You are on page 1of 2

Təsdiq edirəm:________ Məktəbin direktoru: Zinyət Süleymanova

Həyat bilgisi BSQ (I yarımil) IV sinif


Şagirdin adı,soyadı:_________________________________ Tarix:___________Sinif:___

Səviyyə I II III IV Ümumi


qiymət
Sual 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
nömrəsi
Bal 2 2 2 2 3 3 3 3 5 5 5 5 5 5 7 7 8 8 10 10
Cavablar
+-
1-ci səviyyənin tapşırıqlarının sayı -8
1-ci səviyyənin hər tapşırığına verilən bal 2bal+2bal+2bal+2bal+3bal+3bal+3bal+3bal
1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal)təşkil edir;

1.Canlılara təsir edən mühit amillərinə aid deyil.

A)su B)bitkilər C)temperatur

2.Zərərli vərdişi müəyyən edin.

A)Təmiz havada gəzirəm. B)Kompüterdə saatlarla oyun oynayıram. C)İdmanla məşğul oluram.

3.Qeyd olunanlardan hansı vətən qarşısında mənəvi borcumuzdur?

A)ailəmizi sevmək B)dərslərimizi oxumaq C)torpaqlarımızı qorumaq

4.Texniki bitkilər hansılardır?

A)kartof,soğan B)çobanyastığı,kəklikotu C)pambıq,günəbxan

5.Gözümüzü yumaraq əşyanın formasını,bərk,isti,soyuq,yumşaq olmasını ....... vasitəsilə hiss edirik.

A)ürək B)dəri C)beyin

6.Müsbət mənəvi keyfiyyəti müəyyən edin.

A)dürüstlük B)xəsislik C)laqeydlik

7.Hansı heyvanın zəhərindən dərman hazırlanır?

A)xərçəng B)hörümçək C)ilan

8.Yer üzünün əsas işıq mənbəyi nədir?

A)Günəş B)Ay C)Ulduzlar


2-ci səviyyənin tapşırıqlarının sayı -6
2-ci səviyyənin hər tapşırığına verilən bal 5bal+5bal+5bal+5bal+5bal+5bal
2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni(və ya 30 bal)təşkil edir;

9.Mənəvi keyfiyyət nədir?

A)düşünmək bacarığı B)müsbət və mənfi keyfiyyətlərin toplusu C)insanın özünü yaxşı hiss etməsi

10.Elmdə əldə edilən nailiyətlər insanın şüurlu fəaliyyəti bu orqanda gedən proseslər nəticəsində baş verir.

A)böyrək B)mədə C)beyin

11. Verilmiş ünsiyyət qaydalarından yalnış olanı seçin.

A)İnsanlara xoş söz deməkdən çəkinin.

B)Eyni sözü təkrar-təkrar deməyin.

C)Öz fikirlənizi başqalarınıza zorla qəbul etdirməyin.


12. Mikroorqanizmlərin faydası verilmiş variantı seçin.

1.Balıqçı torunun çürüməsi.

2.Qidanın bağırsaqda həzmi.

3.Qida maddələrinin kiflənməsi.

4.Torpağın əmələ gəlməsi.

5.Süd məhsullarının alınması.

A)2,3,4 B)2,4,5 C)1,3,5

13. Aşağıdakılardan hansı insanın sosial varlıq olduğunu göstərir

A)İnsanın bədən quruluşu B) Düşünmə bacarığı və nitqi C)Qidalanması

14.İslam dininin müqəddəs kitabı “Qurani-Kərim” hansı sözlə başlayır?

A)oxu B)düşün C)bacar


3-cü səviyyənin tapşırıqlarının sayı -4
3-cü səviyyənin hər tapşırığına verilən bal 7bal+7bal+8bal+8bal
3-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni(və ya 30 bal)təşkil edir;

15.Səhv fikri seçin.

A)İpəkqurdunun hazırladığı sapdan parça toxunur.

B)Milçəklər qurd xəstəliklərinin yaranmasına səbəb olur.

C)Hörümçəklər bitki kökləri ilə qidalanarq onları məhv edir.

16.Hansı təkrar istehsal məqsədi ilə yerinə yetirilən fəaliyyətdir?

A)suyun neftlə çirklənməsi B)elektriklə işlənən maşınların istehsalı C)plastik qabların toplanması

17. .......... insanlarla münasibət qurmaq üçün vacib olan bacarıqların toplusudur- nöqtələrin yerinə hansı söz yazıla bilər?

A)Ünsiyyət mədəniyyəti B)Ünsiyyət C)Vəzifə

18.Düzgün fikri seçin.

A)Təbiətdə canlı və cansız amillər bir-biri ilə əlaqəlidir.

B)Bütün bitki toxumlarının cücərməsi üçün eyni temperatura ehtiyac var.

C)Torpaqda yaşayan canlılar üçün havanın temperaturu rol oynamır.


4-cü səviyyənin tapşırıqlarının sayı -2
4-cü səviyyənin hər tapşırığına verilən bal 10bal+10bal
4-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni(və ya 20 bal)təşkil edir;

19.Uyğunsuzluğu müəyyən edin.

A)Hər məsələdə həqiqəti,düzgünlüyü qoruyub saxlamaq-dürüstlük

B) Ehtiyacı olan insanlara yardım etmək istəyi-xəsislik

C) İnsanın işə qarşı sevgisinin olması-əməksevərlik

20.Uyğunluğu müəyyən edin.

A)Qanı damarlara ötürür-ürək

B)Bu orqanın əzələləri yığılıb-boşalır və qida qarışır-bağırsaqlar

C)Qanı süzgəc kimi süzərək zərərli maddələri ayırır-qaraciyər

You might also like