You are on page 1of 26

QALVANİK

CƏRƏYANLA
MÜALİCƏ. DƏRMAN
ELEKTROFOREZİ.

HÜSEYNOVA GÜNAY
218A-11B
Qalvanik cərəyan
• Sabit fasiləsiz, alçaq gərginlikli (30-80 V), zəif şiddətli
(50 mA) elektrik (qalvanik) cərəyanın elektrodlarla
bilavasitə xəstənin bədəninə verilməsi Qalvanik
cərəyanla müalicə adlanır .
• Epidermisin buynuz təbəqəsində cüzi müqavimətə rast
gələn cərəyan orqanizmin əsasən tər, az miqdarda piy
vəzlərinin axacaqlarından daxil olur.
• Müsbət yüklü hissəciklər (kationlar) mənfi qütbə, mənfi
yüklü hissəciklər (anionlar) müsbət qütbə doğru hərəkətə
başlayırlar. Orqanizmdə cərəyan ən az omik müqavimətə
Qalvanizasiya zamanı ionların
rast gəldiyi toxumaarası mühit, qan və limfa damarları, hərəkət sxemi
sinir liflərinin örtüyü, əzələlər vasitəsilə yayılır. Metal
elektrod lövhələrə çatan ionlar öz xarici elektron
təbəqəsindəki yükünü itirib neytral atomlara çevrilərək
yüksək kimyəvi fəallığa malik olurlar (elektroliz).
• Dəri müqavimətini qıran zaman elektrik enerjisinin əsas hissəsi
udulduğundan, qalvanik cərəyanla müalicə zamanı ilk dəfə dəridəki
reseptorlar qıcıqlanır.
• Canlı orqanizmin dərisinin keçiriciliyi sabit olmayıb, müyyən amillərin
təsirindən toxumaların su-elektrolit müvazinətinin pozulması zamanı
dəyişilir. Elektrik keçiriciliyi sağlam toxumalara nisbətən, hiperemiya,
ödem vəziyyətində, iltihab eksudatı toplanmış toxuma mayelərində
daha yüksək olur. Toxumaların elektrik keçiriciliyi sinir (xüsusən
vegetativ) və hormonal sistemin vəziyyətindən də asılıdır.
Fiziki-kimyəvi dəyişikliklər
• Cǝrǝyan keçən zaman toxumalarda fiziki-kimyəvi dəyişikliklər müşahidə olunur
ki, bunun nəticəsində də qalvanik cərəyanın orqanizmə ilk təsiri başlayır. Fiziki
amillərin təsirindən baş verən bu fiziki-kimyəvi proseslərin ən əhəmiyyətlisi
toxumaların ion tərkibinin kəmiyyət və keyfiyyət dəyişiklikləridir.
• İonların yerdəyişmə sürəti (yüklülüyü) onların müxtəlif fiziki-kimyəvi (yük,
radius, hidratasiya və s.) xüsusiyyətlərilə əlaqədardır. Ona görə də qalvanik
cərəyan təsirindən sonra toxumaların həyat fəaliyyətində mühüm dəyişiklik
olan ion asimmetriyası baş verir ki, bu da biofiziki, biokimyəvi və
elektrofizioloji proseslərin gediş sürətinə təsir edir. İon asimmetriyasının ən
xarakter təzahürü katod nahiyyəsində yürüklüyü daha böyük olan bir valentli
kationların (K+, Na+), anod nahiyyəsində isə yürüklüyü nisbətən az olan iki
valentli anionların (Ca2+, Mg2+) daha çoxluq təşkil etməsidir.
Fiziki-kimyəvi dəyişikliklər
 Toxumalarda baş verən fiziki-kimyəvi dəyişikliklərdən biri
də turşu-qələvi nisbətinin yəni H-ionlarının katoda, OH-
ionlarının isə anoda doğru yerdəyişməsidir. Su ilə
qarşılıqlı münasibətdə elektroliz məhsulları: anodda
turşu (HCI), katodda qələvi (KOH, NaOH) əmələ gəlir.
 Elektroliz məhsulları kimyəvi aktiv maddələr
olduqlarından qatılıqları artan zaman elektrodların
qoyulduğu nahiyyədə toxumalarda kimyəvi yanıqlar
törədə bilər. Bunun qarşısını almaq üçün elektrodların
altına suda isladılmış döşəkçələr qoyulur ki, həmin
kimyəvi fəal maddələri durulaşdırsın.
