You are on page 1of 7

MÖVZU 4

DƏNİZ NƏQLİYYAT XİDMƏTİNDƏ QİYMƏTİN FORMALAŞMASI VƏ


TURİZMƏ TƏSİRİ

Kruiz məqsədilə icarə müqaviləsinin bağlanma mərhələləri. İcarə müqaviləsinə


əsasən sərnişin daşıyan gəminin hüquq və vəzifələri. Gəmini icarəyə götürmüş tərəfin
müqaviləyə əsasən öhdəlikləri. Kruiz marşrutu. Xərclərin müəyyən edilməsi. Kruiz
zamanı turistlərin hüquq və vəzifələri. Turoperator tərəfindən kruiz məqsədilə gəminin
icarəyə götürülməsinin minimal qiymətinin müəyyən edilməsi. Gəminin icarəyə
götürülməsi qiymətinə təsir edən amillər. Kruizlərin 4 əsas növü. Dünya turizm bazarında
kruiz biznesi.

- Tərəflərin (daşıyıcı, fraxt götürən, turist) vəzifə və hüquqları


- Fraxt qiymətinin təyin edilməsi
- Müqavilə bağlanma mərhələləri
- Kruiz paket qiymətinin təyin edilməsi

1. TƏRƏFLƏRİN (DAŞIYICI, FRAXT GÖTÜRƏN, TURİST) VƏZİFƏ VƏ


HÜQUQLARI

Fraxt (icarə) müqaviləsi şərtlərinə görə daşıyıcının vəzifələri:


-gəmi vaxtında, texniki cəhətdən işlək (saz) və səfərə çıxmağa hazır halda olmalıdır;
- kruizin həyata keçirilməsi üçün ekipaj hazırlıqlı olmalıdır (gəmi sənədlərinin hazır olması,
digər sənədləşmə, xəritələr, losiya (gəmi səfəri ehtiyacları üçün dənizlərin və sahillərin təsviri),
təlimatlar
-gəmidə müvafiq həcmdə yanacaq, sərnişinlərə xidmət məqsədilə içməli su, ərzaq təminatı
- sərnişinlərin razılaşdırılmış keyfiyyət səviyyəsində xidmətin təminatı
- kruiz zamanı gəminin komunal sisteminin işinin təmin edilməsi (su, kanalizasiya, elektrik,
istilik, havalandırma və sərinləşdirmə)
-gəmidə, limanlarda gəmiyə yerləşəndə və çıxanda sərnişinlərin və baqajın təhlükəsizliyinin
təminatı (gəmidə mühafizə xidməti olur)
-marşrut qrafikinə riayət etmək (yalnız daşıyıcıdan asılı olmayan səbəblərdən başqa)
- öz hesabına kanal, şlüz, liman və s. rüsumlarının ödənilməsi
- daşıyıcının günahındam limanlarda gecikmələrə görə cərimələrin ödənilməsi

Daşıyıcının hüquqları
- Gəminin, sərnişinlərin həyatının və əmlakının təhlükəsizliyi məqsədi ilə marşrutu
dəyişmək, dənizə çıxmamaq hüququna malikdir;
- Səfər zamanı sərnişinlər tərəfindən gəmiyə dəymiş ziyanın ödənilməsini tələb edtmək
- Kruiz gəmisinin kapitanı dövlətinin yeganə hakimiyyət təmsilçisi olduğundan
sərnişinlərdən və icarədardan onun qərarlarının yerinə yetirilməsini tələb etmək
hüququna malikdir.

