You are on page 1of 6

Konfliktin sosial-psixologiyası

Sosial konflikt (lat. söz. confliktus – toqquşma deməkdir) – insanlar,


sosial qruplar və ümumiyyətlə cəmiyyətdəki münasibətlərdə ziddiyyətlərin
inkişafının ən yüksək mərhələsi olmaqla, ziddiyyət təşkil edən maraqların,
məqsədlərin, qarşılıqlı təsir subyektlərinin mövqelərinin toqquşması ilə xarakterizə
olunur. Konfliktlər gizli və aşkar ola bilir, lakin onların hər ikisinin əsasında iki və
daha artıq tərəf arasındakı razılığın olmaması dayanır.

Konfliktin səbəbi subyektiv-obyektiv ziddiyyətlər olsa da, bütün zidiyyətlər


konfliktə çevrilmir. Zidiyyət anlayışı konflikt analayışına nisbətən daha geniş
məzmuna malikdir. Sosial ziddiyyətlər sosial inkişafın əsas determinasiya
faktorlarıdır. Onlar sosial münasibətlərin bütün sferalatına nüfuz edərək, adətən
konfliktə çevrilmir. Obyektiv olaraq mövcud olan və periodik olaraq yaranan
ziddiyyətlərin sosial konfliktə transformasiya olması üçün qarşılıqlı münasibət
subyektinin və ya subyektlərinin həmin ziddiyyətin onların həyati əhəmiyyətli
maraq və məqsədlərinin həyata keçməsində əsas əsas maneə olmasını dərk etsin.
K.Bouldinqin fikrinə görə, konflikt o vaxt yaranır ki, “yetişmiş” ziddiyyətlərin
tərəflərin uyğunsuzluğu dərk etməsi və hər iki tərəf digərinin məramlarını nəzərə
almadan mövqeyi ələ keçirməyə can atmasıdır. Ona görə də konfliktli ziddiyyətlər
obyektiv-subyektiv xarakter daşıyır.

Obyektiv ziddiyyətlər subyektlərin arzu və iradələrindən asılı olmayaraq


cəmiyyətdə mövcud olanlardır. Məsələn, əməklə sərmayə arasındakı, idarə edənlə
idarə olunanın arasındakı və yaxud “atalarla” “oğullar” arasındakı ziddiyyətləri
misal olaraq göstərmək olar.

Obyektiv mövcud olan və ya yaranan ziddiyyətlərdən başqa subyektin


təxəyyülündə yaranan xəyali zidiyyətlər də ola bilər. Bu zaman konflikt üçün
obyektiv səbəb olmasa da, subyekt vəziyyəti konflikli kimi dərk edir və ya
qavrayır. Bu halda subyektiv-obyektiv ziddiyyətlərdən danışmaq olar. Amma əks
vəziyyətlər də yarana bilər, real konflikt ziddiyyətinin mövcud olduğu yerdə
subyekt konflikt üçün yetərli səbəblərin olmadığını hesab edər.

Zidiyyət yetərincə uzun müddət mövcud olduğu halda konfliktə çevrilməyə


bilər. Ona görə də nəzərə almaq lazımdır ki, konfliktin əsaında dayanan
ziddiyyətlər yalnız səbəbinin uyğun olmadığı maraqlar, tələbatlar və dəyərlər təşkil
edir. Belə ziddiyyətlər adətən tərəflər arasında çəkişmələr yaradır.

