdə planlı təsərrüfatın
hökmranlığı saxlanılmış və bazar metodlan ilə tənzimləmə köməkçi xarakter
daşımışdır. Qəbul edilən qərarlar ölkənin milli xüsusiyyətlərini nəzərə alır və dövlətin
makronəzarət və tənzimlənmə funksiya- larmı təmin edirdi. 1984-1992-ci illərdə
«planlı əmtəəlik təsərrüfat» konsepsiyası qəbul edilmiş, planlaşdırmamn və bazann
mexanizmlərinin üzvü surətdə əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Keçmiş SSRİ
məkamnda yaradılmış dövlətlərdən fərqli olaraq, Çində bazar iqtisadiyyatına keçidin
özü planlaşdınimışdır. İqtisadi islahatlann başlanmasından ancaq 14 il keçəndən
sonra, yəni 1992-ci ildən iqtisadiyyatda və ictimai resurslann bölüşdürülməsində
bazann apancı rolu konsepsiyası qəbul edilmişdi. İqtisadi inkişafın təmin edilməsində
bazar mexanizmlərinin apancı rolu təkamül yolu ilə bərqərar edilmişdir. Əgər
Polşada, Rusiya Federasiyasında, Azərbaycanda və keçmiş SSRİ-nin
respublikalannda eyni vaxtda üç istiqamətdə islahatlar həyata keçirilməyə başlamldısa
- bazar mühitinin yaradılması, dövlət əmlakının özəlləşdirilməsi və cəmiyyətin
demokratikləşməsi - Çin Xalq Respublikasında isə ilk mərhələdə başlıca diqqət bazar
mühitinin və bazar subyektlərinin yaradılmasına yönəldilmişdir. Özəlləşdirmənin və
demokratiyanın ancaq bazann normal inkişafı ilə əlaqədar olan elementləri tətbiq
edilmişdir. Onlar «özəlləşdirmə» anlayışı altında iqtisadiyyatın özəl sektorunun
dövlət sektoru əsasında yox, ona paralel olaraq, müstəqil yaradılmasım və inkişafını
başa düşürdülər. Bunun üçün lazımi şərait yaradılırdı. Özəl sektorun genişləndirilməsi
dövlət sektorunun bazar iqtisadiyyatına keçməsi ilə ortaya çıxan mənfi hallan -
41

istehsal strukturunun dəyişdirilməsi, işçilərin azad edilməsi və digər amillərin


cəmiyyətdə mənfi təsirlərini azaltmağa kömək etmişdir.
Çin iqtisadi modelinin bir fərqləndirici xüsusiyyəti də həyata keçirilən tədbirlərin
dövlətin güclü nəzarətedici və tənzimləyici fimksiyalannm saxlanılması şəraitində
aparılmasından ibarətdir. Dövlət müəssisələri əvvəlki kimi planlaşdırma orbitində
saxlanılmış və bazar mühitinə tədricən cəlb edilmişlər. Çin əhalisinin milli
xüsusiyyətləri də nəzərə alınmışdır.
İqtisadi inkişafın Çin modeli Şərqi Avropada geniş tətbiq olunan «şok terapiyası»
modelindən prinsipial cəhətləri ilə fərqlənir. «Şok terapiyası»
eyni vaxtda məcburi qaydada idarəetmənin marketizasiyasım, dövlət əmla- kmm
özəlləşdirilməsini və cəmiyyətin demokratikləşdirilməsini nəzərdə tutursa, Çin
modelində islahatların birinci mərhələsində əsas diqqət idarəetmənin
marketizasiyasına verilmişdir.
1992-ci ildə taxıl, yağ, kömür, pambıq, sap, toxuculuq, yun və ipək parçalar,
velosiped, paltaryuyan maşınlar və digər xalq istehlakı mallanmn istehsalımn mütləq
həcminə görə dünyada birinci yeri tutmuşdur. Hal-hazırda Çin polad və prokat,
kömür, sement, rəngli televizorlar, pambıq parçalar, taxıl, ət, pambıq istehsalı üzrə
dünya lideridir. Xarici ticarət surətlə artır, istehsal olunan məhsullann dörddə birindən
çoxunu ixrac edir. Dövlət yerli dövlət kompaniyalanna pul buraxırdı. Əgər onların öz
vəsatləri çatışmırdısa, onlar borc öhdəlikləri ilə ödəniş həyata keçirirdilər. Beləliklə,
Çinə 14 il lazım oldu ki, iqtisadiyyatın idarə olunmasında və onun inkişafmm təmin
edilməsində bazar mexanizmlərinə üstünlük verilsin. Ancaq güclü dövlətçilik və
tədricilik nəticəsində həmin mexanizmlər apancı rol kəsb etdilər.
Direktiv planlaşdırmanın əhatə etdiyi fəaliyyət sferası ixtisar edilir, tez-tez dövlət
sifarişləri bazar qiymətlərilə yerləşdirilir. İslahatlann vacib elementlərindən biri
müasir sosial təminat sistemi yaratmaq olumuşdur. İşsizliyə görə sığorta şistemi
yaradılır. Bazar iqtisadiyyatlı digər ölkələrdən fərqli olaraq, Çində müəssisələrin
sosial fiınksiyalan onlardan götürülür ki, əsas diqqəti onlar istehsalın və satışın
genişləndirilməsinə versinlər. Ancaq 2001-ci ildən Ümumdünya Ticarət Təşkilatma
daxil olan Çin iqtisadiyyatın liberallaşdıniması istiqamətində tədbirlər həyata
keçirmişdir, tqtisadiyyatm açıqlıq səviyyəsi genişləndirilmiş, kömrük və vergi
normalan unifikasiya edilmişdir. Bununla yanaşı xarici ticarətdə proteksionizm Çin
hökumətinin sənaye siyasətinin tərkib hissəsi kimi saxlanılır. Hökumətin sənaye
siyasəti isə bu və ya digər mal qruplan üzrə idxalı əvəzləyən vəzifənin həyata
keçirilməsinə istiqamətlənmişdir. Bəzi mallar üzrə ixrac-idxal əməliyyatla- nnda
dövlət kompaniyalarının vasitəçilik sistemi ləğv edilsə də, ancaq taxıl məhsullan, neft
və neft məhsulları, kübrələr, pambıq və pambıq lifi, tütün və siqaretlər, şəkər, bitki
yağlan, volfrom filizi və konsentratlan, çay, kömür və koks, ipək, gümüş və digər
mühüm əhəmiyyətli mallarla xarici ticarət hüququ, əvvəlki kimi, dövlət idxal-ixrac
42

kompaniyalanna verilmişdir. Göstərilən mallara, dərmanlara, duza, təbii qaza


qiymətlərin qoyulması, kommunal xidmət tarifləri, mənzil haqqı, suvarma üçün suya
ödəniş haqqı və poçt xidmətləri tarifləri əvvəlki kimi dövlətin səlahiyyətindədir.
8. İqtisadi inkişafın Türkiyə modeli
1923-1950-ci illərdə Türkiyə Respublikasında qapalı iqtisadi (etatizm siyasəti) siyasət
həyata keçirilirdi. İqtisadi siyasət dövlətin dominant roluna əsaslanırdı. Cəmiyyətin
iqtisadi həyatında dövlətin fəal iştirakı hökm sürürdü. Yüksək vergi dərəcələri,
Türkiyə lirəsinin dövlət tərəfindən ciddi müdafiəsi, xarici investisiyaya soyuq
münasibət, sənayenin prioritetliyi, kənd təsərrüfatımn rolunun qiymətləndirilməməsi
iqtisadi siyasətin mahiyyətini təşkil edirdi.
1950-ci ildə Demokrat Partiyası seçkilər vasitəsilə hakimiyyət başına gəldi. Adnan
Menderes baş nazir təyin olunduqdan sonra (1950-1960-cı illər) yeni iqtisadi siyasət
formalaşdmldı. Hökumətin inkişaf strategiyasınm əsasım özəl sektor, kiçik kənd
təsərrüfatı məhsullan istehsalçılan, kiçik və orta biznes təşkil edirdi. Xarici ticarət
liberallaşdınidı, dünya iqtisadi sisteminə inteqrasiya olunmasının və xarici kapitalın
ölkəyə gətirilməsinin zəruriliyi təsbit edildi. Menderes hökuməti vergiqoymada
inqilab etdi. Gəlir vergisi tətbiq edildi, ancaq kənd təsərrüfatı bu vergidən tamamilə
azad olundu. Dövlət kapital qoyuluşu siyasətini dəyişdirdi: dövlət pullanancaq kənd
təsərrüfatına yönəldildi. Hökumətin iqtisadi siyasəti tezliklə öz bəhrəsini verdi.
Geridə qalmış kənd təsərrüfatı güclü inkişaf etdi və sənayenin xammal bazasına
çevrildi. Beləliklə, kənd təsərrüfatının sənaye ilə inteqrasiyası təmin edildi. Yeni
zavod və fabriklər, avtomobil yolları, hidroelektrik stansiyalan, dəniz və hava
limanları tikilib istifadəyə verildi. Özəl sektorun dinamik inkişafına nail olundu, emal
sənayesində iri xoldinqlər yaradıldı . XXI əsrin əvvəllərində (təxminən 2003-cü ildən)
səhiyyə və əhalinin icbari tibbi sığortası sektorlannda həyata keçirilən islahatlann
Türkiyə təcrübəsini indi Avropa ölkələri dərindən öyrənirlər. İslahatlar nəticəsində
kütləvi tibbi xidmətin və əhalinin dərmanla təminatının ən effektiv sistemlərindən biri
foımalaşdınlmışdır. Dövlət - özəl partnyorluğu çərçivəsində dünyamn tamnmış
korporasiyalan Türkiyənin xəstəxana kompleksinə və əczaçılıq sənayesinə investisiya
qoymaq məqsədilə ciddi maraq göstərirlər. «Türkiyənin səhiyyəsinin transformasiyası
proqramı »nın baza elementi səhiyyənin idarə olunmasmm yenidənqurulması təşkil
etmişdir. Müdafiə Nazirliyinin səhiyyə qurumlan istisna olmaqla, bütün dövlət
səhiyyə müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş və onlar tərəfindən
əhaliyə göstərilən bütün tibbi xidmətlərin tarifləri təsdiq edilmişdir. Tarif əsasında
tibbi xidmət xərclərinin ödənilməsi icbari tibbi sığorta hesabına maliyyələşdirilir.
Türkiyə əhalisinin 90 faizə qədəri icbari tibbi sığorta ilə əhatə olunubdur. İşləyən
vətəndaşların tibbi sığortası işəgötürənlər tərəfindən maliyyələşdirilir. Pensiyaçılar isə
güzəştli tariflə özləri ödəniş edirlər. Tibbi xidmətlərin 65 faizini dövlət tibbi
müəssisələri göstərirlər. İstər yerli və istərsə də idxal olunan dərmanlara dövlət vahid
43

qiymət müəyyən etmişdir. Bir şəxsin aptek seti yaratması qadağan olunmuş, bir
şəxsin ancaq bir apteki olmasına icazə verilmişdir. Məcburi sosial sığorta sistemini
Sosial Müdafiə Fondu idarə edir .
9.İqtisadi inkişafm Latviya modeli
2004-cü ildən Avropa İttifaqımn üzvü olan Latviya Respublikasında əvvəllər
Şərqdəki qonşularla inteqrasiya məqsədi ilə yaradılmış bütünlükdə istehsal sektorları
və müəssisələr yenidən qurulmuşdur. Elektronika, kimya, yüksək texnologiyalar,
telekommunikasiya, turizm, maliyyə vasitəçiliyi prioritet sahələrdir. Latviya
elektrotexnika, radioelektronika, cihazlar, rabitə vasitələri, nəqliyyat vasitələri, kənd
təsərrüfatı avadanlıqlan istehsalı üzrə ixtisaslaşır. Toxuculuq və tikiş, kimya, ağac
emalı, ət-süd, balıq, parfyumeriya-kosmetika, əczaçılıq sənaye sahələri inkişaf
etdirilir. Elm tutumlu sənaye məhsullanmn istehsalmm indiki 6 faizdən 25 faizədək
artınl- ması vəzifəsi qarşıya qoyulmuşdur. Bank sferasında xarici kapitalın payı 70
faizə çatmışdır. Ümumi daxili məhsulun 70 faizdən çoxu xidmət sektorunda yaradılır.
2,3 mln. nəfər əhalisi olan Latviya 35 milyard dollar və ya adambaşına 15,5 min
dollar dəyərində ümumi milli gəlir istehsal etmişdir.
10.Azərbaycanın iqtisadi inkişaf modeli
Ölkənin inkişaf modelinin tərkib hissəsi olan iqtisadi inkişafın istiqamətləri
Azərbaycanda XX əsrin doxsamncı illərində formalaşdırılmış neft strategiyasımn
həlledici təsiri altında müəyyənləşdirilmişdir. Neft gəlirlərindən istifadə etməklə
qeyri-neft sektorunun inkişafı, sosial problemlərin həlli, ölkənin müdafiə qüdrətinin
möhkəmləndirilməsi, aynca blok kimi regional inkişafın təmin edilməsi vəzifə kimi
qarşıya qoyulmuşdur.
Prof. R.Həsənovun fikrincə, “Azərbaycamn iqtisadi inkişaf modelinin ən mühüm
məziyyəti iqtisadi sistemin dayamqlığınm gücləndirilməsi, inkişafın davamlılığımn və
tarazlığımn təmin edilməsi hesab olunmalıdır”
Azərbaycanm iqtisadi inkişaf modelinin fərqləndirici xüsusiyyətlərindən biri də
dövlətin iqtisadi proseslərə müdaxiləsinin və iqtisadi agent kimi sahibkarlıq fəaliyyəti
ilə məşğulluq çərçivəsinin, dövlətlə təsərrüfat subyektləri arasındakı iqtisadi
münasibətlərin keçid dövrünün əvvəllərindən məhdudlaşdınimasmdan ibarətdir.
İqtisadi tənzimləmədə dövlətin iştirakmm məhdudlaşdıniması konsepsiyası iqtisadi
qanunvericilik aktlannda da öz əksini tapmışdır.
Azərbaycan Respublikası hal-hazırda beynəlxalq əmək bölgüsündə əsasən xammal-
yanmfabrikatlar- ixrac edən ölkə mövqeyinə malikdir. Təbii resurslardan müasir
texnologiyalar əsasında son istehlaka yararlı olan hazır məhsullar istehsal etməklə
ölkənin inkişaf etmiş ölkələr qrupuna keçməsini təmin edən konsepsiya həyata
keçirilir. Azərbaycan Respublikası kifayət qədər resurs potensialına malikdir. Ancaq
onlardan səmərəli istifadə olunması və istehsal güclərinin artıniması digər ölkələrə
nisbətən onun üstünlüyünü və iqtisadi təhlükəsizliyini təmin edə bilər.
44

Ölkənin strateci valyuta ehtiyatlannm müxtəlif valyutalarda saxlaml- ması ilə yanaşı,
onlann hesabına ölkə daxilində aqrar sektorun, emal sənaye sahələrinin, sosial mənzil
tikintisinin və digər prioritet sektorlarm inkişafına istiqamətləndirmək zəruridir.
inkişafın indiki mərhələsində Azərbaycamn milli iqtisadiyyatında aşağıdakı əsas
meyllərin formalaşdığını söyləmək olar:
-artım tempinin azalması, hasilat sənayesinin üstünlüyü, emal sənayesi və aqrar
sektorlannda istehsalın həcminin azlığı və daxili bazarın tələbatım ödəməməsi;
ölkənin investisiya potensialı ilə (Ümumi qənaətlə) müqayisədə yerli özəl investorlar
və dövlət tərəfindən emal sənayesinə və aqrar sektora qoyulan
investisiyalann azlığı;
-dövlət investisiyalannm qoyuluşunda infrastruktur obyektlərinin prioritetliyi;
-yanacaq-energetika, maşınqayırma və kimya-neftkimya sənaye komplekslərində,
mənzil-kommunal sektorunda, dəmiryolu və rabitə sahələrində dövlət mülkiyyətinin
üstün olması;
-innovasiya fəaliyyətinin zəif inkişafı və texnoloci gerilik;
-xarici ticarətin tam liberallaşdıniması, idxal və ixrac kvotalanmn, habelə ixrac
vergilərinin olmaması;
-əhalinin həyat səviyyəsinin beynəlxalq standartlardan hələ də aşağı olması; ölkənin
potensialı ilə müqayisədə ümumi daxili məhsulun və milli gəlirin
azlığı, onlann dövlət, təsərrüfat subyektləri və ev təsərrüfatlan arasında qeyri-bərabər
bölünməsi;
-əmtəə, əmək və kapital bazarlannda iqtisadi tarazlığın olmaması;
-mülkiyyət formasından asılı olmayaraq, müəssisələrin fəaliyyətinə dövlət tərəfindən
tənzimləmə və nəzarət sisteminin liberallaşdıniması və bu sistemin vergi yığımına
əsaslanması.
Bu gün Azərbaycan hökumətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri
iqtisadiyyatın qeyri-neft sektorunun prioritet inkişafim təmin etmək, xüsusən yeni
istehsal sahələrinin fəaliyyətini stimullaşdırmaqdır. Neft strategiyasının davam
etdirilməsi, Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyinin artınlması,
investisiyalann qeyri-neft sektoruna və regionların inkişafına istiqamətləndirilməsi,
sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin formalaşdırılması, vətəndaşlann
sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi dövlətin iqtisadi siyasətinin əsasını
təşkil edir. Respublikanın iqtisadi resurslarımn düzgün və məqsədyönlü istifadə
edilməsi, real sektorun dəstəklənməsi, maliyyə-bank sektorunun fəaliyyəti üçün daha
əlverişli şəraitin yaradılması müsbət nəticələrini ilk növbədə, makroiqtisadi
göstəricilərin artımında göstərir.
Məlumdur ki, ölkələrin iqtisadi inkişaf səviyyəsini xarakterizə edən və diqqət
yetirməli mühto bir göstərici də yüksək texnoloci məhsulların ixracıdır. İnkişaf etmiş
ölkələrdə və bütünlükdə avro zonasmda bu göstərici orta hesabla 21%, Pribaltika
45

ölkələrində 7-13%, Qazaxıstanda 21%, Rusiyada 9% olduğu halda, Azərbaycanda


cəmisi 2%-ə bərabər olmuşdur.
İnkişaf etmiş ölkə meyarlanndan biri ümumi daxili məhsulun və sənayenin sahə
strukturu olduğuna görə qeyd edim ki, belə ölkələrin kənd təsərrüfatında ümumi
daxili məhsulun bir faizindən 2,7 faizinə qədəri istehsal edilir. İndi bu göstərici
Azərbaycanda 5,3 faizdir (2013-cü il). Başqa sözlə ümumi daxili məhsulun aqrar
sektordan asılılığı İngiltərədə 1%, Almaniyada 1,2, Yaponiyada 1,3, ABŞ-da 1,9%
təşkil etdiyi halda, Azərbaycanda 5,3 faizdir. Azərbaycanda emal sənayesi ümumi
sənaye məhsullarının 17%-ni istehsal edir. Bu göstərici ABŞ-da 69% , Yaponiyada
79, Almaniyada və İngiltərədə 77, Fransada 67% olmuşdur. Azərbaycanın qeyri-neft
emal sənaye sahələrinndə sənaye məhsulunun yalnız 9 faizə qədəri istehsal olunur.

Mövzu 4.
Dövlət mülkiyyəti və onun idarəedilməsinin səmərəliliyinin
qiymətləndirilməsi
Suallar:
1.Mülkiyyətin iqtisadi və hüquqi mahiyyəti
2.Mülkiyyəti formaları və onların qarşılıqlı əlaqələri.
3.Dövlət mülkiyyətinin və bölməsinin tənzimlənməsi.
4.Dövlət mülkiyyətinin idarəedilməsinin səmərəliliyinin qiymətləndirilməsi və
iqtisadiyyatda dövlət bölməsinin rolu.
5.Makroiqtisadi tənzimlənmə
6.Makroiqtisadi göstəricilər sistemi
7.Makroiqtisadi proqnozlaşdırma, prinsipləri, proqnozların növləri və onlann tədbiq
sahələri.
8.Planlaşdırma iqtisadi siyasətin əsaslandırılması metodu kimi, indikativ
planlaşdırma, onun xüsusiyyətləri.
9.Proqram - məqsədli yanaşmanın iqtisadiyyatın tənzimlənməsinin metodu kimi.

1.Mülkiyyətin iqtisadi və hüquqi mahiyyəti


Mülkiyyət subyektiv-obyektiv (insan-əşya-nemət), habelə subyektiv (insan-
insan) münasibətləridir. Bu münasibətlərin nəticəsində iqtisadi resursların, həyati
nemətlərin və əşyaların mənimsənilməsi, zəbt edilməsi prosesi baş verir.
Mənimsənilmə-bu və ya digər iqtisadi resursların, əşyaların, maddi nemətlərin,
ictimai münasibətlərin obyektinə çevrilməsi imkanıdır. Zəbt etmə həmin iqtisadi
resursların ictimai münasibətlərin subyektinə çevrilməsi imkansızlığıdır. İqtisadi
resursların həyati fəaliyyət mülkiyyətinə çevrilməsi faktiki olaraq onların xüsusi
təkrar istehsal məqsədi üçün istifadə olunmasıdır. Bu zaman həmin iqtisadi
münasibətlərin subyekti ictimaiyyətdə və ictimaiyyətdə yerinə yetirdikləri funksiyaya
46

uyğun fəaliyyəti sayılır. Bu o, deməkdir ki, muzdlu fəhlələr, sahibkarlar, sənətkarlar,


dövlət qulluqçuları, baknirlər və s. mülkiyyətin formasından asılı olmayaraq,
gündəlik həyatda yerinə yetirdikləri fəaliyyətlərini davam etdirirlər.
Adətən mülkiyyət münasibətlərinin məzmununu hüquqi və iqtisadi hissələrə
ayırırlar. Hüquqi münasibətlər öz əksini mülki hüquq anlayışında ifadə edir.
Cəmiyyətin inkişaf tarixində mülki hüquq anlayışı ilk dəfə Roma hüququnda öz
əksini tapmış Yustiana Kodeksində (VI əsr) sistemləşdirilmişdir. Bu Kodeks əsasında
sahib olmaq, istifadə etmək, sərəncam vermək hüquqları müəyyən olunmuşdur.
Tədqiqatçı hüquqşünaslar belə qruplaşmanı məsləhət görmüşlər:
1. Sahib olmaq hüququ
2. İstifadə hüququ
3. İdarəetmə hüququ (mülki obyekt necə istifadə olunmalıdır)
4. Mənfəət hüququ (mülkiyyətçinin əmlakından özü və yaxud başqasının
istifadəsi nəticəsində yaranan gəlirin alınması)
5. Kapital, əşya və ya müəyyən dəyərin üzərində müstəsna hüquq (zəbt edilmə,
istehlak etmə, məhv etmə)
6. Təhlükəsizlik hüququ-müsadirəyə qarşı immunitent.
7. Vəsiyyət və vərəsəlik hüququ.
8. Müddətsizlik hüququ.
9. Zərərli istifadənin qadağan edilməsi hüququ.
10. Cərimə məsuliyyəti hüququ.
Mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslərdir. Onlar qanuna
əsaslanaraq öz üzərlərinə hüquqi məsuliyyət götürürlər. İqtisadi münasibətlərdə
mülkiyyətin subyekti ilə yanaşı mülkiyyət hüquqi subyekti bütün digər subyektlərlə
birlikdə çıxış edir. (iqtisadi, sosial, siyasi subyektlər). Məsələn konkret sahənin
işçiləri hüquqi şəxs olmadan mülkiyyət hüquqi subyekti kimi, iş gününün
azaldılması, əmək haqqının artırılması tələblərini irəli sürə bilərlər, bununla da onlar
iqtisadi münasibətlərin subyekti kimi çıxış etmiş olurlar. Bununla da onlar cəmiyyətin
istehsal etdiyi mili gəlirdən daha çox pay almaq üçün mövcud əldə etmək-zəbt etmək
münasibətlərinə yenidən baxılmasını tələb etmiş olurlar. Başqa sözlə demiş olsaq,
onlar digər iqtisadi münasibətlərin subyektlərinin (sahibkarların, səhmdar
cəmiyyətlərinin, müəllim və həkimlərin və s.) paylarından müəyyən hissənin öz
xeyirlərinə zəbt olunmasına nail olmaq istəyirlər. Analoci olaraq güzəştli vergiya cəlb
olunma, kreditləşmə və s. öz mahiyyəti etibarı ilə birinin hesabına digərinin xeyri
üçün iqtisadi münasibətlərinin dəyişdirilməsindən başqa bir şey deyildir. Yəni ixtisas
(müəllim, həkim, elektrik, tikintiçi və s.) , demoqrafik (kişilər, qadınlar, təqaüdçülər,
işsizlər, tələbələr, şagirdlər), ərazi (bu və ya digər regionun əhalisi) və s. bu kimi
ictimai təşkilatlar, mülkiyyət hüququnun subyekti-hüquqi şəxs olmadan, mənimsəmə
47

və zəbt etmənin real iqtisadi münasibətlərində iştirak edir və mülkiyyət


münasibətlərinin tam hüquqlu subyektləri sayılırlar.
Əvvəldə qeyd etdiyimiz kimi, mülkiyyət hüququ hər şeydən əvvəl subyektiv-
obyektiv münasibətlərdir. Yəni subyektin hər hansı obyektə (əşya, informasiya,
kapital, maddi nemət və s.) münasibətidir. Bunların hamısı bazarın obyektləri olub,
bu və ya digər dərəcədə subyektin onlar üzərində mülkiyyət hüququnu etibar edir.
Mülkiyyətin iqtisadi məzmunu subyekt-subyekt (insan-insan) münasibətləri ilə ifadə
olunur. Bu istehsal, bölgü, mübadilə, istehlak münasibətlərini əks etdirir və subyektin
ictimai resursların mənimsənilmə-zəbt etmə prosesini əhatə edir. Mülkiyyət çox
tərəfli hadisə olub, özündə iqtisadi və hüquqi tərəflərlə yanaşı tarixi, ekoloci, siyasi,
sosial, mənəvi, psixoloci və s. tərəfləri də əks etdirir.
Mülkiyyət münasibətlərinin tarixi məzmunu, müəyyən vaxt kəsiyində və məkanda
yaşayan nəsillər arasındakı iqtisadi münasibətləri əks etdirir. Məsələn, yaşadığımız 70
illik vaxt kəsiyində mülkiyyətə münasibət ictimai xarakterə malik idi. Müasir bazar
iqtisadiyyatı şəraitində mülkiyyətə münasibətləri ictimai xarakter çərçivəsindən çıxıb,
xüsusi mülkiyyət münasibətlərinin formalaşmasında zərurətə çesvrilmişdir.
2.Mülkiyyəti formaları və onların qarşılıqlı əlaqələri.
Azərbaycan Respublikasında mülkiyyət haqqında qanunda mülkiyyətin əsas
formaları və mülkiyyət hüququnun müdafiəsi problemləri aydınlaşdırılmışdır.
Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında
Azərbaycan Respublikasının Konstitusiyası Qanununun ikinci bölməsinin üçüncü
maddəsində yazılırö «Azərbaycan Respublikasında mülkiyətin aşağıdakı formaları
bərabərhüquqlu hesab edilir və qanunla qorunur.
professor T.Vəliyev belə təsnifləşdirilməsini məqsədəuyğun hesab etmişdir.
1. Xırda əmtəə istehsalı ilə səciyyələnən mülkiyyət forması. Bu
mülkiyyət formasında muzdlu əməkdən əsasən istifadə edilmir. Buraya həyatyanı
təsərrüfatlar, sənətkarların obyektləri, xırda xidmət müəssisələri və başqaları daxildir.
Bu mülkiyyət formasına aid olan təsərrüfat subyektləri hüquqi şəxs deyil, fiziki şəxs
kimi fəaliyyət göstərilər.
2. Xüsusi mülkiyyət forması. Bu mülkiyyət formasının əsas cəhəti ondan
ibarətdir ki, fərdi sahibkar əsaslı vəsait sərf etməklə kiçik. Orta, iri tipli müəssisə
təşkil edir.
Muzdlu əmək tətbiq edilir və kütləvi surətdə məhsul buraxılır.
Əldə edilən gəlir, mənfəət fərdi sahibkara məxsusdur. Onun iqtisadi mənafeyi,
istehsalın nəticəsinin mənimsənilməsi hakim mövqe tutur.
3. Dövlət mülkiyyət forması. Burada söhbət keçmiş Sovetlər birliyində
ümumxalq mülkiyyəti altında iflasa uğramış dövlət mülkiyyətindən getmir, azad
iqtisadiyyat şəraitində formalaşan dövlət mülkiyyətindən gedir.
48

Adətən dövlət mülkiyyətində xüsusi aparıcı müəsisələr, sahələr saxlanılır.


Bunlar hər bir ölkənin öz mənafeyi baxımı ilə müəyyən edilir. Habelə xarici ölkələrin
təcrübəsinə əsaslanıb bunu da qeyd etmək lazımdır ki, elə istehsal sahələri və
müəssisələr vardır ki, ölkə
üçün o vacibdir. Lakin onların fəaliyyəti üçün çoxlu miqdarda
kapital lazımdır. Xüsusi sahibkarlar isə əsasən elə müəssisələri təşkil etmək
istəmirlər. Dövlət belə sahə və müəssisələrin təşkilini öz üzərinə götürməyə məcbur
olur.
4. Kooperativ mülkiyyət forması. Buraya həm maddi, həm də qeyri-maddi
dairələrə aid hər cür kooperativlər daxildir.
Kooperativlər könüllü birləşmiş üzvlərin material və pul vasitələri hesabına təşkil
olunur.
Kooperativlərdə istehsal vasitələrindən irqə istifadə olunması və
mənimsənilməsi həyata keçirilir. Onlar hüquqi şəxslərdir, öz nizamnamələri əsasında
fəaliyyət göstərirlər.
5.Səhmdar cəmiyyətin mülkiyyət forması. Bu mülkiyyətə səhmlər yolu ilə
təşkil olunmuş müəssisələr daxildir. Səhmlərin satılması açıq, həm də qapalı aparıla
bilər. Səhmlər hamıya satılırsa bu açıq, yalnız onları yaradanlara satılırsa qapalı
qayda kimi qiymətləndirilir.
6. Bələdiyyə mülkiyyət forması. Burada əsas səciyyəvi hal odur ki,
mülkiyyətin obyektləri şəhərin, rayonun, kəndin bələdiyyə idarəçiliyi tabeliyində
olur.
Bələdiyyə mülkiyyəti hüquqi şəxsdir.
1. Şəxsi və ya fərdi mülkiyyət forması. Buraya şəxsi yaşayış evləri, ev
əşyaları və əmlakları, adamların pul vəsaitləri və qiymətli kağızları daxildir. Bu
formaya eyni zamanda şəxsi istehlak üçün, bilavasitə ailənin tələbatı üçün istifadə
edilən məhsullar da daxil edilə bilər.
2. Qarışıq mülkiyyət forması. Bu mülkiyyət forması onu yaradanların
əmlaklarını könüllü birləşdirilməsi əsasında formalaşır. Burada xarici hüquqi şəxslər
də iştirak edə bilərlər. İdarəetmə və qərarların qəbulu kollegial qaydada həyata
keçirilir. Digər vəzifələr də könüllü mərkəzləşmişüsulla həll edilir. Bu cür mülkiyyət
formasının obyektləri konsern, təsərrüfat cəmiyyətləri, konsorsium kimi birləşmələr
adı ilə fəaliyyət göstərirlər. Bu mülkiyyət formaları yeni Azərbaycan gerçəkliyində
fəaliyyət göstərir və ya göstərməli olacaqdır.
Yuxarıda göstərilən mylkiyyət formalarının ölkələrin hamısında olması vacib
deyil. Bəzi ölkələrdə dövlətin özünəməxsus xüsusiyyətlərindən asılı olaraq müxtəlif
mülkiyyət formaları fəaliyyət göstərə bilər.
Məlumdur ki, Azərbacyn Respublikası siyasi-iqtisadi müstəqillik əldə
etdikdən sonra, iqtisadi inkişafın bazar istiqamətini seçmişdir. Uzun müddət inzibati
49

amiranəlik sistemində, fəaliyyət göstərən iqtisadiyyatın birdən-birə bazar


iqtisadiyyatına keçməsi qeyri-mümkündür. Bu proses uzunmüddətlidir və vaxt tələb
edir. Bu vaxt keçid dövrüdür. Keçid dövrünün başlanmasının ilkin momenti
iqtisadiialahatlarm aparılmasıdır və ilk növbədə mülkiyyət münasibətləri yenidən
formalaşmalıdır. Bu bazar iqtisadiyyatının tələbidir.
Mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi.
Mülkiyyətin dövlətsizləşdirilməsi başqa səbəblərlə də əlaqədardır. Çünki,
cəmiyyətin 4 əsas həyat fəaliyyəti, mənəvi, istehsal-təsərrüfat, sosial-siyasi, ictimai-
idarəetmə onlara məxsus olan daxili funksiyaları yerinə yetirməlidirlər. Mənəvi sfera-
əxlaqi, etnik dəyərlərin keyfiyyətcə təkrarını formalaşdırır.
İstehsal-təsərrüfat fəaliyyətinin əsas funksiyası cəmiyyətin və
onun ayrılıqda hər bir üzvünün maddi tələbatını təmin etməkdir.
Sosial-siyasi sferanın əsas funksiyası isə cəmiyyət üzvlərinin birləşməsini,
möhkəmlənməsini, lobbilərin yaradılmasını təmin etməkdir.
İctimai-idarəetmə, istehsal-təsərrüfat, sosial-siyasi və ictimai- idarəetmə
fəaliyyətlərinin hər birinin maraqlarının balanslaşdırılmasmm zəmanətçisi kimi çıxış
edir.
Bir sözlə cəmiyyətin həyati fəaliyyətinin bu sferaları arasında əmək bölgüsü
mövcuddur.
Əvvəldə qeyd etdiyimiz kimi bazar iqt isadiyyatı mülkiyyət münasibətlərinin
yeni mərhələdə formalaşmasını tələb edir və bu sahədə ilk addım dövlət
mülkiyyətinin bir hissəsinin xüsusi mülkiyyətə çevrilməsidir ki, bu da özəlləşdirmə
vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikasında 07.1993-cü ildə «Dövlət
mülkiyyətinin ögəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu» qəbul
edilmişdir.
Həmin qanuna müvafiq olaraq dövlət mülkiyyətinin müəyyən hissəsinin
özəlləşdirilməsi və özəlləşdirmədən alman vəsaitin büdcəyə daxil olması nəzərdə
tutulmuşdur.
Cədvəl 3.
1995 2000 2005 2017
Özəlləşdirmədən əldə edilən 436,5 38181 93621 100362
vəsait, onlardan
Bircada əmək kollektivlərinə 436,5 17411 21139 29466
satış forması ilə
İcarəyə götürülmüş əmlakın 8020 19858 29688
satış forması ilə
Açıq səhmdar 8752 39300 32679
cəmiyyətlərinin səhmlərinin
satışı
Digər ilə
formalar 1364 517 737
50

Göründüyü kimi, özəlləşdirmənin birinci mərhələsində dövlət büdcəsinə 436,5


mln. manat vəsait daxil olmuşdursa, 2002-ci ildə bu vəsait 100362 mln. manat təşkil
etmişdir. Başqa bir tərəfdən isə özəlləşdirmə digər sahələri də əhatə etmişdir. Yəni
əmək kollektivlərinə satış, icarəyə götürülmüş əmlakın satışı, açıq səhmdar
cəmiyyətlərinin səhmlərinin satışını da əhatə etmişdir.
Bununla belə dövlət mülkiyyətçi mövqeyini elə səviyyədə saxlamalıdır ki, ona
məxsus hüquqi və iqtisadi vəzifələri effektli reallaşdıra bilsin.
3.Mülkiyyət münasibətlərinin dövlət tənzimlənməsi .
N.A.Bordyayev yazmışdır ki, mülkiyyət öz təbiəti ilə mənəvi başlanğıcdır. O,
maddi nemətlərin istehlakı ilə yanaşı, nəsildə, ailədə mənəvi həyatın varisliyini təmin
edir. Mülkiyyətin başlanğıcı şəxsiyyətin metafizik təbiəti, zaman axınında müəyyən
hadisəni yaratmaq, həyata keçirmək üçün daxili hüququ ilə əlaqədardır. Mülkiyyət
insan şəxsiyyətinin təbii qüvvələrlə mübarizəsi şəraitində inkişaf edir. Azad insan
təbii qüvvələrə qalib gələrək, onun üzərinə öz iradəsini qoyur və buradanda onun
hüququ və məsuliyyəti doğur, zühur edir.
Bununla yanaşı, nə qədər ziddiyyətli səslənsə də, özəlləşdirmə təmayülünün
hüquqi təsbit olunması, mülkiyyət münasibətlərinin milliləşdirilməsi ilə üzvi surətdə
əksiklik təşkil edir. Bu qarşı durmanı məntiqi belə izah etmək olar.
Birincisi, özəlləşdirməni həyata keçirən dövlət və bələdiyyə
strukturları səhərəsi günün ictimai tələbatının və iqtisadi halların
bütün incəliklərini obyektiv olaraq nəzərə ala bilmirlər.
İkincisi, özəlləşdirmənin gediş prosesində elə tələm-tələsik səhv qərarlar çıxardıla
bilər ki, ölkənin milli maraqlarının ziddinə olusn.
Üçüncüsü, hər bir ixtiyari investor müəssisənin milliləşdirilməsi ehtimalı ilə
bağlı öz kapitalını itirəcəyi riskini də nəzərə almalıdır.
Özəlləşdirmə prosesini reqlamentləşdirən aydın qanunçuluğun olmaması, daxili
bazarda investorların fəaliyyət stimulunu azaldır. İlk baxışda milliləşdirməyə dövlətin
suverenliyinin yaranması ilə bağlı hüquqi akt kimi baxmaq olar. Bu əsasda xüsusi
mülkiyyət dövlət mülkiyyətinə çevrilir ki, müəyyən müddətə təmin olunmuş olsun.
Lakin bu zaman milliləşdirmənin müəyyən prinsiplərə əməl olunmalıdır. Bu
prinsiplər aşağıdakılardır:
a) ictimai marağın səviyyəsi necədir;
b) milliləşdirmənin müddətsizlik xarakteri;
v) prosesual zəmanətə əməl olunması;
q) mülkiyyət və digər zərərin ödənilməsi öhdəliyi.
Dövlət konpensasiyanm həcmin verilmə vaxtını və qaydasını müəyyən edir.
Onun xaricə çıxarılması və vergiyə cəlb olunması imkanları müəyyənləşdirilir. Bir
sıra Qərb ölkələrində bir qayda olaraq kompensasiya qiymətli kağızlar formasında 50
ilə ödənilmək şərtilə verilir.
51

Hüquqi hadisə kimi yox, iqtisadi mahiyyətcə milliləşdirmə xüsusi mülkiyyətin


cəmiyyətin resurslarına çevrilməsi ilə məhdudlaşmır. Onun iqtisadi mahiyyətinə
dövlət sektorunu genişləndirmək üçün həyata keçirilən bütün fəaliyyət növləri
daxildir. Bu təcrid etməklə nəzarət paketinin bir hissəsinin və yaxud tam alınması
(mərhələli milliləşdirmə), maliyyə, istehsal, təsərrüfat fəaliyyəti üzrə dövlət
müəssisələrinin yaradılması və s. ola bilər.
Mülkiyyətin hüquqi tənzimlənməsinin dövlət tərəfindən həyata keçirilməsinin
əsasları bunlardan ibarət olsada, onun sosial məzmunu da nəzərdən qaçırılmamalıdır.
Belə ki, dövlət xüsusi mülkiyyətin üzərində müəyyən məhdudiyyətlər də qoya bilər.
Məsələn, iş gününün həddinin müəyyən edilməsi, iş şəraiti, texniki təhlükəsizlik,
ekoloci normalara riayət olunması, dünya standartları tələbinə uyğun keyfiyyətli
məhsul istehsal edilməsi və s. istehlak istiqamətlərinin müəyyənləşdirilməsi. Bu qeyd
olunanlar müxtəlif hüquqi normativ aktlarda təsbit olunurlar.

3.Dövlət mülkiyyətinin və bölməsinin tənzimlənməsi.

İqtisadiyyatın dövlət bölməsi çoxkomponentli, çoxsəviyyəli və çoxfunksiyalı


kompleks olmaqla həlli vacib olan məsələlərin məqsədlərindən, xarakterindən və
maliyyələşdirilmə mənbələrindən asılı olaraq üç əsas bloka ayrılır.
Birincisi, dövlət sahibkarlığı strukturlarıdır ki, onlara da dövlət müəssisələri
(zavodlar, fabriklər və digər təsərrüfatlar), dövlət ticarət-kommersiya, müxtəlif pullu
ödənişli xidmətlər kompleksi ilə məşğul olan idarələri və təşkilatları aiddir.
İkincisi, dövlət büdcəsindən maliyyələşən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial
təminat, müdafiə, mülki müdafiə, təbiətin qorunması, dövlət təhlükəsizliyi, ekoloci
mühafizə və təhlükəsizliyin təminatı və s. kimi qeyri-kommersiya təşkilatları və
idarələri daxildir.
Üçüncüsü, qeyd edilənlərdən başqa mövcud olan dövlət subyektlərinin digər
mülkiyyətləri, yəni əhalinin, digər hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyəti
olmayan torpaqlar, təbii ehtiyatlar, həmçinin dövlətin rəsmi mülkiyyətinin tərkib
hissələrinə aid olan başqa vəsaitlər aid edilir.
Beləliklə, iqtisadiyyatın dövlət setoru qarışıq iqtisadiyyatın vacib hissəsi
olmaqla, özündə dövlət təşkilatlar və idarələr kompleksini, dövlət müəssisələrini,
maliyyə, qızıl-valyuta, mad- di-təbii ehtiyatlar, infrastruktur, sosial-mədəni və digər
dövlət əmlakı obyektlərini, dövlət və onun subyektlərinin mülkiyyəti formalarım
cəmləşdirir.
Dövlət bölməsi iqtisadiyyatda bir sıra vacib funksiyaları yerinəyetirir ki, onlara
da cəmiyyətin təsərrüfatçıhqla bağlı həyat tərzini təmin edən iqtisadi potensialının
formalaşmasım, müvafiq iqtisadi vasitə və alətlərdən istifadə edərək iqtisadiyyat
tənzimlənməsi mexanizmini, məsələn, dövlət investiyialarını, dövlət sifarişlərinin
52

satınalmalarını, infrastruktur müəssisələrinin rekonstruksiyasını, disproporsiyaların


ləğvi ilə əlaqədar qərarların qəbul edilməsi və s. həyata keçirmək, eləcə də fəaliyyət
göstərən müəssisələrin rekonstruksiyası, istehsalatın ayrı-ayrı növləri və inkişaf
etməkdə olan sahələri üzrə yeni müəssisələrin tikintisini aparmaq və istismara
verməklə iqtisadiyyatın rasional strukturunu formalaşdırır. Dövlət öz müəssisələrində
mövcud iş yerlərini qorumaq yolu ilə və müəssisələr açmaqla yeni iş yerlərini ya-
ratmaqla əhalinin məşğulluq səviyyəsini saxlamağa və artırmağa çalışır. Nəhayət,
dövlət pul vəsaitini yığır və yenidən bölüşdürür, ictimai nemətlərin istehsalını, elmin
inkişafını, kadrların hazırlığını və yenidən hazırlığını təşkil etmək, dövlət
müəssisələri və təşkilatlarının köməyilə xarici iqtisadi fəaliyyəti intensivləşdir- mək
və iqtisadi təhlükəsizliyi təmin etmək kimi funksiyaları yerinə yetirir.
İqtisadiyyatın dövlət bölməsinin rolu konkret göstəricilərlə xarakterizə olunur.
Həmin göstəricilərə dövlət əmlakının və onun ümumi dəyərdə payının (%-lərlə) və ya
ölkənin konkret əmlak növündə miqdarının səviyyəsi (natural ölçülərdə), müəs-
sisələrin, təsərrüfatların və digər sahibkarlıq strukturlarının sayı (o cümlədən, dövlət
bölməsinda qarışıq mülkiyyətli müəssisələr və təşkilatlar daxil olmaqla) və onların
ölkədəki müəssisələrin ümumi sayında xüsusi çəkisi, işçilərin ümumi sayı və
onlardan dövlət bölməsinda çalışanların sayı (faizlə) aiddir.
Dövlət mülkiyyətinin idarə olunması bütün sənaye cəhətdən inkişaf etmiş
ölkələrin iqtisadiyyatının dövlət tənzimlənməsinin mühüm vasitəsini təşkil edir. Bu
və ya digər dərəcədə məhz dövlət mülkiyyəti hüququndan ölkə iqtisadiyyatına
birbaşa və dolayı təsir vasitəsi kimi istifadə edilir.
Dövlət mülkiyyətinin praktiki idarəedilməsinin bu gün ən aktual məsələsi dövlət
mülkiyyətinin tərkib və strukturunun dəqiqləşdirilməsi, onun fəaliyyət göstərməsinin
məqsəd, vəzifə və prinsiplərinin formalaşması, idarəedilməsinin səmərəliliyinin
meyarlarının təyin edilməsidir ki, onlar da, öz növbəsində, konkret iqtisadi vəzifənin
- dövlət mülkiyyətinin ayn-ayn obyektlərinin qiymətləndirilməsi və onların struktur
inkişafının səmərəli istiqamətlərinin müəy- yənləşdirilməsində metodiki yanaşmanın
əsaslandırılmasım və axtarışını tələb edir.
Dövlət mülkiyyətini funksional təyinatına və əhəmiyyət dərəcəsinə görə
aşağıdakı üç qrupa bölmək lazımdır:
Birinci qmpa ümumdövlət vəzifələrini yerinə yetirmək üçün qanunla
müəyyənləşdirilən obyektlər daxil olur ki, onlara da aşğıdakılar aid edilir:
• müdafiə və təhlükəsizliyin təminatı;
• dövlət sərhədlərinin, hava, su və ərazilərin qorunması;
• xarici siyasətin həyata keçirilməsi və beynəlxalq münasibətlərin saxlanması;
• Mərkəzi Bank da daxil olmaqla dövlət iqtisadi xidmət orqanlarının idarəedilməsi;
• dövlət hakimiyyət orqanlarının (qanunverici, icraedici, məhkəmə) fəaliyyət
göstərməsi;
53

• fundamental elmi-tədqiqatiann aparılması;


• təbiətdən istifadə və ətraf mühitin mühafizəsinə nəzarət;
• tarix və mədəniyyət abidələrinin qorunması;
• dövlət ehtiyat və rezervlərinin saxlanması;
• iri nəqliyyat maqistrallanninistisman və onlara xidmət.
Bu qrupa təbii resurlann böyük hissəsi - yerin təki, meşə fondu, su resursları,
hava məkanı da daxil edilməlidir.
Bu qrupa dövlət mülkiyyətinin istisna hüququ tətbiq edilməlidir ki, bu da daima
dəyişən siyasi fəziyyətə uyğun formalaşan və səmərəlilik meyarları üzrə
optimallaşdırılan bütün mümkün idarəetmə metodları birbaşa və operativ tətbiq
etməyə imkan verməlidir.
İkinci qrupa ölkənin apancı iqtisadi potensialının inkişafım və saxlanmasını
təmin edən obyektlər daxil olur ki, onlara da aşağıdakı müəssisələr aid edilir:
• neft və qaz hasilatı və emalı;
• boru-kəmər nəqliyyatı;
• elektroenergetika və s.
Üçüncü qrup obyektlərə dövlətin mərkəzi sosial-iqtisadi siyasəti və əhalinin
sosial müdafiəsini həyata keçirmək üzrə funksiyaları tədbiq etməyə imkan verən
obyektlər daxildir ki, onların sırasma da aid edilir: səhiyyə təşkilat və idarələri; ali və
orta xüsusi təhsil müəssisələri; ümumtəhsil məktəbləri; mədəniyyət və incəsənət ida-
rələri; sosial sığorta və sosial təminat dövlət orqanları; sosial müdafiə idarələri.
Bu qrupun obyektlərinin əksəriyyətinə dövlət mülkiyyətinin tam hüququ ayn-
ayn ölkələrdə fərqli tədbiq edilir. Bununla yanaşı, belə obyektlərin idarəedilməsinin
məqsəd və metodları onlann fəaliyyətinin qeyri-kommersiya xarakterli olmasını
nəzərə almalı və dövlət vəsaitlərinin rasionallaşdınlmasına istiqamətlənməlidir.
Beləliklə, yuxanda qeyd olunan qruplarda dövlət mülkiyyəti obyektlərinin
detallaşdınlmış təsnifləşdirlməsini aparmaq lazımdır.
Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdınla bilər:
1. Dövlət mülkiyyətinin növünə görə;
2. Sahə xüsusiyyətinə görə;
3. Likvidlik dərəcəsinə görə;
4. Dövlət hissəsinin ölçüsünə görə (səhmlərin sayına əsasən);
5. Mülkiyyətin rolunun artınlması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin
dövlət paketinə əsasən);
6. Sənayeləşmə dərəcəsinə görə;
7. İstehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə və s.
Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onlann
təsnifləşdirilməsi, fıkıimizcə, idarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və
aşağıdakı qaydada reallaşdırılmalıdır:
54

• inzibati metodlar;
• iqtisadi metodlar;
• qanunverici və normativ - hüquqi metodlar;
• təşkilati metodlar;
• texniki-normativ metodlar.
Bu zaman idarəetmə metodları idarəetmə subyektlərinin tədbiqetmə səviyyəsinə
görə bölünməlidir:
• dövlət səviyyəli;
• regional və ya sahə səviyyəli;
• bələdiyyə, ya ayrı-ayrı müəssisə və birliklər səviyyəsində.
Dövlət mülkiyyətinin idarə edilməsi funksiyası bir neçə aspektə malikdir. Bir
tərəfdən, dövlət hakimiyyətin yeganə subyekti kimi çıxış edir və təsərrüfat
qanunvericiliyinin normalamı təyin edir. İqtisadiyyatın idarəedilməsi funksiyasının
bu hissəsi normativ kimi təyin edilir.
Digər tərəfdən, dövlət bazarın subyektlərindən biri olur və normativ
idarəetmənin nəticəsində yaradılan qayda və normalara tabe olaraq iqtisadiyyatın
kommersiya bölməsində fəaliyyət göstərən mülkiyyət obyektlərinin sahibi kimi çıxış
edir. Dövlətin idarəetmə funksiyasının bu hissəsi məhsuldarlıq baxımından təyin
olunur.
İdarəetmənin normativ funksiyasına institusional obyektlərin, yəni dövlət
idarəetmə orqanlarının (o cümlədən, funksional nazirliklərin), təşkilat və qeyri-
kommersiya fondlarının formalaşması yolu ilə nail olunur.
Dövlət mülkiyyətinin obyektlərinin məhsuldarlıq baxımından idarəedilməsi
onların struktur inkişafına istiqamətlənməlidir ki, bu da innovasion fəallığın
artırılması və uyğun rəqabət strukturların formalaşması hesabına
rəqabətqabiliyyətlilik potensialının yüksəldilməsidir.
4.Dövlət mülkiyyətinin idarəedilməsinin səmərəliliyinin qiymətləndirilməsi və
iqtisadiyyatda dövlət bölməsinin rolu.
1. İdarəetmədən əldə olunan mənfəətin artırılmasına əsaslanan maliyyə
axınlarının (cash flow) idarəedilməsi konsepsiyası;
2. Dövlət mülkiyyətinin dəyərinin məcmu artırılmasına əsaslanan portfel
mülkiyyət konsepsiyası.
Bu konsepsiyaları qısa şəkildə şərh edək.
Birinci konsepsiya maliyyə axınlarının modelinin qurulmasına əsaslanır və
dövlət mülkiyyətinin idarəedilməsindən mənfəət aşağıdakı kimi hesblanır:
M= Gdm - Xdm (1)
Burada, Gdm - dövlət mülkiyyətinin idarəedilməsindən əldə olunan gəlirlər;
Xdm - dövlət mülkiyyətinin idarəedilməsinə sərf edilən xərclər.
Gəlirlərin tərkibinə daxildir:
55

• dövlət mülkiyyətinin satılmasından əldə olunan gəbrlər (özəlləşdirmədən);


• səhmlərin dövlət paketinin idarəedilməsindən əldə olunan gəlirlər (dividendlər);
• dövlət müəssisələrinin idarəedilməsindən əldə olunan gəlirlər və s.
Dövlət mülkiyyətinin məcmu dəyərindən asılı olmayan daimi xərclərə aiddir:
• dövlət aparatının (Dövlət Əmlak Komitəsinin və s.) saxlanmasına xərclər;
• dövlət müəssisələrinin saxlanmasına xərclər və s.
Dəyişən xərclərə aiddir:
• tenderlərin keçirilməsinə çəkilən xərclər;
• dövlət unitar müəssisələrin əsas nizamnamə fəaliyyətinin həyata keçirilməsi üçün
tələb olunan cari əməliyyat xərcləri;
• dövlət mülkiyyət hissəsi olan müəssisələrdə cari əməliyyat xərcləri və s.
Dövlət mülkiyyətinin (DM) idarə edilməsinin səmərəliliyinin xərc göstəricisi
belə hesablanır:
Sx = k*(Gdm - Xdm)/ Xdm (2)
Burada, k- dövlət mülkiyyəti obyektlərinin vergiqoymalarını nəzərə alan
əmsakdır.
DM idarəedilməsinin səmərəlihyinin resurs göstəricisi belə hesablanır:
S r = k*( Gdm - Xdm) / Ddm (3)
Burada, Ddm - DM obyektlərinin məcmu dəyəridir.
DM idarəedilməsinin səmərəliliyinin artırılmasının əsas şərli Sx(Sr)
göstəricisinin maksimallaşdınlmasıdır, yəni verilən xərclər əsasında gəlirlərin
maksimallaşdırılması və yaxud da verilən gəlirlər əsasında xərclərin
minimallaşdırılmasıdır.
İkinci konsepsiya DM elementlərinin inteqral məcmusuna portfel mülkiyyət
(mülkiyyət portfellərinin məcmusu - MP) kimi baxılmaya əsaslanır.
Bu konsepsiyanın əsas prinsipi MP məcmu dəyərinin artırdınası prinsipidir ki,
bu da MP elementlərinin bazar dəyərlərinin məbləğindən ibarətdir.
Deməli, mülkiyyət portfelinin cari bazar səmərəliliyi (Scp):
S cp = Ddmcp / Ddmbp (4)
Burada, Ddmcp - DM cari portfel dəyəri; Ddmbp - DM ilkin portfel dəyəri.
Verilən meyarlarda dövlət paketinə olan dividendlər adətən hesablanmır. Belə
ki, onlar PM elementlərinin bazar (cari) dəyərinə tədricən təsir göstərir.
DM idarəedilməsinin səmərəliliyinin artırılmasınin əsas şərti Scp göstəricisinin
maksimallaşdınlmasıdır.
Praktikada çox vaxt DM idarəedilməsinin səmərəliliyinin inteqral
göstəricisindən istifadə olunur:
Sip= aı* Sx (Sr) + a2* Scp (5)
Burada, aı - DM idarəedilməsinin ümumi səmərəliliyinə xərc və yaxud resurs
səmərəliliyinin təsirini təyin etmək üçün çəki əmsalıdır; a.2 - DM idarəedilməsinin
56

