You are on page 1of 17

AZƏRBAYCAN RESPUBLİKASI

ELM VƏ TƏHSİL NAZİRLİYİ

Qərbi Kaspi Universiteti

SƏRBƏST İŞ

TƏLƏBƏ: Əliyeva Pakizə Əli qızı


FAKÜLTƏ: ..........................................................
KAFEDRA: Ekologiya və Ətraf mühit
İXTİSAS: ...................................................................
QRUP: 530 MU
TƏDRİS İLİ: 2022/2023
FƏNN: Mülki Müdafiə
SƏRBƏST İŞİN MÖVZUSU: Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas
prinsipləri və üsulları
MÜƏLLİM: Əmrahov Elşən

Bakı-2022

1
Mündəricat
Giriş.................................................................................................................3
1.1 Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları.... 4
1.2 Mülki müdafiənin mühafizə qurğularının təyinatı,təsnifatı..........................6
1.3 Fərdi mühafizə vasitələri və onlardan istifadə edilməsi............................10
Nəticə.............................................................................................................13
İstifadə olunmuş ədəbiyyatların siyahısı.........................................................14

2
Giriş

Sülh və müharibə dövlərində fövqəladə hallarda əhalini mühafizə etmək


Azərbaycan Respublikasının mülki müdafiəsinin başlıca vəzifəsidir. Bu vəzifə-
lərin yerinə yetirilməsində respublikanın bütün dövlət, təsərrufat, hərbi orqan-
ları və içtimai təşkilatları, habelə hər bir vətandaş fəal iştirak etməlidir.
Sülh və müharibə dövlərindəki fövqəladə hallarda əhalinin mühafizəsini təmin
etmək üçün görülən mülki müdafiə tədbirləri kompleksinə aşağıdakilər
daxildir:
- fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış
vəziyyət barədə ona müntəzəm məlumat verilməsi;
- ərzaq mühitin, ərzaq məhsullarının, suyun radioaktiv, kimyəvi və
bakterioloji (bioloji) zəhərlənməsinə nəzarət edilməsi;
- əhalinin təhlükəsiz rayonlara və ya sahələrə köçürülməsi (çıxarılması);
- müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi;
- əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi;
- müxtəlif fövqəladə hallarda fərdi mühafizə vasitələrindən istifadə
edilməsi, mühafizə rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə
təkliflərin hazırlanması;
- zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (qəza
işlərinin) yerinə yetirilməsi, fövqəladə hallar yaranmış rayonlarda əhalinin
həyat təminatının saxlanması;
- fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının bütün əhaliyə
öyrədilməsi.

3
Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları

Azərbaycan Respublikasında müxtəlif fövqəladə hadisələr baş verə


bilər. Bu zaman respublikanın əhalisinin, ərazisinin Mülki müdafiə haqqında
Qanun-da nəzərdə tutulduğu kimi, mühafizəsi təmin edilməlidir. Bunun üçün
Azərbay-can Respubli-kasının Nazirlər Kabineti 28 dekabr 1992-ci il də 700
nömrəli Qərar qəbul edib və bu qərarda Azərbaycan Respublikasında sülh və
müharibə dövrlərində fövqəladə hallarda əhalinin mühafizəsinin əsas
prinsipləri müəyyən edilib.
FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:
1. Mühafizə Azərbaycan Respublikasının bütün ərazisində ərazi-isteh-
salat prinsipi üzrə təşkil edilir. Respublikanın bütün əhalisi mühafizə
edilməlidir, mülki müdafiənin mühafizə tədbirləri respublikanın ərazisindəki
digər ölkə vətandaşlarını da əhatə edə bilər; bu tədbirlər fasiləsiz xarakter
daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir.
2. Əhali yerləşən rayonların hərbi-siyasi və təbii xarakterindən, burada
ehtimal edilən fövqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı
olaraq mühafizə tədbirləri fərqli sürətdə planlaşdırılır və həyata keçirilir.
Bu məqsədlə, sülh dövründə baş verə biləcək fövqəladə halların miqyası və
xarakteri barədə proqnozlar əsasında, habelə müasir müharibənin xüsusiy-
yətləri, başlaması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi
imkanları nəzərə alınmaqla respublikanın əraziləri zonalara ayrılır. Mülki
müdafiə tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.
3. Əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks
halın-da istifadə edilməklə nail olunur ki, bu üsullardan ən əsasları əhalinin
müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan
köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindən istifadə
olunmasıdır.

