You are on page 1of 7

FAKÜLTƏ: Mühəndislik

İXTİSAS: Tribotexnika
QRUP: M1301-a2
FƏNN: Triboloji proseslərin modelləşdirilməsi
MÖVZU: Tribologiyada modelləşdirmə nəzəriyyəsi
RƏHBƏR: Ph.D Fərhad Şirzadov
TƏLƏBƏ: Sevinc Ağayeva

Bakı – 2022
Tribologiyada modelləşdirmə nəzəriyyəsi
Tribodüyünlərdə proseslərin təsviri üçün mürəkkəb qeyri – bircins
modellərdən istifadə etmək lazım gəlir ki, bunların da əksəriyyəti hələ ki, riyazi
fizikanın ənənəvi üsulları ilə yerinə yetirilmiş tam riyazi təsvirə malik deyillər.
Buna görə də rasional triboloji həllin təsvirində yalnız riyazi modelləşmənin
hesabatlarına deyil, həmçinin tribomonitorinqə - müxtəlif eksperimental
tədqiqatlara, əsasən müxtəlif modellərlə (nümunələrlə) yerinə yetirilən sürtünmə,
yeyilmə və yağlama tədqiqatlarına, həmçinin təbii sürtünmə düyünlərinə
(tribodüyünlərə) əsaslanmaq lazımdır.

Mürəkkəb sistemlərin iş qabiliyyətlərinin tədqiqinin əsaslarını riyazi – fiziki


modelləşdirmə təşkil edir ki, buna da müxtəlif sürtünmə və yeyilmə şəraitləri üçün
xarakterik olan güc və istilik sahələrinin laboratoriya tribometrinin kiçik həcmli
nümunələrində tədqiqinə əsaslanaraq, modeldən oxşar olan təbii proseslərə keçid
üçün analitik üsulla alınmış keçid əmsalı imkan verir. Bu sahə model
dəyərləndirilməsi və təbii proseslərdə olduğu kimidir, amma proseslər kiçik zaman
ölçüsündə baş verə bilər. Bu sürətləndirilmiş tədqiqatın yaradılması və
reallaşdırılmasının prinsipial şərtidir. Amma, bu cür yanaşma bir sıra
məhdudiyyətlərə malikdir.
Bundan əlavə, əgər tədqiqatçı laboratoriya nümunəsində bütün istismar
şərtlərinin xüsusiyyətlərini imitasiya etməyə çalışırsa, onda informosologiyada
məşhur Tyurinq teoreminə əsasən model orijinala uyğun olmalıdır (təbii tribocüt).
Buna görə də ilk növbədə tribocütə sistem kimi baxılmalı və onun
dekompozisiyasından sonra vacib tədqiqatların aparılması alt sistem kimi təyin
olunmalıdır. Məs. ilk növbədə verilmiş material cütləri üçün (sürtünmə cütü
elementləri və yağlayıcı materiallar) sürtünmə və yeyilmənin dəyişməsi maraqlı
olan kritik nöqtələrin tapılmasına cəhd olunmalıdır. Bu nöqtələr arasında nəticələri
əminliklə interpolyasiya (ölçmə nöqtələrinə əsasən qrafikin qurulması və bu
qrafikin riyazi təsviri) etmək olar. Konkret məsələnin həlli üçün, bütün lazımi o
cümlədən material kombinasiyalarının yararlığını obyektiv dəyərləndirmək üçün,
kifayət qədər olan tədqiqatlar rasional (bölünəbilən) tribotexniki tədqiqatlarda
birləşdirilir.

Tribologiyada aşağıdakı növ modelləşdirmələr tətbiq olunur:

 Riyazi, hansı ki, riyazi oxşarlıqla reallaşır;


 Fiziki, hansı ki, fiziki oxşarlıq reallaşır;
 Analoq, ayrı – ayrı fiziki proseslər və kəmiyyətlər arasında dolayı
analogiyaya əsaslanır ki, bu da bir hadisəyə xas amma başqa hadisəyə
analoqdur;
 Riyazi – fiziki, hansı ki, faktiki oxşarlığı təmin edən şərtlər riyazi
üsulla ifadə olunur;
 İmitasiya hibrid modelləşdirmə, hansı ki, riyazi və fiziki
modelləşdirmə üsullarının birləşməsi kimi təqdim olunur ki, burada
tədqiqatçı – qərar qəbul edən şəxs, qabaqcadan eksperimentlərdə
alınmış nəticələrdən asılı olaraq, model eksperimentinin rejimlərinə
düzəlişlər edir.

Tribologiyada riyazi – fiziki modelləşdirməyə daha geniş yer ayrılır.