ümumi səmərəliliyinə cari və yaxud portfel səmərəliliyinin təsirini təyin etmək üçün
çəki əmsalıdır.
Bu zaman meyarların hesablanmış məbləğinin əvəzinə onlann hasilini istifadə
etmək olar.
5.Makroiqtisadi tənzimlənmə
Hər hansı bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsində dövlətin
rolu əvəzsizdir. Dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsi əsas məsələlərdən biridir.
Dövlətin iqtisadiyyata təsiri əsasən üç istiqamətdə həyata keçirilməsilə müşahidə
olunur. Dövlət iqtisadiyyatın əks – təsirinə müvafiq müdaxilə siyasəti yürütməklə
iqtisadi inkişafa təkan verir, dövlətin İqtisadiyyatı özünə tabe etdirmək cəhdi iqtisadi
durğunluğa aparır, dövlət İqtisadi inkişafa bu və ya digər sahədə əngəl törətməklə
deformasiyaya səbəb olur ki, bu da inkişafda yeni, mənfi, ya da müsbət meylləri
meydana çıxarır. Müasir şəraitdə dövlətlər məhz üçüncü istiqamətə üstünlük verirlər.
Tarixi sınaqdan çıxmış hər üç mexanizm üçüncüsünün daha səmərəli olduğunu
göstərir. İqtisadi sahənin dəqiqliklə öyrənilməsi, inkişaf istiqamətlərinin aşkar
edilməsi, nəzərə çarpan mənfi meyllərin qarşısının alınması və s-dən ibarət olan bu
mexanizm dövlətin İqtisadiyyata ümumi nəzarətini və İqtisadi inkişafın bütünlüklə
lazımi axara salınmasını əsaslandırmaqla, müasir dövlətlərin əksəriyyətində iqtisadi
siyasətin əsasını təşkil edir.
Bazar iqtisadiyyatında dövlətin rolunu geniş şəkildə izah etməzdən əvvəl, bu
rolun nə dərəcədə mühüm olduğunu əsaslandırmaq ümumi məqsəd baxımından da
vacibdir. Müasir bazar iqtisadiyyatı əmtəə və xidmətlərin arzuolunan şəkildə
mübadilə olunduğu ideal bazardan hələ çox uzaqdır. Cəmiyyətin mövcud
resurslarından maksimum fayda ilə istifadəni təmin edən belə bir ideallıq dövlət
müdaxiləsinə ehtiyac duymur. Ancaq ən çox inkişaf edən dövlətlərin də iqtisadi
quruluşu «görünməz əl»in heç bir çətinlik olmadan hər şeyi həll edəcəyi ideal
bazardan çox-çox uzaq olmaqla, çoxsaylı İqtisadi və sosial bəlalara – ətraf mühitin
çirklənməsinə, işsizliyə, güclü təbəqələşməyə və s. aparan çatışmazlıqlardan əziyyət
çəkir. Buna görə də, dövlətin fasiləsiz olaraq iqtisadiyyatın tənzimlənməsində iştirakı
vacibdir.
İqtisadiyyatda dövlət bazar mexanizmində tez-tez meydana çıxan çatışmazlıqları
aradan qaldırmalı olur. Ordu, polis, milli meteoroloci xidmət, tikinti və s. bütün
bunlar dövlət fəaliyyətinin özünəməxsus istiqamətlərinə çevrilməklə dövlətin iqtisadi
rolunu daha da canlandırır. Kosmik və digər elmi tədqiqatlar, sosial təminat və s.
dövlət fondlarından maliyyələşdirildiyi üçün dövlət mühüm maliyyə subyekti kimi
maliyyə sahəsində həlledici rol oynayır. Bütün fiziki və hüquqi şəxsləri vergiyə cəlb
etməklə daxili məhsulun yenidən bölgüsünü şərtləndirir. Bazar iqtisadiyyatında
dövlət fəaliyyətinin üç mümkün növünü fərqləndirməklə onun rolunu müəyyən etmək
daha məqsədəuyğundur. Bu funksiyalara, ilk növbədə, səmərəliliyin artırılması,
57

bərabərliyin təmin olunması və makroiqtisadi sabitliyin, artımın stimullaşdırılması


aiddir. Səmərəliliyin artırılması dedikdə, bazar iqtisadiyyatının təbii inkişafından
yaranan mənfi təzahürlərin – ətraf mühitin çirklənməsinin, inhisarlaşmanın və s.
problem kimi həll edilməsi başa düşülür. Adam Smitin sözləri ilə desək, bazar
mexanizminin üstünlükləri yalnız o vaxt reallaşır ki, mükəmməl rəqabət bərqərar
olur. Belə bir şəraitin mövcudluğu bütün əmtəə və xidmətlərin bazarda öz həqiqi
qiymətinə mübadilə olunmasını təmin edir və hər hansı alıcının, yaxud satıcının bazar
qiymətlərinə və ümumiyyətlə, bazara təsir göstərməsini imkan xaricində qoyur.
Rəqabətə əks olan prosesin, yəni inhisarın zühür etməsi İqtisadi səmərəyə kəskin
mənfi təsir göstərdiyindən, onunla mübarizə müasir dövlətin İqtisadi siyasətində
mühüm əhəmiyyət kəsb edir. Dövlət bütün iqtisadi sahələrin təkmil rəqabət
çərçivəsində işləməsini təmin etməklə, bazarların ən yüksək texnologiya və minimum
miqdarlı resursların köməyilə cəmiyyətə lazım olan bütün nemətləri istehsal etməsinə
şərait yaradır. Ancaq bu vəzifənin yerinə yetirilməsi bazar iqtisadiyyatının əsas
səciyyələrinin təkmil rəqabət meyarlarına uyğun gəlməməsilə mürəkkəbləşir. Bu
uyğunsuzluğu şərtləndirən amillərin ən əsasları qeyri – təkmil rəqabət (məsələn,
inhisar), xarici səmərələr (məsələn ətraf mühitin çirklənməsi) və ictimai rifahın
(məsələn, milli müdafiənin) təmin olunması kimi qaçılmazlıqlardır ki, bunlar da
cəmiyyətin maddi sərvətinin bu və ya digər şəkildə israf olunmasına səbəb olur. Belə
bir şəraitdə yalnız dövlətin qüdrəti bütün problemlərin eyni vaxtda və optimal şəkildə
həll edilməsinə təminat verir. Texnika və texnologiya inkişaf etdikcə, dövlətin
üzləşməli olduğu mənfi təzahürlərin miqyası da genişlənir. Ümumi inkişaf
nəticəsində istehsal olunan enercinin, kimyəvi və s. zərərli məmulatların həcmi
durmadan artır ki, bu da həmin problemlərin əleyhinə mübarizənin çətin olduğunu, o
cümlədən, ətraf mühitin çirklənməsinin daha böyük təhlükəyə səbəb olmasını
şərtləndirir. Bu cür qlobal problemlərin həlli təklikdə, ayrı-ayrı dövlətlərin deyil,
bütün dünya dövlətlərinin səylərinin birləşməsini tələb edir. Məhz bu baxımdan
dövlət tənzimində istehsalın mənfi təzahürləri ilə – suyun və havanın çirklənməsi,
faydalı qazıntılardan dağıdıcı istifadə, zəhərli tullantılar, təhlükəli dərman vasitələri,
radioaktiv materaillar və s. ilə münasibətə ciddi diqqət yetirilir.
Dövlət üzərinə düşən mühüm vəzifələri yerinə yetirmək üçün böyük həcmdə
vəsaitlərə malik olmalıdır. Belə vəsaitlər üçün əsas mənbə rolunu vergilər oynayır.
Müxtəlif gəlirlər üçün müəyyən edilmiş vergilərin səviyyəsini dəyişməklə, vergi
güzəştləri etməklə, vergi almanın minimum səviyyəsini aşağı salmaqla dövlət İqtisadi
tsiklə təsir etmək, yüksək inkişaf sürətini təmin etməyə çalışır. Bazar İqtisadiyyatının
əsas təmayüllərindən biri də gəlirlərin sosial ədalət və bərabərlik prinsipi əsasında
bölüşdürülməsi mexanizminin mövcud olmasıdır. Yuxarıda cəmiyyətin maddi və
intellektual resurslarından səmərəli istifadə olunmasında, iqtisadiyyatın istehsal
imkanlarının mümkün həddində işləməsində dövlətin əvəzsiz rolu açıqlandı. Ancaq
58

belə bir şərait tam bərqərar olduqda belə, bazar İqtisadiyyatının sosial bərabərlik
əsasında işləməsinə təminatı yalnız, yenə dövlət verə bilər. Qeyd etmək lazımdır ki,
qocalara, əlillərə, işsizlərə və s. imkansız şəxslərə dövlətin verdiyi transfert ödənişlər
gəlirlərin ədalətli bölgüsünün əsas amillərindən biridir. Digər vasitə dövlət tərəfindən
azgəlirli qrupların subsidiyalaşdırılması, ərzaq, mənzil, tibb xidməti sahəsində
dotasiyaların verilməsi ümumi gəlirlə müqayisədə çox az olsa da, sosial və maddi
təminat sferasında nəzərəçarpan dəyişikliklərlə müşayiət olunur. Dövlətin
İqtisadiyyata müdaxiləsi nə qədər geniş miqyaslı olsa da, qüvvələrin azad oyunu
xroniki bəlalar törətməkdə davam edir. Bazar İqtisadiyyatının bərqərar olduğu
dövlətlərdə onu müşayiət edən inflyasiya, işsizlik, istehsal böhranları və s. problemlər
yalnız son onilliklərdə əsaslı dövlət İqtisadi siyasətinin təsiri altında öz təsirini
qismən itirmişlər.
Bazar İqtisadiyyatı nə qədər təkmil olsa da, bütün İqtisadi qurumlar kimi, o da
bütün tələbatları ödəməyə qadir deyil. Tələbatların qeyri – bərabər ödənməsi ona da
xasdır. Gəlirlərin dəstəklənməsi üzrə dövlətin yeritdiyi siyasət yoxsulluqla
mübariəznin mühüm dövlət məqsədi olmasına dəlalət edir. Sosial təminat dövlətin
İqtisadi subyekt kimi fəaliyyətində mərkəzi yer tutur. Bu sahədə dövlət siyasəti iki
istiqamətdə – sosial sığorta və dövlət yardımı proqramları istiqamətində təzahür
olunur. Sosial sığorta təqaüdə və müvəqqəti işsizliyə görə təminatı nəzərdə tutduğu
halda, dövlət yardımı çoxuşaqlı ailələrə, analığa görə, təbii fəlakət və s. səbəblərdən
dövlətin həyata keçirdiyi xeyriyyə proqramıdır.
6.Makroiqtisadi göstəricilər sistemi
MHS-nin makroiqtisadi göstəricilərinin hesablanmasının müəyyən
metodologiyası vardır. Həmin göstəricilər makrosəviyyədə beynəlxalq statistikada
istifadə olunurlar:
- ümumi daxili məhsul;
- ümumi milli məhsul;
- ümumi iqtisadi mənfəət;
- iqtisadiyyatdan xalis mənfəət;
- xalis daxili gəlir ;
- əldə olan milli gəlir;
- ümumi milli yığım;
- xalis milli yığım;
- milli sərvət;
Qeyd etmək lazımdır ki, MHS-nin əsas makroiqtisadi göstəricilərinin hər biri,
iqtisadiyyatın ayrı-ayrı bölmələrinə və ya ayrıca təsərrüfat subyektinə, fəaliyyətinə
uyğun gəlir. Bunlar isə aşağıdakılardır:
- ümumi məhsul buraxılışı;
- ümumi əlavə dəyər;
59

- xalis əlavə dəyər;


- ümumi mənfəət;
- reallaşdırılmış məhsul;
- xalis qarışıq gəlir;
- sahibkarların gəlirləri;
- əsas və dövriyyə fondları ehtiyatları.
Beləliklə, MHS iqtisadiyyatda tarazılığı müəyyən edən əməliyyatları,
funksiyaları, qarşılıqlı iqtisadi hesabların müxtəlif əlaqələrinin kombinasiyalarını əks
etdirməklə, həm də onların proqnozlarının hazırlanmasına imkan verir. Milli hesablar
sistemi makroiqtisadi prosesləri özündə əks etdirərək, onları bir-birilə qarşılıqlı
əlaqələndirir, praktiki olaraq tənzimləyir.
Milli iqtisadi inkişafda milli hesablar sisteminin rolu böyükdür. Bu, ilk baxışda
təsviri xarakter daşısa da, əslində iqtisadi hadisə və proseslərin dərk edilməsində,
müxtəlif əməliyyatların proqnozunun verilməsində, milli təsərrüfat vahidləri arasında
tarazılığın yaradılmasında, sahələrarası balansların qurulmasında bir vasitədir.
Milli hesabların əsas növləri konkret istehsal-təsərrüfat – fəaliyyətinin həyata
keçirilməsi üzrə qruplaşdırılır. Hər bir hesab bu fəaliyyətin tərəflərindən birini əks
etdirir. MHS iqtisadiyyatın strukturunu iqtisadi proseslərin əsas nəticələrinin və
ümumi təsvirinin üzə çıxarılması üçün informasiyaların nizama salınması qabaqcadan
nəzərə alınmalıdır.
Müasir MHS-nin mühüm tərkib hissəsi olan sahələr arası balansdır (SAB). O,
məhsulların istehsalı və onun sahələr üzrə bölgüsü balansıdır. Ondan istiqasdi inkişaf
proqnozlarının hazırlanması, ayrı-ayrı amillərin ölkə iqtisadiyyatına təsirinin təhlili
üçün istifadə edilir.
MHS-də ayrı-ayrı qruplar üzrə hesablar aşağıdakı kimi təsnifatlaşdırılır:
A) - iqtisadiyyatın sektorları üzrə
B) - iqtisadiyyatın sahələri üzrə
V) - ayrı-ayrı iqtisadi əməliyyatlar üzrə
Q) bütövlükdə iqtisadiyyat üzrə
Ümumi məhsul buraxılışı istehsal olunmuş bütün əmtəə və xidmətlərin
dəyəridir. O, dəyərlərin təkrar hesablanmasını əks etdirmir, yəni istehsal prosesində
sərf olunmuş əmtəə və xidmətlərin dəyəri kənar edilir.
İstehsaldakı xərclər kimi çıxış edən digər əmtəə və xidmətlərdən də istifadə
olunur ki, bu da aralıq istehlak adlanır. Aralıq istehlak - hesabat dövründə istehlak
prosesində tam istehlak olunan əmtəə və xidmətlərin dəyəridir. ümumi əlavə dəyər
aralıq istehlak və əmtəə xidmət buraxılışı arasındakı fərq kimi iqtisadiyyatın sahələri
səviyyəsində hesablanır və bu göstəriciyə istehsal prosesində sərf edilmiş əsas
kapitalın dəyəri daxil edilir.
60

Makroiqtisadi inkişaf səviyyəsini təhlil etəmk üçün iki sintetik göstəricidən


istifadə olunur: 1. ümumi daxili məhsul; 2. ümumi milli məhsul.
İqtisadiyyatın makrosəviyyədə təhlilində mərkəzi göstərici Ümumi Daxili
Məhsul (ÜDM) sayılır.
İkinci mühüm göstərici Ümumi Milli Məhsul (ÜMM) hesab edilir. Onların hər
ikisi iqtisadiyyatın istehsal və xidmət sahələrinin fəaliyyətinin nəticəsini əks
etdirirlər. Hər ikisi bir ildə əmtəə və xidmətlərin son dəyər ifadəsini əks etdirir. Onlar
cari və sabit (dəyişməz) qiymətlərlə hesablanırlar.
Ümumi Daxili məhsul ərazi əlaməti üzrə hesablanır. Yəni Ümumi Daxili
Məhsul milli mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisində yerləşən
müəssisələrin (maddi və xidmət sahələrinin) məhsullarının məcmuu dəyəri kimi
müəyyən olunur.
Ümumi Milli Məhsul isə milli müəssisələrin yerləşdiyi yerdən asılı olmayaraq
(öz ölkəsində və xaricdə) milli iqtisadiyyatın məhsulları məcmuu dəyəri kimi
hesablanır.
ÜDM – bir il ərzində iqtisadiyyatda yaradılmış əmtəə və xidmətlərin bazar
dəyərinin cəmidir. ÜDM – müəyyən dövr ərzində mövcud ölkənin ərazisində istehsal
olunmuş bütün məhsulun dəyəri ilə ölçülür. Bunun ölkə və xarici vətəndaşlar
tərəfindən istehsal edilməsinin fərqi yoxdur.
ÜDM-in hesablanmasında üç əsas metoddan istifadə olunur:
1. Məsrəflər üzrə ÜDM hesablanması;
2. Gəlirlər üzrə ÜDM-in hesablanması.
3. Əlavə edilmiş dəyər üzrə ÜDM hesablanması;
I. Məsrəflər üzrə ÜDM-in hesablanması:
ÜDM = C + I + G + Xn
1) Əhalinin istehlak xərcləri (C);
2) Ümumi investisiyalar (I);
3) Əmtəə və xidmətlərin dövlət alışı (tədarükü) (G)
4) Xalis ixracat (ixrac və idxalın fərqi) – (Xn)
II. ÜDM-in gəlirlər üzrə hesablanması:
ÜDM = W + r +R + m +d + T
1) Əmək haqqı (W)
2) Faiz (r)
3) Renta (R)
4) Mənfəət (m)
5) Amortizasiya (d)
6) Dolayı vergilər (T).
III. ÜDM-in əlavə edilmiş dəyər üzrə hesablanması (bu istehsal metodu adlanır).
Bu ÜDM-in bir il ərzində istehsal olunmuş son məhsulun hər bir mərhələsində əlavə
61

edilmiş dəyərlərin məcmusudur. Əlavə edilmiş dəyər firmaların istehsal etdiyi


məhsulun dəyəri ilə başqa firmaların xammalın, materialın, yəni aralıq məhsulların
alınmasına sərf etdiyi məbləğ arasındakı fərqdir. Bu halda ÜDM-in kəmiyyəti bütün
istehsalçı firmaların əlavə etdikləri dəyərlərin cəmidir.
ÜMM-ə və ÜDM-ə yeni yaradılmış dəyərlə yanaşı amortizasiya da daxildir (əsas
kapitalın bərpasına sərf olunan). İllik amortizasiyanı ÜDM-dən çıxdıqda Xalis milli
məhsul (XMM) qalır. XMM-a dövlətin müəyyən etdiyi dolayı vergilər də daxildir.
XMM-dən dolayı vergiləri çıxdıqda yerdə qalan milli gəlir (Milli gəlir) adlanır.
Müasir nəzəriyyələrə görə MG bütün iqtisadi agentlərin gəlirinin cəmidir. MG maddi
istehsal sferasında və qeyri-maddi xidmət sahəsində yaradılır. Bu nəzəriyyələrə görə
MG ÜDM istehsalı zamanı ödənilmiş əmək haqqı, mənfəət, faiz və rentanın
cəmindən ibarətdir. Başqa sözlə, MG ÜDM-dən amortizasiya ayırmaları və dolayı
vergilər çıxıldıqdan sonar yerdə qalan hissədir.
MG = ÜDM – (d+T)
MG = W + r +R + m
Sərəncamda qalan gəlir ev təsərrüfatının il ərzində əldə etdiyi gəlirdir.
Qazanılmış gəlirlərdən sosial sığorta ödəmələri, müəssisənin mənfəətindən vergilər
çıxılır, onlar əhalidə qalmır. Dövlətdən transfertlər (müavinətlər) əhalinin
sərəncamına keçir və onların gəlirlərinin bir hissəsini təşkil edir. Beləliklə,
sərəncamda qalan gəlir faktiki əldə edilmiş gəlirdir.
Sərəncamda qalan şəxsi gəlir = MG – müəssisələrin mənfəətindən vergilər –
sosial sığortaya ayırmalar – fərdi gəlir vergisi – korporasiyaların bölünməmiş
mənfəəti + transfert ödəmələri.
Bu, əhalinin bilavasitə istifadə edəcəyi gəlirdir. Ancaq bu gəlirlərin
hesablanması və əhalinin ehtiyaclarını ödəməsi dərəcəsi qiymətlərin səviyyəsindən
asılıdır.
7.Makroiqtisadi proqnozlaşdırma, prinsipləri, proqnozların növləri və onlann tədbiq
sahələri.
Proqnozlaşdırma iqtisadiyyatın dövlət tənzimlənməsi sisteminin əsas hissələrindən
biri olmaqla ölkədə mövcud olan əsas problemlərin və iqtisadi inkişafın
istiqamətlərini müəyyənləşdirilməsi vasitəsidir.
Dövlət səviyyəsində həyata keçirilən proqnozların əsas prinsiplərinə aşağıdakıları aid
etmək olar:
1) Variantlılıq: yəni proqnozlar bir neçə variantda hazırlanır, bu da konkret
şəraitdən asılı olaraq uyğun gələn variantın tətbiq edilməsinə gətirib çıxanr ki, bu da
qarşıya qoyulan məqsəddən asdı olaraq nəticənin düzgünlüyünə imkan yaradır.
2) Yoxlanılma: bu zaman proqnozların dəqiq olması qəbul ediləcək qərarların
düzgünlüyünün əsaslandırılmasının əsas amilidir. Ona görə də daim verilən
proqnozların dəqiqliyi yoxlanılmalıdır.
62

3) Gəlirlilik: proqnoza çəkdən xərc onun reallaşdırılmasından əldə eddəcək


səmərədən az olmalıdır. Əks təqdirdə proqnozların aparılması mənasız olar.
4) Daimilik: proqnozlar vaxtaşırı deyil daim həyata keçirilir və yeni
məlumatların daxil olması ilə onlarda düzəlişlər aparılır.
5) Sistemlilik: müxtəlif səviyyələrdə həyata keçirilən proqnozlar bir-biri də
əlaqəli olduğundan bu xüsusiyyət daim nəzərə alınmalıdır, proqnozlann göstəriciləri
arasında uyğunluq və əlaqə olmalıdır.
Proqnozlaşdırma zamanı aşağıdakı mərhələlərə əməl olunur:
1. Proqnozdan əvvəl obyektin seçilməsi və istiqamətin müəyyən edilməsi.
2. Proqnoz üçün qoyulan məsələnin işlənib hazırlanması.
3. Proqnoz retrospeksiyası (obyektin inkişaf tarixini tədqiq etmək və sistemli
yanaşmanı müəyyənləşdirmək).
4. Proqnoz diaqnozu (inkişaf istiqamətini müəyyən etməklə gələcək inkişaf
tendensiyasını görmək).
5. Proqnoz konsepsiyası: proqnoz diaqnozu əsasında və onun nəticələrinə görə
proqnozu işləyib hazırlamaq.
6. Proqnozun yoxlanılması.
7. Lazım gəldikdə korrektə (düzəliş) edilməsi.
Proqnozlar təsnifat xarakterinə görə aşağıdakı qruplara bölünür ki, bu qrupların hər
birində, öz növbəsində, yanmqraplara bölünür:
I qrupa daxil olan proqnozlar tərkibinə görə aşağıdakı növlərə bölünür:
1. Axtanş: bu, proqnozlaşdırılan obyektin gələcəkdəki mümkün vəziyyətini
xarakterizə edən proqnozdur.
2. Normativ: bu, proqnozlaşdırılan obyektin hər hansı bir vəziyyətə çatması üçün
lazım olan yolları və vaxtı xarakterizə edən proqnozdur.
3. Kompleks: bu proqnoz həm axtarış, həm də normativ proqnozun elementlərini
özündə əks etdirir.
II qrup proqnozlara, özündə əks etdirdiyi xüsusiyyətlərin xarakterindən asılı
olaraq aşağıdakı proqnozlar aid edilir:
1. Kəmiyyət: bu zaman proqnoz kəmiyyət göstəricilərinə əsaslanır.
2. Keyfiyyət: bu zaman proqnoz keyfiyyət göstəriciləri əsasında qumlur.
3. Sistemli: proqnoz obyekt haqqında sistemli təsəvvür yaradır.
Hi qrupa göstərilən nəticələrin diskretliyindən asılı olaraq
aşağıdakı proqnozlara aid edilir:
1. İnterval: bu zaman proqnozun nəticələri müəyyən vaxt və s. intervalında əks
olunur.
2. Nöqtəvi: bu zaman proqnozun nəticəsi vahid göstərici üzərində qumlur.
IV qmpa vaxt müddətindən asılı olaraq aşağıdakı proqnozlar daxil edirlər.
1. Operativ: proqnoz bir ay müddətində müəyyən edilir.
63

2. Qısamüddətli: proqnoz bir aydan bir ilə qədər təyin olunur.


3. Ortamüddətli: proqnoz 1 ildən 5 ilədək vaxta şamil edilir.
4. Uzunmüddətli: proqnoz 5 ildən 15 ilə qədərki dövrü əhatə edir.
5. Daha uzunmüddətli: proqnoz 15 ildən yuxan dövrü əhatə edir.
V qrupa proqnozlaşdınlan xüsusiyyətlərin sayından asılı olaraq aşağıdakı proqnozlan
daxil edirlər:
1) Birölçülü proqnozar: bir kəmiyyət və yaxud keyfiyyət göstəricisi üzərində
qumlur.
2) Çoxölçülü proqnoz: bir və yaxud bir neçə kəmiyyət və keyfiyyət göstəriciləri
üzərində qurulur.
VI qrupa əhatə dairəsinə görə aşağıdakı proqnozları daxil edirlər:
1. Lokal: hər hansı bir dövlət daxilində regionun bir hissəsi.
2. Regional: verilən dövlətin hər hansı bir regionunu.
3. Regionlararası.
4. Dövlət.
5. Dövlətlərarası.
6. Qlobal.
VII qmpa xalq təsərrüfatının quruluşuna görə aşağıdakı proqnozları daxil edirlər:
1. Sahəvi.
2. Sahələrarası.
3. Ərazi istehsal təyinatına görə.
Bazar iqtisadiyyatında proqnozların sayı, göründüyü kimi həddən artıq çoxdur,
lakin onlardan 20-si geniş tətbiq olunur. Bütün proqnozlar 3 metodlar qrupunda
cəmlənir:
I qmp: bu riyazi üsullarla hesablanan proqnozlardır (faktoqrafik).
II qmp: mütəxəssis rəyi əsasmda təyin edilən proqnozlar (Ekspert metodu).
III qmp: proqnozların dəqiqliyini yoxlayan metodlar (yoxlama metodları).
1) Faktoqrafik metoda məxsus olan proqnozlar faktiki informasiyaya əsaslanır.
Onlar sosail iqtisadi proqnozların riyazi hesablamalar əsasında həyata keçirilirməsinə
xidmət edir. Bu qmpda aşağıdakı metodları misal göstərmək olar: tarixi analogiya,
riyazi analogiya, avtoreqresiya, arqumentlərin qmp şəklində nəzərə alınması,
interpolasiya və s.
2) Ekspert metodlarına aid olan metodlar sırf ekspert- mütəxəssis məlumatının
üzərində qumlur və bu metodlar riyazi hesablamalar mümkün olmadıqda tətbiq edilir.
Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: Delfı metodu, fərdi ekspert
qiymətləndirilməsi metodu, ekspert komissiyası metodu, məhkəmə metodu, intervyu
metodu və s.
3) Yoxlama metodları çox vaxt proqnozların dəqiqliyini müəyyən edərkən
tətbiq edilir və bu metodlar həm riyazi, həm də ekspert məlumatları əsasında təyin
64

edilə bilir.
Makroiqtisadi səviyyədə proqnozlaşdınlan obyektin gələcək vəziyyətini
müəyyən etmək üçün makroiqtisadi ssenarilərdən istifadə olunur. Ssenarilər
proqnozlaşdırmalann bütün mərhələlərində istifadə edilir və işlənib hazırlanır. Bazar
iqtisadiyyatında onlardan uzunmüddətli perspektivə və ölkənin istehsal potensialım
müəyyən etmək üçün istifadə olunur. Bu zaman aşağıdakı 2 əsas metodlara üstünlük
verilir:
1) İstehsalın həcmini istehsal amilləri ilə əlaqələndirilən istehsal funksiyaları
metodları.
2) Biramilli modelllər.
İstehsal funksiyalarına aşağıdakıları aid edirlər:
l) Kobb-Duqlas istehsal funksiyası modeli: bu model ən sadə model olmaqla
məhsul buraxılışının həcminin istehsal amillərinin ehtiyyatlan ilə əlaqəsini və onlann
istifadəsinin səmərəliliyini əks etdirir. Bu funksiya aşağıdakı kimi ifadə olunur:

μ
Y = A∗K ∗L
1− μ
(6)
Burada: Y - buraxılan məhsulun həcmini;
K - kapitalı;
L - əmək ehtiyyatları;
A - əmsal olmaqla istehsalın miqyasının məhsul buraxılışına təsirini əks etdirir.
μ - kapitala uyğun olaraq məhsuldarlığın həddini göstərir;
1−μ - isə əmək ehtiyyatlarına uyğun olaraq məhsuldarlığın həddini göstərir.
Artım tempi zamanı bu düstur aşğıdakı formanı alır:
y = k * μ + 1 * (1−μ ) (7)
Burada, y - məhsul buraxılışının həcminin orta illik artım tempini;
k - kapitalın orta illik artımını əks etdirir;
μ - istehsalın həcminin kapitala görə elastiklik əmsalıdır;
1 - əməyə görə artım tempini əks etdirir.
(1−μ ¿ - əməyə görə istehsalın həcminin elastikliyi əmsalıdır.
Bu funksiyanın çatışmayan cəhəti odur ki, o, istehsal amillərinin səmərəliliyini
vahidə bərabər götürür, yəni istehsalın artımını əmək və kapitalın artımı ilə ciddi
əlaqələndirir, elmi-texniki tərəqqinin nailiyyətlərinin təsərini nəzərə almır. Ona görə
də bu funksiya digər alimlər tərəfindən təkminləşdirilmişdir.
2) Tinbergenin istehsal funksiyası. Tinbergen yuxanda göstərilən
asılılığı aradan qaldıraraq aşağıdakı düsturu irəli sürmüşdür:
Y = A∗K ∗L
α β
(8)
Əgər α və β -nın cəmi vahidə bərabər olarsa, onda funksiya Kobb-Duqlas
funksiyanın formasını qəbul edir. Əgərα və β vahiddən böyük olarsa bu iqtisadi
proqresi (inkişafı) əks etdirir və məhsul buraxılışının həcmi istehsal amillərinin
65

istehsalını üstələyir. Əgər α + β vahiddən kiçik olarsa, bu iqtisadi geriləməni əks


etdirir və istehsalın nəticələri istehsal amillərinin istehsalından aşağı olur.
Artım tempi zamanı, yəni göstəricilərin maksimal həddi olduqda bu formula
aşağıdakı şəkli alır:
y = k *α +1∗β (9)
α - kapitala gör ə istehsalın h əcminin elastikliyi əmsalıdır,
β - ə m ə y ə gör ə istehsalın h əcminin elastikliyi əmsalıdır.
2) Solounun istehsal funksiyası. Solou Kobb-Duqlas istehsal funksiyasını
elmi-texniki tərəqqinin təsiri altında dəyişməsini əks etdirmişdir. Bu zaman funksiya
aşağıdakı şəklə düşmüşdür:
μ 1− μ
Y = A K ∗L ∗ϵ
λ
(10)
Burada, ϵ natural loqarifmadır, λ−¿ isə elmi-texniki tərəqqi
hesabına məhsulun məcmu buraxılışının artım tempini əks etdirir. Artım tempi
zamanı formula aşağıdakı şəkli alır.
y = k µ + l ( 1- µ) + λ (11)
4)Ançişkinin istehsal funksiyası. Ançişkin elmi-texniki tərəqqinin (ETT) təsirini iki
hissəyə bölür:
l) asılı olmayan ETT (X) təsiri və 2)məhsulun bölüşdürülməsinin xarakterindən
asılı olan ETT ( v ). Ona görə düstur aşağıdakı şəkli alır:

1)asılı olmayan ETT ( λ ) t əsiri və 2)m əhsulun bölüşdürülm əsinin xarakterind ən


asılı olan ETT ( v ). Ona gör ə düstur aşa ğıdakı şəkli alır:
μ 1− μ
Y = A K ∗L ∗ϵ
λ+v
(12)
Artım tempi zamanı düstur aşa ğıdakı şəkli alır:
y = k µ + l ( 1- µ ) + λ + v (13)
İqtisadiyyatda sabit iqtisadi artımı saxlamaq üçün müəyyən şərtlərin təyin
edilməsi lazım gəlir. Bu şərtlərin təyini Harrod-Domar modeli vasitəsilə həyata
keçirilir. Model 2 formada ifadə oluna bilər:
I forma:
HxK=C (14)
Burada, H - milli gəlirin artım tempini göstərir. K - kapital əmsalıdır (yığımın
həcminin milli gəlirin artımına bölünməsi ilə tapılır). C - milli gəlirdə yığımın xüsusi
çəkisini əks etdirir, n forma:
PxKH = C (15)
Burada, P - iqtisadiyyatda tarazlığı saxlamağa imkan verən zəruri artım
tempidir.
K - 1% milli gəlirin artımını əldə etmək üçün tələb edilən kapitalın ölçüsüdür.
66

Proqnozların müxtəlif xarakterli olmasına baxmayaraq onlar fərdi və kompleks


proqnozlara bölünür, fərdi proqnozlar da, öz növbəsində sosial iqtisadi həyatın
aşağıdakı sahələrində mövcud dəyişiklikləri əks etdirir:
1) Ölkədəki demoqrafik vəziyyəti.
2) Ətraf mühitin və təbii ehtiyyatlann vəziyyəti.
3) Elmi-texniki nailiyyətlərin vəziyyəti və onların istehsala tətbiqinin səviyyəsi.
4) Əhalinin əmtəə və xidmətlərə olan tələbinin həcmi və dinamikası.
5) Əsas istehsal amillərinin vəziyyəti.
6) Xalq təsərrüfatının ayn-ayn sahələrinin inkişaf səviyyəsinin vəziyyəti.
8.Planlaşdırma iqtisadi siyasətin əsaslandırılması metodu kimi, indikativ
planlaşdırma, onun xüsusiyyətləri.
Bazar iqtisadiyyatına dövlətin ən əsas təsir alətlərindən biri planlardır. Bazar
iqtisadiyyatında tətbiq olunan planların aşağıdakı növləri var:
1) Makroiqtisadi planlar - bütün iqtisadiyyatın kompleks şəkildə inkişaf etməsini
nəzərdə tutan cari və ortamüddətli tədbirlər məcmusudur.
2) Strateci planlar - bazar iqtisadiyyatında ölkənin inkişaf pres- pektivlərini və
milli iqtisadi təhlükəsizliyini nəzərdə tutan uzunmüddətli tədbirlər məcmusudur.
3) İndekativ planlar - dövlət, regional, sahə səviyyəli olmaqla iqtisadi inkişafda
məsləhət xarakteri daşıyan planlardır.
4) İmperativ planlar - dövlət bölməsinə aid olan müəssisələrin inkişafının
planlaşdınlmasım nəzərdə tutulan aşağı səviyyədən yüksək səviyyəyə kimi tərtib
edilən və məcburi yerinə yetirilən planlardır.
İndekativ və imperativ planlar. İndekativ planlar kompleks sənəd olmaqla aşağıdakı
konkret göstəriciləri özündə əks etdirir:
1) Sosial iqtisadi inkişafın məqsədləri.
2) Onlara nailolma üçün tələb edilən tədbirlərin və vəsaitlərin həcmi və ölçüsünü.
3) Zəruri olan maliyyə və maddi ehtiyyatlar.
İndekativ planlann əsas xüsusiyyətlərinə aiddir:
1) Məsləhət xarakteri daşıyaraq yerinə yetirilməsinin məcburi olmaması. Bununla
yanaşı dövlət onlann yerinə yetirilməsi üçün stimullaşdırıcı amillərdən istifadə edir.
Onlara aşağıdakılar aiddir:
1) Hüquqi tədbirlərin qəbul edilməsi (qanunlann qəbul edilməsi və s.).
2) Qanunlann yerinə yetirilməsinə ciddi nəzarətin təşkil edilməsi.
3) İqtisadi tədbirlərin tətbiqi (vergi, kredit güzəştləri, onlardan azad edilmə və s.).
İndekativ planlar bir neçə variantda hazırlanır. Onların bir neçə variantda
hazırlanmasının əsas səbəbi dəyişən sosial-iqtisadi şəraitdə uyğun gələnin tətbiq
edilməsi ilə bağlıdır. İndeqativ planlar 10 bölmədən ibarət olur. Bunlar
aşağıdakılardır:
1) Makroiqtisadi göstəricilər bölməsi. Bu bölmədə ölkənin 10 əsas makroiqtisadi
67

göstəricisi əks edilir (ÜDM, ÜMM, milli gəlir və s.). Bu bölmədə, həmçinin ölkə
iqtisadiyyatında nəzərdə tudacaq struktur dəyişiklikləri də göstərilir.
2) Sosial inkişaf bölməsi. Burada əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sosial
minimumların və sosial xidmətlərin göstəriciləri verilir (səhiyyə, təhsil, mənzil-
təsərrüfat və s. xərclər).
3) İstehsalın inkişaf göstəriciləri bölməsi. Burada sahələrin, sahələrarası
komplekslərin və iri müəssisələrin xidmət sferası müəssisələrinin inkişaf
istiqamətlərini əks etdirir.
4) İstehlak bazan bölməsi. Əhaliyə satılan əmtəə və xidmətlərin istehsal və
reallaşdınlması göstəricilərini, həmçinin xarici iqtisadi əlaqələrdə və regionlar
arasında mallar mübadiləsini əks etdirir.
5) Əmək ehtiyyatlan bölməsi. Əhalinin əmək ehtiyatlarının və ölkənin əmək
potensialının formalaşmasının və istifadəsinin mərhələlərini əks etdirir. Burada
məşğulluq, işsizlik, kadrlann hazırlanması və yenidən hazırlanması, yerləşdirilməsi
və s. kimi məsələlər açıqlanır.
6) Elmi və elmi xidmət bölməsi. Burada ölkənin elmi potensialı, onun inkişafı və
səmərəli istifadə edilməsi istiqamətləri göstərilir.
7) İnvestisiya bölməsi. Bu bölmədə dövlətin birbaşa, dolayı investisiyaların, xarici
investisiyaların yerləşdirmə istiqamətləri və qədəri göstərilir.
8) Regional iqtisadi inkişaf bölməsi. Burada ölkənin inkişaf etmiş, zəif inkişaf
etmiş və depressiv (böhranlı) regionlarının vəziyyətini xarakterizə etməklə onların
inkişafında prioritetləri və dövlət himayədarlığı göstərilir.
9) Xarici iqtisadi əlaqələr bölməsi xarici iqtisadi fəaliyyətdə nəzərdə tutulan
yeniliklər və əsas istiqamətlər, tarif və qeyri-tarif metodlarında dəyişikliklər və s.bu
bölmədə əks olunur.
10) Maliyyə planı. Bu bölmədə dövlət büdcəsinin gəlir və xərclərinin istiqamətləri
göstərilir.
9.Proqram - məqsədli yanaşmanın iqtisadiyyatın tənzimlənməsinin metodu kimi.
Proqramları işləyib hazırlayarkən aşağıdakı prinsipləri əsas tuturlar:
1) Məqsədyönlülük - yəni əvvəlcədən, kəmiyyət etibarilə müəyyənləşdirilən
məqsədlərə nail olmaq üçün tədbirləri təyin etmək.
2) Sistemlilik - göstərilən məqsədlərə nail olmaq üçün qarşılıqlı əlaqəsi olan
tədbirləri (texnoloci, iqtisadi, təşkilati, inzibati, qanunverici və s.) sistem şəklində
ölkənin iqtisadiyyatı ilə əlaqələndirmək.
3) Resurs təminatı (ehtiyyatlarla təmin olunma) - hər bir proqramı işləyib
hazırlayarkən onu maliyyə, əmək ehtiyyatları və maddi ehtiyyatlarla təminini həyata
keçimək vacibdir.
4) Prioritetlik - proqramları işləyib hazırlayarkən qarşıya qoyulan məqsədin və
həll edilən problemin nə dərəcədə ölkə əhəmiyyətli və vacib olması təyin edilir. İlk
68

növbədə, ən vacibləri reallaşdırılır.


Proqramların maliyyə təminatı ya büdcə xərclərində, ya da məqsədli fondlar
hesabına həyata keçirilməklə nəzərdə tutulur. Bu zaman maliyyə, əmək və maddi
ehtiyyatlann verilməsi məsələsi İqtisadi inkişaf Nazirliyi tərəfindən təsdiq edilərək
təmin edilir. Proqramlar səviyyəsindən asılı olaraq sosial-iqtisadi problemlərin həlli
vəzifəsi yerinə yetirir.
5) Proqramın növləri və tərtibi mərhələləri.Sosial iqtisadi inkişafın
proqramlaşdırılması üçün aşağıdakıları fərqləndirirlər: dövlət səviyyəli proqramlar,
regional səviyyəli proqramlar, sahə səviyyəli proqramlar və məqsədli proqramlar.

Mövzu 5.
Dövlətin struktur və antiinhisar siyasəti
Suallar:
1.Dövlətin stryktur siyasətinin mahiyyəti
2. Konservativ iqtisadiyyat siyasəti
3. İqtisadiyyatın strukturunun tənzimlənməsi
4.Bazar sistemində azad rəqabət və onun formaları
5.Müasir bazar iqtisadiyyatı sistemində inhisarçılıq və onun xüsusiyyətləri
6. Dövlətin antiinhisar tədbirlər sistemi
7. Antiinhisar sistemi və onun təkmilləşdirilməsi istiqamətləri
8.İqtisadi konyunktura anlayışı və onun tənzimlənməsi
1.Dövlətin stryktur siyasətinin mahiyyəti
İqtisadiyyatın siyasi iqtisadi strukturu. İqtisadiyyatın bu strukturu mülkiyyət
növləri ilə birlikdə müxtəlif məhsuldar qüvvələrin sahələr və ərazilər üzrə mütənasib
bölüşdürülməsinin vahid məcmu kimi ifadə olunur. Siyasi iqtisadi struktur, istehsal
amillərinin region subyektləri üzrə yerləşdirilməsinin strategiyası və taktikasının
əsasında durur.
Bu strukturanın dəyişilməsi meylini respublika iqtisadiyyatında mövcud olan
əsas istehsal fondlarının belədir:
1. Balans dəyərində iqtisadiyyatda əsas istehsa fondları;
2. Sənayedə;
3. Kənd təsərrüfatında;
4. Tikintidə;
5. Nəqliyyat və rabitə;
6. Digər fondlar.
İqtisadiyyatın təşkilatı-funksional strukturu. Bu struktur milli iqtisadiyyatı təşkilatlar,
idarələr və habelə maraqlar səviyyəsində ifadə edir. Təşkilatı funksional struktur
iearxiya əsasında iqtisadi fəaliyyətin strukturunun əsasını qurmağa imkan verir.
69

İqtisadiyyatın təkrar istehsal strukturu. İqtisadiyyatın strukturuna belə yanaşma xalq


təsərrüfatının struktur elementlərini müəyyən etməyə imkan verir. Belə struktura
özündə istehsal və bazar, şəxsi və ictimai istehslak, elmi və mühəndis hazırlığı,
sahibkarlıq və marketinq, investisiya və intellektual hazırlığı və s.birləşdirir.
İqtisadiyyatın texnoloci strukturu. Texnoloci struktura istehsalın əsasını təşkil
edən texnoloci zəncirin vahid məcmunuəks etdirir.
İqtisadiyyatın resurs strukturu. Resurslardan səmərəli istifadə və onların
istehsalını nəzərdə tutur.
Dövlətin struktur siyasətinin əsasında iqtisadiyyatın prioritet sahələrinin
seçilməsi və onların inkişaf etdirilməsi durur.
Bu zaman iqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılması zəruriyyətə
çevrilir və aşağıdakı amillərlə şərtlənir:
-elmin ən qabaqcıl nailiyyətləri əsasında formalaşmış yeni sahələrə dövlət tərəfindən
maliyyə yardımının göstərilməsi ilə;
-təsərrüfat əlaqələrinin, xüsusilə sahələrarası əlaqələrin son dərəcə mürəkkəbləşdiyi
bir şəraitdə elmi-texniki tərəqqinin daşıyıcısı olan sahələrin inkişafının dövlət
tərəfindən stimullaşdırılması vasitəsilə iqtisadiyyatın sahələrarası strukturunu
təkmilləşdirilməsi zərurəti ilə;
-- Fiziki və mənəvi cəhətdən çox tez aşınan istehsal avadanlığının vaxtında
təzələnməsini stimullaşdırmaq məqsədi ilə;
-İqtisadi infrastruktur sahələrinin inkişafı məqsədi ilə;
-Ərazi problemlərinin həlli üçün iqtisadiyyatın ərazi strukturunun inkişafının
tənzimlənməsi yolu ilə.
Uzun illərin təcrübəsi göstərmişdir ki, bazar iqtisadiyyatı şəraitində dövlət əgər
göstərilən istiqamətlərdə düzgün struktur siyasəti yeritməzsə, iqtisadiyyatın
strukturunda elə zəif həlqələr yaranar ki, bütövlükdə iqtisadi-sosial inkişafı ləngidə
bilər.
İqtisadi strukturun həyata keçirilməsi üçün vəsait lazımdır. Bu vəsaitin əsas mənbəyi
vergi və amortizasiyalardır. Buna görə də iqtisadiyyatın strukturunun
tənzimlənməsinin mühüm alətlərini vergi və amortizasiya siyasəti təşkil edir.
Məsələn, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində istehsal təyinatlı
avadanlığın alınmasına yönəldilən əsaslı vəsait qoyuluşunun müəyyən hissəsi üçün
xüsusi korporasiyalara vergi güzəştləri müəyyən edilir. Bu güzəştin mahiyyəti ondan
ibarətdir ki, kompaniyalara həmin məqsədə yönəldilmiş vəsaitin müəyyən
hissəsindən (7-12 faizə qədər) büdcəyə ödənilən verginin azaldılması hüququ verilir.
Bu tədbir iqtisadiyyatın müəyyən sahələrinin xüsusən ağır maşınqayırma,
cihazqayırma, rabitə, nəqliyyat və s. istehsalı sahələrinin məhsulları üçün iqtisadi
konyukturanın genişlənməsinə və nəticədə onların sürətlə inkişafı üçün şərait yaradır
70

ki, bu da iqtisadiyyatda dövlətin nəzərdə tutduğu istiqamətlərdə struktur


irəliləyişlərinin şərtləndirir.
«Azalan qalıq» metodunun mahiyyəti ondan ibarətdir ki, ondan istifadə edilərkən
birincisi bir qayda olaraq amortizasiyalaşma metodundan olduğundan 1,5- 2,0 dəfə
yüksək amortizasiya norması müəyyən olunur, ikincisi isə, amortizasiya ayırmaları
əsasən kapital qalıq dəyərindən sabit faizlərlə müəyyən olunur.
Bu metodun mahiyyətini şərti rəqəmlərlə izah edik.
Cədvəl 1.
«Azalan qalıq» metodu ilə əsas kapitalın sürətli amortizasiyalaşması
Azalan qalıqla
Bərabər amortizasiyalaşma amortizasiyalaşma
Əsas
kapitalın Amortizasiya Əsas kapital Amortizasiya
dəyəri, ayırmalar dəyəri, mln. ayırmalar
Sıra mln.man 10% man 20%
1. 20000 2000 20000 4000
2. 20000 2000 16000 3200
3. 20000 2000 12900 2560
4. 20000 2000 16240 2048
5. 20000 2000 8192 1638
6. 20000 2000 6554 1310
7. 20000 2000 5244 1048
8. 20000 2000 4196 840
9. 20000 2000 3356 672
10. 20000 2000 2684 536
11. 20000 2000 2148 17852

Cədvəldən göründüyü kimi, hər il 2,0 min manat bərabər ayırmalar aparan ənənəvi
metoddan fərqli olaraq sürətlənmiş «azalan qalıq» metodu ilə əsas kapitalın daha
sürətlə amortizasiya olunması təmin olunur. Məsələn, əgər birinci 3 il ərzində
bərabər metodla əsas kapitalın cəmin 30%-i (6000 mln.man.) amortizasiyalaşırsa,
sürətli metodla onunla təxminən yarısı (48,8 %-i 9760 mln.man.) amortizasiyalaşır.
Bu isə iqtisadiyyatın aparıcı, üstün sahələrində imkan verir ki, avans olunmuş kapital
daha sürətlə dövr etsin, bazar riski azaldılsın və bu yolla bura başqa sahələrdən
kapital axını təmin olunsun.
Sürətli amortizasiyalaşmanın digər metodu «rəqəmlər cəmi» metodudur. Bu metodun
mahiyyəti ondan ibarətdir ki, ondan istifadə olunan zaman amortizamiya norması əks
71

ardıcıllıqla əsas kapitalın işləmə müddətinin rəqəmlər cəminə bölməklə


müəyyənləşdirilir. Kifayət qədər mürəkkəb mexanizmə malik olan bu metodun
mahiyyətini də şərti rəqəmlərlə izah edək.
Cədvəl 2
«Rəqəmlər cəmi» metodu ilə amortizasiya normasının müəyyən edilməsi qaydası.
Əsas kapitalın Əks ardıcıllıq Amortizasiya %
işləmə müddəti yazılmış illər sırası norması
2: 1.
1 2 3 4
1 10 10\55 18,2
2 9 9\55 16,4
3 8 8\55 14,5
4 7 7\55 12,7
5 6 6\5 10,9
6 5 5\55 9,1
7 4 4\55 7,3
8 3 3\55 5,5
9 2 2\55 3,6
15 1 1\55 1,8
55 55 55\55 100,0

Cədvəldən göründüyü kimi bu metoddan istifadə edilən zaman birinci il üçün


bərabər metodla müqayisəyə görə (80 %) təxminən 1,8 dəfə yüksək amortizasiya
norması (18,2 %) formalaşır. Digər tərəfdən isə birinci ilin amortizasiya norması son
ilin amortizasiya normasından (1,8 %) 10 dəfə yüksək olur.Dövlətin struktur
siyasətində kredit-pul siyasətindən də geniş istifadə olunur. Bu siyasət vasitəsilə
dövlət tərəfindən elə makro-iqtisadi şərait yaradılır ki, iqtisadiyyatda üstünlün
verilən sahələrin xeyrinə struktur dəyişiklikləri baş versin.
Struktur siyasətinin bir başa metodlara aşağıdakılar daxildir:
a) dövlət tərəfindən əmtəə və xidmətlərin alınması;
b) elmi-tədqiqat, təcrübə, konstruktor və layihə işlərinin dövlət bıdcəsindən
maliyyələşdirilməsi;
v) iqtisadiyyatın ayrı-ayrı sahələrinin subsidiyalaşması və kreditləşməsi.
2. Konservativ iqtisadiyyat siyasəti
72

Konservativ iqtisadiyyat elə iqtisadi-siyasi nəzəriyyələr kompleksidir ki, dövləti


təsərrüfat funksiyasının məhdudlaşdırılmasına, bazarın özünü idarə funksiyasının
genişlənməsinə, sosial qeyri-bərabərliyinin artmasına istiqamətlənmişdir.
Konservativ iqtisadiyyata neoklassik və neoliberal iqtisadi nəzəriyyələr – monetarizm
konsepsiyaları daxildir. Bu konsepsiyalara aiddir:
Səmərəli gözləmə konsepsiyası.
İqtisadi təklif nəzəriyyəis.
Mülkiyyət hüququ nəzəriyyəsi.
Tənzimləmə nəzəriyyəsi (sahibkarlığa qarşı dövlət tərəfindən qoyulan bütün inzibati
amiranəlik normalarının ləğv edilməsi)
Bütün bu konsepsiyaların ana xəttini, təsərrüfat vahidlərinin hərəkətlərinin
maksimumlaşdırılması, bazarın özünün idarə bacarığına inanılma və dövlətin
makrosəviyyədə həll etmək istədiyi problemlərə tənqidi yanaşma təşkil edir.
Konservativ iqtisadi uyğunlaşma tərəfdarları qeyd edirdilər ki, dövlətin iqtisadi
siyasətinin məhdudlaşdırılması əsasən aşağıdakı istiqamətlərdə olmalıdır:
Tələbatın tənzimlənməsinin, təklifin tənzimlənməsinə aparılmasının məhdudlaşması.
Makroiqtisadi tədbirlərin həyata keçirilməsinin məhdudlaşması.
Bazarın uyğunlaşma imkanının məhdudlaşması.
Qısa müddətli dövlət təcavüzünün uzunmüddətli təcavüzə keçməsini
məhdudlaşdması;
3. İqtisadiyyatın strukturunun tənzimlənməsi
İqtisadi inkişafda dövlətin struktur siyasəti onun aparıcı sahələrinin müəyyən
edilməsidir. Struktur siyasətinə həmçinin, istehsalın intensivləşdirmə səviyyəsinin
seçilməsi, sahə strukturunun formalaşması, əsaslı vəsait qoyuluşundakı siyasət və
təbii resurslardan səmərəli istifadə edilməsi daxildir.
Struktur siyasəti iqtisadi inkişafın artım amillərinin bölüşdürülməsi və istifadə
istiqamətlərinin müəyyən edilməsi ilə həyata keçirilir.
İqtisadiyyatın inkişafının struktur siyasəti dəyişkəndir. Belə ki, cəmiyyətin inkişafının
reallığından asılı olaraq o, dəyişilə bilər.
Struktur anlayışı – eyni cinsli məhsul istehsal edən, bir-biri ilə daxili əlaqəyə malik
olan, eyni və ya oxşar funksiyaları yerinə yetirən sahələrin məcmusunu əks etdirir.
Məsələn, sənaye, kənd təsərrüfatı, nəqliyyat və s.
Xalq təsərrüfatının strukturunun müəyyənləşdirilməsi qayğısı əsasən dövlətin üzərinə
düşür. Çünki, bazar iqtisadiyyatı şəraitində özəl müəssisələrlə yanaşı dövlət
mülkiyyəti də fəaliyyət göstərir. Özəlləşdirilmiş müəssisələr tələb və təklifdən asılı
olaraq öz işlərini planlaşdırır və daha çox mənfəət almağa çalışırlar.
İqtisadi strukturun dəyişilməsinin müsbət nəticələrinin alınması üçün struktur
effektliyi müəyyən edilir. Bu struktur dəyişikliyi indeksi ilə xalq təsərrüfatının əsas
göstəricilərinin dinamikası arasındakı əlaqəni göstərir.
73

Struktur dəyişikliyi indeksi belə hesablanır:


Struktur dəyişikliyi indeksi belə hesablanır:
a1 +a2 + a3+ , … … … . ,+ an
C=
n
a-struktur elementinin dəyişilməsinin mütləq mahiyyətini, n- elementlərin sayını
göstərir.
Dövlətin struktur siyasəti elə olmalıdır ki, istehsalın inkişafına struktur dəyişikliyi
aparmaq yolu ilə təsir göstərə bilsin.
4. Bazar sistemində azad rəqabət və onun formaları
Rəqabət latın sözü olub «qarşılaşmaq, üz-üzə gəlmək» mənasını daşıyır.
Rəqabət yaxşı mənada tərəflərin yarışmasıdır. Təkmil və qeyri-təkmil rəqabət
fərqləndirilir. Təkmil rəqabətin (ona “polipoliya” da deyirlər) əsas əlamətləri bunlar
hesab edilir:
- istehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu;
- inkişaf etmiş əmtəə münasibətləri, alıcı və satıcıların çoxluğu;
- ümumi bazar sövdələşməsində alıcı və satıcıların xüsusi çəkisinin az olması;
- müxtəlif istehsalçıların məhsullarının keyfiyyətinin eyni olması.
Qeyri-təkmil rəqabət özlüyündə azad və inhisar rəqabətinə ayrılır.
Dünya iqtisad elmləri azad bazar fenomenin mahiyyətini şərh edən əlamətlər
sistemini formalaşdırmışdır. Həmin əlamətlərdən birincisi rəqabət iştirakçılarının
sayının qeyri-məhdudluğu, onların bazara daxil ola bilməsi və ondan sərbəst çıxması
imkanıdır. Bu o deməkdir ki, hər bir adam istədiyi vaxt sahibkarlıqla məşğul ola bilər
və onu dayandıra bilər. O, bunu müxtəlif yollarla həyata keçirir. Qeyd etmək lazımdır
ki, azad bazara dövlət mülkiyyətindən başqa bütün mülkiyyət formalarının müxtəlif
növləri xasdır və hər bir kəs onun istədiyi formasından istifadə edə bilər.
İkincisi, material, əmək, maliyyə və s. resursların mütləq səfərbərliyidir. Çünki,
pul qoyan şəxs onu elə elə-belə boş yerə sərf etmək üçün yox, gəlir götürmək
məqsədilə həyata keçirir. Məsələn, o, səhm alıbsa onu ancaq gəlir götürmək xatirinə
alıb. O, buna o vaxt nail ola bilər ki, onun kapitalının yerləşdirməsi nəticəsində
istehsal genişlənir.
Üçüncüsü, qiymət, tələbat, gəlir norması və s. haqqında rəqabət iştirakçısının
tam məlumatlılığıdır. Çünki, rəqabət iştirakçısı belə məlumata malik olmazsa, öz
fəaliyyətinin düzgün variantını seçməkdə çətinlik çəkə bilər. Məsələn, o, ayırd edə
bilməz ki, ev və ya səhm alsın, yaxud kapitalını hansı istiqamətə sərf etsin və s. Tam
informasiyaya malik olan rəqabət iştirakçısı öz vəsaitini daha sərfəli isitiqamətə
yönəldə bilər.
Dördüncüsü, sərbəst rəqabətin iştirakçılarının heç biri, digərinin qəbul etdiyi
qərara maneçilik törədə bilməz. Çünki, rəqabətin iştirakçılarının sayı çoxdur və
onların hər birinin istehsalda və təklifdə xüsusi çəkisi azdır, onların öz məhsullarını
74

satmaq istədikləri qiymət isə bazar qiymətində ifadə oluna bilməz. Belə çıxır ki,
bazar qiyməti ayrı-ayrı subyektin istədiyindən asılı olmayaraq bazar mexanizmi ilə
(görünməyən əl) müəyyən olunur.
Göründüyü kimi azad bazar sistemində hər hansı formadakı inhisara yer qalmır,
inflyasiya aradan qalxır, məcburi işsizlik və ifrat istehsal yoxdur. Hər hansı ixtiyari
bazarın əsas parametrləri - tələb, təklif və qiymət sayılır. Onların qarşılıqlı əlaqəsi
aşağıdakı qrafikdə verilmişdir.
Tələb qiyməti və məhsulun miqdarı arasında qarşılıqlı əlaqə.

P Qrafik 1.
Rs
P1
T
pt R

0 q1 Q

P- qiymət və Q-məhsulun həcmi


Fərz edək ki, hər hansı əmtəə bazarında azad rəqabət recimi fəaliyyət göstərir.
Bu o deməkdir ki, həmin bazarda çoxlu istehlakçılar var və müəyyən məhsul almaq
üçün vəsait toplamışdır. Burada alıcının marağı ondadır ki, məhsul alaraq öz
ehtiyacını ödəsin və bu ona daha ucuz başa gəlmiş olsun, alıcıya qarşı istehsalçı
satıcının məqsədi isə məhsulunu daha çox gəlirlə satmaqdır.
Alıcı müəyyən məbləğlə bazara gəlir ki, məhsul alsın, özü də ucuz qiymətə.
Lakin o burada dərk edir ki, satıcının qayğısı başqadır; yəni məhsulu baha satmaqdır.
Buna görə uyğun qiymət o qiymətdir ki, alıcı hələ məhsulu almaq iqtidarındadır.
Ondan yuxarı qiymət qoyularsa alıcı onu almayacaq. Çünki onun pulu yoxdur.

