You are on page 1of 20

BRONXOLİTİKLƏR

.
ADRENOMİMETİK
LƏR HÜSEYNOVA GÜNAY
218A-11B
Bronxobstruktiv sindrom
 Ağciyərlərin hava keçiriciliyinin bronxlar vasitəsilə pozulması ilə
xarakterizə olunan simptomakompleksdir.
 BOS bronx-ağciyər aparatının müxtəlif patologiyaları,
ekstrapulmonal xəstəliklər zamanı baş verə bilər. Selikli qişanın
ödemi, hipersekresiyası nəticəsində bronx keçiriciliyinin
pozulması, tutmaşəkilli ekspirator, təngnəfəslik ilə müşayət
olunur. Bronxoobstruktiv xəstəliklər arasında əsas yeri bronxial
astma (BA) tutur.
 Bronxial astma tənəffüs yollarının xroniki iltihabi xəstəliyi olub,
geri dönən bronxial obstruksiya, bronxların hiperreaktivliyi ilə
xarakterizə olunur. O, boğulma tutmaları, astmatik status yaxud
diskomfort tənəffüs simptomları (tutmaşəkilli öskürək, xırıltılar,
təngnəfəslik) ilə təzahür edir.
Bronxial astma
 Xəstəliyin iltihabi xarakteri bir sıra spesifik və qeyri-spesifik
amillərlə əlaqədar olub, bronx divarının morfoloji dəyişiklikləri,
bronx vəzilərinin hiperplaziyası və hipertrofiyası, mukosiliar
daşınmanın pozulması və sonradan bronxlarda geri dönməz
sklerotik dəyişkənliklər şəklində üzə çıxır.
 İltihabi proseslərdə bir çox hüceyrələr- tosqun hüceyrələr,
eozinofillər, T-limfositlər, alveolyar makrofaqlar, neytrofillər və
trombositlər iştirak edir. Bu hüceyrələr xəstəliyin
patogenezində mühüm rol oynayan iltihab mediatorlarının
(histamin, serotonin, leykotrien, tromboksan, sitokinin, Pg və
s.) hazırlanmasında iştirak edirlər. İltihabi proseslər adreno- və
xolinergik sistemlərin disfunksiyası, endogen kortizonun
sintezinin azalması ilə müşayət olunur. Bu isə
bronxoobstruksiyaya səbəb olur..
 Müasir-etioloji təsnifatına əsasən, BA-nın 3 forması ekzogen, endogen və
qarışıq formaları ayırd edilir.
 Ekzogen (atopik, allergik, immunoloji) bronxial astma müxtəlif allergenlər
(məişət, bitki, dərman, qida, peşə) tərəfindən törədilir. Atopik bronxial
astmanın əsasını spesifik IgE hesabına inkişaf edən sürətli immunoloji reaksiya
təşkil edir.
 Xəstəliyin endogen formasında allergik sensibilizasiya baş vermir. Bu halda
xəstəliyin inkişafına respirator xəstəliklər, araxidon turşusu metabolizminin
pozulması ("aspirin astması"), endokrin psixo-nevroloji dəyişikliklər, tənəffüs
yollarının reseptor balansının və elektrolit hemostazının pozulması, fiziki
gərginlik və s. kimi amillər təkan verir. Atmosferin çirklənməsinin də xüsusi rolu
vardır.
 Qarışıq tip bronxial astmada həm ekzogen, həm də endogen formanın
əlamətləri müşahidə edilir.
BOS-un müalicəsində bu qrup dərman maddələrindən istifadə edilir:

I. Bronxolitiklər III. Hüceyrə membranı sabitləşdiricilər


1 adrenomimetiklər 1. Tosqun hüceyrə membranını
a) a- ẞ- adrenomimetiklər stabilləşdirən preparatlar;
b) ẞ- adrenomimietiklər 2. Histaminolitiklər;
c) selektiv ẞ2 -adrenomimetiklər 3. Leykrtrien sintezinin və trombositləri
2. M- xolinolitiklər fəallaşdıran faktorun inhibitorları.
3. Metilksantinlər
4. a-adrenoblokatorlar.
5. Prostoqlandin E2. IV. Bəlğəmgətiricilər.
1. Mukokinetiklər;
2. Mukolitiklər

