You are on page 1of 12

FAKÜLTƏ: Mühəndislik

KAFEDRA: Mexanika mühəndisliyi


İXTİSAS: Tribotexnika
FƏNN: Tribologiya mühəndisliyi - 2
FƏNNİ TƏDRİS EDƏN: PhD. Fərhad Şirzadov
MÖVZU: Dişli çarxların tribologiyası
Dişli çarxların tribologiyası
Sənayedə ötürücü mexanizmlərdən biri olan dişli çarx ötürməsinin funksiyası səs-
küy, vibrasiya və temperaturun məqbul səviyyələrində əsas hərəkətverici (aparan) və
idarə olunan (aparılan) mexanizm arasında fırlanma momentini və fırlanma hərəkətini
etibarlı şəkildə ötürməkdir.
Dişli çarxlar tərəfindən ötürülən hərəkət və güc friksion disklər tərəfindən ötürülən
gücə kinematik olaraq bərabərdir. Hərəkətin iki dişli çarxla necə ötürüldüyünü başa
düşmək üçün vallara quraşdırılmış iki düz dairəvi çarx olan A və B-ni nəzərdən keçirək.
Çarxlar kifayət qədər kobud səthlərə malikdir və Şəkil 1-də göstərildiyi kimi bir-birinə
sıxılmışdır.

Şəkil 1
A çarxı aparan vala , B çarxı isə aparılan vala bərkidilmişdir. Kiçik bir mülahizə
göstərəcək ki, A çarxı valla birlikdə fırlananda o, B çarxını Şəkil 1-də göstərildiyi kimi
əks istiqamətə fırladacaq. A çarxının tətbiq etdiyi tangensial qüvvə iki təkər arasındakı
maksimum sürtünmə qüvvəsindən (müqavimətindən) çox olmadıqca, B təkəri A təkəri
ilə daimi fırlanacaq. Lakin tangensial qüvvə (P) sürtünmə müqavimətini (qüvvəsini) (F)
aşdıqda, iki təkər arasında sürüşmə baş verəcəkdir.
Sürüşmənin qarşısını almaq üçün Şəkil 2-də göstərildiyi kimi A çarxının xarici
kənar səthlərində B çarxının xarici kənar səthindəki müvafiq girintilərə uyğun olaraq bir
sıra çıxıntılar (dişlər) nəzərdə tutulur. Sürüşmə disklərinin üzərində kəsilmiş dişlər olan
forması dişli çarx kimi tanınır. Dişli çarxların əlaqəsini göstərmək üçün ən əsas göstərici
onların başlanğıc çevrələrinin diametridir. Dişli çarxlar bu diametr üzrə ilişmədə olur.
Başlanğıc
çevrələr

aparan
aparılan

Kontakt xətti

vallar

Şəkil 2

Ötürücülərin üstünlükləri və çatışmazlıqları


Aşağıda dişli ötürücünün digər ötürücülərlə, məsələn, kəmər, ip və zəncir
ötürücüləri ilə müqayisədə üstünlükləri və çatışmazlıqları verilmişdir.
Üstünlükləri
1. Dəqiq sürət nisbətini ötürür.
2. Böyük gücü ötürmək üçün istifadə edilir.
3. Valların mərkəzlər arası məsafəsi kiçik olduğu zaman istifadə oluna bilir.
4. Yüksək effektivliyə malikdir.
5. Etibarli xidmət və texniki qulluq.
6. Kompakt tərtibata malikdir.

Çatışmazlıqları
1. Dişli çarxların istehsalı xüsusi alətlər və avadanlıqlar tələb etdiyinə görə digər
ötürücülərdən daha baha başa gəlir
2. Dişlərin kəsilməsində əməliyyat zamanı yaran çox kiçik qeyri-dəqiqlik vibrasiya
və səs-küyə səbəb ola bilər.
3. Dişli çarxların düzgün işləməsi üçün uyğun sürtkü materialı və onun etibarlı
tətbiq üsulu tələb olunur.
Dişli çarxların təsnifatı

Dişli çarxlar aşağıdakı kimi təsnif edilə bilər:


