You are on page 1of 7

Maqnezium əsaslı ərintilər

PLAN

1) Maqnezium
2) Təbiətdə tapılması
3) Fiziki xassələri
4) Birləşmələri:
5) Bitkilərdə
6) Ərintiləri
7) Tətbiqi
Maqnezium (Mg) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 12-
ci elementdir. Maqnezium ilk dəfə olaraq 1808-ci ildə ingilis kimyaçısı
Q.Devi tərəfindən nəm MgO-dən alınmışdır. Adı latın sözü olan
“maqnesiya alba” (ağ maqneziya) sözündəndir. Qədim yunanlar
tərəfindən Maqnesiya şəhəri yaxınlığında tapılmış və tərkibində
maqnezium metalı olan hidromaqnezit mineralından götürülmüşdür.

Təbiətdə tapılması

Maqnezium birləşmələrinə müxtəlif minerallarda rast gəlinir. Maqnezium


karbonat, dolomit CaCO3.MgCO3 və maqnezitin tərkibində olur.
Maqnezium-xlorid karnallitin KCl.MgCl2.6H2O tərkibində olur. Maqnezium
duzlarının xeyli miqdarı dəniz sularında olur ki, bunlarda ona acı dad
verir.

Fiziki xassələri

Maqnezium - sıxlığı 1.744 q/sm3 olan gümüşü - ağ rəngli metaldır,


6510C-də əriyir, 11100C-də qaynayır. Soyuqda maqnezium oksid
təbəqəsi ilə örtülür, buda onun sonradan havanın oksigeni ilə
oksidləşməsinin qarşısını alır.

Birləşmələri:

Maqneziumun ən çox məlum olan və insan tərəfindən isitfadə olunan


birləşmələri aşağıdakılardır:

MgSO4·7H2O – maqnezium sulfat, acı ingilis duzu;

MgCO3 – maqnezium karbonat, maqnezit;

MgO – maqnezium oksid, yandırılmış maqnezium.

Maqnezium silikatları: talk 3MgO·4SiO2·H2O və asbest


CaO·3MgO·4SiO2.
Yerdə olan bütün bitkilərin xlorofillərində maqneziumun ümumi miqdarı
100 milyard tona yaxındır.

Bitkilərdə

Bitkilərdə maqneziumun orta hesabla 0,07 kütlə faizi miqdarındadır.


Maqnezium çox böyük işdə - günəş enerjisinin akkumlyasiyasında iştirak
edir. O, xlorofil molekulunun tərkibinə daxildir və molekulun mərkəzi
atomudur. Xlorofil günəş enerjisini udur və onun köməyi ilə karbon qazı
və suyu mürəkkəb üzvi maddələrə - şəkər, nişasta və s. köçürür.

Maqnezium ribosomun məcburi komponentidir: onun iştirakı ilə (ATF ilə


birlikdə) zülalın biosintezi zamanı aminturşuların nəqliyyat RNT-si ilə
əlaqələnməsi baş verir. Mg2+ ionları zülal molekulunu yumaq kimi “tikir”
və bununla da zülal molekullarının strukturunun saxlanmasını təmin edir.
Maqnezium nukleoziddifosfatlardan ATF sintezini katalizləşdirir, alma
turşusunun limon turşusuna, turşəng turşusunun qarışqa turşusuna və
karbon qazına çevrilməsinin ferment sistemini aktivləşdirir.

Maqnezium çatışmazlığı olduqda mədəni bitkilərin məhsuldarlığı azalır,


xloroplastların və xlorofillərin əmələ gəlməsi pozulur: yarpaqlar
“mərmərəbənzər” olur, zoğlar arası sahə solğunlaşır, zoğlar boyu isə
yaşıl qalır. Zoğlar arasındakı toxumalar müxtəlif rənglər ala bilər – sarı,
narıncı, qırmızı, bənövşəyi. Sonra onların ölməsi baş verir. Əvvəlcə
yarpaqların kənarları burulur və tədricən tökülür.

Bitki mənşəli məhsullar: meyvələr, badam, araxis, hind qozu, tərəvəz


(pomidor, kartof, boranı, lobya), nanə, zeytun, cəfəri, bütöv buğda, yulaf,
qarabaşaq dəni, kəpək. Heyvan mənşəli məhsullar: qaraciyər, yumurta
sarısı.

Əlvan metalların qiymətli xüsusiyyətləri müasir istehsalatın müxtəlif


sahələrində geniş tətbiq edilməsini şərtləndirmişdir. Cu, Al, Zn, Mg, Ti və
s. metallar və onların ərintiləri cihazqayırmada, elektrotexnikada,
təyyarəqayırmada və radioelektronikada, nüvə və kosmik sahədə, dizayn
işlərində əvəzolunmaz materiallar hesab olunur. Əlvan metallar bir sıra
qiymətli xüsusiyyətlərə: yüksək istilik keçiriciliyinə, çox kiçik sıxlığa (Al və
Mg), çox kiçik ərimə temperaturuna (Sn, Pb) , yüksək korroziya
dayannıqlığına (Ti, Al) malikdir. İqtisadiyyatın (sənayenin) müxtəlif
sahələrində müxtəlif legirləyici elementlərlə aliüminium ərintiləri geniş
tətbiq edilir.

