You are on page 1of 13

Plan

 Hafizə haqqında anlayış


 Yaddaş fiziologiyası
 Yaddaş prosesləri
 Hafizənin növləri
 Hafizənin tipləri
Giriş
“Hafizənin psixoloji mahiyyəti, hafizənin fizioloji əsaslari” adlı sərbəst
işimdə hafizə haqqında anlayış, hafizənin növləri, insan psixologiyasındakı rolu
haqqında məlumat verəcəyəm. Çünki insanın idrak fəaliyyətində hafizənin rolu
böyükdür. Hafizə insan təcrübəsinin bünövrəsini təşkil edir.Keçmişdə baş
verənlərin izini, eyni duyğuları yenidən tanıya bilirik. Bu, hafizə adlandırılan
mürəkkəb psixi fəaliyyətdir . Hafizə müxtəlif yollarla əldə etdiyimiz bilgiləri
ağlımızda tuta bilməkdir.
Hafizə haqqında anlayış.
İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz
ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır.
Keçmişdə baş verənlərin psixikada “izi”, işarələri, kodu, sürəti qalır. Bizlərdən
hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı
tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik. Psixikanın
mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq
toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini
əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət
kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən
hadisəni vermək istərdik. Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı,
yüksək tonla mənasını özünün də başa düşmədiyi yunan və latın dillərində
danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o keşişin yanında qulluqçu
işləmişdir. Keşiş adətən antik klassiklərin əsərlərindən pafosla parçalar
oxuyarmış. Qadın isə qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin
xəstələnənə qədər bunu heç özü də bilməmişdir. Aptekdə gipnoz edilmiş şəxs
dərmanların üzərindəki yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmişdir.
Halbuki onun tibblə heç vaxt bağlılığı olmamışdır. Hafizə bütün canlılarda vardır.
Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş
mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və
həyatda qazanılan mexanizm kimi etmək olar. Hafizə keçmiş təcrübənin
beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma
və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.(1. Səh.280)
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür.
Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı
insan «əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov).
Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan
şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.(1. Səh.281)
Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini
cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixoloji, fizioloji,
biokimyəvi və s. Nəzəriyyələri meydana çıxmışdır. Hafizənin psixoloji
nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya anlayışı xüsusilə
diqqəti cəlb edir. Bu anlayış bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli
sürülmüşdür. Bu prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni
vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında assosiativ
əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü yenidən canlandıqda şüurda
mütləq onun bütün ünsürlərinin təsəvvürünü yaradır. Assosionistlər obyektlərin
məkan-zaman yaxınlığından, oxşarlığından və fərqindən asılı olaraq üç
assosiasiya tipini ayırmışlar: qonşuluq üzrə, oxşarlıq üzrə, əkslik üzrə. Bunların
yaddasaxlama və yadasalmada əsas rol oynadığını göstərmişlər.
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov
qoymuşdur. Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin qanunauyğunluqları haqqında
təliminin əsas müddəaları ilə sıx bağlıdır. Başqa sözlə, fizioloji nəzəriyyə
hafizənin fizioloji əsasını beyin qabığında müvəqqəti əlaqələrin yaranması,
möhkəmlənməsi və canlanması ilə bağlayır.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki,
beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması
proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir
hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.
Hafizə mərkəzi harada yerləşir? Son illərdə aparılan psixoloji tədqiqatlar təsdiq
edir ki, yadasalma və xatırlama emosiya və motivasiya ilə sıx bağlıdır. Məlum
olur ki, informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və
motivasiya fəallığını təmin edən qabıqaltı sahə əhəmiyyətli rol
oynayır.Bütövlükdə beynin psixi funksiyasının lokalizasiyası hələ də tamamilə
öyrənilməmişdir. Hələ də informasiyaların beyində necə kodlaşdırılması, deyək
ki, görmə reseptorlarının məlumatlarının necə və beynin hansı sahəsində
qorunduğunu tamamilə öyrənmək mümkün olmamışdır.Beyində psixi
funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları
almış xəstələri müşahidə etməklə toplanmışdır. Müəyyənləşdirilmişdir ki,
beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin zədələnməsi
emosiyanın, sol yarımkürənin zədələnməsi nitqin pozulmasına səbəb olur.
Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb olan fakt ondan
ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də insanlarda da beynin böyük bir
sahəsinin zədələnməsinə baxmayaraq, hafizə pozulmur.
Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi ki, beynin daha
çox zədələnməsi ilə hafizənin pozulması arasında asılılıq mövcuddur.
