You are on page 1of 6

YAXTALAR.

MÜASİR VƏZİYYƏT

Turizm xidmətlərində yaxtalardan istifadə. Yaxtaların


növləri, istehsal materialları. Elit yaxtalar. Çarter yaxta
turizmi. Aktiv dəniz istirahəti klubları. Yaxtaların
təhlükəsizliyi. Yaxta dayanacaqları. Yaxta dayanacaqlarında
təklif olunan xidmətlər. Yaxtalarda ən maraqlı istirahət
variantı. Yaxta turizminin inkişaf perspektivləri.

Turizm xidmətlərində yaxtalardan istifadə.

Turizmdə su nəqliyyatı vasitələri arasında kiçik ölçülü vasitələrdən də geniş istifadə edilir.
Bunlar arasında yaxtaları, qayıqları qeyd etmək olar.
Böyük və kiçik yelkənli yaxtalar dənizdə qısamüddətli və ya uzunmüddətli kruizlər üçün və
idman məqsədləri üçün istifadə olunur.
Yaxtalar ölçüləri və istifadə məqsədlərinə yarış, kreyser-yarış, gəzinti və turizm məqsədlərinə
görə fərqlənirlər.
Yelkənlərin tipinə görə yaxtalar aşağıdakı kimi olur:
- şlüp -birdirəkli 2 yelkənli yaxta (qrot və staksel) qrot-dirək üzərində
- tender – birdirəkli yaxtadır. Qabaqkı üçbucaqlı yelkən üstündə - staksel, kliver və uçan
kliver olur.
Şxuna - arxada hündür qrot-dirəyi olan yaxtadır, qabaq hissədəki dirək – fok-dirək adlanır.
Kil - gəmi gövdəsinin alt hissəsinin əsasını təşkil edən və gövdə uzununa qoyulan tir adlanır
Yaxtalarda olan kil – üzgəc tipində olur və ya yaxta korpusunun daxilinə yığılan formada olur
(bu yaxtalar dayaz yerlərdə üzmək üçün yararlıdır)
Yaxtalar korpusun hazırlandığı materialına görə fərqlənirlər:
- Ağacdan
- Metaldan
- Plastik materialdan
Konstruksiyasına görə də yaxtalar fərqlənir:
- Bir korpuslu
- Iki korpuslu – katamaranlar. Bu katamaranların gövdələri ensiz olduğundan daha
sürətlidirlər.
- Üç korpuslu – trimaranlar. Orta korpus daha enlidir və əsas idarəetmə buradan edilir.
Digər ikisi üzgəc rolunu oynamaqla trimaranın dayanıqlı su səthində olmasını təmin
edirlər. Ilk trimaranı B.Çeçet adlı bir nəfər 1945 ildə hazırlayıb. O, konstruksiyanı
polineziyalılardan öyrənmişdi
Katamaran və trimaranlar ləpəyə davamlı olurlar. Bu səbəbdən okean və dəniz yarışlarında geniş
istifadə olunurlar. “Elf Akiyent” trimaranında Atlantikadan rekord qısa müddət ərzində keçilib.

Yaxtaların infrastrukturu.
Qısamüddətli gəzinti məqsədli yaxtalar qapalı yerlərə malik olmasalar da külək, yağışdan
qorunmaq üçün daldalanma yerə malik olurlar.
Turist yaxtalar sərnişin və ekipaj üçün komfortlu kayutalara, sanitariya qovşağına, kambuza
malik olurlar.
Orta sinif yaxtalarda 2-3 yerlik kayutlar, TV olan geniş salon, müasir video və musiqi mərkəzi,
2 tualet və duş, isti su, avadanlığı olan kambuz, içməli su üçün tanker, təmizləyici aparat (şor
suyu şirinləşdirən cihaz), motorlu rezin qayıq, vindserfer olur.
Bu cür yelkənli yaxtalar əlavə olaraq yardımçı mühərriklə komplektləşdirilir. Bunlar müasir
naviqasiya və axtarış qurğuları, radiostansiya, lokator və digər idarəedici müasir vasitələrlə
tamamlanırlar. Yaxtaların idarə edilməsi üçün tədris kursunu keçmək və gəmi kapitanı
sertifikatına malik olmaq tələb olunur.
Dənizə istənilən çıxış limanda və ya yaxt-klubda qeydiyyata alınmalıdır. Belə ki, hər üzən vasitə
xilasetmə xidməti tərəfindən peyk axtarış sistemi ilə nəzarətə alına bilər.