 Qalvanik cərəyanın təsirindən ionlarla bərabər onların
hidrat təbəqəsindəki suyun da katoda doğru hərəkəti baş
verir (elektroosmos). Nəticədə suyun yerdəyişməsi
hesabına katod altındakı toxumalarda ödem, yumşalma,
anod nahiyyəsində toxumaların büzülməsi və bərkiməsi
baş verir.
Müalicəvi təsir mexanizmi
• Epidermisdə çox güclü müqavimətlə rastlaşan sabit cərəyanın enerjisinin bir
hissəsi istiliyə çevrilərək ilkin elektrokimyəvi proseslərə səbəb olur. Bu zaman
fizioloji reaksiyalar, metamer yaxud yayılmış (generalizasiya olunmuş)
xarakterdə olur. Katod nahiyyəsində daha güclü hiperemiya alınır.
• Qalvanik cərəyanın təsirindən maddələr mübadiləsi yaxşılaşır, reparativ
proseslər sürətlənir, iltihab məhsullarının sorulması başlayır. Dəridə, xüsusən
katodun altındakı toxumalarda bioloji fəal maddələrin (asetilxolin, histamin,
heparin) əmələ gəlməsi güclənir. Dəridə oksidləşmə prosesi sürətlənir, sinir
impulslarının sinirlərdə ötürülməsi (əgər pozulma varsa) güclənir. Qalvanik
cərəyanın təsirindən sinirlərin oyanıqlığı dəyişilir: qütbdə artır (katelektron),
müsbətdə isə azalır (anelektron).
Müalicəvi təsir mexanizmi
• Böyük reseptor zonaları intensiv qıcıqlandırmaqla oyanmanı afferent
impulslar mərkəzi sinir sisteminə - beyin artımına, retikulyar
formasiyaya, limbik sistemə, qabıqaltı düyünlər və baş beyin qabığına
çatdırırlar. Qalvanik cǝrǝyanın təsirindən sinir sisteminin trofiki və
tənzimləmə funksiyası güclənir, beynin qan təchizatı və maddələr
mübadiləsi yaxşılaşır, zədələnmiş sinir liflərinin regenerasiyası
sürətlənir.
• Sabit cǝrǝyanla müalicəyə cavab reaksiyasında endokrin sistemin də
rolu böyükdür. Belə ki, o daxili sekresiya vəzlərinin, xüsusən
böyrəküstü, hipofiz və qalxanabənzər vəzlərin funksiyalarını
stimulyasiya edir.
Müalicəvi təsir mexanizmi
• Ümumi vǝ seqmentar-reflektor üsulla müalicə zamanı ürək fəaliyyəti yavaşıyır,
yüksəlmiş qan təzyiqi düşür, qan dövranı yaxşılaşır, üzvlərin trofiki prosesləri
və limfa dövranı , mədə və bağırsaqların sekretor və motor funksiyası,
qaraciyərin metabolik fəaliyyəti yaxşılaşır, bronxolitik effekt, səyirici epitellərin
fəaliyyətinin artması müşahidə olunur.
• Ümumi qalvanizasiya zamanı hemodinamika yaxşılaşır, karbohidrat və zülal
mübadiləsi yüksəlir. Sabit cərəyanın təsirindən leykositlərin faqositar fəallığı,
retikuloendotelial sistem stimullaşır, qeyri-spesifik immunitetin humoral
amillərinin fəallığı artır, anticisim ifrazı güclənir, periferik sinirlərin, sümük və
birləşdirici toxumanın regenerasiya prosesi, gec sağalan yaraların və trofiki
xoraların epitelləşməsi sürətlənir, həmçinin şiş hüceyrələrinin apoptozu baş
verir.
Göstərişlər
 Periferik sinir sisteminin travmatik, infeksion və toksiki xəstəlikləri (pleksit, radikulit,
radikulonevrit, neyromiozit, nevrit, nevralgiya);
 mərkəzi sinir sisteminin infeksion, damar və travma mənşəli xəstəlikləri (solyarit, miqren, baş
beynin travmaları, beyin qan dövranının pozğunluqları, ensefalitlər və s.);
 nevrasteniya və digər nevrotik vəziyyətlər;

