You are on page 1of 16

Qərbi Kaspi Universiteti

SƏRBƏST İŞ

TƏLƏBƏ: ………………………………………

FAKÜLTƏ: ..........................................................

KAFEDRA: ............................................................

İXTİSAS: ...................................................................

QRUP: ..........................................................................

TƏDRİS İLİ: 2022/2023

FƏNN: Mülki Müdafiə

SƏRBƏST İŞİN MÖVZUSU: ..............................................................................

MÜƏLLİM: Ramiz Qasımov

Bakı-2021

1
Mündəricat
Giriş..........................................................................................................................3
1.1 Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları......4
1.2 Mülki müdafiənin mühafizə qurğularının təyinatı, təsnifatı........................6
1.3 Fərdi mühafizə vasitələri və onlardan istifadə edilməsi..............................10

Nəticə………………………………………………..............................................13
İstifadə olunmuş ədəbiyyatların siyahısı.............................................................14

2
Giriş
Sülh və müharibə dövlərində fövqəladə hallarda əhalini mühafizə etmək
Azərbaycan Respublikasının mülki müdafiəsinin başlıca vəzifəsidir. Bu vəzifələrin
yerinə yetirilməsində respublikanın bütün dövlət, təsərrufat, hərbi orqanları və
içtimai təşkilatları, habelə hər bir vətandaş fəal iştirak etməlidir.

Sülh və müharibə dövlərindəki fövqəladə hallarda əhalinin mühafizəsini


təmin etmək üçün görülən mülki müdafiə tədbirləri kompleksinə aşağıdakilər
daxildir:

- fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət barədə


ona müntəzəm məlumat verilməsi;

- ərzaq mühitin, ərzaq məhsullarının, suyun radioaktiv, kimyəvi və bakterioloji


(bioloji) zəhərlənməsinə nəzarət edilməsi;

- əhalinin təhlükəsiz rayonlara və ya sahələrə köçürülməsi (çıxarılması);

- müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi;

- əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi;

- müxtəlif fövqəladə hallarda fərdi mühafizə vasitələrindən istifadə edilməsi,


mühafizə rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə təkliflərin
hazırlanması;

- zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (qəza işlərinin)


yerinə yetirilməsi, fövqəladə hallar yaranmış rayonlarda əhalinin həyat təminatının
saxlanması;

- fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının bütün əhaliyə öyrədilməsi.

Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları


Azərbaycan Respublikasında müxtəlif fövqəladə hadisələr baş verə bilər. Bu
zaman respublikanın əhalisinin, ərazisinin Mülki müdafiə haqqında Qanunda
3
nəzərdə tutulduğu kimi, mühafizəsi təmin edilməlidir. Bunun üçün Azərbaycan
Respublikasının Nazirlər Kabineti 28 dekabr 1992-ci il də 700 nömrəli Qərar qəbul
edib və bu qərarda Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində
fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri müəyyən edilib.
FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:
1. Mühafizə Azərbaycan Respublikasının bütün ərazisində ərazi-istehsalat prinsipi
üzrə təşkil edilir. Respublikanın bütün əhalisi mühafizə edilməlidir, mülki
müdafiənin mühafizə tədbirləri respublikanın ərazisindəki digər ölkə vətandaşlarını
da əhatə edə bilər; bu tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh, həm də
müharibə dövrlərində yerinə yetirilir.
2. Əhali yerləşən rayonların hərbi-siyasi və təbii xarakterindən, burada ehtimal
edilən fövqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə
tədbirləri fərqli sürətdə planlaşdırılır və həyata keçirilir.
Bu məqsədlə, sülh dövründə baş verə biləcək fövqəladə halların miqyası və
xarakteri barədə proqnozlar əsasında, habelə müasir müharibənin xüsusiyyətləri,
başlaması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları
nəzərə alınmaqla respublikanın əraziləri zonalara ayrılır. Mülki müdafiə tədbirləri
hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.
3. Əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks halında istifadə
edilməklə nail olunur ki, bu üsullardan ən əsasları əhalinin müxtəlif mühafizə
qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni
zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır.
4. Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi
və inkişaf planlarında nəzərdə tutulur və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.
5. Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi “məqsədyönlü və
kifayətdir” prinsipi ilə müəyyən edilir.
“Məqsədyönlü və kifayətdir” prinsiplərdə aşağıdakılar nəzərdə tutulur:
- fövqəladə hallarda gözlənilən nəticələrin elmi proqnozu əsasında mühafizənin
optimal variantlarının seçilməsi;
4
- mülki müdafiə vəzifələrinin xalq təsərrüfatı mənafeləri ilə əlaqələndirilməsi;
- təhlükə yaranan dövrdə qabaqcadan təşkilatı və mühəndis-texniki tədbirlərin
yerinə
yetirilməsi;
- mülki müdafiə obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin tətbiq
edilməsi;
- mühafizə vasitələrinin həm sülh, həm də müharibə şəraiti üçün yararlığının təmin
olunması;
- iqtisadi və sosial inkişaf planlarının tərtibində və yerinə yetirilməsində mühafizə
məsələlərinə üstünlük verilməsi.
Əhalinin mühafizəsi üzrə mülki müdafiə tədbirlərində respublikanın bütün
vətəndaşlarının iştirakı prinsipial şərtdir. Bu hər bir insandan öz təhlükəsizliyi üçün
şəxsi məsuliyyət daşımağı, mülki müdafiə siqnallarını bilməyi və bu siqnallar üzrə
düzgün fəaliyyət göstərməyi, kollektiv və fərdi mühafizə vasitələrindən istifadəni
bacarmağı, fövqəladə hallarda davranış və fəaliyyət qaydalarına riayət olunmasını
tələb edir.
Buna mülki müdafiə biliklərinin əhaliyə müntəzəm və fasiləsiz surətdə
öyrənməklə nail olmaq mümkündür.
Sülh və müharibə dövlərindəki fövqəladə hallarda əhalinin mühafizəsini
təmin etmək üçün görülən mülki müdafiə tədbirləri kompleksinə aşağıdakılar
daxildir:
- fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət barədə
ona müntəzəm məlumat verilməsi;
- ərzaq mühitin, ərzaq məhsullarının, suyun radioaktiv, kimyəvi və bakterioloji
(bioloji) zəhərlənməsinə nəzarət edilməsi; - əhalinin təhlükəsiz rayonlara və ya
sahələrə köçürülməsi (çıxarılması);
- müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi;
- əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi;

5
- müxtəlif fövqəladə hallarda fərdi mühafizə vasitələrindən istifadə edilməsi,
mühafizə rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə təkliflərin
hazırlanması;
- zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (qəza işlərinin)
yerinə yetirilməsi, fövqəladə hallar yaranmış rayonlarda əhalinin həyat təminatının
saxlanması;
- fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının bütün əhaliyə öyrədilməsi.
Fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət
barədə ona müntəzəm məlumat verilməsinə aşağıdakı yollarla nail olunur;
- əhalini xəbərdar edən mərkəzləşdirilmiş respublika və ərazi avtomat xəbərdarlıq
sistemlərini əvvəlcədən yaratmaq və daim hazır vəziyyətdə saxlamaqla;
- mərkəzləşdirilmiş ərazi xəbərdarlıq sistemlərini və xalq təsərrufatı obyektlərinin
məhəlli xəbərdarlıq sistemlərini təşkilati-texniki cəhətdən bir-birinə qoşub
əlaqələndirməklə;
- ehtimal olunan fəlakətli daşqın zonalarında, radiasiya və kimyəvi zəhərlənmə
zəhərlənmə təhlükəli müəssisələr və yüksək təhlükəli digər obyektlərdə yerləşmiş
məhəlli xəbərdarlıq sistemləri yaratmaq və onları təşkilati-texniki cəhətdən
müşahidə və nəzarət sistemlərinə qoşmaqla;
- ümumdövlət və sahə rabitə sistemlərindən, radio, televiziya verilişləri və yerli
radio şəbəkəsindən, digər texniki informasiya vasitələrindən mərkəzləşdirilmiş
surətdə xəbərdarlıq üçün istifadə etməklə.
Mülki müdafiənin mühafizə qurğularının
təyiantı, təsnifatı
Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması və ya
maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər
kompleksinə mühəndis-mühafizə sistemi deyilir. Bu kompleksə (mühəndis
tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də mühafizə qurğularının inşaatıdır.
Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda adamların daldanıb
hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə
müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə edilməlidir.