Bu kütlənin təsiri qanunu adlanır. Yəni beyin toxumalarının pozulması nisbəti ilə
hafizənin pozulması nisbəti düz mütənasibdir. Hətta, beynin cərrahiyyə yolu ilə
20 faizi götürüldükdə belə, hafizə itmir. Elə bu səbəbdən də hafizə mərkəzinin
lokalizasiyasının olmasına şübhə yarandı. Bəzi psixoloqlar isə hesab edirdilər ki,
hafizə orqanı bütövlükdə beyindir.
Son vaxtlar baş verən iki elmi yenilik psixikanın informasiya mərkəzinin
dəqiq öyrənilməsinə ümidləri artırmışdır. Birinci, müəyyənləşdirilmişdir ki,
beynin bir sıra sahələrinə təsir göstərilməsi nəticəsində şüurda mürəkkəb
zəncirvari yadasalma baş verir. Yəni insan çoxdan unutduqlarını xatırlayır.
Cərrahiyyə əməliyyatından sonra unutduqlarını asanlıqla yada sala bilir. İkinci,
müəyyənləşdirilmişdir ki, hafizə mərkəzi və ya hər halda məlumatların
qısamüddətli hafizədən uzunmüddətli hafizəyə ötürülməsini tənzim edən
sahəsinin fəaliyyəti yeni informasiya daxil olanadək mümkün olmur. Bu mərkəz
«qippokamp» adlanır və beynin gicgah sahəsində yerləşir. Qippokampın iki
tərəfli götürülməsindən sonra xəstələr cərrahiyyə əməliyyatına qədər baş
verənləri yada salır, lakin əməliyyatdan sonra baş verənləri isə yada sala
bilmirlər. Əvvəllər toplanmış informasiyaların harada qorunduğu sualı hələ də
öyrənilməmiş qalır.(1. Səh.283)
Hafizə probleminin yekun həlli uzun illər boyu psixologiya və
fiziologiyanın mübahisə obyekti olmuşdur. Onun həlli beyində informasiya
daşıyıcısı olan fiziki təbiətinin (molekullar, zülallar və s.) öyrənilməsi nəticəsində
mümkün olacaqdır.
Müəyyən materialı yadda saxlamaq həyat və fəaliyyət prosesində
toplanan fərdi təcrübə ilə bağlıdır. Yadda saxlanılanlardan gələcək fəaliyyətdə
istifadə olunması yadasalma tələb edir. Müəyyən materialın fəaliyyətdən
çıxması unutma ilə nəticələnir. İnsan davranışının hər bir anı onun bütün həyat
təcrübəsi ilə müəyyən edildiyinə görə, materialın hafizədə hifz olunması həmin
materialın şəxsiyyətin fəaliyyətində iştirakından asılıdır. Hafizə şəxsiyyətin psixi
həyatının mühüm,həlledici xüsusiyyətidir. Bizim şüurumuzda əksini tapan və
hafizədə möhkəmlənən ayrı-ayrı hadisələr, faktlar, əşyalar arasındakı əlaqə
assosiasiya adlanır. Yunan dilindən tərcümədə assosiasiya «birləşdirmə»,
«əlaqə» mənasını verir. Bu əlaqələrsiz, başqa sözlə, assosiasiyalarsız insanın
normal psixi fəaliyyəti mümkün deyil. Xarici aləmin hadisələri arasındakı
münasibətlərin tipinə uyğun olaraq assosiasiyanın 3 növünü göstərirlər:
- Qonşuluq;
- Oxşarlıq;
- Əkslik.
Qonşuluq assosiasiyasının əsasında əşya və hadisələr arasındakı zaman
və məkan münasibətləri dayanır. Hər hansı bir cisim və ya hadisənin
qavranılması, yaxud onun haqqında təsəvvür, onunla bir zamanda və ya
bilavasitə ondan sonra qavranılmış cisim və ya hadisə təsəvvürünün
canlanmasına səbəb olur. (Məsələn, təsadüfən orta məktəb yoldaşına rast
gəlmək)
Oxşarlıq assosiasiyası əşya və hadisələr bir-birinə oxşadıqda, təzahür
edir. Hər hansı bir cismin qavranılması və ya onun haqqında təsəvvür, ona oxşar
başqa cismin təsəvvürünü canlandırır. (Məsələn, dostumuza oxşar bir nəfər
gördükdə, onun
haqqında təsəvvür yaradırıq).
