You are on page 1of 3

Sərbəst İş №2 :

Fənn: Gəmi sürücülüyünün texniki vasitələri (STWC-78 A II/1)


Müəllim: Heydərov Həsənağa
İxtisas: "Gəmi sürücülüyü"
Qrup: 447
Kurs : I
Tələbə: Şıxlarov Elçin
Mövzu: Girokompaslar, onların növləri, təyinatı, xassələri və texniki qulluq

2.1. Giroskop anlayışının təyini

GİROSKOPLAR - gəminin kursunu və müxtəlif səmtlərə doğru istiqamətini təyin etmək üçün
istifadə olunurlar. Bir çox əsrlər boyu gəmidə səmti göstərən yeganə cihaz maqnit kompası idi.
Bu sadə bir qurğu istismar vaxtı az sürətə malik taxtadan düzəldilmiş gəmilərin istiqamətini
etibarlı surətdə göstərirdi. Gəminin metalı nəticəsində yaranan maqnit sahəsinin təsiri ilə
maqnit kompasının göstəricisində nəzərə alınması mümkün olmayan xətalar yarandı, bu xətalara
- deviasiya deyilir. Gəminin artan sürətləri də maqnit kompasının göstərişinə mənfi təsir
göstərirdi.

Bütün bu cəhətlər yeni kurs göstəricisinin yaranmasına gətirdi, onların işləmə prinsipi Yerin
maqnit sahəsi ilə əlaqədar deyildi. Belə kurs göstəricisi girokompas idi.

Müasir texnikanın inkişaf səviyyəsinə uyğun, giroskop fırlanan və ya rəqs edən elə qurğudur ki,
ona əsasən, inersial fəzada üzərində həmin qurğu qurulmuş əsasın fırlanmasını aşkar etmək və
ölçmək imkanını verir. Giroskop ağır, böyük sürətlə fırlanan simmetrik bərk cisim olub, fırlanma
oxu öz istiqamətini giroskop ilə əlaqəsi olmayan işlənilən koordinat sisteminə nisbətən dəyişə
bilər.

Giroskop termini 1852-ci ildə Fransız fiziki Fuko tərəfindən irəli sürülmüşdür. Bu termin iki yunan
sözünün birləşməsindən yaranmışdır : giros-fırlanma və skopiya-görmək, müşahidə etmək.
Sadəcə olaraq giroskop-fırlanmanın göstəricisi kimi tərcümə olunur.

Rotorun məxsusi fırlanma oxu giroskopun əsas oxu adlanır. İki başqa oxlar hansı ki, rotorun
məxsusi fırlanma müstəvisində yerləşərək əsas oxa və öz aralarında da perpendikulyar olan oxlar
ekvatorial oxlar adlanır.

Giroskopik asılma mərkəzi onun elə bir nöqtəsidir ki, rotorun bütün fırlanma hərəkətlərində o,
hərəkət etməyən təkcə bir nöqtədir. Əgər, giroskopun kütləsinin mərkəzi asılma mərkəzi ilə üst-
üstə düşərsə, onda giroskop astatik adlandırılır (və ya tarazlaşdırılmış), əgər üst-üstə düşmürsə,
onda giroskop ağır giroskop adlandırılır.

Sərbəst giroskop elə giroskopdur ki, bu giroskopa heç bir xarici qüvvələrin momenti təsir etmir,
yəni xarici qüvvələrin momentlərinin cəmi sıfra bərabərdir.

2.2. Giroskoplarda istifadə olunan asqılar

Bərk rotora malik giroskopun təkmilliyi onun asqısının keyfiyyətindən asılıdır. Asqı vasitəsilə
giroskopun rotoru üzərində qurulmuş əsas ilə (platforma, obyekt və s.) əlaqədardır. Giroskop
asqısı o zaman mükəmməl hesab edilir ki, əsasın bucaq hərəkəti rotora bir o qədər az verilsin.

Asqının obyektindən asılı olaraq giroskoplar əsasən, iki sinfə bölünürlər :

- böyük sürətlə fırlanan rotorlu (və ya rotorlar sistemi) kamera. Bu tipli giroskoplarda kardanlı,
hidrostatik, kardanlı hidrostatik (elektromaqnit və ya elektrik asqılı) və həmçinin qazostatik
asqılar istifadə edilir.

- böyük sürətlə fırlanan məxsusi rotor (asqılar : - elektrostatik, gidrodinamik, elektromaqnit,


qazodinamik və həmçinin fırlanan elastik tipli asqılar).

2.3. Yerin sutkada fırlanması və girokompasın qurulma prinsipi

Giroskopik kompas (girokompas) - naviqasiyalı giroskopik qurğu adlanır və həqiqi meridian


müstəvisini göstərmək üçün tətbiq olunur. Bu isə gəminin səmtini və oriyentirlərinin pelenqini
təyin etməyə imkan verir.

Girokompas (QK) mexaniki kompasdır. Bu keyfiyyətə uyğun olaraq, QK-ın köməyilə həqiqi
meridian müstəvisinin vəziyyətinin təyini Yerin hər hansı bir mexaniki xarakterikasına
əsaslanmalıdır. Müşahidəçinin həqiqi meridian müstəvisini eyniləşdirən Yerin yalnız bir mexaniki
xarakteristikası vardır. O da onun kinematik xarakteristikasıdır, başqa sözlə Yerin sutkalıq
fırlanmasının bucaq sürətidir.

2.4. Giroskopun xətaları və onların yaranma səbəbləri

Yerə nisbətən hərəkət etməyən əsasda yerləşdirilmiş girokompasda ağırlıq mərkəzi aşağıda olan
girokompasın oxu müşahidəçinin meridianında qurulur, hidravlik rəqqası olan girokompasın oxu
isə onunla müəyyən bucaq təşkil edir. Bu bucağa sönmənin xətası deyilir.

Lakin hərəkət edən gəmidə vəziyyət başqa cür olur. Bu halda girokompasa gəminin özünün
hərəkəti, ləngər vurması, onun sürətinin və kursunun dəyişməsi təsir edir və girokompasın
oxunun meridiandan əlavə olaraq fərqlənməsinə gətirir. Yəni, onun göstəricilərində xəta yaranır.
Yaranma səbəbindən asılı olaraq giroskopun uyğun xətaları mövcuddur.
Gəminin sabit sürətlə və sabit kurs ilə hərəkəti nəticəsində yaranan xətalar sürət xətaları
adlanır. Bu xətalar son ədəbiyyatlarda sürət deviasiyası da adlanır.

Gəminin sürəti və kursu dəyişərkən yaranan xətalar ətalət xətaları adlanır. Gəminin ləngər
vurması vaxtı yaranan xəta ətalət xətasına aiddir. Çünki bu xəta ətalət qüvvəsi tərəfindən yaranır.
Lakin bu xətanı seçirlər və onu ləngər xətası adlandırırlar. Girokompasın ləngər vaxtı bu xətasına
interkardinal deviasiya da deyilir. Yuxarıda göstərilən xətalar əsasən girokompasın həssas
elementinin konstruksiyasının mükəmməl olmaması nəticəsində yaranırlar. Odur ki, bu xətalar
ümumiyyətlə metodiki xətalar adlandırılır.

You might also like