6
Fövqəladə hallar qəflətən yaranan hallarda belə xüsusi qurğular əhalinin
mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.Mühafizə qurğuları kollektiv
mühafizə vasitələridir.Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə,
materialına, xassələrinə görə belə təsnif edilir.
Təyinatına görə:
- İdarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;
- Əhalinin mühafizəsi üçün qurğular;
Yerləşdirilməsinə görə:
- Bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci
mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı
binalarında);
- Binadan ayrı tikilən qurğular
Tikilmə müddətlərinə görə:
- Əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə
tikilən, əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);
-Tez tikilən qurğular;
Yüklənən konstruksiyaların materialına görə:
- Dəmir-beton konstruksiyalı qurğular;
- Daş divarlı qurğular;
- Meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular;
Mühafizə xassələrinə görə:
- Sığınacaqlar;
- Radiasiya daldalanacaqlar (radiasiyadan qoruyan daldalanacaqlar);
- Sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalannacaqları çatışmadıqda);
Sığınacaqlar mühafizə dərəcələrinə görə siniflərə, radiasiya daldalanacaqları
isə radiasiyanı zəiflətmə dərəclərinə görə qruplara ayrılır.
Böyük şəhərlərdə və iri obyektlərdə əhalinin mühafizəsi üçün əvvəlcədən
sənaye avadanlıqlı sığınacaqlar tikilir ki, bunlardan sülh dövründə təsərrüfatın
ehtiyacları üçün istifadə edilməlidir. Belə sığınacaqlar təsdiq olunmuş təsərrüfat və

7
sosial planlara uyğun olaraq nazirliklərin və baş idarələrin tikinti təşkilatları
tərəfindən əsaslı təmir və ya yenidən qurulma zamanı inşa edilirlər.
Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların tutumundan asılı
olaraq 1 ildən 1,5 ilə qədərdir.
Mühafizə qurğularının tikilməsi planında aşağıdakı əsas sənədlər olmalıdır:
Mühafizə qurğularının tikilməsi cədvəli (qurğunun tutumu, konstruktiv həlli,
tikilmə yeri, fəhlə və qulluqçuların daldalanması nəzərdə tutulan sexin (sahənin)
adı və sayı).
Qurğunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və nömrələri,
qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan sənəd).
Obyektdə qurğunun tikilməsinin plan cədvəli (qurğunun tikilməsi üçün işçi
qüvvəsinə, alətlərə və mexanizmlərə, eləcə də tikinti hissələri və materialları
daşınmaq üçün müxtəlif növ nəqliyyat vasitələrinə olan ümumi tələbat göstərilir).
Qurğunun tikilməsi üçün lazımi material və hissələrin siyahısı (tikinti üçün şəhər
(respublika) müəssisələrindən alınası material və məmulatların adları və miqdarı,
habelə gətirilmə müddəti).
Daimi sığınacaqlar və radiasiya daldalanacaqları fondunun yaradılması
bütün vəzifəli şəxslərdən olan mülki müdafiə rəhbərlərinin ən vacib vəzifələrindən
biridir.
Buna aşağıdakı yollarla nail olunur:
Sülh dövründə mülki müdafiə sığınacaqlarının tikilməsi;
Obyektlərdə və şəhərlərdə iki təyinatlı sığınacaqlar və radiasiya
daldalanacaqlarının tikilməsi və onlardan sülh dövründə təsərrüfat ehtiyacları və
əhaliyə xidmət göstərilməsi üçün istifadə olunması;
Əvvəl inşa edilmiş sığınacaq və radiasiya daldalanacaqlarının mühafizə
xassələrinin yüksəldilməsi və əlavə olaraq avadanlıqlaşdırılması;
Zirzəmilərin, digər yeraltı bina və qurğuların, şaxtaların, dağ– mədən yerlərinin,
metro stansiyalarının və şəhərlərin yeraltı mühəndis qurğularının sığınacaq və
radiasiya daldalanacaqları kimi uyğunlaşdırılması yolu ilə.

