You are on page 1of 9

Ber teoremi göstərir ki, əgər E = U M n isə, onda M n


n =1

çoxluqlarının içərisində daxili nöqtələri olanı var. İkinci


kateqoriyalı çoxluqları bəzən qalıq çoxluqlar adlandırırlar.
Bu çoxluqlar hesabi sayda açıq sıx çoxluqların kəsişməsini
özündə saxlayır. Ber teoremindən çıxır ki, dolu metrik
fəzada ixtiyari qalıq çoxluq orada sıxdır. Əgər metrik fəzada
hər hansı hökm qalıq çoxluqda doğrudursa, onda deyirlər ki,
bu hökm sanki hər yerdə ödənilir. Deməli, 1-ci kateqoriyalı
çoxluqlar sıfır ölçülü çoxluqların rolunu oynayır. Qeyd edək
ki, ölçüsü vahid olan 1-ci kateqoriyalı X ∈ [0,1] çoxluğu
mövcuddur. Beləliklə, “sanki hər yerdə” anlayışı Lebeq və
Ber mənada fərqlidir.
Ber teoremindən birbaşa az istifadə olunur. Adətən bu
teoremin nəticəsi olan gələcəkdə baxacağımız Banax –
Şteynhaus, Teplis – Xellinqer və s. teoremlərdən istifadə
olunur.

§5. Metrik fəzanın doldurulması

Bilirik ki, dolu olmayan metrik fəzalar var. İndi


göstərəcəyik ki, belə fəzaya müəyyən yeni təbiətli
elementlər əlavə etməklə onu dolu fəzaya çevirmək olar.

33
Tutaq ki, E1 və E 2 metrik fəzaları verilmişdir. E1 -
dəki məsafəni ρ1 , E 2 -dəki məsafəni ρ 2 ilə işarə edək. Əgər
E1 ilə E 2 arasında elə f qarşılıqlı birqiymətli uyğunluğu
olarsa ki, bu uyğunluq məsafəni dəyişməsin, yəni ixtiyari
x, y ∈ E1 elementləri üçün ρ 2 ( f ( x ), f ( y )) = ρ1 ( x, y ) olsun,
onda f -ə E1 -lə E 2 arasındakı izometriya deyilir. Bu halda
E1 və E 2 fəzalarına izometrik fəzalar deyilir.
Metrik fəzadan danışarkən bizi onun elementlərinin
təbiəti yox, yalnız elementləri arasındakı məsafə
maraqlandırdığından izometrik metrik fəzaların tərifindən
aydın olur ki, izometrik metrik fəzaları eyniləşdirmək, yəni
onları eyni fəza hesab etmək olar.
Üçbucaq bərabərsizliyindən çıxan bir nəticəni qeyd
edək: ρ ( x, y ) ≤ ρ ( x, z ) + ρ ( z , y ) münasibətindən alırıq ki,
ρ ( x, y ) − ρ ( z , y ) ≤ ρ ( x, z ) . Eyni qayda ilə ρ ( z, y ) −
− ρ ( x, y ) ≤ ρ ( x, z ) . Deməli,

ρ ( x, y ) − ρ ( z , y ) ≤ ρ ( x, z ) (1)

Tərif. Tutaq ki, E metrik fəzası verilmişdir. E * metrik


fəzası aşağıdakı şərtləri ödədikdə ona E fəzasının
doldurulması deyəcəyik:
1. E fəzası E * -un alt fəzasıdır.

