You are on page 1of 4

Asosial davranışın sosial-psixologiyası.

Deviant davranış – cəmiyyətdə qəbul olunmuş qayda və mənəvi normaların


ziddinə gedən davranış sistemi və ya ayrı-ayrı davranış ünsürləridir. Belə davranışı
əsas növlərinə cinayətkarlığı, cinayət məcəlləsi ilə cəzalandırılmayan (hüquqazidd
olmayan) qeyri mənəvi (sistematik sərxoşluq, pulgirlik, seksual münasibətlər
sferasında əxlaqsızlıq və i.a.) davranışlar aid edilir. Belə davranış növləri arasında
adətən əlaqə mövcuddur və bunlar isə öz növbəsində insan üçün adəti olan qeyri-
mənəvi davranışları onun hüquqa zidd davranışına səbəb olur. Belə davranışın
yaranmasında şəxsiyyətin hüquqi və mənəvi şüurundakı, tələbatlarının
məzmununda, xarakter xüsusiyyətlərində və emosional-iradi sferasındaki defektlər
səbəb olur. Delinkvient (latın sözü olan delinquens-günahkar) tipli deviant
davranışlar – hüquqazidd və autoaqressiv hərəkətlər pataloji, şəxsiyyətin və şəxsi
reaksiyalardakı müxtəlif formalarla şərtlənən və həmçinin qeyri-pataloji, yəni
psixoloji xarakter də kəsb edə bilər (Ambrumova). Deviant davranışlar öz-
özlüyündə psixi pozuntuların və xüsusən də ciddi psixoloji xəstəliklərin əlamətləri
kimi çıxış etmirlər. Onlar əsasən şəxsiyyətin sosial-psixoloji deviasiyaları ilə
şərtlənir, mikrososial-psixoloji baxımsızlıqdan, həmçinin vəziyyətdən asılı olan
xarakter reaksiyalarından (etiraz, imtina, imitasiya, emansipasiya və s.)
qaynaqlanır. Yeniyetmələrdə deviant davranış az və ya çox dərəcədə şəxsiyyətinin
formalaşmasındakı patalogiyalarla və pataloji situasion reaksiyalarla əlaqədardır,
ona görə də psixoloji patalogiya təzahürlərinə aid edilirlər.
Pataloji deviant davranış formalarının qeyri-patalojilərdən fərqləndirən əsas
meyarlar bunlardır (Kovalyov):
1). müəyyən patoxarakteroloji sindromun, məsələn yüksək affektiv
oyanıqlıq sindromu, emosional-iradi dayanıqsızlıq, xarakterin isteroid, epileptoid
və hipertim əlamətlərinin mövcudluğu;
2). uşaq və yeniyetmənin əsas mikrososial qrupunun – ailə, məktəb sinfi
kollektivi, yeniyetmələrin referent qrupu çərçivəsindən kənar deviant davranışın
təzahür etməsi;
3). deviant davranışın polimorfluği, eyni bir yeniyetmədə müxtəlif
xarakterli deviant davranışların – antidistiplinar, antisosial, delinkvent,
autoaqressiv davranışların uyğunluğu;
4). davranış pozuntularının nevrotik səviyyəli pozuntularla – affektiv,
somoto-vegetativ və hərəki pozuntularla uyğunluğu;
5). pozulmuş hərəkət stereotiplərinin fiksasiyasına yönəlmiş deviant
davranış dinamikası, onların xarakter anomaliyasına və şəxsiyyətin patoloji
transformasiyasına meyilli patoloji məqsədlərə çevrilməsi.
Yeniyetmələrdə davranış normalarının pozulmamarını yaradan səbəblərin
bir çoxunu vaxtında müəyyən etmək və aradan qaldırmaq olur. Bununla yanaşı
deviant davranış faktorları arasında elələrinə rast gəlinir ki, onların qarşısını almaq
və aradan qaldırılması üçün effektiv vasitələr müəyyən edilməmişdir.
Bu kateqoriyalı faktorlara psixoloji-pedaqoji xarakter kəsb edənləri aid
etmək olar. Beləliklə, yeniyetmələrin davranış norma və qaydalarının pozması
səbəb və şərtlərinin müəyyən edilməsi zamanı çox vaxt ailənin psixoloji mühitinin,
yeniyetmənin yaşıdları və böyüklərlə emosional-psixoloji münasibətlərinin
təhlilinə müraciət etməli oluruq. Pozulmuş davranış çox zaman uşağın,
yeniyetmənin və gəncin etiraf, etibar və özünütəsdiqi kimi sosial-psixoloji
tələbatlarını qaydalar çərçivəsində ödəyə bilməməsi ilə izah edilir. İntizam
qaydalarının böyük hissəsinin pozulmasını yeniyetmələr psixoloji fəaliyyətin aşağı
səviyyəsi və ya norma ilə patalogiya arasındakı vəziyyət halında edirlər. Ona görə
də, yeniyetmə şagirdlərin tərbiyəsinin çətinliklərinin aradan qaldırılması
deviasiyaları şərtləndirən və yaradan faktorların müəyyən edilməsinin
düzgünlüyündən və tamlığından asılıdır.