5. Müasir bazar iqtisadiyyatı sistemində inhisarçılıq və onun xüsusiyyətləri


İnhisar hər hansı bir istehsal sferasında liderlik edən iri korporasiyadır: bu
yanaşmanı yalnız retrospektiv aspetdə nəzərdən keçirmək olar. Məsələ burasındadır
ki, XX əsrin I yarısında (30-cu illərə qədər) ziddiyyətlərin zahiri görünüşü arxasında
bazar iqtisadiyyatının formalaşdığı andan davam edən böhran yetişməkdə idi. Bu da
həmin dövr ərzində ictimailəşmənin tipindən irəli gəlirdi. Həmin tip azad rəqabəti
aradan qaldırmaqla inhisarların mövqelərini daha da möhkəmlətdi.
75

İnhisar bazar situasiyasıdır, bazarda tək satıcı deməkdir. Deməli, bazar


mexanizmi mövqeyindən yanaşdıqda kiçik müəssisə inhisarçı, iri korporasiya isə
inhisarçı olmaya bilər (əgər bazar payı azdırsa) və s.
Göründüyü kimi, inhisar xüsusi imtiyaz, iri istehsal, satış yaxud tədarük
təşkilatı, tək satıcı kimi izah olunmuş, hətta ictimai həyatın digər sferalarına
münasibətdə də geniş surətdə istifadə edilmişdir (hakimiyyət inhisarı, ideoloci
inhisar, siyasi inhisar və s.). İnhisarı iki aspektdə nəzərdən keçirmək məqsədəuyğun
olardı:
1 . İnhisar - ictimai-iqtisadi münasibətlərin xüsusi tipi kimi (inhisarizm)
2. İnhisar - bazar strukturu, bazarın atributu kimi;
İnhisarizm xüsusi imtiyazlara əsaslanan münasibətlər tipi olmaqla, çox qədim
tarixə malikdir. Onun formalaşması və inkişafı bəşəriyyətin tarixi-təkamül prosesinin
ayrı-ayrı mərhələlərində fərqli aspektlərdə özünü təcəssüm etdirmişdir, Başqa sözlə,
hamı üçün eyni mahiyyət daşıyan hadisə və prosesləri inhisarın müxtəlif təzahür
formaları kimi xarkterizə etmək olar. Məsələn, totalitarizmi bir şəxsin xüsusi
imtiyazlara malik olması baxımından şəxsiyyət inhisarı kimi, militarizmi hər hansı
bir siyasi qruplaşmanın münasibətlər məcmusuna güclü təsir etmək iqtidarında
olması ilə siyasi inhisar və s. izah etmək mümkündür. Yəni inhisarızmi münasibətlər
sisteminin tənzimlənməsi və idarə edilməsi sferasında xüsusi imtiyazların bir, yaxud
bir neçə qrupun əlində cəmlənməsi kimi başa düşmək lazımdır. Bununla yanaşı, qeyd
edilməlidir ki, inhisarizm və bazarın atributu kimi çıxış edən inhisarı eyni mənbəyə
əsaslanan ictimai hadisənin müxtəlif təzahür formaları kimi səciyyələndirmə heç də
bir mənalı şəkildə qəbul edilə bilməz. Məsələn, V.Boqacev inhisarı mülkiyyət
formalarının eyniliyinə və millətin ideoloci bütövlüyünə əsaslanan hadisə hesab edir.
Bu yanaşmanın özünün mahiyyətində metodoloci yanlışlıq qabarıq şəkildə
müşahidə edilir. Belə ki, əvvəla, sözgedən konsepsiya bütövlükdə inzibati-amirlik
sisteminin spesifik cəhətlərinə əsaslanır və bazar iqtisadiyyatı ölkələrinə hec bir
aidiyyəti yoxdur.
Bütün bunlarla yanaşı, inhisarın hər iki aspektinin hər halda vahid mənbəyi
mövcuddur!
İnhisar istər bazarın atributu, istərsə də ictimai-iqtisadi münasibətlərin xüsusi
tipi formasında iqtisadi «Mən»in kuliminasiya nöqtəsi kimi təzahür edir. Sadəcə
olaraq, inhisarçılıq fəaliyyətinin meydana çıxması fərdiyyətçiliyin qabarıq
nümayişindən basqa bir şey deyildir. Lakin bütün amillər kompleksi nəzərə alındığı
təqdirdə bu hal heç də inhisarçı subyekt və inhisarizmin mahiyyət eyniliyinə dəlalət
etmir. Çünki:
1 . İnhisarizm münasibətlər məcmusu kimi təzahür edirsə, inhisarçı subyekt
iqtisadi vahid statusundan demək olar ki, kənara çıxmır:
2. İnhisarizmı makrosəviyyədə formalaşan hadisədirsə, inhisarçı fəaliyyət
76

mikro səviyyənin elementidir;


3. İnhisarizm mahiyyət etibarı ilə nəinki iqtisadi, eləcə də siyasi, sosial, ideoloci
və s. aspektlərin ümumuyğunluğuna əsaslanan mənafelər kimi meydana çıxırsa,
inhisarçı fəaliyyət bəzi cəhətləri çıxmaq şərti ilə sırf iqtisadi xarakter daşıyır və s.
Bazarın atributu kimi inhisarçı strukturların yaranması əsasən çoxşaxəli amillər
komplesinin təsiri altında baş verir. Bəşəriyyətin iqtisadi inkişaf təcrübəsindən
məlumdur ki, daha səmərəli fəaliyyət göstərən iqtisadi subyektlərin seçilməsinə və
inkişafına ideal şərait yaradan azad rəqabət özünün inkişafının müəyyən
mərhələsində bazarın təmərgüzləşməsini-inhisarı doğurur. Qeyd edilməlidir ki,
bazarın təmərgüzləşməsini bir iqtisadi hadisə kimi meydana çıxması səbəblərin
adekvat surətdə əhatə edə biləcək vahid nəzəriyyət yoxdur. Bu prosesin yaranması və
gedişi əsasən aşağıdakı amillərdən asılılıdır:
1. Fəaliyyətin miqyasından əldə edilən qənaət.
2. Bazara daxilolmanı əngəlləyən maneələrin mövcudluğu.
3. Geri qayıtmayan xərclər.
4. Təsadüfü amlllər.
Ümumiyyətlə, bazarın təmərküzləşməsi prosesi öz mahiyyəti etibarı ilə
səviyyənin birliyinə əsaslanır:
l. Struktur xarakteristika. Neoklassiklər bir qayda olaraq, bazarın strukturu
mövqeyindən rəqabətin müxtəlif tiplərini(kamil rəqabət, inhisarçı rəqabət,
oliqopoliya və tam inhisar) modelləşdirməyə çalışırlar. Məsələn, struktur mövqedən
çıxış etdikdə, inhisar-informasiya iiə qismən təmin olunmuş, girişin qeyri-nıümkün
olduğu( digər subyektlər üçün) bazarda nadir məhsul yaxud xidmətin satışını təklikdə
həyata keçirən firma anlamına gəlir. Şübhəsiz, sübut etməyə ehtiyac yoxdur ki,
göstərilən şərtlərin real bazarda mövcudluğu qeyri-mümkündür və s. buna görə də
subyektlərin davranış qaydaları sözgedən hadisənin mahiyyətinə yanaşmada mütləq
nəzərə alınmalıdır.
2. Bazar subyektlərinin davranışının xarakteristikası. Buna əsasən aşağıdakılar
aid edilir:
 Rəqiblərin bazara daxil olmasını blokadaya almaq mümkündürmü?
 Yerli istehsal vahidləri xarici rəqabətlə üzləşirlərmi?
 Bazar subyektləri qiymət üzrə gizli razılığa gəlirlər yoxsa rəqabətə
qoşulurlar?
 Qeyri-qiymət amilləri, xüsusilə innovasiya sferasında rəqabət gedirmi?
Bu suallara verilən cavablarla struktur aspektlər ümumiləşdirilir və alınan
nəticələrə əsaslanmaqla bazarda təmərgüzləşmənin səviyyəsi haqqında müəyyən bir
qənaətə gəlinir.
Bazarın atributu kimi inhisarın təsnifatı müxtəlif əlamətlər üzrə aparıla bilər.
77

I. Hüquqi-təşkili formasına görə: birlik, kartel, sindikat, trest, konsern,


kompaniya, trans-milli və çoxmillətli korporasiyalar və s.
II. Fəaliyyətin mahiyyəti və yaranması xüsusiyyətlərinə görə:
 Açıq inhisar: qısa müddətli vaxt intervalında rəqabətdən xüsusi vasitələrlə
qorunmayan bir firmanın bazarda tək satıcıya çevrilməsi;
 Təbii inhisar: bazarda mal təklifinin bir firma tərəfindən formalaşdırıldığı
təqdirdə sahənin uzunmüddətli orta xərcləri minimum səviyyəyə enir;
III. Subyektlərinə görə:
 Tək satıcının hegemonluğu-inhisar;
 Tək alıcı yaxud alıcılar birliyinin hegemonluğu-monopoliya;
 Tək alıcı və satıcının hegemonluğu-ikitərəfli inhisar.

6. Dövlətin antiinhisar tədbirlər sistemi


İnhisar bazar iqtisadiyyatının mahiyyətindən meydana gəlir. İnhisar rəqabət
mübarizəsinin ən yüksək formasıdır. Bazarın inhisarlaşması iqtisadi qanunlardan
biridir. Biznes inkişafı ilə əlaqədar onun mahiyyəti də artır. İnhisarın mahiyyətində
iqtisadiyyatın çoxlu sayda immanent (immanent – bir şeyin və ya hadisənin təbiətinə
xas olan) qanunlarının qarşılıqlı əlaqəsi durur. Onlar bazarın inhisarlaşmasını
yaratmışlar:
Əmək təsərrüfat iqtisadiyyat bazar yığım
kapital təmərküzləşmə mərkəzləşmə inhisarlaşma
Onun mahiyyətinin dərk edilməsi, hadisələrin təkamülünün ardıcıllığı ilə
əlaqədardır:
Üstünlük İmtiyaz Müstəsna hüquq Rəqabət İnhisar
Üstünlük təbii mənşəyə, doğma xüsusiyyətə malik olub, digərlərinə nisbətən
daha müvəffəqiyyət qazanmaq imkanıdır. (Məsələn, daha ağıllı, qüvvəli, yaraşıqlı
gözəl insan, istehsalın yerləşdiyi sərfəli məkan və s.). Bunlar güclü iqtisadi
mahiyyətə malikdir. Bununla əlaqədar amerikan söz məsəli də vardır «əgər sən belə
gözəlsənsə, onda nə üçün varlı deyilsən»
İmtiyaz rəsmi sosial hüquqla əlaqədardır. İmtiyaz müəyyən dövrə dövlət
tərəfindən də verilə bilər. Məsələn, müəyyən bir müddətə şəxsə verilən mülkiyyət
hüququ. Müstəsna hüquq insanların, müxtəlif sosial funksiyaları ilə əlaqədardır.
Onun hökmranlığı, liderlik xüsusiyyəti və hüququ və s. iqtisadi subyekt belə
müstəsna hüquqları müəyyən metodlarla əldə edir ki, bunlardan biri də güc tətbiq
edilməsi, zorakılıq hesab edilir.
Rəqabət bazar şəraitində üstünlük əldə etmək uğrunda mübarizədir. Bu
mübarizə heyvanlar və insanlar aləmində daima mövcud olmuş və olacaqdır.
78

İnhisar rəqabətin ən yüksək forması kimi, bazar subyektlərinin hamısına yox,


seçilmişlərə «rəqabətdə qalib gələnlərə» məxsusdur.
İlkin olaraq inhisar yerli mahiyyətə, sonralar milli hadisəyə, hazırda isə dünya
fenomeninə çevrilmişdir. İnhisarın aşağıdakı formaları mövcuddur:
- Təsadüfi; təsadüfi olmayan;
- Qapalı; açıq;
- Təkrarlanmayan; təkrarlanan;
- Təbii; süni;
- Məhdud; sadə.
Bazar və rəqabət həmişə inhisarın əksi olmuşdur. Uzun müddət onların
qarşıdurmasında bazar həmişə total inhisarçılığın əleyhinə olmuşdur.
Harada təkmil bazar mexanizmi fəaliyyət göstərirsə, orada inhisar çox da
genişlənə bilmir. Lakin bazarla inhisar arasında zəif tarazlıq yarandığı halda inhisar
köhnə formalarını saxlamaqla yeni formalar doğurur. Bu zaman bazar mexanizmi
zəifləməyə başlayır, inhisar iqtisadiyyata dağıdıcı təsir göstərir.
Dünya iqtisad elmi inhisarın 6 növünü səciyyələndirmişdir:
Birincisi – istehsal və kapitalın mərkəzləşdirilməsi və təmərküzləşməsi, istehsal
və kapitalın bir sahədə bir əldə mərkəzləşdirilməsi həmin sahənin inhisarçılığına
şərait yaradır. Dövlət həmin mərkəzləşmə və təmərküzləşmənin iri biznes kimi
formalaşmasına yardım göstərməlidir. Lakin onun inhisarçıya çevrilməsinə imkan
verməməlidir.
İkincisi – texnoloci oliqapoliya formasıdır. (Oliqapoliya – oliqos-azlıq, polie-
satmaq, ticarət). Az sayda iri satıcılar xırda satıcılara qarşı dururlar. Həmin az miqdar
satıcıya bazar tələbatının ödənilməsinin çox hissəsi düşür. Texnoloci oliqopoliya
dedikdə, bir neçə iri korporasiyanın müəyyən növ məhsulun istehsalı və satışı
üzərində nəzarəti başa düşülür. Həmin korporasiyaların bazar üzərindəki hökmranlığı
xüsusi xarakter daşıyır. Belə ki, bu hökmranlıq texnologiyanın səciyyəvi
xüsusiyyətlərindən doğur. Məsələn, metallurgiya, elektroenergetika və dəmiryol
sahələri. Bu sahələrdəki texnologiya, həmin sahələrin effektli olması üçün
mərkəzləşmə və təmərküzləşməni tələb edir, xırda satıcıya qarşı dururlar.
Burada texnoloci oliqopoliya bir tərəfdən birinci növ inhisarın müxtəlif variantı
kimi çıxış edir, ikinci tərəfdən onda olan xüsusiyyət başqa inhisar formalarında
yoxdur. Elə buna görə də texnoloci oliqopoliya təbii inhisar kimi başa düşülür, çünki
burada iqtisadi şəraitdən çox istehsal texnologiyasının özünə məxsusluğu fəaliyyət
göstərir. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, iqtisadiyyatın texnoloci
oliqopoliya bölmələri üzrə demonopolizasiya aparmaq mümkün deyildir.
Üçüncü – inhisar növü məhsulun differensasiyasıdır. Məsələn, müəssisə
məhsulunu öz satış markası ilə nişanlayır, qeyri-adi qablamadan istifadə edir. Burada
kommersiya nailiyyəti, çox vaxt məhsulun keyfiyyətindən və qiymətindən yox,
79

satıcının özünü bazarda inhisarçı vəziyyətdə aparması bacarığından asılı olur. Bazar
iqtisadiyyatının daha çox inkişaf etdiyi ölkələrdə inhisarın bu növü geniş yayılmışdır
və onu tənzimləmək mürəkkəbdir. Onu da qeyd etmək lazımdır ki, təmərküzləşmə və
mərkəzləşmə inhisarın bu növündə hiss olunmur. Belə inhisar növünə iri subyektlərlə
yanaşı xırda firmalar da aid ola bilərlər.
İnhisarın dördüncü növü müasir elmi-texniki tərəqqinin inkişafında aparıcı rol
oynayan müəssisələrin birliyidir. İnhisarın bu növü mövsümi, keçici xüsusiyyətə
malikdir. ETT-nin tətbiqi genişləndikcə onun kommersiya nəticələri
mənimsənildikcə inhisarın bu növü də öz təsirini itirməyə başlayır. Görünür ki, bu da
inhisarın təbii formasına yaxındır. Buna görə də dövlətin müdaxiləsi minimum
olmalıdır. Dövlət elə hüquqi normalar işləyib hazırlamalıdır ki, elmi-texniki tərəqqi
informasiyalarının yayılması prosesi genişlənsin.
İnhisarın beşinci növü təbii dövlət inhisarıdır. İnhisarın bu növü pul təklifinin
dövlətin əlində olmasıdır. Bu inhisar pul bazarına xüsusi istiqamət verir. Bir tərəfdə
Dövlət inhisarı, yəni pul təklifi, digər tərəfdə isə pula tələbatı olan subyekt durur.
Dövlət elastiki olmayan lakin istehlak tələbinin mühüm hissəsi olan məhsulların
inhisarını əlində saxlayır. Başqa formada qiymətin inzibati qaydada tənzimlənməsini,
aksizlərin saxlanılması və digər inhisar formalarına dövlət himayədarlıq edir.
İnhisarın altıncı növü dövlət inzibati amiranəlik idarəetmə sisteminin
olmasıdır. İnhisarın bu növü bazar iqtisadiyyatı ilə bir araya sığmır, o neqativ hallarla
boldur və ləğv edilməlidir.
Azərbaycan Respublikasının yuxarıda qeyd olunan problemlərin qismən
aradan qaldırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədə uyğundur:
1. Azərbaycan Respublikası siyasi-iqtisadi müstəqillik əldə etdikdən sonra,
keçmiş SSRİ-nin digər müttəfiq respublikaları ilə iqtisadi əlaqələri zəifləmişdir.
Məlumdur ki, keçmiş müttəfiq respublikaların hamısının iqtisadiyyatı dərin
inteqrasiyada idi. İqtisadi əlaqələrin zəifləməsi nəticəsində həmin respublikalar və
həmçinin respublikamızın da iqtisadiyyatı böhranlı hala düşmüşdür. Xammal,
material, texnika və s. çatışmazlığı istehsal sahələrinin ardıcıl olaraq fəaliyyətini
dayandırmışdır ki, bu da işsizliyin artmasına səbəb olmuşdur. Məhz buna görə də
siyasi münasibətlərdən asılı olmayaraq MDB məkanında fəaliyyətdə olan dövlətlərlə,
xüsusilə, Mərkəzi Rusiya ilə hər cür iqtisadi əlaqəni nəinki, bərpa etmək, hətta onu
getdikcə daha da dərinləşdirmək lazımdır. Bu həmçinin hər iki tərəf üçün müqabil
bazarın formalaşması və inkişafını sürətləndirə bilər.
2. Məlumdur ki, hazırda respublikada əmtəə inhisarçılığı mövcuddur. Daha
dəqiq desək ərzaq məhsullarının bəzilərinin, topdan satışı inhisarı bir qrupun, tikinti
materialları digər sənaye məhsulları bir qrupun əlindədir. Deməli, dövlət inhisara
qarşı tədbirlər hazırlamalıdır. Hərçənd respublikada antiinhisar qanunu fəaliyyət
göstərir, lakin onun təsir dairəsi kifayət deyildir.
80

3. Dövlət demonopolizasiyası həyata keçirmək funksiyasını ifadə etməlidir.


Yəni bir məhsul istehsalının bir əldə toplanmasını məhdudlaşdırmalıdır.
4. Dövlət ümumiyyətlə inhisarı dağıtmağa, onun təbii formasını saxlamağa
çalışmalıdır. Təbii formada inhisar qalmalıdır. Bunu yox etmək mümkün deyildir.
5. Təbii inhisarın sərhədlərinin müəyyən edilməsi və onun tənzimlənməsi
aparılmalıdır.
6. Demonopolizasiya və idarəetmə islahatlarının sinxronluğu saxlanılmalıdır.
7. İnhisara inzibati-iqtisadi sanksiyalar-maliyyə, kredit nəzarəti
gücləndirilməlidir.
8. Ümumiyyətlə götürdükdə inhisarı dövlət heç vaxt yox edə bilmir. İnhisar
bazar iqtisadiyyatı şəraitində daima mümkündür, vardır, lakin dövlət ona daima
nəzarət etməli və onu tənzimləməlidir.
7. Antiinhisar sistemi və onun təkmilləşdirilməsi istiqamətləri
Antiinhisar siyasətini həyata keçirməzdən əvvəl inhisarçılığın mövcud
xarakterini və yaranma səbəblərini müəyyənləşdirmək lazımdır. Azərbaycanda
inhisarçılıq problemi iki mühüm amillə – inzibati-təsərrüfat sisteminə xas olan
elementlərin tətbiqi və iqtisadiyyatı bürümüş qıtlıqla əlaqədar olaraq meydana
çıxmışdır. Lakin bazar münasibətlərinin inkişafı, idxal-ixrac əməliyyatlarının
liberallaşdırılması və daxili bazarda rəqabətin güclənməsi respublikada inhisarçılığın
xarakterini xeyli dəyişmişdir.
Mövcud şəraitdə iqtisadiyyatın birbaşa üsullarla tənzimlənməsi sahəsində
dövlət tərəfindən həyata keçirilən antiinhisar siyasəti mühüm əhəmiyyət kəsb
etməkdədir. Antiinhisar siyasəti iqtisadiyyatın inhisarsızlaşdırılmasını və rəqabət
münasibətlərinin inkişaf etdirilməsini nəzərdə tutmaqla, mövcud ehtiyatlardan
səmərəli istifadə edilməsini, sahibkarların bazara sərbəst çıxışını, müxtəlif çeşidli
məhsul seçkisində istehlakçıların sərbəstliyini təmin etməlidir.
Antiinhisar siyasətinin reallaşması aşağıdakı istiqamətləri əhatə edir:
- iqtisadiyyatın inhisarsızlaşdırılması;
- antiinhisar tənzimlənmə;
- antiinhisar qanunvericiliyinin tətbiqi.
Antiinhisar siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir:
- antiinhisar tədbirlərinin iqtisadi islahatların digər istiqamətləri ilə kompleks
şəkildə əlaqələndirilməsi;
- inhisarsızlaşdırma obyektlərinin iqtisadi mövqeyini, xalq təsərrüfatında
rolunu, həmçinin resupblikanın iqtisadi maraqlarını nəzərə almaqla onlara
differensial yanaşma;
- prioritet vəzifələrin və aralıq məqsədlərin reallaşması mərhələlərinin
ayrılması;
- respublikanın müvafiq qanunvericilik aktlarına əməl edilməsi;
81

- aşkarlığın təmin edilməsi.


Mövcud şəraitdə antiinhisar siyasəti aşağıdakı istiqamətləri özündə birləşdirən
tədbirləri əhatə etməlidir:
- dövlətin antiinhisar fəaliyyətini gücləndirməli;
- «Haqsız rəqabət haqqında» və «Antiinhisar siyasəti haqqında» qanunlar
qəbul edilməli və icrası təmin edilməli;
- dövlətsizləşdirmə və özəlləşdirmə tədbirlərinin həyata keçirilməsini
sürətləndirməklə iqtisadiyyata xüsusi bölmənin miqyası genişləndrilməli;
- istehsal, ticarət və maliyyə-kredit sferalarında rəqabət münasibətlərinin
inkişafı üçün əlverişli şərait yaradılması;
- istehsalın təmərküzləşməsinin qarşısı iqtisadi üsullarla alınmalı, kiçik və orta
müəssisələrin sayı artırılmalı;
- respublika idarəetmə sisteminin əksmərkəzləşdirilməsinə başlanılması və bu
sahədə köklü islahatlar aparılmalı, bəzi sahə nazirlikləri, o cümlədən dövlətin
inhisarçı mövqeyə malik təşkilati strukturları ləğv edilməli, dövlət idarəetmə
orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi məhdudlaşdırılmalı;
- inhisarçı mövqe tutan müəssisə və təşkilatların istehlakçıların mənafeyinə
xələl gətirən fəaliyyətlərinin qarşısı alınmalı;
- inhisarçı müəssisələrin reestri hazırlanması və müvafiq təsərrüfat
subyektlərinin buraya daxil edilməsini nəzərdə tutan meyarlar sistemi müəyyən
edilməli;
- inhisarçı müəssisə və təşkilatlar üzrə hər il inventarizasiya aparılmalı və
onların dövlət tərəfindən yenidən qeydiyyatı təmin olunmalı;
- mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə və təşkilatlar üçün
vahid vergi-kredit siyasəti həyata keçirilməli;
- rezident və qeyri-rezident müəssisələr arasında rəqabət yaratmaq məqsədi ilə
xarici investisiyaların ölkəyə cəlb edilməsi stimullaşdırılmalıdır. Məhz belə bir
iqtisadi siyasətin nəticəsidir ki, ABŞ- da istehsal edilən məhsulların və göstərilən
xidmətlərin 70%- i daxili bazarda xarici firmalarla rəqabətdə olur;
- təsərrüfat subyektlərinin mövcud bazarlara çıxış imkanlarını məhdudlaşdıran
maneələr azaldılmalı və ya aradan qaldırılmalı;
- inhisarlaşmış bazarlara yeni təsərrüfat subyektlərinin daxilolması
stimullaşdırılmalı;
- inhisarçı dövlət strukturlarının təsnifatı müəyyən edilməli;
- xarici iqtisadi fəaliyyətdə kvota qoyulan lisenziyalaşdırılan məhsulların
siyahısı məhdudlaşdırılmalı;
- inhisarçı mövqeylərindən istifadə edən təsərrüfat subyektlərinin həddən artıq
yüksək mənfəət əldə etməsinə imkan verilməmli, onlar üçün normativ rentabellik
həddi müəyyən edilməli;
82

- inhisarçı müəssisələr tərəfindən istehsal olunmuş məhsulların normativ


keyfiyyət səviyyəsi təmin olunmalı, onlar üçün müəyyən standart və göstəricilər
müəəyən edilməli;
- müəyyən qrup istehlakçıların və ərazilərin bu və ya digər məhsullarla
təminatı tənzimlənməli;
- mövcud bazarlarda rəqabətin inkişafı stimullaşdırılması və onun
məhdudlaşmasına imkan verilməməlidir.
Respublikada iqtisadi islahatların vaxtından və səmərəli həyata keçirilməsini
təmin etmək məqsədilə dövlətin təşəbbüsü ilə təbii inhisar subyektlərinin qiymətləri
(tarifləri) artırılarsa, əmələ gələn qiymət (tarif) fərqi büdcəyə yönəldilməlidir; təbii
inhisar subyektləri qiymətlərinin (tariflərinin) dövlət tənzimlənməsi həmin
subyektlərinin inhisar mövqeyi üzrə, yəni istehsal olunan məhsul (xidmət), onların
saxlanması (qorunması) və habelə nəql edilməsi üzər həyata keçirilməlidir.
8. İqtisadi konyunktura anlayışı və onun tənzimlənməsi
İqtisadi konyunktura - müəyyən dövrdə ölkənin, regionun, əmtəə bazarının
vəziyyətini xarakterizə edən əlamətlər məcmusudur. İqtisadi konyunktura müxtəlif
ölkələrdə özunə məxsusi xüsusiyyətlərə malik olsa da ümumi formada aşağıdakılarla
izah oluna bilər.
1. İstehsalın dinamikası
2. Daxili və xarici bazarın fəaliyyəti
3. Əmtəə ehtiyatları
4. Qiymətlər, bank faizi, qiymətli kağızların məzənnəsi
5. Əsas fondun (kapitalın) tam yüklənməsi
6. Tam məşğuliyyət və ya qismən işsizlik
7. Əmək haqqı və istehlak
İqtisadi konyunktura dövrü xarakter daşıyır. Bundan əlavə onun dövrü
xarakterinə digər müvəqqəti mövsümi amillərdə təsir göstərir. Məsələn, quraqlıq,
məhsuldarsızlıq, əmtəə təklifınin pisləşməsi və s. İqtisadi konyunkturanı,
iqtisadiyyatın strukturuna təsir göstərən köklü proseslərdən fərqləndirmək lazımdır.
Belə ki, müəyyən ölkədə neft hasilatının azaldılması onun konyunkturası ilə deyil,
həmin ölkənin yanacaq enerci balansında dəyişikliklə əlaqədar ola bilər.
Məlumdur ki, elmi-texniki tərəqqinin inkişafı istehsalın strukturunun
dəyişilməsinə, bu isə müəyyən məhsula tələbin artıb-azalmasına səbəb olur. Buna
görə də iqtisadi konyunktura tənzim edilərkən, nəzərə almaq lazımdır ki, butun
iqtisadi tədbirlərdən istifadə edilərək (menecment, marketinq və s.) elmi-texniki
tərəqqinin inkişafı ilə xalq təsərrüfatı prosesləri uyğunlaşsın.
Bu məsələ dövlət səviyyəsində tənzimlənir. Bu məqsədlə dövlət aşağıdakı iqtisadi
tədbirlər sistemini həyata keçırir.
l. Dövlət əsaslı vəsait qoyuluşunun azaldılması və ya artırılması.
83

2. Dö
3. Ve
4. Fər
5. Iste
Bütün bu tədbirlərin hamısı iqtisadi konyunkturanın tənzim olunmasını artırır,
iqtisadi ziddiyyətləri yumşaldır və onu daha məqsədəuyğun edir.
Bazar konyunkturası, satılan məhsulun kommersiya mahiyyətini, onun
dəyərliliyini, alqı-satqısının iqtisadi məqsədyönlüyünü, ixracatın. tərəfmüqabilini
müəyyən edir. Bazar konyunkturasmın müəyyən etdiyi və ya fəaliyyət göstərdiyi
dairələr bunlardır:
1. Ba
2. Tic
3. Təc
4. Alq
5. Mü
Dünya əmtəə bazarı konyunkturası müəyyən dərəcədə aşağıdakıları
müəyyənləsdirməyə imkan verir.
1. İste
2. Pat
3. Lah
bazar səviyyəsi tələblərinə uyğun olaraq tənzimlənir.
Bazar iqtisadiyyatı şəraitində bazar konyunkturasının hərəkətverici qüvvəsi
konyunktura törədən amillərdir ki, bunları da iki qrupa ayırmaq olar:
1. En
2. Ek
Endogen amillər ancaq və ancaq mövcud istehsal üsuluna xas olan iqtisadi
qanunların zühur etmək formasını göstərirlər. Məsələn, əsas iqtisadi qanun, istehsalın
dövrü xaraketeri və s. Ekzogen amillər isə mövcud istehsal üsuluna xas olmayıb.
ənun daxili ınahiyyətindən dəğmurlar, qanunauyğunluğa malik deyildirlər. Bu isə öz
növbəsində dünya bazarında rəqabəti gücləndirərək həmin ölkələrin inkişafına təsir
göstərir. Hər bır ölkədə fəaliyyət göstərən amıllər məhsullar üzrə bazar rəqabətini
gücləndirir, rəqabətə davamlı məhsul istehsalını şərtləndirirlər.
Tələb və təklif arasındakı münasibət bazarın tən-zimlənməsi səviyyəsi ilə
səciyyələnir. Bazarın tənzim edilməsi formaları fərqləndirilir:
1. Həcm və sturktur üzrə
2. Bütövlükdə ölkə və ayrı-ayrı regionlar üzrə
3. Dəyər və natura göstərıciləri üzrə.
Tələb və təklif münasibəlləri bazar tarazlığının bir forması kimi xalq
təsərrüfatının mütənasibliyini əks etdirir. Bununla yanaşı, bazar tarazlığına nail olunması
84

bazar münasibətlərinin şərh olunmasının bir momentidir və o tarazlığın saxlanılmasına


daimi diqqət tələb edir.
Buna görə də vaxtaşırı baş verə biləcək qeyri müntəzəmliklərin səbəb və
nəticələri öyrənilməli və onların aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Bazar tarazlığınının pozulması əlamətləri:
a) alıc
b) əha
v) mal ehtiyatının qalığı və satışının dəyişilməsi.
Bazar tarazlığının pozulması səbəbləri:
a) təs
b) iste
v) ınəhsul istehsal strukturundakı qeyri mütənasiblik.
Bazar koyunkturasının tənzim edilməsinə nail olunması yollarından biri xalq
istehlakı malları bazarının tənzimlənməsi və xalq təsərrüfatında proporsionallığa
nail olunmasıdır. O, istehlak malları bazarında büruzə çıxsa da, istehsal sferasında
formalaşır və məcmu məhsulun ilk bölgüsü prosesində özünü göstərir.
Bazarın tənzim olunmasına geniş mənada təkrar istehsal, maliyyə-material, əşya,
dəyər elementlərinin uyğunluğu kimi baxmaq lazımdır ki, bu da ictimai məhsulun
reallaşdırılmasının tərkib hissəidir. Bu isə o deməkdir ki, mövcud mütənasibliklərin
tənzimlənməsi yolu ilə bazarı idarə etmək olar.

Mövzu 6.
Dövlətin sosial siyasəti və onun reallaşdırılması mexanizimləri.
Suallar:
1.Dövlətin sosial siyasəti, onun mahiyyəti və vəzifələri
2.Dövlətin sosial müdafiə sistemi, onun istiqamətləri
3.Əhalinin sosial müdafiəsinin hüquqi əsasları
4.Dövlət sosial müdafiə sisteminin strukturu
5.Azərbaycanda sosial təminat sistemi
6. Əhali gəlirləri və onun formalaşması.
7. Əmək münasibətlərinin dövlət tənzimlənməsi.
8. Məşğulluğun sosial-iqtisadi mahiyyəti.
9. İşsizlik və tam məşğulluq problemlərinin dövlət tənzimlənməsi.
10. Əhalinin məşğulluğunun təmin olunmasında dövlət siyasəti.

1. Dövlətin sosial siyasəti, onun mahiyyəti və vəzifələri


Dövlətin sosial siyasəti – dövlətin sosial sferada müəyyən mərhələli nəticələrə
hədəflənən, zəruri maddi, təşkilati - təbliğat resurslarla təmin olunan və konkret
tarixi-ictimai şəraitə müvafiq məqsədləri ehtiva edən fəaliyyətidir. Müasir dünya
85

təcrübəsində isə sosial siyasət demokratik dövlətlə vətəndaş cəmiyyətinin birgə


funksiyası hesab olunur. Bununla bərabər cəmiyyətin bütövlükdə və tərkib hissələri
kəsimində sosial vəziyyətinin dəyişməsində dövlət hakimiyyətinin tarixi məsuliyyəti
qaçılmaz hesab olunur.
Sosial siyasətin mahiyyətinin dəyərləndirilməsində mühüm meyarlardan biri fəal
sosial siyasət subyektlərinin öz qarşılarına qoyduqları məqsədlər sistemi, başqa sözlə,
ictimai vəziyyətin gözlənilən, arzu olunan nəticələridir. Totalitar cəmiyyətdə sosial
siyasətin real subyekti yalnız dövlət və hakimiyyət olmaqla yeganədir.
Dövlətin sosial siyasəti aşağıdakı əsas faktorlarla müəyyənləşən bütöv sistemi
təşkil edir:
- Cəmiyyət tərəfindən sosial inkişafın strateci məqsədi və vəzifələrinin, sosial
prioritetlərin müəyyənləşdirilməsi;
- Əhalinin bütün təbəqələrini əhatə edən və bütöv sosial fəza formalaşdıran
vahid qanunvericilik;
- Sosial sferanın maliyyələşdirilməsinin təmin olunması baxımından dövlətin və
sosial siyasətin digər subyektlərinin himayədarlığı;
- Vahid sosial infrastruktura, vahid kadr və informasiya təminatı.
Sosial siyasətin məqsədi cəmiyyət üzvlərinin tələbatlarının tam təmin olunması,
onların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Sosial siyasətin həyata keçirilməsi
çərçivəsində insanların zəruri tələbatlarının təmin olunması, yalnız cəmiyyət
üzvlərinin öz hesabına deyil, həm də dövlətin köməyi ilə ehtiyacı olan hər bir şəxsə
qayğı və köməyin göstərilməsi baş verir. Sosial siyasət əmək qabiliyyətli
vətəndaşların özlərini təmin etməsi üçün müvafiq proseslərin inkişafı və eyni
zamanda əmək qabiliyyətini artıq itirmiş və dövlətin qayğısına ehtiyacı olanlara
əlverişli şərait yaradır.
Sosial siyasətin əsas funksiyaları və ya ictimai vəzifələri aşağıdakılar hesab
olunur:
1. Sosial siyasət cəmiyyətin sosial dayanıqlığının, sosial təhlükəsizliyinin təmin
olunmasına istiqamətlənir. Müxtəlif cəmiyyətlərdə sosial struktura bir çox
səbəblərdən fərqli ola bilər. Lakin bu struktura müəyyən dayanıqlığa və özünü bərpa
xüsusiyyətlərinə malik olmalıdır, əks halda cəmiyyətin mövcudluğu təhlükə altına
düşə bilər.
2. Sosial siyasət – hakimiyyətin siyasi dayanıqlığını təmin etməlidir. Müxtəlif
cəmiyyətlərdə və tarixi inkişaf mərhələlərində, hakimiyyətin siyasi dayanıqlığı fərqli
üsullarla təmin edilir. Lakin belə vəziyyətin təmin olunmasının mahiyyəti həmişə,
hakim sosial qrupun siyasi qərarların qəbulunda həlledici iştirakının təmin
edilməsidir. Əks halda, hakimiyyətin sinfi əsası dəyişir və cəmiyyətdə inqilabi
dəyişikliklər şəraiti yaranır. Sonuncu dəyişikliklər isə yenə də hakimiyyətin, lakin
artıq yeni hakimiyyətin dayanıqlığını təmin olunmasına xidmətə istiqamətləndirilir.
86

3. Sosial siyasət – təsərrüfatçılıqda (mülkiyyət münasibətlərində) hakimiyyətin


elə bölgüsünü təmin etməlidir ki, bu bölgü əksəriyyət tərəfindən ədalətli bölgü kimi
qəbul edilsin, yəni, yenidən bölgü tələb olunmasın.
4. Sosial siyasət - iqtisadi resursların və qazancın, cəmiyyətin əsas hissəsini bu
və ya başqa dərəcədə təmin edəcək bölgüsü sistemini formalaşdırmalıdır. Cəmiyyət
üzvlərinin maddi vəziyyəti və müxtəlif sosial qrupların problemlərinin həlli bir çox
hallarda məhz belə bölgüdən asılıdır. Məsələn, investisiya və onun strukturu,
gəlirlərin səviyyəsi və onların diferensiasiyası, sosial xərclərin illik məcmu həcmi və
strukturu, sosial yardım və köməklərin göstərilməsi şərtləri və miqdarı və s. kimi
iqtisadi parametrlər mühüm sosial mahiyyətə və əhəmiyyətə malikdir.
5. Sosial siyasət - cəmiyyət və dövlət tərəfindən, ekoloci təhlükəsizliyin zəruri
və qənaətbəxş səviyyəsinin təmin olunmasına istiqamətləndirilməlidir.
6. Sosial siyasət - əhalinin bütövlükdə və hər bir sosial qrup səviyyəsində zəruri
və qənaətbəxş sosial müdafiəsinin cəmiyyət və dövlət tərəfindən təmin edilməsinə
istiqamətlənməlidir.
2. Dövlətin sosial müdafiə sistemi, onun istiqamətləri
Sosial müdafiə dedikdə insanların yaşayış yerindən, milliyyətindən, cinsindən,
yaşından və digər cəhətlərindən asılı olmayaraq, onların sosial-iqtisadi hüquq və
zəmanətlərinin təmin olunması üzrə dövlətinin siyasəti başa düşülür.
Sosial müdafiə anlayışı yalnız cəmiyyətin özü üçün zəruri həyat şəraitini sərbəst
təmin edə bilməyən əmək qabiliyyətini itirmiş və digər sosial zəif kateqoriyalarına
dövlətin sosial yardımı ilə məhdudlaşır. Sözsüz bu insanların hər şeydən əvvəl dövlət
himayəsinə ehtiyacları vardır. Lakin təcrübi olaraq, hər bir insan əlverişsiz şəraitə,
təbiətin, mühitin neqativ təsirlərinə və obyektiv risklərə məruz qala bilər. Çünki onlar
arasında fizioloci qanunauyğunluqlar hər bir kəs üçün mütləq xarakter daşıyan
amillər (qocalıq, xəstəlik, uşaqlıqda məhdudlaşmış iş qabiliyyəti) vardır. Həm də
sosial amillər (iş yerinin itirilməsi, tələb olunan təhsilin və ixtisasın alınması
imkanlarının olmaması, müəyyən növ cinayətlər və s.) arasında gəlirlərin
bölüşdürülməsində dərin fərqlər yaradır. Bu baxımdan sosial yönümlü iqtisadiyyatın
da dövlətin vəzifəsi göstərilən risklərin və əlverişsiz çarpışmaların yumşaldılması
mexanizmini işləmək və həyata keçirməkdir.
Dövlətin sosial müdafiə resursları aşağıdakı mənbələrdən formalaşır:
a) dövlət büdcəsinə yığılan vergilər (ümumi münasibətə görə vergiərin
səviyyəsi tamamilə yüksəkdir və onların sonrakı artımı onların yığılmasına daha pis
təsir edəcək).
b) Məcburi dövlət sosial sığorta ödəmələri. (Hazırda bu ödəmələr – sığorta
proqramları ilə müqayisədə əmək haqqının çatışmayan səviyyəsi və artım tempi
üzündən büdcə kəsirliyinə birləşdirilmişdir).
c) Xüsusi vəsaitlər – müəssisələrin öz işçilərinin sosial ehtiyacları üçün yığılan
87

vəsaitlər.
Dövlət əmək qabiliyyəti olmayan və kasıb təbəqələri dolayı vasitələrlə (aktiv
məşğulluq siyasəti, milli istehsalçılara kömək) deyil, birbaşa vasitələr (müxtəlif
müavinətlər) aşağı gəlirli ailələrin uşaqlarına sosial xidmətlər, yoxsulluğa görə və s.
birbaşa ödəmələr, işsizliyə görə müəyyən formasında ödənilməsinə çalışır. Dövlətin
belə müdafiə siyasəti islahatlar dövründə cəmiyyətdə yaranan sosial-iqtisadi
şəraitlərlə diktə edilir.
Dövlətin perspektiv dövrlər üçün sosial müdafiə siyasəti kütləvi yoxsulluğa və
keçid dövrünün digər neqativ sosial məqamları ilə mübarizə aparmaq və həyat
səviyyəsinin aşağı düşməsinin qarşısının alınması məqsədilə əhalinin real gəlirlərinin
durmadan yüksəldilməsi imkanlarını genişləndirməkdir.
Əhalinin sosial müdafiəsi dövlətin sosial siyasəti olub, cəmiyyət üzvlərini
yaşından, cinsindən, harada yaşamasından, milliyətindən asılı olmayaraq sosial-
iqtisadi hüquqlarının qorunmasına istiqamətlənmişdir.
Əhalinin sosial müdafiəsinin aşağıdakı istiqamətlərini qeyd etmək olar:
1. Əhalinin gəlirlərinin indeksləşdirilməsi. İndeksləşdirmə dedikdə qiymətlərin
artımı ilə əlaqədar əhalinin əsas gəlirlərinin (əmək haqqı, pensiya, müavinətlər,
təqaüdlər) real miqdarının (məzmunu) artırılması üzrə tədbirlər başa düşülür.
Indeksləşdirmə daha müntəzəm olaraq pensiya münasibətlərində, çox nadir hallarda
isə əmək haqqı üzrə həyata keçirilir.
2. Gəlirlər üzrə minimum sosial zəmanətlərin təmin olunması. Bunlardan əsası
yaşayış minimumudur. Bu göstərici ölkə qanunçuluğu əsasında müəyyən olunur. Belə
ki, minimum əmək haqqın və pensiyalar normativ səviyyə ilə şərtlənən həddə qədər
yüksəldilməlidir. Yaşayış minimum həddinə qədər gəliri olmayan əhali qrupu üçün
isə dövlət yardımları nəzərdə tutulur.
3. Minimal standartların və normativlərinin köməyi ilə sosial sahələrin
tənzimlənməsi. Bu təhsil, səhiyyə, mənzil, sahələrinin və əmək qabiliyyəti olmayan
əhalinin sosial xidmətlərinə minimum büdcə xərcləridir. Bu normativlər büdcə
planlaşdırması və tənzimlənməsində mərkəz və regionun birgə sərəncamı əsasında
fəaliyyət göstərir. Həmin sahələrin saxlanılması üçün federal büdcədən sosial
tranferlər sistemi mövcud olur. Lakin təcrübədə sosial saxlanması üzrə əsas yerli
hakimiyyət orqanlarının üzərinə düşür.
4. İmtiyazların və güzəştlərin verilməsi. İmtiyaz – fəaliyyət göstərən ümumi
qaydalara əsasən əhalinin ayrı-ayrı qruplarına aid edilən xüsusi üstünlükdür.
Imtiyazlara misal olaraq, müharibə iştirakçıları, əlillər üçün pulsuz və güzəştli
dərman, pensiyaçılar üçün nəqliyyatda pulsuz və güzəştli gediş və s. göstərmək olar.
5. Məcburi sosial sığorta. Sosial müdafiənin bu qaydası inkişaf etmiş Avropa
ölkələrində, xüsusən – Skandinaviya ölkələrində geniş yayılmışdır. Məcburi sığorta
cəmiyyətin işləyən üzvlərinə aid edilir və bu prosesdə üç tərəfə (dövlət, sahibkar və
88

işçi) iştirak edir. Onun əsas vəzifəsi – nəzərdə tutulmuş qanuna əsasən (qocalıq,
xəstəlik, xəsarət, analıq, işsizlik) əmək haqqı və əmək qabiliyyətinin itirilməsi halında
minimum həyat səviyyəsinin saxlanmasıdır. Indiki dövrdə məcburi sosial sığortanın
rolu çox böyükdür.
6. Sosial təminat və sosial yardım. Sosial təminat cəmiyyətin əmək qabiliyyətini
itirmiş üzvlərini (ahıl və qocalar, əlillər, ailə başçısını itirənlər, uşaqlar)
saxlanılmasına yönəlmişdir.
Sosial yardım daimi xarakter daşımır və sosial himayəyə və sosial dəstəyə
ehtiyacı olanların hamısına aid edilmir. O, son dərəcə konkret, müvəqqəti xarakter
daşıyır, onun məbləği müəyyən qanuna əsasən hesablanır. Sosial yardım vətəndaşlara
obyektiv olaraq onların həyat fəaliyyətlərini pozan böhran vəziyyətlərində göstərilir.
Sosial müdafiə və təminat sistemini təkmilləşdirilməsinin əsas istiqaməti,
yardım və güzəştlərin dairəsinin daha da sıxılması, əhalinin əsas gəlir mənbəyi olan
əmək haqqının indeksləşdirilməsi olmasıdır. Əhalinin əmək haqqı təminatı üçün isə
əsas məsələ iş yerlərinin mövcudluğudur.
3. Əhalinin sosial müdafiəsinin hüquqi əsasları
Sosial siyasət, Azərbaycan Respublikasının Konstitusiyası və digər
qanunvericilik aktları ilə tənzimlənən və əhalinin hüquq və təminatlarını həyata
keçirməyə imkan verən, dövlətin əsas istiqamətlərindən biridir. Bu cür hüquq və
təminatların həyata keçirilməsi, əhaliyə sosial müdafiə xidmətlərin göstərilməsini
nəzərdə tutur.
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra qəbul etdiyi ilk mühüm
qanunlardan biri «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan
Respublikası Qanunu olmuşdur. Həmin qanun 1993- cü il yanvarın 1-dən qüvvəyə
minmişdir. Qanuna dəyişiliklər və əlavələr 13 iyun 1997- ci ildə qəbul olunmuşdur.
Bu qanun iki mərhələdə: ilk mərhələ 1 avqust 1997- ci ildə və ikinci mərhələ isə 1
avqust 1998- ci ildə qüvvəyə minmişdir. Qanunda əmək pensiyaları və sosial
pensiyaların növləri , onların şərtləri və ödənilməsi qaydası müəyyən edilmişdir.
Sosial sığorta vətəndaşların itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə
xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına
yönəldilmiş təminat formasıdır. Sosial sığorta məcburi dövlət sığorta və
könüllü( əlavə) sığorta formasında olur. Məcburi dövlət sosial sığorta işə götürənlər
tərəfindən bütün fərdi əmək müqaviləsi( kontraktı) üzrə işləyənlər barəsində həyata
keçirilir. Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödənişləri verilir:
- «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq dövlət pensiyaları;
- könüllü( əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;
- hamiləliyə və doğuma görə müavinət;
89

- uşağın anadan olmasına görə birdəfəlik müavinət;


- qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatan qədər uşağa qulluqla
əlaqədar müavinət;
- sığorta olunanların sanatoriya – kurort müalicəsi üzrə xərclərin tam və ya
qismən ödənişi;
- Azərbaycan Respublikasının Qanunvericiliyi ilə sosial sığorta üzrə təminatın
növləri də müəyyən edilə bilər.
«Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının
Qanunu müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti , gizirləri, micmanları və
xidmətindən artıq xidmət edən hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti
orqanlarının siravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının
ərazisində vahid dövlət pensiyaları sistemini müəyyən edir.
Əmək pensiyaları «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının
Qanununa əsasən təyin edilir. Əmək pensiyaları haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər
normativ hüquqi aktlarından ibarətdir.
Sosial zəmanətlər sistemi dedikdə, bütün vətəndaşlara, onların əmək
nailiyyətləri nəzərə alınmadan və ehtiyacı olmasını yoxlamadan sosial əhəmiyyətli
rifah və xidmətlərin təklif edilməsi başa düşülür. Bu sistemdə cəmiyyətin ehtiyatları,
imkanları nəzərə alınmadan, tələbatlar üzrə bölüşdürmə prinsipi reallaşır bu həmin
zəmanətlərin ölçüsün – normasını müəyyənləşdirir. Bu zəmanətlərin minimal dəsti və
səviyyəsi, hər bir ölkəni konkret tarixi şəraitdən asılı olaraq dəyişir. Vətəndaşların
sosial müdafiəsinin bu forması, ümumi vergi qoyma və sosial xərclərin büdcədən
maliyyələşdirilməsi prinsiplərinə əsaslanır.
Sosial zəmanətlər, həm dövlətin vətəndaşlar qarşısında, həm də vətəndaşların
dövlət qarşısında daşıdığı məsuliyyət və öhdəlikləri təsdiq edən qanunvericilik
əsasında təmin edilir.
Ümumi formada sosial zəmanətlər sosial xərclərin formalaşması imkanlarını və
onların fəaliyyət xüsusiyyətlərini əks etdirməklə aşağıdakı kimi tənsifləşdirilə bilər:
a)Bütün vətəndaşlar gəlirlərindən və məskunlaşdığı yerdən asılı olmayaraq
minimum xidmətlərlə təmin olunmalıdır.
b) Həmin təklifləri dövlət maliyyələşdirir.
c)Dövlətin imkanı qıtlığından vətəndaşların müəyyən hissəsi pullu xidmətə
müraciət etmək hüququna malikdir.
d) Hər bir vətəndaş ona xidmət edən obyektin sərbəst seçməsi hüququna
malikdir.
Minimal istehlak büdcəsi, iqtisadiyyatın böhran dövründə az təminatlı əhali
təbəqələrinə yardımın planlaşdırılmasının əsasının təşkil edir, həmçinin minimal
90

əmək haqqı, pensiyaların hesablanmasında istifadə olunur. Bunun əsasında yaşayış


minimumu normativləri müəyyən edilir.
Yaşayış minimumu - əhalinin maddi və xidmətlərə tələbatını ödəyən mütləq
aşağı gəlir səviyyəsini əks etdirən göstəricidir. Yaşayış minimumu hesablanarkən
müəyyən qrup normativlərindən istifadə olunur.
Ölkədə yaşayış minimumunun həddi ilə rəsmi yoxsulluq həddi təsdiq olunur. O,
müxtəlif sosual qrup üzrə beynəlxalq metodologiya əsasında hesablanır, qanunla
müəyyən olunur və sosial proqramların işlənib hazırlanmasının hüquqi əsasını təşkil
edir.
4. Dövlət sosial müdafiə sisteminin strukturu
Əhalinin sosial müdafiəsinin strukturu ilə bağlı bir qədər fərqli fikirlərə rast
gəlinir. Əksər iqtisadçılar hesab edirlər ki, sosial müdafiənin strukturunu sosial
təminat, sosial yardım, sosial zəmanət və sosial sığorta təşkil edir. Eyni zamanda
sosial yardım və sosial sığorta maliyyələşmə mənbələri baxımından sosial təminatın
tərkib elementləri kimi də göstərilir. E.Xicnıy isə Qərbi Avropa ölkələrinə istinad
edərək bu strukturun üç elementdən təşkil olunduğunu göstərir: sosial sığorta, sosial
təminat və sosial infrastruktur sahələri. Onu da qeyd edək ki, sosial müdafiənin
struktur elementlərini onun realizə formaları kimi də göstərmək olar.
Sosial təminat sistemində müavinətlər mühüm yer tutur. Müavinət ciddi
məqsədli təyinat xarakterinə malikdir. Bir sıra müavinətlər üzrlü səbəbə görə itirilən
qazancı əvəz etmək məqsədilə (müvəqqəti əmək qabiliyyətini itirməyə, işsizliyə və
s.), digərləri isə sosial yardım göstərmək məqsədilə verilir.
Sosial təminat vətəndaşlara və onların ailə üzvlərinə yaşayış vasitələri
mənbəyini itirdiyi və ya zəruri yaşayış minimumu olmadığı hallarda sosial
əhəmiyyətli əlavə xərclər çəkilməsi, eləcə də tibbi yardım göstərilməsi, ailəyə,
uşaqların saxlanılmasına və tərbiyə edilməsinə kömək olunması, digər sosial
xidmətlər göstərməklə və güzəştlər müəyyən etməklə onların tələbatını ödəmək üçün
sosial təyinatlı vəsaitlərin bölüşdürülməsi üzrə ictimai münasibətlərin məcmusunu
əhatə edir.
Sosial yardım – xüsusi ehtiyacı olan vətəndaşlara onların yaşına, sağlamlıq
vəziyyətinə, sosial vəziyyətinə və s. uyğun olaraq göstərilən köməkdir. Bu kömək
yaşayış səviyyəsinin təmin edilməsi üçün zəruri vəsaiti çatışmayan, ümumiyyətlə
xüsusi yardıma ehtiyacı olan vətəndaşlara dövlət qayğısıdır. Sosial yardım yaşayış
minimumunun və zəmanətli sosial xidmətlərin cəmiyyətin bütün üzvləri üçün əlçatan
olması məqsədilə həyata keçirilən tədbirlər sistemidir.
Sosial yardımın əsas məqsədi – maddi ehtiyac içərisində yaşayan insanların
həyat səviyyəsinin yaxşılaşdırılmasından və cəmiyyətdə bütün insanların bərabər
hüquqlarının qorunmasından ibarətdir. Bu səbəbdəndir ki, sosial yardım adətən
pensiyaçılara, qaçqın və məcburi köçkünlərə və digərlərinə göstərilir. Buraya uşaq
91

doğularkən birdəfəlik müavinət, aztəminatlı ailələrin uşaqlarına aylıq müavinət, dəfn


üçün birdəfəlik müavinət və s. aid etmək olar.
Sosial yardım prinsipi büdcədən maliyyələşməni nəzərdə tutur. Ödənişlərin
ölçüsünə gəlincə, dörd fərqli yanaşmanı göstərmək olar:
1) ehtiyacı olanların hamısına eyni ölçüdə yardım ödənilir;
2) yardım fərdi təminata əsaslanır;
3) yardım ya əvvəlki əmək haqqı səviyyəsinə, ya da sığorta ödəmələrinin
həcminə əsaslanır;
4) yardımın həcmi ehtiyac və tələbat əsasında müəyyən olunur.
Sığorta prinsipinin əsas cəhəti ondan ibarətdir ki, burada maliyyələşmə sığorta
haqları hesabına həyata keçirilir və həmin haqların həcmi ilə sosial xidmətin həcmi
arasında sıx qarşılıqlı əlaqə vardır. Sığorta olunana ödənilən vəsait onun fərdi
qaydada həyata keçirdiyi ödənişlərin həcminə müvafiq olur. Beləliklə də sığorta
prinsipi sosial ədalətin bazar prinsiplərinə daha çox uyğun gəlir, şəxsi məsuliyyət
hissinə əsaslanır. Digər tərəfdən isə sosial riskin mənfi nəticələrini azaldır.
Sosial zəmanət isə - ölkə vətəndaşlarının əsas sosial nemət və xidmətlərlə təmin
olunması hüququnun dövlət tərəfindən reallaşdırılmasıdır. Buraya iş yerinin seçilməsi
və professional fəaliyyət, əmək haqqının minimal ölçüsü, pensiyaların minimal
ölçüsü, ritual müavinət, təhsil hüququ, yaşayış yeri ilə təmin olunma hüququ,
sağlamlığın qorunması və tibbi yardım və s. aiddir.
5. Azərbaycanda sosial təminat sistemi
Azərbaycanda sosial müdafiə sistemi MBD ölkələrinin sistemlərinə oxşar olsa
da, ölkənin sosial durumu bir qədər fərqlidir. Dövlətin himayəsində milyonlarla
qaçqın, Qarabağ müharibəsi əlili və çoxsaylı ailə var.
Bazar iqtisadiyyatına keçid dövründə yeni mülkiyyət formalarının yaranması
obyektiv prosesdir. Yeni mülkiyyət formalarının yaranması isə maliyyə vəsaitinin
olmasını tələb edir. Təbii inkişaf yolu keçmiş ölkələrdə bu proses çox əvvəllər baş
vermişdir. Bu qanunauyğun prosesdir. Belə təbii inkişaf yolunun vaxtilə Çar
Rusiyası, o cümlədən onun müstəmləkəsi olmuş Azərbaycanda keçmişdir. Lakin
sosializm qurmaq belə təbii inkişaf yolunu əks tərəfə, başqa istiqamətə çevirmişdir.
Bazar iqtisadiyyatına keçid dövründə sərvət toplamağın problemləri çoxdur.
Beləliklə, gəlirlərin formalaşmasının həqiqi obyektiv mənbələri arasında ziddiyyət
meydana çıxır, əhalinin ayrı-ayrı qruplarının gəlirləri arasında fərqlər bunun əsasında
əmələ gəlir.
ABŞ və Qərbi Avropa ölkələrinin əksəriyyətində dünyanın digər bəzi regionları
ilə müqayisədə yüksək həyat səviyyəsi təmin olunmuşdur. Buna baxmayaraq həmin
ölkələrin özlərində də əhalinin ayrı-ayrı qruplarının gəlirlərində və deməli, həyat
səviyyələrində fərqlər mövcuddur. Əhalinin müxtəlif təbəqələrinn gəlirləri arasında
qeyri-bərabərliyin mövcudluğu daimi haldır. Bu təbii və qanunauyğundur.
92

