You are on page 1of 3

İşə qəbul üçün daxili müraciət elanı 62010006

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Növbə rəisi
Elanın bitmə tarixi 17.10.2022
Keçid kodu 10392/2022 INT
Müəssisə, Təşkilat Azneft İB
Struktur vahidi Hasilatın idarəedilməsi xidməti
Ştat vəzifəsinin adı növbə rəisi
Struktur vahidinin ünvanı Bakı şəhəri, Səngəçal burnu
Şəhər/rayon Bakı şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 13
Əmək haqqı 1344.00 azn/aylıq
Əlavə məlumat Faktiki işlənmiş hər iş günü üçün 3 AZN yemək xərci əvəzinə əmək haqqına
əlavə ödəniş olunur.
İş şəraiti Quruda
İş rejimi Növbəli
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunur
Bakı şəhəri, 28 May küçəsi (S.Vurğun bağının yanı) və Lökbatan qəsəbəsi, N.
Nərimanov küçəsindən (icra hakimiyyətinin yanı) xidməti avtobuslarla iş
yerinə çatdırılma təmin olunur.
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) •Perforasiyadan çıxan quyuların sayı, quyu dibi, süzgəclərin açılması, layın
horizontu barədə məlumatın alınması, xidmətə göndərilməsi və Azneft İB-
nə şifahi məlumatları vermək;
•Müvafiq periodda neft və qaz hasilatının miqdarı barədə məlumatların
alınması və xidmətə elektron göndərmək;
•Hasilatı ölçülən quyuların neft hasilatı barədə məlumatın alınması və
xidmətə elektron göndərmək;
•Mədənlər üzrə təhvil verilən neft və qazın miqdarı və təmizlik faizi barədə
məlumatların müvafiq yardımçı sahələrdən alınması və xidmətə göndərmək;
•Mənimsəmdə və təmir gözləyən quyuların sayı və nömrələrinin alınması və
xidmətə göndərmək;
•Quyunun yuyulması barədə məlumatlarn alınması, növbə jurnalına
yazılması və Azneft İB-nə ötürmək;
•Nasosların dəyişilməsi barədə məlumatları növbə jurnalına yazmaq və
Azneft İB-nə ötürmək;
•Borunun hermetikliyi yoxlanılması barədə məlumatları almaq;
•Sementləmə işləri barədə məlumatları Azneft İB-nə ötürmək;
•Quyunun sementləmədən sonradan qazılması barədə məlumatları Azneft
İB-nə ötürmək;
•Qəzalı quyularda qəzalar və ləğv edilməsi barədə məlumatları Azneft İB-nə
ötürmək;
•Quyunun yuyulmasına nəzarət etmək;
•Quyularda sementləməyə nəzarət etmək;
•Quyuda olan qəzaların aradan qaldırılmasına nəzarət etmək;
•Quyunun təmirində quyuyua endirilən yerüstü (boru, çubuq, nasos, qıfıl
dayağı və s.) avadanlıqların keyfiyyətinə nəzarət etmək;
•Sifariş tapşırıqlar əsasında təmirlərin icrasına nəzarət etmək;
•Quyuların hermetikliyə yoxlanılmasına nəzarət etmək;
•Hava xətlərinin siyirtmələrinin bağlı olmasının yoxlanılmasına nəzarət
etmək;
•Təmir meydançasının yeri düzgün təyini və təhlükəsizlik iş şəraitinin
yaradılmasına nəzarət etmək;
•Briqadaların vaxtında işə çıxmaması barədə məlumatın verilməsinə
nəzarət etmək;
•Çatışmayan təmir avadanlıq və alətlərin təmin edilməsinə nəzarət etmək;
•Nəqliyyat və xüsusi texnikanın təmin olunmasına nəzarət etmək;
•Təmir işləri aparılarkən əməyin mühafizəsi və texnik təhlükəsizlik qaydaları
üzrə aprılmasına nəzarət etmək;
•Quyuların cari təmir işləri ilə əlaqədar görülən işlərə nəzarət etmək və
xidmətə məlumat vermək;
• EYM və SDÖ-dən verilən qazın və neftin düzgün nəql olunmasına nəzarət
etmək və məlumatları xidmətə ötürmək;
•Gəmi və helikopter vasitəsi ilə sərnişinlərin, avadanlıqların və mal-
materialların daşınmasına nəzarət etmək;
•Gəmi nəqliyyatı vasitəsi ilə EYM və SDÖ-rə yanacaq, ərzaq və su
daşınmasına nəzarət etmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Yaş 18 - 65
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi / əhatəsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə 3 İl / Müvafiq istiqamət üzrə İş təcrübəsi dedikdə, müvafiq sahə
üzrə mütəxəssis və ya rəhbər
vəzifələrdə iş stajı nəzərdə tutulur.
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Detallara diqqət
Keyfiyyət yönümlülük
Tabeçilik
İşi təqib etmə
Bilməlidir
•Quyuların texnoloji rejimlərin saxlanılmasını;
•Quyu iş rejiminin saxlanılmasını;
•Neft və qaz quyularının veriminin ölçülməsini;
•Quyunun təmirə hazırlanmasını;
•Lay sularının təmizlənməsi və utilizasiyasını;
•Neftin və qazın təhvilini;
•Neftin yığılmasını;
•Neftin tam hazırlanmasını;
•Neftin nəqlini;
•Təhvil verilən neftin analizini;
•Qazın ilkin hazırlanmasını;
•Quyuağzının sınanmasını;
•Nəql sistemlərinin texnoloji rejimlərinin saxlanılmasını;
•Qazın yığılmasını;
•Qazın saxlanılmasını;
•Qazın təhvilini;
•Qoruyucu kəmərlərdə zədələrin aradan qaldırılmasını;
•Kəmərdəki defektlərin örtülməsini;
•Kəmərin hermetikliyə sınanmasını;
•Quyuların sementlənməsini;
•Təcridetmə işlərini;
•Neft Sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemini.

You might also like