You are on page 1of 75

“AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI”

PUBLİK HÜQUQUİ ŞƏXS

“Gəmi elektroavtomatikası” kafedrası

“Avtomatlaşdırılmış avar elektrik qurğuları ” fənni

MÜHAZİRƏLƏR KONSPEKTİ

050607 – “Elektrik və elektronika mühəndisliyi” ixtisasının tələbələri üçün

Tərtib edən: b.m. İsmayılov Sahib Söyün oğlu

BAKI – 2023
“Avtomatlaşdırılmış avar elektrik qurğuları” fənni üzrə mühazirələr konspekti “Gəmi elektroavtomatikası” kafedrasının iclasında
(protokol №7, tarix 25.01.2023) müzakirə olunub və 050607–“Elektrik və elektronika mühəndisliyi” ixtisasının tələbələri üçün tədris
prosesində istifadə edilməsi tövsiyyə olunmuşdur.
Mühazirə konspekti Manila düzəlişləri də daxil olmaqla DHDNÇ-78 (bölmə AIII/6 və AIII/7) Beynəlxalq Kovensiyasının tələbləri
və 7.08 Model kursu əsasında tərtib edilmişdir.

Rəyçilər:
1. “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin, "Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent E.F. Sultanov;
2. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Nəqliyyat Donanmasının hamiyəçi elektromexaniki R.A. Aslanbəyov.

Fənn haqqında məlumat:


Kodu: AAEQ
Kurs: III
Semestr: VI

Fakultə: “Gəmi mexanikası və elektrotemexanikası”


Tədris yükü (saat): 60 saat
Kredit sayı: 6

MÜHAZİRƏ 1. GİRİŞ. AEQ HAQQINDA MƏLUMAT


Plan
1. AEQ haqqında ümumi məlumat
2. AEQ – nın inkişaf tarixi
Ədəbiyyat
1. H.A. Mehdiyev “Gəmilərin elektrik avadanlığı” Bakı, “Ti- Media”, 2008 – 398 səh.
2. В.И. Полонский “Гребные электрические установки”, - Изд. “Морской транспорт”, Ленинград, 1968-540 стр.
3. В.Ю. Воскобобур “Моделирования систем электродвижения переменно-постоянного тока с управляемыми
выпрямителями”, Санкт-Петербург 2000 г.
4. С.Е. Кузнецов, Л.А. Лемин, Ю.В. Кудрявцев и др. Техническая эксплуатация судового электрооборудования. Москва,
“Проспект”, 2010 год.

Gəminin elektrik enerjisi vasitəsilə hərəkət etməsi 1-ci dəfə Rusiyada B.S.Yakobi tərəfindən həyata kecirilmişdir. Yəni akademik
Yakobi 1838-ci il sentyabrın 13-də Peterburq şəhərində Neva cayı üzərində qayığın, akumulyator batareyalarından qidalanan, elektrik
mühərrikinin vasitəsilə hərəkətə gətirdiyini nümayiş etdirilmişdir. Həmən qayıq içərisində 14 - sərnişin olmaqla cay axınının əksinə 2
uzel sürətlə hərəkət etmişdir. O vaxtlar böyük hadisə sayılan bu ixtira uzun müddət gəmilərdə tətbiq edilməmişdir. Bununda əsas
səbəbi elektrik mənbəyinin kimyəvi elementlərdən ibarət olması idi. Çünki elektromaşın generatorları 1860-cı ildən sonra
hazırlanmağa başlamışdır.
1860-1880-cı illərdə Avropanın başqa ölkələrində alimlər gəmi vintinin elektrik mühərriki vasitəsilə hərəkət etdirilməsi ilə
maraqlanmış və bu problemin üzərində işləmişlər. Bu işlərin nəticəsi olaraq 1898-ci ildə Brusseldə keçirilən beynəlxalq konqresdə
elektik enerjisi ilə hərəkətə gətirilən, yəni vinti elektrik mühərriki vasitəsilə fırlanan gəminin maketi numayiş etdirilmişdir.
Birinci dizel-elektroxod 1903-cü ildə Rusiyada hazırlanmışdır. Bu ticarət gəmisinin adı “Vandal” olmuşdur və 1904-cü ildə eyni
tipli “Sarmat” dizel-elektroxodu hazırlanmışdır. Bu gəmilərin su tutumu 1100 ton idi. Gəmilərin güc qurğusu 3-ədəd revers olunmayan
83,3 kVt gücündə olan dizellərdən ibarət idi. Bu dizellər hər biri bir sabit cərəyan generatorunu hərəkətə gətirirdi. Generatorlar isə
ayrı-ayrılıqda avar vintini hərəkətə gətirən 3-ədəd elektrik mühərrikinə enerji verirdilər. Bu qurğunun əsas müsbət cəhəti ticarət
gəmilərində dizellərdən istifadə etməyə təminat yaratmaq idi. Çünki o vaxt hazırlanan dizellər revers olunmayan konstruksiyada
hazırlanırdılar və buna görə də gəmilərdə onlardan istifadə edilmirdi.
1907-ci ildə Almaniyada 1-ci turbo-elektroxod hazırlanmışdır. Bu gəminin güc gurğusu 885 kVt –olmuşdur.
Sonralar əsasən hərbi gəmilərdə avar qurğusunun elektrikləşməsinə geniş yol verilmişdir. Məsələn: təkcə ABŞ-da 1913-cü ildən
1927-ci ilə kimi 118- elektroxod hazırlanmışdır və bunlar əsasən böyük güclü turbo-elektroxodlar olmuşdur. Qeyd etmək lazımdır ki,
təxminən 1939-cu ilə kimi elektrikləşmiş avar qurğuları arasında dizel-elektroxodlar həm güc həmdə sayca azlıq təşkil etmişdir və bu
vaxta kimi hazırlanan dizel-elektroxodlar sabit cərəyan elektroxodları olublar. Turboelektrik avar qurğusu olan gəmilər isə həm sayca
həmdə gücə görə çox olmuşlar və bunlarda əsasən dəyişən cərayandan istifadə olunmasıdır. Yəni generatorlar sinxron maşınları, avar
elektrik mühhəriki isə sinxron və faz rotorlu asinxron mühərrikləri olmuşdur.

Yoxlama sulları
1. Avar elektrik qurğusu ilk dəfə necə tətbiq edilib?
2. AEQ – nun müasir dövrdə tətbiqi haqqında nə bilirsiz?
MÖVZU 2. AEQ -NA VERİLƏN TƏLƏBLƏR ONLARIN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Plan
1. AEQ –na verilən tələblər
2. AEQ –nın müsbət və mənfi cəhətləri
Ədəbiyyat
1. H.A. Mehdiyev “Gəmilərin elektrik avadanlığı” Bakı, “Ti- Media”, 2008 – 398 səh.
2. В.И. Полонский “Гребные электрические установки”, - Изд. “Морской транспорт”, Ленинград, 1968-540 стр.
3. В.Ю. Воскобобур “Моделирования систем электродвижения переменно-постоянного тока с управляемыми
выпрямителями”, Санкт-Петербург 2000 г.
4. С.Е. Кузнецов, Л.А. Лемин, Ю.В. Кудрявцев и др. Техническая эксплуатация судового электрооборудования. Москва,
“Проспект”, 2010 год.
5. E.F. Sultanov, F.V. Məmmədova “Gəmi elektronikası və güc çeviriciləri”, ADDA, Bakı, 2020 - 180 səh.

AEQ-na verilən tələblər


AEQ-na verilən tələblər Registr Qaydalarında əksini tapıblar. Buna görə spesifik xarakterli tələblərə nəzər yetirəcəyik. AEQ
sxemlərində dəniz şəraitinə uyğun konstruksiyada, daha etibarlı elementlər tətbiq edilməlidirlər. Baş generatorların sayı, qurğunun
etibarlılığını və davamlılığının təmin olunması üçün kifayət olmalıdır. Okean gəmilərində onların sayı 3-dən az olmamalıdır və ya
qurğunun GEES-in generatorlarından qidalanması mümkün olmalıdır. Bu zaman hər bir avar elektrik mühərrikinin qidalanması ən azı
iki ümumgəmi təyinatlı generatordan yerinə yetirilməlidir. AEQ-un elementlərinin konstruksiyası onun kren və differentinin buraxıla
bilən hədlərdə etibarlı işləməsini təmin edə bilsinlər. AEQ etibarlı mühafizə vasitələri ilə təmin edilməlidirlər. Bu zaman vacibdir ki
mühafizə qurğuları baş generatorların təsirlənmə sistemlərinə (zəruriyyət yarandıqda isə, avar elektrik mühərriklərinin təsirlənmə
sistemlərinə də) təsir etsinlər.
Avar elektrik qurğularının müsbət və mənfi cəhətləri
1. Elektroxodlarda yüksək sürətli baş mühərrikin qurulmasının mümkün olması.Bu hal əsasən dizel-elektrik qurğuların da yerinə
yetirilir, güc qurğusunun kütlə və həçminin azalmasına səbəb iolur. Məsələn: 125 dövr/dəq ilə fırlanan dizelin əvəzinə gəmidə 700-
800 dövr/dəq ilə firlanan dizel qurduqda gəminin güc qurğusunun kütlə və həcmi təxminən 5-7 dəfəyə kimi azalır.
2. Turboelektroxodlarda gəminin geriyə hərəkəti üçün turbin qurmaq lazım deyil və dizel elektroxodlarda revers olunmayan dizellər
qurmaq mümkündür. Bütün bu cəhətlər gəminin güc qurğusunun sadələşməsinə iş müddətinin artmasına səbəb olur.
3. Elektroxodlarda baş mühərriklə avar vinti arasında sərt birləşmə olmadığına görə avar valının uzunluğu 2 - 2,5 – dəfə azalır.Bu
hadisə onun qiymətinin azalmasına və istismarının asanlaşmasına səbəb olur.
4. Gəminin güc quğusunun etibarlılığının artması. Məsələn: Adi gəmilərdə baş mühərriklərdən biri sıradan cıxdıdıqda ya gəmi
dayanmalıdır və yaxudda qəza rejimində hərəkət etməlidir. Elektroxodlarda isə bu hadisə ancaq gəminin hərəkət sürətinin bir
qədər azalmasına səbəb olur.
5. Dəyişən cərəyanla hərəkətə gətirilən gəmilərdə böyük güclü iş mexanizmləri elektrik enerjisini avar qurğusundan alır. Bununlada
gəmi elektrik stansiyalarının generatorlarının gücü və sayı azalır və yanacağa qənaət olunur. Belə gəmilərdə güc qurğusunun
F.İ.Ə-lı yüksək olur. Belə gəmilərə misal olaraq kran gəmilərində kran mühərikinin və yanğın söndürən gəmilərdə böyük güclü
yanğın nasosunun avar qurğusundan enerji almasını göstərmək olar.
6. Avar elektrik qurğusuna malik olan gəmilərin manevr etməsi yaxşılaşır, avtomatlaşma prosesi artır və gəminin idarə edilməsi
asanlaşır. Avar elektrik qurğusunın əsas mənfi cəhəti qurğunun F.İ.Ə - nın azalmasıdır.

Yoxlama sulları
1. Avar elektrik qurğularına hansı tələblər verilir?
2. AEQ – larının müsbət və mənfi cəhətləri hansılardır?
MÖVZU 3. AVAR ELEKTRİK QURĞULARININ ƏSAS HİSSƏLƏRİ VƏ SİNİFLƏRİ

Plan
1. AEQ –nın əsas hissələri
2. AEQ –nın sinifləri

Ədəbiyyat
1. H.A. Mehdiyev “Gəmilərin elektrik avadanlığı” Bakı, “Ti- Media”, 2008 – 398 səh.
2. В.И. Полонский “Гребные электрические установки”, - Изд. “Морской транспорт”, Ленинград, 1968-540 стр.
3. В.Ю. Воскобобур “Моделирования систем электродвижения переменно-постоянного тока с управляемыми
выпрямителями”, Санкт-Петербург 2000 г.
4. С.Е. Кузнецов, Л.А. Лемин, Ю.В. Кудрявцев и др. Техническая эксплуатация судового электрооборудования. Москва,
“Проспект”, 2010 год.

Avar elektrik qurğularının müxtəlif olmasına baxmayaraq onları aşağdakı siniflərə bölmək olar:

Vəzifələrinə görə:
1. Əsas avar elektrik qurğusu. Belə avar qurğusunun vəzifəsi gəmini hərəkətə gətirməkdən ibarətdir. Bu növ avar qurğuları əsasən
buzqıran gəmilərdə, bərələrdə, yedək gəmilərində və üzən kran gəmilərində geniş yayılmışdır.
2. Köməkçi avar elektrik qurğuları. Belə avar elektrik qurğularının vəzifəsi su tutumu böyük olan gəmilərin manevr etməsini
yaxşılaşdırmaqdan ibarətdir (köməkçi sükan, ). Bu məqsədlə su tutumu böyük olan gəmilərin burnunda və arxasında köməkçi avar
vintləri qurulur və həmən vintlərin vasitəsi ilə gəmi az sürətdə olduqda manevr edə bilir.
3. Kombinə edilmiş. Burada vintin iki intiqalı mövcuddur: mexaniki və elektriki.

İlkin cərəyan mənbəyinə görə


1. İstilik mühərriki olan qurğular (dizel, buxar turbini, qaz turbini)
2. Statik elektrik mənbəli qurğular (akkumulyator batareyaları, elektrokimyəvi generatorlu)

Cərəyanın növünə görə:


Cərəyanın növünə görə avar elektrik qurğuları 3-cür olur.
1. Sabit cərəyan avar elektrik qurğuları.
2. Dəyişən cərəyan avar elektrik qurğuları
3. İki cəryanlı (dəyişən və sabit) avar elektrik qurğuları.
Sabit cərəyan çox manevr tələb olunan gəmilərdə işlənir. Yəni avar vintinin geniş miqdarda tez-tez sürətinin tənzim olunması,
revers olunması tələb olunan gəmilərdə (yedək gəmiləri, bərə gəmiləri) və avar vintinə düşən müqavimət momenti tez-tez çox
miqdarda dəyişən gəmilərdə (buzqıran gəmilərdə) əlverişli sayılır.
Dəyişən cərəyanla işləyən avar qurğularında həm generator və həm də avar mühərriki dəyişən cərəyan elektrik maşını olur. Belə
avar qurğuları az manevr tələb olan gəmilərdə qurulur (yük gəmilərində, sərnişin gəmilərində, refrejerator gəmilərində). Bu qurğularda
avar mühərrikinin dövrlər sayının tənzim edilməsi mühərrikin cüt qütblər sayının və generatorun verdiyi tezliyin dəyişilməsi ilə
yerinə yetirilir. Bəzi gəmilərdə (əsasən köhnə gəmilərdə) əgər avar mühərriki faza rotorlu asinxron mühərrikidirsə onun dövrlər sayını
rotor dövrəsinə müqavimət qoşmaqla tənzim edirlər. Hal-hazırda hazırlanan dəyişən çərəyan avar qurğularında baş mühərrik sabit
dövrlər sayı ilə işləyir və həmçinin revers olunmur. Avar mühərrikinin dövrlər sayı isə generatorla mühərrik arasında qoyulmuş tezlik
çeviricisi vasitəsilə yerinə yetirilir.
Dəyişən-sabit çərəyan avar qurğuları. Manevretmə cox tələb olunan gəmilərdə qurulur.Bunların baş genratorları üc fazalı
sinxron generatoru, avar mühərriki isə sabit çərəyan mühərriki olur. Dəyişən çərəyanı sabit çərəyana cevirmək ücün generatorla
mühərrik arasında yarımkeciriçilərdən yığılmış düzləndirici qoyulur. Bu düzləndiriçilər idarə olunan və idarə olunmayan olur. İdarə
olunan düzləndiriciləri olan avar qurğularında avar mühərrikinin dövrlər sayı düzləndiriçi vasitəsilə mühərrikin sıxaçlarına verilən
gərginliyi dəyişməklə yerinə yetirilir. İdarə olunmayan düzləndiriçilərə malik olan qurğularda avar mühərrikinin fırlanma sürətinin
tənzim edilməsi sinxron generatorunun təsirlənmə çərəyanını dəyişməklə yerinə yetirilir. Yəni bu zaman sinxron generatorunun
düzləndiriçiyə verdiyi gərginliyinin qiyməti dəyişir bu səbəbdəndə düzləndiriçinin avar mühərrikinə verdiyi gərginliyinin qiyməti
dəyişir.
Avar elektrik qurğularının əsas hissələri
Avar elektrik qurğusu baş mühhərikdən, generatordan, cevricidən, avar elektrik mühərrikindən, idarə, müdafiə və işarə sistemlərdən
ibarətdir

Şəkil 3.1 Avar elektrik qurğusunun sadələşdirilmiş struktur sxemi


Burada: BM – baş mühərrik, G – generator, Ç – elektrik çeviricisi

1-ci mühərrik ( BM ) dörd cür ola bilər. Buxar turbini, qaz turbini, dizel və qaz mühərriki. Generator iki cür olur. Sabit cərəyan
generatoru və 3-fazlı sinxron generatoru.
Çeviricilər, avar mühərrikinin növündən asılı olaraq aşağıdakı qruplara bölünürlər:
1.Böyük güclü diodlardan yığılmış dəyişən cərəyanı sabitə çevirən idarə olunmayan düzləndirici.
2. Tiristor və diodlardan yığılmış idarə olunan düzləndirici.
3.Yarımkeciricilərdən hazırlanmış tezlik cevricisi.