Fraxt götürənin (hazırda həmin vəzifəni turoperator və ya turoperatorlar birliyi yerinə


yetirir) vəzifələri:
- Bazarın tələbatından və daşıyıcının imkanlarından asılı olaraq kruiz marşrutunu işləyib
hazırlamaq;
- Müqavilə şərtlərinə uyğun olaraq fraxt qiymətini ödəmək
- Sərnişinlərin gəmiyə vaxtında girişini təmin etmək (kruiz tipindən və yerindən asılı
olaraq sərnişinlərin qeydiyyatı liman binasında səfərə çıxışdan 2-4 saat əvvəl baş verir);
- Limanların ziyarəti məqsədilə turistlərin müşaiyətedici sənədlərlə təmin olmasını təşkil
etmək( viza, peyvənd, gömrük bəyənnamələri, digər arayışlar)
- Limanlarda dayanan zaman müvafiq ekskursiyaların təşkili (adətən ekskursiyalar kruiz
turu paketi daxilində ödənilmir. Ekskursiyalar sərnişinlərin istəyi ilə gəmidə ödənilir.
Gəmi limana çatmamışdan əvvəl operator tələb olunan sayda ekskursiya avtobusları və
gid-ekskursiya rəhbərlərini bron edir, turistləri avtobuslara bölüşdürür, hər limanda
turistlərin sərhəd və gömrük nəzarətindən keçməsini izləyir)
- Kruiz boyu maraqlı, müxtəlif çeşidli mədəni və asudə vaxt proqramlarını təşkil etmək.
Belə ki, kruizin maraqlı keçməsi turistlərin məmnunluq səviyyəsinə təsir göstərir. Bu
məqsədlə gəmiyə məşhurlar, estrada və səhnə ulduzları, rəqs və şou-kollektivlər dəvət
edilir.
- Turoperatorların günahı və ya xahişi ilə gəminin limandan çıxma müddəti artdıqda
mövcud cərimələrin ödənilməsi;
- Daşıyıcıdan və fors-major səbəblərdən asılı olmayan səbəblərdən səfərin gecikdirilməsi,
başqa vaxta keçirilməsinə görə cərimələrin ödənilməsi

Turoperatorun əsas vəzifələrindən biri də budur ki, turoperator sərnişinlərə kruiz barədə geniş və
dolğun məlumat verməli, habelə turistin vəzifə və hüquqlarını çatdırmaqdır.

Konfliktlərin qarşısını almaq üçün turoperator sərnişinləri əvvəlcədən kruiz turpaketinə


daxil olan xidmətlər barədə məlumatlandırmalıdır; yerindəcə ödənilə bilən əlavə xidmətlər
barədə də məlumat verməlidir. Adətən əlavə xidmətlərə - limanlarda ekskursiya xidmətləri,
barlarda alkoqol və digər içkilər, telefon danışıqları, sauna, bərbərxana, idman zalı, idman
inventarının kirayəsi, gəmidə dükanlardan alınan mallar, gəmiyə minənə qədər və gəmidən
düşdükdən sonra olan daşınma xərcləri, təkrar tibbi müayinə, çaypulu və s.). səfər zamanı
turistlərin vəzifə və hüquqları barədə informasiya əhəmiyyətlidir.
Turistin vəzifələri:
- Gəminin səfərə çıxdığı limana və kruiz zamanı digər limanlarda gəmiyə gecikməmək;
turist gecikdiyi halda nə turoperator, nə də daşıyıcı turistin həmin ölkədən
repatriasiyasına görə, turistin kruizdə ala biləcəyi xidmətlərin əvəz edilməsinə görə
məsuliyyət daşımırlar
- Gəmidə təhlükəsizlik qaydalarına riayət etmək (gəminin mühərrik və digər işçi yerlərinə
daxil olmamaq, güclü fırtına zamanı bağlı yerləri tərk etməmək);
- Daxili rejim cədvəlinə və ekipaj və müdiriyyətin tələblərinə riayət etmək;
- Gəmiyə vurduğu zərərə görə maddi məsuliyyət daşımaq (mebelin, qab-qacağın,
interyerin və s. qırılmasına görə)
- Olduğu ölkələrdə ətraf mühitə vurduğu ziyana görə (dənizin, digər su hövzələrinin
çirkləndirilməsinə görə) yerli qaunvericiliyə görə məsuliyyət daşımaq;
- Mövcud preyskuranta uyğun olaraq əl baqajından əlavə olan yüklərə görə kassaya ödəniş
etmək
Turistin hüquqları:
- Kruiz gəmisinin bütün infrastrukturundan istifadə etmək
- Pozulmuş istehlakçı hüquqlarının məhkəmədə müdafiə etmək