8
Sığınacaq - orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici
amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial
vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın
məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis qurğusudur.
Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici amillərdən mühafizəni
daha etibarlı təmin edir. Sığınacağın üst örtüyü yerin səthindən hündür olduqda isə,
yerdən hündür divarlara zərbə dalğasının təsiri sayəsində düşən yük artır və onların
qoruyucu xassələri zəifləyir. Belə sığınacaqların mühafizə qabliyyətini artırmaq
üçün onların divarlarını torpaqla örtmək və ya istilikdən izolyasiya qatı düzəltmək
lazımdır.
Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində, üst
mərtəbələrində və qurğulardakı maye tutumlar dağılarkən içəriyə su, digər mayelər
axması ehtimallarından mühafizə edilməlidir.
Radiasiya əleyhinə daldalanacaqlar (RƏD) burada daldalanan adamları
ərazinin radioaktiv zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmanın zədələyici
təsirindən, işıq şüalanmasından və qismən də zərbə dalğasından mühafizə etmək
üçün nəzərdə tutulmuş mühafizə qurğusuna deyilir. Mühafizə əmsalına, yerinə və
məqsədinə görə RƏD-ı qruplara ayırırlar. RƏD-ın daxili avadanlığı sığınacağın
adamlar yerləşən otağında olduğu kimidir. Evlərin zirzəmilərini, döşəməaltı
boşluqları, ayrıca tikilmiş yeraltı anbarları, tərəvəz anbarlarını, yeraltı dağ-mədən
sahələrini RƏD kimi düzəltmək mümkündür. RƏD düzəldilən bütün otaqların
divarlarında, tavan və döşəməsində, qapı və pəncərələrində hava keçə biləcək
bütün deşik yerlərini, bacaları, çatları müxtəlif üsullarla (suvaq çəkmək, əsgi
tıxamaq, qalın kağız yapışdırmaq və s.) kipləşdirirlər. Qapı ilə çərçivə arasına
keçədən, brezentdən araqat vurmaqla onun kip örtülməsinə nail olurlar. Burada
adamların müəyyən müddət qala bilməsi üçün hər cür şərait yaradılır. RƏD-in əsas
otağında havanın dəyişdirilməsi üçün süzgəcli sorucu tərtibat düzəldirlər. Burada
da adamların oturması üçün skamya və taxtlar yerləşdirirlər: bunların sayını elə
götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Ərzaq məhsullarını saxlamaq
üçün daldalanacağın divarlarında rəflər düzəldirlər. Mühafizə qurğusunda ona
9
xidmət edən manqanın, yaxud MM postunun nümayəndəsi yerləşdirilir. Adamların
hamısı içəriyə girən kimi bütün qapılar kip bağlanır. Xidmətçi heyətin icazəsi
olmadan mühafizə qurğularından çıxmaq qadağandır. Ancaq «Hava həyəcanı
sovuşdu» siqnalına, yaxud komendantın sərəncamına əsasən daldalanma yerlərini
tərk etmək olar.
Sadə daldalanacaqlar adamların işıq şüalanmasından mühafizəsini təmin
edir, həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının
təsirini xeyli zəiflədir. Bunlar yarğanlardan, səngərlərdən, habelə zirzəmilərdən və
qazılaraq dərinləşdirilmiş digər tez tikilən müvəqqəti daldalanma yerlərindən
ibarətdir. Bunlar nüvə partlayışı və adi silahların təsirindən bir qədər qorunmaq
üçün əhəmiyyətlidir. Məsələn, üstüaçıq xəndək zərbə dalğasının təsirini 1,5-2 dəfə,
şüalanma dərəcəsini 2-3 dəfə zəiflədir. Üstü örtülmüş və damı torpaq vasitəsi ilə
60-70 sm-ə çatdırılmış xəndək isə nüfuzedici radiasiya və radioaktiv şüalanmanı
200-300 dəfə zəiflədə bilər. Sadə daldalanacaqların tikintisinə əhalinin özü cəlb
edilir. Belə daldalanacaqlar, adətən, 10-15 nəfərlik olur (ən çoxu 50 nəfərlik). Sadə
daldalanacaqların hündürlüyü 1,8 metr, eni aşağıdan 0,8 metr, yuxarıdan 1,1- 1,2
metr olmalıdır və oturmaq üçün hər adama 0,6 metr enində sahə düzəldilməlidir.
Sadə daldalanacağa bir və ya iki tərəfdən qapı qoyulur. Sadə daldalanacaqlar üçün
elə yer seçilməlidir ki, subasma təhlükəsi olmasın. Sadə daldalanacaqlar bir-
birindən ən azı 10 metr aralı olmalıdır.

FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ ONLARDAN İSTİFADƏ EDİLMƏSİ


Əhalinin mühafizə qurğularında daldalanması, təhlükəli sahələrdən
köçürülməsi ilə yanaşı, adamların fərdi mühafizə vasitələrindən vaxtında və
düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən
istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı, kimyəvi və ya
bakterioloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin şəxsi
heyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM),
yaxud bakterioloji vasitələrlə (BV) zəhərlənmiş sahələrdə qalmalı, ya da burada
xilasetmə işləri aparmalıdır.
10
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
 tənəffüs üzvlərinin mühafizə vasitələri;
 dəri səthinin mühafizə vasitələri;
 tibbi mühafizə vasitələri.
Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və
əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.
Əleyhqazlar Müasir əleyhqazlar adamın tənəffüs üzvlərini və gözlərini
havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının),
radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen
mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək
qoruyucu vasitələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların təcridedici
və süzücü növləri olur. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları)
daha geniş yayılmışdır. Onların işi, içərisində fəallaşdırılmış kömür və aerozol
əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından
keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.
Təcridedici əleyhqazlar Təcridedici əleyhqazlar (İP-4, İP-5 tipli) və ya
oksigen cihazları (KİP-5, KİP-7, KİP-8) adamın tənəffüs üzvlərini ətrafdakı
havadan tamamilə təcrid edir, nəfəs almaq üçün regenerativ (bərpaedici)
avadanlıqlardan - oksigen hasil edən regenerasiya patronlarından və ya oksigen
silindrlərindən istifadə olunur. Bu maskalar və alətlər havada ZM-in qatılığı çox
yüksək olduqda istifadə olunur.
Respiratorlar Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə
aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün
respiratorlardan istifadə oluna bilər.
Respirator – nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır.
Məsələn, havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də tarlalarda
bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar üzlərinə
sənaye respiratoru taxırlar. Sənaye respiratorları nəfəs orqanlarmı havada zərərli
maddələr yolverilən yüksək konsentrasiyadan (YYK) ancaq 10- 15 dəfədən artıq
olmadığı hallarda mühafizə edir. QTKM (GTZM)-dən mühafizə məqsədilə
11
respiratorlardan (əgər təlimatda nəzərdə tutulmayıbsa) istifadə etmək qadağandır.
R-2D respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı
hissəsində rəqəmlərlə göstərilib. Respiratorun lazımi ölçüsünü tapmaq üçün
adamın üzünün uzunluğunu, yəni burunun yuxarı əsası ilə çənənin ən aşağı nöqtəsi
arasmdakı məsafəni millimetr bölgülü xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100
mm olduqda – sıfır ölçülü, 100-115 mm olduqda – birinci, 115-125 mm olduqda –
ikinci, 125 mm-dən artıq olduqda – üçüncü ölçülü respirator lazımdır. Respiratoru
geyməyə hazırlamaq üçün onu paketdən çıxarmaq (paketin yuxarı tikişini kəsməli
və onu səliqə ilə açmalı), sonra yarımmaskanı və baş qaytanlarını nəzərdən keçirib
sahmana salmaq lazımdır. Əgər respiratordan bundan əvvəl istifadə edilmişsə, onu
geyinməzdən əvvəl dezinfeksiya etmək vacibdir. Bu məqsədlə onun daxili səthini