Riyazi – fiziki modelləşdirmə - praktik tribologiyada geniş yayılmış, fiziki


oxşar proseslərin qurğuda tədqiqi olub, modeldən təbii hadisələrə keçmək üçün
hesabi keçid əmsallarından istifadə edərək, hadisənin fiziki xarakterini saxlamaqla,
onu başqa ölçüdə reproduksiya etməkdir (həndəsi və ya fiziki). Riyazi - fiziki
model həm təbii obyektlərdə (təbii modelləşdirmə) və həm də təbii obyektlə eyni
təbiətdə olan kiçik ölçülü modeldə reallaşdırıla bilər. Model tədqiqatı əsasən qısa
vaxt müddətində (sürətləndirilmiş tədqiqat) yerinə yetirilir və təbii modelləşdirmə
ilə müqayisədə aşağıdakı üstünlüklərə malikdir:

1) Materiala (belə ki, sürtünmə cütü kiçik ölçülü nümunələrdə reallaşdırılır),


sürtünmə səthinin texnoloji emalı üçün material və enerji sərfinə, tədqiqatlar
zamanı enerjiyə qənaət etməyə imkan verir
2) Tədqiqat üçün hazırlıq – tamamlama işlərinə sərf olunan vaxta qənaət etmək
(əsasən 10 dəfə), maşın vaxtını (adətən 2...5 dəfə) və istismar şəraitində çətin
əməliyyat olan sürtünmə qovşaqlarının montaj de montaj əməliyyatlarının iş
həcmini əhəmiyyətli dərəcədə azaltmaq;

3) Belə ki, bahalı təbii stendlərin tikilməsinə, tikintinin kirayəsinə sərf olunan
vasitələrin azaldılması, hələ layihələndirmə mərhələsində sürtünmə düyünü ilə
əlaqədar olan əsas texniki qərarın eksperimentlər vasitəsi ilə yoxlanması, həmçinin
xidmətedici şəxsi heyətin sayının azaldılması hesabına çəkilən xərclərin
əhəmiyyətli dərəcədə azaldılması.

Bu gün tribosistemlərin modeli 6 alt sistemlərdən (alt modellərdən) ibarətdir:

1) Kinematik alt model şəkildə təsvir olunmuşdur və bura aid olan parametrlər:
qarşılıqlı örtmə əmsalı К ВЗ <1; Yük P; sürtünmə səthinin nominal sahəsi Aa 1 , a 2 ;
sürtünmə səthinin ventilyasiya sahəsi Aσ 1 ,σ 2 ; sürtünmə cütləri elementlərinin
kütləsi m1,2; sürtünmə cütü elementlərinin həcmi V 1,2 ; sürtünmə işi W m ; sürüşmə
sürəti V ск ; bucaq sürəti ω ; təcil w ; zaman t T (sürtünmənin davametmə müddəti).

2) Mikro istilik alt model şəkildə təsvir olunmuşdur və istilik mənbələrinin


paylanmasını nəzərə alır: sürtünmə cütü elementlərinin həcmi temperaturu ϑ V 1 ,V 2;
xarici isilikötürmə əmsalı σ ,1,2 ; ətraf mühitin temperaturu ϑ окр ; materialın və
mühitin istilikötürmə əmsalı Δ 1,2,3 ; materialın və mühitin xüsusi istilik tutumu с 1,2,3;
sürtünmə cütü materiallarının və ətraf mühitin sıxlıqları ρ1,2,3 ; ətraf mühitin
özlülüyü η3.
3) Kontakt alt modeli şəkildə verilmişdir ki, burada nominal, çevrəvi və faktiki
kontakt sahələri təsvir olunur: sürtünmənin nominal sahəsi Aa 1; sürtünmənin
çevrəvi sahəsinin elementar hissəsi Δ A c; vahid faktiki toxunma ləkəsinin elementar
sahəsi Δ A r; vahid toxunma ləkəsinin orta statik diametri d r ; sürtünmənin nominal
¿ ¿
səthinin temperaturu ϑ a; sürtünmə səthinin çevrəvi sahəsinin temperaturu ϑ c;
kontaktın faktiki ləkəsində işıldama temperaturu ϑ Вс n .

4) Kontaktın diskret təbiətinin nəzərə alınması ilə istiliyin əmələ gəlməsinin mikro
modeli və materialın kontakt təbəqəsinin fəaliyyəti: sürtünmə cütü elementlərinin
səthlərinin vahid kələ - kötürlüklərinin çıxıntılarının orta statik radiusu r 1,2; vahid
nahamarlığın hündürlüyü h1,2; sürtünmə cütü elementlərinin nazik səth təbəqəsinin
hərəkətə müqaviməti τ n1 , n 2; sürtünmə cütü elementlərinin həcmi temperaturu ϑ V 1 ,V 2;
faktiki toxunma ləkəsində işıldama temperaturu ϑ Всn; istilikötürmə əmsalı λ 1,2;
sürtünmə cütü materiallarının xüsusi istilik tutumu с 1,2 və sıxlıq ρ1,2 ; materialların
elastiklik modulu E1,2 və bərkliyi H 1,2; sürtünmə cütü materiallarının özlülüyüη1,2.
5) Friksion qarşılıqlı əlaqənin səbəbindən səthdə çoxtəbəqəliliyin əmələ gəlməsi
(1-6 təbəqə - adsorbsiya, sərhəd, yağlayıcı material, oksidlər, tekstirləmə, işçi
material).

6) Sürtünmə nəticəsində sürtünmə cütü elementlərinin materiallarında əmələ gələn


qüsurlar (1- dislokasiya, 2 və 3 – mikro və makroçatlar).

You might also like