34
2. E = E * .
3. E * dolu fəzadır.
Teorem. Hər bir metrik fəzanın doldurulması var və
izometriya nöqteyi-nəzərdən yeganədir, yəni E * və E ** E -
nin doldurulmasıdırsa, onda E * və E ** izometrikdir.
İsbatı. E fəzasının ixtiyari fundamental {xn }, {y n }
ardıcıllıqlarını götürək. Əgər lim ρ ( x n , y n ) = 0 olarsa, onda
n→∞

deyəcəyik ki, bu ardıcıllıqlar ekvivalentdir və belə


yazacağıq: {x n } ~ {y n }. Əgər iki ekvivalent ardıcıllığın biri

yığılırsa, o biri də yığılır. Doğrudan da, x n → x isə, onda

ρ ( y n , x) ≤ ρ ( y n , x n ) + ρ ( x n , x) münasibətindən çıxır ki,


yn → x .
İndi isə E fəzasının bütün mümkün fundamental
ardıcıllıqlarını siniflərə elə bölək ki, eyni sinifdə yalnız və
yalnız ekvivalent ardıcıllıqlar yerləşsin. Belə mümkün olan
siniflərin çoxluğunu E * ilə işarə edək. Deməli, x * ∈ E *
elementi E -nin ekvivalent ardıcıllıqlar sinfidir.
İxtiyari x * , y * ∈ E * elementlərinin uyğun olaraq {xn } ,
{y n } ardıcıllıqlarını götürək və E * -da aşağıdakı qayda ilə
məsafəni təyin edək:

35
ρ (x * , y * ) = lim ρ (x n , y n ) . (2)
n →∞

Göstərək ki, (2) limiti var. s n = ρ (x n , y n ) ədədi ardıcıllığına


baxaq. Bu ardıcıllığın fundamentallığını araşdıraq. Aydındır
ki,
sn − sm = ρ ( xn , y n ) − ρ ( xm , y m ) ≤ ρ ( xn , y n ) − ρ ( xn , y m ) +
+ ρ ( xn , y m ) − ρ ( xm , ym ) .

Burada (1) bərabərliyindən istifadə edək:


s n − s m ≤ ρ ( y n , y m ) + ρ ( x n , x m ) → 0, n, m → ∞ ,

çünki {x n } və {y n } fundamentaldır. Beləliklə,

s n = ρ ( x n , y n ) ədədi ardıcıllığı fundamentaldır. Onda Koşi


meyarına görə bu ardıcıllıq yığılır. Deməli, (2) limiti var.
Göstərək ki, bu limit siniflərdən ardıcıllıqların
seçilməsindən asılı deyil. {xn′ }∈ x * və {y n′ }∈ y *
ardıcıllıqlarını götürək. Yuxarıda tətbiq etdiyimiz üsulla
göstərilir ki,
ρ ( x n′ , y n′ ) − ρ ( x n , y n ) ≤ ρ ( y n , y n′ ) + ρ ( x n , x n′ ) → 0 (n → ∞ ),
çünki eyni sinfin ardıcıllıqları ekvivalentdir. Deməli,
lim ρ ( x n′ , y n′ ) = lim ρ ( x n , y n ) , yəni (2) limiti siniflərdəki
n →∞ n →∞

ardıcıllıqların seçilməsindən asılı deyil.


(2) ilə təyin olunan məsafənin metrika aksiomlarını
ödədiyini yoxlayaq.
36
( )
1. Aydındır ki, ρ x * , y * ≥ 0 . Əgər x * = y * olarsa,
onda {xn } ~ {y n } və deməli, lim ρ ( x n , y n ) = 0 . Yəni
n→∞

ρ (x * , y * ) = 0 . Tərsinə, əgər ρ (x * , y * ) = 0 olarsa, onda


lim ρ ( x n , y n ) = 0 , yəni {x n } ~ {y n }, onda x * = y * .
n→∞

( ) ( )
2. ρ x * , y * = ρ y * , x * olması aydındır.

3. İxtiyari x * , y * , z * ∈ E * götürək. Onların {x n } , {y n },

{z n } ardıcıllıqlarını götürək. E -də üçbucaq bərabərsizliyi

doğru olduğundan ρ ( x n , y n ) ≤ ρ ( x n , z n ) + ρ ( y n , z n ) . Burada

n → ∞ şərtilə limitə keçsək, tələb ediləni alarıq.