 mədə-bağırsaq traktının xəstəlikləri xroniki qastritlər, mədə və on ikibarmaq bağırsağın xora


xəstəliyi, kolitlər, xolesistit və öd kisəsinin diskineziyası);
 hipertoniya və hipotoniya xəstəliyi, stenokardiya, aterosklerozun başlanğıc mərhələsi; bir sıra
stomotoloji xəstəliklər (parodontoz, qlossalgiya və s.);
 göz xəstəlikləri (qlaukoma, keratit, uveit, torlu qişanın degenerativ piqmentasiyası);

 sümük sınıqları və osteomielitlər; dayaq hərəkət aparatının xəstǝlikləri;

 (müxtəlif mənşəli oynaq xəstəlikləri, onurğa osteoxondrozu, ankilozlaşdırıcı spondiloartrit,


artroz);
 LOR üzvlərinin, dəri və qadın cinsi üzvlərinin xroniki iltihabi xəstəlikləri və s.
Əks göstərişlər
• Şiş xəstəlikləri və onlara şübhələr,

• kəskin iltihabi və irinli proseslər,

• qanın sistem xəstəlikləri,

• ürək fəaliyyətinin dekompensasiyası,

• dəri tamlığının və hissiyyatının pozğunluqları, ekzema,

• hamiləlik,

• toksiki vəziyyət,

• sabit cǝrǝyanı fərdi olaraq pis keçirmək.


Müalicənin verilmə texnikası
• Sabit cərəyanla müalicə qalvanik aparatlar vasitəsilə aparılır. Müalicə
məqsədilə alçaq gərginlikli (80 V-dək) və böyük şiddətə malik olmayan
(50 mA-dək) cǝrǝyandan istifadə olunur. Cərəyanın maksimal sıxlığı
0,1mA/sm² ilə ifadə olunur (hidrofil düşəkcənin 1 sm²-nə düşən
cərəyan). Ümumi vǝ seqmentar-reflektor təsir zamanı adətən az (0,01-
0,08 mA/sm²), yerli təyin olunan proseduralarda isə nisbətən çox
götürülür (0,01-0,05 mA/sm²). Qalvanizasiyada maksimal cǝrǝyan
ətraflara (20-30 mA) və gövdəyə (15-20 mA) təyin olunur. Öz
nahiyyəsinə 3-5 mA-dən, ağızın və burnun selikli qişasına 2-3 mA-dən
çox verilmir.
• İstifadə olunan aparatlar «Поток-1», Mикроток, ГК-2 (4 kameralı
vannalar üçün) və başqalarıdır. Müalicə aparatın müxtəlif
qütblərinə birləşdirilmiş iki elektrodla aparılır. Elektrodlar metal
lövhədən və cərəyanın yaxşı keçirən nəm (hidrofil) döşəkcələrdən
ibarətdir.
• Metal lövhə əsasən qalınlığı 0,3-1 mm olan qurğuşundan
hazırlanır. Bu məqsədlə alüminiumdan (folqa) da istifadə etmək
olar. Qurğuşun elektriki yaxşı keçirməklə yanaşı, yumşaq
olduğundan bədənin istənilən nahiyyəsinin konfiqurasiyasını alır.
Bununla yanaşı, qurğuşun elektrodda çox tez toksiki (parazitar)
qurğuşun oksid ilə ərp başlayır. Əməliyyat zamanı isə həmin
qurğuşun ionları orqanizmə daxil olurlar. Ona görə də mütəmadi
olaraq elektrodlar spirtlə isladılmış pambıqla silinməlidir.
Şerbak üsulu ilə qalvanik yaxalıq