4
4. Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazır-
lanır, iqtisadi və inkişaf planlarında nəzərdə tutulur və Azərbaycan
Respublika-sının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.
5. Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi “məqsəd-
yönlü və kifayətdir” prinsipi ilə müəyyən edilir.
“Məqsədyönlü və kifayətdir” prinsiplərdə aşağıdakılar nəzərdə tutulur:
- fövqəladə hallarda gözlənilən nəticələrin elmi proqnozu əsasında
mühafizənin optimal variantlarının seçilməsi;
- mülki müdafiə vəzifələrinin xalq təsərrüfatı mənafeləri ilə əlaqələndiril-
məsi;
- təhlükə yaranan dövrdə qabaqcadan təşkilatı və mühəndis-texniki
tədbirlərin yerinə yetirilməsi;
- mülki müdafiə obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin
tətbiq edilməsi;
- mühafizə vasitələrinin həm sülh, həm də müharibə şəraiti üçün yarar-
lığının təmin olunması;
- iqtisadi və sosial inkişaf planlarının tərtibində və yerinə yetirilməsində
mühafizə məsələlərinə üstünlük verilməsi.
Əhalinin mühafizəsi üzrə mülki müdafiə tədbirlərində respublikanın
bütün
vətəndaşlarının iştirakı prinsipial şərtdir. Bu hər bir insandan öz təhlükəsizliyi
üçün şəxsi məsuliyyət daşımağı, mülki müdafiə siqnallarını bilməyi və bu
siqnallar üzrə düzgün fəaliyyət göstərməyi, kollektiv və fərdi mühafizə vasitə-
lərindən istifadəni bacarmağı, fövqəladə hallarda davranış və fəaliyyət qayda-
larına riayət olunmasını tələb edir.
Buna mülki müdafiə biliklərinin əhaliyə müntəzəm və fasiləsiz surətdə
öyrənməklə nail olmaq mümkündür.
Sülh və müharibə dövlərindəki fövqəladə hallarda əhalinin mühafizəsini
təmin etmək üçün görülən mülki müdafiə tədbirləri kompleksinə aşağıdakılar
daxildir:

5
- fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış
vəziyyət barədə ona müntəzəm məlumat verilməsi;
- ərzaq mühitin, ərzaq məhsullarının, suyun radioaktiv, kimyəvi və bak-
terioloji (bioloji) zəhərlənməsinə nəzarət edilməsi; - əhalinin təhlükəsiz rayon-
lara və ya sahələrə köçürülməsi (çıxarılması);
- müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi;
- əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi;
- müxtəlif fövqəladə hallarda fərdi mühafizə vasitələrindən istifadə edil-
məsi, mühafizə rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə
təkliflərin hazırlanması;
- zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (qəza
işlərinin) yerinə yetirilməsi, fövqəladə hallar yaranmış rayonlarda əhalinin
həyat təmi-natının saxlanması;
- fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının bütün əhaliyə
öyrədil-məsi.
Fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış
vəziyyət barədə ona müntəzəm məlumat verilməsinə aşağıdakı yollarla nail
olunur;
- əhalini xəbərdar edən mərkəzləşdirilmiş respublika və ərazi avtomat
xəbər-darlıq sistemlərini əvvəlcədən yaratmaq və daim hazır vəziyyətdə
saxla-maqla;
- mərkəzləşdirilmiş ərazi xəbərdarlıq sistemlərini və xalq təsərrufatı
obyektlərinin məhəlli xəbərdarlıq sistemlərini təşkilati-texniki cəhətdən bir-
birinə qoşub əlaqələndirməklə;
- ehtimal olunan fəlakətli daşqın zonalarında, radiasiya və kimyəvi
zəhərlənmə zəhərlənmə təhlükəli müəssisələr və yüksək təhlükəli digər
obyektlərdə yerləşmiş məhəlli xəbərdarlıq sistemləri yaratmaq və onları
təşkilati-texniki cəhətdən müşahidə və nəzarət sistemlərinə qoşmaqla;

6
- ümumdövlət və sahə rabitə sistemlərindən, radio, televiziya verilişləri
və yerli radio şəbəkəsindən, digər texniki informasiya vasitələrindən
mərkəzləş-dirilmiş surətdə xəbərdarlıq üçün istifadə etməklə.

