You are on page 1of 1

Ağırlıq mərkəzi

Ağırlıq mərkəzi- bircinsli ağırlıq sahəsində yerləşən


bərk cismin hisslərinə təsir edən ağırlıq qüvvələrinin
əvəzləyicisində həndəsi nöqtənin ağırlıq mərkəzi
cismin (məsələn: kütlənin) heç bir nöqtəsi ilə üst-üstə
düşməyə bilər. Əgər cismi müxtəlif müxtəlif
nöqtələrindən ipdən assaq, onda ipin istiqamətlərinin
(əvəzləyicilərinin istiqamətləri) ağırlıq mərkəzində
kəsişər. Simmetriya mərkəzinə malik bircinsli
(düzbucaqlı və ya dairəvi lövhələr, kürə, kub, silindr
və s.)cisimlərin ağırlıq mərkəzində elə simmetriya
mərkəzində yerləşir. Bərk cisimlərin ağırlıq mərkəzi
onların ətalət mərkəzi ilə üst-üstə düşür. Fərq
ondadır ki, ağırlıq mərkəzi anlayışı bərk cisim üçün
yalnız ağırlıq sahəsində məna kəsb edir, ətalət
mərkəzi anlayışı isə heç bir güc sahəsi ilə əlaqəli deyil
və ixtiyarı mexaniki sistemə aiddir. Cismin fəzadakı
vəziyyətindən asılı olmayaraq, onun hisslərinə təsir
edən ağırlıq qüvvələrinin əvəzləyicisinin tətbiq
nöqtəsi, cismin hissələrinin çəki və forması
dəyişdikdə, ağırlıq mərkəzinin vəziyyəti dəyişir.
Məsələn: raketin yanacağı azaldıqda onun ağırlıq
mərkəzi yerini dəyişir. Ağırlıq mərkəzinin vəziyyəti
mühəndis hesablamalarında mühüm rol oynayır.

You might also like