II. Qlükokortikoidlər
V-Öskürək əleyhinə təsir edən
preparatlar.
1. Mərkəzi təsirli;
2. Periferik təsirli.
Adrenomimetiklər
 Adrenostimulyatorlar bronxların saya əzələ hüceyrələrinin
membranında yerləşən B-adrenoreseptorları qıcıqlandırır və
adenilatsiklaza fermentinin təsiri ilə ATF-dən siklik adenozinmonofosfat
(ts- AMF) əmələ gəlir ki, bu da hüceyra membranındakı kalsium
kanallarını bağlayır, xaricolması isə sürətlənir, bu da kalsium ionlarının
hüceyrə daxilinə keçməsi tormozlanır, əzələ hüceyrələrinin yığılmasına
mane olur. ẞ-adrenoreseptorların stimulyasiyası nəticəsində xlor
ionlarının və suyun bronx mənfəzinə ifrazı artır, bronxların drenajı
yaxşılaşır, asetilxolinin, histaminin, prostoqlandinlərin və b.
mediatorların bronxospastik effekti zəifləyir, tosqun hüceyrələrdə
histaminin, neytrofillərdə xemotaksis amilinin əmələ
gəlməsi blokada olunur.
a- va ẞ-adrenomimetiklər tez və uzunmüddətli təsir effektinə malikdir. Onlar
qaraciyərdə metabolizmə uğrayır və adrenalin ẞ- blokadaedici metabolitə çevrilir.
Adrenostimulyatorlar böyrəklərlə xaric olur.
-
 Adrenalin (epinefrin, drenal, paranefrin, adrin) hidroxlorid və ya hidrotartarat.
0,1%-li 1 ml-lik ampullarda buraxılır. Tutmanı aradan qaldırmaq üçün 0,3-0,5 ml ə/d
yeridilir. Effekt 7-10 dəqiqədən sonra başlayır və 30-45 dəqiqə davam edir.
Adrenalin kiçik dozada bronxların saya əzələlərini boşaldır, mədə və bağırsaqların
tonusunu azaldır, peristaltikasını zəiflədir, hamiləlik zamanı uşaqlığın tonusunu
yüksəldir. Fizioloji dozalarda skelet əzələləri və baş-beyin damarlarını genişləndirir,
müsbət ino-, xrono, dromo- və batmotrop təsir göstərir. Miokardın oksigenə
tələbatını artırır.
 Yüksək dozalarda periferik damar müqavimətini artırır ki, AT-ni yüksəldir, dəri və
qarın boşluğu orqanları damarlarını daraldır (a-adrenoreseptorlarla təsir
göstərməklə), mədəaltı vəzi heceyrələrindən insulin ifrazını blokada etməsi,
habelə, qaraciyər və digər toxumalarda qlikogenolizi sürətləndirməsi hesabına
qanda şəkərin miqdarını çoxaldır.
 Göstəriş: arterial hipertoniya, efedrin və digər ẞ-
stimulyatorlarla götürülməyən bronxospazm,
anafilaktik şok, atrioventrikulyar keçiriciliyin
pozulması
 Əks göstəriş: beyin damarlarının, ürəyin üzvi
xəstəlikləri, şəkərli diabet, hipereteziyalar,
parkinsonizm, hipertireoz. Adrenalin yalnız həyati
göstəriş əsasında, ciddi həkim nəzarəti altında təyin
edilir.