Əkslik assosiasiyası bir-birilə təzad təşkil edən əşya və hadisələrin
nəticəsində baş verir. (Məsələn, müdavim pis qiymət alanda, aldığı yaxşı
qiyməti xatırlayır). Assosiasiyanın konkret məzmunu bir sıra şərtlərlə, o
cümlədən insanın peşə fəaliyyəti və maraqları ilə bağlıdır.Hər bir hafizə
prosesinin öz xüsusiyyətləri vardır. Dərk olunan cisim və hadisələrin yadda
saxlanması, yada salınması və tanınması hafizə prosesləri adlanır.Psixologiyada
hafizə prosesləri dedikdə yaddasaxlama, yadasalma, hifzetmə və unutma
nəzərdə tutulur. Yaddasaxlama əgər bizim iradəmizdən asılı olmayaraq baş
verirsə, onda o, qeyri-ixtiyari adlanır. Yox, əgər hər hansı cism və ya hadisənin
yadda saxlanmasını məqsəd kimi qarşıya qoyuruq və bundan ötrü müəyyən
iradi səy göstəririksə, bu ixtiyari yaddasaxlama adlanır. Yaddasaxlama mexaniki
və mənali olur. Mexaniki yaddasaxlamada materialı sadəcə olaraq təkrarlamaq
yolu ilə yadda saxlamağa çalışırlar. Mənalı və ya məntiqi yaddasaxlamada isə
material mənimsənilərək, müxtəlif üsul və fəndlərdən istifadə yolu ilə hafizəyə
yerləşdirilir. (3. Səh.56)
Hifzetmə hafizədə olan materialın daha da dərindən və uzun müddətə
qorunub saxlanmasına xidmət edir. Nəyi isə hafizədə saxlayan insan, onu
ümumiləşdirərək möhkəmləndirməyə çalışır. Hafizədə o material uzun müddət
qalır ki, o material yaxşı mənalandırılsın. İnsanda dərin marağa səbəb olan,
güclü təəssürat yaradan, gələcək fəaliyyət zamanı lazım olan material hafizədə
daha yaxşı möhkəmlənir.
Təkrarın özü də hifzetməyə imkan yaradır. Düzgün iş rejimi, iş və
istirahətin vaxtında həyata keçirilməsi, normal yuxu bu işdə böyük əhəmiyyət
kəsb edir. Yaddasaxlamanın əksi olan hafizə prosesi unutmadır. Unutmanın
dərəcəsi materialın təkrar edilməsindən asılı olur. Xəstəlik və güclü sarsıntı
unutmaya səbəb olur. Çətin şəraitdə güclü emosional stress tam və qismən
unutma ilə nəticələnir. Yorğunluq özü də analoji mənadə bu prosesə təsir edir.
Hafizə proseslərindən biri də yadasalmadır. Yadasalma ixtiyari və qeyriixtiyari
ola bilər. Yadasalmanın tamlığı və dəqiqliyi yaddasaxlama və hifzetmənin
göstəriciləridir. Xatırlama zamanı müxtəlif üsullardan istifadə olunur.
Xatırlamaq üçün hadisənin baş verdiyi şəraiti yada salmağa cəhd etmək
lazımdır. Bundan başqa hadisənin baş verdiyi yerdə yaxşı məlum olan
obyektlərin xatırlanması bu prosesə müsbət təsir edir.
Yadasalmanın nisbətən asan forması tanımadır. Tanıma obyektin
təkrarən qavranılması sayəsində baş verir. Tanıma tam və qismən ola bilər.
Yaddaş fiziologiyası
Yaddaş sinir toxumasının stimulların təsiri altında dəyişmək, sinir
həyəcanının izlərini saxlamaq xassəsinə əsaslanır. Təbii ki, əvvəlki təsirlərin izləri
yaş qumda insan ayaq izləri kimi bir növ izlər kimi başa düşülə bilməz. Bu halda
izlər dedikdə neyronlarda müəyyən elektrokimyəvi və biokimyəvi dəyişikliklər
başa düşülür (izlərin gücü elektrokimyəvi və ya biokimyəvi dəyişikliklərin baş
verməsindən asılıdır). Bu izlər müəyyən şəraitdə canlana bilər (və ya necə
deyərlər, aktuallaşa bilər), yəni göstərilən dəyişikliklərə səbəb olan stimul
olmadıqda onlarda həyəcanlanma prosesi baş verir. Yaddaşın ən sadə forması
sadə sinir sisteminə malik heyvanlarda (dəniz ilbizində) özünü büruzə verən
adətetmə və sensitizasiyadır. Adətetmə yaddaşın və təlimin sadə formalarının
əsasında durur, bu vaxt nisbətən neytral qıcıq çoxlu sayda canlı orqanizmə təsir
edir. Ali sinir sisteminə malik heyvan və insanlarda yaddaş prosesi baş beyinin
funksiyaları ilə əlaqədardır.
