You are on page 1of 4

Sərbəst İş №1 :

Fənn: Gəmi sürücülüyünün texniki vasitələri (STWC-78 A II/1)


Müəllim: Heydərov Həsənağa
İxtisas: "Gəmi sürücülüyü"
Qrup: 447
Kurs : I
Tələbə: Şıxlarov Elçin
Mövzu: Maqnit kompasları, onların növləri, quruluşu və istifadə qaydaları.

1.1. <<УКП-М>> tipli dəniz maqnit kompası

Nəqliyyat gəmilərinin çoxunda <<УКП-М>> tipli dəniz maqnit kompası istifadə edilir. Bu kurs
göstəricisinin həssas elementi kartuşkası olub, altı əqrəbli kurs və ya pelenq göstərişli dairəvi
şkalası olan bir maqnit sistemidir. Kartuşka mayeli qazançanın daxilindədir və şpilkanın iti ucuna
söykənir. O, maqnit sisteminin mərkəzə uyğunlaşdırılması üçündür. Kartuşkanın kütləsi 105
qramdır, onun mayedə olan çəkisi saxlayıcı qüvvə ilə tamamilə tarazlaşdırılır. Nəticədə,
dayaqlarda olan sürtünmə qüvvəsi momenti cüzidir.

Qazança iki sapfa ilə birlikdə kardan halqa vasitəsilə naktouzun yuxarı hissəsində qurulur.
Naktouzun əsasi boltlar vasitəsilə göyərtəyə sərt bərkidilir. Naktouzun daxilində iki karetkalı boş
latul boru şəklində olan deviasiya cihazı yerləşdirilmişdir. Karetkalarda uzununa və eninə
deviasiyanı tarazlaşdırmaq üçün təyin olunmuşdur. Borunun daxilində nazik trosda vertikal
maqnit asılmışdır, o, yana əyilmə deviasiyanı aradan qaldırmaq vəzifəsini görür.

Maqnit kompasının işləmək qabiliyyətinin əsas yoxlanılması <<hərəkətsizliyin>> qiymətinin


təyinidir, yəni dayaqlarda olan sürtünmə nəticəsində yaranan statik xətaların təyin olunmasıdır.
Bu yoxlama limanda icra edilir.

Vaxtaşırı qazançadan hava qabarcıqlarını çıxartmaq və oraya bir qədər saxlayıcı maye əlavə
etməl lazımdır. Hava qabarcıqlarını çıxartmaq üçün qazançanı naktouzdan çıxardılır, döndərilir və
yavaş-yavaş bir tərəfdən o biri tərəfə yellədirlər. Maye əlavə etmək üçün kənar divarda vint tıxac
ilə bağlanan deşik vardır.

1.2. <<KMO-T>> tipli dəniz maqnit kompası

Maqnit kompası <<KMO-T>> (tropik maqnit optik kompas) optik qurğuya malikdir Onun
köməkliyi ilə kartuşkanın şkalası sükançının qarşısında yerləşdirilmiş əksedici güzgüyə
proyeksiyalanır. Odur ki, KMO-T kompası eyni zamanda həm əsas (baş) bə həm də yol kurs
göstəricisidir. Şkalanın dərəcə bölgüləri iki tərəfi açıq deşiklər kimi icra olunmuşdur. Bu
deşiklərdən işıq şüaları keçir.

Qeyd etmək lazımdır ki, gündüz vaxtlarında kartuşkanın təsviri güzgüyə yuxarıdakı şüşədən və
kartuşkadakı rəqəmlərin yarığından keçən şüalardan verilir. Bu zaman müşahidəçi qaranlıq fonda
ağ bölgülər görür. Optik sistemin borusu göyərtədə olan deşikdən rubkaya keçir.

Naktouzun daxilində yarımdairəvi deviasiyanı tarazlaşdırmaq üçün yana əyilmə maqniti və iki cüt
maqnit məhvediciləri olan deviasiya cihazı yerləşdirilmişdir. Yanaəyilmə maqnitinin şaquli ox
üzrə yerdəyişməsi üçün vinti fırladırlar. İki ədəd uzununa maqnit - məhvediciləri iki dişli
çarxlarında qurulmuşdur.

Maqnitlər kompasın kartuşkasına təsir göstərmirlər, çünki onlar müxtəlif qütblər ilə birlikdə
cəmlənirlər. Onların cəmlənmiş M maqnit momenti sıfra bərabərdir.

1.3. <<KM-145>> tipli maqnit kompası

<<KM-145>> tipli maqnit kompası dəniz donanması gəmilərində qurulmaq üçün təyin
olunmuşdur. O, gəminin kursunu təyin edərək, repitərlərə verir. Kompasın səkkiz modifikasiyası
mövcuddur: KM-145-1 - distansiya vericisi olmayan maqnit kompası ; KM-145-3 - girokompas
tipli repitərlərə kursu elektrik distansiya vericisi ilə ötürən maqnit kompası. KM-145-5 - kursu
optik distansiya vericisi ilə ötürən maqnit kompas ; KM-145-6 - kursu hər iki distansiya vericisi ilə
ötürən maqnit kompası ; KM-145-8 tipli kompaslar yuxarıdakı dörd tipli kompaslarla anolojidir,
lakin onlar əlavə olaraq elektromaqnit deviasiyanın kompensatorları ilə təchiz olunmuşdur.