əvvəlcə sabunlu suda isladılmış yaş tamponla, sonra isə quru tamponla (əsgi ilə)
silmək lazımdır. Bu zaman yarımmaskanı tərsinə çevirmək olmaz. R-2D
respiratorunun düzgün geyildiyini və üzə kip oturduğunu yoxlamaq üçün sol əlin
ovucu ilə nəfəsvermə klapanını tutur və yüngülcə nəfəs verirlər. Əgər bu zaman
hava yarımmaskanın üzə oturan kənarlarından çölə çıxmırsa, respirator düzgün
seçilmiş və qaydasında geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə
klapanından tutub yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar. Sonra
onun daxili səthini silib qurulayır, təmizləyir və paketə yerləşdirib paketin ağzını
xüsusi halqa ilə bağlayırlar. Tənəffüs üzvlərini mühafizə edən ən sadə vasitələr.
Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər.
Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya
ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik
törədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının
təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə
(ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə kostyumu L-l) və
əlaltı vasitələrə (məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə
tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri
olur. Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi
kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Özünün sanitariya-gigiyenik
12
xassələrinə görə belə paltarlar hər gün geyinmək üçün yararlıdır. Hopdurulan pasta
məhlulu ya zəhərləyici maddə buxarlasını tutub saxlayan (adsorbsiya tipli), ya da
bu buxarları neytrallaşdıran (hemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir.
Alt paltarlar, şlemaltlıq və hopdurulmamış bir cüt portyanka adamın bədəninə
kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini
qıcıqlandırmasının qarşısını almaq üçündür. Dərini təcridedici mühafizə vasitələri
hava keçirməyən materiallardan hazırlanır. Bunlar tam hermetik (adamın bütün
bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və
kombinezonlar), qismən hermetik, yaxud tamamilə qeyrihermifiik (plaşlar,
bürüncəklər, önlüklər və s.) ola bilər. Qismən qeyrihermetik vasitələr (ümumqoşun
mühafizə komplekti – ÜMK, yüngül mühafizə komplekti L-l, mühafizə
kombinezonu və ya kostyumu) əsasən maye damcıları halındakı ZM-dən mühafizə
edir.
Dərini təcridedici mühafizə vasitələri Bu vasitələr hava keçirməyən
materiallardan hazırlanır. Bunlar tam hermetik, qismən hermetik yaxud tamamilə
hermetik ola bilər. Qismən və qeyri-hermetik əsasən maye damcıları halındakı
ZM-dan mühafizə edir.
Fərdi tibbi mühafizə vasitələri fövqəladə hallar vaxtı zədələnmiş əhalinin
profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu
vasitələrin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə
zəiflətmək, bir sıra zədələyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını
artırmaq mümkündür. Bunlara radio-protektorlar, antidotlar və bakteriya əleyhinə
maddələr, habelə qismən sanitariya təmizlənməsi vasitələri aid edilir.
Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən
maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni sistamin adlı
maddədir. Sistamin həblərini şüalanmadan 30-40 dəqiqə əvvəl qəbul etmək
məslətdir. Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün kompleks
yaradan maddələrdən, adsorbentlərdən kalium-yodid maddəsindən istifadə etmək
olar. Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşısını alan və ya
zəiflədən maddələrdir. Fosforlu üzvi maddələr (FÜM) əleyhinə afin, taren, ateopin