Yaddaşın mexanizmlərinə müxtəlif səviyyələrdə, müxtəlif nöqteyi-
nəzərdən baxmaq olar. Əgər assosiasiyaların psixoloji konsepsiyasından çıxış
etsək, onda onların formalaşmasının fizioloji mexanizmi müvəqqəti sinir
əlaqələridir. Korteksdə sinir proseslərinin hərəkəti iz buraxır, yeni sinir yolları
kəsilir, yəni neyronlarda dəyişikliklər Nİ-ni asanlaşdıran şeyə səbəb olur.
Beləliklə, müvəqqəti əlaqələrin formalaşması və qorunması baş verir. Onların
məhv olması və dirçəlişi fizioloji xarakter daşıyır və assosiasiyaların əsasını təşkil
edir. İ. P. Pavlov bu barədə demirdir : “Müvəqqəti sinir əlaqəsi heyvanlar
aləmində və özümüzdə ən universal fizioloji hadisədir və eyni zamanda, bu,
həm də zehnidir.Yəni psixoloqların assosiasiya adlandırdıqları şey, hər cür
hərəkətlərdən, təəssüratlardan və ya hərflərdən, sözlərdən və düşüncələrdən
əlaqələrin formalaşmasıdır.Hal-hazırda yaddaş mexanizmlərinin vahid
nəzəriyyəsi yoxdur.Daha inandırıcı olan sinir nəzəriyyəsi odur ki, neyronların
biocərəyanların dövr etdiyi dövrələri meydana gətirməsi ideyasından irəli gəlir.
Biocərəyanların təsiri altında sinapslarda (sinir hüceyrələrinin qovşaqlarında)
dəyişikliklər baş verir ki, bu da biocərəyanların bu yollar boyunca sonrakı
keçidini asanlaşdırır. Neyron zəncirlərinin müxtəlif təbiəti bu və ya digər sabit
məlumatlara uyğun gəlmir.
Başqa bir nəzəriyyə, yaddaşın molekulyar nəzəriyyəsi hesab edilir ki,
neyronların protoplazmasında biocərəyanların təsiri altında beynə daxil olan
məlumatların “qeyd edildiyi” xüsusi protein molekulları əmələ gəlir təxminən
sözlər və musiqilər qeydə alınır.Alimlər hətta ölmüş heyvanın beynindən
“yaddaş molekulları” adlandırdıqları şeyi çıxarmağa çalışırlar. Və sonra
tamamilə müxtəlif fərziyyələr var ki, nə vaxtsa mərhumun beynindən “yaddaş
molekulları” çıxarıla bilər (hətta laboratoriyalarda sintez edilə bilər), “yaddaş
həbləri” və ya inyeksiya üçün xüsusi maye hazırlana bilər və beləliklə,başqa
insanın beyninə bilik köçürülə bilər. Bu cür fərziyyələr şübhəsiz ki, yaddaşın
molekulyar nəzəriyyəsini poza bilər.
Yaddaş mürəkkəb bir zehni fəaliyyətdir. Ayrı-ayrı prosesləri ehtiva edir.
Əsas olanlar əzbərləmə, saxlama (və müvafiq olaraq unutma), çoxalma və
tanınmadır.(5.)
Yaddaş prosesləri
Hafizənin yaddasaxlama, yadasalma, tanıma və unutma kimi prosesləri
vardır. Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm prosesin
nəticəsində yaranır. Onlardan birincisi yaddasaxlamadır. Bu prosesdə beynə
daxil olan müxtəlif informasiyaların təhlili, identifikasiyası və kodlaşdırılması
aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın hifz olunmasıdır.
Prosesin üçüncü mərhələsi ixtiyari və ya qeyriixtiyari yadasalmadır.
İnformasiyanın yada salınmasını haqlı olaraq hafizənin əsas funksiyası, insanın
öz təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər.
Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz olunması prosesidir.
Bu zaman yeni qavranılanların əvvəllər əldə etdiklərimizlə əlaqələndirilməsi
yolu ilə möhkəmləndirilməsi baş verir. Anlamadan asılı olaraq yaddasaxlamanın
məntiqi və mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın əsasında
anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz sözləri ilə ifadə edə bilir.
