You are on page 1of 3

Tələbə:Fəridə Vəliyeva

QRUP: 2103 B
Fakültə: Məktəbəqədər Təhsil
İxtisas: Təhsildə Sosial-Psixoloji Xidmət
KURS: III
Fənn - Psixologiyanın tədrisi metodikası
Fən müəllimi: Zemfira Səlimova
Mövzu - Laborator məşğələlərin tipləri

Müasir dövrdə psixologiya elmi həyatın bütün sahələrinə dərindən nüfuz etməklə gənc
nəslin təlim və tərbiyəsi işində də böyük rol oynayır. Tələbələrin psixoloji biliklərə daha dərindən
yiyələnmələrini təmin etmək məqsədilə onlara ümumi, yaş, pedaqoji və digər psixoloj fənlərin
kursu üzrə mühazirələr oxunur, seminarlar və laborator məşğələlər keçirilir. Laborator
məşğələlərin özünəməxsus növləri, tipləri, formaları, formalaşması mərhələləri, məqsəd və
vəzifələri, şərt və amilləri vardır.
Bütün bunlar bir tam halında laborator məşğələlərin məşmununu, psixoloji quruluşunu

təşkil edir. Məzmununa, əhatə etdiyı elmi biliklər sisteminə görə laborator məşğələləri aşağıdakı
növlərə ayırmaq olar:
Texniki laborator məşğələlər. Bu laborator məşğələlər texniki elm sahələrini əhatə edir. Belə
laborator məşğələlərin obyekti, əsasən ətraf aləmin cisim və hadisələri hesab edilir. Kosmik
tədqiqatların nəticələri texniki laboratoriyaların məhsuludur.
İctimai elm sahələrinə aid olan laborator məşğələlər. Belə laborator məşğələlərdə xüsusi cıhazlar
az olsa da, müxtəlif texniki vasitələrin köməyi ilə adi və ya ekstremal şəraitdə müxtəlif ictimai
hadisələr öyrənilir.
Təbiətşünaslıq üzrə aparılan laborator məşğələlər. Təbiətşünaslıq üzrə aparılan laborator
məşğələlər bitkilər, heyvanlar və insanlar üzərində aparılan təcrübələrə əsaslanır.
Linqvistik laborator məşğələlər. Dil tarixi, dil nəzəriyyəsi, dillərin öyrənilməsi xüsusiyyətləri, bir
neçə dilin mənimsənilməsində onların qarşılıqlı təsiri, dillərarası əlaqə və s. öyrənilir.
Pedaqoji laborator məşğələlər. Belə laborator məşğələlərdə təlim və tərbiyənin səmərəli təşkilinin
müxtəlif çalarları əyani şəkildə öyrənilir.
Psixoloji laborator məşğələlər. Belə laborator məşğələlərdə psixologiyanın müxtəlif sahələri üzrə
təcrübələr aparılır. Təcrübələrin bəzisi xüsusi psixoloji cihazlar vasitəsilə, bəzisi isə cihazsızicra
edilir.
Aparılacaq təcrübələrin qayəsinə görə laborator məşğələləri aşağıdakı tiplərə ayırmaq olar:
1.Müəyyənləşdirici laborator məşğələlər. Belə laborator məşğələlərin əsas məqsədi müəyyən
psixoloji qanunauyğunluğu, fiziki və ya fizioloji qanunları və s. üzə çıxarmaqdır.
2.Öyrədici laborator məşğələlər. Bu laborator məşğələlər tələbələri müəyyən əməliyyata
yiyələndirmək məqsədi daşıyır. Məsələn, yaddasaxlamanın yeni səmərəli yollarını şagird və ya
tələbələrə öyrətmək.
3.Problematik situasiyalı laborator məşğələlər. Belə laborator məşğələlər əvvəlki laborator
məşğələlərdən fərqli olaraq adi şəraitdə deyil, problematik axtarışlar fonunda cərəyan edir.
Laborator məşğələlərə səmərəli təsir göstərən obyektiv amillər:
Zəruri temperaturlu, işıqlı, geniş, rahat, mebellə təchiz edilmiş, kənar qıcıqlandırıcıların təsir
etməsinə imkan verməyən auditoriyanın olması.
-Təcrübələr üçün zəruri cihazların olması və onların hər bir təcrübəyə irəlicədən hazırlanması. -
Təcrübələrin düzgün hazırlanmasına və səmərəli aparılmasına imkan verən dərsliyin, əyani
vasitələrin olması.
Laborator məşğələlərə səmərəli təsir edən amilləri iki qrupa ayırmaq olar: obyektib amillər və
subyektiv amillər.
Laborator məşğələlərə səmərəli təsir göstərən subyektiv amillər:
-Tələbələrin və ya şagirdlərin maraq, arzu, istək, meyl və funksional imkanlarının nəzərə alınması.
-Təcrübələrin tələbələr üçün optimal vaxtda aparılması.Adətən, hər həftənin 2-5 –ci günlərinin
birinci və ikinci dərsləri bu məqsəd üçün daha münasibdir.
Laborator məşğələlərə səmərəli təsir edən amilləri iki qrupa ayırmaq olar: obyektib amillər və
subyektiv amillər.
Laborator məşğələləri aparmaq üçün qrup iki yarımqrupa bölünür. Psixologiyadan hər bir
laborator məşğələ iki mərhələdə aparılır. Birinci mərhələdə təcrübələr aparılacaq mövzu üzrə 10 –
15 dəqiqəlik sorğu keçirilir
Sorğunun səmərəli nəticələr verməsi üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
1.İlk laborator məşğələ dərsində tələbələrlə birlikdə laboratopr məşğələlərin təqvim – mövzu
planlarını tərtib etmək. Müəllim özünün laborator məşğələlər üzrə tərtib etdiyi və təsdiq olunmuş