1. Valların oxlarının vəziyyətinə görə. Hərəkətin ötürülməsi nəzərdə tutulan iki
valın oxları
(a) paralel, (b) kəsişən və (c) kəsişməyən və paralel olmayan ola bilər.
Şəkil 2-də iki paralel və bir müstəvidə yerləşən vallar bir – biri ilə dişli çarxlar vasitəsilə
əlaqələndirilmişdir. Bele formalı dişli çarxlara silindirik düz dişli çarxlar deyilir və
həmçinin bu çarxlarda başlanğıc səthlər silindr formalıdır. Bu dişli çarxlar Şəkil 2-də
göstərildiyi kimi çarxın oxuna paralel dişlərə malikdir. Silindirik formalı başlanğıc səthə
malik digər bir dişli çarx olan çəp dişli çarxların adını çəkmək olar ki, burada dişlər oxa
meyllidir. Paralel valları birləşdirən tək və qoşa çəp dişli çarxlar müvafiq olaraq Şəkil 3
(a) və (b)-də göstərilmişdir. Qoşa çəp dişli çarxın məqsədi yük ötürərkən tək çəp dişli
çarxlarda yaranan son təkanları tarazlaşdırmaqdır. Qoşa çəp dişli çarxlar Herringbone
dişliləri kimi tanınır.
İki qeyri-paralel və ya kəsişən, lakin eyni müstəvidə yerləşən dişli çarxlarla
əlaqələndirilmiş vallar Şəkil 3 (c)-də göstərilmişdir. Bu dişlilər konik dişli çarxlar adlanır
və çarxların başlanğıc səthləri konusvari formalıdır. Konik dişli çarxların dişləri silindirk
dişli çarxlardakı kimi oxa nəzərən meyilli ola bilər, bu halda onlar çəp konik dişli çarxlar
kimi tanınır.

kontakt xətti

(a) çəp (b) qoşa çəp (c) konus (d) spiralvari


Şəkil 3
Dişli çarxlarla birləşdirilmiş iki kəsişməyən və paralel olmayan, yəni eyni
müstəvidə yerləşməyən vallar Şəkil 3 (d)-də göstərilmişdir. Bu dişlilər əyri dişli çarxlar
və ya spiralvari dişli çarxlar adlanır. Bu tip dişli çarxlar həmçinin xətti kontakta
malikdir və onların öz oxları ətrafında fırlanması hiperboloidlər kimi tanınan iki
başlanğıc səthi əmələ gətirir.
2. Dişli çarxların periferik (kənar səthlərinin) sürətinə görə. Ötürücülərin
periferik sürətinə görə dişli çarxlar aşağıdakı kimi təsnif edilir:
(a) Aşağı sürət, (b) Orta sürət və (c) Yüksək sürət.
Sürəti 3 m/s-dən az olan dişli çarxlar aşağı sürətli, 3 ilə 15 m/s arasında olan dişli çarxlar
isə orta sürət dişli çarxlar adlanır. Dişli çarxların sürəti 15 m/s-dən daha çox olarsa, onlar
yüksək sürətli dişli çarxlar adlanır.
3. İlişmənin növünə görə. İlişmənin növünə görə dişli çarxlar aşağıdakı kimi
təsnif edilə bilər:
(a) Xarici dişli, (b) Daxili dişli və (c) Rack and pinion.

(a) xarici ilişmə (b) daxili ilişmə


Şəkil 4
Xarici ilişmədə iki valın dişli çarxları Şəkil 4 (a)-da göstərildiyi kimi bir-biri ilə
xaricdən ilişir. Bu iki çarxlardan böyüyü dişli, kiçik çarx isə pinion adlanır. Xarici
ötürmədə iki çarxın hərəkət istiqaməti həmişə Şəkil 4 (a)-da göstərildiyi kimi bir – birinə
əksdir.
Daxili ilişmədə iki valın dişli çarxları Şəkil 4 (b)-də göstərildiyi kimi bir-biri ilə
daxili ilişir. Bu iki çarxdan böyük olanına həlqəvi dişli çarx, kiçik olanına isə pinion
deyilir. Daxili ilişməli mexanizmdə çarxların hərəkət istiqaməti həmişə Şəkil 28.4 (b)-də
göstərildiyi kimi biri – birinə bərabər olur.
Bəzən valın dişli çarxı Şəkil 5-də göstərildiyi kimi düz xətt üzrə yerləşən dişlərə
xaricdən və daxildən ilişir. Belə dişli çarx ötürməsi rack və pinion adlanır. Düz xətt üzrə
yerləşən dişliyə rack (dayaq), dairəvi çarx isə pinion adlanır. Rack and pinionun köməyi
ilə irəliləmə hərəkətini firlanma hərəkətinə və ya əksinə çevirə bilərik.
Şəkil 5
4. Dişlərin dişli çarxın səthindəki vəziyyətinə görə. Dişli çarxın səthindəki dişlər

(a) Düz, (b) Maili və (c) Əyri ola bilər.