Mexaniki yaddasaxlama isə quru əzbərləmə, bəzən mənaya əhəmiyyət
vermədən yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda saxlayan şagird və
ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda yada sala bilmir.Ən
fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan hafizə çoxsaylı amillərdən:
beynin xüsusiyyətlərindən, mərkəzi sinir sistemindən,mühitdən,fəaliyyətin
xarakterindən və şəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yadda
saxlamanın ən ümumi qanunauyğunluqlarını müəyyənləşdirmək xeyli çətindir
və daha çətini isə onun səmərəli şəkildə idarə edilməsini öyrənməkdən
ibarətdir. Baxmayaraq ki, hafizənin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı
metodikalar işlənmiş, tövsiyələr hazırlanmışdır.
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emosional
münasibətlərdən asılı olaraq mexaniki yaddasaxlamanın 16
qanunauyğunluqlarını özündə birləşdirən vahid sistem təklif etmişdir. Onlardan
bir neçəsini nəzərdən keçirək.(1. Səh.284)
1. İnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha güclü və uzunmüddətli
yadda saxlayır.
2. Güclü emosional reaksiya doğurmayan, lakin kifayət
qədər mürəkkəb olan informasiya hafizədə hifz olunmur.
3. Diqqətin mərkəzləşdirilməsi nə qədər güclü olarsa,
yaddasaxlama da o qədər sürətli baş verir.
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha
yaxşı yadda saxlanılır.
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.
6. Məntiqi əlaqəsi və bir-birilə sıx bağlı olan fakt və hadisələr daha asan yadda
saxlanılır.
Çünki bu zaman assosiativ təəssürat daha asan və sistemli olur. Burada
sanki əşya və hadisənin elementlərinin yadda saxlanması bir-biri ilə sıx
bağlanır.Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-
ixtiyari və ixtiyari növlərini qeyd edirlər. Qeyri-ixtiyari yaddasaxlama qarşıya
məqsəd qoymadan duyub-qavradıqlarımızın yadda saxlanmasıdır. Çox vaxt bizə
emosional təsir bağışlayan material qeyri ixtiyari olaraq yadımızda qalır. Ixtiyari
yaddasaxlama isə qarşıya qoyduğumuz məqsədlə bağlı olur. Ona görə də ixtiyari
yaddasaxlamanı xüsusi mnemik iş kimi xarakterizə edirlər. İxtiyari
yaddasaxlamanın müvəffəqiyyəti, məhsuldarlığı mnemik məqsədin
xüsusiyyətindən asılı olur. İxtiyari yaddasaxlamanın məhsuldarlığı üçün mühüm
şərt kimi yadda saxlanılacaq materialın planını tutmaq, qarşıya yaddasaxlama,
uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, material təsnif etmək,
sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə canlandırmaq və s. zəruridir.
Prinsipcə hər bir insanın hafizəsi, xüsusilə, qeyriixtiyari yaddasaxlamanın
seçiciliyi baxımından fərqlənir.Ixtiyarı yaddasaxlamanın müvəffəqiyyəti isə
qavranılan informasiyanın xarakteri ilə bağlıdır. Məsələn, tanışları və ya
qohumlarında keçirilən qonaqlığın yada salınmasına diqqət yetirək. Bəziləri
(xüsusilə qadınlar) kimin və necə geyindiyini, digərləri kimin nə və necə yediyini,
üçüncülər isə (yeri gəlmişkən çox az qismi) məclisin ümumi təsvirini və
söhbətlərin məzmununu xatırlayacaqdır.Yaddasaxlamanın davamlılığından asılı
olaraq qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli
Yaddasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasaxlama isə saatlarla,
günlər, aylar, illərlə ölçülür.Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya
yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik
yaddasaxlama adlanır.Məsələn,20.07 Rəqəmini yaddasaxlamaq üçün 2007-ci ili
yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda
olan yaxın adamımızın adı ilə eyni olduğuna görə yadda saxlayırıq.Yadasalma
əvvəllər psixikada möhkəmlənmiş məzmunun uzunmüddətli hafizədən operativ
hafizəyə gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından ibarət olan
hafizə prosesidir. Yadasalma da ixtiyari və qeyriixtiyari olur. Beyində hifz
olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin baş verir,
əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır. Yadasalmada
hadisələrin hansı konteksdə baş verdiyi mühüm əhəmiyyət kəsb edir. Məsələn,
köhnə əşyalar, kitablar, ev, uşaqlığn keçdiyi yerlər və onlarla bağlı olanlar daha
güclü təsir edir. Bu mənada Zeyqarnik effekti maraq kəsb edir. Təbii sonluğu
olmayan vəziyyətləri, tamamlanmayan hərəkətləri insanlar daha yaxşı yadda
saxlayır. Əgər biz yeməyi, içməyi sona çatdıra bilmir, arzu etdiyinə çata bilməyə
az qalmış, amma çatmadıqda bu daha uzun müddət yadda saxlanılır, nəinki
asanlıqla əldə edilən. Hafizənin bu xüsusiyyəti onunla bağlıdır ki,
tamamlanmamış hərəkətlər mənfi emosiyaların mənbəyi olduğundan müsbət
emosiyalara nisbətən daha güclü təsirə malikdir. Məhz buna görə də adamlar
uğursuz sevgini, bədbəxt hadisələri, xəstəliyi, əzablarını, həyəcanlarını daha
dəqiq və aydın yadda saxlayırlar.Tanımaya gəldikdə o, hər hansı bir obyekti
yenidən qavrama zamanı yada salmaqdan ibarətdir. Tanıma olmasaydı biz
cisimləri artıq bizə tanış olan kimi deyil, yeni cisim kimi qavrayardıq.