Avar elektrik mühərriki ola bilər:


Sabit cərəyan mühəriki, sinxron mühərrik, faz rotorlu asinxron mühəriki, asinxron - sinxron mühərriki, başqa növ avar qurğularına
nisbətən elektrikləşmiş avar qurğusunun (elektroxod) 2 əlamətdar cəhəti vardır:
1. Baş mühərrik ilə gəmini hərəkətə gətirən avar vinti arasında sərt əlaqənin olmasıdır.
2. Avar qurqusunun ən əlverişli rejimdə işlətmək ücün çoxlu amillərin olması.

Yoxlama sulları
1. Avar elektrik qurğuları hansı göstəricilərinə görə siniflərə bölünür?
2. AEQ – nun əsas hansı hissələrdən ibarətdir?
3. AEQ – nın əsas hansı hissələrdən ibarət olur?

MÖVZU 4. GƏMİNİN HƏRƏKƏT ETMƏSİNƏ MANE OLAN AMİLLƏR

Plan
1. Gəmi hərəkətinə maneə törədən amillər. Maneələrin növləri
2. Havanın yaratdığı amillər

Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.
5. H.A. Mehdiyev “Gəmilərin elektrik avadanlığı” Bakı, “Ti- Media”, 2008 – 398 səh.

Gəminin suda hərəkət etməsinə əsas 2 amil maneçilik törədir:


1. Gəminin suya oturan hissəsinin hərəkət etməsinə su mane olur.
2. Sudan yuxarı olan hissəsinə isə hava mane olur.
Gəmi suda dayandıqda onun gövdəsinin islanmış səthinə olan təzyiqi ümumi bir qüvvə ilə əvəz etmək olar və bu qüvvə Arximed
qanunua əsasən gəminin ağırlığına bərabər olub onun əksinə yönəldilmişdir. Gəmi hərəkət etdikdə isə ümumi qüvvənin istiqaməti
dəyişir. Ry- gəminin ağırlığından asılı olan qüvvə, Rx- isə suyun hərəkətinə müqavimət göstərməsindən yaranan qüvvədər. Bu qüvvə
əsas 3-amildən asılı olur.
1) Gövdənin suya oturan hissəsinə suyun sürtünməsindən yaranan qüvvə (Rmüq) (Sürtünmə müqaviməti)
2) Gəmi hərəkət edərkən əmələ gələn ləpələrin hərəkətinə mane olmasından yaranan qüvvə (Rləpə) (Dalğa müqaviməti)
3) Gəminin formasından asılı olan müqavimət qüvvəsi (Rfor)
Rx= Rsür+Rləpə+Rfor (4.1)
Hidrodinamika elmindən məlum olduğu kimi müəyyən bir çismin suda hərəkət etməsinə mane olan qüvvə aşağıdakı düsturla tapılır
2
ρ⋅V ⋅S
R x=ξ
2 (4.2)
Burada, ξ -mayenin müqavimət əmsalıdır, ρ - mayenin sıxlığıdır, V- çismin mayeyə nisbətən hərəkəti, S - gəminin gövdəsinin alınmış
hissəsinin sahəsi (m2)
2
ρ⋅V ⋅S
R x=( ξ сцр +ξ ляпя +ξ фор )
2 (4.3)
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən əsas müqavimət qüvvəələrindən başqa su tərəfindən gəminin hərəkətinə əlavə qüvvə də
müqavimət göstərir. Bunlardan birinçisi gəminin gövdəsinin su altında qalan hissəsinin cıxıntılarından yaranan müqavimət qüvvəsi
2
ρ⋅V ⋅S
R]ъых=ξ ъых
2 (4.4)
Suyun səthində yaranmış ləpələrin təsirindən (fırtınaların) yaranan müqavimət qüvvəsi

y
R

Ry

Rx x
Şəkil 4.1 Gəmiyə təsir qüvvələri

2
ρ⋅V ⋅S
Rфыр =ξ фыр
Р (4.5)
Bu qüvvələri bir-biri ilə müqayisə etdikdə görərik ki, əsas müqavimət qüvvəsinə nisbətən cox-cox böyükdür. Bunu müqavimət
əmsalının qiymətində də aydın görmək olar.
−3
ξ ъых=( 0,2÷0,3 )⋅10 ξ сцр =( 1 ,18÷4,4 )⋅10
−3

3. Havanın yaratdığı amillər:


Gəmi sürətlə hərəkət etdikdə onun hərəkətinə ətraf mühitin havası manecilik edir. Hələ külək olmayan hallarda gəminin su səthindən
yuxarıda qalan hissəsi onun hərəkətinə manecilik törədir. Bu maneə havanın müqaviməti adlanır və bu müqavimət gəminin su
səthindən yuxarıda qalan həçmindən, formasından və gəminin sürətindən aslıdır. Əgər ətraf mühitdə külək varsa bu zaman həmən
müqavimət qüvvəsi yuxarıda göstərilənlərdən əlavə küləyin sürətindən və istiqamətindən asılıdır. Hava müqavimətinin qiyməti
aşağıdakı düstur ilə təyin edilir.
2
C hava⋅ρ⋅S ( V g ±V h )
Rhava =
2 (4.6)
Burda Chava – hava müqavimətinin əmsalı, ρ -havanın sıxlığı, S-gəminin su səthindən yuxarı olan hissəsinin hərəkət istiqamətinə
perpendikular olan sahə proyeksiyası
VGəmi - gəminin sürəti
VHava - (havanın) küləyin sürəti
CHava təxminən 0,4¸1, ÇHava»0,8 qəbul olunur.
Sürətlər arasında olan müsbət işarəsi gəmi ilə küləyin istiqaməti əks olanda götürülür. Mənfi işarə isə sürətlər bir istiqamətdə olanda
götürülür.
VKülək – küləyin istiqamətinin vektorunun gəminin diametral müstəvisinə olan proyeksiyasıdır.
Yoxlama sulları
1. Gəmiyə umumilikdə hansı qüvvələr təsir edir?
2. Avar vintinə təsir edən qüvvələr hansılardır?

MÖVZU 5. AVAR VİNTİNİN ƏSAS KƏMİYYƏTLƏRİ VƏ ONA DÜŞƏN GÜC. AVAR VİNTİNİN REVERS-MEXANİKİ
XARAKTERİSTİKASI [

Plan
1. Avar vintinin əsas kəmiyyətləri və ona düşən güc
2. Avar vintinin revers-mexaniki xarakteristikası

Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.

Avar vintinin əsas kəmiyyətləri və ona düşən güc


Avar vintinin əsas kəmiyyətləri (ölçüləri) aşağıdakılardır.
1) Vintin diametri D - ilə işarə olunur və m-lə ölcülür
2) Vintin addımı H - ilə işarə olunur və m-lə ölcülür. Vintvari səthin (vintin yuxarı hissəsinin) orta adımıdır
3) Addımın nisbəti H/D - ilə işarə edilir
4) Pərlərin düzlənmiş səthlərinin cəmi A - ilə işarə edilir və m2 ilə ölçülür.
4A
θ=
5) Disk nisbəti πD 2
6) Pərlərin sayı Z ilə işarə edilir
7) Hərəkət istiqamətində olan su axının əmsalı.  - ilə işarə edilir.
8) Suyun sovurma əmsalı t – ilə işarə edilir.
Avar vintinin kəmiyyətlərini və ona düşən gücü aşağıda göstərilən düsturlar vasitəsi ilə təyin etmək olar.
Avar vintinin diskində suyun sürəti
V p =0.514 ( 1−ω ) V s .m/ san
R
P= . KN
Burada Vs - gəminin sürəti uzellə (1uzel=0,514 m/san). Avar vintinin təkan qüvvəsi 1−t
Burada R gəmi hərəkət etdikdə suyun və havanın yaratdığı müqavimətlərin cəmidir və KN - ilə ölçülür. Çox vaxt bu qüvvəyə
υp
D= ,м
yedəkləmə müqaviməti deyilir. Avar vintinin əlverişli (optimal) diametri λ p⋅n c

Burada λ p - avar vintinin nisbi irəliləməsidir.


nM
nC = , d / san
60
n M - avar vintinin fırlanma sürəti – dövr/dəq.
Gəminin arxasında avar vintinin f.i.ə.
1−t
η D= η
1−ω P
Burada η P - vintin faydalı iş əmsalı
Bir avar vintinə düşən tam yedəkləmə gücü
ϑ ш⋅Р⋅0 ,514
ΝП =
ηД
Burada fərz edilir ki, gəminin bir vinti olduqda və bu vintə düşən ümumi güc təyin olunur. Əgər gəminin bir neçə vinti olarsa bu
zaman alınan güc vintlərin sayına bölünməlidir. Gəminin energetik qurğusununu ümumi gücü
Н
Ν л= п
ηвал , kVt

Bu zaman f.i.ə- lı təxminən ηвал=0. 98÷0 . 99 olur.

Avar vintinin revers–mexaniki xarakteristikası


Gəminin manevr rejimində avar elektrik mühərrikinin iş xüsusiyyətini öyrənmək ücün birinci növbədə avar vintinin revers
mexaniki xarakteristikasının bilmək lazımdır.

Şəkil 5.1 Revers zamanı avar vintinin müqavimət momentinin fırlanma sürətindən asılılığı

Gəminin hərəkətsiz zamanı reversiv xarakteristika yanalma xarakteristikası ilə uyğundur (1 - əyrisi).
Gəmi Vn sürəti ilə hərəkət etdikdə (2 - əyrisi), dizelə yanacağın və ya AEM – nə elektrik enerjisinin verilməsi dayandırıldıqda, gəmi
tədricən tormozlanaraq ətalətlə hərəkət edir, avar vinti isə suyun axınının təsiri altında, fırlanma sürətini azaldaraq, fırlanır. n в -
sürətində, avar vintinin momenti “0” – a bərabər olur (3 - əyrisi, ab – hissəsi).

Yoxlama sulları
1. Avar vintinin əsas kəmiyyətləri və ona düşən güc hansılardır?
2. Avar vintinin revers-mexaniki xarakteristikası necədir?

MÖVZU 6. SABİT CƏRƏYAN AVAR QURĞULARININ NÖVLƏRİ VƏ BİRLƏŞMƏ SXEMLƏRİ

Plan
1. Sabit cərəyan avar elektrik qurğularının növləri
2. Sabit cərəyan avar elektrik qurğularının struktur sxemləri

Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.
5. В.И. Полонский “Гребные электрические установки”, - Изд. “Морской транспорт”, Ленинград, 1968-540 стр.

Sabit cərəyan avar qurğularının tipləri və birləşmə sxemləri


Generatoru hərəkətə gətirən baş mühərrikin növünə görə sabit cərəyan avar qurğuları iki cür olurlar.
1. Dizel elektrik avar qurğuları. DEAQ
2. Turbo elektrik avar qurğuları. TEAQ
Bu qurğulardan ən çox DEAQ-ı işlədilir. Bunu aşağıdakı kimi izah etmək olar.
Sabit cərəyan elektrik maşınları kollektora malik olduqları üçün böyük gücdə onların kommutasiyası çətinləşir. Bu səbəbdən sabit
cərəyan avar qurğuları avar valında gücü az olan gəmilərdə işlədilir. Az və orta güclü avar qurğularında isə kütləsinə, həçminə görə
üstünlük turbinlərə yox dizellərə verilir. Bundan başqa göstərilən orta və az gücdə dizellərin və generatorların gücünü daha da
azaltmaq ücün bir avar mühərrikinə bir neçə generator enerji verir. Ümumiyyətlə avar valındakı gücdən asılı olaraq dizel
generatorların sayı ikidən səkkizə kimi olur. Bu generatorlar bir-
biri ilə paralel və ardıcıl qoşulurlar. Avar mühərriklərinində sayı
Шякил 2.2 Авар винтинин реверс – механики характеристикасы
bir neçə olduqda onlar bir-biri ilə ardıcıl və paralel birləşə
bilərlər.
Şəkil 6.1 Sabit cərəyan avar qurğularının elektrik maşınlarının bir-biri ilə birləşmə sxemləri

Qeyd etmək lazımdır ki, quru elektrik stansiyasından və dəyişən cərəyan avar qurğularından fərqli olaraq sabit çərəyan avar
qurğularında əsasən ardıcıl birləşmə işlədilir. Generatorun ardıcıl birləşmələri paralel birləşməyə nisbətən aşağıdakı üstünlüklərə
malikdir.
1. Dövrənin ayrı-ayrı nöqtələri ilə gəminin gövdəsi arasındakı gərginliyin qiyməti azalır.
2. Generatorlardan biri və ya bir neçəsi sıradan çıxdıqda dövrədə qalan generatorlar nominal rejimdə işləyir.
3. Avar elektrik qurğularının artıq yüklənmədən və qısa qapanmadan mühafizəsi ucuz və asan başa gəlir.
4. Avar mühərrikinin fırlanma sürətinin geniş miqyasda tənzim edilməsi asan başa gəlir.
5. Ardıcıl birləşmədə qurğunun etibarlılığı paralel birləşməyə nisbətən çox olur.
Şəkil 6.1 a,b -də bir dövrəli və bir lövbərli avar elektrik qurğularının sxemləri göstərilmişdir. Şəkil 6.1v -də paralel birləşmiş iki
avar generatorunun bir avar mühərrikinə bağlanması göstərilmişdir.
Şəkil 6.1 -in qalan sxemlərində (q, d, e) iki lövbərli avar mühərrikinin generatorlarla birləşməsinin sadə sxemləri göstərilmişdir.