təqvim – mövzu planını tələbələrin məşğələ dəftərinin əvvəlinə səliqə ilə yazdırır. Bu əməliyyat
bir tərəfdən tələbələri gələcək fəaliyyətə istiqamətləndirir – onların məşğələ mövzuları ilə
irəlicədən tanış olmasına imkan yaradır, digər tərəfdən isə tələbələrin “Mən dərsin vaxtını
bilmirdim”, “Mən dərsin mövzusunu bilmirdim” kimi bəhanələr gətirməsinə imkan vermir.
2.Müəllimin ilk laborator məşğələdə tələbələrin laborator məşğələlərdəki gələcək fəaliyyəti və
onun tələbələri haqqında aydın təlimatla çıxış etməsi. Tələbələrə aşağıdakı təlimatı – tapşırığı
vermək lazımdır:
Laborator məşğələlərdə görüləcək işi qeydə almaq üçün xüsusi dəftərdə ünvan, məşğul olacağınız
elm sahəsinin adı və təqvim – mövzu planı qeyd edilir. Bundan sonra tapşırılan mövzunun qısa
icmalı dəftərə qeyd edilir.
İcmal kitabdan köçürmə yox, mövzunun diqqətlə öyrənilməsindən sonra tərtib edilməlidir.
İcmal elə tərtib edilməlidir ki, o qısa, lakin materialın bütün əsas cəhətlərini əhatə etsin və biliyi
beyində möhkəmləndirməyə imkan versin. Yadda saxlamaq lazımdır ki, laborator məşğələnin
əvvəlində materialın məzmunu soruşulacaqdır və bu zaman icmaldan istifadə edilməsinə imkan
verilməyəcəkdir.
Hər bir laborator məşğələnin öz məqsədi və bu məqsəddən doğan vəzifələri vardır.
Laborator məşğələnin məqsədi, əsasən onun obyektini, mövzusunu, məzmununu
mənimsətməkdən ibarətdir. Ona görə də hər bir laborator məşğələnin öz idraki – mnemik məqsədi
olur. Lakin hər bir laborator məşğələnin ikinci məqsədi də vardır.Müəllim məşğələnin idraki –
mnemik məqsədini müəyyənləşdirərkən, dərhal tərbiyəvi məqsədini də qeyd etməlidir.
Məsələn, “Temperament” üzrə aparılan laborator məşğələdə əsas məqsəd temperament
haqqında mövcud olan nəzəriyyələri tələbələrə mənimsətməkdir.Lakin laborator məşğələnin bu
məqsəddən doğan tərbiyəvi qayəsi də vardır. Bu laborator məşğələnin tərbiyəvi məqsədi ondan
ibarətdir ki, hər bir tələbə öz temperamentinin tipini dəqiq müəyyən etsin, bu tipin mənfi
cəhətlərini aradan qaldırmağa, müsbət cəhətlərini isə möhkəmləndirməyə çalışsın.Yaxşı olar ki,
belə təcrübələr orta məktəbdə şagirdlər üzərində də aparılsın və həm tələbənin, həm də şagirdin
temperament tiplərini dərk etməyə istiqamətləndirilsin.
İstifadə olunan ədəbiyyat
Məmmədov A.U.Təlimin psixoloji əsasları.Bakı,”Maarif”,1993.294s.
Uşinski K.D.Seçilmiş pedaqoji əsərləri.Bakı,”Azərnəşr”,1953.146s.
Muradxanov M.Ə.Ali məktəbdə mühazirə.Bakı, APİ-nin nəşri,1976.səh.14-
40 Psixologiyadan laborator məşğələlər.Bakı,1981.səh.29-34 Bəşirov B. Ali
məktəb didaktikası.Bakı, 1992.224s.
Diqqətinizə görə təşəkkürlər

You might also like