 Əlavə təsirləri: başgicəllənmə, üzün avazıması və ya qızarması,


ürəkbulanma, qusma, tremor, yuxunun pozulması, tənəffüsün
çətinləşməsi, tərləmə, zəiflik, ürəkdöyünmə, qorxu hissi, "sapma"
(rikoşet) sindromu, ağciyərlərin qapanma sindromu.

 a-adrenoblokatorlarla, nitratlarla birgə tətbiqi adrenalinin pressor təsirini


azaldır. Anestetiklərlə birlikdə işlədilərkən, ürək vurğularının sayı daha
çox artırır. Adrenalin hipoqlikemik dərmanların təsirini gücləndirir.
Efedrin (efalon) hidroxlorid
 efedrin a- va ẞ-adrenoreseptorların qeyri-düz stimulyatoru olub,
noradrenalini simpatik sinirlərin presinaptik sonluqlarından
sıxışdıraraq sonradan tutulmasını tormozlayır, adrenoreseptorların
noradrenalin və adrenalinə həssaslığını artırır, böyrəküstü
vəzilərdən adrenalin ifrazını çoxaldır. Antigen-antitel reaksiyası
zamanı histaminin azad olunmasını tormozlayır. Efedrinin təsiri
adrenalinə nisbətən zəifdir, lakin daha uzun müddətlidir.
 Efedrin 0,25 q tablet və 5%-li 1 ml ampul şəklində buraxılır.
Bronxial astma tutmasını aradan qaldırmaq üçün 5%-li məhlulu 1
ml dərialtına yeridilir, effekt 15-30 dəqiqədən sonra üzə çıxır və 4-6
saat davam edir. Əzələ daxilina efedrin parenteral adrenalinin təsir
müddətini uzatmaq məqsədi ilə yeridilir.Xroniki bronxial
obstruksiya zamanı efedrin tablet şəklində gündə 2-3 dəfə təyin
edilir.
 Əlavə təsirləri: sidiyin ləngiməsi, qəbizlik, hipertenziya, yuxusuzluq, titrətmə,
tərləmə, taxikardiya, ekstrasistoliya, miokardın oksigenǝ tǝləbatının artması.
 Qarşılıqlı təsiri: sulfanilamidler, amidopirin, yod va b. ilə həll olmayan birləşmələr
əmələ gətirir. Adrenalinlə birgə bronxolitik təsir müddətini artırır. MAO ingibitorları
və rezerpinlə tətbiq edildikdə AT kəskin yüksələ bilər, ẞ-adrenoblokatorlar onun
bronxolitik təsirini zəiflədir. Narkotiklər, analgetiklər və mərkəzi sinir sistemini
süstləşdirən digər maddələrlə antagonizm təşkil edir. a-adrenoblokatorlar
efedrinin pressor təsirini aradan qaldırır.
 Bronxial astmanın müalicəsində hal-hazırda qeyri-selektiv adrenomimetiklərdən az
istifadə edilir. Onlar əsasən, anafilaktik reaksiyalar zamanı baş verən
bronxospazmda, astmatik statusu aradan qaldırmaq üçün (kompleks terapiyada),
bronxların ödemi ilə əlaqədar meydana çıxan bronxospazmda tətbiq olunur.
B- va B₂-adrenomimetiklər.
 Onlar B₂ reseptorları oyandırmaqla bronxları genişləndirir, ürəyin B-reseptorlarını stimulə etməklə
taxikardiya törədir və miokardın oksigenə tələbatını artırır. B-adrenostimulyatorlar parenteral (D/a,
ǝ/d və V/d), daxilə və inhalyasiya şəklində təyin edilir. Daxilə qəbul edildikdə, mədə bağırsaq
traktından yaxşı sorulsa da, biomənimsənilməsi 40-50% təşkil edir. İnhalyasiya zamanı bronxların selik
qişasında preparatların 10%-i mənimsənilir, çox hissəsi isə yuxarı tənəffüs yollarında çökərək, tədricən
udulur.
 İnhalyasiya edilən ẞ- adrenomimetik birinci nəfəsalmada bronxların yalnız proksimal hissələrinə çatır,
qana sorularaq, əvvəlcə ürəyin sağ mədəciyinə, sonra isə ağciyərlərə daxil olur
və orada biotransformasiyaya uğrayır. İkinci nəfəsalmada preparat bronxların distal hissələrinə çatır,
ağciyər venalarına sorulur, oradan sol mədəciyə keçərək, qan dövranına, ürək damarlarına daxil olur
və ürəyin B,- reseptorlarını oyandırır.
 Müxtəlif orqanlarda biotransformasiyaya uğrayır. Əsasən, sidiklə həm dəyişilmiş, həm də dəyişilməmiş
şəkildə xaric olurlar. Bu qrupdan olan preparatların bəzi metabolitləri b- stimulǝedici və b-
blokadaedici təsirə malikdirlər ki, "salma" (rikoşet) sindromu və taxifilaksiya məhz bununla
əlaqədardır.
 Qeyri-selektiv simpatomimetiklərə izoprenalin hidroxlorid (novodrin, izadrin, izuprel,
euspiran), orsiprenalin sulfat (alupent, astmopent), heksapenalin (inpradol).
 İzoprenalin 0,005 q tablet şəklində inhalyasiya üçün, 0,5%-li məhlu lu 25 ml
flakonlarda, 1%-li 100 ml dozalanmış aerozol formasında, habelə inyeksiya üçün 0,5
və 1%-li məhlulu 1 ml ampul şəklində buraxılır.
 Ağır bronxial astma tutmasını aradan qaldırmaq üçün 1 tablet izoprenalin dil altında
qəbul edilir və ya tam əriyənədək ağızda saxlanılır. Sublinqval qəbul edildikdən 5-10
dəqiqə sonra təsiri başlayır ve 2-4 saat davam edir.İnhalyasiya zamanı bronxolitik təsir
40-60 saniyədən sonra başlayır və 2-4 saat davam edir.
 İnhalyasiya zamanı effekt 10-15 dəqiqədən, daxilə qəbul edildikdə isə 1-2 saatdan
sonra üzə çıxır. Xroniki bronxial obstruksiya zamanı preparat daxilə gündə 3-4 dəfə
təyin olunur.
Izadrinin analoqları:

