You are on page 1of 3

Sərbəst İş №2 :

Fənn: Naviqasiya və lotsiya


Müəllim: Heydərov Həsənağa
İxtisas: "Gəmi sürücülüyü"
Qrup: 447
Kurs : I
Tələbə: Şıxlarov Elçin
Mövzu: Coğrafi koordinatlar.En və uzunluq dairələri. En və uzunluq dairələrinin fərqi.

2.1. Coğrafi Koordinatlar. En və Uzunluq Dairələri :

Yer səthində hər hansı nöqtənin vəziyyəti onun koordinatları - coğrafi en dairəsi və coğrafi
uzunluq dairəsilə təyin olunur. Yer səthində hər hansı M nöqtəsini götürək və bu nöqtədən
meridian və paralel çəksək, M nöqtəsini Yerin mərkəzi ilə birləşdirsək, OM xətti Yerin radiusu
olar və M nöqtəsində olan müşahidəçinin şaquli xəttidir. Verilən nöqtənin şaquli xəttiylə ekvator
müstəvisi arasında qalan bucağa coğrafi en dairəsi deyilir və φ (fi) hərfi ilə işarə olunur. En
dairəsinin hesabı ekvatordan şimala və cənuba tərəf 0°-dən 90°-yə qədər ölçülür. Şimal en
dairəsi N(nord) hərfi ilə işarə olunub müsbət (+) sayılır. Cənub en dairəsi S(züd) hərfi ilə işarə
olunub mənfi (-) sayılır. En dairəsi nöqtənin paralelinin vəziyyəti ilə təyin edilir.

Qrinviç meridianının müstəvisi ilə verilən nöqtənin meridianının arasında qalan bucağa uzunluq
dairəsi deyilir və λ(lyamda) hərfi ilə işarə olunur. Coğrafi uzunluq dairəsi Qrinviç meridianı ilə
verilən nöqtənin meridianı arasında qalan kiçik ekvator qövsü ilə ölçülür. Uzunluq dairələrinin
hesabı Qrinviç meridianından Şərqə və Qərbə tərəf 0°-dən 180°-yə qədər ölçülür. Şərq uzunluq
dairəsi E(ist) hərfi ilə işarə olunub müsbət (+) sayılır. Qərb uzunluq dairəsi W(vest) hərfi ilə işarə
olunub mənfi (-) sayılır. Uzunluq dairəsi verilən nöqtənin meridianının vəziyyətini göstərir.

2.2. En və Uzunluq dairələrinin fərqləri :

Üzüş zamanı gəminin koordinatları daim dəyişir. Gəminin en dairəsinin və uzunluq dairəsinin
dəyişməsinə en və uzunluq dairələrinin fərqləri deyilir.

Yer səthində iki nöqtənin en dairələrinin fərqi (∆φ) bu nöqtələrin paralelləri arasında qalan
meridian qövsü ilə ölçülür. Əgər, gəminin çıxış və gəliş məntəqələrinin, en dairələri eyni
adlıdırsa, yəni hər ikisi N və yaxud S-sə 0 zaman ∆φ-nin miqdarı bu nöqtələrin böyük və kiçik en
dairələrinin fərqinə bərabərdir. Əgər, çıxış və gəliş məntəqələri müxtəlif yarımkürələrdə
yerləşirsə, yəni onların en dairələri müxtəlif adlıdırsa, o zaman ∆φ-nin miqdarı bu nöqtələrin en
dairələrinin cəminə bərabərdir. ∆φ-nin ən böyük qiyməti 180° ola bilər. Bu gəminin bir qütbdən
başqa qütbə keçməsinə münasibdir. Əgər, gəmi hər hansı paralel üzrə yerini dəyişərsə, o zaman
∆φ 0°-yə bərabər olar. Gəminin hansı istiqamətdə öz yerini dəyişməsindən asılı olaraq
hesablanmış ∆φ-yə "N-a" (+) və ya "S-ə" (-) adlı verilir.

Yer səthində iki nöqtənin uzunluq dairələrinin fərqi (∆λ) bu nöqtələrin meridianları arasında
qalan kiçik ekvator qövsü ilə ölçülür. Əgər, gəminin çıxış və gəliş məntəqələrinin uzunluq
dairələri eyni adlıdırsa, yəni hər ikisi E və ya W-sə, o zaman ∆λ-nın miqdarı bu nöqtələrin böyük
və kiçik uzunluq dairələrinin fərqinə bərabərdir. Əgər, çıxış və gəliş məntəqələri müxtəlif
yarımkürələrdə yerləşirsə, yəni onların uzunluq dairələri müxtəlif adlıdırsa, o zaman ∆λ-nın
miqdarı bu nöqtələrin uzunluq dairələrinin cəminə bərabərdir. Beləliklə, ∆λ həmişə ekvatorun
kiçik qövsü qəbul edildiyi üçün onun qiyməti 180 -dən çox ola bilməz. Gəminin hansı
istiqamətdə öz yerini dəyişməsindən asılı olaraq hesablanmış ∆λ-ə "E-ə" (+) və ya "W-ə" (-) adlı
verilir.

Əgər şərti olaraq şimal en dairəsinə və şərq uzunluq dairəsinə "+" işarəsini, cənub en dairəsinə
və qərb uzunluq dairəsinə "-" işarəsini əlavə etsək, o zaman ∆φ və ∆λ-in qiymətlərini aşağıdakı
düsturla hesablamaq olar :

∆φ = φ2 - φ1

∆λ = λ2 - λ1

En və Uzunluq dairələrinin fərqləri (düsturlar) :

∆φ = φ2N - φ1N ∆λ = λ2E - λ1E

∆φ = φ2S - φ1S ∆λ = λ2W - λ1W

En və Uzunluq dairələrinin cəmi (düsturlar) :

∆φ = φ2N + φ1S ∆λ = λ2E + λ1W

∆φ = φ2S + φ1N ∆λ = λ2W + λ1E

You might also like