Kruiz yaxta turizmi


Yalkənli yaxtaların əksəriyyəti özəldir. Yaxta bir əmlakdır və qiymətinə görə yüksək dərəcəli
avtomobillərdən geri qalmır. Bundan başqa yaxtalara xidmət mürəkkəb bir prosesdir və xüsusi
biliklərin olmasını tələb edir. Yaxtada istirahət cəlbedici və maraqlı bir əyləncədir və Avropa,
Amerika, Avstraliyada geniş yayılmışdır. Avropada yaxtalardan Türkiyənin cənub sahilləri
ətrafı, İtaliyanın Siciliya, Sardiniya, Kapri adaları ətrafı, Monte-Neqronun və Xorvatiyanın,
Yunanıstanın sahil ətrafı əraziləri, Fransanın Aralıq dənizi və Korsika adası ətrafı ərazilərdə
kütləvi surətdə istifadə edilir. Amerikada Karib hövzəsi adaları, Meksika sahilləri və ABŞ-ın
Florida yarımadası ətrafı yaxtasevərlərin əsas istirahət yerləridir.

Peşəkar yaxtsmenlər və həvəskarlar yaxtklublarda birləşirlər. Yaxtklublar - eyni fikirli


insanların ünsiyyətini, yarışları, uzaq və yaxın ərazilərə gəzintilər təşkil edir. Yaxtklublar Kruiz
Assosiasiyalarında birləşirlər. Məs., İsveç Kruiz Assosiasiyasının 150 mindən artıq üzvü vardır.
Yelkən idmanı həvəskarlarının ilk yaxt klubu İrlandlyanın Kork şəhərində yaradılıb. Rusiyada
ilk imperator yaxt klubu Sankt-Peterburqda 1846 ildə yaradılıb.

2018 ilin məlumatına görə Skandinaviya ölkələrinə məxsus 500 min yaxta, Almaniyada 100 min,
Türkiyədə nisbətən az – 80 min yaxta vardır. Aralıq dənizi hövzəsində 700 mindən artıq yaxta
vardır.

Bu turizm növünün cəlbediciliyi təbii-iqlim amillərlə, xidmətin əlçatan olması və yüksək


səviyyəsi ilə yanaşı aşağıdakılarla müəyyən edilir:

- Etibarlı marşrutların olması


- Lazımi səviyyəli keyfiyyətdə olan marinaların mövcud olması
- Yaxta istirahəti ilə məşğul olan çarter şirkətlərinin fəaliyyəti

Ümumiyyətlə, yaxtalar turistlərin fərqli istirahəti üçün geniş istifadə edilirlər.


Yaxtalar 3 cür istifadə edilir:
- Su səthində qısa müddətli gəzinti məqsədilə yaxtada kiçik su ehtiyatı olduğu halda qida
ehtiyatı qoyulmur. Gəzinti zamanı yaxtadan ətraf sahil görünməli və sahildən çox
uzaqlaşmağa icazə verilmir.
- Sahilyanı yaxtalar (gündüz kreyseri). Yalnız işıqlı saatlarda körfəz sularında gün ərzində
gəzinti təşkil edilmək üçündür. Kiçik yanacaq, su və qida ehtiyatı götürülə bilər.
- Kreyser yaxtaları daha davamlıdırlar. Tələb olunan həcmdə yanacaq, su və qida
ehtiyatına malik olurlar. Məhdud məişət rahatlığı olur. Daxili otaqlar ekipajın tam
istirahəti üçün münasibdir. Bu cür yaxtalara sahildən uzaqlığına görə məhdudiyyət
qoyulmur.
Yaxta dayanacaqları (marinalar) – yaxtaların saxlanması, təmiri ilə məşğul olurlar. Qışda su səthi
buz bağlayan zaman yaxtalar sahilə çıxarılır. Bu məqsədlə marinalarda xüsusi gəmi-qaldıran
qurğular olur, habelə təmir üçün müvafiq avadanlıq, naviqasiya cihazları olur.

