You are on page 1of 6

D.

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC


AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

Gəmielektroavtomatikası kafedrası

Avtomatlaşdırılmış avar elektrik qurğuları fənindən

SƏRBƏST İŞ № 1
Avar elektrik qurğularına verilən tələblər və onların sinifləri. Gəminin hərəkət etməsinə
mane olan amillər. Avar vinti və ona düşən güc Avar vintinin mexaniki

(sərbəst işin adı)

Qrup 070A

Tələbə Xəlilzadə Rəvan

Müəllim b/m İsmayılov Sahib

B A K I – 2023
D.F

AEQ-na verilən tələblər Registr Qaydalarında əksini tapıblar. Buna görə


spesifik xarakterli tələblərə nəzər yetirəcəyik. AEQ sxemlərində dəniz şəraitinə
uyğun konstruksiyada, daha etibarlı elementlər tətbiq edilməlidirlər. Baş
generatorların sayı, qurğunun etibarlılığını və davamlılığının təmin olunması
üçün kifayət olmalıdır. Okean gəmilərində onların sayı 3-dən az olmamalıdır və
ya qurğunun GEES-in generatorlarından qidalanması mümkün olmalıdır. Bu
zaman hər bir avar elektrik mühərrikinin qidalanması ən azı iki ümumgəmi
təyinatlı generatordan yerinə yetirilməlidir. AEQ-un elementlərinin
konstruksiyası onun kren və differentinin buraxıla bilən hədlərdə etibarlı
işləməsini təmin edə bilsinlər. AEQ etibarlı mühafizə vasitələri ilə təmin
edilməlidirlər. Bu zaman vacibdir ki mühafizə qurğuları baş generatorların
təsirlənmə sistemlərinə (zəruriyyət yarandıqda isə, avar elektrik mühərriklərinin
təsirlənmə sistemlərinə də) təsir etsinlər.

Avar elektrik qurğularının müxtəlif olmasına baxmayaraq onları aşağdakı


siniflərə bölmək olar:

Vəzifələrinə görə:
1. Əsas avar elektrik qurğusu. Belə avar qurğusunun vəzifəsi gəmini hərəkətə
gətirməkdən ibarətdir. Bu növ avar qurğuları əsasən buzqıran gəmilərdə,
bərələrdə, yedək gəmilərində və üzən kran gəmilərində geniş yayılmışdır.
2. Köməkçi avar elektrik qurğuları. Belə avar elektrik qurğularının vəzifəsi su
tutumu böyük olan gəmilərin manevr etməsini yaxşılaşdırmaqdan ibarətdir
(köməkçi sükan, ). Bu məqsədlə su tutumu böyük olan gəmilərin burnunda və
arxasında köməkçi avar vintləri qurulur və həmən vintlərin vasitəsi ilə gəmi az
sürətdə olduqda manevr edə bilir.
3. Kombinə edilmiş. Burada vintin iki intiqalı mövcuddur: mexaniki və elektriki.

İlkin cərəyan mənbəyinə görə


1. İstilik mühərriki olan qurğular (dizel, buxar turbini, qaz turbini)
2. Statik elektrik mənbəli qurğular (akkumulyator batareyaları, elektrokimyəvi
generatorlu)

Cərəyanın növünə görə:


Cərəyanın növünə görə avar elektrik qurğuları 3-cür olur.
1. Sabit cərəyan avar elektrik qurğuları.
2. Dəyişən cərəyan avar elektrik qurğuları
D.F

3. İki cəryanlı (dəyişən və sabit) avar elektrik qurğuları.


Sabit cərəyan çox manevr tələb olunan gəmilərdə işlənir. Yəni avar
vintinin geniş miqdarda tez-tez sürətinin tənzim olunması, revers olunması tələb
olunan gəmilərdə (yedək gəmiləri, bərə gəmiləri) və avar vintinə düşən
müqavimət momenti tez-tez çox miqdarda dəyişən gəmilərdə (buzqıran
gəmilərdə) əlverişli sayılır.
Dəyişən cərəyanla işləyən avar qurğularında həm generator və həm də avar
mühərriki dəyişən cərəyan elektrik maşını olur. Belə avar qurğuları az manevr
tələb olan gəmilərdə qurulur (yük gəmilərində, sərnişin gəmilərində, refrejerator
gəmilərində). Bu qurğularda avar mühərrikinin dövrlər sayının tənzim edilməsi
mühərrikin cüt qütblər sayının və generatorun verdiyi tezliyin dəyişilməsi ilə
yerinə yetirilir. Bəzi gəmilərdə (əsasən köhnə gəmilərdə) əgər avar mühərriki faza
rotorlu asinxron mühərrikidirsə onun dövrlər sayını rotor dövrəsinə müqavimət
qoşmaqla tənzim edirlər. Hal-hazırda hazırlanan dəyişən çərəyan avar
qurğularında baş mühərrik sabit dövrlər sayı ilə işləyir və həmçinin revers
olunmur. Avar mühərrikinin dövrlər sayı isə generatorla mühərrik arasında
qoyulmuş tezlik çeviricisi vasitəsilə yerinə yetirilir.
4. Dəyişən-sabit çərəyan avar qurğuları. Manevretmə cox tələb olunan gəmilərdə
qurulur.Bunların baş genratorları üc fazalı sinxron generatoru, avar mühərriki
isə sabit çərəyan mühərriki olur. Dəyişən çərəyanı sabit çərəyana cevirmək
5.ücün generatorla mühərrik arasında yarımkeciriçilərdən yığılmış düzləndirici
qoyulur. Bu düzləndiriçilər idarə olunan və idarə olunmayan olur. İdarə olunan
düzləndiriciləri olan avar qurğularında avar mühərrikinin dövrlər sayı düzləndiriçi
vasitəsilə mühərrikin sıxaçlarına verilən gərginliyi dəyişməklə yerinə yetirilir.
İdarə olunmayan düzləndiriçilərə malik olan qurğularda avar mühərrikinin
fırlanma sürətinin tənzim edilməsi sinxron generatorunun təsirlənmə çərəyanını
dəyişməklə yerinə yetirilir. Yəni bu zaman sinxron generatorunun düzləndiriçiyə
verdiyi gərginliyinin qiyməti dəyişir bu səbəbdəndə düzləndiriçinin avar
mühərrikinə verdiyi gərginliyinin qiyməti dəyişir.
Gəminin suda hərəkət etməsinə əsas 2 amil maneçilik törədir:
1. Gəminin suya oturan hissəsinin hərəkət etməsinə su mane olur.
2. Sudan yuxarı olan hissəsinə isə hava mane olur.
Gəmi suda dayandıqda onun gövdəsinin islanmış səthinə olan təzyiqi ümumi
bir qüvvə ilə əvəz etmək olar və bu qüvvə Arximed qanunua əsasən gəminin
ağırlığına bərabər olub onun əksinə yönəldilmişdir. Gəmi hərəkət etdikdə isə
ümumi qüvvənin istiqaməti dəyişir. Ry- gəminin ağırlığından asılı olan qüvvə,
D.F