Yoxlama sulları
1. Gəmilərdə sabit cərəyan avar elektrik qurğularının tətbiqinin əsas səbələri hansılardır?
2. Sabit cərəyan avar elektrik qurğularının hansı mənfi cəhətləri vardır?
MÖVZU 7. SABİT CƏRƏYAN AVAR QURĞULARININ DƏYİŞƏN CƏRƏYAN AVAR QURĞULARINA NİSBƏTƏN
ƏSAS ÜSTÜNLÜKLƏRİ VƏ ONLARIN BİRLƏŞMƏLƏRİ
Шякил 2.2 Авар винтинин реверс – механики характеристикасы
Plan
1. Sabit cərəyan avar elektrik qurğularının əsas xüsusiyyətləri
2. Sabit cərəyan avar elektrik qurğularının struktur sxemləri

Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.

Bu qurğular başqa avar qurğularına nisbətən az işlədilir və cox manevr tələb olunan gəmilərdə qurulur. Məs: Bərə gəmilərində,
buzqıran gəmilərdə, yedək gəmilərində, yanğınsöndürən gəmilərdə, texniki donanma gəmilərində. Sabit çərəyan avar qurğuları
dəyişən çərəyan avar qurğularına nisbətən aşağıdakı üstünlüklərə malikdir.
1. Avar mühərrikinin dövrlər sayını tənzim etdikdə generatoru hərəkətə gətirən baş mühərrikin dövrlər sayı dəyişməz qalır. Çünki,
qurğu generator - mühərrik sxemi ilə bağlanır və avar mühərrikinin dövrlər sayını tənzim etmək ücün generatorun təsirlənmə
çərəyanını dəyişmək kifayət edir. Xüsusi hallarda yəni bir elektrik dövrəsində bir neçə avar mühərriki işləyərsə və onlardan birinin
dövrlər sayını tənzim etmək lazım gəldikdə həmən mühərrikin təsirlənmə çərəyanını dəyişirlər (sabit çərəyan rejimində)
2. Avar vintini revers etmək üçün güc dövrəsini acıb qapamaq lazım deyil.Bu proses generatorun təsirlənmə çərəyanının istiqamətini
dəyişməklə yerinə yetirilir.
3. Generatorlardan bir neçəsi sıradan çıxdıqda və yaxud gəminin sürəti azaldıqda işləyən elektrik maşınları nominal yüklənirlər. Sabit
çərəyan avar qurğularının dəyişən çərəyan avar qurğularına nisbətən əsas mənfi cəhəti kütləsinin və qiymətinin cox olması f.i.ə - nın
nisbətən az olmasıdır

Şəkil 7.1 Sabit cərəyan avar qurğularının elektrik maşınlarının bir-biri ilə
birləşmə sxemləri
Şəkil 6.1v -də paralel birləşmiş iki avar generatorunun bir avar mühərrikinə bağlanması göstərilmişdir. Şəkil 6.1 -in qalan
sxemlərində (q, d, e) iki lövbərli avar mühərrikinin generatorlarla birləşməsinin sadə sxemləri göstərilmişdir.

Yoxlama sulları
1. Sabit cərəyan avar elektrik qurğularının əsas xüsusiyyətləri hansılardır?
2. Sabit cərəyan avar elektrik qurğularının struktur sxemlərini çəkin?

MÖVZU 8. SABİT CƏRƏYAN AVAR ELEKTRİK MÜHƏRRİKLƏRİ

Plan
1. Sabit cərəyan avar mühərriklərinin xüsusiyyətləri
2. Sabit cərəyan avar mühərriklərinin tipləri
3. Sabit cərəyan avar mühərriklərinin texniki göstəriciləri

Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.
5. В.Ю. Воскобобур “Моделирования систем электродвижения переменно-постоянного тока с управляемыми
выпрямителями”, Санкт-Петербург 2000 г.
Avar vinti ilə birləşməsinə görə sabit cərəyan avar mühərrikləri iki cür olurlar:
1. Avar vinti ilə birbaşa birləşən alçaq sürətli mühərriklər
2. Avar vinti ilə alçaldıcı reduktor vasitəsilə birləşən yüksək sürətli avar elektrik mühərrikləri.
Avar mühərrikinin 1 – ci və ya 2 – ci qrupa aid olunduğu, yüksək dərəcədə onun kütlə-qabarit göstəricilərində əks olunur. Avar
vintinin dövrlər sayı alcaq olduğuna görə (100 - 200 d/dəq) bu sürətdə elektrik mühərrikinin çəkisi və həcmi böyük olur və belə
mühərriki xüsusi sifariş ilə hazırlayırlar. Reduktor vasitəsilə vintə birləşən elektrik mühərrikinin isə çəkisi və həcmi az olur və buna
baxmayaraq belə mühərrikli qurğular az işlədilir. Çünki reduktor bu qurğunun müsbət cəhətlərini azaldır. Bu səbəbdəndə sabit
cərəyanlı elektroxodlarda əsas olaraq, alçaq sürətli avar mühərriki işlədilir. Elektromexaniki nöqteyi nəzərdən, sabit cərəyan AEM – ri
müstəqil təsirlənmə sxemi ilə təsirlənirlər, bu da onları, dəmiryol qatarlarında işlədilən, ardıcıl təsirlənən AEM – dən (dartıcı
mühərriklərdən) ayırır. Bu mühərriklərin bir hissəsi döşəmənin (slanın) altında qalır. Mühərrikin aşağı hissəsinin nəmlikdən
qorunmasına xüsusi fikir verilir.
Sabit cərəyan AEM – ri konstruktiv quruluşuna görə açıq və qapalı quruluşda hazırlanırlar. 20 – ci 30 – cu illərdə hazırlanan AEM
– ri əsasən açıq quruluşda hazırlanırdı. Tədricən açıq tipli AEM – rin istifadəsi göstərdi ki, bu konstruksiyada olan mühərriklərin daha
çox sarğıları və daxili, nəmlik və yağ-yanacaq buxarlarının zədələyici təsirinə məruz qalır. Bir çox hallarda AEM – nin aşağı tərəfi
(daha çox suyun təsirinə məruz qalan hissə) sukeçirməyən konstruksiyada hazırlanırdılar.
Şəkil 8.1. Sabit cərəyan avar mühərrikinin quruluşu

AEM – mühərrikləri tək və cüt birləşmiş qaydada istifadə olurlar.


Gücü 300 kVt mühafizə edilmiş konstruksiyaya malik az güclü AEM – ri adətən ventilyasiya qurğusu ilə təmin olunmurlar. Orta və
böyük güclü avar mühərrikləri, fırlanma sürətindən asılı olmayan, kənardan xüsusi süni ventilyasiya sisteminə (soyudulma sisteminə)
malik olmalıdırlar.
AEM – in hər birinə elektroventilyator tətbiq edilibsə, o zaman hər orta güclü mühərrikə bir ventilyator quraşdırılır. Böyük güclü
mühərriklərdə isə hər AEM iki ədəd elektroventilyatorla təmin olunur. Soyudulma prosesi sabit sürətlə yerinə yetirilməlidir,
mühərrikin sürəti ilə əlaqəsi olmamalıdır. Bu mühərrikin gərginliyi 1000 V- a kimi olur və mühərrikin həcmi böyük olduğu ücün
mühərrikin kütlə momenti böyük alınır və bu səbbəbdən də onların kecid prosesinə sərf olunan vaxtı azaltmaq ücün D/l – olan
nisbətini azaldırlar. Bəzən mühərrikləri iki lövbərli edirlər.
D
≺2÷2,5
l
Burada: D - lövbərin diametri, l – lövbərin uzunluğu

Yoxlama sulları
1. Sabit cərəyan avar elektrik mühərrikləri hansı xüsusiyyətlərə malikdirlər?
2. Sabit cərəyan avar mühərrikləri hansı konstruksiyalarda istehsal edilirlər?
3. Sürətə görə hansı sabit cərəyan avar mühərrikləri mövcuddur?

MÖVZU 9. SABİT CƏRƏYAN AVAR QURĞULARININ İŞ REJİMLƏRİ

Plan
1. Sabit cərəyan AEQ – nı iş rejimləri haqda məlumat
2. Sabit cərəyan AEQ – nın xarakteristikalarının çıxarılması
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.

Avar qurğuları bir cox elektroxodlarda istismar zamanı az güclə olur. Məsələn buzqıran gəmilərdə buzu olmayan suda hərəkət
zamanı, yedək gəmilərində yedəksiz hərəkət zamanı və s. Avar elektrik qurğuları belə rejimlərdə generatorlardan biri və ya bir necəsi
sıradan çıxdıqda işləyirlər. İşdə qalan generatorlar nominal yüklənərsə bu zaman onların və onları hərəkətə gətirən I mühərriklərin
f.i.ə nominal olur və belə rejimlərə iqtisadi cəhətdən əlverişli rejim deyilir. Şəkildə az güclü rejimlərdə generator paralel işləməsi və
ardıcıl birləşmənin variantları verilmişdir (şəkil 9.1). Növbəti şəkildə isə ordinat oxu üzrə generatorların gücü, absiss oxda isə avar
mühərrikinin fırlanma sürəti göstərilmişdir, eyni zamanda həmin şəkildə avar valının gücünün fırlanma sürətindən asılılıq əyrisi
verilmişdir.
Şəkildə absiss oxa paralel çəkilmiş qırıq - qırıq 1, 2, 3 və 4 generator gücü göstərilmişdir. Bu xətt vintin xarakteristikası ilə
kəsişmə nöqtəsi generatorun ardıcıl birləşməsində onlara düşən gücü və vintin fırlanma sürəti göstərilmişdir.
A nöqtəsi - 4 generatorunun B nöqtəsi - 3 generatorunun C nöqtəsi - 2 generatorunun D nöqtəsi isə I generatorun işlədiyi zaman
vertikal oxda onların gücü, horizontal oxda isə vintin fırlanma sürəti göstərilmişdir.

G G G

G G

M
G M

M
G G G
G G

M
M

G
G G G G

M G

Şəkil 9.1 Аz güclü rejimlərdə generatorların paralel və ardıcıl birləşmə sxemləri

Bu nöqtədən aydın görünür ki, işdə qalan generatorlar az nominal gücləri ilə işləyirlər. Avar valının fırlanma sürəti isə işləyən
generatorun sayı azaldıqca nn başlayaraq azalacaq və n1, n2 və n3 sürətlərinin qiymətinə bərabər olacaq. Göstərilən xarakteristikada A ’,
B’, C’ və D’ nöqtələri generatorların paralel işlədikdə alınan işinin nöqtələridir. Bu nöqtələri müqayisə etsək yəni A –A ’-ilə, B - B’- ilə,
C- C’-ilə, D - D’ nöqtəsi ilə görərik ki, generator paralel işlədikdə işləyən generatorun sayı azaldıqca onların gücü də nominaldan
başlayaraq azalacaq və avar valının sürəti həmin generatorların ardıcıl birləşməsinə nisbətən müəyyən qədər azalacaqdır.
Şəkil 9.2 Generatorların gücü, avar mühərrikinin fırlanma sürəti və avar valının gücünün fırlanma sürətinin asılılıq əyriləri

Belə çıxır ki, paralel işləyən generatorlar az güclü rejimə keçdikdə avar qurğusunun FİƏ azalır eləcədə avar valının da gücü
azaldığı üçün gəminin sürəti generatorların ardıcıl birləşməsində olduğundan da az olur. Bunun əsas səbəbi paralel işləyən
generatorların bir neçəsi işdən çıxdıqda qalan generatorların artıq yıklənməməsi üçün onların gərginliklərinin azaldılmasıdır.

Yoxlama sulları
1. Sabit cərəyan AEQ – nı iş rejimləri dedikdə nə başa düşülür?
2. Sabit cərəyan AEQ – nı hansı xarakteristiukaları vardır?

MÖVZU 10. SABİT CƏRƏYAN AVAR QURĞULARININ TƏSİRLƏNMƏ SİSTEMLƏRİ

Plan
1. Sabit cərəyan AEQ – nın təsielənmə sistemi
2. Qarışıq təsirlənmə sistemi
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.
5. С.Е. Кузнецов, Л.А. Лемин, Ю.В. Кудрявцев и др. Техническая эксплуатация судового электрооборудования. Москва,
“Проспект”, 2010 год.

Avar generatorlarının və mühərriklərinin təsirlənmə sistemi kənardan olur. Təsirlənmə sitemi öz əsas funksiyasından əlavə bir
necə başqa funksiyalarıda yerinə yetirir. Məsələn: tənzim funksiyasını və təsirlənmə sistemi vasitəsilə avar elektrik qurğularının bir
cox mühafizə əməliyyatı yerinə yetirilir. Elektrik mənbəyinə görə avar qurğularının təsirlənmə sistemləri üc cür olurlar.
1. Enerjini gəmi şəbəkəsindən alan təsirlənmə sistemləri. Yəni gəminin əsas stansiyasının hasil etdiyi dəyişən cərəyanın bir hissəsi
düzləndirilib avar generatorlarının və mühərrikinin təsirlənmə sarğısına verilior.
2. Müstəqil mənbədən (xüsusi sabit cərəyan generatorlarından) enerji alan təsirlənmə sistemləri.
3. Qarışıq təsirlənmə sistemi. Təsirlənməyə sərf olunan elektrik enerjisinin bir hissəsi müstəqil mənbədən digər hissəsi isə gəmi
şəbəkəsindən alınır.

Sabit cərəyan avar qurğularının təsirlənmə sistemləri.


Avar generatorlarının və mühərriklərinin təsirlənmə sistemi kənardan qidalanırlar.
Təsirlənmə sistemi öz əsas funksiyasından əlavə başqa funksiyanı yerinə yetirir, məsələn: güclənmə və tənzimləmə funksiyasını
təsirlənmə sistemi vasitəsilə avar qurğularında bir cox əməliyyat yerinə yetirilir. Elektrik mənbələrinə görə avar elektrik qurğularının
təsirlənmə sistemləri 3 cür olur.
1. Təsirlənmə sisteminə sərf olunan enerjini gəmi elektrik şəbəkəsindən alan təsirlənmə sistemləri.
2. Müstəqil enerji mənbəyindən yəni sabit cərəyan generatorundan enerji alan təsirlənmə sistemləri.
3. Qarışıq təsirlənmə sistemləri.
Birinci halda gəmi elektrik stansiyasının hasil etdiyi dəyişən cərəyan bir hissəsi düzləndirilib, avar generatorunun və mühərrikinin
təsirlənmə dolağına verilir.
Üçüncü halda təsirlənməyə sərf olunan elektrik enerjisinin bir hissəsi elektrik mənbəyindən digər hissəsi isə gəmi elektrik
şəbəkəsindən qidalanır.
Kənardan və paralel təsirlənmə dolaqlarından axan cərəyan nominal lövbər cərəyanının 1-3%-ni təşkil edir.

Şəkil 10.1. Sabit cərəyan avar mühərrikinin təsirlənmə sistemləri


Kənardan (a), paralel (b), ardıcıl (c) və qarışıq (d) təsirlənьэ.

Məlum olduğu kimi avar elektrik mühərrikini revers etmək ücün generatorun təsirlənmə cərəyanını əks istiqamətdə artırmaq
lazımdır. Belə halda generatorun e.h.q-si azalır. Ola bilər ki, avar mühərrikinin əks e.h.q-si generatorun düymələrindəki gərginlikdən
çox olsun. Bu zaman baş dövrədən axan cərəyanın istiqaməti dəyişərək və suyun təsirindən fırlanan avar mühərrikində tormozlandırıcı
moment generatorda isə fırlandırıcı moment yaradır. Daha doğrusu generator mühərrik rejiminə kecəcək və yaratdığı moment dizelin
momentilə bir istiqamətdə olacaqdır. Nəticədə dizel generator qurğusunun fırlanma sürəti artacaqdır. Bu hadisənin qarşısını almaq
ücün dizel generator qurğusunun valına mərkəzdənqacma relesi qoyulur və sürət artıqda həmin rele K kontaktor relesini acıb kontaktor
isə öz növbəsində avar mühərrikinin təsirlənmə dövrəsinə müqavimət qoşub onun əks e.h.q - ni azaldır.