«Normal orta həyat səviyyəsində gəlirlərin 15-18 faizinin ərzağa, qalanının isə
qeyri-ərzaq xidmət xərclərinə bölgüsü məqbul hesab olunur. əgər gəlirlərin ümumi
məsrəflərinin 50% -dən çoxu ərzaq məhsullarına sərf olunursa, beynəlxalq
metodikaya görə, bu əhalinin həyat səviyyəsinin aşağı olduğunu göstərir.»
Sosial yönümlü bazar iqtisadiyyatı şəraitində əhalinin müdafiəsinin həyata
keçirilməsi üşün aşağıdakılar nəzərdə tutulur:
1. Sosial sferanın minimal standartlar və normativlər əsasında dövlət
tənzimlənməsi.
2. Sosial təminat və sosial yardımlar.
3. Gəlirlərin ədalətli bölgüsü və onların indeksləşdirilməsi .
4. Təminatların verilməsi.
5. Sosial sığortaların həyata keçirilməsi.
Bazar iqtisadiyyatı şəraitində sosial sığorta fəaliyyətinin gücləndirilməsi daha da
əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, respublikada sığorta fəaliyyəti bir o qədər də
qənaətbəxş deyildir. Belə ki, şəxsi sığorta mülki məsuliyyət sığortası, icbari sığorta
hələ də aşağı səviyyədədir. Bu vəziyyətin düzəldilməsi üçün dövlət tədbirləri
sisteminin olması vacibdir.
6. Əhali gəlirləri və onun formalaşması
Gəlirlər hər bir subyektin bazar fəaliyyətinin son məqsədi kimi formalaşır.
Gəlirlər mənsubiyyətindən asılı olmayaraq, bütövlükdə makroiqtisadi səviyyədə
cəmiyyətin inkişafının maliyyə əsasını, istehsalın genişlənməsi və xüsusi tələbatların
ödənilməsi, az təminatlı və işləyənlərin həyat səviyyəsinin saxlanılması funksiyasını
reallaşdırır. Gəlirlər müəyyən dövrdə bazar subyektinin fəaliyyəti nəticəsində əldə
olunan, onun sərəncamı və dövlət mexanizmləri vasitəsilə yenidən bölgü obyekti olan
pul vəsaiti ilə ölçülür.
Bazar subyektlərinin gəlirlərinin təsnifatı onların funksional strukturuna uyğun
olaraq formalaşır və bölünür. Muzdlu əməkçilərin bazar sektorunda, dövlət
qulluqçularının dövlət sektorunda, iri şirkətlərin mənfəətləri, torpaq sahiblərinin və iri
ev sahiblərinin rentası, digər kiçik və orta sahibkarların gəlirləri funksional gəlirlər
olub hər bir subyektin bazar tipli fəaliyyətinə uyğun formalaşır, tələb və təklif
qanunauyğun inkişaf edir. Digər gəlirlər sosial qruplar üzrə bu subyektlər arasında
əlaqə formasından və əlaqələrin ehtiyaclarından asılı olaraq formalaşan və paylanan
gəlirlərdir.
Əhali gəlirlərinin yaranma mənbələri ölkə iqtisadiyyatının və maliyyə kredit
münasibətlərinin xarakteri və əsas istiqamətləri ilə bağlıdır. Ona görə də cari həyat
səviyyəsi istehsal xarakterli gəlirlərlə deyil istehlaka yönəldilən məcmu gəlirlərlə
ölçülür. Bu məcmu gəlir ölkənin ehtiyat fondlar hesabına, cari xərclər və bilavasitə
keçmiş borcların qaytarılması üçün ayrılan vəsaitləri, habelə gələcək inkişaf üçün
93

verilən kredit resurslarını, onların faizlərini çıxmaqla özündə əks etdirir. Sosial
müdafiə və istehsalın genişlənməsi üçün sahibkarlığa kömək məqsədi ilə istifadə
olunan gəlirlər, istehsal olunan gəlirlərdən çox ola bilir. Yaxud perspektiv tələbatı
təmin etmək üçün istehsal olunan gəlirlərin bir hissəsi yığım, yaxud kredit resursu
kimi istifadə olunur. Ona görə də istehlak səviyyəsinə və onun paylanmasına uyğun
gəlirlərin tənzimlənməsi keçirilmiş, yaxud «avans olunmuş gəlir»lərin
qiymətləndirilməsi metodikasını özündə birləşdirir.
Gəlirlərin bölüşdürülməsi xarici iqtisadi mühit, dünya ölkələrində qloballaşma,
elmi-texniki tərəqqi və stabilləşmə proqramları üzrə aparılan maliyyə-kredit
yardımları və kapital axınının nəticələri daxili gəlirlərin qütbləşməsinə təsir edir. Hər
bir ölkədə dünyada baş verən qlobal siyasətin sosial nəticələri, daha çox yaşayış
minimumu həddində yaşayan əhalinin nisbi kasıblaşmasına təsir edir. Ona görə də
gəlirlərin bölgüsü mərhələ-mərhələ qlobal səviyyədə təsir edən amilləri və regional
siyasətlə yanaşı hər bir ölkədə onun ayn-ayn sosial-iqtisadı qruplara təsır gücünün
təsiri və elastikliyi ilə özünü əks etdirir.
Əhali gəlirlərinin kəmiyyət xarakteristikası ilə yanaşı onun keyfiyyət
göstəriciləri də mövcuddur. Belə ki, adam başına düşən gəlir, ailə gəlirləri, ayrı-ayrı
sosial qruplar yaxud müxtəlif ərazi şəraitində, şəxsi əmək və peşə xarakteristikaları
ilə müəyyənləşən gəlir səviyyələri, onların strukturu və reallaşma istiqamətləri
keyfiyyət göstəriciləri olub, qarşılıqlı bir-birini tamamlayır.
Adam başına düşən gəlir səviyyəsi müqayisəli təhlil göstəricisi olub, ölkənin
sosial iqtisadi inkişaf göstəricisini, onun artımı isə aparılan islahatların səmərəliliyini
müəyyən edir. Adam başına düşən gəlir səviyyəsi, həmçinin alıcılıq qabiliyyətini
səciyyələndirməklə ölkədə yoxsulluğun həddini və əhalinin yaşayış səviyyəsini
ölçmək və onun meyllərini təhlil etmək mexanizmi kimi istifadəsinə imkan verir.
Əhali gəlirlərinin müəyyən sabit qiymətlərdə, yaxud əsaslandırılmış qiymət dəyiş-
mələrində real istehlak səviyyəsini ölçmək əhalinin istehlak davranışını və onun
istehlak strukturunda gəlirlərin artmasının təsirini qiymətləndirməyə və idarəetmə
məqsədi ilə istehlak strukturunu ictimai faydalılıq baxımından tənzimləməyə,
həmçinin onun optimal strukturu və ölkədə istehsal, əmtəə, tələb və təklifin optımal
strukturuna aparan istiqamətləri müəyyən etməyə imkan verir.
Ailə gəlirləri demokratik və ailənin sosial-iqtisadi kompleks göstəricisi olub,
onun büdcə tələbat sisteminin, həmçinin ödənilməsinin konkret formasını, ailənin
sosial-iqtisadi xarakteristikasına uyğun formalaşmasını və istifadəsini müəyyən edir.
Hər bir ailədə işləyənlərin sayı, onların əmək haqqı, ailə üçün gəlir gətirməyən
üzvlər, onların normal yaşayışı üçün əsas vəsaitlərin mənbəyi və orta surəti
bütövlükdə həmin ailənin məcmu gəlirini və uyğun istehlak tələbatını ödəmək üçün
alıcılıq qabiliyyətini formalaşdırır.
Əmək haqqı gəlirlərinin artması və onun məcmu gəlirlərə təsiri əmək haqqı
94

sistemindən, onların əməyin ödənilməsi vasitəsi kimi funksiyası və meyar ölçüsü


kimi adekvat olmasından asılıdır. . Ona görə də əmək haqqının gəlirlərin əsas amili
kimi işçilərin gəlirlərinin formalaşmasında rolu tənzimlənməlidir. Bu meyar və stimul
sosial müdafiə fondlarının, sosial təminat və pensiya təminatı üçün maliyyə
resurslarının səfərbər olmasına gətirib çıxarır. İşləyən müəssisələrin əmək haqqı
fondunun artması büdcə gəlirlərində gəlir vergilərinin. artımına səbəb olur. Əmək
haqqı fondunun və orta ayhq əmək haqqının səviyyəsi orta aylıq pensiyanı müəyyən.
edir, sosial pensiyanın artırılmasına və sosial pensiya ilə əmək haqqı arasında
nisbətləri tənzimləyir. Əmək haqqı gəlirlərinin stimul yaratmaq və sosial ədaləti
təmin etmək üçün idarəetmə rıçaqı olaraq, bazar iqtisadiyyatı şəraitində ölçü meyarı
kimi qiymətləndirilir. Əmək haqqı gəlirlərinin maliyyə mənbəyini müəssisə və
sahibkarlıq fəaliyyətindən gələn gəlirlərin bölgüsü qaydası və mexanizmləri təşkil
edir. Əməyin xarakteri, məzmunu, onun yaratdığı məhsul və xidmətlər bazar
tələbatına uyğun alıcılıq qabiliyyətinin artmasına səbəb olması, son nəticədə əmək
gəlirlərinin artım mənbəyinə çevrilir. Əmək haqqı gəlirləri ilə sahibkarlıq, fərdi
fəaliyyət arasında müvafiq tənzimlənən nisbətlər tələb və təklifə uyğun formalaşır.
Hər növ əmək fəaliyyəti bazarın istehlak seqmentinə uyğun kəmiyyət və keyfiyyətcə
dəyişikliyə məruz qalır. Belə ki, əməyin istehsal və xidmət sferasında fəaliyyət
forması, onun texnologiyası və faydalılığı məhsula olan tələbatla tarazlaşır. Əmək
haqqı gəlir mənbəyi olmaqla alıcılıq qabiliyyətinin maliyyə mənbəyinə çevrilir, daha
çox faydalı və məhsuldar xarakter alır, İstehsal olunmuş məcmu təklifi artırır. Bu da
son nəticədə əməyin spektrinin seqmentini dəyişir. Daha çox məcmu tələbatın
xarakterinə uyğun meyl etməsinə çevrilir. Əməyin fəaliyyət strukturu və onun
məzmunu məcmu təklif və tələb spektrinə meylli olaraq dəyişir.
Gəlir siyasəti bütövlükdə əmək haqqı siyasəti ilə ölçü və metodiki formalaşma
mənbələrinə görə adekvat bərabərlik almasa da (və bunu tələb etmək düzgün olmaz)
müəyyən stimullar üçün təyin edici amil olaraq, əmək haqqı yüksək olan əhalinin
istehlak səviyyəsi, dövlət yardımından və dövlət gəlirləri hesabına maliyyələşdirilən
əhali gəlirlərinə nisbətən üstün olması zəruri şərt olmalıdır.
7. Əmək münasibətlərinin dövlət tənzimlənməsi
Əmək münasibətlərinin daxili tənzimləyicilərinin çoxluğu nəticəsində və habelə
onun effektli fəaliyyətinin sosial vacibliyini nəzərə alaraq əmək bazarının səriştəli
idarə olunması və tənzimlənməsi zəruriliyi meydana çıxır. Belə qənaətə gəlmək
mümkündür ki, məşğulluğun səriştəli tənzimlənməsi islahatın mühüm vəzifəsinə
çevrilmişdir. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçən Azərbaycan
Respublikasında bu sahədə müəyyən işlər görülmüş və görülməkdədir.
Belə ki, respublikada məşğulluq haqqında qərar qəbul edilmiş, respublikanın
Konstitusiyasında hər bir şəxsin əmək hüququ təsbit edilmiş, əmək bircalarının
yaradılmasına başlanılmış, işsizlərin qeydiyyatı komitəsi yaradılmışdır. Bütün
95

bunların hamısı başlanğıcdır.


Əmək bazarı, iqtisadi həlqələrin bütün elementlərini özündə əks etdirən inteqral
sistemidir. Qərb iqtisadi nəzəriyyələrində əmək bazarına istehsal resurslarından ancaq
birinin reallaşdırıldığı məkan kimi baxılır (əmək reallaşdırılması). Bu konseptual
məsələyə 4 tərəfdən yanaşılır.
Neoklassik (neoklassik – yeniləşdirmə) yanaşma – Bu konsepsiyanın əsasında
klassik baxışlar durur. Yəni bütün bazarlar kimi əmək bazarının əsasında da qiymət
bərabərliyi durur. Belə ki, əsas tənzimləyici qiymətdir, yəni əməyin qiymətidir.
Əməyin qiyməti - əmək haqqını əməyə tələb və təklifi müəyyən edir. Bir halda ki,
qiymət bərabərliyi vardır, işsizlik yoxdur və ya könüllü xüsusiyyətə malikdir.
Keynsçi yanaşma – keynsçilər əmək bazarına daimi və əsasən dəyişən qeyri-
sabit mühit kimi baxırlar. Onların fikrincə əmək haqqı dəyişməzdir (müqaviləyə
görə) və bunu onlar qeyd-şərtsiz qəbul edirlər. Bu konsepsiyada qiymətin
tənzimləyici rolu azaldığına görə tənzimləmə funksiyasını dövlət öz üzərinə
götürməlidir. Beləliklə, əmək münasibətlərinin tənzimlənməsi qiymət modeli
əsasında deyil, istehsalın həcmi ilə tənzimlənməlidir.
Monetar baxış – Monetaristlər işçi qüvvəsinin qiymətinə sərt struktur nöqteyi-
nəzərdən yanaşırlar. Monetraistlər “təbii” işsizlik anlayışından istifadə edərək
göstərirlər ki, dövlət əmək haqqının minimum səviyyəsini qoymaqla işsizliyi artıra
bilər. Buna görə də əmək bazarını tənzimləmək üçün dövlət pul-kredit vasitələrindən
istifadə etməlidir.
Marksistlər əmək bazarını xüsusi bazar kimi qeyd edirlər. Bu digər əmtəə
bazarlarından onunla fərqlənir ki, əmək prosesində yaradılan dəyər əməyin özü ilə
məhsulun üzərinə keçirilir. Buna görə də marksistlər belə hesab edirlər ki, əmək
bazarı ümumi iqtisadi qanunlara tabe olsa da, özünəməxsus xüsusiyyətlərə malikdir.
Yəni istehsalın amili olmaqla o özü də əmtəə sayılır və bununla da tələb və təklifə
təsir göstərir, özünün bazar qiymətini müəyyənləşdirir.
Resurs əvəzedicisinə qiymətlərin yüksəldilməsi vasitəsilə həmkarlar əməyə
tələbatı yüksəldə bilərlər.
Qapalı və ya sex tred-yunionizmi vasitəsilə həmkarlar əmək haqqı səviyyəsini
yüksəldə bilərlər. Bunun üçün Həmkarlar əmək təklifini azaldırlar. Əmək təklifinin
azaldılmasının hüquqi əsası:
a) immiqrasiyanın məhdudlaşdırılması,
b) uşaq əməyinin azaldılması,
c) mütləq təqaüdə gedilməsinin dəstəklənməsi,
d) iş həftəsinin qısaldılması ola bilər.
Beləliklə, bazar iqtisadiyyatı şəraitində ölkədə əmək bazarının
formalaşdırılmasının inkişafı mexanizmlərindən istifadə zərurətə çevrilir.
Əmək bazarının xüsusiyyətləri:
96

1. Adi əmtəələrin alqı-satqısı zamanı alıcı və satıcının əlaqəsi (kreditə


verilən istisna olmaqla) o saat da kəsilir. Əmək bazarında isə əsasən müqavilə
münasibəti formasından istifadə edilir və iş verənlə işə girənin əlaqəsi uzun müddətli
olur;
2. Əmək bazarında qeyri-pul amilləri böyük rol oynayır – işin
mürəkkəbliyi və presticliyi, əmək şəraiti və təhlükəsizliyi, məşğulluğa qarantiya
(təminat), peşə-ixtisas səviyyəsi, kollektivdə mənəvi mühit və s.
3. Müxtəlif strukturların təsiri – həmkarlar ittifaqı, əmək
qanunvericiliyi, məşğulluğa dair dövlət siyasəti, sahibkarlar ittifaqı və s. əhalinin
əksəriyyəti muzdlu işçilərdir və cəmiyyətin sabitliyi onların həyatından çox asılıdır.
Buna görə də göstərilən orqanlar əmək bazarında baş verən proseslərə biganə qala
bilməzlər.
Beləliklə, əmək bazarı ümumi iqtisadi qanunlara tabe olmaqla tələb-təklif
mexanizmi əsasında fəaliyyət göstərərək digər əmtəə bazarlarından öz xüsusiyyətləri
ilə fərqlənir. Bu zaman əmək münasibətlərinin tənzimlənməsinin makro və mikro
amilləri ilə yanaşı sosial, sosial-psixoloci və s. amillər də fəaliyyət göstərirlər.
Real iqtisadi həyatda əmək bazarının fəaliyyəti çoxlu amillərin təsiri altında
tənzimlənir.
Bunlardan biri demoqrafik amildir, doğum səviyyəsi, iş qabiliyyətli əhalinin
artımı, onun cinsi quruluşu və s.
İkincisi – müxtəlif etnik qrupların iqtisadi aktivlik səviyyəsi. Məsələn, bir etnik
qrupun iş qabiliyyəti digərinə nisbətən yüksək ola bilər.
Üçüncüsü - əhali miqrasiyasıdır.
Əmək münasibətlərinin dövlət tənzimlənməsinin dörd istiqamətinə fikir
verilməlidir.
1. Dövlət sektorunda iş yerlərinin artırılması və məşğulluğun artımının
stimullaşdırılması proqramı.
2. İşçi qüvvəsinin hazırlanması və yenidən ixtisasının dəyişdirilməsi
proqramı.
3. İşçi qüvvəsinin icarəyə götürülməsinə şərait yaradılması proqramı.
4. İşsizlərin sosial sığortası proqramı.
Məsələn, bu proqramlar çərçivəsində ABŞ-da müharibədən sonrakı dövrlərdə
dövlət sektorunda ictimai xidmət sahələrində iş yerləri çoxaldılmağa başlanıldı
(təhsil, səhiyyə xidməti, kommunal təsərrüfatında və s.). Nəticədə 70-ci illərdə
işsizlik səviyyəsi 0,8 %-ə enmişdir.
8. Məşğulluğun sosial-iqtisadi mahiyyəti
Məşğulluq anlayışı mürəkkəb və çoxcəhətlidir. Bu anlayış özündə faydalı əmək
fəaliyyətini, tədris, iş, sənətkarlıq, dayəçilik, hərbi xidmət və s. əhatə edir. Müasir
dövrdə məşğulluq sosial iqtisadi siyasətin tərkib hissəsi kimi çıxış edir və bu ölkənin
97

əmək qanunçuluğunda təsbit olunmuşdur. Həmin qanunda vətəndaşların bu və ya


digər növ əmək məşğuliyyəti müəyyən edilmişdir. Belə əmək növlərinin məcmusu
məşğulluğun sosial-iqtisadi strukturunu əks etdirir və aşağıdakılardan ibarətdir:
- muzdla işləyənlər;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar;
- əmək qabiliyyətini itirmişlər, məzuniyyət, ixtisası artırma;
- sərbəst fəaliyyətlə məşğul olanlar;
- vəzifələrə seçilənlər və təyin olunanlar;
- hərbi xidmətdə və digər hərbi işdə olanlar;
- təhsil alanlar.
Məşğulluğun mürəkkəbliyi və çoxcəhətliyi nəzərə alınaraq onların fəaliyyətləri
müəyyən əlamətlərə görə qruplaşdırılır ki, buna da aid etmək olar:
1. İqtisadiyyatda çalışanlar. Onlar cəmiyyətin sərvətinin əsasını yaradırlar.
Onların fəaliyyəti nəticəsində alınan vəsait digər sahələrin inkişafına səbəb olur.
2. Hərbi xidmətdə olanlar. Onların əməyi pulla ödənilməsə də, mühüm
funksiyanı, ölkənin müdafiəsini təmin edirlər.
3. İstehsaldan ayrılmaqla təhsil alanlar. Bunlar təbii itkinin yerini doldurmaq
üçün ehtiyat iş qüvvəsidir.
9. İşsizlik və tam məşğulluq problemlərin dövlət tənzimlənməsi
Müasir dövrdə əməklə məşğul olmaq aşağıdakı prinsiplərə əsaslanır:
1. Məşğulluğun seçilməsi azadlığı (azad seçim). Bu azadlıq konstitusiya ilə
müəyyən olunur (maddə 35).
2. Məhsuldar məşğulluq – hər kəs öz qabiliyyətinə, ixtisasına, peşəsinə uyğun
sahələrdə çalışıb öz əməyinə uyğun gəlir əldə etməlidir. Hər kəs özünə uyğun olan
işlə təmin olunsa bu məşğulluq üçün çox zəruridir.
3. Tam məşğulluq. Konstitusiya ilə əmək hüququ verilir və işsizlikdən
müdafiə olunmaq hüququ vardır.
4. Məşğulluğun qanunvericiliklə tənzimlənməsi.
Məşğul kimə deyilir? İşsiz kimə? Bu suallara cavab üçün Beynəlxalq Əmək
Təşkilatının məsləhət gördüyü kriteriyalardan istifadə olunur.
İlk olaraq ölkənin bütün əhalisi iki hissəyə bölünür:
1. İqtisadi cəhətdən fəal olmayan əhali – buraya ölkənin iş qüvvəsi tərkibinə
daxil olmayan əhalisi daxildir. Onlara aiddir:
1) Gündüz oxuyan şagird və tələbələr;
2) Pensiyaçılar;
3) Ev təsərrüfatı ilə məşğul olanlar (uşaq və xəstəyə baxanlar da daxil
olmaqla).
4) İş axtarmaqla məşğul olanlar;
5) İşə ehtiyacı olmayanlar (gəlir mənbəyindən asılı olmayaraq).
98

2. İqtisadi cəhətdən fəal əhali (Qərb ədəbiyyatında – «cəmiyyətin məcmu iş


qüvvəsi» - bu əhalinin öz iş qüvvəsini təklif edən hissəsidir).
İqtisadi fəal əhali, əhalinin ümumi sayında onun sayıdır. Yəni
H−Э H
Y A= ⋅100
H
Y A - iqtisadi fəal əhalinin sayı;
H - əhalinin sayı;
Э H - iqtisadi fəal olmayan əhali.
İqtisadi fəal əhali iki qrupa bölünür:
A. Məşğul olanlar – 16 yaş və ondan çox olan (kiçik yaşda olanlar da), hansı ki:
1) muzdla işləyir və haqq alır (tam və natamam işləyənlər);
2) ailə müəssisəsində əmək haqqı almadan çalışır;
3) muzdla işləmir, müstəqil olaraq özünü işlə təmin edir (iş verən, öz
müəssisəsinin rəhbəri, fərdi əsasda işləyənlər) ;
4) müvəqqəti olaraq işdə olmayanlar (xəstəliyə görə, xəstəyə qulluq edir,
təhsil, tədris məzuniyyəti, əmək haqqı saxlanılmadan məzuniyyət, qismən əmək
haqqı saxlanılmaqla məzuniyyət və s.).
B. İşsizlər – 16 yaş və çox olan şəxslər:
1) gəlir gətirən işi yoxdur;
2) iş axtarmaqla məşğuldur;
3) işə götürməyə hazır olanlar;
4) göndəriş üzrə oxuyanlar – işlədiyi sahə üzrə.
Məşğul olan (M) və işsizlərin müqayisəsi yolu ilə işsizliyin səviyyəsi müəyyən
edilir.
e Ölkədə işsizlik səviyyəsi belə müəyyənləşdirilir:
İşsizlik = İşsizlərin sayı / iş qüvvəsi yaxud aktiv əhalinin sayı x 100
Deməli, ölkədə işsizliyin səviyyəsi, işsizlərin ümumi sayının iş qüvvəsinə, yəni
əmək qabiliyyətli əhalinin sayına olan nisbəti ilə ölçülür.
İşsizliyin müəyyən səviyyəsi normal hal sayılır. Müasir bazar münasibətləri
şəraitində işsizliyin müəyyən tipləri mövcuddur:
1. Friksion işsizlik
2. Struktur işsizlik
3. Mövsumi (dövri) işsizlik və s.
Friksion işsizlik o adamları əhatə edir ki, onlar iş gözləyirlər, iş yerlərini
dəyişirlər, iş axtarırlar. Daha doğrusu, “iş arasında”dırlar. Onlar ümumi işsizlik
fondinda bir-birini əvəz edirlər.
Struktur işsizlik friksion işsizliyin davamıdır. O, istehlak tələbinin artması ilə
əlaqədardır. İstehlak tələbinin artması, yeni məhsula tələbat doğurur. Bu isə istehsal
99

texnologiyasının dəyişilməsini və yeniləşməsini tələb edir. Bu da potensial


mütəxəssislərə tələbat doğurur. Deməli, struktur işsizliyi o adamların əhatəedir ki,
onlar yeni ixtisas alırlar, ixtisaslarını dəyişirlər.
Dövri (mövsümi) işsizlik iqtisadi böhranlarla əlaqədardır. Lakin iqtisadiyyatın
elə sahələri vardır ki, (məs. aqrar bölmə) orada mövsümi işsizlik təbiidir. İqtisadi
böhran tsiklinin aşağı düşməsində işsizlər ordusu artır. Pik dövründə işsizlik azalır.
10. Əhalinin məşğulluğunun təmin olunmasında dövlət siyasəti.
Bunun üçün dövlət aşağıdakı tədbirləri görür:
1. Kütləvi işsizlik dövründə qanunvericilik qaydasında iş günü
və iş həftəsinin uzunluğunu müəyyən edir, onu qısaldır;
2. Müəssisələrdə iş yerlərinin bölünməsini «məsləhət» görür
(işçilər arasında);
3. Dövlət bölməsində işçiləri vaxtından əvvəl pensiyaya
göndərir (2-3 il əvvəl);
4. Yeni iş yerləri yaradır və yol tikmək və s. kimi ictimai işləri
təşkil edir;
5. Ölkəyə xaricdən gələnlərin qarşısını alır və ölkədə olan xarici
vətəndaşları ölkədən çıxarır və s.
Lakin dövlət başqa yolla da gedə bilər. O, pul təklifini artıraraq, investisiyaları
genişləndirərək, dotasiya verərək işsizliyin səviyyəsini endirə bilər. Qısa müddətdə
işsizliyin səviyyəsinin aşağı düşməsi inflyasiya sürətinin qalxması ilə müşayiət
olunacaqdır. Bu isə inflyasiya tələbidir. Bu zaman iqtisadiyyatın vəziyyətin iki
amildən asılıdır.
Birincisi - əmək müqaviləsinin fəaliyyət müddəti. Əgər müqavilədə qiymətin
yüksəlməsi halında əmək haqqında dəyişikliklər edilməsi nəzərdə tutulmamışdırsa,
bu zaman işçi inflyasiya ilə əlaqədar olaraq real gəlirinin aşağı düşməsi ilə
razılaşmağa məcburdur. Müqavilə müddəti qurtardıqdan sonra yenisi bağlanarkən bu
nəzərə alınaraq əmək bazarında münasibətin dəyişməsi verəcək, yeni işsizliyin təbii
norması bərpa olunacaqdır.
İkinci amil – işləyənlərin inflyasiya gözləməsidir. Bunun əsasında qiymətin
səviyyəsi ilə səciyyələnən təcrübəsi durur. İşləyən hər bir kəs müəyyən müddətə real
gəlirinin aşağı düşməsi ilə razılaşır və vəziyyətin yaxşılaşacağını gözləyir. Buna görə
də iqtisadiyyatın hərəkəti zamanı nominal əmək haqqı artmır. Əməyin effektivliyinin
artması şəraitində xərclər azalır, gəlir, investisiya və məşğuliyyət artır.
Azərbaycan Respublikasının Məşğulluq Strategiyası 2006-1015-ci illəri əhatə
etməklə, qeyd olunan məsələlərin həllinə yönəlmişdir. Strategiya «Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında»
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanına,
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq
100

edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət


Proqramına (2004-2008-ci illər)» əsaslanır və Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 20 iyun tarixli Sərəncamına uyğun olaraq hazırlanacaq «2006-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı» ilə uzlaşdırılaraq, yaxın onillikdə Azərbaycanda məşğulluq
siyasətinin əsaslarını müəyyən edir.
11. Sosial-iqtisadi inkişafın proqramlaşdırılması.
İqtisadi və sosial proseslərin dövlət tənzimlənməsində sosial-iqtisadi inkişaf
konsepsiyası mühüm yer tutur. Dövlət tənzimlənməsi prosesində hökumət tərəfindən
istifadə olunan sənəd, orta müddətli perspektiv üçün 9 bölmədən ibarət iqtisadi-sosial
inkişaf proqramıdır. Həmin bölmələr aşağıdakılardır:
1. Əvvəlki dövrlərdə ölkənin iqtisadi-sosial inkişafının nəticələri.
2. Orta müddətə ölkənin iqtisadi-sosial inkişaf konsepsiyası.
3. Makroiqtisadi siyasət.
4. İnstitusional dəyişikliklər.
5. İnvestisiya və struktur siyasəti.
6. Aqrar siyasət.
7. Ekoloci siyasət.
8. Regional iqtisadi siyasət.
9. Xarici iqtisadi siyasət.
Strateci xarakterli, vaxtı çatmış problemlərin həlli üçün İqtisadi İnkişaf Nazirliyi
maraqlı təşkilatlarla birlikdə bələdiyyə məqsədli proqramlar hazırlayır. Hər bir belə
proqram özünə məxsus pasporta malikdir və aşağıdakı göstəriciləri əks etdirir:
1. proqramın adı,
2. proqramın qəbul edilməsi vaxtı,
3. dövlət sifarişçisi,
4. proqramın əsas tərtibatçısı,
5. proqramın məqsəd və vəzifəsi,
6. proqramın yerinə yetirilmə vaxtı,
7. proqramın və digər tədbirlərin siyahısı,
8. proqramın və digər tədbirlərin icraçıları,
9. maliyyə məbləği və mənbələri,
10. proqramın reallaşdırılmasından alınan nəticə,
11. proqramın icrasına nəzarət.
Hökumətin hazırladığı müvafiq plan sənədləri Dövlət büdcəsi ilə birlikdə Milli
Məclisə təqdim edilir. Bütün bunlarla bərabər Milli Məclisə həmçinin aşağıdakılar da
təqdim olunur:
- əvvəlki illərdə iqtisadi və sosial inkişafın proqnozları
- plan ili üçün iqtisadi-sosial inkişafın proqnozları
101

- icmal maliyyə balansının layihəsi


- əsas sosial-iqtisadi problemlərin siyahısı
- məqsədli proqramların siyahısı
- dövlət sektorunun inkişaf layihəsi
- dövlət ehtiyacları üçün məhsulun həcmi.
Hökumətin təqdim etdiyi sənədlər əsasında Milli Məclis qərarlar qəbul edir ki,
onun icrası İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.

Mövzu 7.
Dövlətin regional və aqrar siyasəti.
Suallar:
1. Regional siyasət, onun mahiyyəti və məqsədləri.
2. “İqtisadi” rayonlar, onların inkişafının tənzimlənməsi.
3. Aqrar münasibətlər, onların tənzimlənməsində dövlətin siyasəti.
4. Aqrar istehsalında infrastruktur sahələrinin inkişafı.
5. Regionların sosial-iqtisadi inkişafında regional proqramların rolu
6. Kənd təsərrüfatında yeni istehsal münasibətlərinin formalaşdırılması.
7. Kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi.
8.Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi.

1. Regional siyasət, onun mahiyyəti və məqsədləri


Dövlətin regional siyasəti dedikdə həm dövlətin regional səviyyədə, həm də
regionların özlərinin işləyib hazırlayaraq həyata keçirdikləri tədbirlər kompleksi,
daha doğrusu, dövlət və regionlar arasında, həm də regionların öz aralarında qarşılıqlı
münasibətləri əks etdirən və məkan, region nöqteyi-nəzərdən ölkənin siyasi, iqtisadi,
sosial və ekoloci inkişafının idarə edilməsi üzrə fəaliyyət sahəsi başa düşülür.
Regional siyasət dövlətin taktikasını əks etdirir. Dövlətin regional siyasətinin
mahiyyəti regionların iqtisadi və sosial sahələrdə fəaliyyətinin bərabərləşdirilməsinə,
regional ehtiyatlardan optimal istifadə edilməsinə şərait yaradılmasına və regionların
iqtisadiyyatının inkişafına yönəldilmiş dövlətin fəaliyyətidir.
Regional siyasət adətən sosial-iqtisadi inkişafın milli strategiyasının tərkib
hissəsi olub, tamamilə hakimiyyətin fəlsəfi konsepsiyasına əsaslanır. Lakin, bununla
belə müxtəlif dövlətlər çərçivəsində onların subyektiv şərhinə müvafiq çox vaxt
universal ümumiqtisadi kateqoriyalar və qanunlara (məsələn, dəyər qanunu) istinad
edilir, amma milli regional siyasətin hər cür özünəməxsus xüsusiyyəti ölkənin
tipindən asılı olmayaraq bəzi ümumi qanunauyğunluqların reallaşmasını ləğv etməyə
qadir deyildir.
Regional siyasətin əsasları müəyyən olunarkən yalnız regionların spesifik
xüsusiyyətlərini deyil, həm də iqtisadi islahatların əsas istiqamətlərinin regional
102

səviyyədə aparılması zəruriliyini, yerli özünüidarəetmənin təkmilləşdirilməsi və


inkişaf məsələlərini, sosial sahələrin, təbiətdən səmərəli istifadənin problemlərini
nəzərə almaq lazımdır.
«Regional iqtisadiyyat», «regional inkişaf», «regional planlaşdırma», «regional
modelləşdirmə», «regionlaşma» kimi anlayışlar regional siyasətlə sıx əlaqədə olur.
Regional iqtisadiyyat konkret region dairəsində sosial proseslərin və məhsuldar
qüvvələrin formalaşması və inkişafını şərtləndirən məcmu iqtisadi və sosial amilləri
və hadisələri öyrənir. Regional inkişaf regionun daxili sosial-iqtisadi strukturlarının
mütərəqqi yöndə dəyişdirilməsini nəzərdə tutur. Adətən, regional proqramlaşdırma
ilə əlaqələndirilən regional planlaşdırma kəskin regional təzadların və sosial
ziddiyyətlərin yumşaldılması məqsədilə iqtisadiyyata dövlət müdaxiləsinin
formalarından biridir. Söhbət ayrı-ayrı rayonların xüsusi inkişaf proqramlarının
hazırlanması və həyata keçirilməsindən gedir (plan iqtisadiyyatının elementləri olan
ölkələrdə tez-tez xüsusi milli planlar: beş illik, yeddi illik planlar kontekstində).
Regional modelləşdirmə dedikdə, regionun mövcud və ya perspektiv iqtisadi və
sosial strukturlarının optimallaşdırılması (regionometrika) məqsədilə onların
ekonometrik (iqtisadi-riyazi) qurulması başa düşülür.
Müxtəlif dövlətlərin regional siyasətinin məqsədləri və vəzifələri bir birlərinə
uyğun olmur və son dərəcə geniş hədlərdə dəyişir. Bununla belə praktiki olaraq onu
reallaşdıran bütün ölkələrə istisnasız, regional siyasətə aid olan ümumi, baş
məqsədlər vardır. Bunlara aid edilir:
1) vahid iqtisadi mühitin (məkanın) yaradılması və möhkəmləndirilməsi,
dövlətçiliyin iqtisadi, sosial, hüquqi və təşkilati əsaslarının təmin edilməsi;
2) regionların iqtisadi imkanlarından asılı olmayaraq vahid minimum sosial
standartlarının və bərabər sosial müdafiənin təmin edilməsi, vətəndaşların
konstitusiyada müəyyən olunmuş sosial hüquqlarının təminatı;
3) regionların sosial-iqtisadi inkişaf şərtlərinin nisbi bərabərləşdirilməsi;
4) dövlət üçün mühüm strateci əhəmiyyəti olan regionların üstün inkişafı;
5) regionların təbii, o cümlədən, resurs xüsusiyyətlərindən maksimum istifadə
edilməsi;
6) ətraf mühitin çirklənməsinin qarşısının alınması, regional təbiətdən istifadənin
ekologiyalaşdırılması, regionların kompleks ekoloci mühafizəsi və s.
Dövlətin regional siyasətinin aşağıdakı vəzifələri həll edilməlidir:
- dövlətin sabitliyinin və ərazi bütövlüyünün iqtisadi əsaslarının
möhkəmləndirilməsi;
- regional və ümumrespublika əmtəə, əmək və kapital bazarlarının, bazar və
institusional infrastrukturların təşəkkül tapması;
- regionların sosial-iqtisadi inkişaf səviyyəsindəki dərin fərqlərin azaldılması;
103

- regionların təsərrüfat strukturlarının səmərəliliyinin və kompleksliliyinin tələb


olunan iqtisadi və sosial səviyyəsinə nail olunması, bazar şəraitində onların həyat
qabiliyyətinin artırılması;
- regionlararası infrastruktur sisteminin (nəqliyyat, rabitə, infomatika və s.)
inkişaf etdirilməsi;
- iri elmi-texniki potensiala malik olan rayon və şəhərlərin inkişafının
həvəsləndirilməsi; məhz elmin və yüksək texnologiyanın bu mərkəzləri ölkənin
regionlarının «lokomotivləri» və «artım nöqtələri» ola bilər.
Regional siyasətin əsas məqsədi kimi ümumi qaydada regional iqtisadiyyatın
hərtərəfli və optimal inkişafı nəzərdə tutulur. Regional iqtisadiyyatın optimal inkişafı
üçün hər şeydən əvvəl məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə fikir
verilməlidir. Yəni məhsuldar qüvvələrin yerləşdirilməsi prinsiplərinə diqqət
yetirilməlidir:
1. regionda məhsuldar qüvvələrin proporsional yerləşdirilməsi və onların
dinamiki inkişafının təmin olunmasıdır;
2. müxtəlif istehsal sahələrinin xammal mənbələrinə yaxınlaşdırılması. Bu
məhsul istehsalında qənaət reciminə əməl edilməsinə imkanı artırır;
3. regionun şəhər və kəndləri arasındakı fərqlərinin ləğv edilməsi, sosial –
iqtisadi inkişaflarının bir – birinə yaxınlaşdırılması;
4. respublika səviyyəsində regionun müdafiə qabiliyyətinin artırılması;
5. regionda təbii resurslardan səmərəli istifadə və təbiətin mühafizə olunması;
6. regionda əmək resurslarının səmərəli yerləşdirilməsi və istifadənin
yaxşılaşdırılması.
Bütün bunlar əsasında regionda məhsuldar qüvvələrin yerləşdirilməsinin baş
planı müəyyən edilir və aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1. regionda son illər ərzində məhsuldar qüvvələrin yerləşdirilməsinin təhlili
aparılır;
2. məhsuldar qüvvələrin gələcək inkişafı və yerləşdirilməsi imkanları
araşdırılır (əhalisi, əmək resursları, sənayesi və s. araşdırılır);
3. regionda əsas inkişaf təmayülünün istiqamətləri müəyyənləşdirilir;
4. sənaye qovşağı, kənd təsərrüfatı üzrə sahələrin inkişafı səviyyəsi araşdırılır,
onların nisbəti müəyyən edilir;
5. məhsuldar qüvvələrin yerləşdirilməsinin iqtisadi səmərəsi
müəyyənləşdirilir;
Regional siyasət aşağıdakı sosial problemləri həll etməyə imkan verir:
1. rayonlar üzrə əhalinin həyat səviyyəsinin yüksəldilməsini;
2. regionda əhalinin yerləşdirilməsi və məşğulluğun təmin edilməsinə fikir
verilməsini;
104

3. region daxili təbii resursların qorunmasının və istifadəsinin elmi əsasını


hazırlamasını.
Regional iqtisadiyyatın inkişafı kompleks ərazi planı əsasında aparılır. Bunun
üçün aşağıdakılara diqqət verilir:
1. təbii resurslardan səmərəli istifadə olunmasına;
2. əmək resurslarından istifadə səviyyəsinə;
3. əhalinin həyat səviyyəsinə;
4. istehsal və sosial infrastrukturların olmasına;
5. əsas resurslarından istifadə səviyyəsinə;
6. əsas vəsait qoyuluşundan səmərəli istifadə olunmasına.
2. “İqtisadi” rayonlar, onların inkişafının tənzimlənməsi
Ölkənin sosial iqtisadi inkişafının tənzimlənməsində ərazinin regionlara
bölgüsü və bu bölgünün iqtisadi, milli, ekoloci və sosial meyarlara görə təsnifatının
aparılması zəruridir. İqtisadi inkişaf nöqteyi-nəzərindən regionlar aşağıdakı tiplərə
bölünür:
1) İnkişaf etmiş regionlar:
Bu regionlara iqtisadi cəhətdən inkişaf etmiş və iqtisadiyyatın bir çox
sahələrinin olduğu regionlar aid edilir. Belə regionlarda məşğulluğun səviyyəsi
yüksək olur. Əhalinin tələbatının xeyli hissəsi yerli istehsal hesabına ödənilir. Bu
regionlar inkişaf etmiş sosial, iqtisadi və bazar infrastrukturuna malik olur.
2) Zəif inkişaf etmiş regionlar:
Bu regionlarda iqtisadiyyatın bir və ya bir neçə sahəsi inkişaf edir. İşsizliyin
səviyyəsi respublikanın orta göstəricisinə yaxın olur. Bu regionları inkişaf etdirmək
üçün dövlət iqtisadi mexanizmlərə üstünlük verir.
3) Depressiv regionlar:
Bu regionlar ümumi ölkə inkişaf səviyyəsindən geri qalmış regionlara aid edilir.
Bu regionlarda əsasən məşğulluq səviyyəsi çox aşağı olur.
4) Sərhəd boyu regionlar:
Ölkənin milli maraqları çərçivəsində belə regionlarda sosial və iqtisadi
problemlərin həllinə xüsusi diqqət yetirilir.
Bazar iqtisadiyyatında göstərilən tiplər üzrə regionların fəaliyyətinin və sosial
iqtisadi inkişafının tənzimlənməsində birbaşa və dolayı (iqtisadi) metodlardan istifadə
olunur.
Birbaşa metodlara aşağıdakıları aid etmək olar:
1) Dövlət büdcəsindən regional büdcələrə dotasiyaların verilməsi.
2) Dövlət səviyyəli regional proqramların qəbul edilməsi.
3) Regionlarda dövlət sifarişlərinin reallaşdırılması.
Bu metodlardan başqa dövlət iqtisadi metodlara da üstünlük verir. Onlara
aşağıdakılar aiddir:
105

1) İqtisadi cəhətdən inkişaf etmiş regionlar üzrə:


a) Kredit güzəştlərinin cüzi olması.
b) Əməkhaqqında minimum həddin müəyyənləşdirilməsi.
c) Əhalinin mənzil və ərzaq təminatına diqqət yetirmək üçün bu sahələri
inkişaf etdirmək.
2) Zəif inkişaf etmiş regionlarda:
a) Kredit və vergi güzəştlərinin yüksək olması.
b) Məşğulluğun səviyyəsini artırmaq üçün yeni iş yerlərinin açılmasında
sahibkarlara xüsusi güzəştlərin edilməsi.
c) Əhalinin miqrasiyasının qarşısını almaq məqsədilə inkişaf etmiş regionla bu
region arasında əməkhaqqında yüksəldici əmsalların tətbiq edilməsi.
ç) Dövlət müəssisələrinin açılması və yeni iş yerləri ilə əhalini işlə təmin etmə.
d) Xarici və yerli investorlara güzəştlərin və zəmanətlərin verilməsi.
III) Depressiv və inkişafdan geri qalmış rayonlarda:
a) Dövlət sığortasının güclü olması.
b) Azad iqtisadi zonaların yaradılması.
c) Xüsusi mərkəzləşdirilmiş kreditlərin verilməsi.
d) Vergidən azadetmələr.
IV) Sərhədboyu rayonlarda:
a) Aralıq iqtisadi ticarət bazarlarının yaradılması.
b) Əhalinin sosial müdafiəsini təşkil etmək məqsədilə xüsusi
kompensasiyaların tətbiq edilməsi.
c) Əhalinin maarifləndirilməsi və milli maraqlar çərçivəsində
tərbiyələndirilməsi.
ç) Kredit və vergi güzəştlərinin orta səviyyədə tətbiq edilməsi.
Respublikamızda yaranmış konkret şəraitə məxsus xüsusiyyətlər nəzərə alın-
maqla, Azərbaycan Respublikası gerçəkliyində regional inkişafın tənzimlənməsinin
daha bir istiqaməti tətbiq oluna bilər. Burada söhbət respublikanın əsas sənaye mərkəi
olan Bakı şəhərində qəti, Gəncə və Sumqayıt şəhərlərində isə əsasən yeni müəssisə və
obyektlərin yaradılmasının qadağan olunmasıdır. Bununla yanaşı, hazırda onlarda
fəaliyyət göstərən və həmin şəhərlərin bilavasitə istiqamətlərinə və yaranmış elmi –
texniki potensiallardan səmərəli istifadə olunması mənafeyinə uyğun gəlməyən
müəssisələrin, bəzilərinin respublikanın müvafiq regionlarına və şəhərlərinə
köçürülməsindən gedir. Bu məsələlərin həllinə konseptual formada yanaşılmalıdır.
3. Aqrar münasibətlər, onların tənzimlənməsində dövlət siyasəti
Torpaq mülkiyyət obyektidir və buna görə də ona sahib olmaq, iqtisadi cəhətdən
reallaşdırmaq, torpağa sərəncam vermək və ondan istifadə etmək üzrə mürəkkəb
münasibətlər sistemi yaranır və inkişaf edir. Torpaqla bağlı yaranan iqtisadi
106

münasibətlər məcmu halında aqrar münasibətlər adlanır. Bu münasibətlər təsərrüfat


həyatında aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla formalaşır:
1. Torpaq əsasında təşkil olunan təsərrüfat ənənəvi olaraq kənd təsərrüfatı
adlanır. Kənd təsərrüfatı mürəkkəb iqtisadi, təbii-bioloci bir sistemdir. Burada təkrar
istehsal torpaqdan, sudan, bitki və heyvanat aləmindən istifadəyə əsaslanır. Buna görə
də onun tənzim edilməsi və idarə olunmasında iqtisadi, təbii-bioloci qanunlardan
əlaqəli şəkildə istifadə olunmalıdır.
2. Kənd təsərrüfatında bioloci proseslərin öz ahəngi (bitkilərin, heyvanların
böyüməsi), öz dövrü var. Elm və texnikanın inkişafı bu proseslərə müəyyən təsir
göstərsə də bioloci prosesləri tam dəyişə bilmir.
3. Kənd təsərrüfatı istehsalı eyni zamanda hava-iqlim faktorundan xeyli
dərəcədə asılıdır (quraqlıq, şaxta və s.).
4. Kənd təsərrüfatı istehsalının bir xüsusiyyəti də onun mövsümi olmasıdır.
Əkinçilik işi il ərzində olmur, fasilələr əmələ gəlir.
Dövlətin aqrar siyasətinin ana xətti əhalinin ərzaqla təminatı, sənayeni isə kənd
təsərrüfatı xammalı ilə fasiləsiz təmin etməkdir.
Bu sahədə dövlət siyasətinin bir mühüm cəhəti də kənddə sosial
münasibətlərinin tənzim olunmasıdır. Bu kənd təsərrüfatı ilə aqrar sənaye
kompleksinin digər sahələrinin intensiv inkişafı əsasında şəhərlə kənd arasında sosial
– iqtisadi fərqlərin aradan qaldırılması məsələsidir. Bunu nəzərə alaraq qeyd etmək
olar ki, dövlətin aqrar siyasətinə, kənd təsərüfatının və bütün ASK – nın inkişaf
konsepsiyasının, strateci və taktiki məqsəd və vəzifələrinin işlənib hazırlanması,
onların reallaşdırılması yollarının konkret tədbirlərinin və mexanizminin
əsaslandırılması, həmçinin həyata keçirilməsi üzrə əməli fəaliyyət daxildir.
Dövlətin aqrar siyasətində mühüm yeri fermer təsərrüfatlarının təşkili və inkişafı
tutur. Bu məqsədlə yerlərdə torpaq islahatının səmərəli düzgün həyata keçirilməsi
üçün müvafiq komissiyalar təşkil edilmişdir ki, onlarda torpağın özəlləşdirilməsinə
dair qanun çərçivəsində fəaliyyət göstərirlər. Torpaq islahatında əsas yeri fərdi icarə
təsərrüfatlarının yaradılması tutur.
Dövlət tərəfindən aqrar münasibətlər kompleksi başlıca olaraq hüquqi və iqtisadi
təsir metodları ilə tənzim olunur. Kənd təsərrüfatında dövlətin siyasəti onun üstün
inkişafına istiqamətlənməlidir. Bu məqsədlə aşağıdakıların həyata keçirilməs
məqsədəuyğundur, yəni sənayə ilə kənd təsərrüfatı arasında qarşılıqlı iqtisadi
münasibətlərin tənzimlənməsinə dair tədbirlər həyata keçirilməlidir:
- sənaye işçiləri ilə aqrar sahədə çalışanlar arasında həyat səviyyəsinin
tənzimlənməsinə dair sistemli qaydada tədbirlər həyata keçirilməlidir;
- aqrar bölmədə istehsalın stabilliyini təmin etmək məqsədilə dövlət
büdcəsindən dotasiyalar, investisiya qoyuluşları, maliyyə yardımları və digər iqtisadi
107

mexanizmlərdən ( güzəştli vergi, qimətlərin tənzimlənməsi, fermer təsərrüfatlarının


məhsullarının reallaşdırılması) vasitələrdən istifadə olunmalıdır;
- torpağın münbitliyinin qorunması, bərpası, istifadəsiz torpaqların dövriyyəyə
cəlb edilməsi, kənd yerlərində təbii mühitin və landşaftın mühafizəsi;
- sosial və istehsal infrasturukturunun kənd təsərrüfatı məhsullarının
saxlanılması və emalı kompleksinin inkişaf etdirilməsi, kadrların hazırlanması
təkmilləşdirilməsi, kənd təsərrüfatı elminin səmərəliliyinin yüksəldilməsi;
- regionların kənd təsərrüfatının inkişaf etdirilməsi;
- kənd əhalisinin sosial müdafiəsi proqramlarının hazırlanıb həyata keçirilməsi;
- əhalinin sayından və yerləşməsindən asılı olmayaraq, bütün yaşayış
məntəqələrində onların sosial müavinətlər və xidmətlərlə təmin edilməsi üçün bərabər
şəraitin yaradılması.
4. Aqrar istehsalında infrastruktur sahələrinin inkişafı
Aqrar istehsalda infrastruktur sahələrinin formalaşdırılması və inkişafı
məqsədilə onun maddi-texniki təchizatı problemini həll etmək üçün lazım olan
texnika, avadanlıq, materiallar, enerci, yanacaq, binalar, qurğular və s. maddi-əşya
vasitələri ilə fasiləsiz təmin olması zəruridir.
Aqrar istehsalın maddi-texniki təchizatı onun enerci təminatını da əhatə edir.
Son illərdə respublikanın kənd təsərrüfatında enerci gücü hər 100 hektara görə 600 at
qüvvəsi təşkil etmişdir. Hər işçiyə görə at qüvvəsi ilə enerci gücü 11,1 at gücü
olmuşdur. Bu göstərici isə son dövrlərdə kənd təsərrüfatının maddi-texniki təchizatı
məsələsinə ciddi yanaşması vacibdir.
Beləliklə, aqrar bölmənin istehsal infrastrukturunun formalaşdırılması və
inkişafı paralel olaraq kənddə sosial infrastrukturunda kompleks inkişaf etdirilməsini
tələb edir. Sosial infrastrukturun tərkib hissəsi, əhalinin xüsusilə kənd əhalisinin
maddi-mədəni həyat səviyyəsinin, şəhər əhalisi səviyyəsinə yüksəldilməsinin təmin
olunmasıdır. Bu baxımdan ölkədə daxili bazarın əsasən yerli istehsal hesabına təmin
edilməsi və səmərəli bazar infrastrukturunun yaradılması bazar iqtisadiyyatının
tələbatından irəli gəlir. Məlumdur ki,aqrar sahənin inkişaf səviyyəsi, bazarın
formalaşmasına, onun strukturuna əsaslı təsir göstərir. Məhz buna görə də bazar
mexanizminin ümumi tələbatına tam uyğun olaraq dövlət aqrar istehsalın
tənzimlənməsində sabit bazarın formalaşmasını təmin etməlidir. Bu baxımdan kənd
təsərrüfatı məhsulları bazarın dövlət tənzimlənməsi zəruridir.
Bölgələrin sosial-iqtisadi inkişafında infrastrukturun, o cümlədən yol
infrastrukturunun əhəmiyyətini nəzərə alaraq ötən 10 ildə bu sahəyə xüsusi diqqət
göstərilmişdir. Regionların inkişafına dair birinci dövlət proqramı çərçivəsində əsas
diqqət respublika əhəmiyyətli yolların tikilməsinə və yenidən qurulmasına
yönəldilmişdir.
108

Qeyri-hökümət orqanları, assosiasiyalar, kəndli (fermer) təsərrüfatlarının və


digər əmtəə istehsalçılarının ittifaqları da aqrar infrastrukturun formalaşması və
inkişafında iştirak edir və aşağıdakı funksiyaları yerinə yetirirlər:
- kəndlilərə aqroservis, tədarük, zoobaytarlıq, təchizat, hüquqi və digər
xidmətlər göstərilməsi üzrə alternativ müəssisə və təşkilatlar şəbəkəsi yaradır;
- məhsulun emalı, saxlanması, satışı üzrə müəssisələr yaradır, əmtəə
istehsalçılarının fəaliyyətini qarşılıqlı surətdə əlaqələndirirlər.
Kənd təsərrüfatının və emal sənayesinin ehtiyacları üçün maşınlar, avadanlıq,
inventar, kimyəvi vasitələr və s. istehsalına dair dövlət proqramları, bu məqsədlə bir
sıra maşınqayırma zavodlarının profillərinin dəyişdirilməsi tədbirləri hazırlanır və
yerinə yetirilir. Aqrar-sənaye kompleksində məhsulun keyfiyyətinin yüksəldilməsinə,
qablaşdırmanın və nişanlamanın yaxşılaşdırılmasına, onun xarici bazarlara
çıxarılmasının təmin olunmasına yönəldilmiş dövlətin ixracat siyasəti həyata keçirilir.
Son 10 ildə bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə
imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı
kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni
texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın
dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun
daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat
səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.
5. Regionların sosial-iqtisadi inkişafında regional proqramların rolu
Regionların inkişafına dair birinci  Dövlət Proqramının uğurla həyata
keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də ikinci konsepsiya - «Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı» təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə
yetirildi.
Ötən 10 ildə neftdən əldə edilən gəlirlərdən regionlarda həyata keçirilən
layihələrə hər il milyardlarla manat vəsait ayrıldı. Bu investisiyalar bölgələrdə sosial-
iqtisadi inkişaf üçün ən vacib şərti-infrastrukturun yenidən qurulmasını və inkişafını
təmin etmiş oldu.
Regionların inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci dövlət
proqramı çərçivəsində dövlət tərəfindən bölgələrə yatırılan investisiyaların həcmi
ildən-ilə daha da artırıldı. Bu proqramın həyata keçirilməsinin dörd ili ərzində (2009-
2012) regionların inkişafına cəmi 14,5 milyard manat dövlət investisiyası yönəldildi.
2013-cü il üçün isə regionlar üçün ölkə üzrə əsaslı vəsait qoyuluşunun 77 faizi və ya
5,3 milyard manat vəsait ayrılmışdır.
Beləliklə, neft gəlirlərinin önəmli hissəsinin bölgələrin inkişafına sərf olunması
siyasətinin nəticəsi olaraq ötən 10 il ərzində bu məqsədlə ümumilikdə 27 milyard
109

manata yaxın vəsait ayrılmışdır. Bu dövlət investisiyaları bölgələrin sosial-iqtisadi


inkişafı üçün əsas təkan rolunu oynadı.
Regional inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik
probleminin aradan qaldırılması idi.
Regionların sosial-iqtisadi inkişafına dair ötən  müddət ərzində həyata keçirilmiş
iki proqram çərçivəsində Azərbaycanın bölgələrində tikilən və yenidən qurulan sosial
obyektlərin-xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, kitabxanaların və s. sayı
minlərlədir.
Ölkə bölgələrinin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on
ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının
icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü
ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
hazırlanmışdır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-
iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm
əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda
sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin
yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində,
kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının
daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna
rol oynayacaqdır.

