You are on page 1of 6

Büdcə və önəmi

Büdcə hər kəsin bilməli olduğu ən əsas maliyyə mövzularından biridir. Büdcə, pulunuzu
xərcləmək üçün bir plandır.
Yaxşı büdcə odur ki, maliyyə hədəflərinizə çatmaq üçün planlaşdırma edərək qazandığınızdan
daha az xərcləyirsiniz. Bir sözlə, büdcə tərtib etmək bütün pulunuzu necə bölüşdürəcəyinizə
qərar verməkdir. Bu, hər ay nə qədər qazandığınızı və hara gedəcəyinizi dəqiq
müəyyənləşdirməyi kömək edir. Büdcəyə və ya xərcləmə planına əməl etsəniz hədəfinizə daha
asan çatacaqsınız.
Büdcələşdirmə üsulları
Büdcəni tərtib etmək üçün tək bir doğru yol yoxdur. Əsas özünüz üçün ən uyğun olan
strategiyanı tapmaqdır. İnsanların uğur qazandıqları bir neçə fərqli büdcə metodu var. Onlara
aşağıdakılar daxildir:
50/30/20 büdcə
Bu 50/30/20 faiz büdcə sistemindən istifadə edərək, siz büdcənizin 50%-ni mənzil, sığorta və
nəqliyyat kimi ehtiyaclara ayırırsınız. Gəlirinizin 30%-i yemək, alış-veriş, səyahət və s. ola
biləcək ehtiyaclara yönəlir. Nəhayət, gəlirinizin 20%-i əmanətlərə və borclara gedir. Bu büdcə
sistemi populyardır, lakin, əhəmiyyətli miqdarda borcu olan insanlar üçün ideal deyildir.
“Pay yourself first”
“Özünə ödə” büdcə metodu həm də tərs büdcə kimi tanınır. Bu üsuldan istifadə edərək, hər ay
özünüzə nə qədər ayırmaq istədiyinizi, yəni borc və investisiya üçün nə qədər pul lazım
olduğunu müəyyənləşdirirsiniz. Oradan sonra nə qalıbsa, xərcləyə bilərsiniz.
Zərf sistemi
Zərf sistemi digər büdcə növləri ilə də birlikdə istifadə edilə bilər. Bu metoddan istifadə edərək,
hər bir xərc kateqoriyası üçün bir zərf yaradırsınız və zərflərə limit təyin edirsiniz. Zərf boş
olduqda, həmin ay üçün həmin kateqoriyada xərcləməni bitirmiş olursunuz.

Xərclərinizi planlaşdırmağa və ay ərzində xərclərinizi izləməyə kömək edəcək bir çox büdcə
proqramları var. Onlardan ən populyar büdcə proqramlarını aşağıdakı kimidir:
 Mint
 You Need a Budget
 Personal Capital
 EveryDollar

 Risk free rate nədir : Defoltdan azaddırmı?

Risk free rate (Risksiz faiz dərəcəsi), risksiz gəlir dərəcəsi kimi də adlandırılır, 0 (sıfır) risk
daşıyan investisiyanın nəzəri faiz dərəcəsidir. Faktiki olaraq, risk-free interest rate və ya ən
təhlükəsiz investisiyaya misal olaraq government treasury bill nümunə gətirmək olar.
Başqa sözlə tutaq ki, hansısa investisiyanın riski yoxdur, və onun gəlirlilik dərəcəsi 5%-dir. Bu
gəlirlilik dərəcəsi risksiz faiz dərəcəsi adlanır. Praktikada risksiz investisiya yoxdur. Çünki bütün
investisiyalar müəyyən risk növünə malikdir.Yəni, risksiz faiz dərəcəsi sırf nəzəri xarakter
daşıyır. Ən təhlükəsiz investisiyanın belə risk elementi var. Bununla belə, dövlətin öz qiymətli
kağızları üzrə defolt etməsi mümkün olsa da, bunun baş vermə ehtimalı olduqca aşağıdır. Hətta,
risk səviyyəsi o qədər aşağıdır ki, əhəmiyyətsiz hesab olunur. Buna görə də, bu faiz dərəcəsi
risksiz faiz dərəcəsi adlanır.
Risksiz faiz dərəcəsinin necə hesablanacağına dair ümumi qayda yoxdur, bu o deməkdir ki,
risksiz faiz dərəcəsinin birbaşa ölçülməsini təmin etmək üçün nəzərdə tutulan geniş spektrli
risksiz faiz dərəcəsi düsturları mövcuddur. Buna görə bəzi analitiklər risksiz faiz dərəcəsi üçün
sözdə “proksi”lərə baxmaq qərarına gəlirlər. Bununla belə, risksiz faiz dərəcəsinin
hesablanmasında proxy yanaşma ilə bağlı çoxsaylı problemlər mövcuddur. Məsələn, dövlət
istiqrazları yalnız defolt riski olmadıqda həqiqətən risksiz ola bilər. Bununla belə, bu növ
istiqrazların defolt olması çox çətin olsa da, bu, bəzən baş verir. Bundan əlavə, həmişə
hökumətin öhdəliklərini yerinə yetirmək üçün "daha çox pul çap etməsi" riski var ki, bu da dəyər
itkisinə səbəb olur. Qısası, risksiz faiz dərəcəsi bütün risklərdən azad deyil. O, həmçinin defolt
riskinə məruz qala bilər.
Risksiz faiz dərəcəsi necə istifadə olunur
Portfelin riskini və gəlirlərini idarə etmək üçün üç ümumi göstəricidən risk premium, CAPM və
Sharpe ratio-dan istifadə olunur. Onların hər üçü risksiz faiz dərəcəsini özündə ehtiva edir, ona
görə də onun necə işlədiyini başa düşmək vacibdir.
Risksiz gəlir dərəcəsinin niyə vacib olduğunu və ya yalnız nəzəri hesablamadırsa, ondan necə
istifadə edilir? İnvestor kimi investisiya qoymazdan əvvəl onun gəlirlilik dərəcəsinin risksiz faiz
dərəcəsini keçmək potensialına malik olduğundan əmin olmalısınız.
Risksiz faiz dərəcəsi investor üçün əhəmiyyəti
Aydın oldu ki, risksiz faiz dərəcəsi, 0 (sıfır) risk olan investisiyalarla əhatə edir. Bu sadəcə o
deməkdir ki, 0-dan (sıfırdan) yüksək risk daşıyan digər investisiyalar investorları cəlb etmək
üçün daha yüksək gəlirlilik payına sahib olmalıdırlar. (yəni bu investisiyaların gəlirlilik dərəcəsi
risk free rate-dən yüksək olmalıdır).