 Novodrin inhalyasiya üçün 1%-li 100 ml-lik flakonlarda, sublinqval qəbul üçün
isə 0,02 q tablet şəklində buraxılır.
 Euspiran 0,005 q tablet şəklində, inhalyasiya üçün isə 1%-li 25 ml-lik
flakonlarda (hər inhalyasiya üçün 20 damcı) və dozalanmış aerozol şəklində
buraxılır.
 Orsiprenalin (alupent, astmopent, metoprel, metoproterenol) 0.02 q tablet:
0,05%-li 1 ml ampul və dozalanmış aerozol şəklində buraxılır. Orsiprenalin
əsasən, ẞ2-reseptorları stimulə edərək, bronxları genişləndirsə də, müəyyən
dərəcədə (xüsusən, yüksək dozada) miokardın ẞ,- reseptorlarını da oyandırır.
Buna görə də onu qismən selektiv B2-adrenostimulyatorlara aid edirlər.
 Bronxial astma tutmasını aradan qaldırmaq üçün 1 ml D/a, Ə/d və 5%-li
qlükoza məhlulunda V/d yaxud gündə 4 dəfə aerozol şəklində təyin edilir. Bir
dəfə nəfəsalma preparatın 0,75 mq miqdarına bərabərdir. Xroniki formaların
müalicəsi zamanı 0,02 q tabletləri gündə 4 dəfə daxilə qəbul edilir.
Selektiv ẞ2 – adrenomimetiklər