2. FRAXT QİYMƏTİNİN TƏYİN EDİLMƏSİ

Gəmilərin fraxtı birdəfəlik ( yəni bir konkret kruizə görə) və mövsümi olur ( bu zaman sifarişçi –
turoperator gəmini naviqasiya dövrünə icarəyə götürür, müstəqil olaraq kruizlərin başlanması və
başa çatması vaxtlarını, marşrutları təyin edir)
Fraxt məbləğinin asılı olduğu amillər:
- Gəminin tipi və komfortluluğu
- Su səyahətinin davamlılığı
- Marşrutun coğrafiyası (hər şeydən əvvəl bu planlaşdırılmış məsafələrdir və marşrut
sahələrinin keçmə mürəkkəbliyi nəzərə alınır)
- Gəmidə göstərilən xidmətlərin çeşidi və keyfiyyəti (yalnız yaşamaq və qidalanmaq, və ya
əyləncə və asudə vaxt infrastrukturu istifadəsi)
- Gəmidə personalın sayı və peşəkarlığı
- Limanlarda dayanacaqların, kanallardan və şlüzlardan keçmə qiyməti
- Marşrut üzrə limanlarda planlaşdırılmış dayanmaların müddəti
- Gəminin “boş” qayıtması və ya geri qayıtmanın dəyəri ( bu cür qayıtmaların qarşısını
almaq üçün turoperatorlar kruizləri elə tərtib edirlər ki, bir kruizin sonu ilə digər kruizin
başlanğıcı eyni limanda olsun)

3. MÜQAVİLƏNİN BAĞLANMA MƏRHƏLƏLƏRİ

Gəminin fraxt edilməsi üzrə müqavilənin bağlanması bir sıra mərhələdən keçir: əvvəlcə gəmi
sahibi ( və ya onun müvəkkil etdiyi nümayəndə) ilə potensial sifarişçi arasında görüş təşkil edilir.
Sifarişçi kimi turperator və turoperatorların müvəqqəti birliyi (pul) ola bilər.
Danışıqlar zamanı sifarişçi layihələndirdiyi kruiz (və ya kruizlər) barədə məlumat verir, bunun
məqsədəuyğunluğunu sübut edir ( özünün marketinq tədqiqatlarının nəticələrinə əsaslanaraq),
özünün agent şəbəkəsinin satış yerlərini və imkanlarını açıqlayır və bunların tədbirin
rentabelliyinə təsirini müəyyən edir. Operator layihələndirdiyi kruiz və qiyməti barədə fikrini
söyləyir.
Gəmi sahibi turoperatorun təklifini imkanlarını, kommersiya maraqlarını araşdıraraq təklifin
rasionallığını qiymətləndirir. Əgər təklif olunan kruiz əvvəlki mövsümlərdə olduğu marşrutla
üst-üstə düşürsə, gəminin fraxtı üzrə müqavilənin bağlanması uzun çəkmir. Lakin əgər təklif
olunan marşrut tam fərqlidirsə, bu halda gəmi sahibi yeni marşrutun çətin keçən yerlərini tədqiq
etməli, limanların administrasiyaları ilə xidmət qiymətlərini öyrənməli, yeni dövlətlərin dəniz
ərazilərində sərnişin gəmilərinin hərəkət rejimlərini və s. dəqiqləşdirməlidir.
Gəmi sahibinin imkanları turoperatorun istəkləri ilə üst-üstə düşdüyü halda, onların təkrar görüşü
zamanı planlaşdırılan birgə işin konkret məsələləri müzakirə olunur. Burada gəmi sahibinin
xidmətlərinin qiyməti nəzərə alınır. Gəmi sahibi öz xərclərini hesablayaraq özünün kommersiya
xeyri ilə fraxt qiymətini təyin edir. Fraxtın qiyməti bəzən bütün kruizə aid edilir, lakin çox
hallarda bir günlük fraxt qiyməti verilir. Sifarişçi öz imkanlarını ölçərək gəmi sahibinə ödənişin
məbləğini və ödəniş müddətini təqdim edir. Sifarişçilər pulu (birliyi) tərəfindən gəmi fraxt
edildiyi zaman hər pul üzvünün qoyduğu sərmayəyə görə gəliri hesablanır. Gəmilərin sifarişçi
birlikləri tərəfindən fraxt edilməsi mürəkkəb prosesdir. Çünki, gəmidə olan kayutaların
komfortluluq dərəcələri müxtəlifdir. Daha çox hallarda bir sifarişçi öz imkanlarını yığaraq bir
gəminin fraxtını edir.
Təkrar danışıqların nəticəsində müqavilənin imzalanması baş verir. Bundan sonra turoperatorun
əsas işi turun qiymətinin təyin edilməsi, hərəkətə gətirilməsi və satışı olur.