Marinalarda gəmi sürmək kursları fəaliyyət göstərir, ustalığını artırmaq məqsədilə təlimlər
keçirilir, yaxtaların və motorlu qayıqların istifadəsi üçün bronlaşdırma sistemi mövcuddur.
Limanlarda dayanacaqların saxlanması və fəaliyyəti böyük işgüzarlıq tələb edir. Belə ki,
dayanacaqlar dalğalardan qorunmaq üçün süni bəndlərlə, dalğaqıranlarla qorunmalıdır, gəmiyə
elektrik enerjisinin çatdırılması, yanacaqdoldurma, ərzaq təminatı, təmir xidməti və s.
mövcuddur. Bu cür dayanacaq – marina operatorları adlanır.
10-12 metrlik katerin dayanacaq istifadəsi 15-20 usd təşkil edir. Lakin bəzən dayanaqcaq
körpüsündə hamıya yer çatmadıqda liman sularında buy vasitəsilə bərkidilir. Sahildən uzaqda
olan yaxtalarla əlaqə kiçik motorlu qayıqlarla həyata keçirilir.
Yaxtaların böyük əksəriyyəti ayrı-ayrı ailələrə məxsusdurlar. Bir çox yaxtalar iri beynəlxalq
kompaniyalara məxsusdurlar. Ailə kruizləri qısa məsafələrə təşkil olunur.. daxili sularda
keçirilən kruizlər daha populyardır: İsveçdə Geta kanalı, Finlyandiyada Saymen su sistemi,
Avropanın daxili suları və s. bu cür kruizlərin cəlbediciliyi ondadır ki, qısa kruiz zamanı çoxlu
sayda baxmalı-görməli yerləri ziyarət etmək olur və uzun sürən keçidlərə ehtiyac olmur.
Arxipelaqlarda kruizlər də populyardır.
Hər il Kruiz Assosiasiyaları öz üzvlərinə kruizlərdə iştirak etmək təklif edirlər. Məs., 2000 ildə
Peterburqu ingilis yaxta flotiliyası The Millenium Rally 2000 nəfər ziyarət etdi.

Elit yaxtalar
Dəniz və okeanlarda 6 mindən çox 100 metrdən böyük olan elit superyaxtalar üzür. 2005 ildə
yeni yaxtalar tikintisinə sifariş 28% artdı. Yeni prestij yaxtalar böyüklüyü ilə seçilir. Superklass
yaxtalar 30 metrdən az ola bilməz. 180 m uzunluğu olan Azzam (Almaniya), 5160 m Platinum
( Dubay şeyxinə məxsus), Savarona – 125 metr, Aleksander – 125 metrə yaxın,, Galeb – 117
metr, Cristina -100 metrə yaxın (vaxtı ilə yunan millarderi Onassisə məxsus) və s. Microsoft
təsisçisi olan Pol Allenin yaxtasında 60 nəfər işçi heyət vardır. Yaxta ən müsir texnologiya ilə
təmion olunub, basketbol meydançası da var.
Okeanlarda üzə bilən sıravi yaxtanın qiyməti 100 min USD-dən aşağı olmur.
Yaxtaların tikintisi zamanı daxili işlərdə qırmızı ağac, mərmərdən istifadə etməklə əl işlərinə
üstünlük verilir. Elektronika sistemi, peyk nəzarət sistemi də bahadır. Yaxtanın idarə edilməsi,
xidmət heyətinin saxlanması da baha başa gəlir.

1998 ildə Səudiyyə Ərəbistanı kral ailəsinə məxsus yaxtanın qiyməti 110 mln USD olduğu
halda, 2006 ildə istifadəyə verilmiş yaxtanın qiyməti 200 mln olmuş və bu heç kimi
təəcübləndirmədi.
Motorlu meqa-yaxtaların məşhur istehsalçıları - Fairline, Riva, Ferretti, Pershing,
Princess, Azimut, SeaRay, Regal, Cranchi. Ən bahalı yaxtalar – 452 fut olan Rising Sun (2004
il), Octopus yaxtası – 414 funt – sahibi Pol Allen, Savarona -408 fut- sahibi Kahraman
Sadiqoğlu və s.