6. Kənd təsərrüfatında yeni istehsal münasibətlərinin formalaşdırılması.


Kənd təsərrüfatı maddi nemətlər istehalının elə bir sahəsidir ki, əhalinin istehlak
fondunun 80 faizdən çoxu onun hesabına formalaşır.İqtisadi ədəbiyyatlarda bəzi
müəlliflər kənd təsərrüfatı anlayışı ilə aqrar sənaye kompleksi anlayışlarını
eyniləşdirirlər. Lakin bunların bir-birindən köklü fərqi vardır. Belə ki, kənd
təsərrüfatı ölkənin kənd təsərrüfatı xammalınav olan tələbatını ödəmək vəzifəsini
yerinə yetirir. Regional ASK müəyyən rayonun ixtisaslaşması səviyyəsini əks
etdirir.Kənd təsərrüfatı istehsalı xalq təsərrüfatının digər sahələrindən də fərqlənir. Bu
fərqlər aşağıdakılarda ifadə olunur:Maddi istehsal sahəsi kimi kənd təsərrüfatının
spesifik xüsusiyyəti ondan ibarətdir ki, burada başlıca istehsal vasitəsi torpaqdır. Bu
mülkiyyət münasibətidir çünki, torpağa sahib olan kəndli onun mülkiyyətçisinə
çevrilir, ondan sərfəli istifadə etmək uğrunda mübarizə aparır. U.Pettinin təbirincə
desək «Əmək sərvətin atasıdırsa, torpaq anasıdır ». Kənd təsərrüfatı istehsalının
ikinci bir xüsusiyyəti onun bitkiçilik və heyvandarlığa xas olan xüsusiyyətlərdən asılı
olmasıdır və burada iqtisadi proseslər bioloci proseslərlə bir-birilə çulğalaşar.Üçüncü
bir xüsusiyyət istehsalının nəticələrinin təbii iqlim şəraitin qeyri müəyyən olmasıdır.
Respublikanın zonaları təbii iqtisadi şəraitinin müxtəlifliyi də onu başqa sahələrdən
110

fərqləndirir. Kənd təsərrüfatını digər sahələrdən fərqləndirən mühüm cəhətlərdən biri


də əməyin mövsümü xarakter daşıması və əməyin ödənilməsidir. Kənd təsərrüfatı
bioloci sistem olduğu üçün, onda risklərin olması daima mövcuddur. Belə ki, ilin
məhsuldar olub, olmaması, qəflətən ziyanvericilərin yayılması, təbii fəlakətlərin baş
verməsi və s. kənd təsərrüfatı istehsalına təsir göstərir. Bu isə kənd təsərrüfatı
istehsalı ilə məşğul olan subyektləri daima risk etmək zorunda qoyur.Kənd təsərrüfatı
istehsalının mühüm bir xüsusiyyəti də, onun ümumi iqtisadi mütənasibliklərin
yaranmasında iştirak etməsidir. Belə ki, kənd təsərrüfatı xammal istehsal edərək,
iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verir.Kənd təsərrüfatı öz daxili
tələbatı üçün material ehtiyatı yarada bilən sahədir. (məsələn, toxum fondu, törədici
buğalar və s.). Göründüyü kimi Aqrar istehsalının bazar münasibətləri şəraitində
tənzimlənməsi hər şeydən əvvəl istehsal münasibətlərinə kompleks qaydada
yanaşmaqla kəndli (fermer) təsərrüfatlarının getdikcə sürətli inkişafını təmin
etməkdən ibarətdir. Bu məqsədlə aqrar bölmənin xeyrinə digər strateci sahələrdən
əldə edilən gəlirlərin bu mühüm sahənin inkişafı üçün yenidən bölüşdürülməsi
probleminə ciddi fikir verilməsi və kənddə sosial infrastrukturunu kompleks
inkişafını təmin etmək lazımdır.
7. Kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi.
Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:
1. Səmərəli aqrar proteksionizm qanunundan istifadə.
2. Proqram-məqsədli tənzimlənmənin həyata keçirilməsi.
3. Dövlət zəmanətinin olması.
4. Kənd təsərrüfatında mülkiyyət münasibətlərinə diferensial yanaşma.
5. Kənd təsərrüfatı istehsalının motivləşdirilməsi, ekzogen və texnogen amillərə
əsasən struktur dəyişikliklərinin aparılması.
6. Resurslardan maksimum istifadə olunması.
Dövlət kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsini əsasən
aşağıdakı istiqamətlərdə həyata keçirir:
1. Qiymət, gəlir istehsalın həcmi və strukturu.
2. Torpaq və su resurslarının qorunması və onlardan düzgün istifadə olunması.
3. Kənd təsərrüfatı elminin inkişafı.
4. Kənd təsərrüfatına kreditlər verilməsi.
5. Məhsuldarlığın sığortalanması və s. ilə.
Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi mahiyyəti-iqtisadi,
təşkilati, sosial, hüquqi siyasi əsasda təkrar istehsalı təmin etməkdir. Tənzimləmə
amillərindən biri bərabər nisbət konsepsiyasıdır. Bu kənd təsərrüfatının ən mühüm
məsələsidir. Yeni kəndlinin müvafiq sənaye məhsullarını əldə etdiyi qiymətlərin
səviyyəsi onların satdıqları məhsulların qiymətləri ilə uyğunlaşdırılmalıdır. Bu paritet
qiymət indeksində ifadə oluna bilər. Məsələn, əgər kəndlinin aldığı məhsulun qiyməti
111

2 dəfə yüksəlibsə, kənd təsərrüfatı məhsulun satış qiyməti də o nisbətdə qalxmalıdır,


bu zaman paritet indeksi belə hesablanır:
Kənd təsərrüfat məhsulun qiyməti
Paritet indeksi=
Kənd linin aldığı məhsulun qiyməti
Paritet konsepsiyasının praktiki mahiyyəti ondadır ki, o dövlətin kənd
təsərrüfatı məhsuluna minimum qiyməti saxlamaq üçün imkan verir. (Ona
dəyişməz qiymət də deyildir).
Deməli, raritetə nail olmaq üçün kənd təsərrüfatı məhsuluna qiymət
yüksəldilməlidir. Aşağıdakı qrafikə diqqət yetirək.

8.Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi.


Sahibkarlıq adı altında vətəndaşların mənfəəti və ya şəxsi gəliri əldə ounmasına
yönələn, öz adından və ya hüquqi şəxsin məsuliyyəti altında həyata keçirilən
təşəbbüslü fəaliyyəti başa düşülür. Sahibkar qanunla qadağan edilməyən, əmtəə
istehsalı, kommersiya vasitəçiliyi, ticarət-tədarük, məsləhətçilik və ya digər
112

fəaliyyəti, eləcə də qiymətli kağızlarla əməliyyatları daxil olmaqla istənilən növ


təsərrüfat fəaliyyətini həyata keçirə bilər. Sahibkarlıq formalarına şəxsi və kollektiv
eləcə də qanuni əsaslarla əldə edilən və istifadə olunan əmlak əsasında həyata
keçirilir.
Respublikamızda sahibkarlıq fəaliyyətinin əsasları Azərbaycan Respublikasının
1992-ci il tarixli «Sahibkarlıq fəaliyyəti haqqında» Qanunu ilə reqlamentlaşır.
Qanunda şəxsi və ictimai təşəbbüsün inkişafı üçün hüquqi əsaslar verilmiş, cəmiyyət
və dövlət qarşısında sahibkarlıq subyektlərinin hüquq və cavabdehliyi müəyyən
edilmişdir. Sahibkarlıq subyektlərinə fərdi şəxslər, səhmdar cəmiyyətləri və digər
birliklər aiddir. Qanuna müvafiq olaraq sahibkarlıq fəaliyyətinin hər bir subyekti
aşağıdakı hüquqlara malikdir:
- müəssisələrin təsis edilməsi, əldə edilməsi və ya yenidən təşkil edilməsi yolu
ilə sahibkarlıq fəaliyyətini başlamaq və aparmaq, eləcə də müəssisənin əmlakının
mülkiyyətçisi ilə müqavilə bağlamaq,bankların təsisatlarında hesablar açmaq, bütün
növ hesablaşma, kredit və əməliyyatlarını həyata keçirmək:
- müqavilə əsasında maliyyə vəsaitlərini almaq və istifadə etmək, intellektual
mülkiyyət obyektlərini, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətini və mülkiyyət
hüququnu cəlb etmək və istifadə etmək;
- istehsal proqramını müstəqil formalaşdırmaq, öz məhsullarının istehlakçılarını
və təchizatçılarını seçmək, ona respublika qanunvericiliyi və müqavilələr
çərçivəsində ayrı-ayrı qiymətlər təyin etmək;
- xarici-iqtisadi fəaliyyəti həyata keçirmək, valyuta əməliyyatlarını aparmaq;
- müəssisənin idarə edilməsi üzrə inzibati-sərəncamverici fəaliyyəti həyata
keçirmək;
- müəssisə adından və ya mövcud qanunvericiliyə və müəssisənin
nizamnaməsinə müvafiq olaraq müstəqil şəkildə işçiləri işə qəbul etmək və işdən
azad etmək;
- Azərbaycan Respublikası qanunvericiliyinə, müqaviləyə və müəssisənin
nizamnaməsinə müvafiq olaraq vergiləri və digər məcburi ödəmələri (tədiyyələri)
ödədikdən sonra müəssisənin sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətin qalan
hissəsinə sərbəst şəkildə sərəncam vermək;
- dövlət sosial-təminat, tibbi və sosial sığorta sisteminin xidmətindən istifadə
etmək;
- sahibkarların ittifaqlarını, assosiasiyalarını və digər birliklərini yaratmaq;
- vətəndaşların, hüquqi şəxslərin, dövlət idarəetmə orqanlarının hərəkətlərini
qanunla müəyyən edilmiş qaydada məhkəmədə (orbitracda) iddia qaldırmaq.
Bu qanunla eyni zamanda sahibkarların vəzifələri də müəyyən olunur:
- Azərbaycan Respublikası qanunvericiliyindən irəli gələn vəzifələri onlar
tərəfindən (sahibkarlar) bağlanmış müqavilələrdən, o cümlədən, müəssisənin
113

əmlakının mülkiyyətçisi ilə müqavilə üzrə çıxan öhdəliklərini yerinə yetirməyə;


- müəssisənin maliyyə vəziyyətindən asılı olmayaraq bağlanmış müqavilələrə
əsasən müəssisənin bütün işçilərini ilə tam şəkildə hesablaşmalar aparmağa;
- Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq sərbəst və ya
müəssisənin adı ilə muzdla işləyən vətəndaşlarla və təşkilatlarla əmək müqavilələri
bağlamağa;
- Azərbaycan Respublikası qanunvericiliyinə və kollektiv müqavilələrə müvafiq
olaraq muzdla işləyənlərə əmək fəaliyyəti üçün şəraiti təmin edərək vətəndaşların
sosial, tibbi və digər məcburi sığortalanma növlərini həyata keçirməyə;
- əlillərin və digər məhdudlaşdırılmış əmək qabiliyyətli şəxslərin sosial sığortası
üzrə mərkəzi və yerli hakimiyyət orqanlarının qərarlarını həyata keçirməyə;
- müəssisənin gəlirləri haqqında deklorasiyanı vaxtında təqdim etməyə və
Azərbaycan Respublikası qanunveriçiliyilə nəzərdə tutulmuş (müəyyən edilmiş)
qaydada və ölçüdə vergiləri vaxtında ödəməyə;
- kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsinin (icra edilməsinin)
qeyri-mümkünlüyü halında müəssisələrin müflisləşməsi haqqında xəbər verməyə.
Sahibkarlıq fəaliyyətinin inkişafı dövründə dövlət aşağıdakı funksiyaları yerinə
yetirir:
1.İqtisadiyyatın bütün sferalarında özlərinin innovasiya və risk fəaliyyətini
bacaran və reallaşdıran müasir sahibkar subyektlərinin formalaşması.
Dövlət tənzimlənməsinin birinci və başlıca funksiyası həqiqi sahibkarlar
potensialından istifadə etmək üçün daha əlverişli recimin yaradılmasıdır.
Dövlət tənzimlənməsinin ikinci funksiyası rəqabət mühitinin yaradılmasıdır.
Sahibkarlığın formalaşması və inkişafı prosesinin dövlət tənzimlənməsinin
üçüncü funksiyası istehsal sferasında sahibkarlıq struktularını müdafiə
etmək,məqsədyönlü istiqamətləndirmək, stimullaşdırmaq yolu ilə innovasiya
əsasında istehsal edilən,yüksək keyfiyyətli əmtəələrə və xidmətlərə təkliflərini
möhkəm inkişaf etdirmək üçün şərait yaratmaqdır.
Sahibkar gəliri üç mənbəydən formalaşır.
1. Sahibkar öz imkanlarını təftiş edərək və gələcək istiqamətin proqnozunu dərk
edərək zəruri istehsal vasitələrini alır. Öz bacarığını və innovasiya strategiyasını
tətbiq edərək sahibkar elə bazarlar axtarıb tapır ki, aldığı istehsal vasitələri ona
daha ucuz başa gəlsin, keyfiyyətli olsun. Beləliklə, sahibkar istehsal prosesində
iştirak etmədən öz gəlirin müəyyən hissəsini əldə etmiş olur. Onun gəlirinin bu
hissəsini K1- kimi qeyd edək.
2.İstehsal prosesində sahibkar istehlakçının tələbini ödəmək üçün yeni məhsul
istehsal edir. Müəyyən innovasiya, texnoloci, idarəetmə fəaliyyətlərini yerinə yetirir.
Bununla da o, gəlirinin bir hissəsini də qazanmış olur. (K2)
114

3.İstehsal olunmuş məhsulun reallaşdırılması prosesində sahibkar qiymət


strategiyasından istifadə edir. Belə ki, sahibkar tələb və təklif münasibətindən istifadə
edərək, qiymətə nəzarət edir, dəllal funksiyasını icra edir. Bununla da o, gəlirinin
üçüncü hissəsini yaratmış olur. (K3)
Beləliklə, sahibkar gəlirinin ümumi məbləği:
K0=K1+K2+K3

Mövzu 8.
Milli sənayenin inkişafında dövlətin siyasəti.
Suallar:
1.Sənayenin iinkişafında dövlətin siyasəti.
2. Əmtəə və texnoloci ixtisaslaşma
3. Dövlətin investisiya siyasətinin mahiyyəti və məzmunu
4.. Xarici investisiyalar. “Əsrin müqaviləsi” üzrə investisiya qoyuluşu
5. İnnovasiyanın əsas məzmunu
6. Dövlətin innovasiya siyasəti, onun əsas istiqamətləri
7. Ölkə iqtisadiyyatının inkişafında daxili və xarici investisiyaların rolu.

1.Sənayenin iinkişafında dövlətin siyasəti.


Sənaye ölkənin milli məhsulunun yaradılmasının əsas mənbəyi sayılır. O, həm
daxili tələbatı ödəmək üçün və həm də ixrac üçün məhsul istehsal edir. Dünya
təcrübəsindən məlumdur ki, stabil inkişaf edən iqtisadiyyatda sənaye məhsulunun
xüsusi çəkisi ÜDM-da təxminən 60% təşkil edir.
Dövlət tənzimlənməsi sənayenin inkişafının əsas amilidir. Lakin onun istiqamətinin
seçilməsi, nəticə və xərclərin qiymətləndirilməsi bazar mexanizmlərinin fəaliyyətinə
nəzərən qurulmalıdır. Bunun əsasında da sənaye məhsulunun istehsalının artırılması,
onun reallaşdırılmasının səmərəliliyi, təkrar istehsal istiqaməti, innovasiya-
investisiya fəaliyyəti, sosial nəticələri və ekoloci məhdudiyyətləri həyata
keçirilməlidir.
Milli sənaye istehsalı ixracla rəqabətə tab gətirməlidir. Respublikanın sənaye
məhsulunun xarici ticarət balansı nəinki enerci və hasiledici sahələrin hesabına
müsbət olmalıdır, habelə emaledici sənaye məhsullarının ixracı da nəzərdən
qaçırılmamalıdır.
Bazar iqtisadiyyatında əsas funksional həlqə kimi, sənaye müəssisələri durur.
Bütün tənzimedici amillər müəssisələrin effektli fəaliyyətinin dəstəklənməsinə
istiqamətlənməlidir. Bir sözlə dövlət tənzimlənməsisənayenin ümumi effektivliyinin
yüksəlməsinə istiqamətlənməklə, müəssisələrin fəaliyyəti üçün səmərəli şərait
yaratmalı, onların bazar iqtisadiyyatına adaptasiya olunmasına yardım etməlidir.
115

Müasir dövrdə sənayenin idarə edilməsi, birbaşa iqtisadi metodlar vasitəsilə


həyata keçirilməyə başlamışdır ki, bu da sənayenin marketinq konsepsiyasının işlənib
hazırlanmasını tələb edir.
Qeyd olunanların hamısı sənayenin inkişafının marketinq konsepsiyasının
əsasını təşkil edirlər. Marketinq konsepsiyasının məzmununu aşağıdakılar əks etdirir:
Əmtəə mübadiləsi və reallaşdırılması.
İstehsal və təkrar istehsal məsələlərinin həlli.
Sosial məsələlərin həlli.
Deməli, sənaye üçün dövlət elə maddi baza yaratmalıdır ki, daxili tələbat üçün
effektli əmtəə mübadiləsi üçün məhsul istehsal edə bilsin. Həmin məhsulların realizə
olunması cəmiyyətin tələbatını ödəyərək, dövlət büdcəsinin formalaşmasına, maddi-
maliyyə resurslarının yaradılmasına imkan verir.

İqtisadi nöqteyi nəzərdən sənaye siyasətində nəzərdə tutulmuş mühüm vəzifə istehsal
və qeyri-istehsal tələbatının ödənilməsidir. Ölkənin sənaye siyasətində sosial
məsələlər də nəzərdə tutulur. Belə ki, əhalinin məşğulluq səviyyəsini nsaxlanılması,
onun alıcılıq qabiliyyətinin artırılması və s. bu kimi məsələlər ölkədə sənaye məhsulu
istehsalı ilə birbaşa əlaqədardır.
Bu tələblərin yerinə yetirilməsi bütünlükdə sənaye kompleksinin bazar effektivliyini
yüksəldir. Nəticədə resursa qənaət tələblərinin yerinə yetirməklə xarici və daxili
bazar üçün məhsul istehsalının artırılmasına imkan yaranır. Məlumdur ki, sənaye
istehsalının effektivliyinə əmtəə ixtisaslaşması olmadan nail olmaq olmaz. Buna görə
də sənayedə əmtəə ixtisaslaşması olmalıdır.
116

Göstərilən qruplardan heç bir nə uyğun gəlməyən məhsullar rəqabət


qabiliyyətsiz, effektsz sayılər və onların istehsalının dayandırılması
məqsədəuyğundur. Belə məhsullara tələbat idxal hesabına ödənilməlidir. Lakin
onların idxal səviyyəsi elə olmalıdır ki, ölkənin iqtisadi təhlükəsizliyinə xələl
gəlməsin. Əgər həmin məhsulların gətirilməsi müəyyən fəaliyyəti pozarsa, bu zaman
dövlət sənayedə struktur dəyişikliyi nəzərdə tutmalıdır. Həmin məhsulların idxal
həcmi (ərzaq məhsulları üzrə) ümumi istehsalın 30% qədərində olması məqsədə
uyğundur.
2. Əmtəə və texnoloci ixtisaslaşma
Sənayenin inkişafında marketinq strategiyasının əsas nəticəsi səmərəli əmtəə
ixtisaslaşmasının seçilməsidir.
Ölkə sənayesinin inkişafında ilkin olaraq əmtəə ixtisaslaşması, daxili tələbatı
ödəmək üçün perspektivli əmtəə istehsalının təşkil edilməsidir. Onların istehsalında
qısa və orta müddətli güzəştli investisiyalar prioritet təşkil etməlidir. Həmin istehsal
sahələrinin texniki silahlanması, rəqabət qabiliyyətli məhsul istehsalı ilə müşayiət
olunmalıdır. Belə məhsulların əmtəə dövriyyəsinin artırılması yüngül sənayenin və
digər maşınqayırma sənaye sahələrinin inkişafını canlandırır. Bu sahələrin elmi-
texniki təminatı onların istehsal etdikləri artıq məhsulla və ya xarici lisenziya
əsasında ödənməlidir. Onu da qeyd etmək vacibdir ki, bu sahələrdə investisiya
qoyuluşunun birinci mərhələsi selektiv (seçmə) xüsusiyyətə malik olmalıdır.
Məqsədli investisiyalaşdırma və selektiv (seçmə) yolu ilə əmtəə istehsalının
dəstəklənməsi konkret istehalçılar üzrə aparılır. Bunun üçün onların daxili və xarici
bazara çıxma imkanlarının iqtisadi qiymətləndirilməsi aparılmalıdır. Eyni zamanda
onları kredit qaytarma imkanları araşdırılmalı, bu imkanlar məhduddursa, həm də
müəssisə müflis edilməlidir.
Dövlətin sənaye siyasəti dairəsində sahələrin bazar ixtisaslaşmasının
formalaşması üçün müəyən məsələlərin həlli zəruridir. Hər şeydən əvvəl marketinq
təhlili aparılması məhsulun rəqabət qabiliyytliyi, keyfiyəti və qiyməti, uyğun
bazarların inkişaf perspektivi müəyyən edilməlidir. Sonra isə texnoloci əsasda
perspektiv üçün sənayenin yeni məhsul istehsalı da daxil olmaqla əmtəə
ixtisaslaşması müəyyən edilməli və bazara çıxış imkanları aşkarlanmalıdır. Bu zaman
mühüm məsələlərdən biri də qısa müddətli investisiya proqramı tərtib edilməli,
müasir texnologiyaya uyğun gələn struktur dəyişikliyi aparılmalıdır. Sənayedə əmtəə
ixtisaslaşmasının inkişafında elmi müəssisələr tərəfindən yaradılmış və perspektivdə
istehsalının təşkil edilməsi nəzərdə tutulan yeni məhsulların müəyyən edilməsi xüsusi
əhəmiyyətə malikdir. Bu sənaye məhsulu istehsalının potensialıdır. Belə məhsulun
istehsalı sənayenin dəstəklənməsinin əsas şərtlərindən olmalıdır və dövlətin sənaye
siyasəti proqramının çərçivəsində həyata keçirilməlidir.Onlar uzun müddətli
117

marketinq strategiyası ilə uyğunlaşdırılaraq müstəqil ekspertizadan keçirilərək


müəssisənin biznes planına daxil edilirlər.
Sənayenin inkişafının dövlət tənzimlənməsi sistemini belə göstərmək olar

Beləliklə, sənaye siyasəti сəmiyyətin resurslarının seçilmiş istiqamət üzrə


təmərküzləşməsini təmin edir və uzunmüddətli proqramla reallaşdırılır. Onun
köməkliyi ilə səmərəli struktur dəyişikliyi aparılır və bunun üçün elmi-texniki
potensialın сəlb olunması imkanlarını genişləndirir.

3. Dövlətin investisiya siyasətinin mahiyyəti və məzmunu


İnvestisiya – iqtisadiyyatın inkişafına istiqamətlənmiş ehtiyat kapital
qoyuluşudur. Kapital – sahibkarlıq fəaliyyəti üçün istifadə oluna bilən iqtisadi
resurslardı (maddi, dəyər, intellektual). Kapital qoyuluşu - əsas kapitalın təkrar
istehsalına yönəldilmiş investisiyadır. Ümumən, kapital qoyuluşu mövcud fondların
rekonstruksiyasına, modernləşdirilməsinə və yeni fondların yaradılmasına
yönəldilmiş vəsaitdir – investisiyadır.
Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin ən səciyyəvi
xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən
qurulmasına yönəldilən əsaslı vəsait qoyuluşunda avadanlıq və maşınlar üçün
məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir. Bu istiqamətdə xərclərin getdikcə
artması əsas istehsal fondlarının yeniləşməsinə səbəb olur.
İnvestisiya siyasəti dedikdə, investisiya qoyuluşlarının əsas istiqamətlərini
iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən
118

edən təsərrüfat qərarlarının məcmusu başa düşülür. İnvestisiya vasitəsi ilə


respublikanın makro-mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni
zamanda iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldilməsi və milli gəlirin
artımı təmin edir. İnvestisiya siyasətinin ən mühüm vəzifəsi mövcud ehtiyatlardan
səmərəli istifadə etməklə vəsaiti ETT-nin sürətləndirilməsini təmin edən sahələrin
xeyrinə yenidən bölüşdürülməsindən ibarətdir.
Dövlət xarici investisyalar üçün aşağıdakı təminatları verir:
Xarici investisiyanın hüquqi müdafiəsi. Azərbaycan Respublikasının ərazisində
xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə
Azərbaycan Respublikasının bu Qanunu, başqa qanunvericilik aktları və beynəlxalq
müqavilələri ilə təmin olunur.
Qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təminatlar. Azərbaycan Respublikasının
sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il ərzində
xarici investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik
tətbiq edilir. Bu müddəa müdafiənin, milli təhlükəsizliyin və ictimai qaydanın təmin
olunması, vergitutma, kredit və maliyyə, ətraf mühitin, əhalinin əxlaq və
sağlamlığının mühafizəsi barəsində Azərbaycan Respublikası qanunvericiliyinin
dəyişdirilməsinə şamil edilmir.
Milliləşdirmə və rekvizisiya ilə bağlı təminatlar. Azərbaycan Respublikasında
xarici investisiya, Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər
vuran müstəsna hallar istisna olmaqla, milliləşdirilmir. Milliləşdirmə haqqında qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir.
Xarici investorların zərərinin kompensasiya edilməsi və ödənilməsi. Xarici in-
vestorlara ödənilən kompensasiya investisiyanın milliləşdirmə və ya rekvizisiya haq-
qında qərarın qəbul olunduğu vaxtdakı real dəyərinə uyğun olmalıdır. Kompensasiya
xarici valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə köçürülə bilər.
Xarici investorlar dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin
Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan hərəkətləri nəticəsində
düşdükləri zərərin, o cümlədən itirdikləri faydanın ödənilməsi hüququna malikdirlər.
Xarici valyuta ilə gəlirlərin və başqa məbləğlərin köçürülməsinə təminatlar.
Müvafiq vergi və rüsumları ödədikdən sonra xarici investorların investisiya ilə
əlaqədar qanuni əsaslarla xarici valyuta şəklində əldə etdikləri gəlirləri və başqa
məbləğləri, o cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini xaricə
köçürməsinə təminat verilir.
Mənfəətdən istifadə üçün təminatlar. Azərbaycan Respublikası ərazisində xarici
investorların götürdükləri mənfəət həmin pul vahidi şəklində yenidən investisiya kimi
qoyula bilər, Azərbaycan Respublikasının banklarında saxlana bilər, Azərbaycan
Respublikası Milli Bankının müəyyən etdiyi qaydada və şərtlərlə xarici valyuta
almaq üçün sərf edilə bilər.
119

Dövlətin investisiya siyasətinin əsas məqsədi elmi-texniki nailiyyətlərin tətbiqi


hesabına, əsas fondların yeniləşdirilməsinin və istehsalın yenidən qurulmasının
həyata keçirilməsinin təmin edilməsidir. Respublikanın investisiya siyasətinin
mühüm istiqamətlərindən aşağıdakıları göstərmək olar:
- mərkəzləşdirilmiş qaydada maliyyələşdirməni azaltmaqla, onlardan əsasən
ümum dövlət obyektlərinin investisiyalaşdırılması üçün istifadə etmək;
- investisiyaları ən çox iqtisadiyatın prioritet sahələrinin inkişafına
yönəltmək;
- investisiya resursları bazarını təşkil etmək;
- mənzil tikintisi və digər investisiya layihələrinin reallaşdırılması üçün
əhalidən toplanan resurslardan istifadəni genişləndirmək;
- investisiya sığortası üzrə hüquqi bazanın yaradılması;
- birgə dövlət – kommersiya maliyyə investisiya layihəsi və o cümlədən,
fərdi biznes və MDB ölkələrindən kapitalın cəlb edilməsi;
- investisiya tsiklinin davam etməsi müddətinin qısaldılması.
4. Xarici investisiyalar. “Əsrin müqaviləsi” üzrə investisiya qoyuluşu
Cəmiyyət üzvlərinin artmaqda olan sosial –iqtisadi tələbatının ödənilməsi
mövcud potensialından tam səmərəli istifadə edilməsini bir vəzifə kimi qarşıya qoyur.
Bu baxımdan xarici investisiya qoyuluşlarının rolu və əhəmiyyət son dərəcə
yüksəlmiş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi – ümumi daxili
məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateci məhsulların rol və
əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən respublikada xarici
investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi xalq
təsərrüfaı sahələrinn inkişafında lazımi proporsiyaların təmin edilməsi böyü elmi və
praktiki əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Ümumi daxili məhsulun həcmi 2018-cu ildə 77,0
mlrd. manat olmuşdur, bu da 2000 ilə nisbtən 8,8 dəfə artmışdır.
Ənənəvi bazar iqtisadiyyatlı Avropa ölkələrinin çox illik təcrübəsi göstərir ki,
ümumi milli daxili məhsulun strukturundan sənaye və kənd təsərrüfatı istehsalının
payı 60-65 fazidən az deyildir. Məhz buna görə də neft – qaz sənaye sahələrinə
investisiya qoyuluşlarından əldə edilən gəlirlərdən birinci növbədə aqrar istehsalın
sürətli inkişafını təmin etmək məqsədi ilə bu həyatı sahəyə də lazımi investisiya
qoyuluşları nəzərdə tutulmalıdır.
Ümumi milli daxili məhsulun dinamik və proporsional inkişafını təmin
etməkdən ötrü ölkəmiz son dərəcə zəngin yeraltı və yerüstü sərvətlərə malik olmaqla
bərabər, aqrar istehsalında hərətərəfli inkişafını təmin etmək üçün son dərəcə əlverişli
təbii-iqlim şəraitinə də malikdir. Bütün bunlarla belə respublikada makroiqtisadi
inkişafımızda neft-kimya və onunla bağlı digər sənaye sahələrinin qarşılıqlı kompleks
qayda da inkişafının təmin edilməsi ən mühüm zəruri şərtlərdən hesab edilir.
120

“Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycanın müstəqil dövlət olaraq öz


milli sərvətinə tam sahib olduğunu dünyaya bir daha göstərdi. Azərbaycan
iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün tam əsas yaratdı. Beləliklə,
beynəlxalq konsorsium yaradılaraq, indiyədək respublikada 20-dən çox neft
müqaviləsi bağlanmış və bu mühüm problemdə xarici ölkələrdən məşhur şirkətlərin
iştirakçıları təyin edilmişdir. Hesablamalara görə bu mühüm sazişlər respublikada
karbohidrogen ehtiyatlarından istifadə sahəsində ölkənin Xəzər regionunda aparıcı
mövqeyə malik olmuşdur. Bu məqsədlə indiyədək “Əsrin müqaviləsi”nin həyata
keçirilməsi ilə bağlı 20 milyarddan artıq ABŞ dolları məbləğində investisiya
qoyulmuşdur. Bu barədə geniş təsəvvürə malik olmaq üçün aşağıdakı cədvələ nəzər
salmaq kifayətdir.
Respublikada neft yataqlarının layihə istismarına nəzərdə tutulmuş xarici
investisiyaların həcmi
Investisiya
Istehsal həcmi Azərbaycanın
№ Neft yataqları (mlrd.ABŞ dolları
(milyon ton) payı, faizlə
hesabı ilə)
1. “Azəri”, “Çıraq” 630,0 12-14 10,0
2. “Günəşli” 80-150 1,7-2,0 7,5
3. “Qarabağ” 100,0 4,0 10,0
4. “Şahdəniz” 100-150,0 1,5-2,0 20,0
5. “Dan –ulduz-əşrəfi” 100,0 1,5-2,0 25,0
6. “Lənkəran – Talış-dəniz” 100,0 1,5-2,0 40,0
7. “Yalama” (D-22) 150-300 3-3,5 50,0
8. “Abşeron” 75-100 5,0 50,0
9. “Naxçıvan” (keçmiş D-3) 75,0 2,0 50,0
10.“Oğuz” 90-120 2,0 50,0
11.“Şahdəniz” 30-60 0,3-0,5 20,0
12.“Güney-Qərbi-Qobustan” 150-250 3-4 50,0
13.“İnam” 50-80 1-1,5 50,0
14.“Muradxanlı” 150-300 9,0 40,0
15.“Alov”, “Araz”, “Şərq” 60-90 0,5-0,8 50,0
16.“Gürşənki”, “Qarabağlı” 100,0 2,0 50,0
17.“Atəşğah” 120-150 2,0 50,0
18.“Zəfər”, “Məşəl” 100-120 2,0 50,0
19.“Lerik-dəniz”, “Savalan”, 50-100 0,8-1,0 20,0
“Padar”

5. İnnovasiyanın əsas məzmunu


121

“İnnovasiya” termini latın dilində “innovato” sözündən olub, yenilənmə və


yaxşılaşma deməkdir. Bu termin elmi tədqiqatlarda XIX əsrlərdə meydana gəlib. Bir
iqtisadi kateqoriya kimi “innovasiya” terminini ilk dəfə elmə gətirən Avstriya
(sonralar Amerika) alimi Cozef Şumpeter olmuşdur. O, 1911-ci ildə nəşr etdirdiyi
“İqtisadi inkişaf nəzəriyyəsi” əsərində ilk dəfə “iqtisadi inkişafda yeni
kombinasiyalar” məsələsinə baxmışdır. C.Şumpeter iqtisadi inkişafda innovasiya
prosesini şərh etmiş və yeni kombinasiyalar dedikdə, məhz innovasiyanı nəzərdə
tutmuşdur.
C.Şumpeter, inkişafda aşağıdakı 5 dəyişikliyi müəyyən etmişdir:
1. İstehsalda yeni texnikadan, texnoloci proseslərdən, yaxud bazarlardan istifadə
edilməsi;
2. Yeni xüsusiyyətli məhsulun tətbiqi;
3. Yeni xammaldan istifadə edilməsi;
4. İstehsalın təşkilinin və onun maddi-texniki təminatının dəyişməsi;
5. Bazarın yeni təchizat formasının yaranması.
C. Şumpeter isbat etmişdir ki, iqtisadiyyatın mərkəzi fiquru, onun hərəkətverici
qüvvəsi yenilikçi - işgüzardır. Şumpeterə görə, innovasiya - tətbiq etmək məqsədilə
istehlak-əmtəələrinin, istehsal və nəqliyyat vasitələrinin, bazarların və sənayenin
təşkili formalarının dəyişdirilməsi və ya yeniləri ilə əvəz olunmasıdır.
Məhz bu səbəblər firmaları, fasiləsiz olaraq, innovasiyaların tətbiqinə məcbur
edir. İnnovasiya fəaliyyəti bütün mərhələlərdə yerinə yetirilən fəaliyyətlə innovasiya
prosesilə əlaqədar olan digər fəaliyyətlərin məcmusudur. İnnovasiya prosesinin
aşağıdakı mərhələləri vardır:
1. Fundamental tədqiqatlar. İnnovasiyanın əsası hesab edilən və elmi tədqiqat
institutu və mərkəzləri tərəfindən elmi kəşf, yaxud araşdırmanın aparılması
mərhələsidir.
2. Tətbiqi tədqiqatlar. Fundamental tədqiqatların (yeniliklərin) həyata keçirilmə
imkanlarını araşdıran tədqiqatlardır.
3. İşləmələr. Yeni ideyanın maddi təzahür formasının hazırlanmasıdır.
4. Layihələşdirmə. Yeni ideyanın texniki təsvir formasının (cizgi, düstur,
hesablama və s.) hazırlanmasıdır.
5. Yeni məmulat və ya texnologiyanın yaradılması, inşa edilməsi və s. Yeni
ideyanın texniki layihəsinin tətbiqini nəzərdə tutan texnologiyanın hazırlanmasıdır.
6. Yeni məmulatın sınaqdan keçirilib mənimsənilməsi.
Xüsusi sınaq-təcrübə yerlərində yeni texnologiyanın elmi-tədqiqat mərkəzləri
tərəfindən sınaqdan keçirilməsi və aşkar olunan çatışmazlıqların aradan qaldırılması.
7. Praktiki, kütləvi, davamlı istehsal. Sınağın nəticə göstəricisi məqbul olan yeni
texnologiyanın tətbiqi, istehsala təsirinin qiymətləndirilməsi.
122

8. Marketinq. Yeni məhsulun bazara çıxarılması, eyni zamanda, innovasiyanın


tətbiqinin gözlənilən nəticələri və nailiyyətləri barədə məlumatların açıqlanması.
9. Satış və satışdan sonrakı xidmət. Bu proses fərd və təşkilatların məşğul
olduqları innovasiya fəaliyyətinin məzmununa daxildir.
10. İnnovasiya tsikli. İnnovasiya prosesinin bir-biri ilə ardıcıllıq üzrə asılılığı
olan mərhələlər qrupudur.
Tsikl asılı olan bir neçə mərhələnin, bütövlükdə proses isə bir neçə tsiklin ardıcıl
birləşməsindən ibarətdir. Məsələn: fundamental tədqiqat, tətbiqi tədqiqat və işləmələr
bir tsikldir. Layihələşdirmə, yeni texnologiyanın hazırlanması və sınaqdan keçirilib
mənimsənilməsi növbəti tsikldir. Bu tsikllər arasında asılılıq yoxdur.
11. Sınaq və satış. Sovet dövründə, 1970-80-ci illərdə elm-istehsalat birlikləri
yaradılmışdır və onlar tətbiqi tədqiqatlardan başlayaraq sonuncu satış mərhələsinə
kimi innovasiya tsiklinin bütün mərhələlərini özündə birləşdirmişdir. Hal-hazırda
Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən iri təşkilatlar var.
İnnovasiya fəaliyyətinin subyektləri aşağıdakılardır:
 innovasiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər;
 müxtəlif mülkiyyət formalarına malik olan innovasiyanı həyata keçirən
innovasiya müəssisələri;
 innovasiya prosesində reallaşdırılan intellektual mülkiyyət sahibləri: ixtira,
kəşf, sənaye istehsalın nümunəsi, layihə, qurğu, texnoloci proseslər, “nou-hau”,
dizayn müəllifləri;
 innovasiyanın həyata keçirilməsinə investisiya yönəldən investorlar: banklar,
fondlar, lizinq firmaları,vençurlar və s.;
 innovasiya prosesinə xidmət göstərən və onun infrastrukturunu təmin edən
vasitəçilər: konsaltinq və incinirinq firmaları, texnoparklar, texnopolislər, texnoloci
inkubatorlar, texnoloci mərkəzlər, informasiya mərkəzləri və s.;
 innovasiya fəaliyyətinin idarə edilməsində, koordinasiya edilməsində,
tənzimlənməsində iştirak edən dövlət və yerli özünüidarəetmə təşkilatları.
İnnovasiya fəaliyyəti məhsulları aşağıdakılardır:
 innovasiya layihələri;
 müəyyən sosial-iqtisadi, ekoloci səmərəni təmin edən istehsalda
mənimsənilmiş texnoloci proseslər;
 elmi-texniki nailiyyətləri, nəticələri olan – prinsipcə, yeni və ya
yaxşılaşdırılmış məhsullar (xidmətlər) və s.
6. Dövlətin innovasiya siyasəti, onun əsas istiqamətləri
Müasir dövrdə istənilən dövlətin iqtisadi vəziyyəti elmin, texnikanın və
texnologiyanın inkişafı, eləcə də onların tətbiqi ilə birbaşa qarşılıqlı surətdə
əlaqəlidir. İnnovasiya proseslərinin tənzimlənməsi Azərbaycan Respublikasında
dövlətin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsi olan innovasiya siyasəti
123

vasitəsilə həyata keçirilir. Bu siyasətə uyğun olaraq ölkədə investisiya mühitinin


daha da yaxşılaşdırılması üçün müvafiq innovasiya strukturlarının, başqa sözlə
innovasiya mərkəzlərinin, texnoloci biznes-inkubatorların, texnoparkların yaradılması
nəzərdə tutulmuşdur. Bundan başqa, “Azərbaycan Respublikasında 2009-2015-ci
illərdə Elmin inkişafı üzrə Milli Strategiya”da innovasiya fəaliyyəti infrastrukturunun
inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloci mərkəzlər, biznes
inkubatorları şəbəkəsinin genişləndirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Həmin vəzifələrin yerinə yetirilməsi isə, öz növbəsində, göstərilən innovasiya
infrastrukturu elementlərinin ən vaciblərindən biri olan İKT-profilli texnoparkların
fəaliyyətinin səmərəliliyinin təhlilini, öyrənilməsini və onun qiymətləndirilməsini
daha da aktuallaşdırır.
İnnovasiya siyasətinin həyata keçirilməsi ölkənin davamlı inkişafı, istehsal və
elmin vəhdəti üçün zəruridir. Dövlət bütövlükdə innovasiya siyasətini bir neçə
istiqamətdə reallaşdırılır:
- elmin inkişafını, onun maliyyələşdirilməsi, kadr hazırlığı təmin edir;
- biznesin innovasiya aktivliyinin artırılması üçün proqramların işlənib
hazırlanmasını təmin edir;
- yeniliklərin sifarişçisi olaraq, dövlət elmin inkişafına kömək edir;
- yeniliklərə ilkin tələbi dəstəklənməsi ilə dövlət gələcəkdə istehlak tələbinin
artmasını təmin edir.
Eyni zamanda dövlət innovasiyaları stimullaşdıraraq, fundamental elm və
istehsal arasında sıx əlaqə yaradır. Dövlət Dövlətin investisiya-innovasiya siyasəti
iqtisadi şəraitə müvafiq olaraq birbaşa və dolayı təsir edə bilər.
Dövlət innovasiya siyasətinin maliyyə-kredit mexanizmi vasitəsi ilə həyata ke-
çirir. İnnovasiya siyasətini reallaşdırmaq üçün maliyyə-kredit mexanizmi vasitəsi ilə:
- innovasiyaların maliyyələşdirilməsi və kredit risklərinin azaldılması məqsədi
ilə maliyyə-kredit təşkilatları üçün əlverişli şərait yaradılır;
- yüksək iqtisadi səmərəliyi olan innovasiyalır tətbiq olunur;
- vençur investisiyalar inkişaf etdirilir;
- yüksək texnologiyalarla bağlı istiqamətlər, innovasiyalı layihələri, elmi-
tədqiqat və təcrübi-konstruktor işləri maliyyələşdirilir;
- elm tutumlu sahələrə vəsait qoyan investorlar dəstəklənir və stimullaşdırılır;
- elm tutumlu avadanlıq sahəsində lizinq xidmətləri inkişaf etdirilir;
- ixtira-patent fəaliyyəti maliyyələşdirilir, intellektual mülkiyyətin müdafiəsi
təmin olunur;
- innovasiya yönümlü məhsul istehsal edən müəssisələrə surətli amortizasiya
normasının tətbiq edilir;
- innovasiyalı layihələrin müsabiqə əsasında seçilməsi sistemi təkmilləşdirilir;
124

- nisbətən kiçik, tez gəlir gətirən investisiya layihələrə üstünlük verilməsi təmin
edilir.
İnvestisiyaların yeniliklərə yönəldilməsi üçün aşağıdakıların edilməsi zəruridir:
- innovasiyaların inkişafı və həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq;
- innovasiyalı fəaliyyət nəticəsində yaranan məhsulunun dövlət sifarişinin
vasitəsi ilə reallaşdırmaq;
Dövlətin investisiya-innovasiya siyasəti - xarici iqtisadi fəaliyyətdə və
beynəlxalq bazarlarda milli innovasiyalı məhsulların hərəkətini dəstəkləmək;
- elmi-texniki fəaliyyətin nəticələrinə və innovasiyalı fəaliyyətə tələb haqqında
məlumatın toplanması və yayılmasını dəstəkləmək;
- innovasiyalı fəaliyyəti həyata keçirən kadrların hazırlanması, onların
peşəkarlığının artırılmasını dövlət tərəfindən dəstəkləmək.
Dövlətin innovasiyaların tənzimlənməsi sahəsində əsas funksiyaları:
- İnnovasiya sahəsində elmi araşdırmalar üçün vəsaitin akkumulyasiyası. Bu
vəsaitin həm dövlət büdcəsi, həmdə xüsusi fondlar vasitəsi ilə toplanıb innovasiya
sahəsinə yönəldilməsi;
- İnnovasiya fəaliyyətinin koordinasiyası. Dövlət innovasiya proseslərinin
strateci istiqamətini müəyyən edir, vahid texnoloci məkan formalaşdırır və fəaliyyət
göstərən institutların kooperasiyasını təmin edir;
- İnnovasiyaların stimullaşdırılması tədbirlərində rəqabətin qorunması ya
dəstəklənməsi, innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə güzəştlərin tətbiqi,
risklərin sığortalanması.
7. Ölkə iqtisadiyyatının inkişafında daxili və xarici investisiyaların rolu
Respublikada geniş miqyas almış xarici ölkələrin investisiya fəaliyyəti
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş “İnvestisiya fəaliyyəti
haqqında” qanun əsasında tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mülkiyyət
formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəçisi
dövlətdir. Bununla belə, dövlət orqanlarının və vəzifəli şəxslərin möğvcud
qanunvericilik aktları ilə müəyyənələşdirilmiş həddən artıq investisiya fəaliyyəti
subyektlərinin müqavilə münasibətlərinə müdaxilə etməsinə yol verilmir. Məlum
olduğu kimi investisiya fəaliyyəti investorların müəyyən məqsədlər üçün investisiya
qoyuluşları ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan bütün fəaliyyətin məcmusu
hesab edilir və dövlət tərəfindən tənzimlənir. Beləliklə, mülkiyyət və təsərrüfatçılıq
fəaliyyətindən asılı olmayaraq investisiya qoyuluşları ölkədə mövcud olan
qanunvericilik aktlarına tam uyğun formada tənzimlənir.
Odur ki, dövlət ölkədə sosial iqtisadi inkişafı tənzimləmək, xalq təsərrüfatında
lazımi proporsiyaların yaradılmasını təmin etməkdə investisiya qoyuluşlarından
istifadənin və habelə investisiya fəaliyyətindən əldə edilən gəlirdən tam və səmərəli
istifadəni ciddi surətdə tənzimləməlidir. Şübhəsiz ki, hər hansı istehsal və sosial
125

sahələrin yaradılması, yenidən qurulması, genişləndirilməsi və habelə məşğulluğun


təmin edilməsi, müvafiq investisiya qoyuluşlarından və xüsusilə də ondan əldə
edilmiş gəlirlərdən səmərəli istifadə olunmasını tələb edir. Bu baxımdan investisiya
dövlət tərəfindən tənzimlənməsi birinci dərəcəli əhəmiyyətə malikdir.
İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi dedikdə ölkədə vahid sosial-
iqtisadi, elmi-texniki siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlər sistemi
başa düşülür. Bunun üçün ölkə lazımi maliyyə-material resurslarına malik olmalıdır.
Daxili investisiya resursları yetərli olmadığı halda milli iqtisadiyyatın
formalaşdırılmasını və inkişafını tənzimləmək məqsədilə ölkəyə xarici investorların
cəlb edilməsi zərurətə çevrilir. Odur ki, müasir müstəqillik və bazar iqtisadiyyatı
şəraitində xarici ölkələrin marağına və milli iqtisadiyyatın inkişafına tam uyğun
olaraq investisiya fəaliyyətini daha da dərinləşdirmək tələb edilir. Belə bir real
şəraitdə, investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və idarə edilməsi
müasir reallıqdan irəli gəlir.
Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri sıx şaxəli olmaqla bərabər, onun əsas
istiqamətlərindən biri respublikaya investisiya axınının getdikcə güclənməsidir.
Təhlil göstərir ki, son illərdə neft-qaz hasilatı sahəsində sazişlərin çoxalması ilə bağlı
xarici investisiya fəaliyyəti ildən ilə genişlənməkdədir. bu barədə ətraflı təsəvvürə
malik olmaq üçün aşağıdakı cədvəlin məlumatlarına nəzər salmaq kifayətdir.
Bununla yanaşı, respublikada birgə müəssisələr və xarici firmalar tərəfindən
investisiya qoyuluşları da yüksək templə artmaqdadır. Bununla əlaqədar xarici
ölkələrin firmaları tərəfindən sərf edilən investisiyaların da miqyası genişlənməklə,
oların məbləği daha da artır. Xarici firmalar arasında Hollandiya, Böyük Britaniya,
Türkiyə, ABŞ firmaları investisiya qoyuluşlarında əsas rol oynayırlar. Xarici
investisiya fəaliyyətini stimullaşdırmaq məqsədi ilə normativ – hüquqi aktların
beynəlxalq dünya standartlarına uyğun olaraq təkmilləşdirmək lazımdır. Məlum
olduğu kimi, bu istiqamətdə respublika höküməti lazımi tədbirlər həyata keçirmişdir.
Belə ki, xarici – iqtisadi əlaqələrin inkişafına və tənzimlənməsinə dair qiymətlərin,
xarici ticarətin sərbəstləşdirilməsinə və respublikaya xarici investisiyaların cəlb
edilməsi, ölkələr arası sərbəst mal mübadiləsi həyata keçirilməsinə dair bir sıra
tədbirlər həyata keçirilmişdir ki, bunun da nəticəsində respublikaya xarici ölkələrin
marağı daha da artmışdır. Lakin, xarici investorları normal fəaliyyətini
tənzimləməkdən ötəri daha geniş tədbirlər həyata keçirilməlidir. Baha doğrusu xarci
investisiya fəaliyyətinin stimullaşdırılması sahəsində dövlət iqtisadi mexanizmdən
xüsusilə, güzəştli vergi sisteminin sürətli amortizasiya, qiymətqoyma siyasətinin
həyata keçirilməsi və s. iqtisadi vasitələrindən daha fəal və çevik istifadə edilməsini
təmin etməlidir.
Beləliklə, xarici investisiya resurslarının artırılması və xüsusilə investisiya
fəaliyyətindən əldə edilən gəlirlərdən istifadə istiqamətlərinin tənzimlənməsi rolu ilə
126

milli iqtisadiyyatın strukturunda səmərəli proporsiyaların yaradılması və habelə güclü


istehsal potensialına uyğun sosial infrastrukturun normallaşdırılması və inkişafı
dövlətin tənzimləyici rol və funksiyalarının bir daha artırılmasını tələb edir. Bu
barədə bir mənalı düşünənlər də az deyildir. Belə ki, bazar iqtisadiyyatı hər şeyə
qadirdir və o, hər şeyi öz yerinə qoyacaqdır deyənlər bir mənalı fikirləşənlər, keçid
iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata birtərəfli müdaxilə etməsi zəruriliyini
ənənəvi bazar iqtisadiyyatlı qərb ölkələrindən dövlətin iqtisadiyyata müdaxilə xətti ilə
eyniləşdirirlər. Şübhə ola bilməz ki, formalaşdırılmış və sabit bazar iqtisadiyyatı
şəraitində dövlətin iqtisadiyyata müdaxiləsinin müəyyən həddi olmalıdır. Lakin
müasir keçid şəraitində dövlətin güclü tənzimləyici siyasəti olmadan real bazar
münasibətlərini formalaşdırmaq qeyri mümkündür.
Məhz buna görə də geniş xarici investisiya fəaliyyətinin bərqərar olduğu
şəraitdə dövlətin tənzmləyici funksiyası bir daha artmış olur. Bu istiqamətdə ən
başlıca problemlərdən biri investisiya fəaliyyətində sosial yönümlü sahələrin daha
doğrusu, sosial infrastrukturun kompleks inkişafına nail olmasıdır.
İnvesitisya fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununda dövlətin
investisiya siyasətinin strateci məqsədi şərh edilərək, onun həyata keçirilməsi üçün
aşağıdakı istiqamələr tövsiyə edilmişdir.
1. İstehsalın texniki səviyyəsinin yüksəldilməsi.
2. İqtisadi artıma nail olması .
3. Yeni struktur dəyişikliklərinin aparılması .
4. Rəqabət qabiliyyətli məhsul istehsalı .
5. Yüksək keyfiyyətli investisiya komplekslərinin yaradılması.
İnvestisiya siyasəti - əsaslı vəsait qoyuluşunun əsas istiqamətlərinin həlledici
sahələrdə cəmləşdirilməsi üzrə tədbirləri müəyyən edən qərarların məcmusudur.
Investisiya vasitəsilə ictimai istehsalın dinamk inkişaf sürətinə nail olunur, iqtisa-
diyyatın tarazılığı və səmərəliliyi təmin olunur, məsrəfin hər manatına görə daha çox
məhsul və milli gəlir artımına şərair yaradılır.
İnvestisiya qoyuluşunda birbaşa və portfel investisiyaları daha böyük əhəmiyyət
kəsb edirlər. Kapitalın qoyulma məqsədinə görə bölgüsü investisiya qoyuluşu
sahəsində böyük praktik əhəmiyyətə malikdir. Bu bölgüyə əsasən birbaşa
investisiyalar və portfel investisiyaları mövcuddur.
Birbaşa investisiyalar - bu elə kapital qoyuluşudur ki, investora kapital qoyulmuş
obyekt üzərində nəzarət imkanı verir. Birbaşa investisiyalar uzun müddətə iqtisadi
maraq əldə etmək məqsədilə həyata keçirilir. Bu investisiyalar əsasən şəxsi sahibkar
kapitalı ilə əlaqədardırlar.
Portfel investisiyaları - xarici qiymətli kağızlara qoyulan kapitaldır. Bu
investisiyalar investorat kapital qoyuluş obyekt üzərində real nəzarət hüququ vermir.
127

