You are on page 1of 8

Laboratoriya işi N3. «Alqoritmik yazı» təsvir forması.

Alqoritmin təsviri üçün


Yerşov dili.
İşin məqsədi: Alqoritmlərin psevdokodda yazılışı formasının öyrənilmısi.

Nəzəri hissə
«Alqoritmik yazı» təsvir forması ( Psevdokodlar).

Bəzi hallarda yalnız icraçı-insanın başa düşdüyü və nəqli formadan fərqli


formada alqoritmin tərtib olunması tələb olunur. Bu cür təsvirlər hesablama maşını
üçün nəzərdə tutulmuş proqram olmasa da nəqli formaya nisbətən daha
strukturlaşdırılmış formada olur. Bu üsul verilənlərin strukturunu və məsələnin həll
alqoritmini yüksək səviyyədə təhlil etməyə və düzgün qərarlar qəbul etməyə imkan
verir. Bu cür təsvirləri PSEVDOKOD adlandırmaq qəbul olunmuşdur.
Psevdokod kompakt görünüşə malik olduğu üçün onun oxunması və başa
düşülməsi daha rahatdır. Psevdokod qurulmuş alqoritmin düzgünlüyü barədə
daha dəqiq nəticə əldə etməyə imkan verir və sonradan alqoritmin maşın dilində
təsviri xeyli asanlaşır. Bundan əlavə psevdokodların qurulması bəzi
proqramlaşdırma dillərinin strukturuna oxşardır.
PSEVDOKOD alqoritmlərin vahid formada yazılması üçün nəzərdə tutulan
işarələr və qaydalar sistemidir. PSEVDOKOD alqoritmlərin təbii yazılışı ilə
alqoritmik dillərdə yazılışı arasında aralıq yer tutur. O, əvvəla adi təbii dilə yaxındır
və buna görə də PSEVDOKODLAR vasitəsilə yazılan alqoritmlər adi mətn kimi
yazılır və oxunur. Digər tərəfdən psevdokodda bəzi formal konstruksiyalar və
riyazi simvolika istifadə olunur ki, bu da alqoritmin yazılışını qəbul olunmuş riyazi
yazılışa yaxınlaşdırır.
Psevdokodda əmrlərin yazılması üçün formal dillərə xas olan ciddi sintaktik
qaydalar qəbul edilməmişdir. Buna görə də layihələndirmə mərhələsində
alqoritmlərin yazılması yüngülləşir və istifadəçilər üçün nəzərdə tutulan daha çox
əmrlər yığımından istifadə etmək mümkün olur. Psevdokodların tərtibi zamanı
nəzərə almaq lazımdır ki, onlar hesablama maşınlarında realizə olunmaq üçün
deyil, yalnız insanların məsələnin gedişini analiz etmələri üçün yazılır. Burada
məsələ həllinin ayrı ayrı detalları deyil, əsasən ümumi qlobal ideya təqdim olunur.
Bununla bərabər psevdokodda formal dillərdə istifadə edilən bəzi
konstruksiyalardan da istifadə olunur.Bu da alqoritmin psevdokodda yazılışından
proqramlaşdırma dillərində yazılışına keçməyi asanlaşdırır. Məsələn formal
(alqoritmik ) dillərdə olduğu kimi psevdokodda da mənaları qabaqcadan birdəfəlik
müəyyən olunmuş aşar sözlərdən istifadə olunur. Bu xidməti sözlər bir dəfəlik
təyin olunmuşdur, müəyyən funksiyaları yerinə yetirir və dəyişdirlə bilməz.
Psevdokodlarln təyin olunmasının vahid forması olmadığı üçün xidməti sözlərinə
və qurulma konstruksiyasına görə fərqlənən müxtəlif tipli psevdokodlar
mövcuddur.
Alqoritmin təsviri üçün Yerşov dili. “Alqoritmik yazı” formasının
xidməti sözləri
Alqoritmin təsvirində təbii dil və qrafik üsuldan əlavə “alqoritmik yazı” forması
da geniş tətbiq olunur. Alqoritmik yazı digər üsullarla müqayisədə həll alqoritminin
maşın dilinə çevrilməsi üçün daha əlverişlidir. Alqoritmik yazıların tərtib olunması üçün
mənaları əvvəlçədən təyin olunmuş xidməti sözlərindən istifadə olunur.
Psevdokodların xidməti sözləri kimi bir sıra qısaldılmış və ya tam şəkildə yazılmış
Azərbaycan dilinin sözlərindən istifadə olunur. Bu sözlər çap olunan zaman qalın
xətlərlə yazılmış hərflərlə, əl ilə yazılan mətnlərdə isə onlarin altından xətt çəkilməklə
göstərilir. Xidməti sözlər, psevdakodlarla tərtib olunan alqoritmi standarta uyğun
formada təsvir etməyə imkan verir.
Alqoritimlərin yazılması üçün müxtəlif psevdakodlar vardır. Bunlardan ən geniş
yayılan Yerşov dili adlandırılan psevdakoddur. “Alqoritmik yazıların” Yerşov
psevdakodlarında tərtibi zamanı istifadə olunan xidməti sözlərdən ən çox istifadə
olunanları aşağıdakılardır.
Xidməti sözlər Xidməti sözlərin tam yazlışı