Düz dişli çarxlarda dişlər düz, çəp dişli çarxlarda dişlər oxa nəzərən meyilli və
əyri dişli və ya spiralvari dişli çarxlarda dişlər əyri formada olur.

Dişli çarx materialları

Dişli çarxların istehsalı üçün istifadə olunan material yeyilmə, səs-küy və s. kimi
möhkəmlik və istismar şəraitindən asılıdır. Dişli çarxlar metal və ya qeyri-metal
materiallardan hazırlana bilər. Metallik və dişləri kəsmə ilə hazırlanan dişli çarxlar əsasən
çuqun, polad və bürüncdən əldə edilir. Ağac kimi qeyri-metal materiallar, xam dəri
(rawhide),sıxılmış kağız və neylon kimi sintetik qatranlar dişli çarxlarda xüsusən də səs-
küyü azaltmaq üçün istifadə olunur.
Çuqun yüksək yeyilməyədavamlılıq xüsusiyyətlərinə, yaxşı emal olunma
qabiliyyətinə və tökmə üsulu ilə mürəkkəb formaların alınmasının asanlığına görə dişli
çarxların istehsalı üçün geniş istifadə olunur. Hamar səthin vacib olmadığı yerlərdə
kəsilmiş dişləri olan çuqun dişli çarxlardan istifadə edilə bilər.
Polad yüksək möhkəmlikli dişli çarxlar üçün istifadə olunur və bu polad növü adi
karbonlu poladı və ya ərinti poladı ola bilər. Polad dişli çarxlar arzu olunan möhkəmliyi
və dişlərin sərtliyini almaq üçün adətən termiki emala uğradılır.
Fosforlu bürünc sonsuz vint – dişli çarx ötürməsində yeyilməni azatmaq üçün
istifadə olunur. Çünkü polad və çuqundan hazırlanmış hissələrdə yeyilmə intensiv baş
verir. Aşağıdakı cədvəldə tez-tez istifadə olunan dişli çarx materiallarının xüsusiyyətləri
göstərilmişdir.

Cədvəl 1
Dişli çarxların emal üsulları
Dişli çarxların istehsalı üçün istifadə olunan materiallar arasında ən çox yayılmış
material olan polad, plastik və kompozitlər də daxil olmaqla müxtəlif qeyri – metal
materiallar ola bilər. İstehsal üsullarına aşağıdakılar daxildir: kəsmə, döymə, tökmə,
ştamplama, toz-metallurgiya üsulları və plastik inyeksiya. Bunlardan ən çox istifadə
edilən istehsal üsulu kəsmə ilə emal üsuludur. Dişli çarxların kəsmə ilə emalı iki
kateqoriyaya bölünür:
• Dişli çarxın generasiyası (generating)
• Dişli çarxın forma - kəsilməsi
Dişli çarxın generasiyası dedikdə fırlanan kəsici alətin nisbi hərəkəti ilə ona
nəzərən firlanma hərəkətində olan pəstahın səthində dişlərin kəsilməsi nəzərdə tutulur. İki
əsas generasiya prosesi hobbing və formavermə mövcuddur.
Hobbing hob adlanan çəp yivli kəsici alətdən istifadə edir. Həm hop, həm də
pəstah fırlanır, çünki hob dişli çarxın səthinə aksial istiqamətdə verilir. Hobbing düz və
çəp dişli çarxlarda xarici dişlərin emalı ilə məhdudlaşır. Hobbing əməliyyatında həm tək
dişli çarxın emalı, həm də çoxlu pəstahın birgə emalına imkan verilir ki, bununla da
istehsal sürətini artırır.
Formalaşdırma, fırlanan pəstahın tsiklik hərəkət edən kəsici alətlə təmasda olaraq
onda dişlərin formalaşması əməliyyatıdır. Kesici alət pinyon (kiçik dişli çarx) formalı,
çoxdişli xətti formalı kəsici və ya bir nöqtədən kəsici ola bilər.
Dişli çarxın forma - kəsilməsi prosesində dişli çarxın emalı zamanı arzu olunan
həqiqi forma və ya profilə malik olan formalaşmış kəsici alətlərdən istifadə edilir. İki əsas
forma kəsmə üsulu broşlama və frezelemedir.
Broşlama dişli çarxları emal etməyin ən sürətli üsuludur və broş adlanan çoxdişli
kəsici alətdən istifadə etməklə həyata keçirilir. Broşdakı hər bir diş ümumiyyətlə əvvəlki
dişdən daha hündür olur. Nəticədə, broşlama əməliyyatı irəlilədikcə hər dişlə kəsilmə
dərinliyi artır. Broşlama adətən daxili dişli dişlərin istehsalı üçün istifadə olunur. Xarici
dişlər "pot broaching" əməliyyatı ilə açıla bilər. Bu prosesdə dişli dişləri kəsmək üçün pot
adlanan içi boş broş alətindən istifadə olunur.
Frezləmə, dişli çarxlarda dişləri fərdi olaraq tək – tək kəsmək üçün fırlanan, çox
kənarlı kəsici alət və pəstah arasında nisbi hərəkətdən istifadə edən əsas emal prosesidir.
Böyük, qaba dişli çarxlar istehsal etmək üçün prosesin "qaşınma" adlanan variantı
istifadə olunur. Qaşlama ağır işli frez maşınlarında istifadə olunur və metalın sürətli
çıxarılması üçün fırlanan kəsicinin səthə batırılmasını nəzərdə tutur.
Dişli çarxların tamamlanma əməliyyatları
Emaldan sonra dişli çarxlar bir sıra tamamlama əməliyyatlarını tələb edir.
Tamamlama əməliyyatlarına termiki emal və son ölçü və səthi tamamlama əməliyyatları
daxildir. Tamamlama əməliyyatı aşağıdakılardan istifadə edilməklə həyata keçirilə bilər:
• Səthi yonma (Shaving)
• Üyütmə (Grinding)
• Xonlama
Dişli çarxların sıradançıxma səbəbləri
Dişli çarxlar müxtəlif səbəblərdən sıradan çıxır. Həmin sıradançıxma növləri və
onların qarşısını almaq üçün mümkün vasitələr aşağıdakılardır:
1. Əyilmədən sıradançıxma. Dişli çarxın hər bir dişi konsol rolunu oynayır. Əgər
dişli çarxa təsir edən ümümi təkrarlanan dinamik yüklər dişin dayaq möhkəmliyindən
çox olarsa, bu zaman ilk öncə diş əyilməyə başlayacaq daha sonra isə qırılacaq.
Bu cür nasazlığın qarşısını almaq üçün dişlinin modulu və eni ele götürülməlidir
ki, dişin dayaq möhkəmliyi dinamik yüklərdən yüksək olsun.