Yoxlama sualları
1. Sabit cərəyan AEQ – nı hansı təsirlənmə növləri var?
2. Enerjini gəmi şəbəkəsindən alan təsirlənmə sistemini izah edin

MÖVZU 11. SABİT CƏRƏYAN AVAR QURĞULARININ MÜHAFİZƏ SİSTEMLƏRİ

Plan
1. Sabit cərəyan AEQ – nı mühafizəsi haqda məlumat
2. Sabit cərəyan AEQ – nı mühafizənin növləri
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.

Sabit cərəyan elektrik qurğularının mühafizəsi iki sistemə bölünür.


1. Qəza mühafizə sistemi.
2. Məhdudlaşdırıcı mühafizə sistemi.
Qəza mühafizə sistemində bir hadisə baş verdikdə generatorun eləcədə avar mühərrikinin təsirlənmə cərəyanı kəsilir və qurğu
cərəyansız qalıb dayanır. Məhdudlaşdarıcı mühafizə sistemində isə avar qurğusunun müəyyən kəmiyyətləri məhdudlaşır.
Qəza mühafizə sisteminə aiddir:
 Qısa qapanmadan və yüksək dərəcəli artıq yüklənmədən maksimal cərəyan mühafizəsi.
 AEM – nin başaparmadan mühafizəsi.
 Dizel generator aqreqatının öz-özünə yaranan reversdən mühafizəsi.
 Revers zamanı baş dizel-generatorlarının başaparmadan mühafizəsi.
 Generatorların yüksək gərginlikdən mühafizəsi.
 Artıq yüklənmədən mühafizə.
Məhdudlaşdırıcı mühafizə sisteminə aiddir.
 Avar vintinin kənar təsirlər nəticəsində sıxılı qalması zamanı, AEM – nin yüksək cərəyan altında qalmasının məhdudlaşdırılması
(“İce-breaker” buzqıran gəmiləri və aktiv buzlaq üzmə gəmiləri üçün).
 Birinci mühərriklərin artıq yüklənməsinin məhdudlaşdırılması.
- Avar vinti möəyyən səbəbdən dayanarsa avar elektrik mühərrikinin dayanma cərəyanının məhdudlaşması. Məsələn Buzqıran
gəmilərdə elektrik mühərrikinin pərləri buzun arasında sıxılıb dayana bilər. Bu zaman mühərrik qısa qapanma rejiminə kecdiyinə
görə yana bilər. Bunun qarşısını almaq ücün generatorun təsirlənmə cərəyanı azaldılır.
- Generatorları hərəkətə gətirən baş mühərrkin artıq yüklənməsinin məhdudlaşması. Avar elektrik qurğusunun mühafizə sistemeni
secdikdə qurğunun xüsusiyətlərini nəzərə almaq lazımdır. Bu səbəbdən ola bilər ki yuxarıda göstərilən mühafizə sistemlərdən
müəyyən bir qurğuya bəzisi lazım olmasın. Göstərilən mühafizə sistemlərinin əsaslarına ayrılıqda baxaq:
1. Qısa qapanmadan və yüksək cərəyanlı artıq yüklənmədən mühafizə sistemi.
Bu mühafizə qısa qapanma və yüksək cərəyanlı artıq yüklənmə baş verdikdə generatorlardan və avar mühərrikdən təsirlənmə
cərəyanını kəsir. Bəzi hallarda təsirlənmə dövrəsinə böyük muqavimət daxil edilir və təsirlənmə cərəyanın lazım olan dərəcəyə kimi
azaldılır. Dizel elektrik avar qurğularında yüksək cərəyandan muhafizə ilə bərəbər artıq güc mühafizəsidə yerinə yetirilir. Bununda
əsas səbəbi dizel qurğusunun artıq yüklənmədən qorunmasıdır. Artıq yüklənmədən müdafiə generatorların qütüblərində qoyulmuş əks
kompaund sarğısı ilə də yerinə yetirilə bilər. Bu sarğının maqnit seli generatorun əsas təsirlənmə sarğısının yaratdığı maqnit selinin
əksinə olur və artıq yüklənmə baş verdikdə, generatorun ümumi maqnit selini azaldır və bununlada generatorun e.h.q - si azalır. Əks
kompaund sarğısı vasitəsilə mühafizə elə hesablanır ki, artıq yüklənməni qiyməti 10% cox olmasın.
2. Avar elektrik mühərrikinin baş aparmadan mühafizəsi.
Avar mühərrikində baş aparma iki səbəbdən yarana bilər:
- Mühərrikin mexaniki xarakteristikası yumuşaq olduqda və onun valındaki yük azaldıqda fırlanma sürəti artır. Bu hədisə həm bir
mühərrikli həm iki mühərrikli dövrədə baş verə bilər.
İkinci səbəb iki mühərriki dövrədə mühərriklərdən birinin hərəkətə gətirdiyi vint maneəyə rast gəldikdə onun fırlanma sürəti azalır və
bu səbəbdən əks e.h.q - də azalmış olur. Belə vəziyyətdə ikinci avar mühərrikinin lövbərinə düşən gərginliyin qiyməti və lövbərin
fırlanma sürəti artır
Baş aparmadan mühafizə avar mühərrikin valında qurulmuş mərkəzdənqacma releləri vasitəsilə yerinə yetirilir. Yəni mühərikin
fırlanma sürəti normadan cox olduqda həmən relelərin dövrələrinə qoşulmuş kontaktorlar vastəsilə generatorların təsirlənmə dövrəsinə
əlavə müqavimət qoşurlar.
3. Generator qurğularının reversdən mühafizəsi.
Avar elektrik qurğularda revers olunmayan dizellərdən istifadə olunur. Bu səbəbdən dizellərin iş zamanı revers olunması
onların sıradan çıxmasına səbəb ola bilər. Dizellərin revers olunması hadisəsi bir dövrəyə bir neçə generator birləşdikdə baş verə bilər.
Yəni müəyyən səbəblərdən dizellərdən birinə yanacaq verən qurğunun iş rejimi pozulduqda (həmən dizel az yanacaq aldıqda) onu
hərəkətə gətirdiyi generator mühərrik rejiminə kecib dizeli əks istiqamətdə fırlada bilər.
Bu hadisənin qarşısını almaq ücün mühafizə qurğuları vasitəsilə həmən dizelin fırlatdığı generatorun təsirlənmə cərəyanının dövrəsi
kəsilir.

Şəkil 11.1 Bir konturlu sxemli AEQ-da generator aqreqatının başaparmadan mühafizəsi

Avar elektrik mühərrikinin başaparmadan mühafizəsi.


Avar mühərrikində başaparma 2 səbəbdən yarana bilər:
1. Mühərrikin mexaniki xarakteristikası yumşaq olduqda və onun valındakı yük azaldıqda fırlanma sürəti artır.Bu hadisə həm bir
mühərrikli həm də iki mühərrikli dövrələrdə baş verə bilir.
2. İki mühərrikli dövrədə mühərriklərdən birinin hərəkətə gətirdiyi vint maniyəyə rast gəldikdə onun fırlanma sürəti azalır və bu
səbəbdən əks e.h.q –də azalmış olur. Nəticədə həmin mühərrikə düşən gərginliyin bir hissəsi o biri mühərrikə düşür və bu mühərrikin
dövrlər sayı mexaniki xarakteristikasının formasından asılı olmayaraq coxalır. Bunu aşağıdakı düsturdan görmək olar:
U=E+IR=CeΦn+IR (11.1)
Bu başaparmadan mühərriki mühəfizə etmək ücün şəkil 11.2 –də və 11.4 – də 2 sxem göstərilmişdir. Şəkil 11.2 –də ikinci üsulla
yaranan başaparmadan qoruyur.
Şəkil 11.2 Generator aqreqatının reversdən - (a) və başaparmadan – (b) mühafizəsi

Yoxlama sualları
1. Sabit cərəyan AEQ – nı hansı mühafizə növləri vardır?
2. Sabit cərəyan AEQ – da başaparmadan mühafizəni izah edin
MÖVZU 12. DƏYİŞƏN CƏRƏYAN AVAR QURĞULARI HAQQINDA ÜMUMİ MƏLUMAT

Plan
1. Dəyişən cərəyan AEQ – nın müsbət və mənfi cəhətləri haqda məlumat
2. Dəyişən cərəyan AEQ – nın gərginliyi və cərəyanının seçilməsi
3. Dəyişən cərəyan AEQ – nın təsnifatlandırılması
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.
5. В.Ю. Воскобобур “Моделирования систем электродвижения переменно-постоянного тока с управляемыми
выпрямителями”, Санкт-Петербург 2000 г.

Bu avar qurğuları öz müsbət cəhətlərinə görə ticarət gəmilərdə sabit cərayan avar qurğularına nisbətən çox işlədilir. Bunun əsas
səbəbi dəyişən cərayan maşınlarının qurluşunun sadə çəkisinin yüngül qiymətinin ucuz və istismarının asan olmasıdır. Eyni zamanda
üç fazlı sistemdə cərayan keçirən naqillərin en kəsiyinin azalması və dəyişən cərayan maşınlarında kollektorun olmaması böyük rol
oynayır. Bütün bu müsbət cəhətləri aşağıdaki müqaisə cədvəlindən aydın görmək olar. (cədvəl 12.1)
Şəkil 12.1 Dəyişən cərəyan AEQ-nın birləşmə sxemləri
Cədvəl 12.1
Göstəricilər Hansı növ cərəyan əl verişıidir

s/s
TEXNİKİ GÖSTƏRİCİLƏR
Dəyişən cərayan
1 Qurğunun cəkisinin az olması
Dəyişən cərayan
2 Qurğunun F.İ.Ə-nin böyüklüyü
Dəyişən cərayan
3 Qurğunun davamlılığı

İQTİSADİ GÖSTƏRİCİLƏR
Dəyişən cərayan
4 Yanacaqa qənaət
Dəyişən cərayan
5 Avar qurğusunun ucuzluğu
Dəyişən cərayan
6 Əlavə xərclərin azaması
İSTİSMAR GÖSTƏRİCİLƏRİ
7 Qurğunun etibarlığı Dəyişən cərayan
8 Qurğunun manevr qabiliyəti Sabit cərayan
9 Qurğunun idarə edilməsinin sadiliyi və asanlığı Sabit cərayan
10 Qurğunun istismarının sadəliyi və asanlığı Dəyişən cərayan

Bu cədvəldən aydın görünür ki, manevr xassəsi həlledici amil olan gəmilərdə: Məsələn. Buzqıran gəmilərdə, bərə və yedək
gəmilərində sabit cərəyan, qalan gəmilərdə isə avar qurğusu ücün dəyişən cərəyan əlverişlidir.
Dəyişən cərayan avar qurğularında gərginliyin və cərayanın qiyməti
Dəniz registrinin qanununa əsasən dəyişən cərayan avar qurğularında avar generatorların və avar elektrik mühərikin xətti
gərgınlıyının ən böyük qiyməti 6300V-a kimi ola bilər. Bundan yüksək gərginliyin işlənməsi lazım gələrsə gəmi hazırlanmazdan əvvəl
dəniz registrindən xüsusi icazə almaq lazımdır. Ümumiyyətlə avar qurğusunun gərginliyinin nominal qiyməti cərəyanın buraxıla bilən
qiymətinə əsasən secilir. Yəni gərginliyin nominal qiymətini elə secmək lazımdır ki, faz cərəyanının qiyməti az güclü avar
qurğularında 1500 - 2000 A cox olmasın. Orta və böyük güclü avar qurğularında isə faz cərəyanının qiyməti 2000-2500 A –dən cox
olmamalıdır.
Məsələn, böyük sürətli 4-vintli “Normandiya” gəmisinin sxemində, avar vallarında gücü 117760kVt olan TEAQ 4
turbogeneratordan ibarətdir. Bu generatorların hər birinin gücü 33400kVA (n=2340d/dəq və U=6000V olduqda, cos=1). Hər bir
generator özünün, n=243 d/dəq olan AEM-ni qidalandırır. Həmçinin sxemdə bir generatordan iki AEM-in qidalanması mümkünlüyü
də tətbiq edilib.

Dəyişən cərəyan avar qurğularının siniflərə bölünməsi.


Dəyişən cərəyan avar qurğuları bir neçə göstəriciyə görə siniflərə bölünürlər. Bunlardan ən əsasları generatoru hərəkətə gətirən
birinci mühərrikin və avar mühərrikin tipinə görə bölünən siniflərdir.
Birinci mühərrikin tipinə görə avar qurğuları olurlar:
1. Turboelektrik avar qurquları (TEAQ)
2. Dizel elektrik avar qurğuları (DEAQ)
3. Atom-elektrik avar qurğuları (AEAQ)
Avar elektrik mühərrikin növünə görə dəyişən cərəyan avar qurğuları aşağıda göstərildiyi kimi təsnifatlanır:
1. Sinxro-asinxron mühərrikli avar qurğuları. Asinxron mühərrikli avar qurğuları öz növbəsində bölünürlər
1. Faza rotorlu asinxron mühərrikli avar qurğuları
2. Dərin pazlı qısa-qapanmış asinxron mühərrikli avar qurğuları
Bunlardan əlavə avar qurğuları avar mühərrikin fırlanma sürətinin tənzim edilməsinə görə, avar valının sayına görə və generatorın
sayına görədə fərqlənirlər.
Şəkil 12.2 Dəyişən cərəyan AEQ-nın təsnifatlandırılması

Yoxlama sualları
1. Dəyişən cərəyan AEQ üçün gərginlik və cərəyan necə seçilir?
2. Dəyişən cərəyan AEQ necə təsnifatlandırılır?
MÖVZU 13. DƏYİŞƏN CƏRƏYAN AVAR MÜHƏRRİKİN TİPLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ

Plan
1. Dəyişən cərəyan AEM – ri haqqında məlumat
2. Dəyişən cərəyan AEM – rinin tipləri və xüsusiyyətləri
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.

Dəyişən cərəyan avar mühərrikin tipləri və xüsusiyyətləri.