KM-145-8 tipli maqnit kompasının texniki xarakteristikaları:

1. Kartuşkanın diametri, mm ... 145 mm ;


2. Kurs vericisinin maqnit momenti, A. m² ... 2 m² ;

3. Kompas kursunun ölçülməsində yaranan maksimal xəta, dərəcə :

- hərəkət etməyən gəmidə ... ±0,5

- hərəkət edən gəmidə (10°-ə qədər ləngər vaxtı) ... ±2

4. Orta en dairələrdə deviasiyanın kompensasiya həddləri, dərəcə :

- yarımdairəvi ... ±70

- dörddə bir ... 8

- yana əyilmə, 1° yana əyilmədə ... ±6 - qədər


5. İzləyici sistemin işləmə sürəti, dərəcə/san ... 6

6. Cihaz 52 və 54 - birləşdirən şüşəlifli jqutun uzunluğu, metr ... 2 m

1.4. Kompasın işə hazırlanması

Kompasın işə hazırlanması əməloyyatı və onun işə salınması aşağıdakə ardıcıllıqla təyin olunur :

- <<Bort şəbəkə>> tumblerini qoşmalı. Bu zaman cihaz 3A-nın panelində uyğun tablo
işıqlandırılmalıdır ;
- <<Repiter>> tumblerini qoşmalı. Cihaz 54-ün ekranında kompas kartuşkasının təsviri
yaranmalıdır ;

- <<Şəbəkə>> tumblerini qoşmalı. Cihaz 52-nin kartuşkasının işıqlandırıcı lampası


işıqlandırılmalıdır. <<İşıqlandırma>> tumbleri vasitəsilə kartuşkanın işıqlanma dərəcəsini tənzim
etməli ;

- <<Şəbəkə>> tumbıerini qoşmalı. Bu zaman cihaz 3Б - də <<Bort şəbəkə>> və <<40 v, 400Hz>>


tabloları işıqlanmalı, repiter verilişin elementlərinə qida gərginliyi verilməlidir ;

- Cihaz 50-nin qapağı açılır və <<Mühərrik>>, <<Korrektor>> tumblerləri <<İşə salma>>


vəziyyətinə, <<Nəzarət-İş>> tumbleri isə <<İş>> vəziyyətinə gətirir ;

- Repiterlərin şkalalarını cihaz 50-nin kurs şkalası ilə uzlaşdırmalı. Cihaz 50-də <<Nəzarət-İş>>
tumbleri <<Nəzarət>> vəziyyətinə gətirmək lazımdır. Cihaz 50 və repiterlərin şkalaları birgə
fırlanmağa başlamalıdır.

1.5. Yarımdairəvi deviasiyası

Yarımdairəvi deviasiyanı aradan qaldırmaq üçün iki əsas üsul tətbiq edirlər : Eri üsulu və Kolonq
üsulu. Birinci üsul ingilis astronomu D.B.Erinin (1801-1892) adı ilə, ikinci üsul isə rus alimi
İ.P.Kolonqun (1839-1901) adı ilə adlanır. Hər iki üsulun istifadəsində əsas məsələ ondan ibarətdir
ki, uzununa maqnit-məhvedicilər ilə gəmi qüvvəsi BλH-ın təsirini, eninə maqnitlər ilə isə uyğun
olaraq, CλH qüvvələrinin təsirini kompensasiya etməkdir.

1.6. Yana əyilmə (yana yatma) deviasiyası

Gəmi əyilərkən, yəni yana yatma, different və ya ləngər olan zaman gəminin maqnitləşməsi
dəyişir, kompasın xətası yaranır. Bu xəta yana əyilmə deviasiyası adlanır. Gəminin düz
vəziyyətində kompasa təsir edən qüvvələr Puasson tənlikləri ilə xarakterizə olunurlar. Onda
Puasson tənlikləti daha sadə şəkil alır:

X' = X + aX + cZ + P ;
Y' = Y + eY + Q ;

Z' = Z + kZ + R

1.7. Rüblik (dörddə bir) deviasiyası

Rüblik deviasiyanın aradan qaldırılması, yumşaq dəmirdən yaranan DλH və EλH gəmi
qüvvələrinin tarazlaşdırılmasından ibarətdir. Tarazlaşdırıcılar kimi naktouzun yuxarı hissəsində
qurulan plastinlər, bruslar və ya kürələr istifadə olunur. Əslində ixtiyari formalı, yumşaq
ferromaqnitdən hazırlanmış və kompasın yanında qurulmuş istənilən element rüblük
deviasiyanın kompensatoru ola bilər. Çox vaxt rüblük deviasiyasının aradan qaldırılması DλH
qüvvəsinin tarazlaşdırılması ilə məhdudlaşır, çünki EλH qüvvəsi çox kiçik olur.

1.8. Elektromaqnit deviasiyası

Maqnit kompasının deviasiyasına səbəb nəinki maqnit ola bilər, buna səbəb sabit elektrik
cərəyanlı naqil də ola bilər. Müasir gəmilərdə, onların maqnit minalarından müdafiəsi üçün,
xüsusi dolaqları olur. Gəminin korpusunu və ya onun ayrı-ayrı hissələrini əhatə edən bu dolaqlar
sabit cərəyan mənbəsinə qoşulurlar. Gəminin maqnitsizləşməsi baş verir, yəni onun məxsusi
maqnit sahəsinin kom pensasiyası yaranır, nəticədə, maqnit minaların işə düşməsi ehtimal azalır.
Maqnitsizləşmə dolaqlarının isə düşməsi vaxtı, maqnit kompasının yerləşdiyi nöqtədə maqnit
sahəsinin təhrif olunması baş verir, yəni elektromaqnit deviasiya yaranır. Yerin maqnit sahəsinin
üç təşkiledicilərinin təsiri ilə gəminin korpusunun induktiv maqnitləşməsi baş verir. Bu üç vektor
ilə, Mx, My, Mz təşkil oluna bilər :

Mx = n1X = N1Hcosk ;

My = n2Y = n2Hsink ;

Mz = n3Z

You might also like