Vençur kapitalı

Risk daşıyan, yeni bir təşəbbüsdən və ya müəyyən müddətdən sonra maliyyə dəstəyinə ehtiyacı
olan şirkətlərə qoyulan investisiyalara “vençur kapital”, yəni risk investisiyası, həmin
investisiyaları yatıran investorlara isə “vençur kapitalistlər” deyilir.
Vençur kapitalı, kifayət qədər maliyyə gücü olmayan yeni bizneslərin öz investisiya ideyalarını
həyata keçirməyə, başqa sözlə, ideyalarının kommersiyalaşdırılması zamanı qarşılaşdıqları
maliyyə ehtiyaclarını ödəməyə imkan verən investisiya maliyyələşdirməsinin bir formasıdır.
Bu cür investisiyalar likvid olmadığı üçün risklidir, lakin düzgün bizneslərə sərmayə qoyulduqda
effektiv gəlirlər əldə edilə bilər. Sərmayə edən investorların gəlirləri şirkətin inkişafından birbaşa
asılıdır. Buna görə də, investorlar investisiya etdikləri şirkətlərin əsas qərarlarına təsir etmək
gücünə malikdirlər, çünki onların pulları risk altındadır. Baxmayaraq ki, investorlar sübut
olunmamış, yüksək riskli şirkətlərə sərmayə qoymaqla baş verə biləcək itkiləri götürəcək qədər
varlı olurlar, onlar mütləq şirkətləri seçərkən şirkətin inkişaf potensialını, idarə heyətinin gücünü
və məhsul və ya xidmətlərinin unikallığını nəzərə almalıdırlar.
İnvestorlar istənilən biznes fazasında daxil ola bilsələr də, əksər vençur kapitalistləri
investisiyalarını inkişafın başlanğıc və erkən mərhələlərində edirlər. İnvestisiya mərhələsi nə
qədər erkən olarsa, risk və gəlir də bir o qədər yüksək olar.
Bir çox şirkətlər vençur kapital vasitəsilə maliyyələşmədən uğur qazanıblar: Facebook, Uber,
Twitter, Airbnb, Paypal və Xiaomi kimi.
Məsələn aşağıdakı nümunələri gətirmək olar.
Google 1999-cu ildə Kleiner Perkins Caufield & Byers və Sequoia Capital şirkətlərindən 25 mln
dollar almışdı. Nəticədə, Google internetin əvəzolunmaz hissəsinə çevrildiyi zaman həmin
vençur kapitalistlər böyük gəlirlər əldə etdilər.
Sequoia 2011-ci ildə WhatsApp-a təxminən 8 milyon dollar, növbəti illərdə isə 60 milyon dollar
sərmayə qoyub. Sequoia WhatsApp-dan təxminən 3 milyard dollar qazandı. Lakin Vençur
şirkətin əsas qazancı WhatsApp Facebook tərəfindən 16 milyard dollara satın alınandan sonra
baş verdi və şirkətin milyardlar qazanmasna səbəb oldu.
Vençur kapitala investisiya etməyin səbəbləri çoxdur. Əvvəla bu böyük risk tələb edir və o
deməkdir ki, böyük gəlir də mövcuddur. (Bir çox investisiyalarda olduğu kimi, risk nə qədər
yüksək olsa, mükafat da bir o qədər yüksəkdir.)
Riski sevən və ya böyük gəlir qazanmaq istəyən investorlar üçün uyğundur. Eyni zamanda,
ənənəvi səhm və istiqrazlardan fərqli portfelin diversifikasiyası baxımından da yaxşı sayıla bilər.