Göstərək ki, E fəzası E * fəzasının alt fəzasıdır. Başqa
sözlə, göstərək ki, E fəzası E * fəzasının müəyyən alt
fəzasına izometrikdir. İxtiyari x ∈ E elementini götürək.
E * -da x * elementinin x -ə yığılan ardıcıllığı var. Doğrudan
da, x, x,... ardıcıllığı x -ə yığılır və bu ardıcıllığın daxil

olduğu x * sinfi axtarılan sinifdir. Hər bir x ∈ E elementinə


bu qayda ilə qarşı qoyulmuş bütün x * siniflər çoxluğunu
R * ilə işarə edək. Yuxarıda qurduğumuz uyğunluq E ilə
R * arasında qarşılıqlı birqiymətlidir. İxtiyari x, y ∈ E

elementlərini və onlara uyğun x * , y * ∈ R * elementilərini

götürək. İxtiyari {xn }∈ x * və {y n }∈ y * ardıcıllıqlarını

37
götürək. Onda x n → x, y n → y . ρ ( xn , y n ) − ρ ( x, y ) ≤

≤ ρ (xn , x ) + ρ ( y n , y ) → 0 münasibətindən alınır ki,

lim ρ ( x n , y n ) = ρ ( x, y ) , yəni ρ (x * , y * ) = ρ ( x, y ) . Beləliklə,


n→∞

E və R * ∈ E * çoxluqları izometrikdir. Onda E ⊂ E *


olduğunu alırıq. Burada qeyd edək ki, x n → x, y n → y

olduqda lim ρ ( x n , y n ) = ρ ( x, y ) münasibətinə məsafənin


n→∞

kəsilməzliyi xassəsi deyilir.


İndi göstərək ki, E = E * . İxtiyari x * ∈ E * elementini
və bu elementin {x n } ardıcıllığını götürək. Tutaq ki, ixtiyari

ε > 0 ədədi verilmişdir. {xn } ardıcıllığı fundamental

olduğundan elə nε nömrəsi var ki, n, m > nε olduqda

ε
ρ (xn , y m ) < olur. Bu bərabərsizlikdə m → ∞ şərtilə
2
limitə keçək. Bu limit var, çünki həmin limit x n nöqtəsi ilə

x * elementi arsındakı məsafədir. Hər bir x ∈ E elementinə


E * -un elementi kimi baxırıq və bu sinifdən ardıcıllıq olaraq
x, x,... stasionar ardıcıllığı götürülür. Nəticədə alırıq ki,
ε
ρ (x n , y * ) ≤ < ε münasibəti n > nε olduqda ödənilir. Bu
2
göstərir ki, lim x n = x * . Deməli, ixtiyari x * ∈ E * elementini
n →∞

38
E -nin müəyyən elementləri ardıcıllığının limiti şəklində
göstərmək olar. Bu göstərir ki, E = E * ödənilir. Biz burada
həm də göstərdik ki, x * (x *
∈ E * ) elementinin {x n }
ardıcıllığı elə x * elementinə yığılır.
Nəhayət, göstərək ki, E* dolu fəzadır. İxtiyari
x n* ∈ E * fundamental ardıcıllığını götürək. Hər hansı n

nömrəsini qeyd edək. E = E * olduğundan elə x n ∈ E

elementi vardır ki, ρ (x n , x n* ) <


1
olur. Onda
n
ρ ( x n , x m ) ≤ ρ (x n , x n* ) + ρ (x n* , x m* ) + ρ (x m* , x m ) <

+ ρ (x n* , x m* ) + → 0, n → ∞, m → ∞.
1 1
<
n m
Deməli, lim ρ ( x n , x m ) = 0 , yəni xn fundamental
n , m →∞

ardıcıllıqdır. Onda bu ardıcıllıq müəyyən x * ∈ E * sinfinin


ardıcıllığıdır. Yuxarıda qeyd etdiyimizə görə x n → x * olur.