2. Pitting. Herts kontakt gərginliyinin çoxlu təkrarlanması nəticəsində baş verən


səth yorğunluğu zamanı baş verir. Səthlə təmasda olan gərginliklər materialın
dözümlülük həddindən artıq olduqda pitting baş verir. Pitting hadisəsi diş səthinin
dağılması ilə nəticələnən və böyüməyə davam edən çuxurların meydana gəlməsi ilə
başlayır.
Pitting yeyilməsinin qarşısını almaq üçün dişlər arasındakı dinamik yük dişin
yeyilmə müqavimətindən az olmalıdır.
3. Qopma. Həddindən artıq istilik, həddindən artıq səth təzyiqi, yüksək sürət və ya
sürtkü materialının təchizatı uğursuz olduqda yaranır. Bu, yüksək nöqtələrdə bir – birini
əvəz edən kəsilmə və qaynaq olunmanın sürətlə baş verdiyi dartma – sıxma fenomenidir
(stick-slip phenomenon).
Sürət, təzyiq və sürtkü yağının müvafiq axını kimi parametrləri düzgün tərtib
etməklə bu növ nasazlığın qarşısını almaq olar və bununla da sürtünmə səthlərindəki
temperatur icazə verilən hədlər daxilində saxlamaq olar.

4. Abraziv yeyilmə. Sürtkü yağlarının tərkibində olan kir, toz və ya materialdan


ayrılan hissəciklər kimi yad hissəciklər dişlərin arasına girərək onların səthini zədələyir.
Bu növ nasazlığın qarşısını sürtkü yağı üçün filtrlər təmin etməklə və ya daha qalın yağ
təbəqəsinin əmələ gəlməsinə imkan verən və beləliklə dişli çarxın səthinə zərər vermədən
belə hissəciklərin asan keçməsinə imkan verən yüksək özlülüklü sürtkü yağından istifadə
etməklə almaq olar.
5. Korroziv yeyilmə. Diş səthlərinin korroziyası əsasən sürtkü yağlarının
tərkibində olan bəzi aşqarlar kimi aşındırıcı elementlərin olması səbəbindən baş verir.
Bu cür yeyilmədən qaçınmaq üçün, korroziyaya qarşı müvafiq aşqarlardan istifadə
edilməlidir.

You might also like