4. KRUİZ PAKET QİYMƏTİNİN TƏYİN EDİLMƏSİ

Kruiz turlarının qiymətinin müəyyən edilməsi avto və aviaturlara nisbətən daha mürəkkəb və
çətindir. Bu da dərin iqtisadi, psixoloji, sosial biliklər, iş təcrübəsinin olması ilə bağlıdır.
Kayutaların müxtəlif kateqoriyalara malik olması ilk çətinlikdir. Bundan başqa kayutalar
gəminin müxtəlif və fərqli hissələrində yerləşir. Bu səbəbdən turoperator hər dərəcə kayutanın
qiymətini elə təyin etməlidir ki, boş yerlər qalmasın. əks halda kruizin kommersiya effekti azala
bilər.
Eyni zamanda turoperator turpaketlərə elə qiymət təyin etməlidir ki, gəminin minimum
yüklənməsi təmin olunsun. Belə ki, gəminin minimum yüklənməsi turoperatorun fraxt xərcini
tam ödəməlidir, bu isə ən azı sifarişçiyə zərər gətirməməlidir. Gəminin minimum yüklənməsini
müəyyən edilməsi sifarişçinin illər üzrə təcrübəsindən bilinir. Turoperator kruizə qiyməti təyin
etdikdə gəmi fraxtı qiymətinin qaytarılmasını nəzərə almalıdır.
Qiymətin təyin edilməsi zamanı turoperator bazarda olan digər rəqiblərin oxşar kruizlərə təyin
etdikləri qiymətlərini də nəzərə almalıdır. Əks halda turpaketlərin satılmaması kruizin ləğv
olunmasına və böyük itkilərə səbəb olması ilə bitə bilər.
Bu səbəbdən turoperatorlar qiymətin təyin edilməsi zamanı aşağıdakı sxemi əsas götürürlər:
Birinci mərhələ. Yüklənmənin minimum səviyyəsinin müəyyən edilməsi.
İkinci mərhələ. Kayuta fondunun təhlili. Müxtəlif kateqoriyalı kayutaların yüklənməsinin
planlaşdırılması. Müxtəlif kateqoriyalı kayutalarda yaşamağın dəyərinin sayına görə müəyyən
edilməsi.
Üçüncü mərhələ. Bir tərəfdən müxtəlif kateqoriyalı çarpayı-günlərin planlaşdırılmış sayının
çarpayı-günün orta qiymətinə vurulması ilə bərabərləşdirilməsi və digər tərəfdən fraxt
qiymətinin məbləği.
Dördüncü mərhələ. Təyin edilmiş qiymətlərin rəqabətə davamlılığı təhlil edilir. Qiymətlər
rəqabətə davamlı olmadıqda yenidən qiymətqoyma proseduru keçirilir və bu zaman minimum
yüklənmə səviyyəsi qaldırılır.
Misal. A operatoru B gəmi şirkətindən gəmini Aralıq dənizində kruiz məqsədilə 15 günlük fraxt
edir