Mövzu 9
Dövlətin pul-kredit və valyuta siyasəti.
Suallar:
1. Dövlətin pul-kredit siyasətinin mahiyyəti.
2. Pul sistemi və pul tədavülü
3. Kredit və kredit sistemi.
4. Bank sistemi və bank əməliyyatları
5. Dövlətin valyuta siyasəti.
1.Dövlətin pul-kredit siyasətinin mahiyyəti.
Dövlətin pul-kredit siyasəti büdcə və vergi siyasətlərindən fərqli olaraq iqtisadi
konyunkturanın tənzimlənməsində istifadə edilən «daha elastik» tənzimləmə alətidir
və o, öz əksini müəyyən sosial-iqtisadi və siyasi məqsədlərin reallaşdırılmasına
yönəldilən tədbirlərdə tapır. İqtisadiyyatda lazımı pul kütləsini təmin etmək və
tənzimləmək üçün dövlət pul-kredit siyasətindən istifadə edir. Onun əsas vəzifələrinə
aşağıdakılar aiddir:
1) İqtisadi konyukturanı (vəziyyəti) tənzimləmək və infilyasiya ilə mübarizə
aparmaq.
2) Milli valyutanın məzənnəsini aparıcı dövlətlərin dönərli valyutalarına
nisbətən tənzimləmək.
3) Ölkənin müsbət tədiyə balansına nail olmaq.
Dövlət tərəfindən həyata keçirilən pul-kredit siyasətini reallaşdırmaq üçün
dövlət orqanları pul kütləsinə və faiz dərəcələrinə, onların köməyi ilə isə istehlak və
investisiya tələbinə təsir edirlər. Pul –kredit siyasətinin dövlət tənzimlənməsi aləti
kimi üstünlüyü onun sürətli və elastik olmasındadır. Çatışmayan cəhətləri isə ondan
ibarətdir ki, o kommersiya banklarını kreditləri artırmaq və ya azaltmağa məcbur edə
bilməməsindədir.
Pul-kredit siyasəti sahəsində dövlətin istənilən fəaliyyəti aşağıdakı həlqələri
özündə əks etdirir: pul-kredit sferası sahəsindəki qərarları (məsələn, bank
ehtiyatlarının və yaxud faiz dərəcəsinin dəyişdirilməsi), investisiya həcminin
dəyişməsini və ÜMM dinamikasını. Bu həlqələrin hər birində baş verən ləngimələr
pul-kredit siyasətinin tədbirlərinin səmərililiyinə mənfi təsir edir.Ona görə dıə pul-
kredit siyasəti fiskal siyasət qədər təsirli olmur.
Pul-kredit siyasətinin əsas istiqaməti kredit və pul emissiyasını stimullaşdırmaq
yaxud da onların hərəkətini məhdudlaşdırmaqdır. İstehsalın aşağı düşməsi halında
bank kredit konyukturasını genişləndirir, faiz normasını aşağı salır. İstehsalın
yüksəldiyi halda isə əksinə.
Odur ki, başlıca problem ölkədə həyata keçirilən pul-kredit siyasətinin
səmərəliliyinin yüksəldilməsidir. Bunun üçün:
a) mövcud sosial-iqtisadi vəziyyəti nəzərə alaraq pul-kredit siyasətinin
128

səmərəliliyinin yüksəldilməsi məqsədi ilə yeridilən tədbirlər sisteminin ardıcıl olaraq


həyata keçirilməsi;
b) dövlətin pul-kredit siyasətini, məşğulluğun təmin olunmasına
istiqamətləndirilməsi;
v) manatın stabilliyini qorumaqla, milli pul vahidinin alıcılıq qabiliyyətinin
möhkəmləndirilməsi vacib şərtlərdəndir.
Təcrübədə dövlət borclarının idarə edilməsini rəqəmlə 3 formasından istifadə
olunur:
1) Könüllü bazar krediti–dövlətin qiymətli kağızlarının könüllü olaraq
bazarlarda yerləşdirilməsi – bu əmanət istiqrazları dövlətin qısamüddətli öhdəlikləri
ola bilər.
2) Məcburi bazar krediti – faktiki dövlət borcunun qeyd olunması, daxili
valyuta borcunun istiqrazları, xəzinə öhdəlikləri, maliyyə nazirliyinin vekselləri.
3) Mərkəzi bankın Maliyyə Nazirliyinə krediti.
Kredit əməliyyatlarının və pul emissiyasının həcminin tənzim olunması ilk
növbədə təsərrüfat fəaliyyətinin artırılmasına və inflyasiyaya qarşı
istiqamətlənməlidir.
Dövlətin pul-kredit siyasətini və sisteminin həyata keçirilməsi müxtəlif
metodları əsasında aparılır. Bu metodlar:
1. Ümumi metodlardır – məqsəd bütünlükdə borc kapitalına təsir göstərməkdir.
2. Selektiv metodlar –ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən
konkret kreditə təsir göstərməkdir.
Pul-kredit siyasətinin ümumi metodlarına nəzər yetirək.
1. Diskont (uçot, lombard ) siyasəti – ən qədim tənzimləmə siyasəti olub XIX
əsrin ortalarından fəaliyyət göstərir. Bu metod mərkəzi bankın kommersiya
banklarının kreditorlarına çevrilməsi ilə əlaqədar meydana çıxmışdır. Kommersiya
bankları xüsusi öhdəliklər əsasında mərkəzi bankdan kredit alırlar və həmin kreditləri
müəyyən faiz stavkası ilə yerləşdirirlər. Bəzən mərkəzi bank həmin uçot stavkasını
yüksəldərək kredit əməliyyatlarını məhdudlaşdıra bilər və ya əksinə. Başqa sözlə
dövlət tərəfindən Mərkəzi bank kommersiya və dövlət banklarına kredit verir və bu
kreditə görə sabit faiz təyin edir. Ümumiyyətlə dövlət tərəfindən həyata keçirilən pul-
kredit siyasətinin istiqamətləri və bu uçot dərəcəsi Mərkəzi Bank tərəfindən təyin
olunmaqla prezident tərəfindən hər il təsdiqləndikdən sonra reallaşdırılır. Uçot
dərəcəsinin iqtisadiyyatda əhəmiyyəti ondan ibarətdir ki, dövlət onun köməyi ilə
bahalı və ucuz pul siyasətini həyata keçirə bilər. Uçot dərəcəsi bir başa həm milli
valyutanın məzənnəsinə, həm də kommersiya və dövlət bankları tərəfindən kredit
bazarında təyin edilən kreditə görə faizə təsir göstərir.
2. Açıq bazarda əməliyyatlar – Mərkəzi Bankın kommersiya banklarından
dövlətin qiymətli kağızlarını alıb-satması əməliyyatıdır. Bank həmin qiymətli
129

kağızları aldığı halda onun məbləğini kommersiya banklarının hesabına köçürür və


bununla da onların hesabındakı ehtiyatları artırmış olur, satdığı halda isə əksinə
ehtiyat azalmış olur.
Beləliklə, həmin əməliyyat ehtiyatın səviyyəsində əks olunaraq tənzimləmə
metodu kimi çıxış edir.
3. Bank ehtiyatlarına məcburi normaların qoyulması. Bu bir tərəfdən
kommersiya banklarında əməliyyatları yaxşılaşdırır, digər tərəfdən isə bu normalar
birbaşa investisiyaların sərhəddini məhdudlaşdırır.
Pul – kredit tənzimlənməsinin selektiv metodlarına isə aiddir:
1. Ayrı-ayrı kredit növləri üzərində nəzarət. Bu çox vaxt birca qiymətli kağızı
altında verilən kreditlərə, müəyyən müddətə istehlak məhsulları alınması üçün olan
kreditlərə və ipoteka kreditlərinə aid edilir.
2. Bank və bankların əməliyyatlarının tənzimlənməsi riski.
2.Pul sistemi və pul tədavülü
Pul-kredit tənzmlənməsi pul təklifi ilə pula olan tələb arasında tarazlığa nail
olmağa yönəldilir. Pul-kredit sferasının dövlət tənzimlənməsi o vaxt müvəffəqiyyətli
olur ki, dövlət Mərkəzi Bank vasitəsilə inkişaf etmiş ölkələrdə pul-kredit sisteminin
bazası olan şəxsi institutların miqyas və xarakterinə təsir edə bilsin. Pulun mahiyyəti
onun funksiyalarında ifadə olunur ki, həmin funksiyalar dəyər ölçüsündə, dövriyyə
vəsaitindən, yığım vəsaitindən və tədiyyə vasitəsindən ibarətdir. Təcrübədə bu
funksiyanı Maliyyə Nazirliyi ilə birgə Mərkəzi Bank həyata keçirir. Dövriyyədə olan
pul kütləsinə nəzarət etmək üçün müxtəlif pul aqreqatlarından istifadə olunur və
onlar M0, M1, M2 , M3, M4 kimi əks edilir.
M0 - pul bazası olub dövriyyədə olan nəğd pulun, müəssisələrin kassalarında
olan pullarda daxil olmaqla kəmiyyətini göstərir.
M1-«dar mənada pul» kimi ifadə olunaraq dövriyyədə olan nağd pulla (M0)
əhalinin, müəssisələrin tələb edilənə qədər əmanətlərinin, yol çeklərinin, başqa sözlə
cari ödəmələrin xidməti üçün istifadə olunan dövriyyə vasitələri kimi istifadə olunan
vəsaitlərin cəmidir.
M2 - cari dövriyyənin xidmətinə istifadə olunan vəsaitlərlə (M1) əhali və
müəssisələrin əmanətlərinin cəmidir.
M3 - «geniş mənada pul» kimi ifadə olunur və M3 –lə likvid qiymətli
kağızların, büdcə və ictimai təşkilatların hesablarında olan vəsaitlərin, kapital
qoyuluşlarını maliyyələşdirmək üçün istifadə olunan vəsaitlərin cəmindən ibarətdir.
M4 isə M3-lə banklarda saxlanılan qeyri-pul likvid vəsaitlərin cəmidir.
Makroiqtisadi təhlildə M1 və M2 pul aqreqatlarından daha çox istifadə olunur.
Pul aqreqatlarının dinamikası gəlirin səviyyəsi, pulun dövr etmə sürəti, faiz dərəcəsi
və s. kimi amillərdən asılıdır.
Klassik nəzəriyyəyə əsasən pul dövriyyə vasitəsi olduğu üçün onun həcminin
130

müəyyən olunması zəruridir. Dövriyyə üçün zəruri olan pulun həcmi qiymət
kütləsinin pulun dövretmə sürətinə olan nisbəti ilə ölçülür. Yəni pul kütləsi:
Ρ
Μ=
V
Burada: P- məhsul kütləsinin ümumi qiymətini
V-pulun dövretmə sürətini əks etdirir.
Dövlət bankı emissiya buraxır, başqa banklar vasitəsilə idarə edir, fond
bircalarında əməliyyatları tənzimləyir. Pula olan tələbatın formalaşması isə daha
mürəkkəbdir.
Belə ki, pulun bir hissəsi ticarət və xidmət sahələrində dövr etmək üçün
gərəkdir. Yəni bu əməliyyatlar üçün tələb olunan pul qiymətin artım tempi - P,
məcmu gəlir – Y, pul dövriyyə sürəti – h olarsa, onda həmin əməliyyatları yerinə
yetirmək üçün pula olan tələbat belə hesablana bilər:
1
m td = ΡΥ
h
Lakin qeyd etmək lazımdır ki, gəlirin hamısı istehlak edilmir, onun bir hissəsi
yığıma (əmanətə) gedə bilər. Onlar (əmanətlər) pula səhm ala bilərlər, bankda
saxlayaraq divident götürə bilərlər və s. deməli, ümumi pul kütləsinə (md) olan
tələbat (alqı-satqı tələbatı) nəğdsiz hesablaşmalar r- faiz stavkasından funksional asılı
olacaq və belə hesablanacaqdır.
1
md = ΡУ + f ( r )
h
r – faiz stavkası yüksəldikcə pula tələbat azalır (investorlar tərəfindən).
Pula tələbat əyrisi r oxuna toxunmur. Çünki pulun bir hissəsi faiz stavkasından
asılı deyildir və gəlirlə qiymət səviyyəsi ilə müəyyən olunur.
İkinci bir tərəfdən həmin əyri asimmetrik olaraq r 0 düz xəttinə yaxınlaşır.
Çünki r0-dan aşağı faiz stavkası ola bilməz. Deməli, r=r0 alınır.
Haradakı, pul təklifi vardır, orada dövlət hökmrandır və onun hüdudunu
müəyyən edir. Deməli, pul təklifi ms və pul tələbatı md arasında tarazlıq olmalıdır.
1
mS =m D= ΡУ + f ( r )
h
3.Kredit və kredit sistemi.
Kredit qaytarmaq şərti ilə müəyyən gəlirlə (faizlə) verilən vəsaitdir. Onun əsas
mənbəyi bunlardır: 1. Amortizasiya fondu. 2. Dövriyyə kapitalın bir hissəsi (pul
formasında). 3. Məhsulların satışından daxil olmalarla əmək haqqının ödənilməsi
vaxtı arasında sərbəst qalan pul vəsaiti. 4. Yığım fondu. 5. Fərdi şəxslərin
əmanətləri.
Kredit sisteminin tarixi qədim olsa da onun əsas formalaşması əsasən XX əsrə
təsadüf etmişdir. Kredit sisteminə iki formadan baxmaq olar:
1. Kredit pulları. Bu kağız pul olub kredit əsasında qızılın əvəzedicisi kimi
131

çıxış edir. Onun üç forması var: a) veksel forması (kreditorun adına borc alan
tərəfindən verilmiş öhdəlik, yeri, tarixi, məbləği göstərilir); tratta – bir şəxsin 3-cü
şəxsə kredit verən tərəfindən əmr formasında verilən göstəriş. b) Banknot; v) çek
forması.
2. Depozit pullar. Depozit pulları kredit pullardan ödənilməlidir. Depozit pullar
dedikdə elə pullar nəzərdə tutulur ki, bk hesabdan digər hesaba köçürülür.
Kreditin rolu və əhəmiyyəti bazar iqtisadiyyatı şəraitində daha da artmışdır.
Buna görə də o, əsasən 2 formada çıxış edir.
1. Kommersiya krediti. Bu kreditin elə formasıdır ki, bir müəssisə digər
müəssisəyə malını satmağa verir. Kommersiya kreditinin əsas əlaməti veksel sayılır.
Vekselin 2 forması var: a) Sadə veksel. Onun əsas vəzifəsi borc öhdəliyini kreditora
verilən zəmanətidir. b) ötürülmüş veksel (köçürmə vekseli) – pulu verən transsanton,
pulu alan transsaton adlanır, pulu almağa hüququ olan 3-cü şəxs remitempten adlanır.
2. Bank kreditləri. Bu kreditlər xüsusi kredit idarələri vasitəsilə verilən
borclardır.
Bazar iqtisadiyyatı şəraitində kreditləşmənin əsas xüsusiyyətdərindən biri
makrosəviyyədə iqtisadiyyatı tənzimləməkdir.
Dövlət ölkənin qarşısında qoyulan sosial-iqtisadi vəzifələr müvəffəqiyyətlə
həyata keçirilməsi üçün kreditləşməni müxtəlif istiqamətə yönəldilməsi məqsədi ilə
xüsusi tədbirlər sistemi həyata keçirilir. Keçid iqtisadiyyatı şəraitində bu tədbirlər
sistemində ən başlıca istiqamət istehsalın genişləndirilməsidir.
Odur ki, konkret şəraitdən asılı olaraq dövlət maliyyələşdirmə və xüsusilə
kreditləşdirmə sistemində sərt kreditləşmə tətbiq edir ki, bunun da nəticəsində
iqtisadiyyatın prioritet sahələrinin inkişafını gücləndirir.
Lakin faktiki olaraq keçid iqtisadiyyatı şəraitində respublikanın pul vəsaiti
aparıcı banklar sistemi vasitəsilə kredit əməliyyatlarını həyata keçirmək əvəzinə heç
bir əsası olmayan çoxlu sayda kommersiya bankları arasında səpələnmişdir ki, bu da
əsaslı məqsədli kreditləşməni həyata keçirilməsini mürəkkəbləşdirmişdir.

4.Bank sistemi və bank əməliyyatları


Ölkə səviyyəsində banklar: a) Mərkəzi Bank; b) Kommersiya bankları; v)
xüsusiləşdirilmiş kredit orqanları; q) Dövlətlərarası (beynəlxalq) bank fəaliyyət
göstərir.
Mərkəzi bank – kassa ehtiyatlarının toplanması və saxlanması funksiyasını
yerinə yetirir. Adətən mərkəzi bank ölkənin qızıl valyuta ehtiyatının saxlandığı
yerdir.
Qeyd etmək lazımdır ki, ölkələrin qızıl ehtiyatları milli valyutanın stabilliyini
dönərliliyinin əsası kimi qəbul edilir. Mərkəzi bank öz fəaliyyətini müəyyən
əməliyyatlar əsasında həyata keçirir ki, bu əməliyyatlar 4 qrupa bölünür:
132

1. Passiv əməliyyatlar.
2. Aktiv əməliyyatlar.
3. Bank xidmətləri.
4. Bankın xüsusi əməliyyatları.
Birinci iki qrup daha çox yayılmış bank əməliyyatlarıdır ki, bank gəlirinin çox
hissəsi onların hesabına formalaşır.
Bazar iqtisadiyyatı ölkələrində son zamanlar bank xidmətlərinin həcmi daha da
yüksəlmişdir. Onlar bank gəlirinin yaranmasının ikinci mənbəyi kimi çıxış edirlər.
Bankların xüsusi əməliyyatları əvvəlki kimi tabeçilik rolunu saxlayırlar.
Passiv əməliyyatlar vəsaitin səfərbərliyə alınmasına xidmət edir. Passiv
əməliyyatlar nəticəsində banklar ssuda alırlar ki, sonradan həmin vəsait aktiv
əməliyyatların həyata keçirilməsinə xidmət edir. Bu əməliyyatların yekunu bankın
balansının passivində öz əksini tapır.
Bankın aktiv əməliyyatları depozitlərdən ibarətdir. Depozitlər dedikdə
əmanətlər-dən başqa bankın bütün müştəriləri nəzərdə tutulur (təcili və vaxtsız –
müddətsiz). Depozitə yerləşdirilən vəsaitlərin mənbələri müxtəlifdir. Bu o
vəsaitlərdir ki, müəssisə və təşkilatların hesabındadır və müəyyən müddətə onlar
tərəfindən istifadəsizdir.
Bank əməliyyatların bir növü də bank xidmətləridir. Bu əməliyyatlar 4 növə
bölünür:
1. İnkassa – bank öz müştərisinin sifarişinə əsasən ondan əmtəə-qaimə
sənədlərini qəbul edərək, yenə də öz müştərisi olan digər subyektin adından həmin
məbləği birincisinin nəfinə silir.
2. Akreditiv – akreditiv sənədi şərtlərə uyğun olaraq müəyyən məbləğin
verilməsi haqqında tələbnamədir.
Bu əməliyyatlarda iştirak edirlər:
- akreditivin açılmasını sifariş verən müştəri;
- akreditiv açan bank;
- akreditiv açılan bank – hansı ki, əməliyyatın yerinə yetirilməsinə nəzarət
edir;
- akreditiv xeyrinə açılan şəxs.
Akreditivin iki formasını bir-birindən fərqləndirmək lazımdır.
Pul krediti – bir şəxs bu şəhərdə banka pul verərək digər şəhərdəki bankdan
pulu alır. Əmtəə krediti – topdansatış formasında alıcı və satıcı arasında olan
əlaqədir.
3. Köçürmə əməliyyatları başqa şəhərdən almaq üçün digər şəhər banklarından
pulun göndərilməsi.
4. Etibarlılıq əməliyyatları – əmlakın girov qoyulması, əmlakdan şəxsin
müvəqqəti istifadə edə bilmədiyi halda onunla bank arasında əməliyyatlar, ölən
133

şəxsin əmlakı ilə əməliyyatlar, seyflərdə vəsaitlərin saxlanılması.


5.Dövlətin valyuta siyasəti.
Valyuta siyasətinin 2 forması mövcuddur:
1)Sturuktur valyuta siyasəti – Dünya valyuta sistemində sturuktur dəyişikliklərin
həyata keçirilməsinə yönəldilən uzunmüddətli tədbirlər məcmusudur. O, valyuta
islahatları formasında reallaşdırılır.
2)Cari valyuta siyasəti – Bu, operativ olaraq valyuta məzənnəsinin
tənzimlənməsinə, gündəlik valyuta əməliyyatlarının, valyuta bazarının və qızıl
bazarının tənzimlənməsinə yönəldilən qısamüddətli tədbirlər məcmusudur.
Valyuta siyasətinin aşağıdakı metodları var:
1)Diskont valyuta siyasəti.
2)Deviz valyuta siyasəti .
Diskont valyuta siyasəti metodu Mərkəzi bankın təyin etdiyi uçot dərəcəsini milli
valyutanın məzənnəsinə təsirini əks etdirir. Yəni dərəcə yüksək olduqda ölkəyə
kapital axını artır ,bununlada milli valyutaya tələb artır və milli valyutanın dəyəri
xarici ölkələrin valyutalarına nisbətən artır və əksinə, yəni dövlət uçot dərəcəsinin
köməyilə ölkəyə kapital axınını tənzimləyir. Bununlada tədiyə balansının
vəziyyətinin və milli valyuta kursunun (yaxşılaşmasına) yüksəlməsinə səbəb olur.
Deviz valyuta siyasəti milli valyuta məzənnəsinə dövlət orqanlarının xarici
valyuta alıb-satması yolu ilə təsiri metodudur. Milli valyutanın məzənnəsini artırmaq
məqsədilə mərkəzi bank xarici valyutanı satır və əksinə milli valyutanın məzənnəsini
azaltmaq məqsədilə xarici valyutanı alır. Hal-hazırda deviz siyasəti valyuta
intervensiyası formasında həyata keçirilir. Yəni Mərkəzi Bank valyuta bazarında baş
verən əməliyyatlara müdaxilə edərək məzənnəyə təsir göstərir. Bu formanın əsas
xarakterik cəhəti ondan ibarətdir ki, o, qısa müddətli dövrdə daha geniş miqyası əhatə
edə bilir.
Deviz metodunun daha bir forması valyuta ehtiyyatlarının
diversifikasiyasıdır. Hər bir dövlətin iqtisadi qüdrəti onu valyuta qızıl ehtiy-
yatlarının həcmi ilə ölçülür. Valyuta ehtiyyatları əsasən dönərli və sabit olan,
beynəlxalq münasibətlərdə qəbul edilən valyutalardan təşkil olunur. Yəni avro,
funtsterlinq, yapon iyenası, ABŞ dolları və çox cüzi miqdarda ölkənin sıx əmək-
daşlıq etdiyi ölkələrin valyutalarından ibarət olur. Dövlət valyuta ehtiyyatlarını daim
artırmaq marağında olduğundan infilyasiyaya uğrayan valyuta digər valyuta ilə
mütəmadi olaraq dəyişir. Eyni zamanda valyuta ehtiyyatlarının diversifikasiyası
beynəlxalq hesablaşmaları həyata keçirmək üçün bir valyutanın satılaraq əvəzində
digərinin alınmasında da öz əksini tapır.
Deviz metodunun daha bir forması valyutanın devalvasiyası və revalvasiyasıdır.
Devalvasiyada milli valyütanın məzənnəsi aşağı düşür. Revalvasiyada isə
məzənnə yuxarı qalxır.
134

Valyuta məzənnəsinin tənzimlənməsi sahəsində Mərkəzi Bankın aşağıdakı


funksiyaları var:
1)Kommersiya bankları üçün xaricdən cəlb etdikləri kreditlərin həcminə
məhdudiyyətlərin qoyulması.
2)Valyuta, faiz və məzənnə risklərinin həcmlərinin maksimal səviyyəsinin təyin
etməsi.
3)Valyuta ehtiyyatlarının idarə edilməsi.
4)Ölkə ərazisində xarici valyutanın dövriyyəsi sferasının və qaydalarının
müəyyənləşdirilməsi.
5)Valyuta əməliyyatlarının həyat keçirilməsi üçün lisenziyaların, razılıqların
verilməsi.
6)Valyuta əməliyyatlarının uçotu və statistikası üzrə kommersiya banklarına
nəzarət.
7)Beynəlxalq standartlara uyğunlaşma.
Dövlətin həyata keçirdiyi valyuta məhdudiyyətlərinin aşağıdakı növləri var:
1)Valyuta əməliyyatlarının lisenziyalaşdırılması.
2)Valyuta hesablarının tam və yaxud müəyyən hissəsinin bağlanması.
3)Mərkəzi və deviz banklarda, müxbir banklarda valyuta əməliyyatlarının
mərkəzləşdirilməsi.
Valyuta məhdudiyyətlərinin 2 əsas sferasını fərqləndirirlər:
1)Tədiyyə balansının cari əməliyyatları (ticarət və “görünməyən” əməliyyatlar).
2)Kapital əməliyyatları (kapitalların və kreditlərin hərəkəti, mənfəət, vergi və s.
ödəmələrin köçürülməsi).
Tədiyə balansının cari əməliyyatları üzrə aşağıdakı valyuta məhdudiyyətləri
formaları tətbiq olunur:
1)Xarici ixracatçıların (ekspartyorların) gəlirlərinin məhdudlaşdırılması.
2)Xarici ekspartyorların valyuta gəlirlərinin tam və yaxud müəyyən hissəsinin
daxilində məcburi satışı.
3)İmpartyorlara xarici valyutanın satışında məhdudiyyətlərin qoyulması.
Milli valyutanın məzənnəsinin artırılması üçün Mərkəzi Bank tərəfindən
aşağıdakı bir-başa inzibati tənzimləmə metodları tətbiq olunur:
1) Milli qiymətli kağızların xaricilərə satışına və qeyri-rezidentlərin
investisiyala-
rına məhdudiyyətlərin qoyulması.
2) Ölkəyə gətirilən və ölkədən çıxarılan valyuta məhdudiyyətlərinin qoyulması.
3) Məcburi depozitlər sxeminin tətbiqi.
4) Mərkəzi Bankda xarici valyutada olan borcların mütləq konversiyası
(dəyişdirilməsi) və s.
135

Mövzu 10
Dövlətin anti-inflyasiya siyasəti və qiymətlərin tənzimlənməsi
Suallar
1. İqtisadiyyatda inflyasiya prosesi və onun nəticələri.
2. Dövlətin antiinflyasiya siyasəti və ona qarşı tədbirləri.
3. Azad bazar iqtisadiyyatında qiymətqoyma, qiymətlərin liberallaşması.
4. İnfilyasiyanı doğuran səbəblər və onların aradan qaldırılması

1. İqtisadiyyatda inflyasiya prosesi və onun nəticələri


İnflyasiya əmtəə-pul təsərrüfatına xas olan kəskin sosial-iqtisadi problemdir.
İnflyasiya (latın sözüdür – şişirdilmiş mənasını verir) makroiqtisadi bir proses kimi
qiymətlərin ümumi səviyyəsinin artmasıdır.
İnflyasiya tələblə təklif, tədavüldə pul kütləsi ilə ona iqtisadiyyatda olan real
tələbat arasındakı nisbətin pozulmasıdır. Bu uyğunsuzluqlar firmaların, bankların və
dövlətin iqtisadi fəaliyyəti ilə əlaqədar baş verir və güclənir. Deməli, inflasiya bazar
tarazlığının tələbi xeyrinə pozulmasında ifadə edilir. Lakin bu tarazlığın qısa
müddətdə və bir neçə bazarda pozulması hələ inflyasiya demək deyildir. Başqa sözlə,
qeyri tarazlıq vəziyyəti uzun müddət davam edərsə və iqtisadi həyatın əksər
sahələrinə sirayət edərsə inflyasiya prosesinin başlanmasını göstərir.
XX əsrdə inflyasiya, demək olar ki, xroniki hal kəsb edir və qiymətlərin artması
daimi xarakter daşıyır. Qiymətlərin belə artması xeyli dərəcədə iri kompaniyaların,
firmaların inhisarçılıq fəaliyyəti ilə əlaqədardır. Qiymətlərin artması meyli uzun
dövrlər üçün səciyyəvi olsa da, ayrı-ayrı dövrlərdə onun tempi də müxtəlif olur. Həm
də inflyasiyanın aşağı tempi bazar iqtisadiyyatının normal inkişaf şəraitinə uyğun bir
proses kimi qiymətləndirilir.
İnflyasiyanın mövcud olmasını və səviyyəsini müəyyən edərkən əsas etibarilə
qiymətlər indeksindən istifadə olunur. İnflyasiya qiymətlər səviyyəsinin ümumi
artımı olduğu üçün müəyyən sayda əmtəələrin “orta qiyməti” kimi çıxış edir. Bu
zaman istehlak şeylərinin qiymət indeksindən, topdansatış qiymətləri indeksindən
istifadə edilə bilər. Məcmu ictimai məhsulun qiymət indeksi xalq təsərrüfatında bütün
nemətlərin və xidmətlərin qiymət artımını əks etdirsə də praktikada inflyasiya
göstəricisi kimi əsas etibarı ilə istehlak şeylərinin qiymət indeksindən istifadə edilir.
İnflyasiyanın tempindən asılı olaraq onun aşağıdakı əsas növlərini fərqləndimək
olar: mötədil, hallopirik (çaparaq) və hiperunflyasiya (ifrat).
Mötədil inflyasiyada qiymətlər il ərzində 10 faizə qədər artır. Bu zaman demək
olar ki, pulların dəyəri saxlanılır, sazişlərin nominal qiymətlərlə bağlanması qorxusu
olmur.
Çaparaq inflyasiyada qiymətlərin artması il ərzində 20-200 faiz təşkil edir.
Artıq bu zaman sazişlər bağlanılarkən qiymətlərin artması nəzərə alınır, pullar sürətlə
136

maddiləşdirilir. Daha doğrusu, pulun alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün əhali
pulu saxlamır, onu əmtəələrin, qızılın, daşınmaz əmlakın alınmasına sərf edir.
Hiperinflyasiyada qiymətlər çox yüksək, necə deyərlər, kosmik sürətlə artır,
qiymətlərin artması ilə əmək haqqının artması arasında böyük fərq əmələ gəlir və
nəticədə cəmiyyətin əksər üzvlərinin maddi güzəranı pisləşir. Praktiki olaraq,
qiymətlərin ay ərzində 50 faiz artması hiperinflyasiyanın başlanması deməkdir.
Hiperinflyasiyada pul artıq öz funksiyasını yerinə yetirə bilmir.
Müxtəlif əmtəə qrupları üzrə qiymətin artmasından asılı olaraq inflyasiya
balanslaşdırılmış və balanslaşdırılmamış inflyasiyaya növlərinə bölünür. İnflyasiya
tarazlı olanda qiymətlərin artması əksər əmtəələr üçün eyni dərəcədə olur.
Tarazlaşdırılmamış inflyasiya şəraitində isə müxtəlif əmtəələrin qiymətləri müxtəlif
proporsiyada dəyişir, artır. Tarazlaşdırılmamış inflyasiya sahibkarların fəaliyyəti
üçün çox böyük əngəllər törədir, fəaliyyət üçün düzgün istiqamət seçmək çətin olur.
Tarazlaşdırılmış inflyasiya təhlükəli deyildir və lazım gəldikdə əmtəələrin
qiymətlərini qaldırmaq olur.
İnflyasiyanın qabaqcadan gözlənilməsindən asılı olaraq gözlənilən və qəfil
inflyasiya növləri fərqləndirilir. Bu dövlətin qiymətləri liberallaşdırmaq istəyi ilə
bağlı əvvəlcədən «planlaşdırılır». Gözlənilməyən inflyasiya isə qəfildən baş verir,
qiymətlər birdən-birə sıçrayışla qalxır. Bu isə pul tədavülünə və vergi sisteminə
mənfi təsir göstərir.
İnflyasiya, xüsusilə yüksək və uzunmüddətli növləri iqtisadi və sosial sahələrdə
ciddi xoşagəlməz nəticələrə gətirib çıxarır. Onun ilk zərər çəkənləri isə istehlakçılar
olur, çünki:
a) İnflyasiya gəlirlərin və sərvətlərin yenidən bölüşdürülməsi ilə nəticələnir.
Belə ki, inflyasiya zamanı qiymətlər və əmək haqqı eyni sürətlə artmadığı üçün
gəlirlərin müxtəlif sahələr və əhali qrupları arasında yenidən bölgüsü baş verir.
b) İnflyasiya ilk növbədə sabit nominal gəliri olanların, başqa sözlə büdcə
təşkilatlarının işçilərinin (müəllimlər, elmi işçilər, mədəniyyət işçiləri, həkimlər, idarə
qulluqçuları və s.), habelə pensiyaçıların, əlillərin həyat səviyyəsini pisləşdirir.
c) İnflyasiya əhalinin şəxsi əmanətləri vasitəsilə də əhalinin həyat səviyyəsinə
təsir edir. Qiymətlərin ümumi səviyyəsinin artdığı bir şəraitdə əhalinin nağd şəklində
olan, yaxud əmanət banklarında saxladığı əmanətləri qiymətdən düşür.
ç) Dövlət müəssisələrində məhsulların qiymətləri xüsusi sektora nisbətən daha
gec-gec dəyişilir, az çevik olur. Dövlət müəssisələrinin məhsullarına qiymətlərin
artırılması üçün o, əsaslandırılmalı, dövlətin razılığı alınmalıdır. Bu proses texniki
səbəblərə görə sürətlə həyata keçirilmir. Ona görə də bu vəziyyət həm istehsalın
nəticələrinə, həm də işçilərin əmək haqqına təsir etmiş olur.
137

d) İnflyasiya debitorlar və kreditorlar arasında da gəlirlərin yenidən


bölüşdürülməsinə səbəb olur. Xüsusilə, qəfil inflyasiya kreditorların (borc verənlər)
hesabına debitorların (borc alanlar) qazanmasını təmin edir.
e) İnflyasiya təkcə adamların maddi rifah halını deyil, həm də istehsalın
inkişafına təsir edir.
2. Dövlətin antiinflyasiya siyasəti və ona qarşı tədbirlər
Hər dövlət mümkün olan vasitələrlə inflyasiyanın qarşısını almaq, heç olmasa
onun sürətini azaltmaq məqsədilə antiinflyasiya tədbirləri həyata keçirir. Bu
məqsədlə hazırlanmış antiinflyasiya proqramının əsasını inflyasiyanın səbəblərinin və
amillərinin obyektiv təhlili, onu aradan qaldırmağa, yaxud sürətini azaltmağa imkan
verən tədbirlər kompleksi təşkil edir. Dünya təcrübəsində inflyasiya şəraitində
iqtisadiyyatı idarə etməyin iki yolu məlumdur: biri inflyasiyaya uyğunlaşmaq, digəri
isə radikal tədbirlərin köməyilə inflyasiyanı aradan qaldırmaqdır.
İngiltərədə və ABŞ-da dövlət səviyyəsində inflyasiya əleyhinə mübarizə
aparmaq vəzifəsi irəli sürülür. Bəzi ölkələrdə isə inflyasiyaya uyğunlaşmaq
(indeksasiya etmək və s.) tədbirləri həyata keçirilir. İnflyasiyaya uyğunlaşmaq
siyasəti elə qurulur ki, bazar subyektləri öz fəaliyyətlərində inflyasiyanı nəzərə
alırlar. Firmalar dövriyyə vəsaitləri çatışmazlığı aradan qaldırmaq üçün kənar
mənbələrdən istifadə etməyə meyl göstərirlər ki, bu onlar üçün böyük riskdir.
Dövlət makroiqtisadi səviyyədə inflyasiya prosesinə təsir etmək, tədiyyə
qabiliyyətli tələbi tənzimləmək məqsədilə büdcənin gəlir və xərcləri ilə manevr edir.
Belə ki, inflyasiya zamanı dövlət artıq tələbə öz xərclərini azaldır və vergiləri artırır.
Nəticədə inflyasiyanın sürəti düşür. Ancaq büdcənin kəsirdə olması vergi və xərclərlə
manevr etməyi məhdudlaşdırır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlətin antiinflyasiya siyasətində
məqsəd ondan ibarətdir ki, inflyasiya idarə edilə bilsin, onun səviyyəsi isə mötədil
olsun.
İnflyasiya əleyhinə fəaliyyətdə antiinflyasiya strategiyası və taktikası düzgün
seçilməlidir. Burada strategiya dedikdə, uzunmüddətli xarakter daşıyan məqsəd və
metodlar, taktika dedikdə, nisbətən qısa müddət ərzində həyata keçiriləcək tədbirlər
nəzərdə tutulur.
Qiymətlərin qalxmasına və inflyasiyanın qarşısının alınmasına təsir edə biləcək
aşağıdakı tədbirləri göstərmək olar:
- Qiymətli kağızların buraxılması və onun bazarının genişləndirilməsi;
- inzibati xərclərin azaldılması;
- dövriyyədə olan pul kütləsinin həcminin azaldılması;
- inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və s.
138

Antiinflyasiya strategiyasında mühüm vəzifələrdən biri inflyasiya qorxusu ilə


əlaqədar gözləmələrin təsirini azaltmaqdır. Bu vəzifə aşağıdakı iki şərt yerinə
yetirildikdə həll edilə bilər.
Birinci şərt, bazar sistemi mexanizmlərinin hərtərəfli möhkəmləndirilməsidir.
səmərəli işləyən bazar mexanizmində istehsalın həcminin artması və məhsulun
keyfiyyətinin yaxşılaşdırılması ilə müşayiət edilən qiymətlərin aşağı salınması və
yaxud onun artım tempinin azalması təmin edilə bilər.
İkinci şərt – idarə edilməyən inflyasiyanı tədricən ləğv etmək kursunu həyata
keçirən və əhalinin əksəriyyətinin etibarını qazanmış hökumətin mövcud olmasıdır.
Antiinflyasiya strategiyasının digər zəruri komponenti uzunmüddətli pul
siyasətidir. Onun əsas xüsusiyyəti pul kütləsinin hərillik artımına sərt limitin
müəyyən edilməsidir və bu limit büdcəsinin vəziyyətindən, kapital qoyuluşunun
intensivliyindən, işsizliyin səviyyəsindən asılı olmayaraq gözlənilməlidir. Bununla
yanaşı sərt pul məhdudiyyəti ehtiyatla tətbiq edilməlidir.
Antiinflyasiya tənziminin vəzifələrindən biri büdcə kəsrinin azalması və ləğv
edilməsidir. Bu vəzifənin həll edilməsini iki yolla etmək olar: gəlirlərin artırılması və
dövlət xərclərinin azaldılması. Digər tərəfdən qeyd etmək lazımdır ki, yüksək vergi
stavkaları, o cümlədən müəssisələrin mənfəətinə vergilərin artırılması inflyasiya
doğurur. İndi inkişaf etmiş ölkələrdə müasir vergi siyasəti vergi stavkalarının
azaldılması istiqamətində gedir. Hökumət çalışmalıdır ki, iqtisadiyyatdan daha çox
almasın, ona dövlət xəzinəsindən daha az versin. Vergi stavkalarının azaldılması
investisiyanın artmasına, gələcəkdə istehsalın inkişafına və məşğulluğun
yüksəlməsinə səbəb olacaqdır.
İnflyasiya əleyhinə tədbirlər sistemində xarici inflyasiya impulslarının milli
iqtisadiyyata təsirini azaltmaq tələb olunur. Xüsusilə sərhəddən möhtəkirlik
məqsədilə qısamüddətli kapitalın axıb gəlməsinə imkan verilməməlidir. Bu kapital
bank sisteminə daxil olur, milli valyutaya çevrilir. Qısamüddətli kreditə çevrilməklə
iqtisadiyyatda pul ehtiyatını artırır. Nəticədə, inflyasiya prosesi güclənir. Bunun
təsirini azaltmaq, başqa sözlə artmaqda olan pul kütləsini azaltmaq üçün milli
mərkəzi banklar qiymətli kağızların satışını artırmalıdır. Bununla da həmin pulun
müəyyən bir hissəsini mərkəzləşdirilmiş ehtiyata çevirmək olar.
İnflyasiya əleyhinə bir vasitə kimi milli valyutanın məzənnəsini artırmaq istifadə
edilir. Bu zaman idxal olunana məhsul və xidmətlərin qiymətləri aşağı düşür,
nəticədə qiymətlərin ümumi səviyyəsi azalır.
İnflyasiya əleyhinə qısamüddətli tədbir kimi müəssisələrin mənfəətinə güzəştli
vergi qoyulması qeyd edilməlidir. Nəticədə məhsul və xidmətlərin istehsalı artmış
olur.
Dövlət mülkiyyətinin ağıllı mütəşəkkil özəlləşdirilməsi inflyasiya əleyhinə
güclü tədbirdir. Bu proses dövlətin gəlirlərinin artmasına və büdcənin məxaricində
139

gərginliyin azalmasına imkan verir. Özəlləşdirilən müəssisələrin səhmlərinin


satılması inflyasiya tələbinin müəyyən hissəsini azaldır. İri miqyaslı özəlləşdirmə
həyata keçirilmiş bütün ölkələrdə bu nəticə əldə edilmişdir.
Beynəlxalq təcrübədə inflyasiya əlehinə konkret tədbirlər kimi aşağıdakıları
göstərmək olar.
Nullifikasiya – tədavüldə olan kağız pulların etibarsız sayılması və ləğv
edilməsi. Tədavülə əvvəlki ilə heç bir əlaqəsi olmayan yeni pul buraxılır.
Devalvasiya – milli pul vahidinin xarici valyutalara nisbətən kursunun aşağı
salınması.
Revalvasiya – devalvasiyanın əksidir.
Deflyasiya – artıq kağız pulların tədavüldən çıxarılması yolu ilə pul kütləsinin
azaldılmasıdır.
3.Azad bazar iqtisadiyyatında qiymətqoyma, qiymətlərin liberallaşması
Azad bazar iqtisadiyyatına keçid ilk əvvəl qiymət sisteminin tarazlaşdırılmasını
tələb edir. Azad bazara keçidin təhlükəsizliyi üçün qiymətin mərhələlərlə
liberallaşması məqsədə müvafiqdir.
Belə ki, ilk əvvəl birinci mərhələdə o məhsullar üzrə qiymət üzərindən nəzarət
götürülür ki, həmin məhsullara tələbat ikinci dərəcəlidir. Əhalinin sosial müdafiəsini
təmin etmək üçün onun yaşayış minimumuna daxil olan məhsullara dövlət qiyməti
saxlanılır. Bununla belə yerli şərait nəzərə alınaraq bəzi məhsulların qiyməti yüksələ
bilər.
İkinci mərhələdə qiymət üzərində konkret olaraq bazardakı vəziyyət nəzərə
alınaraq məhsullar qrupları üzrə götürülür. Bütün bunlar qəti maliyyə-kredit siyasəti
ilə müşayiət olunmalıdır. Yəni yüksək sürətlə dövlətsizləşdirmə, iqtisadi inhisarın
dağıdılması, rəqabətin inkişafı, sahibkarlıq və bazar infrastrukturun inkişafı
aparmalıdır.
Qiymət səviyyəsinin yüksəldilməsi məhdudlaşdırılmaq məqsədilə rentabellik
səviyyəsinin hüdudu müəyyən edilir. Həmin rentabellik səviyyəsini aşan mənfəətin
həcmi tutularaq, büdcəyə daxil edilir.
Müxtəlif xammal, konstrukttiv material, istehsal mexaniki məhsullar üçün qeydə
alınmış qiymətlər tətbiq edilir.
Qiymətin iqtisadi cəhətdən müəyyən edilməsində onun obyektiv məzmunu əsas
götürülür. Əmtəələrin istehsalına çəkilən xərclərin artması qiymətlərin qalxmasına
səbəb olur və əksinə, istehsal xərcləri azalırsa, qiymətlər aşağı olur. Vergilərin
artırılması da qiymətlərin qalxmasına səbəb olur.
Bazar qiymətlərinə təsir edən başlıca amillərdən biri tələbdir.
Tələb qiyməti – alıcının təklif etdiyi qiymətdir. Bu, alıcıda olan və xərcləmək
istədiyi pulun miqdarı, qiymətin yuxarı həddidir. Alıcı öz pulunu nəzərə alaraq
qiymət təklif edir.
140

Bazar qiymətlərinin formalaşması həmçinin əmtəələrin təklifi ilə bağlıdır.


Təklif qiyməti – əmtəələrin istehsalına çəkilən xərclər və mənfəətlə bağlıdır.
Təklif qiymətinin ən aşağı həddi istehsala çəkilən xərclərdir. İstehsalçı əmtəəsini elə
bir qiymətə satmalıdır ki, qoyduğu xərcləri ödəsin və mənfəət də əldə etsin.
Bazarda tələb və təklifin təsiri altında qiymətlərdə dəyişiklik baş verir və
nəticədə tarazlı qiymətlər yaranır. Bu o zaman baş verir ki, bazarda tələb və təklif
uyğun gəlir, yəni tələb olunan əmtəələrin miqdarı təklif olunan əmtəənin miqdarına
bərabər olur.

P
S

T (P)

D
Q(S,D)
T (P) – tarazlıq qiymətidir.
Tələb və təklifin nisbətindən asılı olaraq, onların dəyişməsilə qiymət «tarazlı»
adlanan qiymət ətrafında enib-qalxır. Kənarlaşma nəticəsində qiymətin elə bir
səviyyəsi qərarlaşır ki, bu da tələb və təklifin tarazlığına səbəb olur, istehlak və
istehsal arasında tarazlıq yaranır.
Bazar qiymətlərinə təsir edən amillərdən biri də rəqabətdir. Rəqib tərəf bazarı
ələ almaq, müştərini özünə cəlb etmək üçün qiyməti aşağı salır.
Dövlət tənzimlənməsinin mühüm obyektlərindən biri qiymət sistemidir. Qiymət
sistemi – bazar münasibətlərinin əsas atributlarından biridir. O, bazar mexanizminin
digər elementləri ilə qarşılıqlı əlaqədə olub, daima və operativ olaraq onların
dəyişməsinə reaksiya verir.
4. İnflyasiyanı doğuran səbəblər və onların aradan qaldırılması
İnflyasiyanı doğuran səbəblər müxtəlifdir. Qiymətlərin qalxması ilə inflyasiya
törədən aşağıdakı səbəblər göstərilir: dövlət büdcəsində kəsirin olması, xarici
141

ticarət, hərbi və digər xərclərin artması. Büdcə kəsiri əlavə emissiya hesabına
maliyyələşdirilirsə, bu tədavüldə pul kütləsinin artmasına səbəb olur: İqtisadiyyatın
«açıq» olması inflyasiyanın xaricdən ölkəyə keçməsinə təhlükə yaradır. Məsələn,
idxal olunan neftin qiymətinin yüksək olması digər əmtəələrin qiymətlərinin də
qalxmasına səbəb olur və inflyasiya baş verir. Bazarda inhisarçılıq olduqda, süni
yollarla əmtəə qıtlığı yaradılır və qiymətlər uzun müddət yüksək olaraq qalır.
İnflyasiyanın baş verməsi və inkişafı çoxamilli bir prosesdir və bir çox
səbəblərlə əlaqədardır. Hər bir inflyasiya əmtəə-pul təsərrüfatında tarazlığın
pozulması ilə əlaqədardır, xüsusilə qiymətlərin əvvəlki səviyyəsində tədiyyə
qabiliyyətli tələb təklifdən üstün olduqda inflyasiya baş vermiş olur. Tarixən klassik
formada inflyasiyanın baş verməsi müharibələr dövründə dövlətin öz xərclərini ödəyə
bilməsi üçün çoxlu miqdarda pul emissiyası (buraxılışı) ilə əlaqədar olmuşdur. Bu
zaman tədavül dairəsində əmtəə və xidmətlərlə təmin edilməyən artıq pulun olması
pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı.
Dünya iqtisadi ədəbiyyatlarında inflyasiyanın baş verməsinin 3 başlıca səbəbi
geniş şərh edilir. Bu ilk növbədə kağız pul kəsilməsi, xarici ticarət, hərbə və digər
sahələrə dövlət inhisarı ilə əlaqədardır.
İnflyasiya dinamik bir prosesdir. Belə ki, iqtisadi sahədə bas verən dəyisikliklər
mütəmadi olaraq büdcənin tarazlığını pozur. Belə bir halda əlavə pul emissiyası
büdcə xərcləri hesabına maliyyələşdirilən tədbirlər üçün ən asan vəsait mənbəyi olur.
Bu proses öz növbəsində dövriyyədə olan pulun miqdarını artırır, qiymətlərin ümumi
səviyyəsini yüksəldir, yəni, inflyasiya proseslərini daha da gücləndirir və nəticədə
büdcənin tarazlığı yenidən pozulur. İqtisadçılar inflyasiyanın bir çox çeşidlərindən
bəhs edirlər. Bunlardan ən çox söz ediləni xərc inflyasiyası, tələb inflyasiyası və
xarici aləmdən yansıyan inflyasiya çesidləridir. İnflyasiyanın meydana gəlməsinin
səbəb və təzahür formaları asagıdakılardır: struktur inflyasiya, tələb və təklif
arasındakı uygunsuzluqdan inflyasiya və pul təkliflərindəki ifrat artımın törətdiyi
inflyasiya. Struktur inflyasiyanın təzahür formaları asagıdakılarla özünü göstərir:
əhalinin gündəlik istehlak mallarına tələbatı sürətlə artaraq genislənməkdədir. Lakin
bu fıziki tələbatı qarsılayacaq kənd təsərrüfatı və sənaye malları kifayət qədər istehsal
olunmursa ölkədə qiymətlэrin strukturu pozulmaga baslayacaq və inflyasiya bas
verəcəkdir.
Büdcə kəsirləri və borclarının artması, bu borcları ödəmək üçün Mərkəzi
Bankdan istifadə olunması və xərclərin istehsala yönəldilməməsi qısa müddətdə pula
olan tələbi də artıracaqdır. Bazar iqtisadiyyatı şəraitində qiymət sahəsində mühüm
struktur problemlərdən biri də inhisarçı müəssisələrin varlıgıdır. İqtisadiyyatda o
müəssisələr inhisarçı hesab olunur ki, hər hansı ərazidə müəyyən məhsulun tək
istehsalçısı olur və bu ərazidə həmin məhsulu əvəz edə bilən digər məhsullar istehsal
olunmur. Bununla da istehsalçı alıcılara malları istədiyi qiymətə sata bilər.
142

İnflyasiyanın əsasını təskil edən digər bir səbəb də iqtisadi resursların ədalətli
bir şəkildə paylanmaması və ya onlardan iqtisadiyyatda lazımi səviyyədə istifadə
edilməməsidir. Xarici ticarət kəsirlərini təskil edən idxalatla ixracat arasındakı böyük
fərq ixracatın həcmini azaltmaqda, istehsal üçün lazımi texnologiyanın və malların
alınmasını asanlaşdırır. Nəticədə ölkənin daxili istehsalı daha da zəifləyir və struktur
problemini daha da kəskinləşdirir.
İnflyasinı törədən ən vacib struktur səbəblərindən biri də büdcə kəsirləridir.
Məcmu tələbdəki dəyişikliklər, alıs xərclərində, sərmayələrdə, hökumət xərclərində,
ixracatdakı artımlar və ya vergilərdəki azalıslar məcmu tələbin artmasına səbəb olan
amillərdir. Tələb inflyasiyası isə iqtisadiyyatdakı nominal gəlirin (pulla ifadəsi) o
iqtisadiyyatdakı real gəlirdən (istehsal edilən mal və xidmətdən) daha çox olması
halında görülən inflyasiya formasıdır. Tələb inflyasiyası iqtisadiyyatda məcmu
təklifin sabit qalması şəraitində məcmu tələbin artmasından və ya istehsalın artım
sürətinin tələbin artım sürətindən asagı olmasından ortaya çıxır. Çünki qiymət artımı
istehsalı təşviq edir. İstehsalın təşviqi əmək haqqının səviyyəsini yüksəldir. Əmək
haqlarının yüksəlməsi alıcılıq qabiliyyətini artırır. Beləliklə, mal və xidmət
bircasında, həm də istehsal malları bircasında məcmu tələb artımı inflyasiyaya səbəb
olur.
Həmkarlar təşkilatının çox güclü oldugu iqtisadiyyatlarda, həmkarlar birliyinin
təzyiqi ilə istehsalda həqiqi bir məhsul artımı olmadan ediləcək əmək haqqı artımları
da, ölkədə nominal gəliri yüksəldəcəyindən inflyasiyaya yol aça biləcəkdir. Bu cür
inflyasiyalara da əmək haqqından qaynaqlanan inflyasiya deməkdəyik.
İnflyasiyaya yol açan səbəblərdən biri də xaricdən idxal edilən malların
qiymətlərindəki dəyişikliklərdir.
İnflyasiyaya yol açan digər səbəb istehsal xərclərinin artmasıdır. Xərclər
inflyasiyası, malın maya dəyərində, yəni maddələrin birində və ya bir neçəsinin
qiymətlərində, xammal qiymətlərində meydana gələn artımlar səbəbi ilə ortaya
çıxmaqdadır. Maya dəyərində meydana gələn artımlar məhsul qiymətini artırır, bu da
qiymətlərin yüksəlməsinə səbəb olur. Məlum olduğu kimi, istehsal prosesi - əmək,
kapital, təbiət resursları və təşəbbüskarlıqdan təskil edilir. Nəticədə məsrəflər
inflyasiyası bu istehsal amillərinin hamısının və ya bir neçəsinin qiymətlərindəki
artımların malların qiymətlərində əks etdirilməsi səbəbindən yaranır.
Tədavül dairəsində əmtəə və xidmətlərlə təmin edilməyən artıq pulun olması,
onun alıcılıq qabiliyyətinin asağı düsməsinə gətirib çıxarır. İnflyasiyanın əsas
mənbəyi Mərkəzi Bank tərəfindən tədavülə buraxılan əlavə pul kütləsidir. Eyni
zamanda, uzun müddətdə pul təklifindəki artımlar həm inflyasiyanı, həm də faiz
dərəcələrini artırır. İnflyasiya səviyyəsini asagı salmaq üçün pul təklifinin artım
nisbətini azaltmaq məqsədəuygundur. İnflyasiya, təklif əskikliyindən deyil, pul
bollugundan ortaya çıxmaqdadır.
143

Beləliklə, hazırda inflyasiyanın cilovlanması ona qarsı mübarizənin konkret


yollarının və müvafiq alətlərin seçilməsi sahəsində toplanmıs kifayət qədər dünya
təcrübəsindən istifadə etməklə, antiinflyasiya siyasəti vasitəsilə həyata keçirilir.