1-ci qrup sözlər.


alq alqoritm
baş başlanğic
son son
2-ci qrup sözlər.
nat natural
tam tam
hq həqiqi
lit liter
tab cədvəl
arq arqument
nət nəticə
3-cü qrup sözlər.
əgər əgər
onda onda
olmasa olmasa
tamam tamam
4-cü qrup sözlər.
deyil deyil(not)
və və
və ya və ya
5-ci qrup sözlər.
nə qədər ki nə qədər ki
db dövrün başlanğıcı
ds dövrün sonu
Verilmiş siyahıda xidməti sözlər əlifba sırası ilə deyil, qruplar şəklində verilmişdir.
Bu xidməti sözlərdən alqoritmin əsas baza quruluşunu yazmaq üçün istifadə edilir.
Verilmiş lüğətdə sözlər 5 qrupa bölünmüşdür. Hər qrupda verilmiş sözlərin öz təyinatı
vardır. 1-ci qrupda olan sözlər alqoritmin adını, sərlövhəni, onun başlanğıcını və
sonunu göstərmək üçün istifadə olunur. 2-ci qrupdakı xidməti sözlər dəyişənlərin tipini,
ilkin verilənlərin siyahısını və nəticəni təyin edir. Budaqlanma prosesini təsvir etmək
üçün 3-cü qrupun açar sözlərindən istifadə olunur. 4-cü qrupun xidməti sözlərindən
istifadə etməklə mürəkkəb nisbət ifadələrinin təsviri yerinə yetirilir. 5-ci qrupun
elementləri dövrü proseslərin təsviri üçün nəzərdə tutulmuşdur.
Alqoritmlərin psevdokodda yazılışı
Psevdokodların xidməti sözlərini öyrəndikdən sonra alqoritmlərin psevdokodlar
vasitəsiylə tərtib olunması qaydalarını göstərə bilərik. Aydınlıq üçün hər bir
mərhələni ayrı-ayrı nəzərdən keçirək.
İstənilən alqoritmik yazılış sərlövhədən başlayır.
alq alqoritmin adı
Bir çox dəqiq elimlər sahəsində o, cümlədən riyaziyyat, fizika və. s üzrə elm
sahələrində dəyişən kəmiyyətlərdən istifadə olunduğu alqoritimlər tərtib olunur. Belə
halda alqoritmin adından sonra mötərzədə hər bir dəyişənin tipi və adı göstərilir. Əgər
bir neçə eyni tipli dəyişən varsa onda tipin adı bir dəfə göstərilməklə ardınca
dəyişənlərin adları sadalanır.Sonra növbəti sətirdə ilkin verilənlərin adları nət sözündən
sonra isə hesablamanın nəticəsni özündə saxlayacaq dəyşənlərin adları göstərilir.
Ümumi halda, alqoritmi psevdokodlar vasitəsiylə təsvirinin standart quruluşunu
aşağıdakı kimi göstərə bilərik.
alq alqoritmin adı(dəyişənlərin tipi və adı)
arq sabit və dəyişənlərin adları
nət dəyişənlərin adları
baş
əməliyyatlar seriyası
son
Göründüyü kimi alq, baş və son xidməti sözləri bir şaquli xətt üzrə yerləşmişdir. Bu
xidməti sözlər hökmən sol tərəfdən 1-ci şaquli xətt üzrə yazılmalıdır. Əks halda uyğun
sintaksis yazlış qaydası pozulmuş olur. arq və nət sözləri isə növbəti şaquli xətt üzrə
yerləşdirilir.
Məsələn müəyyən 1 alqoritm üçün sərlövhə aşağıdakı kimi tərtib oluna bilər.
alq Tapşırıq (nat a,b, hq x,y,k)
arq a,b,x,k
nət y
Bu yazılışda y nəticəni göstərən dəyişənin adını bildirir.
Xüsusiyyətlərinə görə alqoritimlərin psevdokodda yazılışı əsasən icracı-insan üçün
nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, alqoritmin konkret EHM-in başa düşdüyü
dildə yəni proqramlaşdırma dilində yazılmış proqramları da alqoritmin təsvir üsulu
hesab edələ bilər. Bu təsvir üsulu EHM-də informasiyanın emalı baxımından zəruri
olmaqla bərabər həmdə ən yığcam və səmərəli hesab olunur.
Misal_1.Verilmiş 2 tam müsbət ədədin ən böyük ortaq böləninin tapılması
alqoritmini psevdokodlar vasitəsiylə tərtib edir.
alq Evklid (nat A,B, ƏBOB)
arq A,B
nət ƏBOB
baş
nə qədər ki A≠B
db
əgər A>B
onda A:=A-B
olmasa B:=B-A
tamam
ds
ƏBOB:=A
Son