Fraxt qiyməti, $ 1000 000 1000000


Gəminin tutumu, nəfər. 650 650
Minimal yüklənmə həcmi, 65% 75%
Minimal yüklənmə yer sayı 423 488
Mənfəət xətti 65%+1 75%+1
Mənfəət 35% 25%
Rəqiblərin təklif etdikləri qiymətlərin təhlili turoperatorun xeyrinə olmadıqda, kruizə turpaketin
qiymətinin təyin edilməsi üçün sifarişçinin 2 variantı olur:

1) minimal yükləmə faizini yüksəltmək (bu isə tədbirin daha da risqli olması ilə mənfəət həcmini
azaldır);
2) gəmi sahibi ilə fraxtın qiymətinin aşağı salınmasını razılaşmaq.

Lakin minimal yükləmə %-ni çox qaldırmaq olmaz, çünki bu halda mənfəət 2qat azalır: -həm
mənfəət %-nin azalması və həm də turpaket satış qiymətinin aşağı salınması ilə.
Kruiz paket qiyməti təyin edildikdən sonra turoperator tərəfindən aktiv satış fəaliyyəti aparılır.
Satışı turoperator həm birbaşa özü, həm də digər turfirmalar (turagentlər) vasitəsilə aparır.

Avropa kruiz axınının və kruiz sənayesinin gəlirlərinin dinamikası


Number of cruise passengers carried worldwide from 2007 to 2019(in millions)
2007-2019-cu illər üzrə dünyada kruizlərdə sərnişinlərin sayı (million)
https://www.statista.com/statistics/270605/cruise-passengers-worldwide/

Kruiz turlarından istifadə

Kruiz gəmilərində səfər qiymətinə təsir edən əsas amillər aşağıdakılardır:


1. Gəminin keyfiyyəti. 6. Seyr müddəti.
2. Liman vergiləri. 7. Dincəlmə xidmətlərinin keyfiyyəti.
3. Ərazinin tutulmasına görə vergi. 8. Əyləncə imkanları.
4. Yanacaq istehlakı. 9. Sahil ekskursiyaları.
5. Sürət-maya dəyəri əlaqəsi. 10. Seminar və konfranslar.

Kruizlər əsasən 4 əsas kateqoriyada (tipologiya) tədqiq edilə bilir.


a) Kütləvi Kruizlər,
b) Klassik Kruizlər,
c) De-luxe Kruizlər,
d) Özəl Kruizlər.
a) Kütləvi kruizlər. Kruiz proqramının əsas tərkib hissəsi olan kütləvi kruizlər böyük
həcmli gəmilər vasitəsilə həyata keçirilir. Bunlar kruiz proqramının 60%-ni əhatə edir. Kütləvi
kruizlər 2-5 günlük və 7 günlük proqramlardan ibarətdir. Yeni sərnişinlər yeni satışlara və yeni
əlavə gəlirlərə yol açır. Bu tip kruizlərdə gəmidaxili satışlar çox mühüm rol oynayır. Gəmilər
qazanclarının xeyli hissəsini gəmidaxili ekstra satışlar hesabına əldə edirlər. Bu baxımdan
kütləvi kruizlər çox əlverişli və cəlbedici qiymətlərlə bazara çıxa bilirlər. Belə kruizlərin əyləncə,
oyun və şoppinq kimi üstünlükləri çoxdur.