Mövzu 11.
Dövlətin büdcə-vergi siyasəti
Suallar:
1. Dövlətin büdcə siyasəti.
2. Dövlətin büdcəsi, onun quruluşu.
3. Dövlətin büdcə-vergi siyasəti. Dövlət büdcəsinə daxil olan vergilər.
4.Vergiyə cəlb olunma prinsipləri və cəlb olunma prosesləri.
5. Büdcə kəsiri və onu doğuran səbəblər
6. Büdcənin strukturu və onun təkmilləşdirilməsi
1-2. Dövlətin büdcə siyasəti. Dövlət büdcəsi, onun quruluşu
Bazar iqtisadiyyatı şəraitində inkişaf edən ölkələrdə ümumi milli məhsulun çox
hissəsi dövlət maliyyəsi tərəfindən bölüşdürülür və təxminən dövlətin pul
resurslarının 1/3-ni əhatə edir.
Büdcə anlayışı da maliyyə münasibətlərilə uzlaşır, əlaqəlidir və o dövlətlə ayrı-
ayrı müəssisə, təşkilat, idarə, birliklər, yeni yaranan hüquqi şəxslər, əhali və fiziki
şəxslər arasındakı münasibətləri ifadə edir.
İqtisadi məzmunu, təbiəti və mahiyyəti cəhətdən büdcə münasibətlərinə
yanaşanda və onun daxili quruluşunu aşkarlayanda aydın olur ki, o hər şeydən əvvəl
bütövlükdə ölkənin xalq təsərrüfatının, onun ayrı-ayrı sahələrinin, sosial-mədəni
tədbirlərin, hərbi müdafiə xərclərinin və bir də dövlətin idarə olunmasının
maliyyələşməsi ilə əlaqədardır.
Dövlətin büdcə siyasətində ən başlıca məqsədi onun gəlir hissəsinin getdikcə
artırılması əsasında büdcə gəlirlərinin normal minimum həddə çatdırılmasıdır.
Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul
vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il
ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi
tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul
vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır.
Büdcənin əsas vəzifəsi bunlardır:
1. Qanunlar çərçivəsində təsdiq edilmiş formada dövlətin pul gəlirləri və
xərclərin müəyyən müddət üzrə siyahısını hazırlamaq (haradan, nə vaxt, kim
tərəfindən).
2. Müəssisə, təşkilat, vətəndaşların il ərzində təxmini olaraq pul gəliri və
xərclərinin həcmini hesablamaq.
144

Dövlət büdcəsi ümumi milli məhsulun və milli gəlirin yenidən bölgüsünü həyata
keçirir; ölkə miqyasında pul vəsaitləri toplanır və cəmiyyətin ən zəruri ehtiyaclarını
ödəmək üçün istifadə olunur; iqtisadiyyatın dövlət tənzimlənməsinə və
stimullaşdırılmasına xidmət edir; sosial siyasətli maliyyə təminatını yerinə yetirir;
investisiya qoyuluşları üçün vəsait mənbəyi rolunu oynayır; mərkəzləşdirilmiş pul
vəsaitləri fondunun yaranmasını təmin edir və istifadəsinə nəzarət edir.
Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı
büdcədənkənar xüsusi dövlət fondları fəaliyyət göstərir: Dövlət Yol Fondu,
Sahibkarlığa Kömək Milli Fondu, Neft Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondu,
Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu.
Dövlətin maliyyə sisteminin mühüm tərkib hissələrindən biri də yerli büdcədir.
Yerli büdcələr yerli hakimiyyət və idarəetmə orqanlarına məxsus olan şəhərlərdə,
rayonlarda, vilayət və ştatlarda yerli pul vəsaitləri fondları hesabına formalaşan
büdcələrdir. Bir qayda olaraq yerli büdcələr dövlət büdcəsinin tərkibinə daxil olmur
və nisbi müstəqilliyə malikdir.
Dövlət büdcəsində baş vermiş kəsirlər iqtisadiyyatın inkişafına və əhalinin
rifah halının yaxşılaşdırılmasına mənfi təsir göstərir. Digər tərəfdən dövlət
müəssisələrində də borcların artmasına səbəb olur.
Dövlət büdcəsinin xərcləri siyasi, sosial və təsərrüfat tənzimləmə aləti kimi
çıxış edir. Təsərrüfatçılığın inkişafından sonra ikinci yerdə sosial xərclər durur. Çünki
bu xərclərdən asılı olaraq ölkədə siyasi stabillik yaradıla bilər. Bu xərclər ölkədə
mövcud olan sosial qrupların fəaliyyətini müəyyən qədər tənzimlənməyə imkan verir,
tətillər, nümayişlər edilməsinin qarşısını alır. Təsərrüfat xərcləri ölkə iqtisadiyyatının
inkişafını tənzim etməyə imkan verir.
Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında qarşılıqlı əlaqə vardır. Belə ki,
büdcənin gəlir hissəsini daima artırmaq dövlətin əsas iqtisadi siyasəti hesab edilir.
Odur ki, ən başlıca amil az xərclə daha çox gəlir eəldə etmək iqtisadi inkişafın əsasını
təşkil edir.
Deməli, getdikcə büdcə gəlirlərinin artırılması istiqamətində bütün vasitələrdən
tam və səmərəli istifadə edilməsi ən zəruri şərtlərdəndir.
Dövlət büdcəsinin kəsirləri və xərcləri arasında qarşılıqlı əlaqə vardır. Belə ki,
büdcənin gəlir hissəsini daima artırmaq dövlətin əsas iqtisadi siyasəti hesab edilir.
Odur ki, ən başlıca amil az xərclə daha çox gəlir əldə etmək iqtisadi inkişafın
əsasını təşkil edir.
3. Dövlətin büdcə - vergi siyasəti. Dövlət büdcəsinə daxil olan vergilər
Dövlət büdcəsinə cəlb olunan vergilər rüsumlar və digər tədiyyələr onun
cəlbolunma forma və metodları dövlətin vergi sistemini təşkil edir. Vergiyə cəlb
olunma obyektləri fiziki və hüquqi şəxslər, müxtəlif əmtəələr, təbii resurslardan
145

istifadə haqqı, mülkiyyətin birindən o birinə verilməsinə görə haqq və s. ola bilər ki,
bu da dövlət tərəfindən qanuni formada müəyyən edilir.
Vergilər dövlətin öz vəzifələrini yerinə yetirmək məqsədilə qanunvericilik
əsasında fiziki və hüquqi şəxslərdən məcburi qaydada tutulan rüsumlardır.
Vergilərin iqtisadi fəaliyyəti stimullaşdırmaq cəhətləri daha güclüdür. Belə ki,
vergilər haqqında qəbul olunmuş qanun və qanunvericilik aktlarının məqsədəuyğun
surətdə nəzərə alınması vergilərin stimullaşdırıcı rolunu daha da artırır. Vergilər
maliyyə sisteminin mühüm tərkib hissəsi olmaqla dövlətin sosial-iqtisadi
vəzifələrinin yerinə yetirilməsinə xidmət edir.
Azərbaycan Respublikasında vergi məcəlləsinə uyğun olaraq aşağıdakı vergi
növləri tətbiq olunur. Bunlar birbaşa və dolayı vergi növlərinə bölünür.
Birbaşa vergilər vergi ödəyicilərinin dövlətə gəlirdən, əmlakdan və sərvətdən
istifadəyə görə ödədikləri vergilərdir. Belə vergilərin obyekti kimi vergi
ödəyicilərinin gəlirləri (əmək haqqı, mənfəət, faiz və s.) və əmlakın dəyəri (torpaq,
bağ, mənzil, maşın, binalar və s.) çıxış edir.
Birbaşa vergilərə aşağıdakılar daxildir:
Müəssisələrdən mənfəət vergisi; əhalidən gəlir vergisi; torpaq vergisi; əmlak
vergisi; royalti vergisi; mədən vergisi; birdəfəlik rüsum; təbii sərvətlərdən istifadəyə
görə haqq və s.
Dolayı vergilər əmtəələri, tariflərin və xidmətlərin qiymətlərinə əlavə olaraq
qoyulmuş vergilərdir.
Dolayı vergilərə bunlar daxildir: Əlavə dəyər vergisi; aksizlər; ixracat vergisi;
gömrük rüsumu; istehlak vergisi; yol fonduna daxil olan vəsaitlər; yenidən
qiymətləndirmədən daxil olan vəsaitlər; patentləşdirmədən daxil olan vəsaitlər və s.
Birbaşa vergilər üzrə:
- mənfəətdən vergi – müəssisənin (firmanın) əldə etdiyi mənfəətdən dövlət
büdcəsinə normativ əsasında ayrılan vergilərdir;
- torpaq vergisi – torpaqdan istifadə ilə bağlı vergidir;
- gəlir vergisi – fiziki şəxslərin və bütün vergi ödəyicilərinin gəlirlərindən
tutulan vergidir. Gəlir vergisinin aylıq və illik vergi dərəcələri qəbul olunmuş
qanunvericiliklə müəyyən olunur;
- əmlak vergisi – bütün əmlak növlərindən istifadəyə görə ödənilən vergilər və s.
Dolayı vergilər üzrə:
- əlavə dəyər vergisi – hüquqi və fiziki şəxslərin fəaliyyəti prosesində yaranan
dəyər artımının qanunvericiliklə müəyyən olunan hissəsinin dövlət büdcəsinə ayrılan
hissəsidir (hazırda bu vergi 18 % təşkil edir).
- aksizlər – fransızca – aqrise, latınca aqriqere sözündən götürülmüş «kəsmək»
deməkdir. Aksiz vergisi ölkə ərazisində kütləvi istehlak əmtəələrinə (qənd, çay, tütün,
duz, kibrit, spirtli içkilər və s.), həmçinin kommunal, nəqliyyat və mədəni xidmət
146

növlərinə (telefon, nəqliyyat yük daşımaları, avia və nəqliyyat biletləri, kinofilmlərin


nümayiş etdirilməsi və s. üzrə) görə ödənilən vergidir.
- gömrük rüsumu – ölkənin sərhədlərini keçən idxal, ixrac və tranzit əmtəələrinə
görə ödənilən vergidir. Bu rüsumlar dövlət tərəfindən qanunvericiliklə müəyyən
olunur.
- nəqliyyat vergisi – bütün növ nəqliyyat vasitələrindən istifadəyə görə tutulan
vergidir və s.
Vergilər sistem halında olub fəaliyyət göstərir. Vergi sistemi ölkədə istifadə
olunan bütün vergi növlərinin məcmusuna deyilir. Ümumiyyətlə dörd cür vergi
sistemindən istifadə olunur:
1) Proqressiv (mütərəqqi) vergi sistemi;
2) Reqressiv (qeyri-mütərəqqi) vergi sistemi;
3) Qarışıq vergi sistemi;
4) Proporsional vergi sistemi.
Vergilər üç əsas funksiyanı yerinə yetirir:
1. Dövlət xərclərinin maliyyələşdirilməsi (fiskal siyasəti).
2. Müxtəlif sosial qruplar arasındakı qeyri-bərabərsizliyi təmin etmək üçün
sosial tarazılığı tənzimləmək.
3. İqtisadiyyatın dövlət tənzimlənməsini həyata keçirmək.
Vergilər sosial-iqtisadi təyinatından asılı olaraq iki başlıca funksiyanı yerinə
yetirir.
1. Fiskal funksiya – onun köməyilə dövlətin bütün pul gəlirləri vergilər hesabına
toplanır; Dövlətin fiskal siyasəti dövlət büdcəsinin gəlir hissəsinin tam surətdə yerinə
yetirilməsi məqsədilə vergi qoyuluşu sferasında həyata keçirilən tədbirlər sistemidir.
2. İqtisadi funksiya – onun vasitəsilə vergilər stimullaşdırıcı, məhdudlaşdırıcı və
nəzarətedici formalarda iqtisadi fəaliyyətə təsir edir, cəmiyyətin sosial-iqtisadi
problemlərinin həllində və bütövlükdə ictimai təkrar istehsal prosesinin hərəkətində
başlıca rol oynayır.
Vergilərin tənzimləyici funksiyası onu ifadə edir ki, dövlət vergi aləti vasitəsilə
bütün iqtisadi prosesi tənzimləyir və özünün iqtisadi siyasət tədbirlərini həyata
keçirir.
4. Vergiyə cəlb olunma, onun prinsipləri və cəlbolunma prosesləri
Vergilərin cəlb olunması prosesi əhəmiyyət kəsb edir. Vergilər yerli büdcələrə
və mərkəzi büdcəyə daxil olur. Daxil olan vəsaitin bölgüsünün müəyyən qaydası
vardır. Yerli büdcəyə aksizlər, daşınmaz əmlıaka görə vergilərdə daxil olur.
Fərdi vergilər və gəlirə görə vergilər yerli büdcə ilə mərkəzi büdcənin razılığı
ilə müəyyən mütənasiblikdə bölüşdürülür. Zəruri halda yerli büdcələr mərkəzi
büdcədən vəsait ala bilər. Maraqdan asılı olaraq yerli büdcə ilə mərkəzi büdcə
arasında qarşılıqlı əlaqə vardır.
147

Verginin həcmi müəssisə və təşkilatların gəlirinin həcmindən asılıdır. Bununla


əlaqədar olaraq ümumi gəlirə görə təxmini vergi stavkası müəyyən edilir.
Cəmiyyətin inişafının bütün mərhələlərində elə bir dövlət olmayıb ki, o vergisiz
keçinə bilsin. Vergiyə cəlbolunma təcrübəsi belə bir əsas prinsipi ortalığa
çıxartmışdır ki, “Qızıl yumurta verən toyuğu kəsmək olmaz” – yəni dövlətin xərci,
borcu nə qədər çox olmasından asılı olmayaraq vergi elə qoyulmalıdır ki, ona cəlb
olunanların iqtisadi marağı sönməsin. Bu əsas prinsipə uyğun olaraq vergiyə cəlb
olunmanın aşağıdakı prinsiplərini qeyd etmək olar:
1. Vergi stavkasının səviyyəsi sahibkarların və digərinin gəlirinə uyğun
olmalıdır. Fiziki və hüquqi şəxslərin gəlir mənbələri və gəlirlərinin səviyyəsi müxtəlif
olduğu üçün vergi stavkası da differensial olmalıdır. Yəni o mütərəqqi olmalıdır.
Gəlir artarsa, ondan tutulan vergi də artmalıdır.
2. Vergiyə cəlb olunma birdəfəlik xarakter daşımalıdır. Yəni məhsula vergi
qoyularkən o əlavə vergisi formasında öz ifadəsini tapmalıdır.
3. Vergilərin vaxtında ödənilməsi məcburidir. O, mexanizm elə olmalıdır ki,
(ictimai töhmət, cərimələr, müəyyən inizibati və hüquqi tənbehlər) verginin vaxtında
ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmasın.
4. Vergiyə cəlbolunma və vergi sistemi sadə olmalıdır. Yəni vergi ödəyən
bilməlidir ki, nəyə görə vergi verir, vergi yığan təşkilat da bilməlidir ki, nəyə görə
vergi alır.
5. Vergi sistemi elastiki olmalıdır. Yəni o, ölkədə dəyişən ictimai-siyasi
tələbatlara uyğunlaşmalıdır.
6. Vergi sistemi ölkədə yaradılan ümumi daxili məhsulun bölüşdürülməsinin
effektli aləti olmalıdır və dövlətin iqtisadi siyasətini əks etdirməlidir.
Vergi qoymanın əsas prinsipləri aşağıdakılardır:
1.Vergilərin məcburi ödənilməsi prinsipi;
2.Nemətlərin əldə olunması ilə əlaqəlilik prinsipi – yəni birbaşa vergilər əsasən
nemət və sərvətlərdən istifadəyə görə müəyyən olunur.
3. Sosial ədalət prinsipi, yəni vergi növlərinin və vergi dərəcələrinin müəyyən
olunmasında sosial ədalət prinsipi nəzərə alınmalıdır.
4. Dövlətlə təsərrüfat subyektlərinin mənafelərinin əlaqələndirilməsi prinsipi.
Belə ki, bütün iqtisadi fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər vergi
tələblərini vaxtlı-vaxtında yerinə yetirməli və dövlətin sosial-iqtisadi funksiyalarının
yerinə yetirilməsinə kömək etməlidir.
5.Vergiqoymada səmərəlilik prinsipi, yəni vergilərin faydalılığının,
möhkəmliyinin, elastikliyinin, davamlılığının qorunub saxlanmasıdır.
6. Vergiqoymada yığım prinsipi – yəni vergi ödəyicilərinin büdcəyə ödədikləri
pul məbləği ilə onların öz gəlirləri arasında fərqin azalmasına xüsusi diqqət
yetirilməlidir. Bu gəlir hesabına vətəndaşların yığımlarının artması baş verir.
148

Vergi dərəcəsi – vergiqoymanın obyektinə görə hər bir vergi ödəyicisinə ver-
giqoymanın subyektinə) düşən vergi ayırmalarının kəmiyyətidir. Vergi daxilolma-
larının həcmi vergi dərəcəsinin kəmiyyətindən daha çox asılıdır.Ölkələrin çoxunda
vergi tutulan məbləğ verginin bazası, əsası hesab olunur. Gəlirə görə vergi tutulması
vergiyə cəlb olunan gəlir adlanır və ona differensial yanaşılmalıdır. Bu prinsip demək
olar ki, bütün ölkələrin iqtisadi inkişafında tətbiq olunur.
Bütün bunlarla yanaşı vergiyə cəlbolunmanın beynəlxalq təcrübəsi maraq
doğurur. Belə ki, vergilərin müəyyənləşdirilməsi vergi sisteminin yaradılması, vergi
güzəştlərinin verilməsi və s. ancaq və ancaq dövlət qanunçuluğu orqanlarının və icra
orqanlarının səlahiyyətindədir. Bununla belə, müxtəlif ölkələrin dövlətləri öz
aralarında əməkdaşlıq edirlər. Bu əməkdaşlıq təsərrüfat əlaqələrinin ikitərəfli
intensivləşdirilməsi ilə əlaqədardır. Beynəlxalq ticarət təşkilatları vergi güzəştləri
5. Büdcə kəsiri və onu doğuran səbəblər
Büdcə kəsiri (defisiti) dövlət büdcəsinin xərclərinin gəlirindən artıq olması
deməkdir. Büdcə kəsiri ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən bilavasitə asılıdır
və ölkənin hər il planlaşdırdığı maliyyə xərclərinin yerinə yetirilməsinə mənfi təsir
göstərir. Büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 3-4 faizindən çox olduqda
iqtisadiyyata daha güclü mənfi təsir göstərir.
Büdcə kəsirinin əmələ gəlmə səbəbləri aşağıdakılardır:
1. Ölkə iqtisadiyyatına və sosial sferaya böyük həcmdə dövlət vəsaitlərinin
xərclənməsi;
2. Fövqəladə təbii və iqtisadi hadisələrlə bağlı olan xərclərin artması;
3. İqtisadiyyatda uzun müddət baş verən böhranla əlaqədar dövlət xərclərinin
artması;
4. Ölkədə müdafiə xərclərinin artması və s.
Hər bir ölkədə iqtisadiyyatın qeyri-sabitliyinin baş verməsi, iqtisadi fəaliyyət
sahələrindən daxil olan vergilərin azalması gizli iqtisadiyyat sferasının vergilərdən
yayınması, dövlət idarəetmə strukturları xərclərinin çoxalması halları büdcə kəsirinin
artmasına ciddi təsir göstərir.
Dövlət büdcəsinin kəsirinin tədricən aradan qaldırılmasında daxili və xarici
mənbələrdən istifadə edilir. Dövlət büdcə kəsirinin örtülməsini həyata keçirmək üçün
ilk növbədə yerli mənbələrdən: vergilərin sayının və vergi daxilolmalarının həcminin
artırılması, gömrük rüsumları, əhalidən daxil olan vergilər və ödənişlər,
özəlləşdirmədən daxil olan gəlirlər, bank ödənişləri, sığorta gəlirləri, uduş istiqrazları
və s.dən istifadə edilir.
Dövlət büdcə kəsirinin aradan qaldırılmasında xarici mənbələrdən də istifadə
edir. Onlardan ən başlıcası xarici ölkələrdən, beynəlxalq banklardan alınan dövlət
kreditləri və investisiya vəsaitidir. Azərbaycan Respublikası keçid iqtisadiyyatı
dövründə dünyanın bir sıra ölkələrindən xeyli məbləğdə uzun müddətli və güzəştli
149

faizlə kreditlər almış, xarici investisiyalardan istifadə edərək sosial-iqtisadi inkişafda


mühüm irəliləyişlərə nail olmuşdur. Lakin bəzi hallarda kreditlərdən, xarici
sərmayələrdən əsassız və səmərəsiz istifadə olunduğuna görə, onlar büdcənin
gəlirlərinə o qədər də müsbət təsir etmir. Xüsusilə, dəqiq iqtisadi inkişaf proqramı
olmadan büdcə xərclərinin süni olaraq artırılması və subsidiyaların ayrılması son
nəticədə büdcə kəsirinin daha da artmasına və dövlət borcunun əmələ gəlməsinə
səbəb olmuşdur.
Büdcə kəsirinin aradan qaldırılmasında əsas yollardan biri bir tərəfdən xərclərin
azaldılması, digər tərəfdən isə gəlirlərin artırılmasıdır. Bu zaman düzgün bir şəkildə
yürüdülən fiskal siyasət əhəmiyyətli müsbət nəticələr verə bilər. Büdcə gəlirlərinin
əsas hissəsini vergilər təşkil etdiyindən burada vergi daxilolmalarının həcmini
artırılması xüsusi önəm kəsb edir. Büdcəyə vergi daxilolmalarını aşağıdakı qaydada
artırmaq olar:
1. Vergi ödəyicilərinin sayını artırmaqla;
2. Dolayı vergi ödəyən obyektlərin sayını artırmaqla;
3. Birbaşa və dolayı vergi qoyuluşunda vergi dərəcələrini artırmaqla.
Büdcə kəsirinin aradan qaldırılması istiqamətində ümumi xarakterli tədbirlərə
əsasən aşağıdakılar daxildir:
1. Daha yüksək gəlirlərin əldə olunması məqsədilə büdcə vəsaitlərinin daha
səmərəli sahələrə yönəldilməsi;
2. Maliyyə güzəştləri və sanksiyalardan daha çevik istifadə etməklə ictimai
istehsalın stimullaşdırılması;
3. Dövlət büdcəsi hesabına maliyyələşdirilən sahələrin nisbətən ixtisar edilməsi;
4. Hərbi xərclərin azaldılması;
5. Daha vacib sosial proqramların maliyyələşdirilməsi;
6. Dövlət idarəetmə xərclərinin azaldılması;
7. Dövlət kreditlərindən və xarici sərmayələrdən səmərəli istifadə olunması,
banklardan alınan kredit faiz dərəcələrinin artırılması;
8. Dövlət uduşlu istiqrazların və digər qiymətli kağızların buraxılmasına
üstünlük verilməsi və s.
5. Büdcənin strukturu və onun təkmilləşdirilməsi
Azərbaycanın dövlət büdcəsi öz təşkilati strukturuna görə Respublika dövlət
büdcəsindən, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən və yerli
(bələdiyyə, şəhər, rayon) büdcədən ibarətdir. Həmin büdcələr öz hüquqlarına,
maliyyələşmə mənbələrinə və istifadə mexanizmlərinə görə bir-birindən əsaslı
surətdə fərqlənirlər. Göstərilən büdcələr birlikdə büdcə sistemi adlanır.
Respublika dövlət büdcəsi funksional quruluşuna görə gəlir (mədaxil) və xərc
(məxaric) hissələrdən ibarətdir.
150

Dövlət büdcəsinin gəlirlərinə (mədaxilinə) aşağıdakılar daxildir: fiziki şəxslərin


gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi; torpaq vergisi; aksizlər; mədən
vergisi; gömrük rüsumları; yol vergisi; birdəfəlik və dövlət rüsumları; dövlət
əmlakının satışı və icarəsindən gəlirlər; vergi olmayan gəlirlər; xarici dövlətlərdən və
beynəlxalq təşkilatlardan alınan kreditlər və qrantlar; kreditlər üzrə faizlər; məqsədli
büdcə fondlarının gəlirləri, neft fondlarından ayırmalar və s.
Respublika dövlət büdcəsinin xərc (məxaric) istiqamətlərinə aşağıdakılar
daxildir: AR-nın dövlət və idarəetmə aparatının saxlanması, elm xərcləri, müdafiə
xərcləri, hüquq-mühafizə orqanlarının xərcləri, təhsil, səhiyyə, sosial müdafiə və
sosial təminat xərcləri, mədəniyyət, incəsənət, idman, mənzil-kommunal xərcləri,
dövlət investisiya xərcləri, iqtisadi fəaliyyətlə bağlı olan xərclər, beynəlxalq
təşkilatlara üzvlük haqqı, dövlətin xarici borcları üzrə xərclər, banklarla hesablaşma
xərcləri, ekologiya ilə bağlı xərclər və s.
Dövlət büdcəsi iki hissədən – gəlir və xərc hissələrindən ibarət olmaqla bərabər
inzibati ərazi bölgüsündən asılı olaraq Mərkəzi büdcə, Vilayət büdcəsi, Yerli
büdcələrdən ibarətdir. Yerli büdcələr mərkəzi büdcədən fərqli olaraq ölkələrin bütün
pul resurslarını əhatə etmir. Çünki yerli büdcənin formalaşması həmin ərazidəki
sosial – istehsal strukturları hesabına aparılır. Bundan əlavə, yerli büdcələr mərkəzi
büdcədən də vəsait alırlar. Beləliklə, dövlət büdcəsi nəinki mərkəzi büdcəni, habelə
inzibati ərazidə yerləşən büdcələri də əhatə etmiş olur.
Dövlət büdcəsi – dövlətin pul gəlirləri və xərclərinin illik proqramıdır. Büdcə
layihəsi hər il dövlət qanunverici orqanlarında müzakirə olunur və təsdiq edilir. Yeni
maliyyə ili başa çatdıqda, icra aparatının nümayəndələri hesabat verir və dövlət
büdcəsinin gəlirlərinin səfərbərliyə alınması mənbələrini göstərir. Sonra yeni il büdcə
üçün büdcə layihəsi tərtib edilir, icra aparatında müzakirə və təsdiq olunur. Dövlət
büdcəsi həmişə ölkədə mövcud olan müxtəlif sosial iqtisadi qruplarla kompromisdə
tərtib olunmalıdır. Dünya bazar iqtisadiyyatı ölkələrdə dövlət büdcəsinin strukturu
təxminən aşağıdakı kimidir.
GƏLİRLƏR XƏRCLƏR
1. Vergilər 75-85%
2. Dövlətin ticarəti və dövlət 1. Sosial xidmətlərə xərclər – 40 – 50%
mülkiyyətindən daxil olmalar – 5 – 2. Təsərrüfat xərcləri – 10 – 20%
8% 3. Hərbi xərcləri, xarici siyasət və s. – 10 – 20 %
3. Sosial sığorta, təqaüd və işsizlik 4. İnzibati idarəetmə xərcləri – 5 – 10 %
üzrə dövlət fonduna ödənişləri – 5. Dövlət borcu üzrə tədiyyələr – 7 – 8 %
10 – 12%
151

İnvestisiya siyasətinin həyata keçirilməsi və tənzim olunması üçün subvensiya


və dotasiyalardan da istifadə olunur.
Subvensiya – dövlət tərəfindən yerli orqanlara verilən vəsaitdir. Bu vəsait yerli
orqanlara, müəssisə və təşkilatlara ona görə verilir ki, onlar texniki yenidən- qurmanı
həyata keçirə bilsinlər. Subvensiyalar müəssisə və təşkilatlara konkret olaraq
müəyyən tədbirləri həyata keçirmək üçün verilir. Əgər müəssisə və təşkilat alınan
vəsaiti öz təyinatına istifadə etməzsə, o dövlət tərəfindən geri alınır.
Dotasiya – müəssisə və təşkilatlara əvəzsiz verilir. O, gəliri, plan məsrəflərini
ödəyə bilməyən müəssisələrə, təşkilatlara, idarələrə dövlət tərəfindən ayrılan
təxsisatdır.

Mövzu 12.
Qiymətli kağızlar bazarı və onun dövlət tənzimlənməsi
Suallar:
1. Qiymət siyasəti, qiymətin formalaşması
2.Qiymətli kağızlar anlayışı, onun iqtisadi mahiyyəti.
3. Qiymətli kagızlar bazarının hüquqi əsasları.
4. Qiymətli kağızların buraxılışının məqsədi və əsаs vəzifələri.
5. Qiymətli kağızların formaları, təsnifatı və onların əlaqələndirici xüsusiyyətləri.
6. Qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi.
1. Qiymət siyasəti, qiymətin formalaşması
İqtisadi xərclərin ümumi orta kəmiyyətini müəyyən edilməsi qiymətin əmələ
gəlməsinin əsas və ilkin bazası hesab edilir. Buna görə də azad bazar qiymətləri,
bazar iqtisadiyyatının dəyişməz elementləri kimi aşağıdakı strukturda xarakterizə
olunur. İqtisadiyyatda istifadə olunan əsas qiymətlər topdan satış, sənayenin topdan
satış və pərakəndə satış növləridir.
Tam maya dəyəri + müəssisənin minimum mənfəəti = 1) müəssisənin topdan
satış qiyməti.
Tam maya dəyəri + dövriyyə vergisi = 2) sənayenin topdan satış qiyməti.
Topdan satış qiyməti + ticarət güzəştləri və əlavəsi + nəqliyyat xərcləri =
3) pərakəndə satış qiyməti.
Bu struktur keçmiş SSRİ-nin və ona daxil olan respublikaların xalq
təsərrüfatında fəaliyyət göstərmişdir. Həmin prinsiplər əsasında müttəfiq
respublikaların məhsulu alınmış və respublikaların məhsulu alınmış və respublikalar
arası mübadilə edilmişdir.
Klassik formada qiymətin aşağıdakı növləri mövcud olmuşdur:
1. Dövlətin pərakəndə satış qiymətləri
2. Kooperativ-komission qiymətlər
3. Kolxoz bazarı qiymətləri.
152

Bazar iqtisadiyyatı şəraitində qiymətin aşağıdakı növləri fəaliyyət göstərir


1. Hərrac qiyməti - məhsulun satış qiymətidir. Onun əsasında bazar qiyməti
durur. Lakin o, bazar qiymətindən fərqlənir, çünki rəqabət xarakteri daşıyır. Satılan
məhsullar əsasən nadir və aztapılan olur. Hərrac qiymətinin səviyyəsi auksionu idarə
edənin qabiliyyətindən çox asılıdır.
2. Biznes qiyməti – alqı-satqı ararıldığı vaxtda yaranır.
3. Birca əmtəəsi qiyməti – birca dönərlisindən və əlavələrdən ibarətdir. Yükün
daşınma məsafəsindən asılıdır.
4. Dövlət qiyməti – dövlət tərəfindən qoyulur və nəzarət edilir.
5. Müqavilə qiyməti - tərəflərin razılığı əsasında müəyyən edilir.
6. Kommersiya qiyməti - azad qiymətdir. Mövcud olan dövlət qiyməti şəraitində
sərbəst satılan məhsullara tətbiq olunur. Habelə mərkəzləşdirilmiş bölüşdürülən
məhsullara da şamil olunur.
7 Kontrakt qiyməti – qiymətli kağızlara kontraktda qeydə alınan, razılaşdırılmış
formada tətbiq edilən qiymətdir.
8. Dünya qiyməti – beynəlxalq qaydada məhsul satan-alan dövlətlər arasında
müəyyən bir dövr üçün razılaşdırılmış kontraktlar əsasında müəyyən edilir.
9. Topdansatış qiyməti - topdansatış formasında alınan məhsullara qoyulur. Ona
pərakəndə ticarət əlavəsi daxil deyildir.
10. Təklif qiyməti – istehsalçı tərəfindən qoyulan qiymətdir.
11. Preyskurant qiymətləri – dövlət preyskurantına əsasən müəyyən olunur.
12. Keçici-ötücü qiymətlər - kütləvi məhsula qoyulan əşağı səviyyəli qiymət
olub, bazarda tez zamanda tələb doğutrmaq üçün tətbiq edilir.
13. Hesabat qiyməti - hər bir mövqe üzrə bir gün üçün qoyulan qiymətdir.
14. Tənzimlənən qiymətlər - bazis qiymətdən kənarlaşa bilir, dövlət tərəfindən
idarə olunur.
15. Pərakəndə qiymətlər - pərakəndə ticarət sistemində fəaliyyət göstərir.
16. Tələb qiyməti – alıcı tərəfindən verilir.
17. Transferent – bir kompaniya tərəfindən onun bölmələri arasında tətbiq
olunan daxili qiymətdir. Firma daxilində fəaliyyət göstərir.
Qiymətin növləri aşağıdakı kimi də təsnifləşdirilir:
1. Topdan satış qiymətləri;
2. Pərakəndə satış qiymətləri;
3. Müqavilə qiymətləri;
4. Tənzimlənən qiymətlər (yuxarı həddini dövlət müəyyən edir);
5. Qeydə alınmış möhkəm qiymətlər (planda əvvəlcədən göstərilir);
6. İnhisar qiymətləri;
7. Xidmət tarifləri və s.
Bazar qiymətləri azaddır. Burada qiymət tələb və təklifin əsasında yaranır.
153

Qiymətlər müəyyən funksiyaları yerinə yetirir:


1. Bazar subyektlərini məlumatlandırmaq – informasiya çatdırmaq funksiyası;
2. İstehsal məsrəflərinin uçota alınması funksiyası;
3. Stimullaşdırıcı funksiya;
4. Bölüşdürücülük funksiyası;
5. Tənzimləyici funksiya və s.
2. Qiymətli kağızlar anlayışı, onun iqtisadi mahiyyəti.
Qiymətli kağız, mülkiyyət hüququ verən sənəddir. Qiymətli kağız (səhm)
səhmdar cəmiyyətinin kapitalının formalaşmasında iştirak şəhadətnaməsi olub, gəlir
(divident) götürmək hüququ verir.
Qiymətli kağızların bir neçə növü vardır: adlı qiymətli kağızlar, təqdim edənə
qiymətli kağızlar və s. onlar əksər hallarda bircalarda reallaşdırılır.
Qiymətli kağızlarla əməliyyatlarda bu və ya digər səbəbdən yaranmış vəziyyəti
nəzarət altında saxlamaq məqsədilə əsas vəzifələrin yenidən bölüşdürülməsi aparılır.
Bu da əsasən aşağıdakı amillərin reallığından irəli gəlir:
a) maliyyə vəsaitlərinin daha çevik bazar fəaliyyətinə malik sahələri üzrə
bölüşdürülməsi;
b) əhaliyə məxsus əmanətlərin qeyri-istehsal sahələrinin təşkilinə və
genişlənməsinə cəlb olunması;
c) dövlət büdcəsinin cari xərclərində yaranmış vəsait çatışmamazlığının,
dövriyyəyə əlavə pul kütləsi buraxmadan maliyyə vəsaitlərilə təmin olunması;
d) qiymət və maliyyə risklərinin sığortalama funksiyası (hecləşdirmə). Bu
funksiya qiymətli kağızlar bazarına qeyri-ixtiyari daxil olmuş müxtəlif dərəcəli (fyu-
çers və opision müqavilələri) qiymətli kağızların daxil olmasının tənzimlənməsi və
digər əməliyyatların yerinə yetirməsi üçün daha zəruridir.
Qiymətli kağızlar bazarının tərkib hissələrinin məqsədi bu və ya digər qiymətli
kağızların satış əməliyyatlarından əldə edilməsi ilə deyil, həm də onların lazım gəl-
dikdə sərfəli qiymətlərlə satılmasıdır. Qiymətli kağızlarla əməliyyatlar iqtisadi
şəraitdən asılı olaraq aşağıdakı formalarla daha çox təşəkkül tapmışdır;
a) müxtəlif iqtisadi ərazilərdə satış bazarı;
b) mütəşəkkil və qeyri-mütəşəkkil fəaliyyət göstərən bazarlar;
c) bircadaxili və bircadankənar fəaliyyət göstərən bütün növ bazarlar;
d) ənənəvi üsullardan və kompüter texnologiyalarının tətbiqi formalarından
istifadə edən bazarlar;
e) xəzinə ödəniş qaydaları və qarşılıqlı sövdələşmə əsasında fəaliyyət göstərən
daimi və müvəqqəti bazarlar.
Qiymətli kağızların satışı üzrə ixtisaslaşan ilkin bazar xüsusi olaraq təyin
olunmuş qaydada və müasir tələblərə əsasən qiymətli kağızların ilkin təklif və tələb
qanununa əsasən alıcılar tərəfindən əldə edilməsi əməliyyatlarını həyata keçirən
154

məkandır.
Qiymətli kağızların təkrar satışı bazarı ilkin olaraq qiymətli kağızların
dövriyyəsi; qiymətli kağızların qüvvədə olduğu bütün müddət ərzində alqı-satqı və ya
müxtəlif formalı qiymətli kağızların bir əmanətçidən digər əmanətçiyə keçməsinin
rəsmi surətdə sənədləşdirilməsi. Qiymətli kağızların satışının mütəşəkkil bazarları
qanuna əsasən xüsusi icazə (lisenziya) almış peşəkar vasitəçilər arasında qiymətli
kağızların yerləşdirilməsini gerçəkləşdirən xüsusi məkandır. Bazarın digər
iştirakçılarının tapşırığı ilə qiymətli kağızların alqı-satqısı ilə əlaqədar istənilən
əməliyyatlar vasitəçilər tərəfindən də həyata keçirilə bilər.
Qiymətli kağızlara olan tələbatı ödəmək məqsədi ilə yaradılan qeyri-mütəşəkkil
bazar şəraitində iştirakşılar tərəfindən hüquqi normalara riayət etmədən bəzi hallarda
qiymətli kağızların planlaşdırılmayan dövriyyəsilə bağlı alqı-satqı əməliyyatları da
aparılır.
Birca bazarı-qiymətli kağızların fond bircalarında satılması proseslərini həyata
keçirir. Qiymətli kağızların fond bircaları vasitəsilə gerçəkləşdirilməsi aktiv satış
bazarıdır, o, maliyyə bazarının tərkib hissəsi olmaqla ölkə iqtisadiyyatının maliyyə
vəsaitləri ilə təmin olunmasında aparıcı rol oynayır.
3. Qiymətli kagızlar bazarının hüquqi əsasları.
14 iyul 1998-ci ildə qəbu olunmuş Azərbaycan Respublikasının “Qiymətli
kağızlar haqqında” Qanununda (fəsil 1, maddə 1) qiymətli kağıza aşağıdakı kimi tərif
verilmişdir:” Qiymətli kağız öz sahibinin əmlak və qeyri-əmlak hüquqlarını və bu
hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə
riayət etməklə təsdiqləyən sənəddir”.
Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu qiymətli
kagızlar bazarının hüquqi əsaslarını müəyyənləşdirən əsas normativ sənəddir.
Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
- Aidiyyəti şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür
müəyyən edilmiş şəxsdir.
- Anderraytinq – emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların
kütləvi təklifi və yerləşdirilməsi üzrə investisiya xidmətidir.
- Benefisiar – pul vəsaiti və ya digər əmlakla əlaqədar əməliyyatlardan son
nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs,
habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə
nəzarəti həyata keçirən fiziki şəxs;
- Depo hesabı – mərkəzi depozitarın üzvünün müraciəti əsasında müştəri üçün
mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan
hüquqlara dair qeydləri əks etdirən hesab;
- Emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli
155

ilə müəyyən edilmiş qaydada həyata keçirən şəxs, dövlət (müvafiq qaydada buna
səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı
qiymətli kağızların mülkiyyətçisi deyildir;
- Fond bircasının listinqi – fond bircasının daxili qaydaları ilə müəyyən edilmiş
tələblərə əsasən fond bircasında ticarətə qəbul edilən qiymətli kağızların siyahısı;
- İnstitusional investor – investisiya şirkətləri, investisiya fondları və onların
idarəçiləri, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər,
kredit təşkilatları, sığortaçılar, pensiya fondları və onların idarəçiləri, digər
tənzimlənən maliyyə institutları, əmtəələrin və onlar üzrə törəmə alətlərin dilerləri,
beynəlxalq maliyyə təşkilatları, dövlətlər, mərkəzi banklar;
- İnvestisiya məsləhəti – qiymətli kağızın və ya törəmə maliyyə alətinin
alınması, satılması, abunə yazılışı, dəyişdirilməsi, geri alınması, saxlanılması və
anderraytinqi və ya onunla bağlı hüquqların həyata keçirilib-keçirilməməsi ilə bağlı
müştərilərə verilən məsləhət. Belə məsləhət kütləvi informasiya vasitələrində
açıqlandıqda, investisiya şirkəti fəaliyyətindən fərqli peşə fəaliyyəti çərçivəsində
əvəzsiz qaydada verildikdə və ya həmin məsələlərin sırf hüquqi aspektlərinə aid
olduqda, investisiya məsləhəti sayılmır;
- İnvestisiya tədqiqatı – ictimaiyyət üçün nəzərdə tutulan, birbaşa və ya dolayı
yolla, bir və ya bir neçə qiymətli kağıza, törəmə maliyyə alətinə və ya onların
emitentlərinə, həmin qiymətli kağızların və ya törəmə alətlərin cari və ya gələcək
qiyməti daxil olmaqla investisiya strategiyasını tövsiyə və ya təklif edən tədqiqat;
- İnvestor – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya
onları almaq təklifini verən şəxs;
- Qiymətli kağızlar bazarı – qiymətli kağızların emissiyası, buraxılması,
tədavülü, ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə
yüklənməsi, dövlət tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə
subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusu.
4. Qiymətli kağızların buraxılışının məqsədi və əsаs vəzifələri.
Qiymətli kağızlar buraxılışının məqsədi sərbəst maliyyə resurslarını səfərbər
etmək və onların bazarın iştirakçılarının qiymətli kağızlarla keçirdiyi müxtəlif
əməliyyatlar vasitəsilə yenidən bölgüsünü təmin etməkdən ibarətdir. Bu bazarın
mövcudluğu bütün bazar iqtisadiyyatlı ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.
Qiymətli kağızlar bazarı əmtəə və pul tədavülünə fəal surətdə xidmət edir. Digər
tərəfdən qiymətli kağızların buraxılması və bazarda yerləşdirilməsi sərbəst pul
vəsaitlərinin səfərbər edilməsi və sosial-iqtisadi inkişafa istiqamətləndirilməsinin
səmərəli yoludur. Bunun nəticəsində müvəqqəti sərbəst pul vəsaitlərinin dövriyyə
sürəti güclənir, ölkədə investisya üçün əlverişli şərait yaranır ki, bu da iqtisadi artıma
156

səbəb olur. Bu bazarın formalaşması üçün ilkin şərt qimətli kağızlar buraxan kifayət
qədər emitentlərin, investorların, qimətli kağızların hərəkət və infrastrukturunu
reqlamentləşdirən inkişaf etmiş normativ-qanunverici bazanın, qitmətli kağızlarla
aparılan əməliyyatlara nəzarətin təşkilinin olmasıdır.
Qiymətli kağızlar bazarının yerləşdiyi ərazidən və təyinatdan asılı olmayaraq
maliyyə bazarının vəzifələrinə aşağıdakılar aiddir:
1. Kommersiya əməliyyatlarınnın aparılmasıın əsas vəzifələri və əldə olunan
gəlir-mənfəət kütləsi.
2. Qiymətlərin təyin olunma xüsusiyyətləri və bazar qiymətlərin formalaşması
və onların daimi hərəkəti istiqamətləri.
3. Məlumatların qəbulu və ötürülməsi vasitəsilə bazar iştirakçılarının lazımi
məlumatlarla təmini formaları
4. Bazar fəaliyyətinin təşkili və idarə edilməsi qaydalarının tənzimlənməsi,
mübahisələrin həlli, nəzarətin təşkili və aparılması.
Maliyyə bazarı mükəmməl bazar iqtisadiyyatının ayrılmaz hissəsidir, o öz
növbəsində pul əmtəə münasibətlərini, müxtəlif əmlak formalarını, iqtisadi-azadlıqa
malik və istehsal dairəsində təsərrüfat subyektlərinin davamlı rəqabəti əsasında
fəaliyyət göstərən milli təsərrüfat sistemini təşkil edir.
5. Qiymətli kağızların formaları, təsnifatı və onların əlaqələndirici
xüsusiyyətləri.
Müasir maliyyə qurumunda qiymətli kağızlar bazarı formalarının təsnifatı
sxemi
Qiymətli metallar bazarı Kapital bazarı
Pul vəsaitlərinin bazarı
Valyuta əməliyyatları bazarı
Qiymətli kağızların ilkin Müddətli qiymətli
satış bazarları kağızların növləri
Qiymətli kağızların təkrar
satış bazarları Opsion
Maliyyə əməliyyat-
Qiymətli kağızların birja Svot satış- ları sahə-
satış qurumu qurumunda alış əmə- ləri
Birjadankənar satış qurumu
liyyatları
Spot-qiymətli kağızlar bazarı sahəsi Forvard
Fyuçer
əlaqələrinin
əməliy- qurulması
yatları
İqtisadi fəaliyyətinin güclü mexanizmi kimi valyuta əməliyyatlarını aparılması
zamanı aşağıdakı istiqamətlər daha çox üstünlük təşkil edir:
1. Bazar iştirakçılarının qarşılıqlı razılıq əsasında alıcıların öz tərəfinə (əmtəələrin
alınmasına) cəlb edilməsi.
2. Valyuta əməliyyatlarının yüksək nəticəli olması istiqamətində bazar
fəaliyyətinə aid olan mərhələlərin sığortalanması.
157

3. Qiymətli kağızların (valyuta) məzənnəsinin dəyişməsindən əldə edə biləcəyi


mənfəət kütləsinin süni artırılması və ya möhtəkilik xüsusiyyəti.
4. Depozitlərin qəbulu və onların təkrar yerləşdirilməsi əməliyyatlarında süni
(sürətdə faiz yüksəlişi) hesabına əlavə mənfəətə nail olmaq.
Qiymətli kağızlar bazarında alıcılıq imkanlarının bazarın digər iştirakçılarına
güzəştə edilməsi aşağıdakı prinsiplərlə şərtlənməsi mümkündür.
1. Xəzinə (kassa-spot) çərçivəsində valyutaların təcili surətdə alınıb-satılması
əməliyyatları barəsində razılaşmalar iki iş günü müddətində icra olunmalıdır.
2. Forvard qaydasında müddətli valyutanın yalnız razılaşdırılmış vaxt içərisində
bazarın bir iştirakçısından digərinə ötürülməli vacibdir.
3. Maliyyə bazarında qiymətli kağızın svop qaydasında müxtəlif istifadə müddətli
olmasına baxmayaraq müəyyən olunmuş vaxtda digər tərəfdaşa ötürülməli və ya
onun hesablaşma-hesabına köçürülməlidir.
Maliyyə bazarlarında qiymətli kağızların əsas forması kimi istiqrazlar çıxış edir.
İstiqrazlar əksər hallarda iyirmi ildən otuz ilə qədər olan müddət üçün buraxılır. İsti-
qrazlar öz sahiblərinə dəqiq müəyyən edilmiş məbləğdə gəlir gətirir. İstiqrazlar
əsasən 4 xüsusiyyət üzrə qiymətləndirilir:
a) nominal qiyməti; nəzərə alaraq
b) alış qiyməti; əsas götürməklə
c) məzənnə qiyməti; üzrə
d) uçot qiymətinə görə
İstiqrazın nominal qiyməti onun üzərində göstərilən məbləğə bərabərdir; alış
qiyməti borc öhdəliyi başa çatdıqdan sonra emitentli istiqrazlar geri qaytarılır. İstiq-
razın ilkin dəyəri onun əsas məbləğ kimi nəzərə alınmalıdır. Adətən məzənnə qiyməti
istiqrazların qiymətli kağızlar bazarında satıldığı məbləğə və uçot qiyməti isə
istiqrazın müəssisənin balansında əks etdirdiyi məbləğə bərabərdir.
Təcrübədə dövriyyə buraxılan istiqrazların əsas növlərinə aşağıdakılar aid
edilməlidir:
1) Adı istiqrazlar.
2) Mənfəətli istiqrazlar.
3) Dövlət istiqrazları.
Dövlət istiqrazlarının satın alması sərmayə qoyuluşunun ən etibarlı yollarından
biridir. Bu istiqrazların dövrüyəyə buraxılması onların təsisçilərinin müxtəlifliyə fərq-
ləndirilər onlardan ümumdövlət və bələdiyyə istiqrazları, qısamüddətli (3 aydan bir
ilə qədər) və uzunmüddətli bir ildən artıq müddətdə buraxılan istiqrazlar.
İqtisadi əlaqələrin təsiri nəticəsində son zamanlar borc kapitalı bazarının ölkə
iqtisadiyyatında artan miqyası əsasən aşağıdakı istiqamətlərdə daha çox önəmli rol
oynayır:
a) özəl bölməyə,dövlət qurumlarına, əhaliyə, xarici tərəfdaşlara borc verilməsi;
158

b) azad maliyyə kapitalın və əhalinin əmanətlərinin akkumuliyasiyası


(toplanması);
c) akkumuliyasiya olunmuş kapitalın mərkəzləşməsi və istifadəçi
əməliyyatlarının aparılması.
Borc kapitalı bir qayda olaraq, real maliyyə kapitalın dövriyyəsinin gedişində və
ilkin bazasında fəaliyyət göstərir. Eyni zamanda borc kapitalı əsasında gizli kapital
meydana gəlməklə maliyyə bazarında fəal iştirak etməklə inkişaf edir. Gizli kapital
deyəndə maliyyə kapitalın müxtəlif qanun pozuntuları ilə əldə olunan müxtəlif
qiymətli kağızlar formasında toplanıb yığılmasını nəzərdə tutulur.
Gəlir gətirən kapitalın və kredit qurumunun inkişafı qiymətli kağızlar
formasında ilkin kapitala nisbətən ikiqat, bəzi hallarda isə müxtəlif hüquqi-iqtisadi
qanunlardan istifadə etməklə üçqat mənfəət əldə etməyə imkan verir. Bu və ya digər
eyni kapital və yaxud hər hansı bir borc tələbnaməsi müxtəlif formalarda, müxtəlif
fiziki şəxslərin şəxsi hesablarında müəyyən edilə bilər. Lakin bununla bərabər həmin
vəsaitlərdən ibarət maliyyə kapitalının mənbəyi və mənşəyi haqqında dəqiq məlumat
yoxdur. Gizli kapitalın hərəkəti onun iştirakçıları tərəfindən seçilmiş daxili iqtisadi
qanunların təsiri və tərəflərin qarşılıqlı maraqları əsas götürməklə tənzimlənir. Bu sə-
bəbdən gizli kapitalın hərəkəti istər kəmiyyətcə, istərsə də keyfiyyətcə müvafiq surət-
də maliyyə kapitalının ənənəvi artmasından fərqlənir. Eyni zamanda bu proseslər bü-
tün iqtisadi münasibətlərlə qarşılıqlı sürətdə tənzimlənir.
6. Qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi.
Dünya praktikasında bu bazarın tənzim olunmasında iki modeldən istifadə
edilir:
1. Qiymətli kağızlar bazarının dövlət tərəfindən tənzimlənməsi.
2. Bazarın peşəkar iştirakçılar tərəfindən tənzimlənməsi.
Dövlət tənzimlənməsi ilk növbədə normativ-hüquqi aktlara əsaslanır. Hüquqi
təminat qanunvericilik aktları fərmanlar, qərarlar, sərəncamlar və idarəetmə
orqanlarının digər hüquqi sənədlərini əhatə edir.
Mülki Məcəlləyə görə qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi
aşağıdakılardan (Maddə 1078-40) ibarətdir:
 qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ hüquqi aktların
qəbul edilməsi və onlara riayət olunmasına nəzarətin həyata keçirilməsi, bazarının
iştirakçılarına tələblərin və onların fəaliyyəti qaydalarının müəyyən edilməsi,
qiymətli kağızlar buraxılışlarının dövlət qeydiyyatının aparılması, qiymətli kağızlar
bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın)
verilməsindən;
 qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar
sahiblərinin hüquqlarının müdafiəsi, qiymətli kağızlar bazarı iştirakçılarının
159

fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi, bazarda qanunvericiliyi pozan


şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə müvafiq tədbirlərin görülməsindən;
 qiymətli kağızlar bazarının iştirakçılarının peşə səviyyəsinin artırılması
üzrə müvafiq tədbirlərin görülməsi, bazarın inkişafı istiqamətlərinin müəyyən
edilməsi, qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılmasından;
 qiymətli kağızlarla əqdlərin bağlanmasına dair tələblərin müəyyən
edilməsi, hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin qiymətli kağızlarla
rəsmiləşdirilməsi və ödənilməsi qaydalarının müəyyənləşdirilməsi, qiymətli
kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarının tənzimlənməsinin həyata
keçirilməsindən;
 Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının dünya maliyyə
bazarına inteqrasiyası üzrə tədbirlərin hazırlanmasında və müvafiq icra hakimiyyəti
orqanına təsdiq edilmək üçün təqdim edilməsi, müvafiq tədbirlərin həyata
keçirilməsi, aktivlərin öhdəliklərlə yüklənməsi və onlarla rəsmiləşdirilən daşınmaz
əmlakın ipotekasının qeydiyyatının və uçotunun aparılmasından;
 qiymətli kağızlarla bağlı müvafiq dövlət reyestrlərinin (qiymətli
kağızların buraxılışının dövlət reyestri, veksel və çeklərin dövlət reyestri, qiymətli
kağızlarla girovun rəsmi reyestri, qiymətli kağızlarla rəsmiləşdirilən əmlakın
ipotekasının dövlət reyestri və s.) aparılması, bazarda sığortalanmalı olan risklərin
sığorta standartlarının müəyyən edilməsi, qiymətli kağızlar bazarında məlumatların
açıqlanması üzrə qaydaların müəyyən edilməsi və sisteminin təşkilindən;
 qiymətli kağızların (sertifikatların) blanklarının çap edilməsi və onların
ölkəyə gətirilməsi və aparılması üzrə fəaliyyətin tənzimlənməsi, bazarın
iştirakçılarına qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan
göstərişlərin verilməsi, bazarın inkişafı məqsədi ilə istifadə edilən fondların
qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılması və tənzimlənməsindən;
 bazarda qiymətlərlə manipulyalara yol verilməməsi üzrə tədbirlərin
görülməsindən
Dövlət tənzimlənməsini həyata keçirən əsas orqan QKDK-dır. Bu orqan
respublika prezidentinin 26 iyul 1999 il tarixli fərmanı əsasında yaradılmışdır.
Fərmanda deyildiyi kimi, QKDK qiymətli kağızlarla fəaliyyət sahəsində, o cümlədən
fond bazarında, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə münasibətdə
üstün səlahiyyətlərə malikdir və bu sahədə onların fəaliyyəti üzərində nəzarəti həyata
keçirir. QKDK haqqında əsasnamədə deyilir ki, komitə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və
digər kredit təşkilatları, yerli özünüidarəetmə orqanları, qiymətli kağızlar bazarında
fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Komitə hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik
hüququ ilə dövlət mülkiyyətinə, bank idarələrində hesablaşma hesablarına,
160

Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə,


müvafiq ştamplara və blanklara malikdir
Özünütənzimləmə orqanlarının əsas funksiyaları aşağıdakılardır:
 bazarda iştirakçıların fəaliyyətinin özünütənzimləməsi;
 yüksək peşəkar standartların təmin olunması və işçi heyətinin
hazırlanması;
 bazarın infrastrukturunun inkişaf etdirilməsi;
 birgə elmi araşdırmaların aparılması, özünün maraqlarının kollektiv
təmsil olunması və investorların maraqlarının müdafiəsi.
QKDK tərəfindən 24 mart 2000-ci il tarixli “Qiymətli kağızlar bazarının
peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatlarının fəaliyyəti Qaydaları”nın
qəbul olunmasına baxmayaraq bu təşkilat 2007-ci ildə təsis edildi. May ayının 22-də
"Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinın (AFBİA)
təsis yığıncağı keçirildi. Assosasiyanın təsisçiləri- Milli Depozit Mərkəzi (MDM),
Bakı Fond Bircası (BFB), Səhm Ticarət Mərkəzi "Azərintertreyd", "Standard
Kapital", "Unlbank", "ADB Broker", 'Texnika Kapital Menecment" və
"Azəriqazbank"dır.

Mövzu 13.
Davamlı və dayanıqlı inkişafın təmin edilməsinin dövlət mexanizmi
Suallar:
1.Davamlı inkişafı və mahiyyəti və əsas şərtləri, onun təmin edilməsinin əsas
istiqamətləri və mexanizmləri.
2. Ümumi milli məhsul və ümumi daxili məhsul anlayışları 
3.Gəlirlərin digər üç göstəricisi 
4. ÜDM-u hesablaması variantları.
5. İqtisadiyyatın strukturunda olan disproporsiyalar və onlarən aradan qaldırılması
6. İqtisadi təhlükəsizliyin təmin olunması strategiyası
7.Davamlı inkişafın təmin edilməsi üzrə dövlət mexanizmi.
8. Ərzaq təhlükəsizliyi və onun təmin edilməsi
1. Davamlı inkişafı və mahiyyəti və əsas şərtləri, onun təmin edilməsinin əsas
istiqamətləri və mexanizmləri.
Davamlı inkişafm meyarlar sisteminin formalaşdırılmasınm iki istiqamətdə
təyin edilməsi vacibdir: sosial, iqtisadi, ekoloci və insti- tusional bölmələr üzrə
təsnifaüaşdınlma; mövcud vəziyyət, ona təsir və reaksiya.
2. Qloballaşma şəraitində ətraf mühitin mühafizəsi və təbii ehtiyyatlardan
səmərəli istifadənin təşkili və idarə olunmasmda dövlətin müstəsna rolu vardır, etmək
əsas vəzifələrindən birinə çevrilib. Belə ki, insanın fəaliyyətinin ətraf mühitə vurduğu
zərərin nəticələrinin aradan qaldırılması və ətraf mühitin bərpası özəl bölmə üçün
161

kifayət qədər maraqlı olmadığından bu problemin həlli bilavasitə dövlətin öhdəsinə


düşür. Təbiəti qorumaq və ətraf mühitin bərpası təbii ehtiyyatların saxlanılması və
istifadəsində indiki və gələcək nəsillərin marağı gözlənilməklə qənaətliliyi həyata
keçirmək üçün dövlət ekologiya siyasəti formalaşdırılmalıdır. Bu siyasət çərçivəsində
aşağıdakı funksiyalar yerinə yetirilməlidir:
1) Ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin idarə edilməsi üzrə
xüsusi idarəedici qurumlar yaradılır. (Ekologiya və Təbii Sərvətlər Nazirliyini
formalaşdırır).
2) Ekoloci monitorinqi həyata keçirir.
3) Ekoloci audit və nəzarəti həyata keçirir.
4) Dövlət səviyyəsində ekoloji standartları müəyyənləşdirir və təsdiq edir.
5) Təbiətdən istifadə ilə bağlı sertifikat və lisenziyaların verilməsini
müəyyənləşdirir.
Bu funksiyaları həyata keçirmək üçün dövlət bir sıra tədbirləri reallaşdırır ki,
bunlara da aşağıdakılar aiddir:
1) Ekologiya sahəsində normativ hüquqi bazam yaradır. (“Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunu qəbul edir və s.).
2) Beynəlxalq əməkdaşlığı reallaşdırır. (Beynəlxalq konvensiyalara qoşulur,
monitorinqi təşkil edir).
3) Ətraf mühitin mühafizəsi üzrə qoruqları yaradır. (Azərbaycanda 13 dövlət
qoruğu vardır).
4) Təbii ehtiyyatlardan istifadə üzrə limitləri müəyyənləşdirir və bəzi təbii
ehtiyyatlann kəşfiyyatı və istismarı üçün lisenziya qaydalarını tətbiq edir və s.
Dövlət tərəfindən həyata keçirilən ekologiya siyasəti birbaşa və dolayı
metodlarla reallaşdmlır.
Birbaşa metodlara aşağıdakılar aiddir:
1) Ekologiya sahəsində fondlann yaradılması. (Ətraf mühitin mühafizəsi fondu,
meşələrin qorunması və bərpası fondu).
2) Dövlət səviyyəsində nadir bitki və heyvanların siyahısının təsdiq edilməsi.
(Qırmızı kitabın tərtibi).
3) Qoruqların formalaşdmlaraq dövlət tərəfindən saxlanmasının maliyyəsinin
təşkili (maliyyələşdirilməsi).
4) Bərpaolunan və bərpaolunmayan təbii ehtiyyatların müəyyən edilərək onların
təkraristehsal mümkünlüyünü və imkanlarını araşdıra.
5) Qanun pozuntusuna görə cərimə və məsuliyyətə cəlbetmə sanksiyalarını tətbiq
edir.
Dolayı metodlara aiddir:
1) Ekoloci təhlükəsiz avadanlıqları lizinqinin təşkili.
2) Ölkəyə ekoloci təmiz məhsulları gətirilməsinə nəzarətin təşkili. (Sanitar-
162

gigiyenik, texniki və texnoloci normaların və standartların tətbiqi).


