You are on page 1of 14

Fakültə: Siyasi ictimai elmlər

İxtisas: Psixologiya
Tələbə: Əsgərli Jalə
Fənnin adı: Azərbaycan dilində işgüzar
və akademik kommunikasiya
Fərdi iş mövzusu: Azərbaycan ilkləri
  Şərqdə ilk Demokratik Respublika Azərbaycan Xalq
Cümhuriyyətidir. Fəaliyyət göstərdiyi 23 ay ərzində bir sıra
dünya miqyaslı ilklərə imza atıb. Azərbaycan Demokratik
Cümhuriyyətimizin yaradılmasında və ona rəhbərlik edilməsində
Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy
Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun böyük rolu
olmuşdur. İtirilmiş dövlətçiliyimizin bərpası olan cümhuriyyətin
yaradılması Azərbaycan üçün çox mühüm sayılan ilklərdən biri
idi.
Dövlət Bayrağı

Demokratik quruluşlu dövlətlərin dünya bayraqları tarixində ilk dəfə səkkiz


guşəli ulduz simvolundan azərbaycan xalq cümhuriyyətinin dövlət bayrağında
istifadə edilib. Bu bayraq əvvəlcə qırımızı, sonra isə göy, qırmızı, yaşıl rəngli
zolaqların əhatəsində ayparanın ağuşunda təsvir edilib.
Şərqdə ilk diplomat qadın Qaraqoyunlar dövlətinin banisi
Uzun Həsənin anası Sara Xatundur. O, Osmanlı sultan
və Qərb diplomatları ilə çoxsaylı görüşlər keçirərək,
ölkəsinin maraqlarını müdafiə edib.
Opera :
Şərqdə ilk opera yazan qadın bəstəkar, mərhum
xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə
Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası”
operasını yazmaqla ümumşərq tarixində uğura imza
atıb.

Müsəlman Şərqində ilk opera yazan kişi


bəstəkar da məhz azərbaycanlıdır. Üzeyir
Hacıbəyov “Leyli və Məcnun” operasına
görə həm də bu uğuruna imza atıb.
Ekran tariximizdə ilklər:
 Azərbaycanda ilk səssiz film olan "Neft və milyonlar
səltənətində” XX əsrin əvvəllərinin neft Bakısı, burada
yaşayan yerli milyonçuların və fəhlələrin həyatından bəhs
edirdi. Filmdəki Lütfəli bəy rolunu oynayan Hüseyn
Ərəblinskinin adı ilk azərbaycanlı kino aktyoru kimi tarixə
yazılmışdır.

1935-ci ildə milli kinomuzun ilk səsli filmi - "Mavi


dənizin sahilində” çəkildi. Filmin rejissoru Boris
Barnet, operatoru Mixail Kirillov idi. Film 1936-cı ildə
ekranlara çıxmışdır.
Neft sahəsində ilklər:

Dünya tarixində ilk dərin neft quyusu


1844-cü ildə Semyanovun səyi, qazma
üsulu ilə Bakı mədənlərində qazılıb. Bu
hadisə əllə qazmanın sonu olub.

Dünya neft tarixində ilk dəfə buruq üsulu 1884-cü ildə


istifadə olunub. Bu hadisə sonralar dünya neft
elmində Bakı üsulu adı ilə məşhurlaşıb.

Dünyada ilk dəfə açıq dənizdə neft


platforması Xəzər dənizinin
Azərbaycan sektorunda salınan neft
daşları platformasıdır.
    Dünyada ilk Miniatür Kitab Muzeyi də Azərbaycanda fəaliyyətə başlayıb.

  Qədim Şərqin ilk və ən mükəmməl


rəsədxanası Cənubi Azərbaycanın Marağa
şəhərində yerləşir . Bu Rəsədxananın banisi böyük
Azərbaycan alimi, mütəffəkkiri Nəsrəddin
Tusidir. 
Hacı Zeynalabdin Tağıyev
tərəfindən müsəlman dünyasında ilk
dünyəvi qızlar məktəbi
Azərbaycanda açılıb.

Dünyanın ən hündür bayraq dirəyi 2010-cu


ilin sentyabrın 1-də Azərbaycanın
paytaxtında istifadəyə verilib. Qurğunun
ümumi kütləsi 220 tondur. Bayrağın eni 35,
uzunluğu 70 metr, ümumi sahəsi 2450
kvadratmetr, kütləsi isə 350 kiloqramdır.
Ginnes dünya rekordlar təşkilatı 2009-cu ilin
mayın 9-da Azərbaycan Dövlət Bayrağı
dirəyinin dünyanın ən hündür bayraq dirəyi
olduğunu təsdiq edib.
İpəkdən Qurani-Kərim kitabı

Dünyada ilk dəfə olaraq ipəkdən Quran-i Kərim kitabını


 həmyerlimiz Tünzalə Məmmədzadə hazırlayıb.
   3 il müddətində hazırlanan Quran-i Kərim kitabında surələr
qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb.
Ölçüsü 29 x 33 sm–dir. Kitabın hazırlanmasında 50 metr parça
1500 ml boyadan, üz qabığında dəri materialından istifadə
olunub.
Cənubi Avropa, Yaxın Şərq və Qafqazda ilk
qadın pilot Leyla Məmmədbəyovadır. O,
Bakı Aviasiya Klubunda peşəkar təyyarəçi
olaraq yetişdirilib və ilk uçuşunu 1931-ci ildə
edib.

 Azərbaycanın dünyaya bəxş etdiyi ən


böyük şəxsiyyətlərdən biri isə qeyri-
səlis məntiq nəzəriyyəsinin banisi
Lütfizadədir.
İlk orden Sahiblərimiz:

1995-ci ildə yaradılan “İstiqlal” ordeni isə


ilk olaraq 3 şairə - Xəlil Rza Ulutürk,
Bəxtiyar Vahabzadə və Məmməd Araza
verilib.

“Azərbaycan bayrağı” ordeni


isə ilk dəfə olaraq 1993-cü ilin
dekabrın 14-də özünün 6
sahibinə qovuşub. Onlardan
biri Azərbaycan ordusunun
hazırkı korpus komandiri,
general-mayor Rövşən
Əkbərovdur.

Ən yüksək mükafat sayılan “Heydər Əliyev” ordeninə


ilk dəfə prezident İlham Əliyev və ondan sonra
məşhur həkim İhsan Doğramacı layiq görülüblər.
İstifadə edilən mənbələr:

Azərbacan «ilkləri»
Ekran tariximiz
Dünya ilklərində Azərbaycan

You might also like