Konfliktin səbəbi ən müxtəlif problemlər ola bilər. Məsələn, maddi


resurslar, dəyərlər və ən əsas həyati meyllər, hakimiyyət səlahiyyətləri və ya
dominantlıq problemləri, sosial strukturdakı status-rol problemləri, şəxsi və
emosional-psixoloji fərqlər səbəbindən və s. yarana bilər. Beləliklə konfliktlər
insanların həyat fəaliyyətinin bütün sferlarına, sosial münasibətlərin bütün
məcmusuna, sosial qarşılıqlı münasibətlərə sirayət edir. Mahiyyət etibarı ilə
konflikt elə sosial qarşılıqlı təsirin növlərindən biridir, Bu münasibətlərin
subyektləri və iştirakçıları qismində ayrı-ayrı fərdlər, böyük və kiçik qruplar,
təşkilatlar çıxış edir. Amma konflikt formalı qarşılıqlı təsir tərəflərin
qarşıdurmasını nəzərdə tutur, yəni subyektlərin davranışı bir-birinin əksinə
yönəlibdir. Qarşıdurmanın forması – zorakı və ya qeyri-zorakı olmasından asılı
olmayaraq, bir çox faktorlardan asılıdır.

Beləliklə, sosial konflikt –sosial qarşılıqlı təsirin iki və ya daha artıq


subyektinin tələbat, maraq və məqsədlərin uyğunsuzluğu səbəbindən yaranan açıq
qarşıdurmasıdır.

Konfliktin strukturu.

Sadə formada konfliktin strukturu aşağıdakı elementlərdən ibarətdir:

obyekt – subyektlərin qarşıdurmasının konkret səbəbi;

hər hansı obyektə görə konfliktdə olan iki və ya daha artıq subyekt;

insident – açıq qarşıdurma başlamasının formal bəhanə səbəbi.

Konflikt ərəfəsində konflikt vəziyyəti yaranır. Bu obyekt səbəbindən


subyektlər arasında yaranan ziddiyyətdir.

Artan sosial gərginliyin təsiri altında konflikt vəziyyəti açıq sosial konfliktə
transformasiya olunur. Amma sosial gərginlik öz-özlüyündə uzun müddət mövcud
ola və konfliktə çevrilməyə bilər. Konfliktin real olması üçün konfliktin başlaması
üçün formal səbəbə, insidentə ehtiyac var.

Amma real konflikt daha mürəkkəb struktura malikdir. Məsələn,


subyektlərdən başqa orda iştirakçılar (birbaşa və dolayı yolla), tərəfdarlar,
təhrikçilər, vasitəçilər və arbitrlar da var. Konflikt iştirakçılarından hər biri öz
kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə malikdir. Obyektin də özünəməxsus
xüsusiyyətləri vardır. Bunlardan başqa real konflikt ona təsir edən müəyyən sosial
və fiziki mühitdə formalaşır.

Sosial konfliktin müasir anlayışının banisi alman sosioloqu Q.Zimmeldir.


Onun “Sosial konflikt” əsərində qeyd edilir ki, cəmiyyətin inkişafı prosesi
konfliktdən keçir, vaxtı keçmiş, köhnəlmiş mədəni formalar aradan çıxdıqda və
yeniləri yarandıqda təzahür edir. Konfliktlərin nəzəriyyəsi və aradan qaldırılması
təcrübəsi ilə konfliktologiya elmi məşqul olur.
Alman mütəfəkkiri R.Darendorf cəmiyyətin konflikt modelinin
nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyəyə görə istənilən cəmiyyətdə hər an
konflikt yarana bilər. Darendorf konfliktlərə ictimai həyatın vacib elementi kimi
baxırdı, konflikti innovasiyaların mənbəyi kimi qiymətləndirərək, ona sosiumun
daimi inkişafının səbəbi kimi nəzərdən keçirirdi.