3) Ekoloci verginin tətbiqi.
4) Ətraf mühitin mühafizəsi və bərpası ilə məşğul olan müəssisələrə faizsiz
kreditlərin verilməsi.
2. Ümumi milli məhsul və ümumi daxili məhsul anlayışları 
Ümumi milli məhsul ( ÜMM) son illər geniş istifadə olunmur. ÜMM-nin son illər
geniş istifadə olunmamasının səbəbi məhsulun həmin ölkə rezidentlərinin xaricdə
istehsal etdikləri məhsullar gəlir və ölkə daxilində olan qeyri-rezidentlərin ölkə
daxilində istehsal etdikləri məhsul çıxılır. Bu hansı anlama gəlir? Məsələn ,
Azərbaycan üçün ÜMM hesablanırsa, bu zaman artıq ölkə daxilində istehsal olunan
bütün məhsul götürülür, azərbaycanlıların ölkə xaricində qeyri-rezident kimi istehsal
etdiyi məhullar əlavə olunur və həmin məhsullardan ölkə daxilində digər qeyri
rezidentlər, yəni xaricilərin istehsal etdikləri məhsul çıxarılır. Azərbaycanın ümumi
məhsul istehsalı 1000 ABŞ dollarıdırsa ölkə vətəndaşları ölkə xaricində qeyri-
rezident kimi 300 ABŞ dolları məhsul istehsal ediblərsə və ölkə daxilində başqa
ölkələrin vətəndaşları 400 ABŞ dollar məhsul istehsal ediblərsə o zaman 1000 ABŞ
dollarının üzərinə 300 ABŞ dolları gəlinir, 400 ABŞ dolları isə çıxılır və bununla 900
ABŞ dolları ÜMM hesablanır ki, buda milli olaraq istehsal olunan məhsul deməkdir.
Ümumi daxili məhsul (ÜDM) müəyyən müddət ərzində ölkə daxilində istehsal
olunan bütün son əmtəə və xidmətlərin bazar qiymətidir.
Ümumi daxili məhsul konkret zaman vahidi, adətən bir il, yaxud rüb ərzində istehsal
olunan məhsulun kəmiyyətini əks etdirir. 
Dövlət ÜDM-un rüb üzrə göstəricisini elan etdikdə adətən onun ölçüsü «illik
hesablanma» ilə verilir. Bu o deməkdir ki, təqdim olunan rəqəmlər 3 ay ərzində bütün
xərclərin və gəlirlərin məbləğinin 4 mislini əks etdirir. Belə yanaşma rüblük və illik
ÜDM-un rəqəmlərinin daha əyani tutuşdurulması üçün istifadə olunur. Bundan əlavə
bir rüb üzrə ÜDM-un səviyyəsi mövsümü düzəlişi nəzərə almaqla təqdim olunur.
Mövsümi düzəliş il ərzində əmtəə və xidmətlərin istehsalı və istehlakındakı qeyri
bərabərlikləri məsələn, yeni il qabağı satışlar zamanı əhalinin xərcləri ən yüksək
həddə çatdığı zaman, aradan qaldırmağa imkan verir. Iqtisadçılar və siyasətçilər üçün
ölkə ərazisində vəziyyət barədə obyektiv informasiyaya malik olmaq çox vacibdir,
buna görə də rəsmi dərc olunan ÜDM-un qiymətinə həmişə mövsümü düzəliş də
daxil olunur.
3. Gəlirlərin digər üç göstərijisi 
Onlardan ən mühüm üçü aşağıdakılardır.
Xalis milli məhsul (XMM) – amortizasiya (avadanlıqların və istehsal binalarının
köhnəlmə dəyəri)xərclərinin məbləğini çıxmaqla ölkə vətəndaşlarının ümumi
gəlirlərini ifadə edir. Ticarət Nazirliyinin hesabatlarında amortizasiya ayırmaları
«əsas fondların istifadəsi» kimi nəzərə alınır.
163

Şəxsi gəlir – bütün ev təsərrüfatları və şəxsi qeyri -səhmdar müəssisələrin gəlirlərinin


cəmi kimi müəyyən olunur. Şəxsi gəlirə ÜDM və XMM fərqli olaraq
bölüşdürülməmiş gəlirlər, yəni səhmdarlara dividentlər ödənildikdən sonra
müəssisələrin ixtiyarında qalan səhmdar cəmiyyətlərin mənfəətinin bir hissəsi daxil
deyildir. Bundan əlavə burada dövlətin qiymətli kağızlarından əldə olunan faizlər
eləcə də dövlət sosial müavinətləri də nəzərə alınır.
Sərəncamda qalan şəxsi gəlir – dövlət qarşısında bütün maliyyə borcları
ödənildikdən sonra (vergi və qeyri-vergi ödəmələri (məsələn, lisenziyanın əldə
edilməsi)) bütün ev təsərrüfatları və xüsusi qeyri –səhmdar müəssisələrin
sərəncamında qalan gəlirlərin cəminə bərabərdir.
1. Məcmu ÜDM — istehsalın ümumi həcmini, məcmu buraxılışı xarakterizə edən
aqreqasiya göstəricisidir.
2. Bazar. ÜDN-in dəyərinə yalnız rəsmi bazar sövdələri, yəni alqı-satqı prosesini
keçmiş və rəsmi olaraq qeydiyyatdan keçmiş sövdələr daxil edilir. Ona görə də
ÜDM-ə aşağıdakılar daxil edilmir:
insanın əməyi öz üzərinə götürməsi (insan özünə ev tikir, mənzilini təmir edir, sviter
toxuyur, televizorunu və ya avtomobilini təmir edir, saçını düzəldir və s.);
təmənnasız əmək (məsələn, dost yardımı – qonşunun hasarını tikmək, dost üçün təmir
və s.);
3. Dəyər. ÜDM istehsalın məcmu həcmini pulla ifadədə ölçür (dəyər formasında),
belə ki, başqa cür almaları dublyonkalarla, avtomobillərlə, kompüterlərlə, bərbərlətin
xidmətini diş həkimlərinin xidməti ilə və s. bir götürmək olmaz. Pul mal və təkliflərin
dəyərinin ölçüsünü hesablamağa xidmət edir ki, bu da iqtisadiyyat tərəfindən istehsal
olunan bütün növ mal və xidmətlərin dəyərini müəyyən etməyə imkan verir.
4. Son məhsul. İqtisadiyyatda istehsal olunan bütün məhsullar son və ara
məhsullarına bölünür. Son məhsul ( final goods) — hər hansı makroiqtisadi agentə
istehlak üçün gedən və növbəti emal və satış üçün nəzərdə tutulmayan son
məhsuldur. Ara məhsul ( intermediate goods) sonrakı istehsal və satış prosesinə
göndərilən məhsuldur. Ara məhsula xammal, materiallar, yarımfabrikatlar və s. aid
edilir. Lakin istifadə üsulundan asılı olaraq, eyni mal həm son, həm də ara məhsul ola
bilər. Məsələn, evdar qadının borş üçün aldığı ət son məhsul ola bilər, belə ki, son
istehlak üçün alınıb. “Makdonalds” restoranı tərəfindən alınan ət isə ara məhsuldur,
belə ki, emal ediləndən sonra çizburgerin içinə qoyularaq son məhsul olacaq.
Son məhsulun məcmu dəyər = Bütün satışların məcmu dəyəri —Ara məhsulun
məcmu dəyəri

4. ÜDM-u hesablaması variantları


ÜDM-u hesablamağın bir neçə yolu var:
I variant UDM = C + İ + G + ( EX –İM)
164

 C – Əhalinin istehlak xərcləri


 I – Ümumi xüsusi investisiyalar
 G – Dövlət xərcləri
 EX – İxrac
 İM – İdxal
II variant UDM = İMD –OM + V - S
 OM – Son məhsul (İMD) üçün istifadə olunan başqa məhsulların dəyəri
 V – Məhsul üçün vergi
 S – Subsidiyalar
III variant UDM = XUDM + A
XÜDM = G + DG + V –S
 XÜDM – Xalis ÜDM
 A – Amortizasiya
 G – Razılaşmaya əsasən hüquqi və ya fiziki şəxsin (yəni, işəgötürənin) işçisinə
ödəməli olduğu məbləğlər
 DG – Digər gəlirlər
5. İqtisadiyyatın strukturunda olan disproporsiyalar və onlarən aradan
qaldırılması
Struktur dəyişikliyi siyasətinin səmərəliliyi müvafiq elm sahələrinin inkişaf
səviyyəsi, elmi-texniki yeniliklərin tətbiqi vəziyyəti ilə birbaşa əlaqəlidir. Məlum
həqiqətdir ki, müstəqilliyin ilk dövrlərində elm sahələrinə diqqət zəifləmiş, elmi-
texniki nailiyyətlərin maliyyələşdirilməsi xeyli azalmışdır. Belə səbəblər
respublikanın əsas elmi potensialını xeyli zəiflətmişdir. Müasir dövrün tələblərini
nəzərə alan struktur siyasəti bazar münasibətlərinin inkişafından istifadə edərək məhz
elm vasitəsilə resursqoruyucu və tullantısız istehsallar, yüksək texnologiyaya
əsaslanan sahələr yaratmışdır. Elmin köməyi ilə "enerciqoruyucu" vasitələrini də əldə
etmək olar.
Enerci sisteminin iqtisadiyyatda və cəmiyyət həyatının digər sahələrində əvəzsiz
rolunu əsas götürən iqtisadçılar struktur dəyişmələrində prioritetin
elektroenergetikaya verilməsi ideyasını irəli sürürlər. Həqiqətdir ki, bütün sənaye
istehsalı, aqrar bölmədəki müəyyən təsərrüfatlar, tədavül və xidmət sferası elektrik
enercisi olmadan fəaliyyət göstərə bilməz. Deyilənləri əsas götürərək qeyd etmək
lazımdır ki, respublikamızda yanacaq-xammal sferasını inkişaf etdirmək struktur
böhranından çıxmağın əsas istiqamətlərindən biridir. Burada dövlət xammala və
enerciyə olan ictimai tələbatlarla təbii sərvətlərin ictimai istifadə imkanları arasında
uyğunsuzluğun aradan qaldırılması üçün zəmin yaratmalıdır.
Beləliklə, makroiqtisadiyyatdakı struktur dəyişmələrinə dövlət müdaxiləsi
vacibdir. Başqa sözlə, bu proses dövlətin tənzimləyici və istiqamətverici siyasəti
əsasında həyata keçirilməlidir. Dövlətin struktur siyasəti resursqoruyucu və tullantısız
165

texnologiyaların, yüksək texnoloci istehsalların, elm və elektroenergetikanın


inkişafına şərait yaratmalıdır. Belə sahələrin fəaliyyətinə nəzarəti əlində
cəmləndirməklə, dövlət onların bazara fəal təsirini də çevik tənzimləyə bilər.
Yaponiya və Cənubi Koreyanın təcrübəsində sübut olunduğu kimi, struktur
dəyişiklikləri, bir tərəfdən, dövlət və bazarın əlaqələndirilməsini, digər tərəfdən isə
kiçik və orta biznesin dəstəklənməsini nəzərdə tutur. Struktur dəyişmələri siyasəti
bazar sektoruna da toxunur. İqtisadçıların fikrincə, bazar konyunkturu ilə birbaşa
əlaqəli olduğuna görə, istehlak malları istehsal edən sahələr bazar mexanizminin
tərkib elementlərinin - tələbin, təklifın, qiymətin və rəqabətin fəaliyyətini mütləq
nəzərə almаlıdır. Bu baxımdan xalq istehlakı malları və kənd təsərrüfatı məhsulları
istehsal edən sektorlara dövlətin müdaxiləsi də məhdud olmalıdır.
İqtisadiyyatın bütün sahələrində, o cümlədən hasilatda həyata keçirilən struktur
dəyişiklikləri idarəetmə mexanizminin, texnologiyanın, istehsalın və əməyin elmi
təşkilinin, hasil olunmuş məhsulların reallaşdırılması formalarının fasiləsiz
təzələnməsi prosesləri ilə əlaqələndirilməlidir. Müasir iqtisadi struktur o şəraitdə
səmərəli ola bilər ki, istehsal amillərinin tərkibinə müntəzəm olaraq innovasiya
fəaliyyəti də daxil edilsin. Başqa sözlə, amillərin seçilməsi və onların formalaşması
reciminə görə keyfiyyətcə yeni istehsal tipi yaradılmalıdır.
Respublikamızın iqtisadiyyatının strukturunun yaxşılaşdırılması, onun
dinamikliyi və çevikliyinin təmin edilməsi üçün, ilk növbədə, sənaye sahələrində
struktur dəyişiklikləri aparılmalıdır. Müstəqilliyini, o cümlədən iqtisadi
təhlükəsizliyini təmin etməkdən ötrü Azərbaycan dövləti öz daxili resurslarından -
təbii və əmək ehtiyatlarından maksimum səmərə ilə istifadə etməli, öz milli sərvətinə
daha məsuliyyətlə yanaşaraq, gələcək inkişafına təminat yaratmalıdır. Respublika,
hökuməti dövlətin və xalqın mənafelərini əks etdirən iqtisadi inkişaf proqramı
hazırlamalı və səmərəli struktur siyasətinin həyata keçirilməsinə nail olmalıdır.
6. İqtisadi təhlükəsizliyin təmin olunması strategiyası
İqtisadi təhlükəsizliyin təmin olunması məqsədi. İqtisadi təhlükəsizliyin təmin
olunması dedikdə iqtisadiyyatın elə inkişaf səviyyəsi başa düşülür ki, şəxsiyyəti və
ümumilikdə yaşayış tərzinin yaxşılaşmasına, sosial-iqtisadi və hərbi siyasi stabilliyin
təmin olunmasına və dövlətin ərazi bütövlüyünün qorunmasına imkan verən iqtisadi
inkişaf səviyyəsi başa düşülür.
Ümumilikdə iqtisadi təhlükəsizlik strategiyasının mahiyyəti gözlənilən və ya
qəfldən baş verə biləcək daxili və xarici təhlükəni aradan qaldırılmasına imkan verən
iqtisadi inkişaf səviyyəsinə nail olunmasından ibarətdir.
Respublikada iqtisadi təhlükəsizlik strategiyası istehsal və elmi-texniki inkişaf
səviyyəsinin saxlanılmasına, yoxsulluğa qarşı tədbirlərin həyata keçirilməsinə,
əhalinin ayrı-ayrı qrupları və ölkədə yaşayan millətlər arasında konfliktlərin aradan
qaldırılmasına istiqamətlənməlidir.
166

İqtisadi təhlükəsizliyin təmin olunmasında dövlətin straetgiyası qanunverici,


icraedici, məhkəmə hakimiyyəti, ictimai və s. birliklər sistemi vasitəsilə həyata
keçirilir. Dövlət strategiyası ancaq o vaxt müvəffəqiyyətlə həyata keçirilə bilər ki,
müəyyən tələblər yerinə yetirilmiş olsun. Bunlara aşğıdakıları aid etmək olar:
a. Prezident aparatının və hökumətin, bələdiyyə icra orqanlarının
funksiyaları dəqiq müəyyən edilməlidir.
b. Dövlət idarələri və bələdiyyə idarələrinin funksiyalarına uyğun olaraq
bələdiyyə və yerli səviyyələrdə vəzifələr dəqiqləşdirilməlidir.
Dövlətin idarəedici funksiyasının zəruri informasiya təminatı olmalıdır.
İqtisadi təhlükəsizliyin təmin olunmasının mühüm əsas məsələləri respublikanın
sosial-iqtisadi inkişaf proqnozu tərtib olunarkən nəzərə alınmalıdır.
İqtisadi təhlükəsizliyin təmin olunmasının dövlət strategiyası ölkənin iqtisadi
siyasəti çərçivəsində həyata keçirilməlidir. Bu zaman şəxsiyyətin hər tərəfli inkişafı,
onların konstitusiya hüquqlarının qorunması, azad və demokratik inkişafa nail
olunması, cəmiyyət üzvlərinin və dövlət orqanlarının qanuna sözsüz əmək etmələri
nəzərə alınmalıdır.
İqtisadi təhlükəsizlik strategiyasının effektivliyinə nail olmaq üçün etibarlə
dəqiq formalaşdırılmış dövlət sistemi olmalıdır. Bu sistem ölkədə baş verən
dəyişikliklərin daha az itkilərlə başa gəlməsinə və mühüm məsələlərin həllində
tənzimləməni həyata keçirməyə imkan verməlidir. Bu zaman iqtisadiyyata dövlətin
müdaxiləsinin hüdudları və dövlət bölməsinin sərhədləri dəqiq müəyyənləşdirilməli,
dövlət tənzimləmə metodlarının effektli inkişafı təmin olunmalıdır.
İqtisadi təhlükəsizliyin təminolunması tədbirləri. İqtisadi təhlükəsizlik
məqsədinin strategiyasının qoyuluşu və müəyyən edilməsi vəzifə və tədbirlərin
konkretləşdirilməsiaparılmadan siyasəti və əməli fəaliyyətin mühüm aləti ola bilməz.
Bununla əlaqədar dövlət ölkəni iqtisadi böhrandan çıxarılmasının kompleks tədbirlər
sistemini hazırlamalı və həyata keçirməlidir. Bununla da ölkənin iqtisadi təhlüksizliyi
üçün zəmanət yaranmış olur. Həmin kompleks tədbirlər iqtisadiyyatın bütün
sferalarında reallaşdırılmalıdır.
İqtisadi təhlüksizliyin təmin olunmasının bu tədbirləri dövlətin aktiv struktur, sosial-
iqtisadi, instisional dəyişikliklərin aparılması və maliyy-kredit stabilliyinin təmin
olunması siyasəti istiqaməti əsasında reallaşdırılmalıdır.
Ölkədə iqtisadi strutru siyasəti makrosəviyyədə reallaşdırılır. Bu zaman
məcmu tələbin yüksəlməsi, yığım normasının artırılması, investisiya mühitinin
formalaşması tapşırıqları həll olunmalıdır ki, ölkədə transformasiya prosesi rəvan
egtsin. Nəzərə almaq lazımdır ki, investisiya vəsaitlərin daha prioritet sahələrə
yönəldilməsi, maliyyə axınının sektorlar arasında daha məqsədəuyğun
bölüşdürülməsi, yerli istehsalçıların proteksionizm qanununa uyğun olaraq
167

qorunması, ixracın stimullaşdırılması ölkə iqtisadiyyatının transformasiyası ilə


uyğunlaşdırılmalıdır.
İqtisadi təhlükəsizliyin reallaşdırılması mexanizmi. İqtisadi təhlükəsizliyin
təmin olunması və onun reallaşdırılması müəyyən fəaliyyət mexanizminin olmasını
tələb edir.
Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması mexanizmi
– iqtisadi təhlükəsizliyin dəf edilməsi üçün iqtisadi-təşkilati və hüquqi tədbirlər
sistemidir.
Bu mexanizm özündə aşağıdakı elementləri əks etdirir:
iqtisadi təhlükəsizliyə təsir edə biləcək amillərin proqnozunu aparmaq və onlar
üzrə hərtərəfli obyektiv monitorinq tətbiq etmək.
Sosial-iqtisadi göstəricilərin son mümkün olan həddinin müəyyən edilməsi.
Belə ki, həmin həddin keçilməsi cəmiyyətdə sosial konfliktlər, qeyri stabillik yarada
bilər.
İqtisadi təhlükəsizliyin törənməsinə səbəb ola bilən daxili və xarici amillərin
aşkar edilməsində dövlətin fəaliyyəti
Bu elementlərin hər birinə ayrı-ayrılıqda nəzər yetirək. Manitorinq nəzarət sistemidir.
İqtisadi monitorinq inkişaf
göstəricilərinin səviyyəsini müşahidə etmək üçün tətbiq olunur. Belə ki, monitorinqin
aparılması nəticəsində müəyyən etmək mümkün olur:
7. Davamlı inkişafın təmin edilməsi üzrə dövlət mexanizmi
İqtisadçıların əksəriyyəti iqtisadi təhlükəsizliyi daxili və xarici amillərin təsirinə
qarşı iqtisadiyyatın dayanıqlı olması, dayanıqlılığı isə onun sabit, daimi inkişafı kimi
səciyyələndirirlər. Əgər iqtisadiyyat inkişaf etmirsə, demək, onun yaşamaq imkanı da
yoxdur. Dayanıqlılıq və iqtisadi inkişaf iqtisadi təhlükəsizlik probleminə dinamik
yanaşmanı tələb edir. Bu ilk növbədə onunla əlaqədardır ki, iqtisadi təhlükəsizlik
göstəricilərinin özü də zaman keçdikcə dəyişilir, ona yeni ünsürlər əlavə olunur.
Ölkənin sosial-iqtisadi inkişafının dinamikliyi onun iqtisadi təhlükəsizliyinin
təmin edilməsi üçün ilkin zəruri şərtdir. Belə ki, ölkənin iqtisadiyyatının davamlı və
dayanıqlı inkişafını təmin etmək üçün inkişaf prosesində qarşıya çıxan problemlər öz
həllini vaxtında tapmalıdır. Əks halda, bu problemlər sosial-iqtisadi inkişafın
buxovuna çevrilir və ölkə üçün daim qaynaqlanan təhlükə mənbəyinə çevrilir.
İqtisadi təhlükəsizliyin mahiyyətini başa düşmək üçün onun “inkişaf” və
“sabitlik” anlayışları ilə əlaqələrini aydınlaşdırmaq vacibdir. İnkişaf iqtisadi
təhlükəsizliyin komponentlərindən biridir. Əgər iqtisadiyyat inkişaf etmirsə, onda
onun yaşamaq, daxili və xarici təhlükələrə müqavimət göstərmək və uyğunlaşmaq
imkanları kəskin azalır. Sabitlik və təhlükəsizlik – vahid sistem kimi iqtisadiyyatın ən
mühüm səciyyəvi xüsusiyyətləridir. Onları bir-birinə qarşı qoymaq olmaz, onlardan
hər biri iqtisadiyyatın vəziyyətini özünəməxsus şəkildə səciyyələndirir. İqtisadiyyatın
168

sabitliyi onun elementlərinin möhkəmliyini və etibarlılığını, sistem daxilindəki


şaquli, üfüqi və digər əlaqələri, daxili və xarici “yüklərə” davam gətirmək
qabiliyyətini əks etdirir. Təhlükəsizlik daxili və xarici təhlükələr, habelə gözlənilməz
və çətin proqnozlaşdırılan amillərin təsiri şəraitində yaşamaq və inkişaf etmək
qabiliyyəti nöqteyi-nəzərindən obyektin öz əlaqələr sistemindəki vəziyyətidir.
İqtisadi təhlükəsizliyə çox vaxt iqtisadi sistemin, əhalinin normal həyat
fəaliyyətinə şərait yaratmaq qabiliyyətini, milli iqtisadiyyatın inkişafını resurslarla
fasiləsiz olaraq təmin etmək, eləcə də milli-dövlət maraqlarını ardıcıl reallaşdırmaq
qabiliyyətini müəyyən edən mühüm keyfiyyət xarakteristikası kimi baxılır.
Beləliklə, milli təhlükəsizlik iqtisadi təhlükəsizlikdən geniş anlayış olub, iqtisadi
təhlükəsizlikdən başqa özünə siyasi, hərbi, sosial, informasiya, ekologiya, elm,
mədəniyyət, mənəviyyat və s. təhlükəsizliyi daxil edir.
Müasir şəraitdə ekoloci təhlükəsizliyin təmin edilməsi, istər milli, istərsə də
beynəlxalq səviyyədə prioritet problemlər sırasındadır. Mühüm sosial əhəmiyyət kəsb
edən bu problemin həlli ilə bağlı məsələlər dövlət tənzimlənməsi, o cümlədən iqtisadi
tənzimləmə sferasına daxildir. Odur ki, bu sahədə tənzimləmənin konseptual
əsaslarının dövlət tərəfindən ekoloci tarazlığın təmin edilməsinə yönəldilən səmərəli
tədbirlər siste¬minin həyata keçirilməsi baxımından ətraflı araşdırılması mühüm
əhəmiyyətə malikdir.
“Dayanıqlı inkişaf” adətən müasir tələbatları ödəyən, eyni zamanda gələcək
nəsillərin öz tələbatlarını ödəmək imkanlarını təhlükə altına salmayan inkişaf kimi
qəbul edilir. Tədqiqatçılar inkişafda zəif və güclü dayanıqlığı fərqləndirirlər. Zəif
dayanıqlılıq təbii resursların istifadə edilib tükənməsinin renta gəlirlərinin insan
tərəfindən yaradılan kapitalın artırılmasına istifadəsi ilə əvəzləndiyi vəziyyətlə
səciyyələnir. Güclü dayanıqlılıq isə insanların təbiət kapitalını, ən azı, onun insan və
bütövlükdə ekosistemin inkişafı üçün ən vacib olan elementlərinin saxlanılmasına
çalışmasını nəzərdə tutur.
Dayanıqlı inkişafın təmin edilməsinə yönəldilən proqramların reallaşdırılması
xüsusi mexanizmlərin hazırlanması ilə bağlıdır. Bu məsələ, inkişaf etməkdə olan və
keçid iqtisadiyyatlı ölkələr üçün daha böyük aktuallığa malikdir. Eyni zamanda,
nəzərə almaq lazımdır ki, qeyd edilən mexanizmin öz təyinatı üzrə səmərəli
fəaliyyətinə təminat yaradılmasının başlıca şərtlərindən biri təbiət resursları üzərində
mülkiyyət hüququ məsələsinin düzgün həllidir.
Beynəlxalq sənədlərdə göstərildiyi kimi, ətraf mühitin mühafizəsi və ekoloci
problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir. Bu
baxımdan davamlı inkişaf respublikada ətraf mühitin qorunması və təbii resurslardan
davamlı istifadəni tələb edir. Belə ki, XXI əsrin gündəliyində irəli sürülən
müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli
istifadə ilə bağlıdır. Son illərdə ətraf mühitin mühafizəsi və ekoloci problemlərin həlli
169

istiqamətində respublikamızda müəyyən iş görülmüşdür. Bu baxımdan Azərbaycanda


davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii
ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazası yaradılmışdır. Rio
Konfransından keçən müddət ərzində əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi,
ekoloci təhlükəsizlik və təbii resurslardan səmərəli istifadəyə dair 20-dən çox milli
qanun qəbul edilmişdir.
Azərbaycanda ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində
milli səviyyədə müəyyən təşkilatı tədbirlər həyata keçirilmiş, davamlı inkişafa keçid
prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması
istiqamətində müəyyən institusional tədbirlər görülmüşdür. Bu tədbirlərdən ən
mühümü 2001-ci ilin may ayında yeni strukturları əhatə edən Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin yaradılmasıdır.
Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə ən zəngin
biomüxtəlifliyə malik olan ölkələrdən biridir. Azərbaycanda bir çox bitki və heyvan
növləri endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud deyil. Bu
zəngin bioloci müxtəliflik bir çox təsirlər nəticəsində təhlükə altındadır. Tərtib
olunmuş Qırmızı Kitaba görə, Azərbaycan Respublikasında yüzlərlə bitki və heyvan
növləri təhlükə altındadır və müxtəlif qorunma statusuna malikdir. Azərbaycanda
biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə
malikdir.
Respublikamızda davamlı inkişafın təmin olunması baxımından bioloci
müxtəlifliyin qorunması üçün aşağıdakı strateci tədbirlərin həyata keçirilməsi
məqsədəmüvafiqdir:
- Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün ekoloci proseslərə, beynəlxalq
konvensiyalara, digər ölkələrarası və regional müqavilələrə qoşulmaq;
- Bioloci müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və
onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkələrin flora və faunasının
Qırmızı və Yaşıl Kitiablarının tərtibi və yeniləşdirilməsi;
- Xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qorunma statusuna malik olan bitki
və heyvanlar aləminin bərpası üçün müvafiq şəraitin yaradılması;
- Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genefondunun
qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii ərazilərdə, botanika
bağlarında, zooloci parklarda saxlanılması üçün şəraitin yaradılması;
- Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir
altına düşə bilən təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması;
- Biomüxtəlifliyin qorunması məqsədilə yeni milli parkların yaradılması.
8. Ərzaq təhlükəsizliyi və onun təmin edilməsi
Ümumiyyətlə, ərzaq probleminin qlobal səviyyədə həlli – müxtəlif ölkələrin
170

qarşılaşdıqları bir çox sosial-iqtisadi problemlər ilə bağlıdır. Buraya sənayeləşmə və


urbanizasiya proseslərinin güclənməsi, kənd təsərrüfatı məhsullarının istehsalı
istiqamətlərinin təyinat və ölçülərinin dəyişməsi, ekoloci təmiz ərzaq məhsullarının
həcminin azalması və digər taleyüklü, həmçinin ciddi narahatlıq doğuran məsələri aid
etmək olar. Eyni zamanda, qlobal ərzaq probleminin yaranmasında təbii ehtiyatların
mövcudluğu, iqtisadi inkişaf səviyyəsi, yığımın artım sürəti, kənd təsərrüfatının
texnika ilə silahlanma səviyyəsi, qabaqcıl istehsal metodlarından istifadə edilməsi,
kənd əhalisinin məşğulluq və təhsil səviyyəsi, aqrar-ərzaq kompleksində dövlətin
tənzimləyici rolu, demokratik idarəçilik formalarının mövcudluğu kimi bu və digər
amillər həlledici rola malikdirlər.
Azərbaycanda ərzaq keyfiyyəti və qida təhlükəsizliyinin idarəedilməsi
sistemlərinin müasirləşdirilməsi də olduqca aktualdır və həmin tədbirlər sırasındadır.
Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, Azərbaycanın
istehlak bazarına zərərli və keyfiyyətsiz ərzaq məhsullarının daxil olmasının
qarşısının alınması məqsədilə təhlükəsizliyin idarəedilməsi sistemlərinin və nəzarət
mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması əsas vəzifələrdən biridir.
Lakin qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin modernləşdirilməsi xeyli
vaxt və vəsait, bilik və informasiya, səriştə və bacarıq tələb etdiyi üçün qabaqcıl
təcrübənin öyrənilməsi, Azərbaycan şəraitində səmərəli işləyə biləcək mexanizmlərin
tətbiq edilməsi üçün seçim edilməsi və uyğun olanların təbliği üçün əsaslar
yaradılması olduqca vacibdir.
Qida təhlükəsizliyi sahəsində müasir idarəetmə sistemləri haqqında
danışmazdan öncə qida təhlükəsizliyi ilə bir çox hallarda qarışdırılan və ya səhv
salınan bir neçə digər amillərə aydınlıq gətirmək məqsədəmüvafiqdir. Bunlar ərzaq
təhlükəsizliyi və ərzaq keyfiyyəti kriteriyalarıdır. Bir çox hallarda ərzaq təhlükəsizliyi
və ərzaq keyfiyyəti anlayışları qida təhlükəsizliyi ilə səhv salınır və ya onları
eyniləşdirirlər. Yəni, bu terminlərin eyni məna daşıdığını yəqin edir və sinonim sözlər
kimi istifadə etməyə çalışırlar. Lakin bunlar tamamilə müxtəlif və fərqli terminlər
olmaqla müxtəlif mahiyyət daşıyıcılarıdır.
Ərzaq təhlükəsizliyi dedikdə istehlakçı üçün ərzağın əlyetərliyi – istehlak
bazarında ərzağın fiziki mövcudluğu və istehlakçının öz tələbatını ödəməsi üçün
həmin ərzağı almaq, əldə etmək imkanı başa düşülür. Yəni, ərzaq təhlükəsizliyi
ərzağın istehlak bazarındakı miqdarı və istehlakçının alıcılıq qabiliyyətinin vəhdəti ilə
səciyyələnir.
Ərzaq keyfiyyəti ərzağın istehlakçı üçün dəyərliliyi ilə xarakterizə olunur. Ərzaq
keyfiyyəti ərzaq xammalının növü, istehsal texnologiyası, dad, rəng, struktur qu-
ruluşu və s. kimi müsbət, habelə xarab olma, torpaqla çirklənmə, rəngin, iyin, dadın
dəyişməsi və s. kimi mənfi atributları özündə əks etdirir. Qida təhlükəsizliyi dedikdə
hər hansı bir qida məhsulunun insan sağlamlığı üçün zərərli olan bioloci, kimyəvi və
171

fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur. Qida təhlükəsizliyi hər hansı
bir qidanın insan, heyvan və ətraf mühüt sağlamlığı üçün təhlükə mənbəyi olmaq
ehtimalından azad olmasıdır. Qida təhlükəsizliyi – sağlamlıq üçün fəsadlar yarada
biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya
sonradan qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir.
Qida təhlükəsizliyinin təmin edilməsində həyata keçirilən dövlət tədbirləri ilə
yanaşı, ərzaq məhsullarının istehsalçıları, emalçılar, ərzaq məhsullarının ticarəti ilə
məşğul olan təsərrüfat subyektlərinin üzərinə də böyük məsuliyyət düşür. Yuxarıda
haqqında danışdığımız qida təhlükəsizliyinin idarəedilməsi mexanizminə əsasən
məhz ərzaq istehsalı zəncirinin iştirakçıları qida təhlükəsiziliynə görə cavabdehdirlər.
İstehsalçılar və ticarətçilər öz fəaliyyətlərində qida məhsullarının təhlükəsizliyini əsas
tutmalı, istehlakçılara sağlam ərzaq məhsullarının çatdırılmasını özlərinin ən
müqəddəs və şərəfli öhdəlikləri kimi qəbul etməlidirlər. Əhalinin sağlamlığı
dövlətçilik prinsiplərinin əsas qayələrindən biridir və hər bir kəsin iqtisadi
maraqlarından qat-qat üstündür.

MÖVZU 14
Dövlət sifarişi və kontrakt münasibətlərinin tənzimlənməsi.
Suallar:
1. Dövlət sifarişinin mahiyyəti və əlamətləri.
2. Dövlət sifarişinin həyata keçirdikləri funksiyaları.
3. Dövlət sifarişinin tətbiq sahələri.
4. Dövlət sifarişinin həyata keçirilməsinin kontrakt sistemi.
5. Kontrakt sisteminin fəaliyyətinin iqtisadi mexanizmi.
6. Dövlət sifarişi sisteminin problemləri.

1. Dövlət sifarişinin mahiyyəti və əlamətləri.


Dövlət sifarişi – dövlət və təsərrüfat subyektləri arasında məhsul istehsalı və
çatdırılması, eləcə də müxtəlif növ xidmətlərin göstərilməsi üzrə razılaşma və
müqavilə formasıdır. Bir çox iqtisadi, sosial, ekoloci və müdafiə vəzifələri öz
miqyasının genişliyinə və ümummilli əhəmiyyətinə görə təsərrüfat subyekti
səviyyəsində həll oluna bilməz. Bu səbəbdən də dövlət ölkənin ictimai rifahlarla
təmin edilməsini öz öhdəsinə götürür. Bunun üçün dövlət malik olduğu imkanlar
çərçivəsində kompleks məqsədlər proqramı hazırlayır ki, onun da mərkəzində dövlət
sifarşləri durur.
Dövlət sifarişlərinin əlamətləri konkretlik, prioritetlik və ödənişlilikdir. Öz
sifarişi-ni yerləşdirən dövlət orqanı tələbin parametrlərini, yerinə yetirilmə müddətini,
məhsulun istehlakçıya çatdırılmasının metod və formalarını göstərir. Sifarişin
172

maliyyələşdirilməsi mənbəyi kimi sifarişin növündən və təyinatından asılı olaraq


büdcə və büdcədənkənar fondlar çıxış edə bilər.
Dövlət sifarişlərinin rəqabətliliyi bu idarəetmə alətinin uğurlu istifadəsi üçün ən
əsas şərtlərdən biridir. Burada direktivlik prinsipinin əvəzinə prioritetlik prinsipi
nəzərə alınmalıdır. Sifarişlərin müsabiqə yolu ilə bölüşdürlməsi bu sifarişlərin yerinə
yetirilmə-sində iqtisadi maraqlandırmanın təmin edilməsinə xidmət edir.
Dövlət sifarişləri məcmu ictimai tələbə təsir edilməsinin bir alətidir. Dövlət
böhran və depressiya dövrlərində sifarişlərin həcmini artırır, artım dövründə isə ifrat
istehsalın qarşısını almaq məqsədilə azaldır, bununla da iqtisadi tsiklləri tənzimləyir.
Dövlət sifarişi müxtəlif əmtəələrin dövlət fondlarını yaradılması, geniş miqyaslı
strateci vəzifələrin həlli, uzunmüddətli struktur siyasətinin həyata keçirilməsi üçün
istifadə olunur. Bu, dövlətə struktur böhranlarına davam gətirməyə imkan verir.
Dövlət sifarişi perspektivli layihə və proqramların dövlət tərəfindən
dəstəklənməsinin birbaşa formasıdır. Onun vasitəsilə dövlət, təsərrüfat subyektlərinin
yeni məhsulların mənimsənilməsini asanlaşdıra, onların etibarlı satış bazarını yarada
bilər. Bundan əlavə, dövlət sifarişinin alınması firmanın ticarət nişanının presticini
artırır. Dövlət alışına razılıq alınmasının və elmin maliyyələşdirilməsinin səmərəliliyi
bazar iqtisadiyyatında onlar uğrunda kifayət qədər rəqabət yaradır.
Dövlət sifarişləri aşağıdakı növlərdə ola bilər:
 Dövlət ehtiyacları üçün məhsul alınması;
 Tədqiqatların və yeni texnologiyaların tətbiqinin kreditləşdirilməsi;
 Istehsal və qeyri-istehsal obyektlərinin tikintisinin kreditləşdirilməsi.
Dövlət sifarişinin effektiv tənzimləyici təsirinin imkanları bir sıra səbəblərə
görə məhduddur. Ilk növbədə, onun həcmi dövlət büdcəsinin və büdcədənkənar
məqsədli fondların həcmindən asılıdır, onların vəsaiti isə bütün ümummilli
problemlərin həllinə kifayət edə bilməz. Dövlətin mərkəzləşdirilmiş pul vəsaitlərinin
azlığından əlavə, dövlət sifarişinin nəzərdə tutduğu şərtlərin müəssisələr tərəfindən
yerinə yetirilməsinə nəzarət problemi də mövcuddur.
2. Dövlət sifarişinin həyata keçirdikləri funksiyaları.
Strateci planlaşdırma nöqteyi nəzərindən qeyd etmək lazımdır ki, müsabiqə
əsasında yerləşdirilən dövlət sifarişi dövlət ehtiyacları üçün məhsul alışının ən təsirli
alətlərdən biridir. Qeyd etmək lazımdır ki, iqtisadiyyatın dinamikasından asılı olaraq
(sürətli artım, zəif artım, staqnasiya, böhran) dövlət sifarişi subyektlərinin qarşılıqlı
əıaqəsinin xarakteri də dəyişir. Iqtisadi sistemdə maliyyə axınlarının balansını
aşağıdakı sadə tənliyin köməyilə qiymətləndirmək olar:
Y=C+İ+G ,
Burada, Y – ÜDM
C – istehlak – sərəncamda qalan gəlirlərin funksiyası (vergiləri ödədikdən
sonra qalan gəlir)
173

İ – investisiya
G – dövlət alışları
Dövlət alışları məhsul və xidmətlərə olan tələbin bir komponentidir. Öz
növbəsində bu alışlar dövlət xərclərinin formalarından yalnız biridir. Digər bir
formaya sosial təminat və sosial sığorta kimi transfert ödəmələri daxildir. Transfert
ödəmələri iqtisadi sektorda istehsal edilən məhsul və xidmətlərin tələbinin tərkib
hissəsi deyil. Bu ödəmələr tələbə dolayı yolla təsir edir. Transfert ödəmələri vergilər
əks olunmaqla sərəncamda qalan gəlirləri artırır, vergilər isə gəlirləri azaldır.
Əgər dövlət alışları vergi daxiolmaları ilə transfert ödəmələrinin (T) fərqinə
bərabərdirsə, onda G = T olur və hökumət tarazlı büdcəyə sahib olar; əgər G > T
olarsa büdcə kəsri yaranır, G < T olduqda isə dövlətin öz öhdəliklərini yerinə
yetirməsində istifadə edə biləcəyi müsbət saldo yaranır.
İqtisadiyyatın dayanıqlı və davamlı artımı nöqteyi nəzərindən dövlət
sifarişlərinin vacib funksiyalarını qeyd etmək lazımdır:
Təkrar istehsal funksiyası. Dövlət sifarişi mexanizmi dövlətin tələb olunan
keyfiyyətdə və verilən həcmdə məhsul, iş və xidmətlərə olan ehtiyacı ödəməyə imkan
verir ki, bu da təsərrüfat subyekti olan dövlətin iştirakı ilə stabil qarşılıqlı iqtisadi
əlaqələri təmin edir.
Stimullaşdırıcı funksiya. Dövlət sifarişi investisiya mühitinin yaradılmasının
təsirli aləti olmaqla, effektiv struktur siyasətinin həyata keçirilməsinə təkan verir.
Bununla yanaşı dövlət alışlarının artımı məcmu tələbin artmasının amili kimi çıxış
edir.
Qiymət tənzimlənməsi funksiyası. Dövlət sifarişi dövlət alışlarının qiymət
səviyyəsinə təsir edərək, dolayı yolla bütünlüklə bazar iqtisadiyyatında qiymətlərin
dinamikasına təsir edir.
Strateci funksiya. Inkişafın istiqamətli olması sosial-iqtisadi sistemin
mövcudluğu-nun həlledici amillərindən biridir. Dövlət sifarişi dövlət xidmətlərini
müəyyən səviyyəsini təmin edərək qısamüddətli perspektivdə bu istiqamətlənməni
həyata keçirir. Bu da öz növbəsində dövlət siyasətinin sosial orientasiyasının
dərəcəsindən xəbər verir.
3. Dövlət sifarişinin tətbiq sahələri.
Xarici təcrübə göstərir ki, məhz bazar iqtisadiyyatı ölkələrində (məsələn, ABŞ
və Kanada) dövlət alışları sistemi əsasında həyata keçirilən dövlət istehlakının xüsusi
çə-kisi çox böyükdür. Sənayecə inkişaf etmiş ölkələrdə dövlətin birbaşa dəstəyi, onun
struk-tur siyasətini əks etdirən, kommersiya baxımından innovasiyaların
mənimsənilməsi im-kanlarının məhdud olduğu sferalara yönəldilir. Bu sferalara yeni
yaradılan əmək tutumlu fəaliyyət növləri, eləcə də bərabərləşdirmə tələb olunan
sahələr aiddir. Müvafiq olaraq, dövlətin iqtisadiyyata təsiri bunları nəzərdə tutur:
əhalinin həyat səviyyəsinin yüksəldil-məsini təmin edən az rentabelli müəssisə və
174

sahələrin fəaliyyətinin dəstəklənməsi; böhran dövrünü yaşayan sahələrin


sağlamlaşdıırlması, o cümlədən, mümkün işsizliyin nəticələrinin yumşaldılması üzrə
tədbirlər; geridə qalmış rayonların sənayeləşdirilməsi (yeni müəssisələrin tikintisi, iş
yerlərinin yaradılması, kadrların yenidən hazırlığı); ətraf mühitin mühafizəsi, iri
ekoloci-təsərrüfat proqramlarının həyata keçirilməsi.
Birbaşa dövlət dəstəyinin ən mühüm sferası elm və texnika olaraq qalır, buna
görə də inkişaf etmiş bazar sistemi ölkələrində sənaye müəssisələrinin innovasiya
fəaliyyəti-nin həvəsləndirilməsi dövlətin elmi-texniki siyasətinin ənənəvi istiqaməti
hesab olunur. Müasir şəraitdə hətta müvəffəqiyyət qazanmaqda olan korporasiyalar
da öz innovasiya strategiyalarının maliyyə və texniki dəstəklənməsinə, mənfəətsiz
fundomental-axtarış xarakterli NİOKR-lara dövlət sifarişlərinə, innovasiya fəaliyyəti
üçün əlverişli xarici iqtisadi mühitin yaradılmasına ehtiyac hiss edir. Təbii ki, fərdi
sahibkarlığın maraqlarının təmin olunması dövlətin inkişaf prioritetləri ilə
əlaqələndirilməlidir. Nəticədə, dövlət proqramları, əsas etibarilə milli iqtisadiyyatın
inkişafının məqsəd və vəzifələrini əks etdirir, pul-kredit siyasəti isə məqsədli xarakter
alır. Texnoloci yeniliklərə imkan verən nəticələrə isə müxtəlif növ güzəştlər tətbiq
olunur.
Lakin bazar tipli iqtisadiyyatda dövlət sifarişlərinin rolu kifayət qədər
böyükdür, onun vasitəsilə ictimai tələbatlar reallaşdırılır, ixtiyari prioritet siyasəti
həyata keçirilir. Deməli, əsas məqsəd dövlət sifarişini mərkəzləşdirilmiş direktiv
tapşırıqdan bazar tənzimləmə alətinə çevirməkdən ibarətdir.
Bazar şəraitində dövlət sifarişləri könüllü razılaşmanın əsası kimi istifadə
olunmalıdır (sifarişçi-dövlət və icraçı-müəssisə arasında). Bu yanaşma həm müəssisə
üçün azadlıq ideyasını reallaşdırır, həm də dövlət sifarişini sırf iqtisadi mənşəyə
malik tənzimləmə alətləri ilə bir sırada yerləşdirir.
4. Dövlət sifarişinin həyata keçirilməsinin kontrakt sistemi.
Dövlət sifarişlərinin idarə olunmasının kontrakt sistemi vasitəsilə dövlətlə
müəssisə arasında müqavilə ideyasını reallaşdırmaq olar. Bunun üçün müəssisələrin
sərbəstlik və təşəbbüskarlıq hüquqların qanunvericiliklə təsbit olunması zəruridir.
Dövlət sifarişlərinin idarə olunması sistemi kimi kontraktlar dünyada geniş yayılıb və
onilliklərin təcrübəsi ilə sınaqdan çıxıb. Onlar xüsusilə ABŞ-da geniş tətbiq olunur,
burada Federal kontrakt sistemi yaradılıb və uzun müddətdir ki, fəaliyyət göstərir.
Onun fəaliyyəti müqavilələrin dövlət təzimlənməsinə aid qanunverici aktlar Toplusu
ilə təsbit edilir. Federal kontrakt sistemi vasitəsilə həm dövlətin, həm müəssisələrin
resursları iri miqyaslı proqramların həyata keçirilməsi, fundomental tədqiqatların
aparılması, sənayenin müdafiə sahələrinin işinin təşkil olunması məqsədilə toplanır.
İqtisadi nöqteyi-nəzərdən müqavilələr dövlət vəsaitlərinin xərclənməsinin
reqla-mentləşdirilməsinə imkan verir. Bundan əlavə, dövlət ehtiyacalarının
ödənilməsində mü-əssisələrin rolu artır, belə ki, müqavilədə nəzərdə tutula bilər ki,
175

dövlət sifarişlərinin real-laşdırılmasına xərclər tərəflər – sifarişçi və icraçı arasında


bölünür. Lakin bu məqamda bir sual ortaya çıxır: müəssisə könüllü olaraq dövlətlə
müqavilə münasibətlərinə daxil olduqda onun marağı nədən ibarət ola bilər? Dövlət
idarəetməsi üçün müqavilələrin rolu aşkardır. Onların vasitəsilə dövlət səviyyəsində
resurslar cəmlənir və xüsusi əhəmiyyətli strateci vəzifələr həll edilir. Müəssisələrə
gəldikdə isə, burada məsələ daha mürəkkəbdir.
Müqavilə sistemi zəruridir, çünki, dövlətlə müqavilənin bağlanması elə bir
xüsusi mexanizm tələb edir ki, hər iki tərəf üçün effektiv olsun və onların
maraqlarına ziyan gə-tirməsin. Belə mexanizm çərçivəsində dövlət sifarişinin
yerləşdirilməsi üzrə layihə mü-sabiqələrinin keçirilmə şərtləri müəyyən edilir,
müsabiqənin gedişində dövlət orqanları-nın işçilərinə daha ucuz layihələri seçmək
imkanı verən iqtisadi meyarlar işlənib hazırlanır.
Dövlət müqaviləsi açıq və ya qapalı müsabiqə vasitəsilə bağlana bilər.
Müsabiqələrin keçirilməsi aşağıdakı mərhələləri əhatə edir: hərracların elan olunması,
namizədin seçilməsi, müqavilənin bağlanması. Bir neçə ərizənin verilməsi zamanı
müqavilə ən aşağı məbləğ tələb etmiş podratçı ilə bağlanır.
Maksimal yol verilən məbləğ dövlət sifarişçisi tərəfindən öncədən müəyyən
edilir. Namizədlər öz ərizələrini göndərərkən bu qiymətdən xəbərdar olmurlar.
Xüsusi mürəkkəb və ya əhəmiyyətli layihələr üçün, qiymətdən əlavə, layihələrin
texniki və s. cəhətlərinin yerinə yetirilməsi üzrə əsaslandırılmalar da baxılır.
Qapalı müqavilə onunla fərqlənir ki, sifarişə görə məsuliyyət daşıyan dövlət
təmsilçisi namizədin seçimində qeyri-formal danışıqlara əsaslanır. Bu yanaşma
təcrübə-eksperimental və ya tədqiqat işləri zamanı, açıq müsabiqəyə namizədlərin
olmadığı halda, sifarişin təcili, eləcə də gizli olduğu hallarda istifadə oluna bilər.
5. Kontrakt sisteminin fəaliyyətinin iqtisadi mexanizmi.
Kontrakt sisteminin işləmə mexanizmi sifariş-müqavilələrin növlər və tətbiq
sferaları üzrə təsnifləşdirilməsi üzərində qurulur. Bu təsnifat əsasında müqavilələrin
tipik formaları işlənib hazırlanır. Onlar, öz növbəsində, dövlət orqanları və
müəssisələr arasında danışıqların bazasını təşkil edir. Danışıqların gedişində
müqavilənin qiymətinin formalaşdırılması qaydası işlənib hazırlanır, onun yerinə
yetirilməsi və xarici şərait dəyişdikcə düzəlişlər aparılması üzərində nəzarət recimi
müəyyən olunur.
Müqavilənin bağlanması və həyata keçirilməsi mərhələlərində tərəflərin hüquq və
vəzifələrini hüquqi cəhətdən təsbit edən xüsusi qanunvericilik aktlarının mövcudluğu
kontrakt sisteminin yaradılması və effektivliyi üçün zəruridir. Bu aktlarda nəzərdə
tutulmalıdır:
1. Dövlətin sahibkarlıq fəaliyyətinin ümumi müddəaları, müqavilə bağlanması
zamanı tərəflərin davranışını reqlamentləşdirən təşkilatı-hüquqi əsaslar və dövlət
orqanının daxili normativləri;
176

2. Müqavilənin yerinə yetirilməsinin icbari şərtləri, burada dövlət sifarişinin


müqavilədə göstərilmiş şərtlərə tam uyğun olaraq yerinə yetirilməsini təmin edən
konkret təsərrüfatçılıq normaları nəzərdə tutulur.
Müqavilə sisteminin iqtisadi mexanizminin əsas ünsürlərinin ətraflı
xarakteristikasına keçək. Ilk növbədə, müqavilə sistemində dövlət sifarişinin
yerləşdirilməsi üzrə layi-hələrin müsabiqə əsasında seçilməsi vacib rol oynayır.
Yuxarıda qeyd olunmuşdu ki, bu sistemdə müəssisələri qeyri-bazar şərtləri ilə
fəaliyyət cəlb edir. Müsabiqə bu şərtlərə qarşı çıxır. Onun məqsədi müəssisələri
rəqabət əsasında seçmək və dövlət sifarişini yer-ləşdirməkdir. Bu rəqabət sifarişə
xərclər üzrə daha effektiv lakiyələri seçməyə və son nəticədə dövlət vəsaitlərinə
qənaət etməyə imkan verir. Müsabiqə seçiminin təşkili döv-lət sifarişinin iqtisadi və
texniki şərtlərinin, son məhsulun və xidmətin təhvili müddətinin xüsusi çap orqanında
dərc edilməsini nəzərdə tutur. Geniş aşkarlıq müsabiqə seçiminin icbari şərtidir.
Müsabiqəyə təqdim olunana təkliflərin qiymətləndirilməsi üzrə xüsusi komissiyanın
yaradılması da qanunvericilikdə nəzərdə tutulmalıdır.
Kontrakt sisteminin iqtisadi mexanizminin növbəti elementi kontraktın
maliyyələşdirilməsidir. Dövlət sifarişinin dəyər qiymətləndirilməsi xərclərin birbaşa
hesablanmasın-dan ibarətdir. Onlar dövlət tənzimlənməsinin hüquqi aktları ilə dəqiq
təsbit edilməlidir.
Birinci metod podratçının işinin iqtisadi effektivliyinin qiymətləndirilməsi
üzərində qurulur. “Podratçının çəkili paylı iştirak” prinsipi qəbul edilir. Bu prinsipə
görə sifarişçi sifarişin yerinə yetirilməsində podratçının iştirakı amilini nəzərə almağa
çalışır: podratçının maddi payını, idarəetmədə istifadə edilən metodları, məhsulun
keyfiyyəti, texnoloci yeniliklərin istehsala təsiri, podratçı tərəfindən seçilən maliyyə
və material resurslarının həcmi. Hesablamaların birinci mərhələsində planlaşdırılan
istehsal xərclərinin hesablanması elementlər üzrə bölünür və hər biri üçün mənfəət
norması təyin edilir. Sonra mənfəətin mütləq həcmi müəyyənləşdirilir və mənfəətin
dövlət sifarişi xərclərində payı (proqnoz) hesablanır. Sonra isə kommersiya və
texnoloci risk dərəcəsi nəzərə alınmaqla korrektə edilir.
2-ci metod mürəkkəb və yeni texnologiyaların istehsalı üzrə hesablamalarda
istifadə edilir. Mənfəət norması müəyyən olunarkən aşağıdakı meyarlar nəzərə alınır :
 sifarişin yerləşdirilməsində rəqabət dərəcəsi
 kommersiya riskinin ölçüsü
 sifarişin mürəkkəbliyi
 podratçının maddi vəsait qoyması
 sub-podrat işlərin miqyası.
Mənfəətin yekun bölgüsündə podratçının sosial siyasəti, kişik müəssisələrə
sub-podratların ayrılması, gəlirin bir hissəsinin regional büdcəyə köçürülməsi
diqqətə alınır.
177

Hər iki metod sifarişin yerinə yetirilməsi xərcləri ilə podratçının mənfəət
ölçüsünün əlaqələndirilməsini əks etdirir. Lakin bu mənfəət daha çox satışın
həcmindən, avans kapitalının ümumi ölçüsündən (dövlət subsidiyaları, amortizasiya
və vergi güzəştləri də daxil olmaqla) asılıdır. Bununla əlaqədar mənfəət norması
sifarişin yerinə yetirilməsinə yönəldilən investisiya həcminə görə deyil, sifarişin
dəyərinə görə hesablanır və bir qayda olaraq həmin sahədəki orta mənfəət
normasından yüksək olur. Bu dövlət sifarişlərinin müəssisələr üçün sərfəli olmasının
səbələrindən biridir.
6. Dövlət sifarişi sisteminin problemləri.
Dayanıqlı iqtisadi inkişafın mənbələrini axtarmaq üçün dövlət sifarişləri
sisteminin bir sıra problemlərinə nəzər salmaq lazımdır. Bu təsnifat dövlət sifarişləri
sisteminin inkişafının daxili potensialını görməyə imkan verir və onun həyata
keçirilməsinin rəsmi mərhələlərinə (formalaşdırma, yerləşdirmə və icra) zidd deyil.
Şübhəsiz ki, dövlət alışlarının planlaşdırılması probleminin həlledici məqamı –
sifarişçinin tələblərini, yəni dövlət ehtiyaclarını müəyyən etməkdir. Bu problem
bütün dövlət sifarişləri sistemində qalmaqdadır. Onun aktuallığı dövlət sifarişlərinin
müxtəlif sferalarında texnologiyaların tərəqqisindən irəli gəlir. Bu məsələ ayrı bir
müzakirənin mövzusudur. Indi isə aşağıdakı məqama xüsusi diqqət yetirmək
lazımdır. “Tələbat” kateqoriyasının özü dövlət sifarişləri bazarı və kommersiya
sektorunda müxtəlif anlayışlara malik olur (ikincinin prioritet məqsədi mənfəət əldə
etməkdən ibarətdir). Kommersiya sektoru daim daha çox gəlir gətirə bilən tələbin
ödənilməsinə meylli olur. Öz biznesindən gəlir götürməyən firma tezliklə iflasa
uğrayır (daha aydın misal – təhsilin kommersiyalaşdırılması və ya stomatoloci
xidmətin göstərilməsi ola bilər).
Dövlət sifarişçisinin tələbatının prinsipial özəlliyi onun sistemli xarakterə malik
olmasıdır. Dövlətin (və dövlət sifarişləri sferasının) miqyası cəmiyyətin miqyası ilə
uzlaşır. Bu səbəbdən də hər hansı sferada dövlətin məqsədləri də sırf sosial meylli
olur, halbuki, miqyasından asılı olmayaraq heç bir korporasiya bunu icra edə bilməz.
Dövlət və kommersiya sektorlarında “tələbat” termininin məzmunlarındakı fərq
məhsul bazarlarının marketinq araşdırmalarına xüsusi diqqət yetirməsinə zərurət
yaradır. Kommersiya sektorunda tətbiq olunan marketinq konsepsiyasının (“tələbat
tap və onu ödə”) bəsit köçürülməsi çətinliklərə səbəb ola bilər. Bu çətinliklər xüsusilə
də həmin konsepsiyanın aşağıdahı transformasıyası zamanı aşkar görünür: “tələbat
yarat və onu ödə” (reklam – burada əsas alətdir).
Marketinqin bazar konsepsiyaları sırasında dövlət sifarişləri üçün daha uyğun
olanı istehsal amilinin ətraf mühitlə (ekologiya) uzlaşdırılmasının (büdcə vəsaitinə
qənaəti) sifarişlərə təsirini öyrənməkdir. Təbii ki, əmtəə, xidmət və əmək bazarının
seqmentləşdirilməsi də (məsələn, istehsalçıların təkliflərinin verilənlər bazası)
kommersiya seqmentləşdirilməsindən fərqlənir.
178

Podrat müsabiqələrində iqtisadi effektivliyin səviyyəsi aşağıdakı şəkildə


hesablanır:
E = ( B – K ) / B%
burda B - büdcə vəsaitlərinin həcmi
K - dövlət kontraktının qiymətidir
Daha sonra təşkilati xarakterli problemləri öyrənməliyik. Bunun üçün dövlət
sifarişlərini vəziyyətinin “istehsalçıların seçilməsi üzrə müsabiqələrin həyata
keçirilməsinin effektivliyi” indikatoruna müraciət etmək olar. Bunu daha aşkar olaraq
podrat müsabiqə hərracları timsalında etmək olar, belə ki, onlar həm müsabiqənin
predmeti, həm də zaman amilinə görə daha mürəkkəb hesab olunur.
Mövzu 15.
Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı.
Suallar:
1. Biznes mühiti anlayışının mahiyyəti və başlıca xüsusiyyətləri
2. Azərbaycan iqtisadiyyatında sahibkarlığın rolu və əhəmiyyəti
2. Sahibkarlığın inkişafına dövlət dəstəyi siyasəti və tənzimləmə
4. Azərbaycanda sahibkarlığın inkişafı meyilləri
5. Beynəlxalq reytinqlərdə biznes mühti üzrə Azərbaycanın mövqeyi

You might also like