Avar elektrik qurğularında işlədilən dəyişən cərəyan avar mühərriki iş xassələrinə görə adi elektrik mühərrikdən fərqlənir.Bu
mühərriklər asinxron, sinxron və sinxron-asinxron tipli olurlar. Avar asinxron mühərrikləri 2-cür olurlar:
1. Faz rotorlu;
2. Rotoru 2-qəfəsli qısa qapanmış asinxron mühərriki.
Rotorun fırlanma sürətinə görə isə dəyişən cərəyan avar mühərriki alçaq sürətli və yüksək sürətli olurlar. Kiçik sürətli mühərriklər
gəminin vinti ilə birbaşa bağlanır, yüksək sürətli mühərriklər isə gəminin vinti ilə alçaldıcı reduktor vastəsilə birləşirlər. Dəyişən
cərəyan avar mühərriki quruda işlədilən mühərrikdən aşağıdaki xususiyətlərinə görə fərqlənirlər.
 Mühərrikin kütləsini və həcmini azaltmaq məqsədi ilə induksiyanın və xətti yükün qiyməti adi mühərriklərə nisbətən çox olur.
 Mühərrikin qızmasını azaltmaq ücün güclü soyutma sisteminə malik olurlar. İstiliyin daha çox əmələ gəlməsi mühərrikin reversi
zamanı əmələ gəlir, xüsusi ilə kiçik sürətlərdə. Bunun üçün avar mühərrikləri avtonom işləyən soyudulma üçün nəzərədə tutulmuş
elektroventilyatorla təchiz olunurlar.
 Avar mühərrikinin daha çox qızmaya məruz qalan hissələrində temperatur göstəriciləri, termoparalar, müxtəlif termo həssas
qurğular quraşdırılır.
 Mühərrikin hazırlanmasında dəniz şəraitinə davamlı (nəmliyə, yağa, duzlu suya və.s) izolyasiyadan istifadə olunur.
İkiqəfəsli asinxron mühərriklər
Rotorda bir-biri ilə elektrik əlaqəsi olmayan iki müstəqil qısa-qapanmış dolaq yerləşdirilir. Dolaqlardan biri işə salma, o biri işçi
dolaq adlanır. İşə salma dolağı xüsusi elektrik müqaviməti böyük olan materialdan hazırlanır və nisbətən kiçik en kəsiyə malikdir.
Belə material olaraq adətən bürünj və ya tunjdan istifadə olunur. Bu dolaq rotorun səthinə yaxın yerləşdirilir.
İşçi dolaq isə en kəsiyi nisbətən böyük olan mis çubuqlardan hazırlanır və daxili yuvalarda yerləşdirilir (şəkil 5.1). İşə salma
dolağın aktiv müqaviməti rij işçi dolağın aktiv müqavimətindən (ri) 2-4 dəfə çox olur. Daxili dolaq daha çox səpələnmə maqnit qüvvə
xətləri ilə əhatə olunduğundan onun induktivliyi xariji dolağın induktivliyindən xeyli böyükdür.

Şəkil 13.1 İkiqəfəsli asinxron mühərrikin rotor yuvası, rotor dolağının çubuqları və qısa qapayıcı halqalar

Alçaq sürətli avar mühərrikləri əlavə olaraq fərqlənirlər.


Asinxron mühərrikin, rotorunun diametrinin aktiv polad nüvəsinin uzunluğuna olan nisbəti 2-2,2 - dəfə olur. Quruda işlədilən
mühərrikdə isə bu qiymət 4-6 kimi olur. Sinxron mühərrikdə həmən qiymət 2,5÷3,5- ə kimi olur, stasionar mühərriklərdə isə bu
qiymət 5-6-ya kimi olur. Bu vəziyyət mühərrikin diametrini azaldır və onların gəminin eni daha az olan kormasında mümkün qədər
çox arxa tərəfə yerləşdirilməsinə imkan yaradır.
Sürüşən yastıqlı kiçik sürətli avar asinxron mühərriklərində rotor və stator arasında olan məsafəni, stasionar mühərriklərə nisbətən,
1,5-2-dəfəyə kimi artırılır. Bununla, yastığın oturacağı yeyildikdə rotorun statora toxunmasının qarşısı müəyyən qədər alınır və
yastıqların təmir arası vaxtı artır.
Şəkil 13.2. Asinxron mühərriklərin elektrik sxemlərində Şəkil 13.3. Sıxaclar qutusunda faz dolaqları uclarının
göstərilməsi: a və c-qısaqapanmış rotorlu; b və d -faz rotorlu çıxarılması və dolağın birləşməsi sxemləri.
asinxron mühərrik.

Yoxlama sualları
1. Dəyişən cərəyan AEM – in hansı xüsusiyyətləri var?
2. Dəyişən cərəyan AEM necə təsnifatlandırılır?

MÖVZU 14. İKİ QƏFƏSLİ AVAR ASİNXRON MÜHƏRRİKLƏRİ

Plan
1. İki qəfəsli avar asinxron mühərrikləri
2. Sinxron tipli avar elektrik mühərrikləri
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.
5. С.Е. Кузнецов, Л.А. Лемин, Ю.В. Кудрявцев и др. Техническая эксплуатация судового электрооборудования. Москва,
“Проспект”, 2010 год.

İki qəfəsli avar asinxron mühərrikləri.


Əvvəllər dəyişən cərəyan avar qurğularında faza rotorlu asinxron mühərriki işlədilirdi. Bu mühərrikin əsas müsbət cəhəti işə
buraxma və revers zamanı rotor dövrəsinə qoşulan müqavimətin hesabına mühərrikin valında yaranan momentin artırılması və rotor
dövrəsinə müqavimət qoşmaqla fırlanma sürətinin tənzim olunması idi. Ancaq rotor dövrəsinə qoşulan müqavimət cox böyük
olduğuna görə, işə buraxma və revers prosesinin cətin idarə olunmasına görə bu mühərriklər 2-qəfəsli və başqa tip mühərriklərlə əvəz
edildi.
İki qəfəsli asinxron mühərrikləri işə salma və revers proseslərində lazımi qədər fırlandırıcı moment yaratmaqla bərabər həmdə
bu proseslərin asan idarə olunmasını təmin edir. Bu mühərrikin rotor sarğısını əvəz edən qısa qapanmış cubuq iki hissədən ibarətdir.
Rotorun üst səthində yerləşən cubuq işə salma, rotorun dərinliyində yerləşən cubuq isə işci adlanır.
Şəkil 14.1 İki qəfəsli asinxron mühərrikin rotor çubuqları

Bunların belə adlanmasının əsas səbəbi yuxarı cubuğun maqnit selinin hava məsafəsindən cox kecdiyi ücün onun induktivliyinin az
olması rotorun dərinliyində yerləşən cubuğun yaratdığı maqnit seli isə az hava məsafələrdən kecdiyi ücün induktivliyinin cox
olmasıdır. Bunlardan əlavə üz səthdə yerləşən cubuq aktiv müqaviməti cox olan materialdan hazırlanır və buna görə cubuğun aktiv
müqaviməti cox olur. Bu səbəblərə görə 2-qəfəsli asinxron mühərriki işə buraxmanın əvvəl zamanında və revers zamanı üz səthdə
yerləşən cubuğun hesabına böyük fırlandırıcı moment yaradır. Normal iş rejimində isə onun faydalı iş əmsalı adi qısa qapanmış
mühərrikin f.iə-dan az fərqlənir. Bu mühərrikdə gedən fiziki prosesi aşağıdaki kimi aydınlaşdırmaq olar. Məlum olduğu kimi rotorda
yaranan cərəyanın tezliyi
f 2=S⋅f 1 (14.1)
Burada; S - mühərrikin sürüşməsi, f 1 - stator cərəyanın tezliyi. İşə buraxmanın əvvəlində S=1 - olduğu ücün rotor cərəyanın tezliyi
f 2≈f 1 - olur. Bu zaman rotor sarğısında yaranan induktiv müqavimət Х 2 =f 2 2 πL - qiymət alır.
Belə olduğu halda böyük induktivliyə malik olan işci cubuğun induktiv muqaviməti işə buraxmanın əvvəlində böyük qiymətə
bərabər olur.
x 2 p =2 πf 2 LP (14.2)
Bu səbəbdəndə işə buraxmanın əvvəlində bu sarğıdan kecən cərəyan və onun yaradıcı momenti az olur. Əksinə olaraq rotorun
üz səthində yerləşən cubuğun induktivliyi az olduğu ücün az induktiv müqavımətə malik olur.
Nəticədə işə salma sarğısından cox cərəyan axır və dövrəsində aktiv müqavımət cox olduğuna görə böyük qiymətli fırlandırıcı
moment yaradır. Mühərrikin mexaniki xarakteristikası şəkil 9.2 – də göstərilmişdir.

Şəkil 14.2 İki qəfəsli asinxron mühərrikin mexaniki xarakteristikası

Şəkildən göründüyü kimi işə salma zamanı (S=1) əsas olaraq rotorun üz səthində yerləşən qısa qapanmış cubuqlar, normal iş
prosesində işə (S=Sn) rotorun dərinliyində yerləşmiş cubuqlar işləyir. Nominal iş rejimində M iş>>Miş.sal – nın əmələ gəlməsini
aşağıdakı kimi izah etmək olar.
Mühərikin fırlama sürəti nominal sürətə yaxınlaşdıqda sürüşmənin qiyməti həddən artıq az olduğu ücün rotor sarğısının həm
tezliyi (f 2) və həm də e.h.q – nin qiyməti azalır.
Daha doğrusu sarğıların həm induktiv müqavimətləri həmdə e.h.q - si azalır və bu proses əsas olaraq işci sarğıda özünü göstərir.
İşə salma sarğının induktiv müqaviməti əvvəlcədəndə az idi və bir qədərdə azalır. Beləliklə aktiv müqavımət cox olduğuna və e.h.q-si
azaldığına görə işə salma sarğısından az cərəyan kecir və bu sarğı öz funksiyasını itirir. Bu halda işci sarğıdan cox cərəyan kecir və
mühərrikin nominal rejimdə fırlanmasını təmin edir.

Sinxron tipli avar elektrik mühərriki və onun xüsusiyyətləri.


Məlum olduğu kimi sinxron mühərrikin güc əmsalını (cos ϕ ) onun təsirlənmə cərəyanı vasitəsilə artırmaq olar və hətta vahidə
catdırmaq olar (cos ϕ =1). Bu xüsusiyyət sinxron mühərrikini asinxron mühərrikə nisbətən iqtisadi cəhətdən əlverişli edir.
Bundan əlavə dəyişən cərəyan avar qurğusunda asinxron mühərriki olarsa və generatorlardan biri və yaxud bir necəsi saxlanılarsa
işdə qalan generator asinxron avar mühərriklərin reaktiv cərəyana olan tələblərini ödəyə bilmir.
İki qəfəsli asinxron avar mühərrikdə işə salma cubuğda əlavə itgi yarandığına görə onun f.i.ə-lı sinxron mühərrikindəkindən az
olur. Sinxron avar mühərriki ilə təmin olunmuş qurğunun asinxronla təmin olunmuş qurğuya nisbətən qiyməti ucuz olur. Bütün bu
xüsusiyyətləri nəzərə alaraq bir cox hallarda manevr az tələb olunan ticarət gəmilərlərdə avar sinxron mühərriki tətbiq edilir. Avar
sinxron mühərrikin iki qəfəsli avar asinxron mühərrikə nisbətən mənfi cəhəti onun işə salma xassəsinin pis olması və artıq yüklənməyə
davamiyətinin az olmasıdır. Qeyd etmək lazımdır ki, işə salma zamanı sinxron mühərrikin təsirlənmə sarğısı cərəyan almır. O bu vaxt
ya qısa qapanır və yaxudda müqavimətə bağlanır. Bu hal işə buraxmanın lap əvvəl vaxtında fırlandırıcı momentin az yaranmasına
səbəb olur. Mühərrikin sürəti artdıqca onun yaratdığı fırlandırıcı momentdə artır və işə buraxmanın sonunda nominala nisbətən 200 %
-ə yaxınlaşır. Mühərrikin sürəti nominal sürətə catdıqca onun təsirlənmə sarğısını müqavimətdən acıb və həmən sarğıya sabit cərəyan
verilir və mühərrik sinxron rejimə kecir.

Yoxlama sualları
1. İki qəfəsli avar asinxron mühərrikləri dedikdə nə başa düşürsün?
2. Sinxron tipli avar elektrik mühərriklərinin xüsusiyyətləri nələrdən ibarətdir?
MÖVZU 15. SİNXRON VƏ SİNXRO-ASİNXRON TİPLİ AVAR ELEKTRİK MÜHƏRRİKİ

Plan
1. Sinxron avar elektik mühərrikləri
2. Sinxron-asinxron avar elektik mühərrikləri
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.

Ümumiyyətlə sinxron maşınlar mühərrik kimi də geniş tətbiq olunur. Sinxron mühərriklər 100 kVt və daha böyük güclərə hazır-
lanır və fırlanma tezliyi sabit olan mexanizmlərin (nasosların, kompressorların, ventilyatorların və s.) intiqalları üçün istifadə edilir.
Avtomatik idarə sistemlərində və məişət elektrik cihazlarında müxtəlif sinxron mikromühərriklər çox geniş tətbiqat tapmışdır.
Sinxron mühərrikin müsbət cəhətləri (yükdən və gərginlikdən asılı olmayaraq) fırlanma tezliyinin sabitliyi və güc əmsalı cos ϕ -
nin, yəni maşının reaktiv gücünün tənzimlənməsinin mümkünlüyüdür.
Sinxron maşının quruluşu və iş prinsipi.
Digər elektrik maşınları kimi sinxron maşın da iki əsas hissədən – tərpənməyən hissə-statordan və fırlanan hissə-rotordan
ibarətdir.
Qeyd edildiyi kimi, iş prinsipinə görə, sinxron maşında lövbərin tərpənməz və ya fırlanan hissədə yerləşdirilməsinin fərqi
yoxdur. yəni sinxron maşınlar tərpənməz və ya fırlanan lövbərli hazırlana bilir. Müasir böyük güclü sinxron generatorlar çox böyük
cərəyan və gərginliklərə hesablanaraq hazırlanır. Belə böyük qiymətli cərəyan və gərginlikləri fırlanan kontakt halqaları və fırçalar
vasitəsilə kənara (tələbatçılara) vermək etibarsız olur. Odur ki, müasir orta və böyük güclü sinxron maşınlarda lövbər tərpənməz hissə
olan statorda, induktor isə rotorda yerləşdirilir (şəkil 15.1.a).
Təsirlənmə dolağının gücü maşının nominal gücünə nəzərən çox kiçik (0,3-3%), gərginliyi isə adətən 220V olduğundan, belə
parametrləri olan dolağa fırlanan kontakt halqaları və onların üzərində sürüşən fırçalar vasitəsilə kənar mənbədən sabit cərəyan
vermək çətinlik törətmir. Kiçik güjclü sinxron maşınlar həm tərpənməz, həm də fırlanan lövbərli hazırlanır. Fırlanan lövbərli
(çevrilmiş) sinxron maşınlarda induktor statorda yerləşdirilir, rotorda qoyulmuş lövbər dolağına isə yük üç ədəd kontakt halqası
vasitəsilə qoşulur (şəkil 15.1.b).

Şəkil 15.1. Tərpənməz və fırlanan lövbərli sinxron maşının konstruktiv sxemi.


1-lövbər, 2-lövbər dolağı, 3-induktorun qütbləri, 4-təsirlənmə dolağı, 5-kontakt halqaları və fırçalar.