Unutma. Hafizə ilə bağlı çətinliklər yadasalmadan daha çox xatırlama ilə
əlaqədardır. Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam
beyində informasiyalar uzun müddəti hifz olunsa da onların çox hissəsi istifadə
olunmamı qalır. Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «unudulur»,
amma deyirlər ki, onlar bunu bilirdi, oxumuşdu, eşitmişdi və s. Psixoloqlar bunu
unutma adlandırırlar. Yəni psixikada olan informasiyalar dəqiqliyini, aydınlığını
itirir və ya azalır. Q.Ebbinhauzun təcrübəsi bu baxımdan maraqlıdır. O, sübut
edir ki, öyrənilən materialın 40 faizi yarım saat sonra, 66 faiizi bir gündən sonra,
75 faizi üç gündən sonra, 79 faizi bir aydan sonra unudulur. Əlbəttə, burada
fərdi xüsusiyyətlər, materialın mənalılığı, əhəmiyyətliliyi də böyük rol oynayır.
Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur. Lakin psixika üçün
paradoksal hallar da xasdır. Məsələn, yaşlı adamlar indicə, az müddət əvvəl
eĢitdiklərini asanlıqla unutduqları halda, uzaq keçmişdə baş verənləri çox da
çətinlik çəkmədən və aydın xatırlayırlar. Bu fonomen «Ribo qanunu» adlanır.
Unutmanın ikinci mühüm amili adətən mövcud informasiyadan aktiv istifadə
olunmasıdır. O şeylər daha tez unudulur ki, ona az tələbat olur və ya ehtiyac
olmur. Yaşlı adamlarda verbal hafizə daha tez unutqanlıqla əvəz olunur.
Uşaqlığın təəssüratı, xatirələri, hərəkət vərdişəri (velosiped sürmək, gitara
çalmaq, üzgüçülük, futbol oynamaq və s.) hafizədə daha davamlı, bəzən on
illərlə heç də çox iradi səy göstərmədən yada salınır. Belə faktlar da məlumdur
ki, üç il həbsxanada «oturmuş» adam nəinki qalstuk bağlamağı, hətta ayaqqabı
bağlamağı belə unudur. Unutma eyni zamanda, psixikanın özünümüdafiə
mexanizmidir. Unutma şüur və şüuraltı sahələri sarsıntı və pozulmalardan
qoruyur. Insana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin
şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə
onun təsiri azalır, tədricən unudulur. Ümumiyyətlə, o şeylər "unudulur" ki,
psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır. Hafizə insanın daha
asan pozulan qabiliyyətlərindəndir. Onun çoxsaylı pozuntuları geniş yayılmışdır.
Baxmayaraq ki, insanların çoxu onun pozulduğunu hətta bilmirlər və yaxud da
çox sonralar bilirlər. Hafizənin pozulması insanın fərdi xüsusiyyətləri ilə də
bağlıdır.
Hafizənin növləri və tipləri
Hafizənin aşağıdakı əsaslara görə növləri ayırd edilir:
İlk növbədə bizə təsir edən cismlərdən nəyin yadda saxlanılmasına görə
hafizənin növləri ayırd edilir. Yəni hafizənin obyektinə görə: surət,hərəkət, hiss
(emosional), sözlü-məntiqi hafizə növləri fərqləndirilir. Surət hafizəsi gerçəkliyin
cism və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda
saxlanılması, hifz edilməsi və yada salınmasından ibarətdir. Cismin sensor
səviyyədə inikası görmə, eşitmə, lamisə və s. Vasitəsilə olduğundan surət
hafizəsinin də məzmununu görmə, eşitmə, lamisə və s. Təsəvvürləri təşkil edir.