• 1000-1200 sm² ölçülü yaxalıq formasındakı


elektrod arxaya, çiyin üstü və körpücük
nahiyyəsinə qoyularaq müsbət qütb ilə
birləşdirilir. 400-600 sm² ölçüsündə düzbucaqlı
digər elektrod bel-oma nahiyyəsinə
yerləşdirilərək mənfi qütb ilə birləşdirilir.
Müalicəni 6 dəqiqədən, cərəyanın şiddətini 6
mA-dən başlayaraq hər əməliyyatdan bir
şiddəti 2mA, müddəti 2 dəq. artırmaqla 16 mA,
16 dəq.-yə çatdırırlar. Əməliyyatların sayı 15-20
seans.
Trus» nahiyyəsinin qalvanizasiyası
• «Trus» nahiyyəsinin qalvanizasiyası zamanı
ölçüsü 300 sm² olan düzbucaqlı elektrodu
bel-oma nahiyyəsinə yerləşdirməklə anod
qütbü ilə birləşdirirlər. Hər birinin ölçüsü
150 sm² olan bir cüt elektrodları hər iki
budun ön yuxarı nahiyyələrinə
yerləşdirməklə ikiləşdirilmiş naqillərlə katod
qütbü ilə birləşdirilir. Proseduranın digər
göstəriciləri «yaxalıq»-da olduğu kimidir.
Vermel üsulu ilə ümumi qalvanizasiya
• Ölçüsü 300 sm² olan düzbucaqlı formalı
elektrodu kürəkarası nahiyyǝyǝ (Di-Ds)
yerləşdirərək bir qütb ilə, hərəsi 150 sm² olan
şaxǝlənmiş iki elektrodu hər iki baldırın arxa
səthinə yerləşdirib digər qütb ilə birləşdirirlər.
Bəzən sonuncu elektrodu bel oma
nahiyyəsinədə yerləşdirmək olar. Cərəyanın
şiddəti 10 20 mA, davam etmə müddəti 10-30
dǝq, hər gün, yaxud günaşırı, bəzən həftədə 2
dəfə olmaqla 10-15 əməliyyat.
Üzün qalvanizasiyası (Bergonye üsulu ilə)
• Yarımmaska şəklində olan elektrod üçün xəstə
olan nahiyyəsinə yerləşdirilərək nevralgiyalarda
müsbət, üz sinirinin nevritində mənfi qütb ilə
birləşdirilir. Digər ikinci elektrodu kürəkarası,
yaxud əks tərəfdə bazunun yuxarı 1/3 nahiyyəsinə
qoyularaq aparatın digər qütbü ilə birləşdirilir.
Cərəyanın şiddəti 3-5 mA, proseduranun davam
etmə müddəti 10-30 dəq, əməliyyat hər gün,
yaxud gün aşırı aparılmaqla kurs ərzində 10-20
seans təyin edilir.
микроток
Поток-1
Dərman elektroforezi
• Dərman maddələrinin elektroforezi - müştərək müalicə üsulu olub sabit cərəyanla
(qalvanik) dərman maddələrinin dəridən və selikli qişalardan orqanizmə
yeridilməsidir.
• Dərman elektroforezinin nəzəri əsası elektrolitik dissosiasiya (ion nəzəriyyəsi)
nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyǝyǝ görə elektrolit molekulları həll olan zaman
az ya çox dərəcədə müsbət (kation) və mənfi (anion) ionlara parçalanırlar
(dissosiasiya olunurlar). Sabit cərəyan sahəsində müsbət ionlar mənfi yüklü
elektroda (katoda), mənfilər müsbət elektroda (anoda) doğru istiqamətlənirlər. Belə
olan halda məhlulu elektrik sahəsində yerləşdirməklə yüklü hissəciklərin dəri və
selikli qişalardan orqanizmə yeridilməsi üçün imkan yaranır. Bu zaman yalnız
müvafiq qütblü elektroddan yalnız eyni adlı ionlar keçə bilər.
• Elektroforez zamanı dərmanlar orqanizmə əsasən tər və piy vəzlərinin
axacaqlarından, az miqdarda hüceyrəarası mühitdən daxil olurlar. Daxil olan
dərmanlar çox da dərin qatlara keçə bilməyib yalnız dəri altı piy qatınadək çatırlar.
• 3-4 seans müddətində orqanizmə daxil olmuş dərman maddələri dəri altında
toplanaraq «dəri altı dərman depo su» yaradırlar. Bundan sonra həmin dərmanlar
qan və limfa damarlarına diffuziya edərək bütün üzv və toxumalara yayılırlar.
• Dərmanların elektroforezlə daxil olma miqdarına dərman maddələrinin fiziki-
kimyəvi parametri təsir göstərir.
Elektroforez zamanı dərmanların daxil olma miqdarının
qanunauyğunluqları :

 elektroforez zamanı dərman maddələrinin qatılığı 2- 5% olmalıdır, qatılıq artdıqca foretik


effekt aşağı düşür;
 elektroforez zamanı istifadə olunan məhlulun 5-10% i daxil olur;

 kation xassəli dərmanlar orqanizmə daha çox daxil olurlar, nəinki anionlar;

 xəstənin yaşı artdıqca dərmanların daxil olması müvafiq olaraq azalır;

 orqanizmə sabit cərəyanla yeridilən dərmanlar yeridilǝn ionların ölçüsü və yükü artdıqca
daxilolma azalır;
 elektroforez zamanı dərmanlar ən yaxşı qarın divarından daxil olurlar. Azalması isə
aşağıdakı ardıcıllıqla gedir: kürəkarası nahiyyə, döş, çiyin, said, bud, baldır, ǝl, daban;
 dərmanlar elektroforez zamanı selikli qişalardan daha çox miqdarda daxil olurlar, nəinki
dəridən.
Dərman maddələrinin orqanizmə yeridilməsinin müxtəlif üsulları vardır: parenteral və
peros. Elektroforezin bunlardan müəyyən fərqləndirici xüsusiyyətləri və üstünlükləri
vardır.