Yaxta göyərtələrində helikopter meydançası, rəqs yeri, idman qurğuları, hovuz, restoran,
kinoteatr və s. olur. Dəniz və okeanlarda pirat dəstələrin olması nəzərə alınaraq yaxtalarda güclü
mühafizə komandası olur.
Bahalı yaxtaların saxlanması baha başa gəldiyindən – bunlar icarəyə də verilir. Icarə haqqı
həftəlik 50-500 min USD təşkil edir. Məs., 40 metrlik yaxtanın (6 kayutalı) 1həftəlik icarəsi 160
min USD olmuşdur. Gündəlik icarələr də olur və bütün xidmətləri olan yaxtaların gündəlik haqqı
da 10 minlərlə USD olur.

Özfəaliyyət yelkənli turizm


Bahalı olmayan yelkənli hava balonlu yaxta-katamaranlar alüminium borucuqlarla birləşdirilir.
Bu cür modellər sahilboyu gəzintilər üçün layihələndirilir. Qiyməti 300-3000 USD olmaqla daha
əlçatandır. Əsasən sahilyanı sularda gəzinti məqsədilə istifadə edilir. Konstruksiyaları yığılıb-
söküləndir və daşınma üçün əlverişlidir. Bu yaxtalarda kayut olmur, daldalanma yeri isə tentlə
örtülür.
Çarter yaxta turizmi
Yaxta turizmi icarəyə götürülmüş (çarter) yaxtalarda müəyyən edilmiş hövzələrdə həyata keçirilə
bilər. İstirahət proqramlarından asılı olaraq çarter turizmin 3 növü vardır:
- Berbout-çarter (bareboat charter) yaxtanın ekipajsız icarəsi;
- Şkiper və ekipajla çarter (skippered charter)
- Yaxtaların flotla çıxışı (flotilla sailing)
Çarter məqsədilə təqdim olunan yaxtalar xüsusi komfort və təhlükəsizlik tələbləri qoyulur.
Yaxtaların ölçüsü 7-17 metrlik göyərtəsi, ayrı duşu və tualeti olan 2-4 ikiyerlik kayutalar, ümumi
komfortlu salon, geniş kambuz olmalıdır. Bütün yaxtalar zəruri naviqasiya, yelkən və təsərrüfat
avadanlığı ilə təmin olunur, habelə köməkçi mühərriki olmalıdır.

Berbout-çarter təşkili zamanı fraxt edən turist kompaniya ilə müqavilə bağlayır. Müqaviləyə
əsasən yaxta sahibi müqavilədəki müəyyən məbləğ əvəzinə yaxtanı müəyyən müddətə təyin
edilmiş əraziyə verir. Fərqli ərazilərdə fərqli gəmisürmə tələbləri olur. Müqavilə bağlanan zaman
turist müəyyən məbləğdə girov pul qoyur. Turist yaxta ilə su hövzəsində gəzintidən qayıtdıqdan
sonra girov məbləğ qaytarılır. Əgər yaxtaya səfər zamanı zərər dəymiş olarsa girov məbləğ
zərərin ödənilməsi üçün bir təminat olur. Berbout-çarter zamanı yaxta sahibi turistlərə yaxtada
gəzinti və xidmət sərbəstliyi verir. Bu isə turistlərə daha bir cəlbedici motivasiya olur. Icarə
haqqı məbləği gəmidə olan yerlərin sayı və tipindən, təqdim olunan avadanlıqdan ( vindserfinq,
sualtı üzgüçülük üçün maska və s.) və səfər mövsümündən asılıdır. Məs., Balear adaları
rayonunda 10,5 m böyüklüyündə, 3 ikiyerlik kayutası olan yaxtanın 1 həftəlik icarəsi 2210 USD
olur. Çarter kompaniyaları aviaşirkətlərlə aktiv əməkdaşlıq edərək çarter aviareyslərə güzəştlər
təklif olunur.

Şkiper və ekipajla çarter reysləri yaxtaları idarə edə bilməyən turistlər üçün yararlıdır. Şkiper
bütün təşkilati və praktiki məsələrlə məşğul olur: səyahətin planlaşdırılması, ərzağın alınmasının
təşkili, yaxtanın idarə edilməsi. Turistlərin istəyi ilə şkiper onları yaxtanın idarə edilməsini
öyrədir. Şkiperin işi kruizin hər gününə görə 60-120 USD olur. Bir şkiper çarter yaxtanın idarə
edilməsini həyata keçirə bilir. Çünki yaxtalar yelkənlərin avtomatik qurulması və yığılması
mexanizmləri olur. Iri, 30-dək sərnişin tutumu olan yaxtalarda işi ekipaj aparır.