Mülki müdafiənin mühafizə qurğularının təyiantı, təsnifatı


Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması və
ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər
kompleksinə mühəndis-mühafizə sistemi deyilir. Bu kompleksə (mühəndis
tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də mühafizə qurğularının inşa-
atıdır.
Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda adamların
daldanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh
dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə
edilməlidir.
Fövqəladə hallar qəflətən yaranan hallarda belə xüsusi qurğular
əhalinin müha-fizəsi üçün ən etibarlı və səmərəli vasitədir.Mühafizə qurğuları
kollektiv mühafizə vasitələridir.Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə
müddətinə, materialına, xassələrinə görə belə təsnif edilir.
Təyinatına görə:
-İdarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;
-Əhalinin mühafizəsi üçün qurğular;
Yerləşdirilməsinə görə:
-Bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci
mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı
bina-larında);
-Binadan ayrı tikilən qurğular
Tikilmə müddətlərinə görə:
-Əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin
planları üzrə tikilən, əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);

7
-Tez tikilən qurğular;
Yüklənən konstruksiyaların materialına görə:
-Dəmir-beton konstruksiyalı qurğular;
-Daş divarlı qurğular;
-Meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular;
Mühafizə xassələrinə görə:
-Sığınacaqlar;
-Radiasiya daldalanacaqlar (radiasiyadan qoruyan daldalanacaqlar);
-Sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalannacaqları
çatışmadıq-da);
Sığınacaqlar mühafizə dərəcələrinə görə siniflərə, radiasiya
daldalanacaqları isə radiasiyanı zəiflətmə dərəclərinə görə qruplara ayrılır.
Böyük şəhərlərdə və iri obyektlərdə əhalinin mühafizəsi üçün
əvvəlcədən sənaye avadanlıqlı sığınacaqlar tikilir ki, bunlardan sülh dövründə
təsərrüfatın ehtiyacları üçün istifadə edilməlidir. Belə sığınacaqlar təsdiq
olunmuş təsər-rüfat və sosial planlara uyğun olaraq nazirliklərin və baş
idarələrin tikinti təş-kilatları tərəfindən əsaslı təmir və ya yenidən qurulma
zamanı inşa edilirlər.
Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların tutumundan asılı
olaraq 1 ildən 1,5 ilə qədərdir.
Mühafizə qurğularının tikilməsi planında aşağıdakı əsas sənədlər olma-
lıdır:
Mühafizə qurğularının tikilməsi cədvəli (qurğunun tutumu, konstruktiv
həlli, tikilmə yeri, fəhlə və qulluqçuların daldalanması nəzərdə tutulan sexin
(sahənin) adı və sayı).
Qurğunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və nömrələri,
qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan sənəd).
Obyektdə qurğunun tikilməsinin plan cədvəli (qurğunun tikilməsi üçün
işçi qüvvəsinə, alətlərə və mexanizmlərə, eləcə də tikinti hissələri və