Rx- isə suyun hərəkətinə müqavimət göstərməsindən yaranan qüvvədər. Bu


qüvvə əsas 3-amildən asılı olur.
1) Gövdənin suya oturan hissəsinə suyun sürtünməsindən yaranan qüvvə (Rmüq)
(Sürtünmə müqaviməti)
2) Gəmi hərəkət edərkən əmələ gələn ləpələrin hərəkətinə mane olmasından
yaranan qüvvə (Rləpə) (Dalğa müqaviməti)
3) Gəminin formasından asılı olan müqavimət qüvvəsi (Rfor)
Rx= Rsür+Rləpə+Rfor
(4.1)
Hidrodinamika elmindən məlum olduğu kimi müəyyən bir çismin suda hərəkət
etməsinə mane olan qüvvə aşağıdakı düsturla tapılır
 V 2  S
Rx  
2
(4.2)
Burada,  -mayenin müqavimət əmsalıdır,  - mayenin sıxlığıdır, V- çismin
mayeyə nisbətən hərəkəti, S - gəminin gövdəsinin alınmış hissəsinin sahəsi (m2)
 V 2  S
R x    сцр   ляпя   фор 
2
(4.3)
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən əsas müqavimət qüvvəələrindən
başqa su tərəfindən gəminin hərəkətinə əlavə qüvvə də müqavimət göstərir.
Bunlardan birinçisi gəminin gövdəsinin su altında qalan hissəsinin cıxıntılarından
yaranan müqavimət qüvvəsi
 V 2  S
R ]ъых   ъых
2
(4.4)
Suyun səthində yaranmış ləpələrin təsirindən (fırtınaların) yaranan müqavimət
qüvvəsi
 V 2  S
R фыр  фыр
Р
(4.5)
Bu qüvvələri bir-biri ilə müqayisə etdikdə görərik ki, əsas müqavimət qüvvəsinə
nisbətən cox-cox böyükdür. Bunu müqavimət əmsalının qiymətində də aydın
görmək olar.
ъых  0,2  0,3 10 3  сцр  1,18  4,4  10 3
3. Havanın yaratdığı amillər:
D.F

Gəmi sürətlə hərəkət etdikdə onun hərəkətinə ətraf mühitin havası manecilik edir.
Hələ külək olmayan hallarda gəminin su səthindən yuxarıda qalan hissəsi onun
hərəkətinə manecilik törədir. Bu maneə havanın müqaviməti adlanır və bu
müqavimət gəminin su səthindən yuxarıda qalan həçmindən, formasından və
gəminin sürətindən aslıdır. Əgər ətraf mühitdə külək varsa bu zaman həmən
müqavimət qüvvəsi yuxarıda göstərilənlərdən əlavə küləyin sürətindən və
istiqamətindən asılıdır. Hava müqavimətinin qiyməti aşağıdakı düstur ilə təyin
edilir.
C hava    S V g V h 
2

R hava 
2
(4.6)
Burda Chava – hava müqavimətinin əmsalı,  -havanın sıxlığı, S-gəminin su
səthindən yuxarı olan hissəsinin hərəkət istiqamətinə perpendikular olan
sahə proyeksiyası
VGəmi - gəminin sürəti
VHava - (havanın) küləyin sürəti
CHava təxminən 0,41, ÇHava0,8 qəbul olunur.
Sürətlər arasında olan müsbət işarəsi gəmi ilə küləyin istiqaməti əks olanda
götürülür. Mənfi işarə isə sürətlər bir istiqamətdə olanda götürülür.
VKülək – küləyin istiqamətinin vektorunun gəminin diametral müstəvisinə olan
proyeksiyasıdır.
D.F

y
R

Rx x

Şəkil 4.1 Gəmiyə təsir qüvvələri

You might also like