Maqnezium (Mg) əaslı ərintilər kiçik sıxlığı, yüksək xüsusi davamlılığı və


kəsmədə yaxşı emal olunması ilə seçilir. Bu ərinti maşınqayırmada,
xüsusən də təyyarəqayırmada geniş tətbiq edilir.

Tərkibində 0,1% qarışıq olan texniki mis (Cu) müxtəlif növlü cərəyan
naqilləri istehsalında tətbiq edilir.

Mis ərintiləri kimyəvi tərkibinə görə tunc və bürünc qruplarına bölünür. Öz


növbəsində tunclar kimyəvi tərkibinə görə: sadə; yalnız sinklə (Zn)
legirlənmiş və xüsusi, nə----- sinklə, eyni zamanda qurğuşun (Pb), qalay
(Sn), nikel (Ni) və manqanla (Mn) legirlənmiş olurlar.

Bürünclər də həmçinin qalaylı və qalaysız qruplarına bölünür. Qalaysız


bürünclər yüksək davamlılığı, antikorroziya və antifriksion xüsusiyyətlərə
malikdir.

Metallurgiyada Mg (maqnezium) geniş istifadə olunur, onun vasitəsilə


bəzi metal və ərintilərin oksigensizləşdirilməsi və
kükürdsüzləşdirilməsində vacib elementdir, eyni zamanda boz çuqunda
kürə formalı qrafit əldə etmək üçün modi-fikasiyasında, çətin bərpa
olunan metal istehsalında (mis, titan Ti), reaktiv və barıt texnikasında
yandırıcı və işıqlandırıcı raketlərin istehsalında maqnezium tozu
aksitləşdiricilərlə birgə tətbiq edilir. Mg-un xüsusiyyəti legirləmə
hesabınanəzərə çarpacaq dərəcədə yaxşılaşır.

Mg- ərintilərindən formalı tökmələr, həmçinin yarımfabrikatlar –vərəqlər,


lövhələr, profillər, brutoklar, profillər, borular, naqillər və s. hazırlanır.
Sənaye maq-neziumumu elektrolitik üsulla maqnezitdən, dolonitdən,
karnalitdən, dəniz suyundan və müxtəlif istehsalat tullantılarından
aşağıdakı sxem üzrə: təmiz Mg duzunun alınması, bu duzların ərimiş
vəziyyətdə elektrolizi və maqneziumum rafinə edilməsi. Təbiətdə əsasən
maqnezium Mg CO3 – maqnezit, dolonit və karnalit formasında geniş
yayılmışdır.

Yeyinti sənayesində qablaşdırma üçün alimünium və onun ərintilərindən


hazırlanmış folqa- qənnadi və süd məmulatlarının qablaşdırılmasında,
həmçinin böyük miqdarda alüminium qabların istehsalında (qazanlar,
poddonlar, vannalar və s.) istifadə olunur.

Tətbiqi

Maqnezium ionları dəniz suyuna acı dad verməklə yanaşı onu içməyə
yararsız edir, kəskin ishal və qusma yaradır. [1] Maqnezium dəmir və
alüminiumdan sonra dünyada ən çox istifadə olunan metaldır.
Maqneziumun tərkibinə bir neçə faiz alüminium əlavə edildikdə onun
korroziyaya qarşı dayanıqlılığı artır və qaynaq edilmə prosesinə
müqaviməti çoxalır. Bu ərintini velosipedlərin, avtomobil və təyyarə
oturacaqlarının istehsalında istifadə edirlər. Həmçinin bu ərinti yüngül
çamodanların, qazon biçən maşınların və elektrik alətlərinin
hazırlanmasında istifadə olunur. Yandırıldıqda maqnium işıq saçır və bu
xassəsinə görə onu İkinci Dünya müharibəsi zamanı bombaların
tərkibinə daxil edirdilər. Maqnezium tərkibli əsas minerallar maqnezium
karbonatın növləri olan dolomit və maqnezitdir. Dolomiti, müasir
pəncərələrin arasını doldurmaq üçün uçucu qazın alınmasnda istifadə
edirlər. Maqnezit qızdırıldıqda oksid əmələ gəlir və o, gübrələrin və
odadavamlı kərpiclərin istehsalında istifadə olunur, bundan əlavə iri mal-
qara üçün yemin tərkibinə əlavə edilir. Maqnezium bitkilərin karbon
qazının karbohidrata (qlükozaya) çevrilməsində istifadə etdikləri xlorofil
molekulunun tərkibində aşkar olunmuşdur
İstifadə olunmuş ədəbiyyat siyahısı:

1) Maqnezium — Vikipediya (wikipedia.org)


2) R.Şükürov. Metalşünaslıq. Bakı. 2009.
3) Материаловедение: конспект лекций/ Алексеев В.С. –М.:
Эксмо, 2008.- 160с. –(Экзамен в кармане).

You might also like