Yaxtalarda ən maraqlı istirahət variantı – flotiliya heyətində yaxtaların gəzintisidir. Lider-


yaxtanın da tərkibində olması ilə 10-12 yaxtadan ibarət flotiliya səfərə çıxır.”şkiper” rolunu
lider-yaxta yerinə yetirir, lider-yaxtanın ekipajı turistləri idarəetməni öyrətməklə yanaşı hər an
kritik vəziyyətdə köməyə gəlməyə hazır olur. Flotiliya formasında yürüşlər dərkedici və yeni
münasibətlərin qurulması ilə fərqlənir. Bəzən yaxta çarterlərini təklif edən firmalar fərdi
turistlərə digər turist kompaniyalara qoşulmaq təklifi verilir və həm də icarə haqqında qənaət
edilir. Lakin səfərdən qabaq iştirakçılar ünsiyyətdə olmaqla bir-birlərinə uyğunluqları müəyyən
olmalıdır..
Sunsail (www.sunsail.com) ingilis firması dünyada ən iri çarter yaxtalarında istirahət təşkil edən
kompaniyadır. Kompaniya dünyanın 19 ölkəsinin 35 bazasında çarter xidmətləri təklif edir. Bu
kompaniya uzunluğu 27 futdan 52 futadək olan 800-dən çox yaxta flotuna malikdir. Sunsail -
First Choice Holidays holdinqinə daxildir. Mövcud olan saysız irili-xırdalı çarter kompaniyaları
adətən mülayim qurşağda yerləşən dəniz sahillərində bazalara malikdirlər.

Dəniz kruizləri üçün hava böyük əhəmiyyət kəsb edir. Aralıq dənizində yüksən mövsüm zamanı
fırtınalar olmur bu da yüksək komfort yaradır.

Aktiv dəniz istirahəti klubları.


Yunanıstan və Türkiyənin klublarında müxtəlif xidmətlər təklif edirlər. Burada ”hər şey daxildir”
prinsipi ilə xidmətlər təklif edilir: əlavə ödənişlər olmadan vindserfinq, yaxta və şverbotlarda
gəzinti, tennis və voleybol oyunları keçirilir. Bütün klublarda dərketmə təlimlərindən başqa
böyük və uşaqlar (7 yaşdan) yelkən işi ilə bağlı xüsusi kurslar təşkil olunur. Turistlər biryerli,
ikiyerli və ya apartamentlərdə yerləşdirilirlər. Qidalanma yarımpansion olur. Turistlər ətrafdakı
restoranlarda istədikləri yeməyi ala bilərlər.
Klub personalı uşaqların qayğısını üzərinə götürür: burada uşaqlar (4 aydan 16 yaçadək) üçün
xüsusi klublarda 9.30-dan 17.00-dək personalın (dayələrin) öhdəsində qalırlar. Yeniyetmələrə isə
mədəni və idman tədbirləri üzrə proqramlar təklif olunur.
İstirahət müddəti 1-2 həftə davam edir apreldən oktyabradək. Marmarisdə (Türkiyə) təklif
olunan dəniz aktiv istirahət klubunda 3 nəfərlik ailə üçün 1529 USD təşkil edir.

Ekstremal idman yaxta turizmi.


Yaxtalarda idman istiqamətli yarışlar təşkil olunur. Məs. WHITBREAD ROUND THE WORLD
RACE, 20 metrdən uzun olan yaxtalarda yarış 1998 ildə keçirilmiş və 33000 dəniz mili məsafə
qət edilmişdi. TV-reportajlar vasitəsilə bu yarışa 177 ölkədə tamaşa edilirdi. VOLVO OCEAN
RACE adı ilə hazırda keçirilən bu yarışlara millionlarla vəsait qoyulur: yaxtaların təchizatı,
ekipajların məşqləri, layihəyə diqqət cəlb edilir.