Sinxron maşının stator nüvəsi eynilə asinxron maşında olduğu kimi qalınlığı 0,5 mm olan elektrotexniki polad vərəqlərdən
ştamplanaraq silindrik formada yığılır. Silindirin səthi üzrə alınan yuvalarda üçfazlı dolaq yerləşdirilir. Faz dolaqları fəzada bir-birinə
nəzərən 120 elektrik dərəcəsi sürüşdürülmüş vəziyyətdə olur və daxildə əsasən ulduz sxemi üzrə birləşdirilir. Maşının gücündən və
tipindən asılı olaraq stator nüvəsinin yuvaları düzbucaqlı, trapesiya, oval və başqa formalarda olur. Böyük güclü maşınlarda yuvalar
düzbacaqlı açıq formada olur. Belə olduqda faz dolağının seksiyaları kənarda hazırlanaraq asanlıqla yuvalarda yerləşdirilə bilir. Kiçik
güclü maşınlarda isə dolaqlar statorun özündə yığılır.
Stator dolağı mis naqillərdən hazırlanan seksiyalardan ibarətdir. Dolaq çox vaxt ikiqat, ilgəkvari tipli hazırlanır.
Sinxron maşınlarda, fırlanma tezliyindən asılı olaraq, iki müxtəlif quruluşlu rotorlar tətbiq edilir. Aydın görünən qütblü rotor
(şəkil 15.2.a) və aydın görünməyən qütblü rotor (şəkil 15.2.b). Aydın görünən qütblü rotorlar kiçik fırlanma tezlikləri şəraitində yəni
2 p≥4 olan maşınlarda tətbiq olunur. Burada qütblər sabit cərəyan maşınlarında olduğu kimi nüvə, dolaq və ucluqdan ibarət olub rotor
yarmosuna bərkidilir. Qütblərin nüvələri və qütb ucluqları polad vərəqdən hazırlanır. Qütb nüvələri üzərində yerləşdirilən sarğaclar öz
aralarında adətən ardıcıl birləşdirilir və iki uc val üzərinə qoyulmuş, bir-birindən və valdan izolə olunmuş iki halqaya birləşdirilir.
Halqalar üzərinə qoyulmuş və onlarla sürüşən konkatda olan fırçalar vasitəsilə rotor (təsirlənmə) dolağına kənar mənbədən sabit
cərəyan verilir.

Şəkil 15.2. Aydın görünənqütblü (a) və aydın görünməyənqutblü (b) rotorlar


1-rotorun nüvəsi, 2-təsirlənmə dolağı.

Fırlanma tezliyi 1500d/dəq (2p=4) və 3000d/dəq (2p=2) olan böyük güclü sinxron maşınların rotoru aydın görünməyən qütblü
olub, hamar silindir formasında bütöv tökmə polad kütlədən hazırlanır. Belə böyük fırlanma tezliklərində rotorun qütblərini əvvəlki
quruluşda hazırlamaq, yəni aydın görünən qütblü rotor tətbiq etmək mümkün olmur. Çünki, belə sürətlərdə mərkəzdənqaçma
qüvvələri çox böyük olduğundan aydın görünən qütblərin və təsirlənmə dolağının bərkidilməsi çətin olur. Silindrik rotor nüvəsinin
xarici səthi üzrə açılmış yuvalarda təsirlənmə dolağı yerləşdirilir. Dolağın naqilləri rotor fırlananda yuvalardan çıxmasın deyə onlar
qeyri maqnit materialdan olan çivlərlə bərkidilir. Dolağın alın hissələri böyük mərkəzdənqaçma qüvvələrinin təsirinə məruz qaldı-
ğından onları massiv polad bandajlarla bərkidirlər. Rotorun yuvalı və yuvasız hissələri arasında elə nisbət götürülür ki, lövbər
dolağında induksiyalanan EHQ mümkün qədər sinusoidaya yaxın olsun. Bu məqsədlə, təsirlənmə dolağı yerləşdirilən yuvalar qütb
2
bölgüsünün təxminən 3 hissəsini təşkil edir. Aydın görünməyən qütblü sinxron maşınlarda rotorun polad nüvəsinin özü dempfer
dolağı vəzifəsini görür. Böyük fırlanma tezliyi almaq üçün ilkin mühərrik olaraq əsasən buxar turbinlərindən istifadə edirlər. Odur ki,
belə maşınlara turbogenerator deyirlər.

Yoxlama sualları
1. Dəyişən-sabit cərəyanlı AEQ – ında hansı üstünlüklər var?
2. İki cərəyanlı AEQ – ında idarəedilmə necə yerinə yetirilir?
MÖVZU 16. DƏYİŞƏN CƏRƏYAN AVAR ELEKTRİK QURĞULARININ GENERATORLARINA VERİLƏN
TƏLƏBLƏR. TURBO-ELEKTRİK VƏ DİZEL ELEKTRİK AVAR QURĞULARI

Plan
1. Dəyişən cərəyan AEQ – rının generatorlarına qoyulan tələblər
2. Turbo-elektrik AEQ – rının birləşmə sxemləri
3. Dizel-elektrik AEQ – rı haqqında məlumat
4. Dizel-elektrik AEQ – rının birləşmə sxemləri
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.
5. В.Ю. Воскобобур “Моделирования систем электродвижения переменно-постоянного тока с управляемыми
выпрямителями”, Санкт-Петербург 2000 г.

Dəyişən cərəyan AEQ – nın generatorlarına verilən tələblər


Gəminin taktiki və istismar xüsusiyyətləri AEQ – nın baş generatorlarının arasıkəsilmədən iş rejimindən asılıdır. Bu qurğulara
qoyulan əsas tələb – ETİBARLIQ sayılır. Generatorların işinin etibarlığı əsas olaraq, mexaniki möhkəmlik, elektriki və temperatur
baxımından təmin edilməlidir. Bütün fırlanan hissələr üçün adekvat təhlükəsizlik marjasına və stator və rotor başlığı əlavələri kimi
elektrodinamik qüvvələrə məruz qalan hissələrin dinamik sabitliyinə xüsusi diqqət yetirilməlidir. İzolyasiyanın dielektrik
möhkəmliyinə ciddi diqqət yetirilməlidir, nəzərə alınmaqla, hərəkət edən elektrik qurğularında istifadə olunan gərginliyin artan dəyəri
var və onun yuxarı həddi 6300 V-a çatır. Həm cərəyan keçirən, həm də istiliyə məruz qalan bütün digər hissələri, ən şiddətli altında
termal sabitlik üçün nəzərdə tutulmuşdur.

Turbo-elektrik avar qurğuları


Turboelektrik avar qurğusunda adətən generatorların sayı avar mühərrikinin sayına bərəbər olur və bu səbəbdən generatorun gücü
ayrılıqda avar mühərrikinin tələb etdiyi gücə bərəbərdir. Bəzi hallarda avar mühərrikinin gəminin karmasına yaxınlaşdırmaq ücün bir
avar valında iki elektrik mühərriki qurulur və bu mühərriklər hər biri öz generatorundan enerji alır. Belə qurğulardan cox vaxt gəmini
iki vintlidən bir vintliyə cevirmək ücün istifadə olunur. Adətən turboelektrik avar qurğularında generatorlar tək-tək işləyirlər, yəni bir-
biri ilə paralel işləmirlər. Bununda əsas səbəbi generatorlar pis sinxronlaşdığına görə qurğunun istismarının çətinləşməsidir. Eyni
zamanda generatorları paralel işləyən avar mühərriklərin dövrlər sayını tənzim etdikdə həmən generatorları fırladan turbinlərində
fırlanma sürətlərini sinxron olaraq dəyişmək lazımdır. Bu əməliyyat turbinlərdə cox cətin yerinə yetirilir. Bütün bunlara görə
turboelektrik avar qurğularında generatorlar tək-tək işləyir və bununla əlaqədar olaraq güc dövrəsinin sxemi sadə olur. Turboelektrik
qurğularda generatorın və avar mühərrikin birləşmə sxeminin ayrı-ayrı variantları şəkil 16.1 – də göstərilmişdir.
Şəkillərdən göründüyü kimi bu sxemlər sadə olub bir-birindən generatorun və avar mühərriklərinin sayına görə fərqlənirlər. Qeyd
etmək lazımdır ki, güc dövrəsinin komutasiya cərəyansız dövrədə əməliyat aparmağa hesablanıblar.
Yəni dövrəni acıb bağlamaq lazım gəldikdə həmən dövrənin generatorundan və avar elektrik mühərrikdən təsirlənmə cəryanı
götürülür. Bu səbəbdən güc dövrəsində ancaq generator ayrıcısı (1), şin ayrıcısı (3), və revers acarı (s) qoyulmuşdur. Qeyd edək ki
iqtisadi cəhətdən əlverişli olduqda (gəmi az sürətlə hərəkət etdikdə) generatordan birini və yaxud bir necəsini saxlamaq olar.Məslən:
d) sxemində generatorun birindən 4-mühərrikə, 3-mühərrikə, 2-mühərrikə enerji vermək olar.
Burada j)-sxemi 1-vallı gəmi ücün e)-sxemi isə 2-vallı gəmi ücün istifadə olunur. Bu sxemlərdədə istənilən rejimləri əldə etmək
olar. Yəni j)-sxemində ola bilər ki G1, M2 - işləsin və yaxud G2, M1 - işləsin və yaxudda hər iki generator öz mühərrikini işlətsin. e)-
sxemində mühərriklərin sayın azaltmaq olar və generatorlar bir - birini əvəz edə bilər.
Şəkil 16.1 Turbo-elektrik avar qurğularının generator və mühərriklərinin birləşmə sxemləri

Dizel elektrik avar qurğuları.


Dizel-elektrik avar qurğularında generatorlar cox vaxt bir biri ilə paralel işləyirlər. Burada generatorun sinxronlaşmasının tez
başa gəlməsi ücün dövrəyə reaktor qoşmaqla kobud sinxronlaşma üsulundan istifadə edilir. Ancaq bəzi gəmilərdə tək tək hallarda
basqa sinxronlaşma usuluna da rast gəlmək olar. Dizelelektrik avar qurğullarında avar mühərriklərinin fırlanma sürətini tənzim etdikdə
generatorları hərəkətə gətirən mühərriklərin sürətinin sinxron idarə edilməsi (eyni zamanda dəyişilməsi) mümkündür. Şəkil 16.2 - də
dizel elektrik avar qurğusunun bəzi sxemləri göstərilir. Bu sxemdə (1) generator dövrəsinin avtomat acarını göstərilir, (2) acarları
şinləri bir-birilə paralel birləşdirmək ücün qoyulmuşdur.

Şəkil 16.2 Dizel-elektrik avar qurğularının generator və mühərriklərinin birləşmə sxemləri

Yoxlama sualları
1. Dəyişən cərəyan AEQ – nın generatorlarına hansı tələblər qoyulur?
2. Turbo-elektrik AEQ – nın generatorları hansı xüsusiyyətlərinə görə fərqlənirlər?
3. Dizel-elektrik AEQ – nın generatorları hansı xüsusiyyətlərinə görə fərqlənirlər?
MÖVZU 17. DƏYİŞƏN CƏRƏYAN AVAR QURĞULARININ GENERATORLAR VƏ ONLARIN TƏSİRLƏNMƏ
SİSTEMLƏRİ

Plan
1. Dəyişən cərəyan AEQ – da tətbiq edilən generatorlar
2. Dəyişən cərəyan AEQ – nın generatorlarının təsirlənmə sistemləri

Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.

Dəyişən cərəyan avar qurğularında işlədilən generatorlar.


Dəyişən cərəyan avar qurğularında mövcud olan hər 2-tip sinxron generatorlar işlədilir.
1. Qütübləri aydın görünməyən sinxron generatorlar. Bu generatorlar əsas olaraq turbin mühərriki ilə birləşdirilir və belə generatorın
sürəti 3000 dövr/dəq və daha çox olur.
2. Qütbləri aydın görünən sinxron generator. Bu generatorın fırlanma sürəti 1000 dövr/dəq - dən çox olmadığı ücün onlar dizel-
mühərrik ilə birləşdilrilir. Dəyişən cərəyan avar generatorunun əsas xüsusiyyətlərindən biri onların fırlanma sürətinin iş prosesində
dəyişdirilməsidir. Bu səbəbdən onların təsirlənmə generatoru baş generatorlarla bir valda qoyulmur. Dəyişən cərəyan avar
qurğularının baş generatorı quru stansiyalarında işlədilən generatorlara nisbətən həcmcə az cəkidə isə yüngül olurlar. Bununda əsas
səbəbi gəmidə işlədilən generatorların hazırlanmasında keyfiyətli poladın və izolyasiyanın işlənməsidir. Həmdə onların güclü soyutma
sisteminə malik olmasıdır.
Dəyişən cərəyan avar generatorunun təsirlənmə sistemləri.
Avar sinxron generatorlarının və sinxron mühərrikin təsirlənmə cərəyanı ya ayrılıqda qurulmuş sabit cərəyan generatorından və
yaxudda baş generatorlarla öz-özünə təsirlənmə usulu ilə alınır. Əgər təsirlənmə məqsədi üçün əlavə sabit cərəyan generatoru
qurulursa onların özlərinin 1-ci mühərriki olur və bu generatorlar təsirlənmə cərəyanını nominala nisbətən 3 - dəfə artırmaq
qabiliyətinə malik olmalıdırlar. Bunun üçün həm təsirlənmə generatorunun həmdə onu hərəkətə gətirən mühərrikin gücü nominala
nisbətən 2-3-dəfə çox olmalıdır. Bu artırma manevr vaxtı qısa müddətdə yerinə yetirilir. Əgər təsirlənmənin artırılması həm
generatorda həmdə avar mühərrikində yerinə yetirilirsə onda generatorın və avar mühərrin təsirlənməsi ayrı-ayrı mənbədən olmalıdır.
Cünki təsirlənmənin artırılması generator və avar mühərriki ücün eyni zamanda yerinə yetirilmir. Generatorın öz-özünə təsirlənmə
sistemlərində muasir güclü yarımkeciricilərdən istifadə olunur. Şəkil 17.1 - də göstərilən sxemdə sinxron generatorun öz-özünə
təsirlənməsində alçadıcı transformatordan (T1) tiristor düzləndiricisi və gərginlik korrektorundan istifadə edilmişdir. Bu elementlər
sinxron generatorunun öz-özünə təsirlənməsində cox yayılmışdır. Şəkildən göründüyü kimi tristor düzləndiricisinin idarə dövrəsi
fazanı sürüşdürən (FS) elementdən cərəyan alır və generatorun düymələrindəki gərginlik dəyişəndə tristorun idarə dövrəsinə verilən
gərginlik fazca sürüşdürülür və bu səbəbdəndə generatorun təsirlənmə sarğısına verilən cərəyanın miqdarı dəyişir, nəticədə isə
gərginlik əvvəlki qiymətinə qaytarılır.
Şəkil 17.1 Sinxron generatorun öz-özünə təsirlənmə sxemi
LG – generatorun təsirlənmə sarğısı, GК – gərginlik korrektoru
UZ – tiristor düzləndiricisi, ТА - cərəyan transformatoru

Qeyd etmək lazımdır ki, axır zamanlarda hazırlanan elektroxodlarda tez-tez fırcasız sinxron generatorlara rast gəlmək olur.
Belə generatorun daxilində az güclü təsirlənmə generatoru yerləşir. Təsirlənmə generatoru sinxron generatoru olub onun təsirlənmə
sarğısı sinxron generatorunun tərpənməz hissəsində yerləşir və əsas sinxron generatorunun sıxaclarından kompaundlaşması olan
düzlənmiş sabit cərəyan alır. Təsirlənmə generatorunun rotor sarğısında yaranan e.h.q. fırlanan düzləndiricidə sabitə çevrilərək əsas
sinxron generatorunun rotor dolağını sabit təsirlənmə cərəyanı ilə təmin edir.
Şəkil 17.2 AEQ –da istifadə edilən sinxron generatorların fırçasız təsirlənmə sisteminin sxemi

Yoxlama sualları
1. Dəyişən cərəyan AEQ – ında hansı təsirlənmə sistemləri var?
2. AEQ –da istifadə edilən sinxron generatorların fırçasız təsirlənmə sisteminin sxeminin izahı

MÖVZU 18. DƏYİŞƏN CƏRƏYAN AVAR QURĞULARININ MÜHAFİZƏ VƏ SİQNAL SİSTEMLƏRİ

Plan
1. Dəyişən cərəyan AEQ – nın mühafizə sistemləri
2. Dəyişən cərəyan AEQ – nın siqnal sistemləri
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. MARPOL 73/78 Санкт-Петербург, ЗАО “ЦНИИМФ”, 2008.
5. С.Е. Кузнецов, Л.А. Лемин, Ю.В. Кудрявцев и др. Техническая эксплуатация судового электрооборудования. Москва,
“Проспект”, 2010 год.