8
materialları daşınmaq üçün müxtəlif növ nəqliyyat vasitələrinə olan ümumi
tələbat gös-tərilir).
Qurğunun tikilməsi üçün lazımi material və hissələrin siyahısı (tikinti
üçün şəhər (respublika) müəssisələrindən alınası material və məmulatların
adları və miqdarı, habelə gətirilmə müddəti). Daimi sığınacaqlar və radiasiya
dalda-lanacaqları fondunun yaradılması bütün vəzifəli şəxslərdən olan mülki
müdafiə rəhbərlərinin ən vacib vəzifələrindən biridir. Buna aşağıdakı yollarla
nail olunur:
Sülh dövründə mülki müdafiə sığınacaqlarının tikilməsi;
Obyektlərdə və şəhərlərdə iki təyinatlı sığınacaqlar və radiasiya dalda-
lanacaqlarının tikilməsi və onlardan sülh dövründə təsərrüfat ehtiyacları və
əhaliyə xidmət göstərilməsi üçün istifadə olunması;
Əvvəl inşa edilmiş sığınacaq və radiasiya daldalanacaqlarının mühafizə
xassə-lərinin yüksəldilməsi və əlavə olaraq avadanlıqlaşdırılması;
Zirzəmilərin, digər yeraltı bina və qurğuların, şaxtaların, dağ– mədən
yer-lərinin, metro stansiyalarının və şəhərlərin yeraltı mühəndis qurğularının
sığı-nacaq və radiasiya daldalanacaqları kimi uyğunlaşdırılması yolu ilə.
Sığınacaq - orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici
amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitə-
lərdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın
məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis
qurğusudur. Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici
amillərdən mühafizəni daha etibarlı təmin edir. Sığınacağın üst örtüyü yerin
səthindən hündür olduqda isə, yerdən hündür divarlara zərbə dalğasının təsiri
sayəsində düşən yük artır və onların qoruyucu xassələri zəifləyir. Belə
sığınacaqların mühafizə qabliyyətini artırmaq üçün onların divarlarını torpaqla
örtmək və ya istilikdən izolyasiya qatı düzəltmək lazımdır.
Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində, üst
mərtəbələrində və qurğulardakı maye tutumlar dağılarkən içəriyə su, digər
mayelər axması ehtimallarından mühafizə edilməlidir.

9
Radiasiya əleyhinə daldalanacaqlar (RƏD) burada daldalanan adamları
ərazinin radioaktiv zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmanın zədələyici
təsirindən, işıq şüalanmasından və qismən də zərbə dalğasından mühafizə
etmək üçün nəzərdə tutul-muş mühafizə qurğusuna deyilir. Mühafizə
əmsalına, yerinə və məqsədinə görə RƏD-ı qruplara ayırırlar. RƏD-ın daxili
avadanlığı sığınacağın adamlar yerləşən otağında olduğu kimidir. Evlərin
zirzəmilərini, döşəməaltı boşluqları, ayrıca tikilmiş yeraltı anbarları, tərəvəz
anbarlarını, yer-altı dağ-mədən sahələrini RƏD kimi düzəltmək mümkündür.
RƏD düzəl-dilən bütün otaqların divarlarında, tavan və döşəməsində, qapı və
pəncərələrində hava keçə biləcək bütün deşik yerlərini, bacaları, çatları
müxtəlif üsullarla (suv-aq çəkmək, əsgi tıxamaq, qalın kağız yapışdırmaq və
s.) kipləşdirirlər.
Qapı ilə çərçivə arasına keçədən, brezentdən araqat vurmaqla onun kip
örtülməsinə nail olurlar. Burada adamların müəyyən müddət qala bilməsi
üçün hər cür şərait yaradılır. RƏD-in əsas otağında havanın dəyişdirilməsi
üçün süzgəcli sorucu tərtibat düzəldirlər. Burada da adamların oturması üçün
skam-ya və taxtlar yerləşdirirlər: bunların sayını elə götürürlər ki, hər adam 7-
8 saat uzanıb dincələ bilsin.
Ərzaq məhsullarını saxlamaq üçün daldalanacağın divarlarında rəflər
düzəldirlər. Mühafizə qurğusunda ona xidmət edən manqanın, yaxud MM
postunun nümayəndəsi yerləşdirilir. Adamların hamısı içəriyə girən kimi bütün
qapılar kip bağlanır. Xidmətçi heyətin icazəsi olmadan mühafizə
qurğularından çıxmaq qadağandır. Ancaq «Hava həyəcanı sovuşdu»
siqnalına, yaxud komendantın sərəncamına əsasən daldalanma yerlərini tərk
etmək olar.
Sadə daldalanacaqlar adamların işıq şüalanmasından mühafizəsini
təmin edir, həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və
zərbə dalğasının təsirini xeyli zəiflədir. Bunlar yarğanlardan, səngərlərdən,
habelə zirzəmilərdən və qazılaraq dərinləşdirilmiş digər tez tikilən müvəqqəti
daldalan-ma yerlərindən ibarətdir. Bunlar nüvə partlayışı və adi silahların