Surət hafizəsi təlim fəaliyyətində mühüm yer tutur. Bu növ hafizəyə əyani-
obrazlı hafizə də deyirlər.Hərəkət hafizəsi müxtəlif hərəkətlərin və onların
sisteminin yadda saxlanması, hifz olunması və yadasalınmasıdır. İdmançılarda,
polis əməkdaşlarında, balet ustalarında bu hafizə peşə fəaliyyətini
müvəffəqiyyətlə icra etmək üçün vacibdir.Müxtəlif hərəkətlərin düzgün və
dürüst qavranılması hərəkət hafizəsinin keyfiyyət və məzmununa müsbət təsir
göstərir. Hərəkət hafizəsi olduqca çox və müxtəlif hərəkət vərdişlərdə təzahür
edir. Təlim və əmək vərdişlərinin təşəkkül etməsində hərəkət hafizəsi mühüm
rol oynayır.(1. Səh.288)Hərəkət hafizəsi demək olar ki, bütün adamlarda vardır,
lakin ayrı-ayrı şəxslərdə müxtəlif şəkildə və intensivlikdə təzahür edir. Hafizənin
bu növü digər növlərə nisbətən tez inkişaf edir. Sözlü-məntiqi hafizə fikirlərin,
anlayışların yadda saxlanması, hifz edilməsi və yadasalınmasından ibarətdir.
Fikirlər, mülahizələr dil materiallarında maddiləşir, odur ki, bu hafizə sadəcə
olaraq məntiqi deyil, sözlü-məntiqi hafizə adlanır. Bu hafiz yalnız insanlara
məxsusdur. Həmin hafizənin köməyi ilə ya materialın əsas mənasının ifadəsini,
ya da onun hərfən söz və ifadələrini yada sala bilirik. Bu zaman öyrənilən
materialın mənasını anlamaq, onu təhlil etmək, onu həyata tətbiq etmənin
yollarını düşünmək əsas yer tutur. Hiss (emosional) hafizəsi keçirdiyimiz
hisslərin yadda saxlanması və yada salınmasından ibarətdir. Belə ki, insanın
keçirmiş olduğu müsbət və ya mənfi hisslər İzsiz itib getmir, onun hafizəsində
bu və ya digər dərəcədə həkk olunur, sonradan yada salınır. Bu halda insan
yenə ya sevinir, ya kədərlənir, ya utanır, ya da həyacanlanır. Keçirmiş
olduğumuz dəhşətli qorxu hissini yenidən xatırlarkən bəzən, necə deyərlər,
adamın bədəni lərzəyə gəlir. Emosional (hissi) hafizə insan şəxsiyyətinin
formalaşmasında mühüm rol oynayır. Bu hafizə insana imkan verir ki, keçirdiyi
hisslərin məzmun və xarakterindən asılı olaraq öz davranış və rəftarını tənzim
etsin. Bu mənada emosional hafizə insanın mənəvi inkişafının əsas
şərtidir.Yaddasaxlama və yadasalmanın məqsəd və üsullarından, onun iradi
surətdə tənzim edilməsindən asılı olaraq hafizənin ixtiyari və qeyri-ixtiyarı
növlərini də fərqləndirirlər. Bu və ya digər materialın yadda saxlanması,
xatırlanması üçün qarşıya xüsusi məqsəd qoyulmursa və onlar sanki öz-özünə,
müəyyən yol və vasitələrdən istifadə etmədən, heç bir iradi cəhd göstərilmədən
yadda qalırsa, bu qeyri-ixtiyari hafizə adlanır. Məsələn, şagird hər hansı maraqlı
kitab oxuyanda, kinofilmə baxanda, qeyriadi hadisələrlə rastlaşanda xüsusi
niyyət olmadan da onları yadda saxlayır. Əgər insan qarşısına xüsusi
yaddasaxlama məqsədi qoyur və lazım olan materialı yadda saxlamaq üçün
iradi səy göstərir, xüsusi üsul və qaydalardan istifadə edirsə, bu hafizə ixtiyari
hafizə adlanır. İxtiyari hafizə insanın şüurlu fəaliyyətinin həm nəticəsi, həm də
səbəbidir. Belə dialektik vəhdət ixtiyari hafizənin inkişafını şərtləndirən başlıca
amildir. Operativ hafizə insanın bilavasitə həyata keçirdiyi aktual iş və
əməliyyatlara xidmət edən mnemik prosesdir. Adətən insan müəyyən məsələni
həll edərkən ona lazım olan məlumatları xatırlayır və ondan istifadə edir.