Giffen effekti (Giffen paradoksu)

İqtisadiyyatdakı paradoks, dəyişənlərin nəinki nəzəriyyənin qoyulmuş prinsip və fərziyyələrini


yerinə yetirməməsi hətta onlara əks davranmasıdır. Paradokslar iqtisadiyyatda çoxdur. Məlum
olduğu kimi malların qiyməti artdıqca ona tələb aşağı düşür.Lakin bəzi mallarda qiymət artdıqca
tələb də artır. Belə mallara Giffen mallar, hadisəyə isə Giffen paradoksu deyilir.19-cu əsrdə
Robert Giffen İrlandiyada mədənçilər arasında araşdırmadan sonra bu nəzəriyyəni irəli
sürmüşdür. O həmin dövrdə kartof qiymətlərində artım olmasına baxmayaraq ona tələbin böyük
olduğunu gördü. Kartof o dövrdə yoxsul təbəqənin vacib qida mənbələrindən biri idi. Həmçinin,
istehlak mallarının çeşidliliyi günümüzdəki kimi çox deyildi. Bu səbəbdən kartofun qiyməti
artdıqca onu əvəzedici olaraq istifadə edilən malların sayı məhdudlaşırdı. Gəlir az olduğu üçün
qiymət artdıqca kartofla birgə alınacaq qidaya pul qalmırdı.Adətən kartofun yanında bir az ət
alan insanların artıq ət almağa pulları çatmırdı, buna görədə qalan az pula bir az daha kartof
almalı olurdular. Bu vəziyyətdə kartofun qiyməti artsa da tələb də artırdı.
Giffen paradoksunun yaranması üçün 3 şərt lazımdır. - Sözügedən mal ucuz olmalıdır -
Sözügedən məhsulun əvəzedicisi az olmalıdır. - Sözügedən məhsul istehlakçı təbəqəsinin
büdcəsində mühüm yer tutmalıdır.
Monetar siyasət

Monetar siyasət mərkəzi bank tərəfindən həyata keçirilən dövriyyədə pul kütləsinin ölçüsünü və
artım tempini iqtisadi siyasətdir. Bu siyasətin üç əsas məqsədi var:
- Ən əsası inflyasiyanı idarə etmək
- İkinci dərəcəli məqsəd işsizliyi azaltmaqdır, ancaq inflyasiyaya nəzarət etdikdən sonra
- Üçüncü məqsəd orta uzunmüddətli faiz dərəcələrini təşviq etməkdir

Bu, inflyasiya və işsizlik kimi makroiqtisadi dəyişənləri tənzimləmək üçün güclü bir vasitədir.

Proteksionizm nədir?

Ticarət proteksionizmi dövlətin daxili bazarı xaricdən əmtəələrin daxil olmasından məqsədli
şəkildə müdafiə etməsi siyasətidir. Bu yerli sənayeləri ədalətsiz xarici rəqabətdən qoruyan bir
siyasətdir. Bu cür siyasət öz qarşısına milli iqtisadiyyatın inkişafının həvəsləndirilməsi və onun
ölkəyə xaricdən gətirilən əmtəələrə yüksək rüsumların qoyulması, yaxud əmtəə idxalının
tamamilə qadağan edilməsi vasitəsilə xarici rəqabətdən qorunması məqsədini qoyur.
Proteksionizm xarici mallara yüksək gömrük tarifləri, bir sıra xarici malların idxalına
məhdudiyyətlər və ya qadağalar qoymaqla, valyuta məhdudiyyətləri, qeyri-tarif maneələri tətbiq
etməklə həyata keçirilir. Lakin, xarici mallara yüksək rüsumun təyin edilməsi daxili bazarda
qiymətlərin qalxmasına gətirib çıxarda bilər.
Proteksionist tədbirlər (gömrük rüsumunun artırılması, idxal olunan mallara əlavə tariflərin
hesablanması) qısa müddətli dövrdə əsas üstünlükləri ölkənin strateji sənayelərinin
təkmilləşdirilməsi, yerli sənaye sektorunun təşviqi və inkişaf etməyə başlayan sektorların
qorunmasıdır. Lakin uzunmüddətli dövrdə rəqabətin olmaması sənayeni zəiflədir (çünki yerli
şirkətlər məhsul və ya xidmətlərini innovasiya etməyi və təkmilləşdirməyi dayandırırlar). Bunun
nəticəsində istehlakçılar daha aşağı keyfiyyətli məhsullar üçün daha çox pul ödəməli olacaqlar.
Proteksionizm idxal edilən məhsullara qoyulan gömrük rüsümları, məhdudlaşdırıcı kvotalar və
müxtəlif dövlət tənzimləmələri vasitəsilə idxal edilən məhsullar və yerli məhsullar arasında
ədalətli rəqabəti təmin etmək üçün dövlətlər arasında ticarəti məhdudlaşdıran iqtisadi siyasətdir.

Fırıldaqçılıq Üçbucağı (Fraud Triangle) Risk Management


Fırıldaqçılıq üçbucağı fərdin fırıldaqçılıq (oğruluq) qərarının arxasında duran motivi izah
etmək üçün istifadə etdiyi çərçivədir.

You might also like