10
təsirindən bir qədər qorunmaq üçün əhəmiyyətlidir. Məsələn, üstüaçıq xəndək
zərbə dalğa-sının təsirini 1,5-2 dəfə, şüalanma dərəcəsini 2-3 dəfə zəiflədir.
Üstü örtülmüş və damı torpaq vasitəsi ilə 60-70 sm-ə çatdırılmış xəndək isə
nüfuzedici radiasiya və radioaktiv şüalanmanı 200-300 dəfə zəiflədə bilər.
Sadə daldala-nacaqların tikintisinə əhalinin özü cəlb edilir. Belə
daldalanacaqlar, adətən, 10-15 nəfərlik olur (ən çoxu 50 nəfərlik). Sadə
daldalanacaqların hündürlüyü 1,8 metr, eni aşağıdan 0,8 metr, yuxarıdan 1,1-
1,2 metr olmalıdır və oturmaq üçün hər adama 0,6 metr enində sahə
düzəldilməlidir. Sadə daldalanacağa bir və ya iki tərəfdən qapı qoyulur. Sadə
daldalanacaqlar üçün elə yer seçilməlidir ki, subasma təhlükəsi olmasın.
Sadə daldalanacaqlar bir-birindən ən azı 10 metr aralı olmalıdır.

FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ ONLARDAN İSTİFADƏ EDİLMƏSİ


Əhalinin mühafizə qurğularında daldalanması, təhlükəli sahələrdən
köçürülməsi ilə yanaşı, adamların fərdi mühafizə vasitələrindən vaxtında və
düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə
vasitələrin-dən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı,
kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə
dəstələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələr (RM),
zəhərləyici maddələr (ZM), yaxud bakterioloji vasitələrlə (BV) zəhərlənmiş
sahələrdə qalmalı, ya da burada xilasetmə işləri aparmalıdır.
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
 tənəffüs üzvlərinin mühafizə vasitələri;
 dəri səthinin mühafizə vasitələri;
 tibbi mühafizə vasitələri.
Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və
əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.
Əleyhqazlar Müasir əleyhqazlar adamın tənəffüs üzvlərini və gözlərini
hava-dakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM
damcılarının), radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı

11
yoluxdurucu pato-gen mikro-orqanizm və toksinlərdən mühafizə etmək üçün
kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və istismar göstəricilərinə
malikdir. Əleyhqazların təcridedici və süzücü növləri olur. Süzücü əleyhqazlar
(ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır. Onların işi,
içərisində fəallaşdırılmış kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər
olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın
süzülüb təmizlənməsi prosesinə əsaslanır.
Təcridedici əleyhqazlar Təcridedici əleyhqazlar (İP-4, İP-5 tipli) və ya
oksigen cihazları (KİP-5, KİP-7, KİP-8) adamın tənəffüs üzvlərini ətrafdakı
havadan tamamilə təcrid edir, nəfəs almaq üçün regenerativ (bərpaedici) ava-
danlıqlardan - oksigen hasil edən regenerasiya patronlarından və ya oksigen
silindrlərindən istifadə olunur. Bu maskalar və alətlər havada ZM-in qatılığı
çox yüksək olduqda istifadə olunur.
Respiratorlar Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə aero-
zollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respira-
torlardan istifadə oluna bilər.
Respirator – nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan
cihazdır. Məsələn, havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə
də tarlalarda bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən
mexanizatorlar üzlərinə sənaye respiratoru taxırlar. Sənaye respiratorları
nəfəs orqanlarmı havada zərərli maddələr yolverilən yüksək
konsentrasiyadan (YYK) ancaq 10 - 15 dəfədən artıq olmadığı hal-larda
mühafizə edir. QTKM (GTZM)-dən mühafizə məqsədilə respiratorlardan (əgər
təlimatda nəzərdə tutulmayıbsa) istifadə etmək qadağandır. R-2D respiratoru
dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı hissəsində
rəqəmlərlə göstərilib. Respiratorun lazımi ölçüsünü tapmaq üçün adamın
üzünün uzunluğunu, yəni burunun yuxarı əsası ilə çənənin ən aşağı nöqtəsi
arasmdakı məsafəni millimetr bölgülü xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-
100 mm olduqda – sıfır ölçülü, 100-115 mm olduqda – birinci, 115-125 mm
olduqda – ikinci, 125 mm-dən artıq olduqda – üçüncü ölçülü respirator