 Selektiv ẞ-adrenostimulyatorlar seçici olaraq, bronxların ẞ2- adrenoreseptorlarını


stimulə edir, miokardin ẞ-adrenoreseptorlarına isə demək olar ki, təsir göstərmir.
Qeyd etmək lazımdır ki, selektiv ẞ-adrenomimetiklər yüksək konsentrasiyada ẞ,-
drenoreseptorlarını da oyadır. ẞ2-adrenostimulyatorlar bronxların distal hissəsinin
saya əzələlərini genişləndirir, mukosilial klirensi yaxşılaşdırır, tosqun hüceyrələrin
və bazofillərin degranulyasiyasını zəiflədir, neytrofillərdən mukosomal
fermentlərin ifrazının qarşısını alır, lizosom membranının keçiriciliyini azaldır.
 Təsir müddətinə görə B2-adrenostimulyatorlar 2 qrupa bölünür:
 1. Qısa təsir müddətinə malik preparatlar: salbutamol (ventalin), terbutalin
(brikanil), salmefol, ipradol.
 2. Uzun təsir müddətinə malik preparatlar: salmeterol, formoterol, sereveit,
volmoks, klenbuterol.
Qısa təsir müddətinə malik preparatlar
 Salbutamol- (albuterol, ventalin, salben, salamol) 0,002 vǝ ya 0,004 q
tablet; 0,5 mq/ml-lik ampul; sirop (2 ml-15 ml) şəklində buraxılır.
Aerozollu inhalyator 200 dəfəlik dozadan (1 doza - 10 mq) ibarətdir və
ən təhlükəsiz bronx genişləndirən simpatomimetik sayılır. Ürək
vurğularının sayına izoprenolinlə müqayisədə 7-10 dəfə az təsir göstərir.
Gündə 4 dəfə 1-2 inhalyasiya təyin olunur. 0,002 vǝ 0,004 q tabletləri
xroniki bronxial obstruksiyalarda gündə 1-4 dəfə (sutkalıq doza 8-16 mq
olmaqla) daxilə qəbul edilir.
 Ventodisk- ventolinin yeni forması olub, inhalyasiya üçün 120 dozada
toz şəklində qovuqcuqlarda disxaylerlə birlikdə buraxılır. Bronxial astma
tutmasını aradan qaldırmaq üçün gündə 4 dəfə inhalyasiya edilir.
 Salefol - dozalanmış aerozol şəklində buraxılır. Tutmanı
aradanqaldırmaq üçün gündə 3-4 dəfə təyin olunur.
 Salben- 200 və ya 400 dozalıq inhalyatorda (sikloxaler) buraxılır.
 Terbutalin (brikanil)-2,5; 5 va 7,5 mq tablet; 0,05%-li 1 ml ampul və
dozalanmış aerozol şəklində buraxılır. Xroniki bronxial obstruksiyalar
zamanı (2,5 mq tablet) gündə 3-4 dəfə 1 tablet daxilə təyin edilir.
Uzunmüddətli təsirə malik 5; 7,5 mq tabletlər isə gündə 2 dəfə təyin
edilir. Tutmaları aradan qaldırmaq üçün 0,5 ml gündə 4 dəfə ə/d
yeridilir yaxud gündə 3-4 dəfə dozalanmış aerozolla inhalyasiya edilir (1
nəfəsalma-250 mq).
 İprodol (heksorenalin) - dozalanmış aerozol şəklində tutmanı aradan
qaldırmaq üçün gündə 3-4 dəfə təyin edilir. Tutmanı aradan qaldırmaq
üçün həmçinin, 1%-li 2 ml məhlulu V/d yeridilir. Xroniki bronxial
obstruksiyalar zamanı 0,5 mq tablet şəklində gündə 2 dəfə təyin
olunur.
 Fenoterol (berotek)- dozalanmış aerozol şəklində buraxılır və bronxial
astma tutmasını aradan qaldırmaq üçün gündə 3-4 dəfə tǝy- in olunur
(1 nəfəsalma - 200 mkq). Fenoterol qismən selektiv B2-
adrenostimulyatordur, belə ki, yüksək dozada tətbiq olunduqda
miokardın ẞ- reseptorlarını da stimulyasiya edərək, taxikardiya törədə
bilər.
Uzun təsir müddətinə malik preparatlar