b) Klassik kruizlər. Bazarın 30%-lik hissəsini bu tip kruizlər əmələ gətirir. Bunlar
minimum 7 gün olub daha uzun proqramları da əhatə edə bilir. Belə ki, proqramlar bəzən 2-3
aylıq müddəti də əhatə edir. Klassik kruiz keyfiyyətli gəmi tələb edən sahədir. Bu kruizlərdə
əyləncə, animasiya və şoppinq ikinci plandadır. Əhəmiyyətli olan amillərə yüksək xidmət və
sahil ekskursiyalarının təqdim olunmasıdır.

c) De-luxe kruizlər. Bu növ kruiz çox rahat (lüks) gəmilərlə edilən, xüsusi (exclusive)
proqramları olan kruizdir, bazarın kiçik hissəsini təşkil edir. De-luxe kruiz qeyri-açıq bazar
əsasında inkişaf edir. Bu sahədə qiymətlər əsasən bildirilmir.

d) Özəl kruizlər. Bu tip kruizlər son məntəqəsi çox özəl arxeoloji və ya yeni (məlum
olmayan) ərazi olan səyahətlərdir. Sualtı idmanlar, qütb gəzintiləri, təbii abidələrlə zəngin olan
adalara səfərlər, quşları seyr etmək, balinaların hərəkətini seyr etmək kimi proqramlar özəl
kruizlərə aid edilir. Hədsiz bahalı olan bu cür kruizlər əsasən kiçik həcmli kayutlarla həyata
keçirilir. Komfortluq (rahatlıq) özəl kruizdə əsas şərt deyildir.

e) Təyyarə/kruiz (Fly/cruise) ekursiyaları. Yuxarıda bəhs edilənlərə əlavə olaraq təyyarə


və kruiz ardıcıllığı şəklində reallaşdırılan ekskursiyaları ayrı olaraq tədqiq etmək olar.
Bu cür ekskursiyalarda, sərnişinlər səyahətlərinin bir hissəsini dəniz yolu, digər hissəsini də
hava yolu nəqliyyat vasitələri ilə reallaşdırırlar. Məsələn, Almaniyada yaşayan bir Alman turist
İstanbuldan bir kruiz gəmisinə minmək üçün təyyarə ilə İstanbula gəlir. İstanbul limanından
kruiz ekskursiyasına cəlb olunaraq, Çanakkale, Dikili, Kuşadası və Antalya limanlarına gedir və
bu limanlarda nizamlanan turlara cəlb olunduqdan sonra Antalyadan təyyarə ilə ölkəsinə geri
dönür.

Qeyd edək ki, kruiz turunda iştirak etmək üçün heç də kruizin ilk başlanğıc limanına
gəlmək ehtiyacı yoxdur. Bidiyimiz kimi iri kruiz gəmiləri 4-7 min sərnişin tutumuna malikdirlər
və heç də həmişə ilk başlanğıc limanından bütün yerlər satılmır. Boş qalan yerlər marşrut üzrə
kruizə qatılmaq istəyənlər üçün imkanlar yaranır. Bəzi turistlər bütün turda deyil onun yalnız bir
hissəsində iştirak etmək istəyində olurlar. Belə halda, turist kruizin yalnız qalıq hissəsinin
ödənişi etmiş olur. Belə ki, misal üçün, İstanbul – Afina – Genuya – Roma – Marsel - Barselona
kruizinin yalnız Roma – Marsel – Barselona hissəsinə qoşulan turistlər də olur. Bu məqsədlə
əvvəlcədən gəmidə yerlər bron edilir. Təyin olunmuş gündə gəmi Romada olduğu zaman turist
gəmiyə daxil olmaq üçün qeydiyyatdan keçərək kruizə qoşulur.

Ölkəmizdə fəaliyyət göstərən Fly travel, Turizm.az, Atlas travel, Avil travel turizm
agentlikləri Aralıq dənizi və hətta, Şərqi Asiya kruizlərinə yerlər satırlar.

You might also like