12
lazımdır. Respiratoru geyməyə hazırlamaq üçün onu paketdən çıxarmaq
(paketin yuxarı tikişini kəsməli və onu səliqə ilə açmalı), sonra yarımmaskanı
və baş qaytanlarını nəzərdən keçirib sahmana salmaq lazımdır. Əgər
respiratordan bundan əvvəl istifadə edilmişsə, onu geyinməz-dən əvvəl
dezinfeksiya etmək vacibdir.
Bu məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş
tamponla, sonra isə quru tamponla (əsgi ilə) silmək lazımdır. Bu zaman
yarımmaskanı tərsinə çevirmək olmaz. R-2D respiratorunun düzgün
geyildiyini və üzə kip oturduğunu yoxlamaq üçün sol əlin ovucu ilə
nəfəsvermə klapanını tutur və yüngülcə nəfəs verirlər. Əgər bu zaman hava
yarımmaskanın üzə oturan kənarlarından çölə çıxmırsa, respirator düzgün
seçilmiş və qaydasında geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə
klapanından tutub yarım-maskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar.
Sonra onun daxili səthini silib qurulayır, təmizləyir və paketə yerləşdirib
paketin ağzını xüsusi halqa ilə bağlayırlar. Tənəffüs üzvlərini mühafizə edən
ən sadə vasitələr. Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər.
Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya
ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik
törədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanma-
sının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel
vasitələrinə (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə kos-
tyumu L-l) və əlaltı vasitələrə (məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə
prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (hava-
keçirməyən) növləri olur. Süzücü materialdan tikilən mühafizə paltarları adi
parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir.
Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyinmək
üçün yararlıdır. Hopdurulan pasta məhlulu ya zəhərləyici maddə buxarlasını
tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (hemo-
sorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlemaltlıq və
hopdurulmamış bir cüt portyanka adamın bədəninə kombinezonun sürtünmə-

13
sinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşı-
sını almaq üçündür. Dərini təcridedici mühafizə vasitələri hava keçirməyən
materiallardan hazırlanır. Bunlar tam hermetik (adamın bütün bədənini örtüb
ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar), qismən
hermetik, yaxud tamamilə qeyrihermifiik (plaşlar, bürüncəklər, önlüklər və s.)
ola bilər. Qismən qeyrihermetik vasitələr (ümumqoşun mühafizə komplekti –
ÜMK, yüngül mühafizə komplekti L-l, mühafizə kombinezonu və ya kostyumu)
əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir.
Dərini təcridedici mühafizə vasitələri Bu vasitələr hava keçirməyən
materiallardan hazırlanır. Bunlar tam hermetik, qismən hermetik yaxud
tamam-ilə her-metik ola bilər. Qismən və qeyri-hermetik əsasən maye
damcıları halındakı ZM-dan mühafizə edir.
Fərdi tibbi mühafizə vasitələri fövqəladə hallar vaxtı zədələnmiş
əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuş-
dur. Bu vasitələrin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli
dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin təsirinə qarşı orqanizmin
dayanıqlığını artırmaq mümkündür. Bunlara radio-protektorlar, antidotlar və
bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya təmizlənməsi
vasitələri aid edilir.
Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən
maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni sistamin adlı
maddədir. Sistamin həblərini şüalanmadan 30-40 dəqiqə əvvəl qəbul etmək
məslətdir. Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün kompleks
yaradan maddələrdən, adsorbentlərdən kalium-yodid maddəsindən istifadə
etmək olar. Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşısını alan
və ya zəiflədən maddələrdir. Fosforlu üzvi maddələr (FÜM) əleyhinə afin,
taren, ateopin və s. sianidlərə qarşı amilnitrit, propilnitrit adlı lüizitə və arsin
tərkibli digər maddələrə qarşı unitol adlı antidotlar mövcuddur. Bakteriya
əleyhinə maddələr spesifik və qeyri-spesifik profilaktika vasitələrinə ayrılır.
Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər aiddir.