Dəyişən cərəyan avar qurğularının mühafizə və siqnal sistemləri.


Dəyişən cərəyan avar qurğularının mühafizə və siqnal sistemlərinə aşağıdakı tələblər verilir.
Elektrik maşınlarının cərəyan kecirən hissələri gəminin gövdəsinə cərəyan kecirməkdən mühafizə olunmalıdır. Gəminin gövdəsinə
kecən cərəyanın qiyməti 20 Amperdən cox olmamalıdır.
Gücü 1000 kVa-dan cox olan baş generatorlar və avar mühərrikləri diferensial mühafizə ilə təmin olunmalıdır.
Güc dövrəsində və təsirlənmə cərəyanın dövrəsində mühafizə məqsədi ilə əriyən qoruyuculardan istfadə etməyə icazə verilmir.
Generatoru hərəkətə gətirən 1-ci mühərrikin momenti normadan cox olduqda generator dövrədən acılmalıdır.
Generatoru hərəkətə gətirən 1-ci mühərrikin fırlanma sürəti artarsa onun qarşısını almaq lazımdır. 20% - dən artıq olduqda mühafizə
işləməlidir. Sabit cərəyan avar qurğularında olduğu kimi dəyişən cərəyan avar qurğularlarda mühafizə sistemləri generatorun eləcədə
avar mühərrikin təsirlənmə sisteminə təsir göstərir. Müdafiə sisteminin işlənməsi haqqında səs və işıq siqnalları ilə xəbər verilməlidir.
Səs siqnalı adətən tez saxlanılır, işıq siqnalı isə nasazlıq aradan götürülənə kimi qalır.Şəkil 18.1 – də sinxron generatorun uzununa
diferensial mühafizəsinin işləmə prinsipi göstərilmişdir.

Şəkil 18.1 Dəyişən cərəyan avar elektrik maşınlarının diferensial mühafizəsi


Uzununa diferensial mühafizəsi elektrik xəttinin mühafızə olunan məsafəsinin əvvəlində və axırında axan cərəyanları bir biri ilə
müqayisə edir və bunların arasında fərq olduqda diferensial mühafizə işləyib işıq və səs siqnalları verir. Həmən məsafədə qısa
qapanma yarandıqda isə differensial mühafizə dövrənin acılmasına komanda verir. Şəkil 18.1 a - dan göründüyü kimi mühafizə olunan
məsafənin əvvəlində və axırında qoyulmuş cərəyan transformatorlarının diferensial reledən RD kecən cərəyanları bir birinə əks
olduğu üçün fərq cərəyanı sıfıra bərabərdir.
ifərq=i1-i2=0 (18.1)
Əgər fərq cərəyanının müəyyən bir qiymətə bərəbər olarsa
ifərq=i1-i2 ¿ 0 (18.2)
diferensial rele işləyib öz kontaktını bağlayacaqdır və bununlada səs və işıq siqnalları veriləcəkdir. Şəkil 18.1 b - də mühafizə olunan
hissədə qısa qapanma yaranmışdır. Avar elektrik qurğularında cərəyanın qiyməti çox böyük olduğuna görə mühafizə generator
avtomatını açır.

Yoxlama sualları
1. Dəyişən cərəyan AEQ – ında hansı mühafizə sistemləri mövcuddur?
2. Dəyişən cərəyan AEQ – ında hansı siqnal sistemləri mövcuddur?
MÖVZU 19. DƏYİŞƏN-SABİT CƏRƏYANLI AVAR ELEKTRİK QURĞULARININ ƏSAS XÜSUSİYYƏTLƏRİ

Plan
1. Dəyişən-sabit cərəyan AEQ haqqında məlumatlar
2. Dəyişən-sabit cərəyan AEQ – nın üstünlükləri
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. H.A. Mehdiyev “Gəmilərin elektrik avadanlığı” Bakı, “Ti- Media”, 2008 – 398 səh.
5. В.И. Полонский “Гребные электрические установки”, - Изд. “Морской транспорт”, Ленинград, 1968-540 стр.

Baş cərəyan dövrəsində idarə olunan və idarə olunmayan ventil çeviriciləri olan, yəni, İki cərəyanlı avar qurğularının tətbiqi
nəqliyyat gəmilərində 1970 -ci illərin əvvəllərindən başlayıb. Bu qurğunun yaradılmasında əsas məqsəd sabit və dəyişən cərəyan avar
qurğularının müsbət cəhətlərini bir avar qurğusunda cəmləşdirmək, mənfi cəhətləri isə azaltmaq idi. Yəni belə qurğu öz iqtisadi
göstəricilərinə görə dəyişən cərəyan avar qurğusuna yaxınlaşır, manevr xassəsinə görə isə sabit cərəyan avar qurğularına bərabər olur.
İlk olaraq İdarəolunmayan düzləndiricili AEQ qurulub. İki cərəyanlı AEQ –da sinxron generatorlar müxtəlif güclərdə istifadə oluna
bilər (Qaz və ya BT -ilə işləmə zamanı). SG – İdarəolunmayan düzləndrici – AEM sistemi aşağıda göstərilən üstünlükləri təmin edir:
Böyük güclü yüksək sürətli, iqtisadi cəhətdən əlverişli olan birinci mühərriklərin (buxar və qaz turbinləri) istifadəsi; reduktor
ötürücüsü olmadan yüksək sürətli generatorları birbaşa birinci mühərrikə qoşulması, bu zaman yüksək sürətli generatorların istifadəsi,
maşənların qabarıtlərini və düzləndirilmiş gərginliyin döyüntülərinin azalmasını təmin edir; dəyişən cərəyan generatorlarının tətbiqi
nəticəsində AEQ – nun sxeminin böyük etibarlığının və FİƏ – nın yüksəlməsi (istismarın və təmirin asanlaşması da daxildir); Avar
vintinin fırlanma sürətinin müstəqil olması və onun birinci mühərrikdən tənzim olunması; bir ədəd AEM – in bir neçə generator
aqreqatından qidalana biməsi; ilkin mühərriklərin gücünün və fırlanma sürətinin dəyişməz olduğu halda, AEM – in momentinin geniş
diapazonda avtomatik dəyişdirilməsi; AEQ –nun şinlərindən məişət tələbatları üçün gərginliyin verilməsi.
İkili cərəyan AEQ -da generator qismində praktiki olaraq istənilən gücdə sinxron generatorlar istifadə oluna bilər.
Baş cərəyan dövrəsində idarə olunan ventilli AEQ –nın sxemləri yüksək sürətli idarəolunmaya məxsusdurlar, çünkü
idarəolunma dövrəsi generatorların təsirlənmə dövrəsi ilə əlaqəsi yoxdur. Generatorların gərginliyinin dəyişməz oduğu halda, AEQ –
nun idarəolunması ventillərin idarə siqnalının və təsirlənmə selinin dəyişdirilməsi ilə yerinə yetirilir.
İki cərəyanlı avar qurğularının generatorları üç fazalı sinxron generatordan avar mühərrikləri isə SCM -dən ibarətdir. Sinxron
generatorların hasil etdiyi üc fazalı dəyişən cərəyan güclü YK -dən hazırlanmış düzləndiricilər vasitəsilə sabit cərəyana cevirilib avar
mühərrikinə verilir. Belə qurğunun gəmilərdə işlədilməsi birinci növbədə güclü YK -in (diod, tiristor) inkişafı ilə əlaqədardır.
İkili cərəyan AEQ-da istifadə olunan yarımkeçirici çeviricilər iki cür olur.
1.Güclü diodlardan hazırlanmış idarə olunmayan düzləndiricilər.
2.Güclü tiristorlardan hazırlanmış idarə olunan düzləndiricilər.
Düzləndiricisi idarə olunan və olunmayan iki cərəyanlı avar qurğularının əsas müsbət cəhətlərindən biri yüksək sürətli birinci
mühərrikdən istifadə olunmasıdır (buxar və qaz turbinlərindən). Əks halda birinci mühərriklər avar vinti ilə (teploxodlarda ) və
sinxron generatorları ilə (elektroxodlarda) alcaldıcı reduktor vasitəsilə birləşirlər. Beləliklə həm generatoroların həm də onları hərəkətə
gətirən birinci mühərriklərin həcm və cəkisi azalır və reduktorlar ixtisar olur. Bu generatorların cərəyanının tezliyi yüksək olduğu ücün
düzlənmə prosesi də yaxşı olur. Cünki, bir period ərzində olan döyünmənin sayı artır və bu səbəbdən də sabit cərəyan yaxşı
hamarlanır. İdarə olunmayan düzləndiriciyə malik olan avar qurğusunun elektrik mühərrikinin sıxaclarına verilən gərginlik eləcədə
həmən avar mühərrikinin fırlanma sürəti sinxron generatorun təsirlənmə cərəyanının dəyişdirilməsi ilə tənzim olunur. Düzləndircisi
idarə olunan iki cərəyanlı avar qurğularında avar mühərriikinin tez zamanda idarə olunması təmin olunur. Cünki, bu qurğularda avar
mühərrikinin düymələrinə gələn gərginlik və onun fırlanma sürəti tez işləyən tiristor düzləndiricisi ilə tənzim olunur. İki cərəyanlı
AEQ –da əsas mənfi cəhəti dəyişən cərəyan tərəfdə gərginliyin sinusoid əyrisinin pozulması və sabit cərəyan tərəfində isə gərginliyin
döyünən hissəsinin olmasıdır. Bunları azaltmaq ücün qurğunun həcmini və cəkisini artıran drossellərdən və başqa qurğulardan istifadə
edilir.
Yoxlama sualları
1. Dəyişən-sabit cərəyanlı AEQ – ında hansı üstünlüklər var?
2. İki cərəyanlı AEQ – ında idarəedilmə necə yerinə yetirilir?

MÖVZU 20. İKİLİ CƏRƏYAN AVAR ELEKTRİK QURĞULARININ GÜC DÖVRƏSİNƏ QOŞULMUŞ YARIMKEÇİRİCİ
DÜZLƏNDİRİCİLƏR

Plan
1. Dəyişən-sabit cərəyan AEQ - nda işlədilən materiallar
2. Dəyişən-sabit cərəyan AEQ – nın üstünlükləri
3. Dəyişən-sabit cərəyan AEQ – nın idarə və mühafizə sistemləri
Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. H.A. Mehdiyev “Gəmilərin elektrik avadanlığı” Bakı, “Ti- Media”, 2008 – 398 səh.
5. В.И. Полонский “Гребные электрические установки”, - Изд. “Морской транспорт”, Ленинград, 1968-540 стр.
6. В.Ю. Воскобобур “Моделирования систем электродвижения переменно-постоянного тока с управляемыми
выпрямителями”, Санкт-Петербург 2000 г.

İki cərəyanlı avar qurğusunun struktur sxemləri


a) İdarə olunmayan düzləndiriciyə malik olan avar qurğusunun struktur sxemi.
İdarə olunmayan düzləndiricisi olan avar qurğusunda avar mühərrikinin düymələrinə verilən gərginlik və eləcədə avar mühərrikinin
fırlanma sürəti sinxron generatorun təsirlənmə cərəyanını dəyişməklə tənzim olunur.
b) İdarə olunan düzləndiriciyə malik olan avar qurğusunun srtuktur sxemi.
İdarə olunan düzləndiriciyə malik olan sxemdə avar mühərrikinin düymələrinə verilən gərginlik və eləcədə mühərrikin fırlanma
sürəti düzləndiricidə qurulmuş tristorların acılma bucağlarının (α) dəyişməsi ilə tənzim edilir. Avar mühərrikinin revers edilməsi isə
onun təsirlənmə cərəyanının istiqamətinin dəyişməsi ilə yerinə yetirilir. Göstərilən sxemlərin sabit cərəyan avar qurğusuna nisbətən
əsas mənfi cəhəti düzlənmiş gərginliyin avar mühərrikin asılı olması və sinxron generatorunun lövbər reaksiyası gərginliyin qiymətini
cox aşağı salmasıdır.

İki cərəyanlı avar qurğusunun düzləndiriciləri


İki cərəyanlı avar qurğusunda sinxron generatordan alınan dəyişən cərəyanı sabitə cevirmək ücün 3-fazalı körpü düzləndiricisindən
və bu düzləndiricinin əsaında qurulmuş digər düzləndirici sxemdən istifadə olunur. Məlum olduğu kimi düzləndirici sxemlərin
əlverişlisi 3-fazalı körpü sxemi sayılır. Cünki, bu sxemin texniki iqtisadi göstəriciləri başqa sxemlərə nisbətən yüksək olur. Ancaq bu
vəziyyət avar qurğuları ücün kifayət etmir. Cünki avar qurğusunda cox böyük güclü enerji düzlənir. Bu səbəbdəndə avar mühərrikinin
dövrəsindəki cərəyan döyünməsi və sinxron generatorun cərəyanının tərkibində yüksək harmonikaların alması böyük enerji itgisinə
səbəb olur. Bu hadisənin qarşısını almaq ücün 3-fazalı körpü düzləndiricisinin cürbəcür sxem variantları işlədilir.
Üc fazalı körpü düzləndiricisi. Bu sxem bir period ərzində düzlənmiş hissədə 6 döyünmə (impuls) verir. Bu sxemdə döyünən
gərginliyin maksimal qiyməti düzlənmiş gərginliyin orta qiymətindən 25-30% cox olur. Döyünən hissənin hesabına sabit cərəyan
hissəsində =6m harmonikalar əmələ gəlir (m=1.2.3). Cüt harmonikalar olacaq. Dəyişən cərəyan hissəsində isə =6m±1 (m=5.7.11).
Yəni tək harmonikalar olacaq.  səviyyəli düzləndirilmiş cərəyan qarmonikalarının nisbi qiyməti
I dνm 1 1 U dνm
= (20.1)
I dn ul ω gen T l U dn
Udm , Idm – uyğun olaraq düzləndirilmiş gərginlik və cərəyanın m səviyyəli harmonikalarının amplitud qiymətləri;
Udn , Idn – uyğun olaraq düzləndirilmiş gərginlik və cərəyanın nominal rejimdə orta qiymətləri;
Ll
T l= – AEM – nin lövbər dövrəsinin zaman sabitidir;
rl
U dνm
- düzləndirilmiş gərginliyin harmonikalarının nisbi qiymətidir;
U dn
I dn r l
ul = – nominal rejimdə AEM – nin lövbər dövrəsində nisbi aktiv gərginlik düşgüsüdür;
U dn
gen – sinxron generatorun bucaq sürəti; rl – lövbər dövrəsinin aktiv müqavimətidir;
Bu sxem az güclü qurğularda işlədilir. Bu sxemin müsbət cəhəti başqa sxem variantına nisbətən sadə olmasıdır. Belə düzləndirici
sxemlər həm idarə olunan həm də idarə olunmayan variantda yığılırlar.