 Bu qrupdan olan preparatlar ağciyər toxumasında toplandığından 12 saata


qədər təsir göstərir.
 Salmeterol (serevent) dozalanmış aerozol şəklində sutkada 2 dəfə 50 mkq
(1 nəfəsalma) təyin olunur. Xəstəliyin ağır gedişli formalarında sutkada 2
dəfə 100 mq dozada tətbiq olunur.
 Formoterol inhalyasiya şəklində sutkada 2 dəfə 12-24 mq (1 doza-12 mq)
və yaxud tablet şəklində 20, 40, 80 mkq təyin edilir.
 Volmaks (salbutamol) - uzun müddətli təsirə malik salbutamolun
oralformasıdır. 4 və ya 8 mq tabletlər şəklində buraxılır.
 Klenbuterol hidroxlorid (spiropent) 0,02 mq tabletlər və sirop şəklində
buraxılır. Sutkada 2 dəfə 1 tablet, ağır hallarda isə 2 tablet təyin olunur.
Uzun təsir müddətinə malik 6 mq tablet şəklində soltos adlı B2-agonist
buraxılır. Gündə 1-2 dəfə təyin olunur və gecələr baş verən astma tutmaları
zamanı daha effektlidir.
 Uzun təsir müddətinə malik ẞ2-adrenostimulyatorlar əsasən, tutmaların, gecə boğulmalarının
profilaktikası məqsədilə tətbiq olunur. Onların təsiri gec üzə çıxdığından tutmaları aradan
qaldırmaq üçün istifadə edilmir. Bu preparatlar damar keçiriciliyini zəiflətməklə, neytrofillərin,
limfositlərin, makrofaqların fəallaşmasının qarşısını almaqla, habelə, tosqun hüceyrələrdən
histominin, leykotrienlərin və prostoqlandinlərin ifrazını azaltmaqla, iltihab əleyhinə də təsir
göstərir. Onlar B2- reseptorların özlərinə həssaslığını az-az hallarda zəiflədir.
 İştifadəsinə göstəriş: bronxial astma, xroniki bronxit, ağciyərlərin emfizeması, atrioventrikulyar
keçiriciliyin pozulması, ürək qlikozidlərinin tətbiqinə əks göstəriş olan hallarda kardiotonik vasitə
kimi, kardiogen şok.
 Əks göstəriş: 3 saatdan tez təkrar qəbul, preparatlara qarşı yüksək həssaslıq.
 Əlavə təsirləri: taxikardiya, tremor, başağrıları, aritmiyalar, hipokaliemiya, stenokardiya
tutmalarının tezləşməsi, bəzən insulinin sekresiyasının artması. Bu əlamətlərə qeyri-selektiv
preparatların tətbiqi zamanı daha çox təsadüf edilir. Ağır gedişli bronxial astmalı xəstələrdə B2-
adrenostimulyatorlarin təsiri altında ventilyasiya/perfuziya nisbətinin pozulması O2-nin kəskin
azalmasına səbəb ola bilər. B- adrenostimulyatorların uzunmüddətli qəbulu və ya doza artıqlığı
zamanı taxifilaksiya baş verə bilər, lakin preparat kəsildikdən sonra bronxolitik
effekt bərpa olunur.
Preparatların düzgün inhalyasiya edilməsi də mühüm
əhəmiyyət kəsb edir.

 1. Preparat qəbul edilməzdən əvvəl dərindən


nəfəs verilməlidir.
 2. Nəfəsalma yavaş-yavaş inhalyatorun qapağını
sıxmazdan 1-2 saniyə əvvəl edilməlidir.
 3. İnhalyasiyadan sonra tənəffüs 5-10 saniyə
dayandırılmalıdır.
 İnhalyasiya üçün speyserlərdən,
nebulayzerlərdən, spinxaylerlərdən, disxaylerdən,
turbuxaylerdən istifadə edilir. 5 yaşa qədər
uşaqlarda inhalyasiya məcburi qaydada maska
vasitəsilə aparılır.

You might also like