You are on page 1of 6

FAKÜLTƏ: Mühəndislik

İXTİSAS: Tribotexnika
QRUP: M1301-a2
FƏNN: Menecment iqtisadiyyatı
MÖVZU: Azneft İB Dalma Qurğularının təmiri və kirayəsi üzrə
eksperimental istehsalat müəssisəsinin iqtisadi göstəricilərinin illər
üzrə müqayisəli təhlili
RƏHBƏR: Ph.D Ceyhun Vəliyev
TƏLƏBƏ: Sevinc Ağayeva

Bakı – 2022
Azneft İB Dalma Qurğularının təmiri və kirayəsi üzrə
eksperimental istehsalat müəssisəsinin iqtisadi göstəricilərinin illər
üzrə müqayisəli təhlili
Hal-hazırda Respublikada kəşf olunmuş 71 neftqaz - kondensat yataqlarının
57-si istismardadır və onlardan 38-i quru sahələrində yerləşmişdir. Bu yataqların
20-si (54,1%-i) Abşeron yarımadasında yerləşir və “Azneft” İB, müxtəlif müştərək
müəssisə və əməliyyat şirkətləri tərəfindən istismar olunur. Onlarda istismar
prosesinin sonuncu mərhələsinə keçməsi səbəbindən neftin mexanikləşdirilmiş
üsullarla çıxarılması üstünlük təşkil edir. Bu sırada qeyd olunan yataqlarda ştanqlı
quyu nasoslarından (ŞQN) istifadə geniş tətbiq tapmışdır, lakin bu üsulla neftin
çıxarılması qeyri-effektiv olduğu (sulaşmanın yüksək olduğu və s.) hallarda
mərkəzdənqaçma elektrik dalma nasos qurğularından (MEDNQ) istifadə metodu
aktuallıq kəsb edir.
Şəkil 1.1-də “Azneft” İB-nin balansında olan quyu fondunda istismar
üsullarının tətbiqini xarakterizə edən diaqram göstərilmişdir. Diaqramdan
göründüyü kimi Azərbaycanın neft-qaz çıxarma idarələrində (NQÇİ) tətbiq edilən
hasilat üsulları sırasında ştanqlı nasos və qazlift metodları prioritet olmasına
baxmayaraq, elektrik dalma nasoslarından istifadə genişlənməkdədir.

Yuxarıda qeyd olunduğu kimi, hal-hazırda Azərbaycan Respublikasında bu


avadanlığa olan tələbat “Azneft” İstehsalat Birliyinin “Dalma qurğularının təmiri
və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi” (DQT və KEİM) tərəfindən
həyata keçirilir. 1964-cü ildə yaradılmış bu müəssisə Sovetlər İttifaqı zamanı
yalnız dalma nasoslarının təmiri üçün nəzərdə tutulmuşdu və tələb olunan hissələr,
eləcə də komplektləşdiricilər tam şəkildə Rusiyadan gətirilirdi.
Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat
müəssisənin əsas fəaliyyət istiqaməti dənizdə və quruda neft hasil edən
müəssisələri "dalma qurğuları" ilə təmin etmək və onlara xidmət göstərməkdən
ibarətdir. İl ərzində müəssisə mərkəzdənqaçma dalma nasosların, dalma elektrik
mühərriklərinin, hidromüdafiə qurğuların və diafraqmalı dalma nasosların əsaslı və
cari təmirini həyata keçirir.
Mərhələli keyfiyyətə nəzarət prosedurundan keçən hazır məhsullar Sınaq
Sahəsindəki quyularda sınaqdan keçirilir. Bundan başqa müəssisədə NQÇİ-lər
üçün neft hasilatını tənzimləyən keramiki və bərk xəlitəli tənzimləyicilər istehsal
olunur. Əlavə olaraq müxtəlif neft-mədən avadanlıqlarının yüksək səviyyədə əsaslı
təmiri aparılır və ehtiyat hissələri istehsal edilir. Hal-hazırda Respublikanın bir çox
bölgələrində dalma avadanlıqları ilə neft quyuları istismar olunmaqla onlara 24
saat xidmət göstərilir.
Müəssisənin fəaliyyət sahələri
Müəssisənin strukturu idarəetmə aparatı, kirayə xidməti və təmir
xidmətindən ibarətdir.
Kirayə xidməti
DQT və KEİM sifarişçilərin etimadını qazanmaq məqsədi ilə onlara
kompleks xidmət göstərir. Kompleks xidmət təmir, istehsal və kirayə xidməti kimi
işləri əhatə edir. Bunun nəticəsində dalma avadanlığı daha səmərəli istismar edilir
və neft hasilatının maya dəyəri aşağı düşür.
Kirayə xidməti aşağıdakı işləri əhatə edir;
 Hər bir quyu üçün onun xüsusiyyətindən asılı olaraq dalma avadanlığının
seçilməsi,
 Avadanlığın xüsusi nəqliyyat vasitəsilə quyuağzına çatdırılması,
 Quyu ağzında avadanlıqların quraşdırılması, yeraltı təmir briqadası
tərəfindən avadanlığı boruların köməyi ilə quyuya endirdikdən sonra işə
başlamaq və texnoloji rejimi saxlamaq;
 Quyunun istismarı zamanı texnoloji rejimə nəzarət,
 Zəruri hallarda texniki xidmət və əsaslı təmir üçün dalma avadanlığının
texniki xidmətini dayandırmaq,
 Avadanlıqların quyudan qaldırıldıqdan sonra yeraltı təmir briqadasının
köməyi ilə avadanlığın sökülməsi,
 İstifadə olunmuş avadanlığın təmir bazasına çatdırılması.
Təmir xidməti
DQT və KEİM- də müştərilərin tələblərinin vaxtında və keyfiyyətlə yerinə
yetirilməsi üçün karbohidrogen hasilatında istifadə olunan dalma qurğuların
operativ təmiri üçün istehsalat bazası yaradılmışdır. Dalma avadanlıqların əksər
hissələri müəssisənin istehsalat bazasında təmir olunur.
İstehsal bazası aşağıdakı sahələrdən ibarətdir:
 Mexaniki yığma sahəsi
 Dalma elektrik mühərriki təmiri sahəsi
 Çuqun tökmə sahəsi
 Mexaniki təmir sahəsi
 Kabel təmiri xidməti sahəsi
 Rele müdafiə xidməti sahəsi
 Köməkçi sahələr: enerji təmiri sahəsi, tikinti-təmir sahəsi, İstehsalat xidməti
sahəsi və kompressor stansiyası texnoloji avadanlığın və təmir bazasının
normal fəaliyyətini təmin edir.
Müəssisədə görülən təmir işlərinə aid nümunələr

2021 – ci ildə
SOCAR -ın
struktur təşkilatları üçün istehsal olunan və əsaslı təmir edilən avadanlıq və
detallar haqqında məlumat

You might also like