13
və s. sianidlərə qarşı amilnitrit, propilnitrit adlı lüizitə və arsin tərkibli digər
maddələrə qarşı unitol adlı antidotlar mövcuddur. Bakteriya əleyhinə maddələr
spesifik və qeyri-spesifik profilaktika vasitələrinə ayrılır. Spesifik profilaktika
vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər aiddir.
Nəticə
Fövqəladə hallarda Mülki Müdafiəyə əhalinin təhlükəsizliyinin təmin edilməsi
sahəsində vahid dövlət siyasətini həyata keçirməklə nail olunur.Bu məqsədlə
fövqəladə hadisələri vaxtında proqnozlaşdırmaq, aşkar etmək və zəiflətmək,
iqtisadiyyat obyektlərinin sabit işləməsini təmin etmək, fəlakət rayonlarında
xəsarət almış adamları təhlükəsiz yerə köçürmək və.s tədbirlər görülür.
Mülki Müdafiədə bütün hakimiyyət və idarəetmə orqanları, mülki müdafiənin
ixtisaslı dəstələri, bütün əhali olaraq, bütün nazirliklərin və sahələrin, sahə
mənsubiyyətindən, mülkiyyət formasından asılı olmayaraq hər cür təşkilat və
müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar iştriak etməlidirlər.
Təsərrüfat obyektlərində, tədris müəssisələrində mülki müdafiənin təşkil edilməsi
və vəziyyəti üçün obyektin rəhbəri məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin
yerinə yetirilməsi barədə onun əmr və sərəncamlarını obyektin bütün vəzifəli
şəxsləri hökmən icra etməlidirlər. Obyektlərdə mülki müdafiə fəhlə, qulluqçu,
kəndli və tələbələri (şagirdləri) qabaqcadan fövqəladə hadisələrin zədələyici
amillərindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi
üçün şərait yaratmaq, vaxtında QəzaXilasetmə və digər təxirəsalınmaz işlər (Q3L
və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün
yaradılır. Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə
onun müavinləri (köçürmə, mühəndis-texniki tədbirlər, maddi-texniki təchizat,
qərargah üzrə və s.) olur. Obyektin rəhbərliyinin nəzdində mülki müdafiə qərargahı
yaradılır. Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki
müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki
müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən
təşkil edilir. Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə
qüvvə və vasitələr hazırlamaq, Qəza-Xilasetmə və digər təxirəsalınmaz işlər
14
aparılarkən mülki-müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə
mülki-müdafiə xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin böyük rolu vardır.
Onlar obyektin şöbələri, bölmə və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin
rəisləri obyektin baş mütəxəsislərindən, istehsalat bölmələrinin rəhbərlərindən
təyin edilir. Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin
həcmi və xüsusiyyətlərini, lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını
nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarını qərar və obyekt rəhbərlərinin
əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləri bunlardır: rabitə və
xəbərdarlıq, tibbi, yanğından mühafizə, ictimai asayişi mühafizə, 32 sığınacaq və
daldalanacaqlar, mühəndis, avtomobil nəqliyyat, maddi-texniki təchizat, ticarət və
iaşə, enerji təminatı, kimya və radiasiyadan mühafizə və s. Müvafiq baza və
ehtiyac olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı
obyektlerində bunlardan başqa kənd təsərrüfatı heyvanlarının və bitkilərinin
mühafizə xidməti də yaradılır

15
İstifadə olunmuş ədəbiyyatların siyahısı
1. H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi
2. H.O.Ocaqov Mülki Müdafiə Mühafizə Qurğuları

16

You might also like