Misal_2. Verilmiş 4 ədədin böyüyünün tapılması üçün alqoritmi psevdokodlarla


tərtib edin.

alq çalışma (hq a,b,c,d,x)


arq a,b,c,d
nət x
baş
hq y
əgər a>b
onda x:=a
olmasa x:=b
tamam
əgər c>d
onda y:=c
olmasa y:=d
tamam
əgər y>x
onda x:=y
tamam
son
Misal_3. 1-dən 100-ə qədər cüt ədədlərin cəmlənməsi alqoritmini psevdokodlar
vasitəsiylə tərtib edin.

alq Misal (nat N, M, S, lit D)


arq N, M
nət S, D
baş
S:=0
N:=2
M:=100
db
nə qədər ki N<M
S:= S+N
N:= N+2
ds
D:=”cəm=”,S
Son

Misal_4. 25-dən 78-ə qədər ədədlərin hasilinin hesablanması alqoritmini


psevdokodlar vasitəsiylə tərtib edin.

alq Hasil (nat x, y, F, lit K)


arq x, y
nət F, K
baş
X:= 25
F:= 1
Y:= 78
db
nə qədər ki X<Y
F:= F*X
X:=X+1
ds
K:=”Hasil=”, F
Son

Misal_5. Tam kvadrat tənliyin köklərinin tapılması alqoritminin psevdokodlar


vasitəsiylə tərtib edin.

alq KTH (hq a,b,c,x,x1,x2, lit y)


arq a,b,c
nət x,x1,x2,y
baş
hq D
D:=b2-4ac
əgər D=0
onda y:=”Tənliyin 1 kökü var.”
X:=-b/2a
olmasa əgər D<0
onda y:=”Tənliyin həqiqi kökü yoxdur.”
olmasa y:=”Tənliyin 2 kökü var.”
−b+ √ D
x 1:= 2 a
−b−√ D
x 2:= 2 a
tamam
tamam

son
MİSAL6. İfadənin hesablanması alqoritmini psevdokodlar vasitəsiylə tərtib edin.

{
πx
7 Sin eger o<x≤1 olarsa
2
y=
√ 3 c (a+b 3 )
5
eger x≤0 olarsa
e x +lg 3 x 2 eger x >1 olarsa
alq Sistem (hq a, b, c,x,y)
arq a, b, c, x
nət y
baş
əgər x>0 ve x¿ 1
πx
onda y:=7Sin 2
olmasa əgər x¿ 0

onda √5
y:= 3 c (a+b )
3

x
olmasa y:=e +lg 3 x 2
tamam
tamam
Son

You might also like