Xarici və yerli psixoloqlar “çətin” uşaqların davranışına genetik faktorların,
irsi meyllərin onların şüuruna və hərəkətlərinə həlledici təsirini inkar edirlər.
Psixikanın müəyyən xüsusiyyətlərinin əlbəttə ki, təbii şərtləri mövcuddur. Onlar
keyfiyyətcə dəyişərək, birbaşa deyil, xüsusi amillər vasitəsi ilə təsir edirlər.
Cinayətkar meyllərin formalaşmasını bir çox müəlliflər bioloji və sosial
səbəblərin qarşılıqlı təsiri prosesi kimi nəzərdən keçirirlər. Sosial təsirlər (ailədaxili
konfliktlər, yeniyetmə qruplarının nümunəvi təsiri, informasiya mühiti, cəmiyyətdə
müəyyən dəyərlərin üstünlük təşkil etməsi və s.) təsirinə istinasız olaraq
yeniyetmələrin məruz qaldığı patogen xarici təsir qismində çıxış edir. Psixoloji
anomaliyalar isə antisosial və antimənəvi ideyaların katalizatoru rolunu oynayır, ya
da ki, şəxsiyyətin yad təsirlərə davam gətirməsinin kampensator imkanlarını
zəiflədir.
Yeniyetmələrin çətinliklərinin əsas səbəbləri ailədəki düz olmayan
münasibətlərdə, məktəblərdəki hesaba alınmamış şərtlərdə, həmyaşıdlarından
izolyasiyada, ümumiyyətlə mühitə dezadaptasiyada, özünü istənilən vasitələrlə
təsdiq etmək cəhdlərində gizlənmişdir. Uşaq, yeniyetmə və gənclərin davranışının
və emosional-iradi sferasının pozulması irsi xarakter daşımır. Əqli geriliklə
şərtlənən bir sıra xəstəliklər istisna təşkil edir.
Deviasiyaların daha bir səbəbi – yeniyetmə psixikasının yaş
xüsusiyyətləridir. Psixi inkişaf üçün yaş böhranları xarakterikdir. Onlara
böyüklərin tərbiyəvi təsirləri zamanı uşaq bu təsirlərə müqavimət göstərməyə
başlayır, onlarla konfliktlərə girir, özlərini kobud və sözəbaxmayan aparırlar.
L.S.Vıqotski çağalıq, 1 yaş, 3, 7, 13 və 17 yaş böhranlarını qeyd edirdi. Bir çox
psixoloqlar yeniyetməliyi davamlılığı müddəti boyunca böhranlı hesab edirlər.
Psixi pozuntular müəyyən inkişaf mərhələlərinə malik olmaqla, bu mərhələləri
keçməklə konkret inkişaf səviyyəsinə çatır. Yeniyetməlik böhranı dövründə bu
tsikl sürətlənir, nəticədə isə, bu mərhələlərdən hansı isə ya çox qısa keçir, ya da
ümumiyyətlə müəyyən olunmur.
Ona görə də yeniyetmənin pataloji qəddarlığı yaxınları, tanışları,
həmyaşıdları və şahidlər üçün gözlənilməz, heç nə ilə izaholunmaz xarakter alır.
Böhran dövründə bioloji və psixoloji proseslərin sürətlənməsi davranışda
pozuntuların gözlənilmədən yaranması kimi nəticələnir. Buna görə də ətrafdakılar
üçün yetərincə mülayim yeniyetmə birdən birə emosional quruluq, qəddarlıq
aqressiyaya və zorakılığa meyillik biruzə verir. Böyümə dövrü öz-özlüyündə
xəstəlik deyil, amma dərin psixoloji problemlərin yaranmasına səbəb ola bilər.
Yeniyetməlik böhranı “yeniyetmənin gerçəkliyə münasibətlərinin təhrik olunması”
halı kimi başa düşülə bilər (H.Remischmit., 1992). Bu böhranın ən əsas əlaməti
qismində öz Məninin təcrid olunması (depersonalizasiya), öz tənhalığı və
dünyadan təcrid olunması xüsusiyyətlərinin formalaşmasıdır.