Əməliyyatlar qurtardıqdan sonra həmin məlumat yenidən beyində hifz olunur.
Bu proses operativ hafizə ilə əlaqədardır.(4.Səh.6) Hər hansı bir cism və
hadisənin insan beynində yadda qalması müddətinə görə də hafizənin
qısamüddətli və uzunmüddətli növləri ayırd edilir. Qısamüddətli hafizə
bilavasitə qavradığımız cism və hadisələri müəyyən müddət ərzində görməkdə,
eşitməkdə və s. Davam edirik (onlar gözümüzün qabağında dayanır,
qulaqlarımızda səslənir). Qısamüddətli hafizə çox az müddət (bir neçə saniyə və
ya dəqiqə) davam edən prosesdir, lakin bu qısa müddət elə indicə gördüyümüz
hadisələri əhya etmək üçün kifayət edir. İndicə hiss üzvlərimizin verdiyi
məlumatı operativ surətdə tutmağa, dəyişdirməyə və canlandırmağa
qısamüddətli hafizə deyilir. Uzunmüddətli hafizə isə qavranılan materialın uzun
müddət və möhkəm yadda saxlanması ilə zarakterizə olunur. Yeni bilik, bacarıq
və vərdişlərin, informasiyaların uzun müddət (saatlarla, aylarla, illərlə, bəzən on
illərlə) hifz edilməsi, yadda saxlanması uzunmüddətli hafizənin əsas
məzmununu təşkil edir.
Hafizənin tipləri
İnsanlar öz hafizələrinin bir sıra xüsusiyyətləri ilə bir-birlərindən
fərqlənirlər. Bu cür fərdi fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir.
Adətən psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd
olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda saxlamaqda
analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.
Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, eşitmə tipinə malik olan
adamlar eşitdiklərini, hərəki tipə mənsub olanlar isə bilavasitə əməliyyat
apardıqları, hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda
saxlayıb yada sala bilirlər. Həyatı faktlardan göründüyü kimi bu tiplərə təmiz
halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-
eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür. Məhz
buna görə də təlim prosesində hafizənin tipologiyasının nəzərə alınması
zəruridir. Təlim fəaliyyəti elə təşkil edilməlidir ki, ayrı-ayrı tiplərə mənsub olan
şagirdlərin hamısının mənimsəməsi üçün səmərəli şərait yaranmış olsun.
Nəticə
Hafizə haqqında anlayış. İnsanın duyub qavradıqlarının iz salmadan
getməməsi, beyində hifz olunması. Hafizə keçmiş təcrübənin beyində
nəqşləndirilməsi, yadda saxlanması, yada salınması və tanınmasından ibarət
idrak prosesi kimi. Hafizənin insan həyatında əhəmiyyəti. Hafizə haqqında
nəzəriyyələr: psixoloji, fizioloji, biokimyəvi. Hafizə mərkəzi.
Hafizənin prosesləri: yaddasaxlama, yadasalma, tanıma, unutma.
Yaddasaxlama və onun növləri: məntiqi və mexaniki, qeyri-ixtiyari və ixtiyari,
qısa müddətli və uzun müddətli, mnemonik yaddasaxlama.(3.Səh.61)
Yadasalma və tanıma. Unutma və onun xüsusiyyətləri.Unutma tempi.
Reminisensiya hadisəsi.
Hafizənin növləri və tipləri: Yadda saxlanılan materialın növlərindən asılı
olaraq hərəkət, surət, emosional və sözlü məntiqi. Qısa müddətli, uzun
müddətli və operativ hafizə.
Hafizənin tipləri: görmə tipi, eşitmə tipi, hərəki tip, qarışıq tip. Onların təlim
prosesində nəzərə alınmasının əhəmiyyəti.
Ədəbiyyat siyahısı
1.Prof. S.Ş.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə-Ali
pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün dərslik
2. “Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti” kafedrasının rəisi
vəzifələrini müvəqqəti icra edən, polis polkovnik-leytenantı-Mühazirələr
toplusu,dərs vəsaiti.
3.Cəfər İbrahimov – psixologiyadan mühazirə konspektləri. Qiyabi təhsil
alan tələbələr üçün yardımçı vəsait.
4.Behruz Melikov - Diqqət və hafizənin psixologiyası.
5. Yaddaşın fizioloji əsasları-Google

You might also like