 1. Dərmanlar daxil olduqdan sonra dərialtı depo şəklində toplandığından onların təsiri 1-3 gündən
15-20 günǝdək davam edir. Elektroforezlə daxil olan dərmanların orqanizmdə uzun müddət qalması
onların təsir etməsinin uzanması və xaric olmasının ləngiməsinə səbəb olur.
 2. dərmanı bilavasitə patoloji proses nahiyyəsinə yeritmək mümkün olsun. Bununla xəstə üzv
nahiyyəsində dərmanın miqdarı daha çox olur.
 3. patoloji proses nahiyyəsində qan dövranının pozulması, kapilyar staz, damar trombozu, nekroz va
infiltrasiyasının olmasına baxmayaraq müəyyən dərmanı ora çatdırmaq mümkün olur.
 4. Dərmanların yavaş-yavaş və az miqdarda daxil edilməsi onlara qarşı olan yanaşı təsirləri azaldır.

 5. Elektroforez vasitəsilə dərman maddəsinin istənilən ionunu yeritmək mümkündür.

 6. Elektroforez zamanı yeridilən dərmanlar mədə-bağırsağın selikli qişasını qıcıqlandırmır və


qaraciyərdə dəyişikliklərə məruz qalmadan daxil olurlar.
Müalicənin verilmə texnikası və üsulları.

• Dərman elektroforezində qalvanizasiyada istifadə olunan elektrodlardan istifadə


olunur. Fərq yalnız ondadır ki, elektroforez də hidrofil döşəkcə ilə pasiyentin dərisi
(selikli qişası) arasında dərman maddəsi hopdurulmuş 1-2 qat filtr kağızı yaxud tənzif
qoyulur. Dərman maddələri məhlul halında olmalıdır. Bu məqsədlə ən yaxşı haledici
sudur. Suda pis hǝll olanlar spirt yaxud dimeksiddə (DMSO-dimetil sulfoksid) həll
oluna bilər. Natrium (kalium) xloridin izotonik məhlulu yaxud digər məhlullar
elektroforetik effekti kəskin azaldır. Amfoter birləşmələrin məhlulları zəif xlorid
turşusu məhlulunda həll edilə bilər.
• Dərman maddələri orqanizmə dərmanın fəal hissəsinin yükünə müvafiq eyniadlı
qütbündən yeridilir. Əgər dərmanın hər iki hissəsini keçirmək lazımdırsa onda o hər
iki qütbdən yeridilir. Metal ionları və əksər alkaloidlər müsbət qütbdən, turşu ionları
və metalloidlər mənfi qütbdən yeridilir.
• Bəzən dərmanların qandan eliminasiya üsulundan da istifadə edirlər
(«toxuma daxili elektroforez»). Vena daxili inyeksiya, yaxud dərman
orqanizmə digər yollarla yeridildikdən sonra qalvanizasiya aparılır. Bu
zaman elektrodları elə qoyurlar ki, patoloji mənbə elektrod arası
nahiyyədə yerləşmiş olsun.
• Zülaların, amin turşularının və digər amfoter birləşmələrin qütblülüyü
pH mühitindən asılıdır. Turş məhlullarda onlar müsbət yüklənib
katoda, qələvi mühitdə isə anoda doğru istiqamətlənirlər.
• Elektroforez etmək məqsədilə hazırlanmış məhlullar 1 həftədən artıq
saxlanılmamalıdır. İstənilən dərmanın miqdarı döşəkcənin hər 100 sm²-na 5-10 ml
hesabı ilə götürülür. Dörd kameralı vannalarla müalicə aparılarkən dərmanın qatılığı
elektroforezə nisbətən çox (10%), miqdarı isə yuxarı ətraflara 10-30 ml, aşağı ətraflara
50 ml hesabı ilə götürülür.
• Dərman elektroforezi proseduralarını eyni vaxtda ultrasəs terapiyası
(elektorofonoforez), aero- va baroterapiya (aeroionelektroforez, vakuum
elektroforez), krioterapiya (krioelektroforez), yüksək tezlikli maqnit terapiya
(induktotermoelektroforez) ilə birləşdirmək olar.
• Dərman elektroforezinin dozalaşdırılması, proseduranın davametmə müddəti və
cərəyanın şiddəti qalvanizasiyada olduğu kimidir. Cərəyanın sıxlığının ən yüksək
göstəricisi 0,05-0,1 mA/sm²-dən çox olmamalıdır. Obyektiv göstəricilərdən başqa,
müalicə zamanı xəstənin subyektiv hissiyatı da dozalaşdırma zamanı nəzərə
alınmalıdır. Müalicə zamanı xəstə yüngül iynə sancması və «qarışqa gəzməsi»
hissiyatını duymalıdır.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR

You might also like