Konfliktin ümumi nəzəriyyəsinin banisi isə K. Bouldinqdir. Ona görə


konflikt elə bir vəziyyətdir ki, burda tərəflər bir tərəfdən öz mövqelərinin
uyğunsuzluğunu dərk edir, digər tərəfdən isə rəqibi müyyən edib, ona qalib
gəlməyə cəhd edir. Bouldinqə görə müasir cəmiyyətdə konfliktlər qaçılmazdır, ona
görə də onları idarə edib, nəzarətdə saxlamağı öyrənmək lazımdır. Bu nəzəriyyədə
konfliktin əsas əlamətləri kimi bunlar göstərilir:

ziddiyyətli tərəfləin konflikt kimi qavradığı vəziyyətin mövcudluğu;

konflikt iştirakçılarının ziddiyyət təşkil edən məqsədlərinin, tələbatlarının,


maraqlarının və onlara nail olma üsullarının mövcudluğu;

konfliktdə olan tərəflərin qarşılıqlı münasibətləri;

konfliktli qarşılıqlı münasibətlərin nəticələri;

təzyiqdən, hətta gücdən istifadə.

Konfliktin sosial-psixoloji təhlili onların tiplərini müəyyən etməyə imkan


verir. Onlar belədir:

1.konfliktli qarşılıqlı münasibətin iştirakçılarının sayına görə:

şəxsiyyətdaxili – öz həyatının hər hansı vəziyyətindən insanın narazılığı.


Bu narazılıq insandakı bir-birinə zidd gedən tələbatların, maraqların, cəhdlərin
mövcudluğu ilə əlaqədardır və affektlərə səbəb ola bilər.

şəxsiyyətlərarası – bir qrupun və ya bir neçə qrupun iki və ya daha artıq


üzvünün arasındakı fikir ayrılığı kimi biruzə verir.

qruplararası – sosial qruplar arasında baş verir, onlar uyğunlaşa bilməyən


məqsədlər güdür və öz praktik fəalliği ilə bir-birinə əngəl yaradırlar.

2.konfliktli qarşılıqlı təsirin istiqamətinə görə:

üfiqi – öz aralarında asılılıqda olmayan insanlar arasında baş verir.

şaquli – öz aralarında asılılıq olan insanlar arasında baş verir.


qarışıq – burda hər ikisi təmsil olunur. Daha çox şaquli və qarışıq
konfliktlər yayılıb, baş verən bütün konfliktlərin 70-80%-ni təşkil edir.

3.yaranma mənbəyinə görə:

obyektiv şərtlənənlər – obyektiv səbəblərdən yaranaraq, ancaq bu


obyektiv səbəbin həll edilməsi ilə dəf edilə bilər.

subyektiv şərtlənənlər – konfliktdə olan insanların şəxsi keyfiyyətləri ilə


əlaqədar yaranır, həmçinin onların arzu, meyl və maraqlarının təmin edilməsi
yolundakı maneələrə əlaqədardır.

4. öz funksiyalarına görə:

yaradıcı (inteqrativ) – yenilənməyə, yeni sturukturların, siyasətin, liderin


tətbiqinə təkan verir.

dağıdıcı (dezinteqrativ) – sosial sistemi destabilləşdirir.

5. müddətinə görə:

qısamüddətli – tərəflərin qarşılıqlı anlaşılmazlığını və səhvlərin tez dərk


edildiyi konflikt.

uzunmüddətli – obyektiv çətinliklər və ya dərin mənəvi-psixoloji


travmalarla əlaqədar olanlar. Konfliktin müddəti konflikt obyektinin xarakteri ilə
yanaşı, konflikt tərəflərinin şəxsi keyfiyyətlərindən də asılıdır.

6. öz daxili məzmununa görə:

rasional – məqbul, işgüzar rəqabət, resursların yenidən bölünməsi sferasını


əhatə edir.

emosional – iştirakçıları şəxsi antipatiyası əsasında hərəkət edir.

7.konfliktin həlli üsulu və vasitələrinə görə:

sülhpərvər və silahlı.

8. konfliktli hərəkətlərin səbəbinə çevrilmiş problemin məzmununa görə


iqtisadi, siyasi, ailə-məişət, istehsal, mənəvi, hüquqi, ekoloji, ideoloji, və digər
konfliktlər qeyd edilir.