ρ (x n* , x * ) ≤ ρ (x n* , x n ) + ρ (x n , x * ) < + ρ (x n , x * )
1
Onda
n
bərabərsizliyindən çıxır ki, lim ρ (x n* , x * ) = 0 , yəni
n→∞

x n* → x * . Beləliklə, E * -un hər bir fundamental ardıcıllığı

yığılır. Deməli, E * dolu metrik fəzadır. Beləliklə, E * fəzası


E fəzasının doldurulmasıdır. İndi isə onun izometriya

39
nöqteyi-nəzərdən yeganəliyini, yəni izometriya dəqiqliyilə
yeganəliyini göstərək. Tutaq ki, E fəzasının E * -dan başqa
E ** doldurulması da var. Göstərək ki, E * və E ** izometrik
fəzalardır. İxtiyari x * ∈ E * götürək. Doldurulmanın tərifinə
görə E = E * . Onda elə x n ∈ E ardıcıllığı var ki, x n → x * .

Deməli, x n fundamentaldır. Digər tərəfdən x n ∈ E ** və E **

dolu fəzadır. Onda x n ardıcıllığı E ** fəzasında da yığılır.

Tutaq ki, E ** -da x n → x ** . Bu qayda ilə biz hər bir x * ∈ E *

elementinə x ** ∈ E ** elementini qarşı qoyuruq və bu


element yeganədir. Bu qarşıqoymanı ϕ ilə işarə edək, yəni

x ** = ϕ (x * ) ; ϕ E * ilə E ** arasındakı qarşılıqlı birqiymətli


uyğunluqdur. x ∈ E olduqda alırıq ki, ϕ ( x ) = x olur. İndi

isə ixtiyari x * , y * ∈ E * və onlara uyğun x ** , y ** ∈ E **

elementlərini götürək. E * -dakı məsafəni ρ ′ ilə, E ** -dakı


məsafəni ρ ′′ ilə işarə edək. ϕ -nin qurulma qaydasına görə

elə x n , y n ∈ E ardıcıllıqları var ki, x n → x * , x n → x ** ,

y n → y * , y n → y ** . Məsafənin kəsilməzliyi xassəsinə görə

ρ ′(x * , y * ) = lim ρ ′(x n , y n ) = lim ρ (x n , y n )


n →∞ n →∞

ρ ′′(x * , y * ) = lim ρ ′′( x n , y n ) = lim ρ (x n , y n ) .


n →∞ n →∞

40
Buradan isə ρ ( x n , y n ) = ρ (x ** , y ** ) . Deməli, E * və E **
fəzaları izometrikdir. Yuxarıdakılar bir ardıcıllığın iki limitə
yığılması deyil. O yığılmalar ayrı-ayrı fəzalardadır. Teorem
isbat edildi.

§6. Sıxılmış inikas prinsipi. Fredholm tipli inteqral


tənliklər

Tutaq ki, E1 və E 2 metrik fəzaları verilmişdir. Əgər


müəyyən A qaydası ilə hər bir x ∈ E1 elementinə yeganə
y ∈ E 2 elementi qarşı qoyulmuşsa, onda deyəcəyik ki, E1

fəzasının E 2 fəzasina A inikası və ya A operatoru


verilmişdir. Bu halda yazacağıq: A : E1 → E 2 . İndi tutaq ki,
A : E1 → E 2 və B : E 2 → E3 operatoları verilmişdir. Bu

zaman hər bir x ∈ E1 elementinə y = Ax ∈ E 2 elementi və


bu elementə z = By = B( Ax ) ∈ E3 elementi qarşı qoyulur.

Bu qayda ilə x ∈ E1 elementinə z ∈ E3 elementini qarşı


qoyan operatora B və A operatorlarının hasili deyilir və
BA kimi işarə edilir. İxtiyari x ∈ E1 üçün (BA)x = B ( Ax ) .
İndi fərz edək ki, A operatoru E metrik fəzasından onun
özünə təsir edir: A : E → E . Bu halda A ⋅ A = A 2 kimi işarə

41

You might also like