WHITBREAD= böyük idmandır və yalnız peşəkarlar üçündür. Lakin həvəskarlar üçün oxşar
tipli yarışlar Sir Chay Blyth tərəfindən təşkil olunur.
Təhlükəsizlik tələbləri Beynəlxalq Dəniz Təhlükəsizliyi standartlarəna uyğun olmalıdır. Hər
gəmi hər il təmir edilməlidir. Gənc ekipaj üzvləri ilk növbədə təhlükəsizlik qaydaları ilə tanış
olurlar. Həvəskarlar üçün The Faramir Trust (UK), The Island Cruising Club (UK), The Scout
Association (UK), Ocean Youth Trust (UK), Sail training Association of Finland, Sail
training Association of Germany və s. təşkilatlar tərəfindən Sail training-lər təşkil edilir.

Yaxtalarda Sail training


İri yelkənli gəmilərdə və yaxtalarda gənclər və yaşlılar üçün qısamüddətli tanışlıq (dərkedici)
yaxta idarəetmə turlar təşkil olunur. Bu turu keçdikdən sonra gənclər təlimləri davam edərək
müvafiq sertifikat əldə etməklə yaxtanı fərdi idarə edə bilərlər. yaxtalarda təcrübəli şkiperlə
yanaşı 1-2 peşəkar kapitan köməkçiləri olur və 3-20 nəfərədək gənlər qoşulur. Yaxtada sərnişin
olmur və hər kəs hər-hansı tapşırılmış işi yerinə yetirir. Təhlükəsizlik qaydalarına xüsusi fikir
verilir. Bütün yaxtalar və avadanlıq Dəniz Təhlükəsizlik Agentliyinin tədris gəmi standartlarına
cavab verir. Gənc ekipaj üzvləri gəmiyə daxil olaraq təhlükəsizlik təlimatları ilə tanış olurlar.

Bəzi Avropa ölkələri üzrə yaxta turizm sahəsinin əsas göstəriciləri


Marina Ümumi tutum, yaxta Çarter kompaniyaları Yaxta icarə
Ölkə
miqdarı miqdarı miqdarı haqqı , €/həftə
İtaliya 114 39 900 350 2300-8000
Fransa 158 55 000 300 8900-25000
Yunanıstan 241 67 000 600 1900-7300
İsveç 273 15 359 60 1950-5200
Finlyandiya 96 4 500 19 2300-4700
Estoniya 52 2 600 6 3100-4000

Uzunluğu 20m-dək, 4 turistədək, komandasız, yüksək mövsümdə

Aralıq dənizi hövzəsində 1 mln-a yaxın yaxt var. Bunların 85%-i Fransa, İspaniya və İtaliyada
yerləşir. 2013 ildə Türkiyədə 46 qurğuda yaxtlar üçün 15 min yer olub. 2015-ci ildən 2023 ilədək
yerlərin sayını 56 minədək artırmaq nəzərdə tutulub. Türkiyədə yaxta turizminin inkişafına
dövlət səviyyəsində dəstək verilir. Əgər 2010-cu ildə bu ölkədə yaxta turizmində cəmi 2,9 mlrd
avro, 2013 ildə bu sahədən əldə olunan gəlir 4 mlrd dol. gəlir əldə edilmişdirsə, 2020-ci illərdə
bu rəqəm 15 mlrd avroya yaxın olmalıdır.

2006-cı ildən bəri yelkənli yaxtaların sayı artır və proqnoza görə artım tempi azalmayacaq.

Motorlu yaxtalarla dəniz gəzintiləri geniş yayılmışdır. Bəzi motorlu yaxtalar seriyalı layihələri
əsasında inşa edilir və bəzilərinin dəyəri 1 mln dolları keçir. Motorlu yaxtalar (kruizer) sahibləri
üçün 2 istiqamətdə istifadə edilir: həm özləri istirahət edir, həm də turistlərə kirayəyə verirlər.
turistlər üçün marşrut fərdi tərtib edilə bilir.

Çarter şirkətləri fərqli təkliflərlə çıxış edirlər: macəra çarter – ekzotik ərazilərə kruizlər,
Alyaskaya və ya Amazonka çayı ilə kruizlər; sualtı fotoçəlişlər, okeanda balıq ovu; korporativ
çarter – iri festivallar, sərgilər zamanı motorlu yaxtalarda kruizlərin təşkili və s. qiymətinin baha
olmasına baxmayaraq yaxtların bronu yeni il, milad bayramlarına 1 -1,5 il əvvəldən edilir.

Əlavə mənbə https://itboat.com/tags/rynok-yaht ; https://worldmarine.ru/statti/itogi-goda-jaxty-krizis-


ljudi/

You might also like