İki fazalı 12-impuslu düzləndirici


Düzləndirilmiş cərəyanın hamarlığını artırmaq üçün və sxemin dəyişən cərəyan hissəsində yüksək harmonikaların amplitudunu
azaltmaq üçün 2-cərəyanlı avar qurğusunda 6 fazalı 12 impulslu düzlənmə sxemindən cox istifadə olunur. Məlum olduğu kimi belə
sxemlər düzlədiricidən əvvəl qurulmuş 3-fazalı və 3-sarğılı transformatorlar vasitəsilə yaradılır. Belə transformatorun 1 ədəd 3 fazalı
1-ci sarğısı 2 ədəd isə 3 fazalı 2-ci sarğısı olur. 2-ci sarğıdan 1-ni ulduzvari 2-ni üçbucaq birləşdirməklə düzləndirilmiş cərəyanın
döyünmələri 12-yə qaldırılır. Ancaq avar qurğusunun gücü böyük olduğu ücün belə transformatorların cəkisi və həcmi cox böyük
alınır və belə hamarlama üsulundan gəmilərdə istifadə olunur.
İki cərəyanlı avar qurğusunda 6 fazalı və 12 impulslu düzləndirmə sxemini yaratmaq ücün xüsusi generatorlar hazırlayırlar. Belə
generatorlar 2 ədəd 3 fazalı stator sarğısına malik olurlar və bu sarğıları ilə sayırlar ki eyni adlı fazalar arasında 60° bucaq olur və hər 3
fazalı sarğısı bir 3 fazalı körpü düzlədiricisinə birləşir. Deməli bu sxemdə xüsusi sinxron generatoru 3 fazalı 3 sarğılı transformatoruda
əvəz edir. Şəkil b, v - dən göründüyü kimi 3 fazalı körpü düzləndiriciləri bir-birilə həm ardıcıl (b) həm də paralel birləşə bilərlər (v).
Bunların bir-biri ilə birləşməsi asılıdır lazım olan sabit cərəyanın və gərginliyin qiymətindən. Yəni ardıcılda düzlənmiş gərginlik
toplanır paraleldə isə düzlənmiş cərəyanlar çıxılır.

Şək. 20.1 İkili cərəyan AEQ-da tətbiq edilən düzləndiricilərin sxemləri

Yoxlama sualları
1. Dəyişən-sabit cərəyanlı AEQ – ında hansı üstünlüklər var?
2. İki cərəyanlı AEQ – ında idarəedilmə necə yerinə yetirilir?
MÖVZU 21. İKİ CƏRƏYANLI AVAR ELEKTRİK MÜHƏRRİKLƏRİNİN FIRLANMA SÜRƏTİNİN TƏNZİM
EDİLMƏSI

Plan
3. Dəyişən-sabit cərəyan AEQ - nda işlədilən məlumatlar
4. Dəyişən-sabit cərəyan AEQ – nın üstünlükləri
5. Dəyişən-sabit cərəyan AEQ – nın idarə və mühafizə sistemləri

Ədəbiyyat
5. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
6. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
7. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
8. H.A. Mehdiyev “Gəmilərin elektrik avadanlığı” Bakı, “Ti- Media”, 2008 – 398 səh.
9. В.И. Полонский “Гребные электрические установки”, - Изд. “Морской транспорт”, Ленинград, 1968-540 стр.

Sinxron-asinxron mühərriki həm asinxron mühərrikin həmdə sinxron mühərrikin müsbət cəhətlərini özündə cəmləşdirilmişdir. Bu
mühərrik asinxron mühərriki kimi işə salınır, revers olunur, sinxron mühərriki kimi isə vahid güc əmsalı ilə işləyir və buna görə də
uzun müddətli iş rejimlərində mühərrik iqtisadi cəhətdən əlverişli olur. Sinxron-asinxron mühərrikin rotoru qurluşca faz rotorlu
asinxron mühərrikin rotoruna oxşayır. Yəni qütbləri aydın görünməyən rotordur, üc fazlı sarğısı var, bu sarğıların ucları rotorun
valında yerləşən mis həlqələrə (3-ədəd) birləşib. Bu həlqələr vasitəsilə rotor sarğısı işə salma zamanı üc fazlı reostatla iş zamanı isə
sabit cərəyan mənbəyinə qoşulur. Sinxron – asinxron mühərrikin rotorunun sxemi şəkil 21.1 – də göstərilmişdir.
Əvvəllər dəyişən cərəyan avar mühərrikin fırlanma sürətini tənzim etmək ücün 3 üsuldan istifadı edilirdi:
1. Rotor dövrəsinə müqavimət qoşmaqla. Bu usul ancaq faza rotorlu asinxron mühərriklərdə tətbiq edilirdi.
2. Stator sarğısının cüt qütblər sayını dəyişməklə tənzim etmə. Bu üsul 2-qəfəsli asinxron mühərrikinə və sinxron mühərriklərində
tətbiq olunurdu.
3. Stotor sarğısının cərəyanın tezliyini dəyişməklə mühərrikin fırlanma sürətinin tənzim edilməsi.

Şəkil 21.1 Sinxron-asinxron mühərrikinin rotorunun sadələşdirilmiş sxemi

Bu üç üsuldan ən əlverişlısi üçüncü üsul sayılır. Buna görə də hal hazırda güclü yarımkeciricilərdən (tiristorlar) hazırlanmış tezlik
ceviriciləri vasitəsilə gəmilərdə işlədilən dəyişən cərəyan mühərriki ücün stator cərəyanın tezliyini dəyişməklə tənzimetmə üsulu tətbiq
edilir. Bu üsul öz səlistliyi və iqtisadi cəhətdən əlverişliliyi ilə gəmilərin az güclü rejimində ən əlverişli tenzilmetmə üsulu sayılır.
Avar mühərrikin statoruna verilən cərəyanın tezliyini dəyişməklə onun fırlanma sürətini tənzim etdikdə həmcinin avar mühərrikinin
sıxaclarına verilən gərginliyidə dəyişmək lazımdır.Bu zaman gərginliyin qiymətini elə dəyişmək lazımdır ki, mühərrikin artiq
yüklənməyə davamiyyəti azalmasın. Məlum olduğu kimi gəminin vintinin momenti ilə fırlanma sürəti arasında eləcədə mühərrikin
yaratdığı momentlə sürəti arasında kvadratik asılılıq vardır.
M n 2 f
=( ) =( )2
Mn nn fn (21.1)
Bundan əlavə akademik Kostenko mühərrikin düymələrdəki gərginliyi dəyişmək üçün aşağıdakı düsturlardan istifadə etməyi məsləhət
görmüşdür. Bu düstur ilə tənzimetmə yerinə yetirildikdə mühərrik optimal rejimdə işləyir
U f
= ⋅
М

U n f n Мn (21.2)

Şəkil 21.2 İkili cərəyan AEQ –n idarəolunma sxemi


2-ci düsturda momentlə tezliyi əvəz etsək (1-ci düstura əsasən) avar mühərriki ücün gərginliklə tezllik arasında olan asıllığı ala
bilərik:
U f
=

f f
( )2 =( )2
Un f n f n fn (21.3)
Alınan düsturrdan aydın görünür ki, vinti hərəkətə gətirən avar mühərrikinin sıxaclarına verilən gərginlik tezliyin kvadratından aslıdır.
Avar asinxron mühərrikin (sinxron) tezliyini dəyişdikdə gərginliyi onun kvadratından aslı olaraq dəyişmək lazımdır. Bu qanuna əsasən
f
=const
mühərrikin stator sarğısında yaranan maqnit seli sabit qalır f n .
Bu səbəbdəndə mühərrikin artıq yüklənmə qabiliyyəti dəyişilmir. Ancaq təcrübəda stator sarğılarında yaranan gərginlik itgisinin
hesabına maqnit seli sabit qalmır və normadan az olur. Bundan əlavə tezliyin kvadratından aslı olaraq generatorun gərginliyinin
avtomatik olaraq dəyişilməsi çətin başa gəlir. Bu səbəbdən dəyişən cərəyan avar qurğularında tənzim zamanı gərginliklə tezliyini
bərabər olaraq dəyişirlər.
f
U=U f n n (21.4)

Yoxlama sualları
3. Dəyişən-sabit cərəyanlı AEQ – ında hansı üstünlüklər var?
4. İki cərəyanlı AEQ – ında idarəedilmə necə yerinə yetirilir?
MÖVZU 22. GÜC DÖVRƏSİNDƏ TEZLİK ÇEVİRİCİSİ OLAN AVAR ELEKTRİK QURĞULARININ SXEMLƏRİ

Plan
1. Dəyişən cərəyan AEQ -in güc dövrələrində işlədilən tezlik çeviriciləri
2. Dəyişən cərəyan AEQ -da tezlik çeviricilərinin tətbiqinin sxemləri

Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. H.A. Mehdiyev “Gəmilərin elektrik avadanlığı” Bakı, “Ti- Media”, 2008 – 398 səh.
5. В.И. Полонский “Гребные электрические установки”, - Изд. “Морской транспорт”, Ленинград, 1968-540 стр.
6. В.Ю. Воскобобур “Моделирования систем электродвижения переменно-постоянного тока с управляемыми
выпрямителями”, Санкт-Петербург 2000 г.

Yarımkeçirici tezlik çevirici texnikası istiqamətindəki nailiyyətlər avar valındakı güc 200MVt və daha çox olan, böyük güclü AEQ
– nın yaranmasına imkan yaradır. Bu AEQ yüksən artıqyüklənməyə davamlılıq və tənzimedilmə qabiliyyətinə, yüksək istismaredilmə
keyfiyyətlərinə və iqtisadi cəhətdən əlverişli, kiçik kütlə-qabarit göstəricilərinə malikdirlər. YTÇ (yarımkeçirici tezlik çeviriciləri) olan
AEQ əsasında vahid elektroenergetik qurğuların yaradılmasının reallaşdırılması mümkündür.
Funksional sxemlər. YTÇ-li dəyişən cərəyan AEQ-n sxemi şək. 22.1 – də göstərilmişdir. Buraya daxildir:
Sinxron generatorları hərəkətə gətirən birinci mühərriklər (dizel, buxar və ya qaz turbini); sinxron və asinxron tipli AEM – rini
qidalandırılması üçün nəzərdə tutulmuş yarımkeçirici tezlik çeviriciləri.
Sinxron generator – YTÇ – AEM sisteminin əsas xüsusiyyəti onunla xarakterizə olunur ki, avar elektrik sisteminin qidalanma
mənbəyinin əsas yükü, sinxron generatorların parametrlərinə və xarakteristikaslarına birbaşa təsir göstərən, idarəolunan ventilli
(tiristorlu) və idarəolunmayan ventilli (diodlu) tezlik çeviriciləridir.

Şəkil 22.1 YTÇ – lərin dəyişən cərəyan AEQ – da tətbiq olunma sxemləri

YTÇ – li AEQ aşağıda göstərilən sxemlər üzrə hazırlanırlar:


1. Asinxron tipli AEM – ni qidalandıran birbaşa tezlik çeviricisi olan AEQ (şək. 22.1a);
2. Asinxron tipli AEM – ni qidalandıran iki bəndli yarımkeçiricili tezlik çeviricisi olan AEQ (şək. 22.1b);
3. Sinxron tipli AEM – ni qidalandıran birbaşa yarımkeçiricili tezlik çeviricisi olan AEQ (şək. 22.1c);
4. Ventil tipli AEM – ni qidalandıran birbaşa yarımkeçiricili tezlik çeviricisi olan AEQ (şək. 22.1d);
5. Ventil tipli AEM – ni qidalandıran iki bəndli yarımkeçiricili tezlik çeviricisi olan AEQ (şək. 22.1e);
6. Ventil kaskadı olan AEQ (şək. 22.1f);
AEQ – larında birbaşa tezlik çeviricisi və ya iki bəndli yarımkeçiricili tezlik çeviricilərin tətbiqi, çeviricilərin girişində və çıxışında
cərəyan tezliklərinin fərqliliyi ilə izah olunur. Yarımkeçiricili tezlik çeviricili və asinxron tipli AEM-li sxemlər əsasən, avar vintində
qəfildən dəyişən yüklənmə rejimləri olmadığı elektroxodlarda istifadə edilirlər (şək. 22.1a,b,c).
Birbaşa yarımkeçiricili tezlik çeviricisi və sinxron tipli AEM-li sxemlər, böyük güclü buzqıran gəmilərdə, yaxşı energetik
göstəricilərinə, kiçik kütləyə və yüksək FİƏ-na malikdirlər.
Böyük güclü AEQ-nda ventil tipli sinxron AEM-ni istifadəsi məqsədəuyğun sayılır

Yoxlama sualları
1. Dəyişən cərəyan AEQ -in güc dövrələrində işlədilən tezlik çeviriciləri hansılardır?
2. Dəyişən cərəyan AEQ -da tezlik çeviricilərinin tətbiqinin sxemlərini izah edin
MÖVZU 23. AVAR ELEKTRİK QURĞULARINDA TEZLİK ÇEVİRİCİLƏRİNİN TƏTBİQİNİN ÜSTÜNLÜKLƏRİ

Plan
1. AEQ - nda işlədilən tezlik çeviriciləri
2. Dəyişən cərəyan AEQ - nda tezlik çeviricilərinin tətbiqinin üstünlükləri

Ədəbiyyat
1. Международная Конвенция о подготовке и дипломировании моряков и несении вахты 1978 года (ПДМНВ-78) с
поправками (консолидированный текст). Санкт Петербург. ЗАО “ЦНИИМФ”, 2010-806 с.
2. İMO Model Course 7.08. Electro-Tecnical officer Edition, London, 2014-188 p.
3. SOLAS 74, Санкт –Петербург, АО «ЦНИИМФ», 2015
4. H.A. Mehdiyev “Gəmilərin elektrik avadanlığı” Bakı, “Ti- Media”, 2008 – 398 səh.
5. С.Е. Кузнецов, Л.А. Лемин, Ю.В. Кудрявцев и др. Техническая эксплуатация судового электрооборудования. Москва,
“Проспект”, 2010 год.

YTÇ – lərin AEQ – da tətbiqinin aşağıda göstərilən üstünlükləri vardır:


1. Bu sistemlərdə istifadə edilən dəyişən cərəyan AEM – ri müxtəlif güclərdə hazırlana bilərlər;
2. Nominal FİƏ – nın qiymətinə görə SG – YTÇ – SAEM (AAEM) sistemi, sabit cərəyan AEQ və ikili cəryan AEQ – ndan daha
üstündür və mexaniki reduktorlu AEQ – na yaxındır;
3. AEM – nin fırlanma sürətinin geniş diapazonda tənzimedilməklə və güc itkilərinə görə AEM – nin iqtisadi cəhətdən əlverişli
rejiminin təmin olunması ilə, gücün qiymətinin sabit saxlanılmasının avtomatik tənzimi sistemlərinin reallaşdırılması
mümkünlüyü.
4. Baş generatorların və AEM – nin gərginlik və tezliyinin qiymətinin seçilməsində məhdudiyyətlərin olmaması;
5. Baş cərəyan dövrəsində cərəyanın kəsilmədən, idarədilmə və tənzimetmə sistemlərinin yaradılması mümkünlüyü;
6. İkili cərəyanlı AEQ – da nisbətən daha böyük artıqyüklənməyə davamlılıq qabiliyyəti. Bu da öz növbəsində revers müddətinin
azaldılması və AEM – nin fırladıcı momentinin artırılmasına imkan verir.
7. Sabit cərəyan və İkili cərəyanlı AEQ – na nisbətən davamlılıq və etibarlılıq;
8. Elektrik hərəkətverici qurğunun və gəmidaxili məişət elektrik qidalanmasını təmin edən, səmərəli elektrik stansiyasının
yaradılması üçün uyğun şərait yaradılması mümkünlüyü;
9. Sabit cərəyan və İkili cərəyanlı AEQ – na nisbətən xidmət edilmə sərflərinin azalması;

Yoxlama sualları
1. AEQ - da hansı növ tezlik çeviriciləri istismar edilir?
2. Dəyişən cərəyan AEQ - nda tezlik çeviricilərinin tətbiqinin üstünlükləri

You might also like