Aqressiya sosial mühitə uyğunlaşmamaq kimi təzahür etməklə, 10-13
yaşlara təsadüf edir. O ya ailə konfliktləri zamanı ailə dalaşmalarında, ya da fiziki
zəif, özünə əmin olmayan və valideyin himayəsindən məhrum olan uşaqların
döyülməsi ilə təzahür edir. Böyük məktəbli yaşında aqressiya əsasən oğlanlarda
müşahidə edilir, qızlarda çoz az təsadüf edilir. Oğlanların aqressiyası əsasən
aşağıdakı formalara təzahür edir: özünü uşaqlarla, böyüklərlə və qocalarla müqaisə
edərkən; fərqli gənc oğlanlar qrupları arasındakı konfliktlərdə; fiziki güc köməkliyi
ilə gənclər qrupu daxili münasibətlər tənzim edilərkən. Kiçiklərə qarşı aqressiya
adətən onları ələ salmaq, itələmək, başının arxasına qapazlamalar, hərdən xırda
şəxsi əşyaların və pulun mənimsənilməsi formasında ifadəsini tapır. Belə aqressiya
əsasən güclü müdafiəçisi olmayan uşaqlara qarşı tətbiq edilir. Belə hallarda
aqressivlik özünün yaş üstünlüyünün və fiziki qüvvəsinin gülməli və alçaldıcı
nümayişi vasitəsidir. Yeniyetmələrin böyüklərə qarşı aqressiyası daha çox nümayiş
xarakteri daşımaqla, davranışda icazə verilənlərin sərhədlərini müəyyən edilməsi
məqsədi güdür. Aqressiya səssizliyin qəsdnən pozulması, böyüklərə qarşı aqressiya
etirazlar (daha çox təhrikedici və xətrə dəyən formalı), böyüklərin üstünlük təşkil
etdiyi yerlərdə atışmalar, ictimai əmlakın xarab edilməsi və s. kimi təzahür edir.
Bu zaman yeniyetmə böyüyün davranışını diqqətlə izləyir və təxirə salmadan
onlara reaksiya verir. Böyüklər əsəbilik və hirslə “xuliqanları qayda-qanuna cəlb
etmək” çağırışları etdikdə və ya qorxaraq konfliktdən çəkindikdə vəziyyət daha da
kəskinləşir. Böyük yeniyetmənin böyüklərə sataşmaq xoşuna gəlir. Hətta nəticədə
aldığı cəzanı ədalətsiz kimi qiymətləndirir, çünki, yeniyetmə özü bu hərəkətlərin
nəyə səbə olacağını bilmirdi. Ona görə də, yeniyetmələr belə vəziyyətlərdə
böyükləri günahlandırırlar. Bu daha çox bütünlüklə gəncləri qrupunun kriminal
davranışlarında müşahidə edilir. Bütünlüklə gənclərin qrupunu əhatə edən güclü
emosional vəziyyət onları belə davranışa vadar edir. Belə emosiyalar çox zaman
alkoqol sərxoşluğundanda qaynaqlanır. Belə halda məktəblilərdə hansısa
“həyəcanlı”, “cəsur” qeyri-adı hərəkət etmək cəhdləri güclənir. Orta sinif şagirdləri
arasında aqressiya fiziki zəif olana, sərxoş adama və ya qocaya hücum fakları ilə
təzahür edir. Ayrı-ayrı siniflər arasında atımalarda buna misal ola bilər.
Sonunda isə aqressivlik qrupdaxili münasibətlərin tənzimlənməsi kimi
təzahür edir. Konkret gənclər və ya yeniyetmələr birliyindəki müəyyən “qayda-
qanunun” qorunmasına və ya təşəkkülünə yönəlmiş bu aqressiya, “satqınlara və ya
üsyançılara” qarşı yönəlib. Bu adətən müəyyən bir formal qrupun yaranması və ya
dağılması zamanı baş verir. Yeniyetmə aqressiyası adətən yaşanmış uğusuzluq və
ədalətsizlik nəticəsində yaranan ümumi hirs və enmiş özünəhörmətin nəticəsi
olaraq təzahür edir. Hiperhimayə qurbanlarının, ərköyün “ana oğlunun”, uşaqlıqda
dəcəllik edib, onun məsuliyyətini daşımaq imkanı olmayanların aqressiyası qatı
qəddarlığı ilə seçilir. Yeniyetmələrin vandalizm aktları adətən qrupla müştərək
halda həyata keçirilir. Hər birinin rolu elə bil ayrı-ayrılıqda silinir, şəxsi mənəvi
məsuliyyəti aradan qalxır. Birlikdə törədilmiş antisosial hərəkətlər qrup
həmrəyliyini möhkəmləndirir, hərəkət anında eyforiyaya çatır, oyanma keçdikdən
sonra yeniyetmələrin özləri də davranışlarını heç nə olə izah edə bilmirlər.

You might also like