14
Nəticə
Fövqəladə hallarda Mülki Müdafiəyə əhalinin təhlükəsizliyinin təmin
edilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirməklə nail olunur.Bu
məqsədlə fövqəladə hadisələri vaxtında proqnozlaşdırmaq, aşkar etmək və
zəiflətmək, iqtisadiyyat obyektlərinin sabit işləməsini təmin etmək, fəlakət
rayonlarında xəsarət almış adamları təhlükəsiz yerə köçürmək və.s tədbirlər
görülür.
Mülki Müdafiədə bütün hakimiyyət və idarəetmə orqanları, mülki
müdafiənin ixtisaslı dəstələri, bütün əhali olaraq, bütün nazirliklərin və
sahələrin, sahə mənsubiyyətindən, mülkiyyət formasından asılı olmayaraq
hər cür təşkilat və müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar
iştriak etməlidirlər. Təsərrüfat obyektlərində, tədris müəssisələrində mülki
müdafiənin təşkil edilməsi və vəziyyəti üçün obyektin rəhbəri məsuliyyət
daşıyır. Mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi barədə onun əmr və
sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə mülki müdafiə fəhlə, qulluqçu, kəndli və tələbələri (şagirdləri)
qabaqcadan fövqəladə hadisələrin zədələyici amillərindən mühafizəyə
hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq,
vaxtında Qəza Xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək,
təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.

15
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun
müavinləri (köçürmə, mühəndis-texniki tədbirlər, maddi-texniki təchizat,
qərargah üzrə və s.) olur. Obyektin rəhbərli-yinin nəzdində mülki müdafiə
qərargahı yaradılır. Qərargah mülki müdafiənin idarəetmə orqanı olub,
obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır.
Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan
vəzifəli şəxslərdən təşkil edilir. Mülki müdafiənin xüsusi tədbirlərini yerinə
yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, Qəza-Xilasetmə və
digər təxirəsalınmaz işlər aparılarkən mülki-müdafiə qüvvələrinin fəaliyyətini
təmin etmək üçün yerlərdə mülki-müdafiə xidmətləri yaradılır. Obyektlərdə
xidmətlərin böyük rolu vardır. Onlar obyektin şöbələri, bölmə və
laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş
mütəxəsislərindən, istehsalat bölmələrinin rəhbərlərindən təyin edilir. Mülki
müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcmi və
xüsusiyyətlərini, lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə
almaqla müvafiq icra hakimiyyəti başçılarını qərar və obyekt rəhbərlərinin
əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləri bunlardır: rabitə və
xəbərdarlıq, tibbi, yanğından mühafizə, ictimai asayişi mühafizə, 32 sığınacaq
və daldalanacaqlar, mühəndis, avtomobil nəqliyyat, maddi-texniki təchizat,
ticarət və iaşə, enerji təminatı, kimya və radiasiyadan mühafizə və s. Müvafiq
baza və ehtiyac olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı
istehsalı obyektlerində bunlardan başqa kənd təsərrüfatı heyvanlarının və
bitkilərinin mühafizə xidməti də yaradılır

16
İstifadə olunmuş ədəbiyyatların siyahısı
1. Ocaqov H.O.Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Ali
məktəb üçün dərslik). Çaşıoğlu, Bakı, 2002 (səh15-35)
2. H.O.Ocaqov Mülki Müdafiə Mühafizə Qurğuları (səh10-15)
3. Ocaqov H.O. Mülki müdafiə /dərslik. Bakı, 2000.
4. Ocaqov H.O.Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Ali
məktəb
üçün dərslik). Çaşıoğlu, Bakı, 2002
5. Ocaqov H.O. Fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı
/dərs
vəsaiti. Bakı, 2005.

17

You might also like