Konfliktlərin əsas üç mərhələsi fərqləndirilir: konflikt öncəsi vəziyyət,


konflikt və həll olma mərhələsi.
Konflikt öncəsi vəziyyət – konflikt tərəflərinin öz resurslarını, gücünü
qiymətləndirməsi və qarşıdurma tərəflərində birləşməsidir. Bu mərhələdə tərəflərin
hər ikisi öz davranış strategiyasını formalaşdırır və rəqibə təsir üsulunu seçir.

Konflikt – fəal hissəsidir, insidentlə xarakterizə edilir. Rəqibin


davranışlarının dəyişdirilməsinə yönəlibdir. Bu hərəkətlər iki cür olu:

açıq xarakterli rəqib hərəkətləri (söz güləşdirmə, fiziki təsir, iqtisadi


sanksiya və s.)

rəqiblərin gizli hərəkətləri (aldatmaq, rəqibi çaşdırmaq, onun üçün


əlverişsiz hərəkətlərin sıranması).

Gizli daxili konfliktlərdə əsas davranış refleksiv idarəetmədir. Yəni


rəqiblərdən biri “aldadıcı hərəkətlər” vasitəsi ilə digər insanı özünə əlverişli cür
davranmağa vadar edir.

Həll olma mərhələsi – ancaq konfliktli vəziyyətin aradan qaldırılması ilə


mümkündür. Konflikt həm də tərəflərdən birinin resurslarının bitdiyinə görə də
həll ola bilər, yaxud üçüncü tərəfin müdaxiləsindən sonra sona yetə bilər. Və sonda
rəqibin tamamı ilə tükənməsinin nəticəsi ola bilər.

Konfliktlərin aradan qaldırılmasının bir çox metodları var:

konfliktdən qaçmaq – konfliktli qarşılıqlı təsir səhnəsindən ya fiziki, ya


da psixoloji olaraq çıxmaq. Amma bu zaman konfliktin özü həll olmamış qalır,
çünki onu yaradan səbəb qalmaqdadır.

danışıqlar – zorakılığın tətbiqindən qaçmağa xidmət edir, qarşılıqlı


anlaşmaya xidmət edir və əməkdaşlıq yolları imkanı axtarır.

vasitəçilərin istifadə edilməsi – sülh prosedurudur. Təcrübəli vasitəçi,


rolunda təşkilat və ya fərd çıxış edə bilər, onun iştirakı olmadan həll olunması
mümükün olmayan yerdə konflikti həll edə bilər.

möhlətdən istifadə - mahiyyət etibarı ilə müvəqqəti olaraq öz


mövqelərinin tərk edilməsidir. Çünki, güc topladıqdan sonra bu tərəf böyük
ehtimalla itirdiklərini qaytarmağa cəhd edəcəkdir.

məhkəmə və ya arbitraj – bu metod ciddi olaraq qanun və hüquq


normalarını rəhbər tutur.

Konfliktin nəticələri:

1. pozitiv ola bilər.


toplanmış ziddiyyətlərin həlli.
sosial dəyişikliklər prosesinin stimullaşdırılması.
konfliktdə olan qrupların yaxınlaşması.
rəqabətdəki tərəflərin hər birində birliyin güclənməsi.

2.neqativ ola bilər:


gərginlik, destabilizasiya, dezinteqrasiya.

Konfliktin həlli tam və qismən ola bilər. Tam həll edildikdə konflikt
tamamı ilə bitir. Qismən həll edilmiş konflikt xarici formanı dəyişsə də, motivasiya
saxlanılır.
Əlbəttə ki, həyatın bizə yaratdığı konfliktli vəziyyətlərin bütün
rəngarəngliyini əvvəlcədən müəyyən etmək mümkün deyildir. Ona görə də
konfliktlər həll edilərkən çox şey konkret vəziyyətdən çıxış edərək nəzərə
alınmalıdır, həmçinin konflikt iştirakçılarının fərdi-psixoloji xüsusiyyətləri
diqqətdən qaçmamalıdır.

You might also like